Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6

14
L o g o Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6 Müəllim: Elşən BAĞIRZADƏ

description

Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6. M üəllim: Elşən BAĞIRZADƏ. Dünya maşın və avadanlıqlar bazarı. Plan Maşın və avadanlıqların növləri və təsnifatı Beynəxalq maşın və avadanlıqlar bazarının strukturu və coğrafiyası - PowerPoint PPT Presentation

Transcript of Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli Vüqar Qrup: Di-6

Page 1: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

L o g o

Azərbaycan Dövlət İqtisad Universiteti Məmmədli VüqarQrup: Di-6

Müəllim: Elşən BAĞIRZADƏ

Page 2: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g oDünya maşın və avadanlıqlar bazarı

Plan

Maşın və avadanlıqların növləri və təsnifatı

Beynəxalq maşın və avadanlıqlar bazarının strukturu və coğrafiyası

Dünya maşınqayırma kompleksinin iqtisadi vəziyyəti və xüsusiyyətləri

Maşın və avadanlıqlar istehsalında və ticarətində TMK-nın rolu

Page 3: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Bu gün maşınqayırma kompleksi istənilən sənayecə inkişaf etmiş ölkələrin nəinki emal sənayesinin, eyni zamanda bütün ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Məhz onun inkişafı əməyin məhsuldarlığını və təsərrüfatın bütün sahələrinin iqtisadi səmərəliliyini şərtləndirir, dünyanın istənilən ölkəsinin elmi-texniki potensialının səviyyəsini və müdafiə qabiliyyətliliyini əks etdirir. Bu sahənin müəssisələri bir-biriləri ilə, həmçinin təsərrüfatın digər sahələrinin istehsal qüvvələri ilə çox sıx bağlıdırlar.

Bir sahə kimi maşınqayırma XIX əsrin I yarısında İngiltərədə meydana gəlmişdir. İstehsalın texniki-iqtisadi xüsusiyyətlərinə görə metaltutumlu, əməktutumlu və elmtutumlu maşınqayırma, istifadə olunan texnologiyaya görə isə az kapital tutumlu və yüksək kapital tutumlu (orta və yüksək texnologiyalı) maşınqayırma sahələri ayrılır.

Page 4: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g oDünya maşınqayırma kompleksi 5 böyük qrupa ayrılır:

Elektron və elektrotexnika

Nəqliyyat maşınqayırması

Ağır maşınqayırma

Kənd təsərrüfatı maşınqayırması

Dəzgahqayırma

Page 5: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Dəzgahqayırma müasir dünyada elmi-texniki inkişafı müəyyən edir, yüksək ixtisaslı əmək ehtiyatlarının istifadəsini tələb edir, ona görə də əsasən sənayecə İEÖ-in ərazisində yerləşdirilir. Təsadüfi deyildir ki, dünya dəzgah istehsalının 75%-i ABŞ, yaponiya, Almaniya, İtaliya, İsveçrə və Fransanın payına düşür. Dəzgahqayırma məhsullarının aparıcı ixracatçıları Almaniya, Yaponiya, İtaliya və İsveçrədir.

Dünya kənd təsərrüfatı maşınqayırması bazarı maşınqayırma kompleksinin strukturunda əhəmiyyətli pay sahibi deyil. Bunun isbatı olaraq, ən iri istehsalçı olan ABŞ-nin “John Deere” kompaniyasının illik dövriyyəsi 6,4 mlrd. avro (avtomobil nəhənglərinin illik dövriyyəsindən 100 dəfə az) olduğunu göstərmək olar.Kənd təsərrüfatı üçün maşın istehsalında lider mövqe AbŞ, İtaliya və Fransaya məxsusdur.

Page 6: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Ağır maşınqayırmanın bütün nomenklaturasını istehsal edən ölkələrə ABŞ, Yaponiya, Almaniya, B.Britaniya daxildir. Bəzi ölkələr (Çin, Rusiya) nisbətən az çeşiddə məhsul istehsal edirlər. Digər ölkələr isə ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb. Məsələn, İsveç və Finlandiya kağız sənayesi üçün avadanlıq, Avstriya metallurgiya zavodları üçün avadanlıq istehsal edirlər.

Nəqliyyat maşınqayırması üzrə liderlik avtmobilqayırma sahəsinə məxsusdur. Sahənin genişliyi onunla xarakterizə olunur ki, dünya avtomobilqayırmasında son məhsulun ümumi dəyəri təxminən 1,5 trln.$ təşkil edir, o cümlədən: ABŞ -288 mln., Yaponiya – 342 mln., Almaniya – 172 mln. Dünya avtomobil sənayesi dünya sənayesinin ən çox inhisarlaşmış sahəsidir. Təkcə 5 ölkənin 10 iri şirkəti dünya avtomobil istehsalının 80%-ni təmin edir.

Page 7: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Elektron və elektrotexniki maşınqayırma sahələri yüksək texniki inkişafa və yüksək ixtisaslı kadrlara, texniki cəhətdən yaxşı təchiz olunmuş təcrübə bazalarına, elmi-tədqiqat mərkəzlərinə, institut və laboratoriyalarına malik rayonlarda yerləşdirilir. Elektron maşınqayırma sahəsində 100.000 adda məhsul istehsal edir. Elektron və elektrotexniki maşınqayırmanın müasir maşınqayıma kompleksində payı 30-32% təşkil edir, ümumi (35-37%) və nəqliyyat (33-35%) maşınqayırmasından sonra üçüncü yeri tutur.

Dünya kompyuter bazarı ən böyük və sürətlə inkişaf edən sahələrdəndir. Dünya elektron avadanlıq istehsalının təxminən ¼-i EHM sahəsinin payına düşür. Elektron sənaye maşınqayırmanın ən dinamik inkişaf edən sahələrindəndir. Ənənəvi sənaye elektrotexnikası, avtomobil elektron avadanlıqları, rabitə vasitələri istehsalı üzrə Almaniyanın mövqeyi digər sənayecə İEÖ-ə nisbətən daha güclüdür.

Page 8: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

DiagramQərbi Avropa ölkələri

Şimali Amerika İEÖ-i

Yaponiya

Elm tutumlu Elm tutumlu sahələrinsahələrinInkişaf etdiyi ölkələrInkişaf etdiyi ölkələr

Page 9: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Bütün dövrlərdə maşınqayırmanın inkişafına elm və texnikanın inkişafı çox böyük təsir göstərmişdir. Bu tendensiya XX əsrin II yarısında da davam etmişdir. İstehsalın çeşidi artır, maşınqayırma istehsalı təkmilləşdirilir və mürəkkəbləşir, yeni sahələr yaranır.

ETT-nin qızğın inkişaf çağında maşınqayırma 10-larla yeni ölkədə sürətlə inkişaf etməyə başladı və ona görə də sənayenin heç bir digər sahəsi əhatə dərəcəsinə görə onunla müqayisə oluna bilmir. Hal-hazırda maşınqayırma məhsullarının 90%-dən çoxu sənayecə İEÖ-də istehsal olunur.

Page 10: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g oMüasir dünya təsərrüfatında 4 regional maşınqayırma mərkəzi ayrılır:

məhsuldar qüvvələrə malikdir, lakin elmtutumlu sahələrin inkişafı zəifdir

Şm Amerika

Q. Avropa

C-Ş. Asiya

MDB ölkələri

əsas etibarilə kütləvi maşınqayırma məhsulları istehsal olunur

kütləvi maşınqayırma məhsullarını ən yüksək texnologiyalı məmulatlarla uyğunlaşdıra bilən Yaponiya liderlik edir

maşınqayırma məhsullarının bütün nomenklaturası üzrə istehsal müəssisələrinə malikdir

Page 11: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

Son 30 ildə dünya gəmiqayırma sənayesi öz coğrafiyasını gözə çarpacaq dərəcədə dəyişib. Bu dəyişiklik həm istehsalın təmərküzləşməsi, həm də kommersiya xarakterli gəmiqayırmanın Avropa və ABŞ-dan Uzaq Şərqə ümumi yedəyişməsi ilə əlaqədardır. 1940-cı illərə qədər Q.Avropa gəmiqayırma sənayesində 77% paya malik idi, B.Britaniyanın payı 30%-ə çatmışdı. Sonradan yuxarıda qeyd etdiyimiz səbəblərdən liderlik Uzaq Şərq ölkələrinin əlinə keçdi.  Hal-hazırda şəksiz lider Yaponiya və C.Koreya olaraq qalır, dünya gəmi bazarının 60%-dən çoxu bu 2 ölkəyə məxsusdur

Page 12: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g oAviasiya və kosmik-raket sənayesi elmi baza və yüksək ixtisaslı kadrlara meylli olub, sənayecə inkişaf etmiş ölkələrdə inkişaf etməyə başlamışdır.

Ən iri istehsalçılar

ABŞ

Rusiya

ALmaniya

B.Britaniya

Page 13: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

www.Win2Farsi.com Company LogoCompany Logo

L o g o

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə maşınqayırma istehsalının sənayedə payı 30-50% arasında dəyişir. Bu göstərici Almaniyada 53.6%, Yaponiyada 51,5 %, İngiltərədə 39,6 %, İtaliyada 36,4%, Çində 35,2 % təşkil edir. Bu, bütün sənayenin hər 8-10 ildən bir texniki cəhətdən yenidən “silahlanmasını” təmin edir. Bunula belə, ÜDM-də maşınqayırma istehsalının payı Avropa Birliyi ölkələrində 36-45%, ABŞ-da 10%, Rusiyada 18% təşkil edir.

İEÖ-in (ABŞ, Almaniya, Yaponiya, İngiltərə) maşınqayırma istehsalının strukturunda bütün sahələr təmsil olunur və xüsusilə də elektrotexnikanın payı yüksəkdir. Yüksək keyfiyyət və rəqabətqabiliyyətlilik sayəsində ixracın ümumi çəkisində də maşınqayırma məhsulları böyük çəkiyə (Yaponiya – 64%, ABŞ, Almaniya – 48%, Kanada 42%, İsveç – 44%) malikdir.

Page 14: Azərbaycan Dövlət İqtisad Universiteti  Məmmədli Vüqar Qrup: Di-6

L o g o

www.Win2Farsi.com