AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin...

225
ّل بسم الّ ه الر حم اّ ن الر حيم

Transcript of AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin...

Page 1: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

حيمن الراحمه الربسم الل

Page 2: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 2 -

Page 3: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 3 -

G Ü L Ş Ə N İ – R A Z

گلشن راز

ŞEYX MAHMUD ŞƏBÜSTƏRİ

Fars dilindən tərcümə edən:

RÜSTƏM TOFİQ

Page 4: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 4 -

Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə

Mərkəzin sədri İbrahim Nuri cənablarına öz dərin təşəkkürümü bildirirəm.

ŞEYX MAHMUD ŞƏBÜSTƏRİ. GÜLŞƏNİ-RAZ

Bakı, “Elm və təhsil”, 2013, 226 səh.

Bu kitab 13-14-cü əsrlərdə yaşamış, İslam dünyasının böyük

alimlərindən olan Mahmud Şəbüstərinin “Gülşəni-raz” əsərinin ilk

tam poetik tərcüməsi və anlaşılması çətin olan beytlərin şərhidir.

Əsərdə İslam irfanının nəzəri və əməli bəhsləri əhatə olunmuşdur.

Vəhdəti-vücud nəzəriyyəsi, kamil insan mövzusu, insanın daxili

aləmi ilə onu əhatə edən xarici aləm arasındakı əlaqə, makrokosmik

və mikrokosmik aləmlərin qarşılıqlı münasibəti, insan anatomiyası

və kainatın sirləri ilə bağlı mühüm məsələlər öz əksini tapmış, əsərin

sonunda əsas irfani terminlərin geniş şərhi verilmişdir.

Əsərdəki bütün mövzular Quran ayələri ilə əsaslandırılmışdır.

“Gülşəni-raz”ı müstəqil bir əsər olmaqla yanaşı, həm də bəzi Quran

ayələrinin təfsiri kimi də qiymətləndirmək olar.

[email protected]

Ön söz, tərcümə və şərh: Rüstəm Tofiq

Kompyüter dizaynı: Rüstəm Tofiq

Page 5: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 5 -

هوا ي Həmd olsun qələmə and içən hikmət sahibinə. Həmd

olsun fəsahəti səslərdən, bəlağəti sözlərdən, kitabəti qələmlərdən pak və münəzzəh olana. Həmd olsun qələmin və onunla yazılanların xaliqinə. Həmd olsun əzəli və əbədi nitqin natiqinə. Səlam olsun o mübarək sifətlərin məzhərinə, aləmlərin o sifətləri cilvələndirən cövhərinə. Səlam olsun zərrələrə məhəbbət əta edən eşq dəftərinə.

Sonsuz həmd və səna o Allaha ki, qələm qəsbkarları varlıq çölündə cəhalət zülmətini bərqərar etdiyi zaman öz mübarək qələminin bir damla mürəkkəbindən vəşşuərau yəttəbiuhumul-ğavun1 yazaraq onları həmin çöldə dərin bir quyuya qərq etdi və illəlləzinə amənu2 ipini endirərək öz dostlarına o quyudan nicat verdi. Haqq gəldi, batil yox oldu. Qələm öz sahiblərinə qayıtdı. Varlıq çölündə nur sabit oldu. Bu, o nurdur ki, Adəmin (ə.) alnına, alnından qəlbinə nazil oldu, nübüvvət yolunu keçib vilayətə əmanət verildi. Hər zaman bir ad və bir sifətdə zühur etdi. Zamanı çatdıqda Mahmud adı ilə əyan oldu. Bu, həmin Mahmuddur ki, Şeyx Mahmud ibn Əminəddin Əbdülkərim ibn Yəhya Şəbüstəri Təbrizi kimi tarixdə iz qoydu.

Hicrətin 7-8-ci əsrlərində (m. 13-14) Haqqın istədiyi kimi pak bir ömür sürmüş o sağlam zövq və tükənməz şövq əhli, irfan sahibi, eşq sultanının katibi, meydani-məhəbbət qalibi, aşiqlər bazarında zamanının mühasibi Şeyx Mahmud mərifət bağçasında elə güllər yadigar

1 Şüəra, 224: “şairlərə gəlincə, onlara yalnız azğınlar uyar”

2 Şüəra, 227: “iman gətirənlərdən başqa”

Page 6: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 6 -

qoymuşdur ki, yeddi əsrin küləyi onların rayihəsini sovurub qurtara bilməmişdir.

Toxumunu Haqqın əlindən aldığı o mübarək güllərdən biri Gülşəni-Raz mənzuməsidir. Özündən əvvəlki hikmət və mərifət sahiblərinin qələmə aldığı məsnəvilərdən qısa olan bu mənzumə risalət sultanının (s.) utəytu cəvamiul-kələmi və uxtusirə li əl-kəlamu ixtisarən 1 sözünün carçısıdır. Təqribən min beyt həddində olan bu məsnəvi mütləq gözəlliyin əyani çöhrəsi, mərifət güllərinin səhnəsi, ariflərin zövq çeşməsi, aşiqlərin eşq piyaləsi, şairlərin söz xəzinəsi, həqiqətlərin şer dilində ifadəsidir.

Həmd olsun mərifət gülüstanının sahibinə ki, mən biçarə bəndəni bu gülün ətrindən binəsib qoymadı. Hətta, həmin gülü İran torpağından dərərək Azəri torpağına yetirmək yazısı ilə tale dəftərimi zinətləndirdi. O gözəl nemətin rəsmini farsın şəkər süfrəsindən türkün hünər lövhəsinə nəqş etmək yükünü mənim çiyinlərimə həvalə etdi. Həmd olsun o mərhəmət sahibinə ki, öz lütfü və inayəti ilə çiyinlərimə o ağır yükün altında əzilmək xəcalətindən nicat verdi. O əmanət yükünün əhlinə çatdırılmasından ötrü cismimə qüvvət, ruhuma səhhət bəxş etdi. Vücudumu gecələr yatmaqdan, gündüzlər yorulmaqdan amanda saxladı. Beləliklə, əmanət öz qiymətli sahiblərinin nurlu əllərinə təqdim olundu. Allah həmin əmanəti quru çöllərdən və küləkli səhralardan çaparaq sahibinə çatdıran bəndəsini dünyada mərifət və hidayətdən, axirətdə şəfaətdən binəsib etməsin. Amin. Vəlhəmdulillahi rəbbil-aləmin.

02.12.2012

1 Hədis: “Mənə ən qısa və dərin mənalı sözlər əta edildi, nitq mənim üçün

mümkün qədər qısaldıldı”.

Page 7: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 7 -

Cənnət bağbanının töhfəsi Şeyx Şəbüstəri orta əsrlərin böyük ariflərindən biridir.

Həyatı haqqında çox az məlumat var. Onun tam adı Şeyx Mahmud ibn Əminəddin Əbdülkərim ibn Yəhya Şəbüstəri Təbrizidir. Viladət tarixi h. 687-ci ilə (m. 1288) təsadüf etmişdir. Təbriz yaxınlığındakı Şəbüstər qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Təbrizdə almış, sonralar özünün qeyd etdiyi kimi, Misir, Şam və Hicaza səfər etmişdir. Bu barədə Səadətnamə əsərində qeydiyyatları vardır:

دیدـــــــمر خویش مـــــن ز عــدتی مـــــــــم یدـــــــوحــــــــش تـــــــــــــــردم به دانـــــــرف کــــــــــــــــــــــص

ها به مصر و شام و حجازسفر در کردم ای دوست روز و شب تک و تاز

گشتم ه مهچو دهر میــــمو ال ـــــــــس شتمــــــــگ یــــــــهر مـــــــــــــهر شــــــــــــــــــو ش ده ده

کردم یــــــــه چراغ مـــــــــاهی از مـــــــــــــگ وردمــــــــــخ یــــــــــــــراغ مـــــــــــــــــــــــــــــاه دود چــــــــــــــــگ

نــــــــــــــــــــن فــــــــــــــــــــایخ ایــــــــــــلما و مشــــــــع نـــــــــــر نواحی مــــــــــــدم به هـــــه دیـــــــس کــــــــــــب

ریبــــالم غــــــــی ککــــــــــــــــردم بـــــــــسمجع جیبــــصنفات عـــــــــــــه مـــــــــــــــردم آن گــــــــــــــــک

صوص حکمـو از ف وحاتفــــــــــــتـاز مـــــــــــیش و ز کــــــــــم ز بـــــــــچ نگذاشتـیـــــــــــــــه

Page 8: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 8 -

Mən çoxu keçmiş ömrümün bir müddətini tövhid elminə sərf etdim. Ey dost, Misir, Şam və Hicaz səfərlərində gecə-gündüz çapdım. Aylarla, illərlə dünyanı gəzirdim, kəndbəkənd, şəhərbəşəhər dolaşırdım. Gah Ayı özümə çıraq edir, gah çırağın tüstüsünü udurdum. Hər yerdə çoxlu alimlər və şeyxlər gördüm. Kifayət qədər qəribə sözlər topladım və təsnifatlar etdim. Fütuhatdan və Füsusi-hikəmdən isə qəti yan keçmədim. Şəbüstəri Təbrizdə olarkən Şeyx Bəhaəddin Yəqub

Təbrizidən dərs almış, sonralar isə, Səadətnamə əsərindəki qeydlərindən gördüyümüz kimi, bir çox alim və şeyxlərin dərslərində iştirak etmişdir. Şeyx şərəfli ömrünün 33-cü ilində, yəni hicri 720-ci ildə (m. 1320) dünya ilə vidalaşaraq Haqqın rəhmətinə qovuşmuş və ustadı Bəhaəddinin yanında dəfn olunmuşdur.

Şeyx Şəbüstəri Haqqın verdiyi məxsusi vəzifəni icra etmək səadətinə nəsib olmuş insanlardandır. O, qısa zamanda səadət dolu bir həyat yaşamış, yaşatmaq üçün yaşadığından öz yaşatdıqları ilə əbədi yaşamağa nail olmuşdur. İrfan atası İbn Ərəbinin tövhid məktəbində dərs almış Şəbüstəri həmin məktəbin şəninə layiq əzəmətli əsərlər yadigar qoymuşdur. Onun qələmindən cari olmuş mənzum əsərləri Gülşəni-raz və Səadətnamə, mənsur əsərləri isə Həqqül-yəqin, Miratül-mühəqqiqin və Məratibül-arifin adlanır. Bunlardan əlavə Şeyxin qələmindən çıxdığı güman edilən bəzi digər əsərlər də vardır.

Bizim hədəfimiz Gülşəni-raz əsəridir. Bu əsərin ən qısa tərifi belədir: Gülşəni-raz mütləq tövhidin güzgüsüdür. Əsər hicri 717-ci ildə (m. 1317) qələmə alınmışdır. Bunu müəllif belə təsvir edir:

Page 9: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 9 -

هفتصد سال هفت و ده باگذشته ز هــــــــــجرت نـــــــــاگــــهان در ماه شــــوال

Keçib hicrət günündən yeddi yüz il,

Ötüb on yeddi, şəvval oldu daxil.

Şeyx Gülşəni-razı Əmir Hüseyn Hərəvinin göndərdiyi suallara cavab olaraq qələmə almışdır. Əsər girişdən, 15 irfani sualdan, onların cavablarından və xatimədən ibarətdir. Şeyx təqdim etdiyi fikirlərin isbatı və daha rahat anlaşılması üçün cavab hissələrinə təmsillər və qaydalar daxil etmişdir. Gülşəni-raz vəhdəti-vücud nəzəriyyəsini, mütləq tövhidin nəzəri əsaslarını və onun idrakına yetişməyin əməli yönlərini mükəmməl şəkildə özündə ehtiva edir.

Birinci sual təfəkkür barədədir. Əsərin bu mövzu ilə başlaması təsadüfi deyil. Təfəkkür zahirdən batinə aparan yoldur. Bütün əməllərin əsasında təfəkkür dayanır. İkinci sualın cavabında Şeyx təfəkkürün qaydalarından bəhs edir. Üçüncü sual tarix boyu elmin yolunda nidalı sual kimi dayanmış mən barədədir. Arxayınlıqla deyə bilərik ki, Şeyx bu ağır mövzunu İslam irfanının dilindən kifayət qədər aydın və ətraflı şəkildə ifadə edə bilmişdir. Deməli, bir daha aydın olur ki, hər hansı suala Haqq dininin çərçivəsindən kənarda cavab axtarmaq əbəs bir səy və batil bir işdir. Dördüncü sual insanın mənəvi təkamülü və kamil insan barədədir. Beşinci sualda arifin kimliyindən bəhs olunur və kamil insanın əxlaqı barədə söhbət açılır. Altıncı sualda tanıyan və tanınanın keyfiyyəti açıqlanır. Yeddinci sualda ənəlhəq sözündəki incə və dərin mənalar şərh olunur. Səkkiz və doqquzuncu suallarda seyri-sülukdan sonra salikin Haqqa qovuşmasının batini anlamı açıqlanır. Onuncu sual nitq, elm və gözəl əxlaq barədədir. On birinci sual

Page 10: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 10 -

bütöv və hissə anlayışından bəhs edir. On ikinci sualda qədim və mühdəs mövzusu, yəni əzəli olan və sonradan yaradılanın münasibəti açıqlanır. Sonuncu üç sual irfan ədəbiyyatında istifadə olunan rəmzi sözlərin şərhindən ibarətdir. On üçüncü sualda göz, dodaq, üz, saç, xətt və xal, on dördüncü sualda şərab, şəm və şahid, on beşinci sualda büt, zünnar və tərsalıq rəmzləri şərh edilir.

Əsərin dayağı olan irfan və təsəvvüfdən əlavə onun daxilində ayrı-ayrı yerlərdə müasir dövrdə pedaqogika, psixologiya, biologiya, anatomiya, astronomiya, astrologiya, dilçilik kimi tanıdığımız elmlərə dair incə mətləblər öz əksini tapmışdır. Göründüyü kimi, əsər kiçik həcmdə özünün böyük əhatəsi ilə diqqəti cəlb edir. Gülşəni-raz bir uşağın mükəmməl tərbiyə olunub kamil bir insana çevrilməsi, mütləq tövhidə yetişərək ali mərifətə sahib olması üçün yazılıb irfan məktəbinə təqdim olunmuş dəqiq bir dərslikdir. Əsərin mükəmməlliyi onun başdan-başa ayə və hədislərə əsaslanmasıdır. Deməli, Gülşəni-raz sadəcə bir alimin təfəkkürünün məhsulu deyil, bəlkə Haqqın dilindən cari olan fikirlərin ifadəsidir. Bu əsər Mövləvinin Məsnəvisi, Hafizin qəzəlləri, Füzulinin divanı silsiləsində olan şah əsərlərdən biri və onlar kimi Quranın eynidir. Bu əsərin üzərində Haqqın təyid və təsdiqinin isbatı budur ki, hətta əsərin adını belə Şeyx özü seçməmişdir.

Buna bir ism sordum həqqdən çün,

Cavab gəldi: "o, gülşəndir bizimçün."

Dedi: "məktubun ismi gülşən olsun,

Onunla qəlb çeşmi rövşən olsun." Gülşəni-raz əsərinin dili sadə və anlaşıqlıdır. Müəllifin

fikri ifadə etmə tərzi şirin və səmimi təhkiyə üslubuna əsaslanır. Əsər məan və bəyan cəhətdən alidir. Burada

Page 11: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 11 -

bəlağətin yüksək səviyyəsi diqqəti cəlb edir. Bu əsər bədi elminin qəliz və süni fəndlərindən kənardır.

Məhz bu üstünlüklərinə görə Gülşəni-raz əsəri ən çox şərh yazılmış əsərlərdən biridir. Mənbələrdə bu əsərə qırxa yaxın şərhin yazıldığı qeyd olunur. Əsərin şərhlərini ümumiləşdirmiş Dk. Kazim Dəzfulyan öz kitabında həmin şərhlərdən 29-nun, ona yazılmış nəzirələrdən isə 3-nün adını çəkir. Şərh müəlliflərindən bəzilərinin adını qeyd edək: Şeyx Ruhbəxşan Bədəxşani, Seyyid Məhəmməd Mədəni Nişaburi (h. 9-cu əsr), Əhməd Musa (h. 9-cu əsr), Sayənəddin Əli İsfəhani (h. 9-cu əsr), Mövlana Əbdürrəhim Xəlvəti (h. 9-cu əsr), Şah Dai iləllah Şirazi (h. 9-cu əsr), Seyyid Yəhya Xəlvəti Şirazi (h. 9-cu əsr), Şəmsəddin Məhəmməd Lahici Nurbəxşi (h. 10-cu əsr), Xacə Hüseyn Şərəfuddin Əbdülhəq İlahi Ərdəbili (h. 10-cu əsr), Baba Nemətullah Nəxcəvani (h. 10-cu əsr), Mövla Əbdürrəzzaq Fəyyaz Lahici Qumi (h. 11-cu əsr), Mirzə Əbdülkərim Rayizəddin Zəncani (h. 13-cu əsr), Molla Hadi Səbzəvari (h. 14-cu əsr) və b. Əsərə yazılmış nəzirələr isə Məhəmməd Rümuzi Kaşinin (h. 10-cu əsr) Gülşəni-rümuzi, Mirzə İbrahim Ədhəmin (h. 11-ci əsr) Əzhari-gülşən, İqbal Lahurinin (1877-1938) Gülşəni-razi-cədid əsərləridir.

Gülşəni-raz əsəri azərbaycan, urdu, türk, alman, ingilis dillərinə tərcümə olunmuşdur. Əsər ilk dəfə h. 829-cu ildə (m. 1426) Şirazi təxəllüslü şair tərəfindən nəzm şəklində azərbaycan dilinə tərcümə edilmişdir.

Page 12: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 12 -

Oxucuların ixtiyarında olan tərcümə barədə

Haqqın mənə əta etdiyi söz xəzinəsindən sərf etməklə kifayətlənməyib səxavətdə tamaha düşdüyüm gündən digərlərinin xəzinələrinə əl ataraq onların dürlərinin surətini çıxarmağa və ehtiyac sahiblərinə paylamağa başladım. Bir sıra dürdən qiymətli mənaları farsın və ərəbin bəlağət dəfinəsindən çıxardaraq azəri bəlağətində qərarlaşdırdım. Bir müddət bu işlə məşğul olduqdan sonra ayrı-ayrı məna və mətləblərin tərcüməsinin nə sahiblərinə, nə mənə, nə də ehtiyac əhlinə faydalı olmadığını müşahidə edərək tam və mükəmməl bir tərcümənin öhdəsindən gəlməyi özümə hədəf seçdim. Uzun bir axtarışdan sonra üç əsərin arasında tərəddüddə qaldım. Bunlar Hafizin divanı, Əttarın Məntiqüt-teyri və Şəbüstərinin Gülşəni-razı idi. Uzun bir siyahı içindən bu üçünün ayrılması və bunlardan da Gülşəni-raz əsərinin seçilməsi heç də üstünlük və ya zəiflik məsələsi deyildi. Bu seçimin səbəbi Gülşəni-raz əsərinin ayrı-ayrı hissələrinin qiraətindən hasil olan xüsusi bir hal idi ki, bunun da bəyanı sözə sığmaz.

Beləliklə, bu yükü qaldırmağa hazır olduğumu hiss etdikdə ayağa qalxıb dua etdim, nəfsin vəsvəsəsindən, ücb və təkəbbür bəlasından Haqqa pənah apardım. Bu yükü çiynimə götürməmişdən qabaq ümid kəməri ilə belimi sıxdım. Əcrini və savabını düşünmədim, Haqqa təvəkkül edib onu qaldırdım. Həmd olsun məni o yükün ağırlığı altında xəcil olmaqdan hifz edən Allaha.

Bir qədər də tərcümənin xüsusiyyətlərindən bəhs edək. Gülşəni-raz fars dilindən azərbaycan dilinə nəzm şəklində, orijinal əsərin öz vəznində, yəni həzəc bəhrinin məfailün məfailün məfail ölçüsündə tərcümə olunmuşdur.

Page 13: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 13 -

Əsərin tərcüməsi Gülşəni-razın 1382-ci ildə (2003) Tehranın Təlayə nəşriyyatında Dk. Kazim Dəzfulyanın redaktəsi ilə çap olunmuş nüsxəsi əsasında həyata keçirilmişdir. Tərcümədə ənənəvi bəlağət mümkün qədər qorunmuş, yeri gəldikcə klassikliyi itirməmək və yeni təlimə başlayan oxucuları maarifləndirmək üçün fars və ərəb sözlərindən istifadə edilmişdir. Klassik dildəki sözlərin orijinallığını qorumaq və şerdə vəznin pozulmasının qarşısını almaqdan ötrü apostrofdan istifadə olunmuşdur.

Bundan əlavə, əsərin sonunda anlaşılması çətin olan fəlsəfi mənaların və irfani kəlamların izahatı möhtərəm oxuculara təqdim edilmişdir. Tərcümənin xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

Ayələr, hədislər və məşhur kəlamlardan olan iqtibaslar ərəb dilində olduğu kimi saxlanmışdır;

Yeni təlimə başlayan oxucuların maariflənməsi məqsədilə fəlsəfi və irfani terminlər saxlanmış və şərh bölməsində açıqlanmışdır;

Müəllifin öz işlətdiyi başa düşülməyən söz və terminlərin izahı şərhdə, tərcümədə istifadə edilən əlavə fars-ərəb tərkiblərinin izahı isə tərcümənin haşiyəsində verilmişdir;

Məqsəd şərh olmadığından terminlərin izahatında xüsusi araşdırma aparılmamış, yalnız əldə olan şərhlərdən iqtibaslar gətirilmiş və konkret məlumatlar verilmişdir;

Page 14: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 14 -

GÜLŞƏNİ-RAZIN MƏTNİ

5

10

Səlam ol şəxsə ki, vermiş təfəkkür

Və can nuruyla qəlbi eyləmiş pür.

İki aləm olub fəzliylə rövşən,

Edib torpağı öz feyziylə gülşən.

O qüdrətdir ki, bir göz qırpımında

Edib kövneyni kafu nunla peyda.

Qələm çün qafi-qüdrətdən dəm aldı,

Ədəm lövhündə min-min nəqş saldı.

Həmin dəmdən yarandı iki aləm,

Və ondan aşkar oldu cani-Adəm.

Olub təmyizü əql Adəmdə pünhan

Vücudun əslini öyrənsin ondan.

Özün ta gördü bir şəxsi-müəyyən,

Sual etdi, düşündü bəs nəyəm mən?

Keçib ol zərrəlikdən küllə yetdi,

Onu seyr eylədi, sonra qayıtdı.

Cahanı gördü küllən nisbət içrə

Ki,vahid sari olmuş kəsrət içrə.

Yarandı bircə dəmdən əmrü xilqət,

O dəm ki, gəldi, dərhal etdi ric'ət.

Bu yer gəlməklə getməkçün deyildir,

Nəzər sal, gör, gəlib getmək olub bir.

Qayıtdı zatına birləşdi hər şey,

Nə ki, var eyniləşdi, oldu bir şey.

Page 15: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 15 -

15

20

25

Qədim Allah nəfəs verdi əzəldə,

Yarandı əvvəl axır bir təməldə.

Bu dəm xəlq ilə əmr ancaq bir oldu,

Dönüb bir çoxluğa, çoxluq bir oldu.

Sənin boş bir xəyalındır bu sözlər,

Gəzən sür'ətli nöqtə xəttə bənzər.

Əzəldən axıra bir sirli xət var,

Cahan əhli ona mehman olarlar.

Bu xətt üzrə camaat karivandır,

Peyəmbərlər bu yolda saribandır.

Bizim peyğəmbər olmuşdur ən əfzəl,

Bu karvanda həm axırdır, həm əvvəl.

Əhəddir Əhmədin "mim"ində zahir,

Bu yolda eynidir əvvəllə axır.

Peyəmbərlik onunla oldu kamil,

Ona "əd'u iləllah" oldu nazil.

Məqami-dilgüşası cəm'i-cəmdir,

Cəmali-canfəzası şəm'i-cəmdir.

Onun ardıncadır dillər1, o rəhbər,

Tutubdur damənin2 canlar sərasər.

Bu yolda kim geri, kimsə qabaqdır,

Hərə bir mənzil içrə bir qonaqdır

Hərə öz həddinə çün oldu vaqif,

Dedi fikrin: nədir mə'rufü arif.

Biri dərya olub söylər "ənəlhəq",

Biri tufanə düşmüş misli-zövrəq3.

1 Dil – ürək

2 Damən - ətək

3 Zövrəq – qayıq

Page 16: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 16 -

30

Biriyçün zahir elmi oldu rahət,

Quru sahildən ol verdi işarət.

Biri gövhər verib qaldı hədəfdə,

Biri gövhərlə bir qaldı sədəfdə.

Biri küll ilə cüzdən söhbət açdı,

Biri xəlq ilə xaliqdən danışdı.

Biri zülf ilə xalu xəttə yetdi,

Şərabü şəm'ü şahid bəhsin etdi.

Hər arif söz dedi öz mənzilindən,

Uzaqdır dərklər arif dilindən.

Bu mə'nadan çox idrak oldu heyran,

Onun dərki zərurətdir, ey insan.

Page 17: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 17 -

Kitabın yazılma səbəbi

35

40

Keçib hicrət günündən yeddi yüz il,

Ötüb on yeddi, şəvval oldu daxil.

Xorasandan biri təşrif gətirdi,

Tükənməz lütfü ehsan göstərirdi.

Dedi: "bir şəxs ki, var orda məşhur,

Hünər meydanı içrə çeşmeyi-nur1.

Böyükdən xırdaya əhli-Xorasan

Deyir - oldur bu gün ən ali insan.

Edib mə`na dolu bir namə hazır,

Dərin mə`na bilənlərçün yazıbdır.

Bu məktubda neçə müşkül ibarət

Ki, söylər onları əhli-işarət

Çəkilmiş nəzmə bir-bir məs'ul2 olmuş,

Çox az sözdən böyük mə'na qurulmuş".

Oxudu naməni elçi sərasər,

Gəzib dillərdə məktub oldu əzbər.

Böyüklər bəzmdə etmişdi şirkət,

Yönəlmişdi təmam ol şəxsə diqqət.

Böyüklərdən həyat görmüş bir insan,

Eşitmiş bizdən ol mə'nanı hər an,

Dedi:"sən yaz bu naməyçün cavabı,

Cəmaət fayda görsün, sən səvabı."

Dedim: "mə`na nədir təkrar əsərdən,

Bu haqda də`fələrlə yazmışam mən"

1 Çeşmeyi-nur - nur mənbəyi

2 Məsul olmuş - soruşulmuş

Page 18: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 18 -

45

50

55

Dedi digər biri: "məktubda lakin

Tələb var ki, cavab nəzm ilə gəlsin".

Çox israr etdilər, mən də sərəncam1

Cavab yazdım buna mə'nalı, yığcam.

Cavabı fikrü təkrar olmadan mən

Durub ərz eylədim məclisdə birdən.

Bu miqdar lütf ki, malikdir onlar,

Yəqin nöqsanımızçün göz yumarlar.

Bilir hər kəs ki, heç qəsd etmədim mən,

Edim öz fikrim üçün şe'ri məskən.

Buna hər vaxt təb'im qadir olmuş,

Yenə şairliyim çox nadir olmuş.

Əgər nəsr ilə çox vardır kitabım,

Və lakin nəzmə heç yoxdur xitabım.

Əruzla qafiyə mə'nayə yetməz,

Bitər dastan, bu mə'nalarsa bitməz.

Dərin məzmunlu mə'na hərfə sığmaz,

Nə cür ki, bəhri-Gülzüm zərfə sığmaz.

Var onsuz da çətinlik işdə əlbət,

Daha bir müşkülə burda nə hacət?

Bu sözlər fəxr üçün yox, şükr üçündür,

Könül sahiblərindən üzr üçündür.

Mənə şairliyimdən ar gəlməz,

Min illər keçsə də, Əttar gəlməz.

Əgər təfsir yazam yüzlərlə sirrə,

Olar Əttar yanında bircə zərrə.

1 Sərəncam – nəhayət, sonda

Page 19: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 19 -

60

65

Bu misralar qopub gəlmiş ürəkdən,

Oğurluq söz deyil div tək mələkdən.

Cavab məktubunu, bir sözlə axır

Nə cür lazımdı, yazdım, oldu hazır.

Alıb qasid bunu ünvanə yetdi,

Nə yolla gəlmiş idi, döndü getdi.

Cavab yazdı dübarə şeyxi-sərvər,

Dedi: "artır buna bə'zi fikirlər.

Dərin mənaları bir-bir bəyan et

Ki, eyni-elmi gəl eyni-əyan et."

Yazanda görmədim mən ol məcalı,

Ona bəxş eyləyim zövq ilə halı.

Bu halın vəsfi sözlərlə məhaldır,

Bu halı əhli-hal anlar nə haldır.

Və lakin əmr gəlmişdir Nəbidən,

Onunçün saili rədd etmədim mən.

Tez açdı tutiyi-nitqim zəbanın,

Yazılmış sirlərin versin bəyanın.

Xudavəndi-cəhanın sayəsində

Dedim mən hamısın bir an içində.

Buna bir ism sordum Həqqdən çün,

Cavab gəldi: "o, gülşəndir bizimçün."

Dedi: "məktubun ismi gülşən olsun,

Onunla qəlb çeşmi rövşən olsun."

Page 20: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 20 -

Birinci sual

Mən oldum bəsteyi-bəndi-təhəyyür1,

Nədir əslində mə'nayi-təfəkkür?

Cavab

70

75

Dedin ki, söyləyim nəymiş təfəkkür,

Çün oldun bəsteyi-bəndi-təhəyyür .

Təfəkkür həqqə batildən yol etmək,

Və həm cüzv içrə mütləq küllü görmək.

Həkimlər etdi ol məfhumu təsnif,

Ona həm verdilər bir böylə tə'rif:

Yaransa qəlb içində gər təsəvvür,

Ona əvvəlcə söylərlər təzəkkür.

Təzəkkürdən ki, keçdin, getdi surət,

İkinci pilləsi ibrətdir, ibrət.

Tədəbbürçün olarsa gər təsəvvür,

Ona söylərlər aqillər təfəkkür.

Həmin mə'lum təsəvvürlər ki, vardır,

O, naməfhumu təsdiqçün şüardır.

Gələr bir-bir pedər, sonraysa madər,

Olar axırda övlad, ey bəradər.

Bu tərtib içrə var bə'zi suallar

Ki, mütləq qanuna möhtac olarlar.

Və lakin olmasa ol işdə tə'yid,

Edər ayinə tək mövcudu təqlid.

1 Bəsteyi-bəndi-təhəyyür – heyrət ipinə dolaşdım qaldım, yəni heyrətdə

qaldım

Page 21: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 21 -

80

85

90

Çətin yoldur bu yol, ondan cüda1 ol,

Bir an Musa kimi tərki-əsa ol.

Gəl eymən vadisində tut qərarı,

Eşit, "inni ənəllah"dır şüarı.

Mühəqqiq tapdı vəhdətdən şühudu,

Birinci gördü ol nuri-vücudu.

Çün arif şahidi-nurü səfadır,

Baxarkən gördüyü yalnız Xudadır.

Gözəl bir fikr üçün təcrid gərəkdir,

Bunun məhsulu Allahdan köməkdir.

Əgər yol açmasa bir kəsçün Allah,

Bir işdən məntiq ilə olmaz agah.

Filosoflar qalıblar cümlə heyran,

Fəqət gördükləri imkandır imkan.

Edirlər vacibi mümkünlə isbat,

Axır heyran edir onları bir zat.

Olub gah dövr edən bir xəttə heyran,

Qalırlar gah təsəlsüldən pərişan.

Ağıl varlıqda etdikcə təvəğğül,

Olur dustaqi-zənciri-təsəlsül.

Olur ziddiylə zahir cümlə əşya,

Və lakin həqqə yoxdur ziddü həmta2.

Əgər yoxdur ona ya zidd, ya tən,

Nə cür, bilməm, onu dərk eyləyirsən?

Dəlil mümkündə vacibçün bulunmaz,

Nə cür ol dərk olur, heç cür bilinməz.

1 Cüda - uzaq

2 Həmta - oxşar

Page 22: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 22 -

Çırağ ilə çıxıbdır sanki nadan

Ki, tapsın çöldə bir xurşidi-taban1.

Təmsil

95

100

Günəş qalsaydı eyni halla daim,

Şüa salsaydı bir minvalla daim,

Bilinməzdi ki, ondadır bu ənvar2,

Qabıqla içdə fərq olmazdı aşkar.

Cahan Həq nuruna küllən məkandır,

Həq onda aşkar olmaqla nihandır.

Bu nura xas deyil nəql ilə təhvil,

Onun zatında yox təğyirü təbdil.

Düşündün daima vardır bu dünya

Ki, öz zatında aşkardır bu dünya.

Kimin ki, əqli çox dərin düşündü,

O kəs heyrət libasıyla büründü.

Kim olsa əqldə gərçi füzuli,

Filosof adlanar, yaxud hüluli.

O vəchin nuruna yox əqldə tab,

Çıxar əqlin gözün, bir tazə göz tap.

Filosof gözləri çəp olduğuyçün

Şühudi-həqq olubdur qeyri-mümkün.

Kimi korluqdan etdi Həqqə təşbih,

Kimi bir gözlü baxdı, qıldı tənzih.

Tənasüx ol səbəbdən batil oldu,

O da dargözlülükdən hasil oldu.

1 Xurşidi-taban – parlaq günəş

2 Ənvar - nurlar

Page 23: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 23 -

105

Kiminçün mö'təzillik bir şüardır,

Kor insan tək həqiqətdən kənardır.

Çün oldu zahir əhli gözdən aciz,

Təzahür gördü zahirdən o yalnız.

Kəlami zövqi-tövhiddən kənardır,

Onunçün təqlid etmək tək şüardır.

Xülasə, hər bir insan sordu Həqqi,

Hərə öz gözlərindən gördü Həqqi.

Onunsa zatı hər cür sözdən əfzun1,

"Təala şə'nuhu əmma yəqulun".

1 Əfzun – çox, artıq

Page 24: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 24 -

İkinci sual

110

Düşünmək gah haram, gah da halaldır,

Nə cür fikr eyləyək? Ağır sualdır.

Cavab

115

120

Düşün ne`mətləri, bil ki, halaldır,

Düşünmək zatını eyni-zəvaldır.

Düşünmək Həqq zatın oldu batil,

Günorta şəm' tutmaqdan nə hasil?

İşarətlər çün olmuş ondan aşkar,

O ki, olmaz işarətlərlə izhar.

Onun nurundan aləm oldu peyda,

O ki, olmaz bu aləmdən hüveyda.

O zatın nuruna tab etməz əşya,

Cəlalın qəhri çün durmuş bu yolda.

Burax əqli, odur ruhun bəlası,

Yarasayçün deyildir gün şüası.

Kimin ki, nuri-həqq olmuş dəlili,

Bu yolda neyləyər ol Cəbrəili?

Mələkçün çox yaxındır gərçi Allah,

Deyildir leyk onunçün "li məəllah".

Çün atəşdən qanad qalmaz mələkdə,

Ağıl bəs neyləyər ərşi-fələkdə?

Ağıl Haq nuruna həsrətdə qaldı,

Günəş nuruyla sanki göz qaraldı.

Yaxınlaşmışsa gözlər gördüyüylə,

Qaraldar gözləri nur öz gücüylə.

Page 25: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 25 -

125

Həqiqətdə qaranlıq nuri-zatdır,

İçində gizlənən abi-həyatdır.

Qara, göz nurunun olmuş qənimi,

Bu dərdin baxmamaqdır tək həkimi.

Səmalardan nə anlar yerdə palçıq?

Çəkinmək dərkdən idrakdır artıq.

İki dünyada da üzlər qaradır,

Bu bizlərçün gələn sirri-Xudadır.

"Səvadül-vəchi fid-dareyni" sən bil,

Olub eyni səvadi-ə'zəm ey dil.

Məni lal eylədi bu incə eyham:

Qaranlıq gündüz içrə nurlu axşam.

Bu məşhəddə təcəlla nuru vardır,

Sözüm çoxdursa da susmaq şüardır.

Təmsil

130

Günəş nurun kim aydın görmək istər,

Gərək tapsın özüyçün tazə gözlər.

Günəşçün göz ki, qaldı xeyli aciz,

Suda əksin görər nurun o yalnız.

Onun nuru azalsa azca miqdar,

Sənin idrakının tə'siri artar.

Ədəm mütləqlik üçün güzgüdür, bil,

Ədəmdə Həqq nuru saldı mənzil.

Ədəm varlıqla, gəldi, qarşı durdu,

Baxıb dərhal özündə əks qurdu.

Birin sirri olub çoxluqda aşkar,

Olur çoxluq, biri etdikcə təkrar.

Page 26: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 26 -

135

140

145

Ədədlərçün həmin bir ibtidadır,

Ədədlər aləmi sonsuz fəzadır.

Ədəm öz saflığıyla oldu qadir,

Ki, onda gizli məxzən oldu zahir.

Hədisdir "kuntu kənzən", eylə əzbər,

Onunla faş olur çün gizli sirlər.

Fəna bir güzgüdür, aləmsə surət,

Həmin surətdə göz insandır əlbət.

Sən əksin gözləri, O, nurlu gözdür,

Gözə göz göstərən bir ayrı gözdür.

Cahan insan olub insan cahandır,

Bu mə'nadan kənar hər şey yalandır.

İşin əslində öyrən, gör nələr var:

Görünəndir, görəndir, həm də didar.

Hədisdə var bu mə'nanın təmamı,

"Və bi yubsir, və bi yəsmə'" kəlamı.

Cahan ayinədir bilsən təmamən,

Onun hər zərrəsi yüz ulduza tən.

Onun hər küncünə diqqətlə baxsan,

Görərsən orda sən minlərlə insan.

Əgər bir qətrənin bağrın yararsan,

Onun bətnində yüz dərya taparsan.

Olub xilqətdə milçək fillə eyni,

Gəlib mə'nada qətrə Nillə eyni.

Olub yüz xırmana bir dən bərabər,

Sığıb bir darıya dünya sərasər.

Var hətta milçəyin bir tükdə canı,

Gözə diqqətlə bax, gör asimanı.

Page 27: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 27 -

150

155

160

Ürək ki, çox kiçikdir, sanki bir dən,

Bu həcm ilə olub Allaha məskən.

İki dünya özündə eyləyib cəm,

Olubdur gahi İblis, gahi Adəm.

Qarışmış hər nə var yerdə, fələkdə,

Mələk Şeytandadır, Şeytan Mələkdə.

Bu aləmlər dən ilə barə bənzər,

Nə cür ki, birləşib mö'minlə kafər.

Hər ay, hər gün zamanın çevrəsində,

Zamansa büsbütün hal nöqtəsində.

Gör Adəm xilqətin İsa zühuru,

Əzəl ilə əbəddə eyni nuru.

Həmin dairədə çox nöqtələr var,

Olur hər nöqtənin min şəkli aşkar.

Onun hər nöqtəsi nöqtəylə doldu,

Özü bir çevrədəykən mərkəz oldu.

Əgər bir zərrəsi çıxsa yerindən,

Qopar zərrati-aləm bir-birindən.

O heyran zərrələrdən bircə parə

Qədəm qoymaz öz həddindən kənarə.

Müəyyənlik edib onları məhbus,

Olubdur cüzvlər küll içrə mə'yus.

De ki: onlar həm azad, həm əsirdir,

Gah üryan, gah libasda, bu nə sirdir?

Sükut içrə edirlər cümlə pərvaz,

Nə başlanğıc, nə axır bəlli olmaz.

Olubdur hər biri zatından agah,

Dəmadəm yol gedir, məqsədsə dərgah.

Page 28: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 28 -

Yatıb hər zərrənin bətnində bir sirr,

Olub canan cəmalı onda təsvir.

Qayda (1)

165

170

175

Bu aləm barədə çox söz eşitdin,

Özün şəxsən nə gördün, ya nə etdin?

Nə dərk etdin, nədir surətlə mə`na?

Nədir bəs axirət, yaxud bu dünya?

Nədir Simurq ilə Qaf dağı, söylə,

Nədir Cənnət, Cəhənnəm, Bərzəx öylə?

Hanı ol gizli dünya, bu nə sirdir?

Ki, orda bircə gün bizçün bir ildir.

Fəqət gördüklərinlə bitmir aləm,

“Və ma la tubsirun” zikr eylə hər dəm.

Buyur, söylə ki, Cabilsa hayandır?

Ya Cabilqa nədir, hansı məkandır?

Düşün, məşriq və məğriblər nə sirdir?

Bütün aləm kimi onlar da birdir.

Özündən agah olmaqçün qulaq as,

Nə yazmış “mislihun”dan İbni-Abbas.

Bütün gördüklərin bil ki, xəyaldır,

Bu rö`yadə nə var, Ondan misaldır.

Edərkən həşr sübhü ruhu bidar

Deyərsən: “bir xəyal imiş ki, bunlar”.

Açarkən pərdəni gözdən zəmanə

Dönər göylər yerə, yer asimanə.

Həqiqi tək Günəş nurun saçarkən

Əsər qalmaz nə Aydan, nə Günəşdən.

Page 29: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 29 -

180

185

Düşər bir qarə daş üstə şüası,

Olar daş yumşalıb bir yun topası.

Bacarsan, dur bir iş gör, olma qafil,

Bacarmazsansa, bilməkdən nə hasil?

Nə anlarsan, nə dünya var ürəkdə?

Batıbsan palçığa çün bir çökəkdə.

Bütün dünya sənindir, sənsə aciz,

Tapılmaz səndən aciz kimsə hərgiz.

Əlinlə vurduğun zəncir ayaqda,

Olub məhbus oturdun bir qıraqda.

Zəif bəxtinlə qadın tək barışdın,

Vücudunla cəhalətdən yapışdın.

İgidlər qanına qəltan olurkən

Bir addım atmayıb gizlənmisən sən.

Nə dərk etdin, nədir “dinül-əcayiz”?

Fəqət bildin özünçün cəhli cayiz.

Qadında həm ağıl, həm din zəifdir,

Kişiyçün eyni oxşarlıq eyibdir.

Kişiysən, dörd yana bax bir nəzərlə,

Nə çıxsa qarşına, dəf et hünərlə.

Gecə, gündüz bilib dincəlmə bir an,

Qoşulma gəl, burax getsin bu karvan.

Düş İbrahim Xəlil tək həqqi axtar,

Gecə-gündüz çalış, ta eylə aşkar.

Günəş, ulduz və ay yalnız misaldır

Ki, onlar əqldir, hissü xəyaldır.

Misalın vəhminə gəl olma tabe,

Dəmadəm “la uhibbul-afilin” de.

Page 30: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 30 -

190

195

Bu yolla sən də get, yoldan ol agah,

Eşit Musa kimi “inni ənəllah”.

Önündə varlığın durduqca dağ tək,

Olar “ərni” sualı boş bir istək.

Həqiqət kəhrəba, insan samandır,

Bu dağ yoxdursa yolda, yol yalandır.

Təcəlla nuru çatdıqda bu dağə

Düşər dağ bir qalaq toz tək qırağə.

Gəda bir cəzbədən sultan olanda

Yıxar dağı saman tək bircə anda.

Ağan Əhməd kimi İsrayə get sən,

Özün hər ayəti-kübrayə yet sən.

Yürü, çıx Ümmi-Hani xanəsindən,

Və həzz al “mən rəani” cümləsindən.

Var ikən qafi-qürbi-qabə qövseyn,

Neçün zikr eyləyirsən kafi-kövneyn?

Nə istərsən, verər Həqqi-Təala,

Həqiqətlər olar qarşında peyda.

Qayda (2)

200

Təcəlla nuru içrə kim tutar dəm,

Onunçün bir kitabullahdır1 aləm.

Ərəz i`rabdır orda, cövhəri hərf,

Olub hər pilləsi bir ayəti-vəqf.

Və hər surə bir aləmdir, qulaq as,

Birinci Fatihə, axırda İxlas.

1 Kitabullah – Allahın kitabı

Page 31: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 31 -

205

Birinci ayə əqli-küll gəldi,

Bununla ba`i-bismillah düzəldi.

İkinci nəfsi-külli etdi icad,

Bu da nur ayəsində oldu isbat.

Üçüncü ayə gəldi ərşi-rəhman,

Və sonra Ayətül-kürsi, ey insan.

Yaratdı sonra yeddi asimani,

Onunla eynidir Səb`ül-məsani.

Bunun ardınca dörd ünsür düzəldi,

Onun da hər biri bir ayə gəldi.

O dörd ünsürdən üç mövlud yarandı,

Buna minlərlə ayət tən dayandı.

Axırda nəfsini çün etdi nazil,

Kitabın eylədi “Nas” ilə kamil.

Xarici aləm barədə təfəkkür qaydası (3)

210

Bədən zindanının dustaqı olma,

Çıx ondan, gör kənarda var nə dünya.

Səmanın xilqətin bir dəm düşün sən,

Desin öz ayəsiylə Xaliq əhsən.

Düşün bir dəm, nədir ki, ərşi-ə`zəm?

Sığıbdır batinində iki aləm.

Ona neyçün deyərlər ərşi-rəhman?

Nə yolla bağlıdır ərş ilə insan?

Neçin onlar dəmadəm yol gedirlər?

Bir an dincəlmədən hey seyr edirlər.

Ürək mərkəzdir, ətraf göy bəsitdir,

Biri nöqtə, biri dövri-mühitdir.

Page 32: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 32 -

215

220

225

Gecə-gündüz gəzib ərşi-müəlla1

Səni az-çox təvaf eylər bu yolla.

Və ondan kürrələr aldıqca qüvvət

Süzürlər asimanda xeyli rahət.

Quyu üstündəki bir çərxə bənzər

Tutub məğrib yolun, hey seyr edirlər.

Bu çərx aləmlərin ətrafı üzrə

Tamamlar bir günə tam bircə dövrə.

Alıb digər fələklər ondan ibrət,

Bu cür dövr etməyə etmişlər adət.

Bu cür dövr eyləyir bu çərxi-ətləs,

Onun da əksinə səkkiz müqəvvəs.

Dayaqdır bürclər üçün ərşi-ə`la,

Uzaqlaşma və boşluq yoxdur orda.

Əkizlər, qoç, buğa, xərçəng bahəm,

Şir ilə qız tamamən başqa aləm.

Tərəzi əqrəb ilə, oxatanla,

Balıqlar, dolça, oğlaq bir nizamla.

Səma min yirmi dörd ulduzla doldu,

Hər ulduz öz yerində sabit oldu.

Tutub yeddinci çərxi, bil ki, Keyvan,

Olubdur Müştəri altıncı dövran.

Beşinci növbədə Mərrix dayanmış,

Günəş dördüncüdə nurla boyanmış.

Üçüncü Zöhrədir, sonra Ütarid,

Yerin sərhəddinə Ay oldu varid.

1 Ərşi-müəlla – ən uca göy təbəqəsi

Page 33: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 33 -

230

235

Zühəlçün dolça, oğlaq mənzil oldu,

Balıqlar, oxatan Bərcisə qaldı.

Olub əqrəb və qoç Mərrixə qismət,

Günəş şir bürcü üstə qaldı rahət.

Buğayla mizan ancaq Zöhrənindir,

Ütaridçün əkizlər, qız həmindir.

Ay öz oxşarı tək xərçəngi buldu,

Dolandı başla quyruq eyni oldu.

Əta olmuş Aya dörd yeddi mənzil,

Günəşlə Ay durur bə`zən müqabil.

Və ya Ay sanki “urcunül-qədim”dir,

“Əziz”dəndir, “əlim”dəndir bu təqdir.

Fikirləşsə bir insan gərçi kamil,

Deyil bir zərrə də aləmdə batil.

Bu haqda Həq-Təala çox deyib söz,

Zəiflərkən yəqin, batil görər göz.

Böyük bir hikməti var milçəyin də

Ki, yox Mərrix, Ütarid gerçəyində.

İşin əslində öyrənsən, nələr var,

Bilərsən, var fələkdə hökmi-cəbbar.

Münəccim etməmişdir dinə vərdiş,

Fələkdəndir- deyir- dünyadə hər iş.

Məgər görmürmü ki, çərxi-müdəvvər

Olubdur Həqqin əmrində müsəxxər.

Təmsil

240

Fələklər dəmbədəm seyran edirlər,

Dulusçu çərxi tək dövran edirlər.

Page 34: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 34 -

245

250

Onu hər dəmdə fırlatdıqca usta,

Yeni qablar düzəldir asta-asta.

Məkan ilə zamanda hər nə vardır,

Bir ustadın əlindən aşikardır.

Gər ulduzlar olubdur cümlə kamil,

Olurlar bəs neçün nöqsanə mail?

Zamanı, forması, rəngi, yeriylə

Tamamən fərqlidirlər bir-biriylə.

Neçün gah zirvədə, gah dibdədirlər?

Neçün gah tək qalır, gah cüt gəzirlər?

Nə atəşdir ki, giryan etdi çərxi?

Kimin şövqü pərişan etdi çərxi?

Gəzir ulduzlar ol çərx üstə rahət,

Yuxarı, gah aşağı istiqamət.

Fələk altında dörd ünsür ki, vardır,

Hər ünsür öz yerində bərqərardır.

Hər ünsürçün xüsusi öhdəlik var,

Bir addım da kənara atmaz onlar.

Tamamən zidd olan dörd adda xilqət,

Düşün məntiqlə, gör mümkünmü vəhdət?

Və lakin Həqqdən çün gəldi təklif,

Bir oldu surəti, zatı müxalif.

Yarandı dörd cür ünsürdən üç imkan,

Cəmadatdır, nəbatat, bir də heyvan.

Qoyub öz cövhərin ta ki, arayə,

Yetib bir sufi tək küllən səfayə.

Nə ki, əmr eyləmişdir Həq-Təala,

Edirlər hamısı can-başla icra.

Page 35: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 35 -

255

Yıxıb cansızları torpağə qəhri,

Ucaldıb bitkini torpaqda mehri.

Növü, cinsi və fərdi saxlamaqçün

Tutublar canlılar ixlası üstün.

Ediblər hamısı çün hökmü təsdiq,

Olublar hakimə bil-cümlə aşiq.

Daxili aləm barədə təfəkkür qaydası (4)

260

265

Ey insan, bil, sənin əslin ki, varmış,

Anayçün həm ata, həm də anaymış.

Cahan başdan-başa cəm oldu səndə,

Ən axırdan gəlib durdun ən öndə.

Ən axır oldu Adəm şəkli peyda,

Onun avarəsi hər iki dünya.

Əsas məqsəd deyildir sonda axır,

Olur məqsəd də öz zatıyla zahir.

Olub zülmət, cəhalət zidd nura,

Və lakin məzhər olmuşdur zühura.

Əgər olmazsa səthin altı zülmət,

Görünməz güzgüdən bir əksi-surət.

Və dördüncü fələkdən Gün şüası

Fəqət torpaqda eylər in`ikası.

Çün oldun sən cəmali-Həqqə sahib,

Mələklərçün yazıldı səcdə vacib.

Hər aləmdən ki, var səndə nişanə,

Sənə bağlandı bağla danə-danə.

Sığışdı hər şeyin mə`nası səndə,

Sənin fərmanına çün oldu bəndə.

Page 36: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 36 -

270

275

280

Bu gün mərkəzdəsən, çün qayə sənsən,

Özün dərk et, cahançün mayə sənsən.

Şimalda sakin oldu ta ki, Adəm,

Ürək də sol tərəfdə oldu möhkəm.

Sənin mayəndə əqlü can dirəkdir,

Yer ilə göy cəmalınçün bəzəkdir.

Demək, əslində yoxluq varlıq imiş,

Bu yüksəklik həmin alçaqlıq imiş.

Təbii qüvvənin hesabı yoxdur,

İradi qüvvələr ondan da çoxdur.

Budur, hər qüvvə bir alətdə vardır,

O alətlərsə ə`zadır, damardır.

Bu işlərdən təbiblər qaldı heyran,

Dedi - başdan-başa sirr imiş insan.

Bu yolda yetmədi məqsudə heç kim,

Axırda oldu acizliklə təslim.

Olubdur hər biri bir Həqq qismi,

Yazılmış hər kəsə Həqqin bir ismi.

O adla var olur varlıq əzəldən,

Həmin adla keçir təsbihi əldən.

Diyari-xilqətə dərvazə ki, var,

Bura ordan girib, ordan çıxarlar.

Bütün məxluq qərib, miskin bədəndir,

Geri yol gəldiyi dərvazədəndir.

Bütün adları öyrəndin o yerdən,

Və adlandın bütün adlarla birdən.

Bilik, qüdrət, iradə səndədir, bil,

Sifati-Həqqə sənsən təkcə nail.

Page 37: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 37 -

285

Eşitmək, dinləmək, görmək və olmaq

Onunla səndədir dünyadə ancaq.

Əcəb, əvvəllə axır eyni oldu,

Əcəb, batinlə zahir eyni oldu.

Çaşıb qaldın özün haqqında elmə,

Budur ən yaxşı yol ki, heç nə bilmə.

Təfəkkür döndü sonda heyrət oldu,

Bu yerdə çatdı, xətmi-söhbət oldu.

Page 38: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 38 -

Üçüncü sual

Mənə məndən xəbər ver “mən” sözündə

Neçin bəs söylənir – seyr et özündə.

Cavab

290

295

Soruşdun ki, mənə məndən xəbər ver,

Kim imiş mən, həmin məndən xəbər ver.

Dönüb ta “mən” sözü olmuş ibarə,

Vücudi-mütləqə eylər işarə.

Təəyyündən müəyyəndir həqiqət,

Təəyün ol səbəbdən “mən”dir əlbət.

Mən ilə sən ki, olduq zatə ariz,

Çırağın şişəsindən zərrəyik biz.

Tamamən eyni nurdur cism ilə can,

Düşər gah aynadan, gah da çıraqdan.

Nəzərdə ruh tutursan “mən” deyərkən,

Fəqət ruhdan ibarətsənmi bəs sən?

Tutunca böylə bərk əqlin sözündən,

Özün bir qətrə saymazsan özündən.

Özün haqqında öyrən gör nəsən sən,

Deyildir kök bədənlə şiş bədən tən.

Həmin “mən” cismü candan oldu üstün,

Cisimlə can “mən”in bir cüzvüdür çün.

Deyil heç “mən” sözü insanə məxsus,

Deyirsən sənsə - olmuş canə məxsus.

Burax bir yol cəhanı, biməkan ol,

Özün öz daxilində bir cəhan ol.

Page 39: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 39 -

300

305

Hüviyyət “ha”sı, bir də vəhm xətti

Baxan şəxsin gözün dərhal çəp etdi.

Nə yol qalmış, nə də bir yolkeçən var,

Çün eylər “ha”yi-hu Allahə iqrar.

Vücud cənnətdir, imkansa cəhənnəm,

Mən ilə sən də bərzəx tək bir aləm.

Önündən pərdələr qalxarsa bir gün,

Gələrsən dinə, həm əhkamə üstün.

Şəriət bağlıdır cism ilə canə,

Olubdur səndəki “mən”dən nişanə.

“Mən” ilə “sən” də meydandan çıxarsa,

Qalarmı Kə`bəvü deyrü kəlisa?

Təəyyün nöqtədir, varlıqsa bir eyn,

Tamamən saflaşarkən “eyn” olur “ğeyn”.

İki addım yol eylər seyri-salik,

Onun da hər biri min zülmə malik.

Bir addımla hüviyyət “ha”sın ötdü,

Bir addımla vücud səhrasın ötdü.

Həmin mövqedə təklə cəm bir oldu,

Bütün saylarda vahid zahir oldu.

O cəm sənsən ki, eynən vəhdət oldun,

Və vəhdətsən ki, eynən kəsrət oldun.

Keçib kim cüzvdən küll ilə doldu,

Həmin kəsçün bu sirlər zahir oldu.

Page 40: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 40 -

Dördüncü sual

310

Səfərdə yol gedən kimdir, ey aqil?

Nə cür bir şəxs olar insani-kamil?

Cavab

Soruşdun, yol gedən kimdir bu yolda

Ki, agahdır nə varsa sağda, solda?

Nə cür ki, ayrılar od tüstüsündən,

O cür də yolgedən safdır özündən.

Yolun ilkin məqamı mümkünatdır,

Axır məqsəd kəmali-nuri-zatdır.

Bu yol ilkin səfərlə əksdir, bil,

Əsas şərti olubdur bil ki, təkmil.

Qayda (1)

315

320

Bil öyrən gör nə cür bir varlıq oldu,

Ki axır kamil insan tək doğuldu.

Bir əşya tək gəlib etdi tərəqqi,

İzafi ruh alıb öyrəndi Həqqi.

O ki, tərpəndi, bil, qüdrət qazandı,

Vücud şəhrində istəklər yarandı.

Uşaqkən qavradı dünyanı səylə,

Doğuldu dünyəvi bir vəsvəsəylə.

Vücudun ta ki, küllən tutdu kəsrət,

Götürdü küllə doğru istiqamət.

Vücudunda qəzəb, şəhvət yarandı,

Paxıllıqla, təkəbbürlə boyandı.

Page 41: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 41 -

325

330

Nə ki, çirkin sifət var, etdi zahir,

O heyvandan betər hər zülmə qadir.

Tənəzzüldə ən axır nöqtədir bu,

Təkamül nöqtəsiylə qarşı durdu.

Tükənməz sayda kəsrət oldu zahir,

Müqabil durdu başlanğıcla axır.

Bu batlaqda ilişdi kim ki, qaldı,

O heyvandan da alçaq bir yer aldı.

Əgər can aləmindən yetsə bir nur,

Ya olsa cəzbənin feyziylə məxmur,

O anda Həqq olar insanə həmdəm,

Dönər öz gəldiyi yollarla adəm.

Ya bir cəzbə, ya da bir mütləq isbat

Əsil iman üçün olmuş əsil zat.

Bu yolla dəf` olar “siccini-füccar”,

Tutar şövq ilə “illiyini-əbrar”.

Vücud zinətlənər tövbəylə ol dəm,

O anda “istəfa” kəsb eylər Adəm.

Çıxar ondan bütün çirkin əməllər,

Ucaldar Həqq onu İdrisə bənzər.

Tapar çirkin sifətlərdən nicatı,

O da Nuh tək tutar üstün səbatı.

Onun cüzvi gücün məğlub edər küll,

Xəlilullah qədər eylər təvəkkül.

Rizayətçün əyib nəfsin xəm eylər,

Kəlim tək fəthi-babi-ə`zəm eylər1.

1 Fəthi-babi-ə`zəm eylər – ən uca qapını açar

Page 42: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 42 -

335

Edər əqlin bütöv əql içrə fani,

Olar İsayə bənzər asimani.

Verər yəğmayə küllən mümkünatı,

Məhəmməd tək gedər me`rac siratı.

Çatıb axır görər ilkin məqamdır,

Rəsullarçün, mələklərçün həramdır.

Təmsil

340

Vəli ay idi, peyğəmbər günəşdi,

Çatıb Allah qatında eyniləşdi.

Nübüvvət safdır öz kamilliyində,

Vilayət aşikar olmuş içində.

Vəlilərçün vilayət bir hasardır,

Nəbilərçün vilayət aşikardır.

Nəbini izləyib çün həmdəm oldu,

Vilayətdə onunla məhrəm oldu.

Keç “in kuntum tuhibbun” cümləsindən,

Yapış “yuhbibkumullah” xanəsindən.

Sevilərsən həmin xəlvətsəradə,

Qalarsan Həqq ilə tam bir aradə.

Vəli tabe olar mə`na üzündən,

Vəli abidləşər mə`na yönündən.

Vəlinin işləri çatsa təmamə,

Edər ric`ət yenə ilkin məqamə.

Page 43: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 43 -

Kamil insan mövzusunda dördüncü sualın

cavabının ardı

345

350

O kəs ki, kamil insan oldu gerçək,

Özü bir xacə, rəftarı qulam tək.

Edərkən ortadan qət`i-məsafət1

Qoyar Həq başına taci-xilafət.

Olar baqi çatarkən yol təmamə,

Dönər sondan geri ilkin məqamə.

Şiar eylər şəriətdən özüyçün,

Libas eylər təriqətdən özüyçün.

Həqiqətdir onun zati məqamı,

Odur bil, küfrü imanın təmamı.

Vücudunda gözəl əxlaqı peyda,

İşi, vərdişi elmü zöhdü təqva.

O hər bir kəslə hər kəsdən uzaqdır,

Vücudu pərdələnmişdir, yasaqdır.

Təmsil

355

Soyub kal meyvəni gər eyləsən pay,

Nəinki fayda verməz, həm olar zay.

Qabıqsız yaxşıdır yetkin vilayət,

Soyulsa gər, çıxar aşkarə əlbət.

Şəriət bir qabıqdır, iç həqiqət,

Arada vaqe olmuşdur təriqət.

İçin nöqsanı salikçün xətadır,

Yetişdikdə qabıqsız çox rəvadır.

1 Qət`i-məsafət etmək – məsafəni qət etmək

Page 44: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 44 -

360

365

Yəqinlik həddinə arif çatarkən

Çıxar öz pərdəsindən sanki bir dən.

Bu dünyada vücudu hədd bilməz,

Çıxar dünyadan artıq bir də gəlməz.

Ona gər bir şüa ensə səmadən,

Həmin ol dövrəni başlar binadən.

Ağac tək yüksələr yerdən səmayə,

Çatar yeddinci qatla istivayə.

Verər hey tazə dənlər gecə-gündüz,

Bu bir təqdirdir ki, bir olar yüz.

Dənin bir dövrəsi keçdiysə xətdən,

Çıxır xət nöqtədən, dövrəysə xətdən.

Olarsa dövrədə salik mükəmməl,

Bitər ol, birləşər axırla əvvəl.

O pərgar çevrədən çıxmaz kənarə,

Həmin ol dövrü dövr eylər dübarə.

Bitərkən çevrədə tam bir səyahət

Qoyar Həq başına taci-xilafət.

Tənasüx anlamın vermir bu sözlər,

Təcəlladən olur zahir bu sözlər.

Və qəd sə`lu və qalu mən-nəhayə

Və qilə hiyər-rucu` iləl-bidayə.

Qayda (2)

Nübüvvət kəlməsin Adəm gətirdi,

Nübüvvət xəttini Xatəm bitirdi.

Nübüvvətdən vilayət qaldı yerdə,

Yeni dövranlara başlandı bir də.

Page 45: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 45 -

370

Onun kamil zühurun xatəm eylər,

O xatəm xətmi-dövri-aləm eylər.

O bir tamdır, onun çox cüzvü vardır,

Onun hər bir vəli tək üzvü vardır.

O ki, Xacəylə küllən eyni oldu,

Vücudu Xacə tək rəhmətlə doldu.

Odur aləmlərin tək müqtədası,

Bəni-Adəm — iki dünya ağası.

Təmsil

375

380

Olur hər gün günəş zülmətdə peyda,

Gəlir sübhü səhər, sonra günorta.

Yenə çərx eyləyir öz dövrünü tam,

Enir gün qərbə doğru, əsr olur şam.

Olub Xatəm günəş tək çünki peyda,

Saçır nurun gah Adəm, gah da Musa.

Oxu tarix kitabın, gör nə vardır,

Məqamlar bircə-bircə aşikardır.

Hər an əşyalara bir kölgə xasdır,

Günün yüksəlməsiyçün bir əsasdır.

Günortaydı Məhəmməd dövrü, ey dil,

O hər cür kölgədən azad idi, bil.

Günorta dursa ekvatorda bir kəs,

O kəsdən heç yana bil kölgə düşməz.

O haq yolda durub olmuşdu qaim,

O idi “fəstəqim” əmrində daim.

Onun öz kölgəsi olmazdı əsla,

Özü Haq kölgəsiydi çünki mövla.

Page 46: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 46 -

385

390

Onun ki, qibləsi mərkəz seçildi,

Vücudu nura küllən qərq edildi.

Onun dəstiylə şeytan müslim oldu,

O nura kölgələr də təslim oldu.

Məqamlar hamısı ondan aşağı,

Vücudlar təmsil eylər ol çırağı.

Həmin nurdan vilayət kölgə saldı

Və məşriqlərlə məğriblər tən oldu.

Enən xətt üzrə hər bir kölgəni, bil,

Olur ilk kölgələrlə tam müqabil.

Bizim ümmətdə hər alim ki vardır,

Nəbilərdən biriylə aşikardır.

Nəbi ki, həm vəli, həm də nəbidir,

Nəbi, yə`ni vəlilərdən qəvidir.

Vilayət qövsü ki, xatəmlə bitdi,

Birinci nöqtə həm son həddə yetdi.

Əminlik yox cahançün çünki onsuz,

Onunla can tapar hər canlı, cansız.

O gəlsə, yerdə qalmaz bircə kafir,

Olar hər bir tərəfdə ədl zahir.

Onunçün kəşf olar ta sirri-vəhdət,

Təcəlla eyləyər mütləq həqiqət.

Page 47: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 47 -

Beşinci sual

Kim oldu vəhdətin sirrində vaqif?

Nəyi bildi, nəyi kəşf etdi arif ?

Cavab

395

400

Kim Allahdan savayı heç nə bilmir,

Ona aşkar olur vəhdətdəki sirr.

Əsil arif odur, bilsin vücudu,

Vücudi-mütləq olsun tək şühudu.

Onunçün qalmasın bir başqa varlıq,

Uduzsun varlığın bir eşqə varlıq.

Vücudun sərbəsər daşdır, kəsəkdir,

Tələs, ey dil, ona paklıq gərəkdir.

Süpür öz xanəni, pak eylə səylə,

Sən orda dost üçün yer hazır eylə.

O evdən ta ki sən çıxdın, girər o,

Sənə sənsiz camalın göstərər o.

Kim istətsə özün gər nafiləylə,

Təmizlər xanəsin “la nafiyə”ylə.

Məkan eylər ən üstün bir məqamı,

Onunçündür “və bi yubsir” kəlamı.

Bir iz gər qalsa varlıqdan vücudda,

Kamalat hasil olmaz ki, şühudda.

Bütün əngəlləri qaldırmasan sən,

Edərmi qəlb evində nur məskən?

Bu ev dörd danə əngəldən boyanmış,

Təmizlikçün də dörd alət dayanmış.

Page 48: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 48 -

405

410

Gərək əvvəlcə pak olsun nəcislik,

İkinci şərri-şeytandan təmizlik.

Üçüncü çirkin əxlaqdan qorunmaq,

Fəqət heyvanə xasdır çün bu əxlaq.

Sonuncu qəlb evin pak eyləməkdir,

Səfər burda tamamlanmış deməkdir.

Həmin yolla kim eylərsə təharət,

O kəsb eylər münacatçün ləyaqət.

Əgər ki, səndə sənlik qalsa bir az,

Nəmazında kamalat hasil olmaz.

Eyiblərdən tamam pak olsa zatın,

Çoxaldar “qürrətül-eyni” səlatın.

Aradan fərqlər getdikdə bir an

Olar ariflə mə`ruf eyni bir can.

Page 49: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 49 -

Altıncı sual

Əgər arif də, mə`ruf da Xudadır,

Demək torpaqdakı boş iddiadır?

Cavab

415

420

Xudaya naşükürlük etmə zinhar,

Xuda nuruyla bildin ki, Xuda var.

Xudasız mə`rifət yox, düz dedin sən,

Və lakin güc tapar torpaq günəşdən.

Təəccüblü deyildir heç qətiyyən,

Günəşdən nura ümmid etsə bir dən.

Yada salsan əzəl fitrət məqamın,

Xatırlarsan əsas fikrin məramın.

“Ələstu rəbbikum” kimçün deyilmiş?

Onu təsdiqləyən bəs kimlər imiş?

O gün ki, ustamız bir gil yoğurdu,

Ona çiy vaxtı iman möhrü vurdu.

Əgər bir-bir oxursan ol kitabı,

Taparsan hər sualçün bir cavabı.

Dünən sən bəndəliklə razılaşdın,

Bu gün yaddan çıxardın, həddi aşdın.

Kitab endirdi ki, sultani-qəffar

Xatırlatsın sənə ilk əhdi təkrar.

Əgər sən Həqqi görmüşdünsə bir an,

Demək ki, bir də görməkçün var imkan.

Bu gün burda sifətlərdən ol agah,

Sabah zatıyla məşhud olsun Allah.

Page 50: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 50 -

Budur yol, başqa yol getsən əbəsdir,

Kitabdan dinlə “la təhdi”, bu bəsdir.

Təmsil

425

430

Kor insan nəql ilə, isbatla bir dəm

İnanmaz ki, al-əlvandır bu aləm.

Yaşıl, göy, qırmızı, ağ, sarı ki, var,

Onunçün hamısı zülmətdir onlar.

Cahana kor gələn göz nura gəlməz,

Bu korluq sürmə çəkməklə düzəlməz.

Ağıl üqbanı görməz çünki gerçək

Olub dünyayə kor gəlmiş adam tək.

Ağıldan da uca bir yol dəxi var,

Onunla faş olar insanə əsrar.

O atəş ki, dəmirlə daşda vardır,

Cisimlə canda eynən aşikardır.

Dəmirlə daş toxunsa, od çıxardar,

İki aləm bu oddan nur qopardar.

O məcmuda tutar bu sirr məskən,

Eşitdin, get özünlə məşğul ol sən.

İlahi rəsminə bir nüsxəsən sən,

Bütün əşyaların məcmusu sənsən.

Page 51: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 51 -

Yeddinci sual

Kimin nitqindədir ləfzi-ənəlhəq?

Nə dersən, hərzədir ol rəmzi-mütləq?

Cavab

435

440

445

Bizə hər sirri kəşf eylər ənəlhəq,

İkinci Həqq yox, söylər ənəlhəq.

Ya istər məst ola, yaxud da məxmur,

Olub dünyadə hər bir zərrə Mənsur.

Fəqət təsbih üçün söz söylər onlar,

Bu mə`nayə işarət eylər onlar.

Gər istərsən asan olsun səninçün,

Və “in min şey” sözün zikr eylə hər gün.

Əyirsən qəlbini pambıq misalı,

“Ənəlhəq” söyləyərsən laübalı.

Qulağından çıxar pambıq gümanı,

Eşit vahid və qəhhardan bəyanı.

Neçün axır günü gözlərsən, ey dil,

Gəlir Həqqin nidası hər zaman, bil.

Gəl eymən vadisindən ol bir agah,

Ağac söylər sənə “inni ənəllah”.

Ağac “həqqəm” deyəndən sonra neyçün

Onu ərz etməsin hər şeydən üstün?

Kimin qəlbində şəkkin seyri yoxdur,

Bilir, varlıqda bir var, qeyri yoxdur.

Mənəmlik Həqq üçün layiqdir, ey dil,

O, zənn ilə gümandan gizlidir, bil.

Page 52: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 52 -

450

İkilik yoxdur Allahın qatında,

Deyil mənlik və sənlik ovqatında.

Bizimlə, mən və sən bir şeydir ancaq

Ki, yoxdur vahidə vəhdətdə ortaq.

Kimin ki, qəlb evi küllən boşaldı,

“Ənəlhəq” söyləyən səslər ucaldı.

O, baqi vəch ilə görməz həlakət,

Bir olmuş seyr ilə salik, təriqət.

Düşünmə, bu hülul, ya ittihaddır,

İkilik anlamı vəhdətdə yaddır.

Hülul, ya ittihad cütlükdə vardır,

Bizim vəhdətdə seyr etmək şüardır.

Nə ki, var qopdu bir varlıqdan ancaq,

Deyil bəndəylə Həqq heç yerdə ortaq.

Xəyaldır cümlə məxluqat sərasər,

Deyil varlıq göz ilə görsənənlər.

Təmsil

455

Baxarkən güzgüyə fikr eylə hərdən,

Sənə ordan baxan şəxsi düşün sən.

Özündən ayrıdır əksin, ya birdir?

Nə ondandır, nə bundan, bəs nə sirdir?

Mən öz əslimlə oldumsa müəyyən,

Mənim kölgəm nədir bəs, bilmirəm mən.

Deyil yoxluqla varlıq heç də bahəm,

Həm aydın, həm qaranlıq olmaz aləm.

Sabah ilə dünən yoxdur zamanda,

Bu gündən başqa gün yoxdur zamanda.

Page 53: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 53 -

460

465

Zamanda seyr edib sən bircə anı

Davamlı sel kimi gördün zamanı.

Bu səhra içrə “mən”dən başqa kim var?

De, bəs hardan gəlir səslər, sədalar?

Yaratmış cövhəri fani ərəzlər,

Fəna qoymuş demək cövhərdə izlər.

Cisim enli, uzun, hündür yaranmış,

Budur, zatında yoxluqlar dayanmış.

Bu növdəndir bütün aləm, ey insan,

Bunu bildin, gətir Allahə iman.

Odur həq, yoxdur ondan başqa bir həq,

“Ənəlhəqq” istəsən, söylə “hüvəl-həq”.

Sən öz şəklin yu varlıq lövhəsindən,

Deyilsən özgəsi, agah ol işdən.

Page 54: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 54 -

Səkkizinci sual

Neçün seyrü süluk olduqda kamil

Deyərlər bəndə oldu Həqqə vasil.

Cavab

470

475

Deyil bizdən kənar Həqqin vüsalı,

Özün tərk eyləyən anlar bu halı.

Tamam imkan tozu bil mümkünatı,

Tutub bir pərdə tək toz vacibatı.

İki dünya sərasər bir xəyaldır,

Bəqa dövründə bir heçdir, zavaldır.

Deyil məxluq o kəs ki, oldu vasil,

Bu cür sözlər danışmaz mərdi-kamil.

Bu yolda yoxluğun vardırmı halı?

Nədir torpaq ilə Həqqin vüsalı?

Həmin yoxluq nədir ki, vasil olsun

Ki, ondan bir təriqət hasil olsun.

Əgər bir gün bu işdən olsan agah,

Deyərsən dəmbədəm “əstəğfirullah”.

Sənin tək mümkünat heçdir, yalandır,

Heçin vaciblə vəsli bəs haçandır?

Ərəzsiz cövhər əlbəttə nihandır,

Ərəz ki, var, həyatı bircə andır.

O alim ki, bu işdən oldu agah,

Onu üç ölçüsüylə etdi izah.

Həyula bəs nədir? Yoxluqdur əlbət,

Həmin yoxluqla gerçəkləşdi surət.

Page 55: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 55 -

480

Həyulasız deyil surət əzəldən,

Həyula da deyil onsuz təməldən.

İki yoxluqdan əşyalar yaranmış,

Hər əşya yoxluq üstündə dayanmış.

Gəl öz mahiyyətindən agah ol sən,

Nə varlıqsan, nə yoxluq, bəs nəsən sən?

Həqiqətdə nəzər sal mümkünata,

Vücuddan gəldi nöqsan tək həyata.

Kəmalatda vücud olduqca sari

Təəyyünlər olur nisbətdə cari.

Həmin nisbət ki var, varlıq deyildir

Ki say çoxdur, sayılmışlarsa birdir.

Cahanın varlığı küllən məcazdır,

Uşaq əyləncəsindən fərqi azdır.

Təmsil

485

490

Dənizdən bir buxar qalxar havayə,

Dönər səhradə torpaqçün qidayə.

Düşər dördüncü qatdan gün şüası,

Qatar torpağı suyla nur topası.

Hərarət ayrılar torpaqdan ol dəm,

Buxar tək ərşə qalxar suyla bahəm.

Havanın torpaq ilə vəhdətindən

Gələr meydanə bitki, bar verər dən.

Yeyər qüvvətlənər bitkiylə heyvan,

Tutar heyvanı yem tək sonda insan.

Dönüb bir nöqtəyə etdikcə dövran,

Olar hər dövrədə axır bir insan.

Page 56: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 56 -

495

500

Enər cismə şüayi-nəfsi-natiq,

Lətif və nurlu eylər cismi Xaliq.

Keçər müddət, qocaldar cismi dövran,

Gedincən mə`rifət kəsb eylər insan.

O Həzrətdən əcəl gəldikdə ancaq

Çatar pak paklığa, torpağə torpaq.

Hərə bir bitkidir varlıq çölündə,

Və ya bir qətrədir dərya əlində.

Keçər dövran, çatar işlər tamamə,

Yenə başdan gələr ilkin məqamə.

Təbiət cəzb edər məxluqu hər dəm,

Tutar mərkəz yolun zərrati-aləm.

Suyu qandan olan dəryadı vəhdət,

İçində dalğalar divanəxislət.

O dəryadən çıxan bir qətrə ki, var,

Olar adlar və surətlərlə aşkar.

Buxar, sonra bulud, sonraysa yaş gil,

Ağac, heyvan, axır insani-kamil.

Əzəldən bircə qətrə vardı yalnız,

Bölündük, şəklə düşdük sonradan biz.

Nə var aləmdə zahir, qeyri-zahir,

Həmin bir danədəndir əvvəl-axır.

Əcəl yetsə, əsər yoxdan küləklər,

İtər heçlikdə ulduzlar, fələklər.

Vurar bir dalğa məhv eylər cəhanı,

“Kə`ən ləm təğnə” lal eylər lisanı.

Xəyal öndən gedincə faş olar Həqq,

Gedər hər şey tamam yalnız qalar Həqq.

Page 57: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 57 -

505

510

O dəm Həqqə yaxınlıq hiss edərsən,

Həmin dəm Həqqə sən sənsiz yetərsən.

Vüsalçün sədd olan bil ki, xəyaldır,

Xəyalın getməsi artıq vüsaldır.

Deməyin mümkünat öz həddin aşdı,

Və ya birləşdi vaciblə qarışdı.

Kim eylər bir qədər mə`nayə diqqət,

Görər, əsla dəyişməzdir həqiqət.

Önündə saysız-hesabsız məqam var,

Yeri, öz get-gəlindən ol xəbərdar.

Məqamlar mövzusun tərtiblə bir-bir

Mən etdim cüzvü küll bəhsində təsvir.

Page 58: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 58 -

Doqquzuncu sual

Nə cür vüslət tapar varlıqla yoxluq?

O vüslətdə nədir azlıq və çoxluq?

Cavab

515

520

Eşit nəql eyləyim az-çox sözündən,

Yaxınlıqla uzaq düşdün özündən.

O dəm ki, varlığı göstərdi yoxluq,

Məsafəyçün yarandı az və çoxluq.

Yaxın bir şəxsə nurullah boyaqdır,

Uzaq oldur ki, varlıqdan uzaqdır.

Özündən gər sənə çatdırsa bir nur,

Səni səndən xilas eylər həmin nur.

Bu var-yox mövzusu biintəhadır,

O bəzən qorxu, bəzən də rəcadır.

Onu dərk eyləyənçün qorxu yoxdur,

Uşaq öz kölgəsindən bil ki qorxur.

Yoluyla düz gedənçün qorxu varmı?

Ərəblər atları heç qamçılarmı?

Əgər cism ilə ruhun paksa bəs sən

Nə qorxursan cəhənnəm atəşindən?

Qoyun, xalis qızılçün od qalansın,

Əgər aşqarı yoxdur, bəs nə yansın?

Sənin səndən savayı maneən yox,

Sən ol sən barədə fikr eylə çox-çox.

Əsir olsan əgər bir gün özündə,

Dönər bir pərdəyə aləm gözündə.

Page 59: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 59 -

525

530

535

Ən alçaq nöqtəsən pərgar üçün bil,

Birinci nöqtəyə oldun müqabil.

Təəyyünlər sənə cəm olduğuyçün

Dedin Şeytan kimi: “yox məndən üstün”.

Dedin: “öz ixtiyarım var əlimdə,

Və ruhum atlıdır cismin belində.

Düşüb can dəstinə cismin kəməndi,

Odur, işlər bütün səndən törəndi”.

Bu yol atəşpərəstlikdir, uzaq dur,

Sənə zülm eyləyən öz varlığındır.

Əgər zatında batildirsə bir kəs,

Nə cür bir ixtiyardan söz gedir bəs?

Sənin öz varlığın yoxluqla birdir,

Sənə bəs ixtiyar hardan gəlibdir?

Özündən öz vücudu olmayanlar

Özündən yaxşı, ya pis etməz aşkar.

İki aləmdə vardırmı bir insan

Ki qəmsizdir, olub xoşbəxti-dövran?

Kimin ümmidləri tam hasil olmuş?

Kim öz həddində daim kamil olmuş?

Məqam baqi, keçənlərsə fənadır,

Xuda əmrindədir, qalib Xudadır.

Xudanın təsirin bil hər məkanda,

Kənara çıxma həddindən bir an da.

Qədər nəymiş, soruş vicdan səsindən,

Bil agah ol qədəri firqəsindən.

Təriqətdə cəbəri olmayanlar

Hədis var ki, məcusilərdir onlar.

Page 60: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 60 -

540

545

550

Məcusi söyləyir ki, o və mən var,

Deyir Yəzdanə qarşı Əhrimən var.

Məcazidir bizə nisbət feillər,

Oyundur çünki nisbətlər – deyirlər.

Sənin fe`lin yaranmış sən yox ikən,

Seçilmişsən bir işdən ötrü erkən.

Səbəbsiz qüdrətə malik olan Həqq

Çıxarmışdır əzəldən hökmü mütləq.

Bədənlə ruh vücuda gəlməmişdən

Hərəyçün bir iş olmuşdur müəyyən.

Biriyçün yeddi yüz min il ibadət

Dönüb axırda oldu baqi lə`nət.

Biriyçün mə`siyət sonda səfadır,

Edib tövbə, nəsibi istifadır.

Əcəb sözdür, biri etdikdə üsyan

Qazandı digəri rəhmət və qüfran.

Birinci nəhydən kəsb etdi lə`nət,

Xudadandır, sualsızdır bu hikmət.

Cənabi-kibriyadır laübalı,

Onu dərk eyləməz varlıq xəyalı.

Nə olmuş ki, birin Əhməd yaratdı,

Əbu Cəhl oldu digər zülmə batdı.

Kim Allahın işin “neyçün”lə sordu

O müşriklər kimi pis cümlə qurdu.

Sual vermək ona layiqdir ancaq,

Onunla bəndə olmaz işdə ortaq.

Xudalıq kibriyalıqdır, bunu bil,

Səbəblərdən münəzzəhdir o fail.

Page 61: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 61 -

555

Ona layiqdir ancaq lütfü qəhri

Sənə layiq bilib cəbr ilə fəqri

Kəramət bəndədə məcburi vardır,

Düşünmə, bəndədən bir ixtiyardır.

Özündən bir iş etməz bəndə aşkar,

Və lakin ya mükafat, ya cəza var.

O həm biixtiyardır, həm də mə`mur,

Əcəb miskindir ol muxtari-məcbur.

Əzab zənn etdiyin elmü ədldir,

Cəfa zənn etdiyin lütfü fəzldir.

Səni əslindən etməkçün xəbərdar

Şəriət oldu vacib iş tək aşkar.

Həmin vacib işə qaldıqda aciz

Vücudundan qalarmı səndə bir iz?

Vücudundan tamam azad olarsan,

Sən ey dərviş, onunla varlanarsan.

Qəzaya ram elə sən canı bir dəm,

Qədərlə razılaş, ey miskin adəm.

Page 62: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 62 -

Onuncu sual

560

Nə dəryadır ki, nitqi sahil oldu?

O dəryadən nə gövhər hasil oldu?

Cavab

565

Vücud dərya olub nitq isə sahil,

Sədəf sözdürsə gövhər elmdir, bil.

Çıxır hər dalğa ilə çoxlu sərvət,

Həmin sərvət — xəbər, hikmət, rəvayət.

Hər an tuğyan edər minlərlə dalğa,

Azalmaz bircə qətrə ondan əsla.

Bilik dür tək dibində səfbəsəfdir,

Həmin dürlərdən ötrü söz sədəfdir.

Çatıb mə`na bu yerdə qaldı aciz,

Sözün təmsillə ərzi oldu cayiz.

Təmsil

570

Deyirlər ki, sədəf qalxıb yerindən

Çıxar Neysanda Əmmanın dibindən.

Tutar ol səthə doğru istiqamət,

Açıb ağzın durar su üstə rahət.

Buxar qalxar dənizdən asimanə,

Enər göydən suya ol danə-danə.

Düşərkən ağzına bir qətrə göydən

Yumar ağzın, daha açmaz qətiyyən.

Enər dəryayə doğru zərrə, zərrə,

Dönər bətnindəki bir qətrə dürrə.

Page 63: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 63 -

575

580

Düşər dəryayə qəvvasi-fədakar,

Tapar dərya dibindən dürri-şəhvar.

Bədən sahil kimi can isə dərya,

Buxar bir feyz, yağış elmi-əsma.

Ağıl qəvvas olub dəryayə girdi,

Dibindən min ədəd gövhər gətirdi.

Ürək bir qab kimi elm ilə doldu,

O elm üçün sədəf hərfü səs oldu.

Nəfəs şimşək misalı hasil oldu,

Qulağa söz nəfəsdən vasil oldu.

Sədəflər sındırıb kəşf eylə dürrü,

Çıxar bətnindəki ən incə sirri.

Dil ilə bağlı bir çox elmlər var,

Qalıblar bir sözə avarə onlar.

Kim öz ömrün sürər ol elmlərçün,

Verər bir ömrü sanki badə hər gün.

Qabıqdan başqa şey görməz cövüzdə,

Qabıq sınmazsa olmaz məğzi üzdə.

Həqiqətdir, qabıqsız iç yalandır,

Əsil din zahir elmindən çıxandır.

Gəl ey qardaş, sənə bir söz deyim mən,

Yapış din elminə sən canu dildən.

İki dünyayə rəhbər gəldi alim,

Kiçikkən elm ilə yüksəldi alim.

Əməl hal ilə gerçəkləşsə bir gün,

Olar qal elminə nisbətdə üstün.

Və lakin suyla gildən olsa peyda,

Ürək elmindən üstün olmaz əsla.

Page 64: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 64 -

585

590

Cisimlə can arasında nədir fərq?

Biri qərb adlanır digər biri şərq.

Əməl halın bu yolla eylə aşkar,

Həmin nisbətdə halla elmi-qal var.

Cahana meyl edən alim deyildir,

O cür bir elm mə`na yox şəkildir.

Tamahla elm getməz eyni bir yol,

Gər istərsən mələk, itdən xilas ol.

Bu din elmi mələk əxlaqıdır bil,

Deyildir it sifətli qəlbə daxil.

Hədis də məhz həmin mə`nanı söylər,

Düşün gör ki, həqiqətdir bu sözlər.

Olarsa evdə surətlər, şəkillər,

Mələk girməz ora əsla, deyirlər.

Ürək taxtın silib pak eylə ki, sən

Mələk salsın sənin nəzdində məskən.

Vərasət elmini sən ondan öyrən,

Axırda biçmək üçün indi ək dən.

Kitabı nəfsü afaqdan oxu sən,

Gözəl əxlaq ilə ta ol müzəyyən.

Qayda

595

Gözəl əxlaq ədalətdir, ədalət

Və hikmət sonrasa iffət, şücaət.

Bu dörd əxlaqə sahib şəxs kimdir?

Gözəl sözlü, gözəl işli həkimdir.

O qavrar hikməti ruhla, ürəklə,

Ömür sürməz səfehlik ya kələklə.

Page 65: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 65 -

600

605

610

Oturmuş şəhvəti iffət donunda,

Sönüklük ya hərislik yoxdur onda.

Zəlalət ya təkəbbürdən uzaqdır,

Şücaətçün qəzəb, qorxu yasaqdır.

O zat üçün ədalət tək şüardır,

O zülm etməz, gözəl rəftarı vardır.

Gözəl əxlaq gözəl bir orta yoldur

Ki ifrat ilə təfrit sağ və soldur.

Bu yol bil ki, “siratun müstəqim”dir,

İki yanıysa dərin bir cəhimdir.

O ülgüc tək iti, tük tək zərifdir,

Nə durmaqçün, nə gəzməkçün deyildir.

Ədalətlə müqabil bir tərəf var,

Tərəflər yeddi növdür ziddir onlar.

Bu ziddin hər biri bir sirli işdir,

Cəhənnəm də bu cür yeddi girişdir.

Nə cür ki, zülmdən doğdu cəhənnəm,

Ədalətçün də cənnət oldu möhkəm.

Ədalət əcridir nur ilə rəhmət

Və lakin zülm üçün lə`nətlə zülmət.

Gözəldir kim taparsa e`tidalı,

Ədalətdir fəqət cismin kamalı.

Mürəkkəb cism olar vahid bir əşya

İçində hissələr fərq etməz əsla.

Bəsit varlıqla oxşarlıq tapar o,

Bəsitlə birləşib varlıq tapar o.

Bu birlikçün desən tərkib, yasaqdır

Ki ruh cismani tə`rifdən uzaqdır.

Page 66: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 66 -

Tamamən suyla gil saflaşsa bir gün,

İzafi ruh enər Həqdən onunçün.

Bu tərkib hissələr tapsa tarazlıq,

O can nuruyla kəsb eylər bəyazlıq.

Həmin nur ilə cismin vəhdətin bil,

Günəşlə torpaq eylər birgə təmsil.

Təmsil

615

620

Günəş dördüncü qatda bərqərardır,

Və lakin nuru torpaq üstə vardır.

Günəşdə ünsürə xas heç nə yoxdur

Ki ünsür yaş, quru, isti, soyuqdur.

Soyuq, isti özü ondan yaranmış,

Və ünsür müxtəlif rəngə boyanmış.

O bir padşahə bənzər hökmü adil,

Nə xaric söyləmək mümkün nə daxil.

Olub ədl ilə ünsürlər müvafiq,

Bu hüsnə aşiq olmuş nəfsi-natiq.

Kəsildi bir kəbin göylər də gördü,

Cahanı nəfsi-kül mehriyyə verdi.

Bu cütlükdən doğar nitqü fəsahət,

Gələr elm ilə əxlaq həm səbahət.

Gözəllik laübalı rind tək bil

Misilsiz bir cahandan oldu nazil.

Gözəllik mülkünə bayraq ki taxdı,

Bütün aləmləri yandırdı yaxdı.

Gözəllik mərkəbində seyr edir gah

İti xəncər olur nitqiylə ol şah.

Page 67: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 67 -

625

630

Ona şəxsində söylərlər məlahət,

Deyərlər nitqdə ismin fəsahət.

Vəli, padşah və dərviş ya peyəmbər

Onun əmrində durmuşlar sərasər.

Gözəllər hüsnünün sirri nə imiş?

Gözəl üzlər deyilsə bəs nə imiş?

Ürək yəğmalayan Haqdır fəqət Haq,

Bulunmaz heç bir işdə Haqqa ortaq.

Düşün, şəhvət nədir etsin də yəğma,

Olur batillə bəzən Haqq peyda.

Onu tə`sirli bil hər bir məkanda,

Kənara çıxma həddən bircə an da.

O Haqqı Haq libasında tanı, bil,

Şər işdir gər libası olsa batil.

Page 68: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 68 -

On birinci sual

O hansı cüzdür olmuş küldən üstün?

Onu tapmaq olurmu söylə mümkün?

Cavab

635

640

Vücud bir cüzvdür, mövcud bütövdür,

Bu yerdə cüzvü kül bir başqa növdür.

Bu mövcudat fəqət kəsrətdə çoxdur,

Həqiqətdəysə bir var, qeyri yoxdur.

Bütövlük kəsrət ilə zahir oldu,

O cüzvün vəhdətində gizli qaldı.

Bütöv miqdarca azdır öz cüzündən,

O çox görsəndi zahirlik üzündən.

Deyildir varlığın bir qismi vacib

Ki varlıq qul olub, vacibsə sahib.

Bütöv əslində yoxdur, var həqiqət,

Ərəzlərlə olub aşkar həqiqət.

Bütöv həm tək gəlib həm çox göründü,

Fəqət kəsrət üzündən çox göründü.

Ərəz bir varlıq oldu ictimai,

Odur yoxluq yolunda bir fədai.

Bütöv hər cüzvü ilə oldu fani,

Bütöv tamlıqla fani oldu ani.

Cahan bir külldür hər “türfətül-eyn”,

Ərəzdir çünki, “la yəbqa zəmaneyn”.

Yenə bir tazə dünya oldu peyda,

Hər an bir yer, hər an bir göy hüveyda.

Page 69: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 69 -

645

Cahan bir dəm qoca, bir dəm cavandır,

Hər an həşr ilə nəşr orda əyandır.

İki anda bir əşya eyni qalmaz,

Bir əşya ölməsə, digər doğulmaz.

Bu bil ki, “tamətül-kübra” deyildir,

O “yövmiddin”, busa “yövmül-əməldir”.

Onunla bu tamamən müxtəlifdir,

Saqın diqqətli ol, mə`na zərifdir.

Get öyrən gör nədir icmalla təfsil,

Həmin cürdür saatla gün və ya, il.

Təmsil

650

655

Bu mə`nanı dəqiq dərk etmək üçün

Düşün ölməklə qalmaq haqda hər gün.

Tamamən yerdə göydə hər nə vardır,

Misalı cismü canda aşikardır.

Müəyyən şəxsdir dünya da sən tək,

Sən onda can kimi, oysa bədən tək.

Bəni-Adəm üçün üç növ ölüm var,

Biri hər an olur zat ilə aşkar.

İkinci hər kəs üçün ixtiyardır,

Üçüncü hamıya məcburi vardır.

Həyat ilə ölüm gəldi müqabil,

Bu cür oldu həyat üç növdə hasil.

Ölüm yoxdur cahançün ixtiyari,

Sənə məxsusdur ancaq ixtiyarı.

Dəyişkəndir hər an, hər ləhzə dünya,

Olur əvvəlki tək axırda peyda.

Page 70: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 70 -

660

665

Nə ki aşkar olar həşrin günündə,

Görərsən birbəbir can verdiyində.

Tənin1 yerdir, başınsa asimandır,

Kəvakib2 hislərindir, şəms candır.

Sümüklər dağ kimi möhkəm dayaqdır,

Nəbatat tük, ağaclar əl-ayaqdır.

Nə cür ki, yer əsər həşrin günündə,

Ölərkən titrəyər cismin sənin də.

Olar canın qara, beynin pərişan,

Sönər ulduz kimi hislər həmin an.

Olar dərya məsaməndən çıxan tər,

Qalarsan baş-ayaq su içrə müztər3.

Canın çıxdıqca cismin hey zəiflər,

Didilmiş yun olar bir-bir sümüklər.

Dolaşar qıç-qıça, durmaz yerindən,

Bütün cütlər qoparlar bir-birindən.

Bədən ruhdan tamamən ayrılanda

Qalar bir “qai-səfsəf” tək cahanda.

Budur aləmlərin axırda halı,

Ölən insanda aşkardır misalı.

Fəqət Haq baqidir, digərsə fani,

Bəyan eylər bunu “səb`ül-məsani”.

Və “kullun mən əleyha fan” əyandır,

“Ləfi xəlqin cədidin” bir bəyandır.

Doğuldu, öldü insan, bir misaldır,

Bütün xilqət, qiyamət eyni haldır.

1 Tən – bədən

2 Kəvakib – ulduzlar

3 Müztər – naçar, məcburi

Page 71: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 71 -

670

675

Yeni xilqət çıxır xilqət içindən,

Onun ömrün bütöv zənn eyləyirsən.

İlahi feyzü fəzli oldu qaim

Təcəlli içrə öz şə`niylə daim.

O yandandır yaratmaq, təkmil etmək,

Bu yandansa dəyişmək, təbdil etmək.

Ötüb keçdikdə dünyanın bu tövrü,

Gələr küllən bəqanın hökm dövrü.

Zəruri var olan hər mövcud əşya

İki aləmdədir: surət və mə`na.

Olub ilkin vüsal eyniylə firqət,

Nə “indəllah” olub baqidir əlbət.

Bəqa ismi-vücud olmuş və lakin,

O harda varsa orda oldu sakin.

Müvafiq olsa gər məzhərlə zahir,

Görərsən eyniləşdi əvvəl axır.

Bu yerdə qüvvə şəklində nə ki var,

O dünyada olar fe`l ilə aşkar.

Qayda

680

Hər iş səndən olar ilk dəfə zahir,

Olarsan xeyli məşq etməklə qadir.

Gözəl yaxud pis iş olduqca təkrar

Yekayek toplanır nəfsində hər bar.

Dönür xasiyyətə hal adət ilə,

Dəyir kal meyvə yalnız müddət ilə.

Həmin yol eyləyir insanı aşkar

Təfəkkür sahibi yaxud sənətkar.

Page 72: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 72 -

685

690

695

Həmin işlər və hallar ki, sənin var,

Olar məhşər günündə cümlə aşkar.

Gələrkən ruhunun ardınca fərraş

Gözəl işlər və nöqsanlar olar faş.

Qalar cismin və lakin biküdurət,

Düşər saf bir su üstə sanki surət.

Çıxar aşkarə batinlər tamamən,

Oxu “tubləs-sərair” ayəsin sən.

Edər əxlaqını bir başqa dünya

Adam yaxud cisim şəklində peyda.

Bu dünyada nə cür üç danə mövlud

O dörd ünsürdən olmuşdursa mövcud,

Olar əxlaq o cür can aləmində

Ya atəş, ya da ki nur görkəmində.

Müəyyənlik gedər varlıqdan onda,

Yuxarı, ya aşağı yoxdu sonda.

Ölüm qalmaz həyat mülkündə əsla,

Qəliblə can olar yekrəngü həmta.

Ürək tək hər bir üzvün saf olar, bil,

Çıxar zülmətdən artıq, saflanar gil.

Sənə gər nuri-Həqq eylər təcəlla,

Görərsən birbaşa Həqqi təala.

Vurub aləmləri sən bir-birinə

Nə məstliklər edərsən bilmirəm nə.

“Səqahum rəbbuhum” nəymiş düşün bir,

“Təhur” olmaq özündən keçməyindir.

Əcəb şərbət, əcəb ləzzət, əcəb zövq,

Əcəb heyrət, əcəb dövlət, əcəb şövq.

Page 73: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 73 -

700

Xoş ol dəm ki, olaq “öz” olmadan biz,

Olaq bir varlı dərviş ölmədən biz.

Nə din nə əql nə təqva nə idrak?

Düşübdür məstü heyran xakə bir xak.

Görünməzdir bu yerdə hurü cənnət,

Sığışmaz xəlvətə biganə əlbət.

Üzün gördüm əlindən badə aldım,

Daha bilməm nə olmuş, məst qaldım.

Olur hər məstlik axır xumarlıq,

Bu qorxuyla könül qan oldu yazıq.

Page 74: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 74 -

On ikinci sual

Qədim varlıqla mühdəs tam cüdadır,

Biri aləm gəlib, digər Xudadır.

Cavab

705

710

Deyil mühdəs qədimdən ayrı əsla,

Olur daim qədim varlıqla peyda.

O hər şeydir, bu isə misli-ənqa,

Deyil Həqdən səva bir ad müsəmma.

Nə cür mövcud olar yoxluq, ey aqil?

Vücud varlıqla daim var olur, bil.

Nə yoxluq var olar, nə var olan yox,

Asan olmaq üçün fikr eylə çox-çox.

Özü bir nisbilikdir külli aləm,

Düşüb bir nöqtə dövr eylər dəmadəm.

Bir od yandır onu sürətlə fırlat,

Dönər bir çevrəyə axırda əlbət.

Ötüb keçdikcə bir, saylar yarandı,

Bir isə bir kimi sabit dayandı.

Xilas ol “masəvallah” cümləsindən,

Onu bundan ayırd et əql ilə sən.

Sənin şübhənmi var aləm xəyaldır?

İkilik bir olan yerdə məhaldır.

Olub yoxluq da varlıq tək yeganə,

Gəlib çoxluqsa nisbətlərlə canə.

Bütün işlərdə fərqü ixtilaflar

Olur çoxüzlü imkan ilə aşkar.

Page 75: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 75 -

Olubdur hər biri əslində vahid,

Gəlibdir hamısı tək Həqqə şahid.

Page 76: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 76 -

On üçüncü sual 715

Dodaqla göz deyərkən əhli-mə`na

Nəyi qəsd eyləyirlər, et hüveyda.

Məqam sahibləri hal əhli neyçün

Baxır üz, saç və xalu xəttə hər gün?

Cavab

720

725

Bu dünyada nələr ki, oldu hasil,

O dünya şəmsinin bir əksidir, bil.

Cahan zülf ilə qaş, xətt ilə xaldır,

Və hər şey öz məkanında gözəldir.

Təcəlli gah camaldır, gah cəlaldır,

Üz ilə saç bu mə`naçün misaldır.

Sifətlər lütf ilə qəhr adlanırlar,

Üz ilə saçda onlardan nişan var.

Bu sözlər məhsus ikən oldu məsmu,

Ən əvvəl məhsus üçün oldu mövzu.

Nəhayətsiz gəlib mə`na cəhanı,

Onu sözlər nə cür etsin əyani?

Gəlir meydanə mə`na zövqdən, bil,

Nə cür olsun o mə`na ləfzə daxil?

Könül əhli edərkən istifadə

Onu təşbih ilə eylər ifadə.

O aləmçün bu aləm kölgə gəldi,

Bu bir övlad o isə dayə gəldi.

Olub fikrimcə ol sözlər müəvvəl,

Həmin mə`nadə işlənmiş ən əvvəl.

Page 77: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 77 -

730

735

740

Qalıbdır kütlənin nitqində adi,

Nə bilsin kütlə ilkin mövzu nəydi?

Nəzər salmış cəhani-əqlə onlar,

O yerdən başlamışlar nəqlə onlar.

Tənasüb qaydasın hifz etmiş aqil,

Enib mə`na və ləfzə çatmış aqil.

Deyil bənzətmə də tamlıqla mümkün,

Əbəs sə`y eyləmə axtarmaq üçün.

Səninlə kimsə olmaz bəhsə ortaq

Ki məzhəb sahibi Allahdır ancaq.

Özündəysən hələ gər, ehtiyat et,

Şəriət sözlərin möhkəmcə yad et.

İcazəyçün səbəb üç danə haldır,

Fəna ya məstlik yaxud dəlaldır.

Kim üç haldan xəbərdar olsa hərgah,

Olar sözdən və mə`nasından agah.

Əgər hal olmayıbsa səndə hasil,

Nəbadə təqlid ilə olma cahil.

Məcaz sanma həqiqət halların sən,

Təriqət sirlərin tapmaz hər insan.

Əbəs sözlər danışmaz əhli-təhqiq,

Səninçün kəşf lazım ya da təsdiq.

Danışdım sözlə mə`na haqda sirli,

Hünər varsa, bu sirri eylə bəlli.

Sən et mə`nadakı məqsudə diqqət,

Və hər lazımlı şərtə et riayət.

Xüsusi halda tətbiq eylə təşbih,

Gərəksə başqa halçün eylə tənzih.

Page 78: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 78 -

Bu qayda oldusa sabit və aşkar,

Ona uyğun çəkim digər misallar.

Göz və dodaq rəmzləri

745

750

Nələr gör görsənir şahid gözündən?

Nə mə`nalar çıxır bəs göz sözündən?

Gözündən xəstəlik, məstlik gedirkən

Həyat peyda olur lə`lində birdən.

Könüllər gözdən oldu məstü məxmur,

Və canlar qaldılar lə`liylə məstur.

Könüllər gözdən oldu qanə qəltan,

Şəfa tapdı ləbin lə`lində hər can.

Gözü bir an belə dünyanı görməz,

Ləbiylə lütf edər hər ləhzə min gəz.

Edər xürrəmlik ilə gah nəvaziş,

Olar biçarələrçün çarə əndiş1.

Su ilə torpağa üflər həvəslə,

Vurar əflakə atəş bir nəfəslə.

O hər qəmzəylə damü danə oldu,

Onunla hər tərəf meyxanə oldu.

Edər qarət vücudu qəmzəsiylə,

Düzəldər qəlb evin bir busəsiylə.

Gözündən qanımız qaynar dəmadəm,

Ləbin lə`liylə düşdük məstü biqəm.

Könül ovlar gözün hər qəmzəsiylə,

Bağışlar can ləbin hər işvəsiylə.

1 Çarə əndiş – çarə düşünən

Page 79: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 79 -

755

760

Xilasın varmı sorsan, ol xəbərdar,

Dodaqlar təsdiq eylər gözlər inkar.

Bütün aləm yanar bir qəmzəsiylə,

Verər hər dəm yeni can busəsiylə.

Gözəldən qəmzə bizdən canı vermək,

Və ondan busə bizdən canə gəlmək.

Bəşər bir üfləməkdən oldu peyda,

Qiyamət baş verər göz qırpımında.

Dodaq, göz barədə etdikcə fikri,

Cahanın bütpərəstlik oldu zikri.

Gözündə cümlə varlıq bir xəyaldır,

Yuxuyla məstlik ondan misaldır.

Bizim varlıq yuxu yaxud xəyaldır,

Onunla bizdə nisbətlər məhaldır.

Ağıl bundan yaman heyrətdə qaldı,

Ki “vəltusnə əla eyni” kim oldu?

Saç rəmzi

765

Saçın bəhsi uzundur gərçi bilsən,

O bir sirdir, nə cür bəhs eyləyim mən?

Buruq saç bəhsini gəl sorma aşkar,

Dəlilər zəncirin tərpətmə zinhar.

Dünən söz söylədim düz qamətinən,

Dedi saçlar: bu bəhsi bağla lütfən.

Bu yerdə əyri düzdən güclü çıxdı,

Əyib salik yolun sıxdıqca sıxdı.

Tamamən qəlbləri zəncirə saldı,

Bütün canlar pərişan oldu qaldı.

Page 80: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 80 -

770

775

Asılmış min könül hər bir bucaqda,

O ipdən bir könül qalmaz uzaqda.

Əgərçi qarə zülfün yığsa canan,

Bütün dünyada qalmaz kafir insan.

Və yaxud zülfü daim olsa sakin,

Tapılmaz yer üzündə bircə mö`min.

Saçın çənbərləri qorxunc tələydi,

Ucun çəkdi bədəndən başın əydi.

Dibindən kəssə gər zülfün, nə qəm var?

Qısaldıqca gecə, gündüz də artar.

Ağıl karvanı üçün yolkəsəndir,

Ona öz əlləriylə vurdu zəncir.

O saçlar tapmayır bir ləhzə aram,

Edir gah sübh peyda, gah da axşam.

Bu yolla min gecə-gündüz yaratdı,

Əcəb saysız oyuncaqlar düzəltdi.

O dəm yoğruldu torpaqlar qarışdı,

Saçın ətri həmin torpağə düşdü.

O saçdan qəlb içində var əlamət,

Onunçün durmayır bir ləhzə rahət.

Onunla başladıq hər dəfə başdan,

Çıxardıq canımızdan qəlbi hər an.

Saçın sehriylə qəlb olmuş müşəvvəş,

Çün əvvəl üzdən almışdır bir atəş.

Üz və xətt rəmzləri

İlahi hüsndür üz burda ey dil,

Və lakin xətt onun sərhəddidir, bil.

Page 81: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 81 -

780

785

Cəmalıyla gözəl xətt çəkdi üzdən,

Gözəllik ki, deyildir ayrı bizdən.

O xətdən oldu can mülkü gülüstan,

Onunçün qaldı ismi “dari-heyvan”.

Saçın rəngiylə qoy gündüz şəb olsun,

O xətdən abi-heyvan mətləb olsun.

Xızır tək qal nişansızlıqda pünhan,

İç ordan xətt tək sən abi-heyvan.

Kim olsa üz və xəttindən xəbərdar,

Bilər kəsrətlə vəhdət sirrin aşkar.

Üzündən aləmin sirri əyandır,

Və xətdən faş olan sirri-nihandır1.

Üzün kim görsə xəttin görkəmində,

Sifətlər faş olar xətt aləmində.2

Üzü “səb`ül-məsani” adlanıbdır

Ki hər hərfində bir mə`na gəlibdir.

Saçındaysa həmin sirlər qapanmış,

Cahanda hər telə min sir dolanmış.

Su üstə ərşi-rəhman qəlbi gör sən,

O bir xətt tək salıbdır üzdə məskən.

Xal rəmzi

Genişdir üzdəki xal nöqtəsi, bil,

Bütün əflakə mərkəzdir, ey aqil.

1 Sirri-nihan – gizli sirr

2 Nüsxə fərqi:

Üzündən xəttini kim görsə aşkar,

Sifətlər də olar xəttində izhar.

Page 82: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 82 -

790

795

800

İki dünyayə xətt ondan sarılmış,

O xətdən qəlb üçün bir çevrə qılmış.

Ürək ki, təmsil etdi qarə xalı,

Onunla döndü həm pisləşdi halı.

Ürək qan oldu xaldan qurtuluş yox,

Bu mənzilçün giriş vardır, çıxış yox.

Sığışmaz vəhdətə kəsrət, ey aqil,

İki nöqtə bir olmaz heç zaman, bil.

Ürəkmi xalı əks eylər dəmadəm?

Gəlir ya xal ürək şəklində hər dəm?

Ürəkmi xalda olmuşdur hüveyda?

Ürəkdə xalmı olmuş yoxsa peyda?

Ürəkmi ondadır, ya ol ürəkdə?

Çaşıb qaldım İlahi bir kələkdə.

Ürək gər doğrudan da əksi-xaldır,

Neçin bəs halı hər dəm başqa haldır?

Gəhi məstanə gözlər tək xarabdır,

Gəhi saçlar kimi bir iztirabdır.

Gəhi ol nurlu üz tək parlaq oldu,

Gəhi saçlar kimi zülmətlə doldu.

Olubdur gahi məscid, gahi mə`bəd,

Və yaxud gah cəhənnəm, gah da cənnət.

Çıxıb gah durdu yeddinci fələkdə,

Enib gah qaldı dərin bir çökəkdə.

Bir an zöhdü vərə`dən keçdi getdi,

Şərabü şəm`ü şahid bəhsin etdi.

Page 83: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 83 -

On dördüncü sual

Şərab, şəm, şahidin mə`nası nəymiş?

Xərabat əhlinin davası nəymiş?

Cavab

805

810

Şərab, şəm, şahidin mə`nası birdir,

O mə`na oldu hər surətdə zahir.

Şərab bir zövqi-irfan, şəmsə bir nur,

Deyil şahid nihan, olmuş o məşhur.

Şərab bir şişədir, şəm bir çıraqdır

Və şahid nuri-ərvahdan saçaqdır.

O şahiddən qığılcım gördü Musa,

Şərab od, şam ağac şəklində peyda.

Canın şamü şərabı – nuri-isra

Və lakin şahidi – ayati-kübra.

Şərabü şamü şahid daima var,

Çalış ki, qalma sən qəflətdə zinhar.

İç özsüzlük şərabın bir zaman sən,

Rahatlıq tap, xilas ol öz-özündən.

Qədəh nuş et, səni ta azad etsin,

Qərib bir qətrə qoy dəryayə yetsin.

O meydən iç ki camı nurlu üzdür,

Onun peymanəsi bir məst gözdür.

Qədəhsiz, badəsiz gəlmiş mey istə,

Qədəhlə saqini içmiş mey istə.

Şərab iç baqi vəchin sağərindən,

“Səqahüm rəbbuhüm” nəymiş, düşün sən.

Page 84: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 84 -

815

820

825

Təhur bir cür şərabdır məst olan an

Səni pak eyləyər varlıq tozundan.

Şərab iç qurtara canın soyuqdan

Ki pis məstlik gözəldir yaxşılıqdan.

Uzaq kim düşsə Haqqın xanəsindən,

Ona zülmət gözəl nur pərdəsindən.

Gəlib zülmətdən Adəm gördü rəhmət,

Və lakin nurlu İblis tapdı lə`nət.

Könül ayinəsin parlatmış insan

Öz əksin görsə gər heyf ol ciladan.

Üzündən sağər üstə düşdü bir nur,

Hübab oldu şərab səthində məstur.

Cahanla can şərab üstə hübabdır,

Hübablar övliyaçün bir hicabdır.

Tutub nəfsin qulağın həlqə saldı,

Ağıl ondan yaman heyrətdə qaldı.

Bütün aləm ona meyxanə gəldi,

Və hər bir zərrə bir peymanə gəldi.

Ağıl məstü mələklər məst, can məst,

Hava məstü zəmin məst asiman məst.

Qalıb yollarda sərgərdan fələklər,

Hava qəlb içrə bircə ətr bəklər.

Mələklər pak qədəhdən saf mey aldı,

Dibindən damla düşdü yerdə qaldı.

O bir damlayla dörd ünsür olub məst,

Gah odda, gah suda məskən salıb məst.

O damla verdi ətrin xakə bir dəm,

Çıxıb əflakədək yüksəldi Adəm.

Page 85: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 85 -

830

835

Onun əksi dağılmış cismə candır,

Onun nuruyla solğun can rəvandır.

Bütün məxluqu sərgərdan edibdir,

Evindən, xanimanından edibdir.

Biri dürd ətri duymuş aqil olmuş,

Biri saf rəngi görmüş naqil olmuş.

Yarım damcıyla bir kəs sadiq olmuş,

Biri bir şişə içmiş aşiq olmuş.

Birində ehtiva olmuşdur aşkar

Qədəh, meyxanə, saqi həm şərabxar.

Əcəb başı ucadır, qəlbi dərya,

İçib ol rind küllən doymur amma.

Bütün varlıqları udmuş o birdən,

Yox etmiş təsdiq inkarı tamamən.

Quru zöhd ilə sözdən durmuş öndə,

Əli piri-xərabat damənində.

Xərabat rəmzi

840

Xərabatilik özlükdən xilasdır

Ki özlük küfrdür, gər zöhdə xasdır.

Sənə ərz etdilər nəymiş xərabat

Ki “ət-tövhidu isqatul-izafat”.

Misalsız bir cahandandır xərabat,

Məqamdır vecsiz aşiqçün həmin qat.

Xərabat can quşuyçün aşiyandır,

O mülki-laməkançün asitandır.

Xərabati xərab içrə xərabdır,

O səhrada bütün aləm sərabdır.

Page 86: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 86 -

845

850

855

Xərabati hüdudsuz bir cahandır,

Nə başlanğıc, nə də axır əyandır.

Yüz il qaçsan da tapmazsan nəhayət

Nə kəndindən, nə bir kəsdən əlamət.

O yerdə baş-ayaqsız bir kut insan

Gəzir nə küfr dərk eylər, nə iman.

Çəkiblər başə özsüzlük şərabı,

Yox onlarçün xeyir-şər intixabı.

Ağızsız, həm dodaqsız hey içiblər,

Bütün ad-san və şöhrətdən keçiblər.

Tamamən şəthü tamatın məqalın,

Kəramət nuru həm xəlvət xəyalın

Verib dürd ətrinə heyran qalıblar,

Və yoxluq zövqü ilə məst olublar.

Əsavu kuzəvü təsbihü misvak

Verib bir dürdə qurban, oldular pak.

Qalıblar gil və su içrə pərişan,

Su axmaqdansa gözlərdən axır qan.

Bir an naz aləmində məstlikdən

İgidlər at çapan tək oldular şən.

Qaraldı döndü üzlər gah divarə,

Qızardı gah da üz, üz tutdu darə.

Gah oldu şövqi-canan ilə sərxoş,

Fələk tək baş-ayaqsız gəzdi boş-boş.

O mütribdən ki hər avaz eşitdi,

O aləmdən ona bir vəcd yetdi.

Deyil hərf ilə səs canın səması,

Olub hər pərdəsi bir sir yuvası.

Page 87: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 87 -

860

Çıxarmış başdan öz on qat libasın,

Qoxuyla rəngdən tapmış xilasın.

Yumuş saf bir şərab ilə tamamən

Qara göy qırmızı rəngi özündən.

O saf meydən vurub bir sufi olmuş,

Sifətlərdən keçib saflıqla dolmuş.

Zibilli, tozlu can mülkün süpürmüş,

Demiş yüzdən birin ol hər nə görmüş.

Xilas olmuş müridü şeyx əlindən,

Xumar rindin tutubdur damənindən.

Müridlik, şeyxlik artıq bəladır,

Nədir zöhd ilə təqva, bir riyadır.

Bu yolda kim dolaşsa, qalsa naçar,

Dönüb tərsayə tutsun büt və zünnar.

Page 88: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 88 -

On beşinci sual

Nədir tərsalıq ilə büt və zünnar?

Küfürdür ya nədir, bir söylə aşkar.

Cavab

865

870

Büt eşqin məzhəri ya rəmzi-vəhdət,

Və zünnar bağlamaq bir əhdi-xidmət.

Küfürlə dinə Haqdır təkcə malik,

Demək, tövhidlə birdir bütpərəstlik.

Bütün əşyalar eylər Haqqı zahir,

O əşyadan biri bütdür ki, axır.

Düşün diqqətlə büt haqda, ey aqil,

Deyil büt Haq cəhətdən bil ki batil.

Onu xəlq eyləyən Adil gözəldir,

Gözəldən hər nə gəlsə bil gözəldir.

Nədə vardırsa Haqq ol xeyrə təndir,

Əgər şərdirsə qeyri mənbədəndir.

Bütün1 sirrin əgər bilsəydi mö`min,

Bilərdi bütpərəstlikdir əsil din.

O sirdən müşrik olsaydı gər agah,

Yolun heç bir zaman azmazdı vallah.

O yalnız xəlqi gördü bütdə zahir,

Şəriətdə bu üzdən oldu kafir.

Gər onda görməsəydin Həqqi pünhan,

Şəriətcə sən olmazdın müsəlman.

1 Bütün – “hamısı” mənasında deyil, “büt” sözünün yiyəlik hal forması kimi

işlədilmişdir

Page 89: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 89 -

875

880

Həqiqi küfr olarsa gərçi aşkar,

Məcazi İslam eylər könlü bizar.

Bil öyrən hər büt içrə can yatıbdır,

Və hər küfr içrə bir iman yatıbdır.

Həmişə küfr edər Allahı iqrar,

“Və in min şey” deyibdir, varmı inkar?

Nədir bu sözlərim, lap etdim ifrat,

De: “Allah”, dəymə qoy qalsın camaat.

Bütə kim vurdu zinət, böylə süstdür?

Kim Allahdan xəbərsiz bütpərəstdir?

Deyən, həm eyləyən, var olmuş oldu1,

Dedi ə`la və ə`la etdi oldu2.

Fəqət bir gör və bir bil, bir də söylə,

Çatar imanın ən son həddə böylə.

Susum mən, fikrimi gəl ayədən tut,

Görünməz xəlqi-Rəhmanda təfavüt.

Zünnar rəmzi

885

İşin əslində öyrəndim nələr var

Ki xidmət rəmzi gəlmiş beldə zünnar.

Nə ki olmaz gər ilkin formasında,

Qəbul etməz onu elm əhli əsla.

Belin mərdanə bağla mərdlər tək,

Vəfa əhlindən ol əhdində gerçək.

Bilik atdır, iradən çövkənindir,

Səadət top kimi, meydan sənindir.

1 Oldu – o idi

2 Oldu – “olmaq” felinin keçmiş zaman forması

Page 90: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 90 -

890

895

Budur xilqətdə məqsəd, başqa yoxdur,

Yaranmışlar sənin tək yoxsa çoxdur.

Pedər-madər olub elmü ibadət,

Olub göz nurları hal tək səadət.

Ata gər olmasa övlad da olmaz,

Məsih bir danədir, hər gün doğulmaz.

Burax şəthü cəfəngiyyat nidasın,

Xəyal nurun, kəramət iddiasın.

Kəramət səndə var olmuş Xudadan,

Deyil varlıq, təkəbbür ya riyadan.

Kəramət olmasa gər fəqr üzündən,

Məqam eşqindən olmuş məkr üzündən.

Şəhadətsiz ləin İblis də eylər

Əcayib həm də qeyri-adi işlər.

Gələr bəzən divar, bəzən tavandan,

Ürəkdən yer alar gah, gah bədəndən.

Olar qəlbindəki haldan xəbərdar,

Çox istər eyləsin bir cür günahkar.

İmam bildin və ardınca dayandın,

Ona bəs çatmağı mümkünmü sandın?

Kəramətdən çıxarsa kibriyalıq,

Adın Firon olar, arzun Xudalıq.

O kəs ki, bildi dərk etdi Xudanı,

Özündən atdı küllən kibriyanı.

Üzün gəl xalqa doğru tutma zinhar,

Bu da bir xəstəlik, olma giriftar.

Otursan xəlq ilə sən məsx olarsan,

Düşün bir, məsx nəymiş, fəsx olarsan.

Page 91: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 91 -

900

905

910

İşin yoxdur avam xalq ilə zinhar,

Səni fitrət məqamından salarlar.

Gözəl ömrün puç oldu, görmədinmi?

Nə işçündür ömür, heç sormadınmı?

Baxıb təşvişə aramlıq deyirlər,

Nə var, saqqallı eşşək oldu rəhbər.

Düşüb cahillərə rəhbərlik indi,

Odur, xalqın işi dəhşət çətindi.

Olub təkgözlü Dəccal indi aşkar,

Cahana göndərir bir çox tərəfdar.

Düşün diqqətlə ey insani-həssas,

Onun bir eşşəyi var ismi Cəssas.

Düşüb eşşəklər ol eşşək dalınca,

Cəhalətdən müqəllid gəldi bunca1.

Nəbi axır zamandan çox demişdir,

Bu haqda də`fələrlə söyləmişdir.

Nəzər sal, kor və kar indi çobandır,

Bu gün elmin yeri tək asimandır.

Həya, insanlıq artıq istəyən yox,

Cəhalətdən xəcalət də çəkən yox.

Tamam alt-üst olub dünya dəyişmiş,

Gər aqilsən düşün tap, gör nə işmiş.

Olubdur lə`nətə gəlmiş bir insan

Gözəl valid2 adıyla şeyxi-dövran.

Və lakin validi saleh bir oğlan

Pis idi, Xızr onu öldürdü ol an.

1 Bunca – bu qədər

2 Valid - ata

Page 92: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 92 -

915

920

925

Sən öz eşşəkliyindən bəs nə etdin?

Betər bir eşşəyin ardınca getdin.

Pis ilə yaxşını fərq etməyən kəs

Səni pisdən nə cür pak eyləyər bəs?

Oğul validlə bab olsa, nə qəm var?

Oğul nur olsa valid nuru artar.

Gözəl sözlü, gözəl işli bir övlad

Qazanmışdır gözəl bir meyvə tək ad.

Pis ilə yaxşını dərk etməyən kəs

Nə cür insanlar üçün şeyx olar bəs.

Müridlik elmi-dinə varmağındır,

Çıraği-qəlbi nurlandırmağındır.

Ölən kəsdən kim isə elm alıbmı?

Çırağa küllə kimsə nur salıbmı?

Axır vaxtlar gəzir ağlımda bir iş,

Gedim zünnar vurum, bitsin bu təşviş.

Onunçün yox ki, yoxdur məndə şöhrət,

Varımdır, leyk onu bildim xəcalət.

Bu şöhrətdə şəriklər çox xəsisdir,

O şöhrətdənsə adsızlıq əzizdir.

Yenə Allahdan ilham gəldi birdən,

Sən əbləh hikmətə şəkk eyləyirsən?

Zibilçi olmasaydı gər şəhərdə,

Şəhər əhli qalardı hey xətərdə.

Olur cinsiyyət üzrə cəm bu aləm,

Bu cür gəlmiş cahan, vallahu ə`ləm.

Saqın, naəhl olanla söhbət etmə,

İbadət eylə lakin adət etmə.

Page 93: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 93 -

İbadət adət ilə vəhdət olmaz,

İbadətdən adamçün adət olmaz.

Tərsalıq rəmzi

930

Olub tərsayə məqsəd bil ki təcrid,

Onunçün bir hədəfdir tərki-təqlid.

Uca vəhdət ibadətgahi-candır,

Bəqa Simurğu üçün aşiyandır.

Bu işlər oldu Ruhullahda zahir,

O Ruhullahsa Ruhülqüdsdəndir.

Sənə Allah yanından gəlmə can var,

O canda Ruhi-qüddüsdən nişan var.

Əgər məğlub olarsa nəfsi-nasut,

Olar məskən sənə dərgahi-lahut.

Tamam təcrid olan sanki mələkdir,

Məsih tək yeri dördüncü fələkdir.

Təmsil

935

Ana nəzdində insan körpəlikdə

Olur bir müddəti dustaq beşikdə.

Ötüb illər tamam olduqda hazır

Olur yol çıxmağa validlə1 qadir.

Sənə dörd ünsür olmuş ümmi-süfli,

Sən övladsan, atan abayi-ülvi.

O üzdən söylədi isradə İsa:

Göyə üz tutmuşam valid dalınca.

1 Valid - ata

Page 94: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 94 -

940

945

950

Gedib yoldaşların, dur sən də yol çıx,

Atan canı, atan səmtində yol çıx.

Uçan quş olmaq istərsənsə bir gün,

At ağzından leşi kərkəslər üçün.

Ver alçaq kəslərə qalsın bu dünya,

İtə layiqdir ancaq murdar əşya.

Nəsəb nəymiş, münasib bir yol axtar,

Üzün tut Haqqa nəslindənsə qurtar.

Kim olsa yoxluğun bəhrində fani,

“Fəla ənsab” olar dünya nişanı.

O şəhvətdən doğan nisbət ki vardır,

Sonu yalnız təkəbbürdür, vüqardır.

Həyatda olmasaydı gərçi şəhvət,

Nəsəblər söhbəti çıxmazdı əlbət.

Girib meydanə şəhvət etdi bir kar,

Pedərlə madər oldu orda aşkar.

Pedər madər kim imiş söyləməm mən,

Yanaş hörmətlə daim onlara sən.

Sənin naqisliyin sanki bacındır,

Paxıllıq hissi sanki qardaşındır.

Sən öz düşmanını övlad bilirsən,

Uzaq bir şəxsi dost hesab edirsən.

Dayın yaxud əmin bəs kimlər olmuş?

Sənə onlardan ancaq qüssə gəlmiş.

O kəslər ki səninlə yoldaş olmuş,

Gözəl anlarda yalnız qardaş olmuş.

Əgər bir ciddi işçün əyləşərsən,

Tamam bir başqa cür rəftar görərsən.

Page 95: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 95 -

955

960

965

Bütün bunlar nağıldır, bir yalandır,

Sənə rişxənd edən boş bir gümandır.

İgidlər tək ol azad, bağlı qalma,

Kiminsə haqqını zay etmə amma.

Şəriətdən bir anlıq əl qoparsan,

İki dünyadə sərgərdan qalarsan.

Şəriət haqqını sən vermə əldən,

Özün haqqında da fikr eylə hərdən.

Qadınlarla qızıllar bir bəladır,

Onu İsa kimi atmaq rəvadır.

Hənif ol, cümlə məzhəbdən kənar dur,

Yürü rahib kimi din deyrinə gir.

Əgər bir başqa şeydə qalsa fikrin,

Olar bir deyr işi məsciddə zikrin.

Əgər bir pərdə tək qalxarsa əşya,

Verər deyr ilə məscid eyni mə`na.

Nə cür bir haldasansa bilmirəm mən,

Hər halda nəfsi ram et, azad ol sən.

Bütü zünnarü tərsalıq və naqus

Deyir ki, eylə bir gün tərki-namus.

Gər olmaq istəsən bir bəndeyi-xas,

Özündə hazır et sidq ilə ixlas.

Yürü “öz” pərdəsin qaldır yolundan,

Hər an imanə gəl, ol tazə insan.

Olubdur nəfsimiz batində kafir,

Nəyə lazım bu cür İslami-zahir?

Hər an imanın olsun tazə iman,

Müsəlman ol, müsəlman ol, müsəlman.

Page 96: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 96 -

Çox iman var ki küfr içrə nihandır,

Deyildir küfr, iman artırandır.

Riya, şöhrət və namusdan kənar ol,

Atıb sən xirqəni zünnarə yar ol.

Bizim mürşid kimi get küfrə tək gir,

Kişiysən, bir kişiyçün sən könül ver.

Burax təsdiq ilə inkarı bir gün,

Fəda et canı bir tərsabeçəyçün.

Tərsabeçə rəmzi

970

975

O büt tərsabeçə aşkarca nurdur,

O nur bütlər üzündən faş olubdur.

Könüllər cümlə nur dustaqıdır, bil,

O nur mütrib və yaxud saqidir, bil.

Gözəl avazla mütrib hər duranda

Vurur yüz zahidə atəş bir anda.

Və ya saqi verərkən bircə badə

Yüz ahıl şəxsdə qalmaz iradə.

Gedib şəb xanəgahə məsti-məstan

Çıxardar sufi nitqin hərzə-hədyan.

Səhər məsciddə ol olduqda peyda

Ayıq bir şəxs qoymaz orda əsla.

Tutub məktəb yolun ol məsti-məstan

Edər yazıq fəqihi məstü heyran.

Bu eşqi ta görüb biçarə zahid,

Düşübdür çöllərə avarə zahid.

Birin kafir, birin mö`min qılandır,

Bütün aləmlərə qovğa salandır.

Page 97: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 97 -

980

985

990

Dodağından xərabat oldu bərpa,

Və məscidlər üzündəndir müsəffa.

Onunla işlərim ta oldu əhsən,

Xilas oldum da kafir nəfsdən mən.

Bilikdən qəlbdə yüz pərdə vardı,

O pərdə məkrü kibrü iftixardı.

Səhər ol büt olub daxil qapımdan

Uzaq etdi məni qəflət yuxumdan.

Üzündən xəlvəti-can oldu rövşən,

O an dərk eylədim ki, kimmişəm mən.

Gözəl simasına bir dəm baxanda

Dərin bir nalə peyda oldu canda.

Mənə ərz eylədi: “ey tülkü xislət,

Edib puç ömrünü şöhrət və qeyrət.

Bu zöhd ilə bilik zənnü təkəbbür

Səni kimdən salıbdır ayrı bax gör.

Nəzər salmaq mənə bir yarı saət

Olub eynən min illik bir itaət.”

Bütün aləmlərə zinət – o sima

Mənə bir dəm məni göstərdi sərpa.

Əbəs ömrüm gəlib durdu gözümdə,

Xəcalət qoymadı yer can üzümdə.

O büt gördü onun gün tək üzündən

Kəsilmiş candan ümmidim tamamən.

Süzüb mey qarşıma bir badə qoydu,

Mənə bir dəhşət od vurdu o saf su.

Dedi: “iysiz və rəngsiz mey ilə sən

Get öz şəklin yu varlıq lövhəsindən.”

Page 98: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 98 -

995

İçib ol saf meyi birdən dəyişdim,

Odundan məst olub torpağə düşdüm.

Nə yox tək bir yoxam indi nə varəm,

Nə huşyarəm, nə məstəm, nə xumarəm.

O gözlər tək gah oldum məstü heyran,

O saçlar misli qaldım gah pərişan.

Gah öz xasiyyətimdən küllər içrə,

Gah ol simadən oldum güllər içrə.

Page 99: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 99 -

Xatimə

1000

1005

O güllükdən pay aldım mən də az-az,

Adın qoydum o üzdən “Gülşəni-Raz”.

Açılmış orda güllər sirri gül tək,

Hələ heç bir kitabda yox bu gerçək.

Süsən orda dil açmış söz deyəndir,

Və nərgiz gözləri daim görəndir.

Açıb qəlbin gözün diqqətlə bax sən,

Önündən pərdələr getsin tamamən.

Alınmış əqli həm nəqli biliklər,

Seçilmiş incə-incə incəliklər.

Ona inkar gözüylə baxma zinhar,

Dönüb güllər gözündə olmasın xar.

Bu nankorluq biliksiz şəxsə xasdır,

Bilən hər haqqı bil ki, Haqşünasdır.

Bu misradən qərəz oldur, edib yad

Mənə rəhmət desinlər, ta olum şad.

Bitirdim öz adımla mən kitabı,

İlahi, mahmud olsun son hesabı.

S O N

Page 100: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 100 -

“GÜLŞƏNİ-RAZ” ƏSƏRİNDƏ

ANLAŞILMAYAN SÖZ VƏ

BEYTLƏRİN ŞƏRHİ

Page 101: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 101 -

Rəhman və Rəhim olan Allahın adı ilə

1 - Təfəkkür: zahirdən batinə, surətdən mənaya doğru mənəvi seyrdir. Bu barədə birinci sualın cavabında ətraflı bəhs olunmuşdur.

Can: insani ruhdan ibarətdir. Ruh nurun mənbəyidir. Ruhdan saçan nur qəlbin çırağını yandırır. Lahici yazır: ürək ona görə çıraqla müqayisə edilir ki, qaranlıqda müxtəlif şeyləri çıraqla dərk etmək mümkün olduğu kimi maddi kəsrət (çoxluq) aləminin qaranlığında həqiqi vəhdət camalını yalnız ürəyin saflığı ilə görmək olar.

2 - İki aləm: qeyb və şəhadət aləmidir. Fəzl: İlahinin bütün varlıq mərtəbələrini ehtiva edə

bilən rəhman sifətidir. Feyz: Onun xas bəndələrinə şamil olan rəhim sifətinin

təcəllasıdır. Torpaq: insana işarədir. Torpağın ən gözəli gül-çiçəklə

örtülmüş torpaqdır. Haqq Təalanın torpaqdan yaratdığı Adəmin vücudunu öz rəhmət yağışı ilə gülüstana döndərməsi təşbihdir.

3 - Kövneyn: iki dünya

Kafu nun: ərəb dilində “kaf”(ك) və “nun”(ن) hərfləridir

və Bəqərə (2) surəsinin 117-ci ayəsinə işarədir:

فیكون كن منایقول لهفإ أمرا قضى وإذا

[və iza qəza əmran fəinnəma yəqulu ləhu kun fəyəkun] Bir işin yaranmasını istədiyi zaman ona yalnız: “Ol”

deyər – o da olar. 4 - Qafi-qüdrət: qüdrətin qafı, yəni qüdrət sözündəki

ilk hərf olan qaf hərfidir. Qaf klassik şerdə Qaf dağlarına işarədir, Allahın bütün mərtəbələri əhatə edən əzəmət və cəlalını bildirir.

Qələm: ilkin təəyyündür, yəni ilk yaranmış varlıq.

Page 102: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 102 -

Ədəm lövhü: yoxluq lövhəsi, Haqqın zatı mövcud olub ondan savayı heç nə olmadığı bir şəraitə işarədir. Lahici bildirir ki, əyani varlıqlara nisbətdə sabit ideyalar yoxluq hesab olunur. Burada həmin yoxluq nəzərdə tutulur.

Dəm: İlahi Ərdəbili yazır ki, dəm Haqqın feyzi olan rəhmani nəfsdən ibarətdir.1

Yəni Cənab Haqq ilk dəfə qələmi yaradaraq ona öz qüdrət dağının zirvəsindən rəhmət yağdırdı, o da bütün olacaqları yoxluq lövhəsinə yazdı və yaxud da bütün mərtəbələrdəki varlıqların obrazlarını sabitləşdirdi.

6 – Təmyiz: seçmə, fərqləndirmə, sağlam düşüncə Qüdsi hədisdə deyilir: cinləri və insanları məni

tanısınlar deyə yaratdım. İnsan Haqqın bütün ad və sifətlərini təmsil edən mükəmməl varlıqdır. Buna görə də, ağıl və seçim qüdrəti yalnız insana verilmişdir. Bu ağıl və seçimin hədəfi isə yaranışın həqiqətini öyrənməkdir.

7 – Şəxsi-müəyyən: bütün təəyyünatı öz vücudunda ehtiva etmiş kamil insan

Lahici yazır: insan üçün ilk dərk edilən şey onun özünün şəxsi müəyyənliyidir ki, bu da varlıq dairəsində enmə bucağının yarısının sonu və yüksəliş bucağının yarısının başlanğıcıdır.2

İmam Əlinin (ə.) “özünü tanımayan Allahını tanımaz” hədisi buna işarədir. İnsan özünü təyin etdikdən sonra bütün qüvvəsini mərifət kəsb etməyə yönəldir, qarşısına sullar çıxır və öz mümkün varlığından həqiqi varlığa doğru seyrə başlayır.

8 – Zərrə əsərdə cüz sözü ilə ifadə olunmuşdur. Küll və cüz sözləri vəhdət və kəsrət mənasında bir yerdə işlədilir.

Cüz: hər bir mümkün varlığın öz kamalıdır. 1 Dk. K.Dəzfulyan, səh. 135

2 Lahici, cild 1, səh. 112

Page 103: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 103 -

Küll: bütün varlıqların mənbəyi, mütləq vəhdət deməkdir.

Mənəvi seyrə başlayan salik varlıq dairəsinin səud (yüksəliş) mərtəbələrini bir-bir geridə qoyur, keçdiyi hər məqama uyğun olaraq ona müvafiq batini işıqlanma və mərifət hasil olur. Bu mərtəbələri tamamlayan salik arif olub geriyə - öz cüzvlük məqamına qayıdır və gördüyü bütün surətlərin arxasında mütləq həqiqətin müşahidəsinə başlayır.

9 – Sari: sirayət edən, nüfuz edən, seyr edən Vahid və mütləq varlığın ad və sifətləri mümkün varlıq

mərtəbələri üzrə təcəlli edir. Şəbüstəri bunu bir rəqəmi ilə müqayisə edir. Yəni həqiqətdə birdən başqa say yoxdur, bir təkrarlandıqca sonsuz ədədlər aləmi meydana gəlir. Vahid varlıq da kəsrətə mərtəbə-mərtəbə sirayət etdikcə təzahürlər yaranır.1

10 – Əmr: qeyri-maddi, zamandan xaric bir aləmdir. Buna mələkut və qeyb aləmi də deyilir.2

Xəlq: maddi halda, zaman çərçivəsində mövcud olan aləmdir.

Dəm: nəfəs. Orijinalda bu söz nəfəs sözü ilə ifadə olunmuşdur.

Sayənəddin İsfəhani bildirir ki, burada əmr ruha, xəlq isə cismə işarədir.

Bütün məxuqat Haqqın rəhmani nəfəsindən meydana gəlmişdir və yalnız bu nəfəslə mövcuddur. Bu nəfəs gedib-gəlir, durmadan günəş kimi saçır, buna görə də aləm daim var olan kimi görünür. Növbəti beytdə bu məsələ açıqlanır.

11 – Bu yer: Dk. Kazım Dəzfulyan yazır ki, bu yer dedikdə əmr və xəlq aləmi nəzərdə tutulur.1 1 Bax: 482-483-cü beytlər, həmçinin 135-ci beyt

2 Lahici, cild 1, səh. 117

Page 104: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 104 -

Gəlib getmək: İlahinin rəhmani təcəllasının anbaan təkrarlanmasından ibarətdir.

Əmr və xəlq aləmində mövcud olan bütün varlıqlar rəhmani təcəllanın feyzi ilə mövcuddur. Təcəlla nuru varlıqdan ayrılan kimi həmin varlıq öz zatı (substansiyası) üzərində dayanmadığı üçün yox olur. Nur yenidən saçılanda təzahürlər əyan olur. Bu təcəlla o qədər sürətlə baş verir ki, əyani varlıqlar daim gerçəklik kimi görünür.

12 – Hər şeyin əsli mütləq mövcud olan Haqqın varlığıdır. Vəhdət məqamına yetən salik üçün bütün aləmlər bir pərdədir və salik pərdə arxasından Haqqın vücudunu müşahidə edir. Bu məqamda hər şey eyniləşir.

14, 15 – Yəni, əslində mövcud olan Haqqın yeganə varlığıdır. Digər mövcudat isə o varlığın mərtəbələr üzrə təcəllasından meydana gələn xəyali təzahürlərdir. Bu, eyniylə bir nöqtənin sürətlə hərəkət edən zaman düz xəttə bənzəməsi kimidir.

16, 17 – Enmə və yüksəliş mərtəbələri iki qövs kimi birləşib dairəvi xətt yaradır, hər bir kəs də bu dairəyə daxil olur və hərə bir mənzildə qərar tutur. Peyğəmbərlər bu yolun üzərində olan bütün mənzil və mərhələlərin həqiqətindən agah olduğundan onlar bu yolla gedən digər insanlara rəhbərlik edirlər.

18 – Məhəmməd nuru ilkin təəyyün, ilk yaradılmışdır. Eyni zamanda sonuncu peyğəmbər olaraq gəlmişdir.

19 – Əhməd ərəb dilində أحمد , Əhəd isə أحد şəklində yazılır. Burada yalnız mim (ـمـ) fərqi var. Əhəd Allahın zati adıdır. Əhməd isə peyğəmbərimizin adıdır. Əhəd Əhmədin həqiqətində zahir olur. Əhməd adındakı həqiqət Əhəd adının həqiqi təmsilçisidir. Əhmədin həqiqəti isə digər bütün varlıqlarda aşkar olur. Bütün mövcudat o

1 Dk. K.Dəzfulyan, səh. 140

Page 105: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 105 -

həqiqətin məzhəridir. Mim həmin varlıqların yaranma və məhvolma qövslərindən ibarət dairəyə işarədir. Göründüyü kimi, bu hərf özü dairə şəklində yazılır. Eyni zamanda əbcəd hesabı ilə mim hərfi 40 rəqəmini bildirir. Bu da yaranışın 40 mərtəbəsinə işarədir.1

20 – Bu misra Yusif (12) surəsinin 108-ci ayəsinə işarədir:

بصرية على هالل إل أدعو سبیليهذه قل [qul hazihi səbili əd`u iləllahi əla bəsirə] De: “Bu mənim yolumdur. Açıq-aşkar bir dəlillə

(insanları) Allaha çağırıram”. 21 – Məqami-dilgüşa: ürəkaçan məqam Cəmali-canfəza: canyaxan camal Məqam: hal daimi olub salikin ürəyində sabitləşərsə,

ona məqam deyərlər.2 Cəm: Haqqın xəlq olmadan müşahidəsidir. Cəm`ül-cəm: xəlqin Haqq ilə müşahidəsidir. Yəni, peyğəmbər Haqqı xəlqin hər bir zərrəsində

müşahidə edə biləcək bir məqamdadır. Onun gözəl üzü isə xəlqsiz olan Haqqın (mütləq vəhdətin) məzhəridir.

22-26 – Qeyd olundu ki, varlıq dairəsində bəşər peyğəmbərlərin ardınca gedən bir karvana bənzəyir. Peyğəmbərliyin əvvəli və axırı isə Məhəmməd Mustəfadır (s.). Onun ardınca gedən yolda hər kəs bir məqama malikdir. Hər kəs hansı mənzilə qədər gedə bilirsə, yalnız o həddə elmə malik olur, Haqqın barəsində qərar tutduğu məqama uyğun düşünür və fikir bildirir. Kimsə Haqq elminin dəryasından agah olub ənəlhəq deyir. Kimsə həmin dəryanın tufanlarında batıb-qalır. Yəni, Haqqa aparan yolda mövcud olan rəmz və işarələri dərk etməyib

1 Bax: 2-ci sual, qayda (2)

2 Lahici, cild 1, səh. 129

Page 106: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 106 -

şirkə düşür, yaxud həmin yolun yarısında məəttəl qalır. Biri dəryanın yalnız sahilindən xəbər verir, yəni batin elminə yiyələnə bilmir.

27 – Gövhər sədəfin içində gizlidir. Bu, batin elminə işarədir. Kim ki, batin elmini öyrəndi, onun iki yolu var. Əgər həmin elmi yaysa (sədəfdəki gövhəri versə), şəriət əhli tərəfindən onun sözləri küfr kimi qəbul olunar və o, zahir əhlinin tənəsinə tuş gələr. İkinci halda (ikinci misra) o, əldə etdiyi batini biliklərlə birlikdə gizli qalmalıdır (gövhərlə bigə sədəfdə qalmalıdır).

28-31 – Cüz, kül, xəlq, xaliq yaradanla yaradılanlar arasındakı münasibətin vəsfidir. Zülf, xal, xətt, şərab, şahid irfani işarə və rəmzlərdir. Bu rəmzlərdən hərə öz agah olduğu dərəcədə bəhs edir. Hər bir arif (Haqqı tanıyan) öz məqamına görə söz söyləyir. Sadə təfəkkürə malik olan siravi Haqq bəndələri Haqqı tanıyanların sözlərindəki işarələri dərk etməkdən uzaqdır.

Page 107: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 107 -

Kitabin yazılma səbəbi

Müəllif göstərir ki, kitabın yazılmasına səbəb olan hadisə hicrətin 717-ci ilində şəvval ayında baş vermişdir. Xorasandan gələn elçinin, məktubunu gətirdiyi və haqqında bəhs etdiyi şəxs Əmir Rüknəddin Hüseyn bin Alim bin Əbülhəsən Hüseyni Hərəvidir. O, Əmir Hüseyni, Hüseyni Sadat kimi tanınmış, hicri VII-VIII əsrlərin böyük ariflərindən və o dövrün ən məşhur İran şairlərindən biri olmuşdur.

Şeyx Şəbüstəri hadisəni tam təfsilatı ilə nəql edir. Əmir Hüseyni nəzmə çəkilmiş irfani suallardan ibarət bir məktub göndərmişdir. Qeyd etmək lazımdır ki, bu suallar Əmir Hüseyninin həmin mövzuları bilməməyindən və ya suallar vasitəsilə kimisə yoxlamaq istəyindən xəbər vermir. Orta əsrlərdə İslam aləmində məktublar vasitəsilə elmi-fəlsəfi, şəri, irfani müzakirələr aparmaq bir adət idi.

41 – Məhəmməd Lahici məlumat verir ki, Şəbüstəri böyüklərdən həyat görmüş bir insan deyərkən, çox güman ki, mürşidi Şeyx Əminəddini nəzərdə tutmuşdur.

43 – Təkrar əsər dedikdə Şeyx Şəbüstəri əvvəllər bu mövzuda əsər yazdığını demək istəyir. Lahici bildirir ki, bunlar Həqqül-yəqin, Şahid və başqa əsərlərdir. Ümumiyyətlə, Şeyx Şəbüstərinin dəqiq özünə məxsus olduğu məlum olan əsərləri aşağıdakılardır: Gülşəni-raz, Səadətnamə, Həqqül-yəqin, Miratül-mühəqqiqin, Məratibul-arifin.

46 – Fikrü təkrar olmadan: düşünüb-daşınmadan və düzəliş etmədən

52 – Hərf: söz Bəhri-Gülzüm: Qırmızı dəniz Zərf: qab

Page 108: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 108 -

53 – Yəni bu fikirləri nəsrlə ifadə etmək belə çətindir. Belə vəziyyətdə nəzmin qaydalarına riayət etməyi tələb etməklə əlavə çətinlik yaratmağa nə ehtiyac var?

55 – Əttar: Şeyx Fəridəddin Əttar 57 – İkinci misra Hicr (15) surəsinin 18-ci ayəsinə

işarədir:

إال من استـرق السمع فاتـبـعه شهاب مبي Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə)

xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məşəl) təqib edər (və üstünə düşüb yandırar).

61 – Eyni-elm: elmül-yəqindir. Bu, yəqinliyin birinci mərhələsidir. Burada biliklər əqli istidlallara əsaslanır.

Eyni-əyan: eynül-yəqin. Eynül-yəqin yəqinliyin ikinci mərhələsidir. Elmül-yəqin mərtəbəsində öyrənilən həqiqətlər burada batini saflaşma yolu ilə eynən müşahidə olunur.

Yəni, yazdığın konkret fikirləri elə açıqla ki, oxuyan orada həqiqətin özünü müşahidə edə bilsin. Deməli, Şeyx Şəbüstəri əsərdə kəsbi biliklərini yox, öz qəlbi müşahidələrini aşkar etmişdir.

62 – Müəllif bildirir ki, birinci dəfə cavab yazanda geniş fürsət olmadığından dediyim sözlərə halımın zövqünü qata bilmədim.

63 – Məhal: qeyri-mümkün 64 – Bu misra Zuha (93) surəsinin 10-cu ayəsinə

işarədir:

هر و أم ا الس ائل فال تـنـDilənçini də (qapıdan) qovma Sə`ələ feli ərəb dilində soruşmaq və xahiş etmək

mənalarına gəlir. Sail də iki mənada, dilənçi və soruşan mənalarında işlədilir. Beytdə sualı verən Şeyx nəzərdə tutulur.

Page 109: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 109 -

Birinci sual

Birinci sual təfəkkür barədədir. Çünki ağıl sahibləri üçün ilk iş Haqqı tanımaq və onu batildən ayırd etməkdir. Lahici yazır: təfəkkür ariflərin anlamında kəsrət aləmindən, yəni zahiri aləmdə müəyyənləşən, lakin həqiqət baxımından batil və yox sayılan varlıqdan Haqqa doğru, yəni mütləq varlığın vəhdətinə doğru seyr və hərəkət deməkdir. Bu hərəkət salikin fənafillah məqamına qovuşması, kainat zərrələrinin substantiv vəhdət nurunun şölələri arasında yox olması, məcazi deyimlə desək, damlanın dəryaya qovuşması deməkdir.1

72 – Həkim: hikmət sahibi 73-75 – Təzəkkür: xatırlama Tədəbbür: çarə axtarma, fikrə getmə, dərindən

düşünmə Zehində hasil olan hər bir şey üç mərtəbədən keçir:

təzəkkür, ibrət və təfəkkür. Bir şəxs bəlli olmayan bir şeyi dəlil yolu ilə tapmaq və

məlum etmək istəyirsə, əvvəlcə tələb edilən şeyin əsasını əldə etməlidir ki, həmin məlum əsasa görə məchul şeyi tapa bilsin. Təsəvvür bəlli olan bir şeyin təsviridir. Belə bir təsəvvürə təzəkkür (xatırlama) deyilir. Bir şeyi zehində canlandırmaq və bəlli etmək üçün onu xatırlamaq gərəkdir. Bir predmeti abstrak şəkildə yada salmaqla onun əsasında məchul bir şeyi tam müəyyənləşdirmək olmur.2 Deməli, zehində hasil olan surətdən keçib onun arxasında məchul qalan həqiqəti axtarmaq lazım gəlir. Ona görə də, ikinci mərtəbə ibrət adlanır. İbrət ubur (عبور) sözündəndir, mənası keçid deməkdir.

1 Lahici, cild 1, səh. 151

2 Lahici, cild 1, səh. 153

Page 110: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 110 -

Üçüncü mərhələ düşüncəyə dalmaqdır ki, bu da təfəkkür adlanır.

76 – Naməfhum: başa düşülməyən 77 – Pedər-madər: ata-ana 79 – Təyid: təsdiqləmə, dəstəkləmə Mənəvi seyrdə, yəni təfəkkür etmək işində Haqqdan

kömək gəlməsə, daha doğrusu qəlbdə işıqlanma baş verməsə, öyrənilən elm və təfəkkürdən hasil olan nəticələr kamil olmaz və özündən əvvəl deyilənləri yalnız təkrar edər.

80 – Əsa: Musa peyğəmbərin əsasına işarədir. Ayədə deyilir:

و أن ألق عصاك Əsanı (yerə) at! (Qəsəs, 31) Burada əsa dedikdə əqli dəlil və məntiq nəzərdə

tutulur1. Əsa yalnız kor insana lazımdır. Əşyaları olduğu kimi görüb onların həqiqətini dərk edən insanın ona ehtiyacı yoxdur. Ayədə deyilir:

هل یستوى االعمى و البصري Kor görənlə bir olarmı? (Ənam, 50) Deməli, əqli dəlil və məntiq həqiqətlərin yalnız zahirini

dərk etmək üçündür, onları kor olmayan qəlb gözü ilə görmək olar.

81 – Beyt aşağıdakı ayəyə işarə edir:

الشجرة من المباركة البـقعة يف ن ي ال الوادي شاطئ من نودي اه أتا فلما العالمي رب ه الل أنا إن موسى یا نأ

1 Haqqa aparan yolda əqlin maneədən başqa bir şey olmaması barədə bax:

beyt 98-101, 116-120.

Page 111: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 111 -

[fələmma ətaha nudiyə min şatiil-vadil-eyməni fil-buq`ətil-mubarəkəti minəş-şəcərəti ən ya musa inni ənəllahu rəbbul-aləmin]

(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!1

Eymən vadisi: əminlik vadisi; ayədəki şatiul-vadil-eymən ifadəsi bütövlükdə vadinin sağ tərəfi kimi tərcümə olunur.

İnni ənəllah: həqiqətən, mən Allaham. Bu yerdə əminlik vadisi qəlbin saflaşma yoludur ki,

ilahi təcəlli burada gerçəkləşir və camal sahibi olan Haqqın camalının müşahidəsi yalnız bu yolla mümkündür. Ağac isə insani həqiqətə işarə olmaqla Allahın sifətlərinin təcəlli etdiyi bir varlıqdır.2

82 – Mühəqqiq: hadisə və əşyalarda olan həqiqətləri aşkar və kəşf edən kamil arif.

Şühud: görmə Nuri-vücud: bütün mövcudatın həqiqəti olan mütləq

vücudun nuru Haqqın izni ilə qəlbinin gözü açılan arifin ilk gördüyü

vücudun nuru olur, yəni hər şeydə Haqqı müşahidə edir. 84 – Təcrid: boşaltma, xilas etmə, təmizləmə, tərk

etmə Gözəl fikir: fikir zahirdən batinə mənəvi seyrdir. Ən

gözəl seyr Haqqa tərəf olan səfərdir. Deməli, gözəl fikir Haqqı təfəkkür etməkdir.

Haqqı düşünməyin şərti maddiyyatdan təcrid olmaqdır. Bunun da nəticəsi Haqqdan qəlbə nurun enməsidir.

86 – İmkan: mümkün varlıq, yəni bütün mövcudat 87 – Vacib: vacib vücud, yəni Haqqın zatı

1 Qəsəs (28), 30

2 Lahici, cild 1, səh. 158

Page 112: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 112 -

Mümkün: mümkün varlıqlar Haqqın həqiqətini əşya və hadisələr vasitəsilə

müqayisə və dərk etmək istəyən filosoflar səbəb-nəticə zənciri ilə sonda mütləq varlığa gəlib çıxırlar və bu məqamda mat qalırlar.

88 – Təsəlsül: silsilə Təvəğğül: kök salma, dərinə getmə Filosoflar varlıq zəncirindəki rabitəni iki cür izah edirlər.

Əgər “A” səbəb olsa, “B” nəticədir. “A”nın özünün səbəbi kimi “B” götürülürsə, dövrə qapanır. Bu, dövr adlanır. Əgər “A” səbəb olsa, onun nəticəsi “B”, “B”nin nəticəsi “C”, “C”nin nəticəsi “D” və s. olur ki, bu da tükənməzdir. Deməli, hər iki metod yanlışdır. Ağıl bu metodla daha çox düşündükcə, varlıqların silsilə zəncirində daha çox ilişib qalır.

Təmsil

94-95 – Yəni günəş batıb çıxmasaydı, hərəkətdə olub haldan hala düşməsəydi, sabit olaraq nur verərdi və heç kim bu nurun ondan gəldiyini fərq etməzdi. Əvvəldə də qeyd olundu ki, əşyalar ziddiylə aşkar olur. Günəş qürub etdikdə zülmət yaranır, zülmət nurun əksidir. Biz nurun varlığını yalnız zülməti gördükdən sonra dərk edə bilirik.

97 – Nəql: intiqal, köçürmə, ötürmə, yerini dəyişmə Təhvil: şəklini dəyişmə, haldan hala salma Təğyir: dəyişdirmə Təbdil: əvəz etmə 98-101 – Füzuli: artıq, lazımsız; hər şeylə maraqlanan Filosof: bu söz orijinalda fəlsəfi şəklində verilib.

Fəlsəfi o şəxslərə deyilir ki, vacib vücudu səbəb, mümkün

Page 113: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 113 -

vücudu nəticə bilir və onları bir-birindən ayrılmaz hesab edirlər.1

Hüluli: bunlar o kəslərdir ki, Haqqın öz zatı və sifətləri ilə kamil insanda təcəssüm etdiyinə inanırlar. Xristianlar İsanı (ə.), nəsirilər2 isə Əlini (ə.) bu cür hesab edirlər.3

Bu beytlərdə ağılın Haqqa aparan yolda bir maneə olduğu vurğulanır. 4 Çünki Haqqın həqiqəti sadə insan ağlına sığmaz. Buna görə, insan ağılla çox düşündükcə daha çox azıb qalır, ya filosoflar kimi, ya da hülulilər kimi düşünməyə başlayır. Şeyx nəsihət edir ki, ağılı kor et və qəlbin gözünü aç.

100-107 – Şeyx bu beytlərdə fəlsəfilər, hülulilər 5 , mötəzililər, kəlamilər (mütəkəllimlər) kimi müxtəlif qrupların adını çəkir və Haqqın zatını dərk etmək məqsədilə dəlil axtardıqları üçün onların hamısının naqis olduğunu bildirir. Çəpgöz insan bir şeyi iki görür. Filosof da vacib və mümkün varlığı eyni zamanda araşdırdığına görə ikiliyə yol açır və iki aləmdə mütləq varlıqdan başqa heç nə olmadığını görə bilmir. Təşbih əhlini (antropomorfistlər) ona görə kor adlandırır ki, onlar həqiqətin özünü görə bilməyib onun haqqında fikir yürütmüş, Haqqın cisim olduğunu iddia etmişlər. Tənzih əhli isə transsendent baxışa malik insanlardır. Onlar Haqqı bütün varlıqlardan pak və ayrı bilir. Onlar taygöz insan kimi həqiqətin tam müşahidəsindən məhrum olub onun yalnız bir tərəfini görürlər. Tənasüx (metempsixoz) 1 Dk. K.Dəzfulyan, səh. 161

2 Nəsiriyyə şiəliyin bir qolu olub Məhəmməd bin Nəsir Nəmiri ilə

başlamışdır. O, imam Həsən Əskərinin səhabəsi olmuş, həqiqət yolunu

azmış, iddia etmişdir ki, Allah Əlidə, sonra isə onun özündə təcəssüm edir.

(Dk. K.Dəzfulyan, səh. 540) 3 Dk. K.Dəzfulyan, səh. 161

4 Bax: beyt 80, həmçinin 116-120

5 Bax: 450-ci beyt

Page 114: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 114 -

isə ruhun bir bədəndən digər bədənə keçməsidir ki, bu da batil düşüncədir.

Mötəzililər dünyada və axirətdə Allahla görüşü inkar edir, yaxşılığın Allahdan, pisliyin isə nəfsdən törəndiyin iddia edirlər. İnsanı öz əməllərində tam müstəqil hesab edirlər.

“Kəlamilər kəlam elmi ilə məşğul olanlardır. Onlar nəqlə əsaslanan əqli dəlillər vasitəsilə etiqad məsələlərini öyrənirlər.”1

109 – İkinci misra İsra (17) surəsinin 43-cü ayəsinə işarədir:

كبري ا علوا یـقولون عما تـعال و ه سبحان

[subhanəhu və təala əmma yəqulunə uluvvan kəbira] Allah onların dediklərindən çox uca (pak) və çox

yüksəkdir!

1 Dk. K.Dəzfulyan, səh. 165

Page 115: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 115 -

İkinci sual

111-112 – Şeyx bildirir ki, Haqqın zatını düşünmək batil və günahdır. Yalnız onun bəxş etdiyi nemətlər barədə təfəkkür etmək lazımdır.

113-114 – Haqqı işarə və rəmzlərlə aşkar etməyə çalışanlar bilməlidir ki, işarələri yaradan Haqqdırsa, o özü işarələrlə necə dərk oluna bilər? Əgər əşyaları xəlq edən odursa, o, əşyalarla necə izah oluna bilər?

116 – Şeyx Haqqın nurunu günəşə, insan ağlını isə yarasaya bənzədir.

117 – Bu beytdə Haqqa aparan yol merac yoluna, ağıl isə Cənab Cəbrayıla bənzədilir. Yəni Allahdan dəvət alan şəxsin ona tərəf aparan yolda ağılın çıxardığı bəsit nəticələrə ehtiyacı qalmır.

118 – Li məəllah: aşağıdakı hədisə işarədir:

وقت ال یسعىن فیه ملك مقرب و ال نب مرسل يل مع الل [li məəllahi vəqtun la yəsəəni fihi mələkun muqərrəb və

la nəbiyyun mursəl] Mənim Allahla elə anlarım var ki, oraya heç bir

müqərrəb mələk və mürsəl peyğəmbər sığmaz. 119 – Beyt merac hədisinə işarə edir. Merac yolunda

Cənab Cəbrayıl sidrətül-müntəhaya çatdıqda peyğəmbərə deyir:

لو دنـوت امنلة الحتـرقت Əgər barmaq ucu qədər yaxınlaşsam, yanaram. Ağıl da Haqqa aparan yolda müəyyən bir məqama

çatdıqda məhv olur. 120 – Ağlın Haqq nuruyla münasibəti gözün günəş

şüasıyla münasibəti kimidir.

Page 116: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 116 -

121-127 – Bu beytlər Haqqın təcəlli nurunun qara rəngə bənzədilməsi barədədir. İşıqlanmanın təfriti zülmət, ifratı isə hədsiz nurlanmadır. Sadə insan dərki isə bunların arasındakı orta məqamı qəbul edə bilir. Nurun son həddi gözdə zülmət yaradır. Bu, eyniylə adi gözlə günəşə baxdıqda yaranan hala bənzəyir. Haqqın nuruna gəlincə, Allah Təala buyurur:

الورید حبل من ه إلی أقـرب نن

Biz ona şah damarından da yaxınıq! İnsan bir əşyanı iki halda görə bilmir, birincisi, əşya

həddən artıq uzaqda olduqda, ikincisi, əşya gözə həddən artıq yaxın olduqda. Haqqın nuru gözlə görünmür, eyni zamanda Quran ayəsi deyir ki, Allah insandan uzaq deyil. Deməli, bu görünməmənin səbəbi yaxınlıqdadır. Şəhid Mürtəza Mütəhhəri yazır: “Allah çox şiddətli halda aşkar olduğu üçün gizlidir.”1 Buna görə, Şeyx Şəbüstəri deyir ki, “qaranlıq əslində zatın nurudur”. Belə ki, bu qaranlıq yalnız bizə nisbətdə belə adlanır. Həqiqətdə isə bu, Haqqın mütləq nurudur. Buna görə də, Şeyx buyurur ki, həmin qaranlığın dərinliyində dirilik suyu, yəni əbədiyyət gizlənir. Nurun gücündən doğan qaranlıq gözün qarşısına pərdə çəkir, gözlər qaralır (123-cü beyt). Növbəti beytdə palçıq (orijinalda – torpaq) dedikdə mümkün varlıqlar, yaxud da insan nəzərdə tutulur. Mümkün varlığın vacibin dərkinə yetişməsi qeyri-mümkündür.

125-126 – Bu beytlər hədisə işarədir:

ارین الفقر سواد الوجه يف الد [əl-fəqru səvadul-vəchi fid-dareyn] Fəqr hər iki dünyada üz qaralığıdır.

1 Ş.M.Mütəhhəri, səh. 17

Page 117: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 117 -

Lahici yazır: “Bu ifadənin mənası salikin bütövlükdə Allahda fani olmasına işarədir”.1 Yəni, zahirdə və batində, dünyada və axirətdə ondan heç bir nişanə qalmaz və öz əslinə qayıdar. Həmin əsl isə ən əzəmətli qaralıq (səvadi-ə`zəm), yəni zatın nurudur. Hər iki dünyada yox olmaq zatın nuru ilə eyniləşmək deməkdir. Lahici yazır:

فقر فـهو اللإذا ت ال Fəqr son mərtəbəyə çatdıqdan sonra Allah gəlir.2 127 – Qaranlıq gündüz: zatən ədəmdən və

zülmətdən ibarət olan kəsrət aləmi, yaxud indi yaşadığımız həyat

Nurlu axşam: (orijinalda – nurlu gecə) kəsrət və təəyyünat öz zati tələbinə uyğun olaraq fənaya uğradıqdan sonra əbədi qalan və əvvəlki beytlərdə qaranlıqla müqayisə edilən mütləq zatın nuru, yəni gündüzün ağır işlərindən sonra gələn möhtəşəm bir boşluq və aramlıq

İşıqlı gecə qaranlıq gündüzün içərisində ona görə təsvir olunur ki, vacib vücud bir cüzv olaraq mümkün mövcudatın tərkib hissəsini təşkil edir. Hər mövcud iki tərkib hissədən – vacib vücud və müəyyənlikdən ibarətdir.3

128 – Məşhəd: batini müşahidə yeri Təcəlli: qeybdən gələn nurun qəlbdə işıqlanması4 Müəllif bildirir ki, o, batini müşahidə halındadır, buna

görə də deməyə sözü çoxdur. Lakin belə bir məqamda ən yaxşı yol susmaqdır.

1 Lahici, cild 1, səh. 200

2 Dəzfulyan bildirir ki, bu ifadə bəzi mənbələrdə hədis, bəzilərində isə

şəthiyyat kimi verilmişdir. (Dk. K.Dəzfulyan, səh. 542) 3 Bu barədə ətraflı bax: 11-ci sualın cavabı

4 Lahici, cild 1, səh. 202

Page 118: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 118 -

Təmsil

129-131 – Günəşə adi gözlə baxmaq mümkünsüzdür. Bununçün əlavə vasitəyə ehtiyac var. Göz günəşin nurunun əksini suda daha rahat görə bilir, çünki nurun təsiri azalır və onun dərki asanlaşır.

132-133 – Ədəm: yoxluq; ədəm iki cürdür: mütləq və izafi. Burada söhbət izafi ədəmdən gedir. İzafi ədəm odur ki, bir əşyaya həm varlıq, həm də yoxluq adı aid edilə bilir. Məsələn, deyirik ki, sünbül budağı buğda dənəsinin içərisində yoxdur. Əslində, əməli cəhətdən yoxdur. Nəzəri cəhətdən isə var.1

Burada mütləq vücudun nuru 130-cu beytdəki günəş nuru ilə, ədəm isə güzgü ilə müqayisə olunur. Daha doğrusu, ədəm bir güzgü kimi Haqqın nurunu özündə əks etdirir.

Haqqın vücudu üçün güzgü olan şey mümkün əyani varlıqlardır ki, buna izafi ədəm deyirlər.2

134 – Yəni, həqiqətdə vahid vücuddan başqa heç nə yoxdur, o isə Haqqdır. Ədədlər də belədir. Birin iki dəfə təkrarı ikini, üç dəfə təkrarı üçü yaradır. Deməli, əslində var olan birdir.

136-137 – Gizli məxzən: gizli xəzinə; bu ifadə və sonrakı beyt qüdsi hədisə işarədir:

كنت كنـز ا مفیا فأحببت أن أعرف فخلقت النس و الن Mən gizli bir xəzinə idim, istədim tanınam, insanları və

cinləri yaratdım. Əgər bir güzgünün üzərində əks görünürsə, bu, həmin

güzgünün saflığına dəlalət edir. Haqqın nuru da ədəm lövhəsində əks olunur.

1 Dk. K.Dəzfulyan, səh. 175

2 Lahici, cild 1, səh. 204

Page 119: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 119 -

138-139 – Beytin birinci misrası 132, 133, 136, 137-ci beytlərdəki əşya, güzgü və əks münasibətini açıqlayır. Var olan Haqqın nurudur. Güzgü ədəmdir, güzgüdə yaranan əks isə mümkün varlıqlardır. İnsan da bir mümkün varlıqdır və o, bütün varlıqların ən əşrəfidir. İkinci misranı dərk etmək üçün Haqqın nurunu güzgüyə baxan bir insanla, güzgüdə (ədəmdə) yaranan əksi həmin şəxsin surətiylə müqayisə etmək olar. İnsanda ən dəyərli varlıq onun gözü olduğuyçün bütün aləmdə ən dəyərli varlıq olan insan aləmin gözünə bənzədilir.

Bundan əlavə, insan güzgüyə baxarkən güzgüdə yaranan əks də eyni zamanda ona baxır. Deməli, insan özünü əksin gözlərindən görür. Əks isə həqiqi insandan başqa heç nə görmür. Daha doğrusu, öz vücudunda güzgüyə baxan həqiqi insanın vücudunu müşahidə edir. İndi güzgüyə baxan insan Haqq, güzgüdəki surət bütün aləm, surətin gözü insan, surətin gözünün bəbəyi isə insanın gözüdür. “Gözə göz göstərən bir ayrı gözdür” misrasının açıqlaması belədir: insanın gözünə (yəni, əksin göz bəbəyinə) insanı (yəni, əksin gözünü) göstərən Haqqın gözüdür (yəni, güzgüyə baxan şəxsin gözü). Bunlar bir-biri ilə qarşılıqlı və mürəkkəb münasibət yaradır. İnsan özünü və bütün aləmi Haqqın gözü ilə görür, buna görə də, Haqqdan savayı heç nə görmür. Haqq da özünü kamil şəkildə kamil insanda müşahidə edir.

140 – Gülşəni-Razı şərh etmiş Sayinəddin Əli İsfəhani yazır: İnsan bütün aləmin həqiqətidir. Cahan sükunətdə olan insan, insan isə natiq cahandır.1 Haqqın bütün ad və sifətlərinin məzhəri kamil insandır. Bu ad və sifətlər bütün

1 Dk. K.Dəzfulyan, səh. 178

Page 120: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 120 -

aləmdə mərtəbələrlə təzahür edir. Deməli, insan kamil məzhər olmaq etibarı ilə bütün aləmin məcmusudur.

141 – İşin əslini öyrənmək bütün aləmin və insanın həqiqətini araşdırmaqdır. Bu həqiqət Haqqın nurudur. Yəni həqiqətdə Ondan savayı heç nə yoxdur. Güzgüyə baxan da, güzgüdə görünən də, güzgüdən baxan göz də O özüdür.

142 – Beyt aşağıdakı qüdsi hədisə işarədir:

العبد یتقرب ايل بالنوافل حىت احبه فإذا أحببته كنت مسعه و بصره ال یزال و يب ینطق و يب یبطش فب یسمع و يب یبصرو لسانه و یده و رجله

[la yəzalul-əbdu yətəqərrəbu ileyyə bin-nəvafil hətta uhibbuhu fəiza əhbəbtuhu kuntu səm`əhu və bəsrəhu və lisanəhu və yədəhu və ricləhu fə bi yəsməu və bi yubsiru və bi yəntiqu və bi yəbtişu]

Bəndə nafilələrlə mənə mən onu sevənə qədər yaxınlaşmağa davam edir, əgər onu sevsəm onun qulağı, dili, əli və ayağı oluram. Beləliklə, o, mənimlə eşidir, mənimlə görür, mənimlə danışır və mənimlə gəzir.

143 – Aləm bütövlükdə bir güzgü kimidir və Haqq bütün adları ilə orada müfəssəl şəkildə əks olunur. Hər bir zərrə də öz növbəsində Haqq nurunun bir güzgüsüdür, lakin onun üzərini örtmüş müəyyənlik pərdəsi bu nuru tam kamilliyi ilə müşahidə etməyə mane olur. Çünki hər mövcud varlıq Haqqın nurunu öz qabiliyyəti qədərində əks etdirə bilir. Haqqın gözü ilə görən kamil arif bu pərdəni qaldırdıqda onun arxasında Haqqın camalını müşahidə edir. Buna görə də, Haqq nurunun müşahidəsi üçün bütün aləmi seyr etməklə bir zərrəyə baxmaq arasında fərq yoxdur. İkinci misradakı yüz ulduz kəsrətə işarədir.

144 – İnsanin zahiri baxımdan torpaqla əlaqəsi vardır. Bu torpağın tərkibinin hər cüzvünə yaxşı baxsan,

Page 121: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 121 -

gerçəkliyi aşkar edərsən. Hər zərrə torpaqda potensial şəkildə minlərlə insan görünər və gerçəklikdə hərəkətə gələ bilər. Çünki bütün şeylərin həqiqəti birdir və həmin həqiqət bütün şeylərin surətində öz qabiliyyət və istedadlarına xas fərqlərlə təzahür edir.1

145 – Əgər bir damlanın batininə vara bilsən, onun mahiyyətini örtən müəyyənlik pərdəsi aradan qalxar. Mahiyyət isə dərya özüdür.

146-147 – Orijinalda ağcaqanad verilmiş, tərcümədə vəznə tabe etmək məqsədilə milçəklə əvəz olunmuşdur.

145-ci beytdə gördük ki, qətrənin batinində dəryanı müşahidə olunur. Deməli, bir qətrədə hər bir digər qətrəni, eyni zamanda bütünlüklə dəryanı görmək olar. Həmin qaydaya müvafiq olaraq arifin nəzərində ağcaqanad fil ilə, bir damcı su Nil çayı ilə, bütün xırman bir dən ilə, bütün dünya bir darı ilə eyniləşir.

148 – Bu beytdə də ağcaqanad sözü milçəklə əvəz edilmişdir. Yəni hər bir mövcudatın canı Haqqdandır. Hətta ağcaqanadın bir qanadı belə Onun rəhmətindən kənar deyil. Həcmcə çox kiçik olan göz də yuxarıdakı beytlərə müvafiq olaraq asimanla eyniləşdirilir.

149-150 – Bu beytlər insan qəlbinin genişliyindən və dəyişkənliyindən bəhs edir. Şeyx Şəbüstəri bura qədər müxtəlif müqayisələr gətirməklə Haqq nurunun insan qəlbinə sığmasını dərk etməyə bir zəmin yaradır. Bu, fikir qüdsi hədisə işarə edir:

ال یسعين أرضي و ال مسایي و وسعين قلب عبدي املؤمن التقيMənim yerim və göyüm məni sığışdıra bilməz, təqvalı

mömin bəndəmin qəlbi məni sığışdırar. 151-152 – Yerdə və göydə olan bütün mövcudat bir-

birinə bağlı və bir-birindən ayrılmazdır. Biri birindən

1 Lahici, cild 1, səh. 216

Page 122: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 122 -

yaranıb biri digərinə təkan verir. O cümlədən, xeyir və şər, mənfəət və zərər, küfr və iman toxumla məhsul kimi əlaqədardır.

153-159 – Bu beytlər yaranış dairəsinin kamilliyi, əvvəlin axırla birləşməsi barədədir.

Hal nöqtəsi: Haqqın üluhiyyət mərtəbəsidir.1 Bu, daimi vaxt, daimi an adlanır. Zamanda təzahür edən hadisə və proseslər Haqqın elm mərtəbəsində mövcud olan hökmlərin əyani surətləridir. Buna görə də, həmin mərtəbədə əvvəllə axır eynidir. Adəmin (ə.) xilqəti dedikdə əvvəl, İsanın (ə.) zühuru dedikdə isə axır nəzərdə tutulur. Həqiqi vəhdət yaranış dairəsində külli adlar vasitəsilə zühur mərtəbələrində təzahür edir. Külli adlar isə cüzvi adlarla müxtəlif cisimlər, fərdlər və şəxslər şəklində təzahür edir. Beləliklə, yaranış dairəsindəki hər nöqtədən yeni nöqtələr meydana gəlir. Bu dairə boyu davam edən sonsuz seyretmə cüzvlərdə vəhdətə doğru cəzb yaradır, lakin onlar vəhdətə çata bilmədiklərindən məyus olurlar. Çünki onların hər biri Haqq nurunun müəyyənlik pərdəsi ilə örtülmüş təzahürləridir. Həmin pərdələr bir-birindən fərqlənməsi ilə hər bir mövcud varlıqda həqiqi vücudun nə dərəcədə təcəlla etməsini şərtləndirir.

160 – Bu beyt Qaf (50) surəsinin 15-ci ayəsinə işarədir:

جدید خلق ن م لبس يف م ه بل الول لق بال أفعیینا

Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!

Aləmdə mövcud olan bütün varlıqlar Haqqın rəhmani təcəllası sayəsində daimi güman edilir. Əslində isə, bütün

1 Lahici, cild 1, səh. 220

Page 123: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 123 -

mövcudat hər an öz yoxluğuna qayıdaraq İlahinin rəhman sifəti ilə yenidən var olur. Bu yoxolma və varolma prosesi elə sürətlə baş verir ki, daimi görünür.

Qayda (1)

166 – Simurq: mütləq və vahid zatın rəmzidir. Qaf: Simurqun məkanı və bütün dünyanı əhatə edən

uca dağdır.1 Qaf öz ucalığı ilə Haqqın əhədiyyət mərtəbəsinə,

Simurq isə onun mütləq ruhuna işarədir. 167 – İkinci misra Həcc (22) surəsinin 47-ci ayəsinə

işarə edir:

كألف ك رب عند وم ایـ ن وإ وعده ه الل لف ي ولن بالعذاب عجلونك ویستـ تـعد ون ام سنة

Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir!

168 – İkinci misra Haqqə (69) surəsinin 39-cu ayəsinə işarə edir:

تـبصرون ال وما تـبصرون اب أقسم فال [fə la uqsimu bima tubsirunə və ma la tubsirun] And içirəm gördüklərinizə və görmədiklərinizə. 169 – Cabilqa: rəvayətlərə görə, şərqdə yerləşən bir

şəhər Cabilsa: Cabilqanın müqabilində qərbdə olan bir

şəhər Dəzfulyan yazır: İmam Məhəmməd Qəzzali

peyğəmbərdən (s.) belə bir hədis nəql edir: şərq tərəfdə bir torpaq var, orada bir camaat yaşayır. Onların Şeytanın

1 Lahici, cild 1, səh. 229

Page 124: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 124 -

varlığından xəbəri yoxdur və bilmirlər ki, insan mövcuddur ya yox. Onlar daima itaətdədirlər. Cabilsa da qərbdə yerləşən böyük bir şəhərdir.1

170 – Haqq Təala buyurur:

ن لقادرو إنا والمغارب المشارق برب أقسم فال

Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.2

Üluhiyyət aləmi rübubiyyət müqabilində məşriq sayılır və onun feyzi rübubiyyət aləminə yetişir. Rübubiyyət isə bərzəx müqabilində məşriq sayılır və bu minvalla bərzəx də şəhadət aləmi müqabilində məşriqdir. Hər bir aləmin feyzi özündən aşağı mərtəbəyə yetişir. Aləmlərdən hər biri, varlıq mərtəbələrindən hər bir mərtəbə və fərdlərdən hər bir fərd üçün məşriq məfhumu vardır ki, İlahi adların günəşi buradan doğur. Başqa bir yandan onlar üçün məğrib də vardır və hər bir adın nuru onun müəyyənlik mərtəbəsində gizlənmişdir.3

171 – ikinci misra Talaq (65) surəsinin 12-ci ayəsinə işarədir:

نـهن المر یـتـنـزل لهن مثـ الرض ومن اوات مس سبع خلق الذي ه الل بـیـ

[allahulləzi xələqə səb`ə səmavatin və minəl-ərzi misləhunnə yətənəzzəlul-əmru beynəhunnə]

Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.

Abdullah ibn Abbas demişdir: “Əgər bu ayənin təfsirini desəm, məni daş-qalaq edərlər və ya məni kafir

1 Dk. K.Dəzfulyan, səh. 194

2 Məaric (70), 40

3 Lahici, cild 1, səh. 235

Page 125: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 125 -

adlandırarlar”. 1 Yəni yerlə göy arasında mövcud olan görünər və görünməz varlıqların həqiqəti yalnız ariflər üçündür. Özünü tanımayan insan onları da tanımaz.

172 – Şeyx mövcud aləmi yuxuyla müqayisə edir. Çünki mövcudat zatən ədəmdir. Vücud isə Haqqın zatıdır. Mövcudat Onun müxtəlif ad və sifətlərinin güzgüyə düşən əksidir.

173 – Bidar: oyaq Şeyx mövcud aləmdə yaşadığımız dövrü gecəyə

bənzədir. Gecə insan yuxuda gördüklərini həqiqət hesab edir. Ayıldıqda isə hamısının boş bir xəyaldan ibarət olduğunu dərk edir. Biz də zatən yoxluqdan ibarət olan mövcud aləmdə yaşadıqca bütün ətrafımızın həqiqət olduğunu düşünürük. Yalnız həşrdə 2 həqiqi varlığın Haqqdan ibarət olduğunu dərk edirik.

174 – Bu beyt İbrahim (14) surəsinin 48-ci ayəsinə işarədir:

والسماوات الرض غري رض ال تبدل یوم

(Qiyamət) elə bir gündür ki, Yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq.

183 – Birinci misra hədisdən iqtibasdır:

بدین العجایزعلیكم [əleykum bi dinil-əcayiz] Dində qoca qarıların yolu ilə getməlisiniz. Bu hədisdən nə başa düşmüsən ki, cəhaləti özünə

rəva bilir və İlahi mərifət yolunda cəhd göstərməmisən? Bilirsən ki, Allahın mərifəti barədə düşünmək olmaz və peyğəmbərin məqsədi də budur. Çünki qarı təfəkkür və

1 Dk. K.Dəzfulyan, səh. 196

2 Həşr qiyamətdir. Bu, “hər kəs öldükdə öz qiyamətini etmiş olur” hədisinə

işarədir.

Page 126: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 126 -

dəlil əsasında düşünməyə qadir deyil, siz isə onun dininə söykənirsiniz. Əyri şəkildə başa düşdüyünüzə görə cəhlə yol vermiş, həqiqət yolunda səy göstərməmisiniz.1

187-189 – Bu beytlər İbrahim peyğəmbərin (s.) hekayətinə işarə edir. Ayədə deyilir:

أحب ال قال أفل فـلما ريب قال هذا كوكب ا رأى اللیل ه علی جن فـلما اآلفلي

[fələmma cənnə əleyhil-leylu ra`yə kaukəbən qalə haza rəbbi fələmma əfələ qalə la uhibbul-afilin]

Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.2

Növbəti ayələrdə deyilir: (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi. (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!”

Şeyx buyurur ki, ey salik, Haqqa aparan yolda gərək maddi və zahiri surətlərdə, ağıl və hiss mərtəbələrində ilişib qalmayasan, “mən batanları sevmirəm” hökmü ilə mövcudat mərtəbələrinin heç birində dayanmayasan ki, məşuqun camalının müşahidəsi sənə nəsib olsun.3

190 – Bax: 81-ci beytin şərhi

1 Lahici, cild 1, səh. 244

2 Ənam (6), 76

3 Dk. K.Dəzfulyan, səh. 200

Page 127: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 127 -

191 – İkinci misra Əraf (7) surəsinin 143-cü ayəsinə işarədir:

تران لن أنظر إلیك قال أرن رب قال ه رب ه وكلم لمیقاتنا موسى جاء ولما تران فسوف ه مكان استـقر ن فإ بل ال إل ظر ان و لكن

[və ləmma ca`ə musa limiqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ...]

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu.

İnsanın vücudu iki aləmin məcmusudur. Öz vücudundan keçə bilməyən iki aləmdən keçə bilməz, iki aləmdən keçə bilməyən Haqqa çata bilməz. Deməli, Haqqın Musanın (ə.) gözü önündə parçaladığı dağ əslində Musanın (ə.) özü tərəfindən qəlbi əminlik vasitəsilə parçalanmalı idi. Haqq Təala öz peyğəmbərinin yolunu kəsən müəyyənlik pərdəsini özü qaldırdı. Dağ parçalanan kimi Musa (ə.) huşsuz halda səcdəyə getdi. Dağ Musanın (ə.) nəfsi istəklərinin məcmusu və rəmzi idi. Hər bir kəsin qarşısında belə bir dağ vardır. Həmin dağı öz qəlbi əminliyi ilə parçalaya bilən insan batin gözü ilə Haqqın müşahidəsinə qalxa bilər.

192 – Kəhrəba: müasir dildə elektrik Kəhrəba samanı özünə çəkdiyi kimi Haqqın həqiqəti

insanı öz əslinə tərəf çəkir. Lakin bu çəkilmədə insanın yol boyu çırpıla biləcəyi maddi və nəfsani maneələr var. Bu yolun gözəlliyi və hikməti də məhz həmin maneələrdədir.

193 – Haqq yolunda ən böyük maneə insanın öz müəyyənlik pərdəsi, yəni maddi varlığıdır. Haqqın nuru

Page 128: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 128 -

salikin vücuduna təcəlla etdikdə öz zati tələbinə görə onu fənaya uğradır.

194 – Gəda: Haqqın qulu, dost qapısında sərgərdan olan dərviş

Sultan: vücuduna Haqqın nuru təcəlla etmiş arif, hər iki dünyanın sultanı

Ayədə deyilir:

الباطل ق ه وز ق ال جاء وقل

De: “Haqq gəldi, batil yox oldu”.1 Yəni Haqqın nuru bir vücuda təcəlla etdikdə onu

fənaya uğradır. 195 – Ağan Əhməd: (orijinalda – xacə) İslam

peyğəmbərinə (s.) işarədir Haqq yolunu getməyi peyğəmbərdən öyrən, onun

ardınca meraca get. 196 – Ümmi Hani: Əbu Talibin qızı və peyğəmbərin

(s.) əmisi nəvəsidir. Onun əsl adı Faxtə olub və bu ad onun künyəsidir... Təfsir alimlərinə görə, peyğəmbərin iki meracı olub: cismani və ruhani. Ehtimala görə, cismani merac Ayişənin, ruhani merac isə Ümmi Haninin evindən olub.2

Ümmi Hani xanəsi: (Ümmi Haninin evi) burada maddi varlıq, müəyyənlik çərçivəsi

Mən rəani: aşağıdakı hədisə işarədir

فـقد رأي الـحق من رآن [mən rəani fəqəd rə`yəl-həqq] Kim məni görsə, Haqqı görmüş olar.

1 İsra (17), 81

2 Lahici, cild 1, səh. 258

Page 129: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 129 -

197 – Qafi-qürbi-qabə qövseyn: iki yay məsafə qədər yaxınlığın zirvəsi və ya qürb (yaxınlıq) sözünün ilk hərfi olan qaf ; ayədə deyilir:

أدن أو قـوسي قاب ن فكا

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.1

Kafi-kövneyn: iki dünya kafı, kövneyn sözünün ilk hərfi olan kaf

Yəni qürbün qafını dilə gətirmək imkanı olduğu təqdirdə (Haqqa yaxınlıq zirvəsi mövcud olduğu halda) sən hələ kövneynin kafını dilində zikr edirsən (iki dünyanın maddi və mənəvi zəncirində ilişib qalmısan).

Qayda (2)

Bu bölmədə şeyx Haqqın kitabını bütün aləmlərin məcmusu kimi görür. Yaxud aləmləri bütünlükdə Qurani-Şərifdə müşahidə edir. Mövcudatın qırx mərtəbəsini qısa və ümumi şəkildə müvafiq ayələrlə qarşılaşdıraraq zikr edir. Bu mərtəbələr aşağıdakılardır: 1. Əqli-küll – ilkin təəyyün; 2. Nəfsi-küll – lövhi-məhfuz; 3. Həyula – ilkin başlanğıc; 4. Külli-təbiət – ad və fellərin təsirlərinin başlanğıcı; 5. Fələki-ətləs – ərş; 6. Kürsü – sabit göy təbəqəsi; 7. Yeddinci göy təbəqəsi; 8. Altıncı göy təbəqəsi; 9. Beşinci göy təbəqəsi; 10. Dördüncü göy təbəqəsi; 11. Üçüncü göy təbəqəsi; 12. İkinci göy təbəqəsi; 13. Birinci göy təbəqəsi; 14. Zühəl (Saturn); 15. Müştəri (Yupiter); 16. Mərrix (Mars); 17. Günəş; 18. Nahid (Venera); 19. Ütarid (Merkuri); 20. Ay; 21. Həməl (qoç); 22. Səur (buğa); 23. Cövza (əkizlər); 24. Sərətan (xərçəng); 25. Əsəd (şir); 26. Sünbülə (qız); 27. Mizan

1 Nəcm (53), 9

Page 130: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 130 -

(tərəzi); 28. Əqrəb; 29. Qövs (oxatan); 30. Cədy (oğlaq); 31. Dəlv (dolça); 32. Hut (balıq); 33. Od; 34. Hava; 35. Su; 36. Torpaq; 37. Bərk maddə; 38. Bitkilər; 39. Heyvanlar; 40. İnsan.

199 – Qəlbi Haqqın təcəlla məkanına çevrilən arif aləmdəki bütün zərrələrdə Haqqın camalını müşahidə edir.1

200 – Ərəz: aksidensiya; öz-özlüyündə müstəqil varlığa malik olmayan müvəqqəti, keçici varlıq. Aksidensiya sözü ilk dəfə Aristotel tərəfindən işlədilib.2

Cövhər: substansiya; bütün varlıqların mənbəyi olan ilkin varlıq3

İ`rab: ərəb dilində sözlərin hərəkələnməsi Ayəti-vəqf: oxuyarkən üzərində dayanılan ayə İrab öz-özlüyündə mövcud olmayıb hərflə birgə

yarandığından və ona tabe olduğundan cövhərləri Kitabın hərflərinə, ərəzləri isə irablarına bənzədir. Ayə sözü ayrılıqda işarə, əlamət mənasını da verir. Yəni Kitabdakı hər ayə aləmdəki bir zərrənin nişanəsidir. Ayələrdəki dayanmalar isə yaranışdakı mərtəbələrdir.

201 – Hər bir surə bir aləmə işarədir. Yaxud hər surə özlüyündə bir aləmdir. Fatihə ilk surə, İxlas isə son surələrdən biridir. Bütün aləmlər də ilk və son aləmin arasında qərar tutmuşdur.

202 – Hər bir şeyin elmi Quranda, Quranın elmi Fatihədə, Fatihənin elmi bismillahda, bismillahın elmi ba hərfindədir. İlk yaranan varlıq ağıldır. Hədisdə deyilir:

أول ما خلق الل العقلAllahın ilk yaratdığı ağıldır.

1 Bax: 594-cü beyt

2 Filosofskiy slovar, səh. 11

3 Filosofskiy slovar, səh. 398; Bax: 475-ci beyt

Page 131: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 131 -

Quran əzəldən əbədə bütün aləmlərin və mərtəbələrin məcmusu hesab olunduğundan ilkin yaranış olan ağıl bismillahın basına uyğun gəlir. Yaxud külli-əql bütün mövcudatı əhatə etdiyi kimi ba hərfi də bütün Quranın elmini ehtiva edir.

203 – İkinci yaranan varlıq külli-nəfsdir, bu da külli-əqldən sonra varlıq düzənində ikinci mərtəbədə yerləşir... bütün şeylər nurla, Haqqın elminin təzahürü sayılan külli-nəfslə zahir olur. Haqqın həyat və elm nuru həmin nəfs vasitəsilə aləmə nur saçır.1 Buna görə də Şeyx nəfsi nur ayəsi ilə qarşılaşdırır:

والرض السماوات نور ه الل

Allah göylərin və yerin nurudur.2 204 – Üçüncü mərtəbə ərşdir. Ayədə deyilir:

الرحن على العرش استـوىRəhman ərşi yaradıb hökmü altına almışdır.3 Dördüncü mərtəbə kürsidir. Ayətül-kürsidə deyilir:

وسع كرسی ه السماوات و الرض Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri

əhatə etmişdir.4 205 – Səb`ül-məsani: Fatihə surəsinin adlarından

biridir. Hicr (15) surəsinin 87-ci ayəsində deyilir:

ناك ولقد العظیم ن والقرآ المثان ن م سبـع ا آتـیـ

Biz sənə təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və əzəmətli Quranı verdik.

1 Lahici, cild 1, səh. 262

2 Nur (24), 35

3 Taha (20), 5

4 Bəqərə (2), 255

Page 132: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 132 -

Növbəti mərtəbə yeddi göy təbəqəsidir. Bu təbəqələr Fatihənin ayələri ilə qarşılaşdırılır.

206 – Şeyx dörd ünsürün qarşılığında konkret bir ayə qeyd etmir, lakin onların da Quranda əks olunduğunu vurğulayır.

207 – Mövlud: doğulan, sonradan yaranan; bərk cisim, bitki və heyvana işarədir.

Bu varlıqlar yer üzündə sonsuz sayda olduğundan onlarların hər biri ilə müqabil dayanan ayələrin də çox olduğunu vurğulayır.

208 – İnsan yaranışın sonuncu və ən kamil nüsxəsidir. Allah insanı öz ruhundan yaratdı, buna görə də, Şeyx buyurur ki, Haqq Təala göyü yaradıb yeri döşədikdən sonra öz nəfsini oraya nazil etdi, yəni insanı yaratdı. Qurani-Kərimin sonuncu surəsi də Nas, yəni insanlar adlanır.1

Xarici aləm barədə təfəkkür qaydası (3)

210 – Lahici yazır ki, bu, Ali-İmran (3) surəsinin 190-191-ci ayələrinə işarə edir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!

211 – Ərşi-ə`zəm: göyün doqquzuncu təbəqəsi yaxud fələki-ətləs.2 Qeybə və şəhadətə daxil olan bütün aləmlər

1 Bax: 8-ci sual, təmsil, xüsusilə 490-cı beyt

2 Bax: 2-ci sual, qayda (2), yaranışın mərtəbələri

Page 133: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 133 -

göyün bu təbəqəsinin altında qərar tutmuşdur. Bundan yuxarıda isə heç nə mövcud deyil.

212 – Rəhman Haqqın bütöv və kamil adıdır. Xarici şəhadət aləmində bu adın təmsilçisi Ərşdir. 1 Ayeyi-kərimədə Haqq Təala buyurur:

استـوى العرش على ن الرح

Rəhman ərşi yaradıb hökmü altına almışdır.2 Peyğəmbəri-əkrəm buyurur:

إن لل تعال يف الرض أوان أال و هي القلوبAllah Təalanın yer üzündə qəlibləri vardır, həmin

qəliblər isə qəlblərdir. Rəhman adın kamalı qəlbə Ərşdən daha çox təzahür

edir, çünki ürək qeyb və şəhadət aləmi arasında vasitədir və hər iki aləmin hökmünü özündə birləşdirir. Ancaq Ərş təkcə şəhadət aləminin hökmlərini əhatə edir. Deməli, ürək əzəmətli Ərşdir və onlar arasında münasibət vardır.

213 – Yəni insan qəlbi və ərş daim hərəkətdədir. Haqq qəlbdə hər an müxtəlif cür və müxtəlif dərəcədə təzahür edir.

214 – Bəsit: bir ünsürdən ibarət olan, yaxud mürəkkəb olmayan

Dövri-mühit: əhatə edən dairə İnsanın qəlbi Haqqın Rəhman adına məzhər olmaq

etibarilə ərş hökmündədir. Hər bir dairə mərkəzə tabedir və hər bir dairənin batini və hərəkətverici qüvvəsi mərkəz nöqtədir. Ən aşağı aləm insandır. Yaranışın ən ucqar məqamı isə uca ərşdir. İnsan özlüyündə bir aləmdir. Bu aləmin mərkəzi isə qəlbdir. Deməli, qəlb ərş və onun altında mövcud olan bütün yaranışın mərkəzidir. “Əgər

1 Lahici, cild 1, səh. 267

2 Taha (20), 5

Page 134: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 134 -

sən olmasaydın, fələkləri yaratmazdım” qüdsi hədisinin mənası burada aydın olur. Ölçüsündən asılı olmayaraq hər bir dairənin çəkilməsi üçün ilkin səbəb, yaxud mərkəz nöqtə müəyyən edilməlidir. Dairə çəkildikdən sonra həmin nöqtə dairənin bütün hissələrinə nisbətdə ən kiçik hissə olur və dairənin ən dərin yerində qalır. Bütün məxluqatın ən kiçiyi və ən dərində olanı insan qəlbidir. Beləliklə, sübut olunur ki, qəlb ən uca dairənin (ərşin) mərkəzi hökmündədir.

215 – Qeyd olundu ki, ərş qəlbi əhatə etmişdir və daim hərəkətdədir. Deməli, o, sanki qəlbi təvaf edir. Burada “az-çox” sözü bir gecə-gündüzü yaradan günəşin və ərşin hərəkətinin nisbətini ifadə edir. Lahici bu nisbətə belə şərh verir:

Günəşin mərkəzi fərz olaraq meridiandakı bürclərin bir nöqtəsində yerləşəndə meridianın bir nöqtəsi həmin bürcün nöqtəsi müqabilində olur. Bürclərdəki nöqtə meridiandakı nöqtə ilə qarşı-qarşıya gələndə gün yenə də meridiana yetişir və ərşin bir dövrü tamamlanır, ancaq bir gecə-gündüz hələlik tamam olmaz, çünki günəş bu dövrün fərz edilən başlanğıcına, yəni meridiana yetişməmiş olur. Günəş özünəməxsus hərəkəti ilə təqribən bir gecə-gündüz ərzində fələyin bürcündən bir qövs qədər kəsir. Meridianın fərz edilən nöqtəsi günəşdən daha çox həmin qövs qədər meridiana yetişmiş olur. Gecə-gündüz isə günəşin meridiana bir daha yetişməsi ilə tamamlanır. Deməli, gecə-gündüz ərşin bir dövrəsindən günəşin bürcdən kəsdiyi qövs qədər çoxdur. Ərşin dövrəsi də gecə-gündüzdən həmin qövs qədər azdır.1

1 Lahici, cild 1, səh. 267

Page 135: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 135 -

216 – Yəni doqquzuncu fələk, fələkül-əflakın (ərşin) altındakı bütün ulduzlar ərşin dövr etməsi sayəsində hərəkətə gəlir. İbn Xəldun ərşin və ulduzların hərəkəti barədə yazır:

Şimal və cənub qütbləri üfüqdə göründükdə böyük bir dairə əmələ gəlir və göy qübbəsini iki hissəyə bölür. Bu, şərqdən qərbə doğru gedən ən böyük dairədir və müəddilün-nəhar dairəsi (səma ekvatoru) adlanır. Beləliklə, ərş şərqdən qərbə doğru hərəkət edir. Bu hərəkət gündəlikdir. Onun sayəsində göyün aşağı təbəqələri də istər-istəməz hərəkətə gəlir.1

220 – Çərxi-ətləs: fələkül-əflak, ən uca göy təbəqəsi, ərş

Səkkiz müqəvvəs: doqquzuncu təbəqənin altında qərar tutan digər səkkiz təbəqəyə işarədir

221 – Orijinalda birinci misra aşağıdakı kimi verilir: Moəddel korsiye-zatol-boruc əst (müəddilün-nəhar,

içərisində bürclər olan səma qatının kürsüsüdür). Bu ifadə Buruc (85) surəsinin 1-ci ayəsindən alınmışdır:

ذات البـروج والسماء

[vəs-səmai zatil-buruc] And olsun bürclər sahibi olan göyə. Bürclərin olduğu göy təbəqəsi səkkizinci təbəqədir.

Səma ekvatoru (müəddil) isə ən uca qat olmaqla bürclər təbəqəsinin söykəndiyi bir dayaqdır. Burada kürsi dayaq mənasını ifadə edir. Bu təbəqələr arasında uzaqlaşma prosesinin baş verməməsi və heç bir boşluğun olmaması isə Qaf (50) surəsinin 6-cı ayəsinə istinadən deyilir:

ناها وزیـناها وما لا من فـروج أ فـلم ینظروا إل السماء فـوقـهم كیف بـنـیـ

1 İbn Xəldun, cild 1, səh. 89

Page 136: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 136 -

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?

222-223 – Şeyx bürclər qatından bəhs etdiyinə görə bürclərin adlarını sadalayır.

224 – Ulduzlar iki cürdür: sabit (dayanıqlı ulduzlar; bunlar çox zəif hərəkət etdiyinə görə belə adlanır – R.T.) və səyyar (hərəkətdə olan ulduzlar və ya planetlər – R.T.). Səyyar ulduzlar yeddidir və hər biri ayrıca göy təbəqəsində yerləşib. Sabit ulduzların yeri səkkizinci fələkdə, yəni bürclər təbəqəsindədir. Nücum alimləri sabit ulduzlar haqqında araşdırma apararaq onların sayını 1022 göstərmişlər. Şeyx Şəbüstəriyə görə, bu rəqəm 1024-dür.1

225-227 – Bu beytlərdə Şeyx səyyar ulduzların adlarını sadalayır. Bunlar hər biri özlüyündə bir təbəqəni təmsil edir və həmin təbəqə orada olan planetin adı ilə adlanır. Bu təbəqələr aşağıdakılardır:

Planetlər Ərəbcə Farsca 1. Saturn Zühəl Keyvan 2. Yupiter Müştəri Bərcis 3. Mars Mərrix Bəhram 4. Günəş Şəms Afitab 5. Venera Zöhrə Nahid 6. Merkuri Ütarid Ütarid 7. Ay Qəmər Mah

228-231 – On iki bürc yeddi planetin mənzilləridir. Təcrübəyə görə, planetlərin 12 bürc üzrə zəif və qüvvətli cəhətləri müəyyən edilmişdir. Bir bürcdə bir planet daha qüvvətli olarsa, həmin bürc müvafiq planetin mənzili

1 Lahici, cild 1, səh. 274

Page 137: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 137 -

hesab edilir. Planetin qüvvəsi öz bürcündə olduğu kimi, onun zəifliyi də qarşı bürcdə olacaqdır.1

Beləliklə, Şeyx Şəbüstəri buyurur ki, Saturnun mənzilləri dolça və oğlaq, Yupiterin mənzilləri balıqlar və oxatan, Marsın mənzilləri əqrəb və qoç, Veneranın mənzilləri buğa və tərəzi, Merkurinin mənzilləri isə əkizlər və qız bürcləridir. Günəş və Ayın mənzilləri isə birdir. Günəşin məzili Şir, Ayın mənzili Xərçəng bürcüdür.

Günəşin və Ayın hər birinin öz orbiti var. Bu orbitlər iki nöqtədə kəsişir. Ayın orbitinin yarısı Günəşin orbitindən şimalda, yarısı isə cənubda qalır. Ay kəsişmə nöqtəsindən keçərkən şimalda qalarsa, həmin nöqtə baş adlanır. Digər kəsişmə nöqtəsindən keçdikdə isə cənubda qalmış olur, həmin nöqtə quyruq adlanır. 2 Quyruq və baş Şir bürcünün axırı, Xərçəng bürcünün əvvəlində müşahidə olunur. Daha aydın olmaq üçün aşağıdakı sxemi təqdim edirik3:

1 Lahici, cild 1, səh. 275

2 Dk. K.Dəzfulyan, səh. 218

3 Sxem Dk. K.Dəzfulyanın kitabından köçürülərək tərcümə olunmuşdur.

Page 138: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 138 -

Ay öz oxşarı tək xərçəngi buldu misrası isə o deməkdir ki, hər bir bürc dörd ünsür kimi soyuq, isti, quru və nəm olmaqla müəyyən xarakterə malikdir. Qoç, Şir və Oxatan isti və quru, Əkizlər, Tərəzi və Dolça isti və nəm, Buğa, Qız və Oğlaq soyuq və quru, Xərçəng, Əqrəb və Balıqlar soyuq və nəmdir. Ay da soyuq və nəm xarakterə malikdir.1

232 – Dörd yeddi: 28 ədədi nəzərdə tutulur.2 12 iki bürcü 28 bərabər hissəyə bölürlər və onları Ayın

mənzilləri adlandırırlar. 3 Ay bütün mənzillərini qət etdikdən sonra Günəşlə qarşı-qarşıya dayanır.

1 Dk. K.Dəzfulyan, səh. 217

2 Orijinalda birbaşa 28 deyilir, tərcümədə isə misranın tələbinə uyğun olaraq

dörd yeddi şəklində verilmişdir. 3 Dk. K.Dəzfulyan, səh. 218

Page 139: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 139 -

233 – Urcunil-qədim: Yasin (36) surəsinin 38-39-cu ayəsinə işarədir:

ا ذلك *تـقدیر العزیز العلیم والشمس تري لمستـقر لرناه والقمر قد

رجون القدي كالع منازل حىت عاد

[vəş-şəmsu təcri limustəqərrin ləha zalikə təqdirul-əzizil-əlim * vəl-qəməru qəddərnahu mənazilə hətta adə kəl-urcunil-qədim]

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allahın təqdiridir. * Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.

234-239 – Haqq Təala buyurur:

النار ربـنا ما خلقت هذا باطال سبحانك فقنا عذاب

Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən. Bizi cəhənnəm odunun əzabından qoru.1

Bu beytlərdə Şeyxin məqsədi diqqəti göy təbəqələrinin yaradılmasında olan hikmətə cəlb etməkdir. O bildirir ki, yaranış mərtəbələrinin heç birində bir zərrə belə batil yoxdur. Yalnız insanda yəqinlik olmadıqda və ya zəif olduqda o, baxdığı əşyanı batil kimi görər.

1 Ali-İmran (3), 191

Page 140: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 140 -

Təmsil

Şeyx bu təmsildə yaranışın qırx mərtəbəsini xülasələndirir.1

240-247 – Şeyx əvvəlki bölmədə münəccimin fələklərin gücünə inanmasının nöqsan olduğunu bildirdikdən sonra bu bölmədə fələklərin ixtiyarının mütləq bir əldə cəmləşdiyini, ulduzların müxtəlif vəziyyətlərini bəyan edir.

248-251 – Fələklərin vəziyyətini bəyan etdikdən sonra yaranışın daha aşağı mərtəbələrinə, ünsürlərə keçir. 250-251-ci beytlərdə təbiəti etibarilə bir-birinə zidd olan dörd müxtəlif ünsürün Haqqın qüdrət əli ilə vəhdət halına gəlməsi və onlardan üç mümkün varlığın yaranmasını qeyd edir.

252-257 – Bu beytlərdə isə ünsürlərdən yaranan üç mümkün varlığın – bərk maddələr, bitkilər və heyvanların xüsusiyyətləri, onların hər birinin özünü və öz növünü qoruyub saxlamaq üçün Haqqın qoyduğu qanunlara ixtiyarsız şəkildə tabe olmaları barədə söhbət açır.

Daxili aləm barədə təfəkkür qaydası (4)

258 – Əsl sözündən məqsəd külli ağıldır. Ana sözündən məqsəd külli nəfsdir. Bu halda beytin mənası belə olur: külli ağıldan ibarət olan əslinə diqqətlə bax, bil ki, sənin əslin külli nəfs olan anayçün atadır. Digər tərəfdən isə anadır. Çünki insanın əsli və həqiqəti olan külli ağıl külli nəfsin yaranmasına vasitə olmaq etibarilə külli nəfsə nisbətdə atadır. Digər tərəfdən, külli nəfs külli ağıldan doğulduğu üçün külli ağıl anadır. Külli ağıl vacib və mümkün arasında bərzəx olduğundan vacib varlıq onun sağ tərəfində, mümkün varlıq isə sol tərəfindədir.

1 Bax: 2-ci sual, qayda (2)

Page 141: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 141 -

Külli nəfs sol tərəfdən, yəni imkandan hasil olur. Həqiqət baxımından, Adəm külli ağılın, Həvva isə külli nəfsin surətidir. Bu baxımdan, Həvvanın Adəmin sol tərəfindən yaranmasının mənası aydın olur.1

261 – Yəni insanın yaranış mərtəbələrinin sonunda gəlməsi onun axırıncı varlıq olmasına dəlalət etmir. İnsan yaranışda əsas məqsəddir. Bu baxımdan o, ilk yaranmışdır. Həmin əsas məqsəd sonda öz zatı üzərində əyani şəkildə aşkar olur.

262 – Zülmət və cəhalət sözləri (orijinalda – zəlum və cəhul) Əhzab (33) surəsinin 72-ci ayəsinə işarədir:

إنا عرضنا المانة على السماوات والرض والبال فأبـي أن يملنـها نسان إنه كان ها وحلها ال ظلوم ا جهوال وأشفقن منـ

[... və həmələhəl-insanu innəhu kanə zəlumən cəhula] Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar

ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.

Burada bir paradoks yaranır; zülmət və cəhalətdən ibarət olan insan nurun məzhərinə çevrilir. Ayədə zalım və cahil sözləri insanı tənqid yox, tərif mənasında işlədilir.2 Şeyx buyurur ki, insanın bir tərəfini təşkil edən zülmət və cəhalət zahirən nura zidd olsa da, əslində onu özündə zahir etdirir.

263 – Bir tərəfin zülmət olması fikrini bu beytdə açıqlayır. Belə ki, əgər güzgünün arxa tərəfi rənglənməsə, yəni zülmət olmasa, orada əks yaranmaz.

1 Dk. K.Dəzfulyan, səh. 227

2 Ətraflı məlumat üçün təfsirlərə müraciət olunmalıdır

Page 142: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 142 -

264 – Məhz bu qaranlıq xüsusiyyətinə görə torpaq dörd ünsür içərisində Günəşin şüasını tam əks etdirə bilir. Burada torpaq deyərkən, həm də insan nəzərdə tutulur.

265 – İlahi ad və sifətlər insanda zahir olduğu üçün həmin ad və sifətlərin xatirinə mələklərin Adəmə səcdə etməsi əmr olundu.

266-268 – Bu beytlərdə insanın xəlifətullah olaraq əldə etdiyi şərafət və ucalıq vəsf olunur.

Mövcud varlıqlar bütövlükdə insan həqiqətinin təzahürü kimi təsəvvür edilir, sanki insanın əsli bütün şeylərin surətində zahir olmuşdur ... İnsanın bütün varlıq aləmi ilə əlaqə və ünsiyyəti vardır.1

Hər şeyin mənasının insana sığışmasının açıqlaması ondan ibarətdir ki, bütün varlıqlar insani həqiqətin təzahürləridir. Bütün varlıqarın mənası isə insanın surətində gizlidir. Onların insana tabe olmasını Haqq Təala belə təsdiq edir:

یع ا منه وسخر لكم ما يف السماوات وما يف الرض مج

Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur.2

İnsanın varlıq aləminin mərkəzində qərar tutmasını həm məcazi, həm də həqiqi mənada başa düşmək olar. Həqiqətdə, Yer kürəsi kainatın mərkəzində yerləşir.

269 – Ümumiyyətlə dünya əhalisinin böyük əksəriyyəti şimal yarımkürəsində məskunlaşmışdır. Bu fakt hələ orta əsr coğrafi mətnlərində öz əksini tapmışdır. Hətta İbn Xəldunun Müqəddimə əsərində Şimal yarımkürəsinin Cənub yarımkürəsindən daha çox məskunlaşması haqqında və bunun səbəbi adlı ayrıca bir fəsil də vardır. Eyni zamanda Adəm və Həvva da Cənnətdən şimal

1 Lahici, cild 1, səh. 297

2 Casiyə (45), 13

Page 143: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 143 -

yarımkürəsinə endirilmişlər. Şimal sözü ərəb dilində həm də sol tərəf mənasını verir. Üzü şərqə dayandıqda şimal sol tərəfdə qalır. Ürək də insanın sol tərəfində yerləşir. Ürək insanın əsas hərəkətverici qüvvəsi olduğu kimi, dünyanın ürəyi də insandır.

Page 144: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 144 -

Üçüncü sual

289 – Təəyyün hər bir mövcud varlıq deməkdir. Mütləq həqiqət mövcud varlıq mərtəbələrində təcəlli etdikcə müəyyən olur, yəni gizlindən aşkara keçir. Əslində, mütləq olan Odur və hər bir mərtəbədə təzahür edən Onun mənidir. Hər bir təəyyün özündə müşahidə etdiyi həmin mənə görə özünə mən deyir. Mütləq mənada mən mütləq həqiqətdir. Nisbi mənada isə müəyyən biçimdə təzahür edən həqiqətdir. Deməli, mən dedikdə müəyyənlik tapmış həqiqət nəzərdə tutulur.

290 – Bütün təəyyünat mütləq vücudun zatının arizi, yəni Onun təcəllisidir. Mütləq vücud mütləq nurdur. Bu, çıraqla müqayisə olunur. Çıraq şüşənin içərisində yerləşir. Şüşənin zərrə-zərrə yığılan şəbəkəsinə görə ətrafa nur səpələnir və həmin nur müxtəlif çalarlarda və rənglərdə görünür.

291 – Nur: mütləq vücud Cisim: mütləq vücudun zahiri Can: mütləq vücudun batini1 Ayna dedikdə, mümkün varlıqlar, çıraq dedikdə isə

vacib varlıq nəzərdə tutulur. Yəni mütləq nur gah vücudun özündən, gah da Onun mümknatdakı təcəllisindən zahir olur.

294 – İnsanın vəzifəsi özünü tanımaqdır. Özünü tanımaq batini mərifət əldə etməklə mümkün olur. Şeyx bu cür mərifəti təbii köklüklə müqayisə edir. Təqlid yolu ilə əldə edilmiş bilik isə şişə bənzəyir. Ona görə buyurur ki, təbii köklüklə insanı kök göstərən şişkinlik bir ola bilməz.

298 – Hüviyyət: həqiqət və mahiyyət

1 Dk. K.Dəzfulyan, səh. 244

Page 145: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 145 -

Ha: ərəbcə ه hərfidir, yəni هويت (hüviyyət) sözünün birinci hərfi. Ha qeybə işarədir.

Vəhm xətti: bu ifadəni Lahici sifətlər, Sayənəddin İsfəhani isə təəyyünat kimi izah etmişdir. Bu ifadə hər iki mənada eyni anlama gəlir. Çünki kəsrət (çoxluq) zahiri görüntüdən başqa bir şey deyil. Həqiqi varlıq isə vahiddir.

Gözün çəp olması bir şeyi iki görməkdir. Yəni eyni zamanda həm mümkün vücud, həm də vacib vücud gözə görünür.

299 – Yol və yol keçən salikin seyri-sülukda irəliləməsinə işarədir. Bu yolda kəsrət və vəhdət ixtilafı müxtəlif şəkillərdə özünü göstərir. O zaman ki, vəhm xətti aradan gedir və hu (هو) hasının (ه) işarə etdiyi mütləq həqiqət gözə əyan olur, onda yol tükənir, yol da, yol gedən də aradan qalxır. Bu o deməkdir ki, zahiri görüntü olan kəsrət yox olur. Yalnız Haqq qalır.

300 – Behişt mülayim sifətlərin dərkinə dəlalət edir. Vücud mərtəbəsində nöqsan və qeyri-mülayim kimi keyfiyyətlər təzahür etməz, bunlar imkan mərtəbəsinə xasdır. Deməli, imkan cəhənnəm kimidir... Mən və sən müəyyənlik nişanəsidir, yəni vacib varlıq ilə mümkün varlıq arasında pərdə hesab edilir. İnsani həqiqət vacib və mümkün tərəfləri birləşdirir və iki qütb arasında vasitə olduğu üçün hər iki tərəfin hökmləri onda təzahür edir.1

301-303 – Əhkam: hökmlər Deyr: ibadətgah, monastır Kəlisa: kilsə Mən və sən salikin önündə duran və Haqqın

müşahidəsinə mane olan pərdələrdir. Zahiri dini hökmlər mən və sən məfhumlarına aid olduğu üçün pərdələr qalxdıqda bu hökmlər də aradan qalxır. Çünki mütləqlik

1 Lahici, cild 1, səh. 322

Page 146: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 146 -

mərtəbəsində heç bir din və məzhəb yoxdur. Zahiri şəriət hökmləri isə təəyyün pərdəsinin ortadan qalxmasına qədərki və müşahidə anından sonrakı mərhələlərdə insanın bütün İlahi sifətlərin məzhəri olmasını təmin edən bir vasitədir. Buna görə, Şeyx buyurur ki, şəriət səndəki məndəndir. Səndəki mən həqiqi mənin üzərində bir müəyyənlik pərdəsi olduğuna görə, sənin həmin pərdənin arxasında qalıb daha dərin zülmətlərə qərq olmamağın, əksinə, həmin pərdəni aradan qaldıra bilməyin üçün şəriət hökmləri müəyyən olunur. Müşahidə anında salik hökmləri müəyyən edənin özü ilə birbaşa rabitədə olduğundan şəriət rəsmiliyinə ehtiyac qalmır. Hətta qeyd olunur ki, “müşahidə anında ibadətə məşğul olmaq ədəbdən kənardır”1.

304 – Eyn: ərəb dilində ع işarəli hərfin adıdır, eyni zamanda varlıq, mahiyyət mənalarını da verir.

Ğeyn: ərəb dilində غ işarəli hərfin adıdır. Göründüyü kimi, bu iki hərf bir nöqtə ilə fərqlənir. Eyn

nöqtəsiz, əlavəsiz ilkin vəziyyətdə öz-özünə mövcud olan varlıqdır. Ğeyn isə iki hissədən ibarətdir: saf varlıq olan eyndən və özünü təyin edən əlavə bir nöqtədən. Deməli, eyn vacib, ğeyn mümkün varlıq, nöqtə isə mümkünü vacibdən ayıran müəəyənlik pərdəsidir.

Mümkünat iki cüzdən – vacib varlıqdan və təəyyün pərdəsindən ibarətdir. Təəyyün pərdəsi vəhm və xəyaldır. Deməli, mümkün varlıq özündən saflaşarkən pərdə aradan qalxır və yalnız vacibat qalır. Yəni ğeyn çevrilib eyn olur.

305 – Ümumiyyətlə, seyri-sülukun mənzillərinin sayı təcrübi bir məsələdir, yəni hər bir arif öz şəxsi seyrinə əsaslanıb bu barədə söz demişdir. Beytdəki iki addım

1 Dk. K.Dəzfulyan, səh. 249

Page 147: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 147 -

ifadəsini Baba Nemətüllah Nəxcəvani belə şərh etmişdir: “iki addımdan biri zahirdən təcrid olmaq, ikincisi batində eyniləşməkdir”.1 Sayənəddin İsfəhani iki addımı belə izah edir: “birinci addım hüviyyət hasından keçmək, yəni öz varlığından və ənaniyyətdən fani olmaqdır. İkinci addım isə varlıq səhrasında sabitqədəm olmaqdır, yəni bütün mövcudatın təəyyünat və surətlərini mütləq varlıq surətində görmək mərhələsinə qədəm qoymaq”.2 Lahici bu barədə belə yazır: “salikin həqiqi məqsəd və istəyə doğru yolu iki qədəmdən çox deyil: biri budur ki, o, bütün şeyləri Haqq kimi görür, ikincisi odur ki, salikin məcazi varlıq səhrası əzilərək fənaya uğradıqdan sonra Haqq ilə bəqa tapır”.3 Müəllifin öz açıqlaması isə növbəti beytdə gəlir.

306 – Şeyx seyri-sülukdakı iki addımdan birincisinin hüviyyət hasını ötmək, digərinin isə vücud səhrasını keçmək olduğunu bildirir.

1 Dk. K.Dəzfulyan, səh. 250

2 Dk. K.Dəzfulyan, səh. 250

3 Lahici, cild 1, səh. 326

Page 148: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 148 -

Dördüncü sual

310-314 – Bu sualın cavabında salikin keyfiyyətlərindən bəhs olunur və kamil insan vəsf edilir. Şeyx buyurur ki, salikin özündən saflaşması odun tüstüdən ayrılıb təmizlənməsi kimidir. Tüstü odun varlığına dəlalət edir, öz-özlüyündə isə heçdir. Od isə öz-özlüyündə safdır, tüstüyə möhtac deyil və heç vaxt tüstüylə qarışmır. Salikdə olan mən də ondakı həqiqi mənə dəlalət edən bir müəyyənlik pərdəsidir. Deməli, salik özündən, yəni öz mənindən ayrılarkən həqiqi mən əyan olur.

Seyri-süluk mümkündən vacibə doğru bir yoldur. Bu yol salikin qayıdışıdır. Qayıdış gəlişin əksinədir. Buradakı əkslik iki mənada başa düşülə bilər. Birincisi, gəliş yaranış dairəsindəki nüzul (enmə) qövsü, qayıdış isə səud (yüksəlmə) qövsüdür. Bu baxımdan onlar bir-birinin əksinədir. İkincisi, nüzul qeyri-iradi bir hadisədir, yəni yaranışın baş verməsi yaradılanın istəyindən asılı olmayaraq həyata keçir. Səud qövsü üzrə yüksəliş, yəni zata qayıdış insanın üzərinə qoyulmuş bir vəzifədir. Bu vəzifənin icrası insan iradəsindən və onun nəfsi qüdrətlərindən asılıdır. Bu baxımdan da nüzul və səud bir-birinə əksdir.

Qayda (1)

Bu hissədə Şeyx bir insanın ana bətnində meydana gəlməsindən kamalat zirvəsinə ucalana qədər keçdiyi yolu qısa bir şəkildə izah edir.

328 – Siccini-füccar: siccin və füccar sözü Qurani-Kərimin Mütəffifin (83) surəsinin 7-ci ayəsindən götürülmüşdür.

Page 149: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 149 -

سجي لفي الفجار كال إن كتاب

[kəlla innə kitabəl-füccar ləfi siccin] Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların əməl dəftəri

(şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

İlliyyini-əbrar: bu iki söz həmin surənin 18-ci ayəsindən alınmışdır:

علیي لفي البـرار كال إن كتاب

[kəlla innə kitabəl-əbrar ləfi illiyyin] Xeyr! Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan

möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

329 – İstəfa: seçmək; Ali-İmran (3) surəsinin 33-cü ayəsinə işarədir:

آدم ونوح ا وآل إبـراهیم وآل عمران على العالمي اصطفىإن الل ه

[innəllahə istəfa adəmə...] Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini

aləmlər üzərində seçilmiş (üstün) etdi. 330-335 – Şeyx bu beytlərdə bəşəriyyətin xülasəsinin

rəmzi kimi yeddi peyğəmbərin adını çəkir və onların kamillik xüsusiyyətlərini göstərir. Sonuncu peyğəmbər Məhəmməd Mustəfa (s.) Adəm (ə.), İdris (ə.), Nuh (ə.), İbrahim (ə.), Musa (ə.) və İsa (ə.) peyğəmbərin simasında təqdim olunan bütün peyğəmbərlərin kamil sifətlərinin məzhəri və xülasəsidir. Kamalat sifətlərinin peyğəmbərlər

Page 150: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 150 -

nəsli boyunca davam edib yüksəliş tapması və Həzrəti-Xatəmdə (s.) zirvəyə çatması rəmzi olaraq bir insanın Adəm (ə.) kimi torpaqdan doğulub Məhəmməd Mustəfa (s.) kimi sonda merac edərək öz əslinə qovuşmasının şərhidir.

336 – Bu beyt hədisə işarədir:

يل مع الل وقت ال یسعين فیه ملك مقرب و ال نب مرسل Mənim Allahla elə bir vaxtım var ki, oraya heç bir

müqərrəb mələk və mürsəl peyğəmbər sığmaz. Bu, seyri-sülukun son mərtəbəsidir. Burada bütün

fərqlər aradan gedir, pərdələr ortadan qalxır, mən və sən olmur. Çatıb axır görər ilkin məqamdır misrası isə o deməkdir ki, həmin mərtəbədə nüzul və səud qövsləri birləşir, dairə tamamlanır.

Təmsil

Bu hissə nübüvvət və vilayətin həqiqəti, bu iki məfhumun bağlılığı və fərqi barədədir.

337 – Nübüvvət risalət və vilayət arasında bir bərzəxdir. Hər bir nəbi ilk növbədə vəlidir. Nübüvvətin başlanğıcı nəbinin vilayətidir. Nəbi olmayan vəlinin vilayətinin əsası isə nübüvvətdir. Nəbinin öz vilayəti onun nübüvvətindən üstündür. Vəlinin vilayəti nəbinin nübüvvətindən nur aldığına görə nəbi günəşə, vəli aya bənzədilir. Vəli nəbinin yolunu getdiyindən onun ardınca meraca qalxır, yəni mənim Allahla elə bir vaxtım var hədisinin gerçəkləşdiyi məqamda vəli eynən nəbiyə oxşar olur.

338-339 – Nübüvvət İlahi həqiqətlərdən xəbər verməkdir. Bu xəbərlər iki qismdir. Birincisi, zat, sifətlər və adların mərifəti barədə xəbərlərdir ki, bu, nəbidən və ya vəlidən zahir olmasından asılı olmayaraq vilayətə xasdır.

Page 151: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 151 -

İkincisi, həmin xəbərlərin şəriət hökmləri, əxlaq və hikmətin təlimi, siyasətin müəyyən olunması ilə birgə toplusudur. Birincisi tərifi nübüvvət, ikincisi təşrii nübüvvət adlanır.1 Nəbinin vilayəti kamil olmayınca, nübüvvət ona verilməz. Əgər bir şəxs nəbidirsə, demək onun vilayəti kamildir. Ona görə buyurur ki, nübüvvət öz kamilliyində safdır.

Vilayət Haqqla vəli yaxud nəbi arasında olan bir münasibətdir. Nübüvvət isə Haqqla cəmiyyət arasında münasibətləri müəyyən etməkdən ötrüdür. Nəbi cəmiyyət içində təbliğ, təlim və tərbiyə ilə məşğul olmağa mükəlləfdir. Öz mükəlləfliyini sübuta yetirmək və cəmiyyəti öz ardınca apara bilmək üçün onun öz nübüvvətini təsdiqləməyə ehtiyacı var. Nübüvvətin dəlili nəbinin vilayətidir. Ona görə də, nəbinin vilayəti insanlar üçün aşkar olur. Nəbilərin və rəsulların göstərdikləri möcüzələr məhz həmin vilayətin məhsuludur.

Vəli isə heç bir mükəlləfiyyətə malik olmadığından onun vilayəti insanlara məlum olmaz. Bu, Haqqla bəndənin arasında olan bir sirdir və yalnız müəyyən insanlar üçündür. Bunun da mahiyyəti İlahi mərifətin qiyamətə qədər aradan getməməsindədir.

340 – Vəli nəbinin yolunu gedib onu izlədiyinə görə, onun bu yol boyu bütün gördüklərini görür. Buna görə də, vəli nəbi ilə məhrəm olur.

341-342 – Beyt Ali-İmran (3) surəsinin 31-ci ayəsinə işarədir:

ویـغفر لكم ذنوبكم والل ه يببكم الل ه الل ه فاتبعون إن كنتم تب ون قل غفور رحیم

1 Dk. K.Dəzfulyan, səh. 266

Page 152: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 152 -

[qul in kuntum tuhibbunəllahə fəttəbiuni yuhbibkumullahu ...]

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

Allahı sevmək şərtdir, Allahın onu sevəni sevməsi isə şərtin cavabıdır. Allahı sevmək yoldur, Allahın sevgisini qazanmaq isə mənzildir.

343 – Vəli məna baxımından nəbiyə tabe olur. O, məna yönündən, məna bucağından ibadət edir. K.Dəzfulyan qeyd edir ki, məna yönü dedikdə kəşf və şühud aləmi, məna aləmi nəzərdə tutulur.

344 – Vəli o zaman işini tamama yetirər ki, nəbinin vilayət məqamına yetişsin. O, kəsrət aləminə xas olan müəyyənlik və məhdudluqdan, yüksəliş seyrinin başlanğıcından bəndəlik yolu keçərək Allaha doğru seyr edir, mütləq cəm məqamına çatır. Allahla allah üçün seyr edərək yenə başlanğıca və müəyyənlik məqamına qayıdır. 1 Bu, səud və nüzul qövslərinin birləşdiyi məqamdır.

Kamil insan mövzusunda dördüncü sualın cavabının

ardı

345 – Xacə: zəngin adam, ağa Qulam: qul, nökər Kamalata çatıb özünü fənaya uğradan və bəqa billah

məqamına yetişən insan mütləq zənginliyə malik olmuş olur, beləliklə də bütün aləmlərin sultanına çevrilir. Bu sultanlıq məqamında da öz bəndəliyindən əl çəkmir.

1 Lahici, cild 1, səh. 374

Page 153: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 153 -

346 – Məsafət: lüğətdə uzaqlıq mənasını verir, termin kimi kəsrət və təəyyünat bağlılıqları nəticəsində Haqla bəndə arasında yaranan fasiləni bildirir.

Haqqa doğru seyri başa vurmuş insan Haqqın dediyi əsl insana çevrilər və mən yer üzündə bir xəlifə yaradacağam1 ayəsinin hüccəti tamamlanar.

347 – Baqi: əbədi Baqi olmaq fənadan sonra bəqa billah məqamına

çatmaq deməkdir. Xəlqdən Haqqa doğru seyr edən arif baqi olduqdan sonra Haqqdan xəlqə doğru qayıdır və xəlq içində Haqla seyrə və müşahidəyə başlayır. Dövrə tamamlandıqda yenə ilkin nöqtəyə qayıdır.

348 – Şiar: alt paltarı Libas: üstdən geyilən paltar Yəni öz bəndəlik məqamına qayıdan salik şəriət

qaydalarına əməl etməkdə davamlı olar. Eyni zamanda Haqq ilə yaxınlığını əldən verməmək üçün öz vücudunu təriqət yolunun işarələrini izləməklə zinətləndirər.

Təmsil

Təmsildə seyri-süluk bir meyvənin yetişmə ardıcıllığı ilə izah olunur. Şəriət qabıqdır, meyvənin içi isə həqiqətdir. Həqiqətə yetməmiş şəriətdən çıxmaq insanı zəlalətə uğradar. Bu, eynən yetişməmiş meyvənin soyulması qədər mənasızdır.

Arifin öz qabığından çıxması həqiqətə yetişərək bütün sərhədləri aşmasına və şəriətdən daha vacib bir işlə məşğul olmasına işarədir. Bu məqama yetişdikdən sonra öz übudiyyətini qoruyub saxlamaq və digərlərini seyri-süluka cəlb etmək məqsədilə zahiri şəriət qaydalarına əməl etməyə davam edir. Bu, bir meyvənin yetişərək öz

1 Bəqərə (2), 30

Page 154: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 154 -

qabığından çıxmasına və torpağa düşərək yeni bir ağac yetişdirməsinə bənzəyir. Meyvənin dəni həqiqətin özüdür. Dən torpağa düşüb ondan yeni ağac bitəndə əvvəlki dən zahirən yox olur. Amma yeni ağacda həmin dənin eyni olan yeni dənlər meydana gəlir. Demək, həqiqət daim dövrədədir.

366 – Beytin tərcüməsi: soruşdular, dedilər ki, son nədir? Deyildi (cavab verildi) ki, o, əvvələ qayıdışdır.

Qayda (2)

Bu hissə peyğəmbərliyin bitməsi və vilayət nurunun zühur etməsinin fəlsəfəsi barədədir. Vilayət bəşəriyyət torpağına düşüb İlahi həqiqəti yaşadan bir toxumdur. Vilayət və nübüvvətin münasibəti 337-344-cü beytlərdə izah olundu. Burada isə vilayət nurunun dövretmə fəlsəfəsi açıqlanır. Hər bir vəli kamil vilayət dövrəsinin bir nöqtəsidir. Eyni zamanda onların hər biri özlüyündə bir dövrə yaratmaqla dövrələrdən ibarət kamil bir dairəvi zənciri təşkil edirlər. Bu dairənin başlanğıcı Adəmdir (ə.). Nübüvvət ilk dəfə onda zahir oldu. Əslində isə nübüvvət artıq Həzrəti Məhəmməd Mustəfa (s.) ilə başlamışdı. Adəm torpaq və su arasında olarkən mən nəbi idim hədisi buna işarədir. Buna görə də, Məhəmməd həqiqəti dairədə ilk nöqtə yox, ilk nöqtəyə bir səbəb idi. Dairə də bütünlüklə həmin həqiqətin məzhəridir. O Həzrət (s.) müəyyən bir zamanda zahir olaraq nübüvvətin möhürünü vurdu. Bu, dairədə Adəmin (ə.) dayandığı nöqtə ilə üzbəüz bir nöqtə və dairənin birinci qövsünün xətmi idi. İkinci qövs isə vilayətdən ibarətdir. Deməli, ikinci qövsün hər bir nöqtəsi müvafiq olaraq birinci qövsün bir nöqtəsi ilə üzbəüzdür. Mənim ümmətimin alimləri İsrail peyğəmbəri kimidir hədisinin bir mənası da məhz budur. Dairədəki vilayət qövsünün başlanğıcı İmam Əli (ə.),

Page 155: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 155 -

xətmi isə Həzrəti Məhdidir. (ə.c.) Deməli, o Həzrət (ə.c.) dairənin son nöqtəsi, yəni Adəmin (ə.) eynidir. Həmçinin, Xatəmül-ənbiya ilə üzbəüz nöqtədə dayandığına görə zahiri və batini cəhətdən onunla da eyniləşir. Hər iki xatəm dairənin üzbəüz nöqtələrini təşkil edir. Ona görə peyğəmbər (s.) buyurur:

لو مل یبق من الدنیا إال یوم لطول الل ذلك الیوم حىت یبعث فیه رجال مين اسم أيب أو من أهل بیيت یواطئ امسه امسي و اسم أبیه

Əgər dünyada bir gün qalsa Allah məndən və ya mənim Əhli-beytimdən çıxan, adı adımla, künyəsi künyəmlə uyğun gələn bir nəfər məbus etmək üçün həmin günü uzadar.

Həzrəti Məhdi (ə.c.) vilayət nurunun möhürü və əsas qayəsi olduğuna görə bütün vəlilər onun nurunun məzhəridir. Necə ki, bütün peyğəmbərlər Məhəmməd nurunun daşıyıcıları, onun məzhəri və o hücətin tamamlanması üçün vasitələrdir. 370-ci beyt bu mənaya işarədir.

Page 156: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 156 -

Beşinci sual

Bu sual tövhidə yiyələnən insanın kimliyi barədədir. Burada iki sual qoyulur. Birinci misrada tövhid sirrini bilənin kimliyi soruşulur. İkinci misrada arifin uzun və çətin bir seyrdən sonra nəyi əldə etməsi sual olunur. Birinci sualın cavabı birinci beytdə, ikincinin cavabı isə ikinci beytdə qısa və dolğun şəkildə açıqlanır. Şeyx bildirir ki, Haqqın vücudundan başqa heç bir vücud tanımayan şəxs tövhidin sirrinə yiyələnə bilər. Yəni insanlar Allahdan başqa ilah yoxdur deyərkən o şəxs Allahdan başqa heç nə yoxdur desin. İkinci beytdə buyurur ki, arif gözünü açdıqda da, bağladıqda da yalnız Haqqın vücudunu müşahidə edən bir şəxsdir. Sualın cavabının sonrakı hissəsində kamalat məqamına yetişməyin şərtləri sadalanır.

400 – Nafilə: nafilə namazlarına işarədir. Beyt həmçinin aşağıdakı qüdsi hədisə işarə edir:

يل بالنوافل حىت احبه فإذا أحببته كنت مسعه و بصره ال یزال العبد یتقرب ا و لسانه و یده و رجله فب یسمع و يب یبصر و يب ینطق و يب یبطش

Bəndə nafilələrlə mənə mən onu sevənə qədər yaxınlaşmağa davam edir, əgər onu sevsəm onun qulağı, dili, əli və ayağı oluram. Beləliklə, o, mənimlə eşidir, mənimlə görür, mənimlə danışır və mənimlə gəzir.

La nafiyə: Ərəb dilində la inkar ədatıdır. Bu ədatın növlərindən biri də la nafiyədir, tərcüməsi inkar lası deməkdir. Tam olaraq la ən-nafiyə lil-cins adlanır. Bu inkar digər inkar növlərindən fərqli olaraq əşyanın heç bir istisnasız qəti şəkildə mövcud olmadığına dəlalət edir. Eyni zamanda bu beytdə la ilahə illəllah sözündəki la nəzərdə tutulur.

Page 157: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 157 -

401 – Və bi yubsir: yuxarıdakı qüdsi hədisə işarədir.

و يب ینطق و يب یبطش يب یبصرفب یسمع و ...

[... fə bi yəsməu və bi yubsiru və bi yəntiqu və bi yəbtişu]

... beləliklə, o, mənimlə eşidir, mənimlə görür, mənimlə danışır və mənimlə gəzir.

404-408 – Bu beytlərdə şeyx insanın kamalat əldə etmək üçün təharətin dörd mərhələsindən keçməli olduğunu bildirir. Birinci – zahirən bədəni və paltarı təmizləmək, ikinci – qəlbi şeytanın vəsvəsəsindən təmizləmək, üçüncü – nəfsin təlqin etdiyi mənfi əxlaqi keyfiyyətlərdən pak olmaq, dördüncü – Haqdan başqa hər bir şeydən təmizlənmək, yəni Allahdan başqa heç nə yoxdur demək. Deməli, adi insanların təharəti ariflərin təharətinin birinci mərhələsini təşkil edir.

410 – Bu beyt hədisə işarədir:

يف الصالة قر ة عیينحبب إيل من دنیاكم ثالث الطیب و النساء و [hubbibə ileyyə min dunyakum səlasu ət-tibu vən-nisau

və qurrətu eyni fis-səlat] Sizin dünyanızda üç şeyi sevdim; gözəl ətir, qadınlar

və namazda gözümə gələn nur.

Page 158: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 158 -

Altıncı sual

Bu sualın mahiyyəti ondan ibarətdir ki, əgər həqiqətdə Haqqın mütləq vücudundan başqa bir şey yoxdursa və bu məntiqlə tanıyan da, tanınan da bir zatdırsa, onda bir ovuc torpaq olan insanın Haqqı tanıma yolunda bu qədər səy göstərməsi əbəsdirmi?

Şeyx cavabında buyurur ki, insan Haqqı Haqq ilə tanıyır. Haqqın həqiqətində onun özündən başqa heç nə yoxdur. İnsanın həqiqətində isə insan mövcuddur. Haqq zatən öz-özünü tanıyandır. Haqq külli nurdur. Nur öz-özlüyündə görünməzdir. Deməli, nurun görünməsi üçün bir güzgü, güzgünün əks edə bilməsi üçün isə onun arxasında bir zülmət gərəkdir. Güzgü qəlb, zülmət isə torpaqdır. Haqq özünü tanıyır və öz nurunu əyani şəkildə insan qəlbinin güzgüsündə müşahidə edir. Deməli, müşahidə edənlə müşahidə olunan eynidir. Lakin Haqq qəlbin güzgüsünə baxıb özünü gördükcə, güzgü də ona baxır. Çünki Haqq öz güzgüsünə ağıl və iradə vermişdir. Haqq öz həqiqətində öz-özünü müşahidə edir. İnsan isə həm görəndən, həm görünəndən, həm də müşahidədən feyz alır.1

Şeyx 414-415-ci beytlərdə günəşlə torpağın müqayisəsini ona görə verir ki, günəş nuru olmadan torpaq əyan olmadığı kimi, Haqqın nuru da olmadan onun elm mərtəbəsində olan mümkün varlıqların əyani surətlərinin zahir olması mümkünsüzdür.

Sonrakı beytlərdə Əraf (7) surəsinin 172-ci ayəsini iqtibas gətirərək insanın öz əzəli fitrət məqamında öhdəsinə götürdüyü vəzifəni və Haqla olan əhdini xatırladır:

1 Bax: 138-139-cu beytlər

Page 159: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 159 -

بين آدم من ظهورهم ذریـتـهم وأشهدهم على أنفسهم وإذ أخذ رب ك من ألست بربكم قالوا بـلى شهدنا أن تـقولوا یـوم القیامة إنا كنا عن هذا غافلي

Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik” deməməniz üçün.

424 – İkinci misra Qəsəs (28) surəsinin (28) 56-cı ayəsinə işarədir:

من أحببت ولكن الله یـهدي من یشاء وهو أعلم ال تـهديإنك بالمهتدین

[innəkə la təhdi mən əhbəbtə ...] Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə

bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!

Yəni kamilliyə yetişmək fitri qabiliyyətdən asılıdır və hidayət bundan ibarətdir. Allahın hidayəti olmadan səy və çalışmanın faydası yoxdur.1 Şeyx bu ayənin izahı olaraq fitri qabiliyyətin olmaması üzündən hidayət nurundan məhrum qalanlar və arifanə halları inkar edənlər barədə bir təmsil söyləyir.

Təmsil

430-431 – Dəmirlə daşı bir-birinə vurduqda od hasil olur. Ayrı-ayrılıqda isə onların heç biri od əmələ gətirməyə qadir deyil. Bununla belə, hər birinin fitrətində

1 Lahici, cild 2, səh. 54; bax: 513-cü beyt

Page 160: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 160 -

odun əlaməti gizlədilmişdir. Şeyx Şəbüstəri ruhla bədəni dəmirlə daşa bənzədir. Nə qədər ki, insan özündən qəflətdədir, onun ruhuyla cismi vəhdət tapa bilmir. Buna görə də, ondan eşq atəşi zahir olmur.1

Burada dəmirlə daşın timsalında ruhla cismin bir-birinə vurulması dedikdə həm də iki aləmi (maddi və mənəvi) bir-birinə vurmaq, hamısından üz çevirib hədəfə doğru yönəlmək nəzərdə tutulur. Arif birinci dəfə seyri-süluka başladıqda iki aləmi bir-birinə vurur, yəni hər ikisindən ayrılaraq Haqqa üz tutur. Bu zaman hasil olan atəş arifin qəlbini işıqlandırır. İkinci dəfə cəmdən fərqə qayıtdıqda, yəni yenidən aləmlərə ayaq basdıqda onlara minnət qoymaqla hər iki aləmə qovğa salır və iki aləm bir-birinə dəymiş olur. Bu dəfə hasil olan atəş aləmlər üçün bir bərəkətə çevrilir.

432 – Məcmu dedikdə ruhla bədənin vəhdəti nəzərdə tutulur. Ruhla bədəndə tarazlıq hasil olur və bu tarazlıqdan eşqin sirri zahir olur. Şeyx buyurur ki, bu qaydanı eşitdin və bildin, yəni kamalat qapısının açarını əldə etdin. İndi hər şeyi bir kənara qoy və bunları özündə tətbiq et.

433 – İnsan yaranmışların ən kamil nüsxəsidir və bütün aləmlərin sirri insanda gizlidir.

1 Ruhla cismin Haqqın ədalət prinsipinə əsasən vəhdət tapması barədə bax:

608-614-cü beytlər

Page 161: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 161 -

Yeddinci sual

Bu sualın cavabında ənəlhəq kəlamının sirri açıqlanır. Şeyx buyurur ki, Haqqın özündən başqa kim mən Haqqam deyə bilər? İkinci beytdə olub dünyadə hər bir zərrə Mənsur deməklə hər zərrənin ənəlhəq söylədiyini bildirir. Bu isə əvvəlki beytdə Haqdan başqa heç kimin bu sözü deyə bilməməsi fikri ilə zahirən təzad təşkil edir. Əslində Haqdan başqa zatən bir varlıq yoxdur. Deməli, Haqq zərrələrin dili ilə ənəlhəq deyir. Şeyx üçüncü beytdə zərrələrin ənəlhəq deməsini izah edərək buyurur ki, ənəlhəq hər bir zərrənin təsbihidir.

Lahici yazır: “Ənəlhəq kəlməsi Haqqın paklıq və ucalıq duasıdır. Onun zat və sifətlərində Haqdan qeyri heç nə yoxdur. La ilahə illəllah söyləmək qeyri varlıqları inkar etmək və Haqqı sübut etmək deməkdir. Bu dua və zikrin kamalı ənəlhəq kəlməsi ilə Haqqın əbədiliyini təsdiq etməkdir. O və sən kəlməsində qeyrilik və ikilik kölgəsi vardır”.1

438 – İkinci misra İsra (17) surəsinin 44-cü ayəsinə işarədir:

إال یسبح وإن من شيء تسبح له السماوات السبع والرض ومن فیهن بمده ولـكن ال تـفقهون تسبیحهم إنه كان حلیم ا غفور ا

[tusəbbihu ləhus-səmavatus-səb`u vəl-ərz və mən fihinnə və in min şey`in illa tusəbbihə bihəmdihi ...]

Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!

1 Lahici, cild 2, səh. 60

Page 162: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 162 -

Şeyx Şəbüstəri bu ayəni gətirməklə əvvəlki beyti isbat etmiş olur. Sonrakı beytlərdə ənəlhəq sözünün deyilmə şərtləri və bu sözün sirləri açıqlanır.

439 – İlk dəfə ənəlhəq deyən Mənsur Həllac olmuşdur. Həllac sözünün mənası pambıq əyirən deməkdir. Şeyx birinci misrada qəlbi pambıq kimi əyirmək dedikdə həm nəfsin təzkiyəsi və qəlbin saflaşdırılmasını nəzərdə tutur, həm də Mənsur Həllaca işarə edir.

442 – Bu beyt Qəsəs (28) surəsinin 30-cu ayəsinə işarədir:

يف البـقعة المباركة من الشجرة الوادي الين فـلما أتاها نودي من شاطئ رب العالمي إن أنا الله أن یا موسى

[fələmma ətaha nudiyə min şatiil-vadil-eyməni fil-buq`ətil-mubarəkəti minəş-şəcərəti ən ya musa inni ənəllahu rəbbul-aləmin]

(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!”

443 – Şeyx buyurur ki, mən Allaham sədası ağacdan ucala bildiyi halda məxluqatın əşrəfi olan insandan niyə ucalmasın?

449 – Baqi: əbədi Beyt Qəsəs (28) surəsinin 88-ci ayəsinə işarədir:

له وجهه وال تدع مع الله إل ا آخر ال إله إال هو كل شيء هالك إال الكم وإلیه تـرجعون

[... kullu şey`in halikun illa vəchəhu ...] Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.

Allahdan başqa heç bir tanrı yoxdur. Allahın vəchindən

Page 163: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 163 -

başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız!

Haqqın həqiqətində onun özündən başqa heç nə olmadığına görə, mütləqlik məqamına çatmış salik mənsub olduğu təriqət və keçdiyi seyr yolu ilə birlikdə Haqda fani olur, Haqqın özündən başqa heç nə qalmır. Yəni mütləq eyniləşmə baş verir. Daha doğrusu, təəyyünat pərdəsi aradan qalxarkən yalnız pərdənin arxasındakı həqiqət qalır.

450-451 – Hülul: bir cismin başqa bir cisimdə təcəssüm etməsi1

İttihad: iki şeyin birləşərək bir-biriylə qarışması Şeyx əvvəlki beytdə verdiyi eyniləşmə fikrinin yanlış

anlaşılmaması üçün bildirir ki, bu birlik təhrifə uğramış digər dinlərdə iddia olunduğu kimi hülul yaxud ittihad deyil. Hülul və ya ittihadın baş verməsi üçün iki varlıq lazımdır. Əslində isə var olan birdir. Bu eyniləşmə müəyyənlik pərdəsinin aradan qalxaraq həqiqətin aşkar olmasıdır.2

1 Bax: 100-cü beyt

2 Bax: 507-ci beyt

Page 164: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 164 -

Səkkizinci sual

Əvvəlki sualın cavabından məlum oldu ki, tövhid hülul yaxud ittihad deyil. Təriqət əhli isə deyir ki, insan seyri-süluk keçib Haqqa yetişir, yəni təriqət yolunu keçib həqiqətə çatır. Onda iki varlıq ortaya çıxmış olur: hədəf və yol gedib hədəfə çatan. Bu isə tövhidin şərtlərinə ziddir. Ona görə, sual qoyulur ki, seyri-süluk başa çatdıqda bəndənin Haqqa çatmağının mənası nədir?

467 – Şeyx buyurur ki, Haqq daim bizimlədir. Çünki bir əşyanın başqa birinə çatması üçün onun əvvəlcə ikinci əşyadan ayrı olması vacib olur. Bu isə iki cəhətdən tövhidi inkar edir. Birincisi, ikilik anlamı ortaya gəlir. İkincisi, Haqqın bəndədən ayrı olması iddia olunur. Qurani Kərim isə bizə deyir ki, Allah insana şah damarından da yaxındır. Şeyx bu sirrin anlaşılmasının çətin olduğunu nəzərə alaraq ikinci misrada onu anlaya bilməyin şərtini açıqlayır. Həmin şərt özünü tərk etməkdir.1

468 – Həqiqətdə var olan Haqqın vücududur. Bu, vacib varlıqdır. Şeyx mümkün varlıqları vacib varlığın üzərinə qonub onu pərdələmiş toza bənzədir.

469 – Əslində mövcud olan vacib varlıqdır ki, aləm şəklində təcəlli edib zahir olur. Aləmin öz varlığı isə varlıqsız görüntüdür, xəyali bir surətdir və həqiqətə malik deyil. 2 Bəqa dövründə, yəni xəyali pərdələrin ortadan qalxıb həqiqətin zühur etdiyi zamanda həmin pərdələr məhvə məhkumdur:

وجهه كل شيء هالك إال

1 Bax: 512-ci beyt

2 Dk. K.Dəzfulyan, səh. 327

Page 165: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 165 -

Onun zatından başqa hər şey məhvə məhkumdur.1 470-474 – Bu beytlərdə Şeyx Şəbüstəri müxtəlif

şəkillərdə yoxluğun varlığa çatması məsələsini qəti inkar edir.

475 – Ərəz: aksidensiya Cövhər: substansiya2 Aləm cövhər və ərəzlərdən ibarətdir. Cövhər varlığın

əslidir və ərəzsiz əyani aləmdə gerçəkləşmir. Əgər cövhər bəsit olsa, müəyyən xüsusiyyətə malik olmayana qədər əyani aləmdə təzahür etməz. Əgər cövhər mürəkkəb cismani varlıq kimi olsa, ərəzdən ibarət olar. Cövhərin gerçəkləşdiyi ərəz iki zaman içində mövcud ola bilməz və ona görə yoxluq sayılır. O, hər an və hər saat fani olar və yeniləşər.3

476 – Üç ölçü dedikdə en, uzunluq və hündürlük nəzərdə tutulur. Təbiətşünaslıq alimləri cisimləri bu cür izah edirlər. Əslində isə bunlar varlıqsız görüntülərdir.

477-478 – Hikmət sahibləri bildirmişlər ki, cövhər ya başqa cövhərin təcəssümü, ya da onun təcəssüm etdiyi yerdir. Təcəssüm vəziyyəti materiya (həyula), təcəssüm olunan məkan isə forma (surət) adlanır, hər ikisindən ibarət bu maddə artıq cisim sayılır.

Materiya mütləq yoxluqdan başqa bir şey deyil, yəni onun dərəcəsi zati baxımdan öncə olsa da, formasız mümkün deyil... Forma heç vaxt materiyadan ayrıla bilməz.4

481 – Yəni mümkün varlıqlara nəzər sal. Onların əsli mütləq zatdandır. Lakin onlar varlıq olmadan eyniylə bir nöqsandır. Çünki varlıqsız onlar yox sayılır.

1 Qəsəs (28), 88

2 Bax: 200-cü beyt

3 Lahici, cild 2, səh. 80; Həmçinin bax: 640-645-ci beytlər

4 Lahici, cild 2, səh. 80

Page 166: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 166 -

482-483 – Təəyyünlər aləmi (mümükün varlıqlar) vahid vücudun təzahürləridir. Yəni bir rəqəmi hərəkət etdikcə yeni rəqəmlər və ədədlər meydana gəlir. Həqiqətdə isə mövcud olan birdir.1

Təmsil

Bu təmsil vacib varlığın kəsrət aləmindəki mümkün varlıq mərtəbələri üzrə təcəlli məqamları barədədir.

485-489 – Günəşin təsiri ilə dənizin suyu buxarlanıb havaya qalxar və səhrada yağış kimi torpağa düşər. Günəş yerləşdiyi dördüncü fələkdən2 şüa salıb torpaqla suyun vəhdətini yaradar. Sonra su yenidən buxara çevrilər. Torpaqda bitkilər yetişər. Bitkilər heyvanlar üçün, heyvanlar isə insanlar üçün qida olar.

490-493 – Bu beytlər bir insan ömrünün xülasəsidir. 490 – Bitkini heyvan yedikdə bitki heyvanın bir

hissəsinə çevrilərək onunla eyniləşir. Heyvan da insanda yox olaraq onunla eyniyyət tapır. Vahid bir nöqtə şəkildən şəklə düşərək hər dəfə insanda tamamlanır.

Bu həm də fizika elmində öz təsdiqini tapmış enerjinin itməməsi qanunudur. Belə ki, təbiətdə enerji itmir, yalnız bir şəkildən başqa şəklə düşür. Bu, ariflərin dediyi vəhdət prinsipidir. Mövcud olan, vahid bir nur, yaxud fizika elmindəki enerjidir. Bu enerji hər dəfə yeni bir şəkildə, yeni bir məkanda təzahür edir. Onun təzahür etdiyi mümkün varlıqların öz fitri istedadı baxımından ən kamili insandır. Ona görə də, yaranış mərtəbələri insanla tamamlanır.3

1 Bax: 9-cu beyt, həmçinin 135-ci beyt

2 Fələklər barədə bax: 2-ci sual, qayda (2)

3 Bax: 2-ci sual, qayda (2), xüsusilə 208-ci beyt

Page 167: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 167 -

491 – İnsan bədəni kamil olduğuna görə natiqə nəfsi qəbul etmək istedadına malikdir. Ona görə, Allah öz ruhundan ona üfürmüşdür. Bu üfürmə ilə insan cismini lətif və nurlu etmişdir.1

494 – İki aləmdə mövcud olan hər bir varlıq bitki kimi bir qətrədən meydana gəlir. Həmçinin, onların hər birinin yaranması, həyatı və məhv olması bir bitkinin misalı kimidir.

495 – Yəni mümkün varlıqlar bir zaman yoxdan var olduqları kimi yenə də varlıqdan yoxluğa çevrilərlər.

496 – Bu beyt həm həqiqi, həm də məcazi mənada anlaşılır. Həqiqi mənada təbiətdə və ümumiyyətlə bütün kainatda olan hər bir şey bir mərkəzə tabedir, beləliklə də həmin mərkəz nöqtənin cazibə qüvvəsi ilə daim hərəkətdədirlər. Məcazi mənada varlığın mərkəzi vacib vücuddur. Aləmlərdəki zərrələr də həmin mərkəzə can ataraq, yəni öz əslinə qayıtmağı arzulayaraq hərəkət edirlər.

497-498 – Vəhdət kainatın harmoniyasıdır. Qeyd olunduğu kimi, bu harmoniyada vahid enerji daim bir şəkildən başqa şəklə düşür. Dərya küll olan vacibə, dalğalar isə vacibdən meydana gələn mümkün varlıqlara işarədir. Dəryada nə qədər dalğa olsa, ondan bir qətrə belə əskilməz. Lakin hər qətrə dəryadan qopub ona qayıdana qədər bir ad və bir şəkildə təzahür edər. Dalğaların hər an yaranıb fənaya uğraması onların qana qərq olması misalında verilib.

499 – Bu beyt bir damla suyun təbiətdəki dövranını əks etdirir. Həm də bəsit bir qətrəyə bənzəyən mütləq nurun yaranış mərtəbələri üzrə seyr edərək insanda kamil təcəlla etməsinə işarədir.

1 Bax: 612 və 619-cu beytlər

Page 168: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 168 -

500-504 – Kə`ən ləm təğnə: Yunis (10) surəsinin 24-cü ayəsinə işarədir:

ا م نـیا كماء أنزلناه من السماء فاختـلط به نـبات الرض ما إمن ثل الیاة الد یأكل الناس والنـعام حىت إذا أخذت الرض زخرفـها وازیـنت وظن أهلها

هآ أتاها أمر ا أنـهم قادرون علیـ كأن مل تـغن نا لیال أو نـهار ا فجعلناها حصید بالمس كذلك نـفصل اآلیات لقوم یـتـفكرون

[... fəcə`əlnaha həsidən kə`ən ləm təğnə bil-əmsi kəzalikə nufəssilul-ayati liqövmin yətəfəkkərun]

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!

Bu beytlər əvvəl-axır fəlsəfəsini açıqlayır. Varlıq bir dairədir, əvvəllə axır həmin dairədə üst-üstə düşən ilk və son nöqtələrdir.

505 – Qeyrilik dumanı olan xəyali varlıq və müəyyənlik pərdəsi bütövlükdə aradan götürüldükdə səndə Haqqa yaxınlıq duyğusu baş verər. Həmin an məlum olar ki, Haqdan uzaqlıq və bu fasilə səndə olan müəyyənlik xəyalına görə imiş... səndəki sənlik ikilik təxəyyülüdür, bu olmadıqda sən elə o olarsan.1

506-507 – Şeyx bir daha təkid edir ki, vüsal (Haqqa yetişmək) yalnız pərdəni qaldırıb arxasındakı həqiqəti üzə

1 Lahici, cild 2, səh. 93

Page 169: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 169 -

çıxarmaqdan başqa bir şey deyil. Məlum olur ki, o, insanların Haqqa qovuşmağı tənasüx və ya ittihad ilə səhv salmasından çox ehtiyat edərək dəfələrlə bu məsələyə qayıdır.1

510 – Şeyxin buyurduğu cüzv və küll bəhsi on birinci sualın cavabında ətraflı verilmişdir.

1 Bax: 450-451-ci beytlər

Page 170: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 170 -

Doqquzuncu sual

Əvvəlki sualda vüsalın həqiqətdə mövcud olmayıb məcazi mənada işlənməsi barədə danışdıqdan sonra bəndəylə Haqqın yaxınlıq dərəcələri barədə sual olunur. Bu yaxınlıq bəndə üçün zülmət və nur pərdələrinin neçəsinin açılmasından ibarətdir.

512 – Şeyx buyurur ki, pərdələri qaldırıb Haqqın müşahidəsinə yaxın olduqca özündən uzaq düşdün. Haqqın vüsalını dərk etmək üçün insanın özünü tərk etməli olduğu barədə fikir1 bunun təsdiqidir.

513 – Varlığın yoxluğu göstərməsi mütləq nurun mümkün əyani varlıqlar surətində təzahür etməsidir. Hər bir varlıq öz fitri istedadı dərəcəsində əksetmə qabiliyyətinə malikdir. 2 Nurun az və ya çox təzahür etməsindən asılı olaraq Haqqa yaxınlıqda azlıq və çoxluq meydana gəlir.

514 – Nurullah: Allahın nuru Qeyd olunduğu kimi, həqiqətdə yaxınlıq və uzaqlıq

yoxdur. Çünki yaxın və ya uzaq olmaq məsafəyə dəlalət edir. Bu isə tövhidin inkarı deməkdir. Çünki bu zaman Haqqın vücudundan başqa digər varlıqların da mövcudluğuna şəhadət vermiş oluruq. Uzaqlıq varlıqdan uzaq olmaq deməkdir. Bu isə həqiqətin təəyyünat pərdəsi ilə örtülməsindən ibarətdir. Bu pərdə qalxdıqda Allahın nuru zahir olur.

515 – Yəni Haqq özünə xas hidayət nurundan sənə salsa, səni sənin özündən xilas edər.

1 Bax: 467-ci beyt

2 Bax: 424-cü beyt

Page 171: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 171 -

516 – Qorxu orijinalda xof şəklindədir. Xof və rəca təriqət yolunda olan hallardandır və daim adları birlikdə zikr olunur.

تـتجاف جنوبـهم عن المضاجع یدعون ربـهم خوف ا وطمع ا وما رزقـناهم ینفقون

Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər.1

Salik nə qədər ki, yoldadır, xof və rəca halı ondan əskik olmaz. Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı – bütün bunlar rəca və xofa səbəb olurlar.2 Buna görə də, Şeyx Şəbüstəri buyurur ki, varlıq və yoxluq barədə düşündükcə xof və rəca insanın qəlbini rahat qoymur. Yəni yoxluğu birdəfəlik kənara qoyub varlığa can fəda etmək lazımdır.

517-518 – İnsanda qorxu əminliyin olmamasından meydana gəlir. Hədəfini müəyyən edib getdiyi yolun bütün işarələrindən agah olan və hamısına əməl edən kəs heç nədən qorxmaz. Necə ki, cins ərəb atları yorulmaq bilmədən qaçır və qamçıya ehtiyac qalmır.

519-520 – Cəhənnəm atəşinin mahiyyəti təkcə günahın cəzasından ibarət deyil. Bu, nur və narın (atəşin) fəlsəfəsidir. Atəş yandıran və təmizləyəndir. Allah öyrədən və tərbiyə edəndir. Bu dünyada eşqin atəşi ilə qəlbində Allahdan başqa hər şeyi yandırıb tərbiyə olunan kəs İbrahim peyğəmbər (ə.) kimi Haqqın nuru ilə atəşi

1 Səcdə (32), 16

2 N.Tusi, səh.50

Page 172: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 172 -

söndürər. Təbiyəsi axirətə qalanların qəlbindəkilər isə Allahın cəbr atəşi ilə yanar və yenə Allahın özündən başqa heç nə qalmaz. Allahın günahkarları cəhənnəmdə yandırması onlara olan rəhmət və qəzəbin nişanəsidir. Bunların hər ikisi Allahın ədalətinə dəlalət edər. Qəzəbin hikməti ondan ibarətdir ki, Allah möminlə kafirə fərq qoyar və bununla möminin haqqını zay etməz. Rəhmətin hikməti ondan ibarətdir ki, Allah bəşəriyyətdə tərbiyə olunmamış bir kəs qoymaz və Onun nurunu bu dünyada ixtiyari şəkildə kəsb etməyənlərə axirətdə məcburi bəxş edər. Lakin o kəslər axirətə nursuz qədəm qoyduqlarına görə, atəşlə onlardakı zülmətin təmizlənməsi zəruri olar. Atəşin mahiyyəti aşqar maddələri yandıraraq saf qızılı ortaya çıxarmaqdan ibarətdir. Əgər qızıl safdırsa, onun atəşdən qorxusu olmaz.

523 – Haqqın əlindəki yaranış pərgarı varlıq dairəsini çəkərkən qoyduğu ilk nöqtə Məhəmməd nuru oldu. Bu, bəşəriyyətin başlanğıcı idi. Sonra mümkün varlıqlar yaradılmağa başladı. Sonuncu yaranan insan oldu. Bu baxımdan Adəm (ə.) yaranışda ən alçaq nöqtəyə çevrildi. Deməli, əvvəl də, axır da insandır.

524 – Hər bir varlıq Allahın bir ad və sifətinin məzhəridir. Allahın bütün ad və sifətləri kamil olduğu üçün hər varlıq öz həddində kamildir. Hər bir varlıqda təzahür edən adın xüsusiyyəti həmin varlıq üçün mənlik sifəti kimi aşkar olur. Buna görə də, hər varlıq özünü kamil görür. Onların ən kamili isə insandır. Çünki bütün ad və sifətlər insanda zahir olmuşdur. Həmin üsulla da insan özünü qalan digər varlıqlardan daha üstün bilir.

525-559 – Bu beytlərdə cəbr və təfviz məsələləri araşdırılır. Şeyx bu məsələ ilə bağlı cəbərilər, qədərilər və məcusilərin (atəşpərəstlərin) adını çəkir.

Page 173: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 173 -

Cəbərilərin əqidəsinə görə, insanın əlindən müstəqil surətdə heç bir şey gəlmir, gördüyü işləri icbari olaraq yerinə yetirir. Allah sair təbii şeylərə hərəkət bəxş etdiyi kimi, insanın da işlərini bilavasitə özü müəyyənləşdirir. Hüseyn Nəccar demişdir ki, Allah bəndələrin istər xeyir, istər şər, istər yaxşı, istər pis əməllərinin xaliqidir. Cəbərilərin əksinə olaraq qədərilər iddia edirdilər ki, insan öz hərəkətlərində sərbəstdir, şər də, xeyir də insanın öz əməllərinin nəticəsidir.1

Məcusilər isə iki tanrıya tapınır və deyirdilər ki, xeyir işləri törədən Yəzdan, şər işləri törədən isə Əhriməndir (537-ci beyt).

Şeyx Şəbüstəri cəbəri əqidəsinin tərəfindədir. O, aşağıdakı hədisi gətirərək (536-cı beyt) insanın ixtiyar sahibi olmasını inkar edir:

القدریة جموس هذه المةQədəriyyə bu ümmətin məcuslarıdır. Lakin bu fikir bizə əsas vermir ki, Şəbüstərinin

cəbərilər kimi pis əməllərə görə məsuliyyətdən boyun qaçırmaq düşüncəsində olduğunu iddia edək. Məlumdur ki, Şeyx Şəbüstəri arif olmuşdur. Arifin xəlq içərisində müşahidəsi Haqq ilədir. Mütləq tövhid odur ki, Haqqın özündən başqa heç nə yoxdur. Deməli, insan heç nədir. Məntiqə görə, heç nədən heç nə meydana gəlir. 528 və 529-cu beytlər həmin mənaya işarə edir. Həqiqətdə, baş verən hər bir şey Haqqın höccətinin tamamlanmasından ötrüdür. Baş verənlərin heç birinə Haqqın özünün ehtiyacı yoxdur. Varlıq dairəsi boyunca cərəyan edən bütün hadisələr Haqqın tanınması üçündür. Mövcudat isə bu cərəyanda bir vasitədir. Çünki yaranışda məqsəd Haqqın mövcudata tanıtdırılması deyil. Tanıyan da, tanınan da

1 Z.Məmmədov, səh. 16

Page 174: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 174 -

Haqqın özüdür. Əgər tanıyan mövcudat olsaydı, onda iki fail olmuş olardı ki, bu da tövhidə ziddir. Haqq öz camalını müşahidə etməkdən ötrü bir an özünə bir ayinə qərar vermişdir ki, həmin bir anda xilqət və axirət bərpa olmuş, dairə qapanmışdır. Buna görə də, Haqqa nisbətdə zaman yoxdur, hər şey həmin bir anın hikmətinə bağlıdır.

Deməli, baş verən hər hadisə, həmçinin insandan cari olan hər bir əməl höccətin tamamlanması deməkdir, yəni əzəli təqdirdir. Amma bu, Haqqın həqiqətində belədir. Çünki həqiqətin o mərtəbəsində hər şey bir andan ibarətdir və hər şey əvvəldən məlumdur. İnsanın həqiqətində isə hər bir an növbəti anın müqəddəratını həll edir. Yəni gələcək indidən asılıdır. İnsan öz həqiqəti nisbətində seçim etmək qabiliyyətinə malikdir. Haqqa nisbətdə isə əvvəlcədən müəyyən olunmuş təqdir üzrə icbari hərəkət edən bir varlıqdır. Buna görə də, 538-ci beytdə Şeyx buyurur ki, nisbətlər bir oyundan ibarətdir. Həqiqətdə nisbilik olmadığından nisbi münasibətlər insanı dərin bir girdaba salır və düşündükcə daha da dərinə aparır. Bunu nəzərə alaraq Şeyx Şəbüstəri nisbətləri kənara qoyur və mütləq mənada insanın qüdrət və ixtiyar sahibi olmadığını vurğulayır. İnsanların, mənfi əməlləri misal gətirərək şəkkə düşməmələrindən ötrü bunun ardınca qeyd edir ki, Allahın işləri barədə necə və nə üçün soruşmaq olmaz.

542 – İblis yeddi yüz min il mələklər arasında ibadətlə məşğul olmuşdur. Lakin Adəm xəlq olunduqdan sonra ona səcdə etmədiyi üçün lənətə düçar edilmişdir.

543 – Mə`siyət: günah İstifa: seçmə Adəm də İblis kimi günah etdi, amma tövbə etdiyi üçün

bağışlandı və Allah tərəfindən seçildi. 544, 545 – Qüfran: bağışlanma

Page 175: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 175 -

Nəhy: qadağa Adəm də, İblis də günah etdi, əmrdən boyun qaçırdı.

İblis Adəmə qoyulan qadağaya görə lənətləndi. İblisin əmrdən çıxması isə Adəmi daha da ucaltdı. Bütün bunlar ziddiyyət yox, Allahın, səbəbi yalnız özünə məlum olan hikmətləridir.

546 – Cənabi-kibriya: Allah Təala və Təbarək Laübalı: qayğısız, laqeyd, saymaz Qüdsi hədisdə deyilir:

ابال بطاعطهم هؤالء يف النة و ال ابال بعصیانم و هؤالء يف الن ار و ال Yəni, insanların bir qismi cənnətdədir və mən onların

üsyanından qorxusuzam, bir qismi isə cəhənnəmdədir və onların itaətinə möhtacsızam.

Allahın sonsuz əzəmət və cəlalınına işarə edən digər bir qüdsi hədisdə deyilir:

أولكم و آخركم و إنسكم و جنكم كانوا على اتقى یا عبادي لو أن قلب رجل واحد منكم ما زاد ذلك يف ملكي شیئا

Ey mənim bəndələrim, əgər sizin birinciniz və sonuncunuz bütün cinlər və insanlar daxil olmaqla aranızdakı ən təqvalı bir insanın qəlbinə malik olsanız, mənim mülkümdə heç nə artmaz.

Buna görə də, xəyallar onu dərk etmək qüdrətində deyil.

547 – Əgər Allahın işlərini səbəbə bağlı təsəvvür etsək, onda sual verməliyik: hələ Əbu Cəhl və Həzrəti Məhəmməd (s.) dünyaya gəlməmişdən qabaq nə baş vermişdi ki, Əbu Cəhl günah edib lənətləndi, Məhəmməd (s.) isə ucalardan ucaya yüksəldi.

548, 549 – Qurani-Kərimin Ənbiya (21) surəsinin 23-cü ayəsində deyilir:

Page 176: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 176 -

ال یسئل عما یـفعل و هم یسئـلون (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz;

onlar isə sorğu-sual ediləcəklər. Sualı yalnız Allah verə bilər, bəndə isə ona tay ola

bilməz. 550 – Xudalıq: Allahlıq Kibriyalıq: ucalıq Münəzzəh: pak Fail: iş görən 551 – Lütf və qəhr: Haqqın cəlal və camal sifətlərinin

təzahürüdür. Başqa sözlə, qəhr müşahidə nemətindən məhrumluq

əlamətidir. 1 Lütf aşiqi mənəvi müşahidə məqamına yetişdirən irfan tərbiyəsinə işarədir.2

552, 553, 554 – Kəramət: şərəf, ləyaqət, comərdlik; övliyadan sadir olan xariqüladə işlər

Bu beytlərdə Şeyx insanın öz əməllərində ixtiyarsız olmasından söhbət açır. Eyni zamanda cəbərilər kimi insanın mənfi əməlləri üçün məsuliyyət daşımadığı fikrinə şərik çıxmır. Bu fikrini ortaya suallar qoymaqla əsaslandırır: əgər bəndənin əməlləri onun öz ixtiyarı deyilsə, onda o, niyə cəzalandırılır? Və əgər insan ixtiyarsızdırsa, onda ona niyə əmrlər və qadağalar qoyulur? Deməli məzhəblərin giriftar olduğu bu dolaşıqlıqdan çıxmağın ən gözəl yolu cəfəriyyə məzhəbinin yoludur. İmam Sadiq buyurur: “Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır”.3

555 – İnsanın əlində ixtiyarı olmadığı halda hansısa işlərə məmur və mükəlləf olması heç də ona qarşı zülm

1 Ə.Şahi, cild 1, səh. 54

2 Ə.Şahi, cild 1, səh. 41

3 N.Tusi, səh.66

Page 177: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 177 -

deyil. Allahın elmi hər bir şeyi əhatə edir. O, kimi hansı əmrlə məmur edəcəyini, kimin nəyi bacaracağını əzəldən bilir.1 Ədalət ona görə vurğulanır ki, Allah insana çəkə bilməyəcəyi yükü verməz. Eyni zamanda Haqqın insanın çiyninə qoyduğu məsuliyyət yükü onun öz mərifəti və yüksəlişi üçündür. İlahi mərifət və Ona yaxınlıq isə cəfa yox, lütf və fəzilətdir.

1 Bax: 540, 541-ci beytlər

Page 178: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 178 -

Onuncu sual

Bu sualda insan vücudunun qisimləri, onların qarşılıqlı münasibətləri, cismin meydana gəlməsi və ruhu qəbul etmək qabiliyyətini kəsb etməsi, nəticədə Haqqın buyurduğu kamil insana çevrilməsi barədədir.

561-565 – Şeyx insan vücudunu mükəmməlliyi və intəhasızlığı baxımından dəryaya bənzədir. Sahil dəryanın varlığına dəlildir. Həmçinin, dəryanın içində nə olarsa, dalğalar onu sahilə gətirib çıxarar. Bu baxımdan insanın nitqi onun vücud dəryasının sahilidir. Dəryanın bəzəyi onun dərinliyində yatan dürlər olduğu kimi insanın zinəti onun fitrətində yer alan mərifətullahdır.

Sədəf suda yaşayan ilbizdir. Onun bədəni iki bir-birinə bitişik sədəflə örtülü olur, əti isə bərk və yapışqanlıdır. Bədənin ortasında iki buynuzu və sədəfə tərəf əyilən başı və çox dar ağzı var. 1 Dürr dənələri həmin sədəfin içərisində əmələ gəlir. Bu barədə qarşıdakı təmsildə bəhs olunacaq. Qeyd olundu ki, insanın vücud dəryasında Haqqın mərifəti dürr kimidir. Dürr sədəfdən zahir olduğu kimi, insanın elmi onun sözlərindən əyan olur.

Təmsil

566 – Neysan: aprel ayı Əmman: Oman körfəzi 566-571 – Şeyx bu beytlərdə sadə və təbii bir hadisəni

nəql edir. Neysan ayında Əmmanın dibindən bir ilbiz suyun səthinə çıxır və yağan yağışı gözləyir. Ağzına bir qətrə düşən kimi bağlanaraq suyun dibinə gedir. Həmin bir damla yağış onun bətnində qalaraq dürrə çevrilir.

1 Lahici, cild 2, səh. 138

Page 179: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 179 -

Sonra fədakar bir qəvvas (üzgüçü) özünü dəryanın dibinə salaraq onu axtarıb tapır.

572-574 – Elmi-əsma: Allahın adlarının elmi Həmin təbiət hadisəsinə müvafiq olaraq ruh dəryaya,

bədən sahilə bənzədilir. Əvvəldə sahil nitq ilə müqayisə olunmuşdu. Nitq və bədən hər ikisi zahirdir. Bədən ruhun məzhəri, nitq isə ideyanın məzhəridir. Bu baxımdan ixtilaf meydana gəlmir. Dənizdən nə qədər buxar qalxarsa, ona uyğun yağış yağar. İnsanın qəlbinə Haqqın elmindən süzülən pay da onun öz fitri qabiliyyətinə və tutumuna görədir.

575 – İdeyanın məzhəri olan səslər və hərflər insandan nəfəs vasitəsilə xaric olub dinləyənin qulağına yetişir. Həmin nəfəs insanın vücud dəryasında çaxan şimşək kimidir ki, o dəryanı cuşa gətirir və dibindəki sədəfləri üzə çıxarır.

576-581 – Qeyd olundu ki, nitq vücudun sahilidir. Deyilən söz zahirdir. Zahiri tənzim etmək üçün də müəyyən qanunlar var ki, bunlar da dildəki sərf və nəhv qanunlarıdır. Vücuddakı ideyanı kamil aşkar etmək üçün gözəl nitq olmalıdır. Bununçün də, zahiri elmləri bilmək vacibdir (580-ci beyt). Amma bu elmlər vasitədir. Hədəf isə din elmi (Haqqın mərifəti) olmalıdır.

583-584 – Suyla gil: insanın bədəni Hal mərifətdən yaranır. Mərifət isə elmdədir. Deməli,

ibadətlər elmlə vəhdətdə olmalıdır. Yoxsa ibadət yalnız bədənin hərəkətlərindən ibarət olmuş olar.

585-586 – Cisim torpaq, yəni zülmətdir, bu baxımdan qərblə müqayisə olunur. Çünki ruhun nuru günəş kimi şərqdən, yəni ürəyin yerləşdiyi sol tərəfdən zahir olur. Hal mərifətdir, qal isə zahir elmidir. Əməlin kamilliyi üçün elmin nuru, elmin kamilliyi üçün mərifətin nuru vacibdir.

Page 180: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 180 -

Elm əmələ nisbətdə, mərifət elmə nisbətdə şərqdə yerləşir. Qal elmül-yəqinə, hal isə eynül-yəqinə işarədir.

587-592 – Mərifət hasil olmasa, elm zahiri bir surətdən ibarət olaraq qalar. Mərifətsiz alim dünyaya həris olan bir itin misalındadır. Peyğəmbər buyurmuşdur:

ال یدخل املالئكة بیت ا فیه كلب أو تصاویر İçində it və şəkillər olan bir evə mələklər daxil olmaz. 593 – Vərasət elmi dedikdə mürşiddən müridə ötürülən

mərifət nuru nəzərdə tutulur. Bu nuru kəsb etmək, Haqqın mərifətinə çatmaq axirətin təmin olunması deməkdir. Əslində, burada savab qazanıb cənnətə daxil olmaq nəzərdə tutulmur. Axirət dünyada potensial şəkildə mövcud olan varlıqların surət qazanaraq gerçəkləşdiyi bir mühitdir. Bu mühit daxilində insanın həqiqətləri görə bilməsi onun bu dünyada kəsb etdiyi mərifətin sayəsində olacaq.

594 – Nəfs: mikrokosmos Afaq: üfüq sözünün cəmi, makrokosmos Haqqın kitabını nəfs və afaqdan oxumaq hər bir ayənin

arxasında gizlənən batini onun işarə etdiyi mənada müşahidə etmək deməkdir. Şeyx özü bütün aləmləri Qurani Kərimdə, Qurani Kərimi isə bütün aləmdə müşahidə edir və bu kitabı aləmlərin məcmusu kimi görür. Hər ayənin əslində bir varlığa işarə etdiyini bildirir.1 Bu beyt, həmçinin, Fussilət (41) surəsinin 53-cü ayəsini xatırladır:

لم أنه الق أومل یكف سنریهم آیاتنا يف اآلفاق ويف أنفسهم حىت یـتبـي بربك أنه على كل شيء شهید

1 Bax: 2-ci sual, qayda (2), xüsusilə 199-cu beyt

Page 181: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 181 -

Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz ayələrimizi (qüdrət nişanələrimizi) onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?

Qayda

Bu qaydada İslam əxlaqının təməl prinsipləri öz əksini tapmışdır.

595 – İnsanda iki növ qüvvə var: idrak qüvvəsi və hərəkət qüvvəsi. İdrak qüvvəsi iki qismdir: nəzəri və əməli. Nəzəri idrak ətraf aləmin dərk olunmasıdır ki, bunun insanın rəftarına aidiyyəti yoxdur. Əməli idrak xeyirlə şərin, haqla batilin ayırd edilməsidir. Bu növ idrak insanın davranışlarını idarə edir. Hərəkət qüvvəsi də iki növdür. Əgər hərəkət nəfsi cəlb edən bir şeyə doğru olarsa, buna şəhvət deyilir. Əgər hərəkət zərərli bir şeyin dəf olunmasına yönələrsə, buna qəzəb deyilir.1 Deməli, ümumilikdə insanda dörd qüvvə mövcuddur: nəzəri və əməli qüvvə, şəhvət və qəzəb qüvvəsi. Bu dörd qüvvəni özündə tarazlaşdırıb düzgün şəkildə idarə edə bilən kəs İslamda əxlaq sahibi hesab olunur. Nəzəri qüvvənin tarazlaşması hikmət, əməli qüvvənin tarazlaşması ədalət, şəhvət qüvvəsinin tarazlaşması iffət, qəzəb qüvvəsinin tarazlaşması isə şücaətdir. Hikmət, iffət və şücaət insanın haqla batili ayırd edə bilməsindən asılı olduğu üçün bu üç fəzilət ədalətdən asılıdır. Buna görə, Şeyx qaydanın birinci beytindən ədaləti xüsusi vurğulayır.

596 – Həkim: hikmət sahibi 597 – Hikmət, iffət və şücaətin hər birinin ifrat və təfrit

hədləri var. Nəzəri idrakın ifratı kələk, yəni məkrdir. Təfriti isə səfehlikdir.

1 Ətraflı bax: Lahici, cild 2, səh. 148-150

Page 182: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 182 -

598 – Şəhvət qüvvəsinin ifratı hərislik, təfriti isə sönüklükdür.

599 – Qəzəb qüvvəsinin ifratı təkəbbür, təfriti isə zəlalət, yəni qorxaqlıq və məğlubiyyətdir.

600 – Bu üç qüvvəni orta həddə tarazlaşdıra bilən şəxs ədalət sahibidir. Ədalətin ifratı yoxdur, təfriti isə zülmdür. Məkr, hərislik və təkəbbür həm özünə, həm də digərlərinə qarşı zülmdən başqa bir şey deyil.

601-603 – İslamda əxlaq bu üç məsələdə orta yolu seçə bilməkdən ibarətdir. İnsana vacib buyurulan sirati müstəqim həmin orta yoldur. Bu yol tükdən nazik, xəncərdən itidir. Onun hər iki tərəfi dərin uçurumdur. Sağ tərəfi ifrat, sol tərəfi təfrit quyusudur.

604-605 – Ədalətin müqabilində duran tərəf zülmdür. Digər üç qüvvənin isə həm ifratı, həm də təfriti var. Deməli, insanın fəziləti dörd əxlaq təməlindən, rəzaləti isə yeddi qismdən ibarətdir. Bunlar məkr, səfehlik, hərislik, sönüklük, təkəbbür, zəlalət və zülmdür. Hicr (15) surəsinin 43-44-cü ayələrində buyurulur:

هم جزء * وإن جهنم لموعدهم أمجعي عة أبـواب لكل باب منـ لا سبـ مقسوم

Şübhəsiz ki, cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər.

Şeyx həmin yeddi qapını yeddi rəzalətlə müqayisə edir. Lahici əlavə olaraq qeyd edir ki, “cəhənnəmin yeddi qapısına gəlincə, bu, Allahın yeddi zati sifətinin əksi olan

Page 183: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 183 -

cəhətlərlə bağlıdır: ölüm, cəhl, acizlik, ikrah, lal olmaq, karlıq və korluq”.1

608-614 – Etidal: mötədillik, tarazlıq Bura qədər batini tarazlıqdan bəhs olundu. Burada isə

cismin ədalətindən söhbət açılır. İnsan bədəni dörd ünsürün birləşməsindən yaranmışdır. Bu dörd ünsürün hər biri orta həddə tənzim olunarsa, bədəndə tarazlıq yaranar. Bədən mürəkkəb, ruh isə bəsit varlıqdır. Ünsürlər tarazlaşarkən onlar arasında eyniləşmə meydana gəlir və bədən ruh kimi bəsit varlığa çevrilir. Bu hadisə baş verməmiş insanın ruhu onun bədənində təcəlli etməz. Bu tarazlaşdırma bədənin mütləq nuru qəbul etməsinə hazırlıqdır.2

Təmsil

Bu təmsildə Şeyx makroaləm və mikroaləmi paralel şəkildə öyrənir. Ümumiyyətlə, Şeyx Şəbüstərinin bütün təmsillərindən görürük ki, makroaləmdə, yəni kainatda mövcud olan və baş verən hər bir şey incəliyinə qədər mikroaləmdə, yəni insan vücudunda təkrar olunur. İnsan əvvəl və axır olmaq etibarilə bütün kainatın məcmusudur. Bu təmsildə qeyd olunan fikirləri üç mənada başa düşmək olar ki, hər üçü bir-birilə eynilik təşkil edir. Birincisi, deyilənlər geniş miqyasda kainatın həqiqətləri barədədir. İkincisi, kainatın timsalında böyük insanın, yəni sabit ideyanın, yaxud Məhəmməd həqiqətinin təsviri verilir. Üçüncüsü, əyani şəkildə mövcud olan kamil insan, yəni mikroaləm təsvir olunur.

1 Lahici, cild 2, səh. 155

Qeyd: Allahın yeddi zati sifəti bunlardır: həyat, elm, qüdrət, iradə, eşitmək,

görmək, danışmaq 2 Bax: 8-ci sual, təmsil, xüsusilə 491-ci beyt, həmçinin 619-cu beyt

Page 184: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 184 -

615 – Əvvəlki beytdə buyurdu ki, ruhun cisimlə əlaqəsi Günəş nurunun torpaqla əlaqəsi kimidir. Belə ki, Günəş məsafəcə torpaqdan uzaq olsa da, torpaq üzərində daim təsiri hiss edilməkdədir.

616-617 – Ruhda cismə xas xüsusiyyətlər olmadığı kimi, Günəşdə və ulduzlarda da yerdəki ünsürlərə xas əlamətlər mövcud deyil. Buna baxmayaraq, ünsürlər özü həmin nurdan təsirlənir.

618 – Yəni Günəşin nuru bərabər şəkildə bütün ünsürlərə təsir göstərir. Bu təsir ruhun təcəllası kimidir. Günəşin şüası torpağı hərəkətə gətirir, lakin özü nə onun içində, nə də xaricindədir.

619 – Bu beyt dörd ünsürün harmoniyasından cisimdə yaranan ədaləti və bu ədalətə görə ruhun ondan təcəlla etməsini açıqlayır.1

620 – Bu beyt Yerdəki ünsürlərin harmoniyasından sonra Yerlə Göyün nigahından, yəni Göyün Yerdə təcəlli etməsindən bəhs edir. Nəfsi-küll izafi ruhdur. Dörd ünsür birləşib Adəmin (ə.) cismində ahəngdarlıq tapdı və ədalət hasil oldu. Ədalət gözəllikdir, gözəllik eşqin anasıdır. Məhz bu gözəlliyə malik olduqdan sonra Allah öz ruhundan ona üfürdü. Allahın öz ruhundan cismə üfürməsi təkcə insan üçün yox, bütün aləmlər üçün rəhmət oldu. Şeyx ruhun cismə üfürülməsini onun cisimlə nigahı kimi təsvir edir. Məlumdur ki, nigahda mehriyyə olmalıdır. Ruhun cimsə verdiyi mehriyyə bütün aləmlər oldu. Yəni Allah yeri və göyü insanın ixtiyarına verdi.

621 – Səbahət: gözəllik, məlahət Fəsahət, elm, əxlaq və gözəllik kamil insanın

keyfiyyətləridir. Kamil insan cisimlə ruhun nigahından doğulur, yəni onların vəhdətindən hasil olur.

1 Bax: 491 və 612-ci beytlər

Page 185: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 185 -

622-623 – Misilsiz bir cahandan enən gözəllik həmin izafi ruh və ya İlahi rəhmətdir. O, gözəllik mülkünə, yəni ədalətin bərqərar olduğu cisim aləminə daxil oldu.

624 – Mütləq nur kamil insanın surətində təzahür edir. İnsanın iki vəzifəsi var: özünü islah etmək və digərlərini dəvət etmək. İzafi ruh cisim surətində gah feyzə qapılaraq laübalı aşiqlər kimi aləmləri seyr edir və özündən başqasını görmür. Gah da cəmiyyətə qayıdaraq haqqı batildən ayıran iti qılınca çevrilir.

625 – Məlahət gözəllikdir və o, insan surətində təzahür edir. İnsan vücudu bütünlüklə gözəlliyin eyni olur. Həmin gözəllik nitqdə aşkar olduqda fəsahət adlanır. Həqiqətdə isə, hər ikisi bir mənbədən qaynaqlanır.

626 – Vəli, padşah, dərviş və peyğəmbəri birləşdirən bir cəhət var ki, bu da onların dünyadan üstün olmasıdır. Yəni bəşəriyyətin ən üstünləri də bu gözəlliyin əsarətindədir.

627 – Yəni gözəllik sahiblərində nə var ki, gözəllik aşiqlərini cəlb edir. Sadə dillə desək, Şəmsdə nə var idi ki, Mövlananı cəlb etdi? İkinci misrada buyurur ki, bu cəlb edən üzün gözəlliyi ola bilməz. Birincisi, zahiri gözəllik fanidir. İkincisi, zahiri gözəl olmayanın da vücudu gözəl ola bilər.

628 – Bu beytdə həmin sualın cavabını verir. Aşiqlərin ürəyini ovlayan yalnız Haqqın gözəlliyidir.

629 – İnsanda zahiri gözəlliyə meyl yaradan və ürəkləri ovlayan şəhvət qüvvəsidir. Şəhvət özlüyündə batildir. Zatən var olmayan bir şey özündən nəsə aşkar edə bilməz. Deməli, şəhvət qüvvəsini idarə edən Haqdır. Haqqa nisbətdə şəhvət batildir. Çünki Haqdan başqa hər bir şey həqiqi batil hesab olunur. Deməli, haqq və batil olan nə varsa, hamısı Haqdandır.

Page 186: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 186 -

On birinci sual

Səkkizinci sualın sonunda (510-cu beyt) buyurduğu kimi burada cüzv və küll bəhsini ətraflı izah edir.

633-636 – Məlumdur ki, mövcud varlıqlar mürəkkəbdir, yəni tərkib hissələrdən ibarətdir. Vacib varlıq isə tərkibə sığmaz. Mümkün varlıq vacibin əyani şəkildə aşkar olmasıdır. Bu baxımdan hər bir mümkün iki hissədən ibarətdir: vacib varlıq və müəyyənlik pərdəsi, yaxud yoxluq. Vacib varlıq mütləq nurdur. Nur isə öz-özlüyündə görünməzdir. Onun görünməsi üçün zülmət lazımdır. Nur zülmətdə, yaxud varlıq yoxluqda təcəlli edəndə mümkün varlıqlar meydana gəlir. Bu baxımdan vacib mümkünün bir cüzvüdür. Eyni zamanda vacib bütün mümkünatı ehtiva etdiyindən cüzv öz küllündən böyük və üstün olur.

637-639 – Qeyd olundu ki, vacib varlıq tərkibə sığmaz. Deməli, vacib mümkünün bir qismi və ya tərkib hissəsi sayıla bilməz. Bu, eynən bir rəqəmi ilə digər bütün ədədlərin münasibəti kimidir. Bir özü bəsit və saf varlıqdır. Eyni zamanda o, bütün ədədlərin tərkibində var. Amma heç birinin tərkib hisəsi də deyil. Bütün ədədlər birə möhtacdır və ondan asılıdır. Bir özü isə ehtiyacsızdır.

Bütövün həm çox, həm də tək olması o deməkdir ki, o, zati baxımdan vahid, sifətlər və adlar baxımından isə kəsrətdir.

640 – Qeyd olundu ki, mövcud varlığın bir tərəfi vücud, bir tərəfi ədəmdir. Ədəm fanidir. O, mövcudun bir cüzvüdür. Cüzvün yoxluğu bütövün yoxluğuna dəlalət edir. Deməli, mövcudat həm hissə, həm də bütöv olaraq fanidir.

641-645 – Türfətül-eyn: bir göz qırpımı La yəbqa zəmaneyn: bu ifadə tam şəkildə belədir

Page 187: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 187 -

العرض ال یبقى زمانيƏrəz iki zaman içində qalmaz.1 Həşr: bir yerə toplama Nəşr: açma, səpələmə Cahan, yəni mövcudat aləminin bir tərəfi fani olan

ərəzdən ibarətdir. O öz zati tələbi ilə hər an yox olub rəhmani təcəlla ilə yenidən varlıq tapır.

646 – Tamətül-kübra: böyük bəla; Naziat (79) surəsinin 34-cü ayəsindən alınmışdır.

الطامة الكبـرىفإذا جاءت

[fəiza caətit-tamətül-kübra] O böyük bəla gələndə Yövmiddin: din günü, qiyamət Yövmul-əməl: əməl günü Aləmdə nə varsa, bir anda ölür və doğulur. Bunlar

böyük qiyamət deyil, onun üçün misal və əlamətdir. Bu qiyamət birinci yaranışda əməl üçün, o birisi isə ikinci yaranışda cəza və din günü üçündür.2

648 – Aləmdə hər an baş verən yox olmalar böyük qiyamətin təfsilatı, böyük qiyamət isə onların icmalı, yəni xülasəsidir. Necə ki, ilin təfsilatı aylar, ayın təfsilatı günlər, günün təfsilatı saatlardır. Həmçinin, il ayların, ay günlərin, gün saatların icmalıdır.

Təmsil

649-651 – Bu təmsil qiyamət günü aləmdə baş verəcək dəyişmələrin ölüm zamanı insanın vücudunda baş verən dəyişmələr timsalında izahıdır.

1 Bax: 475-ci beyt

2 Lahici, cild 2, səh. 176

Page 188: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 188 -

652-653 – Birinci hər an baş verən ölüm insanın aləmdəki bütün zərrələr kimi öz zati tələbi ilə hər an fani olub rəhmani təcəlla ilə yenidən var olmasıdır. İkinci ölüm ölməmişdən qabaq ölməyə işarədir və həyatda ikən özündə fani olub Haqq ilə baqi olmaq deməkdir. Üçüncü ölüm isə əcəlin çatdığı vaxt gələn ölümdür.

654 – Həyat ölümün qarşılığıdır. Hər ölümün müqabilində bir həyat var.

Birinci növ hər göz qırpımında Rəhman nəfəsin təcəllisi ilə həyatın davamından ibarətdir... İkinci növ əbədi qəlb həyatından ibarətdir... Bu həyat Platonun söylədiyi ixtiyari ölümün müqabilində gəlir və onun yeri müqəddəs təcrid aləmindədir. Üçüncü növ isə əbədi misal və mələkut aləmində olan həyatdır.1

657-659 – Bu beytlərdə insanın bədən üzvlərinin aləmin hissələri ilə müqayisəsi verilir. Bədən – yer, baş – asiman, hiss üzvləri – ulduzlar, can – Günəş, sümüklər – dağlar, tüklər – bitkilər, əl-ayaq – ağaclar.

660-665 – Bu beytlərdə insanın üçüncü ölümü timsalında qiyamətin keyfiyyətləri bəyan olunur.

660 – İnsan ölərkən bədəni titrəməyə başlayır.

إذا زلزلت الرض زلزالا

Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman.2

661 – Can günəşlə müqayisə edildi.

إذا الشمس كورت

Günəş sarınıb büküləcəyi zaman.1

1 Lahici, cild 2, səh. 183

2 Zilzal (99), 1

Page 189: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 189 -

Beyin, yaxud baş asimanla müqayisə edildi.

إذا السماء انفطرت

Göy parçalanacağı zaman.2 Hisslər isə ulduzlar kimidir.

وإذا الن جوم انكدرت

Ulduzlar (göydən qopub) səpələnəcəyi zaman.3 662 – İnsanın canı çıxarkən tərləyər.

وإذا البحار فجرت

Dənizlər (qaynayıb) qarışacağı zaman.4 663 – Bu beyt Qariə (101), surəsinin 5-ci ayəsinə işarə

edir:

وتكون البال كالعهن المنفوش

Dağlar isə didilmiş yun kimi olacaqdır. 664 – Qıçın qıça dolaşması Qiyamət (75) surəsinin 29-

cu ayəsinə işarədir:

والتـفت الساق بالساق

Və qıçı qıçına dolaşacağı zaman.

1 Təkvir (81), 1

2 İnfitar (82), 1

3 Təkvir (81), 2

4 İnfitar (82), 3

Page 190: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 190 -

Cütlərin qopması Əbəsə (80) surəsinin 34-36 ayələrinə işarə edir:

یـوم یفر المرء من أخیه وأمه وأبیه *

وصاحبته وبنیه *

O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından.

665 – Qai səfsəf: Dümdüz bir yer; Taha (20) surəsinin 106-cı ayəsindən alınmışdır. Surənin 105-107-ci ayələrində deyilir:

ویسألونك عن البال فـقل ینسفها ريب نسف ا* قاع ا صفصف افـیذرها

* ال

ا وال أمت اتـر ى فیها عوج

[... fəyəzəruha qaən səfsəfa ...] Səndən dağlar haqqında soruşarlar. De: “Rəbbim

onları ovxalayıb havaya sovuracaq; dümdüz bir yer edəcək; və sən orada heç bir eniş-yoxuş görməyəcəksən”.

667 – Səb`ül-məsani: Fatihə surəsinin adı, yaxud ilk yeddi ən uzun surə və ya bütünlüklə Quran1

668 – Kullun mən əleyha fan: Rəhman (55) surəsinin 26-ci ayəsi

ها فان كل من علیـ

(Yer) üzündə olan hər kəs fanidir.

1 Ətraflı bax: Lahici, cild 2, səh. 189

Page 191: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 191 -

Ləfi xəlqin cədidin: Rəd (13) surəsinin 5-ci ayəsindən alınmışdır.

أولـئك لفي خلق جدید وإن تـعجب فـعجب قـولم أئذا كنا تـراب ا أئنا م وأولئك الغالل يف أعناقهم وأولـئك أصحاب النار هم الذین كفروا برب

الدون فیها خ

[və in tə`cəb fəəcəbun qövluhum əiza kunna turabən əinna ləfi xəlqin cədidin...]

Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.

672 – Haqq yaradan, həyat verən, rəhman, nemət verən, xaliq, qəyyum kimi sifətlərə uyğun aləmi yaradır, o biri yandan isə öldürən, qəhr edən, məhv edən sifətlərlə aləmi yoxluğa düçar edir.1

673 – Bəqa (əbədiyyət) Haqqa xas sifətdir. Baqi (əbədi) onun adlarından biridir. Haqq xarici aləmdə surətlər vasitəsilə təzahür edərkən həmin ad mümkün varlıqlara sirayət edir. Varlıqlar yenidən öz əslinə, yoxluğa qərq olarkən qalan yalnız Haqq olur.

675 – İndəllah: Nəhl (16) surəsinin 96-cı ayəsindən alınmışdır:

باق ولنجزین الذین صبـروا أجرهم بأحسن عند الل ه ما عندكم ینفد وما ما كانوا یـعملون

1 Lahici, cild 2, səh. 191

Page 192: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 192 -

[ma indəkum yənfədu və ma indəllah baqin ...] Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir.

(Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq!

676 – Haqqın adı olan bəqa Onun olduğu hər bir yerdə var.1

678 – Yəni mövcudat xəlq olmamışdan qabaq sabit ideyalar şəklində yaranan varlıqlar xarici aləmdə surət kəsb edib əyaniləşdiyi kimi xarici aləmdə potensial şəkildə olan varlıqlar (adlar, sifətlər, əməllər, xasiyyətlər və s.) axirətdə müəyyən surətdə gerşəkləşər.

Qayda

679-682 – Bu beytlər ardıcıl görülən işlər sayəsində insanda adət və vərdişlərin yaranması barədədir.

683-685 – İnsandan zahir olan əməllər, ondakı adətlər və xasiyyətlər potensial şəkildə mövcuddur. Maddiyyat və qeyri-maddiyyat müxtəlif mahiyyətli varlıqlar olduğundan onlar bir arada əyan olmaz. Deməli, birinin gəlməsi üçün digərinin getməsi vacibdir. Bədən ölərkən insan vücudunun zülmət tərəfi aradan qalxır və vücud küllən səfa tapır. Bu səfa saf bir su kimidir ki, bütün həqiqətlər orada asanlıqla əks olunur.

686 – Tubləs-sərair: Tariq (86) surəsinin 9-cu ayəsindən alınmışdır:

لى السرائر یـوم تـبـ

[yövmə tubləs-sərair] Bütün sirlərin aşkar olacağı o gün. 687 – Yəni sabit ideyalar bu dünyada bizim

gördüyümüz, eşidib duyduğumuz şəkildə zahir olduğu

1 Bax: 673-cü beyt

Page 193: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 193 -

kimi, bu dünyada da ideya şəklində yaranan insan əxlaqı ona axirətdə digər bir mahiyyətdə, daha doğrusu həmin mühitdə insanın duya biləcəyi bir şəkildə zahir olacaq.

688-693 – Yəni insan ölümlə zülmətdən qurtulub tam saflıq tapanda Haqq ona öz həqiqi sifətində əyan olar. Bu, yəqinin son mərtəbəsi – həqqül-yəqindir.

694-701 – Bu beytlər kamil insanın axirətdəki həyat tərzinin təsviridir. 695-ci beyt İnsan (76) surəsinin 21-ci ayəsinə işarə edir:

رق وحل وا أساور وسقاهم من فضة عالیـهم ثیاب سندس خضر وإستبـ ربـ هم شراب ا طهور ا

[... səqahum rəbbuhum şərabən təhura] Əyinlərində taftadan və atlazdan yaşıl libaslar olacaq,

onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.

Page 194: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 194 -

On ikinci sual

Qədim Haqqın əzəli və əbədi zatı, mühdəs isə sonradan yardılmış mümkün varlıqlardır. Sualda deyilir ki, vacib vacibdir, mümkün isə mümkün. Bunlar nə birləşə, nə də qarışa bilməz. Deməli, hər ikisi bir-birindən ayrıdır. Ayrılıq ixtilafdır. İxtilaf isə Haqqın zatına nöqsan aid etmək iddiasıdır.

703 – Mühdəs qədimdən, yəni zülmət nurdan ayrı deyil. Zülmət nurun içindən doğur. Nur isə zülmətdə aşkar olur.

704 – Ənqa: simurq quşudur; xəyali bir quşdur1 Yəni vacib hər şey deməkdir, mümkün isə xəyaldır. 705-706 – Vacib öz zati tələbinə uyğun olaraq öz-

özünə mövcuddur. Yoxluq isə zatən yoxdur. Bunlar arasında çevrilmə ola bilməz.

707-709 – Əslində isə, mümkün varlıqlar yoxdur və yalnız bir görüntüdür. Yanan çubuğu sürətlə fırladarkən havada odlu çevrə əmələ gəlir. Həqiqətdə isə, çevrə yoxdur. Var olan oddur.

710 – Masəvallah: Allahdan başqa olan hər şey Arif Allahdan başqa hər şeyi yox bilir. Yoxluqdan əl

üzdükdə isə qalan Allah olur. 711 – Allah vacib, aləm isə mümkündür. Tövhid olan

yerə ikilik olmaz. Deməli, iksindən biri xəyaldır. Vacib xəyal ola bilməz. Deməli, xəyal olan aləmdir.

712-714 – Yoxluğun bir olması o deməkdir ki, zülmət də nur kimi bir dənədir. Lakin onların hər ikisi nurun öz zatındadır. Nur saf və bəsitdir. Zülmət isə vəhmdən ibarətdir. Məhz buna görə də, qəribə görüntülər işıqda

1 Dk. K.Dəzfulyan, səh. 418

Page 195: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 195 -

yox, qaranlıqda gözə görünür. Bütün mümkün varlıqlar da həmin zülmətdə peyda olan xəyali varlıqlardır.

Page 196: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 196 -

On üçüncü sual1

Bu sualda dodaq, göz, üz, saç, xal və xətt rəmzlərinin irfani şərhi verilmişdir.

717-718 – Mövcud aləmin bütün zərrələri İlahi zat, ad və sifətlərin təzahürüdür, aləm adlanan mövcud varlığın zərrələri isə Haqqın günəşindən doğan əksdir. Bu zərrələr təcəlli zamanı zahir olur; xilqətin qaynağı və xülasəsi olan insan surətindəki göz, dodaq, saç, xətt və xal onun təkamülünün nişanələridir.2

719-720 – Haqqın cəlal və camal sifətləri var. Camal sifətlərin təcəllasındən lütf, cəlal sifətlərin təcəllasından isə qəhr yaranır. Üz camali təcəllaya, saç isə cəlali təcəllaya işarədir.

721 – Məhsus: hiss edilən Məsmu: eşidilən Şeyx bildirir ki, bizim rəmz hesab etdiyimiz sözlər öz

ilkin anlamında hissi mənalar ifadə etmək üçün yaranmışdır. Daha doğrusu, üz, saç və başqa rəmzlər insandan alınaraq məcazi mənada Allaha aid edilməmişdir. Elə əvvəlcə Allaha aid olmuş, sonradan aləmlərin məcmusu kimi insanda cəm olmuşdur. Əvvəldə də qeyd edilmişdi ki, Allah müxtəlif adlarla təzahür edir və hər bir ad zahir olduğu əşyaya keçir. Bütün adların kamil məzhəri insan olduğundan həmin adlar ona sirayət etmişdir.

722-724 – Məna aləmi Haqqın zatı, ad və sifətlərindən ibarətdir ki, onun da sonu yoxdur. Bu sonsuzluğu bəşərin dili ifadə edə bilməz. Lakin qəlb sahibləri həmin mənaları

1 Əsərin bundan sonrakı hissəsi ariflərin və sufilərin arasında yaranmış,

sonradan irfani ədəbiyyatın əsasını təşkil etmiş rəmzlərin şərhi barədədir. 2 Lahici, cild 2, səh. 223

Page 197: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 197 -

həqiqi anlamında sinələrinə həkk etmiş və mənalarla məfhumlar arasında uyğunluq taparaq sözlərlə ifadə etmişlər.

725-728 – Qeyd olundu ki, mümkün varlıqlar aləmində olan hər bir şey ad və sifətlərin təzahürüdür. Deməli, üz, saç və bu kimi başqa varlıqlar da ilkin mənada Haqqa aid olmuş, sonradan hissi aləmdə təzahür edərək insana keçmişdir. İnsanlar da həmin sözlərin ilkin anlamını unudaraq öz əqli yanaşmaları ilə onları zahiri anlamda işlətməyə başlamışlar.

729-731 – Ağıl və qəlb sahibləri isə sözlər və onların mənaları arasındakı uyğunluğu qoruyub saxlaya bilmişlər. Lakin onların da işlətdiyi rəmzlər tam şəkildə Haqqa məxsus sifətləri ifadə edə bilmir. Bununçün səy göstərməyin mənası belə yoxdur. Buna görə də, müəyyən sözləri Haqqa aid edən ariflər üçün heç bir qəbahət yoxdur və bu işdə heç kim onlarla mübahisə etməz.

732 – Yəni müəyyən işarə və rəmzlərlə Haqqın sifətlərini vəsf etmək özündə fani olanlar üçündür. Onlar batini hallar keçirərkən şəriət qaydalarından azad olurlar. Əgər sən hələ də özünü tərk etməmisənsə, şəriət qaydalarında diqqətli ol.

733-737 – Fəna: qədimlə mühdəs arasındakı fərqin silinməsi deməkdir. Haqq yolçusunun məcazi varlığı və bütün kəsrət aləmi zatın təcəlli nurunda büsbütün məhv olur. Bu vəziyyətdə Haqq yolçusunun dediyi sözlər Haqdan gəlir, çünki onun öz varlığı yox sayılır.

Məstlik: heyranlıq xüsusiyyəti olaraq Haqqın camalının müşahidəsindən doğur. Arif İlahi məhəbbətin sirrinə yetişir. Haqq yolçusunun qəlbində olan sirr guşəsi müşahidə məqamına yetişəndə onun qəlbində genişlik

Page 198: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 198 -

yaranır. Başqa fərqli fikirlər aradan gedir, ağıl eşqə məğlub olur, özsüzlük halında nə dediyini bilmir.1

Dəlal: Qeybin ilhamçısı salikin özünə düşünməyə imkan qalmamış həqiqətin mənalarını bir-bir onun qəlbində cilvələndirir. Digər sözlə desək, dəlal elə bir həyəcandır ki, eşq və zövq son həddə çatanda məhbubun cilvəsindən salikin batininə varid olur. Bu məstlik kimi özsüzlük halı olmasa da, hər halda onun ixtiyarı öz əlində olmur.2

Yalnız bu hallarda insan şəriət hökmlərindən azaddır. Digər bir insan həmin halda olan şəxsin sözlərini təkrar etsə, bu, yalnız təqlidçilik olar.

Göz və dodaq rəmzləri

743 – Göz Haqqın əyani aləmdəki istedadlara uyğun müşahidəsidir. Dodaq isə rəhman nəfəsə işarədir və varlığın feyzi onunla əyan olur. 3 Gözün məst olması şahidin müşahidəyə biganə olması və laübalı baxışıdır. Bu isə varlığı qarət edir. Bu hal aradan qalxdıqda yenidən öz rəhman nəfəsini dodağından üfürərək yoxluğu var edir.

744 – Məxmur: məst Məstur: gizli, pərdələnmiş Lə`l: dodağa işarədir 749 – Damü danə: tələ və dən Gözdəki hər qəmzə aşiqlərin könül quşunu əsir etmək

üçün tələ və dən kimidir. Tələ və dən bir səbəbə görə işlənir, belə ki, hər möhnətdən sonra rahatlıq və hər

1 Lahici, cild 2, səh. 231-232

2 Dk. K.Dəzfulyan, səh. 432

3 Lahici, cild 2, səh. 224

Page 199: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 199 -

rahatlığın ardınca möhnət gəlir. Möhnət və zəhmət tələsi ancaq dən həvəsilə rahatlığa çevrilər.

751 – Yəni fitnə dolu görünən qürur və etinasızlığı üzündən bizim qanımız həmişə qaynayar, məşuqdan uzaq olmaq və məhrumiyyət qorxusu ilə titrəyərik. Dodağı canımıza o qədər vüsal şərabı tökər ki, o da həmişə məst və xəbərsiz qalar.1

753 – Aşiq vüsal istərkən fitnə törədən göz öz qürur və etinasızlıq xüsusiyyətinə görə onu inkar məqamında saxlar, dodaq isə öz kamil lütfü ilə aşiqi sərgərdanlıq və uzaqlıqdan öz yanına qəbul edər və məhrum qoymaz.2

576 – Yəni yaranışın tarixi dodaqdan qopan bir rəhmani nəfəslə başlamışdır. Gözün bir qəmzəsi ilə də aləmlər bir-birinə dəyib məhv olar.

وما أمر الساعة إال كلمح البصر أو هو أقـرب

Qiyamətin qopması bir göz qırpımında, yaxud daha tez olar.3

760 – Vəltusnə` əla eyni: Taha (20) surəsi 39-cu ayədən bir parçadır.

أن اقذفیه يف التابوت فاقذفیه يف الیم فـلیـلقه الیم بالساحل یأخذه عدو ولتصنع على عیين يل وعدو له وألقیت علیك مبة مين

[... və litusnə`ə əla eyni] “(Musanı) bir sandığa qoyub çaya at. Qoy çay onu

sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Firon) onu götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım.”

1 Lahici, cild 2, səh. 242

2 Lahici, cild 2, səh. 242

3 Nəhl (16), 77

Page 200: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 200 -

Saç rəmzi

761 – Mütləq nurun pərdələri kəsrət aləmindəki varlıq mərtəbələridir. Nurun rəmzi üzdür. Üzü örtən isə saçdır. Deməli, saç kəsrət aləminin rəmzidir. Saçın uzun olması aləmin sonsuzluğuna dəlalət edir. Haqq Təala buyurur:

ا يف الرض من عة أبر ما ولو أمن ه من بـعده سبـ شجرة أقالم والبحر يد نفدت كلمات الله إن الله عزیز حكیم

Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!1

762 – Aşiqlər kəsrət aləminin bağlılıqlarında ilişib qalır və bu aləm mütləq camalı müşahidə etməyə imkan vermir. Həmin bağlılıqlar saçın buruğuna bənzəyir. Həmin buruqlar eşq divanəsinin əl-ayağına dolaşaraq onu zəncirləyir. Bu zəncirləmə həm də həqiqi mənada işlənir. Yəni divanələrə həmişə zəncir vurarlar. Bu zəncir isə onlara hədəfə çatmağa mane olar. Ona görə, deyir ki, zəncirləri tərpətmə, yəni həm kəsrət aləmində işin olmasın, həm də məcnunların dərdini təzələmə.

763 – Yəni salik həqiqətin kəşfini istəyəndə və müşahidə məqamını arzulayanda cəlali təcəlla ona mane olur.2

764 – Yəni cəlali təcəlla (əyri və qıvrım saç – R.T.) salikin kəşf və həqiqətindən ibarət olan düzə qalib gəldi. Bu da saliki heyrət və çaşqınlığa saldı.3

769 – Saçı kənara çəkmək və başı əymək bədənin açılması deməkdir. Yəni Haqq kəsrətin müəyyənlik

1 Loğman (31), 27

2 Dk. K.Dəzfulyan, səh. 446

3 Dk. K.Dəzfulyan, səh. 447

Page 201: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 201 -

pərdələrini salikin gözü önündən qaldırıb həqiqəti ona aşkar etdi.

770-773 – Gecə mütləq nuru pərdələyən kəsrət aləminin zülmətinə və saçın qaralığına işarədir. Gündüz isə onun əksidir.

774 – Ad və sifətlərin müəyyənlik pərdəsi və kəsrət aləminin nümunələri insanda bütöv şəkildə təzahür edir. Kəsrət və gizlilik ətirli saça işarədir. bütün mövcud aləm ad və sifətlərin xoş təcəlli qoxusundan pay alır.1

775 – Saçın ifadə etdiyi cəlali təcəlla insan fitrətində zahir olduğuyçün insanı sabit dayanmağa qoymur və özü kimi hər an bir halda və bir işdə olmağa məcbur edir. Qəlb sözünün bir mənası da dəyişmə, çevrilmə deməkdir.

یسأله من يف السماوات والرض كل یـوم هو يف شأن

Göylərdə və yerdə kim varsa, Ondan diləyər. O hər gün (hər an) bir işdədir.2

776 – Onunla dedikdə qəlb və ya saç nəzərdə tutulur. Haqq yolçuları kəsrət aləminə xas olan ehkamlardan keçib kamal məqamına yetişsələr də, ürəkləri yenə saça xas xüsusiyyətlərə, yəni pərişanlığa düçar olur. Bunun çarəsi yoxdur. Deməli, hər dəfə kəsrət xəyalından qurtarmaq üçün çalışmaq lazımdır ki, bir daha həmin uca mərtəbəyə yetişmək mümkün olsun.3

777 – Yəni qəlb saçdan ona görə pərişan olub ki, əzəldə üzün nurunu müşahidə etmişdi. İlk əvvəl nurun müşahidəsini edən insan indi kəsrətin zülməti ilə barışa bilmir və yenidən həmin nura çatmaq istəyir.

1 Lahici, cild 2, səh. 254

2 Rəhman (55), 29

3 Lahici, cild 2, səh. 255

Page 202: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 202 -

Üz və xətt rəmzləri

778 – Üz: İlahi zata işarədir Xətt: varlıq mərtəbələrində qeybə ən yaxın olan ruhlar

aləminə işarədir1 Xətt: surətin içərisindəki gizli kökdən çıxdığına görə

insanın “ənəllah” yaxud vəhdət mərkəzində görünməz olan həqiqi həyat mənşəyindən nişanədir; Göyərmək yaxud yaşıllıq, həyat əlaməti olduğuna görə xətt mənəvi həyatdan nişanədir2

779 – Xətt üzün cizgiləridir. Üz özü mütləqdir, onun gözəlliyi cizgilərdə aşkar olur. Həmin cizgilər isə ruhlardır.

780 – Dari-heyvan: həyat evi; Ənkəbut (29) surəsinin 64-cü ayəsinə işarədir:

نـیا إال لو ولعب وإن ار وما هذه الیاة الد لو كانوا الیـوان اآلخرة لي الد یـعلمون

[... və innəd-darəl-axirəti ləhiyəl-həyəvanu ləu kanu yə`ləmun]

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!

Yəni ruhlar ilkin təzahür və zata ən yaxın varlıq olmaq etibarilə həyatın mənbəyidir.

781 – Kitabın əvvəlində göstərilmişdir ki, gündüz qaranlıqdır 3 və tövhid həqiqətini bilməyə mane olur. Saçın qaralığına görə kəsrət gündüzünü gecə et, yəni yox et. Kəsrət nişanələrini məhv edəndən sonra xətdən, yəni ruhlar aləmindən keç. Ruhların müəyyənlik

1 Dk. K.Dəzfulyan, səh. 454

2 Ə.Şahi, cild 1, səh. 287

3 Bax: 127-ci beyt

Page 203: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 203 -

mərtəbəsində dirilik suyu tələb et. Dirilik suyu Haqqın mütləq zatıdır.1

782 – Yəni Xızır kimi mütləq zata xas nişansız bir mərtəbədən keçərək ruhlar aləminin müəyyənlik tapdığı xətdən dirilik suyu iç.2

784 – Üz vəhdətdir. Kəsrət sirlərinin cavabı vəhdətdədir. Vəhdətin sirri isə ona ən yaxın olan ruhlar aləmində, yəni xətdədir.

786 – Qurani Kərimin ilk Fatihə surəsi Səb`ül-məsani adlanır ki, bu da iki dəfə təkrarlanan yeddi ayəyə işarədir. Yəni sevgilinin üzü bütün məna və kamillikləri əks etdirən Fatihə surəsidir. Haqqın zatı iki mərhələ və ya mərtəbə üzrə təcəlla edir: elm və eyn. Zatdan doğan yeddi sifət yeddi ümumi təbəqə üzrə bəlli olur: həyat, elm, qüdrət, iradə, eşitmək, görmək, danışmaq. Hər bir hərf və söz bunu təsdiqləyir.3

787 – Saç üzdəki həqiqətlərin kəsrət aləmindəki təzahürləridir. Deməli, əvvəlki beytdə izah olunan sirlərin hər biri müəyyən surətlər şəklində aləmdə gizli təzahür etmişdir.

788 – Hədisdə deyilir:

قلب املؤمن عرش الل العظمMöminin qəlbi Allahın uca ərşidir. Haqq Təala buyurur:

ستة أیام وكان عرشه على الماءوهو الذي خلق السماوات والرض يف

Ərşi su üzərində ikən göyləri və yeri altı gündə yaradan Odur.4

1 Lahici, cild 2, səh. 258

2 Lahici, cild 2, səh. 258

3 Lahici, cild 2, səh. 260

4 Hud (11), 7

Page 204: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 204 -

Üz öz lətafətinə görə su ilə müqayisə edilir. Yəni Haqqın camalına ən yaxın olan uca ərş, yaxud ruhlar aləmi elə insan qəlbinin özüdür.

Xal rəmzi

Xal nöqtəni açmaq və içərisini görmək mümkünsüz olduğuna görə əqlə, idraka sığmayan gizli və görünməz vəhdət nöqtəsindən nişanədir. Qaranlıqda mərifət qazanmaq imkanı yox dərəcəsinə yaxın olduğuna görə qara xal vəhdət nöqtəsilə mükəmməl tanışlığın mümkünsüz olmağını bildirmək istəyir. Riyaziyyatçılar istidlal etdiyi kimi, bütün həndəsi şəkillər və xətlər nöqtənin hərəkətindən hasil olmuşdur. Belə olan halda xal, yaxud vəhdət nöqtəsi bütün yaranmışların, yaxud kəsrətin ilk mənşə və mənbəyindən ibarətdir.1

789-790 – Bütün kəsrət dünyası, batini və xarici aləmin kökü və əsası vəhdət nöqtəsidir. O, hər şey şəklində genişlənir və hər bir şey surətində təzahür edir.2

791-792 – İnsan ürəyinin əsası bir damla qara qandan ibarətdir və bu qan onun mahiyyətini təşkil edir. Ürəyin cövhəri adlanan bir damla qan öz qaranlığına və əhatəsinə görə qeybə xas mahiyyət nöqtəsinin rəmzi olan qara xalın əksidir. Qeyb aləmi şüura sığmayan bir məfhum olduğundan qaranlıq və qara halda təsəvvür edilir. 3 Varlığın mənbəyi qara xal olduğu kimi insan həyatının da mənbəyi ürəkdir. Beytin mənası budur: ürəyin xaldan qan olması həm onun xalın əyani təzahürü olmasına işarədir, həm də xalın zülmətində qeybdən qəflətdə qalmasının yanğısıdır.

1 Ə.Şahi, cild 1, səh. 148

2 Lahici, cild 2, səh. 263

3 Lahici, cild 2, səh. 264

Page 205: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 205 -

793-796 – Varlıq dairəsinin enmə mərtəbələrində ilkin nöqtə xal, sonuncu isə ürəkdir. Yüksəliş qövsündə isə onların yeri dəyişir. Şeyx buyurur ki, iki nöqtə əsl ola bilməz. Bu, tövhidə ziddir. Deməli, onlardan biri əsl, digəri əslin əksidir.

797 – Xal vəhdət nöqtəsidir. Burada dəyişmə və ikilik yoxdur. Əgər belədirsə, onda onun əksi olan ürək niyə daim haldan hala düşür?

798-802 – Bu beytlərdə qəlbin müxtəlif hallarından bəhs olunur.

Page 206: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 206 -

On dördüncü sual

804-805 – Şərab: şərab həqiqi məhbubun cilvəsindən salikin ürəyinə düşən bir hal və zövqdür.

Şəm: arifin ürəyinə saçan irfan nurudur ki, onun qəlbini işıqlandırır.

Şahid: lüğəvi mənası müşahidə edən deməkdir. Sufi terminologiyasında Haqq Təalaya işarədir.

Bunlar vahid nurun müxtəlif təzahürləri oluğundan buyurur ki, şərab, şəm və şahidin mənası birdir.

806 – Şərab kamal sahiblərinin keçirdiyi halları ifadə edərkən şüşə kimidir. Şüşə Haqqın qeyb ilə şəhadət arasındakı misal aləmində hərəkət edən Haqq yolçusu üçün hissi təzahürləridir. Başlanğıc mərhələdə olan bu yolçu hələ mütləq camalın batini müşahidəsinə yetişmir və hissi təzahürlər onu öz təsiri altına alır. Haqq burada səbəblər surətində təzahür edir və sufi terminologiyasında buna ünsiyyət və uzlaşma deyərlər. Şam isə şüşə surətində təzahür edən təcəlli nuru və çıraqdır. Şüşə çırağı saxlayan bir hissədir. Şahidə gəlincə, o, ruhların nurundan bir şölədir və əslində bu şölə pak ruhlara xas təcəlli nurudur.1

808 – Nuri-İsra: merac nuru Ayati-kübra: Nəcm (53) surəsinin 18-ci ayəsinə

işarədir:

لقد رأى من آیات ربه الكبـرى

Öz Rəbbinin böyük qüdrət nişanələrindən bir qismini gördü.

812 – Qeyd olundu ki, şərab mənəvi haldır. Bu hal məhbubun camalının cilvəsindən hasil olur. Demək ki,

1 Lahici, cild 2, səh. 271

Page 207: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 207 -

şərabın camı məhbubun nurlu üzüdür. Gözün peymanəyə bənzədilməsi isə o deməkdir ki, məbubun camından süzülən şərab aşiqin peymanə misalında olan batini gözünə axıb gəlir. Müşahidə gözdə baş verir. Burada digər bir məna da məhbubun öz gözü ola bilər. Çünki şahid məhbubun özüdür. Onu yalnız onun öz gözü ilə görmək olar.

813 –Şərab, şam, şahid və bunlarla əlaqədar digər məfhumlar bir həqiqətin müxtəlif təzahürləri olduğundan arif üçün onların hamısı eyniləşir.

814-815 – İnsan (76) surəsinin 21-ci ayəsinə işarə edir:

رق وحل وا أساور م وسقاهم ن فضة عالیـهم ثیاب سندس خضر وإستبـ ربـ هم شراب ا طهور ا

[... səqahum rəbbuhum şərabən təhura] Əyinlərində taftadan və atlazdan yaşıl libaslar olacaq,

onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.

816 – Yəni zahir və surət baxımından yaxşı olmaq zahidlərə xas xüsusiyyətlərdir. Ancaq eşq odu və batini istəkdən doğan pis məstlik halı insanı surət və zahirə xas olan məhdudluqdan xilas edir. Bu, əlbəttə ki, zahirpərəst yaxşılardan daha yaxşıdır.1

817 – Təbii ləzzətlər, məqbul sayılmayan əməllər – zülmət hicabı, rəsmi elmlər və adi quru ibadətlər – nur hicabı sayılır.2 Əvvəlki beytin mənasını qüvvətləndirərək bildirir ki, Haqdan uzaq düşən salik üçün zülmət nur hicabından yaxşıdır. Bu isə, əlbəttə ki, Haqq yolçusunun qəlbinə riyanın yol tapmaması üçündür.

1 Lahici, cild 2, səh. 277

2 Lahici, cild 2, səh. 277

Page 208: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 208 -

820-821 – Hübab: mayenin səthində əmələ gələn köpük

İbn Ərəbinin buyurduğu kimi, heç nə olmadığı zaman Allah özü öz nəfsinə təcəlla etdi. Şərab da, şam də özü olduğundan şamın şəraba nur salmasından, yəni həmin ilkin təcəlladan mümkün varlıqlar əyan oldu. Bu varlıqlar varlıqsız görüntülər və fənaya məhkum məxluqlar olduğundan onlar şərabın üstündə yaranan köpüyə bənzədilir. Övliya isə onların köpük olmasını bildiyi üçün onlara əhəmiyyət vermir.

822-825 – Bu beytlər ilkin təcəlladan mümkün varlıqların yaranması və hamısının həmin şərabla məst olması vəsf edilir.

826-829 – Bu beytlər insanın yaranışına işarədir. Haqq varlıq mərtəbələri üzrə təcəlli etdikcə mələkut aləmindən keçib aşağı aləmə çatır. Aşağı aləmdə də dörd ünsürü məst edəndən sonra ən sonuncu mərtəbə olan insanın cismində təcəlla edir. Ən uca aləmdən ən aşağı mərtəbəyə qədər süzülüb gələn şərab damlası yenidən aşağıdan, yəni insandan başlayaraq insanla yuxarıya, öz əslinə doğru yüksəlməyə başlayır.

831-833 – Bu beytlər müxtəlif fitri qabiliyyətlərə görə, şərabdan yaranan müxtəlif halları vəsf edir. Yəni, insanların bir qismi əqli, bir qismi nəqli metoda söykənmiş, bir qismi şövq ilə sədaqət yolunu tutmuş, bir qismi məst olaraq özündən və dünyadan keçmişdir. Bir qisim insanlar isə məhdud çərçivələrdən qurtularaq mütləq məqama yetmiş, onlar üçün ikilik pərdəsi qalxmışdır.

834-836 – Bu beytlər isə sonuncu qisim insanların halının vəsfidir.

Page 209: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 209 -

Xərabat rəmzi

Xərabat: bütün vəhdət növlərinə işarədir; buraya zat, sifət və hərəkətlərə xas vəhdət anlamı daxildir.

Xərabati: hər şeyə fərqsiz yanaşan pak qəlbli Haqq aşiqidir ki, vacib və mümkün aləmə xas sifət və hərəkətlər çərçivəsindən xilas olaraq bütün şeylərin sifət və hərəkətlərini İlahi sifət və hərəkətlərdə məhv olmuş bilir.

837 – Zöhd dünyadan çəkinməkdir. Dünyadan çəkinmək isə hələ də dünyanı var bilməkdir. Bu da şəxsin öz məninə və qəlbindəki kəsrətə işarədir. Bu, tövhid məqamında küfr sayılır. Zahiri gözəllik olan zöhd şəxsin özünə və öz islahına xidmət edərsə, eynən küfrə çevrilər. Buna görə, Haqq yolunun şərti özündən keçməkdir.

838 – Ət-tövhidu isqatul-izafat: tövhid əlavə şeylərin düşməsidir.

Haqq əyani varlıqlarda təzahür edir. Bu zaman Onun hər bir sifəti zahir olduğu əşyanın sifəti kimi təsəvvür olunur. Bu da bir növ mütləq həqiqətə əlavə kimidir. Bütün əlavələr ortadan qalxdıqda tövhid zahir olar.

840 – Aşiyan: yuva Asitan: kandar, qapı ağzı Xərabat can quşunun yuvası və Haqq dərgahının

kandarıdır. 841 – Sərab: ilğım Salik sifətlərdə və hərəkətlərdə xərab, yəni fani

olduqdan sonra özünü zatən yox bilir. Aləmlərin də yoxluq səhrasında ilğım olduğunu dərk edir.

842-843 – Bir qətrə dəryaya düşüb küllən sonsuz dəryaya çevrildiyi kimi, salik də fani olduqdan sonra vəhdətdə baqi qalır. Vəhdət isə elə bir nur aləmidir ki, yüz illərlə orada qaçsan, nə özündən, nə başqasından heç bir əlamət görə bilməzsən. Vəhdət aləmində qaçmaq və ya

Page 210: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 210 -

nəsə axtarmaq özü bir məcazdır. Bu, həmin aləmin dərki üçün bir təşbihdir.

847-848 – Şəth: vəcd halında söylənilən və zahirən şəriətə zidd olan söz

Tamat: sufilərin öz kəşf və kəramətlərini izhar etmək üçün söylədikləri mübaliğəli sözlər. Sərrac yazmışdır ki, tamat bəzi sufilərin diqqəti özlərinə çəkmək üçün söylədikləri qarışıq və əsassız sözlərdir.1

Kəramət: Haqq yolçularının batini işıqlanma ilə qeyri-adi işlər görməsi

Xəlvət: inziva Dürd: şərab çöküntüsü Sufilərə aid bu terminlər hal və məqamların

nişanələridir. Xərabat əhli isə bütün bunlardan keçərək yoxluq halında məst və bihuş qalmışdır.

849 – Əsa, kuzə, təsbeh və misvak daim sufilərin yanında olan əşyalardır. Dünyadan əl üzən sufinin varı, yoxu ancaq bunlardır. Arif isə dünya ilə olan son bağlılıqlarını da qırıb həqiqi tövhidə yetişər. Adı çəkilən bu əşyalar insan vücudunun mümkünat aləmi ilə bağlılıqlarının rəmzidir. Eyni zamanda Haqq yolçuluğunun zahiri əlamətlərlə insanlara nümayiş etdirilməsinə işarədir ki, bu da riyakarlıqdır.

855 – Səma: zahiri halların və qüvvələrin itirilməsinə səbəb olan mənəvi halların meydana gəlməsidir. Həmin hallar qəlbi vəhdət aləminə tərəf yönəldər və rəqs şəklində zahir olar. Lüğəvi mənası sufilərin rəqsi deməkdir.2

Pərdə: nəva, ahəng; həmçinin, eyham, incə məna3

1 Dehxoda lüğəti

2 Ə.Bəqayi, səh. 78

3 Dk. K.Dəzfulyan, səh. 489

Page 211: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 211 -

856-861 – Bu beytlər zahiri bağlılıqlardan, mümkünat aləminə xas əlamət və keyfiyyətlərdən xilas olmuş, bütün fərqləri aradan götürmüş kamil arifin halının bəyanıdır.

862 – Tərsalıq xəlqdən təcrid olmaq, büt vəhdət, zünnar itaət və xidmət nişanəsidir. Yəni əgər hələ də, mümkün aləmin kəsrət qaranlığında və ixtilaf burulğanında qalmısansa, tərsa, büt və zünnar rəmzlərinin mənalarını öyrən, onlara əməl et.

Page 212: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 212 -

On beşinci sual

Bu sualda təsəvvüf ədəbiyyatında istifadə olunan tərsa, büt və zünnar sözlərinin irfani şərhi verilmişdir.

Büt: əsil məqsəd və həqiqi mətləbdir ki, hər surətdə və şəkildə zahir olur1

Tərsa: cəmali təcəllanın şühudundan hasil olan kamil təcridlik; lüğətdə – məsihi rahibi2

Zünnar: seyri-sülukda nəfsin təslimiyyət və itaəti; lüğətdə – keşişlərin belinə bağladığı parça3

865 – Küfr və iman zahiri varlıq aləmində olan bir ixtilafdır. İman Haqqı tanımaq, küfr isə onu inkar etməkdir. İnkar ixtilafdır, ixtilaf isə tövhidə ziddir. Çünki tanıyan da, tanınan da Haqq özüdür. İnkar edəcək ikinci bir varlıq isə yoxdur. Deməli, küfrü imandan ayrı bilmək özü küfrdür.

869-872 – Haqdan gələn hər bir şey xeyirdir. Deməli, şər başqa bir mənbədəndir. Haqdan başqa mənbə isə yoxdur. Demək ki, şər zatən yoxdur. O, sadəcə, xeyirin pərdələnmiş və dəyişilmiş şəkildə müşahidəsidir. Məsələn, büt həqiqətdə Haqqın məzhəridir. Lakin insan onun həqiqətini görə bilməyəndə onu küfr hesab edir. Deməli, insanlar bütün həqiqətini bilsəydilər, heç vaxt azmazdılar.

873 – Sənin adın müsəlman olduğu halda sən də bütpərəstin özü kimi bütün yalnız zahirini görürsən. Deməli, fərq qoyduğuna görə, sən özün küfrdəsən. Əgər Haqqı görə bilməsən, adın müsəlman olmaz.

1 Ə.Bəqayi, səh. 60

2 Ə.Bəqayi, səh. 64

3 Ə.Bəqayi, səh. 75

Page 213: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 213 -

874 – Küfr: küfr üç növdür: lüğəvi küfr, batil küfr, həqiqi küfr.

Lüğəvi küfr: bir şeyi başqa bir şeylə örtmək, pərdələmək;

Batil küfr: özü üçün bir vücud təsəvvür etmək (şərik qoşmaq, məsələn heyvana, daşa, ağaca sitayiş etmək – R.T.);

Həqiqi küfr: imandan doğan küfr, mütləq vəhdaniyyətin təsdiqi və Allahdan başqasını vücud bilməmək.1

876 – İkinci misra İsra (17) surəsinin 44-cü ayəsinə işarədir:

إال یسبح وإن من شيء تسبح له السماوات السبع والرض ومن فیهن بمده ولـكن ال تـفقهون تسبیحهم إنه كان حلیم ا غفور ا

[tusəbbihu ləhus-səmavatus-səb`u vəl-ərz və mən fihinnə və in min şey`in illa tusəbbihə bihəmdihi ...]

Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!

Aləmdə Allahı təsbih etməyən bir zərrə belə yoxdur. Bunu Allah özü təsdiq etdiyi halda sən nəyisə inkar hesab edirsən.

877 – Şeyx bildirir ki, bu dərin mənaları açmaqda ifrata vardım. Çünki sadə insanlar bunu dərk etməyə qadir deyil, buna görə də, aza bilərlər. İkinci misra Ənam (6) surəsinin 91-ci ayəsinə işarə edir:

قل الل ه ث ذرهم يف خوضهم یـلعبون

Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.

1 Dk. K.Dəzfulyan, səh. 497

Page 214: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 214 -

Şeyx öz-özünə təlqin edir ki, insanları hidayət etmək sənin işin deyil. Çünki Allah bunu öz rəsuluna belə qadağan etmişdir. Möminin vəzifəsi dəvətlə məhdudlaşır.

878 – Bu beytdə əvvəlki fikrini qüvvətləndirir. Belə ki, Allah görən və eşidəndir. Deməli, bütpərəst olanlar Onun izni olmadan bu yolu tuta bilməzdilər. Bütün özünü də onlar üçün zinətləndirən Odur.

879 – Yəni hökmü verən və onu icra edən Odur. Onun iradə və icra etdiyi hər bir şey əladır.

880 – İmanın kamil həddi tövhiddir. Tövhid isə bir görüb, bir bilib bir söyləməkdir.

881 – İkinci misra Mülk (67) surəsinin 3-cü ayəsinə işarədir:

الذي خلق سبع مساوات طباق ا ما تـرى يف خلق الرحن من تـفاوت فارجع البصر هل تـرى من فطور

Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!

Zünnar rəmzi

882-883 – Bilik əhli hər deyilən sözün həqiqi mənasına və sözlə məfhumun rabitəsinə bələddir. Buna görə də, təsadüfi söz deməyərək bildirir ki, batini işıqlanma ilə yəqinlik əldə etdim, bildim ki, məsihi rahiblərin geyimi olan zünnar əslində itaət və xidmət nişanəsidir.

885-886 – Aləmdə məxluqat çoxdur. Amma aləmin hakimiyyəti insana layiq görülmüşdür. Bu səadəti əldə edə bilmək üçün iki şərt var: elm və əməl. Elm insanı çövkən oyununda uduzmağa qoymayan sürətli at kimidir. Lakin topa, yəni hədəfə çatmaqdan ötrü çövkən, yəni vasitə lazımdır. Həmin vasitə əməldir.

Page 215: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 215 -

887-888 – Elm ata, əməl isə ana kimidir. Elmsiz ibadətdən səadət hasil olmaz. Bu, dəqiq və dəyişməz bir qanundur. Yalnız nadir hallarda Allahın istəyi ilə Məsih atasız doğulduğu kimi, səadət də elmsiz əldə oluna bilər.

889-897 – Bu beytlər batini hal zamanı əldə olunan biliklərdən və qeyri-adi bacarıqlardan təkəbbürlənməmək, onlardan şöhrət üçün sui-istifadə etməmək haqqında bir nəsihətdir.

898-901 – Kəramətlər və batini hallar barədə danışdıqda insanların diqqəti sənə yönəlir. Onlar sənin ardınca gəlməyə başlayır. Bu sənə şöhrət gətirir və səni hədəfdən kənar salır.

902-914 – Bu beytlər bütün zamanlarda olduğu kimi Şeyx Şəbüstərinin öz zamanında görüb müşahidə etdiyi yalançı şeyxlər, saxta rəhbərlər, atasının şöhrətindən faydalanıb məqam qazanan zahiri axund, batini Dəccal olanlar barədədir.

920 – Zahirdə özünü müsəlman kimi aparan, içərisində münafiqlik, yəni riyakarlıq edən bu zümrənin utanc rəftarından canımı qurtarsam, daha yaxşıdır. Həmin zümrənin adət və rəsmi qaydalarından uzaq olsam, zahirdə xaçpərəst və batində gerçək müsəlman olsam, daha şərəflidir.1

923 – Yəni Allahdan ilham gəldi ki, sən avamlar və onları aldadanlardan şikayət edirsən. Amma onların varlığında, əlbəttə ki, bir hikmət var.

925 – Hər müridin fitri qabiliyyət və istedadına münasib şeyx, hər millət və ümmətə münasib peyğəmbər vardır... dünya belə qurulub ki, hər bir cins öz cinsini cəzb edər.2

1 Lahici, cild 2, səh. 330

2 Lahici, cild 2, səh. 332

Page 216: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 216 -

Tərsalıq rəmzi

928 – Həzrəti-İsa dünyəvi bağlılıq və bulaşıqlardan özünü təcrid edərək nəfsini paklaşdırmağa üz tutan şəxs kimi tanınır. Kamal sahiblərinin təcrid məfhumundan məqsədi rəsmi adətlər çərçivəsindən çıxmaqdır. Təqlid də adətdir. Hər kəs təqlid çərçivəsində məhdudlaşarsa, həqiqi ibadətin mənəvi səmərəsindən məhrum olar.1

929 – Ruhun məbədi Haqqa xas olan vəhdət mülküdür. Bu mülk əbədiyyət simurqunun yuvasıdır.

930 – Ruhullah: Allahın ruhu, İsa peyğəmbərin (ə.) ləqəbi

Ruhülqüds: müqəddəs ruh, Cənab Cəbrayılın (ə.) adı 932 – Nasut bəşər aləmi, lahut isə Haqqın öz uca

məqamının olduğu aləmdir. Əgər nasuti nəfsdən və onun sifətlərindən batini təcrid yolu ilə xilas olsan, İsa (ə.) kimi lahut aləmində məqam tutarsan.2

933 – Hər kəs mələklər kimi nəfsi sifətlərdən və təbii həvəslərdən təcrid olub paklanarsa, ruhullah tək dördüncü fələyə ucalar. Dördüncü fələk günəş sisteminin yeri olmaqla ruhani aləmin mərtəbəsidir.3

Təmsil

Bu təmsil insanın təcrid vasitəsilə aşağı aləmə xas keyfiyyət və xüsusiyyətlərdən qurtulması, ali dərəcəyə yüksəlməsi barədədir.

936 – Ümmi-süfli: hərfi tərcüməsi - aşağı ana Abayi-ülvi: yuxarı ata Ata anadan həm fiziki, həm də mənəvi cəhətdən üstün

olur. Bu, bir insanın dünyaya gəlməsi üçün başlanğıcdır.

1 Lahici, cild 2, səh. 334

2 Dk. K.Dəzfulyan, səh. 515

3 Lahici, cild 2, səh. 337

Page 217: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 217 -

Bu hadisəni geniş miqyasda Adəmin yaranması üçün təsəvvür etdikdə ata yuxarı aləm, yəni ərş, ana isə aşağı aləm, yəni dörd ünsürdür.

937 – İncildə yazıldığına görə, Həzrəti İsa (ə.) buyurmuşdur: “qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram”.1

Yuxarı aləm insan üçün ata hökmündə olduğundan Həzrəti İsa (ə.) Haqqın dərgahına yüksələrkən ata sözünü işlədir. Məsihilər isə səhvən bunu maddi mənada qəbul edirlər.

941 – Bu və bundan sonrakı beytlərdə Şeyx Şəbüstəri qohumluq əlaqələrinin nisbi olmasından və bu əlaqələrə aldanmağın insanı hədəfdən yayındırmasından danışır. Haqq Təala buyurur:

نكم والله با لن تنفعكم أرحامكم وال أوالدكم یـوم القیامة یـفصل بـیـ تـعملون بصري

Nə qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!2

942 – Fəla ənsab: Muminun (23) surəsinin 101-ci ayəsinə işarədir:

نـهم یـومئذ وال یـتساءلون فإذا نفخ يف الص ور فال أنساب بـیـ

Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar.

1 Mat. 28:9-10; Mark 16:9-11

2 Mumtəhinə (60), 3

Page 218: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 218 -

Yəni qiyamətin şərtini bu dünyada ödəyən şəxs artıq öz qiyamətini etmiş olar, beləliklə də qiyamət günündə məəttəl qalmaz.

Qohumluq münasibətləri insanların dünyaya gəlməsi və ictimai bir varlıq kimi yaşaya bilməsi üçün vasitə və bəhanədir. Əsil hədəfə çatmaqda isə bunların heç bir əhəmiyyəti yoxdur. Təğabun (64) surəsinin 14-cü ayəsində deyilir:

یا أیـ ها الذین آمنوا إن من أزواجكم وأوالدكم عدوا لكم

Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır.

961 – Naqus: kilsə zəngi Namus: burada bəşəri namus, yəni mal-dövləti, ailəni,

əsil-nəcabət şöhrətini qorumaq nəzərdə tutulur; bunlar təkəbbür gətirir və insanı Haqdan uzaqlaşdırır

Tərsabeçə rəmzi

970 – Tərsabeçə dedikdə zamanın kamil mürşidi nəzərdə tutulur, ona məxsus olan büt isə bütün kamilliklərin qaynağı olan zati vəhdət anlamından ibarətdir. Zamanın kamil nüsxəsi olan tərsabeçə o büt zata xas vəhdət nurundan təcəlli edən bir nümunədir, işıq saçaraq bu aləmdə zahir olmuşdur. Hər bir zamana xas olan kamil övliyaların üzündən təzahür edən bu nur hər zamanın özünə uyğun olaraq təcəlli edir.1

971 – Kamil mürşid öz nurunun cəzbəsi ilə bütün aşıqlərin qəlbini ovlayır. Həmin nur gah eşq nəğməsini oxuyan mütrib (müğənni), gah da məhəbbət şərabını paylayan saqi kimi zahir olur.

1 Lahici, cild 2, səh. 355

Page 219: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 219 -

972-978 – Bu beytlər kamil insanın öz dilindən həqiqətləri cari etməklə həm sufiləri, həm zahidləri, həm alimləri, həm möminləri necə məst və heyran etməsi barədədir. Zamanın kamil nüsxəsi gələrək insanları Haqqa dəvət edir. Qəbul edənlər mömin, inkar edənlər isə kafir olur.

979 – Xarabat Haqqın cəlal sifətlərinin timsalı və mərifət şərabı içən rindlərin yeridir. Bu məkan İlahi rəhman nəfəsin təmsilçisi olan kamil insanın dodağı ilə abad olar. Dodaq həyat rəmzidir. Həqiqətdə, bütün varlıq insana xatir yaranıb. O, İlahi feyzin təcəlli nümunəsidir. Məscid isə Haqqın camal sifətinin təzahürü olmaqla onun üzündən işıqlanmış, onun dua və münacat çırağı ilə nura qərq olmuşdur.1

980-996 – Bu beytlərdə Şeyx Şəbüstəri kamil mürşid nurunun onun qəlbində təcəlli etməsi, ona eşq və mərifət şərabını içirməsi ilə qəlbində hasil olan gözəl hallardan bəhs edir. Bu beytlər şəxsi təcrübənin məhsulu, halın izharı, mürşidlə olan səmimi və məhrəmanə ünsiyyətin bəyanıdır.

Xatimə

997 – Şeyx Şəbüstəri kamil mürşidin mərifət gülüstanından bir neçə gül dərməklə bu əsəri ərsəyə gətirdiyini bəyan edir.

998 – Yəni Gülşəni-Raz əsərində ən incə mərifət çiçəklərinin bətnindəki sirlər özü bir gül kimi açılmışdır.

1 Lahici, cild 2, səh. 359

Page 220: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 220 -

999 – Bu kitabda bəyan olunan mətləblər həmin gülüstanın süsən gülləri kimi, işarə və rəmzlərlə açıqlanan mənalar isə nərgiz kimidir.1

1000 – Yəni əgər qəlbin gözü ilə baxmasan, bu əsərin geniş üfüqündən açılan məna mənzərəsindən zövq ala bilməzsən.

1001 – Nəqli biliklər şəriət məsələlərini əhatə edir, hədislər, kəlamlar və xəbərlərdən ibarətdir. Əqli biliklər isə ağlın istinad edə bildiyi məsələləri əhatə edir.

1002 – Yəni gülüstana nöqsan tapmaq niyyəti ilə baxsan, güllər gözündə dönüb tikan olar.

1003 – İnkar etmək xüsusiyyəti bilməməzlikdən meydana gəlir. Haqqı tanıyan hər bir kəsin və hər şeyin haqqını tanımış olur.

1005 – Mahmud Şeyxin adıdır. Həm də ərəb dilində bəyənilən mənasını ifadə edir. Şeyx aqibətin xeyirli olması arzusu ilə qələmini kağızdan ayırır, bu kiçik məsnəviyə xitam verməklə axirətə qədər Haqq aşiqlərinin üzünə incə mənalar dolu geniş bir aləmin qapısını açır. Haqq onu öz dərgahında şad, bizi də abad etsin.

Subhanə rəbbikə rəbbil-izzəti əmma yəsifunə və səlamun ələl-mursəlin vəl-həmdu lillahi rəbbil-aləmin.

1 Dk. K.Dəzfulyan, səh. 533

Page 221: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 221 -

İstifadə olunmuş ədəbiyyat

1. Bəhmənyarın fəlsəfəsi, Zakir Məmmədov, Bakı: Elm – 1983

2. Bibliya

3. Dehxoda lüğəti

4. Filosofskiy slovar, M.M.Rozentalın redaktəsi ilə, Moskva: Siyasi ədəbiyyat nəşriyyatı – 1975

5. İnsan həyatında qeybi yardım, Ş.M.Mütəhhəri, Bakı – 2010

6. Kəcaveye-süxən, Əsədullah Bəqayi, Tehran: Mehr – 1383

7. Qolşəne-Raz, Dk. K.Dəzfulyanın redaktəsi ilə, Tehran: Təlayə – 1382

8. Qurani-Kərim

9. M.Füzuli qəzəllərinin irfani şərhi, Ə.Şahi, Bakı: Nurlar – 2008, 3 cilddə

10. Müqəddimə, İbn Xəldun, tərc. Məhəmməd Pərvin Qonabadi, Tehran – 1388, 2 cilddə

11. Övsaful-əşraf, N.Tusi, tərc. F.Şəfiyev, Darul-Hüda – 2005

12. Şərhi-Gülşəni-Raz, Şəmsəddin Məhəmməd Lahici, tərc. N.Göyüşov, Bakı: Adiloğlu – 2008, 2 cilddə

Page 222: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 222 -

Mündəricat

- 5 - ........................................................................................... يا هو

CƏNNƏT BAĞBANININ TÖHFƏSI .......................................... - 7 -

OXUCULARIN IXTIYARINDA OLAN TƏRCÜMƏ BARƏDƏ - 12 -

GÜLŞƏNİ-RAZIN MƏTNİ ....................................................... - 14 -

KITABIN YAZILMA SƏBƏBI ................................................. - 17 -

BIRINCI SUAL ........................................................................ - 20 -

İKINCI SUAL .......................................................................... - 24 -

ÜÇÜNCÜ SUAL ..................................................................... - 38 -

DÖRDÜNCÜ SUAL ................................................................ - 40 -

KAMIL INSAN MÖVZUSUNDA DÖRDÜNCÜ SUALIN CAVABININ ARDI ....................................................................................... - 43 -

BEŞINCI SUAL ...................................................................... - 47 -

ALTINCI SUAL ....................................................................... - 49 -

YEDDINCI SUAL .................................................................... - 51 -

SƏKKIZINCI SUAL ................................................................ - 54 -

DOQQUZUNCU SUAL ........................................................... - 58 -

ONUNCU SUAL ..................................................................... - 62 -

ON BIRINCI SUAL ................................................................. - 68 -

ON IKINCI SUAL .................................................................... - 74 -

ON ÜÇÜNCÜ SUAL ............................................................... - 76 -

GÖZ VƏ DODAQ RƏMZLƏRI .................................................... - 78 - SAÇ RƏMZI ........................................................................... - 79 - ÜZ VƏ XƏTT RƏMZLƏRI .......................................................... - 80 - XAL RƏMZI ............................................................................ - 81 -

ON DÖRDÜNCÜ SUAL .......................................................... - 83 -

XƏRABAT RƏMZI ................................................................... - 85 -

Page 223: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 223 -

ON BEŞINCI SUAL ................................................................ - 88 -

ZÜNNAR RƏMZI ..................................................................... - 89 - TƏRSALIQ RƏMZI ................................................................... - 93 - TƏRSABEÇƏ RƏMZI ............................................................... - 96 -

XATIMƏ .................................................................................. - 98 -

“GÜLŞƏNİ-RAZ” ƏSƏRİNDƏ ANLAŞILMAYAN SÖZ VƏ BEYTLƏRİN ŞƏRHİ ............................................................ - 100 -

RƏHMAN VƏ RƏHIM OLAN ALLAHIN ADI ILƏ ................. - 101 -

KITABIN YAZILMA SƏBƏBI ............................................... - 107 -

BIRINCI SUAL ...................................................................... - 109 -

TƏMSIL .............................................................................. - 112 -

İKINCI SUAL ........................................................................ - 115 -

TƏMSIL .............................................................................. - 118 - QAYDA (1) .......................................................................... - 123 - QAYDA (2) .......................................................................... - 129 - XARICI ALƏM BARƏDƏ TƏFƏKKÜR QAYDASI (3) ...................... - 132 - TƏMSIL .............................................................................. - 140 - DAXILI ALƏM BARƏDƏ TƏFƏKKÜR QAYDASI (4) ...................... - 140 -

ÜÇÜNCÜ SUAL ................................................................... - 144 -

DÖRDÜNCÜ SUAL .............................................................. - 148 -

QAYDA (1) .......................................................................... - 148 - TƏMSIL .............................................................................. - 150 - KAMIL INSAN MÖVZUSUNDA DÖRDÜNCÜ SUALIN CAVABININ ARDI- 152 - TƏMSIL .............................................................................. - 153 - QAYDA (2) .......................................................................... - 154 -

BEŞINCI SUAL .................................................................... - 156 -

ALTINCI SUAL ..................................................................... - 158 -

TƏMSIL .............................................................................. - 159 -

YEDDINCI SUAL .................................................................. - 161 -

SƏKKIZINCI SUAL .............................................................. - 164 -

TƏMSIL .............................................................................. - 166 -

Page 224: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 224 -

DOQQUZUNCU SUAL ......................................................... - 170 -

ONUNCU SUAL ................................................................... - 178 -

TƏMSIL .............................................................................. - 178 - QAYDA ............................................................................... - 181 - TƏMSIL .............................................................................. - 183 -

ON BIRINCI SUAL ............................................................... - 186 -

TƏMSIL .............................................................................. - 187 - QAYDA ............................................................................... - 192 -

ON IKINCI SUAL .................................................................. - 194 -

ON ÜÇÜNCÜ SUAL ............................................................. - 196 -

GÖZ VƏ DODAQ RƏMZLƏRI .................................................. - 198 - SAÇ RƏMZI ......................................................................... - 200 - ÜZ VƏ XƏTT RƏMZLƏRI ........................................................ - 202 - XAL RƏMZI .......................................................................... - 204 -

ON DÖRDÜNCÜ SUAL ........................................................ - 206 -

XƏRABAT RƏMZI ................................................................. - 209 -

ON BEŞINCI SUAL .............................................................. - 212 -

ZÜNNAR RƏMZI ................................................................... - 214 - TƏRSALIQ RƏMZI ................................................................. - 216 - TƏMSIL .............................................................................. - 216 - TƏRSABEÇƏ RƏMZI ............................................................. - 218 -

XATIMƏ ................................................................................ - 219 -

İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT .................................... - 221 -

Page 225: AZLIBNET- 4 - Kitabın çap olunmasında göstərdiyi köməyə görə İİR-in səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinə, xüsusilə Mərkəzin sədri İbrahim Nuri cənabları

- 225 -

Rüstəm Tofiq (Hacıyev Rüstəm Tofiq oğlu) 1988-ci ildə

Bakı şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından ədəbiyyata maraq göstərmiş, ərəb və fars dillərini öyrənməyə başlamışdır. 2009-cu ildə fərqlənmə diplomu ilə ərəb dili və ədəbiyyatı ixtisası üzrə bakalavr dərəcəsi almış, 2012-ci ildə həmin ixtisas üzrə Qafqaz universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Sərbəst şəkildə fars dilinə yiyələnmişdir.

On beş yaşından ədəbiyyat aləminə qədəm qoymuş, on altı yaşında “Neftçi” ədəbi məclisinə üzv seçilmiş, şeirləri dövri mətbuatda çap olunmağa başlamışdır. Sərbəst şəkildə əruz vəzninə, bəlağətə və digər ədəbi elmlərə yiyələnmişdir. Heca və əruz vəznində şeirlər yazmış, ümumilikdə klassik şeirin on beş janrında qələmini sınamışdır. Ən çox qəzələ üstünlük verir. Farsdilli ədəbiyyatdan bir çox tərcümələri var. Şeirləri, tərcümələri və məqalələri “Nəbz”, “İslam həqiqətləri” və bir çox başqa qəzetlərdə, “Hikmət” və “İşığa doğru” jurnallarında çap olunmuş, Tehran radiosunda səsləndirilmişdir. 2007-ci ildə İranın Urmiya şəhərində keçirilmiş Beşinci Rəzəvi şer festivalında iştirak etmiş, 2011-ci ildə Tehranda və Şirazda keçirilmiş İkinci İran və Dünya şairləri konqresində ölkəni uğurla təmsil etmiş, 2012-ci ildə Urmiyada təşkil olunmuş Yeddinci Rəzəvi şer festivalında təqdim etdiyi qəzəl xarici əsərlər bölümündə ikinci yerə layiq görülmüşdür.

Hal-hazırda öz bədii yaradıcılığını genişləndirməklə yanaşı ədəbi araşdırmalar və tərcümə işləri ilə məşğul olur.