Azərbaycan və yüksək imicə malik olan ölkədir

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 108 (29373) 9 iyun 2020-ci il, çərşənbə axşamı Bütün bunlarla bərabər, beynəlxalaq aləmdə Azərbaycanın zəngin mədəni irsə sahib bir dövlət ol- duğu, burada müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin bərabər şəkildə yaşadığı bildirilir. Yeri gəlmişkən, bir məqamı da xatırladaq. Ayrı-ayrı dövlət rəhbərləri çı- xışlarında Azərbaycandan söz düşəndə Prezident İlham Əliyevin ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi, eləcə də inkişafın dayanaqlılığının təmini istiqamətində yorulmaz fəaliyyətini uğurla reallaşdırdığını xüsusilə vurğu- layırlar. Dövlətimizin başçısı Bakının Nizami rayonunda yerləşən 3 say- lı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın hər zaman xarici ölkələrlə əməkdaşlığa üstünlük verdiyini və bunun müsbət nəticələrlə müşahidə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, respublika- mızın müxtəlif vaxtlarda yaxın-uzaq ölkələrə imkan daxilində kömək göstərdiyini də xatırladıb. Prezident İlham Əliyev daha sonra deyib: “Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”. Dövlətimizin başçısı Azərbaycanın hazırda iki təşkilata sədrlik etdiyini və hər iki qurumun – Türk Şurası və Qoşul- mama Hərəkatının Zirvə görüşünün ən yüksək səviyyədə keçirildiyini, həmin tədbirlərin yekun bəyannamələrində ölkəmizin yüksək mövqeyinin xüsusi vurğulandığını diqqətə çatdırıb: “Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarak- ter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət- ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danış- mağa başlamışıq. Biz təyyarələrlə yar- dımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib…”. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik ölkə kimi tanındı- ğını, beynəlxalq tədbirlərdə müdafiə edildiyini, məhz elə buna görə də səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olduğunu, Qoşulmama Hərəkatının yekdil qərarı ilə bu nüfuzlu quruma sədr seçildiyini diqqətə çatdırıb. Beynəlxalq münasibətlər sistemi- nin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik ölkəmizin dünya miqyasında böyük hörmət və nüfuz qazandığını təsdiqləyən bir faktı da vurğulamaq istərdik. Belə ki, BMT- dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dünya dövlətlərinin respubli- kamıza marağının bariz göstəricisidir. Hazırda dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Azərbaycan Qoşulma- ma Hərəkatında sədrliyi ilə bağlı əhatəli Tədbirlər Planı hazırlayaraq, buna uy- ğun praktik fəaliyyətə başlayıb. Ölkəmiz qısa zaman kəsiyində təşkilatın işində əsaslı dəyişikliklər yaratmağı bacarıb. Yeri gəlmişkən, koronavirus pan- demiyasının geniş yayıldığı bir dövrdə Azərbaycanın baş verən proseslərə çevik reaksiyası sayəsində mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının təmas qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib. Bu Zirvə görüşü Azərbaycanın koronavirus pandemiyası səbəbindən yaranmış iqtisadi böhranla mübarizədə həmrəylik və əməkdaşlıq təşəbbüsü ilə yanaşı, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğu- nu bir daha nümayiş etdirdi. Həmçinin qeyd olunmalıdır ki, BMT Baş Assamb- leyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin Zirvə görüşünə qatılmaları, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin həmin sammitdə videomüraciətlə çıxış etmələri Azərbaycan Prezidentinə, onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstəyin və rəğbətin nümunəsidir. Respublikamızın bu uğurları təsadüfi deyil. Belə ki, Azərbaycan həmişə dünyaya sülhü, əməkdaşlığı önə çəkən çağırışlar edib, ölkələrin bir- birinin suverenliyinə hörmətlə yanaş- malarının, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulma- sının vacibliyini vurğulayıb. Öz xarici siyasət xəttini də məhz sadalanan bu prinsiplərə əsasən qurub. Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, su- verenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, habelə daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bildirməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsini şərtləndirib. Respublikamız ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sa- diqliyini nümayiş etdirərək, onu uğurla həyata keçirib. Məhz bu səbəbdəndir ki, hazırda dünya Azərbaycanın liderli- yini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir. Burada bir məqama da xüsusilə diqqət yetirmək istərdik. Azərbaycanın daxili və xarici siyasət strategiyası, beynəlxalq aləmdə münasibətlər xətti əvvəllər olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə dövründə də dəyişməz qalıb. Dünyanı bürüyən bu təhlükəli bəlanın ölkələrin sosial-iqtisadi sahələrində yaratdığı fəsadların aradan qaldırılmasına cəhd göstərildiyi bir vaxtda, Azərbaycan özünün yeni sosial- iqtisadi paketi ilə həmin problemlərin həlli istiqamətində müsbət nəticələrə nail olub. Azərbaycanın inkişafında iqti- sadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilib, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qa- lan vətəndaşlara yardımların verilməsi reallaşdırılıb. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib. Yeri gəlmişkən, COVID-19 pan- demiyası ilə mübarizədə Prezident İlham Əliyevin fəaliyyətini, yeritdiyi müdrik, düşünülən siyasətini yüksək dəyərləndirən rusiyalı politoloq Yuri Şevtsov Azərbaycanın müasir inkişaf strategiyasını hazırlamaqla yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil ola bildiyini diqqətə çatdırıb. Politoloq qlobal böhrandan əksər ölkələr özlərini itirdiyi halda, Azərbaycanda dayanıqlı səmərəli karantin rejiminin reallaşdırıldığını və cəmiyyətdə sabitliyin qorunmasına nail olduğunu da vurğulayıb. Xatırladaq ki, dövlətimizin baş- çısının koronavirusla mübarizə və mövcud vəziyyətin sosial-iqtisadi sahələrə çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunub. Bu il aprelin 28-də adıçəkilən beynəlxalq maliyyə qurumunun rəhbərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən videokonf- ransda bankın prezidenti Suma Çakrabarti deyib: “Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm”. Suma Çakrabarti, eyni zamanda, pandemiya şəraitində Azərbaycandakı iqtisadi vəziyyəti də yüksək qiymətləndirib. Digər diqqətçəkən məqam isə Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda yer alan fikirlərdir. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suve- renliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır, ölkələrimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qur- maq naminə təxminən 30 il ərzində da- vam edən əməkdaşlığı və Azərbaycanın töhfələrini yüksək qiymətləndirir. Bütün bunlar isə hazırda Azərbaycanın dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təmin edildiyi res- publika kimi tanındığını deməyə əsas verir. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bunun nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətə mütləq inam və etimad bəslədiklərindən, xalq- iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyindən xəbər verir. Vaqif BAYRAMOV, “Xalq qəzeti” Prezident İlham ƏLİYEV: Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir Bu gün bütün dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafı etiraf edilir, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən bəhs olunur, aparılan islahatların iqtisadiyyatın daha da güclənməsinə təkan verdiyi vurğulanır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya və Xəzəryanı dövlətlər arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən bir respublika olduğu, investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və əlverişli investisiya mühitinin yaradıldığı, təbii sərvətlərlə, xüsusilə neft və qaz ilə zəngin diyar kimi tanındığı diqqətə çatdırılır. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil-mühafizə kons- truksiyaları” daxilində 2001-ci il oktyabrın 24- də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilmişdir. Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respub- likası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin. 2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası- nın İqtisadiyyat Nazirliyi, Azərbaycan Res- publikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akade- miyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin; 3.2. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 4. “Beşbarmaq dağı” Dövlət Tarix- Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesa- bına həyata keçirilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 iyun 2020-ci il Azərbaycanın bölgələrində də vətəndaşların həyatı “ASAN”laşır Xatırladaq ki, ümumi sahəsi 7290 kvadratmetr olan bu kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda başa çatdırılıb. Ölkə xəritəsində ən yeni ünvan olan bu kompleksə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Daha çox diqqətçəkən məqamlardan biri də odur ki,Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq. Ancaq xüsusi vurğulanmalı məqamlar bu- nunla bitmir. Belə ki, açılışını bilavasitə dövlət başçımızın etdiyi yeni kompleksin tərkibində sayca 5-ci olan “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri- sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilir. Dövlət başçımıza məlumat verildi ki, “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir. Mətbuat təmsilçilərinin diqqətini daha çox cəlb edən məqamlardan biri də Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizənin Ağcabədidən gələn əks- sədası oldu. Belə ki, verilən məlumata görə, açılışı edilən “ASAN Həyat” kompleksinin tərkibinə daxil olan “ASAN İnnoland” pande- miya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb. Onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır. Maraqlıdır ki, bu barədə məlumatı eşidən dövlət başçımızın ilk sualı belə oldu: “ Bu, sınaqdan keçib?” Cavab verildi ki, bu layihəni TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb. Sonrakı addımlar həmin rəyə uyğun atılacaq. Əlavə edildi ki, burada ərsəyə gətiriləcək məhsullar gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür. Elmi-texniki nailiyyətlərin bölgələrimizə də çatdırılması məsələsini daim diqqət mərkəzində saxlayan dövlət başçımıza Ağcabədidə istifadə olunan dezinfeksiya robotu barədə də məlumat verildi. Qeyd olundu ki, bu robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Üstəlik, xaricdə istehsal olunan bu aparatın yerli istehsalı planlaşdırılır. Bundan əlavə, Prezidentə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verildi. (ardı 2-ci səhifədə) Beynəlxalq aləmdə hamının başı koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına qarışdığı bir vaxtda Azərbaycan Prezidenti adi günlərdə oldu- ğu kimi, öz iş qrafikindəki mühüm bəndlərin böyük əksəriyyətinin reallaşdırılmasına nail olur. İyunun 3-də dövlət başçımızın Aran Qarabağda səfərdə olması region və dünya jurnalistləri tərəfindən maraqla qarşılanmışdır. Cənab Prezidentin həmin səfər çərçivəsində Ağcabədidəki “ASAN Həyat” kompleksini işə salması isə daha çox diqqət çəkən faktlardan biri idi. Çünki Bakıda, Gəncədə, Sumqayıtda fəaliyyət göstərən belə komplekslərin kənd rayonlarında da işə salınmasını bölgə əhalisi böyük maraq və həvəslə gözləyirdi.

Transcript of Azərbaycan və yüksək imicə malik olan ölkədir

Page 1: Azərbaycan və yüksək imicə malik olan ölkədir

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 108 (29373) 9 iyun 2020-ci il, çərşənbə axşamı

Bütün bunlarla bərabər, beynəlxalaq aləmdə Azərbaycanın zəngin mədəni irsə sahib bir dövlət ol-duğu, burada müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin bərabər şəkildə yaşadığı bildirilir.

Yeri gəlmişkən, bir məqamı da xatırladaq. Ayrı-ayrı dövlət rəhbərləri çı-xışlarında Azərbaycandan söz düşəndə Prezident İlham Əliyevin ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi, eləcə də inkişafın dayanaqlılığının təmini istiqamətində yorulmaz fəaliyyətini uğurla reallaşdırdığını xüsusilə vurğu-layırlar.

Dövlətimizin başçısı Bakının Nizami rayonunda yerləşən 3 say-lı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın hər zaman xarici ölkələrlə əməkdaşlığa üstünlük verdiyini və bunun müsbət

nəticələrlə müşahidə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, respublika-mızın müxtəlif vaxtlarda yaxın-uzaq ölkələrə imkan daxilində kömək göstərdiyini də xatırladıb. Prezident İlham Əliyev daha sonra deyib: “Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”.

Dövlətimizin başçısı Azərbaycanın hazırda iki təşkilata sədrlik etdiyini və hər iki qurumun – Türk Şurası və Qoşul-mama Hərəkatının Zirvə görüşünün ən yüksək səviyyədə keçirildiyini, həmin tədbirlərin yekun bəyannamələrində ölkəmizin yüksək mövqeyinin xüsusi vurğulandığını diqqətə çatdırıb: “Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarak-ter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danış-mağa başlamışıq. Biz təyyarələrlə yar-dımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib…”.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik ölkə kimi tanındı-ğını, beynəlxalq tədbirlərdə müdafiə edildiyini, məhz elə buna görə də səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olduğunu, Qoşulmama Hərəkatının yekdil qərarı ilə bu nüfuzlu quruma sədr seçildiyini diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər sistemi-nin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik ölkəmizin dünya miqyasında böyük hörmət və nüfuz qazandığını təsdiqləyən bir faktı da vurğulamaq istərdik. Belə ki, BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dünya dövlətlərinin respubli-kamıza marağının bariz göstəricisidir. Hazırda dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Azərbaycan Qoşulma-ma Hərəkatında sədrliyi ilə bağlı əhatəli Tədbirlər Planı hazırlayaraq, buna uy-ğun praktik fəaliyyətə başlayıb. Ölkəmiz qısa zaman kəsiyində təşkilatın işində əsaslı dəyişikliklər yaratmağı bacarıb.

Yeri gəlmişkən, koronavirus pan-demiyasının geniş yayıldığı bir dövrdə Azərbaycanın baş verən proseslərə çevik reaksiyası sayəsində mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının təmas qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib. Bu Zirvə görüşü Azərbaycanın koronavirus pandemiyası səbəbindən yaranmış iqtisadi böhranla mübarizədə həmrəylik və əməkdaşlıq təşəbbüsü ilə yanaşı, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğu-nu bir daha nümayiş etdirdi. Həmçinin qeyd olunmalıdır ki, BMT Baş Assamb-leyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin Zirvə görüşünə qatılmaları, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin həmin sammitdə videomüraciətlə çıxış etmələri Azərbaycan Prezidentinə, onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstəyin və rəğbətin nümunəsidir.

Respublikamızın bu uğurları təsadüfi deyil. Belə ki, Azərbaycan həmişə dünyaya sülhü, əməkdaşlığı önə çəkən çağırışlar edib, ölkələrin bir-birinin suverenliyinə hörmətlə yanaş-malarının, əməkdaşlığı gücləndirməklə

qarşılıqlı faydalı əlaqələrin qurulma-sının vacibliyini vurğulayıb. Öz xarici siyasət xəttini də məhz sadalanan bu prinsiplərə əsasən qurub.

Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, su-verenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, habelə daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bildirməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsini şərtləndirib. Respublikamız ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sa-diqliyini nümayiş etdirərək, onu uğurla həyata keçirib. Məhz bu səbəbdəndir ki, hazırda dünya Azərbaycanın liderli-yini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir.

Burada bir məqama da xüsusilə diqqət yetirmək istərdik. Azərbaycanın daxili və xarici siyasət strategiyası, beynəlxalq aləmdə münasibətlər xətti əvvəllər olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə dövründə də dəyişməz qalıb. Dünyanı bürüyən bu təhlükəli bəlanın ölkələrin sosial-iqtisadi sahələrində yaratdığı fəsadların aradan qaldırılmasına cəhd göstərildiyi bir vaxtda, Azərbaycan özünün yeni sosial-iqtisadi paketi ilə həmin problemlərin həlli istiqamətində müsbət nəticələrə nail olub. Azərbaycanın inkişafında iqti-sadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilib, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qa-lan vətəndaşlara yardımların verilməsi reallaşdırılıb. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib.

Yeri gəlmişkən, COVID-19 pan-demiyası ilə mübarizədə Prezident İlham Əliyevin fəaliyyətini, yeritdiyi müdrik, düşünülən siyasətini yüksək dəyərləndirən rusiyalı politoloq Yuri Şevtsov Azərbaycanın müasir inkişaf strategiyasını hazırlamaqla yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil ola bildiyini diqqətə çatdırıb. Politoloq qlobal böhrandan əksər ölkələr özlərini itirdiyi halda, Azərbaycanda dayanıqlı səmərəli karantin rejiminin reallaşdırıldığını və cəmiyyətdə sabitliyin qorunmasına nail

olduğunu da vurğulayıb.Xatırladaq ki, dövlətimizin baş-

çısının koronavirusla mübarizə və mövcud vəziyyətin sosial-iqtisadi sahələrə çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunub. Bu il aprelin 28-də adıçəkilən beynəlxalq maliyyə qurumunun rəhbərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən videokonf-ransda bankın prezidenti Suma Çakrabarti deyib: “Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm”. Suma Çakrabarti, eyni zamanda, pandemiya şəraitində Azərbaycandakı iqtisadi vəziyyəti də yüksək qiymətləndirib.

Digər diqqətçəkən məqam isə Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda yer alan fikirlərdir. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suve-renliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır, ölkələrimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qur-maq naminə təxminən 30 il ərzində da-vam edən əməkdaşlığı və Azərbaycanın töhfələrini yüksək qiymətləndirir.

Bütün bunlar isə hazırda Azərbaycanın dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təmin edildiyi res-publika kimi tanındığını deməyə əsas verir. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bunun nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətə mütləq inam və etimad bəslədiklərindən, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyindən xəbər verir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Prezident İlham ƏLİYEV: Azərbaycan dünya miqyasında çox böyük hörmətə

və yüksək imicə malik olan ölkədir � Bu gün bütün dünyada Prezident İlham Əliyevin rəhbərliyi

ilə ölkəmizin uğurlu inkişafı etiraf edilir, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən bəhs olunur, aparılan islahatların iqtisadiyyatın daha da güclənməsinə təkan verdiyi vurğulanır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya və Xəzəryanı dövlətlər arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən bir respublika olduğu, investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və əlverişli investisiya mühitinin yaradıldığı, təbii sərvətlərlə, xüsusilə neft və qaz ilə zəngin diyar kimi tanındığı diqqətə çatdırılır.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil-mühafizə kons-truksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilmişdir.

Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respub-likası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası-nın İqtisadiyyat Nazirliyi, Azərbaycan Res-publikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akade-miyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin;

3.2. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesa-bına həyata keçirilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2020-ci il

Azərbaycanın bölgələrində də vətəndaşların həyatı “ASAN”laşır

Xatırladaq ki, ümumi sahəsi 7290 kvadratmetr olan bu kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb və bu ilin iyununda başa çatdırılıb. Ölkə xəritəsində ən yeni ünvan olan bu kompleksə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti və əylənməsi üçün bir sıra sahələr daxildir. Daha çox diqqətçəkən məqamlardan biri də odur ki,Ağcabədi regional “ASAN xidmət” mərkəzi Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Zərdab rayonlarında qeydiyyatda olan 815 mindən çox vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 207 əməkdaş və 45 könüllü çalışacaq.

Ancaq xüsusi vurğulanmalı məqamlar bu-nunla bitmir. Belə ki, açılışını bilavasitə dövlət başçımızın etdiyi yeni kompleksin tərkibində sayca 5-ci olan “ABAD Food Hall” fəaliyyətə başlayıb. Digər “ABAD Food Hall”arda olduğu kimi, burada da ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilir. Dövlət başçımıza məlumat verildi ki, “ABAD” publik hüquqi şəxsin 2020-ci il ərzində ABAD-çı ailələrinin sayı 16 nəfər artaraq 429-a çatıb və onlara 30-a yaxın xidmət göstərilir.

Mətbuat təmsilçilərinin diqqətini daha çox

cəlb edən məqamlardan biri də Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizənin Ağcabədidən gələn əks-sədası oldu. Belə ki, verilən məlumata görə, açılışı edilən “ASAN Həyat” kompleksinin tərkibinə daxil olan “ASAN İnnoland” pande-miya ilə əlaqədar bir sıra yeniliklərə imza atıb. Onlardan biri də istehsalçısı milli startaplar olan süni nəfəs aparatıdır. Maraqlıdır ki, bu barədə məlumatı eşidən dövlət başçımızın ilk sualı belə oldu: “ Bu, sınaqdan keçib?”

Cavab verildi ki, bu layihəni TƏBİB müayinədən keçirib, müəyyən rəy yazıb. Sonrakı addımlar həmin rəyə uyğun atılacaq. Əlavə edildi ki, burada ərsəyə gətiriləcək məhsullar gündəlik istifadə edilən əşyaların dezinfeksiyası üçündür.

Elmi-texniki nailiyyətlərin bölgələrimizə də çatdırılması məsələsini daim diqqət mərkəzində saxlayan dövlət başçımıza Ağcabədidə istifadə olunan dezinfeksiya robotu barədə də məlumat verildi. Qeyd olundu ki, bu robot vasitəsilə bütün ictimai məkanları dezinfeksiya etmək mümkündür. Üstəlik, xaricdə istehsal olunan bu aparatın yerli istehsalı planlaşdırılır. Bundan əlavə, Prezidentə rəqəmsal icra hakimiyyəti sistemi barədə də məlumat verildi.

(ardı 2-ci səhifədə)

� Beynəlxalq aləmdə hamının başı koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına qarışdığı bir vaxtda Azərbaycan Prezidenti adi günlərdə oldu-ğu kimi, öz iş qrafikindəki mühüm bəndlərin böyük əksəriyyətinin reallaşdırılmasına nail olur. İyunun 3-də dövlət başçımızın Aran Qarabağda səfərdə olması region və dünya jurnalistləri tərəfindən maraqla qarşılanmışdır. Cənab Prezidentin həmin səfər çərçivəsində Ağcabədidəki “ASAN Həyat” kompleksini işə salması isə daha çox diqqət çəkən faktlardan biri idi. Çünki Bakıda, Gəncədə, Sumqayıtda fəaliyyət göstərən belə komplekslərin kənd rayonlarında da işə salınmasını bölgə əhalisi böyük maraq və həvəslə gözləyirdi.

Page 2: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı2

Azərbaycanın bölgələrində də vətəndaşların həyatı “ASAN”laşır

(əvvəli 1-ci səhifədə)Bildirildi ki, həmin sistemin

fəaliyyəti sayəsində hər bir icra hakimiyyətində xidmət məkanının yara-dılmasına nail olmaq mümkündür. Bunun sayəsində tələb olunan sənədlərin sayı 225-dən 104-ə enəcək.

Amma Ağcabədidə təqdim olunan in-novativ yeniliklərin siyahısı bununla da bitmədi. Bildirildi ki, həmin yeniliklərdən biri də pandemiya şəraitində dövlət orqanlarında vətəndaşları qəbul etmək üçün vahid elektron qəbul portalının yaradılmasıdır. Belə ki, istənilən vətəndaş mobil telefon və elektron hökumət portalında yaratdığı kabinetindən istifadə edərək qəbula yazıla bilər. Bunun üçün qəbul vaxtı müəyyən olunur. Həmin vaxt videoqəbul keçirilir.

Əlbəttə, işğalçı qonşumuzun gözü-nün qabağında olan Ağcabədidəki bu nailiyyətləri görmək və eşitmək çox maraqlı idi. Ancaq bütün bunlarla tanış

olan dövlət başçımızın ASAN könüllüləri ilə görüşü daha maraqlı təsir bağışla-dı. Prezident xatırlatdı ki, bu tanışlıq ona çox xoş təəssürat bağışlayır. Çünki kompleksin həm xarici görünüşü, həm də daxili dizaynı, tərtibatı çox gözəldir: “Ən önəmlisi odur ki, burada vətəndaşlara 320 xidmət göstəriləcək. Bu bölgədə yaşayan səkkiz yüz min insan bu imkanlardan istifadə edə bilər”.

Qeyd edildi ki, növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir: “Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikin-tisi nəzərdə tutulur. Onlardan bəziləri, demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu

təcrübə müsbət olarsa, – mən buna şübhə etmirdim, – bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir”.

Xatırladaq ki, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan vermişdir. O da sevindiricidir ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Nəticədə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Prezidentin də qeyd etdiyi kimi, bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi.

Xüsusilə vurğulayaq ki, “ASAN” xidmət və onun törəmə qurumları təkcə insanlara göstərilən xidmətlərin hamı üçün əlçatan olmasının təmin edilməsi və ya çoxsaylı yeni iş yerlərinin yaradılması kimi deyil, həm də ölkəmizdə korrup-siya və rüşvətxorluğa qarşı aparılan mübarizənin mühüm tərkib hissələrindən biri kimi də qiymətləndirilir. Çünki heç kəsə sirr deyil ki, ölkəmizdə ictimai xidmətlər. demək olar ki, ən korrup-siyalaşmış sahələrdən biri idi. Dövlət başçımız Ağcabədidə həmin faktı daha açıq şəkildə dilə gətirdi: “İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir

arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdı-lar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq”.

Azərbaycan Respublikası region-larının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasının mühüm göstəricilərindən olan Ağcabədi “ASAN Həyat” kompleksinin açılışı və dövlət başçımızın həmin gün könüllülərlə görüşü barədə qələmə aldığımız sətirləri cənab Prezidentin öz sözləri ilə ta-mamlamaq istərdik: “Təsadüfi deyil ki, BMT “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oyna-yır... Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür”.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Sizin fədakarlığınız, yenilməz iradəniz gənclərimiz üçün əsl örnəkdir!

Soydaşlarımız Prezident İlham Əliyevə minnətdarlıq edirlər

Koronavirus pandemiyası dünyanı hələ də səksədə saxlayır. Dünyanın bütün ölkələrində virusla aparılan mübarizədə yaranmış ümumi mənzərə hələ də mürəkkəb olaraq qalır. Əsrimizin yeni bəlasına çevrilən koronavirusla mübarizə Azərbaycanda da aparılır və sanitar-epi-demioloji vəziyyətin tam nəzarət altında saxlanması üçün zəruri addımlar atılır. Xüsusilə də Prezident İlham Əliyevin vaxtında və operativ şəkildə atdığı addım-lar sayəsində koronavirusla mübarizədə müsbət nəticələr əldə olunması və dəhşətli virusun geniş yayılmasının qarşı alınması əhalinin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılanır. Cəlilabad rayo-nu, Göytəpə şəhərindən Dünyamalı Ağababayev və İqbal Əkbərov dövlət başçısına ünvanladığı məktubda Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın müasir inkişafının ən yüksək zirvəsinə yüksəldiyini, beynəlxalq aləmdə özünə layiqli yer tutduğunu vurğulayırlar: “Ölkəmizdə qeyri-neft sektorunun inki-şafina göstərdiyiniz qayğı aqrar sektora güclü təkan verib və ərzaq təhlükəsizliyini təmin edib. Biz bunu Cəlilabad rayonu-nun timsalında bir daha görürük”. Məktub müəllifləri daha sonra yazırlar: “Bizim məşğuliyyətimiz kartofçuluqdur. İstehsal etdiyimiz məhsul respublikamızla yanaşı, xarici bazarlara da çıxarılır. Bu il karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Siz məhsulun Rusiyaya göndərilməsinə şərait yaratdınız. Min bir əziyyətlə istehsal etdiyimiz kartofu Rusiyaya göndərməklə yaxşı pul qazanmağa və güzəranımızı yaxşılaşdırmağa nail olduq”.

Qeyd etmək yerinə düşər ki, Prezi-dent İlham Əliyevə ünvalanan məktublar Azərbaycanın bütün regionlarını əhatə edir və göndərilən bütün məktublarda dövlət başçısının əhalinin sağlamlığını və təhlükəsizliyini qorumağa yönəlmiş addımları dəstəklənir. Cəlilabad rayonu, Möhübbət Alışov, Ramin Babayev, Məhəmməd Muradov, Baladin Balayev. Rafəddin Mehdiyev, Səfər Hüseynov və Əliqismət Qasımov yazırlar: “Bu gün dünyada, o cümlədən qonşuluğumuzda-kı ölkələrdə tüğyan edən iqtisadi-siyasi problemlərin təsirindən Azərbaycanı və xalqımızı qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Biz bölgələrdə və

kəndlərdə yaşayan vətəndaşlar olaraq Sizə daim güvənirik”. Koronavirus pandemiyası bəlasının tüğyan etdiyi bir dövrdə dövlət başçısının verdiyi uzaqgörən qərarlarla Azərbaycan xalqını bu bəlalardan minimum itkilərlə xilas etdiyini vurğulayan məktub müəllifləri həmçinin becərdikləri məhsulları xarici bazarlara göndərilməsini təşkil etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını da bildirirlər.

Ölkə hüdudlarından da dövlət başçısına çoxsaylı məktublar göndərilir. Məsələn, Rusiya Federasiyası, Moskva vilayəti, Fryazino şəhəri, Nizami Abdul-layev yazır: “Mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək əlbəttə ki, qürurvericidir”. Qarabağ veteranı məktubunda bildirir ki, Prezident İlham Əliyev soydaşlarımızı Rusiyada da darda qoymadı: “Bizim ailə fəxr edir ki, doğma Azərbaycanımızın Prezidenti məhz Sizsiniz. Allah Sizdən razı olsun”. Gəncə şəhərindən Sevil Babayeva isə ölkə baş-çısına yazdığı məktubda vətəndaş möv-qeyini belə ifadə edir: “Sizin söylədiyiniz “İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür” sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda “Sizin Mehriban” imzasını qoy-ması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır”. Təqaüddə olan müəllim S.Babayevə daha sonra yazır: “Cənab Prezident, bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü,

bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: “O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır”. S.Babayevə məktubunu belə sözlərlə bitirir: “Əziz Prezidentim, ürəyimdə sözüm çoxdur. Hamısını yazsam yəqin ki, bir məktuba sığmaz. Allah Sizi və ailə üzvlərinizi pis gözdən, bəd nəzərdən uzaq etsin”.

Heç kimə sirr deyil ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Qazax şəhər sakinləri Nurlanə Əhmədli və İlhamə Əsədova bununla bağlı ya-zırlar: “Bütün dünyaya yayılan korona-virusun ölkəmizdə qarşısının alınması üçün öncədən gördüyünüz tədbirlər bu gözəgörünməz düşmənlə mübarizənin il-kin mərhələsində səmərəsini verdi. Bunun sayəsində ölkəmizdə xəstələrin və itkinin sayı xeyli az oldu. Karantin dövründə Sizin sərəncamınız və tapşırığınız ilə əhali üçün yardım paketləri müəyyən olundu və vətəndaşlara böyük kömək göstərildi. Biz bu tədbirlərin dəyərini indi daha aydın hiss edirik. Çünki karantin rejimi yumşaldıqdan və bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra koronavirusa yoluxanların sayı bir qədər artmışdır. Sözsüz ki, bu mənzərə hamını yenidən narahat etməyə başlamışdır. Mətbuatdan oxuyur və eşidirik ki, bunun qarşısı-nın alınması üçün növbəti tədbirlər həyata keçiriləcək”. Məktub müəllifləri məqsədyönlü tədbirlər hesabına mövcud narahatlığın tezliklə birdəfəlik aradan qal-dırılacağına inandıqlarını bildirir və gör-düyü işlər üçün Prezident İlham Əliyevə təşəkkür edir, daxili və xarici siyasətində ölkə liderinə növbəti uğurlar arzulayırlar.

Digər soydaşlarımız- Lənkəran şəhərindən Əlizadə Quliyev və İsmayıl Ağayev xalqımız üçün böyük işlər gördüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir: “Çox sağ olun

ki, xalqımız üçün böyük işlər görürsü-nüz. Biz görürük ki, bu gün bütün dünya ölkələri çətinliklərlə üzləşib. Amma Sizin və Mehriban xanımın sayəsində biz bu çətinlikləri o qədər də hiss etmirik. Sizin davamlı qayğınızla ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da bö-yük işlər görülür. Koronavirus pandemi-yası ilə əlaqədar bizim şəhərdə də lazımi tədbirlər həyata keçirilir. Biz bundan çox razıyıq”. Ə.Quliyev və İ.Ağayev bu günlərdə yaşadıqları M.Hüseynzadə küçəsinin asfaltlanmasından çox sevindiklərini vurğulayır və inandıq-larını bildirirlər ki, dövlət başçısının rəhbərliyilə bütün arzularına çatacaq-lar. Gədəbəy rayonu, Əyrivəng kənd sakini Söhbət Tağıyev kənddə elektrik xətlərinin, işıq dirəklərinin, transforma-torların yenilənməsinin sakinlərin hədsiz sevincinə səbəb olduğunu bildirir və res-publikamızda, o cümlədən Gədəbəydə və Əyrivəng kəndində görülən işlərə görə kənd sakinləri adından dövlət başısına təşəkkürlərini çatdırır: “Tanrı Sizi və Azərbaycanımızı qorusun”.

Naftalan şəhərindən Adilə Bağırova da yazır ki, Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən mas-kadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə oldu: “Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Həmçinin həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qoru-maq məqsədi daşıyır”. Bu ağır vəziyyətdə ölkəmizdə görülən işlərə, bütün sosial-iqti-sadi layihələrin həyata keçirilməsinə və hər zaman Azərbaycan vətəndaşının yanında olduğuna görə kurort şəhəri olan Naftalanın sakinləri adından Prezident İlham Əliyevə sonsuz məhəbbətini və hörmətini də bildirir: “Ulu Tanrı Sizi, ailənizi və millətimizi qorusun”.

Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir.

Prezident İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışındakı nitqindən

3 iyul 2020-ci il

Baş Nazir Əli Əsədov Belarusun yeni Baş Nazirini təbrik edib

� Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşı-lıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib.

Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıq-lı faydalı əməkdaşlığın və

strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və

genişlənəcəyinə əmin oldu-ğunu bildirib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 193 Bakı şəhəri, 8 iyun 2020-ci il “Notariat hərəkətlərinin aparılması qayda-

ları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti-nin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135,

№ 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasın-da notariat hərəkətlərinin aparılması qaydaları haq-qında Təlimat”ın 7-ci hissəsinə aşağıdakı məzmunda iyirmi doqquzuncu abzas əlavə edilsin:

“Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən öv-ladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndinə müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə ötürülür. Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürülür.”.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 194 Bakı şəhəri, 8 iyun 2020-ci il

1 4 3 1 1 2 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycanda koronavirusa daha 323 nəfər yoluxub, 228 nəfər sağalıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koro-navirus infeksiyasına yoluxması faktı müəyyən edi-

lib. Onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib. Aktiv xəstə sayı 3406 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 min 391 test aparılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən də istifadə etməklə

atəşkəs rejimini 24 dəfə pozub � Ermənistan silahlı qüvvələrinin bölmələri

sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyi-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki

adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən

mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun iş-

ğal altında olan Tağıbəyli, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

� Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə səngimir. Digər ölkələrlə müqayisədə Azərbaycanda pandemik şəraitin ağırlaşması müşahidə olunmur və koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarəti altındadır. Heç kimə sirr deyil ki, məhz Prezident İlham Əliyevin qabaqlayıcı və vaxtında atılmış addımları sayəsində koronavirusun yayılmasının qarşısı alındı, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atıldı və bütün bu genişmiqyaslı tədbirlər indi də davam etdirilir. COVID-19 bəlasının ağır nəticələrə yol açmaması, əhalinin sağlamlığının qorunması və eləcə də aztəminatlı təbəqənin, həmçinin müxtəlif iqtisadi subyektlərin maliyyə baxımından dəstəklənməsi xalq tərəfindən yüksək qiymətləndirilir və bununla əlaqədar Prezident İlham Əliyevə ünvanlanan məktublarda vətəndaşlarımız dövlət başçısının Azərbaycanın daha da güclənməsinə yönəlmiş genişmiqyaslı addımlarını tam dəstəklədiklərini vurğulayırlar.

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-

su, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2090, 2095; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 mart tarixli 83 nömrəli, 9 aprel tarixli 132 nömrəli və 14 may tarixli 172 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

Page 3: Azərbaycan və yüksək imicə malik olan ölkədir

Həmin gün, sözün həqiqi mənasında, xalqımızın taleyində dönüş anı başlanmış, böyük Qurtuluşa doğru mühüm addım atılmışdı. Məhz milli tariximizin həmin unudulmaz günü xalqı-mızın ümummilli lideri Heydər

Əliyevin ölkə paytaxtına qayı-dışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv ol-maq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir.

Ekspertlərin fikrincə, xalqımı-zın nicatı və milli dövlətçiliyimizin xilası əslində böyük Qurtuluşdan – iyunun 15-dən sonra başlan-mışdır. Ancaq həmin qurtuluşun zəmini də məhz iyunun 9-da ya-ranmışdı. Həmin faktı hamı qəbul edir. Ölkədə hamı bu fikirdədir ki, xalqımızı nicata aparan yol bilavasitə iyunun 9-da başlan-

mışdı. Həmin gün ulu öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı. Bütün tarixçilər və siyasətçilər

haqlı olaraq adı çəkilən addımla-rın qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız ulu öndərin siyasi uzaqgörənliyinin istiqamətlərini hələ əsrin 70- ci illərindən bilirdi.

O qədər də uzaq tarixin hadisələri olmadığına görə hamı xatırlayır ki, son beş onillikdə res-publikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında Heydər Əliyev xalqın yanında olmuşdur. Ölkəmizdə ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu

öndər öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı ol-mayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Ona görə də 1993-cü ilin iyununda ümummilli liderimizin Naxçıvan-dan Bakıya gəlişi xalqın böyük məmnunluğuna səbəb olmuşdu.

Xatırladaq ki, nəinki müstəqilliyin ilk illərində

üzləşdiyimiz bəlalar, hətta on-dan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz ulu öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Heydər Əliyevin siyasi hakimiyyətdən istefasından sonra baş verməsi də təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Heydər Əliyev hadisələrin

gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskva-dakı Nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etmişdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi.

20 Yanvar hadisələrindən sonra ulu öndərin Azərbaycana qayıtma-sı, keçmiş sovet sisteminin oyunca-ğı olan yerli rəhbərliyin ona qarşı xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa və işləməyə imkan verilmədiyi indi hamıya məlumdur.

Üstəlik, o da məlumdur ki, Heydər Əliyev Moskvada oturub sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyi-ni düşünmüşdü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində onu özlərinə rəhbər seçmişdilər. Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirmiş, ağır blokada şəraitində olmasına bax-mayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başlamışdı.

Məhz həmin həqiqətlərdən yaxşı xəbərdar olan xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə baş-ladı. Ölkədə yaranmış dözülməz şərait, respublikanın vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atıl-masını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Əlbəttə, xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd qala bilməzdi.

Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş

müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Bu dəvətə AXC- Müsavat iqtidarı da qoşuldu. Ancaq onların məramı başqa idi. Onlar öz canlarını Surət Hüseynovun əlindən qurtarmağa çalışırdılar. Hər iki qütbün davamlı çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi.

Xalqımızın xoşbəxtliyidir ki, bu gün dövlət və cəmiyyət həyatının bütün sahələrində Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin fenomenal idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

İttifaq MİRZƏBƏYLİ “Xalq qəzeti”

9 iyun 2020-ci il, çərşənbə axşamı 3

Pandemiya dövründə polislərimiz əsl fədakarlıq göstərirlər

Ciddi tədbirlərin görülməsi ölkəni böyük bəladan xilas etdi. Qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər pandemiyanın ge-niş vüsət almasının qarşısını almağa imkan verdi. Nəticədə Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı bir çox inki-şaf etmiş ölkələrlə müqayisədə kifayət qədər az oldu.

Eyni zamanda, Ümum-dünya Səhiyyə Təşkilatı bu sahədə gördüyü işlərə görə Azərbaycanı nümunəvi ölkə adlandırdı. Bununla bağlı Pre-zident İlham Əliyev demişdir: “Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisa-diyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağ-lamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.

Görülmüş tədbirlər birinci növbədə səhiyyə sisteminin və Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsində özünü büruzə verdi. Qısa müddət ərzində səhiyyəmiz, demək olar ki, yenidən quruldu. Bu məsələdə İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB xüsusi rol oynadı. Bu, sonradan Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Əlbəttə, belə

çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi pandemiya ilə mübarizəyə hazır deyildi. Qısa vaxtda böyük təşkilati işləri görüb başa çatdırmaq böyük nailiyyət hesab olunmalıdır. Prezident bu barədə demişdir: “Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılan-ların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları operativ qərargah çərçivəsində, o cümlədən, həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yum-şalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq”.

Hazırda Azərbaycanda 20-dən çox xəstəxana sırf korona-virusla bağlı fəaliyyət göstərir. Modul tipli 10 xəstəxananın inşası isə davam etdirilir, onlar-dan birinin açılışı olub. Bunların istifadəyə verilməsi əlavə 2000 yataq yeri deməkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətirilib.

Pandemiyanın ilk günlərindən karantin rejiminə əməl olunmasını nəzarətdə sax-

lamaq Daxili İşlər Nazirliyinə həvalə olundu. Bu da, əlbəttə, asan məsələ deyil. Əgər səhiyyə sistemimiz bütün səyləri insan-ların sağlamlığının bərpasına yönəldibsə, Azərbaycan polisi insanların təcrid olunması, onların karantin rejiminə lazı-mınca əməl etməsi prosesinə cavabdehlik daşıyır. Səhiyyə sistemimiz artıq xəstəliyə yoluxmuş vətəndaşlarımızın müalicəsi ilə məşğul olursa, şəhərlərimizin, o cümlədən, Bakının, Sumqayıtın, Gəncənin, digər yaşayış məntəqələrinin küçələrində gördüyümüz polis əməkdaşları bizi məhz virusa yoluxmaqdan qorumağa çalışır. Onlar qoruyucu tibbi maska-lardan istifadə etməyimizə, bir-birimizlə sosial məsafəni qoruyub saxlamağımıza, küçəyə çıxmaq üçün icazəmizin olub-olmamasına, ölkədə asayişin təmin edilməsinə nəzarət edirlər.

Son iki gündə – iyunun 6-7-də isə, bir sıra ərazilərdə, eləcə də Bakıda karantin rejimi sərtləşdirildi, küçələrə çıxış dayandırıldı, hətta marketlər, apteklər belə işləmədi. Bütün bu məhdudlaşdırıcı tədbirlərə də, təbii ki, polis əməkdaşları nəzarət etməli idi və etdi. Özü də kifayət qədər nizam-intizam, qanunun tələbləri gözlənildi. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı. Bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bununla yanaşı, şübhəsiz ki, karantin rejimini pozduğuna

görə cərimələnənlər də oldu. Amma bu, polisdən narazılıq yaranmasına səbəb ola bilərmi? Əlbəttə, yox. Axı son məqsəd heç də kimisə cərimələmək de-yil, insanlarımızın sağlamlığını qorumaq idi. Kimsə nə vaxtsa eşitdimi ki, polis əməkdaşı rejim qaydalarına əməl edən bir kimsəyə qarşı başqa cür davra-nıb? Təbii ki, yox.

Gəlin bir anlıq etiraf edək ki, Nazirlər Kabinetinin müvafiq qərarının icrasına nəzarət etməli olan polis əməkdaşlarımız öz işlərinə məsuliyyətsiz yanaşsay-dılar, Azərbaycanda yoluxan-ların sayı Çinin Uhan şəhərini keçərdi. Əlbəttə, biz vətəndaşlar gecə-gündüz, istidə-soyuqda şəhərlərimizin küçələrində, avtobuslarda, metro stansiyala-rında çalışan polislərin əməyinə düzgün qiymət verməliyik. Biz onların zəhmətini itirə bilmərik. Birmənalı olaraq deməliyik ki, pandemiyanın ilk günlərindən polislərimiz də həkimlərimiz qədər fədakarlıq göstəriblər. Onların bu xidmətinə kölgə salmağa haqqımız yoxdur.

Nəhayət, məhz iyunun 6 və 7-də Bakıda baş vermiş mühüm bir fakt. Polis əməkdaşı xəsarət alan azyaşlıya yardım edib. Hadisə Binəqədi rayonu ərazisində baş verib. Qəsəbədə yaşayan azyaşlı evdə ehtiyatsız-lıqdan yıxılıb və qolu sınıb. Uşa-ğın valideyni ərazidə xidmətdə olan yol polisi əməkdaşlarına müraciət edərək onlardan yardım istəyib. Xidmətdə olan yol polisi əməkdaşları icazə əsasında xidməti ərazini tərk edərək azyaşlı və onun validey-nini xəstəxanaya çatdırıblar. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib. Sonra xəstə və valideyni polisin köməyi ilə evlərinə qaytarılıblar. Uşa-ğın valideyni yol polislərinə minnətdarlıq edib.

Keçən həftənin istirahət günlərində polisin bu cür fəaliyyəti ilə bağlı onlarca fakt göstərmək olar. Bu barədə sosial şəbəkələrdə nə qədər paylayım edilib. Polis binadan Azərbaycan Himninin sədalarını eşidərək maşından enir və farağat daya-nır, polis öz çörəyini qoca qarıya verir, aptekdən dərman alaraq vətəndaşa çatdırır. Ona görə də Azərbaycan polisinin olduqca geniş və gərəkli xidmətinə kölgə salmağa heç kəsin haqqı yoxdur. Necə deyərlər, “mənim polisim məni qoruyur!” Bu, həmişə belə olub və belə də olacaq!

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında artımın baş verməsi hər birimizdə dərin təəssüf hissi doğurur və həm də narahat olmağımız üçün əsas yaradır. Məntiqlə, yoluxma hallarında artım müşahidə edilməməliydi. Çünki bu artımı önləmək üçün ölkəmizdə hər cür tədbirlər görülüb. Odur ki, infeksiyaya yoluxanlar arasın-da dövlətimizin diqqət və qayğısı, səhiyyə işçilərimizin peşəkarlığı sayəsində sağaldılaraq yenidən normal həyatlarına dönən, ailələrinə qovuşan xeyli sayda vətəndaşlarımız da var. Bu isə qeyd etdiyim kimi, məhz dövlətimizin, Prezidentimizin qayğısı sayəsində, müvafiq hökumət qurumlarımızın öz üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin nəticəsində mümkün olub.

Açıq demək lazımdır ki, əgər dövlət başçısı İlham Əliyevin bu məsələyə qətiyyətli yanaşması olmasaydı, Birinci vitse-prezident Mehriban Əliyeva cəmiyyətə vaxtaşırı çağırış və müraciətlər etməsəydi, bütövlükdə önləyici və dünyaya nümunə olacaq addımlar atılmasaydı, şübhəsiz ki, bugünkü mənzərə gözlənildiyindən qat-qat ağır və məyusedici ola bilərdi. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uy-ğun olaraq, Nazirlər Kabineti yanında ope-rativ qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib.

Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yo-luxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda, bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlarla təchizatı təmin edilib, laboratoriyalar yaradılıb. Ölkəmizdə görülən bütün bu işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib və Azərbaycan pandemiyaya qarşı mübarizədə ən nümunəvi ölkələrdən biri kimi qeyd olunub. Bir sözlə, COVID-19-a qarşı mübarizədə dövlət öz üzərinə düşən vəzifəni kifayət qədər çevik və səmərəli şəkildə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Məhz ölkə rəhbərliyinin proseslərə operativ müdaxiləsi nəticəsində xalqımız bu qorxunc bəlanın -- pandemiyanın ağır fəsadlarından sığortalana bildi.

Lakin, təəssüflər olsun ki, bugünkü mənzərə heç də ürəkaçan deyil. Dövlət tərəfindən atılan bütün önləyici addımla-ra və görülən işlərə baxmayaraq, bu gün virusa yoluxma hallarının sayında azalma əvəzinə, artım baş verir. Bunun da səbəbi onunla bağlıdır ki, sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə bəzi insanlarımız TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmir, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmır, sosial məsafəni gözləmir və mütəxəssislərin xəbərdarlıqlarına laqeyd və qeyri-ciddi yanaşırlar. Ancaq bunu da bilmək lazımdır

ki, vətəndaşlarımızın bu cür səhlənkar və laqeyd münasibəti ölkəyə, cəmiyyətə yaxşı heç nə vəd etmir. Əksinə, biz bu gedişlə yaxın gələcəkdə çox faciəli proseslərlə qarşılaşa bilərik.

Hər kəs nəzərə almalıdır ki, koronavi-rus hələ məğlub olmayıb. Bu virus bizim aramızdadır və biz insanlar bu virusla yanaşı yaşamağı öyrənməliyik. Çünki bu virusa qarşı effektiv peyvəndin nə vaxt hazır ola-cağı hələ bilinmir. Deməli, biz istər-istəməz öz ənənəvi həyat tərzimizdə müəyyən korrektələr etməliyik. Gündəlik həyatımızı koronavirusla birgə və düzgün yaşam tərzinə uyğunlaşdırmalıyıq. Çünki əhalinin uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Ona görə də sərt karantin rejimindən sonrakı postpandemiya dönəmində koronavirusun hər an yenidən baş qaldıracağını nəzərə alaraq operativ qərargahın müəyyən etdiyi tələblərə uyğun olaraq yaşamalıyıq.

Məhz bununla əlaqədar olaraq bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da lazımi metodiki göstərişlər təsdiqlənib, qaydalar və tələblər müəyyənləşib. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Bun-dan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti amilidir.

Lakin çox təəssüf ki, bu gün kütləvi məsuliyyət məsələsində cəmiyyət olaraq bir qədər axsayırıq. Bəzi insanlarımız-da məsuliyyətsizliyin sərhədi, limiti yox dərəcəsindədir. Odur ki, sərt karantin reji-minin yumşaldılması ilə bağlı son qərardan sonra, təəssüf ki, maska taxılmaması, sosial

məsafənin gözlənilməməsi meyllərinin art-ması nəticəsində virusa yoluxanların da sayı ciddi şəkildə artıb. Bu isə hamımızı narahat etməlidir. Belə olmaz!

Ramazan bayramı və Respublika Günü ilə əlaqədar 8 gün davam edən dövrdə bir sıra insanlar ümumiyyətlə, karantin rejimi-nin tələblərinə əməl etmədilər. Nəticədə isə bayram günlərində yoluxmaların sayında nəzərəçarpacaq artım baş verdi. Yoluxanla-rın sayının sağalanların sayından çox olması faktı qeydə alındı. Hazırda isə yoluxanlarla sağalanlar arasında fərq artıq 200 nəfəri ötüb. Bütün bunları nəzərə alaraq, yoluxma hallarının daha çox qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, habelə Abşeron rayonunda bəlli günlərdə çölə çıxmanın məhdudlaşdırılması plan-laşdırılır. Artıq həftə sonlarında küçəyə çıxmağa qadağa qoyulması, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin həmin günlərdə qadağan edilməsi qaçılmaz zərurətə çevrilib.

Əgər bu cür sərt tədbirlər tətbiq olunmazsa, ölkədə yoluxma halları-nın sayı böyük sürətlə arta bilər. Mən məhz bu təhlükəli proqnozları nəzərə alaraq operativ qərargahın məlum qərarını tam dəstəkləyirəm. Əminəm ki, vətəndaşlarımızın da əksəriyyəti hökumətimizin bu addımlarını anlayışla qarşılayır və verilən qərarları dəstəkləyir. Həftə sonu qadağa və məhdudiyyətlərin qoyulması, sosial hərəkətliliyin məhdudlaşdırılması bizdən əvvəl Türkiyə, İsrail və bir sıra başqa ölkələrdə də tətbiq edilib. Bu məhdudiyyətlər sözügedən ölkələrdə koronavirusla mübarizədə böyük səmərə verdi. Ümid edək ki, Azərbaycanda da həftə sonlarında geniş məhdudiyyətlərin tətbiqi COVID-la mübarizədə ciddi nəticələr verəcək.

Bu məsələdə şəxsən ölkə başçısından da nümunə götürməkdə fayda var. Mayın 3-də Tərtər rayonuna səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin açılışında Prezident İlham Əliyevin özünün də maska taxması hamımız üçün müsbət örnəkdir. Hər kəs Prezidentdən nümunə götürməlidir. Odur ki, mən ölkə başçısının şəxsi nümunəsinə istinad edib, bütün vətəndaşlarımızı birgə məsuliyyətə çağırıram. Cəmiyyət olaraq bundan sonrakı taleyimiz hər bir vətəndaşımızın məsuliyyət hissindən asılı olacaq. Yoxsa, indiyə qədər görülən işlərin səmərəsi də olmayacaq. Gəlin, bir-birimizin xilaskarı olmağa çalışaq və gerçək həmrəylik nümayiş etdirək!

Əlisahib HÜSEYNOV, Demokratik Azərbaycan Dünyası

Partiyasının (DADP) sədri

Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

9 iyun 1993-cü il: Heydər Əliyevin Bakıya qayıdışı ilə ölkəmiz və xalqımız böyük təhlükələrdən xilas oldu

Ulu öndər Naxçıvandan Bakıya iyunun 9-da qayıtmışdır. Amma mən bu yazıya həmin il iyunun 10-da Dövlət Teleradio Verilişləri Şirkətinin həyətində mərhum tarixçi-alim İsrafil Məmmədovdan eşitdiyim xəbərlə başlamaq istərdim: “Mirzəbəyli, efirdən deyirdin ki, Heydər Əliyev Bakıda olsaydı, ölkəmiz bu qədər problemlərlə üzləşməzdi. Buyur, dünən mən onun paytaxtın küçələrində, sadə insanlarla söhbət etdiyini gördüm. Bu fakt Azərbaycanın xilasının müjdəsidir”.

Son aylar ərzində dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda yüksək səviyyədə təşkil olunub. Bu istiqamətdə işlər lap əvvəlcədən düzgün istiqamətdə aparıldı. Ona görə də atılmış addımlar, görülmüş qabaq-layıcı tədbirlər həm Azərbaycan xalqı, həm də beynəlxalq təşkilatlar, o cümlədən Ümumdün-ya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi.

Bir-birimizin xilaskarı olmağa çalışaqÇünki COVID-19 hələ məğlub edilməyib

Page 4: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı4Bu bayram ilk dəfə BMT Baş

Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edil-mişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuş-dur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurul-ması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qul-luğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin günü “Dövlət Qulluqçularının Peşə Bay-ramı Günü” kimi təsis etmişdir. Res-publikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntətnəli şəkildə qeyd edirlər.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də özü-nü göstərməkdədir. Dövlət qulluğu sahəsində köklü islahatlara məhz ulu öndərin ölkəyə rəhbərliyi dövründə başlanılmışdır. Ümummilli liderimi-zin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Kons-titusiyası milli maraqların həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissi-yası yaradıldı. Hər iki komissiya-nın gördüyü işlər, əsasən, ölkədə demokratik proseslərin inkişafına, qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılması-na, dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə yönəldilmişdir. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğu-nun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırıl-mışdır.

Ulu öndər Heydər Əliyev dövlət idarəçiliyinin modernləşdirilməsi və beynəlxalq sistemə uyğunlaşdırıl-

ması istiqamətində islahatları davam etdirmişdir. Bu baxımdan 29 dekabr 1998-ci il tarixli fərmanla yaradı-lan Dövlət İdarəçiliyi Sistemində iİslahatların Aparılması üzrə Dövlət Komissiyasının qarşıya qoyduğu vəzifələr diqqəti xüsusi cəlb edir. Dövlət komissiyası dövlət quruculu-ğunun inkişaf etdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, həmçinin sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılma-sı sahəsində kompleks tədbirlər görmüşdür. Bütün bunlara rəğmən 2000-ci ildə “Dövlət qulluğu haq-qında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.

“Dövlət qulluğu” və “dövlət qulluq-çusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.

“Dövlət qulluğu haqqında” Qanun dövlətlə dövlət qulluqçuları arasın-da yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qa-nun dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusu-nun formalaşdırılması və inkişafını stimullaşdırır.

Qanunda dövlət qulluğu anlayı-şının mahiyyəti belə əks olunmuş-dur: “Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiya-larının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir”.

Ümummilli liderin dövlət idarəçiliyindəki zəngin təcrübəsi müstəqilliyini yeni bərpa et-miş republikamızın beynəlxalq aləmə inteqrasiyasında öz rolunu göstərmişdir. Dövlət qulluğunun inkişafı ilə əlaqədar bir-birinin ardınca qəbul olunan qanunverici-lik aktları da bundan xəbər verirdi. Məhz ulu öndərin ölkəyə rəhbərliyi

dövründə “Dövlət qulluqçularının icbari sığortası haqqında”, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında”, “Dövlət qulluqçularının vəzifə ma-aşlarına yerli əmsalların müəyyən edilməsi haqqında” qanunlar və

daha 6 qanun, habelə 18 fərman verilmişdir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisidir. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bunu xüsusi olaraq vurğulamışdır: “Müstəqil Azərbaycan Respublika-sında müasir dövlət qulluğu sistemi-nin formalaşması və inkişafı ümum-milli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, dövlət nizamı və sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculu-ğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarımızda dövlətçilik şüurunu gücləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı.”

Müdrik şəxsiyyət Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də apardığı siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində yüksək rolunu göstərmişdir. 2003-cü

ildə Azərbaycanda Avropa Birliyinin TASİS Proqramı çərçivəsində dövlət qulluğu sahəsində islahatlara yardım üzrə layihənin icrasına başlanılması və 24 ay davam etdiyi müddətdə ölkəmizdə dövlət qulluğu və inzi-bati islahatların həyata keçirilməsi üzrə konsepsiya hazırlandı. Dövlət qulluğu sahəsindəki islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respub-likasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası-nın Konstitusiyasının 55-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlıdır.

Komissiyanın qarşısına qoyulan əsas vəzifələr dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılma-sında iştirak etmək və bu siyasəti həyata keçirmək, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu

sahədə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respub-likasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirməkdir. Şuraya, həmçinin dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq, dövlət qul-luqçularının peşə hazırlığı, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçməsi sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu-nun 2.3-cü və 28.1-ci maddələrinə müvafiq olaraq mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qullu-ğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil

etmək və digər məsələlər də daxildir. Ölkədə bu istiqamətdə həyata

keçirilən tədbirlər dövlət qulluq-çularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulma-sında da mühüm rol oynayır.

Beynəlxalq ekspertlər tərəfindən də etiraf olunur ki, Azərbaycan müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Belə islahatlar çevik dövlət idarəçilik sis-teminin formalaşdırılmasında, insan hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasında, ən əsası isə Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətləndirilməsində, müstəqil demokratik dövlət imi-cinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb edirdi.

Dövlətimizin başçısının rəhbərliyi ilə keçirilən bütün tədbirlərdə məmurların, dövlət qulluqçularının əsas vəzifələrinin xalqın xidmətçisi olmaları, yekəxanalıq etməmələri diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev “Azərbaycan Respub-likası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konf-ransda çıxışı zamanı bu məsələyə daha kəskin münasibət bildirərək demişdir ki, insanların yaxşı yaşa-ması təkcə maddi tərəflə ölçülmür: “Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağ-lı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşit-sin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə de-yil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də,

nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Dövlətimizin başçısı son vaxtlar rayonlara təyin etdiyi icra hakimiyyəti başçılarına da bu tövsiyələri edir, rüşvətxorluğa, korrupsiyaya son qoy-mağı tələb edir.

“Dövlət qulluqçularının etik dav-ranış qaydaları haqqında” Qanun da məhz dövlət qulluqçularının qarşı-sına belə məsul bir vəzifə qoyur. Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanunda birmənalı olaraq qeyd edilir ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokra-tik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş islahatlar və tədbirlər, demokratik proseslərin inkişafına verilən önəm ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşur. Sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə ca-vab verən dövlət idarəçiliyi sisteminin beynəlxalq standartlar səviyyəsində formalaşdırılmasında dövlət qulluq-çularının üzərinə daha məsul vəzifələr düşür.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qul-luğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçu-su həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Avropa Şurası Azərbaycana qarşı siyasi sifarişi icra edir

Qısa müstəqllik tarixində AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasına iki dəfə, 120 dövləti özündə birləşdirən Qoşul-mama Hərəkatına, Türk Şurasına sədrlik etməsi respublikamızın dünya birliyində artan nüfuzunun göstəricisidir. Azərbaycan artıq kos-mik ailənin üzvüdür. Bütün bunlar qüdrətli iqtisadiyyata malik ölkələrə nəsib olur. Azərbaycan məhz belə dövlətlərdəndir.

Təbii ki, qısa müstəqillik tarixində bir-birindən yaddaqalan uğurlar qazanmış ölkəmizin bu inkişafını həzm edə bilməyən anti- Azərbaycan qüvvələrin ciddi nara-hatlıq keçirmələri, müxtəlif böhtan və iftiralarla, həmçinin yalanla dolu hesabatlar hazırlamaları, ikili stan-dartları özlərinin peşə fəaliyyətinə çevirmələri başadüşüləndir. Zaman-zaman biz bunun şahidi olmuşuq. Təəssüf ki, kimlərinsə sifarişlərini icra edən beynəlxalq qurumlar sırasına artıq Avropa Şurası da qoşulub. Ona görə də təəssüf edirik ki, bu qurumun təsis olunduğu gün dünənə, bu günə təsadüf etmir. Eyni zamanda, özünü demokratiyanın tərəfdarı, insan hüquq və azadlıq-larının müdafiəçisi kimi təqdim edir. Fəaliyyəti isə bunların tam əksidir. Bunu həmin qurumun ikili standart “xəstəliyi”ndən hələ də xilas ola bilməməsi də təsdiqləyir.

2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Av-ropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qara-bağ münaqişəsinin həlli ilə bağlı olmuşdu. Xüsusilə, vurğulanma-lıdır ki, həmin öhdəliklərin həyata keçirilməsi ilə bağlı monitorinqi Avropa Şurası həyata keçirir. Ay-dındır ki, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Həmin vaxtdan başlayaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşı-sında götürdüyü öhdəlikləri yerinə yetirib. Bəs Ermənistan necə? Bu ölkə 2001- ci ildən indiyədək öhdəliklərinin birini də yerinə yetirməyib. Əksinə, ildən-ilə daha aqressiv olur, atəşkəs rejimini po-

zur, günahsız insanları qətlə yetirir, sərhədboyu ərazilərdə təxribatlar törədir, işğal etdiyi ərazilərdə saxta seçkilər keçirir. Nədənsə, Avropa Şurası bu ədalətsizliyə göz yumur, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyə susqunluq nümayiş etdirir. An-caq Azərbaycanı tənqid etmək, beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün “milçəkdən fil düzəltməyə” çalışır, erməni lobbisinin sifarişi ilə yalanla dolu hesabtlar hazırlayır.

Prezident İlham Əliyev bir neçə gün öncə Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı Tərtər rayonunda Olimpiya İdman Komp-leksinin açılışı zamanı idmançılarla görüşündə də Avropa Şurası-nın, AŞPA-nın anti-Azərbaycan fəaliyyətini, bu qurumların ölkəmizin inkişafını gözügötürməyənlərin sifarişini yerinə yetirdiyni diqqətə çatdırdı . Dövlətimizin başçısı şoula-rın təşkili üzrə peşəkar olan işğalçı Ermənistan tərəfindən bu ilin mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçiril-diyni xatırlatdı. Bildirdi ki, həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Qeyd etdi ki, dünyanın aparıcı və mötəbər təşkilatları eləcə də, bir sıra ölkələr Azərbaycanın

beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadılar. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə ya-rarlanmağa çalışan AŞPA Monito-rinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək susurlar. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA mötəbər ol-mağı bacarmadı. Əksər beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər Dağlıq Qarabağda keçirilən saxta seçkilərin nəticələrini tanımadıqları-nı bəyan etsələr də, Avropa Şurası bu günə qədər hələ də susur. Hal-buki, bu qurum münaqişənin nizam-lanmasına, insan hüquq və azad-lıqlarının müdafiəsinə daim dəstək verəcəyini bəyan edir. Görəsən, bu siyasi riyakarlıq nə vaxta qədər davam edəcək?

Bu gün Azərbaycan dünya-da sabitlik adası kimi tanınır. Elə buna görə də dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tədbirlərini ölkəmizdə keçirməyə üstünlük verirlər. Halbuki, hazırda dünyanın inkişaf etmiş qüdrətli dövlətlərində qarşıdurmalar, münaqişələr, insan ölumu səngimək bilmir. Məsələn, Fransada aylarla davam edən “sarı jiletlilər”lə polis qarşıdurmasında yüzlərlə günahsız insanın həbsi, bu

zorakılığın qurbanları, dağıntılar və digər pozucu hadisələr barəsində Avropa Şurası səsini qaldırdımı? Xeyr! ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” -- deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar bəyanat verildimi? Hazırda bu məsələ ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilməsə də, Avropa Şurası bir küncə qısılaraq sanki heç nə “eşitmir” və heç nəyi “görmür”.

ABŞ-ın Minneapolis şəhərində baş verən hadisələrə baxanda sanki hansısa qorxulu bir filmə baxdığını düşünürsən. Ancaq bütün bunlar film deyil, beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verən ən real hadisələrdir. Heç kimə sirr deyil ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başla-mış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunub, 16-dan çox etirazçı isə həyatını itirib. İnternetdə hadisələr zamanı jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər material mövcuddur. Aksiya-lar zamanı lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş etmiş qüvvələr , xüsusilə Avropa Şurası və AŞPA, nədənsə, həmin hadisələri görməzliyə vurur, Azərbaycanda kiminsə kiməsə bir çırtma vurmasını gözləyirlər. Təbii ki, bu işlərdə yerli satqınların və xəyanətkarların da “zəhməti” qeyd edilməlidir.

Artıq beynəlxalq ictmaiyyətə də bəllidir ki, son vaxtlar həm Avro-pa Şurası, həm də Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevriliblər. Bunun əsas səbəblərindən biri hadisələrə obyek-tiv münasibət göstərməməsi, ayrı -seçkilik etməsi və ikili standartlar-dan əl çəkə bilməməsidir. Görünür, bu qurumlar məhz Azərbaycanın hesabına özlərinə reytinq yığma-ğa çalışır və bu yolla, guya, insan hüquq və azadlıqlarının müdafəçisi olduğunu sübut etmək istəyirlər. Bəs Ermənistan silahlı qüvvələri tərəfindən isti ocaqlarından didərgin salınmış bir milyondan artıq soyda-şımızın pozulmuş hüququnu niyə müdafiə etmirlər? Çünki erməni lobbisnin əlində oyuncağa çevrilib və onun siyasi sifarişləri icra edirlər.

Mehman İSMAYILOV, Yeni Azərbaycan Partiyası

Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

Azərbaycanın COVID-19 həqiqətləri DÜNYA MƏTBUATINDA

Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəsi, ölkəmizdə

karantin qaydalarının tətbiqi xarici mətbuatın da diqqətindədir. Rusiyanın “TASS” agentliyinin “Boş küçələrdə sakitlik. Azərbaycanda həftəsonu karantin necə keçir” sərlövhəli məqaləsi məhz bu mövzuya həsr olunub.

Məqalədə Azərbaycan hökumətinin ölkədə koronavirusa yoluxma sayının kəskin artması səbəbindən istirahət günləri üçün elan etdiyi “Evdən çıxma!” qada-ğası və paytaxtın küçə, prospekt və parkların tam boşalması qeyd edilib. Vurğulanır ki, vətəndaşlara iki gün ərzində evdən çıxmaq qadağan edilib, mağaza, aptek və restoranlar bağ-lanıb, ictimai nəqliyyat işləməyib. Müəllif bu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları və post-partul xidmətinin işçilərinin karantin şəraitində yorulmadan çalışması və sürücülərin hərəkət üçün xüsusi icazəsinin olub-olmamasını yoxlama-ları vurğulanır. Məqalədə qeyd edilir: “Belə icazələr yalnız ümumi karantin şəraitində fəaliyyətini davam etdirən dövlət idarə və müəssisələrinin xidməti avtomobillərinə, həmçinin təcili tibbi yardım, qəza-xilasetmə maşınlarına verilib.Yerli informasi-ya agentliklərindən birinin texniki dəstək xidmətinin əməkdaşı telefonla söhbət zamanı TASS-a bildirib ki, onu işdən evə gətirən xidməti avtomobili polislər bir neçə yerdə saxlayıblar. Asayişin qorunmasına Daxili Qo-şunların hərbi qulluqçuları da cəlb olunub. “Şəhər tamamilə boşdur. Polis hətta yaşayış məhəllələrində həyətləri belə, yoxlayır”, – deyə bildirib.”

Məqalədə fikirləri öyrənilən sakinlər “...Anlamaq lazımdır ki, sərt tədbirlər insanların sağlamlığı üçün-dür,” – deyə mövqelərini bildiriblər.

Müəllif Azərbaycanda karantin rejiminin pozulmasına görə qanunla fiziki şəxslər üçün 100 manatdan 200 manatadək, vəzifəli və hüquqi şəxslər üçün isə 1,5 min manatdan 2 min manatadək cərimə və ya 1 ayadək inzibati həbs cəzasının nəzərdə tutul-duğunu bildirib.

Ərzaqla təminata gəlincə, məqalədə vurğulanır ki, sakinlər

ötən cümə ikigünlük karantin üçün ehtiyyat görüblər və zəruri ərzaq məhsullarının qıtlığı yox idi.

Agentlik qeyd edir ki, Azərbaycan hökuməti yoluxma statis-tikasında neqativ dinamikanın davam edəcəyi təqdirdə, tam özünütəcrid təcrübəsinin növbəti istirahət günləri də tətbiq olunacağını istisna etmir. Üstəlik, bu, digər bölgələri də əhatə edə bilər.

ABŞ-ın “The Daily Signal” saytında isə “Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır” sərlövhəli məqalə dərc edilib.

Antoni B.Kimin müəllifi olduğu məqalədə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan iqtisadiyyatının atdığı addımlar və verilən qərarlarla bağlı məsələlərə toxunulur. Qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının əsasını onun zəngin karbohidrogen ehtiyatları və digər təbii resurs-ları təşkil edir. O, karbohidrogen ehtiyatları sayəsində hətta Rusiyaya alternativ ölkəyə çevrilib. Bu isə öz növbəsində, Avropanın, həmçinin nəticə etibarı ilə ABŞ-ın enerji təhlükəsizliyinə öz müsbət təsirini göstərir.

ABŞ-ın Azərbaycan iqtisa-diyyatının dayanıqlı inkişafında, ölkədə iqtisadi azadlıqlarda və qanunun aliliyi ilə bağlı öhdəliklərə əməl etməsində maraqlı olan enerji şirkətləri 1990-cı illərin əvvəllərindən orada neft-qaz hasilatı, həmçinin yataqların kəşfiyyatı işləri ilə məşğuldur. Müəllif qeyd edir ki, bu gün digər neft hasilatçılarında olduğu kimi, Azərbaycan iqtisa-diyyatında da perspektivi ilə bağlı qeyri-müəyyənliklər yaranıb. Səbəb koronavirus pandemiyası nəticəsində enerji resusrlarına tələbatın azalma-sı, nəticədə onların ucuzlaşmasıdır.

O, daha sonra yazır: “Koronavirus pandemiyası nə vaxtsa sona çata-caq. Bu zaman iqtisadi azadlıqların təmini istiqamətində lazımi addım-ların atılması hər zaman olduğundan daha vacib zərurətə çevriləcək. Bu məsələdə Azərbaycan doğru yoldadır. Odur ki, onun iqtisadiyyatını tez və tamamilə bərpa edəcəyini söyləmək mümkündür. Azərbaycan heç bir halda iqtisadi azadlıqların təmini istiqamətində apardığı işlərdən imtina etməməlidir.”

“İrs Fondu”nun 2020-ci ildə ha-zırladığı “İqtisadi azadlıq indeksi”nə görə, Azərbaycan dünyanın iqtisadi azadlıqların təminatı istiqamətində ən çox iş görən 6 ölkəsindən biridir. O, biznes, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə, qlobal reytinqdə mövqeyini 16 pillə yaxşılaşdırıb. Bu gün Azərbaycan həmin reytinqdə 45 Avropa ölkəsi arasında 24-cü yerdədir. Beləliklə, “İrs Fondu”nun reytinqinə ilk dəfə 1996-cı ildə daxil edilmiş Azərbaycan iqtisadiyyatı ən azad ölkələr siyahısı-na düşməyin bir addımlığındadır.

Vurğulanır ki, Azərbaycanla ABŞ arasındakı iqtisadi və ener-ji əlaqələrinin fonunda, Bakının nailiyyətləri, təbii ki, Vaşinqtonun da diqqətindən yayınmır. ABŞ bu nailiyyətlərə görə Azərbaycanı dəfələrlə alqışlayıb. “Bir sözlə, Azərbaycanın strateji əhəmiyyəti da-nılmazdır. Xəzər dənizi hövzəsindəki ən böyük dəniz limanı bu ölkənin paytaxtı Bakıda yerləşir. Bakı Avropa ilə Mərkəzi Asiya arasındakı məhsul mübadiləsində vacib nəqliyyat qovşağıdır.”--deyə nəşr qeyd edir.

Müəllif bildirir ki, Azərbaycan hər zaman iqtisadi rəqabət meydanı olub, geosiyasi əhəmiyyətə malik ölkə kimi tanınıb və bu, növbəti illərdə də belə olacaq. Onun fikrincə, dünyada vəziyyətin qeyri-müəyyən olduğu indiki dövrdə isə Bakının islahatları davam etdirməsi, iqtisadi azadlıqları daha da təkmilləşdirməsi vacibdir: “ABŞ Xəzər dənizinin sahilində yerləşən vacib tərəfdaşına bu işlərdə yardım göstərə bilər. Bunun üçün Vaşinqtonla Bakı hər iki tərəfi maraqlandıran mövzular ətrafında səmimi, açıq və konstruktiv dialoqu gücləndirməlidirlər.”

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Artıq 14 ildir ki, iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı

ilə təsis edilmişdir. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında demokratik, hüqu-qi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilsin.

Xalqın xidmətində olmaq dövlət qulluqçusu üçün şərəfdir

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş post-sovet dövlətləri arasında bu gün dünya birliyində Azərbaycanın daha çox nüfuz qazandığı, mövqe-yini möhkəmləndirdiyi, əlaqələrini genişləndirdiyi beynəlxalq aləmdə də etiraf olunur. Hazırda ölkəmiz heç bir dövlətdən asılı olmayaraq, müstəqil siyasət yeridir, əməkdaşlığını getdikcə genişləndirir və dünya birliyinə inteqrasiya olunur. Son illər bir sıra nüfuzlu sorğu mərkəzlərinin keçirdikləri rəy sorğularının nəticələri də Azərbaycanın sürətlə inkişaf edən dövlətlər sırasında olduğunu təsdiqləyir.

Page 5: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı 5

Xatırladaq ki, kənd təsərrüfatının subsidiyalaşdı-rılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiyala-rın və ixracın təşviqi, lisenziyalaş-dırmanın təkmilləşdirilməsi, yoxla-maların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadıl-ması, yerli istehsalın stimullaşdırıl-ması məqsədilə dövlət satınalma-larında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, habelə digər dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərib.

Prezident İlham Əliyevin iştirakı ilə iyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı müəssisəsinin istifadəyə verilməsi də respublikada bu sahəyə göstərilən qayğının bariz ifadəsidir.

Qeyd edək ki, son illərdə ölkədə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə beş ra-yonda, o cümlədən Ağcabədi

rayonunda dənli bitki toxumla-rının emalı müəssisəsi quru-lub. Müəssisə 1 hektar ərazidə salınıb və burada inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Qalan ərazidə isə abadlıq və yaşıl-laşdırma işləri görülüb.

Müəssisənin açılışında dövlətimizin başçısına məlumat verilib ki, zavodun emal gücü saat-da 5 tondur. Quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsa-lında çəkdiyi xərcləri əsaslı şəkildə aşağı salır.

Müəssisədə quraşdırılan 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan

toxumun digər ərazilərə daşınma-sı üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olu-nan toxumun ehtiyatı bu qurğu-larda təhlükəsiz saxlanılacaq. Müəssisədə 25 nəfər işlə təmin olunacaq.

Buradan göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yara-dılması və ümumilikdə iqtisadiyya-tın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında aqrar sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, region-larda iqtisadi potensialın artırıl-masında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qa-baqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer

təsərrüfatlarının qurulması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə iqtisa-diyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər sı-rasında sənaye zonalarının mühüm önəm daşıdığını, belə layihələrin gerçəkləşdirilməsində xüsusi güzəştlərin tətbiqinin sahibkarlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Eyni zamanda, digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan tədbirlərə də mühüm önəm verilməsinin əhəmiyyətini diqqətə çatdı-rıb. Dövlətimizin başçısı kənd təsərrüfatında məhsuldarlığın artımının gündəlikdə duran əsas məsələlərdən biri olduğunu bildi-rib.

Prezident İlham Əliyevin iyunun 3-də Ağcabədi rayonu-nun Hindarx qəsəbəsinin əkin sahəsində taxıl biçininə başlan-ması mərasimində iştirakı zamanı da bu barədə ətraflı danışılıb.

Mərasimdə dövlətimizin başçısına cari il ölkə üzrə bir milyon hektar taxıl sahəsində biçin aparılacağı, onun təxminən 370 min hektarının arpa sahəsi olduğu vurğulanıb. Eyni zamanda, keçən il hektardan məhsuldarlığın 32 sentner təşkil etdiyi, bu il də yüksək göstərici uğurunda səy göstərildiyi diqqətə çatdırılıb.

Mərasimdə pambıqçılıq-da da yüksək göstəricilər əldə ediləcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev deyib: “Biz pambığa olan marağı qaytardıq. Keçən il hektardan məhsuldarlığı 29 sentnerə qaldırmışıq. Bu da Azərbaycanın tarixində ən yüksək göstəricilərdən biridir. Sovet vaxtında hektardan məhsuldarlıq bəlkə cəmi 3-4 il təqribən 30 sentnerdən artıq olub. İndi biz demək olar ki, 30 sentnerə yaxın-laşmışıq. Bu il də məhsuldarlıq daha yaxşı olsa, onda əlbəttə ki, fermerlər və işləyənlər daha da böyük gəlir götürəcəklər”.

İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi də hazırda qarşıda duran mühüm vəzifələrdən biridir. Artıq elektrik, qaz təchizatı istiqamətlərində ge-nişmiqyası tədbirlər reallaşdırılıb və bu, regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Belə şərait həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Yeri gəlmişkən, qeyd edək ki, regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dördün-cü dövlət proqramı çərçivəsində bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılma-sı, məşğulluğun təmin olunması istiqamətlərində ciddi addımlar atı-lır. Həmçinin, bölgələrdə yaradılan biznes mühiti, kənd təsərrüfatı və

sənayenin inkişafı üçün infrastruk-tur da artıq öz bəhrəsini verir və işsizliyin aradan qaldırılmasında əsas rol oynayır.

Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq hazırda ölkəmizin regionlarında infrast-rukturun inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması diqqət mərkəzindədir. Bu baxımdan dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında respublika-mızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafı-na təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yol-larının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yana-şı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılır.

Ölkə Prezidentinin Tərtər rayonuna səfəri çərçivəsində Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

Dövlətimizin başçısı-na adıçəkilən yolun texniki göstəriciləri barədə məlumat verilərək bildirilib ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən magist-ralın uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və

göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə də ətraflı məlumat verilib. Dövlətimizin başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün rayonda avtomobil yolları-nın 81 faizinin tam asfalt-betonla örtüldüyü, qalan 17 kilometr kənd yollarının yenidən qurulmasının yaxın zamanlarda başa çatdırıla-cağı bildirilib.

Ümumiyyətlə, bu gün ölkəmizdə yol-nəqliyyat komp-leksinin yenidən qurulması işi uğurla davam etdirilir. Belə ki, əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi önəm verilir. Dövlətimizin başçısının tapşırıq-larına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomo-bil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçı-sının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrast-ruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tərtər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

– Dövlət başçısı, müxtəlif qurumlar və ayrı-ayrı səlahiyyətli mütəxəssislər tərəfindən vətəndaşlara edilən müraciətlərdə mütləq olaraq sanitar-epidemioloji və gigiye-nik qaydalara riayət edilməsi əsas tələb kimi qarşıya qoyul-muşdu. Buna görə də hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında sax-lamaq mümkün idi. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmağa başlandı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu opera-tiv qərargahın tələblərinə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Buna görə də iyunun 3-də ölkədə yoluxma həddi – 325 nəfər qeydə alınan kimi, vəziyyətin kritik olduğunu görən hökumət başçısı iyunun 4-də əhaliyə müraciət edərək, sərt karantin rejiminin tətbiq olunacağını bildirdi.

Ötən həftə yoluxma sayını nəzərə alsaq, artıq həftə sonla-rında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsinin bir zərurət olduğunu qəbul edərik. Buna səbəb son günlər yoluxan və sağalan insanlar arasında fərqin kəskin artması oldu. Ardıcıl olaraq yoluxma sayı sonrakı günlərdə artaraq, iyunun 6-da 379-a qalxdı. Bu isə onu göstərdi ki, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxanların sayı artacaq. Məhz ona görə də karantin rejimi-nin yenidən sərtləşdirilməsi barədə iki gün öncədən təkliflər hazırlandı. Operativ qərargahın brifinqində karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlər də məhz bu laqeydli-yin nəticəsi idi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancının fikrincə də, ölkəmizdə ötən həftə qeydə alı-nan mənfi tendensiya, qaydala-rın sərtləşdirilməsini zəruri etdi. O, tətbiq olunan sərt karantin qaydalarının 10-14 gün ərzində yoluxma sayında azalmaya səbəb olacağına ümid etdiyini bildirdi.

Unutmamalıyıq ki, Prezi-dent İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq

Nazirlər Kabineti yanında operativ qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yolux-manın və itkinin minimuma endirilməsi, eyni zaman-da, bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb. Prezident İlham Əliyev və Birinci vitse-pre-zident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub. Dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan son-rakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi. Nəzərə alınmalıdır ki, bu virus hələ bizim aramızdadır və insanlar bu virusla yaşamağı öyrənməlidir. Çünki virusla bağlı vaksinin nə zaman hazır olacağı bilinmir. Buna görə də insanlar məsuliyyətini dərk etməli və TƏBİB-in metodiki göstərişlərini maksimum yerinə yetirməyə çalışmalıdır. Çünki cəmiyyətin uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Buna görə də bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələrdə sərt karantin reji-minin mərhələli yumşaldıl-masına başlanmışdı. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial

məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur. Ancaq xüsusən, sərt karantin rejiminin yumşaldıl-ması ilə bağlı son qərardan sonra, təəssüf ki, maska taxılmaması, sosial məsafənin gözlənilməməsi meyilləri artıb.

Nazirlər Kabineti yanın-da operativ qərargahın tibbi bölməsinin həftə sonları COVID–19-a daha çox yolux-manın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxma-nın məhdudlaşdırılması təklifi zərurətdən yarandı. Virusun yayılma sürətinin azaldıl-ması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsu-si karantin rejimi müəyyən günlərdə sərtləşdirildi. Qəbul edilən qərara görə, sakinlər yaşayış və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduq-da, yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün 102 xidməti vasitəsilə icazə almaqla tərk edə bilərlər. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Amma görək, bu qadağaya hamı əməl etdimi? Təbii ki, yox. Təkcə dünən bu qadağanı pozan mindən çox insan cərimələndi. Yəqin bu həftəsonu həmin insanlar etdikləri səhvdən nəticə çıxararlar. Çünki bizim çoxumuz sərt təpki görməsək, qayda-qanuna laqeyd oluruq. Bəlkə bundan sonra, cərimə verməmək xatirinə, tələblərə əməl olunar. Hər kəs başa düşməlidir ki, taxacağı maska

öncə özünü virusdan qoruyur. İkincisi də, əgər səndə yo-luxma varsa (bunu virusa aid əlamətlər büruzə verməyincə və testdən keçməyincə kimsə bil-mir), digərlərini yoluxdurmaq ehtimalı azalır.

Dövlət başçısı pandemiya başlayan ilk gündən bu sahədə gərginlik yaranmasın deyə çalışır. Görürük ki, maskaların xarici dövlətlərdən gətirilməsinə də ehtiyac yoxdur, çünki pande-miya başlayandan çox keçmədi ki, ölkəmizdə artıq bu qoruyucu vasitəni istehsal edən müəssisə yaradıldı. Bununla da ölkə vətəndaşlarının maskaya olan ehtiyacı ödəndi. Cənab Prezi-dentin bölgələrə səfərə gedəndə maskadan istifadə etməsi hər kəsə nümunə olmalı, hamı bu qoruyucu vasitədən istifadə etməlidir.

Operativ qərargahın brifinqində, həmçinin bildirildi ki, xəstəliyin yoluxma halla-rı digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin ərazilərdə də təkrarən tətbiq olunacaq-dır. Buna görə də bir daha vətəndaşlarımızı COVID–19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında ope-rativ qərargahın tələb və qayda-larına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qoru-mağa çağırıram. Millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət etmək lazımdır.

Hazırladı: Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib

Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, may-iyun ayların-da öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə iyunun 18-nə təyin edilib.

Beləliklə iyulda gündəlik neft ha-silatını OPEC ölkələri 6,084 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,616 milyon barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə

gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 milyon barrel həcmində ixtisar edəcəklər.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov neft bazarın-da böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə

edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasila-tın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. “OPEC plus” formatı çərçivəsində neft baza-rının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.

Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdül Əziz bin Sal-man Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasi-latının may-iyun aylarında 9,7 milyon barrel, iyul-dekabr aylarında 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satı-şını təşkil edəcəklər.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pande-miyası səbəbi ilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil olunan uçuşlar və hökumət adından həyata keçirilən müəyyən uçuşlar istisna təşkil edir.

“Xalq qəzeti”

Regionların inkişafı əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi,

əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, bütün bunların nəticəsində isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Bu baxımdan son 17 ildə aqrar sektorda islahatları sürətləndirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində reallaşdırılan sistemli tədbirləri xüsusi vurğulamaq olar.

Tədbirlər insanların sağlamlığının qorunması üçündür

Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusun yaratdığı təhlükəyə qarşı hərtərəfli mübarizə aparılır. Profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə yaradılan Nazirlər Kabineti yanında operativ qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq, martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan etdi. Görülmüş tədbirlər müsbət nəticələr verdiyindən, yəni gündəlik məlumatlara əsasən, sağalanların sayı yoluxanlardan çox olduğuna görə, aprelin 27-dən etibarən mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlandı. Milli Məclisin deputatı Aydın HÜSEYNOV bu barədə fikirlərini belə bildirdi:

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci

iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Səfir: Niderland və Azərbaycan dəmiryolu əlaqəsi yarada bilər

Niderland və Azərbaycan dəmiryolu əlaqəsinin yara-dılması üzərində işləyirlər. Niderlandın Azərbaycandakı səfiri Onno Kervers bildirib ki, dəmir yolu Azərbaycandan keçməklə Venlo şəhərindən Çinə qədər uzanacaq: “Ümid edirik ki, bu layihəni reallaş-dırmağa nail olacağıq”.

Səfirin sözlərinə görə, hazırda Maas çayı üzərində yerləşən Venlo limanı ilə Bakının yeni Ələt limanı ara-sında əlaqələr mövcuddur: “Bakı limanının direktoru Taleh Ziyadov personalın təlim və tədris üçün Niderlanda yollanmasında maraqlıdır”.

O.Kervers əlavə edib ki, o, Dövlət Gömrük Komitəsi Akademiyasının direktoru ilə əlaqədədir: “O, Rotterdam limanının gömrüyü ilə əməkdaşlıqda maraqlıdır. Gömrük logistikanı ləngidən nəzarətdir. Əgər gömrük yoxlamasını liman idarəetmə sistemlərinə inteqrasiya etmək müm-kün olsa, bu qat-qat səmərəli olacaq və siz yükləri daha sürətlə daşıya biləcəksiniz”.

“Xalq qəzeti”

Rusiya Azərbaycanla hava əlaqəsini

bərpa etmək niyyətindədir

R usiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemi-yası ilə əlaqədar dayandırılan beynəlxalq hava

əlaqəsini bərpa edəcək. Rusiya Turizm Operatorları Assosiasiyası bildirib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Page 6: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı6Cənubi Qafqazda qədim

türklərin, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranma-sından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar.

Orta əsrlərdən etibarən xristian missionerləri kimi, Cənubi Qaf-qaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun axtoxton sakinləri kimi qələmə versələr də mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta tarix kitablarında ermənilərin uydurduq-ları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.

Bu gün Ermənistan Respubli-kası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış-dır.

1827-ci ildə İrəvan və Nax-çıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yara-dılan yeni inzibati-ərazi vahidində, yəni, “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürül-müş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın ta-rixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respubli-kasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.

Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. İşğaldan son-ra İrəvan şəhəri 1828-ci ildə Erivan qoyulmuşdur. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodorov-nanın şərəfinə Aleksandropol qoyulmuşdur. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığı-nın ərazisindən Göycə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmiş-dir. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Ru-siyası dövründə buraxılan inzi-bati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.

XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və de-portasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Silah gücünə bo-şaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilmişdir.

1918-cil mayın 28-də keç-miş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıq-dan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il ma-yın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasın-dan əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Respub-likasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.

1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yara-dılmışdı. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə indiki Ermənistan ərazisində 17 yaşayış məntəqəsinin adları

erməniləşdirilmişdir.1920-ci ildə Ermənistanda

sovet hakimiyyəti qurulduqdan sonra türkmənşəli toponimlərin (oykonimlərin) erməniləşdirilməsi prosesi sürətlə davam etdirilmişdir. İlk illərdə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Torpaq Komitəsinə həvalə edilmişdi. 1935-ci ildən etibarən Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin qərarları ilə həyata keçirilmişdir.

1920-ci ildə Ermənistanda

sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin erməniləşdirilməsi prosesi da-vam etdirilmişdir. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 1935-ci ildən etibarən isə yaşa-yış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçi-rilmişdir.

Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmiş-dir. Ermənistanda daşnakların hakimiyyəti dövründən – 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. 1988-ci ilin avqust ayınadək – yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermənistan ərazisində türkmənşəli 521 yaşayış məskəninin adları dəyişdirilmişdir.

Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi pro-sesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin ad-ları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silin-mişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fev-ral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır.

Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yol-larla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siya-hısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımından və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.

Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilmişlər:

1. İlk növbədə türklərin soy-kökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xü-susi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli – Lusaqyuğ (Eçmiədzin), Qorçulu – Mrqaşad, Sərdarabad – Hoktember (Hok-temberyan (Sərdarabad)), Bayan-dur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s.

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu – Tandzut (Hoktem-beryan (Sərdarabad)), Daşqala - Karaberd (Ani (Ağin)), Darəkənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək –Tsaxkadzor (Hrazdan (Axta)), Göl – Liçk (Martuni (Aşağı Qa-ranlıq)), Güllübulaq – Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.

3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq – Dostluq (Masis

(Zəngibasar)), Sultanabad - Şurabad (Amasiya (Ağbaba)), Cücəkənd – Qızılşəfəq (Kalini-no), Aşağı Necili – Sayat – Nova (Masis (Zəngibasar)), Çanaxçı – Sovetakert (Ararat (Vedi)) və s. Bu proses bəzi erməni ya-şayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas

- Darbas (Sisyan), Dəlilər – Da-lar (Artaşat (Qəmərli)), Ələyəz – Araqats (Talın), Ərəvus – Are-vis (Sisyan), Gabud – Kapuyt (Əzizbəyov), Çırpılı – Crapi (Ani (Ağin)) və s.

5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyi-miz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə – yəni, müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntü-sü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə - Har-taşen (Eçmiədzin), Mets Kəpənəkçi - Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə - Pokr Sepasar (Qu-kasyan (Qızılqoç)) və s.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə halla-nan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axb-yur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi özününküləşdirmişlər.

1935-ci ilədək Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfindən dəyişdirilmişdir. 1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək, mənəvi soyqırıma məruz qoyul-muşdur.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqların-dan Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların depor-tasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.

Təkcə 1978-ci ildə 23 ra-yonda türkmənşəli 60 toponim dəyişdirilmişdir.

Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yol-larla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siya-hısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xara-ba qalmışdır.

1920-1988-ci illərdə indiki Ermənistan ərazisində türkmənşəli 517 yaşayış məskəninin adları dəyişdirilmişdir.

1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel

tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

Elə azərbaycanlı yaşa-yış məntəqəsi olmuşdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya

rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağ-vorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ci ilədək Qarana-maz olmuşdur.

İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşları-mızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasi-yası məhz rayonlar üzrə bölgü-nün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılmışdır. Əhalinin yaddaşın-da və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıq-ları kəndin və rayonun adları qeyd olunmuşdur.

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın-da yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahver-di), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansa-ra) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aşta-rak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan – Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ara-rat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Va-yotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrı-ca vilayət statusu verilmişdir.

Tarixi Azərbaycan torpaqların-da – indiki Ermənistan ərazisində türkmənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cəmi bir neçə yaşayış məntəqəsi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Halla-var (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s.

Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı Komitəsinin verdiyi məlumata görə, 2007-ci ildə yerdə qalan 21 yaşa-yış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır.

Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.

Lakin Ermənistan ərazisində hidronimlərin və oronimlərin adla-rının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilmişdir. Bu qəbildən olan bəzi toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk Atlasının buraxılmasına qədər dəyişdirilmişdi. Məsələn, Göycə

gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, İşıxlı dağını “İşxanasar”, Ağbaba dağını “Qukasyan”, Dərəçiçək yaylağını “Saxkadzor” adlandırmışlar və s.

2014-cü ildə AMEA Tarix İnsti-tutu indiki Ermənistan ərazisində soyqırımına məruz qoyulan və 702 inzibati-ərazi vahidini əhatə edən “Vandalizm: tarixi adlara qarşı soyqırımı” (tərtibçi - Nazim Mustafa, “Ön söz” – akademik Yaqub Mahmudov) kitabını çap etdirmişdir. Hazırda bu kitabın

rus və ingilis dillərində versiyaları çapa hazırlanır.

Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini bu gün də davam etdirirlər.

Rəsmi İrəvan dairələri Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməklə yanaşı, Dağlıq Qa-rabağın Ermənistana anneksiya edilməsi siyasətini yeritmişlər. 1991-ci il sentyabrın 2-də Dağ-lıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qon-darma “Dağlıq Qarabağ Respubli-kası” elan edildi.

26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Stepanakert, Marda-kert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martu-ni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Əsgəran və Hadrut rayonları ləğv edildi. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonu-nun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi.

Hələ Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində inzibati-ərazi vahidlərinin adlarının dəyişdirilməsi çox nadir hallar-da baş vermişdi. Xankəndinin adı dəyişdirilərək Stepanakert, Aşağı Qaranlıq rayonunun adı dəyişdirilərək Martuni, Dizak rayonu isə Hadrut rayonu adlandı-rılmışdı.

1992-1993-cü illərdə Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində DQMV və onun ətrafındakı 7 rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kvadratki-lometr ərazisində 900 yaşayış məntəqəsinin işğalı ilə nəticələndi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı.

Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olun-muş ərazilərində addəyişmə əməliyyatlarına başlandı. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər, həm də Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır.

Qondarma Dağlıq Qara-bağ Respublikasının Ali Soveti Rəyasət Heyətinin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibat-ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma DQR-in Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berd-zor” adlandırılmışdır. Xocalı və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun,

Füzuli və Cəbrayıl rayonları-nın işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondar-ma DQR parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qu-badlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdır. Dün-yanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri, onun işğal planının hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvan-yan” adlandırılmışdır.

İşğal altında olan azərbaycanlı yaşayış məntəqələrinin bir çoxu bu gün xaraba qalmışdır. Hansı kəndlərdə Ermənistandan və xarici ölkələrdən ermənilər və yezidi kürdləri məskunlaşdırılıbsa, o kəndlərin adları dəyişdirilmişdir. Ümumiyyətlə, əldə edilən məlumata görə, Əsgəran rayo-nunda 18, Hadrut rayonunda 22, Kaşatağ rayonunda 28, Mardakert rayonunda 24, Martuni rayonunda 11, Şuşa rayonunda 10, bu gün faktiki olaraq qondarma “DQR”-in ərazisindən kənarda olan Şaum-yan rayonunun 9 kəndinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

2009-cu ildə İrəvanda “Tiqran Mec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gür-cüstan, Azərbaycan Respubli-kası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmişdir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kvad-ratkilometr ərazini əhatə edir. Həmin şəkillərin yalnız 6 faizi mü-asir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarat dağının adı isə “Dizapayt”, Kəpəz dağının adı “Alqarak” (səh. 22-23) kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”), Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir.

Kitab-albomun “Antik Ermənistan” adlanan fəslində yerləşdirilən 23 şəkildən 5-i Azərbaycanın işğal altında olan ərazisindəki Xaçıncayın sahilində yerləşən Şahbulaq yaylağındakı tarixi abidəyə aiddir. Ermənilər isə iddia edirlər ki, həmin abidə Ermənistan Milli Elmlər Aka-demiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arsax Tiqranakert” ekspedisiyasının 2006-cı ilin yayında “aşkar etdiyi” “Tiqranakert” şəhərinin qala divarlarının təsvirləridir . Halbuki, həmin təsvirlər ərazi etibarilə tarixi mənbələrdə əks olunan Ağdam rayonundakı “Şahbulaq qəsri” me-marlıq abidələri kompleksinə aid-dir. Vaxtilə Qarabağ xanı Pənahəli xan Şah bulağı ərazisində əzəmətli qala, məscid, hamam, bazar köşkləri inşa etdirmiş, abad Şahbulaq yaşayış məntəqəsi meydana gəlmişdi. Ermənilər indi Şahbulağı “Surenavan” adlandı-rırlar. “Tiqranakert’’i isə erməni tarixçiləri əvvəllər Şərqi Anadoluda Van gölünün yaxınlığında lokalizə etmişdilər. Görünür, ermənilərin tarixi sürüşkən olduğundandır ki, “Tiqranakert” sürüşə-sürüşə

Şərqi Anadoludan gəlib Ağdam ərazisində peyda olub.

Kitab-albomun sonuncu XII fəsli “Relyef ornamentləri” adla-nır və Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində mövcud olan tarixi-memarlıq abidələrinin üzərindəki ornamentlərin, daş sənduqələrin üzərindəki oyma təsvirlərin ermənilərə məxsus olduğu iddia edilir. Məsələn, Kəlbəcər rayonu ərazisində mövcud olan 1629-cu ilə aid sənduqənin üzərində azərbaycanlıların həyat tərzinə və məişətinə aid fraqmentlər həkk olunmuşdur. Kitab-albomda isə həmin sənduqənin “Arsax”ın “Ka-şatağ” rayonunun Şalka kəndində olduğu qeyd edilmişdir.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə halla-nan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axb-yur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor”, daş sözbirləşməsini “kar”, gül sözbirləşməsini “vard” ifadəsi ilə əvəz etməklə, habelə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər. Məsələn, Daşaltı toponimini “Karintağ”, Gülablı toponimini “Varder”, İstisu toponimini “Cermacur”, Alagöllər toponimini “Allic”, Qaragöl toponi-mini “Sevlic” adlandırmışlar.

Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın Milli Atlası” ikicildliyində son həddə çat-dırılmışdır. 2007-ci ildə çap edilən 230 səhifə həcmində milli atlasın birinci cildinə 65 saxta xəritə daxil edilmişdir. 260 səhifə həcmində milli atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan Respublikasını, qon-darma DQR-i və erməni diaspo-runun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqivistik soyqırımına məruz qoyulmuşdur.

20 fevral 2017-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən qon-darma Konstitusiya referendumu ilə qurumun adı dəyişdirilərək “Ar-sax Respublikası” adlandırılmışdır.

Lakin diqqəti çəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər, indinin özündə də yer-yurd ad-larını elə əvvəlki adları ilə – yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş tarixi adlar əsasən saxla-nılır.

Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev bu günlərdə Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxı-şında demişdir: “Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublika-sının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.”

Bəli, hər kəs bilməlidir ki, indi Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixi Azərbaycan torpağıdır. Bunun bariz sübutu isə həmin ərazidəki toponimlərdir. Şərait yetişəcək, tarix bizə də imkan verəcək ki, öncə ərazi bütövlüyümüzü bərpa edəcəyik, sonra isə tarixi torpaqlarımıza sahib olacağıq və daha sonra isə toponimlərimizi bərpa edəcəyik. Xalqımıza qarşı edilən cinayətlər cəzasız qalmayacaq. Hamımız bu ruhda köklənməliyik.

Nazim MUSTAFA, Prezident Kitabxanasının

şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru,

Dövlət mükafatı laureatı

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağın-da yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən in-diki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Ermənistanın toponimik cinayətləri Bu, cəzasız qalmayacaq

Hər hansı bir arealda toponimlər qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adları ilk növbədə orada yaşayan xalqlar tərəfindən formalaşdırılır və tədricən öz təsdiqini tarixi ədəbiyyatda tapır. Müəyyən ərazidəki oykonimlər (yaşa-yış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlər (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) və oronimlər (dağlar, dərələr, aşırımlar, düzənliklər və s.) həmin ərazidə yaşayan xalqların tarixi və etnoqrafiyası barədə tədqiqatçılara kifayət qədər məlumat verir. Toponimlər əsasən yerli əhalinin mənsub olduğu xalqın, tayfanın, ərazinin coğrafi mövqeyi, relyefi ilə, həmin ərazidə baş verən tarixi hadisələrlə səsləşir.

Page 7: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı 7

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı

Səhmdar Cəmiyyətitibbi maskaların satın alınması məqsədilə

Kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər

imzalanıb möhürlənmiş kotirovka təkliflərini 10 iyun 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə aşağıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 10 iyun 2020-ci il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Əlaqələndirici şəxs- Rəhim Kərimzadə, telefon- 077 277 32 15.

Ünvan- Bakı şəhəri, Neftçilər prospekti 153.

Tender komissiyası

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 13 mart 2020-ci il tarixli nömrəsində

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının inteqrasiya edilmiş idarəetmə sisteminin sertifi-kasiyasının keçirilməsi xidmətinin satın alınması məqsədilə dərc edilmiş kotirovka sorğusunda “BÜRO VERİTAS AZERİ” MMC qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il iyunun 5-də KTN 07/20-04 nömrəli 11328.00 (on bir min üç yüz iyirmi səkkiz) manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

“Kapital Bank” ASC səhmdarlarının nəzərinə!

“Kapital Bank” ASC səhmdarlarının 2020-ci il iyunun 2-də keçirilmiş növbədənkənar ümumi yığıncağının qərarına əsasən 2020-сi il iyunun 8-dən etibarən Bankın 2020-ci il iyunun 1-nə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanıla-caqdır.

Dividendləri almaq üçün Bakıda yaşayan səhmdarlar “Kapital Bank”ın Bakıdakı filiallarına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə “Kapital Bank”ın yerli filiallarına şəxsiyyəti təsdiqləyən sənədlə müraciət edə bilərlər.

Bu gün yaşadığımız regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hansısa bir iddiası olmasın. Dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə kimi, tarixi abidələrdən kulinariyaya qədər, coğ-rafi adlardan tarixi şəxsiyyətlərədək bir çox məsələlərdə erməni saxta-karlıqları özünü göstərir. Yəqin ki, bütün bu mütəşəkkil saxtalaşdırma cəhdlərinin əsas səbəbini ermənlərin xislətində axtarmaq lazımdır.

Son illər ermənilər xal-qımızın maddi və mədəni dəyərlərinə sahib çıxmaq üçün şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o cümlədən dastan-larımızın, nağıllarımızın, mahnı-larımızın, milli musiqi alətlərimizin, Azərbaycan mətbəxinə aid olan xörək növlərinin, xalçalarımızın mənimsənilməsi istgiqamətində cid-di səy göstərirlər.

Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan xörəkləri və musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən mil-li mədəniyyət nümunələrimizin mənimsənilməsi onların saxtalaş-dırma siyasətinin göstəricisidir. Bir sıra hallarda görürsən ki, Azərbaycan bəstəkarlarına məxsus musiqi nümunələrini anonim adla təqdim edirlər. Bu minvalla müəllif hüquqları kobud şəkildə pozulur. Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərinin oğurlanmasında, hər zaman olduğu kimi, ermənilər çox canfəşanlıq göstərirlər. Məsələn, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın, bu ol-sun" musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmdəki hamam səhnəsində ifa olunan mahnının ermənilər tərəfindən oğurlanması deyilənlərə əyani sübutdur.

Azərbaycanın Müəllif Hüquqları Agentliyi hər bir erməni oğurluğu barədə dərhal Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz müraciəti göndərir. Sözügedən etirazlar

mütəxəssislərin rəyləri, sübutedici sənədlər və digər tarixi mənbələr əsasında hazırlanır. Onu da qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir quru-mudur. Həmin beynəlxalq təşkilatın 190-a yaxın üzvü var.

AMEA-nın Folklor İnstitutu tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin Aparılması Stra-tegiyası hazırlanıb. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraq-larını qorumaq, onun mədəniyyətinin tədqiqini və mühafizəsini təmin etməkdir. Çünki Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib komponentidir. Azərbaycan ümumdünya mədəniyyətinin qlo-ballaşması meyillərindən kənarda qalmamaq şərtilə milli mədəniyyətin özünəməxsusluğunun qorunma-sını Milli Təhlükəsizlik Konsepsi-yasının vacib tərkib hissəsi sayır. Konsepsiyada Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması,

azərbaycançılıq ideyasının təşviqi də öz əksini tapıb. Həmçinin, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorun-ması əsas hədəf kimi götürülüb.

Məsələyə münasibət bildirən gənc tənqidçi Elmira Aslanovanın sözlərinə görə, milli-mədəni irsimizin qorunması istiqamətində aparılan işlər tariximizin, mədəniyyətimizin təbliğinə təkan verir: "Hər bir xalq öz tarixi keçmişinə, maddi-mədəni irsinə böyük diqqətlə yanaşmalı və onu qo-rumağı bacarmalıdır. Dəfələrlə şahidi olmuşuq ki, Azərbaycana aid olan musiqi nümunələri, digər mədəniyyət əsərləri başqa xalqlar tərəfindən öz adlarına çıxarılıb. Təbii ki, belə halla-rın baş verməsinə seyrçi prizmadan yanaşmaq olmaz. Laqeydlik ciddi mənəvi aşınmaya və ümumilikdə, mədəni irsimizin itirilməsinə gətirib çıxara bilər. Çünki Azərbaycanın tarixi abidələri dəfələrlə müxtəlif formada, necə deyərlər, təcavüzə məruz qalıb. O üzdən, mədəni irsimizin qorunması və onun gələcək nəsillərə çatdırılması qarşıda duran

ümdə vəzifələrdən biri olmalıdır. Unutmaq olmaz ki, biz öz tariximizə, mədəniyyətimizə sahib çıxmasaq, başqaları gəlib bizim yerimizə onu qorumaz”.

Xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər özgə ənənələrinin qarət

edilməsi və mənimsənilməsi “erməni ənənəsinə” çevrilmişdir.

Müstəqilliyimizin bərpa olunmasından sonra erməni fitnəkarlıqlarının güclənməsi müşahidə olunur. Lakin zəmanə dəyişib: Azərbaycan hüquqi demok-ratik dövlət qurur, ölkəmiz günü-gündən inkişaf edir və qüdrətlənir. Ola bilsin ki, keçmişdə mədəni irsi-mizi qorumağı öyrənməyimizə mane ola biliblər, lakin öyrəndiklərimizi unutdurmaq mümkün deyildir. Biz onu da unutmuruq ki, intellektual oğurluqla məşğul olanlar keçmişdə də oğurlayıblar. Bunlara qarşı istər mənəvi, istərsə də hüquqi müstəvidə mübarizə sistemi qurma-lıyıq.

Yaradılmış hüquqi mexanizmlər bizə erməniləri ifşa etmək üçün imkan verir. Vacib odur ki, ənənələrimiz, dilimiz kimi tarixin gedişi ilə qüdrətli inkişaf amilinə, milli sərvətin vacib elementlərindən birinə çevrilmiş sərvərləri qoruya bilşək. Ənənələr nəinki mədəni, eləcə də iq-tisadi, ərazi resursu kimi çıxış edirlər. Və biz həmişə ümummilli liderimiz Heydər Əliyevin “milli – mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq” sözlərini yaddaşımızda əbədi yaşat-malı və ona əməl etməliyik.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Ermənilər tarixi həqiqətlərdən qaça bilməzlər”

Tarixçi-alim qeyd edib ki, bu gün Ermənistan adlandırılan ərazidəki və hazırda işğal olunmuş Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ona görə də toponimlərimiz haqqında ictimaiyyətimiz, xüsusilə gənc nəsil daha məlumatlı olmalıdır. Bu mənada cənab Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə toponimlər məsələsini diqqətdə saxlaması hər bir Azərbaycan vətəndaşı, xüsusilə biz tarixçiləri qürurlandırdı. Bu, həm də yeni tədqiqatçılara bir dəstəkdir.

Dövlət başçısı haqlı olaraq bildirdi ki, in-diki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin, yerlərin adları dəyişdirilib. Odur ki, biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən, indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Q. Hacıyev bildirib ki, indiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşa-dıqları ərazi olub: Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min,

Osmanlıdan isə 84 min erməni köçürülüb. Bunlar əhalinin etnik düzənini dəyişmək üçün kifayət qədər ciddi rəqəmlərdir. Yalnız bun-dan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənistanın ölkəmizə qarşı apardığı infor-masiya müharibəsi çərçivəsində irəli sürdüyü əsassız iddialara tutarlı cavab vermək üçün tarix elmində, informasiya siyasətində də hücum mövqeyində olmaq lazımdır. Çünki biz erməni yalanları ilə üz-üzə qalmış millətik. İnformasiya, tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından yorulmadan fəaliyyət göstərməliyik. Toponimlərimizin dəyişdirilməsi Ermənistandan soydaşlarımızı kütləvi şəkildə deportasiya edilməsindən sonra da xüsusi missiya ilə aparılıb. Həm də oradakı abidələr özününküləşdirilib. Bu gün 2 mindən artıq türk toponimi erməniləşdirilib.

Professor əlavə edib ki, “Marağa-150” abidəsi Azərrbaycan Respublikasının Ağdərə rayonunun Marağa kəndində İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə qoyulmuşdu. Üzərində ermənicə “Marağa-150” yazılmış abidə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda yoxa çıxmış, sonra isə ortada dağıntıları görünmüşdü. Bu abidənin fotoları bütün ensiklopediyalarımızda mövcuddur. Ermənilər nə qədər çalışsalar da, həqiqətdən yayına bilməzlər.

Anar TURAN, “Xalq qəzeti”

Bugünkü Ermənistan ərazisi türk-oğuz tayfalarının qədimdən məskunlaşdığı yerlərdir. İrəvan

şəhəri və ətraf əraziləri olan Vedibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur və digər bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Lakin təəssüf ki, son yüz ildə şovinist ermənilər tərəfindən qədim yurd yerlərimizin, toponimlərimizin adları erməniləşdirilmişdir...

Bu fikirləri AMEA Qafqazşünas-lıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Qasım Hacıyev bildirib.Ermənilər özlərini Qarabağda gəlmə deyil, yerli xalq kimi

aparırlar. Bunu sübut etmək üçün özlərindən qəribə yalanlar uydururlar. Onlar həmişə regiondakı digər xalqların tarixi-ni saxtalaşdırmağa, özgə dəyərlərini, tarixi-dini-mədəni irsini erməniləşdirməyə çalışmışlar.

Mənfur qonşularımız maddi və mənəvi dəyərlərimizə sahib çıxmaq istəyirlər

Tütünçülüyü inkişaf etdirmək məqsədi ilə dünya bazarının təklifinə uyğun olaraq rayonda əsasən ətirli və qiymətli “Virciniya” sortunun yetişdirilməsinə üstünlük verilir. Bu məqsədlə “Azərtütün” MMC-yə məxsus olan və əvvəlki illərdə istifadəyə verilmiş 56 ədəd odun tütün qurutmaxanası, 5000 kvadratmetr sahəsi olan anbar binası, 7320 kvadratmetr sahəsi olan müasir texnologiyaya əsaslanan tütün şitillik təsərrüfatları istehsalı artırmağa imkan verir.

Tütünçülüyü inkişaf etdirmək məqsədi ilə fermerlər arasında bu sahənin ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri davam etdirilib, cari ildə 556,22 hektar sahəyə tütün əkilib, 1665 nəfər mövsümi işə cəlb edilib.

“Azərtütün ASK” MMC tərəfindən bu mövsümdə Zaqatala rayonu üzrə 51 fermerlə 418, 07 hektar sahədə tütün əkini üçün müqavilə bağlanılıb və

indiyədək 380,58 hektar sahədə “Vir-ciniya” botaniki növlü tütünün əkilməsi təmin edilib. Bu da rayonda mövcud olan tütün əkini sahələrinin 68,4 faizini təşkil edir.

Tütün əkib-becərilməsi üçün fermerlərə dövlət dəstəyi olaraq 487 min 370 manat məbləğində güzəştli kredit xətti açılıb, bu il iyunun 1-dək 316 min 730,3 manat həcmində kredit vəsaiti faktiki ödənilib. Belə ki, kredit vəsaitinin verilməsi prosesi fermerlər tərəfindən əkin işlərinin davamlılığı prosesinə uy-ğun olaraq davam etdirilir.

Rayonda 10 hektardan yuxarı sahədə tütün əkən təsərrüfatlar sırasın-da "Azərtütün ASK" MMC -- 36,87 hek-

tar, “Zaqatala-Agrosənaye” MMC – 21 hektar, Xuraman İbiyeva – 15 hektar, Yunus Mustafayev – 12,67 hektar, Vaqif Şabanov – 11,8 hektar, Təranə Quliye-va – 11 hektar, Akif Kələşov – 10,2 hektar və Fazil Əhmədovun – 10,5 hektar... adlarını çəkmək olar.

Xatırladaq ki, 2019-cu ilin nəticələrinə görə, tütün əkib-becərən zaqatalalı fermerlərdən Təranə Quliyeva 25 min 577 manat, Fazil Əhmədov 17 min 545 manat, Xuraman İbiyeva 14

min 768 manat, Akif Kələşov 12 min 231 manat, Yunus Mustafayev isə 11 min 558 manat gəlir əldə ediblər. Ona görə də rayon sakinlərinin tütünçülüyün inki-şaf etdirilməsinə marağı ildən-ilə artır.

Bu məqamda zaqatalalı fermerlərin nikbinliyinə səbəb olan bir faktı da yada salmaq istərdik. Belə ki, bu il aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iq-tisadi yekunlarına həsr olunan video-konfrans şəklində müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə söylədiyi giriş nitqində xatırlatmışdı ki, bu il kənd təsərrüfatı sahəsində çalı-şan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur: “Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov isə fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunduğunu söyləmişdir: “O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunma-sı üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir”.

Rayon icra hakimiyyətinin başçı-sı Mübariz Əhmədzadə qeyd etdi ki, Zaqatala tütünçülərinin bu il sahələrdən bol məhsul götürmək barədə verdikləri vədin günün reallığına çevriləcəyi tamamilə gözləniləndir. Bu isə o deməkdir ki, Zaqatalada tütünçülüyün inkişafında həqiqətən yeni mərhələ yaranır.

İlqar HƏSƏNOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Zaqatalada tütünçülük inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycan Respublika-sının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, id-xalı əvəzedən və ixracyönümlü istehsal, emal və infrastruk-tur müəssisələrinin yaradıl-ması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşı-rıqlara uyğun olaraq, Zaqa-tala rayonunda məqsədyönlü tədbirlər həyata keçirilir.

Məcburi köçkünlərə dövlət qayğısı yüksək səviyyədədir

Son 17 il ərzində məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Dövlət başçısı açılış mərasimində köçkünlərlə görüşərkən qeyd etdi ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində onun proqramının əsas tərkib hissəsi məhz bu məsələ olub: “Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin, demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadır-larda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması, hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb”.

Keçən il məcburi köçkünlər üçün 5 minə yaxın ev və mənzillər tikilib. Bu il isə 8 minə qədər məcburi köçkün ailəsinin yeni yaşayış yerləri ilə təmin

edilməsi nəzərdə tutulur. Bu isə bir il ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də digər şəhərlərdə təqribən 40 minə yaxın insanın yeni evlərə köçürülməsi demək olacaq.

İstifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksinin ərazisində həm də “Xarı bülbül” xalçaçılıq və naxış ema-latxanası da yaradılıb. İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdı-rılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də xalçalar istehsal olunacaq. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək.

Kompleksdə yaradılmış sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park-3”-ün sakinləri olacaq.

Bütün bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, yaşa-yış şəraitinin yaxşılaşdırılmasına və onların iş yerləri ilə təmin edilməsinə xidmət edir.

Üzeyir ŞƏFİYEV, BDU-nun

Sosial iş kafedrasının müdiri

Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarını itirmiş məcburi köç-kün vətəndaşlarımızın problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir. Bu yaxınlarda Bakının Qaradağ rayonun-da məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılı-şında Prezident İlham Əliyev də bildirdi ki, dövlət başçısı kimi, başlıca vəzifələrindən biri məhz məhz məcburi köçkünlərə lazımınca qayğı göstərməkdir.

Page 8: Azərbaycan və yüksək imicə malik olan ölkədir

9 iyun 2020-ci il, çərşənbə axşamı

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6150

1477

40 qəpik

ABŞ

İşsizlik azalıbCari ilin may ayın-

da Birləşmiş Ştatlar-da 2,5 milyon yeni iş yeri qeydə alınıb. Bildirilir ki, bu ABŞ Əmək Nazirliyinin iş-sizlik haqqında cümə günü dərc olunmuş aylıq hesabatında məlumat çox bədbin proqnozlar verən iqtisadçılar üçün böyük sürpriz olub. Xatırladaq ki, aprel ayında ölkədə 20 milyondan çox iş yeri itirilmiş, işsizlik dərəcəsində rekord artım qeydə alınmışdı.

Hesabat müəllifləri qeyd edirlər ki, may ayında ABŞ-da işsizlik aprel ayı ilə müqayisədə 13,3 faizə qədər aza-lıb. Bu rəqəm 1930-cu illərdən bəri ən böyük aylıq fərq deməkdir.

Xəbəri “Bloomberg” verib.

Yeni Zelandiya

Sonuncu xəstə sağalıbYeni Zelan-

diya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə ərazisində koronavirusa yoluxan son xəstə tamamilə sağalıb. Bildirilir ki, sonuncu xəstə

Oklendə həkimlərin nəzarəti altında olub. Onun sağalması ilə ölkə ərazisində həmin diaqnozun təsdiq olunduğu insan qalmayıb.

Qeyd edək ki, Yeni Zelandiyada ümumilikdə 1424 nəfər koronavirusa yoluxub. Onlardan 1402 nəfər sağalıb, 22 nəfər isə ölümsaçan virusun qurbanı olub.

Məlumatı “Reuters” yayıb.

Şotlandiya

İrqçilik əleyhinə aksiya Şotlandiyada

irqçilik əleyhinə etiraz aksiyaları keçirilib. Məlumata görə, minlərlə etirazçı Qlazqo, Edinburq və Aber-din şəhərlərində irqçilik əleyhinə nümayişlərə qoşu-lub. Aksiya iştirakçılarının əksəriyyəti maskalardan istifadə edib və sosial məsafəni qoruyublar.

Etirazlar zamanı “Qara talelər əhəmiyyətlidir” şüarı səsləndirilib.

Xəbəri BBC verib.

İsveçrə

Koronavirusa yoluxanların sayı artıbÜmumdünya

Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 7 mil-yon 16 min 89 yolux-ma və 402 min 794 ölüm faktı qeydə alı-nıb, 3 milyon 432 min 368 xəstə isə sağalıb. Bildirilir ki, dünya

əhalisi arasında koronavirus səbəbindən ölüm səviyyəsi hər milyon insana orta hesabla 51,7 nəfərdir.

Xəbəri “Worldometer” verib.

Almaniya

Levandovskidən yeni rekord“Bavariya”nın hücum-

çusu Robert Levandovski fərdi rekordunu yeniləyib. Polşalı futbolçu Bundesliqa-nın 30-cu turunda “Bayer”lə səfər qarşılaşmasında (4:2) fərqlənməklə buna nail olub.

Qeyd edilir ki, komandasının “Bayerlə” matçda 4-cü qolunun müəllifi olan Levandovski bu mövsüm bütün turnirlərdə vurduğu qolların sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədir. 31 yaşlı hücumçunun əvvəlki rekordu 2016/17 mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapmışdı.

Xəbəri “Futbool.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 İyunun 9-da  Bakıda və Abşeron yarımadasında günəşli

olacaq. Cənub küləyi əsəcək. Gecə 19-23, gündüz 29-34, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı , dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 30-35 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı , dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15 , gündüz 20-25 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 30-35 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,

qısamüddətli yağış yağacağı , dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 25-30 , dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 32-37 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 17-20, gündüz 30-34 , dağlarda gecə 18-20, gündüz 22-26 dərəcə isti olacaq.

Pirallahı rayonundan Vasif İmanov general-leytenant Mürsəl Vəliyevə anası

TEYYUBƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin əməkdaşları “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımova yaxın qohumu

MÜXƏNGİ QASIMOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Azərbaycan Turizm və Menecment Universitetinin rektorluğu və kollektivi universitetin əməkdaşı

ŞAİQ HƏMİDOVUN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

8Tripoli döyüşlərin dayandırılması

üçün şərtlərini açıqlayıb

Nazir qeyd edib ki, Liviyanın şərəfli mücadilə tarixinin rəmzi olan bütün ərazilər azad olunmazsa, ölkənin ərazi bütövlüyü təmin olunmayacaq və müharibə bitməyəcək.

Xarici siyasət idarəsinin rəhbəri, həmçinin əmin olduğunu bildirib ki,

Liviya Ordusu ölkəni bir qrup qəddar qiyamçıdan tezliklə azad edəcək və bununla da Liviya torpağında, nəhayət, əmin-amanlıq bərqərar olunacaq. Onun sözlərinə görə, ən yaxın günlərdə Sirtdə, eləcə də Liviyanın şərqindəki digər şəhərlərdə legitim hakimiyyət qurulacaq.

Xatırladaq ki, Liviyanın BMT tərəfindən tanınan Milli Razılıq Hökumətinin (MRH) silahlı qüvvələri bir

neçə gün əvvəl məqsədi Sirt şəhərini və “Cufra” hərbi bazasını azad etmək olan “Qələbəyə doğru” hərbi əməliyyatına başlayıblar.

Son məlumatlara görə, hazırda MRH hərbçiləri paytaxt Tripolidən 450 kilometr şərqdə yerləşən, liman şəhəri Sirt istiqamətində irəliləməkdədir. Bu ərəfədə hökumət qüvvələri Sirt şəhərinin qərbindəki Vişke rayonunu Həftər muzd-lularından azad ediblər.

X.Həftəri dəstəkləyən bir sıra dövlətlər, o cümlədən Misir Liviyada atəşkəsin elan olunması təşəbbüsü ilə çıxş edib. RİA “Novosti” məlumat verib ki, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi bu il iyunun 6-da Qahirədə general X.Həftərlə görüşüb.

Yeri gəlmişkən, Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müa-vini Mixail Boqdanov Qahirənin atəşkəs barədə çağırışını dəstəkləyib.

M.HACIXANLI, “Xalq qəzeti”

Nyu-York Əmtəə Birjasının məlumatına görə , Texas sortu adlan-dırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,51 faiz artaraq bir bareli 40,1,

Azərbaycanın “AzeriLight” markalı nef-tinin qiyməti 1,95 faiz artaraq bir bareli 42,96 dollar olub.

“Bloomberg”in məlumatına görə,

OPEC+ ölkələri hasilatı sutkada 9,7 milyon barel azaltmaq haqqında razılığa gəldikdən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başladı. Neft ölkələri hasilatı sutkada əlavə 100 min barel də azaltmaq barədə qərara gəliblər. Lakin Nigeriya, İraq və Meksika bu işə mane olublar. İraq isə bildirib ki, o kompensasiya ödəyəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti

1,87 faiz artaraq bir bareli 42,87 dollar olub.

Çikaqoda komendant saatı ləğv edilib

Bildirilir ki, Laytfut qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb. O deyib: “Mən şəhərimiz və bütün ölkəmiz

üçün nə qədər çətin olduğu-nu bilirəm. Bu çətin dövrün öhdəsindən gəlmək üçün əməkdaşlıq etməyə hazır

olduqlarına görə sakinlərə minnətdaram”.

Qeyd edək ki, ABŞ-ın Minneapolis şəhərində (Min-nesota ştatı) afroamerikalı Corc Floydun ölümündən

sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Şanxayda COVID-19-a qarşı yeni dərmanın kliniki

sınaqları başlayıb � Şanxayda COVID-19-u neytrallaşdıran

anticismlərdən ibarət yeni dərmanın kliniki sınaqlarının ilk fazası başlayıb.

“Shanghai Daily” qəzeti xəbər verir ki, JS016 adlı yeni dərman “Shanghai Junshi Biosciences” şirkəti və Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu tərəfindən hazırlanıb.

Bildirilir ki, Çinin Dərmanlara Nəzarət

üzrə Dövlət İdarəsi tərəfindən icazə verilmiş kliniki sınaq-lar ötən gün Xuaşan xəstəxanasında başlayıb. Dərmanın təhlükəsizliyinin yoxlanılması məqsədilə preparat sağlam könüllülərin qan dövranı sisteminə (venadaxili) yeridilib.

Xuaşan xəstəxanasının həkimi Çjan Tszin bildirib ki, dərmanı qəbul edən 4 nəfər özünü yaxşı hiss edir: “Testlərin aparılma-sına plana uyğun şəkildə davam edəcəyik. Nəticələr sonrakı kliniki sınaqlarda yoluxmuş insanlar üçün düzgün miqdarın təyin edilməsində kömək edəcək”.

Mikrobioligiya İnstitutunun tədqiqatçısı Lyu Tsinxuanın sözlərinə görə, daha əvvəl keçirilən testlər dərmanın yoluxma-nın qarşısının alınmasında və müalicədə istifadə edilə biləcəyini göstərib.

“Xalq qəzeti”

Bakıda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiq-yaslı yenidənqurma işləri davam etdirilir.

Agentlikdən verilən məlumatda bildirilir ki, apa-rılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində ad-dımlar atılıb. Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissəsi 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

Bundan başqa apa-rılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 May küçələri, həmçinin 28 May küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi

yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastruk-turuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.

Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yu-sif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində yenidənqurma işləri aparılır. Bu hissədə küçənin uzunluğu 1 km, eni isə 10.5 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazıla-raq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa

edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzü-lüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanma-sını təmin etmək üçün 2,5 metr enində xüsusi parkinq yerləri yaradılıb.

Hazırda Mehdi Mehdizadə küçəsində asfaltlanma işləri görülür. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir, bu işlər yaxın günlərdə tam yekunlaşdırılacaq.

28 May küçəsinin bir hissəsində aparılmış, hazırda Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan yenidənqurma işləri Nizami və Sabit Orucov küçələri, həmçinin yuxarıda adı çəkilən küçələri bir-biri ilə bağlayan digər ara yolları da əhatə edəcək.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif

Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşa-ğı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraş-dırılacaq, zəruri yerlərdə yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradıl-ması ərazidə yarana biləcək tıxacların qarşısının alınma-sına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

“Xalq qəzeti”

Liviyanın Xarici İşlər naziri Fəthi Əli Bəşaqa öz “Twitter” səhifəsində yazıb ki, ölkədə silahlı münaqişəyə son qoyul-ması üçün Liviyanın ərazisi qiyamçı general Xəlifə Həftərin yaraqlılarından tamamilə təmizlənməlidir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

ABŞ-ın Luiziana və Florida ştatlarına güclü tropik qasırğa gəlib. Aramsız yağan yağış yolları selə və çaya döndərib. Güclü külək evlərin dam örtüklərini uçurub, ağacları və elektrik dirəklərini aşırıb.

Minlərcə adam işıqsız qalıb. Yerli hakimiyyət orqanları insanlara yeraltı keçidlərə sığınmağı məsləhət görüblər. Sinoptiklər bildiriblər ki, çaylarda daşqınlar olacaq.

Yeni Orleanda vətəndaşları könüllü evakuasiya ediblər.Hazırda güclü tropik qasırğa ABŞ-ın şimalına doğru

hərəkət edir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Konor Makqreqor karyerasını bitirib

Mənbə qeyd edir ki, bu barədə idmançı öz “Twitter” səhifəsində yazıb.

UFC prezidenti Dana Uayt bundan əvvəl irlandiyalı döyüş-çünün rusiyalı Həbib Nurməhəmmədov-amerikalı Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasın-da döyüş keçirilib. “T-Mobile” arenasında keçirilən döyüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçiridiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Neftin qiyməti artmaqda davam edir

ABŞ-da tropik qasırğa

“Eurosport”un məlumatına görə, Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində keçmiş çempionu irlandiyalı döyüş ustası Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

CNN-nin yaydığı məlumata görə, Birləşmiş Ştatların Çikaqo şəhərinin (İllinoys ştatı) meri Lori Laytfut kütləvi etiraz aksiyaları səbəbilə tətbiq edilən komendant saatını ləğv edib.

Bakıda yeni yol qovşağı yaradılır