Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 72 (29337) 17 aprel 2020-ci il, cümə E. S. Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram: Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 aprel 2020-ci il Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Cənab Azərbaycan Respublikasının Prezidenti! Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib. Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi. Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makro- nun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm. Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Hörmətlə, Zakari QROS Fransanın Azərbaycandakı səfiri Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyandan, həmin fəsadların aradan qaldırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən, xüsusən, əhalinin sağlamlığının və sosial müdafiəsinin qorunması istiqamətində görülən işlərdən söz açan dövlət başçımız milyonlarla insanın sabaha olan inam və ümidini artıracaq nikbin məqamlara da diqqət yönəltdi: “Həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişa- fımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır – həm siyasi müstəvidə, iq- tisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”. Prezident xatırlatdı ki, yaranmış vəziyyətdən çıxmaq, iqtisadiyyatımızı bərpa etmək, insanların hamısını öz iş yerinə qaytarmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə: “Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görü- rük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən, doğrudan da, böyük uğurlara imza ata bilərik”. Məlum olduğu kimi, ölkəmizdə kifayət qədər struktur islahatları aparılıb və dövlət başçımızın fikrincə, struk- tur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxılmalıdır. Siyasi və kadr islahatlarının nəticələrinin göz qabağında olduğunu söyləyən dövlət başçımız Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişikliklər edildiyini xatırlatdı: “Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə, biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Admi- nistrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağın- dadır”. Xatırladaq ki, ötən ilin dekabrında keçirilən bələdiyyə və bu ilin fevralında uğurla başa çatan parlament seçkiləri ölkəmizdə aparılan genişmiqyaslı isla- hatların tərkib hissəsi kimi qəbul edilir. Dövlət başçımız da öz nitqində həmin məqama toxunur və bildirir ki, parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardı- ğımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addım- dır: “Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qu- rulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqura- siyasına yol açan bir addımdır, eyni za- manda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək”. Yeri gəlmişkən, bir məqamı da xüsusilə vurğulayaq ki, bu gün Azərbaycanda siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, xal- qımızın və dövlətimizin əsas məqsədidir. Heydər Əliyev siyasi kursunun əsas məqsədi elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs ol- sun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır: “Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə möv- cud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, on- ları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”. Dövlət başçımız daim dilə gətirdiyi “Bütün siyasi qüvvələr üçün müstəqillik, dövlətçilik və milli maraqlar toxunul- maz olmalıdır” tezisini bu dəfə də yada saldı və hakimiyyət tərəfindən bütün siyasi partiyalarla dialoq aparılması istiqamətində atılan addımların müsbət nəticələr verdiyini xüsusi olaraq vur- ğuladı: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dia- loqun başlanması və müxalifət parti- yaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmir- di… Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir”. Yəni ölkədə aparılan siyasi islahat- ların mühüm nəticələrindən biri də məhz iqtidar partiyası ilə müxalif partiyalar arasında siyasi dialoqun başlanmasıdır. Xalq əmindir ki, bu dialoq ölkəmizin bütün problemlərini həllinə öz müsbət təsirini göstərəcəkdir. İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti” Xalqa diqqət və qayğının parlaq nümunəsi Vətəndaşlar pandemiya ilə mübarizədə dövlət başçısının fəaliyyətini alqışlayırlar ABŞ-ın 3-cü prezidenti olmuş Tomas Cefferson yazırdı: “İnsan həyatına və xoşbəxtliyinə qayğı yaxşı hökumətin ilk və yeganə qanuni vəzifəsidir”. Xalqından gücünü və dəstəyini alan Azərbaycan dövlətinin yürütdüyü hərtərəfli və sosial yönümlü siyasətinin mahiyyətini də məhz bu prinsip təşkil edir: hər qəbul edilən qərar, hər atılan addım vətəndaşın sosial və iqtisadi vəziyyətini daim gücləndirməli, sağlamlığını qorumalı və onun rifah halını dayanmadan artırmalıdır. Son zamanlar dünyanı ağuşuna alan pandemiya şəraitində Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər, qəbul olunmuş çox mühüm qərarlar da məhz bu strateji vəzifələrin yerinə yetirilməsinə xidmət edir. “Sizin xalqımız üçün gördüyünüz işləri ürəkdən bəyənirik” Bəşər övladının bu günədək bir çox ciddi problemlərlə üz-üzə qalması heç kimə sirr deyil. Bu mənada milyonlarla insanın həlak olduğu və xəsarət aldığı müharibələri xatırlamaq kifayətdir. Ancaq bu dəfə bütün dünya gözə görünməyən növbəti düşmənlə üz-üzədir. Bəli, dünya koronavirus pandemiyası şəraitində ölüm-dirim mübarizəsi aparır, vaksini hələ tapılmayan virusu ram etməyə çalışır. Azərbaycanda da bu bəlaya qarşı mübarizə aparılır. Amma digər ölkələrlə müqayisədə ölkəmizdə sanitar-epide- mioloji vəziyyət nəzarət altındadır. Bu reallığı nüfuzlu beynəlxalq təşkilatlar və mütəxəssislər də təsdiqləyirlər. Xüsusilə qeyd etmək lazımdır ki, xəstəliyin ya- yılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görən Azərbaycan qlobal koronovirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasında- dır və bu tədbirlər hazırda bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir. (ardı 2-ci səhifədə) Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun başlatdığı qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib. Paylaşımda deyilir: “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talasse- miyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına kö- nüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hamıya möhkəm cansağlığı arzulayıram. Qoy, xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”. AZƏRTAC Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezi- an quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyu- luşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonların- da su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz dox- san min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 aprel 2020-ci il Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqti- sadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu isla- hatların gözəl nəticələrini görürük. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Siyasi islahatlar ölkəmizin mövcud imkanlarını daha da genişləndirir 2020 -ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsində dövlət başçımızın söylədiyi giriş nitqi təkcə mövcud vəziyyətin, əldə olunmuş nailiyyətlərin dilə gətirilməsi baxımından deyil, həm də qarşı- da duran vəzifələrin müəyyənləşdirilməsi, perspektiv fəaliyyət istiqamətlərimizdə daha çox hansı məqamlara diqqət yönəltməli olduğumuzu göstərən tarixi sənəd kimi yaddaşlara yazıldı. Prezident xatırlatdı ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr korona- virus bəlası ilə bağlı böyük problemlərlə üzləşiblər. Ancaq ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Bu gün həm ölkəmizdə, həm də beynəlxalq aləmdə hamı yaxşı bilir ki, əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, indi ölkəmizdə xəstələrin sayı min yox, bəlkə də 10 min, 20 min nəfər ola bilərdi. Çünki heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilmir. Prezident bir daha xatırlatdı ki, bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır.

Transcript of Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17...

Page 1: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 72 (29337) 17 aprel 2020-ci il, cümə

E. S. Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini

rəhbər tutaraq qərara alıram:Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

təyin edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Azərbaycan Respublikasının Prezidenti!

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.

Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik

jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makro-nun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Zakari QROS Fransanın Azərbaycandakı səfiri

Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyandan, həmin fəsadların aradan qaldırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən, xüsusən, əhalinin sağlamlığının və sosial müdafiəsinin qorunması istiqamətində görülən işlərdən söz açan dövlət başçımız milyonlarla insanın sabaha olan inam və ümidini artıracaq nikbin məqamlara da diqqət yönəltdi: “Həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişa-fımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır – həm siyasi müstəvidə, iq-tisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri

bərpa ediləcək”.Prezident xatırlatdı ki, yaranmış

vəziyyətdən çıxmaq, iqtisadiyyatımızı bərpa etmək, insanların hamısını öz iş yerinə qaytarmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə: “Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görü-rük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən, doğrudan da, böyük uğurlara imza ata bilərik”.

Məlum olduğu kimi, ölkəmizdə kifayət qədər struktur islahatları aparılıb və dövlət başçımızın fikrincə, struk-tur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxılmalıdır. Siyasi və kadr islahatlarının nəticələrinin göz qabağında olduğunu söyləyən dövlət başçımız Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişikliklər edildiyini xatırlatdı: “Bütün hakimiyyət qollarında aparılan

islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə, biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Admi-nistrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və

idarəetmədə təkmilləşmə göz qabağın-dadır”.

Xatırladaq ki, ötən ilin dekabrında keçirilən bələdiyyə və bu ilin fevralında uğurla başa çatan parlament seçkiləri ölkəmizdə aparılan genişmiqyaslı isla-hatların tərkib hissəsi kimi qəbul edilir. Dövlət başçımız da öz nitqində həmin məqama toxunur və bildirir ki, parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardı-ğımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addım-dır: “Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qu-rulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm

ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqura-siyasına yol açan bir addımdır, eyni za-manda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək”.

Yeri gəlmişkən, bir məqamı da xüsusilə vurğulayaq ki, bu gün Azərbaycanda siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, xal-qımızın və dövlətimizin əsas məqsədidir. Heydər Əliyev siyasi kursunun əsas məqsədi elə siyasi sistem yaratmaqdır ki,

fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs ol-sun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır: “Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə möv-cud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, on-ları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”.

Dövlət başçımız daim dilə gətirdiyi “Bütün siyasi qüvvələr üçün müstəqillik, dövlətçilik və milli maraqlar toxunul-maz olmalıdır” tezisini bu dəfə də yada saldı və hakimiyyət tərəfindən bütün siyasi partiyalarla dialoq aparılması istiqamətində atılan addımların müsbət nəticələr verdiyini xüsusi olaraq vur-ğuladı: “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dia-loqun başlanması və müxalifət parti-yaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmir-di… Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir”.

Yəni ölkədə aparılan siyasi islahat-ların mühüm nəticələrindən biri də məhz iqtidar partiyası ilə müxalif partiyalar arasında siyasi dialoqun başlanmasıdır. Xalq əmindir ki, bu dialoq ölkəmizin bütün problemlərini həllinə öz müsbət təsirini göstərəcəkdir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Xalqa diqqət və qayğının parlaq nümunəsiVətəndaşlar pandemiya ilə mübarizədə dövlət başçısının fəaliyyətini alqışlayırlar

� ABŞ-ın 3-cü prezidenti olmuş Tomas Cefferson yazırdı: “İnsan həyatına və xoşbəxtliyinə qayğı yaxşı hökumətin ilk və yeganə qanuni vəzifəsidir”. Xalqından gücünü və dəstəyini alan Azərbaycan dövlətinin yürütdüyü hərtərəfli və sosial yönümlü siyasətinin mahiyyətini də məhz bu prinsip təşkil edir: hər qəbul edilən qərar, hər atılan addım vətəndaşın sosial və iqtisadi vəziyyətini daim gücləndirməli, sağlamlığını qorumalı və onun rifah halını dayanmadan artırmalıdır. Son zamanlar dünyanı ağuşuna alan pandemiya şəraitində Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər, qəbul olunmuş çox mühüm qərarlar da məhz bu strateji vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

“Sizin xalqımız üçün gördüyünüz işləri

ürəkdən bəyənirik”Bəşər övladının bu günədək bir çox

ciddi problemlərlə üz-üzə qalması heç kimə sirr deyil. Bu mənada milyonlarla insanın həlak olduğu və xəsarət aldığı müharibələri xatırlamaq kifayətdir. Ancaq bu dəfə bütün dünya gözə görünməyən növbəti düşmənlə üz-üzədir. Bəli, dünya koronavirus pandemiyası şəraitində ölüm-dirim mübarizəsi aparır, vaksini hələ tapılmayan virusu ram etməyə çalışır. Azərbaycanda da bu bəlaya qarşı

mübarizə aparılır. Amma digər ölkələrlə müqayisədə ölkəmizdə sanitar-epide-mioloji vəziyyət nəzarət altındadır. Bu reallığı nüfuzlu beynəlxalq təşkilatlar və mütəxəssislər də təsdiqləyirlər. Xüsusilə qeyd etmək lazımdır ki, xəstəliyin ya-yılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görən Azərbaycan qlobal koronovirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasında-dır və bu tədbirlər hazırda bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir.

(ardı 2-ci səhifədə)

Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun başlatdığı

qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkür edib

� Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edərək, Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü qoşulanlara təşəkkürünü bildirib.

Paylaşımda deyilir: “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talasse-miyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən

başlanılmış qanvermə aksiyasına kö-nüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Hamıya möhkəm cansağlığı arzulayıram. Qoy, xoş əməllərin sayı artsın! Uca Tanrı sizi qorusun!”.

AZƏRTAC

Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezi-an quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyu-luşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonların-da su təchizatının yaxşılaşdırılması məqsədilə

subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz dox-san min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel 2020-ci il

Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqti-sadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu isla-hatların gözəl nəticələrini görürük.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Siyasi islahatlar ölkəmizin mövcud imkanlarını

daha da genişləndirir2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans

müşavirəsində dövlət başçımızın söylədiyi giriş nitqi təkcə mövcud vəziyyətin, əldə olunmuş nailiyyətlərin dilə gətirilməsi baxımından deyil, həm də qarşı-

da duran vəzifələrin müəyyənləşdirilməsi, perspektiv fəaliyyət istiqamətlərimizdə daha çox hansı məqamlara diqqət yönəltməli olduğumuzu göstərən tarixi sənəd kimi yaddaşlara yazıldı. Prezident xatırlatdı ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr korona-virus bəlası ilə bağlı böyük problemlərlə üzləşiblər. Ancaq ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Bu gün həm ölkəmizdə, həm də beynəlxalq aləmdə hamı yaxşı bilir ki, əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, indi ölkəmizdə xəstələrin sayı min yox, bəlkə də 10 min, 20 min nəfər ola bilərdi. Çünki heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilmir. Prezident bir daha xatırlatdı ki, bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır.

Page 2: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

17 aprel 2020-ci il, cümə2

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel tarixli Sərəncamına Əlavə

Qax rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra №-si

Yaşayış məntəqələri

Quyuların sayı, ədəd

Əhalinin sayı, nəfər

1. Almalı kəndi 1 21672. Baydarlı kəndi 1 4403. Dəymədağlı kəndi 1 8834. Əlibəyli kəndi 1 18425. Güllük kəndi 1 25646. İbaxlı kəndi 1 656

7. Kiçik Alatəmir kəndi 1 38

8. Qax şəhəri 1 14401

9. Qaradolaq kəndi 1 20110. Qındırğa kəndi 1 12911. Qıpçaq kəndi 1 73812. Qorağan kəndi 1 138213. Lələpaşa kəndi 1 48614. Marsan kəndi 1 82515. Turaclı kəndi 1 104816. Uzuntala kəndi 1 15617. Zərnə kəndi 1 745

Cəmi 17 28 701

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

� Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.COVID-19 üçün götürülən analiz

nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmiş-dir. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olmuşdur.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808

nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xalqa diqqət və qayğının parlaq nümunəsi

(əvvəli 1-ci səhifədə)Məhz vaxtında atılmış qabaqlayıcı

tədbirlər və qəbul edilmiş qərarlar sayəsində ölkəmizdə pandemiya ilə mübarizə öz səmərəliyini göstərməyə başlayır və dövlətin koronavirusla savaşda nümayiş etdirdi-yi fədakarlığı və qətiyyəti bir daha gözlər önünə gətirir.

Hər bir azərbaycanlının həm sağlam-lığını, həm də sosial-iqtisadi vəziyyətini düşünən və bu iki həyati əhəmiyyət daşıyan məsələlərdə prinsipiallıq və təəssübkeşlik, eyni zamanda, güclü iradə nümayiş etdirən dövlətin belə sarsılmaz qətiyyət göstərməsi, əlbəttə ki, sıravi vətəndaşlar tərəfindən böyük rəğbət və fərəh hissilə qarşılanır. Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlam-lığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Məsələn, Şirvan şəhəri sakini Mustafaye-va Taclı Əbdüləhəd qızı dövlət başçısına göndərdiyi məktubda yazır: “Sizi şəxsən öz adımdan, ailəmin adından və 6 yaşlı oğlum Bəyazidin adından salamlayıram. Sizin xalqımız üçün gördüyünüz işləri ürəkdən bəyənirik”. T.Mustafayeva koronavirusla mübarizə apardığımız bu ağır dönəmdə Prezidentin xalqın yanında olduğunu, onun hər bir probleminə həssaslıqla yanaşdığını və onu həll etdiyini bildirərək vurğulayır: “Siz dünya dövlətlərinin başçılarının etdiklərinin daha mükəmməlini reallaşdırırsınız”. Bir vətəndaş olaraq dövlət başçısının gördü-yü bütün işləri dəstəklədiyini və buna görə minnətdarlığını bildirən T.Mustafayeva Prezident İlham Əliyevi çox sevdiklərini vurğulayır.

Heç kəs unudulmadı, heç nə nəzarətsiz qalmadı

Əlbəttə, Prezident İlham Əliyev daim xalqının yanında olan dövlət başçısıdır. Onun Prezidentliyi ərzində həyata keçirdi-yi bütün qərarlar da buna əyani sübutdur. Prezident İlham Əliyev bütün çıxışlarında dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının daim yüksəldilməsi vəzifəsinin dayandığını vurğulayır. Dövlət başçısının rəhbərliyi altında ötən müddət ərzində Azərbaycanda həyata keçirilən inkişafyönümlü iqtisadi siyasət məhz sosi-al sahənin yüksəlməsinə və vətəndaşların rifahının yaxşılaşmasına gətirib çıxarması da artıq danılmaz faktdır. Bu gün ölkəmizdə dünyaya nümunə göstəriləcək bir inkişaf modeli formalaşmışdır və bu inkişaf modeli vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daim yüksəldilməsinə xidmət edir. Həmişə olduğu kimi, bu gün də dövlət vətəndaşının yanında olduğunu bildirdi. Belə mürəkkəb şəraitdə, dünyanın ən qabaqcıl ölkələrinin də qarşılaşdığı ciddi iqtisadi-sosial çətinliklər fonunda Azərbaycan dövləti vətəndaşının, xüsusilə də əhalinin aztəminatlı hissəsinin pandemiyadan az zərərlə çıxması üçün zəruri addımları atdı, bütün sahələri əhatə edən misilsiz dəstək proqramlarını həyata keçirdi.

Xarici ölkələrdə də Azərbaycanda dövlətin əhaliyə göstərdiyi sosial dəstəyi yüksək qiymətləndirirlər. Məsələn, Rusi-ya–Azərbaycan parlamentlərarası dost-luq qrupunun rəhbəri Dmitriy Savelyev bildirir ki, Azərbaycan koronavirusun az yayıldığı, habelə bütün dünya iqtisadiy-yatı üçün hazırkı çətin bir dövrdə əhaliyə sosial dəstəyin son dərəcə yüksək oldu-

ğu ölkələrdən biridir. Rusiyalı deputat, həmçinin, vurğulayır ki, beynəlxalq maliyyə qurumlarından kredit uman 150 ölkə ara-sında olmayan Azərbaycanda kiçik sahib-karlara və bütövlükdə vətəndaşlara 2,5 milyard manat həcmində maliyyə yardımı göstərmək nəzərdə tutulur. D.Savelyev səhiyyənin və əhali sayının yaxın səviyyədə olduğu ölkələrlə müqayisədə Azərbaycanın koronavirusdan cüzi zərərə məruz qaldığını bildirir və əlavə edir ki, ölkədə daha əvvəl görünməmiş sosial təcrid qaydaları tətbiq olunmuş, həmçinin, Sumqayıt Sənaye Parkında ən qısa zamanda gündəlik 250 min tibbi maska istehsal edən müəssisə işə salınmışdır.

“Xalq Sizinlə həmrəydir”Təbii ki, hər bir dövlət üçün vətəndaşların

sağlamlığının və iqtisadi fəaliyyətinin qorun-ması, strateji əhəmiyyət daşıyır. Pandemiya ilə mübarizənin ilk mərhələsində dövlətin qabaqlayıcı addımlar atması və sonra-dan müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsi vətəndaşlar tərəfindən alqışlarla qarşılanır. Məsələn, Ağdam rayonu, Xındı-rıstan kənd sakinləri Baxşəliyev Nurlan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu və Hümbətov Aqil Məsi oğlu dövlət başçısına ünvanladıqları məktubda yazırlar: “Sizin rəhbərliyinizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəydir”. Bundan başqa, Xındı-rıstan kənd sakinləri “evdə qal” şəratində yaşadıqları halda yardım göstərilməsinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirir və məktubu “Sizinlə fəxr edirik, cənab Prezident!” sözlərilə bitirirlər. Əlbəttə, xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir və bütün bu məktublar bu reallığı bir daha təsdiqləyir.

Digər vətəndaşlarımız Neftçala rayonu, Xolqaraqaşlı kəndinin sakinləri Məcidov İlham Həsən oğlu və Quliyev Eyvaz Nəcəf oğlu da dövlət başçısına ünvanladıqları məktubda pandemiya ilə mübarizədə həyata keçirilən qabaqlayıcı addımların ölkəmizə göstərdiyi müsbət təsirlərə toxunurlar: “Dünyanı bürüyən koronavirus pandemiyası böyük bəladır, artıq 100 mindən çox insa-nın həyatına son qoyub. Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşansa da, Azərbaycanda qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarət altında saxlanılır”, – deyə qeyd edən İ.Məcidov və E.Quliyev əlavə edirlər ki, “Allahın köməyi, Sizin gərgin əməyiniz sayəsində ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq”. Xolqaraqaşlı kəndinin sakinləri bildirirlər ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin gördüyü bü-tün işləri alqışlayır, yüksək qiymətləndirirlər: “Bu şərəfli və məsuliyyətli vəzifənizdə Sizə və Mehriban xanıma uğurlar arzulayırıq”.

Bəli, bütün bu məktublar göstərir ki, Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daxili və xarici siyasətini dəstəkləyir. Pan-demiya şəraitində dövlət başçısının atdığı son addımlar da bir daha göstərir ki, Pre-zident İlham Əliyevin çoxşaxəli siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların daha təhlükəsiz və sağlam yaşamasının təmin olunmasını nəzərdə tutan sosialyönümlü siyasət bundan sonra da davam etdiriləcək.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyikBu fikir dövlətimizin başçısına ünvanlanmış minnətdarlıq məktublarının leytmotivini təşkil edir

� Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Preziden-tin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Ağdam rayonunun Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazır: “Möhtərəm Prezidentimiz, son bir neçə aydır ki, dünyanı bürüyən koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən qətiyyətli tədbirlər biz, cəbhə xəttinin yaxınlığında mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşlarınızı ürəkdən sevindirir. Biz bu ağır günlərdə bir daha əmin olduq ki, möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman öz xalqının yanındadır. Cənab Prezident, bu çətin günlərdə xalqımı-za dəstək olduğunuz üçün Ağdam gəncləri adından Sizə minnətdarlığımızı bildiririk”.

İsmayıllı şəhərində fəaliyyət göstərən məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və müəllimlər Sevda Qasımova, Mətanət Abbasova, Humay Talıbo-va, Brilyand Mursalova, Çingiz Muradlı yazırlar: “Hörmətli cənab Prezident, bu gün bütün dünyanın bir nömrəli bəlasına çevrilmiş COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Bu çətin günlərdə bir daha əmin olduq və tam qətiyyətlə deyə bilərik ki, Sizin uzaqgörən və düşünülmüş siyasətiniz bütün azərbaycanlıların dərin rəğbətini qazanmışdır. Qeyd etdiyiniz kimi, əgər vaxtında doğru və qətiyyətli addım-lar atılmasaydı, çox ciddi əlaqələndirmə aparılmasaydı, bu gün Azərbaycanımız daha böyük problemlərlə üzləşə bilərdi. Necə ki, dünyanın güclü dövlətləri hesab edilən ölkələr bu gün bu pandemi-ya qarşısında acizliklərini etiraf etmək məcburiyyətində qalıblar. Bir rəhbər olaraq, Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın du-yulur. “Biz birlikdə güclüyük!” deməklə, xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə kömək göstərir, tezliklə bu ümumbəşəri bəladan üzü-ağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub. Biz, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin pedaqoji kollektivi hər zaman olduğu kimi, Sizin bu sahədə də siyasətinizi dəstəkləyir və qürurla qeyd edirik ki, həmişə Sizin yanınızdayıq. Azərbaycanımıza, xalqımıza verdiyiniz dəyərə, göstərdiyiniz qayğı və diqqətə görə Sizə səmimi qəlbdən təşəkkür edirik”.

Masallı rayonunda N.Bağışov adına Xanalion kənd məktəbinin direktoru Mirəsgər Bağırzadə yazır: “Hörmətli cənab Prezident, bildiyimiz kimi, koronavi-rus bəlası tibbin ən inki-şaf etmiş ölkələrində belə can almaqda davam edir. Ölkəmizdə isə vəziyyətin Sizin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib. Respublikamızda vaxtında elan olunmuş karantin rejimi, dezinfeksiya işlərinin aparıl-ması və digər təxirəsalınmaz tədbirlərin görülməsi bir daha onu göstərir ki, Siz həmişə xalqımızı düşünürsünüz. Sizin göstərişinizlə ölkədə tibbi maska çatışmazlığının da qarşısı alındı. Sumqa-yıt Kimya Sənaye Parkın-da tibbi maska istehsalı müəssisəsinin açılışı oldu və Siz açılışda şəxsən iştirak etdiniz. Cənab Prezident, görülən işlərə görə Masallı ra-yonunun təhsil işçiləri, bütün müəllim və şagird kollektivləri adından Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

Mingəçevir şəhər sakini Bəhmən Paşayev yazır: “Möhtərəm cənab Prezident, bütün dünyada sürətlə yayılan koronavi-rus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində

ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadan-lığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrıl-ması, Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açıl-ması onu sübut edir ki, yürüt-düyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınız-la bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər”.

Gəncə şəhər sakinləri Mətləb Məhərrəmov, Telman Quliyev, Aygün Həsənova və Mehriban Allahverdi yazırlar: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağa-lanların sayının təqribən eyni olması ümidlərimizi və inamı-mızı daha da artırır. Sizin vax-tında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanı-rıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq. Cənab Prezident, Ulu Tanrı hər za-man yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun!”.

“Hörmətli Prezident, koronavirus epidemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyü-nüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdi-yiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi”.

Bu sözlər Salyan rayonu-nun Marışlı və Seyidsadıqlı kəndlərinin sakinləri Qabil Bağırov, Dadaş Qafarov, Teymur Rzayev və Ceyhun Musayevin məktubunda qeyd olunub. Onlar yazırlar: “Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz. Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrun-da hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiyiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu”.

Bərdə rayon sakini Yusif Vahidi yazır: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış ad-dımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çataca-ğına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik”.

Füzuli rayonundan Milli Qəhrəman ailəsi Ülviyyə Quliyevanın məktubunda bu fikirlər yer alıb: “Hörmətli cənab Prezident, Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qay-ğısına qalırsınız. Bu çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pande-miyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq”.

Bakı şəhəri Nəsimi rayo-nunun sakini Sübhan Qara-gözov yazır: “Hörmətli cənab Prezident, hazırda koronavirus pandemiyası nəticəsində dünyada hər gün yüz minlərlə insan xəstəliyə yoluxur, minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir və milyon-larla insan müxtəlif şəkildə bu pandemiyadan maddi və mənəvi zərər görür. Bu çətin günlərdə biz bir daha şahidi olduq ki, dövlətimiz dünyada baş verən bütün prosesləri olduqca həssaslıqla izləyir və öz vətəndaşlarının pandemi-yadan əziyyət çəkməmələri, zərərlərin ən minimum səviyyəyə endirilməsi üçün lazım olan bütün qabaqlayıcı və tənzimləyici tədbirləri vax-tında, qətiyyətlə həyata keçirir. Dünyanın aparıcı dövlətlərinin belə aciz qaldığı bu vəziyyətdə dövlətimizin, Prezidentimizin öz xalqının və vətəndaşlarının yanında olması, onların bütün mümkün problemlərinin həllinə çalışması, doğrudan da, təqdirəlayiqdir, sevindirici və qürurvericidir. İstər xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, mad-di yardımın göstərilməsi, istərsə də xəstəliyə yoluxmuş və yoluxma riski olanların müalicəsi, qorunması baxı-mından Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma ortaya qoydu. Bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk, cənab Prezident!”.

Bakı şəhər sakini Fuad Heydərlinin məktubunda isə aşağıdakı fikirlər yer alıb: “Möhtərəm cənab Prezident, bütün dünyanın koronavirusla üz-üzə qaldığı bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri biz gənclərdə böyük qürur hissi yaradıb. Müvafiq Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni klinika” xəstəxanasının və Sumqayıt Kimya Sənaye Parkında maska istehsa-lı müəssisəsinin açılışları, həmçinin, Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakınız bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın bu mövzuda xalqımı-za müraciətləriniz soydaşları-mızda yüksək əhval-ruhiyyə yaradıb, biz vətəndaşlara böyük mənəvi stimul olub. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən koronavirusla mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər xa-rici ölkələrin mətbuatlarında da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir olunur və yüksək qiymətləndirilir. Biz gənclər də Sizin bu xidmətlərinizi yüksək

qiymətləndirir, həyata keçir-diyiniz tədbirlər sayəsində xalqımızın tezliklə bu yolu-xucu xəstəlikdən ən az itki ilə qurtulacağına əminliyimizi bildiririk. Bütün bunlara görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun!”.

Bakı şəhəri Səbail rayonunun sakini Telman Əzimzadə yazır: “Əziz Prezi-dentim, bizim ailə Sizin qay-ğınızı daim hiss edib. Hazırda mən tək yaşasam da, özümü tənha hiss etmirəm. Məlum səbəblərdən ölkəmizdə yaran-mış bu çətin günlərdə Sizdən böyük diqqət və qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qoru-sun! Doğrudan da, biz birlikdə güclüyük!”.

Bakı şəhəri Suraxanı rayonunun sakinləri Vidadi Hüseynov, Rüstəm Kazımov və Natiq Baxışov yazırlar: “Hörmətli cənab Prezident, biz Yeni Suraxanı qəsəbəsinin sakinləri Sizə qəsəbəmizdə daxili yolların təmirinin başa çatdırıldığına görə səmimi təşəkkürlərimizi bildiririk. Bu işlər ilin əvvəlindən başlasa da, qayğılı günlərdə başa çatdırıldı. Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qar-şısında əyilmədiyini göstərir. Bu işlərin yerinə yetirilməsini biz hazırkı çətinlik üzərində ilkin qələbə kimi qəbul edirik. Əminik ki, Sizin rəhbərliyinizlə pandemiyaya qalib gələcək, Qarabağ uğrunda mübarizədə qələbəyə də hazırlaşacağıq. Gecə-gündüz çalışdığınıza görə qəsəbəmizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Goranboy rayonunun Xan Qərvənd kəndinin sakini Niyaz Hacıye-vin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, bu gün dünya ölkələri qarşı-sında ciddi problemə çev-rilmiş COVID-19 virusunun ölkəmizdə yayılmasının qar-şısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən davamlı, sistemli və kompleks tədbirlər biz sadə vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. İstər koronavirusun yayıl-masının lokallaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər, istər iqtisadiyyatın bu virusun təsirlərindən qorunması üçün atılan addımlar, istərsə də sahibkarlara, sosial baxım-dan ehtiyacı olan insanlara dövlət dəstəyinin göstərilməsi və bütün bu işlərin həyata keçirilməsi istiqamətində dövlət qurumlarının sistemli fəaliyyəti vətəndaş olaraq bizim özgüvənimizi daha da artırır. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini, bir neçə gün əvvəl xalqımıza bir ana qayğısı ilə, sevgi və səmimiyyətlə

müraciətini də qeyd etməyi özümə borc bilirəm. Bu gün mən və ailəm paytaxtdan 350 kilometr aralıda, özü də döyüş bölgəsi olan bir rayonda yaşa-yırıq. Verilən bütün qərarların ölkənin ən ucqarlarında belə icrası dövlət intizamının bariz nümunəsi və bunun nəticəsində biz sadə insanla-rın dövlətə inamının daha da möhkəmlənməsidir. Cənab Prezident, Siz xoş günlərdə də, çətin günlərdə də həmişə xalqımızın yanında, sadə insanların arxasında olmusu-nuz. Qoy bu çətin yolda Allah da həmişə Sizin arxanızda dursun!”.

Xaçmaz rayonunun Mehrəliqışlaq kənd ümumi orta məktəbinin direktoru Pənah Ələsgərov yazır: “Əziz və hörmətli cənab Prezident, bütün dünyanın koronavirusla üzləşdiyi bir vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri bizlərə ölkəmizdə daha rahat və arxayın yaşamağa imkan verir. Siz insanlarımızın sağlam-lığı üçün ölkədə çox münbit şərait yaradırsınız. Sizin göstərişinizlə bütün sahələrdə işlərin qaydasında olması üçün lazımi tədbirlər görülür. Hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss et-mirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir. Möhtərəm cənab Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirməklə bərabər, əminliyimizi ifadə edi-rik ki, Sizin rəhbərliyinizlə qısa zamanda bu çətinliklərdən az itkilərlə çıxacaq, əvvəlki həyatımıza qayıdacağıq. Bu yolda hamımıza cansağlığı, uğurlar arzulayırıq”.

Quba rayonunun sa-kini Sərxan Mirzəyevin məktubunda deyilir: “Möhtərəm Prezidenti-miz İlham Əliyev, Sizin Azərbaycanın hər bir vətəndaşına olan diqqət və qayğınız Quba əhalisi tərəfindən də fərəhlə qar-şılanır. Dünyanı bürüyən koronavirus pandemiyası-nın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə vaxtında həyata keçirdiyiniz tədbirlər hər bir Azərbaycan vətəndaşına olan qayğınızdan xəbər verir. Respublikamızın hər yerində bu istiqamətdə aparılan zəruri tədbirlər, xüsusi karantin rejiminin tətbiqi mövcud vəziyyətdə əhalinin sağlamlığının qo-runmasına xidmət edir. Sizin rəhbərliyinizlə həyata keçirilən bu tədbirlər əslində bir sıra dünya ölkələri üçün də nümunədir. Cənab Pre-zident, son illər ölkəmizdə, o cümlədən, Qubada real-laşdırılan böyük infrastruktur layihələrini də xüsusi vurğu-lamaq istəyirəm. Yaşadığım Dəvədabanı massivində uzun illərdən bəri həllini gözləyən problemlər sürətlə aradan qaldırılmaqdadır. Artıq əraziyə qazın verilməsi təmin olunub. Hazırda küçələr asfaltlanır, müasir işıqlandırma sistemi quraş-dırılır. Çoxdan gözlədiyimiz məktəb və uşaq bağçasının inşası da yaxın vaxtlarda başlanacaq. Bütün bu işlərə görə biz – Dəvədabanı yaşayış massivinin üç min sakini Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

Füzuli rayonunun 5-ci Zobucuq qəsəbəsinin sakini Cəmalə Məmmədova dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edir: “Hörmətli cənab Prezident, mən vətənpərvər Azərbaycan vətəndaşı və müəllimi olaraq, ilk növbədə, təhsil sahəsinə göstərilən qayğıya, həmçinin, ko-ronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirəm. Biz müəllimlər ev şəraitində olsaq da, gələcəyimiz olan uşaqların təhsildən yayınma-maları üçün əlimizdən gələni edəcək, Sizin qayğınıza yorulmadan çalışmaqla cavab verəcəyik. Bir daha Sizə dərin minnətdarlığımı çatdırır, uğurlar diləyirəm. Allah Sizi qorusun!”.

AZƏRTAC

Page 3: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

17 aprel 2020-ci il, cümə 3Sahibə Qafarova: Milli Məclis Azərbaycan Prezidentinin qarşıya

qoyduğu mühüm vəzifələri uğurla yerinə yetirməyə çalışacaq � Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə

Qafarova AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Sahibə xanım, bu, Milli Məclisin Sədri kimi sizinlə ilk müsahibəmizdir. Fürsətdən istifadə edib, sizi bir daha təbrik edir və uğurlar arzulayırıq.

– Təşəkkür edirəm, sağ olun!

– Bildiyimiz kimi, bu il fevral ayının 9-da Azərbaycan Respubli-kası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və nitqlərində bu seçkiləri Azərbaycanın demok-ratik inkişafı istiqamətində atılmış növbəti addım kimi dəyərləndirib. Seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilərin mütləq əksəriyyəti də prosesi müsbət qiymətləndirib. Mövzunun aktuallığını nəzərə alaraq, sizin də bununla bağlı ümumi bir dəyərləndirmə aparmağınızı xahiş edirik.

– Azərbaycanın demokratik inkişafı tarixində mühüm mərhələlərdən birini təşkil edən 9 fevral Azərbaycan Res-publikası Milli Məclisinə növbədənkənar seçkilər azad, şəffaf və ədalətli şəkildə keçirilmişdir. Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində ifadə olunmuş-dur. Rekord sayda – 1300 nəfərdən çox namizədin iştirak etdiyi prosesdə bütün namizədlərə bərabər imkanlar yaradılmış, onların seçicilərlə görüşləri, öz fikirlərini, düşüncələrini seçicilərə sərbəst çatdırma-ları üçün hər cür şərait təmin edilmişdir.

Bununla yanaşı, Azərbaycan dövləti seçkiləri izləmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət et-miş, çoxsaylı beynəlxalq müşahidəçilər seçki prosesinin bütün mərhələlərində müşahidə aparmışlar. Ümumilikdə, 880-dən artıq beynəlxalq müşahidəçi seçkiləri izləmişdir ki, onlar da 58 ölkəni və 59 beynəlxalq təşkilatı təmsil etmişlər. 200-ə yaxın xarici kütləvi informasiya vasitəsinin əməkdaşları prosesi müşahidə etmiş və geniş işıqlandırmışlar. 77 min 800-ə yaxın yerli müşahidəçi müvafiq seçki qurumlarında qeydiyyatdan keçərək müşahidə aparmışlar, 4 təşkilat "exit-poll" həyata keçirmişdir. Müşahidəçilərin mütləq əksəriyyətinin prosesi müsbət dəyərləndirməsi də bir daha bu gerçəkliyi ifadə edir ki, 9 fevral seçkiləri bütün demokratik meyarlara cavab vermişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev də bir çox çıxış və nitqlərində, o cümlədən al-tıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı geniş nitqində seçkilərlə bağlı fikirlərini bildirmiş, seçki prosesinin uğurla keçdiyini söyləmiş, seçkilərin nəticələrinin Azərbaycan xalqı-nın iradəsini əks etdirdiyini qeyd etmişdir.

– Yeri gəlmişkən, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk icla-sında söylədiyi nitqində parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verdi. Aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə də dövlətimizin başçısı Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı təhlillər apardı. Bu mesajlar nədən ibarətdir və parlamentin qarşıdakı dövrdə fəaliyyətində hansı istiqamətlər priori-tet olacaq?

– Möhtərəm Prezidentimizin həm altıncı çağırış Azərbaycan Respublika-sı Milli Məclisinin ilk iclasında söylədiyi nitqində, həm də aprelin 14-də keçirilən müşavirədə irəli sürdüyü dəyərli tövsiyələr bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirir və biz bunu "yol xəritəsi" olaraq qəbul edirik. Əlbəttə ki, Azərbaycan Respublikası Milli Məclisi bu böyük inamı və etimadı doğrultmağa, xalqımızın və ictimaiyyətin gözləntilərinə cavab vermək üçün daha səmərəli fəaliyyət göstərməyə, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır. Bu vəzifələr, ilk növbədə, ondan ibarətdir ki, Milli Məclis qanunvericilik sahəsində müasir tələblərlə ayaqlaşan, ölkəmizin reallıqla-rına və inkişaf dinamikasına əsaslanan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən quruculuq işlərinin hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edən yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etsin. Həmçinin Azərbaycan üçün prioritet təşkil edən könüllülük hərəkatı, gənclərlə iş, informasiya təhlükəsizliyi, sosial-müdafiə və digər sahələrdə yeniləşən, müasirləşən ölkə həyatının standartlarına cavab verən qanunvericilik bazasının yaradılması istiqamətində addımlar atılmalı, qanun yaradıcılığında keyfiyyət tələbləri üstün tutulmalıdır. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu günə qədər altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin artıq beş iclası keçirilib ki, bu iclaslarda da 44 qanun və qərar qəbul olunub.

Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələrinin genişləndirilməsi üzrə 82 dostluq qrupu, 11 beynəlxalq parlament təşkilatında nümayəndə heyətləri və iki ikitərəfli komissiya fəaliyyət göstərir. Parlamentimiz dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə bundan

sonra da dəstək verəcək, beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, beynəlxalq təmsilçilik məsələlərinə diqqəti daha da artıracaq. Xüsusilə, parlament diplomatiyasının geniş imkanlarından faydalanaraq, möhtərəm Prezidentimi-zin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində apardığı ardıcıl və qətiyyətli siyasətə dəstək verəcəkdir. Həmçinin deputatla-rımız seçicilərlə işin daha müasir və fəal əsaslarda qurulmasına, fəaliyyətlərində hesabatlılığa xüsusi diqqət yetirəcək, seçicilərlə sıx təmasda olacaqlar. Yəqin ki, müşahidə edirsiniz, demək olar ki, bütün deputatlarımız karantin rejiminə əməl etməklə, seçicilərlə onlayn görüşlər keçirir, müasir texnologiyalardan faydala-naraq onlarla ünsiyyət qururlar. Qarşıdakı dövrdə bu təmasların daha da sıxlaşaca-ğını əminliklə söyləyə bilərik.

– Sahibə xanım, son illərdə ölkəmizdə demək olar ki, həyatın bütün sahələrində genişmiqyaslı isla-hatlar reallaşdırılır. Bu islahatlar yeni mərhələdə ölkəmizin qarşısında duran çağırışlara müvəffəqiyyətlə uyğun-laşmaq, müasirləşmək məqsədlərinə xidmət edir. Siz bu islahatları necə qiymətləndirirsiniz?

– Təbii ki, Azərbaycanda əldə olunan müsbət nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi, 2020-ci ilin ilk rübünün göstəriciləri, həyata keçirilən uğurlu, düşünülmüş siyasətin, aparılan çoxşaxəli islahatların gündəlik həyatda öz təsdiqini tapmasını əks etdirir. Bu, bütün sahələrdə böyük nailiyyətlərin qazanıl-ması və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Xüsusilə, dərin islahatlar ili kimi xarakterizə olunan 2019-cu ildə reallaşdırılan genişmiqyaslı islahatlar ölkə və cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə respublikamızın qarşı-sında yeni inkişaf perspektivləri yara-dıb. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculu-ğu, qeyri-neft sektorunun sabit inkişafı-nın təmin olunması kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycanın iqtisadi həyatında çox ciddi nailiyyətlərin qazanılmasını şərtləndirmişdir. Bu gün qlobal iqtisadi sferada müşahidə olunan mənfi tendensiyalar və risklər fonunda Azərbaycan özünün iqtisadi məkanını mənfi təsirlərdən qoruya, bu cür meyillərə qarşı ciddi müqavimət göstərə bilir. Qlobal pandemiya dövründə ölkəmizdə ümumi daxili məhsul 1,1 faiz artıb, qeyri–neft sektorunda 3 faizdən çox artım olub, qeyri–neft sənaye sektorunda isə artım 23 faizdir. Bu da, ilk növbədə, onunla əlaqədardır ki, ölkəmizin iqtisadi sü-tunları möhkəmdir, kifayət qədər böyük iqtisadi imkanlara və resurslara malikdir. Azərbaycan heç bir beynəlxalq donor təşkilatdan asılı olmadan milli iqtisadiy-yatını inkişaf etdirmək gücündədir. Bu da həyata keçirilən məqsədyönlü isla-hatların daha bir uğurlu göstəricisi kimi dəyərləndirilməlidir.

O da məlumdur ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. Başqa sözlə desək, Prezident İlham Əliyevin ardıcıl və davamlı islahatlar kursu, qazanılan iqtisadi nailiyyətlər ölkə vətəndaşlarının rifahında hərtərəfli əksini tapır. Ötən il həyata keçirilən böyük sosial paket 4,2 milyon vətəndaşımızı əhatə etməklə, onların maddi-rifah halının əsaslı şəkildə yaxşılaşmasını təmin etdi. Əməkhaqqı və pensiyaların artı-rılması, aztəminatlı ailələrə yardımların edilməsi, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranla-rının həyat şəraitinin yaxşılaşdırılması və bu istiqamətdə atılan digər addımlar Azərbaycanda sosial siyasətin prioritet təşkil etdiyini və ölkə vətəndaşlarının maraqlarının, mənafeyinin hər şeydən üs-tün olduğunu göstərir. Cari ildə də sosial layihələrin davam etdirilməsi, bu sahədə heç bir proqramın ixtisar edilməməsi sübut edir ki, Azərbaycan dövləti yalnız öz gücünə, öz imkanlarına arxalanaraq genişmiqyaslı sosial proqramlar həyata keçirir, dövlətimizin və xalqımızın ma-raqlarına, mənafeyinə söykənən qərarlar qəbul edir.

Qeyd etməliyik ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar uğur-lu siyasi islahatlarla tamamlanır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimal-laşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi siste-min inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və

hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, dü-şünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.

Beləliklə, Azərbaycanda sistemli isla-hatlar cari ildə də davam etdirilir, dövlət idarəetmə sistemi, icra və qanunverici hakimiyyəti və digər institusional sahələri əhatə edir. Möhtərəm Prezidentimizin müşavirədə bu mövzuya xüsusi diqqət ayırması, islahatların əhəmiyyətini və uğurlu nəticələrini diqqətə çatdırması göstərir ki, müasirləşməyə, yeniləşməyə, ölkəmizin daha da inkişafına xidmət edən bu siyasi kurs ardıcıldır və gələcək dövrlərdə də uğurla reallaşdırılacaq.

– Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatları barədə nə demək olar? Bu islahatları zəruri edən şərtlər nədən ibarətdir?

– Təbii ki, Azərbaycanda həyata keçirilən və bir qədər əvvəl qeyd etdiyimiz çoxşaxəli islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan Res-publikası Milli Məclisinin də fəaliyyətinin yenidən qurulması, tərkibinin yenidən formalaşması zərurətini yaratmışdı. Buna görə də Yeni Azərbaycan Par-tiyasının təşəbbüsü ilə Milli Məclisin cənab Prezidentə müraciəti əsasında növbədənkənar parlament seçkiləri təyin olunmuş və keçirilmiş, Milli Məclis yeni tərkibdə formalaşmışdır. Milli Məclisin ilk iclasında isə qurumun rəhbərliyi tam tərkibdə dəyişmişdir. İlk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputat Milli Məclisin Sədr müavini seçilmiş-dir. Həmçinin komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyaları-nın təmsilçiləri də yer almışdır. Möhtərəm Prezidentimizin də həmin müşavirədə qeyd etdiyi kimi, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açır. Bu, eyni zamanda, Milli Məclisdə gedən proseslərə də müsbət təsir göstərəcək. Siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulma-sına xidmət edir. Eyni zamanda, bu ad-dımlar sübut edir ki, Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bunun üçün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə çox ciddi, qətiyyətli siyasi iradə nümayiş etdirilir.

Milli Məclisin Aparatında və İşlər İdarəsində aparılan struktur islahatlarına gəldikdə isə burada da məqsədimiz istər parlament Aparatının, istərsə də İşlər İdarəsinin daha müasir əsasda yenidən qurulmasına, iş prosesində şəffaflığın təmin edilməsinə nail olmaqla daha çevik və daha səmərəli fəaliyyətin təşkil olunmasıdır. Hesab edirik ki, Azərbaycan xalqının, seçicilərin də gözləntiləri bu yöndədir.

– Sahibə xanım, bu gün nəinki ölkəmizdə, eləcə də dünyada gündəmin əsas müzakirə mövzusu yeni növ koronavirusun sürətli ya-yılması və ona qarşı qlobal miqyasda görülən tədbirlərdir. Azərbaycanda bu epidemiyanın yayılmasının qarşısı-nın alınması istiqamətində çox ciddi addımlar atılır. Siz ölkəmizdə epide-miyaya qarşı görülən işləri və onun nəticələrini necə qiymətləndirirsiniz?

– 2019-cu ilin sonlarında aşkara çıxan bu virusun yayılması ötən aylar ərzində nəinki səngiməyib, əksinə, daha geniş yayılaraq bu gün çox təhlükəli bir hal alıb. Dünya son onilliklərdə bəlkə də ilk dəfə belə böyük pandemiya ilə üzləşib. Bu virus hər bir dövləti, hər kəsi təhdid edir, heç bir sərhəd tanımır. Elə onun yayılma arealına və sürətinə nəzər yetirəndə hər şey aydın görünür. Hər gün yüzlərlə insanın bu virusdan həyatını itirməsi, yeni insanların bu xəstəliyə yoluxması, dövlətlərə dəyən hələ ki, miqyası müəyyənləşməyən böyük ziyan bir daha bu epidemiyanın yaratdığı təhlükənin nə dərəcədə təhlükəli və ciddi olduğunu təsəvvür etməyə imkan verir. Pandemiyanın nə vaxt qurtaracağı, necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz

səsləndirmək mümkün deyil, eyni za-manda, bu virusa qarşı təyin olunmuş, sınaqdan keçirilmiş hər hansı tibbi metod, vaksin mövcud deyil. Bu da, şübhəsiz ki, vəziyyəti daha da mürəkkəbləşdirir.

Azərbaycan koronavirusa qarşı mübarizədə dünyada öncül dövlətlərdən biridir. Ölkəmizdə bu virusun yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər örnək təşkil edir və uğur formulu kimi qəbul olunur. Bilirsiniz ki, Azərbaycan bu virusun dünyada hələ indiki qədər geniş yayılmadığı başlanğıc mərhələdə dərhal preventiv tədbirlər görməyə başladı, çevik və önləyici qərarlar qəbul etdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edən ölkəmiz təşkilatın tövsiyələrini nəzərə alaraq, eyni zamanda, tərtib olunan tədbirlər planını uğurla yerinə yetirərək, çox operativ və çevik fəaliyyət göstərib. Qəbul olunan qərarlar situasiyaya tamamilə adekvat olub və uğurlu nəticələr verib. Prezident İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah səmərəli fəaliyyət göstərib. Bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə ərazisində kütləvi tədbirlərin təxirə salınması, sosial təcridlə bağlı xüsusi rejim, daha sonra isə xüsusi karantin rejiminin və nəhayət, ölkədə hərəkət məhdudiyyətinin tətbiq olunması, nəticə etibarilə, Azərbaycanda bu viru-sun daha geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu nəticələr verib. Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejim tətbiq edilməsəydi, bu gün başqa təhlükəli vəziyyət yarana bilərdi. Azərbaycan dövlətinin əsas məqsədi ondan ibarətdir ki, insanlarımız bu xəstəliyə yoluxmasın, vətəndaşlarımızın sağlamlığı qorunsun və bu virusun yaratdığı fəsadlar aradan qaldırılsın.

Digər mühüm məqam pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən tədbirlərlə əlaqədardır. Prezident İlham Əliyev müşavirədə bu mühüm məsələyə diqqət çəkdi, pandemiyanın ölkə iqtisa-diyyatına mənfi təsirlərinin qarşısının alınması istiqamətində görülən sistemli və koordinasiyalı işlərin xüsusi əhəmiyyətinə toxundu. Bu gün iqtisadi böhrandan əziyyət çəkən əksər ölkələr beynəlxalq maliyyə institutlarına, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına borc üçün müraciət etdikləri halda Azərbaycan özü-nün güclü maliyyə imkanları hesabına xa-rici şokların təsirlərini aradan qaldırmağa qadir dövlətdir. Respublikamızın strateji valyuta ehtiyatları – güclü "təhlükəsizlik yastığı" makroiqtisadi sabitləşdirmə, iqtisadi fəallığın qorunub saxlanması və dayanıqlı iqtisadiyyatın inkişafı üçün möhkəm təminat yaradır. Hesab edirəm ki, Azərbaycan postpandemiya dövründə də atacağı addımlarla ölkəmizin sabit, dinamik inkişaf meyillərinin qorunmasına nail olacaqdır.

– Azərbaycan Respublikası Milli Məclisi bu istiqamətdə hansı addım-ları atır?

– Ölkəmizdə əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyası-nın yayılmasının qarşısının alınması məqsədilə görülən işlər çərçivəsində Milli Məclis tərəfindən də bir çox tədbirlər həyata keçirilir. Bu kontekstdə parlamen-tin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılıb, idarəetmə yalnız telefon (selektor), mobil və internet rabitəsi vasitəsilə həyata keçirilir. Həmçinin Milli Məclis deputatlarının və əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri, parlamentdə vətəndaşların qəbullarının keçirilməsi müvəqqəti dayandırılıb. Milli Məclis deputatlarının köməkçiləri isə seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul edirlər.

Milli Məclisin inzibati binaların-da insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsilə həyata keçirmək məqsədilə parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi parti-

yaların sədrləri arasında, Milli Məclisin rəhbərliyi ilə yeni seçilən deputatlar arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb. İlk dəfə olaraq Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən videokonfransı keçirilib, növbəti plenar iclasın gündəliyi və cari məsələlər videokonfrans üsulu ilə müzakirə olunub.

Həmçinin Milli Məclisin komitə iclasları da videokonfrans vasitəsilə onlayn keçi-rilir. Milli Məclisin martın 30-da və aprelin 9-da keçirilən plenar iclasları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində müəyyənləşdirilmiş müvafiq qaydalara uyğun keçirilib.

Milli Məclisin iclasında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində İnzi-bati Xətalar və Cinayət məcəllələrinə əhəmiyyətli dəyişikliklər edilib. Həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna və "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Qanuna müvafiq dəyişikliklər edilib.

– Çox təəssüf ki, ölkəmizdə kiçik bir siyasi marginal qrup var ki, onlar Azərbaycan hökumətinin koronavirus infeksiyasının yayılmasının qarşısı-nın alınması istiqamətində gördüyü sosial təcrid tədbirlərini siyasiləşdirir, məsələni manipulyasiya edərək başqa cür təqdim etməyə çalışırlar. Siz bu cür cəhdlərlə bağlı nə düşünürsünüz?

– Əlbəttə, indiki həssas və çətin məqamda, Azərbaycan dövlətinin bütün mümkün resursları bu virusun yayılması-nın qarşısının alınmasına səfərbər etdiyi zamanda bu mövzuda siyasi manipulya-siya etmək, görülən səmərəli tədbirləri qeyri-adekvat təqdim etmək qətiyyən yolverilməz və qəbulolunmazdır. Bu cür cəhdlər hər hansı bir siyasi təşkilat və qrupa başucalığı gətirmir. Hesab edirəm ki, Azərbaycan xalqı, cəmiyyətimiz də məsələni məhz bu cür qiymətləndirir, ictimai rəyi yanıltmaq cəhdlərini qətiyyətlə pisləyir.

İndi internet dövrü, texnologiyalar, informasiya əsridir. İstənilən bir dövlətdə baş verən hər hansı hadisə çox qısa za-manda dünyanın hər yerində xəbərə çev-rilir, cəmiyyət ondan xəbərdar olur. Bu gün koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş dövlətlərində belə yaratdığı ağır fəsadlar hamıya bəllidir. Eyni zaman-da, bu dövlətlərin həyata keçirdiyi təcrid və məhdudlaşdırma tədbirləri ilə bağlı hər birimiz məlumatlıyıq. Ona görə də insan-ları "feyk" bəyanatlarla, yalan iddialarla aldatmaq, çaşdırmaq mümkün deyil.

Hər bir vətəndaşımız əmin olsun ki, Azərbaycan dövləti bütün imkanlarını bu epidemiyanın yayılmasının qarşı-sının alınmasına və onun fəsadlarının aradan qaldırılmasına səfərbər edib. Bu təhlükəli virusa qarşı mübarizədə hər bir vətəndaşımızın üzərinə çox böyük məsuliyyət düşür. Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, dövlətimiz və xalqımız bu ağır sınaqdan az itkilərlə çıxsın və vətəndaşlarımızı maksimum dərəcədə qoruya bilək. Hər birimiz vəziyyətin son dərəcə ciddi olduğunu anlamalı, vətəndaş məsuliyyəti nümayiş etdirərək sosial təcrid tədbirlərinə, karantin rejiminə əməl etməklə özümüzü və yaxınlarımızı qorumalı, bu pandemiyanın təsirlərinin və fəsadlarının daha qısa müddətdə aradan qaldırılmasına yardımçı olmalıyıq.

– Ötən həftə Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə olundu və qəbul edildi. Bu hesabatla bağlı nə deyə bilərsiniz?

– Əvvəla, onu deyim ki, ölkədə ya-ranmış epidemioloji vəziyyət səbəbindən və Nazirlər Kabinetinin təxirəsalınmaz problemlərlə məşğul olması ilə əlaqədar Azərbaycan Hökumətinin hesabatı video-konfrans şəklində təqdim olundu. Hesabat-da Nazirlər Kabinetinin ötən ildə fəaliyyəti haqqında geniş və əhatəli məlumatlar öz əksini tapıb. Strukturu, zəngin analitik informasiyaları və geniş məzmunlu təhlilləri ilə diqqət çəkən hesabatın kifayət qədər peşəkarlıqla hazırlandığını söyləyə bilərik. 2019-cu ildə Azərbaycanın böyük uğur-lar qazandığını nəzərə alsaq, o zaman bu nailiyyətlərin əldə olunmasında və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müəyyənləşdirilən vəzifələrin uğurlu icrasında təbii ki, Azərbaycan Hökumətinin də rolunu qeyd etməliyik. 2019-cu ildə ölkəmizdə davamlı inkişaf meyillərinin, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının qorunması, milli iqtisadiyyatımızın rəqabətqabliyyətliliyinin və ixracyönümlülüyünün təşviq olunması, müasir sənayeləşmə siyasətinin uğur-la həyata keçirilməsi, aqrar sahənin, o cümlədən qeyri-neft sektorunun uğurlu in-kişafının təmin olunması və bu kimi digər prioritetlərin həyata keçirilməsində, sosial müdafiə tədbirlərinin genişləndirilməsində Azərbaycan Hökumətinin müsbət rolu mütləq qeyd olunmalıdır. Ona görə də Milli Məclisdə hesabatın müsbət qiymətləndirilməsi tam obyektivdir və adekvatdır.

Digər tərəfdən, bilirsiniz ki, Azərbaycan Hökuməti ölkəmizdə korona-virus pandemiyasının geniş yayılmasının

qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir, gərgin qrafiklə işləyir. Hökumətin və Opera-tiv Qərargahın gördüyü tədbirlər ölkə ictimaiyyəti tərəfindən təqdir olunur və bu da düşünürəm ki, haqlı əsaslara malikdir.

– Sahibə xanım, aprelin 10-da Bakıda Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçi-rildi. Bu beynəlxalq tədbirdə dünyada və regionda cərəyan edən mühüm hadisələr müzakirə olundu. Siz, bu görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Bakıda Türk Şurasının video-konfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir. Türk Şurası dünya miqyasında ilk təşkilatdır ki, koronavirus pandemiyasına həsr olunmuş belə bir Zirvə görüşü keçirir. Bizim üçün çox se-vindirici məqamlardan biri ondan ibarətdir ki, bu beynəlxalq tədbirin təşəbbüsü möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülüb və dərhal da üzv dövlətlərin rəhbərləri tərəfindən müsbət qarşılanıb. Bu, ilk növbədə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə, onun təşəbbüslərinə yüksək hörmət və etimadı göstərir. Eyni zamanda, təşkilat daxilində mövcud olan yüksək həmrəyliyin, ortaq mövqedən hərəkət etmək istəyinin də bariz nümunəsidir. Bu da təbiidir, çünki Türk Şurasına üzv ölkələri ortaq soykök, tarixi, mədəni dəyərlər birləşdirdiyi kimi, müasir mərhələdə də birgə mövqe ortaya qoymaq, xalqlarımızın inkişafı naminə ortaq tədbirlər həyata keçirmək üçün kifayət qədər ciddi əsaslar və imkanlar mövcuddur.

Türk Şurasına üzv ölkələr arasında münasibətlərin inkişafını şərtləndirən mühüm məqamlardan biri də bu gün sözügedən geosiyasi məkanda mövcud olan iqtisadi resurslardır, enerji resursları və kommunikasiya imkanlarıdır. Həyata keçirilən layihələr, üzv ölkələrin geniş iqtisadi potensialı və səyləri gələcək mərhələdə də əlaqələrin dinamikasına müsbət təsir göstərəcək. Mövcud im-kanlardan daha geniş istifadə olunması, nəqliyyat daşımalarının artması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi ölkələrimizin iqtisadiyyatına da böyük töhfələr verəcək.

Ümumiyyətlə, Türk Şurasının dost-luq, qardaşlıq təməlləri üzərində qurul-ması təşkilatın daha uğurlu fəaliyyətinə geniş imkanlar yaradır. Hazırda Türk Şu-rasına üzv dövlətlər arasında səmərəli münasibətlər, əməkdaşlıq əlaqələri dina-mik inkişaf tempinə malikdir. Bunun da nəticəsidir ki, Türk Şurasının dünyadakı mövqeləri və rolu getdikcə daha da artır. Xüsusilə, ölkəmizin sədrliyi dövründə təşkilatın beynəlxalq miqyasda rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb və bu sahədə görülən uğurlu işlərin nəticələri üzv dövlətlərin rəhbərləri tərəfindən də yüksək qiymətləndirilir.

Beləliklə, hesab edirik ki, Azərbaycan dövlətinin başçısının təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü məhsuldar ol-maqla yanaşı, beynəlxalq ictimaiyyətə də mühüm mesajların ünvanlandığı vacib bir platformaya çevrildi.

– Sahibə xanım, aprelin 14-də Azərbaycan Respublikasının Preziden-ti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonf-rans şəklində müşavirə keçirilib. Sizinlə söhbətimizdə də müşavirə ilə bağlı müxtəlif məsələlərə toxundunuz. Yekunda bir daha müzakirə olunan məsələlər, qarşıda duran vəzifələr və prioritetlərlə bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

– Artıq qeyd etdiyimiz kimi, müşavirədə Prezident İlham Əliyev 2020-ci ilin ilk rübündə ölkəmizdə, o cümlədən dünyada baş verən hadisələri, qarşıda duran məsələləri geniş təhlil etdi, ölkə həyatının bütün istiqamətləri üzrə əldə olunan nailiyyətləri, prioritet vəzifələri diqqətə çatdırdı. Hesab edirəm ki, bəşəriyyət üçün çox ağır keçən, ciddi sınaqlarla üzləşdiyimiz bir vaxtda, 2020-ci ilin ilk rübü ölkəmiz üçün uğur-lu olub, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ölkəmizin sabit inkişafı-nı davam etdirməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bir daha Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünül-müş, məqsədyönlü siyasətin uğurlu, strateji nəticələr verdiyini, reallaşdırılan islahatların Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaratdığını göstərir.

Dövlətimizin başçısı, həmçinin Azərbaycanın demokratik inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, is-lahatlar və digər mövzularda mühüm mesajlar verdi. Azərbaycan Respub-likasının Milli Məclisi də dövlətimizin başçısının çıxışında yer alan mühüm məsələləri öz fəaliyyətində daim diqqət mərkəzində saxlayaraq, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi, islahatların dərinləşməsi istiqamətində də üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışa-caqdır.

– Sahibə xanım, geniş müsahibəyə görə təşəkkür edirik.

– Sağ olun!

Page 4: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

17 aprel 2020-ci il, cümə4

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

� Azərkosmos” ASC dünyada peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən verilən məlumatda deyilir ki, müqaviləyə əsasən, “UltiSat” şirkəti “Azerspace-1” peyki-nin resurslarından istifadə etməklə, Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək. Sözügedən şirkət dünyada kritik, rabitənin ötürülməsi çətin olan ucqar ərazilərdə peyk xidmətləri göstərən ilk şirkətlərdəndir.

“UltiSat”ın güclü və eti-barlı tərəfdaş olaraq müştəri portfelimizdə yer almasından olduqca məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq dünyada koronavirus pandemiyasının davam etdiyi çətin bir dövrdə peyk internetinə olan yüksək

tələbatın qarşı-lanmasına xidmət edəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direk-toru Mark Qusriye bildirib.

“UltiSat” şirkətinin bizne-sin inkişafı üzrə vitse-pre-zidenti Kris Hetmanski də müqavilənin əhəmiyyətini yüksək dəyərləndirib: “Azərkosmos”la qurduğumuz yeni əməkdaşlıq bizi sevin-dirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommuni-kasiya peyki olan “Azerspa-ce-1”, yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”-nin operatorudur.

Prezidentin köməkçisi: Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur

� Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

Bu sözləri aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. Bu tədbirlər virusun xaricdən ölkəmizə daxil olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.

AZƏRTAC

Hikmət HACIYEV: 200-400 arasında Azərbaycan vətəndaşının ölkəyə

gətirilməsi nəzərdə tutulub � Azərbaycanda müsbət koronavirus testlərinin 20 faizi Rusiyadan

gələn vətəndaşlarda aşkarlanıb.

Bunu aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, xaricdə yaşayan vətəndaşların quru yol-la və çarter reysləri vasitəsilə gətirilməsi məsələləri müzakirə olunur. Rusiya-dakı vətəndaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Qarşıdakı

günlərdə portal aktiv fəaliyyətə başlaya-caq. Rusiyadakı soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq. 200-400 nəfər arasında Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonrakı 5 gün portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə ölkəyə qayıdış təmin olunacaq.

AZƏRTAC

Prezidentin köməkçisi: Qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə

epidemioloji vəziyyət nəzarət altındadır � Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar zəruri tədbirlər

görülür. Hazırda ölkəmizin aidiyyəti qurumlarının rəyləri, təklifləri, o cümlədən, sanitar-epidemioloji vəziyyət təhlil edilir. Bunun əsasında da karantin rejiminin uzadılması və onun qaydaları ilə bağlı qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Preziden-tinin köməkçisi – Prezident Administrasiyası-nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, qərar verilərkən dünyada gedən proseslər də nəzərə alınır. Azərbaycanda vəziyyətin müsbət istiqamətə doğru getməsi heç də dünyada vəziyyətin

belə olması demək deyil. Bu, o deməkdir ki, infeksiyanın yenidən xaricdən idxal olun-ması halları baş verə bilər. Karantin rejimi-nin həyata keçirilməsi avtomatik xarakter daşımır. Burada əsas məqsəd vətəndaşların sağlamlığıdır.

Prezidentin köməkçisi dövlətimizin həyata keçirdiyi zəruri və qabaqlayıcı tədbirlər nəticəsində epidemioloji vəziyyətin nəzarət altında olduğunu da diqqətə çatdırıb.

Prezidentin köməkçisi: Ölkədəki hazırkı vəziyyət qənaətbəxş olsa da, qabaqlayıcı

tədbirlər hələ davam etdirilməlidir � Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusla bağlı

sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 16-da keçirilən brifinqində deyib.

Hikmət Hacıyev bildirib ki, koronavirusla bağlı ölkədəki hazırkı vəziyyət qənaətbəxşdir, ancaq qabaqlayıcı tədbirlər bundan sonra da

davam etdirilməlidir.Prezidentin köməkçisi deyib ki, karan-

tin rejiminin uzadılması ilə əlaqədar lazımi tədbirlər görüləcək. Digər ölkələrdə də ka-rantin rejiminin uzadılması ilə bağlı tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, karantin rejimi ilə bağlı qərarda tələsmək olmaz.

AZƏRTAC

Ədliyyə naziri tərəfindən bölgə vətəndaşlarının videoqəbulu keçirilib

� Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun ola-raq aprelin 16-da Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların

videoqəbulu keçirilib.Şirvan regional ədliyyə idarəsi

vasitəsilə əvvəlcədən qəbula yazıl-mış 15 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib,

qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri pandemi-ya şəraitində vətəndaşların

müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Əli Hüseynli: Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür

� Siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür. Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ədliyyə Nazirliyi tərəfindən yeni partiyaların qeydiyyata alınmasına münasibət bildirərkən deyib.

Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Parti-yasının və Yeni Zaman Partiyasının qeydiyyata alınmasını çox müsbət hal kimi dəyərləndirən komitə sədri qeyd edib ki, bu partiyalar uzun illər mövcud olsa da qeydiyyatsız fəaliyyət göstərirdilər. Hazırda isə si-yasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi

münasibətlərin təzahürüdür. Əli Hüseynli vurğulayıb ki,

ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahat-lar siyasi sistemi də əhatə edir. Ha-zırda fərqli siyasi baxışlarına baxma-yaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir.

Komitə sədri xatırladıb ki, altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq

müxalifət partiyasını təmsil edən millət vəkili Milli Məclisin sədr müa-vini seçilib. “Həmçinin, komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer alıb. Bütün bunlar həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaş-masına xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata alınması isə ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək”, – deyə Əli Hüseynli vurğulayıb.

Ədliyyə Nazirliyində qeydiyyata alınmış partiyaların sədrləri ilə görüş olub � Dövlət müstəqilliyimizin bərpasından sonra

Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından olan çoxpartiyalılığın formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılıb.

Ötən dövrdə bu sahədə fəaliyyəti tənzimləyən qanunvericiliyə əsasən müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla icti-mai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə, o cümlədən, siyasi sistemin inkişafı yolunda genişmiq-yaslı məqsədyönlü islahatlar həyata keçirilir.

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiya-lararası geniş dialoqun aparılma-sının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin

keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir.

Ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə Nazirlikdə Azad Demok-ratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olun-muş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və

onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, aprelin 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqın-da şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış pro-sesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə edib və bu istiqamətdə atı-lan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi

yardım göstərməyə hazırdır � Heydər Əliyev Fondu öz sosial

missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına dəstək göstərib.

Bu fikri Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov “REACT-C19” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Heydər Əliyev Fondunun prezi-denti Mehriban xanım Əliyevanın tapşırığı ilə fond Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. “Koronavirus epide-miyası ilə mübarizənin ilk günlərindən biz TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə baş-lamışıq. Bu istiqamətdə ölkədə laboratoriya siste-minin gücləndirilməsi üçün Bakı, Cəlilabad və Gəncə şəhərlərində Almaniya istehsalı olan 4, Sumqayıt və Şəki şəhərlərində 2 tam-avtomat laboratoriya qurulub istifadəyə verilib. Yüksək keyfiyyətli müayinələrin aparılması üçün Almaniya və İngiltərə istehsalı olan test kitləri təmin olunub”, – deyə fondun departament direkto-ru qeyd edib.

S.Məmmədov bildirib ki, xəstəxanalarda çalışan tibbi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə maska, tibbi geyim, eynək, əlcək və digər qoruyucu vasitələr alınıb. Tibb müəssisələrinin

maddi-texniki bazasının gücləndirilməsi üçün süni nəfəs aparatla-rı, tibbi monitorlar və hemofiltrasiya cihazları təmin olunub. Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əhalinin maarifləndirilməsi üçün birgə kommunikasiya planı hazırlanıb və bu istiqamətdə mətbuat, ictimaiyyət və dövlət qurumları ilə əlaqələndirici iş aparılır. Koronavirusla mübarizədə həkimlərimizə dəstək məqsədilə digər ölkələrlə təcrübə mübadiləsi üçün virtual təlimlərin təşkili və bu gün də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə 3 ay müddətində bizim həkimlərlə birgə çalışacaq 20 nəfərdən ibarət müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət qrupun Azərbaycana səfərinin təşkil olunmasına dəstək göstərmişik. Heydər Əliyev Fondu tərəfindən, eyni zamanda, ölkədə uğurla həyata keçirilən sosial siyasətə dəstək olaraq ehtiyac duyan ailələrə ərzaq dəstəyi göstərilir. Ölkədə fəaliyyət göstərən uşaq evləri, körpələr evi, inter-nat məktəbləri, qocalar evi,

sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində tələb olunan profilaktik tədbirlər görülüb və lazımi qoruyucu vasitələr təmin olunub.

S.Məmmədov əlavə edib ki, səhiyyə sahəsində illər ərzində əldə etdiyi-miz təcrübə və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qazandığı-mız uğurlar bu gün bizə bu mübarizədə səhiyyəmizə la-zım olan dəstəyi göstərməyə imkan yaradır. Fondun rəhbərliyinin dəstəyi ilə biz uzun illərdir ki, ÜST ilə sıx və uğurlu əməkdaşlıq edirik. Bu gün elan etdiyimiz bu layihə bir daha Heydər Əliyev Fondunun hər zaman səhiyyəmizlə birgə olduğunu sübut edir. Fondumuz bu çətin günlərdə 24 saat iş ba-şında bütün səhiyyəmizə və hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır.

AZƏRTAC

Karantin rejimini pozan bələdiyyə sədri və işçisi saxlanılıb

� Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkədə elan edilmiş xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir. Belə mənfi hallara qarşı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Daxili İşlər Na-zirliyi və Respub-lika Baş Prokuror-luğunun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri Niyaz Nif-tiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydala-rını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postla-rında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Niyaz Niftiyev və Sahib Abışov tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Page 5: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

“Siyasi və iqtisadi islahatlar ölkəmizə yeni uğurlar qazandırır”

– Ölkədəki və dünyadakı in-diki mürəkkəb şəraiti dərindən səciyyələndirən, birinci rübdə qazanılan uğurların və qarşıda duran ən zəruri vəzifələrin proqramını əks etdirən əhatəli nitqində dövlət başçısı bir daha göstərdi ki, ölkəmiz 2020-ci ilə uğurla başlayıb və islahatların davam etdirilməsi yaxşı nəticələr verir. İlk iki ayda iqtisadi və sosial göstəricilər müsbət olsa da, mart ayındakı geriləmə koronavirus pandemisyasının yaratdığı şəraitlə bağlıdır. Bu vəziyyət dünyanın bir parçası olan Azərbaycana təsir etsə də, önləyici tədbirlər nəticəsində vəziyyət nəzarət altında saxlanılır.

Heç kəsə sirr deyil ki, əgər addımlar vaxtında atılmasaydı, bu gün xəstələrin sayı on minlərlə ola bilərdi. Təsadüfi deyildir ki, bir sıra ölkələr koronavi-rus pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsindən istifadə edirlər. Görülən tədbirlər bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin başlıca məqsədi insanların sağlam-lığını və həyatını qorumaqdır. Buna görə Azərbaycan vətəndaşları cənab Prezidentə minnətdarlıq edirlər.

Pandemiyanın Azərbaycan iqti-sadiyyatına mənfi təsir etdiyi hamıya bəllidir. Beynəlxalq maliyyə qurumları bu pandemiyadan yarana biləcək böhra-nın 2008–2009-cu illərin böhranından daha da ağır olacağını bildirirlər. Artıq Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət edib. Bu ölkələrin bir çoxunun davamlı müstəqil dövlətçilik tarixi bir neçə əsrə gedib çıxır. Azərbaycanın adı-nın həmin siyahıda olmaması ölkəmizdə cənab Prezidentin liderliyi ilə yürüdülən siyasətin düzgünlüyünü göstərir və bir daha təsdiq edir ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır.

Deməli, cənab Prezidentin nitqindən alınan başlıca dərs ondan ibarətdir ki, milləti öz ətrafında birləşdirib irəli aparan dövlət hakimiyyəti qüdrətli, idarəçilik çevik və səmərəli, iqtisadiyyat güclü olmalı, millətə və dövlətə müdrik, yüksək intellektual, dünya işlərini mükəmməl bilən dövlət xadimi rəhbərlik etməlidir.

Necə ki, bunu cənab Prezidentimizin şəxsi nümunəsi təsdiq edir. Hakimiyyətə küçədən gəlmək olmaz. Millət güclü, dövlət isə qüdrətli olmalıdır.

İnkişafımızın demokratiya və islahat-ların davam etdirilməsi ilə bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev bir daha bildirdi ki, bundan sonra da bu yöndə əhəmiyyətli addımlar atılacadır, bu məsələdə güclü siyasi iradəsi vardır. Siyasi və iqtisadi islahatlar paralel aparıl-dıqda böyük uğurlar qazanmaq olur. Son illərdə ölkədə aparılan struktur islahatları davam etdiriləcəkdir. Prezident Admi-nistrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Dövlət başçısının islahatlar xətti Azərbaycan vətəndaşları tərəfindən bəyənilir. Bu baxımdan, parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addım oldu.

Cəmiyyətdə fikir müxətlifliyinin olması normal haldır, tarixən həmişə olub, bu gün var, bundan sonra da olacaq-dır. Lakin dövlətçilik maraqları hamını birləşdirməli, mövqe aydın və birmənalı olmalıdır. Gündüz bir, günorta başqa, axşam isə tamamilə fərqli və yayğın danışan, üzə gülüb arxada iş çevirərək özlərini siyasətçi sayanları millət riyakar və fürcətcil kimi tanıyır və qəbul etmir.

Müsahibimiz açıqlamasının dava-mında dedi:

–Cənab İlham Əliyevin nitqində siyasi sistemin islahatları üçün dialoqun vacibliyi bir daha göstərildi. Heç kəsə sirr deyil ki, bizim gücümüz birliyimizdə olsa da, bu gün birliyimizi pozaraq milli-dövlət maraqlarına qarşı çıxanlar vardır.

Dialoqdan imtina edənlər əslində iqtidara qarşı yox, dövlətimizə, millətimizə qarşı adət-ənənələrimizə yad olan üsullar-la mübarizə aparırlar. Onların başlıca məqsədi bütün vasitələrdən istifadə edərək vəziyyəti gərginləşdirməkdir. Siyasi mübarizədə söyüş və təhqiri vasitə kimi seçən və xarici qüvvələrə bel bağla-yan bu şəxslər hesab edirlər ki, ölkəmiz və millətimiz üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.

Belə mövqedə olanları millət yaxına buraxarmı?! Cavab aydındır! Onların “narıncı inqilab” etmək, “ərəb baharı”nı ölkəmizə gərimək kimi niyyətləri unu-dulmayıb. İndi isə koronavirus pande-miyasının yaratdığı şəraitə sevinən bu qruplaşmanın mövqeyini millət görür və onları qəbul etmir. Həmin şəxslərin düçar olduğu isterika bununla bağlıdır. Deməli, cənab Prezidentin nitqindən alınan növbəti dərs ondan ibarətdir ki, cəmiyyətdə fərqli siyasi baxışların olmasına baxmayaraq, milli-dövlət maraqlarının qorunmasında vətəndaşlar, ictimai-siyasi təşkilatlar daim bir yerdə olmalı, onun əleyhinə olanları isə cəmiyyət özündən tamamilə təcrid etməlidir. Millətimizin və dövlətimizin bu günü və gələcəyi özümüzdən, milli birliyimizdən, cənab Prezidentin rəhbərliyi altında dövlətimizin ətrafında sıx birləşməyimizdən asılıdır.

Professor Musa Qasımlı sonda bildirdi:

– Dövlətimizin başçısı müşavirədə göstərdi ki, əməkdaşlıq üçün açıq olan Azərbaycana dünyada böyük maraq vardır, ölkəmizlə əməkdaşlıq etmək, sərmayə qoymaq istəyənlərin sayı artır. Bu, sadəcə, maraq deyil, Prezident İlham Əliyevə və onun liderliyində Azərbaycan dövlətinin bu günü və gələcəyinə olan etimad və inamla bağlıdır. Deməli, Azərbaycanın bu günü və gələcəyi təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçısı tərəfindən yürüdülən siyasətlə bağlıdır.

Hazırladı: T. AYDINOĞLU, “Xalq qəzeti”

Uğurlu başlanğıc yaxşı nəticələr vəd edir

Koronavirusun tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə də bunu təsdiqlədi. Müşavirədə dünyada və ölkəmizdə yaşanan koronavirus pande-miyası, bunun cəmiyyətə, iqtisadi inki-şafa, siyasi-iqtisadi islahatlar prosesinə təsirlərindən geniş və ətraflı şəkildə bəhs edildi. Ölkə Prezidenti yaşananlara baxmayaraq, göstəricilərin ümumlikdə yaxşı olduğunu və postpandemiya dövründə əvvəlki inkişaf , islahatlar xəttininin davam etdiriləcəyini, uğurlara nail olunacağını qətiyyətlə və əminliklə bildirdi. Bir daha aydın oldu ki, ölkəmiz bu ilin yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurub. Belə ki, ümu-mi daxili məhsul (ÜDM) 3 faizə yaxın artıb, qeyri-neft sektorunda, təxminən, 7 faizə yaxın artım olub.

Bütövlükdə, üç ayı götürsək, ÜDM 1,1 faiz artıb. Qeyri-neft sektorunda isə

3 faizdən bir qədər çox artım var. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz nəticəsini verməkdədir. Əhalinin gəlirlərindəki artım 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, cənab Prezidentin də vurğuladığı kimi, bu, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Müşavirənin və ölkə Prezidentinin çıxışının ən mühüm məqamlarından biri də odur ki, ilin sonuna qədər so-sial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan da artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxın-larda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb və bundan sonra

da ilin sonunadək nə qədər lazımdırsa, ediləcək. Üstəlik 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Özü də bu vəsait 2,5 milyard manatın içində deyil.

Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artma-sı da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. Artıq orta aylıq əməkhaqqımız 712, orta pensiya isə 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Bununla belə, maaşlar, pensiyalar ildən-ilə artırılır. Təsadüfi deyil ki, ötən il 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqram-lardan yararlanıb. Eyni zamanda, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Mini-mum 7 min məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək və təxminən 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Bunlar insanı sevindirməyə, qü-rurlandırmaya bilməz. Belə çətinliklər içərisində, dünyada iqtisadiyyatın çök-düyü bir dönəmdə bu kimi addımların atılması sözlə ifadəsi mümkün olmayan bir uğurdur. Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir və bunun da tək ünvanı, tək müəllifi var– Prezident İlham Əliyev!

Azərbaycan ölkə Prezidentinin müd-rik rəhbərliyi altında xalqımızla birlikdə yeni xariqələr yaradacaq, yeni–növbəti zəfər tarixi yazacaq. Hər kəs buna əmin olsun!

Kamilə ƏLİYEVA, Milli Məclisin deputatı,

BDU-nun professoru

“Pandemiya səmərəli dövlət idarəçiliyi qarşısında acizdir”

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirdi.

Deputat qeyd edib ki, əsas diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğun-laşması və islahatların ardıcıl formada davam etdirilməsidir. Burada xüsusi qürurverici məqam isə bir neçə gün öncə cənab Prezidentin təşəbbüsü ilə Türk Şurası Dövlətlərinin videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu, ölkəmizin koronavirus pandemiya-sına qarşı mübarizədə nəinki milli, hətta regional

və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istəyindən və potensialından irəli gəlir.

M. Əfəndiyev dedi: “Son videomüşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qo-

runması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinə dəyə biləcək zərərin minimu-ma endirilməsi kimi məsələlər də daxil olmaqla, əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşı-laşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır. Bu məcrada xüsusilə son dövrlər inki-şaf edən kənd təsərrüfatı sahəsində mümkün durğun-luğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır. Xüsusilə, bu sahədə məhsuldarlığın qorunması üçün həyati əhəmiyyətə malik suvarma suyu ilə təminatın yaxşılaşdırılması hökümət

tərəfindən prioritetləşdirilən istiqamətlərdəndir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərə çıxışlarının asanlaşdırılması məqsədi ilə də çoxsaylı tədbirlər həyata keçirilir.

Deputat onu da vurğu-ladı ki, Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə otuz milyon manat ayrılması da mühüm addımdır. Əhalimizin təmiz suya əlçatanlığının yaxşılaşdırılması nəticəsində ölkəmiz, eyni zamanda, 6-cı Davamlı İnkişaf Məqsədi istiqamətində böyük irəliləyiş əldə edəcək. Bütün bu tədbirlər bizi əmin edir ki, Prezidentin rəhbərliyi ilə hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycanın sürətli inkişafı davam edəcək.

Anar TURAN, “Xalq qəzeti”

“Məqsədimiz vətəndaşların sağlamlığını, insanların həyatını qorumaqdır”

İnsanlarımız da ölkədə koronavi-rusa qarşı mübarizə ilə bağlı dövlət səviyyəsində, xüsusən Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə görülən işləri çox yüksək qiymətləndirirlər. Bu günlərdə mətbuatda bununla bağlı dövlət başçısına ünvanlanmış minlərlə məktubla tanış olduq. Gördük ki, insan-larımız elektron məktublar, mesajlar vasitəsilə görülən işlərə yüksək qiymət verirlər.

Biz də hesab edirik ki, indiyədək atılmış qabaqlayıcı addımlar düzgün olub və məhz bu addımlar nəticəsində Azərbaycanda vəziyyət nəzarət altında saxlanılır. Prezident çox düzgün qeyd etdi: “Əgər bu addımlar vaxtında atıl-masaydı və biz düşünülmüş strategiya

çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz”.

Azərbaycan lideri həssas təbəqəyə aid insanlara daha çox qayğı göstərilməli olduğunu bildirdi. “Həssas təbəqənin qorunması hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onla-ra dəstək verməliyik, onlara kömək göstərməliyik”. Dövlət başçısı xüsusilə

qeyd etdi ki, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirir. Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər: “Mən bunu alqışlayıram... Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insan-lara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək”.

Hesab edirəm ki, Prezidentin müşavidədəki nitqi insanların pandemi-ya dövründən daha inamla çıxmasına kömək edəcək.

Teymur ZEYNALOV, iqtisad elmləri üzrə

fəlsəfə doktoru, dosent

Dövlətin məqsədi əhalinin sosial rifahının yüksəldilməsidir

Dövlət başçısının sədrliyi ilə videokonfrans şəklində keçən müşavirədə Prezidentin ilin sonuna qədər sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirməsi bütün xalq tərəfindən məmnunluqla qarşılanıb. Çünki görülən bütün tədbirlər, aparılan islahatlar, reallaşdırılan proqramlar və həyata keçirilən layihələrin hər biri əhalinin rifahı-nın yüksəlməsinə istiqamətlənib. Təkcə koronavirusla bağlı ümumi dəstək paketinin 2,5 milyard manat nəzərdə tutulması dövlətin bu işə nə qədər önəm verdiyinin göstəricisidir. Yalnız lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılması, ilin sonunadək hələ 150 milyon manat ay-rılacağının da nəzərdə tutulması çox önəmli haldır. Hələ onu düşünək ki, bu məbləğ 2,5 milyard manatın içində deyil.

Bütün sosial ödənişlərin aparıldığını, orta aylıq əməkhaqqının 712 manat, orta pensiyanın 295 manat, yaşa görə pensiyanın isə 330 manata yaxın olduğunu çıxışında qeyd edən dövlət başçımız bildirdi ki, biz maaşları, pensiyaları ildən-ilə artırırıq: “Ancaq bir daha demək istəyirəm ki, heç kim bilmir, pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olu-nacaq. Biz bütün addımları-mızı vəziyyətə uyğun şəkildə atmalıyıq”.

Prezident qeyri-for-mal məşğulluqla bağlı keçən il müsbət mənzərə müşahidə olunduğunu, əmək müqavilələrinin

sayının artdığını dedi: “Əgər əmək müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz, tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qey-diyyata düşmürsünüzsə, işsizlik müavinəti ala bilməyəcəksiniz. Ona görə hesab edirəm ki, indiki şəraitdə bu sahəyə daha da böyük diqqət yetirməliyik”.

Dövlət başçısı çıxışında ödənişli ictimai işlərə də to-xundu. İlin əvvəlində 37 min ödənişli iş yerinin yaradılma-sı nəzərdə tutulduğuna bax-mayaraq, pandemiyaya görə bunların sayı 50 minə çatıb. Çünki karantin rejiminə uy-ğun olaraq bəzi müəssisələr fəaliyyətini dayandırdı və bu da işsizlərin sayını artırdı. Buna görə də Prezident bölgələrdə tələbat yaranarsa, bu çətin dövr ərzində insan-ların müxtəlif işlərlə təmin

edilməsinə diqqət artırmağı tapşırdı.

Hazırda vətəndaşlarımızın do-lanışığını yaxşılaşdıran özünüməşğulluq proqramına 12 min insanın cəlb edilməsi, çox müsbət nəticədir. Bu proqrama təqribən 3-5 min nəfərlə başlanmış-dı. Amma bu proqramın uğurla aparılması və əldə edilən nəticələrə görə, indi təqribən on minlərlə tələbat var. Dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı təqribən 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çox-dur. Ancaq bu proqrama cəlb olunan vətəndaşlar bilməlidirlər ki, əgər onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr, bu imkanı itirəcəklər və ikinci dəfə onla-ra bu şərait yaradılmayacaq.

Dövlətin əsas məqsədi

budur ki, insanlar özləri üçün müstəqil gəlir mənbələri yaratsınlar və ailələrini sax-laya bilsinlər. İşsiz insanlar isə yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərində qeydiyyata düşsünlər. Çünki dövlət hər addımın-da vətəndaşının rifahını düşünür, aztəminatlı ailələr ünvanlı sosial yardım, sosial müavinət, işsizlik müavinəti və bu kimi digər ödənişlər alırlar. Elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan başlayaraq artıq 100 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi də dövlətin vətəndaşına olan qayğısının bariz nümunəsidir.

Arzu BAĞIROVA, “Regional Hüquqi və

İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videomüşavirə ölkəmizin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı bir sıra məsələlərə növbəti aydınlıq gətirdi. Dövlət rəhbərinin geniş məzmun və dərin məna kəsb edən nitqində bu günümüz və gələcəyimiz üçün vacib olan bir sıra məsələlər diqqət mərkəzində oldu”. Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı onlayn iclasda dövlət başçısının nitqini yüksək dəyərləndirərək bildirdi:

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokon-frans şəklində keçirilən müşavirə bir daha onu göstərdi ki,

Azərbaycanda səmərəli dövlət idarəçiliyi mövcuddur və pandemiya onun qarşısında acizdir.

Azərbaycanda koronavirusa qarşı mübarizə çərçivəsində insanların sağlamlığını qorumaq üçün bütün zəruri addımlar atılır. Karantin rejiminə tezliklə son qoyulması, vətəndaşların normal həyata qayıtması üçün hər cür tədbir görülür. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində müşavirədə də bu barədə geniş söhbət açıldı. Dövlət başçısı pandemiyanın yayılması ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək dönə-dönə qeyd etdi ki, dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlərin məqsədi vətəndaşların sağlamlığını, insanların həyatını qoru-maqdır.

Ölkə Prezidenti bütün vəziyyətlərdə, fors-major situasiyalarda hər zaman təmkinini, müvazinətini, soyuqqanlılığını qoruyub saxlaya bilir və hər zaman xalqına, dövlətinə, insanları-na, vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırır. Əsl lider, əsl dövlət rəhbəri də məhz belə olmalıdır və 17 illik hakimiyyəti dönəmində də ölkə Prezidenti daim belə olub, yüksək idarəçilik, təşkilatçılııq, liderlik keyfiyyətləri nümayiş etdirib.

AHİK Heydər Əliyev Fondunun sosial layihələri çərçivəsində aztəminatlı ailələr üçün

105 min manat vəsait köçürüb � Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə

daha geniş yayılmasının qarşısının alınması məqsədilə elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək proqramları davam edir.

Azərbaycan Həmkarlar İttifaq-ları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildiriblər ki, AHİK icti-mai nəzarətin həyata keçirilməsində,

vətəndaş müraciətlərinin təkliflərinin araşdırılmasında, ictimaiyyətin həssas təbəqəsi hesab edilən şəxslərə müxtəlif aspektlərdən dəstək göstərməsində bu

dəfə Heydər Əliyev Fondunun sosial layihəsində iştirak etmək barədə qərar qəbul edib.

Bu məqsədlə AHİK və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yara-dılan “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə aprelin 13-də bağlanılmış ianə müqaviləsinə əsasən, 1500 ailə üçün maddi yardımın edilməsi məqsədilə AHİK tərəfindən İctimai Birliyin hesabına 105 min manat vəsait köçürülüb.

17 aprel 2020-ci il, cümə 5

Page 6: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

Avropa İttifaqı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında

Mərkəzin binası üzərinə proyeksiya olu-nur. Bununla da Heydər Əliyev Mərkəzi “COVID-19”-un yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqla-rı Mərkəzin binasının üzərində nümayiş olunub.

Ölkəmiz postpandemiya dövründə də öz inkişafını davam etdirəcək”

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, məqsədyönlü siyasət və dü-şünülmüş addımlar nəticəsində ölkəmiz

postpandemiya dövründə də öz inkişafını davam etdirəcək, yeni-yeni uğurlar qazanacaq. Deputat qeyd edib ki, öz inkişafına görə, regionun lider dövləti olan Azərbaycanda ötən illərdə olduğu kimi, ilin ilk rübü uğurlarla yadda qalıb.

Azərbaycan Respub-likasının Prezidenti İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokon frans şəklində müşavirədə vurğulandığı kimi, cari il Azərbaycan üçün uğurla başlayıb və bəhs edilən dövrdə inki-şaf və tərəqqi müşahidə olunub: “Prezident İlham Əliyevin müşavirədə bəyan etdiyi kimi, ilin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda isla-hatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxa-rır. Xüsusilə, yanvar-fevral

aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Beləliklə, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu ilin üç ayında da istər ümumilikdə ölkəmizdə, istərsə də ayrı-ayrı regionlarda inkişaf və tərəqqi müşahidə olunub”.

Millət vəkili onu da əlavə edib ki, bununla belə, bu ilin üç ayı ərzində bütün dün-yanı bürüyən koronavirus pandemiyası bizə də təsirsiz ötüşməyib: “Koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. La-

kin bu məsələdə də ölkəmiz müsbət mənada fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Respublikamızda digər məsələlərdə olduğu kimi, yeni növ koronavirus infek-siyasının yayılmasına qarşı mübarizə çərçivəsində də bütün addımlar düşünülmüş şəkildə atılır”.

“Xalq qəzeti”

İqtisadiyyat Nazirliyi xəbərdarlıq edir

� İqtisadiyyat Nazirliyi Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib. Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Xəbərdarlıqda deyilir: “Hörmətli vergi ödəyiciləri!Koronavirus (COVID-19)

pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına

yol verilməməlidir.Pandemiya ilə əlaqədar dövlətdən

maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”.

Dünya ictimaiyyəti işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” heç vaxt tanımayacaq

Rusiyalı ekspert Dmitri Solonnikov bildirib ki, “müstəqil dövlət” qismində BMT-nin heç bir üzvü, o cümlədən, Ermənistan tərəfindən tanınmayan Dağlıq Qarabağ digər dövlətlərin malik olduğu hüquqlara sahib deyil: “Bununla əlaqədar olaraq BMT üzvü olan dövlətlərin rəsmi sənədlərində tanınmamış qurumlarda seçkilərə, prezident, parlament, hökumət kimi siyasi kateqoriyalara çox ehtiyatla yanaşırlar. Bu, tanınmamış respublikanın rəhbərliyini ifadə edən formulalara da aiddir. Keçirilmiş “seçkilər” uzun müddət ərzində formalaşmış bu yanaşmanı dəyişməyəcək”.

Eyni zamanda digər maraqlı məqama da diqqət yetirmək lazımdır: “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda

keçirilmiş qondarma “seçkilər” Yerevanda yeni hakimiyyətin dövründə keçirilib və bu prosesi ilk növbədə baş nazir N. Paşinyanın hakimiyyətini möhkəmləndirmək cəhdi kimi nəzərdən keçirmək lazımdır. Onun üçün “Qa-rabağ klanı” ilə mübarizə prinsipial əhəmiyyət daşıyır və qondarma “seçkilər” məhz bu istiqamətdə istifadə olunub. Bu kontekstdə, həmçinin, Paşinyanın yanvarın 25-də Qara-bağ münaqişəsinin nizamlanmasının variant-ları barədə açıqlaması da məlumdur... Hesab edirəm ki, qondarma “seçkilər” Ermənistanda daxili siyasi məsələlərin həlli baxımından maraqlıdır. Yəqin ki, məhz buna görə seçki prosesi koronavirus pandemiyasına baxma-yaraq təxirə salınmadı. Böyük Britaniyada bələdiyyə seçkiləri, Rusiyada Konstitusiya-ya dəyişikliklərlə bağlı referendum təxirə salındı. Amma qondarma “Dağlıq Qarabağ Respublikası”nda bu proses davam etdi. Hər kəs öz qərarını, öz dəyərləri əsasında qəbul edir”.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçular ailələrə növbəti dəfə ünvanlı yardım çatdırıblar.

Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırı-lan zəruri ərzaq məhsulları şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunub.

Qeyd edək ki, bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.

Bu tarixi yazana “Əhsən, yaşasın!” yaraşır

Məqalədə deyilir: “Dünyamızın başının üzərini qəfil və çox acı-masızcasına kəsdirən koronavirus pandemiyasına qarşı ilk qətiyyətli, əzmli, birmənalı mübarizə aparan da məhz İlham Əliyev oldu, məhz Odur...Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti, çoxlarının, hətta, dünyaya “insanlıq və demokra-tiya dərsi” keçib, indi də insanlıq dra-mı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların rəhbərlərinin “bu da keçib gedər, virusdur, ötəridir, baş qoşmağa dəyməz” kimi bir yanaşma sərgilədikləri və bunun bədəlini çox ağır ödədikləri bir dönəmdə cənab İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını ara-yıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün imkanları, bü-tün resursları səfərbər etdi. Nəticələr göz önündədir... İtkilər, yoluxmalar olsa da, sağalmalar, sağalanlar da gündən-günə artmaqda, yoxuşa deyil, enişə doğru gedilməkdədir. Bunlar da Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin birgə səylərinin, ən əsası Liderin iradəsinin, qətiyyətinin, fəhminin, duyumunun nəticəsidir... Bir neçə gün öncə Türk Şurasının liderlərini videokonfrans vasitəsilə bir araya gətirən cənab İlham Əliyev tarixi Zirvə görüşünə imza ataraq, İlk

oldu!Aprelin 14-də bunun davamını

gətirərək, videokonfrans vasitəsilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə keçirdi və yenə də İlk oldu! Açığını deyim ki, yaşadığımız günlərdə hansısa ölkədə hansısa dövlət, hökumət başçısının belə bir addım sərgilədiyinin şahidi olmamı-şıq...Olsaydı, mütləq ki, bunun media-dan, internet resurslarından görərdik, izləyərdik...

Azərbaycan Prezidentinin rəhbərliyi ilə aprelin 14-də çox yüksək bir səviyyədə müşavirə keçirildi, ölkədə ilin üç ayında görülən işlərin əhatəli, məzmunlu təhlili aparıldı... Uğurlar sadalandı, həllini gözləyən məsələlər qabardıldı, açıq və aydın bir şəkildə birmənalı olaraq göstəriş və tapşırıqlar verildi... Ən əsası isə, Azərbaycan insanı bir daha öz dövlətinə güvəndi, etibar etdi. Azərbaycanda insan amilinin, insan kapitalının hər şeydən irəli gəldiyi bir daha öz təsdiqini tapdı. Əhəmiyyətli bir mesaj bütün dünyanın gözləri önünə sərgiləndi: ağır situasiyalarda belə, dövlət üçün öz vətəndaşının sağlamlığının, əmin-amanlığının, rifahının təmin edilməsi ən başlıca hədəfdir! Dövlət Babanın əsl baba-lığı bir daha əyani əksini tapdı! Ölkə Prezidentinin bütün çıxışı boyu ona

xas olan optimizm və praqmatizm özünü hər cümləsində göstərdi...Təmkin, soyuqqanlı yanaşma, ifadələrin, sözlərin dəqiq, birmənalı, anlaşılan olması və hədəfinə çatma-sı da öz yerində... Sitat: “... Həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımı-zın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır – həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pande-miyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyükhəcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiy-yatımız, iş yerləri bərpa ediləcək...” Gerçəkdən özünə, sözünə son dərəcədə güvənən və güvənilən bir Liderin sözləridir... Əsl Liderə də yaraşan elə budur...Bu günə qədər verdiyi sözlərə, vədlərə ən kiçik detallarına, bütün nöqtələrinə qədər

əməl etmiş, hədəflərinə çatmış dövlət başçısının sözləri, nitqi məhz belə olmalıydı... Vətəninə, dövlətinə, xal-qına, onun parlaq gələcəyinə güvən, inam və əminlik! Bunlar tarixdir, yaradılan və yazılan...İndi kimlərsə bu tarixi poza, dəyişdirə bilməz və bilməyəcək... Necə ki, illərdir çalışsa-lar da, cəhd göstərsələr də bacarma-yıblar... Bacarmayacaqlar da... Çünki hər bir atılan addımın, cəhdin təməli, özülü, bünövrəsi olmalıdır. Özülü, bünövrəsi düzgün atılmayan bir bina, bir göydələn günlərin birində necə üzü aşağı gəlirsə, bərbad olursa, sağlam və təməli olmayan addımın da sonu uçurum, dağılma, iflasdır...Dünən də, bu gün də ölkəmizin uğurlarını həzm edə bilməyənlər bu həqiqəti və gerçəkliyi gec də olsa, anlasalar yaxşıdır... Bizlər üçün deyil, heç olmasa özləri üçün, rəzil, miskin duruma saldıqları ətrafları üçün... Onsuz da yel qayadan heç nə apara bilməyib və bundan sonra da apara bilməyəcək... Donos yazmaqla, şər atmaqla, Avropa Şurası və onun kimi “qlobus” sifətli təşkilatları ölkəmizə qarşı qaldırmaqla və ya elə onların özünün alətinə çevrilməklə, havasına oynamaqla nəsə qazanmaq mümkün deyil və heç mümkün də olmayacaq... Cənab Prezidentdən daha bir sitat: “...Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra on-lar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxa-sında heç də Azərbaycanda demok-ratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraq-larına zərbə vurmaq bu qurumun məqsədidir...”.

Hesab edirik ki, güzgüdə özünün və özlərinin necə göründüklərini bir daha görmək əla imkan və fürsətdir. Əlavə şərhə də, izahata da ehtiyac yoxdur... Bəli, tarix yaradılır və yazı-lır... Elə günlərimizdə olduğu kimi... Bu tarixi yaradan və yazan oğula, insana, şəxsiyyətə isə ancaq “Əhsən, yaşasın!” yaraşır.

Məktubda deyilir: “Bu məktubla birlikdə Ermənistan qoşunları tərəfindən atəşkəs rejiminin pozul-ması ilə bağl Azərbaycan Respubli-kasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının bəyanatını təqdim etməkdən şərəf duyuram. Bu məktubun və əlavəsinin Baş Assambleyanın gündəliyinin 32 və 37-ci maddələri üzrə sənədi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasına görə minnətdar olaram”.

Bəyanatda qeyd olunur ki, qoşun-ların təmas xəttindəki indiki gərginlik sülhün olmamasının və Ermənistan–Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılması zərurətinin növbəti ağrılı sübutudur: “Təəssüf

ki, cəbhə xəttində bir müddət qeydə alınmış toqquşmalar bir daha təsdiq edir ki, Ermənistan sülhdə maraqlı deyil. Dünya COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda, bunun insan həyatına törədə biləcəyi təhlükələrə baxmayaraq, Ermənistan və

Azərbaycanın Dağlıq Qarabağ regio-nundak işğalçı rejim öz qanunsuz və təxribatçı fəaliyyətini davam etdirir və daim dinc əhalini atəşə tutur”.

Bəyanatda daha sonra bildirilir ki, 2020-ci ilin aprelindən başlaya-raq, Ermənistan qoşunları Qazax

rayonunun dinc sakinlərinə qarşı iriçaplı silahlardan istifadə edir: “Biz Ermənistanın cəbhə xəttinin yaxınlığında yaşayan azərbaycanlı mülki şəxslərə təhlükə törədən hərbi fəaliyyətindən narahatıq. Bütün bu fəaliyyət BMT-nin Baş katibi Antonio Quterreşin bütün dünyada səsləri yüksəltməyə və silahları susmağa çağıran bəyanatına qarşı yönəlib! Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı balşadığı müharibə bizi həyati vacib ehtiyatlardan məhrum etdi. Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icması dəfələrlə ermənilərlə dinc birgəyaşayışa hazır olduğumuzu ifadə etmişik. Biz işğal və etnik təmizləməni qəbul etməyən sülh və əməkdaşlıq tərəfdarıyıq və Ermənistan rəhbərliyindən bununla əlaqədar BMT Təhlükəsizlik Şu-rasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini icra etməyi tələb edirik”.

Energetika Nazirliyi birinci rübün hasilat və ixrac göstəricilərini açıqlayıb

Birinci rübdə ixraca nəql olunan neftin kon-densatla birlikdə həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub. 2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd. kubmetr təşkil edən qaz hasilatının 3,5 mlrd. kubmetri AÇG-dən, 4,7 mlrd. kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd. kub-metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd. kubmetr qaz ixrac

edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 mln. kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. kubmetr qaz nəql olunub. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. kubmetrə yaxın qaz nəql edilib.

Azərbaycanın neft-qaz sənayesinin inkişafın-da mühüm rola malik “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə də indiyə kimi neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. kubmetr qaz hasil edilib. AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. kubmetr qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. kubmetr qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlar-dan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. kubmetr qaz ixrac edilib.

Tarix yaradılır, sonra yazılır...Tarix yaradan, həm də tarix yazır və yazdırır... Vərəqləyib geridə qoyduğumuz təqvim səhifələri də bu gün şanlı bir tarix olur, ən yeni tariximizin qürurlu

şahidinə çevrilir... Bu şanlı tarixi yaradan və yazan var! Bu, cənab Prezident, bütün dünya azərbaycanlılarının lideri, Zati-aliləri İlham Heydər oğlu Əliyevdir... İlham Əliyev tək indi deyil, hakimiyyət Bi-rincisi olduğu andan, 2003-cü ilin oktyabrında qazandığı ilk parlaq qələbəsi və zəfərindən bu yana tarix yarada-yarada, tarix yaza-yaza gəlir... Bu, həm də bir Salnamədir... Bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filolo-giya elmləri doktoru, professor Jalə Əliyevanın “Bu tarixi yazana “Əhsən, yaşasın!” yaraşır” sərlövhəli məqaləsində yer alıb.

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik

Şurasının rəsmi sənədi kimi yayılıb

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı 2020-ci il apre-lin 13-də Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş Assambleyasına ünvanla-dığı məktuba əlavə edilib və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qon-darma “prezident və parlament seçkiləri” beynəlxalq ictimaiyyətin marağını cəlb etməyib və etməyəcək.

2020-ci ilin I rübündə respublika üzrə hasil edilmiş 9,3 mln. ton neftin (kondensatla birlikdə) 6,4 mln. tonu “Azəri-

Çıraq-Günəşli”nin, 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı 1,9 mln. ton təşkil edib.Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri,

səfir Kestutis Yankauskas həmrəyliyə görə Azərbaycana təşəkkür edib. Kestutis Yan-

kauskas Avropa İttifaqı Nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində yazıb: “Heydər Əliyev Mərkəzinin binası üzərində əks olunan Avropa İttifaqının bayrağı, Aİ və Azərbaycan arasında-kı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”

Hərbi qulluqçuların ünvanlı yardımları davam edir

6 17 aprel 2020-ci il, cümə

Page 7: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

17 aprel 2020-ci il, cümə 7

“Azərsu” ASC daxili vəsaiti hesabına sementin satın alınması məqsədilə

KOTIROVKA SORĞUSU ELAN EDIR

Kotirovka sorğusunda iddia-çı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamenti rəisinin müa-vini (əlaqələndirici şəxs- Mu-rad Abışevə ,telefon- 431 47 67/3019 və Tural Rzayevə, 431 47 67/2266) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddia-çı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirov-ka təkliflərini 20 aprel 2020-ci il

saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qayta-rılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 21 aprel 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və on-ların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün qazanxana avadanlıqlarına, elektrik generatorlarına, kondisionerlərə, su

nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi və təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alın-maqla hesablamalıdırlar. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyəti olma-sı nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyar-lar və texniki xüsusiyyətlərə uyğun hazır-lanmış ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı-na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 250 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

B1. Benefisiar (alan) bankAdı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005VÖEN – 1401555071M/h - AZ41NABZ

01360100000000003944SWIFT BIK CTREAZ22B2. Vəsaiti alan müştəri (benefisiar)Adı – DİN-in Daxili Qoşunlarının Baş

İdarəsiH/h - AZ44CTRE

00000000000002458570VÖEN – 1500426471D3. Büdcə təsnifatının kodu – 142330D4. Büdcə səviyyəsinin kodu – 7İştirak haqqı heç bir halda geri

qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşa-

ğıdakı sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün yazılı

müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fai-zi həcmində (təklifin təminatı) bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- analoji işlərdə təcrübəsi, iddiaçı-nın potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat (tələb olunan malların xidmətlərin və ya işlərin satına-lınması üzrə təcrübəsi, ixtisaslı kadr və texniki imkanları, işçi qüvvəsinin olması barədə məlumatları malgöndərən (pod-ratçı) uçotdakı vergi orqanından alır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- malgöndərən (podratçı) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol-masının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı müvafiq orqanlardan sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmala-rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 may 2020-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 19 may 2020-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 20 may 2020-ci il saat 16.00-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

“ Azərsu” ASC-nin “Sutikinti” müəssisəsi müxtəlif markalı betonun (pompa ilə) satın alınması məqsədilə KOTIROVKA SORĞUSU ELAN EDIR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünva-na – Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC-nin “Sutikinti” müəssisəsinin təchizat şöbəsinə (əlaqələndirici şəxs- Əhəddin Həsənova, 055-510-71-93) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər im-zalanıb möhürlənmiş təkliflərini 20 aprel 2020-ci il saat 12.00-

dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı, Mir Cəlal küçəsi 34 A nömrəli ünvandakı inzibati binasında 21 aprel 2020-ci il saat 12.00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi təqdimatların keçirilməsi və səyyar xidmətin göstərilməsi

üçün informasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDIRLot -1. Təqdimatların keçirilməsi və səyyar

xidmətin göstərilməsi üçün informasiya texnologiya-ları avadanlıqlarının və lisenziyaların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satın-almalarının https://www.etender.gov.az/ vahid in-ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün ten-der iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üçün müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs – Rəşad İsmibəyli, telefon - (+99412)(498-89-14)(1020),e mail: [email protected]

• İştirak haqqı 800 manatdır.Tenderdə iştirak haqqının ödənilməsi üçün satın-

alan təşkilatın bank rekvizitləri:• Təşkilat-Kənd Təsərrüfatı Nazirliyi• VÖEN- 1700069791 (Kənd Təsərrüfatı Nazirliyi)• H\h- AZ94CTRE00000000000002188301

(AZN) (mərkəzi aparat)• VÖEN- 1401555071 (Dövlət Xəzinədarlığı

Agentliyi)• Bank-Dövlət Xəzinədarlığı Agentliyi• Büdcə səviyyəsi kodu- 7• Büdcə təsnifatı kodu-142330• Kod-210005• M\h- AZ41NABZ01360100000000003944• S.W.I.F.T. Code: CRTEAZ22İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün yazılı müraciət;- tenderdə iştirak haqqının ödənilməsi barədə

bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haq-qında arayış;

- son bir il ərzində (fəaliyyətini dayandırdı-ğı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;

- iddiaçıların fəaliyyəti haqqında vergi orqanla-rı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haq-qında bank arayışı;

- iddiaçının tam hüqui adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunma-lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvan-laya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 may 2020-ci il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 21 may 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 may 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Qax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs

sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri- profilaktiki dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin, digər kommunal xidmətlərin haqqının ödənilməsi, camaşırların yuyulması (yum-şaq inventarlar və yataq ləvazimatları), digər kommunal xidmətlərin haqqının ödənilməsi, tullantıların ləğvi və daşınması xərc maddələri üzrə

KOTIROVKA SORĞUSU ELAN EDIRİddiaçıların təklifləri 2020-ci il mayın 2-dək

qəbul olunur.Təklif zərfləri 4 may 2020-ci il saat 10.00-

da Qax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin binasında açılacaqdır.

Əlaqələndirici şəxs- Nağdalıyev Cuma Nağdalı oğlu.

Əlaqə telefonu- 024 -255- 30- 49. Ünvan-AZ 3400, Qax şəhəri, 9 aprel

küçəsi, 8. [email protected]

B I L D I R I ŞAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Daxili Qoşunların Baş İdarəsinin 2020-ci il üçün silah ləvazimatlarının (ölçüsü, miqdarı, həcmi və digər meyarı məlum olan) satın alınması məqsədilə 2020-ci il martın 6-da “Xalq qəzeti”ndə dərc edilmiş və martın 4-də www.etender.gov.az saytında yerləşdirilmiş açıq tenderinə təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinin tələblərinə əsasən adıçəkilən malların satın alınması məqsədilə tenderin davamından imtina edilmişdir.

Daxili Qoşunların tender komissiyası

“Azərsu” ASC üzərində “Azərsu” loqosu olan su sərfiyyatı

bildirişlərinin çap olunması üçün kağızların satın alınması məqsədilə KOTIROVKA SORĞUSU ELAN EDIR

Kotirovka sorğusunda iddia-çı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınal-maların İdarə Olunması De-partamenti rəisinin müavini (əlaqələndirici şəxs:Hikmət Qa-sımov 431 47 67/2249) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddia-çı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 20 aprel 2020-ci il saat

12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 21 aprel 2020-ci il saat 12.00-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Şirvanda aprel şəhidi Rahil Ərəblinin xatirəsi anılıbAzərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğ-

runda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra dövlət başçısı Ilham Əliyevin imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı olub. Şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib, son illər ərzində 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, müavinətlər, pensiya, prezident təqaüdü verilir, şəhid övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılır, onların əziz xatirəsi daima yad edilir.

Şirvan şəhərində də 137 şəhid ailəsi şəhər icra hakimiyyətinin daimi diqqət və qayğısı ilə əhatə olunub, onlara vaxtaşırı maddi yardımlar və lazımi köməkliklər göstərilir, sosial problemləri həll edilir.

2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın cəbhəyani mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artileriya atəşinə məruz qaldığı za-man ordumuzun bölmələri əks həmlə ilə düşmən təxribatının qarşısını alıb və silahlı qüvvələrimiz 2 min hektarlıq ərazini düşmən tapdağından azad edib. Bu döyüşlərin iştirakçılarından biri də Şirvan şəhər sakini Rahil Rafiq oğlu Ərəbli idi.

1996-cı il aprelin 14-də Şir-van şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olan Rahil

Ərəbli qəsəbədə yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alıb və əsl vətənpərvər gənc kimi yetişib. Bunu, onun keçdiyi sonrakı həyat yolu bir daha təsdiqlədi. Rahil Ərəbli 12 may 2016-cı il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirərkən düşmənlə təmas xəttində aldığı qəlpə yarasından şəhid olub. Şəhid 2016-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin kollektivi, bütün şirvanlılar şəhid Rahil Ərəblinin xatirəsini daim əziz tutur, ailəsinə vaxtaşırı maddi və mənəvi dəstək göstərirlər. 14 aprel 2020-ci il tarixində şəhidin doğulub boya-başa çatdığı qəsəbədə, əvvəllər yaşadığı evin yanında yeni inşa edilən “Şəhid

Rahil Ərəbli” guşəsi önündə onun əziz xatirəsi bir daha yad edildi.

Xatirə guşəsinin açılışında iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, şəhid Rahil Ərəblinin keçdiyi həyat yolundan və xidməti borcunu yerinə yetirərkən göstərdiyi sücaətlərdən danışıb. İlqar Abbasov belə vətənpərvər övlad böyütdüyünə görə şəhidin valideynlərinə öz minnətdarlığını ifadə edib, “Şəhid Rahil Ərəbli” xatirə guşəsinin inşasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Xatirə guşəsinin açılışında iştirak edən şəhidin valideynləri Narıngül Ərəbova və Rafiq Ərəbov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya, eyni zamanda, ko-ronavirus pandemiyasına qarşı təşkil edilən yüksək səviyyəli mübarizəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Bi-rinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin

bölgə müxbiri

Nəhənglərin maraqları və qlobal təhdidlər koronavirus pərdəsi arxasındaKoronavirus bütün dünyanı ciddi həyəcana sa-

lıb, bəşəriyyəti yeni qlobal böhrana yönləndirib. Bu bəşəri bəlanın nəhəng qara pərdəsi arxasında dünyanı təhdid edən qlobal problemlər barədə söz açan iqtisadçı professor Fikrət Yusifov aşağı-dakıları bildirib:

– Çağdaş bəşəri bəlalardan biri artıq çoxdan həyəcan zəngi eşidilməkdə olan qlobal istiləşmədir. Əgər qlobal istiləşmə bu sürətlə davam edərsə, okeanlarda suyun səviyyəsinin qalxması nəticəsində 2050-ci ilə qədər yüzlərlə dənizkənarı iri yaşayış məntəqəsindən (Nyu-York kimi iri meqapolislər daxil olmaq-la) 300 milyondan çox insanı təhlükəsiz ərazilərə köçürmək lazım gələcək. Başqa bir qlobal təhlükə isə dünyanın borc prob-lemi ilə bağlıdır.

Bu ciddi narahatlığı doğuran amil dünya iqtisadiyyatını, onun maliyyə sistemini təhdid edən, ümumi həcmi 270 trilyon dolları ötən və bütün dünya ölkələrinin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan 3 dəfədən çox olan borclar problemidir.

Bu borclar durmadan artır və bütövlükdə, dünya iqtisadiyya-tını dərin bir uçuruma aparır. Bu siyahıya dünya iqtisadiyyatının dörddə birinə sahib olan Ame-rika Birləşmiş Ştatları başçılıq edir. Heç şübhəsiz, koronavirus bu ölkənin artıq 24,3 trilyon dollara yaxınlaşan dövlət borc-larını əlavə olaraq 5-6 trilyon dollar da artıracaq.

İndidən görünən budur ki, nəhənglər durmadan artan maddi maraqlarının onları hara apardığını, nəhayət, anlaya bildilər. Klassik nəzəriyyələri belə inkar edərək, trilyonlar-la dollar qazanc əldə edənlər bunu sona qədər etməyin mümkünsüzlüyünü axır ki, başa düşdülər. Deməli, dünya uçuru-mun astanasında dayana bildi.

Yeni düzənin bütün parametrləri artıq çoxdan işlənib

hazırlanıb. Bölüşdürülməsi zəruri olan nə varsa çoxdan bölüşdürülüb– qalır bunu koro-navirus pandemiyasına ayrılan zaman bitdikdən sonra elan etmək. Bu zaman da bəllidir, sadəcə, hər kəsin bilməsi müm-kün deyil. Vaxt başa çatdıqdan sonra koronavirusun peyvəndi də ortaya qoyulacaq.

Bəlli olan bir həqiqət isə budur ki, yeni düzəndə bütün səviyyələrdə idarəçilik yetərincə mərkəzləşdiriləcək. Bu mərkəzləşmə isə indiyə qədər görünməmiş yeni texnologiyalar vasitəsilə həyata keçiriləcək.

Hazırladı: R.TAHIR, “Xalq qəzeti”

AÇIQ TENDER ELAN EDIR

Page 8: Birinci vitse-prezident Mehriban Əliyeva qanvermə …xalqqazeti.com/pdf/xalq 17 apr OPT.pdf2 17 aprel 2020-ci il, cümə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 aprel

17 aprel 2020-ci il, cümə8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6113

942

40 qəpik

ABŞ

75 min işçi tələb olunurABŞ-ın elekt-

ron ticarət nəhəngi “Amazon”un onlayn sifarişləri korona-virus pandemiya-sına görə sürətlə artmaqda davam edir. Bu səbədən şirkət 75 min işçi

axtarır. Şirkət rəsmiləri bildiriblər ki, koronavirusa görə, baza əməkdaşlarına və sürücülərə xüsusi ehtiyac duyulur. Xatırladaq ki, ötən ay əvvəl şirkət rəsmiləri əməkdaşlarının maaşlarını artırmaq üçün 350 milyon dollar vəsait ayırdıq-larını və daha 100 min işçi götürəcəklərini bildirmişdilər.

Xəbəri “Bloomberg” verib.

Çin

Satış artıbABŞ-ın

“Tesla” şirkəti mart ayı ərzində Çində 10 min 160 ədəd elekt-romobil satılıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyd edək ki, şirkət cari ilin yanvarında Çindəki bölməsində 2 min 620, fevralda isə 3 min 900 avtomo-bil satmışdı. Bunu nəzərə alan “Tesla” şirkəti Şanxayda yerləşən və 2 milyard dollara başa gələn zavodunda 150 min “Model 3” elektromobili istehsal etməyi planlaşdırır.

Məlumatı “Autonews” yayıb.

Misir

Virtual səyahət Misirdə

virtual səyahət məkanları istifadəyə veri-lib. Məlumata görə, virtual olaraq ölkənin 8 populyar turist məkanını ziyarət

etmək mümkündür. Sözügedən turlar məkanların “3D” modellərinin köməyilə həyata keçirilir. Virtual tur paketində VI Ramzes, III Meresanh, Menni məqbərələri, həmçinin Kom el-Şukafın katakombaları, Beni Hassan nekropolu, Ben Ezra sinaqoqu, Sultan Barkuk məscid-mədrəsəsi və qırmızı monastır mövcuddur. Qeyd edək ki, bütün turlar pulsuzdur.

Məlumatı “Al Arabian” yayıb.

Böyük Britaniya

Danışıqlar davam edirAvropa İttifaqı

(Aİ) ilə Böyük Britaniya arasın-da “Brexit”dən sonrakı ticarət sövdələşməsi ilə bağlı danışıq-lar davam edir. Ekspertlər tərəflər arasında iyun ayına qədər konkret irəliləyişlər gözlənildiyni bildirirlər.

Danışıqları Britaniya tərəfindən Devid Frost, Aİ tərəfindən isə Avropa Komissiyasının səlahiyyətli nümayəndəsi Mişel Barniyer aparır. Müqavilənin 2020-ci ilin dekabrına qədər razılaşdırılacağı gözlənilir.

Xəbəri “Euronews” verib.

İspaniya

Yenidənqurmaya 570 milyon avroMadridin “Real”

futbol klubu “Santyaqo Bernabeu” stadionunda yenidənqurma işlərini davam etdirəcək. Bunun üçün paytaxt bələdiyyəsindən rəsmi icazə alınıb. Bildirilir ki, klub yenidənqurma

işlərinə 570 milyon avro ayırıb. Yenidənqurmadan son-ra stadionda 360 dərəcə dönən videoekran olacaq və arenaya açılıb-bağlana bilən dam örtüyü quraşdırılacaq. Azarkeş tutumu isə 80 min 242 nəfər olacaq. Stadionun 2022-ci ilin oktyabr ayında tam hazır olması gözlənilir.

Xəbəri “Marca” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Aprelin 17-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-8, gündüz 19-24 dərəcə

isti olacaq. Â Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 8-10, gündüz 16-21, dağlarda gecə 8-10, gündüz 12-17 dərəcə isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli ailəsi ilə birlikdə Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Nadirə Bədəlbəyliyə anası

ÜLFƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Ukraynada əsirlərin mübadiləsi baş tutubKiyev və tanınmamış Donesk “respublikası” arasın-

da 2020-ci ildə ilk dəfə əsirlərin dəyişdirilməsi prosesi baş tutub. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən məlumat verilib. İnformasiyanı “İzvestiya.ru” yayıb.

Donetsk tərəfinin verdi-yi məlumata görə, proses insidentsiz başa çatıb, Donetskə 10 nəfər, Kiyevə isə 9 nəfər qaytarılıb. Bir nəfərsə dəyişdirilməkdən imtina edib.

Ukrayna Prezidentinin ofisindən isə bildirilib ki, Ki-yev özünün 19 vətəndaşının qaytarılmasına nail olub, mübadilə prosesi “hamının hamıya” prinsipi ilə həyata keçirilib.

Məlumata görə, əsirlərin dəyişdirilməsi proseduru qoşunların təmas xəttindəki “Mayorsk” nəzarət-buraxılış məntəqəsində baş tutub. Proses iştirakçıları koronavi-rus pandemiyası ilə əlaqədar bir-biri ilə sosial məsafə saxlayıblar. Hadisə yerində

ATƏT müşahidəçiləri və atəşkəs rejiminə nəzarət üzrə birgə mərkəzin əməkdaşları da olublar.

Mübadilə ilə bağlı tərəflər aprelin 8-də razılığa gəliblər. Prosesin dəqiq tarixi aprelin 15-də elan edilib.

Xatırladaq ki, rəsmi Kiyev və separatçı Donetck və Luqansk arasında sonun-cu əsir mübadiləsi keçən ilin dekabrında keçirilmiş, proses nəticəsində, əsasən,

hərbi əsirlər azad edilmişdi. Kiyev qondarma qurumlara 124 nəfəri, separatçılar isə Ukraynaya 76 nəfəri qaytar-mışdı.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

BCG vaksini koronavirusa qarşı sınaqdan keçiriləcək

Qeyd edilir ki, bu barədə sınaqlara rəhbərlik edən Mer-dok Tədqiqat Uşaq İnstitutu-nun professoru Naycel Kertis məlumat verib.

Son günlər dünyada ko-ronavirus infeksiyasının yayıl-ması fonunda mütəxəssislər vaxtilə BCG peyvəndinin aparıldığı regionlarda COVID-19 xəstəliyinə

yoluxma hallarının az olduğu-nu müşahidə ediblər.

Qeyd edək ki, BCG ilə hər il dünyada 130 milyondan çox uşaq peyvənd olunur. Alimlər hesab edirlər ki, bu peyvənd immunitetə müsbət təsir göstərir və virusun simp-tomlarını yüngülləşdirir.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya

Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusun yayılma-sını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan “Worldometers” saytı-nın məlumatına görə, dünya-da 2 milyondan çox yoluxma və 135 mindən çox ölüm faktı qeydə alınıb, 520 mindən çox insan isə COVID-19

xəstəliyindən sağalıb.Avstraliyada indiyə qədər

yeni koronavirusa yoluxan-ların sayı 6 min 400 nəfəri ötüb, 63 nəfər ölüb, sağa-lanların sayı isə 3 min 747 nəfərə çatıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri Berat Albayrak tədbirdən dərhal sonra özünün “Twitter” səhifəsində yazıb ki, sözügedən plan səhiyyə sistemləri zəif olan dövlətlərə və onların əhalisinə maliyyə yardımının göstərilməsini nəzərdə tutub. Türkiyəli nazir yardımın həcmini açıqlamayıb.

“Böyük iyirmilik” ölkələrinin maliyyə qurumları-nın rəhbərləri pandemiyanın ya-yılmasının mümkün sıçrayışları-na hazır olmağın yolları barədə də fikir mübadiləsi aparıblar.

“Anadolu” agentliyinin yaydığı başqa bir xəbərdə isə deyilir ki, Türkiyənin bir sıra dövlət, hökumət və qeyri-hökumət təşkilatları Ramazan bayramı ərəfəsində əhaliyə bir sıra maddi və ərzaq yardımları göstərməyi planlaşdırır. Məsələn, Türkiyə

Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Kərəm Kırık bildirib ki, başçılıq etdiyi qurum korona-virusa qarşı mübarizə kampani-yası çərçivəsində 600 mindən çox insana ərzaq yardımı edəcək, 75 min işsiz vətəndaşın hər birinə isə 400 türk lirəsi veriləcək. K.Kırıkın sözlərinə görə, Türkiyə Qırmızı Aypara

Cəmiyyətinin xəttilə ölkədə karantin şəraitində olan yaşı 65-dən yuxarı bir milyondan çox insana yardımlar göstərilib.

M.HACIXANLI, “Xalq qəzeti”

Dünən “Böyük iyirmilik” ölkələrinin maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan növbəti telekonfransda dünyanı sarsıdan bu təhlükəli infeksiyasının genişlənməsinin qarşısının alınması üzrə “Fəaliyyət planı”nı razılaşdırıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Euronews” agentliyinin yaydığı məlumata görə, Avstraliyada koronavirusla mübarizədə əvvəllər vərəmə qarşı hazırlanmış Bacillus Cal-mette-Guerin (BCG) vaksininin klinik sınaqları keçiriləcək. Bildirilir ki, sınaqlarda ən azı 4 min tibb işçisi iştirak edəcək.

COVİD-19 virusu ABŞ-da 30 mindən çox adamın

həyatına son qoyubABŞ-da COVİD-19 virysuna yoluxanların sayı 637

min 716 nəfərə çatıb. Cons Hopkins Universitetinin məlumatına görə, koronavirusdan 52,6 min nəfər sağalaraq evə buraxılıb. 30 min 826 nəfər isə virusun qurbanı olub.

Təkcə Nyu-York şəhərində 10 mindən çox insan vəfat edib. Sutka ərzində isə rekord həddə 2 min 228 nəfər vəfat edib.

ABŞ Səhiyyə Nazirliyi virus qurbanlarının sayının arta-cağını istisna etmir. Donald Tramp isə Ümumdünya Səhiyyə Təşkilatını ( ÜST) ittiham edir və ÜST-ə pul köçürməyi dayandırıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Con Reymond: Rusiya peykləri vura biləcək raket

üzərində sınaq keçirib � “Reuters” agentliyinin yaydığı

məlumata görə, bunu ABŞ Kosmik Qüvvələrinin rəhbəri Con Reymond deyib.

ABŞ Kosmik Qüvvələrinin rəhbəri bu barədə deyib: “Ru-siyanın DA-ASAT (peyk əleyhinə silah) sınağını keçirməsi ABŞ və müttəfiqlərinin sahib olduğu kosmik sistemlər üçün real, ciddi və böyük təhlükənin olduğuna dair sübutdur. ABŞ peyk sahəsində edilən hər bir təxribatın qarşısını almağa hazırdır. Eyni zamanda, məsələ ilə bağlı xalqımızın və müttəfiqlərimizin maraqlarını qorumaqda qətiyyətliyik”.

Qeyd edək ki, yanvarda Rusiyanın “Kosmos-2542” pey-kinin ABŞ-ın casus peykini izləməsi ilə bağlı yayılan iddialar Amerika rəsmilərini hərəkətə keçirib.

Məsələ ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər Nazir-liyi ABŞ-ın iddialarını kosmik yarışa başlamaq üçün bəhanə adlandırıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Böyük iyirmilik” COVİD-19-la bağlı vəziyyəti müzakirə edib

Kamçatka və İndoneziyada zəlzələ

Daha bir zəlzələ İndone-ziyada olub. Ölkənin Terna-te şəhərindən 83 kilometr şimal-qərbdə 5,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların epimərkəzi 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ

yerli vaxtla saat 21:03-də olub.Dağıntı və tələfat haqqında

məlumat verilmir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Kamçatka sahillərində 5 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların epimərkəzi Petropav-

lovsk-Kamçatskdan 160 kilometr cənub-şərqdə 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 18:43-də olub.

Türkiyədə pandemiyanın artım sürəti azalıb

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Türkiyənin Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən COVID-19 üzrə elmi şuranın üzvü professor Levent Yama-nel ölkədə bu xəstəliklə bağlı son məlumatları açıqlayıb.

Professor L.Yamanel ölkədə koronavirus pandemi-yasının artım sürətinin azaldı-ğını bildirib.

Qeyd edilib ki, yoluxma hallarının azalması həm reanimasiyada yatan, həm də dünyasını dəyişən

xəstələrin sayının azalması deməkdir.

Məsələni geniş şərh edən professor deyib: “Bunun bir sıra səbəbləri var. Əvvəla, erkən diaqnoz və dərmanların ilkin dövrdə verilməsi. Bu, çox vacibdir. İkinci səbəb olaraq isə ölkədə səhiyyə sisteminin yüksək səviyyədə olmasıdır. Buna istər palatada, istərsə də re-animasiyada yatan xəstələrin sağalması istiqamətində atılan addımlar aiddir. Burada ölkədə yaradılmış xüsusi

“radiasiya qrupları”nın da fəaliyyətini vurğulamaq lazımdır. Məlum olduğu kimi, COVID-19-a yoluxmuş bir şəxs 16 nəfəri yoluxdura bilər. İlk xəstələrin 30 nəfəri yoluxdurduğu hallar da olub. Lakin bu qruplar vasitəsilə aşkarlanan xəstənin təmas etdiyi hər kəs koronavirus yoxlamasından keçirilir ki, bu da yayılma zəncirinin qırılma-sı ilə nəticələnir”.

R.ATAKİŞİYEV, “Xalq qəzeti”