DSpace Rəqəmsal Kitabxanası

13
DSpace Rəqəmsal Kitabxanası Iltifat Ibrahimov Kitabxana Sistemləri Üzrə Administrator ADA Universiteti Kitabxanası

Transcript of DSpace Rəqəmsal Kitabxanası

Page 1: DSpace Rəqəmsal Kitabxanası

DSpace Rəqəmsal Kitabxanası

Iltifat IbrahimovKitabxana Sistemləri Üzrə Administrator

ADA Universiteti Kitabxanası

Page 2: DSpace Rəqəmsal Kitabxanası

Mündəricat

1. Dspace Nədir?2. Dspace-in Kitabxanalarda İstifadə Məqsədləri3. Dspace-in Seçilməsi üçün Əsas Səbəblər4. Dspace-in Texnologiyası5. Dspace-in İstifadəsində Beynəlxalq Standardlar 6. Dspace-in Açıq Əlyetərliyin İnkişafına Təsiri7. Kitabxana Resurslarının Dspace Vasitəsilə Beynəlxalq Arenaya Çıxarılması9. Dspace-in Yerli Mühitdə Səmərəliliyi və İnkişafı

Page 3: DSpace Rəqəmsal Kitabxanası

Dspace Nədir?

Dspace akademik, qeyri-kommersiya və kommersiya təşkilatlarının açıq rəqəmsal kitabxana və repazitariya yarada bilmələri üçün proqram təminatıdır. Dspace bir rəqəmsal kitabxana və yaxud elektron arxiv kimi rəqəmsal kontentin uzun müddətli şəkildə saxlanılmasını, qorunmasını və daim bu məlumatların əlçatan olmasını təmin edir. Bu işdə Dspace-in alternativləridə var:

Page 4: DSpace Rəqəmsal Kitabxanası

Dspace Nədir?

Dspace HP (Hewlett-Packard) tərəfindən maliyyələşdirilərək MIT (Massachusetts İnstitute of Technology) və HP ilə birgə invent@MIT layihəsi əsasında yaradılmışdır. Hazırda sistem Berkley Software Distribution lisenziyası altında açıq şəkildə istifadəyə verilir və müəllif hüquqları DSpace Foundation (DuraSpace) tərəfindən qorunur.

Page 5: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in Kitabxanalarda İstifadə Məqsədləri

Rəqəmsal Repazitariya: Deep Blue DSpace, University fo Michigan

Şəkil Repazitariyası: Travelers in the Middle East Archive, TIMEA, Rice University

Audio/Video Repazitariyası: Georgia Tech SMARTech, or Scholarly Materials And Research @ Georgia Tech, Georgia Tech University

Muzey və Mədəni İrsin Toplanması: Afghanistan Digital Library, Nyu-York University

Federal Repazitariya: Texas Digital Library, Multi-Consortium

Page 6: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in Seçilməsi Üçün Əsas Səbəblər

⧁ Dünyada ən geniş istifadəçi və proqram tərtibatçısı cəmiyyətinə malik olması

⧁ Ödənişsiz, açıq istifadəyə verilməsi

⧁ Ehtiyac və istəklərə uyğun olaraq xüsusiləşdirilə bilinməsi – İnterface, Metadata, Search, Authentication, Database, Language

⧁ Bütün növ rəqəmsal kontentlərin idarə oluna və saxlana bilməsi:

mətn, şəkil, hərəkətli şəkil, təsvir, audio.video və .s

⧁ Təhsil, dövlət və özəl müəssisələrdə istifadə oluna bilinməsi

Dspace-in rolları

DSpace əsasən təhsil müəssisələrində istifadə edilir və 3 əsas rolu var:

Resursların əldə olunmasını və sistemə daxil edilməsini asanlaşdırır, meta verilənlərilə birlikdə Resursların istifadəsini həm axtarış həm də sıralamaqla asanlaşdırır Materialların uzun müddətli saxlanılmasını və qorunmasını asanlaşdırır

Page 7: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in Texnologiyası

Dspace hansı texnologiyaları istifadə edir?

⧁ Dspace müəyyən Java web tədbiqetmələr birliyidir

⧁ Dspace aşağıdakı əməliyyat sistemləri üzərində işləyə bilir:

– Linux, Windows və Mac OSX

⧁ Meta verilənlərin saxlanıldığı databazalar:

– PostgreSQL və Oracle

⧁ İnterfeyslər:

– Məlumatı daxil edən, Administrator və İstifadəçi

⧁ İstifadəçi interfeysləri:

– JSPUİ və XMLUİ

⧁ Web Server Alternativləri:

– Apache Tomcat, Jetty və Caucho Resin

⧁ Back up/Recovery

⧁ Authorisation/Permission

Page 8: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in İstifadəsində Beynəlxalq Standartlar

Beynəlxalq Standartlardan istifadə nə üçün lazımdır?

⧁ Resursların yenidən istifadəsini mümkün etmək

⧁ Məlumatların digər sistemlər tərəfindən də tanınmasını təmin etmək

⧁ Əməyin və vaxt itgisinin qarşısını almaq

⧁ Məlumatların uzun ömürlü şəkildə saxlanılmasını təmin etmək

Standartlar:

⧁ OAI-PMH – Metadata Yığımı üçün Açıq Arxiv Təşəbbüsü Protokolu

⧁ LC Subject Headings - Konqress Kitabxanası Mövzu Başlıqları

⧁ Handle – Rəqəmsal Obyekt İdentifikatoru (persistent identifier)

⧁ CC Copyright – Creative Commons Müəllif Hüquqları

Page 9: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in Açıq Əlyetərliyin İnkişafına Təsiri

Açıq Əlyetərlik

⧁ Açıq Əlyetərlik (Open Access) nədir?

⧁ Açıq Əlyetərlik nə üçün lazımdır?

Dspace və Açıq Əlyetərlik

⧁ Tədqiqat nəticələrinin Dspace-də toplanması

⧁ Tədqiqatın yenidən istifadə oluna bilməsi

⧁ Məlumat bazalarına edilən ödənişlərin azaldılması

⧁ Müəllifin nəşriyyatla səmərəli müqavilə bağlaması üçün təlimlərin verilməsi

Page 10: DSpace Rəqəmsal Kitabxanası

Kitabxana Resurslarının Dspace Vasitəsilə Beynəlxalq Arenaya Çıxarılması

⧁ Beynəlxalq Arena dedikdə nə nəzərdə tutulur?

⧁ Bunun üçün nələr edilməlidir və bu bizə nə verir?

– http://registry.duraspace.org/register-repository səhifəsində Dspace-i qeydiyyatdan keçirməklə Dspace istifadə edən cəmiyyətə artıq bizim də Dspace istifadəçisi olduğumuzu bildiririk. – http://www.opendoar.org/suggest.php, OpenDOAR (Directory of Open Access Repositories). OpenDOAR dünyadakı akademik Dspace istifadəçilərinin kataloqudur.

– http://roar.eprints.org/cgi/register, ROAR (Registry of Open Access Repositories). Rəqəqmsal repazitaryalarının kontentlerini indexləyən və axtarış edə bilən məlumat bazasıdır.

– OpenAIRE, OpenAIRE Avropada açıq əlyetərlik layihələrini dəstəkləyir və indekslədiyi bazaların kontentini bir mərkəzdən axtarışa icazə verir.

Page 11: DSpace Rəqəmsal Kitabxanası

Dspace İstifadəçilərinin Qeydiyyatı

Page 12: DSpace Rəqəmsal Kitabxanası

Dspace-in Yerli Mühitdə Səmərəliliyi və İnkişafı

⧁ Universitet rəhbərləri və tədqiqatçıların verəcəkləri dəstək

⧁ Ehtiyac+Mövcud_Şərait+Standartlar

⧁ Yeni tendensiyaların izlənməsi və yerli mühitə uyğun tətbiqi

⧁ Uğurlu və məcburi Dspace siyasəti

⧁ Dspace şəbəkəsinin formalaşdırılması

⧁ Dspace-in Yerli Mühitdə Səmərəliliyi

Page 13: DSpace Rəqəmsal Kitabxanası