Antiqlobalizmin mahiyyəti və onun səbəbləri
-
Upload
shahin-huseynzade -
Category
Presentations & Public Speaking
-
view
19 -
download
1
Transcript of Antiqlobalizmin mahiyyəti və onun səbəbləri
Antiqlobalizmin mahiyyəti və onun səbəbləri.
Bildiyimiz kimi qloballaşma və qlobalizm anlayışları 1980-ci illərdə
ortaya atılmışdır. Əsası Teodor Levitin tərəfindən qoyulan bu anlayışın
mahiyyətini dünya səviyyəsində iqtisadi birlikləri möhkəmlətmək, təkcə iqtisadi
sahədə deyil, bütün sahələrdə (səyahət, ünsiyyət, iqtisadiyyat, ticarət, idman
müsabiqələri, peşələr və hətta sənət işləri ) qloballaşmanı gücləndirmək təşkil
edir. Qlobalizm anlayışı bütün dünyaya birlik ideyasını gətirməsini baxmayaraq,
getdikcə bu ideya özünü doğrultmadı. Qloballaşmaya müxtəlif yanaşmalar
mövcuddur. Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edirlər ki, o
milli mədəniyyəti məhv edir, dövlətin müstəqilliyini inkar edir, cəmiyyətə yad
olan istehsal standartlarını zorla yeridir və s. Başqa bir qisim isə qloballaşmanı
sivilizasiyaların toqquşması və sivilizasiyaların müharibəsi kimi qəbul edir.
Qloballaşma əleyhdarları əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı
ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə
əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf
etmiş bir neçə dövlət bəhrələnir. Bir növ bütün dünyanın istisamrına yönələn bu
anlayış kasıblarla varlılar arasında dərin uçurumun yaranmasına gətirib çıxardı.
Transmilli korporasiyaların da qloballaşmadan istifadə edərək bütün dünyaya
sürətlə yayılamsı istismarı kütləviləşdirdi. Artıq istənilən korporasiya okeanın o
tayında oturub, Asiyada, Afrikada bazarlara daxil ola bilir. Bu qloballaşmanın
Qərb tərəfindən düşünülmüş bir addım olmasını göstərir. Bir növ bundan
istifadə etməklə, Qərb öz mallarını bütün dünayay satır. Buna baxmayaraq,
qloballaşma dünyadakı siyasi proseslərə, beynəlxalq münasibətlərə və hətta
etika və mənəviyyata da təsir edir. Lakin qloballaşmanın xalqlara tam olaraq nə
verə biləcəyi böyük bir sirr olaraq qalır. Qlobalizmə qarşı transmilli sosial etiraz
1990-cı illərin sonlarında Fransada yaradılmış ATTAK təşkilatı tərəfindən
həyata keçirilib. Antiqlobalizm ideyasının banisi Nobel mükafatı laureatı D.
Tobin sayılır.