İslam peripatetizmi

20
İslam peripatetizmi

Transcript of İslam peripatetizmi

Page 1: İslam peripatetizmi

İslam peripatetizmi

Page 2: İslam peripatetizmi

1. Peripatetizm haqqında.2. Əl-Fərabinin fəlsəfəsi.3. Əl-Kindinin fəlsəfəsi.4. İbn Sinanın fəlsəfəsi.5. Bəhmənyarın fəlsəfəsi.6. Siracəddin Ürməvinin fəlsəfə

anlayışı.

Plan

Page 3: İslam peripatetizmi

Giriş Bu təqdimatda İslam peripatetizmi, onun yaranması, görkəmli nümayəndələri, İslam peripatetizminin keçdiyi dövrlərdən bəhs olunur. Burada əsas diqqət Şərq peripatetizminə və İslam peripatetiklərinə yönəlmişdir. İslam fəlsəfəsində varlığa xüsusi bir yer ayrılmışdır. İslam fəlsəfəsinin görkəmli nümayəndələri olan İbn Sina və Əl Fərabi bu barədə özfikirlərini irəli sürmüşlər. Bu təqdimatda da varlığa aid olan bu fikirlərə yer verilmişdir. Ümumiyyətlə, fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona kim olduğunu, insani ləyaqət və vəzifənin nədən ibarət olduğunu, onun cəmiyyətə, təbiətə, başqa insana, bütün Kainata münasibətdə bir insan kimi hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edir. Biliyin dünyagörüşünün sistemi olan fəlsəfənin əsas vəzifəsi insan mənəviyyatının, ali humanist Əqidələr sistemini inkişaf etdirməkdir.

Page 4: İslam peripatetizmi

Şərq peripatetizmi islam aləmində məşşailik adı ilə məşhurdur. «Məşşai» sözü yeriyən deməkdir. Bu söz Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik» məktəbdən götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina durur. İbn Sina Farabidən sonra Aristotel nəzəriyyələrinə varis çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər keçməsi, ruhunu paklaşdırması zəruri deyildir. Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu fəlsəfənin Bəhmənyar, Əl-Kindi, Əl-Fərabi, İbn Sina kimi görkəmli nümayəndələri olmuşdur. 

Page 5: İslam peripatetizmi

Aristotel və peripatetiklər

İbn Sina

Əl-Kindi

Əl-Fərabi

BəhmənyarAristotel

Page 6: İslam peripatetizmi

Aristotel Peripatetizm cərəyanı antik dünyanın filosofu, böyük zəka sahibi Aristotelin adı ilə bağlıdır. Ərəbdilli alimlər Aristoteli «birinci müəllim» adlandırmışlar.Belə ki, Aristotel öztələbərinə dərs keçən zaman piyada gəzintiyə çıxmağa üstünlük vermişdir. Peripatetizm sözü buradan götürülmüşdür. Hərfi mənası “gəzintiyə çıxmaq” deməkdir.

Page 7: İslam peripatetizmi

Əl-Fərabi

Əslən türk olan Əl-Fərabi İslam dünyasının peripatetik filosoflarından ən böyüyü, “ikinci müəllim” kimi məşhur olmuşdur.

Fərabi fəlsəfəni, gerçək varlığın bilgisini əldə etmək, varlıqlarınsəbəblərini bilmək, ağlın ən üstün metodla varlıqların ən üstünü olan varlığı tanıması, insanı həqiqi səadətə aparan yol olaraq ortaya qoymuşdur. Fərabiyə görə, fəlsəfə eyni zamanda hər şeyi əhatə edən aləmi, bizim gözlərimiz qabağına sərən elmdir. Nəfsani təmizlənmə fəlsəfənin həm birinci şərti, həm də son nəticəsidir.

Page 8: İslam peripatetizmi

Fəlsəfənin öyrənilməsindəki əsas məqsəd Tanrının bilinməsi, filosofların davranışlarındakı əsas niyyət isə mümkün olduğu qədər Tanrıya bənzəmək olduğu, Fərabinin fəlsəfə anlayışının təməlində yatmaqdadır.

Fərabiyə görə, fəlsəfə eyni zamanda hər şeyi əhatə edən aləmi, bizim gözlərimiz qabağına sərən elmdir. Nəfsani təmizlənmə fəlsəfənin həm birinci şərti, həm də son nəticəsidir. Yəqin ki, buna görə Fərabi özü də bütün həyatını nəfsin arzularından xilas olmaq üçün sərf etmiş, zahidanə həyat yaşamışdır.

Page 9: İslam peripatetizmi

Əl-Fərabiyə görə varlığın iki növü vardır

Zəruri varlıq Mümkün varlıq

Özü-özünün səbəbi olan ilahi varlıqdır.

Mümkün varlığın mövcudluğu ilahi

varlığın mövcudluğundan

asılıdır.

Page 10: İslam peripatetizmi

ƏL-Kindi Əl-Kindi «ilk fəlsəfə» adlı əsərində fəlsəfənin ən şərəfli bir məslək olduğunu qeyd edərək, fəlsəfəni belə izah edir: «Fəlsəfə insanın bacardığıqədər əşyanın həqiqətini qavramağa çalışmasıdır»

İlk fəlsəfə termini,Kindiyə görə, bütün həqiqətlərin səbəbi olan Haqqın bilinməsi deməkdir. Ona görə bu fəlsəfənin birinci və ən yüksək pilləsidir. Çünkü səbəblərin bilinməsi nəticələrin bilinməsindən daha əhəmiyyətlidir. Ən mükəmməl filosof da, səbəblərin səbəbi (səbəb-ul əsbab) olan Allahı, həqiqi mənada dərk edə bilən filosofdur.

Page 11: İslam peripatetizmi

Kindiyə görə həqiqət haradan və kim tərəfindən gəlirsə gəlsin, qəbul edilməlidir. Fəlsəfi həqiqət rəqib tərəfindən söylənsə belə yenə qəbul olunmalıdır. Çünki həqiqəti axtaran üçün, həqiqətdən daha üstün və qiymətli heç nə yoxdur.

Peyğəmbərlər də filosoflar da həqiqəti axtarmaq yolundadırlar. Lakin, bunlar metod, mənbə və xüsusiyyətlərinə görə bir-birindən fərqlidir. Əgər məqsədlər eynidirsə, məqsədə çatdırmaq üçün istifadə olunan vasitələr müxtəlif ola bilər və bunu normal qəbul etmək lazımdır.

Page 12: İslam peripatetizmi

İbn Sina İbn Sina 980-ci ildə Buxara yaxınlığındaolan Əfşənədə anadan olmuşdur.XII əsrdə bəzi əsərləri latın dilinətərcümə olunanda adının ispan dilində Aben və ya Aven Sina kimi tələffüzolunması, İbn Sinanın qərb dünyasında Avisenna olaraq məşhur olmasına səbəb olmuşdur. İbn Sinanın atası Samanilər dövlət idarəçiliyindəəhəmiyyətli yerlərdən birini tutmuşdur.

İbn Sina öz fəlsəfi baxışlarında həm materializmə həm də idealizmə meyl etmişdir. İbn Sinanın fikrincə, dünya emanasiya yolu ilə yəni, işıq saçma yolu ilə ilahidən törəyib.

Page 13: İslam peripatetizmi

İbn Sina varlığın 3 növünü göstərmişdir

Zəruri varlıq-Allah

Mümkün varlıq-Gerçək aləm

Qeyri-mümkün varlıq konkret maddi əsası olmayan anlayışlar

Page 14: İslam peripatetizmi

Bəhmənyar Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, böyük alim İbn Sinanın şagirdi olmuşdur.

Bəhmənyarın fəlsəfəsində ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir.

Təhsil" əsərində göstərilir ki, “varlığın nə cinsi, nə də başqa fərqləndirici əlamətləri yoxdur, ona görə də ona tərif vermək olmur."

Page 15: İslam peripatetizmi

Əbülhəsən Bəhmənyar göstərir ki, cisim, materiyadan və mövcud formadan təşəkkül tapır.

Bəhmənyarın fikrincə, cisim hiss (duyğu) ilə qavranıldığı üçün onun isbatına ehtiyac yoxdur.  Cismə üç ölçüyə – uzunluğa, enə və dərinliyə malik substansiya kimi tərif verilərək, onun mövcudluq üsulu göstərilir. 

Şərqin başqa peripatetik filosofları kimi Əbülhəsən Bəhmənyar da idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərmişdir.

Page 16: İslam peripatetizmi

İdrak prosesi

Hissi mərhələ Əqli mərhələ

Toxunma, Dadbilmə, İybilmə eşitmə, görmə

Əbülhəsən Bəhmənyar əqli idrakı hissi idrakın bilavasitə davamı, sonrakı mərhələsi kimi şərh etmişdir.

Page 17: İslam peripatetizmi

Urməvi Şərq peripatetizmi mövqeyindən çıxış edərək varlığın müxtəlif qisimlərinin şərhini vermişdir. Filosof “varlığı”, ilk növbədə, onun ziddi olan “yoxluq” anlayışı ilə qarşılıqlı götürmüşdür. O yazır: “Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir”.

Siracəddin Urməvi “Nurların doğuşları” kitabında hərəkət, məkan və zaman kateqoriyalarından hər birinin izahına xüsusi fəsil ayırmışdır. O, hərəkət haqqında danışarkən yalnız Şərq alimlərinin deyil, habelə qədim filosofların, o cümlədən Zenon, Platon, Aristotel və başqalarının müvafiq fikirlərini gözdən keçirmiş, ən çox isə Birinci müəllimə əsaslanmışdır. Öz sələfləri kimi Siracəddin Urməvi hərəkətin on kateqoriyadan dördünə - kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini yazırdı.

Siracəddin Ürməvi

Page 18: İslam peripatetizmi

Nəticə Nəticə olaraq əsas bizim təqdimatdan nəyi oxuduğumuz deyil, oxuduğumuz məlumatlardan, fəlsəfi baxışlardan nəyi öyrəndiyimiz və nəyi necə başa düşdüyümüz əsas götürülür. Mən də bu təqdimatdan öz nəticəmi çıxartdığımı və İslam peripatetizmi barədə daha dərin biliklərə yiyələndiyimi düşünürəm. Mənim bu təqdimatda ən çox diqqətimi çəkən Əl-Kindinin fəlsəfəsi baxışları oldu. İlk fəsəfə termini Kindiyə görə, bütün həqiqətlərin səbəbi olan Haqqın bilinməsidir. Ona görə bu fəlsəfənin birinci və ən yüksək pilləsidir. Kindiyə görə həqiqətin kim tərəfindən və haradan gəlməyi önəmli deyil. Həqiqət kim tərəfindən və haradan gəlirsə gəlsin qəbul edilməlidir. Çünki həqiqəti axtaran üçün həqiqətdən daha vacib heç nə yoxdur. Peyğəmbərlər də filosoflar da həqiqəti axtarmaq yolundadırlar. Lakin bunlar fərqli xüsusiyyətlərinə görə bir-birindənseçilirlər. Əgər məqsədlər eynidirsə, məqsədə çatmaq üçün istifadə olunan vasitələr fərqli ola bilər və bunu normal qəbul etmək lazımdır. Mənim fikrimcə, İslam peripatetizmi İslama fəlsəfi cəhətdən baxışın ən ideal nümunəsidir.

Page 19: İslam peripatetizmi

1. A.Əsədov Qədim Dünya fəlsəfəsi. Bakı 1998

2. M.Baqir İslam fəlsəfəsi ilə tanışlıq. Dəməşq 2005

3. R.Mehdiyev Fəlsəfə. Bakı 20104. R. Manafov İslam düşüncəsi. Bakı 20075. Y. Rüstənov Fəlsəfənin əsasları. Bakı 2007

Ədəbiyyat

Page 20: İslam peripatetizmi

Diqqətinizə görə

təşəkkürlər