Ii gwn (1)

38
II gün

Transcript of Ii gwn (1)

Page 1: Ii gwn (1)

II gün

Page 2: Ii gwn (1)

II günün sonunda gözlənilən nəticə:Müdavim:

•coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun) strukturunu və əsas xüsusiyyətlərini izah edir;

•coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun) məzmununun tərkib hissələrini sadalayır;

•məzmun xətti, fəaliyyət xətti, əsas və alt-standartların funksiyaları və praktik əhəmiyyətini şərh edir;

•məzmun standartı, onun komponentlərini izah edir;

•məzmun standartlarını təhlil edir, onun bilik və fəaliyyət komponentlərini müəyyən edir;

•biliyin kateqoriyalarını, fəaliyyət növlərini təyin edir;

•alt standartlara əsasən təlim məqsədlərini müəyyən edir.

Page 3: Ii gwn (1)

Motivasiya. Problemin qoyuluşu:

• Bu iki anlayışı necə başa düşürsünüz?• Sənədin quruluşu və məzmunu dedikdə nə

anlaşılır?

Quruluş Məzmun

Page 4: Ii gwn (1)

Tədqiqat sualları:

• “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin strukturuna (quruluşuna) nələr daxildir?

• Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun) strukturuna nələr daxildir?

Page 5: Ii gwn (1)

Ümumi təhsilin pillələri üzrə təlim nəticələriÜmumi təhsilin pillələri üzrə təlim nəticələri

Fənlər üzrə ümumi təlim nəticələri

İbtidaiİbtidai Ümumi ortaÜmumi orta Tam ortaTam orta

İbtidaiİbtidai Ümumi orta Ümumi orta Tam ortaTam orta

Siniflər üzrə təlim nəticələriSiniflər üzrə təlim nəticələri

Page 6: Ii gwn (1)

Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) çərçivə sənədinin

strukturu1. Ümumi müddəalar. • - ümumi təhsilin məzmunu. • - ümumi təhsilin idarə olunması. • - ümumi təhsilin infrastrukturu. • - ümumi təhsilin maddi-texniki və tədris bazası.• - ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri. • - ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi.

2. Təhsil proqramı (kurikulum). • - ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri. • - ümumi təhsil səviyyələri üzrə məzmun standartları. • - ümumi təhsil pilləsində tədris edilən fənlər. • - ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ

saatlarının maksimum miqdarı. • - ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri. • - təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.

Page 7: Ii gwn (1)

Təhsil proqramında Təhsil proqramında (kurikulumda)(kurikulumda)

Təhsil səviyyələri və Təhsil səviyyələri və fənlər üzrə ümumu fənlər üzrə ümumu

təlim nəticələritəlim nəticələri

Siniflər üzrə ümumiSiniflər üzrə ümumi təlim nəticələritəlim nəticələri

Ümumi təhsil pilləsinin dövlət Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları standartları və proqramları

(kurikulumları)(kurikulumları)

Page 8: Ii gwn (1)

 Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun) strukturu

• Giriş

• Fənnin məzmunu

• Təlim strategiyaları

• Şagird nailiyyətlərinin qiymətləndirilməsi

Page 9: Ii gwn (1)

Yönəldici suallar• “Ümumi təhsil pilləsinin dövlət standartı və

proqramları (kurikulumları)” nə üçün çərçivə sənədi hesab olunur?

• “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” çərçivə sənədi və “Coğrafiya fənni üzrə yeni təhsil proqramı (kurikulumu)” bir-birindən nə ilə fərqlənir? Onlar arasında hansı əlaqələr var?

• “Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun)” strukturu barədə nə öyrəndik?

Page 10: Ii gwn (1)

Nəticə • Ona görə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları

(kurikulumları)” çərçivə sənədi hesab edilir ki, orada ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi, ümumi təhsil səviyyələri və fənlər üzrə təlim nəticələri, ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri, təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi və s. məsələlər dövlət əhəmiyyətli tədbirlər kimi əks olunub.

• “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” çərçivə sənədində dövlət əhəmiyyətli tədbirlər kimi əks olunmuş məsələlər “Coğrafiya fənni üzrə yeni təhsil proqramında (kurikulumda)” xüsusiləşdirilmiş və bir fənn səviyyəsində konkretləşdirilmişdir.

• “Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun)” strukturuna giriş, fənnin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri daxildir.

Page 11: Ii gwn (1)

Tədqiqat sualı:

• Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun) məzmununun tərkib hissələri hansılardır?

Page 12: Ii gwn (1)

I Fənnin məzmunu

IITəlim strategiyaları

IIIŞagird nailiyyətlərinin

qiymətləndirilməsi

•Ümumi təlim nəticələri

• Məzmun xətləri

•Fəaliyyət xətləri

•Məzmun xətləri üzrə təlim nəticələri

• Məzmun standarltları

•Fəndaxili və fənlərarasıinteqrasiya

•Fənn üzrə təlimintəşkilinə verilən əsas tələblərin təsviri•Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr•Müəllimin təlim fəaliyyəti-nin planlaşdırılmasına dair nümunələr

•Məzmun standartlarının şərhi.

•Əsas qiymətləndirmə növləri

•Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələri

Giriş Fənnin məqsəd və vəzifələri Fənnin xarakterik xüsusiyyətləri

Page 13: Ii gwn (1)

Yönəldici suallar:

• Ümumi təlim nəticələri, məzmun xətti, fəaliyyət xətti, məzmun standartları, alt-standart anlayışlarını necə başa düşürsünüz?

• Məzmun standartları və alt-standartın funksiyaları hansılardır?

Page 14: Ii gwn (1)

VI1

. Co

ğrafi

kan

1.1.Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə

baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş

etdirir.

1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.

VII1.1.1. Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.

VIII

1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir.

IX1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.

X1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.

XI1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.

Standartların sadədən mürəkkəbə dogruinkişaf dinamikası

Page 15: Ii gwn (1)

Tapşırıq:

• “Coğrafiya fənni üzrə yeni təhsil proqramını (kurikulumu)” nəzərdən keçirin. Fənnin məqsədini, vəzifələrini, xarakterik xüsusiyyətlərini, fənn üzrə ümumi təlim nəticələrini, fəaliyyət xətlərini, məzmun xətlərini, əsas və alt standartları seçib göstərin.

Page 16: Ii gwn (1)

İş vərəqi Coğrafiya fənninin

məzmununun tərkib hissələri

Onların ifadəsi

fənnin məqsədi

fənnin vəzifələri

fənnin xarakterik xüsusiyyətləriümumi təlim nəticələri

fəaliyyət xətləri

məzmun xətləri

məzmun standartları

alt standartlar

Page 17: Ii gwn (1)

• Ümumi təlim nəticələri - mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.

• Məzmun xətti - fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.

Page 18: Ii gwn (1)

Coğrafiya fənni üzrə məzmun xətləri

1. Coğrafi məkan

2. Təbiət

3. Cəmiyyət

Page 19: Ii gwn (1)

Coğrafiya fənni üzrə fəaliyyət xətləri

• Problemin həlli

• Mühakimə yürütmə

• Əməkdaşlıq/ictimaiyyətlə əlaqə

• Müqayisə və təhliletmə

• Tətbiqetmə

• Proqnozlaşdırma

• Sistemləşdirmə və təsnifetmə

• Təqdimetmə

Page 20: Ii gwn (1)

Əsas (məzmun) standartın funksiyaları

• Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.

• Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.

Page 21: Ii gwn (1)

İnteqrasiyanın əhəmiyyəti

• vaxtdan səmərəli istifadə etməyə imkan yaradır;

• şagirdlərin təlim yükünü azaldır;

• inteqrativ bilik və bacarıqların formalaşmasına şərait yaradır;

• bilik və bacarıqların qazanılmasında öyrənmənin intensivliyini, səmərəliliyini artırır;

• həddən artıq xırdalanmanın qarşısını alır;

• təlimə marağın artmasına imkan yaradır.

Page 22: Ii gwn (1)

İnteqrasiyanın növləri

• Fəndaxili inteqrasiya - hər hansı bir fənn üzrə nəticələrin sinifdaxili və siniflərarası əlaqələndirilməsini nəzərdə tutur.

• Fənlərarası inteqrasiya - hər hansı fənn üzrə nəticələrin digər fənlər üzrə nəticələrlə əlaqəliliyini nəzərdə tutur.

Page 23: Ii gwn (1)

Fəndaxili və fənlərarası inteqrasiyaya dair nümunə

VI sinif VII sinif VIII sinif IX sinif X sinif XI sinif

1. Coğrafi məkan

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1.Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir .Ü-t.2.1.1.;2.1.2.İnf.3.3.1.

1.1.1.Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir.Ü-t.1.1.2.

1.1.1. Yeni elm sahələrinin yaranmasını izah edir .B.1.1.1.Ü-t.1.1.1.

1.1.1.Sivilizasiyaları coğrafi baxımdan təhlil edir.B.1.1.1.Ü-t.1.1.1.; 1.1.2.; 1.1.3.H.-b.1.1.1.

1.1.1 Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı əlaqəsini əsaslandırır.B.1.1.1.

1.1.1.Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar aparır və nəticələrini təqdim edir.Ü-t.1.1.2. İnf.4.1.2.

Page 24: Ii gwn (1)

Məzmun standartının quruluşu

M zmun standartıə

Bilik Fəaliyyət

Page 25: Ii gwn (1)

Coğrafiya fənnindən məzmun standartının bilik və fəaliyyətə ayrılamsına aid nümunə

1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Kainatdakı səma cismlərinin hərəkətini fərqləndirir. 1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir

edir və onun coğrafi nəticələrini təqdim edir. 1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar

nümayiş etdirir. 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri

şərh edir. 1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.

Page 26: Ii gwn (1)

Tapşırıq:

• Təqdim edilən standartları məzmun və fəaliyyət komponentlərinə ayırın.

Page 27: Ii gwn (1)

Məzmun standartlarının komponentləri üzrə təsnifat

Bilik Fəaliyyət

Deklarativ Kontekstual

Prosedural

İdraki Ünsiyyət

Psixomotor

Page 28: Ii gwn (1)

Biliyin kateqoriyaları

Deklarativ bilikMəlumat xarakterli biliklərdir. Bunların sırasına

anlayışlar, təriflər, faktlar daxilldir.

Prosedural bilikFəaliyyətin icrasına dair prosedur qaydaları əhatə

edən biliklərdir.

Kontekstual bilikProblemin həll edilməsi yolu ilə əldə olunan yeni

biliklərdir.

Page 29: Ii gwn (1)
Page 30: Ii gwn (1)

İdrak taksonomiyası Səviyyə Ümumi təlim nəticələri Spesifik təlim nəticələri Fəaliyyətin göstəriciləri

Bilmə Ümumi terminləri bilir. Müəyyən edir, təsvir edir, sadalayır, sıralayır, seçir.

Yadda saxlamaq; xatırlamaq, tanımaq; işarə etmək

Anlama Fakt və prinsipləri anlayır.

Fərqləndirir, izah edir, nümunələr gətirir.

İzah etmək; bir ifadə vasitəsindən digər ifadə vasitəsinə keçirmək; öz sözləri ilə təsvir etmə

Tətbiq etmə Konsepsiya və prinsipləri yeni şəraitdə tətbiq edir.

Dəyişir, hesablayır, istifadə edir, nümayiş etdirir

Problem həll etmə; müəyyən nəticələr əldə etmək üçün informasiyaları tətbiq etmə

Analiz İşin təşkili strukturunu təhlil edir.

Ayırır, hissələrə bölür, əlaqələndirir, müəyyən edir.

Onların bir yerdə necə mövcud olduğunu göstərmək üçün nəyisə parçalamaq; ünsiyyətin əsasını təşkil edən strukturu tapmaq; motivləri müəyyənləşdirmək

Sintez Əşiyaları və ideyaları təsnif edərək sxemlər yaradır.

Yaradır, tərtib edir, yazır, nitq edir.

Həm şifahi formada, həm də fiziki obyekt ola bilən unikal (yeganə), original (ilkin) məhsulun yaradılması

Dəyərləndirmə Yazı materialının məntiqi ardıcıllığını qiymətləndirir.

Müqayisə edir, qarşılaşdırır, mühakimə yürüdür.

Məsələ haqqında mühüm qərarlar çıxarmaq; mübahisələri və ya fikir müxtəlifliklərini həll etmək.

Page 31: Ii gwn (1)

Affektiv-emosional (ünsiyyət) taksonomiyası

(Kraslov, 1964)

Səviyyə Şagirdin davranışının xüsusiyyətləri

Məqbul saymaq Şagird hər hansı bir təlim prosesində iştirak etmək üçün stimullaşdırılır. Bu

təlim nəticələri əşyanın mövcudluğunu anlamadan ona seçimli yanalmaya

qədər inkişaf etdirilir.

Reaksiya vermək Şagird təlim prosesində fəal iştirak edir, suallara cavab, hadisələrə reaksiya

verir. Bu təlim nəticələrində şagirdin zövq və maraqlarının axtarılması və

fəaliyyətdə tətbiqi vurğulanır.

Dəyərləndirmək Şagird hər hansı əşya və ya hadisənin dəyərləndirilməsinə xidmət edir. Bu

təlim nəticələri hər hansı “yanaşmaların” və ya “rəğbətin” ümumilikdə

təsnif edilməsi üçün şərait yaradır.

Təşkil etmək Ümumilikdə dəyərlər sisteminin yaradılmasına aid edilir. Şagirdin ömür fəlsəfəsinin yaradılmasına xidmət edən təlim məqsədləri bu kateqoriyaya

əsaslanır.

Dəyər və ya dəyərlər sistemini xarakterizə etmək

Bu mərhələdə fərd, davranışlarını nəzarətdə saxlayan və həyat tərzini müəyyənləşdirən dəyərlər sisteminə malikdir. Şagirdin şəxsi, ictimai və

emosional davranışının formalaşmasına bu təlim nəticələri yardımçı olacaq.

Page 32: Ii gwn (1)

Psixomotor taksonomiyası (Kennes Mur, 1972)

Səviyyə Fəaliyyətin göstəriciləri Hiss etmək Fəaliyyət həyata keçirilməzdən əvvəl mənəvi durumu nizamlanır.

Hazır olmaq Xüsusi növ hərəkətlərin icra edilməsinə hazırlıq mərhələsidir.

Bənzətmək Kompleks vərdişlərin təliminin ilkin mərhələsində istifadə edilir.

Mexanizm Fəaliyyətin icrası zamanı ozünəinam nümayiş etdirir.

Mükəmməl

icra

Mükəmməl vərdişlər kimi formalaşmış mürəkkəb fəaliyyətlər nümayiş

etdirilir.

Uyğunlaşma Mükəmməl vərdişlər kimi formalaşmış mürəkkəb fəaliyyətlər nümayiş

etdirilir.

Yaradıcılıq Xüsusi situasiya və ya problemin həllinə cavab verən yeni növ

fəaliyyət yaranır.

Page 33: Ii gwn (1)

Tapşırıq:

Təqdim olunmuş standartların (məzmun və fəaliyyətə ayırdığınız) məzmun komponentinin hansı bilik kateqoriyasına, fəaliyyət hissəsinin isə hansı fəaliyyət növünə aid olduğunu müəyyən edin.

Page 34: Ii gwn (1)

Təlim məqsədi müəyyənləşdirərkən diqqət yetirilməli məqamlar:

• təlim məqsədi dərsdə reallaşdırılacaq standartın və ya standartlar qrupunun tələblərini ödəməli;

• təlim məqsədi ölçüləbilən olmalı;

• təlim məqsədi təlimin üç əsas funksiyasını (təlimverici, tərbiyəedici, inkişafedici) özündə ehtiva etməlidir;

• təlim məqsədi fənnin məqsədinə, şagirdlərin yaş və anlaq səviyyəsinə, potensial imkanlarına, meyl və maraqlarına, yerli şəraitə, məktəbin maddi-texniki bazasıa uyğun olmalı.

Page 35: Ii gwn (1)

  Təlim məqsədlərinin müəyyən edilməsinə aid nümunələr

1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh

edir. Təlim məqsədləri: 1. Yer haqqında qədim xalqların təsəvvürlərini izah edir.2. Yer haqqında təsəvvürlərin inkişafını mərhələlərlə şərh

edir. 2.1.3.Yerin hava qatını şərh edir. Təlim məqsədləri: 1. “Atmosfer” anlayışını izah edir.2. Atmosferin quruluşunu şərh edir. 3. Atmosferin əhəmiyyəti barədə fikirlərini izah edir.

Page 36: Ii gwn (1)

Tapşırıq:

• Təqdim edilən standartlardan çıxış edərək təlim məqsədlərini müəyyən edin.

Page 37: Ii gwn (1)

Nəticə•“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları

(kurikulumları)” çərçivə sənədində dövlət əhəmiyyətli tədbirlər kimi əks olunmuş məsələlər “Coğrafiya fənni üzrə yeni təhsil proqramında (kurikulumda)” xüsusiləşdirilmiş və bir fənn səviyyəsində konkretləşdirilmişdir.

•“Coğrafiya fənni üzrə yeni təhsil proqramının (kurikulumun)” strukturuna giriş, fənnin məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri daxildir.

•Əsas və alt standartlrın təlim prosesində böyük praktik əhəmiyyəti var. Onlar sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasında, təlim məqsədlərinin dəqiq müəyyən olunmasında, təlim strategiyalarının düzgün seçilməsində, təlimdə inteqrativliyi təmin edilməsində mühüm rol oynayır.

Page 38: Ii gwn (1)

Nəticə•Məzmun standartları bilik baxımından 3 koteqoriyaya

(deklorativ, prosedural və kontekstual), fəaliyyət baxımından 3 növə (idraki, emosional və psixomotor) ayrılır. Məzmun standartlarının bilik və fəaliyyət komponentinə ayrılması təlimin daha səmərəli qurulmasına zəmin yaradır.

•Təlim məqsədinin dərsdə reallaşdırılacaq standartın və ya standartlar qrupunun tələblərini ödəməsi, təlim məqsədinin ölçüləbilən olması işin keyfiyyətini artırır.

•Dərsin təlim məqsədinin müəyyənləşdirilməsində təlimin üç əsas funksiyasının (təlimverici, tərbiyəedici, inkişafedici), fənnin məqsədinin, şagirdlərin yaş və anlaq səviyyəsinin, potensial imkanlarının, meyl və maraqlarının, yerli şəraitin, məktəbin maddi-texniki bazasının nəzərə alınması vacibdir.