hsil m - derslik.edu.azderslik.edu.az/monitoring/level7/PDF/pdf_7_2014/yr_umumi_tarix_7_2014.pdf ·...
Transcript of hsil m - derslik.edu.azderslik.edu.az/monitoring/level7/PDF/pdf_7_2014/yr_umumi_tarix_7_2014.pdf ·...
2
Respublikanın ümumtəhsil məktəblərinin
7-ci sinifləri üçün “Ümumi tarix” dərslik komplekti
Müəlliflər: Yaqub Mahmudlu
Sabir Ağayev
Babək Xubyarov
Həcər Əlişova
Leyla Hüseynova
Sevil Bəhrəmova
Bakı: Aspoliqraf, 2014.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
əsasında hazırlanmış
YEKUN RƏY
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından
2. Dil və yazı üslubu baxımından
3. Dizayn və bədii tərtibat baxımından
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik
komplektində verilmiş materiallar “Tarixi zaman”, “Tarixi məkan”, “Dövlət”,
“Şəxsiyyət”, “Mədəniyyət” məzmun xətləri üzrə 5 əsas və 12 alt standartın
reallaşdırılmasına yönəlmişdir.
Dərslik 2 bölmə (“Feodalizm Şərqdən başladı”, “Feodalizm Avropada”), 24
paraqraf, 128 səhifədən ibarətdir. Dərslikdə “Kitabın içindəkilər”, “Məktəbli
dost!” başlığı altında giriş, şərti işarələr haqqında məlumat, mövzular üzrə lüğət,
“Açar sözlər”, “Araşdıraq”, “Düşünək”, “Xatırlayaq”, “Tapşırıq”, “Maraqlı
məlumat” rubrikaları, sonda isə “İstifadə edilmiş ədəbiyyat”, “İnternetdən
istifadə üçün” başlığı altında elektron resurslar da verilmişdir.
Dərslikdəki təlim materiallarında faktların elmiliyi, dəqiqliyi və etibarlılığı
gözlənilmişdir. Mövzularda didaktik tələblər nəzərə alınmış, materiallar
sadədən-mürəkkəbə doğru ardıcıllıq prinsipi ilə verilmişdir. Tapşırıq və çalışmalarda
yaradıcılıq, rəngarənglik və yaş səviyyəsinə uyğunluq, əsasən, gözlənilmişdir. İctimai
və milli-mənəvi dəyərlərin təbliğ olunması, müstəqil və interaktiv təlimə imkan
yaradılması amilləri, əsasən, nəzərə alınmışdır.
Paraqrafların adları ilk baxışdan maraq doğurur. Orta yüzillik dövrünün
xalqların böyük köçü ilə başlanması yeni yanaşmadır. Erkən orta əsrlərdə yaranmış
türk dövlətlərinə daha çox yer verilməsi müsbət haldır.
Dərslik komplektinin maketində reallaşdırılması nəzərdə tutulan alt standartların
say nisbəti cədvəldə öz əksini tapmışdır:
4
Alt standartlar Say
1.1.1. Mühüm tarixi faktları davametmə müddətinə görə fərqləndirir. 4
1.1.2. Müxtəlif ölkələrdə baş vermiş ayrı-ayrı tarixi faktların sinxronluğunu müəyyənləşdirir. 4
1.1.3. Tarixi faktları xronoloji qaydada sistemləşdirir. 6
2.1.1. Feodal münasibətlərinin yaranmasını və inkişafını dövlətlərin və xalqların geosiyasi
məkanında baş verən dəyişikliklərlə əlaqələndirir. 5
2.1.2. Dövlətlərin və xalqların həyatında məkan baxımından baş verən dəyişiklikləri
xəritələrdəki məlumatlar əsasında təhlil edir. 8
3.1.1. Feodal dövlətlərin (Çin, Sasanilər, Qafqaz, Ağ Hun, Qərbi Hun, Göytürk, Uyğur, Xəzər,
Avar, Bulqar, Hindistan, Ərəb Xilafəti, Frank, Bizans, Slavyan dövlətləri, Oğuz, Səlcuq,
Samani, Qaraxanlı, Qəznəvi, Xarəzmşahlar, Monqol, Osmanlı, Qızıl Ordu, Teymuri,
Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Böyük Moğol, Rusiya, İngiltərə, Fransa, İspaniya, İtaliya,
Almaniya) yaranması, idarəçilik formaları və sosial-iqtisadi, siyasi münasibətlərini şərh edir. 11
3.1.2. Feodal dövlətlərin oxşar və fərqli cəhətləri ilə bağlı cədvəl və diaqramları hazırlayır. 5
4.1.1. Dövlətlərin və mədəniyyətlərin inkişafında şəxsiyyətlərin (Atilla, Xlodviq, Bumın xaqan,
Məhəmməd peyğəmbər, Böyük Karl, Mahmud Qəznəvi, Alp Arslan, Məlik şah, Çingiz xan,
Qara Yusif, Uzun Həsən, Batı xan, II Mehmet, Əmir Teymur, Sultan Süleyman Qanuni, Əkbər
şah, Şah İsmayıl, I Təhmasib, Oranlı Vilhelm, IV İvan) rolunu izah edir. 3
4.1.2. Dövlətin və mədəniyyətin inkişafında tarixi şəxsiyyətlərin rolu ilə bağlı məlumatlar
toplayır və təqdimatlar hazırlayır. 3
5.1.1. Avropa və Şərq mədəniyyətinin inkişaf xüsusiyyətlərini izah edir. 2
5.1.2. Şərq mədəniyyətinin dünya mədəniyyətinə təsirini müəyyən edir. 2
5.1.3. Mədəniyyətlərin inkişafı ilə bağlı materiallar toplayır. 3
Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən dərslik
komplektinin qiymətləndirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən hazırlanmış rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə
nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi qalmış, əlavə və dəyişikliklər
zamanı isə yeni səhvlərə yol verilmişdir.
Dərslikdəki materialların bölgüsündə xronoloji ardıcıllıq, səbəb-nəticə əlaqəsi
pozulmuşdur. Materialları erkən orta əsrlər, klassik və son orta əsrlər olmaqla
bölmək, dövlətləri yarandığı dövrdə vermək gərəkdir. Bu baxımdan 12-ci paraqrafda
“Konstantinopol İstanbul oldu” (səh.63-66), 16-cı paraqrafda Bizansın tarixindən
5
bəhs edən “Dünyanın ən uzunömürlü imperiyası” mövzularının verilməsi (səh.81-
85) doğru deyil.
Mövzuların həcmində qeyri-mütənasiblik müşahidə edilir. Belə ki, 1, 2, 3, 5, 11
və 22-ci paraqraf 6 səhifə, 8, 10, 13, 14, 16, 17, 20, 21, 23 və 24-cü paraqraf 5 səhifə,
4, 6, 7, 9, 12, 15, 18, 19-cu paraqraf 4 səhifədən ibarətdir. MMV-dəki illik
planlaşdırmaya (səh.42-45) əsasən, 1, 2-ci paraqraflar 2 saat ərzində, digərləri isə 1
saat ərzində tədris olunmalıdır.
Səhifə 8-9. Qərbi Hun dövlətinin nə zaman, kim tərəfindən yaradılması
barəsində aydın məlumat verilməmişdir.
Səhifə 9. 1-ci abzasda imperatorluğun şərq sərhədinin Volqa, xəritədə (səh.8) isə
Ural çayına qədər olduğu göstərilmişdir.
3-cü abzasda “Bizans Qərbi Hun imperatorluğu ilə bağladığı barışıq
şərtlərini pozur” ifadəsi işlənsə də, barışığın nə zaman bağlandığı və hansı şərtlər
olduğu haqqında məlumat yazılmamışdır.
Səhifə 10. “Qərbi Hun dövlətinin süqutunun səbəblərindən biri də tabe etdikləri
xalqların çıxışları olmuşdur” fikrinin də 3-cü abzasa əlavə edilməsi təklif edilir.
Səhifə 12. “Ağ Hun imperatorluğu” yarımbaşlığında (1-ci abzasın son 5
cümləsində) Xarəzm haqqında verilən məlumat qeyri-müəyyənlik yaradır. Həmçinin
yarımbaşlıqda Ağ Hun dövlətinin paytaxtı da qeyd edilməmişdir.
Axırıncı abzasda Ağ hunların təsərrüfatı haqqında qısa məlumat verilmiş, lakin
Qərbi hunların təsərrüfatı haqqında yazılmamışdır.
Səhifə 13-18. Türk dövlətlərinin idarə olunmasını daha dolğun müqayisə etmək
üçün, Ağ hunlar və Qərbi hunlar haqqında da müvafiq məlumatların verilməsi
məqsədəuyğundur.
Səhifə 14. VII əsrin əvvəllərində Birinci Göytürk imperatorluğunun parçalandığı
yazılmışdır. Bir çox elmi ədəbiyyatda (məsələn, Türklər ensiklopediyası, II cild,
səh.26, 89) bu hadisənin 582-ci ildə baş verdiyi yazılır.
Səhifə 17. Oğuz dövlətinin dəqiq yaranma tarixi göstərilməmişdir.
Səhifə 19. 2-ci abzasın əvvəlindəki cümlələrdən Avar dövlətinin həm 558, həm
də 565-ci ildə yaradıldığı qənaətinə gəlmək olar. Digər tərəfdən, bu dövlətin yaranma
tarixi bir sıra elmi ədəbiyyatda gah 562, gah da 567-ci ilə aid edilir ki, bu tarixlər
arasında da dəqiqləşdirmə aparılması məqsədəuyğundur.
Səhifə 23. Volqaboyuna köç edən bulqarlar ilk əvvəl xəzərlərin hakimiyyəti
altına düşmüşdülər. Onların mari, mordvin və fin tayfalarını tabe etmələri, əlbəttə,
6
Xəzər xaqanlığının süqutundan sonra baş verə bilərdi. Bu fikirlərin mətndə verilməsi
yaxşı olar.
Səhifə 26. Tan sülaləsinin niyə süqut etdiyini əlaqələndirmək üçün Xuan Çao
üsyanının da verilməsi məqsədəuyğundur.
Səhifə 29-34. Mövzuda yalnız Cənubi Qafqaz haqqında məlumat verilib. Şimali
Qafqaz haqqında isə heç bir məlumat verilməyib.
Səhifə 33. 2-ci abzasda Azərbaycanın erkən feodal dövlətlərinin hamısının
keçmiş Albaniya dövlətinin torpaqlarında yarandığı yazılmışdır ki, bu da yanlışdır.
Səhifə 41. 1-ci abzasda X əsrdə Albaniya torpaqlarında Şəki hakimliyinin
yaranması fikri yanlışdır.
4-cü abzasda verilmiş Samanilərin süqutu təkcə Qaraxanilər deyil, həm də
Qəznəvilərin adı ilə bağlıdır.
Səhifə 42. Qəznəvi dövlətinin paytaxtının adı göstərilməmişdir.
Səhifə 49. Burada Dəndənəkan qələbəsinə görə Toğrul bəyə sultan titulunun
verilməsi göstərilmişdir. Mötərizədə isə onun sultanlığı 1038-1063-cü illərə aid
edilmişdir. Dəndənəkan döyüşü isə 1040-cı ildə olduğundan, fikir qarışıqlığı yaradır.
Kontekstə görə, Toğrulun hakimiyyət dövrünün səhifə 48-də 1-ci abzasın axırında
verilməsi məqsədəuyğundur.
3-cü abzasda “1054-cü ildə Cənubi Qafqaza hücum edərək Rəvvadiləri,
Şəddadiləri və Tiflis müsəlman əmirliyini tabe etdilər” cümləsində Rəvvadilər
dövlətinin ərazi baxımından Cənubi Qafqaza aid edilməsi düzgün deyil.
Səhifə 55. 4-cü abzasın 1-ci cümləsində XVI əsrin əvvəllərindən danışıldığı
halda, növbəti cümlədə Əmir Teymurun yürüşlərindən bəhs olunur ki, bu da xronoloji
ardıcıllığı pozur.
Səhifə 57-62. Xronoloji ardıcıllıq baxımından Qızıl Ordu dövlətinə aid
yarımbaşlıqların Hülakülər dövlətinə aid yarımbaşlıqlardan əvvəl yazılması
məqsədəuyğundur.
Səhifə 59. Monqol dövlətinin süqutu tarixi və monqol istilalarının ölkələr üçün
fəlakətli nəticələri, ciddi maddi və insan itkiləri ilə nəticələnməsi qeyd olunmalıdır.
Səhifə 61. 2-ci abzasda sonuncu cümlənin İslam dininin ölkədə rəsmi din elan
olunması fikrindən əvvələ keçirilməsi məqsədəuyğundur. Çünki Qızıl Ordunun
islamlaşması XIV əsrin əvvəllərində başa çatmışdır. Həmçinin Qızıl Ordu dövlətinin
yaranma tarixinin yazılması məqsədəuyğundur.
7
Səhifə 63. 1-ci abzasdakı məlumat səhifə 51-də axırıncı cümlədə verildiyindən,
təkrara ehtiyac yoxdur.
Səhifə 66. Axırıncı abzasın “Osmanlı ordusunun əsasını akınçı adlanan atlı
feodal qoşun təşkil edirdi” cümləsində düzəlişə ehtiyac var. Belə ki, tarixi mənbələr
və elmi ədəbiyyata görə Osmanlı dövlətində qoşunun əsasını təşkil edən atlı qoşun
sipahilər adlanırdı. Akınçılar isə düşmən sərhədlərində yerləşən kəşfiyyatçı dəstə
olmuşdu.
Axırıncı abzasın “Muzdlu qoşunlara xidmət əvəzində əvvəllər maaş verilsə
də, sonralar timar adlandırılan torpaqlar paylanırdı” cümləsində
qeyri-müəyyənlik var. Belə ki, timar adlanan torpaq mülkiyyəti muzdlu yeniçərilərə
deyil, muzdlu atlı qoşun olan sipahilərə verilirdi.
Səhifə 68. Teymurilər dövlətinin çevriliş nəticəsində yaranmasının qeyd
olunması məqsədəuyğun deyil.
Səhifə 72. Təbrizdə ali mədrəsənin yaranmasının XIV əsrin əvvəlinə aid
edilməsi məqsədəuyğundur.
Səhifə 85. XVI əsr hadisələri haqqında bəhs olunarkən “Rusiya böyük
imperiyaya çevrildi” ifadəsinin işlənməsi doğru deyil, çünki Rusiyada imperiya
XVIII əsrdə yaranmışdır.
Səhifə 86. “Sənətin kənd təsərrüfatından ayrılması nəticəsində Avropada
şəhərlər meydana gəldi” cümləsi tunc dövrü və II böyük ictimai əmək bölgüsü ilə
ziddiyyət təşkil edir. Bu fikir orta əsr şəhərlərinin yaranmasının bazar nəzəriyyəsinə
uyğun deyil. Əslində, sənətkarlar kəndləri tərk edib bazarlara gəlir və qədim şəhərlər
orta əsr şəhərlərinə çevrilirdi.
Ərəb İspaniyasına aid olan son iki abzas paraqrafın adına (“Dənizlər kraliçası”
və digər şəhər-respublikalar”) və mətnə uyğun deyil.
Səhifə 93. Səlibçilər dördüncü dəfə Bizansa hakimiyyət uğrunda gedən
mübarizəyə müdaxilə etmək üçün yürüş etmişdilər. Lakin hakimiyyətini özünə
qaytaran imperatorun səlibçilərə vəd etdiyi pulu verə bilməməsi ölkənin işğalı ilə
nəticələndi.
Səhifə 99. Normandiyalı Vilhelmin İngiltərəyə hücumu kral hakimiyyəti
uğrunda gedən mübarizə ilə bağlı idi.
Səhifə 102. 1-ci abzasda manufakturanın tərifi verilir. Halbuki səhifə 89-da da
bu mövzu haqqında danışılmış və tərif verilmişdir.
8
Səhifə 109-114. 4-cü paraqraf 4 böyük yarımbaşlıqdan ibarətdir, mətni çox
uzundur. Bununla belə, bəzi yeni kəşflərin izahı verilməmişdir.
Səhifə 112. Vespuççi Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu sübut
etməyib, ilk dəfə olaraq təklif etmişdir.
Səhifə 121. 3-cü abzasda “1045-ci ildə Konstantinopolda Universitet açıldı”
cümləsi ilə 6-cı abzasda işlənmiş “1158-də Boloniyada ilk universitet açıldı”
cümləsi bir-birinə ziddir.
Səhifə 125-126. Dərsliyin sonunda şagirdlər üçün əlavə oxu materialı kimi
məsləhət görülən əsərlərin siyahısının verilməsi məqsədəuyğundur.
Əsas tarixi hadisələrin xronologiyasının tapşırıq kimi verilməsi və ya zaman oxu
şəklində göstərilməsi təklif edilir. Çünki bu tarixi zaman məzmun xətti üzrə bilik və
bacarıqların daha da möhkəmlənməsinə kömək edər.
Dərsliyin rus dilində olan variantında bəzi qüsurlar, yanlış tərcümələr,
Azərbaycan dilində olan dərslik komplekti ilə müqayisədə uyğunsuzluqlar
mövcuddur.
Səhifə 8. Dərsliyin Azərbaycan dilində olan variantında işlənmiş “və bizim
xalqımızın tərkibinə daxil oldu” ifadəsi rus dilində olan variantda verilməmişdir.
Səhifə 14. “Aşina” qəbiləsinin adının “Ашины” (səh.14) kimi deyil, “Ашина”
kimi verilməsi məqsədəuyğundur.
“Yeddisu” ərazi adının “Еддису” (səh.14) kimi deyil, “Семиречье” kimi
verilməsi məqsədəuyğundur.
Səhifə 18. “Təhsildar” vergiyığan məmurun adının “таксилдар” (səh.18)
kimi deyil, “тахсильдар” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 20. 4-cü abzasda “Pannoniya ərazisini” ifadəsi rus dilində olan
variantda “столицу ... - Паннонию” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
5-ci abzasda “Şimal-Qərbi Azərbaycanda” ifadəsi rus dilində olan variantda
“на северо-востоке Азербайджана” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
Səhifə 29. Motivasiyanın 1-ci cümləsində “əvvəllər” sözü rus dilində olan
variantda “в древности” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
Səhifə 33. Axırıncı abzasın 2-ci cümləsində “baş verdi” sözü rus dilində olan
variantda “начались” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
Səhifə 37. 1-ci abzasın 4-cü sətrində “yürüşü” sözü rus dilində olan variantda
“завоевательные походы” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
9
Səhifə 40. “Sülalənin banisi “Afşin” titullu türk əmirləri nəslindən olan
adlı-sanlı sərkərdə Əbu Sac Divdad idi” cümləsi rus dilində olan variantda
“Основоположником династии был известный под титулом “Aфшин”,
прославленный полководец Абу Садж Дивдад из рода тюркских эмиров”
kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
Səhifə 44. 4-cü abzasın 3-cü cümləsində “təbabət” sözü rus dilində olan
variantda “естествознание” kimi verilmişdir. Düzəldilməsi təklif edilir.
Səhifə 47. 2-ci abzasda “Çoxlu qalalar, saraylar, məscidlər, minarələr tikilən
bu dövrün mədəniyyət nümunələri dövrümüzədək gəlib çatmışdır” cümləsinin
tərcüməsinin rus dilində olan variantda “В этот период было возведено
множество крепостей, дворцов, мечетей, минаретов, дошедших до наших
дней” kimi verilməsi tam düzgün olmadığından, düzəldilməsi təklif edilir.
Səhifə 50. 4-cü abzasın axırıncı cümləsində “Abbasi xəlifəsi Alp Arslanı”
ifadəsi rus dilində olan variantda “аббасидского халифа Алп Арслана” kimi
verilmişdir. Düzəldilməsi təklif edilir.
Dərsliyin Azərbaycan dilində olan variantında verilmiş bəzi söz və ifadələrin
tərcüməsi dərsliyin rus dilində olan variantında əksini tapmamışdır. Məsələn,
“indiki” (37-ci səhifə, 1-ci abzas, 1-ci sətir), “qonşu” (58-ci səhifə, 2-ci abzas, 1-ci
cümləsi), “digər bir türk imperatoru” (65-ci səhifə, 2-ci abzas, 1-ci cümlə),
“oğlanları və” (70-ci səhifə, 3-cü abzas), “həmçinin” (74-cü səhifə, 1-ci abzas, 5-ci
sətir) və s. söz və ifadələrin qarşılığı verilməmişdir.
Dərsliyin rus dilində olan variantının bəzi yerlərində isə Azərbaycan dilində olan
variantda olmayan artıq söz və ifadələr verilmişdir. Məsələn, “расцвета” (22-ci
səhifə, 5-ci abzas, 1-ci cümlə), “Административно” (29-cu səhifə, 3-cü abzas, 3-cü
cümlə), “до XI века” (33-cü səhifə, 2-ci abzas, axırıncı cümlə), “на территорию
Кавказа” (33-cü səhifə, axırıncı abzas, 2-ci cümlə), “в 622 году” (36-cı səhifə, 3-cü
abzas, 2-ci cümlə), “(правительственные учреждения по административным
и судебным делам)” (37-ci səhifə, 3-cü abzas, 2-cümlə), “самоуправством”
(42-ci səhifə, axırıncı abzas, 2-ci cümlə), “многие” (46-cı səhifə, 5-ci abzas, 2-ci
cümlə), “беспрерывные походы Белых гуннов пошатнули устои
государства Гупта” (52-ci səhifə, 1-ci abzas, 4-cü cümlə), “княжеств” (52-ci
səhifə, 2-ci abzas), “перенятыми у китайцев” (58-ci səhifə, 2-ci abzas, 6-cı
cümlə), “лишь” (59-cu səhifə, 4-cü abzas), “самого” (61-ci səhifə, 3-cü abzas, 5-ci
cümlə), “все” (64-cü səhifə, 2-ci abzas, 1-ci cümlə), “плацдарма” (69-cu səhifə, 3-
10
cü abzas, 7-ci cümlə), “в мире”, “(пагоды)” (76-cı səhifə, 4-cü və axırıncı sətirlər)
və s. söz və ifadələrin qarşılığı dərsliyin Azərbaycan dilində olan variantında yoxdur.
2. Dil və yazı üslubu baxımından
Dərslik komplekti dil və üslub cəhətdən şagirdlərin yaş səviyyəsinə uyğundur.
Verilmiş materiallarda dil qaydalarına əməl edilmiş, şagirdlərin nitq inkişafı nəzərə
alınmışdır. Yeni söz və terminlərin əksəriyyətinin izahı verilmişdir.
Bununla yanaşı, bəzi qüsurlar da var. Bunlar aşağıdakılardır:
Səhifə 10. “Aetsi” (mənbələrdə: Aetius) adının dilimizdəki qarşılığının “Eti”
şəklində verilməsi daha doğrudur. Çünki latın dilində “ae” birləşməsi “e” kimi
oxunur və əksər dillərə çevrilərkən o cür də yazılır (Caesar – Sezar, archaelogia –
arxeologiya, encyclopaedia – ensiklopediya və s.). Latın dilindəki xüsusi adlarda isə
bir qayda olaraq, “-us” sonluğu düşür (Brutus - Brut, Augustus - Avqust, Aetius – Eti
və s.).
Səhifə 13. Axırıncı cümlədə “552-ci ildə Jujan dövlətinin tabeliyində olan
Bumın xaqan” ifadəsində “xaqan” sözü ixtisar edilməlidir, çünki Bumın bu titulu
Jujan dövlətinin tabeliyinə son qoyduqdan sonra qəbul etmişdi.
Səhifə 14. Sonuncu abzasdakı “VII əsrin əvvəllərində Birinci Göytürk
imperatorluğu parçalandı” cümləsinin “Göytürk imperatorluğu VI əsrin sonlarında
parçalandı” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 17. 3-cü abzasda “Ölkənin mərkəzi” ifadəsinin “Dövlətin paytaxtı” kimi
yazılması məqsədəuyğundur.
Səhifə 29. 2-ci abzasın 1-ci cümləsindəki “əfsanəvi Sasanın varisi olan
Ərdəşir Babəkan” ifadəsində əfsanəvi bir obrazın varisinin real tarixi şəxsiyyət
olması qeyri-müəyyənlik yaradır.
Səhifə 32. 3-cü abzasın “Bizans Xəzər xaqanlığının köməyi ilə Sasani
dövlətini məğlub etdi” cümləsində “Xəzər Xaqanlığının” ifadəsinin “xəzərlərin”
kimi yazılması məqsədəuyğundur, çünki o zaman Xəzər xaqanlığı mövcud deyildi.
Səhifə 35. İslam dininin yaranması və yayılması kimi dünya tarixinin sonrakı
gedişinə təsir göstərən mühüm tarixi prosesdən bəhs edilən mövzunun adı (“6.
Xilafət - Xəlifələrin idarə etdiyi dövlət”) çox da uğurlu seçim deyil.
“Ərəblərin nicat yolu” yarımbaşlığında ərəblərin hansı vəziyyətdən qurtulmaq
üçün nicata ümid bəslədikləri bilinmir.
11
Səhifə 37. Sxemdə “xəlifəyə” sözünün altında “sülaləyə” sözünün yazılması
məqsədəuyğundur.
Səhifə 41. 1-ci abzasda “Xilafətin süqutu nəticəsində Şimali Azərbaycan
torpaqlarında (Albaniya – Arran) Tiflis əmirliyi, Şəki hakimliyi və Dərbənd
əmirliyi kimi xırda feodal dövlətləri də yarandı” cümləsində “süqutu” sözünün
əvəzinə “parçalanması” sözü yazılmalıdır. Çünki Ərəb xilafəti IX əsrdə süqut
etməmiş, parçalanmışdı.
Səhifə 51. 2-ci abzasda “Onlar Suriyanı ələ keçirərək Qüdsü aldılar”
cümləsinin “Səlibçilər Suriya və Fələstinin dəniz sahili ərazilərini tutaraq Qüdsü ələ
keçirdilər” kimi yazılması məqsədəuyğundur.
Səhifə 53. 2-ci abzasda “ölkənin çoxmillətli olması” ifadəsinin “ölkədə
müxtəlif dilli tayfaların olması” kimi yazılması məqsədəuyğundur, çünki VIII əsrdə
Hindistanda hələ millət formalaşmamışdı.
Səhifə 55. “Böyük Moğol dövlətinin yaranması” yarımbaşlığında dövlət
yaranmamışdan öncə Baburun adı qarşısında “şah” titulunun işlənməsi
mübahisəlidir.
Səhifə 58. 1-ci abzasda “Temuçin (1155-1227) böyük xan – xaqan seçildi”
ifadəsində Temuçinin adından sonra yaşadığı illərin göstərilməsi şagird tərəfindən
onun hakimiyyət illəri kimi anlaşıla bilər. Doğum tarixinin çox da vacib olmadığını
nəzərə alaraq, “1155” əvəzinə “1206” yazıb, mötərizədəki illərin “xaqan” sözündən
sonra verilməsi məsləhətdir.
Səhifə 59. “Monqol istilaları” ifadəsinin “monqol-türk tayfalarının istilaları”
kimi yazılması məqsədəuyğundur.
2-ci abzasda “Xarəzmşah şəhərlərini” ifadəsi “Xarəzm şəhərlərini” kimi
yazılmalıdır.
Səhifə 63. 2-ci abzasda “O, 1299-cu ildə gələcəkdə Osmanlı adlanacaq dövlət
yaratdı” cümləsinin “O, 1299-cu ildə Osmanlı adlanan dövlət yaratdı” kimi
yazılması məqsədəuyğundur.
Səhifə 64. 1-ci abzasın sonunda “xərac veməyə” ifadəsi “xərac verməyə” kimi
yazılmalıdır.
Səhifə 69. 1-ci abzasda “Teymur müəyyən iqtisadi məqsədlər güdürdü”
cümləsində Teymurun hansı məsələdə iqtisadi məqsəd güddüyü bilinmir.
Səhifə 70. 1-ci abzasın sonuncu cümləsində “oğlanları” əvəzinə “oğulları”
yazılmalıdır.
12
Səhifə 71. 3-cü abzasdakı cümlənin “Hakimiyyətə gələn Əbu Səid imperiyanı
bərpa etməyə çalışdı” kimi yazılması daha yaxşı olar.
Səhifə 96. 2-ci abzasın axırında “yüz il” ifadəsinin “yüz ildən artıq” ifadəsi ilə
əvəzlənməsi məqsədəuyğundur.
Səhifə 99. 3-cü abzasda “Qastinqs” sözünün “Hastinqs” kimi yazılması
dilimizin qaydalarına daha uyğundur.
Səhifə 109-114. “Müstəmləkə” və “müstəmləkəçi dövlət” ifadələrinə aydınlıq
gətirilməmişdir.
Səhifə 111. 3-cü abzasda “XV əsrdə Yerin kürə şəklində olması haqqında
qədim fikirlər gerçəkləşməkdə idi” cümləsində “gerçəkləşməkdə” sözünün “öz
təsdiqini tapmaqda” ifadəsi ilə əvəz olunması məqsədəuyğundur.
Səhifə 114. Şəkildəki Viktoriya gəmisinin adı dırnaq işarəsi daxilində
verilməlidir.
Səhifə 115. Bəzi mövzuların adı uğursuz seçilmişdir. Məsələn, Niderland burjua
inqilabını təsvir edən 23-cü paraqraf “Dəniz gözlərinin mübarizəsi” adlandırılır.
Paraqrafın adı mövzunun kiçik bir hissəsinə aid olmamalı, onu mümkün qədər
ümumiləşdirməlidir.
“Göz” sözünün ispan mənşəli olduğu yazılsa da, bu söz holland mənşəlidir.
Yalnız ispanlar deyil, var-dövlət və imtiyazlarından məhrum olmaq istəməyən kübar
hollandlar ispan ağalığına qarşı mübarizədə aşağı təbəqəni özlərindən fərqləndirmək
üçün həmin döyüşçüləri “geuzen” adlandırırdı. Həmçinin inqilabçılar ingilis və türk
dillərində olan ədəbiyyatda “geuzen”, rusdilli ədəbiyyatda “гёзы” kimi tanınır. Sözün
dilimizə uyğunlaşdırılaraq “göz” kimi verilməsi doğru deyil. Çünki holland mənşəli
“geuzen” sözünün görmə orqanı olan gözlə heç bir əlaqəsi yoxdur. Bu, şagirdin
fikrində qarışıqlıq yarada bilər. Bu ad ya xarici dillərdə olduğu kimi, orijinalda
(“geuzen”) götürülməli, ya da tərcüməsi ilə (“dilənçi”) verilməlidir.
Səhifə 116. “Burjuaziya” anlayışının açıqlaması qənaətbəxş deyil. Şəhərli
məsələsini əlavə etmək lazımdır.
Səhifə 117. 2-ci abzasın “Dəniz gözləri Leydeni ələ keçirdilər” cümləsində
“ələ keçirdilər” ifadəsinin “azad etdilər” kimi yazılması daha doğru olar.
Dil və yazı üslubu ilə bağlı xarakterik problemlərdən biri də eyni ifadənin
müxtəlif cür işlənməsidir. Məsələn, “hindi” və “hindli” (səh.112, 114) ifadələrinin
yazılışında vahidlik prinsipinə əməl olunmamışdır.
13
Tarixi şəxsiyyətlərin bəzilərinin həyat və ya hakimiyyət illəri göstərildiyi halda,
bəzilərində göstərilməmişdir: Eltutmuş (səh.54), Babur şah (səh.55), I Sultan I Murad
(səh.63), I Bəyazid (səh.64), Xlodviq (səh.77), İgid Boleslav (səh.85) və s.
“Qurultay” (səh.57), “seysmoskop”, “spidometr” (səh.75), “patriarx”
(səh.91), “silklər”, “Baş ştatlar” (səh.95), “vəliəhd” (səh.96), “təhkimli” (səh.106)
və s. söz və ifadələrin izahının verilməsi təklif edilir.
3. Dizayn və bədii tərtibat baxımından
Dərslik dizayn və tərtibat baxımından qənaətbəxşdir. Burada vahid dizayn
üslubu, mətnə görə şəkillərin uyğun yerləşdirilməsi və həcm nisbəti əsasən
gözlənilmişdir. Üz qabığının tərtibatı dərsliyin məzmununa uyğundur.
Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:
“Dərslikdə istifadə olunmuş şərti işarələr” sırasında * (ulduz) işarəsinin izahı
verilməyib.
Bəzi xəritə və şəkillərdə illər və ya rəssamın adı göstərildiyi halda, bəzilərində
göstərilməyib (səh.8, 11, 13, 18, 19, 21, 23, 27, 28, 39, 41, 49, 52, 54, 58, 60, 64, 66,
68, 83, 113).
Bəzi xəritələr şərti işarələrlə izah olunmamışdır (səh.39, 83, 94, 113).
Səhifə 8. İdil çayı ətrafındakı “Bulqarlar” sözü çıxarılmalıdır, çünki xəritənin
aid olduğu zaman kəsiyində bulqarlar İdil sahillərinə köçməmişdilər. Həmçinin
“Franklar” sözü də silinməli, əvəzinə “Qalliya” yazılmalıdır. Ural çayının “Yaik”
adı ilə verilməsi dövrə daha uyğundur. Katalaun döyüşünün yeri bir az cənub-qərb
istiqamətində verilməlidir, çünki 451-ci ildə Katalaun döyüşü baş verdiyi dövrdə
franklar hələ Qalliyada məskən salmamışdılar. Sardiniya və Korsika adalarının bitişik
şəkildə bir ada kimi verilməsi doğru deyil. Hunlardan asılı olan ərazilər içərisində
(IV-VI əsrlərdə) Azərbaycan ərazisinin verilməsi düzgün deyil.
Səhifə 13. Xəritədə ciddi düzəlişlər aparılmalıdır. Çünki İran körfəzi ilə Qara
dəniz arasındakı məsafə xeyli azaldılmış, Yaponiyanın adalarının forma və ölçüsü
təhrif edilmiş, İsfahan şəhəri aid olduğu yerdən şərqdə verilmişdir. Mətnə uyğun
olaraq, Qərbi Göytürk xaqanlığının mərkəz ərazisinin adı (“Yeddisu”)
göstərilməmişdir.
Səhifə 16. Burada verilmiş Uyğur xaqanlığının xəritəsi kimi dərslikdəki digər
xəritələrdə də dövlətlərin mövcud olduğu illər yazılsa, yaxşı olar.
14
Səhifə 21. Preslav şəhəri paytaxt kimi xüsusi fərqli işarə ilə qeyd edilməmişdir.
Səhifə 23. 1-ci xəritədə dövlətin mövcud olduğu illər göstərilməmişdir. Kiyev
knyazının hücumunu qara oxlarla vermək olardı.
2-ci xəritədə monqolların yürüşü əksini tapmamışdır. İdil Bulqar dövlətinin
mətndə yalnız bir paytaxtı – Bulqar şəhəri göstərilmişdir. Seyhun çayının mənbəyi
olan sıra dağların yeri bir az da cənub-şərqdə verilməlidir. Həmçinin Kola yarımadası
və onun ətrafındakı ərazilər dəqiq göstərilməmişdir.
Səhifə 27. Tan imperatorlarının işğalçılıq siyasəti və monqolların Çini tutması
xəritədə öz əksini tapmamışdır.
Səhifə 32. Xəritə mətnə yaramır. Burada tematik xəritə verilməli, Sasani-Bizans
müharibəsi öz əksini tapmalıdır. Sasani və Bizans imperiyalarının ərazisi eyni rənglə
verilmişdir. Həmçinin Xəzər dənizinin sahil xətlərində, Göyçə gölünün təsvirində
qeyri-dəqiqlik var.
Səhifə 33. Xəritədə Sacilər və Salarilər dövlətlərinin əraziləri düzgün
verilməmiş, Gəncə və Təbriz paytaxt şəhər kimi göstərilməmişdir. Şərti işarələrdə isə
Təbriz paytaxt kimi göstərilmişdir.
Səhifə 36-37. Xəritələrdə Məkkə və Mədinə şəhərlərinin yeri dəyişik
verilmişdir.
Səhifə 41. Samanilər və Qəznəvi dövlətinin xəritəsi verilməyib.
Səhifə 49. Xəritədə Rey və İsfahan şəhərləri daha qərbdə, Nişapur daha şimalda
verilməlidir.
Səhifə 49-51. Türkmənistanda ucaldılan Səlcuq hökmdarlarına aid heykəllərin
burada verilməsinin əsaslandırılmasına ehtiyac duyulur.
Səhifə 51. Sonuncu cümlədə verilən dövlətlər Səlcuq dövlətinin (imperiyasının)
xəritəsində qırıq xətlərlə göstərilə bilər.
Səhifə 52. Xəritədə Qupta dövlətinin paytaxtı, həmçinin Mənsurə əmirliyi öz
əksini tapmamışdır.
Səhifə 58. Şərqi Asiyadakı adaların təsvirində təhriflərə yol verilmişdir.
Səhifə 61. Sxemdəki məlumatlar mətnə uyğun gəlmir. Sxemdəki sözlərin bəzisi
(“məclis”, “əmir”, “divan”) mətndə verilməmiş, mətndə işlənmiş söz (“tarxan”) isə
sxemdə göstərilməmişdir.
Səhifə 66. Xəritədə Ural çayının yerində Don çayının adının yazılması düzgün
deyil.
15
Səhifə 72-73. 9, 22, 45, 49-51 də heykəllərin qoyulduğu ölkələr göstərildiyi
halda, səhifə 72-73-də buna əməl olunmamışdır.
Səhifə 78. Xəritədə Suasson döyüşünün şərti işarəsi qarşısında “1486” əvəzinə
“486” yazılmalıdır.
Səhifə 79. 2-ci şəklin təsviri qənaətbəxş səviyyədə olmamaqla bərabər, şəkil
haqqında məlumat da (“Burqundiyalı kraliça Klotilda Frank imperiyasını
bölüşdürür”) doğru verilməmişdir. Burqundiyalı kraliça Klotilda ilk frank kralı
Xlodviqin arvadı olmuşdur. VI əsrdə yaşamış Klotilda IX əsrdə Frank imperiyasını
bölüşdürə bilməzdi. Əslində, şəkil VI əsrdə Xlodviqin ölümündən sonra krallığın
onun oğulları arasında bölüşdürülməsinə aiddir. Başqa şəkillə əvəzlənməsi
məqsədəuyğundur.
Səhifə 90. Yuxarıdakı şəkildə bir neçə dor ağacı və yelkəni olan karavella təsvir
edilib, lakin bunun haqqında 22-ci paraqrafda məlumat verilib.
Səhifə 97. Xəritədə müharibə ilə bağlı heç nə verilməmişdir. Coğrafi xəritəni
tematik xəritə hesab etmək olmaz. Məsələn, xəritədə Kale limanı göstərilməmişdir.
Səhifə 101. “Kral üsyançıların qarşısında (qədim təsvir)” şəklində kralın
qarşısında dayananlar üsyançı kəndlilər deyil, nizami ordu təsiri bağışlayırlar.
“Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərindəki şəkillərin
təkrarlanmaması daha yaxşı olar. Məsələn, səhifə 67-də Əmir Teymurun və səhifə
69-da Toxtamışın şəkilləri “Azərbaycan tarixi 7” (Bakı, Təhsil: 2014) dərsliyindəki
müvafiq mətnlərdə verilmişdir.
Dərslikdə verilmiş şəkillərin nömrələnməsi məqsədəuyğundur.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdə verilmiş sual və tapşırıqlarda yaradıcılıq və rəngarənglik var,
əksəriyyəti anlaşıqlı, yığcam və konkretdir, biliklərin tətbiqini tələb edir, idraki
bacarıqların formalaşdırılmasına imkan verir. Həmçinin sual və tapşırıqların
verilməsində şagirdin yaş səviyyəsinə uyğunluq da gözlənmişdir.
Səhifə 12. 1-ci tapşırıqda mətndə adı çəkilən coğrafi yerlərin bəzilərinin
(Səmərqənd, Dərbənd, Krım, Azov dənizi, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya,
Avstriya, Cənubi Rusiya, Almaniya, Kiyat, Əfqanıstan, Qalliya, Türküstan,
Azərbaycan) adları xəritədə verilməmişdir.
Səhifə 56. 5 və 6-cı tapşırıqların sırasının dəyişdirilməsi məqsədəuyğundur.
16
Səhifə 99. Burada “Onda bir vergisi Ərəb xilafətində necə adlanırdı?” sualı
verilmişdir. 6-cı paraqrafda bu barədə məlumat verilmədiyi üçün, şagird bu sualın
cavabını xatırlamaqda çətinlik çəkəcək.
Səhifə 116. “İnqilabın başlanması” yarımbaşlığının əvvəlində Niderlandda
1566-cı ildə xalq hərəkatının başlandığı, 1579-cu ildə isə həmin hərəkatın inqilaba
çevrildiyi yazıldığı halda, sərbəst sütunda “Nə üçün 1566-cı ilin hadisələri burjua
inqilabının başlanğıcı hesab olunur?” sualının verilməsi ziddiyyət yaradır.
Səhifə 119. Niderland burjua inqilabı ilə Avropada feodalizm quruluşunun sona
yetişdiyini bir çox tarixçilər qəbul etmədikləri halda, 5-ci tapşırıqda şagirddən bu
fikrin əsaslandırılması tələb edilir.
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
Müəllim üçün metodik vəsaitdə “Metodik vəsait haqqında” başlıqlı giriş,
“Peşəkarlığı artırmaq üçün tövsiyə”, “Şagirdlərin öyrənməsini təminetmə”,
“VII sinif “Ümumi tarix” fənni üzrə məzmun standartları”, “Məzmun
standartlarının şərhi”, “Ümumi tarix” fəndaxili və fənlərarası inteqrasiya”,
“Düzgün seçilmiş strategiya”, “Şagirdlərin qruplara bölünməsi üsulları”,
“Planlaşdırmanın aparılmasına dair tövsiyələr”, “Şagird nailiyyətlərinin
qiymətləndirilməsinə dair tövsiyələr”, “İllik planlaşdırma”, “Mövzuların
reallaşdırılması üçün metodik tövsiyələr”, “Dərs nümunələri”, “Tarix
dərslərində əyanilik”, “Tarix təlimində texniki vasitələrdən istifadə”, “Test
nümunələri”, “Ümumi tarix” fənni üzrə resurslar”, “İstifadə olunmuş
ədəbiyyat” verilmişdir.
Müəllim üçün metodik vəsait müəllimə iş prosesində, hər bir şagirdin fərdi
bacarığından asılı olaraq, tapşırıqları sadələşdirmək və ya mürəkkəbləşdirmək
imkanını verir. MMV-də fənn kurikulumunun tələblərinin reallaşma mexanizmləri
şərh edilmiş və əsaslandırılmışdır. Burada dərsliyin hazırlanması prinsiplərinin şərhi
də öz əksini tapmışdır. Təlim nəticələri standartlara uyğun qoyulmuş, şagirdlərin yaş
xüsusiyyətləri nəzərə alınmaqla innovativ metodların tətbiqi səviyyəsi gözlənilmişdir.
Dərs zamanı əlavə vasitələrə (elektron resurslar, əyani vasitələr və s.)
istiqamətləndirmə verilmişdir.
17
Təlim nəticələrinin reallaşdırılması ilə bağlı daha çox diqqət yetirilməli
məsələlərin qeyd olunması, əsasən, nəzərə alınmışdır. Qiymətləndirmənin müxtəlif
növlərinə aid vasitələr verilmişdir.
Məzmun standartları, onların şərhi, inteqrasiya cədvəli, strategiyalar, qruplara
bölgü üsulu, planlaşdırmanın aparılması qaydası verilsə də, gündəlik planlaşdırma
mərhələləri verilməmişdir.
Bəzi dərs nümunələrinin sonunda verilmiş qiymətləndirmə cədvəlində
qiymətləndirmə meyarları alt standartlara uyğun xüsusiləşdirilməmiş, yalnız alt
standartların sonluğuna dair sözlər verilmişdir.