Korporativ müştərilər (hüquqi şəxslər)

13

description

- PowerPoint PPT Presentation

Transcript of Korporativ müştərilər (hüquqi şəxslər)

Page 1: Korporativ müştərilər (hüquqi şəxslər)
Page 2: Korporativ müştərilər (hüquqi şəxslər)

9 fevral 2010-cu il tarixində “Sistem Texnologiyaları” (Minsk) və “ULTRA” şirkətləri arasında bank sektoru üçün Azərərbaycana informasiya texnologiyalarının tədarükü üzrə tərəfdaşlıq razılaşması imzalanmışdır. “ULTRA” şirkəti “Sistem Texnologiyaları” şirkəti ilə birgə məhsulları Azərbaycan üçün uyğunlaşdırıb və inteqrasiya həllərinin birgə tətbiqini həyata keçirir. Məhsullar yüksək imtinaya davamlılığı, təhlükəsizliyi, yüksək keçiricilik qabiliyyəti və həcmləndirilməsi ilə fərqlənirlər.

Page 3: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.IT. Elektron bank alt sistemi – İnternet, mobil və stasionar telefon rabitəsi və s. kimi müasir telekommunikasiya kanallarından istifadə etməklə “Müştəri-Bank” sistemi vasitəsilə bank müştərilərinə (hüquqi şəxslərə) kompleks şəklində xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

Korporativ müştərilər(hüquqi şəxslər)

Elektron şəbəkəkanalları

İnternet (SSL)

Mobil telefon(SMS, USSD)

Elektron poçtSMTP/POP3 (SSL)

Telefon/Faks

Məlumat faylları

ST.BANK.İT

Elektron bank

Bank serveri

Korporativ biznes

CRM

Analitika

Həll olunan məsələlər

Page 4: Korporativ müştərilər (hüquqi şəxslər)

“MailBank” və “InternetBank” modulları alt sistemin biznes funksiyalarının vahid toplusundan istifadə edən tərkib hissələridir. Bank xidmətlərinin göstərilməsi artıq “InternetBank”da dünyanın istənilən nöqtəsindən İnternetə qoşulmuş kompüter vasitəsilə mümkündür. ST.BANK.IT. Elektron bank alt sistemi öz müstəqil informasiya infrastrukturuna malikdir ki, bu da bank müştərilərinə həm off-line, həm də on-line rejimlərdə kompleks elektron xidmətlərinin göstərilməsini təmin edir. Alt sistem kommersiya bankında istifadə olunan avtomatlaşdırılmış bank sistemindən (ABS) ASILI DEYİL. Bu İT həll müştəri vəsaitlərinin baş ABS-dən hərəkəti barədə operativ məlumatın alınması üçün çevik mexanizmlərə malikdir. Maliyyə məlumatının və elektron imzanın şifrələmə mexanizmlərinin alt sistemdə mövcudluğu açıq rabitə kanalları vasitəsilə bank əməliyyatlarının həyata keçirilməsi zamanı bank müştərilərinə məxfilik və təhlükəsizlik barədə zəmanət verməyə imkan yaradır. Təhlükəsizlik sistemlərinə bankın xüsusi tələbləri olarsa, ST.BANK.IT. Elektron bank alt sistemi bank tərəfindən təklif olunmuş digər şifrələmə və elektron imza sistemlərinə uyğunlaşa bilər.

Sistemin üstünlükləri

Page 5: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.IT.Elektron bank alt sisteminin tətbiqi banklara aşağıda göstərilən üstünlükləri verir:

· əməliyyat zalının və inkassasiyanın yüklənmə dərəcəsinin azaldılması vasitəsilə eyni zaman ərzində və bank əməkdaşlarının iştirakı olmadan xidmət göstərilən müştərilərin artırılması hesabına ödənilən xərclərin azalması; · elektron sənəd dövriyyəsinin tətbiqi və bank əməkdaşı tərəfindən deyil, müştərinin özü

tərəfindən ödəniş sənədlərinin daxil edilməsi vasitəsilə xidmətin göstərilməsi vaxtının və xərclərinin qənaəti;

· müştərinin fərdi xüsusiyyətiləri nəzərə alınmaqla bank məhsullarının təqdim olunması;· müasir telekommunikasiya kanalları vasitəsilə maliyyə bazarında çoxsaylı istehlakçıların

nisbətən az hissəsinin əhatə olunması ; · xidmətlərin 24 saat ərzində göstərilməsi imkanı; · bazar tələblərinin dəyişməsinə cavab olaraq göstərilən xidmətlərin sürətli dəyişməsi; · elektron imzadan və kriptomüdafiənin sertifikatlaşdırılmış vasitələrindən istifadə etməklə ödəniş və digər maliyyə sənədlərinin həm müştəridən banka, həm də bankdan müştəriyə təhlükəsiz, zəmanətli çatdırılması və emalı; · istənilən formatda ismarış mübadiləsi (faylların elektron sənədlər şəklində göndərilməsi imkanı ilə);· məlumatın kütləvi göndərişi

Sistemin üstünlükləri

Page 6: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.IT.Elektron bank alt sisteminin təqdim etdiyi xidmətlər xüsusilə öz vaxtının dəyərini bilən müştərilər üçün əvəzolunmazdır. ST.BANK.IT.Elektron bank alt sistemi müştərilərə aşağıdakı üstünlükləri verir: · aktiv və passiv əməliyyatların icrası zamanı yüksək operativlik sayəsində vaxta

qənaət (pul vəsaitlərinin idarə olunması); · dünyanın istənilən nöqtəsində bank xidmətlərinin mümkünlüyü (hesablara

nəzarət); · nəqliyyat və kuryer xərclərinə qənaət;· bank xidmətlərindən 24 saat ərzində istifadə imkanı; · ödəniş və digər maliyyə sənədlərinin banka təhlükəsiz, zəmanətli çatdırılması

və emalı;· elektron rəqəmsal imza vasitələrindən istifadə etməklə elektron sənəd dövriyyəsinin tətbiqi vasitəsilə ödəniş sənədlərinin kağız arxivinin praktiki olaraq tam istisna edilməsi;

Tərkibi və funksional imkanları· “Bank serveri” modulu· “MailBank” modulu· “InternetBank” modulu

Xidmətlər

Page 7: Korporativ müştərilər (hüquqi şəxslər)

Bu modul ST.BANK.IT. Elektron bank alt sistemində mərkəzi moduldur. Elektron bank – istənilən elektron kanallardan daxil olan (İnternet, modem pulu (simli rabitə), GSM mobil telefon rabitəsi (SMS və USSD)) müştəri sorğularının avtomatik emalı mərkəzidir. Bundan əlavə, modul inzibatçılıq sistemini və müştərilərdən alınmış müxtəlif növ sənədlər üzərində əməliyyatların icra olunması üçün avtomatlaşdırılmış iş yerlərini daxil edir. Modul müştərilərin, onların maliyyə obyektlərinin məlumat bazasını daxil edir, sorğulara, həmçinin obyektlərə və sorğuların emalı prosedurlarına, hüquqların yoxlanması vasitələrinə və alqoritmlərinə, dövri göndəriş vasitələrinə, yenilənmələrin göndərişinə, audit üçün sorğular jurnalına və ST.BANK.IT. Elektron bank alt sisteminin fəaliyyət göstərməsi və monitorinqi üçün tələb olunan digər vasitələrə hüquqları müəyyənləşdirir və nəzarət edir. Modul çevik sazlanma sisteminə malikdir ki, bu da onu banklarda qoyulmuş müxtəlif ABS-lə birgə istifadə etməyə imkan verir. Bu modul ST.BANK.IT. Elektron bank alt sisteminin istənilən konfiqrasiyasında mövcud olmalıdır.

“Bank serveri” modulu

Page 8: Korporativ müştərilər (hüquqi şəxslər)

Modul müştərilərə elektron poçt vasitəsilə uzaqdan xidmətin göstərilməsi üçün nəzərdə tutulub. İki komponentdən ibarətdir: “Müştəri” və “Bank”. “Müştəri” komponenti bank müştərisinin kompüterində quraşdırılır və məlumatın daxil edilməsi, saxlanılması, banka göndərilməsi, məlumatın bankdan qəbul edilməsi və saxlanılması üçün nəzərdə tutulub. Elektron poçtla iş üçün quraşdırılmış vasitələrə və kriptoqrafiya sisteminə malikdir. “Bank” komponenti “Bank serveri” moduluna və bankın “Baş Mühasibat Kitabı” ilə inteqrasiya modullarına əsaslanır. Bank tərəfindən “MailBank” modulu istifadə olunduqda ödənişlərin keçmə sürəti artır. İşin yüksək opeativliyi ödəniş tapşırığının elektron şəkildə hazırlanması bank əməkdaşı tərəfindən deyil, müəssisə əməkdaşı tərəfindən həyata keçirilçməsi ilə şərtləndirilir. Bundan əlavə, ilkin ödəniş sənədlərinin kağız daşıyıcılarında hazırlanmasına ehtiyac yoxdur. Bunun əvəzinə həftədə bir dəfə elektron sənədlər reyestri hazırlanır ki, nəticədə nağdsız ödənişlərin aparılması məqsədilə banka gündəlik olaraq gəlmə ehtiyacı aradan qalxır. Bu vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir.

“MailBank” modulu

Page 9: Korporativ müştərilər (hüquqi şəxslər)

Modul İnternet şəbəkəsi vasitəsilə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. “MailBank”a oxşar maliyyə funksiyalarının veb-interfeysinə malikdir. Funksional olaraq “MailBank”da olduğu kimi sorğuların emalı prosedurları əsasında qurulub. Mobil telefon və ya FK (PDA) vasitəsilə iş üçün WAP və PDA versiyaları vardır. “InternetBank” modulu qlobal İnternet şəbəkəsi vasitəsilə müştərinin bank məlumatına daxil olmasını təmin edir.

“İnternetBank” modulu

Page 10: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.İT MultiChannel alt sistemi öz müstəqil informasiya infrastrukturuna malikdir ki, bu da bankın fərdi müştərilərinə kompleks elektron xidmətlərinin göstərilməsini mümkün edir və kommersiya banklarında istifadə olunan avtomatlaşdırılmış bank sistemlərindən (pərakəndə, kart, ödəniş sistemləri və s.) ASILI DEYİL. Bu İT həll müştəri vəsaitlərinin hərəkəti barədə operativ məlumatın alınması üçün çevik mexanizmlərə malikdir. Alt sistem loqin, parol və avtorizasiya kodu əsasında xüsusi autentifikasiya vasitələrinə malikdir. Həmçinin autentifikasiya və əməliyyatların təsdiq olunması üçün aparat qurğuları ilə generasiya olunan birdəfəlik parollardan istifadə imkanı vardır (OTP – One-Time Passwords). SMS, USSD kanalları vasitəsilə göndərilən parollar əsasında ödənişlərin təsdiq olunmasının əlavə vasitələrindən istifadəni sazlamaq mümkündür. Şifrələmə mexanimlərinin alt sistemində maliyyə məlumatının və elektron imzanın mövcudluğu açıq rabitə kanalları vasitəsilə bank əməliyyatlarının həyata keçirilməsi zamanı bank müştərilərinə məxfilik və təhlükəsizlik barədə zəmanət verməyə imkan yaradır.

MultiChannel sistemi

Page 11: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.İT MultiChannel alt sisteminin tətbiqi banklara aşağıdakı üstünlükləri verir:· eyni zaman ərzində və bank əməkdaşlarının iştirakı olmadan xidmət göstərilən

müştərilərin artırılması hesabına ödənilən əməliyyat və inkassasiya xərclərinin azalması;

· müştərinin fərdi xüsusiyyətiləri nəzərə alınmaqla bank məhsullarının təqdim olunması; · müasir telekommunikasiya kanalları vasitəsilə maliyyə bazarında çoxsaylı

istehlakçıların nisbətən az hissəsinin əhatə olunması;· xidmətlərin 24 saat ərzində göstərilməsi imkanı; · bazar tələblərinin dəyişməsinə cavab olaraq göstərilən xidmətlərin sürətli

dəyişməsi; · həm müştəridən banka, həm də bankdan müştəriyə təhlükəsiz, zəmanətli

çatdırılması və emalı; · müxtəlif bank məhsullarına olan tələbatın operativ marketinq təhlilinin keçirilməsi;· əlavə xəbər kanalı.

ST.BANK.İT MultiChannel alt sisteminin təqdim etdiyi onlayn xidmətlər öz vaxtını yüksək dəyərləndirən, növbədə durmağı sevməyən, tez-tez səyahət edən və ya mobil həyat tərzi aparan müştərilər üçün əvəzolunmazdır.

MultiChannel sistemi

Page 12: Korporativ müştərilər (hüquqi şəxslər)

ST.BANK.İT MultiChannel alt sistemi müştərilərə aşağıdakı üstünlükləri verir:

· ödənişlərin aparılması üçün bankda növbədə durmağa ehtiyacın olmaması; · vaxta qənaət və pul vəsaitlərinin idarə olunmasının yüksək operativliyi;· nəqliyyat xərclərinə qənaət;· əməliyyatlar tarixinin saxlanılması və çıxarışların alınması;· 24 saat ərzində bank xidmətlərindən istifadə imkanı;· maraqlandıran bank məhsulları barədə ətraflı məlumatın alınması və real vaxt

rejimində dünyanın istənilən nöqtəsində daha müvafiq və effektiv olanların seçimi;· ödəniş və maliyyə sənədlərinin təhlükəsiz, zəmanətli çatdırılması və emalı;

MultiChannel sistemi

Page 13: Korporativ müştərilər (hüquqi şəxslər)

Ünvan: Kaveroçkin küç.30; AZ1007; Bakı/Azərbaycan.Tel: +994 12 449 5555 Faks: +994 12 440 9977Elektron poçt: [email protected]: www.ultracom.az | www.nexus.az

Diqqətinizə görə təşəkkür edirik