AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ · PDF file 2018-10-18 ·...

Click here to load reader

  • date post

    07-Mar-2020
  • Category

    Documents

  • view

    4
  • download

    0

Embed Size (px)

Transcript of AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ · PDF file 2018-10-18 ·...

  • Təbriz Yadigarov

    2

    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

    İQTİSADİYYAT İNSTİTUTU

    TƏBRİZ YADİGAROV

    AZƏRBAYCAN İQTİSADİYYATINDA

    DƏNİZ NƏQLİYYATI:

    PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

    BAKI-2018

  • Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı

    3

    Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun

    Elmi Şurasının 25 iyun 2018-ci il tarixli (10 saylı protokol)

    qərarı ilə çap olunur.

    Elmi redaktor: Fuad Əlinağı oğlu Qənbərov iqtisad elmləri doktoru

    Ələsgər Barxudar oğlu Sarıyev

    iqtisad elmləri namizədi

    Rəyçilər: Arif Şəkərəli oğlu Şəkərəliyev

    iqtisad elmləri doktoru, professor

    Yaşar Atakişi oğlu Kəlbiyev

    iqtisad elmləri doktoru, professor

    T.A.YADİGAROV.

    AZƏRBAYCAN İQTİSADİYYATINDA DƏNİZ NƏQLİYYATI:

    problemlər və perspektivlər. Bakı, «Avropa» nəşriyyatı, 2018,-350 səh.

    Monoqrafiyada müxtəlif mənbələrə əsasən miladdan öncə 4-cü əsrdən başlayaraq müasir dövrədək Azərbaycanda dəniz nəqliyyatının inkişaf tarixinə yığcam şəkildə nəzər salınmış, dəniz nəqliyyatının iqtisadiyyatının əsasları şərh edilmiş, xarici iqtisadi əlaqə-

    lərdə dəniz nəqliyyatının rolu, normativ hüquqi bazası, müasir vəziyyəti, dəniz nəqliyyatı- nın dünya əmtəə ticarətinin həcminə təsiri, İqtisadiyyatın Solluğu (Sağlığı) indeksinə da- xil olan xarici ticarət sub-indeksi əsasında dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinin iqtisadiyyatın dövlət tənzimlənməsindən asılılığı, neft-qaz hasilatında və yükdaşımalarda dəniz nəqliyyatının mövcüd problemləri və onun aradan qaldırılmasıı, yükdaşımaların və idaretmənin optimallaşdırılması yolları göstərilmişdir. Müəllif monoqrafiyada Strateji Yol Xəritəsinə əsasən Transxəzər marşrutu üzrə dəniz nəqliyyat yükdaşımalarından yük- sək gəlir əldə edilməsi üçün dəniz nəqliyyatının mövcud problemlərini qeyd etmiş və on-

    ların həlli yollarını göstərmişdir. Monoqrafiyanın materialları ali məktəblərdə “Dəniz nəqliyyatının iqtisadiyyatı”, “İqti-

    sadi təhli və audit”, “Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili”, “Nəqliyyatın ekonometriyası” fənlərinin tədrisində, Azərbaycan Respublikasının Vergilər Nazirliyində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də, respublikada hazırlanan məqsədli proq- ramlarda, dəniz nəqliyyatının inkişafı ilə bağlı elmi araşdırmaların aparılmasında istifadə üçün, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    ISBN 978-9952-473-38-4

    © T.A.Yadigarov, 2018

  • Təbriz Yadigarov

    4

    Bizim Xəzər Dəniz Gəmiçiliyinin donanması

    Azərbaycanın çox böyük sərvətidir. O, böyük işlər

    görür və gələcəkdə də görəcəkdir.

    Heydər Əliyev

  • Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı

    5

    ÖN SÖZ

    Gəmiçiliyin meydana gəlməsi, inkişaf tarixi eyni zamanda də-

    niz nəqliyyatının yaranması və uzun inkişaf yolu deməkdir. İlk ba-

    xışda gəmiçilik daha geniş əhatəli məzmun daşısa da, dəniz nəq-

    liyyatı anlayışı ilə bir növ sinonimliyi vardır.

    Dünya miqyasında gəmiçilik sənətinin, gəmiqayırma texnolo-

    giyasının getdikçə təkmilləşməsi ümumdünya dəniz nəqliyyatının

    inkişafına güclü təkan vermişdir. Ən qədim çağlardan ölkələr,

    xalqlar arasında müxtəlif məzmunlu, müxtəlif sahəli qarşılıqlı əla-

    qələrdə, münasibətlərdə ilk öncə quru yolları mühüm rol oynasa

    da getdikçə quru yolları öz mövqeyini su yollarına, dəniz nəqliy-

    yatına güzəştə getmiş və dəniz nəqliyyatının əhəmiyyəti daha bö-

    yük olmuşdur. Elmin inkişafından da yaxından qidalanan dəniz

    nəqliyyatının yüksəlişi bu yüksəlişə sahib olan ölkənin, ölkələrin

    siyasi-iqtisadi və mədəni inkişafını da təmin edirdi.

    Tarixi İpək yolunu qısaca xatırlayaq. İpək yolu karvan ticarət

    yolunun adı idi. Miladdan öncə ІІ əsrdən miladan sonra XVI əsrə

    qədər fəaliyyətdə olmuşdur. İpək yolu vasitəsilə həyata keçirilən

    ticarət (başlıca olaraq Çin ipəyi daşınırdı) Çini Orta Asiya vasitəsi-

    lə Ön Asiya və Avropa ilə əlaqələndirirdi. İpək Yolunun bir za-

    manlar nə qədər mühüm əhəmiyyət daşıdığını bir də oradan gör-

    mək olur ki, bu yol vasitəsilə həyata keçirilən ticarətdə üstün möv-

    qe tutmaq uğrunda uzun illər böyük dövlətlər arasında (məsələn

    ilk mərhələdə qədim Roma ilə Parfiya dövlətləri arasında) gərgin

    mübarizələr getmişdir. Bu möhtəşəm ticarət yolu IV əsrdə dənizçi-

    liyin inkişafı ilə bağlı olaraq öz əhəmiyyətini itirdi.

    XV əsrdə yeni dəniz yollarının kəşfi, sənaye və ticarətin getdik-

    cə yüksəlişi, elmin, xüsusilə dənizçilik astronomiyasının inkişafı gə-

    milərin açıq dənizdə yerini, istiqamətini dəqiq müəyyənləşdirmək

    üçün göy cisimlərini müşahidəyə imkan verən qurğuların təkmilləş-

    dirilməsi gəmiçiliyin, dəniz nəqliyyatının dünya miqyasında daşın-

  • Təbriz Yadigarov

    6

    malarda nəqliyyat təsərrüfatında əhəmiyyətini ön sıraya atdı.

    Böyük İpək Yolunun bərpası ilə əlaqədar olaraq Azərbaycan

    Respublikasında dəniz nəqliyyat yükdaşımalarından və tranzit ticarə-

    tindən yüksək gəlir əldə edilməsi üçün, gəmilərin beynəlxalq stan-

    dartlara uyğunlaşdırılması, onların istismarının optimallaşdırıl-ması,

    xarici iqtisadi əlaqələrdə dəniz nəqliyyatının səmərəliliyinin yüksəl-

    dilməsi mühüm əhəmiyyət kəsb edir. Hələ, 1998-ci ildə Ulu Öndər

    Heydər Əliyev “EN-EYÇ-KEY” telekanılna müsahibəsində demiş-

    dir: Yeni İpək Yolu-müasir nəqliyyat növlərindən istifadə etməklə

    qədim İpək Yolunun bərpasıdır. Bu yol əvvəllər fəaliyyətdə olan za-

    man müasir nəqliyyat növləri yox idi, insanlar piyada və yaxud sadə

    nəqliyyat vasitələrindən istifadə edirdilər. Hazırda isə müasir dəmir

    yolları, avtomobil nəqliyyatı, dəniz gəmilərinin olması ilə tarixi İpək

    Yolu min il bundan əvvəlkindən daha səmərəlidir.

    Dünya ölçüsündə dəniz nəqliyyatının inkişaf prossesində

    Azərbaycan da özünəməxsus yer tutaraq bu təsərrüfatın inkişafına

    dəyərli töhvələr verdi. Bilindiyi kimi, nəqliyyat, daşınmalar üçün

    əlverişli olan Xəzər dənizi hövzəsinin, Kür və Araz çaylarının bö-

    yük bir qismi Azərbaycanın sahəsində yerləşir. Avropa və Asiya

    qitələrinin sərhəddində yerləşən Xəzər dənizinin region ölkələrinin

    iqtisadi həyatında rolu əvəzsizdir. Xəzər dənizi Orta Asiya və Za-

    qafqaziya regionunu bir-birindən ayırır. Orta Asiyanın qərbində

    dəmir yolu xətləri Türkmənbaşı (Krasnovodsk, Türkmənistan) və

    Aktau (Qazaxıstan) şəhərlərində sona çatır. Şimali Qafqazın ma-

    gistral yolları isə dəniz sahilinə-Bakıya (Azərbaycan) və Mahaçqa-

    laya qədər uzanır. Bu rayonlar arasında iqtisadi əlaqələr nəqliyyat-

    da ən qısa yol olan Xəzər dənizindən keçən dəniz yolu ilə gəmilər

    vasitəsi ilə yerinə yetirilir.

    Azərbaycanın beynəlxalq dəniz nəqliyyatının iştirakında Xə-

    zər dənizinin, Azərbaycan gəmiçiliyinin rolu az olmamışdır. Azər-

    baycanın istər ölkə daxilində, istərsə də beynəlxalq ölçüdə dəniz

    nəqliyyatının inkişafında artan rolu sevindiricidir. Ancaq bu rolun

    getdikcə daha geniş miqyas alması üçün inkişaf perspektivlərini

    daha obyektiv, daha doğru şəkildə müəyyənləşdirən dəniz nəqliy-

    yatı problemlərinin elmi araşdırılmalarına, öyrənilməsinə döğru,

    səmərəli təkliflərin, tövsiyələrin ortaya qoyulmasına böyük ehtiyac

  • Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı

    7

    vardır. Etiraf etmək gərəkdir ki, bu sahədə müəyyən boşluqlar da

    yox deyildir. Bizim tədqim etdiyimiz araşdırma da bu boşluğu mü-

    əyyən qədər doldurmaq məqsədini güdür.

    Araşdırmalar apararkən, bizə dəyərli tövsiyələrini, mənəvi

    yardımlarını əsirgəməyən AMEA-nın müxbir üzvü, i.e.d., profes-

    sor Ş.M.Muradova, i.e.d., professor N.Müzəffərliyə, i.e.d., profes-

    sor Ş.T.Əliyevə, i.e.d., professor R.P.Sultanovaya, i.e.d. F.Ə.Qən-

    bərova, i.e.d. S.M.Qasımova, i.f.d Ə.B.Sarıyevə, i.f.d. C.H.Fərəcli-

    yə və qayğıkeş dostum filosof Muradov Seyfulla Cavanşir oğluna

    dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bununla birlikdə

    görkəmli şairimiz və ağsaqqalımız, Beynəlxalq Elmlər Akademi-

    yasının Azərbaycan bölməsi