Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin...

243
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────── 1 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları 2010-cu il MÜNDƏRİCAT ¾ Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir: Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il)......................... s. 6 ¾ 2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (18 yanvar 2010-cu il)................................................ s. 8 ¾ -Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (18 yanvar 2010-cu il)........................ s. 11 ¾ Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarını qəbul etmişdir (22 yanvar 2010-cu il)........................................ s. 17 ¾ Azərbaycan Prezidenti İlham Əliyevin “Bloomberg” agentliyinə müsahibəsi (27 yanvar 2010-cu il)............................................................................................................................. s. 20 ¾ Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri: Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun “Qlobal enerji mənzərəsi” mövzusunda iclasında iştirak etmişdir (28 yanvar 2010-cu il)............................................................................................. s. 22 ¾ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri: Mətbuata birgə bəyanat: Prezident İlham Əliyevin bəyanatı (4 fevral 2010-cu il)............. s. 24 ¾ Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrində iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (5 fevral 2010-cu il)................................. s. 25 ¾ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsinin geniş versiyasının şərhi (7 fevral 2010-cu il).............................................. s. 29 ¾ Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri: Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş (11 fevral 2010-cu il).......................................... s. 35 ¾ Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri: Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüş (12 fevral 2010-cu il).......................................... s. 37 ¾ Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri: Göyçay rayon ictimaiyyətinin nümayəndələri ilə görüş (12 fevral 2010-cu il).......................................... s. 39 ¾ 2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş şavirə keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (18 fevral 2010-cu il)............................................................................................................................ s. 41 ¾ - Prezident İlham Əliyevin yekun nitqi (18 fevral 2010-cu il)............................................ s. 43 ¾ “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir: Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir: Prezident İlham Əliyevin giriş nitqi (12 mart 2010-cu il).................................................................. s. 46 ¾ -Prezident İlham Əliyevin yekun nitqi (12 mart 2010-cu il).............................................. s. 49 ¾ Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (18 mart 2010-cu il).................... s. 54 ¾ Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezident İlham Əliyevin nitqi (19 mart 2010-cu il).......................................................... s. 56

Transcript of Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin...

Page 1: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

1    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

nitqləri, çıxışları, müsahibələri və bəyanatları

2010-cu il

MÜNDƏRİCAT

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir:Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).........................

s. 6

2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (18 yanvar 2010-cu il)................................................

s. 8 -Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (18 yanvar 2010-cu il)........................ s. 11 Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya

Forumunun iştirakçılarını qəbul etmişdir (22 yanvar 2010-cu il)........................................

s. 17 Azərbaycan Prezidenti İlham Əliyevin “Bloomberg” agentliyinə müsahibəsi (27 yanvar

2010-cu il).............................................................................................................................

s. 20 Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri: Prezident İlham Əliyev

Dünya İqtisadi Forumunun “Qlobal enerji mənzərəsi” mövzusunda iclasında iştirak etmişdir (28 yanvar 2010-cu il).............................................................................................

s. 22 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri:

Mətbuata birgə bəyanat: Prezident İlham Əliyevin bəyanatı (4 fevral 2010-cu il).............

s. 24 Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin

təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrində iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (5 fevral 2010-cu il).................................

s. 25 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” telekanalına

müsahibəsinin geniş versiyasının şərhi (7 fevral 2010-cu il)..............................................

s. 29 Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri: Gəncə şəhər

ictimaiyyətinin nümayəndələri ilə görüş (11 fevral 2010-cu il)..........................................

s. 35 Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri: Ağdaş rayon

ictimaiyyətinin nümayəndələri ilə görüş (12 fevral 2010-cu il)..........................................

s. 37 Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri: Göyçay rayon

ictimaiyyətinin nümayəndələri ilə görüş (12 fevral 2010-cu il)..........................................

s. 39 2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili

kimi yazılacaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (18 fevral 2010-cu il)............................................................................................................................

s. 41 - Prezident İlham Əliyevin yekun nitqi (18 fevral 2010-cu il)............................................ s. 43 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı

Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir: Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir: Prezident İlham Əliyevin giriş nitqi (12 mart 2010-cu il)..................................................................

s. 46 -Prezident İlham Əliyevin yekun nitqi (12 mart 2010-cu il).............................................. s. 49 Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin

təqdimat mərasimi olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (18 mart 2010-cu il)....................

s. 54 Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi

olmuşdur: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezident İlham Əliyevin nitqi (19 mart 2010-cu il)..........................................................

s. 56

Page 2: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

2    

Dünyada böyük hörmətə malik Azərbaycanın Novruz bayramı bu il YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur: Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində iştirak etmişdir: Azərbaycan Prezident İlham Əliyevin nitqi (20 mart 2010-cu il)....................................................................................

s. 58 Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri: Dövlət başçıları mətbuat

üçün bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (7 aprel 2010-cu il)............................................................................................................................

s. 61 Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri: Dövlətimizin başçısı

Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir: Azərbaycan Prezident İlham Əliyevin çıxışı (20 mart 2010-cu il).........................................................................

s. 62 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin

birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (14 aprel 2010-cu il).............................

s. 66 -Prezident İlham Əliyevin yekun nitqi (14 aprel 2010-cu il)............................................... s. 71 Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Azərbaycanda 2010-cu il parlament

seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir (16 aprel 2010-cu il)..............................................................

s. 76 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə

Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir: Prezident İlham Əliyevin çıxışı (23 aprel 2010-cu il)....................................

s. 82 Bakıda dünya dini liderlərinin sammiti keçirilir: Azərbaycan Prezidenti İlham Əliyev

sammitin açılış mərasimində iştirak etmişdir: Prezident İlham Əliyevin çıxışı (26 aprel 2010-cu il).............................................................................................................................

s. 85 Prezident İlham Əliyevin Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfəri: Salyan rayon

ictimaiyyətinin nümayəndələri ilə görüş (29 aprel 2010-cu il)............................................

s. 87 Azərbaycan Prezidenti İlham Əliyevin Cəlilabad rayonuna səfəri: Cəlilabad rayon

ictimaiyyətinin nümayəndələri ilə görüş (29 aprel 2010-cu il)............................................

s. 89 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir:

Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur (7 may 2010-cu il).............................................................................................................................

s. 91 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev

Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir: Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (12 may 2010-cu il)........................................................................................

s. 98 Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri: Dövlət başçılarının mətbuat

üçün bəyanatları: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (13 may 2010-cu il)....

s. 101 İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri: Azərbaycan Prezidenti İlham

Əliyevin və İordaniya Kralı II Abdullahın mətbuat üçün bəyanatları: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (16 may 2010-cu il)...................................................

s. 103 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri: Azərbaycan

Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (17 may 2010-cu il)...........................................................................................................................................

s. 104 Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılmışdır:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (12 may 2010-cu il)........................................

s. 107 28 May - Respublika günü münasibətilə rəsmi qəbul: Prezident İlham Əliyev rəsmi

qəbulda iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (27 may 2010-cu il)...........................................................................................................................................

s. 109 Bakıda XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə

başlamışdır: Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (1 iyun 2010-cu il)..........................................

s. 113 Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan

Respublikasına rəsmi səfəri: Geniş tərkibdə görüş (3 iyun 2010-cu il)................................

s. 116

Page 3: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

3    

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri: İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (8 iyun 2010-cu il)........................................

s. 117 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri: Prezident İlham Əliyev

İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir (8 iyun 2010-cu il)..................

s. 119 Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (23 iyun 2010-cu il)......................................

s. 123 Azərbaycan Silahlı Qüvvələrinin Yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə

Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir:Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir: Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı (24 iyun 2010-cu il).....................................................................................

s. 127

Bolqarıstan Prezidenti Georgi Pirvanovun Azərbaycana işgüzar səfəri: Dövlət başçılarının mətbuat üçün bəyanatları: Azərbaycan Prezidenti İlham Əliyev bəyanatı (30 iyun 2010-cu il)..............................................................................................................

s. 130 Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının

sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (13 iyul 2010-cu il).....................................................

s. 132 -Prezident İlham Əliyevin yekun nitqi (13 iyul 2010-cu il).................................................. s. 136 Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri: Dövlət başçılarının

birgə mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (18 iyul 2010-cu il).............................................................................................................................

s. 141 Prezident İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir: Prezident

İlham Əliyevin çıxışı (21 iyul 2010-cu il)............................................................................

s. 144 Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir:

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (22 iyul 2010-cu il)........................................

s. 146 Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılmışdır: Azərbaycan Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi (11 avqust 2010-cu il)...........................................................................................................

s. 151 Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri: Azərbaycan Prezidenti

İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxışı (16 avqust 2010-cu il).......................................

s. 153 Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri: Ali qonağın şərəfinə:

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (16 avqust 2010-cu il)....................................

s. 156 Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir: Azərbaycan

Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (1 sentyabr 2010-cu il).................................................................................

s. 158 Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri:

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı: Azərbaycan Prezidenti İlham Əliyev bəyanatı (3 sentyabr 2010-cu il)...............

s. 162 Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri: Ali

qonağın şərəfinə: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi (3 sentyabr 2010-cu il)....

s. 166 Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır: Azərbaycan

Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (6 sentyabr 2010-cu il)...............................................................................

s. 168 Azərbaycan, Gürcüstan, Rumıniya və Macaristanın dövlət və hökumət başçılarının

dördtərəfli görüşü: Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı (14 sentyabr 2010-cu il)..........................................................................................................................................

s. 171 Dövlət və hökumət başçılarının birgə mətbuat konfransı: Azərbaycan Prezidenti İlham

Əliyev bəyanatla çıxış etmişdir (14 sentyabr 2010-cu il)..................................................

s. 174

Page 4: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

4    

Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilmişdir: Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir (14 sentyabr 2010-cu il)........................................................................................................................................

s. 177 Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri: Azərbaycan və Türkiyə arasında

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında birgə bəyannamə imzalanmışdır: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (15 sentyabr 2010-cu il)..........................................................................................................................................

s. 179 İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir:

Prezident İlham Əliyevin çıxışı (16 sentyabr 2010-cu il).................................................

s. 182 Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri: Prezident İlham Əliyev

BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etmişdir: Prezident İlham Əliyevin çıxışı (24 sentyabr 2010-cu il)....................................................................................................

s. 185 Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri: Dövlət

başçılarının mətbuat üçün bəyanatları: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (27 sentyabr 2010-cu il)....................................................................................................

s. 188 Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri:

Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur (27 sentyabr 2010-cu il)....................................................................................

s. 189 Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri: Ordubadda

Biləv Su Elektrik Stansiyasının açılışı: Prezident İlham Əliyevin çıxışı (5 oktyabr 2010-cu il).............................................................................................................................

s. 190 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin

doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir: Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi (20 oktyabr 2010-cu il)..........................

s. 192

- Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi (20 oktyabr 2010-cu il...................... s. 195 Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Milli Telekompaniyasına, bu ölkənin

“Profil-Ukrayna” jurnalına və “Den” qəzetinə müsahibəsi (25 oktyabr 2010-cu il)...........

s. 201 Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri: Həştərxan şəhərində ümummilli lider

Heydər Əliyevin abidəsi açılmışdır (27 oktyabr 2010-cu il)................................................

s. 207 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri: Birgə

mətbuat konfransı : Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (28 oktyabr 2010-cu il)..........................................................................................................................................

s. 209 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri:

Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası (28 oktyabr 2010-cu il).......

s. 212 Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi

keçirilmişdir: Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir: Prezident İlham Əliyevin çıxışı (3 noyabr 2010-cu il)...................................................................................

s. 213 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv

inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir: Prezident İlham Əliyevin giriş nitqi (4 noyabr 2010-cu il)...........................................................................................

s. 216 - Prezident İlham Əliyevin yekun nitqi (4 noyabr 2010-cu il)............................................. s. 218 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli

Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun vida mərasimində iştirak etmişdir: Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı (7 noyabr 2010-cu il)...................................................................................

s. 220 Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri: Füzuli rayon

ictimaiyyətinin nümayəndələri ilə görüş: Prezident İlham Əliyevin çıxışı (11 noyabr 2010-cu il).............................................................................................................................

s. 222 İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi

səfəri: Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (17 noyabr 2010-cu il)...........................

s. 225

Page 5: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

5    

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşü keçirilmişdir: Prezident İlham Əliyevin nitqi (18 noyabr 2010-cu il).......................................................................

s. 227

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər: Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı (18 noyabr 2010-cu il)...............................................

s. 229

Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim: Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (23 noyabr 2010-cu il)................................................................................................

s. 231 Prezident İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə

Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdür: Prezident İlham Əliyevin nitqi (24 noyabr 2010-cu il)................................................................................................

s. 235 Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası olmuşdur:

Prezident İlham Əliyev iclasda iştirak etmişdir: Prezident İlham Əliyevin nitqi (29 noyabr 2010-cu il)................................................................................................

s. 238 Azərbaycan Prezidenti İlham Əliyev Astanada ATƏT-in VII sammitində iştirak edir:

Prezident İlham Əliyevin çıxışı (1 dekabr 2010-cu il).........................................................

s. 243

Page 6: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

6    

Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik yubiley mərasimi keçirilmişdir Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 15 yanvar (AzərTAc). Xəbər verdiyimiz kimi, yanvarın 14-də “Buta” sarayında görkəmli neftçi-

alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi: -Əziz Xoşbəxt müəllim! Bu gün sizin yubileyinizdir. Bu gözəl yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə möhkəm

cansağlığı arzulayıram. Arzu edirəm ki, siz həmişə olduğu kimi cavan, gümrah, nikbin olasınız və biz ölkəmizin gələcək inkişafı üçün birlikdə çox işlər görə bilək.

Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki, yubileyinizin ölkə miqyasında keçirilməsi üçün mən bir müddət bundan əvvəl müvafiq Sərəncam imzalamışam. Bu onu göstərir ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz həqiqətən də buna layiqsiniz. Siz uzun illər Azərbaycanın neft-qaz potensialının inkişafı üçün çalışırsınız, işləyirsiniz. Fəal işləyirsiniz və ən önəmlisi ondan ibarətdir ki, bu fəaliyyətin ölkəmiz üçün çox gözəl və çox vacib nəticələri vardır.

Sizin bilavasitə rəhbərliyiniz və iştirakınız sayəsində Azərbaycanda 20 neft-qaz yatağı kəşf edilmişdir. Onların içində bu gün Azərbaycanın neft-qaz potensialını böyük dərəcədə müəyyən edən “Azəri”, “Çıraq”, “Günəşli”, “Kəpəz”, “Bahar” yataqları vardır. Bütün bu yataqlar Azərbaycanı bu gün dünya neft aləmində təmsil edir.

Bütün bu yataqların kəşfi və işlənilməsi, onların bugünkü mövcudluğu Azərbaycanın nəinki iqtisadi, eyni zamanda, siyasi imkanlarını böyük dərəcədə genişləndiribdir. Bu gün Azərbaycanı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarsız təsəvvür etmək mümkün deyildir. Əgər bu yataqlar sizin tərəfinizdən vaxtında kəşf edilməsəydi, bu gün bizim neft-qaz imkanlarımız çox məhdud ola və bunun nəticəsində ölkəmiz müstəqillik dövründə böyük çətinliklərlə üzləşə bilərdi. Uzun illər ərzində sizin tərəfinizdən və sizin rəhbərliyinizlə kəşf edilmiş yataqlarımız bundan sonra da Azərbaycanın gələcək inkişafını təmin edəcəkdir. Bu, imkan verəcək ki, biz bundan sonra da neft amilindən səmərəli şəkildə istifadə edərək ölkəmizi hərtərəfli inkişaf etdirək. Ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün daha da böyük işlər görək. Ölkəmizi daha da gözəlləşdirək, abadlaşdıraq. Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüsünüz, çoxsaylı elmi əsərlərin müəllifisiniz. O əsərlərin ki, onların, sözün əsl mənasında, praktiki nəticələrini də biz görürük, Azərbaycan vətəndaşları görür. “Əsrin müqaviləsi”nin imzalanmasında sizin böyük rolunuz olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın neft strategiyasının icrasında həmişə fəal olmusunuz.

Məhz bu siyasət bugünkü Azərbaycanın inkişafını təmin edir. Məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özü üçün yeni imkanlar açdı. Azərbaycan özünü tanıtdı, ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarlar üçün açdı. Bunun nəticəsində bu gün bizim hasilat və ixrac imkanlarımız o səviyyədədir ki, bəlkə bu barədə heç təsəvvür etmək də mümkün deyildir. Bu gün Azərbaycan 50 milyon ton neft hasil edir, təxminən 25 milyard kubmetr qaz hasil edir. Neftçilər bunu çox yaxşı bilirlər ki, bu nə deməkdir. Azərbaycanın tarixində öz imkanlarımızı, neft-qaz yataqlarımızı biz heç vaxt belə böyük həcmdə işlədə bilmirdik. Bu gün bu imkanlar vardır və başlıca səbəbi ondan ibarətdir ki, bunun arxasında 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyası, onun məntiqi nəticəsi - “Əsrin müqaviləsi”nin imzalanması və ondan əvvəl sizin iştirakınızla bu yataqların kəşfi və hasilat üçün hazırlanması məsələləri dayanır.

“Əsrin müqaviləsi”ndən sonra “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. Bu kontrakt da böyük çətinliklərlə imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş ictimaiyyəti bəlkə də bundan xəbərsizdir, ancaq çox ciddi müqavimət göstərilirdi. Əfsuslar olsun ki, nəinki xaricdən, eyni zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunan bəzi insanlar “Şahdəniz” yatağının işlənilməsinə çox ciddi şəkildə əngəllər törətməyə çalışırdılar. Siz bir peşəkar neftçi, geoloq, alim, mütəxəssis kimi öz sözünüzü qətiyyətlə demisiniz. Mən bunu çox yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyevin yanında keçirilmiş iclasda Azərbaycan Dövlət Neft Şirkətinin bütün rəhbərləri öz sözünü demişlər. Ancaq sizin sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi. Çünki siz dünya şöhrətli alimsiniz və ulu öndər Heydər Əliyev sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə həmişə inanmışam və onu da xatırlayıram ki, müəyyən

Page 7: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

7    

müddət bundan əvvəl bəzi xarici şirkətlərin təkliflərinə də siz öz iradlarınızı bildirmisiniz. Sübut etməyə çalışmısınız ki, qazılacaq quyular üçün onların seçdiyi yer məqbul deyildir. Əfsuslar olsun ki, həyat bunu göstərdi. Sizə qulaq asmadılar və qazdıqları quyular boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər tərəfindən işlənilir, bir neçə ildən sonra da işlənəcəkdir. Bu yataqlara maraq vardır. Ona görə ki, biz hamımız bilirik, həmin yataqlarda həm neft, həm də qaz vardır.

Mən sizin haqqınızda çox danışa bilərəm və bir daha qeyd etmək istəyirəm ki, sizin fəaliyyətiniz və Azərbaycana verdiyiniz töhfələr xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün bizim neft-qaz imkanlarımız iqtisadi inkişafımız üçün başlıca şərtdir və bunun başında Azərbaycan neftçiləri durur. Azərbaycan neftçiləri öz əməyi hesabına Vətənə xidmət göstərirlər. Neftçilər bütün zamanlarda Azərbaycanda böyük hörmətə malik olmuşlar, bu gün də bu davam edir.

Bu gün bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Eyni zamanda, bizi şəxsi münasibətlər də bağlayır. Səmimi münasibətlər. On beş ildən çoxdur bizim münasibətlərimiz davam edir. Təkcə ona görə yox ki, vaxtilə ikimizin bir qəbul otağımız var idi və tez-tez o qəbul otağında görüşürdük. Həm də ona görə ki, mən Dövlət Neft Şirkətində işləməyə başlayanda sizinlə daim təmasda idim. Daim biz fikir mübadiləsi aparırdıq. Mənim üçün o sahə yeni idi. Sizdən çox şey öyrəndim və eyni zamanda, bizim aramızda o vaxtdan yaranan bu səmimi münasibətlər bu gün də davam edir. Bu, bizə də və əminəm ki, Azərbaycan dövlətinə də lazımdır.

Mən bu əziz gündə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, siz Azərbaycan dövlətinin ali mükafatları ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Beş il bundan əvvəl siz “Şöhrət” ordeni və bu yaxınlarda “Şərəf” ordeni ilə təltif edilmisiniz. Mən istərdim ki, bu yüksək mükafatı bu gün özüm sizə təqdim edim və sizə gələcək fəaliyyətinizdə yeni uğurlar və cansağlığı arzulayım.

“Xalq qəzeti”.- 2010.- 14 yanvar .-S.1.

Page 8: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

8    

2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Bakı, 18 yanvar (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın

18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin

giriş nitqi

-Nazirlər Kabinetinin bugünkü iclası 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmişdir. 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı. 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.

Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.

Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir.

2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi.

Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır.

2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə

Page 9: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

9    

alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir.

Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri bax bu vəziyyətə gətirib çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il - 2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik.

2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi. Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir. Mən təkcə 3 layihəni qeyd etdim. Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaqdır.

2009-cu ildə valyuta ehtiyatlarımız artdı. Deyə bilərəm ki, bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır.

Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək.

Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir.

İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər öz həllini tapdı. Halbuki hələ ki, işsizlik vardır və biz işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının azaldılmasıdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar.

Demək olar ki, Azərbaycanın iqtisadi göstəriciləri bundan ibarətdir. Sosial proqramların həlli həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi

Page 10: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

10    

tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir.

2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmışdır. “Sumqayıt”, “Şahdağ” böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Biz əvvəlki illərdə tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılmasına nail ola bildik. Beləliklə, biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük həcmdə görəcəyik. Biz 2010-cu ildə isə görülən işlər nəticəsində ən azı əlavə 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğul olacaqdır. İndi bütün infrastruktur yaradılır.

Qazlaşdırma prosesi uğurla davam etdi. Biz bu sahədə daha da böyük işlər görə bilərik və görürük. Bilirsiniz ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi, bağışlandı və beləliklə, biz insanları böyük əziyyətdən xilas etdik. Çünki o borcların yığılması prosesi artıq uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Biz bütün bunları başa düşməliyik. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq hələ ki, çətin vəziyyətdə yaşayanlar da vardır. Biz onlara daim qayğı göstərməliyik, onların problemlərini həll etməliyik. Bu məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir. Bu məqsədlə digər başqa yardımlar edilir. Qazdan istifadəyə görə olan borclar silindi. Halbuki bu, Azərbaycan büdcəsi üçün o qədər də asan məsələ deyildi. Təxminən 400 milyon dollar həcmində - 330 milyon manat məbləğində vəsait silindi. Ümid edirəm və əminliyimi bildirmək istəyirəm ki, bundan sonra əhali qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri vaxtında ödəyəcəkdir. Borclar yaranmamalıdır. Çünki yığılan vəsait büdcənin təmininə yönəldilir. Nə qədər çox vəsait yığılsa, bizim imkanlarımız o qədər də çox artacaq, pensiyalar, maaşlar o qədər də çox artırılacaq və bütün başqa işlər də görüləcəkdir.

Yəni, demək istəyirəm ki, sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır.

2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmışdır. Azərbaycanın xarici əlaqələri daha da gücləndirilmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri Azərbaycanın dünya miqyasında tanınmasında və mövqeyimizin güclənməsində böyük rol oynamışdır. Dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq. Əminəm ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli və möhkəm olacaqdır.

Xarici siyasətimizin əsas məsələsi - Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq–aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir.

Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl -

Page 11: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

11    

2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır.

Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da gücləndirməliyik.

Bu sahədə də çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür və biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah–sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.

Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir.

Beləliklə, hesab edirəm ki, 2009-cu ilin yekunları çox uğurlu olmuşdur. 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həlini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.

X X X

Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

yekun nitqi

-2009-cu ilin yekunları bir daha onu göstərir ki, Azərbaycan keçən il uğurla inkişaf etməyə davam etmişdir. Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu, bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyasət, həm də möhkəm iradə vardır. Bir daha qeyd etmək istəyirəm, mən bunu əvvəllər də demişəm, bu gün də qeyd edildi ki, 2009-cu il bütün ölkələr üçün sınaq ili olmuşdur. Əvvəllər uğurlarımıza pis gözlə baxan, yaxud da ki, paxıllıq edən, istər xaricdə, istər daxildə uğurlarımızı qəbul etmək istəməyən dairələr uğurlarımızı daha çox neft amili ilə bağlayırdılar. Halbuki neft amili də Azərbaycan xalqının zəhməti və ulu öndər Heydər Əliyevin fədakarlığı hesabına mövcud olmuşdur. Neftin dərin laylarda olması hələ neft strategiyasının icrası demək deyildir. Biz ümumiyyətlə ən ağır, ən çətin illərdə xarici investorları cəlb etmək, bütün çətinliklərə baxmayaraq, böyük iradə, uzagörənlik, cəsarət göstərməklə Azərbaycana bu sərmayələri cəlb etmək, “Əsrin müqaviləsi”ni imzalamaq, onun icrasını təmin etmək sayəsində bu gün neft amilindən danışırıq. Yəni, Azərbaycanın müasir və neft-qaz ixrac edən güclü ölkəyə çevrilməsi işində Heydər Əliyevin mizilsiz xidmətləri olmuşdur. Ona görə də hətta neft amili hesabına olsa da, bu, bizim iqtidarımızın əməyidir, zəhmətidir və nailiyyətidir.

Ancaq bununla bərabər, yenə də deyirəm ki, bizə müəyyən iradlar tutmaq istəyənlər, yaxud da, uğurlarımızı sadələşdirmək istəyən qüvvələr iqtisadi inkişafı neft amili ilə bağlayırdılar. Sirr deyil ki, əlbəttə, bu

Page 12: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

12    

amilin öz rolu vardır və bu, davam edəcəkdir. Çünki Azərbaycanda son illər ərzində həm neft, həm qaz hasilatı böyük dərəcədə artmışdır.

Ancaq 2009-cu il o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə edilən sözləri alt-üst etdi. Ölkəmiz, iqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi. İndi hər şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq statistika vardır, göstəricilər vardır. MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bütün bölgədə iqtisadi tənəzzül, sənaye istehsalının tənəzzülü hökm sürür, Azərbaycanda isə artım vardır. Dünya İqtisadi Forumu – dünyanın mötəbər beynəlxalq təşkilatı Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə layiq gördü və bu, MDB məkanında birinci yerdir. Yəni, iqtisadiyyatımız bütün MDB məkanında ən rəqabət qabiliyyətlidir, ən çoxşaxəlidir, ən müasirdir, ən güclüdür. Bu, reallıqdır. Biz bu reallıqlarla haqlı olaraq fəxr edirik.

2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və təqdim etdi. Yəni, budur uğurlarımızın təməlində duran məsələlər - güclü siyasət, siyasi iradə, siyasi və iqtisadi islahatlar, düşünülmüş strategiya və taktika. Sirr deyil ki, bu yolda son illər ərzində müxtəlif məqamlarda işimizə qarışmaq, bizə məsləhət, tövsiyə vermək istəyən, əvvəlki illərdə lap göstəriş vermək istəyən tərəflərin sayı az deyildi. Ancaq biz bildiyimizi etdik. Onu etdik ki, Azərbaycanı bu günə gətirib çıxardıq. Əgər o vaxt bizə sərf etməyən məsləhətlərə qulaq assaydıq, bəlkə də bu gün başqa ölkələr kimi çətin anları yaşaya bilərdik - həm iqtisadi sahədə, həm siyasi islahatlar sahəsində. Biz ölkəmizin hərtərəfli inkişafında Azərbaycan xalqının maraqlarını təmin etdik, ölkəmizi gücləndirdik və bu gün bunun hesabına Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın maraqlarını heç kim inkar edə bilməz. Əgər Azərbaycanın maraqları müvəqqəti olaraq kiminsə fikrində kənara qoyulursa, dərhal hamı görür ki, Azərbaycanın maraqlarını təmin etmədən bölgədə nə iqtisadi, nə siyasi, nə heç bir başqa layihə və təşəbbüs icra oluna bilməz. Biz özümüzü təsdiq etdik, özümüzü göstərdik, ilk növbədə, ölkə qarşısında duran bütün vəzifələri icra etdik. 2009-cu il bu baxımdan tarixdə sınaq ili kimi qalacaq və Azərbaycan bu sınaqdan şərəflə çıxdı. Bu gün burada səslənən bütün iqtisadi və sosial göstəricilər onu bir daha göstərir.

Mən bir müddət bundan əvvəl demişdim ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu həqiqətən də belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik. Bunu şərtləndirən müxtəlif amillər vardır və bu gün bu barədə burada danışıldı. Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Beynəlxalq kredit agentliklərinin böhranlı ildə verdikləri açıqlamalar, verdikləri qiymətlər onu göstərir ki, kredit reytinqlərimiz də artır.

Biz neft-qaz, enerji sahəsində uğurlu investisiya siyasətimizi aparmaqla bütün başqa sahələrə də investisiyaların cəlb olunmasına nail olduq. Bu gün mən bu rəqəmləri səsləndirdim, keçən il 9 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu il, hesab edirəm ki, investisiya qoyuluşu davam etdiriləcəkdir. Bu gün Azərbaycan ilə iş görmək, investisiya qoymaq, yaxud da ki, podratçı kimi işləmək istəyən şirkətlərin sayı artır. Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bütün bu amillər ölkəmizin bundan sonra da uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək, Azərbaycanın bütün sahələrinin inkişafını təmin edəcək, enerji amilindən asılılığımızı azaldacaqdır. Artıq biz bunu görürük və ölkəmiz, əlbəttə ki, bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Biz 2010-cu ildə, diqqətimizi əlbəttə ki, həmişə olduğu kimi, makroiqtisadi sabitliyə yönəltməliyik. Hesab edirəm ki, bu sabitlik 2010-cu ildə qorunub saxlanılacaqdır. Çünki bu ilin göstəriciləri və bundan əvvəlki illərdə görülən tədbirlər bunu göstərir. Həm böyük valyuta ehtiyatlarımız, həm güclü bank sektorumuz və istehlak qiymətlərinə güclü nəzarət bütün bu amilləri təmin edəcəkdir.

Biz daxili bazarımızı daha da ciddi qorumalıyıq. Bunun müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən məhsulların istehsalını artırmaqdır. Bu məqsədlə həm Dövlət İnvestisiya Şirkətinin, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kredit məbləğləri öz rolunu oynayır. Keçən il sahibkarlığa güzəştli şərtlərlə 130 milyon manat vəsait verilmişdir. Dövlət İnvestisiya Şirkəti isə xarici şirkətlərlə bərabər ölkəmiz üçün bir sıra önəmli layihənin icrasına başlamışdır. Yəni, bütün bu kredit resursları daxili bazarın qorunmasına, ilk növbədə daxili istehsalı artırmağa, digər tərəfdən, Azərbaycanda istehsal olunan malların istehlakçılara məqbul qiymətlərlə çatdırılmasına da xidmət göstərir. Əlbəttə ki, bizim mallarla rəqabət aparmaq gücündə olan xarici malların gətirilməsinə yenidən baxmalıyıq. 2009-cu ildə demək olar ki, bütün ölkələr, hətta ən inkişaf etmiş ölkələr bu meyilləri büruzə vermişlər. Çünki hər bir ölkə çalışmalıdır ki, öz istehsalçılarını və istehlakçılarını müdafiə etsin ki, qiymətlər qalxmasın. Ona görə də daxili bazarın qorunması işində daha da ciddi addımlar atılmalıdır.

İnflyasiyaya nəzarət ediləcəkdir. Mən əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Beləliklə, insanların yaşayış səviyyəsi daha da yaxşılaşacaq və belə də olmalıdır.

Page 13: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

13    

2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək üçün tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar - əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar da icra olunmalıdır.

Azərbaycanda demoqrafik vəziyyət də çox yaxşıdır, çox gözəldir. Bu yaxınlarda ölkəmiz üçün çox vacib və tarixi hadisə baş vermişdir - doqquz milyonuncu vətəndaş dünyaya gəlmişdir. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya gəlmişdir. Əvvəlki illərlə müqayisədə bu, böyük artımdır. Biz dinamikadan görürük ki, ildən-ilə Azərbaycanda doğulan uşaqların sayı artır. Bu, əlbəttə ki, ölkə əhalisinin sayını artırır, bizi gücləndirir və eyni zamanda, Azərbaycanda görülən işlərin nəticəsidir. Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun bilavasitə göstəricisidir. Mən çox şadam ki, Azərbaycanda demoqrafiya məsələləri ilə bağlı heç bir problem yoxdur. Biz bilirik ki, bəzi ölkələrdə bu problemlər böyük dərəcədə ciddiləşir. Problemlər ciddiləşdikcə gələcəkdə çox böyük problemlərə gətirib çıxaracaqdır.

Ancaq Azərbaycanda bu problem yoxdur. Bizim əhali artır və yaxşı templərlə artır. Biz çalışırıq və çalışmalıyıq ki, bu artım davam etsin, sürətlənsin. Mən əminəm ki, gələcəkdə Azərbaycanda iqtisadi və sosial vəziyyət daha da yaxşılaşdıqca əhalinin sayı da sürətlə artacaqdır. Bu fürsətdən istifadə edib həm doqquz milyonuncu uşağın valideynlərinə öz təbriklərimi göndərirəm, eyni zamanda, bütün Azərbaycan xalqını, doğrudan da, bu böyük və tarixi hadisə münasibətilə təbrik edirəm. Allah eləsin ki, biz 10 milyonuncu vətəndaşın da dünyaya gəlməsini bərabər qeyd edək.

2010-cu ildə bütün infrastruktur layihələrinin icrası davam etməlidir. Əlbəttə ki, bu, investisiya proqramında öz əksini tapacaqdır. Həm bu ilə qədər görülən işlər davam etdirilməli, həm də yeni layihələr icra edilməlidir. Avtomobil yollarının tikintisi davam etməlidir. Bakı-Gürcüstan sərhədi İpək yolunun tikintisi bu il başa çatmalıdır. Eyni zamanda, bizi İranla birləşdirən, İran sərhədinə gedən yolda işlər davam etməlidir, daha da sürətlə davam etməlidir. Bu yol da çox böyük əhəmiyyət daşıyır. Bakı–Rusiya sərhədi yolunun böyük hissəsi artıq istifadəyə verilib, çox keyfiyyətli beton örtüklü yoldur. Bu il yolun Rusiya sərhədinə qədər də tikintisi başa çatmalıdır. Beləliklə, biz bu il bu üç əsas magistralın böyük hissəsini tikib istifadəyə verəcəyik. Bütün başqa yollar - həm şəhərdaxili, həm də şəhərlərarası yollar, kənd yolları təmir və bərpa olunmalıdır. Yeni yollar salınmalıdır. Bu məsələlərə nail olmaq üçün investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün çox gözəl imkanlar vardır. Bu sahə bizim üçün nisbətən yeni sahədir. Haradasa 5-6 il bundan əvvəl Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Biz qısa müddət ərzində bu sahədə böyük uğurlara nail ola bildik. Mən yenə də dünyanın aparıcı beynəlxalq qurumunun hesablamalarına istinad etmək istəyirəm. Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox yüksək qiymətləndirir və biz MDB məkanında ən qabaqcıl yerlərdəyik, bəlkə də birinciyik. Azərbaycanda kosmik sənayenin yaradılması son illər ərzində görülən əməli işlərin məntiqi nəticəsidir. Yəni, biz daim qabağa baxmalıyıq, irəliyə baxmalıyıq. Əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bu gün əldə edilmiş nailiyyət sabah daha da böyük addımın atılması üçün əsas olmalıdır. Xüsusilə dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində demək olar, inqilab yarada bildik. Bu sahə dünyada çox sürətlə inkişaf edir. Biz bütün aparıcı beynəlxalq şirkətlərlə bu sahədə səmərəli əməkdaşlıq edirik. Bu sahənin çox böyük gələcəyi vardır. Bu, həm iqtisadi cəhətdən, həm bütün başqa cəhətlərdən çox vacib, önəmli sahədir.

Bu il biz Ələtdə yeni dəniz limanının təməl daşını qoymalıyıq. Artıq Bakıda yeni liman tikilir. Bu yaxınlarda mən o tikinti ilə tanış oldum. Hesab edirəm ki, bir neçə aydan sonra biz o limanı istifadəyə verəcəyik. Beləliklə, şəhərin mərkəzində yerləşən dəniz limanı oradan köçürüləcək və insanların istirahəti üçün çox gözəl yeni yerlər istifadəyə veriləcəkdir. Ələt limanı isə bu bölgədə ən böyük liman olmalıdır. Bu, gələcəyə yönəldilən bir addımdır. Hesab edirəm ki, bu il biz tikintiyə başlamalıyıq.

Bu il biz yeni elektrik stansiyalarının tikintisinə başlamalı və tikintinin davam etməsini təmin etməliyik. Mən giriş sözümdə bu barədə fikirlərimi söylədim. Füzulidə Su Elektrik Stansiyasının tikintisi sürətləndirilməlidir. “Taxtakörpü” Su Elektrik Stansiyasında tikinti gedir, o da sürətləndirilməlidir. Naxçıvanda Biləvçay üzərində Su Elektrik Stansiyasının tikintisi yəqin ki, bu il başa çatacaqdır. “Cənub” Elektrik Stansiyasında tikinti davam edir və orada maliyyə mənbələri artıq müəyyən edilibdir. Bu ən böyük elektrik stansiyasının gücü, haradasa 800 meqavata yaxın olacaqdır. Əlbəttə ki, bu il bu stansiyanın istifadəyə verilməsi mümkün deyildir. Yəqin ki, 2011-ci ildə “Cənub” Elektrik Stansiyası da işə düşməlidir.

Page 14: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

14    

Bununla bərabər, bu il hesab edirəm ki, ilin əvvəlindən bərpa olunan enerji növlərini təmin edən stansiyalar yaradılmalıdır. Su, günəş, külək. Bu məqsədlər üçün investisiya proqramında vəsait nəzərdə tutulmalıdır və yubanmadan biz bu məsələlərlə məşğul olmalıyıq. Bilirsiniz ki, bərpa olunan və alternativ enerji mənbələrinin yaradılması Azərbaycanda prioritet istiqamət kimi qiymətləndirilir. Biz əvvəlki illərdə öz enerji təhlükəsizliyimizi təmin etdik. Növbəti illərdə bərpa olunan enerji mənbələrini yaratmalıyıq, həm itkilər azalacaq, eyni zamanda, ixrac potensialımız daha da artacaqdır.

Ölkəmizdə qazlaşdırma prosesi daha da sürətlə və müasir standartlara əsasən getməlidir. Biz köhnə, sıradan çıxmış qaz xətlərini dəyişməliyik. Bu məsələni həll etmək üçün Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilib, işlər gedir. Yeni kəndlər, qəsəbələr, əvvəllər qaz almayan qəsəbələr qazlaşdırılır. Bu proses davam etməlidir. Azərbaycanda, ümumiyyətlə, qazlaşdırma, haradasa 85 faiz təşkil edir. Ancaq unutmamalıyıq ki, bunun müəyyən hissəsinə - bu rəqəmə biz böyük şəhərlər hesabına çatmışıq. 85 faiz o demək deyil ki, hər bir rayonun 85 faizi qazlaşdırılıb. Bakının, böyük şəhərlərin demək olar ki, bütün yerləri qazlaşdırılıb. Amma rayonlarda elə deyil. Rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə, biz bu məsələləri həll etməliyik. \

Hesab edirəm ki, Azərbaycanda qazlaşdırma daha da artmalıdır, ən azı 90 faiz təşkil etməlidir və ən önəmlisi, itkilər kəskin şəkildə aşağı düşməlidir. Çünki bu itkilər bizə böyük problemlər yaradır. İtkilərin azaldılması üçün ciddi inzibati tədbirlər görülməlidir. Çünki bu itkilərin bəziləri obyektiv səbəblər üzündən baş vermir, eyni zamanda, köhnə xətlər dəyişdirilməlidir. Biz qaz təchizatı sahəsində ən müasir sistem yaratmalıyıq. Eyni zamanda, biz bütün başqa kommunal xərclərin uçotu, hesablanması və əhali tərəfindən ödənişin asanlaşdırılması məsələlərinə də ciddi baxmalıyıq və buraya yeni bir yanaşma yaradılmalıdır.

Bu il ölkəmiz üçün çox vacib olan layihə - Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmalıdır. Artıq işlərin böyük hissəsi görülüb. Qalan hissənin görülməsi üçün Dövlət Neft Fondunda vəsait nəzərdə tutulub. Hesab edirəm ki, bu il bu xətt mütləq istifadəyə verilməlidir və Bakıya çox təmiz içməli suyun gətirilib çıxarılması prosesi başa çatacaqdır. Bu da hesab edirəm ki, Azərbaycanda son illər ərzində görülən işlərin içində ən vaciblərindən biridir. Bu, böyük infrastruktur layihəsidir. Biz su kəmərini öz gücümüzə, neftdən əldə edilən gəlirlər hesabına çəkdiririk. Bu, ümumiyyətlə, ölkəmizin inkişafını, prioritetlərini, sosial məsələlərin nə qədər vacib olduğunu göstərir. Baxmayaraq ki, bu kəmərin tikintisi həm texniki, həm də maliyyə cəhətdən çox mürəkkəb bir prosesdir. Bu tikintiyə böyük vəsait sərf olunub. Amma biz bunu etməliyik. Elə etməliyik ki, bütün vətəndaşlar təmiz içməli su ilə təmin olunsunlar.

Bu il biz Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisinə başlamalıyıq. Bu məsələ ilə bağlı artıq bir müddətdir ki, danışıqlar aparılır. Hələ 2-3 il bundan əvvəl mən göstəriş vermişdim ki, Bakıda mütləq müasir gəmiqayırma zavodu yaradılmalıdır, çünki bizim buna böyük ehtiyacımız vardır. Həm Dövlət Neft Şirkətinin, həm Xəzər Dəniz Gəmiçiliyinin donanmasını biz müasirləşdirməliyik. Eyni zamanda, bizim Hərbi Dəniz Qüvvələrimizi, Sərhəd Qoşunlarının tələbatını ödəməliyik. Yeni gəmiqayırma zavodu bütün növ gəmiləri tikməyə qadir olmalıdır. Artıq son danışıqlar tamamlanıb, bütün razılaşmalar əldə olunub, vəsait təşkil edilib. Biz yubanmadan bu il gəmiqayırma zavodunun təməl daşını qoymalıyıq. Hesab edirəm ki, bunu iki ilə tikmək mümkün olacaqdır. Ondan sonra həm özümüzü təmin edəcəyik, həm də Xəzər hövzəsində nadir bir infrastruktur müəssisəsini yaradacağıq. Gələcəkdə Azərbaycana bunun həm iqtisadi, həm də siyasi mənfəəti çox böyük olacaqdır.

Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edəcəkdir. Azərbaycan Dövlət Neft Fondunda bu məsələlərin həlli üçün vəsait nəzərdə tutulub. Hesab edirəm ki, kifayət qədər vəsait nəzərdə tutulub. Əgər görsək ki, tikinti daha da sürətlə gedir və əlavə vəsaitə ehtiyac olarsa, o zaman biz operativ qaydada ayrılan məbləği artıra da bilərik. Elə etməliyik ki, həm bizim üçün, həm qonşularımız, həm də ümumiyyətlə dünya üçün vacib olan bu layihə yubanmadan davam etsin.

Düzdür, tikinti zamanı gözlənilmədən yeni məqamlar ortalığa çıxdı - texniki məsələlər, ondan sonra relyef məsələləri. Bərpası nəzərdə tutulan hissədə demək olar ki, dəmir yolları qalmayıb ki, onlar bərpa olunsun. Biz əvvəllər hesab edirdik ki, bir hissəsi tikiləcək, bir hissəsi bərpa olunacaqdır. Amma orada, yerlərdə müşahidə aparılan zaman gördük ki, bərpa olunan yerlər ümumiyyətlə yoxdur, yataqlar da sürüşüb gedib. Ona görə faktiki olaraq bu yol yenidən çəkilir və bilirsiniz ki, bu xərclərin böyük hissəsini Azərbaycan öz üzərinə götürübdür. Bir halda ki, biz bu layihəni başlamışıq və böyük təntənə ilə başlamışıq, yubanmaya yol verməməliyik. Çalışmalıyıq ki, bu layihənin icrasını vaxtında təmin edək.

2009-cu ildə kənd təsərrüfatının inkişafında önəmli addımlar atılmışdır. 2010-cu ildə bütün bu müsbət meyillər davam etməlidir. Həm kreditlər, həm “Aqrolizinq”in xətti ilə alınan texnikalar, gübrələr. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Yəni, bu iki istiqamət 2009-cu ildə çox sürətlə inkişaf etdi. Bu il də bu, davam

Page 15: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

15    

etməlidir. Bununla bərabər, kənd təsərrüfatının inkişafını təmin edən başqa sahələrə də biz əlbəttə ki, diqqətimizi əsirgəməməliyik. Bu həm iqtisadi, həm də sosial baxımdan çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki, növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal edəcəyik və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac yollarımızı daha da genişləndirməliyik. Əlbəttə ki, ənənəvi bazarlar vardır və biz o bazarlarda daha da geniş təmsil olunmalıyıq. Ancaq biz yeni bazarları da axtarmalıyıq. Nəzərə alsaq ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim ətrafımızdadır. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla çıxa bilsinlər. Bunun üçün əlbəttə ki, müəssisələr müəyyən standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində yaradılan emal müəssisələri bu standartlara cavab verir.

Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün. Bunu etmək üçün əlbəttə ki, Bakıda yeni evlər tikilməlidir. Torpaq sahələrinin ayrılması üçün mən artıq müvafiq göstərişlər verdim. Həm şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak Məsələləri Komitəsinə. Qaşqınkomla bərabər siz bütün bu işləri müzakirə edib, tezliklə o yerləri müəyyən etməlisiniz. Yəqin ki, o yerlər artıq tikilmiş evlərin yanında olmalıdır ki, orada köçkünlər yığcam şəkildə yaşasınlar. Orada, eyni zamanda, məktəblər də, tibb məntəqələri də vardır. Həm Bakıda, həm də ki, rayonlarda, xüsusilə işğaldan azad edilmiş bölgələrdə - Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində, Yevlaxda, müxtəlif yerlərdə yeni qəsəbələrin salınması davam etməlidir.

Ordu quruculuğu sahəsində bütün işlər uğurla davam edir. 2010-cu ildə, hesab edirəm ki, biz müdafiə sənayesinin xətti ilə yaradılan yeni zavodların açılışında iştirak etməliyik. Bu proses gedir və lazımi vəsait ayrılır. Müdafiə Sənayesi Nazirliyi qısa müddət ərzində Azərbaycanda yeni sənaye sahəsinin yaradılmasında çox mühüm rol oynamışdır. Həyat göstərir ki, o vaxt Azərbaycanda müdafiə sənayesi yaradılması barədə bizim tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi. Bəziləri buna şübhə ilə yanaşırdılar. Çünki Azərbaycan böyük ölkə deyildir. Əslində böyük ölkələrdə güclü müdafiə sənayesi yaradılır. Bəli, biz böyük ölkə deyilik, halbuki artıq Azərbaycanda 9 milyonuncu vətəndaş da doğulub. Ancaq biz müharibə şəraitində yaşayırıq. Belə olan halda biz hər yerdə olduğu kimi, bu sahədə də daxili resurslara istinad etməliyik. Necə ki, biz siyasətdə, diplomatiyada, iqtisadiyyatda daxili resurslar hesabına yaşayırıq və fəaliyyət göstəririk, bu sahədə də maksimum dərəcədə daxili imkanlardan istifadə edib güclü müdafiə sənayesini yaratmalıyıq. Artıq bunu yaratmışıq. Azərbaycan məhsulları müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilir. Artıq biz ixrac imkanlarımızı da genişləndiririk. Biz müdafiə sənayesini yaradanda əlbəttə ki, ilk növbədə öz daxili tələbatımızın ödənilməsini nəzərdə tuturduq. Bu gün də bu prioritetdir, ordunun və bütün hərbi qüvvələrin ehtiyacları ilk növbədə ödənilməlidir. Ancaq əgər ixrac üçün əlavə imkanlar olarsa, əlbəttə ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm iş yerləridir, həm yeni sənaye obyektləridir, həm də ki, əsas məsələmizi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bizə çox lazım və vacib olan sahədir. Ümumiyyətlə, Azərbaycanın hərbi döyüş potensialı artır. Orduda və bütün hərbi qüvvələrdə gedən proseslər mövqeyimizi gücləndirir. Həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu yüksək səviyyədədir. Əlbəttə ki, texnika, silah-sursat, bütün lazımi məsələlər 2010-cu ildə də yubanmadan həll olunmalıdır. 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Bu da təsadüfi deyildir. Çünki bu sahəyə çox böyük əhəmiyyət verilməlidir. Bu, insanların sağlamlığına birbaşa təsir edən məsələlərdir. Azərbaycanda ümumiyyətlə, ekoloji vəziyyət çox yaxşıdır. Bizim təbii şəraitimiz, gözəl təbii imkanlarımız vardır. Təmiz hava, təmiz bulaq suları, təmiz çaylar, bulaqlar. Ancaq sirr deyil ki, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac vardır. Çünki uzun illər, əsrlər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları ilə çirklənmişdir. Yəni, biz böyük təmizlik işləri aparmalıyıq. Bu böyük vəsait tələb edir, ancaq biz bunu etməliyik.

Artıq görülən işlər göz qabağındadır. Biz qısa müddət ərzində deyə bilərəm ki, hər sahədə dönüş yarada bildik: həm dövlət siyasətində, həm ictimai fikirdə. İndi bax, mən görürəm ki, təşəbbüslərimiz əhali tərəfindən necə də gözəl qarşılanır. Artıq əhali, insanlar bu təşəbbüslərə qoşulurlar, iməciliklər keçirilir, kütləvi qaydada ağaclar əkilir. Yəni, bu, bir xalq hərəkatı formasını almışdır. Belə də olmalıdır. Çünki bu, bizim ümummilli işimizdir. Bu işi lazımi səviyyədə görmək üçün, əlbəttə ki, müxtəlif istiqamətlər üzrə fəaliyyət planı vardır. Biz yəqin ki, bu məsələni xüsusi müzakirə edəcəyik. Deyə bilərəm ki, ekologiya məsələlərinin, ətraf mühitin

Page 16: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

16    

təmizlənməsi məsələlərinin həlli nəinki bu il, bundan sonrakı illərdə də prioritet məsələ kimi qalacaqdır. Məişət tullantıları zavodunun istifadəyə verilməsi nəticəsində biz böyük dərəcədə irəliləyişə nail olacağıq. Artıq bu gün Balaxanı zibilxanasından o tüstülər gəlmir. Orada həm çeşidlənmə, həm də təmizlənmə işləri aparılıb. Artıq biz, necə deyərlər, bu xoşagəlməz vəziyyətin qarşısını qısa müddət ərzində və çox böyük səmərə ilə aldıq. Bakıda və Abşeron yarımadasında milyonlarla yeni ağac əkiləcəkdir. Mən çox şadam ki, bölgələr də bu təşəbbüsə qoşulublar. Baxmayaraq ki, bölgələrimizin böyük əksəriyyətində meşə təsərrüfatı, gözəl dağlar, meşələr vardır, orada da təşəbbüsə qoşulurlar. Yəni, bu, ümumiyyətlə, həm insanları birləşdirən, həm də ki, təbiəti qoruyan addımlardır.

Sutəmizləyici qurğuların quraşdırılması davam etməlidir. Kür-Araz çayları boyu və başqa çaylar üzərində bu proses dayanmamalıdır. Bunun üçün də lazımi vəsait ayrılacaqdır. Keçən ilin sonunda mən Hövsan aerasiya stansiyasının açılışında iştirak etdim. Bu da çox böyük və ölkəmiz üçün çox vacib olan layihədir. Artıq kanalizasiya sularının böyük hissəsi təmizlənmiş qaydada Xəzər dənizinə axıdılır. Həm dənizin ekologiyasını qoruyuruq, eyni zamanda, Azərbaycanda çox vacib olan su-kanalizasiya problemlərinin həlli üçün bu işləri görürük.

Yəni 2010-cu ildə görüləcək işlər çoxdur və mən əgər hər bir məsələ haqqında danışsam bir neçə saat vaxt lazımdır. Mən bu gün sadəcə olaraq əsas istiqamətləri qeyd etdim. Bütün nazirliklər, dövlət komitələri, dövlət şirkətləri öz vəzifələrini bilirlər. Artıq 2009-cu ilin yekunları və ondan əvvəlki illərdə görülən işlər onu göstərir ki, Azərbaycanda çox güclü iqtidar komandası formalaşıbdır. Hər bir məmur öz işini bilir, öz vəzifə borcunu icra etməyə çalışır. Əlbəttə, biz həmişə olduğu kimi, daha da tələbkar olmalıyıq. Tələb etməliyik ki, qəbul edilmiş qərarlar hər bir yerdə düzgün icra olunsun, vaxtında icra olunsun, qanun pozuntularına yol verilməsin. Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı. 2010-cu ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər hələ də davam edə bilər. Biz arxayınlaşmamalıyıq, işlərimizi çox ciddi qurmalıyıq. Amma mən əminəm ki, əgər biz 2009-cu ili bu gözəl nəticələrlə başa vurmuşuqsa, 2010-cu ildə də istədiyimizə nail olacağıq.

Bu işlərdə sizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 19 yanvar.-N 13 .-S.1-4.

Page 17: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

17    

Prezident İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarını qəbul etmişdir

Bakı, 23 yanvar (AzərTAc). Xəbər verildiyi kimi, yanvarın 22-də Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi: -Əziz dostlar! Sizi görməyə çox şadam. Azərbaycanda sizi ürəkdən salamlamaq istəyirəm. Bu gün Humanitar

Əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Forumu işə başlamışdır. Mən bu təşəbbüsü tamamilə dəstəkləyirəm. Eşitdiyimə görə, sizin proqramınızın birinci hissəsi çox uğurlu olmuşdur. Ümid edirəm ki, Azərbaycanda olduğunuz bütün günlər sizin üçün həm faydalı, həm də xoş və yaddaqalan olacaqdır.

Mən burada çoxdan münasibətim olan xeyli tanışlarımı, dostlarımı, nisbətən yaxın vaxtlarda tanış olduğum adamları gördüm. Bəzilərini isə bu gün ilk dəfədir ki, görürəm. Hesab edirəm ki, bu cür format - sizin nümayəndə heyətinin tərkibində həm köhnə tanışlarımızın, həm də Azərbaycanı yaxın vaxtlarda tanımağa başlamış insanların olması, əlbəttə böyük əhəmiyyət kəsb edir. Çünki bu, ölkəmizin həyatı ilə, burada mövcud olan problemlər və nailiyyətlərlə daha yaxşı tanış olmağa imkan verəcəkdir. Bu cür ünsiyyət forması bütövlükdə çox müsbətdir, çünki ölkələrimiz arasında münasibətlər çox dinamik və səmərəli inkişaf edir. Təbii ki, ölkələrimizin ictimaiyyətinin də, - siz isə Rusiya cəmiyyətinin bütün sahələrini təmsil edirsiniz, - Rusiya ilə Azərbaycan arasında cərəyan edən müsbət proseslərə fəal qoşulmasını istərdik.

Sizin nümayəndə heyətinin tərkibində icra və qanunverici hakimiyyətlərin nümayəndələri, mətbuatın və vətəndaş cəmiyyətinin nümayəndələri vardır. Buna görə də güman edirəm ki, hamı üçün maraqlı olacaqdır. Humanitar əməkdaşlıq sahəsində bizim fəal qarşılıqlı əlaqələrimiz vardır. Yəqin ki, bugünkü çıxışlarda, şəxsi söhbətlərdə və sabahkı proqramda bu istiqamətdə görülmüş işlərin hamısı ətraflı şərh olunacaqdır. Əlbəttə, bu çox vacibdir. Bunu bilmək və bu cür müsbət təcrübə bazasında əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Lakin mənim fikrimcə, ən əsası odur ki, bu Forum ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına, çoxşaxəli münasibətlərin inkişafına güclü təkan verməlidir. Ona görə ki, əməkdaşlığın potensialı çox yüksəkdir, əldə edilmiş nəticələr bizi qane edir. Lakin heç şübhəsiz, əməkdaşlığı genişləndirməli olduğumuz sahələr də çoxdur – iqtisadi sahə, qarşılıqlı siyasi əlaqələr məsələsi, vətəndaş cəmiyyəti və mətbuat səviyyəsində, yəni ictimai fikri formalaşdıran və dövlətin siyasi xəttini müəyyən dərəcədə təyin edən strukturlar səviyyəsində əlaqələr bu qəbildəndir.

Ölkələrimiz arasında çox sıx münasibətlər vardır, biz qonşuyuq, dostuq. İqtisadi münasibətlərin statistikasına nəzər salsaq görərik ki, keçənilki böhran ili istisna olmaqla həm əmtəə dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və strukturuna görə daim artım müşahidə olunmuşdur. Əvvəlki illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq həll edilmişdir. Biz qarşılıqlı anlaşmanı genişləndiririk. Zənnimcə, humanitar sahədə qazandığımız nailiyyətlərlə tanış olmağa imkanınız olacaqdır. Biz MDB məkanında bütün humanitar proseslərdə də fəal iştirak edirik.

Bu il hamımız İkinci Dünya müharibəsində Qələbənin 65 illiyini qeyd edəcəyik. Bu faktın qiymətləndirilməsində Rusiya ilə Azərbaycan arasında tam qarşılıqlı anlaşma mövcuddur. Rusiyada olduğu kimi, biz də veteranlara böyük qayğı ilə yanaşırıq və hesab edirəm ki, İkinci Dünya müharibəsinin tarixinin təftiş və təhrif edilməməsi üçün hamı səy göstərməlidir. Bugünkü nəslin bir qismi müharibənin bütün çətinliklərini öz üzərində hiss etmişdir, bir qismi bu barədə öz valideynlərinin söhbətlərinə əsasən məlumata malikdir. Lakin elə etmək lazımdır ki, 20 ildən və 50 ildən sonra bizim ortaq qəhrəmanlıq tariximizi təftiş etməyə hətta cüzi imkan olmasın.

Humanitar sahədə bizi birləşdirən istiqamətlər çoxdur. Əlbəttə ki, biz əlaqələrimizi bu müsbət təcrübə əsasında genişləndirməyə çalışmalıyıq. Hesab edirəm ki, ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin, iqtisadi kooperasiyanın və müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsi ictimai şüurda tam əks olunur. Əlbəttə, burada səmərəli iş üçün geniş məkan mövcuddur. Çünki düzgün nəticə çıxarmaq üçün vəziyyətə bələd olmaq lazımdır. Vəziyyətə bələd olmaq üçün insanlar ünsiyyət saxlamalı, bir-birinin yanına gedib-gəlmək və daim ünsiyyətdə olmalıdırlar. Yadımdadır, bir neçə il bundan əvvəl biz Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq, nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab edirəm ki, sizin nümayəndə heyəti və bu Forumun keçirilməsi ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaradacaqdır.

Page 18: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

18    

Artıq qeyd etdiyim kimi, sizin nümayəndə heyətində Rusiya cəmiyyətinin bütün təbəqələri təmsil olunmuşdur. Bu insanlar həm sizin ölkənin inkişafını, həm də ictimai rəyi çox cəhətdən müəyyən edir. Əlbəttə, buna görə də biz istərdik ki, siz Azərbaycanda olduğunuz günlərdə Azərbaycanla tanış olasınız, ölkəmizin inkişafını bir daha, bəziləriniz isə ilk dəfə görəsiniz. Ölkəmiz dinamik inkişaf edir. Son vaxtlar sosial-iqtisadi inkişafın bir sıra problemləri həll edilmişdir. Hətta böhran ilində də biz yaxşı artım sürəti nümayiş etdirmişik. Ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, hər bir vətəndaş üçün sərbəstlik mövcuddur. Azərbaycanın inkişafı haqqında bu gün yəqin ki, müxtəlif məlumatlar səslənmişdir. Lakin ən yaxşı göstərici əlbəttə sizin şəxsi təəssüratınız olacaqdır. Ümid edirəm ki, sizin təkcə iclaslarda iştirak etmək deyil, sadəcə şəhərdə gəzmək, Azərbaycanın həyatı ilə tanış olmaq, ölkəmizin həyat tərzini hiss etmək üçün də imkanınız olacaqdır. Mən bu cür, deyərdim ki, nadir bir tədbirin keçirilməsi təşəbbüsünü irəli sürənlərin hamısına ürəkdən təşəkkür etmək istəyirəm. Çünki mən indiyə qədər istər formasına, istər tərkibinə, istərsə də proqramına və başlıcası, öz ruhuna görə buna oxşar bir tədbir xatırlamıram. Biz hamımız bu tədbiri dəstəkləyirik. Lakin təbii ki, hər bir yenilik təşəbbüs qrupunun sayəsində həyata keçirilir. İndiki halda bu təşəbbüs qrupuna Azərbaycanın böyük dostları, ölkəmizi sevən və qəlblərində Azərbaycana olan bu münasibətin onların dostluq etdiyi, sevdiyi, özlərinə həmməslək saydığı adamlara da sirayət etməsini istəyən insanlar daxildir. Buna görə də mən bütün təşəbbüsçülərə, təşkilatçılara və əlbəttə, qonaqlara təşəkkür etmək istəyirəm. Mən bilirəm ki, siz hamınız çox məşhur və məşğul adamlarsınız. Hamınızın işi çoxdur və yəqin ki, bir neçə günlüyə bu işlərdən uzaqlaşmaq heç də həmişə asan olmur. Vaxt tapıb ölkəmizə gəldiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, siz buna təəssüflənməyəcəksiniz.

Mən öz şərhlərimi çox mühüm sözlərlə tamamlamaq istərdim. Sabah biz böyük dostumuz Mixail Solomonoviç Qusmanın yubileyini qeyd edəcəyik. Onun bütün həyatı Rusiya ilə Azərbaycan arasında münasibətlərin, dostlar arasında münasibətlərin, Vətəninə, yaxınlarına, dostlarına münasibətin parlaq nümunəsidir. Onu Moskva ilə Bakı arasında bölmək çox çətindir. Zənnimcə, bu, heç lazım da deyildir. O, hətta fiziki mənada burada olmadığı vaxtda belə permanent şəkildə burada mövcuddur. Mən sizin qarşınızda onu bu gözəl yubiley münasibətilə ürəkdən təbrik etmək istərdim.

Dövlətimizin başçısı İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfələrini yüksək qiymətləndirərək ona cansağlığı, gələcək fəaliyyətində uğurlar diləmiş və ən xoş arzularını bildirmişdir. Prezident İlham ƏLİYEV demişdir: Mən bu gün sizin xidmətlərinizi sizə “Dostluq” ordeni təqdim etməklə qeyd etmək istəyirəm. Siz bu ordenlə dövlətlərimiz arasında münasibətlərin inkişafına verdiyiniz böyük töhfəyə görə təltif olunursunuz. Bu, Azərbaycan dövlətinin sizə verdiyi ilk mükafat deyildir. Beş il bundan əvvəl siz “Şöhrət” ordeni ilə təltif edilmişdiniz. “Dostluq” ordeni nisbətən təzədir. Bu orden rəsmi dövlət təltifi kimi nisbətən yaxın vaxtlarda qəbul edilmişdir və bu ordenlə təltif olunan insanların sayı o qədər də çox deyildir.

Prezident İlham Əliyev İTAR-TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana “Dostluq” ordeni təqdim etdi.

X X X Prezident İlham ƏLİYEV dedi: -Sağ olun. Mən əminəm ki, bu günlər həqiqətən münasibətlərin coşqun inkişafı üçün möhkəm baza

olacaqdır. Ona görə ki, ölkələrimiz arasında münasibətlər, əlbəttə, inkişaf edir. Bu münasibətlər çox cəhətdən rəhbərliyin siyasi iradəsindən asılıdır. Lakin indiki halda həmin münasibətlər həm də xalqlarımız arasında münasibətlərin çoxəsrlik tarixinə əsaslanır. Təbii ki, Rusiya ilə Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Bizim ikitərəfli münasibətləri indi necə qurmağımız, zənnimcə, bütövlükdə həm regionda, həm də daha geniş mənada nümunə ola bilər. Bizim bu münasibətləri necə qurmağımız onu göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda çox şeyə nail olmaq mümkündür. Münasibətlərimiz çox möhkəmdir, onların gələcəyini öncədən görmək mümkündür, onlar qarşılıqlı maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik şəraitində yaşamaq, əməkdaşlığı möhkəmlətmək, öz xalqları üçün nemətlər yaratmaq və özlərinin inkişafı ilə qonşu dövlətlərin də inkişafına şərait yaratmaq istəyinə əsaslanır.

Mən hesab edirəm ki, bugünkü format ikitərəfli Rusiya-Azərbaycan münasibətlərinin çox güclü amilidir. Çünki humanitar komponent olmadan, həmin münasibətlər tamdəyərli olmayacaqdır. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq siyasi, iqtisadi və başqa sahələrdə qarşılıqlı anlaşma olduğunu vurğuladı, Azərbaycanda rus dilinə diqqət göstərilməsi barədə danışdı:

Page 19: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

19    

-Azərbaycanda iyirmi ilə yaxın müstəqillik dövründə rus dili itirilməmişdir. O, mövcuddur və biz çalışırıq, səy göstəririk ki, vətəndaşlarımız mümkün qədər çox xarici dil bilsinlər. Bu, rus məktəblərinə də, ali məktəblərdə təhsilə də, Rusiyanın mədəni həyatına da aiddir.

“Xalq qəzeti”.- 2010.- 24 yanvar.-N 18 .-S.1-2.

Page 20: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

20    

Azərbaycan Prezidenti İlham Əliyevin “Bloomberg” agentliyinə müsahibəsi

Bakı, 2 fevral (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 27-də Davosda “Bloomberg” informasiya agentliyinə müsahibə vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik. -Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin qiyməti barədə nə düşünürsünüz? -Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına

cavab verir və eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.

-Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?

-Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır. 70 dollar da yaxşı qiymətdir.

-Bilirik ki, təbii qaz Azərbaycanın gələcək inkişafı üçün çox önəmli amildir. “Qazprom” Azərbaycan qazını almaq təklifi ilə çıxış etmişdir. Onlar bu gün nə qədər həcmdə qazı almağı təklif ediblər və ölkəniz hazırda istismar olunan boru kəmərləri şəbəkəsi ilə nə qədər qazı ixrac etmək imkanındadır? -Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu, bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq. Bildiyiniz kimi, şaxələndirmə nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün də çox vacibdir. Beləliklə, biz qazı qonşu ölkələrə ixrac edirik və əlbəttə, hər hansı ölkə üçün yeni bazara çıxış şübhəsiz ki, çox vacibdir. Bizim “Qazprom”la sazişdə ixracın yuxarı həddi nəzərdə tutulmayıb. Biz belə razılığa gəldik ki, hansı həcmdə qaz təklif etsək, “Qazprom” bir o qədər də alacaqdır.

-Yəni istənilən qədər? -Bəli. -Ümumiyyətlə, sizdə olan mövcud boru kəmərləri şəbəkəsi ilə nə qədər qaz ixrac edə bilərsiniz?

Yəni, nə qədər qazınız olarsa, bir o qədər?.. -Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki,

ixrac etmək imkanımız olsun. Əgər bizim yeni ixrac imkanlarımız və bazarlar olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.

-Rusiya da elə bunu edir. Rusiya tərəfi təklif edə biləcəyiniz qədər həcmi almağa hazır olduğunu bildirmişdir. Bu, əlavə sərmayələrin qoyulmasına imkan yaratmırmı, yəni sizin üçün bir növ “kart blanş” deyilmi?

-Bizim böyük ehtiyatlarımız vardır. Təbii qaz ehtiyatlarımızın təsdiqlənmiş həcmi 2 trilyon kubmetrdir. Bu həcm 5 trilyon kubmetr də ola bilər. Beləliklə, bizim özümüzü və eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik. Beləliklə, bununla bağlı bütün lazımi işlər görülməlidir. Bizim “Qazprom”la münasibətlərə gəldikdə, burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da vardır.

-Sizdən ən böyük qaz yatağı haqqında soruşmaq istərdim. Söhbət “Şahdəniz”dən gedir. Hazırda Azərbaycandan uzanan boru kəmərlərinin mövcud şəbəkəsi bu ən böyük qaz yatağının işlənilməsinin məhdudlaşdırılması və ya yubadılmasına səbəb ola bilərmi?

-Bu gün buna səbəb kimi təkcə mövcud infrastrukturun nəqletmə qabiliyyəti deyil, tranzitlə və qazımızın qiyməti ilə bağlı məsələləri də göstərmək olar. “Şahdəniz” yatağı dünyada ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik və bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Buna görə, bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar.

-Siz tranzit və qiymət məsələlərinə toxundunuz. Siz bu amilləri Nabukko layihəsi üzrə razılaşma üçün və ya bu layihənin real bir layihəyə çevrilməsi üçün zəruri şərtlər kimi göstərirsinizmi?

Page 21: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

21    

-Əslində, Nabukko layihəsi “Cənub dəhlizi”nin əsas elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya, Nabukko, TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir.

-Yəni, Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çıxış?.. -Bəli. Buna görə tranzit məsələləri həll olunmadan infrastrukturun genişləndirilməsi haqqında danışmaq

tezdir. -Nabukko haqqında danışdıq. Siz bunu “Cənub dəhlizi” adlandırdınız, lakin mahiyyətcə bunlar

eynidir. “Cənub dəhlizi” Azərbaycanda hasil olunan enerjidaşıyıcıların Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəqlini nəzərdə tutur. Sizin fikrinizcə, bu, həqiqətən baş tutacaqmı? Bu haqda müəyyən müddətdə söhbətlər gedir.

-Bunu demək çətindir. Çünki sizin də qeyd etdiyiniz kimi, bu haqda artıq uzun müddətdir ki, kifayət qədər söhbətlər gedir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Birincisi, 2009-cu ilin may ayında siyasi bəyannamə imzalanıb. Azərbaycan da bu siyasi bəyannaməyə qoşulmuşdur. Bundan əlavə, Nabukko üzvləri arasında bu layihənin hansı formada irəliyə aparılması ilə bağlı razılaşma əldə edilmişdir. Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır. Öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün bazar qiyməti razılaşdırılmalıdır.

-Siz qeyd etdiniz ki, əsas maneə qazın qiyməti və tranzit məsələsidir. Aydındır ki, Azərbaycan üçün tranzitlə əlaqədar ən böyük məsələ Türkiyə ilə bağlıdır. Türkiyəyə qazın satışı ilə bağlı razılaşma üzərində müəyyən müddətdir ki, iş gedir. Bu prosesi ləngidən nədir?

-Biz qazı Türkiyəyə ixrac edirik. “Şahdəniz” yatağının birinci fazasından ixrac edirik. Bu baxımdan, heç bir problemimiz yoxdur. Yeganə problem ondan ibarətdir ki, bu gün mövcud olan qiymət bazar qiymətinə uyğun deyildir və iqtisadi baxımdan bizim üçün sərfəli deyildir. Türkiyəli həmkarlarımız da qiymətin ədalətli olmadığını deyirlər. Beləliklə, qiymətlərə yenidən baxılmalıdır.

-Siz, Azərbaycanın Prezidenti kimi enerji müharibələri, alternativ enerji təchizatı marşrutları konsepsiyasından yaxşı xəbərdarsınız. Bununla bağlı Azərbaycanın siyasi mövqeyi necədir? Yəni, tutaq ki, Rusiya sizə deyir, bəli, bütün qazınızı verin, mən alıram. Bu, bizneslə bağlı məsələdir? Nəzəri baxımdan, əgər onlar sizin bütün qazınızı alsalar, onda sual yaranır - boru xətləri nəyə gərəkdir? Siz siyasi baxımdan Qərbi Avropa istehlakçısı üçün alternativ enerji təchizatı marşrutuna həqiqətən sadiqsinizmi, yoxsa, bu, Azərbaycanın milli maraqlarına cavab vermir?

-Bizə gəldikdə, bu, yüz faiz kommersiya xarakterli məsələdir. Mən sizə əvvəlki təcrübəmizdən söyləyə bilərəm ki, biz neft marşrutlarımızı şaxələndirəndə də, bu, kommersiya məsələsi idi, yəni bizə neftimizi Aralıq dənizinə çıxarmaq üçün əsas boru kəməri lazım idi. Bakı-Tbilisi-Ceyhan bu cür baş tutdu. Eyni zamanda, bizim iki digər boru kəmərimiz də vardır. Onlardan biri neftimizi Rusiyanın, digəri isə Gürcüstanın Qara dənizdəki sahillərinə çıxarır. Eyni vəziyyət qaz sahəsinə də aiddir. Bu, sırf kommersiya məsələsi olmalıdır. Nabukko layihəsinin problemlərindən biri ondan ibarətdir ki, məsələ həddindən artıq siyasiləşdirilir. Biz diqqətimizi kommersiya məsələlərinə cəmləşdirməliyik. Onlar cəlbedici, əsaslandırılmış və ədalətli olmalıdır. Hasilatçılar, istehlakçılar və tranzit ölkələr arasında maraqlar tarazlığı qorunmalıdır.

-Hər halda, bu gün Azərbaycanın çalışdığı qiymət məsələsi ən mühüm məsələdir? -Bu, mühüm məsələlərdən biridir. Digər mühüm məsələ şaxələndirmədir. Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik.

-Sonuncu sual. Ermənistan ilə Azərbaycan arasında nə vaxt sülh olacaq? -Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən

çıxardığı andan etibarən sülh bərqərar oluna bilər. -Çox sağ olun.

“Xalq qəzeti”.- 2010.- 3 fevral.-N 26.-S.1.

Page 22: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

22    

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun

“Qlobal enerji mənzərəsi” mövzusunda iclasında iştirak etmişdir

Bakı, 29 yanvar (AzərTAc). Xəbər verdiyimiz kimi, yanvarın 28-də İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun “Qlobal enerji mənzərəsi” mövzusunda iclası keçirilmişdir. Böyük əhəmiyyətə malik olan bu iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Forumun əsas tədbirlərindən biri olan “Qlobal enerji mənzərəsi” mövzusunda iclası Kembric Enerji Tədqiqatları Assosiasiyasının sədri Daniel Yergin açaraq Prezident İlham Əliyevə və digər qonaqlara minnətdarlıq etdi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi, ölkəmizdə energetika sahəsində görülən işlərdən və iqtisadi inkişaf proseslərindən danışdı.

APARICI: İlk sualımı Prezident Əliyevə ünvanlamaq istərdim. Qlobal enerji sistemini nəzərdən keçirdikdə enerji təhlükəsizliyi Azərbaycan üçün nə deməkdir?

Prezident İlham ƏLİYEV: İlk növbədə onu demək istərdim ki, enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Biz buna nail ola bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər. Bizdən ötrü digər vacib məsələ isə təbii ehtiyatlarımız, xüsusilə də qaz üçün ədalətli bazar qiyməti və müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir. Hesab edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər bütövlükdə istehlakçı və istehsalçılar üçün daha böyük etimad yarada bilər.

APARICI: Cənab Prezident, Azərbaycanın müstəqillik dövrünün ilk on ilində daha çox diqqət neft sahəsinə ayrılırdı. İndi isə diqqət təbii qaza artır. Növbəti 5-10 il ərzində qlobal qaz bazarında Azərbaycanın rolu nədən ibarət ola bilər və bu bazara çıxışı əngəlləyən hansı maneələr vardır?

Prezident İlham ƏLİYEV: Düşünürəm ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaqdır. Çünki, nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin edilməsidir. Qeyd etdim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql edə bilər. Biz qaz hasilatını iki, üç dəfə, bəlkə də daha çox artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük sərmayələri yeni işlənilmə və boru kəmərləri infrastrukturuna yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə qurulub. Həmin bazarlar bizim üçün etibarlı və uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcəkdir.

APARICI: Yəqin ki, alıcılardan söhbət gedir. Prezident İlham ƏLİYEV: Bəli, alıcılarımız vardır. Ətrafımızda da alıcılar vardır. Azərbaycan

hazırda qonşu ölkələrə qaz ixrac edir. Baxmayaraq ki, bu ölkələrdən bəziləri bizdən daha çox qaz hasil edir. Lakin məqsədimiz şaxələndirməni davam etdirmək, yeni bazarlar tapmaqdır, xüsusilə də Avropada. Biz bilirik ki, Avropadan olan alıcılar da şaxələndirmə, yeni qaz təchizatı mənbələri axtarışındadırlar. Hələlik isə Xəzər dənizinin qazı, xüsusilə də Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər.

X X X

İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, “Saudi Aramko” şirkətinin prezidenti Xalid

Al-Falih, “Royal Dutch Shell” şirkətinin idarə heyətinin sədri Peter Vozer, “The Dow Chemical” şirkətinin idarə heyətinin sədri Endrü Liveris, “Total” şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildirdilər. Onlar şirkətlərin qlobal maliyyə böhranından xilas olması üçün daha mühüm addımların atılmasının, bu istiqamətdə səmərəli tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdılar.

APARICI: Cənab Prezident, biz böhranın şirkətlərə təsirindən danışdıq. Gəlirlərin artdığı və ya azaldığı bir dövrdə Siz ölkə Prezidenti kimi sabitliyi və inflyasiyanı necə qoruyub saxlaya bilirsiniz və çətinlikləri necə dəf edirsiniz?

Page 23: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

23    

Prezident İlham ƏLİYEV: Onu deyə bilərəm ki, son bir neçə il ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85 faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəltdik. Beləliklə bu gün böhranla və neftin qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq.

Mən 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafı aydın şəkildə əks etdirən bəzi rəqəmləri söyləyə bilərəm. ÜDM-in artımı 9,3 faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə yalnız 1,5 faiz olmuşdur. 2009-cu ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, müstəqil neft fondumuz daha çox vəsait toplaya bilmişdir. Bu rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız hadisələrin gözlənilməz inkişafına tab gətirə bilir. Təbii ki, biz də iqtisadi böhrandan əziyyət çəkmişik. Lakin biz bütün ehtiyatlarımızı səfərbər etməyə nail olmuşuq.

Onu da deyə bilərəm ki, 2009-cu ilin ən mühüm elementlərindən biri də odur ki, regionumuzdakı digər ölkələrdən fərqli olaraq milli valyutamız dəyərini itirmədi, sabit qaldı. Bu isə insanların sosial müdafiəsi üçün böyük bir dəstək idi. Neftin bugünkü qiymətləri isə şirkətlər, istehlakçılar və ölkələr üçün münasibdir. Bu cür qiymətlər bizə daha çox sərmayə yatırmağa, daha çox neft və qaz hasil etməyə imkan verir, eyni zamanda, bu, istehlakçılar üçün də məqbuldur. Artıq maraqlar balansı müşahidə olunmaqdadır.

Ümid edirəm ki, biz 2010-cu ildə nəzərdə tutduğumuz bütün əsas layihələri həyata keçirəcəyik. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Azərbaycandakı sərmayələrin ümumi məbləği 10 milyard dollara yaxın olub. Bu, iqtisadiyyatımız üçün kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, neftin tarazlaşdırılmış qiyməti bizə gələcəkdə inkişafı davam etdirməyə imkan verəcəkdir. Yeri gəlmişkən, son altı il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Altı il ərzində iqtisadiyyatımızın ümumi artımı 300 faiz təşkil edib. Beləliklə, indiyədək nail olduqlarımız, topladığımız vəsait və neft sahəsində əldə edilmiş gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində gördüyümüz işlər bizə uğurlu inkişafı davam etdirməyə imkan verəcəkdir.

“Xalq qəzeti”.- 2010.- 30 yanvar.-N 23.-S.1.

Page 24: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

24    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri Mətbuata birgə bəyanat

Bakı, 5 fevral (AzərTAc). Xəbər verdiyimiz kimi, fevralın 4-də Berlində, Almaniya Federativ

Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransı keçirmişlər.

Dövlətimizin başçısını Federal Kansler qarşılamışdır. Prezident İlham Əliyev və Kansler Angela Merkel mətbuat üçün birgə bəyanatla çıxış etmişlər.

Prezident İlham Əliyevin

bəyanatı -Çox sağ olun, xanım Kansler. İlk növbədə, məni Almaniyaya dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Siz qeyd etdiniz ki, üç il bundan əvvəl biz Sizinlə burada - Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür və bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir.

Azərbaycan isə, öz növbəsində Avropanın enerji təhlükəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini verməyə hazırdır. Siz bu gün Nabukko layihəsi haqqında fikirlərinizi söylədiniz. Biz bu layihəni dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, Nabukko layihəsinin müzakirəsi bu gün daha da intensiv xarakter daşıyır. Hesab edirəm ki, bu, çox müsbət amildir. Azərbaycanda əvvəlki illərdə yaradılan nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko və “Cənub dəhlizi”nin digər layihələrinin həyata keçirilməsi üçün gözəl zəmin yaradır.

Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub. Bu proqramın icrası nəticəsində ölkəmizdə siyasi, iqtisadi islahatlar, demokratikləşmə prosesləri daha da sürətlə gedəcəkdir. Beləliklə, ikitərəfli münasibətlərin məzmunu çox dəyərlidir və gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən sonra münasibətlərimiz daha da sürətlə inkişaf etməyə davam edəcəkdir.

“Xalq qəzeti”.- 2010.- 7 fevral.-N 29.-S.1.

Page 25: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

25    

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda

müzakirələrində iştirak etmişdir Münxen, 5 fevral (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, Almaniyada işgüzar səfərdə olan

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrində iştirak etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olmuşdur.

Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın ən əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur.

Prezident İlham Əliyev konfransda çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar. Mən əvvəlcə konfrans təşkilatçılarına dəvətə görə minnətdarlığımı bildirmək istərdim. Burada olmaq və

bugünkü tədbirdə iştirak etmək böyük şərəfdir. Hazırda qlobal təhlükəsizlikdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Tarixən neft

hasil edən ölkə kimi Azərbaycan regionumuzda enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır. Qeyd etmək istəyirəm ki, Azərbaycan dünyada ilk dəfə neft hasil etmiş məkandır. Buna görə, biz neft hasilatı sahəsində zəngin tarixə malikik. Uzun illər və onilliklər ərzində Azərbaycan neftindən dünya tələbatlarını təmin etməkdə istifadə olunmuşdur.

Lakin 1990-cı illərin əvvəlində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, neft ehtiyatlarımızın əksər hissəsi tükənmişdi. Bizə çirklənmiş ərazilər miras qalmışdı. Neft hasilatının sürətlə azalması ölkə üçün bir çox problemlər yaratdı. Biz neft işinin yeni inkişaf mərhələsini yaratmalı idik. Lakin bunu necə etməli idik? Sovet İttifaqı dağıldıqda yenicə yaranmış bütün ölkələr bir çox iqtisadi və siyasi problemlərdən əziyyət çəkdilər. Buna görə, qürurumuzu bərpa etmək üçün bizim yeganə yolumuz beynəlxalq neft şirkətlərinin Xəzərin Azərbaycan sektoruna dəvət edilməsindən ibarət idi. Beynəlxalq neft şirkətləri ilə əməkdaşlığımız bu cür başladı. 1994-cü ildə dünyada ən böyük yataqlardan biri – “Azəri-Çıraq” yatağı kəşfiyyat işləri üçün hazır idi. Elə həmin ildə, “Əsrin müqaviləsi” imzalandı və o, Azərbaycana, neft və qaz ehtiyatlarımıza bir çox milyardlıq sərmayələr üçün qapını açdı.

Həmin vaxtdan etibarən, biz uğurlu enerji strategiyamızı davam etdirməyə müvəffəq olduq. Hökumət ilə sərmayədarlarımız arasında çox yaxşı və dost münasibətləri qurduq. Münbit sərmayə mühitini yaratdıq və neft irsimizi bərpa etməyə nail olduq.

Bu gün ölkə əsas enerji mənbələri ilə tam şəkildə təmin olunub. Neft hasilatımızın həcmi bir neçə dəfə artıb və indi biz artıq hər gün bir milyon barrel neftdən söhbət aparırıq. Hasilata və infrastruktura qoyduğumuz sərmayələr bizə enerji təchizatı mənbələrini şaxələndirmək imkanını yaratdı.

Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi gələcək onilliklər ərzində də davam edəcəkdir. Bu, bizə xeyli maliyyə vəsaitlərini toplamağa və neftdən əldə edilən gəlirləri iqtisadiyyatımızın qeyri-neft sektoruna - təhsil, sosial və səhiyyə sektorlarına, eləcə də infrastruktura yönəltmək imkanını yaratdı. Məhz buna görə, iqtisadi böhran və neft qiymətlərinin kəskin azalması ilə səciyyələnən 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirdi və həmin ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır.

Şaxələndirmə bizim üçün prioritetlərdən biri idi. Çünki biz yalnız bir təchizat marşrutundan asılı ola bilməzdik. Hazırda biz üç neft təchizatı marşrutuna malikik və bu, regionda tamamilə yeni vəziyyət yaratdı. Çünki dünyada ilk dəfə olaraq Xəzər dənizi, əgər belə demək olarsa, xarici şirkətlər üçün açıq elan edildi. İlk dəfə olaraq, Xəzərdə hasil edilən neft boru kəmərləri ilə beynəlxalq bazarlara çıxarılmağa başlandı. Bu gün həmin boru kəmərləri Xəzərin şərq sahillərində yerləşən digər təchizatçılar tərəfindən də istifadə edilir. Beləliklə, ölkəmizdə görülən işlər tamamilə yeni vəziyyət yaratmışdır. Bu gün biz təbii qazın nəqli üçün “Cənub dəhlizi”, Nabukko və digər layihələr haqqında danışırıq. Lakin aydındır ki, son illər ərzində Azərbaycanda qurulmuş infrastruktur olmadan bütün bu müzakirələr əsassız olardı.

Page 26: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

26    

Biz qapıları açdıq və çox münbit sərmayə mühiti yaratdıq. Hazırda sərmayədarlar ilə hökumət arasında çox böyük etimad olan bir vəziyyətdəyik. Qeyd etmək istədiyim digər mühüm elementlərdən biri isə ondan ibarətdir ki, bütün neft müqavilələri ölkəmizdə parlament tərəfindən ratifikasiya olunur və qanuna çevrilir ki, heç kəs heç bir sözü dəyişə bilməsin. Bu, sərmayədarlar arasında əlavə etimad yaradır. Onlar tamamilə əmindirlər ki, hökumət hətta əgər şərtləri yenidən razılaşdırmaq və güclü mövqeyindən irəli gələrək, əlavə üstünlükləri əldə etmək istəsə belə, bunu etmək hüququna malik deyildir.

Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan təbii qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə, Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Ümid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə, hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir.

Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq.

Əvvəlcə qeyd etdiyim kimi, neft və qaz üçün bizim artıq gözəl infrastrukturumuz vardır. Biz hasilatın artırılması üçün gələcəkdə istifadə oluna biləcək dəhliz yaratmışıq. Çünki hesablamalara görə, Azərbaycanda minimal qaz ehtiyatları 2 trilyon kubmetrdir. Lakin bu, 5 trilyon kubmetr də təşkil edə bilər. Bu, nəinki bizim və regional istehlakçılar üçün, o cümlədən Avropa istehlakçıları üçün ən azı yüz ilə kifayətdir. Biz bu məsələlər üzərində işləyirik və Azərbaycan hər zaman konstruktiv olub. Biz bütün şaxələndirmə təşəbbüslərini dəstəkləmişik.

Bu gün biz təchizat marşrutlarımızı tam şaxələndirmişik. Bizim istənilən istiqamətə gedən üç neft və dörd qaz boru kəmərlərimiz vardır. Hər bir istiqamətə gedən boru kəməri genişləndirilə bilər. Biz sadəcə, istehlakçılar, tranzit ölkələr və hasilatçılar arasında sazişlərə aid bütün zəruri məsələlərin həllini və əlavə olaraq, 20 milyard kubmetr qazı hasil etmək məqsədi ilə məbləği təxminən 20 milyard dollar olacaq sərmayələrin yeni mərhələsinin başlanmasını gözləyirik.

Əlbəttə ki, bu, istehlakçılarımızın istifadəsinə veriləcəkdir. Hesab edirəm ki, daxil olmağa çalışdığımız yeni mərhələyə nail olmaq üçün biz bir sıra mühüm məsələləri həll etməliyik.

Birincisi, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar tarazlığı olmalıdır. Əgər tarazlıq təmin olunmasa, bu layihələri irəliyə doğru aparmaq çətin olacaqdır.

İkinci mühüm məsələ böyük maliyyə paketinin olmasıdır. Hər hansı əlavə boru kəməri layihəsi üçün çox böyük sərmayələr qoyulmalıdır. Azərbaycan öz tərəfdaşları, xarici neft şirkətləri ilə milyardlarla dolları təbii qazımızın hasilatına yatırmağa hazırdır. Lakin onu Avropa bazarlarına çıxarmaq üçün boru kəməri infrastrukturuna böyük sərmayələr qoyulmalıdır. Biz texniki yardımı təmin edə bilərik. Təcrübəmizdən, texniki təcrübəmizdən və tranzit ölkələrlə tranzit sazişlərin razılaşdırılması təcrübəmizdən istifadə oluna bilər. Eyni zamanda, ehtiyatlarımız üçün ədalətli bazar qiyməti olmalıdır.

Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz iqtisadiyyatı şaxələndirə bildik. Qeyd etdiyim kimi, 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Sənaye artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə 1,5 faiz olmuşdur.

Azərbaycan iqtisadi və siyasi islahatları davam etdirir. Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada birinci islahatçı ölkə elan etmişdir. Liberal iqtisadiyyat, bazar iqtisadiyyatı və siyasi islahatlar birlikdə ölkəmizdə çox yaxşı mühit yaratmışdır. Biz xeyli maliyyə vəsaitlərini toplaya bildik. 2009-cu ildə neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, maliyyə vəsaitlərimiz artmışdır. Bu gün onların həcmi 20 milyard dollardan artıqdır. Bu, doqquz milyon əhalisi olan ölkə üçün kifayətdir. Gələn onilliklər ərzində neft hasilatı göstəricisinin gündə ən azı 1 milyon barrel səviyyəsində olacağını nəzərə alsaq, bu, o deməkdir ki, gələcəkdə bizim hər hansı maliyyə yardımına ehtiyacımız olmayacaqdır.

Nəzərdə tutduğumuz bütün layihələrin həyata keçirilməsi üçün qarşılaşdığımız həlli vacib olan əsas problemlərdən biri əlbəttə ki, regionda sülhün bərqərar olmasıdır. Uzun illər ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında qalır. Bu işğal demək olar ki, iyirmi ildir davam edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Biz Ermənistan-Azərbaycan münaqişəsinin həll yolunu mümkün qədər tez tapmaq və Azərbaycanın bütün dünya, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyünün bərpasını istəyirik. Beynəlxalq təşkilatların bütün qərarlarında Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verilir.

Page 27: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

27    

Bu məsələ regional sabitliyə və inkişafa böyük təhlükə yaradır. Əlbəttə ki, o, tammiqyaslı regional əməkdaşlığa maneədir və bütün planlarımıza xələl gətirə bilər. Biz tərəfdaşlarımızla apardığımız əməkdaşlığa tam sadiqik. Biz bütün enerji layihələrinə kommersiya nöqteyi-nəzərindən yanaşırıq. Bu layihələrdə mühüm kommersiya elementi olmalıdır. Eyni zamanda, şaxələndirməyə nail olmaq lazımdır. Çünki yalnız bir təchizat mənbəyindən asılılıq bizim üçün gələcəkdə problemlər yarada bilər.

Hesab edirəm ki, enerji təhlükəsizliyinə dünyada, xüsusən də bu konfransda yetirilən diqqət həmin məsələlərin nə dərəcədə vacib olduğunu göstərir. Bu məsələlərə böyük sadiqlik, güclü siyasi iradə ilə və regional problemləri tam şəkildə anlayaraq yanaşmaq lazımdır. Çünki bizim regionda, Qafqazda və Xəzər regionunda siyasi inkişaf və iqtisadi əməkdaşlıq məsələləri bir-biri ilə sıx bağlıdır.

Çox sağ olun.

X X X Sonra dövlətimizin başçısı iştirakçıların suallarına cavab verdi. SUAL: Sualım Prezident Əliyevədir. Xəzər regionunun inkişafında və onun dünyaya açılmasında

Azərbaycanın rolunu etiraf edirəm. Mən Sizin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyiniz sözləri yüksək qiymətləndirirəm. Lakin sual onunla bağlıdır ki, Azərbaycan daxildə enerji təhlükəsizliyinin şaxələndirilməsi üçün hansı işləri görür? Sizin çox zəngin neft və qaz ehtiyatlarınız vardır. Azərbaycan külək enerjisi, bərpa olunan enerji mənbələri, hətta nüvə enerjisi sahəsində nə edir? Sağ olun.

CAVAB: Əvvəlcə qeyd etdiyim kimi, enerji strategiyamız nisbətən yaxınlarda başladı, çünki biz müstəqillik baxımından gənc ölkəyik. Buna görə, bizim üçün ən üstün prioritet enerji təhlükəsizliyimizin təmin edilməsi idi. Birincisi, biz neft hasilatını artırmalı, sonra isə xaricdən idxal edilən qazdan asılılığı azaltmalı idik. Buna nail olundu. Bundan dərhal sonra bu gün biz özümüzü tam təmin etdiyimiz, neft və qazımızın müxtəlif istiqamətlərdə ixracına başladığımız bir vaxtda yeni prioritetimiz bərpa olunan enerji mənbələridir. Əfsuslar olsun ki, biz su ehtiyatlarına görə zəngin deyilik. Lakin bununla belə, biz Azərbaycanda su elektrik enerjisinin inkişafı üzrə böyük plan tərtib etdik. Biz ucuz başa gələn enerjini əldə etmək məqsədi ilə hər çayda kiçik elektrik stansiyası tikməyi planlaşdırırıq. Eyni zamanda, bu yaxınlarda Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi yaradılmışdır və əsas prioritet günəş və külək enerjisi olacaqdır. Bizdə günəşli və küləkli günlər çoxdur və bu cür iqlim üstünlüklərindən niyə də istifadə etməyək. Bəzən külək çox darıxdırıcıdır, lakin fikrimcə, bu baxımdan biz üstünlük qazanmışıq. Biz enerji balansımızda bərpa olunan enerji mənbələrindən ibarət böyük seqment yaratmaq məqsədi ilə dövlət və özəl sektor tərəfindən böyük sərmayələr qoymağı planlaşdırırıq. Bu, bizə neft və qazımıza gələcək nəsillər və ixrac üçün qənaət etməyə, neftdən əldə etdiyimiz vəsaitləri bərpa olunan mənbələrə yönəltməyə imkan yaradacaqdır. Planlarımız belədir və hesab edirəm ki, bu planların həyata keçirilməsinə nail olacağıq.

SUAL: Cənab Prezident, Siz Nabukkonun çəkilməsini yubadan bəzi məsələləri Davosda qeyd etdiniz. Nabukko Sizin üçün hələ də prioritetdirmi?

CAVAB: Bir qədər əvvəl qeyd etdiyim kimi, biz böyük qaz ehtiyatları aşkar etmişik və artıq mükəmməl nəqletmə infrastrukturu yaratmışıq. Biz hazırda qazı dörd ölkəyə nəql edirik: Türkiyə, Gürcüstan, İran və Rusiya. Həmin istiqamətlərdən hər birində nəqletmə həcmini artırmaq məqsədi ilə bizim imkanlarımız və əgər lazım gələrsə, maliyyə ehtiyatlarımız vardır. Hazırda biz daxildə istifadə edəcəyimiz və sata biləcəyimiz qədər qaz hasil edirik.

Əlbəttə, istənilən digər ölkədə olduğu kimi, şaxələndirmə bizim üçün də çox vacibdir. Buna görə də, gündəliyimizin birinci mərhələsində biz təchizatın tam şaxələndirilməsinə nail olmuşuq. Lakin hazırda biz hasilatı, ola bilsin, 40 milyard kubmetr və ya ondan da yüksək səviyyəyə artırmaq məqsədi ilə qaz yataqlarımıza 20 milyard dollara yaxın böyük sərmayələrin qoyulması ərəfəsindəyik. Buna nail olmaq üçün bizə bazarlar lazımdır. Bizə qazımızı qəbul edəcək və ədalətli satılacaq bazarlar lazımdır. Eyni zamanda, biz əmin olmalıyıq ki, bu əməkdaşlıq uzunmüddətli olacaqdır. Çünki qaz biznesi neft biznesindən fərqlənir.

Sərmayə qoymazdan əvvəl siz istehlakçılarınızın kim olduğunu, tranzit haqlarını, qazınıza qoyulan qiyməti, bazarın sizin üçün etibarlı olub-olmamasını və boru kəmərinin digər hissəsində olan tərəfdaşlarınızın nə dərəcədə ciddi və sadiq olduğunu öncədən bilməlisiniz. Başqa sözlə desək, bütün bu məsələlər həll olunmadan daha çox qaz hasil etmək üçün bu qədər böyük maliyyə sərmayələri paketini hazırlamaq bizim üçün çətin olardı.

Siz mənim Davosda Nabukko layihəsi ilə bağlı suala verdiyim şərhlərə istinad etdiniz. Biz “Cənub dəhlizi”nin bir hissəsi olan bu və digər layihələri qəti şəkildə dəstəkləyirik. Ötən ilin mayında Azərbaycan Nabukkonu dəstəkləyən siyasi bəyannaməyə qoşuldu. Biz bu variantı ciddi şəkildə nəzərdən keçirməyə hazırıq.

Page 28: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

28    

Lakin bunu etmək üçün biz bütün səyləri gücləndirməliyik. Biz nə vaxt maliyyə vəsaitlərinin ayrılacağını, kimin maliyyələşdirəcəyini, bu layihənin həyata keçirilməsinə aid cədvəli və əgər belə demək olarsa, kəmərin digər hissəsində olan tərəfdaşlarımızın bu layihədə nə dərəcədə ciddi olduğunu bilməliyik. Çünki hamımız bilirik ki, hazırda tikilən və ya nəzərdən keçirilən bir çox layihələr vardır. Onlar aşağıdakı kimidir: “Mavi axın”, “Cənub axını”, “Şimal axını” və Nabukko. Nabukko layihəsində iştirak edən ölkələr, eyni zamanda, “Cənub axını” və “Şimal axını” layihələrində də iştirak edirlər. Buna görə, həm hasilatçı və həm də sərmayələrin əsas ağırlığını öz üzərinə götürəcək bir ölkə kimi bizim üçün Nabukko cədvəlini, boru kəmərinə nə vaxt sərmayələrin qoyulacağını, vəsaitin haradan gələcəyini bilmək çox vacibdir. Bu məsələlər həll olunan kimi, əlbəttə ki, biz sərmayə qoymağa çox şad olarıq. Çünki bizim yataqlarımız mövcuddur və onlar bizim üçün yüz il və ondan artıq müddətə də kifayətdir. Biz qazımızı ehtiyac duyulan bazarlara çıxarmalıyıq.

SUAL: Cənab Prezident, Azərbaycanın etibarlı qaz və neft təchizatçısı kimi qalmasını istəyiriksə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının zəruriliyini bizə bir daha haqlı olaraq xatırlatdınız. Dağlıq Qarabağ məsələsinin birdəfəlik həlli üçün Sizin strategiyanızı bilmək istərdim. Daha dəqiq olaraq, bilmək istərdim, Türkiyə-Ermənistan yaxınlaşması bu strategiyaya hansı şəkildə uyğun gəlir? Ermənistan bu məsələdə irəliləyişə nail olarsa və sərhədin hər iki tərəfində qarşılıqlı ticarət və mümkün iqtisadi tərəqqi məqsədi ilə sərhədlər açılarsa, bu, faydalı olardımı? Bu, Sizin Dağlıq Qarabağ strategiyanızın bir hissəsi ola bilərmi? Sizin fikrinizcə, bu, faydalı ola bilərmi?

CAVAB: Öncə qeyd etdiyim kimi, demək olar ki, artıq 20 ildir torpaqlarımız işğal altındadır. Azərbaycana qarşı həyata keçirilən təcavüz və etnik təmizləmə siyasəti humanitar faciə ilə nəticələndi. Ölkəmizdə bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Nəinki Dağlıq Qarabağ, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinin ətrafında yerləşən yeddi rayon da işğal altındadır. Bütün infrastruktur dağıdılıb, bütün insanlar qovulub, hər bir şey yerlə-yeksan olunub. Bu işğal təxminən iyirmi ildir ki, davam edir. Dünyada ən yüksək beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməmi qəbul edib. Lakin onlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir.

Münaqişə ölkələrin ərazi bütövlüyü və xalqların özünü idarəetmə prinsipləri əsasında həll olunmalıdır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Xalqların özünü idarəetmə prinsipi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Biz dünyada, xüsusən də Avropada mövcud olan muxtariyyatların yaxşı nümunələrini bilirik. Biz bu münaqişəni mümkün qədər tez həll etmək istəyirik. Çünki bizim xalq bu münaqişədən əziyyət çəkir və torpaqlarımız işğal altında qalmaqda davam edir. Buna görə, Azərbaycan danışıqlar prosesinin surətləndirilməsinə qəti şəkildə sadiqdir. Ümid edirik ki, erməni tərəfi də məsələnin tezliklə həlli üçün öz səylərini göstərəcəkdir. Biz bu münaqişənin dondurulmuş vəziyyətdə qalmasına, həll prosesinin yubadılmasına və yaxud sonu olmayan danışıqlarda iştirakımıza imkan verə bilmərik. Bu gün müzakirə etdiyimiz məsələlər qərar və həll üçün ciddi əsas ola bilər. Hesab edirəm ki, biz məsələnin qeyd etdiyim prinsiplər əsasında həllini mümkün qədər tez tapmalıyıq.

Biz iki suveren ölkə arasındakı münasibətlərə heç vaxt müdaxilə etmirik və etməyi də planlaşdırmırıq. Türkiyə və Ermənistan iki suveren ölkədir və həmin iki ölkə arasındakı münasibətlər yalnız onlar tərəfindən nəzərdən keçirilməlidir. Bilirik ki, beynəlxalq səviyyədə diqqət yetirilir və şərhlər verilir ki, bu məsələlər tezliklə və ya mümkün qədər tez həll olunmalıdır. Hesab edirəm ki, gəlin Ermənistan ilə Türkiyəyə öz aralarında razılaşmaq imkanı verək və bu prosesə müdaxilə etməyək. Bu, bizim mövqeyimizdir.

Eyni zamanda, aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən regionda tammiqyaslı regional əməkdaşlığa nail oluna bilməz. Çünki bu, regionda əsas problemdir və regional sabitliyə əsas təhlükədir. Əgər biz Ermənistan ilə Türkiyə arasında sərhədin bağlandığı 1993-cü ilə qayıtsaq, görərik ki, sərhəd Azərbaycan rayonlarından birinin, yəni Kəlbəcərin işğalı səbəbindən bağlanmışdır. Türk dostlarımız həmin addımı bu səbəbdən atmışdılar. Bu addımın səbəbi hələ də göz qabağındadır, o aradan qaldırılmayıb. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən Kəlbəcər və Azərbaycanın digər altı rayonu hələ də işğal altındadır.

Bir daha qeyd etmək istəyirəm, biz türk dostlarımızın beynəlxalq və regional əməkdaşlığın qurulmasında göstərdiyi səylərinə tam etimad göstəririk. Əgər Türkiyə-Ermənistan yaxınlaşması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi iki proses paralel şəkildə bir paket kimi həll olunarsa, biz regionda tezliklə sülhə nail ola bilərik.

“Xalq qəzeti”.- 2010.- 7 fevral.-N 29.-S.2.

Page 29: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

29    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsinin geniş versiyasının şərhi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Euronews» telekanalına müsahibə vermişdir.

Azərbaycan Televiziyasının (AzTV) “Həftə” proqramı fevralın 7-də həmin müsahibənin geniş versiyasının şərhini yayımlamışdır.

Prezident İlham Əliyev «Euronews» kanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesə aydınlıq gətirmişdir. Prezident münaqişənin sülh yolu ilə həll edilməsinə böyük ümidlər olduğunu demişdir.

Prezident sülh danışıqlarının iki mühüm şərtdən asılı olduğunu bildirərək demişdir ki, bunlar: - Ermənistanın beynəlxalq normaları əsas götürməsi; - Ermənistan qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən

çıxarılmasıdır. Prezident İlham Əliyev: Bu münaqişənin həlli ilə bağlı ümidlərimiz vardır. Çünki siz qeyd etdiyiniz

kimi, uzun illər ərzində davam edən proses münaqişənin sülh yolu ilə həllinə aparmalıdır. Artıq iyirmi ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ermənistan beynəlxalq hüququn təməl prinsiplərini pozmuşdur. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Hazırda, danışıqlar yekun mərhələdədir. Çünki danışıqların bütün dövrü ərzində müxtəlif variantların hamısı nəzərdən keçirilmiş və qəbul edilməmişdir. İndi isə, biz, necə deyərlər, nizamlanma üçün əsas ola biləcək Madrid prinsiplərini müzakirə edirik. Lakin əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın öz qoşunlarını çıxararaq, beynəlxalq hüquq normalarına riayət etmək istəyindən asılı olacaqdır. Bundan sonra isə, sülh bərqərar oluna bilər. Gec və ya tez bu münaqişə bitməlidir. Vətəndaşlarımız öz doğma yurdlarına qayıtmalıdırlar. Lakin biz buna gec yox, daha tez nail olmaq istəyirik, çünki insanlarımız artıq uzun illərdir ki, bunu gözləyir.

İbrahim Məmmədov (AzTV): Prezident vasitəçilərin təkliflərinin əsaslandığı əsas prinsipin Azərbaycanın ərazi bütövlüyü olduğunu demiş və başqa prinsiplər haqqında da danışmışdır. Bunlar:

- ərazi bütövlüyü; - güc tətbiq etməmək; - Xalqların öz müqəddəratını təyin etməsidir. Prezident ərazi bütövlüyü ilə müqəddəratı təyinin bir-birinə zidd olmadığını demişdir. Prezident İlham Əliyev: Mən 2010-cu ildə dünyanın aparıcı ölkələrinin təmsil olunduğu ATƏT-in

Minsk qrupunun həmsədrlərinin münaqişəni həll etmək istiqamətində fəaliyyətlərinə nikbin baxıram. Bu, nikbinliyə əsas verir. Eyni zamanda, qeyd etdiyim kimi, hazırda nəzərdən keçirdiyimiz təkliflər beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Onlar ölkələrin ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların özünü idarə etmə prinsiplərinə əsaslanır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Çünki özünü idarə etmə prinsipi ölkənin ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər. Bu baxımdan biz nikbinik. Lakin bu nikbinliyi real nəticələrə çevirmək üçün Ermənistan tərəfi realizm və konstruktivlik nümayiş etdirməli, uzun illər Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etmiş qoşunlarını ərazilərimizdən çıxarmalıdır.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev aparıcının Ermənistanın işğal olunmuş torpaqları qaytarmağa hazır olması haqda sualını cavablandırmayıb.

Sual –«Euronews»: Bəzi məlumatlar var ki, Ermənistan işğal olunmuş torpaqları qaytarmağa hazırlaşır. Görünür, Siz və prezident Sarkisyan ümumilikdə bu məsələdə razılığa gəlmisiniz. Siz bunu təsdiqləyə bilərsinizmi?

Prezident İlham Əliyev: Danışıqlarımızın prinsiplərindən biri də ondan ibarətdir ki, hər bir şey razılaşdırılmayana qədər, heç nə razılaşdırılmamış hesab olunacaqdır. Buna görə, hesab edirəm ki, danışıqlar prosesi başa çatmamış, bəzi razılaşdırılmış hesab edilə bilən elementləri açıqlamaq tez olardı. İbrahim Məmmədov (AzTV): Ancaq bununla belə Prezident vasitəçilərin nizamlama üçün etdikləri təkliflərin əsas prinsiplərini açıqlayıb:

- Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir; - Ermənistan qoşunları işğal olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağın hüdudlarından

kənarda olan ərazilərdən çıxarılır; - azərbaycanlı məcburi köçkünlər həmin torpaqlara qayıdır; - Dağlıq Qarabağın hər iki icması üçün sülhə zəmanət verilir; - bütün kommunikasiyalar açılır.

Page 30: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

30    

Prezident İlham Əliyev: Deyə bilərəm ki, vasitəçilərin verdiyi təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan bütün işğal edilmiş torpaqlardan Ermənistan qoşunlarının çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması, bütün kommunikasiyaların açılması, Dağlıq Qarabağın hər iki icması - erməni və Azərbaycan icmaları üçün sülh zəmanəti prinsipinə əsaslanır.

İbrahim Məmmədov (AzTV): Bu prinsiplər hazırda masa üzərində olan təkliflərin əsasını təşkil edir. Prezident nizamlamanın ən mühüm məqamlarından olan dəhliz məsələsinə də aydınlıq gətirib və Azərbaycanın mövqeyini ifadə edib.

Prezident İlham Əliyev: Biz bütün kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təkcə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin deyil, eləcə də Azərbaycanı ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək dəhlizin də açılmasının tərəfdarıyıq. Burada, həmçinin iki ölkə arasında olan sərhədlərin digər yerlərində də kommunikasiyaların açılması nəzərdə tutulur. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhlizə gəldikdə, əgər siz xəritəyə nəzər yetirsəniz görərsiniz ki, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi və ya quru əlaqəsi yoxdur. Buna görə, sülh razılaşmasının bir hissəsi kimi, dinc şəraitdə dəhlizin təmin edilməsi Azərbaycanın getdiyi böyük güzəştlərdən biridir. Lakin biz hesab edirik ki, gələcəkdə bu dəhliz təkcə bu gün Dağlıq Qarabağda və ya Ermənistanda yaşayan insanlar tərəfindən deyil, eləcə də hamımız tərəfindən istifadə oluna bilər. Biz bu əlaqəni Ermənistan və Azərbaycanın müxtəlif bölgələri arasında birbaşa keçid kimi də istifadə edə bilərik. Əgər nə vaxtsa sülh razılaşmasına gəlsək, əminəm ki, biz tezliklə təmasları qura bilərik, bütün kommunikasiyaları açarıq və regionda sülh bərqərar oluna bilər. Lakin buna nail olmaq üçün əsas şərt Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxmasıdır.

İbrahim Məmmədov (AzTV): Bununla da Laçın dəhlizinin məntiqi davamı kimi dəhlizin Naxçıvana qədər uzanması və dəhlizin hamının maraqlarına xidmət etməsi fikri gündəlikdədir. Dağlıq Qarabağın yekun statusuna gəldikdə isə Prezident iki mühüm məsələyə toxunub və Azərbaycanın prinsipial mövqeyini səsləndirib:

- birincisi, Dağlıq Qarabağ müstəqil ola bilməz; - və ikincisi, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına aparıb çıxara biləcək mexanizm və

prosedurlar yaradıla bilməz. Bu ikinci məqam indi ən mühüm prinsip kimi müzakirə edilməkdədir. Ona görə ki, birinci məqam, yəni

hazırda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının artıq mümkünsüz olduğunu hamı birmənalı olaraq anlayıb. Əsas məsələ Ermənistanın Qarabağın gələcək üçün perspektivlərinin hüquqi əsaslarının yaradılmasından gedir.

Prezident İlham Əliyev: Erməni xalqının öz müqəddəratını təyin etmə məsələsinə gəldikdə, deyə bilərəm ki, ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər. Təxminən iki yüz il bundan əvvəl regionun müxtəlif yerlərindən ermənilərin Dağlıq Qarabağa köçürülməsi faktı o demək deyil ki, onlar Azərbaycanın tarixi ərazilərində ikinci erməni dövlətini yarada bilər. Əgər biz bu məntiqlə getsək, belə çıxır ki, dünyada 10 və ya ondan da artıq erməni dövləti yarana bilər. Çünki ermənilər dünyanın müxtəlif yerlərində yaşayırlar. Buna görə, ikinci erməni dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi ərazilərində yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə və ya onun Azərbaycanın tərkibindən çıxmasına apara biləcək hər hansı mexanizm və ya prosedurla heç vaxt razılaşmayacaqdır. Bu, müzakirə mövzusu deyildir.

İbrahim Məmmədov (AzTV): Göründüyü kimi Prezident status məsələsində müstəqilliyin müzakirə mövzusu kimi ortaya çıxacağını belə istisna edir və Avropadakı muxtariyyət variantlarına, yəni vahid dövlətlərin tərkibində muxtariyyət variantlarına üstünlük verməyin mümkünlüyünü deyib. Siyasi və mədəni azadlıqların ən yaxşı nümunələri Avropa təcrübəsi sayılırsa, Azərbaycan da Avropa təcrübəsini təklif edir.

Prezident İlham Əliyev: Fikrimcə, torpaqlarımızın azad edilməsindən sonra kommunikasiyaların açılması və təmasların qurulması ermənilər ilə azərbaycanlılar arasında daha çox anlaşmaya aparacaqdır. Biz qonşuyuq. Barışıq baş verərsə, onda hər şey normallaşar. Avropada yaxşı muxtariyyət təcrübəsini görürük. Vahid dövlətlərin tərkibində muxtariyyət variantları vardır. Hesab edirəm ki, bu, münasib həll yolu olmalıdır.

İbrahim Məmmədov (AzTV): İşğal olunmuş ərazilərin hərbi yolla azad edilməsi perspektivi haqda aparıcının sualına cavabında isə Prezident İlham Əliyev bu məsələyə daxili və beynəlxalq hüquqi aspektdən yanaşıb. Belə ki, Azərbaycanın öz ərazisini azad etməsi Azərbaycanın daxili işidir və beynəlxalq münaqişə kimi sayıla bilməz. Ona görə ki, əgər hərbi yol məcburiyyəti ortaya çıxarsa Azərbaycan məhz öz ərazilərində azadetmə əməliyyatı keçirəcəkdir. Azərbaycanın öz daxilində qayda-qanunu, konstitusion normaları bərpa etməsi haqda hüququ ona Azərbaycanın Konstitusiyası ilə yanaşı, həm də BMT-nin nizamnaməsi verir. Bununla

Page 31: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

31    

da Prezident İlham Əliyev Azərbaycanın öz ərazilərini işğaldan azad etməyin mümkün hərb yolu ilə bağlı hüquqi aspektləri istər daxili, istərsə də beynəlxalq hüquq aspektindən ifadə edib.

Eyni zamanda, Prezident vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma, eyni zamanda, dözümün də bir hüdudu vardır.

Prezident İlham Əliyev: Heç kəs bu regionda müharibə istəmir. Danışıqlar prosesində olmağımız və konstruktiv yanaşmamız, o cümlədən danışıqlar prosesinin yekun mərhələsində Minsk qrupu həmsədrlərinin apardığı fəaliyyətə dəstək verməyimiz faktı niyyətlərimizi nümayiş etdirir. Eyni zamanda, qeyd etdiyim kimi, müharibə hələ bitməyib. Bu gün, biz münaqişənin sülh yolu ilə həlli barədə danışıqları çox eşidirik. Artıq qeyd etdiyim kimi, biz bunun tərəfdarıyıq. Lakin, eyni zamanda, yaddan çıxarmalı deyilik ki, Ermənistan ərazilərimizi güc yolu ilə işğal edib. Azərbaycanın isə, dünyanın istənilən ölkəsi kimi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, özünü müdafiə etmək üçün bütün vasitələrdən qanuni istifadə etmək hüququ vardır. Bu, özünü müdafiə etmək, öz torpaqlarını işğaldan azad etmək hüququdur. Bizim hər hansı digər ölkəyə heç bir ərazi iddiamız yoxdur. Lakin Azərbaycanın işğal olunmuş əraziləri və Dağlıq Qarabağın özü bizim beynəlxalq səviyyədə tanınmış torpaqlarımızdır. Əgər orada hər hansı hadisə baş verərsə, bu, beynəlxalq münaqişə kimi deyil, Azərbaycanın daxili işi hesab edilməlidir.

İbrahim Məmmədov (AzTV): Prezident sürətlə silahlanma ilə bağlı suala aydınlıq gətirərkən Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə tarazlığın Azərbaycanın xeyrinə pozulduğunu deyib.

Prezident İlham Əliyev: Biz ölkəmizi müasirləşdiririk. Söhbət təkcə hərbi xərclərdən getmir. Biz təhsil, səhiyyə, infrastruktur sahələrinə də xeyli vəsait ayırırıq. Son beş il ərzində Azərbaycan öz dövlət xərclərini 12 dəfədən çox artırmışdır. Hərbi xərclər isə, bütün digər sahələrdə olan xərclərə müvafiq olaraq artır. Əgər siz bizim ümumi daxili məhsul daxilində hərbi xərclərin faiz nisbətinə baxsanız, görərsiniz ki, onlar Ermənistanla müqayisədə daha azdır. Buna görə, Azərbaycanın guya silahlanma yarışına rəvac verməsi barədə səslənən ittihamlar həqiqətə uyğun deyildir. Bu gün iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə böyükdür. Buna görə, bizim istədiyimiz qədər vəsait xərcləməyə imkanımız vardır. Ermənistanın isə, yalnız digər ölkələrdən nə qədər yardım almaq imkanı varsa, bir o qədər vəsait xərcləmək imkanı vardır. Bu, reallıqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında güc tarazlığı artıq mövcud deyildir.

Sual-«Euronews»: Hərbi nöqteyi-nəzərdənmi? Prezident İlham Əliyev: Bu, istənilən sahədə belədir. Əgər iqtisadiyyatımız Ermənistan

iqtisadiyyatından təxminən on dəfə artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa, təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də böyükdür. Bu, təbiidir. Bir daha demək istəyirəm, bu, o demək deyil ki, biz vəsaitləri yalnız hərbi məqsədlər üçün xərcləyirik. Biz bütün digər sahələrə də vəsaitlər ayırırıq.

İbrahim Məmmədov (AzTV): Türkiyə ilə Ermənistan münasibətlərinin qurulmasına gəldikdə isə Prezident bu prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə paralelliyinin daha çox səmərə verə biləcəyini, artıq verməyə başladığını və məhz bu prosesin paralelliyi əsasında danışıqların yekun mərhələyə qədəm qoyduğunu deyib.

Prezident İlham Əliyev: Biz bütün region ölkələri arasında müsbət münasibətlərin olmasının tərəfdarıyıq, çünki bu, regionda daha yaxşı mühit və ab-hava yarada bilər. Lakin, əvvəlcə qeyd etdiyim kimi, biz yaddan çıxarmalı deyilik ki, regionda ən böyük problem Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalıdır. Buna görə, fikrimizcə, Türkiyənin Prezidenti və Baş naziri, eləcə də digər rəsmilərin verdiyi bəyanatlardan irəli gələrək, bu ölkənin məsələ ilə bağlı mövqeyi çox aydındır.

Bu proseslər paralel şəkildə həll olunmalıdır. Onlar bir-birini tamamlamalıdır. Bu proseslər paralel şəkildə getməli və eyni vaxtda həll olunmalıdır. Bu halda regionda hərtərəfli sülh bərqərar ola bilər. Əgər bu paralelliyə əməl olunmasa, bu, gözlənilməz nəticələr verə bilər. Bir halda ki, bu sualı verdiniz, bir şərhi də əlavə edim. Hesab edirəm ki, dünyada heç bir ölkə iki suveren ölkə arasındakı münasibətlərə müdaxilə etməli deyildir. Biz heç vaxt bu prosesə müdaxilə etməmişik, baxmayaraq ki, məsələ ilə bağlı öz mövqeyimiz vardır. Bu, məlum olan mövqedir və biz bunu gizlətmirik. Lakin, zənnimcə, əgər bu proseslərə kənardan müdaxilə edilməsə və ya təzyiq göstərməyə cəhdlər edilməsə, daha yaxşı olar. İki ölkə arasında olan münasibətlər elə iki ölkə arasında olan münasibətlər kimi də qalmalıdır. Nə etmək, necə etmək və nə vaxt etmək qərarını Türkiyə ilə Ermənistan özləri verməlidirlər.

Sual - «Euronews»: Lakin Sizin Xarici İşlər Nazirliyi bu yaxınlarda bildirmişdir ki, mən sitat gətirirəm, “Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması regionda gərginliyə səbəb ola bilər və Azərbaycanın maraqlarına ziddir”. Siz bu mövqedə durursunuzmu?

Prezident İlham Əliyev: Bəli, çünki aydındır ki, əgər Dağlıq Qarabağ məsələsinin həllində hər hansı gözəçarpan, praktiki irəliləyişdən asılı olmayaraq, bu baş verərsə, yalnız Dağlıq Qarabağla bağlı sülh prosesində

Page 32: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

32    

durğunluğun yaranmasına gətirib çıxaracaqdır. Fikrimizcə, beynəlxalq hüquq normalarına riayət edərək, Ermənistanı öz qoşunlarını çıxarmağa vadar etməyin əsas yollarından biri onun təcrid edilməsidir. Ermənistanın nə Azərbaycan, nə Türkiyə ilə açıq sərhədləri vardır. Eyni zamanda, Ermənistanda böyük iqtisadi problemlər yaşanır. Ötən il onların iqtisadiyyatı təxminən iyirmi faiz azalmışdır. Sərhədlərin açılması bu ölkənin iqtisadiyyatına təkan verəcəkdir. Biz narahatıq ki, əgər bu, Dağlıq Qarabağ probleminin həllində hər hansı irəliləyişdən asılı olmayaraq, baş verərsə, həmin sahədə sülh perspektivləri çox zəif olacaqdır. Sonra nə olacaq? Əgər biz görsək ki, sülh perspektivləri tükənib, onda hansı variantlar qalacaq? Oturub, növbəti on beş ili gözləməliyik və ya öz ərazi bütövlüyümüzü bərpa etmək üçün imkanlarımızdan istifadə etməliyik. Buna görə də, barışıq prosesinə kənardan kömək etməyə çalışan və hətta nə Türkiyə, nə də ki, Ermənistanla ümumi sərhədə malik olmayan ölkələrdə ola bilsin regionun tarixi və bu gün baş verən hadisələr haqqında kifayət qədər məlumat yoxdur. Yaxşı olardı ki, bu hadisənin mümkün ola biləcək mənfi nəticələri qiymətləndirilsin. Bizim fikrimizcə, bu, regionda əlavə çətinliklər yaradacaqdır. Buna görə, hesab edirəm ki, indi bəlkə də nadir fürsət yaranıb: bir tərəfdən, Türkiyə-Ermənistan prosesi gedir, digər tərəfdən isə, biz Ermənistan ilə Azərbaycan arasında danışıqların yekun mərhələsinə çatmışıq. Bu iki prosesin gücünü birləşdirmək lazımdır ki, regionun heç bir ölkəsi özünü təklənmiş və onun milli maraqlarına məhəl qoyulmadığını hiss etməsin.

İbrahim Məmmədov (AzTV): Prezident aparıcının yekun mərhələ haqda sualını da cavablandırıb. Söhbət vaxt baxımından deyil, müzakirə edilən təkliflərin mahiyyəti etibarilə yekun mərhələdən gedir.

Prezident İlham Əliyev: Yekun mərhələ dedikdə, mən vaxt çərçivəsini deyil, mahiyyəti nəzərdə tuturam, çünki on altı il ərzində və hətta ondan da çox müddət ərzində bir çox variantlar müzakirə edilib. Bir çox variantlar irəli sürülüb və qəbul edilməyib. Bəzən, Ermənistanda baş vermiş faciəli terror aktları bizi həll yolunu tapmaq imkanından məhrum etdi. 1999-cu ildə Ermənistanın bəzi liderlərinə qarşı terror aktları törədildi və bu hadisə danışıqlar prosesinin dondurulmasına gətirib çıxardı. Yekun mərhələ haqqında danışdıqda, mən məhz onu nəzərdə tuturam. Yəni, bütün variantlar artıq qiymətləndirilib.

Əgər sülh prosesinin indiki mərhələsi uğursuz olarsa, onda biz heç nə haqqında danışa bilməyəcəyik. Bu, müzakirə etdiyimiz məsələlər baxımından sonuncu şansdır. Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və tərəflərin hazırda müzakirə etdiyi həll variantı yeganə mümkün həll yoludur. Əgər bu, bir nəticə verməsə, onda belə çıxır ki, danışıqlar uğursuzluğa uğrayacaqdır. Yekun mərhələ dedikdə məhz bunlar nəzərdə tutulur. Mən yekun mərhələni vaxt çərçivəsi baxımından da görmək istərdim. Hesab edirəm ki, 2010-cu il həlledici il ola bilər və Azərbaycan məsələni sülh yolu ilə həll etməkdə öz səylərini artırmağa hazırdır.

İbrahim Məmmədov (AzTV): «Euronews» telekanalının aparıcısı Prezident İlham Əliyevin enerji sahəsindəki siyasətini Qərb yönümlü və mürəkkəb mühitdə aparılan siyasət kimi xarakterizə edərək belə mühitdə işləməyin yolları haqda soruşub. Prezident enerji siyasətinin iqtisadi əsaslarla qurulduğunu və bunun siyasiləşdirilmədiyini əsas prinsiplər kimi qeyd edib.

Prezident İlham Əliyev: Bizim enerji strategiyamız kimisə kənarda qoymaq prinsipinə əsaslanmır. Ölkəmizin açıq dənizlərə və dünyanın neft bazarlarına birbaşa çıxışı yoxdur. Buna görə, bizə boru kəmərləri lazım idi. Boru kəmərlərinin çəkilməsi üçün tranzit ölkələrə ehtiyac duyurduq. Biz neft təchizatı yollarını şaxələndirmək istəyirdik. Əslində, biz on beş il öncə bu işlərə neft hasilatı ilə başladıq və buna nail olduq. Hazırda neftimizi müxtəlif istiqamətdə nəql edən üç boru kəmərimiz vardır. Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Biz heç bir tranzit ölkədən asılı deyilik. Bu, ən mühüm məsələdir. Tranzit ölkələrdən asılılıq heç də təchizatçı ölkələrdən asılılıqdan az əhəmiyyətli məsələ deyildir. Eyni üsulu biz qaz yataqlarının işlənilməsi layihələrində də tətbiq etdik. Hazırda fəaliyyət göstərən boru kəmərləri qazımızı dörd ölkəyə çatdırır. Biz qazı Türkiyə, Gürcüstan, Rusiya və İrana nəql edirik. Beləliklə, neft və qaz təchizatı tam şəkildə şaxələndirilib. Biz yalnız bir marşrutdan asılı deyilik.

Hazırda hasilat və ixrac həcmi bizi qane edir. Əlbəttə ki, biz gələcəkdə hasilatın həcmini artırmağı planlaşdırırıq. Bilirik ki, Avropada alternativ qaz mənbələrinə artan tələbat vardır. Hazırda Avropada müzakirə olunan və Nabukko, TGI, TAP kimi bir neçə layihələri və digərlərini əhatə edən «Cənub dəhlizi» adlandırılan layihə burada son dövrdə əldə etdiyimiz nailiyyətlərə əsaslanır.

İbrahim Məmmədov (AzTV): Nəhayət, Prezident «Cənub dəhlizi»nin yalnız Azərbaycanın imkanlarına əsaslandığını, Azərbaycanın məlum olan qaz ehtiyatlarının 2 trilyon, potensialının 5 trilyon kubmetrə yaxın olduğunu deyib. Bununla da dolayısı ilə Avropanın Azərbaycana ehtiyacının miqyasını və müddətini diqqətə çatdırıb.

Prezident İlham Əliyev: «Cənub dəhlizi» bizim səylərimizə əsaslanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazırıq.

Qazın təchizatı ilə bağlı uzunmüddətli sazişlərin bağlanılması məqsədi ilə müxtəlif ölkələrlə danışıqlar aparırıq. Bütün variantlar mümkündür. Əlbəttə, hasilatçı kimi biz ədalətli qiymətdə, ədalətli tranzit haqlarında

Page 33: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

33    

maraqlıyıq ki, təbii sərvətlərimizdən maksimum iqtisadi faydanı götürə bilək. Ehtiyatlara gəldikdə, Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatlarının minimal həcmi 2 trilyon kubmetrdir. Amma hesablamalara görə bu rəqəm hətta 5 trilyon kubmetr ola bilər. Bu həcm əsas istehlakçıları ən azı yüz il qazla təchiz etmək üçün kifayətdir.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev enerji resursları uğrunda mübarizə və rəqabət aparan tərəflərlə münasibətləri siyasiləşdirmədən sırf iqtisadi-kommersiya prinsipləri əsasında əməkdaşlığa, heç kimdən asılı olmamaq strategiyasına üstünlük verməyin enerji siyasətini uğurla yürütməyə imkan verdiyini deyib.

Prezident İlham Əliyev: Bilirsiniz, digər ölkələr arasında olan münasibətlər barədə şərh vermək istəməzdim. Öncə qeyd etdiyim kimi, enerji siyasətimiz lap əvvəlcədən siyasiləşdirilməmişdir. Bu həqiqətdir ki, beynəlxalq mətbuatda bu məsələ xüsusilə indi lazım olduğundan bir qədər artıq siyasiləşdirilir. Eyni zamanda, aydındır ki, enerjidən, xüsusilə böyük enerji resurslarına və bu resursları nəql etmək üçün artıq lazım olandan daha çox infrastruktur imkanına sahib olan və daşınma, tranzit və digər məsələlərdə Asiya və Avropa arasında körpü rolunu oynaya biləcək ən yaxşı mümkün mövqelərdən birində olan ölkədən söhbət gedəndə siyasi məsləhətləşmələr, müzakirələr və bəzən də rəqabət qaçılmazdır. Buna görə də, biz regionda daha çox əməkdaşlıq görmək istəyirik və ölkəmizin təbii ehtiyatlarımızdan faydalanmaq istəyənlər arasında rəqabət meydanına çevrilməsini istəmirik. Biz istəyirik ki, təbii ehtiyatlarımızdan ilk növbədə xalqımız bəhrələnsin. Daha sonra, enerji strategiyamızı elə qurmaq istəyirik ki, biz heç bir marşrutdan, heç bir qonşudan və heç bir istehlakçıdan asılı olmayaq. Eyni zamanda, bu resurslardan istifadə edərək, daha çox etimad və əməkdaşlıq yaratmaq istəyirik. Hesab edirəm ki, regionda marağı olan tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır. Azərbaycan əməli addımları ilə öz maraqlarını tam müdafiə etməyin, hətta bəzən başqalarının bunun əleyhinə olmasına baxmayaraq, boru kəmərlərini istədiyimiz istiqamətdə çəkməyin və eyni zamanda, bütün qonşularla və dostlarla yaxşı əlaqələr saxlamağın mümkün olduğunu sübut etmişdir.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev aparıcının Azərbaycanda demokratiyanın perspektivləri ilə bağlı sualını cavablandırarkən bu istiqamətdə mühüm bir məsələyə – Azərbaycanda real vəziyyətə və bəzi beynəlxalq KİV-lərin və insan haqları ilə məşğul olduqlarını elan etmiş QHT-lərin təqdimatlarına ayrlıqda baxmağı və təhlil etməyi məsləhət görüb. Ona görə ki, real vəziyyətlə adı çəkilən qurumların məlumatları bir-birindən fərqlənir. Bu fərqlənmənin siyasi səbəbləri vardır.

Prezident demokratiya şüarı ilə Azərbaycana siyasi məqsədlərlə təzyiq etməyin səmərsiz olduğunu bəyan etmişdir:

«Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır. Ancaq sizə deyə bilərəm ki, əgər biz müstəqil siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olmayacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha asandır».

Prezident İlham Əliyev: Biz müstəqil siyasət həyata keçiririk. Ola bilsin ki, bu, kiminsə xoşuna gəlmir. Burada, Azərbaycanda Azərbaycan xalqının istədiyini edirik. Biz başqa ölkələrin yox, öz ölkəmizin milli maraqlarını qoruyuruq. Buna görə də, bəzən beynəlxalq mətbuatda və bəzi dırnaqarası beynəlxalq insan hüquqları qruplarının hesabatlarında biz çox əsassız və qərəzli tənqidlərə məruz qalırıq. Həmin insan hüquqları qrupları öz hesabatlarında bizim qonşuluqda vətəndaş hüquqları və demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmürlər. Sanki heç nə baş vermir. Ancaq Azərbaycanda kiçik bir hadisə baş verən kimi bu, şişirdilir və dərhal biz tənqid olunuruq.

Biz bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul edirik. Başa düşürük ki, Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır. Ancaq sizə deyə bilərəm ki, əgər biz müstəqil siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olmayacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha asandır. Biz Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren, müstəqil dövlət qururuq və kimin nə deməsindən asılı olmayaraq bu siyasəti davam etdirəcəyik.

İbrahim Məmmədov (AzTV): Prezident müxalifətin zəif olmasını ölkədəki sosial-iqtisadi vəziyyətlə izah edib. Belə ki, sosial rifahın yüksəlməsi müxalif fikrin daşıyıcılarını, elektoratını azaldaraq Prezidentin mövqeyini gücləndirib.

Prezident İlham Əliyev: Əgər Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyildir. Mən sizə deyə bilərəm nə üçün müxalifət indi bu cür ağır vəziyyətdədir. Çünki son beş il ərzində Azərbaycanın iqtisadiyyatı 2,6 dəfə artmışdır. Son beş il ərzində biz demək olar ki, işsizliyin böyük hissəsini aradan

Page 34: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

34    

qaldırmışıq. Biz 840 min yeni iş yeri yaratmışıq. Büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. 2009-cu ildə -böhran ilində iqtisadiyyatımız 9,3 faiz, sənaye isə 8,6 faiz artmış, inflyasiya 1,5 faiz təşkil etmiş, xarici valyuta ehtiyatları 20,4 milyard dollar olmuşdur. Əgər siz mənə dünyada 2009-cu ildə bu nəticələri əldə etmiş hər hansı başqa bir ölkə göstərə bilsəniz, sizə minnətdar olaram. Budur nəticələr.

Belə bir şəraitdə müxalifət nə təqdim edə bilər? Sadəcə tənqid edə bilərlər. Onlar bunu hər gün edirlər və biz buna etiraz etmirik. Əgər qəzetlərə baxsanız görəcəksiniz, hər gün tənqidi məqalələr, hücumlar olur – bu, demokratiyadır. Lakin xalq kiminsə söylədiyi sözlərə yox, real işlərə qiymət verir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün müxalifətdə olanlar 1990-cı illərin əvvəllərində Azərbaycanda rəhbərlikdə olan və ölkədə xaos və anarxiya yaradan, ölkəni vətəndaş müharibəsinə sürükləyən insanlardır. Xalq bunu unutmamışdır.

İbrahim Məmmədov (AzTV): Prezident Azərbaycanda 1993-cü il hadisələri və Heydər Əliyevin hakimiyyətə necə gəlməsi haqda da danışıb.

Prezident İlham Əliyev: İyirmi il bundan əvvəl sovet ordusu vəhşilik göstərərək, şəhərimizi işğal etdi, yüzlərlə günahsız insanı qətlə yetirdi və yaraladı. Bundan bir gün sonra, həmin dövrdə fəal siyasətçi yox, təqaüdçü olan Heydər Əliyev bizim Moskvadakı daimi nümayəndəliyimizə gedərək, ictimaiyyət qarşısında açıq şəkildə kommunist-sovet rəhbərliyini bu vəhşi hərəkətlərinə görə pislədi. Həmin dövrdə, Sovet İttifaqının süqutuna hələ iki il qalırdı və bu çox cəsarətli bir addım idi. Bundan sonra o, açıq şəkildə Kommunist Partiyasının üzvlüyündən çıxmasını bəyan etdi və bu da asan bir addım deyildi. Bundan dərhal sonra sovet hökuməti ona qarşı hücumlara başladı, onu Moskvada həbs etmək istədi. O, buraya – Bakıya qayıtmalı oldu. Ancaq burada, Azərbaycanın həmin dövrdəki kommunist rəhbərliyi də onu həbs etmək istəyirdi. Beləliklə, o, doğma şəhəri olan Naxçıvana getdi. Bundan sonra heç kim ona toxuna bilmədi, çünki xalq onu dəstəkləyirdi və qoruyurdu.

Heydər Əliyev Bakıda vətəndaş müharibəsi başlayanda Azərbaycanın Prezidenti seçilmişdir. Həmin dövrdəki, belə demək mümkünsə, prezident və bütün hökumət ölkədən qaçmışdı. Çünki hərbi birləşmələr hakimiyyəti ələ keçirmək üçün Bakıya gəlirdilər. Həmin dövrdə o vaxtkı Azərbaycan Prezidenti ondan dövlətçiliyi qorumağa kömək etmək üçün Naxçıvandan Bakıya gəlməsini xahiş edirdi. Bax, bu şəraitdə o, Bakıya gəldi.

Onun və ya mənim tərəfimdən atılmış heç bir addım heç vaxt kiminsə dəstəyini qazanmaq məqsədi daşımamışdır. Bizim etdiyimiz budur - xalqın iradəsinə əsaslanan suveren Azərbaycan dövlətini qurmaq.

“Xalq qəzeti”.- 2010.- 9 fevral.-N 30.-S.1-2.

Page 35: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

35    

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş

Gəncə, 11 fevral (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də

Gəncədə “Ramada Plaza” mehmanxanasının açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV gəncəliləri təbrik edərək dedi: -Sizi bu gözəl, yeni mehmanxananın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl

mehmanxanadır, bütün dünya standartlarına cavab verir. Gəncədə beşulduzlu müasir mehmanxananın yaradılmasına böyük ehtiyac var idi. Mən xatırlayıram, keçən dəfə Gəncədə olanda gəlib burada tikinti ilə tanış oldum. Mənə söz verdilər ki, tikinti qısa müddət ərzində başa çatacaqdır.

Bu gün sizinlə bərabər bu gözəl mehmanxananın açılışında iştirak edirik. Həqiqətən də çox gözəl, müasir xidmət ocağıdır. Deyə bilərəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində mövcud olan mehmanxanalardan geri qalmır. Bütün şərait var, çox gözəl zövqlə tikilib. Dincəlmək üçün də hər bir imkan vardır. Nəzərə alsaq ki, Gəncə sürətlə inkişaf edir, şəhərə gələnlərin sayı artır, belə gözəl mehmanxananın yaradılması çox mühüm bir hadisədir. Həm şəhərə yaraşıq, gözəllik verir, həm də ki, bu, yüksək xidmət mərkəzinə çevriləcəkdir. Bu gün Azərbaycanın müxtəlif yerlərində yeni mehmanxanalar tikilir, təbii ki, ilk növbədə Bakıda. Ancaq çox vacibdir ki, bu proses bütün bölgələrdə sürətlə getsin. Bir sözlə, bu gözəl hadisə münasibətilə bütün gəncəliləri təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da Gəncə şəhərinin gözəlləşdirilməsi üçün yeni obyektlər tikilsin.

Gəncədə inkişaf sürətlə gedir. Bütün işlər yüksək səviyyədə aparılır. Həm xidmət sahəsində, həm sənaye potensialının inkişafında praktiki işlər aparılır, şəhər gözəlləşir, abadlaşır. Əminəm ki, 2010-cu ildə qarşıda duran bütün vəzifələr icra olunacaq və Gəncənin sürətli inkişafı gələcəkdə də təmin ediləcəkdir. Əlbəttə ki, biz şəhərin sənaye potensialının inkişafına böyük diqqət göstəririk və göstərəcəyik. Şəhərdə yeni böyük sənaye müəssisələri yaradılmalıdır, ilk növbədə alüminium zavodu, ondan sonra böyük metallurgiya kompleksi. Bir müddət bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin təməl daşı qoyulmuşdur. Ancaq müəyyən maliyyə çətinliklərinə görə onların tikintisi bir az yubanmışdır. Hesab edirəm ki, 2010-cu ildə işlər daha sürətlə getməlidir.

Şəhərin infrastrukturunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu il Bakı-Gəncə magistral avtomobil yolu istifadəyə veriləcəkdir. Bu da çox böyük bir hadisədir. Əlbəttə ki, Gəncədə belə gözəl, müasir mehmanxanaların tikilməsi onu göstərir ki, investorlar da şəhərin gələcəyinə inamla yanaşırlar. Əgər belə olmasaydı, investorlar heç vaxt böyük vəsait qoymazdılar. Şəhərin gələcəyinə, Azərbaycanın gələcəyinə investorlarda çox böyük inam vardır. Əlbəttə ki, bu inamın da böyük əsası vardır. Çünki ölkəmiz inkişaf edir. Hətta bütün dünya üçün ən çətin olan 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Dünya miqyasında iqtisadi inkişaf templərinə görə Azərbaycan birinci yerdədir. Çox sevindirici hal ondan ibarətdir ki, bu ilin birinci ayının yekunlarına görə də Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artıbdır. Bu onu göstərir ki, uğurlarımız əsaslıdır. Bunun möhkəm əsası vardır və dünyada bir neçə ölkəyə böyük problemlər gətirən böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib.

Biz özümüzü düşünülmüş siyasətlə, iqtisadi islahatlarla qoruya bildik. Ölkəmizin hərtərəfli inkişafının nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Regionların inkişafı davam edir. Mən sabah bölgələrdə olacağam. Yeni müəssisələrin istifadəyə verilməsi ilə bağlı tədbirlər keçiriləcəkdir. İstərdim ki, bütün Azərbaycan vətəndaşlarına 2010-cu ildə yeni uğurlar arzulayım.

Bu gün mənim Gəncəyə səfərim nəzərdə tutulmurdu. Ancaq mənə məlumat verildi ki, mehmanxana hazırdır. Xahiş olunur ki, mən mehmanxananın açılışında iştirak edim. Ona görə mən gəldim sizin yanınıza, bu mehmanxananın açılışında sizinlə bərabər iştirak edirəm. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Gəncənin tarixində belə gözəl hadisələrin sayı çox olsun.

Gəncə ictimaiyyəti adından çıxış edən Telman MƏLİKOV dövlətimizin başçısına təşəkkür edərək dedi:

-Möhtərəm cənab Prezident, biz gəncəlilər Sizi ürəkdən təbrik edirik. Sizə böyük hörmət və ehtiramımızı bildiririk. Siz şəhərimizə - qədim Nizami yurduna xoş gəlmisiniz.

Ulu öndər Heydər Əliyev Gəncə şəhərinə, gəncəlilərə hər zaman böyük qayğı və diqqət göstərmişdir. Cənab Prezident, bu gün bu siyasət Sizin tərəfinizdən yüksək səviyyədə həyata keçirilir. Son altı ildə Gəncə şəhərinə 10 səfəriniz buna bariz nümunədir. Bu on səfər böyük bir tarixdir. Sizin hər dəfə şəhərə gəlişiniz bütün gəncəlilər üçün bir bayramdır. Sizin səfərləriniz böyük dəyərlərə malikdir. Sizin səfəriniz, Sizin gəlişiniz bizi çox sevindirir və hədsiz qürur duyuruq.

Page 36: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

36    

Sizin xüsusi diqqətiniz, qayğınız nəticəsində şəhərimiz öz tarixi simasını saxlamaqla gündən-günə müasirləşir, gözəlləşir və sürətlə inkişaf edir. Qeyd etmək istəyirəm ki, bu inkişaf geniş spektrə malik olmaqla məhz dialektik inkişafdır. Bütün bu işlərə görə, cənab Prezident, Siz tarixə qurucu, yaradıcı, yaradan bir Prezident kimi daxil olacaqsınız.

Bu gün açılışına toplaşdığımız müasir, gözəl mehmanxana artıq şəhərimizin yeni səviyyəyə daxil olmasından xəbər verir. Biz gəncəlilər bütün bunlara görə Sizə hədsiz minnətdarıq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, cənab Prezident, şəhərimizdə Sizin siyasətinizə böyük məhəbbət, böyük sədaqət vardır. Biz ziyalılar, bütövlükdə xalqımız Sizinlə fəxr edir. Biz ziyalılar hər zaman Sizinləyik. Bir daha Nizami yurduna xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bir daha bu hadisə münasibətilə sizi təbrik edirəm. Mən Gəncənin gələcək inkişafı ilə bağlı bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına göstərişlər verdim. Gəncənin inkişafı üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulur ki, şəhər daha da gözəlləşsin, öz tarixi simasını saxlamaqla müasirləşsin və şəhərdə yaşamaq, istirahət etmək üçün bütün şərait daha da yaxşı olsun. Bu məqsədlə əlavə tədbirlər planı hazırlanır və yəqin ki, yaxın zamanlarda bütün gəncəlilər bunu görəcəklər.

Bu gözəl mehmanxananın açılışı rəmzi xarakter daşıyır. Onu göstərir ki, hətta nəinki Bakıda, başqa şəhərlərdə də belə gözəl, beşulduzlu, dünya səviyyəli mehmanxanalar tikilir. Azərbaycanın inkişafı bundan sonra daha da sürətlə getməlidir. Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə cansağlığı və uğurlar arzu edirəm.

“Xalq qəzeti”.- 2010.- 12 fevral.-N 33.-S.2.

Page 37: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

37    

Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Ağdaş, 12 fevral (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də

Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV ağdaşlıları təbrik edərək dedi: -Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Ağdaşda gözəl, yeni, müasir Olimpiya Kompleksinin

açılışı böyük hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar.

Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz həllini tapmalı idi.

Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki, mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm.

Ümumiyyətlə, Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış oldum. Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar.

Ağdaşın hərtərəfli inkişafı üçün başqa tədbirlər də görülür. Bu gün Ağdaşın su təchizatını təmin etmək üçün birinci mərhələnin açılışını qeyd etdik. Ağdaşa artıq təmiz içməli suyun verilməsi təşkil ediləcəkdir. İkinci mərhələnin başa çatması nəticəsində su-kanalizasiya sistemi tamamilə yenidən qurulacaqdır. Bu da hər bir insan üçün çox vacib məsələdir. Bu gün, eyni zamanda, Ağdaşda tikiləcək yeni müasir, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da rayonun tələbatını təmin etmək üçün çox vacib məsələdir. Yeni yarımstansiya istifadəyə veriləcəkdir. Yəni ki, bax bu gün rayonda nəzərdə tutulmuş tədbirlər əslində bütün sahələri əhatə edir - təhsil, idman, səhiyyə, su və elektrik enerjisi təchizatı. Bax, Azərbaycan bu cür inkişaf edir.

Növbəti illərdə bizim bütün planlarımız, gələcək planlarımız da icra olunacaqdır. Çünki bunu deməyə əsas odur ki, bu günə qədər bütün görülən işlər planlı şəkildə aparılır, proqram üzrə aparılır. Regionların sosial-iqtisadi inkişafı proqramı 2004-2008-ci illərdə tam başa çatıb. Biz yeni proqramın icrası üzərində işləyirik. Regionların gələcək inkişafının təminatı - həm maliyyə, həm texniki təminatı tam təşkil edilibdir. İnfrastruktur layihələri, sosial obyektlər, məktəblər, xəstəxanalar. Hər bir bölgə üçün xüsusi, konkret plan vardır və biz bu plan əsasında irəliyə gedirik.

Son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olubdur. Hətta 2009-cu ildə, baxmayaraq ki, böhran bizə də təsir edib, yenə də Azərbaycan dünya miqyasında birinci ölkə olubdur. Dünya miqyasında birinci olmaq çox çətin məsələdir. İqtisadi inkişaf sahəsində dünya miqyasında birinci olmaq, əlbəttə ki, asan məsələ deyildir. Bunun səbəbi bizim apardığımız siyasətdir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Əgər bu olmasaydı, əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqları bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələləri yaradır.

Mənə bu yaxınlarda verilən məlumata görə, hətta 2010-cu ildə də Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə artır və bu da bizi əlbəttə ki, sevindirir. Biz bu inkişafı nəinki statistik göstəricilərdə, gündəlik həyatda görürük. Görülən işlər bunun bariz nümunəsidir. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər

Page 38: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

38    

istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər bütün əsas məsələlər öz həllini tapacaqdır. Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki, Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır. Mən sizi bu gözəl hadisələr münasibətilə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

“Xalq qəzeti”.- 2010.- 13 fevral.-N 34.-S.3.

Page 39: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

39    

Prezident İlham Əliyevin Ağdaş və Göyçay rayonlarına səfəri Göyçay rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Göyçay, 12 fevral (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də

Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV göyçaylıları təbrik edərək dedi: -Gözəl mərkəzin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Heydər Əliyev Mərkəzinin binası

doğrudan da çox gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda, müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur. Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə istifadə etsin.

Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, eksponatlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir. Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz 1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar. Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi. Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur.

Əfsuslar olsun ki, xalqımız üçün ən çətin anlarda, Sovet İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər. Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki, bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə çevrildi.

2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir. Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik.

Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq.

2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi - həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər, xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları istifadəyə verildi. 2009-cu ildə Azərbaycan vətəndaşları demək olar ki, bu böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı. Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və bunu da edirik. 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur və bu, artıq reallıqdır. Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki, xarici yardımlar hesabına. Hamımız bilirik ki, 2009-cu ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün layihələrin icrası davam etdirildi. 2009-cu ildə iqtisadiyyatımız, ən yüksək templərlə artıbdır. 2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə də Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin inkişafını

Page 40: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

40    

təmin edən və göstərən vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu məqsədlə bütün layihələr plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi uğurla icra edilir. Əminəm ki, biz 2013-cü ilə qədər bu proqramın uğurlu icrasına nail olacağıq.

Bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılır, gözəl binalar tikilir. Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay rayonunun timsalında da bariz şəkildə görə bilərik. Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıbdır. Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki, rayonda işlər yaxşı gedir, yaxşı nəticələr göz qabağındadır. Bu gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün, kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir. Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.

Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd təsərrüfatının, digər sahələrin, emal sahələrinin inkişafı üçün lazımi tədbirlər görülür. Mən ümid edirəm ki, Göyçay həmişə olduğu kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi inkişaf sahəsində ön sıralarda olacaqdır. Bütün bu işləri görmək üçün əlbəttə ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu səfərbərlik vardır və mən ümid edirəm ki, Göyçayın uğurlu inkişafı növbəti illərdə davam edəcəkdir. Bu işlərdə sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün işlər yüksək səviyyədə aparılsın. Bir daha gözəl, möhtəşəm, əzəmətli Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi təbrik edirəm.

“Xalq qəzeti”.- 2010.- 13 fevral.-N 34.-S.4.

Page 41: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

41    

2010-cu il Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində dönüş ili kimi yazılacaqdır

Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir

Bakı, 18 fevral (AzərTAc). Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açmışdır.

Prezident İlham Əliyevin

giriş nitqi

-Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Biz bütün il ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərməliyik. Artıq uzun illərdir ki,Azərbaycanda bu istiqamətdə işlər görülür. Bir müddət bundan əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni zamanda, konkret icra mexanizmləri də müəyyən edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm iqtisadi göstəricilər əyani şəkildə sübut edir, eyni zamanda, Azərbaycanda görülən işlər göz qabağındadır. Bizim iqtisadiyyat 6 il ərzində təxminən 3 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan inkişafdır. Hətta bütün dünya üçün ağır olan 2009-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur.

Bütün bu işlərin təməlində apardığımız islahatlar, ölkəmizin hərtərəfli inkişafı, regionların sosial-iqtisadi inkişafının icrası ilə bağlı görülən tədbirlər, regional proqramın birinci mərhələsinin uğurla başa çatdırılması və Azərbaycanda gözəl investisiya iqliminin yaradılması dayanır. Bu gün Azərbaycanda investisiyalar həm xaricdən daxil edilir, həm də ancaq son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu onu göstərir ki, artıq Azərbaycan dövləti və Azərbaycan şirkətləri öz ölkəsinə böyük sərmayə qoyulması istiqamətində önəmli addımlar atırlar.

Azərbaycanda investisiya iqlimi gələcəkdə də müsbət olacaqdır. 2009-cu ildə həm beynəlxalq maliyyə qurumları, həm kommersiya bankları, yəni dünyada fəaliyyət göstərən kommersiya bankları müəyyən dərəcədə maliyyə sıxıntıları içində idilər. Buna baxmayaraq, Azərbaycana ayrılan kreditlər, onların məbləği artır. Xarici şirkətlər hətta 2009-cu ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayənin qoyulması istiqamətində vacib addımlar atmışlar. 2009-cu ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacib sənaye obyektlərinin açılışında iştirak etmişik, eyni zamanda, çox vacib müəssisələrin təməl daşı qoyulmuşdur.

Görülən bütün bu işlər, yenə də deyirəm ki, çox konseptual xarakter daşıyır. Biz çox ciddi proqram üzərində işləyirik. Proqram çoxşaxəlidir. Proqramın əsas vəzifəsi Azərbaycan iqtisadiyyatını gücləndirmək, şaxələndirmək, Azərbaycanın bütün problemlərini həll etmək, insanların sosial problemlərinin həlli üçün vacib addımlar atmaq və beləliklə, ölkəmizin müstəqilliyini, iqtisadi azadlığını, iqtisadi müstəqilliyini gücləndirməkdir. Azərbaycanda sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradılması, əlbəttə, həmişə olduğu kimi, prioritet məsələlərdən biridir.

Əlbəttə ki, son illərdə ölkə qarşısında duran əsas vəzifələr diqqət mərkəzindədir. Çünki biz çalışırdıq və çalışırıq ki, ölkəmiz uğurla inkişaf etsin. İlk növbədə ölkə üçün ən vacib problemlərin həllinə diqqət göstərilmişdir. İnfrastruktur layihələri, iqtisadi islahatlar, investisiyalar, sosial məsələlərin həlli. Energetika sektorunda böyük sərmayələr qoyulubdur. Həm neft-qaz istehsalı bir neçə dəfə artıbdır, eyni zamanda, Azərbaycan öz ixrac imkanlarını böyük dərəcədə genişləndirə bilibdir. Bizim neft-qaz sahəsindəki uğurlar bütün dünya tərəfindən tanınır. Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq dünyada təsdiq edibdir. Bu gün çoxşaxəli ixrac marşrutlarımız imkan verir ki, təkcə bir marşrutdan asılı olmayaq. Beləliklə, həm iqtisadi, həm siyasi imkanlarımız daha da genişlənir.

Elektrik enerjisinin istehsalı üçün əlavə güclərin yaradılması istiqamətində də çox vacib, konkret addımlar atılmışdır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bununla bərabər, ərzaq təhlükəsizliyinin təmin edilməsi işində vacib addımlar atılmışdır, böyük investisiyalar qoyulmuşdur. Bu gün biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki, təmin edirik. Çalışmalıyıq ki, yerli istehsalı daha da artıraq və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı bütün məsələləri həll edək, yeni bazarlar əldə edək. Beləliklə, kənd təsərrüfatının inkişafını da gələcəkdə təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir.

Page 42: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

42    

Mən bütün bu məsələləri ona görə deyirəm ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalı idi, onların böyük əksəriyyəti öz həllini tapıbdır. Gələcək illərdə, xüsusilə regionların və ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin uğurla başa çatdırılması üçün 2013-cü ilə qədər bütün əsas məsələlər öz həllini tapmalıdır.

Ekologiya məsələlərinə gəldikdə, sirr deyil ki, əsrlər boyu bizim regionda bu məsələlərə ciddi diqqət verilmirdi. Ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması sanki beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı. Yəni, hətta ekologiya sözü, əvvəlki illərdə o qədər də çox işlədilmirdi. Beləliklə, Abşeron yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənibdir. Neft tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir. Məişət tullantılarının utilizasiyası məsələləri ilə demək olar ki, ciddi məşğul olmamışıq. Azərbaycanda içməli su problemi həmişə, bütün dövrlərdə ən ciddi, ən böyük problemlərdən biri idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini gözləyən əsas problemlərdən biridir. Yəni ki, bütövlükdə ekologiya məsələlərinə bir az ögey münasibət bəslənilirdi. Deyə bilərəm ki, bütün sovet məkanında, postsovet məkanında, Sovet İttifaqı zamanında daha çox planın icrası məsələləri nəzərdə tutulurdu. Ancaq ekoloji tədbirlər ya yarımçıq görülürdü, ya görülmürdü.

Sovet İttifaqına xas olan bütün bu ümumi meyillərə baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır. O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində vacib addımlar atılmışdır. Yəni, bütün bu məsələlər o vaxt imkan daxilində görülürdü. Ancaq əlbəttə ki, Azərbaycan müstəqil dövlət deyildi və bu sahədə müstəqil siyasət apara bilmirdi.

Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir.

Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini gözləyən əsas məsələlər aydındır. Bu gün biz bu barədə danışacağıq. Ətraf mühitin qorunması, əhalinin içməli su ilə təmin edilməsi - bu istiqamətdə də kompleks tədbirlər görülür. Hansısa bir istiqamətdən söhbət getmir. Burada həm də Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. Ümid edirəm ki, bu il bu su kəməri - Bakıya hava-su kimi lazım olan bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz içməli su ilə təmin ediləcəkdir. Samur-Abşeron kanalının tikintisi, - bu da çox böyük vəsait tələb edən layihədir, - uğurla davam edir. Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular quraşdırılıbdır və 220 mindən çox vətəndaş - əvvəllər çay sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam etdirilməlidir.

İçməli su ilə bərabər, əlbəttə ki, biz həm Bakının, həm ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələlərini həll etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir. Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin, müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə, şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz həllini tapacaqdır.

Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3 milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük. Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu gün bu barədə eşidəcəyik.

Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür.

Page 43: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

43    

Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq.

Əlbəttə ki, bu, asan proses deyildir. Çox böyük tədbirlərin görülməsi nəzərdə tutulur. Ancaq biz bunu etməliyik.

Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar atılsın. Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır.

İndi isə söz verilir ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- Mən hesab edirəm ki, müşavirədə iştirak edən bütün vəzifəli şəxslər öz sahələrində ekoloji tədbirlərin

gücləndirilməsi işində praktiki addımlar atacaqlar. Bu gün məruzə edilən məsələlər öz həllini gözləyir. Əlbəttə ki, görülən işlər haqqında bu gün danışıldı və bu da çox vacibdir. Çünki bu, onu göstərir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi işlər aparılır və çox ciddi yanaşma vardır. Ancaq görülən işlərlə bərabər, biz diqqəti daha da çox həllini gözləyən işlərə yönəltməliyik. Konkret addımların atılması nəticəsində, əminəm ki, bu gün burada səslənən və səslənməyən digər vacib məsələlər öz həllini tapacaqdır.

Hesab edirəm ki, ekoloji tarazlığın bərpası istiqamətində, bütün istiqamətlərdə vacib addımların atılması nəzərdə tutulur. Onların bəziləri artıq öz həllini tapıb və biz gələcəkdə bu istiqamətlər üzrə daha da böyük işlər görəcəyik. Onu demək istəyirəm ki, elə bir sahə yoxdur ki, o sahə konkret təkliflərlə təmin edilməsin. Konkret icra mexanizmləri vardır və biz onları daha da dəqiqləşdirməliyik.

Ağacların əkilməsi və yaşıllıqların yaradılması istiqamətində əlavə tədbirlər görüləcəkdir. 2010-cu ildə həm büdcə vəsaiti nəzərdə tutulub, eyni zamanda, digər mənbələrdən istifadə edilməlidir. Mən giriş sözümdə qeyd etdim ki, ictimaiyyət geniş mənada bu işlərə çox fəal qoşulmuşdur. Qarşıda qoyulan vəzifə - Bakıda və Abşeronda üç milyon ağacın əkilməsi proqramı əminəm ki, tezliklə öz həllini tapacaqdır. Mən çox şadam ki, bütün ölkədə, bütün şəhər və rayonlarımızda bu işlər geniş vüsət alıb və insanlar çox böyük fəallıq göstərirlər. Bu gün burada qeyd edildi ki, kanalizasiya sularından təkrar istifadə layihəsi işlənilməlidir. Yaxın Şərq ölkələrində və digər ölkələrdə bu təcrübə vardır. Biz bütün imkanlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Biz damcılı suvarma sisteminə keçməliyik. Çünki bizim işimiz ağacların əkilməsi ilə bitmir. Əsas məsələ ağaclara qulluq etmək, onları vaxtlı-vaxtında suvarmaq və onlara xidmət göstərməkdir. Mən istəmirəm ki, bu ağacəkmə məsələləri ancaq ağacların əkilməsi ilə məhdudlaşsın və ondan sonra ağacların gələcək taleyi diqqətdən kənarda qalsın. Yox, bir halda ki, bu ağaclar əkilir, ağaclara qulluq edilməlidir və bütün lazımi tədbirlər görülməlidir.

Əhalini içməli su ilə təmin etmək üçün qeyd olunduğu kimi, kompleks tədbirlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi daha da sürətlə getməlidir. Qeyd etdiyim kimi, bu il kəmər istifadəyə verilməlidir. Modul təmizləyici qurğular nəinki Kür-Araz boyu yerləşən kəndlərdə, digər çaylar üzərində yerləşən kəndlərdə də quraşdırılmalıdır. Bu proses gedir və biz modul qurğuların quraşdırılması ilə böyük sosial məsələnin həllini təşkil edəcəyik. Burada da əsas məsələ ondan ibarətdir ki, bu qurğular istifadəyə veriləndən sonra onlara xidmət göstərilsin. Bu iş hazırda bələdiyyələrə həvalə edilibdir. Mən bütün bələdiyyələrdən tələb edirəm ki, bu işlərə ciddi yanaşsınlar, bu qurğular diqqətsiz qalmasın və onların istismarında bütün lazımi tədbirlər görülsün. Çünki əgər, bu qurğulara lazımi xidmət göstərilməsə, onda bir müddətdən sonra onlar sıradan çıxacaqdır.

Kanalizasiya sisteminin yeniləşməsi və yaradılması istiqamətində vacib addımlar atılır. Hövsan aerasiya stansiyası qeyd olunduğu kimi, istismara verilmişdir. Bakının kanalizasiya sistemi tam şəkildə yenidən qurulmalıdır. Bununla bərabər, bu işlər digər şəhər və rayonlarımızda getməlidir. Bu işlər böyük bir proqram çərçivəsində aparılır. Azərbaycan bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir və biz artıq

Page 44: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

44    

ilkin layihələrin icrasını da görürük. Bu yaxınlarda Göyçay və Ağdaş rayonlarında olarkan, orada həm içməli suyun verilməsini qeyd etdik, eyni zamanda, rayonların, rayon mərkəzlərinin içməli su və kanalizasiya sistemi ilə tam şəkildə təmin edilməsi haqqında mənə təqdimat göstərilmişdir. Yəni, demək olar ki, bütün şəhər və rayonlarımız bu proqramla əhatə olunur. Çalışmalıyıq ki, bu məsələlər tezliklə öz həllini tapsın. Çünki bu gün qeyd etdiyim kimi, əsas ciddi problemimiz içməli su və kanalizasiya problemidir. Əvvəlki illərdə elektrik enerjisi və qazla təminat ən ciddi problemlər sayılırdı. Bu istiqamətdə çox vacib addımlar atılıb. Demək olar ki, problemlərin əsas hissəsi öz həllini tapıb. Bu gün içməli su, kanalizasiya problemləri öz həllini gözləyən problemlərdən biridir.

Kanalizasiya sisteminin quraşdırılması Xəzər dənizinin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına xidmət göstərəcəkdir. Bu istiqamətdə vacib addımlar atılıb. Artıq iki ildir ki, çimərliklərimiz vətəndaşlar üçün açıqdır. Əvvəlki illərdə Səhiyyə Nazirliyi hər il bahar-yay mövsümlərində açıqlamalar verirdi ki, o çimərlikdən istifadə edilməməlidir, bu çimərlikdə ekoloji vəziyyət bərbaddır. Beləliklə, Bakının demək olar ki, bütün çimərliklərindən insanlarımız istifadə edə bilmirdilər, yaxud da ki, istifadə edirdilər, ancaq bunun ciddi mənfi nəticələri ola bilərdi. Son iki il ərzində demək olar ki, şəhərimizin əsas çimərliklərində ekoloji vəziyyət yaxşıdır, suyun tərkibi yaxşıdır, təmizdir. Bu proses davam etdirilməlidir ki, bu günə qədər kanalizasiya və təmizləmə sistemləri ilə təmin edilməyən bölgələrdə də tezliklə bu sistemlər quraşdırılsın.

Bakı buxtasının təmizlənməsi bizim ümumi işimizdir. Bakı buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl sərvəti qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı buxtasında suyun təmizliyi bizi heç cür qane edə bilməz. Ciddi tədbirlərin görülməsi üçün mənim tərəfimdən müvafiq göstərişlər verilmişdir. Ümid edirəm ki, yaxın zamanlarda kompleks tədbirlərin görülməsi nəticəsində Bakı buxtasında suyun təmizliyi lazımi səviyyədə olacaqdır. Bu çox ağır məsələdir. Bu asan məsələ deyildir. Onilliklər, əsrlər boyu Bakı buxtası çirkləndirilibdir. Nəinki kanalizasiya axınları Bakı buxtasının ekoloji vəziyyətini ağırlaşdırırdı, eyni zamanda, neft-qaz əməliyyatları nəticəsində Bakı buxtası neft tullantıları ilə böyük dərəcədə çirklənmişdir.

Ancaq lazımi tədbirlər görülərsə, biz bu məsələnin həllinə də nail ola biləcəyik. Hesab edirəm ki, vacib olan məsələlərdən biri Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik. Bizim böyük su mənbəyimiz vardır. Sirr deyil ki, bizi qidalandıran çayların böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır və biz ekoloji təhlükəsizliyin, su təhlükəsizliyinin təmin edilməsi üçün əlbəttə ki, Xəzər dənizinin suyundan dediyim məqsədlər üçün də istifadə etməliyik. Mən əminəm ki, pilot layihəsi uğurlu olacaqdır. Çünki burada yenə də deyirəm ki, heç bir yenilik yoxdur, müxtəlif ölkələrdə bu təcrübədən istifadə edilir. Düzdür, bu, bahalı bir layihədir. Ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün biz, hesab edirəm ki, maliyyə problemlərinə baxmamalıyıq, biz bunu təmin etməliyik. 2010-cu ildə, hesab edirəm ki, biz ilkin layihəni görməliyik.

Meşələrin qorunması məsələləri çox böyük əhəmiyyət daşıyır. Bu gün bu barədə deyilmədi, ancaq bu məsələyə də çox ciddi diqqət göstərilməlidir. Meşələri qıranlar cəzalandırılmalıdırlar, onlara qarşı ciddi tədbirlər görülməlidir. Eyni zamanda, Azərbaycanda qazlaşdırılma prosesi daha da sürətlə getməlidir. Bu gün Azərbaycanda qazlaşdırılma demək olar ki, 85 faizdir. Ancaq bu 85 faiz o demək deyil ki, hər bir yaşayış məntəqəsində əhalinin 85 faizi qazla təmin edilir. Bu 85 faizin böyük əksəriyyəti Bakı, Sumqayıt və böyük şəhərlər hesabına formalaşır. Biz elə etməliyik ki, bütün rayonlarda, əlbəttə ki, indi bütün rayon mərkəzlərinə qazın verilməsi təmin edilir, rayon mərkəzlərinə yaxın olan kəndlərə də qaz xətləri çəkilməlidir. Biz çalışmalıyıq ki, Azərbaycanda qazlaşdırılmanı ən azı 90 faizə qaldıraq. Beləliklə biz meşələrin qırılmasına da sədd qoymuş olarıq.

Bakıda məişət tullantıları zavodunun tikintisi başlamışdır. Bu böyük maliyyə vəsaiti tələb edən layihədir. Ancaq Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əvəzolunmaz rol oynayacaq layihədir. Balaxanı poliqonunda işlər gedir, “Təmiz şəhər” qurumu yaradılmışdır. Növbəti illərdə Balaxanı məişət tullantıları zavodunun istismara verilməsi nəticəsində Bakının havası böyük dərəcədə təmizlənəcəkdir. Biz artıq bunu görürük, artıq əvvəlki illərdə olduğu kimi, o yerdən tüstü də gəlmir, orada çeşidlənmə aparılır və bütün lazımi tədbirlər görülür ki, biz bu məsələni birdəfəlik həll edək. Ondan sonra və onu da deyə bilərəm ki, biz bununla paralel olaraq başqa şəhərlərdə də məişət tullantılarının utilizasiyası məsələləri ilə ciddi məşğul olmalıyıq. Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter daşımalıdır. Bibiheybət buxtasının təmizlənməsi birinci mərhələ idi. Çünki deyə bilərəm ki, ən acınacaqlı vəziyyət məhz orada idi, şəhərin elə bil ki, mərkəzidir, şəhərə girişdir. Bu gün göstərilən fotoşəkillər onu göstərir ki, hər şeyi etmək mümkündür. Bibiheybət

Page 45: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

45    

buxtasında neftlə çirklənmiş ərazilərdə görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir. Beləliklə, biz Abşeron yarımadasını neftlə çirklənmiş yerlərdən, gölməçələrdən təmizləyəcəyik.

Torpaqların və göllərin bərpası məsələləri də öz həllini tapmalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə gətirməliyik. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən, Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta, Daşgil gölləri abadlaşdırılmalıdır. Bu göllərin abadlaşdırılması üçün konkret təkliflər vardır. İndi biz gərək maliyyə mənbələri müəyyən edək ki, bu işləri də aparaq. Beləliklə, biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik.

Atmosfer havasının mühafizəsi üçün ciddi tədbirlər görülür. Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu, özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz Avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz “Avro-2” və ondan sonra “Avro-3”, “Avro-4”, “Avro-5” səviyyəsinə çatmalıyıq. Biz bu sahədə ölkədəki vəziyyəti tam şəkildə Avropa standartlarına uyğunlaşdırmalıyıq.

Bərpa olunan enerji növlərinin yaradılması işində ciddi addımlar atılır və bu istiqamətdə artıq ilkin layihələr müzakirə olunur. Azərbaycanda su, günəş, külək enerji növlərinin yaradılması işləri aparılmalıdır, müxtəlif xəritələr var, bütün su mənbələrimiz artıq bəllidir. Bu yaxınlarda Göyçayda kiçik su elektrik stansiyasının təməl daşı qoyulmuşdur və bu proses uğurla davam etdiriləcəkdir. Beləliklə, biz Azərbaycanda ekoloji cəhətdən təmiz enerji növlərinin yaradılmasına nail olacağıq. Onu da deyə bilərəm ki, biz son illər ərzində Azərbaycanda bu sahədə, enerji istehsalı sahəsində aparılan islahatlar nəticəsində artıq mazutdan istifadə etmirik, mazut yandırmırıq. Bizim bütün elektrik stansiyalarımız qazla işləyir və bu, həm iqtisadi səmərəliliyi artırır, eyni zamanda, ekoloji vəziyyəti daha da yaxşılaşdırır. Ancaq, əlbəttə, çalışmalıyıq ki, bərpa olunan enerji növlərindən istifadə edərək, həm ucuz enerji əldə edək, eyni zamanda, ekologiyamızı daha da yaxşı qoruyaq.

Əlavə tədbirlərin görülməsi üçün konkret təkliflər vardır. Bu təkliflər bir daha təhlil edilməlidir. Bütün aidiyyəti qurumlar, nazirliklər, dövlət qurumları bir daha bu məsələləri təhlil etməlidir və əlavə tədbirlərin görülməsi üçün konkret plan hazırlanmalıdır, onun maliyyə mənbələri müəyyən edilməlidir. 2010-cu ilin dövlət büdcəsində bu məqsədləri təmin etmək üçün maliyyə resursları vardır. Əgər onlar kifayət etməsə, biz baxmalıyıq, hansı mənbələrdən bu məqsədlər üçün maliyyə dəstəyini artıraq. Texniki imkanlar kifayət qədər vardır. Azərbaycanda son illər ərzində böyük sayda müxtəlif texnikalar alınmışdır. Əgər əlavə texnikaların alınması üçün ehtiyac olarsa, biz bunu da həll etməliyik. Hər bir layihə üzrə konkret müddət və icra mexanizmləri nəzərdə tutulmalıdır. Bizim bütün proqramlarımız konkret xarakter daşıyır, bütün proqramlarımız icra olunur. Bu vaxta qədər bütün istiqamətlərdə işlər konkret proqramlar əsasında görülmüşdür. Bizim siyasətimiz şüar naminə aparılmır. Biz konkret məsələni aşkar edirik, təhlil edirik və o məsələnin həlli üçün konkret addımların görülməsi nəzərdə tutulur və tutulmalıdır. Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar. Mən artıq bu gün burada səslənən fikirlər və məruzələr əsasında konkret təkliflər gözləyirəm ki, biz onları tezliklə reallaşdıraq. Beləliklə, 2010-cu il Azərbaycan tarixində nəinki “Ekologiya ili” kimi qalacaq və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 19 fevral.-N 39.-S.1-3.

Page 46: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

46    

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş

konfrans keçirilmişdir Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir

Bakı, 12 mart (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də

Dənizkənarı Milli Parkda yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

-Əziz dostlar, bu gün biz yeni açdığımız Bakı Biznes Mərkəzində toplaşmışıq. Bu gözəl binanın açılışı

münasibətilə sizi və Bakı şəhərinin bütün sakinlərini ürəkdən təbrik edirəm. Çox gözəl, müasir, Bakıya yaraşan və şəhərimizə əlavə gözəllik yaradan binadır. Eyni zamanda, funksional baxımdan bu binanın çox böyük əhəmiyyəti vardır. Burada müxtəlif tədbirlər, konfranslar, biznes forumları keçiriləcəkdir. Eyni zamanda, birinci mərtəbədə sərgi üçün yerlər nəzərdə tutulub. Bu gün açılışdan sonra sərgidə nümayiş etdirilən eksponatlarla tanış oldum. Bir sözlə, Bakı Biznes Mərkəzi şəhərimizin gözəlləşməsi üçün və şəhərdə müasir infrastrukturun yaradılmasının davamı üçün çox vacib obyektdir.

Təsadüfi deyildir ki, bu binada birinci iclas ölkəmizin inkişafına yönəldilib. Artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir.

Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi.

Bu bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır.

Əslində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün istiqamətləri əhatə edir. Bu gün Azərbaycanda elə bir sahə, elə bir istiqamət yoxdur ki, o istiqamətin inkişafı üçün dövlət proqramı olmasın. Nəinki proqram, eyni zamanda, proqramı icra etmək üçün maliyyə mənbələri və texniki imkanlar da səfərbər olub.

Proqramın digər vacib vəzifəsi ondan ibarət idi ki, Azərbaycanda işsizliyin aradan qaldırılması üçün praktiki işlər görülsün. 2004-cü ildə qarşıya vəzifə qoyulmuşdur ki, beş il ərzində Azərbaycanda 600 min yeni iş yerləri açılmalıdır. O vaxt bu rəqəm bəzilərini çaşdırırdı və bəziləri hesab edirdi ki, bu, qeyri-real bir hədəfdir. Ancaq o rəqəm göydən düşməmişdir, o rəqəmin səslənməsində əsas məsələ ondan ibarət idi ki, düzgün hesablamalar aparılmışdır, bizim imkanlar təhlil edilmişdir və ölkəmizin perspektiv inkişaf planı haqqında da çox gözəl təsəvvür var idi. Beş il ərzində nəinki 600 min, 800 minə qədər yeni iş yerləri açılmışdır. Demək olar, bu gün Azərbaycanda işsizlik kimi böyük sosial problem, onun böyük hissəsi aradan qaldırılıb. Bunu biz hər bir bölgədə görürük. Eyni zamanda, bunu biz Azərbaycana son illərdə gələn xarici vətəndaşların sayının artmasında görürük.

Bu gün biz miqrasiya məsələlərini daha da ciddi şəkildə tənzimləməliyik. İlk növbədə ona görə ki, əmək bazarının tənzimlənməsi məsələləri yüksək səviyyədə həll olunsun, Azərbaycan vətəndaşlarının hüquqları daha da ciddi şəkildə qorunsun. Biz miqrasiyanı tənzimləməklə elə etməliyik ki, əlbəttə, xaricdən gələn vətəndaşlar üçün də yaxşı şərait yaradılsın. Ancaq, ilk növbədə, Azərbaycan vətəndaşları işlə təmin olunsunlar. İşsizliyin aradan qaldırılması həm böyük sosial problemin həlli deməkdir, eyni zamanda, işsizliyin aradan qaldırılması ancaq yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına baş verə bilər. Neft-qaz sektorunda yeni texnologiyalar tətbiq edilir və o sektorda iş yerlərinin açılması o qədər də geniş vüsət ala

Page 47: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

47    

bilməz. Əsas vəzifə, əsas məqsəd ondan ibarət idi ki, qeyri-neft sektorunda, bölgələrdə sahibkarlığın inkişafına nail olaq.

Yeni iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması, Azərbaycanda sahibkarlığa dəstək vermək üçün praktiki addımlar, kreditlər, subsidiyalar, fermerlərə dəstək və güzəştli şəraitin yaradılması, infrastruktur layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi - bütün bu amillər bir məqsədi güdürdü ki, ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkəmizin uğurlu perspektivlərini müəyyən edək, neft-qaz amilindən asılılığı azaldaq və Azərbaycan iqtisadiyyatını şaxələndirək. Deyə bilərəm ki, biz bütün istiqamətlərdə istədiyimizə nail ola bildik. Bu o demək deyil ki, bütün vəzifələr öz həllini tapıbdır. Əgər belə olsaydı, onda ikinci Dövlət Proqramının qəbul edilməsinə ehtiyac olmazdı.

Biz böyük işləri gördük, bərabər gördük. Bütün bölgələrdə sürətli inkişaf müşahidə olunurdu. Ancaq bununla bərabər, hələ ki, problemlər vardır və biz onları həll etməliyik. Biz bu problemləri bilirik. Problemlərin həll edilməsi üçün konkret addımlar atılır. Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur. Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır.

2009-cu ildə əldə edilmiş uğurlar əlbəttə ki, bizi ruhlandırır, sevindirir, yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız - Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu.

Uğurlarımızın təməlində əlbəttə ki, ciddi islahatlar dayanır. Baxmayaraq ki, Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər, aparılan islahatlar, iqtisadiyyatımızın liberallaşması və ciddi iqtisadi islahatlar bugünkü sürətli inkişafı təmin edir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları da Azərbaycanda aparılan islahatları görür, qiymətləndirir və mükafatlandırırlar. 2008-ci ildə Azərbaycan “Doing Business” Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Eyni zamanda, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdədir. Biz bütün MDB məkanında birinciyik. Bu da çox böyük nailiyyətdir.

Bu, onu göstərir ki, biz qısa müddət ərzində Azərbaycan iqtisadiyyatını şaxələndirə bildik. Yəni neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu, bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq.

Azərbaycan xarici sərmayələr üçün çox məqbul bir yerdir. Bu imici biz, ilk növbədə, neft-qaz sahəsində görülən işlər hesabına qazana bilmişik. Artıq bütün başqa sahələrə də investisiya qoyuluşu geniş vüsət alıbdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin yaradılması məhz o məqsədi güdürdü ki, bizim üçün lazım olan sahələrə xaricdən və yerli mənbələrdən, özəl sektor tərəfindən sərmayələr qoyulsun. Biz bu məqsədə çatmışıq. Bu gün Dövlət İnvestisiya Şirkətinin xətti ilə Azərbaycanda reallaşan layihələr böyük əhəmiyyət daşıyır. Azərbaycanın daxilində, bölgədə həm infrastruktur, həm nəqliyyat, həm kənd təsərrüfatı və digər sahələrdə görülən işlər Azərbaycanı daha da gücləndirəcəkdir.

Biz uzunmüddətli inkişaf perspektivlərimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə öz hesabına yaşaya bilsin, xalqımız öz

Page 48: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

48    

müqəddəratını həmişə olduğu kimi özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək.

Azərbaycan regionda çox mühüm rol oynayır. Bu, reallıqdır, bu, həqiqətdir və bu həqiqəti biz yaratdıq. Nə enerji mənbələrimiz, nə coğrafi vəziyyətimiz özü-özlüyündə bu vəziyyəti bizim üçün yarada bilməz. Ancaq düşünülmüş siyasət, prinsipial mövqe, müstəqil siyasət və əlbəttə ki, coğrafi vəziyyət və bölgədəki vəziyyətə bizim münasibətimiz və təsirimiz bütün bu gözəl şəraiti bizim üçün yaradır.

Bu gün ölkə daxilində problemlərimiz yoxdur. Çünki Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahədə vəziyyət çox müsbətdir, çox ürəkaçandır. Azərbaycanda azad yaşamaq, yaratmaq və işləmək üçün bütün şərait vardır. Biz nə qədər güclü olsaq, sözümüz də, beynəlxalq mövqelərimiz də o qədər güclü olacaqdır. Beynəlxalq mövqelərimiz gücləndikcə əlbəttə ki, bizi narahat edən bütün məsələlərdə biz istədiyimizə nail olacağıq. Bu illər ərzində əlbəttə ki, iqtisadi və sosial məsələlərin həllinə böyük diqqət göstərilmişdir. Ancaq ölkəmizin problemləri təkcə bunlarla bitmir.

Ordu quruculuğunda böyük işlər görülüb və ordumuz müasirləşib. Hərbi sənaye yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir faizi görünür.

Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir ölkə kimi yaşasın.

Bu məsələlər daim diqqət tələb edir. Bu gün görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün cəmiyyət bu işlərdə fəal çalışmalıdır.

Bugünkü görüş daha çox sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir. Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir.

Əgər kənd təsərrüfatı inkişaf etməsə, onda emal sənayesinin əhəmiyyəti də, necə deyərlər, olmayacaqdır. Gərək məhsul olsun ki, o, emal edilsin, ondan sonra bazarlara çıxsın. Biz bazarlara çıxmaq üçün daha da ciddi addımlar atmalıyıq və sahibkarları bu işdə də ciddi dəstəkləməliyik. Azərbaycan dövlətinin beynəlxalq imkanlarını nəzərə alaraq biz gərək onlara dəstək verək ki, sahibkarlıq Azərbaycanda sürətlə inkişaf etsin. Yenə də deyirəm ki, biz inkişaf etmiş ölkələrin də müsbət təcrübəsini götürməliyik. O ölkələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kiçik və orta sahibkarlıqdır. Biz də bu yolu getməliyik. Biz də elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Bu gün bu, belə deyildir və əlbəttə ki, bunu bu gün gözləmək sadəlövhlük olar. Çünki bizim böyük neft-qaz hasilatımız vardır. Biz sahibkarlığı nə qədər inkişaf etdirsək də, yenə də sahibkarlıqda yaranan məhsul, milli gəlir ona, neft-qaz sektoruna çatmaz. Amma bunu etməliyik, bütün şəraiti yaratmaqla, xarici bazarlara çıxmaqla, eyni zamanda, xaricə investisiyalar qoymaqla biz buna nail olmalıyıq.

Azərbaycan bazarı, - yəni əgər biz böyük ölkələrlə özümüzü müqayisə etsək, - kifayət qədər məhdud bazardır. Baxmayaraq ki, əhalimizin sayı artır, biz artıq 9 milyonuq, yenə də bu, reallıqdır, bu, məhdud bazardır. Bu gün bu bazarın böyük hissəsini, - hər halda mən ərzaq məhsullarını nəzərdə tuturam, - biz özümüz təmin edirik, özü də qısa müddət ərzində. Bütün əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün, - bu rəqəmləri mən sonra deyəcəyəm, - biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. İki-üç ildən sonra demək olar ki, 100 faiz təmin etməliyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var və o, böyük bazarlardır. Bizim beynəlxalq və xarici siyasətimiz o bazarları bizim üçün açıb. Ancaq biz yeni bazarlar axtarmalıyıq.

Biz keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq. Bunu etmək üçün əlbəttə ki, müasirləşmə, texnoloji yeniləşmə getməlidir. Bizim kənd təsərrüfatına aid olan ən mədəni formada istehsalımız yaradılmalıdır. Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olunsun. Bu gün biz imkanlarımızın böyük hissəsini artıq işə sala bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə tədbirlər görməliyik.

Page 49: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

49    

Yenə də qeyd etmək istəyirəm ki, bizim bütün planlarımız sistemli xarakter daşıyır. Biz hər istiqamətdə olduğu kimi, iqtisadi siyasətdə də öz fəaliyyətimizi proqram, plan, cədvəl, konkret müddəalar, maliyyə mənbələri, dövlət büdcəsinin, özəl sektorun, xarici sərmayədarların mənbələri üzərində cəm şəkildə qururuq. Xarici kreditlər, onlar da çox vacib rol oynayır, inkişafımızı təmin edir. Bu, artıq vardır. Əsas vəzifə proqramda nəzərdə tutulmuş bütün vəzifələri vaxtında və böyük keyfiyyətlə icra etməkdir. Ancaq yenə də deyirəm ki, bu, ölkəmiz qarşısında duran əsas sosial və iqtisadi məsələlərin həlli üçün kifayət edəcəkdir. Vəzifə qoyulub ki, ikinci Dövlət Proqramının icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapsın. Ancaq biz bundan da qabağa baxmalıyıq ki, ondan sonra Azərbaycan iqtisadiyyatı hansı meyillərlə inkişaf edəcəkdir?! Biz bu barədə əlbəttə ki, düşünürük və dövlət qurumları bunun üzərində işləyirlər, sahibkarlar da bu işlərə qoşulmalıdırlar. Azərbaycanda sahibkarlar artıq cəmiyyətimizin güclü bir hissəsi kimi formalaşır. Çox sevindirici haldır ki, bizim sahibkarlarda yeniliyə meyil güclənir. Onlar çalışırlar ki, ən gözəl şərait olsun, ən gözəl texnologiyalar gətirilsin. Azərbaycanda son illər ərzində istehsal olunan məhsullar yüksək standartlara cavab verir.

Bir sözlə, əsas məsələ ondan ibarətdir ki, biz nə istədiyimizi dəqiq bilirik. Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz iqtisadi azadlığımızı və müstəqilliyimizi daha da gücləndirək. Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik.

Ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki, dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları, siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur. Azərbaycan ən sürətlə inkişaf edən, sabit, möhkəm, dünyada öz rolunu oynayan ölkədir, öz prinsipial mövqeyindən çəkilən ölkə deyildir. Belə olan halda biz daim uğurlar qazanacağıq və Azərbaycanı inamla irəliyə aparacağıq.

İndi isə biz, müzakirələrə keçək və həm icra hakimiyyətləri nümayəndələrinin, eyni zamanda, sahibkarların çıxışları nəzərdə tutulub. Bu çıxışlara qulaq asaq və ondan sonra görüşümüzə yekun vuracağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin

yekun nitqi

- Biz birinci Dövlət Proqramı qəbul edildikdən sonra bu formatda hər il görüşürük. Bu görüşlərin böyük əhəmiyyəti vardır. Həm sahibkarlar, eyni zamanda, bütün rayonların icra hakimiyyətinin başçıları bu görüşlərdə iştirak edirlər. Həm görülən işlər təhlil edilir və ən önəmlisi ondadır ki, gələcək planlar da müzakirə edilir, əlavə tədbirlərin görülməsi üçün də konkret addımlar atılır. Mən əminəm ki, bu görüşdən sonra rayonların icra hakimiyyətinin nümayəndələri dövlət strukturlarının nümayəndələri ilə görüşəcəklər, proqramın birinci ilinin yekunlarını daha da geniş şəkildə müzakirə edəcəklər. Əgər ehtiyac olarsa, hər bir rayon üzrə nəzərdə tutulmuş proqrama əlavələr edilməsi haqqında təkliflər də səslənəcəkdir.

Hesab edirəm ki, birinci proqramın uğurlu icrasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, proqramın icrasına daim nəzarət olmuşdur. Bu nəzarət həm mənim bölgələrə səfərlərim zamanı həyata keçirilirdi, eyni zamanda, belə müşavirələrin keçirilməsi də bu istiqamətdə çox vacib addımlardır. Yəni əgər bu nəzarət olmasaydı və proqrama əlavələr edilməsəydi, görülən işlərə bəzən düzəlişlər edilməsəydi, yəqin ki, biz bu uğurları əldə edə bilməzdik. Bu gözəl təcrübəyə əsaslanaraq, biz 2013-cü ilə qədər nəzərdə tutulmuş bütün vəzifələri eyni qayda ilə həll etməliyik. Proqramın icrası yəqin ki, düzəlişlər tələb edəcəkdir. Çünki 2009-cu ildə qəbul edilmiş proqramda həllini gözləyən, yaxud da ki, qarşıya yeni çıxan məsələlərin hamısını nəzərdə tutmaq mümkün deyildi. Haradasa əlavələr, düzəlişlər, əlavə maliyyə mənbələrinin təşkil edilməsi məsələləri də öz həllini tapmalıdır.

Bir sözlə, hesab edirəm ki, birinci ilin yekunlarına dair daha da geniş müzakirələr aparılmalıdır. Ən önəmlisi, 2010-cu ildə görüləcək işlər haqqında geniş müzakirələr aparılmalıdır. 2010-cu ildə nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilməlidir. Bunu etmək üçün bir daha deyirəm ki, bütün imkanlar vardır. Dövlət Proqramının icrası, eyni zamanda, Azərbaycan dövlət büdcəsinin xərclərində də öz əksini tapır.

Page 50: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

50    

Dövlət büdcəsi təbii ki, qəbul ediləndə proqramda nəzərdə tutulmuş məsələlərin həlli üçün maliyyə mənbələrinin təşkil edilməsi də nəzərdə tutulmuşdur, yəni maliyyə problemləri olmayacaqdır. Azərbaycan büdcəsi, bu ilə nəzərdə tutulmuş xərclər, deyə bilərəm ki, çox konservativ şəkildə təmin edilmişdir. Bizim hələ böyük ehtiyatımız vardır. Ona görə də nəzərdə tutulmuş problemlərin həlli üçün maliyyə mənbələri vardır və maliyyə vaxtında açılacaqdır.

Texniki imkanlar da vardır. Son illərdə Azərbaycana çoxsaylı xarici istehsallı texnika gətirilibdir. Eyni zamanda, yerli istehsalın gücləndirilməsi sayəsində artıq texnikanın bir hissəsi Azərbaycanda istehsal edilir. Azərbaycanda rəqabətqabiliyyətli müəssisələr işə salınır. Onlar həm daxili tələbatı ödəyir, eyni zamanda, ölkəmizin ixrac potensialı da genişlənir. Odur ki, bütün bu işləri vaxtında və keyfiyyətlə icra etmək lazımdır. Sahibkarlar da ölkəmizin ümumi inkişafına öz töhfələrini verməyi davam etdirəcəklər. Bunu etmək üçün onların artıq öz vəsaitləri vardır. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlər nəzərdə tutulur. Onlar da verilməyə başlanmışdır. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin xətti ilə ölkəmizin inkişafı üçün vacib olan layihələr icra edilir. Sahibkarların öz maliyyə imkanları, özəl bankların imkanlarının genişlənməsi və bank resurslarının mövcudluğu, kredit resurslarının artırılması – bunlar da Azərbaycan iqtisadiyyatının inkişafına çox müsbət təsir göstərəcəkdir. Biz çalışmalıyıq ki, daxili istehsalı gücləndirmək üçün bütün imkanlardan istifadə edək. Beləliklə, Azərbaycanda yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, daxili tələbat maksimum dərəcədə Azərbaycanda istehsal olunan məhsullar hesabına təmin ediləcək, güclü ixrac potensialımız yaranacaq və yeni bazarların aşkarlanması işində əlavə tədbirlər görülməlidir.

2010-cu ildə həm ölkəmizin, həm sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələri davam etdiriləcəkdir. Bu infrastruktur layihələri icra olunmasaydı, sahibkarlığın inkişafı haqqında, ümumiyyətlə, söhbət gedə bilməzdi. İlk növbədə, biz özümüzü elektrik enerjisi ilə tam şəkildə təmin etdik və bu gün artıq böyük ixrac imkanlarına malikik. Qazlaşdırma prosesi sürətlə gedir, yollar çəkilir. Əgər müasir, gözəl yollar olmasa, bölgələrin inkişafı mümkün deyildir. Nə kənd təsərrüfatının, nə turizmin inkişafı mümkün deyildir. Ona görə dövlət xərcləri hesabına və xaricdən alınan kreditlər hesabına bu istiqamətlərdə bütün işlər görüləcəkdir. Hər halda hesab edirəm ki, 2010-cu il üçün nəzərdə tutulmuş bütün işlər görülməlidir. Ola bilər ki, biz nəzərdə tutulmamış bəzi istiqamətlərdə əlavə maliyyə vəsaitinin ayrılması ilə artıq işlər də görə bilək.

Bugünkü Azərbaycanda elektrik enerjisi ilə təminat 100 faiz nəzərdə tutulub. Qazlaşdırma prosesi də uğurla gedir. Artıq qazlaşdırma 85 faiz təşkil edilib və xüsusilə indi rayon mərkəzlərindən kənarda yerləşən məntəqələrin qazlaşdırılması gedir və bu işlər ən müasir standartlarla görülür. İnfrastruktur layihələrinin içərisində ən vacib, həllini gözləyən içməli su, kanalizasiya və suvarma məsələləridir. Biz bu məsələlər üzərində işləyirik və nəinki konkret proqramlar vardır, onlar artıq icra edilməyə başlanmışdır. Bütün rayonlarda, rayon mərkəzlərində içməli su, kanalizasiya sisteminin quraşdırılması nəzərdə tutulur. Məhz quraşdırılması, çünki əksər yerlərdə bu sistem ümumiyyətlə mövcud deyildir. Bu işlərin görülməsi artıq başlanıb. Hesab edirəm ki, əhalini narahat edən bu ciddi sosial problem qısa müddət ərzində aradan qaldırılmalıdır. Beləliklə, demək olar ki, əsas infrastrukturla bağlı məsələlər öz həllini tapacaqdır.

Suvarma məsələləri də həm dövlət büdcəsi, həm kreditlər hesabına öz həllini tapır. Biz yeni əkin sahələrini işə salmalıyıq. Kənd təsərrüfatı, əslində intensiv şəkildə inkişaf etməlidir. Ancaq hələ ki, dövriyyədən kənarda olan torpaqlar da suvarılarsa, bu torpaqlar artıq münbit vəziyyətə gətiriləcək və kənd təsərrüfatının inkişafı fermerlərin daha da səmərəli fəaliyyəti üçün həm əlavə gəlir mənbəyi yaradacaq, həm də ki, biz öz ərzaq təhlükəsizliyi məsələlərimizi daha da sürətlə icra edəcəyik. Bir daha demək istəyirəm ki, bütün bu məsələlər dövlət büdcəsində və nəzərdə tutulmuş proqramlarda öz əksini tapır. Sadəcə, onu deyirəm ki, biz 2010-cu ildə də bütün bu məsələləri yüksək templərlə həll edəcəyik. Azərbaycanda sosial infrastrukturun yaradılması davam etdiriləcəkdir. Bu da bölgələrdə yaşayan insanlar üçün çox vacibdir. Hər yerdə xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bu proses Azərbaycanda geniş vüsət alıb, 2010-cu ildə də davam etdiriləcək və 2013-cü ilə qədər əsas məsələlər öz həllini tapmalıdır.

Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib. Bu da təsadüfi deyildir. Çünki indi bu sahəyə ən böyük diqqət göstərilir. Biz xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji vəziyyəti qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Eyni zamanda, bölgələrdə də bu məsələyə diqqət göstərilməlidir. Konkret proqramlar vardır və yerli icra orqanları bu işlərə fəal qoşulublar. Mən bunu alqışlayıram. Daha da fəal olmaq lazımdır ki, biz istədiyimizə nail olaq. Biz Azərbaycanı ekoloji cəhətdən ən təmiz ölkəyə çevirməliyik. Baxmayaraq ki, əsrlər boyu xüsusilə Bakıda, Bakının ətrafında neft mədənlərində hasilatla bağlı məsələlər o qədər də ekoloji standartlara uyğun deyildi. Bizi böyük işlər gözləyir. Neftlə çirklənmiş bütün əraziləri, gölməçələri təmizləməliyik, Xəzər dənizinin buxtasını təmizləməliyik. Məişət tullantıları zavodunun tikintisi nəticəsində artıq ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaqdır. Biz bütün bu işləri planlı, sistemli şəkildə aparmalıyıq və bölgələrdə buna bənzər işlər aparılmalıdır.

Page 51: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

51    

Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir. Bunu bütün dünya bilir, qəbul edir və görür.

Bir sözlə, artıq bizdə müxtəlif yerlərdə “Bir pəncərə” sistemi tətbiq olunur. Sahibkarların fəaliyyətini yüngülləşdirmək, əsassız tələblərin qarşısının alınması üçün bu, çox vacib məsələdir. Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur.

Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər. Yaxşı olar ki, sahibkarlar sosial təşəbbüslərə daha da fəal qoşulsunlar. Artıq bunu etmək üçün imkanlar vardır. Beş il bundan əvvəl bəlkə də bunu tələb etmək düzgün olmazdı. Ancaq bu gün Azərbaycanda çox böyük, regional, yəni transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün. Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar.

Bir sözlə, biznesin inkişafı üçün süni maneələr aradan qaldırılmalıdır, əsassız yoxlamalar dayandırılmalıdır. Yerli icra orqanları sahibkarlara kömək göstərməlidirlər. Dövlət qurumları da öz təşəbbüsləri ilə, qəbul edilmiş qərarlarla və praktiki addımlarla sahibkarların işini daha da yüngülləşdirməlidirlər. 2009-cu il sahibkarlar üçün ağır il olubdur. Bunu biz etiraf etməliyik. Azərbaycan dövləti və Azərbaycan vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1,5 faiz olmuşdur. Əhalinin pul gəlirləri 10 faizdən çox artmışdır və demək olar ki, sosial ödəmələr tam şəkildə təmin edilmişdir, maaşlarda, pensiyalarda heç bir yubanma olmamışdır. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər. Yəni, bu böhran sahibkarları əlbəttə ki, çox narahat edir. Azərbaycan dövləti öz iqtisadi və sosial proqramını icra edərkən bu amili yaddan çıxarmamalıdır.

Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş bütün subsidiyalar, kreditlər veriləcəkdir. Bilirsiniz ki, Azərbaycan fermerləri bu baxımdan başqa ölkələrdən fərqli olaraq ən çox təmin edilmiş fermerlərdir. Həm güzəştli şərtlərlə kreditlər, yanacaq, gübrələr, toxumlar verilir. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Yəni belə gözəl şəraitdən, əlbəttə ki, onlar səmərəli istifadə edirlər. Bu da həqiqətdir. Görülən bütün bu işlər ona gətirib çıxarıb ki, bu gün biz Azərbaycanda 3 milyon ton taxıl istehsalından söhbət aça bilirik. Bu, nadir və necə deyərlər, tarixi bir nailiyyətdir.

Regionların inkişafı proqramı ərzaq təminatı proqramı ilə sıx əlaqədar olmalıdır. Ərzaq təminatı proqramı Azərbaycanda icra edilir. Bir daha demək istəyirəm ki, dövlət dəstəyi, kreditlər, subsidiyalar verilir, hər bir bölgədə emal müəssisələri, soyuducu kombinatlar, taxıl anbarları yaradılır ki, istehsal edilmiş məhsullar xarab olmasın. Yəni biz bu istiqamətə daha da çox diqqət yetirməklə sahibkarlar üçün çox yaxşı şəraitin yaradılmasına kömək göstəririk. Aqrolizinq, aqroservislər – bütün bunlar olmasaydı, sahibkarlar haradan texnikanı ala bilərdilər?! Texnikanın alınması böyük bir problem ola bilərdi. Maliyyə vəsaitini haradan alacaqdılar?! Kreditlər, texnika, bütün dediyim o subsidiyalar, imtiyazlar olmasaydı, biz nəyin hesabına kənd təsərrüfatını inkişaf etdirə bilərdik?! Əlbəttə ki, dövlət bu işlərə qarışmalıdır. Bizim iqtisadiyyatımız liberal iqtisadiyyatdır. Bunu göstəricilər də təsdiq edir. Ümumi daxili məhsulun 85 faizi özəl sektorda formalaşır. O ölkədə ki, 20 il bundan əvvəl özəl sektorda məhsul istehsalı sıfıra bərabər idi. Ancaq buna baxmayaraq, dövlət lazım olan anlarda öz sözünü deməlidir. Əgər dövlət kənd təsərrüfatını dəstəkləməsə, kənd təsərrüfatı batar. Ondan sonra nə edəcəyik? Torpaqlarımız şoranlaşacaq, səhralaşma daha da sürətlə gedəcəkdir. Bölgələrdə yaşayanlar işsiz qalacaqlar. Hara gələcəklər? Şəhərlərə gələcəklər, başqa ölkələrə gedəcəklər. Biz bütün bu işləri görməklə böyük iqtisadi və sosial problemin həllinə nail olduq, özü də köklü şəkildə. Ona görə bütün subsidiyalar, imtiyazlar, güzəştlər davam etdiriləcəkdir. Bizim imkanımız da, iradəmiz də vardır.

Page 52: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

52    

Görülən bu işlər nəticəsində, bu yaxınlarda mənə verilən arayışda göstərilir ki, biz demək olar ki, əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Mən bəzi rəqəmləri indi səsləndirmək istəyirəm ki, bunu hamı bilsin. Özümüzü dənli bitkilər üzrə 76 faiz təmin edirik. Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, yəni ki, 50 faizi ixraca gedir, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası. Azərbaycanda heç vaxt özünü bu dərəcədə təmin etmək imkanları olmamışdır. Sovet vaxtını biz yaxşı xatırlayırıq. O vaxt vahid xalq təsərrüfatı kompleksi adlanan bir sistem var idi. Bütün əsas ərzaq məhsulları başqa respublikalardan gətirilirdi. Burada ət, yağ, süd, ümumiyyətlə, 20-30 faiz istehsal edilirdi, ya edilmirdi. Ancaq bu gün biz özümüzü tam şəkildə təmin edirik, özü də məhsullar da keyfiyyətlidir. Bu sərgidə göstərilən ancaq bir faiz təşkil edir. Müasir süd zavodları, emal müəssisələri, konserv zavodları, dəyirmanlar, şəkər zavodu – bütün bunlar bizim sərvətimizdir. Bu gün mən giriş sözümdə bu barədə dedim - xarici bazarları gərək aşkar edək. Ənənəvi bazarlar bizim üçün məqbuldur, açıqdır, yaxındır və böyükdür. Biz bundan istifadə edirik və edəcəyik. Bu, qarşılıqlı maraqlar əsasında qurulur. Ancaq biz başqa bazarları da aşkar etməliyik. Ənənəvi bazarlara çıxışımız daha da geniş olmalıdır. Mən əminəm ki, bax, bu bəzi pozisiyalar üzrə biz hələ ki, özümüzü 74-76 faiz təmin edirik. İki-üç ildən sonra bu da yüz faizə çatacaqdır. Çünki biz buna çatmaq üçün çalışırıq. Biz bu statistika əsasında öz investisiya proqramımızı müəyyən edirik. Sahibkarlığa Kömək Milli Fondu da bu statistikaya görə öz proqramını tutur. Koordinasiya şəklində aparılan bütün bu işlər də bu nəticələrə gətirib çıxarır. Yəni iki-üç ilə biz özümüzü bütün bu pozisiyalarda da tam şəkildə təmin edəcəyik.

Bununla bərabər, o da həqiqətdir ki, özünü tam şəkildə təmin etmək - bu, belə də bir mütləq hədəf deyildir. İndi Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda və xüsusilə rayonlarda bu sahədə ixtisaslaşma getməlidir. Bu sahədə həm Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi gərək konkret təkliflər versinlər ki, ixtisaslaşma özünü daha da qabarıq şəkildə göstərsin. Ancaq o da həqiqətdir ki, bir-iki il bundan əvvəl birdən-birə dünyada ərzaq böhranı yaşandı. Heç kim bunu gözləmirdi. Birdən-birə gördük ki, ərzaq böhranı yaranıb - o çatışmır, bu çatışmır, taxıl yoxdur. Hətta müqaviləyə əsasən pulunu ödəsək də xaricdən taxıl gəlmirdi. Birdən-birə belə bir qıtlıq yarandı. Biz daxili istehsalın artırılması ilə özümüzü belə fəsadlara hazırlamalıyıq. Daxili istehsalın artırılması əlbəttə ki, gələcəkdə ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaqdır.

Bu işdə biz yerli sahibkarlara xaricə çıxmaq üçün əlavə şəraitin yaradılmasına çalışmalıyıq. İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi, ilk növbədə bu işlərlə məşğul olmalıdırlar. Bizim artıq 50-dən yuxarı ölkədə səfirliyimiz vardır. Bu sahədə də biz MDB məkanında qabaqcıl yerlərdəyik. Son illər ərzində biz bu səfirlikləri yaratdıq ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycanda gedən proseslər orada bilinsin, Azərbaycan haqqında təhrif edilmiş qərəzli məlumat deyil, həqiqət, həqiqi məlumatlar çatdırılsın. Yəni, bu, bizim resursumuzdur. Bizim səfirliklər də bu işlərdə fəal olmalıdırlar. Yerli sahibkarların o bazarlara çıxması, investisiya imkanlarının araşdırılması və yerli sahibkarlar üçün xaricdə münbit şəraitin yaradılması işində İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Yəqin ki, müəyyən müddətdən sonra təkliflər paketini hazırlamalıdırlar və biz orada görəcəyik ki, hansı ölkədə hansı sahə üzrə Azərbaycanın hansı şirkəti öz biznes imkanlarını genişləndirə bilər. Sahibkarlar da öz tərəfindən İqtisadi İnkişaf Nazirliyinə sifarişlərini versinlər, onlar üçün hansı ölkədə işləmək daha da maraqlıdır, əlverişlidir, məqbuldur ki, Azərbaycan dövləti bu işləri qursun.

Bizim demək olar ki, bütün ölkələrlə münasibətlərimiz müsbətdir, yaxşıdır. Azərbaycanın dünyadakı imici də çox müsbətdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı artır. Mən şübhə etmirəm ki, Azərbaycan şirkətlərini xaricdə böyük maraqla qarşılayacaqlar, xüsusilə, əgər görsələr ki, Azərbaycan dövləti bu işlərdə israrlıdır və öz şirkətlərinə dəstək verir. Bu istiqamət bizim üçün yenilikdir. Bu vaxta qədər biz bu barədə düşünmürdük. Çünki imkanlarımız yox idi. Bu gün biz artıq keyfiyyətli, dünya standartlarına uyğun məhsulun buraxılmasına nail olmuşuq. Gələcək illərdə bu gün görülən işlər ona gətirib çıxaracaq ki, Azərbaycanda ən keyfiyyətli məhsullar istehsal olunacaqdır. Biz indidən özümüzü bu işlərə hazırlamalıyıq.

Bütövlükdə, gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir. Mən bu barədə dəfələrlə demişəm, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir. Bu gün bu proses gedir. Bu gün yaranmaqda olan nəhəng sənaye kompleksləri 2-3 ilə işə başlayacaqdır. Bunlar Azərbaycanda yeni istiqamətdə sənaye sahəsinin yaradılmasına gətirib çıxaracaqdır.

Beləliklə, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənəcəkdir. Bunun nəticəsi olaraq ölkəmizin müstəqil siyasət aparmaq imkanları daha da genişlənəcəkdir. Bilirəm ki, bəzi xarici dairələrin xoşuna gəlmir ki, Azərbaycan sərf etməyən təşəbbüslərə qoşulmur, çirkli oyunlara qoşulmur, öz xalqının mənafeyini hər şeydən üstün tutur, öz xalqının milli maraqlarını

Page 53: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

53    

heç kimə güzəştə getmir. Bilirəm ki, bəzi xarici dairələr bundan o qədər də razı deyillər. Amma bu bizim problemimiz deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə etmək, Azərbaycan xalqının təhlükəsizliyini, sosial rifahını təmin etmək, ölkəmizi uğurla inkişaf etdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz etmək, bölgədə imkanlarımızı genişləndirməkdir. İqtisadiyyatın modernləşməsi, sənaye sahələrinin işə salınması Azərbaycanda yeni bir şəraitin yaranmasına gətirib çıxaracaqdır. Biz maksimum çalışmalıyıq ki, istənilən sahə ölkəmizin inkişafını təmin edə bilsin. Kənd təsərrüfatı nəinki kəndliləri işlə təmin etməli, eyni zamanda, ümumi iqtisadi potensialımıza böyük töhfə verməlidir.

Sənaye sahəsində görüləcək işlər elə olmalıdır ki, Azərbaycan iqtisadiyyatı ancaq sənaye müəssisələrinin səmərəli fəaliyyəti hesabına yaşaya bilsin. Nəzərə almalıyıq ki, bizim nəinki böyük neft-qaz ehtiyatlarımız, artıq çoxşaxəli nəqliyyat infrastrukturumuz vardır. Bu sahədə də biz təkcə bir marşurutdan asılı deyilik. Bu vəziyyəti biz özümüz, təkbaşına yaratdıq. Bunu nəzərə alsaq, əlbəttə ki, ölkəmizin gələcək inkişafına ancaq nikbinliklə baxmaq olar və belə də olacaqdır.

Azərbaycan irəliyə gedəcək, müasir, zəngin dövlətə çevriləcək, xalqımız yaxşı yaşayacaq, şəhərlərimiz daha da gözəlləşəcəkdir. Bu gün Bakıya gələn hər bir xarici vətəndaş, hər bir qonaq, əgər o, xoş niyyətlə gəlibsə, öz hisslərini gizlədə bilmir. Bakıda yaradılmış gözəllik, mən deyə bilərəm ki, dünyada nadir şəhərlərdə təkrarlana bilər. Bu gözəlliyi, abadlığı, səliqəni, mədəniyyəti, təbiəti, tarixi Azərbaycan xalqının fədakarlığı yaradıb. Bütün bu uğurları xalqımızın vətənpərvərliyi və sözün yaxşı mənasında, inadkarlığı təmin edibdir. Biz daha da fəal çalışmalıyıq ki, ölkəmizi inamla irəliyə aparaq, Azərbaycan xalqı üçün daha da yaxşı şərait yaradaq. Bu işlərdə sizə uğurlar və fəallıq arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 13 fevral.-N 57.-S.1,5.

Page 54: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

54    

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 18 mart (AzərTAc). Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

- Əziz dostlar, bu gün doğrudan da çox gözəl bir gündür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni gözəl layihənin təqdimat mərasiminə yığışmışıq. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr həmişə çox böyük keyfiyyətlə, zövqlə və peşəkarlıqla icra olunur. Hesab edirəm ki, Azərbaycanın tarixində bu layihənin öz yeri olacaqdır.

Azərbaycan haqqında, Bakı haqqında, digər şəhər və rayonlarımız haqqında müxtəlif dövrlərdə müxtəlif kitablar nəşr edilmişdir. Onların bir hissəsi artıq köhnəlmiş, bir hissəsi isə bugünkü reallıqları əks etdirmir. Bu kitabda Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri, gözəl təbiəti və bugünkü inkişaf dinamikası əyani şəkildə göstərilir. Əminəm ki, kitab həm Azərbaycan vətəndaşları, eyni zamanda, ölkəmizə gələn qonaqlar üçün çox maraqlı olacaqdır. Kitabın hazırlanmasında iştirak etmiş bütün insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, doğrudan da böyük və çətin iş olubdur. Azərbaycanın o qədər zəngin təbiəti və mədəniyyət ocaqları var ki, onları əks etdirmək, onları gözəl şəkildə nəşr etmək o qədər də asan məsələ deyildir.

Onu da demək istəyirəm ki, bildiyimə görə, kitabda göstərilən şəkillər çəkilən şəkillərin az bir hissəsini təşkil edir. Ümid edirəm ki, bu kitaba daxil olunmayan şəkillər də növbəti illərdə növbəti nəşrlərə daxil ediləcək və şübhəsiz ki, Azərbaycan inkişaf etdikcə və yeni, gözəl, görkəmli, müasir memarlıq abidələri tikildikcə növbəti illərdə onları da biz bu kitabın yeni redaksiyasında görəcəyik.

Azərbaycan doğrudan da çox gözəl bir ölkədir. Biz bunu əlbəttə ki, bilirik. Bu kitabı vərəqləyərkən bir daha əyani şəkildə görürük ki, nə qədər gözəl təbiətimiz, memarlıq abidələrimiz, tariximiz, nə qədər gözəl dağlarımız, çaylarımız, Xəzər dənizimiz vardır və bunlar bizim təbiətimiz, bizim sərvətimizdir. Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir. Dünyanın nadir ölkələrində həm gözəl təbiət, müxtəlif iqlim növlərinin mövcudluğu, qədim, tarixi abidələr, gözəl meşələr, təbii mənzərələr - nadir hallarda bütün bu amillər cəm şəkildə müşahidə oluna bilər. Azərbaycan o ölkələrdəndir. Biz doğrudan da xoşbəxt insanlarıq ki, belə ölkədə yaşayırıq. Xoşbəxt insanlarıq ki, bu gün müstəqil Azərbaycanın inkişafında iştirak edirik. Müstəqil Azərbaycan bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, müstəqillikdən məhrum olmuşuq. Buna baxmayaraq, öz milli ruhumuzu qoruya bilmişik. Mədəni abidələrimizi, ana dilimizi, mədəniyyətimizi qoruya bilmişik və bu gün də qoruyuruq.

Bu gün Azərbaycan xalqı yeni dəyərlər yaradır. O dəyərlər ki, bundan sonra uzun illər, onilliklər, əsrlər boyu Azərbaycanın müstəqil inkişafını təmin edəcəkdir. O dəyərlər ki, bu gün Azərbaycanı dünyaya olduğu kimi təqdim edir. Azərbaycan bu gün gözəl, böyük mədəni irsə, tarixə malik olan, müasir, sürətlə inkişaf edən ölkədir. Bu reallıqları biz yaradırıq, biz hamımız yaradırıq. Müstəqil Azərbaycan bizim hamımızın ən böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, müstəqilliyimizi möhkəmləndirməliyik. Müstəqilliyimizi əbədi, dönməz etmək üçün hər gün çalışmalıyıq. Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır, iqtisadi müstəqilliyini tam şəkildə təmin edibdir. Azərbaycan xalqı rahat yaşayır, azad yaşayır. Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində çox vacib addımlar atılır. Bir sözlə, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir. Bu hərtərəfli inkişaf bugünkü Azərbaycanın reallıqlarıdır.

Kitabın üzə çıxması məqsədlərinin biri də ondan ibarətdir ki, biz ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Hələ ki, buna ehtiyac vardır. Baxmayaraq ki, Azərbaycanı artıq dünyada tanıyırlar və ölkəmizə böyük hörmətlə yanaşırlar. Yenə də Azərbaycan haqqında bəzi hallarda dəqiq olmayan məlumatlara, təhrif edilmiş faktlara rast gəlirik. Bəzi hallarda bu, qərəzli xarakter daşıyır. Bəzi hallarda sadəcə olaraq, Azərbaycan haqqında hələ ki, dünya ictimaiyyəti istədiyimiz qədər bilmir. Belə olan halda təhrif edilmiş faktlar, saxtalaşdırılmış məlumatlar Azərbaycan haqqında mənfi imicin yaradılması üçün bəzi bədnam qüvvələrə əsas verir. Biz bunun qarşısına öz siyasətimizi qoymalıyıq və qoyuruq. Bu gün Azərbaycan reallıqları elədir ki, onu heç kim inkar edə bilməz, nə qədər istəsə belə təhrif edə bilməz. Bu reallıqlar statistik rəqəmlərdə, abadlaşan şəhərlərdə, gözəlləşən binalarda görünür. Ancaq bununla bərabər, biz öz siyasətimizi daha da çevik və fəal aparmalıyıq ki,

Page 55: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

55    

Azərbaycan haqqında həqiqətlər dünyanın hər bir yerinə çatsın. Azərbaycana qərəzli mövqedə olanlar da bilsinlər ki, onların səyləri əbəsdir.

Bu gün Azərbaycan bütün istiqamətlərdə ən sürətlə və çox böyük uğurla inkişaf edən ölkədir. Bizim ən böyük sərvətimiz bizim müstəqilliyimizdir, bizim xalqımızdır, bizim mədəniyyətimizdir. Biz zəngin mənəvi əsaslar üzərində müasir, dünyəvi, güclü ölkə qururuq və bu işlərdə biz hamımız bir olmalıyıq. Bizim gücümüz də birliyimizdədir. Bizim əldə edilmiş bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti və istedadı dayanır.

Hesab edirəm ki, bu kitabın nəşri Novruz bayramı ərəfəsində Azərbaycan vətəndaşları üçün böyük bir hədiyyədir. Bu kitab heç kimi biganə qoya bilməz. Kitabın hazırlanma dövründə mən müəyyən mərhələlərdə materiallarla tanış olurdum və görürdüm ki, bu, doğrudan da, sözün əsl mənasında, çox böyük və mənalı bir əsərdir. Əminəm ki, hər bir vətəndaş, hər bir vətənpərvər insan bu kitabı vərəqləyərkən ancaq xoş duyğularını ifadə edəcəkdir. Azərbaycanın hər bir vətəndaşı bu kitabı vərəqləyərkən bir daha görəcək ki, biz nə qədər xoşbəxtik, biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq.

Bir məqamı da vurğulamaq istəyirəm. Kitabı vərəqləyərkən açıq-aydın görünür ki, onu hazırlayanlar kitabın üzərində Vətənə böyük sevgi ilə, məhəbbətlə işləyiblər. Bu sevgi və məhəbbət, demək olar ki, şəkillərin əksəriyyətində görünür. Bunu görməmək mümkün deyildir. Ölkəmizin görməli yerləri, qədim tarix, müasirlik, gözəl təbiət və ümumiyyətlə, gözəl tərtibat bu kitabın rolunu böyük dərəcədə artırır. Mən kitabın hazırlanmasında iştirak etmiş bütün insanlara bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu kitab uzun illər Azərbaycanı dünyada təqdim etmək üçün əyani bir vasitə olacaqdır.

Heydər Əliyev Fondunun bütün əməlləri Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Bütün sahələrdə - həm xeyriyyəçilik, həm Azərbaycanın milli mədəni irsinin dünya birliyinə çatdırılması, həm musiqi sahəsində aparılan addımlar, Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılması, Xocalı soyqırımının dünya birliyinə olduğu kimi çatdırılması işində çox böyük və əvəzolunmaz xidmətlər məni çox sevindirir. Mən çox şadam ki, qısa müddət ərzində Heydər Əliyev Fondu doğrudan da Azərbaycanın inkişafı, Azərbaycanı dünyada təqdim etmək istiqamətində atılan addımların gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Heydər Əliyev Fondu ulu öndər Heydər Əliyevin adına layiq şəkildə fəaliyyət göstərir. Bu kitab bu siyasətin növbəti addımıdır.

Mən sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik və uğurlar arzulayıram.

“Xalq qəzeti”.- 2010.- 19 mart.- N 62.- S.2.

Page 56: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

56    

Bakıda müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 19 mart (AzərTAc). Martın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Prezident İlham Əliyev monitorda zavodun layihə görüntülərini izlədi və maketinə baxdı. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Əziz dostlar, bu gün çox gözəl, çox əlamətdar bir gündür. Bu gün Bakıda yeni böyük gəmiqayırma zavodunun təməl daşını qoyuruq. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Gözəl bayram ərəfəsində Azərbaycanda nəhəng sənaye obyektinin təməl daşının qoyulması xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki bu hadisə bir də onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir. Azərbaycanda ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Baxmayaraq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalacaqdır. 2010-cu ildə də, deyə bilərəm ki, dünyada böhranlı vəziyyət hələ tam aradan qaldırılmayıb. Bu gün Bakıda, Azərbaycanda 100 milyon dollarla ölçülən böyük investisiya layihəsi başlayır. Bu, doğrudan da böyük əhəmiyyətə malik olan hadisədir. İlk növbədə onu göstərir ki, Azərbaycanda inkişaf sürətlə davam edir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Eyni zamanda, bizim siyasətimizin nəticəsi olan bu zavodun tikintisi sənaye imkanlarımızı daha da gücləndirəcəkdir. Biz indi Azərbaycanda böyük sənayeləşmə siyasətini aparırıq. Bu proses uğurla gedir. Bakıda, digər şəhər və rayonlarımızda nəhəng infrastruktur layihələri icra edilir. Bir müddət bundan əvvəl Qaradağ rayonunda böyük sement zavodunun təməl daşı qoyulmuşdur, bu gün gəmiqayırma zavodunun təməl daşı qoyulur. Bir sözlə, bu zavod ölkəmizin iqtisadi və sənaye potensialının gücləndirilməsi üçün çox mühüm rol oynayacaqdır. Zavodun tikintisinə böyük ehtiyac vardır. Bu gün bizim tələbatımız artır.

Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin ümumi sayı haradasa 350 təşkil edir. Onların təmirinə böyük ehtiyac vardır. Eyni zamanda, bu gün biz xaricdən gəmilər və tankerlər alırıq. Təkcə son 6 il ərzində Xəzər Dəniz Gəmiçiliyi 10 tanker, bir neçə quru yük gəmisi və bərələr almışdır. Bunu biz xaricdən almışdıq. Ona görə ki, Azərbaycanda gəmi istehsal etmək üçün imkanlar yox idi. Bundan sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır. Mən ümid edirəm ki, bax bu gün göstərilən bu təqdimatda nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra olunacaq, iki il ərzində zavod öz fəaliyyətinə başlayacaqdır və biz Azərbaycanda rəqabətqabiliyyətli, gözəl, müasir məhsulun istehsalına nail olacağıq. Zavodda ən qabaqcıl, ən müasir texnologiyalar tətbiq ediləcəkdir.

Zavodun tikintisi, ümumiyyətlə Azərbaycanda aparılan iqtisadi siyasətin nəticəsidir. Qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məna daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurla davam edir. Bu əməkdaşlığın güclənməsində Dövlət Neft Şirkətinin böyük rolu vardır. Çünki bizim böyük xarici şirkətlərlə əməkdaşlığımız məhz neft sənayesindən başlamışdır və bu gün bu əməkdaşlıq başqa sahələri də əhatə edir.

Zavodun tikintisi beynəlxalq əməkdaşlığın nəticəsidir. Zavodun əsas səhmdarları Azərbaycan şirkətləridir. Azərbaycan Dövlət Neft Şirkəti zavodun payının 65 faizinə malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin payı 25 faizdir və beynəlxalq şirkətin – “Keppel” şirkətinin payı 10 faizdir. Beləliklə, bu beynəlxalq əməkdaşlıq əminəm ki, Azərbaycanda yeni, gözəl, müasir sənaye obyektinin yaranmasına gətirib çıxaracaqdır. Mən “Keppel” şirkətinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu gün bizimlə bərabər Sinqapurun xarici işlər naziri də bu mərasimdə iştirak edir. Mən onu bir daha salamlayıram. “Keppel” şirkəti 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu fəaliyyət nəticəsində Azərbaycanın neft-qaz potensialının tam şəkildə işə salınması üçün çox lazımi infrastruktur qurğuları yaradılıbdır. Bu zavodun tikintisi isə “Keppel”lə Neft Şirkəti arasında əməkdaşlığın yeni mərhələsidir. Biz çox şadıq ki, dünyanın aparıcı beynəlxalq şirkətləri Azərbaycana sərmayə qoyurlar, eyni zamanda, Azərbaycanda podratçı kimi də fəaliyyət göstərirlər. Bu, bizim imkanlarımızı daha da genişləndirəcəkdir. Azərbaycan Dövlət Neft Şirkəti isə, öz növbəsində, artıq beynəlxalq şirkətə çevrilibdir. Şirkətin çox böyük potensialı var, böyük infrastruktura malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə artır. Neft-qaz

Page 57: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

57    

potensialımızı tam şəkildə realizə etmək üçün bütün infrastruktur layihələri vaxtında icra edilir. Neft-qaz kəmərləri tikilibdir və bu gün Azərbaycan neft-qaz ixracatını şaxələndirilmiş formada həyata keçirir. Bu, əlbəttə ki, imkanlarımızı daha da gücləndirir. Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq fəaliyyətdə də özünü artıq göstərib. Xaricə böyük həcmdə sərmayələrin qoyulması neft şirkətimizi beynəlxalq şirkət kimi də dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti əminəm ki, gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir. Əhalini təbii qazla təmin etmək üçün öz imkanlarını daha da artıracaqdır. Çünki bizim enerji təhlükəsizliyimizin mənbəyi Dövlət Neft Şirkətinin hasil etdiyi təbii resurslardır. Əlbəttə ki, bu resurslar ondan sonra elektrik enerjisinə çevrilir, ondan sonra qaz təminatı təmin olunur. Ancaq ilkin mənbə Neft Şirkətinin fəaliyyətidir və əminəm ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu sahədə də öz peşəkarlığını göstərəcəklər. Bu sahə birbaşa neft-qaz əməliyyatları ilə bağlı olmasa belə, yenə də bu zavodun fəaliyyəti Azərbaycanda neft-qaz sənayesinin inkişafına böyük təkan verəcəkdir.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə gəldikdə isə, bu şirkət nisbətən bu yaxınlarda yaradılmışdır. Şirkətin əsas məqsədi yerli və xarici investisiyaları Azərbaycan üçün vacib olan sahələrə cəlb etməkdir. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məqsədlə yaradılmışdır. Bu vaxta qədər şirkət tərəfindən həyata keçirilən layihələr uğurlu olmuşdur. Bu layihələr bizə lazım olan sahələrə investisiyaların cəlb olunması işində çox mühüm rol oynayır. Bu zavodun tikintisi, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti hesabına baş verir.

Çünki şirkətin əsas vəzifəsi xaricdən investisiyaları cəlb etmək, investisiya layihələrində ilkin mərhələdə səhmdar kimi iştirak etmək və eyni zamanda, yerli şirkətləri də bizim üçün lazım olan böyük layihələrə cəlb etməkdir. Tikiləcək bu zavodun timsalında biz bütün bu amilləri görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan İnvestisiya Şirkətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Bu qərar və onun icrası artıq gözəl nəticələrə gətirib çıxarır.

Bizim, ümumiyyətlə, iqtisadiyyatımızın bütün sahələri, o cümlədən nəqliyyat sektoru da inkişaf edir. Nəqliyyat sektorunda çox böyük nailiyyətlər vardır. Nəqliyyatın bütün növləri üzrə konkret layihələr, proqramlar vardır və onlar icra edilir. Bütün bölgələrdə avtomobil yolları tikilir, avtonəqliyyat sistemi yaxşılaşdırılır. Metro tikintisi Azərbaycanda son illərdə sürətlə gedir. Son illərdə ildə bir yeni stansiya istismara verilir və hazırda Bakıda bir neçə istiqamətdə işlər aparılır. Dəmir yolunun modernləşməsi istiqamətində konkret addımlar atılır. Beynəlxalq maliyyə qurumları ilə məsələlər həll olunub və dəmir yolunun modernləşməsi prosesi Azərbaycanda sürətlə gedəcəkdir. Ölkəmizdə hava nəqliyyatının inkişafı üçün kifayət qədər şərait yaradılıbdır. Son illərdə bir neçə şəhərdə müasir beynəlxalq aeroportlar tikilibdir. Yeni müasir təyyarələr, helikopterlər alınır. Dəniz nəqliyyatının inkişafı üçün praktiki işlər aparılır. Bu yaxınlarda Zığda yeni dəniz limanının açılışında iştirak edirdik. Bu, bizə imkan verəcək ki, bu sahədə də müasir standartlara çataq. Eyni zamanda, hazırda Bakının mərkəzində fəaliyyət göstərən dəniz limanı köçürüləcək, bu sahə sakinlərin sərəncamına veriləcək və Bakımız daha da gözəlləşəcəkdir.

Son illərdə dediyim kimi, 10 tanker alınıbdır. Bu gün biz Xəzərdə yükdaşıma sahəsində aparıcı ölkəyik. Bizdə, haradasa, 350-yə yaxın gəmi vardır və bu zavodun tikintisi bu sahəni daha da gücləndirəcəkdir. Bir sözlə, hər bir ölkənin inkişafı üçün vacib olan nəqliyyat infrastrukturu Azərbaycanda dünya standartlarına bəzi hallarda tam uyğundur, bəzi hallarda yaxındır. O hallarda hələ ki, yaxın deyil, biz onu da yaxınlaşdıracağıq və buna nail olacağıq.

Mən bu gözəl gündə, bayram ərəfəsində Azərbaycan iqtisadiyyatına böyük təkan verə biləcək və Azərbaycanda yeni sənaye sahəsinin açılmasına xidmət göstərəcək zavodun təməl daşının qoyulması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, zavodun tikintisi zamanı işləyən bütün insanlara uğurlar arzulayıram. Arzu edirəm ki, zavod qısa müddət ərzində, vaxtında və böyük keyfiyyətlə tikilsin və Azərbaycana uzun illər bundan sonra xidmət göstərsin.

Qarşıdan gələn bayramınız mübarək olsun!

“Xalq qəzeti”.- 2010.- 20 mart.- N 63.- S.1-2.

Page 58: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

58    

Dünyada böyük hörmətə malik Azərbaycanın Novruz bayramı bu il YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ümumxalq Novruz şənliklərində iştirak etmişdir

Bakı, 20 mart (AzərTAc). Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı bu il

YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın təşəbbüsü il ə BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün

Qız qalasının qarşısına gəldilər. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi -Əziz dostlar, hörmətli xanımlar və cənablar! Mən sizi və bütün Azərbaycan xalqını sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər

bir Azərbaycan vətəndaşına bu gözəl bayram günlərində xoşbəxtlik, uğurlar arzulayıram. Novruz bayramı bizim sevimli bayramımızdır. Xalqımız əsrlər boyu bu gözəl bayramı öz qəlbində

yaşatmışdır. Bütün dövrlərdə Azərbaycan xalqı Novruz bayramını çox geniş şəkildə qeyd etmişdir. Əvvəlki illərdə, Azərbaycan müstəqil olmayan dövrdə bu bayram ancaq evlərdə, ailələrdə qeyd olunurdu. Buna baxmayaraq, bu bayram hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayırdı, bu gün də yaşayır və əbədi yaşayacaqdır.

Bu il Novruz bayramı, eyni zamanda, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Bu da böyük qələbəmizdir, böyük uğurumuzdur və onu göstərir ki, artıq beynəlxalq aləm bu bayramı qeyd edir. Arzu edirəm ki, bu gözəl Bahar bayramı bütün Azərbaycan xalqına sevinc gətirsin, xoşbəxtlik gətirsin. Biz öz uğurlu siyasətimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycan bu bayramı böyük uğurlarla qarşılayır. Qarşımızda duran bütün vəzifələr uğurla icra edilir. Tərtib edilmiş və qəbul edilmiş bütün proqramlar vaxtında və böyük keyfiyyətlə icra edilir. Bu gün Azərbaycan, sözün əsl mənasında, inkişaf və tərəqqi dövrünü yaşayır. Bütün sahələrdə quruculuq-abadlıq işləri aparılır. Ölkəmizin hərtərəfli inkişafı üçün konkret tədbirlər görülür. Azərbaycan öz iqtisadi gücünü böyük dərəcədə artıra bilmişdir və bu proses bu gün də sürətlə davam edir. Son illərdə ölkəmiz iqtisadi inkişaf baxımından dünya miqyasında birinci yerdədir. Bu birinciliyi biz bu gün də əlimizdə saxlayırıq və əlimizdən verməyəcəyik. Bu bizə imkan verir ki, öz gücümüzə, Azərbaycan xalqının istedadına və zəhmətinə istinad edərək doğma ölkəmizi daha da gücləndirək.

Bu gün Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir. Bizim bütün siyasətimiz, bütün addımlarımız Azərbaycanın milli maraqlarının qorunmasına yönəldilibdir. Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün əlimizdən gələni edirik. Görülən işlər həm statistik rəqəmlərdə öz əksini tapır, eyni zamanda, biz bunu gündəlik həyatda da görürük. Abadlaşan şəhərlər, gözəlləşən küçələr, binalar, tarixi irsimizə olan münasibətimiz, - mən bu gün qədim Qız qalasının önündə çıxış edirəm, - arxamda qədim İçərişəhər, qarşımda gözəl dənizkənarı bulvar. Bulvarın da böyük tarixi vardır. Bu gün bulvar da Azərbaycanın müasir inkişaf dinamikasını göstərir. Yəni bu gün bu iki mühüm amilin sintezi Azərbaycanda mövcuddur. Bizim uğurlarımızın davam etdirilməsi üçün bu iki mühüm amil daim olmalıdır. Bu gün tarixi keçmişimizə hörmət, milli mədəni irsimizin qorunması üçün bütün tədbirlərin görülməsi, eyni zamanda, müasirlik, gələcəyə baxışlarımız, gələcəyə atılan addımlar, ölkəmizin müasirləşməsi və Azərbaycanın dünya miqyasında mövqelərinin daha da möhkəmlənməsi prosesləri gedir.

Ölkəmiz, tariximiz, bugünkü nailiyyətlərimiz haqqında dünyada da artıq kifayət qədər geniş məlumatlar vardır. Bu gün Azərbaycan dünyada böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi nəticəsidir. Xarici siyasətin əsas məqsədləri ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək və Azərbaycanın milli maraqlarını maksimum dərəcədə müdafiə etməkdir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və hörmət üzərində qurulmuş münasibətlərin davam etdirilməsini arzulayırıq. Bunu etmək üçün praktiki addımlarımızı atırıq. Biz bütün ölkələrə hörmətlə yanaşırıq. Əlbəttə ki, Azərbaycanın seçdiyi yol, bizim apardığımız siyasət də eyni dərəcədə hörmətlə qarşılanmalıdır. Biz bu gün bunu görürük.

Page 59: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

59    

Biz müstəqil ölkədə yaşayırıq. Bu, bizim ən böyük dəyərimizdir, ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Biz xoşbəxtik ki, bu müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin möhkəmlənməsi üçün öz səylərimizi qoyuruq. Əsrlər boyu əcdadlarımız müstəqillik həsrətində yaşamışlar. Azərbaycan xalqı müxtəlif dövrlərdə başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Müstəmləkə şəklində yaşamışdır. Yəni biz özümüz öz taleyimizi həll edə bilmirdik. Bu gün isə Azərbaycan dünya miqyasında özünü təqdim edir. Biz nəinki müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının milli maraqlarına uyğun siyasət aparırıq və bundan sonra da aparacağıq.

Müstəqilliyin möhkəmləndirilməsi üçün çox işlər görülüb və hələ çox işlər də görülməlidir. Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir. O ölkədir ki, onun iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə bütün MDB məkanında birinci yerdədir. O ölkədir ki, iqtisadi və siyasi islahatlar aparmaqla mövqelərini bölgədə möhkəmləndiribdir və bizim təsir imkanlarımız genişlənir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə - istər siyasi, istər iqtisadi - reallaşa bilməz. Bunu biz öz zəhmətimiz hesabına, aparılan siyasətlə və atılan addımlarla özümüz yaratmışıq. Bizim siyasətimiz ləyaqətli, açıq və cəsarətli siyasətdir. Bu siyasətin əsas məqsədi ölkəmizi daha da gücləndirmək və ölkə qarşısında duran bütün problemləri həll etməkdir.

Qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür. Bu mövqelərin gücləndirilməsində, əlbəttə ki, diplomatik səylərimizin rolu vardır. Eyni zamanda, Azərbaycanda gedən quruculuq və inkişaf prosesləri, ölkəmizin güclənməsi əlbəttə ki, danışıqlar prosesində də mövqelərimizi böyük dərəcədə möhkəmləndiribdir. Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz.

Bütün bu amillər danışıqlarda mövqelərimizi möhkəmləndirir və hələ ki, biz danışıqlar prosesinə ümidliyik, biz gərək bu səyləri davam etdirək. Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik. Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıbdır. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik.

Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər.

Yəni, Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır.

Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz.

Biz artıq iyirmi ilə yaxındır ki, müstəqil həyat yaşayırıq. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır və çətin olmuşdur. Biz sadəcə olaraq, öz gücümüzə arxalanaraq, ulu öndər Heydər Əliyevin siyasətini icra edərək bugünkü reallıqlara öz hesabımıza, heç bir yerdən yardım və məsləhətlər almadan nail ola bilmişik. Bu gün isə Azərbaycan həm siyasi, həm iqtisadi sahədə mütərəqqi islahatların aparılması ilə güclü dövlətə çevrilibdir. Əgər bizə hansısa məsləhət lazım olarsa, biz lazımi ünvana müraciət edərik. Amma yersiz məsləhətlərə ehtiyac yoxdur. Bizim daxili işlərimizə müdaxilə etmək istəyənlər çoxdan başa düşməlidirlər ki, bu

Page 60: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

60    

səylər əbəsdir, bunun heç bir səmərəsi olmayacaqdır. Ancaq bir nəticəsi ola bilər ki, bizim işimizə müdaxilə etmək istəyənlərlə Azərbaycan arasında münasibətlər gərginləşə bilər. Biz istənilən münasibətlərə hazırıq. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimizi dostluq, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında quraq. Heç kimin daxili işlərinə qarışmırıq, heç kimi tənqid etmirik. Baxmayaraq ki, bəzi hallarda tənqid etmək üçün kifayət qədər əsaslar vardır. Əlbəttə, gözləyirik ki, bizə də eyni münasibət olsun. Ona görə də, istəmirəm ki, vəziyyət gərginləşsin və biz kiminləsə məsələləri çox ciddi və gərgin şəkildə həll etməyə başlayaq.

Bu gözəl bayram günündə bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur. Biz bu yolda bütün dostlarımızla irəliyə getməyə hazırıq. Ancaq biz işimizə ləkə vurmaq, müdaxilə etmək istəyənlərlə bu yolu gedə bilmərik. Biz öz hesabımıza yaşayırıq, yaxşı da yaşayırıq. Bundan daha da yaxşı yaşayacağıq. Bütün bu uğurların təməlində Azərbaycan xalqının iradəsi, qətiyyəti, istedadı dayanır. Bu gün, bu əziz gündə bütün Azərbaycan xalqına üz tutub deyirəm ki, mən ölkənin Prezidenti kimi, bundan sonra da Azərbaycanın müstəqil siyasətini aparacağam, bu yoldan dönməyəcəyəm. Azərbaycanın uğurlu gələcəyini təmin etmək üçün biz bundan sonra da bərabər çalışmalıyıq.

Əziz dostlar, əziz həmvətənlər. Bu əziz gündə sizi bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər bir Azərbaycan ailəsində bu

günlərdə sevinc yaşansın, bayram yaşansın. Nəinki bu günlərdə, ümumiyyətlə, həmişə bütün Azərbaycan xalqı bu gözəl imkanlardan - sabitlik, inkişaf, azadlıq, quruculuq, abadlıq, gözəllik - istifadə etsin. Arzu edirəm ki, Azərbaycan xalqı həmişə sevinsin, həmişə uğurlarımız bizi sevindirsin və biz inamla və uğurla irəliyə gedək.

Bayramınız mübarək olsun.

“Xalq qəzeti”.- 2010.- 21 mart.- N 64.- S.1-2.

Page 61: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

61    

Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

Tallinn, 7 aprel (AzərTAc). Geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və Toomas Hendrik

İlves mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Cənab Prezident, əvvəlcə, gözəl ölkənizə səfər etmək məqsədi ilə dəvətinizə görə minnətdarlığımı

bildirirəm. Burada olmağımdan və Sizinlə olduqca fəal dialoqumuzu davam etdirməkdən çox şadam. Bu dialoq bir il öncə Azərbaycana etdiyiniz səfər zamanı başlanmışdır. Bu, Estoniya Prezidentinin Azərbaycana ilk səfəri idi. Bu gün isə Azərbaycan Prezidentinin Estoniyaya ilk səfəridir. Münasibətlərimizin dinamikası və görüşlərimizin mütəmadi olması qarşılıqlı marağı nümayiş etdirir. Eyni zamanda, bu, onu göstərir ki, ölkələrimiz arasında geniş münasibətlərin olmasında hər iki tərəfin iradəsi vardır. Bizim çox güclü siyasi dialoqumuz mövcuddur. Ümidvaram ki, bu səfər və səfərim zamanı imzalanmış sənədlər iqtisadi münasibətlərin güclü inkişafına xidmət edəcək.

Humanitar sahədəki əlaqələr hər zaman mühüm olmuşdur. Biz ikitərəfli münasibətlərimizin bu aspektini də geniş şəkildə müzakirə etdik. İnsanlarımız bir-birini daha yaxşı tanımalıdır, - bir-biri ilə daha çox ünsiyyətdə olmalıdır. Birgə iqtisadi və sərmayə layihələrini həyata keçirməlidirlər. Başqa sözlə desək, bu münasibətlərin inkişaf etdirilməsi məqsədi ilə fikrimcə, biz bu cür qarşılıqlı, möhkəm iradənin olmasından istifadə etməliyik. Əminəm ki, ölkələrimizdəki biznes dairələri siyasi liderlərin yolunu davam etdirəcəklər və münasibətlərimizi gələcəkdə fəal şəkildə inkişaf etdirmək məqsədi ilə güclü iqtisadi əlaqələr quracaqlar.

Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu gün gündəlikdə duran bir çox ikitərəfli və beynəlxalq məsələləri geniş şəkildə müzakirə etdik. Mən Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması sahəsində baş vermiş son hadisələr barədə cənab Prezidentə məlumat verdim. Təxminən 20 il ərzində torpaqlarımızın işğal altında olması faktı onu göstərir ki, məsələnin beynəlxalq səviyyədə tanınmış normalara və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həllinə yönəlmiş bütün səylərimizə baxmayaraq, Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olması və sülh prosesini yubatmaq siyasəti münaqişənin həllinə böyük maneə yaradır.

Prosesdə vasitəçi kimi çıxış edən tərəflər, yəni Minsk qrupunun həmsədrləri hər iki tərəfə münaqişənin həlli ilə bağlı təklif veriblər. Bu təklif beynəlxalq səviyyədə tanınmış normalara, beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır. Ümumən, həmin təklif çox kiçik istisnalarla üç ay bundan əvvəl Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Lakin əfsuslar olsun ki, biz Ermənistan tərəfindən eyni yanaşmanı görmədik. Beləliklə, Azərbaycan həmin təkliflə irəliyə doğru getməyə hazırdır. Lakin biz Ermənistan tərəfindən adekvat cavabı görmədik. Bu, bizim şübhələrimizi daha da artırır ki, Ermənistan sadəcə status-kvonu saxlamaq fikrindədir, öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmaq istəmir, prosesi yubatmaq arzusundadır və müəyyən mərhələdə qaçmağı üstün tutur. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan dairələr, o cümlədən Avropa təsisatları Azərbaycana qarşı aparılmış etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırmaq, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yerlərinə qayıtmağına imkan vermək və işğala son qoymaq məqsədi ilə suveren ölkənin 20 faiz ərazisini qeyri-qanuni olaraq işğal altında saxlayan Ermənistanı inandırmaq üçün səylərini artırmalıdırlar. Bundan sonra regionda sülh bərqərar oluna bilər. Bu məsələdən başqa, biz enerji əməkdaşlığını müzakirə etdik. Bu əməkdaşlığın güclü potensialı və artıq yaxşı nəticələri vardır. Regional vəziyyəti müzakirə etdik. Deyə bilərəm ki, ölkələrimiz arasında çox yüksək qarşılıqlı anlaşma vardır. Fikrimcə, Estoniya və Azərbaycan kimi ölkələr arasındakı əməkdaşlıq Xəzər, Qara və Baltik dənizləri regionlarında da daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir.

Hesab edirəm ki, mən bu sözlərlə öz şərhlərimi yekunlaşdıra bilərəm və münasibətlərimizi irəliyə doğru aparmaqda səmimi arzularımızı bildirirəm. Cənab Prezidentlə dost münasibətlərimizi nəzərə alaraq, mən nümayəndə heyətinin bütün üzvlərindən xahiş edərdim ki, bu müsbət nümunədən istifadə etsinlər və öz aralarında yaxşı münasibətlər yaratsınlar. Eyni zamanda, Azərbaycandakı eston cəmiyyətinin 100 illiyi münasibətilə azərbaycanlıları və estonları təbrik edirəm. Bu, onu göstərir ki, xalqlarımız arasında ünsiyyətin qədim tarixi vardır. Bu gün biz inkişafın bu mərhələsində belə müsbət tarixi nümunədən istifadə etməliyik. Sağ olun!

“Xalq qəzeti”.- 2010.- 8 aprel.- N 73.- S.2.

Page 62: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

62    

Azərbaycan Prezidenti İlham Əliyevin Estoniyaya dövlət səfəri Dövlətimizin başçısı Estoniyanın Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir

Bakı, 8 aprel (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

aprelin 7-də Tallinndə Xarici İşlər Nazirliyində mühazirə ilə çıxış etmişdir. Dövlətimizin başçısı əvvəlcə Avropa İttifaqı Nazirlər Şurasının keçmiş baş katibi, hazırda qurumun

ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana və ABŞ dövlət katibinin keçmiş müavini Strob Talbotla görüşdü.

Tədbirin aparıcısı görüşü açaraq dedi: - Zati-aliləri, xanımlar və cənablar, sizi salamlayırıq. Bu gün buraya, Estoniya Xarici Siyasət İnstitutuna

gəlmiş olduqca xüsusi qonağımız, Azərbaycan Prezidenti cənab İlham Əliyevi görməkdən çox məmnunuq. Bu, Azərbaycan Prezidentinin Estoniyaya ilk dövlət səfəridir. Buna görə, hesab edirəm ki, səfər çox əhəmiyyətlidir. Cənab Prezident bu gün mühazirə söyləməyə razılıq vermişdir və mən sizin qiymətli vaxtınızı almaq istəmirəm. Beləliklə, cənab Prezident, sözü birbaşa Sizə verirəm. Buyurun.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Çox sağ olun. Hörmətli xanımlar və cənablar! Bu gün burada olmağıma və ikitərəfli münasibətlərlə,

eləcə də regional məsələlərlə bağlı fikirlərimi sizinlə bölüşməkdən çox şadam. Elə burada indicə qeyd olundu ki, bu, mənim Estoniyaya ilk dövlət və münasibətlərimizin tarixində ilk səfərimdir. Demək istəyirəm ki, ölkələrimiz arasında əlaqələrimizin uzun tarixi vardır. Bu gün Estoniya Prezidenti ilə birgə mətbuat konfransımız zamanı o qeyd etdi ki, sabah Azərbaycanda eston cəmiyyətinin yaradılmasının 100 illiyi qeyd olunacaqdır. Beləliklə, sözün əsl mənasında, bu, xalqlarımız arasında münasibətlərin qədim tarixindən xəbər verir. Biz bir ölkədə yaşayırdıq və bu səbəbdən, əlbəttə ki, xalqlar arasında əlaqələr və ünsiyyət təbii xarakter daşıyırdı. Lakin mühüm amil ondan ibarətdir ki, hazırda müstəqil dövlətlər, suveren ölkələr kimi Estoniya və Azərbaycan qarşılıqlı hörmətə, maraqlara əsaslanan əlaqələr qurmuşlar. Bu münasibətlərin çox güclü dinamikası vardır.

Ötən il tariximizdə digər mühüm hadisə baş verdi. Estoniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu. Bir ildən sonra mən ölkənizə səfər edirəm. 2008-ci ildə Estoniyanın Baş naziri ölkəmizə səfər etmişdir. Beləliklə, bu səfərlər münasibətlərimizin dinamik inkişafının yaxşı göstəricisidir. Əminəm ki, bu səfər nəticəsində əlaqələrimiz daha da güclənəcəkdir. Bu gün biz Prezident və Baş nazirlə ikitərəfli münasibətlərə, regional məsələlərə, o cümlədən beynəlxalq münasibətlərə dair müxtəlif mövzuları müzakirə etdik. Biz ikitərəfli əlaqələrimizi irəliyə aparmaqda güclü mövqedə dururuq. Artıq mövcud güclü siyasi əlaqələri nəzərə alsaq, biz iqtisadi sahəyə diqqət yetirməli və hər iki ölkədə birgə iqtisadi təşəbbüslərin həyata keçirilməsi yolları haqqında düşünməliyik.

Ölkələrimiz sürətlə inkişaf edir. Estoniyada və Azərbaycanda iqtisadi göstəricilər, ölkələrimizdə həyata keçirilmiş islahatların səmərəliliyi göstərir ki, biz irəliyə doğru çox uğurla addımlayırıq. Biz ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək üçün Azərbaycanın Estoniyada səfirliyinin açılması qərarına gəldik. Ümidvaram ki, səfirlik bu yaxınlarda burada fəaliyyətə başlayacaqdır. Bu gün regional əməkdaşlıq, Baltik, Xəzər və Qara dəniz regionlarının ölkələri arasında əməkdaşlıq məsələlərinin əhəmiyyəti get-gedə artır. Çünki həyata keçirilməsi planlaşdırılan və artıq həyata keçirilən layihələrimizə güclü beynəlxalq dəstək lazımdır. Regionumuzdakı vəziyyət, əlbəttə ki, sizin regionunuzdakı vəziyyətdən fərqlənir. Lakin eyni zamanda, regional məsələlərlə bağlı çox ətraflı fikir mübadiləsi aparmaq, regionumuzda daha sabit, proqnozlaşdırılan və çiçəklənən mühitin yaradılması üzərində düşünmək kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycan olduqca yüksək iqtisadi inkişaf səviyyəsi ilə seçilən ölkədir. Lakin müstəqilliyimizi bərpa etdiyimiz dövrdə biz ola bilsin ki, keçmiş sovet respublikaları arasında ən ağır vəziyyətdə idik. Çünki ölkədə iqtisadi böhran, siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi kimi hadisələr baş vermişdi. Eyni zamanda, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızı işğal etməsi, əlbəttə ki, bizim üçün çox ciddi problemlər yaratdı. Bununla belə, siyasi və iqtisadi islahatlar sayəsində və özünü təminetmə siyasəti nəticəsində biz əsas iqtisadi və sosial problemləri aradan qaldırmağa müvəffəq olduq. Hazırda Azərbaycan sürətlə inkişaf edən ölkədir.

Mən bir sıra rəqəmləri sizin nəzərinizə çatdıra bilərəm ki, onlar Azərbaycanın cari inkişaf səviyyəsini əks etdirir. Son altı il ərzində iqtisadiyyatımız demək olar ki, üç dəfə artıb. Bizim iqtisadiyyat son bir neçə ildə

Page 63: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

63    

dünyada ən sürətlə artan iqtisadiyyatdır. Ölkəmizdə bir sıra əsas infrastruktur layihələrini həyata keçirməyə nail olduq. İşsizliyin və yoxsulluğun azaldılması sahəsində bir çox nailiyyətləri əldə etdik. Azərbaycanda yaşayış şəraiti yaxşılaşır. Son altı ildə büdcə xərclərimiz 10 dəfədən çox artmışdır. Bu, sosial problemlərə və iqtisadiyyatın şaxələndirilməsinə daha çox vəsait sərf etməyə imkan verir.

Siyasi və iqtisadi islahatlar siyasətini həyata keçiririk. Azərbaycanın gördüyü işlər aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən qiymətləndirilir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı özünün “Doing Business” hesabatında ən islahatçı ölkə kimi tanımışdır. Ötən il Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətliliyi baxımından Azərbaycanı MDB ölkələri arasında birinci ölkə elan etdi.

Keçmiş sovet respublikaları arasında bizi qabaqlayan yeganə ölkə Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl bazar iqtisadiyyatı sıfır səviyyəsində olan ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı nəticədir. Biz özümüzü təmin edən ölkəyik.

Əlbəttə ki, bizim təbii sərvətlərimiz var, lakin onların əhəmiyyəti yalnız hasil edilib daşınanda göz qabağına gəlir. Ölkəmizin açıq dənizlərə çıxışı yoxdur.

Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız vardır. Açıq qapı və xarici sərmayələrin təşviqi siyasəti sayəsində milyardlarla, on milyardlarla dolları ölkə iqtisadiyyatına, xüsusən də enerji sektoruna cəlb edə bildik. Eyni zamanda, neft və qaz hasilatını gözəçarpan dərəcədə artırmaq və nəinki artırmaq, o cümlədən etibarlı, şaxələndirilmiş daşıma vasitələrini də yaratmağa nail olduq.

Azərbaycan xarici sərmayələrin qanunvericilik əsasında güclü şəkildə qorunduğu ölkədir. Əminəm ki, xarici şirkətlər özlərini ölkəmizdə çox rahat hiss edirlər. İqtisadiyyatımızın enerji sektoru, əlbəttə ki, növbəti bir çox illər ərzində də əsas yeri tutacaqdır. Lakin bu, onunla bağlı deyil ki, digər sektorlarda inkişaf zəifdir. Bunun səbəbi onunla bağlıdır ki, neft və qaz hasilatı artmaqdadır. Bu il neft hasilatı 50 milyon tondan, qaz hasilatı isə 25-26 milyard kubmetrdən artıq olacaqdır. Aydındır ki, qeyri-enerji sektorunun genişləndirilməsinə yönəlmiş ciddi səylərimizə baxmayaraq, həmin iki sektor arasında balansı saxlamaq çox çətin olacaqdır. Lakin eyni zamanda, iqtisadiyyatımız özünü sabit iqtisadiyyat kimi göstərdi. Çünki 2009-cu il böhran ili idi. Bizim üçün bu, daha çətin ola bilərdi. Çünki neftin qiymətləri sürətlə aşağı düşdü. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9,3 faiz artmışdır, sənaye istehsalındakı artım 8,4 faiz təşkil etmişdir. İnflyasiya səviyyəsi 1,5 faiz olmuşdur. Milli valyuta öz dəyərini itirmədi. Bu, onu göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda artıq reallıqdır.

Enerji sektoru, neft və qaz hasilatı, sadəcə özümüzü rahat hiss etməyə, kiminsə yardımından asılı olmamağa, özünü təmin etməyə imkanlar yaradır. Siz özünüzü təmin edəndə və iqtisadi baxımdan müstəqil olanda, təbii ki, siyasi müstəqilliyiniz də daha güclü olacaqdır. Onilliklər, əsrlər boyu biz, əgər belə demək olarsa, digər ölkələrin tərkibində yaşamışıq. Azərbaycan digər ölkələrin hissəsi idi, müstəqil deyildi. Bu gün isə, bizim üçün, xalqımız və gələcək nəsillərimiz üçün bu, nadir şansdır. Bizdən öncəki nəsillər müstəqil olmaq məqsədi ilə yaşamışlar. Biz xoşbəxtik və bəxtimiz gətirib ki, bunun şahidiyik və nəinki şahidi, həmçinin müstəqilliyin gücləndirilməsinə, inkişaf etmiş müasir dövlətin qurulmasına töhfəmizi veririk. İqtisadi müstəqillik və özünü təminetmə hər bir ölkə üçün əhəmiyyətli olan iki elementdir.

Eyni zamanda, Azərbaycanda siyasi islahatlar olduqca düzgün istiqamətdə aparılır. Azərbaycan artıq on ildir ki, Avropa Şurasının üzvüdür. Biz bu quruma qəbul olunduğumuz dövrdə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirirdik. Həmçinin biz bu sahədə gözəçarpan tərəqqini görə bilərik. Bu gün Azərbaycanda müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik olan cəmiyyət qurulub. Cəmiyyətimiz tolerantdır. Azərbaycan cəmiyyəti olduqca dünyəvidir. Bu müsbət keyfiyyətlər bizə dövlətçiliyimizi və iqtisadi potensialımızı gücləndirməyə imkan verir.

2010-cu il üçün nəzərdə tutulan bütün planlar həyata keçirilir. Xarici sərmayələrə gəldikdə şirkətlərimiz artıq çox fəaldırlar. Biz xaricdə böyük sərmayələr yatırırıq. Digər ölkələrin nəqliyyat və enerji sektoruna yatırdığımız sərmayələr artıq 7 milyard dollar səviyyəsindədir. Biz bu siyasəti genişləndirməyi planlaşdırırıq, çünki maliyyə vəsaitlərimiz, enerji resurslarımız və artıq qeyd etdiyimiz kimi, şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Bizim neft və qazımızı müxtəlif istiqamətlərdə nəql etmək üçün yeddi boru kəmərimiz vardır. Biz bir marşrutdan asılı deyilik. Bizim üç neft və dörd qaz boru kəmərimiz vardır. Bunlar bizə enerji resurslarımızın xalis dəyərindən maksimal dərəcədə bəhrələnmək imkanı yaradır.

Eyni zamanda, biz enerji siyasətimizdə olduqca çevikik. Enerji siyasətimiz hər zaman çox açıq və səmimi olmuşdur. Biz hər zaman çalışmışıq ki, enerji resurslarımızdan istifadə edərək digər ölkələrlə, qonşularla apardığımız əməkdaşlığı gücləndirək. Azərbaycan qonşu ölkələrin enerji təhlükəsizliyində artıq mühüm rol oynayır. Bu gün şaxələndirmənin inkişafı ilə bağlı irəli sürülmüş yeni təkliflər üzərində düşünürük. Amma açıq desək, resurslarımızın enerji şaxələndirilməsinə gəldikdə, biz əldə oluna biləcək nailiyyətlərin maksimal

Page 64: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

64    

həddinə nail olmuşuq. Çünki biz nefti, qazı, elektrik enerjisini bütün qonşu ölkələrə ixrac edirik. Baxmayaraq ki, həmin qonşu ölkələrdən bəziləri enerjini Azərbaycandan daha çox həcmdə istehsal edir.

Azərbaycan Avropa təsisatları ilə geniş məsələlər ətrafında çox sıx işləyir. Enerji gündəlikdə duran məsələlərdən biridir. Enerji təhlükəsizliyi məsələsi, “Cənub dəhlizi” layihəsi sahəsində biz çox səmərəli şəkildə əməkdaşlıq edirik. Eyni zamanda, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının yeni üzvü kimi Azərbaycan, həmçinin öz tərəfindən Avropa qitəsinin ümumi enerji təhlükəsizliyinə töhfə verə bilər. Biz “Şərq tərəfdaşlığı” Proqramına Avropa İttifaqından nəyisə almaq və ya müəyyən yardımı xahiş etmək məqsədi ilə qoşulmamışıq. Baxmayaraq ki, hər hansı dəstək bizim tərəfimizdən çox yüksək dəyərləndirilir. Lakin bu, bizi bir-birimizə yaxınlaşdırır, biz qonşuyuq. Əsl qonşu olmaq üçün aramızda daha çox əlaqələndirmə olmalıdır. Eyni zamanda, Avropa İttifaqının bütün müsbət təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Çünki biz ölkəmizi müasirləşdiririk, yüksək təhsilə, sosial müdafiəyə və iqtisadi azadlıqlara malik olan müasir dövlət qururuq. Hazırda ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorda yaradılır. Baxmayaraq ki, əsas resursumuz neft dövlət tərəfindən idarə edilir. Bu, onu göstərir ki, özəlləşdirmə proqramı və bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda tam şəkildə tətbiq edilir.

Mən bunu təfərrüatlarla ona görə deyirəm ki, ölkəmizdəki real vəziyyət haqqında sizdə məlumat olsun. Eyni zamanda, biz bütün problemləri, o cümlədən sosial problemləri həll etmək istiqamətində ürəkdən çalışırıq. Burada Ermənistanın torpaqlarımıza təcavüzü və işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri bizim üçün əsas problemdir.

Əhalimiz 9 milyondur, onun bir milyonu qaçqın və məcburi köçkündür. Bu, ola bilsin ki, adambaşına düşən ən yüksək göstəricidir. Belə ağır problemin olması ilə yanaşı, Azərbaycanda bu cür sürətli iqtisadi inkişafa nail olmaq müəyyən göstəricidir. Torpaqların işğalı təkcə Azərbaycan üçün deyil, regional sabitliyə və proqnozlaşdırmaya da problemdir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi demək olar ki, artıq 20 ildir Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışlar. Onlar Xocalıda soyqırımı törətmişlər. Həmin hadisədə 600-dən artıq vətəndaş, o cümlədən qadın və uşaq erməni müharibə cinayətkarları tərəfindən qətlə yetirilmişdir.

Əfsuslar olsun ki, müharibə cinayətkarları hələ də məsuliyyətə cəlb olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və onlar öz əməllərinə görə mühakimə olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf rayonlarda yaşamış azərbaycanlılar, yəni ümumi hesabla 750 mindən artıq insan həmin ərazilərdən qovulmuş, onların evləri yerlə-yeksan olunmuşdur. Həmin yerlərdə bütün tarixi abidələr, məscidlər və qəbirlər dağıdılmışdır. Bu, Ermənistanın təcavüzünün nəticəsidir.

Bu təcavüzün nəticələri hələ də aradan qaldırılmayıb. Artıq iyirmi ildir ki, biz danışıqlar prosesindəyik. Lakin hər hansı nəticə yoxdur. Hələ 1990-cı illərin əvvəlində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması faktına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ərazilərimizdə işğalı yenə də davam etdirir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, beynəlxalq hüquq normaları işləmir. Bu, o deməkdir ki, ən yüksək səviyyədə beynəlxalq qərarları qəbul edən qurumun, yəni BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Həmin beynəlxalq normaları pozan və qətnamələrə məhəl qoymayan təcavüzkar isə cəzalandırılmır. Əfsuslar olsun ki, bəzən biz hətta təcavüzkarın nəinki cəzalandırılmamasını, hətta müxtəlif güzəştli razılaşmalarla, maliyyə dəstəyi və sair vasitələrlə təqdir olunmasını görürük.

Azərbaycan ərazisinin erməni qüvvələri tərəfindən işğalı artıq 20 ildir ki, davam edir. Buna son qoyulmalıdır. Onların qoşunları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmalıdır. Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq ora qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda, vasitəçilərin fəaliyyəti və əslində iki tərəfə irəli sürdükləri təkliflər bu mövqeni əks etdirir.

Azərbaycanın ərazi bütövlüyünün pozulmasına son qoyulmalıdır. Dağlıq Qarabağın müstəqil olması heç müzakirə predmeti belə deyildir. Vasitəçilərin təkliflərində həmin müstəqilliyin verilməsi mexanizmi yoxdur. Ermənilər bir çox hallarda öz müqəddəratını təyinetmə prinsipinə istinad edirlər. Bu, əlbəttə ki, beynəlxalq hüququn mühüm prinsipidir. Lakin ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar müstəqil Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə getsək, belə çıxır ki, ermənilər yaşadıqları istənilən yerdə öz müqəddəratını təyin edəcəklər?! Onda neçə erməni dövləti yaranacaq?! Çünki onlar bir çox yerlərdə yaşayırlar və xüsusən də, münaqişənin həllinə görə məsuliyyət daşıyan Minsk qrupunun həmsədr ölkələrində də yaşayırlar. Onlar Amerika, Fransa və Rusiyada yaşayırlar. Əgər onlar həmin yerlərdə öz müqəddəratını təyin etmək fikrinə gəlsələr, onda nələr baş verər? Həmin ölkələrin reaksiyası necə olar? Ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər, baxmayaraq ki, bu dövlət də tarixi Azərbaycan torpaqlarında

Page 65: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

65    

yaradılıb. Bu, hamıya aydındır. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, növbəti gün Azərbaycan Demokratik Respublikası qərar qəbul etmişdir ki, İrəvan şəhəri paytaxt məqsədi ilə Ermənistana verilsin. İrəvan şəhəri azərbaycanlıların yaşadığı İrəvan xanlığının şəhəri idi.

Tarixə gəldikdə, bu belədir. Onlar artıq Azərbaycan torpaqlarında öz dövlətini yaradıblar. Bizim torpaqlarda yenidən digər erməni dövləti yaradıla bilməz. Azərbaycan bununla heç vaxt razılaşmayacaq və bu, heç vaxt baş verməyəcəkdir. Erməni tərəfi bunu nə qədər tez başa düşərsə, bu, həm onlar və həm də bizim üçün bir o qədər yaxşı olar. Beləliklə, məsələ tezliklə həll olunar. Sonra isə Qafqazda sülh qurula bilər. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olmadan, regionda hər hansı digər təşəbbüs və ya siyasi məzmunlu layihə həyata keçirilə bilməz. Dağlıq Qarabağ münaqişəsini regionda ümumi inkişaf və ya yeni münasibətlərin yaradılması mövzusundan kənara çıxarmaq məqsədi ilə edilən bütün cəhdlər əbəsdir. Bu, baş tutmayacaqdır. Çünki bu, əsas problemdir və əsas maneə aradan qaldırılmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam hüququ vardır.

Ümidvaram ki, vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. Çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur. Xüsusən də indi növbə Ermənistanındır – vasitəçilərin son təklifini qəbul edirlər, yoxsa yox?! Əgər onlar təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar prosesi yenidən nəzərdən keçirilməli və yeni mərhələ başlanmalıdır.

Beləliklə, vaxtınızı çox almaq istəmirəm. Bir daha istərdim qeyd edəm ki, ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunam. Fikrimcə, münasib vaxtdır. Uğurlu əməkdaşlıq aparacağımız yeni sahələri müəyyən etmək üçün bütün səylərimizi göstərməliyik. Bunun üçün güclü qarşılıqlı iradəmiz, potensialımız vardır. Bu gün Estoniya Prezidenti ilə görüşüm zamanı qeyd etdiyim kimi, iqtisadiyyatlarımız rəqabət aparmır. Əksinə, biz bir-birimizə dəstək verə bilərik. İqtisadiyyatlarımız bir-birini tamamlaya bilər. Hesab edirəm ki, biz bu cür möhkəm siyasi əsaslarla və xalqlarımız arasındakı münasibətlərin böyük tarixi irsi ilə və qarşılıqlı hörmətlə, ölkələrimiz arasında çox güclü tərəfdaşlıq münasibətlərini qura bilərik. Həmin əlaqələr ölkələrimiz, regional əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq üçün yaxşı olacaq və vəziyyəti daha proqnozlaşdıran və sabit edəcəkdir.

Mən Xarici İşlər Nazirliyinə və sizin institutunuza burada çıxış etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. Sizə böyük uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

“Xalq qəzeti”.- 2010.- 9 aprel.- N 74.- S.1.

Page 66: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

66    

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Bakı, 14 aprel (AzərTAc). Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər

Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-Nazirlər Kabinetinin bugünkü iclası 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilib. 2010-cu ildə

Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirmişdir. Bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalmışdır və 2009-cu ildə iqtisadiyyatımız, təxminən 10 faiz artmışdır. Bu artımın üzərində əlavə artıma nail olmaq əlbəttə ki, böyük uğur hesab oluna bilər. Bəzi ölkələr var ki, 2010-cu ildə müsbət dinamika nümayiş etdirir. Ancaq nəzərə almalıyıq ki, o ölkələrdə 2009-cu ildə iqtisadiyyat 7, 10, 15 faiz tənəzzülə uğramışdır. Əlbəttə ki, bu tənəzzüldən sonra müəyyən dərəcədə inkişaf dinamikası da mümkündür.

Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir.

Bir sözlə, bütün makro-iqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir.

Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək.

Artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir. Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik. Dövlət İnvestisiya Proqramı icra edilir. Proqramın icrası ilə bağlı heç bir problem yoxdur. Nə maliyyə problemi, nə də ki, texniki problem. Bizim həm texniki imkanlarımız artır və həm də keçən il nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra edilir. Əminəm ki, bütün investisiya layihələrimiz vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir.

İlin birinci rübündə ölkə iqtisadiyyatı üçün önəmli hadisələr baş vermişdir. Əlbəttə ki, bütün ölkədə müxtəlif obyektlər, yeni iş yerləri açılır. Eyni zamanda, ölkəmizin sənayeləşməsi üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektləri də inşa edilməyə başlanmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulmuşdur. Bu zavoda çox böyük ehtiyac vardır. Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda, tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda, Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.

Page 67: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

67    

Biz Xəzərdə öz mövqelərimizi möhkəmləndiririk. İstər neft-qaz əməliyyatları, istər infrastruktur, istərsə də donanmanın gücü baxımından Azərbaycan, əlbəttə ki, Xəzərdə çox güclü mövqelərə malikdir. Gəmiqayırma zavodunun işə başlaması nəticəsində biz artıq idxaldan asılı olmayacağıq. Son illər ərzində xaricdən kifayət qədər müxtəlif tipli gəmilər alınmışdır ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdən biridir.

Mən gəmiqayırma zavodunu xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir də onu göstərir ki, həm Azərbaycan dövləti və hökuməti ölkəmizin müasirləşməsi istiqamətində çox düzgün və vaxtında addımlar atır, eyni zamanda, xarici tərəfdaşlar Azərbaycan ilə birgə işlər görmək əzmindədirlər. Gəmiqayırma zavodunun səhmdarları arasında Azərbaycan qurumları və eyni zamanda, xarici tərəfdaşlar da vardır. Onlar da böyük həcmdə investisiyalar qoyacaqlar. Yəni bu, özlüyündə göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi öz funksiyalarını, imkanlarını genişləndirir. Əminəm ki, bu istiqamətdə atdığımız addımlar Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.

Sənaye potensialımızın gücləndirilməsi üçün başqa addımlar da atılır. Böyük tədbirlər, ixtisaslaşdırılmış texnoparkların tikintisi nəzərdə tutulur. Hərbi sənaye kompleksinin inkişafı sürətlə gedir və mən bu ilin birinci rübündə müdafiə sənayesi kompleksini təşkil edən iki böyük zavodun açılışında iştirak etmişəm. Bütün bu istiqamətlərdə planlarımız icra edilir.

Keçən ay ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramının müzakirəsini keçirdik. Regionların inkişafı geniş şəkildə müzakirə edildi. Mən o iclasda səslənən fikirləri təkrarlamaq istəmirəm. Bütün vəzifələr qoyuldu, istiqamətlər müəyyən edildi, konkret tapşırıqlar verildi ki, regionların inkişafı sürətlə getsin, bütün maliyyə resursları səfərbər olunsun. Dövlət investisiya layihələri, eyni zamanda, regionların inkişafını təmin edir. Bank sektorunun inkişafı və əlavə resursların əldə edilməsi kreditləşməni asanlaşdırır. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət xətti ilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır, texnika alınır. Yəni regionların, kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün praktiki addımlar atılır. Bu addımlar artıq bir neçə ildir ki, atılır. Biz bu addımların səmərəsini, nəticələrini görürük. Bunun həm iqtisadi göstəricilərdə, eyni zamanda, gündəlik həyatda görürük.

Bir sözlə, Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq.

Bu yaxınlarda növbəti sevindirici xəbər gəldi ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Nəzərə alsaq ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda cəmi 5-6 ildir inkişaf etməyə başlamışdır, bu da çox gözəl göstəricidir. Biz qısa müddət ərzində böyük uğurlara nail ola bilmişik. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir. İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir. O ölkələr ki, bu sahədə birinciliyi əldə edir, yaxud da, apardıqları islahatlarla bu istiqamətdə uğurlar qazanır, onlar gələcəkdə daha da böyük imkanlara malik olacaqlar.

Birinci rübdə bizim neft-qaz sənayesində çox əlamətdar hadisələr baş vermişdir. “Çıraq” layihəsinə start verilmişdir. Bu da çox böyük layihədir. Əlbəttə ki, “Azəri-Çıraq-Günəşli” yataqları üzrə “Əsrin müqaviləsi”nin icrası çərçivəsində görüləcək işlərdir. Ancaq əhəmiyyəti nəzərə alınaraq bu layihəyə xüsusi bir istiqamət, xüsusi bir ad verildi. “Çıraq” layihəsi əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təşkil edəcəkdir. O iş yerlərinin 90 faizindən çoxu Azərbaycanda açılacaqdır. Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də ki, hasilatın sabit vəziyyətdə saxlanması üçün əlavə imkanlar yaranacaqdır. Bu, uzun illər bundan sonra hasilatı yüksək səviyyədə, sabit səviyyədə saxlayacaqdır. Bu da ölkəmizin inkişafı üçün çox vacibdir ki, biz öz gələcək planlarımızı elə quraq ki, əldə ediləcək əlavə mənfəət həm ehtiyatların artırılmasına yönəldilsin, eyni zamanda, investisiya xərclərinin təmin edilməsi daha da geniş vüsət alsın.

Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bizim siyasətimiz ondan ibarətdir

Page 68: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

68    

və maliyyə böhranından belə uğurlu çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı.

Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız artacaq, eyni zamanda, dövlət investisiya proqramı elə tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik.

Sosial məsələlərin həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin həlli üçün başlıca şərtdir. Əgər güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar, maaşlar vaxtaşırı artırılır. Bu il də maaşların və pensiyaların artımı nəzərdə tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün sosial proqramlar, sosial ödəmələr vaxtında təmin edilir.

Sosial obyektlərin tikintisi istiqamətində çox böyük işlər görülür. Təkcə bu ilin birinci rübündə proqrama dövlət büdcəsində nəzərdə tutulmayan layihələr əlavə edildi. Çünki yerlərdən xahişlər daxil oldu ki, bəzi rayonlarda tibbi xidmətin lazımi səviyyədə olmaması insanları narahat edir. Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir xəstəxanalar, müalicə diaqnostika kompleksləri tikilmişdir və onlar insanlara gözəl xidmət göstərir. Hələ ki, biz bu problemi tam şəkildə həll edə bilməmişik. Ona görə yerlərdən gələn təkliflər, xahişlər əsasında göstəriş verildi ki, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni müasir xəstəxanaların tikintisi, yaxud da mövcud xəstəxanaların əsaslı təmiri məsələləri öz həllini tapsın. Yəni, biz bu məsələlərə həmişə çox çevik reaksiya veririk. Yenə də deyirəm, biz çalışırıq ki, dövlət büdcəsində bütün məsələləri həll edək. Deyə bilərəm ki, əksər hallarda mütləq buna nail oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik. Belə məqsədlər üçün biz Prezidentin Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə və qısa müddət ərzində aradan qaldıraq.

Artıq bizim iclaslarda elektrik enerjisi, qaz təchizatı məsələləri daha geniş şəkildə müzakirə olunmur. Çünki bu məsələlərin böyük hissəsi həllini tapıbdır. Düzdür qazlaşdırma prosesi davam edir və davam etməlidir ki, bütün insanlar, bütün yaşayış məntəqələri maksimum dərəcədə təmin olunsun. Ancaq bu problemlər görülən tədbirlər nəticəsində ciddi sosial problem kimi artıq aradan qalxıb. Bu gün səylərimiz bu əsas infrastuktur layihələrinin - içməli su, kanalizasiya məsələlərinin həllinə yönəldilibdir. Bu istiqamətdə də artıq işlər başlanmışdır. Mən istəyirəm ki, daha da sürətlə başlasın və bütün rayon mərkəzlərini əhatə etsin. İstəyirəm ki, bütün rayon mərkəzlərində işlər tezliklə başlasın, çünki insanları bu gün ən çox narahat edən məsələlər məhz içməli su və kanalizasiya məsələləridir. Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində heç vaxt, heç bir dövrdə kanalizasiya olmamışdır. İçməli su həmişə problem olmuşdur. Ancaq biz bu ciddi problemi çox ciddi həll etməliyik. Elə etməliyik ki, bu problem Azərbaycandan yığışdırılsın və insanlar tam şəkildə öz haqlı hüquqlarından istifadə edə bilsinlər.

Bir sözlə, 2010-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf baxımından çox uğurludur. Mən əminəm ki, gələcək aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və Dövlət İnvestisiya Proqramı çərçivəsində dövlət büdcəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla icra ediləcəkdir.

Hesab edirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici mərhələyə qədəm qoymuşuq. Mən bu barədə öz fikirlərimi dəfələrlə ictimaiyyətlə bölüşürəm, Azərbaycanın mövqeyini bildirirəm. Ancaq hadisələr çox sürətlə inkişaf edir və əlbəttə ki, danışıqlar prosesinin indiki mərhələsi haqqında da mən həm öz fikirlərimi bildirmək, həm də Azərbaycan dövlətinin rəsmi mövqeyini bir daha açıqlamaq istəyirəm. Dəfələrlə qeyd etmişik və demişik ki, bu münaqişə öz həllini ancaq beynəlxalq hüquq normaları əsasında tapa bilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir, işğalçı qüvvələr bütün işğal edilmiş torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları - qaçqınlar, köçkünlər işğal edilmiş bütün ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və Dağlıq Qarabağın statusu ondan sonra müəyyən oluna bilər. Bununla bərabər, bu status ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan dövləti bundan kənarda heç bir statusa heç vaxt razılıq verməyəcədir. Biz razılıq vermədiyimiz təqdirdə heç kim qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayacaqdır. Bizim vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıdandan sonra Dağlıq Qarabağın keçici, yəni müvəqqəti statusu öz həllini tapa bilər. Ancaq o stasus, yenə də deyirəm, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Bütün mərhələlərdə, danışıqların ilk günlərindən Azərbaycanın mövqeyi ondan ibarət olmuşdur ki, Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verilə bilər. Biz bu mövqedə qalırıq və

Page 69: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

69    

ermənilərdən fərqli olaraq heç vaxt etnik təmizləmə əməliyyatları aparmamışıq, belə niyyətimiz də yoxdur. Bəzi hallarda biz Ermənistandan çox sadəlövh və gülməli bəyanatlar eşidirik ki, əgər Azərbaycanın istədiyi məsələ öz həllini taparsa, Azərbaycanın təklifi qəbul olunarsa, o zaman Dağlıq Qarabağda ermənilər qalmayacaqdır. Qoy onlar bizi öz arşını ilə ölçməsinlər. Azərbaycan xalqı başqa millətlərə qarşı heç vaxt ayrı-seçkilik etməmişdir. Biz Ermənistandan fərqli olaraq monodövlət deyilik. Bizdə bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bizim xüsusiyyətimiz bundadır. Bizim düşüncəmiz bundadır. Ermənistan isə bəlkə də dünyada tək ölkədir ki, yəni ada olmayan ölkədir ki, orada erməni millətindən başqa millət yaşamır. Baxmayaraq ki, bugünkü Ermənistan Azərbaycanın əzəli torpaqları üzərində qurulubdur, İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bu, bizim tarixi torpağımızdır. Ancaq azərbaycanlılar müxtəlif tədbirlərlə, müxtəlif yollarla indiki Ermənistandan qovuldu. Nəinki azərbaycanlılar, bütün başqa millətlər də Ermənistandan ya qovuldu, ya öldürüldü, ya sıxışdırıldı, ya da elə dözülməz şərait yaradılmışdır ki, onlar orada qala bilmirlər. Ona görə Azərbaycan dövləti heç vaxt heç kimə qarşı etnik təmizləmə siyasəti aparmamışdır və aparmayacaqdır. Əgər beynəlxalq hüquq normalarını əks etdirən təkliflər Ermənistan tərəfindən qəbul edilərsə, o zaman Dağlıq Qarabağda erməni icması ilə bərabər Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və onların orada, azərbaycanlıların orada yaşaması həm tarixi ədaləti tam təsdiq edəcək, həm də ki, beynəlxalq hüquq normalararına tam uyğundur.

Bugünkü mərhələdə Ermənistan öz mövqeyini bildirməlidir. Uzun illərdir ki, biz Minsk qrupunun həmsədr ölkələrinin dövlət, hökumət başçılarına mövqeyimizi bildirmişik. Ermənistan danışıqları süni şəkildə uzadır. Ermənistan danışıqlarda səmimi deyildir və danışıqları sadəcə olaraq bir bəhanə kimi aparır və çox ləng aparır. Müəyyən mərhələlərdə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq istəyir, yenidən onları ortaya qoyur ki, sadəcə olaraq vaxt udsun. Hesab edirlər ki, vaxt keçdikcə bu status-kvo vəziyyəti daha da möhkəmlənəcək və on ildən, iyirmi ildən sonra artıq qeyri-qanuni qurum olan Dağlıq Qarabağın elə bil ki, legitimləşdirilməsi üçün daha da əlverişli imkanlar olacaqdır.

Dəfələrlə həm Minsk qrupunun səfirlərini, həm də dövlət və hökumət başçılarını məlumatlandırmışıq ki, bizim şübhələrimiz var və bu şübhələr elə boş yerə yaranmayıb. Bu şübhələrin əsası var ki, Ermənistan sadəcə olaraq vaxt uzadır, danışıqları belə bir əbədi prosesə çevirmək istəyir, sanki bu danışıqlarda iştirak edir, ona görə onlara qarşı sanksiyalar tətbiq edilməməlidir. Danışıqların uğurlu olmaması səbəbini müxtəlif yollarla Azərbaycanın üzərinə yıxmaq istəyir.

Artıq biz o mərhələyə yaxınlaşmışıq ki, Ermənistanın bu məkrli, riyakar və yalançı siyasəti davam edə bilməz. Biz o mərhələdəyik ki, onlar Minsk qrupunun həmsədrləri olan ölkələrin təklifinə cavab verməlidirlər. Yenilənmiş Madrid prinsipləri əsasında iki tərəfə təqdim edilmiş təklif üç ölkənin təklifidir. Düzdür, bu təklifin formalaşmasında və indiki vəziyyətə gətirib çıxarılmasında Azərbaycan diplomatiyasının çox böyük rolu vardır. Əgər biz mərhələnin əvvəlindəki təkliflərə baxsaq, yəni Praqa prosesi adlandırdığımız mərhələnin əvvəlinə, prosesin əvvəlinə baxsaq, görərik ki, o təkliflərdə bizi qane etməyən çoxsaylı məqamlar var idi. Çox böyük təhlükəli məqamlar var idi, nə vaxtsa Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək müəyyən mexanizmlər orada görünməkdə idi. Əlbəttə ki, biz onu heç vaxt qəbul edə bilməzdik.

Son illər ərzində, son 5 il ərzində Praqa prosesi çərçivəsində bizim səylərimiz nəticəsində və eyni zamanda, hesab edirəm ki, həmsədr ölkələrin məsələyə yeni bucaqdan baxışı nəticəsində biz bugünkü yenilənmiş Madrid prinsipləri əsasında verilmiş təklifləri görürük və müzakirə edirik. Ona görə bu, böyük bir proses idi. Müxtəlif dövrlərdə Ermənistan tərəfi bu prosesdən müxtəlif yollarla çıxmaq istəyirdi. Bəzən danışıqları tərk etməklə, bəzən çox müəmmalı səbəblər gətirərək danışıqları yarımçıq tərk etməklə, sadəcə olaraq, heç kimə demədən danışıqlardan uzaqlaşmaqla özlərini bir növ gülünc vəziyyətə salırdılar. Ancaq biz görürük ki, onlar hər şeyə razıdırlar. Özlərini gülünc vəziyyətə salmağa razıdırlar. Özlərini qeyri-konstruktiv mövqeyin sahibi olan ölkə kimi təqdim etməyə hazırdırlar, təki bu proses əbədi proses olsun, danışıqlar getsin və dünya da sanki arxayınlaşsın ki, burada hər şey sakit olacaq, müharibə olmayacaq, onlar danışırlar, qoy danışsınlar.

Artıq biz o xəttə çatmışıq ki, Ermənistan tərəfi və əlbəttə ki, Azərbaycan tərəfi öz mövqeyini bildirməlidir. Biz öz mövqeyimizi bildirmişik. Həm keçən ilin noyabr ayında Münxen şəhərində Ermənistan prezidenti ilə apardığım danışıqlarda və son dəfə Soçidə Rusiya Prezidenti Medvedevin təşəbbüsü ilə növbəti üçtərəfli görüş əsnasında Azərbaycan rəsmi şəkildə öz mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid prinsipləri üzərində verilən təklif bizim üçün məqbuldur, o təklifdə bizim üçün narahatedici məqamlar çox azlıq təşkil edir.

Orada kiçik istisnalar etməklə o təklif əsas kimi götürülməlidir və bu təklifin əsasında sülh sazişi hazırlanmalıdır. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib. İki aydan çox vaxt ərzində sadəcə olaraq mövqe bildirməyib. Ondan sonra bizə çatan məlumata görə onların o təklifə

Page 70: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

70    

verdikləri əlavələr əslində bizi prosesin əvvəlinə gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edə bilərik, nə də ki, Minsk qrupunun həmsədr ölkələri. Ona görə bizə söz verilib ki, bu müddət ərzində Ermənistan tərəfi ilə çox ciddi iş aparılacaq və onlara sübut etməyə çalışacaqlar ki, bu təklifi qəbul etsinlər. Biz də bu mərhələdəyik. Ona görə biz əlbəttə ki, vəziyyəti, bölgədə gedən prosesləri təhlil edirik və Ermənistandan cavab gözləyirik ki, onlar üç ölkənin – Rusiya, Fransa və Amerikanın təklifinə müsbət cavab verəcəklər və belə olan halda biz danışıqları fəal şəkildə aparacağıq, artıq danışıqların yeni mərhələsi başlayacaq, konkret saziş üzərində işlər başlanacaqdır. Əgər onlar bu təklifi qəbul etməsələr, onda hesab edirəm ki, danışıqlar öz mənasını itirəcək və sadəcə imitasiya naminə, görüntü yaratmaq üçün danışıqlar aparmaq bizim üçün qəbuledilməzdir.

Mən müxtəlif dövrlərdə, müxtəlif mərhələlərdə demişəm ki, biz imitasiya naminə danışıqlar aparmayacağıq. O vaxta qədər aparacağıq ki, bizdə ümid var ki, onlardan bir nəticə çıxacaqdır. Əgər gördük ki, burada heç bir ümid yoxdur, onda danışıqlar dayanmalıdır və əlbəttə ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ nədən ibarət olacaq, bunu hələ ki, demək tezdir. Hər halda biz istənilən ssenariyə hazırıq. Öz hazırlıq işlərimizi görürük ki, vəziyyətə uyğun şəkildə addımlarımızı ataq. Ancaq mən hesab edirəm və bir daha bunu vurğulamaq istəyirəm, indiki mərhələdə artıq hamı üçün, həm də həmsədr ölkələr üçün bəllidir ki, Ermənistan tərəfi danışıqları pozur. Həmsədr ölkələr əgər əvvəllər buna bir növ göz yummaq istəyirdilərsə, artıq bu gün bunu etmək mümkün deyildir. Çünki onlar üçün də bəllidir ki, Ermənistan tərəfi danışıqları əslində pozur. Belə olan halda mən tam əminəm ki, Ermənistan tərəfi ilə ciddi iş aparılmalıdır. Ermənistanı hansısa yollarla stimullaşdırmaq, onlara ümid vermək, onların işğalçı siyasətinə yenə göz yummaq siyasəti ona gətirib çıxara bilər ki, danışıqlar pozulacaqdır.

Ona görə mən hesab edirəm ki, indiki həlledici mərhələdə bütün ölkələr, xüsusilə Minsk qrupunun həmsədr ölkələri çox həssas olmalıdırlar. Vəziyyətlə bəlkə də yaxından tanış olmayan insanlar daha da çalışmalıdırlar ki, bölgədəki vəziyyəti öyrənsinlər, bölgədə gedən tarixi prosesləri heç olmasa kitablardan oxusunlar. Son iyirmi ilin tarixini öyrənsinlər. Əgər bilmirlərsə, mən heç kimi günahlandırmaq istəmirəm, bunu öyrənsinlər ki, düzgün nəticə çıxarsınlar, addımları düzgün istiqamətdə atsınlar. Ancaq biz görürük, bu gün, həlledici məqamda Ermənistana elə bir siyasi dəstək verilir ki, bundan sonra Ermənistan danışıqlardan ümumiyyətlə imtina edə bilər.

Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir. Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeni nümayiş etdirə bilərik?! Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dünyada hər şey qarşılıqlıdır. Bunu biz icad etməmişik. Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi ikitərəfli münasibətlərdə rol oynaya bilməz. Əgər belə olsa, onda BMT gərək öz fəaliyyətini dayandırsın. Bütün ölkələr bərabər hüquqlara malikdirlər və bütün ölkələr bərabərhüquqlu münasibətlər qururlar, qurmalıdırlar. Hər halda Azərbaycan o ölkələrdəndir ki, ancaq bu yanaşmanı qəbul edir.

Əlbəttə ki, əgər bizim maraqlarımız kənara qoyulursa, əgər torpaqlarımızın işğalına göz yumulursa və işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə, Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük. Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?!

Birincisi, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır. Nə biz qarışmalıyıq, nə də ki, başqaları. Baxmayaraq ki, ölkələrin bəziləri hesab edir ki, hər işə qarışmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri həll etsin. Əlbəttə ki, bu ölkələr münasibətləri həll edəndə regionda gedən prosesləri nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi münasibətləri nəzərə alacaqlar. Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır.

O ki qaldı, danışıqlar prosesinə, bir daha demək istəyirəm, biz hələ ümid edirik ki, Ermənistan tərəfi təklif edilən varianta müsbət cavab verəcəkdir. Əgər belə olarsa, biz sülh danışıqlarını daha fəal şəkildə apacağıq və danışıqlarda yeni mərhələ, yəni müsbət mərhələ açıla bilər.

X X X

Page 71: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

71    

Sonra çıxışlar oldu. Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

-Qeyd olunduğu kimi, 2010-cu il ölkə iqtisadiyyatı üçün uğurla başlamışdır. Mən ümid edirəm ki, biz bu

uğurlu inkişaf dinamikasını ilin sonuna qədər saxlayacağıq. Bunu etmək üçün bütün imkanlar vardır. Sadəcə, elə etməliyik ki, nəzərdə tutulmuş bütün layihələr vaxtında və keyfiyyətlə icra edilsin.

Əminəm ki, 2010-cu ilin yekunları da Azərbaycanın imkanlarını daha da genişləndirəcəkdir. Elə etməliyik ki, makroiqtisadi sabitlik qorunub saxlanılsın. Keçən il bu baxımdan çox müsbət il olmuşdur. Hamımız yaxşı xatırlayırıq ki, ondan əvvəlki illərdə inflyasiya ikirəqəmli idi. Bu ilin birinci rübündə 3,8 faizlik inflyasiya müsbət səviyyədədir. Elə etməliyik ki, makroiqtisadi sabitlik təmin olunsun. İstehlak qiymətlərinə nəzarət həmişə güclü olmalıdır. Bu istiqamətdə də çox müsbət addımlar atılmışdır. Həm iqtisadi tədbirlər görülməklə, eyni zamanda, istehlak qiymətlərinə ciddi nəzarət etməklə süni qiymət artımının qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır ki, Azərbaycan vətəndaşları 2010-cu ildə öz yaşayış səviyyəsini artıra bilsinlər.

Ölkəmizdə bütövlükdə sosial rifah məsələləri uğurla icra edilir. Birinci rübdə orta əmək haqqı qalxmışdır. Bu gün orta əmək haqqı 304 manat, yaxud da ki, 380 dollar təşkil edir. Hesab edirəm ki, bu, yaxşı nəticədir, yaxşı göstəricidir. Ancaq əlbəttə, ölkə iqtisadiyyatı elə inkişaf etməlidir ki, orta əmək haqqı da artsın. Ümid edirəm ki, biz həm dövlət tərəfindən görüləcək tədbirlər nəticəsində və özəl sektorun inkişafı sayəsində buna nail olacağıq. Bununla bərabər, hələ ki, qeydiyyata düşməyən işçi qüvvəsini qeydiyyata almaq və onlara da lazımi qanuni tədbirlər tətbiq etmək çox vacibdir. Hələ ki, iqtisadiyyatımızın müxtəlif sektorlarında işləyənlərin bir hissəsi qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə almır və beləliklə, həm vergilərdən yayınırlar, həm də bu proseslər istər-istəməz bugünkü real sosial vəziyyəti əks etdirmir. Çünki bu gün xüsusilə inşaat sektorunda, baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik ki, həm bu sektorda və başqa sektorlarda – ticarət, ictimai-iaşə obyektlərində işləyən hər bir vətəndaş maaşı zərfdə deyil, qanuni şəkildə alsın, onun vergisini ödəsin. Beləliklə, əminəm ki, əgər biz buna maksimum dərəcədə nail ola bilsək, - deyə bilərəm ki, heç bir ölkədə, ən inkişaf etmiş ölkədə buna nail olmaq mümkün deyil, - bu, büdcəmizə həm əlavə vəsait gətirəcək, eyni zamanda, statistik göstəricilərimiz daha da dolğun olacaqdır. Əslində bu gün, hətta indiki tənzimləmə üsulları ilə statistik göstəricilərimiz, demək olar ki, real vəziyyəti əks etdirir. Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir. Ancaq mən əminəm ki, əgər biz bu sahədə tam şəkildə şəffaflığa nail olsaq görərik ki, yoxsulluğun səviyyəsi ondan da aşağıdır. Çünki bu gün qeydiyyata düşməyənlər, qeyri-rəsmi qaydada maaş alanlar o statistikaya daxil edilmir, sanki yoxsul təbəqə kimi göstərilir. Əgər biz bu sahədə ciddi irəliləyişə nail olsaq, bu, hər cəhətdən daha yaxşı olacaqdır.

Bu sahədə müəyyən işlər görülüb. Ancaq bu işlər kampaniya xarakteri daşımamalıdır. Xatırlayıram, mənim bir çıxışımdan sonra bu sahədə çox ciddi tədbirlər görülməyə, ciddi nəzarət tətbiq edilməyə başlamışdı. Ondan altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət sanki bir az zəiflədi və biz bir növ yenə də elə köhnə vəziyyətə qayıtdıq. Yəni, bu məsələ daim ciddi araşdırılmalıdır.

İlin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələrimiz başa çatmalıdır. Bu layihələr çox geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə yollar salınır. Bu il İpək yolu, yəni Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur. Bu yaxınlarda nəqliyyat naziri mənə məlumat vermişdir. Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir.

Düzdür, verilən məlumata görə, son zamanlar sürüşmələr çox fəal xarakter alıb. Bu, təbii prosesdir. Sürüşmələr bu yolları - yeni çəkilmiş yolları dağıdır. Həmçinin imkan vermir ki, biz bu yolları vaxtında istismara verək. Ancaq yəqin ki, bu məsələyə gərək daha da ciddi diqqət yetirək. Əvvəllər bu, çox nadir hallarda baş verirdi, epizodik xarakter daşıyırdı. Bu gün isə görürəm ki, bütün istiqamətlərdə sürüşmələr artıq kütləvi xarakter alır. Biz buna daha da ciddi hazır olmalıyıq. Yeni yol marşrutlarını müəyyən etməliyik ki, sürüşmə zolağından yan keçsin.

Magistral yollara gəldikdə, bu, demək olar ki, layihələr, proqramlar əsasında həll olunur. Bu, həm uzunmüddətli inkişaf strategiyamızda vardır, həm də ki, hər ilin investisiya proqramında. Elə etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir olunsun, salınsın. Bu sahə yerli icra orqanlarının sərəncamındadır.

Page 72: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

72    

Onlara da lazımi səviyyədə vəsait verilməlidir ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər bələdiyyələrin xətti ilə görülməlidir. Əslində kənd yollarını bələdiyyələr inşa etməlidir. Azərbaycan dövləti bu funksiyanı öz üzərinə götürüb ki, məsələni tezliklə həll edək. Ancaq, bu, əslində bələdiyyənin işidir. Onlar yığılan vəsait hesabına kənd yollarını abad vəziyyətə salmalıdırlar və bu sahəyə dövlət nəzarəti daha da ciddi olmalıdır. Digər infrastruktur layihələrinin icrası ilə bağlı konkret tapşırıqlar verilib, onları təkrar etmək istəmirəm, içməli su, kanalizasiya, qazlaşdırma. Oğuz-Qəbələ-Bakı su kəməri bu il istismara verilməlidir. Yəni, bütün bu işlər plan üzrə gedir. Sosial infrastrukturun yeniləşməsi, olimpiya kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları - bunlar da vaxtında, proqram üzrə yüksək keyfiyyətlə icra edilməlidir.

Bakıda nadir bayraq meydanı yaradılır. Bu, doğrudan da dünyada nadir bir memarlıq abidəsi olacaqdır. Bayraq meydanının ümumi torpaq sahəsi ilə birlikdə ərazisi, haradasa 60 hektara yaxındır. 60 hektar ərazidə böyük abadlıq, quruculuq işləri aparılır. Parklar salınır, yollar çəkilir, dənizkənarı bulvarlar salınır. Çox nəhəng layihədir. Meydanın özünün alt hissəsinin ölçüləri təxminən 6 hektardır. Bayraq yerləşən meydanın ölçüləri isə, təxminən 3 hektara bərabərdir. Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü dünyada ən hündür səviyyədə olacaqdır. Bayrağın ölçüləri, müqayisə üçün deyə bilərəm ki, bir futbol meydançasının ölçülərinə bərabərdir. Yəni, sözün əsl mənasında, nadir memarlıq abidəsi olacaqdır. Çox sevindirici haldır ki, baxmayaraq, bu layihəni xarici şirkətlər təqdim etmişlər, bütün işləri yerli şirkətlər icra edirlər. Bu, onu göstərir ki, bizdə həm texnika, həm də peşəkarlıq vardır. Bütün lazımi tədbirlər görülür. Ümid edirəm ki, bayraq meydanı bu il hazır olacaq, müstəqilliyimizi, müstəqil həyatımızı əks etdirən ən önəmli rəmzlərdən birinə çevriləcəkdir.

Burada qeyd olunduğu kimi, regional inkişaf proqramını biz keçən ay geniş müzakirə etdik. Sahibkarlığın inkişafına dair müxtəlif tapşırıqlar verilmişdir. Bütün dövlət qurumları bu istiqamətdə öz vəzifələrini bilirlər. Bu il də nəzərdə tutulan kreditlər vaxtında verilməlidir. Aqrolizinqlər, aqroservislər kənd təsərrüfatı texnikası ilə təmin edilməlidir, damazlıq heyvanlar alınmalıdır, gübrələr, subsidiyalar verilməlidir. Kənd təsərrüfatı, sahibkarlıq, regional inkişaf bir-biri ilə bağlı olan məsələlərdir. Əgər nəzərdə tutulmuş bütün tədbirlər görülərsə, - nəzərə alsaq ki, maliyyə resursları da vardır, - bu sahədə daha da müsbət irəliləyiş əldə olunacaqdır.

Keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət gücləndirilməlidir. Son zamanlar bu nəzarət daha da güclüdür. Bunu biz də görürük, ictimaiyyət də görür. Bu, mətbuatda da işıqlandırılır. Keyfiyyətsiz idxal mallarına qarşı biz çox ciddi tədbirlər görməliyik, bir sədd qoymalıyıq ki, onlar Azərbaycana daxil olmasın. Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı ciddi tədbirlər görülməlidir. Bunu araşdırın. Bəlkə biz cəza tədbirlərini daha da sərtləşdirək. Çünki bu, insanların birbaşa sağlamlığına mənfi təsir göstərir. Zəhərlənmə halları baş verir və insanlar o işləri görənlərin ucbatından əziyyət çəkirlər. Ona görə idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni primitiv üsullarla hazırlanan qida məhsullarına çox ciddi nəzarət olmalıdır. Əlbəttə, bunu həm İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Komitəsi icra etməlidir və yerli icra orqanları da bu işlərə çox ciddi dəstək verməlidirlər. Bu mallar rayon icra başçılarının, bələdiyyələrin, gözü qabağında satılır. Onlar dövlət qurumlarına, bilavasitə bu məsələ ilə məşğul olan qurumlara həm dəstək, həm də vaxtında siqnallar verməlidirlər. Çünki dövlət qurumları tərəfindən bütün istehsal sahələrini əhatə etmək çox çətindir. Bu gün Azərbaycanda özəl sahibkarlıq geniş vüsət alıb, minlərlə, on minlərlə müəssisələr, yeni istehsal sahələri yaradılır. Əvvəlki illərdə buna nəzarət etmək bəlkə daha asan idi, çünki o qədər də müəssisə fəaliyyət göstərmirdi. Bu gün isə bu, bizim ümumi işlərimiz olmalıdır. Biz insanların sağlamlığına ziyan verən istənilən amili aradan qaldırmalıyıq.

Biz ciddi ekoloji tədbirləri görürük. İlk növbədə ona görə ki, ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit - biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni, bu sahəyə ciddi diqqət göstərilməlidir. Bu ildən biz Avro-2 standartına keçirik. Hesab edirəm ki, bu da çox vacib addımdır. Mən şəxsən hesab edirəm ki, biz bu sahədə bir az gecikmişik. Bunu daha əvvəl etməli idik. Ancaq burada obyektiv səbəblər vardır. Neftayırma zavodlarımız uzun illərdir ki, fəaliyyət göstərir. Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avro standartlarına daha da sürətlə keçək. Ancaq həm zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda, yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara maksimum dərəcədə yaxın olaq. Avro-2-yə keçmək, sadəcə olaraq birinci mərhələdir. Biz elə etməliyik, Avropa İttifaqında bu sahədə olan standartlara maksimum dərəcədə yaxın olaq.

Mütəmadi qaydada ekoloji monitorinq aparılmalıdır. Bu il geniş şəkildə ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik ki, büdcədə bu məqsədlər üçün nəzərdə tutulan vəsait vaxtında verilsin. Çünki artıq ilin təxminən dörd ayı keçibdir. Çox işlər görülübdür. Xüsusilə, ağacəkmə ilə əlaqədar digər işlər görülübdür. Keçən dəfə dediyim kimi, biz artıq çirklənmiş göllərin təmizlənməsinə dərhal başlamalıyıq. Büdcədə vəsait nəzərdə tutulub.

Page 73: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

73    

Elə etməliyik ki, bütün tender prosedurları tezliklə başa çatsın ki, bu işlər ləngiməsin. Bakı buxtasının təmizlənməsi işləri də bu il ciddi aparılmalıdır. Bakı buxtasına çirkab axıdan kanalizasiya xətlərində ciddi tədbirlər görülməlidir, təmizləyici qurğular tikilməlidir. İndi aidiyyəti orqanlar təkliflər hazırlasınlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu yaxınlarda mənə Bakı buxtasına çirkab axıdan xətlərin xəritəsini vermişdir. Bu, dözülməz bir haldır. Bakı buxtası Bakının, ölkəmizin sərvətidir. Biz Bakı bulvarında geniş quruculuq işləri aparırıq. Dörd kilometr uzunluğu olan bulvarda çox müasir səviyyədə abadlıq-quruculuq işləri aparılır. Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır. Bakı buxtası Bakının əsas gözəlliklərindən biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada görülən tikinti işləri artıq imkan verir ki, insanlar düz dənizin qırağı ilə gəzə bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə bu, belə deyildi. Yadınızdadır, orada daşlar qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi. Ancaq bu gün elə şərait yaratmışıq ki, insanlar düz dənizin qırağı ilə gəzə bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf olsun və heç bir qoxusu olmasın. Buna nail olmaq üçün orada bütün təmizləyici tədbirlər görülməlidir, özü də çox böyük sürətlə. Bu ilin birinci rübündə neft-qaz sektorunda - mən giriş sözümdə bunu qeyd etdim, - vacib hadisələr baş vermişdir. O hadisələr bir daha göstərir ki, neft-qaz strategiyamız həm uğurludur, həm uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır. Bu yaxınlarda xarici tərəfdaşlarla yeni layihələr, yeni yataqlar üzrə müqavilələr bağlanmışdır. Kəşfiyyat işləri aparılacaq, yeni investisiyalar qoyulacaqdır. “Çıraq” layihəsi özlüyündə böyük, ayrıca bir layihə kimi göstərilə bilər. Bu sahədə vəziyyət müsbətdir.

Qaz sektorunda görülən işlər həm ölkə daxilində, həm beynəlxalq əməkdaşlıq baxımından maraqlarımızı tam şəkildə təmin edir. Ölkə daxilində qazlaşdırma prosesi sürətlə gedir. Köhnə xətlər dəyişdirilir. Bəzi yerlərdə xətlər yerin üstündən salınmışdır. Bəzi hallarda əsas yollarda görürsən ki, xətlər yerin altından deyil, üstündən salınıb, tağ kimi yolu bağlayıb. Çox bərbad mənzərədir. Ona görə göstəriş vermişəm ki, ehtiyac olan yerlərdə bütün o xətlər təzələnsin, yerin üstündən çəkilmiş xətlər yerin altına salınsın. Biz inkişaf etmiş ölkələrdə görə bilərikmi, borular yerin üstündən salınsın, bütün mənzərəni pozsun, küçəni bağlasın. Gedirsən bəzi rayonlara, orada xətt, burada xətt, bu dözülməzdir. Ona görə burada ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Dövlət Neft Şirkətinə bütün göstərişlər verilib. Onlar bu işi başlayıblar. Həm smartkart əsasında müasir sayğaclaşma sisteminin quraşdırılması, qaz xətlərinin yeniləşməsi, təzyiqin tənzimlənməsi və s. Bu proqram bir neçə il ərzində başa çatmalıdır. Biz proqramın icrası nəticəsində qazlaşdırmanı daha da artıracağıq və qaz təsərrüfatında həm uçot, həm də ki, bütün başqa məsələlər müasir səviyyədə təşkil ediləcəkdir.

Bununla bərabər, bu ilin sonunadək yeraltı qaz anbarlarımızın tutumu 3 milyard kubmetrə qədər genişləndirilməlidir. Bu, çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl ehtiyatımız ancaq yarım milyard kubmetr həcmində idi. Yeraltı qaz anbarlarında aparılan işlər imkan verəcək ki, biz bu ehtiyatı 3 milyard kubmetrə çatdıraq. Gələcəkdə bəlkə ondan da böyük həcmdə olmalıdır. Amma hər halda 3 milyarda çatdırsaq, bu, bizim bütün ixrac məsələlərimizi daha da asanlıqla həll etməyə imkan verəcəkdir. Artıq qarşımızda məsələ durmur ki, qış aylarında özümüzü necə təmin edəcəyik. Bu problem yoxdur. İndi əsas vəzifəmiz bölgələrdə məntəqələri qazlaşdırmaq və ixrac imkanlarımızı genişləndirməkdir. Dövlət Neft Şirkəti bu istiqamətdə tədbirlər görür və bu il bizim ixrac imkanlarımız daha da genişlənibdir. Biz öz qazımızla yeni bazarlara çıxırıq, bizim qazımıza böyük tələbat vardır. Həm qonşuluqda, həm Avropada və başqa ölkələrdə. Ona görə nəzərə alsaq ki, bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır.

Mən ümid edirəm ki, “Cənub dəhlizi” layihəsi üzrə aparılan danışıqlar öz səmərəsini verəcəkdir. Bilirsiniz ki, Azərbaycan bu layihəni əvvəldən dəstəkləmişdir. “Cənub dəhlizi” deyəndə, bütün Qərb istiqamətində gedəcək layihələr nəzərdə tutulub. O layihələr çoxdur, ona görə onları bir-birindən ayırmaq, məncə, düzgün olmaz. Baxmayaraq ki, Avropada bəzi ölkələr hansısa bir layihəni dəstəkləyir. Bizim üçün, əslində bunun böyük fərqi yoxdur. “Cənub dəhlizi” deyəndə, biz həm Nabukkonu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tuturuq. Artıq dünən Azərbaycan, Gürcüstan, Rumıniya arasında qaz nəqliyyatı üzrə memorandum imzalanmışdır. Ümid edirəm ki, bu layihə də uğurlu olacaqdır. Əslində bu layihə də “Cənub dəhlizi”nin bir parçasıdır. Biz bütövlükdə, bu istiqamətə “Cənub dəhlizi” kimi baxırıq və öz siyasətimizi buna uyğun şəkildə aparırıq.

“Cənub dəhlizi”nin tərkibində olan bəzi layihələri icra etmək üçün əlbəttə ki, Azərbaycan ilə Türkiyə arasında qaz satışı və nəqli üzrə danışıqlar başa çatmalıdır. Danışıqlar uzun illərdir ki, gedir. Hesab edirəm ki, biz indiki mərhələdə danışıqları daha da sürətləndirməliyik. Elə etməliyik ki, dünyada, Avropada mövcud olan təcrübə tətbiq edilsin, istər qiymətlərin formalaşmasında, istərsə də nəqliyyat haqlarının razılaşdırılmasında.

Page 74: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

74    

Bölgədəki tariflər bizim üçün bir nümunə ola bilər. Biz bu tarifləri bilirik. Qazın dünyada və bölgədə, Avropada, yaxın qonşuluqda bugünkü qiymətlərini bilirik. Qazın qiymətləri neftin qiymətinə bağlıdır və qazın qiyməti bu düstur əsasında hesablanır. Yəni ki, biz burada heç bir yeni şey icad etməməliyik. Bölgədə mövcud olan qiymətlər, uzun illər ərzində formalaşan qiymətlər, mövcud tranzit tarifləri bizim üçün danışıqlarda əsas olmalıdır. Biz bilirik ki, Avropada, Şərqi Avropada hansı ölkələrdən hara nə qədər qaz gedir, hansı tariflərlə gedir. Yəni, biz sadəcə olaraq özümüzü mövcud vəziyyətə uyğunlaşdırmalıyıq. Bölgədə, artıq bizdən daha əvvəl yaranmış qaz münasibətlərinə də öz töhfəmizi verə bilərik. Əlbəttə ki, bu danışıqlar zamanı qarşılıqlı maraqlar da nəzərə alınmalıdır. Azərbaycan tərəfi bu sahədə də konstruktivlik göstərir, müəyyən güzəştlər də edilə bilər. Yəni, bu, qaz biznesində mümkün olan məsələlərdir. Ancaq bu güzəştlər gərək əsaslandırılmış olsun. Bu güzəştlər mövcud olan başqa qiymətlərdən çox da fərqlənməməlidir.

Hesab edirəm ki, əgər biz bu prinsipləri rəhbər tutsaq və “Cənub dəhlizi”nin həyata keçirilməsində maraqlı olan tərəflər əgər fəallıq göstərsələr, mən hesab edirəm ki, biz tezliklə bu layihənin həyata keçirilməsinə nail ola bilərik. Əgər müəyyən səbəblər üzündən buna nail ola bilməsək, yenə də bu, Azərbaycan üçün faciə olmayacaqdır. Bizim bugünkü qaz hasilatımız daxili tələbatı ödəmək və mövcud olan kontraktları icra etmək üçün kifayətdir. Əlavə qaz ehtiyatlarımız hasil edilərkən biz, əlbəttə ki, müxtəlif istiqamətlərə baxmalıyıq, öz siyasətimizi müxtəlif istiqamətlər üzrə müəyyən etməliyik.

Biz çox istəyirik ki, “Cənub dəhlizi” layihəsi baş tutsun. Nəyə görə? Çünki, ilk növbədə bu, bizim qazımızdır. Bizim qazımız üçün etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən bazarlar lazımdır. İkincisi, əgər “Cənub dəhlizi” layihəsi baş tutarsa, o zaman biz, daha doğrusu, xarici tərəfdaşlarımız “Şahdəniz” yatağının ikinci fazasına investisiyaların qoyuluşuna başlayacaqlar. Çünki investisiyaların mütləq əksəriyyəti xarici tərəfdaşlar tərəfindən qoyulacaqdır. Onlar da hesablayırlar ki, bu, təxminən 20 milyard dollara yaxın olan investisiyalardır. Əlbəttə ki, Azərbaycan bundan fayda götürəcəkdir.

Əgər bu layihələr baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən azı 16 milyard kubmetr çox olacaq və ümumi hasilatımız 40 milyardı keçəcəkdir. Ondan da çox ola bilər. “Cənub dəhlizi”nin həyata keçirilməsində ən maraqlı tərəf Azərbaycandır. Ona görə bəzi xarici kütləvi informasiya vasitələrində guya, Azərbaycanın burada, lazımi dərəcədə iştirak etməməsi barədə sifarişli yazıları görəndə bu, sadəcə olaraq bizi, necə deyərlər, çox peşman edir. Bunları ya bilməyərəkdən, ya kiminsə təhriki ilə, ya da ki, bilərəkdən yazırlar. Bu, birinci dəfə deyil ki, kiminsə səhv mövqeyi guya Azərbaycanın qeyri-konstruktiv yanaşması kimi təqdim edilir. Kiminsə günahı ucbatından layihənin baş tutmamasının, yəni reallaşmamasının səbəbini sonradan Azərbaycan üzərinə yıxmaq istəyirlər ki, bizi günahlandırsınlar. Tamamilə əsassızdır. “Cənub dəhlizi”nin həyata keçirilməsində ən birinci maraqlı tərəf, ölkə Azərbaycandır. Ona görə Avropada bu məsələlərlə məşğul olanlar məsələni ciddi təhlil etməlidirlər və görməlidirlər, kim burada səmimi davranır, kim isə sadəcə olaraq əsaslandırılmamış mənfəət əldə etmək üçün məsələni yubadır.

Mən hesab edirəm və dəfələrlə təklif etmişik ki, bütün maraqlı tərəflər - istər energetika nazirləri, istər neft-qaz, enerji şirkətləri, istər ekspertlər səviyyəsində yığışsınlar bir masa arxasına. Qoy onların hamısı yığışsın və öz mövqelərini bildirsinlər. Onda hamı üçün aydın olacaq ki, bu məsələyə əngəl törədənlər kimdir, layihəni icra etmək istəyənlər kim. Biz təklif etmişik və mən bu gün bir daha televiziya vasitəsilə bu təklifi səsləndirirəm. İstehsalçılar, tranzit ölkələr, istehlakçılar – biz yığışaq və bütün təkliflərimizi ifadə edək. Bir daha demək istəyirəm ki, biz azad rəqabət, bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarıyıq. Biz nəinki qaz sahəsində, bütün sahələrdə istəyirik ki, azad rəqabət və bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etsin. Bizim təklifimiz məhz bunun əsasında qurulubdur. Biz də bəzi başqa ölkələr kimi, reallığı əks etdirməyən təkliflər verə bilərdik. Biz onları vermirik. Yenə də demək istəyirəm, Azərbaycanın coğrafi vəziyyəti və infrastruktur imkanları elədir ki, biz öz qaz potensialımızı istənilən həcmdə, istənilən istiqamətdə reallaşdıra bilərik.

“Cənub dəhlizi” ilə bərabər, digər istiqamətlərlə bağlı tədbirlər görülür. Bilirsiniz ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını tarixdə ilk dəfə olaraq Rusiyaya ixrac etməyə başlamışdır. Hesab edirəm ki, bu da çox əlamətdar bir hadisədir. Çünki Rusiya dünyanın ən böyük qaz təchizatçısıdır. Ancaq uğurlu ikitərəfli əməkdaşlıq nəticəsində bu gün Azərbaycan Rusiyadan qaz almır, ancaq qazı ixrac edir və razılaşdırılmış həcm artıq böyüyür. Biz yarım milyard kubmetr qaz haqqında ilk razılaşmanı əldə etmişik. Bu gün biz onu iki dəfə artırmışıq. Gələn il əgər qarşılıqlı surətdə razılığa gələriksə, indiki həcmi yenə də iki dəfə artırmaq olar. Yəni, bizim imkanlarımız vardır. Bu istiqamət bizim üçün vacibdir.

Qonşu İranla qaz alqı-satqısı ilə bağlı danışıqlar aparılır. İranda da bizim qazımıza ehtiyac vardır. İran rəsmiləri də bu barədə açıqlamalar vermişlər. Bizim də istədiyimiz ondan ibarətdir ki, İranla - dost, qonşu ölkə ilə qaz sahəsində də ciddi əməkdaşlığa başlayaq. Bu əməkdaşlıq iki dost, qonşu ölkəni bir-birinə daha da yaxınlaşdıracaqdır. Eyni zamanda, bizim ixrac imkanlarımız daha da genişlənəcəkdir. Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, həm Rusiya, həm İran istiqamətinə qazın ixracatını daha da böyük həcmdə təşkil etmək

Page 75: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

75    

üçün investisiyalar qoyulsun və texniki tədbirlər görülsün. Ona görə ki, texniki imkanlarımız bir az məhduddur. Çünki, İranla qaz əməkdaşlığı başlananda sadəcə olaraq mübadilə layihəsi icra edilirdi. İrandan Naxçıvana qaz verilirdi, biz isə Astaradan İran Astarasına qaz ötürürdük. Orada kompressor stansiyalarının həcmi o qədər də böyük deyildir. Yeni kompressorlar qoyulmalıdır, yeni xətlər çəkilməlidir. Bu, böyük investisiya tələb edən layihələrdir və Azərbaycan bunu öz üzərinə götürüb.

Eyni zamanda, Rusiya istiqamətinə qazın həcmini artırmaq üçün investisiyalar qoyulmalıdır. Bu, böyük investisiyalardır. Amma biz bunu etməliyik ki, öz qaz potensialımızı istənilən istiqamətdə maksimum dərəcədə realizə edə bilək. Dünən Rumıniyada Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz əməkdaşlığı sahəsində anlaşma memorandumu imzalanmışdır. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma aparılmalıdır. Bu da çox perspektivli bir yoldur. Bu memorandumun tərkibində Azərbaycan qazını Avropa məkanına nəql etmək üçün Qara dəniz üzərindən mayeləşdirilmiş qazın ixracı nəzərdə tutulur. Burada da üçtərəfli əməkdaşlıq uğurlu ola bilər. Yəni, biz müxtəlif yolları arayırıq ki, Azərbaycan öz enerji potensialını maksimum dərəcədə işə sala bilsin. Yenə də deyirəm, bugünkü neft və qaz hasilatı, neft və qaz ixracı bizi qane edir. Əgər bundan artıq tədbirlər görülərsə, imkanlarımız daha da genişlənəcəkdir. Nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyi hər halda bu gün və ən azı növbəti 10 il ərzində daha çox qaz amilindən asılı olacaq, əlbəttə, burada hər tərəfin, iki ya üç tərəfin maraqları üst-üstə gəlməlidir, çox ciddi əməkdaşlıq formatı təşkil edilməlidir.

Bir daha demək istəyirəm ki, Dövlət İnvestisiya Proqramında və Azərbaycanın dövlət büdcəsində bütün əsas məsələlər öz əskini tapıb. Sadəcə olaraq bu gün Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm enerji baxımından vacib olan məsələlər ətrafında bir daha müəyyən müzakirələri apardıq, mən öz fikirlərimi bildirdim. Mən əminəm ki, biz növbəti üç ay ərzində həm dövlət büdcəsində, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün sosial məsələlərin həlli işində plan üzrə, proqram üzrə addımlayacağıq və həmişə olduğu kimi, ölkəmizi inamla irəli aparacağıq, Azərbaycanın uğurlu dinamik inkişafını təmin edəcəyik.

Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 15 aprel.- N 79.- S.1-5.

Page 76: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

76    

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən

beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir

Bakı, 17 aprel (AzərTAc). Xəbər verdiyimiz kimi, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

Prezident İlham ƏLİYEV konfrans iştirakçılarını salamlayaraq dedi: -Mən sizi bir daha salamlamaq istəyirəm. Bilirəm ki, Bakıda mühüm görüşlər keçirmisiniz. Sizin

hamınızı görməkdən çox şadam. Bu, dostlarımızdan ibarət böyük bir qrupdur. Əminəm ki, ölkəmizə səfəriniz, apardığınız müzakirələr və keçirdiyiniz görüşlər Azərbaycan haqqında sizdə yeni təəssüratlar yaradacaqdır. Burada əyləşən insanların bir çoxu ilə tanışam. Onlar əvvəllər də ölkəmizdə olublar. Eyni zamanda, bir çox nümayəndələr də var ki, Azərbaycana ilk dəfə səfər edirlər. Beləliklə, ölkəmizlə, paytaxtımızla tanış olmaq və təbii ki, Azərbaycan və onun inkişafı haqqında təəssüratlar əldə etmək üçün yaxşı fürsətdir.

Ümumiyyətlə, Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlər çox uğurla inkişaf edir. Konfrans iştirakçıları arasında Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament assambleyalarının üzvləri vardır. Azərbaycan uzun illər ərzində bütün bu təsisatlarla uğurla əməkdaşlıq edir. Hazırda, biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirak edirik. Bu, çox perspektivli bir proqramdır. Bizim həmin proqramın həyata keçirilməsi ilə bağlı ideyalarımız və gözləntilərimiz çoxdur. Ümidvaram ki, həmin proqramın həyata keçirilməsinin ən böyük nəticələrindən biri Azərbaycan ilə Avropa ailəsi arasında daha sıx əməkdaşlıq olacaqdır.

Bu yaxınlarda Avropa İttifaqının iki komissarı ölkəmizdə səfərdə olmuşdur. Bu, əməkdaşlığımızın müsbət göstəricisidir. Avropa İttifaqı ilə əməkdaşlığımızın gündəliyi çox əhatəlidir. Nəzərdən keçirdiyimiz məsələlər demək olar ki, həyatımızın bir çox sahələrini əhatə edir. Burada beynəlxalq məsələləri, təhlükəsizliyi, enerji təhlükəsizliyini, siyasi islahatları, demokratik prosesləri, iqtisadi əməkdaşlığı qeyd etmək istərdim. Bir sözlə, əməkdaşlığımızın formatı genişdir.

Azərbaycan Avropa Şurası ilə təxminən son on il ərzində fəal şəkildə əməkdaşlıq edir. Biz bu təşkilatın üzvüyük. Həmin dövrdə, bir çox mühüm qərarlar qəbul edilmişdir və hesab edirəm ki, bu üzvlük bizə Avropa ailəsinə daha yaxın olmaq imkanını yaratdı. Həmçinin Azərbaycan ATƏT çərçivəsində müxtəlif formatlarda fəaliyyət göstərir.

Mən sizi burada görməkdən şadam. Ümidvaram ki, bu görüş, səfəriniz, konfrans və apardığınız müzakirələr planlarımıza uyğun uzunmüddətli səmərəli tərəfdaşlığımızı inkişaf etdirmək imkanını yaradacaqdır. Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Biz müxtəlif siyasi və iqtisadi islahatları həyata keçiririk. Ölkənin müasirləşmə prosesi çox uğurla gedir. Biz beynəlxalq əhəmiyyətli, olduqca mühüm beynəlxalq layihələri həyata keçiririk. Eyni zamanda, Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaratmışdır. Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. Ötən il iqtisadiyyatımız 9 faizdən çox artmışdır. İnflyasiya yalnız 1,5 faiz olmuşdur. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk.

Eyni zamanda, iqtisadi inkişaf, siyasi islahatlar siyasətimizi davam etdirməsək kifayət olmayacaqdır. Bu baxımdan, qeyd etdiyim kimi, biz beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanın bu formatda üzərinə götürdüyü öhdəliklər yerinə yetirilir. Fikrimcə, siyasi sistemin gücləndirilməsi prosesi çox uğurla gedir. İyirmi ildən bir qədər az müddət öncə, ölkəmiz müstəqilliyini bərpa etdi. O zaman bizim nə siyasi sistemimiz, nə də bazar iqtisadiyyatımız var idi. Hesab edirəm ki, başa çatdırdığımız, eləcə də həyata keçirilməsini davam etdirdiyimiz islahatlar bizə inkişafımızda əsas çətinlikləri aradan qaldırmaq imkanı yaratdı. Bu gün, ümumi daxili məhsulumuzun 85 faizini özəl sektor təmin edir. Bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda çox güclüdür. Dünya İqtisadi Forumunun verdiyi qiymətə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB ölkələri arasında birinci yerdədir. Qlobal rəqabət qabiliyyəti reytinqi üzrə Azərbaycan iqtisadiyyatı 51-ci yerdədir. Bu isə, bazar iqtisadiyyatı sahəsində qısamüddətli təcrübəyə malik olan ölkə üçün mühüm göstəricidir.

Eyni zamanda, siyasi islahatlara və beynəlxalq təşkilatlarda iştirakımıza sadiq olmağımız bizim üçün əhəmiyyətlidir. Fikrimcə, siyasi və iqtisadi islahatlar bir-biri ilə yanaşı həyata keçirilməlidir. Bir islahat digərini dəstəkləməlidir. Bu, bizə uzun müddət üçün, müasir, güclü və çiçəklənən ölkəni qurmaq imkanı yaradacaqdır. Hesab edirəm ki, bunun üçün yaxşı imkanlarımız vardır. Əsas sosial və iqtisadi problemlərimiz artıq arxada qalıb. Atdığımız addımlar, yürütdüyümüz siyasət də regional vəziyyət və inkişafa müəyyən dərəcədə təsir

Page 77: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

77    

göstərir. Azərbaycan regional məsələlərə yaxşı səviyyədə inteqrasiya edib. Xarici siyasətimiz hər zaman açıq və səmimi olmuşdur. Biz bir çox ölkələrlə yaxşı münasibətlər qurmuşuq və onların bir çoxu tərəfdaşlarımız sırasındadır.

Qeyd etməliyəm ki, sosial problemlərin həlli hər bir ölkə üçün olduqca vacibdir. Biz bu sahədə də yaxşı nailiyyətlər əldə etmişik. Bir neçə rəqəmi qeyd etmək istərdim. Altı il əvvəl Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz olmuşdur. Bu, əhalinin yarısı deməkdir. Hazırda isə, bu, on bir faiz təşkil edir.

Ölkəmiz üçün mühüm sosial problem olan işsizlik artıq mövcud deyildir. Hazırda əks proses gedir. Azərbaycana işçi qüvvəsinin miqrasiyası prosesi müşahidə olunur və biz bu prosesi beynəlxalq standartlara uyğun şəkildə tənzimləməyə çalışırıq. Biz çalışırıq ki, Avropa təsisatları ilə münasibətlərimizdə ən yaxşı nümunələrdən istifadə edək və buradakı meyarları Avropa İttifaqının inkişaf etmiş ölkələrindəki meyarlara yaxınlaşdıraq. Hesab edirəm ki, bu tərəfdaşlıq qarşılıqlı surətdə faydalıdır. Bizim bununla bağlı gözləntilərimiz çoxdur.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqının regionumuzda Şərq siyasətinin inkişaf etdirilməsinə ciddi töhfə verə bilər. Biz Avropa qitəsinin sərhədində yerləşirik. Xəzərin digər sahilində Mərkəzi Asiyadakı tərəfdaşlarımız yerləşir. Fikrimcə, Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin uğurlu inkişafı, həmçinin bu regional tərəfdaşlıq formatını genişləndirməyə imkan yaradacaqdır. Artıq qeyd etdiyim kimi, biz ölkəmizi müasirləşdirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Burada söhbət nəinki müasir infrastuktur və layihələrdən, həmçinin müasir həyat üslubundan gedir.

Ölkəmizin böyük tarixi, ənənələri və mədəniyyəti vardır. Azərbaycan Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşir və əlbəttə ki, bu yerləşmənin təsiri həyatımızda, keçmişimizdə öz rolunu oynamışdır. Eyni zamanda, Azərbaycan çox dünyəvi ölkədir. Burada yüksək səviyyədə dini dözümlülük vardır. Biz çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif millətlər bir ailə kimi yaşayırlar. Bu sahədə heç vaxt problemimiz olmayıb. Azərbaycan, həmçinin çox təhlükəsiz məkandır. Vəziyyət çox sabitdir. İnsanlar burada bütün azadlıqlardan bəhrələnirlər. Qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələrin güclü siyasi sistemin qurulmasına töhfə verməsinə yardım etmək üçün biz demokratik təsisatların inkişafının davam etdirilməsini vacib sayırıq. Bu sahədə Avropa təsisatları ilə əməkdaşlığımız əhəmiyyətlidir. Biz sürətli iqtisadi inkişafımızı bundan sonra da davam etdirəcəyik. Bu inkişafda təkcə enerji amili öz rolunu oynamır. Bununla belə, enerji amilinin inkişafımız üçün əhəmiyyətini azaltmaq düzgün olmazdı. Biz enerji resurslarının daşınmasında şaxələndirilmiş sistemin yaradılmasına nail olmuşuq. Neft və qaza gəldikdə, əsas sərmayələr xarici şirkətlər tərəfindən yatırılmışdır. Azərbaycan xarici sərmayələr üçün təhlükəsiz yerdir. Əlbəttə ki, enerji imkanları, ehtiyatları, artıq yatırılmış sərmayələr və boru kəmərləri sistemi bizə gələcəkdə bundan faydalanmaq və təbii sərvətlərimiz hesabına əldə edilmiş gəlirləri ədalətli qaydada bölüşdürmək imkanını yaradacaqdır. Bu resursların lazımi şəkildə idarə edilməsi nümunələrindən biri, artıq qeyd etdiyim kimi, yoxsulluq şəraitində yaşayanların sayının sürətlə azalmasıdır.

Bəzən neft və qaz hasil edən ölkələrdə, varlı və yoxsul təbəqələr arasındakı fərq artır. Lakin burada görürük ki, enerji layihələrimiz və əldə etdiyimiz gəlirlər, eləcə də bu layihələrin həyata keçirilməsi sosial rifaha aparır. Suveren Dövlət Neft Fondumuz dünyada ən şəffaf suveren neft fondlarından biridir. Bu sırf bizim qiymətləndirməmiz deyil, beynəlxalq təşkilatların verdiyi qiymətdir. Bu baxımdan, BMT Neft Fondumuzu xüsusi olaraq şəffaflığa görə mükafatla təltif etmişdir. Bu, həmçinin beynəlxalq aləmdə mühüm rol oynayan çox səmərəli və şəffaf strukturdur.

Üzləşdiyimiz əsas problem və çağırışlardan biri, bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın davam edən işğalıdır. Bu işğal artıq iyirmi ildir ki, davam edir. Hətta Sovet İttifaqının süqutundan əvvəl Azərbaycan Ermənistanın təcavüzünə məruz qalırdı. SSRİ-nin dağılmasından sonra bu təcavüzün artıq ciddi nəticələri üzə çıxdı. Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni işğalı altındadır. Tarixən həmin yerlərdə yaşamış azərbaycanlılar oradan qovulmuşdur. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törətmişlər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən çox mülki şəxsi qətlə yetirərək, orada soyqırımı törətmişlər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə vermişlər. Bütün bunlar sənədləşdirilib və bu, iyirminci əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal hələ bu gün də davam edir. Ermənistan ATƏT-in qərarlarına, vəziyyəti və nəyin baş verdiyini, təcavüz qurbanının kim olduğunu aydın şəkildə əks etdirən Avropa Şurasının qətnamələrinə də məhəl qoymur.

Gördüyümüz kimi, Ermənistan nəinki beynəlxalq hüququn təməl prinsiplərinə və adi insani davranışa məhəl qoymur, o cümlədən əsas beynəlxalq təşkilatların qərarlarına da riayət etmir.

Page 78: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

78    

Danışıqlar prosesi artıq iyirmi ildir ki, davam edir. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Bu qrup artıq 18 ildir ki, fəaliyyət göstərir. Lakin görürük ki, nəticə yoxdur.

Hazırda biz danışıqların mühüm mərhələsindəyik. Hər iki tərəf vasitəçilərin hazırladıqları təkliflərə öz mövqeyini bildirməlidir. Artıq dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan, Rusiya, Fransa və Birləşmiş Ştatların bu yaxınlarda verdikləri təklifə prinsip etibarilə müsbət yanaşır. Əfsuslar olsun ki, Ermənistan tərəfi eyni yanaşmanı nümayiş etdirmir və o, sadəcə prosesi yubandırmaq, onu daimi etmək istəyir və status-kvonu mümkün olduqca uzun müddət ərzində davam etdirmək niyyətindədir. Buna görə, beynəlxalq təsisatlar və qurumlar tərəfindən Ermənistana güclü mesajlar olmadan, belə görünür ki, məsələni dinc yolla həll etmək çətin olacaqdır.

Azərbaycan məsələni sülh yolu ilə həll etmək istəyir. Belə olmasaydı, biz on səkkiz il danışıqlar aparmazdıq. Halbuki Azərbaycan öz torpaqlarını BMT-nin xartiyasına görə istənilən vasitə ilə azad etməkdə tam hüquqa malikdir. Lakin məsələnin sülh yolu ilə həllinə sadiqliyimiz Qafqazda sülh və sabitliyin mühüm amillərindən biridir. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsini həll etmədən Qafqazda sabitliyə nail olmaq mümkün olmayacaqdır. Problemi həll etmək üçün Ermənistan uzun müddət ərzində beynəlxalq ictimaiyyətin fəal səyləri ilə hazırlanmış rəylə razılaşmalı və işğalçı qüvvələrini ərazilərimizdən çıxarmağa başlamalıdır. Sonra isə, regionda sülh bərqərar oluna bilər. Onda, bütün kommunikasiyalar açılacaq və regiondakı vəziyyət dəyişəcəkdir. Əgər bu, baş verməsə və danışıqlar raundu nəticəsiz olarsa, sonrakı addımların nə olacağını əvvəlcədən demək çox çətin olacaqdır. Çünki münaqişənin bütün mümkün həll yolları artıq əvvəlki illərdə müzakirə edilmişdir. Bugünkü təkliflər isə Minsk qrupu, onun həmsədrlərinin və münaqişə tərəflərinin son beş il ərzində apardığı fəaliyyətin məhsuludur. Təkliflər hazırda konkret praktiki forma alıbdır.

Bir daha deyirəm ki, əgər tərəflərdən biri konstruktiv yanaşmanı nümayiş etdirirsə və vasitəçilərin təklif etdiklərini qəbul edirsə, qarşı tərəf isə, bunları qəbul etmirsə, onda bu təklifləri verənlər müdaxilə etməli və prosesi necə irəliyə aparmaq üzərində ciddi düşünməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkə üçün bir nömrəli məsələ və problemdir. Xalqımız bundan əziyyət çəkir. Yeddi yüz min azərbaycanlı öz torpaqlarında etnik təmizləməyə məruz qalmışdır.

Həmin ərazilərdə hər şey dağıdılmışdır. Bütün tarixi, dini abidələrimiz, hər şey yerlə-yeksan olunmuşdur. Beş il öncə ATƏT Qərb diplomatlarından ibarət faktaraşdırıcı missiyanın Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlara səfərini təşkil etdi. Onlar hesabat hazırladılar və orada aydın şəkildə bildirildi ki, hər şey dağıdılmışdır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparmışdır. Halbuki onların insan resursları məhduddur. Lakin onlar yenə də de-fakto yaşayışın olması vəziyyətini yaratmaq istəyirlər. Buna görə, hesab edirəm ki, ATƏT üçün mühüm vaxt yetişib və biz belə bir ideya ilə çıxış edəcəyik ki, artıq beş il ötüb, digər faktaraşdırıcı missiya təşkil olunsun. Belə olsa, müxtəlif təsisatların nümayəndələri həmin yerlərə gedib nəyin baş verdiyini görə bilər.

Bizdə belə bir məlumat var ki, qanunsuz məskunlaşma davam edir. Bu, tamamilə qəbuledilməzdir. Bir ölkənin ərazilərinin digər ölkə tərəfindən işğalı qəbuledilməzdir. Biz artıq gələcək inkişafın müxtəlif variantlarını müzakirə etmişik. Lakin gözləyirik ki, Ermənistan son təkliflərə öz mövqeyini bildirsin. Bu haqda niyə çox danışdım? Çünki bu, nəinki bizim ölkə, o cümlədən regional əməkdaşlıq və sabitlik üçün əsas maneədir. Bu münaqişə həll olunmadan regional əməkdaşlıq tammiqyaslı ola bilməz. Regional sabitlik qurula bilməz. Regional problemlərin həllinə yönəlmiş hər hansı təşəbbüs çox guman ki, baş tutmayacaqdır. Çünki məhz bu, əsas problemdir.

Ümid edirik ki, biz beynəlxalq təşkilatlardan dəstəyə və daha çox anlaşmaya nail olacağıq. Əfsuslar olsun ki, bu vaxta qədər biz hələ də öz mövqeyimizi müdafiə etməli, sübuta yetirməliyik ki, təcavüzün qurbanı məhz Azərbaycandır. Biz hələ də öz hüquqlarımızı qorumalıyıq. Yeddi yüz min insanın elementar insan hüquqları on beş ildən artıqdır ki, pozulmuşdur.

Fikrimcə, konfrasınızın həsr olunduğu mövzularla, o cümlədən Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlərin ümumi inkişafı mövzusu ilə yanaşı, işğal olunmuş ərazilərlə bağlı vəziyyət və bu problemin həlli yolu da hər zaman gündəliyimizdə olmalıdır. Bu məsələ diqqət mərkəzində olmalıdır.

Biz beynəlxalq hüquq normaları və həmçinin vasitəçilərin təklifləri əsasında münaqişənin həllində dostlarımızın dəstəyinə arxalanmalıyıq.

Beləliklə, mən bununla nitqimi bitirirəm və vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, çox məşğul gün keçirmisiniz. Sizin bir çox görüş və müzakirələriniz olmuşdur. Ümidvaram ki, Bakıda asudə vaxtınız da olacaqdır. Hazırda, hava da yaxşılaşır. Biz baharın ilk anlarını artıq hiss edə bilirik. Ümid edirəm ki, siz ölkəmizə səfərinizdən razı qalacaqsınız. Bura artıq səfər etmiş şəxslərin öz dostları ilə görüşmək imkanı olacaqdır. Ölkəmizə birinci dəfə səfər edənlər, ümidvaram ki, şəhərimizlə daha yaxından tanış olmaq fürsətini

Page 79: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

79    

əldə edəcəklər. Sizi bir daha salamlayır, sizə böyük uğurlar arzulayıram. Ölkəmizə gəldiyinizə və belə bir mühüm tədbirdə iştirak etdiyinizə görə minnətdaram.

X X X

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti adından çıxış edən qurumun vitse-prezidenti

Volfqanq QROSRUK görüşdə çıxış edərək dedi: -Zati-aliləri, hörmətli qonaqlar, ilk növbədə iqamətgahınızda keçirilən bu görüşə dəvət etdiyiniz üçün

ATƏT Parlament Assambleyası adından Sızə təşəkkür etmək mənim üçün böyük şərəfdir. Eyni zamanda, mən Azərbaycan xalqına göstərdiyi böyük və qeyri-adi qonaqpərvərliyə, ölkənizdə olduğumuz müddətdə bizə göstərilən diqqət və qayğıya görə təşəkkür etmək istəyirəm.

Yəqin bilirsiniz ki, burada iştirak edən bəzi qonaqların Azərbaycan haqqında o qədər də böyük təsəvvürü yoxdur. Ona görə də bizim sizin gözəl ölkənizdə daha çox qalmaq imkanımız vardır. Bundan öncə mən bir neçə dəfə ölkənizə səfər etmək imkanı əldə etmişəm. Hər dəfə ölkənizə səfər edərkən buradakı böyük inkişafın, böyük nailiyyətlərin şahidi oluram. Bu münasibətlə həmkarlarım adından Sizi təbrik etmək istəyirəm. Həqiqətən də bu cür inkişafı görmək məmnunluq hissi oyadır.

Sizin də qeyd etdiyiniz kimi və mən Sizinlə tam razıyam ki, seçkilərlə bağlı, xüsusilə də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində keçirdiyimiz konfrans böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, biz bir sıra Avropa ölkələrinin seçki qanunvericiliyi ilə bağlı məsələlər barədə məlumat da verəcəyik. Ümid edirik ki, biz noyabr ayında Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün dəvət alacağıq. Əminəm ki, seçkilər ATƏT və Avropa standartlarına uyğun, azad, ədalətli və demokratik şəkildə keçiriləcəkdir. Sizə uğurlar arzulayırıq və Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan bu işdə Sizə hər cür kömək edəcəyik. Sizə təşəkkür edirəm.

X X X

Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi

Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni KİRİLOV görüşdə çıxış edərək dedi:

-Cənab Prezident, icazə verin, ilk növbədə, mən də həmkarlarım - Avropa Parlamentinin üzvləri adından bizə ayırdığınız bu dəyərli vaxtınıza və bizə verdiyiniz bu maraqlı məlumata görə Sizə minnətdarlığımı bildirim. Qeyd etməliyəm ki, bu, bizim üçün çox faydalı məlumat idi. Çünki biz bir-birimizi daha yaxından tanımaq üçün buradayıq.

Əminəm ki, Azərbaycan deputatları da Avropa Parlamentində hansı işlərin görüldüyünə böyük maraq göstərirlər. Digər tərəfdən, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi kimi mən demişdim ki, bu regionla bağlı Avropa İttifaqı uzun müddət ərzində yatmış gözələ bənzəyir. Lakin artıq bu gözəl oyanıbdır. Gördyünüz kimi, bu yaxınlarda parlament tərəfindən seçilən iki komissar ölkənizə səfər edib. Əminəm ki, Cənubi Qafqaz ilə bağlı qəbul ediləcək hesabat irəliyə doğru atılacaq ciddi bir addım olacaqdır. Çünki bu hesabatda nəinki regiondakı yeni strategiya elementləri, həmçinin diqqətimizə çatdırdığınız, həlli vacib olan Dağlıq Qarabağ münaqişəsi baxımından bölgədəki problemlər də öz əksini tapır. Hesabatda bildirilir ki, bu status-kvo artıq uzun müddət davam edə bilməz. Hesab edirəm ki, biz hamımız bunu dərk edirik. Bu, nəinki iki ölkənin iqtisadiyyatına, həmçinin bölgədəki inkişafa ciddi maneədir. Deməliyəm ki, Avropa İttifaqı bu prosesə cəlb edilməyə və yardımçı olmağa hazırdır. Bu artıq yeni bir vəziyyət deməkdir. Artıq məlumatlar da vardır ki, Aİ münaqişənin həllindən sonrakı iqtisadi inkişafda iştirak edəcəkdir. Bütün ölkələr bu regionun daha da yaxşı olmasına cəlb ediləcək və təbii ki, bütün digər sahələrdə də nailiyyətlərin əldə olunmasına çalışacaqdır. Deməliyəm ki, mən vətəndaş cəmiyyətinin inkişafı üzrə Aİ-nin Assosiasiyası tərəfindən dəvət almışam. Bu, bizim üçün böyük şərəfdir və hesab edirik ki, bu, bir daha əlavə siqnaldır. Azərbaycan bizim dəyərlərimizə, demokratik standartlarımıza daha yaxın olmaq istəyir. Bəzən bu o qədər də asan olmur. Ötən seçkilərdə mən müşahidəçi qismində iştirak etmişəm və bəzi irəliləyişin şahidi olmuşam. Biz, adətən məktəblərdə oluruq. Sevindirici haldır ki, müəllimlərlə və təhsil sahəsində çalışan insanlarla söhbət edərkən orada böyük irəliləyişin olduğunu görürük. Bu, gələcək üçün böyük bir sərmayədir. Avropa İttifaqında artıq təhsil almış və Brüsseldə mənə yaxınlaşan gənclər də vardır. Bu isə gələcək deməkdir. Əminəm ki, yeni nəsil bu işi davam etdirəcəkdir. Növbəti seçkilərə gəldikdə isə, onu deməliyəm ki, heç kim ideal ola bilməz. Bizim istədiyimiz bu istiqamətdə irəliləyiş görməkdir. Əminəm ki, bu məsələləri müzakirə etmək üçün bizi dəvət etməyiniz, həmçinin tənqidləri dinləməyiniz müsbət bir haldır. Ötən gecə məşhur rəssam Salvador Dali ilə bağlı Fransa və İspaniya arasındakı

Page 80: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

80    

mübahisəni televiziya vasitəsilə izləyərkən onun bir ifadəsi yadıma düşdü. Ağıllı insan idi. O demişdir: “Özünün tam mükəmməl olduğunu düşünmə, ona heç vaxt nail ola bilməzsən”. İstərdim kİ, hamımız bu istiqamətdə irəliləyək. Sağ olun.

X X X

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, iqtisadi məsələlər və inkişaf üzrə komitənin

prezidenti, AŞPA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol VİLLE çıxış edərək dedi: -Cənab Prezident, icazə verin Avropa Şurası Parlament Assambleyasındakı bir çox həmkarlarım adından

çıxış edim. Həqiqətən də, biz bu cür peşəkarcasına təşkil olunmuş görüşdə iştirak etmək üçün böyük nümayəndə heyəti ilə gəlmişik. Sizi əla əhval-ruhiyyədə və ölkənizi gözəl vəziyyətdə bir daha görməkdən məmnunuq. Biz tam əminik ki, Siz prezident seçkiləri zamanı söylədiyiniz fikirlərdən sonra əhalidən tammiqyaslı mandatı qazandınız. Beləliklə, Azərbaycan xalqı Milli Məclisə növbəti seçkilərə hazırlaşır. Bu da Sizə və əhalinizə ölkənizin daha da yaxşı gələcəyi üçün daha çox çalışmağa imkan yaradacaqdır.

Təbii ki, biz buraya sizinlə birgə seçkilərə hazırlaşmaq məqsədi ilə gəlmişik və hər bir Avropa qurumu və digər təsisatlar dövlətinizin necə qurulmasına dair Sizin müstəqil fikrinizin olmasını qəbul etməlidir. Eyni zamanda, Sizin Avropa Şurası kimi təsisatlarla çalışmaq qərarınız bir çox dəyərləri bölüşmək istəyinizi göstərən ən doğru seçimdir. Lakin keçmişin bütün mənfi məqamları və vaxtilə beynəlxalq arenada üzləşdiyiniz ikili standartlar tədricən geridə qalmaqdadır. Bu günün faktları və rəqəmləri bu münasibəti dəyişdirir. Məhz bu səbəbdən biz burada böyük bir nümayəndə heyəti iləyik. İnanan dostlarınız kimi Sizə növbəti ildə və qarşıdan gələn seçkilərdə uğurlar və xalqınızın maraqları naminə yaxşı nəticələr arzu edirəm. Sağ olun!

X X X

Prezident İlham ƏLİYEV görüşə yekun vuraraq dedi:

-Xoş sözlərinizə görə çox sağ olun. Əminəm ki, bu gün keçirdiyimiz bu görüş və apardığımız müzakirələr aramızda daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir. Aydındır ki, konfransın mövzusu seçkilər oldu. Lakin biz, daha əhatəli məsələləri nəzərdən keçirməliyik. Seçkilər bir prosesdir. Əminəm ki, onlar şəffaf və açıq proses formasında keçəcək və Azərbaycan xalqı bütün namizədlər üçün bərabər imkanları təmin edəcək azad mühitdə öz iradəsini ifadə edəcəkdir. Ən azı, Azərbaycan hökuməti bunu təmin etmək üçün əlindən gələni edəcəkdir. Lakin bu, prosesdir. Mühüm prosesdir. Bu, ümumi demokratik prosesin bir hissəsidir. Əminəm ki, biz digər məsələlərə də, yəni ümumi vəziyyətə, inkişafa və Avropa strukturları ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələrinə də baxmalıyıq.

Bu konfransın təşkili niyyətlərimizi aydın şəkildə nümayiş etdirir ki, biz bu məsələləri dost və səmimi mühitdə müzakirə etmək, tənqidi fikirləri dinləmək istəyirik. Biz tənqidə açığıq. Təkmilləşdirilməli sahələri hər zaman yaxşılaşdırmağa çalışırıq. Buna görə, hesab edirəm ki, bu münasibətlərin yeni inkişafı çox vədedicidir. Siz qeyd etdiyiniz kimi, bəzən biz ikili standart yanaşması ilə üzləşirik və bu, bizim üçün bəzən ağrılı məsələ olur. Lakin bu, həmçinin bizim üçün dərsdir. Çünki biz Avropa Şurasına üzv qəbul olunanda bizim üçün aydın idi ki, həmin vaxt Avropa Şurasının heç də bütün üzvləri Azərbaycanı həmin ailədə görmək istəmirdi. Lakin biz çox əzmkar idik. Bu, bizim düşünülmüş seçimimiz idi. On il əvvəl bu nailiyyət bir müstəqil ölkə kimi Azərbaycan üçün mühüm nailiyyət idi. Mən tamamilə əminəm ki, Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü kimi bu təcrübə çox müsbət və mühüm oldu. Biz bir çox şeyləri öyrəndik və eyni zamanda, ölkəmizi tanıda bildik.

Bundan əvvəl Avropada bir çox insanlar Azərbaycan və buradakı reallıqlar haqqında heç nə bilmirdi. Bir çox müxtəlif məlumat və fikirlər var idi. Bəzən bunlar həqiqətə, bəzən isə qərəzli məlumatlara əsaslanırdı. Hər halda bu, çox faydalı təcrübə oldu və bizə əməkdaşlığın yeni mərhələsinə daxil olmaq imkanını yaratdı. Giriş nitqimdə qeyd etdiyim kimi, biz “Şərq tərəfdaşlığı” Proqramından böyük nəticələri gözləyirik. Ümid edirik ki, bu proqram nəinki Azərbaycan və Avropa ailəsini yaxınlaşdıracaq, o cümlədən onun xalqımız və avropalılar üçün çox praktiki görünən nəticələri olacaqdır. Biz uğurla əməkdaşlıq edə bilərik. Azərbaycan, əgər belə deyə bilərəmsə, Avropaya əliboş getmir. Biz regionda təhlükəsizliyə və proqnozlaşdırılmaya, eləcə də regional əməkdaşlığa töhfə verə bilərik. Avropanın sərhədlərindən kənarda yerləşən regionda biz mövqelərimizlə töhfə verə bilərik.

Enerji təhlükəsizliyi bu əməkdaşlığın, həmçinin çox vacib elementidir. Azərbaycan və Avropa İttifaqı bu sahədə çox sıx işləyir. Biz bizdən asılı olan bütün səyləri göstərməliyik ki, “Cənub dəhlizi”nin həyata keçirilməsinə töhfə verək. Ümid edirik ki, birgə səylərimiz əməkdaşlığın yeni mərhələsi ilə nəticələnəcəkdir. Bu

Page 81: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

81    

gün əldə etdiyimiz nailiyyətlər yaxşıdır və artıq onlar böyükdür. Nəzərə alsaq ki, “Cənub dəhlizi” layihəsi, daha doğrusu, bir neçə layihəni əhatə edən bu dəhliz son on beş il ərzində burada - Azərbaycanda enerji inkişafı sahəsində görülmüş işlərə əsaslanır.

Bir sözlə, bu, çox geniş gündəlikdir və biz bu məsələlərə tərəfdaşlar, bərabər dostlar və bir-birinə yaxın olmaq istəyən tərəflər kimi yanaşmalıyıq. Fikrimcə, biz Azərbaycan olaraq hesab edirik ki, məqsədlərimiz üst-üstə düşür. Azərbaycan güclü siyasi sistem, güclü iqtisadiyyat yaratmaq və meyarları Avropa ölkələrində olan meyarlara uyğunlaşdırmaq məqsədi ilə müasirləşir. Eyni zamanda, biz Avropa ailəsinin Azərbaycandan gözlədiyi nəticələri bilirik. Aydındır ki, Avropa ailəsi öz sərhədlərində sülh, proqnozlaşdırma, əməkdaşlıq və dost mühitini görmək istəyir. Bütün bunlar burada mövcuddur. Eyni zamanda, biz anlayırıq ki, enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti artır. Biz bu işi çox yaxşı bilirik və hesab edirik tələbat da artacaqdır. Azərbaycan burada nəhəng ehtiyatlar, mövcud infrastruktur, güclü siyasi iradə və sadiqliklə artıq mühüm rol oynayır. Bir sözlə, bu, ikitərəfli yoldur. Fikrimcə, hər iki istiqamət bizim üçün eyni dərəcədə vacibdir.

Əminəm ki, “Şərq tərəfdaşlığı” Proqramının yenicə elan edildiyi bu mühüm mərhələdə bizə bir çox illər ərzində bu çərçivədə olmaq imkanını yaradacaq formatın olması çox vacibdir. Mənim səfərim zamanı Brüsseldəki rəsmilərlə və bu yaxınlarda iki komissarla müzakirələrimin bir hissəsi nəinki görülmüş işlərə, nəyin ediləcəyinə, növbəti addımlara, o cümlədən ümumiyyətlə, qarşılıqlı surətdə qəbul olunacaq uzunmüddətli aydın əməkdaşlıq və tərəfdaşlığın formalaşmasına həsr edilmişdir. Bizə gəldikdə, biz mümkün qədər irəliyə doğru getməyə hazırıq.

Hesab edirəm ki, bugünkü görüş və sizin Azərbaycana səfəriniz bu əməkdaşlığın mühüm elementləridir. Ümidvaram ki, sizin və həmkarlarınızın iştirakı ilə müxtəlif formatda keçirilən belə görüşlər davam edəcək və bu, daimi proses olmalıdır. Mən ən azı istəyirəm ki, bu, mümkün qədər daimi proses olsun, çox müsbət məsələləri, eləcə də problem yaradan amilləri və onların həllini açıq şəkildə müzakirə etmək üçün aramızda çox fəal dialoq aparılsın. Biz bunu etməyə hazırıq. Bilirəm ki, həmçinin bizim Avropadakı dostlarımız bu əməkdaşlığı gücləndirmək istəyirlər. Əminəm ki, biz irəliyə doğru sürətlə gedişimizi davam etdirəcəyik. Ölkəmizə səfər etdiyinizə görə çox sağ olun.

“Xalq qəzeti”.- 2010.- 18 aprel.- N 82.- S.1-2.

Page 82: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

82    

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş

müşavirə keçirilmişdir

Bakı, 23 aprel (AzərTAc). Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Bu, bizim üçün əsas məsələdir. Çünki uzun

illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti uzun illərdir ki, davam edir. Hələ Sovet İttifaqı zamanında erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün böyük səylər göstərmişlər. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində biz böyük çətinliklərlə üzləşmişdik. Azərbaycan torpaqlarının işğalı başlamışdır və işğal bu gün də davam edir.

1992-ci ildə Şuşa və Laçının, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq təşkil edilmişdir. Əlbəttə ki, digər rayonlarımızın işğalı üçün düşmənə əlavə imkanlar yarandı. Biz o tarixi çox yaxşı xatırlayırıq. Bilirik ki, Ermənistan və onun xarici havadarları Azərbaycan torpaqlarının işğalı işində böyük qəddarlıq göstərmişlər. 1992-ci ildə Xocalı soyqırımı törədildi və bu dəhşətli genosid nəticəsində 600-dən çox günahsız insan həlak oldu. Bu soyqırımı, bu genosid bütün sənədlərlə də təsbit olunubdur. Yəni, biz bunu bu gün real faktlar, fotomateriallar, videokadrlar əsasında dünyaya təqdim edirik.

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Ermənistan bütün hüquq normalarını kobudcasına pozur. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarlımasını tələb edir, bu günə qədər bu qətnamələr icra olunmur. BMT-nin ən ali orqanının qərarları icrasız və dünya ictimaiyyəti isə buna biganə qalır.

Biz uzun illərdir ki, danışıqlar prosesindəyik. 1992-ci ildə Minsk qrupu yaradılmışdır və 20 ilə yaxındır ki, Minsk qrupu fəaliyyət göstərir. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Ancaq bu təkliflər reallığa çevrilməmişdir. Təkliflərin aqibəti çox uğursuz olmuşdur. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, əslində, Ermənistanın işğalçı siyasətinin davam etdirilməsidir.

Son illər ərzində danışıqların yeni mərhələsində müəyyən ümidlər yaranmışdır. Bu ümidlər getdikcə güclənirdi. Çünki danışıqlar prosesində müəyyən mərhələlər əldə edilmişdir, müəyyən məsələlər razılaşdırılmışdır. O məsələlər ki, vaxtilə onlarla bağlı razılığa gəlmək mümkün deyildi. Bu kollektiv fəaliyyət nəticəsində meydana çıxmış Madrid prinsipləri və Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yenilənmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər.

Mən bu bərədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan tərəfi prinsip etibarilə bəzi istisnalarla yenilənmiş təklifə müsbət baxa bilər. Bu təkliflər sülh sazişinin hazırlanması üçün əsas ola bilər.

Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Yəni ki, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Danışıqlarda bu, açıq-aydın göstərilib. Belə olan halda, bir daha demək istəyirəm ki, son təkliflər sazişin hazırlanması üçün əsas ola bilər.

Page 83: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

83    

Ancaq buna baxmayaraq, Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir. Onlar sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın.

Əlbəttə ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşa bilməz. Biz dəfələrlə demişik, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin. Azərbaycan tərəfi maksimum dərəcədə konstruktivlik nümayiş etdirirdi və bu gün də nümayiş etdirir. Bizim ən böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə yaxındır, torpaqlarımız işğal altında qaldığı halda, Azərbaycan hələ də sülh prosesinə sadiqdir.

Ermənistan tərəfi müxtəlif yollarla, hətta öz ölkəsində terror törətməklə danışıqlar prosesini dəfələrlə pozmuşdur. Buna baxmayaraq, biz daim konstruktivlik nümayiş etdirərək çalışmışdıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ sülh yolu ilə həll olunsun və beləliklə, bölgədə sülh, əməkdaşlıq yaransın. O da həqiqətdir və biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcəkdir, - biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə edirik, edəcəyik və bu sahədə uğurlara nail olmuşuq, sadəcə olaraq, ona görə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə gedən proseslərə ən ciddi mənfi təsir edən amildir.

Bu məsələ həll olunmadan heç vaxt heç bir başqa regional təşəbbüs, Azərbaycanın iştirakı olmadan baş verə biləcək hadisə mümkün deyildir. Bu, artıq regionun reallıqlarıdır. Bu reallıqların yaranmasında Azərbaycan müstəsna rol oynamışdır. Bizim son illərdə apardığımız siyasət, bölgədə mövqelərimizin gücləndirilməsi, güclü dövlətin qurulması, iqtisadi imkanlarımız, iqtisadi, sənaye, enerji təşəbbüslərimiz Azərbaycanı böyük dərəcədə gücləndirmişdir.

Ona görə də bu regional amili heç kim inkar edə bilməz. Heç kim bizim maraqlarımızı kənara qoya bilməz və bizi müəyyən mənada təcridetmə planları baş tuta bilməz. Son hadisələr bir daha onu göstərmişdir. Biz budan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik və bununla bərabər bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu genişmiqyaslı əməkdaşlığın əsas amili Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hələ ki, biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların vaxtuzatma cəhdləri davam edir. Onların beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəzi beynəlxalq qurumlar onların qeyri–səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə, Ermənistan tərəfindən göstərilən bu cəhdlərə elə bil ki, bəraət qazandırılır. Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki beynəlxalq aləm öz qərarlarına, heç olmasa hörmət etməlidir.

Azərbaycan torpaqları qanunsuz olaraq uzun illərdir ki, işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bizim bütün mədəni, dini, tarixi abidələrimiz dağıdılmışdır. İşğal edilmiş bütün rayonlarda mövcud olan maddi sərvətlər talan edilmişdir.

Bizim bütün muzeylərdən tarixi eksponatlar erməni oğruları tərəfindən aparılmışdır. Bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə-yeksan edilmişdir. Yəni, biz bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik.

Ona görə bugünkü müşavirənin xüsusi əhəmiyyəti vardır. Sirr deyil ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək.

Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar çox uğurludur. Biz son 5-6 il ərzində iqtisadi cəhətdən dünyada birinciyik. İqtisadi islahatlar sahəsində böyük işlər görülür, siyasi islahatlar aparılır. Ölkədə sabitlik, əmin-amanlıq hökm sürür. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Yəni, ölkə çox dinamik və hərtərəfli şəkildə inkişaf edir. Bütün regionlarda abadlıq işləri aparılır. İnfrastruktur layihələri və görülən bütün işləri sadalamağa ehtiyac yoxdur.

Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır.

Mən bir neçə il bundan əvvəl, - hələ o vaxt bizim iqtisadi imkanlar bugünkü kimi deyildi, enerji layihələrimiz hələ başa çatmamışdı, - demişdim ki, elə etməliyik Azərbaycanın hərbi xərcləri Ermənistanın

Page 84: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

84    

bütün xərclərinə bərabər olsun. O vaxt əlbəttə ki, bu xərclər arasında böyük fərq var idi. Ancaq bu gün - 2010-cu ildə biz buna nail ola bilmişik. Biz hərbi məsələlərin həlli üçün istədiyimiz qədər vəsait xərcləyə bilərik və xərcləyirik.

Əlbəttə, heç kimə sirr deyil ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Deyə bilərəm ki, bu fərq gündən-günə böyüyür və bu uçurum gündən–günə genişlənir. Əgər biz bugünkü vəziyyəti götürsək, görərik ki, Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha da güclüdür və daha da peşəkardır. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlər kütləvi qaydada Azərbaycan tərəfə keçirlər. Onların burada dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı vəziyyət vardır. Bu kütləvi köç davam edir və şübhə yoxdur ki, gələcəkdə də davam edəcəkdir.

Bizim hərbi imkanlarımız gündən-günə güclənir, iqtisadi imkanlarımız güclənir, biz heç kimin yardımından asılı deyilik. Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda gələcəkdə əlbəttə ki, Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir. Azərbaycanda əhalinin sayı ildən-ilə artır və bu il artıq 9 milyonuncu vətəndaş dünyaya gəlmişdir. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Bu gün - 2010-cu ildə vəziyyət belədir. Yəni, biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Yəni, onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Digər bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir.

Görülən bütün bu işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıbdır. Azərbaycanda ən müasir texnika istehsal olunur. Gələcəkdə bizim bu sahədə planlarımız çox genişdir və böyükdür. İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və davam edəcəkdir.

Bir də demək istəyirəm, baxmayaraq ki, Ermənistanın qeyri-səmimi davranışı artıq özünü açıq şəkildə büruzə verir, biz danışıqlar prosesinə hələ ki, müsbət yanaşırıq. Hələ ki, Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır və əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcəkdir.

“Xalq qəzeti”.- 2010.- 24 aprel.- N 87.- S.1-2.

Page 85: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

85    

Bakıda dünya dini liderlərinin sammiti keçirilir Azərbaycan Prezidenti İlham Əliyev sammitin açılış mərasimində iştirak etmişdir

Bakı, 26 aprel (AzərTAc). Aprelin 26-da “Gülüstan” sarayında dünya dini liderlərinin ikigünlük Bakı

sammiti işə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sammitin açılış mərasimində iştirak

etmişlər. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli

nümayəndə iştirak edir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli şeyx həzrətləri! Hörmətli zati-müqəddəsləri! Hörmətli din xadimləri! Xanımlar və cənablar! Əziz qonaqlar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Dünya dini

liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir. Biz keçən ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün böyük tədbir keçirmişdik. Azərbaycanın böyük dostu, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı Kirill bu gün olduğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gözəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir.

Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir. Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir.

Keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.

Qeyd etdiyim kimi, əsrlər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Bu, bizi gücləndirir.

Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür. Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Bizim gücümüz birliyimizdədir, Azərbaycanda hökm sürən sabitliyin

Page 86: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

86    

möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Bu amillər ölkəmizi gücləndirir. Bu amillər ölkəmizi gələcəkdə də hərtərəfli inkişaf etdirmək üçün bizə kömək göstərəcəkdir.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Biz milli dəyərlərimizə çox sadiqik. Ümumbəşəri dəyərləri bölüşürük. Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir.

Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması. Son 6 il ərzində ölkəmiz iqtisadi inkişaf baxımından dünyada birinciliyi saxlayır. İqtisadiyyatımız son altı ildə 2,8 dəfə, təxminən 300 faiz artmışdır. Ölkədə köklü sosial problemlər öz həllini tapmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu onu göstərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür. Sosial ədalət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək yerə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola bilməzlər. Ən böyük faciələrdən biri də məhz ədalətsizlikdir. Ədalətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz Azərbaycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin olunsun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan dövləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.

Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində, dünən, bu gün və sabah qəbul olunmuş və qəbul olunacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda, bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır. Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.

Baxmayaraq ki, bu görüşdə müxtəlif mövzular haqqında fikir mübadiləsi aparılacaq, bu gün bütün dini konfessiyaların nümayəndələrinin bir masa arxasında oturması özlüyündə böyük bir hadisədir. Dünən mənə verilən məlumata görə, Təzəpir məscidində çox gözəl görüş keçirilmişdir. Bütün dinlərin nümayəndələri bir-birinin sözlərinə qulaq asırdılar, fikir mübadiləsi aparırdılar. Əlbəttə ki, bu gün də açıq, səmimi fikir mübadiləsi üçün çox gözəl şərait yaradılacaqdır.

Bununla bərabər, müzakirələrin mövzusunun biri də qloballaşma ilə bağlı olan məsələlərdir. Bu, əlbəttə ki, dünya üçün nisbətən yeni bir mövzudur. Ancaq çox sürətlə yayılan bir prosesdir. Əlbəttə ki, hər bir ölkə, hər bir xalq öz milli, mənəvi dəyərlərinin qorunması üçün öz tədbirlərini görməlidir.

Azərbaycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qovuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox güclüdür, Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üstün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna hazır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.

Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.

Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır. Əminəm, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır. Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə salamlayıram. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sammitin işinə uğurlar arzulamaq istəyirəm. Ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər, tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcəkdir. Diqqətinizə görə sağ olun.

“Xalq qəzeti”.- 2010.- 27 aprel.- N 89.- S.1-2.

Page 87: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

87    

Prezident İlham Əliyevin Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfəri Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Salyan, 29 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Salyanda

soyuducu anbar kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: - Yenidən Salyanda olmağımdam çox şadam. Mən birinci dəfə deyil ki, Salyan rayonundayam. Bu gün

biz çox gözəl hadisəni qeyd edirik. Yeni, gözəl soyuducu anbarın fəaliyyətə başlaması böyük hadisədir. Əminəm ki, fermerlər bu gözəl imkandan çox səmərəli şəkildə istifadə edəcəklər, rayonun kənd təsərrüfatı imkanları daha da böyüyəcək, genişlənəcək və beləliklə, rayon iqtisadi baxımdan daha da sürətlə inkişaf edəcəkdir.

Belə gözəl anbarların tikintisi Azərbaycanda indi geniş vüsət alıb. Ancaq ölkəmizdə inşa olunan soyuducu anbarlardan həcm baxımından ən böyüyü Salyanda tikilibdir. Bu da çox gözəl göstəricidir. Həm yerli sahibkarlar, həm Sahibkarlığa Kömək Milli Fondu tərəfindən vəsait qoyulub və bax, bu gözəl müəssisə yaradılıbdır. Ümid edirəm ki, Salyan fermerləri bu gözəl imkandan səmərəli şəkildə istifadə edəcəklər və bütövlükdə kənd təsərrüfatının inkişafına bu soyuducu anbarın böyük dəstəyi olacaqdır. O ki qaldı, rayonun inkişafına, bunun üçün müəyyən işlər görülüb, daha da çox işlər görülməlidir. Rayonun iqtisadi imkanları genişlənməlidir, sənaye potensialının inkişafına daha da böyük diqqət göstərilməlidir. Abadlıq-quruculuq işləri sürətlə getməlidir. Bu gün Bakı-Astara yolunun bir hissəsini istismara verdik. Bu yoldan əlbəttə ki, salyanlılar da istifadə edəcəklər.

Rayonun imkanları tam şəkildə təhlil edilməli, ixtisaslaşma getməlidir. Hansı sahələrə daha çox diqqət göstərilməsi müəyyən edilməlidir. Əlbəttə ki, yeni iş yerlərinin, yeni müəssisələrin açılması rayonun əsas problemlərinin həlli üçün bizə yaxşı şərait yaradacaqdır.

Ölkəmiz, ümumiyyətlə, inkişaf dövrünü yaşayır. Bütün bölgələrdə quruculuq işləri aparılır. Azərbaycan inamla irəliyə gedir. Qarşıda duran bütün vəzifələr icra olunur. Bütün investisiya layihələri icra edilir. Bütün sosial məsələlər öz həllini tapır. Mən istəyirəm ki, daha da sürətlə inkişaf olsun. Baxmayaraq ki, bu gün Azərbaycandan daha sürətlə inkişaf edən ölkə yoxdur. Nəinki bu gün, son 5-6 il ərzində dünyada ən yüksək templə inkişaf edən ölkə Azərbaycandır. Bu bizə imkan verdi ki, problemlərin böyük hissəsi həll olunsun. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi məsələ çoxdur. Ölkəmizin bütün problemləri həll olunmalıdır. Mən bunu istəyirəm və biz bu yolda çox vacib addımlar atırıq. Artıq yaxşı nəticələr vardır və elə etməliyik ki, ölkəmizin inkişafı bölgələrin inkişafı hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət, şərait baxımından böyük şəhərlərdə olan vəziyyətə yaxın olsun. Ona görə infrastruktur layihələri, yollar, elektrik stansiyaları, - bu gün Salyanda yarımstansiyanın açılışı gözlənilir, - qazlaşdırma, elektrik xətləri, su təchizatı – bütün bunlar gündəlikdə duran məsələlərdir. Onların həlli insanlara yeni imkanlar açacaqdır. Ona görə Salyan rayonunun imkanları, bir daha demək istəyirəm, tam şəkildə səfərbər olunmalıdır ki, rayonun potensialı daha da artsın, böyüsün və insanlar burada daha da yaxşı yaşasınlar.

X X X

Prezident İlham ƏLİYEV dedi: -Sahibkarlığa Azərbaycanda yaxşı şərait yaradılıb, həm kreditlər, subsidiyalar verilir, həm də dövlət

tərəfindən dəstək göstərilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən ölkəyə qoyulan investisiyaların həcmini artırırlar. Bu da çox müsbət haldır.

Çox şadam ki, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Əvvəlki illərdə biz daha çox xarici investisiyalardan asılı idik. Bu gün bu asılılıq minimum səviyyəyə enibdir. Yəni Azərbaycanda artıq böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfi yaranmışdır. Ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə qoymağa daha da sövq edir. Bu, çox müsbət haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan iqtisadiyyatına, yerli istehsala qoyulur. Bax, belə gözəl soyuducu anbarlar, ondan sonra başqa müəssisələr, emal müəssisələri – bütün bunlar ölkəmizi gücləndirir. Biz bunun nəticəsində bu gün özümüzü demək olar ki, ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əvvəlki illərdə daha çox idxaldan asılı idik. Bu gün isə biz ixrac edirik. İndi xaricə nəinki meyvə-tərəvəzi, digər məhsulları da ixrac edirik. Ona görə ki, Azərbaycanda sahibkarlıqla bağlı vəziyyət çox yaxşıdır. İldən-ilə həm sahibkarların imkanları artacaq, həm də ki, onların ölkə iqtisadiyyatına qoyduqları vəsaitin həcmi artacaqdır. Nəzərə alsaq ki,

Page 88: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

88    

dövlət öz tərəfindən kreditlər, subsidiyalar şəklində maliyyə dəstəyini göstərir, bu sahədə inkişaf uğurlu olacaqdır.

Ancaq Azərbaycan cəmiyyəti təkcə sahibkarlardan ibarət deyildir. Biz bütün vətəndaşların problemlərini həll etməliyik. Xüsusilə büdcə təşkilatlarında işləyənlərin əmək haqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı, minimum pensiya böyük dərəcədə artırılıb və deyə bilərəm ki, Azərbaycan bu göstəricilərə görə bu gün MDB məkanında ən yüksək yerlərdədir. Ancaq əgər desəm ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu, bizi qane etmir. Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin.

Azərbaycanda əlbəttə ki, yoxsul təbəqə də vardır. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır.

Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər. Bu soyuducu anbarın xüsusiyyəti ondan ibarətdir ki, o, təkcə fermerlərə xidmət göstərməyəcək, iş yerləri də açılacaqdır. Fermerlər biləndə ki, onların məhsulları batmayacaq, burada saxlanılacaq, onlar daha da çox vəsait qoyacaqlar, əkin sahələrini böyüdəcəklər, orada işləyənlərin sayı artacaq, beləliklə, məşğulluq məsələləri də öz həllini tapacaqdır. Yəni, bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır.

Azərbaycanın uğurlu iqtisadi inkişafı onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Biz gəlirləri investisiya şəklində düzgün yerlərə yönəldirik və bu investisiyalar artıq öz bəhrəsini verir. Keçən il və elə bu il də davam edən dünya böhranı onu göstərdi ki, hansı ölkələrin iqtisadi siyasəti düzgün qurulmuşdur, o ölkələr də bu böhrandan minimum itkilərlə çıxdı. Biz vəsaiti iqtisadiyyatın real sektoruna yönəldirik və bu gün də bunu edirik. Baxmayaraq ki, keçən il gəlirlərimiz də azaldı, neftin qiyməti də bir neçə dəfə düşdü, biz investisiya layihələrini, tikinti layihələrini dayandırmadıq. Heç bir layihə - həm yolların, həm infrastruktur layihələrinin, məktəblərin, xəstəxanaların tikintisi dayanmadı. Bu il də belədir. Bu il nəzərdə tutulmuş bütün investisiya layihələri icra ediləcək və özü də artıqlaması ilə. Bu, imkan verir ki, biz heç kimdən asılı olmayaraq müstəqil həyat sürək, ölkəmizi inamla irəliyə aparaq və Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün əlavə tədbirlər görək.

Ona görə mən bu gün bu hadisə münasibətilə öz fikirlərimi sadəcə olaraq bir qədər geniş ifadə etmək istəyirəm. Əlbəttə, bu anbarın tikintisi rayon iqtisadiyyatı üçün əlamətdar hadisədir. Ancaq bu, ümumiyyətlə Azərbaycanda aparılan siyasətin nəticəsidir. Əgər biz sahibkarlara dəstək verməsəydik, kreditlər verməsəydik, ümumiyyətlə, 2004-cü ildə regional inkişaf proqramını qəbul etməsəydik, 2009-cu ildə ikinci proqramı qəbul etməsəydik, bunların heç biri olmazdı və onda Azərbaycan iqtisadiyyatı, Azərbaycan xalqı təkcə təbii resurslardan asılı vəziyyətdə qala bilərdi. Mən isə istəyirəm ki, təbii sərvətlər sadəcə olaraq, iqtisadiyyatımızı daha da gücləndirsin, ancaq biz əsas gəlir mənbəyini kənd təsərrüfatı, sənaye, sahibkarlıq və qeyri-neft sektorundan təmin edək.

Ona görə, bu hadisə münasibətilə sizi təbrik edirəm. Baxmayaraq ki, burada fermerlər azlıq təşkil edir, ancaq biz hamımız fermerlərin məhsullarından istifadə edirik. Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatı nə qədər güclü olsa, ölkəmiz də o qədər güclənəcəkdir. Bir daha sizi bu hadisə münasibətilə təbrik edirəm və ümumiyyətlə xahiş edirəm, mənim salamlarımı bütün salyanlılara çatdırasınız. Bilin ki, mən rayonun inkişafı üçün bundan sonra da öz səylərimi göstərəcəyəm.

“Xalq qəzeti”.- 2010.- 30 aprel.- N 92.- S.2.

Page 89: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

89    

Azərbaycan Prezidenti İlham Əliyevin Cəlilabad rayonuna səfəri Cəlilabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Bakı, 30 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Cəlilabadda müalicə-diaqnostika mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi: -Sizi ürəkdən təbrik edirəm. Gözəl, müasir diaqnostika mərkəzinin açılışı doğrudan da böyük hadisədir.

Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir. Təkcə Bakıda, yəni paytaxtda deyil, müxtəlif bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş mərkəzi rayon xəstəxanaları əsaslı təmir olunur, yeni xəstəxanalar, tibb ocaqları tikilir. Yəni, Azərbaycanda bu proses çox geniş vüsət alıbdır. Bu, bir daha onu göstərir ki, siyasətimizin təməlində insana münasibət və qayğı durur.

Hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir. Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir. Ölkəmizdə işlər bütövlükdə yaxşı gedir, iqtisadi imkanlarımız artır. Keçən il baxmayaraq ki, bütün dünya böhran içində idi, biz xərclərimizi azaltmadıq, sosial məsələlərə yönəldilən vəsait lazımi səviyyədə qaldı. Bütün infrastruktur layihələri icra edildi. Bu il Azərbaycanın inkişafı daha da uğurludur. İqtisadiyyatımız daha da sürətlə inkişaf edir. Mən bu gün səhərdən müxtəlif tədbirlərdə iştirak edirəm və bütün bu tədbirlər bir daha onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir. Bu inkişaf hərtərəflidir, bütün bölgələrdə görünür.

Əminəm ki, gələcək illərdə Azərbaycan iqtisadi inkişaf templərinə görə liderlik mövqelərini əlində saxlayacaqdır. Bu, artıq gözəl ənənədir. Biz son illər ərzində əldə etdiyimiz uğurlarla əlbəttə ki, fəxr edə bilərik. Ancaq biz əldə edilmiş nəticələrlə heç vaxt kifayətlənməməliyik. Çünki əldə edilmiş nəticələr yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Biz elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə qədər həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi 2013-cü ildə başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri səhiyyə sistemindəki islahatlardır və yüksək səviyyəli tibbi xidmətin göstərilməsidir. Digər əsas məsələlər təhsil sistemində həm maddi-texniki bazanın gücləndirilməsi, məktəblərin tikintisi, həm də ki, təhsilin keyfiyyətinin artırılması, elektrik enerjisi, qaz, içməli su, kanalizasiya problemlərinin tam şəkildə həll olunmasıdır. Bu planlar da vardır və əminəm ki, biz onları 2013-cü ilə qədər icra edəcəyik.

Yeni iş yerlərinin, sənaye müəssisələrinin açılması prosesləri uğurla gedir. Maddi imkanlarımız artır, güc, siyasi iradə, xalqla iqtidar arasında birlik vardır. Ölkənin inkişafı, ölkə hansı istiqamətdə inkişaf etməlidir məsələsi ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz müstəqilliyimizi gücləndirməliyik, müstəqil həyatımızı təmin etməliyik. Elə etməliyik ki, bütün dövrlərdə - bu gün, 10 ildən, 50 ildən sonra Azərbaycan xalqı Azərbaycan dövlətinin taleyini müəyyən etsin. Bunu etmək üçün biz güclü olmalıyıq. Güclü olmaq üçün biz ciddi çalışmalıyıq. Hər bir bölgədə, hər bir yerdə hər bir vətəndaş elə etməlidir ki, ölkəmizi öz zəhməti ilə gücləndirsin.

Page 90: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

90    

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Burada həm xəstələrə yaxşı xidmət göstəriləcək, eyni zamanda, həkimlər üçün də yaxşı iş şəraiti yaradılıb. O da çox vacibdir. Gərək həkimlərin iş şəraiti elə olsun ki, işləmək onlara zövq versin. Bir daha sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram.

“Xalq qəzeti”.- 2010.- 1 may.- N 93.- S.2-3.

Page 91: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

91    

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən

təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur

Bakı, 7 may (AzərTAc). Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir.

Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.

Müşavirəni giriş sözü ilə açan Prezident İlham ƏLİYEV dedi: -Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmizin müxtəlif yerlərində biz təbii

fəlakətlərlə üzləşmişik. Qırx rayonun ərazisində subasma halları müşahidə olunur. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır. Əvvəlki illərdə də ölkəmizdə belə hallar olmuşdu, amma biz bu dərəcədə təbii fəlakətlə demək olar ki, ilk dəfə üzləşirik. Vəziyyət ümumilikdə nəzarət altındadır.

Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm. Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik. İndiki şəraitdə əsas diqqətimiz ona yönəlməlidir ki, biz bütün lazımi tədbirləri operativ şəkildə görək. Bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi səfərbər olunub. Biz görülən tədbirlər nəticəsində daha böyük fəlakətdən özümüzü qoruya bildik. Ancaq buna baxmayaraq, təbii proseslər əlbəttə ki, bizə çox ciddi ziyan vurdu.

Bu proseslər bütün dünyanı bürüyüb. Qonşu ölkələrdə də oxşar hadisələr baş verib, bəlkə bizdən daha da şiddətli vəziyyət yaranmışdır. Bütün başqa yerlərdə, başqa qitələrdə bu proseslər davam edir. Biz bütün tədbirləri görürük. Əlavə tədbirlər haqqında bu gün biz burada danışacağıq. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər. Yerli əhali onlara kömək göstərir və göstərməlidir.

Ancaq bu operativ işlərlə yanaşı, biz əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq.

Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olarsa dövlət büdcəsində düzəlişlər edilməlidir. Əlavə vəsaitin ayrılması qaçılmazdır. Çünki biz bu məsələləri operativ şəkildə həll etməliyik. Həm təbii fəlakətin qarşısının alınması üçün əlavə tədbirlər və maliyyə resursları cəlb olunmalıdır, eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması, insanlara kömək göstərmək üçün, əlavə texnika və avadanlığın alınması ilə bağlı təxirəsalınmaz tədbirlər görməliyik. Bu məqsədlə yəqin ki, əlavə maliyyə resurslarına da ehtiyac olacaqdır. Bu günə qədər Ehtiyat Fondundan müvafiq qurumlara vəsait ayrıldı. Bu vəsait hesabına çoxlu işlər görüldü, daha da çox işlər görülməlidir. İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır. Bu barədə əlbəttə ki, biz bu gün də danışacağıq. Gələcəkdə, yaxın zamanlarda təqdim olunacaq bütün təkliflər də kompleks tədbirlərdə öz əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə daha da ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır. Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir. O qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır.

Əfsuslar olsun ki, biz ölkəmizin müxtəlif yerlərində belə xoşagəlməz hadisələrlə üzləşirik. Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır. Sahilboyu ərazilərdə tikilmiş bu evlər indi imkan vermir ki, orada sahilbərkitmə işləri lazımi səviyyədə aparılsın. Ona görə bu vaxta qədər buraxılmış bütün nöqsanlar, bəzi hallarda cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir.

Page 92: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

92    

Bununla bərabər, gələcəkdə təbii fəlakətlərin qarşısının alınması üçün bütün tədbirlər görülməlidir. Harada evlər köçürülməlidir, oraya kompensasiya verilməlidir ki, vətəndaşlar bundan əziyyət çəkməsinlər. Kür çayının lildən təmizlənmə işləri daha da sürətlə getməlidir. Bu işlər bizdə yaxşı səviyyədə təşkil olunmayıb, ona görə çayın dibi ildən-ilə qalxır, o, lazımi səviyyədə təmizlənmir. Çayın dibi qalxdıqca, əlbəttə ki, çay özü üçün yeni məcralar axtarır. Ya qrunt sularının artmasına səbəb olur, yaxud da ki, sahildən çıxıb əkin sahələrini basır. Yəni, bu tədbirlər mütəmadi qaydada görülməlidir.

Bir daha deyirəm, hazırlanacaq tədbirlər planında bu məsələlər kompleks şəkildə öz həllini tapmalıdır. Bu il lazımi vəsait ayrılmalıdır. Gələn ilin investisiya proqramında kifayət qədər maliyyə resursları ayrılmalıdır ki, əlavə texnika, müxtəlif avadanlıq alınsın. Biz elə etməliyik ki, özümüzü bu təbii fəlakətdən maksimum dərəcədə qoruya bilək.

Təbii fəlakətlər elədir ki, insanlar bəzi hallarda onların qarşısında aciz qalırlar. Biz bunu bu yaxınlarda görmüşük. İslandiyada vulkanın püskürməsi nəticəsində demək olar ki, bütün Avropanın hava nəqliyyatı iflic vəziyyətinə düşmüşdür. Yəni, bu elə bir təbii fəlakətdir ki, insanlar bunun qarşısında aciz qalırlar. Eyni zamanda, daşqınlar, torpaq sürüşmələri. Bəzi hallarda bütün bunları proqnozlaşdırmaq mümkün deyildir. Lap proqnozlaşdırmaq mümkündürsə, onun qarşısını almaq mümkün deyildir. Misal üçün, zəlzələ elə bir təbii fəlakətdir ki, onun qarşısında heç nə etmək mümkün deyildir. Yəni sadəcə olaraq, müasir sistemlərlə, yəni xəbərdarlıq etməklə itkiləri minimum səviyyəyə endirmək mümkündür.

Bəzi hallarda uçmuş evlərin, bax 300-dən çox uçmuş evin böyük əksəriyyəti keyfiyyətsiz tikilib, çiy kərpiçdən tikilib. Yəni, buna da yol vermək olmaz. Vaxtilə evlər ucuz başa gəlsin deyə keyfiyyətsiz tikilib. Bir balaca su dəyən kimi o evlər uçur və xoşagəlməz hadisələr baş verir .

Görülən tədbirlər nəticəsində biz, necə deyərlər, özümüzü, xalqımızı böyük itkilərdən qurtara bildik. Düzdür, bir-iki yerdə ölüm hadisələri olmuşdur. Ancaq əgər vaxtında tədbirlər görülməsəydi, insanlar xəbərdar olunmasaydı və bütün lazımi tədbirlər görülməsəydi, bəlkə də bədbəxt hadisələrin sayı daha da çox ola bilərdi. Ona görə biz bütün bölgələrdə, təkcə böyük şəhərlərdə deyil, bütün bölgələrdə bütün evləri bir daha təftiş etməliyik. Vaxtilə biz Bakıda tikilməkdə olan keyfiyyətsiz evin uçması nəticəsində bədbəxt hadisə ilə üzləşmişdik. O vaxt Fövqəladə Hallar Nazirliyinə göstəriş verilmişdi ki, bütün evlərə baxış keçirilsin. Onlar lazımi avadanlıqları da alıblar. Yəni, bu gün bütün bu avadanlıqlar var və elə etməliyik ki, hər bir rayonda bütün evlər təftiş edilsin.

Bu gün, misal üçün, Bakıda və başqa şəhərlərdə evlərin təmiri, yaxud da daşların təmizlənməsi nəticəsində, evlərin gözəl daşlarla üzlənməsi prosesi zamanı görürük ki, evlər qəzalı vəziyyətdədir. Yəni, bir neçə evin təmiri nəticəsində biz gördük ki, əgər bu evlər təmirsiz qalsa, bir neçə ilə çökə bilər və dərhal tədbirlər görülüb. Biz Bakı şəhərində vaxtilə tikilmiş yüzlərlə evi bərkitdik. Bəzi hallarda əfsuslar olsun ki, vətəndaşlar da özlərini çox qəribə aparırlar. Onların birbaşa özlərinə, ailə üzvlərinə böyük təhlükə olmasına baxmayaraq, o evlərdən çıxmaq istəmirlər. Hesab edirlər ki, bu, qəsdən edilir ki, kimsə onları köçürsün və onların yerində nəsə özü üçün tiksin. Bu, cəfəng fikirlərdir. Bizim əsas istəyimiz odur ki, insanlar rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Harada ki, insanlar köçürülür, onlara kompensasiya ödənilir, özü də bazar qiyməti ilə. Bu gün biz Azərbaycanın bazar qiymətini bilirik. Şəhərdə, şəhər mərkəzində 1 kvadratmetr sahənin qiyməti, necə deyərlər, ən qiymətli yerdə 1500-1600 manatı keçmir, - Neftçilər prospekti, – yəni bundan bahalı yer ola bilməz. Yəni, Azərbaycan dövləti bəzi köçürmələr aparmaqla, Bakı Şəhəri İcra Hakimiyyəti bu işləri görməklə, vətəndaşlara 1 kvadratmetrə 1500 manat vəsait təklif edir. O evlərə ki, onların bəzilərini heç ev adlandırmaq mümkün deyildir və bu təklif narazılıqla qarşılanır. Bu, yolverilməzdir. Azərbaycan dövləti, Azərbaycan hökuməti, yerli icra orqanları xoş niyyət göstərərək, insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq istəyirlər.

Bir neçə yerdə bu köçürmələr zamanı bizə yüzlərlə təşəkkür məktubu gəlmişdir. Çünki misal üçün, 40 kvadratmetr evin, mənzilin əvəzinə, müasir evdə 50 kvadratmetr təmir olunmuş mənzil verilir. Yəni, bizim yanaşmamız bundan ibarətdir. Biz bütün bu işləri insanların hesabına etmirik. Əksinə, bütün gözəllik, abadlıq işləri, eyni zamanda, müəyyən səbəblər üzündən köçürülməli olan insanların yaşayış səviyyəsinin yaxşılaşması ilə müşayiət olunur. Yəni, bizim yanaşmamız budur.

Ona görə bütün evlərə yenidən baxış keçirilməlidir. Çiy kərpicdən evlərin tikintisi ümumiyyətlə dayandırılmalıdır. Bu işə yerli icra orqanları, o tikinti üçün icazə, sərəncamlar verirlər nəzarət etməlidirlər. Fövqəladə Hallar Nazirliyinin yerlərdəki qurumları nəzarət etməlidirlər. Bütün standartlar tətbiq olunmalıdır. Bundan sonra bir dənə də istər fərdi, istərsə də çoxmərtəbəli keyfiyyətsiz ev, bina tikilməməlidir.

Bir daha deyirəm ki, bu vaxta qədər tikilmiş evlərə baxış keçirilməlidir. Harada ki, təhlükə var, orada yaşayan insanlar xəbərdar olunmalıdır və biz hazırlanacaq həmin o dediyim kompleks tədbirlər planında bütün bu məsələləri də nəzərə almalıyıq. Əgər bunu etməsək, vaxtilə - 1930-cu, 1950-ci illərdə tikilmiş evlər 5 ildən, 10 ildən sonra qəzalı vəziyyətə düşə bilər. Misal üçün, biz bilirik “xruşşovka” adlandırılan evlərin o vaxt

Page 93: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

93    

keyfiyyəti nə idi, neçə il keçib üstündən. Onların istismar müddəti artıq başa çatıb. İndi biz bir neçə yerdə onları bərkidirik. Əslində yeni evlər, yeni karkaslar tikilir və orada yaşayan insanların mənzilləri də böyüyür. Çünki, yeni karkaslar hesabına onların sahəsi də böyüyür.

Bir daha demək istəyirəm ki, biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Bu günə qədər görülən işlər, bir daha demək istəyirəm ki, bizi böyük faciəvi vəziyyətdən qorudu. Mən, bir daha demək istəyirəm, bütün qurumlar, xilasedicilər gecə-gündüz işləyirlər, o bəndləri bərkidirlər, kisələri torpaqla doldururlar, çayların sahillərini bərkidirlər. Yəni, biz onların fəaliyyətini yüksək qiymətləndirməliyik. Eyni zamanda, elə etməliyik ki, gələcəkdə özümüzü bu fəlakətlərdən maksimum dərəcədə qoruyaq. Biz bu günlərdə köçürülən ailələrə də əlavə diqqət və qayğı göstərməliyik. Onlar o evlərdə yaşayıblar. O evlər yararsız vəziyyətə düşüb, ya uçub. Onlar müvəqqəti yerlərə köçürülüblər. Orada müvəqqəti yerlər hansı vəziyyətdədir, hara köçürülüb, orada yaşamaq üçün şərait var, yoxsa yox?! Bəziləri çadırlarda yaşayırlar. Onlar çadırlarda nə qədər yaşayacaqlar?! Tezliklə onların məsələləri həll olunmalıdır. Yerli icra orqanları, Fövqəladə Hallar Nazirliyi, müvafiq qurumlar, nazirliklər, Səhiyyə Nazirliyi - birlikdə bütün tədbirləri görməliyik ki, bu günlərdə o insanların səhiyyə məsələləri, yəni sağlamlıq problemləri həll olunsun. Orada yaşlılar, qocalar, körpə uşaqlar vardır. Biz onları elə qoya bilmərik ki, səni köçürdük, indi burada necə yaşayırsan yaşa. Onlara şərait yaradılmalıdır, özü də təxirə salınmadan!

Yəni, bizim işimiz bundan ibarət olmalıdır. İlk növbədə bütün gücümüz bu gün fəlakətin qarşısının alınmasına yönəldilməlidir. Bu birincisi. İkincisi, bu vəziyyətdən əziyyət çəkən insanlara qayğı göstərmək, onları məqbul şəraitlə, dərman preparatları ilə, isti paltarlarla təmin etmək lazımdır. Onların bəzilərinin bütün mülkiyyəti, ev təsərrüfatı batıb gedib. Onlara ciddi maliyyə ziyanı dəyib. Təkcə evin uçması ilə bunların problemi bitmir. Tezliklə dəymiş bütün maliyyə ziyanı hesablanmalıdır. Tezliklə onlara kompensasiya verilməlidir.

Bütün bu hadisənin fəsadları aradan qaldırıldıqdan sonra biz artıq hazır olmalıyıq ki, uçmuş o evlərin yerində onlar üçün evlər tikək. Mən hesab edirəm ki, biz buna da baxmalıyıq, hansı mənbədən, kim bunu edəcək, hansı müddətdə. Yaxud o vətəndaşlara pul şəklində kompensasiya verilməlidir ki, özləri tiksinlər. Amma buna təminat yoxdur. Onlar yenə də gedib oradan-buradan aldıqları keyfiyyətsiz mallardan, yenə də çiy kərpicdən evlər tikəcəklər və bu evlər bir ildən sonra yenə uçacaqdır. Yəni, buna dövlət baxmalıdır və bundan sonrakı mərhələdə əsas kompleks tədbirlərin görülməsi planında bütün lazımi, müvafiq qurumlara tapşırıqlar verilməlidir, icra müddəti göstərilməlidir. Maliyyə resursları müəyyən edilməlidir və biz qısa müddət ərzində bütün bu işləri görməliyik.

Mən əminəm ki, biz bu çətin vəziyyətdən şərəflə çıxacağıq. Azərbaycan dövləti güclü dövlətdir. Bizim çox güclü sosial siyasətimiz vardır. Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz qalıbdır. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək.

X X X

Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV müşavirədə məruzə edərək dedi: -Möhtərəm cənab Prezident, bildiyiniz kimi, son günlər ərzində Kür çayının bəzi yerlərdə daşması, suyun

artması nəticəsində bir çox yerlərdə həyətyanı sahələr, əkin sahələri və bir çox sosial strukturların binaları su altında qalmışdır. Tapşırığınıza və birbaşa sərəncamınıza əsasən artıq 20 gündür ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının qüvvələri, yerli əhali, yerli icra strukturlarının müvafiq şəxsləri və “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin həm şəxsi heyəti və texnikaları hadisə yerlərində işləyirlər. Sizin qeyd etdiyiniz kimi, Sabirabad və Şirvan şəhərlərində artıq 9 metr uzunluğunda bənd aşmışdır. Amma bu müşavirəyə gələndə məlumat verdilər ki, onun yalnız 3-4 metri qalıbdır və qalanını bərpa ediblər. Bərpaetmə işləri hazırda davam edir, yəqin ki, bir neçə saata artıq bu iş bitəcəkdir.

Vaxtında, zamanında Sizin tapşırığınıza əsasən, bu qədər texnika həm bizim nazirliyə, həm də başqa digər strukturlara alınmasaydı, cənab Prezident, bu gün doğrudan biz bu vəziyyətdən çıxa bilməzdik. Buna görə də mən Sizə öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Bir məlumatı qeyd etmək istəyirəm ki, keçən il və ondan qabaqkı ildə belə hadisələr olmuşdu. Onların nəticəsində uçmuş 300 evin tikilməsi barədə Siz birbaşa sərəncam vermişdiniz. Mən indi məruzə edirəm ki, evlərin 200-ü artıq hazırdır. Qalan 100-ü də iki-üç ay ərzində hazır olacaqdır. Bu il uçan evlər haqqında Siz göstəriş verdiniz. Biz göstərişinizi qısa müddətdə, kompleks şəkildə yerinə yetirməliyik. Onların bəzilərinin o yerlərdə evlərini tikmək mümkün deyildir. Çünki uzun illər subasma nəticəsində o yerlərdə həm torpaq öz

Page 94: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

94    

keyfiyyətini itirib, yaxud çay hər hansı bir başqa səbəb nəticəsində yenidən məcrasından çıxa bilər. Ona görə də tapşırığınıza əsasən, bu proqramları müvafiq qurumlarla birlikdə hazırlayıb Sizə təqdim edərik. Sizin göstərişinizdən sonra hər bir qurum öz öhdəsinə düşən işi təcili şəkildə icra edər. Amma proses davam edir. Xilasetmə işləri bu gün davam edir. Bu gün Fövqəladə Hallar Nazirliyinin 760 nəfər şəxsi heyəti öz texnikası, nasosları ilə o bölgələrdədir.

Daha sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov fəlakət zonasında tikilmiş evlərin və ümumilikdə ölkədə inşa olunan binaların keyfiyyətinə nəzarət məsələlərinə toxunaraq dedi:

-Əsasən uçan evlərin əksəriyyəti vaxtilə çiy kərpicdən və yaxud başqa ucuz materiallardan tikilmişdir. Sizin tapşırığınıza əsasən, 2000-ci ildəki zəlzələdən sonra bütün evlərin təftişi artıq bitmişdir. Yararsız olan binalar haqqında tədbirlər görülmüşdür və görülməkdədir. Təftiş zamanı bəzi binaların tikinti normalarına əməl edilmədən inşa olunduğu aşkara çıxmışdır. Biz hüquq mühafizə orqanları ilə birlikdə məcbur olub həmin evləri sökdük. Həmin binaları tikənlər ortaya qeyri–obyektiv amillər qoyurlar. Amma bizim aldığımız bütün cihazların, konstruktorların, mühəndislərin təftişi nəticəsində ortaya çıxardığımız arayışlar, əldə etdiyimiz nəticələr onu göstərir ki, həmin evlərdə qətiyyən yaşamaq olmaz. Hətta o evləri saxlamaq da olmaz. Çünki uçarkən ətrafdakı insanlara zərər vura bilər.

Bu istiqamətdə işlər davam etdirilir. Cənab Prezident, apardığınız uğurlu siyasətin nəticəsində, verdiyiniz tapşırığa əsasən Fövqəladə Hallar Nazirliyi gözlənilməz təbii fəlakətlər barədə əhalinin qabaqcadan xəbərdar edilməsinə imkan verən ən müasir texnikalar almışdır. Bu cihazlar təkcə yer üstündə deyil, hətta bizim vertolyotlarımızda da quraşdırılmışdır. Biz o vertolyotların köməyi ilə apardığımız müşahidələr nəticəsində ölkənin ərazisində qəza vəziyyətində olan obyektləri müəyyənləşdirə bilirik. İlkin vizual təhlil aparandan sonra artıq biz həmin obyektə aldığımız digər texnikaları göndərir və nəticələri dəqiqləşdiririk.

Sizi əmin edirəm ki, təbii fəlakət yerlərindən insanların köçürülməsi və məskunlaşdırılması işində Fövqəladə Hallar Nazirliyinin qüvvələri əlindən gələn yardımı edəcəkdir. Sizin göstərişinizdən sonra yeni evlərin tikilməsinə başlayacağıq.

X X X Prezident İlham ƏLİYEV: Bəli, artıq bizdə belə təcrübə vardır. Biz əvvəlki illərdə sürüşmə zamanı uçmuş

evləri dövlət hesabına bərpa etdik. Bu dəfə də uçmuş evləri bərpa edəcəyik, baxmayaraq ki, burada 300-dən çox ev artıq uçub, 2 min ev qəzalı vəziyyətdədir. Ancaq biz bütün bu işləri görməliyik. Kifayət qədər texnika alınmışdır. Ancaq əlbəttə ki, alınan o texnika bu təbii fəlakətə hesablanmamışdır. Yəni, bu dərəcədə dəhşətli təbii fəlakətə hesablanmamışdır. Ona görə sizdə əlavə texnikaların alınması üçün təkliflər hazırdır. Biz tezliklə buna baxmalıyıq. Bir hissəsini artıq həll etmişik, vəsait ayrılıb. Qalan hissəni də həll edək ki, biz gələcəkdə özümüzü maksimum dərəcədə tam rahat hiss edək.

X X X Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV fəlakət zonasında əhaliyə göstərilən tibbi xidmət barədə dövlətimizin

başçısına məlumat verərək dedi: -Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla dünən mən Şirvan şəhərinə getmişdim. Ümumiyyətlə,

şəhərdə belə bir problem yoxdur. Əsasən, Kür çayının sahilində olan kəndlər köçürülməkdədir. Fövqəladə Hallar Nazirliyi orada çox böyük işlər görür. Camaatın yerləşdirildiyi müvəqqəti yerlərə biz həkimləri səfərbər etmişik. Orada dava–dərmanla bağlı heç bir problem yoxdur, nə lazımdır olunur, təcili yardım maşınları vardır. Gün ərzində həkimlər növbədədirlər, yəni tibbi xidmət sarıdan problem yoxdur.

Səhiyyə naziri Oqtay Şirəliyev fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra görüləcək işlər barədə də danışdı:

-Sel qurtarandan sonra həmin ərazilər dezinfeksiya edilməlidir. Orada çox böyük işlər aparmalıyıq ki, yoluxucu xəstəliklərin qabağını alaq. Bunun üçün indidən tədbirlər görülür. Lazım olan bütün vasitələr vardır. İndiki işlər inşallah qurtarandan sonra biz ikinci mərhələnin tədbirlərini həyata keçirməyə başlayacağıq.

X X X

Nəqliyyat naziri Ziya MƏMMƏDOV görülən işlərlə bağlı məlumat verərək dedi: -Zati-aliləri, məruzə etmək istəyirəm ki, yol strukturu da baş verən sel suları, daşqınlar, uçqunlar, torpaq

sürüşmələri nəticəsində çox istiqamətlərdə ziyan çəkmişdir. Faktiki olaraq 14 rayonda sürüşmə, dağ uçqunları baş vermişdir ki, bunların nəticəsində də bəzi hallarda, məsələn, Şamaxı, İsmayıllı, Muğanlı, Ağsu istiqamətində yollar bir növ öz oxundan çıxmışdır. Xüsusilə Quba rayonunda Xınalıq istiqamətində, eyni zamanda,

Page 95: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

95    

Qonaqkənd istiqamətində Giləzi kəndi ilə başqa bir kəndin ərazisində yol sürüşərək öz oxundan çıxmış və nəticədə hərəkət qısa müddətə dayanmışdır. Xınalıq istiqamətində, təxminən 50 metr ərazidə dağ sürüşərək yolu bağlamışdır. Görülən tədbirlər nəticəsində hər iki istiqamətdə hazırda yol istiqaməti dəyişdirilərək hərəkət bərpa edilmişdir.

Qeyd etmək istəyirəm ki, Qusar, Quba, Xaçmaz, Xızı, Qobustan, Şamaxı, Qəbələ, Balakən, Ağsu, Gədəbəy, Zərdab, Sabirabad, Lerik, Yardımlı rayonlarında bu cür hadisələr baş vermişdir.

Cənab Prezident, diqqətinizə məruzə edirəm ki, bu istiqamətlərdə nəqliyyatın hərəkəti hazırda bərpa edilib və yolları normal vəziyyətə gətirmək istiqamətində tədbirlər həyata keçirilir.

Ziya Məmmədov Nəqliyyat Nazirliyi tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışarkən bildirdi ki, fəlakət zonalarına dərhal xeyli sayda texniki vasitələr göndərilmişdir.

Nəqliyyat naziri qeyri-qanuni tikililərin nəqliyyat sektoruna vurduğu zərərdən də danışdı: -Həqiqətən də qeyri-qanuni tikililər nəticəsində ölkənin demək olar ki, bütün ərazilərində dəmir yolunun təhlükəsizlik zolaqları zəbt edilmiş, kütləvi sayda binalar, evlər, qeyri-yaşayış obyektləri tikilərək qatarların təhlükəsiz hərəkətinə böyük problem yaratmışdır. Bu səbəbdən hətta təhlükəsizlik işçiləri öz xidməti vəzifələrini yerinə yetirə, qatarlara baxış keçirə bilmirlər. Biz bütün bu işlərin çəkilişini aparmışıq, arayış hazırlayıb hökumətə təqdim etmişik, Sizin tapşırığınız əsasında və bütün materiallar demək olar ki, bizdə toplanmışdır. Eyni zamanda, bu cür hadisələr avtomobil yolları şəbəkəsində də baş vermiş və təhlükəsizlik zolaqlarında qeyri-qanuni tikintilər inşa edilmişdir. Bu da yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımi sənədləri toplamışıq, videoçəkilişlər aparmışıq və bu materialları hökumət komissiyasına təqdim etmişik.

Qeyd etmək istəyirəm ki, bu istiqamətdə üzərimizə düşən bütün vəzifələri məsuliyyətlə icra edirik. Sizin bütün tapşırıq və tövsiyələrinizin bundan sonra da uğurla icra olunması üçün kollektivimiz tam səfərbərdir.

X X X

Prezident İlham ƏLİYEV: Əlbəttə ki, biz bu işlərin görülməsi üçün ölkəmizdə olan bütün texniki

imkanlardan istifadə etməliyik. Verilən tapşırıqlar da çox düzgün tapşırıqlardır. Bütün qurumların texniki imkanları səfərbər olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin texniki imkanları kifayət qədərdir. Amma bu fəlakətə hesablanmayıb. Azərbaycanda çoxsaylı dövlət və özəl şirkətlər, tikinti şirkətləri vardır. Onların böyük texnikaları vardır. Onlar hamısı cəmlənməlidir və məqsədyönlü şəkildə bu məsələnin həllinə yönəldilməlidir. O ki qaldı qanunsuz tikililərə, bu, bizim böyük problemimizdir. Bu problem bu gün yaranmayıb. Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq. Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir və bu kompensasiya verilir. Yolların genişlənməsi zamanı orada - yol üstündə yerləşən binaları köçürdük, insanlara kompensasiya verildi. Məndə olan məlumata görə, insanlar bu məsələləri çox böyük razılıqla qarşıladılar.

Ancaq bəzi hallarda o qanunsuz tikililər, əslində yerli icra orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində baş verir. Özbaşına kim gedib qanunsuz nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyildir. Bu icra nümayəndələri, icra hakimiyyətləri o yerləri, qanunsuz yerləri ayırırlar. Qatar gedir, qatarla evin arasında heç bir metr məsafə yoxdur. Orada uşaqlar relslərin üzərində ora-bura qaçırlar. Bu, böyük təhlükədir. Relsin yanında ev tikmək olmaz. Ona icazə verən şəxsi maraqları güdübdür. Yəqin ki, gedib onlardan rüşvət də almışdır. Bu dərəcədə vicdansızlıq ola bilməz.

Mən bu gün də Bakıda bu məsələyə bu qədər diqqət göstərirəm, bütün göstərişləri verirəm, dəfələrlə bu barədə danışmışıq. Bugünkü gündə Bakının bəzi yerlərində parklarda bəzi icra hakimiyyətlərinin rəhbərləri ofis binaları tikdirmək istəyirlər. Bu yaxınlarda mənə verilən məlumata görə, rayonların birində evlərin arasında mövcud olan parkda – harada ki, indi camaat yığışıb dincəlir, orada ofis binaları tikmək istəyirlər. Yəni, belə çıxır ki, artıq orada mövcud olan bütün torpaqları satıblar, bircə parklar qalıb. Mən Hacıbala Abutalıbova ciddi göstəriş verdim ki, həmin o rayon başçısı ilə ciddi danışsın. Hətta bunu əhaliyə elə təqdim edirlər ki, burada Heydər Əliyev Fondu nəsə tikəcəkdir. Heydər Əliyev Fondu ən kasıb insanlara əl uzadır, ən yoxsul vətəndaşlara kömək göstərir. Bu Fondun çoxsaylı xeyriyyə işləri, mədəniyyət sahəsində görülən işləri, parkların salınması, yəni çoxşaxəli fəaliyyəti vardır.

Öz çirkin məqsədlərinə nail olmaq üçün, haradasa ofis mərkəzi tikmək üçün Heydər Əliyev Fonduna istinad etmək - bu, böyük cinayətdir. Mən göstəriş vermişəm ki, lazımi tədbirlər görülsün və həmin o parkda bütün lazımi abadlıq işləri görüləcəkdir.

Page 96: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

96    

Yəni, bu, təkcə bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu, bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Mən bütün icra orqanlarında işləyənləri bu gün də xəbərdar edirəm. Bundan sonra bir dənə də qanunsuz torpaq ayrılması, yaxud da ki, parkın içində, meşəliyin içində ev, bina, ofis tikintisi olarsa, dərhal prokurorluq bu işlə məşğul olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Biz bu rüşvətxorluğa son qoymalıyıq. Nə qədər olar?! Ölkədə bu qədər iş görülür. Bu qədər abadlıq, quruculuq işləri aparılır. Ölkəmiz qabağa gedir, iqtisadi inkişaf baxımından ən qabaqcıl ölkədir. İndi bu qədər imkanlar yaranıb ölkəmizdə. İnsanlar daha da yaxşı yaşayırlar. Bizneslə məşğul olanlar öz fəaliyyətini genişləndirirlər. Bunlara kömək etmək lazımdır. Yoxsa, sən gəl ağacları qır, meşələri qır, insanların istirahət etdiyi parkda özün üçün ofis binası tik ki, orada pul qazanasan. Ona görə bu çox ciddi araşdırılmalıdır, mənə məruzə edilməlidir və lazımi tədbirlər də görüləcəkdir. Hamı da bu sözlərdən özünə nəticə çıxarsın. Qanunsuz tikililərə gəldikdə, bir də demək istəyirəm ki, artıq mən giriş sözümdə bunu dedim, kimin bu işlərdə əli varsa, o şəxslər müəyyən edilməlidir və cəzalandırılmalıdır. Digər tərəfdən, bu gün köçürülməli olan evlərin sahiblərinə kompensasiya ödəməklə onlar oradan köçürülməlidirlər. O insanların böyük əksəriyyətinin heç bir günahı yoxdur. Onlar gedib yerli icra orqanlarından icazəni də, sərəncamı da alıblar. Bütün başqa qurumlardan - icazə verən qurumlardan da hər şey alıbdır, ev tikibdir. Düzdür, bəlkə də səhv edib, düz etməyib, orada ev tikmək olmaz. Yenə də deyirəm, yüksək gərginlikli xəttin altında ev tikən özünə qəsd edir, öz balasına qəsd edir. Bunu etmək olmaz, o xəstəlikdir, orada salamat adam qala bilməz. Özünə yazığı gəlmirsə, uşağına yazığı gəlsin. Relsin kənarında ev tikən fikirləşmir ki, onun balası relsdən gecə-gündüz ora-bura qaçıb keçir, onu qatar vura bilər. Əgər dövlət maraqları onu maraqlandırmırsa, heç olmasa onu fikirləşsin, öz övladını fikirləşsin. Ancaq yenə də deyirəm, onlarda da günah vardır. Amma ən böyük günah onlara o yerləri verən şəxslərdədir. Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat da gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?! Bu, birbaşa xəstəlikdir. Orada həm radioaktiv maddələr, həm ağır metallar, həm reagentlər, həm yod, həm orada çıxan o tüstülər - bunlar birbaşa insanın sağlamlığına ziyandır. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır. İndi Dövlət Neft Şirkəti tədbirlər görür ki, onları oradan köçürsün, onların öz xeyrinə görə, kompensasiya ödəməklə. Bu da müəyyən problemlər yaradır.

Bizim üçün indi ən böyük, yəni şəhərlərin genişlənməsi, şəhəri planlı şəkildə inkişaf etdirmək üçün ən böyük problem bu qanunsuz tikililərdir. Buna da biz kompleks şəkildə yanaşmalıyıq. Bir daha demək istəyirəm ki, biz öz işimizi aparmalıyıq. Bütün lazımi tədbirlər görülməlidir, şəhərimiz daha da gözəlləşməlidir, abadlaşmalıdır. O qanunsuz tikililər yığışdırılmalıdır. Ancaq lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar. Bax, budur bizim əsas şərtimiz.

X X X

Kənd təsərrüfatı naziri İsmət ABASOV təbii fəlakətin kənd təsərrüfatına vurduğu ziyan və onun

nəticələrinin aradan qaldırılması ilə bağlı məruzə etdi: -Ümumiyyətlə kənd təsərrüfatı sahəsi iqlim şəraiti ilə, hava ilə bağlı sahədir. Söylənildiyi kimi, son aylar

ölkəmizdə qeyri-normal hava şəraitinin olması və leysan yağışları ümumilikdə kənd təsərrüfatı sahəsinə, o cümlədən bitkiçilik, xüsusilə meyvəçilik, heyvandarlıq sahələrinə müəyyən qədər ziyan vurmuşdur. Sel suları zamanı Araz və Kür çayları ətrafındakı təxminən 50 min hektaradək taxılçılıq sahəsinə müəyyən qədər ziyan dəymişdir. Bundan başqa, yazlıq işləri aparılmış və sel suları basmış sahələrdə yenidən əkin işləri aparılacaqdır. Burada bir problem yoxdur. Bundan başqa, havanın yağıntılı keçməsi xüsusilə taxılçılıq sahəsində sarı pas deyilən xəstəlik əmələ gətirmişdir ki, bu, Kür-Araz ovalığından başqa, digər sahələrdə də baş vermişdir. Amma Kənd Təsərrüfatı Nazirliyi digər qurumlarla birlikdə bu məsələlərə çox ciddi nəzarət edir. Lazım olan anda insanlara tövsiyələr verilir, əlaqələr yaradılır ki, onlar bu yaz aylarında təkrar əkin sahələrində vacib olan işləri görə bilsinlər.

Möhtərəm cənab Prezident, həmin ərazidə heyvandarlıq sahəsinə, camaatın şəxsi təsərrüfatında olan quşlara, qaramala, davara dəymiş ziyanla bağlı Kənd Təsərrüfatı Nazirliyi müvafiq qurumlarla birlikdə araşdırma aparır.

İsmət Abasov qanunsuz tikililərin əkinə yararlı sahələrə vurduğu ziyandan da danışdı: -Sizin tapşırığınıza əsasən, biz əkinə yararlı torpaqları, belə demək mümkünsə, göz bəbəyi kimi

qoruyuruq. Amma təəssüflə qeyd etmək istəyirəm ki, bəzən yerlərdən məlumatlar daxil olur ki, əkinə yararlı sahədə ev və ya ticarət obyekti tikilmişdir. Belə olan hallarda bir az pis vəziyyət yaranır. Amma bununla yanaşı, Sizin tapşırığınıza əsasən biz bütün əkinə yararlı sahələrin hər bir metrinə çox diqqətlə yanaşırıq və çalışırıq ki, əkinə yararlı sahələr yalnız öz təyinatı üzrə istifadə olunsun.

Page 97: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

97    

X X X Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV mövcud vəziyyətlə bağlı dövlətimizin

başçısına məlumat verərək dedi: -Görülmüş tədbirlər nəticəsində meteoroloji müşahidələr şəbəkəsi texniki cəhətdən xeyli dərəcədə

gücləndirilmişdir. Eyni zamanda, beynəlxalq meteoroloji mübadilə imkanlarından daha səmərəli istifadə olunur. Hazırda mayın 10-na qədər nisbətən buludlu və lokal yağışlarla müşayiət olunan hava şəraiti proqnozlaşdırılır. Çaylarda suyun artmasına Gürcüstan ərazisində və Türkiyənin şimal-şərq hissəsindəki yağışlı hava, Azərbaycanın dağlıq rayonlarında, Kiçik Qafqaz və Böyük Qafqaz dağlarındakı sulu qar, yağış yağması səbəb olmuşdur. Eyni zamanda, temperaturun qalxması nəticəsində qışda toplanan qarın dağlarda əriməsi buna təsir edir. Proqnozlara əsasən ayın 11-15-də hava şəraiti sabit olacaqdır. Leysan yağışları ilə bağlı verilən proqnoz daha da dəqiqləşdirilmişdir: yağışların intensivliyi azalacaqdır.

Hüseynqulu Bağırov Kür çayının səviyyəsi ilə bağlı müxtəlif bölgələrdə aparılan müşahidələrin nəticələrindən də danışdı:

- Hazırda Yevlax və Zərdab rayonlarında Kürün səviyyəsində artıq nisbətən azalma müşayiət olunur. Ondan aşağı ərazilərdə hələ də cüzi artmalar davam edir. Son gecədə Araz çayında 4 santimetr, Bankədə 3 santimetr, Salyanda 7 santimetr artım müşahidə olunub. Amma Yevlaxda 39 santimetr, Zərdabda 2-3 santimetr azalma müşahidə edilib.

Prezident İlham ƏLİYEV: -Bütün lazımi tədbirlər görülməlidir. Bir də demək istəyirəm ki, biz bu təbii fəlakətin nəticələrini tezliklə

aradan qaldırmalıyıq. Bu gün və bundan sonrakı günlərdə bu işlər daha mütəşəkkil qaydada, əlavə texnikanı cəlb etməklə davam etməlidir. Ən əsası, bir də demək istəyirəm ki, kompleks tədbirlər planı tezliklə hazırlanmalıdır, qəbul edilməlidir. Bu il və gələn il bütün lazımi tədbirlər görülməlidir ki, gələcəkdə biz özümüzü belə fəlakətlərdən maksimum dərəcədə sığortalaya bilək.

“Xalq qəzeti”.- 2010.- 8 may.- N 99.- S.1-2.

Page 98: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

98    

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə

təntənəli mərasim keçirilmişdir Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 12 may (AzərTAc). Xəbər verdiyimiz kimi, mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar! Əziz dostlar! Bu gün biz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci

ildönümünü qeyd edirik. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi. Ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi.

Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır.

1982-ci ilin sonlarında Heydər Əliyev Moskvaya dəvət olundu. Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında yeni dövr başladı. Ancaq mən o günləri çox yaxşı xatırlayıram və bilirəm ki, o, Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona böyük etimad göstərilmişdi, tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet İttifaqının ən məsul, ən vacib vəzifələrindən birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda qalmışdır. Ulu öndər o vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox iş görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Beş il ərzində - 1982-1987-ci illərdə Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar, qətnamələr qəbul edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdır. O, bütün o illər ərzində çalışırdı ki, Azərbaycana kömək etsin ki, Azərbaycanda işlər daha da yaxşı getsin.

Ancaq buna baxmayaraq, Heydər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki, inersiya davam edirdi və respublikada proseslər ümumiyyətlə, müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə yox idi. Həlledici anlarda Heydər Əliyevin yoxluğu əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi.

1987-ci ildə bütün vəzifələrdən istefa verəndən sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. O vaxta qədər onların fəaliyyəti məxfi xarakter daşıyırdı. Müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində həm xaricdə, həm Sovet İttifaqında müxtəlif yollarla ictimai rəy yaratmağa çalışırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan Respublikasında Dağlıq Qarabağın problemlərinə fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan ayrılmalıdır.

Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı. Beləliklə, Azərbaycana qarşı müxtəlif yerlərdən təzyiqlər başladı və tədricən Azərbaycanda vəziyyət çox

Page 99: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

99    

gərginləşdi. Azərbaycanı daha da çətin vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə Azərbaycan xalqına yad olan antimilli qüvvələr gətirilmişdi. Onların əli ilə xalqımıza qarşı cinayətlər törədildi. Azərbaycan xalqına qarşı cinayətlər, eyni zamanda, daxili milli xainlər tərəfindən törədilmişdir. Əlbəttə ki, Ermənistan tərəfi bu vəziyyətdən istifadə etdi və Azərbaycana qarşı açıq müharibəyə başladı. O illər, demək olar ki, bizim üçün həlledici illər idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi.

O illərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət, özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox qətiyyətli cavab verdilər və işğalçıları yerinə oturtdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün yollarla çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın.

Ancaq xalq həm Naxçıvanda, həm bütövlükdə Azərbaycanda həlledici sözünü dedi. Azərbaycanda vətəndaş müharibəsi başlanandan sonra artıq Naxçıvana, Heydər Əliyevə kütləvi qaydada müraciətlər gəlməyə başlamışdır ki, təkcə ona ümid bəslənilir və təkcə o, Azərbaycanı bu ağır vəziyyətdən xilas edə bilər. O vaxt xalqımızın, müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini qazandı. Ancaq o müstəqillik çox çəkmədi. İki ildən sonra müstəqillik xarici qüvvələrin, o cümlədən daxili antimilli qüvvələrin səyləri və antimilli hərəkətləri nəticəsində əlimizdən alındı.

1993-cü ildə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına gətirib çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Biz müstəqil ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?! Bu suallar o vaxt havada idi, o suallar verilirdi. Azərbaycan xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda düzgün seçim etmişdir. Öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə, vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərki-silah edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başlamışdır.

O vaxt Azərbaycan xarici investorlar üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,- çox böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O, buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması 1994-cü ildə baş verdi. Ondan sonra Azərbaycana dünya birliyi tərəfindən inam artdı. Azərbaycana böyük sərmayələr qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə siyasi və iqtisadi islahatlar icra edilməyə başlanmışdır. Bütün sahələrdə inkişaf meyilləri güclənmişdir, tənəzzülün qarşısı alınmışdır və Azərbaycan uğurla inkişaf etməyə başlamışdır.

Biz o günləri, o illəri yaxşı xatırlayırıq. O yolda hələ 1996-cı ilə qədər Azərbaycanı sevməyən, Azərbaycan dövlətçiliyinə düşmənçilik mövqeyində dayanan dairələri yaxşı xatırlayırıq. Azərbaycanda vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq, hətta dövlət çevrilişlərinə cəhd etmək prosesləri də bizim yadımızdadır.

Ancaq Azərbaycan xalqı öz lideri ətrafında birləşərək, bütün bu xoşagəlməz hadisələrin qarşısını aldı və bu gün Azərbaycan ən sürətli inkişaf edən ölkədir.

1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Çünki Azərbaycanın gələcəyi həll olunurdu. Xalqımız, nəhayət uzun onilliklər, əsrlərdən sonra müstəqillik şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan xalqı başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır, bəzi dövrlərdə müstəmləkə kimi yaşamışdır. Ancaq öz milli mənliyini, milli ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz bu möhkəm əsas üzərində quruldu. Bütün başqa sahələrdə gördüyü işlərlə bərabər, dövlət quruculuğu Heydər Əliyev tərəfindən görülən işlərin arasında ən yaddaqalandır. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan dövləti quruldu və bu gün də uğurla yaşayır, inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqı üçün yeni imkanlar açır.

Məhz həmin 10 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, Azərbaycan dünya birliyinə çox uğurla inteqrasiya edə bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanındı. O illərdə bütün sahələrdə inkişaf, canlanma və tərəqqi müşahidə olunurdu.

Page 100: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

100    

Bir də demək istəyirəm ki, o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən edilmişdir. Ən önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Mən yaxşı xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. Ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir.

Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur.

Biz irəliyə gedirik. Biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Bizim siyasətimiz buna yönəldilibdir. Son 6-7 il ərzində bütün göstəricilər onu çox gözəl şəkildə, əyani şəkildə göstərir. Bizim büdcə gəlirlərimiz 10 dəfədən çox artıbdır. İqtisadiyyat 2004-2009-cu illərdə - 6 il ərzində, təxminən 3 dəfə artıbdır ki, bu, heç bir ölkədə heç vaxt olmayıbdır. Yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 11 faizə düşübdür və əminəm ki, bu sosial bəla yaxın zamanlarda, ümumiyyətlə Azərbaycanda aradan qaldırılacaqdır. Son 6-7 il ərzində 900 minə qədər yeni iş yeri açılmışdır. Bütün ölkədə abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri icra edilir.

Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Onun təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildən istismardadır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildən istismardadır. Azərbaycan yeni bazarlara çıxır. Bizim enerji siyasətimiz həm ölkədaxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verir və gələcəkdə bu töhfə daha da böyüyəcəkdir. Çünki biz bütün lazımi tədbirləri gördük və Heydər Əliyevin neft strategiyasını neft-qaz sənayesində uğurla icra etməklə öz maraqlarımızı maksimum şəkildə müdafiə edə bilmişik. Ölkədə bütün sahələrdə inkişaf, tərəqqi vardır və bu gün biz öz siyasətimizi uğurla davam etdiririk. Qarşıda duran bütün vəzifələr, bütün proqramlar vaxtında icra edilir. Mən heç şübhə etmirəm ki, növbəti illərdə Azərbaycan öz uğurlu inkişaf dinamikasını saxlayacaqdır.

Ölkəmizdə aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu gün rəqabət qabiliyyətliliyinə görə və informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində MDB məkanında birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərinin sırasındadır. Bizim başqa şəhərlər də abadlaşır. Hara getsən, hansı tərəfə getsən inkişaf, tərəqqi, abadlıq, gözəllik görürsən. Budur, bugünkü Azərbaycan reallıqları. Bütün bu işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik. Azərbaycanı etibarlı şəkildə idarə edirik. Azərbaycanı uğurla inkişaf etdiririk və heç şübhə etmirəm ki, Azərbaycanın uğurlu və hərtərəfli inkişafı bundan sonra əbədi olacaqdır.

Biz müstəqilliyimizi möhkəmləndirəcəyik, müstəqil siyasətimizi gücləndirəcəyik. Azərbaycan xalqı öz taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək planlarımızın həyata keçirilməsi üçün Heydər Əliyev siyasəti davam etməlidir. Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır.

“Xalq qəzeti”.- 2010.- 13 may.- N 102.- S.1-2.

Page 101: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

101    

Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri Dövlət başçılarının mətbuat üçün bəyanatları

Bakı, 13 may (AzərTAc). Mayın 13-də Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi başa

çatdıqdan sonra prezidentlər İlham Əliyev və Boris Tadiç mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli cənab Prezident! - Əziz dostlar! - Cənab Prezident! İlk növbədə Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Mən Sizin Azərbaycana ilk

dəfə səfər etməyinizdən çox şadam. Bu, ikitərəfli münasibətlərimiz tarixində Serbiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin bundan sonra da sürətlə inkişaf etməsi üçün çox yaxşı imkanlar yaradacaqdır. Bizim münasibətlər çox uğurla inkişaf edir. Biz çox güclü siyasi dialoq qurmuşuq. Əminəm ki, bu gün ikitərəfli münasibətlərimizlə bağlı müzakirə etdiyimiz bütün məsələlər, qəbul etdiyimiz qərarlar və imzaladığımız sənədlər tezliklə icra ediləcəkdir. Bu, ölkələrimizə indikindən də daha yaxın olmağa imkan yaradacaqdır.

Bu gün biz ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, beynəlxalq münasibətlərlə və beynəlxalq vəziyyətlə bağlı məsələləri müzakirə etdik. Bir daha xatırlatmaq istərdim ki, bizim ölkələr beynəlxalq miqyasda bir-birini dəstəkləyir. Bu dəstək çox güclüdür və əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz Serbiyanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Biz bir ölkənin razılığı olmadan onun sərhədlərinin dəyişdirilməsini tam yolverilməz hesab edirik və Kosovonun birtərəfli qaydada müstəqilliyini bəyan etməsi qeyri-qanuni bir addımdır. Əfsuslar olsun ki, bəzi ölkələr onu tanıyıb. Lakin mən əminəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə bütün ölkələr tərəfindən riayət edilməlidir. Biz həmin təşkilatlara beynəlxalq birliyin üzvü olmaq, bu təşkilatların norma və prinsiplərini, suveren hüquqlarımızı müdafiə etmək imkanına qadir olmaq məqsədi ilə daxil omuşuq.

Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesini də müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayonumuz 15 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal uzun illərdir ki, davam edir. Uzun illərdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunan ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etmir. Bu münaqişə yalnız beynəlxalq səviyyədə qəbul edilən normalar, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir.

Millətlərin öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə, hər şeydən əvvəl, qeyd etmək istərdim ki, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların Ermənistan dövləti vardır və ermənilərin məntiqi ilə onlar yaşadıqları bütün yerlərdə öz müqəddəratlarını təyin etməyə cəhd etsələr, o zaman dünyada çoxlu erməni dövləti olar. Eyni zamanda, Dağlıq Qarabağda hazırda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlı əhali üçün suveren Azərbaycan dövləti çərçivəsində özünüidarəetmə uğurla təşkil edilə bilər. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu çoxkonfessiyalı və çoxmillətli bir ölkədir. Müxtəlif etnik qrupların nümayəndələri, müxtəlif dini köklərə malik olan insanların hamısı ölkəmizdə eyni hüquq və azadlıqlara malikdirlər.

Bu gün biz, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdik. Bu əməkdaşlığı genişləndirmək və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istək mövcuddur. Əsas diqqət yönəltdiyimiz məsələlər sırasında enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Düşünürəm ki, bu sahədə uzunmüddətli və geniş əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Azərbaycanın enerji ehtiyatları, neft və qaz dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə nəql olunur. Biz şaxələndirmənin yeni istiqamətləri üzərində işləyirik. Azərbaycan artıq regionumuzda enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Ümidvaram ki, yaxın gələcəkdə Avropanın da enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayacaqdır. Düşünürəm ki, bu baxımdan ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı, faydalı və çox səmərəli ola bilər.

Cənab Prezident, mən çox məmnunam ki, Sizi çoxlu iş adamları müşayiət edir və onlar ölkəmizdəki tərəfdaşları ilə görüşmək imkanı əldə edirlər. Əminəm ki, bu tərəfdaşlığın yaxşı nəticələrini yaxın zamanlarda görəcəyik. Biz Serbiyada, Azərbaycanda, ola bilər ki, digər ölkələrdə qarşılıqlı investisiya layihələrində maraqlıyıq. Biz iş adamlarımızın ölkələrimizdə, yerləşdiyimiz regionda biznes fəaliyyətləri üçün daha yaxşı imkan yaratmaqdan ötrü səylərimizi birləşdirə, yerləşdiyimiz coğrafi mövqedən istifadə edə bilərik. Bir sözlə,

Page 102: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

102    

əminəm ki, Azərbaycan ilə Serbiya arasında olan güclü münasibətlər ölkələrimiz və xalqlarımız üçün faydalı olmaqla yanaşı, regional səviyyədə daha yaxşı anlaşmaya da xidmət edəcəkdir. Balkanlar, Xəzər dənizi, Qara dəniz, Qafqaz - biz hazırda bu coğrafi bölgələrdə daha yaxşı anlaşmanın necə əldə olunması üzərində işləyirik. Əminəm ki, Azərbaycan və Serbiya ümumi tərəfdaşlıq və dostluq işinə öz uğurlu töhfəsini verəcəkdir. Biz daha çox sahələri müzakirə etdik. Əlbəttə ki, mədəniyyət və humanitar sahələr çox önəmli sahələrdir. Biz bir-birimizi daha yaxından tanımalı, qarşılıqlı səfərləri intensivləşdirməliyik və artıq gələcək təmaslarımızın proqramını razılaşdırmışıq.

Cənab Prezident, bir daha Sizi və Sizi müşayiət edən nümayəndə heyətini ölkəmizdə salamlamaq istərdim. Ümidvaram ki, Azərbaycana səfəriniz faydalı olacaq və bu səfərdən məmnun qalacaqsınız. Sağ olun!

“Xalq qəzeti”.- 2010.- 14 may.- N 103.- S.2.

Page 103: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

103    

İordaniya Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın

mətbuat üçün bəyanatları

Bakı, 16 may (AzərTAc). Mayın 16-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Əlahəzrət! Hörmətli dostlar! Hörmətli qonaqlar! Əvvəlcə mən Əlahəzrəti ölkəmizdə salamlamaq istəyirəm. Çox şadam ki, bizim bu qədər yaxşı

müzakirələrimiz oldu. Biz ikitərəfli münasibətlərə aid bir çox məsələləri əhatə etdik. Əlaqələrimiz çox yaxşıdır. Artıq bir neçə ildir ki, biz çox fəal əməkdaşlıq edirik və bu əməkdaşlığın yaxşı nəticələri vardır. Siyasi dialoqumuz çox fəal və dinamikdir. Biz mütəmadi olaraq görüşürük və dövlət liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizi daha da gücləndirir. Ümidvaram ki, biz gələn illər ərzində iqtisadi əməkdaşlığa daha çox diqqət yetirəcəyik. Çünki biz daha çox işlər görməliyik. İşgüzar dairələrimizin nümayəndələri arasında artıq ilkin təmaslar vardır. Lakin hesab edirəm ki, potensialımızdan daha geniş şəkildə istifadə etməliyik. Biz bu səfər çərçivəsində iqtisadi əməkdaşlığımızın praktiki aspektlərini, müxtəlif investisiya layihələrini müzakirə etdik və onları yaxın gələcəkdə həyata keçirmək niyyətindəyik.

Ölkələrimiz arasında möhkəm mədəni əlaqələr də vardır. Münasibətlərimizin uzun tarixi mövcuddur. İndi isə biz ikitərəfli məsələlərə aid gündəliyin daha da genişləndirilməsi üçün görüləsi işlər üzərində düşünməliyik.

Əlahəzrət! Sizin və ölkənizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman açıq və

birmənalı mövqeyinizə görə olduqca minnətdarıq. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Azərbaycana verdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Bu, bizim üçün çox vacib idi. Çünki Siz də bilirsiniz ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları uzun illərdir Ermənistanın işğalı altındadır. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq təşkilatlar torpaqlarımızın azad edilməsi ilə bağlı bir sıra qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də yerinə yetirilməyib. İslam Konfransı Təşkilatı qətnamələr qəbul edib. Həmçinin ATƏT və Avropa Şurasının qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan tərəfi həmin qətnamələrə məhəl qoymur. Torpaqlarımız artıq uzun illərdir ki, işğal altındadır. Biz məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Danışıqları konstruktiv tərzdə aparırıq və bu baxımdan Ermənistan tərəfindən də eyni yanaşmanı gözləyirik. Belə olarsa məsələ yaxın vaxtlarda həll edilə bilər.

Əlahəzrət! Mən Sizə və hökumətinizə Azərbaycanı bu məsələdə daim dəstəklədiyinizə görə minnətdarlığımı

bildirirəm. Biz isə öz növbəmizdə İordaniyaya beynəlxalq təşkilatlarda dəstəyimizi veririk. Ölkənizi dəstəkləməkdə davam edəcəyik. Xalqlarımız arasında münasibətlər çox yaxşıdır. Nümayəndə heyətlərimiz arasındakı münasibətlər də çox yaxşıdır. Fikrimcə, nümayəndə heyətlərinin üzvləri də bizdən, bizim münasibətlərdən yaxşı nümunə götürəcəklər və yaxşı əlaqələr yaradacaqlar.

Sizi ölkəmizdə qəbul etməkdən bir daha məmnun olduğumu bildirirəm. Mən Sizə və İordaniya xalqına sülh və rifah arzulayıram. Ümidvaram ki, ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir.

“Xalq qəzeti”.- 2010.- 18 may.- N 106.- S.5.

Page 104: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

104    

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın

mətbuat konfransı

Bakı, 17 may (AzərTAc). Mayın 17-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: -Hörmətli cənab Baş nazir, əziz qardaşım! Hörmətli qonaqlar, xanımlar və cənablar! Əziz qardaşım, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Biz bu

səfərə çox böyük önəm veririk. Çünki bu səfərin nəticələri iki ölkə arasında əlaqələrin inkişafı üçün çox önəmlidir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.

Siyasi əlaqələr çox yüksək səviyyədədir. Baxmayaraq, iqtisadi sahədə hələ çox iş görülməlidir, ancaq onu da qeyd etməliyik ki, qarşılıqlı ticarət dövriyyəsi artır və ticarət dövriyyəsinin strukturu da müsbətdir. Energetika sahəsində aramızda olan əlaqələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün çox böyük əhəmiyyətə malikdir. Bizim birgə həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri bu gün Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir. Şübhə yoxdur ki, biz enerji sahəsində əməkdaşlığı gələcəkdə bu gözəl təməl əsasında daha da gücləndirəcəyik. Bunu etmək üçün bütün imkanlar vardır.

Bütün başqa sahələrdə də əlaqələrimiz bizi qane edir. Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk.

Keçən il Naxçıvanda türkdilli dövlətlərin başçılarının zirvə görüşünün keçirilməsi və o zirvə görüşünün nəticələri türk dünyasının birləşməsinə xidmət göstərmişdir. Bu gün Bakıda biz həyatımızda çox əlamətdar hadisə kimi yadda qalacaq gözəl mərasimdə iştirak edəcəyik. Biz türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışında bərabər iştirak edəcəyik. Bu abidənin açılışı böyük öndərin xatirəsinə verilən qiymətdir. Azərbaycan xalqının onun xatirəsinə göstərdiyi hörmətdir. Eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı, xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin gücləndirilməsi üçün də bunun böyük əhəmiyyəti vardır.

Bu gün biz əlbəttə ki, regional məsələləri də geniş şəkildə müzakirə etdik. Xüsusilə bölgədə təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını bir daha müzakirə etdik. Mən hörmətli cənab Baş naziri danışıqların son vəziyyəti ilə bağlı məlumatlandırdım. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri uzun illərdir ki, pozulubdur. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz torpağında qaçqın-köçkün vəziyyətindədir. Bu, böyük ədalətsizlikdir. Beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edibdir. Bu qətnamələr icrasız qalıbdır. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edibdir. Ancaq əfsuslar olsun ki, danışıqlar prosesində heç bir müsbət irəliləyiş yoxdur. Azərbaycan bütün dövrlərdə özünü danışıqlar prosesində konstruktiv aparır. Eyni yanaşmanı biz Ermənistan tərəfindən gözləyirik ki, işğala son qoyulsun, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıda bilsinlər və ondan sonra bölgədə genişmiqyaslı sülh yarana bilər.

Bir daha demək istəyirəm ki, bizim bugünkü görüşümüz həmişə olduğu kimi, dostluq-qardaşlıq şəraitində keçirilib. Nümayəndə heyətlərinin bütün üzvləri bir-biri ilə sıx əlaqədədirlər. Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulubdur. Bu əlaqələr sarsılmaz əlaqələrdir. Bu əlaqələrin inkişafı üçün biz bundan sonra da çalışacağıq. Hörmətli Baş nazirin, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bugünkü səfəri bu əlaqələrin inkişafı üçün də çox önəmli addım olacaqdır.

X X X

Page 105: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

105    

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin

suallarını cavablandırdılar.

X X X Duyğu GÜVƏNC (Türkiyə): Hörmətli Əliyev, əgər Ermənistan yenilənmiş Madrid sənədinə razılıq

verərsə, Türkiyə və Azərbaycan eyni anda Ermənistanla sərhədləri açacaqmı? İkinci sualım isə budur ki, Azərbaycan qazını Nabukkoda görə biləcəyikmi?

Prezident İlham ƏLİYEV: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir ki, səylər göstərilir. Azərbaycan bütün dövrlərdə məsələnin ədalətli, beynəlxalq hüquq normaları əsasında və sülh yolu ilə həllinin tərəfdarı olmuşdur. 1994-cü ildə atəşkəs rejimi bağlandı. Danışıqlar 16 ildir davam edir və deyə bilərəm ki, nəticəsiz davam edir. Buna baxmayaraq, Azərbaycan hələ də sülh prosesinə sadiqdir. O ki qaldı yenilənmiş Madrid prinsiplərinin əsasında verilən təklifə, bir daha demək istəyirəm ki, Azərbaycan tərəfi prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdi. Biz eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyirik. Baxmayaraq ki, təklif rəsmən veriləndən sonra təxminən 6 ay vaxt keçibdir və Ermənistan tərəfindən müsbət cavab verilməyibdir. Biz bunu belə qəbul edirik ki, sadəcə olaraq Ermənistan tərəfi çalışır ki, vaxtı uzatsın. Məsələnin həlli üçün önəmli addımlar atmasın və beləliklə, bu danışıqlar prosesini daimi prosesə çevirsin. Əlbəttə ki, biz buna heç cür razılıq verə bilmərik. Danışıqlar prosesinin müəyyən çərçivələri olmalıdır. Eyni zamanda, vaxt çərçivələri olmalıdır. Minsk qrupu 1992-ci ildə yaradılıbdır. İyirmi ilə yaxındır ki, danışıqlar gedir. Bütün dövrlərdə danışıqların həlledici məqamlarında Ermənistan tərəfi addımlar atıb ki, danışıqları pozsun. Əfsuslar olsun ki, bu gün də biz eyni mənzərəni müşahidə edirik.

Ona görə Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər.

O ki qaldı, Azərbaycan qazının ixracına, bilirsiniz ki, bu gün Azərbaycan qazı mövcud olan və tikintisi nəzərdə tutulan kəmərlərin əsas mənbəyidir. Azərbaycan uzun illərdir ki, öz neft-qaz potensialını işə salıbdır və böyük kəşfiyyat işləri aparılıbdır. Bizim neft-qaz imkanlarımız çox genişdir. Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlərdə qonşu ölkələrə nəql edilir. Biz çalışırıq ki, bu coğrafiyanı genişləndirək. Əgər bizə məqbul şərtlər verilərsə, əlbəttə ki, biz istənilən qaz layihəsinə qoşula bilərik. Bu gün çox sevindirici hal ondan ibarətdir ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər öz həllini tapıbdır. Yəni prinsip etibarilə biz bütün məsələləri razılaşdırdıq. İndi konkret texniki işlər aparılır ki, artıq saziş imzalamaya hazırlansın.

Bizim enerji siyasətimiz həmişə çox açıq və aydın olmuşdur. Biz şaxələndirmə siyasətini təmin edirik. Yəni Azərbaycan ixracın şaxələndirilməsi işində öz rolunu oynayır. Bizim təbii ehtiyatlarımızı nəzərə alıb demək olar ki, növbəti onilliklər ərzində Azərbaycan çox etibarlı qaz ixrac edən ölkə kimi özünü dünyada daha da geniş mənada təqdim edəcəkdir.

Qənirə ATAŞOVA (ANS, Azərbaycan): Mənim sualım Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanadır. Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların ratifikasiyasının gələcəyi ilə bağlı konkret fikrinizi bilmək istərdim. Ümumiyyətlə, bildiyimiz kimi, protokollarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret məsələ nəzərdə tutulmur. Bu, o deməkdirmi ki, münaqişənin nizamlanmasında ciddi irəliləyişə nail olunmayınca, protokollar ratifikasiya oluna bilər?

Rəcəb Tayyib ƏRDOĞAN: İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi adlandırdığımız anlaşmaların imzalanması hazırda məhz Ermənistan tərəfindən dondurulmuş vəziyyətdədir. Bizdə isə bu iş bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Ancaq bizim parlamentə həvalə edilmiş bu normallaşma prosesi istiqamətindəki protokolla əlaqədar çox açıq və dəqiq bir ifadəmiz vardır. O da nədir?! Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır. Bunu Minsk qrupu həmsədrlərinin üçünə də söylədik, izah etdik. Onlar bu istiqamətdə daha fəal olmalı və Ermənistana da bu işin əhəmiyyətini, önəmini izah etməlidirlər. Madrid məsələsini də bunun üçün fəal şəkildə gündəmə gətirdik. Digər məsələləri də gündəmə gətirdik. Amma

Page 106: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

106    

Ermənistanın hələ də bu məsələdə həssaslığının olmadığını görürük. Bildiyiniz kimi, Soçi görüşündən sonra 4 ay vaxt keçməsinə baxmayaraq, hər hansı irəliləyiş yoxdur.

Seçil Özer (Türkiyə): Mənim cənab Ərdoğana bir sualım olacaq. Bu gün Tehranda tarixi bir addım atıldı. Uzun müddət Türkiyənin can atdığı bir məsələ idi. Nələr yaşandı və bu nöqtəyə gəlindi? Bir də məlum olduğu kimi, Qərb dövlətlərinin sanksiyaları ilə bağlı bəzi fəaliyyətləri vardır. Bu addım həmin sanksiya çalışmalarına son qoyacaqmı? Sizin bu mənada Qərb ölkələrinə, BMT-yə bir mesajınız varmı?

Rəcəb Tayyib ƏRDOĞAN: Çox təşəkkür edirəm. Əvvəlcə təbii ki, üç xarici işlər nazirinin, həqiqətən çox mühüm səyləri oldu. Xarici işlər nazirimiz Davudoğlu, Braziliya xarici işlər naziri Amorim və İran xarici işlər naziri Mottəki, İranın təbii, xüsusilə, uran ilə bağlı bu prosesə rəhbərlik edən naziri hörmətli Cəlilinin sədrliyi ilə, həqiqətən 18 saatlıq gərgin fəaliyyət göstərdilər. Mən Tehrana gecə saat bir radələrində enərkən toplantını yenicə bitirmişdilər və orada onlardan nəticələri aldıq.

Təbii ki, məsələ ilə bağlı birgə bəyanat yayımlandı. Bu bəyanatda istər Türkiyədə az zənginləşdirilmiş uranın təhlükəsizliyinin təminatı, yəni əminliklə Türkiyədə saxlanması, qalması və haradan gətirilməsi məsələləri əksini tapmışdır. Beynəlxalq Atom Enerji Agentliyi bu işin əlaqələndiricisi olacaqdır. Amma ABŞ, Rusiya, Fransa bu işdə öz yerlərini əhəmiyyətli şəkildə qoruyurlar. Burada məlum 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardır.

Ancaq bir ay ərzində İranın 1200 kiloqramlıq az zənginləşdirilmiş uranı Türkiyəyə təhvil verməsi və ondan sonra da bir il ərzində bu 120 kiloqramlıq yanacağın İrana verilməsi məsələsi vardır. Türkiyə bu 120 kiloqramlıq yanacaq haradan gəlibsə oraya təhvil verəcəkdir, bunu həyata keçirəcəkdir.

Təbii ki, burada Türkiyəyə olan inam çox mühüm əhəmiyyət kəsb edir. İranın Türkiyəyə etimadı çox əhəmiyyətlidir. Eyni şəkildə prosesi dəstəkləyən və bu prosesə faydası olan Braziliyanın mövqeyi çox mühümdür. Buradan Braziliyanın Prezidenti cənab Lulaya da çox təşəkkür edirəm. Çünki, biz prosesi necə yaxından izlədiksə, onlar da bizim qədər yaxından izlədilər. Beləliklə də bu anlaşma orada dünyaya bəyan edildi. İnanıram ki, hər hansı bir sıxıntıya uğramadan prosesi izləyən dünya ölkələri də bu işə lazım olan dəstəyi verəcəklər. Beləliklə, dünyada sülh hər hansı bir sıxıntıya düşməz. Bu mövzuda deyəcəyim bu qədərdir. Sanksiyalara gəldikdə isə, əgər, bütün dünya ölkələri bu səylərə müsbət mövqedən yanaşarlarsa, sanksiyadan söhbət gedə bilməz. Türkiyə ilk mərhələdən etibarən öz səmimi niyyətini göstərmişdir. Bu məsələlərlə bağlı olaraq BMT-nin Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvlərinin hər biri ilə görüşlər keçirmişik. Mənim əsas gözlədiyim birgə bəyannamədən sonra sanksiyanın söhbət mövzusu olmamasıdır. İstər mən, istər xarici işlər nazirimiz, istər hörmətli Lula BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini və digərlərini tez bir zamanda məlumatlandırmağa başlayacağıq. Biz bu işə başlamışıq və bunu davam etdirəcəyik. Əsas məsələləri onsuz da bildirmişik. Bundan əlavə də ikitərəfli görüşlərlə bu prosesi davam etdirəcəyik.

Ceyhun QULİYEV (Azərbaycan Televiziyası): Mənim sualım Türkiyənin Baş nazirinədir. Hörmətli cənab Baş nazir, bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu tikilməkdədir və Azərbaycan tərəfi məsələ qaldırmışdır ki, bu yol, eyni zamanda, Naxçıvana qədər də uzansın. Türkiyənin hazırda bu məsələ ilə bağlı mövqeyi necədir?

Rəcəb Tayyib ƏRDOĞAN: Planlaşdırdığımız kimi, qətiyyətli bir şəkildə bu fəaliyyəti davam etdiririk və etdirəcəyik. Bundan kimsə narahat olmasın. Çünki, Naxçıvanın bu problemini həll etmək bizim əsas vəzifəmizdir. Bildiyiniz kimi, iyunun 17-də hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər.

Türk Hava Yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir.

“Xalq qəzeti”.- 2010.- 18 may.- N 106.- S.2.

Page 107: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

107    

Bakıda Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi açılmışdır

Bakı, 17 may (AzərTAc). Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı

səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda bu əlamətdar hadisə münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm adamları, ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, Türkiyənin

Baş naziri Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hərarətlə qarşıladılar. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin ətrafında yaradılmış şəraitlə tanış oldular. Məlumat verildi ki, abidənin müəllifi Xalq Rəssamı, heykəltəraş Ömər Eldarovdur. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün abidəsinin ucaldığı bu park bundan sonra paytaxt sakinlərinin ən maraqlı istirahət yerlərindən biri olacaqdır. Abidə və onun ətrafında yaradılmış şərait paytaxtın bu hissəsinə xüsusi yaraşıq verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söylədilər.

Azərbaycan Prezidenti İlham Əliyevi nitqi

- Hörmətli cənab Baş nazir, əziz qardaşım! Hörmətli Əminə xanım! Əziz qonaqlar! Hörmətli dostlar! Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Bakının mərkəzində türk dünyasının böyük oğlu, böyük

öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Mən çox şadam ki, bizim üçün bu əlamətdar gündə mənim əziz dostum, qardaşım, Türkiyənin Baş naziri böyük heyətlə iştirak edir. Bu tarixi günü biz birlikdə qeyd edirik.

Böyük dövlət xadimi, böyük sərkərdə, böyük siyasətçi Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır.

Biz hamımız yaxşı bilirik ki, Mustafa Kamal Atatürk Azərbaycanı çox sevirdi, Azərbaycana xüsusi münasibət bəsləyirdi. Onun “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir. Bu bir yoldur, o bir yol göstərib. İki qardaş xalq bu yolda bərabər addımlayır. Tarix belə gətirdi ki, müəyyən dövr ərzində bizi tarix və tarixi hadisələr ayırdı. Ancaq baxmayaraq ki, Azərbaycan müstəqil ölkə kimi yalnız 20 ilə yaxındır yaşayır, bundan əvvəlki dövrlərdə də bizim qəlbimiz, duyğularımız bir döyünürdü. Bir-birimizə olan dostluq, qardaşlıq münasibətlərini heç bir siyasi quruluş, yaxud da ki, siyasi təşəbbüs dəyişdirə bilməzdi. Təsadüfi deyildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, müstəqilliyimizi ilk tanıyan qardaş Türkiyə olmuşdur. O gündən bu günə qədər biz bütün dövrlərdə və bütün istiqamətlərdə birlikdə fəaliyyət göstəririk. Bizim aramızda dostluq, qardaşlıq münasibətləri çox yüksək səviyyədədir. Türkiyənin Baş nazirinin Azərbaycana bugünkü səfəri bunu bir daha təsdiqləyir. Biz elə etməliyik ki, bundan sonrakı illərdə, əsrlər boyu həmişə bir yerdə olaq. Türk dünyasının böyük liderləri bizə bunu vəsiyyət etmişlər. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. XX əsrdə Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin kəlamları da bizim üçün həmişə yol göstərir. O demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Biz bu tarixi şəxsiyyətlərin sözlərinə sadiqik. Bu sadiqliyi ürəyimizdə saxlayırıq. Elə etməliyik ki, gələcək nəsillər də bu dostluq, qardaşlıq şəraitində yaşasınlar, daim bir-birinə kömək etsinlər, daim bir-birinin qayğıları ilə yaşasınlar. Bu iki tarixi ifadə sadəcə olaraq sözlər deyildir. Onun arxasında çox dərin məna dayanır. Bu tarixi kəlamlar bizim yolumuzu işıqlandırır. Bizim yolumuz həmişə açıq olmalıdır, nurlu olmalıdır. Bunu təmin etmək üçün biz həmişə bir yerdə olmalıyıq. Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir. Türkiyə bu gün dünyada çox fəal və önəmli müsbət rol oynayır. Bölgədə gedən proseslərə Türkiyənin təsir imkanları artır. Türkiyə gündən-günə güclənir. Bu, bizi

Page 108: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

108    

çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər də güclü olacaqdır. Azərbaycan da, eyni zamanda, sürətlə inkişaf edir. Burada görülən tədbirlər, aparılan işlər bizi böyük dərəcədə gücləndirə bilmişdir. 1991-ci ildə müstəqilliyi bərpa edəndə Azərbaycanda vəziyyət çox ağır idi. Ölkə böhran içində idi. Ölkənin müstəqil həyatı əslində sual altında idi. Bu gün isə Azərbaycan ən dinamik inkişaf edən ölkədir. O ölkədir ki, öz maraqlarını qorumaqla bölgədə genişmiqyaslı əməkdaşlığın dərinləşməsi üçün praktiki addımlar atır.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəlidir, çox genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulubdur. Xalqlarımız arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri möhkəmləndirir. Eyni zamanda, birgə həyata keçirdiyimiz layihələr, istər nəqliyyat, istər energetika, istər mədəniyyət sahələrində, istər humanitar sahədəki bütün addımlarımız bizi bir-birimizə daha da yaxın edir. Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq üçün başlıca şərtdir və bizim maraqlarımız nəzərə alınmadan bölgədə heç bir təşəbbüs reallaşa bilməz.

Türkiyə-Azərbaycan əlaqələri deyə bilərəm ki, türk dünyasının daha da sıx birləşməsi üçün həlledici rol oynayır. Keçən il Naxçıvanda keçirilmiş türkdilli dövlət başçılarının zirvə görüşü, görüşün nəticələri, əldə edilmiş qərarlar bir daha göstərdi ki, biz hamımız çalışmalıyıq və çalışırıq ki, türk dünyasını daha da sıx birləşdirək. Əgər buna nail olsaq, onda bizim gücümüz böyük dərəcədə artacaqdır. Bizim bütün imkanlarımız var - təbii sərvətlər, coğrafi vəziyyət, əhali. Türk dünyasının birliyi bizim gələcəyimizdir. Azərbaycan və Türkiyə öz üzərinə düşən rolunu şərəflə yerinə yetirir. Türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir. Bu reallıqdır. Mən əminəm ki, bugünkü mərasim dostluğumuzu daha da böyük dərəcədə gücləndirəcəkdir.

Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir.

Mən əminəm ki, bu gözəl, abad parkda Türkiyə və Azərbaycan vətəndaşları birlikdə gözəl günlər keçirəcəklər. Bakı sakinləri üçün də çox gözəl şərait yaradılıbdır, gəlib burada yaxşı istirahət edə bilərlər. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Bu yerin seçilməsində deyə bilərəm ki, mənim də rolum olmuşdur. Burada biz bir neçə amili nəzərə aldıq. İlk növbədə bu, şəhərin mərkəzində, Bakının tarixi yerində olmalı idi. Eyni zamanda, mən çox şadam ki, bu abidə Türkiyə səfirliyinin yaxınlığında yerləşir. Bura qardaş Türkiyənin kiçik bir parçası kimi Bakı şəhərinin mərkəzindədir.

Mən bir daha sizin hamınızı, Azərbaycan və türk xalqlarını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Əziz qardaşıma mənim dəvətimi qəbul edib Bakıya səfər etdiyinə görə və bu gözəl mərasimdə iştirak etdiyinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə saxlanması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz səylərimi davam etdirəcəyəm və bütün işlərimdə çalışacağam ki, xalqlarımız bir-biri ilə daha da yaxından əməkdaşlıq etsinlər.

Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

“Xalq qəzeti”.- 2010.- 18 may.- N 106.- S.3.

Page 109: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

109    

28 May - Respublika günü münasibətilə rəsmi qəbul Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir

Bakı, 27 may (AzərTAc). Mayın 27-də “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi

qəbul təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir. Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi. Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

-Hörmətli xanımlar və cənablar! Əziz dostlar! Mən sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bütün

Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Doxsan iki il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Bu

hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olmuşdur. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. Ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir.

Ancaq buna baxmayaraq, biz müstəqil ölkə kimi yaşaya bilmirdik. Azərbaycan xalqı yenə də ümidlərlə yaşayırdı və bu ümidlər özünü 1991-ci ildə doğrultdu. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq o illər Azərbaycan üçün çox ağır illər idi. Yəni tariximizə ağır, çox çətin illər kimi daxil olub. Çünki müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi yenə də şübhə altına qoyuldu. Bütün iqtisadi məsələlər düzgün istiqamətdə həll olunmurdu. Sənaye sahəsində böyük tənəzzül müşahidə olunurdu, total böhran hökm sürürdü.

Bundan əlavə, hələ Sovet İttifaqının dağılmasından bir neçə il əvvəl erməni separatçılarının Azərbaycana qarşı apardıqları işğalçı siyasət nəticəsində torpaqlarımızın müəyyən hissəsinin işğal altına düşməsi – bütün bu amillər Azərbaycanı çox çətin vəziyyətdə qoymuşdu. Müstəqilliyimiz əslində əldən gedə bilərdi. Azərbaycan xalqı özünə xas olan müdrikliyini göstərərək, ümummilli lider Heydər Əliyevə müraciət etmişdir. Onu Azərbaycanın siyasi hakimiyyətinə dəvət etmişdir. Onun Azərbaycanın siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət sabitləşdi, xoşagəlməz meyillərin qarşısı alındı, sabitlik yaradıldı və Azərbaycan öz inkişaf dövrünə qədəm qoydu.

1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaqdır. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. İqtisadi islahatlar aparılmağa başlandı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlamışdır və bir sıra beynəlxalq təşkilatların üzvü olmuşdur. Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olmuşdur.

Ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük. Biz bu gözəl imkanlardan səmərəli şəkildə istifadə edə bildik. İqtisadiyyatımızın şaxələndirilməsi işində çox böyük uğurlara nail ola bildik. Neft-qaz amilindən çox uğurla və məharətlə istifadə edərək, ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu gün Azərbaycan irəliyə çox nikbinliklə baxır. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir və son 7 ilin tarixi bunun əyani

Page 110: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

110    

sübutudur. Bütün istiqamətlərdə sürətli inkişaf müşahidə olunur. Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir, tərəfdaşlarımızın sayı artır. Azərbaycan beynəlxalq müstəvidə çox önəmli rolunu oynayır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir.

Regional əməkdaşlıq sahəsində bizim təşəbbüsümüzlə həyata keçirilən bütün layihələr uğurla icra edilir. İstər energetika, istər nəqliyyat, istərsə də humanitar sahələrdə bütün təşəbbüslər regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin dərinləşməsinə çalışırıq və bölgədə buna nail ola bilmişik. Tərəfdaşlarımızın sayının artması onu göstərir ki, Azərbaycan çox uğurlu xarici siyasət aparır.

İqtisadi islahatlar sahəsində ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. 2004-2009-cu illərdə Azərbaycanda iqtisadi inkişaf templəri dünya miqyasında ən sürətli idi. O illərdə iqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. Ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcəkdir. Ölkənin bütün bölgələrində quruculuq işləri aparılır. Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. İqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə bəlkə də vaxtından əvvəl çatacağıq.

Bizim iqtisadi islahatlarımız dünya birliyi tərəfindən də təqdirlə qarşılanır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bizim reytinqimiz artıbdır. Bu, deyə bilərəm ki, indiki şəraitdə çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaratdı. Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilmişdir. Keçən il böhrana, dünya neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız 9,3 faiz artdı. Bu artım, dinamika bu gün də davam edir. İqtisadi islahatlarımızın dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsi onu bir daha göstərir ki, bizim uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Əlbəttə ki, biz energetika amilindən istifadə edirik və edəcəyik. Ancaq dünyada və bölgədə bizdən qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də vardır. Bu böhranlı aylar onu göstərir ki, bu amil həlledici rol oynamır. Həlledici rol oynayan amillər düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir.

Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün Azərbaycanda artıq güclənən sahibkarlar sinfi yaranmaqdadır.

Biz iqtisadi sahədə siyasətimizi davam etdirəcəyik. Bu, bizə imkanlar verir ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək, güclü sosial siyasət aparaq. Baxmayaraq ki, keçən il müəyyən maliyyə daxilolmaları azaldı, heç bir sosial proqram təxirə salınmadı, bütün sosial proqramlar vaxtında icra edildi, manatın məzənnəsi sabit olaraq qaldı. Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir. Beləliklə, Azərbaycan vətəndaşları bu böhrandan ən az əziyyət çəkən insanlar olmuşlar.

Biz bundan sonra da güclü sosial siyasət aparacağıq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır. Bizim bu istiqamətdə siyasətimiz öz nəticələrini verir.

Neft-qaz sahəsində bu vaxta qədər görülmüş işlər təqdirəlayiqdir. Bundan sonrakı işlərimiz də görülmüş işlər əsasında həyata keçiriləcəkdir. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır. Biz enerji təhlükəsizliyi məsələlərinin həllində həm bölgədə, həm qitədə çox müsbət rol oynayırıq. Əminəm ki, qarşıda yeni layihələrin icrası nəticəsində Azərbaycan daha da böyük enerji resurslarından istifadə edə biləcəkdir. Bizim ixrac imkanlarımız artır. İxracın strukturu müsbətə doğru inkişaf edir, idxal isə azalır. Bu gün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac edirik. Görülən və görüləcək tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafının gələcəyi də çox müsbət, ümidverici olacaqdır.

Page 111: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

111    

Qarşımızda duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə çox fəal çalışırıq. Danışıqlar prosesində biz həmişə prinsipial mövqe tutmuşuq. Son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir. Azərbaycan prinsipial məsələlərdə bir addım geri atmamışdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz bütün imkanlardan istifadə edirik.

Qarşı tərəfin mövqeyi isə onların arzularına əsaslanıb və bu, münaqişənin həlli üçün heç cür əsas ola bilməz. BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qərarları və qətnamələri bizim mövqeyimizi gücləndirir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır.

Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edibdir. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir.

Bu son həftələr ərzində baş vermiş mühüm hadisələrdir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik – istər İslam dünyası, istər Avropa Birliyi vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir. Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki, bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar.

Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcəkdir. Minsk qrupunun həmsədr ölkələri, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu dırnaqarası seçkiləri pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bunu açıq şəkildə bəyan etdi. Belə olan halda şübhəsiz ki, Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcəkdir. Bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq.

Doğrudur, torpaqlarımız işğal altındadır. Bu işğal davam edir və Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışı onu göstərir ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzatmaq istəyir. Beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir. Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxt uzatmaqdır. Ancaq vaxt uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyrinə işləmir.

Bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz. Ermənistan tərəfi çox ümid edirdi ki, Türkiyə-Ermənistan sərhədləri açılacaq, beləliklə, onlar üçün bir nəfəs borusu yaranacaq və Qarabağ məsələsi kənara qoyulacaqdır. Ancaq həyat və Türkiyə tərəfinin prinsipial mövqeyi onların bütün planlarını alt-üst etdi. Vəziyyət o həddə çatmışdır ki, bir neçə ay bundan əvvəl Ermənistan prezidenti hansısa xarici səfərdə çıxış edərkən söyləmişdi ki, o, Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dəvət edəcəkdir. Yəni, bu, çox yersiz və mənasız bir bəyanat idi. Çünki yəqin ondan başqa hamı artıq bilirdi ki, Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağ prosesi nizama salınmadan açıla bilməz. Həyat onu bir daha göstərdi. Ona görə özündən bu qədər razı olmaq üçün, birincisi, əsas olmalıdır, ikincisi isə, hər kəs öz ayaqlarını yorğanına görə uzatmalıdır.

Şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim siyasətimizin prioriteti olaraq qalacaqdır. Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü

Page 112: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

112    

bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmamışdır və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar vardır.

Əziz dostlar, biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bu illər ərzində özümüzə də, dünya birliyinə də sübut edə bildik ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər. Azərbaycan xalqı öz daxili imkanlarına istinadən yaxşı yaşaya bilər. Müstəqillik təkcə dövlət rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara, milli maraqlarını müdafiə edə bilsin. Öz milli maraqlarını müdafiə etmək üçün imkan olmalıdır, həm siyasi güc, həm iqtisadi güc. Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar – hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra onilliklər, əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil və rifah içində yaşasın.

Bütün bu məqsədlərə nail olmaq üçün, bir daha demək istəyirəm ki, bütün imkanlarımız vardır. Ən əsası odur ki, siyasi iradə vardır. Bu gözəl bayram günündə mən Azərbaycan xalqını bizim üçün ən əziz bayram münasibətilə bir daha təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

“Xalq qəzeti”.- 2010.- 28 may.- N 115.- S.1-2.

Page 113: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

113    

Bakıda XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 1 iyun (AzərTAc). İyunun 1-də yeni inşa olunmuş Bakı Sərgi Mərkəzində XVII Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar! Əziz qonaqlar! Mən sizin hamınızı ürəkdən salamlayıram və Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə sizi

ürəkdən təbrik edirəm. Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bu ənənəvi sərgi bu il yeni sərgi salonunda keçirilir. Bu

gün biz, eyni zamanda, bu yeni sərgi salonunun açılışını qeyd edirik. Mən hesab edirəm ki, bu, çox əlamətdar hadisədir - ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir. Çünki Xəzər neft-qaz sərgisi müasir Azərbaycanda keçirilən sərgilərin arasında xüsusi yerə malikdir. Birinci dəfə bu sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt hələ Azərbaycanda sərgi keçirmək istəyində olan şirkətlərin sayı çox deyildi. Azərbaycan yeni müstəqil dövlət idi. Azərbaycanın gələcəyi haqqında dünyada müxtəlif fikirlər dolaşırdı. Ona görə, bu sərginin 1994-cü ildə keçirilməsi, eyni zamanda, Azərbaycanın neft strategiyasının başlanmasına təsadüf etməsi çox əlamətdar hadisə olmuşdur. Ona görə mən hesab edirəm, bu, çox ədalətli haldır ki, bu möhtəşəm, gözəl Bakı Expo salonunda ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir.

1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi. Çünki məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanın dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. Bu gün Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir.

Biz hamımız yaxşı bilirik ki, əgər 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən o qətiyyətli addımlar atılmasaydı və “Əsrin kontraktı” imzalanmasaydı, bəlkə də Azərbaycanın inkişafı tam başqa istiqamətdə davam edərdi. “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu inkişafını təmin etdi. 1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir.

Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaqdır. Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur.

Neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya bir etibarlı tərəfdaş kimi təqdim etdi. Biz xarici şirkətlərlə artıq 16 ildir ki, uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulubdur və həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətiribdir. İşlərin əvvəlində isə bu planların reallaşması üçün bütün səylər göstərilmişdir. Ümid edirəm ki, Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaqdır.

Page 114: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

114    

1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasından sonra 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontrakt imzalanmışdır. O illərdə qaz amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. O layihəyə investisiyalar və kreditlər cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün dünya enerji siyasətində deyə bilərəm ki, bu yanaşmada müəyyən və böyük dərəcədə dəyişiklik edildi. Qaz amili daha da mühüm rol oynamağa başlamışdır və nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, bəzi hallarda enerji təhlükəsizliyi məsələlərinə də məhz qaz amili çox mühüm təsir göstərir.

Azərbaycan isə o ölkədir ki, həm qaz, həm neft resursları kifayət qədər böyükdür. Bilirsiniz ki, Azərbaycan qədim neft diyarıdır. İlk dəfə sənaye üsulu ilə neft dünyada məhz Azərbaycanda hasil edilibdir. Dəniz yataqlarından neft ilk dəfə dünyada məhz Azərbaycanda hasil edilibdir. Bu yaxınlarda biz faşizm üzərində Qələbənin 65-ci ildönümünü qeyd edərkən, bir daha o illərə nəzər salarkən gördük ki, Azərbaycan nefti, Azərbaycan neftçilərinin gərgin zəhməti olmasaydı, o müharibənin nəticələri başqa ola bilərdi. Yəni, Azərbaycan qədim neft diyarı kimi dünyada özünü çoxdan təsdiq etmişdir.

Müstəqil ölkə, müstəqil Azərbaycan kimi biz özümüzü yenidən təsdiq və təqdim etməli idik. Biz bunu uğurla bacardıq. Bizim neft siyasətimiz çox açıqdır, aydındır və çox səmimidir. Bizim bütün öhdəliklərimiz, götürdüyümüz öhdəliklər yerinə yetirilir. Biz dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edirik. Bu gün Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR dünyanın aparıcı şirkətləri arasındadır və xarici şirkətlərlə uğurla əməkdaşlıq bizə də bu yeni, müasir təcrübəni gətirdi. Bu gün artıq Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Bu gün Azərbaycan şirkətləri milyardlarla ölçülən investisiyalar qoyur və bu proses bundan sonra da davam etdiriləcəkdir.

1990-cı illərin ortalarında isə qarşımızda digər vəzifələr dururdu: hasilata başlamaq, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlərin sürətlə aparılmasına nail olmaq, neft kəmərlərini, ondan sonra qaz kəmərlərini yaratmaq. Bütün bu vəzifələr icra olundu. Bu gün Azərbaycanın neft və qaz hasilatı nəinki ölkə tələbatını ödəyir, eyni zamanda, bizim üçün çox böyük ixrac resursu da təşkil edir. Bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir. Qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur.

Təbii ki, Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. Çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyildir. Bizim üç neft, dörd qaz kəmərimiz vardır. Onlar enerji şaxələndirilməsini tam şəkildə təmin edir və enerji resurslarımızın istənilən istiqamətdə ixracının artırılması üçün bütün imkanlar vardır. Bu gün Azərbaycanda verilən tapşırıqlar əsasında görülən texniki işlər qaz ixrac imkanlarımızı böyük dərəcədə artıracaqdır. Biz bu sahəyə böyük investisiyalar qoyuruq və bu investisiyalar özünü doğruldacaqdır. Çünki bu, Azərbaycanın uzunmüddətli, bundan sonra onilliklər ərzində uğurlu inkişafını təmin edəcəkdir.

İnvestisiyalara gəldikdə, Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulmuşdur. Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulmuşdur. Əlbəttə ki, neft strategiyamızın ilk illərində investisiyalar daha çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri narahat edirdi ki, “Holland sindromu” yaşana bilər. Azərbaycan iqtisadiyyatı da birtərəfli qaydada inkişaf edə bilər.

Ancaq bizim düşünülmüş siyasətimiz və konkret addımlarımız göstərdi ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün Azərbaycan enerji, yəni neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır. Bizim iqtisadi nailiyyətlərimizin statistikası bunu əyani şəkildə göstərir. 2009-cu ilin rəqəmlərini götürsək, Azərbaycanda son illər ərzində aparılan işlərin elə bil ki, nümunəsini görərik.

Çünki 2009-cu ildə dünya üzrə neftin qiyməti 3-4 dəfə aşağı düşdü, iqtisadi və maliyyə böhranı, demək olar ki, bütün ölkələrə mənfi təsir göstərdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı keçən il 9 faizdən çox artmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın inkişafına mənfi təsir göstərməmişdir. Biz bütün sosial proqramları, bütün infrastruktur layihələri icra etdik. Biznes imkanları daha da səfərbər olundu

Page 115: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

115    

və biz bu çətin vəziyyətdən çox uğurla çıxa bildik. Bu gün Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də yüksək templərlə inkişaf edir.

Bütün bu işlərin təməlində düşünülmüş iqtisadi siyasətlə bərabər, şübhəsiz ki, neft strategiyamız dayanır. Bir daha qayıdıram 15 il bundan əvvəlki dövrə. Əgər o illərdə o cəsarətli və məqsədyönlü, qabağa hesablanan addımlar atılmasaydı, bu gün Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Həm iqtisadi, eyni zamanda, siyasi vəziyyət də başqa ola bilərdi. Çünki, sirr deyil ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və öz prinsipial müstəqil siyasətini aparmaq çox çətin olur. Bu gün iqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişafı bizə əlavə güc verir. O güc ki, bu gün bizə lazımdır. Çünki, biz hələ ki, gənc müstəqil dövlətik. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu mötəbər beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir. Böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması özlüyündə bir göstəricidir.

Biz bütün bu imkanlardan istifadə edib gələcəyə baxmalıyıq, gələcək planlarımızı bu gün tutmalıyıq. Belə də edirik. Həm energetika sahəsində, neft-qaz sahəsində, həm də qeyri-neft sahəsində bizim uzunmüddətli strategiyamız, planlarımız, konkret addımlar paketi vardır. Biz öz siyasətimizi proqram üzrə qururuq. Buna görə, Azərbaycan həm böhrandan ən az itkilərlə çıxmış ölkədir, həm də siyasi sabitlik baxımından Azərbaycanda vəziyyət çox müsbətdir. Bu ümumi vəziyyət ölkəmizə investisiyaların axınını gücləndirir. Bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna qoyulmur – turizm, infrastruktur, mehmanxanalar, sosial obyektlər, belə gözəl sərgi salonları. Bu sərgi salonu dünya miqyasında seçilən, gözəlliyi və funksional mahiyyəti ilə fərqlənən sərgi salonlarından biridir. Bu gün biz bu gözəl, möhtəşəm salonda bu tədbiri keçiririk. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycan xalqına xidmət edir. Nə qədər çox vəsait qoyularsa, iqtisadiyyatımız o qədər də çox artacaq, iş yerləri açılacaq və insanların rifah halı yaxşılaşacaqdır.

Biz bundan sonra da öz siyasətimizi bu vaxta qədər apardığımız yollarla inkişaf etdirəcəyik. Ölkəmizin iqtisadi potensialının maksimum şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. O ki qaldı neft-qaz sektoruna, bu sahədə biz bu günə qədər bütün istədiyimiz məqsədlərə çata bilmişik. Neft kəmərləri, qaz kəmərləri, hasilat, investisiyalar, yeni bazarlara çıxış və bu gün biz daha da böyük investisiyaları gözləyirik. Bu yaxınlarda “Çıraq” yatağında yeni böyük layihə başlanmışdır. Ümid edirəm ki, biz yaxın zamanlarda böyük “Şahdəniz-2” layihəsinin başlanmasına da nail olacağıq. Bunu etmək üçün hesab edirəm ki, hazırda bütün imkanlar vardır. Əgər biz buna nail olsaq, növbəti illərdə Azərbaycanın neft-qaz sektoruna ancaq bu layihə üzrə ən azı 20 milyard dollar sərmayə qoyulacaqdır. Bu sərmayə özlüyündə, yəqin ki, buna bərabər həcmdə sərmayənin qeyri-neft sektoruna da yatırılmasına gətirib çıxaracaqdır.

Əziz dostlar, mən bu gözəl hadisə, ənənəvi sərgi və konfransın açılışı münasibətilə bir daha sizi təbrik etmək istəyirəm. Konfransın təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm ki, uzun illərdir Azərbaycanda bu gözəl, beynəlxalq tədbir keçirilir. Əminəm ki, artıq yaradılmış bu gözəl ənənə bundan sonra da davam edəcəkdir. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 2 iyun.- N 117.- S.1.

Page 116: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

116    

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri

Geniş tərkibdə görüş

Bakı, 3 iyun (AzərTAc). İyunun 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi: -Hörmətli Aleksandr Qriqoryeviç! Hörmətli qonaqlar! Sizi bir daha ürəkdən salamlamaq istəyirəm, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük

əhəmiyyət veririk. Əminəm ki, bu səfər dövlətlərimiz arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəkdir. Bizim münasibətlərimiz çox dinamik, müsbət inkişaf edir. Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü də uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə və keyfiyyətlə yerinə yetiririk. Buna görə də hesab edirəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafına daha güclü təkan verəcəkdir. Çoxlu sənədlərin imzalanması planlaşdırılır, ölkələrimiz arasında hüquqi baza elə indi də kifayət qədər genişdir. Düşünürəm ki, nümayəndə heyətinin üzvləri də bu vaxtdan səmərəli istifadə edəcəklər. Mən bilirəm ki, ölkələrimizin hökumətlərinin üzvləri arasında fəal əlaqələr vardır. Bununla belə, həllini tələb edən məsələləri bir daha müzakirə etmək, məncə, faydalı olacaqdır. Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr – energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaqdır. Bu gün biz Sizinlə bərabər geniş gündəlikdəki ikitərəfli məsələləri, regional, beynəlxalq məsələləri artıq ətraflı nəzərdən keçirmişik. Bizim dostluğumuz, eləcə də münasibətlərimizin bu cür səmərəli və müsbət inkişaf etməsi məni çox sevindirir. Azərbaycanda Sizin gəlişinizə həmişə şadıq və mən əminəm ki, Sizin budəfəki səfəriniz uğurlu olacaq, yaxşı nəticələrlə yadda qalacaqdır. Bir daha xoş gəlmisiniz.

“Xalq qəzeti”.- 2010.- 3 iyun.- N 119.- S.2.

Page 117: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

117    

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə

Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmişdir

İstanbul, 8 iyun (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də İstanbulda, “Çırağan”

sarayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Əziz qardaşım Prezident Abdullah Gül! Hörmətli dövlət başçıları! Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Xanımlar və cənablar! Əvvəlcə mən Prezident Gülə səmimi qonaqpərvərliyə və bu zirvə görüşünün əla təşkil edildiyinə görə

minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin mühüm beynəlxalq foruma çevrilməsi istiqamətində göstərdiyi səylərə görə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevə təşəkkürümü bildirirəm. Əminəm ki, bu təşkilatın gələcəyi çox perspektivli və parlaq olacaqdır.

Fürsətdən istifadə edərək, Aralıq dənizində günahsız mülki şəxslərin qətli ilə nəticələnən, humanitar yük gəmisinə edilən hücumla əlaqədar Azərbaycan xalqının türk qardaşlarımızla həmrəy olduğunu bildirmək istəyirəm. Biz bu hücumu qəti surətdə pisləyirik və Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Fürsətdən istifadə edərək mən, eyni zamanda, Azərbaycan xalqı adından türk qardaşlarımıza və qurban vermiş ailələrə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycan regional əməkdaşlıq işində öz rolunu oynayır. Biz tam əminik ki, regional əməkdaşlıq, regionda proqnozlaşdırma və birgə fəaliyyət mövcud riskləri azaldacaq və xalqlarımız üçün proqnozlaşdırılan gələcəyi qurmaqda yardım edəcəkdir.

Asiyada təhlükəsizlik tədbirləri dünyadakı qlobal təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Təhlükəsizlik tədbirlərinə kompleks yanaşma olmadan biz uğur əldə edə bilməyəcəyik. Terrorçuluğa qarşı mübarizə dünyada bütün terrorçu təşkilatlara qarşı olmalıdır. Yaxşı, yaxud pis terrorçu olmur. Buna görə terrorçuluğa qarşı səylərin birləşdirilməsi uğurun əsas ilkin şərtidir. Eyni zamanda, regional əməkdaşlıq və iqtisadi artım regionumuzda təhlükəsizlik tədbirlərinə böyük töhfə verəcəkdir. Bu səbəbdən, Azərbaycan regional əməkdaşlıq məsələlərində mühüm rol oynamağa çalışır.

Ölkəmizdə başlanılmış və uğurla həyata keçirilmiş müxtəlif layihələr olduqca geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradır. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Həmin layihələr ilk olaraq boru kəməri layihələri kimi başlandı, hazırda isə, bütün iştirakçılara fayda gətirən çox mühüm regional əməkdaşlıq nümunəsinə çevrilibdir.

Azərbaycan, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə verir və iştirak etdiyimiz dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirəcək və regionumuzda yaşayan xalqlara rifah gətirəcək olduqca geniş nəqliyyat qovşağını yaratmağa imkan verəcəkdir. Başqa sözlə desək, təhlükəsizlik səylərimizin birləşdirilməsini tələb edir, iqtisadi əməkdaşlıq və artım uğura aparan yol ola bilər.

Qeyd etmək istədiyim mühüm məsələlərdən biri də münaqişələrin həllinə olan münasibətdir. Azərbaycan Ermənistanın davamlı təcavüzünün qurbanıdır. Demək olar ki, iki onillik ərzində torpaqlarımız, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalı altındadır. Həmin işğal nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin iyirmi faizi Ermənistanın işğalı altındadır. Bu vəziyyət hələ də davam edir. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Hazırda işğal olunmuş ərazilərdə heç bir yerli sakin yoxdur. Orada etnik təmizləmə aparılmışdır. Həmin yerlərdə bütün tikililər, o cümlədən binalar, evlər, məktəblər, ulu babalarımızın məzarları, məscidlərimiz və bütün tarixi irsimiz dağıdılıbdır. Biz beynəlxalq təşkilatların qərar və qətnamələrinin Ermənistan tərəfindən icrasını tələb edirik. BMT-nin Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin bu qətnamələr hələ də yerinə yetirilməyibdir.

Page 118: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

118    

BMT-nin Baş Məclisinin qətnamələri, ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının qətnamələri, Avropa Şurası və Avropa Parlamentinin, eləcə də digər beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyib. Əgər beynəlxalq hüququn normaları işləmirsə, onda beynəlxalq ictimaiyyət üçün hansı durumdan söhbət gedə bilər? Əgər biz hamı tərəfindən qəbul olunmuş qətnamələri icra etmiriksə və bu vəziyyət davam edərsə, onda beynəlxalq münasibətlərin gələcəkdə necə təşkil olunacağı böyük sual doğurur. Öz əhəmiyyəti və ölçüsündən asılı olmayaraq, hər bir ölkə beynəlxalq hüquq normalarına əməl etməlidir. Beynəlxalq hüquq normaları bütün ölkələr tərəfindən əməl olunması üçün yaranıb. Biz beynəlxalq təşkilatların üzvüyük və onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq. Əgər həmin qərarlar qəbul olunursa və icra edilmirsə, onda beynəlxalq təsisatlara olan etimad da azalacaqdır.

Biz öz ərazi bütövlüyümüzü dinc yolla bərpa etməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasına və ölkəmizdə erməni azlığına yüksək özünüidarəetmə və muxtariyyət statusunun verilməsinə əsaslanmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan regionumuzda təhlükəsizlik tədbirlərinə verdiyi töhfəni gələcəkdə davam etdirəcəkdir. Biz öz səylərimizlə və hüdudlarımızdan kənarda qoyulan sərmayələrimizlə regionun iqtisadi inkişafına töhfəmizi davam etdirəcəyik. Daşıma və enerji infrastrukturuna aid layihələr xalqları və dövlətləri birləşdirəcəkdir. İstehlakçılar, hasilatçılar və tranzit ölkələrin maraqları arasında müvafiq tarazlıq olmalıdır. Yalnız bu halda bütün layihələr hamımızın rifahına xidmət edəcəkdir.

Sonda mən bir daha ev sahibi Türkiyəyə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və sammitin işinə uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

“Xalq qəzeti”.- 2010.- 9 iyun.- N 123.- S.1-2.

Page 119: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

119    

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri Prezident İlham Əliyev İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir

İstanbul, 8 iyun (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 8-də Prezident İlham Əliyev

İstanbulda Azərbaycan jurnalistlərinə müsahibə vermişdir. AzərTAc həmin müsahibəni təqdim edir. -Cənab Prezident, Siz Türkiyədə zirvə toplantısı çərçivəsində çoxtərəfli görüşlər keçirmisiniz.

Ümumiyyətlə, istərdik ki, bu zirvə toplantısındakı çıxışınız, bu görüşləriniz barədə məlumat verəsiniz. -Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır.

Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, bu gün və dünən apardığım danışıqlar, keçirdiyim görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir.

-Cənab Prezident, Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəfələrlə bəyan etmisiniz ki, Ermənistan Madrid prinsiplərinə cavab verməsə, “yox” desə ölkənin mövqeyi, qəti iradəsi ortaya qoyulacaqdır. Amma Ermənistan cavab verməsə, nə baş verəcəkdir?

-Hazırda biz elə həmən o dediyiniz vəziyyətlə üzləşirik. Çünki Ermənistandan nə “hə”, nə “yox” cavabı gəlir. Ona görə indiki şəraitdə yəqin ki, vasitəçilər öz qəti sözünü deməlidirlər. Çünki bildiyiniz kimi, mən bu barədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan prinsip etibarilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Düzdür, o təkliflərdə müəyyən məqamlar vardır ki, onlar bizi qane edə bilməz. Amma onlar daha çox texniki və redaktə xarakteri daşıyır.

Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkmiş bütün insanların öz doğma torpaqlarına qaytarılması məsələləri öz əksini tapır. Ermənistandan isə cavab yoxdur və hesab edirəm ki, həmsədr ölkələr bu məsələ ilə bağlı öz qəti fikrini bildirməlidirlər. Nə vaxta qədər Azərbaycan bu cavabı gözləməlidir?! Daha doğrusu, həmsədr ölkələrin özləri nə vaxta qədər bu cavabı gözləməlidirlər?! Çünki yenilənmiş Madrid prinsipləri bizim təklifimiz deyildir, bu, üç həmsədr ölkənin təklifidir. Yəni ümid edirəm ki, bu ölkələr öz təkliflərinə hörmətlə yanaşacaqlar və son aylar ərzində danışıqlar prosesində pozuculuq fəaliyyəti aparan Ermənistana ciddi siqnallar getməlidir. Əgər biz hamımız danışıqların davam etdirilməsinə maraqlıyıqsa, onda hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmasa və əgər Ermənistan tərəfindən ya vaxt uzatma taktikası davam edərsə, yaxud da ki, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesdə öz iştirakının perspektivi haqqında ciddi düşünməlidir. Biz bu barədə düşünürük. Biz müxtəlif variantları nəzərdən keçiririk və çalışacağıq ki, Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa edək. Mən şəxsən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Məsələ ondadır ki, necə və nə vaxt?! Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək. Ancaq əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqları sadəcə bir imitasiya prosesi kimi davam etdirmək istəsə, onda Azərbaycan əlbəttə ki, öz mövqeyində ciddi dəyişikliklər edəcəkdir.

-Cənab Prezident, dünən “Şahdəniz” qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı saziş imzalandı. Ümumiyyətlə, bu sazişi Azərbaycanın enerji siyasətində mühüm bir tarixi hadisə kimi qiymətləndirmək olarmı? Bu layihənin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

-Mən hesab edirəm ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri vardır. Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaqdır. Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır. Nəzərə alsaq ki, 1995-ci ildən bu günə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Digər tərəfdən, bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin.

Hazırda hasilatımız bildiyiniz kimi, mövcud bazarların imkanları ilə məhdudlaşır. Biz hasilatı rahatlıqla, qısa müddət ərzində artıra bilərik. Ancaq qaz sahəsində, bilirsiniz ki, hasilat mövcud bazarların imkanlarına birbaşa bağlıdır. Bu bizə imkan verəcək ki, 5 ildən sonra “Şahdəniz” yatağından əlavə ən azı 16 milyard kubmetr qaz hasil edilsin və nəql olunsun. Azərbaycanın artıq çox güclü və şaxələndirilmiş qaz ixracı infrastrukturunun olduğunu nəzərə alsaq görərik ki, mövcud kəmərlərin genişləndirilməsi sayəsində biz istənilən

Page 120: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

120    

istiqamətə istənilən həcmi ötürə biləcəyik. Bu bizə imkan verəcək ki, ölkəmizə böyük həcmdə valyuta axını təşkil edilsin. Digər tərəfdən, bildiyiniz kimi, qaz sahəsindəki əməkdaşlıq, əlbəttə ki, təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Bu, təbii ki, Azərbaycanın bölgədəki, qitədəki mövqeyini böyük dərəcədə gücləndirəcək bir amilə çevriləcəkdir.

Mən çox şadam ki, nəhayət, biz bütün məsələlər ətrafında razılığa gələ bildik. Həm Türkiyəyə əlavə qazın verilməsi məsələsi öz həllini tapıbdır, həm bundan əvvəlki dövrdə müəyyən qiymət fərqini ödəmək üçün lazımi tədbirlər nəzərdə tutulur, həm də ki, gələcəkdə əgər belə bir imkan yaranarsa, biz Azərbaycan qazını müxtəlif istiqamətlərə nəql edə biləcəyik.

Ümid edirəm ki, bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, bu vaxta qədər enerji sahəsində nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilibdir.

-Cənab Prezident, Amerika Prezidentindən məktub almısınız. Bu məktuba Sizin münasibətinizi bilmək istərdim. Ümumiyyətlə, Sizin bu məktuba cavabınız olacaqmı?

-Əlbəttə, cavabım olacaqdır. Bu məktubda əks olunan məqamlar əminəm ki, Amerika-Azərbaycan əlaqələrinin perspektivlərini müəyyən edəcəkdir. Çünki məktubda həm bu vaxta qədər əldə edilmiş məqamlar öz əksini tapıb və həm də hesab edirəm ki, məktub daha çox gələcəyə ciddi bir addımdır. Məktubda sadalanan bütün istiqamətlər üzrə Amerika ilə Azərbaycan arasında əlaqələrin çox böyük tarixi vardır. Əlaqələrimiz son bir-iki il ərzində formalaşmayıb. Bu əlaqələrin çox böyük tarixi vardır. Həm sülhməramlı əməliyyatlarda rolumuz, enerji sahəsində təşəbbüslərimiz, - hansılar ki, bax bugünkü sazişin də imzalanmasına gətirib çıxardı, - bütövlükdə Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başlanmış enerji siyasətimiz dünyanın enerji xəritəsini dəyişdirdi. Yəni, bunu biz etdik və bu gün biz bu müsbət təcrübə əsasında digər layihələr ətrafında çalışırıq və işləyirik.

Amerika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. Mən ümid edirəm ki, biz gələcək illərdə iki tərəfi razı sala biləcək əməkdaşlığa yeni, əlavə amilləri daxil edəcəyik. Məktub çox xoşniyyətlidir. Biz məktubda göstərilən bütün məsələlər ətrafında gələcək əməkdaşlığımızı davam etdirəcəyik.

-Cənab Prezident, Siz Vladimir Putin ilə də görüşdünüz. Düzdür, bunu nə qədər inkar etsə belə, Qarabağ münaqişəsinin həllində Rusiyanın da rolu vardır. Yəni, münaqişənin həllinin tezləşdirilməsində Rusiyanın iradəsindən də çox şey asılıdır. Bu görüşdə, həmin məsələlərə toxunuldumu?

-Əslində bildiyiniz kimi, bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri ilə Azərbaycan arasında mütəmadi qaydada ikitərəfli məsləhətləşmələr aparılır. Həm Amerika, həm Fransa, həm də Rusiya nümayəndələri ilə müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Heç bir ölkə bu məsələnin həllində öz rolunu inkar etmir, yəni onu hansısa yollarla fərqləndirmir. Biz də öz növbəmizdə, burada heç bir ayrı-seçkiliyə yol verə bilmərik. Bizim üçün bütün həmsədr ölkələr bir qrup şəklində mövcuddur. Yəni, biz onları belə qəbul edirik və əlbəttə ki, hər bir ölkənin öz imkanları vardır. Təbii Rusiya, yeganə ölkədir ki, Azərbaycan ilə qonşudur, yəni bu bölgədə yerləşir. Rusiya həm Xəzər, həm Qafqaz ölkəsidir, həm də ki, qonşumuzdur. Şübhəsiz ki, bu bölgədə yerləşən ölkənin özünəməxsus imkanları və təsir mexanizmləri vardır. Ancaq buna baxmayaraq, mən yenə də demək istəyirəm ki, biz heç vaxt bu üç ölkəni bu məsələ ilə bağlı bir-birindən ayırmamışıq, yəni Minsk qrupu vahid bir orqanizmdir. Onun həmsədrləri də vahid mövqedən çıxış edirlər və onların verdikləri təkliflər fərdi xarakter daşımır. Yəni, bu, ümumi təkliflərdir. Əlbəttə, biz bütün həmsədr ölkələrdən gözləyirik ki, onlar Ermənistan tərəfinə çox ciddi təsir edəcəklər. Çünki hazırda danışıqlarda yeni bir dövr başlayır. Bu dövr başqa dövrlərdən fərqlidir. Bütün başqa dövrlərdə, 1992-ci ildən, Minsk qrupunun yaranması tarixindən bu günə qədər danışıqlar aparılırdı. Baxmayaraq ki, danışıqlar müxtəlif təkliflər əsasında aparılırdı, bu bir proses idi. Bu gün biz o mərhələyə gəlmişik ki, artıq son Praqa prosesinin nəticəsi olan yeniləşmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflər masanın üstündədir. Azərbaycan tərəfi bunu qəbul edir, Ermənistan tərəfi bunu qəbul etmir. Qayıdıram sizin əvvəlki sualınıza, əgər bu belə davam edəcəksə, onda nə isə baş verməlidir. Nə baş verə bilər?! Burada çox da böyük seçim yoxdur. Ya məsələ belə asılı vəziyyətdə qalacaqdır. Yəni status-kvo davam edəcək ki, biz bunu heç cür qəbul edə bilmərik. Status-kvo dəyişməlidir. Ya danışıqlar bir görüntü üçün, imitasiya üçün davam etdirilməlidir ki, Azərbaycan heç vaxt buna da razı olmayacaqdır. Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu gün də istisna olunmur və biz bu varianta da hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar bax, bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir.

Page 121: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

121    

Biz çox istəyirik ki, həmsədr ölkələr öz nüfuzundan, təsir imkanlarından istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar göndərməklə onları vadar etsinlər ki, yenilənmiş Madrid prinsiplərini qəbil etsinlər və biz bunun əsasında sülh müqaviləsi üzərində işə başlayaq.

- Cənab Prezident, Türkiyənin Baş naziri mətbuat konfransında bildirdi ki, Siz Aralıq dənizində baş verən hadisələrlə bağlı Türkiyəyə böyük dəstək olursunuz. Bu fikri Sizin öz dilinizdən eşitmək istərdik.

- Bu barədə mən bu gün çıxışımda da öz fikirlərimi söylədim. Bildiyiniz kimi, Azərbaycan bu qanlı hadisəyə reaksiya verən ilk ölkələrdəndir və bu belə də olmalı idi. Çünki biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni bu çətin anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər. Əgər hər şey yaxşıdırsa, yəni bu həyatda da belədir, çox adam yaxşı sözlər deyə bilər, amma çətin gündə, yəni seçim qarşısında olan günlərdə həm ölkələr, həm də ki, insanlar öz mövqeyini bildirməlidirlər. İnsanlar üçün də, ölkələr üçün də mövqe çox vacibdir, yəni prinsipial mövqe. Azərbaycan bütün zamanlarda, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini heç vaxt gizlətməmişdir. Bizə yaxın olan ölkələrə aid bütün məsələlərdə biz öz səsimizi ucaltmışıq və bu, haqq-ədalət səsi olmuşdur. Heç vaxt Azərbaycan hansısa qanunsuz hərəkəti dəstəkləməmişdir və eyni zamanda, qanunsuz hərəkətlərə biganə olmamışdır, xüsusilə Türkiyə ilə münasibətlərimizdə.

Eyni münasibəti biz Türkiyədən görürük. Yəni Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər həmişə Türkiyə bizim yanımızda olubdur, həmişə bizə ən böyük dəstəyi Türkiyə veribdir. Bu gün də bu, belədir. Bəzən Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə müdaxilə etmək istəyən qüvvələr olur. Onlar bəzən bir görüntü yarada bilərlər, amma işin mahiyyətinə təsir edə bilməzlər. Əfsuslar olsun ki, Türkiyə mətbuatında və o cümlədən, bəzi hallarda Azərbaycan mətbuatında bu son bir il ərzindəki vəziyyətlə bağlı çox nalayiq və çirkin yazılar dərc edilmişdir. Biz buna heç cür yol verə bilmərik. Biz yol verə bilmərik ki, bizi istəməyən qüvvələr burada hansısa süni bir məsələni qabartmaqla Türkiyə-Azərbaycan münasibətlərinə zərrə qədər zərbə vursunlar. Yəni bu mümkün deyil və bugünkü hadisələr, Türkiyə-Azərbaycan əlaqələrinin bugünkü vəziyyəti bunu əyani şəkildə sübut edir.

Bu yaxınlarda Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı böyük öndər Mustafa Kamal Atatürkün Bakının mərkəzində abidəsinin açılışı olmuşdur. Yəni belə hadisələr çoxdur. Bizim aramızda olan əlaqələr, sözün əsl mənasında, qardaşlıq əlaqələridir. Ona görə də biz hər an öz dəstəyimizi verməliyik və əminəm ki, bundan sonra da belə olacaqdır.

- Cənab Prezident, Soçi danışıqlarından sonra bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən durğunluq yaranıb. Bilmək istərdik ki, Sizin Ermənistan prezidenti ilə yaxın zamanlarda görüşünüz planlaşdırılırmı?

- Hələ ki, bu barədə heç bir təklif olmamışdır. Bildiyiniz kimi, Soçidən sonra, ümumiyyətlə, heç bir görüş keçirilməmişdir. Baxmayaraq ki, Soçidə Ermənistan prezidenti verilən təklifə münasibət bildirmək üçün iki həftə vaxt istəmişdir. Ancaq artıq altı ay keçibdir, hələ heç bir xəbər yoxdur. Ona görə belə bir görüş yaxın zamanlarda planlaşdırılmır. Hər halda, bu barədə bizə heç bir təklif verilməmişdir.

- Çox sağ olun, cənab Prezident, bu gərgin iş qrafikinizdə bizə vaxt ayırdınız. Çox sağ olun. - Sağ olun. Mənim mətbuat nümayəndələri ilə görüşlərim, necə deyərlər, o qədər də fəal deyildir. Ancaq

buna baxmayaraq, mən həmişə sizinlə görüşməyə hazıram, sadəcə olaraq, Bakıda yəqin ki, fürsət olmur. Ya da ki, mən demək istədiyim məsələlərə digər yollarla vaxtaşırı toxunuram, fikirlərimi bildirirəm. Mən sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Qeyd edim ki, sizin dünənki sualınız da Aralıq dənizindəki hadisələrə Azərbaycanın münasibətini açıqlamaq üçün bir imkan yaratdı. Azərbaycan haqqında həqiqətləri çatdırmaq bizim ümumi işimizdir. Əfsuslar olsun ki, bəzi hallarda xarici mətbuatda bizə qarşı çox ədalətsiz və qərəzli mövqe nümayiş etdirilir. Bunun müxtəlif səbəbləri vardır. İndi mən onların çoxunu heç açıqlamaq istəmirəm. Ümumiyyətlə, buna bəlkə də əhəmiyyət verməməliyik. Ancaq digər tərəfdən, biz buna qarşı öz həqiqətlərimizi qoymalıyıq. Ölkəmiz haqqında reallıqlar, ölkədə gedən proseslər, ölkənin inkişafı diqqətə çatdırılmalıdır. Bəzi hallarda xarici kütləvi informasiya vasitələrində bu, ya danılır, ya da təhrif edilmiş şəkildə təqdim olunur və beləliklə istər-istəməz ölkə haqqında reallığı əks etdirməyən bir rəy formalaşır. Düzdür, biz

Page 122: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

122    

dövlət olaraq buna əhəmiyyət vermirik. Çünki mən hesab edirəm, əsas məsələ odur ki, biz öz işimizi davam etdirək. Əgər biz əminik ki, bu iş ölkəmiz üçün lazımdır, heç bir şeyə baxmadan bunu etməliyik. Azərbaycanın bugünkü reallıqları və əldə edilmiş nailiyyətlər onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Baxmayaraq ki, son illər ərzində müxtəlif tərəflərdən bəzi təzyiqlər, yumşaq desək, bəzi tövsiyələr oldu, yaxud hər halda cəhdlər göstərildi. Ancaq onların heç biri bizi əsas ana xəttimizdən döndərə bilmədi. Bizim yolumuz müstəqillik, inkişaf yoludur. Azərbaycan xalqı öz taleyini özü müəyyən edir və müəyyən edəcəkdir. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ildən-ilə daha da yaxşı yaşayacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, ölkəmiz haqqında reallıqlar dünya ictimaiyyətinə çatdırılsın. Ola bilər ki, bizim haqqımızda qərəzli mövqedə olan qüvvələr hələ bir neçə il öz fəaliyyətini davam etdirsinlər. Ancaq bizim reallıqlarımızı danmaq mümkün deyildir. Vaxt keçdikcə, imkanlarımız, xarici əlaqələrimiz genişləndikcə Azərbaycan haqqında real vəziyyəti danmaq mümkün olmayacaqdır.

Hər halda keçirdiyim bütün görüşlərdə, nəinki bu gün və bundan əvvəlki dövrlərdə, bütün xarici səfərlərdə, ən yüksək səviyyədə apardığım danışıqlarda mən Azərbaycan haqqında ancaq müsbət fikirlər eşitmişəm. Ən önəmlisi odur ki, Azərbaycan cəmiyyətində də, prinsip etibarilə, gələcək inkişafla bağlı fikir ayrılığı yoxdur. Yəni Azərbaycan cəmiyyəti də bu məsələdə vahid mövqedən çıxış edir. Biz elə etməliyik ki, hər birimiz öz sahəsində, gündəlik həyatda ölkəmizin qüdrətini artıraq, müstəqilliyimizi möhkəmləndirək və Azərbaycan xalqının rifah halının yaxşılaşmasına çalışaq. Bu işlərdə bütün Azərbaycan xalqına uğurlar arzulayıram.

- Çox sağ olun, cənab Prezident!

“Xalq qəzeti”.- 2010.- 9 iyun.- N 123.- S.3.

Page 123: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

123    

Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 23 iyun (AzərTAc). İyunun 23-də Bakıda, “Gülüstan” sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci

illik toplantısının açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Bismillahir-Rəhmanir-Rəhim! Hörmətli İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əli! Hörmətli qonaqlar! Xanımlar və cənablar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

İslam İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Əminəm ki, bu toplantı uğurlu keçəcək və toplantının nəticələri bankın üzvü olan ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, eyni zamanda, bankın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılacaqdır.

İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Bu gün bu barədə burada artıq rəqəmlər göstərildi. Uzun illərdir ki, biz bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürürük və Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur. Əminəm ki, gələcək illərdə də bu əməkdaşlıq dərinləşəcək və ölkəmiz qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.

Əməkdaşlığımızın gözəl perspektivləri vardır. Azərbaycan öz inkişaf dövrünü yaşayır və bankın xətti ilə Azərbaycanda həyata keçirilmiş layihələr özünü doğruldur. Ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün biz gələcəkdə də iqtisadi islahatlarımızı davam etdirəcəyik. Bir sözlə, mən qeyd etmək istəyirəm ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında bu günə qədərki əməkdaşlıq çox uğurlu olmuşdur. Biz bu əməkdaşlıqdan çox məmnunuq və ümid edirik ki, biz gələcəkdə də bu əməkdaşlığın dərinləşməsinə bərabər səylərimizi göstərəcəyik.

Hesab edirəm ki, bugünkü toplantı, eyni zamanda, bankın üzvü olan ölkələr arasında da əlaqələrin genişlənməsinə xidmət edəcək, islam həmrəyliyini gücləndirəcəkdir. Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini göstərir. Baxmayaraq ki, biz müstəqil ölkə kimi nisbətən gəncik, biz artıq İslam Konfransı Təşkilatının çox fəal üzvünə çevrilmişik. İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir və o tədbirlərin çox gözəl nəticələri vardır. İslam həmrəyliyinin gücləndirilməsi bizim ümumi işimizdir. Biz bu həmrəyliyi bir-birimizə verdiyimiz siyasi dəstəklə gücləndirə bilərik. Aramızda olan iqtisadi əlaqələrin inkişafı sayəsində bu həmrəyliyi daha da gücləndirə bilərik. Belə imkanlar vardır və İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi hamımızın marağındadır. Azərbaycan öz tərəfindən bu istiqamətdə səylərini davam etdirəcəkdir. Nəinki iqtisadi və siyasi sahədə, eyni zamanda, bütün başqa sahələrdə - mədəniyyət, humanitar sahələrində əlaqələrimizi gücləndirməliyik.

Böyük iftixar hissi ilə deyə bilərəm ki, 2009-cu il Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdi və bütün il boyu müxtəlif tədbirlər keçirilmişdi. Yəni, biz bütün istiqamətlərdə çalışırıq ki, müsəlman ölkələri arasında əməkdaşlığa öz töhfəmizi verək və bu səylərimizi davam etdirəcəyik.

Mən xüsusilə Azərbaycanın böyük dostu doktor Əhməd Məhəmməd Əlinin çıxışında səslənən fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Ona böyük minnətdarlığımı bildirmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı haqqında çox xoş sözlər ifadə edib, eyni zamanda, ölkəmiz üçün ən ağır, ən birinci problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib. Bu, çox qiymətli və dəyərli fikirlərdir. Bu, əsl dostluq əlamətidir. Mən bu fürsətdən istifadə edərək, bütün müsəlman bacı-qardaşlarımıza Azərbaycanın haqq işinə öz dəstəyini verdiklərinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ölkəmiz və bölgəmiz üçün böyük problemlər yaradır. Ermənistanın Azərbaycana əsassız torpaq iddiası nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizi hazırda Ermənistanın işğalçı qüvvələrinin işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və məcburi

Page 124: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

124    

köçkün vəziyyətinə düşmüşdür. Bu işğal nəticəsində zəbt edilmiş ərazilərdə demək olar ki, bütün binalar, infrastruktur dağıdılıbdır, muzeylərimiz talan edilibdir, eksponatlar oğurlanıbdır. Əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. İşğal edilmiş torpaqlar artıq ölü bölgəyə çevrilibdir. Bu ərazilərdə azərbaycanlılar əsrlər boyu yaşamışlar.

Ermənistanın işğalçı siyasəti bu gün də davam edir. Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr uzun illərdir ki, işğal altında saxlanılır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər və bizim mövqeyimizi, yəni haqq-ədalət mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların çoxsaylı qərarları və qətnamələri vardır. Bu gün hörmətli cənab Əhməd Məhəmməd Əli bu barədə öz fikirlərini bildirdi. BMT Təhlükəsizlik Şurası, yəni beynəlxalq müstəvidə ən ali orqan tərəfindən bu məsələ ilə bağlı dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə birmənalı göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icrasız qalıbdır.

İslam Konfransı Təşkilatı dəfələrlə buna oxşar qətnamələr qəbul edibdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, bütün başqa beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər. Ancaq Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistan beynəlxalq təşkilatların qərarları ilə hesablaşmır və bu siyasətə, bu işğalçı siyasətə son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və işğaldan əziyyət çəkmiş bütün insanlar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Bir də demək istəyirəm ki, ölkəmiz üçün bu, ən böyük və ən ağrılı problemdir və Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra bu problem bir nömrəli problem kimi qarşımızda dayanır.

Buna baxmayaraq, biz müstəqillik dövründə böyük və şərəfli yol keçə bilmişik. Azərbaycan müstəqilliyi əldə edəndə - 1991-ci ildə vəziyyətimiz çox ağır idi. Bir tərəfdən erməni işğalı, digər tərəfdən ölkə daxilində gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül demək olar ki, ölkəni iflic vəziyyətinə salmışdı. Ancaq Azərbaycan xalqının iradəsi və böyük lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən şərəflə çıxa bilmişdir. 1990-cı illərin ortalarında sabitlik yaranmışdır, həm iqtisadi, həm siyasi sabitlik bərqərar olunmuşdur. Bu, bizə imkan verdi ki, sürətlə inkişaf edək. O gündən bu günə qədər Azərbaycanın hərtərəfli inkişafı ölkə qarşısında duran problemlərin həlli üçün bizə şərait yaratdı.

1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişafımızı göstərən bəzi rəqəmlər səsləndi. Azərbaycan son illər ərzində iqtisadi inkişaf baxımından, sözün əsl mənasında, ən sürətlə inkişaf edən ölkədir. Ümumi daxili məhsulun, sənaye istehsalının artımı, investisiyaların cəlb edilməsi və ən önəmlisi yoxsulluğun demək olar ki, 4 dəfədən çox aşağı düşməsi bizim əsas nəticələrimizdir. Bu onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz sadəcə olaraq 20 ilə yaxındır ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bundan əvvəl - Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə Azərbaycanda bazar iqtisadiyyatı yox idi. Ancaq buna baxmayaraq, artıq iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır və özəl sektorun inkişafı bizim üçün prioritetdir. Biz özəl sektoru müxtəlif yollarla stimullaşdırmaq üçün tədbirlər görürük ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaransın. Artıq bunun nəticələrini görürük.

Biz çalışmışıq və çalışırıq ki, ölkə iqtisadiyyatının bütün sahələrini inkişaf etdirək. Qeyri-neft sektorunu inkişaf etdirək və bu istiqamətdə də böyük nailiyyətlər əldə edildi. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, həm iqtisadi və maliyyə böhranına, eyni zamanda, bildiyiniz kimi, dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Yəni, bu artım bu günə qədər görülən işlərin nəticəsidir. Artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, bir sektordan asılı deyildir. Azərbaycan investisiya qoyuluşu üçün də çox əlverişli ölkədir. Həm daxili, həm xarici investisiyalar Azərbaycanda dövlət səviyyəsində qorunur və bu, bizə imkan verir ki, iqtisadiyyatımızı sürətlə inkişaf etdirək.

Biz beynəlxalq maliyyə qurumları ilə də sıx əməkdaşlıq edirik və bu əməkdaşlığın da gözəl nəticələri vardır. Ölkədə, ümumiyyətlə, iqtisadi və siyasi sabitlik mövcuddur. Hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Çünki sabitlik olmayan yerdə iqtisadi inkişafdan, investisiyalardan söhbət gedə bilməz. Biz bunu yaxşı bilirik. Çünki müstəqilliyimizin qısa tarixində müxtəlif dövrlər olmuşdur və biz görürdük ki, sabitlik pozulanda bu, öz mənfi nəticələrini dərhal iqtisadi məsələlərdə də göstərir.

Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Biz ölkə iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edək. Bu istiqamətdə artıq gözəl nəticələr vardır. Bu gün rəqəmlər səsləndirildi. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Biz hələ bu yolun başlanğıcındayıq. İqtisadi islahatlarımızın davam etdirilməsi və böyük layihələrin icrası nəticəsində ölkədə əlavə imkanlar yaradılacaqdır.

Page 125: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

125    

Bir sözlə, iqtisadi sabitlik imkan verir ki, biz siyasi cəhətdən də müstəqil siyasətimizi cəsarətlə aparaq. Azərbaycan o ölkələrdəndir ki, müstəqil siyasət aparır. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına əsaslanır və eyni zamanda, bölgədə gedən proseslərə də müsbət təsir göstərir. Biz beynəlxalq və regional əməkdaşlıq işlərində çox fəal iştirak edirik. Azərbaycanın təşəbbüsü ilə bölgədə uğurla icra edilən nəhəng enerji layihələri bunun bariz nümunəsidir. Bizim təşəbbüsümüzlə müxtəlif istiqamətlərə neft-qaz kəmərləri çəkildi. Bu gün bu kəmərlər həm Azərbaycanın iqtisadi maraqlarını təmin edir, bölgənin inkişafına xidmət göstərir, bölgədə gedən əməkdaşlığı dərinləşdirir və bütövlükdə, qitənin enerji təhlükəsizliyinə də öz müsbət təsirini göstərir. Biz enerji resurslarımızdan çox uğurla və məharətlə istifadə edə bildik və əldə edilmiş gəlirləri qeyri-neft sektoruna yönəltdik. Məhz bunun nəticəsində biz ölkə iqtisadiyyatında şaxələndirmə meyillərini daha da gücləndirdik. Biz, eyni zamanda, bütün maliyyə sistemimizdə şəffaflıq prinsiplərini tətbiq edirik və bu istiqamətdə də böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanın Dövlət Neft Fondu çox şəffaf bir qurumdur, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mükafatlandırılıb və hasilatda şəffaflıq təşəbbüsünün fəal üzvü kimi Azərbaycan bu sahədə də liderlik göstərir. Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür.

Sosial sahənin gücləndirilməsi üçün konkret proqramlar icra edilir. Təhsil, səhiyyə, mədəniyyət, idman – bu sahələr bizim üçün prioritetdir. Gəlirlərin ədalətli bölüşdürülməsi bir tərəfdən cəmiyyətdə ədalət prinsiplərinin bərqərar olunmasını təsdiqləyir, digər tərəfdən bizə imkan verir ki, ölkə qarşısında duran vəzifələri daha da böyük səmərə ilə və keyfiyyətlə icra edək. Biz böyük infrastruktur layihələrini, xüsusilə nəqliyyat sektorunda layihələri icra edirik ki, onlar ölkəmizi gücləndirir və eyni zamanda, beynəlxalq məna daşıyır. Bizim təşəbbüsümüzlə çəkilən dəmir yolları, açılan dəhlizlər bölgə üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nəticəsində Asiya ilə Avropa yeni dəmir yolu ilə birləşəcəkdir. Bu təşəbbüsü biz göstərmişik və ilkin maliyyə resurslarını biz səfərbər etmişik. Eyni zamanda, Şimal-Cənub dəhlizinin fəaliyyəti nəticəsində Azərbaycan bu baxımdan da öz imkanlarını genişləndirəcəkdir. Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur layihələri olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyət daşımır. Biz öz coğrafi vəziyyətimizdən uğurla istifadə etməliyik və edirik. Beləliklə, Azərbaycan öz tarixi missiyasını davam etdirəcəkdir. Tarixi İpək Yolu vaxtilə Azərbaycan ərazisindən keçmişdir. Biz bu gün müasir infrastruktur layihələri ilə, öz təşəbbüslərimizlə bu tarixi İpək Yolunu müxtəlif formalarda bərpa edirik. Qarşımızda duran vəzifələr çoxdur. Bu günə qədər əldə edilmiş uğurlar bizi daha da ruhlandırır. Çünki iqtisadi cəhətdən möhkəm və sabit olan ölkə əlbəttə ki, siyasi çəkisini də artıracaqdır. Azərbaycanın bölgədəki rolu artır, dünyadakı mövqeləri möhkəmlənir. Biz beynəlxalq təşkilatlarda özümüzü çox etibarlı tərəfdaş kimi göstərə bilmişik. Qonşu dövlətlərlə bizim çox səmərəli, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərimiz vardır. Bu da hər bir ölkə üçün çox vacibdir ki, onun qonşuluğunda da işlər yaxşı getsin. Bizim gələcək planlarımız da aydındır. Biz öz işimizi proqram əsasında qururuq. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın uğurlu icrası bizə imkan verdi ki, artıq ölkəmizin iqtisadiyyatını böyük dərəcədə şaxələndirək. Bu gün biz ikinci dövlət proqramını icra edirik. 2009-2013-cü illəri əhatə edən bu proqramın nəticəsində əminəm ki, ölkə qarşısında duran əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Bizim proqramlarımız çox konkret xarakter daşıyır. Onların icra mexanizmləri, konkret cədvəli və ən önəmlisi maliyyə resursları vardır. Bu, bizə deməyə imkan verir ki, ikinci proqram da uğurla icra ediləcəkdir.

Bununla bərabər, bir daha demək istəyirəm ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı dərinləşdirəcəyik. Xüsusilə, İslam İnkişaf Bankı ilə əməkdaşlığımızın çox gözəl perspektivləri vardır. Biz bir daha İslam İnkişaf Bankının rəhbərliyinə böyük minnətdarlıq hissi ilə müraciət etmək istəyirik. Minnətdarlığımızı bildirmək istəyirik ki, bizə kömək göstərildi, xüsusilə ölkəmizin ağır illərində bu əməkdaşlıq, bu yardımlar, bu kreditlər çox böyük məna daşıyırdı. Bu gün də böyük məna daşıyır və mən heç şübhə etmirəm ki, biz bu uğurlu əməkdaşlığı gələcəkdə davam etdirəcəyik.

Bir daha demək istəyirəm ki, bugünkü toplantı ölkəmizin həyatında xüsusi yer tutur. Bir tərəfdən bizim üçün böyük şərəfdir ki, belə bir beynəlxalq tədbir Azərbaycanda keçirilir. Digər tərəfdən, mən bilirəm ki, qonaqlarımızın arasında Azərbaycanda ilk dəfə olanların sayı az deyildir. Bu da bizə, bizim hamımıza imkan yaradır ki, bir-birimizi daha da yaxşı tanıyaq, həm şəxsi əlaqələr yaradılsın, həm də nazirlər səviyyəsində əlaqələr daha da gücləndirilsin.

Azərbaycanın böyük tarixi, böyük mədəniyyəti vardır. Bu gün dostumuz doktor Əhməd Məhəmməd Əli Azərbaycanın tarixi haqqında çox dəyərli fikirlər söyləmişdir. Ancaq müstəqillik tariximiz o qədər də böyük deyildir. Ona görə bəzi hallarda Azərbaycan haqqında dünyada kifayət qədər məlumat yoxdur. Ancaq bu, müvəqqəti bir məsələdir. Vaxt keçdikcə Azərbaycanı tanıyanların sayı çox olacaqdır və ölkə haqqında dəqiq,

Page 126: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

126    

qərəzsiz məlumat üstünlük təşkil edəcəkdir. Biz isə istəyirik ki, müsəlman aləmi arasında bu əməkdaşlığı daha da dərinləşdirək. Biz istəyirik ki, müsəlman ölkələri daim bir-birinə dəstək olsunlar. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səsimizi ucaltmalıyıq. Biz bunu edirik, daha da böyük səviyyədə və daha da böyük miqyasda etməliyik. Çünki bizim gücümüz birliyimizdədir. Bizim amalımız da birdir. Biz istəyirik ki, dünyada sülh, əmin-amanlıq, ədalət olsun. Biz istəyirik işğalçılar işğal edilmiş bütün torpaqlardan çəkilsinlər. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz doğma torpaqlarına, tarixi torpaqlarına qayıtsınlar ki, nəhayət dünyada ədalət bərpa edilsin. Ancaq bu, asan məsələ deyildir. Əfsuslar olsun ki, ədalətsizliklər də kifayət qədər çoxdur. Biz birgə səylərimizlə bu ədalətsizliklərə qarşı mübarizə aparmalıyıq. Öz haqq səsimizi ucaltmalıyıq. Digər tərəfdən, gücümüzü, müştərək gücümüzü iqtisadi imkanlarla artırmalıyıq.

Bu niyyətlə mən sizə bir daha öz hörmətimi bildirmək istəyirəm, sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, Azərbaycana səfəriniz uğurlu, yaddaqalan olacaqdır. Bütün nümayəndə heyətlərinin rəhbərlərinə müraciət edib, xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 24 iyun.- N 134.- S.1-2.

Page 127: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

127    

Azərbaycan Silahlı Qüvvələrinin Yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının

birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev təlimin əsas mərhələsini izləmişdir

Bakı, 24 iyun (AzərTAc). İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-

ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləmişdir.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı

-Əziz hərbçilər! Sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, sizə

xidmətinizdə uğurlar arzulayıram. Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu,

bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir.

Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq.

Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaqdır. Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilmişdir. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıbdır. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq.

Son illərdə Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək.

Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün əlavə vəsait ayrılır. Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. İqtisadi gücümüz artdıqca, əlbəttə ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri də güclənir. Azərbaycan bu gün çox böyük hörmətə malik olan bir ölkədir və bölgədə mövqelərimiz möhkəmdir. Bölgədə aparılan işlər bizi qane edir. Bizim təşəbbüslərimizlə aparılan işlər Azərbaycanın maraqlarına tam şəkildə cavab verir. Biz bölgənin gələcək inkişafı üçün də lazımi addımları atacağıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca əlbəttə ki, ölkə qarşısında duran bütün vəzifələr daha da uğurla icra ediləcəkdir.

Keçən il və bu il dünyada hökm sürən maliyyə böhranı demək olar ki, Azərbaycandan yan keçdi. Çünki bizim tərəfimizdən atılan addımlar həm ölkəmizi, həm də əhalini bu acı fəsadlardan qoruya bilmişdir. Azərbaycan gələcəyə nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini artırır. Mən şübhə etmirəm ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə məqsədimizə nail olacağıq. Məqsədimiz ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad

Page 128: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

128    

etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Ancaq buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır. Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir.

Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyildir.

Biz son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərmişik və burada dediyim bəzi rəqəmlər sadəcə olaraq gördüyümüz işlərin cüzi bir hissəsidir. Bizim əsas vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü istənilən yolla bərpa etməkdir.

Yenə də deyirəm, biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələr hazır olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə öz doğma torpaqlarını azad etsinlər.

Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan respublikası tarixi Azərbaycan torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub. Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən yüz minlərlə Azərbaycan vətəndaşı qovulmuşdur. Nə vaxta qədər biz buna dözməliyik?

Bir daha demək istəyirəm ki, biz bütün imkanlarımızı səfərbər etməliyik və edirik. Həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum vardır. Bu uçurum getdikcə dərinləşəcəkdir. Çünki bizim böyük imkanlarımız vardır. Ermənistan isə, sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcəkdir.

Biz hərbi gücümüzü artırmalıyıq və artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bir daha demək istəyirəm ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət tərəfindən göstərilən diqqət və hörmət – bütün bu amillər bizə imkan verəcək ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər oraya qonaq kimi gəlmişlər. Sadəcə olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olmuşdur. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülübdür. Bu ad Sovet İttifaqı zamanında verilibdir. Dağlıq Qarabağ – Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu, heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı vardır və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq.

Bugünkü təlimlər bir daha Azərbaycan Ordusunun, bütün Silahlı Qüvvələrin qüdrətini göstərir. Bugünkü təlimlər həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları tərəfindən birgə keçirilmişdir və biz Vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azərbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu məqsədlə bütün Silahlı Qüvvələr arasında əlaqələndirmə işi aparılmalıdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Təlimlər də çox uğurlu keçdi. Əlbəttə ki, təlimlərin ciddi təhlili veriləcəkdir. Buna bir az vaxt lazımdır. Amma ilkin təəssürat çox müsbətdir. Mən də gördüm ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi və Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq göstərmişlər.

Page 129: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

129    

Əziz hərbçilər, əsgərlər, gizirlər, zabitlər, generallar, sizi qarşıdan gələn böyük bayram – Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, Vətən uğrunda xidmətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 25 iyun.- N 135.- S.1-2.

Page 130: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

130    

Bolqarıstan Prezidenti Georgi Pirvanovun Azərbaycana işgüzar səfəri Dövlət başçılarının mətbuat üçün bəyanatları

Bakı, 30 iyun (AzərTAc). İyunun 30-da geniş tərkibdə görüşdən sonra prezidentlər İlham Əliyev və

Georgi Pırvanov mətbuat üçün bəyanatlarla çıxış etmişlər. Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: -Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Cənab Prezident, Sizin səfəriniz Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə

malikdir. Mən əminəm ki, səfərin nəticələri əlaqələrimizi daha da irəliyə aparacaqdır. Aramızda əlaqələr çox möhkəm zəmində qurulubdur. Biz müxtəlif sahələrdə çox uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq gündən-günə genişlənir və dərinləşir. Bizim siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlər, xüsusilə yüksəksəviyyəli səfərlər bunu göstərir. Biz Sizinlə həm Azərbaycanda, həm Bolqarıstanda, digər ölkələrdə vaxtaşırı görüşürük, fikir mübadiləsi aparırıq. Çox şadam ki, bütün strukturlar, nazirliklər öz aralarında da çox səmərəli əlaqələr qura bilmişlər.

Bir sözlə, siyasi əlaqələrin möhkəm olması bizə imkan verir ki, müxtəlif sahələrdə əlaqələrin inkişafına da güclü təkan verək. Bu gün biz Sizinlə gündəliyimizin demək olar ki, bütün məsələlərini müzakirə etdik. Bir daha gördük ki, ikitərəfli gündəliyimiz çox genişdir və çoxmənalıdır. İqtisadi sahədə böyük potensialımız vardır. Ümid edirəm ki, gələcək illərdə bu potensial həyatda öz əksini tam şəkildə tapacaqdır. Qarşılıqlı investisiya layihələri, müştərək müəssisələrin yaradılması və birgə iqtisadi fəaliyyət əlaqələrimizi daha da gücləndirəcəkdir.

Biz bu gün Sizinlə energetika sektorundakı əlaqələrimizi geniş müzakirə etdik. Bu sahədə gözəl perspektivlər vardır və artıq konkret addımlar da atılıbdır. Keçən il Sofiyada Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində memorandum imzalanmışdır və artıq işçi qrupu memorandumun əsasında bir neçə görüş keçirmişdir. Bu görüşlər çox ümidvericidir. Bu gün biz Sizinlə həmin məsələləri daha da geniş şəkildə müzakirə etdik. Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq, əminəm ki, çox uğurlu olacaq, həm ölkələrimizin maraqlarını təmin edəcək, eyni zamanda, regional əməkdaşlıq üçün də çox böyük töhfə verəcəkdir. Çünki Azərbaycan tərəfindən başlanmış və uğurla icra edilən neft-qaz layihələri bu gün artıq regional müstəviyə daxil edilibdir. Bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün də çox böyük əhəmiyyəti vardır.

Azərbaycan öz enerji potensialını tam şəkildə reallaşdırmaq əzmindədir. Bunu etmək üçün bizə, əlbəttə ki, yeni istiqamətlər, yeni bazarlar lazımdır. Əminəm ki, istehlakçılar üçün də yeni mənbələr maraq doğurur. Beləliklə, bu sahədə maraqlarımız üst-üstə düşür. Əminəm ki, bu gün bizim tərəfimizdən verilən konkret tapşırıqlar bu sahədəki əməkdaşlığın reallaşmasına gətirib çıxaracaqdır. Beləliklə, Bolqarıstan ilə Azərbaycan arasında energetika sektorunda da çox uğurlu və uzunmüddətli əməkdaşlıq təmin ediləcəkdir.

Bu gün biz Sizinlə Azərbaycan ilə Avropa İttifaqı və Avropa strukturları arasında mövcud olan əlaqələri müzakirə etdik. Bolqarıstan Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlığın dərinləşməsi işində müsbət rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Biz ümid edirik ki, “Şərq tərəfdaşlığı” Proqramının icrası nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr yeni səviyyəyə qalxacaqdır.

Bu yaxınlarda Avropa Parlamenti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qətnamə Azərbaycanda çox müsbət bir hal kimi qiymətləndirilir. Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalçılarının nəzarətindədir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Torpaqlarımızın iyirmi faizi uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın-köçkün vəziyyətində yaşayır. Biz istəyirik ki, məsələ beynəlxalq təşkilatların qətnamələri, qərarları əsasında və beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapsın. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir. Biz bu qətnamənin qəbul edilməsində Bolqarıstan nümayəndələrinin iştirakını da çox yüksək qiymətləndiririk. Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrdə Bolqarıstanın xüsusi yeri vardır. Biz həmişə, bütün dövrlərdə Bolqarıstandan dəstək almışıq. Bu dəstəyi bu gün də görürük və hiss edirik. Biz bu gün əməkdaşlığımızın müxtəlif sahələrini geniş şəkildə müzakirə etdik. Bir daha demək istəyirəm ki, müzakirə etdiyimiz bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür və bizim amalımız da birdir. Biz istəyirik ki, ikitərəfli

Page 131: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

131    

əlaqələr sürətlə inkişaf etsin, regional əməkdaşlıq - Xəzər dənizi-Qara dəniz regionlarının əməkdaşlığı daha da uğurlu olsun. Bölgədə sülh, təhlükəsizlik təmin edilsin, bütün siyasi və iqtisadi proseslər müsbət istiqamətdə davam etsin və beləliklə, bu bölgədə vəziyyət, xüsusilə, təhlükəsizlik tədbirləri daha da gücləndirilsin. Mən əminəm ki, səfəriniz çox uğurlu keçəcək və səfərinizin nəticələri Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəkdir. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram və bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

“Xalq qəzeti”.- 2010.- 1 iyul.- N 138.- S.2.

Page 132: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

132    

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Bakı, 13 iyul (AzərTAc). İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-2010-cu ilin altı ayı arxada qalır və biz ənənəvi olaraq ilin birinci altı ayının yekunlarını müzakirə

edəcəyik. Deyə bilərəm ki, Azərbaycanda bütövlükdə bu il də keçən ildəki kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyillər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf var, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Altı ayda iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir. Nəzərə alsaq ki, keçən ilin iqtisadi inkişafının bazası çox yüksək idi, bu, çox yüksək göstəricidir. Ümumiyyətlə, bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir. O ki qaldı neft-qaz sektoruna, orada əldə edilmiş uğurlar bizim üçün kifayətdir və yəqin ki, biz hasilatın hazırkı templərini saxlamalıyıq.

Sənaye potensialının inkişafında müsbət meyillər davam etmişdir. Biz sənaye potensialını iki yerə bölsək görərik ki, neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Yəni bu, gördüyümüz işlərin bariz nümunəsidir. Çünki bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın.

Digər iqtisadi göstəricilər də ümumiyyətlə, müsbət mənzərədən xəbər verir. İnflyasiya 4,9 faiz təşkil etmişdir. Bu, normal rəqəmdir. Əhalinin pul gəlirləri isə 9 faiz artmışdır. Bu, onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini də qabaqlayır.

Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır. Bu, Azərbaycan xalqının sərvətidir. Bildiyiniz kimi, Neft Fondunun gəlirləri və xərcləri haqqında mütəmadi qaydada ictimaiyyətə məlumat verilir. Bu, çox şəffaf qurumdur, neft gəlirlərinin uğurla idarə edilməsində və ədalətli bölünməsində Azərbaycan dünya miqyasında nümunə kimi göstərilir. Əlbəttə ki, əldə edilmiş təcrübə və bu sahədə görülən işlər artıq bizə deməyə imkan verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları gələcəkdə də artacaqdır. Əlbəttə, bu valyuta ehtiyatları Azərbaycanın uğurlu inkişafını və müstəqil siyasətini təmin edəcəkdir. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas amilidir.

Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir.

Page 133: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

133    

Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi.

Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır. Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər.

Bir sözlə, iqtisadi inkişafı göstərən və müəyyən edən əsas göstəricilər müsbətdir, inkişaf təmin olunur və əminəm ki, Azərbaycanın uğurlu inkişafı bundan sonra da uzun illər ərzində davam edəcəkdir.

Biz həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq və bu barədə bu gün danışacağıq. Bütün sosial infrastrukturun yaradılması layihəsi ilə bağlı – xəstəxanalar, məktəblər, idman qurğuları, mədəniyyət ocaqları - hər bir sahədə konkret işlər görülür. Bakıda və bölgələrdə ilin birinci yarısında açılan gözəl, müasir sosial infrastruktur obyektləri bunun bariz nümunəsidir.

Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər.

Ancaq o da həqiqətdir ki, bizim bütün bölgələrimiz dövlətdən verilmiş dotasiyalar hesabına yaşayırlar. Elə bir bölgə yoxdur ki, öz daxili resursları hesabına yaşaya bilsin. Yəqin ki, bu təbiidir. Ancaq biz çalışmalıyıq ki, hər bir bölgə özünə xas olan xüsusiyyətlərdən, spesifik coğrafi və ərazi imkanlarından istifadə edərək, özünü maksimum dərəcədə yerli istehsalın artırılması hesabına təmin edə bilsin.

Dövlət, əlbəttə ki, bu subsidiyaları, dotasiyaları verməyə davam edəcək. İnfrastruktur layihələrinin keçirilməsi, kənd təsərrüfatına subsidiyaların verilməsi bu məqsədi güdür. Özəl sektora verilən kreditlər artıq gözəl nəticələrini verir və hər bir bölgənin öz proqramı var və proqram da çox müfəssəldir. Elə etməliyik ki, növbəti illərdə bölgələrin milli gəliri, ümumi daxili məhsul (ÜDM) daha da artsın. Baxmayaraq ki, son illər ərzində bəzi bölgələrdə ÜDM 3 dəfə, 4 dəfə artmışdır, yenə də hələ ki, ehtiyatlar böyükdür. Biz bu ehtiyatlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə etməliyik.

Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerləri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram – regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Düzdür, bəzi iş yerləri bağlanır, ancaq, bu, əlbəttə ki, təbii prosesdir. Hansısa şirkət fəaliyyət göstərir, sonra fəaliyyətini dayandırır. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır.

Bu gün biz idxalı əvəzləyən məhsulların istehsalına çox böyük diqqət veririk. Bu gün biz ərzaq məhsulları ilə bağlı demək olar ki, əsas vacib məsələləri həll etmişik. Həll olunmamış məsələlər də öz həllini tapacaq və beləliklə, bir daha demək istəyirəm ki, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir.

Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə olduğu kimi bu sahədəki siyasətimizə vaxtaşırı düzəlişlər edirik. Mən hesab edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane edir. Ancaq gələcəkdə əlbəttə ki, müxtəlif amilləri nəzərə alaraq, biz hasilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək. Nəzərə alsaq ki, bizim təbii resurslarımıza dünyada və

Page 134: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

134    

Avropada böyük ehtiyac var, ola bilər, hansısa əlavə tədbirin görülməsi nəticəsində biz qısa müddət ərzində hasilatı artıra da bilərik. Yəni ki, bu işlər bizim əlimizdədir, bizdən asılıdır və biz hasilatı istədiyimiz formada tənzimləyə bilərik.

Digər sahələrdə inkişaf müsbət təəssürat yaradır. Azərbaycanın iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. 2009-cu ildə böhran ilinə baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Bu onu göstərir ki, bizim apardığımız islahatlar çox uğurludur. Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik.

Biz öz müdafiə potensialımızı gücləndiririk. Bildiyiniz kimi, bu yaxınlarda büdcəyə dəyişiklik edilmişdir və bütövlükdə, bizim dövlət büdcəmiz hazırda 15 milyard dollar səviyyəsindədir. O cümlədən, 500 milyon dollar vəsait hərbi məsələlərin həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik. Bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.

Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Biz istəmirik ki, bu, həlledici rol oynasın. Biz istəyirik ki, məsələ danışıqlar yolu ilə, diplomatiya yolu ilə öz həllini tapsın. Ancaq hərbi güc olan zaman əlbəttə ki, bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir.

Bu yaxınlarda mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikirlərimi bildirdim. İctimaiyyətə geniş məlumat verdim. Bir daha vurğulamaq istəyirəm ki, bizim bu sahədəki bütün fəaliyyətimiz çox şəffafdır, açıqdır və birmənalıdır. Azərbaycan xalqı mütəmadi qaydada məsələ ilə bağlı aparılan danışıqlar haqqında məlumatlandırılır. Bu, bizim ümumxalq işimizdir. Azərbaycan xalqı öz iradəsini ortaya qoyubdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Yenə də deyirəm, bu, bizim ümumxalq işimizdir və son sözü Azərbaycan xalqı deyəcəkdir.

Bu gün bir məsələyə toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar.

O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı isə heç vaxt Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək heç bir status verməyəcəkdir. Danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz.

Ona görə mən bunu xüsusilə bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən Avropada belə nümunələr çoxdur. Biz isə

Page 135: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

135    

istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durubdur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır.

Paralel olaraq bir daha demək istəyirəm ki, biz hərbi gücümüzü də gücləndiririk və bunu edəcəyik. Azərbaycanda hərbi məsələlərin həlli üçün ayrılan vəsait, bildiyiniz kimi, çox böyük vəsaitdir. Biz bu vəsaiti nə üçün xərcləyirik? Yəqin ki, hamıya bəllidir. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb. Əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün ümumiyyətlə Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi. Biz çox uğurla, məharətlə və ağılla bu amildən istifadə etdik, ölkəmizi gücləndirdik.

Ermənistanda bəziləri hesab edirlər ki, onlar müharibənin birinci mərhələsində qalib gəldilər. Mən hesab edirəm ki, onlar məğlub olublar. Azərbaycan isə atəşkəs müddəti ərzində böyük və uğurlu yol keçmişdir. Biz bu gün böyük zirvələrə çatmışıq. Dünya miqyasında Azərbaycan böyük hörmətə malik olan ölkədir, bölgədə həlledici rol oynayır. Bizim iştirakımız olmadan heç bir məsələ öz həllini tapa bilməz. Bölgədə irəli sürülən siyasi təşəbbüslər və onların baş tutmaması bir daha onu göstərir ki, bizim razılığımız olmadan heç bir məsələ öz həllini tapa bilməz.

İqtisadi cəhətdən Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil edilməlidir, qarşıya bu məqsədi qoymuşuq. Biz müasir ölkəyik. Ona görə, müharibənin birinci mərhələsi heç nəyi sübut etmir. Bir şeyi sübut edir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq və istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

X X X

Page 136: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

136    

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

-İlin sonuna qədər bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapmalıdır. Yenə də demək istəyirəm ki, biz

öz işimizi proqram əsasında qururuq və ilin əvvəlindən bu günə qədər proqram üzrə işləmişik. Ancaq bu yaxınlarda büdcəyə dəyişiklik edilməsi nəticəsində yeni vəzifələr meydana çıxıb. Bu vəzifələri operativ şəkildə həll etmək üçün əlbəttə ki, bütün qurumlar daha da fəal işləməlidirlər. Çünki ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına əlavə 1 milyard yarım manat vəsait qoyulmalıdır. Biz çalışmalıyıq ki, bu vəsaitdən maksimum səmərə ilə istifadə edək ki, Azərbaycanda ilin sonuna qədər daha da böyük həcmdə işlərin görülməsinə nail olaq.

Bu vəsaitin bir hissəsi qeyd etdiyim kimi hərbi potensialımızın gücləndirilməsinə xərclənəcəkdir, bir hissəsi iqtisadi infrastruktur layihələrinə, bir hissəsi isə sel və daşqınlar nəticəsində öz evlərini itirmiş insanların yaşayış səviyyəsinin qaldırılmasına yönəldiləcəkdir. Bildiyiniz kimi, bu il Azərbaycanda biz böyük təbii fəlakətlə üzləşmişdik. Sel və daşqınlar demək olar ki, böyük əraziləri məhv etmişdi, subasma halları baş vermişdi və bu barədə bu gün danışıldı. Mən hesab edirəm ki, bizim müvafiq qurumlar çox böyük məharətlə və peşəkarlıqla işlədilər. Mən bilavasitə bu məsələlərə rəhbərlik edirdim və gündəlik formatda məlumatlar gəlirdi, özüm şəxsən vəziyyətlə tanış olmuşdum. Deyə bilərəm ki, bütün qurumlar çox yaxşı işlədilər, gecə-gündüz bu təbii fəlakətin aradan qaldırılması üçün çox böyük işlər gördük. Həm dövlət qurumları, həm özəl sektor və onu da demək istəyirəm ki, özəl sektoru təmsil edən şirkətlər, onların böyük əksəriyyəti təmənnasız işlədilər. Yəni bu, həqiqətən bir həmrəylik nümunəsi idi.

Əlbəttə ki, Azərbaycan dövləti bütün bu işləri öz üzərinə götürübdür. Bizə müxtəlif ölkələrdən bu münasibətlə yardım göstərmək istəyən zənglər olmuşdur, müxtəlif ölkələrdən, dost ölkələrdən yardımlar təklif edilmişdir. Biz bütün bu təşəbbüslərdə olan insanlara, ölkələrə öz minnətdarlığımızı bildirmək istəyirik. Ancaq onu demək istəyirəm ki, bütün fəlakətin qarşısının alınması və bundan sonra o yerlərin, evlərin bərpası və bənd bərkitmə işlərinin aparılmasını Azərbaycan dövləti öz üzərinə götürür və bütün bu işləri biz özümüz edəcəyik. Həm xilasetmə xidməti, həm səhiyyə nümayəndələri, təhsilin nümayəndələri, suyun idarə olunması ilə bilavasitə məşğul olan qurumlar, tikinti şirkətləri – biz hamımız çox səmərəli işlədik. Ən önəmli məsələ ondan ibarətdir ki, insan itkisinə yol verilmədi. İnsanlar vaxtlı-vaxtında, vaxtından əvvəl o təhlükəyə məruz qala biləcək bölgələrdən köçürüldü, onların müvəqqəti yaşayışı təmin edildi, ərzaq məsələləri, səhiyyə məsələləri, yəni biz bütün bu işlərə operativ şəkildə qoşulduq və maksimum nəticəni də əldə edə bildik.

Biz onu da bilirik ki, bu il dünyada, həm Avropada, həm Amerikada, Asiyada, bütün bölgələrdə təbii fəlakətlər mövcud idi. Böyük insan itkisi ilə müşahidə olunan bu hadisələr əlbəttə ki, bütün dünyanı sarsıtdı. Biz televiziya vasitəsilə görürdük ki, müxtəlif ölkələrdə hansı hadisələr baş verir. Onu deyə bilərəm, böyük nailiyyətimizdir ki, biz bu məsələlərlə bağlı bütün işləri itkisiz gördük. Beləliklə hesab edirəm ki, minimum itkilərlə bu vəziyyətdən çıxdıq.

Ancaq bununla bərabər bu hadisələr bizim iqtisadiyyatımıza çox böyük ziyan vurmuşdur, insanların əmlakı dağıdılmışdır, minlərlə ev, minlərlə hektar torpaq su altında qalmışdır. Bu gün biz artıq bu vəziyyətin yaxşılaşması üçün əlavə tədbirlər görürük. Konkret planlar tərtib edilibdir. Biz ilk növbədə, dağılmış evləri qısa müddət ərzində bərpa etməliyik. Azərbaycan dövləti bu işi öz üzərinə götürür. Bu da, deyə bilərəm ki, dünyada çox nadir olan bir haldır. Başqa ölkələrdə evlər sığortalanıb və dövlət demək olar ki, belə evlərin bərpası ilə məşğul olmur və vəsait də ayırmır. Yəni evlərin sahibləri sığorta şirkətlərindən vəsaiti alacaq və onun hesabına evləri bərpa edəcəklər. Azərbaycanda belə evlərin bərpası ancaq Azərbaycan dövlətinin üzərinə düşübdür və biz bunu edəcəyik. Baxmayaraq ki, o evlərin böyük əksəriyyəti keyfiyyətsiz materiallardan tikilmişdir və məhz buna görə su dəyən kimi dərhal dağıldı. Biz keyfiyyətli materiallardan istifadə edib evləri yaxın zamanlarda bərpa edəcəyik. Çalışmalıyıq ki, qış gələnə qədər işlərin tam əksəriyyəti görülsün və insanlar normal evlərə köçürülsünlər.

Bununla bərabər, bütün texniki məsələlər də həll olunmalıdır, bəndbərkitmə işləri də aparılmalıdır, bütün texniki qurğular saz vəziyyətə gətirilməlidir. Yəni, bu, böyük proqramdır və fəlakət baş verəndən sonra keçirdiyim müşavirələrdə mən bu barədə öz fikirlərimi bildirdim ki, biz kompleks tədbirlərin görülməsinə nail olmalıyıq. Kompleks tədbirlər planı hazırlanıb və biz qısa müddət ərzində bütün bu işləri görəcəyik.

Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar.

Page 137: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

137    

Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir və ünvanlı sosial yardım, eyni zamanda, minimum əməkhaqqı və pensiyanın qaldırılması sosial müdafiə işlərində çox mühüm addım olacaqdır.

Bütün sosial obyektlərin tikintisi davam etməlidir. İlin sonuna qədər səhiyyə, təhsil, idman, mədəniyyət sahələrində infrastruktur layihələri davam etdiriləcək, vəsait var və bu işlər sürətləndirilməlidir. Sahibkarlığa Kömək Milli Fondu hesabından kreditlərin ayrılması daha da sürətli getməlidir. Bu gün burada məlumat verildi ki, artıq ilin əvvəlindən müəyyən məbləğlər verilibdir, ancaq əsas məbləğ hələ ki, bölünməmiş qalır. Hesab edirəm ki, üçüncü rübdə kreditlərin əksəriyyəti verilməlidir ki, heç olmasa ilin sonuna qədər sahibkarlar bu il onlardan istifadə edə bilsinlər. Bu proqram artıq bir neçə ildir ki, aparılır və bu, çox səmərəli təşəbbüsdür. Artıq verilən kreditlərin məbləği qayıdır və o qayıdan məbləğ yenidən işə salınır və beləliklə, biz böyük bir məbləği əldə etmişik. Bu il 100 milyon manatdan çox kreditlər veriləcəkdir. Gələn il yəqin ki, bu məbləğ artacaqdır. Əsas odur ki, konkret, real layihələr, yəni ciddi layihələr təqdim olunsun və onlar tezliklə, keyfiyyətlə icra olunsun.

Xüsusilə nəzərə alsaq ki, Azərbaycan dövləti ölkəmizin inkişafı üçün lazım olan sahələri müəyyən edib və biz sahibkarlara da tövsiyə edirik ki, onlar hansı sahələrdə bu kreditlərdən istifadə etsinlər. Xüsusilə, bildiyiniz kimi, bu il biz sahibkarları daha çox soyuducu anbarların və taxıl anbarlarının tikintisinə yönəltmişik. Demək olar ki, qısa müddət ərzində hər bir bölgədə müasir soyuducu kameralar tikilibdir. Hələ ki, bu kameraların tikintisinə böyük ehtiyac var. Hesab edirəm ki, biz bu il və gələn il bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Bu kreditlər də çox yaxşı işləyir və bölgələrdə kənd təsərrüfatı, emal sənayesi, turizm sahələrində aparılan işlərin çox önəmli hissəsi bu kreditlər hesabına baş verir. Beləliklə, kreditlərin verilməsi prosesi daha da sürətlə aparılmalıdır.

Bu il Azərbaycanda “Ekologiya ili” elan edilibdir və mən çox şadam ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilibdir. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir. Beləliklə qarşımıza qoyduğumuz vəzifə icra olunacaqdır.

Ancaq bununla bərabər bu tədbirləri biz ancaq “Ekologiya ili”ndə görməməliyik. Bu, daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Bu ay biz artıq Avro-2 standartına keçdik. Bu da hesab edirəm ki, çox vacib və əlamətdar hadisədir. Bu, birinci addımdır, bu, bizim bu məsələyə nə qədər ciddi yanaşmağımızı göstərir. Ancaq bu addımdan sonra əlavə başqa addımlar da atılmalıdır. Yəni Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5 var, yəni görülən bütün işlər bu istiqamətə yönəldilməlidir. Avro-2 standartlarına keçid artıq çox ciddi bir addımdır, yəni birinci addımdır.

Bakıda bildiyiniz kimi, məişət tullantıları zavodu tikilir. Balaxanı poliqonunda görülən işlər artıq ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıbdır. Artıq o bölgədən ənənəvi tüstülər qalxmır. Hamımız yaxşı xatırlayırıq ki, vaxtilə oradan qalxan tüstülər bütün şəhəri bürüyürdü və insanların sağlamlığına böyük ziyan idi. Artıq bu məsələ də öz həllini tapıbdır. Yəni, bu, onu göstərir ki, ciddi yanaşma olan halda və konkret tədbirlər görüldüyü halda hər bir məsələ öz həllini tapa bilər. Bəziləri hesab edirdi ki, Balaxanı poliqonu elə orada bizə əbədi problem yaradacaq, bunun qabağını almaq heç cür mümkün deyil və bu, böyük bir fəlakətdir, orada yığılan tullantılar elə yavaş-yavaş yanacaq və tüstü şəhəri bürüyəcəkdir. Amma biz göstərdik ki, əgər iradə varsa və ciddi yanaşma varsa, hər şeyi etmək mümkündür. Beləliklə, ekoloji vəziyyətin, xüsusilə Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu tədbirin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla bərabər bütün bölgələrdə təmizləyici qurğular, içməli suyun verilməsi, kanalizasiya qurulması prosesi davam etməlidir. Yəni bu məsələ daim diqqət mərkəzindədir. Bəzi rayonlarda işlər başlanıb, bəzi rayonlarda hələ ki yox. Hesab edirəm ki, bu sahədə istədiyimizə nail ola bilməmişik. Uzun illərdir ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparır. Danışıqlar 5 ildən çoxdur aparılır. Birinci dəfə bu məsələni mən 5 il bundan əvvəl qaldırmışdım ki, Azərbaycanda kanalizasiya və içməli su məsələləri öz həllini tapmalıdır. Azərbaycan dövləti hazır idi, biz hazır idik ki, qısa müddət ərzində vəsaiti ayıraq və bu məsələ həll olunsun. Ancaq bürokratiya, bəzi hallarda səriştəsizlik, bəzi hallarda beynəlxalq təşkilatlarla aparılan danışıqlarda süründürməçiliyə yol vermə halları bizi ciddi narahat edir. Bu, bizim üçün bu gün əsas məsələdir. Çünki elektrik enerjisi, qazlaşdırma, insanları narahat edən digər məsələlərdə biz böyük irəliləyişə nail ola bildik. Amma hələ ki, içməli su, kanalizasiya məsələləri bizim üçün ən ağır sahədir.

Hesab edirəm ki, qısa müddət ərzində bu sahədə də ciddi tədbirlər görülməlidir. Birinci addımlar atılır və artıq təklif verilmişdir ki, rayon icra hakimiyyətləri bu işlərə qoşulsunlar. Azərbaycan dövləti vəsait ayıracaqdır ki, yerlərdə onlar bu işləri özləri görsünlər. Bir halda ki, bu sahədə bizim planlarımız hələ ki, həyatda öz əksini

Page 138: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

138    

tapmır. Bu məsələ öz həllini təcili surətdə tapmalıdır və qısa müddət ərzində bütün rayon mərkəzlərində, o cümlədən Bakıda içməli su, kanalizasiya sistemi yaradılmalıdır. Bakıda müəyyən işlər görülübdür, daha da böyük işlər görülməlidir. Elə etməliyik ki, Azərbaycan vətəndaşları hər bir yerdə, ölkəmizin istənilən nöqtəsində Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin oluna bilsin.

Oğuz-Qəbələ-Bakı su kəməri bu il istifadəyə verilməlidir. Bu kəmərin tikintisi artıq bir neçə ildir ki, uzanıbdır. Düzdür, bunun müəyyən təbii səbəbləri vardır, çünki bu, bizim üçün yeni bir layihədir. Yəqin ki, bəri başdan hər şeyi hesablamaq çətin idi. Ancaq kəmərin tikintisi zamanı qarşıya çıxan texniki məsələlər bu işin yubanmasına gətirib çıxardı. Eyni zamanda tikinti zamanı lazım olan vəsaitin də çatmayacağı üzə çıxdı, yəni layihə bahalaşdı. Elə etməliyik ki, qısa müddət ərzində, ilin sonuna qədər Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilsin. Beləliklə, Bakı sakinlərinin içməli su ilə təchizatı yaxşılaşsın. Əsas məqsəd budur. Bu, çox böyük layihədir, bunun həm çox praktiki əhəmiyyəti var, eyni zamanda, o, rəmzi xarakter daşıyır. Neft kəmərindən əldə edilmiş gəlirləri biz su kəmərinin tikintisinə yönəltdik. Yəni, böyük bir layihədir, daim diqqət mərkəzində olan bir layihədir. Bu layihənin ilin sonuna qədər uğurla başa çatdırılması tələb olunur.

Ümumiyyətlə, ekoloji vəziyyətlə bağlı görülən işlər təkcə bu məsələlərlə məhdudlaşmır. Azərbaycanda son 6 ildə milli parkların, qoruqların, yasaqlıqların ərazisi iki dəfə artıbdır. İndi Azərbaycan ərazisinin 10 faizi məhz milli parklar, qoruqlar, yasaqlıqlardır. Bu, çox böyük bir rəqəmdir və onu göstərir ki, biz öz təbii sərvətimizə, təbiətimizə çox böyük həssaslıqla yanaşırıq. Elə etməliyik ki, təbiəti maksimum dərəcədə qoruyaq.

Mən neft-qaz sektorunda hasilatla bağlı öz fikirlərimi bildirdim. Bu sahədə işlər yaxşı gedir. Bununla bərabər xarici tərəfdaşlarla yeni kontraktlar imzalanır. Bu, onu göstərir ki, “Əsrin kontraktı”ndan artıq 16 il vaxt keçməsinə baxmayaraq, Azərbaycan xarici investorlar üçün maraqlı ölkə kimi cəlbedicidir və bizimlə iş görmək istəyən şirkətlərin sayı artır. Həm yeni şirkətlər, eyni zamanda bizim ənənəvi tərəfdaşlarımız maraq göstərirlər. Bu çox müsbət haldır. Bir tərəfdən onu göstərir ki, bizim həqiqətən də çox böyük neft-qaz sərvətlərimiz vardır ki, bu günə qədər biz kontraktlar imzalayırıq. Digər tərəfdən onu göstərir ki, ölkəmizdə xarici sərmayələr lazımi səviyyədə qorunur, Azərbaycan investisiyaların qorunması sahəsində çox böyük işlər görübdür. Biz xarici tərəfdaşlarla qarşılıqlı maraqlar əsasında işləyirik. Hər bir tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, o cümlədən Azərbaycan dövləti bütün hallarda kontraktda nəzərdə tutulmuş şərtlərə əməl edibdir və xarici şirkətlər də eyni yanaşmanı göstərir.

Yəni hesab edirəm ki, Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nümunə kimi öyrənilə bilər. Beynəlxalq əməkdaşlıq nəticəsində əldə edilmiş gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq dünya miqyasında bir nümunə kimi göstərilir. Bu sahədə biz maksimum dərəcədə istədiyimizə nail ola bildik. Dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda tətbiq olunur.

Bununla bərabər, bu sahədə hasilatla bağlı məsələlərlə yanaşı, digər məsələlər də öz həllini tapmalıdır, xüsusilə, qaz sektorunda. Bu sahəyə dünyada indi daha da böyük maraq var. Azərbaycan artıq qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib və bizim tərəfdaşlarımızın sayı artır. Bizim ixracımızın istiqamətləri artır. Biz həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıyıq, eyni zamanda, yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görməliyik. Bizim qaz ehtiyatlarımız çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcəkdir.

Bununla bərabər, ölkə daxilində lazımi tədbirlər görülməlidir. Bu tədbirlər görülür. Qazlaşdırma prosesi gedir, yeni kəndlər qazlaşdırılır. Biz rayon mərkəzlərinin hamısına qazın verilməsinə nail ola bildik. Elə etməliyik ki, orada abunəçilərin sayı da artsın. Yeni xətlərin çəkilməsi, kəndlərə qazın verilməsi prosesi davam etməlidir. Qaz anbarlarının həcminin artırılması işində yaxşı nəticələr var. Biz gələcəkdə də bu işlərə diqqət göstərəcəyik.

Enerji sektorunda işlər cədvəl üzrə gedir. Bu il biz üç yeni kiçik hidroelektrik stansiyasının təməlini qoyduq. Azərbaycanda yeni proqram, bərpa olunan enerji növlərinin inkişafı proqramı çərçivəsində Göyçay, Ağdaş və Balakən rayonlarında bu stansiyalar artıq tikilməyə başlamışdır. Bu yaxınlarda mən Balakəndə olarkən “Balakən-1” stansiyasının təməl daşını qoydum. Ancaq təkcə o rayonda 10 kiçik elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Artıq ölkəmizin bütün su resurslarının xəritəsi tərtib olunub. Bu xəritə əsasında bütün çaylarda, harada ki, imkan var, biz kiçik həcmli su elektrik stansiyaları qurmalıyıq. Beləliklə, bu həm ekoloji cəhətdən çox gözəl layihə, eyni zamanda, enerji təhlükəsizliyimizi təmin edən layihə olacaqdır. Təbii ki, ucuz enerjini istehsal etməklə biz daha çox qaza qənaət edəcək və onu ixrac edəcəyik.

Bu il artıq Azərbaycanda günəş elektrik enerjisinin yaradılması işində birinci addımlar atılmışdır. Dünən Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı zamanı mənə nümayiş etdirildi. Azərbaycanda birinci günəş batareyaları qurulubdur və Mərkəzi Seçki Komissiyasının binası tam şəkildə günəş enerjisi hesabına qidalandırılacaqdır. Mənim tərəfimdən göstəriş verildi ki, bu gözəl təşəbbüsü biz qısa müddətdə

Page 139: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

139    

Azərbaycanda daha da geniş yayaq. Yəqin ki, Azərbaycanda günəş batareyaları istehsal edən sahələr də yaradılmalıdır. Nəzərə alsaq ki, bu, bizim strateji və uzunmüddətli siyasətimizdir. Əlbəttə ki, birinci mərhələdə yəqin ki, o batareyalar xaricdən gətirilməlidir. Ancaq biz Azərbaycanda bu istehsalı təşkil etməliyik ki, vəsait Azərbaycandan getməsin və yerli şirkətlər, yerli sahibkarlar bu işlərdən faydalansınlar. Ümid edirəm ki, sahibkarlar da məni eşidirlər, bu sahəyə dövlət çox böyük diqqət göstərir. Mən hesab edirəm ki, biz bu işlərə vaxtında başlamışıq.

Bizim həm neftimiz, həm qazımız var. Yəni biz alternativ enerji mənbələri olmadan da öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edirik və başqa ölkələrin də enerji təhlükəsizliyi işlərində iştirak edirik. Ancaq mən hesab edirəm ki, biz bu gün bərpa olunan enerji növlərinin yaradılmasına başlamalıyıq. Bu, bizim həm iqtisadi gücümüzü artıracaq, eyni zamanda, bu, bizim ümumi işə, dünyada gedən proseslərə böyük töhfəmiz olacaqdır. Çünki iqlim dəyişikliyi məsələləri artıq dünyada çox böyük müzakirə mövzusuna çevrilibdir. Düzdür, Azərbaycan öz tərəfindən iqlim dəyişikliyinin dərinləşməsinə dünya iqlimi üçün problem yaradan ölkə deyil. Ancaq bu bizim töhfəmiz olacaqdır. Bir də ki, bu müasirlikdir, yenilikdir, ekoloji standartlardır. Bu sahədə işlər görülməyə başlayıb və hesab edirəm ki, bu, çox sürətlə inkişaf etməlidir. Nəzərə alsaq ki, dövlət büdcəsində də dövlət tərəfindən görüləcək işlərin sürətləndirilməsi üçün kifayət qədər vəsait var. Ancaq bununla bərabər biz özəl sektoru da bu işlərə dəvət edirik.

Yəqin ki, yaxın zamanlarda, gələn ilin dövlət büdcəsi ilə bağlı konkret işlər başlanacaqdır. Artıq ilin birinci yarısı arxada qaldı. Biz gələn ilin büdcəsi haqqında fikirləşməliyik. Bilirəm ki, Maliyyə Nazirliyində bu məsələlərlə bağlı işlər gedir. Ümumiyyətlə, artıq Azərbaycanın dövlət büdcəsi oturuşmuş büdcədir. Biz çalışmalıyıq ki, büdcəmizi maksimum dərəcədə vergilər, rüsumlar hesabına təmin edək. Çalışmalıyıq ki, Neft Fondundan transfertləri çox da şişirtməyək. Ancaq bu da lazımlı vəsaitdir, Azərbaycanın sürətli inkişafını təmin edir.

Mən bayaq qeyd etdiyim kimi, bizim valyuta ehtiyatlarımız artır. İlin sonuna qədər daha da artacaqdır. Ancaq biz bu ehtiyatlardan çox qənaətlə istifadə etməliyik. Biz resursları maliyyə resursları, kreditlər, investisiyalar şəklində ölkə iqtisadiyyatına qoymalıyıq ki, həmin layihələr də öz növbəsində milli gəlir gətirsin və bunun hesabına Azərbaycanın büdcəsi dolsun. Bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Əgər biz çox böyük investisiyaları qoymasaydıq, əgər biz bəzi beynəlxalq məsləhətçilərə qulaq assaydıq və ehtiyatları sadəcə olaraq yığsaydıq, bu gün Azərbaycan iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu “Holland xəstəliyi” ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır. Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya proqramı geniş olmalıdır. Bu proqram 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tərkib hissəsidir. Yəni, 2013-cü ilə qədər biz ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri həll etməliyik. Qarşıya belə məqsəd qoyulubdur.

2011-ci ilin dövlət büdcəsi həmişə olduğu kimi investisiya yönümlü olmalıdır. Eyni zamanda, o büdcədə bütün sosial məsələlər də öz həllini tapmalıdır. Deyə bilərəm ki, Azərbaycanda əsas investisiya layihələri - elektrik stansiyaları, yollar, digər infrastruktur layihələri, su anbarları - artıq ya başa çatıbdır, ya da başa çatmaq üzrədir. Biz bu il Tovuzçay su anbarının tikintisinə başlamalıyıq. Bu da çox nəhəng bir layihədir, həm elektrik enerjisinin verilməsi, eyni zamanda, suların tənzimlənməsi layihəsidir. Əgər Tovuzçay su anbarı vaxtında tikilsəydi, bu daşqınlar da, sellər də bizə bu qədər əziyyət verməzdi. Çünki həmin su anbarı hesabına istənilən həcmdə suyun idarə olunmasına nail ola bilərik. Yəni, bu layihənin icrası bir neçə il çəkə bilər. Ancaq bu il başlamalıyıq və bu işi də uğurla başa vurmalıyıq.

Demək istəyirəm ki, yəni əsas, təcili, təxirəsalınmaz infrastruktur layihələri ya başa çatıb, ya da ki, icra olunur. Ona görə biz çox dəqiq və ciddi baxmalıyıq ki, gələn il hansı sahələrə dövlət investisiyalarını yönəldək ki, ölkəmizin hərtərəfli inkişafı təmin edilsin, qeyri-neft sektoru inkişaf etsin, beləliklə ölkəmiz uzun illər bundan sonra da dayanıqlı iqtisadiyyata malik olsun.

Page 140: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

140    

Bir də demək istəyirəm ki, altı ayın göstəriciləri arasında ən təsirli və mənim üçün ən əhəmiyyətlisi məhz qeyri-neft sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması bizim iqtisadi siyasətimizin nəticəsidir. Digər göstəricilər də əlbəttə ki, çox vacibdir – inflyasiya, əhalinin pul gəlirləri, ÜDM, sənaye istehsalı, 15 faiz artan qeyri-neft sektorunun inkişafı görülən işlərin nəticəsidir. Əlbəttə ki, görülən işlərin nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə, daim fəal olmalıyıq, işləməliyik. Ölkədə görüləsi işlər də çoxdur. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin. Bax, əsas məqsəd budur.

Gələn altı ayda görüləcək işlər bəllidir. Bütün nazirliklər, dövlət qurumları öz vəzifə borclarını yerinə yetirirlər. Əminəm ki, ilin sonuna qədər də bu müsbət tendensiyalar davam edəcəkdir. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 14 iyul.- N 149.- S.1-4.

Page 141: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

141    

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri Dövlət başçılarının birgə mətbuat konfransı

Bakı, 19 iyul (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 18-də Batumidə geniş tərkibdə

görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir.

Dövlət başçıları bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Çox sağ olun, hörmətli cənab Prezident, əziz dostum! İlk növbədə məni Gürcüstana dəvət etdiyinizə görə

Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Batumidə olmağımdan çox məmnunam. Burada gördüyüm dəyişikliklər, inkişaf məni bir dost kimi çox sevindirir. Bu, bilavasitə Sizin Prezident kimi fəaliyyətinizin nəticəsidir. Batumi gündən-günə gözəlləşir, abadlaşır, müasir binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır. Mən iki il bundan əvvəl Batumidə olmuşam və müqayisə aparmaq üçün indi məndə kifayət qədər imkanlar vardır. Gördüklərim məni çox sevindirir. Çünki Sizin uğurunuz bizim də uğurumuzdur. Sizin fəaliyyətiniz nəticəsində Gürcüstan xarici sərmayələr üçün çox cəlbedici ölkəyə çevrilibdir. Gürcüstana milyardlarla vəsait yatırılır və xarici şirkətlər tərəfindən göstərilən etimad çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam vardır.

Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar.

Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət – Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək.

Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik.

Bu gün bölgədə mövcud vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik.

Mən bir daha demək istəyirəm ki, qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam. Əminəm ki, Sizin rəhbərliyinizlə Gürcüstan bundan sonra da uğurla inkişaf etməyə davam edəcək və Sizin qoyduğunuz bütün vəzifələr uğurla icra ediləcəkdir. Sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

X X X

“RUSTAVİ-2“ televiziya kanalının müxbiri: Bir qədər əvvəl sizin təkbətək və geniş tərkibdə

görüşləriniz oldu. Siz konkret olaraq hansısa bir razılaşma əldə etdinizmi?

Page 142: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

142    

Prezident Mixeil SAAKAŞVİLİ: Biz burada nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolu haqqında danışdıq və bildirdik ki, Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. Biz burada əlaqələndirmə məsələsini qaldırdıq. Bütün bunların hamısı iqtisadiyyatımızın inkişafına, ölkələrimizə sərmayələrin qoyulmasına xidmət edəcəkdir. Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik.

Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə qədər avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədi ilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır.

Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər.

Təbii ki, bu əməkdaşlığın əsası 1993-cü ildən sonra qoyulmuşdur. Mən Azərbaycanda gedən sürətli inkişafı və müsbət dəyişiklikləri xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır. Azərbaycanın dünyada nüfuzu artır. Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində son illər bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır.

Prezident İlham ƏLİYEV: Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bizim dəmir yolu sahəsində planlarımız reallaşır, energetika sahəsində birgə başladığımız və uğurla icra etdiyimiz layihələr bu gün artıq regional müstəvidən çıxıbdır. Gürcüstan-Azərbaycan strateji dostluğu və müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilibdir. Bizim əlaqələrimizin möhkəmlənməsi, yeni məsələlərin həlli nəticəsində bölgədə daha da proqnozlaşdırıla bilən vəziyyət yarana bilər. Biz bu əlaqələrə sadiqik. Bayaq qeyd etdiyimiz kimi, biz bu əlaqələrimizi dərin tarixi köklərə bağlayırıq. Bu əlaqələr xalqlar arasında olan əlaqələrdir. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, tarix boyu gürcü və Azərbaycan xalqları dostluq, mehribanlıq şəraitində yaşamışlar, bir-birilərinə böyük rəğbətlə yanaşırlar. Xalqlar arasındakı münasibətlər də ikitərəfli münasibətlərə öz töhfəsini verir.

Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox ciddi şəkildə müzakirə edirik. Amma bununla bərabər humanitar sahədə əməkdaşlıq da böyük məna daşıyır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bizim ölkələrimiz arasında körpü rolunu oynayır. Onlar bizim ölkələrimizin dəyərli vətəndaşlarıdırlar, öz vətənlərinə böyük məhəbbətlə yanaşırlar və öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirirlər. Yəni ki, bizim aramızdakı münasibətlər hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin dərin tarixi kökləri vardır. Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikir və duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar.

AZƏRBAYCAN TELEVİZİYASI-nın müxbiri: Mənim sualım Gürcüstan Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycanın ölkənizə investisiya qoyuluşunun Gürcüstan iqtisadiyyatının inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz? Sağ olun.

Mixeil SAAKAŞVİLİ: Bizim üçün ən ağır vaxtlarda Azərbaycanın göstərdiyi yardım həlledici idi. Bu, yalnız yardım deyildi, bu, çox uğurlu bir yardım idi. Bu, bizim ikitərəfli əməkdaşlığımızı gücləndirdi. ARDNŞ-in Gürcüstandakı fəaliyyəti, bizim limanlarımızda apardığı işlər çox vacibdir. Dəmir yolu layihəsi də bizim üçün çox mühümdür. Bütün bunlar Azərbaycan şirkətləri ilə birgə həyata keçirilən məsələlərdir. Bildiyiniz kimi, burada turizm infrastrukturunda da Azərbaycan şirkəti işləyir. Bu da bizim üçün vacibdir. Bütün bunlar təkcə siyasi səviyyədə deyil, ayrı-ayrı insanlar, fərdlər arasında əlaqələrin, eyni zamanda, humanitar sahədə bizim işbirliyimizin, maraqlarımızın bir göstəricisidir. Bütün bunlar bir-birinə təbii yolla bağlı olan məsələlərdir. Bu

Page 143: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

143    

da bizim daha da dərin inteqrasiyamıza xidmət edir. Biz Azərbaycanın həyata keçirdiyi strateji siyasətin praqmatik, düzgün nəticələrini görürük və bu siyasət uzaqgörən bir siyasətdir. Bunun nəticəsində biz praktiki olaraq, hər gün yaxşı nəticələr əldə edirik. Bu nəticələr hətta hökumətlərin maraqlarından da kənara çıxır. Çünki biz bir-birimizə dostcasına, mehribancasına yanaşırıq. Çalışırıq ki, bizi maraqlandıran məsələləri birgə həyata keçirək. Bütün bunların arxasında bizim birgə ideyalarımız durur. Bütün bunlar bu tarixi prosesin bir elementidir.

Mən bu mətbuat konfransına görə bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz Sizin xoşunuza gələcəkdir.

“Xalq qəzeti”.- 2010.- 20 iyul.- N 154.- S.1-2.

Page 144: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

144    

Prezident İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak etmişdir

Bakı, 21 iyul (AzərTAc). İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin

Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə bütün vəzifələr icra olunur.

Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir. Əlbəttə ki, görülən bütün bu işlər imkan verəcəkdir ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində dünya səviyyəsində aparılsın. Digər tərəfdən zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın ixrac potensialı da gücləndirilsin. Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Azərbaycanın bütün bölgələrində iş yerləri sürətlə açılır, insanlar işlə təmin olunurlar.

Zavodun fəaliyyətə başlaması nəticəsində Azərbaycan artıq duzu ixrac edən ölkəyə çevrilir və öz daxili tələbatını tam şəkildə ödəyəcəkdir. Bu, bizə imkan verəcəkdir ki, yerli istehsalı daha da gücləndirək, idxaldan asılılığımızı azaldaq və beləliklə, Azərbaycanı daha da uğurla irəliyə aparaq. Bax, bu amillər onu göstərir ki, bizim iqtisadi sahədəki bütün təşəbbüslərimiz öz gözəl nəticələrini verir. Eyni zamanda, bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər.

İnsanların sağlamlığı üçün Azərbaycan dövləti çox şey edir. Həm səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar, bununla bərabər Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları yüksək keyfiyyətə malik olmalıdırlar. Artıq Azərbaycanda bu işlər çox sürətlə təşkil olunur və biz keyfiyyətsiz mallara qarşı çox ciddi mübarizə aparırıq. Həm idxal nəticəsində gətirilən keyfiyyətsiz malların bazardan yığışdırılması, eyni zamanda, daxildə istehsal olunan keyfiyyətsiz malların aşkarlanması və yığışdırılması prosesi sürətlə gedir. Bu nöqsanları buraxan sahibkarlar da ciddi şəkildə cəzalandırılmalıdırlar. Çünki insanların sağlamlığı əsas vəzifədir.

Bir daha demək istəyirəm ki, duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. O da sevindirici haldır ki, bu zavodun yaradılmasında həm “Azersun” şirkəti, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkəti də iştirak etmişdir. Biz Azərbaycan Dövlət İnvestisiya Şirkətini məhz o məqsədlə yaratdıq ki, yerli və xarici investorlarla bərabər Azərbaycanın sənaye və iqtisadi inkişafı üçün lazım olan sahələrə investisiyaları cəlb etsin və o prosesi təşkil etsin. Artıq Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti öz bəhrəsini verir. Bax bu birgə fəaliyyət nəticəsində - dövlət qurumu və özəl şirkət - bu gözəl müəssisə yaradılıbdır.

“Azersun” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu şirkətin fəaliyyəti çox genişdir. Məni çox sevindirən odur ki, Azərbaycanda yerli istehsalın yaradılması işinə “Azersun” şirkəti böyük töhfəsini verir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı sahəsində bu şirkətin töhfəsi çox böyükdür. Mən ümid edirəm ki, gələcəkdə bu şirkət öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir.

Bu zavodun yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaqdır. Bu sahə bizim üçün ən prioritet sahələrdən biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı 15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər görülmüş işlərin nəticəsidir.

Page 145: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

145    

Bir sözlə, zavodun açılışı çox müsbət bir haldır. Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır, bu zavod daxili tələbatı tam şəkildə təmin edəcəkdir. Biz gərək öz daxili bazarımızı qoruyaq və bunu etmək üçün yəqin ki, əlavə tədbirlər də görüləcəkdir. Artıq duzun idxalına heç bir ehtiyac qalmır, xüsusilə nəzərə alsaq ki, burada istehsal olunan duz ən yüksək standartlara cavab verir. Beləliklə, Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də ki, bizim böyük ixrac potensialımız da artacaqdır.

Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 21 iyul.- N 156.- S.1.

Page 146: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

146    

Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir

Bakı, 22 iyul (AzərTAc). İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni

binasının açılışında iştirak etmişdir. Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

-Sağ olun, təşəkkür edirəm. İlk növbədə, mən sizi və Azərbaycanın bütün ictimaiyyətini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bizim mətbuatımızın böyük ənənələri var və bu ənənələr yaşayır.

Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynamışdır. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atmışdır. Siz öz çıxışınızda mətbuatla bağlı son illər ərzindəki tarixdən danışdınız. Bu, doğrudan da çox gözəl tarixdir. Azərbaycan müstəqil ölkə kimi 1991-ci ildə dünya xəritəsində yarandı. Bildiyimiz kimi, o vaxt Azərbaycanda müstəqil media yaranmaqda idi. Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdır və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir. Ancaq o vaxt - 1991-ci ildə azad mətbuatın fəaliyyəti üçün hələ ki, lazımi şərait yox idi.

Ancaq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. Qeyd etdiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır.

Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər. Azərbaycanda internet istifadəçilərinin sayı 40 faizdən yuxarıdır. Biz bütün məktəblərdə kompyuterləşmə proqramını tətbiq edirik, internetə qoşuruq. Yəni Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür, dövlət konsepsiyası qəbul edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir.

Bir sözlə, medianın bugünkü vəziyyətini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Əlbəttə ki, problemlər də var və bu problemlər haqqında siz də öz çıxışınızda fikirlərinizi söylədiniz. Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər.

Bizim iqtisadi imkanlarımız əlbəttə ki, artır və bu, bizə əlavə imkanlar yaradır. Ancaq mən tam əminəm ki, iqtisadi islahatlar siyasi islahatlar aparılmadan ölkəyə uzunmüddətli uğur gətirə bilməz. Qısamüddətli uğur gətirə bilər. Xüsusilə təbii sərvətlərlə zəngin olan ölkələrdə iqtisadi islahatların düzgün istiqamətdə aparılması sayəsində qısamüddətli uğurlar əldə oluna bilər. Ancaq biz uzunmüddətli inkişafımızı təmin etmək istəyiriksə, mütləq siyasi islahatlar iqtisadi islahatları dəstəkləməlidir, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır. Əlbəttə ki, biz öz siyasətimizdə regionda mövcud olan vəziyyəti, Azərbaycanın reallıqlarını

Page 147: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

147    

nəzərə alırıq. Eyni zamanda biz dünyada gedən prosesləri də çox ciddi izləyirik, tarixi də yaxşı bilirik. Bilirik ki, keçid dövrünü yaşayan ölkələr hansı çağırışlarla, hansı problemlərlə üzləşirlər. Azərbaycanda həmin problemlərin minimum səviyyəyə endirilməsi, risklərin azaldılması istiqamətində çox dəqiq, düşünülmüş, ancaq eyni zamanda ardıcıl siyasət aparılmalıdır. Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır. Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə - həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik.

Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır.

Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir. Mən hesab edirəm ki, biz bu məqsədə yaxınlaşırıq. Çünki bizim cəmiyyətimizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Milli mənəvi dəyərlər üzərində müasir, dünyəvi, dünyaya açıq olan dövlət qurmaq bizim əsas məqsədimizdir. Bunu etmək üçün iqtisadi imkanlar olmalıdır, iqtisadi müstəqillik olmalıdır, siyasi azadlıqlar olmalıdır. Baxın, indi Azərbaycan dünyada çox böyük və müsbət imicə malik olan ölkədir. Biz Avropa Şurasının, İslam Konfransı Təşkilatının üzvüyük. Nadir ölkələrdənik ki, hər iki təşkilatın üzvüyük və hər iki təşkilatda Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan bu gün və gələcəkdə sivilizasiyalararası dialoqun inkişafı üçün çox mühüm rol oynayır və oynayacaqdır. Artıq Azərbaycanda bu istiqamətdə bir neçə beynəlxalq tədbirlər də keçirilibdir. Bizim həm coğrafi vəziyyətimiz, həm keçmişimiz və ümumiyyətlə apardığımız siyasət Azərbaycanın bu istiqamətdəki rolunu artıracaqdır.

Mən hesab edirəm ki, Azərbaycanda həm iqtisadi, həm siyasi islahatların aparılmasında çox müsbət dəyişikliklər baş verdi. Ancaq o demək deyil ki, bu sahədə bütün problemlər öz həllini tapıbdır. Biz öz problemlərimizi bilirik, onları həll etməyə çalışırıq. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, lazım gələndə onların məsləhətlərinə də ciddi yanaşırıq. Ancaq son qərarı özümüz qəbul edirik, yəni Azərbaycan xalqı qəbul edir. Bu, bizim hüququmuzdur. Bizim müstəqil tariximiz bir neçə dəfə göstərmişdir ki, Azərbaycan xalqının iradəsi əsasında qəbul edilmiş qərarlar müsbət nəticələr verir. Biz bundan sonra da bu sahədə müstəqil addımlarımızı davam etdirəcəyik ki, ölkəmizi uğurla və sürətlə inkişaf etdirək.

Mən hesab edirəm ki, media ilə bağlı qaldırdığınız məsələlər çox böyük əhəmiyyət kəsb edir. Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən qədər vaxt lazımdır.

Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir. Mən bu məsələ ilə bilavasitə məşğul olan bir insan kimi və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri kimi bütün bu işləri yaxından bilirəm. Deyə bilərəm ki, 2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. Çünki hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun. Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülmüşdür, yüzlərlə insan həbs olunmuşdur, prezidentliyə namizəd ev dustağı olmuşdur, millət vəkilləri, media nümayəndələri həbs edilmişlər. Ancaq

Page 148: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

148    

sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıbdır, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıbdır.

Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək. Ona görə diffamasiya ilə bağlı məsələlərə gəldikdə, mən hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın.

Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir.

Ancaq bununla bərabər o da həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ ilə məşğul olacağam.

Jurnalist kadrların hazırlanması ilə bağlı qaldırdığınız məsələ çox vacibdir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm və hesab edirəm ki, müxtəlif proqramlar əsasında biz bu məsələ ilə daha da ciddi məşğul olmalıyıq. Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da, buna böyük ehtiyac vardır.

Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir. Bu gün bütün sahələrdə - iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır.

Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır. \

Mən istərdim ki, jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyimi bildirim. Dediyim məsələlər bu məsələ ilə də bağlıdır. Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaqdır.

Page 149: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

149    

Bu məsələ ilə bağlı mən heç kimə heç bir göstəriş verə bilmərəm. Ancaq sadəcə olaraq öz fikirlərimi bildirmək istəyirəm və hesab edirəm ki, Mətbuat Şurası da bu istiqamətdə öz lazımi tədbirlərini görəcək ki, jurnalistlərin məsuliyyəti və müstəqil jurnalistikanın müstəqil orqanlarının gücləndirilməsi işində biz daha da böyük uğurlara nail olaq.

Mən bunu da bilirəm, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə ümumiyyətlə son qoyulmalıdır. Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaqdır. Çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq.

Ona görə mən yenə də deyirəm ki, belə hallar var. Mən istərdim ki, belə hallar olmasın. Xarici dairələrin kifayət qədər media resursları var ki, onların vasitəsilə istədiklərini bildirsinlər, xüsusilə yenə də deyirəm, internet dövründə bunu etmək o qədər də çətin deyildir.

Jurnalistlərin məsuliyyəti ilə bağlı dediyim sözlərə əlavə olaraq jurnalistlərin hüquqları haqqında da bir neçə kəlmə demək istəyirəm. Bu məsələ ilə də bağlı biz ciddi işləməliyik. Jurnalistlərin hüquqları tam şəkildə qorunmalıdır, müdafiə olunmalıdır. Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir. Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin mənası öz təsirini göstərəcəkdir.

Bununla bərabər, Azərbaycanda bütün kateqoriyadan olan insanların hüquqları qorunmalıdır. Bu istiqamətdə əlbəttə ki, biz daha da böyük addımlar atmalıyıq. Mən onu da demək istəyirəm və tam əminəm ki, Azərbaycanda bütün vətəndaşlar - Prezidentdən başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu vətəndaşlar olmalıdır. Yəni, qanun qarşısında heç kimin imtiyazı ola bilməz. Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir. Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik.

Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə, müharibə şəraitində olan ölkələrdə bu, daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək.

Medianın bu sahədəki fəaliyyəti əvəzolunmazdır. Məsələn, hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik ilə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik. Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq. Biz özümüz özümüzü inandırmamalıyıq, biz onsuz da bilirik, nələr baş veribdir.

Sadəcə olaraq bu mövzu daim gündəlikdə olmalıdır. Mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümdə bu barədə öz fikirlərimi söylədim ki, biz heç vaxt sakitləşməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü

Page 150: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

150    

bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq.

Ona görə ölkə daxilində, sadəcə olaraq bu mövzu daim işıqlandırılmalıdır. O ki qaldı, xarici mətbuatla bağlı məsələlərdə, biz çalışmalıyıq ki, öz mövqeyimizi daha da dolğun şəkildə və daha da ağıllı şəkildə çatdıraq. Xüsusilə nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir - faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Ona görə mən hesab edirəm ki, biz bu istiqamətdə daha da ciddi işlər aparmalıyıq.

Bununla bərabər, əlbəttə ki, qeyd etdiyim kimi, bütövlükdə bu məsələ ilə bağlı Azərbaycan mətbuatında vahid mövqe var, amma istisnalar da olur. Bu, əlbəttə ki, çox üzücü bir haldır. Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında bu məsələ ilə bağlı başqa fikir ola bilməz. Separatistlərə bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır.

Qaldırdığınız digər məsələlərlə bağlı, jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin.

Mən bir daha sizi bu gözəl gün, hadisə münasibətilə təbrik edirəm. Hesab edirəm, bugünkü bayram günü bir fürsətdir ki, biz görüşək, səmimi şəkildə danışaq. Mən də öz fikirlərimi sizə çatdırım ki, biz bundan sonra da belə əməkdaşlıq şəraitində öz işlərimizi davam etdirək.

“Xalq qəzeti”.- 2010.- 22 iyul.- N 157.- S.1-2.

Page 151: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

151    

Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılmışdır Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev

mərasimdə iştirak etmişdir

Bakı, 10 avqust (AzərTAc). Avqustun 10-da Azərbaycan sərhədçilərinin peşə bayramı ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olmuşdur.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin

açılış mərasimində nitqi

-Əziz sərhədçilər, mən sizi Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda xidmətinizdə uğurlar

diləyirəm! Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Üç il bundan əvvəl akademiyanın

yaradılması haqqında imzaladığım Sərəncam bu gün artıq reallığa çevrilib. Bu gözəl, əzəmətli, möhtəşəm binada bizim gələcək sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və öz peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün şərait yaradılıb. Ən müasir avadanlıq, ən gözəl, keyfiyyətlə tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq üçün bütün şərait vardır. Bu akademiya qısa müddət ərzində və böyük keyfiyyətlə artıq tikilibdir və bu gün fəaliyyətə başlayır. Mən şübhə etmirəm ki, akademiyada oxuyan kursantlar öz gələcək fəaliyyətləri üçün lazım olan bilikləri burada alacaqlar. Bizə bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.

Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə böyük diqqət göstərilir. Azərbaycanda bu sahə prioritet sahələrdən biridir. Minlərlə məktəblər tikilir, ali məktəblər təmir olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı və vətənpərvər olsunlar. Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması bu məqsədləri güdür.

Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Sərhəd Xidmətinin formalaşması işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir. Qəbul edilmiş proqram əsasında bütün tikinti işləri demək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Bu məsələyə biz böyük diqqət göstəririk. Mən bütün sərhədlərdə dəfələrlə olmuşam, şəxsi heyətlə görüşmüşəm, vəziyyətlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki, sərhədlərimiz lazımi səviyyədə qorunur.

Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizi böyük dərəcədə gücləndirməliyik və buna nail olmuşuq. Bu gün həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd Xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımından bizdə heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə görülsün. Mən görürəm ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli şəkildə istifadə olunur. Sərhədçilər üçün, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır. Yəni bütün bunlar Sərhəd Xidmətinin inkişafına yönələn böyük addımlardır.

Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır.

Biz elə etməliyik ki, gələcəkdə də bu məsələ daim diqqət mərkəzində olsun. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunsun. Gələcəkdə, əlbəttə ki, bu məqsədlərin həlli üçün əlavə vəsait ayrılacaqdır, yeni texniki imkanlar da əldə olunacaqdır.

Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-

Page 152: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

152    

sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir.

Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir.

Biz ölkədə gedən işləri yüksək səviyyədə qururuq. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Maliyyə imkanlarımız, hərbi xərclərimiz artır və hərbi xərclərimiz dövlət büdcəsində ən birinci yerdədir. Bu, belə də olmalıdır, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır, atəşkəs rejimi bağlanıbdır. Ancaq müharibə davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək.

Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaqdır.

Biz elə etməliyik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Azərbaycanın böyük və gözəl gələcəyi vardır, artıq gözəl gerçəkliyi vardır. Bu gün ölkəmiz sözün əsl mənasında intibah dövrünü yaşayır. Bütün sahələrdə quruculuq, abadlıq işləri, sürətli inkişaf təmin olunur. Bütün regionlarda işlər sürətlə gedir. Bakı – gözəl şəhərimiz gözəlləşir, abadlaşır. Bizim maliyyə imkanlarımız artır. Uğurlu neft siyasətimiz, regionların inkişafı. Bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı artıq reallıqdır. Biz ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq.

Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlərə çatıbdır. Biz müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Azərbaycan etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün istiqamətlərdə işimizi konkret proqramlar çərçivəsində qurmuşuq. Bütün istiqamətlərdə inkişaf, tərəqqi vardır.

Ölkəmizin təhlükəsizliyinin qorunması üçün Sərhəd Xidmətinin çox böyük rolu vardır. Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər. Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bir daha demək istəyirəm ki, o vaxt Azərbaycanda sərhəd infrastrukturu yox idi və xaricdən erməni terror təşkilatlarının təşkil etdiyi terror aktları Azərbaycan dövlətini sarsıtmışdı. Nəyə görə? Çünki biz öz sərhədlərimizi o vaxt qoruya bilmirdik. Bu gün Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur. Bu, bizə imkan verir ki, ölkə daxilində bütün işləri lazımi səviyyədə aparaq. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimizdir. Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq. Azərbaycan xalqının firavan gələcəyini təmin edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi üçün bütün tədbirləri görəcəyik.

Bir daha demək istəyirəm ki, Sərhəd Xidmətinin bu işlərdə böyük rolu və töhfəsi vardır. Sərhədçilər sərhədlərimizi müxtəlif yollarla pozmaq istəyənlərə qarşı mübarizə aparırlar, döyüşürlər və qələbə qazanırlar. Görülən bütün bu işlərlə bağlı mən Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik etmək istəyirəm. Akademiyanın açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə Vətən uğrunda şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram! Sağ olun!

“Xalq qəzeti”.- 2010.- 11 avqust.- N 173.- S.1-2.

Page 153: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

153    

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün

mətbuat konfransı

Bakı, 16 avqust (AzərTAc). Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli cənab Prezident, əziz qardaşım! Hörmətli qonaqlar! Cənab Prezident, mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş

gəlmisiniz. Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Mən şübhə etmirəm ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaqdır.

Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi iş birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.

Bu gün biz Sizinlə təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə bütün bu məsələləri geniş müzakirə etdik, ikitərəfli münasibətlərimizi bir daha təhlil etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və bir daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında, qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir.

Qeyd etdiyim kimi, əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bu gün biz Sizinlə iqtisadi və siyasi sahədəki əməkdaşlığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə-Azərbaycan biznes forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın böyük tarixi vardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyət daha da geniş olacaqdır. Bu gün bu mühüm layihələr yeni vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Həm bölgədəki vəziyyətə müsbət təsir göstərir, eyni zamanda, gələcək çoxtərəfli regional əməkdaşlıq üçün də mühüm şərt kimi mövcuddur. Bu gün biz bərabər həyata keçirdiyimiz dəmir yolu layihəsi üzərində işləyirik. Bu yol da həm Türkiyəni Azərbaycanla, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu yolun tikintisi nəticəsində həm siyasi, həm iqtisadi maraqlarımız tam şəkildə təmin olunacaqdır. Buna bənzər digər layihələr mövcuddur, danışıqlar mövzusudur və əminəm ki, iki xalqın ortaya qoyduğu iradə sayəsində biz bütün məqsədlərimizə çatacağıq. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr türkdilli ölkələr arasındakı əlaqələrə ciddi təsir göstərir. Bu sahədə də fikirlərimiz üst-üstə düşür. Keçən il Naxçıvanda keçirdiyimiz zirvə görüşü və o görüş zamanı əldə edilmiş razılaşmalar artıq reallaşır. Yaxın zamanlarda Türkiyədə keçiriləcək növbəti zirvə görüşü də əminəm ki, çox uğurlu olacaq və beləliklə, türkdilli ölkələrin əməkdaşlığı daha da genişlənəcəkdir. Bütövlükdə türk dünyasının birləşməsi üçün Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri vardır.

Biz bütün başqa sahələrdə qardaş, dost kimi əməkdaşlıq edirik, iş birliyi aparırıq. Bu, bizim strateji xəttimizdir. Dahi liderlərimiz bu yolu bizə göstəriblər. Böyük öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma düşür. O demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir.

Müzakirə etdiyimiz məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, bütün beynəlxalq hüquq normaları pozulmuşdur. Beynəlxalq təşkilatlar – BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı,

Page 154: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

154    

Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamələr, qərarlar qəbul etmişdir və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, öz siyasi və diplomatik səylərini artıracaqdır. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Fürsətdən istifadə edərək, Sizə və bütün qardaş türk xalqına Azərbaycana bu məsələ ilə bağlı daim dəstək verdiyinizə görə minnətdarlığımı, təşəkkürümü bir daha bildirmək istəyirəm.

Bir daha əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaqdır. Sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

X X X

Uğur Alıcı (TRT): Birinci sualım hər iki pezidentədir. İki ölkə arasında münasibətlər tarixi əlaqələrə bağlıdır. Bu çərçivədə viza rejiminin aradan qaldırılması məsələsi səfər zamanı müzakirə olundumu? Digər sualım isə Ermənistan ilə Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllindəki son vəziyyətlə əlaqədardır. Ermənistanın nizamlanma prosesi ilə bağlı göstərdiyi diplomatik yol çözümsüzlüyə istiqamətlənibmi? Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bu gün görüş zamanı gündəlikdə olan bütün məsələlər müzakirə olundu və çox ciddi fikir mübadiləsi aparıldı. Qeyd etdiyim kimi, bütün məsələlər çox səmimi və qardaşlıq şəraitində müzakirə olundu. Türkiyə ilə Azərbaycan arasında çoxsaylı müqavilələrin olması aramızdakı əlaqələrin inkişafı üçün hüquqi zəmin yaradır. Beləliklə, deyə bilərəm ki, bütün sahələrdə aramızdakı əlaqələri hüquqi sənədlər tənzimləyir. Viza məsələsi də bu gün müzakirə olundu. Bu məsələnin həlli üçün Azərbaycan da daxili prosedurlar keçməlidir. Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Bildiyiniz kimi, Türkiyə bütün türkdilli ölkələrlə vizaların birtərəfli qaydada qaldırılması üçün praktiki addımlar atmışdır. Biz bu addıma görə çox minnətdarıq. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə, mən deyə bilərəm ki, biz artıq həlledici mərhələdəyik. Çünki son 5-6 il ərzində aparılan danışıqlar müəyyən təkliflərin hazırlanmasına gətirib çıxarmışdır. Bu təkliflər Minsk qrupu tərəfindən rəsmi şəkildə Ermənistana və Azərbaycana təqdim edilmişdir. Təkliflər balanslaşdırılmış mahiyyət daşıyır. Təkliflərin qəbul olunacağı təqdirdə məsələnin dinc yollarla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkün olacaqdır. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğala məruz qalmış bölgələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılır və Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Bununla bərabər, təhlükəsizliyin təmin olunması üçün bölgədə sülhməramlı qüvvələr yerləşdirilir. Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyət göstərməsi və digər məsələlər nəzərdə tutulur. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal altından çıxır və beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulur.

O ki qaldı, Dağlıq Qarabağın son statusuna, bu, gələcəyin işidir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan kənarda heç bir statusuna Azərbaycan heç vaxt öz razılığını verməyəcək və beynəlxalq hüquq normaları bu mövqeyi müdafiə edir. Əgər Ermənistan tərəfi konstruktivlik nümayiş etdirərsə və beynəlxalq normalara hörmətlə yanaşarsa, bütün beynəlxalq təşkilatların qətnamələrinə riayət edərsə və başqa ölkənin torpaqlarından öz işğalçı qüvvələrini çıxararsa, o zaman məsələ öz həllini tezliklə tapa biləcəkdir. O zaman Ermənistanla Azərbaycan arasında sülh yaranacaq, bütün kommunikasiyalar açılacaq və bölgəyə geniş mənada əməkdaşlıq gələcəkdir. Biz bunu arzulayırıq və Ermənistan tərəfindən konstruktiv addımları gözləyirik.

Abdullah GÜL: Bəli, hörmətli Prezident izah etdi, onun dediklərinə mən də eynilə qatılıram. Viza ilə bağlı məsələni təbii ki, müzakirə etdik. Hazırkı durumda Azərbaycanın bəzi mülahizələri vardır ki, bu məsələləri aidiyyatı qurumlarımız müzakirə edəcəklər və ümid edirəm ki, bu iş yaxın zamanlarda başa çatacaqdır.

Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı şübhəsiz ki, çox geniş müzakirələr apardıq, son vəziyyəti cənab Prezident ətraflı şəkildə izah etdi. Əminik ki, biz Qafqazı sabit əməkdaşlıq bölgəsinə çevirəcəyik. Bunun

Page 155: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

155    

üçün də bu problem həll edilməlidir. Bu münaqişə 18 ildir bu qaydada davam etmişdir, bundan sonra belə davam etməməlidir. Bunun üçün mütləq görüşmək, müzakirə aparmaq, bəzən açıq, bəzən gizli diplomatik fəaliyyət göstərmək lazımdır. Şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir. Çünki BMT-nin tanıdığı sərhədlərin hər hansı şəkildə başqa bir ölkə tərəfindən işğalı nə beynəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə müsbət qarşılana bilər. Bu baxımdan bu problemin həlli üçün hamımız hər cür kömək göstərməyə davam edəcəyik.

Sevinc İsgəndərova (Space TV): Mənim sualım Türkiyə Prezidenti cənab Abdullah Gülədir. Hörmətli cənab Prezident, bundan əvvəl mediada 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalı barədə məlumatlar getmişdi. Bu məsələyə münasibətinizi bildirməyi xahiş edirik. Təşəkkür edirəm.

Abdullah GÜL: Bu mövzunu bir az əvvəl də müzakirə etdik. Qafqazın sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün bütün problemləri müzakirə etməyimiz, bunları sülh şəraitində həll etməyimiz vacibdir. Bütün bunlar bölgədə daha geniş əməkdaşlığa, bölgədə sərhədlərin açılmasına, yeni yolların çəkilməsinə, daha böyük iqtisadi fəaliyyətə imkan verəcəkdir. Bunun üçün hamımız birlikdə bu fəaliyyəti həyata keçiririk. Bəzən siz görürsünüz, açıq müzakirə edirik. Bəzən də sizin görmədiyiniz, - diplomatiya belədir, böyük problemlər, çox mühüm problemlər belə həll olunur – səssiz, amma qətiyyətli fəaliyyətlə həll olunur.

Ümid edirəm ki, bölgədəki bütün problemlər həll ediləndən sonra daha geniş əməkdaşlıq məkanı ortaya çıxacaqdır. O zaman mövcud yollardan əlavə yeni yollar, yeni dəmir yolları çəkiləcəkdir. Bu bölgə inanılmaz şəkildə çox cəlbedici əraziyə çevriləcəkdir və bölgədəki bütün xalqlar daha firavan yaşayacaq, daha xoşbəxt olacaqdır.

“Xalq qəzeti”.- 2010.- 17 avqust.- N 178.- S.2-3.

Page 156: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

156    

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri Ali qonağın şərəfinə

Bakı, 17 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, avqustun 16-da “Gülüstan” sarayında Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident, əziz qardaşım! Hörmətli qonaqlar, xanımlar və cənablar! Mən Sizi, əziz cənab Prezident, Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə bir daha “Xoş

gəlmisiniz” deyirəm. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, dostun, qardaşın səfəridir. Şübhə yoxdur ki, bu səfər Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə çox müsbət təsir göstərəcəkdir. Gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün bu səfərin çox böyük əhəmiyyəti vardır.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarakter daşıyır. Bu, iki dost, qardaş xalq arasında olan münasibətlərdir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, yaratmışlar, həmişə bir-birinə dəstək, dayaq olmuşlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil ölkə kimi ilk tanıyan Türkiyə olmuşdur. O gündən bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etmiş, demək olar ki, bütün sahələri əhatə etmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.

Bu illərdə həm siyasi, həm iqtisadi sahələrdə, mədəni sahədə, bütün sahələrdə çox gözəl nəticələr vardır. Biz beynəlxalq təşkilatlarda daim bir-birimizə dəstək oluruq. Bütün beynəlxalq təşkilatlarda daim bir mövqedən çıxış edirik. İstər BMT, istər İslam Konfransı Təşkilatı, digər təşkilatlarda həmişə, bütün zamanlarda Türkiyə və Azərbaycan vahid mövqedən çıxış etmişlər. Bölgədə gedən proseslərə də baxışlarımız eynidir, heç bir fikir ayrılığı yoxdur. Daim məsləhətləşmələr aparırıq və regional əməkdaşlığın dərinləşməsi üçün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr həlledici rol oynayır. Məhz bizim irəli sürdüyümüz təşəbbüslər nəticəsində bu gün bölgədə tam yeni və müsbət vəziyyət yaranmışdır.

Regional əməkdaşlıq prosesləri müsbət istiqamətdə davam edir. Bizim tərəfimizdən irəli sürülmüş konkret layihələr öz bəhrəsini verir, bölgəyə rifah və təhlükəsizlik gətirir. Bunların içərisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin xüsusi yeri vardır. Məhz bu kəmər vasitəsilə bu gün bütün bölgədə əməkdaşlıq dərinləşir. Regional çərçivədə bu kəmərin tikintisində iştirak etmiş bütün ölkələr öz xeyrini götürürlər.

Bu kəmərin tikintisi nəticəsində bölgədə geosiyasi və geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bizim - Türkiyə və Azərbaycanın təsir imkanları genişlənir. Mən əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək illərdə birgə fəaliyyətlə bağlı bütün planlar nəzərdə tutulub və qarşılıqlı addımlar atılacaqdır.

Mən çox şadam ki, strateji müttəfiqliyimiz, münasibətlərimiz bax, belə uğurla davam edir. Bu gün isə bu əlaqələrin gələcək inkişafı üçün çox mühüm və tarixi sənəd imzalanmışdır. Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdır. Bu müqavilənin həyata keçirilməsi nəticəsində, şübhə yoxdur ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir. Bu müqavilənin çox böyük əhəmiyyəti vardır və əminəm ki, hamımız bu gözəl nəticələri görəcəyik.

Bu gün biz, eyni zamanda, türkdilli ölkələrin birgə fəaliyyəti haqqında da geniş fikir mübadiləsi apardıq. Bu məsələ ilə də bağlı mövqeyimiz üst-üstə düşür. Biz bütün məsələlərdə işlərimizi qarşılıqlı anlaşma əsasında qururuq.

Sizi, əziz qardaşım, Bakıda görmək bizim hamımız üçün böyük şərəfdir, böyük xoşbəxtlikdir. Biz Sizi Azərbaycanın böyük dostu kimi tanıyırıq. Əvvəlki vəzifədə çalışdığınız dövrdə Siz Azərbaycanda dəfələrlə olmusunuz. Prezident kimi bir neçə dəfə səfərə gəlmisiniz. Mənim Türkiyəyə səfərlərim də mütəmadi xarakter daşıyır. Belə də olmalıdır. Biz bir ailənin üzvləriyik. Bizim tariximiz münasibətlərimizin bugünkü və gələcək inkişafı üçün əsas şərtdir. Bu, böyük, möhkəm təməldir. Bizi birləşdirən tarix, mədəniyyət, din, dil, siyasi maraqlar – bütün bu amillər nadir vəziyyət yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı

Page 157: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

157    

münasibətlər dünyada analoqu olmayan münasibətlərdir. Bu münasibətlər nəinki ölkələrimizi gücləndirir, eyni zamanda, bölgədə və dünyada gedən proseslərə də müsbət təsir göstərir.

Bir daha Sizi və Sizinlə bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı ürəkdən salamlayıram. Sizə və bütün türk xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 18 avqust.- N 179.- S.1.

Page 158: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

158    

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 1 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının

təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı

Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə

raport verdi. Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

-Hörmətli xanımlar və cənablar, əziz dostlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün

Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri – gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar, dənizkənarı bulvar salınacaq, istirahət üçün gözəl şərait yaradılacaqdır. Artıq bu işlər başlanmışdır. Gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir.

Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər.

1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər

Page 159: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

159    

bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O on il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.

Bir daha demək istəyirəm ki, ölkə daxilində bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi və sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik, eyni zamanda, sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik.

Bu gün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur obyektləri tikilir. Yəni Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək, bax bu gün yaradılan infrastruktur və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bundan sonra özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bu gün bu siyasət ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir. Biz demək olar ki, bu sahədə qarşımızda duran bütün vəzifələri icra etmişik və sadəcə olaraq, əldə edilmiş nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin həllinə çalışırıq. Əminəm ki, bütün məqsədlərə çatacağıq.

Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin etmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır. Baxmayaraq ki, bu gün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətlə, ölkələr sırasında biz yüksək yerləri tuturuq, Azərbaycanda insanlar ildən-ilə daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür.

Bizim gözəl ölkəmiz, gözəl təbiətimiz vardır. Ölkəmizin hər bir tərəfi gözəldir. Hər bir tərəf abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız vardır. Bu ehtiyatlar gücümüzü daha da artırır. Artıq böyük maddi imkanlarımız vardır. Biz nəinki xarici yardımdan asılı deyilik, eyni zamanda, lazım gələndə özümüz də yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. İqtisadi və sosial sahədə elə məsələ yoxdur ki, bu məsələ Azərbaycanda həll olunmasın. Düzdür, bu gün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik. Onların həlli yollarını bilirik. Bu məsələlərin həlli üçün icra mexanizmləri, maliyyə resursları və siyasi iradə vardır. Yəni bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər.

Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki bizə, eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımlar atacağıq və beləliklə, ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik.

Bütün bu vacib məsələlərlə bərabər, bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəydik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin

Page 160: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

160    

sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu gün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir. O layihələri həyata keçirmək üçün nəinki böyük maliyyə imkanları, həm də güclü iradə, cəsarət və öz siyasətinə sədaqət lazımdır. Hər halda bu günə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur.

Biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik.

Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz. Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!

X X X

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə dövlət bayrağı Azərbaycan əsgərlərinin

çiyinlərində meydana gətirildi. Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa bərkitdi. Xüsusi qurğu dövlət bayrağını aramla səmaya –

dirəyin zirvəsinə qaldırmağa başladı. Azərbaycan Respublikasının dövlət bayrağının xalqımızın milli həmrəyliyinin yaradılması və

möhkəmləndirilməsindəki rolundan, Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş olundu. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

Page 161: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

161    

2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 3 hektar olan meydanda bütün infrastruktur yaradılacaqdır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirmişlər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda

Dövlət Bayrağı Muzeyi də yaradılmışdır. Dövlətimizin başçısı İlham Əliyev bayrağı açdı. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Toplardan yaylım atəşi açıldı. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Dövlət Bayrağı Meydanından keçdi.

Daha sonra dövlət bayrağının ucaldılması şərəfinə Bakı səmasında möhtəşəm lazer-şou nümayiş olundu. Təntənəli mərasim atəşfəşanlıqla başa çatdı.

“Xalq qəzeti”.- 2010.- 3 sentyabr .- N 193.- S.1-3.

Page 162: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

162    

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin

mətbuat konfransı

Bakı, 3 sentyabr (AzərTAc). Sentyabrın 3-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat konfransı olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: -Hörmətli Dmitri Anatolyeviç! Hörmətli qonaqlar! Xanımlar və cənablar! Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün siyasi və

iqtisadi xarakterli mühüm sənədlər – dövlət sərhədi haqqında, sərhədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlardan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin inkişafının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onilliklər üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasibətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir.

Biz münasibətlərimizi strateji tərəfdaşlar arasında, qonşular və mehriban dostlar arasında münasibətlər kimi səciyyələndiririk. Rusiya Prezidentinin bugünkü səfəri, imzalanmış sənədlər, habelə apardığımız fikir mübadiləsi və danışıqlar bizim münasibətlərin dinamik, səmərəli və müsbət inkişafına əyani sübutdur. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk. Əminəm ki, bütün istiqamətlər üzrə əlaqələrimizin gələcək inkişafı da bu günə qədər əldə edilənlər kimi səmərəli olacaqdır.

Ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, çox tez-tez görüşürük, əlaqə saxlayırıq. Rusiya Prezidentinin, böyük bir dövlətin Prezidentinin son üç ildə Azərbaycana üçüncü dəfə səfər etməsini xüsusi qiymətləndiririk. Mən də tez-tez Rusiyaya – Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu, bir-birimizə olan qarşılıqlı marağa, eləcə də bizim münasibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir. Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər çoxşaxəlidir – siyasi əlaqələri, iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə işləyirik. Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu gün öz potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin dəhlizin çox mühüm tərkib hissələridir. Biz Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz arasında hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret faktlar və konkret layihələr əsasında çox danışmaq olar.

Dünən mən Rusiya Prezidentinin şərəfinə təntənəli ziyafət zamanı qeyd etmişdim ki, biz humanitar sahədə əməkdaşlığa xüsusi diqqət yetiririk. Bu sahədə bizim çox yaxşı nəticələrimiz vardır. Bu gün ikitərəfli əməkdaşlığımız artıq ikitərəfli formatı aşır və beynəlxalq humanitar layihəyə çevrilir. Bu il humanitar əməkdaşlıq sahəsində Bakıda keçirilən Rusiya-Azərbaycan forumunun müsbət təcrübəsi artıq yaxşı nəticələr verir. Biz bu gün razılığa gəldik ki, Rusiya və Azərbaycanın himayəsi altında keçirilən bu forum gələn il artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə, humanitar sahədə əməkdaşlığımız artıq bu gün ikitərəfli formatı aşır və gələcəkdə bu sahədə əməkdaşlıqda marağı olan ölkələrin və xalqların yaxınlaşması işinə xidmət edəcəkdir. Biz Azərbaycanda buna maraqlıyıq. Biz istəyirik ki, ölkəmizdə bütün xalqların nümayəndələri gələcəkdə də indiki kimi sülh, dostluq, qardaşlıq şəraitində yaşasınlar. Biz çox sevinirik ki, ölkələrimiz arasında humanitar əməkdaşlıq konkret real layihələrlə zənginləşir.

Başqa sözlə desək, münasibətlərimiz olduqca çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq bütün sahələri əhatə edir. Ən başlıcası isə, bu gün dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimizdə həll edilməmiş hər hansı məsələ qalmır. Həmin müqavilənin bu gün Bakıda bu cür təntənəli şəraitdə imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə daha bir sübutdur. Bu müqavilə ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Qarşıda bizi başqa işlər gözləyir. Bu gün biz münasibətlərimizin iqtisadi tərkib hissəsini necə zənginləşdirmək barədə, hansı yeni layihələri həyata keçirməyə hazırlaşmağımız, gələcəkdə fəaliyyətimizi necə əlaqələndirməyi planlaşdırmağımız barədə fikir mübadiləsi etdik. Energetika sahəsində artıq konkret addımlar nəzərdə tutulmuşdur.

Mən ilk növbədə, Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevə ölkəmizə səfər etdiyinə, bugünkü razılaşmalara gətirib çıxarmış müştərək işə görə bir daha təşəkkür etmək və əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir.

Page 163: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

163    

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər. - Bu gün imzalanan əlavə sazişə görə, “Qazprom”un gələn il alacağı Azərbaycan qazının həcmi

artırılmışdır. Eyni zamanda, məhz Azərbaycan qazı “Nabukko” boru kəmərinin başlıca doldurucusu kimi nəzərdən keçirilir. “Nabukko” isə “Cənub axını”nın bilavasitə rəqibidir. Bu iki məqam bir-biri üçün ziddiyyət təşkil etmirmi? Bir tərəfdən qaz sahəsində Rusiya-Azərbaycan münasibətləri möhkəmlənir, digər tərəfdən isə Azərbaycan rəqib layihədə iştirakdan imtina etmir. Ümumiyyətlə, qaz bütün layihələrə kifayət edəcəkmi? Sualım hər iki prezidentədir.

Prezident Dmitri MEDVEDEV: Bilirsiniz, biz iqtisadi maraqlarımıza diqqətlə yanaşmalıyıq. Biz anlamalıyıq ki, bir tərəfin və digər tərəfin mənafeləri mövcuddur. Bu maraqlar praqmatik xarakter daşıyır. Bu, ideal vəziyyətdə olan humanitar sahədə əlaqələr deyildir. Biz burada pul qazanırıq. Bu, normal haldır. Biz burada imkanlarımızı arzularımızla uyğunlaşdırmalıyıq. Bu, birincisi.

İkincisi, bu gün biz Azərbaycan Prezidenti ilə söhbət zamanı deyirdik ki, biz regionda sanballı oyunçularıq və maraqlarımız çox halda üst-üstə düşür. Çünki ölkələrimiz enerji ehtiyatlarının istehsalçıları və ixracçılarıdır. Buna görə də biz bir tərəfdən razılığa gəlməliyik, digər tərəfdən isə kooperativləşməliyik. Həmkarlarımızın imzaladığı qaz ticarətinin genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nümayiş etdirdi.

Üçüncüsü, ən müxtəlif layihələr mövcuddur. Burada Rusiyanın mövqeyi həmişə elə olmuşdur ki, biz hər hansı layihələrə mane ola bilmərik və olmamalıyıq, bu, tamamilə qeyri-təbii işdir. Mənə elə gəlir ki, biz sadəcə əməkdaşlığın ən maraqlı sahələrini ayırmalı, birgə layihələrin cəlbediciliyini nümayiş etdirməliyik. Gələcək layihələrə gəldikdə isə, necə deyərlər, qoy mənfəət gətirən, tərəfdaşlarımız üçün maraqlı layihələr qalib gəlsin. Heç kim heç kimi heç nəyə vadar etmir. Eyni zamanda, bu, iqtisadi cəhətdən səmərəli layihələr olmalıdır. Gələcək üçün enerji sahəsində münasibətlər qurarkən mən buna əsaslanardım.

Prezident İlham ƏLİYEV: Mən də öz növbəmdə demək istəyirəm ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq bazarlara çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi ilbəil artır. Ehtiyatlarımız yetərincə çoxdur. Azərbaycanda yalnız təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çoxdur. Potensialı isə biz real şəkildə təxminən 5 trilyon kubmetr həcmində qiymətləndiririk.

Buna görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. Qaz sahəsində əməkdaşlığımız açıq və səmimi xarakter daşıyır. Biz bu sahəyə dostlarımız və tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq. Rusiya ilə bu sahədə əməkdaşlığımıza gəldikdə isə, bildiyiniz kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Birinci sənədlər yalnız ötən il imzalanmışdır, lakin artıq qısa vaxt kəsiyində biz bu gün imzaladığımız müqavilə ilə Azərbaycan qazının Rusiyaya ixracının həcmini mahiyyətcə 4 dəfə artırırıq. Bu, böyük gələcəyi olan qarşılıqlı surətdə faydalı layihədir. Layihənin əhəmiyyətli üstünlüklərindən biri də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit ölkə yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının Rusiyaya nəqli imkanlarının genişləndirilməsinə sərmayələr qoyulur.

Xatırlatdığınız başqa layihələrə və rəqabətə gəldikdə isə, biz qaz sahəsində fəaliyyətimizi hansısa əsaslandırılmamış rəqabət imkanı kimi nəzərdən keçirməmişik. Bu halda biz siyasi motivlərə deyil, yalnız iqtisadi və praktik motivlərə əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında qaz sahəsində mövcud olan şərtlər bizi razı salır və mən ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də əgər bütün maraqlı tərəflər buna məhz iqtisadi məqsədyönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə, əminəm ki, bütün maraqlı tərəflərin mənafeləri nəzərə alınacaqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə energetika sahəsində ikitərəfli əməkdaşlığımızı uzunmüddətli və strateji əməkdaşlıq kimi nəzərdən keçiririk və bu, təkcə qaz sahəsini əhatə etmir. Bu, həm neft, həm elektroenergetika sahələrinə də aiddir. Gələcəkdə qarşılıqlı razılığa gəlsək, biz bütün energetika komponentləri üzrə Rusiyaya təbii ehtiyatların ixracını artırmaq niyyətindəyik.

- Sualım hörmətli Rusiya Prezidentinədir. Azərbaycan ictimaiyyəti Sizin Ermənistana bu yaxınlardakı səfərinizə və orada Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqaviləyə dəyişikliklər haqqında imzalanmış protokola böyük maraq göstərir. Bu da aydın məsələdir. Siz bunu necə şərh edərdiniz?

Prezident Dmitri MEDVEDEV: Çox sağ olun. Təbii ki, mən səfərimin yekunlarını şərh edəcəyəm. Gizlətməyəcəyəm, biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə bu mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya üçün burada, Qafqazda sabitliyin qorunub saxlanması çox vacibdir. Rusiya Qafqaz ölkəsi, Xəzəryanı ölkədir. Biz ən yaxın qonşumuz və dostumuz Azərbaycan ilə münasibətlər quranda məhz buna əsaslanırıq.

Page 164: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

164    

Buna görə burada sülh və asayiş olması hamımızın marağına uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul edilmiş qərara, yəni Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında müvafiq sazişin qüvvədə olması müddətinin artırılması məsələsinə də məhz bu mövqedən baxmaq lazımdır. Burada hər hansı gizli və ya başqa mülahizələr yoxdur. Həmin baza sülhü və asayişi təmin etməyə, sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş çərçivəsində imkanlarımızı və səlahiyyətlərimizi həyata keçirərkən biz məhz bu mövqedən çıxış edəcəyik. Sazişdə heç bir prinsipial yenilik yoxdur, onun yalnız bir mənası var: həmin bazanın orada olacağı illərin sayı müəyyən qədər artırılır. Mən əminəm ki, biz mümkün olan bütün imkanları burada, Qafqazda, Cənubi Qafqazda ümumi vəziyyətin sağlamlaşdırılmasına yönəldəcəyik. Mən öz tabeliyimdə olanlara – həmin bazanın təminatı məsələləri ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin rəhbərlərinə də məhz bu cür təlimatlar verəcəyəm.

Biz Azərbaycan Prezidenti ilə bu barədə kifayət qədər ətaflı danışmışıq. Biz gələcəkdə də burada, bizim regionda təhlükəsizliyin təmin edilməsinə aid bütün məsələlər barədə fəaliyyətimizi, fikir mübadiləsini sıx əlaqələndirəcəyik.

- Sualım cənab Əliyevədir. Siz dediniz ki, Xəzəryanı problemlər həmişə Sizin diqqət mərkəzinizdədir. Xahiş edirəm deyin, Xəzəryanı dövlətlərin Tehran sammitində növbəti zirvə görüşünün Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın reallaşdırılması hansı mərhələdədir? Bu sammitin Bakıda çağırılmasına hər hansı maneələr varmı?

Prezident İlham ƏLİYEV: Biz həmin məsələni bu gün Dmitri Anatolyeviçlə müzakirə etmişik, sammitin Bakıda keçirilməsinə heç bir maneə yoxdur. Xəzər dənizinin delimitasiyası ilə əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz üst-üstə düşür. Bildiyiniz kimi, bizim milli sektorların ölkələrimiz arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. Hesab edirik ki, bu, çox yaxşı formatdır və Xəzər dənizinin statusu ilə bağlı məsələnin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün möhkəm zəmin ola bilər.

Bu gün biz sammitin keçirilməsinin təxmini vaxtını da müzakirə etmişik və tərəfdaşlarımızla, Xəzəryanı bölgədəki qonşularımızla müvafiq məsləhətləşmələrdən sonra həmin vaxtı konkret müəyyən edəcəyik. Mənim bildiyimə görə, bizim başa düşdüyümüz mənada məqsəd həmin sammitin keçirilməsini 2011-ci ilə təxirə salmamaqdan, onu ən yaxın aylarda, 2010-cu ildə Bakıda keçirməkdən ibarətdir.

- Mənim sualım hər iki prezidentədir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün çox böyük əngəl yaradır. Siz bu məsələnin tənzimlənməsinin perspektivlərini necə təsəvvür edirsiniz?

Prezident İlham ƏLİYEV: Bizim fikrimizcə, bu məsələ ən tez bir vaxtda tənzimlənməlidir. Çünki danışıqlar prosesi artıq neçə illərdir ki, davam edir. 1992-ci ildə bu məsələ ilə məşğul olan Minsk qrupu yaradılmışdır. 1994-cü ildən atəşkəs haqqında saziş bağlanmışdır. O vaxtdan atəşkəs rejimi mövcuddur. Lakin bütün bu illər ərzində münaqişənin tammiqyaslı tənzimlənməsinə təəssüf ki, nail ola bilməmişik. Azərbaycan əraziləri işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeridilmiş, nəticədə Dağlıq Qarabağdan və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun ərazisindən yüz minlərlə azərbaycanlı qovulmuşdur.

Beynəlxalq təşkilatların qətnamələri mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Həmin sənədlərdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması haqqında tələblər irəli sürülür. ATƏT-in Lissabon sammitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri mövcuddur.

Münaqişə həmin qərarlar və qətnamələr əsasında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzalanmış Birgə Bəyannaməsində də əks olunmuşdur.

Ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmək hüququ ilə əlaqələndirilməsi məsələsi, bizim fikrimizcə, həll edilə bilməyən məsələ deyildir. Xalqın təyini-müqəddərat hüququ ölkələrin ərazi bütövlüyünün pozulmasını nəzərdə tutmamalıdır və ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Buna görə də biz hesab edirik ki, məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq lazımdır. Azərbaycan torpaqlarının işğal edilməsinə son qoymaq, yüz minlərlə məcburi köçkünün öz əzəli torpaqlarına qayıtmasına və sülh şəraitində yaşamasına imkan yaratmaq lazımdır.

Ümid edirəm ki, erməni tərəfi konstruktiv yanaşma nümayiş etdirəcək və biz münaqişəni mənim dediyim prinsiplər əsasında tənzimləmək yolunu tapa biləcəyik.

Mən sizin sualınızdan istifadə edərək, Rusiya Prezidentinə bu prosesdə fəal iştirakına görə təşəkkür etmək istərdim. Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında altı görüş

Page 165: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

165    

keçirilmişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır. Həmsədr ölkələrin liderləri tarixdə hələ heç vaxt bu cür fəallıq və ən başlıcası, effektivlik nümayiş etdirməmişlər.

Dmitri Anatolyeviçin iştirakı ilə tərəflərin yaxınlaşdırılması işində çox mühüm addımlar atılmışdır. Mən Rusiya Prezidentinə təşəkkür etmək, eyni zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, o, gələcəkdə də bu istiqamətdə səy göstərəcəkdir. Biz bu gün bu məsələni müzakirə etmişik. Mən tam əminəm və inanıram ki, Rusiya Prezidentinin şəxsi iştirakı çox müsbət rol oynayır və onun iştirakı ilə aparılan danışıqlar daha səmərəlidir.

Prezident Dmitri MEDVEDEV: Mən demək istəyirəm ki, həqiqətən, son illər Azərbaycan və Ermənistan prezidentləri arasında Rusiya Prezidentinin iştirakı ilə görüşlərin sayı hədsiz çox olmuşdur. Bu yaxınlarda mən həmin mövzuda danışmışam. Mən demişəm ki, son vaxtlar görülən işlərə görə xəcalət çəkmirəm. Bu, dərin, düşünülmüş müzakirələrdir və biz belə prosesdə yetərincə çətinliklər olduğunu anlayırıq. İstənilən halda, bu səylər müəyyən nəticələr verir. Danışıqlar davam edir və düşünürəm ki, əlaqlərin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu çərçivəsində vəzifələrini, həm də bu mövzuda ünsiyyəti davam etdirən qonşu ölkə kimi mənəvi vəzifələrini yerinə yetirməyə hazırdır. Şəxsən mən gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram. Ümidvaram ki, ölkələrimizin xarici siyasət idarələrinin iştirakı və şəxsən bizim iştirakımızla bu cür məsləhətləşmələr davam etdiriləcəkdir.

Mən xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdaram. Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir. Nəticə isə çox lazımdır. Bu nəticə regiona möhkəm sülh və təhlükəsizlik gətirməyə qadirdir. Heç şübhəsiz ki, Rusiya Federasiyası da bunda maraqlıdır.

“Xalq qəzeti”.- 2010.- 4 sentyabr .- N 194.- S.2-3.

Page 166: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

166    

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri Ali qonağın şərəfinə

Bakı, 3 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 2-də “Gülüstan” sarayında Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

-Hörmətli Dmitri Anatolyeviç! Hörmətli Svetlana Vladimirovna! Əziz qonaqlar! Xanımlar və cənablar! Dmitri Anatolyeviç, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin

səfərinizə çox şadıq. Biz çox şadıq ki, son vaxtlar bu, Rusiya Prezidentinin Azərbaycana artıq üçüncü səfəridir. Mən də Rusiyada çox tez-tez oluram. Münasibətlərimizin bu cür dinamik inkişafı ölkələrimizin necə sıx qarşılıqlı fəaliyyət göstərməsinin əyani sübutudur. İkitərəfli məsələləri, regional problemləri müzakirə etmək, yetərincə geniş, bir çox sahələri əhatə edən münasibətlərimizin gündəliyinə nəzər salmaq üçün həmişə yaxşı səbəb vardır. Ən sevindirici hal isə budur ki, hər yeni görüşümüz, praktiki olaraq hər səfər münasibətlərimizdə yeni səhifə açır.

Münasibətlərimiz çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır. Bu, bizim üzərində dostluq, bərabərhüquqlu qonşuluq münasibətlərimizi qurduğumuz möhkəm təməldir. Biz çox fəal siyasi dialoq aparırıq. Biz regional məsələlərdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Demək olar ki, regional xarakterli bütün məsələlərə dair baxışlarımız üst-üstə düşür, biz vahid mövqedən çıxış edirik. Çox ümid edirik ki, münasibətlərimizdə mövcud olan müsbət meyillər möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizin səfəriniz çərçivəsində, hörmətli Dmitri Anatolyeviç, siyasi və iqtisadi xarakterli mühüm sənədlər imzalanacaqdır. Onlar gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə və bütün istiqamətlərdə inkişafına xidmət edəcəkdir. Biz çox şadıq ki, bu il iqtisadiyyatda böhranlı 2009-cu ilin mənfi meyillərini düzəldə bildik. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Əminəm ki, artım davamlı olacaq və ona gətirib çıxaracaqdır ki, iqtisadi münasibətlərimiz çox keyfiyyətli və çoxplanlı olacaqdır. Əmtəə dövriyyəsinin strukturu yaxşılaşır və bu gün biz qarşılıqlı ticarətin birmənalı şəkildə böyük artımına səbəb olacaq layihələr üzərində işləyirik.

Biz təhlükəsizlik, regional əməkdaşlıq məsələlərində birgə fəaliyyət göstəririk. Biz qonşuyuq. Biz dənizdə də, quruda da qonşuyuq. Rusiya və Azərbaycan iki Xəzəryanı ölkədir, iki Qafqaz ölkəsidir. Əlbəttə, regionumuzda baş verənlər bizi narahat edir və həyəcanlandırır. Biz regionumuzda potensial və mövcud riskləri azaltmaq üçün çox fəal, səmərəli və səmimi işləyirik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da gündəliyimizin ayrılmaz hissəsidir. Mən, Dmitri Anatolyeviç, bu prosesdə fəal iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin iştirakınızla Azərbaycan və Ermənistan rəhbərlərinin artıq altı görüşü keçirilmişdir. Moskvada münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, qətnamələr və beynəlxalq təşkilatların qərarları əsasında həllini müəyyən edən mühüm bəyannamə imzalanmışdır. Ümidvaram ki, Sizin fəal vasitəçilik missiyanız davam etdiriləcəkdir və biz müsbət nəticələrə nail olacağıq.

Bu gün humanitar sahədə də fəal qarşılıqlı münasibəti qeyd etmək istərdim. Zənnimcə, bu istiqamətdə ölkələrimiz arasında münasibətlər qonşular və əsrlər boyu yanaşı yaşayan xalqlar arasında münasibətlərə nümunə ola bilər. Bu il biz Bakıda çox mühüm və mötəbər Rusiya-Azərbaycan ictimai forumunu keçirdik və onu illik Bakı beynəlxalq humanitar forumuna çevirmək barədə qərar qəbul edilmişdir. Bildiyiniz kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət göstərilir. Ölkəmizdə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb vardır, sovet dönəmindəkindən də xeyli artıq dövri nəşrlər dərc olunur, Rusiya Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi, MDU-nun filialı fəaliyyət göstərir. Bütün bunlar bizi zənginləşdirir. Bütün bunlar münasibətlərimizin mühüm amilidir. Siyasi münasibətlərimiz, iqtisadi əlaqələrimiz, mənafelərimizin uyğunluğu necə olursa-olsun, münasibətlərimiz humanitar tərkibsiz natamam olardı. Mənə çox xoşdur ki, Rusiyada da, Azərbaycanda da irsimizə çox qayğıkeş münasibət vardır. Rusiyadakı Azərbaycan

Page 167: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

167    

icması və Azərbaycandakı rus icması dövlətlərimizin tamhüquqlu vətəndaşlarıdırlar. Onlar da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verirlər.

Dmitri Anatolyeviç, Svetlana Vladimirovna, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaq və bu badəni Sizin sağlığınıza, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi şərəfinə qaldırmaq istəyirəm.

“Xalq qəzeti”.- 2010.- 4 sentyabr .- N 194.- S.4.

Page 168: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

168    

Şeyxülislam müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir

Bakı, 7 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri

şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Hörmətli şeyx həzrətləri! Hörmətli din xadimləri! Hörmətli xanımlar və cənablar! Bizim görüşlərimiz artıq gözəl bir ənənədir. Bu ənənə əminəm ki, bundan sonra da davam edəcəkdir.

Mübarək Ramazan ayında şeyx həzrətlərinin dəvəti ilə təşkil olunan bu görüşlərin çox böyük mənası vardır. Burada artıq qeyd olundu ki, Azərbaycanda din ilə dövlət arasında münasibətlər çox sağlam zəmində qurulmuşdur. Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə artıq təşkil olunmuşdur. Azərbaycan isə cəmi 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayır və bizdə dinlə dövlət arasındakı münasibətlərin tənzimlənməsi böyük səylər tələb edir. Mən çox şadam ki, Azərbaycan xalqının və Azərbaycanda əsrlər boyu yaşamış və yaşayan bütün millətlərin nümayəndələrinin həmrəyliyi, birliyi müstəqillik dövründə də özünü büruzə verdi, özünü göstərdi. Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir. Bu münasibətlərin möhkəmlənməsində və qurulmasında ulu öndər Heydər Əliyevin böyük səyləri, böyük zəhməti olubdur. Heydər Əliyevin şeyx həzrətləri ilə şəxsi dostluq əlaqələri də Azərbaycanda din ilə dövlət arasındakı münasibətlərin qurulmasına çox böyük töhfə vermişdir.

Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bizə bəzən elə gəlir ki, hər yerdə belə olmalıdır. Amma əfsuslar olsun ki, hər yerdə heç də belə deyildir. Bəzi yerlərdə, bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar. Artıq bu ənənələr möhkəmlənir və heç şübhə etmirəm ki, gələcək illərdə və dövrlərdə Azərbaycanda dini münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.

Biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Amma buna baxmayaraq, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qoruya bildik və bu amillər bu gün müstəqil ölkənin inkişafı üçün də mühüm rol oynayır.

Son illər ərzində Azərbaycanda bütün dinlərə məxsus olan abidələrdə təmir-bərpa işləri gedir. Yüzlərlə yeni məscid tikilmişdir. Digər dinlərin məbədləri tikilir, təmir olunur və gələcəkdə də tikiləcəkdir. Bu, onu göstərir ki, Azərbaycanda bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Millətini sevən, dininə hörmətlə yanaşan insan başqa millətdən olan insanları da sevməlidir, başqa dinlərə də hörmətlə yanaşmalıdır. Azərbaycanda bax bu əsaslarda güclü dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan artıq dünya miqyasında dinlərarası dialoqun inkişafında və təşkil olunmasında mühüm rol oynamağa başlamışdır. Mən çox şadam ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər dünya birliyində də qiymətləndirilir. Bu nailiyyətlərin mövcudluğu bizə imkan verir ki, bu sahədə mötəbər tədbirləri Azərbaycanda keçirək. Bu barədə artıq burada deyildi. Hörmətli şeyx həzrətlərinin yubileyi Azərbaycanda geniş qeyd olunmuşdur və müxtəlif ölkələrdən dini rəhbərlər qonaqlarımızın sırasında idi. Eyni zamanda, dünya dinlərinin zirvə görüşü Azərbaycanda ən yüksək səviyyədə keçirilmişdir. Bu zirvə görüşü haqqında təəssüratlar, fikirlər və xatirələr bu günə qədər bizə gəlib çatır. Bu, çox sevindirici haldır. Biz istəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çoxalsın. Çünki Azərbaycan bu mövzuda tədbirlərin keçirilməsi üçün hesab edirəm ki, məqbul məkandır.

Azərbaycanda vətəndaş birliyi, vətəndaş həmrəyliyi vardır. Azərbaycanda dini, milli məsələlərin həllində çox böyük uğurlar vardır. Bu, bizim böyük sərvətimizdir, böyük nailiyyətimizdir. Biz bunu yüksək qiymətləndiririk. Mən əminəm ki, Azərbaycanda bu sahədə əldə edilmiş nailiyyətlər, təcrübəmiz başqa yerlərdə də öyrənilə bilər və bu proseslər artıq başlanmışdır.

Bir il bundan əvvəl biz bu salonda görüşmüşdük, fikir mübadiləsi aparmışdıq. Bir il çox tez keçdi və şeyx həzrətləri bu dəfə məni iftar süfrəsinə dəvət edəndə fikirləşdim ki, bir il nə qədər sürətlə keçdi. Nəyə görə?

Page 169: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

169    

Çünki bu bir il ərzində o qədər hadisələr, o qədər tədbirlər görüldü. Azərbaycanda bütün işlər o qədər sürətlə aparılır ki, bəzən heç vaxtın bu qədər sürətlə keçməsinə də fikir vermirsən. Ancaq bu son bir il ərzində ölkəmizdə bütün sahələrdə çox müsbət proseslər gedib, Azərbaycan daha da möhkəmlənib. Baxmayaraq ki, 2009-2010-cu illərdə dünyada mövcud olan böhran demək olar, bir neçə ölkəni çox ciddi sarsıtmışdır. Biz Azərbaycan əhalisini bu böhranın fəsadlarından qoruya bildik. Azərbaycanın inamlı və sürətli inkişafını təmin edə bildik.

Ölkədə bütün sosial və iqtisadi proqramlar plan üzrə aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır. Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə icra edilmişdir. Bu onu göstərir ki, ölkəmiz artıq o səviyyəyə çatıb ki, hətta dünya miqyaslı problemlər bizə o qədər də böyük təsir etmir. Bunun yeganə səbəbi ondan ibarətdir ki, biz öz siyasətimizi düşünülmüş şəkildə aparırıq. Bizim siyasətimiz həm gələcəyə, eyni zamanda, bu gün ölkə qarşısında duran problemlərin həllinə yönəldilib. Atılan bütün addımlarımız bir məqsədi güdür: Azərbaycanı daha gücləndirək, Azərbaycan əhalisinin rifah halını yaxşılaşdıraq, ölkədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və firavan yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır. Artıq Azərbaycan dövlət quruculuğu işində böyük uğurlara nail olubdur. Bizim artıq güclü dövlətimiz vardır.

Azərbaycanda bütün azadlıqlar vardır. O cümlədən Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə qorunur. Azərbaycanda demokratik azadlıqlar güclənir və bu meyillər möhkəmlənir, bu da çox mühüm amildir. İqtisadi islahatlar düzgün istiqamətdə aparılır. Əldə edilmiş nailiyyətlər bunun ən yaxşı sübutudur. Sosial məsələlər həllini tapır. Azərbaycan təsir imkanlarını genişləndirir. Beynəlxalq müstəvidə nüfuzumuz artır və tərəfdaşlarımızın sayı çoxalır. Azərbaycan artıq uzun illərdir ki, ikitərəfli və çoxtərəfli əsaslarda etibarlı tərəfdaş kimi qəbul edilir. Yəni, ölkəmizin hərtərəfli inkişafı təmin edilib. İnkişafın strateji istiqamətləri müəyyən edilib. Hər bir tarixi dövr və gələcək dövr üçün konkret proqramlar tərtib edilib və icra olunur. Məhz buna görə biz nail ola bilmişik ki, ölkə hərtərəfli inkişaf etsin. Ölkəmizin bütün problemləri tədricən həll olunacaqdır. Qarşımızda duran ən başlıca vəzifə, ən böyük problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu istiqamətdə bizim birmənalı mövqeyimiz daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmizin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq hüquqa, ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına əsaslanır, nəzərə alsaq ki, Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə və irəli sürdüyü təşəbbüslərlə təsir imkanlarını gücləndiribdir, iqtisadi cəhətdən böyük və uğurlu yol keçibdir, mən şübhə etmirəm ki, biz bu məsələni ədalətli, beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcəyik. Mən buna şübhə etmirəm.

Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən asılı olmayaraq, öz sahəsində əməli işləri, fəaliyyəti ilə ölkəmizin güclənməsinə xidmət göstərsin və öz töhfəsini versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşibdir. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşlarımız tarixi torpaqlarından didərgin salınmışdır və bu ədalətsizlik əfsuslar olsun ki, bu gün də davam edir. Amma mən tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı mərasimindəki çıxışımı bir daha xatırlatmaq istəyirəm, Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!

Bizim işimiz haqq işidir. Azərbaycan sülhsevər dövlətdir. Biz bütün ölkələrlə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına çalışırıq, buna nail oluruq. Ölkədə gedən proseslər, bir daha demək istəyirəm ki, müsbət istiqamətdə davam edir. Bugünkü məclis özlüyündə gözəl bir göstəricidir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri, sözün əsl mənasında, dostluq, qardaşlıq şəraitində yaşayırlar. Mən şübhə etmirəm ki, bundan sonrakı dövrlərdə də bu gözəl ab-hava Azərbaycanda qalacaqdır. Milli münasibətlər, dinlərarası münasibətlər Azərbaycanda həmişə olduğu kimi, yüksək səviyyədə həll olunacaqdır.

Mən bu gözəl gündə öz dostuma – şeyx həzrətlərinə bir daha müraciət etmək istəyirəm. Ona minnətdarlığımı bildirmək istəyirəm ki, şeyx həzrətləri öz fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə çatdırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyədəki nüfuzu və ona olan hörmət Azərbaycanı gücləndirir. Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş gözəl beynəlxalq tədbirlər bunun əyani sübutudur. Həm dünya dini rəhbərləri, eyni zamanda, böyük dövlətlərin başçıları ilə görüşlərdə şeyx həzrətləri haqqında xoş sözlər eşidəndə çox sevinirəm. Bu, ədalətli qiymətdir və mən çox şadam ki, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da şeyx həzrətlərini tanıyırlar, ona hörmət edirlər, həm bizim bölgədə, həm Qafqaz bölgəsində, eyni zamanda, qonşuluqda və dünya miqyasında. Mən əziz dostum şeyx həzrətlərinə gələcək fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, onun bütün arzuları həyatda öz əksini tapsın və mən bilirəm ki, onun ən böyük arzusu Azərbaycan torpaqlarının işğal altından çıxmasıdır, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Page 170: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

170    

Bir daha əziz dostlar, bu gözəl gündə mən sizi ürəkdən salamlayıram. Qarşıdan Ramazan bayramı gəlir. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 8 sentyabr .- N 197.- S.1.

Page 171: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

171    

Azərbaycan, Gürcüstan, Rumıniya və Macaristanın dövlət və hökumət başçılarının dördtərəfli görüşü

Bakı, 14 sentyabr (AzərTAc). Sentyabrın 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya

Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Hörmətli prezidentlər! Hörmətli Baş nazir! Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlayıram. Sizi görməyə çox şadam. Hesab edirəm ki, bugünkü görüş uğurlu olacaq

və biz yaxşı nəticələr əldə edəcəyik. Bu sammitin təşkilində bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər görüblər. Əminəm ki, bugünkü iclas, buradakı müzakirələr və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Əminəm ki, növbəti aylarda biz çox çalışacağıq ki, planlaşdırdığımızı həyata keçirək.

Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və qaz sahəsində bizim böyük ənənələrimiz vardır. Açıq dənizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub. Ötən əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük hissəsi Azərbaycanda hasil edilirdi. Lakin Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi çətinliklərlə üzləşmişdik. O zaman neft və qaz hasilatında böyük tənəzzül və özümüzü daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə, mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərmayələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamətdə siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft müqaviləsi imzalandı. Bu, sonralar “Əsrin müqaviləsi” adlandırıldı və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində yeni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sərmayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qarşılıqlı maraqlar əsasında çox fəal və hərtərəfli əməkdaşlığa başlamağımıza şərait yaratdı.

Mən bütün bunların necə baş verdiyini və həmin əməkdaşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatırladıram. Zənnimcə, ən böyük nəticə neft və qaz sahəsində güclü əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradılması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk dəfə Qərb istiqamətinə nəql olunmağa başlandı. İlk dəfə olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatların hasilatı və satılması məsələsi deyildi. Bu, böyük məna kəsb edirdi və geniş regional əməkdaşlığa yol açdı və hazırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir.

Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda, yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu. Cənubi Qafqaz adlandırılan qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehtiyatların kənar təchizat asılılığından yaranan vəziyyətdən yaxşı xəbərdarıq. Çünki bir müddət biz də təbii qazı idxal edirdik.

Biz, eyni zamanda, Xəzər dənizinin şərqindəki tərəfdaşlarımız üçün tranzit ölkə olmuşuq. Bu gün də belədir və biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Düşünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı – hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır. Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır.

Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır.

Page 172: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

172    

Hesab edirəm ki, bugünkü sammitin keçirilməsinin əsas səbəblərindən biri təmsil etdiyimiz ölkələr arasında mövcud olan möhkəm əlaqələrdir. Bizim Gürcüstan, Rumıniya və Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqələrin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqələrin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çalışacağıq.

Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını müxtəlif beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası və siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib. Bu ixracatın istiqamətləri genişlənir və həcmi də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard kubmetr olacaqdır və bu, bizə ənənəvi istiqamətlər üzrə ixracatı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı dörd qonşu ölkəyə ixrac edirik və həmin ixracatın həcmi artmaqdadır. Bizim təsdiq olunmuş böyük ehtiyatlarımız vardır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, bəlkə də yüz ilə kifayətdir.

Mühüm məsələ odur ki, qazımızı müxtəlif bazarlara nəql etmək üçün artıq infrastrukturumuz vardır. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikintisi regionlarımız arasında qaz sahəsində əməkdaşlığın inkişafı üçün böyük rol oynamışdır. Lakin bu, nisbətən məhdud həcmə malik olan ilkin bir addım oldu. Hazırda biz şaxələndirmənin hamımıza fayda gətirəcəyini nəzərə alaraq yeni marşrutların müəyyənləşdirilməsi istiqamətində çalışırıq. Bu işləri görmək üçün planlarımız və güclü siyasi iradəmiz vardır. Mən əminəm ki, bu gün müzakirə edəcəyimiz məsələlər regionun gələcək enerji xəritəsi üçün çox mühüm rol oynayacaqdır. Əslində, biz enerji xəritəsini dəyişdiririk. Biz hasilat, nəqletmə, ixracat marşrutları və yeni marşrutların yaranması imkanları haqqında ənənəvi anlayışları dəyişdiririk. Biz bu vəziyyəti dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi iradəsidir və eyni zamanda, praktiki layihələr, səylərin əlaqələndirilməsi üzrə ciddi bir işdir. Mən əminəm ki, ölkələrimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviyyəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə yeni bir şərait yaradacaqdır.

Qeyd etdiyim kimi, biz qonşu ölkələrlə enerji sahəsində fəal əməkdaşlıq edirik. Eyni zamanda, biz Avropa təsisatları ilə də sıx çalışırıq. Dörd il bundan əvvəl biz Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa dair memorandum imzalamışıq və bu təmaslar çox fəaldır. Mən çox şadam ki, bu gün Avropa İttifaqının iki üzv ölkəsi və Cənubi Qafqaz regionunun iki ölkəsi bu sammitdə iştirak edir. Uzun illər enerji sahəsində fəal əməkdaşlıq edən bu ölkələr indi bir komanda kimi çalışır. Mən çox istərdim ki, biz gələcəkdə də birgə çalışaq. Bu, bizə qaz potensialımızı reallaşdırmağa kömək edəcək, bizim üçün yeni bazarlar açacaq və eyni zamanda, imkan verəcək ki, Avropa istehlakçılarının Xəzər regionuna, onun karbohidrogen ehtiyatlarına çıxışını təmin edəcək layihələr üzrə birgə çalışaq. Fikrimcə, əgər biz bütün maraqları üst-üstə qoymağa nail olsaq, qarşımızda aydın mənzərə və çox vədedici gələcək olacaqdır. Əminəm ki, dünən həmkarlarımla apardığım və bu gün cənab Baş nazirlə aparacağım danışıqlar bu əməkdaşlıq ruhunu gücləndirəcəkdir.

Bu gün biz AGRİ adlanan layihə üzrə bəyannamə imzalayacağıq. Bu yeni bir addır və ola bilsin ki, onun haqqında hamının məlumatı yoxdur. Lakin yeni olmaq arxada qalmaq demək deyildir. Düşünürəm ki, bizim yaxşı dinamika, sürət və sadiqliklə indiyədək müzakirə olunan bütün layihələr arasında lider olmağa yaxşı imkanımız vardır. Biz Cənub dəhlizinə aid layihələr üzərində çalışmağa davam edəcəyik və fikrimcə, AGRİ layihəsinin çox yaxşı potensialı vardır. Çünki biz onu irəliyə doğru aparmaq üçün aramızda olan güclü sadiqliyi görürük. Əvvəl qeyd etdiyim kimi, biz artıq bir çox hazırlıq işlərini görmüşük, anlaşma memorandumu imzalanıb və bu gün mühüm sənəd imzalanacaqdır. Bu səbəbdən güclü sadiqliklə, səylərimizi birləşdirməklə, əminəm ki, biz yaxşı nəticələr əldə edə biləcəyik. Fikrimcə, regionumuzda enerji əməkdaşlığının yeni səhifəsini aça bilərik və açmalıyıq, baxmayaraq ki, AGRİ layihəsi haqqında çoxlarının məlumatı yoxdur. Əminəm ki, bu sammitdən sonra AGRİ layihəsi regionumuzda və Avropada olan mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaqdır.

Beləliklə, çıxışımın sonunda bugünkü toplantıdan məmnunluğumu bildirmək istərdim. Əziz qonaqlar, dəvətimi qəbul etdiyiniz üçün sizə çox minnətdaram və əminəm ki, bugünkü tədbir yaxşı nəticələrlə güclü əməkdaşlığın başlanılması kimi tarixə düşəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Page 173: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

173    

Prezident İlham ƏLİYEV görüşdə iştirak edən dövlət və hökumət başçılarına onun dəvətini qəbul edib Bakıya gəldiklərinə görə təşəkkür etdi. Bildirdi ki, bugünkü toplantının ölkələrimiz arasında gələcək əməkdaşlığın səviyyəsinə və regionun ümumi inkişafına çox mühüm təsiri olacaqdır. Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə enerji sahəsində əməkdaşlıqla bağlı dediyi fikirlərə görə təşəkkür etdi. Dövlətimizin başçısı İlham Əliyev ölkələrimizin iştirak etdiyi və Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin daha geniş tərəfdaşlığa şərait yaratdığını dedi. Prezident İlham Əliyev “Şərq tərəfdaşlığı” proqramı və Avropa təsisatları ilə olan ümumi əlaqələrə dair Azərbaycana göstərdikləri daimi dəstəyə görə Prezident Beseskuya və Baş nazir Orbana minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Rumıniya Prezidentinə ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə görə də təşəkkür etdi.

Prezident İlham Əliyev bir daha AGRİ layihəsinin əhəmiyyətindən danışaraq dedi: - Öncə qeyd etdiyim kimi, AGRİ yeni bir layihədir və onun çox yaxşı potensialı vardır. Bugünkü toplantı,

əməkdaşlığın ruhu və dünənki danışıqlarımız ölkələrimizin nə qədər yaxın olduğunu göstərir. Bu, istənilən layihənin uğurlu icrası üçün əsas amillərdən biridir. Əgər biz bu güclü siyasi əlaqələrə, şəxsi münasibətlərə qarşılıqlı asılılığı da əlavə etsək, - mən deyərdim ki, qarşılıqlı asılılıq enerji sektorunda uğurun əldə edilməsi üçün mühüm elementlərdən biridir, - o faktı da əlavə etsək ki, bir-birimizi istənilən formada dəstəkləyə bilərik və iqtisadiyyatlarımız rəqabət aparmayacaq, o zaman AGRİ layihəsi hamımız üçün faydalı olacaqdır. Beləliklə, biz artıq bu layihənin icrasının başlandığı andan güclü potensialın olduğunu görürük. Bu gün bütün zəruri addımlar atılacaqdır. Əminəm ki, texniki əsaslandırmaya dair məsələlər, layihənin dəyərləndirilməsi və bütün mühəndis işləri vaxtında həyata keçirilərsə, o zaman yaxşı nəticələr əldə olunacaqdır. Bir daha xoş sözlərə, şərhlərə və iştiraka görə qonaqlarıma və dostlarıma minnətdarlığımı bildirirəm.

“Xalq qəzeti”.- 2010.- 15 sentyabr .- N 200.- S.1-2.

Page 174: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

174    

Dövlət və hökumət başçılarının birgə mətbuat konfransı

Bakı, 15 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı

Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçirmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli xanımlar və cənablar! Mən hamını bu əlamətdar hadisə ilə bağlı təbrik etmək istərdim. Biz indicə AGRİ layihəsi üzrə mühüm bir

bəyannamə imzaladıq. Bu layihə üzərində biz uzun müddət çalışmışıq. Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. Ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır.

Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir.

Bizim böyük həcmdə təbii ehtiyatlarımız vardır. Azərbaycan “Şahdəniz” və digər qaz yataqlarında hasilatı artırmaq üçün öz töhfələrini verəcəkdir. Bizim etibarlı nəqletmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoysaq görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etməyimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından, bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır.

Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi, əminəm ki, bizə uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm elementlərdən sayılır. Başqa sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər bir şərait vardır. Ümid edirəm ki, bugünkü imzalanma mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə uğurun əldə olunması üçün öz rolunu oynayacaqdır.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

X X X

- Mənim sualım Prezident Trayan Beseskuyadır. Mən soruşmaq istəyirəm ki, Avropanın maliyyə

vəsaitləri bu layihə üçün istifadə oluna bilərmi? Bunun Nabukkoya nə cür təsiri olacaq? Eyni zamanda, demək istəyirəm ki, Azərbaycan tərəfi də Nabukkoda iştirak etmək istəyini bildirmişdir. İndi isə mən Sizin yeni bir layihə ilə bağlı fikirlərinizi öyrənmək istərdim.

Trayan BESESKU: Gəlin sualınızın sonuncu hissəsindən başlayaq. Rumıniya texniki əsaslandırma işini hazırda aparmaqdadır və bunu ABŞ hökuməti öz inkişaf və ticarət agentliyi vasitəsi ilə maliyyələşdirir və burada söhbət Konstansada maye qaz terminalının tikintisindən gedir. Yəni, amerikalı tərəfdaşlar istəyir ki, araşdırma daha geniş şəkildə aparılsın ki, buraya Gürcüstan da daxil edilsin. Buna imkan da vardır. Ona görə, əvvəlcə demək istəyirəm ki, bunu maliyyələşdirmək və texniki əsaslandırma işini də vaxtında həyata keçirmək olar. O ki qaldı qiymət məsələsinə, mən bu haqda heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, əgər layihə icra olunarsa, bu, ticarət və inkişaf agentliyi tərəfindən maliyyələşdiriləcək və mərhələlərlə həyata keçiriləcəkdir. Konstansa terminalı vasitəsilə ildə 10 milyard kubmetr, növbəti ildə əlavə 10 və üçüncü ildə əlavə 10 milyard kubmetr qaz ötürüləcəkdir. Bu isə ümumilikdə 30 milyard kubmetr təşkil edəcəkdir. Bu layihə, ilk növbədə bazardakı mövcud tələbatdan, digər tərəfdən, təchizat mənbələrindən asılı olacaqdır. Təbii ki, layihənin birinci mərhələsinə gəldikdə, əminliklə qeyd etmək olar ki, bu, Azərbaycan qazı sayəsində həyata

Page 175: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

175    

keçiriləcəkdir. Avropa maliyyəsi cəlb olunacaqdır ki, texniki əsaslandırma işi başa çatdırıldıqdan sonra artıq biz daha ciddi şəkildə həmin bu sərmayənin maliyyə mənbələri haqqında danışa bilək. Hazırda o öhdəliyi, o məsuliyyəti öz üzərimizə götürürük ki, biz dövlətlər olaraq layihənin müxtəlif mərhələlərinə hazırıq. Daha sonra isə, növbəti bir mərhələ kimi sərmayələri yatıracaq, terminalları istismar edəcək şirkətləri müəyyən edəcəyik. Bu, özəl şirkətlərə məxsus terminallar olacaqdır ki, biz bir növ özəl sərmayələri cəlb edə bilək. Biz istəyirik ki, işlər başlansın. Yəni, burada milli şirkətlərin, 4 ölkənin şirkətlərinin oynadığı rol ondan ibarət olacaqdır ki, onların Buxarestdə ümumi bir ofisi olsun və layihə çərçivəsində bunu irəliyə doğru apara bilsinlər. Mənim üçün bu layihəyə nə qədər vəsaitin sərf olunacağını demək çətindir. Siz bilirsiniz ki, bu, ən ucuz və ən az vəsait tələb edən bir layihə olacaqdır. Bu, mövcud alternativ yollar arasında Xəzər dənizi və Mərkəzi Asiyadan enerji ehtiyatlarının Avropa bazarlarına çıxarılmasının ən asan yoludur. Qiymətlərə gəldikdə isə, bu, çox yaxşı rəqabət qabiliyyəti olan bir layihə olacaqdır.

- Cənab prezidentlər, cənab Baş nazir, çox sağ olun. Sizdən bir daha bu layihənin şaxələndirmə və alternativ təchizat marşrutları nöqteyi-nəzərindən əhəmiyyəti barədə soruşmaq istərdim, bu, hər kəs üçün enerji təhlükəsizliyinin təminatı hesab edilə bilərmi?

Viktor ORBAN: Sual ilk baxışda göründüyündən daha geniş sahələri əhatə edir. İlk növbədə, qlobal iqtisadiyyatda bir çox çətinliklər mövcuddur və bunlar gələcəkdə də olacaqdır. Buna görə də, biz Avropanın, məsələn, on ildən sonra necə olacağını deyə bilmərik. Şübhəsiz ki, Avropada və qlobal iqtisadiyyatda bir çox qeyri-müəyyən məqamlar vardır. Əsas məsələ siyasətçilərin və xalqların bu qeyri-müəyyənliklərə necə cavab verməsidir. Burada iki mümkün hal ola bilər. Birincisi, heç bir tədbir görməmək və qlobal maliyyə böhranının bitməsini gözləmək. Digər variant isə, fəal olmaq və qlobal böhranla mübarizə aparmaqdan, yeni perspektivləri müəyyənləşdirməkdən ibarətdir. İnanıram ki, bu baxımdan layihə çox vacibdir, çünkü o, qeyri-müəyyənlikdə olan qlobal iqtisadiyyata yaxşı bir cavabdır. Bu, eyni zamanda, avropalılar üçün də yaxşı ismarıcdır. Bilirsiniz, bu, çox vacibdir, büdcələrin tarazlığı da çox vacibdir, lakin biz bununla kifayətlənməməliyik. Buna görə də biz işləri davam etdirməliyik. Hərəkət olmayan yerdə, biznes də olmur. Biznes olmadıqda, iqtisadi inkişaf da olmur. İqtisadi inkişaf olmadıqda isə, insanlar işsiz qalır. Doğrudan da, insanlar işsiz qalır. Avropa təcrübəsində siyasi sabitsizlik baş verə bilər. Əgər Avropada sülh və sabitlik şəraitində yaşamaq istəyiriksə, o zaman biz qeyri-müəyyənliklərə qarşı fəal olmalıyıq. Budur bu layihənin siyasi anlamı. Məhz buna görə mən fəal qrupun üzvü olmaqdan çox şadam. Kim tərəddüd etmir? Çətin vəziyyətlərin öz-özünə həllini tapacağını gözləməyin, çalışın gələcəyi özünüz yaradın. Məni həvəsləndirən məhz budur. Bu nöqteyi-nəzərdən bizim ittifaq növbəti onillikdə Avropa iqtisadiyyatının sabitləşməsinə töhfələr verəcəkdir.

İlham ƏLİYEV: Əlavə etmək istərdim ki, şaxələndirmə enerji təhlükəsizliyinin mühüm elementlərindən biridir. Çünki Azərbaycan kimi dünyanın neft və qaz bazarlarına birbaşa çıxışı olmayan ölkələr, - mən burada böyük bazarları nəzərdə tuturam, - daim şaxələndirilmiş təchizat marşrutlarına ehtiyacın yarandığı vəziyyətlə üzləşirlər. Şaxələndirilmiş təchizat infrastrukturu yarandıqda isə, müstəqil enerji siyasəti yürütmək imkanlarımız sürətlə artır. Deyə bilərəm ki, bir vaxtlar Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilmiş nəqletmə infrastrukturu yox idi. Bizim sovet dövründə tikilən bir neçə neft və qaz boru kəmərimiz var idi və onlar fəaliyyət göstərmirdi. Müstəqillik illərində isə hasilata yatırılan sərmayələr nəqletmə infrastrukturuna qoyulan sərmayələrlə paralel aparılırdı. Məhz bu yolla Bakı-Supsa neft boru kəməri, sonra isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və daha sonra Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri tikilmişdi.

Hazırda böyük neft və qaz ehtiyatları, o cümlədən hasilatı olan Azərbaycanın nefti və qazı bütün istiqamətlərə nəql edən 7 boru kəməri vardır. Bütün bu boru kəmərlərini genişləndirmək üçün yaxşı imkanlar var, o cümlədən texniki cəhətdən yaxşı imkanlar vardır. Əgər özümüzün və qonşu ölkələrin təbii qazını daha çox nəql etmək zərurəti yaranarsa, biz əlavə boru kəmərlərini də tikə bilərik. Bizim üçün şaxələndirmə enerji potensialımızı reallaşdırmaq qabiliyyəti deməkdir. Biz tam dərk edirik ki, şaxələndirmə enerji ehtiyatları ilə özünü tam təmin etməyən ölkələr üçün proqnozlaşdırmanın mümkünlüyü və enerji təhlükəsizliyi deməkdir.

Bildiyimiz kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bu mənada bugünkü tədbirin və bəyannamənin, keçirdiyimiz sammitin əhəmiyyəti ondan ibarətdir ki, biz səylərimizi birləşdiririk. Biz hamımız bu layihənin həyata keçirilməsində maraqlıyıq. Biz bu layihənin həyata keçirilməsi işinə siyasi səylərimizlə, maliyyə resurslarımızla və təbii ki, maliyyə bazarlarının imkanları ilə töhfə verəcəyik. Bu da həm hasilatçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün şaxələndirməni təmin edəcəkdir.

- Qazın Qafqazdan Mərkəzi Avropaya nəqli üçün bir neçə yanaşma mövcuddur. Siz məhz bu layihənin reallaşmasının şanslarını necə qiymətləndirirsiniz? Nəzərə alsaq ki, artıq Azərbaycan və Rusiya arasında qaz alqı-satqısına dair anlaşma imzalanıb. Mümkünsə ölkənin qaz ehtiyatlarını açıqlayardınız və AGRİ layihəsi hansı həcmdə qazla təchiz edilə biləcək?

Page 176: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

176    

İlham ƏLİYEV: Bu gün biz bu məsələləri müzakirə etdik. Rəqəmlər bəllidir. Bu il Azərbaycanda qaz hasilatının həcmi 28 milyard kubmetrdir. Deyə bilərəm ki, daxili tələbat təxminən 10-11 milyard kubmetrə bərabərdir. Qalan hissəsi isə ya ixrac olunur, ya da neft hasilatını artırmaq və eyni zamanda, qazın ehtiyatda saxlanılması üçün yenidən quyulara vurulur. Bu gün bizim qaz hasilatımız ixracetmə imkanlarımızla məhdudlaşır. Biz bu gün ixrac edə biləcəyimiz həcmdən daha az ixrac edirik. Bu səbəbdən biz yeni bazarlar, yeni istiqamətlər axtarışındayıq.

Bu gün biz təkcə Rusiyaya deyil, digər qonşu ölkələrə də qaz ixrac edirik. Məsələn, Türkiyəyə qaz ixrac edirik. Bu il ixracın həcmi 6 milyard kubmetrdən çox olacaqdır. Biz bir neçə milyard kubmetr qazı ixrac üçün asanlıqla artıra bilərik. Biz Gürcüstana qaz ixrac edirik, bu, təxminən 1 milyard kubmetrdən çoxdur. Bu, Gürcüstanın bugünkü tələbatıdır. Əminəm ki, bu həcm artacaqdır. Çünki Gürcüstanın iqtisadiyyatı sürətlə inkişaf edir və biz həcmin artımına hazır olacağıq. Biz İrana da qaz ixrac edirik. Mövcud potensial və boru kəmərləri əlavə qaz təchizatını təmin edə bilər. Ötən il biz Rusiya ilə müqavilə imzaladıq və bu ilin əvvəlindən etibarən məhdud həcmdə - yarım milyard kubmetr qazı Rusiyaya nəql edirik. Lakin Rusiyanın Azərbaycan kimi yaxın ölkənin qazı ilə öz cənub bölgəsinin qaz təchizatına artan tələbatını və bizim qaz hasilatımızın artmasını nəzərə alaraq, Rusiyaya ixrac olunan qazın həcmini artırmağa qərar verdik. Bu il bu həcm 1 milyard kubmetrə çatdırılacaqdır. Gələn il isə bu həcmi 2 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişik.

Yenə də əlavə tələbat olarsa, həcmi artırmaq imkanımız vardır. Düşünürəm ki, bugünkü qaz hasilatımızın və ixracatımızın səviyyəsi digər layihələrdə iştirakımıza mane

olmur. Biz Cənub Dəhlizinə aid layihələrə çox böyük əhəmiyyət veririk. Biz Cənub Dəhlizini bir istiqamət kimi qəbul edirik, baxmayaraq ki, Cənub Dəhlizi çərçivəsində bir neçə layihə vardır. Ən tanınmışı, yəqin ki, Nabukkodur, çünki onunla bağlı bir çox görüşlər, sammitlər keçirilib, danışıqlar aparılıb. Deyə bilərəm ki, ötən il Azərbaycan enerji təhlükəsizliyi sammitində iştirak etmişdir və biz də Nabukko ilə bağlı bəyannaməyə imza atdıq. Digəri isə Türkiyə-Yunanıstan-İtaliya layihəsidir, üçüncüsü, Transadriatik layihəsidir, növbətisi isə AGRİ layihəsidir. Bütün bu layihələr Cənub Dəhlizinin bir hissəsidir və biz onların hamısını dəstəkləyirik.

Düşünürəm ki, bunların hamısının potensialı vardır. Biz bu işlərə başlamalıyıq. Biz Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini 1 milyon barrel hesabı ilə tikməyə başlayanda hasilatımızın həcmi 200 min barreldən də az idi. Biz mövcud hasilat potensialımızdan beş dəfə artıq həcmə malik olan boru kəmərinə sərmayə qoyduq. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdıqdan dörd il sonra bu boru kəməri demək olar ki, tam gücü ilə fəaliyyət göstərir. Əminəm ki, bu, AGRİ və digər layihələrdə də baş verəcək. Biz Avropa bazarında etibarlı və uzun müddətli qaz təchizatçısı olaraq qalacağıq.

- Mənim də sualım Azərbaycan Prezidentinədir. Cənab Prezident, ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqında nə deyə bilərsiniz?

İlham ƏLİYEV: Bu gün biz bu məsələni ətraflı müzakirə etdik, uzun illərdir ki, biz bu istiqamətdə çalışırıq. Əvvəldə qeyd etdiyim kimi, enerji təhlükəsizliyi hamı üçün təhlükəsizliyi təmin etməli olan çoxtərəfli bir məsələdir. Bizim üçün Avropanın enerji təhlükəsizliyi Azərbaycanın yeni sahələrə daha çox sərmayə qoymaq və daha çox hasil etmək imkanları deməkdir. Bu gün sammit zamanı çıxışımda bildirdim ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetrdir, reallıqda isə bu, 5 trilyon kubmetrdir. Bu səbəbdən hasilatı artırmaq üçün bizə etibarlı, böyük və daha çox bazar lazımdır.

Bu gün biz Azərbaycanda qaz yataqlarına böyük sərmayələrin qoyulması ərəfəsindəyik. Bəzi hesablamalara görə, bu, təxminən 20 milyard dollardır. Deyə bilərəm ki, son 16 il ərzində Azərbaycanın neft və qaz sektoruna yatırılan sərmayələrin ümumi həcmi 46 milyard dollar olmuşdur. Bu, kifayət qədər böyük rəqəmdir. Lakin, təkcə 20 milyard dollar yalnız “Şahdəniz” yatağına yatırılacaq və bu bizə mövcud hasilatdan azı 16 milyard kubmetr əlavə qaz hasil etməyə imkan verəcək ki, bu da təxminən 40 milyard kubmetr təşkil edəcəkdir. Bu vəsaiti yatırmaq üçün bizə yeni bazarlar lazımdır. Çünki, qaz biznesində əvvəl gərək, bazar mövcud olsun, sonra isə sərmayələr qoyulsun. Bizim üçün Avropanın enerji təhlükəsizliyi alternativ və əlavə təchizat marşrutlarının təmin edilməsi baxımından avropalıların özündən heç də az əhəmiyyət kəsb etmir. Baş nazir Orbanın qeyd etdiyi kimi, bu, hamını qane edən bir vəziyyətdir. Biz bu sahədə çox çalışırıq və planlaşdırdığımız bütün işləri böyük məsuliyyətlə, sadiqliklə həyata keçirəcəyik.

Çox sağ olun!

“Xalq qəzeti”.- 2010.- 16 sentyabr .- N 201.- S.3.

Page 177: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

177    

Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 15 sentyabr (AzərTAc). Sentyabrın 15-də - Bilik günündə Bakıda 132-134 nömrəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Prezident İlham ƏLİYEV 132-134 nömrəli təhsil kompleksinin müəllim-şagird kollektivi və

valideynlər ilə görüşdü, onları təbrik edərək dedi: - Sizi ilk növbədə yeni dərs ili, eyni zamanda, məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi

münasibətilə təbrik edirəm. Bu, böyük və gözəl hadisədir. Bu, əslində daha çox saraya oxşayır, nəinki məktəbə. Çox şadam ki, təmir işləri yüksək səviyyədə aparıldı. Əslində məktəb yenidən quruldu və sinif otaqları artırıldı. Məktəbin sahəsi, demək olar ki, iki dəfə artırıldı. Məktəb faktiki olaraq böyük məhəbbətlə, zövqlə, keyfiyyətlə yenidən quruldu.

Mən xatırlayıram, məktəbin əsaslı təmiri haqqında təşəbbüs irəli sürəndə bəzi söz-söhbətlər gedirdi ki, ya məktəb bağlanacaq, ya söküləcək, ya yerində nəsə tikiləcəkdir. Əlbəttə, bəzən belə şayiələr də olur. Amma bizim fikrimiz məhz ondan ibarət idi ki, bu məktəblər öz fəaliyyətini davam etdirsin. Çünki bu məktəblərin çox böyük tarixi vardır. Müxtəlif dövrlərdə müxtəlif funksiyaları daşıyırdı. Ancaq bütün dövrlərdə qısa fasilələrlə məktəb kimi fəaliyyət göstərib.

Biz gərək bu tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşaq, tarixi irsimizi, tarixi abidələrimizi qoruyaq və bərpa edək. Ona görə bu bina özlüyündə bir tarixi abidədir. Amma hesab edirəm ki, indi daha da gözəlləşib. Hesab edirəm ki, bu bina indi Bakının ən gözəl binalarından biridir. Baxmayaraq ki, Bakıda gözəl binalar çoxdur və məncə, Bakı memarlıq, tarixi abidələrin çoxluğu, infrastruktur baxımından əslində dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq yenə də o gözəl binaların içində bu binanın öz yeri vardır. Bununla bərabər, məktəbdə ən müasir avadanlıq quraşdırılıbdır. Bu gün mən vəziyyətlə tanış oldum. Elektron lövhələr, kompyuterlər, ondan sonra bütün lazımi avadanlıq quraşdırılıb, gözəl şərait yaradılıb. Yəni burada uşaqlar üçün oxumaq, müəllimlər üçün işləmək çox xoş olacaqdır.

Mən çox şadam ki, bu gün – Bilik günündə biz sizinlə bərabər məktəbin yeni mərhələyə qədəm qoyduğunu qeyd edirik. Bilirsiniz ki, son illərdə Bakıda, Azərbaycanın müxtəlif yerlərində məktəblərin tikintisi sürətlə gedir. Nəzərə alsaq ki, Azərbaycanda məktəblərin sayı 4 min 500-dən bir az çoxdur, bunun 2 minə yaxını, bəlkə də ondan da çoxu son 5-6 ildə tikilib. Bu, böyük bir investisiya tələb edən məsələ idi. Biz bunu etdik və bu proses bu gün də davam edir.

Bu gün təhsil naziri məlumat verdi ki, bu il Azərbaycanda 48 məktəb tikilib istifadəyə verilib. Əlavə korpuslar, uşaq bağçaları tikilib və bu işlər davam etdiriləcəkdir. Ümid edirəm ki, iki-üç il ərzində Azərbaycanda qəza vəziyyətində olan məktəblərin hamısının yerində yeni məktəblər tikiləcəkdir. Təmirə ehtiyacı olan məktəblərdə təmir işləri aparılacaq və yeni məktəblər inşa ediləcəkdir. Beləliklə biz bu məsələni və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işlərini tez bir zamanda yekunlaşdıracağıq. Biz bununla paralel olaraq təhsilin keyfiyyətinə də böyük fikir veririk və bu keyfiyyət artır. Mən çox şadam ki, Azərbaycan bu işlərdə dünyada gedən ən qabaqcıl və mütərəqqi proseslərə qoşulub. Təhsilin keyfiyyətinin artırılması çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onlar gərək bilikli, savadlı olsunlar, yaxşı oxusunlar ki, gələcəkdə həm özləri üçün həyatda layiqli yer tuta bilsinlər, eyni zamanda, ölkəmizin inkişafı üçün də fəal çalışsınlar. Çünki ölkəmiz çox sürətlə inkişaf edir və peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir.

Bu yaxınlarda dünyanın aparıcı qurumlarından biri olan Dünya İqtisadi Forumu yeni hesabat təqdim edib və yenə də Azərbaycan o hesabatda MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə birinci yerdədir. Bu o deməkdir ki, iqtisadiyyatımız çox sürətlə inkişaf edir. Yeni müəssisələr, fabriklər, zavodlar, sənaye, xidmət obyektləri yaradılır. Kim orada işləyəcək?! Onların hansı səviyyədə insanlara xidmət göstərəcəyi orada işləyən insanlardan asılıdır. İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq. Deyə bilərəm ki, son illərdə Azərbaycanda təhsil sahəsində müsbətə doğru ciddi dönüş yaranmışdır. Kompyuterləşmə prosesi gedir. 2004-cü ildə min şagirdə bir kompyuter düşürdüsə, indi min şagirdə 20 kompyuter düşür. Bu artım Avropa səviyyəsinə yaxınlaşır, mən inkişaf etmiş Avropa ölkələrini nəzərdə tuturam. Bütün başqa sahələrlə bərabər, təhsillə bağlı məsələlər həmişə diqqət mərkəzində olacaqdır.

Bakıda təmir olunan məktəblər, eyni zamanda, memarlıq abidələridir. O cümlədən bu məktəb də. Biz indi yəqin ki, bu məktəblərin yeni statusu haqqında fikirləşməliyik. Çünki bu təmir işlərinə böyük vəsait qoyuldu,

Page 178: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

178    

avadanlıq quraşdırıldı. Yəni bu məktəbləri bu vəziyyətdə saxlamaq üçün həm xüsusi maliyyə proqramı tərtib olunmalıdır, maliyyə mənbələri təklif edilməlidir, eyni zamanda, məktəblərin xüsusi statusu olmalıdır. Onu yəqin ki, Təhsil Nazirliyi təklif edəcəkdir. Amma çox vacib məsələlərdən biri də odur ki, bu məktəblər öz tarixi adlarını saxlasınlar. Yəni heç bir başqa ad verilməsin. Həm 132, həm 134, çünki birinci növbədə bu, tarixdir, ikinci növbədə, axı, burada oxuyan insanların sayı minlərlədir. Hər bir insan üçün onun doğma məktəbi çox əzizdir, onun nömrəsi onun üçün əzizdir. Ona görə bu adlar itirilməməlidir, onlar qalmalıdır. Ancaq məktəblərin yeni statusu haqqında fikirləşin və təklifləri verin. Burada həm təhsil, həm bütün başqa məsələlər keyfiyyətli və yüksək səviyyədə olsun.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram!

“Xalq qəzeti”.- 2010.- 16 sentyabr .- N 201.- S.1-2.

Page 179: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

179    

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının

qurulması haqqında birgə bəyannamə imzalanmışdır

İstanbul, 15 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 15-də İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mərasimi olmuşdur.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyanatlarla çıxış etdilər və jurnalistlərin suallarına cavab verdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Baş nazir! Əziz qardaşım! Bu gün doğrudan da tarixi bir gündür və bu gün də bərabər olmağımızdan çox məmnunam. Yenidən qardaş

Türkiyədə olmağımdan çox məmnunam və əminəm ki, bu gün imzalanmış tarixi sənəd Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafını təmin edəcəkdir.

Siz qeyd etdiyiniz kimi, xalqlarımız arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri yaşayır. Bu münasibətlər bu gün zənginləşir, bu münasibətlər bu gün yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Biz bu əlaqələri bu möhkəm təməl üzərində qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, möhkəmlənir. Bu gün bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdır.

Biz yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk tanıyan Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk günündən bu günə qədər Türkiyə daim bizim yanımızdadır. Bu gün biz müxtəlif sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün imzalanan sənədin bu əməkdaşlığın dərinləşməsi və genişlənməsi üçün çox böyük əhəmiyyəti vardır.

Siz bu gün Azərbaycan xalqının böyük oğlu, mənim atam Heydər Əliyevin kəlamlarını xatırladınız. Bu, bizim üçün çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən sevdiyi Türkiyədə bu gün, bu tarixi gündə onun kəlamları, əməyi xatırlanır. Mən əminəm ki, onun ruhu bu gün bu salondadır.

Eyni zamanda, bu gün biz türk dünyasının böyük öndəri, Azərbaycan xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun kəlamları bizim münasibətlərimiz üçün işıqlı bir yoldur. Yəni, münasibətlərimiz bu möhkəm təməllər üzərində qurulur. Mən əminəm ki, indiki nəsil, gələcək nəsillər bu dostluğu, bu qardaşlığı daha da irəliyə aparacaqlar, möhkəmləndirəcəklər. Biz elə etməliyik ki, bundan sonrakı nəsillər də bu bayrağı daim uca tutsunlar. Dostluğumuz, qardaşlığımız hər şeydən üstündür, əbədidir və əbədi olacaqdır.

Bugünkü mərasimin çox böyük əhəmiyyəti vardır. Bu gün imzalanmış sənəd əslində bu günə qədər görülən işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığımızın gələcək inkişafını müəyyən edir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılması sadəcə adi bir müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə bütün sahələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə aparaq və bütün sahələrdə daha da böyük nəticələrə çataq. Bu saziş bütün sahələri əhatə edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri, qarşılıqlı sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat, dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr - yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın əlaqələri bundan sonra da uğurla, sürətlə və daha da mütəşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da birləşsin, daha da sıx əməkdaşlıq etsin.

Bu tarixi gündə mən, ilk növbədə, qardaşım, hörmətli cənab Baş nazirə minnətdarlığımı bildirmək istəyirəm ki, onun səyləri və təşəbbüsü nəticəsində bu gün bu sənəd artıq imzalanmışdır. Eyni zamanda, hörmətli qardaşımın sözlərinə qatılıram. Bu sənədin üzərində çalışan bütün yoldaşlara, bütün dostlara öz minnətdarlığımı bildirirəm.

Bu sənəd hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə arasında müqavilə deyildir. Bu, ürəkləri, xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt edəcəkdir. Sağ olun.

Page 180: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

180    

X X X

Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.

X X X

- Cənab Prezident, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı köməyi edə bilər? Ümumiyyətlə, biz Azərbaycan olaraq, türkdilli dövlətlərdən hansı köməyi gözləyirik?

İlham ƏLİYEV: Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim Türkiyə ilə Azərbaycan arasındakı danışıqların mövzusudur. Bu gün də bu mövzu ilə bağlı hörmətli cənab Baş nazir ilə geniş fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini dəstəkləyir, bütün dövrlərdə, müxtəlif formalarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Bu gün bu məsələ ilə bağlı gedən danışıqlar nəticəyə gətirib çıxarmalıdır. Nəticə də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Əsrlər boyu xalqımız o ərazidə yaşamışdır, yaratmışdır. Azərbaycanlılar o bölgədən qovuldular. Dağlıq Qarabağda və ətraf bölgələrdə bir nəfər də olsun azərbaycanlı qalmadı. Onların hamısı etnik təmizləmə siyasətinə məruz qaldılar. Bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlikdir. Bu, beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Əlbəttə ki, bundan sonra da Türkiyə ilə Azərbaycan münasibətlərində bu mövzu daim gündəlikdə olacaqdır.

Hörmətli dostum, qardaşım Baş nazirin sayəsində Türkiyənin güclənməsi, böyük dövlətə çevrilməsi bizi də gücləndirir. Bu gün Türkiyə on il əvvəlki Türkiyə deyildir. Türkiyə böyük, qüdrətli dövlətdir. Türkiyədə xalqla iqtidar arasında birlik vardır və bu amillər bölgəyə müsbət təsir göstərir. Türkiyə ilə hesablaşmamaq mümkün deyildir, nə bölgədə, nə də dünyada. Türkiyənin gücü bizim gücümüzdür. Çünki biz qardaşıq. Bu qardaşlıq bizim qanımızdadır. Bu qardaşlıq nəsildən-nəslə keçən qardaşlıqdır və əminəm ki, bu, əbədi olacaqdır. Ona görə Türkiyənin güclənməsi özlüyündə Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət amil kimi özünü göstərir. Nəzərə alsaq ki, Türkiyə hökuməti bu münaqişə ilə bağlı məsələdə çox fəal və çevik siyasət aparır, əminəm ki, bu siyasətin müsbət nəticələri olacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

- Hörmətli Baş nazir! Türkdilli dövlətlər birliyi başqa ölkələrin ərazisində yığcam yaşayan türklərlə hansı əlaqələri qurmağı planlaşdırır? İkinci sualım. Siz Türkiyə olaraq, Akdamar erməni dini kilsəsində bir mərasim planlaşdırırsınız. Amma Ermənistan bunu boykot etməyə çağırır. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

Rəcəb Tayyib ƏRDOĞAN: Əlbəttə, türk dilində danışan ölkələr arasındakı bu toplantı illərdir həyata keçirilən bir tədbir olaraq davam etməkdədir. Bu il təkrar toplaşmışıq. Bu il bunu, inşallah, daha da möhkəmləndirərək gələcəyə aparmaq üçün qətiyyət göstərəcəyik. Bunu gələcəyə istiqamətlənmiş işlərimizlə, xüsusilə Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha da inkişaf etdirərək davam etdirməyə çalışacağıq. Bildiyiniz kimi, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da burada iştirak edir. Görülən bu işləri gələcək nəsillərə fərqli bir formada çatdırmağı, həqiqətən türk dilini öz aramızda danışa biləcəyimiz səviyyəyə gətirməyi arzu edirik. Doğrusu, mən açıq danışmağı sevirəm. Yəni, biz aramızda fərqli dildə deyil, türk dilində danışaraq bu işi həyata keçirə bilərik, bunun həsrəti içərisindəyik, bunu arzulayırıq. Bir az əvvəl İlham qardaşımla bu barədə danışdıq, buna nail olmalıyıq dedik. Arzu edirəm ki, bunu yalnız sözdə deyil, əməl də icra edək.

Akdamarla əlaqədar suala gəlincə, bu, əslində bizim dünyaya baxışımızın bir ifadəsidir. Yəni, öz ölkələrində onlar bizə necə münasibət göstərir və bizim onlara münasibətimiz necədir? Hazırda ölkəmizdə erməni vətəndaşlarımız vardır. Bizim onların dini abidələrinə münasibətimiz necədir? Onların bizim abidələrə münasibəti necədir? Bizim hakimiyyətimizə qədər belə bir şey yox idi. İlk dəfə biz həmin kilsəni təmir etdik. Təmir edəndən sonra ildə bir dəfə bir mərasim icra edilməsinə icazə verdik. Bu, Trabzon şəhərindəki Sümela kilsəsində olduğu kimidir. Bu, əslində türkün tolerantlığının ifadəsidir. Bu tolerantlığı digər etiqad sahiblərindən gözləmək bizim də haqqımızdır. Arzu edirik ki, onlar da eyni tolerantlığı, eyni davranışı bizə qarşı göstərsinlər. Bizim etdiklərimizə etinasız qalmayacaqlarını düşünürəm və buna inanıram.

Biz də bir məsəl var. Bilmirəm, Azərbaycan dilində bunun qarşılığı var, ya yox? Biz deyirik ki, at dənizə, balıq bilməsə də, xaliq bilər. Biz öz yaxşılığımızı etdik və bu məsələdə tolerantlığımızı göstərdik. İnanıram ki, onlar da bunu başa düşərlər.

- Mən Azərbaycanla əlaqədar mövzuya təkrar qayıtmaq istəyirəm. Vizaların aradan götürülməsi ilə əlaqədar müjdəni nə vaxt verəcəksiniz? Siz hər dəfə görüşərkən biz bununla əlaqədar hər hansı bir

Page 181: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

181    

xəbəri eşidəcəyimizi gözləyirik. Amma bu məsələ hələ də gündəlikdə yoxdur. Görəsən bu, Azərbaycanın daxilindəki proseslərlə əlaqəli ola bilərmi və ya bu müqavilə ilə bunun təkrar gündəliyə salınmasından danışa bilərikmi?

İlham ƏLİYEV: Bu məsələ ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcəkdir. Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaqdır və əminəm ki, müsbət həllini tapacaqdır.

Rəcəb Tayyib ƏRDOĞAN: Onsuz da bilirsiniz ki, bizdə bir problem yoxdur. Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcəkdir. Heç narahat olmayın.

“Xalq qəzeti”.- 2010.- 16 sentyabr .- N 201.- S.4.

Page 182: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

182    

İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı

keçirilmişdir

İstanbul, 16 sentyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 16-da İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül! Əziz dostlar, hörmətli dövlət başçıları! İlk növbədə demək istəyirəm ki, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Əziz qardaşım

Abdullah Gülə təşəkkür edirəm ki, bugünkü zirvə görüşü çox yüksək səviyyədə təşkil olunubdur. Türkiyə yenə də bu gözəl təşəbbüsü öz üzərinə götürüb və bu zirvə görüşü gözəl İstanbulda keçirilir. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram. Əminəm ki, zirvə görüşünün gözəl nəticələri olacaqdır və ölkələrimiz arasında əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri sürətli inkişafını davam etdirəcəkdir.

Keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu günə qədər – bu bir il ərzində hesab edirəm ki, aramızdakı əlaqələr daha da sürətlə inkişaf etdi. Aramızdakı dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da gücləndi. Keçənilki zirvə görüşü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan zirvə görüşü zamanı Azərbaycan tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yaradılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcəkdir. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməlidir. Tarixi, mədəni araşdırmalar aparmalıdır. Mədəni sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə böyük töhfə verməlidir. Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bütün bu əməkdaşlığa və xoş niyyət göstərən bütün ölkələrə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma olmamışdır. Azərbaycanda bütün

Page 183: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

183    

xalqların hüquqları qorunur. Əlbəttə ki, erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün də yaşayır. Onların da hüquqları qorunur.

Xalqların öz müqəddəratını təyinetmə istəkləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasında qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq belə mövqeyi, bu mövqeyi dəstəkləyir. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünü idarəetmə imkanlarına malik olan prinsiplər əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydalarıdır. Bu, normal insani davranışın qaydalarıdır.

Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun inkişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meyillərini gücləndirməliyik. XXI əsrdə başqa ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə siyasəti aparmaq, Xocalı soyqırımı törətmək kimi cinayətlər cavabsız qalmamalıdır.

Beynəlxalq birlik nəinki öz qətnamələri və qərarları ilə, praktiki addımlarla bu məsələnin tezliklə həll olunmasına çalışmalıdır. Hər halda bundan sonra da çalışacağıq ki, məsələ daim gündəlikdə, bütün beynəlxalq təşkilatların gündəliyində qalsın. Əlbəttə ki, biz dost, qardaş ölkələrin dəstəyinə görə minnətdarıq. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək olmuşdur. Öz fikrini, öz mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və bizə dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.

Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək.

Mən xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün dünən imzalanan çox vacib sazişi bu gün vurğulamaq istəyirəm. Dünən Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaradılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır. Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün sahələrdə sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı ticarətin təşviqi və genişlənməsi üçün əlavə tədbirlər görülməlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkanlar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən sərmayələr qoyulub, eyni zamanda, Azərbaycan şirkətləri türkdilli ölkələrə investisiyalar qoyurlar və bu proses getdikcə daha da güclənir.

Bu gün əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji təhlükəsizliyi məsələlərində biz birgə çalışırıq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə bu məsələ xüsusi çəkiyə malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri demək olar ki, bölgənin enerji xəritəsinə böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu yollar, bu dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azərbaycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası olacaqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac vardır. Xəzər hövzəsində yerləşən ölkələrdə zəngin təbii ehtiyatlar vardır. Türkiyə bizim üçün həm böyük bazardır, eyni zamanda, qardaş ölkənin tranzit imkanları da genişdir. Biz bu sahədə səylərimizi daha da artırsaq, bu, hər bir ölkənin gücləndirilməsinə xidmət göstərəcəkdir.

Bu gün biz dəmir yolu layihəsi üzərində fəal çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Avropanı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cəhətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləşdirəcəkdir. Yəni, bütün bu layihələrlə əlaqədar artıq müvafiq tapşırıqlar verilibdir, işlər görülür. Mən şübhə etmirəm ki, gələcəkdə belə layihələrin sayı çoxalacaqdır. Ancaq artıq həyata keçirilən layihələr göstərir ki, birgə görülən işlər, müştərək təşəbbüslər bütün ölkələrə ancaq və ancaq xeyir və mənfəət gətirir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü zirvə görüşünə çox böyük əhəmiyyət verirəm. Mən çox şadam ki, vaxtilə yaradılmış, sonra pozulmuş ənənə artıq bərpa olunur. Yəni artıq bu zirvə görüşləri keçirilir. Keçən il keçirildi, bu il keçirilir. Əminəm ki, gələn il də keçiriləcəkdir. Biz bu ənənəni artıq bərpa edirik. Ümid

Page 184: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

184    

edirəm ki, gələcəkdə nəzərdə tutulmuş bütün məsələlər, planlar həyatda öz əksini tapacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin uğurlu inkişafı davam edəcəkdir. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 17 sentyabr .- N 202.- S.1-2.

Page 185: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

185    

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etmişdir

Nyu-York, 24 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Nyu-Yorkda, Birləşmiş

Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələrin rəsmi açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak etmişdir.

Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Cənab sədr! Xanımlar və cənablar! Əvvəlki natiqlərə qoşularaq cənab Cozef Deysin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci

sessiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə onu təbrik etmək, bu cür olduqca məsuliyyətli işdə böyük uğurlar arzulamaqdan şərəf duyduğumu və apardığı məhsuldar işə görə onun sələfi doktor Əli Abdussalam Trekiyə təşəkkürümü bildirmək istəyirəm.

Mən, həmçinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik məharətinə və işə sadiqliyinə görə Birləşmiş Millətlər Təşkilatının baş katibi, zati-aliləri cənab Pan Gi Muna dərin hörmət və minnətdarlığımı bildirirəm.

Cənab sədr, Azərbaycan dünya xalqları üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın

təşviq edilməsi və fundamental azadlıqların irəliyə doğru aparılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynadığı əsas rolu qiymətləndirir.

Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır.

Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.

Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür. Ermənistan Respublikasının münaqişə zamanı çox ciddi beynəlxalq cinayətlər törədərək, etnik təmizləmə siyasətini həyata keçirərək və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışaraq, Azərbaycan ərazilərinin işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir.

Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər.

Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə

Page 186: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

186    

məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır. Belə ki, münaqişənin başladığı andan ötən dövr ərzində çoxlu sayda insanlar azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraşdırıcı missiyasını göndərmiş və həmin missiya orada insanların məskunlaşması faktını müəyyən etmiş, “Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə” çağırmışdır. Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin. İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur.

Siyasi məsələlərə dair razılaşmanın olmaması, münaqişənin dondurulmuş vəziyyətdə qalması və uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən irəli gələn digər problemlərə diqqətin yetirilməməsi üçün bəhanə kimi istifadə edilməli deyildir.

Cənab sədr, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında silahlı münaqişənin tezliklə həll edilməsi

bizim üçün başlıca vəzifə olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri regiona sülh və sabitliyin gətirilməsində səylərini göstərirlər. Münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində statusunun yekunlaşdırılması üçün xoş məramla danışıqları davam etdirməyə hazırıq.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim edilmiş mərhələli variant prinsip etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul edilmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi həmsədrlərin təklifinə aydın cavabını hələ də uzadır.

Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü baxımından həyati əhəmiyyət kəsb edən məsələlər üzrə üzv dövlətlərin prinsipial mövqeyini yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyi ilə davamlı şəkildə həmrəy olmasına və mövcud çətinliklərin qərəzsiz, açıq və əhatəli şəkildə həllinə yönəlmiş Birləşmiş Millətlər Təşkilatı çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə mühüm dəstəyə arxalanırıq. Xanımlar və cənablar!

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsinə nail olmuşdur. Bu gün, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Yalnız son beş il ərzində Azərbaycan ümumi daxili məhsulunu təxminən üç dəfə artırmışdır.

Formalaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi ölkənin enerji və infrastruktur qovşağına çevrilməsində mühüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbohidrogenlərin beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii qazın təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon kubmetr və hətta ondan da artıq həcmdə ehtiyatlara malik olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır. Azərbaycanın olduqca fəal qaydada qonşuları ilə işlədiyi digər qlobal səviyyədə mühüm layihə regional dəmir yolu xəttinin çəkilməsini və inkişafını nəzərdə tutur. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında bütün növ malların daşınması üçün böyük imkanlar yaradacaqdır.

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün çox fəal üzvü kimi Azərbaycan enerji gəlirlərini açıq və şəffaf şəkildə ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaşdırılması və yoxsulluğun aradan qaldırılması üçün istifadə edir. Beləliklə, biz yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən 2009-cu ildə 11 faizə qədər azaltmağa nail olduq. Mən qətiyyətlə inanıram ki, qarşıdan gələn illərdə Azərbaycan davamlı inkişaf sayəsində bu sahədə daha böyük nailiyyətlər əldə edəcəkdir.

Page 187: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

187    

Cənab sədr, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Planetin istənilən guşəsinə təsir göstərə biləcək ən ciddi və uzunmüddətli çətinliklərdən biri iqlim dəyişikliyidir. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etmişik və ətraf mühitin qorunması sahəsində müxtəlif xüsusi proqramlar qəbul etmişik.

Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması və zəruri ehtiyacların təmin edilməsinə xüsusi diqqət yetirərək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir, dayanmadan səylər göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfəsini davam etdirəcəkdir.

Sağ olun. “Xalq qəzeti”.- 2010.- 23 sentyabr .- N 209.- S.1-2.

Page 188: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

188    

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri Dövlət başçılarının mətbuat üçün bəyanatları

Bakı, 27 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə sənədlərin imzalanma

mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi: - Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlərinizə, qonaqpərvərliyinizə, səmimi qəbula görə sağ olun.

Zənnimcə, nümayəndə heyətimizin üzvləri məni dəstəkləyərlər ki, biz burada özümüzü evimizdə olduğu kimi hiss edirik. Biz özümüzü dostlarımızın, qardaşlarımızın arasında, doğma torpağımızda hiss edirik. Sizin yaratdığınız bu ab-havanı biz yüksək qiymətləndiririk.

Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında səmimi sözləriniz bütün azərbaycanlıların qəlbində rəğbət doğurur. Heydər Əliyev haqqında, onun Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına imkan vermiş işləri haqqında xatirə qəlbimizdə yaşayır. Bu gün gördüyümüz işlər də Heydər Əliyevin xidmətləridir. Bu gün biz möhkəm zəmin üzərində dövlət qurur və onu gücləndiririk. Buna görə mən Sizə, atamla dostluq etmiş, onunla birgə işləmiş insana çox minnətdaram, Sizi bağlayan amillər çox idi. Bu sözləri eşitmək, qardaş Özbəkistanda Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu görmək mənə çox xoşdur. Bu, dövlətlərimizin bugünkü uğurlu inkişafının mühüm amillərindən biridir.

Azərbaycan dövlətinin başçısı Özbəkistanın qazandığı uğurlara toxunaraq dedi: -Bir daha demək istəyirəm ki, müstəqillik dövründə ölkənizin uğurları Azərbaycanda bizi çox sevindirir.

Sizin rəhbərliyiniz altında, prinsipial və müdrik siyasətiniz sayəsində Özbəkistan çox böyük nəticələr qazanmışdır. Biz Özbəkistanı qardaş, yaxın, dost dövlət hesab edirik. Bu dövlətlə bizi çox möhkəm tarixi, mədəni əlaqələr bağlayır. Bugünkü münasibətlərimiz də bu baza əsasında formalaşmışdır.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın qəti və ədalətli mövqeyini xüsusi vurğulayaraq dedi:

- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində, eləcə də bütün münaqişələrin bütövlükdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsində prinsipial, ardıcıl, qətiyyətli mövqeyinə görə biz Özbəkistana çox minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bütün dünya tərəfindən, BMT tərəfindən tanınmışdır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başlıca şərtidir. Erməni tərəfin tez-tez istinad etdiyi xalqların təyini-müqəddərat hüququ məsələsinə gəldikdə isə, bu hüquq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Bu prinsip ərazi bütövlüyü prinsipinə zidd deyildir və əgər Helsinki Yekun Aktının qərarına nəzər salsaq, orada aydın görünür ki, xalqların təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyünü pozmamalıdır. Xüsusən erməni xalqının artıq bir dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını təyin etməsini nəzərə alsaq, ikinci erməni dövlətinin yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılması tamamilə yolverilməz və qəbuledilməzdir.

Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün səy göstərəcəyik. Biz danışıqlar prosesindəyik, məsələyə konstruktiv münasibət nümayiş etdiririk və erməni tərəfdən də konstruktivlik gözləyirik ki, bu məsələ tənzimlənsin. Münaqişənin uzanması heç kimin xeyrinə deyildir və hesab edirəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə müvafiq olan tənzimləmə yolunun tapılması bütün dövlətlərin mənafeyinə uyğundur. İslam Əbdüqəniyeviç, bizi dəstəklədiyinizə görə bütün Azərbaycan xalqı adından şəxsən Sizə və Özbəkistanın bütün qardaş xalqına bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Prezident İlham Əliyev Azərbaycanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları birgə Bəyannamənin mühüm əhəmiyyətinə toxunaraq dedi:

- Bu gün biz mühüm Bəyannamə imzaladıq. Bu sənəddə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunulur. Bəyannamədə regional, beynəlxalq təhlükəsizlik, iqtisadi xarakterli digər mühüm məqamlar da qeyd edilmişdir. Biz bütün istiqamətlər üzrə münasibətlərimizi qətiyyətlə inkişaf etdirmək əzmindəyik və bu gün konkret nəqliyyat layihələrini, iqtisadi əməkdaşlıq məsələlərini hərtərəfli müzakirə etmişik. Ümid edirik ki, nəzərdə tutduqlarımızın hamısını həyata keçirəcəyik.

“Xalq qəzeti”.- 2010.- 29 sentyabr .- N 212.- S.2.

Page 189: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

189    

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin

açılışı olmuşdur Bakı, 27 sentyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə Azərbaycanın

Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına mədəniyyət mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.

Mərkəzin açılışı münasibətilə soydaşlarımızı təbrik edən Prezident İlham ƏLİYEV dedi: - Mən sizi ürəkdən salamlayıram. Bu gözəl mədəniyyət mərkəzinin əsaslı təmirdən sonra açılışı

münasibətilə sizi təbrik edirəm. Altı il bundan əvvəl hörmətli Şavkat müəllimlə bərabər biz burada Azərbaycan mədəniyyət mərkəzinin açılışını qeyd edirdik. O vaxtkı bina o dövr üçün bəlkə də məqbul idisə, bugünkü dövr üçün əlbəttə ki, bu bina daha uyğundur. Ona görə bu mədəniyyət mərkəzinin əsaslı təmiri haqqında qərar qəbul edildi və səfirliyin bilavasitə iştirakı, Özbək hökumətinin böyük dəstəyi ilə çox gözəl, əzəmətli, yaraşıqlı mərkəz yaradılıbdır. Yəni, onu demək istəyirəm ki, artıq bu mədəniyyət mərkəzinin altıillik tarixi vardır, ancaq bu gün onun yeni dövrü başlayır. Çünki əsaslı təmir çox yüksək keyfiyyətlə, zövqlə aparılıbdır.

Bu mərkəz əslində Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Bu mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan dostluğu muzeyi də fəaliyyət göstərir. Bu mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar.

Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar.

Heydər Əliyev özbək xalqına həmişə böyük rəğbətlə, məhəbbətlə yanaşırdı. Mən çox şadam ki, Heydər Əliyevin xatirəsi ilə bağlı bu gözəl duyğular Özbəkistanda və özbək xalqının ürəyində yaşayır. Bu gün hörmətli İslam Əbdüqəniyeviçlə görüşdə bu tarix də qeyd edildi. Özbəkistan Prezidenti öz çıxışlarında ulu öndər Heydər Əliyev haqqında ürək sözlərini, səmimi sözlərini demişdir. Ölkələrimiz dost, qardaş ölkələrdir. Xalqlarımız da dost, qardaş xalqlardır. Bu gün görüşlərdə qeyd olunan kimi, bizə tərcüməçi lazım deyildir. Biz bir-birimizin dilini başa düşür, anlayırıq və bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqedən yanaşırıq. Mən bu gün xüsusilə qeyd etdim ki, Özbəkistan Azərbaycanın haqq işini daim dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını nəinki rəsmi bəyanatlarla dəstəkləyir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin iclaslarında birmənalı şəkildə

Azərbaycanın mövqeyinə səs verir. Bu gün Özbəkistanın Prezidenti bir daha bu prinsipial mövqeyini bildirmişdir.

Bizim aramızda çoxşaxəli münasibətlər vardır - həm iqtisadi, siyasi və həm də başqa sahələrdə. Ən əsası odur ki, biz səmimi dostuq, qardaşıq. Bu gün yəqin ki, münasibətlərimizin tarixində öz yerini tutacaqdır. Çünki bu gün gördüyümüz işlər münasibətlərimizin inkişaf etdirilməsində çox mühüm rol oynayacaqdır. Bu, mənim Özbəkistana ikinci rəsmi səfərimdir. Birinci səfərdə biz Azərbaycanın böyük oğlu Nizami Gəncəvinin abidəsini hörmətli Prezident Kərimov ilə bərabər açdıq. İki il bundan əvvəl İslam Kərimovun rəsmi səfəri zamanı Özbəkistan xalqının böyük oğlu Əlişir Nəvainin abidəsi Bakıda ucaldılmışdır. Bu gün Heydər Əliyevin adını daşıyan mədəniyyət mərkəzinin yeni dövrü başlayır. Bütün bu hadisələr onu göstərir ki, aramızda olan münasibətlərin çox dərin kökləri və çox mənalı məzmunu vardır.

Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Buraya Özbəkistanda yaşayan Azərbaycan diasporunun, özbək ictimaiyyətinin nümayəndələri toplaşmışlar. Siz Özbəkistanın dəyərli vətəndaşları kimi onun inkişafına töhfənizi verirsiniz. Ancaq eyni zamanda, siz Azərbaycanı da təmsil edirsiniz. Mən bilirəm ki, burada azərbaycanlılar üçün bütün şərait yaradılıbdır. Yəni, burada heç bir ayrı-seçkilik yoxdur. Yəni, siz də burada dəyərli vətəndaşlar kimi bütün hüquqlara maliksiniz. Siz bir növ Özbəkistan ilə Azərbaycan arasındakı münasibətlərdə çox vacib funksiyanı daşıyırsınız. Çünki sizin burada işiniz, fəaliyyətiniz, yaşamağınız münasibətlərimizi gücləndirir. Əlbəttə, bilirsiniz ki, Azərbaycanda həmişə sizinlə maraqlanırlar, işlərinizə diqqət göstərilir. Biz bundan sonra da çalışacağıq ki, bütün başqa ölkələrdə, dünyada yaşayan azərbaycanlılarla işlərimiz, əlaqələrimiz daha da yüksək səviyyədə qurulsun. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

“Xalq qəzeti”.- 2010.- 29 sentyabr .- N 212.- S.2

Page 190: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

190    

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışı

Bakı, 6 oktyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan

Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz dostar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün, doğrudan da, Naxçıvan Muxtar Respublikasında çox

əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd etdi ki, biz bu gün Naxçıvanda bir neçə iqtisadi, sənaye, sosial yönümlü obyektin açılışını qeyd etmişik, hələ bir neçə müəssisənin açılışı gözlənilir. Bu, onu göstərir ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir. Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su – demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır. Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.

Enerji təhlükəsizliyi məsələlərinin həlli işində ölkədə əsaslı tədbirlər görülüb. Bütün bunlar Heydər Əliyev neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Əgər 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına biz ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk.

Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir.

Bu gün Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq görülən işlərin yeni mərhələsidir. Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Vasif Talıbov qeyd etdi ki, bu gün Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır.

Bu gün Naxçıvanda elektrik enerjisi və qazla təminat ən yüksək səviyyədədir. Naxçıvanda qazlaşdırma siyasəti uğurla başa çatıbdır və hətta sovet dövründə qazlaşdırılmayan kəndlər, məntəqələr bu gün hamısı qazlaşdırılıbdır. Yəni, bu, böyük bir proqramın icrası nəticəsində mümkün ola bilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyasının işə düşməsi, uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi demək olar ki, muxtar

Page 191: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

191    

respublikada ciddi bir dönüş yaratdı. Çünki iqtisadi potensial enerji mənbəyi olmadan inkişaf edə bilməz. Biz nə qədər vəsait qoysaq, nə qədər kreditlər ayrılsa, nə qədər müəssisələr yaradılsa, əgər enerji mənbələri yoxdursa, onların heç biri işləməyəcək və heç kim o vəsaiti qoymayacaqdır.

Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük.

Eyni zamanda, Azərbaycanın zəngin neft-qaz potensialı bizə imkan verir ki, özümüzü çox rahat hiss edək. Çünki enerji təhlükəsizliyi, enerjidən asılılıq çox ciddi məsələdir. Bəzi ölkələr xarici mənbələrdən asılı olduqlarına görə istər-istəməz xarici amili də nəzərə almalıdırlar. Azərbaycan o ölkələrdəndir ki, nəinki enerji potensialını işə salıb və enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu gün Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində min meqavatdan artıq enerji gücü vardır ki, biz ondan səmərəli istifadə edərək başqa ölkələrə ixrac edəcəyik. Azərbaycanda tikilən yeni elektrik stansiyalar bu gücü iki dəfə artıracaqdır. Ancaq bununla bərabər, biz bu yaxınlarda qəbul edilmiş proqramlar əsasında bərpa olunan enerji növlərinə xüsusi diqqət veririk. Biz su, günəş, külək enerji mənbələrini yaratmalıyıq. Çünki bütün bu təbii şərait Azərbaycanda vardır və konkret proqram nəzərdə tutulub. Proqramın icrası nəticəsində Azərbaycanın bütün su mənbələrində, çaylarda kiçikhəcmli su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Təkcə bu il 3 rayonda kiçikhəcmli stansiyaların təməl daşı qoyulubdur. Ancaq onların arasında ən böyüyü, əlbəttə ki, Biləv Su Elektrik Stansiyasıdır.

Bu günə qədər görülmüş işlər və bu nəticələr onu göstərir ki, nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur və şübhə etmirəm ki, bu gün planlaşdırdığımız bütün məsələlər gələcəkdə öz həllini tapacaqdır.

Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.- 2010.- 7 oktyabr .- N 219.- S.1-2

Page 192: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

192    

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

Bakı, 20 oktyabr (AzərTAc). Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

-2010-cu ilin sonuna iki ay vaxt qalır. Bu gün demək olar ki, 2010-cu ildə nəzərdə tutulmuş bütün

proqramlar uğurla icra edilir. Əlbəttə ki, qalan məsələlər də ilin sonuna qədər həllini tapacaq və biz ilin yekunlarını gələn il müzakirə edəcəyik. Bu gün isə 2010-cu ilin doqquz ayının iqtisadi və sosial inkişafının yekunlarını müzakirə edəcəyik.

Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı.

Bir sözlə, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bilmişik və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir. Eyni zamanda, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır. Onu da qeyd etmək istəyirəm ki, pensiya və əməkhaqqının indiki minimum səviyyəsi bizi hələ də qane etmir. Amma əgər MDB məkanı ilə özümüzü müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir.

Bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilibdir və “Kür” Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Bu proses davam etdirilir və gələn ilin büdcəsində əlbəttə ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Əminəm ki, növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaqdır. Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər.

Nəzərə alsaq ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik,

Page 193: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

193    

həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir.

Bir sözlə, regionlarda işlər müsbət istiqamətdə gedir. Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı - bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil, həm səhiyyə, həm infrastruktur, həm də bütün başqa sahələrdə işlər yüksək səviyyədə aparılır.

Bu ilin doqquz ayında valyuta ehtiyatlarımız artmışdır. Qeyd etməliyəm ki, hətta keçən il, böhranlı ildə valyuta ehtiyatlarımız artmışdır. Baxmayaraq ki, valyuta ehtiyatlarımızın əsas mənbəyi neft-qaz satışıdır və keçən il neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür, biz düşünülmüş siyasətlə və bu imkanlardan səmərəli şəkildə istifadə etməklə həm ölkə qarşısında duran problemləri həll etdik, infrastruktur layihələrinə böyük vəsait ayırdıq, eyni zamanda, həm keçən il, həm də bu il valyuta ehtiyatlarının azalmasına imkan vermədik. Artıq bu gün mənə verilən məlumata görə, ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır. Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır. Biz bu məsələləri həm Bakıda, həm bölgələrdə vaxtaşırı müzakirə edirik ki, bütün bu işləri lazımi səviyyədə irəliyə aparaq və əlaqələndirmə məsələlərini uğurla həll edək.

Bu il neft-qaz sektorunda qarşıda qoyulan məsələlər həll olunur, neft və qaz hasilatı artır. Mənə verilən son məlumata görə, ilin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcəkdir. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir. Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Əlbəttə ki, bu, ölkələrlə həm iqtisadi, həm ikitərəfli əlaqələrimizin inkişafı üçün çox müsbət şərait yaradır. Gələn il biz elə etməliyik ki, təbii resurslarımızdan daha da səmərəli şəkildə istifadə edək. Xüsusilə qaz sahəsində itkilərin azaldılması və Azərbaycanda qazlaşdırma məsələlərinin daha da uğurlu həlli üçün çalışmalıyıq.

Azərbaycanda energetika, neft-qaz sahələrində görülən işlər təkcə daxili işlərlə məhdudlaşmır. Neft-qaz sənayesində apardığımız işlər bölgə və son zamanlar Avropa qitəsi üçün mühüm rol oynamağa başlamışdır. Yəni nə biz, nə də ki, tərəfdaşlarımız Azərbaycanın neft-qaz siyasətinə təkcə Azərbaycanın daxili işi kimi baxmırıq. Çünki bu, artıq beynəlxalq münasibətlərdə, dünya enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Azərbaycan bu gün enerji sektorunda müstəqil və çox etibarlı oyunçuya çevrilibdir. Ölkəmizdə aparılan işlər, müəyyən edilən strategiya, taktika və inkişaf perspektivləri bölgə ölkələrinə, dünya enerji bazarına, neft resurslarının müxtəlif yollarla müxtəlif bazarlara çıxarılmasına təsir edir. Onu da qeyd etməliyəm ki, bu, çox müsbət təsirdir. Çünki Azərbaycan öz təbii resurslarından və enerji siyasətindən elə istifadə edir ki, daha da çox dostlarımız, tərəfdaşlarımız olsun. Enerji siyasətimiz ancaq və ancaq əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bu il bu sahədə xüsusilə vacib addımlar atılmışdır. Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir. Qaz ixracımız artır, biz yeni yollar axtarırıq, tapırıq. Yeni layihələr üzərində işləyirik. Həm investisiya qoyuruq, həm texniki-iqtisadi əsaslandırma hazırlanır ki, bütün layihələrimiz səmərəli olsun. Biz istənilən layihənin üzərində daha da ciddi işləməyə hazırıq.

Bir sözlə, bu günə qədər görülən işlər və xüsusilə bundan sonra görüləcək işlər Azərbaycanı daha da möhkəmləndirəcək, ölkəmiz bu siyasətdən həm iqtisadi, həm siyasi cəhətdən, bütün başqa sahələrdə çox böyük fayda görəcəkdir. Bu gün biz bu barədə danışacağıq.

2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Artıq büdcənin parametrləri açıqlanıbdır. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Əgər biz bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələrin sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir. Yəni, Azərbaycanda

Page 194: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

194    

bu işlər Avropa standartlarına tam uyğun şəkildə aparılır. Büdcəmiz həm investisiyayönümlüdür, həm də sosial məsələlər orada həll olunacaqdır. Sosial məsələlərin həlli, qeyd etdiyim kimi, bizim üçün çox vacib məsələdir. Bir sözlə, növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun. Bu layihələr çoxdur, həm tikinti sahəsində, həm sosial məsələlərin həlli işində. Biz Azərbaycanda böyük sənaye müəssisələrinin dövlət dəstəyi ilə yaradılmasına çalışırıq. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məsələlərdə fəal rol oynayır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsi, aqrolizinq, subsidiyalar - yəni, qarşımızda duran məsələlər çoxdur. Ölkədə həllini gözləyən problemlər vardır. Biz bu problemləri bilirik və bu gün bu barədə danışacağıq. Biz hər il üçün işimizi konkret proqram əsasında qururuq ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə ölkə sürətlə inkişaf etsin.

Bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir. Bu gün orduya ayrılan xərclər Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik.

Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq.

Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq.

Bilirsiniz ki, işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyası göndərilmişdir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş il bundan əvvəl, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası ilk dəfə olaraq işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərir ki, erməni qəsbkarları, erməni vandalları hansı cinayətlər törətmişlər.

Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır. Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb.

İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq.

O ki qaldı, münaqişənin həlli ilə bağlı məsələyə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi vardır və Azərbaycan bu mövqedən bir addım geri atmayacaqdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında - İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

İkinci erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun. Beynəlxalq təşkilatlara gəldikdə, deyə bilərəm ki, son zamanlar bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini bildirmişlər. Əlbəttə ki, bunların arasında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi

Page 195: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

195    

əsas rol oynayır. Ondan başqa, ATƏT-in qərarları, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və son zamanlarda Avropa Parlamentinin qətnamələri və qərarları birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasını tələb edir.

Bu, məsələnin siyasi və hüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqeyimizi gücləndirir, çünki bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir. Azərbaycan çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan ölkədir. Yəni, bu iki ölkəni müqayisə etmək mümkün deyildir. Bu gün gətirdiyim rəqəmlər, gələcək planlar haqqında dediyim sözlər bunu göstərir. Heç şübhə etmirəm ki, illər keçdikcə fərq daha da böyüyəcək və beləliklə, biz hərbi potensialımızı daha da gücləndirməklə məsələnin həllinə nail olacağıq.

Ermənistanda bir məsələni də unutmamalıdırlar. Bu, demoqrafiya məsələsidir. Bu gün Azərbaycan əhalisinin sayı 9 milyondan artıqdır. Ermənistanda isə ölkədən kütləvi şəkildə köç baş verir. Çünki insanlar orada dözülməz şəraitdən beziblər. Orada yaradılmış polis rejimi insanlara imkan vermir ki, azad şəkildə yaşasınlar. Erməni qəsbkarları təkcə Azərbaycan xalqının qanını axıtmayıblar. Hərbi cinayətlər təkcə Xocalıda və başqa yerlərdə törədilməmişdir. Onlar 2008-ci ildə öz xalqına qarşı qəddarlıq, cinayətlər törətmişlər. Ordu tərəfindən 10-dan yuxarı vətəndaş öldürülmüşdür. Yəni Azərbaycan həm siyasi, həm iqtisadi, həm demoqrafiya cəhətdən əlbəttə ki, böyük dərəcədə fərqlənir. Mən əminəm ki, bu məsələlərin kompleks şəkildə, bax bu yolla inkişaf etməsi bizi məqsədimizə gətirib çatdıracaqdır.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin

yekun nitqi

- Bir daha demək istəyirəm ki, ilin sonuna iki ay vaxt qalıb. Qalan məsələlərin hamısı bu aylar ərzində öz həllini tapmalıdır. Bütün investisiya, infrastruktur layihələri başa çatdırılmalıdır. Əminəm ki, 2010-cu ilin yekunları Azərbaycan üçün uğurlu olacaqdır. Makroiqtisadi vəziyyət sabitdir, bu barədə mən rəqəmləri gətirdim. Bir daha demək istəyirəm ki, inflyasiyanın 5,2 faizlik səviyyəsi qənaətbəxşdir. Ancaq bununla bərabər, biz ciddi nəzarət etməliyik ki, qiymətlərin süni şəkildə qaldırılmasına yol verilməsin və beləliklə inflyasiyanın səviyyəsi aşağı səviyyədə saxlanılsın. Bu sahədə işlər aparılır. İstehlak bazarına nəzarət işi təkmilləşir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Manatın məzənnəsi Azərbaycanda sabitdir. Bu da həm iqtisadiyyatımızı gücləndirir, eyni zamanda, sosial məsələlərin həlli üçün də çox mühüm rol oynayır. Keçən il MDB məkanında əksər hallarda milli valyutalar devalvasiyaya uğramışdır. Bu addım bəzi ölkələrdə zərurət nəticəsində atılmışdır. Çünki ölkələrin iqtisadiyyatı böhrana davam gətirə bilmirdi və milli valyutaların devalvasiyası bir növ insanların rifahı hesabına baş vermişdir. Böhrana baxmayaraq, biz Azərbaycanda manatın sabit vəziyyətdə saxlanmasına nail olduq. Müəyyən iqtisadi çətinliklərlə üzləşmişdik, ancaq ilk növbədə, sosial məsələlərin həllinə çalışırdıq. Biz imkan verə bilməzdik ki, böhran insanların gündəlik həyatında özünü göstərsin. Ümumiyyətlə, 2009-cu ilin böhranı Azərbaycana çox az təsir göstərmişdir. O ki qaldı vətəndaşlara, demək olar ki, ümumiyyətlə Azərbaycan vətəndaşları bu böhranı hiss etməmişlər. İlk növbədə ona görə ki, biz manatı sabit şəkildə saxladıq. Bunu etmək üçün əlbəttə ki, maddi resurslarımız və bununla bərabər, güclü siyasi iradə olmalıdır. Hazırda manatın məzənnəsi bizi qane edir və əminəm ki, manat güclü valyuta kimi gələcək illərdə də Azərbaycan iqtisadiyyatının və sosial məsələlərin həlli üçün öz rolunu oynayacaqdır.

Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə inkişaf etmiş iqtisadiyyat hesab oluna bilər. Hər halda Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerdədir. Bu onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər investisiya şəklində iqtisadiyyatın digər sektorlarına qoyulmuşdur. Digər tərəfdən, bu sahədə tam şəkildə şəffaflıq göstərilmişdir. Biz buna da nail ola bildik. Çalışmalıyıq ki, bütün maliyyə və iqtisadi sektorlarda işlər neft gəlirlərinin idarə edilməsi sahəsindəki uğurlara bərabər səviyyədə təşkil olunsun. Belə olan halda Azərbaycanda, ümumiyyətlə, iqtisadi və maliyyə sektorlarında həm şəffaflıq 100 faiz təmin olunacaq, eyni zamanda, işlərimizin daha da səmərəli şəkildə aparılması üçün şərait yaradılacaqdır.

Rəqabət qabiliyyətliliyin yüksək səviyyədə saxlanılması üçün Azərbaycanda bütün imkanlar vardır. Biz iqtisadi sahədə liberal siyasət aparırıq. Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir. Xüsusilə son vaxtlar Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici şirkətlər arasında imzalanmış yeni kontraktlar bunu göstərir ki, Azərbaycanda bu sahəyə xaricdən maraq artmaqdadır. Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektoruna böyük

Page 196: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

196    

həcmdə investisiyalar qoyulur və biz bunu hər gün görə bilərik. Bakının müasirləşən, gözəlləşən siması bunu göstərir. Özəl şirkətlər tərəfindən həm infrastruktur, həm xidmət sektoruna çox böyük investisiyalar qoyulur. Əgər infrastruktur layihələri dövlət tərəfindən icra olunmasaydı, əlbəttə ki, nə paytaxtda, nə də bölgələrdə xidmət sektoruna heç kim investisiyalar qoymazdı. Bu gün bizim bölgələrdə beşulduzlu hotellər, gözəl istirahət mərkəzləri tikilir. Bölgələrimizdə turizm imkanları çox genişdir. Bu gün artıq gözəl təbii şəraitimiz, təbiətimiz səviyyəsində müasir istirahət və mehmanxana kompleksləri tikilir ki, bu, Azərbaycanın turizm imkanlarını böyük dərəcədə artıracaqdır.

Beləliklə, dövlət tərəfindən özəl sektora verilən həm siyasi, həm maddi dəstək, həm də güzəştli şərtlərlə ayrılan kreditlər - bütün bunlar iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyini artırır və şaxələndirilməsi üçün çox möhkəm əsas yaradır. Xatırlayıram, 5-10 il bundan əvvəl bəzi xarici elmi mərkəzlərdə Azərbaycanın neft strategiyası ilə bağlı keçirilmiş müzakirələrdə belə bir fikir ortaya qoyulurdu ki, Azərbaycanda “holland sindromu” olacaq, Azərbaycan iqtisadiyyatı birtərəfli şəkildə inkişaf edəcək, Azərbaycan o təbii resurslardan səmərəli şəkildə istifadə edə bilməyəcəkdir. Mən o söhbətləri yaxşı xatırlayıram və çox şadam ki, bu gün biz artıq o söhbətləri eşitmirik. Biz o vaxt da bilirdik ki, Azərbaycanda nə “holland sindromu” olacaq, nə də iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Biz bilirdik ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunacaqdır. Məhz bu məqsədlə Azərbaycan Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünə qoşulmuşdur. Bu gün Neft Fondunun icraçı direktoru söylədi ki, biz bu sahədə birinci ölkəyik ki, proqramın tamhüquqlu üzvlük səviyyəsinə nail olmuşuq. Biz bunu təkcə xarici mərkəzlərdə keçirilən müzakirələrdə yaxşı qiymət almaq üçün etmirik. Biz bunu ona görə edirik ki, bu, ölkəmizi gücləndirir.

Bu gün Azərbaycan cəmiyyətində bu sahədə olan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Azərbaycanda bu sahədə tam şəkildə şəffaflıq təmin edilib. Hər bir vətəndaş bilir və yaxud bilə bilər ki, Azərbaycana neftdən nə qədər gəlir gəlib, bu gəlirdən nə qədər faiz gəlib üstünə, nə qədər xərclənib, necə xərclənib. Dövlət Neft Fondundan ayrılan xərclərdən istifadə yalnız parlamentdə müzakirələrdən sonra mümkündür. Bu da o deməkdir ki, hər bir vətəndaş onun parlamentdəki nümayəndəsi vasitəsilə bu gəlirlərin bölüşdürülməsində iştirak edir.

Bax, biz şəffaflığı təmin etməklə bugünkü vəziyyətə nail olduq. Bizim gəlirlərimiz artır. Əgər şəffaflıq olmasaydı, mən deyə bilərəm ki, bu gün bu 28 milyard dollar valyuta ehtiyatlarımızı bəlkə də heç görməzdik. Ancaq şəffaflıq və vəsaitdən səmərəli şəkildə istifadə olunması imkan verdi ki, biz bu ehtiyatı yaradaq. Gələcək illərdə bu ehtiyat daha da böyük həcmlərlə ölçüləcəkdir. Vəsaitin idarə olunmasından artıq böyük mənfəət əldə olunur. Təbii ki, vəsaitin həcmi böyüdükcə idarəolunmadan da əldə ediləcək gəlir daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Vaxt gələcək ki, Azərbaycanın dövlət büdcəsinin müəyyən hissəsi, bax, o vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər hesabına formalaşacaqdır.

Beləliklə, biz rəqabət qabiliyyətliliyi məsələlərinə bundan sonra da diqqət göstərəcəyik. Azərbaycanda sahibkarlığın, özəl sektorun inkişafına dövlət tərəfindən dəstək verilir. Hesab edirəm ki, növbəti mərhələdə həm də bu məsələnin sosial amili nəzərə alınmalıdır. Çünki verilən kreditlər iş yerlərinin açılmasına xidmət göstərir, insanların yaşayış səviyyəsini artırır və bu amil daim diqqət mərkəzində olmalıdır. Bununla bərabər, çalışmalıyıq o sahələrə, o firmalara kreditlər daha da çox ayrılsın ki, onlar rəqabət qabiliyyətli məhsulu istehsal edə bilsinlər. Həm daxili tələbatı keyfiyyətli məhsullarla təmin etsinlər, həm də ki, Azərbaycanda ixrac potensialı genişlənsin.

Bununla bərabər və bununla bağlı olan sənaye potensialının inkişafı üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. Azərbaycanda sənayeləşmə siyasəti aparılır. Həm dövlət tərəfindən, həm də dövlətin dəstəyi ilə özəl sektor bu işlərə fəal qoşulubdur. İri müəssisələrimiz bərpa olunur. O müəssisələr ki, vaxtilə sovet dovründə tikilib, indi yararsız vəziyyətdədir, onlar sökülür və o ərazilərdə yeni müəssisələr yaradılır. Bu proses xüsusilə Sumqayıt şəhərində çox sürətlə gedir. Sumqayıt vaxtilə kimya sənayesinin inkişafı sahəsində böyük nailiyyətlər əldə etmişdir. Bu gün neft-kimya kompleksinin fəaliyyəti və əlavə planlarımızın həyata keçirilməsi ilə bərabər, Sumqayıt sənaye şəhərinə çevrilməlidir. Sumqayıtda tikilən texnopark bu istiqamətdə atılan ən vacib addımlardan biridir. Orada artıq bir neçə rəqabət qabiliyyətli müəssisə yaradılır. Biz elə etməliyik ki, Sumqayıtı bu istiqamətdə inkişaf etdirək və Sumqayıt Azərbaycanın sənaye mərkəzinə çevrilsin. İndi Bakıdan Sumqayıta yeni gözəl yol çəkilibdir və məsafə demək olar ki, qısalıbdır. Sənaye sahəsinin inkişafı üçün Sumqayıtın xüsusi yeri vardır. Eyni zamanda, Azərbaycanın başqa bölgələrində sənayeləşmə prosesi sürətlə getməlidir. Bu il Azərbaycanda “Ekologiya ili” elan edilib və bu sahədə böyük işlər görülüb. Mən çox şadam ki, ağacəkmə təşəbbüsüm Azərbaycan ictimaiyyəti tərəfindən dəstəklənib. Böyük sevinc hissi ilə deyə bilərəm ki, mənə verilən məlumata görə, 9 ayda Azərbaycanda 6 milyon ağac əkilmişdir. Onlardan 800 mini Bakı və Abşeron yarımadasında əkilmişdir. Bu proses davam edir və əminəm ki, 2011-ci ildə də ekologiya ilə bağlı bütün məsələlər uğurla həll olunacaqdır.

Page 197: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

197    

Əlbəttə, biz “Ekologiya ili”nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu gözəl təşəbbüsləri növbəti illərdə davam etdirməliyik.

İndi Kür və Araz çayları boyunca qurulan təmizləyici qurğular yüz minlərlə insanın təmiz su ilə təmin olunmasına xidmət göstərir. Çirklənmiş göllərin, Xəzər dənizinin təmizlənməsi, kanalizasiya sisteminin qurulması – bütün bu işlər gələn il də nəzərdə tutulur. Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək, neftlə çirklənmiş gölməçələri qurudaq. Digər göllərdə, - hansı ki, keçən müşavirədə bu barədə mən geniş söyləmişdim, - təmizlik işləri aparılmalıdır, kanalizasiya sistemi qurulmalıdır. Bir sözlə, bu sahə daim diqqət mərkəzində olmalıdır.

Hesab edirəm ki, Bakı buxtasının təmizlənməsi üçün əlavə ciddi tədbirlər görülməlidir. Biz indi Bakı bulvarını genişləndirdik. Bulvarı dənizə lap yaxınlaşdırdıq. Bu gün Bakı sakinləri və şəhərimizin qonaqları dənizə tam yaxın olan yerlərdə gəzintiyə çıxırlar. Belə olan halda əlbəttə ki, buxtanın suyu təmiz olmalıdır. Əfsuslar olsun ki, bu günə qədər də müxtəlif yerlərdən ora axıdılan çirkab suları buxtanın təmizlənməsinə imkan vermir. Ona görə mən göstəriş verirəm ki, yaxın zamanlarda Bakı buxtasının kanalizasiya məsələləri ayrıca işlənilsin. Mən bu göstərişi bir müddət bundan əvvəl ilkin olaraq vermişdim. Müəyyən hazırlıq işləri aparılmışdır. Elə etməliyik ki, biz gələn ildən başlayaraq xüsusi layihə kimi Bakı buxtasının kanalizasiya sisteminin ən müasir səviyyədə tətbiqinə nail olaq. İşlər gələn ilin əvvəlindən başlamalıdır və tezliklə öz həllini tapmalıdır. Beləliklə, mən əminəm ki, bir neçə ildən sonra bulvarın kənarında, ətrafında Bakı buxtasının suyu tam şəffaf olacaqdır.

Bu il biz böyük təbii fəlakətlərlə, tarixdə misli görünməyən sel və daşqınlarla üzləşdik. Bu həm insanlara böyük əziyyət verdi, böyük ziyan vurdu. Eyni zamanda, kənd təsərrüfatına böyük ziyan dəydi. On minlərlə hektar torpağımız suyun altında qalmışdı, minlərlə ev yararsız vəziyyətə düşmüşdü. Ancaq bizim bütün qurumlar çox yaxşı, çox səmərəli işlədilər. Həm dövlət qurumları, həm özəl şirkətlər bu işlərə qoşulmuşdu. Bu, bir ümumxalq məsələsi kimi qəbul edildi və bütün xoşagəlməz hallara qısa müddət ərzində son qoyuldu. Ən önəmlisi, bütün insanlar xilas edildi. İndi biz görürük, dünyanın müxtəlif yerlərində yanğınlar, daşqınlar, sellər baş verir və bu, insan ölümü ilə nəticələnir. Ancaq biz bütün insanları xilas etdik. Vaxtından əvvəl bütün tədbirlər görüldü və xilasedicilər, bu məsələ ilə bağlı olan bütün qurumlar çox səmərəli işlədilər. Mən keçən dəfə də demişdim ki, evlərin bərpa prosesi qış gələnə qədər həll olunmalıdır. Bu sahədə işlər gedir. Artıq Hacıqabul rayonunda ilk evlər təhvil verilmişdir. Mən bilirəm ki, başqa rayonlarda da, tikinti işləri gedir. Bu işlər daha da sürətlə getməlidir ki, biz qış gələnə qədər insanları yaxşı evlərlə təmin edək. O da qeyd olunmalıdır ki, tikilən evlər dağılmış evlərdən qat-qat keyfiyyətlidir, genişdir, rahatdır. Dağılmış evlərin böyük hissəsi çiy kərpicdən tikilmişdi. Böyük hissəsi çox kiçik və yararsız vəziyyətdə idi. Həm xarici görünüşü çox bərbad idi, həm də şəraiti yox idi. İndi tikilən evlər daş evlərdir, gözəl evlərdir, bütün şəraiti vardır və əvvəlki evlərdən daha da rahat və genişdir.

Onu da qeyd etməliyəm ki, bütün bu işləri Azərbaycan dövləti öz hesabına etmişdir. Həm də bütün xilasetmə işləri Azərbaycan xilasediciləri tərəfindən görülmüşdür. Bu gün bütün tikinti–bərpa işləri də Azərbaycan dövlətinin hesabına görülür. Bütün bu işlər heç bir yerdən yardım almadan, Azərbaycanın dövlət büdcəsi hesabına görülür. Burada işlər təkcə evlərin tikintisi ilə bitmir. Məktəblər də, yollar da, elektrik və qaz xətləri, su kəmərləri də dağılıbdır. Yəni, bütün infrastruktur yeniləşir və biz bunu bir neçə ay ərzində edirik. Bu, həm böyük texniki məharət, həm də böyük maliyyə resursları tələb edən işlərdir. Dövlət büdcəsinə əlavələr edildi, 300 milyon manat vəsait ayrıldı. Yəni bu, onu göstərir ki, Azərbaycan dövləti heç vaxt öz vətəndaşını darda qoymaz.

Bu, bir də onu göstərir ki, bizim üçün əsas məsələ Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasıdır, Azərbaycan xalqının maraqlarıdır. Biz indi iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında qurmuşuq və bu, bizi gücləndirir. Ancaq bununla bərabər, biz öz işimizi tam bazar iqtisadiyyatı prinsipləri əsasında qura bilmərik. Əgər belə olsaydı, əgər biz işlərimizi sırf bazar iqtisadiyyatı əsasında qursaydıq, onda Azərbaycan dövləti o işlərin birini də görə bilməzdi. Xarici ölkələrdə əgər kiminsə evi uçur, yaxud da ki, təbii fəlakət nəticəsində dağılırsa, o, sığorta şirkətinə müraciət edir. Orada bütün evlər sığortalıdır. O, sığorta pulunu alır, dövlət bir manat xərcləmədən kənarda dayanır. Ancaq bizim evlərin hansı sığortalıdır?! O çiy kərpicdən tikilmiş evlərin hansı sığortalıdır?! Ona görə dövlət bu yükü könüllü şəkildə öz üzərinə götürüb. Bir də onu demək istəyirəm ki, dövlət insanlara qayğı göstərir, eyni zamanda, kompensasiya ödənilir. Kompensasiyanın məbləği, hesab edirəm ki, ziyanın müəyyən hissəsini təmin edir. Ona görə bu, sırf dövlətin xoş niyyətinin təzahürü, xoş niyyətinin əlamətidir və hər kəs bunu qiymətləndirməlidir.

Mən bilirəm ki, ziyan çəkmiş insanların mütləq əksəriyyəti bu minnətdarlıq hissi ilə yaşayır və bu da təbiidir. Hesab edirəm, hamı bilməlidir ki, dövlət bunu öz sosial siyasətinin inkişafı və əlaməti kimi edir və

Page 198: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

198    

edəcəkdir. Xüsusilə qeyd etməliyəm ki, biz bunu soyuqlar düşənə qədər etməliyik ki, hazırda müvəqqəti yerlərdə yaşayan insanlar tezliklə rahat evlərə köçsünlər. Bununla bərabər, bu halların gələcəkdə qarşısının alınması üçün tədbirlər - sahilbərkitmə, suların idarə olunması işləri də görülür və görülməlidir. İndi biz bu işlərə xarici mütəxəssisləri də cəlb etmişik, yerli mütəxəssislər də bu sahədə böyük təcrübəyə malikdirlər. Elə etməliyik ki, gələcəkdə bu bəlalardan özümüzü sığortalayaq. Əminəm ki, buna nail olacağıq. Bir daha demək istəyirəm ki, növbəti aylarda bütün infrastruktur layihələri davam etdirilməlidir. Yol tikintisi, bu sahədə də böyük uğurlu işlər görülür. Bu yaxınlarda Mingəçevir–Xaldan yolunun bir hissəsinin açılışını qeyd etmişik. Ondan sonra, İpək Yolu demək olar ki, tam hazırdır, müəyyən hissələrdə işlər gedir. Ancaq indi Bakıdan qərb sərhədinə qədər gözəl yol çəkilir. Eyni zamanda, şimal-cənub istiqamətlərində yollar çəkilir, şəhərlərarası yollar, kənd yolları salınır. Bu sahəyə böyük investisiyalar qoyulur və qoyulmalıdır. Biz yola qoyulan vəsaitin nəticələrini regionların inkişafında görürük. Bir neçə ildən sonra Azərbaycanın bütün magistral yolları dünya standartlarına cavab verəcəkdir. Biz şəhərlərarası yollara və xüsusi ilə indiki şəraitdə kənd yollarına diqqət göstərməliyik, çünki bu sahədə hələ çox iş görülməlidir.

Bütövlükdə nəqliyyat sektorunda bütün proqramlar icra edilir. Bakıda Metro tikintisi aparılır. Bu məsələ ilə bağlı yəqin ki, bir müddətdən sonra biz ayrıca müşavirə keçirəcəyik. İşlər gedir və uzunmüddətli proqram hazırlanır. Biz bunu geniş müzakirə etməliyik. Gələn illərin investisiya proqramında metro tikintisinə ayrılacaq xərclər də nəzərə alınmalıdır ki, biz bu işləri maksimum yüksək səviyyədə həll edək. Çünki Bakının əhalisinin sayı artır.

Eyni zamanda, əlbəttə ki, avtomobil yolları da tikilir və genişlənir. Ancaq Bakının sürətli inkişafı metronun da inkişafının təmin edilməsi üçün əlavə tədbirlərin görülməsini diktə edir. Biz bunu etməliyik və edəcəyik.

Yaxın zamanlarda Ələtdə yeni dəniz limanının tikintisinə başlamalıyıq. Bu layihə də çox vacibdir. Əlbəttə, bu gün Azərbaycan ərazisindən keçən yüklər mövcud limanlarla nəql edilir, ancaq biz gələcəyə baxmalıyıq. Biz bilirik ki, Azərbaycan ərazisindən daha da böyük həcmdə yüklər daşınacaqdır. İlkin hesablamalara görə, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində 10 milyon tondan çox yükün nəqli gözlənilir. Gələcəkdə daha da böyük rəqəmlər olacaqdır. Bakının beynəlxalq səviyyədə yeni dəniz limanı tikilməlidir.

Hazırlıq işləri aparılır. Ümid edirəm ki, yaxın zamanlarda biz bu limanın tikintisinə başlayacağıq. Təbii ki, ondan sonra Bakının mərkəzində yerləşən liman köçürüləcək və o ərazi istirahət yerləri üçün nəzərdə tutulur. Bakı bulvarının hər iki tərəfə uzadılması layihəsi vardır. İndiki Bakının dəniz limanı insanların istirahəti, gəzintisi üçün yenidən qurulacaq və beləliklə, şəhərimiz daha da gözəlləşəcəkdir.

Eyni zamanda, Bakı bulvarı digər istiqamətə də genişləndirilməlidir, Bayraq Meydanına qədər. Orada artıq işlər görülür. Bayraq Meydanının ətrafında yeni bulvarlar, parklar, istirahət guşələri salınır. Bu işlər tamamlanandan sonra o hissəni biz əhali üçün açacağıq. Bununla bərabər, indiki Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirmək üçün orada köçürülmələr baş verməlidir. Bu köçürülmələri biz gərək daha da sürətləndirək. Orada bəzi müəssisələr, obyektlər vardır, biz onları köçürdəcəyik. Beləliklə, biz Bakı bulvarını Bayraq Meydanı ilə birləşdirməliyik. Bayraq Meydanından sonra olan hissə üçün də gələcək illərdə ayrıca layihə hazırlanacaqdır. Beləliklə, indiki bulvar bəlkə iki dəfədən də çox böyüyəcək və gözəlləşəcəkdir.

Bakıda yol infrastrukturunun inkişafı üçün tədbirlər görülür. Yol qovşaqları, tunellər, körpülər tikilir. Bu, Bakıda nəqliyyat probleminin həllinə böyük dərəcədə kömək göstərir. Bu gün Heydər Əliyev adına hava limanından Mərdəkan dairəsinə, - əslində indi o dairə də yoxdur, amma adlar qalıb: “Mərdəkan dairəsi”, “Sabunçu dairəsi”, “Əzizbəyov dairəsi” - onların biri də yoxdur, qalmayıb. Yəni biz canımızı dairələrdən qurtardıq. Dairə əvəzinə müasir tunellər, körpülər, yol qovşaqları tikilir. Amma insanlar hələ köhnə qayda ilə “Mərdəkan dairəsi” deyirlər, o cümlədən də mən. Hazırda aeroportdan Mərdəkan istiqamətinə yol çəkilir. Oradan Bilgəh, Kürdəxanı, Pirşağı və Sumqayıta qədər yeni bir yol, əslində yeni bir arteriya, yeni bir damar açılacaqdır. Bu yol səkkiz və altızolaqlı olacaq, ən yüksək standartlara cavab verəcək və beləliklə, Bakının, Abşeronun o yerlərində yerləşən kəndləri bir-biri ilə, şəhərlə və şimal istiqaməti ilə bağlayacaqdır. Eyni zamanda, orada bildiyiniz kimi, dairəvi yol da tikilir, - cənub və qərb istiqamətini və şəhərə girmədən birləşdirəcəkdir. Bu, böyük bir layihədir. Bu yaxınlarda mən orada işlərin gedişi ilə tanış oldum. Bu işlər qrafik üzrə aparılmalıdır.

İlin sonuna qədər sahibkarlığın inkişafı ilə bağlı qalan kreditlər də paylanmalıdır. Bu sahədə işlər yaxşı gedir. Bu kreditlər işləyir, yeni iş yerləri yaradır. Bu gün ölkə iqtisadiyyatının 82 faizi özəl sektorda formalaşır. Kreditlərin verilməsi, texnikanın, aqrolizinq, gübrə, toxumçuluq məsələlərinin həlli diqqət mərkəzində olmalıdır. Mən toxumçuluğu xüsusilə qeyd etmək istəyirəm, çünki dediyim başqa məsələlərlə bağlı işlər çoxdan

Page 199: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

199    

gedir. Bu yaxınlarda Yevlaxda olarkən mən yeni toxumçuluq müəssisəsinin – “Azərtoxum”un açılışında iştirak etdim. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda ilk dəfə belə müəssisə yaradılır.

Mənə verilən məlumata görə, təkcə o müəssisə Azərbaycanın toxuma olan tələbatını 15-20 faiz səviyyəsində təmin edəcəkdir. Mən orada göstəriş verdim ki, o müəssisə daha da genişlənsin və Aərbaycanın başqa yerlərində buna bənzər müasir toxumçuluq kombinatları tikilsin ki, biz özümüzü toxumlarla yüz faiz təmin edək. Əgər biz buna nail olsaq, onda kənd təsərrüfatında, bitkiçilik sahəsində heç bir problem qalmayacaqdır. Bunu etmək üçün göstərişlər verildi. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu işlərdə iştirak edəcək, vəsait qoyacaqdır. Elə etməliyik ki, gələn il həm mövcud müəssisənin genişlənməsi, həm də ki, yeni müəssisələrin tikintisi ilə bağlı konkret tədbirlər görülsün.

Soyuducu kameralar tikilir. Hər bir fermer bunun xeyrini görür. Taxıl anbarları tikilir. Yəqin ki, bir-iki ilə bu sahədə də nəzərdə tutulmuş proqramlar başa çatacaq və beləliklə, bu, həm qiymətlərin tənzimlənməsinə xidmət göstərəcək, həm də ki, məhsul xarab olmayacaqdır.

Maldarlıqla, quşçuluqla bağlı ayrıca tapşırıqlar verilmişdir, onlar icra edilir. Quşçuluqda biz hələ tam şəkildə tələbatımızı təmin edə bilmirik. Daxili tələbatı təqribən 70 faiz səviyyəsində təmin edirik. Ancaq ət istehsalında olduğu kimi, 100 faiz təmin etməliyik. İndi konkret layihələr hazırlanır. Ümid edirəm ki, biz bir-iki ilə bu sahədə də tələbatı tam şəkildə təmin edəcəyik. Ölkəyə cins mal-qara gətirlir. Beləliklə, bu sahəyə də böyük təkan verilir.

Mən energetika sahəsi ilə bağlı bir-iki məsələni də qeyd etmək istəyirəm. Birincisi, qazlaşdırma sahəsində müsbət addımlar atılır. Biz elə etməliyik ki, Azərbaycanın 90 faizi qazlaşdırılsın, həm əhali, həm də ki sənaye müəssisələri. Bu, qarşıya bir hədəf kimi qoyulub. Bu istiqamətdə işlər görülür, yeni boru kəmərləri, magistral xətlər çəkilir, kompressor stansiyaları tikilir. Bu, çox vacibdir. Çünki bizim qaz potensialımız artmaqdadır. Bu gün bizdə olan qaz ehtiyatları daxili tələbatdan və xarici ixrac imkanlarından daha da çoxdur. Biz indi yeraltı anbarlara 2 milyard 500 milyon kubmetr qazı doldurmuşuq. Heç vaxt bu olmamışdır. Qaz anbarlarının tutumunu 3 milyard, bəlkə də 5 milyarad kubmetrə çatdırmalıyıq, genişləndirməliyik. Amma biz qazı hər zaman anbarlara doldura bilmərik. Müəyyən həddən sonra o qazı biz ya daha da böyük həcmdə ixrac etməliyik, ya da ki, ondan daxildə istifadə etməliyik. Eyni zamanda, insanların sosial məsələlərinin həlli üçün də qazlaşma çox mühüm rol oynayır. Ona görə qazlaşdırma prosesi daha da sürətlə getməlidir ki, bu işlər keyfiyyətlə və tezliklə həll olunsun.

Bununla bərabər, ixrac imkanlarımızı daha da genişləndirməliyik. 2010-cu ildə bu sahədə çox vacib addımlar atılmışdır. Biz ixrac imkanlarımızı və ixrac coğrafiyasını da genişləndirdik. Mən qeyd etdiyim kimi, Azərbaycan qazı qonşu ölkələrə nəql edilir. Biz buna gələcəkdə daha da böyük həcmdə nail olmalıyıq. Bununla bərabər, ümid edirəm ki, bu gün kəşfiyyat aparılan bloklardan yaxın zamanlarda yaxşı xəbərlər gələcəkdir. Xüsusilə biz “Ümid” yatağından yaxşı xəbərlər gözləyirik. “Ümid” yatağının adı özlüyündə bunu tələb edir. Bu yatağın işlənilməsinin xüsusiyyəti ondan ibarətdir ki, uzun fasilədən sonra Azərbaycan Dövlət Neft Şirkəti kəşfiyyat işlərini öz hesabına və öz gücü ilə aparır, böyük, dərin laylarda qazma işlərini yerinə yetirir. İlkin xəbərlər ümidvericidir. Səbirsizliklə gözləyirik ki, “Ümid” yatağında da böyük kəşfiyyatı görək. Belə olan halda Azərbaycanın qaz potensialı daha da böyük, daha da önəmli olacaqdır. Həm daxili tələbatın təmin edilməsi, həm ixracın həcminin artırılması üçün “Ümid” yatağında gözlənilən kəşfiyyat mühüm bir hadisə olacaqdır. Bu gün “Azərenerji”nin prezidenti bərpa olunan enerji mənbələrinin layihəsi ilə bağlı görülən işlərlər barədə məlumat verdi. Biz bu sahəyə böyük əhəmiyyət veririk. Biz su mənbələrimizdən, bütün su resurslarımızdan bu məqsədlə istifadə etməliyik. Bu il işlər görülür, təməl daşını qoyduğumuz stansiyalar tikilir. Naxçıvandakı Biləv Su Elektrik Stansiyası böyük hadisədir. O, Naxçıvanın enerji potensialını gücləndirəcəkdir. Gələn il bütün başqa rayonlarda kiçik su elektrik stansiyaları tikilməlidir. Büdcədə kifayət qədər vəsait vardır. Bu vəsaitdən səmərəli şəkildə istifadə etməliyik. Bəzi hallarda işlərin yubanmasına bürokratik əngəllər də problem törədir. Əgər bütün bu bürokratik prosedurlardan biz tezliklə keçə bilsəydik, bəzi hallarda bürokratiya, süründürməçilik, lazım olmayan razılaşdırmalar olmasaydı, xüsusilə, ekologiya sahəsində daha da çox işlər görülə bilərdi. Burada hər şey aydındır, biz bunu etməliyik. Ağac əkmək, yaxud da ki, hansısa çirklənmiş gölü təmizləmək üçün biz indi aylarla icazə, razılaşdırma gözləməməliyik. Bu, aydın məsələdir, Prezident tərəfindən məsələ qoyulub, tezliklə həll olunmalıdır. Özü də indi bizdə texniki imkanlar, peşəkar mütəxəssislər, hər şey vardır. Biz bu məsələlərə vaxt sərf etməməliyik. O cümlədən, bərpa olunan enerji mənbələrinin yaradılması üçün büdcədə vəsait vardır. Ancaq bu vəsaitdən necə istifadə olunub, indi ona baxmaq lazımdır. Məncə biz orada nəzərdə tutulmuş vəsaitin heç 50 faizini də istifadə edə bilməmişik. Belədir. Ona görə bu, dözülməzdir. İl başa çatır. İlin əvvəlindən qarşıya vəzifə qoyulubdur. İndi biz cəmi 3 su elektrik stansiyasında təməl daşını qoyduq. Halbuki, stansiyaların sayı daha da çox ola bilərdi.

Page 200: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

200    

Bərpa olunan, yəni günəş enerji növlərinin yaradılması barədə mən ilin əvvəlindən məsələ qaldırdım. Agentlik yaradıldı. Mən başa düşürəm ki, burada təşkilati məsələlər, texniki-iqtisadi əsaslandırma həll olunmalı idi, ancaq il başa çatır. Bizim bir dənə günəş batareyamız var?! Yoxdur. Bir-ikisini mənə göstərdilər, Mərkəzi Seçki Komissiyasının binasının qabağında nümayiş etdirdilər, vəssalam. Mən bilirəm ki, indi Azərbaycanda günəş batareyaları istehsal edəcək zavod tikilməlidir. Zavod tikilməlidir, bu çox gözəl, həm iş yerləri olacaq, həm də ki, yerli istehsal. Amma o vaxta qədər gözləməliyik?! Mən hesab edirəm ki, bu il ərzində müəyyən yerlərdə artıq o günəş batareyalarını quraşdıra bilərdik.

Ona görə hesab edirəm ki, bütün qurumlar bu məsələlərdə daha da operativ olmalıdırlar. Burada idarələr arasındakı bəzi anlaşılmazlığa son qoyulmalıdır. Bu, bizim ümumi işimizdir. Bəzən süründürməçilik, bürokratiya həddindən artıq vaxtımızı alır. Mən istəyirəm ki, hər şey tez həll olunsun, vaxt itirməyək. Xüsusilə, əgər biz bilirik ki, bunu etməliyik. Əgər hansısa tərəddüd, şübhə varsa, əlbəttə ki, məsələ ciddi şəkildə araşdırılmalıdır. Amma ağacı əkmək üçün, yaxud da ki, bir gölü təmizləmək üçün biz nə qədər vaxt itirməliyik və nə üçün?! Ona görə xahiş edirəm ki, bütün aidiyyəti qurumlar nəticə çıxarsınlar və bürokratik əngəllərə son qoyulmalıdır.

Bir daha demək istəyirəm ki, 2010-cu ilin yekunlarını biz gələn il müzakirə edəcəyik. Ancaq indidən demək olar ki, bu yekunlar uğurlu olacaq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir. Sağ olun.

“Xalq qəzeti”.-2010.-21 oktyabr.- № 231.-S.1-3.

Page 201: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

201    

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Milli Telekompaniyasına, bu ölkənin “Profil-Ukrayna” jurnalına və “Den” qəzetinə müsahibəsi

Bakı, 29 oktyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev oktyabrın 25-də Ukrayna Milli Telekompaniyasına, bu ölkənin “Profil-Ukrayna” jurnalına və “Den” qəzetinə müsahibə vermişdir.

AzərTAc həmin müsahibənin mətnini təqdim edir. - Cənab Prezident, Ukraynaya səfər gözlənilir. Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı

baxımından Siz hansı məsələləri müzakirə etməyi nəzərdə tutursunuz? - Bizim ikitərəfli əlaqələrimiz uğurla və dinamik şəkildə inkişaf edir, qarşılıqlı siyasi əlaqələrimiz çox

yüksək səviyyədədir. Ölkələrimiz uzun illər boyu, praktiki olaraq müstəqillik əldə edildikdən dərhal sonra çox sıx qarşılıqlı əlaqə saxlayır, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq genişlənir və çox yaxşı perspektivlər vardır. Ukrayna bizə çox yaxın və dost ölkədir. Bu cür ənənələri, artıq formalaşmış ikitərəfli münasibətləri nəzərə alaraq hesab edirəm ki, bu səfərim mühüm rol oynayacaqdır. Əminəm ki, səfər çərçivəsində biz ikitərəfli münasibətlərin geniş gündəliyini bir daha nəzərdən keçirəcək, əlaqələrimizin gələcək inkişaf yollarını müəyyən edəcəyik. Əlbəttə, iqtisadi qarşılıqlı fəaliyyət məsələləri xüsusən də böhrandan sonrakı dövrdə mühüm əhəmiyyət kəsb edir və biz iki ölkənin potensiallarından istifadə etməklə bir-birimizi çox fəal tamamlaya, bir-birimizi dəstəkləyə bilərik. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır. Ümid edirəm ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də regional formatda fəal əməkdaşlıq xətti, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət xətti təsdiqlənəcəkdir.

- Oktyabrın əvvəlində Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının son 4 ildə ilk iclası olmuşdur. İqtisadi əlaqələrin fəallaşması Ukraynada yeni siyasi komandanın hakimiyyətə gəlməsi ilə bağlıdır? Belə hesab etmək olarmı ki, iki ölkənin münasibətlərində yeni mərhələ başlanır? Sizin fikrinizcə, neftin nəql edilməsi üçün Avrasiya dəhlizi ideyası nə dərəcədə həyatqabiliyyətlidir? Odessa-Brodı xətti avers rejimində işləyəcəyi təqdirdə, Ukrayna hansı həcmə ümid edə bilər?

- Əvvəla onu deməliyəm ki, sizin dediyiniz yeni komanda istər Ukrayna, istərsə də bizim üçün yeni deyildir. Çünki Viktor Fyodoroviç Yanukoviç Ukrayna hökumətinə başçılıq etdiyi dövrdə biz fəal əməkdaşlıq edirdik və 2006-cı ildə o, böyük nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər edəndə biz gələcək qarşılıqlı iqtisadi fəaliyyət üçün çox mühüm məqamları nəzərdə tutmuşduq. Biz bir-birimizi çoxdan tanıyırıq və buna görə də Ukraynada yeni hakimiyyətlə əməkdaşlıq bizim üçün nə isə təzə bir şey deyildir. Mən əminəm ki, əvvəlki illərdə aramızda yaranmış münasibətlər bu gün həmin münasibətlərin konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır. Viktor Fyodoroviçin hakimiyyətdə olduğu dövrdə biz artıq üç dəfə görüşmüşük və ikitərəfli münasibətlərin perspektivlərini hərtərəfli müzakirə etmək üçün imkanımız olmuşdur. Buna görə də istərdik ki, münasibətlərimiz iqtisadi inkişaf və energetika sahəsində əməkdaşlıq məsələlərində konkret praktiki məzmun kəsb etsin. Beynəlxalq təşkilatlar çərçivəsində bizim münasibətlərə və qarşılıqlı siyasi əlaqələrə gəldikdə isə, onlar ən yüksək səviyyədədir. İstər BMT-də, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində Ukrayna həmişə Azərbaycanı, biz isə həmişə Ukraynanı dəstəkləmişik. Yəni, ikitərəfli münasibətlər üçün möhkəm zəmin vardır. Bizə belə gəlir ki, indi məhz münasibətlərimizin iqtisadi aspektlərini konkretləşdirmək, gündəlikdəki məsələləri müzakirə etmək, hansı sahələrdə qarşılıqlı investisiyalara zərurət olduğunu müəyyənləşdirmək üçün yaxşı imkan vardır. Biz Azərbaycan şirkətlərinin Ukrayna iqtisadiyyatına sərmayə qoymaq imkanlarını çox ciddi şəkildə nəzərdən keçiririk. Artıq müəyyən planlar vardır, iki ölkənin müxtəlif infrastruktur layihələrində bizim şirkətlərin iştirak etməsi üçün beynəlxalq səviyyəli şirkətlər mövcuddur.

Əlbəttə, sizin dediyiniz məsələ - energetika və neft sahəsində əməkdaşlıq məsələsi, bildiyiniz kimi, həmişə gündəmdə olmuşdur. Biz öz tərəfimizdən bu layihədə iştirak etməyə hazırıq, çünki enerji resurslarının – istər neftin, istərsə də qazın nəqlinin şaxələndirilməsi məsələləri üzərində fəal iş aparırıq. Təbii ki, Ukrayna tərəfi arzu edərsə, bu məsələlər daha səmərəli və daha tez həll oluna bilər. Deməliyəm ki, müəyyən məsələlər artıq həll edilmişdir. “Sarmatiya” şirkəti yaradılmış, texniki-iqtisadi araşdırmalar aparılmışdır və Azərbaycan nefti praktiki olaraq Ukrayna zavodlarına göndərilir. Buna görə də bu işlərə yeni təkan vermək, hələlik pərakəndə halda olan bu layihələri sistemləşdirmək üçün bunu bir daha hərtərəfli müzakirə etmək və müəyyən qərarlar qəbul etmək lazımdır. Biz öz tərəfimizdən bu layihədə iştirak etməyə hazırıq, çünki artıq dediyim kimi, ixracımızı bundan sonra da şaxələndirmək niyyətindəyik.

-Müəyyən həcmlər barədə indi danışmaq olarmı? -Prinsip etibarilə deyə bilərəm ki, bu gün bütün neft ixracı potensialımız müxtəlif boru kəmərləri - Bakı-

Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə reallaşdırılır. Yəni, ixrac etdiyimiz bütün neft bu boru kəmərləri ilə çatdırılır. Beləliklə, bu gün bizim reallaşdırmağa yer tapa bilmədiyimiz hansısa əlavə

Page 202: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

202    

həcmin olmasından danışmağa lüzum yoxdur. Hətta hasilatı artırsaq belə, - biz isə bunu etmək niyyətindəyik, - həmin boru kəmərlərinin mövcud imkanları nefti hər üç istiqamətdə nəql etməyə imkan verir. Ukrayna ilə bu sahədə əməkdaşlıq məsələsinə gəldikdə isə, Azərbaycanı Ukrayna ilə boru kəməri bağlamır. Buna görə də, bu gün Azərbaycandan neft Ukraynanın neftayırma zavodlarına Ceyhandan gəlir və bu, ümumiyyətlə desək, yaxın yol deyildir. Yəni, əgər neft həmin zavodlara Qara dəniz limanlarından gələrsə, layihənin iqtisadi səmərəsi daha çox olar. Buna görə də həmin layihənin iqtisadi aspektini çox ciddi hesablamaq lazımdır. Siyasi baxımdan Azərbaycan tərəfindən belə dəstək vardır.

-Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən Ukrayna tərəfi ölkələrimiz arasında əmtəə dövriyyəsini artıraraq 2 milyard dollara çatdırmağın zəruri olması fikrini söyləmişdir. Siz necə hesab edirsiniz, əmtəə dövriyyəsini hansı malların və xidmət sahələrinin hesabına artırmaq olar və Ukraynanın bu ambisiyalı planları nə dərəcədə realdır?

- Zənnimcə, əgər biz energetika sahəsində bu cür sistem xarakterli fəal əməkdaşlığa başlasaq və hökumətlərarası komissiya çərçivəsində müzakirə edilən məsələləri nəzərə almaqla, eləcə də uzunmüddətli müqavilələr əsasında çox qısa müddətdə bu nəticəyə nail ola bilərik. Lakin bu, ən rahat yol olardı. Neftin qiyməti kifayət qədər yüksək olduğundan, nəql edilən neftin həcmi də çox sürətlə artırıla bilər. Yəni bu, bizdən siyasi iradə və sadəcə olaraq layihənin iqtisadi cəhətdən düzgün hesablanmasından əlavə hər hansı xüsusi səy göstərmək tələb etməzdi. Əmtəə dövriyyəsini iqtisadiyyatlarda hələlik fəal qarşılıqlı əlaqə olmayan sahələr hesabına artırmaq bizim üçün daha maraqlı olardı. Bu, ilk növbədə kommunikasiya vasitələrinə, informasiya-kommunikasiya texnologiyalarına aiddir. Bilirik ki, Ukraynada bu sahəyə böyük diqqət yetirilir və

Azərbaycanda da bu istiqamətdə çox iş görülür. Kənd təsərrüfatı və emal sənayesi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, Ukraynada istər energetika ilə bağlı olan, istərsə də ona aidiyyəti olmayan müxtəlif investisiya layihələrində Azərbaycan şirkətlərinin iştirakı. Bizim biznes resurslarının səfərbər edilməsi. Hesab edirəm ki, bu münasibətləri daha düzgün qurmaq üçün iki ölkənin biznesmenlərinin bizim iqtisadiyyatlarımızın potensialını daha yaxşı öyrənmələri zəruridir. Yəni, Azərbaycanda xoşladığımız təbirlə desək, əgər biz qarşılıqlı əmtəə dövriyyəsinin həcmini qeyri-neft sektoru hesabına 2 milyard dollara çatdıra bilsək, zənnimcə bu, bizim hökumətlərin böyük xidməti olacaqdır.

- Neftlə bağlı olan qaz mövzusu barədə. Məlum olduğu kimi, Azərbaycan Rumıniyaya sıxılmış qaz göndərəcəkdir və hazırda Ukraynada qazın durulaşdırılması üzrə Odessada müvafiq zavod tikmək və Azərbaycandan sıxılmış qaz almaq məsələsi barədə fəal diskussiyalar aparılır. Xarici mətbuatda tez-tez deyirlər ki, Azərbaycanda sadəcə olaraq artıq qaz yoxdur. Bununla əlaqədar nə deyə bilərsiniz?

- Vaxt var idi ki, bizim neft ehtiyatlarımızla bağlı məsələlər də xarici ölkələrin bəzi KİV-lərində fəal müzakirə edilir və deyirdilər ki, Azərbaycanda neft yoxdur, Bakı-Tbilisi-Ceyhan neft kəməri heç vaxt tikilməyəcəkdir və üçüncü ölkələrin nefti olmadan bu kəmər tam gücü ilə işləyə bilməyəcəkdir. Əlbəttə, biz o vaxt bilirdik ki, belə fikirlər həqiqətə uyğun deyildir. Biz bu gün Xəzərin, Azərbaycanın ehtiyatlarını dünya bazarları ilə, Aralıq dənizi sahilləri ilə birləşdirən yeganə enerji dəhlizi olan boru kəmərini tikdik. Bu gün Azərbaycanın neft ehtiyatları bu boru kəmərinin potensialından tam istifadə etməyimizə imkan verir. Biz həmin boru kəmərini tikməyə başlayanda Azərbaycanda neft hasilatının səviyyəsi təxminən 15-16 milyon ton civarında idi. Bu gün, həmin boru kəməri işə salınandan 4 il keçəndən sonra Azərbaycanda 50 milyon tondan çox neft hasil edilir. Buna görə də təbii ki, etibarlı ixrac yollarının mövcud olması neft-qaz sahəsinə sərmayə qoyuluşunu da şərtləndirir. Qaz məsələsinə gəldikdə, o, bazara daha çox bağlıdır, ona görə ki, nefti dünyanın istənilən nöqtəsində - ya boru kəməri, ya da dünya okeanlarına çıxış olan istənilən yerdə satmaq olar. Qaz isə bilavasitə istehlakçıya bağlıdır. Bu gün bizim dünya səviyyəsində qəbul edilmiş qaz ehtiyatlarımız da sifariş xarakteri daşıyan yazılara baxmayaraq, özümüzü çox inamlı hiss etməyə imkan verir. Qeyd etməliyəm ki, Azərbaycanda minimal, yəni təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetr, bizim geoloqların proqnozlarına əsaslanan real ehtiyatların həcmi isə 5 trilyon kubmetrə yaxındır. Yəni, bu, onilliklər ərzində, bəlkə yüz ildən artıq müddətdə böyük miqdarda qaz ixrac etməyimizə imkan verəcəkdir. Bu gün Azərbaycanda qaz hasilatının səviyyəsi təqribən 30 milyard kubmetrə, lap dəqiq desək, 28,5 milyard kubmetrə bərabərdir. Daxili qaz istehlakı təqribən 10-11 milyard kubmetrdir. Bu o deməkdir ki, qalan həcm ya ixrac edilir, ya yeraltı anbarlara, ya da təzyiqi saxlamaq üçün neft laylarına vurulur. Biz qaz hasilatını qısa müddətdə artıraraq 40 milyard, hətta 50 milyard kubmetrə çatdıra bilərik, lakin bunun üçün kontraktlar lazımdır. Buna görə də biz əsas diqqəti məhz yeni satış bazarlarının müəyyənləşdirilməsi məsələsinə yönəltmişik. Bu gün biz praktiki olaraq bütün qonşularımıza – Türkiyəyə, Gürcüstana, Rusiyaya, İrana qaz ixrac edirik və bu istiqamətlərdə həcmi artırmağa imkanımız vardır. Biz həm də yeni, o cümlədən sizin qeyd etdiyiniz yolları axtarırıq.

- Bu ilin avqustunda Odessada Azərbaycan Dövlət Neft Şirkətinin brendi ilə yanacaqdoldurma stansiyaları yaradılmışdır. Bu istiqamətdə layihələrin miqyası nə dərəcədə genişdir? Məlum olduğu kimi,

Page 203: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

203    

Azərbaycan Ukraynanın ən iri silah alıcılarından biridir. Yaxın gələcəkdə hərbi sənaye kompleksində hansı layihələri həyata keçirmək niyyətindəsiniz?

- Mən çox şadam ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR bu sahəyə artıq investisiya qoyur. Mənə məlum olduğuna görə, artıq 10-dan çox yanacaqdoldurma stansiyası mövcuddur. Onu da bilirəm ki, bizim şirkət təkcə Odessada deyil, Ukraynanın başqa şəhərlərində də öz fəaliyyətini genişləndirməyi planlaşdırır. Təbii ki, bizim əməkdaşlığın bu sahəsinin gələcək inkişafı həmin layihənin nə dərəcədə uğurla həyata keçirilməsindən asılı olacaqdır. Azərbaycan neftinin artıq Ukrayna neftayırma zavodlarına göndərilməsini nəzərə alaraq, biz bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Fikrimcə, bizim münasibətlərin bu sahəsinin perspektivi yaxşıdır. SOCAR artıq yaxşı imicə malik olan beynəlxalq şirkət, bir sıra ölkələrdə investordur. Bu neft şirkətinin xarici ölkələrdə qoyduğu sərmayələr artıq bir neçə milyard dollara çatmışdır və tamamilə təbiidir ki, hansı ölkələrlə yaxşı ikitərəfli münasibətlərimiz varsa, biz həmin ölkələrə gedirik. Bizim Ukraynada işləmək arzumuzun səbəbi də bundadır. Bu istək qarşılıqlı olmuşdur. Buna görə də hesab edirəm ki, bu sahədə bizdə hər şey qaydasındadır. Biz enerji bloku çərçivəsində əməkdaşlığı artıq genişləndiririk.

Hərbi sənaye kompleksi sahəsində də yaxşı ənənələr vardır. Azərbaycan neçə illərdir ki, Ukraynadan hərbi texnika və silah alır. Biz bu əməkdaşlığın səviyyəsindən çox razıyıq, onun genişlənməsi üçün yaxşı perspektivlər vardır. Çünki bu gün maliyyə imkanlarımız müstəqilliyin ilk illəri ilə müqayisədə ölçüyəgəlməz dərəcədə çoxdur. Gələn il Azərbaycanın müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Bu vəsaitin çox hissəsi məhz texnika alınmasına və ölkə daxilində texnika istehsalına sərf ediləcəkdir. Artıq dörd ildir ki, biz Azərbaycanda hərbi sənaye kompleksi yaradırıq. Bu gün Azərbaycanda istehsal edilən hərbi təyinatlı məhsullar artıq beynəlxalq sərgilərdə nümayiş olunur və ixrac edilir. Onu da deməliyəm ki, Azərbaycanda yaratdıqlarımızın bir hissəsi ukraynalı tərəfdaşlarımızın köməyi ilə ərsəyə gəlmişdir. Bu sahədə bizim şirkətlər arasında müştərək müəssisələr vardır və biz bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Azərbaycanda istehsalı da, bizə lazım olanları Ukraynadan almağı da, ola bilsin ki, müəyyən mərhələdə üçüncü ölkələrin bazarlarına çıxmağı da nəzərdə tuturuq.

-Dağlıq Qarabağ problemi. Bu problem çox müzakirə edilir, Madrid prinsipləri, beynəlxalq vasitəçilik barədə xahişlər vardır, lakin münaqişə həll edilmir. Bu münaqişənin həll edilməməsinin səbəbi nədir, Azərbaycan yaxın perspektivdə tənzimlənmənin hansı yollarını təklif etmək niyyətindədir və bu məsələdə Ukrayna hansı rolu oynaya bilər?

-Biz bu münaqişənin tənzimlənməsi işində tərəfdaşlarımızın dəstəyini alqışlayırıq. Mən qəti əminəm ki, bu münaqişənin tənzimlənməsinə yalnız beynəlxalq birliyin birgə səyləri ilə kömək etmək olar. Biz bu münaqişənin tənzimlənməsi ilə bağlı ardıcıl və prinsipial mövqeyinə görə Ukraynaya çox minnətdarıq. Bu mövqe beynəlxalq hüququn prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam uyğundur. Mən bir daha xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan 2008-ci ildə BMT-nin Baş Məclisində işğal edilmiş ərazilərdə vəziyyət haqqında qətnamə irəli sürəndə səsvermə zamanı Ukraynanın bizi dəstəkləməsi Azərbaycanda böyük minnətdarlıq hissi ilə qarşılanmışdı. Bu münaqişənin nə üçün həll edilməməsinin səbəbinə gəldikdə isə, əsas səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi, Ermənistanın bu münaqişəni həll etmək istəməməsi, eləcə də status-kvonun saxlanmasının Ermənistanın mənafelərinə xidmət etməsi barədə onun yanlış təsəvvürüdür. Erməni tərəfi tənzimlənmə prosesini hər vasitə ilə ləngitməyə çalışır. Bəzən artıq razılaşdırılmış məsələlər Ermənistan tərəfindən yenidən müzakirə edilmək üçün mövzu kimi irəli sürülür. Beləliklə, bu prosesi sonsuz prosesə çevirmək cəhdləri göz qabağındadır. Yəni, Ermənistan özünü danışıqlarda iştirak edən ölkə kimi təqdim edir, əslində isə qərarlar qəbul etmək və qəti mövqe bildirmək lazım gələndə müxtəlif bəhanələrlə bu prosesi uzatmağa və artıq razılaşdırılmış məqamları təzədən müzakirə etməyə cəhd göstərir. Əsas səbəb budur. İkinci səbəb ondan ibarətdir ki, beynəlxalq birlik, mən deyərdim ki, beynəlxalq təşkilatların şəxsində elə həmin beynəlxalq birliyin özünün qəbul etdiyi qərarlara çox laqeyd yanaşır. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi, ATƏT-in Lissabon sammitinin qərarları və digər qərarlar, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının qətnamələrində bu məsələ barədə beynəlxalq hüquq normaları çərçivəsində birmənalı fikir söylənilir. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmış Azərbaycan ərazisi 20 ilə yaxındır ki, işğal altındadır. İşğal edilmiş ərazilərdə hərbi cinayətlər törədilmiş, Xocalı şəhəri tamamilə məhv edilmiş, azərbaycanlılara qarşı soyqırımı törədilmiş, 613 nəfər dinc sakin, o cümlədən yüzdən çox uşaq qətlə yetirilmişdir. Yəni, bu qanlı hərbi cinayətlərin əksəriyyəti dünya birliyinin diqqətindən kənarda qalmışdır. Bu isə, təcavüzkarın Azərbaycan torpaqlarını bundan sonra da işğal etmək iştahasını artırmışdır. Məsələnin tarixinə gəldikdə, Dağlıq Qarabağ tarixən bizim ərazimizin bir hissəsi olmuşdur. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir, erməni dilində bu sözün heç bir mənası yoxdur. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert şəhəri idi. Şəhərə bu ad ötən əsrin 20-

Page 204: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

204    

ci illərində Stepan Şaumyanın şərəfinə verilmişdi. Bu şəhərin tarixi erməni adı yoxdur, əvvəllər o, indiki kimi Xankəndi adlanırdı. Bu məsələnin tarixi kifayət qədər məlumdur. Bu, XIX əsrin əvvəlində Azərbaycanla həmhüdud regionlardan erməni əhalinin Qarabağa kütləvi şəkildə köçürülməsinin nəticəsidir. Lakin bu gün həmin tarixi fon, əlbəttə, vacibdir və biz bunu heç vaxt unutmamalıyıq. Lakin daha vacibi odur ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində tənzimlənsin. Konkret desək, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, bütün işğalçı qüvvələr işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Bu ərazi isə təkcə Dağlıq Qarabağ deyil, həm də onun ətrafındakı yeddi rayondur. Orada yüz minlərlə azərbaycanlı yaşayırdı. Onların hamısı oradan qovulmuşdur, biri də qalmamışdır. Əhalinin öz müqəddəratını təyin etməsi məsələsinə gəldikdə isə, bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurla həll edilə bilər. Həmçinin Helsinki Yekun Aktında ərazi bütövlüyü və təyini-müqəddərat prinsiplərindən bəhs edilən hissədə də bu barədə deyilir. Yəni, bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Bunun üçün erməni tərəfinin siyasi iradəsi, bir də bu məsələdə vasitəçilərin fəal mövqeyi çox zəruridir. Mən bu məsələni belə şərh edərdim və bir də onu demək istəyirəm ki, Azərbaycan öz ərazisinin bir hissəsinin itirilməsi ilə heç vaxt barışmayacaqdır. Biz öz ərazimizi bərpa edəcəyik. Çox istərdik ki, bu məsələ tezliklə, hərbi əməliyyatlara əl atılmadan həll edilsin.

-Cənab Prezident, son dörd ildə Azərbaycan mühüm iqtisadi artıma nail olmuşdur – 96 faiz. Bu, olduqca sanballı rəqəmdir. Buna necə nail olmusunuz?

-Mən hesab edirəm ki, bu cür coşqun inkişafı şərtləndirən əsas amil ilk növbədə, Azərbaycandakı siyasi sabitlikdir. Əcnəbi sərmayədarlar inanırlar ki, əvvəla ölkənin siyasi kursu ardıcıl davam etdiriləcək və ikincisi, xarici sərmayələr etibarlı şəkildə qorunacaqdır. Ona görə ki, iqtisadi inkişafın birinci mərhələsində xarici investisiyalar bizim üçün əsas rol oynamışdır. Biz də xarici investisiyalar üçün çox münasib rejim yaratmış, bununla da həmin sərmayələrin qorunmasını və ölkəyə ilkin kapital axınını təmin etmişik. İndiki mərhələyə gəldikdə isə deməliyəm ki, son altı ildə Azərbaycanda ÜDM demək olar ki, 3 dəfə, daha dəqiq desək, 2,8 dəfə artmış və bu, təbii ki, iqtisadiyyata və əhalinin sosial müdafiəsinə təsirini göstərmişdir. Yoxsulluq göstəricisi 49 faizdən 11 faizə düşmüşdür. Təqribən 900 min iş yeri yaradılmışdır. Başqa sözlə desək, biz iqtisadiyyata və infrastruktura çox sərmayə qoymuşuq. Hərçənd, mənim ölkəyə rəhbərlik etdiyim ilk illərdə çox müxtəlif məsləhətlər verilir, fikirlər söylənirdi ki, neft satışından əldə etdiyimiz vəsaitləri iqtisadiyyatı həddən artıq gücə salmamaq üçün onları ölkə hüdudlarından kənarda saxlamaq lazımdır. Biz bu məsləhətlərə qulaq asmadıq və infrastruktura, ilk növbədə regionlara çox fəal sərmayə qoymağa başladıq, regionlarda çox güclü sosial və sənaye infrastrukturu yaratdıq. Beləliklə, əhalinin paytaxta axını dayandırıldı. Bakının hüdudlarından kənarda, ucqar rayonlarda müəssisələr yaratmağa başladıq. Biz çox fəal energetika siyasəti yeritdik, elektrik enerjisini və qazı idxal edən ölkədən onları ixrac edən ölkəyə çevrildik. 2006-cı ilə qədər biz bu məhsulları idxal edirdik, indi isə ixrac edirik. Ümumiyyətlə, bütün bunlar böhrandan minimum itki ilə çıxmağımıza kömək etdi. Hətta böhranlı 2009-cu ildə neftin qiymətinin 4 dəfə düşməsinə baxmayaraq, bizim iqtisadiyyat 9,3 faiz artmışdır. Neft isə, hər halda əsas gəlir mənbəyimizdir. Yəni, iqtisadiyyatın şaxələndirilməsi, ilk növbədə, siyasi sabitlik və əlbəttə hakimiyyətin həmrəyliyi, iqtisadi islahatlardır. Biz çox dərin iqtisadi islahatlar aparmışıq. Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli ölkədir. Biz enerji amilinin prioritetliyindən imtina etmişik, yəni, diqqəti sahibkarlığa, kənd təsərrüfatına kömək məsələlərinə cəmləşdirmişik. Biz praktiki olaraq ərzaq mallarının əksər növləri üzrə özümüzü təmin edirik. Əvvəllər heç vaxt belə olmamışdı. Sovet dövründə Azərbaycana ərzaq məhsulları kənardan, o cümlədən Ukraynadan gətirilir, Azərbaycandan isə şərab, meyvə, tərəvəz ixrac edilirdi. İndi biz güclü emal sənayesi yaratmışıq. Bununla da, yüz minlərlə insanı həm kənd təsərrüfatında, həm emal müəssisələrində işlə təmin etmişik. Biz özəl sektora güzəştli kreditlər verilməsi proqramını həyata keçiririk. Bu məqsədlə hər il çox güzəştli faizlərlə yüz milyon manatdan, yəni 120 milyon dollardan çox vəsait ayrılır. Biz Dövlət İnvestisiya Şirkəti yaratmışıq. Bu şirkət investisiyaları bizə lazım olan sahələrə cəlb edir. Əvvəlcə bütün pullar neftə, qaza yönəldilirdi. Əlbəttə, bu, vacib idi. Lakin indi bizim üçün əsas məsələ bu deyildir. Yəni, Dövlət İnvestisiya Şirkəti Azərbaycan üçün strateji layihələrdə 25 faiz paya malikdir. Beləliklə, o, xarici investisiyalar axınını bir növ stimullaşdırır. Müəyyən mərhələdə bu pay bazarda satılacaq, bununla da bazar iqtisadiyyatı prinsipləri tamamilə təmin ediləcəkdir. Mən bu amilləri əsas amillər kimi qeyd etmək istərdim. Onların sayəsində bizdə iqtisadi artım əvvəla yüksək, ikincisi, sabit olmuşdur. Əvvəlki illərdə ÜDM artımının 20-30-35 faiz fonunda keçən il bu göstərici 9,3 faiz olmuşdur. Hətta bu il bizdə iqtisadi artım 4 faizdən bir qədər çox olduğuna baxmayaraq, həmin 4 faiz 2006-cı ildəki 35 faizdən çox-çox sanballıdır. Mənim fikrimcə, yəqin ki, əsas səbəb budur.

-Dnestryanı münaqişənin tənzimlənməsi haqqında. Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün stimul ola bilərmi?

Page 205: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

205    

- Şübhəsiz. Əgər postsovet məkanında mövcud olan münaqişələrdən biri öz həllini taparsa, əminəm ki, bu, digər münaqişələrin həllinə təkan verəcəkdir. Oxşar cəhətlər çoxdur – həm təcavüzkar separatizm, həm etnik təmizləmə, həm ərazi bütövlüyünün pozulması, həm də işğal. Münaqişələrin tarixi və bu münaqişələrə cəlb edilmiş xalqların qarşılıqlı münasibətlərinin tarixi müxtəlif olsa da, oxşarlıqlar çoxdur. Lakin əlbəttə, biz istəyirik ki, bütün münaqişələr həll edilsin. Mən əminəm ki, əgər belə olsa bütün ölkələr bunun yalnız xeyrini hiss edəcəklər. Dağlıq Qarabağ münaqişəsi bizim üçün bir nömrəli problemdir. Yəni, ölkəmiz qarşısında istər bu gün, istər ortamüddətli, istərsə də uzunmüddətli perspektivdə mən bundan başqa elə bir problem görmürəm. Ona görə ki, iqtisadiyyat sabit inkişaf edir, ölkəmiz dinamikdir, müasirdir və nəinki regional məsələlərdə, hətta dünya miqyaslı işlərdə artıq müəyyən çəkiyə malikdir. Ona görə də əsas problem budur və buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bizim iqtisadi inkişafımızı ləngitməmişdir, 9 milyon əhalisi olan ölkədə bir milyon qaçqın və daxili köçkün olduğu halda, biz belə uğurlar qazanmışıq. Təsəvvür edin ki, əgər bu problem olmasaydı biz nələrə nail olardıq. Axı, təkcə müdafiə üçün, qaçqınların normal mənzillərlə, evlərlə təmin edilməsi üçün biz nə qədər vəsait xərcləyirik. Biz qəsəbələr, məktəblər, xəstəxanalar tikirik, yollar çəkirik. Biz bu işlərə yüz milyonlarla dollar xərcləyirik. Eyni sözlər Ermənistana da aiddir, o da regional əməkdaşlıq layihələrinə, iqtisadi inteqrasiyaya cəlb oluna bilərdi. Qarabağ münaqişəsi tənzimlənməyincə bu, olmayacaqdır. Onlar həm də Türkiyə ilə özlərinin münasibətlərinin tənzimlənəcəyinə xüsusi, mənim fikrimcə, tamamilə əsassız ümidlər bəsləyir, Ermənistan-Türkiyə sərhədinin açılacağını güman edirdilər. Lakin bu olmadı. Əvvələn, ona görə ki, sənin ərazi iddiaları irəli sürdüyün və bütün beynəlxalq təşkilatlarda qondarma “soyqırımı” ilə əlaqədar qara yaxmağa çalışdığın ölkə ilə münasibətləri normallaşdırmaq mümkün deyildir. Digər tərəfdən, Qarabağ münaqişəsi mövcuddur və bu münaqişə regionda əməkdaşlığı ləngidən əsas amildir. Buna görə də bu gün Ermənistanın qarşısında bir perspektiv vardır – ya bundan sonra da işğalçılıq siyasəti yeritməklə və beynəlxalq normaları pozmaqla özünü daha da küncə sıxmalı, ya da bundan imtina etməli, Azərbaycanla və digər ölkələrlə normal münasibətlər yaratmalı, ərazi iddialarından imtina etməlidir. Axı, Ermənistan təkcə Azərbaycana və Türkiyəyə ərazi iddiaları irəli sürmür, regionda digər ölkələr də vardır ki, onlara qarşı bu cür iddialar hələlik, necə deyərlər, baqajda saxlanılır. Buna görə də həmin iddialardan imtina etmək lazımdır. Axı biz bu regionda yaşayacağıq, heç kəs heç yerə köçüb getməyəcəkdir. Varlı qonşunun düşmən deyil, dost olması daha yaxşıdır.

-Atanızdan aldığınız dərslərin hansı daha qiymətli olmuşdur? Siz Azərbaycan siyasətinə nə yenilik gətirmisiniz?

Digər bir sual. Siz Azərbaycanın geosiyasi yerini necə qiymətləndirirsiniz? Növbəti sual xanımınız haqqındadır. Sizin Prezident cütlüyünüz nəinki MDB məkanında, həm də dünyada ən parlaq cütlüklərdən biridir. Siz bir-birinizi siyasətə qısqanmırsınız ki? Bir-birinizlə necə dil tapırsınız?

- Bu gün bizim Azərbaycanda nail olduqlarımızın hamısının təməlini atam Heydər Əliyev qoymuşdur. O, Azərbaycanda rəhbərliyə gələnə qədər ölkəmiz sadəcə olaraq uçuruma yuvarlanırdı. Bizim ölkənin tarixində, 1918-ci ildə Rusiya imperiyasının parçalanması nəticəsində Azərbaycan müstəqil ölkə olmuşdu, lakin bu müstəqillik yalnız iki il davam etdi. Sonra obyektiv səbəblər üzündən və istər siyasətçilərin, istərsə də siyasi təsisatların müstəqil həyata hazır olmaması səbəbindən bu müstəqillik Azərbaycanın əlindən alınmışdır. Təxminən eyni vəziyyət təkrarlana bilərdi. 1991-ci ildə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqil oldu, 1993-cü ildə biz bu müstəqilliyi itirə bilərdik, - həm erməni təcavüzü, həm Azərbaycanda vətəndaş müharibəsi, həm də çox ağır siyasi proses, iqtisadi böhran barədə isə danışmağa dəyməz, - mahiyyət etibarilə buna doğru aparırdı. Bu məqamda Azərbaycan xalqı müdriklik nümayiş etdirdi. Hakimiyyətdə mürtəce və ekstremist, mən hətta deyərdim ki, bandit qüvvələr olduğuna baxmayaraq, Azərbaycan xalqı böyük cəsarət göstərdi və Heydər Əliyevi aşkar dəstəklədi. 1993-cü ildə o, Naxçıvandan qayıtdı və ölkəyə başçılıq etdi. O, dövlətçiliyin, bugünkü Azərbaycanın əsaslarını yaratdı. Buna görə də onun xatirəsi xalqımızın qəlbində yaşayır. Onun ölümündən sonra da Azərbaycan xalqının ona göstərdiyi ehtiram buna parlaq sübutdur. O, qeyri-adi, çox cəsarətli, uzaqgörən, prinsipial adam idi, öz xalqını çox sevirdi və bizim taleyimizin sahiblərinə çevriləcəyimiz günü arzulayırdı. Bu arzular çin oldu. Bu gün mənim başlıca vəzifəm, – 2003-cü ildə mən bu vəzifədə işə başlayarkən bunu bəyan etmişdim, – bu siyasəti davam etdirmək, Azərbaycanı inkişaf, modernləşmə, tərəqqi yolu ilə irəli aparmaq, onu müasir, dinamik, azad ölkəyə çevirməkdir. Bu ölkədə insanların həyatı xoş keçməli, onlar

Azərbaycan vətəndaşları olması ilə fəxr etməlidirlər. Onlar bolluq şəraitində yaşamalı, yoxsullar, işsizlər olmamalıdır. Şadam ki, çox şey edə bilmişik. Mən dəfələrlə demişəm, müstəqillik təkcə bayrağın və dövlət atributlarının olması demək deyildir. Müstəqillik sənin müstəqil siyasət yeritməyi bacarıb-bacarmamağından asılıdır. Xüsusən ona görə ki, əsrlər boyu bu ölkə başqa dövlətlərin və imperiyaların tərkibində olmuş, müstəqilliyə malik olmamışdır. Azərbaycanlılar nəsil-nəsil doğulur və bu arzu ilə dünyadan köçürdülər. Bizim nəslin qismətinə böyük şans düşmüşdür. Bizim onu əldən verməyə haqqımız yoxdur. Biz dövlətçiliyin, özünü

Page 206: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

206    

təmin etməyin, iqtisadi effektivliyin elə güclü təməlini qoymalıyıq ki, yüzilliklər boyu müstəqil, heç kəsdən asılı olmayan dövlət kimi inkişaf edək.

Azərbaycanın keçdiyi yola, bu gün dünyanın geosiyasi xəritəsində ölkəmizin tutduğu yerə nəzər salsaq, mən sizə tam əminliklə deyə bilərəm ki, bizim xüsusi yerimiz vardır. Bu gün bizim necə inkişaf etməli olmağımız barədə Azərbaycan cəmiyyətində artıq qəti anlayış formalaşmışdır. Bizim cəmiyyətdə Azərbaycanın necə inkişaf etməli olması barədə diskussiyalar yoxdur. Bizim xalqın həmrəy mövqeyi belədir – ilk növbədə, müstəqil kursu qorumaq, Azərbaycan xalqının mənafelərini təmin etmək, hər şeydən əvvəl qonşu ölkələrlə yaxşı münasibətlərə malik olmaq. Bir də, modernləşmə, Azərbaycan cəmiyyətinin dünyəvi xarakterinin möhkəmlənməsi, iqtisadi və siyasi azadlıqlar, təhlükəsizlik. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün Bakıda gündüz, axşam, hətta gecə vaxtı da asudə gəzmək olar və bu, ölkəmizin ən böyük nailiyyətlərindən biridir – cinayətkarlıq səviyyəsi çox aşağıdır. Sosial problemlər, müəyyən məişət şəraiti və cəmiyyətdə müəyyən mənfi məqamlar insanları cinayətə sövq edir. Bax, Azərbaycan cəmiyyətində bu cür mənfi məqamlar yoxdur. Buna görə də məndən bəzən soruşanda ki, 10 ildən, 20 ildən sonra Azərbaycan necə olacaq, belə cavab verirəm – təxminən indiki kimi, lakin daha varlı, özünə daha çox güvənən, daha çox inkişaf etmiş, öz gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görən bir ölkə olacaqdır.

Mühüm məqamlardan biri kimi onu da qeyd edərdim ki, biz ölkəmizin qarşıdurma arenasına çevrilməsinə imkan verməmişik. Azərbaycanın coğrafi mövqeyinə və təbii ehtiyatlarına görə bizdən daha böyük və daha güclü olanların mənafeləri burada əsrlər boyu toqquşmuşdur. Nəticədə biz öz dövlətçiliyimizi itirir və asılı vəziyyətə düşürdük. Bu gün biz buna nail olmuşuq ki, Azərbaycan yalnız əməkdaşlıq üçün arenaya, ən pis halda isə qarşıdurma üçün deyil, rəqabət üçün arenaya çevrilə bilər.

Sizin sonuncu sualınızın cavabında deməliyəm ki, Azərbaycanda qadınlara həmişə böyük hörmətlə yanaşmışlar – həm ailədə, həm də cəmiyyətdə. Mən şadam ki, Mehriban da Azərbaycandakı bir sıra mühüm işlərdə fəal iştirak edir. Birinci xanım statusu bir növ ərin vəzifəsinə görə verilir, bunun arxasında dayanan bütün başqa şeylər isə həmin statusa malik olan insanın arzusu, iradəsi və mahiyyətidir. Mən çox şadam ki, Heydər Əliyev Fondu çox iş görür. Mehriban bu Fonda məhz ona görə başçılıq edir ki, Azərbaycanda vəziyyəti ağır olan insanların işləri daha yaxşı olsun. Heydər Əliyev Fondu dövlət strukturlarında cavab tapa bilməyən insanların son güman yeridir, yəni son pəncərədir – insanlar oraya üz tutarkən ümid edirlər ki, onları eşidəcəklər və belə də olur.

- Bir insan və siyasi xadim kimi şəxsən Sizin üçün Ukrayna nə deməkdir? - Əlbəttə, siyasi, iqtisadi əlaqələr, investisiyalar – bütün bunlar vacibdir və bunlar ölkələrimizin və

xalqlarımızın gələcək inkişafını müəyyən edir. Mən “Ukrayna”, “Kiyev” kəlmələrini eşidəndə bu sözlər məndə çox müsbət emosiyalar doğurur. Bu, ilk növbədə, bizim çox sevdiyimiz Ukrayna musiqisi, Ukrayna mədəniyyəti, Ukrayna xalqının siması deməkdir. Azərbaycanda ukraynalılara, Ukraynaya böyük rəğbət bəsləyirlər. Xalqlarımız tarix boyu – həm SSRİ dövründə, həm də müstəqilliklərini bərpa etdikdən sonra əməkdaşlıq etmişlər. Ukrayna bizim əsas tərəfdaşlarımızdan biridir. Bakıda Taras Şevçenkoya abidə qoyulmuşdur, Azərbaycanın Ukrayna icması bu yerdə toplaşır. Ukrayna haqqında danışanda məndə ukraynalılara xas olan azadlıqsevərlik ruhu assosiasiyası yaranır. Biz sizin ölkənizə, xalqınıza böyük rəğbət bəsləyir və arzu edirik ki, Ukrayna çiçəklənsin. Bunun üçün hər cür imkan, hər cür şərait vardır. Biz isə sizin nailiyyətlərinizə və qələbələrinizə sevinəcəyik.

“AzərTAc”.-2010.-29 oktyabr.

Page 207: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

207    

Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır

Həştərxan, 27 oktyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarına müraciət edərək dedi: -Hörmətli Aleksandr Aleksandroviç! Əziz dostlar! Bu gün ölkələrimiz arasında münasibətlərin tarixində həqiqətən əlamətdar, tarixi gündür. Bu gün

Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür.

Mən bu gün əziz həştərxanlılara, ilk növbədə, qubernator Aleksandr Aleksandroviç Jilkinə Heydər Əliyevin xatirəsinə belə xeyirxah münasibətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk. Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır. Bu gün qubernatorun Həştərxanda yaşayan azərbaycanlılar haqqında dediyi tərifli sözləri eşitmək mənim üçün çox xoş idi. Onlar Rusiyanın layiqli vətəndaşları, Həştərxanın layiqli sakinləridirlər və bizim ikitərəfli münasibətlərin inkişafında mühüm amildirlər.

Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqının daha yaxşı yaşamasına, Azərbaycanda müsbət proseslərin inkişaf etməsinə, islahatların həyata keçirilməsinə çalışırdı. Mən SSRİ-nin süqutunadək olan dövr barədə artıq danışmışam. Ən əsası budur ki, biz artıq vahid dövlətdə yaşamadığımız dövrdə - Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Bütün bu illər boyu biz bütün istiqamətlərdə çox müsbət inkişaf görürük və bu gün bu, bizə - həm Rusiya, həm də Azərbaycan rəhbərliyinə münasibətlərimizi strateji tərəfdaşlıq kimi səciyyələndirməyə imkan verir.

Biz qonşuyuq, o cümlədən Xəzərdə də qonşuyuq. Biz birlikdə Xəzərin bundan sonra da sülh, dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma dənizi olaraq qalması üçün Xəzər regionunda çoxtərəfli fəal əməkdaşlığı təmin etməyə çalışırıq. Biz Rusiya Federasiyası ilə birlikdə Xəzərdə ərazi sərhədlərimizi artıq çoxdan müəyyən etmişik. Bu il Rusiya Prezidenti Dmitri Anatoliyeviç Medevedevin Azərbaycana səfəri zamanı biz quruda dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri razılaşdırdıq. Bütün bu amillər regionumuzda ümumi atmosferə çox müsbət təsir göstərir. Bu gün iki Xəzər və iki Qafqaz ölkəsi kimi Rusiya və Azərbaycan regional əməkdaşlıq, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi, regionun inkişafı işində çox müsbət rol oynayırlar.

Mən əminəm ki, Rusiya və Azərbaycanın bölgədə sabitləşdirici rolu bundan sonra da regionun bütün ölkələri arasında daha tam anlaşmaya kömək edəcəkdir.

Bizi Rusiya ilə çoxəsrlik dostluq, əməkdaşlıq telləri bağlayır, bizi ümumi keçmişimiz birləşdirir. Bu gün, siyasi münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir vaxtda biz iqtisadi əlaqələrimizi fəal inkişaf etdiririk, energetika məsələləri fəal həll olunur, xalqlarımızın nümayəndələri arasında ünsiyyətə çox böyük həvəs vardır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə böyük qayğı ilə yanaşılır. Həştərxanın Azərbaycan icması kimi, Azərbaycanın rus icması da öz ölkələrinin layiqli vətəndaşlarıdır və dövlətimizin inkişafına böyük töhfələr verirlər. Onlar həm də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran amildirlər.

Bu gözəl gündə mən xüsusi qeyd etmək istəyirəm ki, Həştərxanın necə inkişaf etdiyini, burada necə sürətli inkişaf getdiyini görmək mənim üçün çox xoşdur. Mən bu gün heyranlıq doğuran hər şeyi – sahilyanı ərazini, evlərin bərpasını, abadlaşdırma işlərini və sizin tarixi irsinizə neçə yanaşdığınızı göstərdiyinə görə Aleksandr Aleksandroviçə minnətdaram. Mən bu gün tarixi yerdə - Kremldə oldum, bərpa işləri aparılır, şəhər abadlaşdırılır. Bütün bunlar Rusiyanın inkişafının, habelə vilayət rəhbərliyinin öz şəhərinə, onun sakinlərinə, həyatın daha da yaxşılaşması, şəhərin daha da gözəlləşməsi işinə olan sevgisinin göstəricisidir.

Page 208: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

208    

Bakı və Həştərxan qonşu və qardaş şəhərlərdir. Bu gün mən buraya təyyarə ilə cəmi bir saata gəldim. Vaxtın necə keçdiyini heç hiss etmədim. Şəhərlərimiz arasında mövcud olan əlaqələr qədim tarixə malikdir. Bu gün onlar daha da möhkəmlənir, inkişaf edir. Əminəm ki, bu gün şəhərlərimizin, ölkələrimizin tarixində əbədi qalacaqdır. Əminəm ki, Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırmaq üçün əlindən gələni etmiş Heydər Əliyevin obrazı ölkələrimiz və xalqlarımız arasında fəal əməkdaşlıq işində çox mühüm rol oynayacaqdır. Bir daha, ilk növbədə, şəhər sakinlərinə, rəhbərliyə, qubernatora, şəhər hakimiyyətinə, bu gözəl abidənin, bu parkın yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirmək və sizin hamınıza xoşbəxtlik və rifah arzulamaq istəyirəm. Çox sağ olun.

“Xalq qəzeti”.-2010.-28 oktyabr.- № 237.-S.1-2.

Page 209: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

209    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri Birgə mətbuat konfransı

Kiyev, 28 oktyabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 28-də Kiyevdə Azərbaycan-

Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli Viktor Fyodoroviç, sözlərinizə görə çox sağ olun. Əvvəla, dost, qardaş Ukraynaya rəsmi səfərə

dəvət etdiyinizə, mənə və nümayəndə heyətimin üzvlərinə qardaş Ukrayna torpağında göstərilən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm.

Çox hörmətli Viktor Fyodoroviç ilə bizi uzun illər ərzində birgə iş bağlayır. Biz bir-birimizi çoxdan tanıyırıq. Münasibətlərimiz hələ biz dövlətlərimizin baş nazirləri olandan başlamışdır. Əminəm ki, ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsi, ən başlıcası isə bu münasibətlərin inkişaf perspektivləri xeyli dərəcədə dövlətlərin rəhbərlərinin nə qədər sıx əməkdaşlıq etmələrindən və ünsiyyətdə olmalarından asılıdır. Mən görürəm ki, tammiqyaslı əməkdaşlığı genişləndirmək üçün perspektivlər çox ümidvericidir.

Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyi üzrə çox konstruktiv, ətraflı müzakirələr apardıq, siyasi qarşılıqlı fəaliyyəti, siyasi məsləhətləşmələri, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyi, regional məsələlərdə, xüsusilə Xəzər-Qara dəniz hövzəsində inteqrasiya siyasəti məsələlərində fəal əməkdaşlığı genişləndirməyə tərəfdar olduğumuzu bir daha təsdiq etdik. Ölkələrimiz Qara dəniz ilə Xəzər dənizini birləşdirən nəqliyyat-energetika dəhlizinin möhkəmləndirilməsi və genişləndirilməsi işində aparıcıdırlar və bununla da ölkələrimiz regional inteqrasiya, regional əməkdaşlıq proseslərində fəal iştirak edirlər.

Bu gün biz yanacaq-energetika kompleksi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Çox şadıq ki, biz bu sahədə artıq konkret nəticələr görürük və həm neft, həm də qaz sahələrində əməkdaşlığın genişlənəcəyinə ümid bəsləyirik. Əminəm ki, energetika, neft və qaz nəqli marşrutlarının şaxələndirilməsi həm istehsalçılar, həm də istehlakçılar üçün energetika təhlükəsizliyi tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı daha geniş regional kooperasiya bu sahədə əməkdaşlığımızın nə dərəcədə səmərəli və məhsuldar olmasından asılıdır. Bəzən energetika təhlükəsizliyindən danışarkən, əsasən, enerji resurslarını alan ölkələr nəzərdə tutulur. Lakin istehsalçı ölkələrin də enerji təhlükəsizliyinə, uzunmüddətli müqavilələrə, proqnozlaşdırıla bilən bazarlara ehtiyacı vardır və həmin ölkələr yalnız bu yolla uzunmüddətli sərmayə siyasətini qura bilərlər.

Biz həm də çox şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi genişlənir, artır. Artım potensialı daha çox perspektivlidir. Düşünürəm ki, 2010-cu il bu baxımdan münasibətlərimizin tarixində dönüş ili kimi qalacaqdır. Çünki Viktor Fyodoroviçin qeyd etdiyi kimi, əmtəə dövriyyəsinin faizlə deyil, dəfələrlə artması artıq münasibətlərimizin bugünkü reallığıdır.

Bu gün biz sənaye kompleksini, ticarəti, humanitar əməkdaşlığı, hərbi sənaye kompleksi sahəsində, aerokosmik sahədə əməkdaşlığı əhatə edən məsələləri də ətraflı nəzərdən keçirdik. Biz daha fəal əməkdaşlıq etmək və fəaliyyətimizin konkret məzmun kəsb etməsi üçün iqtisadiyyatlarımızın, müəssisələrimizin potensialından maksimum istifadə etməliyik. Bir daha demək istəyirəm, bunun üçün bütün ilkin şərait – həm rəhbərliyin şəxsi münasibətləri, həm də bu gün müşahidə etdiyimiz kimi, nümayəndə heyətlərimizin üzvlərinin konstruktiv işgüzar münasibətləri vardır. Siyasi münasibətlər yüksək səviyyədədir. Ən başlıcası, bundan sonra da bütün istiqamətlər üzrə fəal işləmək və əməkdaşlıq etmək arzusu vardır. Əminəm, müəssisələrimiz bir-birinin imkanları barədə nə qədər çox informasiyaya malik olsalar, biz əmtəə dövriyyəsini bir o qədər sürətlə artıra və onun strukturunu təkmilləşdirə bilərik ki, o, birtərəfli olmasın və təkcə enerji resurslarına istiqamətlənməsin. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, bizə də çox xoşdur ki, MDB ölkələri arasında Ukrayna bizim üçün əmtəə dövriyyəsinə görə ikinci yerdədir.

Təbii ki, humanitar əməkdaşlıq olmasa münasibətlərimiz heç vaxt dolğun olmayacaq və bizim bu məsələdə də fəxr etməyə haqqımız vardır. Bizim xalqlar arasında münasibətlər zəngin tarixə malikdir. Ölkələrimiz müstəqillik əldə etdiyi andan onların arasında həmişə xüsusi dostluq münasibətləri olmuşdu. Bu gün onlar strateji tərəfdaşların münasibətləri kimi səciyyələnir. Bizə çox xoşdur ki, ölkələrimizdə bir-birimizin mədəniyyətinə, dilinə çox qayğı ilə yanaşırlar. Azərbaycanda Ukrayna dili öyrənilir və bu müsbət proseslərin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda Ukraynanın böyük oğlu Taras Şevçenkoya, Lesya

Page 210: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

210    

Ukrainkaya abidə qoyulmuşdur. Ukraynada Heydər Əliyevə abidə ucaldılmışdır. Bu gün mənə xəbər verildi ki, Kiyev şəhər soveti həmin abidənin yerləşdiyi parka Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir. Mən müasir Azərbaycan dövlətinin banisinin xatirəsinə bu cür yüksək münasibətə görə Azərbaycan xalqı adından, ilk növbədə Ukrayna Prezidentinə, eləcə də bu barədə qərar qəbul edənlərin hamısına bir daha təşəkkür etmək istərdim.

Bütün bu məqamlar da çox vacibdir, çünki onlar münasibətlərimizi daha da möhkəmləndirir, bizi daha da yaxınlaşdırır. Ukrayna bizə dost, qardaş ölkədir və mən əminəm ki, münasibətlərimizin gələcəyi məhz bu müstəvidə inkişaf edəcəkdir. Qonaqpərvərliyə görə ev sahiblərinə, çox hörmətli Viktor Fyodoroviçə bir daha təşəkkür etmək istəyirəm. Mən həm də burada jurnalistlərin qarşısında Viktor Fyodoroviçi istənilən münasib vaxtda Azərbaycana rəsmi səfərə gəlməyə rəsmən dəvət etmək istəyirəm ki, əlaqələrimiz daimi xarakter daşısın və biz bir-birimizi tez-tez görək. Sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar - Hər vaxtınız xeyir, cənab prezidentlər. Siz energetika sahəsində əməkdaşlıq məsələlərinə artıq

toxundunuz. Azərbaycanın Ukraynaya neft satışının, Avropaya və Rusiyaya neft tranzitinin həcmini nə vaxtdan başlayaraq artıracağı məlumdurmu? Konkret olaraq hansı həcmlərdən söhbət gedir? Çox sağ olun.

İlham ƏLİYEV: Biz Ukraynaya neft satışını artıq çoxaltmışıq və keçən illə müqayisədə bu amil, ümumiyyətlə, bizim əmtəə dövriyyəsinin artırılmasında da başlıca rol oynamışdır. Bu gün Prezidentlər Şurasında bizə məruzə edilən məlumata görə, bu il, hələ ki başa çatmayıb, Ukrayna bazarlarına bir milyon tondan çox Azərbaycan nefti göndərilmişdir. Biz gələcəkdə satışın həcmini artırmaq niyyətindəyik. Çünki biz Azərbaycanda neft hasilatının həcmini artırmağı planlaşdırırıq. Perspektivdə Xəzər dənizinin şərq sahilində yerləşən, bizə qonşu ölkələrin nefti Azərbaycan ərazisindən keçməklə Ukrayna bazarlarına nəql edilə bilər və bu layihə də Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin daha tam inteqrasiyasına şərait yaradacaqdır. Bu barədə artıq mən danışdım. Bununla da, biz enerji resursları ilə çox zəngin olan Xəzər dənizini Ukrayna bazarları ilə, Avropa bazarları ilə əlaqələndirəcək daha bir, çox etibarlı enerji dəhlizi yaradacağıq. Bu, energetika sahəsində hamıya fayda gətirəcək genişmiqyaslı əməkdaşlıq olacaqdır. Mən hesab edirəm ki, neft təchizatı ilə bağlı bu əməkdaşlıq ölkələrimiz arasında yanacaq-energetika sahəsində münasibətlərin bütün kompleksinin inkişafında lokomotiv rolunu oynamalıdır. Enerji blokunun digər istiqamətləri ilə əlaqədar olan layihələr də, - biz bu gün onların barəsində də ətraflı diskussiya aparmışıq, - müəyyən dərəcədə bu əməkdaşlığın nə qədər uğurlu olmasından asılı olacaqdır. Başqa sözlə desək, mən belə hesab edirəm ki, 2010-cu il bu baxımdan da dönüş ili olmuşdur və biz bunu uzunmüddətli əməkdaşlığın yalnız yaxşı başlanğıcı hesab edirik.

Viktor YANUKOVİÇ: Mən İlham Heydər oğlunun dediklərinə daha bir neçə söz əlavə etmək istərdim. Ukrayna üçün çox vacibdir ki, biz neft emalı zavodlarımız üçün neft alırıq və onların işləməsini təmin edirik, biz əlavə dəyər əldə edirik, iş yerləri açırıq. Bu, həm Ukrayna iqtisadiyyatı üçün, həm də sosial baxımdan çox böyük əhəmiyyətə malikdir. Ukraynanın sifarişi ilə alınan neft məhsullarının lap cüzi bir hissəsini yüngül neft məhsulları təşkil edir. Bizim sonrakı bütün addımlarımız Odessa-Brodı kəmərini neftlə doldurmağa və onu avers rejimində işə salmağa yönəldiləcəkdir. Biz hesab edirik ki, bu proqram bir neçə il ərzində təkcə neft deyil, enerji daşıyıcıları satışını da xeyli artırmağa şərait yaradacaqdır.

-Mənim sualım hər iki prezidentədir. Sizcə Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı sərmayələrin perspektivləri necədir?

Viktor YANUKOVİÇ: Mən çox qısa cavab verəcəyəm ki, müştərək layihələrimiz hər iki tərəfdən sərmayə resurslarının yatırılmasını nəzərdə tutur. Başqa sözlə, biz bu məsələlərə tərəfdaşlar kimi yanaşacağıq və hər bir ayrıca halda birgə qərarlar qəbul edəcəyik. Şübhəsiz ki, sərmayə layihələrimizi, ilk növbədə, yerli məhsul istehsalçılarının dəstəkləməsində çox maraqlıyıq. Məqsədimiz budur. Ölkələrimizin iqtisadiyyatlarının strukturu rəqib olmamağa, bir-birimizi tamamlamağa imkan verir.

İlham ƏLİYEV: Mən Viktor Fyodoroviçin dedikləri ilə razıyam. Həqiqətən, iqtisadiyyatlarımız rəqabət aparan deyil, bir-birini tamamlayandırlar. Eyni zamanda, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı sərmayələrin təşviq edilməsinin mühüm amilidir. Sərmayədarlar – istər dövlətin, istərsə də özəl sektorun nümayəndələri həmişə siyasi konyukturaya çox həssas reaksiya verirlər və ölkələr arasında uzunmüddətli möhkəm siyasi münasibətlər olduğunu görəndə, təbii ki, diqqətlərini məhz belə əlverişli siyasi iqlim olan tərəfə yönəldirlər. Yəni, bu, daha bir amildir.

Page 211: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

211    

Digər amil həm Ukraynada, həm də Azərbaycanda xarici sərmayədarlar üçün çox əlverişli mühitin yaradılmasıdır. Əminəm ki, bu sərmayə layihələrinin siyasi cəhətdən dəstəklənməsi daha çox şirkətləri Ukraynanı və Azərbaycanı sərmayə yatırımı üçün strateji məkan kimi nəzərdən keçirməyə təşviq edəcəkdir. Mənə çox xoşdur ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR bu prosesi artıq başlamışdır. Qısa vaxt ərzində Ukraynaya təxminən 80 milyon dollar sərmayə qoyulmuşdur. Bu, bizim ilk addımlarımızdır. Biz sərmayələrimizin həcmini artırmaq niyyətindəyik. Əminəm ki, onlar yalnız artıq reallaşmaqda olan təşəbbüslər və layihələr çərçivəsində bir neçə dəfə çoxalacaqdır. Viktor Fyodoroviç ilə bir qədər əvvəl danışdığımız kimi, yanacaq-energetika, neft-qaz sektorunda genişmiqyaslı əməkdaşlığa dair planlarımızı nəzərə alsaq, bu sərmayələrin necə sürətlə artacağını təsəvvür etmək mümkündür.

Bu gün nümayəndə heyətimizin tərkibində sənaye, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyalarına görə cavabdeh nazirliklərin rəhbərləri də vardır. Biz bu sahələri də yaddan çıxarmamalıyıq, bəlkə də əksinə, onlara daha çox diqqət yetirməliyik. Çünki biz bir ölkədən digər ölkəyə sərmayələrin sektorlar üzrə bərabər bölünməsində maraqlıyıq. Ən əsası isə onlar ölkələrimizdə mövcud olan planlara uyğun gəlməlidirlər. Onlar ölkələrimizdə mövcud olan iqtisadi, sərmayə proqramlarının əksinə yox, onlara uyğun olsun, bir çox sosial məsələlərin həllinə, iş yerlərinin açılmasına və milli istehsal müəssisələrinin yaradılmasına da kömək etsin. Odur ki, bu perspektivlərə nikbinliklə baxırıq və əminəm ki, yaxın vaxtlarda yaxşı nəticələr görəcəyik.

“Xalq qəzeti”.-2010.-29 oktyabr.- № 238.-S.2-3.

Page 212: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

212    

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclası

Bakı, 28 oktyabr (AzərTAc). Oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna

Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının ikinci iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak etmişlər.

Ukrayna Prezidenti Viktor YANUKOVİÇ iclası açaraq dedi: - Çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu! Əziz dostlar! Mən sizi Kiyevdə salamlamaq istəyirəm. İlham Heydər oğlu, biz Sizin səfərinizə çox şadıq. Bizim birgə

işçi qrupumuz, dövlətlərarası komissiyamız çoxlu məsələlər üzərində işləmişlər. Hazırlığın səviyyəsi çox yüksəkdir. Bu gün biz Sizinlə həmin komissiyanın həmsədrlərinin qısa hesabatlarını dinləməli, yekun vurmalıyıq. Əlbəttə, mən, ilk növbədə, çox mürəkkəb dövlətlərarası məsələlərin, həmçinin bizim üçün çox həssas olan yanacaq-energetika kompleksinə dair məsələlərin həllinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı köhnə yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır. Buna görə də Sizi burada, Ukrayna torpağında salamlayaraq, bir daha ölkələrimizin yaxınlığını qeyd etmək istəyirəm. Bizim etdiklərimizin hamısı ölkələrimizin strateji, milli maraqlarına uyğundur. Çox sağ olun.

Sonra çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: - Möhtərəm Viktor Fyodoroviç, sözlərinizə və münasibətlərimizə verdiyiniz qiymətə görə çox sağ olun.

Mən münasibətlərimizin tarixi, bu münasibətlərin inkişafının indiki səviyyəsi ilə bağlı fikirlərinizlə tamamilə şərikəm. Ümidvaram ki, mənim səfərim bütün istiqamətlərdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir. Məni Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu səfər yaxşı nəticələr verəcəkdir.

Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətlərimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir. Sizin qeyd etdiyiniz məsələlər bizim üçün, münasibətlərimiz üçün böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında energetika siyasəti ilə bağlı məsələlər həmişə dostluq, konstruktivlik və qarşılıqlı fayda ruhunda həll olunmuşdur. İndiki mərhələdə bu əməkdaşlığı genişləndirmək üçün yeni ideyalar və imkanlar mövcuddur. Biz münasibətlərimizin energetika blokunun əmtəə dövriyyəsinə müsbət təsirindən çox razıyıq. Biz artıq konkret nəticələr görürük. Ancaq bizim bu gün neft və qaz sahəsində əməkdaşlıqla əlaqədar aparacağımız müzakirələr, təkbətək görüşümüzdə danışdıqlarımız, düşünürəm ki, münasibətlərimizin bütövlükdə inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Əlbəttə, həm regional məsələlərdə, həm də beynəlxalq təşkilatlarda bir-birimizə göstərdiyimiz siyasi dəstək bu işdə möhkəm təməldir. Bu gün Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna və Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də mən əminəm ki, aramızda mövcud olan geniş gündəlik, planlarımızın həyata keçirilməsi münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımızı yaxınlaşdıracaqdır. Mən səmərəli işə və yaxşı nəticəyə ümid bəsləyirəm. Bir daha qonaqpərvərliyə görə təşəkkür edirəm.

“Xalq qəzeti”.-2010.-29 oktyabr.- № 238.-S.2.

Page 213: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

213    

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimi keçirilmişdir Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 3 noyabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Ələt

qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz dostlar, bu gün tarixi bir gündür. Bakıda, Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət

Limanının təməl daşını qoyuruq. Bu gözəl hadisə münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, yaxın zamanlarda burada, bu boş ərazidə möhtəşəm, müasir, ən yüksək standartlara cavab verən ticarət limanı yaradılacaqdır.

Ticarət limanının yaradılması ilə bağlı işlər gedir. Layihələndirmə işləri görülmüş, yerin seçilməsi ilə bağlı tədqiqatlar aparılmışdır. Bütün bu işlər təqdimatda çox əyani şəkildə göstərilib. Bu yerin seçilməsi də təsadüfi xarakter daşımır. Həm dənizin bu hissəsindəki məqbul şərait, eyni zamanda, ərazinin bütün magistral avtomobil yolları ilə bağlı olması, əlbəttə ki, bu yerin seçilməsində xüsusi rol oynamışdır. Bakının bu bölgəsindən şimal, cənub və qərb istiqamətlərinə çox rahatlıqla avtomobil bağlantısı vardır və dəmir yolunun mövcudluğu, əlbəttə ki, bu yerin seçilməsində mühüm rol oynamışdır.

Bir sözlə, mən əminəm ki, yaxın zamanlarda, yəni, nəzərdə tutduğumuz vaxtda Xəzər dənizində böyük, əzəmətli və çox funksional yeni liman tikiləcəkdir. Buna böyük ehtiyac vardır. Çünki hazırkı Bakı Ticarət Limanı tələblərimizə cavab vermir. Bu liman şəhərin mərkəzində yerləşir və əlbəttə ki, sakinlər üçün problemlər yaradır. Nəzərə alsaq ki, hazırda Bakının bulvar hissəsinin genişləndirilməsi və uzadılması layihəsi işlənilir, limanın bu əraziyə köçürülməsi şəhər sakinlərinin gəzinti və istirahəti üçün yeni imkanların yaradılmasına gətirib çıxaracaqdır.

Digər tərəfdən, bugünkü Bakı Dəniz Ticarət Limanı keçən əsrin 30-cu illərində tikilmişdir və sonralar müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılmışdır. Ancaq hazırda Azərbaycanın nə indiki, nə də ki, gələcək inkişafının tələblərinə uyğun deyildir. Ona görə limanın bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.

Digər tərəfdən, Azərbaycanda son illər bütün işlər dünya standartları səviyyəsində görülür. Biz bütün böyük investisiya layihələrinə çox ciddi yanaşırıq, böyük təhlillər aparılır, xarici mütəxəssislər cəlb olunur. Bu limanın layihələndirilməsində dünyanın tanınmış xarici şirkəti fəal iştirak etmişdir. Yəni, bizim yanaşmamız bundan ibarətdir ki, Azərbaycanda yaradılan bütün infrastruktur dünya standartlarına cavab verməlidir və uzunmüddətli əhəmiyyət daşımalıdır. Tikiləcək dəniz limanı onilliklər bundan sonra da Azərbaycana xidmət göstərəcək və beləliklə, iqtisadi gücümüzü artıracaqdır.

Mən çox şadam ki, dəniz ticarət limanının fəaliyyətə başlaması nəticəsində, eyni zamanda, birinci mərhələdə 1400, üçüncü mərhələdə 3 min Azərbaycan vətəndaşı işlə təmin olunacaqdır. Bu, özlüyündə böyük sosial məsələlərin həllinə gətirib çıxaracaqdır. Xüsusilə Ələt qəsəbəsində yaşayan vətəndaşlar burada işləyəcəklər, öz xidmətlərini göstərəcəklər. Bir sözlə, Bakının bu ucqar hissəsi inkişaf edəcək, burada sürətli canlanma prosesi başlanacaqdır.

Azərbaycanın coğrafi vəziyyəti belədir ki, biz bütün yolların kəsişməsində yerləşirik. Bu, bizim üstünlüyümüzdür.

Ancaq, sadəcə olaraq, əlverişli coğrafi vəziyyət hələ o demək deyil ki, bu və ya digər şəhər, yaxud da ölkə regional mərkəzə çevrilə bilər. Məhz infrastruktur layihələri, xüsusilə son illər ərzində nəqliyyat sektoruna qoyulan vəsait və aparılan işlər Bakını artıq nəqliyyat baxımından regional mərkəzə çeviribdir. Yeni limanın işə düşməsi nəticəsində əlbəttə ki, bu məsələlərdə rolumuz daha da artacaqdır. Nəzərə almalıyıq ki, tikiləcək liman dünya miqyasında mövcud olan ən böyük limanların sırasında özünəməxsus yer alacaq və beləliklə, Azərbaycan beynəlxalq aləmdə bu sahədə də özünü bir daha göstərəcəkdir.

Biz gələcəkdə Xəzər dənizində əməkdaşlığın dərinləşməsi və iqtisadi islahatların aparılması nəticəsində daha da fəal əməkdaşlıq gözləyirik. Xəzəryanı ölkələrdə iqtisadi inkişaf sürətlə gedir. Bu ölkələr, yəni qonşularımızla Azərbaycan arasında çox səmərəli dostluq münasibətləri mövcuddur. Bu ay Bakıda

Page 214: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

214    

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. Ümid edirəm ki, zirvə görüşünün nəticələri uğurlu olacaq və bütün ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir. Bu ölkələrin çox güclü iqtisadi və sənaye potensialı vardır. Xəzəryanı ölkələrdə təbii ehtiyatlar mövcuddur və enerji təhlükəsizliyi baxımından bu ölkələr dünya miqyasında əvəzolunmaz rol oynayır. Biz çalışırıq ki, enerji resurslarının işlənilməsi sahəsində əməkdaşlığımız daha da dərinləşsin.

Nəqliyyat infrastrukturu olmadan bu layihələrin həyata keçirilməsi mümkün deyildir, məhz ona görə biz öz coğrafi vəziyyətimizdən çox səmərəli istifadə etməliyik və edirik. Azərbaycanda güclü nəqliyyat infrastrukturu yaradılır. Bu gün artıq ölkəmizi üç qonşu dövlətlə bağlayan müasir avtomobil yolları tikilir, şimal və qərb istiqamətində bu işlər demək olar ki, tamamlanır. Bu magistral avtomobil yolları yaxın zamanlarda tam şəkildə istismara veriləcəkdir. Cənub istiqamətində işlər gedir və ümid edirəm ki, iki il ərzində cənub avtomobil yolu da yüksək standartlara uyğun olmaq şərti ilə istismara veriləcəkdir.

Azərbaycanda dəmir yolu nəqliyyatına böyük investisiyalar qoyulacaqdır, xüsusi proqram qəbul edilib. Bu günə qədər işlər yüksək səviyyədə aparılır, ancaq əsas işlər növbəti illərdə görüləcəkdir. Hava nəqliyyatına böyük investisiyalar qoyulubdur. Azərbaycanda dörd beynəlxalq aeroport fəaliyyət göstərir və bu aeroportların tikintisi son illər ərzində sürətlə getmişdir.

Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə və ənənələrə malikdir. Xəzər hövzəsində Azərbaycan dənizçiləri xüsusi fəaliyyətə malikdirlər və son illər ərzində tankerlər, quru yük gəmiləri alınmışdır. Beləliklə, Xəzərdə rolumuz artmaqdadır. Yəni, bütün nəqliyyat infrastrukturunun genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində çox fəal və böyük işlər görülmüşdür.

Bu məqsədlər üçün böyük investisiyalar qoyulmuşdur. Deyə bilərəm ki, investisiyaların böyük hissəsini Azərbaycan dövlətinin vəsaiti təşkil etmişdir. Eyni zamanda, biz beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edirik.

Azərbaycanın ümumi iqtisadi inkişafı və maliyyə ehtiyatları bizə imkan verir ki, xarici maliyyə qurumlarından istənilən məbləğdə maliyyə resurslarını ölkəmizə gətirək. Beləliklə, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız daha da dərinləşir.

Hesab edirəm ki, biz hazırda bölgə və Avropa qitəsi üçün çox vacib olan dəmir yolu layihəsi üzərində fəal işləyirik. Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə bildiyiniz kimi, uzun illər ərzində müzakirə mövzusu idi. Fəqət, ciddi praktiki addımlar atılmamışdı. Ancaq son illərdə üç ölkənin birgə səyləri nəticəsində bu layihənin həyata keçirilməsi üçün praktiki addımlar atılmışdır, Azərbaycan öz tərəfindən maliyyə resurslarını cəlb etmişdir. Bu gün Bakı–Tbilisi-Qars dəmir yolu uğurla tikilir. Əminəm ki, vaxtilə bu layihədən kənarda qalan ölkələr o, həyata keçiriləndən sonra onun imkanlarından bəhrələnəcəklər.

Ən başlıcası bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz ticarət limanı tikilməlidir. Görülən bu işlərin cədvəli və sürət templəri bir-biri ilə bağlıdır. Ümid edirəm ki, bu layihələr nəzərdə tutduğumuz vaxtda icra ediləcəkdir. Beləliklə, bölgədə nəqliyyat sahəsində tamamilə yeni vəziyyət yaranacaqdır. Bu vəziyyəti biz yaradırıq, praktiki addımlarımızla, düşünülmüş siyasətimizlə. Azərbaycanın artan iqtisadi imkanları bu reallıqları təşkil edir. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu böyük layihələri heç vaxt icra edə bilməzdik. Bakı–Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən böyük maliyyə dəstəyi almaqla icra edilir.

Bu möhtəşəm dəniz limanının tikintisinə 100 milyonlarla manat vəsait xərclənəcəkdir. Təqdimatda göstərildi ki, bu proses üç mərhələdən ibarət olacaqdır. Birinci mərhələnin başa çatması ilə bağlı bütün məsələlər nəzərə alınıb. Gələn ilin investisiya proqramında bunun üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bizim texniki imkanlarımız var və əminəm ki, bu işləri vaxtında görəcəyik. Beləliklə, bu liman 2014-cü ilə qədər fəaliyyətə başlayacaqdır. Birinci mərhələdə, təqdimatda göstərildiyi kimi, bu limandan 10 milyon ton əlavə yük keçəcəkdir. Gələcəkdə ehtiyac olarsa, limanın yükaşırma qabiliyyəti ən azı iki dəfə və bundan da çox arta bilər.

Mən hesab edirəm ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan imkanlarımız və qonşu ölkələrdə nəzərdə tutulan layihələr bizə imkan verəcək ki, limanın tikintisində sadəcə olaraq birinci mərhələ ilə fəaliyyətimizi məhdudlaşdırmayaq. İkinci, üçüncü mərhələlər də olacaqdır. Ancaq əlbəttə ki, bunu təmin etmək üçün yüklərin həcmi daha da artmalıdır.

Xəzər dostluq, əməkdaşlıq dənizidir. Biz Xəzərdə fəaliyyətimizi bu nöqteyi-nəzərdən gerçəkləşdiririk. Əminəm ki, Xəzəryanı ölkələrin uğurlu inkişafı, eyni zamanda, bu bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcəkdir.

Page 215: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

215    

Bu gün doğrudan da çox əlamətdar bir gündür. Çünki biz bu gün çox böyük əhəmiyyətə malik olan layihənin başlanmasını qeyd edirik. Bu dəniz ticarət limanı əlbəttə ki, Azərbaycana xidmət edəcəkdir. Ancaq bir daha demək istəyirəm ki, bu limanın əhəmiyyəti təkcə bir ölkənin maraqları ilə ölçülmür. Bu liman əminəm ki, iqtisadi inkişafa böyük təkan verəcək, imkanlarımızı, Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu daha da artıracaq və onilliklər bundan sonra da xalqımıza xidmət edəcəkdir.

Biz vaxtilə enerji dəhlizinin açılması nəticəsində bölgədə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduq. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji layihələri təkcə bizim üçün gəlir mənbəyi deyildir. Bu, eyni zamanda, regional əməkdaşlıq baxımından da çox böyük əhəmiyyət kəsb edir. Bu, yeni yolların, yeni xətlərin açılmasına gətirib çıxarıbdır və bir layihənin ardınca digər layihələr də həyata keçirilməyə başlanmışdır. Enerji dəhlizi açılandan sonra dərhal onun ardınca nəqliyyat dəhlizi də açılır. Beləliklə, Azərbaycanın həm enerji, həm nəqliyyat təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır.

Mən ümid edirəm ki, nəzərdə tutduğumuz bütün vəzifələr vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir. Bir daha demək istəyirəm ki, biz bu layihəyə çox böyük diqqətlə, həssaslıqla yanaşmışıq. Bu gün Azərbaycanın tikinti sektorunda ölkə əhəmiyyətli böyük layihələrə ən müasir yanaşma tətbiq olunur. Tələsmədən, hər şey dəqiq ölçülüb-biçilir, tədqiqatlar aparılır, dünyanın aparıcı xarici mütəxəssisləri bu işlərə cəlb olunur və bütün işlər əsaslı görülür. Biz dünyada mövcud təcrübəni bilirik və öyrənirik. Ona görə mən heç şübhə etmirəm ki, burada yaradılacaq liman dünya səviyyəsində olacaq, bu gün fəaliyyət göstərən limanlar arasında öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir.

Mən, əziz dostlar, bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkə tarixində çox əhəmiyyətli hadisədir. Bu gün və 2014-cü ildə limanın istismara veriləcəyi gün Azərbaycan tarixinə yazılacaqdır. Biz və gələcək nəsillər bu gözəl işlərin nəticələrini görəcəyik. Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir, bizim bölgədəki mövqelərimiz daha da möhkəmlənəcək, regional əməkdaşlıq daha da sürətlə gedəcək və biz yeni qələbəni əldə edəcəyik. Bir daha sizi təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2010.- 4 noyabr.- № 243.-S.1-2.

Page 216: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

216    

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir

Bakı, 4 noyabr (AzərTAc). Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin

giriş nitqi

- Ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycanın nəqliyyat sektoru çox sürətlə və uğurla inkişaf etmişdir. Həm Bakıda, həm ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat obyektləri tikilir. Dünən Bakıda yeni dəniz ticarət limanının təməl daşı qoyulmuşdur. Liman tikiləndən sonra ölkəmizin nəqliyyat imkanları böyük dərəcədə artacaq, Azərbaycan tranzit imkanlarından daha da böyük səmərə ilə istifadə edəcəkdir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkənin uğurlar qazanması üçün mühüm rol oynayır. Azərbaycanda bu məsələlər həmişə diqqət mərkəzində olmuşdur.

Bugünkü iclas şəhər nəqliyyatının inkişafı ilə bağlı olacaqdır. Xüsusilə, bu gün biz Bakı Metropoliteninin inkişaf proqramını müzakirə edəcəyik. Şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunmuşdur, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilmişdir, bəzilərində hələ tikinti davam edir. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır. Mərkəz işə düşəndən sonra əminəm ki, nəqliyyatın tənzimlənməsi prosesi daha da uğurla gedəcəkdir.

Şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəmizə 2300-dən çox sərnişin avtobusu gətirilmişdir. Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilmişdir. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun “Əzizbəyov” stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü.

Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq. Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyildir. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait vardır.

Biz aeroport yolunu iki dəfə genişləndirdik. İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılmış şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilmişdir - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır.

Bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır. Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir. Bu da yeni arteriyanın, istiqamətin açılması deməkdir. Həm o bölgədə yerləşən kəndlər bir-biri ilə, həm şəhərlə, həm Sumqayıtla daha da rahat əlaqə saxlayacaqlar, həm də oradan gələcəkdə açılacaq dairəvi yola birbaşa çıxış olacaqdır. Dairəvi yol demək olar ki, hazırdır. Yəqin ki, biz bir neçə gündən sonra dairəvi yolun açılışını da qeyd edəcəyik. Bu da çox nadir və şəhər üçün əvəzolunmaz bir qovşaqdır. Artıq şimal, cənub, qərb istiqamətlərindən hərəkət edən avtomaşınlar şəhərə girmədən o dairəvi yoldan istifadə edəcəkdir. Bu yol da başqa yollar kimi ən yüksək standartlara cavab verir.

Page 217: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

217    

Yəni, şəhər nəqliyyatı hər bir böyük, inkişaf edən şəhər üçün prioritet məsələlərdən biridir. Biz bilirik ki, bəzi böyük şəhərlərdə tıxac problemləri artıq çox ciddi fəsadlara gətirib çıxarıbdır. Böyük şəhərlərdə insanlar saatlarla tıxaclarda qalırlar. Bəzi hallarda başqa şəhərə təyyarə ilə uçmaq daha az vaxt tələb edir, nəinki şəhər mərkəzindən aeroporta getmək. Yəni, biz də bu problemlərlə nə vaxtsa üzləşə bilərdik, əgər vaxtında çox ciddi addımlar atmasaydıq. Düzdür, bu məsələlərin həlli üçün çox böyük vəsait lazımdır. Deyə bilərəm ki, magistral yollardan, yəni bölgələrə aparan yollardan fərqli olaraq, şəhər yollarının genişləndirilməsi və yeni yolların yaradılması o qədər də ciddi iqtisadi səmərə vermir. Əlbəttə ki, magistral yollar, hər bir yerə yeni yol çəkilən kimi orada canlanma gedir, iş yerləri açılır, o rayonların imkanları genişlənir. Amma şəhərin içində bu yolların tikintisi sırf sosial xarakter daşıyır ki, Azərbaycan vətəndaşları rahat yollardan istifadə etsinlər. Azərbaycanda və xüsusilə Bakıda yolların keyfiyyəti də ildən-ilə artır, ən yeni texnologiyalar tətbiq olunur. Biz bu işlərlə ən xırda məsələlərə qədər ciddi məşğuluq.

Bakı yollarının əsas problemlərindən biri həm keyfiyyətsizlik idi - vaxtilə bu yollar keyfiyyətsiz tikilmişdi, təmirsiz qalmışdı - həm də çox sayda lyukların mövcudluğu problem yaradırdı. Lyuklar elə qoyulmuşdu ki, maşının təkəri oraya bir neçə dəfə düşəndə demək olar ki, sıradan çıxırdı. Ancaq müasir texnologiya və avadanlıq gətiriləndən sonra indi maşın lyukun üstündən keçəndə bəzi küçələrdə heç hiss olunmur. Biz elə etməliyik ki, şəhərimizin əksər küçələrində gözəl texnologiyalar tətbiq olunsun, bu təcrübə vardır. Əlbəttə ki, bu, böyük vəsait tələb edir. Ancaq biz bunu etməliyik. Çünki bu, şəhərimizin inkişafına xidmət edir, insanların daha da rahat hərəkəti üçün şərait yaradır. Yəni, demək istəyirəm ki, biz bu məqsədlərə böyük vəsait ayırmışıq. Hər il dövlət büdcəsində böyük məbləğdə vəsait ayrılır. Biz bunu gələcəkdə də davam edəcəyik.

Digər tərəfdən, Azərbaycan çox uğurla inkişaf edir, maliyyə resurslarımız böyüyür, iqtisadi imkanlarımız genişlənir. Biz elə etməliyik ki, ölkəmiz ən inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Bunu etmək üçün əlbəttə ki, şəhər infrastrukturunun yüksək standartlara cavab verməsi ən vacib şərtlərdən biridir. Bugünkü iclas Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunubdur. Bu məsələlər diqqət mərkəzindədir. Bakı Metropoliteninin çox böyük tarixi vardır. Sovet İttifaqında Bakı birinci şəhərlərdən idi ki, metro stansiyaları açılmışdır. İlk stansiyalar Bakıda 1967-ci ildə istismara verilmişdir. Ondan sonrakı dövrdə bu proses sürətlə getmişdir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Bakıda metro stansiyalarının tikintisi çox sürətlə gedirdi. Ancaq Sovet İttifaqı dağılandan sonra əlbəttə ki, bu proseslər dayandı və uzun illər Bakıda metro tikintisi aparılmırdı. Bəzi hallarda əvvəlki dövrdə başlanmış layihələr yavaş-yavaş icra edilirdi. Ancaq əsaslı şəkildə bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Bunun da təbii səbəbləri var idi. Çünki müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər dayanmışdı ki, onların həlli bütün səylərin səfərbər olunmasını tələb edirdi. İşsizlik, yoxsulluq, işğaldan əziyyət çəkən soydaşlarımızın məişət problemləri, iqtisadi tənəzzül, sənaye müəssisələrinin dayanması. Yəni iqtisadiyyatın demək olar ki, iflic vəziyyətə düşməsi problemləri qarşımızda dayanırdı. Ona görə biz məhdud maliyyə resurslarından ən vacib məsələlərin həllində istifadə etməyə çalışırdıq. Təbii ki, metronun inkişafına vəsait çatmırdı. İndi vəziyyət başqadır. Bir daha demək istəyirəm ki, indi maliyyə imkanlarımız kifayət qədərdir, biz özümüzü çox rahat, əmin hiss edirik. Belə olan halda, əlbəttə ki, şəhər nəqliyyatının ən ucuz növü olan metro tikintisinə daha da böyük diqqət göstərilir.

Son illər ərzində biz bu işlərin gözəl nəticələrini görürük. 2008-ci ildə metronun “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti” stansiyaları, “28 May” stansiyasının yeni keçidi istismara verilmişdir. Bu gün bu işlər davam etdirilir, hər il dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulur. İki il bundan əvvəl Bakı Metropoliteninin inkişaf planının hazırlanması üçün mənim tərəfimdən xüsusi Sərəncam imzalanmışdır, vəsait ayrılmışdır və bu gün biz o planın ilkin konturlarını müzakirə edəcəyik.

Metro şəhər nəqliyyatının 30 faizini təşkil edir. Bakı metrosunda gediş haqqı həm digər nəqliyyat vasitələrindən, eyni zamanda, bütün MDB məkanında olan ölkələrdən ucuzdur. O ki qaldı Avropa şəhərlərinə, fərq bəlkə 10-15 dəfə səviyyəsindədir. Yəni biz metro haqlarının aşağı səviyyədə saxlanması ilə bir növ sosial məsələlərin həllinə də öz töhfəmizi vermiş oluruq. Bu gün Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Nəqliyyat sektorunda xidmət göstərən özəl şirkətlər də gəlirlə işləyirlər. Bu təbiidir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Bizim demək olar ki, bütün başqa dövlət qurumlarımız, dövlət şirkətlərimiz gəlirlə işləyirlər. Əlbəttə, dövlət lazım olan hallarda büdcədən dövlət şirkətlərinin fəaliyyətinin gücləndirilməsi üçün vəsait ayırır. Ancaq gündəlik fəaliyyətdə enerji sektorunda dövlət şirkətlərimiz demək olar ki, bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirlər.

Nəqliyyat sektorunda da, misal üçün, hava nəqliyyatı - dövlət tərəfindən vəsait ayrılır, təyyarələr alınır, yeni aeroportlar tikilir, lazım olan hallarda birdəfəlik qaydada subsidiyalar verilir. Amma bütövlükdə hava nəqliyyatı gəlirlə işləyən bir sahədir. Dəniz nəqliyyatı da həmçinin. Bizim böyük tanker donanmamız vardır.

Page 218: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

218    

Son illər ərzində dövlət büdcəsi hesabına 12 tanker və quru yük gəmiləri alınmış və Xəzər Dövlət Gəmiçiliyinin tabeliyinə verilmişdir. Bu olmasaydı, əlbəttə ki, gəmiçilik səmərə ilə işləyə bilməzdi. Ancaq bu, birdəfəlik aksiyadır, ondan sonra o tankerlərin istismarı nəticəsində gəmiçilik gəlir əldə edir.

Metro ilə bağlı məsələ bir qədər fərqlidir. Burada həm dövlət tərəfindən ayrılmış vəsait hesabına yeni stansiyalar tikilir. Bu da çox böyük vəsait tələb edən məsələdir. Təkcə bu il metronun inkişafı üçün 200 milyon manata qədər vəsait xərclənibdir və xərclənəcəkdir. Digər tərəfdən, vaqonların alınması dövlət hesabına həll olunur. Son illər ərzində 150-dən çox vaqon alınmışdır və metrodan istifadə edən vətəndaşlar bunu görürlər. Amma bununla bərabər, metronun istismarı da dövlət subsidiyaları əsasında həll olunur. Bizdə metroda gedişhaqqı 15 qəpikdir. Mənə dünən verilən arayışa görə, hər bir sərnişinə xərclənən vəsait 49 qəpikdir, yəni 3 dəfə çoxdur. Yəni bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır. Mən, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən. Metroya qoyulan investisiyalar qayıtmayacaq, bunu biz bilirik. Amma buna baxmayaraq, insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik.

Ölkə qarşısında duran məsələlər hələ çoxdur və elə sahələr var ki, mütləq oraya investisiyalar qoyulmalıdır və qoyulur. Biz əlbəttə ki, bütün maliyyə imkanlarımızdan çox böyük qənaətlə istifadə etməliyik və elə də istifadə edirik. Maksimum çalışırıq ki, bu işlərdə qənaət tətbiq olunsun. Ancaq digər tərəfdən, biz çox yaxşı başa düşürük ki, metronun inkişafı həm insanlara rahatlıq verəcək, həm də ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün mühüm rol oynayacaqdır.

Biz bu gün bu məsələlərlə bağlı danışacağıq.

X X X

Prezident İlham Əliyevin yekun nitqi

-Mən bu planın hazırlanması işində iştirak etmiş bütün qurumların fəaliyyətini qiymətləndirirəm. Bu işə

həm yerli qurumlar, həm də ki, xarici şirkətlər cəlb olunub və çox əsaslı, geniş proqram hazırlanıbdır. Bu proqram növbəti 20 ili əhatə edəcəkdir. Bu proqramın icrası böyük vəsait tələb edəcəkdir. Bu gün bu barədə rəqəmlər səsləndi. Amma əgər biz burada göstərilən bütün işləri icra etsək, bir neçə milyard manat investisiya nəzərdə tutulur.

Əlbəttə ki, bu, çox böyük məbləğdir. Biz bu investisiya layihələrini maliyyə imkanlarımızla da bağlamalıyıq. Hər il Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün vəsait nəzərə alınmalıdır. Biz bu böyük, uzunmüddətli proqramı mərhələlərə bölməliyik. Bu barədə təkliflər səsləndi. Birinci mərhələ 2011-2015-ci illəri əhatə etməlidir. Əlbəttə ki, əgər maddi imkanlarımız imkan versə, biz növbəti beşillik proqrama daha böyük işləri sala bilərik. Biz buna da hazır olmalıyıq. Hər halda, bu baş plan bizə belə imkanları verir. Yəni, biz artıq bilirik ki, son mərhələmiz nədən ibarət olacaqdır. Metro inkişafının bütün proqramı müfəssəl hazırlanıbdır. Sadəcə olaraq, mərhələlərə bölüb, prioritetləri müəyyən edib və biz həmin işləri maliyyə imkanlarımızla uzlaşdırmaq yolu ilə görəcəyik.

Bizim niyyətimiz çox açıqdır, aydındır, birmənalıdır ki, Bakıda metro tikintisini sürətlə irəliyə aparaq. Beləliklə, həm şəhər nəqliyyatına böyük dəstək olacaq, həm də insanlar üçün rahat və çox təhlükəsiz nəqliyyat növü imkanlarını genişləndirəcəkdir. Ümumiyyətlə, ümumi inkişafımız üçün bu, çox vacib məsələdir. Biz bütün bu işləri gərək beynəlxalq təcrübəyə əsaslanaraq edək. Bakıda metro tikintisinin böyük tarixi vardır. Bu barədə mən artıq söylədim. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır. Burada qeyd olundu ki, yeni avadanlıq, maşınlar alınır. Elə etməliyik ki, bu, ən son texnologiyaya uyğun maşınlar olsun. Həm tunelqazma işləri, həm bütün başqa texniki məsələlər yüksək səviyyədə həll olunmalıdır.

Mən sübhə etmirəm ki, bu plan hazırlananda inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınıb. Çünki bu planın hazırlanmasında inkişaf etmiş ölkələrin şirkətləri iştirak ediblər. Bakıda da ən qabaqcıl təcrübə təhlil edilməlidir və tətbiq olunmalıdır. \

Bununla bərabər, dizayn işlərinə xüsusi diqqət göstərilməlidir. Çünki metro yarandığı gündən, - hər halda sovet məkanında, - eyni zamanda, memarlıq növü, memarlıq nümunəsi idi. Bakıda metro stansiyalarının

Page 219: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

219    

dizaynına çox böyük əhəmiyyət verilirdi. Bu gün biz də bu məsələləri unutmamalıyıq. Biz də çalışırıq ki, yeni stansiyalar gözəl dizaynla fərqlənsin, həm sərnişinlər üçün rahat, həm də gözəl olsun.

Eyni zamanda, əvvəlki illərdə tikilmiş stansiyalarda da yenidənqurma işləri aparırıq. Xüsusilə, “İçərişəhər” stansiyasının həm xarici görünüşü, həm də daxili dizaynı tamamilə yeniləşib və şəhərə əlavə gözəllik verir. İndi “Əzizbəyov” stansiyasında işlər gedir. Orada da çox gözəl memarlıq kompleksi nəzərdə tutulur, eyni zamanda, daxildə də təmir-bərpa işləri aparılır. Biz yeni stansiyaların tikintisində əlbəttə ki, bu məsələləri həmişə nəzərdə saxlayacağıq. Ancaq eyni zamanda, tədricən köhnə stansiyaların təmiri, bərpası, xarici görünüşünün yeniləşməsi məsələləri ilə də məşğul olmalıyıq. Yəqin ki, bu məsələ də İnkişaf Planının bir hissəsi olmalıdır. Yəni, əlavə olunmalıdır ki, həm yeni eskalatorlar, həm təmir-bərpa işləri, lazım gələndə metro stansiyalarının üst konstruksiyalarının dəyişdirilməsi, gözəlləşdirilməsi üçün əlavə vəsait nəzərə alınmalıdır. Çünki bu stansiyalar şəhər memarlığının bir hissəsidir. Şəhərin çox gözəl memarlığı var, həm qədim, həm müasir. Biz bu iki amili nəzərə almalıyıq.

Burada qeyd olundu ki, təhlükəsizlik məsələlərinə diqqət göstərilir. Bu məsələ artıq ilin sonuna qədər yekunlaşmalıdır. Göstəriş verdim ki, nəinki metro stansiyalarında, bütövlükdə şəhərdə videokameralar quraşdırılsın. Şəhərin müxtəlif yerlərində indi bu videokameralar fəaliyyət göstərir. Həm təhlükəsizlik məsələlərinin həlli üçün bunun böyük əhəmiyyəti vardır, eyni zamanda, bu kameralar vasitəsilə bir neçə cinayətin üstü açılıbdır. Bununla bərabər, yol hərəkətini pozan avtomaşınlar da o kameralar vasitəsilə aşkar olunur.

Biz sözlə, bir daha demək istəyirəm ki, biz böyük işlərin görülməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bir daha demək istəyirəm ki, bu, böyük, uzunmüddətli proqramdır, ən azı 20 ili əhatə edəcəkdir. Çalışmalıyıq ki, 20 il ərzində bax bu gün göstərilən bütün vəzifələr icra olunsun, bu stansiyalar tikilsin. Çox böyük, peşəkarlıq, maliyyə imkanları tələb edən işdir. Əminəm ki, biz bütün bu işləri vaxtında və böyük keyfiyyətlə görəcəyik və şəhər sakinləri üçün yeni, gözəl imkanlar yaradacağıq.

“Xalq qəzeti”.-2010.- 5 noyabr.- № 244.-S.1-2.

Page 220: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

220    

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun

vida mərasimində iştirak etmişdir

Bakı, 7 noyabr (AzərTAc). Cəbhənin təmas xəttində işğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun və Prezident İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun noyabrın 7-də vida mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev vida mərasimində iştirak etmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin

çıxışı

- Bu ilin iyun və sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədov qəhrəmancasına həlak olmuşlar. Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları Vətənə qaytaraq. Baxmayaraq ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir. Ancaq biz inanırdıq. İnanırdıq ki, biz öz övladlarımızı qaytaracağıq və bu gün gəldi.

Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur.

Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır.

Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi.

Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar. Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll

Page 221: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

221    

edək. Biz istəmirik ki, gənclərimiz şəhid olsun. Biz istəyirik ki, gənclərimiz yaşasınlar, oxusunlar, Vətən üçün, dövlət üçün çalışsınlar.

Hər bir döyüş bölgəsində verilmiş itki bizim üçün ağırdır. Ona görə biz çalışırıq ki, bu məsələ öz həllini sülh yolu, danışıqlar yolu ilə tapsın. Danışıqlar prosesində Azərbaycanın mövqeləri getdikcə güclənir. Nəinki siyasi və hüquqi həqiqət bizim mövqeyimizi dəstəkləyir, bu gün istənilən parametr üzrə Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Bu üstünlüyü biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən üstünlüyümüz artıq hər kəs üçün açıq-aydın görünür. Ancaq bununla bərabər, bu gün bu şərəfli gündə bir daha bəyan etmək istəyirəm ki, biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq.

Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi vardır. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. Heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaqdır. Bu gün məsələni həll etmək üçün bütün imkanlarımız vardır. Sadəcə olaraq çalışırıq ki, danışıqlar prosesindən maksimum dərəcədə istifadə edək. Biz istəmirik ki, müharibə olsun. Kim istəyər ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Biz bu gün bütün səylərimizi səfərbər etmişik ki, qarşıda duran vəzifəni icra edək. Bu gün şəhid övladlarımızın şücaəti, qəhrəmanlığı bir daha onu göstərir ki, biz buna qadirik.

Əziz şəhidlərimizin valideynləri, sizin üçün bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, biz hamımız Vətən uğrunda şəhid olmağa hazırıq. Təki Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“Xalq qəzeti”.-2010.- 8 noyabr.- № 247.-S.1-2.

Page 222: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

222    

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfəri Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Bakı, 12 noyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, noyabrın 11-də Horadiz Olimpiya İdman

Kompleksinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz dostlar! Əziz füzulililər, əziz bacılar və qardaşlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, əlamətdar bir gündür. Füzuli rayonunda

gözəl Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Bilirsiniz ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdman Azərbaycanda artıq çox sürətlə inkişaf edibdir. Bizim idmançılar Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Dünya, Olimpiya çempionatlarında idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edirlər. Son illər ərzində idman sahəsində görülən işlər bizi çox sevindirir. Beynəlxalq idman ictimaiyyəti də uğurlarımızı qiymətləndirir. Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, gənc nəslin yetişdirilməsi işləri Azərbaycanda çox sürətlə gedir. Təsadüfi deyil ki, gənclərimiz, yeniyetmələrimiz bu yaxınlarda keçirilmiş gənclər arasındakı birinci Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmişlər və dünya miqyasında 10-cu yeri tuta bilmişlər. Bu onu göstərir ki, bizdə idmanda ardıcıllıq var, gənc nəsil yetişir. Bunu etmək, əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait lazımdır. Bax belə gözəl olimpiya komplekslərinin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Mən çox şadam ki, bu gözəl, möhtəşəm olimpiya kompleksi Füzulidə tikilmişdir və bütün standartlara cavab verir. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, bu imkanlardan təkcə idmançılar deyil, eyni zamanda, rayon sakinləri də istifadə edəcəklər. Burada hər cür şərait yaradılıb. Əminəm ki, Azərbaycan gələcəkdə də idman sahəsində beynəlxalq Olimpiya hərəkatında öz sözünü deyəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmanda qazanılan qələbələr insanların vətənpərvərlik hisslərini daha da gücləndirir. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, onlar Vətən üçün işləməlidirlər, çalışmalıdırlar, Vətəni müdafiə etməlidirlər. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın inkişafında fəal rol oynayacaqlar. Biz elə etməliyik ki, ölkəmizin inkişafı dayanıqlı, uzunmüddətli olsun, biz müstəqil dövlət kimi bundan sonrakı bütün dövrlərdə də həmişə yüksək səviyyədə olaq.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi, sosial məsələlərin həlli, infrastruktur layihələrinin uğurla icrası artıq reallıqdır. Biz buna daxili imkanlarımız hesabına nail ola bilmişik. Azərbaycanın beynəlxalq nüfuzu artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycan bu bölgədə bir neçə önəmli təşəbbüslərin müəllifidir və təşəbbüslərimiz reallaşır. Bu, ölkəmizi daha da gücləndirir. Azərbaycanda vətəndaş həmrəyliyi tam bərqərar olunubdur. Xalqla iqtidar arasında birlik mövcuddur. Bu amillər hər bir ölkənin inkişafı üçün əsas şərtlərdir. Nəzərə alsaq ki, Azərbaycanda siyasi sabitliklə bərabər dünya miqyasında ən sürətli iqtisadi inkişaf da müşahidə olunur, onda biz görərik ki, ölkəmizin inkişafı həqiqətən çoxşaxəlidir.

Bölgələrdə gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, bölgələrin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan bölgələrin inkişafı ilə zənginləşəcəkdir. Biz çalışmalıyıq ki, bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə normal yaşayış üçün yaxşı şərait olsun, sosial məsələlər həllini tapsın, bütün infrastruktur layihələri icra edilsin. Son illər bölgələrdə aparılan işlər bizə bugünkü reallığı bəxş edir. Şəhərlərimiz gözəlləşir, abadlaşır, yollar, elektrik, qaz xətləri çəkilir, bütün infrastruktur yeniləşir. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq biz bunu edirik və etməliyik ki, ölkəmizi hərtərəfli inkişaf etdirək.

Bu ilin yekunları, - baxmayaraq ki, il hələ başa çatmayıbdır, artıq yekunlardan söhbət etmək mümkündür, - göstərir ki, 2010-cu il də Azərbaycan üçün uğurlu olmuşdur, qarşıda duran bütün vəzifələr icra edilmişdir və biz gələcəyə də çox böyük nikbinliklə baxırıq. Bizim artıq güclü sənaye potensialımız, böyük maliyyə imkanlarımız vardır, iqtisadi inkişaf təmin edilibdir və ən önəmlisi, Azərbaycan xalqı öz taleyinin sahibidir. Siyasətimizi özümüz müəyyən edir, formalaşdırır və aparırıq. Azərbaycan bölgədə müstəqil siyasət aparan

Page 223: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

223    

ölkələrdəndir. Bu siyasətin əsas mahiyyəti Azərbaycan xalqının milli maraqlarını təmin etməkdir. Biz bunu edirik və bundan sonra da edəcəyik.

Mən çox şadam ki, bu gün Füzuli rayonunda bir neçə gözəl tədbirdə iştirak edirəm. Buraya gəlməzdən əvvəl yeni, gözəl Muğam Mərkəzinin - muğam evinin açılışında iştirak etmişəm. Çox gözəl, möhtəşəm Muğam Mərkəzidir. Həm orada sinif otaqları, həm də gözəl konsert zalı, yay konsert zalı yaradılıbdır. Mən çox şadam ki, memarlığı ilə seçilən belə möhtəşəm və gözəl muğam evi məhz Füzulidə - Qarabağ torpağında fəaliyyətə başlayır.

Bu gün, eyni zamanda, Füzulidə tibb mərkəzinin açılışı gözlənilir. Bu da çox vacib obyektdir. Mənim təşəbbüsümlə tikilmişdir və istifadəyə veriləcəkdir. Yəni burada tibb məsələlərinin ən yüksək səviyyədə həll olunması üçün bütün şərait vardır. Artıq tibbi xidmət almaq üçün başqa yerə getməyə ehtiyac qalmır. Burada artıq ən müasir avadanlıq quraşdırılıb. Ümid edirəm ki, tibb mərkəzində çalışan həkimlər vətəndaşlara yaxşı xidmət göstərəcəklər.

Bu sahə də bizim üçün prioritet sahədir. Yəni, hər bölgədə idman kompleksləri, gözəl xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Bu, insanların normal yaşaması üçün lazımdır. Məhz bu təqdirdə ölkə hərtərəfli inkişaf edə bilər. Əgər ölkənin təkcə bir şəhəri, paytaxtı inkişaf edirsə, bölgələr geridə qalırsa, o ölkənin böyük gələcəyi ola bilməz. Bizim siyasətimiz ondan ibarətdir ki, ilk növbədə, bölgələr qalxsın, canlansın, inkişaf etsin. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi məhz o məqsədi güdürdü. Biz qarşıya qoyduğumuz məsələlərə nail olduq - Azərbaycanda 900 min yeni iş yerləri açılmışdır. Minlərlə yeni müəssisələr, fabriklər, zavodlar, sosial obyektlər, iki mindən artıq məktəb, yüzlərlə xəstəxana - bunlar bizim gördüyümüz işlərdir.

Müharibədən əziyyət çəkmiş bölgələrdə belə gözəl binaların, müəssisələrin yaradılması, əlbəttə ki, xüsusi məna daşıyır. Siz, burada yaşayan insanlar yaxşı bilirsiniz ki, buralar erməni işğalı altında idi. Füzuli rayonunun demək olar ki, hamısı işğal altına düşmüşdü. Amma Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Füzuli rayonunun müəyyən hissəsi işğalçılardan azad edilibdir. Burada bütün binalar dağıdılmışdı, yandırılmışdı. Bu binalar bərpa olundu. Minlərlə bina, sosial infrastruktur bərpa olundu, Horadiz qəsəbəsinə şəhər statusu verildi. Bu gün abadlıq işləri aparılır, gözəl müəssisələr, obyektlər açılır. Burada qazlaşdırma aparılır və mən göstəriş vermişəm ki, bu iş daha da sürətlə görülsün. Füzuli rayonunun qaz problemi maksimum dərəcədə öz həllini tapmalıdır.

Bu, onu göstərir ki, Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir. Buralar hamısı dağıdılmışdı. Bu gün Horadiz gözəlləşir, abadlaşır, müasirləşir. Ermənistan şəhərləri ilə müqayisə aparsaq, şəhərlər arasında yerlə göy qədər fərq vardır. Yəni, bu, Azərbaycan xalqının gücünü göstərir. Bu, onu göstərir ki, biz bu gün hələ də işğal altında qalan torpaqlara qayıdandan sonra orada da mütləq belə gözəl şərait yaradacağıq. Orada da binalar, evlər tikiləcək, gözəl parklar salınacaqdır. O gün gələcək, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Azərbaycan son illər ərzində çox güclənibdir. Bunu həm düşmən, həm də dünya bilir. Onu da bilirik ki, bundan sonrakı illərdə biz daha da güclü dövlət quracağıq, daha da qüdrətli Azərbaycan quracağıq! Bizim iradəmiz, siyasətimiz, imkanlarımız və maliyyə mənbələrimiz vardır.

Bir daha demək istəyirəm ki, Azərbaycanda milli vətəndaş həmrəyliyi vardır. Hamımız bir nöqtəyə vurmalıyıq və vururuq. Bizim üçün işğal edilmiş torpaqların azad olunmasından vacib məsələ yoxdur. Demək olar ki, ciddi məsələlərin arasında buna bənzər və ikinci belə məsələ yoxdur. Çünki biz bütün başqa sahələrdə istədiyimizə nail oluruq. İnsanların yaşayış səviyyəsi yüksəlir, sosial müdafiə güclənir, iqtisadiyyat artır. Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək, istənilən yolla həll edək. Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək. Ancaq əfsuslar olsun ki, hələ bu, mümkün deyildir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması siyasəti, bax, bugünkü vəziyyətin dondurulmasına xidmət göstərir. Ancaq buna baxmayaraq, biz səylərimizi qoyacağıq, siyasətimizi gücləndirəcəyik. Onsuz da biz bu gün Ermənistanı bütün regional işlərdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Ermənistan daha da ağır iqtisadi və sosial vəziyyətə düşəcəkdir. Mənim buna şübhəm yoxdur. Əgər Ermənistana xaricdən maddi yardımlar göstərilməsəydi, artıq çoxdan o ölkədə iqtisadi və sosial şərait dözülməz vəziyyətə düşərdi. Ancaq buna baxmayaraq, Azərbaycanın imkanları ilə Ermənistanın imkanlarını müqayisə etmək mümkün deyildir. Əgər müharibə dövründə, xüsusilə Ermənistana o vaxt göstərilmiş xarici dəstək nəticəsində demək olar ki, qüvvələr nisbəti bərabər idisə, artıq biz çoxdan bu qüvvələr nisbətini öz xeyrimizə dəyişdirə bilmişik. Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və biz istədiyimizə nail olacağıq. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz şəhərlərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. O gün

Page 224: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

224    

gələcək və biz hamımız - bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır.

Əziz füzulililər, mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Mən birinci dəfə deyil ki, Füzulidə oluram. Hər dəfə burada olanda, yenilikləri görəndə çox sevinirəm. Əminəm ki, siz də bu fikirlərə şəriksiniz. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2010.- 13 noyabr.-№ 251.-S. 1-2.

Page 225: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

225    

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər Bakı, 17 noyabr (AzərTAc). Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti

Mahmud Əhmədinejad mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident! Əziz qardaşım! Hörmətli qonaqlar, xanımlar və cənablar! Mən hörmətli cənab Prezident, Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Mən çox şadam ki, Siz Azərbaycana gözəl bayram günlərində səfər edirsiniz! Bu fürsətdən istifadə

edərək Sizi və bütün qardaş İran xalqını, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Səfərin çox gözəl nəticələri vardır. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlərin bundan sonra da inkişafı uğurla davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoymağa çalışırıq və buna nail oluruq.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Aramızda çox güclü siyasi dialoq aparılır. Biz Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir mübadiləsi aparırıq. Xarici işlər nazirləri, digər nazirlər vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə inkişafa səbəb olur və beləliklə, əlaqələrimiz daha da güclənir.

Beynəlxalq təşkilatlarda əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Biz BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu dəstək gündən-günə güclənir. Bu gün biz bununla bərabər iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Fikrimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi daha da sürətlə inkişaf etdirməliyik. Bugünkü ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane edir. Əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək ki, yaxın zamanlarda ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Biz buna çalışırıq və müvafiq göstərişlər verilmişdir. Əminəm ki, bu gün enerji və nəqliyyat sahəsində imzalanmış Anlaşma Memorandumunun icrası nəticəsində ticarət dövriyyəmiz də böyük dərəcədə artacaqdır. İmzalanmış memorandum çoxşaxəlidir. Orada bütün məsələlər, vacib, konkret layihələr əksini tapıb. Nəqliyyat sektorunda Şimal-Cənub dəhlizinin yaradılması və bu sahədə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapıb. Elektrik xətlərinin birləşdirilməsi, qaz sahəsində əməkdaşlıq, yəni, bütün enerji və nəqliyyat sektorunu əhatə edən məsələlər Anlaşma Memorandumunda göstərilibdir. Müvafiq tapşırıqlar verilibdir ki, biz tezliklə memorandumun icrasına başlayaq.

Enerji sektorunda əməkdaşlığın artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.

Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır. Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır.

Page 226: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

226    

Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri bu gün geniş müzakirə olundu. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir. Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.

Mən ümid edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq. Bu barədə bu gün fikir mübadiləsi aparılmışdır. Deyə bilərəm ki, bu gün biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli münasibətlər, həm də Xəzəryanı ölkələr arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu fikir mübadiləsi çox müsbət olmuşdur.

Mən bir daha, cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Bir daha demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət veririk! Mən əminəm ki, səfərin çox gözəl və uğurlu nəticələri olacaqdır!

“Xalq qəzeti”.-2010.- 19 noyabr.-№ 253.-S. 4.

Page 227: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

227    

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşü keçirilmişdir

Bakı, 19 noyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü keçirilmişdir.

Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, İran Prezidenti Mahmud Əhmədinejad və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli dövlət başçıları! Hörmətli qonaqlar, əziz dostlar! Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Bugünkü görüş çox əlamətdar hadisədir. Ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq

münasibətlərinin inkişafı üçün bu görüşün çox böyük əhəmiyyəti vardır. Ölkələrimizin xalqları əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar. Biz qonşuyuq, bizi dostluq, mehriban qonşuluq əlaqələri bağlayır. Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır. Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır.

Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkə öz arasında bu məsələləri həll edibdir. Ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər.

Nəqliyyat sahəsində əməkdaşlıq dərinləşir. Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Bununla bərabər, biz ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradırıq. Bu məqsədlə həm avtomobil yollarının tikilməsi, dəniz nəqliyyatının inkişafı, dəmir yolu nəqliyyatının yenidən qurulması və həm də yeni dəmir yolu xətlərinin çəkilməsi məsələləri prioritet məna daşıyır. Bu yaxınlarda Bakıda yeni böyük ticarət limanının tikintisi başlanmışdır. Bu liman əslində bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət göstərəcəkdir. Birinci mərhələdə liman 10 milyon ton yükdaşıma-yükaşırma qabiliyyətinə malik olacaqdır. Sonuncu mərhələdə isə bu liman vasitəsilə 25 milyon ton yük nəql edilə bilər. Beləliklə, Azərbaycan bu limanı tikməklə ümumi işimizə töhfəsini vermiş olur.

Bununla bərabər, Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Ümid edirəm ki, tikintisi yaxın zamanlarda başa çatacaqdır və beləliklə, Xəzərdə istənilən həcmdə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur yaradılacaqdır. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin fəal iştirakçısıyıq və bundan sonra da çalışacağıq ki, nəqliyyat sistemlərinin birləşməsi üçün səylərimizi qoyaq. Bu gün, eyni zamanda, Xəzərin enerji resursları haqqında çoxlu söz-söhbət gəzir. Xəzərin çox zəngin təbii ehtiyatları vardır. Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. Ölkələrimizdə hasil edilən neft və qaz demək olar ki, dünya enerji bazarında həlledici təsirə malikdir. Biz çalışırıq ki, səylərimizi birləşdirək. Biz hamımız istehsalçıyıq və istehsalçıların maraqları əlbəttə ki, üst-üstə düşür. Biz enerji resursları sahəsində bir-birimizlə rəqabət aparmırıq, əksinə, uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin bütün maraqlarına xidmət göstərir. Azərbaycan enerji resurslarının nəqli ilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi verməyə çalışırıq. Azərbaycanın neft-qaz resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılması üçün bizdə müasir infrastruktur

Page 228: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

228    

yaradılmışdır. Bu infrastruktur qonşu ölkələrin maraqlarının təmin edilməsi üçün də təqdim oluna bilər. Yəni, bir sözlə, biz tranzit imkanlarımızı qonşular üçün təqdim etməyə hazırıq.

Bu gün Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün əlbəttə ki, iqtisadi əlaqələrin gücləndirilməsi çox böyük məna daşıyır. Bu sahədə aramızda olan iqtisadi əlaqələr güclənir. Təbii ki, böhran nəticəsində ticarət dövriyyəsi müəyyən dərəcədə aşağı düşübdür. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, yaxın zamanlarda biz bütün sahələrdə uğurları bərpa edəcəyik.

Biz Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük proqramlar icra edirik. Deyə bilərəm ki, bu il Azərbaycanda “Ekologiya ili” elan edilibdir və çox böyük həcmdə ekoloji tədbirlər nəzərdə tutulur. Xüsusilə Xəzər dənizinin çirkab sulardan və neftlə çirklənmiş hissənin təmizlənməsi, müasir kanalizasiya sisteminin quraşdırılması ümumi işimizə töhfəmizdir. Ekoloji məsələlər həmişə zirvə görüşlərində xüsusi yer tutubdur. Bu gün də əlbəttə ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Bir sözlə, biz Azərbaycanda çalışırıq ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfəmizi verək.

Biz Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal çalışırıq. Bu gün imzalanacaq sənəd məhz bu məsələləri əhatə edəcəkdir. Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır. Biz dənizdə təhlükəsizlik tədbirlərini öz gücümüz hesabına təmin edirik. Hesab edirəm ki, Xəzəryanı ölkələrin bu sahədəki əməkdaşlığı yüksək qiymətə malikdir. Bizim müvafiq dövlət qurumları bir-biri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda sıx əlaqədə olaraq Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün səylərini göstərirlər.

Əziz dostlar, mən hesab edirəm ki, ümumiyyətlə Xəzəryanı ölkələrin əməkdaşlığı yüksək qiymətə malikdir. Bir daha demək istəyirəm ki, hamımız dost ölkələrik, bir-birimizlə qonşuyuq, bu bölgədə yaşayırıq. Bizim müştərək tariximiz vardır, xalqlarımız bir-birinə çox bağlıdır. Bizi həm tarix bağlayır, həm də bugünkü maraqlar birləşdirir. Əminəm ki, bugünkü Zirvə Görüşü ölkələrimiz arasında nəinki Xəzər mövzusu ilə bağlı, bütün əlaqələrin inkişafına çox mühüm töhfə olacaqdır. Bir daha sizin hamınızı ürəkdən salamlayıram və zirvə görüşümüzə uğurlar arzulayıram.

“Xalq qəzeti”.-2010.- 20 noyabr.-№ 254.-S. 1-2.

Page 229: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

229    

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Bakı, 19 noyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Hörmətli cənab Prezidentlər! Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar! Bütün qonaqlarımızı Azərbaycanda bir daha salamlamaq, dəvətimizi qəbul edərək ölkəmizə gəldiklərinə

görə həmkarlarıma təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Xəzər hövzəsinin təbii ehtiyatlarından birgə istifadə edilməsi, Xəzərin ətraf

mühitinin qorunması və bütövlükdə ölkələrimiz arasında qarşılıqlı faydalı dostluq münasibətlərinin inkişafı işində yeni mərhələ başlayır. Bu gün biz həm çoxtərəfli münasibətlərimizin, həm də Xəzərdə əməkdaşlığın gələcək inkişafına daha böyük təkan verəcəyinə əmin olduğum çox mühüm məsələlərin həllinə başlayırıq. Bizim ölkələri ümumi tarix, coğrafiya, iqtisadi maraqlar birləşdirir. Bu gün biz bunu çox konstruktiv və açıq diskussiyalar zamanı qeyd etmişik. Ölkələrimiz enerji ehtiyatları istehsalçılarıdır. Bizim ölkələrin ərazisindən çox mühüm nəqliyyat, kommunikasiya yolları keçir. Təbii ki, həm enerji siyasəti, həm nəqliyyat siyasəti, həm də bütövlükdə bizim regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri çox cəhətdən ölkələrimizin sıx qarşılıqlı fəaliyyətindən asılıdır.

Sammitimizin çox konstruktiv keçməsi məni sevindirir. Biz çox mühüm qərarlar qəbul edilməsinə nail olduq. Məsələn, təhlükəsizliyə dair indicə imzalanmış saziş bizim prioritetləri, Xəzərdə təhlükəsizliyi öz qüvvələrimizlə təmin etmək üçün əməkdaşlığımızın çərçivələrini çox dəqiq müəyyən edir. Xəzərdə təhlükəsizlik bizim ölkələrin təhlükəsizliyidir. Bir daha demək istəyirəm, ölkələrimizi çox sıx, yaxın münasibətlər birləşdirir. Bizim aramızda, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda həll edilə bilməyəcək heç bir problem yoxdur. Əksinə, bu əməkdaşlığı dərinləşdirmək və onu bütün sahələrdə genişləndirmək istəyi vardır. Bugünkü müzakirə və sammitin keçdiyi şərait ölkələrimiz arasında məhz bu cür dostcasına, mehriban qonşuluq münasibətlərinə parlaq sübutdur.

Təhlükəsizliyə dair saziş, habelə birgə bəyanat Xəzər hövzəsində əməkdaşlığın inkişafında növbəti mühüm mərhələdir. Bu, Xəzərə dair hazırda işlənib hazırlanma mərhələsində olan məsələlərin gələcəkdə razılaşdırılması işində çox mühüm addımdır. Xəzər dənizinin hüquqi statusuna dair bizim mümkün qədər tezliklə imzalamağa çalışdığımız saziş və diskussiyalar zamanı yaranmış konstruktivizm şəraiti, tərəflərin mövqelərinin başa düşülməsi və irəliləmək istəyi hələlik razılaşdırılmamış qalan məsələləri çox tezliklə razılaşdırmaq üçün əlbəttə, tamamilə nadir imkan yaradır.

Biz bildirdik ki, diskussiya apardığımız əsas məsələlərdən birinə, məhz Xəzər dənizinin hüquqi statusu məsələsinə dair mümkün qədər qısa müddətdə razılığa gəlmək bizim ümumi istəyimizdir. Bu məqsədlə konkret qərarlar qəbul edilmiş, işi intensivləşdirmək və növbəti sammitə mümkün qədər yaxşı nəticələrlə toplaşmaq üçün bizim qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Təhlükəsizliyə dair saziş, birgə bəyanat - müxtəlif nazirliklərin ekspertləri, nümayəndələri tərəfindən müəyyən müddət ərzində hazırlanmış, başqa sözlə desək, sammit ərəfəsində imzalanmağa hazır olan sənədlər idi.

Onu da qeyd etmək istərdim ki, diskussiya və konstruktiv fikir mübadiləsi prosesində əvvəlcədən hazırlanmamış məsələlərə dair qərar qəbul etmək zərurəti də yarandı. Bu, bir daha məhz konstruktivizmə, bizim qarşılıqlı əlaqələri möhkəmlətmək və müəyyən müddət gündəlikdə qalmış, bir iclasdan digərinə keçmiş və indiyə qədər həll edilməmiş qalan məsələləri həll etmək əzmində olmağımıza dəlalət edir. Buna görə də hesab edirəm ki, bu, həm Xəzər problemlərinə münasibətimizin, həm də bizim regionda təhlükəsizliyin, ekoloji təhlükəsizliyin, enerji, nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məsələlərinə çox mühüm töhfə vermək istəyimizin olduqca vacib göstəricisidir.

Mətbuat nümayəndələrinə məlumat vermək istərdim ki, biz Xəzər dənizində nərə balıqlarının müxtəlif növlərinin ovlanmasına 5 il müddətinə moratorium tətbiq edilməsi mexanizmini üç ay ərzində müzakirə edib təkliflər hazırlamaq barədə müvafiq idarələrə tapşırıq verilməsini qərara almışıq. Hesab edirəm ki, bu, ekoloji vəziyyəti xeyli yaxşılaşdırmağa və ümumi sərvətimiz olan nərə balıqlarının nadir növünü xilas etməyə imkan verəcək çox mühüm, fundamental qərardır.

Page 230: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

230    

Bundan əlavə, razılaşdırılmış qısa müddətdə hər bir ölkənin milli zonasının eni məsələsini müzakirə etmək və razılaşdırmaq barədə müvafiq idarələrə tapşırıq vermək qərara alınmışdır. Hesab edirəm ki, bu da münasibətlərin möhkəmlənməsi və Xəzər hövzəsinin delimitasiyası ilə əlaqədar bütün məsələlərin tənzimlənməsi işində çox mühüm addımdır. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, bu məsələlərə dair qərarlar qəbul edilməsi əvvəlcədən nəzərdə tutulmamışdı. Onlar məhz konstruktivizm ruhunun, xoş məramın, qarşılıqlı anlaşmanın və əməkdaşlığımızı möhkəmlətmək əzmimizin nəticəsində qəbul edilmişdir. Buna görə də mən Bakı sammitinin yekunlarını çox yüksək qiymətləndirirəm. Mən prezident həmkarlarımın konstruktiv işinə, bugünkü görüşdə fəal iştirak etdiklərinə görə onlara təşəkkür etmək və ümid etdiyimi bildirmək istəyirəm ki, bizim müəyyən etdiyimiz və nəzərdə tutduğumuz bütün məsələlər müəyyən edilmiş müddətlərdə gerçəkləşəcək və növbəti sammitə də çox mühüm, münasibətlərimizin gələcək inkişafına kömək edəcək qərarlarla toplaşmağımıza imkan verəcəkdir.

Diqqətinizə görə sağ olun.

X X X

Sonda Prezident İlham ƏLİYEV çıxış edərək dedi: - Mən bu gün haqqında danışdığımız nəticələrin əldə edilməsinə çox böyük töhfə verdiklərinə görə

hörmətli həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Hamıya cansağlığı, firavanlıq arzulayıram. Burada iştirak edənlərin hamısına, mətbuat nümayəndələrinə

fəal işlərinə görə təşəkkür edirəm və hamımıza qarşımızda duran bütün məqsədlərə nail olmaqda qətiyyət arzulamaq istəyirəm.

Bir daha sağ olun. Görüşənə qədər.

“Xalq qəzeti”.-2010.- 20 noyabr.-№ 254.-S. 2-3.

Page 231: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

231    

Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir Bakı, 23 noyabr (AzərTAc). Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik

yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi -Əziz dostlar! Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! Mən sizin hamınızı Dövlət Neft Akademiyasının 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm,

akademiyanın bütün professor-müəllim heyətinə, bütün tələbələrinə uğurlar, cansağlığı arzulayıram. Azərbaycan Dövlət Neft Akademiyası ölkəmizin aparıcı ali məktəblərindən biridir. Akademiyanın çox

böyük və şanlı tarixi vardır. 1920-ci ildə təsis edilmiş bu ali məktəb bütün dövrlərdə Azərbaycan elminə, Azərbaycan təhsilinə çox böyük töhfələr vermişdir. Siz yaxşı bilirsiniz ki, bu ali məktəbin müxtəlif dövrlərdə müxtəlif adları olmuşdur. Politexnik İnstitutu kimi təsis edilmiş, sonra Neft İnstitutu, Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu və nəhayət, Azərbaycan Neft Akademiyası adını qazanmışdır. Ancaq daşıdığı addan asılı olmayaraq, bütün dövrlərdə akademiyada təhsil alan tələbələr, onların böyük əksəriyyəti həm Azərbaycanın, həm Sovet İttifaqının, həm də başqa ölkələrin neft-qaz sənayesinə böyük töhfələr vermişdir.

Bütün dövrlərdə burada təhsil yüksək səviyyədə olmuşdur. Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur. Mən çox şadam ki, bu gün bu gözəl ənənələr yaşayır, davam etdirilir. Bu gün akademiyada çalışan insanlar – professor-müəllim heyəti, görkəmli alimlərimiz müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələrini verirlər, müstəqil Azərbaycan üçün peşəkar kadrlar hazırlayırlar. O kadrlar ki, uzun illər bundan sonra Azərbaycanın əsas iqtisadi sahəsi olan neft-qaz sektorunun inkişafında sözlərini deyəcəklər.

Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o illər həmişə əziz illər kimi onun xatirəsində qalmışdı. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur və mən yaxşı bilirəm ki, onun o illərlə bağlı çox əziz xatirələri var idi. Bəlkə də gənclik illərinin ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə keçirdiyi dövrlə bağlı olmuşdur.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Neft və Kimya İnstitutunun inkişafına böyük diqqət göstərmişdir. Həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə akademiyada gedən proseslər daim onun diqqət mərkəzində olmuşdur. Akademiyanın əməkdaşları yaxşı xatırlayırlar ki, 10 il bundan əvvəl akademiyanın 80 illik yubileyində Heydər Əliyev iştirak etmişdir, ürək sözlərini bildirmişdir.

Akademiyanın hazırda beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Mən çox şadam ki, bu gözəl ənənə davam edir və Sovet İttifaqı zamanında təbii ki, mərkəzləşdirilmiş qaydada buraya xaricdən tələbələr göndərilirdi. Ancaq bu gün artıq xaricdən olan tələbələrin sayının artması onu göstərir ki, bu ali məktəbdə təhsil həqiqətən yüksək səviyyədədir. Burada təhsil almaq üçün gələn xarici tələbələr əminəm ki, Azərbaycandan vətənə ən xoş arzularla qayıdacaqlar. Müxtəlif dövrlərdə burada 10 minə qədər xarici tələbə təhsil almışdır, onlar istər-istəməz ömrünün sonuna qədər o illəri xatırlayacaqlar. Onların həyatının müəyyən hissəsi Azərbaycanla bağlıdır və əlbəttə ki, beynəlxalq əlaqələrimizin gələcək inkişafı üçün bu amil öz rolunu oynayacaqdır.

Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır.

Bildiyiniz kimi, bizim demək olar ki, bütün ali məktəblərimizdə maddi-texniki baza möhkəmlənibdir, təmir, yenidənqurma işləri aparılıbdır, lazımi avadanlıqlar əldə edilibdir. Orta məktəblərdə də buna oxşar proseslər gedir. Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub,

Page 232: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

232    

avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq.

Bununla bərabər, gənclərimiz əlbəttə ki, milli dəyərlər əsasında qurulmuş azərbaycançılıq, müstəqillik ideologiyaları ilə dəstəklənməlidirlər. Milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Məhz milli dəyərlərimiz, ənənələrimiz bizi əsrlər boyu assimilyasiyadan qorumuşdur. Biz müxtəlif imperiyaların, ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Ancaq buna baxmayaraq, milli identikliyimizi saxlaya, qoruya bilmişik. Məhz ona görə ki, milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır. Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar.

Bu gün biz qloballaşan dünyada yaşayırıq. Qloballaşmanın həm müsbət, həm də ki, mənfi tərəfləri vardır. Bu barədə artıq açıq danışılır və bu barədə dünyada gedən diskussiyalar çox böyük maraq doğurur. Biz əlbəttə ki, dünya birliyinin bir parçasıyıq. Azərbaycan müstəqil, gənc, dinamik və açıq ölkədir. Biz açıq qapılar siyasəti aparırıq. Ancaq buna baxmayaraq, milli dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz bizim üçün həm dayaqdır, həm əsasdır, həm də ki, gələcəyə aparan yoldur. Mən çox istəyirəm və çox şadam ki, gənclərimiz məhz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alırlar, böyüyürlər və ölkəmiz üçün gələcəkdə böyük işlər görəcəklər.

Biz elə etməliyik ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını icra edək. Bu strategiyanın müxtəlif istiqamətləri vardır. İlk növbədə, Azərbaycan bu gün müstəqil ölkə kimi tam formalaşıbdır. Mən hesab edirəm ki, biz bir neçə il bundan əvvəl, artıq keçid dövrümüzü başa vurmuşuq. Bu gün artıq Azərbaycan keçid dövrünü yaşayan ölkə deyil və bu, bizim uğurumuzdur. Biz bir ictimai-siyasi quruluşdan başqa ictimai-siyasi quruluşa çox böyük sürətlə və uğurla keçə bilmişik.

Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, açıq, öz resurslarına güvənən ölkədir. Bizim iqtisadi uğurlarımız siyasi uğurlarımızı dəstəkləyir və siyasi təşəbbüslərin irəli sürülməsi üçün böyük dayaqdır. Ona görə, iqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirən amillərdir.

Bu gün Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Keçən il başlanan və hələ də dünyada davam edən iqtisadi böhran bunu bir daha göstərmişdir. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Bu ağır sınaqdan ona görə şərəflə çıxa bilmişik ki, iqtisadiyyatımız düzgün əsaslar üzərində qurulubdur.

Mən Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edirəm. Biz hər beş il üçün strateji xətt əsasında müvafiq planlar, proqramlar tərtib edirik. Onların hamısı artıqlanması ilə icra edilir. Bizim böyük təbii resurslarımız vardır. Əlbəttə ki, bu da imkanlarımızı artırır. Ancaq dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu resurslar heç də hər zaman uğur gətirmir, uğurun əldə olunması üçün şərait yaratmır. Əksinə, varlılarla kasıblar arasında fərq daha da böyüyür. Biz əlbəttə ki, neft strategiyamızı və iqtisadi prioritetlərimizi müəyyən edərkən həm müsbət, həm mənfi təcrübəni öyrənmişik. Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda təbii resurslardan əldə olunmuş gəlirlər ədalətli bölünür. Onu göstərir ki, Azərbaycan cəmiyyətində təbəqələşmə getmir, əksinə, insanlar arasında gəlir baxımından fərqlər azalır. Onu göstərir ki, Azərbaycanda çox mükəmməl və şəffaf idarəetmə, o cümlədən resursların idarə edilməsi sahəsində sistem yaradılıbdır. Bir sözlə, iqtisadi islahatların davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcəkdir.

Qarşımızda duran vəzifələri icra etmək üçün, ilk növbədə hazırda bizə peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.

Page 233: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

233    

Əfsuslar olsun ki, təbii resurslar gec-tez tükənir. Nə vaxtsa biz də bu vəziyyətlə üzləşəcəyik. Biz hazır olmalıyıq. Biz hazır olmalıyıq ki, neft-qaz resurslarımız 50 ildən, 100 ildən sonra azalanda güclü sənaye potensialımız olsun, Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafı hesabına yaşasın və yaxşı yaşasın. Ona görə sənayemizin inkişafı, iqtisadi islahatlarımız bizdə çox peşəkar, müasir kadrlar hazırlanmasını tələb edir. Bu sahədə başlıca vəzifə əlbəttə ki, ali məktəblərin üzərinə düşür. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, gənclərimizi dünyanın aparıcı ali məktəblərinə göndərək. Bildiyiniz kimi, bu proqram artıq bir neçə ildir ki, icra edilir.

Hər il yüzlərlə gəncimiz Azərbaycan Dövlət Neft Fondunun hesabına dünyanın aparıcı ali məktəblərinə ezam olunur, orada oxuyur. Ümid edirəm ki, onların böyük əksəriyyəti Vətənə qayıdacaq və öz biliklərini Vətənin inkişafına sərf edəcəklər.

Ancaq, bu, yaranan peşəkar kadr problemini həll etmir. Əsas kadr hazırlığı əlbəttə ki, ölkə daxilində həll olunmalıdır. Bu məqsədlə biz, yenə də demək istəyirəm ki, təhsil sahəsində kompleks tədbirlərin görülməsini nəzərdə tuturuq. Uşaqlarımız kiçik yaşlarından informasiya-kommunikasiya texnologiyaları ilə tanış olmalıdırlar. Bu sahədə çox böyük irəliləyiş əldə olunubdur. Bu gün məktəblərimizdə hər 20 şagirdə bir kompyuter vardır. Halbuki bir neçə il bundan əvvəl məktəblərdə min şagirdə bir kompyuter var idi. O da elə dekorasiya naminə orada qoyulmuşdur, heç kim ondan istifadə edə bilmirdi. Biz nəinki bu proqramı tezliklə icra etdik, hətta indi ən ucqar kəndlərdə kompyuter sinifləri vardır. Mən hər dəfə ucqar bölgələrdə olarkən yoxlayıram, baxıram və görürəm ki, bu kompyuterlər işləyir. Yəni, bu dekorasiya üçün qoyulmayıb ki, mənə göstərsinlər. Yoxlayıram, baxıram, görürəm ki, uşaqlarımız ən ucqar dağ rayonlarında, paytaxtdan uzaqda yerləşən bölgələrdə artıq informasiya-kommunikasiya texnologiyaları ilə tanışdılar.

Bizim artan iqtisadi inkişafımız artıq reallıqdır. Biz yaxşı bilirik ki, beş ildən, yaxud da ki, 10 ildən sonra Azərbaycanın iqtisadi və sənaye potensialı nədən ibarət olacaqdır. Kadr hazırlığımızı da o artan səviyyəyə uyğunlaşdırmalıyıq.

Ona görə bir daha demək istəyirəm ki, peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq. Baxın, bu gün Azərbaycana dünyada mövcud olan ən qabaqcıl texnologiyalar gətirilir. Bütün sahələrə ən qabaqcıl, ən gözəl xidmət infrastrukturunu müəyyən edən avadanlıq gətirilir. Tikinti gedir, ölkə müasirləşir. Biz ən gözəl nümunələri Azərbaycana gətiririk, istər memarlıq, istər texnologiya sahələrində. Biz elə etməliyik ki, ölkəmiz sözün əsl mənasında müasir ölkə olsun. Biz bəzi hallarda çalışırıq ki, zamanı qabaqlayaq. Hələ dünyada təzə-təzə yaranan avadanlığı Azərbaycana gətiririk və onlardan istifadə etmək üçün təcrübə toplayırıq. Ona görə, bir daha demək istəyirəm ki, kadrların hazırlanması ümumxalq işimizdir. Əlbəttə ki, bu məsələnin əsas yükü ali məktəblərin üzərindədir. Ümid edirəm ki, biz bu sahədə daha da ciddi nəticələri görəcəyik.

Bir daha demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Akademiyasının ölkəmizin inkişafında müstəsna xidmətləri vardır. Heydər Əliyev neft strategiyasının icrası nəticəsində biz neft-qaz sənayesinin inkişafına, yenidən qurulmasına, canlanmasına nail ola bilmişik. Burada əyləşənlər, əlbəttə, yaxşı bilirlər ki, vaxtilə neft ölkəsi kimi dünyada özünü tanıdan Azərbaycan 1990-cı illərin əvvəllərində artıq o şöhrətini itirirdi. Çünki qaz hasilatı böyük dərəcədə aşağı düşmüşdü. Biz özümüzü qazla təmin edə bilmirdik. Beləliklə, ölkəmizin böyük hissəsi qazsız qalmışdı. Neft hasilatı kəskin surətdə aşağı düşmüşdü və artıq biz özümüz özümüzü neftlə güclə təmin edə bilirdik. Əgər belə davam etsəydi, əlbəttə ki, bu gün Azərbaycan nəinki neft-qaz sahəsində, ümumiyyətlə, iqtisadi cəhətdən bəlkə də ən geridə qalmış ölkələrin arasında ola bilərdi. Nəzərə alsaq ki, 1990-cı illərin əvvəllərində gedən xoşagəlməz proseslər, iqtisadiyyatın və sənayenin tənəzzülü, siyasi böhran, vətəndaş qarşıdurması və sair mənfi amillər ölkəmizi uçurum kənarına qoymuşdu. Əgər biz iqtisadi sahəni də əlavə etsək və əgər bu sahədə irəliləyiş olmasaydı, onda ölkəmizin, ümumiyyətlə gələcəyi haqqında ən pessimist proqnozlar özünü doğrulda bilərdi. Ona görə Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi, neft strategiyasının icrası nəticəsində biz bu sahədə və bütövlükdə ölkədə gedən proseslərdə ciddi dönüş yarada bildik. Hasilatın artırılması, xarici investisiyaların cəlb olunması, investorlar üçün cəlbedici şəraitin yaradılması, milli maraqların tam şəkildə qorunması, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, neft-qaz kəmərlərinin tikintisi, böyük neft-qaz yataqlarının işlənilməsi, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” neft-qaz layihələrinin icrası nəticəsində bu gün biz bu uğurlardan danışa bilirik. Biz realist olmalıyıq.

Əlbəttə, bu gün biz çalışırıq ki, neft-qaz amilindən asılı olmayaq. Bizim strateji xəttimiz bundan ibarətdir. Biz istəyirik ki, qeyri-neft sektoru inkişaf etsin. Ancaq gərək biz, bütün məsələlərə reallıq baxımından yanaşaq. Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?! Pulumuz, maliyyə resurslarımız yox idi. 1990-cı illərin əvvəllərində xəzinə boş idi. Orada olan-qalan vəsait də talan edilmişdi. 1990-cı illərin əvvəllərində xarici maliyyə qurumları Azərbaycana çox riskli ölkə kimi baxırdı

Page 234: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

234    

və bizə heç kim kredit vermək istəmirdi. Bu gün biz bu problemlə üzləşmirik. Azərbaycana xaricdən istənilən həcmdə maliyyə resursları gətirə bilərik və bəzi hallarda bizə olan təklif tələbatımızdan daha da artıqdır. Ancaq o illərdə kim bizə kredit verə bilərdi, bilə-bilə ki, o kredit heç vaxt qaytarılmayacaqdır.

Ona görə neft strategiyasının icra edilməsi bizim üçün yeganə çıxış yolu idi. Ancaq biz o strategiyanı Heydər Əliyevin rəhbərliyi ilə çox çətin geosiyasi vəziyyətdə icra etməyə başlamışdıq. Biz hamımız yaxşı bilirik ki, neft-qaz təşəbbüslərimiz bəzi hallarda böyük müqavimətlə üzləşirdi. Bəzi hallarda ölkə daxilində, - əfsuslar olsun ki, belə hallar da olub, - bir çox hallarda ölkəmizin xaricində. Əgər o təzyiqlərə dözməsəydik, qətiyyət və cəsarət göstərməsəydik, biz bu yoldan kənara çıxa bilərdik və o, bizim ölkəmiz üçün faciə ola bilərdi. Ona görə bu tarixi biz yaxşı bilirik və yaddan çıxarmamalıyıq. Bu gün, bəli, Azərbaycan dünya enerji bazarında özünəməxsus yeri ilə oturuşmuş ölkə, etibarlı tərəfdaş kimi özünü göstəribdir. Hər kəs bununla razılaşmalıdır və razılaşır. Çünki bu, reallıqdır, reallığı inkar etmək olmaz. Ancaq bu reallıq göydən düşməyib. Bu reallığı səylərimizlə, bəzi hallarda, sözün yaxşı mənasında, inadkarlığımızla, qətiyyətlə və cəsarətlə özümüz yaratmışıq.

Bu gün Azərbaycanın neft-qaz sektoru intibah dövrünü yaşayır. Neft hasilatımız 1990-cı illərin əvvəlində olan hasilatla müqayisədə 5-6 dəfə artıbdır, qaz hasilatımız da həmçinin. Perspektivlərimiz daha da ürəkaçandır. Həm neft, həm qaz sektorunda indi aparılan işlər bir neçə ildən sonra yeni bir vəziyyətin yaranmasına gətirib çıxaracaqdır. Biz artıq dünya enerji xəritəsində öz imzamızı qoymuşuq. Təşəbbüsümüzlə çəkilən neft-qaz kəmərləri bütün yolları, bütün bazarları bizim üçün açıq edibdir. Bizim şaxələndirilmiş infrastrukturumuz, maliyyə resurslarımız vardır. Biz əldə olunan gəlirləri Neft Fondunun yaradılması və fəaliyyəti nəticəsində qoruya bilmişik. İldən-ilə Neft Fondunda yığılan vəsait artır. Baxmayaraq ki, keçən böhran ilində neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, yenə də biz o vəsaitdən elə qənaətlə istifadə etdik ki, həm ölkədə işlər getsin, həm də orada məbləğ azalmasın. Bu məbləğ getdikcə artır.

Biz bu gün istənilən böyük maliyyə resurslarını tələb edən layihəni öz gücümüzlə icra edə bilərik. Bu, böyük uğurdur, böyük dəyərdir.

Müstəqillik ancaq güclü iqtisadiyyat üzərində qurula bilər. Müstəqillik bizim üçün hər şeydən üstündür. Bundan üstün bir şey ola bilməz. Biz bu müstəqilliyi möhkəmləndirməliyik. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək böyük imkanlar tələb edir - həm maliyyə, həm iqtisadi, həm siyasi cəhətdən. Azərbaycan cəmiyyətində bu məsələlərlə bağlı vahid fikrin formalaşması, əlbəttə ki, mövqelərimizi gücləndirir. Bir daha demək istəyirəm ki, neft-qaz sektorunda vaxtilə Azərbaycan tərəfindən irəli sürülmüş və bu gün irəli sürülən layihələr həlledici rol oynayır. Bu gün Azərbaycanın iştirakı olmadan enerji sahəsində və həmçinin nəqliyyat və iqtisadiyyat sahələrində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycanın iştirakı və razılığı olmadan hər bir halda bu geniş bölgədə enerji məsələləri öz həllini tapa bilməz. Bizim isə bu sahədə siyasətimiz birmənalıdır. Biz enerji resurslarımızdan ancaq əməkdaşlığın dərinləşməsi üçün istifadə etməyə çalışırıq, buna nail olmaq istəyirik. Biz enerji imkanlarımızdan heç vaxt başqa məqsədlə istifadə etməmişik və etməyəcəyik. Biz bu imkanlardan ancaq bölgədə ölkələr arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və Azərbaycanın qüdrətlənməsi üçün istifadə edirik və edəcəyik.

Əlbəttə ki, uğurlu neft strategiyamızın davam etdirilməsi üçün Azərbaycan Dövlət Neft Akademiyasının çox böyük rolu vardır. Əgər 1994-cü ildə imzalanmış kontraktın icrasında mütəxəssislərimiz iştirak etməsəydilər, biz kontraktın imzalanmasından cəmi 3 il keçəndən sonra ilk nefti hasil edə bilməzdik. Bu, dünya enerji-neft praktikasında nadir bir təcrübə idi. Adətən, kontrakt bağlanandan 10 il, bəzən 15 ildən sonra birinci neft hasil edilir. Bizdə isə 1994-cü ildə kontrakt bağlandı, 1997-ci ildə ilk neft hasil edildi. Mütəxəssislərimiz, Dövlət Neft Akademiyasında təhsil almış mütəxəssislər, mühəndislər, alimlərimiz bu neft strategiyasının uğurla icra edilməsində çox böyük rol oynamışlar. Mən bunu çox yüksək qiymətləndirirəm və demək istəyirəm ki, gələcəkdə görüləcək işlər çoxdur. Neft-qaz strategiyamız uğurla icra edilir və bu, uzunmüddətli strategiyadır. Onilliklər bundan sonra Azərbaycan bu sahədə, bu bölgədə aparıcı rolunu qoruyub saxlayacaqdır.

Əziz dostlar, mən bu gözəl yubiley münasibətilə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı və yeni uğurlar arzulayıram. Sağ olun.

“Xalq qəzeti”.-2010.- 24 noyabr.-№ 257.-S. 1-2.

Page 235: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

235    

Prezident İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşmüşdür

Bakı, 24 noyabr (AzərTAc). Noyabrın 24-də Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində

mühüm hadisələrdən biri - Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşmüşdür.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Bu gün səhər Dövlət Neft Şirkətinin prezidenti mənə məlumat verdi ki, “Ümid” yatağı açıldı. Bu, çox

gözəl hadisədir, böyük tarixi hadisədir. Bu hadisə münasibətilə sizi, Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır.

Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti “Ümid” yatağında kəşfiyyat işləri aparırdı. Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır.

Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. “Əsrin kontraktı”nın, “Şahdəniz” yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik. Mən bu barədə dünən Dövlət Neft Akademiyasının yubiley tədbirində fikirlərimi söyləmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan bu gün dünya enerji xəritəsində özünəməxsus rola malikdir. Mövqelərimiz möhkəmlənir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.

Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır.

Nəzərə alsaq ki, neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur, gələcəkdə qonşu ölkələrin resursları Azərbaycan ərazisindən dünya bazarlarına nəql edilə bilər, ona görə yeni kəmərlərin tikintisi istisna olunmur.

“Ümid” yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir.

Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni, bu kontraktlar sadəcə olaraq neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Neft yatağına qoyulan hər bir dollar investisiya digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat və xidmət sektorları Azərbaycanda böyük dərəcədə inkişaf etmişdir. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanmışdır.

Bütün bu işlərin görülməsi ölkəmizi böyük dərəcədə gücləndirdi. Təbii ki, biz bu resursları, xüsusilə maliyyə resurslarını əldə etdikdən sonra özümüz də həm ölkə daxilində, həm də xaricə investisiyalar qoymağa başlamışıq. Bu da bugünkü Azərbaycanın reallıqlarıdır, uğurlu siyasətimizin əlamətidir. Nəinki ölkə daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə

Page 236: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

236    

investisiyalarımızı gözləyirlər. Azərbaycan və onun Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcəkdir. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni, bu, kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik. Ancaq bu gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər bax bu gün qoyulan o sərmayənin nəticələrini görəcəklər, biz də görəcəyik.

Bununla bərabər, Azərbaycanın neft-qaz sektoruna, xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalamışdır. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan zərrə qədər də zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyi idi. Bir neçə quyu qazılmışdı ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdu.

Ona görə də Dövlət Neft Şirkətinin “Ümid” yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli təşəbbüs idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən “Abşeron” yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə “Abşeron” yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz və geoloqlarımız bilirdik ki, “Abşeron” yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən “Abşeron” yatağı üzrə kontrakt bağlandı. Ümid edirəm ki, “Abşeron” yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaqdır.

Bir daha demək istəyirəm ki, “Ümid” yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır. Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, “Ümid” yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl “Ümid”də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim: Biz “Ümid” yatağından ümidverici xəbərlər gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.

Bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlamışdır. Bizim şaxələndirilmiş qaz şəbəkəmiz vardır. Dörd qaz kəmərimiz vardır ki, qazımız istənilən istiqamətə nəql edilə bilər və əslində nəql edilir. Əlavə tədbirlər görüldüyü halda bu istiqamətlər üzrə qaz nəqlinin həcmi böyük dərəcədə arta bilər.

Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, “Ümid” yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. İki trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir.

Bir sözlə, “Ümid” yatağının açılması böyük hadisədir. Mən bu işlərdə iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri həm təbrik etmək, həm də onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu yatağın çox böyük gələcəyi vardır. Siz indi ehtiyatlar haqqında ilkin məlumatı bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə sonradan korrektə edilir. Yadımdadır, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da çox ola bilər. Onu həyat göstərər. Onu heç kim bilə bilməz.

Page 237: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

237    

Ona görə, “Ümid” yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, “Ümid” yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaqdır.

Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.

X X X

Prezident İlham ƏLİYEV görüşə yekun vuraraq dedi: - Maraqlı təqdimata görə çox sağ olun. Mən də tam razıyam ki, bundan sonra “Babək” yatağını da

özümüz işləməliyik. Yadımdadır ki, əslində onlar bir yerdə idi - “Ümid”-“Babək”. Xarici şirkətlərin də bu yataqlara marağı çox böyük idi. Çox yaxşı ki, biz bu yataqları saxlamışıq və indi bütün işləri özümüz görürük. Əlbəttə ki, “Babək” yatağında da bütün işləri özümüz görməliyik. Siz dediyiniz kimi, həm təcrübə toplamışıq, həm də artıq böyük ehtimalla demək olar ki, orada da kəşfiyyat olacaqdır. Yəni, bunu indidən deyə bilərik ki, o dəqiqdir. Ona görə “Ümid” yatağının açılması əslində çox böyük qaz yataqlarının açılmasına gətirib çıxarır. Bu gün tarixdə Dövlət Neft Şirkətinin böyük kəşfiyyat günü kimi qalacaqdır. Ümid edirəm ki, yaxın zamanlarda bütün başqa işlər də başa çatacaq və oradan biz ilkin qazı alacağıq. Hər halda bu, bir neçə ildən sonra olacaqdır. Ancaq artıq dəqiq bilirik ki, “Ümid” yatağı Azərbaycanın qaz potensialına öz töhfəsini verəcəkdir. Bir də demək istəyirəm ki, Avropa və dünya qaz bazarlarında rolumuz artacaqdır.

Azərbaycan həm neft, həm qaz, həm də bütün başqa sahələrdə daha da inkişaf edəcəkdir. Ölkəmizin qarşısında perspektivlər çox ürəkaçandır və biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda neft-qaz sənayesində belə gözəl işlər görülür. Azərbaycan neftçiləri həmişə olduğu kimi, ölkənin inkişafına ən dəyərli töhfələrini verirlər.

Mən çox şadam ki, “Ümid” yatağı müstəqillik dövründə açıldı. Əgər 1950-ci, yaxud da 1970-ci illərdə açılsaydı, bəlkə də orada artıq qaz çoxdan çıxarılmışdı. Bu da tarixi ədalətdir. Azərbaycan dünya neft sənayesinə o qədər töhfə verib ki. Çox böyük töhfələr vermişik. İkinci Dünya müharibəsində Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri tam başqa ola bilərdi. Bu yataqların toxunulmaz qalması bizə Allahdan verilən böyük hədiyyədir. Bu gün bu yataqlar müstəqil Azərbaycana xidmət göstərir və onilliklər bundan sonra da ölkəmizi gücləndirəcəkdir. Bir daha sizi təbrik edirəm.

“Xalq qəzeti”.-2010.- 25 noyabr.-№ 258.-S. 1-2.

Page 238: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

238    

Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinin ilk iclası olmuşdur Prezident İlham Əliyev iclasda iştirak etmişdir

Bakı, 29 noyabr (AzərTAc). Noyabrın 29-da dördüncü çağırış Azərbaycan Respublikası Milli

Məclisinin ilk iclası keçirilmişdir. Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar! Hörmətli deputatlar! Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün dördüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu

münasibətlə sizin hamınızı təbrik edirəm, bütün deputatlara məhsuldar fəaliyyət arzulayıram. Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır.

Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir.

Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır.

Ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılmışdır. Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın. Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxmağımız bizi arxayınlaşdırmamalıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər üzərində çalışırıq.

Azərbaycan müasir, dünyəvi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib. Bölgədə gedən proseslər və tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələr verir. Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illərdə də bu, bizim üçün prioritet məsələ kimi qalacaqdır. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə təsir imkanlarımızın genişləndirilməsi, əlbəttə ki, milli maraqlarımıza tam uyğundur.

Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və bir daha demək istəyirəm ki, diqqətimizi növbəti illərdə aparılacaq işlərə yönəltməliyik. İqtisadi sahədə bütün müsbət meyillər növbəti illərdə gücləndirilməlidir, regional inkişaf proqramının icrası təmin ediləcəkdir və buna şübhə yoxdur. 2004-2008-ci

Page 239: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

239    

illəri əhatə edən regional inkişaf proqramı artıqlaması ilə icra edilib. Bu, bizə deməyə əsas verir ki, 2009-2013-cü illəri əhatə edən proqram da artıqlaması ilə icra ediləcəkdir. Bölgədə müşahidə olunan canlanma, əminəm ki, özünü daha da bariz şəkildə göstərəcək və beləliklə, biz ölkəmizin uğurlu iqtisadi inkişafının dinamikasına nail olacağıq.

Biz apardığımız xarici siyasətə sadiq olacağıq. Xarici siyasətimiz artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Bizimlə ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır. Bu, bizə imkan verir ki, həm ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək.

Xarici siyasətdə qonşularla münasibətlərimiz prioritet məsələdir. Bu da təbiidir. Çünki qonşularımızla çox gözəl, faydalı əlaqələrimiz vardır. Bu əlaqələr böyük tarixə malikdir. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən çox şadam ki, tarixi əlaqələrlə bərabər, bu gün siyasi müstəvidə qonşu ölkələrlə heç bir problemimiz yoxdur. Bütün problemlər öz həllini tapıbdır və qonşu ölkələrlə münasibətlərimiz hesab edirəm ki, ən yüksək səviyyədədir. Gələcək fəaliyyətdə də bu istiqamətdəki addımlarımız məhz bir məqsədi güdəcək ki, qonşu dövlətlərlə həm ikitərəfli, həm çoxtərəfli formatda münasibətlərimiz daha da güclənsin.

Mən artıq regional əməkdaşlıq məsələləri haqqında fikirlərimi söylədim. Vaxtilə enerji, nəqliyyat dəhlizləri barədə tərəfimizdən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlığı gücləndirəcək amillər arasındadır. Bu dəhlizlər artıq reallıqdır. Bu reallıqları biz yaratmışıq. Bu işləri tərəfdaşlarımızla regional müstəvidə müştərək səylərlə davam etdirəcəyik. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın dərinləşməsi və təmin edilməsi üçün səylərini qoymağa davam edəcəkdir.

Bütün başqa ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur. Biz bu münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər vaxtında yerinə yetirilir. Biz bu təşkilatlara könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı-seçkilik olmasın. Bu istiqamətdə səylərimiz üzv olduğumuz təşkilatlarda öz nəticələrini verir. Elə təşkilatlar var ki, biz o təşkilatların üzvü deyilik, amma o təşkilatlarla səmərəli əməkdaşlıq edirik. O istiqamətdə də səylərimiz daha da gücləndirilməlidir. Azərbaycan etibarlı və yaxın tərəfdaş kimi bütün bu təşkilatlarda öz töhfəsini verir, sözünü deyir və deyəcəkdir.

Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır. Əgər bir neçə il bundan əvvəl bu cür fikirlər müəyyən inamsızlıqla üzləşirdisə, bu gün bu sahədə görülmüş işlər, əldə edilmiş uğurlar deməyə tam əsas verir ki, biz bu vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır. Son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürüdür.

Biz növbəti illərdə bu məsələlərə həm maliyyə resurslarının istifadəsi, həm konkret sosial proqramların icrası, həm də iş yerlərinin açılması ilə nail olmalıyıq. Ünvanlı sosial yardım proqramı yüz minlərlə vətəndaşı əhatə edir. Bu da Azərbaycanın dövlət siyasətinin istiqamətlərini müəyyən edir və göstərir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Ancaq buna baxmayaraq, güclü sosial siyasətimiz vardır. Sosial siyasətdə heç bir geriləmə, geriyə addımlar olmayacaqdır. Nə üçün mən bunu deyirəm? Çünki keçən il və bu il dünyada hökm sürən böhran bəzi ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarıbdır. Bəzi ölkələr sosial ödəmələri kəsir, maaşların, pensiyaların miqdarını azaldırlar ki, böhrandan çıxsınlar. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası kimi böhrandan əziyyət çəkibdir. Amma biz çalışmışıq ki, vətəndaşlarımızı böhranın mənfi təsirindən qoruyaq. Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, böhran zamanı milli valyutanın məzənnəsi sabit qaldı. Biz heç bir dəyişikliyə imkan vermədik. Azərbaycanda bütün sosial ödəmələr vaxtında verilir. Böhrana baxmayaraq, bu il minimum əməkhaqqının və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın əksər ölkələrində pensiya və maaşların miqdarı azalır.

Yəni, növbəti illərdə bu sahədə çox işlər görülməlidir. Biz əlbəttə, böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artmışdır. Bu, doğrudan da dünya miqyasında nadir bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində, çətin vəziyyətdə yaşayanlar, aztəminatlı ailələr vardır. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik. Bu problemi ancaq güclü iqtisadiyyat yaratmaqla həll etmək mümkündür.

Page 240: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

240    

Biz heç vaxt populist vədlər verməmişik. Heç vaxt qeyri-real təşəbbüslərə qoşulmamışıq. Heç vaxt borc götürüb onu sosial məsələnin həllinə yönəltmək cəhdlərində olmamışıq. Biz öz hesabımıza yaşayırıq. Bizim büdcəmiz, bütün iqtisadi və sosial siyasət daxili resurslara hesablanıbdır. Bütövlükdə ölkəmiz öz fəaliyyətini daxili resurslar üzərində qurur. Hesab edirəm ki, uğurlarımızın təməlində məhz bu amil dayanır. Çünki biz ancaq və ancaq Azərbaycan xalqının zəhmətinə, istedadına arxalanırıq. Beynəlxalq əlaqələr hər bir ölkə kimi bizim üçün də çox mühüm məna daşıyır. Biz çalışırıq ki, bu əlaqələri genişləndirək. Xüsusilə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız çox uğurludur və artmaqdadır. Ancaq yaxşı bilirik ki, biz yalnız və yalnız daxili resurslarımız hesabına yaşamalıyıq. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Nəzərə almalıyıq ki, bu gün iqtisadiyyatın qeyri-neft sektorunda çox müsbət meyillər müşahidə olunur. Hələ mən neft sektorunu qeyd etməmişəm. Bu sahə Azərbaycana böyük uğurlar, maliyyə resursları gətiribdir. Biz o resurslardan çox səmərəli şəkildə istifadə edirik. Yəni növbəti illərdə sosial məsələlərin həllinə daha da böyük diqqət göstəriləcəkdir. Elə etməliyik ki, hər bir vətəndaşa işləmək, normal yaşamaq üçün bütün şərait yaradılsın.

Mən növbəti illərdə iqtisadi, sosial və xarici siyasətlə bağlı əsas istiqamətləri və əsas fikirlərimi bildirdim. Mən bütövlükdə Azərbaycanın gələcəyinə çox böyük nikbinliklə baxıram. Çünki nikbinlik üçün əsas vardır. Azərbaycan artıq postsovet məkanında və bütövlükdə dünya xəritəsində özünəməxsus yerə malikdir. Biz müstəqil ölkəyik, sözün əsl mənasında müstəqilik. Azərbaycan xalqın iradəsi ilə idarə olunur və belə də olmalıdır. Biz çalışmalıyıq ki, maraqlarımızı maksimum dərəcədə təmin edək. Bunu etmək üçün bizdə bütün imkanlar vardır.

Ölkə qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu istiqamətdə böyük səylər göstəririk ki, bu məsələ öz həllini tezliklə ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə tapsın. Bildiyiniz kimi, uzun illərdir ki, danışıqlar aparılır. On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz istəyirik ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll olunsun, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin. Digər beynəlxalq təşkilatların – ATƏT, Avropa Parlamenti, Avropa Şurasının qərar və qətnamələri icra olunsun. Bu qərarlar və qətnamələr ona görə qəbul edilib ki, onlar icra olunmalıdır. Əgər onların icra mexanizmi yoxdursa, Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymursa və beynəlxalq birlik öz növbəsində buna qarşı heç bir tədbir görmürsə, onda məsələ çətinləşə bilər.

Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Beləliklə, danışıqlar prosesini müddətsiz və sonsuz etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq. Biz danışıqları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi üçün aparırıq. Ümid edirik ki, bu məsələ ilə məşğul olan qurumlar, tərəflər, vasitəçilər nəhayət, öz kəskin sözünü deyəcəklər. Bunun vaxtı çoxdan çatıbdır. Əgər belə olmasa, onda bu danışıqların mənası tamamilə itəcəkdir. Danışıqlar nəticə üçün aparılır, sadəcə görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki, mövqeyimizdə prioritet beynəlxalq hüquq normalarıdır, beynəlxalq təşkilatların qətnamələridir, Azərbaycanın haqq işidir və ədalətli yanaşmadır. Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir.

Biz başa düşürük, böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Helsinki Yekun Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə bağlı olan müsbət təcrübə Azərbaycanda da tətbiq olunmalıdır.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan bu prinsipial mövqedən bir addım geri çəkilməyəcəkdir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan

Page 241: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

241    

dövləti onun əzəli torpağı olan Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Bu, mümkün deyildir. Qarşı tərəf bunu bilir. Ümid edirəm ki, biz danışıqların inkişafında müsbət meyilləri görəcəyik. \

Ancaq bununla bərabər, başa düşürük ki, məsələni həll etmək üçün biz daha da güclü olmalıyıq. Bizim indiki gücümüz kifayət qədər böyükdür. Amma bütün mənalarda daha da güclü olmalıyıq. Azərbaycanın iqtisadi və siyasi addımları, ordu quruculuğu sahəsində atılmış addımlar bunu göstərir ki, biz hər gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən daha da güclənirik. Bölgədə artan rolumuz əlbəttə ki, bizə bu məsələnin həlli üçün də imkan verəcəkdir.

Biz növbəti illərdə bütün başqa sahələrdə siyasətimizi artıq müsbət təcrübə əsasında davam etdirəcəyik. Mən bu gün əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, bizdə hər bir istiqamət üzrə konkret tədbirlər planı, konkret proqramlar vardır. Biz fəaliyyətimizi bu proqramlar əsasında təşkil etmişik və hər bir istiqamətdə nəticələr vardır. Biz demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlət qururuq. Bu istiqamətdə yaxşı nəticələr vardır. Biz gələcəkdə hər istiqamət üzrə səylərimizi davam etdirəcəyik. Artıq çox böyük maliyyə imkanlarımız vardır. Biz çox yaxşı bilirik ki, növbəti illərdə, xüsusilə enerji sektorunun inkişafı hesabına maliyyə imkanlarımız daha da genişlənəcəkdir. Ancaq bu o demək deyil ki, biz bundan arxayın olaq və islahatları aparmayaq. Əksinə, biz bu maliyyə resurslarından elə istifadə etməliyik ki, yeni sahələrin inkişafına təkan verilsin. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bəzən sual verilir ki, sizin böyük neft-qaz ehtiyatlarınız, maliyyə imkanlarınız var, nə üçün bu sahə ilə məşğulsunuz? Bu, bizim strateji xəttimizdir. Əgər biz müasir dövlət qurmaq, neft-qaz amilindən asılılığımızı azaltmaq istəyiriksə, mütləq ilk növbədə ən müasir texnologiyaları Azərbaycana gətirməliyik. Ondan sonra elmə, texnoloji prosesə qoyulan sərmayə artıq Azərbaycanda çox güclü, yeni və müasir elmi ixtiraların yaranmasına xidmət göstərəcəkdir.

Biz əgər müasir dövlət qurmaq istəyiriksə, bütün sahələrdəki işlərimiz mütləq müasir standartlar səviyyəsində görülməlidir. Biz ancaq elmə, təhsilə qoyduğumuz sərmayə ilə buna nail ola bilərik. Mən çox şadam ki, Azərbaycanda maliyyə kapitalı insan kapitalına qoyulur və bu öz bəhrəsini verir. Bilikli, savadlı, oxumaq istəyən, vətənpərvər gənc nəsil yetişir.

Əlbəttə ki, biz gələcək haqqında fikirləşməliyik. Baxmayaraq ki, təbii resurslarımız belə demək olsa, ən azı yüz il bizə yaxşı həyat təmin edəcəkdir. Ancaq ondan sonra nə olacaq?! Əlbəttə, bunu indidən proqnozlaşdırmaq çətindir. Amma hər halda biz çalışmalıyıq, 10 il, 20 il, 50 il qabağa baxmalıyıq. Dünya necə inkişaf edəcək?! Azərbaycan nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?! Demoqrafik vəziyyət necə olacaq?! Biz bütün bu işləri bu gün hazırlamalıyıq. Vaxtilə - 1990-cı illərin əvvəlində, ortalarında başlanmış siyasi və iqtisadi islahatlar bu gün öz bəhrəsini verir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin birinci mərhələsi 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tamamlandı. Ancaq bu gün aparılan işlər 10 il, 15 il, 20 il bundan sonra uğurlu inkişafımızı təmin edəcəkdir. Biz enerji resurslarımızı ölkəmizin inkişafına və dostlarımızın sayının artırılmasına yönəldirik. Bu, maraqlarımıza tam şəkildə cavab verir. Ona görə, biz gələcəyə baxmalıyıq və baxırıq. Apardığımız islahatlar həm bugünkü inkişafı təmin edir, həm də ki, gələcək inkişafımızı təmin edəcəkdir.

Mən bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qayıtmaq istəyirəm. Əlbəttə, uzun illərdir torpaqlarımız işğal altındadır. Bu, bizim üçün çox ağırdır. Bu, ən ağır, ən ağrılı problemimizdir. Biz çalışırıq ki, soydaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdıraq. Müvafiq proqramlar qəbul edilib, şəhərciklər tikilir. Bunların hamısını yaxşı bilirsiniz. Ancaq bu, məsələnin müvəqqəti həllidir. Biz o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Baxmayaraq ki, işğal edilmiş torpaqlarda hər şey ermənilər tərəfindən dağıdılıb. Biz şəhərləri yenidən tikəcəyik, quracağıq, abadlaşdıracağıq. Biz bu məsələni həmişə diqqət mərkəzində saxlayırıq. Ancaq bu da həqiqətdir ki, biz məsələnin elə bir həllinə nail olmalıyıq ki, Azərbaycanın maraqlarını tam şəkildə təmin etsin. Hansısa yarımçıq razılaşma maraqlarımızı təmin edə bilməz. Bəlkə bu gün biz hər hansı bir güzəştə getməklə işğal edilmiş torpaqların bir hissəsini qaytara bilərik. Ancaq başqa torpaqlar nə vaxt qayıdacaq?! Ona görə biz buna əlbəttə ki, dövlətçilik, strateji seçim nöqteyi-nəzərdən yanaşmalıyıq. Hansısa konyunktura məsələlərinə çox həssaslıqla və ehtiyatla yanaşmalıyıq. Biz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etməliyik. Həm işğal edilmiş torpaqlar, həm Dağlıq Qarabağ bizim torpağımızdır və suverenliyimiz o torpaqlarda təmin edilməlidir. Əlbəttə ki, bu, mərhələlərlə həll olunan məsələdir, ancaq bu, strateji xətdir. Biz bu seçimə sadiqik. Ancaq bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq o qədər böyükdür və bu fərqin böyüməsi üçün bütün şərait yaradılıb ki, mən heç şübhə etmirəm, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Burada artıq həm iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik amillər öz rolunu oynayır. İllər keçdikcə bu amillər mövqeyimizi daha da gücləndirəcəkdir.

Ona görə işlərimizi elə qurmalıyıq ki, məqsədə çatmaq üçün ən məqbul addımlar atılsın və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilsin. Bütün işlərimiz - həm siyasi, həm iqtisadi islahatlar bu

Page 242: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

242    

məqsəd üçün aparılır. Əlbəttə, ölkənin inkişafı təmin edilməli idi. Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyi əldə edəndə Azərbaycan hansı vəziyyətdə idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə aparılmış islahatlar bizə imkan verdi ki, çətin vəziyyətdən çıxaq.

Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məsələnin həll olunmaması bizi daha da bu işləri tezliklə görməyə sövq etmişdir. Bizim daha da səfərbər olmağımıza xidmət göstərmişdir. Bu, bizim məqsədimizdir. Bu məsələdən başqa bütün məsələlər Azərbaycanda həll olunur və həll olunacaqdır. Mən artıq bu barədə söylədim və bizim açıq siyasətimiz vardır. Ona görə bütün xalqımız, bütün cəmiyyətimiz səfərbər olunmalı, hər bir vətəndaş öz yerində elə işləməlidir ki, biz birgə səylərlə, düşünülmüş siyasətlə, dəqiq atılmış addımlarla o günü yaxınlaşdıraq. Mən ümid edirəm ki, o gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir.

Növbəti beş ildə Milli Məclis qarşısında çox mühüm vəzifələr dayanır. Bir daha demək istəyirəm ki, artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri yaranmışdır. Milli Məclis siyasi qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən qəbul edilmiş qərarlar ölkəmizin inkişafına xidmət göstərir, belə də olmalıdır. Hamımız çalışmalıyıq ki, ölkəmizi gücləndirək. Hamımız tutduğumuz vəzifədən, siyasi əqidədən asılı olmayaraq səylərimizi müstəqil Azərbaycan dövlətinin güclənməsinə qoymalıyıq. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində və son illərdə, o cümlədən siyasi spektrdə bu meyillər güclənir. Bu meyillərin daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl yaratmaq, Azərbaycanı ləkələmək istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni gözləyən qüvvələrin təsiri böyük dərəcədə azalmışdır, demək olar ki, artıq hiss olunmur. Bu parlament seçkilərinin nəticələri bunu bir daha göstərdi.

Azərbaycan azad, demokratik ölkədir. Biz demokratiyanın inkişafına çox böyük diqqət göstəririk. Biz istəyirik ki, Azərbaycanda güclü siyasi sistem formalaşsın. Mən hesab edirəm ki, Milli Məclisin indiki tərkibi bu məqsədə xidmət göstərəcək, siyasi opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi aparacaqlar. Artıq Azərbaycan cəmiyyətində, xüsusilə siyasi müstəvidə bu meyillər güclənir. Mən bunu müsbət hal, cəmiyyətimizin inkişafı kimi qəbul edirəm. Əlbəttə, müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və dünyada böyük hörmətlə qeyd olunan Azərbaycanın müasir siyasi sistemi də olmalıdır. Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət başçısı və ya iqtidar buna təkbaşına nail ola bilməz. İqtisadi inkişafa nail ola bilər, amma siyasi sistemin təkmilləşməsi məsələsi bütün siyasi qüvvələrin işidir. Mən arzu edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr daha da güclənsin. Bizə güclü siyasi sistem lazımdır. Azərbaycanda demokratik müzakirələr, diskussiyalar, fikir mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da gücləndirilməlidir. Azərbaycan dövləti bu istiqamətdə əlindən gələni etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz tərəfindən Azərbaycanda siyasi mübarizənin mədəni, sivil qaydalarla aparılmasına töhfəsini verəcəkdir. Əziz deputatlar, mən sizin hamınızı deputat vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan xalqı sizə etimad, inam göstərib. Əminəm ki, siz bu yüksək etimada layiq olacaqsınız. Sağ olun.

“Xalq qəzeti”.-2010.- 30 noyabr.-№ 262.-S. 1-2.

Page 243: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ...files.preslib.az/site/ialiyev/2010.pdf · Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir (14 yanvar 2010-cu il).....

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI

─────────────────────────────────────────────────────────

243    

Azərbaycan Prezidenti İlham Əliyev Astanada ATƏT-in VII sammitində iştirak edir

Astana, 1 dekabr (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 1-də Qazaxıstanın paytaxtı

Astanada ATƏT-in VII sammiti işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edir. Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri,

həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in sammitində çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli cənab sədr! Xanımlar və cənablar! İlk öncə bu zirvə görüşünün əla təşkili, göstərilmiş səmimi qonaqpərvərlik və il ərzində ATƏT-ə sədrlik

etdiyinə görə Prezident Nursultan Nazarbayev və bütün qazaxıstanlı dostlarımıza minnətdarlığımı bildirmək istəyirəm.

Mən diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur.

Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Bu gün Ermənistan işğal edilmiş ərazilər üzərində nəzarəti saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıdışına mane olmaq məqsədilə gücdən istifadə edir. Buna baxmayaraq, Azərbaycan hər zaman sülh danışıqlarına sadiq qalmış, qalır və yenə də ümid edir ki, onlar nəticə gətirəcəkdir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin mümkün qədər tezliklə uzunmüddətli həllinə nail olmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ola biləcək münaqişənin eskalasiyasına üstünlük verir. Ermənistan daimi olaraq atəşkəs rejimini pozur, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir, işğal edilmiş şəhər və kəndlərimizin tarixi adlarını dəyişməyə cəhd göstərir. Ermənistan qeyri-qanuni olaraq mülki şəxsləri işğal edilmiş ərazilərə yerləşdirir, vəziyyəti dönməz və sülh prosesini mənasız etməyə çalışır.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub. Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır.

ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur.

Azərbaycan Praqa prosesi çərçivəsində son altı il ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən hazırlanmış təklifləri qiymətləndirir. Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacaq həll variantına nail olmağa hazırıq.

Sağ olun.

“Xalq qəzeti”.-2010.- 2 dekabr .-№ 264.-S. 1-2.