Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar...

88
1 MART 2013 Əziz oxucularımız! Sizin hər birinizi jurnalımızın üçüncü nömrəsində salam- layıram. Bu buraxılışımız mühüm hadisələr və məlumatlar ilə zəngindir. Sizi bu hadisələr və jurnalın bəzi rubrikaları ilə qısa şəkildə olsa da tanış etmək istərdim. Ötən ayın mühüm hadisələrindən biri 14 mart 2013-cü il tarixində Divan Otelin konfrans zalında “2013-cü il yanvar ayının 1-dən qüvvədə olan BMHS-da dəyişiklər” ilə bağlı APFM tərəfindən təşkil edilmiş treninq olmuşdur. Tədbirdə həmçinin Beynəlxalq Mühasiblər Assosiasiyasının (İAB) Beynəlxalq inkişaf üzrə məsləhətçisi Geoffrey Barclay da iştirak etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar- tırılması” mövzusunda çıxış etmişdir. Tədbir haqda geniş məlumatı “APFM səhifəsi” rubrikasında əldə edə bilərsiniz. Digər rubrikalara gəldikdə qeyd etmək istərdim ki, “İqtisadi xəbərlər” rubrikasında Siz mart ayın- da baş vermiş mühüm hadisələr, “Maraqlı həyat” rubrikasında Ağa Musa Nağıyev haqqında, “Bilməyə dəyər” rubrikasında isə Beynəlxalq Valyuta Fondu haqqında geniş məlumat alacaqsınız. “Azərbaycan haqqında...” rubrikasının bu nömrəsini paytaxtımızın kəndlərinə həsr etmişik. Sizlərə çatdıracaq məlumatların çoxluğunu nəzərə alaraq, bu mövzunu gələn nömrədə də davam etmək qərarına gəldik. “Elmə gəncin gözü ilə” rubrikasında mart ayının qalib məqaləsi Azərbaycan iqtisadiyyatının inki- şaf yolu, ümummilli lider Heydər Əliyevin yaratdığı neft strategiyası və Prezident İlham Əliyevin qey- ri neft sektorunun inkişafı istiqamətində qəbul etdiyi uzaqgörən qərarlarına həsr edilmişdir. Məqalə R.Əsgərova məxsusdur. Onu təbrik edirik! Əyləncə rubrikasında bu dəfə diqqətinizə məntiqi suallar təqdim etmişik. Güman edirəm ki, bu su- alların cavabını tapmaqda çətinlik çəkməyəcəksiniz və vaxtınızı jurnalımızla keçirməkdən zövq ala- casınız. Hörmətlə, Bağırov Ramil Xeybər oğlu. Finansist MALİYYƏ MƏLUMAT JURNALI

Transcript of Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar...

Page 1: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

1MART 2013

Əziz oxucularımız!

Sizin hər birinizi jurnalımızın üçüncü nömrəsində salam-layıram. Bu buraxılışımız mühüm hadisələr və məlumatlar ilə zəngindir. Sizi bu hadisələr və jurnalın bəzi rubrikaları ilə qısa şəkildə olsa da tanış etmək istərdim.

Ötən ayın mühüm hadisələrindən biri 14 mart 2013-cü il tarixində Divan Otelin konfrans zalında “2013-cü il yanvar ayının 1-dən qüvvədə olan BMHS-da dəyişiklər” ilə bağlı APFM tərəfindən təşkil edilmiş treninq olmuşdur. Tədbirdə həmçinin Beynəlxalq Mühasiblər Assosiasiyasının (İAB) Beynəlxalq inkişaf üzrə məsləhətçisi Geoffrey Barclay da iştirak etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması” mövzusunda çıxış etmişdir. Tədbir haqda geniş məlumatı “APFM səhifəsi” rubrikasında əldə edə bilərsiniz.

Digər rubrikalara gəldikdə qeyd etmək istərdim ki, “İqtisadi xəbərlər” rubrikasında Siz mart ayın-da baş vermiş mühüm hadisələr, “Maraqlı həyat” rubrikasında Ağa Musa Nağıyev haqqında, “Bilməyə dəyər” rubrikasında isə Beynəlxalq Valyuta Fondu haqqında geniş məlumat alacaqsınız.

“Azərbaycan haqqında...” rubrikasının bu nömrəsini paytaxtımızın kəndlərinə həsr etmişik. Sizlərə çatdıracaq məlumatların çoxluğunu nəzərə alaraq, bu mövzunu gələn nömrədə də davam etmək qərarına gəldik.

“Elmə gəncin gözü ilə” rubrikasında mart ayının qalib məqaləsi Azərbaycan iqtisadiyyatının inki-şaf yolu, ümummilli lider Heydər Əliyevin yaratdığı neft strategiyası və Prezident İlham Əliyevin qey-ri neft sektorunun inkişafı istiqamətində qəbul etdiyi uzaqgörən qərarlarına həsr edilmişdir. Məqalə R.Əsgərova məxsusdur. Onu təbrik edirik!

Əyləncə rubrikasında bu dəfə diqqətinizə məntiqi suallar təqdim etmişik. Güman edirəm ki, bu su-alların cavabını tapmaqda çətinlik çəkməyəcəksiniz və vaxtınızı jurnalımızla keçirməkdən zövq ala-casınız.

Hörmətlə,Bağırov Ramil Xeybər oğlu.

FinansistMALİYYƏ MƏLUMAT JURNALI

Page 2: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

2 MART 2013

MÜNDƏRİCAT30 BAKI KƏNDLƏRİ44 KONTROL HESABLAR50 MALİYYƏ MENECMENTİ54 BEYNƏLXALQ VALYUTA

FONDU58 BÖYÜK BRİTANİYANIN

VERGİ SİSTEMİ64 NƏ ÜÇÜN VAXT BƏZƏN

"UÇUR", BƏZƏN İSƏ "YAVAŞ" SÜRÜNÜR?

68 KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN STANDARTLARI

71 MÜSABİQƏ72 TANINMIŞ HƏMKARLAR

04 BEYNƏLXALQ MÜHASİBLƏR ASSOSİASİYASI AZƏRBAYCANDA

10 İQTİSADİ XƏBƏRLƏR18 AĞA MUSA NAĞIYEV24 "ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ."

AZƏRBAYCANDA

58

10

04

Page 3: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

3MART 2013

MÜNDƏRİCAT REDAKSİYA

Layihə rəhbəri Nuriyyə Novruzova

Baş redaktor Ramil Bağırov

MüxbirAidə Bağırova

Dizayn Ramin Səmədov

Korrektor Natəvan Rzayeva

FotoTofi q Babayev

Ünvan: Azərbaycan,Bakı, AZ1052Y.V.Çəmənzəminli küç. 1996AFEN Plaza, 2-çi mərtəbə

Tel.: (+994 12) 564 22 36 (+994 12) 564 22 37 (+994 12) 564 22 38

E-mail: offi ce@fi nansist.azwww.apfm.az

Redaksiya heyəti müsahiblərin fikirlərinə məsuliyyət daşımır. Jurnalda olan məlumatların istifadəsi za-manı istinad etmə və rəsmi icazənin alınması mütləqdir.

Jurnalın məqalələrinin hazırlanması zamanı aşağıda qeyd olunan mənbələrdən istifadə edilmişdir:Fərid Ələkbərlinin internet səhifəsi,

www.deyerler.org/www.azerbaijan-news.az/www.taxes.gov.az

Jurnal Azərbaycan Res-publikası Ədliyyə Nazirliyində

qeydiyyata alınmışdır. Qeydiyyat sənədi №3697

75 MALİYYƏ VƏ BİZNES HAQQINDA MƏŞHUR KƏLAMLAR

76 İBRƏTAMİZ HEKAYƏLƏR78 NEFTDƏN QEYRİ-NEFT

SEKTORUNADƏK... 82 MƏNTİQİ SUALLAR

84 MALİYYƏ YUMORU86 RƏQƏMLƏR MÖCÜZƏSİ88 ABUNƏÇİLƏRİN

NƏZƏRİNƏ

24

78

30

Page 4: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

Finansist APFM səhifəsi

Mühasiblərin, maliyyə menecerlərinin və direktorlarının maraqlarını təqdim edən, beynəlxaq statusunu təmin edən peşəkar qurum kimi Professional Maliyyə Menecerləri Assosiasiyası, digər ölkələrin ən qabaqcıl təcrübəsinin öyrənilməsi, beynəlxalq Mühasiblər Federasiyasının standartlarına uyğun yeni mühasib ixtisası üzrə kadr hazırlığı və beynəlxalq təşkilatlara üzvlüklə bağlı tədbirlərin davamı kimi 11 -14 mart 2013 il tarixində Böyük Britaniyanın Beynəlxalq Mühasiblər Assosiasiyasının (IAB) Beynəlxalq İnkişaf üzrə Məsləhətçisi, maliyyə və mühasibat sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisi cənab Geoffrey Barclayı Azərbaycana dəvət etmişdi.

4 MART 2013

Page 5: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

APFM səhifəsi Finansist

Qeyd edək ki, Assosiasiyanın tədris mərkəzi - İnfosystem-link IAB-in Azərbaycanda rəsmi nümayəndəsi kimi 2005-ci ildən fəaliyyət göstərir. Cənab Geoff rey Barclay-in bu səfərdə məqsədi İAB Azərbaycanda daha da inkişafı, yeni layihələrin həyata keçirilməsi, üzv-lük prosesinin formalaşdırılması və bir çox ictimai əhəmiyyətli qurumlarda, dövlət təşkilatlarında mühüm görüşlərin keçirilməsindən ibarət idi.Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Audit Palatasının, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Neft Şirkətinin, Azərsu ASC , Azərsun və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi, əməkdaşlıq üzrə memorandumların layihəsi müzakirə olundu.

14 mart tarixində isə APFM üzvləri ilə görüş keçirildi. Geoff rey Barclay “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibat-lıqda peşəkarlığın artırılması” mövzu-sunda çıxış etdi, həmçinin bu tədbirdə APFM üzvü, “Finansist” jurnalının baş

5MART 2013

Page 6: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

redaktoru- Ramil Bağırov “Beş standartlar pa-keti” 2013-cü ildən qüvvədə olan BMHS-da dəyişikliklər haqqında məlumat verdi.Tədbirdə Azərbaycanda üzvlərin əldə edəcəyi im-tiyazlar mövzusu daha aktiv sual-cavab formasın-da müzakirə olundu. Üzvlər daha çox beynəlxalq forumlarda iştirak etməyə, yeniliklərlə daim ta-nış olmağa üstünlük verdiklərini, xarici ölkələrdə

təcrübə mübadilərsinin aparılmasında, İAB-in “Maliyyə İnglis dili” kurslarının (Finance English) Azərbaycanda keçirilməsində ma-raqlı olduqlarını ifadə etdilər. Geoff rey Barclay üzvlərə bu prosesdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi və onlara öz təklifl ərini hazırlayıb Assosiasiyaya təqdim etməyi tövsiyə edərək, qeyd etdi ki, bu təklifl ər IAB-in beynəlxalq üzvlük paketinin hazırlıq prosesində çox faydalı olacaq.

Hal hazırda Azərbaycanda İAB ixtisaslaşdır-ma və imtahanları 3 səviyyədə təqdim olunur və bu yaxınlarda 4-cü səviyyə (Level 4 Diploma in Accounting to International Standards), ayrıca kvalifikasiya kimi isə “Finance English” kvalifika-siyası üzrə imtahanların keçirilməsi nəzərdə tutu-lur. Elə martın 12-də IAB 2-ci və 3-cü səviyyələri üzrə tədrisi uğurla başa vurub imtahanlarda yüksək nəticələr göstərən tələbələrin diplom-larının təqdim olunma mərasimi keçirildi və Geoff rey Barclay özü şəxsən diplomları təqdim etdi.Təqdimat mərasimində əməkdaşlarının bu uğu-runa sevinən şirkətlərin nümayəndələri qeyd etdilər ki , maliyyə sahəsində beynəlxalq stan-dartların tətbiqi, nəzəri və praktik təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislərin hazırlığı

MART 20136

Finansist APFM səhifəsi

Page 7: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

7MART 2013

böyük əhəmiyyət kəsb edir və bu baxımdan mütəxəssislərinin biliklərinin artırılmasının dai-ma diqqətdə saxlanılmasını və onların konfrans, seminar və treninqlərdə davamlı iştirakının təmin olunmasını vacib hesab edirlər. Onlar bu prosesdə fəal iştirak edən APFM və İnfosystem-link tədris mərkəzinə bu nailiyyətlərə görə öz təşəkkürlərini bildirdi, tədris mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək gələcəkdə növbəti layihələrdə birgə əməkdaşlığı davam etdirmək arzusunda ol-duqlarını bir daha vurğuladılar.

“Finansist” jurnalı olaraq, öz növbəmizdə, cənab Geoff rey Barclayın Bakıda qonaq olmagından istifadə edərək ondan müsahibə götürdük və həmin maraqlı müsahibəni Sizlərə təqdim edirik.

Cənab Geoffrey Barclay, Azərbaycana xoş gəlmisiniz, ilk təəssüratlarınız?

- Mənim Azərbaycan haqqında, onun təbiəti, çoxəsrlik mədəniyyətə sahib olması, tarixi barədə bəzi məlumatlarım var idi, lakin indi qətiyyətlə deyə bilərəm ki, ecazkar bir diyara - Azərbaycana gəlmişəm və bu qədər qonaqpərvər, xoş, gülərüz insanlarla ünsiyyətdən çox məmnunam.

Bəs Azərbaycana gəlişinizin əsas məqsədi nə idi?

- Təmsil etdiyim qurum- Beynəlxalq Mühasiblər Assosiasiyası (IAB) Azərbaycanda neçə illərdir aktiv fəaliyyət göstərir və mühasiblərə,

maliyyə mütəxəssislərinə beynəlxalq maliyyə hesabat-ları standartlarının tətbiqi üzrə bilik və bacarıqları-nın artırılması istiqamətində beynəlxalq statuslu kvalifika-siyalar təqdim edir. Bu səfərdə məqsəd IAB-ın Azərbaycanda daha da inkişafı, üzvlük məsələlərinin müzakirəsi, yeni

APFM səhifəsi Finansist

Page 8: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

8 MART 2013

kvalifikasiyaların təqdimatı və ümumiyyətlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.

Ümumiyyətlə peşəkar qurum nə deməkdir?

- Peşəkar qurumlar öz üzvləri üçün işəgötürənlər və müştərilər tərəfindən peşəkarlardan tələb olunan bilik və bacarıq standartları-nı müəyyənləşdirir. Bu standartlar tez-tez namizədlərin üzvlük əldə etmələri üçün keçmələri tələb olunan peşəkar imtahan/ixtisas-laşma tədris proqramları və imtahanlar toplu-su şəklində təqdim olunur. Peşəkar qurumların üzvlərindən özlərini və işgüzar fəaliyyətlərini etik kodeksə müvafiq şəkildə aparmaları tələb

olunur. Habelə üzvlər öz bilik və bacarıqları-nı təkmilləşdirdiklərinə və zəruri istiqamətdə artırdıqlarına dair təminat verməlidirlər. Bu,

tərəfimizdən Davamlı Peşəkar İnkişaf (CPD) ad-landırılır. IAB-Böyük Britaniyada “Təltif edən” (Awarding body) qurumlardan biridir və akkre-ditasiyaya malikdir. Bu isə IAB-in hökumətin ai-diyyatı olan icra orqanı - QCA/Ofqual tərəfindən tanındığını və tənzimləndiyini göstərir.

Sizcə, IAB-da xüsusi olan nədir?

- IAB akkreditə edilmiş ixtisaslaşmanı təmin edən, öz sahəsi üzrə Birləşmiş Krallıq Tənzimləyici Orqanı tərəfindən tanınan q ş p y q

Finansist APFM səhifəsi

Page 9: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

yeganə peşəkar üzvlük orqanıdır. Qurum 1973-cü ildə təsis olunub. Hazırda dünya-nın 60-dan çox ölkəsində qurumun üzvləri və tələbələri vardır.IAB həmçinin Çirkli Pulların Yuyulması Reqlamentinə əsasən Parlament yanında Nəzarət Orqanıdır. Biz bilavasitə mühasibatlıq uçotu və mühasib peşələri üzrə, eləcə də kom-mersiya fəaliyyəti və sənaye sahələrində bö-yük karyera imkanlarına təkan verən müxtəlif maliyyə və biznes ixtisasları təklif edirik. Bu ixtisaslar tələbələrə bir çox müəssisələrdə tələb olunan zəruri maliyyə bilikləri üstünlüyü verir, IAB-a üzv olmağa və qurumun post-nominal məktublarına layiq görülməyə, eləcə də növbəti kvalifikasiyaları kəsb etməyə gətirib çıxarır.Bir sıra nüfuzlu Böyük Britaniya və beynəlxalq mühasibatlıq qurumları da (ACCA, CIMA, ICAEW) IAB kvalifikasiyası sahiblərinə öz imtahanlarında müəyyən güzəştlər edir. IAB kvalifikasiyaları peşəkar qurumun dəyərli üzvlüyünə gətirib çıxarır. Mühasibat uçotu üzrə IAB-ın 3-cü dərəcəli diplomuna (Diploma in Accounting) malik şəxslər IAB-a üzvlük (MIAB) üçün müraciət edə bilərlər. FIAB-a üzvlük üçün müraciət edənlərin isə mühasibat-lıq sahəsində ən azı 2 il iş təcrübəsinə sahib ol-maları tələb olunur.

IAB Azərbaycanda da belə bir üzv-lük prosesinin həyata keçirilməsnii planlaşdırırmı?

- Əlbətt ə, IAB Azərbaycanda maliyyə sahəsində çalışan mütəxəssislər və kiçik biznes sahibkarla-rı üçün ixtisaslaşma kurslarını həyata keçirməklə yanaşı, həmçinin üzvlərlə iş fəaliyyətinin də qurulması istiqamətində çalışır. Hal-hazırda İAB beynəlxalq üzvlük paketi mövcuddur, la-kin bu sistemin Azərbaycandakı üzvlərə daha faydalı və aktual olmasını təmin etmək üçün təqdim olunan imtiyazların regional baxımdan seçilməsi və formalaşdırılması vacibdir. Əminik ki, təmsilçimiz APFM ilə birgə əməkdaşlığımız sayəsində bu işi uğurla həyata keçirə biləcəyik.

Hörmətli Geoffrey Barclay, bu maraqlı müsahibəyə görə Sizə təşəkkürümüzü bil-diririk və səfərinizi uğurla başa çatdırma-ğınızı arzu edirik.

- Mən də təmsil etdiyim qurum adından APFM rəhbərliyinə, “Finansist” jurnalının redaksi-ya heyətinə minnətdarlığımı bildirirəm, bü-tün azərbaycanlı həmkarlarıma qonaqpərvər, səmimi, qayğıkeş münasibətə, daimi diqqətə görə təşəkkür edirəm!

APFM səhifəsi Finansist

9MART 2013

Page 10: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

ÜMUMİ İQTİSADİ GÖSTƏRİCİLƏR

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ÜDM-i ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 8,344 milyard manat təşkil edib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Adambaşına düşən ÜDM-in həcmi orta hesabla 902,6 ma-nat (1150,1 ABŞ dolları) təşkil edib. Qeyri-neft sektorunda əlavə dəyərin istehsalı il ərzində 10,5 faiz artaraq 4,08 milyard manat (ÜDM-in 48,9 faizi) təşkil edib, neft -qaz sektorunda isə 2,6 faiz azalıb. İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının ümumi həcmi 2012-ci ilin yanvar-fevral aylarına nisbətən 0,4 faiz azala-raq 5,71 milyard manat və ya ÜDM-in 54,6 fa-izini təşkil edib. Bununla belə, ölkədə sənaye

istehsalı 1,3 faiz artaraq 5,348 milyard manat, o cümlədən qeyri-neft sənayesi 3,9 faiz artaraq 1,078 milyard manat təşkil edib. Neft -qaz sek-torunda məhsul istehsalı 1,4 faiz azalıb.

Yanvar-fevral aylarında kənd təsərrüfatı, ba-lıqçılıq və meşəçilik sahələrində 360,8 mil-yon manat həcmində əlavə dəyər hasil edilib ki, bu da ÜDM-in 2,4 faizini, tikinti sektorun-da ÜDM-in 7,1 faizini, ticarət və əhaliyə pullu xidmətlərin göstərilməsi sahəsində 7,6 faizi-ni, nəqliyyat sahəsində 31,8 milyon manat (6 faiz), rabitə və informasiya texnologiyaları sek-torunda 235,9 milyon manat (1,8 faiz), digər sahələrdə isə ÜDM-in 13,4 faizini təşkil edib.

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 6,6 faiz artıb, əsas kənd təsərrüfatı məhsullarının istehsalı və

İQTİSADİ

10 MART 2013

AZƏRBAYCAN

Page 11: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

emalında yaxşı nəticələr əldə edilib. Trend-in məlumatına görə, bu barədə Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zama-nı deyib: "Kənd təsərrüfatı məhsulları istehsal-çıları üçün güzəşt və subsidiyalar, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnolo-giyaların tətbiqi, cins heyvanların alınması və dövlət dəstəyi çərçivəsində digər tədbirlər buna öz töhfəsini verib. 2012-ci ildə ərzaq mal-larının təminatında idxaldan asılılığın azaldıl-ması məqsədilə yeni quşçuluq, heyvandarlıq, istixana kompleksləri, taxıl anbarı, soyuducu kameraları istismara verilib". Onun sözlərinə görə, əhalinin taxıl məhsullarına tələbatını ödəmək üçün Beyləqan və Ağcabədidə iri ta-xıl təsərrüfatlarının yaradılmasına başlanılıb,

hazırda onların digər rayonlarda da yaradılması üzrə işlər aparılır. "2012-ci ildə dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaitləri hesabına meliorasiya işlərinin həyata keçirilməsi davam etdirilib, Taxtakörpü və Şəmkirçay su anbarla-rının tikintisini xüsusən qeyd etmək lazımdır" - deyə Baş Nazir Artur Rasizadə bildirib.

Bu il taxıla olan tələbatın 90 faizi yerli is-tehsal hesabına ödəniləcək. Mütəxəssislər bildirirlər ki, bu, "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramına uyğun olaraq istehsalın intensiv artırılması ilə yanaşı, torpaq sahələrinin əkinə yararlı hala sa-lınması ilə mümkün olacaq. Taxılçılıqda isteh-salın artırılması, ərzaqlıq buğda məhsullarının tədarükü, bununla tələbatı daxili resurslar he-sabına ödəmək kənd təsərrüfatının inkişafında əsas məqsəddir. Hazırda ölkə əhalisinin taxıla olan tələbatı idxal hesabına ödənilir. Statistik rəqəmlərə görə, ümumilikdə ölkənin taxıla olan tələbatı 3 mln tondur. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bu il ta-xılın bol olacağını bildirib. Buna səbəb iqlim şəraitinin mülayim keçməsidir. Onu sözlərinə görə, bu il yüksək məhsuldarlıq Şəmkir, Qazax, Şəki, Zaqatala və Aran bölgəsində Saatlı, Sabirabad, İmişlidə gözlənilir. Sabir Vəliyev qeyd edib: “Havalar indiki kimi mülayim keçsə, istehsal yaxşı olacaq. Bu il 977 hektar sahədə taxıl əkilib, 2 milyon 800 min tondan çox dənli taxıl bitkiləri istehsal olunacaq ki, bunun 1 milyon 850 min tonu buğdanın pa-yına düşəcək. Hələ ki, havalar yaxşı keçir, hər yerdə aqrotexniki tədbirlər görülür. Belə da-vam etsə, ümumiyyətlə, taxılçılıqda çox böyük nailiyyətlər olacaq”. Sabir Vəliyev bu il üçün ta-xılçılıq sahəsində görüləcək işlərdən də söhbət açıb. Ceyrançöldə bu sahəni inkişaf etdirmək üçün bir sıra meliorativ tədbirlərin icrasının nəzərdə tutulduğunu söyləyib. Bundan baş-qa Muğan və Şirvan bölgələrində şoranlaşmış torpaqlarda kollektor drenaj sistemlərinin qu-rulmaqda olduğunu bildirib. Kənd Təsərrüfatı

11MART 2013

İqtisadi xəbərlər Finansist

Page 12: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

Nazirliyinin rəsmisi taxıl üzrə prioritetlərdən də danışıb. “Gələcəkdə məhsuldarlıq 40 sentnerə qaldırılandan sonra biz özümüzü ta-xılla təmin edə biləcəyik. Hələ ki, ödəyə bilmi-rik, bundan ötrü gərək 3 milyondan artıq taxıl is-tehsal edək. Prezidentin göstərişinə əsasən, iri taxılçılıq təsərrüfatları yaradılır, orada melio-rativ tədbirlər görülür. Gələcəkdə 200 min hektara yaxın yeni taxılçı-lıq təsərrüfatları yaradılandan sonra biz özü-müzü taxılla tam təmin edə biləcəyik”. Bildirək ki, statistik göstəricilərə görə Respublika üzrə ötən il 687 min 982 hektar sahədən 1 milyon 847 min 414 ton buğda istehsal edilib. Bu da ötən illə müqayisədə 12,6% faiz artıq məhsul is-tehsalı deməkdir.

Baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunlarına dair hökumətin hesabatının müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan sosial xarakterli xərcləri əhəmiyyətli dərəcədə yüksəldib. "Son 10 il ərzində Azərbaycan səhiyyə sahəsində büdcə xərclərini 12,5 dəfə artırıb. Bu vaxt ərzində 500-dən çox tibb müəssisəsi tikilib və ya yenidən tamamilə bərpa olunub. Bu tədbirlər sayəsində ölkədə orta ömür uzunluğu artıb və eyni zaman-da uşaq və anaların ölüm səviyyəsi aşağı dü-şüb"- deyə Baş Nazir bildirib. 2012-ci ildə səhiyyə sahəsində müəssisələrin bərpası və ən son texnologiyaların tədbiqi davam etdirilib, təhsil müəssələrinin maddi-texniki bazaları gücləndirilib, səhiyyə və tibb sahəsində ən son texnologiyaların tətbiqi sürətləndirilib. "2012-ci ildə bütün regionlarda su təchizatı və kana-lazisiya sisteminin bərpası üçün yeni layihələr hazırlanıb və onların mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb. Həmçinin nəqliyyat sektorunda böyük infrastrukur layihələri re-allaşdırılıb, ölkədə informasiya cəmiyyətinin

formalaşdırılması üçün əsaslı addımlar atılıb, informasiya texnologiyaları sahəsinə böyük investisiyalar yatırılıb" deyə Baş Nazir Artur

Rasizadə bildirib. Onun sözlərinə görə, bu müddət ərzində neft strategiyası-na uyğun olaraq ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına xüsu-si diqqət verilib. "Paylayıcı sistemlərdə generasiya güclərinin genişlənməsi,

səmərəliyin artırılması, elektrik ötürmələri və yarımstansiyaların, bölüşdürücü sistemlərin tikintisi və yenidən qurulması əhəmiyyətli layihələrdəndir. Azərbaycanla TANAP və baş-qa layihələr haqqında razılaşmaların təsdiqi Avropanın təbii qazla təminatında ölkənin rolunu yüksəldəcək" - deyə Baş Nazir Artur Rasizadə qeyd edib.

Ümumdünya İqtisadi Forumunun (ÜİF) yaydığı "Turizm sahəsində rəqabət-2013" (Th e Travel & Tourism Competitiveness Report 2013) adlı hesabatda qeyd olunub ki, Azərbaycan 83-cü pillədən 78-ci pilləyə yüksəlib. Bundan başqa, ÜİF-nin məlumatına görə, Azərbaycan turizm sahəsində qanun-vericilik bazası üzrə dünyada 46-cı, biznes mühiti və infrastruktura görə 87-ci, turizm sahəsində insan, mədəniyyət və təbiət eh-tiyatlarına görə isə 96-cı pillədə qərarlaşıb. Turizm və səyahət sahəsində əsas kimi bir sıra göstəricilər nəzərə alınır. ÜİF dövlət idarəsinin şəff afl ığı və vəziyyətin düzgün qiymətləndirilməsinə görə (dünyada 48-ci pillə), biznesə başlama günlərinin sayına (33), biznesə başlamaq üçün lazım olan xərclərə (33), turizm sahəsinin inkşafının davamlılığı-na (41), ölkədə təhlükəsizliyin təmin olunma-sına (52), səhiyyə və gigiyena sahəsinə (34), 10 min nəfərə düşən xəstəxana çarpayısının miq-darına (8), turistlərin cəlb olunması marketin-qin eff ektivliyinə (44), yanacağın qiymətlərinə

Son 10 il ərzində Azərbaycan səhiyyə sahəsində büdcə xərclərini 12,5 dəfə artırıb. Bu vaxt ərzində 500-dən çox tibb müəssisəsi tikilib və ya yenidən tamamilə bərpa olunub.

MART 201312

Finansist İqtisadi xəbərlər

Page 13: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

(17), dünya əhəmiyyətli tarixi abidələrin sayı-na görə (45) və s. göstəricilər üzrə Azərbaycanı yüksək qiymətləndirib. ÜİF Azərbaycanda problemli sahələr kimi vizanın alınması şərtlərini (dünyada 133-cü pillə), keyfiyyətli içməli suyun əldə olunması (112), turizm inf-rastrukturunun vəziyyəti (109), hava limanın-da yığımlar və vergilər (121), təhsil sisteminin keyfiyyəti (108), təbii sərvətləri (110) göstərir. Səyahət və turizm sahəsində rəqabət hesabatı 140 ölkəni əhatə edir.

2013-cü ilin yanvar-fevral aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 119 mil-yon 485,9 min manat təşkil edib. Vergilər Nazirliyinin rəsmi saytına istinadən bu məbləğin 41,3 faizi mənfəət vergisinin, 24 faizi əlavə dəyər vergisinin, 11,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft -qaz sektoru üzrə büdcəyə 554 milyon 119,9 min manat vəsait daxil olub. Yanvar-fevral ayların-da respublika üzrə 16 min 203 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin mart ayının 1-dək 66 min 85 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 mart 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 496 min 128 olub. 2013-cü ilin yanvar-fervral ayları ərzində res-publika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,7 faiz təşkil edib.

AZƏRBAYCAN-RUMINİYA BİZNES FORUMU

İqtisadi İnkişaf Nazirlyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ötən ay Azərbaycan-Ruminiya biznes forumu keçirilib. Tədbirdə İqtisadi İnkişaf Naziri Şahin Mustafayev Azərbaycan və Rumıniya arasındakı

uğurlu əməkdaşlıq əlaqələrindən danışa-raq dövlət başçılarının səyi nəticəsində bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Qeyd edib ki, hazır-da Azərbaycanda 8 Rumıniya şirkəti uğurla fəaliyyət göstərir. Rumıniyada isə Azərbaycan kapitalının iştirakı ilə 49 müəssisə qeydiy-yatdan keçib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu deyən na-zir Bakıda Azərbaycan – Rumıniya ticarət Palatasının yaradılmasının əhəmiyyətini vur-ğulayıb. “Azərbaycanda Rumıniya Ticarət Palatasının açılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına yardım edir” - İqtisadi İnkişaf Naziri Şahin Mustafayev biznes-fo-rumu zamanı deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı əmtəə dövriyyəsinin mövcud səviyyəsi dövlətlərin potensialını əks etdir-mir. 2012-ci ildə Azərbaycan və Rumıniya arasında xarici ticarət dövriyyəsi 23 faizdən çox artıb."Buna baxmayaraq, iki ölkənin potensialına uyğun olaraq, xarici ticarət əlaqələrinin genişləndirilməsi üçün daha bö-yük imkanlar mövcuddur və bunun üçün hər cür şərait var" - deyə nazir qeyd edib.

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinin əminliyini ifadə edib. İqtisadi əlaqələrin daha da güclənməsində özəl bölmənin rolunu qeyd edən qonaq iş adamlarını fəal əməkdaşlığa çağırıb.

Rumıniya Respublikasının milli ma-raq kəsb edən infrastruktur layihələr və xarici investisiyalar üzrə xüsusi nazi-ri Dan Şovan da ölkəsinin Azərbaycanla əməkdaşlığının daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. “Rumıniya Azərbaycan şirkətlərinin bu ölkədə bizne-sinin inkişafı üçün zəruri şərait yaratma-ğa hazırdır” - deyə rumıniyalı Nazir Dan Şovan qeyd edib. Onun sözlərinə görə,

13MART 2013

İqtisadi xəbərlər Finansist

Page 14: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

Rumıniya tərəfi Azərbaycan şirkətlərinin ölkədə həyata keçirilən dövlət əhəmiyyətli layihələrə cəlb edilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. Bunlar ener-ji, yolların tikintisi, kənd təsərrüfatı və s. sahələrdəki layihələrdir."Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada fəaliyyət göstərir və düşünü-rük ki, şirkətin fəaliyyəti "Nabucco West "və AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihələri çərçivəsində də daha da genişlənəcək. Bu gün Azərbaycan rəhbərliyi ilə görüşdə bu layihələr barədə də bəhs etdik. Görüşdə qeyd edildi ki, layihələri Azərbaycan tərəfi nəzərdən keçirəcək" - deyə Nazir Dan Şovan bildirib. Nazirin sözlərinə görə, 2011-ci ildə Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlığa dair saziş im-zalanıb ki, bu da hazırda dinamik inkişaf edən ikirərəfl i iqtisadi əlaqələrin inkişafına təkan verib. O hesab edir ki, buna rəğmən, iki ölkənin iqtisadi əlaqələri hələlik siya-si münasibətlərin səviyyəsinə uyğun deyil. "Bu, Azərbaycana ilk səfərimizdir. May ayın-da Rumıniya Baş Nazirinin Azərbaycana səfəri gözlənilir. Biz Azərbaycan şirkətlərinin potensialını bilirik və istərdik ki, onlar Rumıniya iqtisadiyyatına investisiya yatırsın-lar" - deyə Dan Şovan vurğulayıb.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti , eləcə də ölkəmizdə yaradılan əlverişli biznes mühi-ti və investisiya imkanları barədə təqdimatla çıxış edib.Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycanın biznes strukturlarının nümayəndələri və yerli iş adamları iştirak ediblər. Açılş mərasiminin iştirakçıları Azərbaycan-Rumıniya Ticarət Palatasının ofisində yaradılan iş şəraiti ilə tanış olublar.Palatanın sədri Şahin Nəbiyev burda ölkələrimiz arasındakı qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi

və işgüzar təşəbbüslərin dəstəklənməsi üçün müxtəlif tədbirlərin keçiriləcəyini bildi-rib.Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea Azərbaycanla Rumıniya ara-sındakı uğurlu əməkdaşlıq əlaqələrindən da-nışıb.Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu deyən qonaq Bakıda Azərbaycan –Rumıniya ticarət Palatasının yaradılmasının əhəmiyyətini vurğulayıb.Əlavə edib ki, Cənubi Qafqazın siyasi, iq-tisadi və mədəni mərkəzi olan Azərbaycan investor ölkəyə çevrilib. Rumıniya da Azərbaycan iş adamlarının sərmayəsi üçün həmişə açıqdır və birgə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-Rumıniya Ticarət Palatasının yeni əməkdaşlıq imkanlarının yaradıl-masına və ikitərəf li ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

YUNANISTAN-AZƏRBAYCAN BİZNES FORUMU

Mart ayın əvvəlində Bakıda Yunanıstan-Azərbaycan Biznes Forumu ke-çirilib. Yunanıstan-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan foru-mun açılış mərasimi ilə əlaqədar rəsmi ziyafət təşkil olunub. Biznes forumun açı-lış mərasimində Yunanıstanın ölkəmizdəki səfiri İoannis Metaksas iki ölkə arasın-dakı əlaqələrin inkişafından, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, 2 gün davam edəcək biznes forum çərçivəsində Azərbaycan və Yunanıstan iş adamları ara-sında ikitərəf li görüşlər keçiriləcək, iqti-sadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq. “Azərbaycan-Yunanıstan arasın-da iqtisadi əlaqələr uğurla inkişaf edir. Bu biznes forum mövcud əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək” - bunu Sənaye

MART 201314

Finansist İqtisadi xəbərlər

Page 15: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

və Energetika Naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev deyib. Bildirib ki, Azərbaycan və Yunanıstan arasında enerji məsələləri xü-susi rol oynayır. Bu sahədə bır sıra layihələr həyata keçirilir. Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyanın həmsədri, Yunanıstanin Xarici İşlər Nazirinin müavi-ni Dmitros Kourkoulas ölkəmizə səfərindən məmnun olduğunu deyib. Xəzər regionu-nun ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığı-nı deyən Dmitros Kourkoulas vurğulayıb ki, Yunanıstanın biznes dairələri Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir. Xarici İşlər Nazirliyinin əməkdaşı İsmayıl Ələkbərov isə bildirib ki, Azərbaycan və Yunanıstan arasında mövcud əməkdaşlıq günü-gündən inkişaf edir. Hər iki ölkə ara-sında ticarət dövriyyəsi 2 dəfədən çox ar-tıb. Biznes forum çərçivəsində Yunanıstan şirkətləri öz potensiallarını təqdim etməklə

yanaşı, Azərbaycan iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

DİGƏR İQTİSADİ XƏBƏRLƏR

Türkiyənin "Petkim" Neft-Kimya Kompleksi ilə dünyanın aparıcı liman ore-patorlarından biri olan Niderlandın "APM Terminals" şirkəti cümə günü investisi-ya sazişi imzalayıblar. "APM Terminals" Danimarkanın iqtisadiyyatın müxtəlif sektorlarında əməliyyatlar aparan "A.P. Moller-Maersk Group"na daxildir. Bu barədə cümə günü Trend-ə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mətbuat xidmətindən məlumat ve-rilib. Kopenhagendə keçirilən imzalama mərasimində Türkiyənin və Danimarkanın Baş Nazirləri Rəcəb Tayyib Ərdoğan və Helle Torninq-Şmitt iştirak ediblər. Sazişə uy-ğun olaraq, Niderland şirkəti uzun müddət "Petkim"in konteyner limanına xidmət

15MART 2013

İqtisadi xəbərlər Finansist

Page 16: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

edəcək. "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim"in idarə heyətinin üzvü Kənan Yavuzun sözlərinə görə, bu saziş liman-da konteyner əməliyyatlarının başlanma-sında birinci addımdır. "1,5 milyon iyirmi futluq ekvivalentdə (TEU) ilkin yükbu-raxma qabiliyyətinə malik "Petkim" kon-teyner limanı onun dörd milyon TEU-dək genişləndirilməsi potensialına malik olacaq. Bununla da, liman Egey dənizi regionunda ən iri birləşdirilmiş liman olacaq" - deyə Kənan Yavuz bildirib. Limanın tikintisinə 300 mil-yon dollar sərmayə qoyulacaq. "Petkim" Neft-Kimya Holdinqinin 100 faizlik təsisçisi ol-duğu "Petlim Limancılık A.Ş." şirkəti liman

istismara veriləndə, 2015-ci ildə sərmayə ya-tırımları prosesinin birinci mərhələsini başa vuracaq. Prosesin ikinci hissəsinni 2016-cı ildə tamamlanacağı planlaşdırılır. "APM Terminals" 28 il müddətinə limanın idarə olunması hüququna malik olacaq.

XARİCİ İQTİSADİ XƏBƏRLƏR

Böyük müzakirələrdən sonra Avrozona Maliyyə Nazirlərinin Şurası Kiprə 10 mil-yard avro məbləğində maliyyə yardı-mı vermək qərarına gəlib. Bununla yanaşı uzun çəkən iclas zamanı görüş iştirakçıla-rı problemli dövlətin 5,8 milyard öz gücü (əmanətçilərin depozitindən) ilə əldə etməsi tələblərindən imtina etdilər.

Ancaq heç bir ağır şərait pulu tapma-ğın vacibliyini istisna etmir. Kipr orqanla-rı kompromisə gəlmişlər: vergi yalnız boyük miqdarlı depozitə - 100 min avro-ya tətbiq olunacaq. Doğrudur, faizi olduqca boyükdür - 30%-dir. Kiprin defolta uğraması təhlükəsi sanki keçmişdə qalmışdı. Və sosial gərginlik ( bir həftə kiprlilər etiraz əhval-ruhiyyəsində idilər) getdikcə azalırdi. Nəzərə almaq la-zımdır ki, kiçik əmanətçilərə ( ada sakinləri nadir hallarda 25 min avrodan çox depozit qoyarlar) vergi tətbiq olunmayacaq.

Kiprin iqtisadiyyatının yeni bir azadol-ma planı çərçivəsində parlament doqquz qa-nun layihəsi qəbul edir. Layihələrdə kapitalın hərəkət məhdudiyyətləri, pensiya fondla-rından istifadəsi kimi tədbirlər qeydə alınır. Nəticədə, parlament aktivlərin silinməsi haq-qında qanunun əleyhinə səs verib. Çərşənbə axşamı gecə Kipr parlamenti yekdilliklə depozitlər üzrə xüsusi vergi haqqında qa-nun layihəsini rədd etdi. Verginin tətbiqinin “əleyhinə” 36 millət vəkili, “birtərəf ” 19 millət vəkili səs verib, “lehinə” isə bir səs belə verilməyib. Belə ki, qanun layihəsini hətta AK ilə danışıqlar aparan hakim partiyanın

MART 201316

Finansist İqtisadi xəbərlər

Page 17: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

sədri Nikos Anastasiadis dəstək vermədi. Kipr millət vəkillərinin böyük depozitlər (100 min avrodan artıq) üçün nəzərdə tu-tulan xüsusi verginin tətbiqinə narazılığı Brüsseldə təəccüblə qarşılanmışdır.

Kipr Avroqrup ilə 100 min avrodan çox olan depozitlərdən məcburi silinmə hesabına maliyyə sistemində kəskin ixtisarı haqqında ilkin razılıq əldə edib. Razılaşma ilə əlaqədar olaraq, Kipr Maliyyə Naziri Mixalis Sarris Kipr iqtisadiyyatının qeyri-müəyyənlik döv-rünün faktiki olaraq sona çatdığını bildirib. "Ölkə nəzarətsiz if las təhlükəsindən yan keç-di. Biz ölkənin avro bölgəsindən çıxarılması təhlükəsindən qurtuldu." - deyə Kipr media-sı Maliyyə Nazirinin sözlərini təkrarlayaraq ictimayətə çatdırdı. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı hələ çox çətin anları ara-dan qaldırmalıdır, lakin bərpa olunma şansı var. Kipr banklarının nə vaxt fəaliyyətə baş-lanacağı sualına Sarris: "Dəqiq tarix Avropa tərəfdaşları ilə razılaşmadan sonra bilinəcək, lakin məqsəd mümkün qədər tez həyata keçirməkdir" - deyə cavab vermişdir

Müqaviləyə əsasən, 100 min avroya qədər bütün depozitlər, habelə Laiki Bank-ın "yax-şı" aktivləri Bank of Cyprus-a keçiriləcək. Kiçik depozitlər (100 min avroya qədər) təsirə məruz qalmayacaqlar. Kiprin restruk-turizasiya edilmiş ikinci ən böyük bankı Laiki Bank maliyyə dəstəyi kimi ada xalqı-na 4,2 milyard avro dəyərində kömək edəcək. Proqramın kredit vəsaitləri - 10 milyard av-roya qədər, Bank of Cyprus-ın rekapitalizasi-yası üçün istifadə olunacaq. Amma nədənsə narahatlıq daha da artır. Və bəzi fundamental məsələlər hələ də öz həllini tapmayıb.

Əmanətlərə vergi tətbiqinə qarşı kiprlilər etiraz edirlər, prezident isə de-folt təhlükəsinin aradan qaldırılmasını əsas gətirir. Lakin Avroqrup ilə saziş həqiqətən indiyə qədər Kipr üçün mövcud olan maliyyə sisteminin dağılması deməkdir.

Nə qədər pul dondurulmuş olursa olsun, məhdudiyyət götürülən kimi əmanətçilər öz pullarını banklardan çıxaracaqlar. Ada aşa-ğı vergilər və kapital üçün rahat saxlanma bazası kimi öz rahat yurisdiksiya statusunu itirəcək. Məhz buna görə, kiçik əmanətçilər sevinmirdilər. Dövlətin ÜDM-nun 80%-dən çoxunu maliyyə xidmətləri təmin edir. Bu sektor məhv edilərsə, ölkə üçün bu, işsizlik, həyat səviyyəsinin azalması demək olacaq.

Avro sahənin güc sahibləri xüsusən, Kiprin öz gücü ilə vəsait tapmasını is-rar edən Almaniya nə dərəcədə qalib he-sab edilə bilər? Bir tərəfdən sonda Avroqrup tərəfindən ilkin verilən qərar qəbul edi-lib. Digər tərəfdən bu, defoltun baş verməyəcəyinə zəmanət vermir. Beləliklə, Moody's agentliyi bəyan edir ki, Kiprin if-lası ilə yanaşı Avropa zonasından çıxarıl-ması yüksək risk altındadır. Və ada dövlətin kiçik olmasından asılı olmayaraq bu ssena-ri avroya təsir edəcək. Lakin uzun müddətli perspektivdə AK-nın zəif və problem-li ölkələrdən ballast şəklində qurulması, əksinə, vahid valyutanın möhkəmlənməsinə səbəb ola bilər.

Hər halda, Avro zonanın hökumətinin iş-tirakçılardan birinin çətin vəziyyətindən istifadə etməsi AK-nın nüfuzuna yax-şı təsir göstərmir. Bəli, biz danışıqlarda bir qədər sərt olmuşuq, amma Kipri çıxılmaz vəziyyətə salmağımızla razı deyilik. Fransa Maliyyə Naziri Pyer Moskoviçi AB-nin sərt mövqeyinə bəraət qazandırır. “Bizim bu dövləti boğmağımızı deyən hər kəsə mən demək istəyirəm ki, Kiprin iqtisadiyyatı if las astanasında olan kazinoya bənzəyir" - deyə Fransa Maliyyə Nazirliyinin rəhbəri bildirib. Avropa zonanın əsas iddiası - Kipr maliyyə sisteminin aktivlərinin ÜDM-dən 7 dəfə bö-yük olması bir riskdir və o hər an partlaya bilər. Əlbəttə, bu sözlərdə müəyyən həqiqət var

17MART 2013

İqtisadi xəbərlər Finansist

Page 18: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

ZİRVƏYƏ DOĞRUAğa Musa Nağıyev 1848-ci ildə Bakı

quberniyasının Biləcəri kəndində ana-dan olmuşdur. Onun atası saman sat-maqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruh-dan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qay-tarır və parça alveriylə məşğul olur. O, bir neçə il qəpik-qəpik pul yığaraq axırda lazım olan məbləği düzəldir və Bibiheybətdə torpaq sahəsi almağa müyəssər olur. Torpağı suvarmaq üçün

quyu qazmağa başlayanda taleyi onun üzünə güldü: o qədər də dərin olma-yan quyudan neft fəvvarə vurdu. Musa gecə-gündüz quyunun başından ara-lanmadı, ən ağır işləri özü gördü, elə fəhlələrə də dinclik vermədi. Bu fon-tan hamballıqla dolanan Musanı neft sənayeçisi Ağa Musa Nağıyevə çevirdi.

Başqa neft sənayeçilərindən fərqli olaraq, Ağa Musa Nağıyev mühafizəçi saxlamırdı. Bir dəfə kiminsə sifarişi ilə qoçular onu girov götürmüş və şəhər kənarında bir zirzəmidə saxlayıb 20 min manat tələb etmişdilər. Özünü itirməyən Ağa Musa deyir: «Min ma-nat verə bilərəm, artıq yox.» Qaçıran-lar onu ölümlə hədələyəndə halını poz-madan deyir: «Atam, atam, öldürün. Öldürsəniz, o min manat da əlinizdən

18 MART 2013

“… nə qədər

tikəcəksənsə, ömrün

o qədər uzanacaq”

AĞA MUSA NAĞIYEV

Page 19: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

Maraqlı həyat Finansist

çıxacaq, onu da ala bilməyəcəksiniz.» Ağa Musa küçədə böyümüşdü, küçə qayda-qanunlarını yaxşı bilirdi və özü-nü müdafiə etməyi bacarırdı. Üç gün girov saxlayıb, yedirdib-içirdib, kart oy-namışdılarsa da, min manatdan artıq boynuna qoya bilmədilər.

Bir dəfə bir qəbul zamanı Ağa Musa Nağıyevi xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirlər. O, məcməyiyə az bir məbləğdə pul qoyur. Bunu görən xeyriyyəçilər baxışırlar və bu, Ağa Mu-sanın nəzərindən yayınmır. “Nə olub?” – deyə o, nəzakətlə soruşur. O zaman onlar deyirlər ki, bir az əvvəl onun oğlu bundan 3 dəfə artıq pul ianə edib.

"Nə olsun, bu təəccüblü deyil, - deyə Ağa Musa cavab verir, - o, milyonçu oğ-ludur, mən – samançı."

Rəsmi məlumatlara görə, o illərdə Nağıyevin Balaxanı, Ramana və Sabun-çu kəndlərindəki neft mədənlərində 45 məhsuldar, həm də texniki baxım-dan yaxşı təchiz edilmiş quyuları var-dı və bu quyularda 800-dən artıq fəhlə işləyirdi. Uğurun əldə edilməsində şirkətin müdiri, istedadlı azərbaycanlı mühəndis Fətulla bəy Rüstəmbəyovun və mədənlərin rəhbəri mühəndis-geoloq Hüseyn xan Talışxanovun rolu böyük idi. Artıq 1908-ci ildə Ağa Musa Nağıyev 12.328.300 pud xam neft ha-sil edərək rekord səviyyə göstərmişdi. Beş il ərzində 1913-cü ilədək isə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil olmuş, müxtəlif illərdə 6-7-ci yerləri tutmuşdu.

BİNALARNeft in hesabına qısa müddətdə var-

lanan Nağıyev sərmayəsini daşınmaz əmlaka yatırmağa başladı. Bu, daha az gəlirli olsa da, əvəzində daha etibarlı qaynaq idi. Özünün tikinti meylini o, atasının vəsiyyəti ilə izah edərdi: “Al-lah ev tikənin ömrünü uzadır. Yadın-da saxla, oğul, nə qədər tikəcəksənsə, ömrün o qədər uzanacaq”. Ümumilikdə M.Nağıyev Bakıda 98-ə yaxın müxtəlif tipli bina tikdirib. Bir binanın tikin-tisi qurtarmamış başqası başlayır-mış. Bu miqyasda inşaat işləri ilə hətt a Hacı Zeynalabdin Tağıyev də ayaq-laşa bilmirdi. M.Nağıyevin tikdirdi-yi binalar içində ən çox seçilənləri “İsmailiyyə”, 28 May küçəsindəki əkiz binalar və həmin küçədəki daha altı bina, o cümlədən bişmiş kərpiclə ti-kilmiş binadır. Onun indiki Nizami küçəsində iki gözəl evi vardı. Həmin evlərdən biri birdən-birə üç küçəyə - Rəsul Rza, Nigar Rəfibəyli və Niza-mi küçələrinə açılır. Binanın altında çiçək pasajı yerləşir. Nağıyevin tikdir-diyi başqa məşhur binalar da var: “Qış evi” (indiki Zabitlər evi), Bakıda ilk yeddimərtəbəli bina olan “Yeni Avro-pa” mehmanxanası – hazırda burada “LUKoyl”un Bakı ofisi yerləşir. O, Bakı realnı məktəbinin tikintisinin başa çat-masını da maliyyələşdirib, hazırda bu-rada İqtisad Universiteti yerləşir.

Nağıyevin qoyub getdiyi binala-rı arasında ən önəmlisi və onun ru-hunu oxşadan, əlbətt ə ki, 27 yaşın-da İsveçrədə vərəmdən ölən oğlunun xatirəsinə yadigar olaraq şəhərin mərkəzində tikdirdiyi “İsmailiyyə” binasıdır. O, tanınmış polşalı me-mar İ.Ploşkonu memarlıq nümunəsi

19MART 2013

Page 20: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

seçmək üçün İtaliyaya göndərir. Ploşko örnək kimi Venesiyadakı Palasio Kan-tariya sarayını təklif edir. 1907-ci ildə Nağıyev sarayın layihəsini təsdiqləyir və tikinti işləri başlanır. Bu saray öz gözəlliyi ilə Bakının bütün imarətlərini kölgədə qoymuşdu. Binanın alınlığında dördüncü xəlifə imam Əlinin aşağıda-kı sözləri həkk edilmişdi: “İnsan əməyi ilə ucalır və arzularına yalnız zəhməti ilə çatır. İnsan doğulandan ölənə qədər öyrənməlidir. Müsəlmanlar, sizin döv-rünüz sizinlə birlikdə ölür, öz övladla-rınızı yeni dövrə hazırlayın!” Hazırda bu binada Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.

Ağa Musa Nağıyev istedadlı mülki mühəndis N.Q.Bayevin layihəsi üzrə Bakıda böyük şəhər xəstəxanası da tik-dirib. Təsadüfi deyil ki, bina “H” (ki-ril əlifb ası ilə Nağıyevin soyadının baş hərfi) formasındadır. Bina 1918-ci ildə istismara verilib. Böyük xəstəxananın tikintisi Nağıyevə 300 min qızıl rubla başa gəlib. Xəstəxana ərazisinin ümu-mi sahəsi 100 min kvadratmetrdən ar-tıqdır, ambulator hissəsi 1000 çarpa-yı üçün nəzərdə tutulub. Ağa Musa çox istəyirdi ki, bu xəstəxanada ağır xəstəliklərin profilaktikası həyata ke-çirilsin və eff ektiv müalicə işləri apa-rılsın ki, insanlar, xüsusilə də gənclər, onun oğlu kimi həyatdan vaxtsız köçməsinlər.

FƏALİYYƏTİHəmin illərdə maarifçi və xeyriyyəçi

cəmiyyətlərin fəaliyyəti aktivləşmişdi. Bu, hansısa bir vahid müsəlman

xeyriyyə və mədəni mərkəzinin yara-dılmasını tələb edirdi. “İsmailiyyə” belə bir mərkəzə çevrildi. Onun zallarında “Nəşri-Maarif ” cəmiyyəti tərəfindən çay süfrəsi arxasında xeyriyyə axşam-ları təşkil olunurdu. Zaman keçdikcə burada siyasi müzakirələr də aparılma-ğa başlamışdı. Məsələn, məlumdur ki, 1917-ci il aprel ayının 26-da bu binada xalq müəllimlərinin iştirakı ilə tələbə konfransı keçirilib.

Böyük xeyriyyəçi Ağa Musa Nağıyev hər il müxtəlif ali təhsil müəssisələrində oxuyan təqaüdçü tələbələrin təhsilinə 8 min rubl pul ayırırdı. Departament direktoru Kobalevski Bakıda ticarət məktəbi yaradılması təklifi ilə çıxış edəndə qısa müddətdə 170 min ma-nat toplanmışdı. Bu məbləğin 50 mi-nini H.Z.Tağıyev vermişdi. İlk pul köçürənlər arasında M.Nağiyev və Şəmsi Əsədullayev də vardı.

1898-ci ildə Bakıda yetim uşaqlar üçün evin tikintisi başlandı, ancaq ilin sonunda məlum oldu ki, toplanmış pul vəsaiti azlıq edir. Onda M.Nağıyev və Ş.Əsədullayev ilk olaraq iri məbləğli ianə verdilər. M.Nağıyev vərəmlə mübarizə üzrə Qafqaz cəmiyyətinin ən aktiv iştirakçısı idi.

Neft sənayesinin inkişafına, Qara dənizdə üç iri zavodun tikintisinə sərmayə qoyuluşuna, eləcə də “qara qızıl”ın hasilatı üçün yeni mexaniki üsulun tətbiqinə görə imperator II Ni-kolay onu Andreyev lenti üzərində qızıl medalla və III dərəcəli Müqəddəs Sta-nislav ordeni ilə təltif etmişdi.

Nağıyevin yüzlərlə binası və onlar-

MART 201320

Page 21: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

la gəmisi vardı. 1914-cü ilə qədər artıq onun varidatı yetmiş milyon rubl qızıl pul təşkil edirdi. Daşınan və daşınmaz əmlakı, bütün sərvəti isə daha yüksək məbləğdə qiymətləndirilirdi.

AİLƏSİ1872-ci ildə Nağıyev Ruqiyyə xa-

nımla evlənmişdi. Qızın ailəsi Nağıye-vin ailəsindən daha tanınmış və daha varlı idi. Axı onları tanış edəndə Musa hələ neft maqnatı deyildi. Ancaq, gö-rünür, gəlinin atası bu gəncin ailə sax-lamaq qabiliyyətində olduğunu hələ o vaxt görmüşdü. Üç ildən sonra onların ilk övladı, oğulları İsmayıl, daha sonra isə qızları Ümbülbanu dünyaya gəldi.

Nağıyevin nəvəsi Dilarə xanımın (milyonçunun oğulluğu Fərəc Nağı-yevin qızı) sözlərinə görə, onun ikinci arvadı da vardı - Gürcüstan yəhudisi

Liza xanım. Kübar məclislərə Nağı-yev Ruqiyyə xanımla getmirdi, çünki qadınlar orada açıq axşam libaslarında olurdular, Ruqiyyə xanım isə hicab ör-türdü. Ona görə də Ağa Musa cəmiyyət içinə həmişə Liza ilə çıxırdı. Onlar ax-şam ziyafətlərinin birində tanış olmuş-dular. O, Lizanı arvadı, Ruqiyyə xanımı isə uşaqlarının anası adlandırırdı.

Musa Nağıyev 1919-cu ildə 70 yaşında vəfat etdi. Doğmaları onun məzarı üstündə “İsmailiyyə” abidəsi tikdiriblər: Ağa Musa həmişə oğlunun yanında dəfn olunmaq istəyirdi, ancaq dəfn məsələsində İsmayılın bəxti atası ilə müqayisədə daha çox gətirdi, onun qalıqları Kərbalada dinclik tapıb – o yerdə ki, M.Nağıyev özü də uyumağı arzulayırdı.

AĞA MUSA NAĞIYEV NƏ EDİB?• 35 yoxsul ailənin ailə başçıla-rının vəsiyyətinə əməl edib, on-ların dəfnini öz vəsaiti hesabına Kərbəlada keçirib• Fəhlələrinə öz hesabına toy edən, fərqlənən işçilərinin təhsil haqqı-nı ödəyən, onların savadlanmasına sevinən olub• “Kaspi” qəzetinin nəşrinə vəsait xərcləyib• Kislovodskidəki “Xram vozduxa” ona mənsub olub• 1879-1880-ci illərdə Qara şəhərdə kerosin istehsal edən zavod tikdirib• 1887-ci ildə kapitalın və isteh-salın görkəmli konsentrasiyası və sahibkarların aksioner firması-

Maraqlı həyat Finansist

21MART 2013

Page 22: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

nın ən çox yayıldığı bir şəraitdə öz adına Neft Firması yaradıb və bu firma sonradan milli sahibkar-lıq müəssisəsindən birincisi hesab edilib. Firma fərdi ailəvi xarakter daşıyıb• 1901-ci ildə onun istehsal etdiyi neft in miqdarı Bakının neft paytax-tına çevrilməsində böyük rol oyna-mışdır• 1901-ci ildə Bakıya Şollar su-yunun çəkilişinə vəsaitin 75%-ni ödəyib• 1893-cü ildə I Gildiya tacir titu-luna layiq görülüb• 1891-1892-ci illərdə Rotşeldlə birgə blok yaradıb. Bu blok kerosi-nin xaricə eksportu və satışı haqda bir sıra razılaşmaların imzalanması-na böyük köməklik edib• 1891-ci ildə Qara şəhərə su

çəkdirib…• 1890-1895-ci illərdə Azərbaycanda, Rusiyada və xaricdə iri neft sənayeçisi kimi məşhurlaşıb,iri neft sahibkarı olub• 1898-ci ildə Bakı Politexnikumu-nun tikintisinə 100.000 rubl ianə verib• 1898-ci ildə yaşlı müsəlmanların təhsil kursları keçməsi üçün ianə verib• 1898-1899-cu ildə 49 yaşında Milyonçu tituluna layiq görülüb• 1899-cu ildə daha bir Neft ayırma zavodu yaradıb• 1904-1913-cü illərdə Azərbaycanda ən iri neft sahibkarla-rı sırasına qatılıb• 1906-cı ildə Balıq sənayesinin inkişafında rolu böyük olub. Balıq vətəgələri üzrə hərracda külli miq-

MART 201322

Page 23: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

darda kapital sərmayə qoymaqla ən iri vətəgələri ələ keçirib. “Kür – ba-lıq” sənayesində çoxluq təşkil edən balıq vətəgələri ona məxsus olub• 1907-ci ildə Realnı məktəbini tikdirib (indiki İqtisad Universi-teti) və himayədarlıq edib. Burada məktəbəqədər sinfin yaranması-na nail olub, 25 müsəlman qızının təhsil haqqını ödəyib• 1909-cu ildə “Zaqafqaziya balıq sənayesi Cəmiyyəti"-nin təsisçisi olub• 1910-cu ildə Çar Nikolay tərəfindən “Zolotaya şeynaya me-dal na Andreyevskoy lente” medalı ilə təltif edilib• 1913-cü ildə Realnı məktəbin himayədarı kimi III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilib• 1913-cü ildə Neft Sahibkarları-nın Qurultayında 10 səs qazanıb onların sırasına daxil olub• Şamaxıda Realnı peşə məktəbinin tikintisinə ianə verib• Uşaq ölümü ilə mübarizə aparan “Bakı Cəmiyyətini” külli miqdarda pul köçürüb• Vəsaitin çatışmaması səbəbindən uzun müddət yarımçıq qalmış “Körpələr evi”nin inşasını başa çat-dırıb• 100-dən yuxarı ailələrə maddi yardım göstərib, himayədarlıq edib• Maarifl ənməyə böyük fikir yönəldib, 100-lərlə cavanların sa-vad almasina vəsait xərcləyib.Onun göstərdiyi maddi kömək sayəsində

xaricdə təhsil alıb, ixtisas sahibi olanların sayı hesaba gəlməz olub• Ana və Uşaq Mühafizə İnstitutu (OMD),Ağa Musa Nağıyev adına və bir neçə digər xəstəxanalar onun tikililərindəndir• Öz adını daşıyan xəstəxana həm də həkimlərin “ixtisasartırma” məktəbi olmuşdur• 100 bina tikdirməyə qərar verən Ağa Musa 98 –ni yaratdı• 1913-cü ildə ilk “Müsəlman Xeyriyyə Cəmiyyəti”-“İsmailiyyə”ni tikdirib• 1913-cü ildə “Yeni Avropa” və ”Astoriya” mehmanxanalarını tik-dirib• Malakan küçəsində (indiki Rəsul Rza) – tikdirdiyi gül pasajı binasın-da “Balıq sənayesi” kontoru yerləşib• 28 May küçəsinin sağ və sol tərəfindəki bütün binalar ona məxsus olub• 1895-1897-ci illərdə həmin küçədə Lüteran kirxasını tikdirib• İlk olaraq “Poçt və Rabitə” bina-sını tikdirib

Düşünürəm ki, yuxarıda sadalanan işlərin ardınca nə isə yazmağa və ya ona qiymət verməyə mənəvi haqqım yoxdur. Sadəcə, onu qeyd etməliyəm ki, xalqı üçün bu qədər işlər görmüş insanlar, artıq bu dünyada öz cənnətini qazanıblar…

Ağa, Allah o dünyada, bu dünyada olan ürəyincə versin!!!

Ramil Bağırov

Maraqlı həyat Finansist

23MART 2013

Page 24: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

24 MART 2013

Finansist Təqdimat

Azərbaycanda 19 il bundan əvvəl ofis açan şirkət, respublikada və region-larda peşəkar xidmətlər göstərən ilk

beynəlxalq şirkət olmuşdur. Bu gün Ernst & Yanq yerli və beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə

"ERNST & YANQ

HOLDİNQS (SİAYES) Bİ.Vİ."

AZƏRBAYCANDAErnst & Yanq şirkəti 1903-cü ildə Elvin Ernst tərəfindən təsis edilmiş Ernst & Whinney şirkəti ilə 1906-cı ildə Artur Young tərəfindən təsis edilmiş, A.C.Young şirkətinin 1989-cu ildə birləşməsi nəticəsində yaranmışdır. 2008-ci ildə "BusinessWeek's" jurnalının «Karyeranı baş-lamaq üçün ən yaxşı yer» (The Best Places to Launch a Career) siyahısında birinci yeri tutmuş-dur. 2009-cu ildə "Fortune" jurnalının «İşləmək üçün 100 ən yaxşı şirkət» siyahısında 44-cü, «Böyük dördlük» də isə lider mövqe tutmuşdur. 2012-ci ildə ABŞ-nın “Great Place to Work” ins-titutu Ernst & Yanq şirkətini “dünyanın ən yax-şı işəgötürəni” beynəlxalq şirkətlər siyahısına (World’s Best Multinational Workplaces) daxil et-mişdir. Bu siyahı şirkətlərdə hər il aparılan əmək şəraitinin öyrənilməsi üzrə beynəlxalq tədqiqat əsasında dünyanın 25 lider şirkətini müəyyən edir. Ernst & Yanq şirkətinin 150 ölkədə 728 ofi-si fəaliyyət göstərir. Əməkdaşlarının ümumi sayı 167 min nəfərdir.

Page 25: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

25MART 2013

Təqdimat Finansist

bağlı müxtəlif peşəkar xidmətlər göstərir. Hal hazırda şirkətin Bakı ofisində Azərbaycan Res-publikasındakı müştərilərə xidmət göstərən 150-yə yaxın işçi çalışır. Bundan əlavə, Ernst & Yanq şirkətinin işçiləri Gürcüstan, Qaza-xıstan, Özbəkistan və Rusiyadakı müştərilərə

xidmət göstərir. Şirkətin ən dəyərli sərvəti onun əməkdaşlarıdır. Heyətin təlimləndirilməsi Rusi-ya, Böyük Britaniya və ABŞ ilə mübadilə proq-ramları əsasında həyata keçirilir və yerlərdə da-vam etdirilir. Ernst & Yanq şirkətinin təcrübəli mütəxəsissləri yerli və beynəlxalq mühasibat

Page 26: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

26 MART 2013

Finansist Təqdimat

uçotu, xüsusilə CPA (ABŞ-ın Diplomlu İctimai Mühasibləri) və ACCA (Yüksək İxtisaslı Lisen-ziyalı Mühasiblər Assosiasiyası) lisenziyalarına sahibdir. CPA və ACCA proqramlarında iştirak edən işçilərin sayı ildən ilə artır. Ernst & Yanq şirkətinin Bakı ofisi müxtəlif çeşiddə peşəkar xidmətlər, o cümlədən auditor xidmətləri, ver-gi və hüquq xidmətləri, əməliyyatların müşahidə olunması xidmətləri, biznes məsləhət xidmətləri, Azərbaycanın və dünyanın aparıcı şirkətləri üçün peşəkar təlim seminarları təklif edir.

Ernst & Yanq şirkətinin ölkəmizdə fəaliyyəti haqqında geniş məlumat əldə etmək üçün "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyevdən aldığımız müsahibəni diqqətinizə təqdim edirik.

Hörmətli İlqar müəllim!İcazə verin, Ernst & Yanq şirkətinin Azərbaycan fəaliyyəti haqqında söhbətimizə keçməzdən əvvəl Sizi APFM və jurnalımızın redaksiya heyəti adından "AMCHAM" - Azərbaycanda Amerika Ticarət Palatasının Preziden-ti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edək! Arzu edirik ki, rəhbərlik et-diyiniz qurum Azərbaycanda biznes mü-hitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini versin və əminik ki, bu məhz belə də olacaq. Eyni zamanda ümid edi-rik ki, Palata Azərbaycan və ABŞ arasın-dakı maliyyə və biznes əməkdaşlığında da əsas həlqələrdən biri olacaq.

Təşəkkür edirəm. İndi isə Ernst & Yanq şirkətinin

Azərbaycanda fəaliyyəti haqqında. İlk öncə Sizdən oxucularımıza, xüsusən gənc mütəxəssislərə, şirkətiniz haqqında ümumi məlumat verməyinizi xahiş edirik.

Ernst & Yanq dünyanın ən iri konsaltinq və

audit şirkətlərindən biridir. Şirkətin dünyanın bir çox ölkəsində şəbəkələri mövcuddur. Ernst & Yanq Azərbaycanda fəaliyyətə başlayan ilk xa-rici audit şirkətidir. Şirkət Azərbaycanda 1994 - cü ildən fəalliyət göstərərək audit, vergi, biznes məsləhətləri və əməliyyatların müşayiət olun-ması sahələrində peşəkar xidmətlər göstərən lider təşkilatdır. Şirkətdə 150 nəfərə yaxın işçi fəaliyyət göstərir və onların əksəriyyətini yerli mütəxəssislər təşkil edir. Onu da xüsusi ilə vur-ğulamaq istəyirəm ki, Ernst & Yanq hər zaman gənclərlə işləməyə üstünlük vermiş və daim on-ların peşəkar inkişafına maraq göstərmişdir. Öz təcrübəmdən deyə bilərəm ki, burada işlədiyim 19 il ərzində hər zaman şirkət tərəfindən gənc mütəxəssislərin peşəkar inkişafına yönəldilmiş addımlar görmüşəm. Bu səbəbdən biz hər il vergi məsləhətləri, audit və biznes məsləhətləri departamentlərinə yeni kadrlar cəlb edirik. Mən özüm də bu prosesdə yaxından iştirak edirəm. Çox sevindirici haldır ki, bizə daim işə qəbul ol-maq üçün gənc, savadlı mütəxəssislər müraciət edir, bizim böyük ailəmizə qoşulmaq istəyirlər.

Ernst & Yanq Azərbaycana necə gəldi və gəlişi zamanı qarşısına qoyduğu prioritet məsələlər hansılar idi?

Ernst & Yanq şirkətinin Azərbaycanda fəaliyyətə başlamasına əsas səbəb ölkəmizdə "Əsrin müqaviləsi"-nin bağlanması nəticəsində müxtəlif iri xarici investorların fəaliyyətə başla-ması olmuşdur. Ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində buraya iri xarici şirkətlərin (həm neft , həm də qeyri-neft sahəsində fəaliyyət göstərən) marağı artmışdır. Ernst &Yanq daim öz müştərilərinin yanında olmuş, onları hər za-man dəstəkləmiş və bu səbəbdən xarici şirkətlərlə birgə Azərbaycanda fəaliyyətinə başlamışdır. Bir azərbaycanlı kimi böyük qürur hissi ilə qeyd etmək istərdim ki, hal hazırda bizim müştərilərimizin bö-yük bir hissəsini yerli şirkətlər təşkil edir.

Page 27: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

27MART 2013

Təqdimat Finansist

Vurğuladığınız kimi, burada Siz xa-rici şirkətlərlə yanaşı yerli şirkətlər ilə də layihələr həyata keçirirsiniz. Azərbaycanda fəaliyyət göstərdiyiniz müddət ərzində reallaşdırdığınız ən iri layihələrdən hansılarını qeyd edə bilərsiniz?

Sualınızı cavablandırmaq üçün əvvəlcə layihələr barədə deyil, peşəkar xidmət göstərdiyimiz şirkətlər barədə məlumat vermək istərdim. Bizim müştərilərimizin siyahısında iri neft şirkətlərinin – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), BiPi, LUKOYL, və s. maliyyə qurumları arasında – Azərbaycan Respublikası Dövlət Neft Fondu, Mərkəzi Bank, Kapital Bank, Paşa Bank və s., bunlardan əlavə, yerli iri holdinqlərin də adlarını çəkə bilərəm. Sevindirici hal odur ki, xidmətlərimizdən istifadə etmək istəyən yerli müəssisələrin sayı daim artmaqdadır. Bütün müştərilərimizlə layihələrimizi indi sadalasam çox vaxt tələb olu-nar. Mən xüsusilə şirkətimizin ARDNŞ ilə olan layihələrini qeyd etmək istərdim. Biz daima ARDNŞ-in yanında olmuşuq (həm Beynəlxalq Standartlara keçid zamanı, həm də Avrobondla-rın buraxılışı zamanı dəstək olmuşuq). ARDNŞ-ni Azərbaycan iqtisadiyyatının aparıcı gücü he-sab edirik. Ümumiyyətlə, qeyd etmək istərdim ki, layihələrin sayı çoxdur və onların davamlı ola-raq artmasını şirkətimizin inkişafında çox pozitiv amil hesab edirəm.

Bildiyimiz kimi şirkətiniz Azərbaycanda BMHS-ın tətbiqində böyük rol oyna-yır. Qeyd etməliyik ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Vergi uçotu ilə BMHS arasında müəyyən fərqlər var. Bu fərqlər maliyyə hesabatında təxirə salınmış vergidə əks olunur. Mövcud fərqlərin miqyası-nı necə dəyənləndirirsiniz və bu fərqlərin

müəyyən səviyyədə aradan qalxması istiqamətində şirkətinizlə vergi orqanla-rı arasında müəyyən məsləhətləşmələr aparılırmı?

Çox maraqlı bir sualdır. Fikrimcə, vergi uço-tu ilə BMHS arasında fərqlərin olması təbii hal-dır. Bu fərqlər dünyanın hər bir ölkəsində var və bu normal qarşılanmalıdır. BMHS əsasında hazırlanmış maliyyə hesabatlarının istifadəçiləri kommersiya təşkilatları, o cümlədən müxtəlif səhmdar cəmiyyətləridir. Vergi uçotu əsasında hazırlanmış hesabatların istifadəçiləri isə əsasən dövlət vergi orqanlarıdır və onların öz tələbləri mövcuddur. Hal-hazırda müəyyən fərqlər ara-dan qaldırılıb və BMHS-in tələblərinə uyğundur, qalan fərqlər isə izah olunandır . Belə ki, hər bir ölkə öz fiskal siyasətini aparmaqla bu yönəmdə müəyyən tələblər irəli sürür. Ümumiyyətlə bu iki uçotun bir-biri ilə tam uyğunlaşması məqsəd kimi qoyulmamalıdır. Əsas odur ki, maliyyə he-sabatları şəff af olsun və istifadəçi istənilən halda fərqlərin səbəbini müəyyən edə bilsin.

Şirkətiniz Azərbaycanda mühasibat uço-tu, audit və menecment sahəsində olan yeniliklərin tətbiqində xüsusi rol oyna-yır. Fikrinizcə Azərbaycanda iqtisadiy-yat və maliyyə sahəsinin daha hansı istiqamətlərində beynəlxalq təcrübənin tətbiqinə ehtiyac var?

Vurğulamalıyam ki, XXI əsrdə beynəlxalq səviyyədə cərəyan edən proseslərdən kənarda qalmaq mümkün deyil. Hesab edirəm ki, beynəlxalq təcrübə iqtisadiyyatımızın bütün sahələrində geniş tətbiq olunmalıdır. Müha-sibat uçotu və maliyyə hesabatı bunun yalnız bir hissəsidir. Sahəm üzrə onu deyə bilərəm ki, müəssisələrin öz davamlı inkişafı üzrə hesa-batlarının hazırlanması sahəsində beynəlxalq

Page 28: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

28 MART 2013

Finansist Təqdimat

təcrübənin öyrənilməsi çox faydalı olardı. Hal-hazırda beynəlxalq aləmdə müəssisənin mənfəət əldə etmə qabiliyyətindən daha çox müəssisənin ictimaiyyətə verdiyi töhfə üstünlük təşkil edir. Eyni zamanda bir maliyyəçi kimi düşünürəm ki, müəssisənin maliyyə cəhətdən inkişafı-nın əsasını yalnız pul qazanmaq bacarığı təşkil etməməlidir – bu sadəlövh və qısa perspektivli düşüncədir. Bu səbəbdən hazırda dünyada da-vamlı inkişafa xüsusi önəm verilir. Davamlı inki-şaf – cəmiyyətdə düzgün mövqe tutmaq, geniş infrastruktur yaratmaqdır. Bu səpkidə fəaliyyət göstərən müəssisə cəmiyyətdən nə ala biləcəyi barədə düşünməkdən daha çöx cəmiyyətə nə verəcəyi barədə düşünməlidir. Hazırda dünya-da bir çox müəssisələr davamlı inkişaf haqqında hesabat hazırlayır. Azərbaycanda bu cür hesa-batı hazırlayan ilk şirkət məhz ARDNŞ olmuş-dur. Beynəlxalq təcrübənin tətbiq olunduğu digər sahələr arasında işgüzar etikasının tətbiq edilməsi və şəff afl ığın artırılmasını qeyd etmək olar. Digər istiqamət qismində Azərbaycan müəssisələrinin qiymətli kağızlar və ya istiqraz-ların buraxılışını və ümumiyyətlə, beynəlxalq qiymətli kağızlar bazarında iştirakını qeyd etmək olar. Bu bazara çıxış əldə etmək üçün müəssisə ciddi nəzarət olunan tələblərə cavab verməlidir. Bu baxımdan da beynəlxalq təcrübənin öyrənilməsi faydalıdır.

Eyni zamanda vergi sistemində də yeniliklərin tətbiqini qeyd etmək olar: elektron audit, elekt-ron hökümətin yaradılması və s. kimi hallarda da beynəlxalq təcrübədən yararlanmaq olar.

Azərbaycanda fəaliyyət göstərən müəssisələrin fəaliyyətlərinin qeyd etdiyimiz istiqamətlər üzrə qurulması ölkəmizdə işgüzar iqlimin daha da op-timallaşmasına və öz növbəsində iqtisadi inkişa-fın daha da sürətlənməsinə təkan verə bilər.

Müsahibənin əvvəlində qeyd etdiyiniz kimi şirkətiniz gənc mütəxəssislərə xü-susi önəm verir. İşçilərinizin qarşısın-da təhsil səviyyəsi baxımından hansı

tələblər var və yaxşı auditor olmaq üçün adi auditor nə etməlidir?

İlk öncə onu vurğulamalıyam ki, Ernst & Yanq tələbləri işçilərinin qarşısında deyil, öz qarşısında müəyyən edir. Bizim məqsədimiz gənc, istedadlı, gələcəyini öz zəhməti ilə qur-maq istəyən insanlara lazımi inkişaf şəraiti yarat-maqdır. İşə qəbul etdiyimiz mütəxəssislər təhsil ocağlarını artıq bitirdiklərinə baxmayaraq, daim peşəkar səviyyələrini artırırlar. Burada iş pro-sesi zamanı təcrübənin əldə edilməsi ilə yana-şı müxtəlif kurs və təlimlərdə də iştirak nəzərdə tutulur. Sualınızın ikinci hissəsinə cavab olaraq bildirmək istərdim ki, peşəkar mütəxəssis olmaq üçün daim özünə qarşı bir mənada tələbkar ol-malısan. Öz bilik səviyyəndən razı olduğun an-dan etibarən bil ki, inkişafın dayanıb. Bilik əldə etmək istəyi olan şəxsdə daim inkişaf olacaq. Hər halda bu bizim üçün ən vacib amillərindən bi-ridir. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək üçün biz daim öz peşəkar inkişafı üzərində işləyən mütəxəssislərdən ibarət şirkət olmalıyıq.

Sirr deyilsə, gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

Onu deyə bilərəm ki, planlar olduqca çoxdur, qarşımıza qoyulan məqsədlər də çoxdur. Bizim uğurumuz birbaşa olaraq Azərbaycanın iqtisa-di inkişafı ilə bağlıdır. Planlarımız – Azərbaycan vətəndaşı olan yeni cavan mütəxəssislər cəlb etmək, öyrətmək, bütün yenilikləri vaxtında tətbiq etmək və müştərilərin tələblərinə uyğun olmaq, onları anlamaq, onlarla eyni dildə danış-maqdır.

Dünyanın bir çox ölkələrində as-sosiasiyaların üzvlük baxımından genişlənməsi müşahidə olunur, o

Page 29: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

29MART 2013

Təqdimat Finansist

cümlədən Azərbaycanda. Məsələn, APFM Azərbaycanda üzvlərinin sayı-nın genişləndirilməsinə maraq göstərir və onlara xüsusi imtiyazların verilməsi barədə düşünür. Bu növ assosiyasiyala-rın fəaliyyətini necə qiymətləndirirsiniz və üzvlərə hansı imtiyazların verilməsini tövsiyə edərdiniz?

Yeri gəlmişkən mən APFM-ın təsisçilərinə assosiasiyanı yaratdıqları üçün öz minnətdarlığımı bildirmək istərdim. Bu prosesdə iştirak etdiyim üçün qürur duyuram. Assosiasiyanın Müşahidə Şurasının üzvi kimi onu bildirmək istərdim ki, qurumun yaran-dığı ilk gündən onun fəaliyyəti barəsində çox böyük müzakirələr aparılıb və hal-hazırda bu assosiasiyanın əldə etdiyi nailiyyətləri görmək mənim üçün sevindirici haldır. Xüsusən, bu qurumun təsis etdiyi "Finansist" jurna-lı barədə fikir bildirmək istərdim. Əminəm ki, jurnal böyük oxucu auditoriyası əldə edəcək və mütəxəssislər üçün bir tədris vəsaiti rolu-nu oynayacaq. Jurnal peşəkar səviyyədə tərtib olunub və mövzu baxımından çoxşaxəlidir. Ümumiyyətlə, peşəkar qurumların fəaliyyəti haqqında onu da qeyd etmək istərdim ki, bu növ qurumlar fikirləri bir nöqtəyə cəmləyir və bu fikirlər bir mənbədən səslənəndə daha nüfuzlu və eşidilən olur. Maliyyə menecerləri qarşısında yaranan suallar daim artır və onla-rın birgə həlli daha məqsədəuyğundur. Maliyyə meneceri çox geniş anlayışdır. Bu geniş şaxəli fəaliyyəti icra etmək üçün təcrübə mübadiləsi xüsusi önəm daşıyır. Bu baxımdan assosiasiya bir növ platforma rolunu oynayır.

İmtiyazlara gəldikdə isə onu deməliyəm ki, mənim şəxsi fikrimcə, APFM – kommersiya təşkilatı deyil. O, peşəkar maliyyə menecerləri üçün yaradılmışdır və bu assosiasiyaya üzv ol-maq özü bir imtiyazdır, hər halda mənim üçün. Assosiasiyanın fəaliyyətinin uğurlu olma-

sı, dövlət və ictimai qurumlar ilə əlaqələrinin genişləndirilməsi dinamikası üzvlərin inkişaf fürsətlərinin çoxalmasına birbaşa təsir göstərir. Yəni imtiyazlarımızın çox olması özümüzdən asılıdır. Şəxsən mənim üçün ən böyük imtiyaz - peşəkarlar arasında ortaq fikrin yaranması, ünsiyyət imkanları və təcrübə mübadiləsidir.

Fürsətdən istifadə edərək jurnalımızın təqdimat mərasimində aktiv iştirakınıza görə bir daha Sizə təşəkkür edirik.

Çox sağ olun! Ən məsuliyyətli missiya mənim üzərimə düşdü: tortu mən kəsdim.

Öhdəsindən məharətlə gəldiniz.

Və sonda bizim ənənəvi sualımız: Jur-nalın müsbət tərəflərini qeyd etdiniz, bəs inkişaf baxımından jurnalda daha hansı rubrikaları görmək istərdiniz?

Əlbətt ə, jurnalın ilk buraxılışlarından yeni rubrikalar haqqında danışmaq çətindir və düz-gün olmazdır. Məqsəd o deyil ki, jurnal məhz mənim xoşuma gəlsin. Burada məqsəd ge-niş oxucu auditoriyası əldə etməkdir. Mən istərdim ki, burada mürəkkəb maliyyə mövzu-larını sadə müxbir dilində eşidim. Jurnalın da-rıxdırıcı olmamasını arzu edirəm. Yaxşı olardı ki, bu jurnalda vergi qanunvericiliyi və norma-tiv aktlarda olan ən son yeniliklər işıqlandırıl-sın. Burada aktual məsələlərin müzakirəsinə həsr olunmuş sual-cavab rubrikasının yer al-ması, oxucuların suallarını dövlət qurumları-nın nümayəndələri tərəfindən cavablandırılma-sı maraqlı olardı. Bu tipli mövzuların jurnalda yerləşdirilməsi oxucuların çoxalmasına səbəb ola bilər. Bir daha işlərinizdə uğurlar arzulayı-ram.

Ramil Bağırov

Page 30: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

30 MART 2013

Page 31: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

31MART 2013

Bakının 32 kəndi Bakı və Abşeronda geniş ya-yılmış anlayış olub ənənəvi Abşeron kəndlərini ifadə edir. Bu anlayış adətən XIX əsrin son-larında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. Bu gün Bakıda 41 kənd var.

Page 32: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

32 MART 2013

BALAXANIBakının ən qədim kəndlərindən biridir.

Bakının şimal-şərqində, Ab-şeron yarımadasının ortasın-da yerləşir. Balaxanının şi-mal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adla-nır. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan ya-şayış massivi formalaşma-ğa başlamışdır. Kəndin adı-nın mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yu-xarı, hündür, "xana" – ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan ki-çik otağa deyərdilər. Bun-lar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikil-miş Səngəçal karvansarası-nın və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çı-xarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxa-nıda 47 belə güclü neft quyu-su qazılıb. Bu dövrdə xarici

Finansist Azərbaycan haqqında

Page 33: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

33MART 2013

şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyon-çular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xari-ci neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi. Balaxanıda ilk neft quyusunun

şərəfinə abidə qoyulub. Lakin hazırda bu abidədən iz qalmayıb. Balaxanıda aşağıdakı memarlıq abidələrinin qalıqları vardır.Abidələr. 1385-ci ildə usta Arif tərəfindən inşa edil-miş Hacı Şəlalə abidəsi .Bu abidə kvadrat şəkilli tağ-tavanlı kiçik otaqdan və onun qarşısındakı dərin piştağdan ibarətdir; 1427-ci ildə tikilmiş Şarirağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur . Xalq ara-sında İmarət adlandırılan bu bina ehtimala görə mehmanxana olmuşdur. Abidə günbəzlə salon-dan və fasaddakı çıxıntılı promoldan ibarətdir. Hər iki bina Abşeron binaları üçün xarakterik olan yo-nulmuş daşdan tikilmişdir; 1636-cı ildə tikilmiş Şah Səfi karvansarayı. Karvansaray İpək Yolunun

üstündə olduğundan o zamankı bütün tacirlərin yolu buradan düşüb; XVII əsrdə tikilmiş ovdan; Kəndin cənubundakı "Boq-boqi" adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda "Pirə Moulo" piri, kəndin ortasın-dakı böyük tut ağacının yanında olan "Sənqıran" piri olub. Kənddə bir neçə hamam camaata xidmət

edib: "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları və s.

BİLƏCƏRİBiləcəri qəsəbəsi Bakının qədim kəndlərindəndir. 1936-cı ildə qəsəbə statusu

almışdır. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnoto-ponim olub, türkdilli xəzərlərin bələncər tayfası-nın adını əks etdirir. Bələncərlərin Azərbaycana miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) Azərbaycana köçürdüyü xəzərlərlə və VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Ab-dullahın Xəzər ölkəsinə hücum edərək onun üç paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi

Azərbaycan haqqında Finansist

Page 34: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

34 MART 2013

Finansist Azərbaycan haqqında

ilə əlaqələndirilir. Yaşayış məntəqəsinin coğ-rafi mövqeyinə əsaslanan digər tədqiqatçılar isə bu toponimi qədim türk dillərindəki be-len (aşırım, alçaq dağ) və cərcəri (sıldırım, yar-ğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı yarğan"mənasında izah edirlər. Başqa bir etimolo-giyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir.

BİLGƏHBilgəh vaxtilə Bakının qədim kəndlərindən biri olub. Bilgəh sözünün mənası "Piləgah"

sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer, ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə bu-rada çox əski zamanlarda barama becərirmişlər. Bilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə burada şəhər mədəniyyətinin inkişafından xəbər verir. Bilgəhdən keçən Avropa səyyahları da xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə aid abidələrin bu günə qədər qalan qalıqları da bu qədim yaşayış məskəninin şərəfl i keçmişindən xəbər verir. Əhalisinin sayı təqribən 11 mindən çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf et-mişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət göstərmişdir.

BİNƏQƏDİBinəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haq-

qında konkret fikir olmasa da, arxeoloji qazıntı-lar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yet-mişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntı-lar əsasında Azərbaycan tarixşünaslığı və arxeo-logiyası dünyada ilk dəfə olaraq IV dövr faunası-nı müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifl iyinə görə Amerika Birləşmiş Ştatlarından

sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib.

BİNƏŞəhər tipli qəsəbədir. Mərdəkan qəsəbəsinə gedən yolun sağında yerləşir. Məskunlaşma

baxımından Abşeronun ən cavan yaşayış məntəqəsidir. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa baş-lamışdır. Bakı şəhərinin Xəzər rayonunun inziba-ti ərazi vahidliyinə daxil olan Binənin ərazisi 3150 kv. km-dir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814-1815 və 1878 - 1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən Mövsüm Səlimov məscidini qeyd etmək olar.

BÜL BÜLƏAbşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə

dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunla-rın arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanı-mı, həmçinin nökəri də dəfn olunmuşdur. Onla-rın Bülbülə torpağında dəfn olunması bu torpa-ğın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmiş-dir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində Lahıclar məhəlləsində yerləşir. Məscid 1915-ci ildə Seyid Baxış Seyid Nurbaxış oğlunun rəhbərliyi ilə suraxanılı usta Məşədi Dadaş tərəfindən tikilmiş-

Page 35: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

35MART 2013

dir. Salam təpəsi Bülbülə ilə Bakı-xanov qəsəbəsi sərhədində yerləşən həmşəhərli qəbiristanlığı adı ilə ta-nınan ərazinin ən hündür sahəsində yerləşir. İrandan Bakıya işləməyə gələnlər dünyalarını dəyişdikləri za-man bu ərazidə dəfn olunurdular, buna görə də bu yer xalq arasında həmşəhərli qəbiristanlığı kimi tanı-nırdıDeyilənlərə görə, Bülbülə kəndinin günçıxan tərəfindən olan kəndlərdən zəvvarlar Məkkə, Kərbala və Məşhəd şəhərlərinə ziyarətə gedərkən bu təpədə ayaq saxlayar, Bülbülədə olan "İmamzadə"yə salam verərdilər. Ço-vuş ziyarətnamə oxuyub qurtardıq-dan sonra isə xudahafizləşərdilər. Ziyarətdən qayıdan zaman da on-lar bu təpədə ayaq saxlayar, Bülbülə

"İmamzadə"si ilə salamlaşardılar. Ziyarətə gedən zəvvarları yola salanlar onları bu təpədən ötü-rüb evlərinə dönərdilər. Beləliklə, xalq arasında bu təpənin adı Salam təpəsi adlanırdı. Bülbülədə 4 hamam var idi: 1. Əlican və Vəlican hamamı 2. Hacı İsgəndər hamamı 3. Razaq hamamı 4. Al-mas hamamı. Əlican və Vəlican hamamı 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş, hama-mın dörd günbəzindən hal-hazırda ikisi qalmış-dır. Bülbülə yaşayış mərkəzi özü də qədim oğuz

məskənidir. "Bülbülə" sözünün mənşəyi haqqında aşağıdakı rəvayətlər mövcuddur: 1. Bülbülə şoru-nun ətrafında şirin sulu bulaqlardan birini "pül-pül" adlandırmışlar. 2. Başqa bir rəvayətdə isə de-yilir ki, eramızdan əvvəl təxminən 335-325 illər arasında Makedoniyalı İsgəndər Zülqərneyn öz qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu yerlərə "buli-buli" demişlər. 3. Başqa bir rəvayətə görə isə "Bülbülə" sözü burada olan bülbüllərin

Page 36: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

36 MART 2013

Finansist Azərbaycan haqqında

çox olması ilə əlaqələndirilir. Bütün bu yazılardan Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək ol-masa da, məlum olur ki, bu kənd qədim tarixə ma-lik olmuş və müqəddəs yer kimi tanınmışdır. Bu fikir hal-hazırda kənddə yaşayan əhalinin müxtəlif yerlərdən gəlməsini də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan, dabbaqlıq, maldarlıq, əkinçilik, bağbanlıq, qalayçı-lıq və s. olmuşdur

ZİRƏ“Zirə" toponimi fars mənşəlidir, "çökəklikdə olan yer" deməkdir. Xəzər Dənizindəki ada-

lardan biri narın qumla örtülmüş Qum adasıdır. Keçmişdə ona "Qum zirə" deyirdilər. "Zirə" ada deməkdir. Bakı ətrafındakı Zirə kəndinin adı da bu sözdən götürülmüşdür. Bu gün bir çoxlarının "Nargin" və "Vulf " adlandırdıqları adalara əvvəllər "Daş zirə" və "Böyük zirə" deyirdilər. Mənası ay-dındır: daşlı ada və böyük ada. Daş zirə qayaaltı adadır, Böyük zirə isə Bakı arxipelaqında ən bö-yük adalardan biri hesab olunur. Bəs bu adalar nə üçün "Vulf " və "Nargin" adlanır? Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar arasında Daş zirəni və Böyük zirəni də görürlər. La-kin bu adalar xəritələrdə göstərilməmişdi. Onların Baltik dənizindəki Vulf və Nargin adalarına oxşar-lığını görən dənizçilər xəritədə yeni qeydlər edirlər. O vaxtdan bəri Baltik və Xəzər dənizlərində eyni adlı adalar mövcuddur. Zirənin Tunc dövrünə aid-liyi sübut edilmişdir. Qəsəbədə müxtəlif əsrlərə aid qəbiristanlıq, məscid və s. abidələr var. Ma-raqlıdır ki, Zirə təkcə Abşeronda deyil, bütün Azərbaycanda qarpızı ilə məşhurdur. Tarixi çox qədimdir. Daş kitabələr, qədim qəbirlər buna əyani sübutdur. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində 166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayır-dı. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Zirə qəsəbəsinin 11.5 min nəfər əhalisi vardır. Bir çox tanınmış şəxsiyyətlər, o

cümlədən Mirzə Bala Məmmədzadə bu qəsəbənin sakini olub.

ƏMİRCANƏmircan Bakının qədim kəndlərindən sayılır. A.Bakıxanov "Gülüstani-İrəm"

əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil ediblər. "Əmir Hac" ərəb sözü olub, tərcüməsi "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur, yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizaməddin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan xalçaları dünyada məşhur olubdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Ehtimal ki, Abşeron-dakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırı-lıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skifl ərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir. Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizaməddin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: "Bu məscidi Əmir Nizaməddin – "Əmir həc" böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib". XVII-XVIII əsrlərdə kənddə bir neçə məscid tikilib. Bunlardan Binyətdilər məscidini göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və

Page 37: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

37MART 2013

məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscidlər mədəniyyət abidəsi kimi qorunur. 1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid "Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi abidə kimi mühafizə olunur. Əmircanın qədim tikililərindən danışarkən ovdanlardan da söz açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz sularını toplamaq üçün qədimlərdə tikilən su təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var. Əmircanın şərq hissəsində

qədimdə içində kəhrizlər olan ovdanlar olub.Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə, qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün birinci dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib. Kənddə bir neçə bulaq var. Bu bulaqların bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. Bulaqların müalicəvi əhəmiyyəti də var. Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə indiki Bakıxanov küçəsində kükürdlü isti su çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də hamamın xarabalıqları qalmaqdadır. Su isə

Page 38: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

38 MART 2013

tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət göstərir. Əmircanın Suraxanı küçəsindəki həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX-XX əsrin əvvəllərində salınmış neft mədənlərinə və sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanı-ya Əmircandan arabalarla şirin su daşınırmış. Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə karvan və araba yolu qədim tarixin izi olaraq bu gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu Abşeron yarımadasının ortasından salıblar. Bu yol Pirallahıdan Bakıya qədər XIX əsrə kimi yeganə yol olub. Əmircan kəndinin hər məhəlləsində bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb. Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının altında bir mağara var. Buraya 200-dən çox adam sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə Bakıya soxulanda öz quldurları ilə bir müddət həmin mağarada gizlənib. Sonradan bu yer uzun illər onun adı ilə bağlı olub. 1932-ci ildə kəndin mərkəzində qədim bir qəbristanlıq sökülüb. Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst mərtəbəsində islamaqədər dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki skelet aşkarlanıb. Qədim Əmircanda atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdı-lıb. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Əmircanda neft quyuları qazılarkən çox dərin qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. Burada mağara şiri, mağara ayısı, kərgədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət bütöv bir qəbiristanlıq aşkar edilib. Bu qədər böyük sümük yığını qədimdə

burada ehtimal ki, göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və göy gilabi çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabidan sabun yerinə paltar, palaz, xalça yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşero-nun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan daha istifadə etməyiblər. Əmircanda əhali həmişə təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat işləri görülərkən, quyular qazılan zaman çoxlu qədim məişət əşyaları, sümüklər, küplər, zinət əşyaları, pullar, silahlar hətt a heykəllər də tapılıb. Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar. Ancaq hazırda qismən də olsa, kənddə təsərrüfatla məşğul olanlar var. Deyilənə görə, kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. Əmircanda bir neçə xalça karxanası və dabbaqxa-

Finansist Azərbaycan haqqında

Page 39: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

39MART 2013

Təqdimat Finansist

Page 40: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

40 MART 2013

Finansist Təqdimat

nalar var. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə Buta" və "Xilə əfşan" dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində). Əmircan öz qutablari ilə də çox məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş. İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən "Həft ə bazar" idi. Bu bazarda həft ədə bir gün böyük alver olurmuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır. XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan "xozeyinlər" kəndi kimi məşhur olub. Neft çıxarmada

işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ neft i ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi. Neft çıxarma sahəsində dərinlik nasoslarının tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən məlumdur. Həmin dövrdə Abşeronun bütün kəndlərində Əmircanın qocaman neft ustaları böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft zavodu

Page 41: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

41MART 2013

tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu olan qazanlar quraşdırılıb. Neft sənayesinin inkişafı ilə əlaqədar kəndin kənarında Hümbət adlı sahibkarın mədən avadanlığı, alətlər və onları təmir edən emalatxanası olub. Həmin emalatxana 1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-zavod məktəbinə çevrilib. Hazırda orada geofizika zavodu fəaliyyət göstərir.

ƏHMƏDLİƏhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim

Bakıətrafı 40 kənddən biridir. Qədim Əhmədli kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci mərhələ, 11-ci yüzilliyin ortalarında Şirvanşahlar

dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdü-yü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin (1040-1063) hakimiyyəti zamanı Azərbaycan ərazisində məskunlaşmağa başlayan səlcuq tayfa-larından bəziləri məhsuldar torpaqlar axtararaq Abşeron yarımadasına, eləcə də indiki Əhmədli kəndi ərazisinə gəlib çıxırlar. Onlar burada yaşa-yış məskənləri salmış, mədrəsə, məscid, hamam və bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin məscid və hamam 20-ci əsrə qədər müxtəlif da-ğıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa edilmiş və günümüzdə də fəaliyyətlərini davam etdirirlər. Bu dövrdə kəndin necə adlanması bəlli deyil. Kəndin tarixinin ikinci mərhələsi, 16-cı əsrin əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin yayılması dövründən başlayır. Məşhur səfəvi tayfa-larından olan şahsevənlərdən Mahmud və Əhməd adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar. Tezliklə kənd əhalisi arasında böyük hörmət və üstünlük qaza-nan Şahsevənlər kəndi tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bunun-la razılaşmayan Mahmud böyük qardaşına qarşı çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə köçürür. Mahmudun tayfasının yaşamağa başladı-ğı ərazi isə "Mahmudlu" adlanmağa başlayır. Lakin çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaq-dadır. Əhmədli tarixindəki üçüncü mərhələ isə Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli qəsəbə statusunu alır.

KÜRDƏXANIKürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer

üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materialların-dan istehsal olunan təsərrüfat alətləri aşınma-ya məruz qalmasına baxmayaraq, bu və ya digər

Azərbaycan haqqında Finansist

Page 42: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

42 MART 2013

dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə ta-rixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olu-nan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin ya-digarı olan hamam və sair də təsdiq etməkdədir. "Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə, coğrafi məfh um "kord//korda//kordə" sözündən və "xanı" topo-morfantından yaranmışdır və "bıçaq düzəldilən yer" mənasını verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğra-fi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır. Kürdəxanıda bir çox tarixi abidələr buranın qədim yaşayış məskəni olmasını sübut edir. Qəsəbənin mərkəzi küçələrinin birində Hacı Zeynal hamamı vardır. Hamam XVII əsrin əvvəllərində tikilmiş-dir və o zamandan fəaliyyət göstərmişdir. Daha bir hamam isə Cəfərqulu hamamıdır. Onun əsası XII əsrdə Bakı şahlarının biri tərəfindən qoyulmuş-dur. Kürdəxanının təzə qəbiristanlığında yerləşən məscidin tikintisinin isə Qız Qalasının tikintisi ilə eyni dövrə təsadüf etdiyi bildirilir. Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə görə, Yamin adlı bir gənc şəxs günlərin bir günü ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdi-yi sədəqəyə gedib daş alır və qala tikməyə başla-yır. Məqsədi o idi ki, öldükdən sonra bu dünyada ondan bir iz qalsın. Tikilən qalaya onun adı qo-yulur. Kəndin Dadaş Vasif küçəsində Bakı xanı-nın mülkü olub. Lakin həmin mülk indi baxımsız vəziyyətdədir. Qəsəbədə müasir tipli poliklinika, internet kafe, H.Ağaverdiyev adına 113 saylı orta məktəb, 366 saylı uşaq bağçası, 33 saylı polikli-nika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi, işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir. Kürdəxanının bir çox tarixi adət-ənənələri var-dır ki, onlar indi də qorunub saxlanılmaqdadır.

Məsələn, qəsəbənin əsas məhəllələrində bir ağ-saqqal oturardı. Hörmət əlaməti olaraq buradan uşaqlar keçməzdi. Bu adət indi də var. Qəsəbədə xınayaxdı mərasimindən sonra paltarkəsdi adlı bir qonaqlıq olardı. Burada kişilər, heç kiçik yaşlı oğ-lan uşaqları da iştirak etməzdi. Mərasimdə gəlinin geyiminin uc hissəsi kəsilərdi və toy olana qədər qayınanada qalardı. Təəssüfl ər olsun ki, bu adət indi yoxdur və ya az hallarda gerçəkləşir. Toyun sa-bahısı bəy evində ziyafət olardı. Kişilərə həyətdə, qadınlara və uşaqlara evdə yemək verərdilər. Bəzi bölgələrdə buna üçgünlük, toysabahı və s. deyərlər. Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonu-na daxildir. Bakının şimal hissəsində yerləşir. Ərazisi 27.3 kv.km-dir.Pirşağı, Maştağa, Nardaran, Bilgəh,Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd dənizin sahilində olduğu üçün, əsasən, ən çox so-yuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10-20 dərəcədir. Bakının, Abşeron yarı-madasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur. Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir. Kürdəxanı ətrafında tülkü, canavar, çaqqal, ayı, bay-quş və s. heyvan və quş növlərinə rast gəlinir.

GORADİLGoradil kəndi Novxanı və Fatmayı bağları-nın yaxınlığında yerləşir. Bakı şəhərindən

25 kilometr aralıda yerləşən Göradil kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Göradil kəndi Abşeron yarımadasının ən dilbər güşələrindəndir. Əsl adı Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq yeri üçün salındığı bildirilir. Bir müşahidəyə görə, Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə, "goran" sözü monqol-türk

Finansist Azərbaycan haqqında

Page 43: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

43MART 2013

dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. Qədimdə bu kənd yuxa-rı və aşağı məhəllədən ibarət olub. Yuxarı məhəllə Əhmədlilər, aşağı məhəllə Səhərbəylilər, kəndin orta hissəsi isə Şanazarlı adlanırdı. Bu kəndin əhalisi əkinçilik, xalçaçılıq, maldarlıq, balıqçılıq-la məşğul olub. Görədil kəndi özünün qədim tari-xi-memarlıq abidələri ilə də zəngindir. Ərazidəki ən qədim qəbiristanlıq, Əbdülrəhman Məscidi (1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə qədər qorunub saxlanılmışdır. Amma Qədim ob-dan (su quyusu), "Ağa Murad" hamamı, "Can-nat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdı-lıb. Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Sahil zonasında şahə qalxan dəniz dalğaları-nın dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri ekoloji gərginlik yaradan hallardandır. Xüsusilə Xəzər dənizinin səviyyəsinin bəzi vaxtlarda qalx-ması Abşeron yarımadasında ciddi ekoloji prob-lem yaranmasına səbəb olur. Yəni 1977- ci ilin ortalarından 1996- cı ilin sonuna qədər Xəzər dənizinin səviyyəsi iki metr yarımdan artıq qalxa-raq çimərlikəri basıb, həmçinin dik yamaclarda isə abraziya prosesi baş verib. Bununla yanaşı hərdən Xəzər dənizi səviyyəsinin aşağı düşməsi nəticəsində neçə kilometrlərlə akkumulyativ düzənlikər dəniz suyundan azad olub. Amma onun yerində şor-laşmış qumlar, qum təpəcikəri, düyünlər yaranıb. İstər sahil zonasında və istərsə də onun mərkəzində olan balıqqulaqlarının və qumların daşınma-sı, sahilə yaxın evlərin salınması onun təbiətini şikəst edib. Bir sözlə, yarmadanın gözəlliyinin itirməsinə və relyefinin təbii mənzərəsinin pozul-masına gətirib çıxarıb. Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər çəkilməsi buranın şirin su ilə təmin olunmasına və kanal boyu tor-paqların suvarılmasına əlverişli şərait yaratmışdır. 1954- cü ildə Göradildə kanal suyu istifadəyə ve-rilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir. Bəzən bu suya bağlardan çirkab suları da axıdılır. Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə

çevrilir. Özünəməxsus adət-ənənələrə, mənəvi və əxlaqi dəyərlərə malik olan Goradil kəndində so-sial-iqtisadi problemlərdə mövcuddur. 420 hektar ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil edirlər. Lakin 2000-ci illərin əvvəlindən başlaya-raq Goradil kəndinə məxsus torpaqlarda sürətlə yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti dəyişmişdir.Belə ki,xüsusən yay aylarında böyük əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü ola-raq insanların gəlişi müşahidə olunur.Bir çox hal-larda isə ərazidə daimi yaşayış məqsədilə evlərin tikintisi ərazidə olan daimi əhalinin artmasına səbəb olur.Başqa sözlə desək, Goradil ərazisinin Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun nisbətən yaxşı olması və digər səbəblərdən ərazi sürətlə suburbanizasiya(insanların şəhərlərdən şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. Go-radil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaq-qabı fabriki fəaliyyət göstərir. Kənddə Dəmir yolu xətt i, poçt, telefon rabitə xətt i istifadəyə verilib. Bu-nunla yanaşı məktəb, mədəniyyət evi də əhalinin istifadəsindədir. Regional ərazidə "Sərhədçi" sana-toriyası yerləşir. Yollara asfalt çəkilmişdir. Kənddə müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, ap-tek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafı-nı yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən başlıcası son zamanlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlan-mışdır. Bu proqrama Goradil kəndi də daxil ol-maqla Bakı kəndləri və qəsəbələrinin yeni inki-şafı mərhələsinin başlanğıcı olacağına əminlik yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin sosial vəziyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı proqramı Goradil kəndinin əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq.

Ardı var…Ramil Bağırov

Azərbaycan haqqında Finansist

Page 44: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

44 MART 2013

Kontrol hesablar təsərrüfat əməliyyatlarının ümumiləşdirilməsi, debitor və kreditorların fərdi he-sablarının yoxlanılması məqsədi ilə aparılan baş kitab hesabıdır. Bu cür hesablar adətən böyük müəssisələrdə aparılır. Kontrol hesablar baş kitabın digər hesablarından fəqlənmir. Sadəcə olaraq,

burada ayrı əməliyyatların məbləğləri əvəzinə alış və satış kitabının yekun rəqəmləri köçürülür və müvafiq olaraq debitor və kreditorların fərdi hesabları ilə müqaisə olunurlar.

Beləliklə, kontorl hesabları iki növə bölünür: Alış kitabının kontrol hesabı və Satış kitabının kontrol he-sabı.

Bu rubrikada maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) proqramının

TAM tədrisi aparılacaq. Jurnal abunəçiləri APFM tədris mərkəzində həmin mərhələ

üzrə güzəştli şərtlərlə imtahan vermək hüququ qazanacaqlar və beynəlxalq dərəcəli

diplomlara yiyələnmək şansı əldə edəcəklər!

ALIŞLAR KİTABININ KONTROL HESABI (KREDİTORLAR)

Debet Kredit

Alışın qaytarılmasıKreditə alış

Kreditora ödəniş

Alınmış güzəşt Kreditordan ödənişƏvəzləşdirmə

Page 45: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

45MART 2013

İFRS əslində asan imiş Finansist

SATIŞ KİTABININ KONTROL HESABI (DEBİTORLAR)

Debet Kredit

Qalıq

Satış

Debitora ödəniş

32 189 Satışın qaytarılması

Satış 4 000

Debitordan ödəniş

Verilmiş güzəşt

Düzəlişdən sonra qalıq 27 715 Ümidsiz borc

Əvəzləşdirmə 474

SATIŞ KİTABININ KONTROL HESABI (DEBİTORLAR)

Debet Kredit

SatışSatışın qaytarılması

Debitordan ödəniş

Debitora ödəniş

Verilmiş güzəşt

Ümidsiz borc

Əvəzləşdirmə

KONTROL HESABLARIN VASİTƏSİ İLƏ SƏHVLƏRİN AŞKAR EDİLİB ARADAN QALDIRILMASI

◆ Misal

31 dekabr 2000-ci il tarixinə Satışlar kitabının kontrol hesabının qalığı Dt 32 189.; Alışlar ki-tabının kontrol hesabının həmin tarixə qalığı isə Kt 36 432 bərabərdir.

Eyni zamanda debitorların fərdi hesablarında qalıq Dt 29 061; kreditorların fərdi hesabların-da qalıq isə Kt 35 866 bərabərdir.

◆ Təhlil

Misaldan bəllidir ki, kontrol hesablarda olan qalıqlar fərdi hesablarda olan qalıqlardan fərqlidir. Halbuki, bu rəqəmələr eyni olmalıdır.

◆ Yəni

Satışlar kitabının kontrol hesabının qalığı = debitorların fərdi hesablarında qalıqAlışlar kitabının kontrol hesabının qalığı = kreditorların fərdi hesablarında qalıq

Deməli arada fərq var. Fərqin səbəbini müəyyən etmək üçün əlavə məlumatlar olmalıdır.

Page 46: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

46 MART 2013

1. Alışlar kitabının qalığı 3 548 əvəzinə 3 134 kimi əks olunub. Deməli, fərq = 3 548 – 3 134 = 414. Bu məbləğ kontrol hesabın kredtinidə əks olunmalıdır.

2. Alınmış güzəştlər kontrol hesabında göstərilməyib (126 f.st). Deməli, bu məbləğ kontrol hesabın debetində olmalıdır.3. “D” təşkilatının fərdi Kt qalığı düzgün hesab-lanmayaraq 480 azaldılmışdır. Deməli, fərdi he-sab 480 artırılmalıdır.4. Alışların qaytarılması (100 f.st) fərdi hesabın-da əks olunmayıb. Deməli, məbləğ debet tərəfdə əks olunmalıdır

1. Misalın şərtində bilinir ki, “A” təşkilatı – həm alıcıdır, həm də bizim müəssisəyə xidmət göstərən təşkilatdır və onun bizə olan borcu fərdi debitor hesabında əks olunub, lakin kontrol he-sabına köçürülməyib. (borcun məbləği 474 f.st) Deməli, 474 əvəzləşmə kimi kontrol hesabın kreditində yazılmalıdır.2. Satışlar kitabının yekunu səhvən 4000 artırı-lıb. Deməli, səhvi aradan qaldırmaq üçün Kont-rol hesab 4000 azalmalıdır

3. 226 məbləğində ümidsiz borc silinmişdir, lakin fərdi debitor kitabında əks olunmamışdır. Deməli, fərdi kitabda Kt 226 yazılışı aparmaq lazımdır.4. “C” təşkilatın fərdi hesabının Kt 560 qalığı Debitorların fərdi kitabında Dt 560 kimi əks olunub. Deməli, səhvin aradan qaldırılması üçün Kt 1120 yazılışı verilməlidir.

Göründüyü kimi, Satışların kontrol hesabı və debitorlar fərdi hesablarının qalıqları bərabərləşdi (Dt 27 715) Deməli, səhvlər aradan qaldırıldı.

İndi isə Alışlar kitabının kontrol hesabı ilə Kreditorların fərdi hesablarını düzəldək.

Finansist İFRS əslində asan imiş

Debitorların fərdi hesabı

Dt 29 061

Kt (226)

Kt (1120)

Düzəlişdən sonra qalıq Dt 27 715

Kreditorların fərdi hesabı

Qalıq Kt 35 866

Kt 480

Dt (100)

Düzəlişdən sonra qalıq Dt 27 715

ALIŞLAR KİTABININ KONTROL HESABI (KREDİTORLAR)

Debet Kredit

Alışın qaytarılması Qalıq Kreditə alış

36 432414Kreditora ödəniş

Alınmış güzəşt 126 Düzəlişdən sonra qalıq 36 246Əvəzləşdirmə 474

Page 47: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

47MART 2013

BAŞ KİTABIN BANK HESABI

Debet Kredit

Dividentlər 121.30 Qalıq 7531.50

Çeklər 2450.30 Bank xərcləri 122.30

Çeklər 1392.50 Feniks İnşurans 108

Çeklər 3124.60 Somervey İsteyts 220

Çeklər 1766.80 Təşkilat A 298.60

Çeklər 4683.20 Təşkilat B 2170.30

Çeklər 1588.70 Təşkilat C 1885.20

Çeklər 4150.90 Təşkilat D 48.90

Çeklər 1488.30 Təşkilat E 1564.80

Çeklər 1666.20 Təşkilat F 312.70

Çeklər 3772.10 Təşkilat G 3776.40

Çeklər 1215.90 Təşkilat H 850.20

Çeklər 1551.50 Təşkilat İ 400

Çeklər 3443.50 Təşkilat J 250.10

Çeklər 2791.40 Təşkilat K 1516.30

Təşkilat L 4280.50

Təşkilat M 1412.20

Təşkilat N 391.70

Təşkilat O 5161.60

Təşkilat P 850

Qalıq 2056

Beləliklə kontrol hesabın köməyi ilə biz debitor və kreditor qalıqlarımızı yoxladıq və müvafiq düzəlişlər etdik.Qeyd. Əvəzləşdirmə zamanı eyni məbləq debitorların kredit tərəfində, kreditorların debet tərəfində əks olu-nur.

BANK ÇIXARIŞI

Bank çıxarışının yoxlanılması mühasib işinin əvəzedilməz hissəsidir. Bank çıxarışı gündəlik yoxlanıl-dıqda səhvlərin aşkar edilməsi o qədər də çətinlik törətmir. Lakin bəzi müəssisəlr bank çıxarışlarını gündəlik deyil, ayda bir dəfə bank çıxarışı alır və müvafiq yoxlama həyata keçirir. Bu cür yoxlamanın icra mexanizmini aydınlaşdırmaq üçün aşağıda qeyd olunan bank çıxarışı, baş kitabın üzləşməsini apa-raq.

İFRS əslində asan imiş Finansist

Page 48: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

48 MART 2013

Finansist İFRS əslində asan imiş

BANK ÇIXARIŞI

Debet Kredit

Qalıq 4016.10*

Mədaxil 2785.50 1230.60*

121759 1586.80 2817.40*

Mədaxil 2450.30 367.10*

121762 960.60 1327.70*

Mədaxil 1392.50 64.80

Mədaxil 3124.60 3189.40

121764 1811.1 1378.30

121765 298.60 1079.70

Somervey İsteyts 220 859.70

Mədaxil 1766.80 2626.50

121766 2170.30 456.20

Mədaxil 4683.20 5139.40

121763 2155.80 2983.60

Mədaxil 1588.70 4572.30

121768 48.90 4523.40

121769 1564.80 2958.60

Mədaxil 4150.90 7109.50

İst Midland Elektrisiti 488.80 6620.70

Mədaxil 1488.30 8109

Mədaxil 1666.20 9775.20

Feniks İnşurans 108 9667.20

Mədaxil 3772.10 13439.30

Mədaxil 1215.90 14655.20

121770 321.70 14333.50

121772 850.20 13483.30

121771 3776.40 9706.90

Mədaxil 184 9890.90

Page 49: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

İFRS əslində asan imiş Finansist

Mədaxil 1551.50 11442.40

121773 400 11042.40

Mədaxil 3443.50 14485.90

Bank xərcləri 98.80 14387.10

BANK ÇIXARIŞININ BAŞ KİTABIN BANK HESABI İLƏ ÜZLƏŞDİRMƏ CƏDVƏLİ

Bank hesabı Bank çıxarışı

Dt Kt Dt Kt

Qalıq 7 531.50 Qalıq 4 016.10

Dividentlər 121.30 Bina 2 785.50

Bank xərcləri 122.20 Çeklər

Feniks İnşurans 108 121718 115.50

Somervey İsteyts 220 121759 1 586.80

7 860.40121762 960.60121763 2 155.80121764 1 811.10

7 860.40

Ramil Bağırov

* bank overdraft ıdır (yəni banka borcdur)

49MART 2013

Page 50: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

50 MART 2013

MALİYYƏ MENECMENTİNİN MÜƏSSİSƏDƏ İSTİFADƏ QAYDALARI.

Müəssisənin malıyyəsinin idarə olunması, baş-qa cür desək malıyyə menecmentinin funksional üsulunu aşağıdakı sxem şəklində göstərmək olar.

Maliyyə mexanizminin idarə olunmasının funksiallaşması, daimi formalaşma və maliyyə göstəriciləri, prosesləri haqqında analitik və plan-lı məlumatın araşdırılması və tənzimlənməsi (nəzarəti) ilə bağlıdır. Bundan əlavə maliyyənin planlaşdırması və təhlili maliyyə işinin müstəqil

bölmələrinə də aiddir. Cari və operativ maliyyə işi öz növbəsində planlaşdırma və təhlilə əsaslanır. Təhlil bölməsi məlumatın yığımını, uçotunu özündə əks etdirir. Planlaşdırma bölümü isə biz-nes-planın sonuncu bölümüdür.

MALİYYƏ MENECMENTİNİN TƏŞKİLATİ SİSTEM VƏ MƏLUMATLAR İLƏ TƏMİN OLUNMASI.

Maliyyə işi müəyyən çətinlik və məsuliyyətlilik səviyyəsindən ibarətdir.

Maliyyə işinin müəssisədə strukturu aşağıdakı sxemdə əks olunub.

Sxem1. Maliyyənin idarə olunması sisteminin funksional üsulu.

İstifadə olunan bölmələr

Pers

pekt

ivli

plan

laşdırm

a

Ope

rativ

təhl

il

Əks

(kom

plek

s)

təhl

il

Planın

dai

m

korr

eksi

yasi

Asa

n hə

ll (hə,

yo

x)

Alte

rnat

iv həl

l

Mürək

kəb

həll

Cari

plan

laşdırm

a

Ope

rativ

pl

anlaşdırm

a

Realizasiya. Mənfəət. Kapitalın hərəkəti. Rentabellik. Əsas fondlar. Dövriyyə vəsaiti. Maliyyə vəziyyəti. Balans, gəlir və xərc. Digər.

Planlaşdırma Təhlil Tənzimləmə

Məsələlər kompleksi

Page 51: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

51MART 2013

Maliyəni ram edək Finansist

Birinci səviyyənin məsələlərini yüksək dərəcəli idarəçiliyin rəhbərliyi həll edir. Aşağı dərəcəli bölmələrə birinci səviyyənin bəzi hissələri və ikin-ci səviyyə isə bütünlüklə həvalə olunur.

Müəssisə ona daha rahat olan maliyyə işi-nin təşkilati formasını seçir. Konkret şərtlər, idarə etmə strukturu və ayrica bölmələr (filiallar, nümayəndəliklər) əsasında seçim edir.

Təşkilati mexanizmin idarə olunması – bu təşkilati – hüquqi normativlər, qaydalar-la, standartların qarşılıqlı əlaqəsidir. Hansı ki, maliyyənin idarə olunması struktururunu təyin edir və tənzimləyir. Bundan əlavə aşağıdakıları özündə əks etdirir:

• idarəetmə orqanları və idarə işçilərinin fəaliyyət prosesinin təşkil olunmasında öhdəlik, hüquq və məsuliyyətliliyi;• işlərin işçilər arasında paylaşdırılması;• idarə işinin texnika ilə təchiz olunması, idarədə işçilərin sayı, onların işinin maddi və mənəvi stimullaşdırılması.Təşkilati mexanizmin mərkəzləşdirilmiş ele-

menti idarə etmənin strukturu hesab edilir. Onun köməyi ilə maliyyə idarə edilməsinin ayrı-ayrı hissələri birləşdiriılir, daxili əlaqələr nizamlanır və strukturlu bölmələr və idarəetmə aparatının işçiləri arasında möhkəm iş münasibətləri əldə olunur.

MALİYYƏ İDARƏ ETMƏSİNİN STRUKTURU – bu qaydaya salınmış, birgə, əlaqəli elementlər sis-temidir. Bu sistem iş bölgüsünü, iş əlaqələrini maliyyə bölmələri ilə idarə etmə qərarlarının hazırlanması, qəbulu və reallaşması üzrə apa-rat işçilərinin arasında təyin edir. O struk-tur bölmələrin funksiyalarını təşkilati şəkildə möhkəmləndirir və idarəetmə strukturunun məlumat axınını nizamlayır.

Müəssisənin maliyyə fəaliyyətinə müva-fiq xidmət sahəsi cavabdehlik daşıyır. Müvafiq xidmət sahəsi dedikdə, müəssisənin müəyyən fuksialar həyata keçirən müstəqil bölməsi nəzərdə tutulur. Bir qayda olaraq bu bölmə maliyyə şöbəsi adlanır. Onun strukturu və sayı müəssisənin təşkilati – hüquqi formasından, təsərrüfat fəaliyyətinin xarakterindən, istehsal həcmindən və işçilərin ümumi sayından asılıdır. Işçi heyətinin məqsədi vəsaitlərin axtarılması, fondun formalaşması və müəssisənin maksimal gəlir əldə etməsində məqsədyönlü şəkildə istifadəsidir.

Müəssisələrin daxili və xarici subyektlərlə müxtəlif əlaqələri bu müəssisə haqqında olan məlumata əsaslanır. Bu məlumat iqtisadi maraq-ların praktik şəkildə reallaşmasının mümkünlü-yünü qiymətləndirməyə şərait yaradır. Maliyyə məlumatı aşağıdakı göstəricilər toplusunu özündə əks etdirir:

Sxem 2. Müəssisədə maliyyə işinin strukturu. hesabatların hazırlanması və s.

Birinci səviyyə

İkinci səviyyə

investisiya mənbələrinin cəlb edilməsi və istifadəsi;

maliyyə hesablaşmalarının həyata keçirilməsi;

maliyyə sənədlərinin rəsmiləşdirilməsi;

hesabatların hazırlanması və s.

maliyyə siyasətinin aparılması.

müəssisənin inkişaf və cari fəaliyyət perspektivləri üzrə maliyyə qərarlarının qəbulu;

Page 52: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

52 MART 2013

• resurslar, öhdəliklər və müəssisənin maliyyə mənbəyi;• gözlənilən gəlir və onunla bağlı risklərin ehtimal edilməsinə icazə verən mənfəət və zərərin səviyyəsi;• müəssisənin dövriyyəsi və aktivinin keyfiyyəti;• pul vəsaiti axının həcmi və keyfiyyəti.Hər müəssisə maliyyə məlumatının üç üsu-

lundan istifadə edir: normativ, planlı və fakti-ki. Ancaq xarici istifadəçi müəssisənin maliyyə vəziyyətinin yalnız faktiki məlumatlarını görə bilər. Bu risk səviyyəsinin qiymətləndiriliməsinin etibarlı olmasına zəmin yaradır.

Bazar iqtisadiyyatı şəraitində maliyyə məlumatına tələb çox böyükdür. Məlumat istifadəçilərinin maraqlarının üst-üstə düşməsi maliyyə məlumatlarının müəyyən prinsiplər üzrə qurulmasına səbəb olur. Bu prinsiplər obyektiv arqumentlər üzərində və iştifadəçilərin maraqla-rını maksimal dərəcədə təmin etmək məqsədi ilə qurulur.

Maliyyə məlumatlarının itkisi uçotun ikilisəviyyəli xarakteri ilə təyin edilir:

• əmtəə dövriyyəsinin axınınnı müəyyən edən istehsalat • maliyyə dövriyyəsinin axınını müəyyən edən maliyyəMaliyyə hesabatı şəklində göstərilmiş bu

məlumat axının birləşməsi, istifadəçilər üçün va-cib olan tələbatları ödəyir.

Xətt i və funksional rəhbərlik və mütəxəs-sislərin səmərəli fəaliyyəti əsas üç növ təminatdan asılıdır: hüquqi təminat; məlumat; texniki təminat və s. Bu sistemin ən əsas ele-menti məlumat ilə təminatdır.

MALİYYƏ İDARƏ ETMƏ PROSESİNİN MƏLUMAT İLƏ TƏMİN EDİLMƏSİ – bu məlumat müəssisənin maliyyə tərəfinin təmin edən ana-litik prosedurların həyata keçirilməsində vacib olan resursların və onların təşkili üsullarının qarşılıqlı əlaqəsidir. Onun əsasını maliyyə ba-zası təyin edir (sxem 3).

Birinci blok – bu, maliyyə alətlərinin və qiymətli kağızlar bazarının hüquqi əsasını təyin edən qanunlar, fərman və digər normativ akt və sənədlərdir. Bu blokda əks olunan sənədlərin yerinə yetirilməsi mütləq xarakter daşıyır.

İkinci blok – bu bloka dövlət orqanları-nın, beynəlxalq təşkilatların və digər maliyyə alətlərinin normativ sənədləri daxildir. Onlar ba-zar və iştirakçıların maliyyə sferasında tələb və təklif normativlərini özündə əks etdirir. Bu blok-da əks olunan hər bir sənədin yerinə yetirilməsi mütləq deyil.

Üçüncü blok – bu bloka müəssisənin mül-ki və maliyyə vəziyyətini xarakterizə edən, ba-zar şərtlərinə uyğun olan daha məlumatlı və eti-barlı mənbə olan mühasibat hesabatı daxildir. Strukturu və tərkibi müntəzəm olaraq dəyişir.

Sxem 3. Maliyyə idarə etmə prosesinin məlumat ilə təmin edilməsi.

Məlumat ilə təmin olunma

Blok 1

Tənzimləyici – hüquqi xarakterli

cədvəl

Normativ – məlumat xarakterli maliyyə cədvəli

Idarə etmə və maliyyə hesabatı

Statistik məlumatlar

Sistemdən kənar

məlumatlar

Blok 2 Blok 3 Blok 4 Blok 5

Finansist Maliyəni ram edək

Page 53: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

53MART 2013

Dördüncü blok – bu blok maliyyə sferasın-da statistik məlumatların hazırlanma, təqdim edilməsi sistemi bazar münasibətlərinin inki-şafında vacibdir. Qərb ölkələrinin təcrübəsinə əsasən, məhz statistik məlumatların maliyyə qərarlarının qəbulunda böyük rol oynayır. Bu blo-kun məlumatları qiymətli kağızlar bazarındakı əməliyyatlarla məşğul olan hüquqi və fiziki şəxslər üçün çöx vacibdir.

Beşinci blok – bu blok maliyyə xarakter-li məlumatlarla bilavasitə əlaqəsi olmayan və ya sistemdən kənar vəziyyətdə yaranan məlumatları özündə əks etdirir. Birinci tipə ümumiqti-sadi rəsmi statistik (auditor müəssisəsinin) məlumatları aiddir. Ikinci tipə isə kütləvi infor-masiya vasitələrində yerləşdirilən qeyri-rəsmi məlumatlar aiddir.

Məlumatların bir neçə qruplaşdırılmış əlamətləri mövcuddur: xarakterinə, yaranma sferasına; möhkəmlənmə formasına görə. Idarə etmədə istifadə olunan məlumatlar əlamətlərinə görə üç sinfə bölünür:

Birinci sinif – elmi-texniki məlumatın ya-ranma mənbəyi müxtəlif növ fəaliyyətlə məşğul olan mütəxəsislərin elmi araşdırmalarıdır. Bu məlumatlar elmi-texniki ədəbiyyatda, patent, konstruktor – layihə və texniki sənədlərdə əks olunur.

Ikinci sinif – bilavasitə idarə etmə prosesində yaranan məlumatdır. Bu müəssisənin idarə edilməsini təşkilində lazım olan planlı, normativ və digər məlumatlardır.

Üçüncü sinif – uçot-statistik məlumatlarının mənbəyi inzibati və təsərrüfat vahidinin fəaliyyəti nəticəsində yaranan məlumatlardır. O, baş vermiş və ya gələcəkdə nəzərdə tutulan faktlar haqqında

ümumiləşdirilmiş məlumatdır. Bu məlumatlar xüsusi sənədlərdə (formalarda) öz əksini ta-pır və periodik xarakter daşıyır. Uçot-statistik məlumatları qərarların qəbulu zamanı bir başlan-ğıc kimi nəzərdə tutulur. Çünki məhz bu məlumat əsasında istehsal və təsərrüfat fəaliyyətinin, sosial – iqtisadi proseslərin faktiki vəziyyəti formalaşır.

Digər qruplaşdırılmış əlamətlər arasında tərkibinə görə, təşkilati, funsional və müqayisə edici əlamətləri göstərmək olar.

Tərkibinə görə məlumatı qruplaşdırırlar. Obyektin:

• əks olunması üzrə (əmək, maddi resurslar, is-tehsal vəsaiti, maliyyə);• fəaliyyət sahəsi üzrə (ticarət, istehsalat);• münasibəti üzrə (iqtisadi, siyasi, texniki).Təşkilati əlamətlərinə görə (əlamət tərkibinə

görə nizamlanmış, ünvan, müntəzəmliyinə, ötürülmə müddətinə və təqdim etmə qaydasına görə) məlumatlar iki hissəyə bölünür:

• sistemləşdirilmiş,• sistemləşdirilməmiş.

Funksional əlamətə görə məlumatlar aşağıda qeyd olunanlara bölünür:• planlı,• yönəldici,• hesablayıcı• nəzarət edici və s.Müqayisə edici əlamət məlumatın istiqamətini göstərməyə şərait yaradır:• qrup şəklində, subyektdən idarə etmə obyektinə ötürülür;• əksinə hərəkət edən xəbərdarlıq• eyni dərəcəli partnyorlar arasında məlumat bölüşməsini üfüqi şəkildə təmin edir

Ramil Bağırov

Sxem 4. Məlumatın qruplaşdırılması.

Məlumat

Elmi-texniki Idarə etmə Uçot-statistik

Maliyəni ram edək Finansist

Page 54: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

54 MART 2013

Finansist Təqdimat

İkinci Dünya müharibəsindən sonra 1944-cü ilin iyul ayında ABŞ-ın Bretton – Vuds şəhərində BMT-nin valyuta konfransında beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində 45 ölkənin nümayəndələrinin görüşü zamanı Vasinqton Konsensusu konsepsiyası əsasında Beynəlxalq Valyuta Fondu (BVF) haqqında Müqavilə qəbul edilmişdir. Həmin Müqavilə 27 dekabr 1945-ci ildə qüvvəyə minmişdi. Beynəlxalq Valyuta Fondu (BVF (ingliscə - International Monetary Fund, IMF) isə öz fəaliyyətinə 1 mart 1947-ci il tarixindən etibarən başlamışdır, ilkin olaraq bu təşkilatın 39 üzv-dövləti vardı. SSRİ BVF-ya üzvlükdən imtina edəndən sonra bir sıra sosialist yönümlü dövlətlər (Polşa, Çexoslovakiya, Kuba) BVF-ni tərk etdilər.

BEYNƏLXALQ VALYUTA FONDU

Page 55: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

55MART 2013

Bilməyə dəyər Finansist

Beynəlxalq Valyuta Fondu haqqında Müqavilənin qəbul edilməsi ilə beynəlxalq xüsusi valyuta hü-ququ çoxtərəfl i beynəlxalq maliyyə-hüquqi

təcrübənin əsası hesab edildi. Hazırda BVF-nin 188 üzvü var. Demək olar ki, dün-

yanın əksər dövlətləri bu təşkilatın üzvüdür. BVF-ya əsas son axın keçən əsrin axırlarında baş vermişdir. İsveçrə, Çin Xalq Respublikası, Vyetnam və postsovet məkanında yeni yaranan müstəqil dövlətlər bu beynəlxalq təşkilata qəbul edilmişdilər.

BVF-nin işi İdarəetmə Şurası, İdarəedicilər Şurası, sərəncamçı-direktor və ştat işçiləri tərəfindən həyata keçi-rilir. Fondun üzvü olan hər bir ölkə İdarəedicilər Şurasın-da qərarları qəbul edən, baş orqan sayılan idarə başçısı və onun müavini ilə təmsil olunmuşdur. İdarəedicilər Şurası hər il çağırılır, lakin İdarəedicilər Şurası qərarına əsasən

Beynəlxalq Valyuta Fondunun inkişaf konsepsiyasına ən əhəmiyyətli dərəcədə öz töhfəsini vermiş - Con Meynard Keyns (sağda)

Page 56: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

56 MART 2013

Finansist Bilməyə dəyər

idarə başçıları sessiyalar arasında poçt yaxud te-leqraf vasitəsilə vacib məsələlər üzrə səsvermə keçirə bilərlər. BVF-in üzvü olan ölkələrin bütün səsləri Fondun maliyyə mənbələrində iştirakın-dan asılıdır və dünya iqtisadiyyatında ölkənin yerini göstərir (məsələn, ticarətdə, ümummil-li məhsulda və valyuta ehtiyatlarında). Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balan-sındakı qeyri-tarazlığı aradan qaldırmaq, büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi. Fondun gündəlik işi Vaşinq-tondakı qərargahda aparılır, Kolumbiya dairəsi isə sərəncamçı direktorun idarə etdiyi 24 icraedi-ci direktordan ibarət İdarəedicilər Şurası ilə idarə edilir. Ən böyük hissələr və buna görə də ən çox səs rəhbərliyi təyin edən bu 5 ölkəyə məxsusdur - Birləşmiş Ştatlara, Böyük Britaniyaya, Almani-yaya, Fransaya və Yaponiyaya. Bununla belə 3 ic-raçı direktoru ayrılıqda Çin, Rusiya və Səudiyyə Ərəbistanı təqdim edir, 16 icraçı direktor isə BVF-in üzvü olan dövlətlər yaxud qrup dövlətlər tərəfindən seçilir.

Rəhbərlik şurasının siyasəti İcraiyyə Şurasının üzvlərindən ibarət olan iki Nazirlər Komitəsinin rəyi ilə qurulur:

- Rəhbərlik şurasının beynəlxalq valyuta sis-temi məsələləri üzrə Müvəqqəti Komitəsi;- Dünya bankının və Beynəlxalq Valyuta Fondunun nağd vəsaitin inkişaf etmiş ölkələrə köçürülməsi üzrə Birləşmiş Nazirlər Komitəsi (İnkişaf üzrə Komitə).Müvəqqəti Komitə və İnkişaf üzrə Komitə

ildə iki dəfə çağırılır: - yazda – Fondun Vaşinqtondakı qərargahında;- payızda – Fondun və bankın illik qurultay-larında.BVF-in Parisdə, Cenevrədə və Nyu-Yorkda

daimi nümayəndəlikləri vardır.BVF-nın Nizamnaməsinə görə, təşkilata üzv-

lük bütün dövlətlərin üzünə açıqdır, lakin kvota-ların miqdarı qeyri-məhdud olub, dövlətin iqti-

Kristin Madlen Odett Laqard - Beynəlxalq Valyuta Fondunun rəhbəri (05 iyul 2011-ci ildən); bundan əvvəl Fransanın İqtisadiyyat və Maliyyə Naziri vəzifəsində çalışmışdır

Page 57: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

57MART 2013

Bilməyə dəyər Finansist

sadi imkanları ilə bağlıdır, daha cox kvotası olan dövlət daha cox səsə malik olur. Həmin kvotalar BVF-in kapitalını təşkil edir.

Dünya valyuta sistemində baş vermiş dəyişikliklərlə əlaqədar BVF-in sazişləri üç dəfə dəyişdirilmişdir:

- Birinci dəyişiklik 1968-1969 illərdə;- İkinci dəyişiklik isə 1976-1978 illərdə Bret-ton Vuds valyuta sistemi Yamay Beynəlxalq Valyuta Sistemi ilə əvəzlənmişdir;- Üçüncü dəyişiklil isə 1990- 1992 illərdə baş vermişdir.Müstəqillik əldə edəndən sonra Azərbaycan

Respublikası bir çox beynəlxalq təşkilatlara üzv qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respub-likasının qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri məhz Beynəlxalq Valyuta Fondu olmuşdur. Azərbaycan Beynəlxalq Valyuta Fonduna 18 sentyabr 1992-ci il tarixində qoşulmuşdur.

“Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yara-dır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”. Dünya İqtisadi Forumunun dərc et-diyi “Global Competitivness Report 2012-2013” adlı hesabatında bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə dünya-nın 140 ölkəsi arasında 46-cı yeri tutur. Hesaba-ta əsasən, Azərbaycan ötən il tutduğu mövqe-yini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləyib. Bu yüksək göstəricilər ölkə rəhbərliyinin və xüsusən cənab Prezident İlham Əliyevin apardı-ğı uzaqgörən daxili və xarici siyasəti nəticəsində əldə edilmişdir. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 82-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutub. Siyahıya ötən ilki kimi İsveçrə, Sinqapur və Finlandiya başçılıq edir .

Azərbaycan Respublikası Beynəlxalq Val-yuta Fonduna üzv qəbul edilərkən ilkin kvota 168 mln. ABŞ dolları olmuşdur. BVF-in proq-ramları xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bir qayda olaraq Struktur İslahatları Proq-ramı (SİP) çərçivəsində həyata keçirilir. BVF-

in Azərbaycanla əməkdaşlıq əlaqələri də SİP kontestində qurulmuşdu. Azərbaycan Respubli-kasının Maliyyə Naziri Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı Müdiri, Azərbaycan Mərkəzi Bankının Sədri isə əvəzedici müdiridir.

Beynəlxalq Valyuta Fondunun məqsədi aşağı-dakılardan ibarətdir:

- Beynəlxalq valyuta problemləri barədə məsləhətləşmələr və əməkdaşlıq mexanizmi-ni saxlayan daimi bir qurum vasitəçiliyi ilə beynəlxalq valyuta işbirliyini inkişaf etdirmək; - Beynəlxalq ticarətin tarazlı inkişafını gerçəkləşdirmək və beləcə bütün üzv ölkələrin tam məşğulluq və yüksək bir iqtisadi artıma çatmalarına imkan yaratmaq;- Valyuta sabitliyini saxlamaq və devalvasiya siyasətini əngəlləmək;- Çoxtərəfl i xarici ödəmələr sisteminin qurul-masına, beynəlxalq ticarətə maneçilik törədən -valyuta idxalat məhdudiyyətlərinin aradan qaldirilmasına xidmət etmək;- Üzv ölkələrə tədiyyə balansındakı taraz-lıqları aradan qaldırmaq məqsədilə kredit vermək. Ümumiyyətlə,beynəlxalq rifahın yüksəlməsinə maneçilik törədən faktorları aradan qaldırmaq;- Üzvlərinin tədiyyə balanslarındakı sabitsiz-lik dərəcələrini azaltmaq.Yuxarıda adı çəkilən məqsədlərin

gerçəkləşdirilməsi üçün üzv ölkələrin də yerinə yetirəcəkləri bəzi şərtlər vardır:

- Turizm də daxil olmaqla xarici ticarət fəaliyyətlərində beynəlxalq xidmət və mal alış-verişlərində valyuta da nəzarət və məhdudlaşdırılmalara , mərhələ-mərhələ üzən valyuta sisteminin tətbiq edilməsinə, spekul-yativ xarakterli sərmayə hərəkətlərinə mane olmaq;- Üzv ölkələrin devalvasiya etmə ehtiyacının ortaya çıxdığına devalvasiya dərəcəsini fonda bildirmək.

Aidə Bağırova

Page 58: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

58 MART 2013

Page 59: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

BÖYÜK BRİTANİYANIN VERGİ SİSTEMİ

Böyük Britaniya Qərbi Avropanın ən yüksək inkişaf ölkələrindən biridir. Bu ölkə vergi elminin vətəni hesab edilir. Böyük Britaniyanın vergi sahəsində olan təcrübəsi Azərbaycan üçün çox faydalı ola bilər. Bu ölkənin vergi sisteminin 200 yaşı var; onun davamlılığı vaxt və zaman tərəfindən sübut edilib. Böyük Britaniyanın dövlət büdcəsinin əsas gəlirini – gəlir və xərc vergisi, gömrük rüsumu, aksiz vergisi, sosial sığorta ödəmələri və kapital vergisi təşkil edir.

Page 60: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

60 MART 2013

Finansist Vergi sistemləri

GƏLİR VERGİSİ Böyük Britaniyada tətbiq edilən əsas vergi növlərindən biridir. O, gəlir məbləğindən asılıdır. Bu vergi növündən azad olan ilkin məbləğ 6 475 f.st təşkil edir.

MƏNFƏƏT VERGİSİBöyük Britaniyada fəaliyyət göstərən hər rezident və qeyri rezident təşkilat, o cümlədən xarici şirkətin filialı, mənfəət vergisi ödəməlidir (corporation tax). Fi-lialın mənfəət vergisinin hesablanmasın-da filialı Böyük Britaniyadan kənarda da çəkdiyi xərclər nəzərə alınır.

Vergi dərəcəsi Dividentlərdən gəlir

Bank yığım hesablarından

Digər İlkin məbləğdən yuxa-rı olan gəlir məbləği, f.st

(illik)

Başlanğıc səviyyə 0% 10 % 0% 0—2 440

Baza səviyyəsi 10 % 20 % 20 % 2 441—37 400

Maksimal səviyyə 32,5 % 40 % 40 % свыше 37 400

Mənfəət Vergi rüsumu

300 min f.st - dək 21%

300 min – 1 500 min f.st 300 min x 21% + fərq x 7/400

1 500 min f.st yuxarı 28 %

Page 61: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

61MART 2013

AKSİZ VERGİSİAksiz vergisi yanacaq üçün pərakəndə satış qiymətinin 50%-dək müəyyənləşir. Siqaretlərə şamil edilən aksiz vergisi isə ya hər 1000 ədədə 112.07 f.st, və ya pərakəndə satış qiymətinin 22%-nə bərabərdir. Alkoqol içkilərinin ak-

siz vergisinin dərəcəsi içkidə olan spirtin səviyyəsindən asılıdır.

GÖMRÜK RÜSUMU Gömrük rüsumu Avropa İtt ifaqına daxil olmayan ölkədən idxal olunan məhsullara Avropa İtt ifaqı-nın gömrük tarifinə müvafiq alınır. Avropa İtt ifa-

KAPİTAL ARTIMI VERGİSİ Kapitalın artımı kapital aktivlərin satışından əldə edilən gəlir nəzərdə tutulur. Bu aktivlərə daşınmaz əmlak ilə yanaşı maliyyə aktivi də aiddir(səhmlər, istiqrazlar və s.). Vergi məbləği kapitalı xalis (marjinal) artımından (xərc və zərər çıxdıqdan sonra) hesablanır. Verginin səviyyəsi əmlakın sahibdə olan vaxtdan və ümu-mi vergiyə cəlb olunan gəlir məbləğindən ası-lıdır. Fərdi sahibkarlıq ilə məşğul olan üçün bu vergi məbləğinin hesablanması kommersi-ya təşkilatından fərqlənir. Belə ki, ilkin kapital artımına görə fərdi sahibkara müəyyən güzəşt nəzərdə tutulur (9200 f.st illik). Lakin, digər müəssisələrə bu güzəşt tətbiq olunmur. Xərclərdən tutulan vergilər deyildikdə əlavə

dəyər vergisi (VAT – value added tax) nəzərdə tutulur. Bu vergi növü BB-nın ərazisində həyata keçirilən bütün mal və xidmət təchizatı əməliyyatlarına, o cümlədən Avropa İtt ifa-qı ölkələrinə ixrac əməliyyatlarına şamil edi-lir. İllik dövriyyəsi 67 min f.st yuxarı olan bütün təşkilatlar ƏDV ödəyiciləri hesab edilirlər və on-lar müvafiq qaydada qeydiyyata alınırlar. Lakin bəzi müəssisələr (məsələn xidmət təşkilatları) illik dövriyyələri 26 min f.st ötdükdə ƏDV qey-diyyatından keçməlidirlər. Əlavə dəyər vergi-sinin uçotu Azərbaycanda olduğu kimidir. Bu-rada müəssisələr ƏDV hesabatını hər üç aydan bir verirlər. ƏDV ödənişinin gecikdirilməsinə görə vergi məbləğinin 2-5%, ƏDV qeydiyyatı-nın gecikməsinə görə isə vergi məbləğinin 5-15% dərəcəsində cərimə tətbiq edilir.

Vergi sistemləri Finansist

Kateqoriya Vergi dərəcəsi Şərhlər

Standart 17.5 %

Azaldılmış 5 % Xeyriyyə cəmiyyəti və ev təsərrüfatlarında istifadə olu-nan yanacaq və elektrik enerji-sinin alınmasına tətbiq olunur

Sıfır 0 % Qida məhsulları, uşaq geyimi və ayaqqabı, kitab və qəzet, xeyriyyə məqsədli yeni ya-şayış binaların satışı, ictimai nəqliyyat, dərman və əlillərin istifadə etdiyi ləvazimatlar. Bu məhsulları satışını həyata keçirən təşkilat ƏDV qeydiy-yatında azaddır. Lakin o, yerli vergi orqanlarından müvafi q icazə almalıdır.

Page 62: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

62 MART 2013

qı ərazisində məhsulların hərəkəti məhdudlaşmır. Burada yalnız idxal edən ölkədə tətbiq edilən dərəcələrdə aksiz və ƏDV vergiləri tutulur.Herb rüsumu Torpaq vergisi (Stamp duty Land tax). 2003-cü ildə qəbul edilmiş Maliyyə haqqında qanuna əsasən tətbiq edilir. Torpaq və ya daşınmaz əmlak ilə bağlı əməliyyatların icrası zamanı xüsusi vergi bəyannaməsi tərtib edilir. Bu bəyannamə 30 gün ərzində Vergi Tutulmaları İdarəsinə təqdim

edilir və müvafiq ödəniş həyata keçirilir. İdarə əməliyyatın Torpaq registrində qeydiyyatı üçün xü-susi sertifikat verir.Vergi tutulmaları nöqteyi nəzərdən torpaqla bağlı əməliyyatlar iki kateqoriyaya bölünür:• depressiv regionlarda olan torpaqlar və digər tor-paqlar• rezident əmlakında və qeyri rezident olan tor-paqlar

Bu vergi növünə həm də səhmlərin, payların və qiymətli kağızların alqı-satqı əməliyyatları cəlb olu-nur. (0.5%)

YERLİ VERGİ TUTULMALARI 1987-ci ildə qəbul edilmiş qanuna əsasən (“Yer-li idarəetmə orqanlarının maliyyələşməsi haqqın-da”) yerli idarəetmə orqanları dörd əsas mənbədən

maliyyələşir: təsərrüfat fəaliyyətinə vergi, bələdiyyə vergisi, hökumət dotasiyaları, ödəniş və tutulma-lar. Bələdiyyə və təsərrüfat vergiləri bütün gəlirlərin 75%-ni təşkil edir. Təsərrüfat vergisini daşınmaz əmlakı qeyri yaşayış

Sosial sığorta sisteminə ödənişlər (national insurance contribution). İşçi və işəgötürən tərəfindən ödənilir. Müəssisənin ödəyəcəyi məbləğ işçinin həft əlik gəlirindən asılıdır. Bu

göstərici 100 f.st artıqdırsa, müəssisə işçinin əsas iş yerində qazandığı əmək haqqının 11%-ni, digər iş yerindən qazandığı əmək haqqında isə 12.8%-ni ödəyir.

“Depressiv regionlarda” olan əməliyyatların dəyəri, min f.st.

“Digər torpaqlarda” olan əməliyyatların dəyəri, min f.st.

Rezident Qeyri rezident Rezident Qeyri rezident

0 % 0 – 150 0 – 150 0 – 125 0 – 150

1 % 151 – 250 151 – 250 125 – 250 151 – 250

3 % 251 – 500 251 – 500 251 – 500 251 – 500

4 % 500-dən yuxarı 500-dən yuxarı 500-dən yuxarı 500-dən yuxarı

Həftəlik gəlir, f.st Əsas iş yeri Digər iş yeri

0 – 90 0 % 0 %

90 – 105 0 %, formal rüsum əmək haq-qının 87-100 olduqda

0 %

105 – 770 0 % (87-dək); 11 % (fərqdən) 0 % (90-dək); 12.8 % (fərqdən)

770-dən yuxarı 0% (90-dək) ; 11 % (105-770); 1% (qalan fərqdən)

0% (90-dək); 12.8 % (105-770); 1% (qalan fərqdən)

Finansist Vergi sistemləri

Page 63: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

63MART 2013

məqsədi ilə istifadə edən sahibləri və ya icarəçiləri (fiziki və hüquqi şəxslər) ödəyir. Bu cür obyektlər istifadəsiz qaldıqda belə onların sahibləri təsərrüfat vergisini ödəməlidir. Vergi məbləğinin hesablan-masında xüsusi tarif (poundage) nəzərdə tutulur. Bu tarif hər il Daşınmaz əmlakın qiymətləndirmə xidməti tərəfindən müəyyən edilir (hal hazırda 3.3% bərabərdir).Bələdiyyə vergisini daşınmaz əmlak sahibləri və icarəçiləri ödəyir. Vergi məbləği daşınmaz əmlakın kateqoriyasında asılı olaraq dəyişir (səkkiz kate-qoriya). Əmlakın bazar qiyməti aşağı düşdükcə, vergi məbləği də azalır. Məsələn, “A” kateqoriya-lı əmlakın dəyəri 40 min f.st-dək olduqda vergi məbləği 900–1000 f.st, “H” kateqoriyası 320 min f.st yuxarı olduqda isə 2600-3000 f.st səviyyəsində müəyyən edilir. Əgər mənzildə 18 yaşından yuxarı olan 2 nəfərdən artıq adam yaşayırsa bələdiyyə ver-gisinin 100%-i, 1 nəfər – 75 %-i, yaşayan olmadıq-da isə 50 % ödənilir. Adətən, vergi ödəniş hesabı mart və ya aprel ayında vergi ödəyicisinə təqdim edilir və 10 ay ərzində hissə-hissə ödənilməsi təklif olunur.

DİGƏR VERGİ NÖVLƏRİ2001-ci ildən Böyük Britaniyada totalizator oyun-

ları, kazinolar, lotereya və s. bu növ əyləncəli fəaliyyət gəlirin 15%-i dərəcəsində vergiyə cəlb edilirlər (qabaq bu rəqəm 6.75%-i təşkil edirdi). Həmin ildən sərnişin aviareysləri də vergiyə cəlb edilir. Avropa İtt ifaqı daxili uçuşlar 20 f.st, digər istiqamətlər – 80 f.st təşkil edir. Bu uçuşlara azal-dılmış vergi rüsumu müvafiq olaraq 10 və 40 f.st –dir. Azaldılmış vergi ən aşağı sinif avia reyslərin sərnişinləri üçün nəzərdə tutulur. Sığorta müka-fatına tətbiq edilən vergi bütün sığorta növlərinə 5 % səviyyəsində, məişət texnikası, satış üçün nəzərdə tutulan avtomobil və səyahət sığortasına 17.5 % səviyyəsində müəyyən olunur. Torpağın çirkləndirilməsinə görə vergi 8 f.st (hər ton üçün); ətalətli çirkaba görə 2.5 f.st (hər ton üçün). Qum, qraviy və s. torpaq məhsullarının istifadəsinə görə 1.95 f.st (hər ton üçün). Müxtəlif vergi növləri dövlət orqanlarına hər bir vergi ödəyicisini (fiziki və hüquqi şəxsi) nəzarətdə saxlamağa imkan verir. Beləliklə, dövlət istehsal, dövriyyə, bölüşdürmə və istehlakı tənzimləyir. Bö-yük Britaniyanın qanunvericiliyi investisiya üçün əlverişli şərait yaradır. Bu təcrübə Azərbaycan üçün xarici investisiyaların cəlb edilməsi baxımından, is-tehsalın və keyfiyyətin artımı baxımından vacibdir.

Ramil Bağırov

Vergi sistemləri Finansist

Page 64: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

64 MART 2013

NƏ ÜÇÜN

BƏZƏN İSƏ "YAVAŞ"SÜRÜNÜR?

BƏZƏN "UÇUR",VAXT

Page 65: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

65MART 2013

BƏZƏN VAXT ELƏ TEZ GEDİR Kİ, HEÇ HİSS ETMİRSƏN; BƏZƏN İSƏ DƏQİQƏLƏR İLLƏR QƏDƏR UZUN OLUR. VAXT VƏ ZAMAN – BƏRPA OLUNMAYAN RESURSLARIN ƏN DƏYƏRLİSİDİR VƏ “YOXA ÇIXMAQ” QABİLİYYƏTİNƏ MALİKDİR.

ƏZƏƏZƏUR

VN L

AO

NİYƏ BİZ ZAMANI FƏRQLİ DƏRK EDİRİK?◊ Psixoloji amillər və emosiyalar vaxtın qiymətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqatçılar otağa 10 nəfər iştirakçı dəvət edirlər. Bu iştirakçılar bir müddət ərzində söhbət etdikdən sonra, on-lardan birinə “mühüm məsələni həll etmək üçün iştirakçılar məhz Sizi seçiblər” deyirlər. Digərinə isə: “Otaqda heç kim Sizə məsələnin

həlində kömək etmək istəmədi, odur ki tək icra etməlisiniz” bildirirlər. Sonda hər iki iştirakçı-dan məsələyə nə qədər vaxt sərf etdiklərini so-ruşurlar. Birinci iştirakçı vaxtın çox sürətli, ikin-cisi isə vaxtın olduqca ləng və üzücü keçməsini bildirdi.◊ Diqqət və yaddaş da zamanın qəbuluna güc-lü təsir edir. Yeni təcrübəni dərk etmək üçün daha çox zaman tələb olunur, nəinki köhnə. Mi-sal üçün bilmədiyin, tanımadığın yolu getdikdə

Page 66: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

66 MART 2013

vaxtın daha çox getdiyini hesab edirsən nəinki, geri qayıtdıqda.◊ Biz həmişə indiki və keşmiş zamanı müqayisə edirik. Uyğunsuzluq yarandıqda za-man təhrif olunur. Misal üçün: qrip olduqda vaxt uzanır, buna səbəb xəstəliyin ətrafı dərk etməyimizə mane olmasıdır. Ancaq xəstəliyin keçmişdə qaldığını hesab etsək vaxtın çox tez keçdiyini zənn edərik. Buna səbəb monoton hadisələr beyində təkcə bir təcrübə kimi qəbul edilir. Ancaq dostlarımızla gəzintiyə çıxsay-dıq bu hadisə müxtəlif xatirələrlə beynimiz tərəfindən qəbul olunardı. ◊ Könüllü olaraq insanlara kömək etmək bizdə ruh yüksəkliyi yaratdığı üçün bu zaman üzücü və dözülməz olmur, əksinə nə qədər vaxt sərf edəcəyimiz Bizi narahat etmir. Və zaman tez ke-çir.

ZAMAN VƏ SAATLAR HAQQINDA MARAQLI MƏLUMATLAR.◊ Gün hər 100 ildən bir 1.4 millisaniyə(ms) uzanır, çünki Yerin öz oxu ətrafında fırlanması surəti getdikcə azalır. Buna misal olaraq, dino-zavrların dövründə gün 23 saat idi.◊ Bizim hər birimiz keçmişdə yaşayırıq. Buna səbəb baş verən hadisə ilə, beynimizin bu hadisəni dərk etməsi arasındakı 80 ms-lik fərqdir.◊ Vaxtın ən dəqiq göstəricisi bir civə atomu-nun vibrasiyasıdır. 1 mlrd il ərzində bir saniyə belə dəyişməyib.◊ Bəzi elmi nəzəriyyələrə görə, kosmik fəzanın böyük olması illuziyadır, buna səbəb fəzaya qalxdıqca vaxtın ləngiməsidir.◊ Saatın əqrəblərinin saat istiqamətində hərəkət etməsinə səbəb günəş kölgəsinin məhz soldan sağa getməsidir.◊ Ən qədim günəş saatı e. ə. XV əsrə aiddir və Misirdə tapılıb.◊ Bir dəqiqədə 60 saniyə, bir saniyədə isə 1000 ms var. 24 saat gecə vaxtı, 23 saat 56 dəqiqə 4.091 ms orta gündüz vaxtına bərabərdir.

◊ “Omega Speedmaster” adlı saatlar NASA tərəfindən kosmik uçuşlar zamanı istifadədə sertifaklaşdırılmışdır. 1969-cu ildə Aya uçuş za-manı istifadə edilib.◊ İlk zəngli saat öz sinif şagirdlərinin çağırıl-ması üçün Platon tərəfindən icad edilib. Bu cihaz iki camdan ibarət idi. Üst cama su axı-dılırdı, oradan tədricən aşağı cama dolurdu, nəticədə hava sıxılaraq ona birləşdirilmiş fl eyta-ya doğru hərəkət edirdi.◊ “Swatch” - əslində "swiss watch” (isveçrə sa-atı) deyil, "sekond watch” (ikinci saat)-ın qısal-dılmış formasıdır. Məqsəd maraq üçün ikinci saatın alınmasına çağırış idi. Daha sonra isteh-lakçılar fikirlərini dəyişdilər.◊ 1C əslində müəssisənin axtarış proqramının adı idi: 1C (bir saniyə - одна секунда) ərzində məlumatların əldə edilməsinə zaman tələb olu-nur.

Bilirik ki, Yer kürəsində ölkələr arasında saat fərqləri var, ancaq elə faktlar var ki, biz bilmi-rik.

Məsələn:İlk dəfə ölkənin bütün zonasının bir

saat qurşağında olmasına məhz dəmir yolu şirkətləri nail olmuşdur. 1800-cü ilə qədər hər kəndin öz saat fərqi var idı ki, bu da öz növbəsində qatarla səyahəti çətinləşdirirdi.

Çin - dünyanın ən böyük ölkələrindən ola-masına baxmayaraq (qərbdən şərqə 5700 km) bütün ölkə bir saat qurşağındadır - Pekin. 1949-cu ilin inqilabından əvvəl dövlət beş saat qurşağına bölünürdü.

Bu səbəbdən Tibetdə günəş saat 12-də batır.Əfqan – Çin sərhədini keçən kimi saatı

dərhal 3,5 saat əvvələ köçürmək lazımdı. Dün-yada ilk addımdır ki, bu qədər zaman tələb edir.

Ratmanov (Rusiya) ilə Kruzenşterna (ABŞ) adaları arasında məsafə 4 km-dir, məsafəni qət etməyə motorlu qayıq ilə 15-20 dəqiqəli za-man tələb olunur. Ancaq Qrinviç meridianına əsasən adaların 21 saat fərqi var. Əgər Ratma-

Finansist Bilməyə dəyər

Page 67: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

67MART 2013

nov adasında cümə axşamı saat 18:00-dırsa, Kruzenşterna adasında çərşənbə saat 15:00-dir.

Hindistanla Qrinviç meridianı arasında 5 saat yarım fərq var. İngiltərəlilər bilirlər: “Əgər sən İngiltərədəsənsə, saatını əksinə çevir və Hindistanda saat neçə olduğunu bilərsən” Mi-sal üçün İngiltərədə saat 15:00-dirsə, Hindis-tanda 20:30-dur.

Nepal üç tərəfdən onunla sərhəd qonşu-su olan Hindistandan özünün müstəqil və on-dan asılı olamdığını təsdiqləmək məqsədi ilə (1986-cı ildən) saatlarını tam 15 dəqidə irəli çəkib.

Keçmişə və ya gələcəyə səyahət – bu səyahətin mümkün olub olmaması çoxları-

nı maraqlandırır. Zaman bəlkə də dünyada ən sirli anlayışdır. Bu həm keçmiş, indiki və gələcəkdir, lakin keçmişi geri qaytarmaq müm-kün deyil, gələcək heç kəsə bəlli deyil, indi-ki zaman isə bir an davam edir. Bu qeyri-adi səyahət alimlərin də marağına səbəb olmuş-dur. Bu alimlərdən biri olan Eynşteyn “Ümu-mi nisbilik nəzəriyyəsinə” əsaslanaraq gələcəyə və keçmişə səyahətin mümkün olduğunu fərz edirdi. Bu nəzəriyyəyə görə, zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaq-lığına görə dəyişir. Sürət artdıqca, zaman qısa-

lır, sıxılır, daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır. Bunu Eynştey-nin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə, əkiz qardaşlardan biri Yer kürəsində qa-lıb digəri işıq sürətinə yaxın sürətlə kosmosa səyahətə çıxarsa, kosmosa gedən qardaş, geri qayıtdıqda əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. İşıq sürətindən böyük sürətlə səyahət etsək, za-man ümumiyyətlə əksinə keçmişə bizi gətirər. Yəni biz nə qədər sürətlə hərəkət edəriksə, za-man o qədər yavaş keçər. Bu çox asan görünür, ancaq təəssüf ki, belə böyük sürəti hələ əldə etməmişik.

Baxmayaraq ki, keçmişə və gələcəyə səyahətin mümkünlüyü baradə nəzəriyyələr çoxdur, rəsmi olaraq bu mümkün deyil. Hər halda rəsmi olaraq...

Aidə Bağırova

Bilməyə dəyər Finansist

Lakin Kanadada yerləşən “Pioneer Bra-lorne Museum” muzeyində məşhur bir fotoşəkil saxlanılır. Bu fotoda 1941-ci ildə "South Fork Bridge” körpüsünün açı-lış mərasimi həkk olunub. İlk baxışda adi izdiham görünür, lakin bu insanla-rın arasında bir insan diqqəti cəlb edir: o dövr üçün qeyri-adi görünüşü ilə. Siz də müqayisə edin:- o dövr üçün qeyri-adi saç düzümü (in-diki dövr üçün - adi, normal);- qəribə simvol işərəsi olan köynək və indiki dövrün dəbinə uyğun gödəkçə;- gün eynəyi. Bir şeyi dəqiq deyə bilərik ki, bu şəkil heç bir düzəlişə məruz qalmayıb. Bu in-san doğrudan da, o izdihamda iştirak edib.

Page 68: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

68 MART 2013

MMƏƏQSSƏDD, SSSƏLAAAHİYYYYYƏTT VƏƏ MMƏSSSUULİYYYYƏƏTT

Bu göstəricilər İdarənin daxili sənədlərində qeyd edilməlidir. Daxili auditə cavabdeh şəxs mütəmadi olaraq “Daxili audit aparılması haq-qında” sənədi nəzərdən keçirməli və lazımi

yenilikləri rəhbərlik tərəfi ilə razılaşdırıb müva-fiq düzəlişləri aparmalıdır. Bu sənəddə həm də idarəyə göstərilən xidmətlərin göstəriciləri, o cümlədən məsləhət xidmətlərinin göstəriciləri əks olunmalıdır. Burada mütləq etik kodeksinə riayət olunması barədə bənd yer almalıdır.

MMÜÜSTTƏQQİLLLLİK VVƏƏ OBBBYEEKTİTİTİVLLİKKK

Daxili audit müstəqil, auditorlar öz öhdəliklərini icra etdikdə obyektiv olmalıdırlar. Daxili au-dit rəhbəri birbaşa olaraq ali icra rəhbərliyinə məruzə etməlidir. Daxili audit üçüncü tərəfin müdaxiləsindən azad olmalıdır. Daxili auditin rəhbəri bütün yaranan sualları şura ilə müzakirə etməlidir. Auditorlar istənilən mübahisələrdən qaçmalı, konfl iktlərin qarşısını almalıdırlar.

Əgər yoxlama prosesinə mənfi müdaxilələr var-sa, onlar barədə müvafiq qaydada mütləq elan edilməlidir. Daxili auditor özü icra etdiyi sahəni yoxlamamalıdır. Daxili auditin rəhbərinin icra etdiyi sahə üçüncü, müstəqil tərəfin iştirakı ilə aparılmalıdır. İcra etdikləri sahələr üzrə auditor-lar yalnız tövsiyə verə bilərlər. Əgər tövsiyələrin mənfi müdaxilələr ilə üzləşmə qorxusu var-sa, bu barədə sifarişçiyə əvvəlcədən məlumat verilməlidir.

Qeyd:

“Daxili audit aparılması haqqında” sənəd İdarənin daxili sənədi olaraq, daxili auditin statusunu, məzmununu, idarə sənədlərinin təhlil etmək səlahiyyətini özündə təcəssüm edir.

Qeyd:

Müstəqillik audit yoxlamasının obyektiv aparılmasına çətinlik yarada biləcək təhlükəli şəraitdən qoruyan amildir. Bu amilin olması üçün daxili audit rəhbərinin ali icra rəhbərliyi və şura üzvləri ilə ünsiyyətinə heç bir əngəl olmamalıdır. Ona görə də daxili audit rəhbəri yalnız ali icra rəhbərliyi və şuraya tabe olmalıdır. Obyektivlik – yoxlamanın bilavasitə keyfi yyət göstəricisidir. Auditor öz işində əmin olmaq üçün mütləq bu amilə riayət etməlidir. Ona görə də auditor öz fi krini digərlərin fi krindən üstün tutmalıdır. Mübahisələrin olması auditorun işinə ciddi xələl gətirə bilər. Belə ki, o, öz maraqlarının müdafi əsi naminə yoxlamanın obyektivliyini poza bilər. Mənfi müdaxilə deyildikdə sənədlərin vaxtında təqdim edilməməsi, gərgin mühitin yaran-ması, kobud rəftar və s. nəzərdə tutulur. Bu müdaxilələrin səviyyəsindən asılı olaraq, onun barədə məlumat müvafi q orqanlara çatdırılmalıdır.

KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİNSTANDARTLARI

Finansist Audit standartları

Page 69: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

PPEŞƏƏƏKAARRLLIQ VVƏƏ PEŞƏƏKAKAAR MMMÜÜNNAAASİBBƏTT

Auditorlar verilən tapşırıqları lazımi peşəkar səviyyədə icra etməlidirlər. Au-ditor öhdəliklərini icra etmək üçün lazı-mi bilik və bacarığa malik olmalıdır. Daxi-li auditorlar vəzifədən sui-istifadə və digər neqativ halların riskini görməli və vaxtın-da qarşısını almalıdır. Digər tərəfdən bu cür halların araşdırılması zamanı auditor lazımi tövsiyələr verməlidir. Auditor tap-şırığın icrası üçün informasiya texnologi-yalarından istifadə etməli, işin asanlaşdırıl-ması məqsədi ilə kompyuter texnikasının köməyindən istifadə etməlidir. Lakin, eyni zamanda auditorun İT mütəxəssisi olması şərt deyil. Auditorun bu sahədə (və ya digər sahədə) köməyə ehtiyacı olduqda daxili au-dit qrupun rəhbəri, kömək üçün müraciət edə bilər. Auditorlar öz biliklərinin və ba-carıqlarının tətbiqi zamanı vəzifələrinə ol-duqca vicdanla yanaşmalıdırlar. Peşəkarlıq hələ o demək deyil ki, auditor səhvə yol verə bilməz. Peşəkar yanaşma aşağıda qeyd olunan amillərin auditor tərəfindən nəzərə alınmasıdır:- İş həcminin müəyyənləşdirilməsi- İşin mahiyyətinin, vacibliyinin, idarəetmə proseslərinin, nəzarət və risklərin idarə edilməsinin effektivliyi - Səhvlərin, neqativ halların və qayda po-zuntularının ehtimal edilməsi- Audit zəmanətinin təqdim edilməsində xərc və gəlirin müqayisəsiPeşəkar auditorlar idarənin məqsədinə, fəaliyyətinə və resurslarına təsir edə biləcək riskləri müəyyən etməlidirlər. Buna baxma-yaraq auditor zəmanəti bütün risklərin aş-kar edilməsi demək deyil. Peşəkar xidmətin göstərilməsi zamanı aşağıda qeyd olunan amillər nəzərə alınmalıdır:- Müştərinin istəyi və gözləntiləri (o cümlədən icra vaxtı və hesabat forması)

69MART 2013

Audit standartları Finansist

Page 70: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

70 MART 2013

Finansist Audit standartları

PPEŞƏƏKARRLLIIQ VVƏ PPEEŞƏKAARRR MMÜNAAASSİBƏƏƏTT

Burada qrup rəhbərinin xüsusi rolu vardır. Proqrama daxili qiymətləndirmə ilə yana-şı xarici qiymətləndirmə də daxil edilməlidir. Daxili qiymətləndirmə aşağıda qeyd olunan amillərdən ibarətdir:- daxili audit fəaliyyətinin cari monitorinqi- mütəmadi özünü yoxlama prosedura-ları və ya digər işçilər tərəfindən yoxlama əməliyyatları və s.

Xarici qiymətləndirmə ən azı beş ildən bir həyata keçirilməlidir. Bu proses kənar müəssisənin mütəxəssisi tərəfindən icra olun-malıdır. Xarici qiymətləndirmənin aparılma-sı mexanizmini qrup rəhbəri şura ilə birgə

müəyyənləşdirilməlidir:- xarici yoxlamanın daha intensiv aparılması- kənar ekspertin bilik səviyyəsi və müstəqillik dərəcəsi (o cümlədən mübahisələrin yaranması)

Qrupun rəhbəri mütəmadi olaraq ali icra rəhbərliyi və şuranı proqramın icra nəticələri haqqında məlumatlandırmalıdır. Məhz proq-ramın müvəffəqiyyətlə icra olunmasından son-ra qrupun rəhbəri aparılan auditin beynəlxalq standartlara uyğun olması barədə bəyan edə bilər.Əgər daxili auditin etik kodeksinə, standartla-rına uyğun olmayan və daxili audit fəaliyyətin həcm və məzmununa neqativ təsirlər varsa, onda bu barədə qrupun rəhbəri şura və ali icra rəhbərliyini məlumatlandırmalıdır.

- Tapşırığın nisbi həcmi və mürəkkəbliyi- Audit zəmanətinin təqdim edilməsində xərc və gəlirin müqayisəsi

Peşəkar auditorlar daim biliklərini yeniləməlidirlər.

Cari monitorinq gündəlik təhlilin tərkib hissəsidir .O, daxili auditin idarəetmə siyasətinə daxildir. Mütəmadi yoxlamalar – bu işin tərkib hissəsidir. Daxili audit sahəsində olan biliklər peşəkar təcrübənin beynəlxalq əsaslarının bü-tün elementlərin başa düşməsini nəzərdə tutur.

Müstəqil və peşəkar ekspert – daxili auditin aparılmasında və xarici qiymətləndirmənin bütün aspektlərindən xəbərdar olan mütəxəssisdir. Bu cür mütəxəssisin biliklərinin qiymətləndirilməsi olduqca çətin və vaxt apa-ran prosesdir. Burada bir neçə amil nəzərə alın-

malıdır: audit keçdiyi peşəkar yol, işlədiyi idarə, icra etdiyi tapşırıqlar və s. Eyni zamanda bu-rada mütəxəssisin müstəqilliyi də qorunmalı-dır. Müstəqil ekspert eyni zamanda yoxladığı idarənin əməkdaşı ola bilməz.

Zəmanət və keyfiyyətin artırılması proqramı ali icra rəhbərliyi və şura ilə müzakirə olunma-lı, onun nəticələri barədə müvafiq məlumatlar açıqlanmalıdır. Bu amil aparılan audit yoxla-masının standartlar, etik kodeksi və auditin təyinatına uyğun olması barədə xəbər verir.

Ramil Bağırov

Qeyd:

Proqram aparılan fəaliyyətin daxili audit təyinatına, etik kodeksinə və stan-dartlarına uyğun olmasının qiymətləndirilməsi üçün yaradılıb. Bundan əlavə burada daim inkişaf və mükəmməlləşdirmənin zəruriliyi vurğulanır.

Page 71: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

71MART 2013

1. Əgər nüfuzlu bir şəxsin publika qarşısında ifadə etdiyi fikir ilə razı olmasanız, nə edərdiniz?2. Ciddi yanaşma tələb edən vəziyyətdə, Siz çox düşünmədən çıxış yolu tapa bilərsinizmi?3. Hər hansı məsələni həll etməkdə çətinlik çəkdikdə Sizin köməkçiyə yoxsa məsləhətçiyə ehti-yacınız var?4. Siz nə səbəbdən məsuliyyəti öz üzərinizə tez-tez götürürsünüz yoxsa başqaları kifayyət qədər qəti deyir? 5. Vacibliyindən asılı olmayaraq Sizin masanın üzərində “sənəd bolluğu” müşahidə olunurmu?6. Məsələ üzərində daha çox düşünmək üçün ti-

me-outa üstünlük verirsinizmi?7. Sizin fikrinizcə daim kompromislər və güzəştlər etmək lazımdır?8. Əgər şirkət işçiləri görüləcək işlər planı haqqın-da tam məlumatlı olsalar, bu amil onların işinin eff ektivliyinə nə cür təsir edəcək? 9. Siz necə hesab edirsiniz, işçilər rəhbərliyin tapşı-rıqlarını müzakirə etməlidirlərmi?10. Praktiki iş təcrübəsini, peşə təhsili və ya peşəkar bacarıqları üstün hesab edirsiniz?11. Siz risk etməyi necə qiymətləndirirsiniz?12. Sizin fikrinizcə günün 10-14 saatı işləmək işin eff ektiv olmasına zəmin yaradır?

Amerikalı milioner Hantinqton Hartford deyirdi: “Zəngin insan olmaq üçün direktorun bütün əmrlərini yerinə yetirmək bəs deyil. Nəticədə yalnız yüksək ödənişli işçi ola bilərsən”. Onu dəstəkləyərək dünyanın ən zəngin insanlarından biri olan Pol Qetti deyir: “Siz başqası üçün işlədikdə çox qazana bilməzsiniz. Əsl uğur qazanmaq üçün işin başında özün olmalısan”. Beləliklə, Siz rəhbər ola bilərsinizmi?

MMMMMMÜÜÜÜÜÜSSSAAABBBİİİİİQQQQQQƏƏƏƏƏƏ

Page 72: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

72 MART 2013

Bencamin çini qab və keramika ticarəti ilə məşğul olan yəhudi tacir Qrossbaumun üçüncü oğlu idi. Bencaminin anadan ol-

masından bir il sonra Birləşmiş Ştatlara köçən ailə burada Avstriya və Almaniyada düzəldilmiş əntiq əşyaların satışı ilə məşğul olurdu. ABŞ-a köçdükdən bir qədər sonra Bencaminin ata-

sı dünyasını dəyişir və gənc Bencamin üçün bir sıra maliyyə çətinlikləri dövrü başlanır. Dorun anası “gəmini suda" saxlamaq üçün kiçik pansi-on işlədir. 1907-ci ildə o, topladığı vəsaiti “ABŞ Polad” Kompaniyasına yatırsa da, spekulyantlar tərəfindən şişirdilmiş bazar çökür. Belə ki, cəmi 22 ay ərzində valyutanın məzənnəsi 49%-dək

JURNALIMIZIN BU RUBRİKASI MALİYYƏ İSTEDADI VƏ ÖZ “DƏST-XƏTTİ” İLƏ SEÇİLƏN KEÇMİŞİN GÖRKƏMLİ MALİYYƏÇİLƏRİNƏ HƏSR OLUNUB.

TANINMIŞ HƏMKARLAR

Bencamin QrehemDoğumu: 1894-cü il, 8 mayVəfatı: 1976-cı il, 21 sentyabr

Bencamin Qrehem qiymətli kağızla-rın müasir təhlilinin atası adlandırılır. O, səhm bazarında qiymətləndirilməyən səhmlərin seçimi nəzəriyyəsinin yara-dıcısı kimi məşhurdur. Habelə o, bö-yük maliyyəçi, planetin ən varlı şəxsi Uorren Baffetin, eləcə də bir sıra portfel menecerləri və maliyyə dünyasının Con Templton, Corc Nikolson, Martin Sveyq kimi “ulduz”larının müəllimi olması ilə də tanınır. Qrehem adları sadalanan görkəmli maliyyəçilərə əvvəllər özünün də təhsil al-dığı Kolumbiya Universitetində dərs de-mişdir. Buna paralel olaraq, “Uoll Strit”də əvvəlcə “Nyuburger, Henderson və Loyb” kompaniyasında sıravi işçi kimi iş dünya-sına addım atan Qrehem bir müddət son-ra bu şirkətin ortaqlarından birinə çevril-miş və tədricən şəxsi investisiya fondunu yaratmışdır.

Finansist Tanınmış həmkarlar

Page 73: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

73MART 2013

Tanınmış həmkarlar Finansist

azalır. 13 yaşlı Bencaminin fond bazarı ilə ilk qarşılaşması bu cür gerçəkləşir.

Gənc Qrossbaum qeyri-adi zəkaya, feno-menal yaddaşa malik idi. O, altı müxtəlif dildə oxuya bilirdi. Orta məktəbi bitirdikdən son-ra Bencamin dövlət təqaüdü qazanmaq üçün imtahan vermək qərarına gəlir. Bencaminin imtahanlardan kəsilməsinə heç kim inana bil-mirdi; onun qohumları isə Kolumbiya Uni-versiteti təqaüdçüləri tərəfindən indiyədək ən yüksək ikinci balı toplayırlar. Bir neçə ay sonra isə yanlışlıq – imtahan nəticələrinin səhv salın-ması aşkar edilir. Beləliklə, Bencamin ömrünün sonunadək əlaqəsini kəsməyəcəyi Universitetə daxil olur. Bencaminin Qrehem soyadı qəbul etməsi isə 1917-ci ildə ABŞ-ın I Dünya müharibəsinə qoşulduğu dövrə təsadüf edir. Belə ki, həmin dövrdə ölkədəki bir çox mühacir öz so-yadılarnı dəyişirdi.

Təhsilini başa vurduqdan son-ra Qrehemə universitetin Riyaziy-yat, İngilis dili və Fəlsəfə kafedrala-rında müəllimlik təklif olunur. Lakin o, fond bazarında işləməyə üstün-lük verir. İşə başladıqdan cəmi bir ay sonra isə Bencamin artıq şirkətlərin zəmanət siyahısına daxil olan istiq-raz vərəqələrini tərtib edir. Bir müddət sonra analitik icmallar qələmə almağa başlayan Qrehem ticarət əməliyyatları barədə təfsilatlı məlumat sahibi olur. B.Qrehem buna paralel olaraq, bir sıra maliyyə nəşrləri üçün məqalələr ya-zır ki, bu da onun məşhurlaşmasına gətirib çıxarır.

Artıq 26 yaşında ikən o, işləməyə başladığı “Nyuburger, Henderson və Loyb” şirkətinin or-tağına çevrilmiş, üç il sonra isə özünün Qreyher Korporasiyası adlı investisiya fondunu yaratmış-dı. Qrehem ümumi dəyəri 500 min ABŞ dol-ları məbləğində olan səhmləri idarə edirdi. Bu

dövrdə o, “qısa” əməliyyatların keçirilməsinə im-kan verəcək əsaslı surətdə qiymətləndirilməmiş və ya yeni qiymətləndirilmiş səhmlərin axtarışı-na yönəlir.

Bir neçə il sonra Qrehem Ceror Nyumanla birlikdə “Qrehem Nyuman İnvestisiya Fondu”nu yaradır. Bencaminin nəzarətindəki fondun orta illik gəliri 1925-1928-ci illər arasında 25% artır. 1928-ci ildə “Dou-Cons”un gəlirlərinin 51%-ə yüksəldiyi vaxt bu göstərici “Qrehem Nyuman İnvestisiya Fondu”nda 60%-ə çatır.

Qeyri-adi bacarığı ilə investisiyanın idarə edilməsi sahəsində etibar qazanan Qrehem pedo-qoji fəaliyyət ilə bağlı Kolumbiya Universitetinə qayıdır və “Uoll-Strit”in ən məşhur professoru-na çevrilir. Burada o, qiymətli kağızların təhlili kursuna rəhbərlik edir. Qrehemin mövzu ilə bağlı oxuduğu mühazirələr əsasında indiyədək belə in-vestorlar üçün böyük maraq kəsb edən bir neçə

kitab qələmə alınır.Qrehemin biznes fəaliyyəti 1929-cu il oktyabr

ayının 29-da baş verən “Qara çərşənbə”yədək öz axarında idi. Ancaq qeyd edilən ildə Qrehem fondu “Dou-Cons”un 15%-lik itkisi qarşısında dəyərini 20% itirir. Növbəti il isə “Dou-Cons”un itkisi 29% təşkil etdiyi halda bu göstərici Qrehem

Page 74: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

74 MART 2013

Finansist Tanınmış həmkarlar

fondu üçün 50% təşkil edir. Cəmi üç il ərzində fondun səhmlərinin dəyəri 70%-dək azalır. Bu zaman Qrehem səhmdarlara pullarını çətinliklə qaytarır və həmin vaxtdan etibarən aqressiv sövdələşmələrdən uzaq durmağa çalışır. 1956-cı ildə Qrehem fondunun gəlirləri 17% təşkil etdiyi vaxt Bencamin biznes fəaliyyətindən kənarlaşır.

O, gözəl xanımı və iki qızı olmasına bax-mayaraq, həyatının qalan hissəsini öz iki məşğuliyyətinə - səyahətə və cazibədar qadın-lara həsr edir. Qrehemin iki oğlu isə müxtəlif səbəblərdən dünyalarını dəyişmişdilər. Onlardan biri xəstəlikdən vəfat etmiş, digəri isə Koreya ilə müharibə vaxtı intihar edərək, həyatına son qoy-muşdu.

Qrehem 1976-cı il sentyabr ayının 21-də 82 yaşında ikən vəfat etmişdir. Biznesmenlə vida mərasimi Kolumbiya Universitetində keçiril-mişdi. Qrehem məzar daşına şair Tennisonun müəllifi olduğu çox sevdiyi “Ulis” şeirindən aşağıdakı misraların həkk olunmasını istəyir: “Mübarizə aparmaq, axtarmaq, tapmaq və vaz keçməmək”.

Biblioqrafiya:

“Qiymətli kağızların təhlili” (1934-cü il)

Qrehem bu kitabında kapital qoyulu-şu dəyərinin prinsiplərini - fundamental göstəricilər əsasında səhmlərin dəyərinin müəyyən edilməsi məsələsini işləmişdir. Məhz bu kitabda ilk dəfə “daxili dəyər” anlayışından söz açılmışdır.

“Maliyyə hesabatlarının izahı” (1937)

Görkəmli maliyyəçinin bu kitabında funda-mental göstəricilərdən istifadə ideyaları in-kişaf etdirilir, investisiyaların təhlilində vacib terminlər şərh olunur, eləcə də mənfəət və zərərə dair balansların və hesabatların təhlili prinsipləri təsvir edilir.

“Ehtiyat və stabillik” (1937)

Kitab böyük iqtisadi tənəzzül dövründə qələmə alınmışdır. Müəllif kitabında iqtisa-diyyatda ümumi qiymət defl yasiyasının azal-dılması üçün “bufer ehtiyatlar”ın işləməsinin vacibliyini vurğulayır. Qrehemin fikrincə, bu məqsədlə ticarət ehtiyatlarının yaradılması və dəstəklənməsi vacibdir.

“Dünya malları və dünya valyutası” (1944)

Qrehem kitabda iqtisadiyyatda işlək ol-mayan qızıl standartının əvəzinə “ticarət standartı”ndan istifadəni təklif edir. İdeya Keyns, Hayek və Fridman tərəfindən müsbət qiymətləndirilir.

“Ağıllı investor” (1949)

Uorren Baff etin fikrincə, bu kitab investisi-yaya dair qələmə alınan ən sanballı kitabdır. Kitabda səhmlərin qiymətləndirilmədiyinin müəyyən edilməsi qaydaları və investorların hansı prinsiplərlə şirkətləri idarə etməli ol-duğu kimi suallara cavab axtarılıb. U.Baff etin kitabdakı sevimli fəsilləri “İnvestor və bazar titrəyişi” (VIII fəsil) və “Təhlükəsizlik zolağı” (XX fəsil) fəslidir.

“Uoll Strit rəhbərlərinin xatirələri” (1996)

Kitab Qrehemin vəfatından sonra işıq üzü görmüşdür.

Beləliklə, bu məqalədə iki maliyyəçi tipi-ni müşahidə etdik. Hər iki tip müvəff əqiyyət əldə edib və hər birinin özünəməxsus əlverişli vasitəsi mövcud olub. Onlar yalnız psixoloji baxımdan bir-birindən fərqlənib.

Nümunələrin mənbəyi: tarixi Amerika yazı xətləri və sənədləri.

Nuriyyə Novruzova

Page 75: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

75MART 2013

Tanınmış həmkarlar Finansist

İnsanları öyrətmənin ən asan yolu onlara nümunə göstərməkdir.Albert Enşteyn – Alman fiziki

Məqsəd – həyata keçmə müddəti olan arzudur.Napaleon Hill – Amerika yazıçısı

Var - dövləti işlədiyin və qazandığın pullar de-yil, qoruyub – saxladığın pullar gətirir.Bodo Şefer – Alman iş adamı maliyyə üzrə məsləhətçi

Artıq və o qədər də vacib olmayan əşyaları alan, sonunda ən zəruri olanı satmalı olur. Benjamen Franklin – Amerikanın siyasi xadimi

Qazandığınızdan az xərcləyin – artıq fəlsəfəyə ehtiyac yoxdur.Benjamen Franklin – Amerikanın siyasi xadimi

Uzaq (gələcək) çətinliklər barəsində düşünməyən insanı yaxın problemlər gözləyir.Kanfuçi

Qəpiyin qədrini bilsən, funt özü-özünü qoruyar – bu sözlər şəxsin formalaşmasında və kapital yığımında istifadə oluna bilər.Corc Bernard Şou – İngiltərə yazıçısı

Siz hesablamalardan istifadə etsəniz, mütləq zirvələri fəth etməsəniz də, dəli olma ehtimalınız azalar.Uorren Baff et – Dünyanın ən məhşur investorların-dan biri

Çoxlu pula sahib olmaq istəyirsənsə, vaxtının dəyərini bil.Benjamen Franklin – Amerikanın siyasi xadimi

Zaman – yeganə varlıqdır ki, yığıb – saxlamaq mümkün deyil, onu nə qorumaq, nə də artırmaq olar. Zamanı ancaq ya pula, ya da biliyə dəyişmək olar.Tadao Yamaquçi – yapon yazıçısı

İnsan özünü məğlub hesab etdiyi anda məğlub olur.Napoleon Hill – Amerika yazıçısı

Indiki zamanda ən böyük risk - sahib oldüğün pul-ların istifadəsiz qalmasıdır. Robert Kiyosaki – Amerikalı yazıçısı, investoru

Pulunu kənar şəxslərə verirsənsə ilk növbədə onlar üçün işləyəcəksən.Robert Kiyosaki – Amerikalı yazıçısı, investoru

MALİYYƏ VƏ BİZNES HAQQINDA MƏŞHUR KƏLAMLAR

Page 76: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

76 MART 2013

Dolu banka

uditoriyasının qarşısında dayanan fəlsəfə professoru beşlitrlik şüşə bankanı götürüb onu hər birinin diametri 3 sm-dən kiçik olmayan daşlarla doldurdu. Sonra üzünü au-

ditoriyaya tutaraq, tələbələrindən bankanın dolu olub olmadığını soruşdu. Tələbələr: “Bəli, dolu-dur”, - deyə cavab verdilər.Onda professor noxud bankasını açaraq, içindəkiləri böyük bankaya boşaltdı və onu bir qədər silkələdi. Noxudlar daşların arasında-kı boşluqlara doldu. Professor yenə üzünü au-ditoriyaya tutaraq soruşdu: “Banka doludur-mu?” Tələbələr yenə bankanın dolu olduğunu söylədilər.Daha sonra professor qumla doldurulmuş qutu-nu götürərək, onu da daş və noxudla dolu ban-

kaya tökdü. Nəticədə qum qalan boşluqları da dolduraraq, bankadakı şeylərin üzərini örtdü. Professor növbəti dəfə tələbələrindən bankanın dolu olub-olmadığını soruşdu. Tələbələr: “Bəli. Bu dəfə banka tamamilə doludur”, - dedilər. Pro-fessor tələbələrin cavabından sonra stolun altın-dan bir qab suyu çıxardıb sonuncu damcısınadək bankaya tökdü. Tələbələr gülüşdülər.“İndi isə istəyirəm başa düşəsiniz ki, banka – bu, sizin həyatınızdır. Bankanın içindəki daşlar həyatınızdakı ən vacib şeylərdir. Bunlar ailəniz, sağlamlığınız, dostlarınız, övladlarınız – bir sözlə, hətt a qalan şeyləri itirəcəyiniz təqdirdə həyatınızın dolu olması üçün zəruri sayılan şeylərdir. Bankadakı noxudlar iş, ev və avtomo-bil kimi sizin hər biriniz üçün ayrılıqda vacib sa-yılan şeyləri göstərir. Qum isə qalan bütün xırda şeyləri təmsil edir.Əgər bankanı əvvəlcədən qumla doldursaq, ora-

İBRƏTAMİZ HEKAYƏLƏR

Page 77: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

77MART 2013

Əyləncə Finansist

da noxud və daşlar üçün yer qalmayacaq. Elə siz də bütün enerjinizi və vaxtınızı xırda şeylərə sərf etsəniz, həyatınızda vacib işlərə vaxt qal-mayacaq. Bunun üçün sizə xoşbəxtlik gətirəcək şeylərlə məşğul olun; uşaqlarınızla oynayın, həyat yoldaşınıza vaxt ayı-rın, dostlarınızla görüşün. İşləmək, ev yığışdırmaq, avtomobili təmir etmək və yumaq üçün həmişə vaxt tapılacaq. İlk öncə daşlarla, yəni həyatda ən vacib şeylərlə məşğul olun, prioritetlərinizi müəyyənləşdirin, qalan şeylər isə yalnız bankadakı qum kimidir.Bu zaman tələbələrdən biri əlini qaldıraraq, pro-

fessordan bankadakı suyun hansı mənanı ifadə etdiyini. Professor gülümsədi:- Məndən bu haqda soruşduğunuz üçün şadam. Mən belə etdim ki, sizə həyatınızın necə dolu keçməsinə baxmayaraq, həmişə mənasız bekarçı-lığa yer tapıldığını sübut edim.

Biznesmen və balıqçı haqda hekayə

içik ucqar kəndlərdən birində bir körpünün yanında dayanan biznes-men köhnə qayıqda oturan balıqçı-nın böyük balıq tutduğunu gördü. Biznesmen ova görə balıqçını təbrik

edərək, adətən belə böyük bir balığın tutulması üçün nə qədər vaxt tələb olduğu ilə maraqlandı.“Bir neçə saat kifayətdir”, - deyə balıqçı cavab verdi.

Biznesmen təəccüblə soruşdu: “Bəs nə üçün daha bir neçə belə böyük balıq tutmaq üçün dənizə gedib orada bir qədər qalmırsan?”“Səhər ailəmin ac qalmaması üçün bircə böyük balıq yetir”, - balıqçı dilləndi. "Elə isə sabah nə ilə məşğul olacaqsan?”, - sakitləşmək bilməyən biznesmen soruşdu.Balıqçı: “Nahara qədər yatacağam. Sonra qalxıb bir neçə saat balıq tutmaqla məşğul olacaq və uşaqlarla oynayacağam. Nahardan sonra arva-dımla baş-başa istirahət edirəm. Daha sonra isə kəndi gəzib dolaşır, dostlarımla zər oynayır və şərab içirəm. Bir sözlə, həyatdan zövq alıram”, - deyə izah etdi."Mən Harvard universitetini bitirmişəm, - biz-nesmen dilləndi, - sən hər şeyi yanlış edirsən. Mən sənə kömək edərəm. Sən gərək bütün günü böyük tunes balıqları tutasan ki, iritutumlu qayıq alasan"."Bəs sonra?" - balıqçı soruşdu."Böyük qayıqla sən daha çox balıq tuta bilərsən. Bu yolla tədricən daha bir neçə qayıq alacaqsan. Sonra fl otiliyanı yığanadək şxunlar (iki və ya üç dorlu yelkənli gəmi) alacaqsan.""Bəs daha sonra?""Balığı vasitəçilərə satmayacaqsan. Onu özün fabrikə gətirəcəksən. Sonra isə gəlirini artıraraq şəxsi fabrikini açacaqsan.""Bəs ondan sonra?""Sonra sən bu ucqar kəndi tərk edərək, böyük şəhərə köçəcəksən. Bəxtin gətirib işlərin yaxşı gedərsə, böyük ofis açıb onu idarə edəcəksən." "Bəs bunun üçün nə qədər vaxt tələb olunur?""15-20 il.""Bəs ondan sonra nə baş verəcək?""Sonra işdən kənarlaşıb dəniz kənarında yerləşən kiçik bir kəndə köçəcəksən. Günortayadək yata-caq, bir qədər balıq tutacaq, uşaqlarla oynayacaq, arvadınla başbaşa istirahət edəcək, kənddə gəzib dolaşacaq, axşamlar dostlarınla zər oynayacaq və şərab içəcəksən."

Page 78: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

78 MART 2013

Finansist Təqdimat

NEFTDƏN QEYRİ-NEFT SEKTORUNADƏK...

Page 79: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

79MART 2013

Təqdimat Finansist

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli iqtisadi inkisaf strate-giyasının həyata keçirilməsi nəticəsində Azərbaycan regionun ən nüfuzlu dövlətinə çevrilmisdir. Artıq bu gün Azərbaycan yal-nız neft və qaz ehtiyatlarina görə deyil, həmçinin Qara və Xəzər dənizləri regio-nunda tutdugu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin belə maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilib.

1994-cü il sentyabrın 20-də Bakıda “Gü-lüstan” sarayında “Əsrin müqaviləsi” bağlandı. Xəzər dənizin dərinliyində

yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataq-larının işlənilməsi və məhsulun pay bölgü-sü haqqında olan bu müqavilə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Ru-siya, Türkiyə. Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amokko, BP, Mac-Dermot, Unokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta ) iştirak edirdi. Bu müqavilə

Page 80: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

80 MART 2013

Finansist Elmə gəncin gözü ilə

sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

“Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin hakimyyəti dövründə neft startegiyası-nı müəyyən edən ilk iri iqtisadi sənəd oldu. Bu sənəd həm də Azərbaycanı çətin iqtisa-di vəziyyətdən çıxardı. Bu mənada “Əsrin müqaviləsi” ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünya görüşü aktına çevrildi. Zaman keçdikcə “Əsrin müqaviləsi” Azərbaycanda sosial tədbirlərin miqyasını genişləndirir, əhalinin sosial rifah halını yax-şılaşdırır, ölkəyə külli məbləğdə pul axınının gəlməsinə şərait yaradırdı. Bu gün Azərbaycan öz neft ini dünya bazarlarına çıxarmaq üçün re-gionun ən böyük layhəsinin müəllifinə çevrilib.

Bu startegiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin neft -qaz və qeyri-neft sek-toru daha da sürətlə inkişaf etməyə başladı. Bütovlükdə neft -qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixra-cı üzrə nəhəng layihələrin həyata keçrilməsi sayəsində Xəzər regionu ölkəmiz üçün bu gün əhəmiyyətli regionlardan birinə çevrilmişdir.

Azərbaycan neft -qaz sənayesi durmadan in-kişaf edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ənənəvi olaraq hər il Ba-kıda Beynəxalq Xəzər neft , qaz, neft -ayırma və neft kimyası sərgisi təşkil olunmuşdur. Bu dəfə təşkil olunmuş sərgidə 30- dan çox ölkənin 300-dən artıq şirkəti iştirak edirdi. Ölkəmiz uzunmüddətli qaz strategiyasına demək olar ki, hazırdır. Ölkə iqtisadiyyatında aparılan geniş-miqyaslı, köklü islahatlar nəticəsində sənaye sahələrində neft və qaz, kimya və neft -kimya ilə yanaşı, o cümlədən maşınqayırma və metal emalı, tikinti materialları sənayesi sahələrində nəzərəçarpan irəliləyiş nəticəsində məhsul is-tehsalının həcmi xeyli artmışdır.

Bu gün Azərbaycan Respublikası Dövlət

Neft Şirkəti dünyada beynəlxalq standartla-rın tələblərinə cavab verən aparıcı şirkətlərdən birinə çevrilmişdir. Eyni zamanda ARDNŞ-i bu gün ölkəmizdən xaricdə böyuk investisi-ya layihələrini həyata keçirir. Artıq ARDNŞ-in müəssisələrinin fəaliyyətində şəff afl ığın tam təmin edilməsi məqsədilə maliyyə və uçot sis-temi Beynəlxalq Maliyyə Hesabatı Standartla-rının (BMHS) tələbinə uyğun aparılır.

ARDNŞ-in rəhbərliyi tərəfindən şirkətdə ça-lışan işçilərə, xüsusən də gənc mütəxəssislərə öz bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə BMHS-na uyğun seminar, tre-ninq və kurslarda mütəmadi olaraq iştirak etmək imkanları yaradılmışdır. Bu kurslarda müvəff əqiyyətlər qazanan işçilərə beynəxalq kvalifikasiyalı (İAB, İFRS, Dipifr(az, rus, ingi-lis)) kimi sertifikat və diplomlar təqdim edil-mişdir.

Təsadüfi deyil ki, bu gün Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru-da surətlə inkişaf edir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçrilən uğur-lu sosial- iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olmuş, qeyri-neft sektoru yüksək templə artmış, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövgeyni daha da möhkəmləndirmişdir. Ölkə əhalisinin rifah halının yüksəlməsi prosesi sürətlənmiş, milli iqtisadiyyatın beynəlxalq reytinqləri yüksəlmiş, valyuta ehtiyatları artmışdır. Res-publikada İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi qeyri-neft sektorunda iqti-sadiyyatın artım dinamikasına müsbət təsir göstərmişdir. Dövlət investisyalarının artması qeyri-neft sektorunda investisiya fəallığını daha da yüksəltmişdir. Eyni zamanda qeyri-neft sektorunda yüksək iqtisadi aktivlik ölkədə məşğulluğun artmasına şərait yaratmışdır.

2012-ci ildə “Avroviziya” beynəlxalq mah-nı müsabiqəsinin Bakıda keçirilməsi və eyni zamanda dekabrın 8-də Avropa Olimpiya

Page 81: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

81MART 2013

Elmə gəncin gözü ilə Finansist

Komitəsinin Baş Assambleyasın-da 2015-ci ildə ilk Avropa Olim-piya Oyunlarının Azərbaycanda keçriliməsi haqqında qərarın qəbul edilməsi ən böyük tarixi hadisədir və ölkəmizin qeyri-neft sektorunun inkişafında böyük uğurudur. Yeni forma-laşan təsərrüfat strukturları-nın nəzərəçarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişa-fı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-neft sekto-runun rolunun getdikcə artması ilə müşayiət olunur.

Ötən il Azərbaycan iqtisadiy-yatı qeyri-sabit qlobal iqtisadi mühitdə öz inkişafını uğurla da-vam etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin açılması pro-sesi sürətlənmiş, dövlətin sosi-al-iqtisadi inkişafa aktiv dəstəyi iqtisadi artımda mühüm rol oy-namışdır. Aqrar bölmədəki isla-hatlar öz radikallığı və sürəti ilə nəinki Azərbaycan iqtisadiyya-tının digər sahələrində aparılan islahatlardan, hətt da Müstəgil Dövlətlər Birliyinə daxil olan ölkələrdəki islahatlardan əsaslı surətdə fərqlənərək ölkədə özəl mülkiyyətin formalaşmasında və sahibkarlığın inkişafında xüsusi rol oynamışdır.

Paytaxtda yol ötürücülürinin və keçidlərin salınması, qəsəbədaxili yolların yenilənməsi,əyalətlərə qədər uzanan yolla-rın yenidən qurulması, yeni orta məktəb bi-nalarının, uşaq bağçalarının, xəstəxanaların və istirahət parklarının salınması da dövlətin so-sial- iqtisadi inkişafının göstəricisidi Bu gün

ölkəyə daxil olan xarici sərmayelərin də həcmi gundən-gunə artır. Azərbaycanda sahibkarlı-ğın inkişafina yaradılan münbit şərait dünya-nın əksər ölkələri iş adamlarının Azərbaycana sərmaye qoymağa vadar edip. Artıq bu sərmayelərin bir hissəsi yerli kapitala birləşərək Milli sahibkarlığın da inkişafına təkan verib.

Rəşad Əsgərov

Page 82: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

KR

R DOSS

V

MART 201382

MƏNTİQİ SUALLAR

MƏNTİQİ SUAL

▶ Məhəllədə – beş ev var▶ Hər evin – öz rəngi var▶ Hər evdə – bir insan yaşayır▶ Hər insanın – öz milliyəti var▶ Hər birinin sevdiyi – siqaret, içki və ev heyvanı var.

1. Norveçli birinci evdə yaşayır.2. İngilis qırmızı evdə yaşayır.3. Yaşıl ev ağ evin qonşuluğunda - solunda yerləşir.4. Çinli çay içir.5. "Marlboro" çəkən, pişik saxlayanın qonşuluğunda yaşayır.6. Sarı evdə yaşayan "Dunhill" çəkir.7. Alman "Rothman" çəkir.8. Mərkəzdə yaşayan süd içir.9. "Marlboro" çəkənin qonşusu, su içir.10. "Pall Mall" çəkən tutuquşu saxlayır.11. İsveçli it saxlayır.12. Norveçli göy evin qonşuluğunda yaşayır.13. Göy evdə yaşayan at saxlayır.14. "Winfield" çəkən, pivə içir.15. Yaşıl evdə kofe içirlər.

Beləliklə sual: Hansı evdə balıq saxlayırlar?

KİBRİT İLƏ ƏLAQƏLİ SUAL

Kibritlərin (2 ədəd) yerini elə dəyişin ki, 11 kvadrat alınsın

RİYAZİ SUAL

Bir ailədə hər qızın qardaşı ba-cısı qədərdir. Hər bir oğulun ba-cısı iki dəfə qardaşından çoxdu. Ailədə neçə qardaş və bacı var?

1

2 3

Page 83: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

ÖTƏN NÖMRƏDƏ DƏRC EDİLƏN KROSSVORDUN CAVABI

A 1. 56:4=14 ; 2. 13x4=52 ; 3.15+53-14-52=2

C 5-dir, o səbəbdən ki 5x5x5 = 125

D 3-dür. Belə ki, 7+3=10 və 11+3=14. İxtisar edəndəsurətdə 5, məxrəcdə isə 7 alınır.

E 28:25= 28-5=23=2x2x2=8

G 3! = 1x2x3 = 6

İ Diametr = 2 x radus. Deməli, radius = diametr/2=9

J Kvadratın sahəsi = tərəf 2. Deməli, 49=tərəf 2, tərəf=7

M cos2a+sin2a = 1

O 4-dür, o səbəbdən ki 4x4=16

R Həcm=uzunluq "x", en "x" hündürlük=3x1x2=6

Əyləncə Finansist

83MART 2013

4 6 2 8 5 9 7 1 3

7 8 5 1 6 3 2 4 9

1 9 3 7 4 2 6 5 8

8 4 7 5 3 6 9 2 1

9 5 6 2 1 7 3 8 4

3 2 1 9 8 4 5 7 6

6 1 9 4 2 5 8 3 7

5 3 4 6 7 8 1 9 2

2 7 8 3 9 1 4 6 5

Page 84: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

84 MART 2013

Finansist Əyləncə

Banka bir adam gəlir və soruşur:- Mən sizin bankda hesab açmaq istəyirəm kimə müraciət edə bilərəm?- Psixiatora!

* * *İki dost - iş adamı rastlaşırlar:- Sən vergini ödədin?- Hə, ödədim.- Daha den ki rahat yatırsan da?- Yox.- Niyə?- İndi də oturub Vergi orqanına başa salıram ki, bu qədər pulu haradan almışam.

* * *Ölkədə böhrandır banklarda pul yoxdur!- Niyə? Haradadır pullar?- Fabriklərə, müəssisələrə, idarələrə veriblər.- Bəs idarələr?- İdarələr – işçilərə.

- İşçilər – marketlərə, köşklərə.- Marketlər?- Marketlərdən inkassatorlar banklara aparırlar.- Əgər marketdən banka gedirsə, pullar, PULLAR HARA DADIR?

* * * Qlobal böhran ilə əlaqədar avtobus sürücülərinin əmək haqqlarından gediş haqqı çıxılacaq.

* * *Üçbaşlı əjdahadan soruşurlar:- Bəs sənin o biri iki baçın hardadır?- Böhrandır. Üç başı doydura bilmirəm.

* * *Sual: Ən isti əllər kimindir?Cavab: Brokerin. Başqalarının cibindən heç vaxt çıxmırlar.

* * *Qız anasına deyir: - Mən brokerlə evlənirəm.

Page 85: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

Anası: - Qızım, brokerlərin işi çətindir. Bu gün varlı-dır, sabah kasıb. Sən yaxşısı analitiklə evlən. Necə işləməyindən asılı olmayaraq həmişə pulu var.

* * *2008-ci ilin baş qəhrəmanı – Maliyyə böhranı: - Salam, Əzizlərim. Artıq 10 ildir ki, görüşmürdük. Darıxmısınız, rahatlaşmısınız? Bir fincan kofe üçün 8 manat ödəyirsiniz? “Jiquli”ni bəyənmirsiniz? Eşidən kimi dərhal gəldim.

* * *Müəssisədə. Işin ən qızğın vaxtı tük ürpədici qışqırıqlar hər yanı bürüyür. Maskali və silah-li bir neçə insan içəri daxil olur. Və: “Əllər yuxa-rı! Bu, oğurluqdur” - deyə qışqırırlar. Baş mühasib dərindən nəfəs alıb: “Qorxutdunuz ki, elə bildim vergidənsiniz” - deyir.

* * *Əvvəlcə brokeri İnternetin köməyi ilə axtarırdım, indi isə İnterpolun.

* * *Bu böhran boşanmadan da pisdir. Mən sahib ol-duğum pulların artıq yarısını itirmişəm, ancaq hələ də evliyəm

* * *Gecə səs-küydən ayılan ev sahibi otağında kənar adam - oğru görür. Şkafl arın siyirtmələrini eşələyirdi. Ev sahibi:- Hey! Sən nə axtarırsan?- Pul!

Ev sahibi yatağına qyıdaraq:- Tapanda xəbər verərsən.

* * *İbtidai insan arasında fyuçer ticarət (gələcəkdə nəzərdə tutulan ticarət) nədir?- İki baltani, hələ ovlanmayan ayının dərisi ilə dəyişmək.

* * *Treyderin lüğəti.Aksiya – pulların qiymətli (bu gün üçün) kağıza çevrilməsi yoludur.Auksion – yadplanetlilərin kosmik məbləğlər müqabilində lazımsız əşyaların alış-satış şousudur. Birja – orada Sizin həyatınızın və cibinizin taleyi həll olunur.Valyuta – hər dövr üçün ən vacib və əvəzolunmaz varlıq.Marketinq – səhrada baş verən ilğımın kompleks şəkildə təhlili: əmtəə bazarı və istehsalçı karvanı.Menecer - əsən külək istiqamətində müəssisəni idarə edən şəxs (yeri gəlmişkən, küləyi də o idarə edir).Daşınmaz əmlak – pül kütləsinin torpaq, qum və sement ilə qarışığı.Müqavilə – başqalarının razı olub olmadığından asılı olmayaraq, planlarını həyata keçirən şəxslərin öz aralarında yazılı razılaşmaları.İnvestor (Sponsor) –pulları ilə vidalaşmağı onların yaranma mənbəyini izah etməkdən daha üstün tu-tan şəxslər.

Əyləncə Finansist

85MART 2013

Page 86: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

86 MART 2013

Finansist Əyləncə

• Doğulduğunuz ilin son iki rəqəminin üzərinə 2011-ci ildə olan yaşınızı toplasanız 111 alınacaq. Məsələn, mən 1982-ci ildə anadan olmuşam və 2011-ci ldə mənim 29 yaşım oldu. Deməli, 82 + 29 = 111

• 21978 x 4 = 87 912

• Dünyada ən böyük rəqəm setilyondur: 1 və 600 sıfırdan ibarətdir

• 111 111 111 x 111 111 111 = 12345678 9 87654321

• Asiyanın bəzi ölkələrində (Çin, Yaponiya, Koreya...) “4” rəqəmi insanlarda o qədər qorxu hissi yaradıb ki, onlar hətt a bu rəqəmlə qurtaran mehmanxana nömrələrində gecələməyi istəmirlər. Bu ölkələrdə “4” rəqəmin hərfi mənası “ölüm” deməkdir.

• 1 x 8 + 1 = 9 12 x 8 + 2 = 98 123 x 8 + 3 = 987 1234 x 8 + 4 = 9876 12345 x 8 + 5 = 98 765 123456 x 8 + 6 = 987654 1234567 x 8 + 7 = 9876543 12345678 x 8 + 8 = 98765432 123456789 x 8 + 9 = 987654321

• 142 857 rəqəminin möcüzəsi:

142 857 * 1 = 142 857 142 857 * 2 = 285 714 3 = 428 571 4 = 571 428 5 = 714 285 6 = 857 142 7 = 999 999. 142 + 857 = 999 və 14 + 28 + 57 = 99Eyni zamanda142 8572 = 20408 122449. 20408 +122449 = 142 857

• Əgər rəqəmlərin yerini səhv salmısınızsa, səhv rəqəm ilə düzgün rəqəmin fərqi mütləq 9-za bölü-nür. Məsələn, 28 və 82: 82 – 28 = 54 : 9 = 6

• 5 x 5 = 2515 x 15 = 22525 x 25 = 625Deməli 35 x 35 = 3x (3+1)25 = 122545 x 45 = 4x (4+1)25 = 202555 x 55 = 5x (5+1)25 = 3025və s.

• 9 x 1 = 099 x 2 = 189 x 3 = 27

9 x 4 = 369 x 5 = 459 x 6 = 549 x 7 = 639 x 8 = 729 x 9 = 819 x 10 = 90

RƏQƏMLƏR MÖCÜZƏSİ

Page 87: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

87MART 2013

GƏLƏN NÖMRƏDƏ DƏRC OLUNACAQ BƏZİ MÖVZULARIN ANONSUAy ərzində redaksiyanın off [email protected] elektron ün-

vanına göndərilən məqalələr arasında redaksiya rəhbərliyi tərəfindən seçim aparılacaq. Ayın ən yaxşı məqaləsi jurnalın “Elmə gəncin gözü ilə” rubrikasında dərc olunacaq, müəllif və elmi rəhbər haqqında məlumat veriləcək.

İlin qalibi 12 ayın qalibləri arasından seçiləcək və o, APFM tədris mərkəzində pulsuz təhsil almaq hüququ qazanacaq.

Məqalə aşağıda qeyd olunan kriteriyalara uyğun olmalı-dır:

• Məqalənin mövzusu maliyyə-iqtisadiyyat sahəsinə uy-ğun olmalıdır

• Mövzu oxucularda maraq yaradan olmalıdır• 1 sahifədən az və 3 səhifədən çox olmamalıdır.• Mətn kompyuterdə yığılmalı və müəllif tərəfindən im-

zası ilə təsdiq olunmalıdır

MÜSABİQƏ QALİBİJurnalın hər nömrəsində (“Əyləncə” rubrikasında) yeni

müsabiqə keçiriləcək. Məsələn, bu nömrədə CV müsabiqəsi keçirilir. Ayın qalibi redaksiya rəhbərliyi tərəfindən seçiləcək və qalib haqqında jurnalın növbəti nömrəsində məlumat veriləcək.

İlin qalibi 12 ayın qalibləri arasından seçiləcək və o, mühasiblərin və auditorların hər il Böyük Britaniyanın Lon-don şəhərində keçirilən forumunda iştirak etmək üçün pul-suz səyahət kuponu qazanacaq.

Əziz APFM üzvləri!"Finansist" jurnalı “İlin Oxucusu” nominasiyasında mükafat təsis etmişdir. İl ərzində jurnalın rubrikaları üzrə müxtəlif su-allara daha çox düzgün cavab verən 3 oxucu qalib seçiləcək və ilin sonunda təntənəli surətdə mükafatlandırılacaq. Müsabiqədə fəal olun!!!Bu sayımızın sualları:1. Maliyyə uçotunun hansı iki prinsipi bir biri ilə müqayisədə ziddiyyət təşkil edir və niyə?2. Maliyyə menecmentinin əsas öhdəlikləri hansılardır?3. H.Z.Tağıyevin toxuculuq fabrikinin məhsullarının müsəlman ölkələrində geniş yayılmasına səbəb nə idi?

MƏQALƏ MÜSABİQƏSİ

Gündəlik istifadə etdiyimiz ofis ləvazimatları necə yaranıb?

Almaniyanın vergi sistemi

Murtuza Muxtarov haqqında

Bakı kəndləri

Müxtəlif Finansist

"İLİN OXUCUSU" MÜKAFATI

Page 88: Finansist MALİYYƏ MƏLUMAT JURNALI · 2013. 5. 30. · etmiş və “Davamlı peşəkar inkişafın (CPD) istiqamətləri, maliyyə və mühasibatlıqda peşəkarlığın ar-tırılması”

88 MART 2013

Finansist Abunəçilərin nəzərinə

JUURNNAALAAA AAABUUNNƏƏ OOOLLMMMAAAQQQ ÜÜÇÇÜNN QQEEYYDDİİYYYYATTT FFORRMMAASSSINNI DDDOOOLDDDUURRUUUB

BBİİZZƏƏ GÖÖNNDDDƏƏRRRİNNN

Azərbaycan, Bakı, AZ1052Y.V.Çəmənzəminli 1996Afen Plaza, 2-ci mərtəbəTel.: (+994 12) 564 2237/38T/Fax: (+994 12) 564 2236

«___»________20__ il

Adı, Soyadı

Ünvan

Doğum tarixi

Email

Tel/Mobil

Tutduğu vəzifə

Təşkilatın adı/ünvanı/tel

Təhsili/ ixtisası/bitirdiyi təhsil müəssisənin adı

Abunə şərtləri barədə məlumat verməyinizi xahiş edirəm

İmza: __________________ Tarix: «___»______________20___il