Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər...

56
Ester Uşaqlar üçün altı Müqəddəs Kitab hekayəsi Linda Ponqraç Avropa üçün uyğunlaşdırılıb: Cennifer Haayer Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Copyright © 1998, 2008, 2009 Child Evangelism Fellowship Inc. All rights reserved. Used by permission. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Transcript of Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər...

Page 1: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Ester

Uşaqlar üçün altı Müqəddəs Kitab hekayəsi Linda Ponqraç

Avropa üçün uyğunlaşdırılıb: Cennifer Haayer

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala

bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Copyright © 1998, 2008, 2009 Child Evangelism Fellowship Inc.

All rights reserved. Used by permission.

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Page 2: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

MündəricatGiriş .........................................................................................................................3

Dərslərin xülasəsi ....................................................................................................5

Dərs 1. Ester şahzadə olur .......................................................................................7

Dərs 2. Mordokay sadiq qalır...................................................................................15

Dərs 3. Yardım çağırışı ............................................................................................23

Dərs 4. Allahın xalqı izzətlidir .................................................................................31

Dərs 5. Ester öz xalqını müdafiə edir .......................................................................39

Dərs 6. Allahın xalqı - müzəffər xalqdır ..................................................................45

Dua seç (təkrarlamaq üçün oyun – dərs 3) ...............................................................52

Sənin daxilindəki qürur (Müjdənin izahı – dərs 4) ...................................................53

Memori (təkrarlamaq üçün oyun – dərs 4) ................................................................54

Musiqili suallar (təkrarlamaq üçün oyun – dərs 5) .............................................. .....55

Uşaq ilə xilas haqqında söhbətin planı .......................................................................56

Page 3: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

3

Giriş Ester kitabında təsvir olunan hadisələr e.ə. 490-480-ci illər arasında Babilistanda, yəhudilərin əsir

aparıldıqları yerdə baş vermişdi ki, bu vaxt bu yer Fars İmperiyasının tərkib hissəsi idi. Sarayda yüksək vəzifəyə malik olan Daniel, bu vaxtadək artıq ölmüşdü. Fars taxtında 1-ci Daranın oğlu, Axaşveroş idi (Müəllim, xəritədə o dövrdə Yerusəlimin, Babilistanın və Suzanın yerləşdiyi Yaxın Şərqi göstərin.).

Esterin hekayəsi həyəcanlandırıcı hadisələri nəql edir. Kitab aydın şəkildə Allahın öncədən görməsi və Onun küll-ixtiyar olmasını şəhadət edir. Baxmayaraq ki, “Allah” sözü kitabda xatırlanmır, biz Onun Əhdi-Ətiq tarixi dövründə necə fəaliyyət göstərdiyini görürük.

MÜQƏDDƏS KİTAB HƏQİQƏTLƏRİNİ TƏBLİĞ ETMƏKƏgər biz müəllimlər, uşaqlara Müqəddəs Kitabdan hekayələri, sadəcə olaraq, nəql ediriksə, onda bu,

o deməkdir ki, biz öz vəzifələrimizi tamlıqla yerinə yetirmirik. Uşaqlara həqiqəti mənimsətmək lazımdır. Çünki bu hekayələr onun üçün yazılmışdılar. Lakin biz daha uzağa getməliyik və həqiqətin onların gündəlik həyatında nə məna kəsb etdiyini göstərməliyik. Əlbəttə, bir dərsə Müqəddəs Kitab hekayələrində olan həqiqətləri uşaqlara açmaq mümkün deyil. Ona görə də, hər bir dərsdə bir mərkəzi həqiqət açılır. Bu əsas həqiqətin tədrisi nağıl etmələrə bölünür və sizə dərsə hazırlıqda kömək etmək üçün biz onun nağıl olan hissəsini “MH” hərfləri ilə qeyd etmişik. Onlar, həmçinin, dərsin planında da qeyd ediliblər.

Siz qeyd edəcəksiniz ki, mərkəzi həqiqətlər, həmçinin, “IE”, yaxud “İ” hərfi ilə də qeyd ediliblər. Bu, uşaqların hansı qruplara aid olmalarını göstərmək üçündür – iman etməyənlər, yaxud iman edənlər. Bu, dərsin mətnində də “Əgər sən Rəbb İsanın sənin bütün günahlarını bağışladığına hələ iman etməmisənsə....”, yaxud “Məsihçi, sən....” kimi ifadələrdə də göstərilmişdir.

Həqiqətin tətbiqi mətnin sahələrində xətt ilə ayrılır. Ola bilsin, siz tətbiqi dəyişməli, onları öyrətdiyiniz uşaqlara uyğunlaşdırmalı olacaqsınız. Misal üçün, tətbiqdə oğlan adı ola bilər, amma sizin qrupda hamısı qızdır. Həmçinin, ola bilsin ki, gətirilmiş tətbiq böyük uşaqlara uyğundur, siz isə kiçik uşaqları öyrədirsiniz. Siz lazım gördüyünüz dəyişiklikləri edə bilərsiniz. Ən əsası odur ki, Allahın Sözü onların həyatlarında tətbiq olunsun.

CANHiMAyADARLiQ SÖHBƏTƏ HAZiRLiQUşaqlara müjdə xəbərini təbliğ edərkən, sizdən asılı olmayaraq, ona hay verən uşaqları aşkar edəcəksiniz.

Sonra onlar Rəbb İsa Məsihə öz Xilaskarları kimi iman etmələri barədə sizə xəbər verə də bilərlər, verməyə də bilərlər. Lakin elələri də olacaqdır ki, sizdən yardım tələb edəcəklər. Onlarda suallar yarana bilər, nə danışmalarını bilmələri üçün onlara sizin köməyiniz, yaxud sizin təsdiqiniz lazım ola bilər.

Əgər siz iman etmiş uşaqlara təhsil verirsinizsə, ola bilsin ki, onlara çətin vəziyyətdə sizin məsləhətiniz gərək ola bilər, yaxud onlara Müqəddəs Kitab dərsini gündəlik həyata necə tətbiq etmələrini aydınlaşdırmaq lazım olacaqdır, yaxud onlarda elə vəziyyət yarana bilər ki, orada onlar Müqəddəs Kitabın nə məsləhət etdi-yini, yaxud necə hərəkət etmək lazım olduğunu bilməyə bilərlər, həmçinin, onlar sizə öz problemləri barədə danışa bilərlər ki, siz onlar üçün dua edəsiniz, xüsusilə də, əgər siz onların əhatəsində yeganə imanlısınızsa.

Buna görə də uşaqlara bunu bilmək vacibdir ki, siz onlar ilə söhbət etməyə hazırsınız. Onlara, həmçinin, bunu da bilmək vacibdir ki, əgər onlar sizinlə söhbət etmək istəsələr, hara və nə vaxt gedə bilərlər. Və nəhayət, mühüm olan budur ki, iman etməmiş uşaqlar Rəbb İsaya gəlməyi sizin ilə söhbətə gəlmək ilə qarışıq salmasınlar.

Amma hər halda, siz uşaqlara öz təsəlliverici söhbətlərinizin əlçatan olmasını eyni vaxtda xilasa çağırma ilə elan ETMƏMƏLİSİNİZ ki, uşaqlarda belə təəssürat yaranmasın ki, onlar Məsihə sizin köməyiniz ol-madan, sizinlə söhbəti gözləmədən gələ bilməzlər, yaxud xilas ala bilməzlər.

Page 4: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

4

İman etməmiş uşağın canhimayadarlıq söhbətə dəvətinin nümunəsi“Sən, həqiqətən də, Rəbb İsa üçün yaşamaq istəyirsən, lakin Ona necə gəlməyi bilmirsən? Mən sevinclə

bunu sənə Müqəddəs Kitabdan başa salıram – mənə yaxınlaş və biz söhbət eləyəcəyik. Dərsdən sonra mən o ağacın yanında duracağam. Yadda saxla ki, mən səni günahlardan xilas edə bilmərəm – bunu yalnız Rəbb İsa edə bilər, amma mən Ona necə gəlməyini daha yaxşı başa düşməyin üçün sənə sevinclə yardım edəcəyəm. Sadəcə olaraq, yaxınlaş və o ağacın altında mənim yanımda otur.”

İman etmiş uşağın canhimayadarlıq söhbətə dəvətinin nümunəsi“Əgər sən Rəbb İsaya öz Xilaskarın kimi iman etmisənsə, amma bu barədə mənə hələ danışmamısansa,

onda xahiş edirəm, bunu mənə bildir. Dərs qurtarandan sonra səni pianinonun yanında gözləyəcəyəm. Sənin Rəbb İsaya öz Rəbbin və Xilaskarın kimi iman etməyini bilmək çox maraqlı olardı ki, mən sənin üçün dua edə bilim və ola bilsin ki, sənə nədəsə kömək edə bilim.”

yADDA SAXLAMAQ ÜÇÜN AyƏLƏRHər bir dərsdə uşaqlar ilə əzbərləmək üçün Müqəddəs Yazılardan ayə verilir. Əgər siz altı həftə ərzində

dərslərin silsiləsini tədris edirsinizsə, onda sizə iki, yaxud üç ayəni seçməyinizi məsləhət görürük ki, onları müntəzəm olaraq başa sala biləsiniz, uşaqlar isə onları – yadda saxlaya bilsinlər. Əgər siz bütün altı ayəni də istifadə etməyə cəhd etsəniz, uşaqlar həqiqətdə onların heç birini öyrənə bilməyəcəklər.

ƏyANİ VƏSAİTDƏN İSTİFADƏ ETMƏNİ MƏŞQ EDİN Uşaqları öyrətməyə başlamazdan əvvəl, əyani vəsaitdən istifadə etməni məşq edin. Bütün fleşkartları

yaxşı öyrənin ki, dərsin hansı anı onların lazım olduğunu biləsiniz.

ƏLAVƏ ƏyANİ VƏSAİTLƏR Karton vərəqində hər bir dərs üçün mərkəzi həqiqəti yazın, vərəqin əks tərəfində isə məxməri kağız kəsikləri

yapışdırın (Çap hərflərdən istifadə edin ki, hətta ən balaca uşaqlar da asanlıqla sözləri oxuya bilsinlər.). Bu kartoçkanı dərsin əvvəlində, yaxud da dərsdə mərkəzi həqiqəti birinci dəfə xatırladanda lövhədə yerləşdirin. ƏLAVƏ MƏSLƏHƏTLƏR

Sağ və sol sahələrdə siz dərsi necə daha maraqlı etmək barəsində əlavə praktiki məsləhətlər, faydalı məlumatlar və ideyalar tapacaqsınız.

Bu ideyalar öyrətmənin müxtəlif tərzdə istifadəsinə istiqamətləniblər. Effektiv təhsil üçün bəzi uşaqlara görmək, yaxud yazmaq lazımdır, başqalarına isə - eşitmək, yaxud danışmaq, üçüncülərə isə - toxunmaq, yaxud əllərində oynatmaq, dördüncülərə isə - prosesdə aktiv iştirak etmək lazımdır.

Əgər vaxt qalarsa, bu ideyaları siz öz dərnəyinizdəki dərsdə istifadə edə bilərsiniz.

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR:Hər bir dərsdə təkrarlamaq üçün suallar verilibdir. Onları siz dərsin sonunda, yaxud da gələn həftə yeni

dərsə başlamazdan əvvəl verə bilərsiniz. Təkrarlama, əgər o, lazımi şəkildə gedirsə, sizin üçün keçirilmiş materialı möhkəmləndirmək üçün ideal

imkan və eyni zamanda, uşaqlarla vaxtı şən keçirmək ola bilər. Keçilmişləri təkrar edərək, siz biləcəksiniz... 1. Uşaqların dinlədiklərindən nə qədərini başa düşdüyünü və yadda saxladığını müəyyən etmək; 2. Uşaqların materialı daha yaxşı yadda saxlamaqları üçün, sizin daha çox nəyə diqqət yetirəcəyinizi

bilmək; 3. Uşaqlar üçün əsl əyləncə qurmaq. Uşaqlar bir-birləri ilə yarışmağı sevirlər və səbirsizliklə dərsin bu

hissəsini gözləyirlər. Amma bu, sadəcə oyun deyil, bu – təlim vaxtıdır. Bu vəsaitə yalnız dərslərə suallar daxil edilmişdir. Amma bu siyahıya mahnılar, şeirlər və sizin keçəcəyiniz

digər materiallar üçün də suallar əlavə etmək yaxşı olardı. Bu yolla uşaqlar başa düşəcəklər ki, dərs proqramının hər bir elementi onlar üçün vacibdir.

Page 5: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

5

Dərslərin xülasəsiDərs Mərkəzi

həqiqət Tətbiq Yadda saxlamaq üçün ayə

Ester şahzadə olur 2Padş. 24:10-25:30 Ester 1:1-2:20

Allahın, Öz övladlarından hər biri üçün planı var

İman etməyənlərə: Sən, öz həyatın üçün Allahın planını bilməzdən əvvəl, İsa Məsihi öz Xilaskarın və Rəbbin kimi qəbul etməlisən.

İman edənlərə: Allaha qulaq as və sən Onun planlarını öz həyatın üçün açacaqsan.

“Çünki sizin barənizdə olan fikirlərimi Özüm

bilirəm” Rəbb belə bəyan edir. “Mən

sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim”. Yeremiya

29:11 Mordokay sadiq qalır.Ester 2:21- 4:3

Mordokay kimi Allaha sadiq ol

İman edənlərə: Sən Allaha itaətli olmalısan və hətta çətin olanda da belə, məsihçi qalmalısan

Yeremiya 29:11 –i təkrarlayın.

yardım çağırışı. Ester 3:15b - 5:2

Allah Öz övladlarının dualarını eşidəcək və cav-ab verəcəkdir

İman edənlərə: Sən Allah ilə tez-tez danışmalısan və özünün büt-ün problemlərini deməlisən.

“Rəbbin gözü salehlərin üzərindədir,

Qulaqları onların fəryadlarına açıqdır”.

Məzmur 34:15

Allahın xalqı izzətlənibdir.Ester 5-6

Haman kimi günahın qulu olma

İman etməyənlərə: İman et ki, İsa Məsih səni azad edəcəkdir.

“Əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız”.

Yəhya 8:36 Ester öz xalqını müdafiə edir.Ester 6:14-8:4 Məzmur 73

Allah həmişə Öz düşmənlərinə qalib gəlir

İman etməyənlərə: Əmin ol ki, sən Allahın düşməni deyilsən.

İman edənlərə: Sən pis adamların uğur qazandıqlarını görəndə, onların günahlı yolları ilə getmə, Allaha inan.

“Bütün qayğı yükünüzü Ona

ötürün, çünki O sizin qayğınıza qalır”.

1Peter 5:7

Allahın xalqı – müzəffər xalqdır. Ester 8:1 - 2, 7Ester 8:11 - 9:17Ester 10:1-3

Allah Öz xalqını xüsusi sevir və onun qayğısına qalır

İman etməyənlərə: əgər sən Rəbb və Xilaskar kimi Məsihə etibar etsən, Onun sevgisini və qayğısını biləcəksən və bu yolla Allahın xalqının bir hissəsi olacaqsan.

1 Peter 5:7-nı təkrarlayın.

Page 6: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

6

Page 7: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 1

KƏLAMDAN AyƏ

2 Pad. 24:10 - 25:30

Ester 1:1−2:20

MƏRKƏZİ HƏQİQƏTAllahın, Öz övladlarından hər biri üçün planı var.

TƏTBİQİman etməyənlərə: Allahın sənin həyatın üçün

olan planını bilməzdən əvvəl sən İsa Məsihi öz Xilaskarın və Rəbbin kimi qəbul etməlisən.

İman edənlərə: Allaha qulaq as və Onun sənin həyatın üçün olan planını açacaqsan

yADDA SAXLAMAQ ÜÇÜN AyƏ“Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pis-liyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim”. Yeremya 29:11. ƏyANİ VƏSAİT• Fleşkartlar: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6 və 1-7.• Kartoçkalar: “Allahda Onun hər bir övladı üçün

plan var” (mərkəzi həqiqət) və “Allaha qulaq as və Onun sənin həyatın üçün olan planını biləcəksən” (iman edən uşaq üçün tətbiq).

• Fars imperiyasının xəritəsi.• “İsveç stolu” üçün yemək (misal üçün, çipsilər,

meyvə tikələri, peçenye). • Xoş ətirli ətir, yaxud losyon. • Uşaqların padşahın yanına gedən Esteri təsvir

etmək üçün geyinəcəkləri xələt, yaxud şal. • Tac.

DƏRSİN PLANi

Giriş“Nə üçün mən gecəyə qədər televizora baxa bilmərəm?”

Hadisələrin gedişatı

1. Ester və Mordokay yad ölkədə yaşayırlar – Fars əyalətində. MHİE

2. Fars padşahı ziyafət düzəldir.

3. Padşah Vaştini çağırır.

4. Vaşti gəlməkdən imtina edir. MH

5. Vaşti öz vəzifəsini itirir.

6. Gözəl qızların axtarışı.

Kulminasiya

Esteri saraya gətirirlər. MHİ

Ester öz sirrini qoruyur. MHİ

Yekun

Ester şahzadə olur. MHİ, MHİE

Ester şahzadə olur

7

Page 8: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

8

Dərs “Nə üçün mən gecəyə qədər televizora baxa bilmərəm?” “Nə

üçün yarasalar uçan zaman cisimlərlə toqquşmurlar?” “Nə üçün körpələr ağlamalıdırlar?” Nə üçün? Nə üçün? Nə üçün? Biz tez-tez sual veririk “nə üçün?”, elə deyilmi? Mən əminəm ki, balaca Es-ter də tez-tez soruşurdu: “Nə üçün?” Ola bilsin ki, onun sualı belə səslənirdi.

“Nə üçün biz Şuşandakı digər adamlardan fərqlənirik?” Onun əmisi oğlu Mordokay, cavab verdi: “Biz yəhudilərik, Allahın seçilmiş xalqı. Biz Allaha səcdə qılırıq və itaət edirik, çünki O, bizim yeganə həqiqi Allahımızdır”.

Amma Ester daha çox şey haqqında soruşmaq istəyirdi: “Nə üçün Şuşandakı adamların hamısı yəhudi deyillər?”

“Uzun illər əvvəl, - Mordokay cavab verdi, - Allah Öz xalqına torpaq verdi. Amma onlar Ona qulaq asmadılar və yad allahlara ibadət etməyə başladılar. Onda, onları cəzalandırmaq üçün, Al-lah, bizim ölkəmizi zəbt edən və bir çox yəhudiləri əsir aparan yad padşahlardan və onların ordularından istifadə etdi. Bax buna görə biz Fars əyalətində yaşayırıq. Bizim əcdadlarımız əsirlər arasında idi”.

“Bəs nə üçün mən anam və atamla yaşamıram?” – yəqin ki, Ester soruşdu.

“Onlar öldülər, Ester, - Mordokay qəmli-qəmli izah etdi, - amma mən sənin üçün onları əvəz etməyə çalışacağam və sənin qayğına qalacağam”. Və o, öz vədini yerinə yetirdi.

Esterin həyatında çoxlu qəmli şeylər var idi, amma onun həyatı üçün olan Allahın planı gözəl idi. O, adi yetim-yəhudi bir qız idi və ola bilsin ki, heç vaxt fikirləşmirdi ki, o, necəsə xüsusi idi. Amma Allah üçün o, “xüsusi” idi. Allahda onun həyatı üçün xüsusi plan var idi. Bu, Allahın hər bir övladı üçün həqiqətdir. Əgər sən Allahın övladısansa, Onda sənin üçün də xüsusi plan var.

Kim Allahın övladıdır? Müqəddəs Kitab belə cavab verir: “Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi” (Yəh. 1:12).

Bu, o deməkdir ki, əgər sən həqiqətən də Rəbb İsanın sənin günahlarını bağışlamasını və sənin həyatının qayğısına qalmağa başlamasını istəyirsənsə, bu haqda Ondan dilədiyin anda, sən Allahın övladı olacaqsan. Bizlərdən hər birimizin ehtiyacı var ki, Məsih onun Rəbbi və Xilaskarı olsun. Allahın övladları bilirlər ki, necə ki, Allahın Esterin həyatı üçün böyük planları var idisə, onların həyatları üçün xüsusi planları vardır.

Fleşkart 1-1 İndi isə gəl Esterin evinə tamamilə oxşamayan bir binaya baxaq.

O, böyük Şuşan şəhərində ucalırdı. Əgər sən onu gəzib-dolaşmaq istəsəydin, onda sən 4 kilometr yol getməli idin. Bu gözəl bina fars pahşahının sarayı idi. O vaxtlar Fars əyaləti dünyada ən güclü ölkə idi.

MHİE

Mordokayın ailəsi Benyamin nəslindən idi. Onun əcdadları Babilistan əsarətində idilər.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin: “Allahda, Onun hər bir övladı üçün plan var”.

Bu dərsi öyrətmənin ilkin mərhələsində sizə Allahın qabaqcadan görməsinin ümumi xəritəsini göstərməlisiniz.

İmkan dairəsində uşaqlara fars imperiyasının xəritəsini göstərin ki, onlar orada Elamdakı Şuşanlıları tapsınlar (müasir İranda).

Axaşveroş “qüdrətli adam” deməkdir. Yəqin ki, o, e.ə. 486-465-ci illərdə hökmranlıq edən Birinci Kserks idi.

Page 9: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

99

Sarayın taxtında, bu böyük imperiyanı idarə edən, padşah Axaşveroş otururdu.

Elə bu vaxt o, sarayı dolduran öz qoşun başçıları, vilayətlərin və knyazların rəhbərləri üçün ziyafət təşkil etdi. Ziyafət 180 gün davam etdi! Sən altı ay davam edən ziyafəti təsəvvür edə bilərsən? Əgər o, Milad bayramında başlasaydı, yay tətilinə qədər davam edərdi! Həyət və bağ mərmər sütunlara gümüşü halqalarla və bağlarla bərkidilmiş ağ və göy parçalarla bəzədilmişdi. Payəndaz müxtəlif rəngli mərmər mozaykadan düzəldilmişdi. Hər bir yerdə qızılı və gümüşü skamyalar var idi. Bundan sonra isə padşah Şuşanın bütün əhalisi üçün yeddi günlük ziyafət düzəltdi.

Şahzadə sarayda, qadınlar üçün ayrıca ziyafət düzəltdi. Qürurlu pahşah istəyirdi ki, hər kəs onun necə qüdrətli və zəngin

olduğunu görsün. O, öz var-dövlətini və cavahiratını göstərirdi. Şərabın həddindən artıq çox olduğu yeddinci gündə, o, bütün xalqlar və knyazlar qarşısında şahzadənin gözəlliyinə görə lovğalanmaq üçün ziyafətə şahzadəni gətirmələrini əmr etdi: “O, ən gözəl qadındır. Yəqin hamı fikirləşəcək ki, əgər mənim belə gözəl şahzadəm varsa, gör mən necə də qüdrətliyəm.”

Fleşkart 1-2 Şahzadəni gətirmək üçün o, yeddi qulluqçu göndərdi. Hətta onun

adı “Vaşti” - “gözəl” demək idi. Padşah gözləyirdi. Ola bilsin ki, o, artıq hərbi rəhbərlər, qulluqçular və knyazlar qarşısında şahzadənin gözəlliyi haqqında qürrələnmişdi.

Budur, qulluqçular qayıtdılar. “Şahzadə gəlməkdən imtina etmişdir, - onlar padşaha

çatdırdılar”.Müqəddəs Kitab bizə şahzadə Vaştinin nə üçün gəlmədiyini

demir, amma o, bizə deyir ki, padşah Axaşveroş çox qəzəblənmişdi. Onun planı dağılmışdır! Bu böyük padşah bilmirdi ki, qüdrətli, hər şeyə qadir Allah var və baş verənlər Onun planına uyğun idilər. Allahın planına görə, yetim yəhudi qız Ester, xüsusi missiyanı yerinə yetirməli idi. Həmişə yadda saxla ki, Öz övladları üçün planı Olan, hər şeyə qadirdir. Bəzən sizin ideyalarınız yaranır, amma biz onları həyata keçirə bilmirik. Əgər sən İsa Məsihə etibar etmisənsə və Allahın övladı olmusansa, bunu yadda saxla və bil ki, Allahda sənin həyatın üçün yaxşı planlar var. Allahın Sözündə, Müqəddəs Kitabda deyilir ki, Allahın iradəsi “Allahın yaxşı, razı salan və kam-il iradəsidir” (Rom. 12:2).

Fleşkart 1-3 Sanki, sarayda hər şey pis gedirdi. Padşah Axaşveroş dərhal öz

müdrikləri ilə məsləhətləşməyə başladı. “Qanuna görə şahzadə Vaşti ilə nə cür rəftar etməlidir?” – o

soruşdu. Onun müdriklərinin ən böyüyü cavab verdu: “Şahzadə Vaşti yalnız padşahın qarşısında günahkar deyil,

MH

Məktəbəqədər uşaqlar ilə yeddiyə qədər sayın.

“İsveç stolunda” yeməyi dairə ilə ötürün, misal üçün, çipsi, meyvə dilimləri, peçenye. Uşaqlar bu yolla dərsi daha yaxşı yadda saxlayarlar.

Baxmayaraq ki, şahzadə Vaştinin adına biz fars imperiyasının tarixi əlyazmalarında rast gəlmirik, yəqin ki, Vaşti şahzadə, Kserksin Amestris adlı arvadı idi. Şəhrçilər Vaştinin nə üçün padşaha qulaq asmadığı haqqında bir fikrə gələ bilməyiblər. Bəziləri hesab edirlər ki, o, padşahı alçaltmaq üçün bic oyun işlədirdi. Digərləri fikirləşirlər ki, padşah bütün qonaqların qarşısında Vaştiyə əxlaqsız hərəkətlər etməyi əmr edirdi.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 10: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

10

lakin bütün Fars imperiyasının xalqları qarşısında günahkardır. Digər qadınlar onun etdiyini eşitsələr, onlar da öz ərlərinə itaət etməyəcəklər. Və bunun gətirdiyi kədərin sonu olmayacaqdır: “Padşahdan, Vaştinin daha şahzadə olmadığı barədə qərar çıxmalıdır. Və qadınlar bu haqda eşidəndə, onda onlar öz ərlərinə ehtiram göstərəcəklər”.

Yeni qanun, heç vaxt dəyişməyən Fars qanunlarına əlavə edilməli idi.

Fleşkart 1-4 Bu qərar padşahın xoşuna gəldi və o, böyük imperiyanın büt-

ün vilayətlərinə məktublar göndərməyi əmr etdi. Hər bir vilayətə çapar göndərildi. Yeni qanun haqqında xəbər çox tez yayıldı – şahzadə Vaşti daha şahzadə olmayacaqdır və heç vaxt pahşahın qarşısında peyda olmayacaqdır.

Amma padşah Axaşveroşun qəzəbi soyuyandan sonra, o, yenidən Vaştini xatırladı. Onun məsləhətçiləri bunu gördülər və təklif etdilər:

“Qoy padşah üçün gənc, gözəl qız axtarsınlar və onları saraya toplasınlar ki, padşah ən gözəlini seçsin və o, şahzadə olsun.”

Padşah razılaşdı və belə də etdi.

Fleşkart 1-5 Bütün gənc, gözəl qızları sarayın həyətindəki qadın

evinə topladılar. Padşah qulluqçuları onların qayğısına yaxşı qalırdılar.

Bu gənc qızlardan biri xüsusilə gözəl idi. Onun adı Ester idi. O, yəhudi idi. O, məhz belə gözəl olduğuna görə, öz evini tərk etməli və saraya gəlməli idi. Ester, yeganə həqiqi Allaha məxsus idi. Bütpərəst padşahın sarayında onu görmək ehtimalı çox az idi. O, “xüdahafis, Mordokay” deyəndə, yəqin ki, çox kədərli idi.

Bu, nə üçün baş verdi? Allah istəyirdi ki, Ester sarayda ol-sun. Ola bilsin ki, sən öz ailəndə yeganə məsihçisən. Sənin orada olmağın üçün Allahın xüsusi planı var. O istəyir ki, sən digərlərinə Rəbb İsanın sənin həyatında hansı dəyişikləri etdi-yini göstərəsən. Öz sinfini xatırla. Allah səni ora qoyubdur ki, Rəbb İsanı tanımayanlar, məsihçi olmağın nə olduğunu onlara göstərən kimisə görsünlər. Bəzən öz sinfində Allaha sadiq qal-maq çox çətindir, amma həmişə yadda saxla ki, səninlə yalnız Allahın izin verdiyi şey baş verə bilər. Allahın planı – yaxşıdır və əgər sən bunu xatırlayırsansa, bu, sənə ruhdan düşməməkdə və deyinməməkdə kömək edəcəkdir. Həqiqətən də, Allahın planı - ən yaxşı plandır.

Bu və ya digər kədərli və ağır hadisələrin səninlə baş verməsinin səbəbləri sənə həmişə aydın olmayacaqdır, amma

MHİ

Padşahın yeddi məsləhətçisi, padşahın hüzuruna eksklüziv girişə hüquqları olan elit qrupdan idilər. O, istənilən mühüm qərarları onlarla məsləhətləşirdi.

Yeni qanunları xalqlara xəbər etmək üçün xüsusi estafetli sistem mövcud idi. Onun sayəsində məlumat uğurla nəhəng imperiyanın bütün tərəflərinə çatdırılırdı. Uşaqlara padşahın əmrini çatdıran adamları təsvir etmək xoşlarına gələcəkdir.

Page 11: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

1111

bunun üçün Allahın Öz planı vardır. Bir gün Ester də bunu başa düşəcəkdir, amma o, hələ bilmir ki, Allah nə üçün istəyir ki, o, sarayda olsun.

Ester saraya gələndə, ona yeddi qulluqçu verdilər ki, onlar ona baxsınlar və onu qadın evində ən yaxşı yerlərə aparsınlar.

Bütün gənc qızlar 12 ay ərzində padşahın qarşısına çıxmazdan əvvəl özlərinə bəzək-düzək verirdilər. Sonra onları növbə ilə padşaha təqdim edirdilər. Onlar, öz fikirlərinə görə, onları bəzəyə bilən hər bir şeyi götürə bilərdilər. Onların necə geyim və cava-hirat seçmələrini, sadəcə olaraq, təsəvvür et. Yəqin ki, hər biri, padşahın qarşısında ümid edirdi ki, məhz o, şahzadə olacaqdır.

Esterin əmisi oğlu, Mordokay hər gün qadın evinin qapısının yanında gəzirdi. O, Esterin yaxşı yaşadığını bilmək istəyirdi.

Ester onu görə bilmirdi və o da Esteri görə bilmirdi. Bu, fars sarayının qaydası idi. Amma bəzi qulluqçular, yəqin ki, Mordo-kaya Esterdən xəbərlər çatdırırdılar.

Mordokayı narahat edən nəsə var idi. Onu və Esteri birləşdirən bir sirr. Onu sarayda heç bir kəsə açmaq olmazdı. Necə fikirləşirsən, bu, nə sirr idi elə? Bəli, düzdür, Ester yəhudi idi. Məhz bu, onların sirri idi. Baxmayaraq ki, Ester bunu nə üçün gizlətməli olduğunu başa düşmürdü, o, heç kimə heç bir şey demirdi. Çünki Mordokay ona bu haqda danışmağı qadağan etmişdi. O, Mordokaya qulaq asanda, Allaha qulaq asırdı.

Həmişə yadında saxla ki, məhz Allaha qulaq asan şəxs, öz həyatı üçün Allahın planını biləcəkdir. Sən Müqəddəs Kitabı oxuyanda, inan ki, sən Allahın Sözünə itaət edirsən. Əgər sən məsihçi olaraq Allaha itaət etmirsənsə, sən, Onun sənin üçün olan planını bilə bilməzsən. Amma Ester, onun valideynlərini əvəz edən Mordo-kaya hörmət etdiyinə və ona qulaq asdığına görə, Allaha itaətkar idi. Allahın əmri isə deyir: “Ata-anana hörmət et” (Çıxış 20:12a). Bu yolla, Ester bilirdi ki, o öz sirrini qoruyur.

Mordokayı narahat edirdi ki, o, bu sirri saxlaya bilərmi? Kimsə Esteri tanıyacaqmı? Biz gözləməli olacağıq və onda bunu biləcəyik.

Nəhayət, Esterin padşahın qarşısına çıxacağı gün gəlib çatdı. O, padşahın qadınlarının keşikçisinin məsləhət etdiyi kimi gey-indi. Artıq olan heç bir şey yox idi. O gözəl idi, cavahirat və dəbdəbəli geyimlər, ola bilsin ki, onun gözəlliyini poza bilərdi. Bundan əlavə, hamı onu tanıyırdı və sevirdi.

Fleşkart 1- 6 Onu dünyada ən qüdrətli rəhbərin yanına - padşah Axaşveroşun

yanına aparanda, yəqin ki, o, çox həyəcanlanırdı. Padşah isə qərara aldı ki, Ester bütün digər qızlardan daha

gözəl idi və ona görə də o, şahzadə olacaqdır. Padşah tacını Es-terin başına qoydular.

MHİ

Bir neçə xoş ətirli ətir, yaxud losyon gətirin.

Ayəni öz Müqəddəs Kitabınızdan (özünüz, yaxud da şagirdlərdən kimsə) oxuyun.

Sirr deyər kimi, sakit səslə danışın.

Padşahın yanına gedən Esteri təsvir edərək uşaqların geyə biləcəyi xələt, yaxud şal gətirin.

Bəlkə siz tac düzəltmək istəyəcəksiniz və bu an onu göstərmək istəyəcəksiniz.

Page 12: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

İndi o, şahzadə Ester idi! O, qüdrətli imperiyanın şahzadəsi olmuşdur. Və bu, Allahın onun üçün olan planının hissəsi idi.

Əgər sən Allahın övladısansa, yadda saxla ki, Allahda sənin həyatın üçün də plan var. Mən fikirləşmirəm ki, Allah qabaq-cadan nəzərdə tutmuşdur ki, sizlərdən kimsə qüdrətli imperiyanın padşahı, yaxud şahzadəsi olsun, amma Onun sizin üçün başqa niyyətləri var. Onlar ən yaxşı niyyətlərdir. Əgər Ona qulaq as-san, Onun niyyətlərini biləcəksən. Böyüyəndə, Ondan sənin kim olmağını görmək istədiyini soruş. Ola bilsin ki, O istəyir ki, sən yük maşını sürücüsü, həkim, müəllim, fəhlə, yaxud missioner olasan. Allahdan dilə ki, həmişə Onun sənin üçün seçdiyi yol ilə getməkdə kömək etsin. Adətən, bu, sənin seçmək istədiyin yol dey-il. Bəzən bu, çox çətin yol ola bilər. Amma Onun iradəsini yerinə yetirməyin vacibdir. Müqəddəs Kitab Yeremyanın kitabı 29:11-də deyir: “Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm”. Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim”.

Ester üçün Allahın planı çox qeyri-adi, amma kamil idi. İndi o, padşah sarayında idi. Amma o, öz sirrini qoruyub saxlaya biləcəkmi? Vaxt göstərəcəkdir.

Fleşkart 1-7 Bizə Allahın Öz övladlarının hər biri üçün gözəl niyyətləri

olmasını xatırladan Esteri fikirləş. Ola bilsin ki, sən bu haqda heç nə bilməyəcəksən, ona görə ki, sən Allahın övladı deyilsən. Sən, həqiqətən də, Allahın övladı olmaq istəyirsənmi? Yeganə yol bundan ibarətdir ki, öz iradən ilə həyatında olan bütün pis şeylərdən dönəsən və Rəbb İsanı öz Xilaskarın və Padşahın kimi qəbul edəsən. Elə bu dəqiqə sən Ona deyə bilərsən: “Əziz Rəbb İsa, mənim bütün günahlarımı və itaətsizliyimi bağışla. Mənə görə çarmıxda ölməyinə görə Sənə minnətdaram. İndi Səndən diləyirəm ki, məni xilas edəsən, həyatımı idarə edəsən və məni Sən istədiyin kimi edəsən”. Bundan sonra sən Onun sənin üçün olan yolunu dərk etməyə başlayacaqsan.

Əgər sən Məsihə etibar etmisənsə, onda bilirsən ki, Allah-da sənin həyatın üçün niyyətlər var. Səni qəmləndirən kədərli hadisələr baş verəndə, yadda saxla, Allahın yolu - ən yaxşı yol-dur. Sən Ona itaətli olsan, Onun niyyətini bilə bilərsən. Ola bilsin ki, sənin itaətsizlik göstərdiyin nəsə var. Bunu tərk et və Allahdan bağışlanma dilə. Sən Ona deyə bilərsən: “Mənim əziz Səmavi Atam, Sənə qarşı etdiyim belə itaətsizliyə görə məni bağışla. Səndən xahiş edirəm ki, bunu yenidən etməməkdə mənə yardım edəsən. Günahlarımı tövbə edərkən bizi bağışlayacağın vədə görə Sənə minnətdaram”. Məhz Allaha itaətkar uşaqlar Allahın onların həyatları üçün olan xüsusi niyyətlərinə sevinirlər.

12

Rəbb İsanı qəbul etmək üçün uşaqları dəvət edin. Uşaqlara vaxtı və söhbət üçün yeri mütləq göstərin. Bu vəsaitin axırında “Xilas haqqında uşaq ilə söhbətin planına” bax.

İman etmiş uşaq üçün tətbiqlər olan kartoçkanı göstərin: “Allaha itaət et və sənin həyatın üçün olan Onun niyyətlərini aşkar edəcəksən.”

Ayəni öz Müqəddəs Kitabınızdan (özünüz, ya da şagirdlərdən kimsə) oxuyun.

MHİ

MHİE

MHİ

Page 13: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

1313

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR

1. Haradan bilirsən ki, padşah Axaşveroş zəngin idi? (Altı aylıq bayram, gözəl saray, yeməyin bolluğu.)

2. Padşah şahzadə Vaştidən nə etməsini xahiş etdi? (Çıxmaq və onunla olan qonaqlara görünmək.)

3. Nə üçün padşah Axaşveroş şahzadə Vaştiyə qəzəbləndi? (O, ona itaət etmədi və çıxmaqdan imtina etdi.)

4. Onun məsləhətçiləri şahzadə Vaşti haqqında padşaha nə dedilər? (O, artıq şahzadə olmamalıdır, padşah özünə başqa arvad axtarmalıdır.)

5. Mordokay və Esterdə sirr var idi ki, onu sarayda heç kimə demək olmazdı. Bu, nə sirr idi? (Ester yəhudi idi.)

6. Mordokaya qulaq asaraq və sirri qoruyaraq, Ester daha kimə qulaq asdı? (Allaha.)

7. Biz bildik ki, Allahın, Özünün hər bir övladı üçün niyyətləri var. Allahın övladları kimlərdir? (Məsihi öz Rəbb və Xilaskarı kimi qəbul etmiş hər bir kəs.)

8. Əgər biz Allaha itaət etməmişiksə, onda biz nə etməliyik? (İtaətsizliyi kənara atmaq və Allahdan bağışlanma diləmək.)

Təkrarlamaq üçün oyun

Tacın dişləri On dənə kağız tac kəsin.

Onlardan səkkizinin üzərinə xalların sayını, qalan ikisinə isə - “devirmək” sözünü yazın.

Bütün tacları paketə qoyun.

Sinfi iki komandaya ayırın və növbə ilə suallar verin.

Əgər uşaq suala düzgün cavab versə, o, bir tac çıxardır.

Əgər o, xalların sayı olan tacı çıxardıbsa, o, dayana və bu xalları öz komandası üçün sax-laya bilər, yaxud da daha bir tac çıxartmaqla oyunu davam etdirə bilər.

Bütün suallar verilməyənə qədər tac paketə geri qayıdır və oyun davam edir.

Daha çox xal toplayan komanda qalib gəlir.

Page 14: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

14

Page 15: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 2

MÜQƏDDƏS KƏLAM

Ester 2:21 – 4:3

MƏRKƏZİ HƏQİQƏTMordokay kimi Allaha sadiq ol. TƏTBİQİman edənlərə: Sən Allaha itaətli olmalısan

və hətta çətin olanda belə, məsihçi qalmalısan.

yADDA SAXLAMAQ ÜÇÜN AyƏYeremya 29:11-i təkrarlayın.“Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pis-liyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.”

ƏyANİ VƏSAİT• Fleşkartlar: 2-1, 2-2, 2-3, 2-4, 2-5 və 2-6Kartoçkalar: “Mordokay kimi Allaha sadiq ol”

(mərkəzi həqiqət) və “Sən Allaha itaətli olmalısan və hətta çətin olanda belə, məsihçi qalmalısan” (iman edən uşaq üçün tətbiq).

• Balaca bloknot və qələm / karandaş.• Məktubu necə möhürləməyi nümayiş etdirmək

üçün dairəvi möhür, yaxud da möhür olan halqa və mum, yaxud plastilin.

DƏRSİN PLANi

Giriş

“Sən sirr saxlamağı bacarırsan?”

Hadisələrin gedişatı

1. Mordokay padşahı öldürmək məqsədi olan söhbəti eşidir.

2. O, bu haqda məlumat çatdırır. MHİ

3. Qeyd etmə edilir, amma Mordokay mükafat əldə etmir. MHİ

4. Haman öyünür.

5. Hamı Hamana and içməlidir.

6. Mordokay imtina edir. MHİ

7. Qulluqçular bu haqda Hamana çatdırırlar və Mordokayın nə üçün and içmədiyini izah edirlər. MHİ

8. Haman yəhudiləri məhv etməyi fikirləşir.

Kulminasiya

Haman padşahın icazəsini istəyir.

İcazə əldə edilir.

Yekun

Xəbər yayılır ki, on ikinci ayın on üçüncü günü bütün yəhudilər həlak olacaqlar. MHİ

Mordokay dərd çəkir.

Mordokay sadiq qalır

15

Page 16: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

16

Müjdənin izahı “Mənə görə” mahnısı

2 №-li dərsi keçməyə başlamazdan əvvəl, uşaqlar ilə “Mənə görə” mahnısını oxuyun – “İsa Məsihin həyatı, 4-cü hissə dərslər silsiləsi üçün UMC-nin metodiki işləməsi.

Yəqin ki, sənin atan hər gün qəzet oxuyur. Adətən, oradakı xəbərlər pisdirlər – təyyarə qəzaya uğrayıbdır, müharibə başladı, yaxud sevimli futbol komandası uduzubdur. Bu gün biz yaxşı xəbər haqqında oxuyacağıq, eşidə biləcəyimiz ən yaxşı xəbər haqqında.

Mahnını oxuyun.“Mənə görə çarmıxa getdi” – İsa Məsih, Allahın yeganə Oğlu,

bizi o qədər çox sevir ki, bizim günahlarımıza görə öldü. Allah günahı cəzalandırmalıdır və Onun yeganə Oğlu bizim layiq olduğumuz cəzaları Öz üzərinə götürdü. Bu, çox yaxşı xəbərdir!

“Günahlarım bağışlandı” - bu, o deməkdir ki, öz günahına görə əbədi cəzanı daşımaq əvəzinə, sən indi təhlükəsizlikdəsən və bir gün Göylərdə olacaqsan. İsa Məsih səni, layiq olduğun cəzadan xilas edə bilər. O gəldi ki, səni, həyatını korlayan günahdan xilas etsin. O, indi həmişə səni təhlükəsizlikdə qoruyacaqdır.

Əgər sən inansan, əbədiyyən xilas olacaqsan. Sənin, İsa Məsihə və Onun səni xilas etməsinə inanmağın lazımdır. Sənin Ona deməyin lazımdır ki, öz günahlarına görə peşmansan və inanırsan ki, O, səni xilas edibdir. Və onda sən əbədi xilası əldə edəcəksən.

Gəlin bir daha bu yaxşı xəbər haqqında oxuyaq!

Müjdənin izahı Allah tərəfindən qəbul edilmiş

“Qəbul edilmiş” sözü yazılan vərəqi göstərin.

Səni qəbul edəndə, bu, doğrudan da, gözəldir, düzdür? Səni olduğun kimi sevən dostlarının olması? Dostların nahar vaxtı sənin yanında oturmaq istəyəndə, yaxud səninlə oynamaq istəyəndə? Məktəb üçün tapşırığı yerinə yetirməyə çox çalışanda və bu, bəyəniləndə? Başqalarının səni və etdiyin şeyləri bəyəndiklərini bilmək necə də gözəldir.

Amma bəzən qəbul edilmiş olmaq yaxşı deyil. Əgər uşaqların böyük bir hissəsi nəsə pis bir şey edirsə, onda yaxşı olar ki, sən onların dəstəsində olmayasan. Sənə elə gəlsə də ki, dostlarının çox hissəsi bununla məşğuldurlar, amma sənin bunu etməməli olduğun bir neçə misalı gətirə bilərsənmi?

Düşüncəsiz hərəkətlərin nümunələri ilə bölüşün – çox gec yatmağa getmək, çox kalorili xörək yemək, dəbdə olan şeylərə həddən çox pul xərcləmək və s.

Allahın Sözü bizə öyrədir ki, insanların əksəriyyəti sənin etməli olmadığın işlərlə məşğuldurlar.

Bu dərs imanlı uşaqlar üçün nəzərdə tutulubdur. Amma siz, sizin qrupda olan imansız uşaqlar üçün də müjdəni unutmamalısınız. Bunun üçün biz proqrama müjdələmə mahnılarını da daxil etməyi və onları bu me-tod vəsaitində göstərildiyi kimi öyrənməyi təklif edirik.

Vərəqdə on iki dənə xətt çəkin. - - - - - - - - - - - - Qoy uşaqlar “Qəbul edilmiş” sirli sözünün hərflərini tapsınlar. Söz tamlıqla tapılana qədər, markerin köməkliyi ilə hərflərin düzgün adını daxil edin. İzahınızın əvvəlində tapılacaq sözü göstərin. Q ə b u l e d i l m i ş - - - - - - - - - - - -

Page 17: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

1717

Qoy başqa uşaq sizin Müqəddəs Kitabınızdan Matta 7:14-ü oxusun.

Bu ayəyə qulaq asaraq, nə qədər adam Göylərdə Allah ilə əbədi həyata aparan ensiz yol ilə gedir? (Az). Mən bu kiçik qrupda ol-maq istərdim, bəs sən? Allah Öz Sözündə bizə deyir ki, günahların bağışlanmasını əldə etməyin yalnız bir yolu var. Allah Öz Oğlu Rəbb İsa Məsihi yer üzünə göndərəndə bizə belə bir imkanı verdi. İsa körpə kimi dünyaya gəldi, amma sonra böyüdü və kişi oldu. O, ka-mil həyat sürdü və heç vaxt pis bir şey etmədi. Bir dəfə pis adamlar Onu çarmıxa mismarlayaraq, cinayətkar kimi cəzalandırdılar. İsa bu ölümə layiq deyildi, sənin və mənim günahıma görə O, əzab çəkdi, Öz qanını tökdü və öldü. Müqəddəs Kitabda deyilir: “Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir” (1 Yəhya 1:7b). İsanın bədəni məzarda dəfn edilmişdir, amma O, ölü olaraq qalmadı. Üç gündən sonra O dirildi. Və bu gün O – Göylərdədir!

Əgər sən Allahın qarşısında etiraf etsən ki, sən günah işlətmisən və inanırsan ki, İsa sənin günahlarını ödəmək üçün çarmıxda ölüb-dür, sən İsanı öz Xilaskarın kimi seçə bilərsən. Və onda sən həyata aparan ensiz yolda olacaqsan. Ola bilsin ki, sənin ailən və dostların səninlə birlikdə doğru yol ilə getməyəcəklər.

“Qəbul edilmiş” fleşkartı göstərin. Onlar sənin qərarını qəbul etməyə bilərlər. Amma bu vəziyyətdə

ən vacibi – Allah tərəfindən qəbul edilməməkdir! Və sən dua edə və Allahdan xahiş edə bilərsən ki, sənin ailənə və dostlarına da doğru yolda olmaqda kömək etsin.

Əgər sən hələ Rəbb İsaya öz Xilaskarın kimi iman etməmisənsə, onda ümid edirəm ki, bu gün bunu edəcəksən!

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun.

Page 18: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

18

Dərs Fleşkart 2-1

Sən sirr saxlaya bilirsənmi? Əlbəttə ki, Mordokay ümid edirdi ki, Ester sirri saxlayacaqdır! Sən bunun nə sirr olduğunu xatırlayırsan? Bəli, Ester yəhudi idi!

Mordokay padşah sarayında padşahın qulluqçusu idi. O, yəqin ki, qapıdan girib-çıxan çoxlu maraqlı adamlar görürdü. Və yəqin ki, tez-tez yanından ötüb keçən adamların nə haqqında danışdıqlarını eşidirdi.

Bir dəfə o, diqqətini topladı və qulaq asdı. Bu, sui-qəsdə oxşayırdı! Mordokay başa düşdü ki, iki nəfər adam Axaşveroşu öldürməyə hazırlaşır.

Mordokay bilirdi ki, hiyləgər sui-qəsdi dayandırmaq üçün nəsə etmək lazımdır. O, bütün şeylər haqqında Esterə xəbər verdi, Ester isə bunu padşaha çatdırdı.

Əgər sən artıq Məsihə etibar etmisənsə, onda bunun necə baş verdiyini xatırlaya bilərsən?

Ötən dərsdə, bu mövzuya uyğun verilmiş materialı qısaca təkrarlayın.

Əgər sən Allahın övladısansa, onda Mordokay kimi Allaha sadiq olmalısan. Sadiq olmaq – hətta çətin də olsa belə, Allahın istədiyini eləmək deməkdir. Elə anlar gələcək ki, sən pisliyə qarşı çıxmalı olacaqsan. Ola bilsin ki, sənin bəzi sinif yoldaşların yalnız bir oğlana, Mehdiyə pis yanaşırlar. Onlar ona lağ edirlər, ələ salırlar, onunla oynamırlar. Onlar səninlə oynayırlar, Mehdi ilə isə oynamaq istəmirlər. Əgər sən məsihçisənsə, sən nə etməlisən?

Qoy uşaqlar cavab versinlər. Əgər sən Allahın istədiyi kimi hərəkət etməyə hazırlaşırsansa,

onda sakitcə deyə bilərsən: “Mən fikirləşirəm ki, mən Mehdini öz komandamıza götürməliyəm”. Ola bilsin ki, sən Mehdi ilə oynaya-caqsan və başqalarına göstərəcəksən ki, ona qarşı mehriban olmaq istəyirsən. Allahın övladları pisliyə qarşı laqeyd olmamalıdırlar, lakin onu dayandırmağa çalışmalıdırlar. Mordokay kimi Allaha sadiq ol.

Padşah sui-qəsd haqqında öyrəndi. Diqqətlə axtarış aparıldı. İki günahkar tapıldı və asıldılar.

Bütün hadisələr padşahın gündəlik kitabında qeyd olunurdu. Və Mordokayın adı kitaba yazılmışdı. Lakin padşah, yəqin ki, onun adına fikir verməmişdi, çünki, adətən, göstərilən qulluğa görə verildiyi kimi, Mordokay heç bir mükafat, yaxud hədiyyə almamışdı. Adətən, əgər sən Allaha sadiq qalırsansa, heç kim sənə “çox sağ ol” demir və səni alqışlamır.

Tofiqin başqalarının bağına girən və dadlı qırmızı almaları yığan dostları var idi.

“Ay Tofiq, almanı tut. Çox dadlıdır.” “Yox, sağ ol”, - Tofiq sakitcə cavab verdi. “Niyə götürmürsən ki?” – onun dostları bilmək istədilər. “Mən oğurlanmış almaları heç yemək istəmirəm,” - Tofiq izah etdi. “Hə, belə de, Tofiqçik – dostları onu ələ salmağa başladılar. – Onda burdan get, bizə belə müqəddəs lazım deyil, düzdür, uşaqlar?”

MHI

MHİ

“Mordokay kimi Allaha sadiq ol” mərkəzi həqiqətinin kartoçkasını göstərin.

Uşaqlardan xahiş edin ki, Mordokayın adını balaca qeyd kitabçasına yazsınlar və onu örtsünlər. Kitabçanı 4-cü dərsə qədər saxlayın.

Page 19: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

1919

Tofiq kədərlənmiş halda evə getdi – o, bu uşaqlarla oynamağı xoşlayırdı. Amma yenə də o bilirdi ki, Allaha itaət etmişdir və Rəbbə xoş idi ki, Tofiq Ona sadiq idi. Allahı sevindirmək insanları sevindirməkdən daha vacibdir. Müqəddəs Kitab deyir:

”İnsana deyil, Allaha itaət etmək daha vacibdir” (Həv.iş. 5:29).Mordokay məhz belə etmişdir

Fleşkart 2-2 Bir müddət keçəndən sonra padşah Axaşveroş öz yaxınlarından

biri olan Hamanı ucaltdı və onu bütün knyazlardan üstün qoydu. Padşahın özü bütün qulluqçularına əmr etdi ki, qürurlu Hamanın qarşısında and içsinlər.

Fleşkart 2-4 Haman darvazalardan keçəndə, bütün padşah qulluqçuları onun

qarşısında yerə qədər baş əyirdilər. Bu, qürurlu Hamanın, yəqin ki, necə də xoşuna gəlirdi! Amma adam var idi ki, o baş əymirdi. Bilirsən kim? Düzdür, Mordokay.

Müqəddəs Kitab Mordokayın nə üçün baş əymədiyini demir, amma mən fikirləşirəm ki, ona görə ki, Mordokay hiss edirdi ki, Ha-mana baş əyməyə onu məcbur edirlər. Bunu isə o, edə bilmirdi. Allahın əmrində deyilir: “Məndən başqa allahların olmasın” (Çıxış 20:3). Allahın xalqı Allahdan başqa heç nəyə və heç kimə baş əyə bilməzdi. Mordokay, əlbəttə, başa düşürdü ki, baş əyməkdən imtina edərək, o, özünə fəlakət gətirə bilər. Amma o, çətin də olsa belə, Allaha sadiq və Ona itaətli olmaq istəyirdi. Allah səndən də məhz bunu gözləyir, əgər sən – Onun övladısansa. O istəyir ki, sən Onun əmrlərinə itaətli olasan və öz əməllərinlə Ona məxsus olduğunu göstərəsən. Allaha sadiq olmaq – hətta çətin belə olsa, Ona itaətli olmaq deməkdir.

Tutaq ki, sən öz dostlarınla küçədə oynayırsan. Atan sənə dedi ki, axşam 6-da evə gələsən. Amma oyun hələ qurtarmayıbdır, dostlar isə yola gətirirlər: “Hə yaxşı, bir az da oynayaq”. Allahın əmri elan edir: “Ata-anana hörmət et” (Çıxış 20:12a). Əgər sən Allaha sadiq qalmaq istəyirsənsə, onda deməli olacaqsan: “Bağışlayın, amma mən getməliyəm”. Ən gözəl şey isə, Allahın Ona sadiq qalması üçün güc verməsidir. O, düzgün hərəkət etməkdə sənə həmişə kömək edəcəkdir. O, Öz övladlarına sadiqdir, bax buna görə onlar, Ona sadiq qala bilirlər. Mordokay bundan əmin ola bilirdi.

Fleşkart 2-3 Mordokay Hamana baş əyməyəndə, padşah qulluqçuları onu

məzəmmət etdi: “Sən nə üçün padşah əmrinə itaət etmirsən?” Amma o, and içməkdən imtina etdi.

Onda onlar Hamana çatdırdılar: “Mordokay sənə and içməyəcəkdir; o – yəhudidir”. Mordokay haqqında bilirdilər ki, o, yəhudidir. Bəs sənin haqqında bilirlərmi ki, sən məsihçisən? Kimsə səndən soruşubdurmu: “Nə üçün sən dirilmə toplantısına gedirsən?” Sən başa salmısan ki, sən məsihçisən? Sənin ailən, valideynlərin, qardaşların və bacıların bilirlərmi ki, sən Müqəddəs Kitabı ox-uyursan, yaxud ev işlərində kömək edirsən, məhz ona görə ki, sən məsihçisən? Əgər sən Allaha sadiq olmaq istəyirsənsə, deməli, sənin əməllərin və hərəkətlərin sənin məsihçi olduğunu göstərməlidirlər. Biz Allahın Sözündə oxuyuruq: “Sizsiniz şahidlərim” (Yeş. 43:12). Əgər sən şahid olmaq istəyirsənsə, onda məsihçi olduğunu sirr sax-laya bilməzsən.

MHİ

Uşaqlar hekayənin bu hissəsini həvəslə oynayacaqlar.

Allahdan diləyin ki, sizin öyrətdiyiniz imanlı uşaqların həyatına bu həqiqətləri prak-tikada göstərməyin yolunu sizə göstərsin.

İman edən uşağa “Sən Al-laha itaətli olmalısan və hətta çətin olsa belə, məsihçi kimi qalmalısan” tətbiqi olan kartoçkanı göstərin.

İman etmiş uşaq üçün tətbiq olan kartoçkanı göstərin.

Ayələri öz Müqəddəs Kitabınızdan (özünüz, ya da şagirdlərdən kimsə) oxuyun.

Ayəni öz Müqəddəs Kitabınızdan (özünüz, yaxud şagirdlərdən kimsə) oxuyun.

Ayələri öz Müqəddəs Kitabınızdan (özünüz, ya da şagirdlərdən kimsə) oxuyun.

Sizin qrupunuzdakı imanlı uşaqları

Allahın işlərini görməyə həvəsləndirin. Allahın Onun işini müdafiə etməkdə onlara necə əminlik verməsində Onun ilahi-qüvvəsinin rolunu başa düşməkdə kömək edin.

MHİ

Page 20: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

20

Ola bilsin ki, sənin üçün Allaha sadiq qalmaq çox çətindir. Sən kimləsə bu haqda danışmaq istərdin? Səninlə söhbət və dua etməyə şad olardım. Dərsdən sonra mənə yaxınlaş (yeri göstərin) və danış. Sənin Mordokay kimi Allaha sadiq olmağın çox vacibdir.

Haman başa düşəndə ki, Mordokay ona and içməyəcəkdir, o, çox qəzəbləndi. Qəddar və qəzəblə, o, qisas almağı qərara aldı. Amma ona elə gəlirdi ki, onun bacarmadığı bir adamı məhv etmək çox azdır və buna görə də o, bütün yəhudi xalqını məhv etməyi qərara aldı.

Fleşkart 2-5 O, püşk atmaq və bu hiyləgər fikri həyata keçirməyin ən

yaxşı vaxtını öyrənmək üçün öz müdriklərinin yanına tələsdi. Nəhayət, püşk on ikinci ayın on üçüncü gününə düşdü. Amma fars xalqı bilmirdi ki, püşk yox, məhz Allah bütün vaxtı idarə edirdi. Haman əmin idi ki, onun yəhudilərə qarşı olan planı həyata keçəcəkdir.

Amma hər şeydən əvvəl o, padşaha öz planları haqqında deməli idi və bunu çox bicliklə etməli idi: “Ay padşah Axaşveroş, sənin imperiyanda başqalarına qarışmayan bir xalq vardır. Onların qanunları başqa xalqlarınkından fərqlənir və on-lar padşahın qanunlarını yerinə yetirmirlər. Əlbəttə, ay padşah, bunu belə qoymaq olmaz. Amma əgər padşaha məqbuldursa, onda qoy onları məhv etmək əmri verilsin. Mən sizə on min tal-ant gümüş verəcəyəm ki, xərcləri ödəyəsiniz”. Hiyləgər Haman demədi ki, o, məhz yəhudiləri qırmaq istəyir.

Padşah Axaşveroş Hamanın hiyləgərliyi haqqında heç şübhələnmədi də. O, bu planla razılaşdı və hətta öz üzüyünü də çıxartdı və onu Hamana verdi. Bu, o demək idi ki, Haman padşahın üzüyü ilə yəhudilərə qarşı əmri möhkəmlədə bilərdi. Və bu əmr padşah Axaşveroşun əmrinə çevrilirdi ki, onu da dəyişdirmək olmazdı.

“Sən bütün bu pulları ödəməli olmayacaqsan, - Haman padşaha dedi. – Bu xalq ilə istədiyin kimi et”.

İş Hamanın hətta təxmin etdiyindən də daha yaxşı getdi. Haman padşah üzüyü taxdığına görə, tezliklə qanunlar

yazıldılar və padşah möhürləri ilə möhürləndilər.

Fleşkart 2-6 Qasidlər bu əmri bütün qüdrətli imperiyaya yaydılar.

Farslarda məlumatı tez çatdırmaq üçün gözəl üsul var idi. Qasidlər müəyyən məsafədə cəld atlarda, qatırlarda, yaxud da dəvələrdə çapırdılar, sonra isə gümrah qaçağan atlarda onları digər qasidlər əvəz edirdilər və daha uzağa çapırdılar, sonra isə onları da yeni qasidlər əvəz edirdilər. Bu yolla bütün xəbərlər çox tez çatdırılırdı. Bu dəfə xəbər çox kədərli idi. Qanunda dey-ilirdi ki, on ikinci ayın on üçüncü günü bütün yəhudilər məhv olmalı idilər. Bu dəhşətli günə qədər 11 aydan az qalırdı.

İmkan dairəsində özünüz ilə möhür üzüyü, yaxud da məktubları möhürləmək üçün möhür gətirin. Əgər vaxt varsa, bu prosesi mumun, ya da plas-tilinin köməkliyi ilə nümayiş etdirmək olar. Bu əşyalara bax-maq uşaqların xoşuna gəlir.

Uşaq ilə fərdi söhbətə hazır olun.

Page 21: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

2121

Bu xəbər paytaxt Şuşan şəhərinə çox tez yayıldı. Yəqin ki, yəhudilər sarsılmışdılar – on ikinci ayın on üçüncü günü onların hamısı ölməli idilər.

Bütün bu bəlaları yəhudilərin üzərinə gətirməkdənsə, Mordokayın Hamana səcdə etməsi daha yaxşı olmazdımı? Əgər Mordokay öz ürəyinin dərinliyində Hamanın qarşısında səcdə etməyin ona səcdə etmək olduğunu bilsəydi, Allaha qulaq as-maqla o düz etdi. Biz Müqəddəs Kitabın nə dediklərini bildik: “İnsana deyil, Allaha itaət etmək daha vacibdir”. (Həv.iş. 5:29). Biz belə hərəkət etməliyik, əgər bu, çətin olsa belə. Bu, Allaha sadiq olmaq deməkdir. Amma yadda saxla ki, Allah sənə kömək edəcəkdir. Məsələ çox pis olanda, O, səni möhkəmləndirəcəkdir. Allaha sadiq ol, çünki O, sənə sadiq olmağı vəd edir. “Qorxma, çünki Mən səninləyəm,

Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm” (Yeş. 41:10a). Sənə çətin olanda, bu gözəl vədi xatırla.

Mordokay bu dəhşətli xəbəri eşidəndə, öz paltarlarını cırdı, çula büründü və başına kül tökdü. Müqəddəs Kitab dövrdündə böyük kədər əlaməti olaraq adamlar çul (sərt gişdən olan köhnəlmiş pal-tar) geyinərdilər. Mordokay Şuşan şəhərinin mərkəzinə çıxanda, kədərindən qışqırırdı.

Bu dəhşətli əmr göndəriləndən sonra padşah və Haman nə etdilər? Heç bir şey, axı onlar üçün hər şey əvvəlki kimi qalırdı. Nə Haman, nə padşah Axaşveroş bu yeni qanunun sarayın həyatına necə təsir göstərəcəyini bilmirdi. Ester öz sirrini qoruyurdu. Son-ra nə baş verəcəyini bilmək üçün isə, biz hələ gözləməliyik.

Amma əgər sən Allahın övladısansa, onda Allaha itaət etməni xatırla. Məsihçi olduğunu deməkdən utanma. Allah üçün yaşa. İşlər hətta pis getsə belə, Mordokay kimi sadiq ol. Allah sənə sadiq olacaqdır. Müqəddəs Kitab bizə deyir: “Allah sadiqdir”. (1 Kor. 1:9).

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Mordokay padşahın həyatını necə xilas etdi? (Esterə padşahı

öldürmək barədə sui-qəsd haqqında danışaraq.)2. İnsanlar nə üçün Hamanın qarşısında and içməli idilər? (O,

ən vacib padşah əyanlarından biri idi və padşah belə əmr etmişdi.)

3. Dostların sənin düzgün olmayan hərəkət etməyini istəyəndə, Allah səndən nə gözləyir? (Sən Onun əmrini yerinə yetirəsən və öz davranışınla Ona məxsus olduğunu göstərəsən.)

4. Necə fikirləşirsən, nə üçün Mordokay Hamana and içmək istəmirdi? (Mordokay yəhudi idi, Allah isə yəhudilərə Ondan başqa heç kimə səcdə və and içməmələrini əmr etmişdi.)

5. Haman Mordokayın ona and içmək istədiyini biləndə o, nə etmək istədi? (Onu və bütün digər yəhudiləri öldürmək.)

Təkrarlamaq üçün oyunTapmaca–ifadə “Allaha sadiq qalın” sözünü böyük vərəqdə yazın və onu on iki hissəyə bölün. Əgər uşaq suala düzgün cavab verirsə, o, tapmacanın hissələrindən birini götürür və onu yerə, yaxud da masanın üstünə qoyur. (Əgər sizin qrup böyükdürsə, tapmacanın hissələrinin əks tərəfinə kağız parçasının hissələrini, yaxud da flanel yapışdırn və onları flanelə tarımlanmış kiçik bir lövhəyə toplayın. Daha yeni hissələri birləşdirdikcə, qoy uşaqlar ifadəni tapmağa çalışsınlar. Bütün suallar verilənə qədər davam edin.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Öz Müqəddəs Kitabınızdan ayəni oxuyun (özünün, ya da şagirdlərdən kimsə).

MHİ

MHİİman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin.

Page 22: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

22

6. Allaha sadiq olmaq nə deməkdir? (Hətta çətin də olsa belə, Allahın səndən istədiyini etmək.)

7. Bütün yəhudiləri öldürmək üçün günü seçmək üçün püşk atan-da, bütün baş verənləri, əslində, kim idarə edirdi? (Allah.)

8. Padşah Hamana istədiyi qanunu verməyə icazə verməyinin nişanı olaraq nə verdi? (Padşah Hamana möhür olan üzüyünü verdi və dedi ki, Haman yəhudilər barəsində istədiyi qanunu verə bilər.)

9. Necə fikirləşirsən, nə üçün bu qanun yazıldı və ölkənin bütün tərəflərinə çatdırıldı? (Ona görə ki, hər bir insan qanun haqqında bilsin.)

10. Nə üçün yəhudilər fikirləşə bilirdilər ki, Allah onların qayğısına qalmağı dayandırmışdır? (Qanunda deyilirdi ki, onların hamısını öldürmək lazımdır.)

11. Əgər sən fikirləşirsən ki, Allah sənin qayğına qalmır, onda nə etməlisən? (Allaha sadiq qalmaq – Ona inanmaq və bilərək ki, O, sənin qayğına qalır, Ondan sənə cəsarət və güc verməsini diləmək.)

12. Yeremya 29:11-də nə deyilir? (“Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək ver-im.”)

Page 23: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 3

MÜQƏDDƏS KƏLAM

Ester 3:15b - 5:2

MƏRKƏZİ HƏQİQƏTAllah Öz övladlarını eşidir və onların dualarına cavab verir TƏTBİQİman edənlərə: Sən Allah ilə tez-tez

danışmalısan və özünün bütün problemlərin haqqında Ona danışmalısan

yADDA SAXLAMAQ ÜÇÜN AyƏ“Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq”. Məzmur 34:16ƏyANİ VƏSAİT• Fleşkartlar: 3-1, 3-2, 3-3, 3-4, 3-5, 3-6 və 4-1. Kartoçkalar: “Allah Öz övladlarını eşidir və

onların dualarına cavab verir”. (mərkəzi həqiqət) və “Sən Allah ilə tez-tez danışmalısan və özünün bütün problemləri haqqında Ona danışmalısan” (iman edən uşaqlar üçün tətbiq).

• Kisə parçası, yaxud da digər qalın kobud parça.• Hökmdar əsasının təsviri, yaxud da modeli.

DƏRSİN PLANi

Giriş

“Xəbər çox tez yayıldı.

Hadisələrin gedişatı

1. Yəhudilər ağlayır və oruc tuturlar. MH

2. Ester Mordokayın kədəri haqqında bilir.

3. Ester Mordokayın paltarlarını göndərir.

4. Mordokay onları qəbul etmir.

5. Ester Hatakı Mordokayın yanına göndərir.

6. Hatak Mordokaydan xəbəri Esterə çatdırır.

7. Ester padşahın yanına getməkdən

qorxur. MHİ

8. Ester Mordokaya çatdırır: “Mən bunu edə bilmərəm”. MHİ

9. Mordokay cavab verir: “Sən etməlisən”.

MHİ

10. Ester getməyi qərara alır. MHİ

11. Yəhudilər və Ester oruc tuturlar. MHİ

Kulminasiya

Ester daxili saraya daxil olur.

Yekun

Padşah öz hökmdar əsasını uzadır. MHİ

23

Kömək çağırışı

Page 24: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

24

Müjdənin izahı Kömək üçün hara getməli

Əgər sənin problemin yaranıbsa, kömək üçün hara müraciət etməyi bilmək çox vacibdir. Baxaq görək, bu problemlərdə haradan kömək axtaracağını bilirsənmi?

Qoy dörd uşaq irəli çıxsın və diş, maşın, kitab və xəstə adam təsviri olan əyani vəsaiti qaldırsınlar. Şəkli göstərin və onları bir-bir müzakirə edin.

Əgər sənin dişin ağrıyırsa, kömək üçün sən hara getməlisən? (Diş həkiminə). Maşındakı nasazlığa kim kömək edə bilər? (Mex-anik). Əgər sən ev tapşırığını necə etməyi başa düşmürsənsə, kimə müraciət etməlisən? (Müəllimə, valideynə, yaxud da səni hazırlaşdıran müəllimə). Əgər sən xəstələnmisənsə, kim sənə kömək edə bilər? (Həkim).

Maşını düzəltmək üçün sən diş həkiminə gedəcəksənmi? Necə fikirləşirsən, mexanik səni sağalda bilər? Həkimdən xahiş edəcəksən ki, sənə ev tapşırığını izah etsin?

Hər bir sualı qısaca müzakirə edin. Əgər sənin problemin varsa, sənə həqiqətən kömək edə biləcək

kəs lazımdır!Qoy dörd uşaq kartoçkaları sizə qaytarsınlar və öz yerlərinə

otursunlar. Tünd ürəyi göstərin. Əgər sənin problemin günahdırsa, onda necə etməli? Necə

fikirləşirsən, burada belə problem ilə kimsə var? Qoy uşaqlar suala cavab versinlər. Müqəddəs Kitabda deyilir: “Doğrudan da, yer üzündə elə saleh

adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin” (Vaiz 7:20). Bizlərdən

heç kim deyə bilməz: “Mənim günah ilə problemim yoxdur”. Bizim hamımız pis şeylər fikirləşəndə, deyəndə və edəndə Allahın qanu-nunu pozmuşuq. Misal üçün sizin yaşdakı oğlan və qızlar necə gü-nah işlədə bilərlər?

Bu sualı qısaca müzakirə edin. Günah – bizim dünyaya çoxlu ağrı gətirən dəhşətli problemdir.

Həmçinin, günah bizi Allahdan ayırır və əgər heç kim kömək etməsə, onda günah sənin Göylərə düşməyinə izin verməyəcəkdir.

Sənin günah problemini həll etməkdə kim sənə kömək edə bilər?

Çarmıxı göstərin. Bunu yalnız Allah edə bilər! Səni yaradan və sevən Allah. O bil-

irdi ki, öz günah problemini həll etmək üçün sən heç vaxt və heç nə edə bilməzsən. Buna görə də çarmıxda ölərək sənin günahını ödəmək üçün Allah Öz yeganə Oğlu, Rəbb İsa Məsihi göndərdi. İsa ölümə layiq deyildi. O, qanını axıtdı və çarmıxda öldü ki, sənin və mənim günahımı ödəsin. İsanın bədəni məzarda dəfn edilmişdir, amma üç gündən sonra O dirildi. Və bu gün O, sağdır və Göylərdədir.

Əgər sən hələ də Rəbb İsadan, Allahın Oğlundan sənin günahlarını bağışlamasını diləməmisənsə, onu bu gün etməyin lazımdır. Yalnız O, sənin günahlarını bağışlaya və sənə Allahı tanımaq imkanı verə bilər ki, bir gün sən Onunla Göylərdə ola biləsən. Bizim dərsimizə diqqətlə qulaq as ki, bu haqda daha çox biləsən.

Aşağıda göstərildiyi kimi, altı dənə əyani vəsait düzəldin: diş, maşın, kitablar, xəstə adam, qara ürək və qırmızı çarmıx.

Page 25: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

2525

MH

DərsFleşkart 3-1

Padşahın əmri çox tez yayıldı. Yəhudilər on ikinci ayın on üçüncü günü onlarla baş verəcək şeyləri bilən kimi, qışqırıq, ağlaşma və hönkürtü qalxdı. Yəhudilər cır-cındıra büründülər və oruc tutmağa başladılar, yəni yemək yeməyi dayandırdılar. İnsanlar əgər kömək üçün Onu çağıraraq həqiqətən Allahla ünsiyyətə diqqətlərini yönəltmək istəyirlərsə, oruc tuturlar.

Yəhudilər bilirdilər ki, yalnız Allah onları fəlakətdən xilas edə bilərdi. O günlərdə bir çox yəhudi kömək üçün Rəbbi çağırırdı. Onlar bilirdilər ki, keçmişdə Allah Öz xalqının duasını eşitmişdir. Müqəddəs Kitab deyir ki, Allah həmişə eynidir. Övladları duada Ona müraciət edəndə, O eşidir və onların dualarına cavab verir. Onun övladlarından biri Müqəddəs Kitabda belə sözlər yazıbdır: “Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cav-ab verir” (Məz. 3:4). Yalnız Allahın övladları əmin ola bilərlər ki, Allah onların dualarını eşidir və cavab verir. Bəs sən Allahın övladısanmı? Sən Rəbb İsanı öz Xilaskarın və Rəbbin kimi qəbul edəndə, Allahın övladı olursan. Əgər sən bunu etmisənsə, Allah sənin sevən Səmavi Atandır. Sən Onunla söhbət edəndə, O, bunu sevir. O, həmişə sənə qulaq asır. O, o qədər böyük və qüdrətlidir ki, həmişə sənə kömək edə bilər.

Bir dəfə bu həqiqət artıq Rəbb Məsihə etibar etmiş bir oğlan üçün həqiqət olmuşdur. O, anası və atası ilə şəhərdən uzaqda, sahib-siz bir fermada yaşayırdı. Həmin gecə onun atası ciddi xəstələndi, anası isə oğlundan şəhərdə yaşayan həkimi çağırmasını xahiş etdi. Onların zəng etmək üçün telefonları yox idi, bu isə o deməkdir ki, oğlan gecə vaxtı atla şəhərə getməli idi. Artıq qaranlıq düşmüşdü və o qorxurdu. Amma anası təkid edirdi və nəhayət, o, Allahdan ona kömək etməsini xahiş etdi. Oğlan ata mindi və bütün yolu şəhərə çapana qədər dayanmadan dua etdi. Allah onu qorudu. Həkim fer-maya qədər gedib çata bildi və oğlanın atasına kömək etdi. Həmin gecə oğlan xüsusi yolla dərk etdi ki, Allah Öz övladlarının dualarını eşidir və cavab verir.

Yəhudilər bilirdilər ki, onların bu fəlakət və kədər vaxtı Alla-ha ehtiyacları var. Allah üçün Onun həll edə bilməyəcəyi heç bir böyük problem yoxdur, o ki qalmışdı Hamanın şər sui-qəsdi ola.

Amma sarayda şahzadə Ester Hamanın qəddar planları haqqında heç bir şey bilmirdi. O, hətta onun xalqı ilə baş verən şeylər haqqında da heç bir şey eşitməmişdi. Əlbəttə ki, o, yəhudi olduğu barədə öz sirrini qorumağa çalışırdı.

Bir dəfə onun qulluqçusu qəribə bir xəbər gətirdi: “Şahzadə Es-ter, yəhudiləri kədərləndirən bir şey baş vermişdir. Onlar çox qorx-ublar. Onlar cır-cındıra bürünüblər və kül içində oturublar. Hətta Mordokay da dəhşətli cın-cındır geyinərək, saray darvazalarından

Çul (cır-cındır) – bu, keçi yu-nundan hazırlanmış qalın kobud materialdır. Çula bürünmək, başa kül tökmək və yüksəkdən ağlamaqla farslar və yəhudilər, adətən, öz kədərlərini ifadə edirdilər. Uşaqların kisəyə, yaxud digər qalın kobud materiala toxunmaları yaxşı olar.

Mərkəzi həqiqətin olduğu kartoçka: “Allah Öz övladlarının duasını eşidir və cavab verir”.

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, ya da şagirdlərdən kimsə).

Page 26: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

26

bayırda dayanıbdır”. Necə ki, indiki zamanda onların sevdiyi adamlardan kimsə öləndə matəm əlaməti olaraq insanlar qara geyinirlər, o günlərdə kədər və qəm əlaməti olaraq, cır-cındır geyinmək və kül içində oturmaq qəbul edilmişdi.

Şahzadə bunu eşidəndə çox kədərləndi. Onun qulluqçularına, yəqin ki, onun nə üçün belə etməsi maraqlı idi; amma qulluqçular şahzadəyə suallar vermirlər!

“Nə baş verib? – şahzadə Ester fikirləşirdi. – Kaş ki, mən Mor-dokayla danışa bilsəydim, amma bu, mümkün deyil. Amma mən bunu aydınlaşdırmalıyam və Mordokaya kömək etməliyəm.”

Fleşkart 3-2 Narahat olmuş şahzadə yaxşı paltarlar tapdı və qulluqçulardan

onları Mordokaya aparmasını xahiş etdi. “Ona de ki, onları geyin-sin deyə, o, əmr etdi və öz cır-cındırını çıxartsın.”

Qulluqçu Mordokayın yanına tələsdi. Amma Mordokay paltarları götürmədi. Və qulluqçu Esterin yanına qayıtdı.

“Nə üçün sən bu paltarı geri gətirdin? Nə üçün Mordokay onları götürmədi?”- deyə qəmli şahzadə soruşdu. Qulluqçu cavab verdi ki, Mordokay imtina etdi, amma heç bir şey izah etmədi. Şahzadə hiss etdi ki, nəsə dəhşətli bir şey baş verir. O, bunu aydınlaşdırmalı idi.

O, qulluqçulardan biri olan Hatakı çağırdı. “Sən Mordokayın yanına getməli və nəyin baş verdiyini öyrənməlisən”, - Ester əmr etdi.

Fleşkart 3-3 Hatak Mordokayın yanına tələsdi və şahzadənin sözlərini ona

çatdırdı. Mordokay eşidəndə ki, şahzadə yəhudilərin böyük kədəri haqqında bilir, yəqin ki, böyük yüngüllük hiss etdi.

“Hatak, sən hər şeyi şahzadəyə danışmalısan, Mordokay cav-ab verdi. Mən Hamana and içməkdən imtina etmişəm. O, çox qəzəbləndi və yəhudiləri qırmasını əmr etdi. Haman hətta padşaha çoxlu gümüş ödəyəcəyini də vəd edibdir. Budur! Bunu şahzadə Esterə danış.”

Mordokay, Hataka bütün padşahlığa göndərilmiş Hamanın əmrini çatdırdı. “Hatak, sən şahzadə Esterə deməlisən ki, o, padşahın yanına getsin və bizim xalqımız üçün ona yalvarsın. Sən ona başa salmalısan ki, bu, çox vacibdir.”

Hatak suallar verməyi dayandırdı.

Fleşkart 3-4O, Esterin səbirsizliklə onu gözlədiyi saraya tələsdi. “Şahzadə

Ester! – Hatak tez danışdı, - Mordokay və bütün yəhudilər üçün çox pis xəbər var! Onlar on ikinci ayın on üçüncü günü ölməlidirlər. Budur, Mordokayın verdiyini oxu.”

Əmri oxuduqda şahzadənin rəngi qaçdı. “Şahzadə Ester, Hat-ak davam etdi, sən padşah Axaşveroşun yanına getməlisən və ona yalvarmalısan ki, yəhudiləri məhv etməsin. Mordokay deyir ki,

Uşaqlar böyük həvəslə Hatakla Mordokayın görüşünü oynaya-caqlar.

Page 27: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

2727

sən bunu etməlisən!”“Yox!” – şahzadə qışqırdı. O qorxmuşdu və hiss edirdi ki,

bunu etməyə cürət etməz. Maraqlıdır, Ester xatırlayırdımı ki, Allah ona cəsarət verə

bilər? Xatırlayırdımı ki, bütün problemləri Ona gətirmək lazımdır? Əgər Rəbb sənin Xilaskarındırsa, onda sən – Allahın övladısan və öz Səmavi Atana öz qorxuların haqqında danışmalısan. Məzmur 50:15-də biz oxuyuruq: “Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, sən də Məni şərəfləndirəcəksən.” Sənin pis hadisən nə olsa da, ola bilsin ki, sənin dostların səninlə dostluq etmirlər, yaxud sənin atan işini itiribdir, kimsə sənə pis, xoşagəlməz sözlər deyib-dir, - bu haqda öz Səmavi Atana danış. O, kömək edəcəkdir və sən Onu izzətləndirəcəksən. Nədənsə qorxanda, öz problemlərin və ehtiyacların haqqında Allah ilə danışmağı unutma. Elə görünürdü ki, Ester bunu unutmuşdu.

“Hatak, o dedi, sən dərhal Mordokayın yanına getməli və bu sözləri ona çatdırmalısan. Hər bir kəs bilir ki, padşahın yanına daxili saraya girən istənilən adamı, kişini, yaxud qadını, o özü çağırmazsa, bir hökm gözləyir – ölüm. Yalnız padşahın öz qızıl hökmdar əsasını uzadacağı adam, sağ qalacaqdır” (Hökmdar əsası – padşahın səlahiyyət rəmzidir). “Bu, qanundur, Hatak, Ester da-vam etdi və həmçinin, Mordokaya de ki, mən artıq 30 gündür ki, padşahın yanına çağırılmıram.”

Ester, həlli mümkün olmayan kimi görünən problemlər haqqında fikirləşirdi. Amma sənin problemlərin yarananda, yadda saxla ki, Allah hər şeyə qadirdir. Onun üçün çox çətin olan heç bir şey yoxdur. O, bütün səlahiyyətə malikdir, O, istədiyi hər şeyi edə bilər. Bu, məhz sənin Səmavi Atan olan Allahdır, əgər Rəbb İsa sənin Xilaskarındırsa. Hər şeyə qadir, həmçinin, Esterin də Allahı idi, amma həmin an o, Allahdan çox öz problemləri haqqında fikirləşirdi.

Hatak yenidən Mordokayın yanına gedəndə, Ester, yəqin ki, fikirləşdi ki, onun əmisinin oğlu onu başa düşəcəkdir.

Hatak Mordokayı tapdı və şahzadənin sözlərini ona danışdı. “O, artıq 30 gündür ki, padşahın yanına çağırılmır”, - Hatak öz cümləsini bitirdi. Həqiqətən də, şahzadənin sözləri o demək idi ki, o, padşaha müraciət edə bilməz.

Fleşkart 3-5 Amma Mordokay təslim olmadı. “Hatak, - o, sərt şəkildə dedi, - Esterə cavabı çatdır: “Fikirləşmə

ki, sən padşah evində yaşadığına görə xilas olacaqsan. Əgər sən də padşaha heç bir şey deməsən, yəhudilər xilas olacaqlar. Amma sən və sənin evin məhv olacaqdır. Və kim bilir, öz xalqını xilas etmək üçün sən şahzadə olmamışdınmı?” Mordokay istəyirdi ki, Ester başa düşsün ki, Allahda Öz övladları üçün xüsusi plan var. Onun padşah sarayında olmasını Allah qabaqcadan nəzərdə tutmamışdırmı?

Biz artıq bilirik ki, hər bir imanlı üçün Allahın niyyəti var. O, ailədə, məhəllədə, məktəbdə bizi müəyyən yerə qoyur ki,

MHİ

Sizin qrupunuzdakı uşaqlar üçün aktual olan misallardan istifadə edərək bu tətbiqi çox praktik edin.

İman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin: “Sən tez-tez öz Səmavi Atan ilə söhbət etməli və bütün öz problemlərin haqqında Ona danışmalısan.”

Uşaqlar üçün təsvirə, yaxud da hökmdar əsası modelinə baxmaq maraqlı olacaqdır.

MHİ

MHİ

Page 28: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

28

xüsusi yolla bizdən istifadə edə bilsin. Kənan Nizami küçəsində yaşayırdı. O, məsihçi idi. Bir dəfə

məhəllədə içindən kişi və qadın düşən bir maşın dayandı. Onlar bu məhəllədə xüsusi uşaq toplantısı keçirmək istəyirdilər, amma uşaqların harada yaşadıqlarını bilmirdilər. Kənanı görərək, onlar ondan kömək istədilər. Kənan sevinərək razılaşdı. Onlar evlərə getməyi bitirdikdən sonra kişi Kənana dedi: “Mən fikirləşirəm ki, Allah sənin əvvəlcədən burada yaşamağını nəzərdə tutmuşdur. Sənin sayəndə biz uşaqlara dəvətnamələri paylaya bildik. Çox sağ ol.” Kənan bu fikirdən çox şad idi ki, Allah onun harada yaşamasını əvvəlcədən nəzərdə tutmuşdur.

Saraya qayıdaraq, Hatak hər şeyi Esterə danışdı. Sadəcə olaraq, dəvətsiz padşahın yanına getmək fikri onu çox qorxudur-du. Amma o, cəsarətlə qərara gəldi ki, əgər həyatdan məhrum olsa belə, öz xalqını xilas etməyə cəhd etməlidir.

Fleşkart 3-6 O, Mordokaya cavab göndərdi: “Şəhərdə olan bütün yəhudiləri

topla. Mənə görə oruc tutun və üç gün nə yeyin, nə də için. Mən və mənim qulluqçularım da sarayda eyni şeyi edəcəyik. Sonra mən padşahın yanına gedəcəyəm və əgər həlak olmalıyamsa, həlak olacağam.”

Ester bilirdi ki, Allayın köməyinə ehtiyacı var. Əgər sən artıq Rəbb Məsihə etibar etmisənsə, sənin də hər bir dəqiqə Allaha ehtiyacın var, elə deyilmi? Ola bilsin ki, sən sinifdə Məsihə inan-an yeganə şagirdsən və hiss edirsən ki, Allah üçün yaşamaq sənə çox çətindir. Bu haqda öz sevən Səmavi Atana söylə. O istəyir ki, sən Ona müraciət edəsən və O, sənə kömək etməyi vəd edir. Ola bilsin ki, sənin evdə problemin var ki, bu haqda heç kimlə bölüşə bilmirsən. Amma onları sən Allah ilə bölüşə bilərsən. O, sənə kömək etmək istəyir və kömək edə bilər. Böyük və kiçik problemlər sənə üstün gəlirlər - onlar haqqında Allaha danış. Müqəddəs Kitabdan ayəni yadda saxla: “Dar gündə Məni çağır, Mən səni xi-las edəcəyəm, sən də Məni şərəfləndirəcəksən”(Məzmur 50:15). Allah o qədər güclü və böyükdür ki, Onun üçün çətin heç bir şey yoxdur. O, Öz övladlarının dualarını eşidir və cavab verir.

Bax buna görə, Ester bilirdi ki, o və onun xalqı Ondan kömək diləməlidirlər.

Mordokay bunu eşidəndə, o, hər şeyi Esterin əmr etdiyi kimi etdi. Üç gün ərzində yəhudilər oruc tutdular və dua etdilər. Onların Allahın köməyinə necə də ehtiyacları var idi!

Digər yəhudilər ilə oruc tutub dua etmək üçün Ester sarayı tərk edə bilmədi, buna görə də o, öz qulluqçularını çağırdı. Ester, padşah Axaşveroşdan və Hamadan daha qüdrətli olan Yeganə Al-lahdan kömək dilədi.

Üç gündən sonra Ester öz şahzadə geyimini geyindi və daxili saraya getdi. Yəqin ki, o, necə də qorxurdu!

MHİ

Üç barmağı qaldırın və məktəbəqədərkilər ilə üçə qədər sayın.

İman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, ya da şagirdlərdən kimsə).

Page 29: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

2929

O, daxili sarayda dayanmışdı. Onun ürəyi əsirdi. O, həyatdan məhrum olacaqdırmı? Yoxsa padşah öz qızıl hökmdar əsası ilə göstəriş verəcəkdir.

O, nəfəsini boğaraq, gözləyirdi. Padşah Axaşveroş öz gözəl şahzadəsini gördü. Onun əlləri qalxdı.

Fleşkart 4-1 Bəli, o, öz qızıl hökmdar əsası ilə Esterə göstəriş verdi. İndi o,

yaxınlaşa və ona müraciət edə bilərdi!Allah Öz xalqının ağlamasını eşitdi! Allahın övladları Ona

müraciət edəndə, O, həmişə onları eşidir. “Biz Onun hüzurun-da ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə, O, bizi eşidir” (1Yəhya 5:14). Bəzən O, bizim fikirləşdiyimiz kimi etmir, amma O, həmişə ən yaxşısını edir. Allahın övladı olmaq və Onun uzun illər əvvəl Öz xalqına cavab verdiyi kimi bizim də dualarımızı eşidib cavab verməsini bilmək necə də gözəldir.

Ester padşaha nə dedi? Qeyri-adi heç bir şey! Amma bunu eşitmək üçün biz gələn dərsi gözləməli olacağıq.

Əgər sən Məsihə etibar etmisənsə, heç vaxt unutma ki, sənin Səmavi Atan sənin duanı eşidir və cavab verir. Sən hər gün Allahla danışırsanmı? Sən öz problemlərin haqqında Ona danışırsanmı? Rəbb İsanı tanımayan dostlarını və qohumlarını xilas etməsini Ondan diləyirsənmi? Yekunda gəlin Allahdan dua etməkdə bizə kömək etməsini diləyək. “Əziz Səmavi Ata, biz Sənə minnətdarıq ki, Sən bizim dualarımızı eşidə bilən və onlara cavab verə bilən Qüdrətli Allahsan. Xahiş edirəm, bizi bağışla ki, bəzən biz Sənə müraciət etmirik və bizə kömək et ki, hər gün duada Sənə müraciət edək. İsa Məsihin adı naminə. Amin.”

MHİİman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin.

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun.

MHİ

İman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin.

Page 30: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Yeni əmri bilərək, Mordokay və digər yəhudilər nə etdilər? (Cır-

cındıra büründülər, ağladılar və oruc tutdular.)2. Mordokay ilə baş verənlərdən Ester necə xəbər tutdu? (Onun

qulluqçularından biri ona dedi ki, yəhudilər böyük kədər içindədirlər və onda Ester qulluqçunu göndərdi ki, Mordokayla danışsın.)

3. Yəhudi xalqını xilas etməkdə kömək etmək üçün Mordokay Esterdən məhz nəyi etməsini xahiş etdi? (Padşahın yanına getsin və onun xalqının həyatını qorusun.)

4. Nə üçün bu, Ester üçün təhlükəli idi? (Padşah onu öz yanına çağırmamışdı, onun yanına dəvətsiz gələn istənilən şəxs isə, edam oluna bilərdi.)

5. Hansı ayədə, əgər başına pis bir hadisə gəlibsə, onda nə etmək barəsində yazılıbdır? (Məzmur 50:15 “...Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, sən də Məni şərəfləndirəcəksən.”)

6. Mordokayın sözlərinə görə, əgər o, padşahın yanına getməsəydi, nə baş verə bilərdi? (O, şahzadə olsa belə, öz xalqını xilas edə bilməzdi.)

7. Esterin yəhudilərin onun üçün dua etməsi xahişi nə demək idi? (Yəni ki, onlar heç bir şey yeməsinlər və içməsinlər və ola bilsin ki, onun üçün dua etsinlər.)

8. Necə fikirləşirsən, nə üçün Ester istəyirdi ki, yəhudilər dua etsinlər? (Cəsarət toplamaq və onun danışmasına izin verməsi üçün padşahın yanına getməsi üçün ona Allahın köməyi lazım idi.)

9. Hansı pis hadisələrdə və problemlərdə oğlanlara və qızlara da dua etmək lazım gəlir? (Cavablar müxtəlif ola bilərlər. Dərsə çəkilən misallar: qorxular, sənin dostun artıq səninlə dostluq etmək istəmir, sənin atan işini itiribdir, kimsə sənə pis və ürəksındıran şeylər deyir və sənə Allah üçün yaşamaq çətindir.)

10. Ester öz xalqı üçün nə etməyi söz verdi? (Padşahın yanına getmək və onların həyatlarını qorumasını xahiş etmək.)

11. Necə fikirləşirsən, Allah hansısa problemi həll etməkdə sənə kömək etdikdən sonra, nə etmək lazımdır? (Ona minnətdarlıq etmək və Onun sənin duana necə cavab verdiyi haqqında başqalarına da danışmaq.)

12. Məzmur 34:16-da nədən danışılır? (“Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq.)

30

Təkrarlamaq üçün oyun

Duanı seç Səhifə 52-dəki ayələrin surətlərini çıxardın, onları kəsin və paketə qoyun. Uşaqları iki komandaya ayırın. Əgər uşaq suala düzgün cavab veribsə, o, paketdən ayəni çıxardır və onu yüksəkdən oxuyur. Sonra komanda öz xallarını hesablayır, cəm sitatdakı rəqəmlərlə bərabərdir (misal üçün, “Yeremya 33:3” 33+3=36 xaldan ibarətdir). Daha çox xal toplayan komanda qalib gəlir.

Page 31: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 4

MÜQƏDDƏS KƏLAM

Ester 5 və 6

MƏRKƏZİ HƏQİQƏTHaman kimi, günahın qulu olma TƏTBİQİman etməyənlərə: İnan ki, İsa Məsih səni

azad edəcəkdir

yADDA SAXLAMAQ ÜÇÜN AyƏ

“Buna görə də, əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız”.ƏyANİ VƏSAİT• Fleşkartlar: 4-2, 4-3, 4-4, 4-5, 4-6 və 4-7.• “Haman kimi, günahın qulu olma” sözləri olan

kartoçkalar. • Uşaq “isveç süfrəsi” üçün yeməklər. • 2-ci dərsdə istifadə etdiyiniz bloknot.

DƏRSİN PLANi

Giriş

Şahzadə cəld padşahın yanına gəldi və onun qızıl hökmdar əsasının ucuna toxundu

Hadisələrin gedişatı

1. Ester padşah və Hamanı ziyafətə dəvət edir.

2. Ester yenidən padşah və Hamanı ziyafətə dəvət edir.

3. Haman qürurla bu haqda danışır.

4. Mordokay Hamana and içməkdən imtina edir.

5. Zereş və dostları Mordokay üçün dar ağacı düzəltməyi məsləhət edirlər. MHİE

6. Padşah yuxuya gedə bilmir.

7. Qulluqçular Mordokayın üstünü açdığı sui-qəsd haqqında yazılanları oxuyurlar.

8. Padşah Hamandan, insanı hörmətlə necə fərqləndirməyi soruşur. MHİE

9. Haman öz fikirlərini deyir.

Kulminasiya

Padşah Hamanın təklifi ilə razılaşır

Haman Mordokaya ehtiram etməyə məcbur olur.

Yekun

Haman alçalmış vəziyyətdə evə gedir. MHİE

Allahın xalqı izzətlənir

31

Page 32: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

32

Müjdənin izahı Günahın buxovlarını qıraraq

Uşaqların birindən sizə yaxınlaşmasını və qollarını bir yerə qoymasını xahiş edin (Yaxşı olar ki, onun əynində uzun qollu kofta və ya sviter olsun.). Kəndiri bir dəfə onun əlinə sarıyın və düyün vurun. Sonra ona deyin:

“İndi isə kəndiri açmağa çalış.” O, bunu yüngülcə edir. “Eyni şey bizim həyatımızda günah ilə baş verir: dalaşmaq, oğurluq etmək,

yaxud qumar oyunları. Başlanğıcda biz, bu günahlı vərdişlərdən əl çəkə bilərik. Amma vərdişlər getdikcə daha güclü olurlar.”

Bu dəfə kəndiri onun əlinə bir neçə dəfə sarıyın. Sən bir dəfə dalaşdın, sonra daha bir dəfə və daha sonra yenə. Sən oyuncaq

oğurladın, sonra velosiped, sonra pul, bu, səni daha çox cəlb edir. Sən avtomat maşınlarda qumar oyunları oynamağa başlayırsan, sonra pulla kart oynamaq, yax-ud yarışlara pul qoyursan...

Sən daha çox dolaşırsan. Axırda nə baş verir?”Uşağa deyin: “İndi neçə dəfə sənin əlinə sarınmış kəndiri açmağa çalış...

Əlbəttə, sən bunu etməyi bacarmayacaqsan. Hər birimizin, bizi əsirlikdə saxlayan günahlı vərdişlərdən azad etmək üçün Rəbb İsa Məsihə ehtiyacımız olduğu kimi, sənin də mənə ehtiyacın var ki, mən bu kəndiri açım və səni azad edim. Rəbb İsa günahkarlar üçün çarmıxda öldü və dirildi ki, bizi azad etsin və Onun üçün yaşamaq üçün bizə güc versin.”

Müjdənin izahıSənin daxilindəki qürur

Kim deyə bilər, qürur nədir? Qoy uşaqlar bu suala cavab versinlər. Qürur – fikirlərində özünü yüksəldirsən, özünü olduğun kimi,

Allahın gördüyü kimi görmürsən. Biz qürur ilə problemi olan Ha-man haqqında danışdıq. Amma elə bu gün də qürur bizim üçün prob-lem olaraq qalır.

“Sənin həqiqi “mən”in tərəfini göstərin. Qürur bizə xaricdən gəlmir (sənin etdiklərindən, yaxud malik

olduğundan), daxildən çıxır. Bu, sənin qəlbinin problemidir (sənin həqiqi “mən”in). Müqəddəs Kitabda deyilir: “İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər?” (Yeremya 17:9).

“Sənin həqiqi “mən”in üst tərəfinə təmiz ürək qoyun. Sənin ürəyin sənə fikirlər verə bilər ki, sən olduğundan daha

yaxşısan. Sən özün-özünə deyə bilərsən: “Mənim günahla heç bir problemim yoxdur. Başqa uşaqlar düzgün hərəkət etmirlər, amma mən yox”. Yaxud səndə yalan fikirlər əmələ gələ bilər ki, sən “elə də pis adam deyilsən.”

Amma hətta əgər sən fikirləşsən də ki, sənin ürəyin təmizdir, Al-laha, sənin həqiqətən də necə olduğun aydındır.

Təmiz ürəyin üzərinə tünd ürək qoyun. Allah bilir ki, ilk insanlar olan Adəm və Həvvanın vaxtında hər

Günahın bizim həyatımızda necə gücləndiyi həqiqətini illüstrasiya etmək üçün, siz yadda saxlamaq üçün ayəni öyrənəndən sonra qısa əyani dərs keçə bilərdiniz.

Səh. 57-də göstərildiyi kimi, üç dəfə qatlanan iki tərəfli əyani vəsait düzəldin.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Page 33: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

3333

bir insan Allah istədiyi kimi yox, lakin öz istədiyi kimi etmək istəyi ilə dünyaya gəlir. Bax buna görə də, sən fikirlərində, sözlərində və əməllərində Allahın qanunlarını pozan günah işlədirsən. Sən, sənə məxsus olmayan bir şeyi götürəndə, günah işlədirsən. Kiminsə haqqında pis danışanda, yaxud kiməsə sənin köməyin lazım olan anda gedəndə, sən günah işlədirsən.

Günah bizim dünyaya çoxlu ağrılar gətirir. Amma ən dəhşətlisi odur ki, günah bizi Allahdan ayırır. Əgər sən öz günahlarına görə bağışlanma əldə etməmisənsə, sən əbədiyyən Allahdan ayrı qala-caqsan. Bu, o deməkdir ki, bir gün sən Göylərdə olmaq əvəzinə, öz cəzanı çəkmək üçün cəhənnəm adlanan yerə göndəriləcəksən.

Yalnız Allahın günahlı və hiyləgər ürəyi yoxdur. Allah – bizi Yaradandır və O, tamamilə müqəddəs (kamil) və xeyirxahdır. Amma baxmayaraq ki, Allah müqəddəsdir, sən isə günahlısan, Allah səni sevir.

Çarmıx və məzarı göstərin. Allah səni o qədər çox sevir ki, Öz Oğlu, Rəbb İsanı göndərdi

ki, O, əzab çəksin, Öz qanını töksün və sənin günahını ödəmək üçün çarmıxda ölsün. Müqəddəs Kitabda deyilir: “Məsih günahlarımız üçün öldü..., dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi” (1Kor. 15:3-4). İsa nəinki sənin bütün günahlarına görə ödədi, ölülərdən diriləndə O, sübut etdi ki, sən əfv oluna bilərsən.

Əgər sən günah işlətmisən və inanırsan ki, İsa sənin günahlarına görə ölüb və ölülərdən dirilibdir, sən öz Xilaskarın kimi Onu qəbul edə bilərsən.

Tünd rəngdə olan ürəyi göstərin, sonra isə təmiz ürəyi açaraq, onu çevirin.

Onda Allah sənin günahlarını bağışlayacaq və ora fikirləşdiyin, danışdığın və etdiyin hər şeydə Allahı məqbul salmaq istəyi qo-yaraq, sənin ürəyini dəyişəcəkdir. Sən Allahın övladı olacaqsan və bir gün həmişəlik Onunla birlikdə Göylərdə olacaqsan. Əgər sən hələ də öz Xilaskarın kimi İsaya iman etməmisənsə və əgər bunu etmək haqqında sualların varsa, mütləq müəllimlərdən kiminləsə bi-zim dərsimiz qurtarandan sonra söhbət et. İsanı öz Xilaskarın kimi seçmək sənin həyatında ən mühüm qərardır.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Page 34: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

34

Dərs Fleşkart 4-2

Şahzadə cəld padşaha yaxınlaşdı və onun hökmdar əsasının ucuna toxundu. Padşah Axaşveroş soruşdu: “Sənin istəyin nədir, şahzadə Ester?” Hətta əgər sən padşahlığın yarısını belə istəsən, sənə veriləcəkdir.”

“Onun xeyirxahlığı, yəqin ki, Esteri ruhlandırdı. “Əgər padşaha məqbuldursa, - o, cavab verdi, - qoy padşah Hamanla birlikdə bu gün onun üçün hazırladığım ziyafətə gəlsinlər.”

Necə də qəribə xahişdir! Bu, heç də bizim gözlədiyimiz dey-ildi, düzdür? Yəqin ki, padşah da bunu heç gözləmirdi! Təsəvvür edin, sadəcə olaraq, padşahdan ziyafətə gəlməsini xahiş etmək üçün öz həyatını təhlükəyə atmaq!

“Tezliklə Hamanı çağırmağa gedin, - padşah Esterin xahiş et-diyi kimi etmək üçün əmr etdi.”

“Mən necə də xoşbəxtəm, Haman şahzadənin ziyafətində qürurla oturanda, yəqin ki, fikirləşirdi. Tezliklə mənim ailəm və dostlarım bu haqda biləcəklər! Günbəgün mən daha qüdrətli olacağam.”

Hamanın həyatında əsas kim idi? Düzdür, Hamanın özü. O, özünü hamıdan çox sevirdi. Sən özünü hamıdan çox sevəndə, bu, günahdır. Çünki Allah deyir: “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev” (Qan.tək. 6:5). Günah sənin həyatında birinci yeri tutur. Bu, hətta ən balacalarla da baş verir. Axı heç kim sənin balaca qardaşına, yaxud bacına öyrətməyibdir ki, onlar bütün konfetləri yesinlər, yaxud heç kimlə bölüşməsinlər. Biz özümüzü Allahdan və başqa adamlardan birinci yerə qoymaq istəyi ilə dünyaya gəlirik. Bax buna görə hətta balaca uşaqlar da öz istədikləri kimi etmək istəyirlər və əgər buna nail ola bilmirlərsə, ağlayırlar. Böyüyərək, biz günahın quluna çevrilirik. Qul – sa-hibinin əmr etdiyi şeyləri yerinə yetirən şəxsdir. Biz günahın qulları olaraq dünyaya gəlmişik, günah bizim üzərimizdə ağalıq edir. Günah Hamanın üzərində də ağalıq edirdi.

Şahzadənin ziyafəti sona çatanda, padşah Axeşveroş soruşdu: “İndi söylə, sənin xahişin nədir? Hətta əgər sən padşahlığın yarısını belə istəsən, sən onu əldə edəcəksən.”

“Əgər padşaha məqbuldursa, o, cavab verdi, qoy padşah Ha-manla sizin üçün sabah hazırlayacağım başqa ziyafətə gəlsin.”

Padşah, yəqin ki, təəccüblənmişdi. Haman müvəffəqiyyətinə sevinirdi. O, xoşbəxtlikdən, sadəcə olaraq, nur saçırdı ki, onu daha bir padşah ziyafətinə dəvət ediblər.

Fleşkart 4-3Haman ciddi görünüşlə saraydan çıxdı. O, evə gəlib çatmasını

və arvadı Zereşə və öz dostlarına bu gün də layiq görüldüyü şərəf haqqında danışmağı səbirsizliklə gözləyirdi. Amma bu an

MH

Padşahın “padşahlığın yarısına qədər” vermə təklifi ümumi istifadə olunan ifadə idi ki, onu hərfi mənada qəbul etmək lazım deyildi. O, padşahın şahzadəyə olan rəğbətini göstərirdi.

Ola bilsin ki, Ester hesab edirdi ki, öz xahişini deməyin uyğun vaxtı gəlib çatmayıbdır, yaxud bu, Şərq adətində ciddi işgüzar məsələlərə ətraflı düşünülmüş və uzaqdan yanaşmaq idi.

Məktəbəqədər uşaqlar həvəslə yeməklərdən dadaraq “ziyafət”i oynayacaqlar. Bu, Müqəddəs Kitab tarixindəki hadisələri yaxşı yadda saxlamağa kömək edəcəkdir.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Page 35: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

3535

darvazanın yanında dayanmış Mordokayı gördü və əlbəttə ki, Mor-dokay bu təkəbbürlü ağaya baş əymədi. Haman evə gələndə, Mordo-kaya olan qəzəbi onu boğurdu. Fleşkart 4-4

Haman evə gələn kimi, öz dostlarını və arvadı Zereşi çağırdı və özünün böyük var-dövləti və oğullarının çoxluğu və padşahın onu necə tərifləməsi və bütün knyazlar üzərində ucaltması haqqında danışdı. “Amma bu, hələ hamısı deyil, - o dedi. Şahzadə Ester padşah ilə ziyafətə məndən başqa heç kimi çağırmadı. Sabah da mən padşah ilə onun digər ziyafətinə dəvət olunmuşam.” Amma burada Hamanın özündənrazı sifəti çox qəzəblə əyildi, o, üz-gözünü büzüşdürdü və davam etdi: “Amma bu yəhudi Mordokay padşah darvazasında oturarkən, bu, mənə kifayət deyil.”

Onda Zereş və Hamanın bütün dostları ona dedilər: “22 metr hündürlüyündə dar ağacı düzəlt və səhər padşaha de ki, Mordokayı bu dar ağacından assınlar.”

Bu fikir Hamanın xoşuna gəldi və o, dərhal dar ağacı düzəltdirdi. Tezliklə Mordokay onu bir daha qıcıqlandırmayacaqdı.

Bu günah necə də pis ağadır! Haman bir-birinin ardınca pis işlər görürdü. Əgər günah sənin həyatının ağasıdırsa, eyni şey baş verir. Böyüyərək, sən daha çox pis işlər görürsən.

Mən sənə bunu tez dərk edən Akif haqqında danışmaq istəyirəm. Onun üç, yaxud dörd yaşı olanda, olurdu ki, o, vaxtaşırı aldadırdı, amma o, yalan danışanda onun atası həmişə bilirdi. Amma Akifin doqquz yaşı olanda, o, elə aldatmağa başladı ki, heç kim şübhələnmirdi. Və yalnız bu yox. Bu yaşında o, elə dalaşırdı ki, əvvəlcə bunları o, yuxusunda belə görə bilməzdi. Günah onun ağası idi və günah onu daha möhkəm tuturdu. Eyni şey hər bir oğlan və qız böyüyəndə də baş verir. Demə ki: “Yaxşı, mən gü-nah işlətməyi dayandırmalıyam”. Sən günah işlətməyi dayandıra və mükəmməl həyata başlaya bilməzsən. Sənə günahdan daha güclü olan kimsə lazımdır ki, səni bu pis ağadan xilas etsin. Yalnız Biri var ki, bunu sənin üçün edə bilər – Rəbb İsa Məsih. O, çarmıxda öldü ki, insanları günahdan xilas etsin – yalnız gü-naha görə cəzadan yox, həmçinin, günahın hakimiyyətindən də. O, bu gün sağdır və sənin həyatındakı günahın ağalığından səni azad edə biləcək Yeganə Biridir. Əgər sən Ona etibar etsən, O, bunu sənin üçün edəcəkdir. Müqəddəs Kitab deyir: “O Öz xalqını günahlarından xilas edəcək” (Mat. 1:21). Onda O, sənin həyatında ağalıq edəcəkdir və sən artıq günahın qulu olmayacaqsan.

Ola bilsin ki, sən həqiqətən istəyirsən ki, Rəbb İsa bunu sənin üçün etsin. Ola bilsin ki, Ondan səni xilas etməsini necə diləməyi bilmirsən. Bu haqda Müqəddəs Kitabda nə deyildiyini mən sevinərək sənə göstərərəm. Nə üçün Rəbb İsaya ehtiyacımızın olmasını, nə etməli olduğumuzu və Onun nə edəcəyini vəd etməsini bilməyimiz çox vacibdir. Əgər sən istəyirsən ki, bun-lar haqda sənə daha ətraflı başa salım, dərsimizin sonunda mənə yaxınlaş (yeri göstərin). Sadəcə olaraq, yaxınlaş və de: Mən necə xilas olmaq haqqında daha çox bilmək istəyərdim”.

MHİE

Qoy uşaqlar acıqlı sifət cizgiləri etsinlər.

Dar ağacı –yuxarıdan çıxan ortasında üçüncü taxta dirək olan iki şaquli dirəklərdən hazırlanmış qədim strukturdur. Ola bilsin ki, siz onu sxematik olaraq kağızda təsvir etmək istəyəcəksiniz.

Həddən artıq hündür dar ağacı ondan ötrü idi ki, hamı görə bilsin və Hamana hörmət gətirməyən Mordokayın edamı, görünən oldu. Bu, bir daha bizə Hamanın qürurunü göstərir.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, ya da şagirdlərdən kimsə).

Uşaq ilə fərdi söhbət üçün hazır olun.

“Haman kimi, günahın qulu olma” mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 36: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

36

Yadda saxla ki, sən – Haman kimi günahın qulusan. Həmin gecə pis fikirlər onu tərk etmirdilər.

Saraya qayıdaraq, padşah Axaşveroş yuxuya gedə bilmədi. Gecə elə uzun görünürdü ki. Padşah Axaşveroşun yata bilməməsi adi təsadüf ola bilərdimi? Xeyr. Ester, Mordokay və digər yəhudilər nə etdilər? Onlar dua etdilər. Axaşveroşun yuxusunu kim aldı? Al-lah. Nəhayət, padşah öz qulluqçularına əmr etdi ki, onun padşahlığı müddətində baş vermiş olan bütün hadisələr yazılan gündəlik qeydlərin kitabını gətirsinlər.

Qulluqçu yüksəkdən oxumağa başladı. Tezliklə o, padşahı öldürmək haqqında sui-qəsd və Mordokayın bu sui-qəsd məsələsini necə tapdığı yerə gəlib çatdı.

“Buna görə Mordokaya hansı ehtiram verilibdir?” – padşah soruşdu.

“Heç bir şey edilməyibdir ona”, - qulluqçu cavab verdi. “Necə? O, mükafatsız qalıbdır?” Belə bir şey fars əyalətində heç vaxt olmayıbdır. Padşah qərara aldı ki, o, Mordokay üçün dərhal nəsə etməlidir. Bəs nə?

Bu vaxt padşah eşitdi ki, kimsə sarayın həyətində gəzir. “Saraydakı kimdir?” – o soruşdu.

“Haman həyətdə dayanmışdı”, - qulluqçu cavab verdi. “Onu buraya gətirin”, - padşah əmr etdi. Elə Haman bu işdə ona kömək edə biləcək adam idi.

Fleşkart 4-5 Biz Hamanın padşah sarayına nə üçün belə erkəndən gəldiyini

bilirik, elə deyilmi? “Haman, padşahın ehtiramla fərqləndirmək istədiyi adama nə etməlidir?” – padşah Axeşveroş soruşdu.

Haman dərhal özü haqqında fikirləşdi: “Padşah məndən başqa kimə ehtiram göstərmək istəyər?”

O, yenə də özü haqqında fikirləşdi. Günah sənin həyatında ağalıq edəndə, sən hətta Allahın bunu necə etmək istədiyi haqqında fikirləşmirsən. Müqəddəs Kitab deyir ki, iblis imansız adamları “korazehin edibdir” (2Kor. 4:4). Bu, o deməkdir ki, Rəbb İsanı öz Xilaskarları kimi qəbul etməyənlərin zehni iblis tərəfindən kor edil-ibdir. Ola bilsin ki, sən onlardan birisən: səni tutana qədər, sən öz hərəkətlərinə görə elə də çox narahat olmursan; sən fikirləşirsən ki, Müqəddəs Kitab çox darıxdırıcıdır, özünü isə hər şeyin mərkəzində təsəvvür edirsən. Sən fikir vermirsənmi ki, sən günahın qulusan və Rəbb İsanın səni azad etməsinə ehtiyacın var? Sən qulsan? Haman qul idi. O, yalnız özü haqqında fikirləşirdi. Əlbəttə, padşahın ona necə ehtiram göstərməsi barəsində onun çoxlu fikirləri var idi.

“Padşahın ehtiramla fərqləndirmək istədiyi şəxsə, - o, təklif etdi, - qoy padşahın geyindiyi padşah qiyafəsi və padşahın üzərində get-diyi at gətirsinlər və onun başına padşah tacı qoysunlar. Qoy sənin knyazlarından biri bu adamı geyindirsin və atın üzərində onu şəhər meydanına çıxartsınlar və onun qarşısında elan etsinlər: “Padşahın ehtiramla fərqləndirmək istədiyi şəxslə belə edirlər!”

O vaxta Axaşveroşda, yəqin ki, onun on iki illik hakimiyyətinin qeydlər kitabı olmalı idi. Bu fakt maraqlıdır ki, bütün bu kitablar arasından qulluqçu beş illik tarixi olan kitabı seçdi, bütün yazılanlar arasından Mordokayın yazılarını oxudu. Bütün bu vəziyyətlərdən Allahın qabaqcadan görməsi aydın görünür!

MHİE

Əgər ikinci dərsdə siz uşaqların birindən bloknotda “Mordo-kay” sözünü yazmasını xahiş etmisinizsə, onda indi bu blo-knotu açın və qoy uşaq Mordo-kay adını yüksəkdən oxusun.

Hamanla padşahın söhbətini və Hamana verilən alçaldıcı tapşırığı oynamaq uşaqların xoşlarına gələcəkdir.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 37: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

3737

Deyəsən, Hamanın təklifi padşahın xoşuna gəldi. “Haman, dərhal paltar və at götür və padşah sarayının darvazasında oturan yəhudi Mordokaya dediyin kimi et. Və dediyin şeylərdən heç birini unut-ma”, - deyə, padşah əmr etdi.

“Mordokay! Padşah Mordokayı nəzərdə tuturdu?” – Haman öz eşitdiklərinə inana bilmirdi. Doğurdanmı o öz düşməni Mordokay üçün bütün bunları etməlidir? Bəli, o bilirdi ki, padşahın sözləri qanun olduğuna görə, bütün bunları etməlidir. Beləliklə, dəhşətli yuxudakı kimi, Haman padşah sarayını tərk etdi ki, bu ədavət doğuran tapşırığı yerinə yetirsin.

Fleşkart 4-6 O, Mordokaya padşah qiyafəsi geyindirdi və Mordokay ata

minəndə padşah atını tutdu. Sonra o, Mordokayın mindiyi atı Şuşan şəhərinin küçələrində

gəzdirərək dayanmadan elan edirdi: “Padşahın ehtiramla fərqləndirdiyi adamla belə edirlər!”

Adamlar, yəqin ki, buna fəxrlə baxırdılar. Amma Hamanın ürəyi nifrət və qəzəblə dolurdu! Bu qeyri-adi gəzinti sona çatanda, Mordo-kay yenidən padşah sarayına qayıtdı.

Dilxor olmuş Haman başını salladı və evə tələsdi. Qəmli-qəmli o öz arvadı Zereşə və dostlarına baş verənləri və onun planlarının necə puç olmasını danışdı.

Onlar ona qulaq asdılar, amma ona təsəlli verə bilmədilər. “Əgər yəhudi qəbiləsindən olan Mordokaydan ötrü yıxılmağa başladınsa, onda ona qalib gələ bilməyəcəksən və onun qarşısında yıxılacaqsan”, - onlar dedilər.

Necə də dəhşətli sözlər! Günah və qəzəb Hamanı hara aparıb çıxartdı. Günah – güclü və qəddar ağadır. Müqəddəs Kitab deyir: “Xainin yolu dolaşıqdır” (Sül.məs. 13:15).

Əgər günah sənin ağandırsa, onda hansısa bir müddət sən şənlənə bilərsən və vaxtını çox gözəl keçirə bilərsən. Amma günah səni Al-lahdan uzaqlaşdırır, o, sənin həyatını məhv edir. Günahlı yol – dolaşıq yoldur. Əvvəl-axır günah səni əbədiyyən Allahdan uzaq salacaqdır. Günahın qulu olaraq qalma. Fleşkart 4-7

Rəbb İsa öldü ki, insanları günaha görə olan cəzadan və günahın hakimiyyətindən azad etsin. Bu gün İsaya etibar et ki, O, bunu sənin üçün də etsin. Sən Ona deyə bilərsən: “Əziz Rəbb İsa, bu günə qədər mən günaha izin verirdim ki, həyatımı idarə etsin. İndi Səndən xahiş ediriəm ki, məni xilas edəsən və həyatımı dəyişəsən”. Rəbb İsanın dediklərinə qulaq as: “Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız” (Yəhya 8:36).

MHİE

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun.

Page 38: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

38

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Padşah öz padşahlıq əsasını Esterə uzadandan sonra, Ester on-

dan nə xahiş etdi? (Hamanı da çağırsın və ziyafətə gəlsin.) 2. Ziyafət vaxtı padşah yenidən Esterdən onun xahişinin nə

olduğunu soruşdu. O, padşahdan nə istəmişdir? (Padşah Ha-manla birlikdə ertəsi gün yenidən ziyafətə gəlsinlər və onda o, öz xahişini deyəcəkdir.)

3. Nə üçün Haman ziyafət sarayından çıxarkən qəmli idi? (Mordo-kay ona baş əyməmişdir.)

4. Qürur sənin həyatında hansı problemlər yarada bilər? (Cavab-lar fərqli ola bilərlər. Misallar: sənin sözlərin, yaxud əməllərin başqalarına ağrı gətirə bilər, qürur sənin davranışını idarə etməyə başlaya bilər.)

5. Necə fikirləşirsən, nə üçün Haman öz ailəsi və dostları qarşısında qürrələnməyə başladı? (O, onlarda təəssürat yaratmaq istəyirdi ki, onlar onu vacib adam hesab etsinlər.)

6. Uşaqlar hansı günahlı hərəkətlər edirlər? (Cavablar müxtəlif ola bilər. Bu dərsdən olan misallar özündə bunları birləşdirir: başqaları ilə bölüşməmək, yalan danışmaq, pis sözlər demək.)

7. Haman Mordokayla necə rəftar etmək istəyirdi? (Onu 22 metrlik dar ağacından asmaq istəyirdi.)

8. Necə fikirləşirsən, nə üçün padşah Axeşveroş, yuxuya gedə bilməyəndə, qeydlər kitabını ona gətirməsini xahiş etdi? (Bu fi-kri ona Allah demişdir.)

9. Haman Mordokay üçün nə etməli oldu? (O, Mordokaya padşah qiyafəsi geyindirməli, onu padşah atına mindirməli və “Padşahın ehtiramla fərqləndirdiyi adamla belə edirlər!” deyərək, bütün şəhərdə gəzdirməli oldu.)

10. Nə üçün Haman Allahın xalqına qalib gələ bilmədi? (Ona görə ki, Allah bütün baş verənləri idarə edirdi.)

Təkrarlamaq üçün oyun

Memori Səh. 54-dəki oyun kartoçkalarının surətini çıxardın və kəsin, sonra isə onların üz tərəfinə çevirərək masaya, yerə, yaxud da sözlər üçün ciblər olan lövhəyə qoyun.

Uşaq hər dəfə suala düzgün cavab verəndə, o, iki kartoçka çevirə bilər.

Əgər onlar uyğun gəlirlərsə, onda o, kartoçkanı özündə saxlayır. Əgər uyğun gəlmirlərsə, o, onları yerinə qaytarmalıdır.

Bütün suallar verilənə qədər davam edin.

Page 39: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 5

MÜQƏDDƏS KƏLAM

Ester 6:14-8:14

Məzmur 73

MƏRKƏZİ HƏQİQƏTAllah həmişə Öz düşmənlərinə qaib gəlir. TƏTBİQİman etməyənlərə: Əmin ol ki, sən Allahın

düşməni deyilsən. İman edənlərə: Pis insanların uğur

qazandıqlarını görəndə, onların günahlı yolları ilə getmə, Allaha inan.

yADDA SAXLAMAQ ÜÇÜN AyƏ

“Bütün qayğı yükünüzü Ona ötürün, çünki O, sizin qayğınıza qalır” (1Peter 5:7).ƏyANİ VƏSAİT• Fleşkartlar 5-1, 5-2, 5-3 və 5-5.• Sözlər olan kartoçkalar: “Allah həmişə Öz

düşmənlərinə qalib gəlir” (mərkəzi həqiqət) və “Pis insanların uğur qazandıqlarını görəndə, onların günahlı yolları ilə getmə, Allaha inan” (iman edən uşaq üçün tətbiq).

• Uşaqlar üçün yemək “isveç süfrəsi”.

DƏRSİN PLANi

Giriş

Hər şey necə də tez dəyişdi!

Hadisələrin gedişatı

1. Haman və padşah ziyafətdə. MH

2. Ester padşahdan onun xalqını xilas etməsini xahiş edir.

3. Ester Hamanı təqsirkar kimi göstərir.

MHİ

4. Padşah ziyafət olan otağı tərk edir.

5. Haman Esterə yalvarır.

6. Padşah geri qayıdır.

7. Padşah Hamanı edam etməyi əmr edir.

8. Haman dar ağacından asılır. MHİ

Kulminasiya

Ester öz xalqını müdafiə edir.

Padşah: “Başqa əmr yazın.” MHİE

Yekun

Əmr bütün vilayətlərə çatdırıldı. MHİE

39

Ester öz xalqını müdafiə edir

Page 40: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

40

Dərs Fleşkart 5-1

Hər şey necə də tez dəyişildi! Haman xoşbəxt idi, qürurlu və özündən əmin idi, indi isə, hətta şahzadənin ziyafətində olaraq o, özünü elə bədbəxt, “kiçik” və qətiyyətsiz hiss edirdi ki.

Bu dəyişikliklərin səbəbini Haman bilmirdi. O, öz qurtuluşları üçün Allaha dua edən yəhudilər haqqında bilmirdi. O bilm-irdi ki, Allah hər şeyi idarə edir. Haman yəhudilərin düşməni idi, amma o bilmirdi ki, buna görə o, faktiki olaraq, hər şeyə qadir Rəbb Allahın düşməni olmuşdur. Allaha və Onun yollarına qarşı gedən məğlubiyyətə uğrayacaqdır. Müqəddəs Kitab deyir ki, Al-lah “düşmənlərinə Öz qüdrətini göstərəcək” (Yeşaya 42:13). Bu, o deməkdir ki, O, onlar üzərində qələbə çalacaqdır. Allah qələbə çalacaqdır. Allahın bəzi düşmənləri böyük səlahiyyətə malikdirlər, amma Allahda səlahiyyətin bütün tamlığı var. O, heç vaxt Ona qarşı gedənlər tərəfindən məğlub edilə bilməz. Belə yolla Haman, yəqin ki, Onun tərəfindən məğlub olunacaqdır.

Haman, yəqin ki, fikirləşirdi ki, nə üçün onun planları puça çıxdı, Ester isə Mordokay, öz xalqı və özünün də on ikinci ayın on üçüncü günü onların hamısı ilə birlikdə ölməsi haqqında fikirləşirdi. O bil-irdi ki, bu haqda padşaha deməlidir. O, söz vermişdir.

Və budur, şahzadənin hazırladığı ziyafətin ikinci günü, padşah soruşdu: “Sənin istəyin nədir, şahzadə Ester? Sən nə istəsən, sənin istəyin yerinə yetəcəkdir, hətta əgər sən, padşahlığın yarısını istəsən belə.”

Padşah şahzadənin cavabını gözləyirdi. O, cəvahirat, pul, tor-paq, yaxud vəzifələr istəyəcəkdir? Adətən, insanlar məhz bunu arzulayırlar. Esterin ürəyi, yəqin ki, çox möhkəm döyündü, amma o, əmin idi ki, onun üçün bütün şeyləri deməyin vaxtıdır. “Əgər mən padşah, sənin gözlərində lütf tapmışamsa və əgər padşaha məqbuldursa, onda qoy mənim və mənim xalqımın həyatı xilas ol-sun.”

Nə? Şahzadənin həyatı təhlükədədir? Bu, necə ola bilər? Padşah öz eşitdiklərinə inana bilmirdi! Xatırlayırsan, padşah Axeşveroş bilmirdi ki, Haman məhz yəhudiləri qırmaq istəyirdi. Və əlbəttə, o bilmirdi ki, Ester yəhudi idi.

Ester cəsarətlə davam etdi: “Biz - mən və mənim xalqım tələf ol-maya, qətlə və məhvə satılmışıq. Bizim bütün xalqımız yer üzündən silinməlidir. Əgər biz köləliyə satılsaydıq, onda mən sakit durardım.”

“O kimdir elə və bunu etməyə cəsarət edən adam haradadır?” – padşah cavab tələb etdi.

Cəsarətli şahzadə döndü və dedi: “Düşmən, bu, qəddar Hamandır!”

Fleşkart 5-2 Düşmən padşahın öz hüzuruna çağırıldı! Allah düşmənə qa-

lib gəlməyə hazır idi. Elə görünürdü ki, elə bu yaxınlarda hər şey

MH

Uşaqlar həvəs ilə “ziyafətdəki yeməklərdən” – üzüm, quru meyvələr, çörək, pendir və s. yeyəcəklər. .

Mərkəzi həqiqət olan kartoçkanı göstərin: “Allah həmişə Öz düşmənlərinə qalib gəlir.”.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Page 41: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

4141

Haman üçün çox yaxşı gedirdi, amma bu, Allah izin verənə qədər idi. Eyni şey bu gün də baş verir. Bəzən elə görünür ki, Allaha itaətsiz olan insanlar cəzasız qalırlar; elə görünür ki, onların bütün işləri yaxşı gedir. Bu, yalnız ona görə baş verir ki, Allah buna izin verir. Allahın hər bir düşməni bir gün məğlub olacaqdır və cəzalandırılacaqdır. Allah heç vaxt izin verməyəcək ki, Onun düşmənləri qələbə çalsınlar. Buna görə də, əgər sən yalançının, yaxud xuliqanın necə uğur qazandığını görürsənsə, ona paxıllıq etmə. Onun etdiyi kimi hərəkət etməyə çalışma. Allaha etibar et, çünki əvvəl-axır Allahın düşmənləri uduzurlar. Bu, Hamanla da baş verdi.

O, heç bir söz demədi. O, məğlub olmuşdu. Şahzadə yəhudilərdən biri olduğu halda, onun yəhudiləri məhv etmək istəyi ilə o, necə də dəhşətli səhv etmişdi.

Padşah qəzəbli-qəzəbli qalxdı, ziyafət olan otağı tərk etdi və bağa çıxdı. Haman isə, bu qürurlu və lovğa knyaz, indi sadəcə olaraq, qorxudan titrəyirdi.

O bilirdi ki, padşah onunla necə rəftar edəcəkdir, amma yenə də son həyəcanlı səyini etməyə çalışırdı ki, özünü xilas etsin. O, Esterin ayağına düşdü və onun həyatını xilas etmək üçün yalvardı. Fleşkart 5-3

Bu an qəzəbli padşah qayıtdı və Hamanı şahzadənin qarşısında gördü. O, qəzəblə Hamana qışqırdı. Qulluqçular qaçdılar və qəzəbli knyazın üzünü örtdülər. Bu, onun əlaməti idi ki, Haman ölümə məhkum edilmişdir.

Elə görünürdü ki, padşahın qulluqçularından biri Hamanın hazırladığı dar ağacı haqqında bilirdi və bu haqda padşaha demişdi: “Hamanın evinin yanında 22 metrlik dar ağacı var. O, onu padşahın həyatını xilas edən Mordokay üçün düzəldibdir.”

“Orada Hamanın özünü asın!” – padşah əmr etdi. Qulluqçu-lar vaxt itirməməyə çalışdılar.

Onlar onu saraydan çıxartdılar və heç kim ona baş əymədi. Hamanı öz evinin yanında, Mordokay üçün hazırladığı dar ağacından asdılar. Allahın və Onun xalqının düşməni öldü.

Allah həmişə Öz düşmənlərinə qalib gəlir. O, həmişə belə yolla baş vermir. Bəzən Allah bir müddətlik onlara öz yolları ilə getməyə izin verir və buna görə də bəzən elə görünür ki, Allaha itaət etməyən adamların problemi yoxdur. Ola bilsin ki, sənin oxuduğun məktəbdə də imtahanda köçürən, mağazadan oğurluq edən, dalaşan oğlan var, amma onun bütün işləri gözəl gedir. Sən məsihçisən, amma hətta sən çox oxusan da, onun kimi imtahanı yaxşı verə bilmirsən. Sənin dostlarından bəziləri sənin məsihçi olduğuna görə, səninlə dostluğu qırmağı qərara alırlar. Bunu başa düşmək çox çətindir. Amma sənə yüngül göründüyünə görə pis hərəkət etmə. Allaha məxsus olmağın

MHİ

Yəqin ki, padşah öz qəzəbini idarə etmək üçün, yaxud da, ola bilsin ki, biləndə ki şahzadə Ester yəhudidir, onun həyatını qorumaq üçün bir yol fikirləşmək üçün çıxdı.

Uşaqlar həvəslə hekayənin bu hissəsini oynayacaqlar.

MHİ

Mərkəzi həqiqət kartoçkasını göstərin.

Page 42: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

42

necə gözəl olması haqqında fikirləş. Yadda saxla ki, Allaha qulaq asmayan şəxs, elə görünür ki, asan həyat yaşayır, amma o, əbədiyyən belə yaşamayacaqdır. Amma sən Allah ilə əbədiyyən yaşayacaqsan. Allahın düşmənləri – iblis, onun cinləri və Allaha qarşı çıxan hər bir kəs, - məğlub olacaqdır və əbədiyyən cəzalanacaqdır. Bu, çox təhlükəlidir - Haman kimi Allahın düşməni olmaq.

Amma budur, o öldü. Və on ikinci ayın on üçüncü günü Esteri heç bir şey hədələməyəcəkdir. Padşah onu müdafiə edəcəkdir. Amma Esterin məxsus olduğu yəhudi xalqı, əvvəlki kimi təhlükədə idi! Fars qanunlarına görə, padşahın köhnə əmri hələ də qüvvədə qalıbdır. Köhnə əmri ləğv edən yeni əmr lazım idi. Axı yəhudiləri öldürmək haqqında əmr bütün padşahlığa göndərilmişdir. Bundan əlavə, bir çox farslar yəhudiləri məhv etməyə və onların evlərini, torpaqlarını və pullarını ələ keçirməyə şad olardılar. Onları xilas etmək üçün nə etmək olar? Fleşkart 5-5

Ester bir daha padşaha yaxınlaşdı. O, padşahın ayaqlarına yıxılanda, ağlayanda və Hamanın təkəbbürlü planının qarşısını al-maq üçün yalvaranda Mordokay onun yanında idi. Padşah yenidən öz padşah əsasını ona tərəf uzatdı.

Ester ayağa qalxdı və padşahın qarşısında durdu: “Əgər padşaha məqbuldursa, - o dedi, - və əgər bu iş padşahın gözlərində ədalətlidirsə və mən onun gözlərinə xoş gəlmişəmsə, onda qoy qəzəbli Hamanın əmrini ləğv edən başqa əmr göndərilsin. Mən öz xalqımı bürüyən bədbəxtliyi necə görə bilərəm? Mən öz əzizlərimin məhvinə necə dözə bilərəm?”

Cəsarətli şahzadə padşahın cavabını gözləyirdi. “Başqa əmr yazın, - o, Ester və Mordokaya dedi. – Onu padşahın adından bütün yəhudilər üçün yazın və bu əmri padşah üzüyü ilə möhürləyin. Padşah adı ilə yazılmış və bu üzüklə möhürlənən heç bir əmr dəyişdirilə bilməz.”

Ester və Mordokay, yəqin ki, necə də sevinirdilər. Onlar belə bir şeyin baş verməsinə ümid edirdilər. Allah, Hamanın planlarının həyata keçməsinə izin vermədi. Allahın və Onun xalqının düşmənləri məğlub oldular.

Gəl özümüzdən soruşaq: “Kim Allahın düşmənidir?” Düzdür, pis adamlar, şeytan, cinlər – onların hamısı Allahın düşmənləridirlər. Amma Rəbb İsanın dediklərinə qulaq as: “Mənimlə olmayan Mənə qarşıdır” (Mat. 12:30). Bu, o deməkdir ki, Rəbb İsaya öz Xilaskarı kimi etibar etməyən şəxs, Allaha və Onun Oğlu Rəbb İsaya qarşı gedir. Sən görürsən ki, bizim hamımız Allaha qarşı getmək istəyi ilə dünyaya gəlirik. Amma Allah bizim üçün yol hazırlayıbdır ki, biz Onun dostları olaq. Rəbb İsa Məsih çarmıxda öldü ki, bizi Allahla barışdırsın. O, bizim bütün günahlarımıza görə olan cəzanı Öz üzərinə götürdü. Əgər biz İsa Məsihə etibar etməsək, onda əvvəlki kimi Allahın düşmənləri olacağıq. Yaxşı fikirləş – sən hansı tərəfdəsən. Yadda saxla ki, Allaha qarşı olanlar, məğlub olacaqlar və əbədi cəza çəkəcəklər. Amma əgər sən Rəbb İsadan sənin Xilaskarın olmağını

MHİE

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

İman etməyən uşaqlara Allahın hər bir adamı ayrılıqda sevdiyini görməsinə kömək edin.

İman edən uşaq üçün tətbiq olan kartoçkanı göstərin: “Sən pis adamların uğur qazandıqlarını görəndə, onların günahlı yolları ilə getmə, Allaha inan.”

Page 43: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

4343

xahiş etsən, onda sənin və Allahın arasında sülh olacaqdır. Sən Allahın tərəfində olacaqsan, sən Onun dostu olacaqsan və bir daha Onun düşməni olmayacaqsan. Əgər sən artıq bunu etmisənsə, mən əminəm ki, sən yəhudilərin Rəbbdən öz Allahları kimi sevinməkləri kimi buna sevinəcəksən.

Ester, Mordokay və padşahın katibləri işə başladılar. Şahzadə və Mordokay çox vacib olduğu üçün yeni əmr tərtib etdilər.

Bu yeni əmr yəhudilərə on ikinci ayın on üçüncü günü özlərini müdafiə etmək üçün birgə toplaşmalarına izin verirdi. Onlara izin verilirdi ki, onlarla düşmənçilikdə olan hamını məhv etsinlər, onların mülklərini isə talan etsinlər.

Bu əmrlər padşah üzüyü ilə möhürlənmişdi. Qasidlər ən sürətli padşah atları ilə çapdılar.

Allahın xalqı xilas olacaqmı? Bu haqda biz gələn dəfə öyrənəcəyik.

Amma sən özündən soruşmalısan: “Mən Allaha məxsusam, yoxsa Onunla düşmənçilik edirəm?” Sən öz qəlbində hiss edirsənmi ki, sən Allaha itaət etmirsən? Onun övladlarından biri olmaq istəyirsənmi? Sən həqiqətən Allahla sülhdə olmaq istəyirsən? Müqəddəs Kitab deyir ki, Rəbb İsa Məsih “çarmıxda axıdılan qanı ilə barışıq yara-daraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu” (Kol. 1:20). Onun çarmıxdakı ölümü günahkarları Al-lah ilə barışdırdı. Əgər sən həqiqətən Allahla bu sülhü istəyirsənsə, Rəbb İsaya etibar et ki, O, səni Allahla barışdırsın. Elə bu an Ona söylə: “Rəbb İsa, mən peşmanam ki, Səninlə düşmənçilik edirdim. Sənə minnətdaram ki, Sən mənim üçün öldün. Xahiş edirəm, məni bağışla və mənə Allahla mənim aramda sülh ver. Xahiş edirəm, məni Allahın övladlarından biri et.”

ƏLAVƏ TAPŞiRiQ

Başsağlığı açıqcasıQoy uşaqlar xəstə dost, qocalar evində kimsə, dərnəyə gəlməyi

dayandıran uşaq, məktəb müəllimi, yaxud valideyn üçün “ruhlandırma açıqcası” düzəltsinlər. Həmçinin, zərfə sadə müjdələmə kitabçası da qoyun. Ola bilsin ki, zərfdə bu günün də qızıl ayəsini yazmaq olar.

Divar kağızları, kitablar, köhnə hissələrdən, yaxud jurnallar-dan şəkillər, yapışqan şəkillər, yaxud markalar, flomasterlər və rəngli qələmlər – bütün bunlar onların hazırlanmasında sizə kömək edəcəkdir.

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. İkinci ziyafət vaxtı şahzadə Ester padşahdan nə xahiş etdi?

(Onun və onun xalqının həyatını qorusun.)2. Nə üçün padşah Axeşveroş Hamana acıqlandı? (Haman şahzadə

Esteri və onun xalqını öldürmək üçün sui-qəsd hazırlamışdır.) 3. Hamanla nə baş verdi? (Onu, Mordokay üçün hazırladığı dar

ağacından asdılar.)

MHİE

Bu günə qədər hələ doqquz ay qalıb və hazırlaşmaq üçün yəhudilərin hələ çox vaxtı var.

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun.

Uşaq kitabçalarının dəsti Avropanın BUM-i cəmiyyəti tərəfindən nəşr edilmişdir və siz onu öz milli BUM-nizdən, ünvanı bu vəsaitin 1-ci səhifəsində göstərilən yerdən sifariş verə bilərsiniz.

Page 44: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

44

4. Haman öləndən sonra Ester padşahdan nə etməsini xahiş etdi? (İsrailliləri öldürməmək üçün yeni əmr versin.)

5. Yeni qanun yəhudilərə hansı hüququ verirdi? (Əgər kimsə on-lara hücum etsə, onlar bir yerə toplaşa və düşmənlərdən müdafiə oluna bilərdilər. Həmçinin, onlara icazə verilirdi ki, döyüşdən sonra düşmənlərinin mülklərini ələ keçirsinlər.)

6. Səni düşmənlərindən xilas etmək üçün Allah hansı planı nəzərdə tutubdur? (O, Öz günahsız Oğlu, Rəbb İsanı yer üzünə göndərdi ki, sənin cəzanı Öz üzərinə götürməklə, O, çarmıxda Öz qanını töksün.)

7. Yeni qanun çıxandan sonra yəhudilər nəyə görə minnətdar idilər? (Allah onların dualarına cavab vermişdi və indi onlar ölümdən qorxmaya bilərdilər.)

8. Sən Allahla müharibə etməyib, onunla sülhdə necə yaşaya bilərsən? (Günahdan xilas edə bilən biri Kimi tamamilə İsaya inanmaqla.)

Təkrarlamaq üçün oyun

Musiqi sualları 55-ci səhifədəki sualların surətlərini çıxardın, onları kəsin və paketə qoyun.

Qoy uşaqlar çevrə şəklində dayansınlar. Mahnı çalınana qədər, paketi çevrə boyu ötürün.

Mahnı dayananda, əlində pa-ket olan uşaq onun içindən sualı çıxardır və ona cavab verməyə çalışır.

Əgər cavab düzdürsə, o, kiçik bir hədiyyə alır.

Page 45: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Dərs 6

MÜQƏDDƏS KƏLAM

Ester 8:1- 2,7

Ester 8:11 – 9:17

Ester 10:1-3

MƏRKƏZİ HƏQİQƏTAllah Öz xalqını xüsusi olaraq sevir və onun qayğısına qalır. TƏTBİQİman etməyənlərə: Əgər Məsihə öz Rəbbin və

Xilaskarın kimi iman etsən, Onun sevgisini və qayğısını biləcəksən və bu yolla sən Allahın xalqının bir hissəsi olacaqsan.

İman edənlərə: Həmişə Allaha inan.

yADDA SAXLAMAQ ÜÇÜN AyƏ

1 Peter 5:7

“Bütün qayğı yükünüzü Ona ötürün, çünki O, sizin qayğınıza qalır.”ƏyANİ VƏSAİT• Fleşkartlar: 5-4, 5-6, 6-1, 6-2 və 6-5.Kartoçka sözlərlə: “Allah Öz xalqını xüsusi olaraq

sevir və onun qayğısına qalır” (mərkəzi həqiqət) və “Həmişə Allaha inan” (iman edən uşaq üçün tətbiq).

• Kisə və mavi, ağ, yaxud bənövşəyi rəngdə məxmər, yaxud kətandan padşah qiyafəsi.

DƏRSİN PLANi

Giriş

Onlar necə də xoşbəxt idilər!

Hadisələrin gedişatı

1. Ester və Mordokay sarayda. MHİE

2. Yəhudilər bayram edirlər. MHİ

3. Ərazilərə baş çəkilməsi:

4. Düşmənlər bayram edirlər, yəhudilər qorxublar;

5. Qasidlər yeni əmr gətirirlər; MHİ

6. Yəhudilər sevinirlər.

Kulminasiya

On ikinci ayın on üçüncü günü gəlib çıxır:

Çoxlu sayda düşmənlər həlak olurlar; MHİ

Bütün yəhudilər təhlükədədirlər.

Yekun

On dördüncü gün – yəhudilər üçün sevinc günüdür.

Mordokay və Ester yəhudilərə bu günü xatırlamağı əmr edirlər. MHİ, MHİE

45

Allahın xalqı – müzəffər xalqdır

Page 46: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

46

Müjdənin izahıAllahın hədiyyəsi

Keçən həftə biz Öz xalqını xilas etmək üçün yeni qanunu yazmaq üçün Allahın Mordokaydan necə istifadə etdiyini öyrəndik. Əgər Mordokay bu qanunu yazmasaydı, nə baş verərdi? (Onun xalqı ölərdi.)

Bu, mənə Allahın bizə etdiklərini xatırladır. Uzun illər əvvəl, Al-lah dünyanı yaradanda, o, mükəmməl idi, ona görə ki, Allahın Özü mükəmməldir. O müqəddəsdir – bu, o deməkdir ki, O, heç vaxt gü-nah işlətmir. Allah birinci adamlara, Adəm və Həvvaya yalnız bir qayda vermişdi ki, ona əməl etmək lazım idi. Amma bunun əvəzinə onlar günah işlətdilər. O vaxtdan bəri hər bir insan günah işlətmək istəyi ilə dünyaya gəlir. Bax, buna görə sən Allaha məqbul olmayan pis şeylər fikirləşirsən, danışırsan və edirsən. Sən öz yumruğunla, yaxud kinli sözlərinlə kimisə incidəndə, günah işlədirsən. Kiməsə onun hamı kimi olmadığına görə məhəl qoymamaqla sən günah işlədirsən. Hətta başqa adamlar haqqında xoş olmayan fikirlər də günahdır. Sənin yaşında olan oğlan və qızlar daha necə günah işlədirlər?

Qoy uşaqlar misallar gətirsinlər. Allahın günah haqqında qanunu var. Sən orada nə deyildiyini

bilirsənmi?Suallara cavab vermək üçün uşaqlara vaxt verin, sonra isə bu

ayənin birinci yarım hissəsini göstərin və sözü onlarla birlikdə ox-uyun.

Bu qanunu biz Allahın Sözündə - Müqəddəs Kitabda tapırıq. Bu, çox kədərləndirici qanundur və orada, əgər biz hətta bir gü-nah belə etsək, əbədi ölüm əldə edəcəyimiz haqda yazılıbdır. Bu, o deməkdir ki, biz bu dünyada Allahı tanımayacağıq və heç vaxt Göylərə düşməyəcəyik. Bizlərdən neçəmiz əbədi ölümə layiqik? (Hamımız.)

Əgər bu ayənin ikinci yarı hissəsi olmasaydı, bu, Müqəddəs Kitabda ən kədərli ayə olardı.

Ayənin ikinci yarı hissəsini göstərərək kartoçkanı açın, sonra sözü uşaqlarla birlikdə oxuyun.

Bu ayədə hər şey aydın yazılmışdır. Biz səninlə əbədi ölümə layiqik, ona görə ki, biz günah işlətmişik. Amma Allahda bizim üçün bizim layiq olmadığımız hədiyyə var. Bu hədiyyə - bu həyatda Allahı tanımaqdır. Sonra isə - Allahın Göylər adlanan mükəmməl evində yaşamaq. Bu, bizim həyatımızda hədiyyələrin ən gözəlidir! Allah bizdə nəsə yaxşı şey olduğuna görə onu bizə hədiyyə edibdir? Xeyr! Allah bu gözəl hədiyyəni bizə ona görə vermək istədi ki, çün-ki O, bizi sevir. Müqəddəs Kitabda deyilir: “Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü” (Romalılara 5:8). İsanın ölümündən sonra Onun bədəni məzarda dəfn edildi. Üç gündən sonra İsa dirildi və bu gün O, Göylərdə yaşayır!

Mordokay yəhudi xalqını ölümdən xilas etməyin yolunu tapdı. Bizim günahlarımıza görə ödəyərək və bizə bağışlanma əldə etməyə fürsət verməklə İsa Məsih bundan da daha böyük şey etdi. Sən artıq İsanın Öz qanı ilə ödədiyi Allahın əbədi həyat hədiyyəsini əldə etmisənmi? Əgər sən hələ də bu vacib qərarda ləngiyirsənsə, onu daha arxaya atma. Artıq bu gün İsaya iman et!

Romalılara 6:23 ayəsinin birinci hissəsindən yuxarıda və ikinci yarı hissəsindən aşağıda əyani vəsait düzəldin.

İzaha başlamazdan əvvəl, əyani vəsaiti elə qoyun ki, ayənin ikinci yarı hissəsi örtülsün.

Günahın əvəzi ölümdür,

Allahın ənamı isə əbədi həyatdır.

Romalılara 6:23

Page 47: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

4747

DərsFleşkart 5-4

Onlar necə də xoşbəxt idilər! Həqiqətən də, Ester və Mordokay, yəqin ki, sarayda ən xoşbəxt adamlar idilər. Bəs sənin sualın yox-durmu? Sən soruşursan: “Mordokay necə saraya düşdü? Onun yeri darvazada deyildimi?”

Amma Ester ona tərbiyə verən Mordokayın onun üçün kim olduğunu padşaha danışdı. Padşah bunu eşidəndə, o, Mordokayı saraya gətirdi və hətta ona öz üzüyünü də (Hamandan götürdüyü) verdi. O, şahzadənin qardaşına etibar etdi.

O, Esterə də xüsusi mərhəmət göstərdi. Hamanın asıldığı gün, Axeşveroş ona Hamanın sahib olduğu evi, torpaqları və xidməti verdi.

Allah Ester və Mordokayın qayğısına necə möcüzəli yolla qaldı. Çox şeylər onlara Onun sevgisini xatırladırdı. Müqəddəs Kitab deyir ki, Allah bütün Öz adamlarını sevir və onların qayğısına xüsusi yolla qalır. Rəbb deyir: “Səni əbədi bir məhəbbətlə sevdim..” (Yer. 31:3). Öz övladlarına qarşı Allahın sevgisinin hüdudu yoxdur. Biz bu haq-da fikirləşəndə, görürük ki, Allahın sevgisinin çoxlu təzahürləri var. Amma Rəbb İsanın çarmıxdakı ölümü bizə Allahın məhəbbətini hər şeydən daha aydın göstərir. “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16). Ester və Mordokay Rəbb İsanın gəlişindən əvvəl yaşadıqlarına görə bunu bilə bilməzdilər. Amma biz bu haqda bilirik. Sən dərk etdin ki, Rəbb İsa sənin günahlarına görə ölübdür? Sən öz Xilaskarın kimi Ona etibar etmisənmi? Əgər hə, onda sən Allahın sənə olan bu gözəl sevgisini dərk etmisən. Bu sevgi heç vaxt tükənməyəcəkdir. Allah xüsusi yolla sənin və bütün Öz xalqının qayğısına qalacaqdır.

Ötən bir neçə həftə ərzində biz birlikdə Esterin və onun vasitəsilə Rəbbin necə işlədiyini bildik. Ola bilsin ki, sən həqiqətən Allahı dərk etmək və Onu öz Rəbbin və Xilaskarın kimi qəbul etmək istəyirsən. Mən səni xilas edə bilmərəm, amma Rəbbin səni necə xilas edə bilməsini sənə izah edə bilərəm. Əgər sən istəyirsənsə ki, mən sənə kömək edim, sadəcə olaraq, başqa uşaqlar gedəndə, sən öz oturduğun yerdə qal. Sonra yaxınlaş və bax burada əyləş - birinci sırada. Əgər mən görsəm ki, sən burada oturmusan, sənə yaxınlaşacağam və biz birlikdə Müqəddəs Kitabı açacağıq və Allahın xilas yolu haqqında nə deyildiyini oxuyacağıq.

Allah Mordokaya və Esterə göstərdi ki, O Öz xalqının qayğısına qalır.

Mordokayın sarayı necə tərk etməsinə baxın. Onun üzərində çul yoxdur. O, hətta qulluqçu kimi də geyinməyibdir.

Onun başında qızıl tac var, üzərində isə - bahalı parçadan, göy və ağ saplarla tikilmiş paltar, belə paltarı yalnız padşah sarayda geyinir-di. Mordokay Şuşan şəhərinin küçələrinə çıxdı.

MHİE

Kisəni və mavi, ağ, yaxud bənövşəyi məxməri, yaxud kətandan olan padşah qiyafəsini göstərin.

“Allah Öz xalqını sevir və onun qayğısına qalır” mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Uşaq ilə fərdi söhbət üçün hazır olun.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Page 48: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

48

Fleşkart 5-6 Yəhudilərin o vaxt bayramları və şənlikləri var idi. On-

lar birinci olaraq Esterin və Mordokayın göndərdiyi şad xəbəri eşitdilər. Onların artıq on ikinci ayın on üçüncü günü başlarına gələ biləcəklərdən qorxmağa ehtiyacları yox idi. Allah onlarla idi. O, onların dualarını eşitdi və onları düşmənlərdən xilas etdi. Allah təkcə Mordokayın və Esterin qayğısına qalmır, O, bütün Öz xalqının qayğısına qalır: zənginlərin və fəqirlərin, cavanların və yaşlıların. Və bu gün Allah, həmçinin, Öz övladlarının da qayğısına qalır.

Əgər Rəbb İsa sənin Xilaskarındırsa və öz üzərində Allahın sevgisini dərk etmisənsə, onda əmin ola bilərsən ki, Allah sənin qayğına qalır. Ola bilsin ki, məktəbdə müəllim elə də çox diqqət yetirmir. Ola bilsin ki, dostların sənin xətrinə dəyirlər, yaxud heç kim səni eşitmək istəmir. Hətta ola bilsin ki, sənin qohumlarından kimsə çox ağır xəstələnibdir. Ola bilsin ki, sənin anan, yaxud atan. Sən özündən soruşursan: “Kimsə mənim qayğıma qalacaqdırmı?” Allah qalacaqdır və sən bundan əmin ola bilərsən. O, sənin haqqında hər şeyi bilir, O, səninlə maraqlanır, O, həmişə sənin qayğına qalır. Sən hətta yatanda, O, sənin qayğına qalır. Sən tək olanda, qəmli, yaxud kədərli olanda, yadda saxla ki, uzun illər əvvəl Fars padşahlığında Öz xalqının qayğısına qaldığı kimi, Al-lah səni sevir və sənin qayğına qalır.

Amma kənar yerlərdə yaşayan minlərlə yəhudi hələ də qurtuluş haqqında eşitməmişdilər. Onlar hələ də on ikinci ayın on üçüncü günündən ehtiyat edərək, kədər və qorxu içində idilər. Amma qasidlər artıq onların yanına tələsirdilər.

Fleşkart 6-1Gəlin xəyalən Fars əyalətinə səyahət edək və yəhudilərin

hələ heç nə bilmədikləri və qorxu və kədər içində olan bir kəndə baş çəkək. Elə görünür ki, küçələrdə heç bir yəhudi belə yoxdur. Onların hamısı öz evlərində gizləniblər.

Bax gör farslar onlara necə gülürlər və onların dediklərinə qulaq as. Onlardan biri yəhudiyə məxsus olan qəşəng evi göstərir. “Bu ev tezliklə mənim olacaqdır, - o deyir. Bu yəhudilərdən canımızı qurtaran kimi, o, mənim olacaqdır”. Onlar gülərək və on ikinci ayın on üçüncü günü necə zənginləşəcəkləri haqqında müzakirə edərək, küçədə irəliləyirlər.

Lakin bax! Küçənin sonunda nəsə baş verir. Hamı çox şadlanır. Kəndə qasid gəlib və elə görünür ki, o, çox tələsir. “Yəhudilər üçün daha bir pis xəbər!” – kimsə gülərək deyir.

Qasid əmri divardan asdı və gəldiyi kimi cəld uzaqlaşdı. Bu, yəqin ki, çox mühüm padşah əmridir.

Bir neçə yəhudi ehtiyatla evə yaxınlaşdılar. Onlar necə qorxmuş və cəsarətsizdirlər. Amma farslar gülməyi kəsdilər. İndi onlardan bəziləri özünü itirmiş, digərləri isə qəzəbli kimi görünürlər. “Hə, indi siz nə deyəcəksiniz, - yəhudilərdən biri qışqırdı, - görünür bu, bizim üçün yaxşı xəbərdir!”

MHİ

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 49: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

4949

“Buna inana bilmirəm, - başqası cavab verdi, - amma burada padşah möhürü var.”

“Bəs padşahın birinci əmri – axı o, dəyişdirilə bilməz?” – kimsə xatırlatdı.

“Baxın, burada deyilir ki, biz on ikinci ayın on üçüncü günü özü-müzü müdafiə edə bilərik. Biz ölməyəcəyik!”

Allah, Allahı tanımayan və Onu sevməyən qəbilələr arasında yaşayan Öz xalqının qayğısına qalırdı. Eyni şey bu gün də baş verir. Ola bilsin ki, sən öz ailəndə, öz sinfində, yaxud oynadığın uşaqlar arasında yeganə məsihçisən. Ola bilsin ki, sənin evində tez-tez mübahisə edirlər və bəzən sən fikirləşirsən: “Bu, dözülməzdir, mən Allah üçün bu evdə yaşaya bilmərəm”? Allah sənin qayğına qalır və Onun üçün yaşamaq üçün sənin ehtiyacın olan köməyi sənə göstərir. O istəyir ki, sən öz problemlərini Onunla bölüşəsən. Müqəddəs Kitabda Allah deyir: “Bütün qayğı yükünüzü Ona ötürün, çünki O, sizin qayğınıza qalır” (1Pet. 5:7). Sən əmin ola bilərsən ki, Onun sənə olan möcüzəli sevgisi və qayğısı heç vaxt tükənməyəcəkdir. Bu, sənə hətta işlərin pis gedəndə də belə sevinməkdə kömək edəcəkdir. Yəhudilər baş verənlərə həqiqətən sevinirdilər.

Bu əmr yayılan hər bir tərəfdə böyük sevinc və yəhudilər arasında şənlik var idi. Onlar bayram edirdilər. Müqəddəs Kitab deyir ki, ölkənin bir çox xalqları yəhudi oldular, ona görə ki, yəhudilər qarşısında onların ürəyinə qorxu düşmüşdü.

Axı on ikinci ayın on üçüncü günü nə baş verəcəkdir? Nəhayət, bu gün gəlib çıxdı, amma yəhudilər artıq qorxmur-

dular. Onlar özlərini və öz mülklərini müdafiə etmək üçün bir yerə toplaşdılar. Onlar çox yaxşı bilirdilər ki, onların evlərini və torpaqlarını ələ keçirmək istəyən düşmənləri var.

Yəhudilər qılınclarını hazırladılar, amma əgər kimsə onlara hücum etməsə, onlar döyüşməyə hazırlaşmırdılar.

Bir çox farslar hücum etmək üçün çox qorxmuşdular. Yəhudilərdən hər yerdə qorxurdular. Hətta vilayətlərin rəhbərləri onlara kömək edirdilər. Çünki onlar Mordokayın sarayda hansı səlahiyyətə çatdığını eşitmişdilər. Fleşkart 6-2

Amma elələri də var idi ki, yəhudilərin üstünə hücum etdilər və onların mülklərini ələ keçirməyə çalışırdılar. Necə fikirləşirsən, bu, necə qurtardı? Onlar məğlub oldular, çünki Allah Öz xalqı ilə idi. Yəhudilər öz həyatlarını müdafiə etməyə qalxdılar və 75 000 düşməni məhv etdilər, amma onların mülklərinə toxunmadılar.

Həmin günün, on ikinci ayın on üçüncü gününün sonunda, heç bir yəhudi zərər çəkmədi! Həqiqətən, Allah Öz xalqı ilə idi və hər an onun qayğısına qalırdı.

Əgər sən Allahın övladısansa, onda Allah sənin qayğına qalır. Tez-tez şeytan sənin Rəbb İsaya məqbul yaşamağına mane olmağa çalışır. Bəzən sən məğlubiyyətə uğrayacaqsan, ona görə ki, Allaha qulaq asmadın. Amma bu vəziyyətdə də Allah səni sevməyi və sənin

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Ayələri öz Müqəddəs Kitabınızdan oxuyun (özünüz, yaxud şagirdlərdən kimsə).

Qeyd etmək maraqlıdır ki, mətndə üç dəfə yəhudilərin öz düşmənlərindən heç bir şey götürmədikləri danışılır. Yəqin ki, müəllif qeyd etmək istəyirdi ki, onlar özlərini müdafiə üçün döyüşürdülər, qazanc üçün yox.

Page 50: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

50

qayğına qalmağı dayandırmayacaqdır. Əgər sən Rəbb İsaya etibar etsən, O, səni Göylərə aparana qədər sənin qayğına qalacaqdır. Orada Onun möcüzəli sevgisi padşahlıq sürür. Beləliklə, həmişə bu sözləri xatırla: “O, sizin qayğınıza qalır”. O, həmişə Öz övladlarının qayğısına qalır. Fleşkart 6-5

Əlbəttə, yəhudiləri sevinc bürümüşdü. Sonrakı gün – on ikinci ayın on dördüncü günü – onlar dincəlirdilər və bu günü bayram və sevinc günü etdilər. Bütün padşahlıqda, kəndlərdə və şəhərlərdə bu, sevinc günü idi. Şuşanda yəhudilər ayın on beşinci günü bayram etdilər.

İndi Mordokay sarayda padşahdan sonra ikinci adam idi. O və şahzadə Ester bütün yəhudilərə məktub göndərdilər və hər il on ik-inci ayın on dördüncü və on beşinci günlərini bayram etmələrini on-lara əmr etdilər.

Onlar, kədərlərinin sevincə necə çevrildiyini heç vaxt unutmamalı idilər. Yəhudilər bu gün də Allahın Öz xalqının qayğısına necə qaldığını xatırladan Purim bayramını qeyd edirlər.

Əlbəttə, əgər sən Rəbb İsaya etibar etmisənsə, sən deməlisən: “Mən elə sevinirəm ki, Allahın xalqına məxsusam”. Allahın böyük sevgisinə, əmin ola bildiyin sevgiyə görə minnətdarlıq et. Hətta işlərin pis getsə belə, Ona etibar et, çünki “O, bizim qayğımıza qalır” (1Peter 5:7b).

Ola bilsin ki, sən hələ Allahın övladı olmamısan, amma sən, həqiqətən də, Onun övladı olmaq istəyirsən. Sən həyatında olan bütün pis şeylərdən üz döndərmək istəyirsən? Əgər inanırsansa ki, İsa Məsih sənin günahlarına görə çarmıxda ölübdür, sən Ona etibar edə bilərsən ki, O, sənin günahlarını götürsün və səni Allahın adamlarından biri etsin. Onda sən Onun sevgisini və qayğısını dərk edəcəksən. Müqəddəs Kitabdan bu ayəni yadda saxla: “Çünki Al-lah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun” (Yəhya 3:16). Əgər Allah sənin ürəyinə danışırsa, Rəbb İsaya etibar et. Onda sən əbədi həyata malik olacaqsan və heç vaxt məhv olmayacaqsan.

MHİİmanlı uşağa tətbiqi olan kartoçkanı göstərin: “Həmişə Al-laha inan.” .

Göründüyü kimi, döyüşün əlavə günü Şuşanda istisna idi. İmperiyanın digər hissələri yalnız birinci gün döyüşmüşdür. Bu hekayənin sonunda iki günlük bayramın olmasını izah edir.

Yəhudilər bu günə qədər də Purim bayramını eynilə fevralda qeyd edirlər- Pasxaya bir ay qalmış.

MHİ

MHİE

Ayəni öz Müqəddəs Kitabınızdan oxuyun.

Page 51: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

5151

TƏKRARLAMAQ ÜÇÜN SUALLAR1. Yəhudilərin düşmənləri onlara hücum edəndə nə baş verdi?

(Onların bütün hücumlarını dəf etmək üçün Allah yəhudilərə izin verdi.)

2. Allahdan başqa yəhudilərə kim kömək etdi? (Vilayətlərin başçıları.)

3. Sən haradan bilirsən ki, Allah bizim qayğımıza qalır? (Müqəddəs Kitab bizə belə deyir: “O, bizim qayğımıza qalır” 1 Peter 5:7b.)

4. Döyüşdə nə qədər yəhudi məhv oldu? (Heç bir nəfər də.) 5. Nə üçün yəhudilər qanuna görə edə biləcəkləri öz məğlub olmuş

düşmənlərinin mülklərini götürmədilər? (Onlar düşmənləri kimi nifrətlə dolu deyildilər, onlar zənginləşmək yox, sadəcə olaraq, öz ailələrini xilas etmək istəyirdilər.)

6. Mordokay və Ester yəhudilərin kədərlərinin sevincə çevrilmələrini unutmamaq üçün nə etdilər? (Onlar yəhudilərə hər il on ikinci ayın on dördüncü və on beşinci günü bayram etmələri əmrini göndərdilər.)

7. Bu hekayədə şahzadə Ester haqqında Allah bizə hər şeyi idarə etdiyini göstərdi? (Cavablar müxtəlif ola bilərlər. Misallar: Al-lah Esteri şahzadə etdi, Mordokaya izin verdi padşaha qarşı olan sui-qəsdi bilsin, elə etdi ki, padşah yuxuya gedə bilmədi və qeydlər kitabını oxumaq istədi, Esterə öz xalqı üçün padşahın yanına getməyə cəsarət verdi və s.)

8. 1 Peter 5:7-də nədən danışılır? (“Bütün qayğı yükünüzü Ona ötürün, çünki O, sizin qayğınıza qalır.”)

Təkrarlamaq üçün oyunlar

Alqış xalları Əks tərəfində hədiyyələrin xallarının sayını qeyd edəcəyiniz

on iki kiçik dairədə gülümsəyən sifətləri çəkin.

Saylarla onları masaya, yerə, yaxud da cibli lövhəyə aşağı qoyun.

Sinfi iki komandaya ayırın və növbə ilə suallar verin.

Əgər uşaq suala düzgün cavab veribsə, o, özünə dairə seçir və onun komandası əks tərəfdə göstərilən xalların sayını qazanır.

Hansısa müəyyən sayda xallar qazanmaq məqsədi ilə bu oyunu bütün siniflə də oynamaq olar.

Page 52: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

52

Duanı seçinTəkrar etmə oyunu – Dərs 3

Yeremya 33:3“Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə bildirim.”

Məzmur 55:17“Səhər, günorta, axşam nalə çəkirəm,

Ah-zar edirəm, O, səsimi eşidir.”

Luka 6:28“Sizi lənətləyənlərə xeyir-dua verin, sizi

incidənlər üçün dua edin.”

Məzmur 145:18“Rəbb Onu çağıran bütün insanlara,

Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.”

1 Saloniklilərə 5:17“Durmadan dua edin.”

Romalılara 12:12“Ümidinizlə sevinin. Əziyyətdə dözümlü

olun. Dayanmadan dua edin.”

Məzmur 18:3“Həm də layiq Rəbbi çağıracağam,

Düşmənlərimin əlindən qurtulacağam.”

Məzmur 91:15“Məni çağırarkən ona cavab verəcəyəm,

Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.”

.

Filipililərə 4:6“Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla,

yalvarışlarla, şükür edə-edə bildirin.”

İbranilərə 4:16“Buna görə də lütfkar Allahın taxtına

cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.”

Matta 21:22“İmanla dua edərək hər nə diləsəniz,

alacaqsınız.”

Yaqub 5:16“Beləliklə, günahlarınızı bir-birinizə eti-raf edin və bir-biriniz üçün dua edin ki,

sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.”

Page 53: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

53

Qürur sənin daxilindədirMüjdənin izahı - Dərs 4

Səni

n hə

qiqi

“Mən

”in

Page 54: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

54

Memori Təkrarlamaq üçün oyun – Dərs 4

Ester Ester

Qürur Qürur

Ziyafət Ziyafət

Padşah əsası Padşah əsası

Haman Haman

Mordokay Mordokay

Page 55: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

55

Musiqili suallar Təkrarlamaq üçün oyun – Dərs 5

1. Şahzadə Ester ikinci ziyafət vaxtı padşahdan nə xahiş etdi?

2. Nə üçün padşah Axeşveroş Hamana qəzəbləndi?

3. Hamanla nə baş verdi? 4 Haman öləndən sonra

Ester padşahdan nəyi etməsini xahiş etdi?

5 Yeni qanun yəhudilərə hansı hüququ verirdi?

6 Səni günahdan xilas etmək üçün Allah hansı planı fikirləşibdir?

7 Yeni qanun çıxandan sonra yəhudilər nəyə minnətdar idilər?

8 Sən Allahla necə döyüşməyə bilərsən və Onunla sülhdə yaşaya bilərsən?

Page 56: Ester - teachkids.eu · Təkl et dərlər əa əatl ər M- r lərə ə a teret ağaalr ıa ala lər M lər aısını ə raa la teret ağaalar ını teakea atıa lkələr ə aarkə

Uşaq ilə xilas haqqında söhbətin qısa planı

Əmin olun ki, uşaq aşağıdakıları başa düşür: Allah

Allah kimdir?Allah bizi yaradıb. O, Müqəddəs Kitab vasitəsi ilə bizə müraciət edir.Allah müqəddəs və təmizdir. O, bizi sevir.

GünahGünah nədir? Günah – Allahın əmrlərinə itaət etməməkdir. Müəyyən günahlar haqqında danışın. Uşaq da təbiətən və əməllərinə görə günahlıdır (Biz günah işlədirik, çünki günahkarlarıq.). Günah cəzaya layiqdir.

XilaskarSəni günahdan yalnız Kim xilas edə bilər? Allah Oğul çarmıxda günahkarlara görə öldü. Rəbb İsa ölülərdən dirildi. O, hər şeyin Rəbbidir.

İzah edin, necə xilas olmaq olarİzah edin, Rəbb bizdən nə gözləyir və O, nə edir. Müqəddəs Kitab ayələrindən istifadə edin (Yəh. 1:12; 3:16; 6:37; Həv. iş.16:31; Rom. 6:23, yaxud 10:13). Rəbb sənin nə etməyini istəyir? Rəbb nə edəcəkdir? Çətinliklər haqqında xəbərdarlıq edir. Soruşun: “Sən Məsihi indi qəbul etmək istəyirsən, yoxsa gözləmək istəyirsən?”Uşağı yüksəkdən dua etməyə həvəsləndirin, əgər o, hazırdırsa.

Xilasa əminlik haqqında danışın İstifadə etdiyiniz Müqəddəs Kitab ayəsini istifadə edin.Dəyişilmiş həyat haqqında danışın. Uşağa hər bir Məsihə həqiqi inanan şəxsin bilməsi lazım olan şey haqqında deyin.

Sonra məsihçi həyatına aid bir neçə məsləhət verin Müqəddəs Kitabı oxu. Allahın əmrlərinə əməl et. Səmavi Atamızla, Allahla söhbət et. Rəbbin sənin üçün etdikləri haqda başqalarına danış.Günah işlədəndə, Rəbbdən bağışlanma dilə. Digər məsihçilərlə görüş.Rəbbin vəd etdiyini unutma: “Səni tərk etməyəcəyəm” (İbr. 13:5).

Surətini çıxardın, kəsin və öz Müqəddəs Kitabınızda saxlayın.