Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 28 (29293) 9 fevral 2020-ci il, bazar Azərbaycan bu gün şəffaf, azad, ədalətli seçki keçirməklə demokratik dəyərlərə sədaqətini bir daha sübut edəcək! Fikrimizin təsdiqi olaraq, 2019-cu ildə Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunu, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığını bir neçə məqamı xatırlat- maqla diqqətə çatdırmaq istərdik. Belə ki, ötən il fevralın 5-i və 6-da baş verən zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Hadisədən dərhal sonra dövlətimizin başçısı dağıntı baş verən ərazidə olmuş, vəziyyətlə yerində ma- raqlanmış, vətəndaşlarla görüşmüş, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər vermiş, müvafiq sərəncamla Prezidentin Ehtiyat Fondun- dan vəsait ayırmışdı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Preziden- tinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsi idi. Yaxud, başqa bir misal. “Diqlas” ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar komissiyanın yara- dılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” fikrinin təsdiqinə çevrildi. Bir sözlə, son illərdə dövlət baş- çısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlan- ması, insanların sosial rifahının yaxşılaş- dırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, xalqın Prezidentinə olan inamını daha da artırıb. Bir sözlə, bütün bu amillər, həm də Prezident və xalq birliyi konsepsiyasının əsas qayəsini təşkil edib. Ölkə rəhbəri hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən böyük bir sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi rəğbətlə qarşılanıb. Xatırladaq ki, sözügedən sərəncamla bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırı- lır. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir. Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublika- mız hazırda qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır, adı beynəlxalq aləmdə sosial-iqtisadi göstəriciləri ildən-ilə yüksələn nüfuzlu ölkə kimi çəkilir. Dövlət Statistika Komitəsinin mü- vafiq rəqəmləri də bunu aydın göstərir: 2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən, qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nomi- nal gəlirləri 7,4 faiz artıb. Son 16 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib, bu illər ərzində 2 milyon 369 min iş yeri yaradılıb. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respubli- kamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçir- diyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial- iqtisadi sahədə aparılan əsaslı islahatlar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır. Ötən illər ərzində Azərbaycan texnoloji inkişafa böyük önəm verib və hazırda dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peyki- miz var. Önəmli nəqliyyat layihələri icra edilib. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Azərbaycan dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində də böyük uğurlara imza atıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub. Az bir vaxt ərzində “ASAN xidmət” dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrilib. Prezident İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN həyat” kompleksinin açılışı mərasimindəki çıxışında bununla bağlı ətraflı bəhs edib. Dövlətimizin başçısı “ASAN xidmət”in bundan sonra da öz yüksək keyfiyyətini saxlayacağına əminliyini bildirərək, bu qurumun cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olduğunu vurğulayıb: “Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sek- torunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”. (ardı 2-ci səhifədə) Həyata keçirilən siyasət nəticəsində xalq-iqtidar birliyi getdikcə möhkəmlənir Bu gün bütün dünyada sabitlik məkanı kimi tanınan Azərbaycan son 16 ildə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən dövlətimizin başçısı respublika həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub. Hər bir ölkə vətəndaşının və dövlətimizin maraqları ötən il ərzində də dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə respublikada hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri daim xalq ilə təmasda olub, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib. Bütün seçki məntəqələri səsvermə üçün tam hazırdır Mərkəzi Seçki Komissiyasının sədri Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək. 125 dairənin 10-u məcburi köçkün dairələridir. 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək. 5573 məntəqənin 1000-də veb-kameralar quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Sədr qeyd edib ki, 5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək. MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı 305-dir. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır. Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib. Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say baxımından, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT- lərin təmsilçiləridir. Sədr bildirib ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir. Onlar da yerli jurnalistlər kimi heç kimdən icazə almadan sərbəst şəkildə seçki məntəqələrinə daxil ola bilərlər. Məzahir Pənahov, həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub. Doqquz nəfərin namizədliyi bərpa olunub, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş vətəndaşlardan beşinin namizədliyinin qanunvericiliyə görə qeydə alınması mümkün olmayıb. Müraciət edənlərdən 13 nəfərinin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdikləri üçün qeydə alınmayıb. Bildirilib ki, səsvermə səhər saat 08:00-da başlayacaq və axşam saat 19:00-da başa çatacaq. AZƏRTAC D ünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Transcript of Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin...

Page 1: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 28 (29293) 9 fevral 2020-ci il, bazar

Azərbaycan bu gün şəffaf, azad, ədalətli seçki keçirməklə demokratik dəyərlərə sədaqətini bir daha sübut edəcək!

Fikrimizin təsdiqi olaraq, 2019-cu ildə Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunu, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığını bir neçə məqamı xatırlat-maqla diqqətə çatdırmaq istərdik. Belə ki, ötən il fevralın 5-i və 6-da baş verən zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəymişdi. Hadisədən dərhal sonra dövlətimizin başçısı dağıntı baş verən ərazidə olmuş, vəziyyətlə yerində ma-raqlanmış, vətəndaşlarla görüşmüş, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər vermiş, müvafiq sərəncamla Prezidentin Ehtiyat Fondun-dan vəsait ayırmışdı.

Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə sahiblərinə təqdim olundu. Əlbəttə bu, Azərbaycan Preziden-tinin, dövlətinin öz vətəndaşına göstərdiyi diqqətin bariz nümunəsi idi.

Yaxud, başqa bir misal. “Diqlas” ticarət mərkəzində baş verən yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar komissiyanın yara-dılması, yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” fikrinin təsdiqinə çevrildi.

Bir sözlə, son illərdə dövlət baş-çısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlan-ması, insanların sosial rifahının yaxşılaş-dırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, xalqın Prezidentinə olan inamını daha da artırıb. Bir sözlə, bütün bu amillər, həm də Prezident və xalq birliyi konsepsiyasının əsas qayəsini təşkil edib.

Ölkə rəhbəri hər zaman sosial məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən böyük bir

sosial paketin gerçəkləşdirilməsi ilə respublika əhalisinin rifahı xeyli dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb. Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da imzaladığı sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi rəğbətlə qarşılanıb.

Xatırladaq ki, sözügedən sərəncamla bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırı-lır. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.

Dövlət başçısının rəhbərliyi ilə ötən illərdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublika-mız hazırda qlobal maliyyə, geosiyasi və iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır, adı beynəlxalq aləmdə sosial-iqtisadi göstəriciləri ildən-ilə yüksələn nüfuzlu ölkə kimi çəkilir.

Dövlət Statistika Komitəsinin mü-vafiq rəqəmləri də bunu aydın göstərir:

2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2 faiz təşkil edib, o cümlədən, qeyri-neft-qaz sektoru 3,5 faiz, kənd təsərrüfatı 7,2 faiz, qeyri-neft-qaz sənaye məhsulu 14,3 faiz, əhalinin nomi-nal gəlirləri 7,4 faiz artıb.

Son 16 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,4 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, xərcləri 19,8 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, minimum əməkhaqqı 27,8 dəfə, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb, işsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizə enib, bu illər ərzində 2 milyon 369 min iş yeri yaradılıb.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respubli-kamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçir-diyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması

istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Ötən illər ərzində Azərbaycan texnoloji inkişafa böyük önəm verib və hazırda dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peyki-miz var. Önəmli nəqliyyat layihələri icra edilib. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir.

Azərbaycan dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində də böyük uğurlara imza atıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub.

Az bir vaxt ərzində “ASAN xidmət” dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrilib. Prezident İlham Əliyev ötən il dekabrın 5-də Şamaxıda “ASAN həyat” kompleksinin açılışı mərasimindəki çıxışında bununla bağlı ətraflı bəhs edib. Dövlətimizin başçısı “ASAN xidmət”in bundan sonra da öz yüksək keyfiyyətini saxlayacağına əminliyini bildirərək, bu qurumun cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olduğunu vurğulayıb: “Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sek-torunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir”.

(ardı 2-ci səhifədə)

Həyata keçirilən siyasət nəticəsində xalq-iqtidar birliyi getdikcə möhkəmlənir

Bu gün bütün dünyada sabitlik məkanı kimi tanınan Azərbaycan son 16 ildə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən dövlətimizin başçısı respublika həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub. Hər bir ölkə vətəndaşının və dövlətimizin maraqları ötən il ərzində də dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə respublikada hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri daim xalq ilə təmasda olub, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.

Bütün seçki məntəqələri səsvermə üçün tam hazırdır Mərkəzi Seçki Komissiyasının sədri Milli Məclisə

seçkilərlə əlaqədar mətbuat konfransı keçirib

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçiriləcək. 125 dairənin 10-u məcburi köçkün dairələridir. 340 min 689 məcburi köçkün 523 məntəqədə səs verə biləcək. 5573 məntəqənin 1000-də veb-kameralar quraşdırılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 5 milyon 329 min 460 vətəndaş 9 fevral parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Ümumilikdə partiya mənsubiyyəti olan namizədlərin sayı 305-dir. Namizədliyi qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır. Parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin isə namizədliyi ləğv edilib.

Məzahir Pənahov deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say baxımından, həm də coğrafi

baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir.

Sədr bildirib ki, parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək. Bu KİV-lər 47 ölkəni təmsil edirlər. Buraya ABŞ, Meksika,

Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Beynəlxalq jurnalistlər parlament seçkilərində yerli mətbuat nümayəndələri ilə eyni hüquqa malikdir. Onlar da yerli jurnalistlər kimi heç kimdən icazə almadan sərbəst şəkildə seçki məntəqələrinə daxil ola bilərlər.

Məzahir Pənahov, həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına daxil olan 47 müraciətin 25-i namizədliyin qeydə alınması ilə bağlı olub. Doqquz nəfərin namizədliyi bərpa olunub, iki nəfərin namizədliyi ikili vətəndaşlığı olduğuna görə ləğv edilib. Ağır cinayətlərdə məhkum edilmiş və məhkumluğu ödənməmiş vətəndaşlardan beşinin namizədliyinin qanunvericiliyə görə qeydə alınması mümkün olmayıb. Müraciət edənlərdən 13 nəfərinin namizədliyi isə əmlakla bağlı məlumatları səhv verdikləri üçün qeydə alınmayıb.

Bildirilib ki, səsvermə səhər saat 08:00-da başlayacaq və axşam saat 19:00-da başa çatacaq.

AZƏRTAC

Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə

gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Page 2: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar2

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 32 Bakı şəhəri, 5 fevral 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya-sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine-ti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12, maddə 2749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar” yeni redaksiya-da təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 34 Bakı şəhəri, 7 fevral 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya-sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə

332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarix-li 463 nömrəli, 10 dekabr tarixli 471 nömrəli, 17 dekabr tarixli 477 nömrəli və 2020-ci il 31 yanvar tarixli 28 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “mart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Həyata keçirilən siyasət nəticəsində xalq-iqtidar birliyi getdikcə möhkəmlənir(əvvəli 1-ci səhifədə)

Bütün bunlar deməyə əsas verir ki, hazırda Azərbaycanda innovativ idarəetmə vasitəsilə yara-dılan inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi uğurla fəaliyyət göstərir. Bununla da sosial xidmətlərin reallaş-masında dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafə qısalır və ünsiyyət şəffaflaşır. Dövlət isə bu uğurlu nəticəyə xidmətlərin müasirləşdirilməsinə bü-tün hökumət qurumlarının birgə yanaşması, “ASAN xidmət” mərkəzlərin ya-radılması və yenilikçi “e-hökumət” xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə nail olur.

Azərbaycanda apa-rılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yana-şı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənilir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Düşünülmüş addımların nəticəsidir ki, Azərbaycan “Doing Business

2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siya-hısına daxil edilib. Həmçinin Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Bu hesabat-da Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasın-da 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox dövlətlərini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Məhz yuxarıda qeyd edilən məqamları nəzərdə tutan Prezident İlham Əliyev çıxışlarının birində

deyib: “Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inki-şafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xal-qıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”.

V.BAYRAMOV, “Xalq qəzeti”

Buikli seçkilər əvvəlki illərdəki analoji kampaniya-lardan bir sıra cəhətlərinə görə xeyli fərqlənir. İlk növbədə, müşahidəçilərin və namizədlərin sayına görə. Parlament seçkilərində mandat uğrunda mübarizə aparmaq üçün 2 min 431 nəfər müraciət etmişdi. Onlardan 1637 nəfəri rəsmən qeydiyyata alındı. Səsvermə gününə qədər 321 nəfər öz istəyi ilə namizədliyini geri götürüb. İki nəfərin namizədliyi isə MSK tərəfindən ləğv edilib. Hazırda 1314 nəfər deputat mandatı uğ-runda mübarizəni davam etdirir.

Depuatlığa namizədlərin imza vərəqələri götürən vaxt-dan indiyə qədər baş verən proseslərdə – imzatoplama, sənədlərin dairə seçki komis-siyaslarına təhvil verilməsi, imzaların doğruluğunun yoxlanılması və namizədliyin təsdiq edilməsinə qədər heç bir şikayətin daxil olmaması və qanun pozuntusunun baş verməməsi bir daha təsdiqlədi ki, hər bir ölkə vətəndaşının seçmək və seçilmək hüququ yüksək səviyyədə qorunur. Namizədliyi qeydə alınanların siyasi baxışlarından və tutduq-ları mövqedən asılı olmayaraq, təbliğat-təşviqat kampaniyası aparmaları üçün hər birinə bərabərhüquqlu şərait yara-dılmış, seçiciləri ilə görüşləri üçün qapalı və açıq yerlər müəyyənləşdirilmiş, şəkillərini, özlərinə aid plakatla və plat-formalarını yaymaları üçün 10 mindən çox dəmir lövhələr hazırlanmışdır. Həmin dəmir lövhələr seçki məntəqələrinə yaxın ərazilərdə, əhalinin gediş-gəlişinin gur yerlərində quraşdı-rılmışdır. Namizədlərin təşviqat kampaniyası yüksək səviyyədə başa çatmış və bu zaman MSK-ya və ya dairə seçki komissi-yalarına hər hansı bir narazılıq, rəsmi şikayət daxil olmamışdır. Bütün proseslər Seçki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun aparılmışdır.

Bu gün keçirilən parlament seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib. Seçkilərin azad, ədalətli və

şəffaf keçirilməsi üçün mü-hüm mərhələlər olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, depu-tatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düz-gün əməl olunması və Seçki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələr xüsusi dəqiqliklə yerinə yetirilib.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün seçici siya-hıları ən vacib sənədlərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, ölkə üzrə vahid seçicilər siyahısı-nın dəqiqləşdirilməsinə start verilən gündən bu sahədə ciddi fəaliyyət göstərilib. İlk növbədə, məntəqə seçki komissiyaları-nın üzvləri seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komis-siyalarına ötürülüb və onlar da, öz növbəsində, məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş məlumat və statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq, siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proq-ram vasitəsilə yoxlayıb, lazımi dəqiqləşdirmələr aparılıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib.

Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dəqiqləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib. Seçki komissiyalarının müvafiq qu-rumlarla əməkdaşlıq şəraitində ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli fəaliyyəti nəticəsində

builki parlament seçkilərində də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanma-sına nail olunub.

Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, sərf edilən böyük zəhmət və gərgin əmək nəticəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqları maksimum şəkildə təmin olunub.

Məlum olduğu kimi, Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qara-bağ bölgəsinin erməni icması digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da istifadə edə bilmir. MSK bu qəbildən olan insanların seçki hüququnun təmin olun-ması məqsədilə bəyanat yaydı. Həmin bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək hüququ var: “Azərbaycan Respublika-sının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması, digər konsti-tusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olub. Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd göstərmişdir. Azərbaycan ərazilərində

seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konsti-tusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı, digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcuddur”.

Məlum olduğu kimi, işğalçı Ermənistanın Dağlıq Qarabağ ərasisində bu vaxta qədər keçir-diyi seçkilərin nəticəsi dünya-nın heç bir ölkəsi, o cümlədən

beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb. Ona görə də, milliyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ-nun təmin olunması dövlət siyasətinin prioritetini təşkil edir. Məhz bu məqsədlə, doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konsti-tusion hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və res-publika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük zəhmət və gərgin iş sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqlarının tam təmin edilməsi üçün lazımi şərait və hərtərəfli imkan yara-dılıb. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendum-larda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdların-dan didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqla-rının təmin olunduğu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadı-ğı bəyanatda öz əksini tapır.

Mərkəzi Seçki Ko-missiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qara-bağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi, bu seçkilərdə öz səsvermə hüquq-

larından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.

Göründüyü kimi, milliyətindən asılı olma-yaraq, hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirakı yüksək səviyyədə təmin edilib. Seçkilərdə şəffaflığın təmin olunması həmişəki kimi, bu seçkilərdə də diqqət mərkəzində saxlanılıb. Azərbaycanda artıq 12-ci ildir ki, uğurla tətbiq olunan və seçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birba-şa izləməyə imkan verən

veb-kameralardan istifadə təcrübəsi bu gün keçirilən seçkilərdə də davam etdirilir. Seçki günü seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların qu-raşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.

Seçki günü inter-net istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil ol-maqla, heç bir qeydiyyat tələb etmədən səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Parlament seçkilərində “exit poll” keçirən 5 qurum – Vətəndaşların Əmək Hü-quqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitoq-rinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosi-oloji Tədqiqatlar İnstitutu üçün əlverişli şərait yaradılıb.

Bu gün ölkəmiz dünyaya daha bir ədalətli, şəffaf və de-mokratik seçki təqdim etməklə, zəngin təcrübəyə malik olduğu-nu yenidən sübut edəcək.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Bu gün ölkəmizin həyatında mühüm əhəmiyyətli siyasi kampaniya – parlament seçkiləri keçirilir. Dünya birliyinin maraq dairəsində olan parlament seçkilərini 55 ölkə və 56 təşkilatdan gəlmiş 883 beynəlxalq müşahidəçi izləyir. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Bundan əlavə, 77 min 790 yerli müşahidəçi də seçki prosesini izləmək üçün qeydiyyata alınıb. MSK-dan verilən məlumata görə, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7 min 603 məşvərətçi səs hüquqlu komissiya üzvü, 2085 vəkil qeydiyyatdan keçib. Azərbaycanın seçki keçirmək sahəsində zəngin təcrübəyə malik olması beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ekspertlər tərəfindən də etiraf olunur. Seçki keçirmək üçün ölkəmizdə mükəmməl hüquqi baza da var. Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb. Beynəlxalq təşkilatların da demokratik sənəd kimi dəyərləndirdikləri Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib.

Azərbaycan bu gün dünyaya ədalətli, şəffaf və demokratik seçki təqdim edəcək

Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib

� Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayı yeni geyim formasına keçib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 8-də nazirliyin Əlahiddə Çevik Polis Alayında müasir və rahat, həmçinin daha keyfiyyətli materialdan olan yeni geyim formasının tətbiqi ilə əlaqədar alayın şəxsi heyətinin sıra baxışını keçirib.

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Rusiyalı politoloq: Azərbaycan Rusiyanın Qafqaz regionunda

vacib strateji tərəfdaşıdır

Ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələri təhlükəsizlik və iqtisadiyyatdır: “Rusiya-Azərbaycan əməkdaşlığı Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin təmin olunmasının vacib amilidir. İki ölkə arasında iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayan daha bir amil Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmayan MDB ölkələri arasında Rusiyanın ən vacib ticarət tərəfdaşı olmasıdır. Rusiya Azərbaycan iqtisadiyyatına fəal şəkildə investisiya yerləşdirir. Rusiya investisiyalarının həcmi 4,7 milyard dollara çatır. Azərbaycanda “Qazprom”, “Lukoyl” və “Transneft” kimi Rusi-yanın enerji şirkətləri işləyir. Digər sahələrdə də, xüsusilə, maşınqayırma və əczaçılıq sahələrində də əməkdaşlıq reallaşdırılır”.

Sergey Kozlov əlavə edib ki, Rusiya-Azərbaycan münasibətlərində dövlət başçı-ları arasında dostluq münasibətləri vacib rol oynayır:“Bu baxımdan dövlət başçılarının şəxsi əlaqələri dövlətlərarası münasibətlərin inkişafına təkan verir. Son iki il ərzində Vladimir Putin və İlham Əliyev dəfələrlə görüşüblər. Maraqlıdır ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını doğum günü münasibətilə iki dəfə təbrik edib – teleqram-la və telefonla... Bu da Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamikanın gələcəkdə də qorunub saxlanacağına əminlik verən növbəti amildir”.

“Xalq qəzeti”

Rusiyalı politoloq, Sibir İdarəçilik İnstitutunun siyasət və beynəlxalq münasibətlər fakültəsinin dekanı

Sergey Kozlov bildirib ki, Azərbaycan Rusiyanın Qafqaz regionunda vacib strateji tərəfdaşıdır.

“The London Post” qəzetində Milli Məclisə seçkilərlə bağlı məqalə

dərc olunub � Böyük Britaniyanın “The London

Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın daha sürətli inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqın-da sərəncamı ilə fevralın 9-da ölkədə parlament seçkilərinin keçiriləcəyi bildirilir.

Yazıda bildirilir ki, bu seçkilər Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə Heydər Əliyev tərəfindən həyata keçirilmiş demokratik və siyasi islahatların bir hissəsidir. Hazırda bu siyasi islahatlar Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məqalədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də istinad edilir. Parlament seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilərin izləyəcəyi diqqətə çatdırılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının da seçki prosesini yaxından izləyəcəkləri vurğulanır.

Page 3: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar 3Mərkəzi Seçki Komissiyasında MDB PA-nın

nümayəndə heyəti ilə görüş keçirilib

Məzahir Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənildiyini söyləyib. MSK sədri parlament seçkiləri ilə əlaqədar namizədlərə yaradılan şərait barədə nümayəndə heyətinə məlumat verib. O qeyd edib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şəffaflığın

təmin olunması üçün əlavə vasitə kimi bütün ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. MSK başda olmaqla bütün seçki komissiyaları Milli Məclisə seçkilərə tam hazırdır.

Nümayəndə heyətinin üzvləri seçkilərə hazırlıqla bağlı görülən işləri yüksək dəyərləndiriblər.

Sonra Məzahir Pənahov qonaqların suallarını cavab-landırıb, vətəndaşların aktiv və passiv seçki hüquqları-nın yüksək səviyyədə təmin olunması üçün atılan addımları diqqətə çatdırıb.

AZƏRTAC

F evralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti ilə görüşüb.

Sergey Bojonev: Seçkilərə hazırlıq prosesi yüksək səviyyədədir

Görüşdə MSK sədri qonaqlara seçkilərə hazırlıqla bağlı məlumat verib. M.Pənahov hazırlıq prosesinin şəffaf şəkildə aparıldığını bildirib. O, eyni zamanda, əlil insanların səsvermə prosesində iştirakı üçün də şərait yaradıldığını deyib. Qeyd edib ki, seçkilər yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Nümayəndə heyətinin rəhbəri Sergey Bojonev apardıqları müşahidələrə əsasən Azərbaycanda seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, onlar məntəqələrdə yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək dəyərləndirirlər.

Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

AZƏRTAC

F evralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB Parlament Assambleyası Belarus və Rusiya Parlament Birliyinin nümayəndə heyəti ilə görüşüb.

Tazin Əxtar qeyd edib ki, seçkilər maneəsiz baş tutacaq, çünki bütün namizədlər və partiyalar barədə məlumatlar internetdə açıq şəkildə yerləşdirilib.

Pakistanın “Daily National Herald Tribune” informasiya agentliyinin baş redaktoru Riaz Malik seçkilərin Azərbaycanın gələcək inkişafına və

çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib: “Ölkədə seçkilərin maksimum azad və ədalətli keçirilməsi üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan xalqı ölkəsində demokratiyanın möhkəmlənməsi üçün öz vətəndaş borcunun icrasına böyük həvəslə köklənib”. Pakistanın “HUM News” xəbər agentliyinin

aparıcısı Şiffa Zakria Yusifzai qeyd edib ki, Azərbaycan KİV-ləri bütün namizədlərə eyni cür diqqət ayırır: “Mənə KİV-lərin seçkiləri necə işıqlandırdığı maraqlı idi. Onların sözlərinə görə, bütün namizədlərə eyni diqqət ayrılır. Onlar namizədlərlə müsahibələr keçirir, namizədlərin planları barədə yazırlar”.

Amerikalı ekspert Piter Teys seçkilərin bütün ölkə ərazisində dinc

və demokratik mühitdə keçiriləcəyinə əmin olduğunu bildirib: “Bu parlament seçkiləri Azərbaycanın müasir tarixində vacib səhifədir. Azərbaycan hökumətinin iqtisadi artımın saxlanmasında və ölkənin xarici siyasi maraqlarının təbliğində nikbinliyi bu seçkilərdən sonra növbəti zirvəsinə yüksələcək”.

“Xalq qəzeti”

Bakıya parlament seçkilərini işıqlandırmaq məqsədilə gəlmiş pakistanlı jurnalistlərdən ibarət nümayəndə heyətinin üzvü, “Pakistan in the World” informasiya

agentliyinin redaktoru Tazin Əxtar bildirib ki, parlament seçkilərinin maksimum azad və ədalətli keçirilməsini təmin etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülüb.

“Gənc Azərbaycan demokratiyasına uğurlar arzulayıram”

O bildirib ki, Azərbaycan seçicilərinin öz iradələrini sərbəst ifadə edə bilməsi üçün hər cür şərait var və bir çox ölkələri təmsil edən beynəlxalq müşahidəçilər də bunu görə bilər.

“Şübhəsiz ki, tənqidçilər də var, amma bu tənqidlərin haradan gəldiyini bilməliyik. Onların bir çoxu Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni zəbt edən

Ermənistan tərəfindən həyata keçirilən manipulyasiyaların məhsuludur, bir qismi isə öz şəxsiyyətinə hörmət etməyənlərdir. Bir sözlə, seçkilərin təşkilini tənqid edənlər məğlub olanlardır. Mən gənc Azərbaycan demokratiyasına uğurlar arzulayıram!”, – deyə J-F. Mansel vurğulayıb.

Anar TURAN, “Xalq qəzeti”

Azərbaycanda beynəlxalq seçki hüququna hörmətə söykənən demokratik mühit mövcuddur. Mən burada həmişə seçki

prosesinin qənaətbəxş şəraitdə keçdiyinin şahidi olmuşam. Bunu secki-2020.az saytına açıqlamasında Fransa Parlamentinin fəxri üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel deyib.

“Azərbaycanın inkişafı seçkilərdən sonra yeni mərhələyə qədəm qoyacaq”

� AŞPA-nın və Almaniya Bundestaqının sabiq üzvü Hakkı Keskinin secki-2020.az saytına müsahibəsi. Müsahibəni təqdim edirik.

– Hakkı bəy, ölkəmizdə siyasi islahatların mühüm mərhələsi olan parlament seçkiləri keçirilir. Bir Avropa siyasətçisi olaraq, Azərbaycandakı 9 fevral seçkilərini necə dəyərləndirirsiniz?

– Azərbaycan demokratiya yolunda önəmli addımlar atmış ölkədir. Yüz il bundan əvvəl Şərqdə ilk parlamentini quran ölkənin bu sahədə addımlar atması təəccüblü gəlməməlidir. Sizdə demokratiyanın ənənəsi, tarixi olub. İndi də bu sahədə mühüm işlər görməyə çalışırsınız. Əlbəttə, demokratiyanı haradasa tam bərpa etmək utopik görünə bilər. Hətta Avropanın özündə

də. Lakin əsas odur ki, bu sahədə geri qalmamağa çalışasan. Bu baxımdan, Azərbaycanda parlamentin buraxılması yeni təşəbbüslərə, tərəqqiyə dayanan islahatlar siyasətinin davamı kimi qiymətləndirilməlidir.

– Ölkəmizdəki prosesləri yaxından izlədiyiniz üçün fikriniz maraqlı olardı. Seçki prosesində diqqətinizi çəkən məqamlar oldumu ?

– Əlbəttə oldu. Mən sosial şəbəkələrdən mütəmadi istifadə edirəm. Kifayət qədər azərbaycanlı ictimaiyyət nümayəndələri, jurnalistlərlə virtual dostluğumuz var. Seçki prosesinin maraqlı, rəqabətli getdiyindən xəbərdaram. Yeni simalar, xüsusən gənclər namizədlər arasında çoxluq təşkil edir. Bütün bunlar, seçki prosesinin əhəmiyyətini artıran faktordur. Azərbaycan dövlətinin də bu sahədə adekvat addımlarını təqdir etmək lazımdır. Prosesin müsbət istiqamətdə getməsi üçün dövlətiniz əlindən gələni edir. Demokratiyanın, ədalətin təmin olunması üçün cəhd etmək lazımdır.

Müsahibəni qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

Bir sıra ölkələrin MSK sədrlərinə və nümayəndələrinə Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumat verilib

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov seçkilərə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. O, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Bildirib ki, seçkilər yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Min məntəqədə veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 132 beynəlxalq KİV işıqlandıracaq.

Qonaqlar müşahidələrinin seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığını deməyə əsas verdiyini bildiriblər. Onlar məntəqələrdə yaradılan şəraitlə tanış olduqlarını, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.

Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

“Azərbaycan Mərkəzi Seçki Komissiyası böyük işlər görüb”

MDB ölkələri Parlamentlərarası As-sambleyası Şurasının baş katibi Dmitri Kobitski jurnalistlərə müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi təşkilat artıq 20 ildən çox, yəni yarandığı gündən bəri MDB-yə üzv dövlətlərin hamısında seçkilərin monitorinqi

ilə məşğul olur. “Bu il biz öz işimizə Azərbaycanda keçiriləcək seçkilərdən başlamışıq. Mən seçkilərə hazırlıq prosesi ilə bağlı məmnunluğumu ifadə etmək istəyirəm, hər şey ən yüksək səviyyədə təşkil olunub. Azərbaycan Mərkəzi Seçki Komis-

siyası böyük işlər görüb və əlindən gələni edib ki, seçkilər bütün qay-dalara və tələblərə uyğun keçsin. Nümayəndə heyətimizin üzvləri seçki məntəqələrində olacaq və bundan sonra yekun hesabatı hazırlanacaq”, – deyə o qeyd edib.

Sonra MDB ölkələri Parlamentlərarası Assamble-yası müşahidəçilər qrupunun əlaqələndiricisi Sadık Safayev jurnalistlərə deyib ki, Azərbaycana gələn heyət onun üzərinə düşən bütün məsuliyyəti dərk edir. O əlavə edib: “Bu, ölkənin siyasi həyatında mühüm hadisədir. Bu seçkilərə əhalinin böyük marağı müşahidə olunur. Əminəm ki, yeni parlament Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq”.

AZƏRTAC

Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə

olan MDB ölkələri Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri fevralın 8-də Bakıda İkinci dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış “1941-1945-ci illər” abidəsinin önünə əklil qoyublar. Onlar qəhrəmanların və müharibədə həlak olanların xatirəsini yad ediblər. Sonra qonaqlar Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycanda seçkiqabağı vəziyyət əcnəbilərin gözü ilə

� Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında,

həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordu-muzun mövqeləri atəşə tutulub.

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının sədrləri və nümayəndələri ilə görüşüb.

Page 4: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

Azərbaycan dövləti həm ölkə daxilindəki, həm də beynəlxalq aləmdəki bədxahlarımızın qarayaxmalarını, əsassız iddialarını hər addımda alt-üst edir. Prezident İlham Əliyevin beynəlxalq

aləmdə gedən ictimai-siyasi prosesləri yetərincə qiymətləndirməsi və həmin tendensiyalara dərhal, adekvat münasibət bildirməsi nəticəsində uğurlarımızın sayı durmadan artır. Bunu aparıcı beynəlxalq təşkilatların qiymətləndirmələrində, nüfuzlu reytinq mərkəzlərinin keçirdiyi sorğuların nəticələrində də görürük.

Məhz uğurlu daxili siyasətimizin və aparılan hərtərəfli islahatların nəticəsidir ki, Azərbaycan bu gün dünya müstəvisində çox etibar-lı tərəfdaş kimi tanınır və bizim

beynəlxalq gücümüz də ildən-ilə artır. Təkcə ötən il ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmiş, həm ikitərəfli format-da, həm də beynəlxalq tədbirlərdə çoxsaylı müzakirələr aparılmışdır. Azərbaycanın öz qonşuları ilə möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri də beynəlxalq nüfuzumuzu artıran amillərdəndir.

Dünya miqyasındakı nüfuzumuzun nəticəsidir ki, 2019-cu ildə ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilmişdir. Res-publikamız 120 üzv ölkənin yekdil qərarı ilə BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Zirvə Görüşünə 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görül-müş işlərə yüksək qiymət vermişlər.

Bütün bunların nəticəsidir ki, beynəlxalq aləmdəki nüfuzlu reytinq mərkəzləri və kütləvi informasiya vasitələri ölkəmizin uğurlarını yüksək qiymətləndirən hesabatlar yayır və ya

məqalə dərc edirlər. Məsələn, ABŞ-da nəşr olunan “U.S. News & World Report” jurnalının dərc etdiyi 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın

45-ci yerdə olduğu qeyd edilir. 2020-ci ilin əvvəllərində eşitdiyimiz bu xoş xəbərin mənbəyi də olduqca nüfuzlu təşkilatdır. Bildirilir ki, Pensilvaniya Universitetinin “BAV Group i Whar-ton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən həmin reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib.

Analitiklər yazırlar ki, siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Bildirilir ki, Azərbaycan ötən il əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini -- Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Es-toniya və Portuqaliyanı geridə qoyub. Onu da xatırladaq ki, ölkəmiz əvvəlki illə müqayisədə 19 pillə irəliləyib. Belə ki, biz 2018-ci ildə 80 ölkə arasında 64-cü yeri tutmuşduq.

Ekspertlər bildirirlər ki, Azərbaycanın bu uğurunun əsas səbəbi ölkədə aparılan sistemli islahatlardır. Dünya ictimaiyyəti görür ki, son aylar ərzində Azərbaycanda aparılan kadr və struktur islahatla-rının ciddi nəticələri var. Preziden-

tin iradəsi nəticəsində islahatların miqyası getdikcə genişlənir və artıq beynəlxalq analitiklər də real nəticənin olduğunu bildirirlər. Dünya-nın tanınmış siyasətçi və iqtisadçıları etiraf edirlər ki, Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, dünya birliyində öncül mövqeyə malik ölkəyə çevrilib.

Beynəlxalq aləmdəki mövqeyi-mizin hər il daha geniş miqyasda möhkəmlənməsinin səbəblərindən danışan Prezident İlham Əliyev qeyd edir ki, ötən il ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmiş-dir. Həmin tədbirlər ölkəmizin dünya-dakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dün-ya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır.

Xatırladaq ki, ötən il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Həmin səfərlər çərçivəsində həm ikitərəfli formatda, həm də beynəlxalq formatlarda müzakirələr davam etdirilib. Bundan başqa, Prezidentin qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olubdur və bu görüşlər çox önəmlidir. Keçən ilin mühüm uğurlarından biri də

Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri olmuşdu. Qeyd edək ki, həmin səfər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə böyük töhfə vermiş-dir.

Ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının və Dünya dini liderlərinin zirvə görüşləri, eləcə də, UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bundan başqa, 2019-cu ildə Vaşinqtonda Dünya Astronavtika Konqresi keçirilmiş və həmin tədbirdə Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Azərbaycanın dünya dövlətləri arasında 45-ci yeri tutmasının əsas səbəblərindən biri də mükəmməl ordu quruculuğunun davam etdirilməsidir. Prezident xatırladır ki, ötən il bizim hərbi potensialımız da möhkəmləndi. Bir çox silah- sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordu-su hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli hərbi gücümüzü daha da artırmışdır.

Bundan başqa, iqtisadi sahədə qazandığımız uğurlar da beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Hesa-batlarda bildirilir ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına sal-mışdır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qarşılanır. Bü-tün bunlar ona görədir ki, Azərbaycan dövlətinin siyasəti düşünülmüş siyasətdir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

9 fevral 2020-ci il, bazar4Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi

sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dünya birliyi Azərbaycanın uğurlarını etiraf edir

Dövlətimizin əsas məramı xalqın rifahını yüksəltməkdir

– Möhtərəm Prezidentin tapşırığı ilə pen-siyaların artırılması xəbərini eşidəndə, təbii ki, hamı kimi mən də çox sevindim. Məlum olduğu kimi, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiya-larının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır. Bu, əlbəttə, çox sevindirici xəbərdir. Bəli, Azərbaycan dövlətinin, xalqımızıın sevimli lideri İlham Əliyevin siyasətinin əsas məramı xalqımızın rifahını yüksəltməkdir. Azərbaycan vətəndaşları bu müdrik siyasəti birmənalı olaraq dəstəkləyirlər.

Mən bir məqamı da vurğulamaq istərdim. Bu il fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisa-di inkişafı Dövlət Proqamı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezi-dent İlham Əliyev dərin məzmunlu, parlaq nitq söylədi. Dövlət başçısı bildirdi ki, əhalinin sosial

müdafiəsini gücləndirmək məqsədilə onun göstərişi ilə ödənişli ictimai iş yerləri yaradılmışdır. Ancaq, əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Prezident xəbərdarlıq etdi ki, əgər bu qəbildən olan biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır.

Azərbaycan Prezidentinin sosial layihələrin icrasına nəzarət ilə bağlı qətiyyətli mövqeyi mənim də ürəyimcədir. Hesab edirəm ki, bu istiqamətdə hər birimiz daha fəal olmalı, dövlətimizin xal-qın malına xor baxanlara qarşı mübarizəsinə öz töhfəmizi verməliyik.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Bu xəbər ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri arasında böyük razılıq hissi doğurub. Bu barədə söz düşəndə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Növrəstə Yusifova dedi:

İndeksləşdirilmə insanların daha yaxşı yaşamasına hesablanıb

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Na-zirliyi isə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar bildirib ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır. Nazirli-yin məlumatına görə, bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artı-rılması sahəsində “inqilabi addımlar”ın atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.

Məlum olur ki, sərəncamla pensiyalarında artım olan Azərbaycan vətəndaşlarının sayı 1 milyon 120 min nəfərə yaxındır. Bu isə ölkə üzrə bütün pensiyaçıların 93 faizini təşkil edir. Artımın həyata keçirilməsi üçün illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsait nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.

Artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 ma-natdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532,8 manat pensiya alacaq.

Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yan-varın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial islahatlar birbaşa əhalinin, o cümlədən onun ən kövrək hissəsi olan pen-siyaçıların güzəranının yaxşılaşmasına xidmət edir. Bu addımlar əhali tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Azərbaycan insanı birmənalı şəkildə əmindir ki, Prezident İlham Əliyevin bütün addımları milli maraqların təminatına və insanların daha yaxşı yaşamasına hesablanıb.

Rafael ALLAHVERDİYEV, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə daha bir addım atdı. Dövlət başçısının imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamla pensiyalar növbəti dəfə artırıldı.

Qeyd edim ki, respublikada həyata keçirilən sosial islahat-lar uğurlu iqtisadi islahatlardan, şəffaflaşdırma siyasətindən qaynaqla-nıb. Başqa sözlə, belə bir strateji xətt büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Hökumət şəffaf iqtisadiyyat qurucu-luğunu dərinləşdirməklə daha böyük maliyyə əldə etməyə və sosial proq-ramların əhatəsini genişləndirməyə nail olub.

Bu fikri bir qədər də dəqiqləşdirib deyə bilərəm ki, 2019-cu ilin əvvəllərindən başlayaraq, iqtisadiy-yatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasına və şəffaflığın təmin edilməsinə mühüm təsir göstərib. Ötən il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə edilən yeni dəyişikliklər də əmək bazarında qeyri-leqal məşğulluğun qarşısının alınmasına və qeyri-neft sektoru üzrə daxilolmaların həcminin artmasına səbəb olub.

“Kölgədən çıxmanın” nəticəsidir ki, əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 70 minə yaxın artıb. Ən çox qeyri-leqal məşğulluq və vergidən yayınmanın təsadüf edil-diyi pərakəndə ticarət, ictimai-iaşə, tikinti sahələrindən vergi daxilolmaları

25-30 faiz yüksəlib. Güzəştin tətbiqi və şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində qeyri-dövlət bölməsində 80 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da 100 mindən çox artan əmək müqavilələri sayının 75 faizini təşkil edib.

Sosial islahatlar üçün belə əlverişli iqtisadi zəmin yaradıl-ması hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Bu baxımdan hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü önə çəkmək və vətəndaşların sosial rifahını yaxşı-laşdırmaqdan ibarətdir. Elə buna görə də Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata ke-çirir. Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur, bu kateqo-riyaya aid olan insanlara mənzillər, avtomobillər verilir, onlar güzəşt və müxtəlif kompensasiyalarla təmin

edilirlər. Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezi-dentin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatla-rın yüksək praktiki nəticələr verdiyini göstərir.

Azərbaycanda insanların rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılması ölkəmizin dinamik iqtisadi inkişafından, maliyyə resurs-larının artmasından qaynaqlanır. Dör-düncü regional Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı bununla bağlı deyib: “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşama-lıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşma-sına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.

Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2020-ci il fevralın 6-da im-zaladığı sərəncam da bu fikrin bariz ifadəsidir. Həmin sərəncama əsasən bu il yanvar ayının 1-dən etibarən

2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır.

Onu da qeyd edim ki, əmək pen-siyalarının indeksləşdirilməsi, həm də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur. Belə ki, əmək müqaviləsi ilə çalışanlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıl-dığının şahidi olurlar. Bu, həmçinin qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitalla-rına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapital-larının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququ-na yiyələnə bilsinlər.

Məhərrəm SƏFƏRLİ, Beynəlxalq Jurnalistlər

Federasiyasının üzvü

Əmək pensiyalarının artırılması vətəndaşların həyat səviyyəsinə mühüm təsir göstərəcək

Prezident İlham Əliyev tərəfindən son illər reallaşdırılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi

inkişafı sürətləndirib, qeyri-neft sektorunun yeni mərhələyə daxil olmasını şərtləndirib. Bu siyasətə uyğun olaraq, 2019-cu ilin əvvəlindən etibarən dövlət başçısının müvafiq sərəncamları ilə geniş sosial paketin icrasına başlanılıb, minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər, təqaüdlər və digər ödənişlər artırılıb.

Sabirabadda mədəniyyət könüllülərinin regional konfransı

Sabirabad Rayon Mədəniyyət Mərkəzində “2020-Könüllülər ili” münasibətilə “Gənc mədəniyyət könüllülərinin regional konfransı” keçirilib. Sabirabad Rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtal Ağazadə bildirdi ki,

tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Sabirabad rayonunun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov konf-ransda məruzə edib. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsinin böyük əhəmiyyəti var. Bu mühüm təşəbbüs ölkəmizdə gənclərin potensialının üzə çıxa-rılmasına, onların istedadlarının hərtərəfli inkişafına kömək edəcək.

Ə.Ramazanov, həmçinin vurğulayıb ki, Azərbaycan dövləti son illər ölkə regionları-nın sürətli inkişafına, o cümlədən bölgələrdə mədəniyyət müəssisələrinin səmərəliliyinin yüksəldilməsinə diqqət göstərir. Sabirabad Regional Mədəniyyət İdarəsi, öz növbəsində regionun mədəni həyatında gənc könüllülərlə bağlı ilboyu bir çox maraqlı tədbirlər həyata keçirməyi planlaşdırır.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov çıxış edərək dərin minnətdarlıq hissi ilə qeyd edib ki, Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti, Heydər Əliyev Fon-dunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyətimizin inkişafına, gənclərin ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolunun artmasına böyük qayğı göstərir. Azərbaycan gəncliyi bu qayğını yüksək dəyərləndirir.

Konfransın rəsmi hissəsinin sonunda gənc könüllülər Vətənə, dövlətə, dövlətçiliyə aid şeirlər söyləyiblər.

Tədbir sonra maraqlı konsert proqramı ilə davam edib. Konsertdə Sabirabad Rayon Uşaq Musiqi Məktəbinin “Ana Kür” instru-mental ansamblı və Əhmədabad kənd folklor evinin “Axısxa-Halay Türk” folklor rəqs kollek-tivinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin

bölgə müxbiri

Page 5: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar 5

Bu amilləri nəzərə alan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Belə ki, regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də, beynəlxalq arenada əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir.

Ümumiyyətlə, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin su-verenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir. Xüsusilə qeyd etmək lazımdır ki, milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlan-ması və gerçəkləşdirilməsi, bütövlükdə,

ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və onun güclü dövlətçilik təfəkkürü ölkəmizin beynəlxalq əlaqələrinin düz-gün qurulmasına imkan yaratmışdır. Ulu öndər dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olmuş və həmin dövrdə bu qurumların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmışdır.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələrindən biridir. Azərbaycan istər regionda, istərsə də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir, bir sıra qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir və bunu, əlbəttə ki, ölkəmizin çox mühüm diplomatik uğuru kimi qiymətləndirmək olar. Azərbaycan beynəlxalq müstəvidə əməkdaşlığa və təhlükəsizliyə fundamen-tal töhfələr verir. Xüsusilə də ölkəmizin regionda həlledici rola malik olması qlobal xarakterli layihələrin reallaşdırılmasını da şərtləndirmişdir. Bundan başqa, Azərbaycan bu gün dünyada sülhyaratma prosesində də fəal iştirak edir, öz praktik fəaliyyəti ilə

sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur. Ötən il Azərbaycan üçün beynəlxalq təşkilatlar və regional təşkilatlarla sıx əməkdaşlıq etməsilə yadda qalmışdır.

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən nüfuzlu və universal təşkilatıdır və bu statusu nəzərə alaraq ulu öndər Heydər Əliyev BMT – Azərbaycan əlaqələrinə xüsu-si önəm vermişdi. Məhz BMT çərçivəsində çoxtərəfli əməkdaşlıq Azərbaycana nisbətən qısa müddətdə beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə, istər üzv dövlətlər, istərsə də təşkilatın özü ilə sıx əlaqələr yaratmağa imkan vermişdi. Belə ki, ümummilli liderin müdrik və ardıcıl siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsi qəbul olunmuşdur. Dağlıq Qarabağ münaqişəsi ətrafında real vəziyyət və nizamasal-ma prosesində Azərbaycanın sülhsevər mövqeyi, daxili və xarici siyasəti barədə dünya birliyinə geniş və hərtərəfli məlumat verilməsini özünün başlıca vəzifəsi hesab edən rəsmi Bakı ölkəmizin BMT-yə üzv-lüyünün ilk günlərindən onun əsas struk-turlarında bu istiqamətdə fəal iş aparmağa

başlamışdı. Bununla yanaşı, Azərbaycan – BMT münasibətləri çərçivəsində ölkəmiz müxtəlif layihələrlə bağlı uğurla əməkdaşlıq edir. Bundan əlavə, UNESKO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatları ilə əməkdaşlığımızı da vurğulamaq olar.

Azərbaycan dünyanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqı ilə əlaqələrə də xüsusi əhəmiyyət verir. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə (TƏS) tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və tərəflər arasında əlaqələr əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində “Köhnə qitə”nin səylərinə dəstək verən Azərbaycan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olmuşdur. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Unutmaq lazım deyil ki, bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil,

Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilmişdir. Bundan başqa, təşkilatın 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış və 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılmışdır. Həmçinin tərəflər arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər imzalanmış və hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Aİ-nin Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Aİ Şurasının rəhbərlərinin, habelə Avropa Parlamenti və Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə 2015-ci ildə Riqada keçirilmiş Zirvə görüşündən sonra Aİ –Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçid təmin edilmişdi. Belə ki, dövlətimizin göstərdiyi israrlı mövqe nəticəsində, Aİ rəhbər şəxslərinin ölkəmizə səfərləri təşkil edilmiş və TƏS-i əvəzləyəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara Aİ tərəfindən mandat verilmişdi. Beləliklə, Aİ tərəfi ilə dialoqda daha bərabərhüquqlu ruhda əməkdaşlığın bünövrəsi qoyulmuşdu. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab

edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”.

Azərbaycan Avropa Şurası ilə münasibətlərində də qarşılıqlı və faydalı əməkdaşlığa üstünlük verir. Ölkəmiz bu beynəlxalq təşkilata üzv olduğu zamandan, indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanmışdır. Bundan başqa, ötən müddət ərzində Avropa Şurası ilə əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılmış, əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olmuşdur. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu qurumla əməkdaşlıq edən və həmin əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şu-ranın insan haqlarının qorunması, demok-ratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.

Bir sözlə, bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kurs sayəsində milli maraqlarımız hər zaman təmin olunmuşdur və belə siyasət nəticəsində Azərbaycan dünyanın dialoq mərkəzlərindən birinə çevrilmişdir. Bu siyasət sayəsində ölkəmizin çoxaspektli fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndilir və həmin amil Azərbaycanın bundan sonra da nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin daha da inkişaf edəcəyinə olan inamı artırır.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Beynəlxalq mədəni əməkdaşlığın müqavilə-hüquqi bazasının genişləndirilməsi diqqət mərkəzində olub. Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında 2019–2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında protokol, Azərbaycan Respublikası hökuməti ilə Əfqanıstan İslam Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqın-da anlaşma memorandumu, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı”, “Azərbaycan Respublikası-nın Mədəniyyət Nazirliyi ilə Bolqarıstan Respublikasının Mədəniyyət Nazirliyi ara-sında 2019–2023-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq haqqında proqram”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Kral-lığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqın-da anlaşma memorandumu... imzalanıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, Almaniya, İndoneziya, İorda-niya, Yunanıstan, Meksika, Argentina, Əfqanıstan, ABŞ, Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb. Bu-nunla yanaşı, nazir Rusiya Federasiyası-nın Sverdlovsk vilayətinin Mədəniyyət naziri Svetlana Uçaykinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Onlarla ölkələrimiz arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Mədəniyyət Nazirliyində Rusiya Federasi-yası Həştərxan vilayətinin Mədəniyyət və Turizm naziri Olqa Prokofyeva ilə görüş keçirilib. Görüşlərdə mədəni əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ölkəmizin beynəlxalq təşkilatlarla, xüsusilə UNESKO və TÜRKSOY ilə

əməkdaşlıq uğurla davam etdirilib. Ötən il martın 6-da TÜRKSOY-un Ankarada yerləşən baş qərargahında Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə “Nəsimi ili”nin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuş tədbirdə Nəsiminin həyat və yaradıcılığından söz açılıb, sərgiyə baxış olub.

Mədəniyyət naziri 12-27 noyabr tarixində UNESKO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyasında, 27-28 noyabrda isə UNESKO-nun “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konven-siyasının Baş Assambleyasının 22-ci sessi-yasında iştirak edib. Nazir sonuncu tədbir çərçivəsində həmçinin UNESCO-nun baş direktoru Odre Azuleylə görüşüb.

Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Birlik ölkələrində ümumi humani-tar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalıla-rının XIV Forumu keçirilib. Forumda Azərbaycan nümayəndə heyəti də təmsil olunub.

Ölkəmizin nümayəndə heyəti, həmçinin 14-16 noyabrda VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Foru-munda iştirak edib. Tədbir çərçivəsində 2020-ci ildə keçiriləcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Fo-rumunda Azərbaycanın “qonaq ölkə” statu-sunda iştirakı ilə bağlı mədəni proqramın təşkili istiqamətində danışıqlar aparılıb.

Ötən ilin sentyabr ayında Anqolanın paytaxtı Luanda şəhərində keçirilən sülh mədəniyyəti naminə Pan-Afrika Forumu çərçivəsində Azərbaycan və UNESCO-

nun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və onun qlobal proseslərdə roluna həsr olunmuş xüsusi sessiya keçirilib. Sessiya-da “Bakı prosesi”nin tarixi, əhəmiyyəti və Afrikanın bu qlobal hərəkatda rolu barə də söz açılıb.

Yeri gəlmişkən qeyd edək ki, UNESKO-nun 2020–2021-ci illər üzrə “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylər proqramı” çərçivəsində 2020-ci ildə qeyd edilməsi məqsədilə görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı aidiyyəti sənədlər hazırlanıb və Prezident bu yubileyin ölkəmizdə qeyd olunması ilə bağlı bu yaxınlarda sərəncam da imzalamışdır.

Onu da bildirək ki, oktyabrın 16-da Parisdə – UNESKO-nun baş qərargahında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.

Ölkəmiz 2019-cu ildə bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edib. Mayin 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusun-da V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Foruma hazırlıq, tədbirin proqramının müzakirə olunması ilə bağlı

Mədəniyyət naziri Əbülfəs Qarayev və nazirliyin nümayəndələrinin də iştirakı ilə Parisdə görüşlər keçirilib.

Azərbaycan hökumətinin, UNES-KO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə keçirilən forumda çoxsaylı ölkələrin dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diploma-tik nümayəndəliyinin rəhbərləri, elm xadimləri və ekspertlər daxil olmaqla, 106

ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak edib.

Ötən ilin yayında (30 iyun – 10 iyul) isə ölkəmiz tarixinin ən böyük tədbirinə – UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi edib. Sessiya çərçivəsində iki beynəlxalq tədbir – Dünya İrsi üzrə Gənc Peşəkarlar Forumu və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumu da gerçəkləşib. Dünya İrs Komitəsinin 43-cü sessiyası mədəni irsimizlə bağlı mühüm tarixi qərarla yadda qalıb. Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Ötən il paytaxtımız üçün də əlamətdar olub. Oktyabrın 30-da Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. Qeyd edək ki, Şəki şəhəri 2017-ci ilin noyabrın-da təşkilatın bu şəbəkəsinə salınmışdı.

Bu il də ölkəmizin beynəlxalq mədəni əlaqələrin inkişafında yeni uğurlar qaza-nacağı şübhəsizdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla inkişaf etdirir

Ölkəmiz bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlar var. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır. Hazırda dünyada beynəlxalq təşkilatların sayında artım müşahidə olunur və bu fakt onu göstərir ki, dövlətlərin qarşılıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini aktuallaşdırır. Ən əsası, beynəlxalq təşkilatlar dövlətlərin müxtəlif sahələrdəki davranışına təsir göstərmək imkanı da verir.

Mədəniyyət sahəsində əməkdaşlıq xalqların yaxınlaşmasına önəmli töhfələr verir

Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Təkcə ötən il

ərzində hökumətlərarası komissiyalar çərçivəsində Çin, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Yaponiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Monteneqro, Xorvatiya, Rusiya Federasiyası və digər ölkələrlə hökumətlərarası komissiyanın iclas protokollarının mədəniyyət sahəsində əməkdaşlıqla bağlı hissələrinin razılaşdırılması istiqamətində müvafiq işlər aparılıb. Komissiyaların ekspertlərinin, həmçinin komissiya üzvlərinin görüşlərində iştirakı təmin olunub.

Həmin sənəddə bildirilir: "Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlər 30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik.

1988-ci ildə başlayan bizə qarşı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb.

Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, bir çox mülki şəxs itkin düşdü. Bir gecədə 613 mül-ki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı törədilmiş ən böyük qırğın olaraq tarixə ləkə kimi yazıldı. Təəssüf ilə bildiririk ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dün-ya birliyi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmaz-lığı, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikası-nın ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə təsdiq edib.

Azərbaycan Respublikasının Dağlıq Qara-bağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxa-rılmasını təmin edəcək, zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması, bu ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabər hüquqlu şəraitdə, ayrıseçkiliyə yol verilmədən dinc şəraitdə birgə yaşayışına imkan yarada-

caq şəkildə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Ancaq, Ermənistanın yürütdüyü açıq iş-ğalçılıq siyasəti və Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" söylədiyi təhqiramiz ifadəsində də özünü göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə və barışığa hazırlaşmaq çox çətindir. Bundan əlavə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qar-şısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur.

Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönmələrinə mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin süni şəkildə dəyişdirilməsi cəhdləri, həmçinin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımlar atmaqla, işğal olunmuş ərazilərin müstəmləkəyə çevrilməsinə hədəflənmiş siyasət aparır.

Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salına-raq məruz qoyulduğu əzablara göz yummasınlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səylərini daha da artırsınlar".

“Xalq qəzeti”

Azərbaycan Respublikası-nın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qar-şı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assamble-yasının və Təhlükəsizlik Şurası-nın sənədi kimi yayılıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və

Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Page 6: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar6Azərbaycan opera müğənnisinin

POLŞA SƏHNƏSINDƏ daha bir uğurlu çıxışı

Tərlan Şahbazinin bu barədə redaksi-yamıza ünvanladığı məlumatda bildirilir ki, Kaliş Şəhər Bələdiyyəsinin binasında təşkil olunan konsertdə o, 3 krismas janrlı və 1 italyan mahnısını ifa edib. Şəhər rəhbərliyinin və klassik musiqi həvəskarlarının iştirak etdiyi mərasimdə həmyerlimizin çıxışı davamlı alqışlarla qarşılanıb. Gənc opera sənətçisinin ayrı-ayrı kollektivlərdə və ümumşəhər şənliklərində səsləndirdiyi Azərbaycan musiqilərini sənətsevərlər həmişə böyük maraqla qarşılayırlar. Onun milli musiqi mədəniyyətimizin təbliği ilə bağlı keçirdiyi aksiyalar yaşadığı şəhərdə və ətraf yerlərdə ölkəmizə bir çox dostlar qazandırıb.

Tərlan Şahbazi təmasda olduğu insan-lara, çıxış etdiyi auditoriyalara Azərbaycan həqiqətləri barədə zəruri bilgilər verməyi həmişə özünün milli qeyrət borcu sayır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi uğrunda mübarizənin şanlı səhifələri və Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə onun söylədikləri uzaq diyarda ölkəmizin haqq işinə işıq salır, polşalı dostla-rımızın sayını artırır.

Xatırladaq ki, Bakıda sadə əməkçi ailəsində doğulan, burada ali musiqi təhsili alan Tərlan Şahbazi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bir sıra rollarda uğurla çıxış edib. Sonra o, vokal ifa-çılığını daha da yüksəltmək üçün Moskvada musiqi təhsilini davam etdirib. Dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevi özünə sənət kumiri seçən Tərlan Şahbazi musiqi ifaçılığı yolu ilə Azərbaycanı xaricdə daha geniş tanıtmaq məqsədilə bir neçə ildir ki, Avropa turnesinə çıxıb.

Polşanın məşhur opera kollektivləri artıq Tərlanın virtuoz bir sənətçi olmasından xəbərdardır. Tezliklə istedadlı soydaşımızın səsi bu ölkənin daha böyük səhnələrindən gələcək.

İstedadlı sənətçi redaksiyamızla daim əlaqə saxlayır, Bakıya hər gəlişində qonağı-mız olur. Həmyerlimizə Avropa səhnələrində böyük uğurlar, daha geniş populyarlıq arzu-layırıq.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

İndiyədək özünün şəxsi düşmənlərini bir-bir sıradan çıxarma-ğa nail olmuş Paşinyan son vaxtlar ölkənin Konstitusiya Məhkəməsinə gi-rişib. Bu qurumun tərkibini dəyişmək arzusu ölkə ictimaiyyətinə görün necə əsaslandırılır: “Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, deməli, Konstitusiya Məhkəməsinin tərkibi də dəyişməlidir”. Bu absurd və qanunazidd bəyanatı Paşinyanın rəhbəri olduğu “Mənim addımım” fraksiyasının deputatı Sasun Mika-yelyan səsləndirib: “Biz məsələni xalq məhkəməsinə çıxarırıq, qoy xalq qərar versin. Əgər biz yanılı-rıqsa, o zaman hakimiyyəti qoyub gedəcəyik. Mən deyirəm ki, Konsti-tusiya Məhkəməsi kilsənin son şamı olmalıdır”.

Mikayelyan, əlbəttə, öz sözünü deyil, Paşinyanın fikrini elan edir. Əgər bir ölkənin baş naziri bu cür düşünürsə, deməli, Ermənistanda köhnə adamlardan heç biri dövlətin hansısa qurumunda qala bilməz, hər şey və hamı dəyişməlidir. Bu isə tamamilə absurddur və ölkədəki bir sıra müxalif partiyalar və QHT-lər tərəfindən narazılıqla qarşılanır. Hökumətə qarşı çıxış edən partiya-ların üzvləri isə, şübhəsiz ki, qisasçı Paşinyan tərəfindən repressiyalara məruz qalır.

Bu il yanvarın 28-də Ermənistanın sağçı qruplarının bir neçə lideri hökumətə qarşı keçirdikləri aksiya zamanı polis tərəfindən müxtəlif ittihamlarla həbs edilib, VETO qru-punun yaradıcısı Narek Malyan və digər şəxslər saxlanılıb. Ermənistanın sabiq hakimiyyət partiyası olmuş Respublika Partiyasından keçmiş deputat Mihran Hakopyan onların

həbs edildikləri anı lentə alaraq, “Yeni repressiya dalğası” başlığı altında “Facebook”da yerləşdirib. Sonra isə saxlanılanlardan bir neçəsi polis bölməsində çox kobud rəftara məruz qaldıqları barədə şikayət ediblər. Bu insanların, xüsusən Malyanın, eləcə də digər siyasi fəalların günahı nə imiş? Sən demə, onlar Corc Soros tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət Vəqflərinin (OSF) yerli nümayəndələri imişlər. Ölkədə sosial mediada bir aydan artıqdır ki, onlara qarşı geniş təzyiq kampaniyası apa-rılır. Onlar Eurasianet OSF New-York tərəfindən maliyyə almaqda ittiham olunurlar. Bu da Paşinyansayağı demokratiya və onun astar üzü…

Amma baş nazir özünü elə aparır ki, sanki ölkədə hər şey qaydasın-dadır, nə baş verirsə, yüksək de-mokratiya nümunəsidir. Əslində isə hər şey əksinədir. Artıq Avropanın, ABŞ-ın bir sıra mətbuat orqanlarında bu kimi faktlarla bağlı Ermənistanın ünvanına ciddi tənqidlər səslənir. Bu tənqidlər bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilə bağlıdırsa, digər tərəfdən ölkədə cinayət və insan haqlarının pozulması

hallarının artması ilə əlaqədardır. Son zamanlar bu cür yazılara Vaşinq-tonda yerləşən nüfuzlu Fondation for Defense of Demokratices (FDD) – Demokratiyanın Müdafiəsi Fondu tərəfindən yayılmış “İşğallara dair selektiv siyasət, uzanmış münaqişələr və ərazi mübahisələri” adlı hesabatda rast gəlirik. Sənəddə Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Azərbaycana məxsus olduğu və Ermənistan tərəfindən işğal olunduğu qeyd edilib. Burada, eyni zamanda, Ermənistan hakimiyyətinin beynəlxalq əhəmiyyətli cinayətləri – işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, təbii ehtiyatların

qanunsuz şəkildə istismarı, qanun-suz məskunlaşma siyasəti aparması tənqid edilir.

Ermənistana və onun üzdəniraq baş nazirinə qarşı bu cür ittihamlara “The Vashington Free Beacon” onlayn qəzetində də rast gəlirik. Beləliklə, hazırkı erməni hakimiyyətinin cinayətkar mahiyyəti təkcə bizim tərəfimizdən deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidə məruz qalır. Bu barədə Azərbaycan

Prezidenti İlham Əliyev də bu günlərdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bildirmişdi: “Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxla-nılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə, onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanı-nın rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır”.

Bütün bunlar Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın “de-mokrat” imicini heçə endirir, ölkəyə cinayətkar rejimin rəhbərlik etdiyini göstərir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Paşinyansayağı “demokratiya” və onun astar üzü…

Ermənistanın artıq heç də yeni olmayan baş naziri Nikol Paşinyan özünü demokrat kimi göstərməyə çalışsa da, əslində, ölkədə qanunun aliliyi, insan haqlarına hörmət və sair adına heç bir dəyər qalmayıb. Dünənki hakimiyyət adamları, ayrı-ayrı biznesmenlər, hüquq-mühafizə işçiləri yalnız Paşinyanın xoşuna gəlmir, – deyə istintaqa cəlb edilir, həbsə atılır, məhkəmələrə verilir. Bütün bunlar Ermənistanda adi hala çevrilib. Özü də Paşinyanın hakimiyyətə gəldiyi ilk günlərdən. Ona görə də bu gün ölkədə tam anarxiya hökm sürür.

Azərbaycan opera sənətinin yetirməsi, hazırda Polşada yaşayıb fəaliyyət göstərən istedadlı tenor ifaçı Tərlan Şahbazi Vətəni ilə bağlı əlamətdar günlərdə və yaşadığı ölkənin müxtəlif

şənliklərində milli və klassik Avropa operalarından parçaları, popul-yar vokal nümunələrini böyük məharətlə ifa edir. Soydaşımızın bu günlərdə Kaliş Şəhər Müəllimlər Xorunun yubiley konsertində ifa etdi-yi musiqi nömrələri polşalı musiqisevərləri yenidən heyran qoyub.

“Yüksəliş”də ilk sınaq imtahanı

� Fevralın 8-də “Yüksəliş” müsabiqəsinin ümumi biliklər üzrə onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.

İmtahan saat 10:00-da və 15:00-da olmaqla iki növbədə təşkil edilib. İştirakçılar əvvəlcədən şəxsi kabinetlərinə göndərilən müvafiq vaxta uyğun imtahana qatılıblar.

Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb. Ümumilikdə 84 sual üçün iki saat vaxt ayrılıb. Sınaq imtahanında 6944 namizəd iştirak edib. İmtahan müddəti müsabiqənin işçi qrupu tərəfindən xüsusi nəzarətdə saxlanılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və so-sial şəbəkələr üzərindən 1793, elektron poçt vasitəsilə ünvanlanmış 2500-dən çox müraciət cavablandırılaraq iştirakçı-lara dəstək göstərilib. Sınaq imtahanın nəticələri növbəti mərhələlərdə iştirakçıların

nəticələrinə təsir etmir. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı fevralın 16-da keçiriləcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı ban-kının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

AZƏRTAC

Sumqayıtlılar koronavirusla mübarizə üçün çinli dostlarına yardım göndəriblər

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Mienyan şəhərinə 100 min bone (papaq), 40 min tibbi maska, 100 min steril əlcək, 100 min millilitr spirt, 100 min baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramin göndərib.

Qeyd edək ki, 2019-cu

ilin sentyabrında Sumqayıt ilə Çinin Siçuan vilayətinin Mienyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb. “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığının daha da inkişaf etdirilməsi və

dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”yə uyğun olaraq imzalanan sənədin məqsədi Sumqayıt ilə Mi-enyan arasında əlaqələrin inkişafını təşviq etmək, xalqlar arasında dostluğun möhkəmlənməsinə şərait yaratmaq, sonda bu iki şəhərin qardaşlaşmasına dair yekun protokolun imza-lanmasına nail olmaqdır.

Ötən ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası Sumqayıtla dost olan Mienyan şəhərində də aşkarlanıb. Virusa yoluxmuş xəstələrin müalicəsinə yardım məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyəti dost-luq və əməkdaşlıq əlaqələri olan Mienyan şəhərinə tibbi ləvazimatlar göndərib.

Səudiyyə Ərəbistanında yaşayan soydaşlarımızla görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşü giriş sözü ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Ab-dullayev komitənin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək

qiymətləndirib. Sonra çıxış edən komitə sədri Fuad Muradov tədbir iştirakçılarına rəhbərlik etdiyi qu-rumun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.

“Strateji Yol Xəritəsi”nə uyğun ola-raq, koordinasiya şuralarının təsis olunmasının, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinin, diaspor xəritəsinin

və təbliğat məqsədilə hazırlanmış digər vasitələrin sosial şəbəkələrdə yayılmasının vacibliyini qeyd edib. Komitə sədri həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük dias-por ailəsinə qoşulmağa dəvət edib.

Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açaraq milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Qaldırı-lan problemlərin bəzilərinə tədbirin gedişində aydınlıq gətirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

S əudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan

Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ər-Riyad şəhərində yaşa-yan azərbaycanlılarla görüşüb.

“Əl-Əxbar” qəzetinin redaktoru: AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsüdür

� AZƏRTAC Azərbaycanla ərəb dünyası arasında media körpüsü rolunu oynayır və ölkələrimizin KİV-ləri arasında əməkdaşlığın dərinləşdirilməsi zamanın çağırışıdır.

Bu fikirlər Azərbaycanda parla-ment seçkilərinin gedişini işıqlan-dırmaq üçün ölkəmizə səfər edən Misir, Mərakeş və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bir qrup jurnalisti ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

İdarə heyətinin sədri Aslan As-lanov görüş zamanı Azərbaycan və ərəb ölkələri arasında münasibətlərin tarixindən, media qurumlarının apardıqları informasiya mübadiləsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına verdiyi töhfələrdən danışıb. Qonaqlar ölkəmizdə dinamik inkişafın, mətbuat və söz azadlığının, seçki prosesinin şəffaf və demokrati-ya prinsiplərinə uyğun təşkil edildiyi-nin şahidi olduqlarını bildirib və bunu yüksək qiymətləndiriblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə əməkdaşlığın inkişafına daim böyük diqqət ayırdığı, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verdiyi vurğulanıb. İƏT-in Ermənistan–Azərbaycan, Dağlıq Qa-rabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləməsinin xalqımız tərəfindən rəğbətlə qarşılandığı bildirilib.

“Bu xoş münasibətlər fonun-da AZƏRTAC ilə ərəb ölkələrinin informasiya agentlikləri arasında

da sıx tərəfdaşlıq əlaqələri yara-nıb. Biz Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Küveytin KUNA, Livanın NNA, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Qətərin QNA agentlikləri ilə mütəmadi informasiya mübadiləsi aparırıq. Eyni zaman-da, bu ölkələrin bir sıra qəzetlərinin rəhbərləri agentliyimizdə olublar. Biz əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlmişik. Tezliklə Qahirədəki müxbir məntəqəmiz fəaliyyətini bərpa edəcək. Düşünürəm ki, bu, ümumilikdə Yaxın Şərq regionunun KİV-ləri ilə əlaqələrin daha da intensivləşməsinə

təkan verəcək”, – deyə Aslan Asla-nov bildirib.

AZƏRTAC 2017-ci ildən İƏT-ə üzv dövlətlərin Milli Xəbər Agentlikləri

Birliyinin (UNA) İcraiyyə Şurasının üzvüdür. UNA-da 57 ölkənin milli xəbər agentliyi təmsil olunur. Agent-lik, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) da ərəb ölkələrindən olan həmkarları ilə sıx əməkdaşlıq edir.

Azərbaycanda dəfələrlə olduğunu, hər gəlişi zamanı gördüyü misilsiz inkişafın onu sevindirdiyini bildirən Misirin “əl-Əxbar” qəzetinin redak-toru Məhəmməd Salama ölkəmizlə bağlı bir sıra kitablar nəşr etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 20

Yanvar hadisələri, Xocalı soyqırı-mı, Dağlıq Qarabağ münaqişəsi barədə araşdırmalarında, əsasən, AZƏRTAC-ın materiallarından yararlanıb.

Misirin “Diplomatiya” qəzetinin baş redaktoru Əşrəf Əbu Ərif, BƏƏ-nin “əl-Fəcr” qəzetinin redaktoru Şərif əl-Bəsil və digərləri AZƏRTAC-ın ərəb dilində yaydığı xəbərləri daim izlədiklərini, agentliyin Azərbaycanla ərəb dünyası arasında media körpü-sü rolunu oynadığını vurğulayıblar. Qeyd ediblər ki, AZƏRTAC onlar üçün Azərbaycanla bağlı əsas və mötəbər informasiya mənbəyidir. Bu istiqamətdə əməkdaşlığı dərinləşdirmək istədiklərini bildirən qonaqlar birgə layihələr həyata keçirmək, o cümlədən müəllif yazıları-nın mübadiləsini aparmaq təklifini irəli sürüblər.

Söhbət zamanı jurnalistlərin qar-şılıqlı səfərlərinin təşkili, ölkələrimiz haqqında reportajların hazırlanması, əməkdaşlıqla bağlı digər məsələlər nəzərdən keçirilib.

Sonda Məhəmməd Salama, Misirin “Dialoq” mərkəzinin rəhbəri Əhməd Tahir Azərbaycanla bağlı nəşr etdirdikləri kitabları və jurnalları AZƏRTAC-a hədiyyə ediblər.

Görüşdə, həmçinin “əl-Bəyan”, “əl-İslah və ət-Tənmiyə” qəzetlərinin, “İRİS” media press xidmətinin və UNA-nın nümayəndələri, Azərbaycanın BƏƏ-dəki səfirliyinin birinci katibi Eldəniz Musayev və Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov iştirak ediblər.

Page 7: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar 7

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təhsil obyektlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün

Lot-1. Nərimanov rayonu, “Atatürk Məktəbi” məktəb liseyi üçün əlavə korpusun tikintisinin (40 sinif otağı, idman, akt zalı və yeməkxana) layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot-2. Nərimanov rayonu, “Ankara məktəbi” məktəb liseyinin əsas korpusunun əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot- 3. Nərimanov rayonu, məktəb-lisey-kompleksinin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot- 4. Xətai rayonu, 263 nömrəli orta məktəb binasının əsaslı təmiri və bərpa-gücləndirilməsi işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot- 5. Yasamal rayonu, Ə.N. Ələkbərov adına Respublika İncəsənət Gimnaziyası binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması.

Lot- 6. Suraxanı rayonu, Əmircan qəsəbəsi 97 saylı orta məktəb binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlan-masının satın alınması.

Lot- 7. Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə kor-pusunun sökülüb yerində 1752 şagird yerlik yeni korpusların tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması (layihənin davam etdirilməsi).

Lot- 8. Sabunçu rayonu, Ramana qəsəbəsi 90 saylı orta məktəbin mövcud korpusunun və idman zalının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot-9. Sabunçu rayonu, Zabrat qəsəbəsi 71 saylı orta məktəb binasının əsaslı

təmirinin layihə-smeta sənədlərinin hazırlan-masının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsil təqdim edə bilərlər (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-04) ala bilərlər:

İştirak haqqı hər bir Lot üçün 100 ma-natdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti H/h- AZ22IBAZ38030019446253269215

VÖEN-1702563281 Kod - 805625 VÖEN- 9900001881 M/h-

AZ03NABZ01350100000000002944 SWİFT- IBAZAZ2X İştirak haqqı heç bir halda qeri qay-

tarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə; - tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi; - tender təklifi (zərfin açıldığı tarixdən

sonra ən azı 30 bank günü müddətində

qüvvədə olmalıdır); - tender təklifi qiymətinin 1 faizi

həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddi-açılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uy-ğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 18 mart 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 30 mart 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 1 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində görüləcək təmir-abadlıq işlərinin layihə-smeta

sənədlərinin hazırlanmasının satın alınması üçün

Lot-1. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə - smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot-2. Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Lot-3. Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmirinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsil təqdim edə bilərlər. (əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-04) ala bilərlər:

İştirak haqqı hər bir Lot üçün 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H\h -AZ22IBAZ38030019446253269215

VÖEN-1702563281 Kod- 805625 VÖEN- 9900001881M/h-

AZ03NABZ01350100000000002944 SWİFT: IBAZAZ2X İştirak haqqı heç bir halda qeri

qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə; - tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;- tender təklifi (zərfin açıldığı

tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti; (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında

müvafiq vergi orqanlarından arayış; - iddiaçının son bir il ərzində

maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 18 mart 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 30 mart 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 1 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

B I L D I R I Ş“Xalq qəzeti”nin 15 yanvar 2020-ci il tarixli

nömrəsində Daxili Qoşunların Baş İdarəsinin 2020-ci il üçün dərman preparatlarının, tibbi ləvazimatların satın alınması məqsədilə dərc edilmiş açıq tenderində ilkin sənədlərin təqdimatı tarixi 14 fevral 2020-ci il saat 16.00-a, tender təkliflərinin son təqdimatı tarixi isə 24 fevral 2020-ci il saat 12.00-a qədər, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satın alınması üçün dərc edilmiş açıq tenderində isə ilkin sənədlərin təqdimatı tarixi 19 fevral 2020-ci il saat 16.00-a, tender təkliflərinin son təqdimatı tarixi isə 26 fevral 2020-ci il saat 12.00-a qədər uzadılmışdır. Dərman preparatlarının və tibbi ləvazimatların satın alınması üçün tender təkliflərinin açılışı 25 fevral 2020-ci il saat 16.00-da, tibbi reaktivlərin, vaksinlərin və dezinfeksiyaedici maddələrin satın alınması üçün isə 27 fevral 2020-ci il saat 16.00-da portal vasitəsilə olacaqdır.

AÇIQ TENDER ELAN EDIR AÇIQ TENDER ELAN EDIR

“Hər kəsin dəyəri nəyə can atmasındadır”

Könüllülük fəaliyyəti şəxsi iradə və azad seçim əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan, əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar, ehtiyacı olan kəslər və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlərlə həyata keçirilən layihə və tədbirlərdə göstərilən təmənnasız sosial xidmətdir.

Yüksək dəyərlər naminə başqa-larına kömək edib cəmiyyətə fayda vermək, öz bacarıqlarını yeni ortamda istifadə etmək, yeni dostlar taparaq yeni əlaqələr qurmaq bu işin əsas qayəsini təşkil edir.

Gündəlik həyatda hər birimiz könlümüzdən gələn yaxşılıq və hörmət hisslərini yaşlılara yolu keçməkdə kömək etməklə, avtobusda yaşca böyüklərə yer verməklə, hər hansı bir şəxsə yaşından asılı olmayaraq yardım etməklə göstəririk. Könüllü olmaq da məhz bu hisslərin birlikdə təzahürüdür.

Məşhur Roma imperatoru, filosof Mark Avreli deyirdi: “Hər kəsin dəyəri nəyə can atmasındadır”. Bu fəaliyyətin üstünlüyü də elə məhz budur.

Vətənpərvərlik məktəbinin daşı-yıcı sütunlarını təşkil edən könüllülük öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə bağlılıq və xidmət örnəyidir. Azərbaycan gəncləri üçün milli ideya və dəyərlər naminə birləşmək bu gün həmişə olduğundan daha vacib olmaqla zamanın tələbidir.

İnsanları vahid niyyət, sağlam düşüncə, təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərəkatı Azərbaycan xalqının əsrlər boyu xeyir-xah, fədakar, təşəbbüskar, sağlam, ülvi niyyətli olmasının bariz nümunəsidir.

XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət ali dəyərlər kimi sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa baş-layıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. BMT Baş Assambleyası 1985-ci ildə dünya dövlətlərinə hər il iqtisadi və inkişaf naminə 5 dekabr tarixinin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunmasını təklif edib. O vaxtdan hər il 5 dekabr tarixi dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Tarixə bir nəzərTarixə nəzər salsaq görərik ki, könül-

lülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fran-sa ordusunda yaranıb. Daha dəqiq desək, bu anlayış və yaxud hərəkat könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Belə ki, bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri “volantaire”, yəni “könüllü” adlandırırdılar.

XIX əsrdə ABŞ-da vətəndaş müharibəsi zamanı isə qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü öz ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu. XX əsrin əvvəllərindən başlaya-raq könüllülük fəaliyyəti bütün dünyada genişləndi və yeni mərhələyə qədəm qoydu.

Əsasında altruizm fəlsəfəsi dayanır

Mövzuya bir az fəlsəfi yanaş-saq, görərik ki, könüllülüyün əsasını altruizm fəlsəfəsi təşkil edir. Altru-izm əxlaqi prinsipləri humanizm, insanlıq fəlsəfəsindən qaynaqlanır. “Pozitivizm”in banisi sayılan fransız filosofu, sosiologiyanın bir elm kimi formalaşmasında müstəsna xidmətləri olmuş Oqüst Kont tərəfindən irəli sürülən altruizm – başqa adamlara təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməyi özündə ehtiva edir. Eqoizmin əksi olan alt-ruizmin mərkəzi motivini və əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Əxlaqi prinsip olan altruizm- başqasının rifahı naminə təmənnasız əziyyətə qatlaşmaq anlamına gəlir. Məhz bu aspektdən yanaşdıqda könüllülüyün əslində bir-başa humanizmə xidmət etdiyini görə bilərik.

Könüllü olmaq üçünDemək olar ki, hər kəs, yəni

özünü dərk edən və yaş həddindən asılı olmayaraq aşağıda qeyd olunmuş təməl xüsusiyyətlərə malik olan şəxslər könüllü ola bilərlər:

– Məsuliyyətli olmaq – bu xüsusiyyət olmadığı təqdirdə siz öz öhdənizə düşən işi yerinə yetirə bilməyəcəksiz.

– Gülərüz olmaq – hər kəsə müsbət enerji ötürməklə həm başqalarında məmnunluq yarada, həm də özünüzə rahat və yaddaqalan bir könüllülük

proqramı bəxş edə bilərsiniz.– İşə həvəsli olmaq – bu hiss olma-

dıqda siz öz işinizdən bezə bilərsiniz.– Ünsiyyətcil olmaq – bu

xüsusiyyətlə siz həm yeni dostlar qa-zana, həm də komanda ilə rahat işləyə biləcəksiniz.

Dünyanın ən xoşbəxt insanı siz ola bilərsiniz

Könüllülük zamanı əldə olunanlar aşağıdakılardır:

– Siz könüllü olduğunuz təqdirdə çoxlu sayda könüllü ilə tanış olacaq-sınız və mütləq şəkildə bir-birinizə yardım etməklə çalışarkən ən möhkəm dostluqların təməlini qoyacaqsınız.

– Gələcək karyeranızda sizə uğur gətirəcək təcrübəni qazanacaqsınız. Digər dostlarınızla müqayisədə sizin CV-niz, tərcümeyi-halınız daha dolğun və seçilən olacaq.

– Proqramdan asılı olaraq dil biliklərinizi inkişaf etdirə və sənədlərlə işin mahiyyətini anlayacaqsınız.

- Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi in-kişafınıza böyük töhfələr verəcəksiniz.

Hərəkat yeni mərhələyə qədəm qoyub

Qeyd etdiyimiz kimi, könüllülük hərəkatı bütün dünyada geniş vüsət alıb. Müasir Azərbaycanda isə könül-lülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdı-şından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderin

adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanma-ğa mühüm önəm verildi.

Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998–2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könül-lülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verildi.

Gənclər Forumunun keçirilməsi, “Gənclər günü”nün təsis edilməsi 1995–1996-cı illərin ictimai-siyasi gərginliyindən sonra gənclər üçün bir mayak oldu. Təhsilini yarımçıq qoyaraq az məvacibli iş yerlərini tərk edərək ölkədən kənara üz tutan gənclərdə ruh yüksəkliyi yarandı. Bu proqram əsas götürülərək 1998–2000-ci illərdən baş-layaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı.

Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Belə ki, 2005– 2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların fayda-lı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakı-nın gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin “Gənclər ili” elan edilməsində də göstərdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 2009-cu ilin iyun ayında “Könüllü fəaliyyət haqqında” Qanunu imzaladı və bununla da könüllü – öz istəyi əsasında əvəzi ödənilməyən icti-mai-faydalı fəaliyyətlə məşğul olmaq istəyən gəncləri özündə cəmləşdirən, dövlət büdcəsindən maliyyələşən cəmiyyət və təşkilatlar yaradıldı.

2013-cü ildə Azərbaycan Respubli-kasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanı-mağa geniş imkan verdi. Hazırda bir çox dövlət qurumlarında könüllülər təşkilatları yaradılmaqdadır.

Ölkəmizdə könüllülük fəaliyyətinin təbliği məqsədi ilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevri-lib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevri-lib. Əksər hallarda könüllük fəaliyyəti hər bir şəxsin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında səmərəli dönüş nöqtəsi olur.

Könüllü gənclər kreativ təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya mah-nı müsabiqəsi, I Avropa Oyunları, “Formula – 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, AFFA-nın könüllülük proqramı kimi irimiq-yaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezi-denti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və peşəkar səviyyədə təşkil edildi.

Son illərdə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.

Ölkə başçısının müvafiq sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Aydın TAĞIYEV, Mədəniyyət Nazirliyinin Mədəniyyət

üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Könüllülük – sevgi, vətənpərvərlik və xeyirxahlıqdan doğan hərəkat

H eç bir təmənna güdməyən xeyirxah əməldən gözəl nə ola bilər? İnsanları bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət, sevgi hisslərini artıran belə əməllər sağlam cəmiyyətin təməlində dayanmaqla könüllülük

fəaliyyətinin əsasını təşkil edir. Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, “ Könüllülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirilməsi nəzərdə tutulub.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin

təşkilatçılığı ilə Həştərxanda “Xəzər mükafatı – 2020”

Gənclər Festivalı keçiriləcək

F evralın 14-də Həştərxan Dövlət Filarmoniyasında

“Xəzər mükafatı - 2020” Gənclər Festivalı keçiriləcək.

Layihənin təşkilatçısı “LUkoyl-Nijnevoljskneft” MMC-nin və “Qorod Astraxan” bələdiyyə qurumu administra-siyasının dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Həştərxan regional bölməsidir.

Layihənin məqsədi yaradıcı şəxslər arasından ən istedad-lılarını və kreativ olanları seçməkdir. Birinci festival Həştərxanda 2012-ci ildə keçiri-lib və 15 nominasiyada yarışan yüzədək iştirakçını bir yerə toplayıb. Bu il 500-dən çox adam müraciət edib, nominasiyaların sayı isə 40-dan çoxdur.

“Xəzər mükafatı – 2020” Gənclər Festivalında Rusiyanın 16 regionunun və 9 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər. Gözlənildiyinə görə, mükafatlandırma mərasimində Rusiya regionlarından və yaxın xarici ölkələrdən artistlər çıxış edəcəklər.

Festivalın təşkilatçısı, RAGB-nin Həştərxan regional bölməsinin sədri Elvin Hüseynovun sözlərinə görə, Rusiya Federasiyasının subyektlərindən, xarici ölkələrdən, o cümlədən Xəzəryanı ölkələrdən nominantlar festivala qatılacaqlarını artıq təsdiq ediblər.

Səsvermə fevralın 13-də başa çatacaq. Yekun nəticələr fevralın 14-də Həştərxan Dövlət Filarmoniyasında keçiriləcək qala-konsertdə açıqlanacaq.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 8: Həyata keçirilən siyasət nəticəsində D ...xalqqazeti.com/pdf/xalq-son.pdf · məsələlərin həllinə çox böyük diqqət ayırıb. Təkcə 2019-cu ildə Azərbaycanda 4,2

9 fevral 2020-ci il, bazar8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6001

312

40 qəpik

Misir

541 məhkum əfv edilibMisirdə Milli Polis

Günü münasibətilə 541 məhkum əfv edilib. Məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin yanvarın 25-də imzaladığı əfv fərmanı icra olunma-ğa başlanıb. Ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, əfv fərmanı silah və insan alveri, narko-tik maddələrin qanunsuz dövriyyəsi və qisas məqsədilə cinayət törətmiş məhkumlara aid edilmir.

Xatırladaq ki, Misirdə Milli Polis Günü ölkənin sabiq Prezidenti Hüsnü Mübarəkin fərmanı ilə 2009-cu ildə təsis edilib.

Xəbəri RİA “Novosti” yayıb.

Türkiyə

İdxal dayandırılıbTürkiyənin səhiyyə

naziri Fahrettin Koca Çindən heyvan və heyvan məhsullarının idxalının müvəqqəti olaraq dayandırıldı-ğını bildirib. Səhiyyə naziri bildirib ki, Çində yayılmış virusla bağlı

Türkiyəyə qayıdan vətəndaşlardan mütəmadi olaraq nümunələr götürülərək onların sağlamlıq durumu araşdı-rılır: “Çindən gələn 61 nəfərdən ikinci dəfə nümunə alınıb. İkinci nümunələrin də neqativ olduğu müəyyənləşib. Yəni, gələn insanlarda koronavirus aşkarlanmayıb”, – deyə F.Koca bildirib.

Xəbəri “Anadolu” agentliyi yayıb.

ABŞ

Yeni funksiyalar“Instagram”ın baş

direktoru Adam Mos-seri adıçəkilən sosial şəbəkənin “abunələr” bölməsinə xüsusi ka-teqoriyalar əlavə edil-diyini bildirib. O, qeyd edib ki, yeni dəyişiklik özündə iki əlavəni ehtiva edir: paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar.

Məlumata görə, bu dəyişiklik sosial şəbəkəyə reklam-lara baxış sayını artırmağa imkan verəcək. İstifadəçilər isə maraqsız paylaşımları az görmək üçün lenti çevirməyə davam edəcəklər.

Xəbəri “ferra.ru” yayıb.

Çin

Virusla bağlı yeni iddia

Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğunu bildiriblər. Onlar bildiriblər ki, bu virusdan qorunmaq, onun yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, panqolinin dərisinin üzərindəki pullar və ətinin satışı qadağan edilsə də, qeyri-qanuni yollarla satışı mövcuddur. Ötən il adı nəsli kəsilməkdə olan növlər siya-hısına daxil edilən 100 mindən artıq panqolinin ovlandığı qeyd olunub.

Xəbəri TASS yayıb.

İngiltərə

Yanvar ayının ən yaxşısıİngiltərə Premyer Li-

qasında yanvar ayının ən yaxşı baş məşqçisi bilinib.

Məlumata görə, bu ada “Liverpul”un çalışdı-rıcısı Yurgen Klopp layiq görülüb.

Qeyd edək ki, Yurgen Kloppun baş məşqçilik etdiyi “Liverpul” Premyer Liqada ötən ay keçirdiyi 5 oyunda qələbə qazanıb. Mersisayd təmsilçisi hazırda 73 xalla liderdir.

Xəbəri “goal.com” yayıb.Hazırladı:

Elçin ABBASOV, “Xalq qəzeti”

 Fevralın 9-da  Bakıda və Abşeron yarımadasında

arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və gündüz 0-3 dərəcə isti ,axşam 1 dərəcə şaxta, Bakıda gecə və gündüz 0-2 dərəcə isti, axşam 1 dərəcə şaxta olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8 , gündüz 0- 3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə

şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Dağlarda duman olacaq.Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Yaxın Şərqin ən varlı qadınlarıReytinq cədvəlində ilk yerdə Birləşmiş Ərəb

Əmirliklərinin 27 şirkətdən ibarət olan “İsa Saleh” qrupunun icraçı direktoru Raya İsa Əl Qurq qərarlaşıb. Siyahının ikinci pilləsində isə “Samba Financial Group” (Səudiyyə Ərəbistanı) korporasiyasının sahibi Rania Naşar yer alıb. Növbəti sıraları müvafiq olaraq, “Tədavül” şirkətinin rəhbəri Sara Əl Suhami və “Saudi British Bank”ın icraçı direktoru Lübna Olayan tamamlayıblar.

Məlumatda həmçinin bildirilir ki, Yaxın Şərqin ən varlı işgüzar qadınları arasında 9 Misir, 8 Livan, 8 Oman işgüzar qadını, habelə ərəb olmayan və Yaxın Şərqdə biznes fəaliyyəti ilə məşğul olan amerikalı qadınlar var. Misirli qadın sahibkarlar arasında isə ilk yerləri “Telecom Law” fir-masının rəhbəri Mona Zülfiqar və “TAQA Arabia” şirkətinin sahibi Pakinam Kafafi tuturlar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Luizianada 200 nəfər virusa yoluxub � ABŞ-ın Luiziana

ştatının Leyk-Çarls şəhərində 200 nəfər kazinodan çıxdıqdan sonra onlarda noravirus aşkar edilib.

Yerli “WVUE” telekanalına müsahibəsində şəhərin səhiyyə

idarəsinin direktoru Leysi Kavano bildirib ki, bu, çox təhlükəli virusdur. Bu virus qidadan, içkidən yoluxa bilər və tez keçicidir.

Virusa yoluxmuş 200 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

“Forbes” jurnalının hazırladığı reytinq siyahısına görə, bu regionda zərif cinsin ən varlı nümayəndələri 28 sektoru təmsil edən 23 ölkənin vətəndaşlarıdır.

Bundan əvvəl isə Türkiyə hökuməti Suriya ilə sərhədə tank hissələri və ağır artille-riya göndərmişdi. Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyində də təsdiq ediblər. “Lenta.ru”nun nazirlikdəki mənbəyə istinadən verdiyi məlumata görə, Ankara Suriya ordusunun İdlib əyalətinə güclü hücumu nəticəsində yaranmış yeni çoxsaylı qaçqın ordusunun qarşısını almaq üçün həmin zonada öz mövqelərini möhkəmləndirməyə çalışır.

Türkiyə, eyni zamanda, Suriya hökumətinin hücumu

dayandırmasını tələb edir. Hazırda Türkiyənin İdlibdəki müşahidə postlarından bir neçəsi Əsəd qüvvələrinin nəzarəti altına düşmüş ərazidə qalıb. Prezident Rəcəb Tayyib Ərdoğan Suriya ordusunun dayandırıl-ması ilə bağlı tələbini Rusiya qarşısında da qoyub.

İdlib zonasında yaran-mış gərgin vəziyyət BMT Təhlükəsizlik Şurasının top-lantısında da müzakitə edilib. Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenz-ya toplantıda çıxışı zamanı bildirib ki, Rusiya İdlibdəki insidentlərin sona çatması

və gərginliyin azaldılması üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

Daimi nümayəndənin sözlərinə görə, iki ölkənin liderləri, Xarici İşlər nazirləri və hərbi qurum-larının rəhbərləri daim bir-biri ilə təmasdadırlar. Nebenzya əlavə edib: “Kimsənin Rusiya–Türkiyə münasibətlərinə nifaq salma-sına icazə verməyəcəyik”.

Rusiya rəsmisi, eyni zamanda, Türkiyə və Ru-siyanın İranla birgə Astana formatındakı əməkdaşlığı da davam etdirəcəyini bəyan edib. Xatırladaq ki, fevralın 5-də Bəşər Əsəd və Rusiya-ya aid qüvvələr İdlibdə türk ordusunun mövqelərini atəşə tutmuş, nəticədə, bir neçə əsgər şəhid olmuşdu.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Vasili Nebenzya: Rusiya İdlibdə gərginliyi azaltmaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək

T ürkiyə Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlılar göndərir. Dünən Hatay əyalətinin Reyhanlı rayonuna hərbi texnika,

sursat və xüsusi təyinatlılarla dolu daha 200 yük maşını yola salınıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

M.Şentop məktubda yazıb: “Biz ciddi qalmaqal doğuran bu tədbiri qətiyyətlə pisləyirik. Terrorizm təkcə Türkiyə və Avropanın deyil, eləcə də bütün dünya bir-liyinin düşmənidir. Avropa Parlamentində keçirilən konfrans terrorizmi və terror qurumlarını leqallaşdırmaq niyyəti güdür”.

PKK terror təşkilatı və onun Suriyadakı törəmələri olan PYD/YPG terrorçula-ru son vaxtlar bölgədə çox fəallaşıblar. Bu terrorçu

qurumların Qərbin bəzi dairələri tərəfindən açıq və gizli şəkildə dəstəklənməsi rəsmi Ankaranın haqlı nara-zılığına səbəb olur.

Qeyd edək ki, PKK 1984-cü ildən Türkiyə dövlətinin və xalqının əleyhinə kəskin pozuculuq və təxribatçılıq fəaliyyəti ilə məşğuldur. Terrorçular bu müddət ərzində qardaş ölkədə çox sayda ağır terror aktları törədiblər. Minlərlə dinc sakin terrorun qurbanına çevrilib.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı keçirdiyi “Pəncə” əməliyyatı zamanı 174 terrorçunun məhv edildiyi məlum olub.

Türkiyənin Milli Müdafiə Nazirliyindən media mənsublarına bildirilib ki, əməliyyatlar zamanı 83 mindən çox silah-sursat və terrorçulara aid 403 sığına-caq ələ keçirilib.

M.HACIXANLI, “Xalq qəzeti”

Mustafa Şentop: Terrorçuların Avropa parlamentinə dəvət olunması yolverilməzdir

T ürkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop Avropa Parlamentinin (AP) sədri David Sassoliyə rəsmi məktub göndərərək, PKK terror təşkilatının nümayəndələrinin bu

günlərdə AP-də saxta “kürd məsələsi” ilə bağlı keçirilən konfransa dəvət olunmasını qətiyyətlə pisləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Yaponiya və Böyük Britaniya arasında razılaşmaMənbə qeyd edir ki,

Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ilk görüşdə T.Moteqi və D.Raab iki ölkə arasında ticarət sövdələşməsinin imzalanması barədə razılığa gəliblər. Həmçinin ölkə rəsmiləri təhlükəsizlik üzrə danışıqların da yaxın zamanda təşkili barədə razılığa gəldiklərini bildiriblər.

Yaponiyanın Xarici İşlər naziri T.Moteqi görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, bu görüş yeni ikitərəfli iqtisadi tərəfdaşlıqla əlaqədar ilkin müzakirələr hesab edilə bilər. O, eyni zamanda, bu danışıqları imkan daxilində daha tez və sürətlə yekunlaşdıra biləcəklərinə ümidvar olduğunu vurğulayıb. Böyük Britaniyanın Xarici İşlər

naziri D.Raab isə bildirib ki, əldə edilən razılaşmaya əsasən, iki ölkə Yaponiya və Aİ arasında 2019-cu ilin fevralında qüvvəyə minmiş iqtisadi tərəfdaşlıq barədə anlaşma kimi yüksək səviyyəli və iddialı müqavilə imzalamağı nəzərdə tutur. Britaniyalı nazir əlavə edib ki, bu, hər iki tərəfin qaydalara uyğun azad

ticarətə sadiqliyini göstərən güclü siqnal olacaq.

Yaponiya rəsmisi, həmçinin Böyük Britaniyanın 11 ölkənin iştirakı ilə imzalanmış Trans-Sakit Okean Tərəfdaşlığına göstərdiyi marağı dəstəklədiklərini də qeyd edib.

Ölkə rəsmiləri təhlükəsizlik barədə

məsələləri də müzakirə ediblər. Onlar bu mövzu ilə əlaqədar çıxışlarında bildiriblər ki, Şimali Koreyanın nüvə silahının ləğvi və BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı işi davam etdirəcəklər. Həmçinin Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparan nazirlər İranın 2015-ci ildə imzalanmış nüvə proqramına məhdudiyyətlərə əməl etməsinin vacibliyini vurğulayıblar.

Böyük Britaniyanı azad və açıq Hind-Sakit Okean regionu üzrə əvəzedilməz tərəfdaş adlandıran T.Moteqi qeyd edib ki, danışıqlar zamanı tərəflər arasında iki ölkənin müdafiə nazirlərinin iştirakı ilə “2+2” formatında görüşün təşkili barədə razılıq da əldə edilib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, fevralın 8-də Tokioda keçirilən görüşdə Yaponiya və Böyük Britaniyanın Xarici İşlər nazirləri Toşimitsu Moteqi və Dominik Raab arasında razılıq əldə edilib.

� Fransanın Səhiyyə naziri Anes Buzen bidirib ki, ölkədə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Onların dördü yaşlı, biri isə uşaqdır.

TASS-ın məlumatına görə, Rusiyada koronavirusa yoluxma aşkarlanmayıb. Rusiya Çinə 2 milyon tibb maskası göndərib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Fransada daha 5 nəfərdə

koronavirus aşkarlanıb