Gənclərin nəzərində gənclər təşkilati1

38
“GƏNCLƏRİN İNKİŞAFINDA İCTİMAİ- İNZİBATİ TƏSİSATLAR VƏ GƏNCLƏR TƏŞKİLATLARININ ROLU” AZƏRBAYCAN GƏNCLƏRİNİN NƏZƏRİ İLƏ SOSİOLOJİ SORĞUNUN HESABATI 1.GİRİŞ: Bu sorğu "Gənclərin Rəyi" Araşdırma Mərkəzi (Təşəbbüs Qrupu) tərəfindən həyata keçirilmişdir. Sorğuda 14-29 yaş arasında 519 gənc onlayn sistemi ilə qoşulmuşdur. Sorğu 14 sualdan ibarət idi və onlardan 8 sual respondentlərin şəxsi əlamətlərini, digər 6 sual isə əsas məsələlərlə bağlı respondentlərin reaksiyasını əhatə edirdi. Sorğunun məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının gənclərin nəzərində hansı mövqedə olmasını və gənclər təşkilatlarından olan gözləntiləri aşkar etməkdir. Bu sorğu eyni zamanda gənclərin inkişafında gənclər təşkilatlarının töhfəsinin digər sosial təsisatlarla müqayisə edilməsi, habelə hansı sahələrdə onların təsirli və ya təsirsiz olmasına da imkan yaratdı. Hamıya məlumdur ki, hər bir gəncin iştirakında onu əhatə edən və təmasda olduğu mühitlər güclü təsir edir. Ümumilikdə götürsək hər bir gəncin inkişafında əsas 3 mühit- ailə, təhsil və bunlardan kənar olan dost və ya buna bənzər şəbəkə mühitləri mövcuddur. Hesab edirik ki, dəyişkənlik baxımdan mühitləri 2 qrupa- dinamik və statik mühitlərə bölmək və təsnifatlaşdırmaq mümkündür. Ailə mühiti və təhsil mühiti ənənələrlə institutlaşdığı üçün və digər mühitlərə qapalı olduğu üçün statik bir mühit hesab etmək mümkündür. Bununla yanaşı bu muhitlərin xaricində dost və ya buna bənzər mühitlər isə nisbətən açıq və yenilənən bir mühit olduğu üçün dinamik mühit hesab etmək mümkündür. Bu sorğunun nəticələri həm də gənclərin mühitlərə olan münasibətini da ifadə edir. Araşdırmanın nəticələri göstərdi ki, müxtəlif meyarlara görə (yaş, təhsil, məşğuliyyət) fərqli kategoriyadan olan gənclərin mühitlərə olan münasibəti də fərqlənir. Belə bir versiya mövcuddur ki, gənclərin mühitlərlə təmas nöqtələri sorğunun nəticələrinə təsirsiz ötüşməyəcək. Misal üçün heç vaxt gənclər təşkilatlarının fəaliyyətlərində iştirak etməyən və onların fəaliyyətlərindən bəhrələnməyən gənclərin gənclər təşkilatlarına münasibəti ictimai fəal gənclərdən fərqlənəcək. Eləcə də gözləntiləri də dəyişməlidir. Sorğu fərqli kategoriyaya bölünən gənclərin ayrı ayrı qruplarının əsas suallara verilən cavabları müqayisəli şəkildə təhlil edilmişdir. Bu araşdırmanın əsas hipotezi ondan ibarətdir ki, respondentlər gənclərin inkişafında daha çox töhfəsi olan mühitləri seçərkən özlərinin daha çox və uzun müddətdə təmasda olduğu mühitlərin töhfəsini daha yüksək qiymətləndirəcək. Sorğu mövcud gənclərin ailə, məktəb, dost və digər sosial təsisatlara olan münasibətini nümayiş etdirməklə yanaşı bu məsələdə mental faktorların mövqeyini də müəyyən etməyə imkan yaradır. Hamıya məlumdur ki, ailə təsisatı, ailə məişət münasibətlərində mental faktorların rolu danılmazdır. Hər nə qədər dəyərlər qloballaşsa da valideynlərdən gənclərə keçən dəyərlər onların gələcək seçimlərinə və inkişafına mühüm təsir göstərir. Maraqlı məqamlardan biri də budur ki, bu sorğuda mühit gənclər təşkilatlarının gələcək fəaliyyətinin qurulmasına kömək edəcək. Sorğunun ticələri gənclərin inkişafında müxtəlif təsisatların ləcək strategiyalarının hazırlanmasına kömək edəcək. Bu baxımdan nəticələr hər bir təsisat, xüsusi ilə gənclər təşkilatları üçün vəziyyətin ilkin təhlili xarakteri daşıyır. İlkin təhlil gələcəkdə daha böyük və spesifik araşdırmaların aparılmasına zəmin yaradacaq və gənclərin inkişafı ilə bağlı siyasi təhlil (policy paper) sənədlərinin yazılmasında köməkçi vasitə kimi istifadə edilə bilər. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, sorğu yalnız internet istifadəçisi olan gənclər arasında keçirilmişdir. Maddi resusrların qıtlığı üzbəüz sorğunun keçirilməsini və müxtəlif sosial təbəqədən olan gənclər arasında sorğunun keçirilməsini məhdudlaşdırmışdır. Sorğu nəticələrinin təhlil metodologiyası bu çatışmamazlığı aradan qaldırmaq üçün əsas suallara verilən cavabları müxtəlif təbəqədən olan respondentlərə görə müqayisəli şəkildə təhlil etmişdir. Bununla da müxtəlif təbəqələrin yanaşmaları və trendlər müəyyən edilmişdir. Hər bir sosial təbəqə və hədəf qrup üçün trendin müəyyən edilməsi həmin hədəf qrupun inkişafı üçün spesifik siyasətin və tədbirlərin seçilməsinə imkan yaradacaq. Eyni zamanda hər bir ayrı təbəqənin problemlərini də bu təhlillə müəyyən etmək mümkündür. Şübhəsiz bu sorğunun əhatə dairəsini genişləndirmək daha dolğun məlumatlar əldə etməsinə imkan yaradardı. Xüsusi ilə informasiya axınından və gənclər təşkilatlarının fəaliyyətlərindən heç bir şəkildə bəhrələnməyən gənclərin münasibətini öyrənmək maraqlı olardı. Lakin yuxarıda qeyd edildiyi kimi bunun üçün maddi resusrların cəlb edilməsi vacibdir. 2.RESPONDENTLƏR Ümumilikdə 14 may-30 iyun tarixləri arasında keçirilən sorğuda 519 gənc iştirak etmişdir. Respondentlərin xüsusiyyətlərini, habelə müxtəlif kategoriyalar üzrə təsnifatlaşdırmaq və onların sosial statusunu müəyyən etmək üçün sorğuda 6 sual nəzərdə tutulmuşdur. Bu 6 sualdan hər biri müxtəlif

Transcript of Gənclərin nəzərində gənclər təşkilati1

“GƏNCLƏRİN İNKİŞAFINDA İCTİMAİ- İNZİBATİ TƏSİSATLAR VƏ GƏNCLƏR

TƏŞKİLATLARININ ROLU” AZƏRBAYCAN GƏNCLƏRİNİN NƏZƏRİ İLƏ

SOSİOLOJİ SORĞUNUN HESABATI

1.GİRİŞ:

Bu sorğu "Gənclərin Rəyi" Araşdırma Mərkəzi (Təşəbbüs Qrupu) tərəfindən həyata keçirilmişdir. Sorğuda

14-29 yaş arasında 519 gənc onlayn sistemi ilə qoşulmuşdur. Sorğu 14 sualdan ibarət idi və onlardan 8 sual

respondentlərin şəxsi əlamətlərini, digər 6 sual isə əsas məsələlərlə bağlı respondentlərin reaksiyasını əhatə

edirdi.

Sorğunun məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının gənclərin nəzərində hansı

mövqedə olmasını və gənclər təşkilatlarından olan gözləntiləri aşkar etməkdir. Bu sorğu eyni zamanda

gənclərin inkişafında gənclər təşkilatlarının töhfəsinin digər sosial təsisatlarla müqayisə edilməsi, habelə

hansı sahələrdə onların təsirli və ya təsirsiz olmasına da imkan yaratdı. Hamıya məlumdur ki, hər bir gəncin

iştirakında onu əhatə edən və təmasda olduğu mühitlər güclü təsir edir. Ümumilikdə götürsək hər bir gəncin

inkişafında əsas 3 mühit- ailə, təhsil və bunlardan kənar olan dost və ya buna bənzər şəbəkə mühitləri

mövcuddur. Hesab edirik ki, dəyişkənlik baxımdan mühitləri 2 qrupa- dinamik və statik mühitlərə bölmək

və təsnifatlaşdırmaq mümkündür. Ailə mühiti və təhsil mühiti ənənələrlə institutlaşdığı üçün və digər

mühitlərə qapalı olduğu üçün statik bir mühit hesab etmək mümkündür. Bununla yanaşı bu muhitlərin

xaricində dost və ya buna bənzər mühitlər isə nisbətən açıq və yenilənən bir mühit olduğu üçün dinamik

mühit hesab etmək mümkündür. Bu sorğunun nəticələri həm də gənclərin mühitlərə olan münasibətini da

ifadə edir. Araşdırmanın nəticələri göstərdi ki, müxtəlif meyarlara görə (yaş, təhsil, məşğuliyyət) fərqli

kategoriyadan olan gənclərin mühitlərə olan münasibəti də fərqlənir. Belə bir versiya mövcuddur ki,

gənclərin mühitlərlə təmas nöqtələri sorğunun nəticələrinə təsirsiz ötüşməyəcək. Misal üçün heç vaxt

gənclər təşkilatlarının fəaliyyətlərində iştirak etməyən və onların fəaliyyətlərindən bəhrələnməyən gənclərin

gənclər təşkilatlarına münasibəti ictimai fəal gənclərdən fərqlənəcək. Eləcə də gözləntiləri də dəyişməlidir.

Sorğu fərqli kategoriyaya bölünən gənclərin ayrı ayrı qruplarının əsas suallara verilən cavabları müqayisəli

şəkildə təhlil edilmişdir. Bu araşdırmanın əsas hipotezi ondan ibarətdir ki, respondentlər gənclərin

inkişafında daha çox töhfəsi olan mühitləri seçərkən özlərinin daha çox və uzun müddətdə təmasda

olduğu mühitlərin töhfəsini daha yüksək qiymətləndirəcək. Sorğu mövcud gənclərin ailə, məktəb, dost və digər sosial təsisatlara olan münasibətini nümayiş

etdirməklə yanaşı bu məsələdə mental faktorların mövqeyini də müəyyən etməyə imkan yaradır. Hamıya

məlumdur ki, ailə təsisatı, ailə məişət münasibətlərində mental faktorların rolu danılmazdır. Hər nə qədər

dəyərlər qloballaşsa da valideynlərdən gənclərə keçən dəyərlər onların gələcək seçimlərinə və inkişafına

mühüm təsir göstərir. Maraqlı məqamlardan biri də budur ki, bu sorğuda mühit gənclər təşkilatlarının

gələcək fəaliyyətinin qurulmasına kömək edəcək.

Sorğunun nəticələri gənclərin inkişafında müxtəlif təsisatların gələcək strategiyalarının

hazırlanmasına kömək edəcək. Bu baxımdan nəticələr hər bir təsisat, xüsusi ilə gənclər təşkilatları üçün

vəziyyətin ilkin təhlili xarakteri daşıyır. İlkin təhlil gələcəkdə daha böyük və spesifik araşdırmaların

aparılmasına zəmin yaradacaq və gənclərin inkişafı ilə bağlı siyasi təhlil (policy paper) sənədlərinin

yazılmasında köməkçi vasitə kimi istifadə edilə bilər.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, sorğu yalnız internet istifadəçisi olan gənclər arasında

keçirilmişdir. Maddi resusrların qıtlığı üzbəüz sorğunun keçirilməsini və müxtəlif sosial təbəqədən olan

gənclər arasında sorğunun keçirilməsini məhdudlaşdırmışdır. Sorğu nəticələrinin təhlil metodologiyası bu

çatışmamazlığı aradan qaldırmaq üçün əsas suallara verilən cavabları müxtəlif təbəqədən olan

respondentlərə görə müqayisəli şəkildə təhlil etmişdir. Bununla da müxtəlif təbəqələrin yanaşmaları və

trendlər müəyyən edilmişdir. Hər bir sosial təbəqə və hədəf qrup üçün trendin müəyyən edilməsi həmin

hədəf qrupun inkişafı üçün spesifik siyasətin və tədbirlərin seçilməsinə imkan yaradacaq. Eyni zamanda hər

bir ayrı təbəqənin problemlərini də bu təhlillə müəyyən etmək mümkündür.

Şübhəsiz bu sorğunun əhatə dairəsini genişləndirmək daha dolğun məlumatlar əldə etməsinə imkan

yaradardı. Xüsusi ilə informasiya axınından və gənclər təşkilatlarının fəaliyyətlərindən heç bir şəkildə

bəhrələnməyən gənclərin münasibətini öyrənmək maraqlı olardı. Lakin yuxarıda qeyd edildiyi kimi bunun

üçün maddi resusrların cəlb edilməsi vacibdir.

2.RESPONDENTLƏR

Ümumilikdə 14 may-30 iyun tarixləri arasında keçirilən sorğuda 519 gənc iştirak etmişdir.

Respondentlərin xüsusiyyətlərini, habelə müxtəlif kategoriyalar üzrə təsnifatlaşdırmaq və onların sosial

statusunu müəyyən etmək üçün sorğuda 6 sual nəzərdə tutulmuşdur. Bu 6 sualdan hər biri müxtəlif

kategoriyadan olan hədəf qrupların ayrı ayrı məsələlərdəki yanaşmasını müəyyən etmək baxımdan eyni

dərəcədə əhəmiyyətlidir. Respondentlərin şəxsi xüsusiyyətlərini müəyyən etmək baxımdan ilk sual yaşadığı

yer olması idi.

YAŞAYIŞ YERİ: Yaşayış yeri sualı respondentin yaşayış yerindəki mühitin, şəraitin və imkanlarının

onun inkişafına və onu əhatə edən mühitin formalaşmasında ən vacib suallardan biridir. İkinci bir məsələ

gənclərin inkişafında resurs təminatı, sosial obyektlər, informasiya axını, təhsil təsisatları, məşğuluq və digər

komponentlərin mövcudluğunda regionlar arasında fərqlər mövcuddur. Son dövrlərdə region gənclərinin

inkişafını nəzərdə tutan layihələrə üstünlük verilməsi əslində resurs təminatının regionların xeyrinə

dəyişdirilməsinə xidmət edir. Bizim sorğunun əsas hipotezlərindən biri də budur ki, bu fərq verilən

suallara cavablarda öz əksini tapmalıdır və cavablarda fərqlər yaranacaq. Beləliklə sorğuda iştirak edən

519 respondentin yaşadıqları yerə görə cavabları aşağıdakı şəkildə olmuşdur:

s/s Yaşadığı şəhər/rayon Respondentlərin

sayı

Ümumi

respondenlərə

nisbəti

1 Bakı 213 41.04

2 Gəncə 30 5.78

3 Sumqayıt 183 35.26

4 Mingəçevir 3 0.58

5 Lənkəran 36 6.94

6 Şəki 9 1.73

7 Abşeron 3 0.58

8 Ağstafa 9 1.73

9 Bərdə 3 0.58

10 Qax 6 1.16

11 Quba 9 1.73

12 Saatlı 3 0.58

13 Samux 3 0.58

14 Ucar 3 0.58

15 Şamaxı 3 0.58

- Respondentlərdən 213 nəfər, yəni respondentlərin 41,62%-i paytxat sakinləridir.

- Respondentlərdən 216 nəfər, yəni respoindentlərin 41,62%-i respublika tabeliyində olan

şəhərlərin- Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin sakinləridir. Sumqayıt 183 nəfər, Gəncə

30 nəfər, Mingəçevir 3 nəfər

- Digər 90 nəfər isə müxtəlif rayonlar: Abşeron-3 nəfər, Ağstafa -9 nəfər, Bərdə 3 nəfər, Lənkəran

36 nəfər, Qax-6 nəfər, Quba 9 nəfər, Saatlı-3 nəfər, Samux -3 nəfər, Şəki-9 nəfər, Ucar- 3 nəfər,

Şamaxı- 3 nəfər

Sorğu internetdə onlayn sistemi ilə aparıldığı üçün yalnız internetdən istifadə edənlər iştirak etmişdir.

Şübhəsiz buna görə də regiondan olan respondentlərin sayı paytaxt və respublika tabeliyində olan

şəhərlərdən olan respondentlərlə müqayisədə qat qat aşağıdır. Arzuolunan hal o idi ki, regionlardan olan

gənclərin iştirakı daha çox olsun. Bölgüdə diqqəti cəlb edən məqamlardan biri isə r Sumqayıt

respondentlərinin sayının digər regionlarla müqayisədə qat qat çox olmasıdır. Bu onunla əlaqədərdir ki,

sorğu Sumqayıt təşkilatı tərəfindən həyata keçirilib və sorğunun piarı Sumqayıt şəhərində daha yüksək

səviyyədə təşkil olunmuşdur. Bununla yanaşı təhlil metodologiyası bu fərqdən irəli gələn çatışmamazlıqları

aradan qaldırmağa imkan yaradacaq. İkincisi isə onlayn sorğunun üstün cəhətlərindən biri bu idi ki, sorğuda

iştirak tam könüllü olmuşdur ki, bu da suallara verilən cavabların səmimiliyinə zəmanət verir.

YAŞ:Respondentləri təsnifatlaşdıran ikinci bir məsələ isə onların yaş kategoriyasına görə bölgüsü

idi. 14-29 yaş arası şəxslər gənc sayılsa da şübhəsiz hər yaşın öz psixologiyası var. Eyni zamanda müxtəlif

yaşda olan respondentlərin təmas nöqtələri və mühitləri fərqlidir. Fərqli mühit və təmas nöqtələri hadisələrə

və məsələlər yanaşmaları fərqləndirir. Bütün bunları nəzərə alaraq respondentlər yaş kategoriyasına görə 4

qrupa bölünmüşdür.

14-17 yaş: Bu yaş qrupundan olanların daha çox təmas nöqtəsi orta məktəb və ailədir. İstisna

hallarda ali və ya orta ixtisas məktəbləri də təmas nöqtələri ola bilər. Lakin bu yaş qrupunda olanlar ali və

orta ixtisas məktəblərinin ən yaxşı halda 1-ci kursunda təhsil alanlar ola bilər.

18-21 yaş: Bu yaş qrupundan olanların daha çox təmas nöqtələri isə ali və orta ixtisas məktəbləri,

dostları, ailə mühiti, gənclər təşkilatları və nadir hallarda iş yerləri ola bilər.

22-25 yaş: Bu yaş qrupundan olanlarda isə təmas nöqtələri ailə, dost, iş yerləri ola bilər. Bir qismində

isə gənclər təşkilatları önəmli yer tuta bilər.

26-29 yaş: Bu yaş qrupundan olanların daha çox təmas nöqtələri iş yerləri, dost və ailə mühitləri ola

bilər. Göründüyü kimi müxtəlif yaş qrupunda olanlarda ortaq təmas nöqtələri olsa da onları fərqləndirən

təmas nöqtələri də mövcuddur. Bu yaş kategoriyasında olanların təmas nöqtələri arasında gənclər

təşkilatlarının rolu 18-21 yaş və 22-25 yaş kategoriyasında olanlara nisbətən zəif ola bilər. Bundan sonrakı

bölmələrin birində gənclərin təmas nöqtələri bölməsində bu məsələ daha ətraflı təhlil ediləcək.

Respondentlərin yuxarıda qeyd edilən yaş qrupları üzrə bölgüsü aşağıdakı kimidir.

Sorğuda iştirak edən respondentlərin çoxu daha çox 18-21 yaş qrupunda olanlar təşkil edir. Daha sonra isə

22-25 yaş qrupunda olanlar isə respondentlərin təxminən 33%-ni təşkil edir. Bu bölgü ilə respondentlərin

orta yaşını müəyyən etmək mümkündür. Bunu tapmaq üçün hər yaş qrupunun orta yaşını tapmaq sonra isə

həmin orta yaşı müvafiq yaş qrupunu cavablandıran respondentlərin sayına vurmaq lazımdır. Hər yaş

kategoriyası üzrə alınan məbləğlər toplanaraq ümumi respondentlərin sayına bölünür. 2-ci cədvəldə

respondentlərin orta yaşı hesablanmışdır:

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 21 325.5

2 18-21 (18+19+20+21):4=19.5 222 4329

3 22-25 (22+23+24+25):4=23.5 171 4018.5

4 26-29 (26+27+28+29):4=27.5 105 2887.5

Cəmi 11560.5

Ortalama yaş: (Cəmi/519) 22.27

Bu minvalla paytaxt sakinləri üzrə respondentlərin orta yaşı aşağıdakı kimidir.

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 9 139.5

2 18-21 (18+19+20+21):4=19.5 105 2047.5

3 22-25 (22+23+24+25):4=23.5 63 1480.5

4 26-29 (26+27+28+29):4=27.5 36 990

Cəmi 4657.5

Ortalama yaş: (Cəmi/213) 21.86

Respublika tabeçiliyində olan şəhərlərdə yaşayan respondentlərin yaş ortalaması

(Gəncə, Sumqayıt və Mingəçevir-87 respondent üzrə)

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 6 93

2 18-21 (18+19+20+21):4=19.5 87 1696.5

3 22-25 (22+23+24+25):4=23.5 81 1903.5

4 26-29 (26+27+28+29):4=27.5 42 1155

Cəmi 4848

Ortalama yaş: (Cəmi/216) 22.44

Digər rayonlar üzrə respondentlərin yaş ortalaması (87 respondent)

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 3 46.5

2 18-21 (18+19+20+21):4=19.5 30 585

3 22-25 (22+23+24+25):4=23.5 27 634.5

4 26-29 (26+27+28+29):4=27.5 27 742.5

Cəmi 2008.5

Ortalama yaş: (Cəmi/87) 23.09

Ümumilikdə belə nəticəyə gəlmək mümkündür ki, yaşayış yerlərinə görə respondentlərin yaş ortalamasında

müəyyən fərqlər mövcuddur. Region respondentlərinin yaş ortalaması (23.09 yaş) Bakı (21.86 yaş) və

respublika tabeçiliyində olan şəhərlərin (22.44 yaş) respondentlərindən 1-1.5 yaş böyükdür. Yəni regionda

internet istifadəçiləri nisbətən yaşlıdır.

CİNSİYYƏT: Respondentlərin cinsiyyətinə görə bölgüsü sorğudakı məsələlər münasibətdə fərqli cinsi

kategoriyaya görə fərqlənən qrupların ayrı ayrılıqda münasibətini öyrənmək həm də Azərbaycan gənclərinin

məsələlərə yanaşmasında gender fərqlərini öyrənmək baxımdan maraqlı olardı. Bizim əsas hipotezimiz

ondan ibarətdir ki, əsas suallara cavablarda qadın və kişi respondenlərin reaksiyası fərqli olacaq.

Beləliklə sorğuda iştirak edən 519 respondentin cinsi mənsubiyyətə görə bölgüsü aşağıdakı kimidir.

Cədvəldən göründüyü kimi sorğuda iştirak edən respondenlərin cinsi mənsubiyyəti arasında fərq

normadan çoxdur. Qadın cinsinə mənsub olanlar sorğuya daha az maraq göstəriblər. Respondentlərin

regionlara üzrə cinsi mənsubiyyətə görə bölgüsü isə aşağıdakı cədvəldə verilmişdir.

Cinsi/regionlar

Bakı şəhəri üzrə Gəncə, Sumqayıt, Mingəçevir Digər regionlar

Sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

-64.16%

(kişilər), -

35.84%

(qadınlar)

Sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

-64.16%

(kişilər), -

35.84%

(qadınlar)

Sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

-64.16%

(kişilər), -

35.84%

(qadınlar)

Kişi 138 64,79 +0.63 132 61,11 -3.68 63 70 +5.84

Qadın 75 35,21 -0.63 84 38,89 +3.68 27 30 -5.84

Bu göstəricilərə əsasən demək mümkündür ki, respublika tabeçiliyində olan şəhərlərdə qadın respondentlər

digər regionlardan olan qadınlara nisbətən sorğuda daha fəal iştirak ediblər.

Yaş qrupları üzrə cinsi bölgü isə aşağıdakı cədvəldə verilmişdir.

Cinsi/

yaş

14-17 yaş 18-21 yaş 22-25 yaş 26-29 yaş

sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

Sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

sayı Faizlə Ümumi

göstəricidən

fərqi (%-lə)

Kişi 9 42.86 -21.3 135 60.81 -3.35 102 59.65 -4.51 87 82.86 +18.7

Qadın 12 57.14 +21.3 87 39.19 +3.35 69 40.35 +4.51 18 17.14 -18.7

Bu cədvəldəki göstəricilər onu göstərir ki, qadınların yaşı çoxaldıqca onların sorğuya marağı da azalır. Belə

ki, 14-17 yaş qrupu üzrə qadın respondentlərin həmin yaş qrupundakı payı ilə ümumi respondenlərdə

qadınların payı arasında fərq +21.3 % olduğu halda (57.17%-35,84), analoji göstərici 18-21 yaş qrupu üzrə

+3.35, 22-25 yaş qrupu üzrə +4.51%, lakin 26-29 yaş qrupu üzrə -18.7%-dir. Bu şübhəsiz cinsi mənsubiyyət

görə müqayisəli orta yaş həddinə də öz təsirini göstərəcək. Aşağıdakı cədvəl hər iki cins üçün yaş

ortalamasını verməkdədir:

Qadınların orta yaşı:

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 12 186

2 18-21 (18+19+20+21):4=19.5 87 1696.5

3 22-25 (22+23+24+25):4=23.5 69 1621.5

4 26-29 (26+27+28+29):4=27.5 18 495

Cəmi 186 3999

Ortalama yaş: (Cəmi/186) 21.5

Kişilərin orta yaşı:

s/s Yaş qrupu Yaş qrupunun

ortalaması

Respondenlərin

sayı

(Respondentlərin

sayı)X (yaş

qrupunun

ortalaması)

1 14-17 (14+15+16+17):4=15.5 9 139.5

2 18-21 (18+19+20+21):4=19.5 135 2632.5

3 22-25 (22+23+24+25):4=23.5 102 2397

4 26-29 (26+27+28+29):4=27.5 87 2392.5

Cəmi 333 7561.5

Ortalama yaş: (Cəmi/333) 22.71

Göründüyü kimi orta yaşa görə qadın və kişilər arasında (21.5-22.71) 1.21 yaş fərqi mövcuddur. Yəni orta

hesabla qadın respondentlər kişi respondentlərə nisbətən 1.21 yaş gəncdir. Hesab edirik ki, bu bölgü üzrə

təhlil qadınların gənclər təşkilatları və digər qurumlara münasibətində öz təsirini göstərəcək. Bizim

hipotezimiz bundan ibarətdir ki, bu trend eyni zamanda ictimai sektora göstərilən fəallıqda yaş/gender

əlaqəsinin güclü təsiri mövcuddur. İctimai sektora maraq səviyyəsi isə gənclərin inkişafında mühitlər və

təsisatların qiymətləndirilməsində öz əksini tapacaq. Bunu yoxlamaq üçün əsas sualların (10-12-ci

sualların) cavablarının təhlilində yaş/gender əlaqəsi üzrə müqayisəli təhlilin aparılması vacibdir. Yaş

çoxaldıqca qadın respondentlərin sayının az olması məsələsində ilk ağla gələn səbəblərdən biri mental

faktorlardır. Daha yuxarı yaşlı gənc qadınlarda ailə-məişət məsələlərin digər məsələlərə nisbətən prioritet

olması əsas səbəblərdən biri ola bilər.

TƏHSİL SƏVİYYƏSİ: Ümumilikdə 519 respondentin təhsil səviyyəsi aşağıdakı kimidir

Cinsi mənsubiyyətinə görə ayrı ayrılıqda təhsil səviyyəsinin müqayisəli təhlilində isə aşağıdakı mənzərəni

müşahidə etmək mümkündür: Təhsil

səviyyəsi/say

Cəmi Kişi Qadın Təhsil səviyyəsinə

görə

kişilərin/qadınlara

nisbəti

Ümumi kişi/qadın

nisbəti ilə fərqi

1 2 3 4 5= (3./4.) 6=5.- (333/186

(1,79))

Ali 252 177 75 2.36 +0.57

Natamam ali 210 129 81 1.59 -0.19

Orta ixtisas 21 15 6 2.5 +0.71

Natamam orta

ixtisas

15 6 9 0.66 -1.12

Orta 15 3 12 0.25 -1.54

Natamam orta 6 3 3 1 -0.79

Cədvəl eyni təhsil statusunda olan kişi/qadın nisbəti ilə ümumi kişi və qadın nisbətinin müqayisəli təhlilini

nəzərdə tutur. Ümumi kişi/qadın nisbəti 1.79 (333/186)-dir. Cədvələ nəzər yetirsək müşahidə etmək

mümkündür ki, kişi respondentlərin təhsil səviyyəsi qadın respondentlərə nisbətən daha yüksəkdir. Xüsusi

ilə orta təhsil statusunda bu fərq daha qabarıq görünür. Belə ki müvafiq təhsil səviyyəsi üzrə kişi/qadın

nisbəti 0.25 olduğu halda ali təhsil üzrə müvafiq göstərici 2.36-dir. Bunların ümumi kişi/qadın nisbəti

arasında fərq isə müvafiq olaraq +0.57 və -1.54-dir. Bu onunla əlaqədərdir ki, qadın respondentlərin orta

yaşı kişi respondentlərə nisbətən azdır və onların bir çoxu təhsillərini tamamlamayıblar. Bu cədvəldə

axırıncı sütundakı fərqlər də onu göstərir ki, natamam təhsil statusunda qadın respondentlər nisbətən

üstünlük təşkil edir. Natamam təhsil statusu ali, orta ixtisas və orta təhsil müəssilərində təhsil alan gənc

respondentlər üçün nəzərdə tutulmuşdur. Bu baxımdan gələcək bölmələrdə gənclərin təmas nöqtələri

baxımında natamam təhsil statusunda olan gənclərin ayrılıqda təhlil edilməsi çox vacibdir. Bu sualla

müəyyən etmək mümkün olmuşdur ki, respondentlərdən 231 nəfərin hal hazırda təhsil müəssisələri ilə

gündəlik təmas nöqtəsi mövcuddur. Bu gənclərin inkişafında təhsil mühitlərin qiymətləndirilməsinə

müəyyən dərəcədə təsir göstərəcək.

RESPONDENTLƏRİN İXTİSASI: Respondentlərin təhsil səviyyəsinin müəyyən edilməsi onların maraq

dairələrinin tam müəyyən edilməsi üçün kifayət etmir. Eyni zamanda onların təhsillərində seçdikləri ixtisas

onların maraq dairələrinin müəyyən qədər ölçülməsinə kömək edir. Buna görə də respondentlərin ixtisas

bölgüsü də əsas suallara verilən cavablarla peşə seçimi və marağı arasında əlaqəyə müəyyən qədər xidmət

edə bilər. Beləliklə respondentlərin ixtsaslar üzrə bölgüsü aşağıdakı kimidir:

Sorğunun nəticələrindən məlum olur ki, respondentlərin böyük hissəsinin ixtisası humanitar elmlərdir:

Bu bölgü gənclər təşkilatlarına üzvlük, onların tədbirlərində iştirak və gənclər təşkilatlarının fəaliyyətlərinin

qiymətləndirilməsində humanitar ixtisaslı və dəqiq-texniki elmlər ixtisaslı respondentlər arasında fərqli olub

olmamasını müəyyən etmək baxımdan faydalıdır. Ümumilikdə belə bir streotip mövcuddur ki, ictimai

sektora maraq göstərənlərin böyük çoxluğunun təhsili daha çox humanitar elmlər üzrədir. Hesab edirik

ki, araşdırmada bu hipotezin yoxlanılması vacibdir və mümkün olacaq.

2.RESPONDENTLƏRİN TƏMAS NÖQTƏLƏRİ

Sorğunun əsas hipotezlərindən biri budur ki, respondentlər daha çox hansı mühitlərlə təmasda

olurlarsa gənclərin inkişafında həmin mühitlərin daha əhəmiyyətli olduğunu qeyd edəcəklər. Bu baxımdan

növbəti 4 sual- Gənclər təşkilatlarına uzvlük, siyasi partiyalara üzvlük, gənclər təşkilatlarının tədbirlərində

iştirak səviyyəsi, işlədiyi sektor suallarına cavablar sorğuda iştirak edən gənc respondentlərin təmas

nöqtələrini müəyyən etmək üçün əhəmiyyətlidir. Əslində bundan əvvəlki respondentlərin təhsil səviyyəsi

sualı da müəyyən qədər respondentlərin təmas nöqtələrini müəyyən etmək baxımından faydalı oldu.

Ümumilikdə elə mühitlər mövcuddur ki, gənclərin o mühitlərlə təmas nöqtələri zəruridir. Bu mühitlər ailə,

məktəb, dost mühitidir. Lakin gəncin inkişaf səviyyəsinə görə gənclər təşkilatları, iş yerləri və ali məktəb

mühitləri mövcuddur ki, bu mühitlərlə hər gəncin deyil bəzi gənclərin təmas nöqtələri olur. Bu baxımdan

təmas nöqtələrinə daxil olmaq motivləri əsasında mühitləri iki hissəyə zəruri və könüllü mühitlərə bölmək

mümkündür. Mühitlərin dəyişkənliyi və digər təsirlərə açıq olub olmamasına görə isə iki mühitə bölmək

mümkündür. Adətən ailə və məktəb mühiti kənar təsirlərə qapalı və aktyorları dəyişmədiyi üçün bu mühitlər

statik mühitlərdir. Lakin digər mühitlərdə isə aktyorlarda dəyişiklik ola bilər və kənar təsirlərə nisbətə

açıqdır. Bu baxımdan digər mühitlər- gənclər təşkilatları, dost mühiti, iş yerləri və gənclər siyasəti ilə

məşğul olan dövlət strukturlarını nisbətən dinamik mühit kimi xarakterizə etmək mümkündür.

Ümumilikdə gənclərin müxtəlif yaş və sosial statuslarına görə təsnifatlaşdırsaq onların mühitlərlə

təmas nöqtələri aşağıdakı sxemdə verilmişdir. Sxemdə yaşıl rəngdə verilən təmas nöqtələri yaşıl, dinamik

mühitlər isə şərti olaraq göy rəngdə verilmişdir. Rənglərin tündlüyü həmin mühitlərlə sıx, rənglərin nisbətən

açıqlığı isə həmin mühitlərlə təmasın nisbətən seyrək olduğunu göstərir.

CƏDVƏL: GƏNCLƏRİN MÜHİTLƏRLƏ TƏMAS NÖQTƏLƏRİ

Gənclər

qrupu/mühitlər

Ailə Orta məktəb Ali və orta

ixtisas

məktəbi

Dost şəbəkəsi Gənclər

təşkilatları

İş yerləri Gənclər

siyasəti ilə

məşğul olan

dövlət

strukturları

Məktəbli (14-

17 yaş)

Tələbə (17-21

yaş)

İşsizlər (22-29

yaş)

İşləyənlər (22-

29 yaş)

Ictimai fəal

tələbə gənclər

(17-21 yaş)

İctimai fəal

işsiz gənclər

(22-29 yaş)

Ictimai fəal

işləyən

gənclər (22-29

yaş)

Gənclərin təmas nöqtələrinin sıxlığı daha çox ünsiyyət (birgə) vaxt və resursların paylaşımı ilə

əlaqədərdir. Cədvəldə hazırlanan rənglər məhz gənclərin daha çox vaxt keçirdiyi mühitlər, yəni gündəlik

həyatında vaxt bölgüsünü bu mühitlər arasında necə bölüşdürməsindən və eyni zamanda resursları hansı

mühitdən əldə etmə kriteryası əsasında ümumi emprik müşahidələr, məsələ ilə bağlı cəmiyyətdə mövcud

streotiplər və mülahizələr əsasında hazırlanmışdır. Buna görə də bu cədvəldəki rəngləmələr istənilən halda

müzakirələrə açıqdır və müzakirələr əsasında müəyyən düzəlişlər etmək mümkündür. Belə ki, ailə mühiti və

dost mühiti hamı üçün fərdi xarakter daşıyır. Bu baxımdan ailə və dost şəbəkəsindəki mühitlər bəzən

münasibətlərdə həll edici rol oynaya bilər. Bununla bərabər bu cədvəl gənclərin mühitlərlə təmas nöqtələrini

və təmasın keyfiyyəti haqqında ümumi məlumat verə bilir. Araşdırmamızın növbəti 4 sualının təhlili məhz

bu cədvəlin təməlində qurulması nəzərdə tutulur.

Gənclərin mühitlərlə təmas nöqtələrini tam müəyyən edilməsi həm də hipotezlərimizin nə qədər

doğru olub olmadığına kömək edəcək.

MƏŞĞULLUQ: Bununla bağlı ilk sual işləyən gənclər və onların sektorlar üzrə bölgüsü ilə bağlı

olmuşdur. Beləliklə sorğuda iştirak edən gənclər məşğulluğa məsələsinə münasibətdə aşağıdakı şəkildə

cavab vermişdir:

İşsiz gənclərdən 156 nəfəri yəni ümumi işsizlərin 68,42%-i təhsillərini başa vurmamış (natamam ali,

natamam orta və natamam orta ixtisas təhsilli), 72 nəfəri isə yəni 31,58 %-i təhsil pilləsini bitirmiş

gənclərdir. Bunlardan 60 nəfəri yəni təhsil pilləsini başa vurmuş işsiz gənclərin 83,33%-i ali təhsilli, 6 nəfər

yəni 8.33%-i orta təhsilli və 6 nəfər isə 8.33%-i isə orta ixtisas təhsillidir. Maraqlı məqam bundan ibarətdir

ki, ali təhsillilər ümumi respondentlərin 49%-ni təşkil etməsinə baxmayaraq ümumi işsizlər arasında payı

83,33%-dir. Yəni ali təhsillilər digər təhsil statusunda olanlara nisbətən təxminən 2 dəfə çox işsizdir.

İşləməyən şəxslərin regionlar üzrə bölgüsü isə aşağıdakı kimidir:

-Bakı şəhəri üzrə 96 respondent yəni, ümumi işsizlərin 42,1%, paytaxt respondentlərinin isə 45,07%-i

işsizdir. Bakı şəhəri üzrə işsiz 96 respondentdən 69-u yəni, ümumi şəhər üzrə işsiz gənclərin 71,88%-i isə

ümumi Bakı şəhəri üzrə təhsillərini başa vurmamış respondentlərdir.

-Gəncə, Sumqayıt və Mingəçevir şəhəri üzrə 102 respondent yəni, ümumi işsizlərin 44,73%, həmin regionun

respondentlərinin isə 47,22%-i işsizdir. Bu 112 respondentdən 66-ı yəni, ümumi 3 şəhər üzrə işsiz gənclərin

58,93%-i isə bu şəhərlər üzrə təhsillərini başa vurmamış respondentlərdir.

- Digər rayonlar üzrə 30 respondent yəni, ümumi işsizlərin 13,16%, həmin regionun respondentlərinin isə

33,33%-i işsizdir. Bu 30 respondentdən 21-ı yəni, ümumi region üzre işsiz gənclərin 70%-i isə bu regionlar

üzrə təhsillərini başa vurmamış respondentlərdir.

GƏNCLƏR TƏŞKİLATLARINA ÜZVLÜK: Bu sual gənclərin mühitlərlə təmas nöqtələrini müəyyən

etməklə yanaşı gənclər təşkilatına üzv olan və olmayan gənclərin əsas suallara cavablarında fərqli

tendesiyanın olub olmadığını müəyyən etmək üçün çox vacib idi. Eyni zamanda ictimai fəallıq baxımından

respondentlərin fərqləndirilməsi ayrı ayrı gənclər kategoriyasını müəyyən edib müqayisəli təhlilə imkan

yaradır. Ümumilikdə 519 respondent bu suala aşağıdakı şəkildə cavab vermişdir. Respondentlərdən 342

nəfər, yəni respondentlərin 65,89%-i gənclər təşkilatlarına üzv olduqlarını, digər 177 nəfər, yəni

respondentlərin 34,11%-i isə gənclər təşkilatlarına üzv olmadıqlarını qeyd ediblər. Regionlar üzrə bu

bölgüdə hansı fərqlərin olub olmadığını müəyyən etmək üçün aşağıdakı cədvələ nəzər yetirmək lazımdır. Bu

bizə regionlararası ictimai fərqin olub olmadığını müəyyən etməyə imkan yaradacaq. Aşağıdakı cədvəldə

müqayisə üçün əsas metodologiya ayrı ayrı regionlar üzrə gənclər təşkilatlarına üzv olanlar/ümumi gənclər

təşkilatlarına üzv olanlara olan nisbəti ilə həmin regionun respondentlərin ümumi sayı/ümumi

respondentlərin sayı nisbəti arasındakı fərqlər müqayisə edilir

Regionlar/Əmsallar

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

say

ı

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

üm

um

i sa

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

üm

um

i sa

yd

a n

isb

əti

Reg

ion

g

əncl

ərin

in

say

ının

üm

um

i re

spo

nd

entl

ərə

ola

n

nis

bət

i (f

aizl

ə)

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

n

isb

əti

ilə

üm

um

resp

on

tlər

in

nis

bit

ələr

i ar

asın

a

fərq

1. 2. 3.=(1./2*100%

)

4. 5.= (3.-4.)

Bakı şəhəri üzrə 123 342 35.96 213 (41.04%) -5.08%

Gəncə, Sumqayıt, Mingəçevir

şəhərləri üzrə

144 342 42,11 216 (41,61%) +0.5%

Digər regionlar üzrə 75 342 21,92 90 (17,34%) +4.58 %

Bu cədvəldən göründüyü kimi, gənclər təşkilatlarına üzv olanlar region respondentlərində nisbətən

daha yüksək səviyyədədir.

Gənclər təşkilatlarına üzv olmaqla bağlı ayrı ayrı yaş kategoriyaları üzrə həmin qaydada təhlil də

aşağıdakı cədvəldə verilmişdir.

Yaş qrupu/Əmsallar

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

say

ı

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

üm

um

i sa

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

üm

um

i sa

yd

a n

isb

əti

Yaş

k

ayeg

ori

yas

ı ü

zrə

gən

clər

inin

sa

yın

ın

üm

um

i

resp

on

den

tlər

ə o

lan

nis

bət

i

(fai

zlə)

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

n

isb

əti

ilə

üm

um

resp

on

tlər

in

nis

bit

ələr

i ar

asın

a

fərq

1. 2. 3.=(1./2*100%

)

4. 5.= (3.-4.)

14-17 yaş 9 342 2.63% 21 (4.04%) -1.41 %

18-21 yaş 189 342 55.26% 222 (42,77%) +12.49 %

22-25 yaş 90 342 26.31% 171 (32.95%) -6.64 %

26-29 yaş 54 342 15,79% 105 (20.23%) -4,44 %

Bu cədvəldən belə nəticəyə gəlmək mümkündür ki, gənclər təşkilatlarına üzv olanlar arasında 18-21

yaş qrupu xüsusi ilə fərqlənir. Onlar gənclər təşkilatlarına üzv olan respondentlərin 55,26 %-ni təşkil etdiyi

halda 18-21 yaş qrupunun ümumi respondentlərdə payı 42,77%-dir. Yəni bu o deməkdir ki, gənclər

təşkilatlarına üzv olmaq baxımından 18-21 yaş qrupu 12,49% digər yaş qruplarına nisbətən daha fəaldır.

Gənclərin məşğuliyyət vəziyyətinə görə ayrı ayrı kategoriyalar üzrə gənclər təşkilatlarına üzv olmaq

məsələsinə gəldikdə isə aşağıdakı mənzərə ilə rastlaşmaq mümkündür.

Məşğuliyyət qrupu/Əmsallar G

əncl

ər

təşk

ilat

ına

üzv

ola

nla

rın

say

ı

Məş

ğu

liy

yət

k

ayeg

ori

yas

ı ü

zrə

gən

clər

inin

sa

yın

ın

üm

um

i

resp

on

den

tlər

ə o

lan

nis

bət

i

(fai

zlə)

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

eyn

i

kat

ego

riy

asa

ola

n g

əncl

ərd

ə p

ayı

Məş

ğu

liy

kat

ego

riy

ası

üzr

ə

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

ü

mu

mi

gən

clər

təşk

ilat

ları

na

üzv

o

lan

lara

nis

bət

i

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

n

isb

əti

ilə

üm

um

resp

on

tlər

in

nis

bit

ələr

i ar

asın

a

fərq

1. 2. 3.=(1./2.*100

%)

4.=(1./342*100

%)

5.= (4.-2.)

İşləməyən gənclər 165 228

(43.93%)

72,36% 48.24% +4.31 %

Dövlət sektoru 36 69 (13,29%) 52,17% 10.52% -2.77 %

Özəl sektor 42 111

(21.38%)

37,83% 12.28% -9.1 %

İctimai sektor 99 111

(21.38%)

89,19% 28,98% +7,6 %

Bu cədvəldə axırıncı sütundakı fərqlər bunu deməyə imkan yaradır ki, özəl sektorda işləyən gənclərdə

gənclər təşkilatlarına üzv olmaq meylliliyi ümumi orta göstəricidən 9,1% aşağıdır. Bu kategoriyadan olan

gənclərin yalnız 37,83%-i gənclər təşkilatlarına üzv olduqlarını qeyd ediblər. Lakin ictimai sektorda

işləyənlərin 89,19%-i isə gənclər təşkilatlarına üzv olduqlarını qeyd etmişdir. Bu kategoriyadan olanlar

gənclər təşkilatlarına üzv olmaq meylliliyi ümumi orta göstəricidən 7,6% yüksəkdir. İşləməyən gənclərdən

isə 72,36%-i gənclər təşkilatlarına üzv olduqlarını qeyd ediblər. Bu göstəriciyə görə onlar dövlət və özəl

sektorda işləyən gənclər qabaqlayır. Ümumilikdə belə nəticəyə gəlmək mümkündür ki, işləyən gənclər

gənclər təşkilatları ilə təmas nöqtələri digər kategoriyadan olan gənclər nisbətən daha aşağı səviyyədədir.

Təmas nöqtələri ilə bağlı tərtib etdiyimiz rəngli cədvəldə göstərilən rəng açıqlığı müəyyən qədər bizim

hipotezimizi doğruldur.

Gənclər təşkilatına üzv olmaq məsələsinə gender kontekstindən düşünsək aşağıdakı nəticəyə gəlmək

mümkündür:

Cinsiyyət/Əmsallar

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

say

ı

Məş

ğu

liy

yət

k

ayeg

ori

yas

ı ü

zrə

gən

clər

inin

sa

yın

ın

üm

um

i

resp

on

den

tlər

ə o

lan

nis

bət

i

(fai

zlə)

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

eyn

i

kat

ego

riy

asa

ola

n g

əncl

ərd

ə p

ayı

Məş

ğu

liy

kat

ego

riy

ası

üzr

ə

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

ü

mu

mi

gən

clər

təşk

ilat

ları

na

üzv

o

lan

lara

nis

bət

i

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

n

isb

əti

ilə

üm

um

resp

on

tlər

in

nis

bit

ələr

i ar

asın

a

fərq

1. 2. 3.=(1./2.*100

%)

4.=(1./342*100

%)

5.= (4.-2.)

Kişi 219 333

(64.16%)

65,76% 64.03% -0.13 %

Qadın 123 186

(35,84%)

66,12% 35.97% +0.13 %

Bu cədvəlin nəticələrinə əsasən gənclər təşkilatlarına üzv olmaq baxımından qadınlar və kişilər eyni fəallıq

nümayiş etdiriblər. Onlar arasında fərq çox cüzidir.

SİYASİ PARTİYALARA ÜZVLÜK: Ümumiyyətlə qeyd etmək lazımdır ki, gənclər təşkilatlarına üzv

olmağa münasibətdən fərqli olaraq yalnız 153 nəfər, yəni respondentlərin yalnız 29,48%-i hər hansı bir

siyasi partiyaya mənsub olduğunu qeyd etmişdir. Onlardan 138 nəfəri, yəni siyasi partiya mənsubiyyəti

olanların 90,19%-i eyni zamanda hər hansı bir gənclər təşkilatına üzv olduqlarını qeyd ediblər. Siyasi

partiyaya üzv olanlardan 30 nəfəri dövlət sektorunda, 36 nəfər ictimai sektorda, 12 nəfər özəl sektorda

işlədiklərini, digər qalan 75 nəfər isə tələbə və ya işsiz olduqlarını qeyd ediblər. Siyasi partiyaya üzvlük

məsələsində özəl sektorun meylliliyi nisbətən zəifdir. Aşağıdakı cədvəl məşğuliyyətə münasibət üzrə ayrı

ayrı kategoriyaların siyasi partiyaya üzvlük məsələsindəki vəziyyətinə aydınlıq gətirir.

Məşğuliyyət qrupu/Əmsallar

Siy

asi

Par

tiy

aya

üzv

ola

nla

rın

say

ı

Məş

ğu

liy

yət

k

ayeg

ori

yas

ı ü

zrə

gən

clər

inin

sa

yın

ın

üm

um

i

resp

on

den

tlər

ə o

lan

nis

bət

i

(fai

zlə)

Siy

asi

par

tiy

alar

a ü

zv o

lan

ları

n

eyn

i

kat

ego

riy

ada

ola

n

gən

clər

pay

ı

Məş

ğu

liy

kat

ego

riy

ası

üzr

ə

Siy

asi

par

tiy

alar

a ü

zv o

lan

ları

n

üm

um

i si

yas

i p

arti

yal

ara

üzv

ola

nla

ra n

isb

əti

Gən

clər

şkil

atın

a ü

zv

ola

nla

rın

n

isb

əti

ilə

üm

um

resp

on

tlər

in

nis

bit

ələr

i ar

asın

a

fərq

1. 2. 3.=(1./2.*100

%)

4.=(1./153*100

%)

5.= (4.-2.)

İşləməyən/tələbə gənclər 75 228

(43.93%)

32,89% 49.02% +5.09 %

Dövlət sektoru 30 69 (13,29%) 43,47% 19.61% +6.32 %

Özəl sektor 12 111

(21.38%)

10,81% 7.84% -13.54 %

İctimai sektor 36 111

(21.38%)

32,43% 23,52% +2,14 %

Bununla yanaşı yaş qrupları, cinsiyyət, region mənsubiyyəti üzrə siyasi partiyaya üzvlük məsələsinə təhlil

edərsək gənclər təşkilatlarına üzvlük sualında meydana gələn nəticələr yaranacaq. Belə ki, siyasi partiyaya

üzv olanların 90%-i eyni zamanda hər hansı bir siyasi partiyaya üzv olduqlarını da bildiriblər.

Gənclərin mühitlərlə təmaslarının müəyyən etmək baxımından ən vacib suallardan biri isə onların gənclər

təşkilatlarının fəaliyyəti ilə hansı səviyyədə maraqlandığını müəyyən etmək idi. Ümumilikdə respondentlər

bu suala aşağıdakı şəkildə cavab veriblər.

Ümumiyyətlə bir qayda olaraq gənclər təşkilatlarına üzv olanların gənclər təşkilatlarının təşkil etdiyi

tədbirlərdə daha sıx iştirak etməsi gözlənilir. Bu müstəvidən yanaşaraq sorğudakı respondentlər üçün bunun

nə dərəcədə etibarlı olub olmadığını aşağıdakı cədvəldə görmək mümkündür.

Cavablar/gənclər

kategoriyaları

Gənclər təşkilatlarına üzv olanlar Gənclər təşkilatlarına üzv olmayanlar

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriyada

olanların

ümumi

respondentlərd

əki payı

Fərq

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriya

da

olanların

ümumi

respondent

lərdəki

payı

Fərq

1 2 3 4 5= (3.-4.) 6 7 8 9.=(7.-8.)

Mütəmadi (219 nəfər) 204 93,15 65,89 +27,26 15 6.85 34.11 -27.26

Bəzən (219 nəfər) 129 58,90 65,89 -6.99 90 41.1 34.11 +6.99

Heç birində (81 nəfər) 9 11,11 65,89 -54.78 72 88.89 34.11 +54.78

CƏMİ 342 177

Bu cədvəldən göründüyü kimi gənclər təşkilatlarının tədbirlərində mütəmadi iştirak edənlərin 93,15%-i

məhz gənclər təşkilatlarına üzv olanlardır. Gənclər təşkilatlarına üzv olanlar respondentlərin 65,89%-ni

təşkil etdiyini nəzərə alsaq deməli gənclər təşkilatlarına üzv olanlar digər kategoriyada üzv olanlara nisbətən

27,26% daha çox gənclər təşkilatları ilə təmasda olurlar. Sorğu nəticələrinə əsasən gənclər təşkilatlarının

tədbirlərində mütəmadi iştirak edənlərin 42,46%-i yəni 93 nəfəri paytaxt sakinlərinin payına düşür. Nəzərə

alsaq ki, paytaxt sakinləri ümumi respondentlərin 41,04%-ini təşkil edir fəallıq baxımından paytaxt sakinləri

ilə region sakinləri arasında ciddi bir fərq yoxdur.

Sorğu nəticələrinə gənclər təşkilatlarının tədbirlərinə mütəmadı şəkildə gedənlərin 52,05%-i, yəni 114 nəfər

təhsillərini tamamlamamış tələbələrdir. Nəzərə alsaq ki, tələbələr ümumi respondentlərin 44,51 %-ini təşkil

edir o zaman tələbələrin fəallığı digər təbəqələrə nisbətən 7-8% yüksəkdir. Gənclərin məşğuliyyətə

münasibəti də gənclər təşkilatlarının tədbirlərinə də müəyyən mənada təsir göstərir. Aşağıdakı cədvəllər

məhz gənclərin məşğuliyyət sektoruna görə respondentlərin gənclər təşkilatlarının tədbirlərində iştirak

səviyyəsini göstərir:

Cavablar/gənclər

kategoriyaları

İşləməyənlər və tələbələr Ictimai sektorda işləyənlər

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriyada

olanların

ümumi

respondentlərd

əki payı

Fərq

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriya

da

olanların

ümumi

respondent

lərdəki

payı

Fərq

1 2 3 4 5= (3.-4.) 6 7 8 9.=(7.-8.)

Mütəmadi (219 nəfər) 93 42,46 43,93 -1,47 84 38.35 21.39 +16.96

Bəzən (219 nəfər) 108 49,31 43,93 +5.38 24 10.96 21.39 -10.43

Heç birində (81 nəfər) 27 33,33 43,93 -10.6 3 3.70 21.39 -17.69

CƏMİ 228 111

Cavablar/gənclər

kategoriyaları

Dövlət sektorunda işləyənlər Özəl sektorda işləyənlər

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriyada

olanların

ümumi

respondentlərd

əki payı

Fərq

Say

Həmin

cavabdakı

payı (%-lə)

Müvafiq

kategoriya

da

olanların

ümumi

respondent

lərdəki

payı

Fərq

1 2 3 4 5= (3.-4.) 6 7 8 9.=(7.-8.)

Mütəmadi (219 nəfər) 27 12,33 13,29 -1,47 15 6.85 21.39 -14.54

Bəzən (219 nəfər) 24 10,96 13,29 -2.33 63 28.77 21.39 +7.38

Heç birində (81 nəfər) 18 22,23 13,29 +8.94 33 40.74 21.39 +19.35

CƏMİ 69 111

Bu cədvəllərdən belə bir nəticəyə gəlmək mümkündür ki, özəl sektorda işləyən gənclər digər sektorda

işləyən gənclərə nisbətən 15-20% gənclər təşkilatlarının tədbirlərində daha az iştirak edirlər. Gənclər

təşkilatlarının tədbirlərində iştirak səviyyəsinə görə birinci yerdə ictimai sektorda işləyənlər, sonra isə

tələbələr və işləməyən şəxslər, sonra isə dövlət sektorunda və axırıncı yerdə isə özəl sektorda işləyənlər

gəlir. Dövlət sektorunda işləyənlərin bu məsələdə zəifliyi çox cüzidir.

Bu minvalla bizim sorğuda iştirak edən respondentlərin mühitlərlə təmas nöqtələrinin kəmiyyət baxımından

mənzərəsini müəyyən etmək mümkündür. Bundan sonra araşdırmamızın növbəti mərhələsində yuxarıda

gənclərin mühitlərlə olan təmas nöqtələrinin keyfiyyəti ilə suallara verilən cavabları müqayisə edərək

yuxarıdakı cədvəlin respondentlərimiz üçün nə qədər etibarlı olduğunu müəyyən edəcəyik. Bundan sonrakı

bölmə gənclərin mühitlərə və mühitlərlə təmas nöqtələrinə verilən reaksiyalarla bağlı olacaq.

3. RESPONDENTLƏRİN MÜHİTLƏRƏ(TƏMAS NÖQTƏLƏRİNƏ) MÜNASİBƏTİ

Mövzu ilə bağlı ilk sual bundan ibarətdir ki, gənclərin inkişafından aşağıdakı qurumlar (mühitlər)

hansı dərəcədə təsirlidir. Respondentlər üçün təklif olunan qurumlar (mühitlər) orta təhsil məktəbləri, ali və

orta ixtisas məktəbləri, Gənclər və İdman Nazirliyi (yerli strukturları daxil olmaqla), ailə, gənclər

təşkilatları, dost şəbəkələri, iş yerləri (əmək kollektivləri) idi. Respondentlər hər bir mühiti öz münasibətini

5 bal üzrə qiymətləndirməliydi və şərtə görə 5 balı maksimum iki cavaba verə bilər və digərlərinə isə

istədikləri balı verə bilərdi. Buradakı şərt ona xidmət edirdi ki, respondentlər onların inkişafında xüsusi rolu

olan iki qurumu digərlərindən fərqləndirə bilsin. Ümumi olaraq cavablar aşağıdakı kimi formalaşıb:

1. Orta təhsil məktəbləri: 1 bal-114 nəfər, 2 bal-99 nəfər, 3 bal-147 nəfər, 4 bal-96 nəfər, 5 bal-63 nəfər.

Orta təhsil məktəblərinə respondentlərin verdiyi orta qiymət 2.798 bal təşkil edir.

2. Ali və orta ixtisas məktəbləri: 1 bal-51 nəfər, 2 bal-60 nəfər, 3 bal-126 nəfər, 4 bal-174 nəfər, 5 bal-

108 nəfər. Ali və orta ixtisas məktəblərinə respondentlərin verdiyi orta qiymət 3.439 bal təşkil edir.

3. Ailə: 1 bal-39 nəfər, 2 bal-51 nəfər, 3 bal-144 nəfər, 4 bal-168 nəfər, 5 bal-117 nəfər. Ailə qurumuna

respondentlərin verdiyi orta qiymət 3.526 bal təşkil edir.

4. Gənclər və İdman Nazirliyi (yerli strukturlar daxil olmaqla): 1 bal-87 nəfər, 2 bal-105 nəfər, 3 bal-90

nəfər, 4 bal-144 nəfər, 5 bal-93 nəfər. Bu quruma isə respondentlərin verdiyi orta qiymət 3.098 bal

təşkil edir.

5. Gənclər təşkilatları: 1 bal-42 nəfər, 2 bal-39 nəfər, 3 bal-102 nəfər, 4 bal-111 nəfər, 5 bal-225 nəfər.

Bu quruma isə respondentlərin verdiyi orta qiymət 3.843 bal təşkil edir.

6. Dost şəbəkələri: 1 bal-18 nəfər, 2 bal-30 nəfər, 3 bal-102 nəfər, 4 bal-162 nəfər, 5 bal-192 nəfər. Dost

şəbəkələrinə respondentlərin verdiyi orta qiymət 3.924 bal təşkil edir.

7. İş yerləri: 1 bal-66 nəfər, 2 bal-78 nəfər, 3 bal-177 nəfər, 4 bal-132 nəfər, 5 bal-66 nəfər. İş yerlərinə

respondentlərin verdiyi orta qiymət 3.104 bal təşkil edir.

Orta qiymətin hesablanması verilən bala həmin bala verilən respondenlər vurulur və sonra cəmlənib ümumi

respondentlərin sayına bölünmüşdür. Misal üçün orta təhsil məktəblərində bu cür hesablanmışdır. (114*1

bal)+ (99*2 bal)+ (147*3 bal)+ (96*4 bal)+ (63*5 bal)/519=2.798 bal. Bu nəticələrə əsasən gənclərin

inkişafında ilk üç yerdə dostlar şəbəkəsi (3.924), gənclər təşkilatları (3.843 bal) və ailə qurumu (3.526 bal)

gəlir. İlk iki yerdə gələn mühitlər gənclərin kommunikativ inkişafını təmin edən qurumlardır. Gənclərin

kommunikativ inkişafı anlayışı onların hər hansı bir icma və ya qrupa məxsus olma motivləri ilə izah

edilməkdədir. Əslində gənclərin bu cür seçimi çox normal qarşılanmalıdır. Gənclərin inkişafının indivudal

mərhələsində gənc hər hansı bir sahədə xüsusi fərqlənir. Bu hər hansı bir idman növündə və ya mədəniyyət

və incəsənət sahəsində, intellekt və ya elmi araşdırma, menecerlik və ya müxtəlif sahədə özünü

yetişdirməsidir ki, bu, gəncin inkişafının indivudal mərhələsidir. Lakin təcrübə göstərir ki, gənclərin

inkişafının indivudal mərhələsi heç də hər zaman onların inkişafı üçün kifayət etmir. İndivudal inkişafı

ümumi inkişafda reallaşdırmaq üçün kommunikativ inkişaf mərhələsi daha vacibdir. Bir gənc hər hansı bir

sahədə nə qədər güclü olsa da onu öz inkişafı və karyerasına tətbiq etmək üçün ətrafındakı mühitlər onu

tanımalıdır və bilməlidir. Əgər bu indivudal inkişaf kommunikativ inkişafla tanıdılmasa və gənc

sosyallaşmasa həmin indivudal bacarıqların gəncin inkişafına heç bir faydası olmayacaq. Sorğuda gənclərin

qurumlarla bağlı cavabları onu göstərir ki, onlar inkişafın kommunikativ mərhələsinə daha çox üstünlük

verirlər. Dost mühiti və gənclər təşkilatları daha çox dinamik mühitdir. Bu mühitlər gənclərin inkişafında

əsasən şəbəkələşmə, ünsiyyət, bilik, bacarıq və müəyyən vərdişlərin aşılanması ilə bərabər informasiya kimi

qeyri-maddi resurslarla öz töhfələrini verirlər. Üçüncü yerdə gələn ailə mühiti isə gənclərin inkişafında daha

çox maddi təchizatla dəstək olurlar. Əslində bu sorğudan belə bir nəticəyə gəlmək mümkündür ki, gənclər

öz inkişaflarında nisbətən qeyri-maddi resursları maddi resurslardan daha üstün tuturlar. Sorğunun maraqlı

nəticələrindən biri də budur ki, respondentlər gənclərin inkişafında ailə mühitini 3-cü sırada (3.526 balla)

ailə mühitini görürlər. Növbəti sıralarda isə ali və orta ixtisas məktəbləri (3.439 balla), iş yerləri (3.104) və

Gənclər və İdman Nazirliyi (3.098 balla) gəlir. Ən axırıncı yerdə isə orta təhsil məktəbləri (2.798 balla)

gəlir. Sıralamaya baxdıqda növbəti sıralarda gələn mühitlər nisbətən statik mühitlərdir. Əslində ailə

mühitinin gənclərin inkişafına təsir edən ən mühüm mühit olsa da statik mühit olması ona verilən dəyərə

təsir etmişdir. Halbuki ailə maddi təchizat baxımdan gənclərin inkişafına ən böyük təsir edən qurumdur.

Nəzər almaq lazımdır ki, gənclər maddi baxımdan ailədən kifayət qədər asılı bir təbəqədir. Bu fakt

olmasaydı bəlkə də ailə mühiti daha aşağı sıralarda olardı. Bununla bərabər ailə daxili münasibətlər, ailədəki

mənəvi mühit və motivasiya da rol oynayır. Lakin mühitlərin seçilməsi səbəblərini sorğuda müəyyən etmək

mümkün deyil. Göstərilən nəticələr respondentlərin ümumi nəticələridir. Lakin bu nəticələr regional

mənsubiyyət, məşğuliyyət, cinsi mənsubiyyət, ictimai sektora münasibətindən də çox asılıdır. Məhz bu

faktorlara görə təsnifatlaşdırılmış gənclər qruplarını nəzərə alsaq düşünürük ki, nəticələr fərqli ola bilər.

Məsələn şəhər və rayon yerlərində yaşayan gənclərin bu suala cavabları fərqli ola bilər. Yaxud gənclər

təşkilatlarına üzv olan və üzv olmayan gənclərin mühitlərə münasibəti eyni deyil. Ən azından gənclərin

inkişafında gənclər təşkilatlarının rolunu eyni dərəcədə qiymətləndirməyə bilərlər. Bütün bu hipotezlərin

sorğuda necə əks olunduğunu öyrənmək üçün regional mənsubiyyət, cinsi mənsubiyyət, məşğuliyyət, ictimai

sektora münasibətə görə təsnifatlaşdırılmış qruplar üzrə sorğu nəticələrini qiymətləndirmək bizim müəyyən

trendlərin tapılmasına kömək edəcək. Beləliklə ilk əvvəl sorğu nəticələrini regional mənsubiyyətə görə

qiymətləndirsək aşağıdakı nəticələri əldə etmək mümkündür:

Mühitlər/regionlar Paytaxt (213 respondent) Gəncə, Sumqayıt və

Mingəçevir (216 respondent)

Digər rayonlar (90 respondent)

Regional

göstərici

Ümumi

göstərici

Fərq Regional

göstərici

Ümumi

göstərici

Fərq Regional

göstərici

Ümumi

göstərici

Fərq

Orta təhsil məktəbləri 2.760 2.798 -0.038

(1.35%)

2.763 2.798 -0.035

(1.25%)

2.967 2.798 +0.169

(6.04%)

Ali və orta ixtisas

məktəbləri

3.408 3.439 -0.031

(0.90%)

3.389 3.439 -0.050

(0.90%)

3.633 3.439 +0.194

(5.64%)

Ailə 3.619 3.526 0.093

(2.64%)

3.500 3.526 -0.026

(0.74%)

3.367 3.526 -0.159

(4.51%)

Gənclər və İdman

Nazirliyi (yerli idarələr

daxil olmaqla)

3.028 3.098 -0.070

(2.26%)

3.041 3.098 -0.057

(1.18%)

3.4 3.098 0.302

(9.75%)

Gənclər Təşkilatları 3.662 3.843 -0.181

(4.71%)

3.847 3.843 0.004

(0.10%)

4.267 3.843 0.424

(11.03%)

Dost şəbəkələri 3.929 3.924 0.005

(0.12%)

3.944 3.924 0.020

(0.51%)

3.867 3.924 -0.057

(1.45%)

İş yerləri 2.986 3.104 -0.118

(3.80%)

3.222 3.104 +0.118

(3.80%)

3.100 3.104 -0.004

(0.13%)

Ümumiyyətlə bu cədvəldən görünür ki, paytaxt və respublika tabeçiliyində olan Gəncə, Sumqayıt və

Mingəçevir şəhərlərindən olan respondentlərin mühitlərə olan münasibətləri ümumi göstəricidən ciddi

şəkildə fərqlənmir. Hər iki kategoriyadan olan respondentlərin mühitlərin qiymətləndirilməsində sıralaması

ümumi göstəricidə olduğu kimidir. Yəni burada da gənclər yüksək qiyməti dost şəbəkələri, gənclər

təşkilatları və ailə mühitinə daha çox yüksək qiymət vermişdir. Bununla bərabər regionlarda bu sıralama

fərqlənir. Onlarda ən yüksək orta qiymət gənclər təşkilatlarına (4.267 bal- ümumi orta göstəricidən 11,03%

artıq) verilmiş, ikinci yerdə dost şəbəkələri (3.867 bal-ümumi orta göstəricidən 1.45% aşağı), üçüncü yerdə

isə Gənclər və İdman Nazirliyi (yerli idarələr daxil olmaqla) (3.4 bal-ümumi orta göstəricidən 9,75% artıq)

gəlir. Ali və orta ixtisas məktəbləri isə bu respondentlərdə isə 3.633 balla 4-cü yerdə gəlir. Ailə mühiti isə 5-

ci yerdə gəlir. Bu baxımdan region gəncləri ilə paytaxt və böyük şəhərlərdəki respondentlər fərqlənir.

Bu nəticələr arasında fərqlərin müxtəlif motivləri ola bilər. Bakı və respublika tabeçiliyində olan

şəhərlərdə gənclər təşkilatlarının çoxluğu, digər rayonlara nisbətən gənclərin asudə vaxtının keçirilməsi üçün

sosial obyektlərin çoxluğu mühitlərarası rəqabəti gücləndirdiyi üçün şəhər respondentlərinin mühitləri

qiymətləndirməsinə təsir göstərmiş və qiymətləndirmə balları daha mühitlər arasında daha balanslı şəkildə

paylanılmışdır. Rayonlarda isə gənclər təşkilatlarının çox az olması və eyni zamanda şəhərlərə nisbətən

sosyal obyektlərin azlığı onları gənclər təşkilatlarına daha çox bağlamışdır. Gənclər və İdman Nazirliyi

təsisatına münasibətin daha yüksək qiymətləndirilməsi də gənclər təşkilatlarının bu qurumla əməkdaşlığı

nəticəsində yaranmışdır. Dolayısı ilə region gənclərinin təmasda olan mühitlərin sayı az olduqda, yəni

alternativlər az olduqda onlar mövcud mühitləri daha yüksək balla qiymətləndirməyə meyllidirlər. Ali və

orta ixtisas məktəblərinin region gəncləri tərəfindən yüksək qiymətləndirilməsi və ailə mühitinin daha arxa

plana keçməsi də bunu sübut edən əsas məqamlardan biridir. Əslində bu onu sübut edir ki, gənclər o

mühitləri yüksək qiymətləndirir ki, o mühitlərlə təması daha uzun müddətli olur.

Bu suala cavabda ən maraqlı məqam isə respondentlərin yaş kategoriyası üzrə təhlili olardı. Fərqli

yaş qruplarının bu sualı necə cavablandırmasını isə aşağıdakı cədvəldə görmək mümkündür.

Mühitlər/yaş qrupu

14-17 yaş qrupu (21

nəfər)

18-21 yaş qrupu

(222 nəfər)

22-25 yaş qrupu

(171 nəfər)

26-29 yaş qrupu

(105 nəfər)

Yaş

ü

zrə

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

üzr

ə

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

üzr

ə

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

üzr

ə

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Orta təhsil

məktəbləri

2.571 2.798 -0.227

(-8.11%)

3.067 2.798 +0.269

(+9.61%)

2.684 2.798 -0.114

(-4.07%)

2.457 2.798 -0.341

(-12.19%)

Ali və orta ixtisas

məktəbləri

3.143 3.439 -0.296

(-8.60%)

3.864 3.439 +0.425

(+12.36%

)

3.246 3.439 -0.193

(-5.61%)

2.914 3.439 -0.525

(-15.26%)

Ailə 3.714 3.526 +0.188

(+5.33%)

3.635 3.526 +0.109

(+3.09%)

3.561 3.526 +0.035

(+0.99%

)

3.200 3.526 -0.326

(+9.24%)

Gənclər və İdman

Nazirliyi (yerli

idarələr daxil

olmaqla)

2.857 3.098 -0.241

(-7.78%)

3.459 3.098 +0.361

(+11.65%

)

2.894 3.098 -0.204

(-6.58%)

2.714 3.098 -0.384

(-12.39%)

Gənclər Təşkilatları 4.286 3.843 +0.443 4.122 3.843 +0.279 3.667 3.843 -0.176 3.457 3.843 -0.386

(+11.52%) (+7.26%) (-4.57%) (-10.04%)

Dost şəbəkələri 4.143 3.924 +0.219

(+5.58%)

4.094 3.924 +0.170

(+4.33%)

3.754 3.924 -0.170

(-4.33%)

3.800 3.924 -0.124

(-3.16%)

İş yerləri 3.286 3.104 +0.182

(+5.86%)

3.230 3.104 +0.126

(+4.05%)

3.175 3.104 +0.071

(+2.28%

)

2.686 3.104 -0.418

(-13.47%)

Ümumilikdə dəyərləndirsək bunu müşahidə etmək mümkündür ki, hər bir qurum (mühitlərə) verilən qiymət

yaş çoxaldıqca azalmağa doğru gedir. Aşağıdakı qrafik mühitlərin göstəricilərinin müqayisə etməsinə imkan

yaradır . Eyni zamanda mühitlərə verilən qiymətlərə görə onların ardıcıllığı da bir qayda olaraq pozulmayıb.

Lakin 14-17 yaş və 18-21 yaş qruplarında ilk sırada Gənclər Təşkilatları, ikinci yerdə dost şəbəkələri, 3-cü

yerdə isə ailə mühiti gəlir. 14-17 yaş qrupunda olanların bir qismi məktəbli olduğu üçün bizim gözlənti və

hipotezimizə görə orta təhsil məktəbləri digər qurum/mühitlərə görə daha yüksək qiymət almalıydı. Lakin bu

yaş qrupunda olanlar orta təhsil məktəblərinə ümumi göstəricidən 8.11% aşağı qiymət verərək orta hesabla

2.571 bal vermişdir. Bu yaş qrupunda maraqlı nəticələrdən biri isə budur ki, 21 yaşdan sonra gənclərin

qurumlara olan etimadı getdikcə azalır. Yalnız dost şəbəkələrində isə azalma nisbəti aşağı səviyyədədir.

Maraqlı nəticələrdən biri isə budur ki, iş yerləri mühitlərinə 26-29 yaş qrupu ən aşağı etimad göstərir.

Əslində bu yaş qrupunda olan şəxslər daha çox işləyən şəxslərdir və hipotezimizin gözləntilərinə uyğun

olaraq onlar daha çox etimad göstərməliydilər. Bununla yanaşı 14-17 yaş və 18-21 yaş qrupunda olan

şəxslərin ali və orta ixtisas məktəblərinə olan etimadını müqayisə etsək görərik ki, ali və orta ixtisas

məktəbləri ən yüksək nəticəni məhz 18-21 yaş qrupunda əldə edə bilmişdir. Əslində bunu Gənclər və İdman

Nazirliyi və gənclər təşkilatları üçün də aid etmək mümkündür. Ümumi mülahizələrə əsasən demək

mümkündür ki, 18-21 yaş qrupunda olan şəxslər gənclər təşkilatları, ali məktəblər və Gənclər və İdman

Nazirliyi kimi mühitlərlə daha sıx təmasda olurlar. Bu isə öz nəticəsini sorğuda göstərmişdir. Gənclərin

ictimai həyatını digər mühitlərə nisbətən daha çox tənzimləyən Gənclər Təşkilatları və Gənclər və İdman

Nazirliyində 22 yaşdan sonra kəskin azalmaların baş verməsi bununla əlaqədərdir ki, gənclər 22 yaşdan

etibarən daha çox karyeraları haqqında daha çox düşünməyə başlayırlar ki, bu da öz növbəsində onların

ictimai fəaliyyəti tənzimləyən mühitlərlə əlaqəsini zəiflədir. Ailə və dost mühitləri ilə təmas bütün yaş

qruplarında davamlı olduğu üçün bu mühitlərdə azalma tempi nisbətən daha aşağıdır. Yəni hipotezimizi bu

məsələlərdə özünü doğruldur. Gənclərin qurumlara olan etimadı onlarla təmasın hansı səviyyədə və nə

dərəcədə davamlı, uzun müddətli olması ilə düz mütənasibdir. Ümumilikdə götürsək bütün mühitlər üzrə ən

yüksək göstərici 18-21 yaş qrupundadır. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, 18-21 yaş

qrupunda olan şəxslər gənclərin inkişafına təsir göstərən qurumları daha təsirli hesab edir. Əslinə bu eyni

zamanda o mənaya da gəlir ki, 18-21 yaş qrupu digər yaş qrupları ilə müqayisədə qurumlardan gözləntiləri

daha yüksəkdir.

Yuxarıda qeyd edildiyi kimi qurumlar arasında gənclərin ictimai fəaliyyətini tənzimləyən qurumlar

da vardır. Ümumiyyətlə biz ana hipotezdən yola çıxaraq bu hipotezi irəli sürürük ki, ictimai fəal olan gənclə

ictimai fəallığı olmayan gəncin ictimai fəaliyyəti tənzimləyən qurumlara münasibəti fərqli olmalıdır və bu

eyni zaman digər mühitlərə olan münasibətdə də dəyişiklər yaradacaq. Yəni qurumlara münasibətdə hər iki

qrupun müqayisəli təhlilini aparmaq üçün araşdırmamızda respondentləri iki qrupa ayırmalıyıq. Bu

müstəvidə qrupu ayırmaq üçün respondentləri gənclər təşkilatlarına üzv olub olmadığına görə bölmək

lazımdır. İkinci bir kriterya isə gənclər təşkilatları tərəfindən təşkil olunan tədbirlərdə iştirak səviyyəsinə

görə qrupları bölmək mümkündür. Hərçənd gənclər təşkilatlarına üzv olanlar digər kategoriyada olan

şəxslərə nisbətən gənclər təşkilatları tərəfindən təşkil olunan tədbirlədə daha çox iştirak edirlər. Amma

bununla bərabər bu kriterya ilə də müqayisəli təhlil aparmaqda fayda vardır.

Əvvəlki bölmələrdə müəyyən edilmişdir ki, respondentlərdən 342 nəfər gənclər təşkilatlarına üzv

olduqlarını, digər 177 nəfər isə üzv olmadıqlarını bildirmişdilər. Gənclər təşkilatlarına üzv olan 342 nəfərin

müvafiq sualla bağlı qiymətləndirməsi aşağıdakı şəkildə olmuşdur:

1. Orta təhsil məktəbləri: Orta qiymət 2.87 bal. Ümumi göstəricidən fərqi +0.07 baldır (2.5%).

2. Ali və orta ixtisas məktəbləri: Orta qiymət 3.65 bal. Ümumi göstəricidən fərqi +0.21 baldır

(+6.11%).

3. Ailə: Orta qiymət 3.5 bal. Ümumi göstəricidən fərqi -0.026 baldır (-0.73%) .

4. Gənclər və İdman Nazirliyi (yerli strukturlar daxil olmaqla): Orta qiymət 3.46 bal. Ümumi

göstəricidən fərqi +0.367 baldır (+10.60%)

5. Gənclər təşkilatları: Orta qiymət 4.34 bal. Ümumi göstəricidən fərqi +0.499 baldır (+12.98%)

6. Dost şəbəkələri: Orta qiymət 4.00 bal. Ümumi göstəricidən fərqi +0.076 baldır (+1.94%)

7. İş yerləri: Orta qiymət 3.22 bal. Ümumi göstəricidən fərqi +0.124 baldır (+3.99%)

Göründüyü kimi, gənclər təşkilatlarına üzv olan respondentlərin cavabları Gənclər və İdman Nazirliyi

və gənclər təşkilatlarına verilən qiymətdə kifayət qədər fərqlənir. Hipotezimizdə qeyd edildiyi kimi gənclər

təşkilatlarına üzv olan gənclər ictimai baxımdan fəal olduğu üçün onların ictimai fəaliyyəti tənzimləyən

mühitləri ümumi orta göstəricidən daha yüksək qiymətləndirmiş, gənclər təşkilatlarını 12,98%, Gənclər və

İdman Nazirliyini isə 10.6% ümumi respondentlərə nisbətən daha yüksək qiymətləndirmişdir. Bu qrupdan

olan gənclər ali və orta ixtisas məktəblərini isə ümumi respondenlərə nisbətən 6.11% daha yüksək

qiymətləndirmiş, digər mühitlərə münasibət isə ümumi göstəricidən ciddi şəkildə fərqlənmir. İndi isə gənclər

təşkilatlarına üzv olmayan 177 respondentin bu suala cavablarını təhlil edək:

1. Orta təhsil məktəbləri: Orta qiymət 2.66 bal. Ümumi göstəricidən fərqi -0.14 baldır (-4.89%).

2. Ali və orta ixtisas məktəbləri: Orta qiymət 3.03 bal. Ümumi göstəricidən fərqi -0.40 baldır (-

11.78%).

3. Ailə: Orta qiymət 3.58 bal. Ümumi göstəricidən fərqi +0.014 baldır (+0.40%) .

4. Gənclər və İdman Nazirliyi (yerli strukturlar daxil olmaqla): Orta qiymət 2.39 bal. Ümumi

göstəricidən fərqi -0.708 baldır (-22.86%)

5. Gənclər təşkilatları: Orta qiymət 2.88 bal. Ümumi göstəricidən fərqi -0.962 baldır (-25.02%)

6. Dost şəbəkələri: Orta qiymət 3.78 bal. Ümumi göstəricidən fərqi -0.144 baldır (-3.68%)

7. İş yerləri: Orta qiymət 2.86 bal. Ümumi göstəricidən fərqi -0.239 baldır (-7.72%)

Ümumilikdə gənclər təşkilatlarına üzv olmayan respondentlərin qurumlara verdikləri qiymət ümumi

göstəricidən aşağıdır. Demək olar ki, bütün mühitləri aşağı qiymətləndiriblər. Ümumi göstəricidən isə ən

çox -25.02% fərqlə gənclər təşkilatları, -22,68% fərqlə Gənclər və İdman Nazirliyi, -11.78% fərqlə ali və

orta ixtisas məktəbləri qiymətləndirilib.Bununla bərabər çox cüzi fərqlə ailə mühitini ümumi göstəricidən

yüksək qiymətləndiriblər. Müqayisəli təhlil onu göstərir ki, gənclər təşkilatlarına üzv olanlar mühitlərin

rolunu üzv olmayanlara nisbətən daha yüksək qiymətləndirirlər. gənclər təşkilatlarına üzv olub olmaması

baxımdan aparılan müqayisəli təhlildə mühitlərə verilən qiymətlərdəki dəyişiklik paralel şəkildə olduğu

üçün belə bir nəticəyə gəlmək mümkündür ki, sadalanan mühitlər bir birinə alternativ deyil bir birini

tamamlayıcı mühitlərdir. Lakin bunun tam təsdiq edilməsi üçün gənclər təşkilatlarının fəaliyyətlərində

iştirak səviyyəsinə görə müqayisəli təhlil aparıb bir birinə alternativ və bir birini tamamlayıcı mühitləri tam

dəqiqləşdirmək mümkün olacaq.

Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, qurumlara/mühitlərə etimadın artırılmasında

gənclər təşkilatlarının təsiri mövcuddur. Yəni bu araşdırma ilə məlum oldu ki, gənclər təşkilatları

qurumların etimadının artırılması kimi bir funksiyası mövcuddur və o digər mühitlərlə münasibətdə

tamamlayıcı funksiyaya malikdir. Gənclər təşkilatların qurumların etimadını və gözləntilərini artıracaq

səbəblər arasında ən əsası budur ki, gənclər təşkilatları dinamik və kommunikativ bir mühitdir. Onlar

fəaliyyətlərində bir çox qurumlarla əməkdaşlıq edirlər. Məhz bu fəaliyyət nəticəsində gənclər təşkilatlarına

üzv olan gənclər digər qurumların fəaliyyəti ilə daha yaxından tanış olurlar və onların təsirini digər

gənclərdən fərqli olaraq daha çox hiss edirlər. Bu isə sorğudakı cavaba təsir etmişdir. Bunun digər

qurumlara/mühitlərə təsir dərəcəsi isə əməkdaşlığın miqyasından və sıxlığından asılıdır. Yəni gənclər

təşkilatları hansı qurumlarla daha sıx əməkdaşlıq edirsə o qurumlar/mühitlərin təsirini müvafiq

respondentlər daha yüksək qiymətləndirəcək. Hesab edirik ki, əgər hər hansı bir şəxs hər hansı bir mühitlə

təması olmursa onun əhəmiyyətini və təsirini daha aşağı qiymətləndirəcək. Bizim araşdırmamızda gənclər

təşkilatlarına üzv olanlarla üzv olmayanlar arasında əhəmiyyətli fərqlər məhz yuxarıdakı yanaşmamızı

təsdiq edir. Araşdırmamızda gənclər təşkilatlarına üzv olanlar gənclər təşkilatlarından sonra Gənclər və

İdman Nazirliyini və ali orta ixtisas məktəblərini ümumi göstəricidən çox yüksək qiymətləndirməsi bunu

göstərir ki, gənclər təşkilatları məhz bu iki qurumdan daha çox bəhrələnir. Bu düşüncəmizi təsdiqləmək

üçün mühitlərin qiymətləndirməsini respondentlərin gənclər təşkilatlarının tədbirlərində iştirak səviyyəsinə

görə müqayisəli şəkildə təhlil edəcəyik. Aşağıdakı cədvəl bizə müqayisəli təhlil aparmağa imkan yaradır:

Mühitlər/gənclər

təşkilatlarının

tədbirlərində iştirak

növü

Mütəmadi

(219 nəfər)

Bəzən

(219 nəfər)

Heç birində

(81 nəfər)

Işti

rak

səv

iyy

əsi

üzr

ə g

öst

əric

i

Üm

um

i

stər

ici

Fər

q

Işti

rak

səv

iyy

əsi

üzr

ə g

öst

əric

i

Üm

um

i

stər

ici

Fər

q

Işti

rak

səv

iyy

əsi

üzr

ə g

öst

əric

i

Üm

um

i

stər

ici

Fər

q

Orta təhsil

məktəbləri

2.945 2.798 +0.147

(+5.25%)

2.5 2.798 -0.298

(-10.65%)

3.111 2.798 +0.313

(+11.19%)

Ali və orta ixtisas

məktəbləri

3.684 3.439 +0.245

(+7.12%)

3.301 3.439 -0.138

(-4.01%)

3.148 3.439 -0.291

(-8.46%)

Ailə 3.548 3.526 +0.022

(+0.62%)

3.534 3.526 +0.008

(+0.23%)

3.444 3.526 -0.082

(-2.32%)

Gənclər və İdman

Nazirliyi (yerli

idarələr daxil

olmaqla)

3.575 3.098 +0.477

(+15.40%)

2.973 3.098 -0.125

(-4.03%)

2.148 3.098 -0.950

(-30.66%)

Gənclər Təşkilatları 4.356 3.843 +0.513

(+13.35%)

3.781 3.843 -0.062

(-1.61%)

2.630 3.843 -1.213

(-31.56%)

Dost şəbəkələri 3.890 3.924 -0.034

(-0.87%)

3.931 3.924 +0.007

(+0.17%)

4 3.924 +0.076

(+1.94%)

İş yerləri 3.040 3.104 -0.064

(-2.06%)

3.192 3.104 +0.088

(+2.83%)

2.926 3.104 -0.178

(-5.73%)

Gənclər təşkilatlarının fəaliyyətlərində iştirak səviyyəsinə görə 3 kategoriya üzrə bölünən

respondentlərlə aparılan müqayisəli təhlildə 5 qurum/mühit arasında müəyyən qanunauyğunluq mövcuddur.

Belə ki, respondentlərin gənclər təşkilatlarının fəaliyyətlərində iştirak səviyyəsi azaldıqca Gənclər

təşkilatlarına, Gənclər və İdman Nazirliyinə (yerli idarələr daxil olmaqla) və ali-orta ixtsas məktəblərinə

verilən qiymətlər də getdikcə azalır. Ailə mühitinə verilən qiymətlərdəki dəyişiklik ümumi göstəricidən çox

cüzi (0.5-2.5%) şəkildə azalsa da bu meyllilik mövcuddur. Dost mühitində isə iştirak səviyyəsi azaldıqca

ona etimad nisbətən artır. Lakin dost mühitindəki dəyişikliklər ümumi göstəricidən (0.5-2%) fərqlənir. Bu

baxımdan hesab etmək mümkündür ki, ailə və dost qurumların (mühitlərin) digər qurumlarla münasibəti nə

tamamlayıcı nə də alternativ xarakter daşıyır. Müqayisə edilməmişdən qabaq belə bir ehtimal var idi ki,

gənclər təşkilatlarını ümumi göstəricidən aşağı göstərən respondent qrupu buna alternativ olaraq dost

şəbəkələrini ümumi göstəricidən daha yüksək qiymətləndirəcək. Əgər bu baş versəydi gənclər təşkilatları ilə

dost şəbəkələri mühitləri bir birinə alternativ mühit olacaqdı. Amma gənclər təşkilatlarına üzv olub

olmamağa görə müqayisəli təhlillə gənclər təşkilatlarının fəaliyyətlərində iştirak səviyyəsinə görə mühitlərin

qiymətləndirilməsində dost mühitinə verilən qiymətləndirmədə ziddiyyət mövcuddur. Lakin dost mühitinə

hər iki müqayisəli təhlildə verilən qiymətlər ümumi göstəricidən 0.5-2% fərqləndiyi üçün digər mühitlərlə

tamamlayıcı və ya onlara alternativ olduğunu demək çox çətindir. Bu nəticələrə əsasən demək mümkündür

ki, dost mühiti digər mühitlərdən asılı deyil. Eyni məsələni orta təhsil məktəblərinə də şamil etmək

mümkündür. Gənclər təşkilatlarının fəaliyyətlərindəki iştirak səviyyəsi azaldıqca qiymətləndirmədə gah

artım gah da azalma oldu. Bu baxımdan digər mühitlərdəki dəyişiklik ilə hər hansı bir əlaqə tapmaq

mümkün olmadı. Lakin dost mühitindən fərqli olaraq orta təhsil məktəblərindəki qiymətləndirmələr ümumi

göstəricidən 5-10 % arası fərqlənirdi. Lakin hər iki təhlildən bunu müəyyən etmək mümkün oldu ki, gənclər

təşkilatlarının fəaliyyəti Gənclər və İdman Nazirliyi və ali-orta ixtisas məktəblərinin qiymətləndirməsində

multiplikasiya effekti yaradır. Şəxslər gənclər təşkilatlarının tədbirlərində daha çox iştirak etdikcə bu

qurumlara etimad da artmaqdadır. Burada istisna olunacaq mühit ailə mühitidir ki, bu mühitə münasibətdə

ciddi bir fərqlər mövcud deyil. Ailə mühiti də dost mühiti kimi digər mühitlərlə nə alternativ nə də

tamamlayıcı münasibəti mövcuddur.

Bu sualın cavablarının gender aspektindən müqayisəli təhlili mühitlərin qiymətləndirilməsində

gender faktorunun rolunu müəyyən etməyə kömək edər. Əvvəlki bölmələrdə müəyyən etmişdik ki, sorğuda

333 kişi və 186 qadın respondent iştirak etmişdir. Beləliklə sorğuda iştirak edən 333 kişi mühitləri aşağıdakı

şəkildə qiymətləndirmişdir:

1. Orta təhsil məktəbləri: Orta qiymət 2.694 bal. Ümumi göstəricidən fərqi -0.104 baldır (-3.73%).

2. Ali və orta ixtisas məktəbləri: Orta qiymət 3.423 bal. Ümumi göstəricidən fərqi -0.016 baldır (-

0.46%).

3. Ailə: Orta qiymət 3.594 bal. Ümumi göstəricidən fərqi +0.068 baldır (+1.94%) .

4. Gənclər və İdman Nazirliyi (yerli strukturlar daxil olmaqla): Orta qiymət 3.054 bal. Ümumi

göstəricidən fərqi -0.044 baldır (-1.42%)

5. Gənclər təşkilatları: Orta qiymət 3.765 bal. Ümumi göstəricidən fərqi -0.077 baldır (-2.01%)

6. Dost şəbəkələri: Orta qiymət 3.882 bal. Ümumi göstəricidən fərqi -0.041 baldır (-1.04%)

7. İş yerləri: Orta qiymət 3.018 bal. Ümumi göstəricidən fərqi -0.085 baldır (-2.77%)

Eyni zamanda 186 qadın respondentin mühitləri qiymətləndirməsi isə aşağıdakı şəkildə olmuşdur:

1. Orta təhsil məktəbləri: Orta qiymət 2.983 bal. Ümumi göstəricidən fərqi +0.186 baldır (+6.64%).

2. Ali və orta ixtisas məktəbləri: Orta qiymət 3.467 bal. Ümumi göstəricidən fərqi +0.028 baldır

(+0.83%).

3. Ailə: Orta qiymət 3.403 bal. Ümumi göstəricidən fərqi -0.123 baldır (-3.48%) .

4. Gənclər və İdman Nazirliyi (yerli strukturlar daxil olmaqla): Orta qiymət 3.177 bal. Ümumi

göstəricidən fərqi +0.079 baldır (+2.56%)

5. Gənclər təşkilatları: Orta qiymət 3.984 bal. Ümumi göstəricidən fərqi +0.141 baldır (+3.67%)

6. Dost şəbəkələri: Orta qiymət 4.00 bal. Ümumi göstəricidən fərqi 0.076 baldır (+1.94%)

7. İş yerləri: Orta qiymət 3.258 bal. Ümumi göstəricidən fərqi +0.154 baldır (+4.97%)

Müqayisəli təhlil apardıqda müşahidə etmək mümkündür ki, kişilər və qadınların ayrı ayrılıqda

mühitlərə verdiyi qiymətlər ümumi göstəricidən çox ciddi fərqlənmir. Bu fərqlə orta hesabla 2-4% arası

dəyişir. Kişi respondentlər öz inkişaflarında ailə mühiti xaric digər mühitlərin rolunu nisbətən az hesab

edirlər. Qadınlar isə digər mühitlərin rolunu kişilərə nisbətən daha yüksək hesab edirlər. Qadınlar isə

gənclərin inkişafında ailə mühitinin rolunu nisbətən zəif hesab edirlər. Onlar ailə mühitini 3.403 balla

qiymətləndirmişdir ki, bu ümumi göstəricidən 3.48% aşağıdır. Müqayisəli təhlildən belə nəticəyə gəlmək

mümkündür ki, fərqlər çox kiçik faizlə (1 rəqəmli) ifadə edildiyi üçün mühitlərin qiymətləndirilməsində

gender faktoru ciddi rol oynamır. Amma bununla bərabər bu fərqləri bir meylilik kimi qəbul etmək olar.

Araşdırmamızın əsas hipotezlərindən biri isə bu idi ki, şəxslərin mühitlərlə təmas nöqtələri nə qədər

uzun müddətli, davamlı olsa öz inkişaflarında həmin mühitlərin rolunu daha yüksək qiymətləndirəcək.

Gənclərin təmas nöqtələrindən biri isə onların iş yerləridir. Bu baxımdan növbəti müqayisəli təhlil isə

gəncləri məşğuliyyətə münasibətinə görə mühitlərə münasibəti müqayisəli şəkildə təhlil etmək lazımdır.

Aşağıdakı cədvəl məşğuliyyətə görə mühitlərin qiymətləndirməsinin tam mənzərəsini göstərməkdədir:

Mühitlər/Məşğuliyy

ət qrupu

İşsizlər/tələbələr

(228 nəfər)

Dövlət sektorunda

işləyənlər

(69 nəfər)

Özəl sektorda işləyənlər

(111 nəfər)

İctimai sektorda

işləyənlər

(111 nəfər)

Məş

ğu

liy

yət

qru

pu ü

zrə

stər

ici

Üm

um

i g

öst

əric

i

Fər

q

Məş

ğu

liy

yət

qru

pu ü

zrə

stər

ici

Üm

um

i g

öst

əric

i

Fər

q

Məş

ğu

liy

yət

qru

pu ü

zrə

stər

ici

Üm

um

i g

öst

əric

i

Fər

q

Məş

ğu

liy

yət

qru

pu ü

zrə

stər

ici

Üm

um

i g

öst

əric

i

Fər

q

Orta təhsil

məktəbləri

2.987 2.798 +0.189

(+6.75%)

2.913 2.798 +0.115

(+4.11%)

2.432 2.798 -0.366

(-13.08%)

2.703 2.798 -0.095

(-3.39%)

Ali və orta ixtisas

məktəbləri

3.671 3.439 +0.232

(+6.74%)

3.217 3.439 -0.222

(-6.45%)

3.135 3.439 -0.304

(-8.84%)

3.405 3.439 -0.034

(-0.99%)

Ailə 3.618 3.526 +0.092

(+2.61%)

3.521 3.526 -0.005

(-0.14%)

3.459 3.526 -0.067

(-1.9%)

3.405 3.526 -0.121

(-3.43%)

Gənclər və İdman

Nazirliyi (yerli

idarələr daxil

olmaqla)

3.184 3.098 +0.086

(+2.77%)

3.304 3.098 +0.206

(+6.65%)

2.621 3.098 -0.477

(-15.4%)

3.270 3.098 +0.172

(+5.55%)

Gənclər Təşkilatları 3.868 3.843 +0.025

(+0.65%)

3.913 3.843 +0.070

(+1.82%)

3.324 3.843 -0.519

(-13.5%)

4.270 3.843 +0.427

(+11.11%)

Dost şəbəkələri 4.039 3.924 +0.115

(+2.93%)

3.739 3.924 -0.185

(-4.71%)

3.973 3.924 +0.049

(+1.25%)

3.757 3.924 -0.67

(-4.25%)

İş yerləri 3.052 3.104 -0.052

(-1.67%)

3.521 3.104 +0.417

(+13.43%)

3.108 3.104 +0.004

(+0.13%)

2.946 3.104 -0.158

(-5.09%)

Cədvəldəki mənzərəyə nəzər yetirsək müşahidə edərik ki, işsizlər və tələbələr iş yerləri mühitlərindən

başqa digər bütün mühitləri nisbətən daha yüksək qiymətləndirmişdir. Bununla bərabər fərqlər çox cüzidir.

Nəzərə alsaq ki, işsiz gənclərin böyük əksəriyyəti tələbələrdir onların orta, ali və orta ixtisas məktəblərini

umumi göstəricidən 6-7% çox qiymətləndirməsi normal qarşılanmalıdır. Bu qrup çox kiçik fərqlə iş yerlərini

gənclərin inkişafında rolunu nisbətən az qiymətləndiriblər ki, bu da təbiidir. Çünki onlar hələ də iş yerləri

mühitlərini tanımırlar. Bununla bərabər onlar dost şəbəkələrini digər respondent qruplarına nisbətən ən

yüksək dəyəri veriblər. Burada bir şeyi də müşahidə etmək mümkündür ki, orta, ali və orta ixtisas

məktəbləri, dost mühitləri və nisbətən Gənclər və İdman Nazirliyi, iş yerləri mühitinə alternativ mühitlər

kimi görünməkdədir. Burada orta, ali-orta ixtisas, Gənclər və İdman Nazirliyi və dost mühitləri bir birini

tamamlayan mühitlər kimi görünməkdədir.

Dövlət sektorunda işləyənlər isə digər iş yerləri mühitlərinə daha yüksək qiymət veriblər. Belə ki, iş

yerlə mühitləri ən yüksək qiyməti məhz bu kategoriyadan olan respondentlərdən əldə etmişdir. Dövlət

sektorunda işləyənlər iş yerləri mühitinə ümumi göstəricidən 13.43% daha yüksək qiymət vermişdir.

Gənclər və İdman Nazirliyi (yerli idarələr də daxil olmaqla) də ən yüksək qiyməti məhz dövlət sektorunda

işləyən respondentlərdən almışdır. Belə ki bu qrup Gənclər və İdman Nazirliyinə ümumi orta göstəricidən

6.65% daha çox qiymətləndirmişdir. Hesab edirik ki, bu nəticə onunla bağlıdır ki, dövlət sektorunda

işləyənlər dövlətin inkişaf proqramlarındakı resurs paylayıcı üstünlüyünü əsas götürərək onlara daha yüksək

qiymət veriblər. Lakin orta təhsil məktəblərinə nisbətən yüksək, amma ali və orta ixtisas məktəblərində isə

ümumi göstəricidən aşağı qiymət verilməsi ilə bağlı izahat tapmaq çox çətindir. Halbuki hər iki qurum da

dövlət sektoruna aid qurumlardır. Dost mühiti isə ən aşağı qiyməti məhz dövlət sektorunda işləyənlərdən

almışdır. Bu mühitə ümumi göstəricidən 4,71% aşağı qiymət verilmişdir.

Özəl sektorda işləyən respondentlərin bu məsələdə mövqeyi tamam fərqlidir. Demək olar ki, bütün

qurumlara (mühitlərə) ümumi göstəricidən aşağı qiymət veriblər. Özəl sektor gənclərin inkişafında ən az

rolu ən aşağıdakı başlayaraq Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları, orta təhsil məktəbləri və ali-

orta ixtisas məktəblərini görürlər. Belə ki, digər respondent qrupu ilə müqayisədə bu respondentlər Gənclər

və İdman Nazirliyi ümumi göstəricidən 15.4% aşağı, sonra isə gənclər təşkilatı ümumi göstəricidən 13.5%

aşağı, orta təhsil məktəbləri ümumi göstəricidən 13.08% aşağı, ali və orta ixtisas məktəbləri isə ümumi

göstəricidən 8.84% aşağı göstərmişdir. Nəticələrin bu cür alınmasının əsas səbəblərindən biri budur ki,

əvvəlki bölmələrdə qeyd etdiyimiz kimi, özəl sektorda işləyən respondentlər ictimai fəaliyyətə marağı digər

respondentlərə nisbətən həddindən artıq az olduğu üçün ictimai fəaliyyəti tənzimləyən Gənclər və İdman

Nazirliyi, gənclər təşkilatları və qismən ali-orta ixtisas məktəblərinin rolunu kiçik görürlər. Bu baxımdan

özəl sektorda işləyənlərin nəzərində də Gənclər və İdman Nazirliyi, gənclər təşkilatları və ali-orta ixtisas

məktəbləri bir birini tamamlayan mühitlərdir.

İctimai sektorda işləyənlər isə digər respondent qrupundan tamam fərqlənir. Onlar gənclər təşkilatları,

Gənclər və İdman Nazirliyinə ümumi göstəricidən daha yüksək qiymət veriblər. Gənclər təşkilatlarına ən

yüksək qiyməti məhz bu respondent qrupu ümumi orta göstəricidən 11.11% daha yüksək qiymət verərək

qiymətləndirmişdir. Gənclər və İdman Nazirliyinə isə ümumi orta göstəricidən 5.55% daha yüksək qiymət

vermişdir. Şübhəsiz ki, ictimai sektorda işləyənlərin ictimai fəaliyyəti tənzimləyən qurumlara/mühitlərə olan

münasibəti və qiyməti digər respondentlərə daha yüksək olmalıdır və bu gözlənilən nəticə idi. Dost mühiti

isə bu qrupdan ümumi orta göstəricidən 4.25% daha aşağı qiymət almışdır. Belə qənaətə gəlmək

mümkündür ki, ictimai sektorda olanlar üçün gənclər təşkilatları, Gənclər və İdman Nazirliyi bir biri ilə

tamamlayıcı mühit dost mühiti isə bu iki mühitə alternativ bir mühitdir. İş yerləri də ən aşağı qiyməti məhz

bu qrupdan almışdır. Onlar iş yerlərini ümumi orta göstəricidən 5.09% aşağı qiymətləndirmişdir. Ailə mühiti

də ümumi orta göstəricidən 3.43% aşağı qiymətləndirilmişdir. Bu mənada ictimai sektor ailə və dost

mühitinə alternativ bir mühit kimi qarşımıza çıxır.

Maraqlı məqam bundan ibarətdir ki, nisbətən az fərqlənən məsələ ailə mühitinin qiymətləndirməsi ilə

bağlı idi. Ailə mühitinə münasibətdə fərqlər -2-+3% arasında dəyişir. Bu ailə mühitinin hər gəncin həyatında

oynadığı xüsusi rolla bağlıdır. Digər mühitlərdən fərqli olaraq ailə mühiti statik bir mühit olsa da ailə daxili

münasibətlər davamlı və uzun müddətli olduğu üçün ailə mühitinə fərqli qrupların yanaşmasında fərqlər az

olur.

Ümumilikdə belə bir nəticəyə gəlmək mümkündür ki, məşğuliyyətə münasibətə görə bölünən

respondentlərin mühitlərə münasibəti bir birindən çox fərqlənir. Müəyyən etdik ki, özəl-dövlət və ictimai

sektorda işləyən gənclərin yanaşmalarında fərqlər çoxdur. Bunun əsas səbəblərindən biri budur ki, hər

sektorun şəraiti, oradakı münasibətlər və respondentlərə təsiri fərqlidir. Fərqli təsir respondentlərdə fərqli

dəyərlər yaradır ki, bu da bizim sorğumuza öz təsirini göstərir. Mühitlərin bir birinə alternativ və ya

tamamlayıcı olması da fərqli qruplara görə dəyişirdi. Bununla bərabər hesab edirik ki, ictimai sektoru təmsil

edən gənclər təşkilatları, Gənclər və İdman Nazirliyi, ali-orta ixtisas məktəbləri hər üçündə bir birini

tamamlayan mühit idi. Dost və ailə mühitinin bunlara alternativ mühit olmasını isə hər respondent qrupu

üçün aid etmək mümkün deyil. Araşdırmamızda müəyyən etmişdik ki, gənclər təşkilatlarına üzv olanlar

ictimai sektoru tənzimləyən qurumların etimadını yüksəldir və bu mənada gənclər təşkilatlarının

multiplikasiya effektinə malik olduğunu iddia edə bilərik. Bu baxımdan gənclər təşkilatlarının fəaliyyətləri

və gözləntiləri haqqında respondentlərin yanaşmalarını öyrənmək maraqlı olardır. Növbəti suallar məhz

gənclər təşkilatlarının fəaliyyətləri haqqındadır.

4. GƏNCLƏR TƏŞKİLATLARINA MÜNASİBƏT:

4.1.FƏALİYYƏT İSTİQAMƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ GÖZLƏNTİLƏR

Bu başlıq altında ilk sual gənclər təşkilatlarının fəaliyyət istiqamətləri ilə bağlıdır. Sualın tərtibatında

gənclər siyasəti ilə bağlı bu zamana qədər görülən işlər və aparılan fəaliyyətlər əsasında istiqamətlər üzrə

qəbul edilmiş təsnifatlaşdırıma aparılmışdır. Bu təsnifatlaşdırmaya əsasən Azərbaycan kontekstində gənclər

siyasəti üzrə keçirilən tədbirlər aşağıdakı istiqamətlər üzrə təsnifatlaşdırılmışdır.

- Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi

- Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması

- Gənclərin asudə vaxtının səmərəli təşkili (kino, teatr, gəzinti, əyləncə və bənzəri)

- Gənclərin ictimai-siyasi fəallığının artırılması və fəal vətəndaşlıq

- Gənclərin beynəlxalq təcrübə mübadiləsinin təşkili

- Gənclərin karyera və iş imkanlarının artırılması

Sorğuda növbəti sual yuxarıda qeyd olunan istiqamətlər üzrə gənclər təşkilatlarının fəaliyyətinə qiymət

verilməsi ilə bağlıdır. Respondentlər bu istiqamətlər üzrə görülən işlərin effektivliyinə 5 bal üzərindən

qiymət verilməsi tələb olunurdu. Ən az effektivlik 1 bal ən maksimum effektivlik isə 5 bal üzərindən

qiymətləndirilməli idi. Respondentlər bu sual çərçivəsində maksimum 2 cavabı 5 bal üzərindən

qiymətləndirə bilərdi. Beləliklə bu sualın ümumi nəticəsi aşağıdakı kimi olmuşdur:

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi- 2.682 bal, Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması-

3.220 bal, Gənclər asudə vaxtının səmərəli təşkili (kino, teatr, gəzinti, əyləncə və bənzəri)-3.381 bal,

Gənclərin ictimai-siyasi fəallığının artırılması və fəal vətəndaşlıq-3.485 bal, Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili-2.994 bal, Gənclərin karyera və iş imkanlarının artırılması-2.919 bal. Bu nəticələrə

əsasən deyə bilərik ki, respondentlər gənclər təşkilatlarının fəaliyyətində gənclərin ictimai-siyasi fəallığının

artırılması istiqamətindəki fəaliyyətlərini daha effektiv hesab edirlər. Lakin gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi istiqamətindəki fəaliyyətlərini ən effektsiz hesab edirlər. Hipotezlərimizdən biri budur ki,

respondentlərin fəaliyyət istiqamətlərinin qiymətləndirilməsinə təsir edən amillər onların hansı

tədbirlərdə iştirakından, həmin istiqamətdə keçirilən tədbirlərin çoxluğundan, mətbuatda

oxuduqlarından və həmin tədbirlərin nəticələrini necə görməsindən daha çox asılıdır. Şübhəsiz ki bu

amillərdən hansının daha təsirli olması və nə qədər rol oynamısını mövcud sorğu ilə öyrənmək mümkün

deyil. Bununla bərabər ayrı ayrı respondent qruplarının cavablarının müqayisəli təhlili bu sualın

cavablandırılmasındakı trendləri və qanunauyğunluqları müəyyən etməyə töhfə verəcək.

Bu sualın cavabında regional mənsubiyyətə görə təsnifatlaşdırılmış ayrı ayrı respondent qruplarının

cavablarının müqayisəli təhlili müəyyən qədər gənclər təşkilatlarının regionlardakı fəaliyyətlərini müqayisə

etmək imkanı yarada bilər.Aşağıdakı cədvəl məhz bu müqayəsli təhlil haqqında ümumi mənzərə yaradır. Fəaliyyət

istiqamətləri/regionlar

Paytaxt (213 respondent) Gəncə, Sumqayıt və Mingəçevir

(216 respondent)

Digər rayonlar (90 respondent)

Regional

göstərici

Ümumi

göstərici

Fərq Regional

göstərici

Ümumi

göstərici

Fərq Region

al

göstəri

ci

Ümumi

göstərici

Fərq

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.437 2.682 -0.245 (-

9.13%)

2.680 2.682 -0.002 (-

0.07%)

3.267 2.682 +0.585

(21.81%)

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

2.958 3.220 -0.262 (-

8.14%)

3.278 3.220 0.058

(1.80%)

3.7 3.220 +0.480

(14.91%)

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.225 3.381 -0.156 (-

4.61%)

3.347 3.381 -0.034 (-

1.0%)

3.833 3.381 +0.452

(13.37%)

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.352 3.485 -0.133

(-3.82%)

3.444 3.485 -0.041

(-1.18%)

3.9 3.485 0.415

(11.91%)

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

2.887 2.994 -0.107 (-

3.57%)

2.986 2.994 -0.008 (-

0.26%)

3.267 2.994 0.273

(8.36%)

təşkili

Gənclərin karyera və iş

imkanlarının artırılması

2.746 2.919 -0.173

(-5.92%)

2.819 2.919 -0.100

(-3.42%)

3.567 2.919 0.648

(22.19%)

Bu cədvəldən belə görünür ki, gənclər təşkilatlarının bütün istiqamətlər üzrə fəaliyyətlərini ən aşağı şəkildə

qiymətləndirən paytaxt sakinləridir. Demək olar ki, bütün istiqamətlər üzrə onlar gənclər təşkilatlarının

fəaliyyətlərini ümumi göstəricidən 4-9% aşağı qiymətləndiriblər. Gəncə, Sumqayıt və Mingəçevir

respondentlərində isə qiymətləndirmə ümumi orta göstəricidən çox cüzi fəqlənir. Bu qiymətləndirmə -1.5-

+1.5% arasında dəyişməkdədir. Lakin digər regionlardan olan respondentlər isə gənclər təşkilatlarının

fəaliyyətlərinin qiymətləndirməsində paytaxt və respublika tabeçiliyində olan şəhərlərin respondentləri ilə

müqayisədə çox yüksək qiymətlər vermişdir. Belə ki, regiondan olan gənclərin qiymətləndirilmələri analoji

ümumi orta qiymətlərdən ən azı +8.36, ən çoxu isə +22.19 % fərqlənir. Şübhəsiz fərqlərin miqyası bu

məsələdə paytaxt və region gəncləri arasında yanaşmanın fərqli olduğunu göstərir. Əslində bizim ilkin

hipotezimiz bundan ibarət idi ki, paytaxt və respublika tabeçiliyində olan şəhərlərdə gənclər təşkilatlarının

sayı və fəaliyyəti çox olduğuna görə burada yaşayan respondentlər gənclər təşkilatlarının fəaliyyətlərini daha

yüksək qiymətləndirəcəkdi. Regionlarda isə gənclər təşkilatlarının sayı və fəaliyyəti az olduğuna görə onlar

fəaliyyətləri daha aşağı qiymətləndirəcəkdi. Lakin tam əksinə oldu. Regionda fəaliyyət göstərən gənclər

təşkilatlarının sayı və fəaliyyətləri az olmasına baxmayaraq onlar gənclər təşkilatlarının fəaliyyətlərini daha

yüksək qiymətləndirmişdir. Fikrimizcə bu nəticələrin yaranmasının əsas səbəblərindən biri budur ki, paytaxt

və respublika tabeçiliyində olan respondentlər gənclər təşkilatlarının fəaliyyətlərindən “doymuş

respondentlər”dir. Yəni onlar gənclər təşkilatlarının fəaliyyətlərindən artıq bəhrələnmiş və onların mövcud

fəaliyyətləri onlar üçün nisbətən maraqsızdır. Lakin regionda gənclər təşkilatlarının fəaliyyətləri daha az

olduğu üçün region gəncləri “doymamış respondentlər”dir. Əslində bu cavab eyni zamanda gənclər

təşkilatlarından olan gözləntiləri də ifadə etməkdədir. Belə nəticəyə gəlmək mümkündür ki, region

gənclərinin gənclər təşkilatlarından gözləntiləri daha yüksəkdir və fəaliyyətlərə daha motivasiyalıdırlar.

Bu sualın cavabını isə müxtəlif yaş qruplarına görə müqayisəli şəkildə təhlil etsək aşağıdakı cədvəldə verilən

mənzərə ilə tanış olmaq mümkündür

Fəaliyyət

istiqamətləri/yaş

qrupları

14-17 yaş qrupu (21

nəfər)

18-21 yaş qrupu (222

respondent)

22-25 yaş qrupu (171

respondent)

26-29 yaş qrupu (105

respondent)

Yaş

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Yaş

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

3.28 2.68 +0.6

+22.38%

2.86 2.68 +0.18

+6.72%

2.51 2.68 -0.17

-6.34%

2.46 2.68 -0.22

-8.21%

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.71 3.22 +0.49

+15.22%

3.49 3.22 +0.27

8.38%

3.07 3.22 -0.15

-4.66%

2.80 3.22 -0.42

-13.04%

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.71 3.38 +0.33

+9.76%

3.59 3.38 +0.21

+6.21%

3.26 3.38 -0.12

-3.55%

3.06 3.38 -0.32

-9.47%

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.71 3.48 +0.23

+6.6%

3.86 3.48 +0.38

+10.92%

3.26 3.48 -0.22

-6.32%

3.00 3.48 -0.48

-13.79%

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

2.71 2.99 -0.28

-9.36%

3.08 2.99 +0.09

+3.01%

2.95 2.99 -0.04

-1.34%

2.94 2.99 -0.05

-1.67%

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.43 2.92 +0.51

+17.46%

3.09 2.92 +0.17

+5.82%

2.74 2.91 -0.17

-5.84%

2.74 2.91 -0.17

-5.84%

Cədvəldən göründüyü kimi, yaş artdıqca gənclər təşkilatlarının fəaliyyətlərinə verilən qiymətdə də paralel

şəkildə azalma müşahidə olunur. Bununla bərabər 14-17 yaş və 18-21 yaş qrupu arasında istiqamətlər üzrə

dəyişmələr nisbətən fərqlidir. Bu isə həmin yaş qrupunun təmas nöqtələrində rastlaşdığı fəaliyyətlərin fəqli

olması ilə bağlıdır. Bizim əsas hipotezlərimizdən biri budur ki, hər yaş dövrünün fəaliyyət istiqamətlərini

qiymətləndirməsi ilk növbədə həmin fəaliyyət istiqamətlərinə olan meylliliyi ilə bağlıdır. Hər yaş dövrünün

fəaliyyət meylliliyi müxtəlifdir ki, bu da istər fəaliyyətlərin iştirakında istərsə də o fəaliyyətlərin

qiymətləndirməsinə öz təsirini göstərəcək. İkinci bir amil isə fəaliyyətlərdə iştirak gənclərin mühitlərlə olan

təmas nöqtələrindən də asılıdır. Hər mühitin/qurumun özünəməxsus fəaliyyət istiqamətləri mövcuddur. Yəni

hər mühitin xüsusiyyətlərinə uyğun olaraq onların fəaliyyətlər üzrə üstünlük verdiyi istiqamətlər olur.

Gənclər mühitlərlə təmas nöqtələrində həmin fəaliyyətlərdə ixtiyari və qeyri-ixtiyari iştirak edir ki, bu da

onların fəaliyyətləri qiymətləndirməsinə təsir göstərir. Bütün bunları nəzərə alaraq hər yaş qrupun ayrı

ayrılıqda incələmək vacibdir.

14-17 yaş qrupu: Bu qrupda yer alanların əksəriyyəti orta məktəblərin yuxarı siniflərində təhsil alan

şagirdlərdir. Orta məktəblərdə daha çox yaradıcı və istedadlı gənclərin üzə çıxarılması üçün müsabiqələr,

hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində tədbirlər daha çox həyata keçirilir. Müəyyən məqamda

gənclərin asudə vaxtının təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Lakin bunların çoxu gənclər

siyasəti ilə məşğul olan dövlət qurumları tərəfindən həyata keçirilir. Belə hesab edirik ki, respondentlər

güman edir ki, dövlət qurumları bu istiqamətlərə daha çox üstünlük verirsə bu gənclər təşkilatlarında da

belədir. Ümumiyyətlə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqaməti +22.38%, yaradıcı və istedadlı

gənclərin üzə çıxarılması istiqaməti +15.22%, asudə vaxtın səmərəli təşkili istiqaməti isə +9.76% fərqlə

digər yaş qruplarına nisbətən ən yüksək qiymətləri almışdır. Gənclərin beynəlxalq təcrübə mübadiləsi isə ən

aşağı qiyməti -9.36%-lə məhz bu yaş qrupundan almışdır. Bu nəticə təbiidir. Çünki beynəlxalq gənclər

mübadiləsi ilə bağlı imkanlardan müəyyən obyektiv səbəblərə görə bu yaş qrupu çox istifadə etmir. Ən

maraqlı məqam isə bundan ibarətdir ki, bu yaş qrupu gənclər təşkilatlarının fəaliyyətlərində gənclərin iş və

karyera imkanlarının artırılması istiqamətində görülən işləri +17.46% fərqlə digər yaş qruplarına nisbətən

daha yüksək qiymətləndirirlər. Baxmayaraq ki, bu yaş qrupunun gənclər təşkilatları ilə təması o qədər güclü

deyil onların gənclər təşkilatlarının fəaliyyət istiqamətlərini digər yaş qruplarına nisbətən daha yüksək

qiymətləndirməsi daha maraqlı nəticələrdən biridir.

18-21 yaş qrupu: Bu yaş qrupunun təmas nöqtələri orta məktəbdən fərqli olaraq daha müxtəlifdir. Bu

baxımdan onlar müxtəlif istiqamətlərdə olan fəaliyyətlərlə daha sıx təmasda olurlar. Ümumiyyətlə əvvəlki

sualların təhlili də onu göstərmişdir ki, bu yaş qrupunda olan respondentlər gənclər təşkilatlarının

fəaliyyətlərində daha yaxında iştirak edirlər. Bununla bir çox fəaliyyət istiqamətləri üzrə verilən qiymətlər

14-17 yaş qrupu qədər yüksək deyil. Belə ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi (ümumi orta

göstəricidən +6.72% fərqlə), yaradıcı və istedadlı gənclərin üzə çıxarılması (ümumi orta göstəricidən

+8.38% fərqlə), gənclərin asudə vaxtının səmərəli təşkili (ümumi orta göstəricidən +6.21% fərqlə) və

gənclərin iş və karyera imkanlarının artırılması istiqamətində (ümumi orta göstəricidən +5.82% fərqlə)

verilən qiymətləri 14-17 yaş qrupu ilə müqayisə etdikdə aşağı düşmüşdür. Lakin gənclərin ictimai-siyasi

fəallığının artırılması istiqamətində verilən qiymət (ümumi orta göstəricidən +10.92% fərqlə) və gənclərin

beynəlxalq təcrübə mübadiləsinin təşkili (ümumi orta göstəricidən +3.01% fərqlə) istiqamətləri üzrə verilən

qiymət 14-17 yaş və digər yaş qruplarına nisbətən daha yüksək qiymətləndirilmişdir. Əslində bu

qiymətləndirmə daha çox onunla bağlıdır ki, bu yaş qrupu ali və orta ixtisas məktəblərində həm dövlət

qurumları, həm də gənclər təşkilatları tərəfindən təşkil olunan fəaliyyətlərin təsiri nəticəsində formalaşdığını

iddia edə bilərik. Azərbaycan reallığında gənclər təşkilatları ilə ilk tanışlıq çox vaxt məhz bu yaş qrupunda

rastlaşmaq mümkündür və gənclər təşkilatları ilk tanışlıqda ictimai fəallıq anlayışı ilə daha çox assosiasiya

olunur. Bu baxımdan bu yaş qrupunun gənclər təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətlər sırasında

ictimai-siyasi fəallığın artırılması istiqamətinə yüksək qiymət verməsi daha təbiidir.

Digər yaş qruplarında isə yaş çoxaldıqca bütün istiqamətlər üzrə qiymətləndirmə getdikcə aşağı

düşməkdədir. Xüsusi ilə 21 yaşdan sonra bu trendi çox asanlıqla aşağıdakı qrafikdən müşahidə etmək

mümkündür.

Bu onunla əlaqədərdir ki, gənclərdə yaş çoxaldıqca müxtəlif mühitlərlə təmas nöqtələri dəyişir. Mühitlər

dəyişdikcə təmas nöqtələri də dəyişir. Bu dəyişmə gənclər təşkilatlarının əleyhinə olur. Çünki yaş

çoxaldıqca gənclər təşkilatlarına maraq azalır və bu onların fəaliyyətlərinin qiymətləndirməsinə öz təsirini

göstərəcək. Ümumilikdə qurumlar/mühitlərə münasibətdə yaş qrupları üzrə cavablardan meydana gələn

qanunauyğunluqları gənclər təşkilatlarının fəaliyyəti üçün də aid etmək mümkündür. Lakin mühitlərin təmas nöqtələri yalnız yaşdan asılı deyil. Gənclərin məşğuliyyəti və ictimai sektora

münasibətindən də asılıdır. Bu baxımdan mövcud sualın cavablarını gənclərin məşğuliyyət qrupları üzrə

üzrə müqayisəli təhlilini aparmaq da faydalıdır. Aşağıdakı cədvəl gənclərin məşğuliyyətə münasibətinə görə

müqayisəli təhlili ifadə edir: Fəaliyyət

istiqamətləri/məşğuliyyə

t qrupları

işsizlər/tələbələr (228

respondent)

ictimai sektor (111

respondent)

Dövlət sektoru (69

respondent)

Özəl sektor (111

respondent)

Qru

p

stər

icis

i

Üm

um

i

stər

ici

Fər

q

Qru

p

stər

icis

i

Üm

um

i

stər

ici

Fər

q

Qru

p

stər

icis

i

Üm

um

i

stər

ici

Fər

q

Qru

p

stər

icis

i

Üm

um

i

stər

ici

Fər

q

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.80 2.68 +0.12

+4.48%

2.57 2.68 -0.11

-4.10%

2.74 2.68 +0.08

+2.98%

2.51 2.68 -0.17

-6.34%

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.47 3.22 +0.25

+7.76%

3.08 3.22 -0.14

-4.35%

3.26 3.22 +0.04

+1.24%

2.81 3.22 -0.41

-12.71%

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.47 3.38 +0.09

+2.66%

3.70 3.38 +0.32

+9.47%

3.39 3.38 +0.01

+2.96%

2.86 3.38 -0.52

-15.38%

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.74 3.48 +0.26

+7.47%

3.76 3.48 +0.28

+8.04%

3.13 3.48 -0.35

-10.57%

2.92 3.48 -0.56

-16.09%

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

2.92 2.99 -0.07

-2.34%

3.49 2.99 +0.5

+16.72%

2.96 2.99 -0.03

-1.00%

2.67 2.99 -0.32

-10.07%

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.04 2.92 +0.12

+4.11%

3.19 2.92 +0.27

+9.25%

2.74 2.91 -0.17

-5.84%

2.51 2.91 -0.40

-13.74%

Ümumiyyətlə işsizlər/tələbələr və ictimai sektorda işləyənlər gənclər təşkilatlarının fəaliyyətlərinə daha

yüksək qiymət verirlər. Ən aşağı qiyməti isə özəl sektorda işləyənlər vermişdir. Xatırlamaq yerinə düşər

Ümumiyyətlə bu mənzərədəki trendlər mühitlərə/qurumlara münasibət məsələsində gənclər təşkilatlarına

verilən cavablarla oxşardır. Orada da gənclər təşkilatlarına ən aşağı münasibət məhz özəl sektorda işləyən

gənclərdən gəlmişdir. Eyni zamanda isə ictimai sektorda işləyənlər gənclər təşkilatlarına münasibəti ən

yüksək səviyyədə olduğu üçün onların gənclər təşkilatlarının fəaliyyət istiqamətlərinə münasibəti digər

qruplara nisbətən daha yüksəkdir. Bununla bərabər hər bir respondent qrupunu ayrıca incələmək lazımdır:

İşsizlər/Tələbələr: Bu qrupda olan şəxslər daha çox 14-21 yaş arasında olan şəxslərdir. Bu qrupda olanların

böyük bir hissəsi tələbələr olduğu üçün onlar gənclər təşkilatları ilə nisbətən daha çox təmasda olurlar. Bu

baxımdan onlar gənclərin beynəlxalq təcrübə mübadiləsi istiqamətindən başqa digər bütün fəaliyyət

istiqamətlərini ümumi orta göstəricidən daha yüksək qiymətləndirmişdir. Gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi (ümumi orta göstəricidən 4.48% yüksək) və yaradıcı və istedadlı gənclərin üzə çıxarılması (ümumi

orta göstəricidən 7.76% yüksək) fəaliyyət istiqamətləri ən yüksək qiyməti məhz bu qrup respondentlərdən

almışdır. Bu qrupda olanlar daha çox təmasda olduqlar yer orta, ali və orta ixtsas məktəbləri olduğu üçün

həmin mühitlərdə qurumlarla gənclər təşkilatları arasında əməkdaşlıq çərçivəsində yuxarıda göstərilən iki

istiqamət üzrə fəaliyyətlərdə iştirak edirlər. Əslində bu yuxarıda bizim qeyd etdiyimiz hipotezi-yəni,

respondentlər hansı istiqamətlərdə keçirilən fəaliyyətlərdə iştirak edirsə həmin istiqamətlərdəki fəaliyyəti

daha çox effektiv hesab edəcək hipotezini təsdiq edir.

İctimai sektorda işləyənlər: İctimai sektorda işləyən şəxslər isə birbaşa peşəkar səviyyədə gənclər

təşkilatları ilə əlaqədə olan şəxslər olduğu üçün onların gənclər təşkilatlarının fəaliyyətlərinə qiyməti digər

qruplara nisbətən daha yüksək olmalıdır. Araşdırmamızdakı nəticələr bu hipotezi təsdiq edir. İctimai

sektorda işləyənlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və yaradıcı və istedadlı gənclərin üzə çıxarılması

istiqamətində gənclər təşkilatlarının fəaliyyətlərini o qədər də effektiv hesab etmir. Belə ki bu qrupda olanlar

gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində gənclər təşkilatlarının fəaliyyətini ümumi orta

göstəricidən 4.1% aşağı, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması istiqamətində isə fəaliyyətləri 4.35%

aşağı qiymətləndirmişdir. Lakin qeyd etmək lazımdır ki, ictimai sektorda işləyənlər gənclərin asudə vaxtının

səmərəli təşkili, gənclərin ictimai siyasi fəallığının artırılması , gənclərin beynəlxalq təcrübə mübadiləsinin

təşkili və gənclərin karyera imkanlarının artırılması istiqamətində gənclər təşkilatlarının fəaliyyətlərini daha

effektiv hesab edirlər. Belə ki, gənclərin asudə vaxtının səmərəli təşkili (ümumi orta göstəricidən 9.47%

yüksək), gənclərin ictimai-siyasi fəallığının artırılması (ümumi orta göstəricidən 8.04% yüksək), gənclərin

beynəlxalq təcrübə mübadiləsinin təşkili (ümumi orta göstəricidən 16.72% yüksək) və gənclərin karyera

imkanlarının artırılması (ümumi orta göstəricidən 9.25% yüksək) istiqamətləri ən yüksək qiyməti məhz

ictimai sektorda işləyən respondentlərdən almışdır. Ümumi statistika da bunu göstərir ki, gənclər

təşkilatlarının yuxarıda sadalanan istiqamətlərdə fəaliyyətləri daha yüksəkdir.

Dövlət sektorunda işləyənlər: Dövlət sektorunda işləyən respondentlər gənclər təşkilatlarının

fəaliyyətlərində çox vaxt birbaşa aktiv iştirakçısı olmurlar. İştirak çox vaxt epizodik və dövlət qurumları ilə

əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər çərçivəsində baş verdiyi üçün bu qrupun gənclər

təşkilatlarının fəaliyyətlərinə verilən qiymət nisbətən fərqlidir. Onlar, ümumi orta göstəricidən çox cüzi

fərqlə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması və gənclərin

asudə vaxtının səmərəli təşkili istqamətində gənclər təşkilatlarının fəaliyyətlərini nisbətən daha yüksək,

digərlərini isə effektsiz hesab edirlər. Onlar gənclərin ictimai –siyasi sektorda fəaliyyətlərini digər qruplara

nisbətən daha effektsiz hesab edirlər (ümumi orta göstəricidən 10.57% aşağı).

Özəl sektorda işləyənlər: Araşdırmalar onu göstərdi ki, özəl sektorda işləyənlər üçün gənclər təşkilatları və

onların fəaliyyətləri gənclərin inkişafı baxımdan çox “mənasızdır”. Gənclər təşkilatlarının bütün istiqamətlər

üzrə fəaliyyətləri ümumi orta göstəricidən 7-17% aşağı göstərilmişdir. Bu onunla əlaqədər ki, özəl sektorda

işləyənlərin gənclər təşkilatlarına marağı digər gənclər qrupuna nisbətən çox aşağıdır. Ümumilikdə son

dövrlərdə gənclər təşkilatlarından vaxtı ilə fəaliyyət göstərib özəl sektora axın daha güclənmişdir. Hesab

edirik ki, gənclər təşkilatları özlərini özəl sektora tanıdılmasında fəaliyyətləri ilə yox məhz yetişdirdiyi insan

resursları ilə tanıtsaydı nəticələr müəyyən qədər fərqli ola bilərdi.

Ümumilikdə bunu müşahidə etmək mümkündür ki, hər məşğuliyyət qrupunun fəaliyyətlərin

qiymətləndirməsinə baxış tərzi fərqlidir. Müəyyən edə bildik ki, respondentlər yalnız rastlaşdıqları və iştirak

etdikləri fəaliyyətlərin təsiri ilə sualı cavablandırıblar. Şübhəsiz gənclər təşkilatlarının fəaliyyətlərində

hansı istiqamətlərdə daha effektiv işləməsi ilə bağlı reallıq daha fərqlidir. Bu baxımdan bu məsələdə

respondentlərin reallığı tam qiymətləndirməsini axtarmaq sadəlövh gözlənti olardı. Bunun aşağıdakı

səbəbləri vardır. Birincisi hər bir respondent gənclər təşkilatları ilə bağlı streotipi var. Bu streotipin nə

cür və hansı şəraitdə formalaşmasından asılı olmayaraq hər bir respondent qrupunun gənclər təşkilatları

ilə assosiasiya etdiyi dəyərlər vardır. Respondentlər məhz bu dəyərlərin təsiri ilə qiymətləndirmə

aparıblar. İkinci bir səbəb isə onların gənclər təşkilatlarının fəaliyyətlərindən və onların nəticələrindən

bir çox hallarda məlumatsız olurlar. Burada gənclər təşkilatlarının özlərinin fəaliyyətlərini tanıtmaqla

bağlı çətinliklərinin olması ilə yanaşı eyni zamanda müxtəlif qrupların bütün xəbərlərlə eyni həssaslıqla

yanaşmaması da öz rolunu oynayır. Üçüncü bir səbəb isə müxtəlif qrupların yaşı, məşğuliyyəti və

yerləşdiyi regiondan asılı olaraq mühitlərlə təmas nöqtələridir.

Bu sualın cavablarını gənclər təşkilatlarına üzv olub olmaması baxımından respondentləri

təsnifatlaşdırıb müqayisəli təhlil aparsaq aşağıda nəticələr əldə edərik: Fəaliyyət

istiqamətləri/gənclər

təşkilatına münasibət

Gənclər təşkilatlarına üzv olanlar

(342 respondent)

Gənclər təşkilatına üzv olmayanlar

(177 respondent)

Qrup

göstəricisi

Ümumi

göstərici

Fərq Qrup

göstəricisi

Ümumi

göstərici

Fərq

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.815 2.682 +0.133

(+4.96%)

2.424 2.682 -0.258

(-9.62%)

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.491 3.220 +0.271

(+8.42%)

2.695 3.220 -0.525

(-16.30%)

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.719 3.381 +0.338

(+10.00%)

2.729 3.381 -0.652

(-19.28%)

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.851 3.485 +0.366

(+10.50%)

2.780 3.485 -0.705

(-20.23%)

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

3.324 2.994 +0.330

(+11.02%)

2.356 2.994 -0.638

(-21.31%)

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.272 2.919 +0.353

(+12.09%)

2.237 2.919 -0.682

(-23.36%)

Bu cədvəldəki nəticələr yuxarıda deyilən hipotezləri bir daha təsdiq edir. Gənclər təşkilatlarına üzv

olanlar gənclər təşkilatlarının fəaliyyətlərinə ümumi orta göstəricidən 5-15%, üzv olmayanlardan isə 15-35%

daha yüksək qiymət vermişdir.

Bununla yanaşı gənclər təşkilatlarının fəaliyyətlətində iştirak səviyyəsinə görə müqayisəli təhlil

aparsaq yəqin ki eyni trendləri müşahidə etmək mümkündür:

Fəaliyyət

istiqamətləri/fəaliyyətlər

də iştirak səviyyəsi

Mütəmadi iştirak

(219 respondent)

Bəzən

(219 respondent)

Heç bir vaxt

(81 respondent)

Qrup

göstərici

Ümumi

göstərici

Fərq Qrup

göstərici

Ümumi

göstərici

Fərq Qrup

göstəri

ci

Ümumi

göstərici

Fərq

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.849 2.682 +0.167

+6.23%

2.548 2.682 -0.134

-5.00%

2.592 2.682 -0.090

-3.35%

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.466 3.220 +0.246

+7.64%

3.151 3.220 -0.069

-2.14%

2.740 3.220 -0.480

-14.91%

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.726 3.381 +0.345

+10.20%

3.356 3.381 -0.034

-1.0%

2.518 3.381 -0.863

-25.52%)

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.877 3.485 +0.392

+11.25%

3.397 3.485 -0.025

(-0.72%)

2.667 3.485 -0.818

-23.47%

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

3.246 2.994 +0.252

+8.42%

3.027 2.994 -0.033

-1.10%

2.222 2.994 -0.772

-25.78%

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.205 2.919 +0.286

+9.80%

2.794 2.919 -0.125

(-4.28%)

2.481 2.919 -0.438

-15.00%

Bu cədvəldəki nəticələr də yuxarıda deyilən hipotezləri bir daha təsdiq etdi. Gənclər təşkilatlarında

üzv olanlar gənclər təşkilatlarının fəaliyyətlərinə ümumi orta göstəricidən 5-15%, üzv olmayanlardan isə 15-

35% daha yüksək qiymət vermişdir.

GƏNCLƏR TƏŞKİLATLARINDAN GÖZLƏNTİLƏR

Sorğuda gələcəkdə yuxarıda sadalanan fəaliyyət istiqamətləri üzrə gənclər təşkilatlarından gözləntilər

də ölçülmüşdür. Respondentlər bu sualla gənclər təşkilatlarının yuxarıdakı istiqamətlər üzrə fəaliyyətlərinin

hansı dərəcədə gücləndirilməsi soruşulmuşdur. Ümumilikdə respondentlər fəaliyyət istiqamətləri üzrə

aşağıdakı cavabları vermişdir:

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi- 4.011 bal, Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması-

4.225 bal, Gənclər asudə vaxtının səmərəli təşkili (kino, teatr, gəzinti, əyləncə və bənzəri)-3.907 bal,

Gənclərin ictimai-siyasi fəallığının artırılması və fəal vətəndaşlıq-4.214 bal, Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili-4.254 bal, Gənclərin karyera və iş imkanlarının artırılması-4.381 bal. Bu nəticələrə

əsasən gənclərin gənclər təşkilatlarından əsas prioritet gözləntiləri gənclər üçün karyera və iş imkanlarının

artırılması istiqamətində fəaliyyətlərdir.

Bununla bərabər real fəaliyyətə verilən qiymətlə gözləntilər üçün verilən fərq həmin fəaliyyət

istiqaməti üzrə respondentlərin nə dərəcədə həmin istiqamət üzrə fəaliyyətlərin gücləndirilməsinə marağı

ifadə edəcək. Bu artım məntiqlə real arzu və gözləntinin olçülməsi baxımdan daha məntiqlidir. Bu məntiqlə

çıxış etsək aşağıdakı nəticələri əldə edə bilərik:

Fəaliyyət istiqamətləri Real fəaliyyəti

qiymətləndirmə

Gözlənti üzrə

qiymətləndirmə

Fərq Artım dərəcəsi

(faizlə)

1 2 3 4.=3.-2. 5.=(4/3*100)

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi

2.682 4.011 1.329 49.55

Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması 3.220 4.225 1.005 31.21

Gənclərin asudə vaxtının səmərəli təşkili 3.381 3.907 0.526 15.56

Gənclərin ictimai-siyasi fəallığının artırılması 3.485 4.214 0.729 20.92

Gənclərin beynəlxalq təcrübə mübadiləsinin təşkili 2.994 4.254 1.26 42.08

Gənclərin karyera və iş imkanlarının artırılması 2.919 4.381 1.462 50.09

Bu cədvəldən göründür kimi, gənclər, gənclər təşkilatlarından karyera və iş imkanlarının artırılması

istiqamətində fəaliyyətlərini 50.09%, hərbi vətənpərvərlik tərbiyəsi üzrə 49.55%, gənclərin beynəlxalq

təcrübə mübadiləsinin artırılması istiqamətində isə fəaliyyətlərini 42.08% daha gücləndirmək istəyirlər.

Digər 3 istiqaməti 21-31% gücləndirməsini istəyirlər. Ən az gücləndirilməsi tələb olunan fəaliyyət istiqaməti

isə gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətindəki fəaliyyətlərlə bağlıdır.

Qeyd etmək lazımdır ki, bundan əvvəlki sualın qruplar üzrə müqayisəli təhlilinin bu sual üzrə aparıb

müxtəlif gənclər kategoriyasında olan gənclərin gözləntiləri arasındakı fərqi öyrənmək mümkündür. İlk

olaraq regional mənsubiyyətə görə bölünən müxtəlif gənclər kategoriyalarında gözləntilər arasında fərqin

olub olmadığını təhlil etsək aşağıdakı nəticələri əldə edərik Fəaliyyət

istiqamətləri/regionlar

Paytaxt (213 respondent) Gəncə, Sumqayıt, Mingəçevir

(216 respondent)

Digər rayonlar

90 respondent

Rea

l

qiy

mət

lənd

irm

ə Gö

zlən

tin

in

qiy

mət

lənd

irm

əsi

Fər

q

Art

ım

dər

əcəs

i (%

)

Rea

l

qiy

mət

lənd

irm

ə Gö

zlən

tin

in

qiy

mət

lənd

irm

əsi

Fər

q

Art

ım

dər

əcəs

i (%

)

Rea

l

qiy

mət

lənd

irm

ə Gö

zlən

tin

in

qiy

mət

lənd

irm

əsi

Fər

q

Art

ım

dər

əcəs

i (%

)

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.437 4.042 1.605 65.86 2.680 3.847 1.167 43.54 3.267 4.332 1.065 32.60

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

2.958 4.098 1.14 38.54 3.278 4.403 1.125 34.32 3.7 4.100 0.4 10.81

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.225 3.802 0.577 17.89 3.347 3.833 0.486 14.52 3.833 4.332 0.499 13.02

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.352 4.127 0.775 23.12 3.444 4.264 0.82 23.81 3.9 4.300 0.4 10.26

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

2.887 4.253 1.366 47.32 2.986 4.222 1.236 41.39 3.267 4.332 1.065 32.60

Gənclərin karyera və iş

imkanlarının artırılması

2.746 4.394 1.648 60.01 2.819 4.264 1.445 51.26 3.567 4.634 1.067 29.91

Cədvəldə göründüyü kimi gənclər təşkilatlarının gələcək fəaliyyətləri ilə bağlı gənclərin gözləntilərilər

regional mənsubiyyətə görə çox fərqlənir. Ümumi tendesiya belədir ki, paytaxt sakinlərinin gözləntiləri

bütün fəaliyyət istiqamətləri üzrə digər regionlara nisbətən daha yüksəkdir. Respublika tabeçiliyində olan

Gəncə, Sumqayıt və Mingəçevir respondentlərinn gözləntilər paytaxt respondentlərindən 3-6%, karyera və iş

imkanlarının artırılması istiqamətində 10%, hərbi-vətənpərvərlik tərbiyəsi üzrə isə gözləntiləri paytaxt

sakinlərinə nisbətən 22% aşağıdır. Digər regionlar üzrə isə gözləntilər daha aşağı səviyyədədir. Burada ən

yüksək göstərici 30%, ən aşağı göstərici isə 10%-ə yaxındır. Buradakı fərqlər eyni zamanda istiqamətlər

üzrə ardıcıllığı da regional təsnifata görə dəyişdirmişdir. Ümumi orta göstərici üzrə gənclərin gənclər

təşkilatlarından ən çox gözləntiləri ilk növbədə gənclərin karyera və iş imkanları olduğu halda bu Bakı

respondentləri üçün ikinci sırada, rayonlarda üçüncü sırada gəlir. Lakin Gəncə, Sumqayıt və Mingəçevir

şəhərlərdinən olan gənclərin isə bir nömrəli gözləntisi gənclərin karyera və iş imkanlarının artırılması idi.

Ümumi orta göstəriciyə görə gənclərin gözləntiləri arasında ikinci sırada gənclərin hərbi vətənpərvərlik

tərbiyəsi gəlsə də bu yalnız Gəncə, Sumqayıt və Mingəçevir şəhərinin respondentləri üçün etibarlı hesab

edildi. Paytaxt sakinləri üçün bu 1-ci sırada, rayon respondentləri üçün isə 1-2-ci sırada gəlirdi. Gənclərin

beynəlxalq təcrübə mübadiləsi istiqaməti ümumi orta göstəriciyə görə 3-cü sırada gəlirdi. Bakı və respublika

tabeçiliyində olan Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin respondentləri üçün də bu istiqamət 3-cü

yerdə gəlsə də, rayon respondentləri üçün bu 1-2-ci yerdə gəlirdi. Ümumi orta göstəriciyə əsasən ən az

gücləndirilmək istənilən fəaliyyət istiqaməti gənclərin asudə vaxtının səmərəli təşkili olsa da bu yenə də

Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin respondentləri üçün etibarlıdır. Rayon gəncləri isə ən az

gücləndirmək istədikləri fəaliyyət istiqaməti gənclərin ictimai-siyasi fəallığının artırılmasıdır. Ümumilikdə

fərqlər çoxdur və gözləntilər üzrə ümumi orta artımla regionlar üzrə gözləntilər arasında fərqi aşağıdakı

cədvəldə görmək mümkündür.

Ümumi orta göstəricidən fərqlər Fəaliyyət istiqamətləri Bakı göstəricisi

Fərq Gəncə, Sumqayıt

Mingəçevir Fərq Digər rayonlar

Gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi

65.86 16.31 43.54 -6.01 32.6 -16.95

Yaradıcı və istedadlı gənclərin üzə

çıxarılması

38.54 7.33 34.32 3.11 10.81 -20.4

Gənclərin asudə vaxtının səmərəli

təşkili

17.89 2.33 14.52 -1.04 13.02 -2.54

Gənclərin ictimai-siyasi fəallığının

artırılması 23.12 2.2 23.81 2.89 10.26 -10.66

Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili

47.32 5.24 41.39 -0.69 32.6 -9.48

Gənclərin karyera və iş imkanlarının

artırılması

60.01 9.92 51.26 1.17 29.91 -20.18

Bu cədvəldən görüldüyü kimi gənclər təşkilatlarından gözləntilər paytaxt sakinlərində daha çoxdur. Onların

gözləntiləri ümumi orta göstəricidən orta hesabla 5-15% daha çoxdur. Gəncə, Sumqayıt və Mingəçevir

şəhərlərindəki respondentlərin gözləntiləri isə ümumi orta göstəriciyə yaxındır və fərqlər çox cüzidir. Rayon

respondentlərin isə gənclər təşkilatları ilə bağlı gözləntiləri 10-20% daha azdır.

Mövcud araşdırmanı yaş qrupları üzrə müqayisəli şəkildə aparsaq aşağıdakı cədvəldəki mənzərə yaranacaq: Fəaliyyət

istiqamətləri/yaş

qrupları

14-17 yaş qrupu (21

nəfər)

18-21 yaş qrupu (222

respondent)

22-25 yaş qrupu (171

respondent)

26-29 yaş qrupu (105

respondent) R

eal

qiy

mət

lənd

i

rmə

zlən

tin

in

qiy

mət

lənd

i

rməs

i F

ərq

v

ə

artı

m

dər

əcəs

i

Yaş

stər

ici

Üm

um

i

stər

ici

Fər

q

artı

m

dər

əcəs

i

Rea

l

qiy

mət

lənd

i

rmə

zlən

tin

in

qiy

mət

lənd

i

rməs

i

Fər

q

artı

m

dər

əcəs

i

Rea

l

qiy

mət

lənd

i

rmə

zlən

tin

in

qiy

mət

lənd

i

rməs

i

Fər

q

artı

m

dər

əcəs

i

Gənclərin hərbi-

vətənpərvərlik

tərbiyəsi

3.28 4.14 0.86

26.2

2.86 4.2 1.34

46.8

2.51 3.72 1.21

48.21

2.46 4.06 1.6

65.04

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.71 4.57 0.86

23.2

3.49 4.12 0.63

18,05

3.07 4.28 1.21

39.41

2.80 4.28 1.48

52.86

Gənclərin asudə

vaxtının səmərəli

təşkili

3.71 4.29 0.58

15.6

3.59 3.93 0.34

9.47

3.26 4.05 0.79

24.23

3.06 3.54 0.48

15.69

Gənclərin ictimai-

siyasi fəallığının

artırılması

3.71 4.71 1

26.9

3.86 4.34 0.48

12.44

3.26 4.16 0.9

27.61

3.00 3.94 0.94

31.33

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

2.71 4.71 2

73.8

3.08 4.38 1.3

42.21

2.95 4.19 1.24

42.03

2.94 4 1.06

36.05

Gənclərin karyera və iş

imkanlarının

artırılması

3.43 5 1.57

45.8

3.09 4.53 1.44

46.6

2.74 4.3 1.56

56.93

2.74 4.08 1.34

48.91

Gənclər təşkilatlarının gələcəkdə hansı istiqamətlərə daha çox önəm verilməsi ilə bağlı ayrı ayrı yaş

qrupları üzrə yanaşmaları və qiymətləndirməsi fərqlidir. Çünki hər yaş qrupunun gələcəklə bağlı gözləntiləri

fərqlidir. Əslində buradakı cavablar eyni zamanda Azərbaycandakı müxtəlif yaş qruplarında olan gənclərin

gözləntilərinin ifadəsidir. Bəzi göstəricilər ümumi orta göstərici və sıralamanı pozmasa da yaş qruplarının

xarakterik xüsusiyyətləri müəyyən fərq yarada bilmişdir. Bu baxımdan ayrı ayrı yaş qruplarının nəticələrini

təhlik etmək lazımdır. Lakin bundan əvvəl yaş qrupları üzrə qiymətləndirmələrin ümumi orta göstəricilər

arasındakı fərqləri müəyyən etmək üçün aşağıdakı cədvəli təqdim edirik: Fəaliyyət istiqamətləri 14-17

yaş

Fərq 18-21

yaş Fərq 22-25

yaş

Fərq 26-29

yaş

Fərq

Gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi

26.2 -23.35 46.8 -2.75 48.21 -1.34 65.04 15.49

Yaradıcı və istedadlı gənclərin üzə

çıxarılması

23.2 -8.01 18.05 -13.16 39.41 8.2 52.86 21.65

Gənclərin asudə vaxtının səmərəli

təşkili

15.6 0.04 9.47 -6.09 24.23 8.67 15.69 0.13

Gənclərin ictimai-siyasi fəallığının

artırılması

26.9 5.98 12.44 -8.48 27.61 6.69 31.33 10.41

Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili

73.8 31.72 42.21 0.13 42.03 -0.05 36.05 -6.03

Gənclərin karyera və iş imkanlarının

artırılması

45.8 -4.29 46.6 -3.49 56.93 6.84 48.91 -1.18

14-17 yaş qrupu: Bu qrupun gənclər təşkilatlarından ən böyük gözləntiləri digər qruplarla

müqayisədə beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətindədir. Belə ki bu istiqamət üzrə 14-17 yaş

qrupunda olanlar gənclər təşkilatlarının fəaliyyətinin real qiymətləndirməsi ilə gözləntilərin

qiymətləndirməsi arasındakı fərq 73,8%, ikinci sırada gələn gənclərin karyera və iş imkanlarının artırılması

istiqamətində analoji göstərici 45,8%, üçüncü sırada olan gənclərin ictimai fəallığının artırılması

istiqamətində isə analoji göstərici 26.9 %-dir. Ən aşağı göstərici isə 15.6%-lə gənclərin asudə vaxtının

səmərəli təşkili istiqamətindədir. 14-17 yaş qrupu ümumi orta göstəricilərə əsasən formalaşan sıralamadan

xeyli fərqlənir. Onlar üçün ən prioritet gözlənti ümumi orta göstəricinin nəticələrinə əsasən 3-cü sıradadır.

Bu yaş qrupunda gözləntilər üzrə 2-ci yerdə olan istiqamət isə ümumi orta göstəricidə 1-ci yerdə, 3-cü yerə

gələn istiqamət isə ümumi orta göstəricidə 5-ci yerdə gəlir. Maraqlı məqam bundan ibarətdir ki gözləntilər

üzrə ümumi orta göstərici ilə yaş qrupu üzrə göstəricilər arasında fərqlər də çox maraqlıdır. 14-17 yaş

qrupunun istiqamətlər üzrə gözləntilərə verilən cavablarda ümumi orta göstəricidən yüksək olan yalnız iki

istiqamət- gənclərin beynəlxalq əlaqələrinin gücləndirilməsi (+31,72%) və gənclərin ictimai-siyasi

fəallığının gücləndirilməsidir (+5.98%). Yəni bu o deməkdir ki, 14-17 yaş qrupunda gözləntilər üzrə bu iki

istiqamət digər yaş qruplarına nisbətən ən prioritet istiqamətlər hesab olunur. Əslində normal sıralamada

ikinci yerdə gələn gənclərin karyera və iş imkanlarının artırılması isə analoji ümumi orta göstəricidən 4.29%

aşağıdır. Yəni digər yaş qrupları ilə müqayisədə gənclərin karyera və iş imkanlarının artırılması istiqaməti

bu gənclər üçün o qədər də prioritet deyil. Digər yaş qrupları ilə müqayisədə isə ən az gözlənti isə gənclərin

hərbi vətənpərvərlik tərbiyəsi istiqamətindədir. Belə ki, bu istiqamətdə onların gözləntilər üzrə

qiymətləndirməsi 26.2%-dir və bu gözləntilər üzrə ümumi orta göstəricidən 23.35% aşağıdır. Bu cür

nəticələrin meydana gəlməsinin səbəblərini araşdırmaq çox çətindir. Nə üçün gözləntilər digər yaş

qruplarından fərqlənir? Niyə onların seçimləri çox fərqlidir? Bu suallara cavab taparkən ilk fikirləşdiyimiz

məqam budur ki, hər yaş qrupunun ehtiyacları fərqli olduğu üçün onların gələcəklə bağlı gözləntiləri də çox

fərqlidir. İkinci səbəb isə bu ola bilər ki, ola bilsin ki, bu yaş qrupu müvafiq istiqamət üzrə gənclər

təşkilatlarının həyata keçirdiyi fəaliyyətlərin kifayət qədər çox və effektiv olduğunu düşünərək nisbətən zəif

istiqamətlərin gücləndirilməsini ən vacib hesab edirlər. Bunu yoxlamaq üçün 14-17 yaş qrupunun gənclər

təşkilatlarının fəaliyyətlərini qiymətləndirmədə verdikləri orta qiymətləri digər yaş qrupları ilə müqayisə

etmək və bu qiymətlərə görə fəaliyyət istiqamətlərinin sıralamasına baxmaq faydalı olardı.

Əgər bu nəticələrə yenidən nəzər yetirsək bunu müşahidə edirik ki, 14-17 yaş qrupunda olanlar hansı

fəaliyyət istiqamətlərini ümumi orta göstəricidən daha yüksək qiymətləndiribsə gözləntilərdə bu göstərici

analoji ümumi orta göstəricidən daha aşağıdır. Məsələn gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqaməti

üzrə gənclər təşkilatlarının fəaliyyətlərini ümumi orta göstəricidən +22.38% yüksək qiymətləndirib.

Gözləntilər məsələsində isə bu fərq yuxarıda qeyd etdiyimiz kimi -23.35%-dir. Yaradıcı və istedadlı

gənclərin üzə çıxarılması istiqamətində fəaliyyətlərin qiymətləndirilməsi ümumi orta göstəricidən +15,22%

fərqli olsa da bu istiqamət üzrə gözləntilər ümumi orta göstəricidən -8.01% fərqlənir. Ümumilikdə analoji

fərqləri bir cədvəldə tərtib etsək müşahidə edərik ki, fəaliyyətlər üzrə qiymətləndirmənin ümumi orta

göstəricisindən yaranan fərqlər ilə gözləntilər üzrə ümumi orta göstərici ilə yaranan fərqlər tərs

mütənasibdir. Bunu aşağıdakı cədvəldə müşahidə etmək mümkündür. Fəaliyyət istiqamətləri Gözləntilərə

veriən qiymətlərin

orta göstəricidən

fərqi

Fəaliyyətlərə

verilən

qiymətlərin orta

göstəricidən fərqi

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi

-23.35 +22.38%

Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması -8.01 +15.22%

Gənclərin asudə vaxtının səmərəli təşkili +0.04 +9.76%

Gənclərin ictimai-siyasi fəallığının artırılması +5.98 +6.6%

Gənclərin beynəlxalq təcrübə mübadiləsinin təşkili +31.72 -9.36%

Gənclərin karyera və iş imkanlarının artırılması -4.29 +17.46%

Bu cədvəl bizə bunu deməyə əsas verir ki, 14-17 yaş qrupu hansı istiqamətlər üzrə keçirilən fəaliyyətləri

digər yaş qruplarına nisbətən yüksək qiymətləndiribsə bu istiqamətlər üzrə gələcəkdəki gözləntiləri digər yaş

qruplarına nisbətən zəifdir. Deməli gözləntilərlə bağlı qiymətləndirmədə əsas motiv zəif hesab edilən

fəaliyyət istiqamətlərinin daha prioritet hesab edilməsidir ki, bu da bizim yuxarıdakı versiyamızı doğruldur.

Burada yalnız əsas istisna isə gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətidir. Görünür 14-17 yaş

qrupu gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətinin davamlı inkişafını tələb edir. Çünki real

fəaliyyətin qiymətləndirməsi də gözləntilərin qiymətləndirməsi orta göstəricilərdən yüksəkdir.

18-21 yaş qrupu: Bu yaş qrupundakı qiymətləndirmələrə nəzər yetirsək müşahidə edərik ki, istiqamətlər

üzrə gözləntilərin qiymətləndirməsi nəticəsində yaranmış sıralama ilə ümumi orta göstərici nəticəsində

yaranmış sıralama eynidir. Lakin bu yaş qrupunun gözləntilər üzrə qiymətləndirməsi ümumi orta

göstəricidən aşağıdır.Lakin gənclər təşkilatlarının fəaliyyətlərinin qiymətləndirməsi digər yaş qruplarına

nisbətən daha yüksək idi. Bu baxımdan müvafiq istiqamət üzrə gənclər təşkilatlarının həyata keçirdiyi

fəaliyyətlərin kifayət qədər çox və effektiv olduğunu düşünərək nisbətən zəif istiqamətlərin

gücləndirilməsini ən vacibdir düşüncəsini 18-21 yaş qrupuna da aid etmək mümkündür. Bu tendesiya digər

yaş qruplarında da müəyyən istisnalar olmaqla davam edir.

22-25 yaş qrupu: 18-21 yaş qrupunda deyilənləri bu yaş qrupuna aid etmək olar. Fəaliyyət istiqamətlərinin

qiymətləndirməsi üzrə sıralama ümumi orta göstərici ilə eyni olsa da 18-21 yaş qrupunun əksinə olaraq

gözləntilər üzrə qiymətləndirmə ümumi orta göstəricidən nisbətən yüksəkdir.

26-29 yaş qrupu: Bu qrupda da eyni tendesiyanı müşahidə etsək də ümumi orta göstəricilərə əsasən

istiqamətlərin sıralamasında fərqlər mövcuddur. Ümumi orta göstəriciyə əsasən gənclər təşkilatlarından ən

böyük gözlənti gənclərin məşğulluq və karyera imkanlarının artırılması istiqaməti bu yaş qrupuna görə

inkişaf etdirilməsi zəruri olan 3-cü məsələdir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqaməti bu yaş

qrupunda da birinci yerdə gəlir. Ümumi orta göstəriciyə əsasən 4-cü yerdə gələn yaradıcı və istedadlı

gənclərin üzə çıxarılması istiqaməti bu yaş qrupunda ikinci prioritet məsələ hesab edilir. Ümumiyyətlə bu

yaş qrupunun gənclər təşkilatlarından gözləntilərinin fərqli olmasının başqa səbəbləri də vardır. Baxmayaraq

onlar artıq müxtəlif yerlərdə işləyirlər lakin onlara görə gənclər təşkilatlarının fəaliyyətləri üzrə gələcək

gözləntilərdə məşğulluq və karyera imkanlarının artırılması 3-cü sırada gəlir. Hesab edirik ki, bu yaş qrupu

bəzi sahələrin inkişafında gənclər təşkilatlarının potensialının zəif edir və bu da qiymətləndirməyə öz təsiri

göstərib. Bu yaş qrupunun gözləntilərlə bağlı qiymətləndirməsinə diqqət yetirsək görərik ki, onlar daha az

resurs tələb edən fəaliyyət istiqamətləri üzrə gənclər təşkilatlarından gözləntiləri çox olub. Lakin beynəlxalq

təcrübə mübadiləsi və məşğulluqla bağlı gözləntiləri daha az qiymətləndirib. Belə nəticəyə gəlmək

mümkündür ki, bu yaş qrupu qiymətləndirmə apararkən real vəziyyət və imkanları daha çox dəyərləndirib

nəinki özlərinin şəxsi ehtiyaclarını.

Ümumiyyətlə məşğuliyyətə münasibətlərinə görə gənclərin gözləntiləri fərqli ola bilər. Bu baxımdan

məşğuliyyətə münasibət baxımından ayrı ayrı respondent qrupunun müqayisəli təhlilini aparmaq daha

faydalı olardı. Aşağıdakı cədvəl məşğuliyyətə görə gənclər təşkilatlarından olan gözləntilərin mənzərəsini

verir: Fəaliyyət

istiqamətləri/məşğuliyyə

t qrupları

işsizlər/tələbələr (228

respondent)

ictimai sektor (111

respondent)

Dövlət sektoru (69

respondent)

Özəl sektor (111

respondent)

Rea

l

qiy

mət

ləndir

zlən

tilə

rin

qiy

mət

ləndir

məs

i Fər

q

artı

m

dər

əcəs

i

Rea

l

qiy

mət

ləndir

zlən

tilə

rin

qiy

mət

ləndir

məs

i Fər

q

artı

m

dər

əcəs

i

Rea

l

qiy

mət

ləndir

zlən

tilə

rin

qiy

mət

ləndir

məs

i Fər

q

artı

m

dər

əcəs

i

Rea

l

qiy

mət

ləndir

zlən

tilə

rin

qiy

mət

ləndir

məs

i Fər

q

artı

m

dər

əcəs

i Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.80 4.12 1.32

47,14%

2.57 3.84 1.27

49.42%

2.74 4.48 1.74

63.5%

2.51 3.68 1.17

46.61%

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.47 4.25 0.78

22.48%

3.08 3.92 0.84

27.27%

3.26 4.43 1.17

35.89%

2.81 4.35 1.54

54.80%

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.47 3.88 0.41

11.82%

3.70 4.05 0.35

9.46%

3.39 3.65 0.26

7.67%

2.86 3.97 1.11

38.81%

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.74 4.37 0.63

16.84%

3.76 4.38 0.62

16.49%

3.13 3.78 0.65

20.77%

2.92 4 1.08

36.99%

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

2.92 4.26 1.34

45.89%

3.49 4.27 0.78

22.35%

2.96 4.13 1.17

39.53%

2.67 4.3 1.63

61.05%

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.04 4.45 1.41

46.38%

3.19 4.49 1.3

40.75%

2.74 4.26 1.52

55.47%

2.51 4.22 1.71

68.13%

Bu cədvəldən isə məşğuliyyət qruplarının ümumi orta göstəricidən fərqini aşağıdakı cədvəli tərtib

etməklə müəyyən etmək mümkündür:

Fəaliyyət istiqamətləri/məşğuliyyət

qrupları

Işsizlər/

Tələbələr

Fərq Ictimai

sektor Fərq Dövlət

sektoru

Fərq Özəl

sektor

Fərq

Gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi

47.14 -2.41 49.42 -0.13 63.5 13.95 46.61 -2.94

Yaradıcı və istedadlı gənclərin üzə

çıxarılması

22.48 -8.73 27.27 -3.94 35.89 4.68 54.8 23.59

Gənclərin asudə vaxtının səmərəli

təşkili

11.82 -3.74 9.46 -6.1 7.67 -7.89 38.81 23.25

Gənclərin ictimai-siyasi fəallığının

artırılması

16.84 -4.08 16.49 -4.43 20.77 -0.15 36.99 16.07

Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili

45.89 3.81 22.35 -19.73 39.53 -2.55 61.05 18.97

Gənclərin karyera və iş imkanlarının

artırılması 46.38 -3.71 40.75 -9.34 55.47 5.38 68.3 18.21

Bu cədvələ əsasən bunu müşahidə etmək mümkündür ki, özəl sektordakı gənclərin, gənclər təşkilatlarından

gözləntiləri digər qruplara nisbətən ən yüksək səviyyədədir. Halbuki onların gənclər təşkilatlarının

fəaliyyətini digər qruplara nisbətən ən aşağı səviyyədə qiymətləndirmişdir. Yəni, buradakı

qanunauyğunluq bundan ibarətdir ki, qurumların real fəaliyyətindən ən çox narazı qalan təbəqənin

gələcək fəaliyyətindən gözləntiləri digər qruplara nisbətən daha yüksək olmalıdır. Özəl sektorda işləyənlər

gənclər təşkilatlarının istiqamətlər üzrə fəaliyyətlərindən gözləntiləri analoji ümumi göstəricidən 15-25%

çoxdur. Burada yeganə istiqamət gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətindəki gözləntiləri ümumi

göstəricidən aşağıdır. Dövlət sektorunda işləyənlərin isə gənclər təşkilatlarının fəaliyyətlərindən ən çox

gözləntiləri gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi (ümumi orta göstəricidən 13,95% çox) və yaradıcı

gənclərin üzə çıxarılması (ümumi orta göstəricidən 4.68% çox) istiqamətindəki fəaliyyətlərini

gücləndirməkdir. İctimai sektorda işləyənlər, tələbələr və işsizlərin isə gənclər təşkilatlarının gələcək

fəaliyyətlərindən gözləntiləri ümumi orta göstəricidən aşağıdır. Bu qrupda olanların gənclər təşkilatları ilə

əlaqəsi daha sıx olduğu üçün güman edirlər ki, gənclər təşkilatlarının fəaliyyətləri qənaətbəxşdır və

təkmilləşdirməyə ehtiyac yoxdur. Bu kategoriyada olan respondentlər gənclər təşkilatlarının fəaliyyətini

digər qruplara nisbətən daha yüksək qiymətləndirmişdir. Yəni qurumların fəaliyyətindən nisbətən çox razı

qalan gənclər təbəqəsinin gələcək fəaliyyətlərdən gözləntiləri ən aşağı səviyyədə olacaq ki, bu yenə bizim

hipotezlərimizi təsdiqləyir. Bu araşdırmanı gənclər təşkilatlarının fəaliyyətinə münasibətə görə ayrılan qruplarla müqayisəli təhlil

aparmaq maraqlı olardı. Bununla biz müəyyən edəcəyik ki, gənclər təşkilatlarına üzv olan, onun

fəaliyyətində aktiv iştirak edən gənclərin gənclər təşkilatlarından gözləntiləri üzv olmayan respondentlərdən

nə dərəcədə fərqlənir. Bunun üçün ilk meyar gənclər təşkilatlarına üzv olanlarla üzv olmayanlar arasında

yuxarıdakı metodika ilə müqayisəli təhlil aparmaq lazımdır. Fəaliyyət

istiqamətləri/gənclər

təşkilatına münasibət

Gənclər təşkilatlarına üzv olanlar

(342 respondent)

Gənclər təşkilatına üzv olmayanlar

(177 respondent)

Rea

l

qiy

mət

lənd

irm

ə

zlən

tilə

rin

qiy

mət

lənd

irm

əsi

Fər

q v

ə ar

tım

dər

əcəs

i

Rea

l

qiy

mət

lənd

irm

ə

zlən

tilə

rin

qiy

mət

lənd

irm

əsi

Fər

q v

ə ar

tım

dər

əcəs

i

Gənclərin hərbi-

vətənpərvərlik tərbiyəsi

2.815 4.079 +1.264

+44.9%

2.424 3.881 1.457

+60.11%

Yaradıcı və istedadlı

gənclərin üzə

çıxarılması

3.491 4.175 +0.684

+19.59%

2.695 4.322 1.627

+60.37%

Gənclərin asudə

vaxtının səmərəli təşkili

3.719 4.044 0.325

+8.74%

2.729 3.644 0.915

+33.53%

Gənclərin ictimai-siyasi

fəallığının artırılması

3.851 4.342 0.491

+12.75%

2.780 3.966 1.186

+42.66%

Gənclərin beynəlxalq

təcrübə mübadiləsinin

təşkili

3.324 4.342 1.018

+30.63%

2.356 4.085 1.729

+73.39%

Gənclərin karyera və iş

imkanlarının artırılması

3.272 4.500 1.228

+37.53

2.237 4.152 1.915

+85.61%

Bu cədvəldən isə gənclər təşkilatlarına üzv olub olmayan qruplarının ayrı ayrılıqda ümumi orta

göstəricidən fərqini aşağıdakı cədvəli tərtib etməklə müəyyən etmək mümkündür:

Fəaliyyət istiqamətləri və ümumi

göstəriciyə görə sıralaması /gənclər

təşkilatlarına üzvlük

Gən

clər

təşk

ilat

ları

na

üzv

ola

nla

r

Fər

q

ksə

k

stər

iciy

ə gö

sıra

lam

ası

Gən

clər

təşk

ilat

ları

na

üzv

olm

ayan

lar

Fər

q

ksə

k

stər

iciy

ə gö

sıra

lam

ası

Gənclərin hərbi-vətənpərvərlik

tərbiyəsi (II)

44.9 -4.65

I 60.11 +10.56

IV

Yaradıcı və istedadlı gənclərin üzə

çıxarılması (IV)

19.59 -11.62

IV 60.37 +29.16

III

Gənclərin asudə vaxtının səmərəli

təşkili (VI)

8.74 -6.82

VI 33.53 +17.97 VI

Gənclərin ictimai-siyasi fəallığının

artırılması (V)

12.75 -8.17 V 42.66 +21.74 V

Gənclərin beynəlxalq təcrübə

mübadiləsinin təşkili (III)

30.63 -11.45 III 73.99 +31.91 II

Gənclərin karyera və iş imkanlarının

artırılması (I)

37.53 -12.56 II 85.61 +35.52 I

Bu cədvəlin göstəricilərinə əsasən isə bunu müşahidə etmək mümkündür ki, gənclər təşkilatlarına

üzv olanların gənclər təşkilatlarından gələcək gözləntiləri ümumi göstəricidən 7-13% aşağıdır. Gənclər

təşkilatlarına üzv olmayanların isə gənclər təşkilatlarından gözləntiləri ümumi göstəricidən 10-35%

yüksəkdir. Buradakı nəticələr də onu göstərir ki, gənclər hansı mühitlərdə daha çox olursa və hansı mühiti

fəaliyyətini daha yüksək qiymətləndirirsə həmin qurumun gələcək fəaliyyətindən gözləntiləri də aşağı düşür.

Lakin demək mümkündür ki, fəaliyyət istiqamətləri üzrə hər iki qrupun sıralaması (prioriteti) ümumi orta

göstəricidən fərqlənir. Ümumi orta göstəricilərə əsasən fəaliyyət istiqamətləri üzrə ən prioritet istiqamət

gənclərin karyera və iş imkanlarının artırılmasıdır. Gənclər təşkilatlarına üzv olmayanlar üçün bu belə olsa

da gənclər təşkilatlarına üzv olanlar üçün bu 2-ci prioritet məsələdir. Ümumi orta göstəriciyə əsasən 2-ci

prioritet istiqamət gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi gənclər təşkilatlarına üzv olmayanlar üçün 4-cü

sırada olduğu halda gənclər təşkilatlarına üzv olanlar üçün isə bu birinci prioritet məsələdir. Lakin hər iki

qrupda ən az əhəmiyyət verilən iki istiqamət –gənclərin ictimai siyasi fəallığının artırılması və gənclərin

asudə vaxtının səmərəli təşkili istiqamətləridir ki, bu ümumi respondentlərin nəticələri ilə formalaşan

sıralama ilə eynilik təşkil edir. Gənclər təşkilatların üzv olanların nəticələri ilə formalaşan sıralama ümumi

sıralama ilə iki istiqamət istisna olmaqla eynilik təşkil edir. Lakin gənclər təşkilatlarına üzv olmayanlar isə

gənclərin beynəlxalq təcrübəsinin artırılması və yaradıcı gənclərin üzə çıxarılması sahəsində gənclər

təşkilatlarından olan gözləntiləri digər qrupa nisbətən daha prioritet sahə təşkil edir.

Nəzərə alsaq ki, gənclər təşkilatlarının tədbirlərində iştirak səviyyəsinə görə analoji müqayisəli təhlil

aparsaq eyni nəticələrlə rastlaşacağıq. Yuxarıda sadalanan hipotezlər bu təhlildə də öz təsdiqini tapacaq.

GƏNCLƏR TƏŞKİLATLARININ İNKİŞAFINDA ROL OYNAYAN AMİLLƏR

Sorğuda respondentlərə gənclər təşkilatlarının inkişafı və dayanıqlılığı üçün vacib olan amilləri

qiymətləndirmək tələb olunurdu. Respondentlər aşağıdakı amilləri 5 bal üzərində qiymətləndirməli idi.

- Təşkilatın ideyalarının və missiyasının innovativliyi

- Təşkilat üzvlərinin bilik və bacarıqları (komanda işi daxil olmaqla)

- Təşkilatın maliyyə vəziyyəti və maliyyə davamlılığı

- Təşkilatın ofis təminatı və digər texniki təminatlar

- Təşkilatın dövlət qurumları ilə əməkdaşlığı

- Təşkilatın özəl sektorla əməkdaşlığı

- Təşkilatın qrant təşkilatları ilə əməkdaşlığı

- Təşkilatın informasiyaya çıxışı

- Təşkilatın sosial şəbəkələrdə mövqeyi (facebook, tvitter və digər)

Qaydaya əsasən respondentlər ayrı ayrılıqda bu amillərin hər birini qiymətləndirməli, ən çoxu iki

amilə ən yüksək -5 balla qiymətləndirə bilərdi.

Beləliklə 519 respondentin gənclər təşkilatlarının inkişafında hansı amilləri nə dərəcədə vacib hesab

etdiklərini aşağıdakı nəticələrlə görmək mümkündür:

Təşkilatın ideyalarının və missiyasının innovativliyi-4.144, Təşkilat üzvlərinin bilik və bacarıqları

(komanda işi daxil olmaqla)-4.243, Təşkilatın maliyyə vəziyyəti və maliyyə davamlılığı-4.243, Təşkilatın

ofis təminatı və digər texniki təminatlar-3.855, Təşkilatın dövlət qurumları ilə əməkdaşlığı-3.884, Təşkilatın

özəl sektorla əməkdaşlığı-3.821, Təşkilatın qrant təşkilatları ilə əməkdaşlığı-4.000, Təşkilatın informasiyaya

çıxışı-4.150, Təşkilatın sosial şəbəkələrdə mövqeyi (facebook, tvitter və digər)-4.052 bal

Bu cavablara əsasən deyə bilərik ki, respondentlər, gənclər təşkilatlarının inkişafında digər amillərə

nisbətdə ən vacib amilləri təşkilat üzvlərinin bilik və bacarıqlarını və təşkilatın maliyyə davamlılığı

amillərini daha vacib hesab edirlər. Respondentlər hesab edirlər ki, digər amillərə nisbətən gənclər

təşkilatlarının özəl sektorla əməkdaşlığı və təşkilatın ofis və texniki təminatı amili o qədər də vacib deyil.

Şübhəsiz bütün cavablarda olduğu kimi bu sualın cavabına da fərqli kategoriyadan olan respondentlərin

cavabları arasında fərqlər olacaq. Bu fərqlər əsasında müəyyən qanunauyğunluqları axtarmağa çalışacağıq.

İlk əvvəl regional mənsubiyyətə görə təsnifatlaşan respondent qruplarının müqayisəli təhlili

aparılacaq. Respondentlər adətən vizual müşahidələri əsasənda öz rəylərini bildirdirlər. Bizim hipotezimizə

əsasən hər bir regionda gənclər təşkilatlarının inkişafına təsir göstərən amillərin təsiri fərqli olduğu üçün

vizual müşahidələrin təsiri cavablara təsirini göstərəcək və fərqlər yaradacaq. İkinci bir məsələ isə müxtəlif

yerlərdə gənclər təşkilatlarının inkişafı üçün defisit olan amillər daha yüksək qiymətləndiriləcək. Aşağıdakı

cədvəl regional mənsubiyyətə görə müqayisəli təhlil aparmağa imkan yaradır: İnkişaf amilləri və qiymətləndirmə

meyarına görə sıralaması /regionlar

Üm

um

i o

rta

stər

ici Bakı şəhəri

213 respondent

Gəncə, Sumqayıt və

Mingəçevi

216 respondent

Digər rayonlar

90 respondent

Qru

p

üzr

ə

stər

ici

Fər

q

(rəq

əmlə

)

Fər

q (

faiz

lə)

Qru

p

üzr

ə

stər

ici

Fər

q

(rəq

əmlə

)

Fər

q (

faiz

lə)

Qru

p

üzr

ə

stər

ici

Fər

q

(rəq

əmlə

)

Fər

q (

faiz

lə)

Təşkilatın ideyalarının və missiyasının

innovativliyi (IV)

4.144 4.014 -0.13 -3.14 4.25 0.106 2.56 4.2 0.056 1.35

Təşkilat üzvlərinin bilik və bacarıqları

(komanda işi daxil olmaqla) (I-II)

4.243 4.169 -0.074 -1.74 4.278 0.035 0.82 4.333 0.09 2.12

Təşkilatın maliyyə vəziyyəti və

maliyyə davamlılığı (I-II)

4.243 4.169 -0.074 -1.74 4.236 -

0.007

-0.16 4.333 0.09 2.12

Təşkilatın ofis təminatı və digər

texniki təminatlar (VIII)

3.855 3.831 -0.024 -0.62 3.792 -

0.063

-1.63 4.067 0.212 5.50

Təşkilatın dövlət qurumları ilə

əməkdaşlığı (VII)

3.884 3.915 0.031 0.80 3.819 -

0.065

-1.67 3.967 0.083 2.14

Təşkilatın özəl sektorla əməkdaşlığı

(IX)

3.821 3.789 -0.032 -0.84 3.75 -

0.071

-1.86 4.067 0.246 6.44

Təşkilatın qrant təşkilatları ilə

əməkdaşlığı (VI)

4.000 3.929 -0.071 -1.78 3.889 -

0.111

-2.78 4.433 0.433 10.83

Təşkilatın informasiyaya çıxışı (III)

4.150 4.056 -0.094 -2.27 4.194 0.044 1.06 4.267 0.117 2.82

Təşkilatın sosial şəbəkələrdə mövqeyi

(facebook, tvitter və digər) (V)

4.052 4.113 0.061 1.51 3.861 -

0.191

-4.71 4.366 0.314 7.75

Bu cədvəldəki nəticələri müqayisə etsək müşahidə edərik regionlar arasında ciddi bir fərq mövcud deyil.

Xüsusi ilə paytaxt və respublika tabeçiliyində olan şəhərlər amillərin vacibliyini çox cüzi şəkildə aşağı

dəyərləndirmişdir. Yalnız, Gəncə, Sumqayıt və Mingəçevir respondentləri üç amili-təşkilatın ideyaları və

missiyalarının innovativliyini, üzvlərin bilik və bacarıqları və informasiya çıxışı amilini ümumi orta

göstəricidən çox cüzi ölçüdə yüksək qiymətləndirmişdir. Bu fərqlər çox cüzi olduğu üçün respondentlər

arasında müqayisəli təhlil aparmağa imkan yaratmır. Lakin region gəncləri amilləri şəhər respondentlərinə

nisbətən daha yüksək qiymətləndiriblər. Xüsusi ilə təşkilatın qrant təşkilatları ilə əməkdaşlığı (ümumi orta

göstəricidən 10.83% yüksək), təşkilatın sosial şəbəkələrdə mövqeyi (ümumi orta göstəricidən 7.75%

yüksək), özəl sektorla əməkdaşlığı (ümumi orta göstəricidən 6.44% yüksək) amilinin qiymətləndirməsi ciddi

fərqlənir. Əslində yuxarıda qeyd edilən iki hipotezin birləşməsi region gənclərinin cavablarında öz təsdiqini

tapır. Belə ki, ümumilikdə gənclər təşkilatlarının qrant verən təşkilatları ilə əməkdaşlığını müqayisəli

şəkildə dəyərləndirsək şəhərdəki gənclər təşkilatları qrant təşkilatlarından daha çox faydlanır. Regionun

gənclər təşkilatları bu cəhətdən daha çox əziyyət çəkir ki, bu da amillərin qiymətləndirməsinə öz təsirini

göstərmişdir. Region gəncləri şəhər gənclərindən və ümumi respondentlərdən fərqli olaraq təşkilatın sosial

şəbəkələrdə mövqeyi və qrant təşkilatları ilə əməkdaşlığı ən vacib amillərdən hesab edirlər. Şübhəsiz rayon

yerlərində internet istifadəçilərinin azlığı regionda gənclər təşkilatlarının sosial şəbəkələrdə mövqeyini

nisbətən daha zəiflədir. Halbuki şəhər yerlərində gənclər təşkilatlarının bu sahədə mövqeyi daha güclü

olduğu üçün bu amil nail olunmuş bir dəyər kimi hesab edilir və şəhər respondentləri bu amili o qədər də

əhəmiyyətli hesab etmirlər.

Bu təhlili isə indi də yaş qruplarına əsasən aparmaq daha faydalı olardı. İnkişaf amilləri və qiymətləndirmə

meyarına görə sıralaması /regionlar Ü

mu

mi

stər

ici 14-17 yaş qrupu 18-21 yaş

qrupu

22-25 yaş qrupu 26-29 yaş qrupu

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Təşkilatın ideyalarının və

missiyasının innovativliyi (IV)

4.144 4.286 0.142

+3.43% 4.284 0.14

+3.38%

4.193 0.049

+1.18% 3.743 -0.401

-9.68%

Təşkilat üzvlərinin bilik və bacarıqları

(komanda işi daxil olmaqla) (I-II)

4.243 4.286 0.043

+1.01% 4.338 0.095

+2.24% 4.123 -0.12

-2.83% 4.2 -0.043

-1.01%

Təşkilatın maliyyə vəziyyəti və

maliyyə davamlılığı (I-II)

4.243 2.857 -1.386

-32.67% 4.284 0.041

+0.97% 4.229 -0.014

-0.33% 4.257 0.014

+0.33%

Təşkilatın ofis təminatı və digər

texniki təminatlar (VIII)

3.855 3.428 -0.427

-11.08% 3.932 0.077

+2.00 3.824 -0.031

-0.80% 3.828 -0.027

-0.70%

Təşkilatın dövlət qurumları ilə

əməkdaşlığı (VII)

3.884 3.571 -0.313

-8.06% 4 0.116

+2.99% 3.772 -0.112

-2.88% 3.886 0.002

+0.05%

Təşkilatın özəl sektorla əməkdaşlığı

(IX)

3.821 4 0.179

+4.68% 3.865 0.044

+1.15% 3.684 -0.137

-3.59% 3.914 0.093

+2.43%

Təşkilatın qrant təşkilatları ilə

əməkdaşlığı (VI)

4.000 4.143 0.143

+3.57% 4.067 0.067

+1.68% 3.887 -0.113

-2.83% 4.028 0.028

+0.70%

Təşkilatın informasiyaya çıxışı (III)

4.150 4.428 0.278

+6.70% 4.243 0.093

+2.24% 4.140 -0.01

-0.24% 3.914 -0.236

-5.69%

Təşkilatın sosial şəbəkələrdə mövqeyi

(facebook, tvitter və digər) (V)

4.052 4.571 0.519

+12.81% 4.243 0.191

+4.71 3.895 -0.157

-3.87% 3.8 -0.252

-6.22%

Ümumilikdə bəzi istisnaları çıxmaq şərti ilə yaş qrupları arasında ciddi bir fərq yoxdur. Ümumi mənzərə

bundan ibarətdir ki, 18-21 yaş qrupu gənclər təşkilatlarının inkişafı üçün sadalanan amillərin hər birini

ümumi respondentlərə nəzərən daha vacib hesab edirlər. 14-17 yaş qrupu isə təşkilatın maliyyə dayanlıqlılığı

(ümumi orta göstəricidən 32.67% daha az) və ofis-texniki təchizatı amilini (ümumi orta göstəricidən 11.08%

daha az) çox az əhəmiyyətli hesab edirlər. Nəzərə alsaq ki, bu qrupda olanlar orta məktəbin yuxarı sinif

şagirdləri və ali məktəblərin 1-ci kurs tələbələrini əhatə edir, o zaman səbəbləri müəyyən etmək

mümkündür. Əsas səbəblərdən biri budur ki, bu yaş qrupunda olan gənclərin gənclər təşkilatları və onların

fəaliyyəti ilə bağlı streotipləri fərqlidir. Onlar güman edirlər ki, gənclər təşkilatları fəaliyyətlərini həyata

keçirərərkən ciddi maliyyəyə ehtiyac hiss etmirlər. Eyni iddiani ofis təminatı və texniki təchizat üçün də aid

etmək mümkündür. Bununla bərabər bu qrupda olanlar gənclər təşkilatlarının tanınması və insan

resurslarının təminatını daha əhəmiyyətli hesab etdikləri üçün informasiya çıxışı (ümumi orta göstəricidən

6.70% çox) və təşkilatın sosial şəbəkələrdə mövqeyi amilini (ümumi orta göstəricidən 12.81% çox) daha çox

vacib hesab edirlər. 22-25 və 26-29 yaş qrupunda olanlar isə gənclər təşkilatlarının inkişafı üçün amilləri

daha az əhəmiyyətli hesab edirlər. Xatırlatmaq yerinə düşər ki, əvvəlki bölmələrdən müəyyən etmişdik ki,

yaş çoxaldıqca gənclər təşkilatlarının fəaliyyətinə qiymət azalırdı. Eyni tendesiyanı gənclər təşkilatlarının

inkişafında əhəmiyyətli amillərin qiymətləndirməsində də görmək mümkündür. Yəni gənclər təşkilatlarına

verilən əhəmiyyətlə onların inkişafı üçün zəruri amillərin əhəmiyyətinə verilən qiymətləndirmə arasında

düz mütənasiblik mövcuddur. Amillərin qiymətləndirməsi gənclər təşkilatlarının özünə verilən

əhəmiyyətdən asılıdır. Bu hipotezin o biri kategoriyalara görə təsnifatlaşan qruplar üçün də etibarlı olub olmadığını növbəti

təhlillərdə görəcəyik. Bu baxımdan məşğuliyyətə görə təsnifatlaşan ayrı ayrı qrupların müqayisəli təhlilini

aparmaq daha faydalı olardı. Bu təhlil bizə aşağıdakı mənzərəni verəcək: İnkişaf amilləri və qiymətləndirmə

meyarına görə sıralaması /regionlar

Üm

um

i

stər

ici

İşsizlər/tələbələr Ictimai sektor Dövlət sektoru Özəl sektor

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Təşkilatın ideyalarının və

missiyasının innovativliyi (IV)

4.144 4.329 0.185

+4.46% 3.973 -0.171

-4.13% 4.348 0.204

+4.92%

3.811 -0.333

-8.04%

Təşkilat üzvlərinin bilik və bacarıqları

(komanda işi daxil olmaqla) (I-II)

4.243 4.329 0.086

+2.03% 4.270 0.027

+0.64% 4.435 0.192

+4.53% 3.919 -0.324

-7.64%

Təşkilatın maliyyə vəziyyəti və

maliyyə davamlılığı (I-II)

4.243 4.263 0.02

+0.47% 4.270 0.027

+0.64% 4.348 0.105

+2.47% 4.108 -0.135

-3.18%

Təşkilatın ofis təminatı və digər

texniki təminatlar (VIII)

3.855 3.829 -0.026

-0.67% 4.000 0.145

+3.76% 3.913 0.058

+1.50% 3.730 -0.125

-3.24%

Təşkilatın dövlət qurumları ilə

əməkdaşlığı (VII)

3.884 3.842 -0.042

-1.08% 3.838 -0.046

-1.18% 4.217 0.333

+8.57% 3.811 -0.073

-1.88%

Təşkilatın özəl sektorla əməkdaşlığı

(IX)

3.821 3.842 0.021

+0.55% 3.757 -0.064

-1.67% 4.087 0.266

+6.96% 3.676 -0.145

-3.79%

Təşkilatın qrant təşkilatları ilə

əməkdaşlığı (VI)

4.000 3.974 -0.026

-0.65% 4.135 0.135

+3.37% 4.174 0.174

+4.35% 3.811 -0.189

-4.73%

Təşkilatın informasiyaya çıxışı (III)

4.150 4.145 -0.005

-0.12% 4.297 0.147

+3.54% 4.174 0.024

+0.58% 4.000 -0.15

-3.61%

Təşkilatın sosial şəbəkələrdə mövqeyi

(facebook, tvitter və digər) (V)

4.052 4.145 0.093

+2.30% 4.378 0.326

+8.05% 3.783 -0.269

-6.64% 3.703 -0.349

-8.61%

Ümumilikdə müəyyən istisnaları çıxmaq şərti ilə məşğuliyyət qruplarının cavabları arasında ciddi fərq

yoxdur. Gənclər təşkilatlarına verilən əhəmiyyətlə onların inkişafı üçün zəruri amillərin əhəmiyyətinə

verilən qiymətləndirmə arasında düz mütənasiblik mövcuddur hipotezi burada özəl sektorda işləyən

gənclərin cavabları üçün tam şamil etmək mümkündür. Özəl sektorda işləyənlər gənclər təşkilatlarını digər

qruplara nisbətən əhəmiyyətsiz hesab etdikləri kimi gənclər təşkilatlarının inkişafındakı bütün amilləri digər

qruplara nisbətən daha əhəmiyyətsiz hesab edirlər. Eyni hipotezi müəyyən istisnalarla dövlət sektorunda

işləyənlər üçün də aid etmək mümkündür. Dövlət sektorunda işləyənlər dövlət qurumlarının əhəmiyyətini

və gücünü digər kategoriyadan olan gənclərdən daha yaxından bələd olduqları üçün onlar gənclər

təşkilatlarının dövlət qurumları ilə əməkdaşlığını (ümumi orta göstəricidən +8.57% çox) digər təbəqələrdən

daha üstün qiymətləndirib. Lakin dövlət sektorunda işləyənlər gənclər təşkilatlarının inkişafında sosial

şəbəkələrdəki mövqeyi o qədər da vacib hesab etmirlər və digər qruplara nisbətən bu amili (ümumi orta

göstəricidən 6.64% aşağı)daha aşağı qiymətləndirib. Lakin ictimai sektorda işləyənlər isə gənclər

təşkilatlarının sosial şəbəkələrdəki mövqeyini (ümumi orta göstəricidən 8.05% çox) daha yüksək

qiymətləndirib. Digər qruplar və qiymətləndirmələrdəki fərqlərə nəzər yetirdikdə görürük ki, fərqlər 5%-

dən çox deyil.

Bu təhlili gənclər təşkilatlarına üzv olub olmayanların müqayisəli təhlili ilə aparsaq daha faydalı bir nəticə

əldə etmək mümkündür. Yəni prosesin daxilində olanların fikirləri ilə kənarda qalan insanların düşüncələri

arasında fərqin olub olmadığını müəyyən edərək səbəblərini araşdırmaq mümkündür. Aşağıdakı cədvəl hər

iki qrupun müqayisəli təhlilini göstərir.

İnkişaf amilləri və qiymətləndirmə

meyarına görə sıralaması /regionlar

gənclər təşkilatına üzv

olanlar

Gənclər təşkilatlarına üzv

olmayanlar

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Fər

qi

(fai

zlə)

Qru

p

üzr

ə

stər

ici

Üm

um

i

stər

icid

ən

fərq

i

Fər

qi

(fai

zlə)

Təşkilatın ideyalarının və

missiyasının innovativliyi (IV)

4.144 4.193 +0.049 1.18 4.050 -0.094 -2.27

Təşkilat üzvlərinin bilik və bacarıqları

(komanda işi daxil olmaqla) (I-II)

4.243 4.386 +0.143 3.37 3.966 -0.277 -6.53

Təşkilatın maliyyə vəziyyəti və

maliyyə davamlılığı (I-II)

4.243 4.316 +0.073 1.72 4.102 -0.141 -3.32

Təşkilatın ofis təminatı və digər

texniki təminatlar (VIII)

3.855 4.009 +0.154 3.99 3.559 -0.296 -7.68

Təşkilatın dövlət qurumları ilə

əməkdaşlığı (VII)

3.884 3.903 +0.019 0.49 3.847 -0.037 -0.95

Təşkilatın özəl sektorla əməkdaşlığı

(IX)

3.821 3.833 +0.012 0.31 3.797 -0.024 -0.63

Təşkilatın qrant təşkilatları ilə

əməkdaşlığı (VI)

4.000 4.096 +0.096 2.40 3.813 -0.187 -4.68

Təşkilatın informasiyaya çıxışı (III)

4.150 4.218 +0.068 1.64 3.915 -0.235 -5.66

Təşkilatın sosial şəbəkələrdə mövqeyi

(facebook, tvitter və digər) (V)

4.052 4.202 +0.15 3.70 3.763 -0.289 -7.13

Bu cədvəldəki göstəricilər onu göstərir ki, gənclər təşkilatlarına üzv olanlar gənclər təşkilatlarının inkişafı

üçün vacib olan amilləri üzv olmayanlara nisbətən daha yüksək qiymətləndirirlər. Bu bütün amillər üçün

etibarlıdır. Burada başqa bir səbəb axtarmadan gənclər təşkilatlarına verilən əhəmiyyətlə onların inkişafı

üçün zəruri amillərin əhəmiyyətinə verilən qiymətləndirmə arasında düz mütənasiblik mövcuddur hipotezi

tam təsdiqini tapır.

GƏNCLƏR TƏŞKİLATLARININ FƏALİYYƏTLƏRİNƏ VERİLƏN ÜMUMİ QİYMƏT

Sorğuda respondentlərə gənclər təşkilatlarının fəaliyyətlərinə ümumi qiymət vermək tələb olunurdu. Onlar

aşağdakı cavablardan birini işarələməli idi.

1.Bilmirəm 2. Cavab verməkdə çətinlik çəkirəm 3. Tam qane edir 4.Qane edir 5.Qismən qane edir 6.Heç

qane etmir. İlk iki cavabı çıxmaq şərti ilə digərlərini 5 bal üzərindən qiymətləndirsək tam qane etmək

cavabını 5, qane edir cavabını 4, qismən qane edir 3, heç qane etmir cavabını isə 2 balla qiymətləndirmək

olar. Bu metodologiya bizə müxtəlif kategoriyada olan gənclərin müqayisəli təhlilini aparmaq üçün riyazi

moduldan istifadə edib orta balları çıxartmağa və əldə edilən nəticələrə görə müqayisəli təhlil aparıb

müəyyən qanunauyğunluqları kəşf etməyə imkan yaradacaq. Lakin ilk iki cavab qiymətləndirmədə nəzərə

alınsa da onların əmsallaşdırılması aparılmayacaq. Lakin bu müqayisəli təhlilə keçməmişdən qabaq ümumi

nəticəni təhlil etmək lazımdır və aşağıdakı mənzərə yaranır:

1.Bilmirəm-9 nəfər (ümumi respondentlərin 1,73%) 2. Cavab verməkdə çətinlik çəkirəm-33 nəfər (ümumi

respondentlərin 6,36%) 3. Tam qane edir- 36 nəfər (ümumi respondentlərin 6,93%) 4. Qane edir-159 nəfər

(ümumi respondentlərin 30,63%) 5. Qismən qane edir- 213 nəfər(ümumi respondentlərin 41,04%) 6. Heç

qane etmir-69 nəfər (ümumi respondentlərin 13,29%). 3-6-cı cavablar üzrə orta əmsalı tapmaq üçün hər

suala cavab verənləri müvafiq ballara vurub “bilmirəm” və “cavab verməkdə çətinlik çəkirəm” suallarına

verilən cavablar istisna olmaqla ümumi respondentlərin sayına bölməklə orta əmsalı əldə edirik. Yani orta

əmsal (tam qane edir-5balx36)+ (qane edir-4 balx159)+ (qismən qane edir-3 balx213)+ (heç qane etmir 2

balx 69)/(519-9-33)= 3.34 bal əldə edilir. Əgər biz bunu maksimum bala bölsək gənclər təşkilatlarının

fəaliyyətlərindən razı qalmaq nisbətini əldə etmiş olarıq. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki,

respondentlər gənclər təşkilatlarının fəaliyyətlərində razı qalmaq səviyyəsi 66.8% (3.07/5x100%)-dir. Əldə

edilən 3.34 bal və 66.8% bizim üçün orta əmsal olacaq və bu orta əmsal fərqli respondent qruplarının

müqayisəli təhlilində əsas indeks kimi qəbul ediləcək.

İndi isə eyni metodolgiya ilə müxtəlif meyaralara görə təsnifatlaşdırılan respondent qrupları ilə müqayisəli

şəkildə təhlil etmək mərhələsinə keçmək mümkündür. İlk əvvəl regional mənsubiyyətə görə qrupları

təsnifatlaşdırıb müqayisəli təhlil aparmaq lazımdır. Beləliklə regional mənsubiyyətə görə aparılan

müqayisəli təhlildə aşağıdakı nəticələri əldə edirik.

-Bakı şəhəri üzrə 213 respondentdən 18 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik çəkirəm” cavablarını

verdiklərinə görə Bakı respondentləri üçün hesablanan orta əmsalda 195 respondentin cavabları nəzərə

alınacaq. 195 respondent üzrə orta qiymət 3.24 bal təşkil etmişdir ki, bu ümumi orta əmsaldan 0.1 bal, yəni

2.99% aşağıdır. Faizlə əldə edilən əmsal isə 64.8% olacaq

-Respublika tabeçiliyində olan şəhərlər üzrə (Gəncə, Sumqayıt və Mingəçevir) 216 respondentdən 21 nəfər

“bilmirəm” və “cavab verməkdə çətinlik çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün

hesablanan orta əmsalda 195 respondentin cavabları nəzərə alınacaq. 195 respondent üzrə orta qiymət 3.32

bal təşkil etmişdir ki, bu ümumi orta əmsaldan çox cüzi 0.02 bal, yəni 0.5% fərqlənir. Faizlə əldə edilən

əmsal isə 66.4% olacaq

-Digər rayonlar üzrə (Gəncə, Sumqayıt və Mingəçevir) 90 respondentdən 3 nəfər “bilmirəm” və “cavab

verməkdə çətinlik çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 87

respondentin cavabları nəzərə alınacaq. 87 respondent üzrə orta qiymət 3.69 bal təşkil etmişdir ki, bu ümumi

orta əmsaldan 0.34 bal, yəni 10.47% daha yüksəkdir. Faizlə əldə edilən əmsal isə 73.8 % olacaq.

Bu mülahizələrə əsasən deyə bilərik ki, rayon yerlərində yaşayan gənclər gənclər təşkilatlarının mövcud

fəaliyyətlərini şəhərdə yaşayan gənclərə nisbətən 10.5% daha yüksək qiymətləndirir. Əslində gənclərin

inkişafında qurumların rolu və gözləntilərlə bağlı sualların nəticələrində də rayon gəncləri gənclər

təşkilatlarını şəhər gənclərinə nisbətən daha yüksək qiymətləndirmişdi. Yəni hər iki nəticə ilə paralel bir

təhlil aparılsa bu hipotez meydana gəlir ki, gənclər təşkilatlarına verilən əhəmiyyətlə onların mövcud

fəaliyyətlərinə verilən qiymət arasında düz mütənasib bir əlaqə mövcuddur. Bu əlaqənin digər

kategoriyalara görə bölünən respondentlərin müqayisəli təhlilində rast gəlinmə ehtimalı daha böyükdür.

Məsələn necə ki, gənclər təşkilatlarına üzv olanlar üzv olmayanlara nisbətən gənclər təşkilatlarını daha

əhəmiyyətli hesab edirdisə mövcud fəaliyyətlərinə verilən qiymət də digər qrupa nisbətən daha yüksək

olması gözlənilə bilər. Bu məşğuliyyət kategoriyasına görə bölünən gənclərin müqayisəli təhlilində də

görünə bilər. Bunun üçün məşğuliyyət faktoruna görə bölünən ayrı ayrı respondent qruplarının müqayisəli

təhlilinin nəticələrini də görmək faydalı olardı. Beləliklə;

-İşsiz və tələbə gənclər üzrə 228 respondentdən 30 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik çəkirəm”

cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 198 respondentin cavabları

nəzərə alınacaq. 198 respondent üzrə orta qiymət 3.26 bal təşkil etmişdir ki, bu ümumi orta əmsaldan çox

cüzi 0.08 bal, yəni 2.47% fərqlənir. Faizlə əldə edilən əmsal isə 65.2% olacaq

-İctimai sektorda işləyən gənclər üzrə 111 respondentdən hər biri konkret mövqe bildirdiklərinə görə bu

respondentlər üçün hesablanan orta əmsalda 111 respondentin cavabları nəzərə alınacaq. 111 respondent

üzrə orta qiymət 3.46 bal təşkil etmişdir ki, bu ümumi orta əmsaldan çox cüzi 0.12 bal, yəni 3.58% fərqlənir.

Faizlə əldə edilən əmsal isə 69.2% olacaq

- Dövlət sektorunda işləyən gənclər üzrə 69 respondentdən 6 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 63 respondentin

cavabları nəzərə alınacaq. 63 respondent üzrə orta qiymət 3.29 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan çox cüzi 0.05 bal, yəni 1.62% fərqlənir. Faizlə əldə edilən əmsal isə 65.8% olacaq

-Özəl sektorda işləyən gənclər üzrə 111 respondentdən 6 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 105 respondentin

cavabları nəzərə alınacaq. 105 respondent üzrə orta qiymət 3.06 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan 0.28 bal, yəni 8.47% aşağıdır. Faizlə əldə edilən əmsal isə 61.2% olacaq. Məşğuliyyət

kategoriyasına görə bölünən ayrı ayrı qrupları təhlil etdikdə müşahidə etmək mümkündür ki, özəl sektorda

işləyən gənclər, gənclər təşkilatlarının mövcud fəaliyyətlərindən digər məşğuliyyət qruplarına nisbətən ən

narazı qrupdur. Belə ki, onlar gənclər təşkilatlarının mövcud fəaliyyətlərini ümumi orta göstəricidən 8.5%

aşağı qiymətləndirmişdir. Əslində özəl sektorda işləyən gənclər, qurumlar arasında gənclər təşkilatlarının

əhəmiyyətini və rolunu daha az qeyd edirdilər ki, bu da gənclər təşkilatlarına verilən əhəmiyyətlə onların

mövcud fəaliyyətlərinə verilən qiymət arasında düz mütənasib bir əlaqə mövcuddur hipotezini bir daha

təsdiq etmiş oldu. Digər məşğuliyyət qrupları ümumi orta göstəricidən çox cüzi fərqlənir.

Bu araşdırmanı yaş qruplarına görə təsnifatlaşdırılmış ayrı ayrı qruplar üzrə müqayisəli təhlil ilə davam

etdirsək aşağıdakı nəticələri əldə edərik:

-14-17 yaş qrupunda olan gənclər üzrə 21 respondentdən 3 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 18 respondentin

cavabları nəzərə alınacaq. 18 respondent üzrə orta qiymət 3.00 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan 0.34 bal, yəni 10.34% azdır. Faizlə əldə edilən əmsal isə 60.00% olacaq

-18-21 yaş qrupunda olan gənclər üzrə 222 respondentdən 21 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 201 respondentin

cavabları nəzərə alınacaq. 201 respondent üzrə orta qiymət 3.49 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan 0.15 bal, yəni 4.56% çoxdur. Faizlə əldə edilən əmsal isə 69.80% olacaq.

-22-25 yaş qrupunda olan gənclər üzrə 171 respondentdən 9 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 162 respondentin

cavabları nəzərə alınacaq. 162 respondent üzrə orta qiymət 3.28 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan 0.06 bal, yəni 1.86% azdır. Faizlə əldə edilən əmsal isə 65.60% olacaq.

- 26-29 yaş qrupunda olan gənclər üzrə 105 respondentdən 9 nəfər “bilmirəm” və “cavab verməkdə çətinlik

çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 96 respondentin

cavabları nəzərə alınacaq. 96 respondent üzrə orta qiymət 3.06 bal təşkil etmişdir ki, bu ümumi orta

əmsaldan 0.28 bal, yəni 8.31% aşağıdır. Faizlə əldə edilən əmsal isə 61.20% olacaq.

Əvvəlki bölmələrdə belə nəticəyə gəlmişdik ki, yaş çoxaldıqca respondentlərin qurumlara verdiyi

əhəmiyyət azalırdı. Gənclər təşkilatlarının mövcud fəaliyyəti ilə bağlı qiymətləndirmədə də yaş çoxaldıqca

fəaliyyətə verilən qiymətin aşağı düşdüyü müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan hipotezi bir daha

təsdiq etmiş oldu.

Araşdırmanı gənclər təşkilatlarına üzv olub olmayanlar arasında təsnifatlaşdırıb müqayisəli təhlil

aparsaq şübhəsiz müəyyən fərqlərin olmasını proqnozlaşdırırıq.

-Gənclər təşkilatlarına üzv olan gənclər üzrə 342 respondentdən 12 nəfər “bilmirəm” və “cavab verməkdə

çətinlik çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda 330

respondentin cavabları nəzərə alınacaq. 330 respondent üzrə orta qiymət 3.57 bal təşkil etmişdir ki, bu

ümumi orta əmsaldan 0.23 bal, yəni 6.97% yüksəkdir. Faizlə əldə edilən əmsal isə 71.40% olacaq.

- Gənclər təşkilatlarına üzv olmayan gənclər üzrə 177 respondentdən 30 nəfər “bilmirəm” və “cavab

verməkdə çətinlik çəkirəm” cavablarını verdiklərinə görə bu respondentlər üçün hesablanan orta əmsalda

147 respondentin cavabları nəzərə alınacaq. 147 respondent üzrə orta qiymət 2.82 bal təşkil etmişdir ki, bu

ümumi orta əmsaldan 0.52 bal, yəni 15.68% aşağıdır. Faizlə əldə edilən əmsal isə 56.40% olacaq.

Bu iki ayrı qrup arasında fərq daha qabarıq görünməkdədir. Gənclər təşkilatlarının əhəmiyyəti ilə bağlı

verilən sualların cavablandırılmasında da gənclər təşkilatlarına üzv olmayanlar üzv olanlara nisbətən çox

aşağı qiymətlə qiymətləndirmişdir. Mövcud fəaliyyətin qiymətləndirməsində də eyni hal müşahidə

olunmaqdadır. Bu isə yenə də yuxarıda qeyd olunan hipotezimizin öz təsdiqini tapdığını müşahidə edə

bilirik.

YEKUN NƏTİCƏLƏR

Ümumilikdə deyə bilərik ki, sorğunun nəticələri bizim əvvəlcədən müəyyən etdiyimiz hipotezləri

doğrultmuşdur. Araşdırmanın ana hipotezlərindən biri o idi ki, respondentlər gənclərin inkişafında daha

çox töhfəsi olan mühitləri seçərkən özlərinin daha çox və uzun müddətdə təmasda olduğu mühitlərin

töhfəsini daha yüksək qiymətləndirəcək. Bu hipotez bütövlükdə özünü tam doğrultdu. Bu hipotez xüsusi ilə

gənclər təşkilatlarına üzv olanlarla üzv olmayanlar arasında qurumların əhəmiyyəti, gənclər təşkilatlarının

rolu və onların fəaliyyətində özünü daha çox göstərdi.

İkinci bir məqam bundan ibarət idi ki, rayon gəncləri şəhər gənclərinə nisbətən ictimai fəaliyyətə

daha çox həssasdırlar. Onların gənclər təşkilatlarının rolunu, əhəmiyyətini, gözləntilərini və mövcud

fəaliyyətini şəhər gənclərinə nisbətən daha yüksək qiymətləndirirdilər. Baxmayaraq ki, statistik və empirik

müşahidələrə əsasən gənclər təşkilatlarının fəaliyyətləri paytaxt və respublika tabeçiliyində olan şəhərlərdə

daha qabarıq görünür, lakin gənclər təşkilatları bu yerlərdə olan respondentlərdən daha aşağı qiymət

alırdılar. Lakin rayon yerlərində gənclər təşkilatlarının fəaliyyətləri nisbətən zəif olduğu halda onlar gənclər

təşkilatlarının əhəmiyyətini şəhər gənclərinə nisbətən daha qabarıq göstərirdilər. Bu yuxarıdakı hipotezlə

ziddiyyət təşkil edən yeganə məqamdır. Buradakı tərs mütənasiblik təşkil edən əlaqəni onunla izah etmək

mümkündür ki, paytaxt və şəhər respondentlərinin yaşadığı şəraitdə alternativlər rayona nisbətən çoxdur və

bu baxımdan gənclər təşkilatları daha az əhəmiyyətli ola bilər. İkinci səbəb isə ondan ibarətdir ki, paytaxt və

şəhər respondentləri gənclər təşkilatlarının fəaliyyətlərindən nisbətən “doymuş” qrupdur, rayon gəncləri isə

nisbətən gənclər təşkilatlarının fəaliyyətlərindən “doymamış” kütlədir. Adətən doymamış kütlələr hadisələr

və məsələlərə daha həssas və daha həvəslə yanaşırlar. Hesab edirik ki, buradakı tərs mütənasib əlaqə bu

faktorla bağlıdır.

Araşdırmalar onu da göstərmişdir ki, qurumlara qarşı ən yüksək münasibət və ümumilikdə ən fəal, ən

ictimaiyyətci qrup 18-21 yaş qrupudur. Lakin bu yaş çoxaldıqca gənclər inkişafında istər gənclər

təşkilatlarına, istərsə də digər qurumların əhəmiyyətini aşağı göstərirlər. Yəni qurumlara etimad azalır.

Bununla yanaşı baxmayaraq ki ümumi göstəricidə ailə qurumu gənclərin inkişafında 3-cü yerdə gəlir, lakin

müxtəlif yaş qrupları arasında ailə mühitinə qarşı münasibətdə fərqlər çox cüzidir. Lakin qeyd etmək

lazımdır ki, gənclər inkişaf üçün dinamik (dəyişmələrə nisbətən açıq) mühitlərə daha çox üstünlük verirlər.

Ən yüksək qiymətləndirilən ilk 2 mühit -dost mühiti və gənclər təşkilatları kifayət qədər dinamik bir

mühitdir.

Qurumlara verilən əhəmiyyətlə onların mövcud fəaliyyətinə verilən qiymətin dinamikasında düz

mütənasiblik mövcuddur.

Araşdırmanın əhəmiyyətli tapıntılarından biri isə bu idi ki, qurumların real fəaliyyətindən ən çox

narazı qalan təbəqənin həmin qurumun gələcək fəaliyyətindən gözləntiləri digər qruplara nisbətən daha

yüksək idi və ya əksinə fəaliyyətdən razı qalanların gələcək gözləntiləri daha aşağı idi. Yəni real fəaliyyətlə

gözləntilər arasında tərs mütənasib bir əlaqə mövcud idi. Bu daha çox gənclər təşkilatlarının fəaliyyət

istiqamətlərinin ayrı ayrı qiymətləndirməsində özünü daha çox biruzə verirdi.

Ayrı ayrı məşğuliyyət qruplarının qurumlara olan münasibəti arasındakı fərq də hiss olunurdu. Özəl

sektorda işləyənlərin gənclərin inkişafında ictimai sektorun, o cümlədən gənclər təşkilatlarının

fəaliyyətlərini digər respondentlərə nisbətən ən aşağı səviyyədə qiymətləndirmişdir. Bunun da əsas

səbəblərindən biri gənclər təşkilatları öz fəaliyyətlərində özəl sektorla əməkdaşlıq edə bilmir və

fəaliyyətlərinin maliyyələşməsində korporativ sosial məsuliyyət, sosial xeyriyyəçilik alətlərindən lazım

səviyyədə istifadə edə bilmir. Qiymətləndirmə məsələsində eyni zamanda qurumların özünü cəmiyyətdə nə

qədər çox tanıtması da öz rolunu oynadığı üçün hesab edirik ki, gənclər təşkilatları özəl sektora özlərini

kifayət qədər tanıda bilməyiblər.

Sonda onu qeyd etmək lazımdır ki, bu sorğunu hər il daha geniş və fərqli auditoriya ilə keçirilməsi

yuxarıda qeyd edilən məsələdə trendləri izləməyə müəyyən imkan yaratmaq baxımından çox vacibdir.

İsmayıl Kərimov

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi,

“Gənclərin Rəyi” Araşdırma Mərkəzinin həmtəsisçisi