Mövzu : “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə....

17
Mövzu: “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi: dos. Ələsgərov Z.Ə. Gəncə- 2011

description

Mövzu : “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011. - PowerPoint PPT Presentation

Transcript of Mövzu : “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə....

Page 1: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Mövzu: “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ”

 Mühazirəçi: dos. Ələsgərov Z.Ə. 

 Gəncə- 2011 

Page 2: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

PLAN1. Xəstəliyin tərifi2. Tarixi məlumat3. İqtisadi zərər4. Törədicisi5. Davamlılığı6. Epizootoloji xüsusiyyətləti7. Patogenez8. Gedişi və kliniki əlamətləri9. Patoloji –anatomik dəyişikliklər10. Diaqnoz11. Təfriqi diaqnoz12. Müalicə13. İmmunitet 14. Profilaktika və mübarizə tədbirləri

Page 3: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

ƏDƏBIYYAT SIYAHISI1. R.A. Qədimov, İ.B. Məmmədov, S.Ə. Culfayev

“Xüsusi epizootologiya”, “Azərnəşr”, Bakı, 1990.2. Z.Ə.Ələsgərov, E.M.Ağayeva, Q.Ə.Dünyamalıqev

“Baytarlıq virusologiyası”. Azərnəşr-20093. Z.Ə. Ələsgərov “İnsanlar üçün təhlükəli heyvan

xəstəlikləri”, “Azərnəşr”, Bakı, 2006.4. A. A. Konopatkin və başqaları “Epizootologiya və

k/t heyvanlarının infeksion xəstəlikləri”, Moskva, “Kolos”,1984.

5. R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986.

6. R. A.Kadımov ,A.A. Kunakov, V.A. Sedov «İnfeküionnıe bolezni oveü», «Kolos», Moskva,1987.

7. R.A. Qədimov, İ.B. Məmmədov, Z.Ə. Ələsgərov “Epizootologiya”, “Elm”, Bakı, 1998.

Page 4: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

ÇIÇƏK (VARİOLA) Çiçək kontagioz infeksion xəstəlik olub isitmə, dəri və selikli qişalar üzərində spesifik

səpkilərin əmələ gəlməsi ilə səciyyələnir. Tarixi məlumat. Çiçək çox qədim dövrlərdən insanlara məlum olmuşdur. Yalnız 1766-cı

ildə Burjel xəstəliyin infeksion olmasını müəyyən etmiş və 1896-cı ildə Cenner inəklərin çiçəyini qeyd etmişdir. Çiçəyin törədicisinin virus olması 1902-ci ildə Marks və Ştiker tərəfindən qeyd olunmuşdur. Rusiyada xəstəlik XVIII və XIX əsrlərdə geniş yayılmış ancaq 1979-cu ildə planlı qaydada aparılan spesifik profilaktik tədbirlər nəticəsində yox dərəcəsinə çatdırılmışdır.

Çiçək Afrika, Avropa, Asiya qitəsində geniş yayılmış və xüsusilə Aralıq dənizi sahillərindəki ölkələrdə bu infeksiyanın davamlı zonaları mövcuddur.

Iqtisadi zərər. Qoyunçuluq və donuzçuluq təsərrüfatlarında böyük letallıqla özünü göstərir. Bundan əlavə yun və ət məhsuldarlığı aşağı düşür. Müxtəlif profilaktik və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir ki, bu da müəyyən qədər vəsaitin xərclənməsinə səbəb olur.

Törədicisi. Xəstəliyin törədicisi DET-li virus olmaqla poksavirus ailəsinə mənsubdur. Bu virusun aşağıdakı sərbəst növləri mövcuddur: Orthopoxvirus, Carpipoxvirus, Suipoxvirus və Avipoxvirus.

Virusun ölçüsü 17-350 nm-ə bərabər olmaqla kub şəklindədir və virion xaricdən möhkəm qişa ilə əhatə olunmuşdur.

Müxtəlif növ heyvanlarda çiçəyin virusu morfoloji xüsusiyyətlarinə görə oxşardır, ancaq immunoloji xüsusiyyətlərinə görə fərqli cəhətləri vardır.

Virusda epiteliotropizm xüsusiyyəti mövcuddur. Epiteli hüceyrələrində amil ovalvarı cisimciklər: Paşen, Qvarpieli, Bollinger cisimcikləri yaradır ki, bunları da Morozoz üsulu ilə boyadıqda aşkar edilir.

Qoyun, keçi, donuz və quşların təbii çiçək virusları yalnız uyğun heyvan növünə patogendir. Ancaq qaramalın təbii çiçək virusu və çiçək vaksinləri isə geniş patogenlik spektrinə malikdir.

Çiçək virusunu yetişdirmək üçün toyuq embrionu, insan və qaramalın böyrəyindən hazırlanmış hüceyrə kulturalarından istifadə olunur. Hüceyrə kulturalarında kəskin sitopatogen təsirlə xarakterlənir.

Page 5: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Davamlılığı. Virus 55°C temperaturda 20 dəqnqə, 70°C-də 5 dəqiqə və qaynadıldıqda isə ani olaraq məhv olur. Çiçək virusu aşağı temperaturda davamlıdır. Qartmaqda amil 1,5 ilə, qoyun yataqlarında isə 6 ay, xəstəlikdən sağalmış heyvanların yununda isə 2 aya qədər sağ qalır.

Kimyəvi dezinfeksiya maddələrindən 3 %-li karbol turşusu, 3%-li natrium qələvisi, 1%-li formaldehid və 5%-li lizol məhlulu amili bir neçə dəqiqəyə məhv edir.

Epizootoloji xüsusiyyətləri. Təbii şəraitdə xəstəliyə xırda və iribuynuzlu heyvanlar, donuzlar, atlar və quşlar həssasdır. Təbii şəraitdə iribuynuzlu heyvanlar, camışlar, atlar, qatırlar, dəvələr və hind donuzları inəklərin təbii çiçək virusu və çiçək vaksini ilə

yoluxur. Donuzlarda xəstəliyi donuzların çiçək virusu və çiçək vaksini törədir. Qoyunlarda xəstəliyi qoyunların təbii çiçək virusu, keçilərdə isə keçilərin təbii çiçək virusu törədir. Toyuqlar, hind quşları, göyərçinlər, firəng toyuqları, qırqovul, tutuquşu və s. təbii quşlar çiçək virusu ilə yoluxurlar.

Infeksiya törədicisinin mənbəyi xəstə və virusgəzdirən heyvanlar olmaqla burun axıntısı və pustula mayesi ilə amili xarici mühitə yayırlar. Virus orqanizmə tənəffüs və həzm üzvləri vasitəsilə, selikli qişalar və dəri zədələnmələri ilə daxil olur.

Müəyyən olunmuşdur ki, virus transmissiv yolla da yayıla bilər. Bundan əlavə ana bətnində transovarial yolla da yoluxma müşahidə edilir. Virus orqanizmdən burun və göz axıntısı ilə ağızsuyu və qartmaqlar vasitəsilə xarici mühitə yayılır.

Infeksiya törədicisinin yayılmasında yem, su, xidmət vasitələri, peyin və s. mühüm rol oynayır. Xəstəlik bütün fəsillərdə baş verirsə də ən çox və ən ağır gediş nəmli və soyuq hava şəraitində olur. Tövlə şəraitində xəstəlik bəzən binadakı bütün heyvanları əhatə edir. Keyfiyyətsiz yemlərlə yemləndirmə, sıx və natəmiz şəraitdə

saxlanma epizootik prosesi fəallaşdırır. Inəklərdə çiçək yüngül gedişli olmaqla yelində və xaya torbasında törədicilərin səpkilərinin əmələ gəlməsi ilə səciyyələnir.

Qoyunlarda çiçək ilin bütün fəsilləsində müşahidə edilməklə ilin soyuq və yağmurlu dövrlərində daha ağır formada gedir. Xəstəlik zərifyunlu qoyunlarda və cavanlarda daha çox müşahidə edilir. Ilin isti dövlərində çiçək əsasən xroniki gedişli olmaqla öz-özünə sağalma ilə nəticələnir. Qoyunçuluq təsərrüfatlarında müvafiq tədbirlərdən istifadə etmədikdə çiçəklə xəstələnmə 100% təşkil edir və ilin soyuq fəsillərində yüksək letallıqla özünü göstərir. Xəstəliyə görə qeyri-sağlam stasionar zonalarda və kütləvi peyvəndlər aparılan şəraitdə çiçək tək-tək heyvanlarda görünməklə olduqca yüngül gedişə malik olur və öz-özünə sağalır. Donuzlarda isə xəstəlik ağır formada getməklə qış və yazın əvvəllərində baş verir. Tezyetişən cinslər və çoşqalar xəstəliyə daha çox həssasdır.

Qaramalın təbii çiçək virusu və çiçək-vaksini tərəfindən törədilmiş xəstəlik yüngülgedişə malik olur və qısa müddətdə donuzlarda öz-özünə sağalma baş verir. Əgər donuzlar donuzların təbii çiçək virusu ilə yoluxursa, bu zaman xəstəlik ağırgedişli olur. Təsərrüfatlarda sanitariyanın səviyyəsinin aşağı olması və amilin xarici mühitin təsirlərinə davamlı olmağı ilə əlaqədar olaraq infeksion proses uzun müddət davam edir və çox vaxt stasionar şəkil alır.

Quşlarda çiçək ən çox quşların yemlənmə və saxlanma şəraitinin pozulması ilə əlaqədar olaraq baş verir. Xstəliyə qeyri-sağlam quşçuluq təsərrüfatlarında quşlar çox vaxt postinfeksion immunitetə malik olduğuna görə xəstəlik əsasən körpə heyvanlar arasında görünür. Quşlar sıx və ventilyasiyası nasaz olan binalarda saxlandıqda, yem payında A vitamini çatışmazlığı zamanı çiçəyə daha çox həssaslıq göstərirlər.

Atlarda çiçək nadir hallarda görünməklə əsasən dayçaların yoluxması ilə özünü göstərir.

Page 6: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Patogenez. Müxtəlif yollarla orqanizmə daxil olmuş virus bir neçə gündən sonra qanda və parenximatoz orqanlarda müşahidə edilir. Sonra virus dəri və selikli qişaların epiteli hüceyrələrinə toplanır. Orqanizmin cavab reaksiyası kimi burada müəyyən mərhələlərlə inkişaf edən çiçək ekzenteması yaranır. Əvvəlcə dəri və selikli qişalar üzərində qırmızı ləkələr-rezeolalar yaranır. 1-2 gündən sonra isə bu ləkələr düyünlərə-papulaya çevrilir və 1-3 gündən sopra düyünlər qabarcıqlara-vezekulalara çevrilir. Qabarcıqların daxilində sarımtıl-serozlu maye olur. Bu mərhələ 5-6 günədək davam edir və pustulalara çevrilir. Bu dövrdə qabarcıqların içərisindəki maye qatılaşır və tədricən irin kütləsi ilə dolur. Bu mərhələ 3 gün davam etdikdən sonra krustoz mərhələsi yaranır, yeni qurumuş pustula qartmaq əmələ gətirir və bunun altında dərinin epiteli təbəqəsi bərpa olunur. Qartmaq adətən 5-6 gündən sonra qopub düşür.

Belə ardıcıl mərhələlər iribuynuzlu heyvanlarda və atlarda görünür, digər növ heyvanlarda mərhələlərin bəzisi müşahidə edilmir.

Çiçək virusunun dəridən orqanizmə keçməsi zamanı heyvanların yüngül xəstələnməsi, respirator və alimeptar yoluxmada isə ağır xəstələnmə nəzərə çarpır.

Gedişi və kliniki əlamətləri. Kənd təsərrüfatı heyvanlarında xəstəlik abortiv, yayılmış və hemorroji formada müşahidə edilir. Abortiv forma zamanı dəri üzərində az miqdarda çiçək ocaqları yaranır və bütün mərhələlər yaranmadan tezliklə sağamla ilə nəticələnir.

Yayılmış forma zamanı çiçək ocaqları böyük sahəni əhatə edir, heyvanın temperaturu kəskin dərəcədə yüksəlməklə onun vəziyyəti ağırlaşır.

Hemorroji forma zamanı dəridə və pustula içərisində çoxlu miqdarda qan sağıntıları nəzərə çarpır və buna «qara çiçək» də deyilir.

Qoyunlarda inkubasiya dövrü orta hesabla 8 gün olmaqla, ilk kliniki əlamətlər temperaturun yüksəlməsi, göz qapaqlarının şişməsi, burun və gözdən irinli-selikli mayenin axmasıdır. Bir neçə gündən sonra başda ön və arxa ətrafların daxili səhtlərində, yelin üzərində, cinsiyyət üzvlərində çiçək səpkiləri müşahidə edilir. Qırmızı ləkələr 1-2 günə populalara çevrilir. Populalar sürətlə böyüyür və bir başa qalın qartmaqların əmələ gəlməsinə səbəb olur. Qartmaqlar 5-6 gündən sonra qopub duşur və yerində birləşdirici toxumadan ibarət olan çapıqlar yaranır. Xəstəlik 3-4 həftə davam edir və çox vaxt sağalma baş verir. Bəzən mürəkkəbləşmələrlə əlaqədar olaraq qastroenterit, ağciyəriş iltihabı və bəzən sepsis nəzərə çarpır. Quzular xəstəliyə daha çox həssaslıq göstərir.

Xəstəliyin hemorroji və yayılmış formasında 100%-ə qədər, yüngül gedişdə isə 2-3%-ə qədər ölüm müşahidə edilir.

Qaramalda xəstəliyin inkubasiya dövrü 5 gün olmaqla, temperatur az miqdarda yüksəlir, sonra yelin və məmələr üzərində çiçək ocaqları görünür. Çiçək mərhələləri ardıcıllıqla bir-birini əvəz edir. Qaramalda çiçək yüngül gedir, ancaq heyvanların əksəriyyətini yoluxdurur. Bəzən mastit əmələ gəlir ki, bu da 1 aya sağalır. Buğalarda çiçək ocaqları xaya torbasında olur. Nəzərə almaq lazımdır ki, insanların peyvəndi üçün istifadə olunmuş çiçək detritindən yoluxmuş qaramal təbii qaramal çiçəyi virusuna nisbətən yüngül xəstələnir və tez sağalır.

Page 7: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Atlarda çiçək ocaqları ən çox ağzın selikli qişasında görünür. Bu ocaqlar müxtəlif böyüklükdə olmaqla mərhələlər ardıcıllıqla biri digərini əvəz edir, bəzi mərhələlər inkişaf etmir. Xəstəlik 2 həftədən sonra sağalma ilə nəticələnir. Boğaz madyanlarda çox vaxt balasalma baş verir.

Donuzlarda çiçək çox vaxt müsbət keyfiyyətli gedir. Çoşqalar ağır formada xəstələnirlər. Əvvəlcə temperatur yüksəlir, ümumi zəiflik baş verir. Sonra rinit və konyuktivit nəzərə çarpır. Dəri üzərində çiçək səpkiləri yaranır və mərhələlər biri digərini əvəz edir. Xəstə heyvanda qaşınma baş verir. Orqanizmin rezistentliyinin aşağı olması ilə əlaqədar olaraq sekundar infeksiya ilə mürəkkəbləşmə yaranır.

Çiçək vaksini ilə yoluxmuş donuzlarda xəstəlik yüngül gedişə malikdir. Donuzçuluq fermalarında sanitariya qaydalarının gözlənilməməsi, yem payında mineral birləşmələrii azlığı çiçəyin mürəkkəbləşməsinə səbəb olur.

Xəstəliyin pis keyfiyyətli gedişi 30-40 gün davam edir və letallıq 40-80%-ə çatır. Keçilərdə xəstəlik yüngül-gedişli olmaqla çiçək səpkiləri ən çox yelin üzərində əmələ gəlir.

Çəpişlərdə ağız və burun boşluğunun selikli qişası da zədələnir. Dəvələrdə çiçək zamani temperaturun yüksəlməsi, serozlu-kataral burun axıntısı və

çənəaltı limfa düyünlərinin böyüməsi müşahidə edilir. Çiçək səpkisi dodaq və burunun dərisi üzərində və ağızın selikli qişasında müşahidə edilir. Sonradan burun daxili səthində, cinsiyyət üzvləri nahiyəsində və tüksuz nahiyələrdə də çiçək səpkiləri yaranır. Dəvələrdə bəzən həzm üzvləri prosesə tutulur ki, bu da ölümlə nəticələnir.

Quşlarda inkubasiya dövrü 7-20 gün olmaqla xəstəlik dəri difteriki, qarışıq və kataral formada gedir.

Dəriforması zamanı quşların pipiyi, dimdik, ətraflar və ayaqlar üzərində çiçək qabarcıqları görünür. Sonra bunlar quruyaraq qartmaq əmələ gətirir. Qartmaq qopub düşdükdən sonra yerində çapıq toxuma qalır. Körpəlordə xəstəlik ağır formada getməklə çox vaxt onların ölümü ilə nəticələnir.

Difteritiki forma zamanı yuxarı tənəffüz yollarının və ağız boşluğunun selikli qişasında zədələnmələr görünür. Həmin nahiyələrdə sarımtıl-ağ rəngdə pərdələr yaranmaqla bunlar selikli qişaların dərin qatlarına keçir və belə difteritiki pərdəni selikli qişalar üzərindən qopardıqda qan axıntısı baş verir. Quşlarda yem qəbulu və tənəffüs çətinləşir. Çox vaxt burun kanalı və infra-orbital sinus prosesə tutulur. Xəstəliyin difteritiki forması çox vaxt sekundar mikroflora ilə mürəkkəbləşir ki, bu da onların ölümünə səbəb olur.

Qarışıq forma zamanı iltihab həm dəri üzərində və həm də ağız boşluğunun selikli qişası üzərində müşahidə edilir.

Kataral forma konyuktivanın burun boşluğunun və gözaltı sinusların iltihabı ilə özünü göstərir.

Page 8: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Patoloji-anatomik dəyişikliklər. Heyvan cəsədlərində hemorroji diatez dəyişiklikləri görünür. Seroz örtüklərdə qan sağıntıları, həzm nə respirator orqanların selikli qişası üzərində hemorroji iltihab, yara və eroziyalar görünür. Ağciyərdə krupoz pnevmoniya və qanqrena sahələri, limfa düyünlərinin böyüməsi, qaraciyər, ürək və böyrəklərdə parenximatoz degenerasiya müşahidə edilir.

Quşların dərisi üzərində epiteliomalar selikli qişalarda difteriki iltihab, göz yaşı kanalında kataral-fibrinozlu eksulat görünür və göz alması atrofiya etmiş olur. Bəzən həzm üzvləri, parenximatoz orqanlar və hava kisələrində də iltihab görünür. 10%-li gümüş nitratla işlənmiş histoloji kəsiklərin mikroskop altında müayinəsi zamanı tünd palıdı rəngdə xüsusi cisimciklər görünür.

Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır və laboratoriya müayinələri aparılır. Laboratoriya müayinələrinə patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, müxtəlif canlı sistemə okma və bioloji sınaq daxildir.

Mikroskopiya məqsədilə çiçək sahələrindən material götürülür, yaxma hazırlanır və Morozov üsulu ilə boyanır. Mikroskop altında xüsusi cisimciklər-Paşen cisimcikləri aşkar edilir.

Viruslu materiala toyuq embrionu və ya hüceyrə kulturası yoluxdurulur. Əgər götürülmüş materialda virus olarsa toyuq embrionunun xloriollantois qişasında xüsusi çiçək ləkələri və embrionunda qan sağıntıları müşahidə edilir. Hüceyrə kulturasında isə sitopatogen dyişikliklər nəzərə çarpır.

Bioloji sınaq məqsədilə adadovşanları və bəzən danalardan istifadə edilir. Bu məqsədlə viruslu materialdan emulsiya hazırlanır və həmin heyvanlara skarifikasiya yolu ilə yoluxdurma aparılır. Bir neçə gündn sonra həmin yerdə pustulların əmələ gəlməsi yoxlanan materialda çiçək virusunun olmasını göstərir.

Xəstəliyin diaqnozunda seroloji reaksiyalardan aqar gelində diffuz presipitasiya reaksiyası və hemaqqlütinasiyasının ləngiməsi reaksiyasından istifadə edilir.

Təfriqi diaqnoz. Xəstəliyi qoyunlarda kontagiozlu pustulyozlu dermatit və qoturluqdan, qaramalda dabaqdan, çoşqalarda qeyri-infeksion xarakterli ekzantemalardan, vezikulyar xəstəlikdən, atlarda məxmərəkdən, quşlarda respirator mikoplazmoz, infeksion larinqotraxit və kandidamikozdan təfriq etmək lazımdır. Bu zaman mütləq çiçəyin mərhələlər üzrə inkişafı nəzərə alınmalıdır.

Page 9: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Müalicə. Qoyunların çiçəyi zamanı xəstələr ayrılır və isti yerə aparılaraq keyfiyyətli və asan həzm olunan yemlərlə təmin edilir. Spesifik müalicə vasitələri olmadığı üçün simptomatik müalicə aparılır. Əgər bakterial infeksiyalarla mürəkkəbləşmə olarsa antibiotiklərdən istifadə edilir.

Qaramalda əsas proses yelində getdiyinə görə yelin süddən azad edilməli və çiçəkli sahələrə sink və bor məlhəmləri çəkilməlidir.

Donuzlarda zədələnmə nahiyələri 0,5%-li kalium-permanqanat məhlulu ilə işlənməlidir. Ağız boşluğunun selikli qişasını yumaq üçün 3%-li hidrogen-peroksid və ya kalium permanqanat 1:1000-də məhlulundan istifadə etmək lazımdır.

Atlarda dərinin çiçəklə zədələnmiş sahələrini yodoform və sink mazı ilə işləmək lazımdır. Ağız boşluğunu yumaq üçün 1%-li lizol məhlulu işlədilir.

Quşlarda simptomatik müalicə aparılır, rasionu A-vitaminli yemlərlə zənginləşdirilir. Immunitet. Təbii şəraitdə xəstələnib sağalmış heyvanlarda yüksəkgərginlikli immunitet yaranır. Belə

heyvanların qanında neytrallaşdırıcı, presipitinləşdirici, komplementbirləşdirici əkscisimlər və aqqlütininlər yaraiır.

Keçmiş SSRI-də qoyunların çiçəyinə qarşı 1944-cü ildən hidrooksialümin-formal vaksin işlədilir. Qoyunlara 0,5 ml və quzulara 3 ml dərialtı inyeksiya edilir. Immunitet 1 həftədən sonra yaranaraq 6-8 ay davam edir. Bundan əlavə N.V. Lixaçov öz əməkdaşları ilə birlikdə qoyunların çiçəyinə qarşı qliserinli toxuma hidrooksalüminformol vaksin hazırlanmış və ondan geniş şəkildə istifadə olunur. Quru kultural virusvaksin N.V.Lixaçov və Jidkova tərəfindən hazırlanmışdır. Bu vaksinlə peyvənddən 3-5 gün keçmiş immunitet yaranır və 9-12 aya qədər davam edir. N.V.Lixaçov və Y.F.Borisoviç qoyunlarda qarayara və çiçək vaksinlərini assosiyasiya olunmuş şəkildə işlətməyi təklif etmişlər.

Quşların çiçəyinə qarşı Az. ETBI tərəfindən 27-AŞ ştammından embrion-virus hazırlanıb. Vaksin bud nahiyəsinə skarifikasiya yolu ilə tətbiq edilir. Immunitet 15-20 gündən sonra yaranmaqla körpələrdə 4 ay, yaşlılarda isə 9-10 ay davam edir.

R.A.Qədimov qoyunların çiçək, qarayara və anaerob infeksiyalarına qarşı birgə vaksinasiya üsulunu təklif etmişdir.

Qaramalda peyvənd məqsədilə insanlarda işlədilən detritdən istifadə olunur. Detrit 1:1000-də fizioloji məhlulla duruldulub, skarifikasiya üsulu ilə və ya 0,5 ml dərialtına vurulur.

Donuzların peyvəndi üçün yenə həmin detrit işlədilir. Bu məqsədlə skarifikasiya olunmuş dəri səthinə 2-3 damla detrit sürtülür. Detritlə peyvənd olunmuş donuzlarda 6 ay müddətində immunitet yaranır.

Keçilərin çiçəyinə qarşı T.Y.Bannovski tərəfindən hidrooksialüminium formolqliserinli vaksin hazırlanıb. Yaşlılara 3 ml, körpələrə isə 1,5-2 ml vurulur və yaranmış immunitet 10 aya qədər davam edir.

Atların peyvəndi üçün detritdən istifadə edilir.

Page 10: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Profilaktika və mübarizə tədbirləri. Çiçəyin profilaktikası üçün baytarlıq-sanitariya tədbirlərinə təsərrüfatlarda ciddi şəkildə əməl edilməlidir. Yeni qəbul edilmiş heyvanlar karantində saxlanmalı, yemlər üzərində baytarlıq nəzarəti olmalı, çiçəyə qarşı vaksinasiya edilmiş heyvandarlıq işçiləri 14 gün işdən azad olunmalıdır.

Xəstəliyə görə sağlam təsərrüfatlara daxil edilmiş qoyun və keçilər 1 ay karantində saxlanmalıdır. Xırdabuynuzlu heyvan, dəvə və quşların çiçəyi zamanı təsərrüfata karantin, digər heyvanların çiçəyində isə məhdudlaşmalar qoyulur. Çiçək zamanı bütün xırdabuynuzlu heyvanlar müayinədən keçirilir və müayinənin nəticəsindən asılı olaraq 2 qrupa ayırmaq olar: Təzə xəstəliyə tutulanlar və xəstəliyə şübhəlilər, ikincisi-sağlam heyvanlar. Birinci qrup heyvanları ayırıb müalicə edirlər, ikinci qrup heyvanlar isə peyvənd edilir. Xəstəlikdə məcburən kəsilmiş heyvanların əti və həmçinin sağılan süd təsərrüfat daxilində paylanılır, ölmüş heyvan cəsədləri isə yandırılır. Təsərrüfatlarda qoyunlar peyvənd edilir və beləliklə təsərrüfat ətrafında immun zona yaradılır. Cari dezinfeksiya məqsədilə 3%-li natrium qələvisi, 3%-li xlorlu əhəng və 2 %-li sönmüş əhəng məhlullarından istifadə edilir.

Məhdudlaşmalar qaramalın çiçəyində axırıncı heyvanın sağalmasından 20 gün sonra, donuzlarda isə 14 gün keçmiş götürülür.

Quşçuluq təsərrüfatlarına yeni qəbul edilmiş quşlar 1 ay karantində saxlanmalıdır. Quşçuluq təsərrüfatlarında çiçək müəyyən edildikdə xəstə quşlar öldürülür, əti bişirildikdən sonra satışa verilir. Yumurta yalnız qida maddəsi kimi istifadə edilir. Sağlam quş qrupu təcili olaraq vaksinasiya edilir. Quş binalarının dezinfeksiya edilməsi üçün 4%-li natrium qələvisi və ya formaldehid, 20%-li sönmüş əhəng məhlulu işlədilir. Karantin quşçuluq təsərrüfatlarında xəstəliyin ləğv edilməsindən 2 ay sonra götürülür. Quşların həmin təsərrüfatdan başqasına köçürülməsinə karantin götürüldükdən 6 ay sonra icazə verilir.

Page 11: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

AUESKI XƏSTƏLIYI (MORBUS AUJESZKİ) Aueski xəstəliyi infeksion xəstəlik olub, isitmə, mərkəzi sinir sisteminin zədələnmələri,

ağciyərin iltihabı, donuzlar dan və samurlardan başqa digər heyvanlarda şiddətli qaşınma və tüklərin tökülməsi ilə səciyyələnir.

Tarixi məlumat. Xəstəlik ilk dəfə 1902-ci ildə macar alimi Aladar Aueski tərəfindən müəyyən edilmişdir. Rusiyada xəstəlik 1909-cu ildə A.Akulov tərəfindən qaramalda aşkar edilmişdir.

Aueski xəstəliyi dünyanın əksər ölkələrində müşahidə edilir. Ölkəmizdə xəstəliyin öyrənilməsində P.N.Andreyev, P.S.Solomkin, I.I.Kulaşov və s. alimlərin mühüm rolları olmuşdur.

Iqtisadi zərər. Xəstəlik nəticəsində ölüm baş verir, məcburi kəsim aparılır, balasalma müşahidə edilir, xəstə heyvanların məhsuldarlığı aşağı düşür. Bundan əlavə xəstəliyin ləğvi üçün müxtəlif müalicə vasitələri və profilaktik tədbirlərdən istifadə olunur ki, bu da kifayət qədər maddi vəsaitlərin xərclənməsinə səbəb olur.

Xüsusilə donuzçuluq və vəhşi heyvanlar sovxozunda iqtisadi zərər daha böyükdür. Törədicisi. Xəstəliyin törədicisi DNT-li virus olmaqla herpes viruslar ailəsinə mənsubdur.

Virus sferik formaya malikdir, diametri 180-190 mkm-ə bərabərdir. Amildə pantropizm xüsusiyyəti mövcuddur, yəni virus əksər orqan və toxumalara toplanır.

Virus müxtəlif mənşəli hüceyrə kulturalarında yetişdirilir və sitopatogen təsirə malikdir. Bundan əlavə virus toyuq embrionunun fibroblast və müxtəlif növ heyvanların böyrəynddən hazırlanmış ilkin tripsinləşdirilmiş hüceyrə kulturasında da yaxşı yetişir.

Davamlılığı. Virus müxtəlif növ obyektlərin üzərində ilin fəslindən asılı olaraq bir neçə gündən bir neçə aya qədər sağ qalır. Günəşin düz şüaları 6 saata, səpələnmiş şüaları isə 12-48 saata amili inaktivləşdirir. Aşağı temperatur şəraitində virus uzun müddət öz virulentliyini itirmir. Amil çürümüş cəmdəkdə 1 aya qədər, qurumuş gəmirici cəmdəklərdə isə 1-6 aya qədər sağ qalır.

Dezinfeksiya maddələrindən 3%-li xlorlu əhəng məhlulu, 1%-li formaldehid məhlulu, 3%-li natrium qələvisi məhlulu və 20%-li sönmüş əhəng məhlulu virusu bir neçə dəqiqəyə məhv edir.

Page 12: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Epizootoloji xüsusiyyətləri. Təbii şəraitdə xəstəliyə əksər kənd təsərrüfatı heyvanları, xəzdərili heyvanlar və gəmiricilər həssasdır. Növ və yaş fərqinə əsasən heyvanlarda həssaslığın dərəcəsi müxtəlifdir. Müəyyən olunmuşdur ki, Aueski xəstəliyinə ən çox donuzlar, itlər və gəmiricilər, nisbətən az dərəcədə qaramal və xəzdərili heyvanlar, ən az isə atlar və eşşəklər həssaslıq göstərir.

Iri və xırdabuynuzlu heyvanlarda, it və pişiklərdə xəstəlik ağır getməklə əksərən ölümlə nəticələnir. Körpə heyvanlar yaşlılara nisbətən daha çox həssaslıq göstərir. Təkdırnaqlı heyvanlarda xəstəliyə təbii davamlılıq mövcuddur.

Xəstəlik törədicisinin mənbəyi xəstələr və virusgəzdirən heyvanlardır. Bunlar virusu burun axıntısı, konyuktival maya, süd və sidik vasitəsi ilə ətraf mühitə ixrac edir. Xəstəlikdən sağalmış heyvanlar uzun müddət virusgəzdirən olur.

Qaramal, qoyun, keçi, it və pişiklərdə xəstəlik ağır formada gedir və ölümlə nəticələnir. Ona görə də bu qrup heyvanlarda epizootik proses geniş yayılma xüsusiyyətinə malik olmur və qısa müddətdə ləğv olur. Donuz və sinantrop gəmiricilər xəstəlik törədicisinə nisbətən zəif dərəcədə həssaslıq göstərdiyi üçün onlarda tədricən sağalma baş verir və uzunmüddətli virus daşıyıcılıq nəzərə çarpır ki, bu da infeksion prosesin davam etməsinə səbəb olur.

Xəstəlik törədicisinin yayılmasında amillə çirklənmiş yem, döşənək, heyvan binaları, müxtəlif gəmiricilər və gəmirici heyvanların cəsədləri mühüm rol oynayır.

Gəmiricilər virusu uzun müddət öz orqanizmində gəzdirir və ətraf mühiti çirkləndirir. Belə gəmiricilər təbiətdə xəstəlik törədicisinin ehtiyat mənbəyi kimi özünü göstərir və epizootik prosesin uzun müddət davam etməsinə səbəb odur.

Təbii şəraitdə ətyeyən heyvanlarda və donuzlarda yoluxma əsasən alimentar yolla baş verir. Çoşqalar xəstə analarını əmdikdə yoluxurlar. Həmçinin selikli qişalar vasitəsilə, bəzən aerogen yolla, dəri vasitəsilə və ana bətnində yoluxma qeyd olunur.

3-4 həftəlik çoşqalarda xəstəlik bədxassəli gedişə malik olmaqla ölümlə nəticələnir. Yuxarı yaş qrupuna mənsub olan çoşqalar da ağır formada xəstələnir, ancaq onların bir qismi sağalır. Yaşlı donuzlar isə yüngül formada xəstələnməklə xəstəlik çox vaxt gizli formada gedir və belə heyvanları aşkar etmək üçün seroloji reaksiyalardan istifadə edirlər.

Qeyri-sağlam donuzçuluq təsərrüfatlarında xəstəliyə qarşı müvafiq mübarizə tədbirləri aparmadıqda stasionar xarakter alır.

Digər növ heyvanlar donuzlarla sıx əlaqədə olduqda onların yoluxması müşahidə edilir. Gövşəyən heyqanlarda parenterial yoluxma üstünlük təşkil edir və ona görə də qansoran həşəratlar

əsas yoluxdurucu hesab olunur. Aueski xəstəliyinə görə qeyri-sağlam iri donuzçuluq təsərrüfatlarında vaxtında sağlamlaşdırıcı

tədbirlər aparılmadıqda infeksion proses uzun müddət davam edərək onun stasionarlığına səbəb olur. Belə vəziyyət amilin obyektlər üzərində müəyyən davamlılığı donuzlarda uzunmüddətli virus daşıyıcılıq və s. ilə izah edilir.

Xəstəlik heyvanlar arasında ən çox ilin payız-qış fəslində görünür ki, bu da həmin dövrdə heyvanların yemləmə-saxlanma şəraitinin müəyyən qədər pis olması, baytarlıq-sanitariya tədbirləriiin yerinə yetirilməməsi və gəmiricilərin çox olması ilə izah edilir.

Page 13: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Patogenez. Əgər viruz alimentar və aerogen yolla orqanizmə daxil olursa bu zaman əvvəlcə giriş yolunda reproduksiya edir sopra neyrolimfogen yolla daha doğrusu üçlü sinir, dil, udlaq və hissi sinir vasitəsilə baş beyinə yayılır. Nəticədə baş beyinin iti iltihabı, xüsusilə uzunsov beyinin, varoli korpusunun ağır zədələnmələri baş verir ki, bu da çox vaxt heyvanlarda sinir pozğunluğu əlamətləri kimi meydana çıxır.

Əgər virus orqanizmə dəri vasitəsilə daxil olursa giriş yolunda sürətlə çoxalır, sonra isə hematogen və limfagen yolla bütün orqanizmə yayılır, baş beyinin kəskin zədələnmələri olmur. Virusun həyat fəaliyyəti məhsulları qan damarının divarına təsir göstərir. Nəticədə müxtəlif orqanlarda hemorroji diatez yaranır ki, bu da donuzlarda daha çox müşahidə edilir.

Sinir sisteminin pozğunluğu nəticəsində zülal, karbohidrat və mineral maddələr mübadiləsi pozulur. Xəstəlik nəticəsində qanda albuminin miqdarı azalır, qamma və betta-qlobulin fraksiyaları artır.

Qanda xloridlərin və kaliumun çoxalması, fosfor və kalsiumun azalması müşahidə edilir. Eritrositlərin miqdarı azalır, bunun əksinə olaraq leykositoz baş verir, yəni sidikdə zülalın, şəkərin böyrək epitelilərinin, eritrositlərin və leykositlərin çox olması aşkar edilir.

Asetilxolin və histamin mübadiləsinin pozulması ilə əlaqadar olaraq qaşınma əmələ gəlir. Çünki dərinin qaşınan sahələrində histamin və asetilxolinin miqdarı azalır, histaminoza və eolinesterazanın fəallığı yüksəlir.

Gedişi və kliniki əlamətləri. Inkubasiya dövrü təbii yoluxmada 1-20 gün, süni yoluxmada isə 3-5 gün davam edir. Digər heyvanlardan fərqli olaraq donuzlarda qaşınma olmur. Xəstəliyin septiki, epileptik, oqlumvarı və qarışıq formaları mövcuddur.

10 günlüyə qədər çoşqalarda yoluxma ya ana bətnində, ya da süd əmən zaman baş verir, bunlarda xəstəlik iti septisemiya və meninqoensefalit şəklində gedir. Çoşqalarda udlağın spazması, ağızdan maye axması, hərəkətin pozulması və 4-12 saata ölüm nəzərə çarpır.

10 günlükdən 4 aylığa qədər çoşqalarda xəstəlik ən çox qarışıq formada getməklə temperaturun yüksəlməsi, ümumi zəiflik, hərəkətin çətinləşməsi və sinir sisteminin pozğunluğu əlamətləri meydana çıxır. Çoşqalarda sinir sisteminin zədələnmə dərəcəsindən asılı olaraq epileptik və oqlumvarı formalara aid olan əlamətlər müşahidə edilir.

Epileptik forma zamanı sağlam görünən çoşqala qəflətən oyanıqlıq, narahatlıq, qeyri-adi hərəkətlər, bəbəyin genəlməsi, görmənin pozulması müşahidə edilir. Çeynəmə və boyun əzələlərində tutmalar, dişlərini xırçıldatma, konyuktivit, gözdən və burundan axıntı müşahidə edilir. Çoşqa yanı üstə uzanır, başını geriyə əyir və ətrafları ilə üzmə hərəkəti edir. Qırtlağın nəticəsində afoniya (səsbatma) inkişaf edir. Sonra görmə mərkəzinin, udlaq və qırtlaq əzələlərinin iflici yaranır.

Oqlumvarı forma zamanı çoşqalar hərəkətsiz durur, başini yerə söykəyir, səndələmə hərəkətləri edir. Gövdənin boynun əyilməsi və qulaqların vəziyyətinin dəyişməsi görünür. Nəbz və tənəffüs tezləşir, boğulma müşahidə edilir. Xəstəlik bir neçə saatdan bir neçə günə qədər davam edir və çox vaxt ölümlə nəticələnir.

Çoşqalarda bəzən xəstəliyin mədə-bağırsaq forması görünür ki, bu zaman qusma, qanlı ishal və ölüm baş verir.

Page 14: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Bundan əlavə xəstəlik ağciyər formasında da özünü göstərir. Bu zaman temperaturun 42°C-yə qədər yüksəlməsi, öskürək, burundan selikli-irinli axıntı, pnevmoniyaya aid olan kliniki simptomları baş verir və 1-2 günə çoşqaların ölməsi müşahidə edilir. Yaşlı çoşqalar və donuzlarda xəstəlik nisbətən yüngül formada getməklə bunlarda öskürək, temperaturun yüksəlməsi, gözdən və burundan selikli-kataral mayenin axması müşahidə edilir. Bəzən donuzlarda xəstəliyin ağır forması müşahidə edilir. Bu zaman burun axıntısı, səndələmə hərəkətləri, öskürək, tənəffü-sün çətinləşməsi, ətrafların, udlağın və qırtlağın iflici görünür, sonra ölüm baş verir.

Ana donuzlarda laktasiya pozulur, boğaz heyvanlarda balasalma görünür. Çoşqalarda xəstələnmə 70-100% olmaqla 2 həftəliklərdə ölüm 80-100%, nisbətən yaşlılarda

isə 40-80%-ə çatır. Iribuynuzlu heyvanlarda xəstəlik zamanı temperaturun 420C-yə qədər yüksəlməsi, ümumi

zəiflik, yemdən imtina, gövşəmənin pozulması, gövdənin bəzi nahiyələrində, xüsusilə baş nahiyəsində güclü qaşınma müşahidə edilir. Bu zaman heyvan ayaqlarını yerə döyür, özünü oyana buyana çırpır, yerə yıxılır və çevrilmə hərəkətləri edir. Sonra gövdənin müxtəlif çahiyələrində əzələlərin gərginləşməsi ilə əlaqədar olaraq başını geri qatlaması, belin donqarlaşması görünür. Heyvanlarda cinsi oyanıqlıq, sidik buraxmanın tez-tez olması, tərləmə və gövdə əzələlərinin titrəməsi müşahidə edilir. Heyvan yerə yıxılır və 1-4 günə ölümlə nəticələnir.

Bəzən qaramalda qaşınma olmur, tərləmə və ağızdan maye axımı güclənir, mədəönlüklərinin atoniyası, timpaniya, yuxuluq və ümumi zəifliklə əlaqədar olaraq onların ölümü müşahidə edilir.

Qoyun və keçilərdə kliniki əlamətlər iribuynuzlu heyvanlarda olduğu kimidir və 1-2 günə qədər ölümlə nəticələnir.

Xəzdərili heyvanlarda ümumi kliniki simptomlardan əlavə qusma, qaşınma və oyanıqlıq müşahidə edilir. Samurlarda adətən qaşınma olmur, səndələmə hərəkətləri, boğulma, udma aktının çətinləşməsi görünür. Xəstəlik xəzdərili heyvanlarda 1-3 gün davam edir və ölümlə nəticələnir.

It və pişiklərdə narahatlıq, qaşınma və tükün tökülməsi görünür. Bəzən itlərdə quduzluğu xatırladan güclü oyanıqlıq inkişaf edir. Bundan əlavə əzələlərin titrə-məsi, səndələmə, klonik tutmalar nəzərə çarpır. Salivasiya güclənir və suya tələbat artır. Boğulma və ifliclə əlaqədar olaraq 1-2 gündən sonra heyvanlar tələf olur.

Atlarda xəstəlik bəzən yüngül formada gedir ki, bu zaman ümumi zəiflik, iştahın pozulması, belinin donqarlaşması və bir neçə gündən sonra sağalma nəzərə çarpır. Xəstəliyin ağır formasında güclü qaşınma, sinir oyanıqlığı, əzələ titrəməsi və tutmaları müşahidə edilir. Qıcığa qarşı cavab reaksiyası həddən artıq çox olur. Xəstəlik 1-2 gün davam edir və sağalmış atlarda çox vaxt korluq yaranır.

Page 15: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Patoloji-aiatommk dəyişikliklər. Ölmüş heyvanların dərisi üzərində donuz və samurlardan başqa adətən sürtünmə, zədələnmə və tüksüzləşmiş sahələr görünür. Dərialtı toxumada hemorroji infiltrat müşahidə edilir. Yuxarı tənəffüs yollarının selikli qişası hiperemiyalı və şişmiş olur. Mədə-bağırsaq şöbəsinin selikli qişasında qan sağıntıları və hiperemiya, həmçinin kataral, bəzən isə hemorroji qastroenterit görünür. Ətyeyən heyvanların mədəsində çox vaxt həzm olunmamış yem kütləsi və bəzən yabançı vasitələr müşahidə edilir. Burun boşluğunun müayinəsi zamanı serozlu hemorroji rinit və haymorit aşkar edilir. Çoşqalarda həmçinin kataral larinqofaringit tənəffüs üzvlərinin selikli qişasında və əksər parenximatoz orqanlarda çoxlu miqdarda nekroz ocaqları müşahidə edilir. Donuz, it və pişiklərdə krupozlu difteritik və yaralı-nekrotik tonzillit görünür. Qaraciyər, böyrək və dalaqda venoz durğunluq əlamətləri aşkar edilir. Baş və onurğa beyində, həmçinin onların qişalarında hiperemiya və şişkinlik nəzərə çarpır. Itlərdə ürək əzələsində xarakterik degenerativ dəyişikliklər görünür.

Xəzdərili heyvanlarda ürəyin həcmən böyüməsi, işemiya sahələri və endokardda qan sağıntıları nəzərə çarpır. Sidik kisəsi böyüməklə, selikli qişasında bəzən qan sağıntılarına təsadüf edilir. Baş və onurğa beyində iltihab və bunların qişalarında isə qan sağıntıları görünür.

Diaqnoz. Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır və laboratoriya müayinələri aparılır. Laboratoriyaya xırda heyvanlar bütöv halda, iri heyvanların isə baş beyni, onurğa beyni, ağciyər, qaraciyər, dalaq və limfa düyünləri gətirilir. Yay vaxtı onları 50%-li qliserin və ya xörək duzunun doymuş məhlulu olan qablarda göndərirlər. Laboratoriyada patoloji materialın fizioloji məhlulda suspenziyası alınır. Həmin suspenziya ilə adadovşanları və pişiklər yoluxdurulur. Yoluxdurmadan 3-5 gün sonra bu heyvanlarda Aueski xəstəliyinin xarakterik kliniki əlamətləri görünərsə, deməli yoxlanan materialda virus mövcuddur.

Son zamanlar retrospektiv diaqnostika məqsədilə seroloji reaksiyalardan ney-trallaşma, aqar gelində presipitasiya, komplementin birləşmə və immunofulo-ressensiya reaksiyalarından istifadə edilir.

Təfriqi diaqnozu. Xəstəliyi quduzluqdan, donuzlarda isə taundan, paratifdən, listeriozdan, qripdən, Teşena xəstəliyindən və avitaminozlardan təfriq etmək lazımdır. Quduzluqda aqressivlik və beyin hüceyrələrində xüsusi cisimciklər aşkar edilir. Donuzların taununda temperatura uzun müddət yüksək dərəcədə qalır və dəri üzərində qan sağıntıları yaranır.

Paratif və listerioz bioloji sınaq və bakterioloji müayinə ilə təfriq edilir. Qrip ilin soyuq və nəmli dövrlərində baş verməklə bütün yaşdan olan donuzlarda görünür. Teşena xəstəliyi ilə yalnız donuzlar xəstələnir, bioloji sınaq əsasında təfriq edilir. Avitaminozlarla temperatura yüksəlmir, infeksion proses olmur və mütləq bioloji sınaq

aparılmalıdır.

Page 16: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Müalicə. Xəstəliyə qarşı effektli müalicə vasitəsi yoxdur. P.S.Solomkin tərəfindən xəstəliyə qarşı hiperimmun serum və I.I.Lukaşev tərəfindən spesifik qamma-qlobulin hazırlanmışdır. Ancaq hər iki preparat kifayət qədər yaxşı müalicə xüsusiyyətinə malik deyil.

Hal-hazırda çoşqaların və xəzdərili heyvanların müalicəsi üçün qamma-qlobulin xəstəliyin əvvəlində işlədilir. Sekundar mikrofloranın inkişafı əleyhinə müxtəlif antibiotiklər və vitaminlərdən istifadə vacibdir.

Immunitet. Xəstəlikdən sağalmış donuzlarda 1-3 il, yaşlılarda isə bəzən ömürluk immunitet yaranır. Xəstəliyi keçirmiş heyvanların qanında virus neytrallaşdırıcı və komplementbirləşdirici əkscisimlər, həmçinin aqqlütininlər, presipitinlər və opsoninlər aşkar edilir. Körpə çoşqalarda kifayət qədər gərginliyə malik olmayan kollostral immunitet əldə edilmir.

1950-ci ildə P.S.Solomkin hidroksialümin formalvaksin hazırlamışdır. Hal-hazırda kənd təsərrüfatı heyvanlarının fəal peyvəndi üçün DENI-nin

quru kultural virus vaksini təklif edilmişdir (P.M.Bazılyev, E.M.Proxorova). Bundan başqa donuzların peyvəndi üçün Q.X.Kamalov və A.V.Selivanov tərəfindən BUK-628 ştammından hazırlanmış virusvaksindən geniş şəkildə istifadə olunur.

Qoyun, donuz və xəzdərili heyvanların peyvəndi üçün inaktivləşdirilmiş kultural vaksin işlədilir ki, peyvənddən 3-10 gün keçmiş immunitet yaranır, donuzlarda və qoyunlarda 10 ay, xəzdərili heyvanlarda isə 6 ay davam edir.

I.P.Lısenko tərəfindən Aueski xəstəliyi və donuzların taununa qarşı kompleks vaksinasiya üsulu təklif edilmişdir.

Qeyri-fəal peyvənd üçün spesifik qamma-qlobulin işlədilir ki, yaranmış immunitet 3-4 həftə davam edir. Bundan əlavə xəstəliyin profilaktikası üçün immunolakton işlədilir.

Page 17: Mövzu :  “ÇİÇƏK VƏ AUESKİ XƏSTƏLİYİ” Mühazirəçi : dos. Ələsgərov Z.Ə.  Gəncə- 2011

Profilaktika və mübarizə tədbirləri. XƏSTƏLIYIN profilaktikası məqsədilə heyvandarlıq fermalarında və onun ətraf sahələrində, xüsusilə gizli sinantrop və antropurkik ocaqlar yarana biləcək sahələrdə müxtəlif baytarlıq-sanitariya tədbirlərindən istifadə edilməlidir. Ev heyvanları və vəhşi heyvanlar planlı qaydada epizootoloji nəzarət altında olmalıdır.

Donuzçuluq təsərrüfatlarında virusgəzdirən heyvanları aşkar etmək üçün bioloji sınaqdan və seroloji reaksiyalardan istifadə edilir. Onların yay düşərgə şəraitində saxlanması, keyfiyyətli yemlərlə təmin edilməsi, burada gəmiricilərə qarşı sistematik mübarizə, sahibsiz it və pişiklərin öldürülməsi mühüm əhəmiyyətə malikdir.

Təsərrüfatda xəstəlik müşahidə edildikdə karantin qoyulur və onun bütün şərtlərinə ciddi şəkildə əməl olunur. Xəstə və xəstəliyə şübhəli heyvanlar ayrılaraq müalicə edilir, digər heyvanlarda isə vaksinasiya aparılır. Təsərrüfatda mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya aparılmalıdır. Dezinfeksiya məqsədilə 2-3%-li natrium qələvisi, 3%-li kreolin emulsiyası və 20%-li sönmüş əhəng məhlulundan istifadə olunur.

Peyin biotermiki üsulla zərərsizləşdirilir. Xəstə donuzları qamma-qlobulin və spesifik hiperimmun serumla müalicə edirlər. Sağlam donuzları 7 gün fasilə ilə iki dəfə vaksinasiya edirlər. Boğaz donuzları doğuma 2-3 həftə qalmış peyvənd etmək olar. Belə analardan alınan çoşqalar 2-3-cü günlərdə və 1 həftədən sonra təkrarən peyvənd edilir. Çoşqalar 45 günlüyə çatdıqda yenidən 7 günlük fasilə ilə iki dəfə peyvənd edilməlidir. Məcburi kəsilmiş heyvanların əti bişirildikdən sonra istifadə edilir, ölmüş heyvan cəsədləri isə yandırılır və ya utilləşdirilir.

Karantin təsərrüfatdan axırıncı xəstələnmədən bir ay sonra, xəzdərili vəhşi heyvanlarda isə 15 gün keçmiş götürülür. Donuzçuluq təsərrüfatı xəstəliyə görə o vaxt sağlam hesab olunur ki, vaksinasiyadan 6 ay keçən dövrdə ana donuzlardan həmişə sağlam bala alınsın. Yaxşı olar ki, bu dövrdə hər 4 həftədən bir, 2 dəfə seroloji müayinə ilə bütün donuzlar yoxlansın.