AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI · QULİYEV, AZAD MƏMMƏDOV, SOLMAZ SÜLEYMANOVA (baş...

131

Transcript of AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI · QULİYEV, AZAD MƏMMƏDOV, SOLMAZ SÜLEYMANOVA (baş...

  • AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI _________

    N Ə S İ M İ a d ı n a D İ L Ç İ L İ K İ N S T İ T U T U

    TÜRKOLOGİYA

    B E Y N Ə L X A L Q E L M İ J U R N A L

    1970-ci İLDƏN NƏŞR OLUNUR

    Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir (Reyestr № 3378)

    Jurnal Azərbaycan Respublikası Prezidenti yanında

    Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır (Filologiya elmləri bölməsi №18)

    İldə 4 dəfə çıxır

    № 4

    BAKI – 2015

  • BAŞ REDAKTOR

    TOFİQ HACIYEV – AMEA-nın həqiqi üzvü, fil.e.d., prof.

    REDAKSİYA HEYƏTİ

    KAMAL ABDULLAYEV, GÖVHƏR BAXŞƏLİYEVA, NİZAMİ CƏFƏROV, FİKRƏT ƏLİYEV, ELBRUS ƏZİZOV, İSA HƏBİBBƏYLİ, NİZAMİ XUDİYEV, MUXTAR İMANOV, TEYMUR KƏRİMLİ, ƏBÜLFƏZ QULİYEV, AZAD MƏMMƏDOV, SOLMAZ SÜLEYMANOVA (baş redaktorun müavini)

    BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR

    ŞÜKRÜ HALUK AKALIN (Türkiyə), ƏHMƏD BİCAN ƏRCİLASUN (Türkiyə), ÇONQ JİN OH (Cənubi Koreya), KADIRALİ KONAKBAYEV (Qırğızıstan), ZEYNƏB KORKMAZ (Türkiyə), İQOR KORMUŞİN (Rusiya), FUAT QƏNİYEV (Tatarıstan), VALENTİNA QƏRƏNFİL (Moldova), TOFİK MƏLİKOV (Rusiya), MEHMAN MUSAOĞLU (Türkiyə), FİKRƏT TÜRKMƏN (Türkiyə), MURADGELDİ SOYEQOV (Türkmənistan), HAYAŞI TOORU (Yaponiya)

    SAHƏ REDAKTORLARI

    Azərbaycan dili və terminologiya üzrə – İSMAYIL MƏMMƏDLİ, SAYALI SADIQOVA; türk dilləri üzrə – BULUDXAN XƏLİLOV, VAHİD ZAHİDOĞLU; şərq dilləri üzrə – ŞƏFƏQ ƏLİBƏYLİ, KAMANDAR ŞƏRİFOV; qədim dillər üzrə – İLHAMİ CƏFƏRSOY, ÇİNGİZ QARAŞARLI; dil tarixi üzrə – QƏZƏNFƏR KAZIMOV, MÖHSÜN NAĞISOYLU, ƏZİZXAN TANRIVERDİYEV; ədəbiyyat və folklor üzrə – MƏHƏRRƏM QASIMLI, ASİF RÜSTƏMLİ; tipoloji-müqayisəli dilçilik üzrə – DÜNYAMİN YUNUSOV, HƏBİB ZƏRBƏLİYEV; dil nəzəriyyəsi üzrə – AFƏT ABBASOVA, ASLAN MƏMMƏDLİ

    Azərbaycan mətninin elmi redaktoru fil.e.d., prof. İsmayıl Məmmədli Türk mətninin elmi redaktoru fil.ü.f.d., dos. Kübra Quliyeva İngilis mətninin elmi redaktoru fil.ü.f.d., dos. Abbas Abbasov Rus mətninin elmi redaktoru Militina Vasilenko

    JURNALIN TƏSİSÇİSİ

    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR

    Ünvan: AZ1143. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. «Türkologiya». Tel.: (+99412) 5372083, 5372081

    e-mail: [email protected] www.turkologiya.org

    Адрес: АZ1143. Баку, пр. Гусейна Джавида, 115. Институт языкознания им. Насими НАНА.

    «Тюркология». Тел.: (+99412) 5372083, 5372081 e-mail: [email protected]

    www.turkologiya.org Address: AZ1143. Baku, Hussein Javid avenue, 115. ANAS Nasimi Institute of Linguistics. «Turkologiya».

    Tel.: (+99412) 5372083, 5372081 e-mail: [email protected]

    www.turkologiya.org

  • T Ü R K O L O G İ Y A

    № 4 2015

    M Ü N D Ə R İ C A T

    DİLİN STRUKTURU VƏ TARİXİ

    Napil Bazilhan (Kazakistan). Kazakistan’da Yeniden Bulunan Gök Türk Yazıtları hakkında.................................................................................................................... 5 Nərgiz Hacıyeva (Bakı). Nağıl dialoqunda aktual üzvlənmə ........................................................................................... 14 Dürdanə Rəhimzadə (Bakı). Oğuz dillərində ərəb mənşəli alınma sözlərin bəzi fonetik xüsusiyyətləri ....................................................................................................... 27 Гюльчохра Алыева (Баку). Лингвистический анализ семантики аспектуальности в тюркских языках.................................................................................... 35

    FOLKLOR. ƏDƏBİYYAT. MƏDƏNİYYƏT

    Yaşar Qasımov (Bakı). Lirikada ana və ana dili motivləri............................................................................................... 45 İvan Dobrev (Bulgaristan). İç Asya Bulgarca'sında İlk ve En Erken Metin Olan Pugu Beyti ……………………………………………………………………... 53

    MÜZAKİRƏLƏR

    Qüdsiyyə Qəmbərova (Bakı). Türk mənşəli numizmatik morfemlərin diaxronik-dialektoloji aspektləri.............................................................................................. 61 Алекпер Алекперов (Баку). Зурна и джанги ………………………………………………......................................... 67

    MATERİALLAR VƏ MƏRUZƏLƏR

    Sevil Mehdiyeva (Bakı). İstiqlal şairi Bəxtiyar Vahabzadə .…….........................…….................................................. 81 İsmayıl Məmmədli (Bakı). Bəxtiyar Vahabzadənin poeziyasında dil sənətkarlığı .......................................................... 90 Pərvin Eyvazov (Bakı). Bəkir Çobanzadənin Azərbaycan türkcəsinin fonetik quruluşu ilə bağlı araşdırmaları .................................................................................. 95

    RESENZİYALAR

    İdris Abbasov, Solmaz Süleymanova (Bakı). Sayalı Sadıqova. Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları ........................................................... 103

    XRONİKA

    Təranə Şükürlü (Bakı). Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya ....................................................................................................... 111

    PERSONALIA

    Нишанбой Хусанов (Узбекистан). Умаров Эргаш Агзамович ………………………….......................................... 114

    NEKROLOQ

    İsmayıl Məmmədli (Bakı). Axundov Ağamusa Ağası oğlu …………………………………......................................... 117

    __________

  • T Ü R K O L O G İ Y A

    4

    C O N T E N T S

    STRUCTURE AND HISTORY OF LANGUAGE Napil Bazylkhan (Kazakhstan). Old Tturkic inscriptions in Kazakhstan ......................................................................... 5 Nargiz Hajiyeva (Baku).The actual segmentation in tale dialogue ….............................................................................. 14 Durdana Rahimzadeh (Baku). Some phonetic features of Arabic origin loanwords in oghuz languages ................................................................................................ 27 Gulchohra Aliyeva (Baku). Linguistic analysis of the semantics of aspectuality in the Turkic languages .................................................................................... 35

    FOLKLOR. LITERATURE. CULTURE

    Yashar Gasımov (Baku). Motıves of the mother and the mother tongue in lyrics................................................................................................. 45 Ivan Dobrev (Bulgaria). The couplet for Pugu – the oldest and earliest text in Bulgarian language of Inner Asia......................................................................................... 53

    DISCUSSIONS

    Gudsiyya Gambarova (Baku). The diachronic-dialectological aspects of numismatic morphemes of Turkic origin............................................................................. 61 Alekber Alekberov (Baku). Zurna and jangi …………………………………………………………………………… 67

    MATERIALS AND REPORTS

    Sevil Mehdiyeva (Baku). Bakhtiyar Vahabzadeh – an independent singer ……………………………………………………………………… 81 Ismayil Mammadly (Baku). Language of poetry of Bakhtiyar Vahabzadeh ................................................................... 90 Parvin Eyvazov (Baku). Bakir Chobanzadeh's works on the phonetic structure of the Azerbaijani language ..................................................................................................... 95

    REVIEWS

    Idris Abbasov, Solmaz Suleymanova (Baku). Sayali Sadigova. The forms of standartization in the Azerbaijanian terminology ............................................................... 103

    CHRONICLE

    Tarana Shukurlu (Baku). The scientific session dedicated to the 90th jubilee of the Azerbaijanian people’s poet Bakhtiyar Vahabzadeh..................................................... 111

    PERSONALIA

    Nushanbay Khusanov (Uzbekistan). Umarov Ergash Agzamovich …………………………........................................ 114

    NEKROLOG

    Ismayil Mammadly (Baku). Akhundof Aghamusah Aghasih oghlu …………………………………........................... 117

    __________

  • T Ü R K O L O G İ Y A

    № 4 2015

    D İ L İ N S T R U K T U R U V Ə T A R İ X İ

    NAPİL BAZİLHAN

    KAZAKİSTAN'DA YENİDEN BULUNAN GÖK TÜRK YAZITLARI HAKKINDA Ö z e t. Şimdiki Kazakistan topraklarında 1985–2013 yılları Gök Türkler'in dönemine ait –

    13 Türk bitik yazısı tespit edilmiştir ve bu makalede Tanbalı, Koytü bek, Ak terek, Kulja bası, Kemer, Kotır, Bayan-Zürek, Kara töbe anıtlarının metin araştırmaları ve çevirmeleri söz konusudur.

    1. «Koytü bek» yazıtı: Atï külüg yurtïm – ‘Adı ismi meşhur olan yurdum’; 2. «Tanbalı» yazıtı: Eratï Aq Inčü – ‘Bahadur adı Ak Inčü’; 3. «Ak terek» yazıtı: Eratï ... – ‘Bahadur adı...’; 4. «Kulja bası-1» yazıtı (ilk okunması): Eratï Aq kišiïšït taš γaqaraγ üčün eder – ‘Bahadur

    adı Ak kiši sıcaktaš’abakmak ičin yapildi’; 5. «Kemer» yazıtı. Metnin okulmasi zor, araştırmalar lazim; 6. «Kotır-2» yazıtı: Aqčaγa, bu – ‘Bu Ak Caga’; 7. «Kulja bası-2» yazıtı: Igidmiš: jer: el: jiče :kű: jegen: ermiš: nenčig? – ‘Güzellenmiş

    Yer ve El, üstün meşhür Yigenidi, ne yazik-ki!’; 8. «Bayan-Zürek» yazıtı: Eratïm Oq ... – ‘Bahadur adı...Ok...’; 9. «Kara töbe» yazıtı (ilk okunması): ...m...uluq: ergin..y… – ‘...büyükerkin…’. Anahtar kelimeler: Türkoloji, Gök Türkler, Gök Tűrk (runik) yazıtları, Kazakistan,

    yazıtları Bu makalede 2009–2012 yy. Kazakis-

    tan'da yeniden bulunan Gök Tűrk yazılı me-tinler: Tanbalı, Koytü bek, Ak terek, Kulja ba-sı, Kemer, Kotır anıtlarının metin araştırmaları ve çevirmeleri söz konusudur.

    Eski Gök Türük [1] (Türk) bitik [2. S.31–35] yazıtlar Avrasya’da çok sayıda bulunmak-tadır [3; 4. S.244–245; 5. S.30–43]. Söz konusu olan Gök Türkler'in yazı kültürünün mirasları VI.–IX. yy.'da geniş alanda uzun zamanlar ve sürelerce kullanılmıştır.

    Orta Asya'da, onun içinde şimdiki Kaza-kistan topraklarında 1985–2008 yılları Gök Türkler'in dönemine ait – 3 aynadaki 3 metin, küçücük taş aletteki 1 metin, kayadaki 1 metin toplam olarak Türk bitik yazılı 5 anıt tespit edilmiştir [6. S.117–122].

    Şimdi 2009–2012 yılları yapılan arkeolo-jik heyetlerin çalışmaları esasında yeniden 7 anıt bulunmuştur. Biz anıtlardaki Gök Türk bitik yazılarının metinleri hakkında kendi araştır-malarımızı sunmaktayız.

  • NAPİL BAZİLHAN

    6

    1. «Tanbalı taş» Gök Türk bitik metni. Almatı şehrinin 170 km küzey-batısında bulunan «Tanbalı taş» kayalarında bir geyik damgalı ola-rak yazılan metni 1991 y. arkeolog А.Е.Rogojin-skiy bulmuştur ve Türkolog İ.L.Kizlasov ile bir makalesini 2004 y. yayınlamıştır [7. S.41–46]. Metin 1 satır, yağni 6 damga-harften [8]dir ve onu r tï(i) ö(ü)nn > Er atï Önün ‘Bahadur er ismi

    Önün’ diye okumuşlar, orada her hangi bir ünvan yazılmadığı için bir insannin yazıp kaldırmış olduğu metin diye IX.–X. yy. ait olarak görmüş-ler. Biz 2011 yılında «Tanbalı taş» kayalarındaki o metni bularak yerinde (in situ) tekrar inceleme yaptık [9] ve Gök Türk bitik yazılı metni r tï q nč ü – Er atï Aq Inčü – ‘Bahadur er adı Ak Inçü’ anlamında olması gerekir görüşündeyiz (resim 1).

    Resim 1.«Tanbalı tas» Gök Türk bitik metni

    (А.Е.Rogojinskiy’in çizgisi, 2008 y.)

    Napil Bazilhan’in çizgisi, 2011 y.

    2. «Koytü bek» Gök Türk bitik metni.

    Doğu Kazakistan Kürşim vilayeti Bulgar tabıtı ilçesinen 15 кm güney-batıdaki «Koytü bek» kayasında bulunmaktadır (resim 2). Bu yazıt önce «Markaköl», «Ertis» anıtları diye adlan-dırmıştır. Mavo kayadaki metin 1 satır, 3 dam-galıdır. Metin satır uzunluğu 50 sm, damga-

    harflerinin yüksekliği 5–9 sm'dir. Anıt 1985 y. А.Е.Rogojinskiy tarafindan bulunmuştur [10. S.329]. Yazı metni hakkında А.S.Amanjolov araştırma yaptı ve: aj elig jurti – ay elinin du-rağı, mekani (Rusça: ‘Становище Лунного правителя – ай-элиг’) olarak okumuştur [11. S.203].

    A.Amanjolov’un çizgisi, 1985 y.

  • KAZAKİSTAN'DA YENİDEN BULUNAN GÖK TÜRK YAZITLARI HAKKINDA

    7

    Resim 2. «Koytü bek» Gök Türk bitik metni

    (А.Е.Rogojinskiy’in foto resmi, estampaji ve çizgisi, 2008 y.) Biz de araştırmamızda А.Е.Rogojinskiy’in

    foto resmi, estampaji ve çizgisine dayandık. Orada q = t damga-harflerin farklı olduğunu görmekteyiz. Bu kayadaki Gök Türk metni 12 damga-harfli olarak oyulup yazılmıştır. Biz metni böyle şekilde okumaktayız: t ï k i g a y u r t ï m – Atï külüg yurtïm ‘Adi (ismi) meşhür yurdum, oca-ğım’ (‘знаменитая земля моя’ ) anlamındadır.

    3. «Ak terek» Gök Türk bitik metni. Al-

    matı eyaleti, Jambıl ili, Ak terek köyünden 4 km'e doğudaki ile Alatau’nın küzeiyindeki «Ak terek»

    kayasında bulunmaktadır. Siyah mavi kayataş üzerinde 1 satır metin oyulup yazılmıştır. Metin satır uzunluğu 26 sm, damga-harfleri yüksekliği 5–10 sm'dir. Bu anıt 2009 y. А.Е.Rogojinskiy tarafından bulunmuştur [10]. O metni İ.L.Kiz-lasov r tïm n > Er atïm En – Benim adim er-günahar (Rusça: ‘Моё имя мужа-эра грешное’) (Yucem beni dinla! – Rusça: ‘Боже, услышь меня!’) diye okumuştur [12. S.345–346]. Biz bu metindeki son damga-harfleri okunulmadığı için Eratım (bahadur benim adım)... (Rusça: ‘Имя батыра...’) diye okuduk.

    «Ak terek» Gök Türk bitik metni

    (А.Е.Rogojinskiy’in foto resmi ve çizgisi, 2008 y.) 4. «Kulja bası-1» Gök Türk bitik metni.

    Jambıl eyaleti, Korday ili Otar beketinen 30 km küzey-batıdaki Kuljabası dağı Jaksılık kayasında bulunmaktadır. Kayada 1 satır metin ve 2 damga

    oyulup yazılmıştır. Metin yazı uzunluğu 26 sm, damga-harf yüksekliği 5–10 sm'dir. Bu anıt 2009 y. А.Е.Rogojinskiy tarafından bulunmuştur [10] ve metin incelemeleri yapılmamıştır. Biz bu metni:

  • NAPİL BAZİLHAN

    8

    a . Er atï Aq kiši ‘Erbahadür adı ismi Ak kişi’; b. ïšït tašγa qaraγ üčün ‘ılık taş’a hatıra

    görüntü için’;

    c. ed er –‘edildi/yazıldı’ (Rusça: ‘Имя ба-тыра Аккиши на тёплом камне сделано для присмотра сторожа’) anlamında okumaktayız.

    «Kulja bası-1» Gök Türk bitik metni (А.Е.Rogojinskiy’in foto resmi ve çizgisi, 2009 y.)

    5. «Kemer» Gök Türk bitik metni. Jam-

    bıl eyaleti Talas ili Karatau köyünden 20 km'e kü-zey-doğudaki Kızıl dağı «Kemer» kayasında bulunmaktadır. Mavi granit kaya taşında 1 satır

    metin yazılmıştır. Satır uzunluğu 114 sm, damga-harflerinin yüksekliği 2–5 sm'dir. Bu anıt 2009 y. А.Е.Rogojinskiy tarafından bulunmuştur [10. S.332–333]. Metin incelemeleri yapılmamıştır [13].

    «Kemer» Gok Türk bitik metni

    (А.Е.Rogojinskiy’in foto resmi ve çizgisi, 2009 y.)

  • KAZAKİSTAN'DA YENİDEN BULUNAN GÖK TÜRK YAZITLARI HAKKINDA

    9

    6. «Kotır-2» Gök Türk bitik metni. Jam-

    bıl eyaleti, Talas ili Karatau köyündeki «Kotır-2» kayasında bulunmaktadır. Bu anıt 2012 y. А.Е.Rogojinskiy tarafından bulunmuştur. Metin incelemeleri yapılmamıştır.

    İki aynı metin ve onların her birisi 5 dam-ga-harflidir.Yazı şekli Talas ve Yenisey Gök Türk yazıtlarına benzemektedir. Metin transkip-syonu ise: - q č γ a b u - Aq čaγa bu. ‘Ak Çaga-bu/dur’ (Rusça: ‘Это Акчага’ – имя собств.?).

    «Kotır-2» Gök Türk bitik metni (А.Е.Rogojinskiy’in foto resmi, estampaji ve çizgisi, 2012 y.)

    7. «Kulja bası-2» Gök Türk bitik metni.

    Jambıl eyaleti, Korday ili Otar beketinden 30 km kuzey-batıdaki Kulja bası dağı kayalarının biri-sinda bulunmaktadır. O kayada 1 satır metin ya-zılmıştır. Metin yazısının uzunluğu 78 sm, dam-ga-harf yüksekliği 10–11 sm'dir. Bu anıt 2012 y. Kazakistan Bilimler Akademisi’nin А.H.Mar-

    gulan adına Arkeoloji Enstitüsü heyeti tarafından yapılan ilmi çalışmalar neticesinde bulunmuştur [14]. Biz metni Igidmiš: jer: el: jiče : kű: jegen: ermiš: nenčig? ‘iyi olan Yer, ünlü meshür Jegen ermişti. Ne yazik ki!’ (Rusça: ‘Превосходная земля эль-народу, очень славный Йеген (пле-мянник) был, жаль!’) olarak okumaktayız.

  • NAPİL BAZİLHAN

    10

    «Kulja bası-2» Gök Türk bitik metni (B.Jelezniyakov’un foto resmi ve N.Bazilhan’ın çizgisi, 2013 y.)

    E D E B İ Y A T V E N O T L A R

    1 Türük – VII.–IX. yüzyıllardaki taş anıt-

    lardaki yazı dilinde, Orta Çağ Türk yazı dilin-de, Türük olarak yazılmış ve okunmuştur. Ru-siya ve Sovyet dönemi Türkolojisi'nde turok – ‘турок’, turk – ‘турк’, tyurk – ‘тюрк’, ‘тюр-кология’, Batı Türkolojisi'nde ‘Turkish, Tur-kic, Turkology’ olarak yazılmaktadır.

    2 Базyлhан Н. Древнетjuркскij битик, фоно-морфемнаja структура писменности и проблемy интерпретаcии текстов // Писменное наследие тjuрков // Тез. докл. Меžдунар.

    sимпоз., посвjašč. 110-летиju деšифровки ор-хоно-енисеjскоj писменности и 100-летиju вy-hода в свет труда Н.Ф.Катанова «Опyт ис-следованиja урjaнhаjскоgо jaзyка» (Кyзyл. 14–17 окт. 2003 g.). Кyзyл, 2003.

    3 Кyзласов I.Л. Руниčеские писменности евразиjскиh степеj. М., 1994.

    4 Базылхан Н. Көне түрік бітіктастары мен ескерткіштері (Орхон, Енисей, Талас) // Қазақстан тарихы туралы түркі деректеме-лері. Алматы: Дайк-Пресс, 2005. Т. 2.

    5 Василев Д.Д. Евразиjскиj ареалнyj аспект руноподобноj писменноj културy древниh

  • KAZAKİSTAN'DA YENİDEN BULUNAN GÖK TÜRK YAZITLARI HAKKINDA

    11

    тjuрков // Теориja и методy исследованиja вос-тоčноj ёпиgрафики. М.: Вост. лит., 2006.

    6 Базyлhан Н. Древнетjuркские писмен-нyе памjaтники Казаhстана // Түркология. Түркістан, 2008. № 5–6 (37–38).

    7 Роgоžинскиj А.Е., Кyзласов I.Л. Древ-нетjuркскаja руниčескаja надпис из уроčиščа Тамgалy (Семиреčе) // Крат. sообšč. Iн-та арhеол. РАН. М., 2004. Вyп. 216.

    8 Damga-harf – Eski Gök Türk bitik ya-zısının damgadan üretilmiş olduğu için onun harflerini biz böyle adlandırmaktayız.

    9 Biz 2011 y. «Tanbalı taş» kayalarında Аlek-sey Rogojinskiy ve restavrasyon uzmanı Kırım Al-tinbekov ile birlikte çalışmıştık ve kendilerine «Gök Tanrı yarılkasun» diye çok teşekkürlerimizi ileti-yoruz. Yazı bulunan yeri’nin GPS koordinasiyonu: N – 43.48.145, E – 075.32.015, H – 897 + 4 m.

    10 Роgоžинскиj А.Е. Новyе наhодки памjaтников древнетjuркскоj ёпиgрафики и монументалноgо искусства на jugе и востоке Казаhстана // Рол номадов в фор-

    мировании културноgо наследиja Казаhстана / Науč. čтениja Н.Э.Масанова: Сб. мат-лов Меžдунар. nауč. конф. Алматy, 2010.

    11 Аманžолов А.С. Две наскалнyе руни-čеские надписи в долине Iртyšа // Iсториja и тео-риja древнетjuркскоgо писма. Алматy, 2003.

    12 Кyзласов I.Л. Проčтение руниčескоj надписи уроčиščа Актерек // Рол номадов в формировании културноgо наслeдиja Казаhста-на / Науč. čтениja Н.Э.Масанова: Сб. мат-лов Меžдунар. nауč. конф. Алматy, 2010.

    13 Biz, bu metnin Talasta bulunan Açık taş metni, Hazar dönemi yazıtları, metinleri ile tarihsel-yazısal (yazı grafığı) çok ilişkileri oldu-ğu için özel bir ilmi makale hazırlamaktayız.

    14 Базyлhан Н., Žелезнjaков Б.А., Hерма-ни Л., Žамбулатов К. Наhодка памjaтника древнетjuркскоj писменности в gораh Кул-žабасy: (предварителное проčтение) // V халықа-ралық түркология конгресі «Mәдени ықпал-дастық және өркениеттер бірлігі» баянда-малар жинағы. Түркістан, 2013.

    NAPIL BAZYLKHAN

    OLD TURKIC INSCRIPTIONS IN KAZAKHSTAN

    S u m m a r y This article highlights new findings of old Turkic inscriptions found in Kazakhstan between

    1985–2013 in such places as Urdzar, Ertish, Taraz, Ilek, Tanbaly, Koytubek, Akterek, Kuljabası, Kotır, Bayan-jurek, Kharatube. It explores the issue of 9 old Turkic scripts’ translation and interpretation.

    1. «Koytubeksky»inscription: Atïkülügyurtïm – ‘famous land mine’; 2. «Tanbalytas» inscription: EratïAqInčü – ‘heroic name AkInchu’; 3. «Aktereksky» inscription: Eratïm ... – ‘Name (my heroic name’s); 4. «Kulzhabasy -1» inscription (a preliminary reading of the text): Eratï Aqkišiïšït

    tašγaqaraγüčüneder – ‘heroic name Ak-kishi on warm stone made to look more caretaker’; 5. «Kemer» inscription. The text of the inscription has not yet been read; 6. «Kotyrev -2» inscription: Aqčaγa bu. This – ‘AkChaga (Property name?)’;

  • NAPİL BAZİLHAN

    12

    7. «Kulzhabasy -2» inscription: Igidmiš: jer: el: jiče: kű: jegen: ermiš: nenčig? – ‘Excellent Earth, El people, very nice Yegen (nephew) was, sorry!’;

    8. «Bayanzhurek» inscription: Eratïm Oq ... – ‘my heroic name’s Okh....’; 9. «Karatobe» inscription (ancient Turkic inscription on a ceramic vessel found in the city

    of Karatobe/Sauran) (pre-reading): ... m ... uluq: ergin .. y .. – ‘... great Erkin ...’ Ancient written monuments of Kazakhstan found in the river valleys of Talas, Syrdarya, Ili,

    Irtysh, Volga, Ural and other evidence of the use of ancient Turkic writing here (bitika) During the Western Turkic Khanate Turgesh, on-Oka, Oguz and Kipchak-kimekskih States.

    Key words: Turkology, ancient Turks, Old-Turkic inscriptions, Kazakhstan, findings

    НАПИЛ БАЗЫЛХАН

    ДРЕВНЕТЮРКСКИЕ ПИСЬМЕННЫЕ ПАМЯТНИКИ КАЗАХСТАНА

    Р е з ю м е В статье рассматриваются древнетюркские письменные памятники, найденные на тер-

    ритории Казахстана (местности Урджар, Ертиш, Илек, Танбалы, Койтубек, Актерек, Кул-жабасы и Котыр) в 1985–2013 гг. Автором представлено собственное прочтение девяти из них:

    1 – Койтубекского: Atϊ külüg yurtϊm ‘Знаменитая земля моя’; 2 – Танбалы тас: Er atϊ Aq İnčü ‘Ер аты (имя героя) Акинчу’; 3 – Актерекского: Er atım… ‘Имя батыра (моё)…’; 4 – Кулжабасы-1 (предварительное прочтение текста): Er atϊ Aq kiši ϊšϊt tašγa qaraγ

    üčün ed er ‘Имя батыра Аккиши на тёплом камне сделано для присмотра сторожа’; 5 – Кемерского. Текст надписи пока не прочитан; 6 – Котыр-2: Aq čaγa bu ‘Это Акчага’ (имя собств.?); 7 – Кулжабасы-2: İgidmiš: yer: el: jiče: kü: jegen: ermiš: nenčig? ‘Превосходная земля

    эль-народу, очень славный йеген (племянник) был, жаль!’; 8 – Баянжурекского: Er atϊm Oq... ‘Героическое имя моё Ок’; 9 – Каратобе (древнетюркская надпись на керамическом сосуде, найденном на

    городище Каратобе/Сауран (предварительное прочтение): m uluq: ergin...y... ‘…великий еркин…’.

    Находки древнетюркских письменных памятников в долинах рр. Талас, Сырдарья, Или, Иртыш, Волга, Урал и некоторых других свидетельствуют об использовании здесь древнетюркской письменности (битика) во времена Тюркского каганата, тюргешского, он-окского, огузского и кыпчакско-кимекского государств.

    Ключевые слова: тюркология, древние тюрки, древнетюркская письменность,

    Казахстан, находки

  • KAZAKİSTAN'DA YENİDEN BULUNAN GÖK TÜRK YAZITLARI HAKKINDA

    13

    Ünvan: Kazakistan. Almatı, R.B.Suleymenov adındakı Şarkiyat Enstitüsü – ilmi araştırmacısı, Doç. Dr.

    e-mail: [email protected]

    Çapa təqdim edən Əbülfәz Quliyev – «Türkologiya» jurnalının redaksiya heyәtinin üzvü, Çingiz Qaraşarlı –«Türkologiya» jurnalının sahә redaktoru

    Məqalənin redaksiyaya daxil olma tarixi

    7.III.2014

    Təkrar işlənməyə göndərilmə tarixi

    20.VII.2015

    Çapa göndərilmə tarixi 9.XI.2015

    ________

  • T Ü R K O L O G İ Y A

    № 4 2015

    NƏRGİZ HACIYEVA

    NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ X ü l a s ə. Nağıl dili daha çox dialoq nitqi əsasında qurulur. Burada sual cümlələri müxtəlif

    intonasiya əsasında formalaşır ki, bu da modal münasibətlərlə müşaiyət olunur və fərqli cümlə tipləri meydana çıxır. Nağıl dilindəki sual cümlələri informatik, qrammatik və intonasiya əlaqəsi zəminində zəngin strukturlarda təzahür edir. Nağıl dilindəki dialoq cümlələri müxtəlif tiplər əsasında təhlil olunur: 1. Ümuminformativ sıfır mətn; 2. Ümuminformativ tip prepozitiv mətn; 3. Xüsusi informativ subyekt tipi; 4. Xüsusi informativ predikat tipi; 5. Xüsusi informativ obyekt tipi; 6. Xüsusi informativ yer tipi; 7. Xüsusi informativ zaman tipi; 8. Xüsusi informativ tərzi-hərəkət tipi; 9. Ümumverifikativ tip sıfır mətn; 10. Ümumverifikativ prepozitiv mətn və s. Bu tip sual cümlələrinin hər biri həm məqsəd, həm intonasiyasına görə fərqlənir.

    Açar sözlər: aktual üzvlənmə, fonetik üslubiyyat, sual cümlələri, dialoq nitqi, xüsusi

    informativ, xüsusi verifikativ Azərbaycan nağılları müxtəlif dil səviy-

    yələrində tədqiq olunsa da, onların dialoq nit-qindəki sual cümlələri fonetik-üslubi mövqe-dən aktual üzvlənmə baxımından tədqiqdən kənarda qalmışdır.

    Ümumi nəzəri dilçilik planında dialoq uni-versal dil hadisəsi kimi qiymətləndirilir. Dialoqu birtərəfli, yəni yalnız struktur-semantik cəhətdən tədqiq etmək kifayət deyil. Dialoqda intonasiya məsələlərini, intonasiyanın fonoüslubi mənsublu-ğunu öyrənən Q.İ.Bubnova yazır: «Dilə kommu-nikativ yanaşmada onun kompleks təsviri xüsusi əhəmiyyət daşıyır, bu onunla xarakterizə olunur ki, dilin kommunikativ funksiyasını təmin edən bütün vasitələrə – morfolojidən prosodikə qədər bərabərhüquqlu vasitələr kimi baxılır» [1].

    Ümumxalq danışıq dilinin əsas formala-rından olan dialoq nitqi funksional-üslubi müx-

    təlifliklərdən biri kimi dilin kommunikativ funksiyasında özünü xüsusilə parlaq şəkildə göstərir. Dialoqun sintaktik vahidlərinin çoxu özlüyündə xüsusi struktura malikdir ki, yalnız danışıq dili üçün müəyyən situasiyalarda tipik-dir. Bu strukturun formalaşmasında aktual üzvlənmə xüsusi əhəmiyyət daşıyır.

    Rus dili materialları üzrə dialoqda aktual üzvlənməni tədqiq edən N.İ.Teplitskaya bunun ümumdil faktı olduğunu əsaslandırır [2]. Aktu-al üzvlənmənin universal dil hadisələrinə (cümləyə, mətnə) aidliyi eyni dərəcədə bütün dillərə xasdır və bu cəhət mətnin strukturunu öyrənməyə imkan verir. Aktual üzvlənmə üçün hər bir ifadəyə xasdır və bütün zamanlarda, bütün dillərdə mövcuddur. Odur ki, bir neçə dilin struktur-funksional paradiqmasında, xüsu-silə müxtəlifsistemli dillərdə müqayisəli tədqiqi

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    15

    maraqlı olar. Bu, bir tərəfdən ümumi qanuna-uyğunluqları, digər tərəfdən, bu və ya digər di-lin nitq deyilişində sintaktik mexanizmini üzə çıxardar [3. S.168]. Azərbaycan dilində aktual üzvlənmənin söz sırası, prosodiya və qramma-tik vasitələrlə aktuallaşması göstərilir [4]. Mət-nin kompozisiya bütövlüyündə, şifahi nağıl mətnində, dialoqda intonasiyanın rolu qeyd olunaraq göstərilir ki, mətnin kompozisiya qu-ruluşuna həm fonetika, həm də sintaksis eyni dərəcədə tabedirlər [5].

    İntonasiya və söz sırası aktual üzvlənmə-nin formal ifadə vasitəsi olub, qarşılıqlı su-rətdə biri digərini şərtləndirir. Aktual üzvlən-mə prosesində cümlə iki mərkəzə – tema (mə-lum) və rema (naməlum) mərkəzlərinə bölü-nür. Məlum hissə, tema cümlənin əvvəlində iş-lənir. Rema isə dinləyici üçün yenidir və onun qavranılması dinləyici tərəfindən müəyyən diqqət tələb edir, buna görə də o, sıra etibarilə cümlənin sonunda işlənir. Aktual üzvlənmə isə məntiqi vurğu ilə sıx bağlıdır. Məntiqi vurğu hansı cümlə üzvünə aid olursa, onu rema sə-viyyəsinə qaldırır, rema-naməlum hissə xüsusi vurğu ilə tələffüz edilir. Sintaqmatik planda, yəni müəyyən kontekst daxilində məzmundan asılı olaraq məntiqi vurğunun yeri dəyişir. De-məli, əlaqəli cümlələrdəki məntiqi vurğulu sözlər biri digəri ilə müəyyən innovativ əla-qəyə girir; bu da kontekstin ümümi ritminin formalaşmasında əsas rol oynayır. Məntiqi vurğu digər intonasiya vasitələri olan ton, tembr, intensivlik, pauza kimi vasitələrlə sıx əlaqəyə girir və cümlə daxilində bunlar bir-birini tamamlayır. Aktual üzvlənmədə bu vasi-tələr bir-biri ilə daha qabarıq münasibətdə ifa-də olunur. Aktual üzvlənmə cümlənin danışıq prosesi ilə bağlıdır və bu prosesin intonativ xüsusiyyətləri daha zəngindir.

    İngilis və Azərbaycan dillərinin müqa-yisəsindən Əfqan Abdullayev bu nəticəyə gəlir ki, hər iki dilin mətnləri söz sırasının dəyiş-dirilməsi yolu ilə (inversiya), intonasiya ilə, formal-qrammatik vasitələrdən istifadə etmək-

    lə (morfoloji və sintaktik vasitələr), həmçinin prosodik elementlərdən (pauza, temp, ritm, vur-ğu və s.) istifadə etməklə formalaşır. Bu forma-laşma vasitələri bilavasitə aktual üzvlənmə ilə bağlı olub mətndüzəltmədə relevant rolunu oy-nayır. Həmin vasitələrlə düzələn mətnlərdə se-mantik bağlılıq gözlənilir, cümlələrin zəncirvarı əlaqəsi qırılmır, onları hissələrə ayırmaq müm-kün olmur, sonuncu cümlə məna cəhətdən əv-vəlki cümlələrlə əlaqələnir [5. S.139].

    Prosodik aktuallaşmada mətndəki cüm-lələr zəif pozisiyada çıxış edir. Azərbaycan di-lində yeni məlumatın intonasiya bölgüsü onu bildirən sözün, məntiqi vurğusu olması ilə mü-əyyənləşdirilir. Buna görə də məntiqi vurğu Azərbaycan dilində remanın əsas göstərici-lərindən biridir. Mübtəda rema olduqda, cüm-lədə tutduğu mövqeyindən asılı olmayaraq, ak-sent nüvəsi remanın üzərinə düşür. Bu zaman mübtəda-remanın intonasiya xüsusiyyəti fraza vurğusu və alçalan terminal tonla səciyyələnir, yəni intonasiyanın rema üzərində yüksəlməsi sintaqmanın rematik quruluşu daxilində for-malaşır, rema vurğusu ilə seçilən vahid digər vahidləri öz ətrafında birləşdirir. Tələffüz və ya oxunuş zamanı remanın ayırd olunmasında fasilənin də xüsusi rolu vardır. Fasilə remadan əvvəl nisbətən qüvvətli, sonra isə zəif olur. O, cümlənin kommunikativ aspektini mahiyyət etibarı ilə dəyişdiyindən digər prosodik vasitə-lərlə sıx surətdə bağlanır. Prosodik aktuallaş-manın, pauzanın mətndüzəltmədə müəyyən ro-la malik olub-olmaması dilçilik ədəbiyyatında mübahisəlidir. Lakin əksər dilçilər prosodik aktuallaşmanın mətnin nizama salınmasındakı roluna birinci dərəcəli əhəmiyyət verirlər.

    Qeyd edək ki, cümlənin temasında da re-mada olduğu kimi modallıq var, lakin bu, sual for-masında olsa da, təsdiq modallığıdır. Belə ki, sual verən verdiyi sualın cavabını bilir və onun verdiyi sualın cavabı remada təkrar olunur. V.V.Qureviç bunu presuppozisiya adlandırır [6. S.69]. Dialoq nitqində sualdakı cümlələrin cavabda təkrar oluna-raq işlənməsi dilin öz kommunikativ təbiətindən

  • NƏRGİZ HACIYEVA

    16

    irəli gəlir. Bu barədə Q.V.Vekşin yazır: «Təkrarı nitqyaratmanın mərkəzi vasitəsi hesab etmək olar... təkrarlığın digər halları isə dil materiyası-nın mövcudluğunun əsas formalarının manifes-tasiyasıdır. Bu aspektdən baxanda təkrarlıq dilin kommunikativ-dialoji təbiəti ilə əlaqədardır» [7. S.13].

    Rus sehrli nağılları əsasında sual-cavab dialoq vahidlərini kommunikativ-sintaktik as-pektdə ilk dəfə tədqiq edərək X.Q.Kosoqorova sual-cavab dialoq vahidlərini aktual üzvlənmə baxımından öyrənir və əsas kommunikativ sin-taktik dialoji vahidlərin tiplərini təsnif edir [8].

    Dialoq nağıl mətninin mühüm və ayrılmaz bir hissəsidir. O, quruluş cəhətdən nağılın ümumi strukturuna daxildir və müəyyən tələblərə cavab verir: məqsədin vahidliyi (funksional-praqmatik bağlılıq), nitq predmetinin vahidliyi (semantik, məntiqi bağlılıq), kompozisiyon bitkinlik. Dialoji vahidin əsas tipi ikiüzvlü dialoji vahiddir ki, əvvəl replika stimul, sonrakı reaksiya olur. Belə müna-sibət növləri məhz sual-cavab dialoji vahidlərində özünü göstərir. Sual-cavab dialoji vahidlərinin əsasında birinci sual replikası durur, bir qayda olaraq, o, tam tərkibli cümləni ifadə edir və cavab replikası üçün müəyyən stimul verir. Dialoq kom-munikativ cərgənin mürəkkəb hadisəsidir və kommunikantların qarşılıqlı əlaqəsini yalnız tema-rematik münasibətlərin üzə çıxarılmasında müəyyən etmək olar ki, bunlar dialoji vahidlərin daxili replikaları arasında olur. Sual-cavab dialo-qunun əsasında dayanan intellektual proseslər in-san təfəkkürü sferasında olduqca geniş yer tutur. Ə.Abdullayev sual-cavab dialoqunun məzmunu-nu üç səviyyədə nəzərdən keçirir: 1. Ən yüksək səviyyədə sual-cavab dialoqları insanlar arasında sosial qarşılıqlı təsirin bir növünü təmsil edir; 2. Bundan sonrakı səviyyədə sual-cavab dialoqu-nun yaradılması mətnin təbii dildə işlənməsini nə-zərdə tutur. Burada, biz, hər şeydən əvvəl, təbii dildə, yazılı və şifahi şəkildə frazaları başa düş-mək və yaratmaq qabiliyyətini başa düşürük; 3. Nəhayət, üçüncü, ən aşağı səviyyədə biz yad-daşın təşkili və onda saxlanılan informasiyanın

    axtarılması nöqteyi-nəzərindən sual və cavablara yanaşa bilərik. Sual və cavablar hər üç səviyyədə nəzərdən keçirilsə, onların semantik xüsusiyyət-ləri haqqında çox şey demək olar [5. S.185].

    Azərbaycan dilində kontekstual müstəqil və kontekstual asılı cümlələri bir-birindən fərq-ləndirmək üçün dilçilikdə dörd sual tipinə mü-raciət olunur. Bunlar 1. Tam diktal; 2. Qismən diktal; 3. Tam modal; 4. Qismən modal suallar-dan ibarətdir. Diktal suallar cümlənin məz-mununa aid məlumat almaq məqsədi güdür, modal suallar isə cümlə məzmununun həqiqətə uyğun olub-olmaması müəyyənləşdirməyə xid-mət edir [4. S.15]. Bu sualların formalaşmasın-da intonasiya əhəmiyyətli rol oynayır.

    Q.İ.Bubnova fransız dilinin materialları əsasında dialoqun kommunikativ funksiyasını araşdıraraq yazır: «Dialoqun intonasiyasına funksional kommunikativ yanaşma və ifadənin kompleks təhlili bir sıra konkret nəticələrə gə-tirib çıxardır: fransız danışıq dilinin intonasiya parametrləri dəqiqləşdirilir, intonasiyanın dife-rensiasiya və inteqrasiya funksiyalarının qar-şılıqlı mürəkkəb mexanizmi açılır, sual və cavab ifadələrinin kommunikativ növləri üzə çıxır, kommunikativ mənalı akustik diferentlər müəy-yən olunur, ifadənin informativ statusu və fono-üslubi mənsubluğu qeyd olunur, dialoqun struk-turunun intonasiya parametrləri müəyyən olunur və dialoji vahidlərin intonasiya inteqrasiyasının spesifikliyi müəyyən olunur» [1. S.24].

    X.Q.Kosoqorova sual-cavab dialoq va-hidlərinin kommunikativ sintaktik tiplərini ay-ırmasının əsasında bu əlamətləri əsas götürür: 1. Təşəbbüsedici replikanın funksional-semantik tipi; 2. Dialoji vahidin ümumi kommunikativ mə-nası; 3. İfadə-replikaların konkret kommunikativ mənası (aktual üzvlənmə); 4. Sintaktik kompo-nentlərin kommunikativ funksiyaları; 5. İfadə replikalarının tema tərkibi və rema tərkibi; 6. İfa-də replikalarının tema-rematik strukturunun for-mal göstəriciləri [8]. Müəllif P.Adamets kimi [9], dialoq vahidlərində aktual informasiyanın xa-rakterini, daha doğrusu, aktual və əşyavi in-

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    17

    formasiyanın münasibət xüsusiyyətlərini nəzə-rə alaraq sual-cavab dialoji vahidlərinin dörd əsas tipini müəyyənləşdirir: 1. Ümuminforma-tiv tiplər. Onlarda obyektiv gerçəkliyin bu və ya digər faktı onun hər hansı aspekti nəzərə çatdırılmadan bütöv kimi verilir; 2. Xüsusi in-formasiya tipləri. Onlarda aktual informasiya verilən informasiyanın xüsusi aspektini ifadə edir; 3. Ümumverifikativ tiplər. Onlarda aktual informasiya yeni məlumat ifadə etmir, həmsöh-bətin fikrinə reaksiya verir, bu fikrə verifikasiya və ya korreksiya edir; 4. Xüsusi verifikativ tip-lər. Onlarda danışan əşyavi informasiyanın hər hansı aspektini reallaşdırır.

    Y.R.Dobruşina verifikasiya anlayışını belə izah edir ki, verifikasiya-danışanın deyilən ifa-dəyə verdiyi müsbət və mənfi qiymətdir. Danışan ona məlum olmayan detallar barədə suallar verə-rək onun tərəfindən edilən hərəkətin uyğun olub-olmadığını aydınlaşdırmaq istəyir [10. S.1].

    Bununla əlaqədar O.S.Yeqorovanın işləyib hazırladığı [3] kommunikativ funksional tipologi-yanı əsas tutaraq X.Q.Kosoqorova ümuminforma-tiv və ümumverifikativ sual-cavab dialoq vahidlə-rini (sıfır mətn və prepozitiv mətnlə) və xüsusi in-formativ və xüsusi verifikativ dialoji vahidlərinin dörd əsas tipini ayırır (subyektli, predikatlı, ob-yektli, sirkonstant). Müəllif materialı təhlil edərək bu nəticəyə gəlir ki, bütün sual-cavab dialoq vahidlərinin ümumi və xüsusi informativ tipləri əvəzlikli sualla formalaşır, bütün ümumi və xüsusi verifikativ tip sual-cavab dialoq vahid-ləri isə qeyri-əvəzlikli sualla formalaşır [8].

    Rus və fransız dillərində cümlənin struktur-funksional tipologiyasını müəyyənləş-dirərək və bu dillər arasında fərqli və oxşar cə-hətləri qeyd edərək O.S.Yeqorova yazır: «Fak-tiki materialın analizi bu nəticəyə gəlməyə im-kan verir ki, həm rus, həm də fransız dillərində ümuminformativ və xüsusi informativ cümlə tipləri eyni olmaya bilər və hər birinin daxilin-də bir neçə tip reallaşa bilər ki, onlar tərkib kom-ponentlərinin kommunikativ-sintaktik funksiyala-rına görə, xətti quruluşuna görə, aktual üzvlən-

    mənin komponentlərinin ardıcıllığına görə, kon-kret kommunikativ məsələyə görə fərqlənirlər» [3. S.169]. Sual-cavab dialoqu zəngin olan Azər-baycan nağıllarında bu xüsusiyyəti görmək müm-kündür. Buradakı Azərbaycan nağılları üzrə sual-cavab dialoq vahidlərini həmin yanaşmalara görə təsnif edərək və onların özünə məxsus cəhətlərini göstərərək xüsusi, habelə ümumi informativ və verifikativ cümlələrdə intonasiyanın işlənməsini nəzərdən keçirək.

    Ümuminformativ tip sıfır mətnlər elə su-

    al-cavab dialoji vahidini ifadə edir ki, onda cavab replika yeni, aktual informasiyaya malikdir, bütün sintaktik komponentlər isə kompleks remaya bir-ləşirlər. Bir qayda olaraq ona dialoji vahidlərdə sadə replika-reaksiya şəklində rast gəlinir. Bu tip sual-cavab dialoq vahidləri həddən artıq geniş ümumi diktal suallara malikdir. Nağıl diskursun-da bu tipin replika-stimulu daha çox nə qəribə-dir?, nə gözəldir?, nə kədərlənirsən?, nə lazım-dır? və s. suallarla ifadə olunur ki, bunlar da ən-ənəvi olaraq nə olub?, nə baş verir? suallarına uyğundur. Belə suallara cavab verən cümlələri F.Əlizadə tam diktal suala cavab verən cümlələr adlandırır [7. S.15], məs.: Quş hazır olub dedi: – Nə olub, Nərbala? Nərbala cavab verdi ki: – Bu saat atı, bir də paltarımı mənə çatdır («Ağ atlı oğlan»); O saat Zümrüd hazır olub dedi: – Mənə görə nə qulluq? Məlikməmməd dedi: – Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir də qırmızı at gətirərsən («Məlikməmməd»).

    Misallardan göründüyü kimi, bu tip cümlə-lərin teması sual əvəzlikləri ilə ifadə olunaraq ümumi informasiya ifadə edir, rema rolu oynayan cavabda sadalama intonasiyası ilə ardıcıl üzv-lər və ya cümlələr gəlir. Burada məntiqi vurğu həmcins üzvlü sözlərin üzərinə düşür və cüm-lənin prosodik aktuallaşması onların hesabına, sadalama intonasiyasına görə baş verir.

    Ümuminformativ tip prepozitiv mətn ti-

    pində ümuminformativ tip sıfır mətndə olduğu kimi, tam diktal sual var: nə olub?, nə baş verir?

    2 «Türkologiya», № 4

  • NƏRGİZ HACIYEVA

    18

    və s. – Baş verən hadisə barədə tam məlumat al-maq istəyir. Belə ki, əvvəlki tip replika-reaksiya-dan fərqli, bu dialoji vahidin replika-reaksiyası kommunikativ cəhətdən üzvlənən ifadə bildirir (direma), əsas etibarilə iki cümlədən ibarət olur. Birinci replika-stimulda mövcud olan əvəzlikli sual təkrar olunur ki, bu, ikinci cümlə üçün pre-pozitiv mətn rolunu oynayır, özünə sual-cavab dialoq vahidinin bütün informasiyasını toplayır. Sual-cavab dialoji vahidinin bu tipi replika-sti-mulda tam diktal sualların ən müxtəlif variantla-rını saxlayır ki, Azərbaycan nağılları üçün tipik-dir: nə qəmlisən?, nə dərd çəkirsən?, məs.: Baş vəzir ədəblə baş əyəndən sonra xidmət məqamın-da əl əl üstündə dayanıb dedi: – Qibleyi-aləm, ni-yə qəm dəryasına qərq olmusan? Allaha çox şü-kür, dövlət, cah-cəlal səndə. Sən də fikir edirsən? Padşah... dedi: – Vəzir, nə olsun ki, cah-cəlal, şan-şövkət məndədi. Saqqalıma dən düşüb, bir övladım yoxdu ki, mən öləndən sonra yerimdə əy-ləşsin, taxti-tacimə sahib olsun («Şəms-Qəmər»).

    Misallardan göründüyü kimi, cümlələrin teması sual intonasiyası ilə verilir, cavab re-mada sual intonasiyasının təkrar olunduğu gö-rünür, daha sonra fikri aydınlaşdıran cümlə işlənir. Lakin cavabda təkrar xarakteri daşıyan sual cümləsi intonasiya cəhətdən əvvəlkindən fərqlənir, cavabdakı prepozitiv sual cümləsi əslində yeni informasiyaya malik deyil. Rito-rik sual səciyyəsi daşıyaraq, daha çox təs-diqedici xarakterə malikdir. İkinci nümunə fik-rimizi təsdiqləyir. Burada prepozitiv cümlədə təkrarlıq olsa da, sual xarakterinə malik deyil.

    Xüsusi informativ subyekt tipi. Bu tip

    sual-cavab dialoq vahidində təşəbbüsçü rep-lika nitq subyekti haqqında xüsusi kim? sualı ilə başlayır ki, soruşan üçün cavabın namə-lumluğunu ifadə edir. Dialoq vahidinin əsas kontekstinə yeni informasiyanın yeridilməsi həmişə replika-reaksiyada həyata keçir ki, bu-rada rema funksiyasını mübtəda oynayır. Məhz mübtəda həmin əşyavi informasiya aspektinin mühüm tərəfini ayırır ki, onun haqqında məlu-

    mat sualın əsas məqsədi olur, məs.: Padşah Əh-məddən soruşdu: – Oğul, bu cah-cəlalı kim düzəldib, bu imarəti kim tikdirib? Əhməd dedi: – Padşah sağ olsun, bu dəm-dəsgahın hamısını sənin qızın düzəldib, evi də o tikdirib, məni də ağ günə o çıxardıb («Ağıllı qızın nağılı»); Ondan soruşdu: – Ay bağban, o almanı mənim yanı-ma gətirəndə qabağına kim çıxdı? Bağban dedi: – Ay padşah, o almanı sənə gətirəndə vəzir çıxdı qabağıma, dedi: – Almanı birdən-birə pad-şaha vermək olmaz, birdən zəhərli olar, padşaha ziyan vurar. Padşah da sənin nəslini kəsər («Son peşmançılıq fayda verməz»).

    Bu misallarda replika-reaksiyanın repli-ka-stimuldan asılılığı birinci replikanın bir his-səsinin təkrarı hesabına olur. Birinci misalda sual əvəzliyi iki dəfə təkrar olunur və cavab replikada o sual əvəzliyi təkrarlanaraq sadala-ma intonasiyası ilə işlənir. İkinci misalda isə cavab replikada intonasiya məlumatverici xa-rakterə malikdir. Təkrarın bu növü, ümumin-formativ tipdə işlənən təkrarlardan fərqli heç bir ekspressiv funksiyaya malik deyil, lakin yeni informasiyanın daxil olunması üçün va-cib, konstruktiv əsasdır, o, müəyyən funksio-nal yükə malikdir, belə ki, adekvat informasi-yasının axtarışı üçün mühüm şərtləri verir.

    Xüsusi informativ subyekt tipində ikinci növ cümlələr də işlənir. Burada dialoq vahidi-nin reaksiya verən replikası da elə sintaktik model əsasında qurulur ki, təşəbbüsçü repli-kalar üçün xarakterikdir, cavab replikada isə in-formasiya elliptik, lakin soruşan üçün kifayət qədər kommunikativ olan ifadə ilə deyilir. Bu zaman cavab cümlədə xəbər subyekt səciyyəsi daşıyır. Sual cümlə məhz ona istiqamətlənən kimsən? sualı ilə ifadə olunur, məs.: Siman qızdan xəbər aldı ki: – Kimsən? Pəridux xa-nım dedi: – Xan-Xani Çinin qızı Pəridux xanı-mam; Kiçik qardaş yay-oxu çəkib dedi: – Get-mə, vurdum! De görüm, kimsən? Nardanxatun dedi: – Mən yeddi qardaş bacısı Nardanxatu-nam. Paxıl qonşu mənim qardaşlarımı itkin salıb. Onda mən uşaq idim. Böyüdüm, yeddi

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    19

    qardaşım olduğunu bilib axtarışa çıxdım («Yeddi qardaş, bir bacı»).

    Əgər birinci misalda cavab replikası yalnız bir ifadə ilə məlum olursa, ikinci misalda cavab replikadan sonra aydınlaşdırıcı, məlumatverici intonasiya ilə digər informasiyalar verilir.

    Bəzən replika cavabda şəxs adı əvəzinə şəxs əvəzlikləri işlənir ki, Azərbaycan nağılları üçün bu hal daha tipikdir, məs.: Əhməd Çimnaz-dan soruşdu: – Bu sarayı kim tikib? Çimnaz de-di: – Mən; Çimnaz qapıya çıxıb soruşdu: – Kim-sən? Həsən dedi: – Mənəm, Əhmədin yanından gəlirəm («Tənbəl Əhmədin nağılı»).

    Xüsusi informativ predikat tipi. Dialoq

    vahidinin bu tipində təşəbbüsçü replika sub-yekt tərəfindən edilən hərəkət barədə suala malikdir. Cavab zamanı bütün əsas informa-siya xəbərdə cəmlənir ki, o da bu və ya digər hərəkətin dinamikasını əks etdirir. Replika-re-aksiyanın cavab verdiyi hissəli diktal sual xə-bərə aid olur. Xəbər özündə lazım olan maksi-mal informasiyanı saxlayır, məs.: Qurd yenə onun sözünə inanıb dedi: – Bəs bu nədi ki, hörürsən? Tülkü dedi: – Səbət toxuyuram («Tülkünün kələyi»); Əhməd evə gələn kimi padşahın qızı dedi: – Əhməd, nə iş gördün, nə qazandın? Əhməd dedi: – Bir manat qazan-mışdım, onu da verib bu pişiyi aldım («Sehrli üzük»). Əgər birinci misalda cavab replikada bir predikativ rema varsa (Səbət toxuyuram), ikinci misalda rema iki rematik komponentə bölünür. Bunlardan ikincisi birincini izah edən tamamlayıcı komponent kimi çıxış edir ki, bu da nağıl dialoqu üçün tipikdir. Birinci misalda sual intonasiyasına cavab olaraq adi informasi-ya intonasiyası işlənirsə, ikinci misalda temada sual intonasiyasının təkrarına remada izahedici intonasiya uyğun gəlir. Tədqiqat zamanı həm də mürəkkəb predikat sual-cavab vahidləri üzə çıxır ki, onlarda replika-stimul iki suala malik olur, replika-reaksiya isə ona uyğun iki cavaba malikdir, məs.: Oğlanlar dedilər: – Kişi, səni buradan buraxdı yoxdur, ya səni öldürəcəyik,

    ya da de görək nə iş görə bilərsən? Vəkil de-yir: – Yun əyirib ip düzəltməkdən başqa əlim-dən heç nə gəlmir; Vəzir ağzın açıb danışmamış oğlanlar dedilər: – Kişi, bilirik niyə gəlibsən. De görək, nə bacarırsan? Vəzir dedi: – Boyaq-çılıq bacarıram («Usta Abdulla»). Göstərilən cümlələrdə funksional perspektiv nöqteyi-nəzər-dən xəbər tərkibinin birinci hissəsi (mən baca-rıram, bilirəm) tema kimi çıxış edir, ikinci hissə (yun əyirib ip düzəldirəm, boyaqçılıq bacarıram) rema olur. Bu cümlələrin teması sual intona-siyası ilə başlayır, birinci cümlənin remasında isə təəssüf, ikinci, üçüncü və dördüncü cümlə-lərdə şadlıq intonasiyası üstünlük təşkil edir.

    Xüsusi informativ obyekt tipi. Bu tipdə

    replika-stimul tamamlığa aid olan diktal suala malikdir; replika-reaksiyada əsas informasiyanın daşıyıcısı obyekt tamamlığıdır ki, o, rema kimi çıxış edir, məs.: Vəzir başladı hiylə qurmağa, dedi: – Oğul, nə var, nə istəyirsən? Teymur dedi: – Heç zad; Padşah üzünü uşağa tərəf çevirib dedi: – Daha nə istəyirsən? Teymur dedi: – Bir də yaz ki, bu şəhərdə nə qədər culfa varsa, yenə hərəsi mənə yüz manat versin («Xə-sis Culfa və Teymur»). Birinci cümlədə sual intonasiyasında hiylə ifadəsi ilə işlənən temanın cavabı remada qətiyyət ifadə edən intonasiya ilə – Heç zad – bildirilir. İkinci cümlənin sual into-nasiyasında təkid ifadə olunursa, reması əmr in-tonasiyası ilə işlənir.

    Xüsusi informativ yer tipi. Sual-cavab

    vahidlərinin bu tipi hissəli diktal sualla hərəkə-tin baş verdiyi yer barədə, qəhrəman və ya əşyanın olduğu yer barədə məlumat almaq üçün hara? sualı ilə başlayır. Beləliklə, bu su-ala cavab verən replika-reaksiyada rema kimi, daha doğrusu, əsas, aktual informasiyanın da-şıyıcısı kimi yer zərfi çıxış edir, məs.: O Mə-hərdən Misir dilində soruşdu: – Sən hara-lısan? Məhər dedi: – Misirli. («Məhərin nağı-lı»); Məhəmməd ondan soruşdu: – Ata, bura haradı ki, məni gətirdin? Dərviş dedi: – Burda

    2 *

  • NƏRGİZ HACIYEVA

    20

    yaşayacağıq. Mənim evim burdadır («Şir-zad»). Bu cümlələrin birincisində rema məlu-matverici intonasiyaya malikdirsə, ikinci cüm-lənin reması qətiyyət ifadə edən intonasiya ilə işlənir. Tədqiqat prosesində müəyyən olun-muşdur ki, sadə replika-reaksiya tiplərindən, ellipsislə ifadə olunan və monoremadan əlavə, Azərbaycan sehirli nağıllarında daha çox sir-konstant tipli mürəkkəb replika-reaksiyalara rast gəlinir ki, o, bütöv sintaktik konstruksiya ilə təqdim olunur və qarşılıqlı əlaqədə olan rematik ifadəni özündə birləşdirir, məs.: Tap-dıq dedi: – Mənim bacım haradadır? Tufan dev dedi: – Sənin bacın Gülüstani Baği-İrəm-də – Gün xanımın əsarətindədir («Tapdıq»). Bu cümlənin reması aydınlaşdırma intonasi-yası ilə işlənir. Gördüyümüz kimi, replika-cavabda informasiya öz funksional inkişafını sənin bacın temasından başlayır və nağıl dis-kursu üçün tipik olan ikitərkibli remaya keçir: birinci rema – Gülüstani Baği-İrəmdə, ikinci, dəqiqləşdirici rema – Gün xanımın əsarətində.

    Xüsusi informativ zaman tipi. Sual-cavab

    dialoq vahidinin bu tipi hissəli diktal sualla başlayır, hadisənin baş verdiyi zamanın vaxtını öyrənmək məqsədilə verilir. Qeyd etmək lazımdır ki, Azərbaycan sehirli nağıllarının mətni üçün nə zaman?, nə qədər? və s. sualları daha uyğundur, məs.: Arvad deyir: – A kişi, bəs nə vaxt gələcək-sən? Tacir deyir: – Bax, odu, evimizin dalındakı göy təpə göyərəndə gələcəm («Ağılsız arvad»). Bu cümlənin remasında işlənən intonasiya daha çox kinayə ifadə edir.

    Bir qayda olaraq belə dialoji vahidlərdə sa-də replika-cavablar çoxdur. Kommunikativ üzvlənmə xarakterinə görə onlar monorema-dırlar, lakin tematik bərkimələrə də malik ola bilər. Məsələn, sual-cavab dialoq vahidində qrammatik məna fokusunda tematik ifadə ar-tıq, bu qədər birləşməsi ilə birlikdə ifadənin remasını müəyyən edir (sabah günortaya kimi). Məhəmməd dedi: – Məni öz şəhərimizə neçə günə apararsınız? Böyük qız dedi: – Mən

    bir həftəyə apararam. Məhəmməd dedi: – Bu olmadı. Ortancıl qız dedi: – Mən üç günə apa-raram. Məhəmməd dedi: – Bu da olmadı. Ki-çik qız dedi: – Mən sabah günortaya kimi sizi şəhərinizə apararam («Keçəl Məhəmməd»). Bu cümlələrdə işlənən intonasiya əvvəl qətiy-yətsizlik, sonra isə əminlik ifadə edir.

    Xüsusi informativ tərzi-hərəkət tipi.

    Bu xüsusi informativ tipin reaksiya verən rep-likası hissəli diktal suala necə?, hansı vəziyyət-də? cavab verir, sirkonstant remanın konturu-nu müəyyən edir, bu rema həm sadə, həm mü-rəkkəb olur: Vəzir dedi: – Mən padşaha necə cəza verim? Teymur dedi: – Bilmirəm. Bu cümlənin sadə remasında işlənən intonasiya qətiyyətsizlik ifadə edir. Mürəkkəb rema quru-luşlu cümlələrin intonasiyası isə əmr intonasi-yası ilə ifadə olunur, məs.: Nardanxatun dedi: – Mən necə od aparım? Qız dedi: – Odlara dəymək olmaz, div bilər. Orada qayçı var, gö-tür, oddan bir balaca kəs, əski arasına qoy, apar. Nümunələrdən göründüyü kimi, bu sir-konstant tip özünün struktur-formal və tema-rematik quruluşu ilə fərqlənir. Adresat qoyulan suala dəqiq cavab vermir, lakin həmsöhbətini özünün axtarışına sövq edir, öz kommunikativ intensiyasını rematik imperativ formada ifadə edir. Götür! Kəs! Apar! Dialoji vahidlərdə su-al-cavab cümlələrinin ümumverifikativ tipləri modallıqla sıx əlaqədardır. Verilən sual və cavablarda verifikasiya modallıqla ifadə olu-nur. «Modallığı məzmun və ifadə (forma) pla-nının vəhdəti kimi götürsək, onda ona həm se-mantik, həm də qrammatik-prosodik kateqori-ya kimi baxıla bilər. Modal mənaların ifadə-sində prosodik vasitələr digər dil səviyyəsinə məxsus vahidlərlə qarşılıqlı əlaqəyə girir və onlarla həm eyni, həm də müxtəlif məna əla-qələri yarada bilirlər... Bəzən isə prosodik va-sitələr fikrin modal mənasının formalaşmasın-da aparıcı rol oynayır... İngilis və Azərbaycan dillərində modallığın implisit ifadə olunması zamanı prosodik əlamətlər fonoloji funksiyanı

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    21

    tamamlayaraq modal mənaların yeganə fərq-ləndirmə vasitəsi ola bilərlər» [11. S.86]. İnto-nasiyanın dialoq vahidlərinin sual-cavab cümlə-lərində modal mənalar ifadə etməsi xüsusilə ve-rifikativ cümlələrdə daha aydın görünür. İlk dəfə verifikativ ifadələri aktual informasiyaya görə ayrı bir sinif kimi tədqiq edən P.Adamets qeyd edir ki, «verifikativ cümlələrin aktual in-formasiyası yeni məlumat ifadə etmir, həmsöh-bətin fikrinə reaksiya verir, bu fikri verifikasiya və ya korreksiya edir və ya başqa sözlə, onlarda nəzərdə tutulan faktın real olub-olmadığını mü-əyyənləşdirir» [9. S.27]. E.R.Dobruşina verifi-kativ ifadələrin hər hansı mülahizə və ya iddia-ya reaksiya olduğunu qeyd edərək göstərir ki, dialoqda onların funksionallaşması, dialoji va-hidin ikinci, replika-reaksiyası şəklində funksi-onallaşması daha çox və təbii görünür [10. S.3]. Azərbaycan nağıllarında verifikativ cümlələrdə intonasiya modallıqla müşayiət olunur.

    Ümumverifikativ tip sıfır tema ilə rep-

    lika-stimul hər hansı fakt və ya hadisəni bü-tövlükdə müəyyənləşdirmək məqsədi daşıyır, belə ki, cavab replika özlüyündə kommunikativ cəhətdən üzvlənməyən ifadə təşkil edir ki, bü-tün sintaktik komponentlər burada kompleks remada birləşir. Sual-cavab dialoq vahidlərinin bu tipi belə modal suallara cavab verir: nə isə baş verməyib ki?, nə isə olmayıb ki?, bir şey baş verməyəcək ki? Bununla birlikdə müəyyən olun-muşdur ki, nağıl diskursunda ümumverifikativ-lərdə sual replikaları ümuminformativlərdə olan replikalara bərabərdir, nağıl mətninə xas olan spesifik leksik sözlərlə və müxtəlifliyi ilə fərq-lənir, məs.: – Görəsən, dünyada məndən də dərdli adam varmı? – Şah sağ olsun, dünyada dərdsiz, fikirsiz adam tapılmaz («Usta Abdul-la»); Tülkü xəbər aldı: – Qardaş, niyə qəmlisən? Murtuz dedi: – Heç, elə-belə («Murtuzun nağı-lı»). Tədqiqat göstərir ki, ümumverifikativ tip nol tema ilə cavab replika müxtəlif cür replika-stimula reaksiya verə bilər. Bəzən replika-reaksi-ya dəqiq, adekvat cavab ifadə edir, məs.: – Şah

    dedi: – Vəzir, onlar dünyaya gələndə onları ta-nımaq mümkündürmü? Vəzir dedi: – Bəli, qible-yi-aləm, mümkündü («Babayiəmir»). Digər hal-larda sualdan alınacaq informasiyanın dəqiqliyi soruşulan informasiyanın implisit təsdiqi ilə olur: Məlik Məhəmməd dedi: – Ana, icazə olar-mı bir az yanında oturum? Arvad dedi: – Niyə icazə olmasın? («Yaxşılıq»). Bu cümlələrdə re-manın intonasiyasında ifadə olunan sual əslində təsdiq mənası verir. Belə cümlələr Azərbaycan nağıllarında çoxluq təşkil edir. Elə hallar var ki, eyni dialoq vahidində üç sual olur (üç replika-stimul), burada birinci (ümumi diktal) sual ikinci və üçüncü (ümumi modal) sual üçün ötürücü məqam olur ki, hər hansı fakt və hadisəni dəqiq-ləşdirsin. Nəticədə üç sual replikanın birgə funksionallaşması nəticəsində ümumverifika-tiv kontekst yaranır, məs.: Qoca Həmzəni bikef görüb dedi: – Oğul, niyə bikefsən? Nə olub? Olmaya səni çətin bir işə göndərirlər? Həm-zə... dedi: – Bəli, qoca baba, məni padşah dər-ya madyanının südünə göndərir. Bilmirəm necə tapıb gətirəcəyəm («Yoxsul kişi ilə padşah»). Bu cümlədə ifadə olunan intonasiya tərəddüd mə-nası verərək modallığı artıtır. F.Əlizadə bu tip cümlələri tam modal suallı cümlələr adlandırır. Tam modal sual bütöv cümləyə aid olaraq, tər-kibinə cümlədəki informasiyanın hamısını daxil edir, cavab zamanı sualla verilən hissə ya təsdiq, ya da inkar olunur [4. S.15].

    Ümumverifikativ prepozitiv sual-cavab

    dialoq vahidinin tipində ümumverifikativ sıfır temada olduğu kimi, bütün mövcud informasi-yanın bütövlükdə dəqiqləşdirilməsi müəyyən-ləşir. Belə ki, cavab replikanın struktur qurulu-şunda müxtəlifliklər nəzərə çarpır. Əgər ümum-verifikativ sıfır tema tipində cavab replika sadə-dirsə, ümumverifikativ prepozitiv mətn tipində o, mürəkkəb, iki qarşılıqlı əlaqədə olan ifadəyə malikdir. Birinci replika sual-replikanın təkra-rını ifadə edir və əsas, aktual informasiyanın ötürülməsi üçün ötürücü mövqe olur ki (prepo-zitiv tema), bu da ikinci ifadədə möhkəmlənir.

  • NƏRGİZ HACIYEVA

    22

    Beləliklə, ümumverifikativ tip prepozitiv tema mürəkkəb replika-reaksiya hesabına yaranır və ümuminformativ prepozitiv tiplə eyni kommu-nikativ sintaktik sxemə malik olur, məs.: Kiçik qız dedi: – Ay oğlan, sən qorxmadınmı bu div-lər məkanına gəldin? Məgər bilmirsən ki, div-lər səni tikə-tikə eləyib yeyərlər? Dəmirçi Sə-məd dedi: – Ay qızlar, mən divlərdən qorxsay-dım, altı gün altı gecə yol gəlməzdim. Yollarda ayılardan, canavarlardan yaxa qurtara bil-məzdim... Gəlmişəm sizi divlərin əlindən xilas eləyim («Bacılar»); Dərviş padşahı qəmgin görüb dedi: – Qibleyi-aləm, niyə qəmginsən? Sən qəmgin olanda bəs rəiyyət neyləsin? Padşah başını yuxarı qaldırıb dedi: – Dərviş, qəmgin ol-mayım, neyləyim? Saqqalıma dən düşüb. Bir öv-ladım yoxdu ki, mən öləndən sonra taxt-tacıma sahib olsun («Naxırçı oğlu Eyvazın nağılı»).

    Təhlil olunan material həm də elə ümumverifikativ dialoq vahidlərini üzə çıxarır ki, onlarda replika-reaksiya birinci hissə ilə təkrar yox, onunla mətn cəhətdən əlaqədar olan ifadə ilə deyilir, məs.: – Pişik miyoldaya-miyoldaya onun yanına gəlib dedi: – Keyfin necədi? İnsanın əlinin zərbini gördünmü? As-lan dedi: – Qardaş, gör sən nə qədər güclüsən ki, bu zərbə dözübsən. Sənin yerinə mən olsay-dım, indi siçana dönmüşdüm («Qoca aslan»); Şah dedi: – Vəzir, uşaqların sənə oxşayıblar-mı? Olarmı onlara arxayın olmaq? Vəzir dedi: – Şahım... məndə gördüyün tərbiyəni onlarda da görəcəksən («Sonrakı peşmançılıq fayda verməz»). Bu cümlələrin birincisində cavab-remada intonasiya heyrət ifadə edirsə, ikincidə intonasiya əminlik çaları yaradır və modallığı artırır. Replika-stimulun gör sən nə qədər güc-lüsən hissəsi ‘bəli, gördüm’ mənasına və on-lara mən tərbiyə vermişəm hissəsi bəli, arxa-yın olmaq olar sualına cavab verir. O, verifi-kativ ifadə yaradır ki, prepozitiv tema funksi-yasını icra edir. Cavab-replikanın ikinci hissəsi (monorema) prepozitiv temanın məzmununu dəqiqləşdirir və bütün sual-cavab dialoq vahi-dinin kommunikativ nüvəsini özündə birləşdirir.

    Xüsusi verifikativ subyekt tipi. Bu dia-loji tipin məqsədi komponent barədə məluma-tın verifikasıyasında toplanır ki, o, təşəbbüsçü replikada mübtəda formasında çıxış edir. Rep-lika-reaksiya hissəli modal suala cavab verir ki, o, bilavasitə mübtədaya aiddir. Cavab reak-siyanı formalaşdıran həmsöhbətin kommuni-kativ məqsədi xüsusi informativ subyekt ti-pində daralır. Buna görə o, öz ifadəsini bir qayda olaraq, elliptik konstruksiyalarda tapır, məs.: Siz mənim uşaqlarım deyilsiz? Bizik, ata!; Keçəl... soruşdu: – O şahdı, nədi, sənsən? Və-zir... dedi: – Bəli, mənəm («Keçəlin məhkəmə-si»). Qeyd etmək lazımdır ki, bu tip elliptik konstruksiyalar Azərbaycan nağılları üçün ti-pik deyil. Dialoqun bu tipində rema kimi qayı-dış əvəzlikləri olur, ritmik komponenti vurğu-layır və məhsuldar şəkildə tema-rema qurul-masında sual-cavab dialoq vahidində iştirak edir, məs.: Qız dedi: – Sözüm yoxdur, amma əvvəlcə de görüm sən kimsən? Padşah açıb əhvalatı söylədi ki, səni istəyən mən özüməm («İsgəndər şahın nağılı»). Azərbaycan nağıl-larında subyekt tipli xüsusi verifikativ ifadələ-rə az rast gəlinir, lakin danışıq dilində belə ifa-dələr çox işlədilir. Bu tip sual növlərini F.Əli-zadə qismən modal suallar adlandırır [4. S.15]. Xüsusi verifikativ subyekt tipində ifadənin reması əminlik, qətilik intonasiyası ifadə edir və məna yükü subyektin üzərinə düşür.

    Xüsusi verifikativ predikat tipi. Bu xüsu-

    si verifikativ tipin aktual informasiyasının mahiy-yəti, konkret kommunikativ məqsədi həmsöhbət tərəfindən edilən hərəkətin verifikasiyasında ifadə olunur. Belə ki, burada rema kimi feil yox, onun leksik-qrammatik mənası yox, müsbət və mənfi modallıq çıxış edir, məs.: Murtuzu çağırtdırıb dedi: – Tülkünü satırsan? Murtuz dedi: – Satıram («Murtuzun nağılı»); Seyfəlmülk ondan soruşdu: – Şahbal adlı şah, Gülüstani Baği-İrəm adlı yer eşitmisinizmi? Dedilər: – Eşitməmişik («Seyfəl-mülk»); Bu ağacın altında yatanı tanıyırsan-mı? – Yox, tanımıram («Mərdlə Namərd»). Bu

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    23

    cümlələrin intonasiyası cavab replikada təsdiq və ya inkar intonasiyası ilə qətilik ifadə edir. Azər-baycan nağıllarına xas olan elə cavab replikalara rast gəlinir ki, müsbət və mənfi modallıq birlikdə işlədilir, məs.: Vəzir tez durub onun qabağına gəl-di, dedi: – Uşaq gətirmisən? Kamran dedi: – Hə də, yox da («Babayiəmir»). Belə cümlələrin rema-sı tərəddüd, ehtimal intonasiyası ilə işlənir. Xü-susi verifikativ predikat tipində elə ifadələr işlənir ki, cümlənin remasında temada olan sual təkrar-lanır. Hətta inkar şəklində olan rema təkrarlanır, lakin gizli təsdiq ifadə edir, daha doğrusu, ritorik sual kimi çıxış edir, məs.: Qazının arvadı so-ruşdu: – Bu tülkünü satmazsan? Murtuz dedi: – Niyə satmaram? («Murtuzun nağılı»).

    Xüsusi verifikativ obyekt tipi. Sual-cavab

    dialoq vahidinin aktuallaşmasının bu tipində aktu-al informasiyanın məqsədi tamamlıq formasında ifadə olunan hərəkət obyekti barədə məlumatın dəqiqləşməsidir. Beləliklə, xüsusi verifikativ ob-yekt tipi xüsusi modal suala cavab verir ki, o, ta-mamlığa aiddir və öz tərkibində ya nə?, nəyi? Su-al əvəzliyini, ya da konkret, kommunikativ situa-siyada məlum predmeti ifadə edir, məs.: Daşın üstündə oturan keçəl dedi: – Bacı, bu tacir Valeh sənə brilyant veribmi? Çadralı keçəl dedi: – Xeyr, o mənə heç bir şey verməyib («Keçəlin məhkə-məsi»); Dəniz oğlanı dedi: – Şamdan qardaş, oğ-lan padşahın qızına çatar, ya qulluqçuya? – Əl-bəttə, padşah qızına çatar («Balıqlar padşahı»).

    Bu cümlələrdə məna yükü tamamlığın üzərinə düşür və o, modal intonasiya, təsdiq və inkar intonasiyası ilə aktuallaşır.

    Xüsusi verifikativ yer tipi. Sual-cavab

    vahidinin bu tipi xüsusi modal suala cavab ve-rir, hər hansı qəhrəmanın, əşyanın olduğu yeri təsdiq və ya inkar edir, məs.: Qız dedi: – İndi neyniyək, elə burda qalaq? Keçəl dedi: – Yox, burda niyə, gedək evə («Şah Abbas və üç ba-cı»); Keçəl dedi: – Ay nənə, de görüm, məni ha-ra göndərir? Qarı dedi: – Belə tilsimli dağlara, göy muncuğa... qandın? («Göy muncuq»). Qey-

    ri-əvəzlikli sualın konkret praqmatik situasiya ilə əlaqə xüsusiyyəti təşəbbüsçü replikanın bir sıra əlavə funksiyalarını üzə çıxarmağa imkan verir. Əgər birinci misalda interroqativ replika qeyd olunan rema ilə təəccüb intonasiyası ifadə edirsə, ikinci misalda hara sualına tilsimli dağlara, göy muncığa verifikativ reması əlavə kinayə intonasi-yasının mənasını ifadə edir. Cavab zamanı birinci cümlədə verifikativ rema semantik inkarlığın – yo-xun funksiyasını üzərinə götürür və eyni zamanda informasiyanı gedək evə ilə konkretləşdirir. Bə-zən cümlələrin remasında modallıq gizli ifadə olunur, cümlənin məzmunundan inkarlıq görünür.

    Xüsusi verifikativ zaman tipi. Zaman

    tipli replika-stimulda hissəli modal sual ona yönəlir ki, bu və ya digər hadisə nə zaman baş verəcək, məs.: Xan dedi: – Doğrudanmı sən bu gecə belə şaxtalı gündə mənim atlarıma gözətçilik edib sağ-salamat qalıbsan? Oğlan dedi: – Əlbəttə, bütün gecəni burda qalmışam. Əgər mən gözətçilik etməsəydim sənin atları-nın birisi də qalmazdı. Onların hamısını oğur-layardılar («Xəsis xanla ağıllı oğlan»).

    Bu dialoji vahiddə aktual üzvlənmə nöq-teyi-nəzərindən mürəkkəb replika-reaksiya özünəməxsus kommunikativ sintaktik qurulu-şu ilə fərqlənir: o, iki qarşılıqlı əlaqədə olan və qarşılıqlı əhatə olunan ifadəni təşkil edir, bi-rinci eksplikativ rema (bütün gecəni burda qalmışam), ikinci və üçüncü xüsusi verifikativ rema (əgər mən gözətçilik etməsəydim, onların hamısını oğurlayardılar) olur.

    Xüsusi verifikativ tərzi-hərəkət tipi. Bu

    tip hər hansı hərəkətin əlamət xüsusiyyətini də-qiqləşdirmək məqsədilə verilən hissəli modal suala cavab verir. Bu tip konstruksiyalar nağıl dilində geniş yayılmışdır, məs.: Fətəli şah soruş-du: – Bəs mən nə cür eləyim? Biri dedi: – Nə cür eləyəcəksən? Get başını daşa vur. Səni dəli he-sab eləyib kilsəyə aparacaqlar. 40 gün səni kil-sədə saxlayacaqlar. O zaman mətləbini Allah ve-rər («Fətəli şahın nağılı»).

  • NƏRGİZ HACIYEVA

    24

    Göründüyü kimi, xüsusi verifikativ sirkons-tant tərzi-hərəkət tipli cümlələrin reması Azər-baycan nağıllarında qısa konstruksiyalarla deyil, izahedici, aydınlaşdırıcı konstruksiyalarla işlənir və hissəli modallıq yaradır. Sual-cavab dialoq va-hidlərinin kommunikativ sintaktik tiplərinin qu-rulması üçün söz sırası, məntiqi vurğu, modal mənalı ədatlar və sözlər böyük rol oynayır.

    Məqalənin elmi yeniliyi və tətbiqi əhə-

    miyyəti. Məqalədə nağıl dilindəki dialoqun sual-cavab aspekti məntiqi vurğu, intonasiya fərqliliyi planında ilk dəfə tədqiq olunur. Xüsusilə into-nasiya çalarlarının modal münasibətin formalaş-masındakı rolu cümlə tipləri əsasında izah olu-nur. Məqalənin nəticələrindən fonetik üslubiyyat məsələlərinə dair elmi tədqiqatlarda, fonetik ha-disələrin tədrisində istifadə oluna bilər.

    Ə D Ə B İ Y Y A T

    1. Bubnova Q.I. Кommunikativnaja funkcija

    intonacii v dialoge: (ёksperimentalno-fonetičeskoe issledovanie na materiale francuzskogo jazyka): Аvtoref. dis. ... каnd. filol. nauk. М., 1980.

    2. Teplickaja N.I. K voprosu оb акtualnom členenii dialogičeskogo tеkst // Nauč. tr. MGPI. М., 1974. Vyp. 82.

    3. Egorova О.S. Strukturno-funkcionalnaja tipologija predloženija v russkom i francuzskom jazykah // Jaroslav. ped. vestn. 2012. № 1.

    4. Əlizadə F. Cümlənin aktual üzvlənməsi. Bakı, 1998.

    5. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs. Bakı, 2011.

    6. Gurevič V.V. Акtualnoe členenie predloženija v ego raznyh projavlenijah // Vopr. jazykoznanija. 2004. № 3.

    7. Vekšin G.V. Fonostilistika teksta: zvu-kovoj povtor v perspektive smysloobrazovanija: Аvtoref. dis. ... kand. filol. nauk. М., 2006. philologos@yandex. ru

    8. Коsogorova H.G. Коmmunikativnaja sintaksičeskaja organizacija voprosno-otvetnyh dialogičeskih edinic: (na materiale russkoj volšebnoj skazki): Аvtoref. dis. ... kand. filol. nauk. Jaroslavl, 2006.

    9. Adamec P. Porjadok slov v sovremen-nom russkom jazyke // Rozpravy Ceskosl. Aкad. ved. Praga, 1966. Vol. 15.

    10. Dobrušina Е.R. Verifikacija v sovre-mennoj russkoj dialogičeskoj reči: Аvtoref. dis. ... kand. filol. nauk. М., 1993.

    11. Cahangirov F. İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik təhlili. Bakı: Elm, 2005.

    12. Kolšanskij G.V. K voprosu o soderža-nii jazykovoj kategorii modalnosti // Vopr. jazy-koznanija. 1961. № 1.

    13. Petrov N.I. О soderžanii i oběme jazy-kovoj моdalnosti. Novosibirsk, 1982.

    NARGIZ HAJIYEVA

    THE ACTUAL SEGMENTATION IN TALE DIALOGUE

    S u m m a r y The language of tales is mainly set up on the basis of the dialogical speech. Here the

    question-answer sentences are formed on the basis of various intonation and this is observed with the modal attiudes and dfferent types of sentences appear. The question-answer sentences in the tale language emerge in numerous structures in connection with the informative, grammatical and

  • NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ

    25

    intonation relations. The dialogical sentences in tales are analysed on the basis of the different types : 1. Common informative type with the zero text; 2. Common informative type with the prepositive text; 3. Personal informative subjective type; 4. Personal informative objective type; 5. Personal informative predicate type; 6. Personal informative plase type; 7. Personal informative temporal type; 8. Personal text; 10. Common verification prepositive text etc. Each of these types of interrogative sentences differs both for its purpose and intonation.

    Key words: actual segmentation, phonetic stylistics, question-answer, dialogical speech,

    special informative, special verificative

    НАРГИЗ ГАДЖИЕВА

    АКТУАЛЬНОЕ ЧЛЕНЕНИЕ В ДИАЛОГЕ СКАЗКИ

    Р е з ю м е

    Язык сказки строится большей частью на диалогической речи. Вопросно-ответные предложения в нём на базе информативных, грамматических и интонационных связей высту-пают в самых разных структурах. В статье анализируются следующие типы диалогических предложений сказки: 1. Общеинформативный с нулевой темой; 2. Общеинформативный с препозитивной темой; 3. Частноинформативный субъектный; 4. Частноинформативный пре-дикатный; 5. Частноинформативный объектный; 6. Частноинформативный места; 7. Частно-информативный времени; 8. Частноинформативный образа и способа действия; 9. Общевери-фикативный с нулевой темой; 10. Общеверификативный с препозитивной темой и т.д. Все эти типы вопросительных предложений отличаются друг от друга и по интонации.

    Ключевые слова: актуальное членение, фонетическая стилистика, вопросно-от-

    ветные предложения, диалогическая речь, частноинформатив-ный, частноверификативный

    Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – aparıcı elmi işçi, fil.ü.f.d.

    e-mail: [email protected]

  • NƏRGİZ HACIYEVA

    26

    Çapa təqdim edən Azad Məmmədov –«Türkologiya» jurnalının redaksiya heyətinin üzvü, Afət Abbasova – «Türkologiya» jurnalının sahə redaktoru

    Məqalənin redaksiyaya daxil olma tarixi

    10.V.2015

    Təkrar işlənməyə göndərilmə tarixi

    4.IX.2015

    Çapa göndərilmə tarixi 9.XI.2015

    _________

  • T Ü R K O L O G İ Y A

    № 4 2015

    DÜRDANƏ RƏHİMZADƏ

    OĞUZ DİLLƏRİNDƏ ƏRƏB MƏNŞƏLİ ALINMA SÖZLƏRİN BƏZİ FONETİK XÜSUSİYYƏTLƏRİ

    X ü l a s ə. Tarixdən də bəllidir ki, dilçilikdə belə bir məlum həqiqət var ki, dillərin birindən

    söz alması prosesi dilxarici və dildaxili amillərlə bağlı olan məsələdir. Ərəb və türk xalqları arasında qədim tarixi, iqtisadi və mədəni əlaqələr mövcud olmuşdur. Belə əlaqələrin də nəti-cəsində oğuz qrupu türk dillərinə şifahi və yazılı yolla xeyli miqdarda ərəb mənşəli sözlər daxil olmuşdur. Belə sözlər də müəyyən dəyişikliklərə uğrayaraq fonetik və semantik baxımdan mə-nimsənilmə prosesi keçirmiş və olduqca təbii şəkildə oğuz dillərinin fonetik və semantik sisteminə uyğunlaşmışdır. Məhz bu səbəbdən də türk, Azərbaycan, qaqauz və türkmən dillərində ərəb mənşəli sözlərin işlənməsi ilə bağlı müşahidə olunan spesifik fonetik fərqlər ortaya çıxmışdır. Araşdırmalardan da aydın olur ki, bu fərqlər qaqauz və türkmən dillərində daha çox müşahidə olunur. Göstərilən cəhət, fikrimizcə, türk və Azərbaycan dillərində yazılı ədəbi dil ən-ənəsinin qədimliyi və daha erkən dövrlərdən başlanması səbəbi ilə izah oluna bilən ərəb mənşəli sözlərin böyük həcmdə yazı dili vasitəsilə, qaqauz və türkmən dillərində isə daha çox şifahi yolla alınması faktını da buraya əlavə etmək istərdik.

    Ərəb mənşəli sözlərin oğuz dillərində məruz qaldığı fonetik dəyişiklikləri, əsasən aşağıdakı şəkildə xülasə etmək mümkündür:

    1. Ərəb mənşəli sözlərdəki bir sıra spesifik səslər (ayn, ta, zəl, zad və s.) oğuz dillərinin səs sisteminə, artikulyasiya xüsusiyyətlərinə uyğunlaşdırılmışdır.

    2. Bir çox hallarda alınma sözün tərkibindəki sait və samitlər dəyişikliyə uğramış, onlara yaxın məxrəcə malik olan səslərlə əvəz edilmişdir.

    3. Sözün tərkibində səs düşümü hadisəsi baş vermişdir, məs.: türk, Azərb. tamah, qaqauz, türkm. tama: (< طمع ); türk rahmet, Azərb. rəhmət, qaqauz ra:met (< رحمت); türk, mahsul, Azərb. məhsul, qaqauz ma:sul (< محصول); türk, Azərb. sabah, türkm., qaqauz. saba: (< صباج) və s.

    4. Ərəb dilinə məxsus ayn səsi türk, Azərbaycan və qaqauz dillərində uzun saitlərlə əks olunduğu halda, türkmən dilində g səsinə çevrilmişdir: türk ma:den, Azərb. mə:dən, qaqauz ma:dem, türkm. magdan (< ن معد ); türk, Azərb., qaqauz saat, türkm. sagat (< ساعت); türk, qaqauz taam, Azərb. təam, türkm. tagam (< طعام); türk, qaqauz ma:lumat, Azərb. mə:lumat, türkm. maglumat (< معلومات) və s.

    Açar sözlər: oğuz dilləri, ərəb mənşəli alınmalar, fonetik əvəzlənmələr, spesifik səslər,

    dildaxili

  • DÜRDANƏ RƏHİMZADƏ

    28

    Bir dildən başqa dilə söz keçməsi prosesi

    dilxarici və dildaxili amillərlə şərtlənir. Ərəb və türk xalqları arasında qədim tarixi, iqtisadi və mədəni əlaqələr nəticəsində oğuz qrupu türk dillərinə şifahi və yazılı yolla bir sıra ərəb mənşəli sözlər daxil olmuşdur.

    Oğuz-ərəb münasibətləri bütövlükdə türk-ərəb münasibətlərinin kontekstinə daxildir. Oğuz tayfaları ilə ərəblərin ilk təmasları yed-dinci əsrdə baş vermiş, sonralar bu əlaqələr da-ha da genişlənmiş, ərəblərin yaşadıqları əra-zilərin oğuzların qurduqları böyük dövlətlərin tərkibinə daxil olması ilə oğuz-ərəb münasi-bətlərində yeni səhifələr açılmışdır [1. S.6]. Tarix boyunca oğuzlar ərəblərlə gah vuruşmuş, gah da eyni dövlətin tərkibində yanaşı yaşa-mışlar. Oğuzların islamı qəbul etmələri ilə icti-mai, iqtisadi və mədəni əlaqələr spektrinə dini bağlılıq və dini birlik komponenti də əlavə olunmuş, müqəddəs dini kitabımız olan Qura-ni-Kərimin oğuz tayfaları arasında yayılması ilə bu bağlılıq daha da güclənmişdir. Bununla əlaqədar olaraq oğuz dillərində ərəb mənşəli sözlərin sayı da artmış, gündəlik həyat və məi-şətə aid bir sıra ərəb alınmaları bu dillərin lü-ğət tərkibinin formalaşmasına əhəmiyyətli də-rəcədə təsir göstərməyə başlamışdır.

    Oğuz-ərəb münasibətlərinin qədimliyi və davamlılığı müasir oğuz dillərində ərəb mən-şəli alınma sözlərdən ibarət xüsusi leksik layın meydana çıxmasını şərtləndirmişdir. Oğuz bir-liyinə daxil olan tayfaların müxtəlif areallarda məskunlaşması və bu tayfa dillərinin az və ya çox dərəcədə fərqlənən diferensial əlamətlərə malik milli dillər səviyyəsinə yüksəlməsi ərəb alınmalarının xarakterinə də təsir göstərmiş, oğuz dillərinə daxil olan türk, Azərbaycan, türkmən və qaqauz dillərində işlənən ərəb alın-malarında fonetik və leksik səviyyələrdə bir sıra fərqli cəhətlərin meydana çıxmasına şərait yaranmışdır. Başqa dillərdə olduğu kimi, oğuz-ərəb dil əlaqələri də ikitərəfli münasibətlər müstəvisində tənzimlənir. Bir tərəfdən ərəb di-

    lindən alınmalar mənbə dildəki xüsusiyyətləri-ni qorumağa çalışır, digər tərəfdən isə daxil ol-duqları dillərdə fonetik və semantik cəhətlər-dən mənimsənilmə prosesinə məruz qalır. Bu cəhətdən oğuz dillərində işlənən ərəb mənşəli sözlərin müəyyən bir hissəsi etimon dildəki (ərəb dilindəki) formasını eynilə qoruyub sax-ladıqları halda, bir hissəsi dəyişikliyə uğraya-raq bu dillərin fonetik və semantik sisteminə uyğunlaşmışdır. Əksər hallarda ərəb mənşəli sözlərin tərkibindəki spesifik səslər (ayn, ta, zəl, zad və s.) oğuz dillərinin səs sisteminə, ar-tikulyasiya xüsusiyyətlərinə uyğunlaşdırılmış, onlara yaxın məxrəcə malik olan səslərlə əvəz edilmişdir. Bəzən ərəb mənşəli sözlərin fone-tik cildində o dərəcədə ciddi dəyişikliklər baş vermişdir ki, xüsusi etimoloji tədqiqat aparma-dan bu sözlərin mənşəyini müəyyənləşdirmək olduqca çətindir və bəlkə də mümkün deyil. Bir çox hallarda alınma sözlərin tərkibindəki sait və samitlərlə bağlı dəyişikliklər oğuz qru-pu dillərinin hamısı üçün ümumi xarakter da-şımır. Bütün bunların nəticəsində türk, Azər-baycan, qaqauz və türkmən dillərində ərəb mənşəli sözlərin işlənməsi ilə bağlı bəzi spesi-fik fonetik fərqlər ortaya çıxmışdır. Bu fərqlər qaqauz və türkmən dillərində daha çox mü-şahidə olunur. Bu cəhət, fikrimizcə, türk və Azərbaycan dillərində yazılı ədəbi dil ənənə-sinin daha erkən dövrlərdən başlaması və ərəb mənşəli sözlərin böyük həcmdə yazı dili va-sitəsilə, qaqauz və türkmən dillərində isə daha çox şifahi yolla alınması faktı ilə bağlıdır. Bəllidir ki, sözlər başqa dillərdən şifahi və ya yazılı nitq vasitəsilə alınır. «Şifahi yolla alınan sözlər nisbətən tez mənimsənilir. Onlar alan dilin quruluşuna tez uyğunlaşır və onun qrammatik qaydalarına tabe olur, fonetik cə-hətdən əsaslı şəkildə dəyişilir» [2. S.117]. Alın-ma sözlərin uzun əsrlər boyunca eyni şəkildə yazılı abidələrdə işlənməsi tarixən onların ədəbi dil faktı olaraq dəyişilməz qalmasında mühüm rol oynamışdır. Onu da əlavə edək ki, ərəb

  • OĞUZ DİLLƏRİNDƏ ƏRƏB MƏNŞƏLİ ALINMA SÖZLƏRİN BƏZİ FONETİK XÜSUSİYYƏTLƏRİ

    29

    əlifbası ilə yazılmış klassik mətnlərdə ciddi şəkildə gözlənilən qaydaya görə ərəb dilindən alınmalar mənbə dildəki fonetik cildini, yazılış formasını olduğu kimi saxlamalı idi. Məhz bu səbəbə görə, türk və Azərbaycan dillərindəki ərəb mənşəli alınmalar ilkin fonetik formasına daha çox yaxındır. Lakin bu, o demək deyil ki, türkmən və qaqauz dillərinə keçmiş ərəb mən-şəli alınmaların hamısı fonetik dəyişikliyə uğ-ramışdır. Bu dillərdə işlənən ərəb mənşəli alın-maların müəyyən bir qismi türk və Azərbaycan dillərində olduğu kimi mənbə dildəki fonetik formasına uyğun şəkildə işlədilməkdədir. La-kin fərq ondadır ki, türk və Azərbaycan dillə-rində bu tipli sözlərin sayı daha çoxdur. Qeyd olunan ümumi cəhətlər nəzərə alınaraq oğuz dillərində işlənən ərəb mənşəli sözlər sinxro-nik aspektdən araşdırılmış, bu sözlərdə baş vermiş dəyişikliklərin səbəblərinin izah edil-məsi məqsədilə zaman-zaman tarixi ekskurslar edilərək diaxronik metoda müraciət olunmuş-dur. Beləliklə, müasir oğuz dillərindəki ərəb alınmalarının fonetik mənimsəmə baxımından aşağıdakı xüsusiyyətlərini göstərə bilərik:

    1. Oğuz qrupu türk dillərində bir sıra ərəb mənşəli sözlər mənbə dildəki formasını qoruyub saxlamışdır, məs.: hal (< حال), haram (< məşğul ,(میراث >) miras ,(الزم >) lazım ,( حرام şükür ,(راضی >) razı ,(نتیجھ >) nəticə ,(مشغول >)>) təsir ,(شکر>) millət ,(تربیت >) tərbiyə ,( تاثیرّملت >) ), ləzzət (< ّلذت ), dəlil (< دلیل), dərs ,(ھجرت>) hicrət ,(درجھ >) dərəcə ,( درس >)qanun (< قانون), məkan (< مکان), vicdan (< ,( وجدانvəkil (< وکیل) və s.

    2. Tərkibində emfatik ص ض ط ظ ق sa-mitləri olan sözlərdə bu samitlərdən sonra gələn sai