KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə...

216
A.İ.Tkaliç KONSALTİNQ XİDMƏTİ BAKI - 2011

Transcript of KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə...

Page 1: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

A.İ.Tkaliç

KONSALTİNQ XİDMƏTİ

BAKI - 2011

Page 2: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

2

Tərcümə edən: Hacı Nərimanoğlu Vüsal Kazımzadə

Korrektor: Şəfiqə Aşumova

Kompyuter tərtibatı: Emil Camalov

Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən ali məktəblər üçün metodik dərs vəsaiti kimi tövsiyə edilmiş bu kitabda konsaltinq xidmətinin əsas xarakterik xüsusiyyətləri səciyyələndirilir.

Müəllim və tələbələrlə yanaşı, sahibkar və biznesmenlər, hüquq-şünaslar, eləcə də bu sahələrlə maraqlanan hər kəs kitabdan bəhrələnə bilər.

Kitabın Azərbaycan dilində mövzu üzrə buraxılmış ilk vəsaitlərdən olduğunu nəzərə alaraq nəşr barədə təklif, fikir və rəylərinizi Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin elektron ünvanlarına bildirmənizi xahiş edirik.

Nəşrimizə göstəriləcək diqqət və marağa görə əvvəlcədən oxucu-larımıza təşəkkürümüzü bildiririk.

© Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi© “AZE Konsaltinq Qrup”

1201000000-1 071 - 2011R Qrifli nəşr

Page 3: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

3

OXUCULARA

Qloballaşan dünya cəmiyyət həyatının sosial-ictimai, siyasi, mədəni, iqtisadi həyatının bütün sahələrində bir sıra yeni yanaşmaların meydana gəlməsini də obyektiv zərurətə çevirir. Dövlət idarəetməsindən başlamış ən kiçik biznes strukturlarının təşkili, uğurlu fəaliyyətinin təminatı üçün ümumişlək termin olaraq qəbul edilən konsaltinq - məsləhətçi xidməti bu cür yeni spesifik anlayışlardan biridir.

İnkişaf etmiş ölkələrdə konsaltinq artıq çoxdan idarəetmənin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xüsusi intellektual, elmi-nəzəri və praktik hazırlıq, peşəkarlıq, novatorluq, operativlik, müasir dünya iqtisadiyyatının inkişaf tendensiyalarını, perspektivlərini düzgün qiymətləndirmək, proqnozlaşdırmaq bacarığı tələb edən bu sahə son illər sürətlə genişlənməkdə, böyük nüfuz qazanmaqda, həm də təşkilatçılarına sanballı gəlir gətirməkdədir.

Konsaltinq bütün sahələrdə yetərincə əhəmiyyətlidir: istehsalçı şirkət, firmaların satıcı, alıcısından başlamış idarə edicilərə qədər, biznesin qiymətləndirilməsi, hüquq və vergi, investisiyaların cəlb, idarə edilməsi, rəqabət şəraitinin öyrənilməsi, təsərrüfat komplekslərinin yenidən strukturlaşdırılması, büdcə-maliyyə planlaşdırılması sisteminin təkmilləşdirilməsi, layihələrin, personalın idarə edilməsi, beynəlxalq əlaqələrin təşkili, dünya bazarına çıxış, bazarın, risqlərin öyrənilməsi, birgə müəssisələrin yaradılması, marketinq, menecer bacarıqlarının, ustalığının yaxşılaşdırılması, elmi-texniki tərəqqinin son nailiyyətlərinin, informasiya texnologiyalarının tətbiqi və sairdə xeyirli məsləhət uğurların başlıca şərtlərindəndir.

Dövlət müstəqilliyinin yenidən bərpasının 20 ili tamam olan Azərbaycan son illər sivil dünya birliyinə inteqrasiya prosesində layiqli uğurlar əldə etmişdir və Avropanın bir hissəsinə

Page 4: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

4

çevrilməkdədir. Keçmiş SSRİ-dən qalma sosialist idarəetmə sisteminin dağılması, onun yerində azad bazar iqtisadiyyatına əsaslanan yeni ictimai-hüquqi dəyərlərin formalaşması kimi amillər Azərbaycanda da konsaltinqin nəzəri və praktiki əsaslarının öyrənilməsi, tətbiqi, tərəqqisini həyati zərurətə çevirmişdir.

Təəssüf ki, tarix boyu həmişə “məsləhətli don gen olar” düşüncəsini əxlaqi-mənəvi dəyərlər sisteminin bir göstəricisinə çevirmiş Azərbaycanda bu xidmətin mahiyyəti, təşkili forması, əhəmiyyəti lazımınca dəyərləndirilməyib, çox zaman söz olaraq qalıb, əməldə gerçəkləşməyib. Odur ki, bir çox yaxın-uzaq ölkələrdə, müxtəlif dillərdə konsaltinqə aid xeyli kitablar çap olunub dərsliklərə, ali təhsil proqramlarına salınsa da, bizim Azərbaycan dilində axtarışlarımız bu sahəyə aid hər hansı bir ədəbiyyatın tapıntısı ilə nəticələnmədi.

Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi və “AZE Konsaltinq Qrup” olaraq, biz cəmiyyətin maariflənməsi məqsədi ilə tədbirlərimizi ardıcıl davam etdiririk.

Konsaltinq haqqında məhz Aleksey İvanoviç Tkaliçin “Konsaltinq xidməti” (ali məktəblər üçün dərs vəsaiti) kitabının ruscadan Ana dilimizə tərcümə və nəşr edilməsi təsadüfi deyildir. Çünki ingilis və rus dillərində topladığımız material, kitabların içərisində müqayisə apararkən məhz 20 rus alim, mütəxəssisinin, Rusiyanın elm və təhsil nazirliyinin metodik dərs vəsaitləri üzrə Redaksiya Heyətinin rəyi ilə dərs vəsaiti kimi istifadəsinə zəmanət verdiyi bu kitabın mövzu barədə ən əhatəli, həm də sadə dillə yazılmış elmi nəşr olduğu diqqətimizi cəlb etdi və seçimimizi qərarlaşdırdı. Kitabda konsaltinqin 18 sahə üzrə spesifik mahiyyəti, praktiki əsasları şərh edilir.

Konsaltinq, onun elmi-nəzəri, hüquqi və praktiki aspektləri haqqında Azərbaycan dilində ilk ədəbiyyat olan bu kitab ali məktəblərin tələbələri üçün nəzərdə tutulsa da, hüquqşünas,

Page 5: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

5

vəkil, işgüzar dairələrdə çalışan iqtisadçılar, menecerlər, iş adamları da bu kitabdan xeyli gərəkli bilgilər əldə edə, yararlana bilərlər.

Kitabın Ana dilimizə sadə, aydın, lakonik dil və üslubda tərcüməsi geniş oxucu auditoriyasının da bu mənbədən bəhrələnməsinə imkan yaradır.

Mövzu üzrə xarici dillərdə çıxan ən mükəmməl ədəbiyyatlardan olan bu kitabla bağlı fikirlərinizi öyrənmək bizim üçün əhəmiyyətlidir. Ona görə də Mərkəzimizə göndərəcəyiniz yazılı və şifahi təklif, tövsiyələrinizə görə əvvəlcədən sizlərə öz təşəkkürümüzü bildiririk.

Natiq ABDULLAYEV,

Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədr müavini,

“AZE Konsaltinq Qrup”un direktoru

Page 6: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

6

GİRİŞ

İngilis dilində “consulting”, almanca “consulting” sözlərinin əsasında latın dilində konsultasiya, məsləhət, məsləhətçi anlamını əks etdirən “consultatio” sözü dayanır. Sovet dönəmində “konsaltinq” termini digər alınma terminlər kimi ideoloji səbəblərdən qadağan edilmişdi. Faktiki olaraq məsləhətçi-konsultantların işini tədqiqat institutları yerinə yetirirdi, onların da əsas devizi “elmi istehsalata!” şüarı idi. Zaman dəyişdi, rus iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar yarandı.

Bəzi tədqiqatçılar konsaltinqi (məsləhətləşməni) – məsləhət vermə sənəti hesab edir və haqlı olaraq konsaltinqi idarəetmə sənətinin xüsusi növünə aid edir. Onlar, insanlarla işləyərkən həll edilə bilməyən problemləri müvəffəqiyyətlə həll etmək, operativ sürətdə lazımi məlumatlar tapıb və ondan maksimal bəhrələnmək, faktların kompleks analizini aparıb orijinal, qeyri-standart həllini tapmaq və s. böyük məharət tələb etdiyinə əsaslanır.

Konsultantlar (məsləhətçilər) bütün fəaliyyət sahələrində vardır; məsələn, qrafik dizayn, toyların təşkili, moda məsələləri, karyera seçimi üzrə məsləhətçilər var. Bunlar konsaltinq fəaliyyətinin geniş yayılmış növləridir. Ancaq konsaltinq xidmətini göstərən başqa mütəxəssislər də vardır: abituriyentləri ali məktəblərə daxil olmağa hazırlaşdıran repetitorlar, ən yaxşı işçilərin seçilib bir firmadan digərinə keçirilməsi üzrə mütəxəssislər, daşınmaz əmlak və turizm bürolarında çalışan agentlər.

Məsləhət vermə sənəti digər yaradıcılıq işləri ilə doğmalıq, uyğunluq təşkil edir, buna görə də konsultant öz işində virtuaz (mahir sənətkar) olmalıdır. Onun verdiyi məsləhətlər bizim özəl həyatımızın bütün problemləri üzrə “adi məsləhətlərdən”

Page 7: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

7

fərqlənir. İdarəetmə konsaltinqi sahəsinin mütəxəssisləri, yəni konsultantlar yalnız xüsusi diaqnostika apardıqdan – məsləhətləşən təşkilatda yaranmış vəziyyətin səbəblərini analiz etdikdən sonra öz peşəkar məsləhətlərini verir. Konsultasiya yardımının əsas forması konsaltinq layihəsidir.

Hazırkı dövrdə konsaltinq, idarəetmə problemlərinin həlli vasitəsi kimi xüsusilə aktualdır. Bu son 10-15 il ərzində Rusiyanın sənaye müəssisələrində, təşkilatlarda və əmək kollektivlərində yeni idarəetmə metodlarını şərtləndirən sosial-iqtisadi şərtlərin tamamilə dəyişməsi ilə əlaqələndirilir. Yerli təşkilatların fəaliyyətində baş vermiş dəyişikliklər həmin təşkilatların idarə edilməsində bir çox ənənəvi aksiomaların yenidən baxılması ilə nəticələndi. Əvvəllər inkişaf edən müəssisələrdə şaquli əlaqələrin üstünlük təşkil etdiyi sabit, iyerarxiyalı təşkilat strukturu kimi cəhətlər, hazırda nöqsan kimi qiymətləndirilir, çünki sərt, inersiyalı struktur bazar tələbində yaranan dəyişikliklərə dərhal reaksiya verməyə imkan vermir. Bazar konyukturasında (vəziyyətində) baş vermiş dəyişikliklərə müəssisənin məhz tez bir zamanda uyğunlaşması rəqabət mübarizəsində əsas vasitə hesab edilir. Daim dəyişən şərtlərə tab gətirmək və uyğunlaşmaq üçün müasir təşkilatlar öz strukturunu və işin təşkilini, iş dünyasının fəaliyyət strategiyasını və taktikasını davamlı şəkildə dəyişmək məcburiyyətindədir. Bu müəssisələrin fəaliyyətində ən vacibi aşkarlıq və muxtariyyət, uyuşqanlıq prinsipləridir ki, bunlar da öz növbəsində yeni tipli müəssisələrin əsas təşkilat strukturunu xarakterizə edir. Qeyri müəyyənlik və sərt rəqabət şəraitinə tab gətirmək üçün müasir təşkilatlar kompleks tədbir və üsullardan istifadə etməlidir. Həmin kompleks tədbir və üsullardan biri, baş vermiş problemlərin həll edilməsi üçün daxili konsultantların – yaranmış çətinlikdən çıxış yolu tapmağa köməklik göstərən mütəxəssislərin cəlb edilməsidir. Təşkilatı problemləri təbii ki, sərbəst şəkildə də həll etmək olar. Lakin bir çox hallarda kənardan mütəxəssislərin cəlb edilməsi iqtisadi cəhətdən daha

Page 8: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

8

faydalı hesab edilir, belə ki gecikdirmə halı çox vaxt rəqabətə davamlılıq cəhətinin itirilməsinə səbəb ola bilər. Bu isə nəticə etibarı ilə həm istehsal olunan məhsula dair tələbata və təbii ki ondan əldə edilən gəlirə təsir edir.

Qərbdə konsaltinq xidmətlərinin müasir siyahısı 1950-60-cı illərdə yaranmışdır və həmin dövrü bəzən “konsaltinqin qızıl əsri” adlandırırlar. XXI əsrin əvvəllərində məsləhət vermə (konsaltinq) anlayışını izah edən kifayət qədər çox təriflər formalaşmışdır. Bunlardan bəziləri aşağıdakılardır.

Konsultasiya - maraqlı olan təşkilatın problemlərinin araşdırılıb və həll edilməsi istiqamətində müəyyən ixtisaslı müstəqil şəxs tərəfindən göstərilən xidmətdir.

Konsaltinq - mütəxəssisin müştəriyə öz xüsusi bilik və təcrübəsini, bacarıq və səriştəsini təqdim etməsi prosesinə deyilir.

Məsləhətvermə - rəhbərlərə, sahibkarlara və mütəxəssislərə qeyri-standart problemlərin həllində peşəkar köməkliyin göstərilməsi deməkdir.

Konsaltinq - əsas məqsədi müştərinin problemlərini və konkret sahəni nəzərə almaqla inkişaf perspektivlərinin analizi və əsaslandırılmasından, həmçinin elmi-texniki və təşkilati-iqtisadi innovasiyalardan ibarət olan intellektual fəaliyyət növüdür.

Konsaltinq – şirkət işində ən yüksək idarəedici heyətə əsas problemlərin həllində və sabit uğurun əldə edilməsində göstərilən köməkdir. Bu cür kifayət qədər geniş tərif McKinsey&Company transmilli konsaltinq şirkəti tərəfindən verilmişdir. Həmin şirkət idarəetmə konsaltinqi konsepsiyasının banisi hesab edilir.

Beləliklə, faktiki olaraq konsaltinq - müəssisə qarşısında dayanan problemlərin həllində kənar konsultantlar tərəfindən istənilən yardımın göstərilməsidir. Bununla belə konsaltinqin əsas məqsədi müəssisənin idarə edilməsi keyfiyyətinin, bütövlükdə onun fəaliyyətinin effektivliyinin və hər bir işçinin fərdi əmək səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Page 9: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

9

Konsultant öz sifarişçisinə müəyyən sahədə konsaltinq xidməti göstərən mütəxəssisdir.

Konsultant aşağıda göstərilmiş alqaritmi yerinə yetirmək şərti ilə məsələni müvəffəqiyyətlə həll edə bilər:

sifarişçi-təşkilatın qarşısında duran problemlərin diqqətlə təhlil edilməsi və üzə çıxarılması;

praktiki zəmanətin təşkilati dəyişikliklər layihəsi formasında yaradılması;

informasiya texnologiyaları sahəsində düzgün strategiyanın seçilməsi;

müəssisənin fəaliyyət praktikasında konsaltinq layihəsinin tətbiq edilməsi.

Müəssisədə aparılan ilkin yoxlama əsasında konsultant hər bir şöbənin həll etməli olduğu məsələlərə, yəni işçilər arasında öhdəliklərin bölüşdürülməsinə, işçilərin şöbələrə görə paylanmasına dair məsləhətlər verə bilər.

Müəssisədə yaranmış vəziyyətin çətinliyindən asılı olaraq konsultantlar təkbaşına, yaxud komanda şəklində fəaliyyət göstərir. Konsultantın xidməti – müəssisədə vaxtaşırı yaranan problemlərə verdiyi cavablardan ibarətdir, həmin problemlər müstəqil şəkildə həll edilə bilməz.

Xaricdə olduğu kimi Rusiyada da konsaltinq xidmətləri daxili və kənar konsultantlar tərəfindən göstərilir.

Onların fərqi ondan ibarətdir ki, kənar konsultantlar maraqlı olan təşkilat tərəfindən yalnız konkret sifarişin yerinə yetirilməsi üçün dəvət olunur, daxili konsultantlar isə təşkilatın ştatda olan işçiləridir. Kənar konsultantlar ümumi problemlər və idarəetmə prinsipləri ilə məşğul olan ekspertlər, yəni universallar və həm təşkilatın özündə, həm də xalq təsərrüfatı sahəsində daim yaranan konkret problemlərin həlli ilə məşğul olan mütəxəssislər qrupuna bölünür.

Page 10: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

10

Şək.1. Kənar və daxili konsultantlar

Ölkəmizdə konsaltinqin yaranması və inkişaf etdirilməsini üç əsas səbəbi müəyyən edir.

Birincisi, yaxşı hazırlanmış qərb informasiya-konsultasiya xidmətləri – Extention xidmətləri əsasında yerli peşəkar konsaltinq xidmətinin yaradılması daxil olmaqla, özündə sərbəstlik və inam hissinə nail olmaq.

İkincisi, ölkənin xüsusi şərtlərinin idarəetmə sahəsində beynəlxalq səviyyədə olan «nou-xau» sisteminin tətbiq edilməsinə yerli peşəkarlardan başqa heç kim uyğunlaşa bilməz.

Üçüncüsü, çox vacib maddi səbəb də mövcuddur: yüksəkmaaşlı xarici mütəxəssislərdən imtina edilməsi bir çox layihələrin konsultasiya hissəsinin qiymətinin azaldılmasına imkan verir, valyutanı qənaət edir və kiçik biznes nümayəndələrini daxil etməklə bir çox müştərilər üçün həmin xidmətləri mümkün edir.

Təsərrüfatçılıq şərtlərinin tez bir zamanda dəyişdirilməsi, qeyri effektiv sahibkarın dəyişdirilməsi əksər hallarda müəssisənin strukturu, mövcud şöbələrin, həmçinin vəzifəli şəxslərin hüquqları, öhdəlikləri və məsuliyyəti, müəssisənin strategiyasının təkmilləşdirilməsi və sistemli təhlili ilə bağlı ümumi idarəetmə problemlərinin həllini tələb edir. Bu halda idarəetmənin həlli üsulunun qəbul edilməsi və reallaşdırılması

Page 11: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

11

prosesində yaranmış qeyri müəyyənliyin aradan qaldırılması üçün konsultantlar dəvət olunur. Daxili konsultantların dəvət olunması müəssisənin məqsədinə uyğun olaraq onun ən əlverişli strukturunun qurulmasına imkan verir. Eyni zamanda məhz idarəetmə sahəsində yaranan qeyri müəyyənlik konsaltinq xidmətinə olan tələbatı artırır və konsaltinq xidmətinin inkişafını stimullaşdırır.

Qərəzsizlik və obyektivlik – konsultant peşəsinə qarşı olan vacib tələblər və eyni zamanda onun peşəkarlığının qiymətləndirilməsi kriteriyalarıdır. Bu kriteriyalar konsaltinq fəaliyyətində və konsultantın məsuliyyətində sosial-iqtisadi əhəmiyyətə malikdir.

Qeyd etdiyimiz kimi, konsaltinq - professional məsləhətçilər tərəfindən həyata keçirilən, iqtisadiyyat və idarəetmənin tələblərinin ödənilməsinə yönəlmiş məsləhət və digər professional xidmət sahələrini əhatə edən sahibkarlıq fəaliyyətidir.

Konsultasiya fəaliyyətinin sabit ənənələri olan ölkələrdə peşəkar konsultantlar birlikləri yaradılmışdır və həmin birliklərin əsas ideyası müştərilərlə davranış prinsiplərinin, etik qaydaların təkmilləşdirilməsi və uyğunlaşdırılması idi. Konsultantlar, ilk olaraq elə onların özlərini öz həmkarlarının vicdansızlığı və kobudluğundan qorumaq üçün düzlük və etibarlılıq standartlarını təkmilləşdirmək üçün assosiasiyada bir araya gəlirlər. Tərtib edilmiş və bütün peşəkar qruplar tərəfindən qəbul edilmiş etibarlılıq, düzlük və qərəzsizlik standartlarına riayət edilməsi nəticəsində istənilən miqyaslı təşkilat rəhbərlərində və iqtisadiyyatın bütün sektorlarında konsaltinqə qarşı yüksək dərəcəli etibar yarandı.

Məsələn, Avropa federasiyası istehsalın və idarəetmənin təşkili üzrə məsləhətçilər assosiasiyalarının (FEACO) üzvləri FEACO davranış kodeksinə uyğun olaraq üzvlüyə yazılmalı və öz fəaliyyətində qeyri peşəkar davranışdan çəkinməlidir, daha dəqiq desək:

Page 12: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

12

xidmət və firmaları qaba yaxud kommersiya tərzində reklam etməməli;

müştərilərə (qeyri konsaltinq) xidmətinin, yaxud məhsulun təqdim edilməsilə bağlı olan istənilən ticari komisyon güzəştləri və ya kompensasiyaları qəbul etməməli;

konsultantların müştərilərini məhsulla, yaxud hər hansı bir xidmətlə təchiz edən firmanın gəlirinin bölüşdürülməsində iştirak etməməli və bununla yanaşı onların nəzarəti altında olmamalıdır. Konsultantların xidmət keyfiyyətinə təsir edə biləcək öz hər hansı bir marağını (mənfəətini) müştəridən gizlətməməli;

qəbul edilmiş peşəkar qiymətləndirmə cədvəlindən başqa hər hansı səbəbə görə göstərilmiş xidmət üçün mükafat əlavə etməməli;

konsultantların müştərilərinin fəaliyyəti ilə bağlı məxfi məlumatı yaymamalı;

həmin ölkədə qəbul edilmiş təcrübəyə müvafiq olan hallar istisna olmaqla, müştərilərin rəsmi təqdim edilməsi üçün pul ödəməməli və ödəniş almamalı;

peşə qanunlarına zidd olan hər hansı hərəkətləri etməməli.Avropa ölkələrinin məsləhətçiləri konsaltinqin hər hansı

vasitəçi fəaliyyət növü ilə uyğunlaşdırılmasının mümkün olmadığını hesab edir, çünki bu konsultantların qərəzsizlik və obyektivlik prinsiplərinə ziddir, belə ki bu uyğunlaşdırmanın nəticəsində əlavə gəlir əldə etmək məqsədi ilə müştərinin davranış və qərarına təsir etmək istəyi yaranır.

FEACO davranış kodeksində bəyan edilmiş normaların oxşarı ABŞ idarəetmə konsultasiyası üzrə firmalar Assosiasiyası tərəfindən təkmilləşdirilmiş, qəbul edilmiş, etik və peşəkar təcrübə standartları Kodeksində yer almışdır. Məcəllə peşəkar davranış standartlarını ümumi terminlərdə ifadə edir. Konsaltinq şirkətləri və fərdi konsultantlar həqiqi və potensial müştərilərlə, həmkarlarla, əlaqədar peşə üzvlərilə və cəmiyyətlə işlədikləri zaman həmin standartlara mütləq riayət etməlidir. Assosiasiya,

Page 13: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

13

konsaltinq şirkətlərini həmin məcəllənin yerinə yetirməyə məcbur edir, məcəlləni pozanlar haqqında daxil olan şikayətləri araşdırır və onlara qarşı tədbirlər görür. Peşəkar təcrübə standartları zəmanət xarakteri daşıyır, lakin Assosiasiyanın səyi nəticəsində həmin standartları pozanlar təşkilat və sahibkarlar arasında məşhur olur.

Hal hazırda Rusiyada idarəetmə üzrə iki konsultant assosiasiyası yaranmış və fəaliyyət göstərir: FEACO-nun üzvü olan Rusiya iqtisadiyyat və idarəetmə üzrə konsultantlar assosiasiyası (АКЭУ), idarəetmə və təşkilat inkişafı üzrə Assosiasiya (АКУОР). FEACO-nun üzvü olaraq АКЭУ Avropa davranış kodeksinə riayət edir, АКУОР isə öz “İdarəetmə üzrə konsultantın peşəkar kodeksi”-ni təkmilləşdirib və qəbul etmişdir. Həmin kodeks konsultantın müştəri, həmkarları və cəmiyyət ilə münasibətlərini müəyyən edir. Lakin konsultantların hərəkətinə həmin assosiasiyaların təsiri zəif hiss olunur. Hələ ki bu biznesdə qaydalar ilk öncə müəssisə menecerləri tərəfindən, idarəetmədə konsaltinqin rolu və yerini başa düşmələrindən asılıdır. Konsultantların etibarsızlıq həddi müştəri-müəssisələrin menecerlərinin ixtisaslaşdırma dərəcəsi ilə müəyyən edilir. Bu gün Rusiyada konsaltinq yetərincə effektiv hesab edilmir, bunun da əsas səbəblərindən biri “hər şeyi birdən” vəd edən reklamdır. Xüsusilə maliyyə məsələlərində təkmilləşən bir çox konsaltinq şirkətlərinin “hər şey etməyə” qadir olduqlarını göstərməsi, konsultantlarda tələb olunan peşəkarlığın olmaması – bu xidmətin inkişafına təsir edən təhlükəli olmasa da, xoş olmayan amillərdir.

Page 14: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

14

MÖVZU 1.

KONSALTİNQ XİDMƏTİ:İLKİN ŞƏRTLƏR VƏ MÜASİR VƏZİYYƏT

İstehsalatın effektivliyinin yüksəldilməsi üçün sahibkarların daim yeni üsul axtarışında olması, idarəetmə mütəxəssislərinin öz bacarıqlarını kommersiyada tətbiq etmək cəhdləri, təşkilat elminin və nəzəriyyəsinin inkişaf məntiqi təqribən 100 il əvvəl müxtəlif idarəetmə problemləri üzrə konsultasiya xidmətləri göstərən ilk peşəkar firmaların yaranması ilə nəticələndi. Həmin şirkətlərdən birincisi – “Buz-Allen ənd Qamilton” rəsmi araşdırma xidməti 1914-cü ildə Çikaqo şəhərində fəaliyyətə başlamışdır. 1925-ci ildə Dj.O. Mak-Kinzi və A.T.Karni dünyada iki ən iri “Mak-Kinzi ənd Kompani” və “A.T.Karni” konsaltinq firmalarının yaranmasına səbəb olan şirkət təsis etdilər. Bu sahənin real təşəkkülü 1940-50-ci illərin ikinci yarısında başlamışdır və bununla da əlaqədar olaraq həmin dövrü “konsaltinqin qızıl əsri” adlandırırlar. Beləliklə, həmin vaxtdan bu sahə elə iri templərlə inkişaf edir ki, dünya iqtisadiyyatının bir çox köhnə və yeni sahələrini geridə qoyur.

“Bazar” anlayışını artıq adət kimi qəbul edən qərb firmaları kömək üçün konsultantlara müraciət edirlər, çünki onlar konsaltinqi - praktiki olaraq idarəetmənin daxili funksiyası hesab edir. Qərb (və yerli) şirkətlərin sahibi və menecerlərinin kömək üçün konsultantlara müraciət etmələrinin bir neçə səbəbi var:

vaxtaşırı yaranan ciddi idarəetmə problemlərinin həlli üçün özəl (şəxsi) resursların çatışmazlığı (işçilərin, vaxtın, bilik və təcrübənin);

müvəqqəti olaraq intensiv köməyin zərurəti;kənardan verilən azad rəy zərurəti;rəhbərliyin qəbul etdiyi idarəetmə qərarının müstəqil

ekspertlər tərəfindən əsaslandırılması zərurəti;

Page 15: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

15

müəssisənin məsləhət vermə üsulu ilə idarəetmə texnologiyası ilə təlimatlandırılması zərurəti.

Peşəkar konsultasiya köməyi üsulu kimi, Rusiyada konsaltinq 1990-cı illərdə iqtisadiyyatın yenidən qurulduğu və bazar münasibətlərinə keçdiyi vaxt daha aktiv inkişaf etməyə başladı. Müasir Rusiya müəssisə və təşkilatlarının müxtəlif idarəetmə və təşkilati məsələlər üzrə konsaltinq xidməti hazırda ölkənin sosial-mədəni sistemində mühüm yerlərdən birini tutur. İqtisadiyyat və idarəetmə üzrə konsultantlar Assosiasiyasının (АКЭУ) verdiyi qiymətləndirməyə görə artıq XX əsrin sonlarında Rusiyada 350-yə qədər konsaltinq şirkətləri fəaliyyət göstərirdi. Təkbaşına fəaliyyət göstərən və daxili konsultantların real sayını müəyyən etmək praktiki olaraq mümkün deyil.

Bazar islahatlarının aparıldığı 1991-1998-ci illərdə iqtisadiyyatın mənfi yaxud ən yaxşı halda sıfır dərəcəli inkişafı zamanı Rusiyada ticari konsaltinq xidməti həcminin artımı ildə 17% təşkil edirdi və bu gün Rusiya konsaltinqi davamlı şəkildə güc toplamağı davam edir, həm də təkcə kəmiyyətlə deyil, həm də keyfiyyətlə.

Aşağıda sadalanan faktorlar müasir konsaltinq xidmətləri bazarına stimullaşdırıcı təsir göstərmişdir:

konsaltinq xidmətlərinə hər zaman yüksək tələbat yaradan, iqtisadiyyatda struktur dəyişikliklərin aparılmasına dair obyektiv tələbat;

rəqabətin yüksək həddə çatdığı müasir dünyada hər hansı bir məsələnin həllinin hətta bir gün gecikməsi imkan və maddi itkiyə səbəb ola biləcəyini başa düşən Rusiya sahibkarlarının konsaltinqə qarşı münasibətlərində tədrici inkişaf;

konsultantların peşəkar assosiasiyaları, sertifikatlaşdırmanın tətbiq edilməsi planları, konsultantları təlimatlandırma proqram və mərkəzləri kimi müvafiq infrastrukturun inkişafı; seminar, konqres və sərgilər; jurnal və məlumat bülletenlərinin təsis edilməsi;

Page 16: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

16

Rusiyada yığılmış böyük maarifləndirici potensial.Ölkəmizdə konsaltinqin inkişafında əngəl yaradan mənfi

faktorlar da mövcuddur. Bu ilk öncə Rusiya menecerləri tərəfindən tələbatın inkişaf etməməsi və ən əsası ixtisaslaşdırılmamasıdır. Onlar hələ ki bu cür “yumşaq” idarəetmə metodlarını tətbiq etmək bacarığına malik deyil. Bundan başqa onlar konsaltinq xidmətlərinə görə adekvat qiyməti hər zaman ödəməyə hazır deyil. Lakin Rusiyada konsaltinq xidmətləri bazarının inkişaf etməsi üçün yüksək səy göstərilməli və təkcə müştərilərin deyil, həm də konsultantların peşəkarlığının artması çox böyük rol oynayır.

Məsləhətçi peşəsi şübhəsiz ki, ali təhsil və şəxsin ixtisas üzrə aldığı biliyi təkmilləşdirən sistemli hazırlıq tələb edir. Bu isə üç səbəblə izah edilir.

Birincisi, necə işləmək lazım olduğuna dair məsləhətlər vermək, bu qətiyyən faktiki olaraq həmin işi yerinə yetirmək anlamına gətirmir. Metodiki hazırlıq prosesində konsultant məsləhət vermək üçün spesifik olan bilikləri əldə etməlidir.

İkincisi, müştərilərə məsləhət vermək üçün tələb olunan biliyin genişliyi və dərinliyi adətən əvvəlki təhsil və iş zamanı əldə ediləcək həcmdən artıq olur.

Üçüncüsü, konsultant müəyyən məsləhət vermə fəlsəfəsi və strategiyasını seçmiş bir firmanın işçisi olur. Bu, məqsəd, metod və tətbiq edilən texnologiya, müştərilərin iştirak etmə dərəcəsi, həmçinin etik düşüncələr kimi məsələlərə aiddir. Bu və ya digər şirkət tərəfindən sifariş edilmiş konsultant, şirkətin fəlsəfəsini və tətbiq etdiyi peşəkar yanaşmanı dərk etməlidir.

Bununla belə, konsultantın təhsili ilk tədris kursu ilə tamamlanmır. “Ən azından konsultant düşünə bilər ki, işin yerinə yetirilməsi üçün tətbiq edilən köhnə metodlar kifayət qədər yaxşıdır...İdarəetmə üzrə Amerika konsultantlar institutunun prezidenti E.M.Şeysin təsdiq etdiyi kimi, həmin konsultant üçün öyrənmə dövrü ömür boyu davam edir.

Page 17: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

17

Rusiyada iqtisadiyyat və idarəetmə üzrə konsultantların hazırlaşdırma və sertifikatlaşdırma sistemi XX əsrin sonlarında formalaşmağa başlamışdır. Hazırda konsultantları hazırlaşdırma problemi xüsusilə gərgin vəziyyətdədir. Artıq göründüyü kimi, qərb konsaltinq şirkətləri, rəqiblərinin meydana gələ biləcəyi səbəbindən bu problemin həllində bizə köməklik göstərə bilməzlər. Xarici və yerli MBA məktəblərinin məzunları – ilk öncə idarəçi və top-menecerlərdir. Konsaltinq firmaları üçün mütəxəssislərin hazırlaşdırılması ilə faktiki olaraq heç kəs məşğul olmur, lakin bu cür mütəxəssislərə tələbat son dərəcə böyükdür. Biznes analitiklərə, rəhbərlərə köməklik etmək üçün - konsultantlara ehtiyac var.

Xidmət sahəsində fəaliyyət göstərən müəssisələrdə məsləhətləşmə. Öz mahiyyətinə görə turizm və sosial-mədəni sahədə fəaliyyət göstərən konsultant – yalnız vaxtaşırı yaranan idarəetmə problemlərini həll etmək deyil, həmçinin təşkilati dəyişikliklər üzrə layihə rəhbərinin öhdəliklərini öz üzərinə götürmək iqtidarında olan mütəxəssisdir.

Sifarişçi-müəssisənin bu və ya digər problem və ehtiyaclarını üzə çıxardaraq, konsultantlar hazırda servis xidmətləri haqqında danışarkən nəzərdə tutulan bütün vasitə spektrini tətbiq edirlər: turist fəaliyyətinə zona və regionların daxil edilməsi (turist xidmətləri və rekreasiya servisi), korporativ istirahətin təşkili (animasiya xidməti), pozitiv imicin formalaşdırılması (imicmeyker xidməti), informasiya sisteminin və informasiya texnologiyalarının tətbiq edilməsi (İT konsaltinq), informasiya xidmətlərinin göstərilməsi (informasiya konsaltinqi) və digərləri.

Müştəri-müəssisənin problemlərini həll edən konsultant, xidmət üzrə digər mütəxəssislər yəni – imicmeykerlər, animatorlar, rekreoloqlar və treninqçilərlə sıx əməkdaşlıq etməlidir. Demək olar ki, sosial-mədəni sahədə fəaliyyət göstərən konsultant yalnız məsləhətçi deyil, həm də vasitəçidir. Adı

Page 18: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

18

çəkilən mütəxəssislər yalnız öz peşəkar bilik və təcrübəsini tətbiq etdiyi halda, konsultant məsləhət verdiyi müəssisəni müxtəlif aspektlərdə təyin edir və bir deyil, bir neçə problem müəyyən edir (üzə çıxardır). Müştəri-müəssisəyə bu və ya digər təşkilati dəyişikliklərin faydalı olacağı qənaətinə gəldikdə, konsultant işçi heyətinin inkişaf etməsi və yeni nailiyyətlər əldə etməsi üçün onların peşəkarlığının artırılması, komandanın yaradılması, imicin dəyişdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi və işçilərin istirahətinin təşkil edilməsinə dair bir sıra tövsiyələr (dəyişiklik proqramı) verir. Konsaltinqin inkişaf etdirilməsi üçün üç vacib elementin olması gərəkdir: 1) rəhbərin, 2) konsultantın və 3) idarəetmə sisteminin. Konsaltinqin inkişaf səviyyəsi, rəhbər tərəfindən təşkilati dəyişikliklərə müəssisənin rəqabət üstünlüyü kimi baxılmasından asılıdır.

Xidmət sahəsində fəaliyyət göstərən müasir Rusiya müəssisə və təşkilatlarının fəaliyyəti və inkişaf etmə xüsusiyyətləri ondan ibarətdir ki, baş vermiş problemlərə tab gətirmək üçün onlar bir çox hallarda kompleks dəyişikliklərə əl atırlar. Bundan başqa son 12-15 il ərzində müəssisələr xərclərin azaldılmasına ehtiyac olduğunu hiss edirlər və bu məqsədlə işçi heyətini ixtisara salırlar. Və nəticədə layihələrin reallaşması tədricən resursların, həmçinin kadrların vaxtında təmin edilməsi problemilə qarşılaşır.

Eyni zamanda, hər bir yerli müəssisə kənar konsultant dəvət etmək iqtidarında deyil. Məsələn, peşəkar konsultasiya xidmətinə olan tələbata dair Rusiyanın iri və orta özəl müəssisələrinin təqdim etdiyi araşdırma nəticələrinə əsasən, müəssisənin fəaliyyətində tələb olunan təkmilləşməni müəyyən edərkən rəhbərin a) konsultant ilə birgə (14% respondent), b) yalnız öz gücü hesabına öhdəsindən gələ bilmədiyi halda (39% respondent), c) başqalarının təcrübəsini öyrənməklə (14% respondent) bütün vacib kompleks tədbirlərin tətbiq etməsi qənaətinə gəlmək olar.

Bəzi hallarda yerli müəssisə rəhbərlərinin məsləhətləşməyə

Page 19: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

19

ehtiyatla yanaşması yalnız konsultasiya xidmətinə olan qeyri peşəkar tələbatdan deyil, həm də qeyri peşəkar təklifdən irəli gəlir. Düzdür, yerli idarəetmə konsaltinqinin inkişafında (daxili və kənar konsultantlardan ibarət qarışıq konsultasiya komandalarının yaradılması, kompleks konsultasiya layihələrinin reallaşdırılması, konsultantların kooperasiya birliyinin yaradılması, müəssisələrin restrukturizasiyası və s.) kimi bəzi tendensiyalar konsultasiya xidmətinin göstərilməsi kimi müsbət dəyişikliklərin ehtimal edilməsinə imkan verir.

Hazırda Rusiyada təqribən 8 min konsultantın çalışdığı 500 konsaltinq firmaları fəaliyyət göstərir.

Yerli tədqiqatçılar Rusiyanın sənaye sahələri üzrə aparıcı konsaltinq şirkətlərinin gəlir strukturunu araşdırarkən belə qənaətə gəldilər ki, konsaltinq xidmətini tətbiq edən Rusiya iqtisadiyyatının əsas sektorunu ticarət və xidmət sahəsi (14%) təşkil edir, sonra isə yanacaq (neftkimya) sahəsi (12%), qara və əlvan metallurgiya (10%) sahələri iqtisadiyyatın daha çox ödəmə qabiliyyəti olan sektorlarıdır. Rusiya konsaltinq sənayesinin meydana gələn dinamik inkişafından başqa həmin sənayeni inkişaf etmiş ölkə bazarlarında olan vəziyyətlə yaxınlaşdıran bir sıra struktur parametrlərinin formalaşması başlamışdır:

hazırda idarəetmə konsaltinqinə olan tələbatın əsasını iri yerli sənaye şirkətləri və banklar təşkil edir;

Rusiya bazarının təqribən üçdə bir hissəsinə nəzarət edən və bəzi istiqamətlərdə transmilli nəhənglərlə uğurla rəqabət aparan “xarici sektor” ilə yanaşı, yerli konsultasiya şirkətlərinin kifayət qədər güclü və dinamik sektoru sürətlə artdı;

Rusiya konsaltinq bazarının strukturu öz parametrlərinə görə açıq aydın şəkildə inkişaf etmiş ölkələrin bazarlarına yaxınlaşmağa başlamışdır;

antiböhran idarəetmə bazarında Rusiya konsaltinq şirkətləri və antiböhran idarəçiləri üstünlük təşkil edir, bu da Rusiya qanunvericiliyinin xüsusiyyəti (arbitraj idarəçisi qismində

Page 20: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

20

yalnız RF-ın vətəndaşı çıxış edə bilər), həmçinin müəssisə və təşkilatların maddi dirçəlişi zamanı həll edilən problemlərin xüsusiyyəti ilə izah edilir;

Rusiya konsaltinq bazarı qiymət parametrləri üzrə inkişaf etmiş ölkələrin bazarlarına sürətlə çatır. Bu konsaltinq xidmətlərinin dərk edilməsində Rusiya təsərrüfatçılarında irəliləyişin baş verməsi deməkdir. Onlar idarəetmə konsultasiyasının real əhəmiyyətini dərk etmiş və buna görə ödəməyə hazırdırlar.

Beləliklə, konsaltinq - sosial fəaliyyət növü kimi ölkə iqtisadiyyatına sosial baxımdan təsir edən güclü mexanizmə çevrilərək institusionallaşdırılır.

Page 21: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

21

MÖVZU 2.

İŞGÜZAR XİDMƏTLƏR BAZARINDA KONSALTİNQ XİDMƏTİ

Artıq müəyyən etdiyimiz kimi, məsləhət vermə - kifayət qədər geniş mənalı anlayışdır, odur ki bu anlayış çox az bir şeyi təsvir edir, çünki müştərinin fəaliyyəti zamanı yaranmış problemin həlli üçün ona göstərilən hər bir kömək konsaltinq (məsləhət) adlandırıla bilər. Bu kimi problemlər dairəsi kifayət qədər geniş olması səbəbindən konsultantın fəaliyyəti təsnif edilmir. Bir və bir neçə xidmət istiqamətində fəaliyyət göstərən konsaltinq kompaniyaların mövcudluğu bu məsələni heç də asanlaşdırmır. Odur ki, konsaltinqi çoxprofilli ixtisaslaşma hesab etmək olar. Təsadüfi deyil ki, həm psixoloji məsləhət vermə, həm idarəetmə konsaltinqi, həm satış sahəsində məsləhət vermə, həm ixtisasın müəyyən edilməsi üzrə məsləhət vermə və nəhayət peşəkar məsləhət vermənin bir çox digər vacib istiqamətləri konsaltinq sisteminə aid edilir (şək.2).

Şək.2. Müasir konsaltinq sistemi

Buradan belə nəticəyə gəlmək olar ki, konsaltinq – ilk olaraq sosial fəaliyyətlər sistemi, peşəkar karyeraya dair məsələlərin qəbul edilməsi və reallaşdırılmasına, həmçinin subyektin və subyektlərarası münasibətlərin təkmilləşdirilməsinə yönəldilmiş, konsultant və müştərinin bilavasitə əlaqəsidir.

Həmçinin, daha effektiv əməyin təşkil edilməsinə, idarəetmə

Page 22: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

22

sisteminin optimallaşdırılması məqsədilə müəssisə rəhbərliyi ilə habelə mənəvi-psixoloji ab-havanın yaxşılaşdırılması üçün işçi heyəti ilə işlərin aparılmasına yönəlmiş peşəkar köməyi də konsultasiyaya aid edirlər.

Biznes xidməti bazarında təqdim olunmuş konsaltinq xidmətləri spektri, yaxud başqa sözlə desək konsaltinq xidməti – ölkədə bazar münasibətləri səviyyəsinin göstəricisidir. Təşbihlə desək, Rusiyada konsaltinq xidmətinin inkişafı bəzi mənada iqtisadiyyatın dəyişməsi prosesinin uğurlu olmasını göstərən lakmus kağızına bənzəyir.

Bundan başqa konsaltinq xidməti – müxtəlif təşkilat və ya ayrı-ayrı sifarişçi-müştərilərə idarəetmə xarakterli problemlərin həll edilməsində konsultasiya xidməti göstərən ixtisaslaşdırılmış struktur fəaliyyətidir. Bu halda həm müəssisələrin özü, həm də onların qarşılaşdığı çətinliklər müxtəlif olur. Yaranmış problemlər bu və ya digər idarəetmə, iqtisadiyyat, hüquq, maliyyə, informasiya texnologiyaları və s. sahələrin mütəxəssisləri - konsultantların təklif etdiyi xidmət növünü müəyyən edir. Dünya iqtisadiyyatının qloballaşması faktiki olaraq bütün müəssisələri biznesin idarə edilməsinin yeni şərtləri ilə “şərtləndirmişdir” və adət edilmiş rəqabət qaydalarını dəyişmişdir. İnformasiya texnologiyalarının son nailiyyətləri, qlobal informasiya xətləri müəssisə və istehsal texnologiyaları, idarəetmə və biznesin aparılması haqqında formalaşmış təsəvvürü dəyişmişdir. Ənənəvi bazarın artıqlaması ilə təchiz edilməsi istehlakçıya yeni yanaşma üsullarının axtarılmasını tələb etdi. Məhz buna görə aparıcı konsultasiya şirkətlərinin sifariş portfelinin 81%-i faktiki olaraq biznesin yenidən təşkilinə dair xidmət sifarişdən ibarətdir. XXI əsrin əvvəlində konsaltinq bazarı mütəxəssislər tərəfindən təxminən son dövrdə illik potensial artımı 15-20% olmaqla 90 milyard dollar dəyərində qiymətləndirilmişdir.

90-cı illərin əvvəlində Rusiyada konsultasiyanın prioritet istiqamətləri bunlar idi: idarəetmə məsələləri və daxili iqtisadi

Page 23: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

23

münasibətlərin inkişafı üzrə məsləhət vermə, birgə müəssisələrin yaradılması, informasiya sistemlərinin tətbiq edilməsi, bazarın tədqiq edilməsi, idarəçilərin hazırlaşdırılması.

90-cı ilin ortalarında yerli hüquq məsləhətçilərinin diqqət mərkəzində olan məsələlər; hüquqi, mühasibat uçotu, daxili iqtisadi fəaliyyət, özəlləşdirmə, aksiya, audit, əmlakın qiymətləndirilməsi məsələləri idi. XX əsrin sonunda əksər ölkələrdə konsultasiyanın korporativ strategiya və təşkilati inkişaf, informasiya texnologiyaları, işçi heyətin idarə edilməsi kimi istiqamətlər qeyd edilirdi. Yalnız Rusiya üçün marketinq və korporativ kommunikasiya - konsultasiyanın prioritet istiqamətləri olaraq qalır. Son illər reinjinirinq, restrukturizasiya, menecerlərin hazırlaşdırılması və təkmilləşdirilməsi, şirkətlərin birləşmə məsələləri üzrə məsləhət vermə də həmin istiqamətlərə daxil edilmişdir.

Rusiyada konsaltinq xidmətləri bazarı istehlakçının təsərrüfat fəaliyyətində konkret aspektlərin effektivliyinin yüksəldilməsi istiqamətində göstərilən xüsusi konsultasiyanın (məsləhət vermənin) alqı-satqı prosesi ilə əlaqədar iqtisadi münasibətlər məcmusudur.

Bu gün ölkəmizdə konsaltinq xidmətlərinə olan tələbatın böyük hissəsi dövlət sektoruna aid olan inkişaf layihələri ilə yaranır. Lakin bir çox hallarda dövlət deyil, Rusiya təşkilatına iqtisadi yardım göstərən qərb şirkəti, yaxud ssuda verən agentlik konsultasiyaya olan tələbatı müəyyən edir və həmin məsələ layihənin təkmilləşdirilməsi və tətbiq edilməsi kimi yerinə yetirilməlidir. Belə çıxır ki, qərb həmkarlarımız bizim əvəzimizə bizə “təxirəsalınmaz yardım” çağırır, halbuki biz hesab edirik ki, məsələ öz özünə həll olunacaq.

Burada konsultantlar bir qayda olaraq fəaliyyətə yetərincə yüksək səviyyədə müdaxilə etməlidir (məsələn, müəssisənin təşkilati struktur sxeminin tərtib edilməsi). Layihələrin bir çoxu konsultantlarımızın imkanı çərçivəsindən kənara çıxır,

Page 24: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

24

bu səbəbdən xarici mütəxəssislər dəvət olunur. Nəticədə yerli müəssisələrin əksəriyyəti xüsusilə sosial-mədəni və turizm sahəsində xidmət göstərən müəssisələr Rusiya bazarında daha da aktiv fəaliyyət göstərən xarici rəqib-firmalara üstünlük verirlər.

Konsaltinq xidmətləri hər hansı bir digər məhsul kimi vacib (zəruri) mərhələlərdən ibarətdir: layihə hazırlama və təkmilləşdirmə, aprobasiya (təsdiq etmə), bazara çıxarılma, inkişaf, yetişmə, təchiz etmə və tənəzzül. Bu proseslər vaxt meyarı ilə də ölçülür, belə ki bəzi xidmətlər köhnəldikdə onları dəyişmək, digərləri isə yeni əmələ gəldikdə onları tətbiq etmək lazım gəlir. Menecment üzrə konsultantların Avropa məlumat kitabçasında 8 əsas qrupda (blokda) birləşən konsaltinq xidmətlərinin 94 növü qeyd olunur.

Ümumi idarəçilik: idarəçilik sistemi effektivliyinin müəyyən edilməsi; biznesin qiymətləndirilməsi; yeniliklərin idarə edilməsi; rəqabətə davamlılığın müəyyən edilməsi və bazarın vəziyyətinin öyrənilməsi; diversifikasiya, yaxud yeni biznesin əmələ gəlməsi; beynəlxalq idarəetmə; idarəetmənin qiymətləndirilməsi; birləşmə və nailiyyətlər; təşkilati struktur və inkişaf; özəlləşdirmə; layihənin idarə edilməsi; keyfiyyətin idarə edilməsi; reinjinirinq; araşdırma və inkişaf; strateji planlaşdırma; partnyorların axtarılması; daxili menecment; idxal və ixracın idarə edilməsi; böhranın idarə edilməsi.

Müdiriyyətin fəaliyyəti (inzibatçılıq): sənəd dövriyyəsinin analizi; şöbələrin yerləşdirilməsi və yerinin dəyişməsi; ofisin idarə edilməsi; idarəetmə üsulları və onun təşkili; riskin tənzimlənməsi; təhlükəsizliyin təminatı; iş yerlərinin planlaşdırılması və təchiz edilməsi.

Maliyyə idarə edilməsi: uçot sistemi; kapital xərclərin qiymətləndirilməsi; məhsul və xidmətlərin maya dəyərinin azaldılması; borcu ödəyə bilməmək (müflislik); qazancın və gəlirin artırılması; vergi; maliyyə ehtiyatları.

Kadrların idarə edilməsi (heyətin menecmenti): personalın

Page 25: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

25

peşəkar inkişafı və ştatların ixtisara salınması; korporativ mədəniyyət; bərabər imkanların təmin edilməsi; kadrların axtarışı; namizədlərin seçilməsi; sağlamlıq və təhlükəsizlik; həvəsləndirmə proqramları (sistemləri); daxili əlaqələr, kommunikasiyalar; işin qiymətləndirilməsi; əmək razılaşmaları və məşğulluq; menecmentlik üzrə təlimat; işçi qüvvəsinin planlaşdırılması; pensiyanın əsaslandırılması; fəaliyyətin analizi; psixoloji qiymətləndirmə; mükafatlandırma; işçilərin ixtisasının artırılması; mübahisələrin həll edilməsi; treninqlər.

Marketinq: təcrübənin mənimsənilməsi; reklam və satışa kömək; korporativ üsul və ictimaiyyətlə əlaqə; sifarişçilərə satışdan sonrakı xidmət; dizayn; birbaşa marketinq; beynəlxalq marketinq; bazarın tədqiq edilməsi; marketinq strategiyası; yeni məhsulun hazırlanması; qiymət qoyulma; pərakəndə satış və dilerlərin fəaliyyəti; satışın idarə edilməsi; satış fəaliyyətinin təlimi; sosial-iqtisadi araşdırmalar və proqnozlaşdırma.

İstehsalat: avtomatlaşdırma; avadanlığın istifadə edilməsi və onun texniki təchizatı; sənaye injinirinqi; materialların yenidən emalı; materialların daxili yerləşdirilməsinin tənzimlənməsi; qablaşdırma; müəssisədə işlərin təşkil edilməsi sxemi; məhsulun təşkil edilməsi və təkmilləşdirilməsi; istehsalatın idarə edilməsi; istehsalatın planlaşdırılması və nəzarət edilməsi; əmək istehsalatının yüksəldilməsi; alınma (tədarükün) idarə edilməsi; keyfiyyət nəzarəti; ehtiyatların idarə edilməsi; erqonomika; materialların idarə edilməsi (hissə və detalların gətirilməsinə nəzarət).

İnformasiya texnologiyaları (idarə etmənin informasiya təminatı: avtomatlaşdırılmış layihələndirmə sistemi və idarəetmənin avtomatlaşdırılmış sistemi; audit və fəaliyyətin qiymətləndirilməsində kompyuterlərin istifadə edilməsi; elektron nəşriyyat işi; məlumat-axtarış sistemləri; inzibati məlumat sistemi; layihə çəkmə və informasiya sisteminin təkmilləşdirilməsi; informasiya sisteminin seçilib və quraşdırılması; informasiya

Page 26: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

26

sisteminin daxili auditi; informasiya sisteminin bərpa edilməsi; idarə etmə orqanı sistemində əks əlaqənin durumu.

Təkmilləşdirilmiş xidmətlər: təlimatlandırıcı məsləhət vermə; elektroenergetikanın idarə edilməsi üzrə məsləhət vermə; mühəndislik üzrə konsaltinqi; ekologiya üzrə konsaltinq; informasiya üzrə konsaltinq; hüquq konsaltinqi; materialların yerləşdirilməsinin və maddi texniki təchizatın idarə edilməsi üzrə konsaltinq; biznesin dövlət sektorunda məsləhət vermə; telekommunikasiya üzrə konsaltinq.

Rusiya alimləri konsaltinq xidmətlərinin bir sıra digər təsniflərini də vermişdir. Aşağıda göstərilmiş sxemdə onlardan biri göstərilmişdir və orada konkret əlamət əsas kriteriya kimi göstərilir.

Konsultasiya növlərinin təsnif edilməsi üçün 3 kriteriya təqdim olunur:

Şək.3 Konsaltinq xidmətinin konkret əlamətə görə təsnifi

Page 27: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

27

konsultantların peşəkar ixtisaslaşdırması meyarına əsasən •– ümumi idarəetmə və təşkilati inkişaf, kadrlar, administrativ və maliyyə idarəetməsi, marketinq, istehsalın təşkili, informasiya texnologiyaları, həmçinin ixtisaslaşmış konsaltinq xidmətlərinin təqdim edilməsi üzrə məsləhət vermə;

konsultantın iş məqsədinə görə - layihə və proses üzrə •konsultasiya;

məsləhət vermə qaydasına görə - qarşılıqlı təlimat yolu •ilə, refleksiya vasitəsilə məsləhət vermə, ekspert konsultasiyası.

İdarəetmə konsultasiyası üzrə fəaliyyət aşağıdakı xarakter əlamətlərə malikdir:

müəssisənin birinci şəxslərinin fəal iştirakı;•çətinliklə həll edilən məsələlərin həllinin kollektiv •

şəkildə axtarılması;sistemli-təfəkkür fəaliyyəti metodologiyasının tətbiq •

edilməsi;ətraflı diaqnostikanın (araşdırmanın) aparılması;•heyətin təlimatlandırılması;•aktiv təlim-tədris metodlarının bütün arsenallarının •

istifadə edilməsi;işlənmiş qərarların (nəticələrin) çox variantlılığı və •

onların optimallaşdırılması;idarəetmə konsultasiyası prosesində emosional-psixoloji •

mühitin nəzərə alınması.Konsaltinq xidməti bazarının spesifik fərqi aşağıdakılardır:

bazarda reallaşan məhsul (xidmətlərin) qeyri maddi •xarakterə malik olması;

məhsul (xidmətlərin) kəmiyyət və keyfiyyət •xüsusiyyətlərinin qeyri müəyyənliyi;

təklif olunan əksər xidmətlərin əldə edilməsi və alıcının •gözlədiyi effektin alınması arasında vaxt kəsiyi;

əldə edilmiş faktiki effektin, bilavasitə istifadəçilərin •

Page 28: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

28

kompetensiyasından asılılığı;bazarın mərkəzləşdirilmiş idarə edilməsi üçün imkanların •

məhdudlaşdırılması.Konsaltinq xidmətləri bazarında iri və orta (yerli və xarici)

firmalar və təkbaşına çalışan konsultantlar fəaliyyət göstərir. Hazırda Rusiya konsaltinq xidmətləri bazarının iştirakçılarını 4 qrupa bölmək olar.

1-ci Qrupa – dünyada idarəetmə konsaltinqi üzrə ilk “onluğun” nümayəndələri daxildir. Onlar Rusiyada fəaliyyət göstərən və maddi şəraiti xarici konsultantlara müraciət etməyə imkan verən, yalnız öz beynəlxalq müştəriləri və fərdi müəssisələr ilə işləyirlər.

2-ci Qrupa – artıq öz yerli müştəri bazasını formalaşdırmış böyük “dördlüyün” auditor firmaları daxildir. Bu firmaların tərkibinə həmkar-auditorlardan müştəri alan idarəetmə konsaltinqinin şöbələri daxildir.

3-cü Qrupa – Rusiya bazarına daha erkən çıxmış, orta miqyaslı qərb konsaltinq firmaları daxildir. Həmin firmaların orta və ən yüksək bəndləri Rusiya mütəxəssisləri tərəfindən təqdim olunur. Onlar uyğunlaşmaq və sürətlə hərəkət etmək, qərb texnologiyası və yerli bazara bələd olması xüsusiyyəti ilə fərqlənir. Həmin firmalar qərb və Rusiya müştərilərini əldə etməyə müvəffəq olmuşdur.

4-cü Qrupa – müştərisi iri Rusiya müəssisələri olan Rusiya konsaltinq firmaları daxildir. Rusiya konsultantlarının qonorarı qərb konsultantları ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Birincisi bu, əsasən auditor xidməti təqdim edən xarici konsaltinq firmalarının xüsusilə “böyük dördlüyün” yerli bazarda uzun müddət işləməsi ilə izah edilir, ikincisi isə Rusiyada sahibkarlığın dirçəlişi prosesinin eyni zamanda hüquq, maliyyə, vergi, informasiya və idarəetmə xidmətləri göstərən bir çox firmaların yaranması ilə müşayiət edilir.

Rusiya bazarında yerli müəssisələrin daha çox üstünlük verdiyi

Page 29: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

29

“PriceüaterhouseCoopers (PüC)”, “Arthur Andersen”, “Ernst & Young”, KPMG, “Deloitte Touche”, “Tomatsu İnternational” və s. kimi iri xarici konsaltinq şirkətlərinin filialı və daha çox tanınmışdır. Hazırda mövcud olan bir çox Rusiya konsaltinq şirkətləri biznes mühitində tanınmır (qiymətləndirilmir). Bundan başqa həmin şirkətlərin sayı fəaliyyətin dayandırılması nəticəsində azalır. Yerli konsaltinq şirkətlərinin bağlanması səbəbləri ilk öncə aşağıdakılardır:

qismən müştərinin olmaması ilə yaranan maliyyə •çətinlikləri;

bazarın səthi tanınması və ümumiyyətlə peşəkarlığın •olmaması; yüksək ixtisaslı, konsultasiya işlərini aparmaq üçün xüsusi olaraq hazırlaşdırılmış kadrların olmaması;

fəaliyyətin yalnız ən yaxın perspektivə səmtləşdirilməsi;•yeniliklərin yürüdülməsində geriləmə faktı ilə əlaqədar •

olaraq məsləhətləşmənin natamam olması.Eyni zamanda konsaltinq xidmətləri bazarında aşağıdakı

paradoks da qeyd olunur: belə ki yerli (həm iri, həm də kiçik) konsaltinq şirkətlərində müştərilərə göstərilən xidmətin səviyyəsi xarici firmaların Rusiya nümayəndəliklərindəki xidmətdən yüksəkdir. Bu bir sıra səbəblərlə izah edilir:

xarici şirkətlərə xas olan yüngül büdcə məhdudiyyəti, •həm rifahı birbaşa olaraq fərdi müştəri üçün razılaşmaların yerinə yetirilməsi keyfiyyətindən asılı olan kiçik Rusiya firmalarının sərt büdcə məhdudiyyətindən həm də iri Rusiya konsultasiya firmalarına xas olan və razılaşmalarının çox hissəsi ölkələrarası əməkdaşlıq xətti üzrə layihələrdən ibarət olan yarımsərt büdcə məhdudiyyətindən fərqlənir; bunlar başlıca olaraq qərb korporasiyalarından alınmış sifarişlərdir. Onu da qeyd etmək lazımdır ki, həmin firmalarda əmək haqqı fondu bir qayda olaraq firmanın Qərbdə yerləşən baş ofisində hesablanır və kompaniyanın fəaliyyətinin effektivliyi ilə bağlı deyil (mükafatların olmaması və s.). Əlavə xərclər də baş şirkət

Page 30: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

30

tərəfindən ödənilir. Bunun nəticəsində bazar iqtisadiyyatına xas olan, işçi heyətinin peşəkarlıq səviyyəsi və firmanın rifahı arasındakı sərt asılılıq aradan qalxır. Buna görə də xarici şirkətlərin Rusiya nümayəndəliklərində konsaltinq haqqında qarışıq təsəvvürə malik olan “təsadüfi insanlar”ın sayı az deyil. Kiçik Rusiya firmalarının sərt büdcə məhdudiyyəti obyektiv olaraq personalın ixtisaslaşdırılmasına səbəb olur;

qərb konsultasiya firmalarının Rusiya •nümayəndəliklərində xarici personalın yüksək “dolya” alması onları “sürgünlük” yerində xidmət göstərmələri ilə izah edilir. Ən yaxşı mütəxəssislər London, Sürix, Kopenhagen şöbələrində qalır, daha pisləri isə Rusiyaya göndərilir. Həmin nümayəndəliklərdə çalışan qərb işçilərinin araşdırılması nəticəsində onların arasında demək olar ki seçmə (elit) ali məktəb məzunlarının olmaması, bir çoxlarının isə ümumiyyətlə iqtisadi və hüquq təhsilinin olmaması aşkar edilmişdir. Buna əlavə olaraq konsultantın gəldiyi bu və ya digər ölkənin iqtisadi spesifikası ilə bağlı problemi də qeyd etsək, belə qənaətə gəlmək olar ki, Rusiyadakı qərb “mütəxəssis”-konsultantların peşəkarlıq səviyyəsi son dərəcə aşağıdır və buna görə də onları saxta konsultasiya şirkətləri işçilərilə bir tutmaq olar.

daxili bürokratiya: müştəri ilə qarşılıqlı əlaqənin •qurulduğu vaxtdan müqavilənin imzalandığı vaxtadək bəzən yarım il keçə bilər. Birincisi bu, xarici firma menecerlərinin yüngül büdcə məhdudiyyətinə görə fərdi şəxslərlə kommersiya müqaviləsinin imzalanması marağında olmaması ilə izah edilir (həmin müqavilələrə əsasən “xərcləri öyrənmədən” gərgin işləmək lazım gəlir). İkincisi, əksər xarici firmalarda nadir hallarda özünü doğruldan, müştəri ilə qarşılıqlı əlaqə qaydasının kifayət qədər sərt, vahid şəklə salınmış bürokratik reqlamenti təsdiq edilmişdir (ilkin ünsiyyət, geniş kommersiya təklifinin tərtib edilməsi, texniki tapşırığın uyğunlaşdırılması). Daxili bürokratiya faktoru qərb konsaltinq firmalarının Rusiya

Page 31: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

31

müştəriləri tərəfindən çətinliklə qəbul edilir. Müasir informasiya texnologiyaları, cəmiyyət həyatında

kompyuterin rolunun artması, konsaltinqin və ən əsası keyfiyyətli konsaltinq xidmətinin təqdim edilməsi əhəmiyyətinin artmasına səbəb olur. Konsultantlar öz müştərilərinə nəinki ağlabatan məsləhətlər vermək, həmçinin onlara şirkətin idarə edilməsinə dair yeni, effektiv informasiya sistemi təklif etmək imkanına malik oldular. Məsələn, turizm sahəsində fəaliyyət göstərən hər hansı bir şirkəti kompyuter təchizatı, biznes-proseslərin informasiya-konsultasiya dəstəyi olmadan təsəvvür etmək mümkün deyil. Beləliklə, burada Galileo Rus, Amadeus, Beüotec, Back Office, Mid Office kimi proqramlar geniş tətbiq edilir. Kompyuter texnologiyaları, daha dəqiq desək onların düzgün seçilməsi sosial-mədəni və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə çoxfunksiyalı tapşırıqların (məsələlərin) həll edilməsinə kömək edir. Bir çox hallarda bu texnologiyalar müəssisənin fəaliyyətində baş verə biləcək nöqsanların qarşısını alır və iş sürətinin artırılmasına imkan yaradır. Dəqiq firmalarda təklif edilən informasiya məhsullarının seçilməsində son söz mütəxəssisindir.

Müasir informasiya texnologiyaları imkanlarını istifadə edərək, konsultant müəssisə menecerinə məlumatların elektron massivinə dərhal qoşulmasına və işin uğurla aparılması, aktiv təlimat və personalın ixtisas artımı, biznes proseslərin effektiv idarə edilməsi üçün onları istifadə etməyə kömək edir. Misal üçün, turizm sənayesində göstərilən xidmətlərin keyfiyyətini təmin etmək üçün coğrafi cəhətdən bir birindən uzaq olan subyektlər arasında etibarlı və operativ informasiya mübadiləsi çox vacibdir.

Sosial-mədəni və turizm xidməti göstərən müəssisələrdə məsləhət vermə. Hazırda yerli konsultantlar sosial-mədəni və turizm sahəsində xidmət göstərən müəssisələrə aşağıdakı xidmətləri təklif edirlər:

Page 32: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

32

turizm təşkilatlarına • (turagentliklər, turoperatorlar, korporativ turistlərə xidmət göstərmə mərkəzləri) – yeni tur məhsullarının, ekskursiyaların, marşrutların, turist zonalarının, təbiət mənzərələrinin yaradılması hesabına müştərilərə edilən təkliflərin genişləndirilməsi, həmçinin imic məsləhətləri təklif edir;

mehmanxana müəssisələrinə • (mehmanxanalar, otellər, motellər, rotel və botellər) – işçilərin tutulub və təlimatlandırılması, xidmət keyfiyyətinin qiymətləndirilməsi; mübahisələrin araşdırılması, müştərilərlə kommunikasiya təcrübəsinin inkişafı; stresə davamlılığın yüksəldilməsinə dair treninqlər; korporativ istirahət; imic-konsultasiyası təklif edir;

mədəniyyət və incəsənət müəssisələrinə • (muzey, teatr, kinoteatr, sərgi kompleksi, incəsənət qalereyası, milli mədəniyyət mərkəzləri və s.) – işçilərin kommunikasiya təcrübəsinin inkişafını; mədəni asudə vaxt və animasiya proqramları siyahısının genişləndirilməsi; investorların axtarışı; pullu xidmətlər spektrinin genişləndirilməsinə dair məsələlərin işləyib hazırlanması; imic-konsultasiya təklif edir;

asudə vaxt müəssisələri, əyləncə və istirahət mərkəzlərinə •(mədəniyyət evləri, mədəni mərkəzlər, gecə klubları, barlar, disko klublar, saunalar, kazinolar, oyun zalları, aerobika klubları, musiqi meydanları, şou mərkəzlər və s.) – personalın seçilməsi və işə götürülməsi, müxtəlif kateqoriyalı müştərilərlə ünsiyyət təcrübəsinin təlimatı, kommunikasiya treninqləri, stresə davamlılığın yüksəldilməsinə dair treninqlər; korporativ imic və işçilərin imic konsultasiyası təklif edir;

ictimai qidalanma yerlərinə • (kafe, bar, restoran, aşxana, pitsaxana, qəlyanaltıxanalar və s.) – personalın inkişaf etdirilməsi, stresə davamlılığın artırılmasına dair treninqlər; müxtəlif kateqoriyalı müştərilərlə ünsiyyət təcrübəsinin təlimatı, kommunikasiya treninqləri, imic-konsultasiyası təklif edir;

təhsil müəssisələrinə • (təlim tədris mərkəzləri və böyüklər

Page 33: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

33

üçün biznes məktəblər, ixtisasartırma kursları, orta və ali məktəblər və s.) – tədris xidmətləri spektrinin genişləndirilməsinə dair təkliflərin təkmilləşdirilməsi; işçilərin kommunikasiya təcrübəsinin inkişaf etdirilməsi; stresə davamlılıq treninqləri; ixtisasartırma testlərinin, vəzifə təlimatlarının təkmilləşdirilməsi; imic konsultasiyası təklif edir;

səhiyyə müəssisələrinə • (xəstəxanalar, klinikalar, kurortlar, sanatoriyalar və s.) - müxtəlif kateqoriyalı müştərilərlə ünsiyyət təcrübəsinin təlimatı, kommunikasiya treninqləri, stresə davamlılığın artırılmasına dair treninqlər; imic konsultasiyası təklif edir;

idman müəssisələri və bədən tərbiyəsi mərkəzlərinə •(idman zalları və stadionlar, bazalar, fitnes mərkəzləri, boulinq zalları, idman klubları, birliklər, komandalar və s.) - müxtəlif kateqoriyalı müştərilərlə ünsiyyət təcrübəsinin təlimatı, kommunikasiya treninqləri, stresə davamlılığın artırılmasına dair treninqlər; imic konsultasiyası təklif edir;

sosial təşkilatlarına • (sosial xidmət mərkəzləri, sağlamlığında qüsuru olan böyüklər, uşaqlar və yeniyetmələr üçün klublar; narkotik və alkoqoldan asılı olan insanlar üçün mərkəz, hərbi münaqişə zonalarından gəlmiş hərbiçilər üçün reabilitasiya mərkəzləri və digər) – ünsiyyət təcrübəsinə dair treninqlər, işçilər üçün kommunikasiya treninqləri, stresə davamlılığın artırılmasına dair treninqlər; işçilərin imic konsultasiyası, tədris proqramları; istirahətin aktiv formalarının təşkilini təklif edir.

Təqdim olunmuş bu siyahı müasir Rusiyanın konsaltinq xidməti sistemində qüvvədə olan və konsultantlar tərəfindən edilən təkliflərin yalnız kiçik bir hissəsini təşkil edir.

Page 34: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

34

MÖVZU 3.

MÜƏSSİSƏNİN ÜMUMİ ŞƏKİLDƏ İDARƏ EDİLMƏSİNƏ DAİR KONSALTİNQ: İDARƏETMƏ KONSALTİNQİ

Konsaltinq xidmətlərinin bu növü, problem və (və ya) imkanların müəyyən edilməsi və qiymətləndirilməsi, müvafiq ölçülərin tövsiyə edilməsi və onların reallaşdırılmasında köməyin göstərilməsi daxil olmaqla, idarəetmə məsələsinə dair azad məsləhətlərin və köməyin təqdim edilməsindən ibarətdir. Bu xidmətin əsas hissəsinə:

idarəetmə problemlərinin müəyyən edilməsi; idarəetmə problemlərinin qiymətləndirilməsi; tövsiyələrin işlənilməsi;tövsiyələrin reallaşmasında köməyin göstərilməsi; İdarəetmə konsultasiyası – strateji planlama sahəsini,

təsərrüfat, investisiya və maliyyə fəaliyyətini, şirkətin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və optimallaşdırılmasını və bunun üçün zəruri analitik və araşdırma işlərini idarə edən menecer qarşısında duran problem və ya məsələlərin həllinə yönəlmiş, peşəkar sahibkar fəaliyyətidir. İdarəetmə konsaltinqi demək olar ki, həm fəaliyyət həm də peşədir; bu fəaliyyətin məğzi idarəetmə problemlərinin həllində rəhbərlərə köməkliyin göstərilməsindən ibarətdir. İnkişaf etmiş qərb ölkələrində peşəkar konsultant fəaliyyəti artıq çoxdandır ki, adi hal kimi qarşılanır. Konsaltinqin bu ölkələrdə tədricən inkişaf etməsi konsultantın, məntiqə əsaslanaraq “məsləhətçi” mövqeyindən “innovasiyanın dərk edilməsi prosesinin iştirakçısına” keçməsi ilə nəticələndi.

Adətən müəssisələr konsultantları aşağıda göstərilmiş səbəblərə görə tuturlar:

Page 35: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

35

müəyyən tapşırığın yerinə yetirilməsi üçün müəssisənin •tələb olunan təcrübəyə malik olmaması;

müəssisənin bu bilik və təcrübəyə yalnız müəyyən vaxt •ərzində malik olması tələb olunur;

məqsədə çatmaq üçün başqalarının yol tapa bilmədiyi •texnologiyaya konsultantın asanlıqla yol tapa bilməsi;

müəssisənin özü haqqında kənardan təsəvvür yaxud •baxış yaratmaq istəyi.

Ümumi idarəetmə problemlərinin konsultant tərəfindən baxılması üç əsas hallarda mümkündür:

idarəetmə fəaliyyəti araşdırıldıqda: idarəetmə •məsələlərinə dair məsləhət verən konsultantlar hər hansı bir xüsusi problemin həllinə dair məsləhətlər verməzdən öncə bütövlükdə müəssisənin qısa araşdırmasını aparır;

menecmentin konkret funksional istiqamətlərini •araşdırdıqda idarəetmənin ümumi strukturunda müəyyən dəyişikliklərin aparılması lazım gəldiyi aşkar edilir, yəni konsultant fərdi məsələlərin həlli əsasında dayanan ümumi idarəetmə problemlərini həll etməlidir;

diaqnostika zamanı olduğu kimi qısa hesabat deyil, geniş •araşdırmalar tələb olunduqda ümumi menecmentin bir və ya bir neçə sualları ilə bağlı məsələlər həll edilərkən, xüsusilə də əgər ümumi idarəetmə kursu ilə əlaqədar müəssisə rəhbərliyinin problemləri müzakirə edilirsə. Bu cür layihələrin reallaşdırılması çoxlu vaxt tələb edə bilər (məsələn yeni firmanın inkişaf strategiyasının işlənib hazırlanması altı aydan doqquz ayadək vaxt aparır).

Konsaltinq xidməti sahəsinin mütəxəssisləri qeyd edir ki, məsləhət vermə metodları məsləhət verilən layihənin məqsədlərilə, şirkətin təşkilati mədəniyyət durumuna, millilik

Page 36: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

36

və hətta dil xüsusiyyətlərinə uyğun gəlməlidir.Tədqiqatçıların qeyd etdiyi kimi yerli müəssisələrdə iki əsas

problem mövcuddur: hakimiyyət və işə münasibət problemləri.Müəssisənin ümumi idarə edilməsi məsələlərinə dair məsləhət

verdikdə, konsultantlar: 1) qərarın qəbul edilməsi prosesi mexanizminin işləyib hazırlanması və 2) idarəetmə üslubunun seçimi ilə bağlı problemlərlə rastlaşırlar.

Birinci problemin mövcudluğu, müəssisənin təcrübədən keçirdiyi qərarların qəbul edilməsi formaların mənfi nəticələndiyini ifadə edə bilər. Məsələn, operativ qərarların həddindən artıq mərkəzləşdirilməsi nəticəsində firma şəraitə uyğunlaşa bilmir, bazar tələblərindəki dəyişikliklərə çox asta sürətlə reaksiya verir. Bu problemi araşdırarkən konsultant aşağıdakıları aşkar etməlidir:

qərarları – onların xarakterinə, maliyyə nəticələrinə və •praktikliyinə görə və s. təsnifi;

daha xarakterik qərarların qəbul edilməsi üsulları;•qərarların qəbul edilməsində iş kollektivi •

nümayəndələrinin iştirak səviyyəsi;qərarların qəbul edilməsi, reallaşdırılması və nəzarət •

edilməsinə görə məsuliyyət həddi;ümumilikdə qərarların qəbul edilməsi mexanizmini.•

İkinci problemin həlli zamanı, neqativ halların yaranması müəssisənin strukturu və ya planlama proseduru səbəbindən deyil, yuxarı təbəqə rəhbərlərinin münasibəti və özünü aparma modelindən yaranan idarəetmə üslubu ilə bağlı olduğu müəyyən edilə bilər. Bu halda konsultant menecerin kimliyini, onun işləmə metodları və vərdişlərini analiz edir; top-menecerin prioritetləri (üstün keyfiyyətləri) cədvəlini tərtib edir; həmin müəssisədə qəbul edilmiş və bir çox hallarda şəxsi və təşkilati mədəniyyətlə

Page 37: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

37

təyin edilən idarəetmə üslubunu müəyyən edir.İdarəetmə məsələləri üzrə peşəkar konsultant – tam olaraq,

yaxud əksər hallarda rəhbərlərə kömək etməklə təkmilləşən mütəxəssisdir, bundan başqa həmin xidmətlərə görə ona ödənilən haqq onun əsas əmək haqqını (ə/h) təşkil edir. İdarəetmə məsələləri üzrə konsultantların öhdəlikləri biznes problemlərinin aşkar edilməsi, diaqnostikası və həll edilməsindən ibarətdir. Bir çox hallarda onlar aşağıdakı funksiyaları yerinə yetirməli olur:

iqtisadiyyatın həmin sahəsində fəaliyyət göstərən •ekspertlərin, istehsalat texnologiyaları yaxud bazarda olan vəziyyətə dair öhdəliklərini yerinə yetirməli;

konsepsiyanın qiymətləndirilməsi və ya arqumentin •əsaslandırılmasında obyektiv, neytral olan “üçüncü” tərəf qismində çıxış etməli;

hər hansı bir fərziyyəni yaxud kiminsə fikrini hərtərəfli •analiz nəticəsində alınmış məlumata əsasən təsdiq etməli;

mübahisəli halların həll edildiyi zaman vasitəçi (arbitr) •qismində çıxış etməli;

şirkət personalını optimal qərarların qəbul edilməsinə •öyrətməli;

mühüm problemlərin müzakirəsini təşkil etməli, işgüzar •oyunlar keçirməli və s.

Məsləhət vermənin əsasları, üsul və qaydalarının ümumi olmasına baxmayaraq hər bir konsultantın öz şəxsi dəstxətti var və eyni nəticəyə nail olmaq üçün müxtəlif metodlar, model və yanaşmalar istifadə edirlər və bu yolla müştərinin problemi eyniləşdirilir və onun həlli yolları tapılır. Bu üsul və qayda yığını şəxsi təcrübə, müşahidə, diskussiyalar və başqasının təcrübəsini analiz etməklə formalaşır.

İdarəetmə üzrə konsultant (məsləhətçi) - idarəetmə və

Page 38: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

38

təşkiletmə sahəsində yaxşı bilik və bacarığa malik olan və bunun əsasında müəssisə rəhbərinə yaxud digər işçilərə məsləhətlər verəcək mütəxəssis ola bilər. İdarəetmə məsələləri üzrə (daxili və kənar) konsultantlar müxtəlif problemlərin yaranma ehtimalını qabaqcadan görməli (müəyyən etməli) və bazarda yaranan dəyişikliklərə nəzarət etməsi üçün müəssisəyə kömək etməlidir.

Peşəkar daxili konsultant – məsləhətləşən müəssisənin tərkibində olan və həmin müəssisə daxilinə rəhbərlərə köməklik edən mütəxəssisdir. İdarəetmə üzrə konsultantlar müəssisənin özünün işçiləri, əsasən də rəhbərlər, iqtisadçılar, psixoloqlar, sosioloqlar və s. işçilər ola bilər. Daxili konsultantların dəvət edilməsinin üstün keyfiyyəti, onların öz müəssisələrinin spesifikası, problemləri və həmin problemlərin yaranma səbəbləri haqqında əsaslı məlumatı olmasından ibarətdir. Lakin bununla belə onlar müəssisədə müxtəlif təsirlərə məruz qalır, bundan başqa sərf etdikləri bilik və bacarıqları əksər hallarda da təcrübələri müəssisisə tərəfindən məhdudlaşdırılır. Buna görə də onlarda tamamilə yeni ideyaların yaranması o qədər də ehtimal edilmir.

Peşəkar kənar konsultant – idarəetmə üzrə konsultasiya sahəsində əsaslı hazırlıq keçmiş və konsultasiya xidmətindən istifadə edən, şirkətin ştatına daxil olmayan hər hansı bir sahənin yüksək ixtisaslı mütəxəssisidir. Kənar konsultantlar qismində əmr verən və nəzarət edən rəhbərlər kimi deyil, konsultantlar kimi hərəkət etmək şərtilə, ali məktəb müəllimləri, elmi tədqiqat institutu işçiləri və digər müəssisələrin təcrübəli mütəxəssisləri də çıxış edə bilər. Kənar konsultantların dəvət edilməsində üstün keyfiyyət ondan ibarətdir ki, onlar yaranmış problemlərə həmin təşkilatın hər hansı bir şöbəsi, yaxud yuxarı instansiya rəhbəri və mütəxəssisi mövqeyindən deyil, daha geniş və yeni

Page 39: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

39

prizmalardan yanaşa bilər. Eyni zamanda bir qayda olaraq məsləhətləşən təşkilatın spesifikası haqqında kənar konsultantın çox da məlumatı olmur. Məşhur və təcrübəli qərbdən olan konsultant Eleyn Beyçin fikrincə “konsaltinq” – təzadlar və böyük ümid peşəsidir”.

Kənar konsultantların cəlb edilməsi məsələsinin məqsədəuyğun olmasını həll etmək üçün müəssisə rəhbərliyi bu tədbirin faydasını dəqiq qiymətləndirməlidir. Kənar konsultantın fəaliyyəti aşağıda sadalananlara yol verir:

müəssisə qarşısında yaranmış problemi sürətlə həll •etməyə;

oxşar problemlərin həll edilməsi üçün digər müəssisələrin •təcrübəsindən daha effektli istifadə etməyə;

radikal dəyişiklikləri həyata keçirdikləri zaman •müəssisənin idarə edilməsi üzrə təkmilləşdirilmiş texnologiya və elmin ən son nailiyyətlərindən istifadə etməyə;

konsultantın müəssisə problemlərinə kənardan obyektiv •yanaşmasının təmin edilməsinə zəmanət verən onların müştəri-müəssisəyə qarşı şəxsi maraqlarının olmaması;

aparılan dəyişikliklərin əleyhinə qarşı çıxmaların aradan •qaldırılması üçün fəal yardım göstərmək;

işçilərin bilik və bacarığını artırmaq, müəssisə •rəhbərliyinin idarəetmə məsələlərində ixtisas artırmalarına nail olmaq.

Page 40: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

40

Şək.4. Müştəri-konsultant münasibətlərinin inkişafı

Konsultantın fəaliyyətinin əsas nəticəsi yalnız idarəçilərin qarşılaşdığı problemlərin həllindən ibarət deyil, həmçinin bütövlükdə şirkətin fəaliyyətində effektivliyin və hər bir işçinin fərdi əmək qabiliyyətinin artırılmasından, bəzi hallarda isə rəqabət üstünlüklərinin yaradılması və şirkətin yeni bir səviyyəyə qaldırılmasından ibarətdir. Professor S.V.Lukin təsdiq edir ki, müştərilərlə (şək.4) və işçi heyətilə məharətlə münasibət qurmadan biznesdə xüsusilə də konsaltinqdə uğuru əldə etmək qeyri mümkündür.

Konsultasiya işi bir qayda olaraq üç mərhələdə aparılır.

Page 41: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

41

Birinci mərhələ - diaqnostika – bütün təşkilati dəyişikliklər izlənildiyi zaman monitorinq rejimi ilə tam həcmdə aparılır. Müəssisənin diaqnoz edilən əsas aspektləri: maliyyə-iqtisadi (maliyyə axınının strukturu, xərc və mənfəət strukturu, bazarda durum), təşkilati-istehsaledici (biznes proseslər sistemi, funksional-təşkilati struktur, istehsal texnologiyasının vəziyyəti), sosial-psixoloji (müəssisədə mənəvi-psixoloji ab-hava, korporativ mədəniyyət, stimullaşdırma və həvəsləndirmə sistemi, dəyişikliklərin aparılması üçün işçi heyətin hazırlıq səviyyəsi).

İkinci mərhələ - prinsiplərin müəyyən edilməsi və o prinsiplərin əsasında problemlərin həll edilməsi və həmin həll etmənin layihəsinin tərtib edilməsi. Bu mərhələdə növbəti kompleks işlər yerinə yetirilir:

qiymət qoyma sisteminin təhlili, xərclərin idarə edilməsi, •büdcələşdirmə, uçot siyasəti; idarəetmə qərarlarının işləyib hazırlanması və qəbul edilməsini özünə daxil edən idarəetmə və maliyyə uçotunun təşkili;

strukturun yenidən təşkili – köhnə elementləri qoruyub •saxlamaqla yeni təşkilati-funksional strukturun hazırlanması; sənəd dövriyyəsi sisteminin işləyib hazırlanması;

konseptual layihələndirmə, qərarların bəyənilib və qəbul •edilməsi sistemləri - informasiya sisteminin, operativ idarəetmə sisteminin, texnoloji proseslərin avtomatlaşdırılmış rejimdə idarə edilməsinin işləyib hazırlanması və tətbiq edilməsi;

kadr siyasətinin təkmilləşdirilməsi;•işçi heyətin idarə edilməsi sisteminin təkmilləşdirilməsi •

– personalın idarə edilməsi, personalın attestasiyası və onun ixtisaslaşdırılması proqramları; stimullaşdırma sistemləri.

Üçüncü mərhələ - qərarların reallaşdırılması. Bu mərhələ çox vacibdir. Hal hazırda elə konsultantların özlərinin təsdiq etdiyi kimi, hətta çox yaxşı qərarların əksəriyyəti reallaşmır.

Page 42: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

42

MÖVZU 4.

KONSALTİNQ STRATEJİ PLANLAMA SAHƏSİNDƏ

İdarəetmə məsələləri üzrə konsultantların sayının sürətlə artması bu sahədə rəqabətin yaranmasına səbəb oldu. Bu faktor konsultantları bazarla tanış olmağa, öz xidmətlərinin marketinqində daha çox fəallıq nümayiş etdirməyə məcbur etdi. Müasir konsultant bir çox məlum konseptual yanaşma və metodoloji üsulların daha uyğununu seçə bilər. Hər bir konsultantın qarşısında məhdud resursların bölüşdürülməsi ilə bağlı klassik strateji məsələ dayanır: o həmin resursları artıq mövcud olan imkanlarla uyğunlaşdırmalı və onların inkişafını elə planlaşdırmalıdır ki, işə ciddi başlamaq üçün hazır olsun lakin həddindən artıq çox olan problem sahələrinə parçalanmasın.

Hər bir işdə olduğu kimi məsləhət vermə xidmətinin strategiyası – bir (hazırki) haldan digərinə (gələcək) aparan yolun seçilməsidir. Çıxış nöqtəsi bəllidir, yaxud onu konsultantın hazırki mövqeyi, onun resurs və imkanlarının qiymətləndirilməsi ilə müəyyən etmək olar. Gələcəyə realist mövqeyindən yanaşmaq lazımdır, məsələn iqtisadi inkişafın keçmiş tendensiyalarını sadəcə ekstrapolyasiya etmək son dərəcə qeyri realdır.

Strategiyanın təkmilləşdirilməsində məsləhət vermənin iki strateji parametrini nəzərə almaq vacibdir.

Birincisi, məsləhət alan təşkilat peşəkarlıq nöqteyi-nəzərdən öz məqsəd və vəzifəsini müəyyən etməli və bunun üçün bu kimi suallara cavab verməyə cəhd etməlidir: hansı üsulda olan peşəkar firma olmaq istərdik? Bizim peşəkar mədəniyyətimiz, məsləhət vermənin əsas prinsipləri və müştərilərin problemlərinin həllində rolumuz, effektivliyin artırılmasında onlara göstərdiyimiz yardım, onların uyğunlaşma və öz problemlərini həll etmə bacarıqlarının inkişaf etdirilməsi qaydaları necə olacaq?

Page 43: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

43

İkincisi, məsləhət alan təşkilatın işgüzar fəallığı kimi strateji parametrin müəyyən edilməsi vacibdir. Əsas suallar isə, məsələn bunlardır: işgüzar müəssisə kimi, təşkilatımız nəyə nail olmaq istəyir? Strategiyamız nəyi təmin etməlidir: maneələrə baxmayaraq qorunub saxlanmağı, mütəmadi yaxud sürətli inkişafı? Konsultasiya xidməti bazarında hansı mövqeyə nail olmaq istəyirik?

Məsləhət vermə strategiyasının müəyyən edilməsi üçün verilən fundamental sual: bizim rəqabət üstünlüyümüz nədədir yaxud niyə müştəri digər konsultantlara deyil məhz bizə müraciət edəcək? Üstünlüklər: xüsusi texniki ixtisaslaşdırma; digər yerdə tapıla bilməyən unikal məhsul; çətin işgüzar problemlərin həllində mühüm rol oynayan geniş çox intizamlı ixtisaslaşma; sənaye sektoru haqqında dərin biliklərə malik olma; xidmətlərin göstərilməsinin sürəti və etibarlılığı; aşağı qiymətlər; nüfuz və dövlət sektoru agentlikləri ilə davamlı əlaqələr və d. ibarət ola bilər.

Beləliklə, konsultantın hər hansı bir rəqabət üstünlüyünə malik olması, yaxud bu üstünlüyü inkişaf etdirə bilməsi vacibdir. Əgər buna olduqca böyük xərc qoymadan nail olmaq olarsa, yalnız öz strategiyanı müəyyən etmək və mövcud həmçinin potensial müştərilərin bu haqda məlumat almaları ilə məşğul olmaq lazımdır. Şübhəsiz ki hər konsultant öz texniki sahəsində tanınmış milli yaxud beynəlxalq avtoritet ola bilməz, lakin imkan diapazonu o qədər genişdir ki, əksər konsultantlar özlərinin digər konsultantlardan seçilməsi və rəqabət üstünlüyünün yaranması üçün müştərilərinə xüsusi bir şey təklif edə bilər.

İdarəetmə məsələləri üzrə konsultasiya, texnologiyada, bazarda, maliyyə durumunda, milli və beynəlxalq siyasətdə həmçinin müştərilərin biznesinə təsir edən digər sahələrdə baş verən dəyişiklikləri əks etdirməsə öz əhəmiyyətini itirər. Məsləhət vermə strategiyası bu dəyişiklikləri izləməli yaxud hətta qabaqlamalıdır. Məsələn, maliyyə bazarı beynəlmiləlləşdirilmiş

Page 44: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

44

olduğu üçün və hətta kiçik müəssisələr beynəlxalq maliyyə bazarında istiqrazlar hesaba ala bildiyi üçün, maliyyə məsələləri üzrə konsultant yalnız milli maliyyə bazarı haqqında məlumat ilə özünü məhdudlaşdıra bilməz.

Uzun müddətli strateji seçim, uyğunlaşa bilmək zərurəti və yenilikləri qəbul etmək arasındakı bağlılıq çox incə və çətinliklə nəzarət edilən ola bilər lakin idarəetmə məsələləri üzrə konsultant buna əhəmiyyət verməyə bilməz.

Gəlin, konsultantların öz strategiyasını müəyyən edərkən qarşılaşdığı bəzi seçim variantlarına nəzər yetirək.

1.Müştərilərə təqdim olunan xidmətlərin xüsusiyyət və diapazonunun müəyyən edilməsi, məsləhət alan şirkətə öz mahiyyəti və profilini dərk etmək və nəticə etbarilə potensial müştərilərlə xidmət marketinqini həyata keçirmək, şirkətin imkan və resurslarının strateji cəhətdən üstün sahələrdə genişləndirilmək imkanı yaradır. Bu konsultasiya xidmətlərinə olan tələbatın inkişafına verilmiş reaksiyadır və bu reaksiya nəticəsində müştərilərin spesifik problemlərinin həlli üçün artıq müəyyən edilmiş və yoxlanılmış ixtisasın əhəmiyyəti artır.

2.Müştərilərin tərkibinin və coğrafiyasının müəyyən edilməsi. Fərdi konsultantların əksəriyyəti dövlət kontraktlarının alınmasında maraqlıdır. Bəzi məsləhət alan şirkətlər onların dövlət sektoru üçün yerinə yetirdikləri işin hissəsi 20-30% dan çox olmadığını müəyyən etmişdir. Coğrafi yayılma isə - məsləhət alan şirkətin mühüm xüsusiyyətidir. Ayrı-ayrı konsultantlar və konsultasiya xidmətindən istifadə edən kiçik müəssisələr öz müştərilərinin coğrafi cəhətdən yaxın regionlarda axtarılmasına meyllidirlər (lakin onlar uzaq müştərilərlə maraqlı müqavilələrin imzalanmasına imkan verən xüsusi əlaqələr yarada bilər). İri firmalar isə bir qayda olaraq iri regionlarda çalışırlar.

3.Xidmət göstərilən müştərilərin sayının müəyyən edilməsi. Bəlkə də bu, fərdi şəkildə təcrübə alan konsultant, yaxud balaca firma üçün həlledici məqamdır.

Page 45: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

45

4.Məsləhət alan müəssisənin inkişaf tempinin və miqyasının müəyyən edilməsi. Bu məsələ təqdim olunan xidmət spektri, müəyyən sahəyə aid olma və coğrafi cəlb olunma, bazarın qiymətləndirilməsi, mövcud olan və yaranacaq rəqabət, xidmət keyfiyyətinin qorunub saxlanılması və hətta yüksəldilməsində müəssisənin resursları və davamlı inkişaf bacarığı ilə əlaqədar olaraq tədqiq edilməlidir. Konsultasiya xidmətindən istifadə edən bəzi şirkətlər öz həcmini şüurlu şəkildə məhdudlaşdırmışdır. Bir çox hallarda bu, insan və idarəetmə faktorlarının kombinasiyası ilə izah edilir, məsələn ayrı-ayrı üzvləri bir biri ilə əməkdaşlıq edə bilən və birgə fəaliyyət göstərən peşəkar qrupun qorunub saxlanılması istəyi.

5.Digər peşəkar müəssisələrlə əməkdaşlıq strategiyasının müəyyən edilməsi. Hətta, iri şirkətlər də onlar üçün yalnız müəyyən kontraktın icra edilməsi üçün lazım olan xüsusi ixtisaslı qeyri peşəkar konsultantlar daxil olmaqla, yarım iş günü çalışan subpodratçı, yaxud mütəxəssis xidmətlərindən istifadə edə bilər.

6.Dəqiq məlumatlara əsaslanan strateji idarəetmənin mütəmadi olaraq tətbiq edilməsi. Əsaslı şəkildə özünü diaqnoz etməkdən başlamaq çox faydalıdır. Peşəkar xidmətin göstərilməsinə xas olan mahiyyət və problemlər nəzərə alınmaqla, bu diaqnoz metodu müştərinin vəziyyətinin diaqnozu metodu ilə eynidir.

Yuxarıda təsvir edilmiş diaqnostik və analitik iş, strategiyanın hazırlanması üçün məlumat və ümumi təkliflər irəli sürür. Hər hansı bir strateji seçim (məsələn, öz xidmətlərini hansı sahədə satılması qərarına gəlmək) yalnız hər şeyi əhatə edən faktların təhlili əsasında edilməlidir. Strategiya, məsləhət alan şirkətin bütün şöbələri və işçiləri tərəfindən qəbul edilən gündəlik qərarların strukturu və idarəedici prinsiplərini təmin etməlidir. Buna görə də onlar hansı strategiyanı seçdiklərini və niyə seçdiklərini bilməlidir. Konsultasiya xidmətindən istifadə edən bəzi şirkətlər 3-5 illik strateji planın tərtib edilməsini

Page 46: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

46

məqsədəuyğun hesab edir. Belə olduğu halda strateji qərarlar mümkün qədər aydın təqdim edilməli və nəzarət edilə bilən ölçü vahidləri ilə əks olunmalıdır.

Strategiya – şirkətin daxili işidir, və o strategiya haqqında hesabatı yaxud strateji planı məxfi sənədlər kimi qiymətləndirir. Lakin yenə də strategiyanın bəzi aspektlərini ictimaiyyətin xüsusiyyəti etmək lazımdır. Bu strategiya ilə həm mövcud həm də gələcək müştəriləri tanış etmək faydalı olardı, buda firma haqqında müsbət imicin yaranmasına səbəb ola bilər.

Müəssisə strategiyasının hazırlanması ilə bağlı layihələr həm çox çətin, həm də məsuliyyətli olduğu səbəbindən yüksək ödənişli işlərdən biridir.

Qərbdə strategiyanın hazırlanması üzrə bu kompaniyalar ixtisaslaşır: A.T.Kearney; Bain & Company; Braxton Associates; Booz-Allen & Hamilton; Boston Consulting Group (BCG); LEK/ Alcar Consulting Group; McKinsey & Company; Mercer Management Group.

Bu şirkətlərin müştərisi qismində rəhbərlik (idarəçilər, direktorlar soveti) çıxış edir, çünki gələcək inkişaf strategiyasını müəyyən edən qərarlar məhz bu səviyyədə qəbul edilir. XX əsrin son onilliyində bu sahədə fəaliyyət göstərən şirkətlərin illik gəliri orta hesabla 16%-dən 20%-dək təşkil etmişdir və bu, sözü gedən sahənin ən yaxşı göstəricilərindən biridir. XXI əsrdə isə bu göstəricinin 28-30% təşkil etdiyi qeydə alınmışdır.

Adətən konsultantların strategiya sahəsində yaratdığı komandalar sayca nisbətən az olur. İdarəetmə məsələləri üzrə konsaltinqə həsr olunmuş ədəbiyyatda layihələrin xüsusiyyətini müəyyən etmək üçün partner ratio əmsalı istifadə edilir, həmin əmsalla konsultantların sayının partnyorların sayına olan nisbəti müəyyən edilir. Hesab edirlər ki, əgər bu göstərici 10-dan artıq deyilsə firma strategiya məsələləri ilə məşğul olur və top-menecerlər ilə işləyir.

Strateji planlamanın üç ümumi komponenti var – başlanğıc

Page 47: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

47

vəziyyət, bu iki komponenti birləşdirən məqsəd və üsullar. Planlama prosesinin məqsədi – daha çox çıxış vəziyyəti əldə etmək, yəni effektivliyi maksimum həddə çatdırmaq üçün komponentləri ən az qiymətə birləşdirməkdən ibarətdir.

Adətən strategiyanın hazırlanması istiqamətində olan layihələr özündə mövcud situasiyanın, mümkün inkişaf yollarının təhlilini və ortamüddətli, həmçinin uzunmüddətli fəaliyyətə dair tövsiyələrin verilməsini əks etdirir. Bundan başqa burada söhbət həm yeni bazara çıxışdan, fəaliyyət strukturunun yenidən təşkil edilməsi, yaxud diversifikasiyasından, həm də yeni məhsul, yaxud xidmətin yaranmasından gedir. Bu, “strategiyanın işlənib hazırlanması” anlamının kifayət qədər geniş traktovkaya malik olması faktını göstərir.

Mütəxəssislərin təsdiq etdiyi kimi situasiya təhlili – rəqabət bazarda müəssisənin vəziyyətinin müstəsna nəzarət metodudur. Aşağıda situasiya təhlilinin əsas blokları təqdim olunur:

cari situasiyanın təhlili1) – müəssisənin maddi-istehsal göstəriciləri və strateji mövqeyi tədqiq və təhlil edilir;

strateji idarəetmə 2) - yuxarı idarəetmə eşelonu problemlərinin təhlili;

xarici mühit 3) (təhlükə və imkanlar) – uzaq yaxud makromühitin, həmçinin yaxın yaxud mikromühitin təhlili;

daxili mühit 4) (güclü və zəif tərəflər) – müəssisənin strukturu, korporativ mədəniyyəti, resursları və fəaliyyət sahələri təhlil edilir;

strateji alternativlər – 5) aşağıdakı suallar müzakirə edilir: mövcud strategiyanın reallaşması əsasında müəssisə öz məqsədlərinə nail ola bilərmi? Müəssisənin daha real strateji alternativləri necədir? Hər bir alternativin “lehinə” və “əleyhinə” nədir? Razılaşdırılmış inkişaf ssenarisinin tərtib edilməsi mümkünlüyü müəyyən edilir;

tövsiyələr –6) müəssisənin korporativ, işgüzar və funksional səviyyəsi üçün hansı strateji alternativlərin tövsiyə edilə biləcəyi

Page 48: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

48

müəyyən edilir. Şirkətin müxtəlif şöbələrinə müxtəlif işgüzar və funksional strategiyalar tövsiyə edirsinizmi; əsas strateji faktorları nəzərə almaqla verilən tövsiyələr, onların qısamüddətli və uzunmüddətli problemlərin həllinə istiqamətləndirilməsi əsaslandırılır; strategiyanın uğurla reallaşmasının təmin edilməsi üçün keçiriləcək tədbirlər müəyyən edilir;

reallaşma;7) qiymətləndirmə və nəzarət. 8)

Page 49: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

49

MÖVZU 5. MARKETİNQ SAHƏSİNDƏ KONSALTİNQ:BENÇMARKİNQ

Bençmarkinq- marketinq konsaltinqinin maraqlı texnologiyalarından biridir. Əslində bu, biznesin aparılmasında ən yaxşı və geniş yayılmış metodların tapılıb və öyrənilməsi prosesidir. Bençmarkinq – ilk dəfə 50-ci illərin sonunda Yaponiyada yaranmış, məhsulun keyfiyyətinin yaxşılaşdırılması proqramının hazırlanmasını nəzərdə tutan - rəqabətə davamlılıq konsepsiyasının təkamül inkişafı məhsuludur. Qərbdə bençmarkinqi öz müasir traktovkası ilə ilk dəfə 1979-cu ildə “Kseroks” korporasiyası, bazar payının katastrofik sürətdə azalması səbəbindən yaranmış problemlərinin aradan qaldırılması üçün istifadə etmişdir.

Bu konsaltinq xidməti aşağıdakılar ilə nəticələnir:konsultant dəvət etmiş müəssisənin güclü və zəif •

tərəflərinin müəyyən edilməsi;eyni xüsusiyyətə malik, lakin daha yaxşı göstəricilərə •

malik olan müəssisə və təşkilati strukturların aşkar edilməsi;xüsusi rəqabət üstünlüklərinin artırılması üçün onların •

qabaqcıl təcrübəsinin istifadə edilməsi;Bu növ biznes xidmətinin Rusiyada yaranması ölkəmizin

yeni təsərrüfatçılıq sisteminə keçməsi ilə izah edilir. Sovet dönəmində müəssisə rəhbərləri rəqabət, effektivliyin artırılması, gəlirin artırılması haqqında heç fikirləşmirdilər çünki müəssisələr dövlət əmlakı sayılırdı. Hazırda isə müəssisənin siyasəti tamamilə dəyişmiş və rəhbərlik, firmanın taktikasının yaxşılaşdırılması, məhsul, qiymət, satış siyasəti və məhsulun bazarda irəli çəkilməsi strategiyası ilə məşğul olan marketinq xidmətini idarəetmə aparatına daxil etmək məcburiyyətindədir.

Marketinq və menecmentin yeni nəzəriyyəsi və inkişaf istiqamətlərinə marağın artmasına görə marketinqin 4P-ni

Page 50: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

50

(Product, Price, Place, Promotion) daxil edən klassik tərifi artıq yetərli hesab edilmir, çünki burada bazar sisteminin bütün subyektləri arasındakı qarşılıqlı əlaqə qeyd edilmir. Sahibkarlığın ən yaxşı üsullarının axtarışı və öyrənilməsi ilə bağlı olan bençmarkinq - müasir marketinqin inkişaf istiqamətlərinə aiddir.

“Bençmarkinq” termini rus dilinə birmənalı tərcümə edilmir. Bu termin ingilis dilində ‘benchmark’ sözündən yaranmışdır, mənası isə qeyd edilmiş obyektdə işarə deməkdir, məsələn dəniz səviyyəsindən olan hündürlüyü göstərən dirəyin üstündəki işarə. Ümumi mənada isə bençmark – digər oxşar predmetlərlə müqayisə edildikdə standart və etalon kimi istifadə edilə bilən kəmiyyət və keyfiyyət ilə xarakterizə edilən predmetdir. Buna əsasən bençmarkinqi biznes sahələrinin və onun coğrafi vəziyyətinin miqyasından asılı olmayaraq yaxşı nümunələr üzərində axtarışı, qiymətləndirilməsi və öyrənilməsinə yönəlmiş sistematik fəaliyyət kimi izah etmək olar.

Bençmarkinq başqalarının bizdən yaxşı etdikləri işi ifşa etmək, öyrənmək, təkmilləşdirmək və onların iş metodlarını tətbiq etmək bacarığıdır.

Burada söhbət rəqib-müəssisənin fəaliyyətinin təhlil edilməsi və öyrənilməsi üçün istifadə edilən casusluq kimi köhnə metoddan getmir. 1970-ci illərin astanasında bəzi müəssisələr, bu nəzəriyyənin əsasına təkcə rəqib-müəssisələrin fəaliyyətinin öyrənilməsini deyil, həmçinin digər sahələrdə fəaliyyət göstərən qabaqcıl müəssisələrin öyrənilməsini daxil etməklə onu inkişaf etdirməyə başlamışdır. Firmalar, müəssisənin idarə edilməsi fərqlərini kvantifikasiya etməyi öyrənməyə başladılar. Onların hazırladığı konsepsiya və metodlar xərclərin azaldılmasına, gəlirin artırılmasına, strukturun optimallaşdırılmasına və müəssisənin fəaliyyət strategiyasının seçilməsinə imkan verdi.

Bir çox müəssisə və təşkilatlar bençmarkinqi, rəqabətliyin təhlili çərçivəsində lakin daha detallı, rəsmi və nizamlı şəkildə

Page 51: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

51

yerinə yetirildiyi üçün yenilik hesab etmir.Bençmarkinqin tətbiq edilməsi çoxistiqamətlidir. Belə ki,

logistikada bençmarkinq loqistik sistemlərdə, alıcılara sifarişlərin və daşınmanın yerinə yetirilməsinə yaxın olan sahələrdə problemli situasiyaların tez və az xərclə aşkar edilməsinə imkan verir. Bençmarkin çərçivəsində sahibkarlıq funksiyaları, məhsul və xidmətlər yaradan və onların bazara çıxarılmasına yardım edən proseslər kimi təhlil edilir.

Bununla belə aşağıdakı suallar hər zaman diqqət mərkəzində olur: Hansı firma rəqabət zirvəsindədir? Niyə özəl müəssisə ən yaxşı hesab edilmir? Ən yaxşı olmaq üçün müəssisədə nə dəyişdirilməli və nə qorunub saxlanılmalıdır? Yaxşıların yaxşısı olmaq üçün hansı strategiyanı tətbiq etmək lazımdır?

Beləliklə, bençmarkinq mənasının təhlili göstərir ki, onu marketinq araşdırması istiqamətləri hesab etmək olar. Bençmarkinqin praktiki tətbiqi 4 ardıcıl fəaliyyətlərdən ibarətdir (şək.5).

Şək.5. Bençmarkinqin məzmunu (mənası)

Bençmarkinqin tədricən inkişafı və növləri: Mütəxəssislər

Page 52: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

52

bençmarkinqin bir neçə növünü ayırırlar: strateji bençmarkinq – rəqib-müəssisələr strategiyaları •

müqayisə edildikdə həyata keçirilir;daxili bençmarkinq – müəssisə daxilində istehsal •

həcminin xüsusiyyətlərini müqayisə etməklə həyata keçirilir;rəqabətə davamlılıq bençmarkinqi – müəssisənin •

xüsusiyyəti ölçülür və rəqib-müəssisənin analoji xüsusiyyətləri ilə müqayisə edilir; rəqib müəssisənin spesifik məhsulları, proses imkanları yaxud inzibati metodları tədqiq edilir;

funksional bençmarkinq – eyni sektordakı iki və ya daha •artıq müəssisənin müəyyən funksiyalarını müqayisə edilir;

prosesin bençmarkinqi – funksionallığın müəyyən •göstəriciləri digər müəssisələrin analoji göstəriciləri ilə müqayisə etmək üçün dəyişdirilir, və həmin göstəricilərin xüsusiyyəti analoji proseslərdə mükəmməl hesab edilir;

assosiativ bençmarkinq – məhdud bençmarkinq alyansında •yaranan müəssisələr tərəfindən aparılan bençmarkinq;

qlobal bençmarkinq – assosiativ bençmarkinqi daxil •edən strateji bençmarkinqin genişləndirilməsi;

ümumi bençmarkinq – zamanı fəaliyyət göstərdiyi •sektordan asılı olmayaraq iki və ya daha artıq müəssisənin müəyyən funksiyaları müqayisə edilir. Bundan başqa xərc bençmarkinqi, xüsusiyyət bençmarkinqi, müştəri bençmarkinqi, strateji bençmarkinq və operativ bençmarkinqi ayırd edilir.

Bençmarkinq aparıldığı zaman təhlilin üç əsas növü istifadə edilir:

üstünlüyün daxildən təhlili – müəssisə daxili •müqayisənin aparılması, məsələn şöbələrin, bölmələrin yaxud məhsul qrupunun müqayisəsi;

üstünlüyün xaricdən (kənardan) təhlili – müxtəlif •sahələrdə oxşar fəaliyyət növlərinin müqayisə edilməsi, məsələn müxtəlif bazarlarda çalışan rəqib yaxud həmkarların müqayisəsi;

Page 53: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

53

üstünlüyün funksional təhlili – müxtəlif sahələrdə •fəaliyyət göstərən müəssisələrdə oxşar funksiya yaxud proseslərin müqayisə edilməsi.

İdeya hər bir yerdə ən yaxşı nəticənin tapılmasından ibarətdir.

Üstünlüyün təhlili aşağıdakı qaydalara mütləq şəkildə riayət edilməsini tələb edir:

müəssisə rəhbərlərinin üstünlüyün təhlili ideyasında •maraqlı olması;

layihənin məqsəd və vacibliyi haqqında işçilərin •məlumatlı olması;

iş proqramının sadə, mərhələli və aydın strukturu;•layihənin gedişatı haqqında ətraflı sənədləşmə işi •

aparılmalıdır.Rəqabət mübarizəsində qalib gəlmək üçün oyunun xüsusi

qaydaları və öz sahənin şərtləri, həmçinin konkret bir sahədən asılı olmayaraq qüvvədə olan və birinci dərəcəli müəssisəni xarakterizə edən uğurun ümumi faktorları haqqında məlumatlı olmaq gərəkdir. Bu, - nəticəyə nail olmaq, xərclərə diqqət ayırmaq, alıcı və alıcılıq faydasına meyllənmək, təchizatçı ilə əlaqə qurmaq, istehsalat və keyfiyyəti yüksəltmək, müasir texnologiyaların tətbiqi, diqqəti əsas fəaliyyət üzərində cəmləşdirmək kimi faktorlardır.

Bençmarkinq prosesini beş mərhələyə bölmək olar:Üstünlüyün təhlili obyektinin müəyyən edilməsi. 1. Burada

xidmət müəssisəsinin elə obyektlərini müəyyən etmək lazımdır ki, həmin obyektləri istehsalatın təhlili köməyilə tədqiq etmək mümkün olsun. Bununla müəssisəni ümumilikdə yaxud onun ayrı-ayrı hissələrini tənqidi sürətdə təkrarən gözdən keçirmək imkanı yaranır, üstəlik daxili və ya xarici nöqteyi-nəzərdən üstünlük təhlilinin keçirilib, yaxud keçirilməməsinə qərar verilməlidir. Bundan başqa bu vasitə, məhsulun, satış həcminin nəzarətedici göstəricilərinin, müştərilərin meylliliyinin və s.

Page 54: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

54

təhlilində tətbiq edilə bilər. Amma prinsip etibarı ilə alıcı və müəssisənin özünün tələblərindən yaranan hallar istisna olmaqla onun tətbiq edilməsində heç bir məhdudiyyət qoyulmur.

Üstünlük təhlili üzrə tərəfdaşların üzə çıxarılması. 2. Uyğun gələn partnyor-təşkilatlar təkcə birinci dərəcəli olmaları yetərli deyil, öz şirkəti ilə mümkün qədər yüksək müqayisə dərəcəsinə malik olmalıdır. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir:

mövcud məlumat mənbələrinin səthi şəkildə gözdən •keçirilməsi, və mümkün məlumatların toplanılması;

toplanılmış məlumatın qaydaya salınması həmçinin •ətraflı təsvir edilməsi;

ən yaxşı nümunələrin seçilməsi. •Aşağıda sadalan vasitələr məlumat mənbələri qismində

çıxış edir: müəssisələrin fəaliyyəti haqqında hesabatlar; jurnal, kitablar; məlumat bazaları; işgüzar əlaqələr; konsaltinq şirkətləri; ixtisaslaşdırılmış konfrans, seminar, yarmarkalar; birlik (ittifaqlar), tədqiqat təşkilatları və s.; mütəxəssislər; marketinq klubları; müxtəlif komissiyaların üzvləri; müşahidəçi şuralarda iştirak etmə.

Məlumatın toplanılması3. yalnız kəmiyyət və keyfiyyət məlumatlarının toplanılmasını deyil, həmçinin yüksək məhsuldarlığı izah edən, əməyin əhəmiyyətinin, proses yaxud faktorların öyrənilməsi/təsvir edilməsini nəzərdə tutur.

Bu mərhələyə aşağıdakı alt məsələlərin həll edilməsi daxildir:

təsvir və izahdan ibarət olan sorğu vərəqi konsepsiyasının •hazırlanması;

xüsusi (şəxsi) müəssisə haqqında məlumatın toplanılması •(güclü və zəif tərəflər);

üstünlük təhlili üzrə partnyor haqqında faktların •toplanılması;

əlavə mənbələrin istifadə edilməsi;•məlumatın sənədli rəsmiləşdirilməsi;•

Page 55: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

55

həm öz müəssisəsinin həm də üstünlük təhlili üzrə •partnyor müəssisənin rəhbərləri tərəfindən qəbul edilməsinə zəmanət vermək üçün mövcud məlumatların yoxlanılması .

İnformasiyanın təhlili - 4. üstünlüyün təhlili prosesində iştirak edən tərəflərin yaradıcı və analitik bacarığın olmasını nəzərdə tutur. Təhlil etmək yalnız uyğunluq və fərqin olmasını dərk etmək demək deyil həmçinin müqayisəni çətinləşdirə və nəticələri saxtalaşdıra bilən qarşılıqlı əlaqəni, təsiri dərk etməkdir. Burada növbəti hərəkətlər yerinə yetirilir:

əldə edilmiş məlumatların qaydaya salınması və •müqayisə edilməsi;

informasiya materiallarının keyfiyyətinin nəzarəti;•məlumatın əldə edilməsi prosesinə təsir edən və •

müqayisəni poza biləcək faktorların izlənilməsi;ən yaxşı metodlarla müqayisə işində çatışmazlıqların •

aşkar edilməsi; çatışmazlıqların olmasını izah edən səbəblərin dərk edilməsi;

bəzi altşöbə və proseslər şübhə doğurduqda, məhsulun •şəxsi resurslar və kənardan idxal etmə hesabına hazırlanması arasında seçim etməyə imkan verən təhlilin aparılması (təhlil “hazırlanma və satınalma”).

Əldə edilmiş məlumatların məqsədyönlü şəkildə həyata 5. keçirilməsi yalnız təkmilləşdirilmiş üsulların tətbiqini deyil, həmçinin gələcəkdə gözlənilən çağırışlara qarşı çıxmağa imkan verəcək - müəssisənin inkişaf etdirilməsini nəzərdə tutur. Burada söhbət ən yaxşı müəssisələrin nailiyyətlərini təkrar etməkdən getmir; əksinə bunlar xüsusi təşkilati strukturun inkişafını stimullaşdırmalıdır, əks halda üstünlük təhlili qalib gələn müəssisənin strategiyasına çevriləcək.

Aşkar edilmiş potensialı konkret tədbirlər vasitəsilə həyata keçirmək lazımdır. Bununla belə əldə edilmiş məlumatların sadə planlama ilə uyğun gəlib yaxud gəlmədiyini yoxsa oriyentasiyanın köklü şəkildə dəyişdirilməsi lazım gəldiyini aydınlaşdırmaq

Page 56: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

56

lazımdır. Yeniliyin bu cür məqsədyönlü tətbiqi: üstünlüyün təhlili nəticələrinin baxılması; maraqlı olan şəxslərə nəticələr haqqında hesabatın təqdim edilməsi; təkmilləşmə imkanlarının aşkarlanması; müəssisənin adi iş planı ilə uyğun gəlməsi; lazımi dəyişikliklərin yeridilməsi planının təkmilləşdirilməsi; planın həyata keçirilməsi; üstünlük təhlilinin fasiləsiz proses kimi başa düşülməsi; gələcəkdə yeniliyin inkişafı üçün nəticələrin istifadə edilməsi deməkdir.

Təhlil nəticələrin tətbiqi prosesinin nəzarəti 6. iki müstəvidə baş verir: birincisi, müəssisələrin işinin müəyyən edilmiş qiymət göstəriciləri nəticələrinin inkişafını izləmək lazımdır; ikincisi, neytral məqsədlərə nail olmanı və resurs həmçinin müddət üzrə planların yerinə yetirilməsini yoxlamaq vacibdir. Metod və proseslər daimi dəyişikliklərə məruz qalır. Bir az əvvəl ən yaxşı nailiyyətlər çox keçməmiş standart hesab ediləcək yaxud ondan da aşağı olacaq. Buna görə də aşkar edilmiş göstəricilər həqiqətən də ən yaxşı olub yaxud olmadığını müəyyən etmək üçün mütəmadi olaraq yoxlanılmalıdır. Bundan belə qənaətə gəlmək olar ki, üstünlüyün təhlili – bir dəfədə yerinə yetirilən fəaliyyət deyil; bu təhlil, müəssisədə rəsmi olaraq funksiya qismində təyin edilməlidir. Bir qayda olaraq üstünlüyün təhlili tətbiq edildikdən sonra müəssisənin xərcləri xeyli azalır, çünki:

işçilər üstünlüyün təhlili kimi vasitəyə etibar etməyə •başladılar;

müqayisə edilən müəssisələrlə mütəmadi mübadilə •vasitəsilə davam etdirilən əlaqələr yarandı. Bununla belə yeni daha yaxşı müəssisələrin yaranıb yaranmamasını izləmək lazımdır;

vacib informasiya mənbələri məlumdur, yalnız •təkmilləşdirilməsi gərəkən məlumat bazası formalaşmışdır. Həmin məlumatların optimal istifadəsinin ilkin şərti üstünlük təhlili üzrə bütün məlumatların detallaşdırılmış və sistematik qaydada sənədləşdirilməsidir.

Page 57: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

57

Beləliklə, bençmarkinqi strateji istiqamət verilmiş marketinq araşdırmalarının ən vacib istiqamətlərindən biri hesab etmək olar. Bençmarkinq yanaşması marketinqdə qərarın qəbul edilməsi prosedurunun əsaslı şəkildə dəyişməsi ilə nəticələnir. Ənənəvi olaraq firmanın marketinq qərarları və marketinq strategiyası, marketinq araşdırmaları nəticələri və menecer həmçinin marketoloqların kompleks marketinq haqqında intuisiyası əsasında qəbul edilirdi. Hazırki şəraitdə firmanın rəqabətə davamlılığını və möhkəm mövqeyə malik olmasını təmin etmək üçün bu kimi fəaliyyətlər kifayət etmir. Marketinq strategiyasının əsaslılığını artırmaq üçün bazarda biznes liderlərinin fəaliyyətinin və davranışının öyrənilməsi vacibdir. Bençmarkinq prosesində alınmış ən yaxşı firmaların iş metodları və alıcıların tələbatı haqqında əldə edilmiş məlumatlar müəssisənin inkişafı və onun rəqabətə davamlılığının təmin edilməsi üçün çox vacib hesab edilir.

İslahatlar prosesində marketinq-menecer onun müəssisəsinin bazar tələblərinə nə dərəcədə meylli olduğunu, necə və nəyin hesabına müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, bunun üçün nə etmək gərəkliyini və s. təhlil etməlidir, yəni ilkin problem müəssisə daxilində bazar tələblərinə uyğun olaraq islahatların aparılmasından ibarətdir.

Page 58: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

58

MÖVZU 6.

AUDİTOR FƏALİYYƏTİ SAHƏSİNDƏ KONSALTİNQ

“Audit” termini (latın dilindən tərcümədə “dinləmə”) dünya praktikasında yoxlama, reviziya mənasını ifadə edir.

Bu xidmət növünün əsas xüsusiyyəti, firmanın maliyyə hesabatının auditor qismində çıxış edən konsultant (hazırki vəziyyətdə mühasibat üçotu üzrə mütəxəssislər) tərəfindən yoxlanılmasından və onun düzgünlüyü, etibarlılığı və qəbul edilmiş standartlara cavab verdiyinə dair ekspert qiymətinin (rəyinin) verilməsindən ibarətdir. Auditor rəyi firmanın fəaliyyəti haqqında illik hesabatda qanunla müəyyən edilmiş qaydada rəsmi balans ilə birgə dərc edilir. Hazırda audit xidmətinin aparılması metodikasını yüzlərlə şirkət bilir, lakin qəbul edilmiş dünya liderləri “böyük dördlüyə”daxil olan kompaniyalardır – PwC (PricewaterhouseCoopers), Deloitte&Touche, KPMG, Erns&Young. Bu kompaniyalar digərlər kompaniyalardan uzunmüddətli iş staji, həmin müddətdə qazandıqları nüfuz və personalın sayı ilə fərqlənir. Bəzi Rusiya şirkətləri “böyük dördlükdən” olan auditorlara müraciət etməyə üstünlük verir. Bu cür yüksək səviyyəli auditor xidmətini, üçüncü tərəfin qarşısında öz imicini qoruyub saxlamaq yaxud yaxşılaşdırmaq istəyən iri şirkətlər sifariş edir, məsələn beynəlxalq fond bazarına çıxarkən (üçüncü tərəf bazarın iştirakçılarıdır), birbaşa investisiya və kreditorlar cəlb edərkən, yeni ciddi kontragentlərlə əlaqələr yaradarkən, yeni satış bazarına çıxarkən. Bununla audit şirkətlərinin adının (nüfuzunun) onların müştərilərinə keçmə effekti yaranır.

Rusiyada maliyyə auditi – müəssisələrin təsərrüfat fəaliyyətində yeni nəzarət istiqamətidir. Bazar münasibətlərinin inkişafı müəssisə (təşkilat) fəaliyyətinin hüquqi məsələlərini,

Page 59: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

59

mühasibat uçotunun, hesabatının təşkili və aparılmasını, vergiqoymanı, məhsulun (iş və xidmətin) maya dəyərinin formalaşdırma qaydasını nizamlayan, çoxsaylı normativ sənədlərin qəbul edilməsinə səbəb olmuşdur.

Bu səbəbdən normativ sənədlərin, müəssisənin təsərrüfat fəaliyyətinə aid tələblərinin ilk pozulmaları (daha çox bilməyərək edilmiş) meydana çıxmışdır. Müəssisələrə, bu və ya digər qanunvericilik aktlarının düzgün istifadə edilməsində istiqamət verən orqanlar azsaylı olmaları və işin çoxluğu səbəbindən həmin işin öhdəsindən gələ bilmirdilər.

Bununla əlaqədar olaraq müəssisə fəaliyyətinin aşağıda sadalanan bəndləri əhatə edən yeni qeyri dövlət nəzarəti forması yarandı: mühasibat uçotunun aparılması üzrə məsləhət vermə; vergi hesablanmasının düzgünlüyünün yoxlanılması; müəssisədə mühasibat uçotunun və hesabatın yaxşılaşdırılması məqsədilə hüquqi köməyin və digər xidmət növlərinin göstərilməsi, kommersiya fəaliyyətinin effektivliyinin artırılması.

Sona zamanlar audit fəaliyyəti təcrübəsində kompleks audit yoxlamaları geniş yayılmışdır. Bu yoxlamalar bir qayda olaraq iri təşkilatlarda yaxud mürəkkəb istehsalat prosesi və xeyli həcmli sənəd dövriyyəsi (ən çox mühasibat və digər sənədlər) olan müəssisələrdə aparılır.

Bu cür yoxlamaların əsas məqsədləri:müəssisənin istehsalat və maliyyə-təsərrüfat fəaliyyətinin, •

iqtisadi durumunun sənədlər əsasında hərtərəfli yoxlanılması;maliyyə durumunun əsaslı şəkildə təhlili;•istifadə edilməmiş rezervlərin aşkar edilməsi və •

müəssisənin işinin yaxşılaşdırılması istiqamətində təkliflərin irəli sürülməsi; istehsalatın effektivliyinin artırılması;

yoxlanılan məsələlər üzrə qüvvədə olan qanunvericilik •tələblərinə riayət edilməsinin yoxlanışı.

Müəyyən məsələlər üzrə məqsədli yoxlamalar müəssisə və təşkilat rəhbərlərinin istəyi yaxud prokurorluq, istintaq, vergi və

Page 60: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

60

digər dövlət orqanlarının tapşırığı ilə aparılır. Bir qayda olaraq həmin yoxlamaların nəticəsində yoxlama aktı, yaxud arayış tərtib edilir.

Hazırda auditor fəaliyyəti təcrübəsində bu kimi yoxlamalara, məsələn vergi hesablamalarının düzgün aparılması, məhsulun maya dəyərinin formalaşması və maliyyə dəyərinin uçotu üzrə yoxlamalara tez-tez rast gəlmək olur.

İstehsalatında cinayət işi, mülki iş (məhkəmələr) və arbitraj məhkəmələrində baxılan işi olan müəssisələrdə mühasibat sənədlərinə dair ekspert qiyməti bir qayda olaraq dövlət orqanlarının tapşırığı əsasında (istintaq, prokurorluq, məhkəmə, arbitraj məhkəməsi) auditorlar tərəfindən verilir (aparılır).

Audit fəaliyyəti –auditorların, razılaşma əsasında mühasibat və maliyyə hesabatının, ayrı-ayrı təsərrüfat əməliyyatları üzrə ödəmə sənədlərinin, vergi deklarasiyaları və iqtisadi subyektlərin digər maliyyə öhdəlik və tələblərinin müstəqil şəkildə yoxlanılmasına dair apardıqları sahibkarlıq fəaliyyətidir.

Auditor fəaliyyəti iqtisadiyyatın qeyri dövlət sektorunu əhatə edir. Audit yoxlamanı, audit, yaxud digər audit xidmətlərinin aparılmasına dair imzalanmış ikitərəfli razılaşma əsasında istənilən müştərinin, yəni istər fiziki, istərsə də hüquqi şəxsin sifarişi ilə audit şirkəti (yaxud müstəqil çalışan auditor) tərəfindən aparıla bilər.

Qiymətli kağızlar bazarı və fond birjaları kimi investisiya vasitələri üçün audit mühüm əhəmiyyət kəsb edir. Onun əsas məqsədi - potensial investorlara, səhmdarlara, kreditor və biznes tərəfdaşlara bu və ya digər şirkətin maliyyə baxımından nə dərəcədə etibarlı olduğunun göstərilməsidir.

Normativ sənədlərdə olduğu kimi, audit fəaliyyəti təcrübəsində daxili və xarici, məcburi və təşəbbüslü audit ayırd edilir.

Xarici audit - mühasibat uçotu və hesabatın etibarlılığının obyektiv qiymətləndirilməsi, müəssisənin maliyyə durumunun yaxşılaşdırılmasına dair tövsiyələrin hazırlanması, onun

Page 61: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

61

fəaliyyətində effektivliyin artırılması, istehsalatın sərf edilməmiş rezervlərinin axtarışı məqsədilə iqtisadi subyekt (müəssisə, təşkilat) və müstəqil auditor firması (auditor) arasında imzalanmış razılaşma əsasında aparılır.

Yoxlama aparan auditorların, yoxladıqları subyektdə heç bir marağı olmamalıdır. Yoxlanılan iqtisadi subyektlərin mühasibat (maliyyə) hesabatına dair tələblərin yerinə yetirilməsinə görə cavabdehlik daşıyan təsisçiləri, sahibkarları, səhmdarları, rəhbər və digər vəzifəli şəxsləri həmçinin rəhbərliyin yaxın qohumları və onunla yaxın xidməti əlaqələri olan şəxslər auditor qismində çıxış edə bilməz.

Audit firmaları aşağıdakı iqtisadi subyektlərdə xarici audit xidmətini həyata keçirə bilməz:

onların - təsisçisi, sahibkarı, səhmdarı, kreditoru, •sığortaçısı həmçinin həmin audit firmalarının təsis etdiyi, sahibkarı, səhmdarı olduğu subyektlər;

onların törəmə müəssisələri, filialları və nümayəndəlikləri •yaxud öz kapitalında həmin auditor firmalarının payı olan subyektlər.

Həmçinin iqtisadi subyektə mühasibat uçotunun bərpa edilməsi və aparılması, maliyyə hesabatının tərtib edilməsinə dair xidmət göstərən auditor yaxud audit firmaları həmin subyektdə audit yoxlamaları apara bilməz.

Xarici auditin aparılmasının nəticəsi, hər bir hüquqi və fiziki şəxslər həmçinin digər maraqlı olan şəxslər üçün hüquqi əhəmiyyət kəsb edən auditor (auditor firmasının) rəyidir .

Daxili audit müəssisədə idarəetmə aparatının xüsusilə yaratdığı, bilavasitə rəhbərliyin tabeçiliyində olan və ştatla çalışan auditorlardan ibarət şöbə tərəfindən aparılır.

Daxili auditin məqsədi – müəssisənin hər növ təsərrüfat fəaliyyəti effektivliyinin təmin edilməsi, həmçinin müəssisə və onun sahibkarlarının qanuni əmlak maraqlarının qorunmasından ibarətdir.

Page 62: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

62

Auditin məqsədlərindən biri – maliyyə hesabatı istifadəçilərinin sahibkar riskinin azaldılmasıdır, buna görə də onların birinci növbəli vəzifələri yüksək səviyyəli audit yoxlamalarının aparılmasıdır.

Daxili audit aşağıda göstərilmiş məsələləri həll edə bilər:müəssisə fəaliyyətinə aid ayrı-ayrı məsələlərin •

yoxlanılması, o cümlədən təsərrüfat məsələləri üzrə rəhbərin tapşırıqlarının yerinə yetirilməsi, həmin yoxlamaların nəticələri haqqında hesabatların tərtib edilməsi və müəssisə rəhbərliyinə təqdim edilməsi;

təsərrüfat müqavilələrinin hazırlanması və yerinə •yetirilməsi şərtlərinin düzgün olub olmamasının yoxlanılması;

müəssisənin düzgünlüyünün, mühasibat uçotunun təşkili •və aparılmasının, mühasibat hesabatının tərtib edilməsinin yoxlanılması; mühasibat balans və hesabatlarının ekspertizası;

əmlakın mövcudluğunun, durumunun və düzgünlüyünün, •maddi, əmək resurslarının tətbiqi effektivliyinin, qüvvədə olan qiymətin, tarifin təyin və tətbiq edilməsi qaydasının, həmçinin ödəniş-hesablaşma intizamının yerinə yetirilməsinin, büdcəyə verginin və qeyri büdcə fondlarına ödənişlərin vaxtında edilməsinin yoxlanılması;

idarəetmə uçotunun düzgünlüyünün, istehsalata qoyulan •xərclərin uçotunun, məhsulun (işin, xidmətin) satışından əldə edilmiş mədaxilin əks etdirilməsi tamamlığının, maliyyə nəticələrinin formalaşması dəqiqliyinin, gəlir və fondların istifadə edilməsinin düzgünlüyü və qanuni olmasının ekspertizası;

mühasibat uçotu və hesablaşma intizamı təşkilinin •yaxşılaşdırılmasına dair əsaslı təkliflərin təkmilləşdirilməsi, istehsalat strukturunun və nəzarət sisteminin dəyişdirilməsi;

şöbə rəhbərlərinə, müəssisənin mütəxəssis və işçilərinə, •idarəetmə, hüquq, təsərrüfat fəaliyyətinin təhlili və s. məsələlər üzrə təsisçilərə məsləhət vermə;

vergi və digər xarici nəzarət orqanlarının xarici audit •

Page 63: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

63

yoxlamalarının aparılmasına hazırlığı.Beləliklə, maliyyə auditi anlayışı reviziya, yaxud digər nəzarət

formaları anlayışından daha genişdir, çünki yalnız maliyyə göstəricilərinin düzgün olub olmamasının yoxlanılmasını deyil, həmçinin qanuni şəkildə xərclərin səmərələşdirilməsi və vergilərin optimallaşdırılması məqsədilə müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılmasına dair təkliflərin təkmilləşdirilməsini də özündə əks etdirir.

Auditorun (auditor firmasının) öhdəlikləri aşağıdakılardan ibarətdir:

mühasibat uçotunun səviyyəsinin, uçot kadrlarının •ixtisaslaşdırılmasının, ilkin mühasibat sənədlərinin işləmə keyfiyyətinin, müəssisənin istehsalat-təsərrüfat və maliyyə fəaliyyətinin və onun yekun nəticələrini əks etdirən aparılan mühasibat əməliyyatlarının düzgün və qanuni olmasının qiymətləndirilməsin dən;

xüsusilə də müəssisənin maliyyə nəticələrinə təsir •edən, hesabat göstəricilərinin düzgünlüyündə öz əksini tapan pozulmaların, çatışmazlıqların aradan qaldırılmasına dair verilən tövsiyələrin təkmilləşdirilməsi yolu ilə müəssisəyə köməyin göstərilməsindən;

təkcə keçmiş faktların və yoxlama anında mövcud olan •vəziyyətin qiymətləndirilməsindən deyil, həmçinin gələcəkdə təsərrüfat fəaliyyətinə və yekun nəticələrə təsir edəcək hadisələr haqqında müəssisə rəhbərliyini xəbərdar etməlidir.

Auditorların (auditor firmalarının) işi daimi olaraq çətinləşir, bu da normativ və qanunverici bazasında tez-tez baş verən dəyişikliklərə əsaslanır. Az qala hər gün yeni qanunların, fərmanların, qərarların, nazirlik və idarələrin normativ fərmanlarının çıxdığı, qüvvədə olan normativ sənədlərə əlavə və dəyişikliklərin edildiyi müasir şəraitdə müəssisə rəhbərləri bu “məlumat dünyasında” başlarını itirir. Bu halda yoxlanılan müəssisənin fəaliyyət xüsusiyyətinə aid olan və qüvvədə olan

Page 64: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

64

normativ məlumat bazasını rəhbər tutan auditorlar müəssisə rəhbərlərinin köməyinə çatır.

Auditor - mühasibat uçotu, vergi qoyma, təsərrüfat hüququ, maliyyə təhlili, marketinq, menecmentə və s. aid məsələlərə dair (yazılı sürətdə olması arzuolunandır) dolğun və dəqiq məlumatlar tərtib etməlidir.

Mühasibat (maliyyə) hesabatının audit yoxlamasının əsas məqsədi – hesabatda aktiv göstəricilərinin vaxtında yerinə yetirilməsinin, dolğunluğunun, düzgünlüyünün, müəssisənin xüsusi və borca alınmış vəsaitlərinin, müəyyən dövr üçün aparılmış hesablamaların vəziyyəti və maliyyə nəticələrinin, müəssisədə qəbul edilmiş uçot siyasətinin qüvvədə olan qanunvericiliyə uyğun gəlməsinin qiymətləndirilməsindən ibarətdir.

Son zamanlar auditor (auditor firmalarının) fəaliyyətində yeni xidmətlər yaranmışdır: öz maraqlarını vergi orqanlarında və arbitraj məhkəmələrində müdafiə etməkdə müəssisələrə köməyin göstərilməsi; və müəssisələrin qeydiyyat sənədlərinin təkmilləşdirilməsi. Təcrübə göstərir ki, auditorların tərtib etdiyi təsisat sənədləri, digər təşkilatlar, hüquqi və özəl şəxslər tərəfindən işlənib hazırlanmış sənədlərdən faydalı şəkildə fərqlənir.

Beləliklə, auditor (auditor firmalarının) vəzifəsi müxtəlif istiqamətlidir, və auditorun nüfuzu həmin vəzifələrin nə dərəcədə keyfiyyətlə yerinə yetirildiyindən asılıdır. Xarici auditin aparılmasına qərar verən müəssisə isə öz növbəsində, imzalanan müqavilədə tərəflərin mövqeyini dəqiq müəyyən etməli və həmin müqaviləyə əsasən auditor firması ilə qarşılıqlı münasibətlər qurmalıdır.

Qüvvədə olan qanunvericiliyə əsasən, mülkiyyət növündən asılı olmayaraq xüsusi audit firmaları, həmçinin xarici, xarici hüquqi və fiziki şəxslərlə yaradılmış firmalar audit fəaliyyəti ilə məşğul ola bilər. Bu fəaliyyət növü ilə fərdi şəkildə məşğul

Page 65: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

65

olan auditorlar, sahibkar qismində qeydiyyatdan keçməli və bir ildən beş ilədək müddətə verilən ixtisas attestatı və lisenziyası olmalıdır. Lisenziyalar aşağıda sadalanan audit yoxlamalarının aparılması üçün verilir: bank auditi, sığorta şirkətlərinin və qarşılıqlı sığorta təşkilatlarının (sığortaçıların) auditi, birja auditi, qeyri-büdcə fondlarının və investisiya institutlarının auditi, ümumi audit (digər iqtisadi subyektlərin auditi). Auditorun yalnız lisenziyada göstərilmiş audit növü ilə məşğul olmaq hüququ var. Audit yoxlamalarının aparılmasına dair müqavilə imzalamazdan əvvəl, müəssisə rəhbəri yoxlama aparacaq auditorun attestatlı olmasında əmin olmalı, attestatın verilmə və qüvvədə olma tarixinə xüsusi diqqət yetirməlidir. Hazırda ixtisas attestatı üç illik müddətinə verilir və əgər auditor attestatın verildiyi gündən iki il müddətində işə başlamazsa həmin sənəd öz qüvvəsini itirmiş hesab edilir.

Audit yoxlamasının aparılmasına dair müqavilə imzaladıqda, təbii ki müəssisə avtomatik olaraq müsbət nəticənin verilməsinə ümid edə bilməz. Eyni zamanda auditorların, adətən müəssisə üçün mənfi nəticə çıxaran daha bir vergi yoxlaması rolunda çıxış etmək hüququ yoxdur. Vergi orqanları auditorlar tərəfindən aşkar edilmiş və müəssisənin vaxtında ölçü götürdüyü səhvləri müstəqil olaraq aşkarlanmış kimi qəbul edir və heç bir cərimə sanksiyası tətbiq etmir.

Auditorun fəaliyyət prinsipləri. Hər cür audit xidməti göstərərək, auditor bunları yerinə yetirməyə borcludur:

qabaqcadan yaranan qənaətə yol vermədən, yaranmış hər •bir situasiyanı və real faktları obyektiv qiymətləndirmək;

dövlət standartları tələblərinə riayət etmək;•əgər auditor (yaxud onun firması) müştəri ilə yoxlamanın •

nəticələrinə təsir edə biləcək münasibətdədirsə, öhdəliklərin yerinə yetirilməsinə başlamamalıdır, yəni yoxlamaya dəvət olunmuş auditor hər zaman müstəqildir;

peşə məxfiliyinə riayət etmək. Bu o deməkdir ki, •

Page 66: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

66

auditor peşə məxfiliyi çərçivəsindən kənar olan xidmətlərin göstərilməsindən imtina etməlidir. Auditor mütəmadi olaraq mühasibat uçotu, vergi qoyma, maliyyə fəaliyyəti, mülki, əmək, təsərrüfat hüquqları və digər məsələlərdə öz peşəkar biliklərini yeniləşdirməlidir;

auditor xidmətlərinin göstərildiyi zaman müştərinin •işləri haqqında əldə etdiyi məlumatın istifadə edilməsinə müştəri icazə vermədiyi halda məlumatı məxfi saxlamalıdır. Auditor bu məlumatı şəxsi mənafeyi üçün istifadə edə bilməz;

hər bir aspektdə vergi qoyma haqqında qanunvericiliyə •hökmən riayət etməlidir. Auditor şəxsi maraqları yaxud digər şəxslərin maraqlarına görə vergi qanunvericiliyinin pozulmasına yol verməməlidir;

müştərinin maraqlarını rəhbər tutmalıdır. Bununla belə •auditor vergi qanunvericiliyi tələblərinə riayət etməli, müştərinin vergi ödənişlərindən yayınması və vergi xidmətinin aldadılması məqsədilə saxtalıqlar etməsinə yol verməməlidir.

Auditor xidmətlərinin reklamı dürüst, düzgün qaydada olunmalıdır, burada müştəriləri aldatma, onlarda digər auditorlara qarşı inamsızlığın yaranmasına səbəb olacaq halları istisna edilməlidir.

Auditor yoxlamasının aparılması ilə yanaşı auditorlar (auditor firmaları) iqtisadi subyektlərə, sahibkarlara və fiziki şəxslərə konsultasiya kimi xidmətlər də göstərə bilər. Məsləhət vermə (konsultasiya) təcrübəsi göstərir ki, auditorlara daxil olan sualların əksər hissəsi vergi qanunvericiliyi, xüsusilə də müştərinin ödəyəcəyi bu və ya digər əlavə vergilərlə bağlı olur.

Vergi ödəyiciləri auditorlara, vergi hesablamalarının minimuma çatdırılması, başqa sözlə - vergi cəminin qanuni azaltma qaydalarının və nisbətən nadir hallarda ümumiyyətlə vergi ödəməkdən qurtulma yollarının axtarışı ilə bağlı kömək göstərmələri üçün tez-tez müraciət edirlər. Konsultasiya zamanı müştəriyə ümumi, aydın olmayan məsləhətlər deyil, qüvvədə

Page 67: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

67

olan normativ sənədə əsaslanaraq konkret məsləhətlərin verilməsi çox əhəmiyyətlidir.

Vergi planlaması məsələləri üzrə məsləhətlər verərkən, auditor ilk öncə konsultasiya üçün müraciət edən müştərinin təsərrüfat fəaliyyətinin strukturu və xüsusiyyəti ilə tanış olmalı və yalnız bundan sonra qüvvədə olan vergi qoymaya dair normativ sənədlər əsasında vergi ödəmələrinin yerinə yetirilməsinə planlama mərhələsində köməklik göstərməlidir.

Hüquqi məsələlər üzrə konsultasiya – RF Mülki məcəlləsinin, RF Əmək məcəlləsinin, RF Arbitraj-prosessual məcəlləsinin və digər hüquqi aktların ayrı-ayrı qanunlarının düzgün tətbiq edilməsinə dair məsələlərlə bağlı konsultasiyanı əhatə (daxil) edən audit xidmətinin xüsusi növüdür.

Əlbəttə, bu kimi məsələlərlə bağlı konsultasiya xidməti göstərmək üçün audit firmalarının, adı çəkilən hər bir normativ sənədlərin xüsusiyyətini bilən və təcrübədə məharətlə tətbiq edən yüksək ixtisaslı hüquqşünas-mütəxəssisləri olmalıdır.

Qüvvədə olan qanunvericiliyə əsasən auditor firmaları sifarişçiyə yanlış məsləhət verməsinə və həmin səhvin nəticəsində sifarişçinin hər hansı bir məsuliyyətə cəlb edilməsinə görə (əgər bağlanılmış ikitərəfli razılaşmada bu şərtləndirilməmişsə) praktiki olaraq heç bir cavabdehlik daşımır, lakin bu auditor firmasının imicinə mənfi təsir göstərir.

Yuxarıda izah edilənlərə əsaslanaraq “audit” anlayışını müxtəlif nöqteyi-nəzərdən təsvir etmək mümkündür.

Page 68: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

68

Məqsəd – maliyyə hesabatının düzgünlüyü haqqında fikir ifadə edilməsi, xidmətin, köməyin göstərilməsi, müştəri ilə əməkdaşlıq

İdarəetmə münasibətləri – üfiqi münasibətlər, könüllülük, müştəri ilə qarşılıqlı münasibətdə bərabər hüquqluluq, ona hesabat vermə

Xarakter – sahibkarlıq fəaliyyəti

Xidmətin ödənilməsi prinsipi – müştəri ödəyir

Hüquqi tənzimləmə - əsasında – mülki hüquq, təsərrüfat razılaşmaları (qarşılıqlı xidmətin göstərilməsinə dair razılaşmalar)

Praktiki məsələlər – müştərinin maliyyə durumunun yaxşılaşdırılmasında köməyin göstərilməsi, passivlərin cəlb edilməsi (investor, kreditor), müştəriyə konsultasiya xidmətinin göstərilməsi

Obyekt – maliyyə hesabatını pozan, ödəmə qabiliyyətini aşağı salan, müştərinin maddi durumunu pisləşdirən hər bir neqativ halı aşkar edir

Nəticələr – auditor rəyi və müştəriyə tövsiyələrin verilməsi, məlumatın məxfiliyi

Status – auditor – müstəqil ekspert

Son zamanlar xaricdə elə bizim ölkəmizdə də “audit” termini müstəqil ekspertlər tərəfindən aparılan təkcə mühasibat yoxlamasını deyil, həmçinin müəssisənin işlərində aparılan hər hansı digər yoxlamaları da ifadə edir. Bu səbəbdən “menecmentin auditi” (idarəetmə auditi), “investisiya auditi”, “biznes auditi”,

Page 69: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

69

“iqtisadi audit”, “enerqoaudit” və s. kimi terminlər istifadə edilir.

İdarəetmə auditi – müəssisənin fəaliyyətinin Rusiya qanunvericiliyinə uyğun olduğunun ekspertiza edilməsini, idarəetmə problemlərinin aşkar edilməsi və onların həll edilməsində əsas istiqamətlərin müəyyən edilməsi məqsədilə idarəedici heyətin işinin müstəqil yoxlanılmasını (reviziyası) ifadə edir.

Bir çox ölkələrin dövlət və bələdiyyə orqanlarında idarəetmə reviziyaları ildə bir dəfə mütləq qaydada keçirilir.

İdarəetmə reviziyası prosesində konsultantlar: müəssisənin mövcud (cari) vəziyyətinin və inkişaf tendensiyalarının qiymətləndirilməsini, rəhbər şəxslərin və mütəxəssislərin, daxili və xarici mühitin parametrlərinin qiymətləndirilməsini həyata keçirir. Qiymətlər ekspertiza xarakteri daşıyır. Ekspert qismində isə audit firmasının işçiləri çıxış edir. Müştəri-müəssisənin tədqiq edilməsinin əsas metodları: maliyyə sənədləri ilə tanış olmaq, rəhbər və mütəxəssislərlə müsahibə aparmaq və anketləşdirmək, diaqnostik müşavirələrin aparılması, işçi heyəti ilə qrup şəklində işləmə və biznes oyunların aparılması.

Yerli və xarici tədqiqatlar nəticəsində, müəssisənin inkişaf strategiyasının əsaslandırılmasında menecment-auditin ən effektiv vasitə olduğu müəyyən edilmişdir. Onun köməyilə bir çox: güclü və zəif tərəflər, xarici mühitin əlverişli imkanları və təhlükə kimi faktorların ümumi təsiri altında müəyyən edilən, rəqabət üstünlüklərinin diaqnostik təhlili həyata keçirilir.

Bununla belə auditor bir qayda olaraq Pareto prinsipinə əməl edir, yəni bu prinsipə uyğun olaraq lazımi məlumatın 20%-i biznesin 80% inkişafına imkan yaradır və beləliklə, yalnız effekt verəcək (məsələn, satış, qiymət, hesablar, daxilolmalar, biznesin yeni imkanları, işçilərin əmək fəaliyyəti və pusquda olan təhlükələr haqqında) məlumatları diqqətlə tədqiq edərək vaxta qənaət edir.

Page 70: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

70

Bir qayda olaraq, müəssisə bir neçə nöqteyi-nəzərdən tədqiq edilir:

ideoloji əsasın təhlili – missiya, məqsəd (peşəkar, •sahibkar) və vəzifələrin, həmçinin müəssisənin struktur və mədəniyyətinin uyğunluğunu qiymətləndirməyə imkan yaradır. Bütün funksional strategiyalar, onların missiya, məqsəd və ümumi strategiyaya uyğun gəlməsi nöqteyi- nəzərdən təhlil edilir;

xarici effektivlik – müəssisənin bazarda olan payı •(hissəsi), onun dəyişiklik tendensiyası, sahibkarlığın yeni sahələrinin yaradılması qabiliyyəti ilə əks olunur;

daxili effektivlik – müəssisənin resurslarının tətbiq •edilməsini əks etdirir;

bacarığın (qabiliyyətin) xarakteristikası – rəhbərliyin •inkişaf strategiyasının seçilməsi, təkmilləşdirilməsi və reallaşdırılmasına dair fəaliyyətinin qiymətləndirilməsinə imkan verir. Eyni zamanda mütəxəssislərin əmək sərfi qiymətləndirilir.

Məlumdur ki, müəssisənin effektivliyi ətraf mühitdə baş verən dəyişikliklərdən asılıdır.

Ətraf mühit aşağıda göstərilən amillərlə səciyyələndirilir:gücün səviyyəsini ifadə edən faktorların qarşılıqlı •

əlaqələndirilməsi; bir faktorun dəyişməsinin digərlərinə təsir etməsi;

müəssisənin reaksiya göstərməli olduğu faktorların •mürəkkəbliyi və dəyişkənliyi;

texnika və texnologiyanın, rəqabətin inkişafı təsiri altında •ətraf (xarici) mühitdə baş verən dəyişikliklərin nisbi sürətini əks etdirən dinamiklik;

müəssisədə informasiya həcmi və keyfiyyəti ilə •qiymətləndirilən qeyri müəyyənlik .

Əlverişli xarici imkanların və müəssisə fəaliyyəti təhlükəsinin təhlili - xarici mühitdə müəssisə üçün vacib – iqtisadi, sosial,

Page 71: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

71

texniki, siyasi, beynəlxalq dəyişikliklərin toplanılması, işlənilməsi və qiymətləndirilməsini tələb edir.

Xarici mühitin komponentlərindən biri - rəqiblərdir. Rəqabətin təhlili prosesində auditorlar aşağıdakı istiqamətlərlə yalnız real rəqiblərin deyil, həmçinin potensial rəqiblərin strategiyasını tədqiq edir:

bazarda artıq böyük gücə sahib olmuş kompaniyalar •arasında rəqabət;

yeni rəqiblərin yayılması;•istehlakçıların imkanları.•

Müəssisənin qiymətləndirmə sisteminə analoji (uyğun) olaraq rəqiblərin fəaliyyətinin güclü və zəif tərəflərinin qiymətləndirilməsi təhlilin nəticəsi hesab edilir.

Bu məlumatlar rəqabət mübarizəsində əsas uğur faktorlarının nisbi qiymətləndirilməsindən formalaşan, rəqiblərin güclü və zəif tərəfləri xəritəsinin tərtib edilməsində əsas kimi göstərilir. Nisbi qiymətləndirmə əsas rəqiblər və həmin müəssisə üçün müqayisə edilən parametrlərin fərqini təşkil edir.

Konsultasiya təşkilatları menecment-auditin aparılmasına dair müxtəlif metodikalar işləyib hazırlamışdır. Məsələn, regional qeyri-kommersiya fondunun konsultasiya qrupu “Edvayzer. Sodeystviye i razvitie” müəssisənin idarəetmə keyfiyyəti səviyyəsinin 30-dan çox parametr əsasında müəyyən edilməsi məqsədilə sistemli auditin (“rapid-metod”) aparılmasını təklif edir.

“Rapid-metod” qısaldılmış zaman və az miqdarda xərcin sərf edilməsi ilə xarakterizə edilir: bu metodla aparılan işin həcmi 50 insan-saat təşkil edir. İlk 3 saat ərzində konsultantlar rəhbərlik və aparıcı mütəxəssislər qrupu ilə (9-30 nəfər) diaqnostik anketlər dolduraraq diaqnostik müşavirə aparır. Daha sonra konsultantlar müəssisə rəhbərləri ilə müsahibə aparır (hər birinə 0,5 saat olmaqla 5-9 nəfər).

Başqa bir misal kimi turoperator firmasının audit yoxlaması

Page 72: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

72

göstərilə bilər. Biznes sahibkarı qismində çıxış edən sifarişçi konkret məqsəd güdürdü: baş mühasibin buxalteriyanı nə dərəcədə yaxşı bildiyinin qiymətləndirmək və mövcud olan uçot və hesabat sistemi ilə hansı problemləri gözləmək olar. Turizm təşkilatının bu, plandan kənar auditor yoxlamasının gizli bir məqsədi də var idi – baş mühasibin səlahiyyətsizliyi ehtimalının təsdiq yaxud təkzib edilməsi. Yoxlama zamanı mühasibin hesabat verən şəxsə nəyinsə alınması üçün kassadan məbləğ ayırdığı aşkar edildi. Həmin təhtəlhesab məbləğ müəyyən edilmiş vaxtda kassaya qaytarılmışdır lakin bu əməliyyat heç bir sənəddə qeydə alınmamışdır. Audit yoxlaması çoxlu sayda bu kimi səhvlər aşkar etdi. İstənilən yoxlama zamanı vergi orqanları bu kimi səhvlərə görə baş mühasibin illik əmək haqqından qat-qat çox olan məbləğdə cərimə edə bilər. Aparılan yoxlamanın sonunda auditorlar aşağıdakı nəticəyə gəlmişdir: uçot yoxlanılan firmanın hazırki fəaliyyətini əks etdirmir; maliyyə sistemi və hesabat mütləq şəkildə qaydaya salınmalıdır. Lakin uçotda edilən səhvlərin üstündən çox vaxt keçmişdir və məhsulun reallaşdırılmasına aid bəzi ilkin sənədlərin bərpa edilməsi real olmadı. Müəssisə rəhbəri mühasibi işdən azad etmək və məruz qaldığı maddi itki ilə barışmaq məcburiyyətində qaldı.

Audit yoxlamasının nəticələri “İdarəetmə sisteminin keyfiyyət səviyyəsinin qiymətləndirilməsi” adlı yekun hesabatda əks olunur və müəssisə rəhbəri, eləcə də onun müavinləri ilə müzakirə edilir. Konsultantlar idarəetmə sistemini bütünlüklə deyil, yalnız keyfiyyətin yüksəldilməsi və riskin azaldılması məqsədilə dəyişikliklər təklif edə biləcəyi parametrləri təhlil edir. Bu vəziyyət aşağıdakı hissələrdən ibarət olan idarəetmə auditi üzrə hesabatın məzmununu qabaqcadan müəyyən etmişdir:

idarəetmə keyfiyyətinin səviyyəsinə görə müəssisənin •mümkün olan itki riskləri (ümumi idarəetmə xarakterinin 5 parametri üzrə);

müəssisənin idarəetmə strukturundakı vəziyyətin •

Page 73: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

73

yaratdığı risklər;müəssisənin komunikativ-davranış alt sisteminin •

durumuna görə mümkün olan itkilər;personalın idarə edilməsi alt sisteminin keyfiyyəti ilə •

bağlı risklər;marketinqin idarə edilməsi alt sisteminin keyfiyyəti •

səbəbindən yaranan risklər;vacib olan təşkilati inkişafda idarəetmə sistemindəki •

kritik məhdudiyyətlərə görə itki riskləri.Müasir biznesdə təsərrüfat fəaliyyətinin aparılması prosesində

auditor və konsultantların rolu artmaqdadır. Artıq auditorlar məcburi idarə/müəssisə yoxlamaları ilə assosiasiya edilmir. Sahibkar və biznesmenlər artıq onlara lazımi anda peşəkar məsləhət verə biləcək yardımçı kimi yanaşırlar. Lakin Rusiya auditorlarının iş təcrübəsində müəyyən tendensiya mövcuddur: onlar tələb olunduğu halda konsultant-ekspertlər cəlb edərək əsasən maliyyə hesabatı yoxlamaları ilə məşğul olur.

Hər bir konkret layihə üzərində işləyərkən hər hansı bir, daha çox hüquqi ekspertizanın aparılması zərurəti yarana bilər. Son zamanlar tez- tez abunə xidməti təcrübəsinə rast gəlmək olur, bu halda müştəri ilə istənilən vaxt hər növ konsultasiya xidmətinin göstərilməsinə dair müqavilə imzalanır. Əsas odur ki, kompaniyanın fəaliyyəti prosesində yarana biləcək problemlər haqqında rəhbərlik vaxtında xəbərdar edilsin. Auditor yalnız müəssisənin uçot və hesabatındakı qeyri dəqiqlikləri qeyd etməklə kifayətlənməməlidir, o həmdə onların aradan qaldırılması üsullarını təklif etməli və bunun nəticələrini təsvir etməlidir. Beləliklə uçotda buraxılmış səhvlərin bir daha təkrarlanması və qeydlərin nəzərə alınması, həmçinin müəssisənin idarəetmə və maliyyə fəaliyyətinin peşəkarcasına qiymətləndirilməsi üçün sifarişçi vaxtaşırı auditor dəvət etməlidir.

Page 74: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

74

MÖVZU 7.

KONSALTİNQ İNVESTİSİYA XİDMƏTİ SAHƏSİNDƏ

İnvestisiya xidməti – maliyyə-kredit institutlarının qiymətli kağız alqı-satqısı ilə bağlı fəaliyyətidir. Bu sahənin konsaltinq xidməti aşağıdakı punktları daxil edir:

özəl investorların pul vəsaitlərinin toplanılması •prosesinin məlumat təminatı və onların qiymətli kağızlarda yerləşdirilməsi;

qiymətli kağız bazarı sahəsində konsultasiya.•Federal qanunun №89-Ф3 saylı 19.06.95-ci il tarixli

düzəlişində “RSFSR investisiya fəaliyyəti haqqında” 26.06.91-ci il tarixli qanun “investisiya” terminini bu cür təsvir edir: “İnvestisiya - gəlirin əldə edilməsi və müsbət sosial effektə nail olmaq məqsədilə sahibkarlıq və digər fəaliyyət sahələrinə qoyulan pul vəsaitləri, məqsədyönlü bank qoyuluşları, pay, aksiya və digər qiymətli kağızlar, texnologiyalar, maşınlar, avadanlıqlar, lisenziyalar, o cümlədən məhsul markası, kredit, yaxud digər əmlak hüquqları, intellektual dəyərlərdir”.

Beləliklə, investisiya – gəlirin əldə edilməsi məqsədilə həm ölkə daxilində həm də xaricində sahibkarlıq, yaxud digər fəaliyyət sahələrinə edilən kapital qoyuluşudur. Buna uyğun fəaliyyəti xüsusi maliyyə-kredit institutları – investisiya bankları və qiymətli kağızlar (səhmlər, istiqraz vərəqələri) altı-satqısı üzrə kompaniyalar yerinə yetirir. İnvestisiya bankları özünün qiymətli kağızlarının (öhdəliklərinin) emissiya edilməsi və həmin pul vəsaitlərini səhm və istiqraz vərəqəsinə qoymaqla özəl investorların pul vəsaitlərini toplayır, yəni qiymətli kağızlar buraxan firma və əmanətçilər arasında vasitə kimi çıxış edir. Qiymətli kağızların qoyuluşu ilə bağlı əsas funksiyalarından başqa, bu kimi əksər firmalar ümumi və maliyyə idarəetməsi

Page 75: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

75

sahəsində konsultasiya xidmətlərinin geniş spektrin təklif edir.Yenidən yaradılmış və müasirləşdirilmiş əsas fondlar

və dövriyyə vəsaitləri, qiymətli kağızlar, məqsədyönlü pul qoyuluşları, elmi-texniki məhsul, digər mülkiyyət obyektləri, həmçinin əmlak hüquqları - investisiya fəaliyyətinin obyektləri hesab edilir. Beləliklə, investisiyalar - müəssisələrin həm maddi (əsas fondlar və s.), həm də qeyri maddi (intellektual əmlak, məhsul nişanları və s.) aktivlərinə istiqamətlənə bilər.

İnvestisiyalar aşağıdakı təyinatlar üzrə istiqamətlənə bilər:şəxsi kapitalın artırılması, faizlərin alınması məqsədilə •

aksiyaların əldə edilməsi, bank hesablarına əmanətin qoyulması, dividentlərin alınması məqsədilə əmanətin pay şəklində qoyulması;

avadanlıq və yerin alınması ilə istehsal bazasının •artırılması həmçinin əsaslı tikinti işlərinin aparılması.

İnvestisiyanın aşağıdakı növlərini ayırd edirlər:istehsal investisiyası – köhnə istehsal müəssisələrinin •

rekonstruksiyasına və yeni istehsalatın yaradılmasına, gəlir əldə edilməsi məqsədilə fəaliyyət göstərən müəssisələrin genişləndirilməsi və yenidən təchiz edilməsinə yönəlmiş maliyyə vəsaitidir;

qeyri-istehsal investisiyası – yaşayış, kommunal və •mədəni-məişət obyektlərinin tikintisinə sərf edilən maliyyə vəsaitidir. Kommersiya məqsədilə istifadə edildiyi halda gəlir gətirə bilər lakin istehsal obyektinə çevrilmir.

ÜTT-nin göstəricilərinə əsasən, turizm biznesinə qoyulan ümumdünya investisiyanın həcmi ildə 700 milyard dollar, yaxud iqtisadiyyatda ümumi investisiyanın 12%-ni təşkil edir.

İdarəetmədə iştiraketmə payı hüququna görə investisiyanın aşağıdakı növləri ayırd edilir:

birbaşa investisiya – investora müəssisəni idarə etmə •hüququ verir və qoyduğu investisiya müəssisənin nominal kapitalının 10%-dən az olmamalıdır;

Page 76: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

76

portfel investisiya – müəssisənin nominal kapitalının •10%-dən az hissəsini təşkil edən qiymətli kağızların investor tərəfindən əldə edilməsi.

İqtisadi proseslərə təsir nöqteyi-nəzərdən aşağıdakı kapital qoyuluşları qeyd edilir:

ekstensiv – istehsalın təşkili texnologiyasını dəyişmədən, •istehsal gücünü artıran kapital qoyuluşu, yəni əmək istehsalı dəyişdirilmir , məsələn servis müəssisənin yanına eyni şəkildə ikincisi tikilir.

İntensiv – daha yüksək iqtisadi fayda (qaytarma) ilə •tikintiyə yeni texniki əsasda kapital qoyuluşu.

İnvestisiya fəaliyyəti dövlət tərəfindən investisiya siyasəti aparmaqla tənzimlənir və aşağıdakı üsullarla reallaşır:

dövlət investisiyalarının birbaşa idarə edilməsi;•vergi sisteminin diferensiallaşdırılmış vergi tarifi və •

imtiyazları ilə tətbiqi;ayrı-ayrı ərazi, sahə və istehsalatların inkişafına yönəlmiş •

dotasiya, subsidiya və büdcə ssudaları şəklində maliyyə yardımının edilməsi;

müvafiq maliyyə və kredit siyasətinin, qiymət •qoyuluşunun və amortizasiya siyasətinin aparılması.

RF qanunvericiliyinə uyğun olaraq, mülkiyyət formasından asılı olmadan dövlət həm daxili həm də xarici investisiyaların qorunmasına zəmanət verir.

İstehsalın, inkişaf etməkdə olan bazarın tələbi səviyyəsində qorunub saxlanılması üçün müəssisələr əsas istehsal fondlarını həmçinin məhsul ehtiyatlarını artırmalıdır və bu səbəbdən onlar investisiyalar alır. Əsas fondların yaradılması və təkrar istehsalı bunların hesabına baş verə bilər:

şəxsi maliyyə resursları (gəlir, amortizasiya ayrılmaları, •vətəndaş və hüquqi şəxslərin əmanətləri, sığorta ödənişləri və s.);

borca alınmış maliyyə vəsaitləri (kredit, istiqrazlar);•

Page 77: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

77

aksiyaların satışından əldə edilmiş, investora məxsus •maliyyə vəsaiti;

əmək kollektivi üzvlərinin pay və digər vəsait qoyuluşu;•dövlət büdcəsi və büdcədən kənar fondlardan isvestisiya •

ayrılmaları;xarici investisiya. •

Bütün bu hallarda, iqtisadiyyatda istehlakçı tələbatı ilə yanaşı ümumi tələbat kimi təhlil edilən investisiya tələbatı yaranır. Ümumi istehsalatın bu və ya digər sahəsində olan investisiya tələbatı, istehsalın inkişafına olan tələbatla müəyyən edilir. İnvestisiya mühiti, kredit siyasəti, real faiz dərəcələri (onlar nə qədər yüksək olsa investisiya tələbatı bir o qədər də aşağı olur və əksinə), qiymət dinamikası, vergi qoyma sistemi, kapital qoyuluşunun cəlb edilməsi və istifadə edilməsi sistemi, qanunvericilik bazasının inkişafı, resursların istifadə edilməsinin effektivliyi və s. kimi faktorlar investisiya tələbatına çox böyük təsir edir.

İstənilən müəssisə əvvəl axır kapital qoyuluşunun cəlb edilməsi və bu səbəbdən daha effektiv investisiya layihəsinin seçilməsi zərurəti ilə qarşılaşır. Bununla müəssisələr:

investoru müəyyən etməli;•yeni əsas istehsalat fondlarının yaradılması yaxud •

fəaliyyətdə olanların müasirləşdirilməsini əsaslandırmalı;investisiya layihəsinin cəlb edici olmasını göstərməli və •

onun effektivliyini sübut etməlidir.Bu məsələlərin həll edilməsi üçün müəssisənin, aşağıdakı

bəndlərdən ibarət investisiya siyasəti hazırlanır:müəssisənin strateji istiqamətinə cavab verməyən •

investisiya layihələrinin ilkin seçim (ələkdən keçirmə) sistemi;investisiya layihələrinin seçim prinsip və kriteriyaları;•müəssisəyə qoyulmuş kapitalın qəbul olunan minimal •

gəlir norması;investisiya siyasətinin müxtəlif variantlarında mümkün •

olan risklərin həddi norması.

Page 78: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

78

Misal olaraq – 2014-cü ildə XXII Olimpiya oyunlarına ev sahibliyi edəcək Soçi şəhərinə investisiyaların cəlb edilməsini göstərmək olar. Dağ iqlimli kurort zonası kimi Soçi şəhərinin məqsədli Federal proqram çərçivəsində 2006 – 2014-cü illərdə həm dövlət həm də özəl investisiyaların ümumi həcmi 314 milyard rubl yaxud 12 milyard dollar təşkil edəcək.

Soçidə bütün idman obyektləri ən müasir texnologiyaya, idmançı və azarkeşlərin təhlükəsizlik komfortunun ən sərt tələblərinə uyğun olaraq inşa ediləcək. Bu haqda baş nazirin müavini A.Jukov MOK-nin üzvü, Avropa olimpiya komitəsinin prezidenti P.Xikki ilə görüş zamanı bəyan etmişdir. A.Jukov qeyd etmişdir ki, Soçidə bəzi idman obyektləri “məsələn dağ xizək trassları nadir obyektlərdən olacaq”. O həmçinin Soçi şəhərində Olimpiya oyunlarının keçirilməsi konsepsiyasının, idman obyektlərinin kompakt (yığcam) yerləşdirilməsini, idmançıların yaşayışı üçün planlaşdırılmış yerlərin, beynəlxalq hava limanı, nəqliyyat infrastrukturunun və digər nəqliyyat obyektlərinin üstünlüklərini də qeyd etmişdir.

Bundan başqa, Jukov Rusiyada kütləvi idmanın (xüsusilə də gənclər arasında) inkişaf etdirilməsi planları haqqında Xikkiyə məlumat vermişdir. 2006-2015-ci illər üçün kütləvi idmanın inkişafı çərçivəsində, bədən tərbiyəsi və idmanla məşğul olan Rusiya vətəndaşlarının sayı 3 dəfə artmalıdır. Proqramda həmçinin həm kütləvi idman həm də yüksək nailiyyətin əldə edilməsi üçün digər idman növləri ilə məşğul olmaq üçün istifadə ediləcək 4 000-ə qədər müxtəlif idman obyektlərinin inşa etdirilməsi nəzərdə tutulur.

Cənab Jukov, son zamanlar kütləvi idmanın inkişaf etdirilməsinə Rusiyanın özəl şirkətləri tərəfindən də xüsusi maraq göstərildiyini qeyd etmişdir. Belə ki, “Qazprom” şirkəti “Qazprom - uşaqlar üçün” layihəsi çərçivəsində Rusiyanın 50-yə yaxın regionunda idman meydançalarının və idman komplekslərinin kütləvi tikintisini nəzərdə tutur.

Page 79: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

79

Burada Rusiya müəssisələrinin əsas problemlərindən birini nəzərə almaq lazımdır: marketinq sisteminin hələ də bazara deyil, istehsalata alışması effektiv innovasiya (yenilik) və deməli investisiya siyasətinin keçirilməsinə imkan vermir.

İnvestisiya layihəsinin hazırlanması metodikası (məsələn, turist rekreasion zonasının hazırlanması) bir neçə mərhələni nəzərdə tutur:

investisiya ideyasının formalaşdırılması;1) investisiya layihəsinin reallaşdırılması şərtlərinin tədqiq 2)

edilməsi;layihənin texniki-iqtisadi əsaslandırılması;3) kontrakt sənədləşmələrinin hazırlanması;4) iqtisadi göstəricilərin monitorinqi.5)

İnvestisiya layihəsinin yaradılması xərc və nəticənin əlaqəsini təsvir edən göstəricilər sisteminin istifadə edilməsi ilə bağlıdır. Bu:

vəsait qoyuluşundan ehtimal edilən gəlirin, həmçinin •maliyyə effektivliyinin göstəriciləridir;

gələcək müəssisənin maliyyə effektivliyinin •göstəriciləri;

sosial və ekoloji nəticələrin göstəriciləri, yəni sosial və •ekoloji gərginliyin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər.

İnvestisiya haqqında qərarın qəbul edilməsi üçün daha vacib addımlardan biri onun ekspertiza edilməsidir. Bazar şəraitində inkişaf edən hadisələrin qeyri müəyyənliyi ilə bağlı atılan bu addım çox çətin hesab edilir. Ekspertiza qəbul edilən bu və ya digər layihənin iqtisadi faydası haqqında, yeni təşkilati və texniki məsələlərin perspektivliyinə dair sualların cavablandırılmasına yönəldilir. Nəzərə almaq lazımdır ki, ekspertiza subyektivlik elementinə malikdir və bir çox hallarda ekspertin ixtisaslı olmasından asılıdır. Ekspertiza iki əsas mərhələdən ibarətdir:

Page 80: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

80

layihənin texniki səviyyəsinin konkret göstəriciləri, onun 1) reallaşdırılması, xərcin, ehtimal edilən gəlirin, bazarın həcminin, riskin və s. sahəsində ekspertlər tərəfindən proqnozlaşdırma;

əldə edilmiş göstəricilərin xüsusi ümumiləşdirmə 2) metodunun köməyilə, layihənin reallaşdırılmasının məqsədəuyğun olmasına dair qərarın qəbul edilməsi.

Hər bir müəssisənin xüsusi bazar şərtləri olduğu üçün investisiya layihələrinin universal (hərtərəfli) sistemi mövcud deyil. Lakin mütəxəssislər bir sıra qiymətləndirmə metodu işləyib hazırlamışdır. Onlardan daha çox istifadə edilənləri aşağıdakılardır:

keyfiyyətli, effektivliyin müəyyən edilməsi metodları: • bir sıra meyar vasitəsilə investisiya layihələrinin seçimi, bu zaman layihənin hər bir müəyyən edilmiş kriteriyə uyğun gəlməsi, və hər bir kriteri ayrılıqda qiymətləndirilir;

meyar siyahısı üzrə təhlilin nəticələrinin alınmasına ehtiyac olduqda layihələrin bal sistemi ilə qiymətləndirilməsi metodu istifadə edilir;

iki növə bölünən, effektivliyin müəyyən edilməsi iqtisadi •metodları:

sadə metodlar – xərcin çıxarılma müddəti metodu, təmiz gəlir norması metodu;

bazar iqtisadiyyatı olan ölkələrdə investisiya layihəsi •effektivliyinin müəyyən edilməsi zamanı tətbiq edilən sabitlik metodu. Sabitlik metodu tətbiq edildikdə layihənin bir neçə reallaşma ssenarisi tərtib edilir. Təklif edilmiş bütün situasiyalarda iştirakçıların marağı nəzərə alınarsa layihə effektiv hesab edilir, mənfi nəticələr isə yaradılmış ehtiyatlar yaxud sığorta ödənişləri hesabına aradan qaldırılır.

Təəssüf ki, Rusiyada turizm sahəsinə investisiya qoyuluşları Dövlət statistika komitəsinin rəsmi sənədlərində sabit şəkildə çox də nəzərə çarpacaq olmur. Bu kimi məlumatlar həmçinin turizm xidməti (Forma №1 – turfirma) göstərən müəssisələrin

Page 81: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

81

fəaliyyətinə federal dövlət statistik nəzarət, RF bədən tərbiyəsi, idman və turizm Nazirliyinin, Rusiya iqtisadi inkişaf Nazirliyinin formalarında da mövcud deyil. Buna görə də turizm sahəsinə investisiya qoyuluşu dinamikasını, müxtəlif statistik məlumatları, həmçinin Federasiya subyektlərindən alınan məlumatları müqayisə edərək dolayısilə bərpa etmək olar.

Page 82: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

82

MÖVZU 8.

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRSAHƏSİNDƏ KONSALTİNQ

Konsaltinqin bu növ xidmətinin məqsədi – ictimaiyyətin gözündə məhsul yaxud bütünlükdə firmanın rəqiblərdən fərqlənən müsbət və xüsusi tərzini yaratmaqdan ibarətdir. İctimaiyyətimizin alışmadığı yeni və daha effektiv xidmətlərdən biri PR-texnologiyalardır. Siyasətçilərin əksəriyyəti bu kimi xidmətlərdən istifadə edir.

Public Relations termininin XIX əsrin əvvəllərində müstəqillik Deklarasiyasının müəllifi, ABŞ-ın üçüncü prezidenti Tomas Ceferson tərəfindən təklif edildiyi haqda sübutlar da var. Beləliklə, o ictimai fikrin idarə edilməsində etibarlılıq göstərənləri xarakterizə etmişdir. Bilməliyik ki, PR tədbirləri artıq alışdığımız birbaşa reklam tədbirlərinə oxşayır. Bundan başqa onlar oxşar vasitələrdən istifadə edirlər. Fərq daha çox məzmundadır. 1№-li cədvəldə reklam və Public Relations (İctimaiyyətlə Əlaqələr) arasındakı oxşarlıq və fərqlər verilmişdir. Qeyd etmək lazımdır ki, çox nadir hallarda reklam məqsəd xarakteri daşıyır. Bir qayda olaraq məhsul və xidmətlərin reklamı – ümumi kompaniyanın bir hissəsidir.

Təşbihlə desək, Public Relations – uğur strategiyası, reklam isə - onun taktikasıdır. Hətta kifayət qədər maraqlı biznesə yaxud deyək ki, anadangəlmə istedada malik olmaqla Public Relations sistemindən istifadə etmədən uğur əldə etmək mümkün deyil. Praktiki olaraq hər bir estrada ulduzunun tarixi onu göstərir ki, hətta ən istedadlı insanın lazımi vaxtda konsultantı yaxud prodüseri olmazsa çətin ki o, məşhurluq qazansın. Estrada və kino ulduzlarının heyrətləndirici məşhurluq və şöhrətini bəzən qəsdən hansısa sirr, müəmma ilə əlaqələndirirlər.

Məsələnin məğzi isə ilk öncə obrazın yaradılması

Page 83: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

83

texnologiyasından ibarətdir. İlk xarakterik üsul – ictimaiyyətin marağını “qızışdırmaq”dır, məsələn süni şəkildə müxbirlərdən uzaq qaçmaq. Bəzən Madonna “bu mənə saysız pres-konfransların, müsahibələrin verilməsinə mane olur” deyə öz fikri ilə bölüşürdü.

Cədvəl №1. Reklam və PR-ın müqayisəsiMüqayisə edilən

parametr Ənənəvi reklam Public Relations

Məqsəd Məhsul və xidmətlərin satışı İdarə edilən imic

Standart vasitələr KİV

KİV+300-dən az olmayan PR

aksiyasından ibarət yığma

Məqsədin quruluşçusu Firmanın şöbələri

Müəssisə, partiya və regionun idarə

edilməsi

Obyekt Məhsul və xidmətlərİdeologiya,

dünyagörüşü, dəb, üslub və s.

Public Relations-in ikinci üsulu – insan və müəssisə haqqında ilk təəssüratın – daha dəqiq olması fikrinə əsaslanır. Uzaqgörən rəhbərlər bu postulat qanununa riayət edərək öz xarici görünüşünə və işçilərin görünüşünə (saatdan tutmuş qalstuka qədər), ofisin interyerinə, otaqların qapısı üstündə olan yazıların şriftinə qədər xüsusi diqqət yetirir. Əgər qapı keşikçi müştəri ilə elə girəcəkdə kobud davranarsa, katibə-referent salamlaşmadan oturacağın yerini kobudcasına işarə edərsə artıq müştəridə müəssisənin imici (obrazı) haqqında mənfi fikir formalaşır və bu fikri dəyişdirmək müştərilərini nəzakətlə qarşılamaqdan baha başa gələcək.

Üçüncü PR üsulu növbəti nümunədə göstərilir. ABŞ-da belə bir hal baş vermişdir. Belə ki, avtomobillərdə səsboğan

Page 84: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

84

təmirxanası dayanacağına girəcəkdə təmirxananın sahibi: “gəlişiniz haqda əvvəlcədən xəbər verməyə də bilərsiniz. Biz onsuzda sizi eşidəcəyik!” yazısı ilə tablo asmışdır. Reklam məqsədilə hasardan qızıl səsboğanın asılması lap girəcəkdən müştərinin gözünə toz buraxmaq hətta paxıllıq hissi yaratmaq deməkdir. Hiyləgər olmayan zarafatyana cümləyə görə isə müştəri avtoservisi təbəssümlə xatırlayır.

Daha bir misal. “Savva” Moskva hüquq şirkətinin ofis qapısında belə bir xəbərdarlıq-tablosu asılmışdır:

AYAĞINA ROLİK TAXILMIŞ İTLƏRLƏ

İÇƏRİ DAXİL OLMAQ OLMAZ!!!

Bu savadsızcasına yazılmış mətn, onu oxuyan hər kəsi təəccübləndirirdi, hərdən isə güldürürdü. Bunu görən ofis işçiləri öz səhv işini qələbəyə çevirərək, elanı təzədən yazmışdır.

İTLƏRLƏ VƏ ROLİK ÜSTÜNDƏ XOŞ GƏLMİSİNİZ!!!

Dördüncü PR üsul – rəqibləri qabaqlayaraq ictimaiyyətlə mümkün qədər tez üzbəüz danışmağa başlamaq. Bunsuz böyük məbləğdə pul və dövri mətbuat üzərində güc uduşa (qalibiyyətə) zəmanət ola bilməz. Misal olaraq bu nümunəni göstərmək olar. Kimyəvi silahın məhv edilməsi haqqında qərarın qəbul edilməsindən dərhal sonra iri Amerika şirkətinin nümayəndələri bu məsələnin müzakirə edilməsi üçün Moskva şəhərinə gəlmişdir. Qərarı qəbul edən tərəf elə ilk görüşdəcə zavodlar, avadanlıq, vasitə, yer haqqında danışmağa başladı...Lakin amerikalılar hər kəsi öz bəyanatları ilə təəccübləndirmişdir: kimyəvi silahın məhv edilməsi - əsas olsa da, ikinci dərəcəli məsələdir. İlk və hal hazırda

Page 85: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

85

ən əsası: kimyəvi silahın məhv edilməsi nəzərdə tutulan ərazidə əhali arasında aydınlaşdırıcı işlərin aparılmasıdır. Bir sözlə öncə əlverişli psixoloji mühit yaradılmalı, insanlar sakitləşdirilməli, təlaşlı xəbərlərin yayılmasının qabağı alınmalı və yalnız bundan sonra işə başlamaq lazımdır. Bir ildən sonra amerikalı mütəxəssislərin dedikləri söz təsdiqini tapmışdır: ölkədə plakat və şüarlarla kütləvi etiraz aksiyaları, piketlər keçirilməyə başladı. Belə situasiyanı kritik (qorxulu) adlandırmaq olar. Bu halda PR xidməti hansı ölçüləri götürməlidir? Həqiqəti gizlətmədən, ictimaiyyəti həqiqətə uyğun məlumatla təmin etmək. Məsələn, “Silya-layn” şirkəti “Estoniya” bərəsinin qəzaya uğradığı haqda (1994-cü ildə) dərhal məlumat vermiş, lakin qeyd etmişdir ki, bundan sonra bütün fin bərələrində ön apparellər açılmayacaq (qəzanın ehtimal edilən səbəbi).

Daha bir misal, Soçi şəhərinin 2014-cü ildə keçiriləcək qış Olimpiadasının paytaxtı kimi tanınmasına xidmət edən PR-ın gedişi haqqındadır. Kütləvi informasiya vasitələri bu hadisəyə az qala hər gün ən az bir neçə sətir həsr edir. 23 iyun 2006-cı il tarixdə Vesti.ru –da bu məqalə təqdim olunmuşdur.

Page 86: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

86

2014-cü ildə Olimpiadanın keçiriləcəyi liderlər üçlüyünə daxil olan Soçi şəhərində, həftənin cümə günü Olimpiya günü keçirilmişdir. Şəhərdə, 1500 nəfər arasında qaçış, müsabiqə və konsert proqramları ilə müşahidə edilən əsl bayram təşkil edilmişdir. Soçi üçün Beynəlxalq Olimpiya günü xüsusi əhəmiyyət kəsb edir. Şəhər 2014-cü ildə qış Olimpiya oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısına düşmüşdür. Şəhərin hər yerində “Soçi finalda. Dəstəyinizə görə təşəkkür edrik” şüarı ilə plakatlar asılmışdır. Şəhər sakinlərinin dediyinə görə, həmin gün şəhər qalib kimi oyanmışdır. Əsas meydanda yüzlərlə insan toplanmış. Bir neçə meydançada eyni zamanda bayram tədbirləri, yarışmalar keçirilir. Olimpiya yarışında 1500 nəfər iştirak edir. Lakin burada qalib olmayacaq: tədbir simvolik xarakter daşıyır və “Olimpiya günü” yarışmasında çıxış edən hər bir iştirakçıya diplomlar təqdim ediləcək. Velosipedçilər səhər saat 6-dan Krasnaya Polyanadan start götürüb şəhərə qış Olimpiadasının simvolu olan, qarı gətirdilər. İmeretin ovalığında buz sarayı və olimpiya kəndi tikiləcək yerdə simvolik olaraq daşın qoyuluşu mərasimi keçirilmişdir. Axşam şəhərdə konsert proqramları keçiriləcək, ekstremal idman növləri üzrə Rusiya və Avropa çempionatının qaliblərinin çıxış edəcək və eyni anda 4 meydançanın dördündə atəşfəşanlıq olacaq.

Növbəti dərc olunan məlumatlarda (21 dekabr, 2006-cı il)

daha çox intriqa yaradan xəbərlər təqdim olunmuşdur.

Page 87: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

87

Soçidə 2014-cü ildə keçiriləcək olimpiadanın ümumi planı hazırlanmışdır. Qış oyunlarının keçirilməsinə namizədliyi təsdiq edilmiş şəhər Beynəlxalq Olimpiya Komitəsinə şəhərin təqdim etmə kitabını təhvil vermişdir. Bu hadisə təntənəli sürətdə yenicə düzəlmiş katokun üzərində keçirilmişdir. Kitabı BOK-nin Lozanna ş. yerləşən baş ofisinə çempionlar, Turina Tatyana Totmyanina və Maksim Matinin təqdim edəcəklər. Həmin kitabda Olimpiadanın Rusiyada necə keçiriləcəyi və hətta açılış və bağlanma mərasimlərinin ssenarisi təsvir edilmişdir.

Sifariş komitəsinin fikrincə “olimpiya tarixində bu Ağ Olimpiadanın aparılmasına dair ən yığcam və effektiv plandır”, lakin bütün təfsilatlar hələ ki aşkarlanmamışdır.

Bazar subyekti üçün Public Relations’in əhəmiyyəti

böyükdür. Diqqətlə düşünülmüş və keyfiyyətlə aparılmış PR aksiyaların köməyilə obyektin ictimaiyyətin gözündə həm uğurla nümayiş etdirilməsi və yüksəldilməsi həm də məhv etdirilməsi mümkündür.

Dj.Tomas düzgün olaraq qeyd etmişdir ki, “Pitsa Xat” Cümə günü axşam saat 19:00 da başlayan reklam kompaniyasının, elə həmən günün sonuna olan effektini hər bir satılan pitsaya qədər dəqiqliklə müəyyən edə bilər. Bunların hamısı – diqqətlə planlaşdırılmış PR aksiyalarına görə baş verir.

Konsultantın PR sahəsindəki rolu – sifarişçi-müəssisələrə, idarələrə, dövlət orqanlarına, peşəkar təşkilatlara və s. xidmətlərin göstərilməsindən ibarətdir. Onlar aşağıdakı funksiyaları yerinə yetirir:

kommunikasiyanın təhlil və diaqnostikası;•PR-ın siyasət və strategiyasının, məqsədinin, •

Page 88: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

88

məqsəd auditoriyalarının, vasitələrinin seçimi, büdcə qiymətləndirilməsinin müəyyən edilməsi;

ya ümumi layihələndirmə, yada birdəfəlik yaxud •uzunmüddətli texniki yardım çərçivəsində fəaliyyət və proqram planının nəzəriyyə baxımından hazırlanması;

sifarişçinin razılığı və onun nəzarəti altında fəaliyyətin •maliyyə balansının hesablanması və əldə edilmiş nəticənin ölçülməsi.

Konsultantın PR sahəsində iş metodu və mərhələləri. Sifarişçi konsultant xidmətindən istifadə etmək qərarına gəldikdə o, hansı növ konsultasiya xidmətlərini almalı olduğunu qabaqcadan müəyyən etməlidir. Bunun üçün o aşağıdakıları müəyyən etməlidir:

yaranmış bir, yaxud bir neçə problemin xüsusiyyətini;•qoyulmuş məqsədləri;•konsultant xidmətindən birdəfəlik, yaxud uzunmüddətli •

istifadə edilməsi;kadr və planlaşdırılmış büdcə nöqteyi-nəzərdən əldə olan •

vasitələri;mümkün olan qrafik.•

Konsultant seçimi. Hazırda bir çox konsaltinq firmaları mövcuddur. Bəzi konsultantlar ilkin qiymətləndirmə və diaqnostikadan başlayaraq nəticələrin proqram və nəzarətinin praktiki reallaşdırılmasına qədər – tam xidmət spektrini təklif edir; onlar PR və müzakirə edilən bütün sahələrin nizam intizamını tətbiq edir. Digər firmalar müəyyən sahələrdə, məsələn hökumət orqanları, istehlakçı, KİV-lə münasibətlərdə, yaxud turizm, səhiyyə, satış və s. kimi dəqiq müəyyən edilmiş iqtisadi və sənaye sahələrində ixtisaslaşır.

Bəzi konsaltinq firmaları beynəlxalq qrup, yaxud şəbəkəyə daxildir, bu da onlara bir çox ölkədə PR sahəsində çalışmağa imkan verir. Hər hansı bir konsultantın PR Sindikatına/ Məsləhətçi

Page 89: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

89

İttifaqına üzv olması, onlar tərəfindən etika normalarına, məxfiliyə və geniş təcrübəyə riayət edilməsinə zəmanət verir. Konsaltinq şirkətlərinin PR sahəsindəki sindikatı, sifarişçilərə üzv şirkətin xarakteristika və tövsiyələrdən ibarət nümayəndəlik kartotekasını təqdim edir və həmin kartotekaya əsasən sifarişçi probleminin xüsusiyyətinə uyğun olaraq ilkin seçim edə bilər.

Konsultantla əlaqənin yaradılması. Görüş zamanı ilkin tanışlıq baş verir və sifarişçi bu suallara cavab almalıdır:

Konsultant hansı peşəkar təcrübəyə malikdir?•Hazırki vaxtda onun peşəkar fəaliyyətinin strukturu •

necədir: müştəriləri kimdir? Neçə müddətdir ki onlarla çalışır?Fəaliyyət fəlsəfəsi nədən ibarətdir?•Büdcəni necə idarə edir və sifarişçilərlə olan əlaqəni •

necə nəzarət edir?Öz fəaliyyətində PR Sindikatı/Məsləhətçi İttifaqının •

standart kontraktını istifadə edirmi?Sifarişçi bu cür təhlildən sonra probleminin həll edilməsi

üçün öz həmkarlarından fərqlənən konsultant tapa bilmədiyi təqdirdə o, aşağıdakı prinsipləri rəhbər tutaraq onların fəaliyyəti ilə daha ətraflı tanış ola bilər:

namizəd konsultantların sayını məhdudlaşdırmalıdır – •onların sayı üçdən artıq olmamalıdır;

texniki tələbləri yazılı şəkildə tərtib edib və konsultantlara •öz təkliflərini irəli sürmək üçün eyni müddət (bir aya qədər) verməlidir;

tələb olunan işlərin aparılması səviyyəsini göstərməli •(zəmanət kağızı, yaxud ətraflı şəkildə yazılmış təklif) və edilən təkliflərin qiymətləndirildiyi zaman həmin tələblərə riayət etməlidir;

layihələr eyni cavabdeh şəxslər tərəfindən •qiymətləndirilməlidir;

sifarişçinin imtina etdiyi konsultanta verdiyi qərarın •səbəblərini açıqlaması arzuolunandır.

Page 90: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

90

Həmin andan konsultant ona çatan məlumatın məxfi saxlanılmasına zəmanət verir.

Konsultantın təqdim etdiyi zəmanət məktubu problemin həll edilməsi üçün onun tətbiq edəcəyi metodun təsvirindən ibarətdir. Bu sənəd tam proqram hesab edilmir. Onun məqsədi – yekun qərarın müəyyən edilməsindən ibarətdir.

Ətraflı təklif bunları nəzərdə tutur: uzun tərtib edilmə müddəti;•dolğun (məzmunlu) məlumatın ötürülməsi və sifarişçi-•

müəssisənin rəhbərliyi ilə görüşlərin keçirilməsi;ziyan və texniki xərclərin arxa tarixlə ödənilməsi •

hallarının nəzərə alınması.Xüsusi hal sifarişçinin PR sahəsində konsultantla artıq işlədiyi,

lakin digər konkret sahədə işləməmək üçün, yaxud (istənilən səbəbdən) hazırki konsultantın yerinə daha bir konsultant tapmaq istədiyi halda yaranır.

Razılaşmanın tərtib edilməsi. Bu razılaşma sifarişçi və konsultantın maraqları çərçivəsində aydın və dəqiq şəkildə tərtib edilir. Həmin razılaşmada (yaxud məktub şəklində tərtib edilmiş öhdəlikdə) sifarişçi və konsultantın əməkdaşlıq müddəti (yəni bu əməkdaşlığın müəyyən dövrdə hər hansı bir əməliyyatın aparılması üçün birdəfəlik, yoxsa qeyri müəyyən olsa belə uzun müddətli olması nəzərdə tutulur) dəqiq göstərilməlidir. Bu halda humanitar və yaradıcılıq hüquqlarına aid verilmiş qısaca ifadələrdən başqa, razılaşmada hər iki tərəfin hüquq və öhdəlikləri, ödəniş variantları və razılaşmanın pozulması şərtləri də nəzərə alınmalıdır.

Page 91: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

91

MÖVZU 9.

İMİC – KONSALTİNQ

Konsaltinq xidmətinin bu növü birbaşa olaraq PR ilə əlaqəlidir.

İmicmeykinq tədbirlərinin təyin edilməsi – əsas məqsədi məhsul, xidmət, firmanın, dəbin, ideologiyanın və s. imicinin formalaşdırılmasından ibarət olan qeyri qiymət rəqabətidir. Adətən bu tədbirlər tək-tək keçirilən (müştəri tərəfindən təsadüfi kimi qəbul edilən) aksiyalar deyil, müştərilərin, potensial müştərilərin, firma və hökumət tərəfdaşlarının diqqətinə yönəlmiş qarşılıqlı razılaşdırılmış aksiyalardır. Beləliklə, iri sərgidə stendçi komandası üçün imicin formalaşdırılması tədbirinin ssenarisi 15-20 istiqamət (cəhət), orta miqyaslı sığorta şirkəti üçün 30-50, Dövlət Dumasına deputatın seçilməsi üçün isə 60 istiqamətdən ibarətdir. Böyük sayda olan bu aksiyalar – imicmeykinqi daxil edən bir sistem kimi PR tədbirlərinin əsas məqsədini təşkil edir.

Gəlin əsas PR vəzifələrə və onların, imicin formalaşması ilə əlaqələndirilməsinə nəzər salaq. PR tədbirlərinin 5 əsas məqsədi var: 1) obyektin mövqeləndirilməsi; 2) imicin yüksəldilməsi; 3) antireklam (yaxud imicin aşağı salınması); 4) rəqiblərdən mühafizə edilmə.

Böhranın proqnozlaşdırılması, ictimai rəyin öyrənilməsi, vahid korporativ üslubun və korporativ standartın yaradılması, aksiyaların effektivliyinin tədqiq edilməsi, personalla işin və hətta rəhbərlik və partnyorlarla psixoterapevtik seansın aparılması kimi məsələlər yuxarıda göstərilmiş məqsədlərə hər zaman tabedir.

İmicin formalaşdırılması yuxarıda sadalanmış PR məqsədlərin elementlərini özünə cəlb edir, lakin imicmeykinq məqsədlərinə daha dolğun cavab verən 1, 2 və 4-cü bəndlərdir. Gəlin bunları daha geniş müzakirə edək.

Page 92: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

92

Mövqeləndirmə (ingilis dilindən tərcümə olunduqda, position – mövqe, vəziyyət, hal mənasını əks etdirir) – aydın imicin yaradılması və saxlanılması; mövcud problemlərin müştərilərə izah edilməsi.

Əgər obyekt mövqeləndirilməyibsə o, potensial müştərilər üçün müəmmalı qalır və onun məşhurlaşdırılması – tanınmamış obyektin ... Misal üçün Sankt Peterburqda sakinlərə keçirilən Xoş məramlı oyunların “mövqeləndirilməməsinə” şəhər boş tribunalarla cavab vermişdir.

Müəssisə öz imicini formalaşdırmadığı halda bunu, onun əvəzindən müştəri və partnyorlar körtəbii olaraq, bu da o deməkdir ki, idarə olunmayacaq şəkildə yerinə yetirir. Buna görə də PR mütəxəssislər imicə qarşıdurma ilə deyil, qoşalıqla malik olmağı (kortəbii yaxud idarə ediləcək) əsas məqsəd kimi görür.

Əlavə olaraq bilirik ki, insan beynində yalnız bir neçə məmnun qalma mərkəzi var, onlarla mərkəz isə - narazılıq və təlaş mərkəzidir. Məhz bunun sayəsində insan təkamül prosesində sağ qalmışdır. Lakin mənfi mərkəzlərin üstünlüyünün digər tərəfi də var: yeni, müəmmalı, “mövqeləndirilməmiş bir şey gördükdə insan daha çox ona “qarşı” çıxır, nəinki “qəbul edir”.

İmicin yüksəldilməsi. Mövqeləndirmə prosesini peşəkarcasına yerinə yetirdikdən sonra, məsələn aşağıda izah edilmiş üsulların köməyilə imicin yüksəldilməsinə keçmək olar.

İngilis kraliçası II Yelizavetanın hər hansı bir ölkəyə səfəri zamanı onunla ünsiyyətdə olan mətbuat nümayəndələrinin təəssüratını gücləndirmək üçün bu cür hərəkət edirlər. Görüşə bütün jurnalistlər deyil, yalnız seçilmiş və hər iki cinsin nümayəndəsi olan jurnalistlər buraxılır (mütləq şəkildə “qalstuklu” və hündür “dabanlı” ayaqqabıda). Kraliçanın mətbuat katibi jurnalistləri bir-bir sıraya düzərək: vizitkanı kraliçaya çatdırılması üçün adyutanta verilməsini; əgər kraliça əlini uzadarsa ancaq qısaca əl sıxılmasına icazə verildiyini; baş

Page 93: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

93

əyməklə və heç bir söz demədən kraliçanın ərini qarşılamağı; kraliçaya “madam”, yaxud “mam” deyərək xitab etmələrini onların hər birinə izah edir. Əgər kraliça ilə olan söhbət təbii alınmazsa bu haqda yazmaq olmaz. Və etiket, nəzakətlilik elementlərindən çaş baş qalmış (və qorxmuş) jurnalistlərin qarşısında kraliça çıxıb və təbii söhbət etdiyi halda mətbuat nümayəndələri (həmçinin yerli) heyran qalırlar. Yəqin mətbuat katibi buna dair hazırlıq işləri aparmasaydı mətbuatın təəssüratı fərqli olardı, kraliça tərəfindən daha az idarə olunardı.

Rəqiblərdən qorunma (mühafizə edilmə). Bir qayda olaraq bu PR obyektinin imicinin yüksəldilməsi, digərinin isə - rəqibin imicinin aşağı salınması proseslərinin kombinasiyasıdır. Başqa cür də demək olar: rəqib fonunda öz PR obyektinin mövqeləndirilməsi. Rəqibdən qorunma (mühafizə edilmə) aşkar və qapalı ola bilər. Buna xarakterik misal olaraq, Dövlət Dumasının deputatlarından birinin: “Başqaları söz verir, biz isə əməl edirik (yerinə yetiririk)!” seçkiqabağı şüarını göstərmək olar.

Şərti olaraq imicin formalaşdırma obyektlərini üç kateqoriyaya bölmək olar.

Reytinqi, onların yaratdıqları, yaxud onlar üçün yaradılmış 1. imicdən asılı olan obyektlər – yəni ayrı-ayrı şəxslər (siyasətçilər, televiziya aparıcıları, ictimai və dini hərəkat liderləri və s.), sosial qruplar (hərbiçilər, tələbələr, təqaüdçülər və s.), partiyalar, radio, teleşirkət və ayrı-ayrı verilişlər, ictimai hərəkatlar (“Greenpeace”, feminizm, nudizm, “abortlara qarşı” hərəkat və s.). Sadalanmış obyektlərin əksəriyyəti qeyri kommersiya təşkilatlarıdır. Onlar məhsul, yaxud xidmət satışı ilə məşğul olmur, onların mövqeyi ictimaiyyətin onlara qarşı olan münasibəti ilə müəyyən edilir. Bu obyektlərin məqsədini ictimaiyyətdə əhval ruhiyyəyə təsir etmə imkanı adlandırmaq olar.

Reytinqi, həm onların istehsal etdiyi məhsul və xidmətin 2. imici, həm də keyfiyyətindən asılı olan obyektlər – bu ilk öncə iri milli, həm də transmilli korporasiyalardır (“Philips” firması,

Page 94: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

94

“ZİL”, “Valio” və s.). Bu kateqoriyaya, bazarda uğuru yalnız nəyi satdığından deyil, həmçinin necə satdığından asılı olan kiçik firmaları da aid etmək olar. Həmin obyektlərin məqsədi məhsul keyfiyyətinin yaxşılaşdırılması hesabına eyni zamanda müsbət imicin yaradılması ilə, satış həcminin yüksəldilməsindən ibarətdir.

İmicinin dəyişməsi, müvəffəqiyyətinin həlledici faktoru 3. hesab edilməyən obyektlər – kiçik ticarət müəssisələri. Onların bazarda uğur əldə etməsi daha çox təklif etdikləri məhsulun keyfiyyətindən asılıdır. Bu kateqoriyaya aid obyektlərin sayı bazar mədəniyyətinin inkişaf etməsi ilə azalır.

Obyektin kateqoriyasından asılı olaraq imicin formalaşdırılması üsulları dəyişə bilər. Üçüncü kateqoriyaya aid obyektlərdə yetər ki, imic qəsdən, yaxud təsadüfən aşağı salınmasın və obraz uğurlu, təbii inkişaf etdiyi halda, birinci və ikinci kateqoriyaya aid obyektlərdə imic kompaniyasının hər bir addımı düşünülməlidir.

Məqsəd və vəzifələrin mürəkkəbliyində olan fərq, təsir kanallarında və imic düzəltmə metodlarında olan fərqi müəyyən edir.

Şifahi məlumatı, əyani təşviqatı, mütəmadi nəşrləri, radio və televiziyanı əsas təsir kanalları (informasiya verişləri) adlandırmaq olar. Bütün kateqoriyalara aid obyektlər üçün kanal naboru (yığımı) dəyişməz olaraq qalır və onların seçimi sifarişçinin məqsədəuyğunluğu və tələbi ilə müəyyən edilir.

Kanallardan fərqli olaraq hər bir kateqoriyaya aid obyektlər üçün öz təsir metodları var. Üsulların ən böyük seçimi ikinci kateqoriyadadır, çünki bu obyektlər üçün imicmeykinq (düzəltmə) aksiyasının təşkilatçıları öz həqiqi məqsədlərini gizlətməli və ixtiraçılıq qabiliyyəti nümayiş etdirməlidir. Gəlin daha geniş yayılmış metodlarla tanış olaq:

Digər müştərilərin artıq başlamış fəaliyyətinə 1. müştərinin qoşulması;

Page 95: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

95

Bu metodun əsas effekti psixoloji “yoluxmaya” əsaslanır, bu zaman insan özündən asılı olmayaraq nüfuzlu şəxsin, yaxud qrupun emosional vəziyyətini yadda saxlayır (adət edir). Təcrübədə bu effekt faydalı ənənələrin, ritualların, bayramların və s. qorunub saxlanılması, müştərilərin, digər müştərilər tərəfindən artıq əminliklə həyata keçirilmiş fəaliyyətə qoşulması üçün tətbiq edilir.

Daxil edilmiş hərəkət (fəaliyyət) 2. bir neçə variantla həyata keçirilir:

müştəriyə, artıq ona tanış olan, arzu etdiyi və 2-ci •hərəkətlə bağlı olan 1-ci hərəkəti etmək təklif edilir. Beləliklə, mağaza müştərinin yaxşı tanıdığı məhsulun qiymətini qəfildən endirir. Burada, cəlb olunmuş müştərilərin eyni zamanda mağazadan başqa mal alacağı, yəni 2-ci hərəkəti də yerinə yetirəcəyi nəzərdə tutulur;

müştərini yumşaq desək, elə bir situasiya qarşısında •qoyurlar ki, ona seçim etmək üçün məhsul və xidmətlərin diapazonu təklif edilir və ümumiyyətlə təklif olunan seçimdən imtina etməyin mümkün olduğu şərtləndirilmir;

müştərini elə bir situasiya qarşısında qoyurlar ki, o, •“lehinə” və “əleyhinə” yeni əsaslar taparaq problemi müzakirə etməyə başlayır, bununla da obyekti özü və əhali üçün adət edilmiş edir (diskussiyaların translyasiya, yaxud dərc edildiyi halda);

“Gerostrat effekti” zamanı guya bəzi hərəkətlərə •“qadağa” qoyulur. Əslində isə, qadağanı dərk etmək üçün müştəri öncə qadağan edilən hərəkəti təsəvvür etməlidir. Məsələn, 1993-cü ildə belə bir telereportaj nümayiş etdirilmişdir: bir qış gecəsində, “Qermes” aksiyaları əldə etmək üçün insanlar çöldə ocaqlar qalayır, bu da televiziya tamaşaçılarında həmin aksiyaların yaxşı aksiya olduğu fikrini formalaşdırmışdır...Daha bir misal. Bacarıqlı ticarətçi mağazasının girişində müştəriyə belə bir müraciət asmışdır: “Xahiş olunur tavana baxmayasınız”.

Page 96: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

96

Tavanda təqdim edilmiş reklam böyük uğur qazanmışdır. Qəbul etmə kanalının dəyişdirilməsi. 3. Əgər artıq seçilmiş

kanalla müştəriyə təsir etmə gözlənilən nəticəni vermirsə, aşağıdakı üsullara müraciət

etmək lazımdır:metodların dəyişdirilməsi;•qəbul etmə kanalının dəyişdirilməsi, lakin bununla belə •

nəzərə almaq lazımdır ki, insan oxuduğunun 10%-ni, eşitdiyinin 20%-ni, gördüyünün 30%-ni, gördüyü və eşitdiyinin 50%-ni, özü danışdığının 70%-ni, və özü etdiyinin 90%-ni yadda saxlayır;

təsir vaxtının, yaxud yerinin dəyişdirilməsi;•müxtəlif kanallar vasitəsilə paralel təsir etmə.•“Möcüzə” və onun haqqında hekayələr. 4. “Möcüzə”nin

aşağıdakı yaradılma üsulları təcrübədən keçirilir:anomal nəhəng obyektlər və rekord nailiyyətlər;•qadağaların, davranış normalarının aradan qaldırılması, •

yaxud pozulması (real yaxud saxta) 5. Eksperimental nevroz modeli aşağıdakı üsulları istifadə

edir:müştəri və reallıq stereotipinin qəbul edilməməsi;•qərəzli səhv, paradoks. •İşarə (him). 6. Bu metod natamam hərəkətlərin daha

yaxşı yadda qalmasına, tamamlanmış hərəkətlərin isə tez unudulduğuna əsaslanır. Arzu edilən hərəkəti yerinə yetirmək mümkün olmadığı halda həmin hərəkət digərilə əvəz edilir. Bu effektlərin əsasında aşağıdakı kompozisiya tətbiq edilir:

müştəri “daimi stereotip” istifadə etməklə başa düşdüyünə •öz sözlərilə, obrazı ilə işarə verir;

qabaqcadan işlənmiş tendensiya hesabına lazım olan •məzmunun müştəri tərəfindən uydurulması;

müştəri öz obrazına “keçirmə” hesabına qəsdən •mürəkkəbləşdirilmiş, yaxud dəyişmiş formanın məzmununa can atmalıdır.

Page 97: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

97

Qeyd etmək lazımdır ki, uğurun sirri qəzet, radio və televiziyada reklam materiallarının tez-tez dərc olunub, təqdim olunması ilə bağlı deyil, hətta əgər bu məsələn, seçkiqabağı kampaniya, yaxud avtomobil və ya kompyuter satışı kompaniyası olsa da. Uğurun açarı – ictimai əlaqələrin inkişaf etdirilməsinə dair düzgün konsepsiyanın seçilməsindədir. Sistem bütünlüklə vahid konsepsiya məntiqinə tabe olmalıdır. Bu səbəblə 1949-1959-cu illərdə Fransa dövlətinə başçılıq edən general Şarl de Qolun sözlərindən sitat gətirmək olar: rəhbər “geniş əhatəli hərəkət etməlidir... İnsanların sirli arzularını yerinə yetirməklə, çətin həyat şəraitini yaxşılaşdırmaqla, onların xəyallarına hakim olur və hətta təsadüfən məğlub olduğu halda insanların gözündə onları çatdırmaq istədiyi zirvələrdə qalır”.

İmic psixologiyası. İmicmeyker (imicdüzəldən) bir çox metodlar arasından məhz həmin obyektə uyğun gələn formulanı seçməlidir. PR mütəxəssislər insan psixologiyasının ümumi qaydalarını bilməli və bunun əsasında imic yaratma strategiyasını formalaşdırmalı, imic yaratmanın bütün mərhələlərində - ideyanın yaranmasından həyata keçməsinə qədər düzğün və effektiv hərəkət etməlidir.

Auditoriyanın diqqətini cəlb etmək üçün xüsusi metodlar istifadə etməklə psixoloqlar imicmeyker komandasına əsas məsələlərin həllində təsirli kömək göstərə bilər; auditoriyanın etibarı (etibarsızlığı) istiqamətinin formalaşdırılması; ayrı-ayrı sosial qrupların psixoloji xüsusiyyətlərinin istifadə edilməsi; qavramanın ümumi xüsusiyyətlərinin, kommunikasiyanın xüsusi təcrübəsinin (neyrodilçilik proqramlaşdırma, transakt təhlili, inandırma, koqnitiv dissonans metodu) tətbiq edilməsi.

PR- mütəxəssislərin tətbiq etdiyi psixoloji effektin əsas təsir etmə prinsiplərindən biri – nəyinsə fonunda obyektin (hərəkət edən və etməyən) seçilməsidir. Nəyə isə diqqət çəkmək lazım olduqda:

əgər obyektdəki əşyalar sadədirsə, obyekti bəzəmək;•

Page 98: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

98

onu, daha mürəkkəb obyektlər arasından seçmək olar.•Çap materiallarında PR-obyekti haqqında məlumatın ağ

səhifənin küncündə (adətən yuxarıda sol tərəfdə), yaxud mərkəzində yerləşdirilməsi vasitəsi geniş yayılmışdır.

Digər bir variant – elə həmin səhifənin loqotipi, yaxud firma nişanı olduğu yeri diqqəti edən naxışlarla, spiral şəkilli, yaxud konsentrik xəttlərlə bəzədilməsi. Nəticə əldə etmək və diqqətin cəlb edilməsində, həmçinin müəyyən rəng də rol oynayır, məsələn, qırmızı rəng diqqətin cəlb edilməsi üçün istifadə edilən ənənəvi rəngdir.

Müştərinin diqqətinin cəld edilməsi və saxlanması üçün:artıq məlum olan materialın yeni aksentlərlə təqdim •

edilməsi;siqnalın hər hansı parametrlərinin ardıcıl artırılması •

(siqnal dedikdə auditoriyaya edilən hər hansı təsir vasitəsi nəzərdə tutulur);

PR kompozisiyanın, hətta qəbuletmə kanalının digər •vasitəsinə keçid alma;

aksiyaların, müştəri tərəfindən yaxşı tanınan simvol, •yaxud ada “çevrilməsi”. Məsələn “Yedinaya Rossiya” partiyası öz simvolu kimi ayını seçmişdir, ayı isə - Rusiyanın simvolu olan – rus ayısı haqqında birbaşa təsəvvür yaradır.

Stereotiplərin olması problemi ilə imicmeykerlər auditoriyanın etibarı istiqamətini (məqsədini) formalaşdırdıqları zaman rastlaşır. U.Lippmanın dediyinə görə: “görüb sonra müəyyən etmək əvəzinə, əksər hallarda bir müəyyən edib sonra görürük, biz yalnız mədəniyyətimizin bizim üçün formalaşdırdığını görürük, üstəlik həmin o gördüklərimizi mədəniyyətimizin stereotipi kimi qəbul edirik”! Stereotip müştərinin qərar qəbul etməsinə təsir edir və həmin prosesi kənardan müşahidə edən şəxs üçün məntiqsiz edir. Bu tamamilə müəyyən edilmiş, gözlə görünən, qulaqla eşidilən, təsəvvür edilə bilən mənfi rəy – yəni müştərinin özünə, informasiya kanallarına, inkişaf edən obyektlərə qarşı

Page 99: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

99

münasibətidir. Stereotiplər xəyal, hisslər dünyasına - yəni ideal olan şeylərə aiddir, lakin onun reallığa, insanların rəftarına olan təsiri hər zaman böyükdür. Stereotiplər mənfi və müsbət olur. Konkret PR məsələsinin həll edildiyi zaman iki suala cavab vermək fayda verər:

Hazırki situasiyada müştərinin müəyyən edilmiş mənfi •stereotipləri sifarişçinin proqramlaşdırdığı hərəkətin tam uyğun şəkildə qəbul edilməsinə mane olurmu? Yaxud başqa cür desək: zəng etməyə, almağa, yoxlamağa, səs verməyə və s. müştəriyə nə mane olur?

Mövcud resursları nəzərə almaqla həmin stereotipləri •necə düzəltmək olar?

Bu sualları düzgün cavablandırmaqla, imicmeyker obraz yaratdığı zaman kobud səhvlərdən uzaq ola bilər.

Ayrı-ayrı sosial qrupların psixoloji xüsusiyyətlərinin effektiv istifadə edilməsi həmin qrupların bəzi xüsusiyyətləri haqda xəbərdar olmağı tələb edir. Məsələn, gənclər aktiv həyat tərzi keçirməyə, hərbiçilər stabilliyə və s. meyllidir.

Qəbul etmənin ümumi xüsusiyyətlərinə, məsələn müəyyən rəngə reaksiya, müəyyən reprezentativ kanallardan məlumatın alınmasına bələd olma (audial, vizual və kinestetik), vərdiş effekti və s.

Rəng və insanın nə isə bir emosional vəziyyəti, həmçinin həmin emosional vəziyyətə yaxın və ya uzaq olan bəzi məna dairələri arasındakı standart assosiasiya yetərincə məlumdur. Məsələn məlumdur ki, yaşıl rəng sakitləşdirir qırmızı rəng isə hərəkətə gətirir. Reklam biznesində nüfuz (etibar) qazanmış şəxs D.Oqilvi yazırdı: “Böyük reklam müraciətinə malik olan bir şirkət, hətta kiçik dairənin yaddaşında həkk olunaraq zənginləşə bilər və əksinə, öz uğursuz reklamını geniş auditoriyanın yaddaşına həkk edən digər bir şirkət tamamilə müflisləşə bilər”!

Koqnitiv dissonans (narazılıq) metodu, müştərini gördüyü və eşitdiklərinin əqli manipulyasiya etməsinə həvəsləndirən

Page 100: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

100

– spesifik kommunikasiya vasitəsidir. Alınmış informasiya müştəridə narazılıq (dissonans) yaratdığı halda o, həmin məlumat mənbəyinə olan münasibətini, yaxud respiyentin daxili faktorlarından asılı olaraq ona qarşı fikrini dəyişməklə onu ləğv edir. Məsələn, bu nəzəriyyəyə görə, qaynayan çaydan görünüşü, onun ocağın üstündən götürülməsi istəyini yaratmalıdır və beləliklə resipiyent təsvir olunmuş reallığa daxil olur, çaydan isə onun dünyasının bir hissəsinə çevrilir. Buna bənzər reklam tryuklarının istifadə edilməsi yaxşıca düşünülməlidir, çünki provokasiya məqsədilə təhrik edilən hər görüntü arzu olunan müsbət reaksiyanı yaratmaya bilər. Müştəri onu qıcıqlandıran məlumat kimi rədd edə bilər.

Təlqin etmə (suqqestiya) kommunikasiyanın daha mürəkkəb formasıdır və insanın, onun iradəsi və müəyyən vəziyyəti dərk etməsindən başqa, ya hissi, hərəkəti ya da onun norma və prinsiplərinə uyğun gəlməyən hərəkətlər etməsinə təsir edən üsuldur. Təlqin obyekti ayrı-ayrı fərdlər, qrup, kollektiv və sosial təbəqələr ola bilər.

Müştəri başqa adamı eşidib və göründüyü hallarda təlqin etmə effektli olur. Tələb olunan səs tembrinin, gözlərin rənginin uyğun gəlməsi və s. müştərini informasiya mənbəyinə etibar etməyə məcbur edir.

Eyni hadisələrin müxtəlif interpretasiyasının olması əksər hallarda insanın konkret “rolları” və “ssenariləri” ilə müəyyən edilən, onun şəxsi keyfiyyətləri ilə bağlı olur.

Transakt təhlili həmin “rollar” və “ssenarilərin” müəyyən edilməsi, korreksiyası ilə məşğul olur (bir çox hallarda bunlar xəstəliklərə və psixiki pozuntulara səbəb olur). Bu, sonradan yaranan psixoanalitik istiqamətlərdən biri 1950-ci illərdə amerikalı psixiatr E.Bern tərəfindən psixiki problemlərin həll edilməsi üçün işlənib hazırlanmışdır. Transakt təhlili hər bir insanın öz fərdi “ssenari”sinin – fəaliyyət planının və həmin “ssenaridə” müəyyən rolunun olmasına əsaslanır. Həmin

Page 101: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

101

ssenariyə uyğun olaraq insan “qalib”, ya da “qurban”, “təqib edən” və ya “təqib edilən” ola bilər, ən məsuliyyətli anda səhv edə bilər, yaxud əksinə ən çətin vəziyyətdən çıxış yolu tapa bilər.

Transakt təhlilə əsasən ünsiyyət zamanı insan üç mövqedən birini tuta bilər:

hər zaman ədalətli olmağa çağıran və nəyin necə olmasını •bilən “valideyn” mövqeyi;

situasiyanı ayıq başa təhlil etməyə və uyğun şəkildə •reaksiya verməyə çalışan “böyük” mövqeyi;

özünü uşaq kimi aparan; özü, həmsöhbəti və situasiya •haqqında həmin anda düşündüyünü danışan “uşaq” mövqeyi.

Lakin transakt təhlili konkret insanın bütün xüsusiyyətlərini və daha çox müxtəlif tərkibli auditoriyanı nəzərə almır. Müştərinin “rolu” qabaqcadan məlum olmadığı üçün PR obyekti rolunun seçimində səhv etmə ehtimalı böyükdür. Yalnız müştəridən cavab reaksiyası aldıqdan sonra onun “ssenarisini” müzakirə etmək mümkündür.

Qeyri peşəkar, çoxlu psixoloji nəzəriyyələr və metodikalardan çox çətinliklə baş çıxardır, lakin PR mütəxəssis ona gündəlik işdə lazım olan əsas məlumatları bilməlidir. Məsələn, hər bir imicmeyker “qıraq effekti”ni: yəni müraciətin əvvəlində şüar və nəzəri cəlb edən təsvir, sonunda isə hərəkətə gətirmə metodunu istifadə edir, çünki insan daha çox öz fəaliyyətinin ən başında və sonunda rast gəldiyini xatırlayır. Çox vaxt əldə edilmiş ilkin məlumat və emosiya PR obyekti haqqında gələn bütün növbəti məlumatları korrektə edir. Hərf, rəqəm növlü sadə obyektlərə dair insanın operativ yaddaş həcmi 7+_2 (Miller effekti), obraz, dəlil və müqayisələr kimi mürəkkəb obyektlər üçün cəmi 4+_ (Elşteyn effekti) təşkil edir. Buna görə də bir PR aksiyada emosional-məna vurğularının sayı 3-5 –dən artıq olmamalıdır.

Artıq sübut olunmuşdur ki, eşidilmiş informasiya oxunulmuş informasiyadan daha effektlidir. Aparılmış çoxsaylı

Page 102: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

102

eksperimentlər müəyyən etmişdir ki, beyin tələffüz olunan sözləri 140 ms-ə qəbul edir, çap olunmuş sözü anlamaq üçün isə 180 ms tələb olunur. Psixoloqlar hesab edir ki, 40 ms olan fərqi beyin görmə təsvirini qəbul edə biləcəyi eşitmə təsvirinə çevirməyə istifadə edir. İnsan nəinki daha “tez” görür, nəinki eşidir, həm də eşitmə qavrayışı görmə qavrayışından daha çox davam edir. Əgər beyin gördüyünün məğzini yadda saxlamaq üçün heç bir səy göstərmirsə, görmə obrazı – şəkil, yaxud çap olunmuş sözlər 1 saatdan az müddətə yaddan çıxır. Eşitmə vasitəsilə qavrama 45 dəfə artıq davam edir. Buradan belə qənaətə gəlmək olar ki, məlumatı eşitmək, oxumaqdan daha effektlidir. Birincisi, tələffüz edilmiş söz fikri daha yaxşı təqib etməyə imkan verərək beyində daha çox qalır. İkincisi insan səsinin tembri sözlərə heç bir təsvirlə əldə edilə bilməyən emosional çalarlar qatır.

Public Relations mədəniyyətinin inkişaf etməsi və imicmeykerlərin peşəkarlığına tələbin artması ilə psixologiya bilikləri obrazın yaradılması prosesinə daha fəal cəlb edilir və hazırda bir qayda olaraq imicmeyker rolunu psixoloqlar oynayır. Obrazın yaradılması elmi, kompleks yanaşma tələb edir. İmic problemi üzərində işləyən PR mütəxəssisləri, psixologiya, dizayn, jurnalistika və hətta insan fiziologiyası sahəsində biliyə malik olmalıdır, yaxud bununla müxtəlif sahələrdən yaradıcı mütəxəssislər komandası məşğul olmalıdır.

Page 103: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

103

MÖVZU 10.

KADR SİYASƏTİ VƏ REKRUTMENT (İŞÇİ QƏBULU) SAHƏSİNDƏ KONSALTİNQ

Kadr konsaltinqi bir xidmət kimi - ştatların peşəkar inkişafını və ixtisarını; kadrların axtarışı və qiymətləndirilməsini; namizədlərin işə seçilməsini; əməyin mükafatlandırılmasını (həvəsləndirmə sistemini); daxili təşkilati əlaqələrin, kommunikasiyaların təkmilləşdirilməsi və möhkəmləndirilməsini; əmək müqavilələrinin tərtib edilməsini; personalın təlimatlandırılması və inkişaf etdirilməsi, işçilərin ixtisaslaşdırılmasını; işçi qüvvəsinin planlaşdırılması və təhlilini; personalın psixoloji qiymətləndirilməsini; əmək mübahisələrinin həll edilməsini; treninqlərin keçirilməsini və s. daxil edir. Top-menecerlər bu kimi xidmətlərin əhəmiyyətini yüksək qiymətləndirir, buna görə də bu iş dərin hörmətə malikdir və müvafiq qaydada ödənilir.

Bazar və texnologiyaların çox sürətlə inkişaf etdiyi dövrdə personalın effektiv idarə edilməsinə tələbat artdıqda, personalın seçilməsi və təlimatlandırılması, stimullaşdırma və motivasiya metodları, idarəetmə strukturunun optimallaşdırılması sahəsində yeni imkan və perspektivlər yaranır, bu da konsultasiya xidmətinə olan tələbatı artırır.

Kadr konsaltinqi sahəsində xidmət göstərən və daha çox tanınmış xarici şirkətlər arasından bunların adını çəkmək olar: Alexander Consulting Group, Automated Concepts, Godwins İnternational, HR Strategies, Sedgwick Noble Lowndes, Towers Perrin, Watson Wyatt Worldwide və s.

Onların əsas fəaliyyəti idarəetmədə effektivliyin artırılmasına, işçilər arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılmasına, həmrəy komandanın yaradılmasına yönəlmişdir. Onlar korporativ mədəniyyətin yaradılması, müştərilərlə qarşılıqlı əlaqə sisteminin

Page 104: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

104

yaxşılaşdırılması üzərində çalışır, ixtisas artırma proqramını təkmilləşdirir və kollektivdə yaradıcı mühitin təşkil edilməsinə imkan yaradır. Daha bir inkişaf edən istiqamət – işə götürmə və işdən azad etmə məsələləri üzrə konsultasiyadır.

Kadr konsaltinqi xidməti göstərən mütəxəssis, kompromis yanaşmalar əsasında müxtəlif idarəçi/rəhbər qrupları arasında menecer və müəssisə rəhbərlərinin qısamüddətli və uzunmüddətli maraqları arasındakı mübahisələri də həll etməlidir. Çox vaxt konsultantlar, müəssisə ilə əlaqədar olan qruplardan birinin xeyrinə məsələnin həllini tapmaq üçün cəlb edilir. Maraqlar arasında olan həmin mübahisələri həll etmək üçün konsultantlar qərəzsiz və obyektiv olmalıdır.

Rekrutment (işçi qəbulu) – idarəçi kadrların seçimi və qiymətləndirilməsidir. Bu xidmətin kadr konsaltinqi ilə sıx əlaqədə olan məzmunlu məqamı, proseslərin informasiya təminatıdır: idarəçi kadrların seçimi və qiymətləndirilməsi, müəssisənin idarəetmə personalının təlimatlandırılması, karyeranın planlaşdırılması, işdən azad edilmiş mütəxəssislərin (autpleysment) işlə təmin edilməsi.

Yuxarı idarəetmə strukturuna personal seçimi – rekrutmentin mürəkkəb vəzifələrindən biridir. Yuxarı idarəetmə strukturuna personalın seçimi sahəsində çalışan kompaniyaların xidmətindən istifadə etməkdə Rusiya bir neçə illik təcrübəyə malikdir, lakin Qərbi Avropa ölkələrində də biznesin bu növü 15-20 il bundan öncə inkişaf etməyə başlamışdır. Belə yüksək dərəcəli mütəxəssislərə olan tələbat təklifin xeyli yüksəlməsinə səbəb olmuşdur. Buna görə də Rusiya şirkətlərinin əksəriyyəti öz kadrları ilə kifayətlənir.

İdarəçi kadrların seçildiyi zaman nəzərə almaq lazımdır ki, rəhbərin əsas xüsusiyyəti – müəyyən məqsədə doğru yönəlməsidir. İnsan həyatda və peşəkar planda nəyə nail olmaq istədiyini dəqiq bilməlidir. Xüsusi biliklərə gəldikdə isə, bir çox praktiklərin qeyd etdiyi kimi, onları müəssisədə fəaliyyət prosesində də əldə etmək

Page 105: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

105

olar. “Süd satmağı bacaran menecer, eyni uğurla qəzet, jurnal, yaxud model ayaqqabını da sata bilər. Müəssisənin məqsədi – ona biznesin spesifikasını anlamağa yardım etməkdən ibarətdir, sonra isə o hər bir işi sərbəst şəkildə yerinə yetirəcək”.

Rəhbər öz işçilərini qiymətləndirməli, onları öyrətməyi və onlardan öyrənməyi bacarmalı, işçinin sərbəst qərar verməyə hazır olub olmadığını müəyyən etməli, öz fəaliyyətində düzəlişlər etmək üçün özünü sübut etməyə vaxta ehtiyacı olub olmadığını müəyyən etməlidir. Bundan başqa şöbələr və konkret işçilər arasında qarşılıqlı münasibəti elə qurmalıdır ki, onlar bir biri qarşısında məsuliyyət daşısınlar. Burada, mütəxəssisin istənilən rəhbərlə işləməyi bacardığı haqqında fikri qeyd etmək yerinə düşərdi.

Personal (işçi heyəti) üzrə direktor (menecer) vəzifəsi istənilən müəssisədə əsas vəzifələrdən biridir. Qabaqcıl şirkətlərin, bazar liderlərinin bütün sahələrdə həmçinin idarəetmədə qabaqcıl texnologiyalara malik olması vacibdir. Buna görə də personalın təlimatlandırılması və kadr ehtiyatının formalaşdırılması bu dərəcədə vacibdir. Personalın keyfiyyətinin yüksəldilməsinə dair müəssisənin məqsədyönlü işinin əsası məhz bundan ibarətdir.

Personalın idarə edilməsi üzrə menecerə qarşı ixtisaslaşdırılmış tələblər:

ali təhsil (psixologiya, menecment, sosiologiya), •personalın seçilməsi təcrübəsi, inkişaf proqramlarının tərtib edilməsi, kollektivin inkişaf prosesləri və onların korreksiya üsulları haqqında biliklər, fərdin inkişaf prosesi haqqında biliklər, inkişafın fərdi və qrup şəklində potensialını qiymətləndirməyi bacarmaq və s.;

RF Əmək məcəlləsi haqqında bilmək;•müəssisənin iş xüsusiyyəti haqqında məlumatlı olmaq;• insan psixologiyasını bilmək, həyat təcrübəsinə, fərdi •

məsləhət vermə təcrübəsinə, rəhbərlik təcrübəsinə malik olmaq;

Page 106: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

106

vakant yerin xüsusiyyətlərini nəzərə almaqla müsahibənin •aparılması və hazırlanması təcrübəsinə malik olmaq;

humanizm meylliyi, yəni insanlarla ünsiyyətdə olmaq •arzusu, onları dinləməyi bacarmaq;

yüksək mədəni səviyyə;•empatiya – həmsöhbətin mövqeyini hiss etmək, dərk •

etmək və qəbul etmək bacarığına malik olmaq;təfəkkürün uyuşqanlığı (çevikliyi);•dialoq aparmaq bacarığı eyni zamanda “yox” deyə •

bilmək bacarığına malik olmaq;məsuliyyət (cavabdehlik);•səliqəlilik, təşkilatçılıq.•

Peşəkar idarəçinin axtarılması, konsultanta həvalə edildiyi halda effektiv olur. Onlar vakant yerə dair tələbləri dəqiq müəyyən edir, bir neçə namizədin içərisindən ən yaxşısını seçib və onlarla effektiv və uzunmüddətli münasibətlərin qurulmasında öz köməkliyini göstərir.

Əksər hallarda aparıcı şirkətlərdə yüksək vəzifədə çalışan işçilər əvvəlki iş yerlərində uğur qazanmış və həmin uğurun nəticəsində növbəti peşəkar pilləyə keçən şəxslərdir. Bəzi kompaniyalar menecerləri öz gücünə hazırlaşdırır. Məsələn “Loqos” şirkətlər qrupunda həm qrupda, həm də “Topdan satış mərkəzləri” kompaniyasının özündə karyera inkişafı proqramı hazırlanmış və qüvvəyə minmişdir. Satış şöbəsində, yaxud əmtəəçiliyin idarə edilməsində özünü yaxşı tanıdan işçilər kompaniyanın digər müəssisələrində də yüksək vəzifələr ala bilər.

Müəssisə rəhbərliyi kadr ehtiyatına ehtiyac olduğunu başa düşdükdə, vakant yer yarandıqda öz perspektivli kadrlarını cəlb etməyə imkan verən “müəssisə daxilində inkişaf” sisteminin reallaşdırılması çərçivəsində şəxs müəssisəyə gəldiyi andan onunla hazırlıq işləri aparılır.

Müəssisə daxilində karyera inkişafının reallaşdırılması mexanizmləri, müəssisədə perspektivli kadrların müəyyən

Page 107: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

107

edilməsi üçün xüsusi olaraq yaradılmış - personalın rotasiya sistemi və karyeranın planlaşdırılması sistemi vasitəsilə həyata keçirilir. Bu iri yüksək texnologiyalı müəssisələr üçün xüsusilə aktualdır.

Müəssisədə karyera planlaşdırılması sistemi personalın motivasiya edilməsinə imkan yaradır. İşçi müəssisədə inkişaf perspektivini gördükdə onun motivasiyası, yerinə yetirdiyi işin keyfiyyəti və effekti artır.

Karyera planlaşdırılması sistemi – potensial olaraq inkişafa hazır olan işçilərin uzunmüddətli inkişaf proqramıdır. Bu proqram, işçinin tutduğu vəzifə, yaxud fəaliyyət istiqamətinin dəyişməsi ehtimalını, həmçinin daha yüksək vəzifəyə təyin olunduqda bilik və bacarığın arzu olunan səviyyəyə çatdırılması üçün lazımi müddəti və təlimatlandırılmanı müəyyən edir.

Personalın rotasiya sistemi – müəssisədə kadr ehtiyatının operativ monitorinq proqramıdır. Hər həftə vakant yerlər və azad edilmiş işçilərin yerləri təhlil edilir, onlarla digər yerdə iş imkanına dair mərkəzi kadr aparatında müsahibə aparılır. Bir qayda olaraq bu vasitə işçilərin yerini üfiqi xətlə dəyişdirməyə imkan yaradır. Bu qayda ilə digər yerə əksər hallarda orta vəzifəli mütəxəssis, yaxud menecerlər keçirilir. Bundan əlavə rotasiya sistemi həyata keçirildiyi zaman müəssisədə personalın idarə edilməsi üzrə ümumi problemlər təhlil edilir. Məsələn, iş axtarışının əsl səbəbləri aşkar edilir, buda öz növbəsində personalın tələblərinə vaxtında reaksiya verməyə imkan verir.

Personalın qiymətləndirilməsi personalın inkişaf etdirilməsi sisteminin əsas hissələrindən biridir və həm rəhbər vəzifələrin əvəz edilməsi üçün ehtiyatın formalaşdırılması həm də karyeranın inkişafı proqramı çərçivəsində işçilərin təlimatlandırılması, fərdi proqramların müəyyən edilməsi üçün keçirilir. İşçinin peşəkar və fərdi potensialının kompleks təhlil prinsipinə uyğun olaraq qiymətləndirilməsi tədbirlərinin keçirilməsi məqsədəuyğun olardı.

Page 108: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

108

Müəssisənin işçi heyətinin qiymətləndirilməsi (attestasiyası) proqramı bunları daxil edir:

peşəkar bilik və təcrübə;•müəssisədə qəbul edilmiş iş standartlarını bilmək;•fərdi potensiallılıq.•

Personalın qiymətləndirilməsi işi çox mürəkkəbdir və: müsahibələr, metodik materiallarla işləməyi, test üsulu ilə yoxlamanı, beyinə hücum elementlərini (brainstorming), real vaxt rejimində qrup şəklində tapşırıqları, müəyyən dövrdə əldə edilmiş nailiyyətlərin təhlilini və s nəzərdə tutur. Bütünlükdə personalın qiymətləndirilməsi işi 3 gündən bir həftəyədək (vəzifədən asılı olaraq) vaxt apara bilər.

Qiymətləndirmə tədbirlərinin çoxlu vaxt, həm yoxlanan işçi həm də rəhbərliyin güc və vəsaitinin sərf edilməsini tələb etdiyinə baxmayaraq, bu tədbirin əhəmiyyətini yalnız kadr xidməti mütəxəssisləri deyil, həm də müəssisənin işçiləri, həmçinin sıravi menecerlər də dərk edir.

Qiymətləndirmə tədbirləri işçilər haqqında, onların güclü və zəif tərəfləri haqqında müəssisə rəhbərində təsəvvürün yaranmasına, onların potensialından istifadə etmək üçün yeni perspektivlərin yaranmasına imkan yaradır. Nəticədə rəhbərliyin, personal xidmətinin və eləcə də işçilərin müasir müəssisədə insanların hansı keyfiyyətlərə malik olmaları haqqında təsəvvürləri “kristallaşır”.

Qiymətləndirmənin nəticələrinə əsasən personal xidməti bu və ya digər vəzifəyə dair məxfilik sisteminə (vəzifə təlimatları) düzəlişlər edir, yaxud yenidən hazırlayır və ən əsası “ideal işçinin” psixoloji portretini – yəni peşəkar fəaliyyət sahəsinə aid əhəmiyyətli xüsusiyyətlər yığımını yaradır.

Bununla da, “əks əlaqə” olduğuna görə işçilər kollektivdə öz yerini və əhəmiyyətini dərk edir, rəhbərlər isə personalın idarə edilməsində öz zəif və güclü tərəflərini qiymətləndirmək, idarəetmə üslubunu korrektə etmək və nəticədə onların hər biri

Page 109: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

109

ilə fərdi yanaşma yolunu tapmaq imkanı qazanır.Bu prosesdə konsultant:

kollektivdə mənfi məqamların aradan qaldırılmasına, •pozitiv əhval və psixoloji ab-havanın saxlanılmasına;

attestasiyanın, təşkilatı inkişaf vasitəsinə çevrilməsinə;•bütünlükdə müəssisənin idarə edilməsi effektivliyinin •

artırılmasına; vəmüəssisə işçilərinə özünü sübut etmə imkanına •

təşəbbüskarlıqda köməklik göstərməlidir.Autpleysment – işdən azad edilən işçilərin işlə təmin

edilməsidir. 1998-ci ildə baş vermiş böhrandan sonra işçilərini ixtisar etmək məcburiyyətində qalan bir çox iri müəssisələr onların işlə təmin edilməsində köməklik göstərmələri üçün kadr agentliklərinə müraciət etməyə başlamışdır .

Hazırda autpleysment kimi xidmət göstərən kadr agentliklərinin sayı artmaqdadır. Bu xidmətin qiyməti personalın seçilməsi xidmətindən aşağıdır, çünki autpleysment mütəxəssisin mütləq şəkildə işlə təmin edilməsini nəzərdə tutmur. Adətən kadr agentlikləri azad edilmiş işçini konsultasiya etmək, nəticə tərtib edib və onları həmin sahədə mütəxəssislərə ehtiyacı olan müəssisələrə müsahibəyə göndərmək məsuliyyətini öz üzərinə götürür. Bəzən sifarişçinin istəyi ilə autpleysmentin konkret keçirilmə vaxtı müqavilədə göstərilir. Məsələn kadr agentliyi iki ay müddətində işçiyə müəyyən əmək haqqı səviyyəsi ilə üç vakant yer təklif etməyi öz üzərinə götürür.

Qeyd etmək lazımdır ki, hər işəgötürən də öz işçisini azad etdikdə onun işlə təmin edilməsi üçün əlavə xərclər çəkmir, çünki çox vaxt ixtisarın əsas səbəbi elə işçi qüvvəsinə çəkilən məsrəflərin azalması olur. Autpleysment xidməti haqqı adətən qabaqcadan ödənilir və mütəxəssisin aylıq məvacibi dəyərindən onun ilik məvacibinin 25%-i civarında başa gəlir.

Personalın işdən çıxarılmasının idarə edilməsi çərçivəsində müəssisə daxilində kadr xidmətinin işində autpleysment

Page 110: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

110

prinsipinin tətbiq edilməsi təsirli üsul kimi əsaslı və mümkün hesab edilir. Həm də əmək bazarının peşəkar (ilk öncə regional) agentliklərinin müasir inkişaf mərhələsində autpleysment prosedurlarının keçirilməsi məqsədəuyğun olardı. Daxili autpleysmentin üstünlüyü kiçik maddi xərclərlə əlaqədardır (azad edilən şəxslərlə xüsusi psixoloji treninqlərin aparılması, yaxud yardım üçün ixtisaslaşdırılmış agentliklərə müraciət edilməsi halları istisna olmaqla). Bu sahədə çalışan yerli mütəxəssislərin fikrincə daxili autpleysment prosedurlarının standart yığımı: informasiya, konsultasiya və psixoloji yardım elementlərini daxil etməlidir (şək.6).

Belə hədd qoyma kifayət qədər şərtidir. Məsələn konsultasiya, artıq müəyyən informasiyanın ötürülməsini nəzərdə tutur (informasiya dəstəyi), konsultasiya faktının özü isə adətən müsbət qəbul edilir (psixoloji effekt). Demək olar ki, bütün prosedurlar bir biri ilə əlaqəlidir və bir birini tamamlayır.

Daxili autpleysmentin bloklara bölünməsi, hər bir xidmət paketinin təminatına cavabdeh olan şəxsləri müəyyən etmək üçün tətbiq edilir:

informasiya dəstəyində kadr xidmətinin (personalın •idarə edilməsi xidməti) mütəxəssisləri, hüquqşünaslar iştirak edə bilər;

konsultasiya dəstəyində - hüquqşünas, psixoloq, personal •üzrə menecerlər iştirak edə bilər;

psixoloji dəstəkdə - personal üzrə menecer, psixoloq •iştirak edə bilər.

Bundan başqa bu cür yanaşma zamanı, daxili autpleysmentin

bəzi tədbirlərini müəssisənin öz gücü hesabına (məsələn informasiya bloku) yerinə yetirmək, digərlərini isə kənar icraçılara (peşəkar psixoloqlara, autpleysment xidməti göstərən agentliklərə) ötürmək olar.

Page 111: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

111

Şəkil 6. Daxili autplesmentin məzmunu

Bu çox sadə prosedurlar azad edilmiş işçilərin tələblərinin azalmasına və beləliklə də məhkəmə iddialarının sayının azalmasına; azad edilmiş işçilərə ödəniləcək kompensasiya məbləğinin azalmasına; şirkətin müsbət imicinin və eyni zamanda azad edilmiş işçi ilə münasibətinin qorunub saxlanılmasına imkan yaradacaq.

Daxili autpleysment proqramı azad etmənin idarə edilməsi üzrə proqramın ümumi hissəsini təşkil etməli və personalın idarə edilməsi üzrə ümumi strategiyaya tabe olmalıdır. Hər hansı digər məqsədyönlü bir fəaliyyət kimi, bu proqram konkret müəssisədə tətbiq edilən yalnız ümumi idarəetmə prinsiplərinə deyil, həm də aşağıdakı prinsiplərə əsaslanmalıdır:

qanunilik prinsipi • (əmək qanununa riayət edilməsi) – personalın işdən azad edilməsi üzrə tədbirlər kompleksi, qüvvədə

Page 112: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

112

olan qanunvericilik tələblərinin riayət edilməsinə əsaslanmalıdır. Əks halda müəssisə ciddi maliyyə itkisinə uğraya bilər və onun adına (nüfuzuna) ziyan dəyə bilər;

azad ediləcək işçilərin seçilmə • kriteriyalarının obyektivlik prinsipi. Həmin kriteriyalar (işçi yerinin ləğv edilməsi faktına əlavə olaraq) bunlar ola bilər: müəssisədəki iş stajı, nizam intizam cəzalarının olması, üzürsüz səbəbdən işə uzun müddət gəlməmə hallarının olmaması, attestasiya nəticələri, reytinq qiymətləri, etibarlılığın qiymətləndirilməsi. Əsas odur ki, bir dəfə müəyyən edilmiş kriteriyalar azad etmə kompaniyası prosesində yenidən baxılmasın;

açıq kommunikasiya prinsipi. • İşdən azad edilmə səbəbi, seçim kriteriyaları (meyarları), azad edilmiş işçilərə kompensasiyanın verilməsi, onların müəssisəyə qayıtmağının perspektivləri və azad edilmənin digər aspektləri haqqında məlumatlar yalnız azad edilmiş işçilərə deyil, qalan işçilərə də çatdırılmalıdır (açıq olmalıdır). Bununla işəgötürən işdən azad etdiyi işçilərlə düzgün (vicdanla), hörmət və nəzakətlə davranmalıdır;

yardım prinsipi, • işdən azad edilmiş işçilərə maddi kompensasiya və işlə təmin edilməsində müəssisənin göstərdiyi yardımla əks olunur. Kompensasiyanın konkret həcmi qanunvericiliyin tələblərinə, müəssisənin maddi vəziyyətinə və ənənəyə uyğun olaraq müəyyən edilir. Əsas odur ki, müəssisənin, öz personalını dəyərləndirildiyini və imkan daxilində, hətta işdən azad edildiyi vaxt qayğısına qaldığını işçilər (həm azad edilən, həm də işdə qalan) dərk etməlidir;

ardıcıllıq prinsipi• işəgötürənin yalnız qəti deyil, həmçinin ardıcıl hərəkətində əks olunur. Personalın işdən azad edilməsini və azad ediləcək işçiləri müəyyən etdikdən sonra rəhbərlik bu prosesi tez və ardıcıl olaraq həyata keçirməlidir. İşdən azad etmə prosesinin uzadılması təkcə məsrəflərin qənaət etməsinə

Page 113: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

113

deyil (ixtisarın əsas səbəbi), həm də işçilərin mənəvi ruhuna, müəssisənin sərvət sisteminə son dərəcə mənfi təsir göstərir, müxtəlif şayiələrin yaranmasına səbəb olur, işçiləri səmərəli fəaliyyətdən yayındırır.

Rekrutinq - sifarişçi-kompaniya üçün əmək bazarında ixtisaslaşmış agentliklər vasitəsilə kadrların seçilməsi prosesində qarşılıqlı əlaqə formalarından biridir.

İş elanlarının KİV-də dərc edilməsi, yaxud digər metodlarla müqayisə etdikdə kadrların seçilməsi üzrə xidmət göstərən agentliklər daha çox xərc tələb edir. Lakin bununla belə müəssisə, iş vaxtının qənaət edilməsi, “nadir” mütəxəssislərin tapılması imkanı, axtarışın məxfiliyi, mütəxəssisin təmənnasız dəyişdirilməsinə zəmanət və s. kimi dəyərlərlə səciyyələndirilən xidmətlər alır.

Beləliklə, əminliklə təsdiq etmək olar ki, iş verən agentlik iş axtaran sxemi ilə fəaliyyət göstərən kadr agentlikləri, əmək bazarında sosial qrupların və institutların vəziyyətini tam şəkildə sabitləşdirmək imkanına malikdir.

Rekrutinq prosesi aşağıda sadalanan əsas mərhələlərdən ibarətdir: sifarişçinin işçiyə qarşı tələbinin müəyyən edilməsi; daxil olan namizədlərin əsas mənbələrinin müəyyən edilməsi; seçim metodlarının ayırd edilməsi; işçi elanı verilmiş vəzifəyə iddia edən namizədlərdən sifarişçinin tələblərinə uyğun olan namizədin seçimi; sifarişçiyə seçilmiş namizədlərin təqdim edilməsi.

Rekrutinq biznesi. Rusiya iqtisadiyyatının inkişafı və ümumdünya kadr sənayesinin təhlilindən belə qənaətə gəlmək olar ki, Rusiyada rekrutinq həcmi artacaq: bu sosial institut inkişaf potensialına malikdir. Rekrutinq agentliyi işçiləri, müəssisədəki vəziyyəti heç kəslə müqayisə edilməyəcək dərəcədə “hiss” edirlər və buna görə də onlar nəinki xarici, həm də daxili əmək bazarında əsas tendensiyaları qabaqcadan

Page 114: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

114

bildirmək iqtidarındadır. Bir neçə il bundan öncə “rekrutinq” termini praktiki olaraq

tanınmayan və yad bir termin kimi qəbul edilirdisə, hazırda müasir əmək bazarını izləyən hər kəs öz karyerasını planlaşdırır, yaxud şəxsi biznesini inkişaf etdirir və bilir ki, rekrutinq agentlikləri - əmək bazarında münasibətlərin özünəməxsus tənzimləyicisi, bir biri ilə əlaqədar olan subyektlərin görüşməsində vasitəçi kimi çıxış edir.

Artıq demək olar ki, digər biznes-xidmətlərlə yanaşı Rusiyada personalın (işçi heyətinin) seçilməsi üzrə xidmət sahəsi formalaşmışdır. Nisbətən az bir müddət ərzində - bəzilərinin 15 ildən artıq yaşı var – bu xidmət sahəsi – sıfırdan (1990) başlayaraq ABŞ və Qərbi Avropa firmalarının tətbiq etdiyi texnologiyaların səviyyəsi ilə müqayisə ediləcək vəziyyətə çataraq ciddi bir yol fəth etmişdir.

Rusiyada rekrutinq agentlikləri konsaltinq mərhələsini geridə qoyaraq dərhal yaranmışdır. Onların ilk müştəriləri Rusiya bazarında fəaliyyət göstərən, iki kateqoriyaya aid kompaniyalar idi:

yüksək səviyyəli rekrutinq fəaliyyətinə adət etmiş xarici •şirkətlər;

bazar şəraitində ilk addımlarını atan, rekrutinqin nə •olduğu və nəyə pul ödəyəcəklərini bilməyən Rusiya şirkətləri.

Amma bununla belə Rusiya rekrutyorları qərb rekrutinq firmaları ilə sərt rəqabətdə davamlı oldular.

Müasir Rusiya rekrutinq xidmətləri bazarının xarakterik cəhətləri:

personalın seçilməsi üzrə xidmət bazarı coğrafi cəhətdən •genişdir, buda həmin xidmət növünə olan tələbatın göstəricidir;

personalın seçilməsinə dair regional sifarişlərin artımı •tendensiyası müşahidə edilir;

rekrutinq xidmətlərinin keyfiyyətinə dair tələblər •

Page 115: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

115

artır, bu da müştərilərlə əlaqələrin aktivləşməsi və qarşılıqlı münasibətlərin inkişafı, yerli müştərilər tərəfindən daxil olan sifarişlərin artımı, həmçinin rekrutinq agentlikləri personalının daimi təlimatlandırma proqramları ilə izah edilir;

assortimenti artıraraq fəaliyyət sahəsinin genişləndirilməsi •və risklərin azalmasına səbəb olan, rekrutinq agentlikləri tərəfindən bazarda digər xidmətlərin inkişaf etdirməsi və irəli çəkilməsi. Həmçinin, idarəetmə konsultasiyası, personalın təlimatlandırılması, insan resurslarının idarə edilməsi sahəsində də əlavə xidmətlər də göstərilir;

qiymət qoyuluşunun vahid metodikasının olmaması. •Xidmətin qiyməti sərbəst şəkildə hər bir agentlik tərəfindən ayrıca olaraq müəyyən edilir;

bazarın ayrı-ayrı sektorlarında, xüsusən də iri Rusiya •və qərb kompaniyaları ilə əməkdaşlıq zamanı yüksək səviyyəli rəqabət.

Rekrutinq biznesini şərti olaraq piramida şəklində təsəvvür etmək olar. Bu piramidanın yuxarı hissəsini personal axtarışı ilə birbaşa məşğul olan agentliklər tutur. Hazırda Rusiya bazarında: Hard Howell, Korn/Ferri, Egon Zehnder və digərləri kimi iri transmilli şirkətlərin nümayəndəlikləri çalışır.

Piramidanın orta hissəsini, mühasib, satış üzrə menecer, maliyyə mütəxəssisi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin seçilməsi ilə məşğul olan agentliklər təşkil edir. Bəzən bu agentliklər birbaşa və standart axtarış metodlarını tətbiq edərək kiçik şirkətlər üçün idarəetmə menecerlərini seçir. Bunlar: “Triza”, “Ankor”, “Metrapolis” və s. kimi agentliklərdir.

Piramidanın özülünü isə kiçik qonorarla (seçilən mütəxəssisin aylıq ə/h-nın 50%-dən iki aylıq ə/h həcminədək) aşağı pozisiyalara personal axtarışı ilə məşğul olan əsasən gənc agentliklər təşkil edir. Bu cür ucuz qiymətli xidmət onlara keyfiyyətli xidmət göstərməyə imkan vermir. “Boz rekrutinq”

Page 116: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

116

adlandırılan bu kimi agentliklər minimal qiymətlə lisenziyasız fəaliyyət göstərir. Bu səviyyədə olan agentliklər arasındakı rəqabət xüsusilə güclüdür.

Hazırda Rusiya bazarında bahalı sifarişlərlə məşğul olan agentliklərin daimi müştərilərlə yaxınlaşma tendensiyasını qeyd etmək olar. Proqnozlara əsasən, yaxında iri şirkətlər yalnız eksklüziv olaraq agentliklərlə çalışacaq.

Burada, işədüzəltmə agentlikləri və kadr agentliləri arasındakı fərqin nədən ibarət olduğu sualı meydana gəlir. Hər ikisi personalın axtarışı sahəsində fəaliyyət göstərir və hər ikisinin köməyilə iş tapmaq mümkündür. Lakin onların arasındakı fərq böyükdür.

Kadr agentliyi – personalın axtarışı sahəsində fəaliyyət göstərən müəssisədir və işədüzəltmə ilə məşğul olmur. Bu agentliklərin əsas məqsədi öz müştərilərinin təqdim etdiyi vakant yerlərin keyfiyyətli və qısa müddətdə doldurulmasından ibarətdir.

Kadr agentliyinin əsas xüsusiyyəti – namizədlərdən pul almamasıdır. Bu da təbiidir, çünki agentlik onlara heç bir xidmət göstərmir.

Bu gün iş axtaran üçün kadr agentliyi – iş tapmaq vasitəsi deyil, karyera düzəltmək vasitəsidir. Agentlik öz “havadarını” diqqətində saxlayır: onların yeni iş yerində necə işləməyini, problemlərə nə sürətlə “daxil” olmasını, öz üzərinə məsuliyyət götürməyini diqqətlə izləyir. İş verən onlara müraciət etdikdə onlar artıq birgə işlədiklərinin “dosyesini” qaldırır.

Kadr agentliklərinin müştəriləri – bu və ya digər mütəxəssisə ehtiyacı olan müəssisələrdir.

İşədüzəltmə agentliklərinin müştəriləri isə - iş axtaran şəxslərdir. İşədüzəltmə agentlikləri müəyyən ödənişlə əhaliyə bu xidmətləri göstərir: tərcümeyi halın (rezumenin) tərtib edilməsində köməkliyin göstərilməsi, psixoloji test

Page 117: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

117

aparma, namizəd haqqında informasiyanın məlumat bazasına yerləşdirilməsi, rezumenin internetdə yerləşdirilməsi və s.

Təsnifatın birinci əlaməti – rekrutinq biznesi infrastrukturunun inkişafı prosesində formalaşan kadr agentlikləri strukturudur. İki növ agentlik: universal və top-menecerlərin seçimi üzrə agentliklər mövcuddur.

Universal agentlik – kadr agentliyinin daha geniş yayılmış növüdür və praktiki olaraq istənilən səviyyəyə personal seçimi ilə məşğul olur, lakin şirkətdaxili strukturun orta yaxud aşağı səviyyəli personalın seçilməsinə xüsusi diqqət yetirir. Bu agentliklər seçdiyi vəzifə səviyyəsini bir qayda olaraq aşağıdan yuxarıya doğru istiqamətdə məhdudlaşdırır, və seçim sahəsindən fəhlə ixtisaslarını istisna edir.

Top-menecerlərin seçimi üzrə kompaniyalar birbaşa axtarış texnologiyasını tətbiq edərək, yuxarı idarəetmə vəzifəsi vakansiyasına namizədlərin və eksklüziv mütəxəssislərin (“ekzekyutiv söç” xidməti) seçimi ilə məşğul olur.

Yuxarı vəzifəyə idarəçilərin seçimi mürəkkəb prosesdir: baş menecerlər agentliklər vasitəsilə iş axtarmağa meylli deyil; onlar nadir hallarda işsiz olur. Bu səbəbdən onların seçimi praktiki olaraq hər zaman onların, çalışdıqları və keçməyə əngəl olan köhnə firmadan “tovlayıb öz tərəfinə çəkmək” prinsipi ilə əlaqəlidir. Bu kateqoriyaya aid menecerlər öz firmaları tərəfindən yüksək dəyərləndirilir. Onlar idarəetmə və kommersiya məlumatlarının təmsilçisi, ümumilikdə şirkətin həyatına əhəmiyyətli dərəcədə təsir edən işçilərdir. Bu növ iş mürəkkəb olduğu səbəbindən, o rekrutinqin yüksək maaşlı sahəsidir.

Təbii ki, bu kimi xidmətlərə tələbat ilk olaraq iri və imkanlı, xüsusilə də xarici şirkətlər tərəfindən yaranır. Burada rekrutyorun ilk vəzifəsi – müştərinin biznesinin mahiyyətini və mədəniyyətini dərk etməkdən ibarətdir. Ancaq bundan sonra müştəri üçün namizəd axtarışına başlamalıdır. Top-menecerlərin birbaşa

Page 118: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

118

axtarışı – xedxantinq (ingilis dilindən head hunting, hərfi mənada “baş ovunda olmaq” kimi tərcümə edilir) təcrübədə yüksək ixtisaslı mütəxəssislərin müvafiq dairələrdən çıxışı və onlara iş yerlərinin dəyişdirilməsi təklifi ilə həyata keçirilir. Birbaşa axtarış texnologiyası ən yaxşı halda yüksək idarəetmə vəzifəsinə personalın seçimi və işə götürülməsilə uyğun gəlir.

Bu fəaliyyət növü ilə məşğul olan agentliklər, bazarda qüsursuz nüfuz və etibara, konkret bazar üçün spesifik üsullara malik olmalıdır. Sifarişin yerinə yetirilməsini öz üzərinə götürməsi onun uğurlu olmasına zəmin olmalıdır. Bu səbəbdən bu agentliklər ilk işə görə sifarişin ümumi dəyərinin 60%-dən 75%-dək həcmdə qabaqcadan ödəniş alır (namizədin seçilməsi, təqdim edilməsi və onunla görüşün təşkil edilməsi). Qabaqcadan ödəniş aldıqdan sonra rekrutyor digər müəssisələrin top-menecerləri ilə sifarişçi-şirkətə keçmələri haqda danışıqlar aparmaq imkanı əldə edir. Bu kimi axtarışın aparılması üçün, agentliyin hazır infrastrukturu, birbaşa axtarışda ixtisaslaşan yüksəkixtisaslı konsultant və analitikləri olmalıdır. Rusiya bazarında belə agentliklərin sayı çox deyil, həm də onların əksəriyyəti transmilli şirkətlərin Rusiya nümayəndəlikləridir. Bu agentliklər vasitəsilə personalın seçilməsi üzrə göstərilən xidmətlər baha qiyməti ilə fərqlənir. Bu xidmətin ödənişi adətən gözlənilən premiya və bonuslar daxil olmaqla, işçinin illik ə/h-nın 30-40%-i dəyərində müəyyən edilir, bu da bir pozisiyaya personalın seçilməsinə görə 15 min dollardan 50-100 min dollaradək təşkil edir.

Təsnifatın ikinci əlaməti – kadr agentliklərinin rekrutinq texnologiyası növünə görə bölünməsidir. Burada: birbaşa axtarış və standart axtarış agentlikləri ayırd edilir.

Standart axtarış üsuluna əsaslanan rekrutinq texnologiyası orta səviyyəli vakant yerlərə mütəxəssislərin seçilməsi üzrə ideal üsuldur və aşağıdakı altı iriləşdirilmiş mərhələlərdən ibarətdir:

vakansiyanın tam təsviri – pozisiyanın əhəmiyyətini, 1)

Page 119: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

119

namizədə qarşı tələbləri, onun vəzifə və öhdəliklərini, həmçinin kompensasiya paketini izah edir;

sifarişçiyə, layihə üzrə işin şərtlərini əks etdirən müqavilə 2) göndərilir. Müqavilə imzalandıqdan sonra agentlik sifarişin yerinə yetirilməsi ilə məşğul olur;

analoji pozisiyalara olan qabaqkı sifarişlərin təhlilini, 3) kompyuter məlumat bazasında namizədlərin axtarışını, daxil olan rezumelərin seçimini və s. əhatə edən yeni axtarış strategiyası tətbiq edilir;

tələb olunduğu halda vakansiya haqqında məlumatlar 4) həmin vakansiya üzrə potensial namizədlərə istiqamətlənən nəşrlərdə, agentliyin internet səhifəsində, yaxud digər saytlarda yerləşdirilir;

yuxarıda sadalanan axtarış istiqamətlərinin nəticələrini 5) birləşdirərək və müsahibə vasitəsilə iş axtaranları seçərək, rekrotyorlar həmin vakant yerin tələblərinə cavab verən ən bacarıqlı və peşəkar namizədlərin tam siyahısını tərtib edir. Müsahibələrin final turunun keçirilməsi və yekun seçimin aparılması üçün həmin siyahı müştəriyə təqdim edilir;

müştərinin istəyinə uyğun olaraq rekrutinq şirkətinin 6) konsultantı müştəri və namizəd arasındakı danışıqlarda iştirak edə bilər. Konsultant, hər bir təqdim edilmiş namizədi müzakirə etmək, öz tövsiyələrini vermək və yekun seçimin edilməsində yardım etmək hüququna malikdir.

Birbaşa axtarışla məşğul olan agentliklər top-menecmentin seçilməsi və işə götürülməsi üzrə iş aparır, standart axtarış agentlikləri isə standart sxemə uyğun olaraq orta və aşağı səviyyəli vakant yerlərə namizədin seçilməsi üzrə iş aparır.

Rusiyada mükəmməl birbaşa axtarışla məşğul olan agentliklər üçün əlverişli şərait yaranmamışdır. Əsas səbəb isə - sifarişçinin agentliyə yalnız danışıqların aparılması üçün qonorar ödəməyə hazır olduğu yüksək keyfiyyətli top-menecerlərin olmamasıdır.

Page 120: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

120

Personalın lizinqi (müvəqqəti məşğulluq üçün seçilmə) – rekrutinq agentliklərinin mümkün olan xidmətlərindən biridir. Qərbdə bu xidmət – müasir rekrutinqin ən gəlirli və sürətlə inkişaf edən sahələrindən birinin əsasını təşkil edir. “Lizinq” anlayışı şərti olaraq fiziki və insan kapitalı arasındakı oxşarlıq və eyni zamanda fərqə görə istifadə edilir. Müəssisə, lizinq münasibətlərini aşağıdakı hallarda tətbiq edir:

işçi tələb olunarkən yüksək ixtisaslı mütəxəssislərin •müvəqqəti olaraq cəlb edilməsi (mühasibat uçotu, audit və hüquq sahələrində);

bəzi işçilər müəssisədəki mütəxəssislərin heç bir ilə əvəz •oluna bilməməsi şərtilə məzuniyyət zamanı ştatlı işçinin əvəz edilməsi;

ümumilikdə iqtisadiyyatda və ayrıca olaraq müəssisədə •böhran yaşandığı zaman;

mövsüm işlərində.•Personalın icarələnməsi - işə düzəltmə fəaliyyətində

ixtisaslaşan qərb şirkətləri gəlirinin əsas maddəsidir və ali idarəetmə vəzifəsi və bir sıra digər kateqoriyalar istisna olmaqla, praktiki olaraq bütün kateqoriyalara aid mütəxəssisləri daxil edir. Bu gün Rusiyada fəhlə, ofis və texniki personal, satış agentləri kimi personalın lizinqi haqqında danışmaq olar. Kadr agentliklərində mütəxəssisin seçilməsi üzrə sifarişin yerinə yetirilməsi adətən sifarişin qiymətinə daxil olan xidmətləri əhatə edir:

maraqlandıran vakansiyalar üzrə fəaliyyətin təhlili və •mütəxəssislərin uyğunluq meyarının müəyyən edilməsi;

sifariş edilən mütəxəssisə qarşı tələblərin dürüst ifadə •edilməsində köməyin göstərilməsi;

əmək bazarında tələb olunan ixtisaslaşmış mütəxəssisin •dəyəri haqqında məlumatın təqdim edilməsi;

sifarişin yerinə yetirilməsi üçün tələb olunan reklam •

Page 121: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

121

kampaniyasının aparılması;namizədlərlə müsahibənin və minimal psixoloji testin •

aparılması;lazımi sənədlərin rəsmiləşdirilməsi;•sifarişçiyə ətraflı rezumelərin hazırlanıb və təqdim •

edilməsi;sifarişçi üçün uyğun vaxtda sifarişçinin, yaxud agentliyin •

ofisində (6 namizədə qədər) müsahibələrin təşkil edilməsi;sınaq müddətinin keçirilməsinə nəzarət edilməsi;•lazım olan təqdirdə - mütəxəssisin təmənnasız əvəz •

edilməsi.Kadr agentliklərinin vasitəçi kimi öhdəlikləri: iş axtaranların

keçməli olduğu bir neçə mərhələdən ibarət seçim prosesini daxil edir:

adətən telefonla aparılan ilkin danışıq. Əsas məqsəd – •namizədlə tanış olmaq, onun bilik səviyyəsini, iş təcrübəsini, kommunikasiya bacarıqlarını müəyyən etməkdən ibarətdir. Namizədlə aparılacaq sonrakı işin uğuru ilk mərhələnin nə dərəcədə peşəkar keçməsindən asılıdır;

qabaqkı iş yerlərinə, təhsilə aid şəxsi xarakterli sualları •daxil edən xüsusi (doğum tarixi və yeri, ünvan, sosial status və s.) blank-anketin doldurulması. Bir çox hallarda namizədin özünü qiymətləndirmə səviyyəsini sosial həyatın müxtəlif hadisələrinə münasibətini müəyyən etmək üçün də suallar verilir;

bu və ya digər dərəcədə strukturlaşdırılmış müsahibə •həm şifahi, həm də yazılı formada aparılır;

test üsulu ilə yoxlama yalnız əvvəlki mərhələlərdə •müsbət nəticə əldə etmiş namizədlərlə aparılır. Testlər psixoloji, professional, psixofizioloji və intellektual suallar əsasında ola bilər. Hər bir konkret halda vakansiya sorğusuna uyğun xüsusi testlər tətbiq edilir (“testlər batareyası”). Testlər bir, yaxud bir neçə gün ərzində, fərdi, yaxud qrup şəklində aparıla bilər;

Page 122: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

122

namizədin qabaqkı rəhbəri, yaxud həmkarları ilə söhbət •əsnasında ona dair verilən zəmanətin (tövsiyənin) yoxlanılması. Bu zaman nəyinki faydalı məlumat əldə etmək, həmçinin həmin mütəxəssisin güclü cəhətləri, onun nədə problem yarada biləcəyi haqda məlumat əldə etmək mümkündür. Həmin məlumatları araşdırma və intervyu nəticələri ilə müqayisə etdikdə məsələ demək olar ki tamamlanmış və aydın olur;

namizədin işə götürülməsinə dair tövsiyə vermək •qərarının qəbul edilməsi və iş verənə təqdim edilməsi.

Beləliklə, kadr agentliklərinin təqdim etdiyi xidmətlərin müxtəlifliyi, sifarişçi-müəssisənin effektiv fəaliyyətinin təmin edilməsinə imkan yaradır. Bu sosial institut əmək bazarı sahəsində yalnız müəyyən sosial siyasət formalaşdırmır, həmçinin bu sahədə maraqlı olan subyektlərin – yəni iş verən və iş axtaran qrupların effektiv və səmərəli qarşılıqlı münasibətlərini təşkil edə, tənzimləyə və nəzarət edə bilər.

Page 123: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

123

MÖVZU 11.

PERSONALIN TƏLİMATLANDIRILMASISAHƏSİNDƏ KONSALTİNQ

Treninq. Qərarların qəbul edilməsi haqda bilik və məlumatların ötürülməsi bu növ konsaltinq xidmətinin əsas həyata keçirilməsi metodikasıdır.

Bu xidmət işçilərin peşəkarlığının artırılmasına istiqamətlənən və onları istehsalatdan ayıran, yaxud ayırmayan xüsusi kurslarda, seminarlarda, praktiki treninqlərdə həyata keçir.

Müəssisədəki personalın təlimatlandırılmasına məsul olan menecerlər hər zaman problem həll etməli olur: personalı özləri təlimatlandırmalı, yaxud peşəkar müəllim-konsultantlar tutmalıdır? Onlar hər dəfə effektivlik və qiymət arasında məntiqə uyğun kompromis tapmalı olur.

Qərbdə iqtisadi azalma şirkətlərin, personalın təlimatlandırılmasına dair yanaşmasını dəyişmişdir. Şirkət daxilində xərclərin azalmasına yönəlmiş, treninqlərin aparılması ilə məşğul olan iri departamentlər keçmişdə qaldı. Bu gün təlim tədrisə görə cavabdeh olanlar, işçilərin treninqlərə getmək tələbini müəyyən edir və sonra təlimatlandırma xidmətlərini digər müəssisələrdən satın alır, çünki öz təlim mərkəzini saxlamaq, provayderdən – konsaltinq firmasından vaxtaşırı treninqlər almaqdan baha başa gəlir.

Bundan başqa, daxili təlim mərkəzlərinin işçiləri təlimatlandırmada yüksək nəticələrin əldə edilməsinə zəif yanaşırdı (istiqamətlənirdi), çünki onların əməyi kompaniya tərəfindən qiymətləndirilirdi və onlar xarici rəqib treninq xidmətləri bazarının bilavasitə iştirakçıları idi. Buna görə də daxili təlim mərkəzləri yeni proqram və təlim metodlarının işlənib hazırlanmasında, populyar müəllimlərin cəlb edilməsində

Page 124: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

124

maraqlı deyildi. Nəticədə isə peşəkar hazırlığın keyfiyyəti şirkət işçilərini qane etmirdi və təlim sadə rəsmiyyətə çevrilirdi.

Rəqib bazarda treninq xidmətləri üçün provayderinin (konsaltinq firmasının) seçilməsi və xüsusilə də personal xidməti üzrə işçilər təlim tədrisin nəticələrini izləyirsə, maksimum effektiv treninqlərin aparılması imkan yaranır. Bu iki modellər – yəni təlim mərkəzlərinin yaradılması və hazır treninqlərin əldə edilməsi – eynən planlaşdırma təsərrüfatı və bazar iqtisadiyyatı kimi fərqlənir. Tam aydın olmasa da, Qərbdə mövcud olan problemlərin oxşarı Rusiyada da mövcuddur.

Əgər personalın kütləvi və müntəzəm təlimatlandırılmasında zərurət yaranırsa, (məsələn telekommunikasiya şirkətlərindəki kimi) daxili təlim mərkəzi xərclərin bu maddəsini əsaslı şəkildə optimallaşdırır, hərçənd ki bu, provayderdən bəzi treninqlərin alınması halını istisna etmir.

Fərdi kurslara göndərilməsi tələb olunan aparıcı mütəxəssislərin kənar təlim mərkəzlərinə, bəzən də xüsusi mərkəzlərə göndərilməsi, sıravi işçilərin isə müstəqil şəkildə təlimatlandırılması şirkət üçün daha əlverişlidir.

Burada şirkət kənar təlim mərkəzində treninqin seçilməsinə xüsusi diqqətlə yanaşmalıdır. Keyfiyyətsiz təlim (at) – yalnız itirilmiş pul və vaxt deyil, həm də böyük mənəvi zərərdir. Keyfiyyətsiz treninqdən sonra işçidə öyrənmə və peşəkarcasına inkişaf etmə istəyi itə bilər.

Konsultantdan – təlimatlandırma xidmətinin provayderindən treninq seçərkən aşağıdakı məqamlara diqqət yetirmək vacibdir.

Birincisi treninq maksimum effektiv olmalıdır. Effektivliyin göstəricilərindən biri kimi, müasir audiovizual vasitələrin və əsaslandırılmış metodikaların tətbiq edilməsi göstərilə bilər. Amerikalı psixoloqlarının məlumatına görə, adi mühazirədə dinləyici təqdim olunmuş materialın 30%-ni, audiovizual üsulların tətbiq edildiyi mühazirədə 53%-ə qədərini, müasir

Page 125: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

125

sübutlar (əsaslandırma) metodikasının tətbiq edildiyi mühazirədə isə materialın 80%-i yadda qalır. Bundan başqa bu üsullarla əldə edilmiş biliklər yaddaşa daha uzun müddətə həkk olunur.

İkincisi, bazarda yenicə peyda olanlar üçün treninq proqramlarının elan edilməsi kursları - nüfuzlu təlim mərkəzlərinin arsenalında mövcud olan müasir məhsullardır.

Üçüncüsü, nüfuzlu təlim mərkəzlərində bir qayda olaraq, artıq bazarda məşhur olan, bir neçə trener sertifikatlarına malik olan və tövsiyyə edilən mütəxəssislər çalışır.

Dördüncüsü, tədris mərkəzinin həm uzunmüddətli, həm də qısamüddətli təlim proqramları olmalıdır. Yeri gəlmişkən şirkət üçün məhz qısamüddətli (bir həftəyədək) proqramlar əlverişlidir, çünki, hətta böyük sayda işçilər üçün keçirilən belə treninqlər məhsuldarlığın kiçik itkisi ilə nəticələnir və həmin itkini gələcəkdə bir qayda olaraq effektiv işin sayəsində kompensasiya etmək asandır.

Beşincisi, treninqin nisbətən aşağı qiyməti təlimin keyfiyyətində olan müxtəlif kompromislərlə şərtləndirilir: təlim saatlarının ixtisarı, xüsusi təlim vəsaitlərinin və təlim otaqlarında müasir avadanlıqların olmaması.

Altıncısı, təlim mərkəzləri şirkətə, treninqin effektivliyini artıran əlavə xidmətlər təklif etməlidir: qəbul və buraxılış testi ilə yoxlama, təlimatlandırma üzrə tövsiyələrin tərtib edilməsi, dinlənilmiş kurslar haqqında işçilərin fikrinin toplanılması və s.

Yeddincisi, iri provayder (konsultant firma), həm öz ərazisində, həm də şirkətin ofisində (səyyar) treninqlərin aparılması imkanına malikdir. Təlimin uğurla nəticələnməsi üçün, kursun harada keçirilməsi məsələsini həll etmək çox mühümdür. Treninqin şirkət ofisində keçirildiyi halda işçilər tərəfindən adi, gündəlik iş kimi qəbul edilib edilməyəcəyini və əksinə treninqə görə başqa bir şəhərə edilən səfər öyrənmək üçün deyil, dincəlmək üçün səbəb olub olmayacağını qabaqcadan müəyyən etmək lazımdır.

Personalın daxili, yaxud xarici təlim mərkəzində treninq

Page 126: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

126

keçməsində nəzərə alınmalı digər nüanslar da mövcuddur. Ən əsası isə personalın təlimatlandırılmasına formal olaraq yanaşmamaq gərəkdir. Yalnız bu halda nəticələr gözlənildiyi kimi və ya daha üstün ola bilər.

Hazırda daha çox tələbat satış üzrə treninqlərədir, çünki bütün şirkətlər öz məhsullarını satmalıdır (reallaşdırmalıdır). Sərt rəqabət şəraitində həm Rusiya, həm də qərb şirkətlərində birinci yerdə keyfiyyətli satışdır. Rusiyada baş vermiş marketinq bumu treninqlərin (seminarların) tematikasında əks olunmaya bilməzdi. Və bu gün marketinq – bazarda daha çox tələb olunan açıq seminar olaraq qalmaqdadır. Bununla belə bu və ya digər sahənin xüsusiyyəti (spesifikası) nöqteyi nəzərdən proqramların məzmununa dair tələblər nəzərə çarpacaq dərəcədə artmışdır. Məsələn əvvəllər dinləyicilər marketinq mövzusunda olan istənilən seminarlara gedirdisə, indi spesifik xüsusiyyətlərin (məsələn, turizm sahəsində fəaliyyət göstərən şirkətlər üçün - marketinq, kosmetik məhsulların satışı (mörçendayzinq) üzrə marketinq və s.) qeyd edilməsi vacib hesab edilir. Bununla belə satış şöbələri çoxsaylı olduğu üçün təlimin (treninqin) korporativ qaydada keçirilməsinə üstünlük verir. Korporativ treninqlər sahəsində satış mövzusunda olan treninqlər 80%-dək təşkil edir, çünki təlimçilərin ofisə dəvət edilməsi daha ucuz başa gəlir; bundan başqa şirkətin fəaliyyət spesifikasına əsaslandığı halda təlimatın keyfiyyəti daha yüksək olur.

Marketinqdən sonra populyarlığına görə maliyyə menecmenti və personalın idarə edilməsi gəlir.

İdarəetmə biliklərinin genişləndirilməsinə istiqamətlənmiş treninqlər (situasiyanın idarə edilməsi, taym-menecment, mübahisələrin idarə edilməsi, ictimai çıxışlar üzrə biliklər) sıravi rəhbərlər üçün keçirilir və şirkətlər bu mövzuda olan treninqlərə daha çox diqqət yetirməyə başladı.

Mütəxəssislər, lazımi iş təcrübəsinin əldə edilməsinə istiqamətlənmiş peşəkar “təcrübə treninqlərinə” olan tələbatın

Page 127: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

127

artmasını qeyd edir. Bu, peşəkar mütəxəssislərə tələbin olması, həmçinin iş metodları ilə yanaşı, bazarın qısa müddətdə dəyişməsi ilə izah edilir.

Fərdi (şəxsi) inkişaf üzrə treninqləri populyarlığını itirməsə də “mücərrəd xarakterli” treninqlərə aid edilir. Həm də bu kimi treninqləri yüksək səviyyədə apara biləcək təlimçilər çox azdır, buna görə də dinləyicilər həmin treninqlərin nə dərəcədə faydalı olduğunu müəyyən etməkdə çətinlik çəkir.

Danışıqlar üzrə treninqlərə olan tələbat son illərdə artmışdır. Bu, iri pərakəndə oyunçularının (“Aşan”, “Metro” və digər) aqressiv tədarük siyasəti həmçinin son 10 il ərzində şirkət işçiləri əsasən satış texnikası üzrə təlimatlandırıldığı üçün onlarda “danışıqlar” üzrə bilik və təcrübənin çatışmazlığı ilə izah edilir. Danışıqların aparılması taktikası isə başqa prinsiplər üzərində qurulur.

İri beynəlxalq və Rusiya şirkətləri üçün treninqlərin özü deyil, biznesin kompleks həll edilməsi aktualdır. Treninqlər isə bu həllin yalnız bir hissəsini təşkil edə bilər. Həm də necə olması həll edilən məsələlərdən, sifarişçi və konsultantın (treninq təchizatçısının) keçmiş təcrübəsindən asılıdır.

Təlimatlandırma sistemi üç əsas istiqamətləri daxil edir.Namizədin müəssisəyə daxil edilməsinə istiqamətlənmiş 1.

istehsal təlimatı və şirkətlə tanışlıq işə qəbul edilərkən təcrübə dövrünü və korporativ mədəniyyət üzrə seminarı daxil edir. Məsələn, “Loqos” şirkətlər qrupunun hər bir müəssisəsi öz istehsal təlimatı metodikasını tətbiq edir. Bütün materiallar, fəaliyyətin spesifikası nəzərə alınmaqla personal xidməti və sıravi menecerlər tərəfindən hazırlanır. Təlimatlandırmadan sonra namizədlərin işə yaramasına dair qərar qəbul etməyə imkan verən, personalın effektivliyi qiymətləndirilir. Korporativ mədəniyyət üzrə seminarlarda şirkətin bütün işçiləri (personalın kateqoriyasından asılı olaraq) bu və ya digər formada

Page 128: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

128

təlimatlandırılır; burada onlar şirkətin davranış normaları, tarix və dəyərləri ilə tanış olur.

Müəssisənin kompleks səviyyəsində keçirilən 2. təlimatlandırma istehsal münasibətlərində effektivliyin artırılmasına istiqamətlənir (üfqi və şaquli vəziyyətdə - kommunikasiya, məlumat axını, menecmentin vahid dili).

Təlimatlandırma sisteminin əsas vəzifələrindən biri effektiv komandanın yaradılmasıdır. Hesab edilir ki, komandanın yaradılması üçün psixoloji cəhətdən uyğun gələn işçilərin seçilməsi kifayət edir. Lakin bu əsas deyil. Müəssisənin gələcəyi haqda işçilərin uzlaşan təsəvvürləri effektiv komandanın yaradılmasında vacib şərt hesab edilir. Buna, məqsədlərin formalaşmasında, onları əldə etdikdə nəticələrin nəzarətində, inkişaf problemlərinin aşkarlanıb və həll edilməsində müxtəlif şöbə rəhbərlərinin birgə işi sayəsində nail olmaq mümkündür.

Bu cür təlimatlandırmanın əsas məqsədi – komanda üzvlərinə şirkət fəaliyyətinin yekun nəticəsinə yönəlmiş, uzlaşan qərarlar qəbul etməyi, başqa sözlə desək şöbə rəhbərlərinə şirkətin maraqları səviyyəsində düşünməyi öyrətməkdir.

Bununla əlaqədar olaraq “Loqos” şirkətlər qrupunun “ŞERP-Konsalt” şirkəti ilə əməkdaşlığı haqda qeyd etmək lazımdır. P.Zvolyovun metodikası əsasında hazırlanmış və baş direktor, konsultant V.Kiselyov tərəfindən reallaşan “Prorıv” təşkilati inkişaf proqramı idarəetmə sisteminin unikal “quraşdırma” texnologiyasıdır. Təlimatlandırma üç bloku daxil edir: 1) məqsədlər; 2) müəssisənin problemləri; 3) struktur.

Proqram təxminən üç ay davam edir və bu proqrama müəssisənin birinci şəxsi, lider qrupu (top-menecerlər) və idarəetmə komandası (30-a qədər şöbə rəhbərləri) daxildir. İdarəetmə problemlərinə ciddi yanaşma və ən əsası müəssisə rəhbərliyinin həmin problemləri dərk etməsi - komandanın birləşməsinə, şöbələr arasında düzgün münasibətlərin qurulmasına, birgə

Page 129: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

129

qərarların qəbul edilməsinə və onların reallaşmasına, həmçinin müəssisənin uğuru təkcə yaxşı ideyalardan deyil, həm də onların reallaşmasını təmin edən rəhbərlərin bilik və təcrübəsindən asılı olduğunun dərk edilməsinə imkan yaradır.

Bilik və təcrübə treninqləri, ixtisas artırma kurslarında təlimatlandırma, fərdi inkişaf treninqləri də kompleks səviyyədə keçirilir. Bu təlimatlandırma, konkret işçinin, yaxud şöbənin tələblərindən asılı olaraq həyata keçirilir.

Müəssisənin strateji səviyyəsində keçirilən 3. təlimatlandırmanı yalnız şərti olaraq təlimatlandırma adlandırmaq olar. Bu, bir qayda olaraq təlimatlandırmanı və müəssisənin məqsədləri çərçivəsində real işi daxil edən tədbirlərdir. Bu istiqamət, müstəsna şəkildə top-menecerlər üçün nəzərdə tutulmuş və yenilik xarakteri daşıyır.

Strateji səviyyədə dəyişikliklər istənilən müəssisədə bu və ya digər şəkildə baş verir. Buna görə də yüksək vəzifəli menecerlər gözlənilən dəyişikliklərin məğzini anlamalı, proqressiv dəyişikliklərə meylli olmalıdır.

Bu səbəbdən təlimatlandırmanın bu növü yenilik istiqamətini (xarakterini) daşıyır. Onun məqsədi idarəetmə fəlsəfəsində, inkişaf strategiyasında, fəaliyyətin yeni istiqamətlərinin müəyyən edilməsində və s. təşkilati dəyişikliklərin perspektivi ilə bağlıdır.

Formasına görə bu, təlimatlandırma proqramının konkretləşdirilməsi üçün əvvəlcə müəssisənin diaqnostikası üzrə konsultantların işləyib hazırladığı korporativ treninqdir.

Personalın öyrədilməsində uğurun əldə edilməsi hər şeydə deyil, lakin bir çox şeydə təlimçinin şəxsiyyətindən asılıdır. Müəssisədə təlimçinin peyda olması bir növ müdaxilə, bəlkə də müəssisənin hazır olmadığı yeni üslublu davranış və dünya görüşünün daxil edilməsi hesab edilir. Geniş texnika və müxtəlif vasitələrin köməyilə təlimçi treninq iştirakçılarına öz peşələrində

Page 130: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

130

necə effektiv və uğurlu olmağı dərk etməyə şərait yaradır.Müəssisə, personalın təlimatlandırılmasına yeni başladığı

halda, peşəkar təlimçi bilik və təcrübə bazası yaradır, onu sistemləşdirir və öyrənməyi öyrədir. Gələcəkdə personalın fəallaşdırılması, əldə edilmiş biliklərin nə dərəcədə effektiv ola bildiyini nümayiş etdirilməsi üçün treninq-nümayişlər keçirilir. Bu halda aşağıda göstərilmiş formula aktual ola bilər:

əməkdaşların Bilik+təcrübə İşə qarşı münasibət işinin == ------------------------- X (əsaslar, ümumi köklənmə)

səmərəliliyi Təşkilati maneələr

Page 131: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

131

MÖVZU 12.

MÜƏSSİSƏ VƏ RƏSMİ İNFORMASİYA BAZARININ QARŞILIQLI ƏLAQƏSİ SAHƏSİNDƏ KONSALTİNQ

“Rəsmi informasiya” yaxud “biznes-informasiya” - konsaltinq xidmətinin məzmunu aşağıdakılardan ibarətdir:

müştərinin sifarişi ilə iqtisadi, texniki, hüquqi və digər 1) məlumatların təqdim edilməsi;

vəsaitlərin, məqalələrin, soraq kitabçalarının, xülasələrin 2) və s. dərc edilməsi;

informasiyanın elektron şəkildə təqdim edilməsi və s.3) Rəsmi informasiya (biznes-informasiya) – sahibkar və işçinin

peşəkar bilikləri, mütəxəssisin texnoloji bilikləri və bazarda baş verən işlərin marağında olan subyektlərin təklifləridir.

Bu informasiya marketinq fəaliyyəti sahəsinə aiddir və sahibkarlıq sistemində qərarların qəbul edilməsi üçün tətbiq edilir. Başqa sözlə desək, biznes-informasiya birbaşa olaraq informasiya marketinqi ilə əlaqəlidir.

İnformasiya marketinqi –informasiya tələblərinin təmin edilməsi və gəlir əldə edilməsi məqsədilə marketinq fəaliyyəti ilə məşğul olan subyektlərin biznes-informasiya bazarında sahibkarlıq fəaliyyətinin təşkil edilməsinə dair qarşılıqlı əlaqə prosesidir.

Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid alarkən biznes-informasiya bazarının yaradılması və nəticə etibarı ilə metainformasiyaya tələbatın yaranması qanunauyğun hadisə hesab edilir. Metainformasiya – informasiya haqqında informasiyadır.

Müasir metainformasiyanın xüsusiyyəti ondan ibarətdir ki, onun istehlakçıları – müəssisə, firmalar, korporasiyalar – özləri biznes informasiya subyektidir. Onlar özləri haqqında (öz müəssisəsi haqqında) məlumatı: biznes-informasiya

Page 132: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

132

bazarı haqqında xülasələrdə, informasiya məhsulları və iqtisadiyyatın ayrı-ayrı sahələrində olan xidmətlər haqqında tematik materiallarda, yeni soraq kitabçalarının anonsunda, istehlakçıların mövqeyi reytinqində və s. bu kimi nəşrlərdə yerləşdirmək imkanına malikdir.

İnformasiyanın satıldığı və alındığı informasiya bazarı daha əhəmiyyətli olmağa başlayır və bu bazarda informasiya əməliyyatları gəlir gətirir və ya ziyan vurur. İnformasiyanın yaradılması, yayılması, yeniləşdirilməsi və istifadə edilməsi hər hansı digər resurslarla müqayisədə qabaqlayıcı templərlə baş verir. İldə 7-8% artımla bu, dünya iqtisadiyyatının daha çox inkişaf edən sahəsidir.

1996-cı ilin sonunda informasiya bazarının liberallaşdırılmasına dair ÜTT tərəfindən qəbul edilmiş razılaşma informasiya bazarı məhsullarının qiymətini azaldaraq informasiya sənayesinin inkişafına təkan vermişdir.

İnformasiyanı əsas resurs kimi istifadə edən iqtisadiyyatda, informasiya axınlarının yaradılması və inkişafı rəqabətə təsir göstərərək təsərrüfatçı subyektlərin özünü aparmasında tipik üsulların dəyişməsi ilə nəticələnir.

Son dövrə qədər hesab edilirdi ki, istənilən iqtisadi məlumat, bazarda asanlıqla yayılır və ona görə ödəniş etməyə gücü olan hər bir kəs onu əldə edə bilər. Lakin bir çox hallarda operativ və keyfiyyətli informasiyanın alınmasında hər cür maneələr meydana çıxır. Nəticədə bəzi iqtisadi subyektlər digərləri qarşısında informasiya üstünlüyünə malik ola bilər. Nisbi informasiya üstünlüyünün yaranması, nəticəsi qabaqcadan bilinməyən rəqabətin yaranmasına səbəb olur, əldə edilən gəlir isə ortaq məxrəcə gəlmir.

Rəqib informasiya üstünlüyünün daha vacib mənbələri aşağıdakılardır:

informasiyanın yayılması üçün inzibati maneələrin •mövcudluğu ilə göstərilən informasiya azadlığı olmadıqda,

Page 133: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

133

informasiyanın əldə edilməsinə dair xarici iqtisadi inhisarçılıq. Bu halda gəlir əldə edilməsi üçün iqtisadi subyekt, bazarın digər iştirakçıları əldə edə bilmədiyi informasiyanı tətbiq edir;

kütləvi informasiyanın digərlərindən yaxşı və daha tez •dərk etməsi müvafiq iqtisadi subyektləri, informasiyanı ən yaxşı yöndə istifadə etməsi üçün mükafat kimi qəbul edilən əlavə gəlirlə təmin edir.

İnformasiya üstünlüyü zaman nöqteyi-nəzərindən davamlı olarsa, tədricən sosial-iqtisadi üstünlüyə çevrilir. Burada həmin üstünlüklərin olmamasını ayrıca olaraq bazarın, yaxud bütövlükdə iqtisadiyyatın informasiya mühitinin inkişafdan qalması ilə izah etmək olar.

Marketinqdə informasiya - səyyar marketinq araşdırmalarının gedişində əldə edilən ilkin və təkrar yəni, daxili, həmçinin xarici mənbələrdən və marketinq araşdırmaları məqsədlərindən fərqlənən məqsədlərlə əldə edilmiş məlumatlarla təsnif edilir.

Marketinq sisteminin informasiya təminatı, biznes-informasiyanın təchizatçısı – sahibkar strukturlar və onun informasiya bazarındakı istehlakçıları arasında yaranan iqtisadi, hüquqi və təşkilati münasibətlərin nəticəsidir.

İnformasiya təminatı haqqında deyilmiş bu tərif, onun həm sahibkar fəaliyyətinin iqtisadi mənbəyi, həm idarəetmənin müxtəlif səviyyələrində informasiya bazarı fəaliyyətinin nəticəsi kimi izah etməyə imkan verir.

Biznes-informasiya bazarında sahibkarlıq fəaliyyətini, marketinq məsələlərinin səmərəli təşkili və informasiya təminatının effektiv tətbiqi yolu ilə istifadəçilərin informasiya tələbatının təmin edilməsinə yönəldilmiş fəaliyyət kimi qiymətləndirmək olar.

İqtisadiyyatın müasir inkişaf mərhələsində ünvansız informasiyaya olan tələbat qəfil azaldı və eyni zamanda informasiya təminatının yeni formaları inkişaf etməyə başladı. Bazar və onun strukturları - əsas informasiya mənbəyidir və

Page 134: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

134

iqtisadi subyektlər qiymətlər, ayrı-ayrı məhsullara olan tələbat və s. haqqında real məlumatın əldə edilməsi marağındadır. Məsələn, rəhbərliyə hər gün poçt vasitəsilə əksər hallarda lazımsız rəqəmlər çatdırılır, halbuki ona vacib olan məlumatlar bazardakı tendensiyanın müəyyən edilməsinə dair məlumatlardır və həmin məlumatlara əsasən o, gələcək fəaliyyəti üçün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. Nəyin artıq baş verdiyi ona maraqlı deyil, o nəyin baş verə biləcəyini bilmək istəyir, çünki belə informasiyanın əsasında müəssisə mövcud olan imkanlarını istifadə edə bilər, yaxud təhlükəyə qarşı çıxa bilər. Bu səbəbdən sadə informasiyanın deyil, sahibkarlıq fəaliyyətinin təsirli faktoru olan aktiv informasiyanın (biznes-informasiyanın) əldə edilməsi çox mühümdür.

İnformasiya bazarında informasiya təchizatçısı və istehlakçısı müəyyən münasibətlərə başlayır. Bu münasibətlərin məzmunu və istiqaməti, aktivləşməsi şərti - konkret bazarın xüsusiyyətindən, informasiya dolğunluğundan, dövlətin müdaxiləsindən, daha mənalı informasiya xidmətləri və digər faktorlardan asılıdır. Bu gün daha dolğun informasiyaya malik olan və bunun əsasında qanuniləşmiş bazar - əmək bazarı hesab edilir.

Sahibkarlıq fəaliyyətinə əsasən ehtimal edilir ki, bazarın bütün subyektləri arasında informasiya axını təşkil olunur və aşağıdakılar təmin edilir:

bazarın bütün subyektlərinin hərəkətlərinin - sinxronlaşdırılması;

baş verən bazar proseslərinin kompleks - qiymətləndirilməsi;

ayrı-ayrı proseslərin proqnozlaşdırılması üçün bazanın - yaradılması;

planlaşdırılmış tədbirlərin reallaşması nəticəsində - yaranan irəliləyişlərin qeyd edilməsi.

Bu informasiya axınının təşkili, hansı qərarların qəbul edilməsi planlaşdırılır və bunun üçün hansı məlumatlar tələb

Page 135: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

135

olunduğundan asılıdır.İnformasiyanın bazarda əsas funksiyaları kimi bunlar hesab

edilə bilər:təmin edən: yəni informasiyanın, bazarın fəaliyyətini -

bilavasitə təmin edən faktor olması;tənzimləyən: yəni informasiyanın, təsərrüfat işləri aparan -

subyektlər üçün iqtisadi qərarların qəbul edilməsi faktoru kimi çıxış etməsi.

Bu funksiyalara uyğun olaraq iki növ informasiya qeyd etmək olar:

bazarın fəaliyyətini bilavasitə təmin edən - əsas informasiya. Sahibkarlıq fəaliyyətinin effektivliyi əsas informasiyanın dəqiqliyi, sürəti və ən əsası idarəetmənin tələb olunan standart və məqsədlərinə uyğun gəlməsindən asılıdır və beləliklə, sahibkarlıq strukturlarının fəaliyyəti həmin informasiyanın artıb-azalması ilə lazımi səviyyədə təmin edilməlidir;

təsərrüfat işləri aparan subyektlərin iqtisadi qərarlar - qəbul etməsi üçün tətbiq etdiyi köməkçi informasiya. Bu informasiyanın əsas xüsusiyyətləri: sürətə qarşı tələbin əsaslı şəkildə azaldığı halda onun dolğunluğu və etibarlılığıdır. Misal olaraq, işçi qüvvəsinin tutulması, kadrların dəyişkənlik dinamikası, yaranmış tələb edilən situasiya və s. üzrə rəqiblərin saziş şərtləri haqqında məlumatı təşkil edən informasiyanı göstərmək olar.

Mümkünlük dərəcəsinə görə də iki növ informasiya ayırd edilir:

birinci növ informasiya, geniş dairələr tərəfindən əldə - edilə bilər, həm kütləvi informasiya vasitələri ilə, həm də digər ictimai və özəl kommunikasiya sistemləri tərəfindən yayılır;

ikinci növ informasiya, bir qayda olaraq marketinq - araşdırmalarının nəticəsidir, qeyri rəsmidir, bəzi hallarda məxfi xarakter daşıyır və özəl kommunikasiya sistemləri vasitəsilə yayılır. Bu növ informasiyanın üstünlükləri – operativ, profilli,

Page 136: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

136

ünvanlı və ümumiləşdirilmiş olmasıdır. Bununla yanaşı informasiya mübadiləsinin qeyri rəsmi proseslərində informasiya keyfiyyətinin, dəyərinin və məxfiliyinin nəzarəti mexanizmi olmur; bundan başqa onun yayılması məhdudlaşdırılır.

Birinci növə aid informasiyanın idarə edilməsi dövlət kommunikasiya (rabitə) sistemi vasitəsilə həyata keçirilir. Bu kimi sistemlərə misal olaraq məşğulluq xidmətinin avtomatlaşdırılmış məlumat sistemini, milli statistik məlumat sistemini göstərmək olar. Belə kommunikasiyalar, müxtəlif modulları vahid şəbəkəyə birləşdirilmiş və bütün abonentlər üçün məlumatın alıb-ötürülməsi imkanını təmin edən, kompyuter texnikasının istifadə edilməsi ilə aparılır. Bununla belə informasiya bazar təklifi formasında çıxış edə bilər, və ya yalnız məlumat üçün qəbul edilə bilər.

İkinci növə aid informasiyanın idarə edilməsi özəl qeyri dövlət və ictimai kommunikasiya sistemləri vasitəsilə həyata keçirilir. Sonuncular arasında internet şəbəkəsi daha geniş yayılmışdır. Hazırda internet – istehlakçılarla qarşılıqlı əlaqə mexanizmini reallaşdıran, marketinq kommunikasiyalarının əsas növünə çevrilmişdir və gələcəkdə vahid informasiya mühitinin prototipi kimi xidmət göstərə bilər.

İnformasiya bazarının bütün subyektlərinin ümumi məqsədi effektiv qarşılıqlı əlaqənin təşkil edilməsi vasitəsilə bütün iştirakçılar üçün maksimum əlverişli sosial-iqtisadi partnyorluğun formalaşdırılmasından ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün gücün birləşdirilməsi kompleks fayda əldə etməyə imkan verir. Bununla belə gücün birləşməsi nəticəsində hər kəsin faydasının artması şərtilə inteqrasiya məqsədəuyğun hesab edilə bilər. Məqsəd vəzifələri formalaşdırır.

Biznes-informasiya bazarının bütün iqtisadi subyektlərinin ümumi və əsas məqsədini marketinq məsələlərində informasiya təminatının əlverişli təşkili və effektiv tətbiq edilməsi kimi müəyyən etmək olar.

Page 137: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

137

Bu ümumi məqsəddən başqa hər bir subyekt vəzifə sistemini təşkil edən, öz spesifik vəzifələrini həll edir: bazarda tələbatın və təklifin uyğunlaşdırılması; bazar subyektlərinin marketinq fəaliyyətində strateji və taktiki tədbirlərin reallaşdırılması və s.

Biznes-informasiya bazarı bir sistem kimi kifayət qədər mürəkkəb əlaqə strukturu ilə xarakterizə edilir və daha vacib elementləri bunlardır:

bazar – ictimai informasiya – bu əlaqə, ictimai - informasiyanın yaradılması prosesini, onun hazırlanmasını (məsələn, istənilən bazar sisteminin ayrılmaz xüsusiyyəti kimi əmək bazarını) xarakterizə edir;

ictimai informasiya – istehlakçılar – bu əlaqə, eyni - səviyyədə əl çatan informasiyanın istehlakçılara ictimai rifah formasında təqdim edilməsi və onun istehlakçıların fəaliyyətində tətbiq edilməsi ilə xarakterizə edilir;

ictimai informasiya – özəl informasiya – bu əlaqə, - informasiya nöqteyi- nəzərdən xüsusiyyətlərinə görə məhsullara aid olan eyni səviyyədə əl çatan və eyni informasiyanın informasiyaya çevrilməsini xarakterizə edir; Rusiyada bu bütövlükdə əlaqə sisteminin nisbətən az inkişaf etmiş hissəsidir;

özəl informasiya – istehlakçılar – bu növ əlaqə, istehsalçı - və istənilən məhsul və xidmətin istehlakçısı arasında olan yuxarıdakı əlaqə növlərindən fərqlənmir.

Bu əlaqə sistemi informasiyanın ikili funksiyasını aşkarlayır: birincisi idarəetmənin istənilən səviyyəsində bazarın tənzimlənməsinə dair qərarların qəbul edilməsi faktoru kimi; ikincisi sahibkar strukturları tərəfindən kommersiya məqsədilə istifadə edilən resurs kimi.

İnformasiya bazarını (yaxud informasiya məhsul və xidmətləri bazarını) informasiyalar, elektron sazişlər və elektron əlaqələr təşkil edir.

Rusiyada məlum və aşkar informasiya xidmətlərinin növləri,

Page 138: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

138

inkişaf etmiş ölkələrdə təqdim olunan analoji növlərlə bütövlükdə oxşardır. Mövcud olan fərqlər ilk öncə iqtisadiyyatın aşağı səviyyədə inkişaf etməsi, həmçinin bazarın infrastrukturuna xidmət göstərilməsinə yönələn sektorların inkişafdan qalması ilə əlaqələndirilir. Əsas tipik informasiya məhsul və xidmətləri arasında bunları qeyd etmək olar:

texniki vasitələrdə (disket və kompakt-disk) məlumat - bazası və soraq kitabçaları;

məlumat bazası əsasında hazırlanmış informasiya səpkili - nəşrlər (həmçinin sahibkarın fəaliyyətinə yönəlmiş qəzetlər, jurnallar, bülletenlər);

silinmiş məlumat bazasına, yaxud elektron məlumat - lövhələrinə dialoq əsasında giriş (dostup) xidmətləri – Bulletin Board System;

istehlakçıların sorğusu əsasında məlumat axtarışı - xidmətləri;

telekonferensiyalar və elektron formada göndərilmiş - xəbərlərin siyahısı;

korporativ TV şəbəkələrdə xəbərlər xidmətləri;- ilk mənbələrə giriş və sənədlərin surətinin alınması -

xidmətləri;soraq-konsultasiya xidmətləri;-

İnformasiya bazarı informasiya mühitinin əsas elementlərindən biridir və: informasiya resursları, informasiya-telekommunikasiya infrastrukturu, informasiya texnologiyaları bazarı, əlaqə vasitələri, informatizasiya və telekommunikasiya, kütləvi informasiya sistemi, ümumdünya açıq şəbəkələrlə beynəlxalq qarşılıqlı əlaqə sistemi, informasiya qorunmasının (təhlükəsizliyinin) təminatı sistemi və informasiya qanunvericiliyini daxil edir.

Biznes-informasiya bazarının formalaşma və inkişaf problemlərinin təhlili Rusiya informasiya mühitində biznes-informasiyanın yerini müəyyən etməyi tələb edir.

Biznes-informasiya təchizatçıları və istehlakçıları informasiya bazarında müəyyən əlaqəyə başlayır. Bu münasibətlərin

Page 139: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

139

məzmunu və istiqaməti, aktivləşməsi şərti - konkret bazarın xüsusiyyətindən (işçi qüvvəsinin, kapitalın, resursların), onun informasiya dolğunluğundan, dövlətin müdaxiləsindən, daha mənalı informasiya xidmətlərinin və digər faktorların tənzimlənməsindən asılıdır.

Hazırda biznes-informasiya bazarı: informasiya təchizatçısı və istehlakçıları arasında yaranmış biznes-informasiyanın satışı və alınması üzrə iqtisadi, hüquqi və təşkilati münasibətlər məcmusudur. Bu vəziyyət bir çox məqamlarda, yaranan informasiya strukturunun (yəni bazar münasibətlərinin təminatı, reallaşdırılması və inkişafı) bazar tələblərinə, həmçinin Rusiyada bazar münasibətlərinin inkişafından və son dövrlərdə informasiya fəaliyyətində baş verən dəyişikliklərdən öncə mövcud olan ilkin şəraitə uyğun gəlməsi ilə müəyyən edilir.

Rusiya informasiya bazarının formalaşdığı tarix 1987-ci ilə təsadüf edir. Bu zaman kooperativ və xarici kapitallı müəssisələrin fəaliyyətini rəsmi şəkildə həll edən və Rusiyada informasiya bazarının inkişafında əhəmiyyətli rol oynayan normativ sənədlər yaranmışdır. Həmin vaxtadək informasiyanın məhsul kimi qəbul edildiyinə baxmayaraq bazar münasibətləri, informasiya sahəsinin dövlət tərəfindən sərt şəkildə nizamlandığına görə saxlanılmışdır.

Lakin bəzi tədqiqatçıların fikrincə Rusiyada informasiya bazarı daha erkən – 1960-cı illərin əvvəllərində formalaşmağa başlamışdır və informasiyanın əsas təchizatçıları kimi xəbərlər xidməti və nəşr agentlikləri çıxış edirdi. Bir qədər sonra bu bazara, bank və müxtəlif elmi-texniki təşkilatların, təhsil müəssisələrinin informasiya xidmətləri də qoşulmuşdur. 1970-ci illərin əvvəllərində (informasiyanın toplanılması və tələbatın tədqiq edilməsində birgə əməkdaşlıq etdiyi) elmi-texniki, akademik, dövlət və təhsil müəssisələri ilə sıx əlaqədə olan iri informasiya xidmətləri tərəfindən formalaşan məlumat bazası yaradılmışdır. Həmin illərin ortalarında özündə ticari, statistik və peşəkar informasiyaları əks etdirən məlumat bazaları, bazarda

Page 140: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

140

informasiyanın ən əsas növünə çevrilmişdir.1990-cı illərin əvvəllərində Dövlət Statistika Komitəsinin

(Qoskomstat) iqtisadi informasiya üzərində olan inhisarçılığı dağıldıqdan sonra ölkəmizdə biznes-informasiya bazarının strukturu ümumilikdə bazar münasibətlərinin inkişafı və nəticə etibarı ilə biznesin təkmilləşdirilməsi ilə əlaqədar olan əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Bu həmçinin metainformasiyaya olan tələbatın strukturunda baş verən dəyişikliklərdə də öz əksini tapmışdır. Əgər 1990-cı illərin əvvəllərində sahibkarları bütün fəaliyyət sahələrinə aid olan müəssisələrin istənilən məlumatı maraqlandırırdı sa, son zamanlar onları yalnız şirkətin strateji maraqları çərçivəsində olan məlumat seqmentləri maraqlandırır. İnformasiya mənbələrinin seçimində müəyyən sahələrə aid olma və ərazi üstünlüklərə aid bölgü yarandı.

1990-cı illərin əvvəllərində informasiya xidmətləri bazarına internet daxil olduqdan sonra tipik informasiya xidmətlərinin tərkibi keyfiyyət nöqteyi-nəzərdən dəyişmişdir. İnternet öz istifadəçilərinə çap formasında, yaxud kompakt-diskdə təqdim oluna bilməyən xidmətləri təqdim edir. Bu yeniliyin əsas elementi, məqalə ilə işləyən istifadəçiyə klaviatura, yaxud intellektual güc sərf etmədən ani olaraq məqalənin bir hissəsindən digər hissəsinə keçmək imkanını təqdim etməsidir. Bununla belə ayrı-ayrı obyektlərin əlaqələndirilməsi (sözlərin, anlayışların, qrafik simvolların) təkcə həmin məqalənin məhdudlaşdırılmış çərçivəsində deyil, həm də tərkibi təsvir, səsyazmalar və s. daxil olmaqla istənilən formada dolğun informasiyaya malik olan, silinmiş məlumat bazalarının məqalələri ilə istifadə edilir.

Şəxsləndirilmiş (personallaşdırılmış) qəzet və bülletenlər, internetdən kommersiya dialoq xidmətləri vasitəsilə əldə edilə bilən digər unikal xidmətin məzmunu kimi çıxış edir. Bu qəzetlər bir çox məlumat mənbələrindən xüsusi seçmə və filtrasiya sistemləri ilə formalaşır və fərdi istifadəçiyə bilavasitə onun elektron poçt qutusunda yerləşdirilərək elektron formada təqdim olunur. Bu xidmət, informasiyanın ənənəvi şəkildə

Page 141: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

141

yayılmasından fərqlənir, belə ki burada dialoq xidmətlərində olduğu kimi, axtarış yalnız bir, yaxud bir neçə məlumat bazasına əsasən aparılmır, burada eyni vaxtda yüzlərlə və minlərlə internet serverləri istifadə edilir. İstifadəçiyə informasiya mütəmadi deyil, aramsız axın şəklində daxil olur, həm də məlumat bazasının kommersiya operatoru ilə müqayisədə az xərc aparır.

Hazırki vaxtadək internet çərçivəsində informasiya filtrasiyasının təşkil edilməsinə dair bir neçə yanaşma formalaşmışdır. Məsələn, əgər müəssisədə operativ informasiya istifadəçilərin sayı çoxluq təşkil edirsə, korporativ şəbəkə ilə girişi olan şəxsi korporativ serverin təşkil edilməsi məqsədəuyğun olardı. İstifadəçilərin sayı az olduğu halda isə fərdi olaraq WWW provayderinə qoşulma ən optimal çıxış yolu olardı. Bəzi internet iştirakçıları (The Online Bookstore layihəsi) istifadəçilərə müəllif olmağı təklif edir və işin yayılmasından əldə edilən gəliri 1:1 olmaqla bölməyə hazırdırlar. Bill Geyts hesab edir ki, milyonlarla insanlara az xərclə təqdim olunan, öz fikrini ifadə etmək, yaxud informasiyanı dərc etmək imkanı “ümumdünya hörümçək toru”nun verdiyi sosial-iqtisadi nəticələrin əsas elementlərindən biridir və bu element həm söz azadlığının, həm də fərdi yaradıcılığın inkişafına imkan yaradacaq.

Sahibkar bilməlidir ki, internetin təqdim etdiyi yeni xidmətləri, öz işində maksimum effektiv səviyyədə istifadə etmək üçün tədqiq etməlidir və bununla da o, rəqabət üstünlükləri əldə edir. Bu çətin məsələni yalnız ixtisaslaşmış mütəxəssis – informasiya sahəsinin konsultantı tam şəkildə yerinə yetirə bilər.

Beləliklə, biznes-informasiya bazarının genişlənməsi və biznes-informasiya subyektlərinin informasiya tələblərinin təkmilləşdirilməsi ilə istifadə edilən mənbələrin spektri də genişləndi, bu da öz növbəsində Rusiya biznesinin inkişaf prosesində konsultantın rolunu artırdı.

Page 142: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

142

MÖVZU 13.

TƏŞKİLATİ DƏYİŞİKLİKLƏRİN APARILMASINDA KONSALTİNQ TEXNOLOGİYALARI

Təşkilati dəyişikliklərin informasiya-konsaltinq texnologiyası müəssisənin müxtəlif idarə etmə məsələlərində; problem və (yaxud) imkanların müəyyən edilməsi və qiymətləndirilməsi, müvafiq tövsiyələrin verilməsi və onların həyata keçməsi üçün köməyin göstərilməsi daxil olmaqla, müstəqil məsləhətlərin verilməsindən və informasiya dəstəyinin göstərilməsindən ibarətdir. Bu xidmətin əsas hissəsi bunları daxil edir:

müəssisənin diaqnostikası və idarəetmə problemlərinin •müəyyən edilməsi;

konsultasiya xidmətindən istifadə edən müəssisənin, •problemlərin həllində öz imkanlarının müəyyən edilməsi;

təşkilati dəyişikliklər haqqında informasiyanın •ötürülməsinə dair hazırlıq və praktiki tövsiyələrin hazırlanması;

təkmilləşmiş tövsiyələrin həyata keçirilməsində •informasiya dəstəyinin göstərilməsi.

İdarəetmə fəaliyyətində effektivliyin artırılmasında peşəkar konsultant xidmətlərinin tətbiq edilməsi əsas rol oynayır. Tam bilik sistemi və metodologiyaya malik olmaqla, informasiya konsaltinqi mütəxəssisləri hər hansı bir vəziyyətdə düzgün istiqamət götürməyə və mümkün olan bir çox qərarlardan ən əlverişlisinin seçilməsi üçün vaxtı vaxtında informasiyanın təqdim edilməsində köməklik göstərir.

Bu gün Rusiya biznesinə sadəcə “kənardan məsləhətçilər” deyil, həmçinin daha effektiv inkişaf yolunu seçməkdə və müsbət dəyişikliklərin həyata keçirilməsində köməklik göstərən eyni hüquqa malik partnyorlar lazımdır.

Məlumdur ki, qərbdə konsaltinqə olan yanaşmaya görə - konsultant ilk öncə müəssisənin strateji inkişaf planını təqdim

Page 143: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

143

etməlidir və yalnız bundan sonra təşkilati problemlərin həlli taktikası hazırlanır, hansı ki Rusiya müəssisələrində çox nadir hallarda effektiv olur.

Konsaltinq sənayesi təşkilati dəyişikliklərin hazırlanmasına dair bir neçə yanaşmalar təklif edir, lakin müəssisə bunlardan ən aktualını seçməlidir. Məsələn, bəzi Rusiya müəssisələri üçün altı ay ərzində nəzərə çarpacaq nəticə verən, məsrəflərin azaldılması üzrə radikal proqramın tətbiq edilməsi, 2-3 ilə nəticə verən strateji xarakterli layihənin tətbiq edilməsindən daha əlverişlidir. Eyni zamanda iri müəssisələr yeni bazara daxil olma strateji variantlarını təhlil etmədən keçinə bilməz.

Rəqabət mübarizəsi şəraitində idarəetmə qərarlarının keyfiyyəti uğurun əsas faktorudur. Bazarda öz biznesini digər eyni şəraitdə effektiv idarə edən qalib gəlir.

İdarəetmə effektivliyinin artırılmasına aşağıdakılar imkan yaradır:

idarəetmə qərarlarının operativliyi və vaxtı vaxtında •olması;

problem haqqında bütün fikir və mülahizələri nəzərə •almaqla istənilən qərarın qəbul edilməsi və bütün nəticələrin təhlili;

müəssisənin uzunmüddətli strategiyası nöqteyi-nəzərdən •istənilən taktiki həllin təhlili.

Bu məsələlərin həllində effektivliyin əldə edilməsi üçün, idarəetmə auditi keçirmək – yəni idarəetmə personalının işini yoxlamaq və qiymətləndirmək lazımdır.

İdarəetmə auditi (menecment-audit) – müəssisənin idarəetmə personalının Rusiya qanunvericiliyinə uyğun olaraq işlədiyinin ekspertizası, idarəetmə problemlərinin aşkar edilməsi və onların əsas həlli yollarının müəyyən edilməsi məqsədilə müstəqil yoxlamanın (reviziyanın) keçirilməsidir.

Müəssisədəki dəyişikliklər aşağıdakı istiqamətlərdə həyata keçirilə bilər:

Page 144: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

144

əsas strukturun dəyişdirilməsi (biznes aktivliyinin •xüsusiyyəti və səviyyəsi, hüquqi struktur, sahiblik, maliyyələşdirmə mənbələri, beynəlxalq əməliyyatlar və onların qarşılıqlı əlaqəsi, diversifikasiya, birləşdirmə, birgə müəssisələr);

məqsəd və fəaliyyətin dəyişdirilməsi (məhsul asortimenti, •xidmətlər kompleksi, yeni bazarlar, müştərilər, təchizatçılar);

tətbiq edilən texnologiyanın dəyişdirilməsi (avadanlıq, •enerji mənbəyi və materialları, texnoloji proseslər, ofis texnikası);

idarə olunan struktur və proseslərin dəyişdirilməsi (əmək •prosesləri, idarəetmə prosesləri, qərarların qəbul edilməsi, informasiya sistemləri);

işçi heyətinin dəyişdirilməsi (rəhbərlik və personal, •onların etibarlılığı, münasibətləri, məqsədləri, işdə özünü aparma və effektivliyi);

müəssisənin yeni imkanları necə tətbiq etdiyini göstərən, •işin effektivliyinin dəyişdirilməsi.

Müəssisədə dəyişikliklərin aparılması zamanı sərf edilən güc və vaxt şəkil N7-də göstərilmişdir. İşçilərin biliyində dəyişikliklərə nail olmaq nisbətən asan başa gəlir. Personalın inamına və məqsədinə təsir etmək daha çətindir. İnsan, ona təklif edilən fikrin məntiqliliyini və etibarlılığını qəbul edə bilər, lakin daxilən o həmin fikrə qarşı ola bilər.

Page 145: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

145

Şək.7. Müəssisədə dəyişikliklərin aparılması zamanı güc və vaxtın sərf edilməsi

İşçinin davranışının dəyişdirilməsi böyük güc və vaxt tələb edir. Lakin idarəetmə - kollektiv fəaliyyətdir və bu səbəbdən onun təkmilləşdirilməsinə yalnız bütün müəssisədə qrup yaxud işçilərin davranışını dəyişdirməklə nail olmaq olar. Təşkilati dəyişikliklərin aparılmasına dair prinsipial olaraq müxtəlif istiqamətlər mövcuddur:

təkamül – istiqaməti, konsultant tərəfindən tövsiyələrin •reallaşdırıldığı zaman tətbiq edilir, burada hər dörd mərhələ ardıcıl olaraq yerinə yetirilir (şək.7);

avtokratik – istiqaməti, dəyişikliklərin aparılması yolunu •“yuxarıdan aşağı” nəzərdə tutur. Bu halda müəssisə rəhbəri əmr verir və müvafiq qruplar, yaxud bütünlükdə kollektiv əmrdə göstərilən tarixdən etibarən öz hərəkətlərini dəyişmək məcburiyyətində qalır.

Dəyişikliklər aparıldığı zaman, tədqiqatçılar işçilərin aşağıdakı məntiqinin nəzərə alınmasını tövsiyə edir: “İlk olaraq işçilərin diqqəti bu və ya digər dəyişikliklərin aparılmasının vacib olmasında cəmləşir. Maraq oyatmaq üçün, rəhbərlikdə mövcud

Page 146: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

146

vəziyyətdən narazılıq hissi yaratmaq lazımdır. Burada ən əsası, dəyişikliyin verdiyi aşkar faydanın sübut edilməsidir. Vəziyyəti dəyişdirmək arzusu, dəyişikliklər ustalıqla təqdim edildiyi halda yaranır. Dəyişikliyin aparılması orta templi fəaliyyətdir. Əvvəllər nail olunmuş məqsədləri vaxtaşırı möhkəmləndirmək, məlum suallardan naməlum suallara doğru istiqamətlənmək, hər bir fərdin qabiliyyətini nəzərdə tutaraq kəmiyyət, keyfiyyət və zaman məqsədlərini qoymaq, əyanilik və dəlillik haqqında unutmamaq lazımdır”.

Page 147: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

147

MÖVZU 14.

MÜƏSSİSƏNİN KOMPLEKS ŞƏKİLDƏ AVTOMATLAŞDIRILMASINDAMƏSLƏHƏT VERMƏ

İdarəetmənin avtomatlaşdırılmasının əsas ideyası - xüsusi elektron “sinir sistemi”nin, yaxud müəssisənin informasiya sisteminin formalaşdırılmasından ibarətdir. “Microsoft”un banisi Bill Geyts, müəssisənin informasiya sistemini, qabaqcadan müəyyən edilmiş hərəkət və hadisələrin yerinə yetirilməsini avtomatlaşdıran mühit, planlaşdırılmamış hadisələrə və situasiyanın dəyişməsinə vaxtında reaksiya verməyə imkan verən və beləliklə rəqabətdə böyük üstünlüklər yaradan planlaşdırma və uçot kimi tərif edir.

İstənilən səviyyəli informasiya sistemləri aşağıdakı prinsiplərə əsaslanır:

aparat vasitələrinin standartlaşdırılması, tələb olunan •uyuşqanlığı və münasib qiymətlə istehsalatı təmin edən müxtəlif imkanlı kompyuter sistemlərinin “xətt” şəklində olması;

istənilən informasiya növü ilə işləmə, bütün •informasiyaların rəqəmsal formada təqdim edilməsi;

hər kəsin anlaya biləcəyi kommunikasiya •infrastrukturunun yaradılması; kompyuter sistemlərinin ayrı-ayrı hissələrini birləşdirən və daimi şəbəkəni təmin edən, həmçinin elektron poçtun universal sistemi çərçivəsində şəbəkənin quraşdırılması və istifadə edilməsi;

əsas istifadəçilərin və müəssisələrin əmək vasitələrinin •və kompyuter resurslarının standartlaşdırılması;

fəaliyyətin konkret növü və səviyyəsi üçün •inteqrallaşdırılmış, spesifik əlavələrin tətbiq edilməsi.

Avtomatlaşdırılmış informasiya sistemində müəssisədə baş verən hər bir hadisənin informasiya lövhəsində əks olunması

Page 148: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

148

imkanı yaranır. Bütün iqtisadi faktorlar və resurslar vahid informasiya – məlumat formasında çıxış edir. Bu, qərarların qəbul edilməsi prosesini informasiya texnologiyası kimi qiymətləndirməyə imkan verir.

İdarəetmənin Avtomatlaşdırılmış İnformasiya Texnologiyası (İAİT) (Автоматизированная Информационная Технология Управления - AИТУ) dedikdə, geniş proqram təminatı, kompyuter vasitələri və əlaqə əsasında idarəetmə informasiyasının toplanılması, qorunub saxlanılması, axtarışı və təkmilləşdirilməsi üsul və qaydalar sistemi nəzərdə tutulur. Həmçinin, bu qaydaların köməyi ilə informasiya, istifadəçilərə təqdim olunur.

İAİT-in konkret strukturu üç komponentin mövcudluğunu təklif edir:

texniki vasitələr kompleksi, yəni elektron-hesablama, •kommunikasiya və təşkilati texnika vasitələri;

proqram vasitələri sistemi – ümumi və tətbiqi proqram •təminatı;

idarəetmə və texniki personalın işinin təşkilinə dair •təlimat və normativ-metodik materialları daxil edən metodik təminat.

Kompleks avtomatlaşdırma sistemi – müasir idarəetmə və informasiya texnologiyaları vasitəsilə eldə edilmiş keyfiyyətli və etibarlı informasiya əsasında idarəetmə qərarlarının qəbul edilməsini təmin edən, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsi sistemidir. Bu sistem operativ, mühasibat və idarəetmə uçotunun aparılmasını təmin edir və müəssisənin bütün idarəetmə prosesləri məcmusunu əhatə edərək və uzlaşdıraraq vahid informasiya mühiti əsasında qurulur.

Hazırda mülkiyyət formasından asılı olmayaraq, kompleks avtomatlaşdırma problemi hər bir müəssisə üçün aktualdır. “Avtomatlaşdırma sisteminə ehtiyac var, ya yox” sualını müzakirə etməyin mənası yoxdur. Bu gün müəssisələr başqa

Page 149: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

149

problemlə qarşılaşır: bunu ən yaxşı qaydada necə etmək olar.Kompleks avtomatlaşdırmanın məqsədi bütövlükdə

müəssisənin (təşkilati strukturun bütün şöbələrinin kompleks şəkildə) idarə edilməsində effektivliyin artırılmasından ibarətdir.

Avtomatlaşdırma prosesini iki sıx əlaqədə olan əsas mərhələlərə bölmək olar:

bazarda mövcud olan sistemlərdən konkret inteqrasiya 1) sisteminin seçilməsi;

həqiqətdə sistemin uyğunlaşma və tətbiq etmə prosesi.2) Kompleks avtomatlaşdırmanın tam dəyəri həmin iki

mərhələnin dəyərindən irəli gəlir. Ada(i) adlanan avtomatlaşdırmadan fərqli olaraq kompleks

avtomatlaşdırma zamanı ayrı-ayrı strukturlar tərəfindən daxili məsələlərin həll edilməsi vahid məqsəd çərçivəsində - idarəetmə prosesinin optimallaşdırılması ilə aparılır.

Müəssisənin idarə edilməsinin avtomatlaşdırılması, kompleks avtomatlaşdırma sistemi çərçivəsində ixtisaslaşmış konsaltinq firmaları tərəfindən aparılır.

Müəssisənin avtomatlaşdırması üzrə kompleks sistemin yaradılması ilə məşğul olan, konsaltinq firmasının mütəxəssisləri tərəfindən aşağıdakı əsas məsələlər həll edilməlidir:

uçot prosedurları və idarəetmənin effektiv mexanizmlə •tamamlanmasına əsaslanan, müəssisənin fəaliyyətində vahid sistemin yaradılması və ya optimallaşdırılması;

idarəetmə uçotunu və maliyyə-təsərrüfat fəaliyyətinin •nəticələrinin obyektiv təhlilini təmin edən, müəssisənin daxili uçot siyasətinin detallaşdırılma ilə təşkili, yaxud optimallaşdırılması;

informasiyanın toplanılması və hazırlanması proseslərinin •təkmilləşdirilməsi əsasında idarəetmənin hər səviyyəsində qərarların qəbul edilməsində köməyin göstərilməsi.

Müəssisənin idarə edilməsi üzrə kompleks avtomatlaşdırılmış

Page 150: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

150

sistem konsultantların ən çox tətbiq etdiyi sistemlərdən biri və biznesin uğurlu inkişafını təşkil edən əsas sistemlərdən biridir. Bu sistemin düzgün seçilməsi və həyata keçirilməsi, idarəetmədə bir çox nöqsanların aradan qaldırılmasına kömək edir, məsələn: idarəetmə və informasiya texnologiyalarının bir birindən ayırması; planlama və nəzarət sisteminin uyğunsuzluğu; xərclərin idarə edilməsinin qeyri effektivliyi; (lazımi vaxtda ehtiyat və xərclər haqqında yoxlanılmış informasiyanın olmaması səbəbindən) maliyyə resurslarının istifadə edilməsinin qeyri effektivliyi. Biznesin xüsusiyyətlərinə və müəssisədə yaranmış idarəetmə sisteminə əsaslanaraq bu siyahı konsultantın özü tərəfindən də davam etdirilə bilər.

Bütünlükdə isə müəssisənin idarə edilməsi üzrə kompleks avtomatlaşdırılmış sistem aşağıdakıları təmin etməlidir:

ali rəhbərlik – strateji planlama, maliyyə-iqtisadi •proqnozlaşdırma və təsərrüfat fəaliyyətinin təhlili üçün informasiya;

orta səviyyəli rəhbərlik – altnəzarətində olan funksiyaların •operativ planlaşdırılması və koordinasiyası üçün informasiya;

sıravi işçilər – vəzifə funksiyalarının yerinə yetirilməsi, •təsərrüfat fəaliyyəti faktlarının qeydə alınması və operativ qərarların qəbul edilməsi üçün effektiv instrumentlər.

Beləliklə, avtomatlaşdırılmış informasiya sistemi bütün müəssisənin məqsədyönlü kollektiv fəaliyyətinin informasiya dəstəyi vasitəsinə, yəni korporativ informasiya sisteminə (KİS) çevrilə bilər. Bu sistem konkret müəssisənin məsələlərini ən yaxşı formada həll edən, vahid informasiya sisteminə inteqrasiya edən müxtəlif proqram-aparat platforması məcmusunu və müxtəlif istehsalçıların universal və ixtisaslaşmış birləşmələrini daxil edir.

Bir qayda olaraq KİS-də bunlar qeyd edilir:personal;•informasiyanın qorunması üçün bir biri ilə əlaqəli •

Page 151: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

151

olmayan, müxtəlif proqram və tətbiqi sistemlər vasitəsilə yaranan vahid məlumat bazası;

informasiya sisteminin fəaliyyətini təmin edən proqramlar •(əməliyyat sistemləri, xidmət proqramları və s.);

texniki mexanizmlər;•müxtəlif istehsalçı və texnologiyalarla yaranmış tətbiqi •

sistemlər (maliyyə, maddi-texniki uçot, istehsalatın konstruktor-texnoloji hazırlığı, sənəd dövriyyəsi, analitika və s.).

Avtomatlaşdırılmış korporativ informasiya sistemi təminedici və funksional hissələrə malikdir. (bax. şək.8).

KİS-in təminedici hissəsi:informasiya təminatı – müəssisədə dövr edən •

informasiyanın həcminə, yerləşdirilməsinə və formasına dair layihə qərarlarının məcmusu (informasiyanın təsnifi və şifrələnməsi üzrə vahid sistemin, sənədləşmə üzrə vahid sistemin, informasiya axını sxeminin), həmçinin məlumat bazalarının yaradılması metodologiyasıdır. Bu təminat: sorğu məlumatlarını, informasiyanın klassifikatoru və kodifikatorunu, vahid sənədləşmə sistemini, informasiyanın elektron vasitələrdə daşınmasını və s. daxil edir;

texniki təminat – KİS üçün nəzərdə tutulmuş texniki •vasitələr kompleksi, həmçinin bu vasitələrin müvafiq sənədləri və texnoloji prosesləridir;

Page 152: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

152

Şək.8. KİS-in Təminedici və funksional hissələri

riyazi təminat – KİS-də (funksional və informasiya •sistemlərinin layihələndirilməsinin avtomatlaşdırılması) məsələlərin həllində tətbiq edilən riyazi metodların, modellərin, informasiyanın təkmilləşdirmə alqoritmlərinin məcmusudur. Riyazi təminat vasitələrinə: idarəetmə proseslərinin modelləşdirmə vasitələri, idarəetmənin tipik məqsədləri, riyazi proqramlaşdırma və riyazi statistika metodları, kütləvi xidmət nəzəriyyələri və s. aiddir;

proqram təminatı – KİS-in məqsəd və vəzifələrinin •reallaşdırılması, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyəti üçün nəzərdə tutulmuş proqramlar məcmusudur. Proqram təminatına – sistem və xüsusi proqram məhsulları, tətbiqi proqram təminatı, həmçinin texniki sənədləşmə daxildir;

dilçilik təminatı – KİS personalının, proqram təminatı, •texniki və informasiya təminatı istifadəçilərinin ünsiyyət dili (dil vasitələri), həmçinin KİS-də istifadə edilən terminlər məcmusudur;

Page 153: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

153

metodiki və təşkilati təminat – KİS-in təkmilləşdirilməsi •və istismar edilməsi prosesində personalın texniki vasitələr və özləri arasında qarşılıqlı əlaqəni qaydaya salan metod, vasitələr və sənədlər məcmusudur.

KİS-in funksional hissəsi, KİS üçün nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsini təmin edir. Burada faktiki olaraq müəssisənin idarə edilməsi sisteminin modeli mövcuddur. Bu hissənin çərçivəsində idarəetmə məqsədlərin funksiyaya transformasiya edilməsi baş verir, yəni KİS-in – alt sistemi funksiyasına. Məqsədləri reallaşdıran alt sistemi – hər hansı bir əlamətlə seçilən sistemin bir hissəsidir. Adətən KİS-də funksional hissə funksional əlamətlərə görə alt sistemlərə bölünür:

idarəetmənin səviyyəsi (ali, orta, aşağı);•idarə edilən mənbənin növü (maddi, əmək, maliyyə və •

s.);tətbiq edilmə sahəsi (bank, fond bazarı və digər);•idarəetmə funksiyaları və idarəetmə dövrü.•

KİS tərəfindən həll edilən məsələlər, bir çox məqamlarda konkret müəssisələrin fəaliyyət sahəsi, strukturu və digər xüsusiyyətləri ilə müəyyən edilir. Müəssisənin idarə edilməsinin müxtəlif səviyyələrində KİS-in həll etməli olduğu məsələlər təxminən bunlardır:

müəssisənin rəhbərliyi üçün:1) cari vaxtda müəssisənin maliyyə durumu haqqında doğru •

məlumatın təminatı və gələcək üçün proqnozlaşdırma;idarəetmə səviyyələri sayının azaldılması;•müəssisənin fəaliyyətində yuxarıdan aşağıyadək •

nəzarətin təmin edilməsi, səhv buraxan konkret şəxsin aşkar edilməsi arzu olunan hesab edilir;

mənfi tendensiyalar, onların səbəbləri və vəziyyətin •yaxşılaşdırılmasına dair mümkün tədbirlərin görülməsi haqqında məlumatın təqdim edilməsi;

işlərin və resursların dəqiq koordinasiya edilməsinin •

Page 154: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

154

təminatı, inzibati xərclərin azaldılması;əsas məhsulun (xidmətin) xərc komponentlərinə görə •

tam maya dəyərinin formalaşdırılması; riyazi metodların və intellektual sistemlərin tətbiqi •

sayəsində idarəetmə məsələlərinin həllinə dair səmərəli variantların alınması;

informasiya axını strukturunun və sənəd dövriyyəsi •sisteminin təkmilləşdirilməsi, informasiya məhsuluna birbaşa çıxış;

maliyyə-mühasibat xidməti üçün:2) pul vəsaitləri hərəkətinin tam nəzarət edilməsi, •

məsrəflərin azaldılması;təkmilləşdirilmiş uçot siyasətinin reallaşdırılması;•debitor və kreditor borclarının operativ aparılması;•müqavilə, smeta və planların yerinə yetirilməsinin •

nəzarət edilməsi;maliyyə intizamının nəzarət edilməsi;•məhsul-satış (maddi) axının izlənilməsi;•mühasibat (maliyyə və s.) hesabatına dair sənədlərin •

qəbul edilməsinin operativ formalaşdırılması;vergi və büdcə planlaşdırılması;•istehsalın idarə edilməsi üçün:3) layihələndirmə və istehsala sərf edilən vaxtın •

azaldılması;istehsal sifarişlərinin yerinə yetirilməsinin nəzarəti;•istehsalçı qüvvənin durumu haqqında məlumatın •

yaradılması;maddi-texniki təminatın səmərələşdirilməsi;•texnoloji intizamın nəzarət edilməsi, məhsul və •

xidmətlərin istehsalına edilən xərclərin azaldılması, əmək istehsalının artırılması;

istehsal sifarişlərini müşayiət edən sənədlərin •aparılmasının səmərələşdirilməsi (məsələn, hasar xəritələri,

Page 155: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

155

marşrut xəritələri və s.);istehsal sifarişlərinin faktiki maya dəyərinin müəyyən •

edilməsi;marketinq və reklam xidməti üçün:4) məhsulun satışı üçün sərf edilən vaxtın azaldılması, yeni •

məhsulların bazara çıxarılmasının nəzarəti;satış bazarının genişləndirilməsi məqsədilə təhlil •

edilməsi, yeni bazar imkanlarının avtomatlaşdırılmış axtarışı;aktual və potensial sifarişçilərlə (müştərilərlə) işin •

aparılması, məhsul və xidmət istehlakçılarının eyniləşdirilməsi;istehlakçıların tələb və arzularına operativ reaksiya •

verilməsi;qiymət və endirim siyasətinin informasiya dəstəyi, •

informasiyanın alınması və yayılmasına dair yeni imkanların yaradılması;

satış statistikasının aparılması;•göndərilməsi nəzərdə tutulan məktublarda, hər göndərişdə •

tarix və məktub növünü qoruyub saxlamaqla standart bazanın istifadə edilməsi;

satış və təchizat xidməti üçün:5) məhsul, hasilat və xidmətlərin məlumat bazasının •

aparılması;təchiz etmə müddətinin və daşınma xərcinin •

planlaşdırılması;daşınma marşrutunun və üsullarının optimallaşdırılması;•müqavilələrin aparılması (o cümlədən qarışıq ödənişlər •

və təchiz etmə müddəti üzrə);anbar uçotu xidməti üçün:6) anbarların çoxşaxəli strukturunun idarə edilməsi;•anbarlarda məhsul (hasilatın) operativ axtarışı;•saxlama şərtlərini nəzərə almaqla məhsulların anbarlarda •

əlverişli şəkildə yerləşdirilməsi;ehtiyat səviyyəsinin azaldılması;•

Page 156: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

156

keyfiyyətin nəzarətini nəzərə almaqla daxil olmaların •idarə edilməsi;

avtomatlaşdırılmış inventarlaşdırma.•Kənar müəssisələri cəlb etmədən və tirajlı tətbiqi proqram

təminatı əldə etmədən, daxili gücü hesabına KİS-in tətbiq edilməsi, yalnız kompleks avtomatlaşdırma sisteminin tətbiq edilməsində təcrübəli işçi kollektivi olan, iri müəssisələrdə öz potensial effektini verə bilər. Həm də nəzərə almaq lazımdır ki, rəqabət və keyfiyyətə qarşı tələbin yüksək olması səbəbindən bu “primitiv” sistemin yayılması şansı sıfıra bərabərdir.

KİS-in tətbiq edilməsi sifarişi, konkret müəssisənin xüsusiyyətlərinə tam uyğun gələn sistemin yaradılmasını nəzərdə tutur, bu da həmin müəssisənin əsas üstünlüyüdür. Potensial olaraq bu yanaşma sərbəst təşkil etmə ilə müqayisədə daha az qiymət və daha qısa reallaşma müddəti ilə xarakterizə edilir. Bu yanaşmanın, sifariş edilmiş KİS-in tətbiqi ilə istifadə edilməsini unikal biznes xüsusiyyətlərinə malik olan müəssisələrə tövsiyə etmək olar.

Bir sıra hallarda proqramlar komplekti bəzədilmiş bağlamada (qutuda) gətirilir və buradan da (“qutu”) tirajlı sistemlər adı yarandı. Komplektə, proqramın quraşdırılması və istismar edilməsi üzrə təlimat daxildir. Həmin təlimatı istifadə etməklə proqramları çox qısa bir vaxtda istismara buraxmaq mümkündür.

Bu yanaşmanın əsas üstünlüyü - proqramın nisbətən aşağı qiymətə olması, sadəliyi və çox qısa bir vaxtda öyrənilməsi, bəzi hallarda isə proqram təminatının yenilənməsi xidməti hesab edilir. Bundan başqa, qabaqcıl firmaların məhsulları böyük tirajla buraxılır və bu səbəbdən ehtimal edilir ki, onlar aprobasiya (təsdiq) edilmişdir və onların buraxılmasında sistematik səhvlərə yol verilməmişdir.

Lakin bu yanaşmanın əsasında xüsusilə KİS-i yaratmaq praktiki olaraq mümkün olmur. Bu, “qutu” proqram məhsullarının

Page 157: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

157

kifayət qədər funksional olmaması, həcmi ilə və həmçinin müxtəlif istehsalçıların hazırladığı sistemlərin uyğun gəlməməsi ilə izah edilir. Buna görə də kiçik və orta müəssisələrdə maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasının ilk mərhələlərində “qutu” proqram məhsulunun tətbiq edilməsi məqsədəuyğundur.

Rusiya bazarında 1990-cı ilin ikinci yarısında meydana gəlmiş uyğunlaşdırılmış inteqrasiya sisteminin tətbiq edilməsi ilə KİS-in quruluşuna başlama nəzərdən keçirilmiş yanaşmaların üstünlüklərini uyğunlaşdırır və onların əsas nöqsanlarından azaddır.

Bu yanaşma əsasında KİS-in təkmilləşdirilməsi çox az vaxt tələb edir, idarəetmənin avtomatlaşdırılması məsələsinin həllinin effektivliyi və müəssisə yaxud biznes-proseslərin təşkilati strukturlarının dəyişdirilməsində modifikasiyanın müqayisəli sadəliyi ilə fərqlənir.

Uyğunlaşdırılmış inteqrasiya sisteminin tətbiqi ilə KİS mexanizminə dair yanaşmaların qeyd edilmiş üstünlükləri, konsultantlara imkan verir ki, onu mütləq şəkildə ixtisaslaşmış bir çox müəssisələrə təklif etsinlər.

KİS-in tətbiq edilməsinə başlamazdan öncə, konsultant, idarəetmənin tam həcmli kompleks sisteminin yaradılması – uzun və baha qiymətli bir proses olduğu haqda sifarişçi-müəssisə rəhbərini məlumatlandırmalıdır. Və bu proses aşağıdakıları tələb edir:

informasiyanın təkmilləşdirilməsi və mübadiləsinin •yeni imkanları ilə əlaqədar olaraq idarəetmə texnologiyalarının dəyişdirilməsi, bir çox hallarda isə şirkətin biznes-proseslərinin yenidən təşkil edilməsi, yaxud yeni biznes-proseslərin yaradılması və köhnələrin ləğv edilməsi;

müasir proqram-texniki vasitələrin genişləndirilməsi və •dəstəklənməsi;

müəssisənin xüsusiyyətini əks etdirən informasiya, •qarşılıqlı əlaqələr, idarəetmə mexanizmləri və məlumatların

Page 158: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

158

təkmilləşdirilməsi alqoritmləri məcmusu üçün proqram sistemlərinin qurulması;

personalın yeni texnologiyalarla təlimatlandırılması;•sistemin tətbiqi prosesində insan faktoru təsirinin aradan •

qaldırılması;konsultantlar, kompleks avtomatlaşdırma sisteminin •

tətbiq edilməsi zamanı yarana biləcək problemlər haqda, və onların həll edilməsində mümkün birgə fəaliyyət haqda sifarişçi-müəssisə rəhbəri ilə əvvəlcədən şərtləşir, məsələn:

müəssisənin idarə edilməsində ifadə edilməmiş məqsəd •və vəzifələr – avtomatlaşdırılması planlaşdırılan bütün idarəetmə çevrələrinin maksimum formallaşdırılmasını həmçinin idarəetmənin ümumi və xüsusi məqsədlərinin ifadə edilməsini tələb edir;

müəssisənin iri strukturu və biznesin aparılması •texnologiyasının uzlaşmaması – avtomatlaşdırma prosesi ilə paralel olaraq yaxud proses başlamazdan öncə müəssisədəki strukturun tam və ya qismən yenidən təşkil edilməsini tələb edir;

komplektin, avadanlığın daşınmasında (çatdırılmasında) •bərpası mümkün olmayan ziyanın (sınmaların) və s. yaranması – sifarişin yerinə yetirilməsinin bütün mərhələlərinin buna cavabdeh olan hər bir işçi tərəfindən ciddi nəzarət edilməsini tələb edir. Arzuolunmaz nəticələrdən çəkinmək yaxud bu cür nəticələrin azaldılması üçün tələb olunduğu halda həmin işçilər sistemə idarəetmə təsiri yaratmalıdır;

müəssisə işçilərinin dəyişikliklərə qarşı çıxması – •müəssisə rəhbərliyinin personalla aydınlaşdırıcı işin aparılmasını və bütün səviyyələrə aid işçilərə idarəetmənin avtomatlaşdırılmış sisteminin tətbiq edilməsi faktının qaçılmaz olduğunu sərt şəkildə hiss etdirən təşkilati məsələlərin həll edilməsini; sistemin mənimsənilməsi üçün işçilərdə (məsələn, həvəsləndirmə formasında) inamın artırılmasını tələb edir;

Page 159: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

159

sifarişçinin layihədə az iştirak etməsi – • peşəkar layihələndirmə komandasının yaradılmasını tələb edir. Sistem administratorları və proqramçılardan başqa qrupa, həmçinin müəssisə rəhbərliyi üzvləri (direktor, maliyyə direktoru, baş mühasib və s.) və əsas struktur şöbələrin rəhbərləri daxil olmalıdır.

Konsultantlar, sifarişçi-müəssisə rəhbərlərinin diqqətinə çatdırmalıdır ki, avtomatlaşdırılmış idarəetmə sistemi işi asanlaşdırmır. Əksinə, kağız rəsmiyyətinin azaldılması sifarişlərin təşkili prosesini sürətləndirir, keyfiyyəti yüksəldir, rəqabətə davamlılığı və bütövlükdə müəssisənin gəlirliliyini artırır; bu isə öz növbəsində iş icraçılarının intizamlı, etibarlı və məsuliyyətli olmasını tələb edir. Bu səbəbdən yeni işçilərin cəlb edilməsi və ən əsası onlara rəhbərlik etməyin yeni metodları tələb oluna bilər.

Daxil olan məlumatların geniş nomenklaturası ilə xarakterizə edilən, müxtəlif müəssisə və təşkilatların avtomatlaşdırılması sistemi sənayesinin əsas xüsusiyyəti, mürəkkəbliyin, tələblər təhlilinin ilkin mərhələlərində toplanmasından və nisbətən az mürəkkəblik və növbəti mərhələlərin nisbətən yüngül olması ilə sistem xüsusiyyətlərinin layihələndirilməsindən ibarətdir. Məhz bu mərhələlərdə, irəli sürülmüş tələblərin yerinə yetirilməsi üçün sistemin nə edəcəyi və necə çalışacağı aydınlaşır. Təhlil və layihələndirmə mərhələlərində sistem tələblərinin qeyri dəqiqliyi və natamamlığına, həll edilməmiş məsələlər və nöqsanlara yol verilməsi növbəti mərhələlərdə çox mürəkkəb, bəzən həll edilməyən problemlərə və ümumilikdə işin uğursuz olmasına səbəb olur.

34.601-90 saylı QOST-a uyğun olaraq avtomatlaşdırılmış sistemin (AS) yaradılması dövrü və mərhələləri aşağıdakılardır:

AS-nə qarşı tələblərin formalaşdırılması. 1. Obyektin yoxlanılması və AS-nin yaradılması vacibliyinin 1.1.

əsaslandırılması.

Page 160: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

160

İstehlakçının AS-ə qarşı tələblərinin formalaşdırılması.1.2. Yerinə yetirilmiş işə dair hesabatın və AS-nin (taktiki-1.3.

texniki tapşırığın) tətbiqinə dair sifarişin tərtib edilməsi.AS-i konsepsiyasının tətbiq edilməsi.2. Obyektin öyrənilməsi.2.1. Lazımi tədqiqat işlərinin aparılması.2.2. AS konsepsiyası variantlarının tətbiqi və istifadəçilərin 2.3.

tələblərinə cavab verən variantın seçilməsi. 3. Texniki tapşırıq.AS-nin yaradılmasına dair texniki tapşırığın işləyib 3.1.

hazırlanması və təsdiq edilməsi.Eskiz layihəsi.4. Sistem və onun hissələrinə dair ilkin layihə qərarlarının 4.1.

işləyib hazırlanması.AS və onun hissələrinə dair sənədlərin hazırlanması.4.2. Texniki layihə.5. Sistem və onun hissələrinə dair layihə qərarlarının işləyib 5.1.

hazırlanması.AS və onun hissələrinə dair sənədlərin hazırlanması.5.2. AS komplekti və yaxud onların tətbiqinə dair texniki 5.3.

tələblərin (texniki tapşırıqların) təchizi üçün sənədlərin hazırlanması və rəsmiləşdirilməsi.

Avtomatlaşdırılan obyektin layihəsində sıx əlaqədə olan 5.4. hissələrdə layihələndirmə tapşırıqlarının təkmilləşdirilməsi.

İşlək sənədlər.6. Sistem və onun hissələrinə dair işlək sənədlərin 6.1.

təkmilləşdirilməsi.Proqramların təkmilləşdirilməsi və uyğunlaşdırılması.6.2. İşə salma.7. Avtomatlaşdırılan obyektin, AS-nin işə salınmasına 7.1.

hazırlaşdırılması.Personalın hazırlaşdırılması.7.2. AS-nin təchiz edilən məhsullarla komplektləşdirilməsi 7.3.

Page 161: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

161

(proqram və texniki vasitələr, proqram-texniki komplekslər, informasiya məhsulları).

Tikinti-montaj işləri.7.4. İşə salmanın nizamlanması işləri.7.5. İlkin sınaqların aparılması.7.6. Təcrübə istismarının aparılması.7.7. Qəbul sınaqlarının aparılması.7.8. AS-nin müşayiət edilməsi.8. İşlərin, zəmanət öhdəliklərinə uyğun olaraq yerinə 8.1.

yetirilməsi.Zəmanətdən sonrakı xidmət.8.2.

Qeyd etmək lazımdır ki, QOST bütün mərhələlərdə “Eskiz layihəsi” mərhələsini istisna etməyə, “Texniki layihə” və “İşlək sənədlər” mərhələlərinin “Texnoişlək layihə” sinə çevrilməyə imkan verir. AS xüsusiyyəti və onların yaradılması şərtlərindən asılı olaraq əvvəlki mərhələlərin yekunlaşmasına qədər ayrı ayrı iş mərhələlərinin, işin yerinə yetirildiyi vaxtda paralel mərhələlərin yerinə yetirilməsinə, yeni iş mərhələlərinin cəlb edilməsinə imkan verilir.

Vaxt və praktiki təcrübə KİS-in tətbiq edilməsi mərhələlərinin variantlarını təlqin edir, məsələn:

Müqavilənin imzalanması – 1. bir çox hallarda gələcək işin müvəffəqiyyətini (yaxud uğursuzluğunu) müəyyən edə biləcək çox vacib və məsuliyyətli mərhələdir.

Müəssisənin yoxlanılması –2. təşkilati-idarəetmə mexanizmi effektivliyinin, işin aparılması qaydalarının, biznes-proseslərin yerinə yetirilməsinin, qərarların qəbul edilməsi üçün istifadə edilən informasiyanın uçot sxeminin, yəni işin ümumi texnologiyasının qiymətləndirilməsi üçün məlumatın əldə edilməsi məqsədilə keçirilir.

Biznes modelinin layihələndirilməsi.3. Yoxlama mərhələsində müəssisədə aşkar edilmiş problemlər aradan qaldırıldıqdan sonra yaranmış formaya uyğun olan fəaliyyət

Page 162: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

162

modelinin tərtib edilməsi.Konsultasiyanın 4. ayrı bir mərhələ formasında qeyd

edildiyinə baxmayaraq, layihənin davam etdiyi müddətdə digər işlərlə yanaşı həyata keçirilir, məsələn idarəetmə uçotunun və digər uçot növlərinin təşkili, vergi qoymanın minimuma endirilməsi, hüquqi normaları və s. məsələlərə dair konsultasiyaların keçirilməsi.

Avtomatlaşdırılmış sistemin biznes modeli üstündə 5. qurulması - yaranmış biznes modelinə əsaslanaraq inteqrasiya sisteminin xüsusi uyğunlaşma əhəmiyyətini itirir. İş əksər hallarda konsultant tərəfindən yerinə yetirilir. Həmin vaxt sifarişçi yaradılmış biznes modelinə müvafiq olaraq idarəetmənin yenidən təşkilini həyata keçirilə bilər.

Texnoloji tətbiq etmə -6. müəssisədə vacib avadanlıqların və müvafiq proqramların quraşdırılmasını nəzərdə tutur. İri layihələr üçün mərhələlər (bir neçə mərhələ ilə)ardıcıl olaraq yerinə yetirilə bilər. Eyni zamanda istifadəçilər yeni sistemin istifadə qaydası ilə təlimatlandırılır həmçinin onlara, göstərdiyi nəticəyə görə sistemin quraşdırılmasında müəyyən dəyişikliklərin daxil edilməsinə imkan verən sınaq istismarı nümayiş etdirilir. Bu mərhələ, sistemin planlaşdırılmış istismara buraxılması və müvafiq sənədlərin rəsmiləşdirilməsi ilə yekunlaşır.

Müşayiət və inkişaf.7. Müqavilənin şərtlərindən asılı olaraq konsultasiyalar, proqram modullarının yeniləşmiş versiyaları ilə təchizetmə, tələb olunduğu halda yeni funksional modulların tətbiqi və s. işlər aparıla bilər.

İnteqrasiya sisteminə uyğunlaşan müxtəlif təchizatçıların həyata keçirdiyi mərhələlərin adları və həmin mərhələlərin iş tərkibi yuxarıda sadalanmış mərhələlərdən fərqlənə bilər, lakin bu KİS-in layihələndirilməsi üzrə aparılan işlərin məğzini dəyişmir.

Müasir müəssisə fəaliyyətinin təkmilləşdirilməsi texnologiyası kimi, kompleks avtomatlaşdırma işlərində yerli konsultantların

Page 163: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

163

iştirak etməsi aşağıdakı əsas səbəblərlə izah edilir:müasir Rusiya müəssisələrinin təşkilati və maliyyə •

sərbəstliyinin artırılması;müəssisənin, müştərinin xarici bazara çıxarılması;•qərb şirkətlərinin, öz məhsullarını Rusiyada istehsal •

etməyə səy göstərməsi;“ada(i)” avtomatlaşdırma dövrünün sona çatması;•müəssisələrin, biznes-proseslərə - yəni müştəri üçün •

əhəmiyyətli olan fəaliyyətə artma qaydası ilə istiqamətlənməsi;bazarda həm xarici həm də yerli avtomatlaşdırma •

sisteminin, onların tətbiq edilməsi təcrübəsinin və s. yaranması.

Page 164: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

164

MÖVZU 15.

REİNJİNİRİQ: MÜƏSSİSƏNİN BİZNES-PROSESLƏRİNİN YENİDƏN TƏŞKİLİ KONSALTİNQ TEXNOLOGİYASI

Reinjinirinq nəzəriyyəçiləri - M.Xammer və Dj.Çampinin təklif etdiyi tərifə uyğun olaraq, reinjinirinq – şirkətin; qiymət, keyfiyyət, xidmət tempi kimi həlledici müasir fəaliyyət göstəricilərində qəfil, sıçrayışlı təkmilləşməyə nail olmaq üçün biznes proseslərin fundamental şəkildə yenidən mənalandırma və radikal şəkildə yenidən layihəyə alınmasıdır.

Xarici göstəricilərə görə, yaxın keçmişə qədər konsaltinq müqavilələrinin 70-80%-ni reinjinirinqin aparılmasına dair müqavilələr təşkil edirdi.

Reinjinirinq obyekti kimi, şirkət deyil, proseslər çıxış edir. Şirkət istehsal, yaxud satış şöbələrinin reinjinirinqini deyil, bütövlükdə həmin şöbələrdə işçilər tərəfindən yerinə yetirilən işin reinjinirinqini aparır.

Biznes-proseslərin reinjinirinqi zamanı diqqəti cəlb edən kiçik dəyişikliklər deyil, istehsal göstəricilərinin qəfil artmasıdır.

Müəssisədə aparılan reinjinirinq, müxtəlif metodiki və proqram təminatı tətbiq etməklə, onun hərtərəfli yoxlanılmasının vacibliyini qabaqcadan müəyyən edir. Əldə edilmiş nəticələrin etibarlılığı , təhlilin aparılması vacibliyi və yeni biznes proseslərin hazırlanması birbaşa olaraq istifadə edilən instrumentaridən asılıdır.

Reinjinirinq prosesinin məqsədi – müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün yeni texniki nailiyyətləri (məsələn, müasir informasiya texnologiyaları) tətbiq etməklə mövcud olan biznesin yeni rekonstruksiya edilməsi üsullarının axtarılmasıdır.

Araşdırmalar göstərir ki, ən az üç şirkət növü mövcuddur ki,

Page 165: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

165

orada reinjinirinqin aparılması məqsədəuyğun hesab edilir:rəqib şirkətlərlə müqayisədə məhsullarının qiymətinin •

çox baha olması, yaxud məhsul (xidmət) qiymətinin nəzərə çarpacaq dərəcədə aşağı olması ilə əlaqədar olaraq iflasa uğramaq astanasında olan şirkətlər;

yeni rəqiblərin meydana gəlməsi, müştərilərin tələblərinin •dəyişməsi, iqtisadi mühitin dəyişməsi və s. faktorlarla əlaqədar olaraq çətin həll ediləcək problemlərin yarandığının qaçılmaz olması rəhbərlik tərəfindən qabaqcadan təyin edilmiş şirkətlər;

mövcud (yaxşı) vəziyyətə qane olmayan və aqressiv •siyasət aparan, reinjinirinq vasitəsilə də daha yaxşı duruma nail olmaq arzusunda olan lider-şirkətlər.

Reinjinirinqin əsas məğzi – əvvəlki inkişafı nəzərə almadan yeni, daha effektiv biznes-proseslərin yaradılmasından ibarətdir. Bu o deməkdir ki, biznes-proseslər bir funksiya çərçivəsində də həyata keçirilə bilər, əsası isə odur ki – onlar bütün funksiyaları makrotəşkilat səviyyəsində birləşdirir.

Biznes-proses – bir, yaxud bir neçə girişlə başlayan və müştəri üçün tələb olunan məhsulun istehsalınadək, fəaliyyətin çoxlu daxili addımlarıdır (növləridir). Biznes-prosesi - işlərin (funksiya, yaxud əməliyyatların) fasiləsiz yerinə yetirilməsi, məntiqi qarşılıqlı əlaqəsi, tələbatın olması ilə xarakterizə edilir. Biznes proses dedikdə, mütəxəssislər qiymət, davamlılıq, çıxış, keyfiyyət və müştərinin məmnun edilməsi dərəcəsi kimi dəqiq xüsusiyyətləri qəbul edir. Biznes proseslərin reinjinirinq vasitəsilə dəyişməsi şək. 9 izah edilir.

Mümkün olan təkmilləşdirmə üsullarının təhlili vasitəsilə necə var (mövcuddur) modeli ilə əks olunan mövcud situasiya necə olacaq modeli ilə əks olunan arzu edilən vəziyyətə keçir. Necə var vəziyyətindən necə olacaq vəziyyətinə dəyişmə prosesi bir çox addımların yerinə yetirilməsi ilə baş verir, çünki birdəfəlik dəyişmə vasitəsilə bütün nüansları qabaqcadan müəyyən etmək mümkün deyil.

Page 166: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

166

Reinjinirinq zamanı risk dərəcəsi çox yüksəkdir, yəni biznes proseslərin yenidən layihələndirildiyi zaman müəssisə öz resurslarının bir hissəsini itirilməsi, gəlirin tam şəkildə əldə edilməməsi, yaxud əlavə xərclərin yaranması təhlükəsi ilə rastlaşır.

Şək.9 Müəssisənin biznes-prosesinin reinjinirinqi

Reinjinirinq aparıldığı zaman riskin yüksək dərəcəsi obyektiv və subyektiv faktorların şərtləndirilir. Tədqiqatçılar hesab edir ki, obyektiv faktorlara- istehsalın marketinq nöqteyi-nəzərdən idarə edilməsinin əsas prinsiplərini öyrənmədən reinjirinqin tətbiq edilməsi cəhdləri aiddir, analoji faktor kimi, XIX və XX əsrin metodlarını öyrənib və təcrübədən keçirmədən dərhal XVIII əsr texnologiyalarından XXI əsr texnologiyalarına keçid alma və tətbiq etməni göstərmək olar. Subyektiv faktorlar arasında isə tədqiqatçılar bunları qeyd edir: biznes-proseslərin təqdim edilməsinin formallaşdırılması dərəcəsi; reinjinirinq tədbirlərini həyata keçirən işçilərin fəaliyyəti; layihə maliyyələşdirilməsinin azaldılmış həcmi; transformasiyada müəssisənin kifayət etməyən potensialı.

Reinjinirinqin uğurla nəticələnməsi faktorlarına bunları aid etmək olar:

Page 167: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

167

rəhbərliyin yüksək dərəcədə əsaslandırılması. • Rəhbərlik əmin olmalıdır ki, reinjinirinq əhəmiyyətli nəticə verəcək, lakin bu nəticə müəssisənin bəzi strukturlarına əhəmiyyətli dərəcədə toxunacaq; uğur əldə etmək ehtimalı, reinjinirinq məqsədlərini və gözlənilən nəticələri real qiymətləndirən, onun reallaşdırılması üçün tələb edilən vaxt, güc və maliyyə haqqında anlayışı olan şirkətlərdir;

reinjinirinq layihəsinə rəhbərlik edən şəxsin nüfuzlu və •məsuliyyətli olması;

reinjinirinq layihəsini həyata keçirən və onun yerinə •yetirilməsinə nəzarət edən komandada səlahiyyətləndirilmiş işçilərin iştirakı;

bütün işçilərə yeni məqsədlərin açıqlanması (vision);•reinjinirinq layihəsinin • ayrıca büdcəyə malik olması,

xüsusilə də informasiya texnologiyalarının intensiv istifadə edildiyi halda. Bəzən səhvən hesab edirlər ki, reinjinirinqi özünü məlumatlandırma vasitəsilə aparmaq mümkündür;

müəssisənin dəyişdirilməsi işinin prioritet məqsədlər •üzərində cəmləşdirilməsi, resursların məhz bu məqsədlərə yönləndirilməsi;

rekonstruksiya edilən biznes sahəsini, onun dəyişdirilməsi •üsulu bilən şəxslərdən ibarət komanda üzvlərinin dəqiq müəyyən edilmiş rolu və öhdəlikləri;

gözə çarpan (konkret) nəticələr;•metodika və instrumental vasitələr formasında təqdim •

olunan texnoloji dəstək. Biznes injinirinqi adətən yeni biznesin dəstəklənməsi üçün informasiya sisteminin qurulmasını daxil edir;

ekspert dəstəyi. • Ekspertlər (konsultantlar) reinjinirinqi ilk dəfə yerinə yetirən icraçılara əhəmiyyətli dəstək göstərə bilər, lakin konsultantlar icraçı rolunu deyil, köməklik rolu yerinə yetirir və müəssisənin ştatına daxil olmamalıdır;

risk.• SAS İsveç aviaşirkətinin sabiq prezidenti

Page 168: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

168

Dj.Karlsonun təsdiq etdiyi kimi “tullanmaq üçün cəsarətli olmaq lazımdır”.

Təbii ki, sadalanan faktorlardan bəzilərini tez bir zamanda yaratmaq mümkün deyil və bu səbəbdən onların reallaşdırılmasına qabaqcadan başlamaq lazımdır.

Hər bir müəssisədə belə demək mümkündürsə “resurs” – şirkətin biznes-proseslərinin tətbiqi və müşayiət edilməsinə cavabdeh olan, biznesin (biznes-proseslərin) tətbiqi üzrə qrup qeyd etmək mümkündür. Biznesin tətbiqi üzrə qrup – həm biznesin təkmilləşdirilməsi, həm də reinjinirinqlə məşğul olan komandadır. Kiçik müəssisələrdə bu qrup aşkar şəkildə görsənməyə, idarə aparatına daxil ola bilər. Bu qrup girişdə yeni məqsədlərə, çıxışda isə - dəyişmiş şirkətə malik olur.

Reinjinirinq layihəsi adətən aşağıdakı 4 mərhələləri əhatə edir.

Birinci mərhələ. Gələcək şirkət obrazının hazırlanması (vizuallaşdırma). Layihəyə, nəyinsə nə səbəbdən dəyişdirilməli olduğunu və çatılacaq məqsədləri müəyyən edən direktivi (tapşırığı) cavablandırmaqla start verilir. Həmin direktiv yeni şirkətin biznes sxemini yaradan, “gələcəyin obrazı” (vizuallaşdırma) adlandırılan prosesini işə salır. Bunun üçün şirkətin strategiyasını və aktual situasiyanı bilmək, dəyişəcək mahiyyətlərin üzərində fikrin cəmləşdirilməsi üçün şirkətin yenidən baxılan fəaliyyət komponentlərini dərk etmək lazımdır.

Yeni şirkətin tətbiqi – biznesə hər hansı bir risk olmadan radikal dəyişikliklərin daxil edilməsinə imkan verən, yeni biznesin birbaşa injinirinqidir. Bu mərhələnin nəticəsi – şirkətin strategiyasına, müştərilərin tələbatına, oxşar sahədə fəaliyyət göstərən, rəqib olmayan və mövcud durumu haqqında vacib məlumatları təqdim etməyə hazır olan hər hansı bir aparıcı şirkətin təhlili əsasında biznesin ümumi səviyyəsinə əsaslanan gələcək şirkətin əsas məqsədlərinin spesifikasiyasıdır (gələcək biznesə dair qısa şəkildə ifadə edilmiş nəzər).

Page 169: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

169

İkinci mərhələ. Mövcud şirkətin modelinin yaradılması (əks yaxud keçmişə çevrilmiş injinirinq). Bu mərhələdə menecerlər informasiya sistemlərini işləyib hazırlamış işçilərlə birgə mövcud olan şirkətin ətraflı təsvirini hazırlamalı, onun əsas biznes-proseslərini eyniləşdirməli və sənədləşdirməli, onların effektivliyini qiymətləndirməlidir və bunun əsasında mövcud olan biznesin modeli yaradılır. Yeni biznesin injinirinqi üzrə iş – yenidən layihələndirilmiş şirkətin modelini yaratmaq məqsədilə bir, yaxud daha artıq proseslərin yaradılmasını, onların layihələndirilməsini, köməkçi informasiya sisteminin və s. yaradılmasını nəzərdə tutur. Bununla belə ilk məlumatlar qismində şirkətin məqsədlərinin spesifikasiyası tətbiq edilir. Bu mərhələdən həlledici dərəcədə bütün reinjinirinq layihəsinin uğuru asılıdır.

Üçüncü mərhələ. Yeni biznesin hazırlanması (birbaşa reinjinirinq) üç məsələnin həll edilməsini nəzərdə tutur:

daha effektiv iş prosedurlarının (biznes-proseslərin 1) yaradıldığı elementar məsələlərin) yaradılmasını, informasiya texnologiyalarının tətbiqi üsullarının müəyyən edilməsini, personalın işində vacib dəyişikliklərin eyniləşdirilməsini daxil edən biznes-proseslərin yenidən layihələndirilməsi;

müxtəlif növ işlərin layihələndirilməsi, əsaslandırma 2) sisteminin hazırlanması, işlərin yerinə yetirilməsi üzrə komandaların və keyfiyyətin dəstəklənməsi qrupunun təşkil edilməsi, mütəxəssislərin hazırlaşdırılması proqramının tərtib edilməsi üçün şirkətin biznes-proseslərinin əmək resursları səviyyəsində tətbiq edilməsi;

dəstəkləyici informasiya sistemlərinin tətbiqi nəticəsində 3) mövcud resurslar müəyyən edilir (avadanlıq, proqram təminatı) və şirkətin ixtisaslaşdırılmış informasiya sistemi (sistemləri) reallaşır.

Dördüncü mərhələ. Yenidən layihələndirilmiş proseslərin tətbiqi. Bu mərhələdə yenidən layihələndirilmiş şirkət tez bir

Page 170: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

170

zamanda və məhdud şəkildə real müəssisədə tətbiq edilməlidir. Burada tətbiq edilmiş proseslərin və dəstəkləyici informasiya sisteminin inteqrasiyası və testdən keçirilməsi, işçilərin təlimatlandırılması, informasiya sistemin quraşdırılması, yeni şirkətin işinə keçid alınması icra edilir.

Təsvir edilmiş mərhələlər ardıcıl olaraq deyil, hissə-hissə və paralel şəkildə, bəzən də təkrar olunaraq yerinə yetirilir.

Reinjinirinq layihəsinin idarə edilməsi aşağıdakı mərhələləri nəzərdə tutur:

ilkin tədqiq etmə - • layihələndirmə məqsədinin təşkili, layihənin texniki və iqtisadi mümkünlüyünü təmin edən məqsəd, tələbat və ideyaların qiymətləndirilməsidir;

planlama – • layihə üzrə işlərin təşkili və planlaşdırılması (o cümlədən yerinə yetirilmə müddətini və tələb olunan resursları göstərməklə ətraflı planların tərtib edilməsi);

yerinə yetirmə -• layihənin tərtib olunmuş plana müvafiq olaraq reallaşdırılması;

tamamlama –• layihənin və onun yerinə yetirilməsi metodlarının təkmilləşdirilməsinə istiqamətlənmiş təkliflərin yekunlaşdırılması.

Bununla belə məqsədlərin spesifikasiyası müəssisə rəhbərliyinə aydın olmalı və eyni zamanda işi yerinə yetirənlər üçün kifayət qədər dolğun və dəqiq tapşırıqlarla əks olunmalıdır.

İşin gedişatında məqsədlərin spesifikasiyasının dəyişdirilməsi üçün üç ciddi səbəb var:

məqsədləri heç vaxt tamamilə aydın ifadə etmək mümkün •olmur və bu səbəbdən konkret işin yerinə yetirildiyi zaman onlar davamlı şəkildə dəqiqləşdirilir;

layihə icraçıları bütün məqsədlərə nail olmaq üçün •vaxt azlığını, yaxud mövcud resursların kifayət etmədiyini aşkar edir və buna görə onlar bəzi məqsədlərdən imtina etmək məcburiyyətində qalır;

layihə üzərində aparılan işin əvvəlində planlaşdırılmış •

Page 171: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

171

bəzi məqsədlərin, qeyri real olduğu aşkar edilir və onlara nail olmaq mümkün olmur.

Köhnə məqsədlərin dəyişdirilməsi, yaxud ləğv edilməsi və ya yeni məqsədlərin əlavə edilməsi nəticəsində layihənin dəyəri və onun yerinə yetirilməsi müddəti qaçılmaz şəkildə artır. Lakin reinjinirinq üzrə Rusiya mütəxəssislərinin təcrübəsinə onu göstərir ki, məqsədlərin dəyişdirilməsi mümkün qədər tez, işin yerinə yetirildiyi ilk dövrlərə təsadüf etməlidir.

İnstrumental vasitələrin (İV) düzgün seçimi vacibliyi aşağıdakılarla şərtləndirilir:

bir çox İV-i reinjinirinqin yalnız ayrı-ayrı mərhələlərini •(RPB) avtomatlaşdırır bu da uğursuzluq riskini və RPB-nin aparılması vaxtını artırır;

İV-in əksəriyyəti proqramçılara tanışdır və menecerlərin •bilavasitə iştirakını nəzərdə tutmur, bu da modellərin adekvat olmaması və RBP-nin aparıldığı zaman düzəldilə bilməyən səhvlərlə nəticələnir;

konkret şirkətin fəaliyyətini adekvat şəkildə təsvir edə •biləcək hər bir İV-lər təsirli imkanlara malik deyil. Məsələn, praktiki olaraq bütün CASE-vasitələr proseslərin dinamikasını (vacib olduğu halda) modelləşdirməyə və təsvir etməyə imkan verəcək təsirli imkanlara malik deyil.

RBP-nin aparılması üçün tətbiq edilən müasir instrumental vasitələri beş kateqoriyaya bölmək olar:

reinjinirinqin birinji və ola bilsin ikinci fazasının 1) avtomatlaşdırılması üçün nəzərdə tutulmuş diaqram və aşağı səviyyəli instrumentarinin yaradılması vasitələri (Micrografix: ABC Flowcharted; Scitor; Process Charter; High Perfomance Systems: iThink) ucuz vasitələrdir (300 $-dan 1000 $-dək). Əksər hallarda şirkətin məqsəd və perspektivlərinin təsviri üçün tətbiq edilir. Əlavələrin sürətli tətbiqi vasitələri ilə əlaqələndirilmir; bəzən çox aşağı səviyyədə təqlidi modelləşdirmə elementlərini daxil edir;

Page 172: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

172

iş axınının təsviri vasitələri2) (Action Technologies: Action Workflow Analyzer; Viewstar: Process Architect) layihələr üzərində iş planlarını layihələndirməyə imkan verir; istifadədə çox sadədir lakin əldə edilmiş planların təhlili vasitələri zəifdir. Qiyməti isə 1000 dollar civarındadır.;

təqlidi modelləşdirmə vasitələri 3) (CASİ: Modsim; Systems Modeling: Arena; ProModel: ProModel; Gensym: ReThink) kifayət qədər bahalı vasitələrdir (10 000 $-dan 50 000 $-dək). Təqlidi modelləşdirmənin qrafik üsullar vasitəsilə, ixtisaslaşdırılmış proqram və dillər kitabxanaları vasitəsilə aparılması təklif edilir; iri şirkətlərdə yaxud bir neçə müəssisə səviyyəsində mürəkkəb layihələrin həyata keçirilməsi üçün tətbiq edilir;

4) CASE-vasitələr, obyektiv yönəldilmiş instrumentari və əlavələrin sürətli tətbiqi vasitələri (Ptech: Framework; Oracle: Designer 2000; Popkin: Systems Architect). CASE-vasitələr və obyektiv yönəldilmiş vasitələr RBP-də istifadə edilməsi üçün öz instrumentarilərinə əlavələr təklif edir. Həmin instrumentarilər müstəsna olaraq informasiya sistemi istifadəçilərinə yönəlmişdir;

RBP-nin aparılmasında əsas mərhələləri avtomatlaşdıran 5) inteqrasiya edilmiş çoxfunksiyalı vasitələrin (Coopers & Lybrand: SPARKS; Meta Software : Workflow analyzer; Protosoft Inc.:Paradigm; Interfacing Technologies: FirstStep; Texas Instruments Inc.: BDF; Gensym: ReThink +G2) dəyəri 10 000$-dan 50 000$-dəkdir. Təchizatçı firmalar metodoloji dəstək, instrumentariyə çox istifadəçili girişin təşkilini, əlavələrin sürətli tətbiqi vasitələrinin birləşdirilməsini və hətta təqlidi modelləşdirmə və animasiya imkanlarını təklif edir. Həmin vasitələrin tətbiq edilməsi xüsusi hazırlıq tələb edir, lakin onlardan bəziləri (məsələn, ReThink) informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərin vasitəçiliyi olmadan biznesmenlərə istiqamətləndirilir.

Page 173: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

173

Reinjinirinq yeni düşünmə üsulunu – yəni şirkət strukturuna fəaliyyət kimi baxılmasını nəzərdə tutur. Şirkət - mühəndislik prinsiplərinə uyğun olaraq qurulacaq, yaxud yenidən layihələndiriləcək forma hesab edilir. Şirkətin layihələndirilməsində müasir injinirinq prinsipini tətbiq edərək rəqabət mübarizəsində effektiv iştirak etməyin mümkün olması fikri yenilik hesab edilir. Yuxarıda qeyd edildiyi kimi reinjinirinqin aparıldığı zaman risk çox yüksəkdir, lakin yeni mülahizə üsullarını tətbiq edərək əldə ediləcək müsbət dəyişikliklər əsas faktordur.

Biznes-proseslərin reinjinirinq texnologiyasını demək olar ki, dünyanın bütün aparıcı şirkətləri əldə etmişdir. “Ernst and Young” konsaltinq firmasının məlumatına əsasən, xüsusilə Şimali Amerikanın iri bankları son illər ərzində öz şöbələrinin reinjinirinqinə 3 milyarda yaxın vəsait xərcləmişdir. ABŞ hökuməti son dövrlərdə 200-dən çox reinjinirinq layihəsinə start vermişdir.

Page 174: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

174

MÖVZU 16.

BİZNES-İNFORMASİYANIN MÜDAFİƏSİ SAHƏSİNDƏ KONSALTİNQ

Ayrı-ayrı fərdlər, cəmiyyət və dövlət üçün artan təhlükəni müasir informasiya-telekommunikasiya texnologiyalarına əsaslanan yeni sosial təhlükəli cinayətlər sinfi təşkil edir. Kompyuter cinayətin ən çox ümid verən inkişaf vasitəsinə çevrilir. Belə ki, ABŞ-da proqram vasitələrindən istifadə etməklə hər 20 saniyədə cinayət işi baş verir və FBR tərəfindən araşdırılan həmin cinayətlərin 80% internet şəbəkəsi vasitəsilə baş verir.

2005-ci ildə informasiyanın müdafiəsi problemlərinə həsr edilmiş kibercinayətkarlıq məsələlərinə dair Londonda keçirilən Konqresdə Rusiyanın DİN-in nümayəndələri çıxış etmişdir. Onlar, dünyada ən yaxşı kompyuter yaranların (xakerlər) Rusiyada yaşadıqları etiraf etmək məcburiyyətində qaldılar.

“Cnews”un məlumatına əsasən, DİN-in “K” idarəsinin rəhbəri milis general-leytenantı B.Miroşnikov bəyan etmişdir ki, müasir xakerlər bir biri ilə fəal əməkdaşlıq edir. O, internet-cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə beynəlxalq qanunların yaradılmasını təklif etmiş və bunun son dərəcə mühüm olduğunu qeyd etmişdir. Belə ki statistik göstəricilərə görə, 2001-ci ildən etibarən kompyuter cinayətkarlığının sayı ildən ilə iki dəfə artır. 2000-ci ildə RF Cinayət Məcəlləsinin 273-cü maddəsinə görə (“EVM üçün zərərli proqramların yaradılması və tətbiqi”) 170 cinayət işi qaldırılmışdırsa, 2005-ci ilin sonunda bu rəqəm 1000-ə çatmışdır, istifadəçilər üçün təhlükəli proqramın sayı isə artıq yüz minlərlədir.

Kompyuter və periferiya avadanlıqlarından informasiyanın ucuz müasir üsullarla çıxarıldığına görə vəziyyət daha da ağırlaşır. İnformasiyanın qeyri leqal çıxarılması üsullarının Rusiyada geniş yayılması ilə əlaqədar olaraq əsas məlumatlar

Page 175: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

175

nəyinki kəşfiyyat xidmətinin, həm də müxtəlif terrorçu və cinayətkarların qurbanına çevrilə bilər. Konsultasiya xidməti göstərilən müəssisəyə aid məlumatların mühafizə edilməsi prosesində konsultantın fəaliyyət sahəsinə obyektlərin, sistemlərin, proseslərin və predmetlərin (mövzuların) tədqiqi daxil edilə bilər. Burada onun fəaliyyətində iki istiqamət ayırd etmək olar:

tədqiqatın informasiya prosedurlarının müşayiət edildiyi 1) zaman təhlükəsizliyin təminatı; bu informasiya təhlükəsizliyinin klassik üsul və metodlarıdır;

obyekt, sistem və proseslərin davamlı və təhlükəsiz 2) inkişafına istiqamətlənmiş üsul və metodların təkmilləşdirilməsi; sürətlə dəyişən dünyada baş verən proses və hadisələrə tam uyğun gələn təhlükələrin müasir cavablarını bu istiqamətə aid etmək olar.

İnformasiya təhlükəsizliyinin təminatı – informasiya münasibətlərində çıxış edən subyektlərin qanuni hüquq və maraqlarının təmin edilməsi zəmanətidir.

İnformasiya münasibətləri dedikdə - istehsal-təsərrüfat və iqtisadi məsələlərin yerinə yetirildiyi zaman istehsal-təsərrüfat subyektləri arasında yaranan: informasiyanın alınması, qorunması, təkmilləşdirilməsi, paylaşdırılması və tətbiq edilməsi ilə bağlı münasibətlər nəzərdə tutulur.

İnformasiya münasibətləri subyektləri: dövlət müəssisələri; ictimai, yaxud kommersiya təşkilatları (birliyi) və müəssisələri (hüquqi şəxslər); ayrı-ayrı vətəndaşlardır (fiziki şəxslər).

Müəyyən informasiya ilə bağlı müxtəlif subyektlər: informasiya mənbəyi (təchizatçısı); informasiya istifadəçiləri; informasiya sahibləri; haqqında informasiyanın toplanıldığı fiziki və hüquqi şəxslər; informasiyanın toplanılması və təkmilləşdirilməsi sistemlərinin sahibləri və informasiyanın ötürülməsi proseslərinin iştirakçıları və s. qismində çıxış edə bilər.

Page 176: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

176

İnformasiya münasibətləri subyektləri bəzi konkret sahələrin idarə edilməsi üzrə öz fəaliyyətini aşağıdakılar təmin edildiyi halda uğurla həyata keçirə bilər:

vacib məlumata vaxtında (münasib müddət ərzində) yol •tapma;

bütün məlumatın, yaxud onun müəyyən hissəsinin məxfi •saxlanılması;

informasiyanın etibarlılığı, dolğunluğu, dəqiqliyi, •adekvatlığı və bütövlüyü;

yanlış, şübhəli, təhrif edilmiş informasiyaya, yəni •dezinformasiyaya yol verilməməsi;

informasiyanın qeyri qanuni tirajlanmasından (müəllif •hüquqlarının, informasiya sahiblərinin hüquqlarının müdafiəsi və s.) müdafiə edilmə;

informasiya münasibətlərində digər subyektlərin •qanuni hüquqlarının və informasiya ilə təyin edilmiş davranma qaydalarının dürüst müəyyən edilməsi;

informasiyanın təkmilləşdirilməsi və ötürülməsi •proseslərinin nəzarəti və idarə edilməsi.

Yuxarıda sadalanmış ən az bir tələbin təmin edilməsi marağında olan informasiya münasibətlərinin subyekti zəifləmiş olur, yəni potensial olaraq ya onun üçün çox ağır olan informasiya və onun daşıyıcısına təsir etməklə, ya da belə informasiyanı qanunsuz istifadə etməklə (birbaşa, yaxud dolayı yolla, maddi yaxud mənəvi) ziyana məruz qalır. Buna görə informasiya münasibətlərinin bütün subyektləri öz informasiya təhlükəsizliyinin təmin edilməsi marağındadır (təbii ki, onlara vurula biləcək ziyanın həcmindən asılı olaraq).

Əhəmiyyətlilik səviyyəsinə görə informasiya aşağıda göstərilmiş qaydada bölünür:

həyati əhəmiyyət kəsb edən – • müəssisənin fəaliyyət göstərməsi üçün mövcudluğu vacib olan əvəzolunmaz informasiya;

Page 177: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

177

əhəmiyyətli - • əvəzolunan və bərpa edilə bilən informasiyadır, lakin bərpa prosesi çox mürəkkəbdir və böyük xərc tələb edir;

faydalı – • çətinliklə bərpa edilən informasiyadır, amma müəssisə həmin informasiya olmadan da fəaliyyət göstərə bilər;

əhəmiyyətsiz –• müəssisəyə daha gərək olmayan informasiyadır.

Subyektlərin qanuni hüquqlarının və yuxarıda sadalanmış maraqlarının təmin edilməsi üçün (onların informasiya təhlükəsizliyinin təmin edilməsi) aşağıdakı informasiya xüsusiyyətinin və onun hazırlanması sisteminin daim qorunub saxlanılması vacibdir:

informasiyanın əlçatan olması – subyektləri maraqlandıran •məlumatların vaxtında əldə edilməsini və subyektlər tərəfindən daxil olmuş sorğuların avtomatlaşdırılmış müvafiq xidmətlər vasitəsilə yerinə yetirilməsini təmin etməklə xarakterizə edilən, informasiyanın dövr etdiyi sistemin (mühitin, hazırlanması üsulları və texnologiyalarının) xüsusiyyətidir;

informasiyanın bütövlüyü – informasiyanın təhrif •edilməmiş formada olması ilə əks olunan xüsusiyyətdir. Daha dəqiq desək, subyekti daha geniş xüsusiyyətin təmin edilməsi maraqlandırır – konkret sahədə vəziyyətin əks olunmasının adekvatlığından yaranan informasiyanın etibarlılığı və bütövlüyü, yəni onun dəyişdirilməməsi;

informasiyanın məxfiliyi – həmin informasiyanı əldə •edə biləcək subyekt dairəsinin məhdudlaşdırılmasını qeyd edən və həmin informasiyanı əldə edə bilməyən subyektlərdən məxfi saxlanılmasını təmin edən, onun subyektiv şəkildə müəyyən edilən xüsusiyyətidir. İnformasiyanın əldə edilməsini məhdudlaşdıran obyektiv şərt isə bəzi subyektlər üçün qanuni maraqların digərləri üçün isə informasiya münasibətlərinin qorunması vacibliyidir.

İnformasiyanın mühafizəsi məqsədi – informasiyanın

Page 178: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

178

təhlükəsizliyinə təsir edən amillərə əks təsirin göstərilməsindən ibarətdir.

İnformasiyanın təhlükəsizliyinə təsir edən amillər – qorunub saxlanan, ötürülən, hazırlanan məlumat, həmçinin proqram və aparat vasitələri daxil olmaqla informasiyanın məhv edilməsi, təhrif edilməsi, yaxud informasiya resurslarının (yəni informasiyanın sızması, modifikasiya edilməsi) icazəsiz tətbiq edilməsi ilə nəticələnən hərəkət və ya hadisələrdir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün informasiya münasibətlərində bir biri ilə bağlı bütün komponentlərin (yəni informasiya münasibətlərinin subyektləri tərəfindən tətbiq edilən informasiya texnologiyalarının komponentləri və avtomatlaşdırılmış sistemlərin) qorunması vacib hesab edilir: texniki vasitələr, proqram vasitələri, informasiya, personal.

Bu məqsədlə müəssisələrdə müəyyən obyektlərdə müdafiə sistemi yaradılır.

Mühafizə sistemi – hüquqi və inzibati tədbirlər, təşkilati tədbirlər, fiziki və texniki (proqram-aparat) mühafizə vasitələri, həmçinin informasiyanın, informasiya texnologiyalarının və ümumilikdə avtomatlaşdırılmış sistemin təhlükəsizliyini təmin edən xüsusi personal məcmusudur.

Effektiv mühafizə sisteminin yaradılması üçün konsultant bunları etməlidir:

müəssisədə informasiya təhlükəsizliyinə təsir edən •amilləri müəyyən etməli;

informasiyanı sızdıran və mühafizə edilən məlumatların •icazəsiz əldə edilməsinə şərait yaradan kanalları aşkar etməli;

potensial nizam-intizam pozanların modelini qurmalı;•müvafiq ölçü, metod, mexanizm və mühafizə vasitələrini •

seçməli;paralel olaraq avtomatlaşdırılmış sistem və •

texnologiyalarının layihələndirilməsi ilə yanaşı qapalı, kompleks, effektiv mühafizə sistemini yaratmalıdır.

Page 179: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

179

İnformasiyanın mühafizə edilməsi sisteminin yaradılması bir birini tamamlayan iki məqsəddən ibarətdir:

informasiyanın mühafizə edilməsi sisteminin yaradılması 1) (sintezi);

informasiyanın mühafizəsi sisteminə qarşı kompleks 2) tələblərin təmin edilib edilməməsini müəyyən etmək məqsədilə hazırlanmış sisteminin texniki xüsusiyyətlərinin təhlili əsasında qiymətləndirilməsi. Hazırda belə məsələlər müstəsna olaraq ekspertlər vasitəsilə informasiya mühafizəsinin və informasiya mühafizəsi sisteminin tətbiqi zamanı sertifikatlaşdırma və attestasiya edilməsi ilə həll edilir.

İnformasiyanın mühafizəsi mexanizminin əsasını aşağıdakı metodlar təşkil edir:

maneə - 1) mühafizə edilən informasiyaya yol tapması üçün cinayətkarın hərəkətinə fiziki maneənin göstərilməsi;

informasiyaya daxil olmanın idarə edilməsi – 2) kompyuter informasiya sisteminin (məlumat bazalarının elementlərin, proqram və texniki vasitələrin) bütün resurslarının istifadəsinin tənzimlənməsi ilə informasiyanın mühafizə edilməsi metodu. İnformasiyaya daxil olmanın idarə edilməsi aşağıdakı mühafizə funksiyalarını daxil edir:

sistem istifadəçilərinin, personalın və resurslarının •eyniləşdirilməsi (hər layihəyə fərdi identifikatorun verilməsi);

obyekt, yaxud subyektin onlara təqdim edilmiş •identifikatora əsasən tanınması (orijinallığın müəyyən edilməsi);

səlahiyyətlərin yoxlanılması, yəni tələb edilən resursların •və müəyyən edilmiş reqlament prosedurlarının həftənin gününə, günün saatına uyğun olmasının yoxlanılması;

müəyyən edilmiş reqlament çərçivəsində işin şərtlərinin •yaradılması və həll edilməsi;

mühafizə edilən resurslara dair müraciətlərin qeydə •alınması (protokollaşdırılması);

Page 180: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

180

icazəsiz istifadəyə cəhd göstərildikdə qeydə alınma •funksiyası (siqnalizasiya, söndürmə, işin dayandırılması, müraciətin rədd edilməsi);

3) maskalanma - informasiyanın kriptoqrafik örtülmə vasitəsilə qorunması metodudur. Xaricdə bu üsul həm informasiyanın saxlanması həm də təkmilləşdirilməsi zamanı tətbiq edilir. İnformasiyanın geniş ölçülü kanallarla ötürüldüyü zaman bu üsul yeganə etibarlı üsul hesab edilir;

4) reqlamentə tabe etmə - informasiyanın bu üsulla qorunması zamanı həmin informasiyaya (məlumat bazasına) icazəsiz giriş ehtimalı sıfıra bərabərdir;

5) məcbur etmə - informasiyanın bu üsulla qorunması zamanı sistem istifadəçiləri və personal maddi, inzibati yaxud cinayət məsuliyyətinə cəlb edilməmək üçün qorunan informasiyanın tətbiqi və ötürülməsi qaydalarına ciddi riayət etməlidir;

6) məqsəd - yaranmış mənəvi və etik normalar (yazılmış və yazılmamış) sayəsində sistem istifadəçilərini və personalı müəyyən edilmiş qaydanı pozmamağa sövq etməklə informasiyanın qorunması üsuludur; Təhlükəsizliyin təmin edilməsinə dair yuxarıda sadalanmış metodlar təcrübə zamanı texniki (aparat və fıziki), proqram, təşkilati, qanunverici və mənəvi-etik mühafizə vasitələrinin tətbiqi sayəsində reallaşır.

Təhlükəsizliyin təmin edilməsi metodikası - mühafizə edilən obyektin fəaliyyətinə və ya onun komponentlərinə təsadüfi yaxud qərəzli müdaxilələrdən qorunma prosedur və üsullar məcmusudur. Tamamilə təhlükəsiz sistemin olmadığına görə təhlükəsizliyin təmin edilməsi tədbirləri mütəmadi keçirilməlidir.

Verilmiş səviyyədə obyektlərin təhlükəsizliyi onların hər bir struktur elementlərində mövcud olan mühafizə vasitə və üsullarının bütün arsenalının kompleks şəkildə tətbiq edildiyi təqdirdə təmin edilə bilər. Tətbiq edilən bütün vasitə, üsul və tədbirlər təhlükəsizliyin təmin edilməsi sistemi adlı vahid mexanizmdə birləşdiyi halda daha çox effektivliyə nail olmaq olar.

Page 181: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

181

Mühafizə edilən obyektlərin təhlükəsizliyinin təmin edilməsində, təhlükəsizliyin kompleks tədbirlərini müəyyən edən əsas istiqamətlər kimi: hüquqi, təşkilati və mühəndis-texniki təminatlar çıxış etməlidir (Şək. 10).

Təhlükəsizliyin təmin edilməsi

Normativ-hüquqi istiqamət Təşkilati istiqamət

Mühəndis-texniki istiqamət

Şək. 10. Təhlükəsizliyin təmin edilməsində əsas istiqamətlər

Normativ-hüquqi təminat - qanunvericilik aktları, normativ-hüquqi sənədlər, qanunlar, təlimatlar və əsasnamələr məcmusudur. Onların tələblərinin yerinə yetirilməsi məcburidir. Onlar təşkilati tədbirlərin (kadrların seçilməsi və yerləşdirilməsi, rejim və mühafizənin təşkili, xidmət sahələrinin və s. layihələndirildiyi, tikildiyi və təchiz edildiyi zaman tədbirlərin) keçirilməsi sayəsində ziyan ehtimalının azalması yaxud aradan qaldırılmasına istiqamətlənmişdir. Təşkilati tədbirlərin əsas istiqamətlərindən biri kargüzarlıq və sənəd dövriyyəsi sisteminin dəqiq təşkil edilməsidir.

Mühəndis-texniki təminat — xüsusi vasitələr məcmusudur və bunları daxil edir:

• fiziki vasitələr - mühafizə edilən obyektə cinayətkarın fiziki daxil edilməsinə

əngəl olan və personalın, maddi vəsaitlərin, informasiyanın qeyri qanuni təsirlərdən qoruyan mühəndis vasitə və qurğularıdır;

Page 182: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

182

aparat vasitələri — sahibkarlıq fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə edilən alətlər, qurğular və mexanizmlərdir daha dəqiq desək ən sadə sistemlərdən təkmilləşdirilmiş avtomatlaşdırılmış sistemlərədək radioelektron və audio/ videoaparatlar;

proqram vasitələri - məlumat bazasına, şəbəkələrə, məlumat və telekommunikasiyanın təkmilləşdirilməsi vasitələrinə icazəsiz girişdən mühafizə edilməsi üçün tətbiq edilən xüsusi proqramlar, proqram kompleksləri və mühafizə sistemləridir;

kriptoqraqfiya üsulları - şifrələmə metodu ilə kompyuter vasitələrində saxlanılan və hazırlanan informasiyanın mühafizə edilməsi üçün istifadə edilən xüsusi riyazi və alqoritm vasitələridir. Bunlarla yanaşı aparat-proqram kompleksləri geniş tətbiq edilir (şifrələmə, elektron açarlama və s.).

Obyektin layihədən qabaq yoxlanılmasına layihələndirmə zamanı böyük əhəmiyyət verilir, çünki həmin mərhələdə:

hazırlanan informasiya sistemində məxfi informasiyanın mövcudluğu müəyyən edilir, onun məxfilik səviyyəsi və həcmi qiymətləndirilir;

informasiyanın hazırlanması rejimi (dialoq, teletəkmilləşdirmə, real zaman rejimi), texniki vasitə kompleksinin tərkibi və s. müəyyən edilir;

informasiyanın mühafizə edilməsi üzrə bazarda mövcud olan sertifıkatlaşdırılmış vasitələrin tətbiq edilməsi imkanları təhlil edilir;

informasiyanın hazırlanmasında avtomatlaşdırılan obyektin personalının, funksional xidmətlərin, mütəxəssislərin və əlavə işçilərin iştirak səviyyəsi, onların öz aralarındakı və təhlükəsizlik xidməti ilə qarşılıqlı münasibəti müəyyən edilir;

hazırlanma mərhələsində məxfilik rejiminin təmin edilməsi üzrə tədbirlər müəyyən edilir.

İnformasiyanın effektiv mühafizə edilməsi sisteminin yaradılması üçün informasiya təhlükəsizliyi standartları işlənib

Page 183: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

183

hazırlanmışdır və bu standartların əsas məqsədi - informasiya texnologiyaları məhsullarının istehsalçıları, istehlakçıları və ekspertləri arasındakı qarşılıqlı əlaqənin yaratmaqdan ibarətdir.

Konsaltinq tədbirlərində kommersiya sirrinin qorunması məsələlərinə xüsusi rol ayırmalıdır.

Kommersiya sirrinin qorunması ilə əlaqədar əsas tədbirlər onun yayılmasının məhdudlaşdırılması ilə əlaqədardır. Kommersiya sirrinin predmeti müəyyən edildikdən sonra hansı formada əks etdiriləcəyi təsbit edilir. Əməliyyatların diqqətlə aparılmasından gələcəkdə təhlükəsizliyin təmin edilməsi mexanizminin seçilməsi asılıdır.

Təhlükəsizliyin təmin edilməsi sisteminin layihələndirmə metodologiyası tam şəkildə təşkilati-texnoloji tipli sistemlərin layihələndirmə üzrə ümumi metodologiyasına uyğun gəlir və tipik layihələndirmə məsələlərini geniş tətbiq edir (şək.ll).

1 .Təhlükəsizliyin dərəcəsinə əsasən, personal, məlumatın və ümumilikdə obyektin komponentlərinin mühafizə edilməsinə dair tələblər tam səkildə ifadə edilir

2. TTS-in (təhlükəsizliyin təmin edilməsi sistemi) və obyektin potensial olaraq mümkün şəraitlərdə fəaliyyəti sisteminin bütünlükdə mühafizə funksiyaları müəyyən edilir

3. Təhlükənin yaranma və həyata keçmə kanalları, daha çox ebtımal edilən təhlükənin aktivliyi və təhlükəsizlik obyektinə edilən hücumun möhkəmliyi/ciddiliyi dərəcəsi dəqiqləşdirilir.

Page 184: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

184

4. Potensial olaraq mümkün təhlükəni yaradan kanallardan qorunma məqsədləri müəyyən edilir, məsələlərin həllini müşayiət edən resursların siyahısı tərtib edilir.

5. Təhlükəsizliyin təmin edilməsi metodları və nəzərdə tutulmamış məsələlərin həllinə dair vasitələr hazırlanır.

6. TTS-nin struktur və texnologiyası əsaslandırılır, mühafizə məqsədlərinin hüquqi, təşkilati və mühəndis-texniki müşayiət mexanizmləri, operativ-texniki və plana əsaslanan idarəetmənin növləri, TTS-nin gündəlik fəaliyyətini təmin edən sxemlə seçilir

7. Layihələndirilən TTS-nin etibarlılığı və onun təhlükəsizlik obyektlərinə təsiri qiymətləndirilir

8. TTS-nin fəaliyyətinin təşkilati-hüquqi müşayiəti məsələləri həll edilir.

Şək. 11 TTS-nin layihələndirmə metodologiyası

Layihələndirmənin hər mərhələsində korporativ sistemlərin öyrənilməsi ideologiyasına uyğun olaraq təklif olunan məsələlərin ekspert qiymətləndirilməsi həyata keçirilir, layihələndirmə nəticələrinin məqsədlərlə uyğunluq təşkil etməsi qiymətləndirilir, xərclərin dərəcəsi və onların tətbiq edilməsinin effektivliyi müəyyən edilir. TTS-nin idarə edilməsində ən vacib məsələlərdən biri daxili və xarici situasiyaya uyğun olaraq müxtəlif təminat funksiyaları arasında təhlükəsizliyə ayrılmış

Page 185: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

185

resursların rasional (səmərəli) bölünməsidir. TTS-in işinə operativ müdaxilə edilməsinə dair qərarların qəbul edilməsi bir qayda olaraq qabaqcadan yaradılmış qərarlardan bəzilərinin kiçilməsinə gətirib çıxardır.

Konsultant müəssisə rəhbərliyini əmin etməlidir ki, informasiyanın mühafizəsi -birdəfəlik tədbir və hətta keçirilmiş tədbirlər və müəyyən edilmiş mühafizə vasitələri məcmusu deyil, TTS-nin bütün mərhələlərində müvafiq tədbirlərin görülməsini nəzərdə tutan fasiləsiz şəkildə keçən məqsədyönlü prosesdir. Mühafizə sisteminin tətbiqi mühafizə edilən sistemin özünün tətbiqi ilə paralel olaraq aparılmalıdır. Bu, arxitekturanın planlaşdırıldığı zaman təhlükəsizlik tələblərinin nəzərə alınmasına və yekunda daha effektiv (həm resursların xərclənməsinə görə həm də davamlılığa görə)

öz funksiyalarını effektiv edilmiş sistemlərin yaradılmasına kömək və texniki mühafizə vasitələrinin əks şəkildə yerinə yetirilməsi üçün mütəmadi təşkilati (administrativ) dəstəyə ehtiyacı var (adlar, parollar, şifrələmə açarları, səlahiyyətlərin yenidən bölüşdürülməsi və s. düzgün saxlanılmasının və tətbiqinin təminatı və vaxtında əvəz edilməsi). Mühafizə vasitələrinin işində yaranan fasilələr tətbiq edilən mühafizə metodu və vasitələrinin təhlili, xüsusi proqram və aparat “qoşmaların” və digər mühafizə sisteminin tətbiqi üçün cinayətkarlar tərəfindən istifadə edilə bilər. Bütün bu hadisələr konsultant və müştəri arasındakı qarşılıqlı əlaqənin səviyyəsini və sonuncunun səmimiyyəti dərəcəsini müəyyən edir. Yalnız maksimum dərəcədə etibar olduqda maksimum faydalı məhsul - təhlükəsizliyin təminatında informasiya sistemini əldə etmək mümkündür.

Lakin mütəxəssislərin hesab etdiyi kimi, informasiyanın tamamilə aradan qaldırıla bilməyən mühafizə sistemini yaratmaq mümkün deyil. Zamanın və vasitələrin kifayət qədər olduğu halda istənilən mühafizəyə üstün gəlmək mümkündür. Bu səbəbdən yalnız bəzi münasib təhlükəsizlik dərəcəsi haqqında bəhs etmək

Page 186: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

186

məqsədəuyğun hesab edilir. Yüksəkkeyfiyyətli təhlükəsizlik sistemi çox baha başa gəlir və iş prosesində kompyuter sisteminin əhəmiyyətli güc hissəsini və resurslarını istifadə edir və istifadəçilərə nəzərə çarpacaq narahatlıqlar yarada bilər. Əsas odur ki, təhlükəsizlik sistemini elə bir dərəcədə seçmək lazımdır ki mümkün olan ziyanın xərci, riski və həcmi münasib olsun.

Page 187: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

187

MÖVZU 17.

İNFORMASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİN ETMƏ SAHƏSİNDƏ KONSALTİNQ:İT–KONSALTİNQ

İnformasiya texnologiyaları (İT) həyatımızın müxtəlif sahələrinə həmçinin iqtisadiyyata daha çox təsir edir. İnkişaf etmiş ölkələrdə eyni vaxtda iki: informasiya texnologiyaları və bir birinə qarşılıqlı təsir edən və bir birini inkişaf etdirən biznes sahələrində inqilab aparılır. İnformasiya texnologiyaları təsiri altında öncə müəssisənin effektiv idarə edilməsi üzrə metodlar - keyfiyyətin ümumi idarə edilməsi, daha sonra isə müəssisələrin kökündən dəyişdirilməsi - yəni biznes proseslərin reinjinirinqi, korporativ informasiya sistemləri, istehsal prosesinin idarə edilməsi sistemi, ixtisaslaşdırılmış aparat və proqram təminatının quraşdırılması və işə salınması metodları yaranmışdır. Bundan başqa bu sahə, illik artım tempi 7-8% təşkil etməklə daha dinamik bir sahədir.

İnformasiya texnologiyaları - informasiyanın hər hansı bir xüsusiyyətinin məqsədyönlü dəyişdirilməsinə istiqamətlənmiş metod və vasitələr məcmusudur. İT mütəxəssislərin hesab etdiyi kimi, informasiya texnologiyaları - kompyuter, elektronika və rabitə vasitələrinin inteqrasiyasıdır.

İdarə etmənin effektiv olmasının qayğısında olan müəssisə rəhbərində, xarici mühitin qiymətləndirilməsi, marketinq araşdırmalarının aparılması, istehsal edilən məhsulun keyfiyyətinin təmin edilməsi, müəssisədə islahatların aparılması ilə bağlı məsələlərə dair mütəmadi olaraq suallar yaranır. İnformasiya texnologiyalarını tətbiq etməklə bütün bu məsələlərin uğurla həll edilməsi mümkündür.

Bundan başqa aşağıdakılar son dərəcə perspektiv hesab edilir:

Page 188: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

188

bazarın tədqiq edilməsi və müəssisənin inkişaf planının tərtib edilməsi; marketinq araşdırmalarının matrisa metodları;

keş-flo əsasında biznes-planın və investisiya effektivliyinin araşdırılması metodlarının yaradılması;

keyfiyyətin ümumi şəkildə idarə edilməsi (Total Quality Management);

İSO 9000 keyfiyyət standartı;İDEF - biznes-proseslərin modelləşdirilməsi.Bununla belə yadda saxlamaq lazımdır ki, qərarların qəbul

edilməsinə görə məsuliyyət hər zaman menecerin üzərindədir, informasiya sistemləri isə yalnız qərarların qəbul edilməsinə kömək edir.

İnformasiya texnologiyalarının təmin edilməsi üzrə texniki üsullar kompleksi aşağıdakıları əhatə edir:

• kompyuter texnikası üsulları (Unix, OS/2, Windows) - ilk öncə idarə etmə

fəaliyyətində tətbiq edilən müxtəlif növ informasiyanın hazırlanması və dəyişdirilməsi üçün nəzərdə tutulmuş informasiya texnologiyalarının tam texniki vasitələri kompleksidir;

• kommunikasiya texnikası üsulları idarəetmə fəaliyyətinin əsas funksiyalarının -

informasiyanın idarəetmə sistemi çərçivəsində ötürülməsini və məlumatların xarici mühitlə mübadiləsini təmin edir, kompyuter texnikasını tətbiq etməklə müxtəlif metod və texnologiyaların tətbiqini nəzərdə tutur;

• təşkilati texnika üsulları idarəetmə fəaliyyətinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. İT sahəsində fəaliyyət göstərən mütəxəssislər informasiya texnologiyalarının aşağıda göstərilmiş təsnifatını təqdim edir:

• idarəetmə fəaliyyətinin təmin edilməsi funksiyalarına görə - mətn prosessorlarının tətbiqi əsasında mətn sənədlərinin hazırlanması texnologiyaları; qrafik prosessorların tətbiqi

Page 189: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

189

əsasında şəkil və prezentasiyaların hazırlanması texnologiyası; cədvəl prosessorların tətbiqi əsasında cədvəl sənədlərinin hazırlanması texnologiyası; alqoritm, obyektə yönəldilmiş və məntiqi proqramlaşdırma əsasında proqramların hazırlanması texnologiyası; məlumat bazasının idarə etmə sistemləri texnologiyası; süni intellekt sistemi əsasında idarəetmə məsələlərinə dəstək texnologiyası; hipermətn texnologiyası; multimedia texnologiyaları;

• istifadəçi interfeys növünə görə - komanda; WIMP - interfeys ( istifadəçinin təsviri interfeysi); SİLK-interfeys (axtarış sistemlərinin interfeysi);

• kompyuter şəbəkələrindən (lokal şəbəkədən) istifadənin bu və ya digər forma və səviyyəsini əks etdirən qarşılıqlı məkan əlaqəsi səviyyəsinə görə;

informasiya sistemlərində reallaşma üsuluna görə - ənənəvi, yeni;

şəbəkənin yaradılmasına görə - lokal, çoxsəviyyəli, paylaşdırılmış;

xidmət göstərilən konkret sahələrə görə - mühasibat uçotu, bank fəaliyyəti,

vergi, sığorta və s. Müasir informasiya texnologiyaları vasitələri iki sinfə bölünür:

• kompyuter sistemlərinin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuş sistemli proqram vasitələri - mətn və diaqnostik proqramlar, antivirus proqramları, əməliyyat proqramları, komanda-fayl prosessorları;

• tətbiqi proqram vasitələri - mətn, cədvəl və digər sənədlərin hazırlanması

sistemləri, prezentasiyaların hazırlanması sistemləri, maliyyə-iqtisadi məlumatların hazırlanması sistemləri, məlumat bazasının idarə edilməsi sistemləri, şəxsi informasiya sistemləri, layihələrin idarə edilməsi sistemləri, ekspert sistemləri və qərarların qəbul edilməsinə köməkliyin göstərilməsi sistemləri,

Page 190: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

190

intellektual layihələndirmə və idarəetmənin təkmilləşdirilməsi sistemləri və s. İnformasiya texnologiyalarının təşkilati-metodiki təminatı bunları daxil edir:

idarəetmə fəaliyyətinin təmin edilməsi funksiyası çərçivəsində idarəetmə və digər sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə dair normativ-metodiki materiallar;

• texniki vasitələrin istismarı həmçinin işin təhlükəsizlik texnikası və avadanlığın normal işləmə gücünün mühafizə edilməsi şəraitinə dair təlimatlandırma və normativ materiallar;

• idarəetmə fəaliyyətinin təmin edilməsi ilə bağlı konkret informasiya texnologiyası çərçivəsində idarəetmə və texniki personalın işinin təşkil edilməsinə dair təlimatlandırma və normativ-metodiki materiallar. Müasir müəssisələr inkişaf etmiş informasiya texnologiyalarını aşağıda sadalanmış məqsədlərlə tətbiq edir:

• informasiyanın yarandığı yerdə onun hazırlanması (təkmilləşdirilməsi) üçün hər bir iş yerində kifayət qədər resurslar olduğu halda paylaşdırılmış şəxsi əməliyyatların yerinə yetirilməsi;

• iş yerləri informasiyanın ötürülməsi üçün birləşdirildiyi halda kommunikasiyanın inkişaf etmiş sistemlərinin yaradılması;

• müəssisə dünya informasiya şəbəkəsinə qoşulduğu halda tez uyğunlaşan qlobal kommunikasiyalara qoşulması;

elektron ticarət sisteminin yaradılması və inkişaf etdirilməsi;müəssisə-xarici mühit sistemində aradakı halqaların aradan

qaldırılması. İnformasiya texnologiyalarından düzgün istifadə edildikdə biznesin dinamikliyi arta və yüksəkixtisaslı personalı yüksək qiymətləndirilən əmək sərfiyyatı azala bilər. İBM Global Services, Mercer Consulting Group, EDS Corporation, American Systems və dig. kimi iri konsaltinq şirkətləri aşağıdakı informasiya-konsaltinq xidmətlərini həyata keçirir:

korporativ informasiya sistemlərinin layihələndirilməsi və tətbiq edilməsi;

Page 191: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

191

hesablama sistemləri, lokal (yerli) şəbəkələr, telekommunikasiya sistemləri daxil olmaqla kompyuter şəbəkələrinə texniki dəstəyin göstərilməsi;

• proqram məhsullarının inteqrasiyası, bənzər sistemlərin işə salınması və xidmət göstərməsi;

• yüksək texnologiyalı məhsulun və telekommunikasiya vasitələrinin istehsalı sahəsində kompleks analitik araşdırmalar;

• istehsalçı-şirkətin məhsulu və rəqabətə davamlılığı haqda informasiyanın vaxtında təqdim edilməsi;

• sifarişçinin işçiləri üçün həm informasiya texnologiyalarına, həm də onların müvafiq sahədə effektiv tətbiq edilməsinə dair seminarların təşkili və aparılması;

• sifarişçiyə öz sahəsində effektiv strategiyanın seçimində köməyin göstərilməsi.

Konsultantlar idarəetmə məsələlərinin rəsmiləşdirilməsi və optimallaşdırılması,

idarəetmənin informasiya sisteminin seçimi, layihələndirilməsi, yaradılması və tətbiq edilməsinə dair xidmətlər təqdim edir, başqa sözlə desək mövcud olan informasiyanı daha effektiv və sürətlə istifadə edilməsinə imkan yaradır. Bunlardan başqa idarəetmə konsaltinqinin bu istiqamətində daha əvvəl sistemli inteqrasiya ilə məşğul olan şirkətlər uğur qazanmışdır. Mütəxəssislər hesab edir ki, bu sahənin gələcəyi İT konsaltinq xidmətlərini əməliyyat konsaltinqi üzrə xidmətlərlə tamamlayan İT şirkətlərindən asılıdır. Texnologiyalar yalnız tətbiq edilməsi xatirinə tətbiq edilməməlidir, onlar xərclərin azaldılması və biznes-proseslərin keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadə edilməlidir.

Rusiya təcrübəsində aşağıdakı məsələlər həll edilir:• iri metallurgiya holdinqi üçün idarəetmə qərarlarının

qəbul edilməsinə dəstək sisteminin effektivliyinin artırılması - müvafıq İT texnologiyasını tətbiq etməklə həmin prosesin avtomatlaşdırılması;

Page 192: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

192

• maliyyə korporasiyası üçün informasiya texnologiyalarının tətbiqi sahəsində

strategiyanın hazırlanması;maşınqayırma şirkətində İT həllinə dair tələblərin

hazırlanması;böyük həcmdə istehlakçısı olan məhsul istehsalçısı və

təchizatçı arasında qarşılıqlı münasibətlərin idarə edilməsinin avtomatlaşdırılması üçün effektiv İT həllinin seçimi;

• iri neftçıxarma şirkətinə məxsus müəssisədə inteqrasiya edilmiş idarə etmə sisteminin tətbiqi.

İnternet/intranet texnologiyaları və elektron ticarət sahəsində konsaltinq xidməti göstərən şirkətlər - konsepsiyanın hazırlanması və veb-portalların dizaynından başlayaraq, şəbəkə infrastrukturunun təhlili və təkmilləşdirilməsinə kimi internet-layihələrini daxil edən böyük miqdarda xidmət spektri təklif edir. İnternet şəbəkəsində statistik araşdırmaların aparılması: sayta daxil olmaları təhlil etmək, müxtəlif istifadəçi qruplarının hansı amillərə üstünlük verdiklərini aşkar etmək həmin şirkətlərin fəaliyyətində maraqlı istiqamətlərdən biridir.

Bu sahənin sürətli inkişaf tempi bazarda öz payını (hissəsini) əldə etmək istəyən digər qrupa aid şirkətləri cəlb edir. Belə ki, bu bazarda ənənəvi şirkətlərlə yanaşı (İBM Global Services; Accenture; Mercer Consulting Group; Cap Gemini Ernst & Young; Electronic Data Systems (EDS); Corporation Computer Sciences Corporation (CSC); Cambridge Technology Partners; PeopleSoft) liderlərə dəyərli rəqib olan yeni şirkətlər də (Scient, Razofrish, Viant, iXL, USWeb/CKS, Proxicom) fəaliyyət göstərir.

1990-cı ilin ikinci yarısı dövrünə təsadüf edən tipik layihə -”Y2K” adlanan kompyuter səhvinin aradan qaldırılmasına istiqamətlənmiş konsultasiya və praktiki yardımdan ibarət idi.

İnternetin təsiri altında şirkətin fəaliyyətində bir çox dəyişikliklər baş vermişdir və baş verməkdədir. Bu sektor çox yüksək templə inkişaf edir və ən perspektivli sahələrdən biri

Page 193: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

193

hesab edilir. Bundan başqa məhz bu sektorda yeni şirkətlər hamı tərəfindən qəbul edilmiş liderlərə təzyiq göstərmək şansına malikdir. Bu, ənənəvi sahələrdən fərqli olaraq həmin sahədə xidmət göstərən konsultantlarm bilik və təcrübəsinin az olmasından irəli gəlir. İnformasiya və idarəetmə fəaliyyətinin müxtəlif növləri arasındakı əlaqəni diqqətlə öyrəndikdən sonra konsultant informasiyanın faydalılığını və ələdə edilməsi mümkünlüyünü yüksəltməli; konsultasiya xidmətindən istifadə edən müəssisədə qərarların qəbul edilməsi sistemini diqqətlə gözdən keçirməlidir. Bütün müəssisələrdə müxtəlif həm formal həm də qeyri formal informasiya sistemləri mövcuddur. Bu səbəbdən konsultant:

mövcud informasiya təminatı sistemini müvafiq dərəcə və formaya salmalı;

bütün sistemlərin uyğunluq dərəcəsini müəyyən etməli;informasiyanın düzgünlüyü, təqdim olunması, məzmunu

və s. nöqteyi-nəzərdən mövcud sistemlərin təkmilləşdirilməsinə dair tövsiyələr hazırlamalı;

• avadanlıq seçməli (aparat təminatı);məlumat bazası, rabitə vasitələri və məlumatların hazırlanması

formalarının(proqram təminatı) idarə edilməsi sistemini hazırlamalı;• personal seçməli və kadrların peşəkarcasına

təkmilləşdirilməsini planlaşdırmalıdır.“Ekspert” jurnalının apardığı araşdırmalara uyğun olaraq,

informasiya texnologiyaları sahəsində konsaltinqə olan tələbat strukturlaşaraq və dərk edilərək artmaqdadır. Konsultantlarm cəlb edilməsinə və konsaltinq məsələlərinin həll edilməsinə sifarişçilər dərindən mülahizə edərək və savadlı yanaşır. Rusiya müəssisələri o həddə çatmışdır ki, artıq ambisiyalarla oynamır pul sayır.

Konsaltinq bazarının ümumi həcmində meqa-İT-layihələr hissəsi azalmışdır. Yaxın keçmişdə konsultantlar ən çox gəliri iri

Page 194: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

194

sənaye holdinqləri üçün təchizat layihələrindən (yəni inteqrasiya layihələri çərçivəsində avadanhq və proqram təminatının quraşdırılması və onlara müvafiq olan konsaltinq, o cümlədən sistem inteqrasiyasına dair xidmətlərdən) əldə edirdi. Hazırda isə xüsusi diqqət idarəetmə konsaltinqinə verilir. Misal olaraq “TopS Biznes İnteqrator” şirkətini göstərmək mümkündür. Proqram təminatının hazırlanması və sistem inteqrasiyası sahəsində şirkətin il ərzində əldə etdiyi gəlirin ümumi həcmi 56%-dan 17%-dək azalmışdır. İT sahəsində idarəetmə konsaltinqi sektoru isə demək olar ki üç dəfə artmışdır. Hazırda İT konsaltinq sektoru ən sürətlə inkişaf edən sektor olaraq qalmaqdadır. 2005-ci ilin göstəricilərinə görə bu sektorun artımı 60% təşkil edirdi.

Page 195: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

195

MÖVZU 18.

İNFORMASİYA KONSALTİNQİ

İnformasiya konsaltinqi - Rusiya bazarında biznes xidmətlərinin yeni növüdür. Müasir şəraitə bir çox xidmətlər informasiya və telekommunikasiya texnologiyası əsasında həyata keçirilir. Burada konsultasiya, tədris, maliyyə və sığorta xidmətlərinin payı daha böyükdür. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə son dövrlərdə yaranan yeni iş yerlərinin 2/3 hissəsindən çoxu xidmət sahəsinə aiddir, həm də ticarətdə, nəqliyyatda və poçt xidmətində əmək məhsuldarlığının artmasına baxmayaraq məşğulluq nəzərəçarpacaq dərəcədə artmamışdır.

XXI əsrin əvvəllərində informasiya xidməti sahəsində çalışanların sayı (xüsusilə ABŞ-da) nəzərə çarpacaq dərəcədə azalmışdır. Lakin bu sahə daxilində injinirinq və konsultasiya xidmətləri ilə əlaqədar yeni peşələr üzrə mütəxəssislərin sayı yüksək templə artmaqdadır.

1980-ci ilədək informasiya-konsultasiya xidmətlərinin əsas icraçıları elmi müəssisələr və ali təhsil ocaqları idi. Onların çoxu qeyri kommersiya məqsədi ilə fəaliyyət göstərirdi və çox az xidmət spektri təklif edirdi: abunəçilik vasitəsilə informasiya buraxılışlarının yayılması, tələb edildiyi halda ilk mənbələrin surətinin toplanılması, mütəmadi konsultasiyalar. Lakin artıq 1980-ci illərin əvvəllərində inkişaf etmiş ölkələrdə məlumatın ötürülməsi üzrə milli və qlobal şəbəkələr yaranmağa başlamışdır və istifadəçilərdən uzaqlaşdırılmış məlumat bazasında informasiyanın dialoq əsasında axtarışı, informasiya-konsultasiya xidmətlərinin daha populyar növünə çevrilirdi, kiçik informasiya mərkəzləri və müəyyən sahədə ixtisaslaşan şəxsi konsultantların sayı sürətlə artırdı.

Funksional şəkildə hazırlaşdırılmış mütəxəssislər kimi, konsultantlar digər tədqiqatçıları tərəfindən “konkretləşdirilmiş”

Page 196: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

196

informasiyanın axtarışı ilə məşğul olur. Yerli və əcnəbi alim və mütəxəssislərin elmi hesabatlarında, tələbatı olanlar üçün fəaliyyət predmetinə birbaşa yaxud dolayı yolla aid olan məqalə və monoqrafiyalarda səpələnmiş həmin informasiyaların axtarışı və sistemləşdirilməsi - demək olar ki sonsuz, lakin nəzəriyyə, layihə, effektiv idarəetmə məsələləri konsepsiyalarında “kodlaşdırılmış” informasiyanın dövr etməsi üçün vacib bir prosesdir.

Bütün bu proseslər nəticəsində konsultasiya xidmətlərinin xüsusi növü -informasiya konsaltinqi formalaşdı. İnteqrativ xüsusiyyətlərə malik olmaqla bu konsaltinq növü konsaltinq prosesində elmin müasir nailiyyətlərinə təsir etməyə, müxtəlif tədqiqatçıların bilik və təcrübələrini ümumiləşdirməyə, onları idarəetmə prosesində tətbiq etməyə imkan yaradır.

Biznesin effektiv aparılmasında informasiya konsaltinqi daha əhəmiyyətli və tələb edilən vasitəyə çevrilir. Onun yaranması ölkəmizdə sosial-mədəni proseslərin idarə edilməsinin inkişafında müsbət tendensiyalar haqqında bəhs etməyə imkan verir.

İnformasiya konsaltinqinin obyekti konsultasiya xidmətindən istifadə edən müəssisədə informasiya mühitinin vəziyyəti - müəssisənin müxtəlif informasiya tələblərinin yerinə yetirilməsi imkanlarının axtarışıdır.

Avropa federasiyası istehsalın və idarəetmənin təşkili üzrə konsultantlar assosiasiyasının (FEACO) təsnifatına əsaslansaq, informasiya konsaltinqi məxsusi xüsusiyyətinə görə 8 menecment-konsaltinq xidmətlərinə aid edilməlidir (bu kitabda səh.23-24-ə bax).

Bütövlükdə menecment-konslatinqi (idarəetmə konsaltinqi) mütəxəssislərin peşəkar, sahibkar fəaliyyətinə aid edilir. Konsaltinqin bu növü bir qayda olaraq kommersiya əsasında həyata keçirilir. Xaricdə bu növ konsaltinq bazar idarəetmə konsaltinqinin alt sistemi olaraq, informasiya konsaltinqi sifarişçinin tələblərinin təmin edilməsinə, informasiya təminatına,

Page 197: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

197

biznes sazişlərin dəstəklənməsinə və təşkilati dəyişikliklərin idarə edilməsi təcrübəsində informasiya resurslarının əlverişli istifadəsi yollarının tapılmasına istiqamətlənmiş ixtisaslaşdırılmış xidmət növüdür.

Gündəlik məsələlərin həlli ilə məşğul olan menecerlər müəssisədə yaranmış bu və ya digər situasiyanı hər zaman obyektiv qiymətləndirə bilmir. Bundan yana, menecerlər daimi olaraq öz bacarıqlarını istismar edir, biliyini sərf edir, konsultant isə həmin vaxt müxtəlif müəssisələrdə apardığı iş prosesində yeni bilik və təcrübə əldə edir. Bu cür məlumatlılığın sayəsində konsultant sadəcə məsləhətçi kimi deyil həm də həmkar, ortaq yoldaş kimi idarəetmə problemlərinin həllində menecerə mühüm köməklik göstərə bilər. Buna görə də konsultant, konsultasiya xidmətindən istifadə edən müəssisənin düşdüyü istənilən vəziyyəti qiymətləndirməyi bacarmah, müştərilərin hərəkətlərinə dair düzgün və obyektiv tövsiyələr təklif etməlidir.

“İdarəetmə konsaltinqi”nə tətbiqi sahəsindən, məqsəd və vəzifələrindən asılı olaraq bir neçə tərif uyğun gəlir.

İdarəetmə konsaltinqi - müştərinin fəaliyyət sistemində mütəxəssis konsultant tərəfindən öz xüsusi bilik, təcrübə və bacarığının təqdim etməsi prosesidir.

İdarəetmə konsaltinqi - iqtisadiyyatın tələblərinin yerinə yetirilməsinə, konsultasiya və digər peşəkar xidmət növlərinin idarə edilməsinə yönəlmiş və peşəkar konsultantlar tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir.

İdarəetmə konsaltinqi - iqtisadiyyat və idarəetmə sahəsində elmi biliklərin tətbiq edilməsi üzrə xidmətlərdir.

Beləliklə, konsultant - ilk olaraq müəssisənin bütövlükdə fəaliyyət problemləri sahəsində geniş və əsaslı biliklərə, təcrübə və bacarığa malik olan, öz bilik və bacarığını konkret müəssisənin praktiki problemlərinin təhlili və həllində effektiv istifadə edə bilən, müsbət təcrübəni yayan peşəkar, yüksək ixtisaslı məsləhətçidir.

Müəssisədə yaranan nöqsanları aradan qaldırarkən, hər hansı

Page 198: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

198

prosesləri təkmilləşdirərkən və hər hansı təşkilati dəyişikliklər apararkən konsultant rəhbəri dəyişmir əksinə biznes tərəfdaşı qismində çıxış edərək rəhbərliyə konkret bir sahədə peşəkarcasına dəstək olur.

İdarəetmə konsaltinqinin məqsədi - müxtəlif prosesləri idarə edərkən sifarişçidə yaranan problemlərin həllindən, gəlir gətirə biləcək, müəssisənin mövcud vəziyyətini dəyişəcək və onu daha yüksək inkişaf səviyyəsinə çıxardacaq, idarəetmə biznesinin aparılması üçün daha effektiv həllin tapılmasından ibarətdir.

Rusiya Federasiyasında kiçik və orta müəssisələrə dövlət və regional səviyyədə informasiya-konsultasiya dəstəyinin göstərilməsi üçün konsultasiya müəssisələri şəbəkəsi formalaşmışdır. Misal üçün:

1. Morozovski layihəsi çərçivəsində 50-dən çox regional tədris-biznes mərkəzləri yaradılmışdır (Anqarski, Vladimir, Voronej, Yekaterinburq, İvanov, Kalininqrad, Obninsk, Petrozavodsk, Samara, Smolensk, Tula, Yaroslavlda və digər şəhərlərdə). Bu mərkəzlər kadrların hazırlaşdırılması və təkmilləşdirilməsi, ümumi konsultasiya, investisiyalara girişin təminatı, informasiya dəstəyi kimi sahələrdə ixtisaslaşdırılmış informasiya-konsultasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.

Həmin mərkəzlərin konsultasiya qrupu rəhbərləri xaricdə konsaltinq firmalarında təcrübə keçmişdir. Altı regionda “biznes-inkubatorlar” yaradılmış, 20 regionda isə onların yaradılması üzrə işlər görülür. Bu işlərin Morozovski layihəsi çərçivəsində koordinasiya edilməsi üçün xüsusi konsaltinq birliyi yaradılmışdır.

2. Rusiyada itirilmiş peşələrin bərpa edilməsi və Moskvada müasir sənətkarlığın

Page 199: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

199

inkişaf etdirilməsi üçün üzv olan müəssisələrə geniş xidmət spektri təklif edən Sənət palatası yaradılmışdır:

• iqtisadiyyat və istehsalın təşkili məsələlərinə dair informasiya konsultasiyaları

(menecment, marketinq, mühasibat uçotu, maliyyələşdirmə, müəssisələrin yaradılması);

• partnyorların axtarışında informasiya dəstəyinin və vasitəçiliyin göstərilməsi

(xammalın təchizatı, satış bazarı, xarici partnyorlarla əməkdaşlıq üzrə);

• yarmarka və sərgilər haqqında məlumatlar, yarmarka və sərgilərin keçirilməsində köməkliyin göstərilməsi;

• istehsal yerlərinin axtarışında informasiya konsultasiyası və iqtisadi köməkliyin göstərilməsi;

təsərrüfat hüququ məsələlərinə, vergi qoymaya dair hüquqi konsultasiyalar;

təlim-tədris (iqtisadiyyat və istehsalın təşkili üzrə kurslar, tədris kursları haqqında informasiya, xaricdə təcrübənin təşkili, xarici dillər kursları).

3. Kiçik və orta biznes müəssisələrinə köməyin göstərilməsi üçün Moskva və Rusiyanın digər regionlarındakı sahibkarlar üçün sahibkarlığm inkişafı Moskva agentliyi yaradılmışdır (Moskovskoye aqentstvo razvitiya predprinimatelstva). MARP ekspertləri sahibkarlıq fəaliyyətinə dair bütün aspektlərdə məsləhət verir, vacib sənədlər hazırlayır, investisiya layihələri, biznes planlar və kommersiya təklifləri hazırlayır və təhlil edir. MARP-m əsas məqsədləri: informasiya-konsultasiya və hüquqi xidmətlər, tədris və informasiya xidmətlərindən ibarətdir.

4. İnformasiya konsaltinqi bazarında bir çox müəssisələr öz xidmətlərini təklif edir. Bu ilk olaraq informasiya yaradıcıları - informasiya və reklam-soraq agentlikləri, sosial-iqtisadi

Page 200: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

200

araşdırmalar mərkəzləri və fondları, araşdırma müəssisələri, kütləvi informasiya vasitələri, nəşriyyat evləri, kitabxanalar və s.-dir. Rusiyada hər il dövlət orqanları və özəl firmalar tərəfindən təşkil olunan “İNFORMEKSPO” informasiya xidmətləri sərgisi-yarmarkası keçirilir. Bəzi konsultasiya fırmaları onlara müraciət edən müştərilərə, bu və ya digər

firmaların - potensial partnyorların etibarlılığı haqda mülahizə etməyə imkan yaradan məlumatlar təqdim edir:

• şirkətin hüquqi forması, vergi nəzarəti nömrəsi, bank rekvizitləri, hüquqi və faktiki ünvanları;

• potensial partnyorun maliyyə durumu (balans hesabatı haqqında məlumatlar, gəlir və ziyan haqqında hesabatlar, son dövrə olan maliyyə göstəricilərinin uyğunlaşdırılması və s.);

• kapitalın strukturu haqqında məlumatlar, fəaliyyət növləri, tarix, rəhbərlər, filiallar haqqında məlumatlar;

ödənişlərin yerinə yetirilməsi praktikası və müddəti haqqında məlumatlar; məhkəmə qərarları haqqında məlumatlar, əmlakın girova qoyulması halları və digər maliyyə öhdəlikləri, həmçinin digər bildiriş xarakterli informasiyalar;

• firmanın maliyyə durumunu və əməkdaşlığın kommersiya riski dərəcəsini göstərən xüsusi olaraq təkmilləşdirilən reytinq üzrə mövqeyi.

Bundan başqa lazımi informasiyanı təqdim edən analitik-konsultantlar planlaşdırılan kreditin risk dərəcəsini müəyyən edə və onun maksimal həcminə görə məsləhətlər verə bilər.

“İnformasiya konsaltinqi” anlayışının traktovkasında (izahında) hələ də fərqlilik var. Belə ki, ictimaiyyətlə əlaqələr üzrə (PR) mütəxəssislər informasiya konsaltinqini siyasi konsaltinq növü hesab edir. Bir çox hallarda informasiya konsaltinqi informasiya-texnoloji (İT) konsaltinqi ilə eyniləşdirilir. Misal üçün RDTEX şirkətinin biznes-analiz qrupunun rəhbəri A.Birukov informasiya konsaltinqini İT şirkətlərin öz müştəri sifarişçilərinə təqdim etdiyi proqram təminatı, informasiya

Page 201: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

201

sisteminin hazırlanması və tətbiqi üzrə xidmətlərə aid edir. Bəzi müəlliflər İT-konsaltinqi inteqrasiya edilmiş informasiya sisteminin yayılması ilə əlaqədar olan idarəetmə konsaltinqinin müstəqil istiqaməti hesab edir. Bu kimi sistemlərdə qoyulmuş yeni idarəetmə standartlarını və prinsipləri nəzərə alsaq onların tətbiqi proseduru praktiki olaraq müəssisənin bütün əsas biznes-proseslərinin ciddi şəkildə yenidən təşkil edilməsini, həmçinin şirkətin fərdi xüsusiyyətlərinə - tətbiq etmə obyektlərinə dair proqram təminatının müəyyən adaptasiyasını nəzərdə tutur.

Bu iki anlayış bir birinə neçə səbəbə görə yaxındır və həmin səbəblərdən ən çox ehtimal ediləni bunlardır: konsaltinq sənayesinin inkişafı; informasiya texnologiyalarının geniş yayılması və praktiki olaraq peşəkar fəaliyyətin bütün sahələrində o cümlədən konsaltinq sahəsində tətbiq edilməsi.

Bundan başqa öncə auditor firmalarının daha sonra kompyuter avadanlıqları təchizatçılarının dünya konsaltinq elitasına daxil olması, idarəetmə konsultasiyası sənayesinin geniş izahının yayılması və xüsusiyyətindən asılı olmayaraq yeni iştirakçıların bütün fəaliyyətinin həmin izaha daxil edilməsi cəhdi ilə nəticələnmişdir. İnformasiya konsultantlarının həll etməyə çalışdığı problemlər çox hallarda kifayət qədər spesifik olur. Bu səbəbdən bəzən həmin problemləri ənənəvi konsultant terminini altında qəbul edilən konsultantlara aid etmək çətin olur. Belə ki, avtomobil sənayesi, məişət texnikası və bank fəaliyyəti sahəsində ixtisaslaşan Mitsubishi şirkətinin törəmə firması olan Tokyo Research İnternational konsaltinq firmasının daxili konsultantlarının məqsədi ana şirkətin sazişlərinin informasiya ilə müşayiət edilməsindən ibarətdir. Konsultantlar ixrac edilən ölkə bazarında valyuta kursu, qiymət dəyişiklikləri və s. bu kimi məlumatlar toplayır. Əlavə olaraq, firma texniki ədəbiyyatın xarici dillərə tərcümə edilməsi, dilerlərin təlimatlandırılması, təcrübə kurslarının təşkili ilə məşğul olur. Bu isə ana şirkətin fəaliyyəti ilə əlaqələndirilməsə də, firmaya gəlir gətirir. Demək

Page 202: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

202

olar ki, Tokyo Research İnternational informasiya-konsaltinq firması Mitsubişinin intellektual mərkəzidir. Bu təşkilati strukturun özünəməxsusluğu daxili konsultantlar xidmətinə hətta tərcüməçilərin daxil edilməsi ilə əks olunur. Bazar təsərrüfatı şəraitində uğur əldə etmək istəyən bir çox Rusiya müəssisələri, müəssisədə informasiyanın hazırlanmasına dair strateji planın tərtib edilməsi məqsədilə xarici konsultantlar cəlb edir. Əksər arqumentlər bu qərarın xeyrinə gətirilir: layihələrin kənar mütəxəssislər tərəfindən yerinə yetirilməsi təcrübəsi, metod və vasitələrin toplanılmış potensialı, əsaslılıq (müəssisədə zidd olan təsəvvürlərin aydınlaşdırılması).

Tövsiyə edən konsultasiyanı xarici və daxili konsultasiya arasında yerləşdirmək olar. Burada mütəxəssis-konsultant müştəriyə bu və ya digər məhsul, xidmət növünün əldə edilməsinə dair məlumat verir və bununla da marketinq konsaltinqi məqsədlərini yerinə yetirmiş olur. Misal olaraq, internet istifadəçiləri üçün ana səhifəni yaradan mütəxəssis-konsultantların fəaliyyətini göstərmək olar. Həmin səhifələrdə yerləşdirilən məlumat müxtəlif şirkətlər və ayrı-ayrı mağazalara öz xidmət və məhsullarmı istənilən potensial alıcı və istifadəçiyə göstərməkdə kömək edir. Həm Rusiyada həm də xaricdə yeni yaranmış konsaltinq firmaları və müxtəlif məhsul, xidmət istehsalçıları arasındakı qarşılıqlı münasibətlər daim inkişaf edir, təkmilləşir və yeni forma alır. Hazırda həmin münasibətlərin diapazonu çox genişdir - özəl konsultasiya və ekspertizalardan başlayaraq iri uzunmüddətli layihələrin həyata keçirilməsinədək geniş spektri əhatə edir. İnformasiya konsaltinqi üzrə mütəxəssis bu kimi məsələləri tamamilə həll etmək iqtidarındadır.

Page 203: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

203

NƏTİCƏ.

RUSİYADA KONSALTİNQ XİDMƏTİNİNİNKİŞAF PERSPEKTİVLƏRİ

XX əsrin son on illiyində beynəlxalq maliyyə təşkilatları konsaltinq xidməti bazarında işə salma mexanizmi kimi çıxış edirdi. Həmin təşkilatlar Rusiyaya texniki dəstəyin göstərilməsi proqramı çərçivəsində Rusiya müəssisələrinə konsaltinq xidmətlərinin göstərilməsi üçün hər il 1 milyard dollar ayırırdı. 2000-ci ildə əsasən formal səbəblərdən xarici axın dayandırıldı: Avropa komissiyası, Dünya bankı, USAİD yardım proqramları on illik dövrə 1991-2000-ci illər üçün planlaşdırılırdı. Yeri gəlmişkən həmin axın planlaşdırılan 1,5 milyard dollar həcminə çatmadı (donor təşkilatlar tərəfindən təsdiq edilmiş layihə büdcəsində məhz bu məbləğ müəyyən edilmişdir). Nəticə etibarilə yerli müəssisələr konsaltinq xidməti haqqını ödəyərkən yalnız öz büdcələrinə arxalanırdı.

Lakin həmin vaxt iqtisadi artımla əlaqədar olaraq Rusiyada real amma qərb inyeksiyası ilə stimullaşdırılmamış konsaltinq tələbatı yaranmışdır.

Bundan başqa, XXI əsrin ilk beş illiyində konsaltinq xidməti bazarında həmin sahənin keyfiyyət baxımından əsaslı şəkildə dəyişməsi ilə nəticələnən güclü partlayış baş vermişdir. Nüfuzlu “Ekspert RA” agentliyi tərəfindən aparılan Rusiya konsaltinq xidmətləri bazarının struktur və tendensiyalarına dair üçüncü tədqiqat “2004-cü il Konsaltinq xəritəsi” məhz bunu göstərmişdir.

Birincisi, geoloji terminologiya ilə desək (“xəritəni” xatırlayaq) “səthin ümumi səviyyəsi” qalxmışdır. İkinci tədqiqatın aparıldığı vaxtdan (2001-ci il) konsaltinq bazarının həcmi demək olar ki, dörd dəfə artmışdır və 2003-cü ilin nəticələrinə görə 21 milyard rubla çatmışdır. (2002-ci ildə bazarın artımı 70%, 2003-cü ildə isə 125% təşkil edirdi).

Page 204: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

204

İkincisi, müəyyən sahələrə aid prioritetlər çox dəyişmişdir. Xüsusilə əvvəllər “düzənlik olan yerlər”də “dağətəyi yerlər” yaranmışdır. Milli iqtisadiyyatın hazırki vaxtadək konsultantları nəzərə almayan kömür sənayesi, tikinti və sığorta sektoru kimi sahələri konsaltinq xidmətlərinə açıq aydın tələb irəli sürdü: konsultantların iki il ərzində əldə etdiyi gəlir 400-dən 1000%-dək təşkil etmişdir. Keçmiş “dağətəyi yerlər” isə - yüngül, qida, kimyəvi, metallurgiya, ticarət və nəqliyyat sənayesi “yüksək dağətəyi” yerlərə çevrildi. Beləliklə, konsaltinq şirkətlərinin bu sahələrə göstərdiyi xidmətdən əldə etdiyi gəlir 100 rubldan 800 rubladək artmışdır. “Yüksək dağətəyi” yerdə iki yeni yüksəklik - maşınqayırma və rabitə yarandı. Bu sahələrdə konsultantlar demək olar ki 1 milyard rubl əldə etdilər. Neft-qaz sahəsi 5,2 milyard rubl həcmi ilə əhəmiyyətli dərəcədə artdı və əlçatmaz pik nöqtəsinə çatdı (2001-ci ildə 1,8 milyard rubla qarşı). Elektroenergetikadan əldə edilən gəlir 2,3 milyard rubl həcmində qeydə alınmışdır. Bu “zəlzələnin” episentri isə bank və investisiya institutları oldu. Onların konsaltinq xidmətinə olan tələbatı 50 dəfə artdı. Bundan əlavə “xəritədə” demək olar ki “ağ yerlər” yoxa çıxdı. Başqa sözlə desək hazırda yerli iqtisadiyyatda konsaltinq xidmətinin heç olmazsa bir növünə əhəmiyyət verməyən sektor yoxdur.

Üçüncüsü, bazarda fəal yer tutan şirkətlər - hazırkı vaxtadək müstəsna olaraq informasiya texnologiyaları (İT) sahəsində ixtisaslaşan şirkətlərdir. Belə ki, 2003-cü ilin yekunlarına əsasən konsultasiya xidməti bazarının liderlər onluğuna yeddi İT şirkəti, “xəritə” iştirakçıları arasında isə 58% birgə gəlirlə 23 İT şirkəti daxil olmuşdur (2001-ci ildə iri konsaltinq qrupu siyahısında yalnız səkkiz İT şirkəti daxil idi və əldə edilən gəlirin yalnız 23% onların üzərinə düşürdü).

“Ekspert RA” agentliyi tərəfindən hazırlanmış 2005-ci ilin Reytinqi, İT bumunun konsaltinq bazarına təsir edərək keyfiyyət baxımından dəyişdirdiyini göstərdi. Artıq 2004-cü ildə İT

Page 205: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

205

sahəsində ixtisaslaşan konsultant xidmətlərinə olan tələbat demək olar ki iki dəfə artmışdır. Və beləliklə idarəetmə konsaltinqi sektorunun artım tempi bir ildə 70% təşkil etmişdir (2003-cü ildə 48% qarşı). Proqram təminatının hazırlanması və sistem inteqrasiyası sahəsində konsultasiya xidməti göstərən şirkətlərin əldə etdiyi gəlirin artımı xüsusi təsir bağışlayır. Artım həcmi bir ildə 110% təşkil etmişdir (2003-cü ildə 45%-ə qarşı). Nəticədə konsaltinq xidmətləri bazarı strukturunda İT sektorunun payı 46% yaxud 12 milyard rubladək artmışdır, bu zaman isə liderlər siyahısının iştirakçıları - 150 şirkətin əldə etdiyi gəlirin ümumi həcmi 47% artaraq 26 milyard rubl təşkil etmişdir.

İT istiqamətinə keçən ənənəvi konsultantların gəliri olduqca sürətlə artırsa, onların “klassik meydanda” qalan və öz məsləhətlərini informasiya məhsuluna çevirməkdə marağı olmayan həmkarlarının şansı durmadan azalır. Buna sübut olaraq vergi və hüquqi konsaltinqi istiqamətlərindəki artım dinamikasını göstərmək olar.

Məsələn, hüquqi konsultasiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin illik gəliri 20%-dək (2003-cü ildə 63%-dən 2004-cü ildə 43%-dək), vergi konsultasiya xidməti göstərən şirkətlərin isə 42% azalmışdır (67%-dan 25%-dək). Bu istiqamətlərdə ixtisaslaşan şirkətlərin artım tempinin azalması səbəbləri məlumdur. Onlar daha sərt rəqabət şəraitində fəaliyyət göstərmək məcburiyyətindədir. Belə ki 150 lider şirkətlər arasında 83 vergi konsultantları, 89 isə hüquqi konsultantlardır. Bu bir tərəfdən xidmət qiymətinin dempinqi ilə, digər tərəfdən isə xidmət keyfiyyətinin qaldırılması, müştərinin layihədən sonra müşayiət edilməsini təşkil etmək üçün xərclərin artması ilə nəticələnir. Məsələn, hüquqi sazişlərin həyata keçirilməsi əlaqədar olan kompleks xidmətlərin yerinə yetirilməsini tələb edir.

Hazırda konsaltinqin ən perspektivli növü “qeyri informasiya” - qiymətləndirmə xidmətləridir. Bu xidmət növünün ixtisaslaşdırılması çoxlu iri və mürəkkəbliyinə görə

Page 206: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

206

unikal layihələrin yaranmasına görə “klassik” konsultantlara illik gəliri 42%-dək artırmağa imkan verdi.

Dəyişikliklər İT- konsultantlara demək olar ki idarəetmə konsaltinqinin bütün sahələrini - layihələrin idarə edilməsi, maliyyə konsaltinqi (uçotun təşkili və hesabatın maliyyə hesabatına dair Beynəlxalq standartlara uyğun olaraq formalaşdırılması), bank fəaliyyəti sahəsində konsaltinq, profilə aid olmayan və biznesin ikinci dərəcəli funksiyalarının, büdcənin idarə edilməsini fəal inkişaf etdirməyə imkan verdi.

“Klassik meydana” bu şəkildə çıxdığına görə İT-konsultantlar iri şirkətlər siyahısında yüksək mövqelərə sahib ola bildilər və bununla da “ənənəvi konsultantları” yerindən tərpətməyə nail oldular (2004-cü ilin yekunlarına görə top-150 liderlər siyahısının ilk beşliyinə əminliklə “Borlas” və “Kompyulink” şirkətləri daxil olmuşdur). Onların mövcudluğu konsaltinq bazarının strateji konsaltinq (liderlər onluğuna İBS və SAP şirkətləri daxil olmuşdur), maliyyə konsaltinqi və personalın idarə edilməsi sahəsində konsaltinq (bu sektorda lider mövqeləri “AyTi”, “İKT-Konsalt” və “Borlas” şirkətləri tutmuşdur) kimi seqmentlərində nəzərə çarpmağa başladı. Nəticədə bu cür ekspansiya konsaltinq xidmətlərinin ənənəvi seqmentlərində İT-konsultantların payında da əks olundu .

Gələcəkdə konsaltinq bazarının mənimsənilməsi üçün işlər planauyğun aparıldıqda İT-şirkətlərinin ənənəvi konsaltinq bazarında bir neçə boşluqları (rioyuqları) tuta biləcəyi istisna edilmir, lakin daha perspektivli boşluqları çətin ki ciddi şəkildə mənimsəyə bilsin. Həmin boşluqlarda işin uğurla yerinə yetirilməsi qazanılmış idarəetmə texnologiyaları ilə müəyyən edilir, bunun isə hazırlanması və adaptasiyası üçün illər tələb olunur. Texnologiyalara dair məlumatlar daima dəyişir və təkmilləşir və onları, yalnız xüsusi ədəbiyyatda əks olunan təsvirlərə istinad edərək mənimsəmək çətindir. Əksər İT-konsultantların ixtisası müştərinin proqram məhsulunun tətbiqi

Page 207: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

207

ilə əlaqədar olan biznes-proseslərinin optimallaşdırılmasıdır. Təcrübə göstərir ki, bu halda müştərinin müəssisəsinin proqram məhsulu ilə diktə edilən tələblərə uyğun olaraq büsbütün dəyişdirilməsi “cazibəsi” yaranır. Amma əgər İT-şirkəti korporativ informasiya sistemi ilə əlaqədar olmayan xidmətlərin təqdim edilməsinə dair qərar verərsə, o, artıq özünü kifayət qədər sübut etmiş idarəetmə konsultasiyası bazarının oyunçuları ilə asan olmayan rəqabət mübarizəsi aparmah olacaq. Əksər İT-şirkətlər üçün bu seqmentdə münasib gəlir səviyyəsinə nail olmaq həddindən artıq xərclə başa gəlir.

Bundan başqa “klassik” konsultantların bazar payının 42%-dək azaldığına baxmayaraq onlar digər sahələrdə ağlasığmaz templə inkişaf edir. Ənənəvi konsaltinq firmalarının illik gəlir artımı 115% təşkil edir.

Ənənəvi konsaltinq firmalarının idarə edilməsində biznesin qiymətləndirilməsi, hüquqi və vergi konsaltinqi, investisiyaların idarə edilməsi sahəsində konsaltinq, təsərrüfat komplekslərinin yenidən strukturlaşdırılması, büdcə-maliyyə planlaşdırılması sisteminin təkmilləşdirilməsi, personalın idarə edilməsi və s. kimi konsaltinq fəaliyyəti növləri tamamilə qorunub saxlanılır. Bu şirkətlər yüksək rəqabət şəraitində işləməyə davamlıdır. Məsələn ticarətdə vergi və hüquqi konsaltinq xidmətlərinin təqdim edilməsində 39 şirkət ixtisaslaşır, maşınqayırma sahəsində isə 37 şirkət qiymətləndirmə və strateji xidmətlər göstərməyə hazırdır.

Son illər ənənəvi konsaltinq şirkətlərinin rəqabət mübarizəsinin təsirli üsullarından biri nüfuzlu qərb konsultantları ilə tərəfdaşlıq və beynəlxalq peşəkar assosiasiyalara üzvlük hesab edilir. Bu, təkcə ticarət nişanının məşhurluğu ilə bağlı üstünlüklər vermir, həm də aparılan işlərin keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artmasına imkan yaradır (qərb tərəfdaşları son dərəcə tələbkardır).

Konsaltinqin praktiki olaraq ölkə iqtisadiyyatının bütün

Page 208: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

208

sahələrinə daxil olması müəssisə rəhbərlərinin əsaslarının dəyişməsi ilə izah edilir. Ekspert sorğusunda iştirak edən bütün konsaltinq şirkətlərinin nümayəndələri müştəri-müəssisənin menecerləri tərəfindən potensial konsultant-icraçıya qarşı irəli sürülən yeni tələblərin keyfiyyətli olmasını qeyd edir.

Cəmi bir neçə il bundan öncə iri beynəlxalq konsaltinq şirkətlərinə müraciət edən yerli müəssisələr üçün nüfuz (etibar) fikri heç də az rol oynamırdı. Bu, daha çox müəssisənin beynəlxalq bazarlara çıxması ilə sübut edilmişdir. Müştəri və icraçı arasındakı danışıqlar prosesi müəssisənin tələbləri və konsultantın imkanlarının müəyyən edilməsi iterativ prosesə çevrilirdi. Konsultanta müraciət edərkən top-menecer ondan nə ala biləcəyi haqda az təsəvvürü olurdu və bir çox hallarda onun tələbinin qısa xülasəsi mahiyyət etibarilə belə səslənirdi: “Kömək edin!”. Adətən köməklik vergi və hüquqi problemlərin həllində tələb olunurdu.

Hazırda ixtisaslaşmış menecer kadrlarının cəlb edilməsi və idarəetmə personalının ixtisaslaşdırılmasına vəsaitin qoyuluşu sayəsində vəziyyət fərqlidir. Konsaltinq şirkətinin müasir müştərisi - müasir təhlil metodlarından çox məlumatlı olan, case-texnologiyalarını bilən və diqqətini məhz yekun praktiki nəticədə cəmləşdirən top-menecerdir. Digər sözlərlə desək, indi konsultantın verdiyi ağıllı məsləhət əksər hallarda konsaltinq şirkətinin, müştərinin layihəsi üzrə gördüyü işin yekun deyil aradakı nəticəsidir. İndi konsultant daha çox öz göstərişlərini tətbiq edir lakin musiqini birinci sifarişçi çalır. Belə bir alyans layihənin yekun mərhələsində konsultantların məsuliyyətini və qəbul edilən qərarlarda müştərinin əminliyini artırır.

Rusiya müəssisələrində rəhbərlik edən heyətin ixtisaslaşdırılması və konsaltinq şirkətlərinin bütün kompleks xidmətləri haqqında kifayət qədər təsəvvürün olması top-menecerlərə şəxsi problemlərin təşkilindən (verginin optimallaşdırılması, personalın treninqi və s.) müəssisənin

Page 209: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

209

effektivliyinin artırılmasına dair məsələlərin sistemli həllinə keçməyə imkan vermişdir: müəssisənin qiymətləndirilməsi - maliyyə hesabatının beynəlxalq standartlara çevrilməsi - vergi qoymanın optimallaşdırılması daxil olmaqla, maliyyə axınının optimallaşdırılması, - sistemli inteqrasiya - “yeni iqtisadiyyata” çıxış və s.

Kütləvi informasiya vasitələri sayəsində müəssisə rəhbərləri qazanılmış təcrübə və bu və ya digər konsaltinq şirkətinin imkanlarmı təqdim edir. Müəssisələr

konsultantları “problemə uyğun olaraq” seçir, məqsədəuyğun hesab etdikləri halda isə müxtəlif məsələlərin həll edilməsi üçün müxtəlif konsultantlarla işləyir. Bu isə öz növbəsində konsaltinq xidmətləri bazarında sağlam bazar rəqabətinin yaranmasını, deməli bütövlükdə konsaltinqin yaranmasını göstərir.

Page 210: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

210

MÜNDƏRİCATGİRİŞ .............................................................................................. 6

MÖVZU 1. KONSALTİNQ XİDMƏTİ:İLKİN ŞƏRTLƏR VƏ MÜASİR VƏZİYYƏT ........................... 14

MÖVZU 2. İŞGÜZAR XİDMƏTLƏR BAZARINDA KONSALTİNQ XİDMƏTİ............................................................ 21

MÖVZU 3. MÜƏSSİSƏNİN ÜMUMİ ŞƏKİLDƏ İDARƏ EDİLMƏSİNƏ DAİR KONSALTİNQ. İDARƏETMƏ KONSALTİNQİ .................................................. 34

MÖVZU 4. KONSALTİNQ STRATEJİ PLANLAMA SAHƏSİNDƏ .......................................................... 42

MÖVZU 5. MARKETİN SAHƏSİNDƏ KONSULTASİYA- ENÇMARKİNQ ............................................49

MÖVZU 6. AUDİTOR FƏALİYYƏTİ SAHƏSİNDƏ KONSALTİNQ ...................................................... 58

MÖVZU 7. İNVESTİSİYA XİDMƏTİ SAHƏSİNDƏ KONSALTİNQ ...................................................... 74

MÖVZU 8. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR SAHƏSİNDƏ KONSALTİNQ ...................................................... 82

MÖVZU 9. İMİC – KONSULTASİYA ......................................... 91

MÖVZU 10. KADR SİYASƏTİ VƏ İŞÇİ QƏBULU SAHƏSİNDƏ KONSALTİNQ .................................... 103

Page 211: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

211

MÖVZU 11.PERSONALIN TƏLİMATLANDIRILMASI SAHƏSİNDƏ KONSALTİNQ ...................................................... 123

MÖVZU 12. MÜƏSSİSƏ VƏ RƏSMİ İNFORMASİYA BAZARININ QARŞILIQLI ƏLAQƏSİ SAHƏSİNDƏ KONSALTİNQ ................................... 131

MÖVZU 13. TƏŞKİLATİ DƏYİŞİKLİKLƏRİN APARILMASINDA KONSALTİNQTEXNOLOGİYALARI ................................................................. 142

MÖVZU 14. MÜƏSSİSƏNİN KOMPLEKS ŞƏKİLDƏ AVTOMATLAŞDIRILMASINDA KONSALTİNQ .................... 147

MÖVZU 15. REİNJİNİRİQ: MÜƏSSİSƏNİN BİZNES-PROSESLƏRİNİNYENİDƏN TƏŞKİLİ KONSALTİNQ TEXNOLOGİYASI ........................................................................ 164

MÖVZU 16. BİZNES-İNFORMASİYANIN MÜDAFİƏSİ SAHƏSİNDƏKONSALTİNQ ............................................................................... 174

MÖVZU 17. İNFORMASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİN ETMƏSAHƏSİNDƏ KONSALTİNQ: İT - KONSALTİNQ.................. 187

MÖVZU 18. İNFORMASİYA KONSALTİNQİ ......................... 195

NƏTİCƏ. RUSİYADA KONSALTİNQ XİDMƏTİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ .......................... 203

Page 212: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

212

QEYD ÜÇÜN______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________

Page 213: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

213

___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ _________________________________________________________________________________________________________________________________________________________

Page 214: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

214

Aleksey İvanoviç Tkaliç

KONSALTİNQ XİDMƏTİ

ALİ MƏKTƏBLƏR ÜÇÜN DƏRS VƏSAİTİ

Çapa imzalanıb: Formatı: Ofset çapı. Həcmi: Sifariş № Tiraj: 500Qiyməti: 5 manat

Page 215: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

215

“AZE KONSALTİNQ QRUP” FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

2002-ci ildən fəaliyyət göstərən «NVF Consaltinq» Şirkətinin və «İetellekt Holdinq» Şirkətlər Qrupunun bazasında hüquq varisliyi qaydasında yeni adla

«AZE Konsaltinq Qrup»

yüksək ixtisaslı mütəxəssislər, zəngin təcrübə ilə ən müasir konsaltinq xidmətlərini həyata keçirir.

AZE HÜQUQ ŞİRKƏTİ AZE Financial Consulting

hər cür hüquqi və fiziki şəxslərə, sahibkarlıq subyektlərinə peşəkar və səmərəli xidmət göstərir.

- fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının məhkəmədə və digər dövlət orqanlarında müdafiəsi;

- müəssisələrin dövlət qeydiyyatından başlayaraq, fəaliyyətinin hüquqi tənzimlənməsinədək bütün

xidmətlər;- sahibkarlıq subyektlərinə hüquq, maliyyə, informasiya

və idarəetmə sahəsində məsləhətlər; Hüquq, maliyyə, informasiya sahəsində

«A»-dan «Z»-dək konsaltinq xidmətləri «AZE Konsaltinq Qrup»da!

Ünvan: AZ 1073 Bakı ş., Mətbuat pr., 18/7 məhəllə 539tel: (+99412) 439-47-22; 439-73-17; faks: (+99412) 510-30-94

Page 216: KONSALTİNQ XİDMƏTİ - AZLIBNET · iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar

216