ALATORAN - kitabxana.netkitabxana.net/files/books/file/1511324932.pdf · çox sağlam insanın...

162
ALATORAN

Transcript of ALATORAN - kitabxana.netkitabxana.net/files/books/file/1511324932.pdf · çox sağlam insanın...

ALATORAN

SAMIR IMANOV

Özünlə Fəxr Et

Samir ImanovÖzünlə Fəxr Et

Kompüter dizaynı: Turqut Qaraca 162 səh.Qiyməti: 5 AZN Çap tarixi: 01.04.17

© SamirImanov

7

ÖN SÖZ

Salam əziz oxucular. Rəsmi statistikaya görə Azər-baycanda 500.000 əlilliyi olan şəxs və fiziki məhdudiy-yətli uşaq var. Təəssüf ki, bu kateqoriyadan olan insan-ların cəmiyətə inteqrasiyası yolıunda çox sayda əngəllər və problemlər mövcuddur. Bu maneələrdən ən əsasları isə ictimai yerlərdə lazımi infrastrukturun olmaması, bir çox sağlam insanın əlil şəxslərə qarşı mənfi düşüncəyə sahib olması və əlilliyi olan insanlarda özlərinə qarşı olan neqativ yanaşma tərzidir. Həm mövcud problemləri qa-bardaraq, aidiyyatı organlara çatdırmaq, həm cəmiyəti bu həssas mövzuda maarifləndirmək, həmi də əlilliyi olan şəxslərə vacib və faydalı məsləhətlər vermək məqsədi ilə “Əlillik” ”Əlilliyi olan insanlar” haqda silsilə kitablar ya-zan Samir Imanovun növbəti kitabı olan “Özünlə fəxr et” adlı bu kitabı da həm toxunulan mövzuların aktuallıına görə, həmi də məqalələrdə yer almış faydalı məlumatlar baxımından çox zəngin bir kitabdır.

Kitaba daxil olan məqalə və hekayələrin hər biri in-sanda dərin təəsurat oyadır və bizlərin bu həssas mövzu haqda hərtərəfli bilik qazanmağımıza yardımçı olur.

8

“Fiziki vəziyətin necə olursa-olsun, ÖZÜNLƏ FƏXR ET”. Bu Samirin həyat devizidir. Təbii ki, bu devizdə söhbət təkcə əlillikdən getmir. Fiziki fərq hər bir insanda var və bədəninin çəkisindən, boyunun ölçüsündən, sifəti-nin quruluşundan, dərisinin rəngindən, ümumiyyətlə fizi-ki, irqi, dini və maddi durumunun necə olmasından asılı olmayaraq hər bir insan özüylə fəxr etməli, iftixar duy-malı və digər insanlara hörmətlə yanaşmalıdır. Və Samir Imanov kitabın adını məhs “Özünlə fəxr et” qoymaqla bütün insanları əlilliyi olan şəxslərə və ümumilikdə in-sanlığa hörmət qoymağa dəvət edib.

Samir Imanov aylarını, illərini sərf edərək bir barma-ğının köməkliyi ilə kitablar yazmaqla, hər kəsin diqqəti-ni bu həssas mövzuya yönəldərək, mövcud problemlərin həllinə birgə nail olmaq üçün bizləri birliyə, bərabərliyə dəvət edir və hər birimizi aktiv olmağa çağırır. Bizlərdən tələb olunan isə budur ki, kitablarda yazılanlar haqda də-rindən düşünək və nəticə çıxardaq!

“Yeni Yurd” Sosial İnkşaf İctimai Birliyinin sədri Mahirə Əsədova.

9

1

Bu gün Azərbaycanda 500.000-ə yaxın əlilliyi onlan insan olsa da, çox təhssüf ki cəmiyyətimizdə "Əlillik" anlayışı hələ də tam olaraq formalaşmayıb. Bəzi insanlar inkluziv cəmiyyəti qəbul etsələr də, bəzi insanlar hələ də fiziki məhdudiyyəti olan insanların cəmiyyətdən kənar-da qalmalı olduqlarını düşünürlər. Əlilliyi olan insanla-rın modern cəmiyyətdə öz yerlərini tam tuta bilməməsi səbəbindən onlar haqda "köməyə möhtac", "heç nə ba-carmayan" kimi mənfi fikirlər formalaşıb. Bu tip mənfi düşüncələri aradan qaldırmaq üçün inkluziv cəmiyyətin qurulması vacibdir. Əgər sağlam insanlarla əlilliyi olan insanlar təhsil müəssisələrində birgə təhsil alsalar, eyni idman zalında birgə məşq etsələr, birgə işləsələr, eyni əyləncə mərkəzində istirahət etsələr, v.s, bütün bu mənfi stereotiplər də öz-özünə yox olub gedəcək. Fiziki vəziy-yətindən asılı olmayaraq hər bir insana hörmətlə yanaşıl-malıdır və əlilliyi olan insanlarla yaxşı rəftar edilməlidir. Bu məqalə "Əlillik" anlayışından və Əlilliyi Olan Insan-larla münasibət qaydalarından bəhs edir.

10

ƏLİLLİK NƏDİR ?

Əziz dostlar! Bu məqaləmdə də cəmiyyətimizdə, fiziki məhdudiyyəti olan insanlara qarşı xoş olmayan yanaşma-dan söz açacağam. Sağlam insanların fiziki məhdudiy-yətli şəxslərə qarşı olan mənfi münasibətləri və hərəkət-ləri barəsində, digər məqalələrimdə geniş şəkildə bəhs etdiyimdən, bu yazımda cəmiyyətdə, fiziki məhdudiyyəti olan insanlar haqda olan yalnış düşüncələrdən, bu düşün-cələrin yaranma səbəblərindən və bu mənfi düşüncələrin yaratdığı fəsadlardan bəhs edəcəyəm. Ümumiyyətlə, əlil-lik elə bir şeydir ki bu insanın özündəmi, yaxınındamı olmasa, heç bir insan onu dərindən dərk etməyə çalışmır və əlilliyə yalnız öz düşündüyü və doğru sandığı prizma-dan baxmaqla kifayətlənirlər. Məhs əlilliyin başa düşül-məsində yol verilən çoxsaylı xətalar nəticəsində cəmiy-yətimizdə, əlilliyi olan insanlara qarşı mənfi fikir, yalnış düşüncə, xoş olmayan münasibət, ağır ifadələr və qərəzli yanaşma formalaşıb. Bu gün hər hansısa bir insanın ya-nında "əlil" sözünü işlətdikdə, onun ağlına gələn ilk anla-yışlar "yazıq, möhtac, qüsurlu, uğursuz, natamam görü-nüş, heç nə bacarmayan, və.s" olur. Nədir bunun səbəbi ? Bunun bir-neçə səbəbi var ki, bunlardan da biri sağlam insanların "əlil" və "əlillik" anlayışlarını düzgün dərk etməmələridir. Bir-çox insanların düşüncəsinə görə əlil olmaq zavallı olmaq deməkdir, əlin hər yerdən üzülməsi və mütləq şəkildə başqalarının köməyinə möhtac olmaq deməkdir. Heç nə bacarmamaq, heç bir iş görə bilməmək deməkdir. Bu insanlar elə fikirləşirlər ki, əgər bir insanda fiziki problem oldusa, həmən insan cəmiyyətdən kənar-laşmalı və yemək-içmək kimi təbii ehtiyaclarını ödəmək-dən və televizora baxmaqdan başqa heç bir iş görməmə-lidirlər. Çünki düşünürlər ki fiziki məhdudiyyəti olan

11

insanlar heç bir iş görməyə qadir deyillər. əgər hansısa bir işi görməyə cəhd etsələr belə, bacarmazlar. Bununla yanaşı fizik məhdudiyyəti olan insanların fikirlərinə, tək-liflərinə və hətda adi sözlərinə belə ciddi yanaşmayaraq əhəmiyyət vermirlər. Elə fikirləşirlər ki, fiziki problemi olan insanlar günlərinin çox hissəsini evdə keçirdiklərinə görə, həyatı başa düşməyən, sadəlöhv olduqları üçün məntiqli və gərəkli fikir söyləyə bilməzlər. Təbii ki, bütün bunlar tamamilə yalnış və absurd fikirlərdir. Əslində isə "ƏLİL", fiziki problem səbəbiylə hərəkət qabiliyyəti məhdudlaşan şəxs. "ƏLİLLİK" isə insanın hərəkə-tini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır. "Əlil" kəlməsini fiziki məhdudiyyəti olan insanların üzə-rinə "ləkə" kimi "yapışdırmaq" özü-özlüyündə yalnış bir fikirdir. Əgər bir insanda fiziki çatışmamazlıq varsa bunu onun adına günah hesab etmək və buna görə ona fərqli gözlə baxmaq cahillikdir. Unutmayaq ki hər bir insanı ALLAH yaradıb və ALLAH sevdiyi bəndəsini daha çox imtahan eylər. Bunu bilin ki əlil qədər ürəyində ALLAH-la vəhdətdə olan, dili dualı ikinci varlıq ola bilməz və bu xüsusiyyətin Mələklərə xas olması danılmazdır. Əlillər Mələk qədər saf və təmmiz məxluqlardır. Bundan əlavə əlillikdən qorxan insanda vətən eşqi, cəsarət və bu kimi fəzilətlər ola bilməz. Çünki bu vətəni və onun namusunu qoruyan oğullar əldə silah, and içərkən və düşmənə sinə gərirkən hər an əlil ola bilər və yaxud qismətində varsa Şəhidlik məqamına yüksələ bilər. Deməli "əlil" kəlməsi-ni Şəhidlikdən sonra yüksək sayıla biləcək bir məqam, Qazilik mərtəbəsi bilməliyik. Odur ki "əlil" kəlməsinin layiq olduğu mərtəbədə-Qazi və Mələk qədər yüksəksək-də hörmətini tutmaq lazımdır. Fiziki fərq hər bir insanda olur. Boyunun ölçüsündən, bədəninin çəkisindən, sifət quruluşundan, ümumiyyətlə heç bir fiziki fərqlilikdən

12

asılı olmayaraq hər bir insana hörmətlə yanaşılmalıdır. Əgər insana, bədəninə görə qiymət versək, onda gərək fahişələr bu dünyanın ən hörmətli bəndələri olsun. Digər bir məqam, fiziki məhdudiyyəti olan insanlara müraciət edərkən və ya onlar haqda danışarkən istifadə olunan ifadələrlə bağlıdır. Fiziki məhdudiyyətli insanlara qarşı "fiziki qüsurlu", "şikəst", "çolaq", "topal", "zavallı" kimi ifadələrin işlənməsi yolverilməzdir. Bu kimi sözlər qə-dim zamanlardan-bu günə ki məhs təhqiredici ifadələr kimi işlənib və təbii olaraq fiziki məhdudiyyəti olan in-sanların xətrinə dəyir. Fiziki məhdudiyyəti olan bir insa-na müraciət edərkən və ya onunla danışarkən çalışın elə ifadələr seçin ki bu onun xətrinə dəyməsin. "Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT konvensiyası"-na uy-ğun olaraq qəbul olunmuş terminlər "əlil" deyil, "əlilli-yi olan şəxs-dir. "əlilliklə bağlı hüquqlar" deyil, "əlilliyi olan şəxslərin hüquqları"-dır. Fiziki məhdudiyyəti olan insanlara "fiziki qüsurlu" deyən və hətda buna görə özü-nü haqlı sayan insanlar bilməlidirlər ki, istəyimizdən asılı olmayaraq bədənimizdə yaranan problemlər qüsur sayıl-mır. əsl qüsur yalançılıqda, pislik etməkdə, narkomaniya-ya və alkaqollu içkilərə meyl etməkdə, mərdiməzarlıqda və bu kimi xoş olmayan və ziyanlı şeylərdə ad çıxart-maqdır ki, insanlar da bunların pis bir şey olduğunu bilə-bilə bu əməlləri edirlər. Başqa bir məqam, fiziki məhdu-diyyəti olan insanlara yardım etməklə bağlıdır. Insanlar elə düşünürlər ki, fiziki problemi olan insana mütləq şəkildə yardım edilməlidir. Bu gün sağlam insanlar da bir-birilərinnə yardım edirlər və yardımlaşmaq çox gözəl bir şeydir. Fiziki vəziyyətindən asılı olmayaraq, ehtiya-cı olan hər bir insana imkan daxilində kömək etmək bir insanlıq borcudur. Lakin bunu, fiziki məhdudiyyəti olan insana "nəzir qutusu" kimi baxaraq etmək lazım deyil.

13

Insanlar Qurban kəsərkən, qurbanlıq heyvanın ətindən ilk növbədə, aparıb evində fiziki məhdudiyyətli insan olan ailəyə verirlər və bununla özlərində mənəvi rahatlıq taparaq düşünürlər ki əgər kəsdikləri heyvanın ətindən fi-ziki məhdudiyyəti olan bir insan yesə, Qurban kəsərkən tutduqları niyyət mütləq qəbul olar. Fiziki məhdudiyyəti olan insanlara yalançı mərhəmət hissi ilə yaxınlaşan və guya ki ona yardım etməyi özünə borc bilən, əslində isə qada-bəlanı özündən uzaqlaşdırmaq üçün evindən çıxart-dığı nəzirini ona verməyə çalışan insanlar da var. Özünü mərhəmətli göstərərək güya "kömək" etmək məqsədin-də olub, əslində isə əlilləri "nəzir qutusu" sanan bu cür insanlar elə düşünürlər ki nəzir adıyla evdən çıxartdıq-ları pulu fiziki problemi olan bir insana versələr bütün xəta-bəla onlardan uzaq olacaq. Təbii ki bunlar da çox yalnış fikirlərdir və Qurban kəsərək ətini payladıqda və ya nəzir, savab kimi məqsədlərlə kiməsə pul verildikdə onun fiziki deyil, maddi vəziiyyətinə baxmaq lazımdır. Çünki bu tip yardımlar fiziki fəziyyətindən asılı olma-yaraq yalnız və yalnız ehtiyacı olan şəxslərə edilməlidir. Fiziki məhdudiyyəti olan insanlar haqda olan mənfi dü-şüncələrərin yaranma səbəblərinin biri də Kütləvi Infor-masiya Vasitələrində, fiziki məhdudiyyəti olan insanların cəmiyyətə düzgün təqdim edilməməsidir. Çox təhssüf ki bu gün bir-çox televiziya verilişlərində yardım almaq ümidiylə üzünə yazıq görkəm və səsinə yanğı verib, aci-zanə şəkildə danışaraq kömək istəyən əlil insanlara tez-tez rast gəlirik. Əksər kütləvi informsiya vasitələrində əlillərlə problmlərin eyni sıraya qoyulması, yəni ki əlil haqda danışarkən onun yanız problemlərindən söz açıl-ması, fiziki məhdudiyyəti olan insanlara qarşı "yazıq, möhtac, zavallı, v.s" kimi mənfi fikirlərin formalaşma-sına səbəb olur. Halbuki bunun əvəzində heç bir fiziki

14

problemlərə baxmayaraq idmanda nəaliyyət əldə etmiş, incəsənətdə uğur qazanmış, ümumiyyətlə həyatın hər hansısa bir sahəsində öz sözünü demiş əlillər haqda da-nışılsa və ya istedadla, mədəniyyətlə, biliklə zəngin olan bir əlil imici yaradılaraq cəmiyyətə təqdim edilsə insanla-rımızdaki "əlil" anlayışı tamam başqa istiqamətə yönələr. Əlilliyi olan insanlarla bağlı cəmiyyətdəki yalnış təsəv-vür, yalnış münasibət, mənfi yanaşma tərzi dəyişməsə, onların potensialı cəmiyyətə düzgün təqdim edilməsə, fiziki məhdudiyyəti olan insanlar haqda pozitiv düşüncə formalaşmasa, bu insanların sosial inteqrasiyası ilə bağlı maneləri aşmaq və onlar barədə olan mənfi stereotipləri qırmaq da xeyli çətin olacaq.

15

2

Çox təəssüf ki, əlilləri "Yazıq" "Xəstə" gözündə görərək, onlara "Çolaq", "Qüsurlu", və sairə kimi təhqi-redici ifadələrlə müraciət edən insanlar az deyil. Bu tip insanlar belə düşünürlər ki, əlilliyi olan insanlar fiziki problemlərdən dolayı heç bir işə yaramırlar və, hər han-sısa bir işi görməyə cəhd etsələr belə, bacarmazlar. Bu cür mənfi yanaşmanın əsas səbəblərindən biri də məlu-matsızlıqdır. Insanların bu sahədə məlumtlanması və əlil-liyi olan insanların cəmiyyətdə düzgün şəkildə tanınması üçün yazdığım növbəti məqaləm əlilliyi olan şəxslərin arzu və istəklərindən bəhs edir.

ARZULAR VƏ XƏYALLAR

Əlilliyi olan insanların arzu və istəkləri nələrdir ? Dü-şüncələri, duyğuları nələrdir ? Həyatı necə başa düşürlər ? Iç dünyaları, daxili aləmləri nələrdən ibarətdir ? Onları xoşbəxt və ya bədbin edən amillər hansılardır ?

16

Əlilliyi olan insanlar da sağlam insanlar kimi, həyatın bütün gözəlliklərini duymaq və həyatdan zövq alaraq ya-şamaq istəyirlər. Onları kompleksə salan baxışların yox olduğu və onların rahat hərəkətlərini təmin edən mükəm-məl infrastrukturun var olduğu bir aləmdə yaşamaq istə-yirlər. Əlilliyi olan insanlar da özlərini bu həyatın, bu aləmin bir parçası sayıllar...

Əlilliyi olan insanlar da işləmək və ən azından. öz ehtiyaclarını ödəyə biləcək qədər pul qazanaraq, digər insanların qazancına möhtac qalmaqdan xilas olmaq istəyirlər. Onlar da məsuliyyət hissini duymaq, kollektiv arasında işləmək, yeni insanlarla tanış olmaq istəyirlər. Onlar da arzuladıqları bir şeyi əldə etmək üçün mübarizə aparmaq istəyirlər...

Əlilliyi olan insanlar da hər şeyə rəğmən onu ürəkdən sevən və həyatın hər bir anında ona dəstək olan bir insan-la evlənmək istəyirlər. Xoşbəxt bir ailəyə sahib olmaq və bu ailənin qayğısına qalmaq istəyirlər. Onlar da valideyn olmaq istəyirlər. Övladlarını layiqli vətəndaş kimi böyüt-mək, gələcəkdə onlara arxa-dayaq olmasını istəyirlər...

Əlilliyi olan insanlar da onları başa düşən, sevincinə və kədərinə şərik olmağı bacaran dostlarının olmasını istəyirlər. Sirlərini bölüşə biləcəkləri ürək sirdaşına sahib olmaq istəyirlər...

Əlilliyi olan insanlar da oxumaq və bilik əldə etmək istəyirlər. Yüksək təhsilə və dünyagörüşünə sahib olmaq istəyirlər. Elmi işlərlə məşğul olub, yeni-yeni kəşflərə imza atmaq istəyirlər. Savadlı və intelektual olmaq istə-yirlər...

Əlilliyi olan insanlar da daim cəmiyyət içində və icti-maiyyət arasında olmaq istəyirlər. Onlar da teatra, idman yarışlarına, sərgiyə getmək istəyirlər. Tədbirlərdə iştirak etmək, dəniz sahilində xəyallara dalmaq istəyirlər...

17

Əlilliyi olan insanlar da gözəl görünmək istəyirlər. Onlar da gözəl saç düzümünə sahib olmaq və dəblə ge-yinmək istəyirlər. Bəzək aksesuarlarından və gözəl ra-yihəli ətirlərlərdən istifadə etmək istəyirlər...

Sağlam insanlarda olduğu kimi, əlilliyi olan insanların da arzuları, gələcək barədə planları, duyğyları var. On-lar da həyatın hər hansısa bir sahəsində uğur qazanmaq istəyirlər. Idmanda nailiyyət qazanmaq, xarici ölkələrə səyahət etmək istəyirlər. Diskriminasiyadan yaxa qurtar-maq, onların da bu cəmiyyətin bərabərhüquqlu vətənda-şı olduqlarını hər kəsin bilməsini istəyirlər. Və, ən əsası, sağlam insanlardan xoş münasibət görmək, gözəl sözlər eşitmək istəyirlər!!!

18

3

Kütləvi Informasiya Vasitələrində mənim haqqımda dəfələtlə yazılar dərc edilib. Onlardan birini, “300-dən artıq zəhmət” adlı yazını olduğu kimi sizlərə təqdim edirəm. Yazı, “Hədəfdəki Insan” adlı kitabımın Sumqa-yıt şəhərində təşkil olunan “Imza Günü” münasibətilə gənc yazıçı və jurnalist Rüfət Soltan tərəfindən yazılıb. “Ədalət” qazetində, dostun.wordpress.com və edalet.az saytlarında dərc edilib.

300-DƏN ARTIQ ZƏHMƏT

Əlillik əngəl deyil. Bu sözləri, hər birimiz ömüründə bir neçə dəfə eşitmişik, ancaq buna qane olmaq və dərin heysiyyatla inanmaq məncə absurdur. Məsələnin özülü ondadır ki, sən gerçəkliyi görə biləsən. Beləliklə axta-rışların üzərinə vaxti ikən eşitdiklərinin şahidi olursan. Əlilliyi olan bir insanın, yaradıcılığı və məqsədləri sənə əyani şəkildə aydın olduqda artıq anlayırsan ki, Allah heç

19

kəsi fərqli yaratmayıb. Çünki, bəzən sənin qura bilmə-diyin "300-dən artıqzəhmət"i fiziki qüsurlu deyə ithaf etdiyin bir vətəndaş yaratmağa nail olur. Rast ki, belə-dir, sən nə haqla onu qüsurlu adlandıra bilərsən? Günah səndədir, elə problem də sənin özündədir. Hədəfdəki in-sana görə, uzaq məsəfələr məni yayındıra bilməz. Həmin hədəfimə tuşladığım insan isə Samir Imanovdur. 10 No-yabr, 2013 tarixində unudlumayacaq bir tədbirdə iştirak etdim. Mövzu isə Samir Imanov adlı yazarın ilk kitabının təqdimatı idi. Tədbirdə çıxışı zamanı gənc yazıçı belə bir ifadə işlətdi: "Əlillər haqqında yazmaq üçün gərək sən də onlardan biri olasan". Bəli Samir Imanov da belə etmişdi. O "Hədəfdəki Insan" romanı ilə Azərbaycan ədəbiyya-tında fərqli bir mövzu, biz insanların görmədiyi (bəlkə də görmək istəmədiyi) bir problemi ortaya qoymuşdu - Bir əlilin həyatını... Eləcə romanın baş qəhramanının timsalında özünü canladıran yazıçı həmin obrazı Samir olaraq təcəssüm etdirib. Tədbirdən öncə Samir bəylə qısa söhbətim əsnasında məni maraqlandıran sırf kitabın bədii təsəvvürü idi ki, bununla bağlı bir neçə sual ünvanladım. Artıq məlum olmuşdu ki, qismən dedektiv, bir parça so-sial həyat şəraiti və digər janr rəngləri əks olunan əsərdə təxəyyülün bəzədiyi reallıqlar əks olunub. Bu fenomen hadisədir. Təbii ki, kitabın dəyəri və qaldırdığı məsələnin qüvvəti milli televiziya və digər mətbuat orqanlarını da özün cəlb eləmişdi. Tədbirdə bir neçə telekanallar, qəzet-lər iştirak edirdilər. Aydın məsələdir, sevgi-məhəbbətdən yazılan əsər ictimaiyyəti çox çətinliklə qane edə bilər. La-kin insan laqeydinin unutduğu bir çətinliyi, ona məhkum olmuş birisi canladıranda artıq buna diqqət yönəltməmək insaf və vicdandan kənar olardı. Qısası Təəssüratlar ge-nişdir, hətta Samir bəyin yazdığı roman və onun təqdima-tı barədə ayrıca kiçik həcmli kitab da yaratmaq mümkün-

20

dür. Həqiqətən də belədir və təqdimata gəlmək şansından yararlanmayan insanlar sadəcə uduzublar. Əlqərəz!. Iflic xəstəliyindən əziyyət çəkən bir insanın yaradıcılığa nə qədər önəm verməsi onun "300-dən artıq zəhmət"i ilə aş-kar olunur. Ədəbiyyatda kəmiyyət də önəmlidir. Bu bəlkə də yazıçıya verilən yaratmaq və tamamlamaq üçün səbr üstünlüyündən irəli gəlir. Gərək ki, belə olsun. Hər halda kiçik həcmli əsərin dəyəri onun keyfiyyətinə söykənir, ancaq "300-dən artıq zəhmət" və plus mövzu keyfiyyə-ti-bu sadəcə dahiyanədir.

"Hədəfdəki insan" romanı haqında qısaca annotasiya verək: Fiziki məhdudiyyəti olan insanların, həyatda qar-şılaşdıqları çoxsaylı problemlərdən və onlara göstərilən qeyri-obyektiv münasibətdən bəhs edən əsərdə, əlilliyi olan insanların yaşayış tərzi, arzu və istəkləri, daxili dün-yaları təsvir edilib. "hədəfdəki insan" romanında, əngəlli insanlara psixoloji, sosioloji, və.s olmaqla bir-çox prob-lemin həlli yolları göstərilib. Əziz fiziki məhdudiyyətli insanlar, heç kimin köməyindən istifadə etməyərək sər-bəst yaşamaq, peşəyə və təhsilə yiyələnmək, ümummiy-yətlə həyatda uğur qazanmaq istəyirsinizsə, sizə xoşbəxt və qayğısız yaşamağın yollarını izah edən "hədəfdəki in-san" kitabını mütləq oxuyun. Himayəsindəki, əlilliyi olan övladının xoşbəxt gələcəyi üçün ona bütün varlığı ilə kömək etmək istəyən ana və atanın daim ehtiyac duyaca-ğı bir kitabdır "hədəfdəki insan" kitabı. Sağlam insanlar da ətraflarında olan əlil insanları yaxından tanımaq və onla qarşı necə davranmaq lazım olduğunu bilmək üçün "hədəfdəki insan" kitabını mütləq oxumalıdırlar.

Inanıram ki "hədəfdəki insan" romanını oxuyan hər bir əlil insanın həyatı müsbət bir şəkildə dəyişəcək və ümumiyyətlə bu kitab həyatın bir çox sahəsində onlara yol göstərən bir mayak olacaq. "hədəfdəki insan" kitabını

21

bakıda və sumqayıtda yerləşən kitab dükanlarından ala bilərsiniz. Səhətində yaranan problemlərlə əlaqədar kitab dükanına gedə bilməyənlər kitabevim.az saytına daxil olaraq, kitabı online şəkildə sifariş verə bilərlər. müəlliflə əlaqə saxlamaq üçün bu mail adresdən istifadə edə bilər-siniz [email protected].

22

4

Biz hər zaman bizi əhatə edən mühitin müxtəlif təsir-lərinə məruz qalırıq. Bu təsirlərdən biri də ətrafımızdakı insanların bizim haqda olan düşüncələridir. Məhs buna görə də qınaq və lağ obyekti olmamaq üçün mütəmadi olaraq ətrafımızdakı insanlarla hesablaşmağa məcbur oluruq. Ətrafımızdakı insanların kinayəli baxışlarından, tikanlı və atmacalı sözlərindən qorunmaq instinktimiz isə "Kompleks" adlanır. Kompleks hissinin təməlində qorxu və utancaqlıq hissləri durur. Auditoriya qarşısında danış-maqdan utanırsınızsa, xarici görüşünüzdən narazısınızsa və ya işinizin alınmayacağından qorxursunuzsa deməli siz kompleksli insansınız. Kompleks elə bir hissdir ki insan müəyyən fiziki və psixoloji çatışmamazlğını əsas tutub, başqalarından pis olduğunu düşünür. Kompleksin yaranma səbəbləri müxtəlif olduğu kimi, ondan xilas ol-mağın yolları da müxtəlifdir. Bu məqalədə, əlilliyi olan insanların yaşadıqları komplekslərdən bəhs edilib və on-dan xilas olmağın bəzi yolları göstərilib.

23

ÖZÜNLƏ FƏXR ET

Əgər kimdənsə soruşsaq ki ”Özünlə fəxr edirsənmi ?” cavab verəcək ki ”Əlbətdə”. Əslində isə bu belə deyil. Hər insanın bir kompleksi var. kimi köklüyündən utanır, kimi də boyunun balaca olmasından. Bir başqası da mad-di vəziyətinin aşağı olmasını özünə dərd eləyir. Özü ilə həqiqətən fəxr edən insan nə çəkisindən utanmaz, nə də boyunun ölçüsündən. Nə dərisinin rəngini özü üçün dərd etməz, nə də maddi vəziyətini. Nə fiziki vəziyətinə görə dərd çəkməz, nə də yaşayış tərzinə görə. Kompleks hər bir insanda olsa da, fiziki məhdudiyəti olan insanlarda bu məsələ daha çox nəzərə çarpır. Əlil insanların bir çoxun narahat edən sual budur ki ”Görəsən sağlam insanlar məni gördükdə nə düşünürlər ?”. Buna görə də əlilliyi olan in-sanların çox hissəsi evdən bayıra nadir hallarda çıxırlar. Cəmiyyətimizdə əlillərə qarşı olan münasibət birmənalı deyil. Təhssüf ki bu gün bəzi insanlarımız ictimai yer-lərdə əlilliyi olan bir insan gördükdə buna qəribə bir hal kimi baxır və əlilin eşidə biləcəyi uca bir səslə ”Nə vacib idi ?, Görəsən bunun valideyni har baxır?, Bu havada nə olmuşdu ?, Özünə görə deyil” kimi sözlərlə onun xətrinə dəyir. Kompleksi olan fiziki məhdudiyyətli insanlar icti-mai yerlərdə və ya insanlar arasında olarkən sərbəstlik-dən tamamilə imtina edib, özlərini ciddi apararaq hər bir hərəkətlərinə nəzarət edirlər. Onlara elə gəlir ki etdikləri hər bir hərəkət başqalarına pis görsənir. Buna görə də az və sistemli şəkildə hərəkət etməyə çalışırlar. Bu məsələ-də sağlam insanların da üzərinə böyük məsuliyyət düşür. Bu məsələdə sağlam insanlardan tələb olunan budur ki, fiziki məhdudiyyətli bir insan gördükdə sürəkli olaraq bir-neçə dəqiqə onu diqqətlə süzməyin. Onun haqqında danışarkən çalışın elə cümlələr seçəsiniz ki dedikləriniz

24

onun xətrinə dəyməsin. Əgər onun xətrinə dəymək niy-yətiniz olmasa belə, unutmayın ki əlilliyi olan insanların qəlbi çox kövrək olur. Əlilliyi olan insanlar, onlara qar-şı edilən hər bir hərəkətə və deyilən hər bir sözə qarşı çox həssas yanaşırlar. Əgər əlil arabasında oturmuş bir insan səkini keçə bilmirsə ”Bu vəziyətdə nə vacib idi ki çölə çıxmısan ?” demək yerinə, səkini keçməkdə ona köməklik göstərərək ”Yaxşı eləyib gəzməyə çıxmısan. Adam evdə oturduqca ürəyi sıxılır” deyin. Təbii ki fizi-ki məhdudiyyəti olan insan hər hansısa bir hərəkəti qey-ri-ənənəvi üsulla etdikdə, bu ətrafdakı insanlara qəribə gəlir və onların diqqətin cəlb edir. Deyək ki, barmaqları-nı tam şəkildə aça bilməyən bir insan çörəyi iki əllə gö-türərək ağzına aparır və onun bu hərəkəti süfrə arxasında əyləşən digər insanların diqqətini cəlb edir və hərəkət məhdudiyyəti olan insan da bütün diqqətlərin onun üzə-rində olduğunu görərək, utandığından bir daha çörəkdən istifadə edə bilmir və yeməyinin qalan hissəsini çörək-siz yeməyə məcbur olur. Bu cür hallar kifayət qədərdir və xeyli sayda misal gətirmək olar. Əlilliyi olan insanlar bir-çox hallarda ənənəvi hərəkət üsullardan istifadə edə bilmədiklərinə görə həmən hərəkətləri, bacardıqları və öz fiziki vəziyyətlərinə uyğunlaşdırdıqları hərəkətlərlə əvəz edrlər. Məsəl üçün, stəkanı ağızlarına apara bilmədikləri üçün, başlarını stəkana tərəf əyillər və ya düyməni diş-ləri ilə açırlar. Unutmayın ki hərəkət məhdudiyyəti olan insanlar hər hansısa bir işi qeyri-ənənəvi üsulla edərkən diqqət mərkəzində olduqlarını bildikləri anda utandıq-ları üçün işlərini yarımçıq saxlamağa məcbur olurlar ki bu onlar üçün əlavə problem yaradır. Ətrafdakı insanlar, bu cür hallara soyuqqanlı yanaşmalı və bunda qeyri-adi-lik axtarmaq əvəzinə, istənilən çətin vəziyyətdə bir yol taparaq öz ehtiyacını ödəməyi bacaran bu cür insanları

25

təqdir etməlidirlər. Əziz fiziki məhdudiyyətli insanlar, unutmayın ki sizlər insansınız. Atlara yerişinə və qaçışı-na, ceyrana isə gözəlliyinə görə qiymət verilirsə. Bunu bilin ki insana da ən əsas dərin düşüncəsinə, biliyinə, insanlığına, təmmiz vicdanına, ləyaqətinə və şərəfinə, gözəl tərbiyəsinə, ALLAH sevgisiylə dolu imanına və dünyagörüşünə görə qiymət verilir. Siz bunlara sahib olduqdan sonra heç kim sizin xarici görünüşünüzə fikir verməyəcək. Toplum arasında sıxılmağınıza və və özü-nüzə ciddi şəkildə nəzarər etməyinizə ehtiyac yoxdur. Sərbəst olun və həyatı bütün gözəllikləri ilə yaşamağa çalışın. Kimsə sizi bu vəziyyətinizdə qəbul etmirsə bu onun öz problemidir. Bunu da unutmayın ki hər bir insa-nın dərdi var. Küçədə gedərkən rastlaşdığınız insanların heç də hamısı sağlam, varlı, ağıllı, xoşbəxt, tərbiyəli, həyatından razı insanlar deyillər. kiminin ürəyi xəstədir, kiminin böyrəyi yoxdur. Kimi normal şəkildə dolandıra bilmədiyinə görə övladının üzünə baxmağa utanır, kimi də gənc yaşında olan bir yaxınını itirib. Kimi aldadılaraq var-dövlətindən məhrum olub, kimi də narkomanlıqla məşğul olur. Sizi əmin edirəm ki kompleks hissi yal-nız özünüzdədir, beyninizdə-yəni ki düşüncənizdədir. Əslində isə ətrafınızda olan insanların sizə qarşı olan münasibəti heç də düşündüyünüz kimi deyil. Insanların çox böyük bir hissəsi sizi sevir və sizə hörmətlə yanaşır. Sizi əmin edirəm ki əgər özünüzdə cəsarət tapıb cəmi bir-neçə dəfə ictimai yerlərə və insanlar arasına çıxsa-nız bu kompleks hissini üzərinizdən birdəfəlik atacaqsı-nız. Bu mövzu barədə çox şey yaza bilərdim. lakin, mən bunun yerinə sizlərə ”hədəfdəki insan” əsərindən kiçik bir parça təqdim edirəm.

26

*** *** ***

Akif həkim gedəndən sonra Samir oğlana yaxınlaşıb yanında oturdu:

- Hə əzizim, belə – belə işlər. Adın nədir sənin? Neçə yaşın var?

- 19 yaşım var. Adım Natiqdir.- Niyə müalicədən imtina edirsən?- Mənim boyum cəmi 135 santimetrdir, müalicə edə

bilirlərsə, qoy boyumu artırsınlar. Yoxsa ki, yapışıblar topuğumdakı əyrilikdən. Oranı ki, heç kim görmür. Mə-nim əsl qüsurum boyumun balaca olmasıdır. Bunu hər yerdə, hər kəs görür. Bura gələndə valideynlərim məni inandırmışdılar ki, boyumu da müalicə edəcəklər. Ancaq deyəsən, belə bir şey mümkün olmayacaq.

- Qulaq as, Natiq. Mən psixoloq deyiləm, sənə təsir göstərməyə də çalışmayacağam. Mən sadəcə reallığı sənə göstərəcəyəm və son qərarı özün verərsən.

- Eşidirəm səni.- Sən boyunun balaca olmasını qüsur sayırsan, ancaq

bu belə deyil. Bizim bədənimizdə və zehnimizdə bizim istəyimizdən asılı olmayaraq yaranan problemlər qüsur sayılmır. Əsl qüsur narkotik aludəçilərinindir ki, insanlar onun zərərli olduğunu bildikləri halda ona doğru gedərək özlərini pis vəziyyətdə qoyurlar. Əsl qüsur, atanın öz öv-ladına siqaretin zərərləri barədə öyüd – nəsihət verdikdən bir neçə dəqiqə sonra onun yanında siqaret çəkməsidir. Əsl qüsur yalançılıqda, xəsislikdə, mərdimazarlıqda, in-sanlara pislik etməkdə, alkoqolizmdə, oğurluqda, quldur-luqda ad çıxartmaqdır ki, insanlar bütün bunları bilərək-dən edirlər və bu vəziyyəti özləri özlərinə yaradırlar. Götürək elə səni. Boyunun balaca olmağını istərdinmi?

- Əlbəttə ki, yox!- Deməli, heç kim sənin boyuna görə sənə irad tuta

27

bilməz. Təsəvvür et ki, qarşında iki bağ var. Birində yal-nız eyni növdə və eyni rəngdə olan güllər, digər bağda isə müxtəlif növlərdə və rənglərdə olan güllər var. Sən hansı bağa girərdin? Hansı bağda olmaq sənə daha çox zövq verərdi?

- Əlbəttə ki, ikinci bağ mənim daha çox xoşuma gələrdi.- Insanlar da belədir, Natiq. Təsəvvür et ki, hamı eyni

boyda, eyni çəkidə və eyni sifətdədir. Bilirsən, həyatı-mız necə maraqsız olardı? Həyatımıza maraq qatan bu müxtəliflik və rəngarənglikdir.

- Bəs bu vəziyyətimə görə mənimlə normal insanlar arasında fərq qoyan biriylə qarşılaşsam nə edim?

- Əgər səni yaradan Allah səninlə heç bir insanın ara-sında fərq qoymursa, adi insanlara niyə məhəl qoyursan? Yadında saxla ki, belə nanəcib insanlar həyatda çox azdır və onların da etdikləri bir gün qarşılarına çıxacaq. Bir də bunu heç vaxt unutma: Səni Allah yaradıb. Əgər sən öz vəziyyətinə görə qəm çəksən, bu Yaradana qarşı naşükür-lük olar. Bizim beynimiz və düşüncəmiz bunun niyə belə olduğunu dərk edəcək gücdə və imkanda deyil. Ancaq bil ki, yaratdığı hər bir şey üçün uca yaradanın öz səbəbi var. Yəni hər bir şeydə hikmət var. Əgər bizim özümüzü də Allah yaradıbsa, nəyin nə üçün və niyə o cürə yarandığını müzakirə etmək bizim işimiz deyil. Indi seçim sənindir. Istəyirsən müalicə olun, istəyirsənsə get evdə özünə qapan.

- Sən düz deyirsən. Əgər mən sonda Tanrının hüzuruna gedəcəyəmsə, niyə bu dünyada insanlardan asılı qalım?! Mənə verilən həyatı lazımınca yaşamağa çalışacağam.

Samir Natiqlə sağollaşıb qapıdan çıxa – çıxa dedi:- Balacaboy olmağın da üstünlükləri çoxdur. Əgər də-

rindən və ağılla fikirləşsən, bubarədə xeyli nümunə tapa bilərsən.

*** *** ***

28

5

Əlilliyi olan insanların qarşılaşdıqları böyük prob-lemlərdən biri də evliliklə bağlıdır. Hər bir əlil insan ev-lənərək, ailə xoşbəxtliyini dadmaq, övlad sahibi olmaq istəyir. Və problem bu zaman yaranır. Sevgini etiraf et-mək istədiyin biri olduğu zaman əksər hallarda insanın fiziki məhdudiyyətliliyi onun “YOX!” cavabı almasına gətirir çıxarır. Və bu da bir tərəfin digər tərəfə aqressiya ilə yanaşmasına, cəmiyyəti qınamasına və hətta özünü cəmiyyətdən təcrid etməsinə gətirib çıxarır. Belə hallar-da əlil insanlar düşünürlər ki, məhz fiziki məhdudiyyət-lərinə görə sağlamlıq normaları qaydasında olan insanlar onlara yaxın durmurlar. Bu tamamilə yalnış fikirdir. Ailə qurmaq üçün bir neçə vacib meyara sahib olmaq lazımdır və əlil bəylərlə əlil xanımlar bu meyarların heç olmazsa 50 faizinə sahib olsalar, heç kim onların fiziki vəziyyə-tinə fikir verməyəcək.

Bu yazını yazarkən, üzərində xeyli düşünməyə məc-bur oldum. Əlilliyin növləri və ağırlıq dərəcələri müxtəlif olduğundan, yazını onlar arasında ümumiləşdirmək həd-dən artıq çətin idi. Yazı həm əlilliyi olan insanlara, həm

29

də sağlam şəxslərə ünvanlanıb. Elə bir yazı hazırlamaq istədim ki, əlilliyi olan insanların qəlbini incitmədən, mövcud reallığı hər kəsə göstərə bilim. Elə bir yazı ha-zırlamaq istədim ki, savadlı insanlarda “mənasız”, sadə insanlarda isə “qəliz” təəssüratı yaratmasın.

XOŞBƏXT OLMAQ ARZUSU

Evlənməyə qərar verdikdə qarşıma çıxan ilk maneə, əlil oğlana ərə gəlməyə razı ola biləcək bir xanım tap-maq idi. Əlil insanlarla ailə həyatı qurmaq istəməyən xanımları qınamıram və onların fikirlərinə də hörmətlə yanaşıram. Biz əlil ola-ola hər şeyin ən yaxşısını istəyi-riksə, onlar niyə istəməsinlər ? Bu məsələyə həm əlilliyi olan, həm də sağlam insanların prizmasından yanaşa-cağam. Azərbaycan reallığında bir xanımın əlil oğlana ərə getməsi üçün ya yaşı 40-ı keçməli, ya onun da hər hansısa bir fiziki problemi olmalı, ya da ən azı bir dəfə ərə gedib-boşanmalıdır. Təbii ki, maddi sıxıntıdan, savab qazanmaq naminə və ya ögey atanın zülmündən xilas olmaq üçün əlil oğlana ərə gedən xanımlar da var. Lakin bu cür istisnalar çox azdır. Gənc, gözəl və sağlam qızla-rın əlil oğlana ərə getmək istəməməsinin bir neçə əsas səbəbi var. Kənar şəxslərin müdaxiləsi çox böyük amil olsa da, bu barədə bir az sonra bəhs edəcəyəm. Əsas sə-bəbləri saymağa başlayarkən birinci yerdə əlil oğlanın fi-ziki vəziyyəti dayanır. Əlil oğlana qulluq etmək məsələsi həyatda hələ ilk addımlarını atan, sadə dildə desək, “biş-məmiş” bir qızı təbii olaraq qorxudur və onu narahat edir. O, bunu sadəcə olaraq necə edəcəyini bilmir və təşviş ke-çirir. Nəzərə alsaq ki, hər bir gənc qız yanında sağlam, gözəl və güclü bir oğlanın olmasını istəyir, onu hər cür

30

təhlükədən müdafiə edən, ömür boyu ona dəstək olacaq bir oğlanı arzulayır, o zaman qarşısında əlil arabasında oturan və ömür boyu ondan kömək umacaq bir oğlanı görən qızların keçirdiyi hissləri təbii qarşılamaq lazımdır. Əgər oğlan əllərini də çətinliklə hərəkət etdirirsə və ya yataq xəstəsidirsə, bu zaman məsələ daha da qəlizləşir. Heç bir insanı ömür boyu bir başqasına qulluq etməyə məcbur etmək olmaz. Bundan imtina edəni isə qınamaq yalnış addımdır. Qızın özünün də arzuları var. Rəfiqələri-nin yanında lovğalanmaq, rahat yaşamaq və sairə bu kimi arzuları ümumiyyətlə, əlilliyi olan gənclə evlənmə fikri ilə üst- üstə düşməz.

Ikinci səbəb maddi vəziyyətlə bağlıdır. Əlil oğlanın işləyə bilməməsini görən bir xanımı gələcəkdəki sosial problemlər narahat etməyə bilməz. Tutaq ki, bu oğlana ərə getdim. Bəs sonra? Gələcəkdə maddi təminatım necə olacaq? Hazırda valideynlər hər bir şeyi öz boyunları-na götürürlər. Bəs sonra? Sonra ümid qardaş-bacı, qo-hum-qonşu, dost-tanış tərəfindən edilən yardımlara qalır ki, bu cür “dilənçi” kimi yaşamağı heç bir xanım özünə arzulamır. Təbii ki, əlil oğlanın valideynləri övladının qa-zanc əldə etmələri üçün mümkün variantlardan istifadə edərək, zəruri tədbirləri görməlidirlər. Belə olan halda bir çox problem ortadan qalxmış olacaq. Ümumilikdə isə əlil oğlan evlənmək istədikdə ilk öncə qalmaq üçün yer və yaşamaq üçün qazanc kimi vacib problemləri mütləq şə-kildə həll etməlidir və bilməlidir ki, fiziki məhdudiyyətli olması onu bu cür məsuiyyətlərdən azad etmir.

Üçüncü səbəb mənəvi zərbələrlə bağlıdır. Ailə həyatı qurmaq istəyən əlil oğlanları ən çox narahat edən məsələ də budur. Əlil oğlana ərə gəlmiş xanım öz həyat yolda-şına qarşı nə qədər sevgiylə, hörmətlə, anlayışla yanaşsa da, ona hərtəfli dəstək olsa da, hər bir işində ona kömək-

31

lik göstərsə də, vaxt keçdikcə qarşılaşdığı problemlər onu yorur və bəzən bezdirir. Və bu zaman əlil oğlanlar heç zaman eşitmək istəmədikləri bir sözü – “Off” kəliməsini eşidirlər. Bu cür səbəbləri kifayət qədər uzatmaq müm-kündür. Sağlam oğlanların əlil qızla evlənməməsi üçün daha çox “səbəb”i var. Lakin mən bu səbəblər barəsində çox da geniş yazmayacağam.

Düşünürəm ki, geyinmək, yemək-içmək, ev yığışdır-maq, yemək bişirmək, uşaq saxlamaq və s. kimi gündəlik ehtiyaclarını təkbaşına ödəyə bilən hər bir əlil xanımın ailə qurmaq şansı var və gec-tez xoşbəxtlik qapıları o xa-nımın üzünə açılacaqdır. Əks halda, evdə öz ehtiyacları-nı özü qarşılaya bilməyən əlil xanım ailə həyatı quranda evdə ona qulluq edəni də özüylə ər evinə aparmalıdır ki, bu da reallaşması son dərəcə çətin olan bir məsələdir.

Mən həyat yoldaşımla tanış olduqdan sonra iki aya yaxın onunla söhbət edib vəziyyəti izah etdim. Adi hal-larda olduğu kimi, “Mən səni ovcumun içində saxlayaca-ğam, sənin üçün hər cür şərait yaradacağam və s.” demək əvəzinə, ona mənimlə yaşadığı müddətdə qarşılaşacağı çətinliklərdən və problemlərdən danışdım ki, vəziyyətlə tam tanış olub, reallığı dərk edə bilsin. Bununla bərabər, ona bu problemlərdən və çətinliklərdən yaxa qurtarma-ğın mümkün olduğunu izah edərək, real çıxış yollarını göstərirdim. Onun hər şeyi bilməsini və qarşılaşacağı problemlərə hazır olması üçün nə lazımdırsa edirdim. Hər şeyi müzakirə edərək, razılığa gəldikdən sonra növ-bəti əngələ - kənar şəxslərin müdaxiləsi məsələsinə qə-dəm qoyduq.

Kənar şəxslər dedikdə, ilk öncə məsələyə xanımın ailə üzvləri, əsas da valideynləri reaksiya verirlər. Bəzi əlil insanlar bu məsələyə görə vaildeynləri ittiham edərək, onları qınayırlar. Əslində isə öz övladının xoşbəxt və ra-

32

hat gələcəyini düşünmək hər bir valideynin təbii haqqıdır. Bu danılmaz faktdır ki, hər bir valideynin himayəsində-ki övladları üçün arzuları, istəkləri, planları var. Uşağın sağlam və tərbiyəli böyüməsi, təhsil ocaqlarında yüksək təhsilə və dünya görüşünə yiyələnməsi, zərərli vərdişlər-dən və nanəcib insanlardan uzaq duraraq mədəni həyat tərzinə sahib olması, öz danışıq və davranışlarıyla hər zaman onun başını uca etməsi, oğlan övladının əsgərlik borcunu layiqincə yerinə yetirməsi, gözəl və xoşbəxt ailə həyatına sahib olaraq, ona nəvə sevinci bəxş etməsi hər bir valideynin ən ümdə istəyi və arzusudur. Əgər bunlar-dan biri yarımçıq olarsa, bütün həyatını övladlarına sərf etmiş, onların ehtiyacını ödəmək üçün gecə-gündüz ça-lışmış, həyatının hər bir anını övladlarını düşünərək plan-laşdıran valideynlərin həyatında böyük bir boşluğa səbəb olur. Valideyn üçün isə övladının xoşbəxtliyini, xoş gü-nünü görmək ən böyük arzulardan biridir. Əlil oğlana ərə getmək istəyən qızın anası düşünür ki, qızının həyat təcrübəsi azdır və reallığı ona göstərib, “gözünü açmaq” lazımdır. Buna görə də ona öyüd-nəsihət verərək deyir ki, “O oğlan sənə layiq deyil, ondan sənə həyat yoldaşı olmaz. Elə bir insana ərə getsən işin-gücün ona qulluq etmək olacaq, sizin uşağınız olmayacaq və ömrün boyu gözün onun-bunun qucağında qalacaq. O, özü kiminsə himayəsində yaşayır. Səni necə dolandıracaq və sairə”.

Valideynlərin bu evliliyə qarşı çıxmasının əsas səbəb-lərindən biri də özünü bu ailəyə yaxın hesab edən insan-ların məsələyə mənfi münasibətləridir. Qohum, qonşu, rəfiqə, iş yoldaşı, bir sözlə, özünü bu ailəyə yaxın hesab edən şəxslər həm qızın özünə, həmi də onun valideynlə-rinə çox böyük psixoloji təzyiq göstərirlər. Çox təəssüf ki, bu təzyiqlər toydan sonra da uzun illər davam edir. Qızın rəfiqəsi onun hisslərinə, duyğularına məhəl qoy-

33

madan deyir: “Axtara-axtara bunumu tapdın? Mən 48 yaşıma qədər evdə qalsaydım da, buna ərə getməzdim. Əgər məni məcbur beləsinə ərə versəydilər, utandığım-dan evdən bayıra çıxmazdım. Heyif deyil yol gedərkən yanımda hündürboy, yaraşıqlı bir oğlan olsun? Yoxsa beləsi? Hətta düşünəndə belə tüklərim biz-biz olur”. Qı-zın rəfiqəsi bu sözləri deyərkən fərqində olmur ki, prob-lem nə qızda, nə də sevdiyi əlil oğlanda deyil. Əslində problem onun öz düşüncəsindədir. Belə məsələlərə qarşı öz düşüncə tərzini dəyişə bilsə, vəziyyətin necə məsum olduğunu dərk edərdi.

Fikirlərimin daha aydın başa düşülməsi üçün sadə bir misal çəkəcəyəm. Əgər mən küçə ilə gedərkən bir insan gözünü zilləyib mənə baxırsa, deməli həmən insan son 6 ayda küçədə əlil arabası ilə gedən birini görməyib və ona görə də məni görmək ona qəribə gəlib. Mən bəzən bina-mızın həyətində əlil olduğumu unuduram. Çünki 20 ildir eyni binada qaldığımdan bütün qonşuların gözü mənə öyrəşib. Buna görə də saatlarla binamızın həyətində qal-sam da, heç kim mənə əlil gözüylə baxmır. Bu o demək-dir ki, mənfi reaksiya verənlər həyatlarında ilk dəfədir ki, belə bir şeylə qarşılaşırlar və streotipi qırmaq onlar üçün çox çətin olur. Belələrinin sözünə fikir vermək la-zım deyil. Bu tip evliliklərlə bir neçə dəfə qarşılaşsalar bu onlar üçün adiləşər. Sonra meydana qızın xalaları, bibiləri çıxıb, qızın anasına deyirlər: “Sənin ağlın hara-da idi ki, gül kimi qızını beləsinə ərə verirsən? Eşidəndə ətim ürpəşdi”

Bir tərəfdən tikanlı sözlər, bir tərəfdən lağlağı atma-calar, digər tərəfdən də təəccüb dolu kinayəli baxışlar. Bir sözlə, hər tərəfdən o qədər təzyiq gəlir ki, bu təz-yiqin qabağında durmaq hər kəsə nəsib olmur. (Bacana-ğım qaynanama zəng vurub demişdi k, “qızına verməyə

34

bir tikə çörəyin yoxuydusa, göndərərdin bizə mən onu ərə gedənə qədər saxlayardım. Day əlilə niyə ərə verir-din?”)

Təəssüf ki, insanlar bu məsələdə məsələnin yalnız bir tərəfinə baxırlar, o da gözlə görünən tərəfidir. Deyək ki, ailənin qızı bir oğlanı sevir. Qızın valideynləri oğlanla tanış olduqda onun hündürboy, sağlam və yaraşıqlı ol-duğunu görüb qızlarının doğru seçim etdiyini düşünür-lər və oğlanı daha yaxından tanımağa çalışmırlar. Bəlkə bu oğlan narkomandır, bəlkə fırıldaqçıdır, bəlkə hansısa cinayətkar qrupun üzvüdür. Ya da qumarbazdır. Bəlkə də hansısa daxili xəstəliyi var. Valideynlər oğlanlarının seçdiyi qızın gözəlliyinə baxıb övladlarının seçimini araşdırmırlar. Daha demirlər ki, bəlkə bu qız fahişədir, bəlkə də səfil həyat tərzi keçirir. Bu saydığım problem-lər əlilliyi olan oğlanlarda və qızlarda ən az 90 faiz az rast gəlinir.

Telekanallarda 10 manata görə küçədə birini soyan, narkotika alveri edən və ya adi bir şeyə görə həyat yolda-şını qətlə yetirən hündürboy, sağlam və yaraşıqlı oğlanla-rı görən insanların məsələnin digər tərəfini də dərk etmək vaxtları çatmışdır. Ərə gedən qız və onun yaxınları dərk etməlidirlər ki, qız ər evinə “qaçdı-tutdu” oynamaq üçün yox, öz evinin xanımı olmaq üçün gedir.

Kənar şəxslər məsələsində də həyat yoldaşımla bir-gə bir xeyli təzyiqlərlə qarşılaşsaq da, iradə nümayiş et-dirərək yolun sonuna qədər gedə bildik. Hətta “Toy hara-dan çıxdı? Belə vəziyyətdə toy eliyəcəksiz? Ayıbdı! Day bu qədər ağ eləməyin” kimi sözlər deyən insanları yolu-muzdan kənarlaşdıraraq, şadlıq saraylarının birində çox gözəl məclis təşkil edib, hər bir kəsi sevincimizə şərik etdik. Çünki bizim toy eləməyimizi ayıb sayanlar öz dü-şüncələrinin və mənfi stereotiplərin təsiri altındaydılar və

35

bizim hisslərimizi ümumiyyətlə, nəzərə almırdılar. Təbii ki, biz dəbdəbəli məclislə deyil, sadə və sakit şəkildə də ailə həyatı qura bilərdik. Bəs sonra? Sonrası isə budur ki, istəmirdim ki, həyat yoldaşım ağ gəlinlik geyinərək sevinən qızlara həsədlə baxıb, əlil oğlana ərə getdiyi üçün bütün bunlardan məhrum olduğunu düşünsün. Istə-mirdim ki, ucadan fit verib, yanımızdan keçən toy kar-vanının arxasınca baxaraq içimizdə yanıqlı ah çəkək və hər şeyin qaydasında olduğunu göstərmək üçün yalandan bir-birimizin üzünə gülümsəyək.

P.S. Məni başa düşən, sevən və hörmət edən xanım-la qarşılaşdım. Evlənmək üçün qarşıma çıxan problem-ləri həll edib, bütün təzyiqlərə sinə gərdim. Bütün adət-ənənələrə riayət edərək toy etdim. Hər şeyin arxada qaldığını və bundan sonra hər şeyin daha gözəl olacağına isə heç bir şübhəm yoxdur.

36

6

Dünyada ilk web sayt 6 Avqust 1991-ci ildə Tim Bar-ners Li tərəfindən yaradılmışdır. Azərbaycanda ilk sayt 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmışdır. Hal-hazırda dünyanın internet məkanında müxtəlif sahələri əhatə edən və müxtəlif məqsədlər üçün yaradılan milyonlarla web sayt fəaliyyət göstərir. Azər-baycan dilində olan web saytların da sayı kifayət qədər olsa da, çox təəssüf ki əlilliyi olan insanlarla əlaqədar saytların sayı barmaqla sayılacaq qədərdir. Ölkəmizdə bu sahədə çox böyük informasiya boşluğu var və mən bu boşluğu müəyyən qədər doldurmaq üçün kommersiya məqsədi daşımayan, motivasiya xarakterli yeni web sayt yaratdım.

Sayt həmi də uğur qazanmış əlilliyi olan şəxslərin ic-timaiyyətə təqdim olunması, onların uğurlarının təbliği, cəmiyyətdən uzaqlaşan digər fiziki məhdudiyyətli insan-ların motivasiyasının artırılması və onların aktiv həyat tərzinə cəlb olunması məqsədi ilə yaradılıb.

Bu məqalə www.qartal.org domen adlı, maarifləndir-mə və tanıtım web saytından bəhs edir.

37

WWW.QARTAL.ORG

Əlilliyi olan vətəndaşlarımıza normal insanların icti-mai həyatda mövqeyi birmənalı deyildir. Onları görüb qorxan və ya halına acıyaraq baxan, yazığı gələn və hət-da üzərinə sədəqə atan vətəndaşlarımız var. Aydındır ki bu hal, əlilliyi olan insanlarımıza son dərəcə mənfi tə-sir göstərir. Bu münasibəti görən fiziki məhdudiyyətli şəxs cəmiyət içinə az çıxır, özünə qapanır və belə demək mümkünsə, bir növ izolyasiya olunur. Halbuki, əlilliyi olan insanların görə bilmədiyimiz və cəmiyət tərəfindən istifadə olunmayan özünəməxsus qabiliyyət və istedad-ları var. www.qartal.org saytının yaranma məqsədlərin-dən biri də istedadlı əlilləri tapıb üzə çıxarmaq və onlara dəstək verməkdir. Düşünürəm ki bu insanların bacarıq-larının nümayiş olunması həm digər əlil insanların ink-şafı üçün çox böyük stimul olacaq, həmi də cəmiyətin əngəlləri insanlara olan münasibəti dəyişəcək. Bu insan-lara qarşı sağlam insanların əksəriyyətinin mövqeyi də-yişilərsə, əlilliyi olan insanların cəmiyətə inteqrasiyası sürətlənə bilər. www.qartal.org saytı məhs əhalinin bu qrupunun cəmiyyətə inteqrasiyasına nail olmaqla təkcə onların özlərinə deyil, həmi də onların ailə üzvlərinə yar-dım etmək niyyətindədir.

Fiziki məhdudiyyətli şəxslər üçün, insanların bərabər hüquqlara malik olmalarını nəzərdə tutan qanunvericilik aktlarının mövcud olması heç də, onlar üçün bərabər im-kanların yaradılması demək deyildir. Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərindən doğan əməli tədbirlərin həyata keçməsinə nail olmaq lazımdır. Həyatda müxtəlif səbəblərdən əlil olmuş elə istedadlı in-sanlar vardır ki, belə insanların potensialından istifadə edilməsi xalqımız, dövlətimiz üçün faydalı olar. Bunun

38

üçün maarifləndirmə işinin sürətləndirilməsinə və cə-miyətdə əlilliyin tibbi deyil, sosial bir problem kimi düz-gün dərk olunmasına nail olmaq olduqca vacibdir.

www.qartal.orgsaytının əsas fəaliyyət sahələri aşağı-dakılardır:

1. Istedadlı əlillərin cəmiyətə tanıdılması və bacarıq-larının nümayiş olunması,

2. Əlilliyi olan şəxslərə psixoloji dəstək və motivasi-yanin aşılanması,

3. Əlilliyi olan şəxslərin cəmiyyətə düzgün şəkildə təqdim edilməsi,

4. Əlilliyi olan şəxslərə tibbi məsləhətlərin verilməsi,5. Əlil problemləri üzrə ixtisaslaşmış Qeyri Hökümət

Təşkilatları haqda informasiya təqdim etmək,6. Əlilliyi olan şəxslərin istifadə etdikləri bütün növ

avadanlıqlar haqda geniş məlumat vermək.7.Əlilliyi olan şəxslərlə bağlı görülən işlər, keçirilən

tədbirlərlə bağlı ictimaiyətin məlumatlandırılması,8.Fiziki məhdudiyyətli gənclərin dost əhatəsini ge-

nişləndirmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək,

9.Əlilliyi olan insanların ailə üzvlərinə dəstək veril-məsi,

10.Əlilliyi olan insanlara kömək etmək istəyən şəxs-lərlə, köməyə ehtiyacı olan fiziki məhdudiyyətli insanlar arasında vasitəçi olmaq,

11.Qarabağ Qazilərinin tanıtımı,12.Əlilliyi olan insanların məşğul ola biləcəkləri id-

man növlərini təbliğ etmək.Saytın əsas məqsədlərindən biri də, əlilliyi olan şəxs-

ləri bir-çox sahələr üzrə maarifləndirmək, onları həvəs-ləndirmək, onlara istiqamət vermək və, fiziki vəziyyə-

39

tin necə olmasından asılı olmayaraq, uğur qazanmağın mümkünlüyünü onlara izah etməkdir.

Layihə təqdim edərək qrant alıb əlilləri hüquqi, psixa-loji və ya digər sahələr üzrə maarifləndirmək istəyənlər ən çox 1000 nəfərə xidmət göstərə bilərlər. Bu sayt isə yaxın gələcəkdə təqribən 100.000 istifadəçini əhatə edə-cək. Saytdakı məlumatlar twitter.com, facebook.com və sairə sosial şəbəkələrdə də yerləşdirilir ki, bu da əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradır.

"Fiziki vəziyyətin necə olursa-olsun. Özünlə fəxr et" Şuarı ilə yola çıxan saytdakı məlumatlar hər gün mütə-madi olaraq yenilənir və, yaxın günlərdə hər bir əngəlli insanın faydalana biləcəyi üst səviyyəyə çatdırılacaqdır. Əlilliyi olan və, olmayan hər bir kəsi, saytın imkanların-dan istifadə etməyə dəvət edirəm.

Saytla bağlı istək və. arzularınızı. Fikir və, təkliflərini-zi [email protected] email adresinə yaza bilərsiniz.

40

7

SONUNCU VƏ BİRİNCİ AD GÜNÜM

Fiziki problemlərin yaratdığı çətinliklər səbəbiylə hə-yatda çox şeydən məhrum olan əngəlli insanlar cəhd et-dikləri hər bir işdə uğursuzluğa düçar olduqca özlərinə inamları itir və daha da passivləşirlər. Bu cür insanlar hər zaman, heç nəyə nail ola bilməyəcəklərini düşünərək öz vəziyyətləri ilə barışırlar və mübarizədən imtina edirlər. Lakin, istənilən fiziki çatışmamazlıqlarla, hətda maddi cəhətdən zəif və təhsilsiz olsa belə, müəyyən bacarıqla-ra yiyələnib, nailiyyət qazanmaq olar. Lakin eləəngəlli insanlar var ki, əlilliyi bəhanə edərək heç bir iş görmək istəmirlər. Bu cür insanlar bilməlidirlər ki, hər hansısa fiziki problemlərinin olması onlara, kiməsə yük olmaq haqqı qazandırmır. Təhssüf ki, bu gün bir-çox əlil insan-larımızda vəziyyət bu cürdür. Bir çoxları tənbəlliyin uc-batından, bəziləri ruh düşgünlüyünə görə, bir çoxları da məlumatsızlıq üzündən-yəni ki nə edəcəklərini bilmədik-lərindən bu vəziyyətdə yaşayırlar. Belə bir yaşayış tərzi

41

isə onların onsuz da dar çərçivədə olan həyatlarını daha da məhdudlaşdırır və onları digər insanlardan daha çox asılı vəziyətə salır. Əziz dostlar, bilirəm ki həyatınızda bir-çox işlər qaydasında getmir. Ancaq bu sizə həyatdan tamamilə imtina edərək özünüzə qapılmağa əsas vermir. Ilk növbədə, çalışın heç vaxt ruhdan düşməyin. Yadınızda saxlayın, "Ümidini itirməyən adamı məğlub hesab etmək olmaz" Tənbəlliyin daşını atıb, öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər çox işləsəniz, həyatda bir o qədər çox uğur əldə edəcəksiniz. Siz inkşaf etmək üçün sadəcə cəhd edin, uğur özü gəlib sizi tapacaq. Əgər valideynlərinizin gəliri, ömrünüzün sonunadək sizə bəs edəcək qədər pul yığmaq üçün kifayət etmirsə, demək gələcək haqda fikirləşməyə dəyər. Gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir görmə-lisiniz. Elə indi bütün qüvvənizi toplayıb həyatla müba-rizəyə başlayın və qalib gələcəyinizdən heç bir şübhəniz olmasın. Bu günədək qarşılaşdığınız uğursuzluqları unu-dun. Keçmiş uğursuzluqların xatirələri ilə yaşamaq sizə fayda verməz. Artıq yeni planlar ətrafında köklənib, qar-şıya baxmaq lazımdır. Öyrənməyə davam etmək, işinin ən yaxşısı olmaq üçün çalışmaq lazımdır.

Bir zamanlar mən də ümidsiz bir halda, passiv həyat tərzi keçirdirdim. Qarşılaşdığım hər bir çətinliyi əlilli-yin üzərinə yıxırdım. Öz gələcəyimi düşünmədən, niyə bu vəzəyyətdə olduğumu fikirləşmədən həyatımı davam etdirirdim. Düşdüyüm vəziyyətdən çıxmaq barədə ümu-miyyətlə maraqlanmırdım. 30 yaşımı qeyd edərkən, ad günümdə mənə verilən adi bir sual bütün həyatımı dəyiş-di və mən indiki səviyyəyə gəlib çatdım. Əziz dostlar, doğum günümdə baş verənləri və növbəti bir il ərzində gördüyüm işləri sizlərə təqdim edirəm. Ümid edirəm işi-nizə yarayacaq...

42

"2011 – ci il, avqustun 27 – si. Bu gün yuxudan di-gər günlərə nisbətən daha tez oyanmışam. Bu gün doğum günümdür. Elə düşünürəm ki, mənim ən xoşbəxt günüm məhz, bu gündür.

Xalamgil bu günü mənimlə birgə qeyd etmək üçün bizə gəliblər. Aldığım hədiyyələr, təbrik məqsədi ilə de-yilən xoş sözlər və göstərilən xüsusu diqqət sanki məni buludların üzərinə qaldırmışdı. Şad günümün şərəfinə açılan stolun baş tərəfində otuzdurmuşdular məni. Do-ğum günü şən gülüşlər, söhbətlər içində axıb gedirdi.

Axşam düşmüşdü. Saatın on olmasına saniyələr qa-lırdı. Bəli, gün mənim istədiyim kimi bitəcəkdi. Necə ki, keçən il bu cür bitmişdi. Necə ki, son on il belə bitirdi mənim üçün avqustun 27 – si. Bir azdan qonaqlar ge-dəcək və mən süfrə axrasında yediyim ləzzətli təamları həzm edə - edə, məmnunluqla hədiyyələrə baxacaqdım. Sonda isə günboyu yüksək əhval – ruhiyyənin verdiyi xoş ovqatın təsirindən şirin – şirin yatacaqdım. Bu gün məhz, belə bitəcəkdi. Lakin…

Ziyafətin bitməsinə az qalmış xalam oğlu üzünü mənə çevirib soruşdu. Sadəcə soruşdu. Marağa düşdüyündən-mi, yoxsa təəccübləndiyindənmi, bilmirəm. Amma so-ruşdu:

- Samir, nə əcəb dostlarından heç kimi ad gününə dəvət etməmisən?

Donub qaldım. Xalam oğlu tutulduğumu hiss etsə də, üstünü vurmadı. Artıq masanın ətrafında baş verənləri və danışıqları dərk etmirdim. Bütün varlığımla düşüncəyə dalmışdım. “Bu gün 30 yaşım tamam olurdu və mənim bir dostum belə yox idi. Tək dostmu? Yox. Tək proble-mim dostumun yoxluğu olsaydı, dərd yarı idi. Mənim həyatım başdan - ayağadək boşluqlarla dolu imiş. Ailə üzvlərimdən və televizorumdan başqa heç kimim və heç

43

nəyim yox imiş. Aman Allah, bu nə həyat idi mən yaşa-yırmışam ?! Bu necə ola bilər axı ? Necə olub ki, bu illər ərzində heç bir şeyin fərqinə varmadan belə boşluqlarla və məhdudiyyətlərlə yaşamışam?”

Özümün özümə acığım da tutdu. Hər il bu gündə tək şikayətləndiyim ünsür zaman idi. “Ildə bir dəfə olan şey-di də, niyə axı bu vaxt belə tez keçir? Bir də ad günümü bir il gözləməliyəm” deyərək, hər doğum günümdə de-yinirdim öz – özümə. Ancaq indi gözümü saata dikərək, məclisin tezliklə bitməsini və tək qalmağı arzulayırdım.Bu günədək elə düşünürdüm ki əgər əliləmsə, deməli heç bir iş görməməliyəm. Əgər bu gün heç bir iş görməyib, günümü yalnız boş istirahətlə keçirdirəmsə deməli buna haqqım var idi. Axı mən əliləm. Bu günədək düşüncəm məhs bu cür idi. “Mən əlil bir insanam. Mən nə bacarıram ki ? Mən nə edə bilərəm ki ?”. Hər şeyi əlilliyin üzərinə yıxırdım. Fikirləşirdim ki, bu həyatda mənim üzərimdə heç bir məsuliyyət yoxdur. Gördüyüm hər bir işdə kənar şəxsin köməyinə ehtiyac duyurdum. Aylarla evdən bayıra çıxmırdım. Və, daha neçə-neçə problemlər.

Hər bir şeyin sonu olduğu kimi, burada da hamı da-ğılışandan sonra anamla bacım süfrənin yığışdırmaqla məşğul olmağa başladılar. Atam isə televizora baxır-dı. Öz otağıma çəkilib çarpayıda oturdum. Hədiyyələr çarpayının üstündə, düz mənim qarşımda idi. Bir neçə dəqiqə hədiyyə paketlərinə tamaşa edəndən sonra 12 vərəqli dama – dama dəftərlə qələm götürüb həyatımda-kı çatışmamazlıqların və problemlərin siyahısını tutmağa başladım. Siyahı hazır olduqdan sonra hər şeyi yazdığı-ma əmin olmaq üçün səssizcə oxudum:

1. Maddi çətinlik2. Fiziki zəiflik3. Mənə etibar edən və münasibət qurmaq istəyən

44

dostların yoxluğu4. Normal təhsilimin olmaması5. Dünyagörüşümün aşağı olması6. Peşə bacarığımın yoxluğu7. Həyatda heç bir şeyə nail olmamamOxuyub bitirdikdən sonra bunları yaradan səbəbləri

yazmağa başladım. Hər bir problemin əsas səbəbi I qrup əlillik olsa da, kağız üzərində bir neçə qeyd apardım. Bunu da tamamladıqan sonra hər bir problem üçün ayrı – ayrılıqa bir illik plan tutdum. Növbəti bir il ərzində bu problemləri həll edərək, həyatımda olan boşluqları dol-durmalı idim. Axı mən ölməmişdim, sadəcə keçirdiyim iflic nəticəsində əl və ayaqlarımın iş qabiliyyətini 50 faiz itirmişdim. Bu isə mənə həyatdan tamamlə imtina et-məyə əsas vermirdi.Işlərimi tamamladıqdan sonra dəftəri döşəyin altında gizlətdim.

Indi bu həyatda mənə hər şeydən vacib və əziz bu dəftər idi. Hədiyyələri otağın bir küncünə yığaraq çar-payıya uzanıb bir il sonrakı vəziyyətimi xəyalımda can-landırmağa çalışdım. Xəyal qurmağın insanın inkşafında çox böyük stimul olduğunu eşitmişdim, ancaq heç vaxt yoxlamamışdım. Bir az xəyallar dünyasında o baş – bu başa süzdükdən sonra öz – özümə söz verdim: “Samir, bu doğum günü sənin üçün məhdudiyyət, boşluq və prob-lem dolu bir yaşantı ilə keçirtdiyin sonuncu doğum günü olacaq! Növbəti doğum gününü tamam başqa bir yaşam tərzi ilə qeyd edəcəksən!”

Səhər yuxudan ayılan kimi planların icrasına başla-dım.Ilk olaraq, fiziki gücün artması və sağlam bir bə-dənə sahib olmaq üçün müəyyən işlər görmək istəsəm də “Distrofiya” xəstəliyi idman eləməyimə mane oldu. əllə-rim də get-gedə yığılırdı deyə, mənim üçün daha faydalı ola biləcək bir işdən-bilik toplamaq istiqamətində işlərə

45

başladım. Qonşumuzda ali məktəbə sənəd vemək istəyən bir oğlanı yanıma çağıraraq ona ingilis dili fənnindən re-petitor pulunu yarıbayarı ödəmək təklifini etdim. Əvə-zində isə o, ingilis dili müəllimindən öyrənəcəklərini gə-lib mənə də öyrətməliydi. Qonşum isə “öyrəndiklərimi sənə öyrədərkən özüm də bir daha təkrar etmiş olaram” dedi və biz razılaşdıq. Hər gün ingilis dili ilə bahəm fərdi olaraq, digər fənn kitablarını da oxuyurdum.Təkcə fənn kitabları ilə kifayətlənməyərək, bədii əsərlər də mütaliə edirdim və telekanallarda gedən bütün intellektual yarış-ma proqramlarına baxırdım. Verilişlərdə səslənən sualla-dan çoxuna cavab tapa bilməsəm belə, xeyli bilik top-lamış olurdum.Bunlar mənim söz ehtiyatımı artırmağa, məlumat bazamı zənginləşdirməyə çox kömək olurdu. Ən böyük təsiri təbii ki, kompyuter göstərdi ki, bunun da haqqında bir az sonra danışacağam.

Zehinsəl inkşafla bərabər, maddi qazanc mənbəyi tap-maq da həll olunası vacib məsələlərdən idi. Axı mən nə iş görə bilərdim? Plan tərtib edərkən bu sual ətrafında xeyli düşünmüşdüm.Yadıma düşən bütün peşə sahələri-nin adını bir vərəqə yazaraq, hər birini saf – çürük et-mişdim.Aşbazdan tutmuş saatsaza qədər, rəssamlıqdan tutmuş heykəltaraşlığa qədər bir xeyli peşəni beynimdə süzgəcdən keçirtdikdən sonra, kompyuter mühəndisi ol-mağa qərar vermişdim.Niyə məhz kompyuter mühəndi-si?Kompyuter mənə hava – su kimi lazım idi.Kompyüter mənim üçün ətraf aləmə çıxış, ətraf aləmlə tək ünsiyyət vasitəsi demək idi.Mən həm onu öyrənərək sənət sahi-bi olacaqdım, həm də internetin imkanlarından istifadə edərək biliyimi və dünyagörüşümü artıracaqdım.Zaman keçdikcə kompyuter barəsində olan seçimimdə yanılma-dığımı gördüm. Ingilis dilindən biliyimi daha da artırmaq üçün internet üzərindən ingilis dilli qazetləri oxuyur və

46

ingilis dilində olan filmlərə baxırdım ( Hətta fərdi olaraq ispan dilini də öyrənirdim). Internetin imkanlarından is-tifadə etdikcə dünya görüşümün nə qədər aşağı olduğu-nu dərk edirdim.Ən sevimli saytım google idi.Ağlıma nə gəlirdisə, yazıb axtarışa verirdim.Qarxşıma çıxan sayt-lardakı məlumatları öyrəndikcə vaxtilə insanlardan nə qədər geri qaldığımı anlayırdım.Ilk dostlarımı da sosial şəbəkələr vasitəsiylə qazanmışdım. Evdən bayıra tez – tez çıxmağımı da bura əlavə etsəm, deyə bilərəm ki, artıq əhatə dairəmi xeyli genişləndirmişdim və insanlarla daha çox ünsiyyətdə olurdum.

Bir il tamam oldu. 2012-ci il avqustun 27-si idi və yuxudan tez oyanmışdım. Axı, bu gün doğum günüm idi.Dönüb geriyə baxanda bir xeyli yol qət etdiyimi gördüm.Artıq tamam başqa bir insana çevrilmişdim.Artıq o sa-dəlöhv, hər sözə inanan, yazıq, zəif Samirin yerinə fiziki cəhətdən güclü, intellektual, dünyagörüşlü, hörmətli və bir çoxları üçün lazımlı Samir gəlmişdi.Bu qədər uğur mənə asan başa gəlməmişdi. Kompyuterim xarab ol-duğuna görə işləri iki aylıq təxirə də saldım.Səhhətim-lə əlaqədar bir neçə dəfə xəstələnib yatağa da düşdüm.Ailəmizin maddi vəziyətinin aşağı olması da mənə böyük maneə yaradırdı.Bəzən bezirdim, bəzən də çox yorulur-dum.Elə anlar olurdu ki, “əşşi bu qədəri də mənə bəsdir” deyərək, əldə etdiklərimlə kifayətlənib işləri yarımçıq saxlamaq istəyirdim.Ancaq heç nəyə baxmayaraq, yolu-ma davam edirdim.Inadla, səbrlə, mətnlə davam edirdim.Fiziki məhdudiyyətli olmağımın mənə yaratdığı bir çox çətinliklərə baxmayaraq davam edirdim.Çünki özümə söz vermişdim.Məni yolumdan dönməyə qoymayan ən vacib amil məhz bu idi.Mən heç bir vaxt özümə verdiyim vədə xilaf çıxmıram.

"2012 – ci il, avqustun 27 – si. Bəli, bu gün doğum

47

günümdür. Xalamgil də bizə gələcək, dostlarımı da ça-ğırmışam. Bu gün özümü daha çox xoşbəxt hiss edirəm. Çünki bu gün həyatda normal bir fərd kimi formalaş-dıqdan sonra keçirtdiyim birinci doğum günümdür. DO-ĞUM GÜNÜM MÜBARƏK !!!"

P.S. Iradə nümayiş etdirərək, həyatımı yoluna qoy-duqdan sonra, uğurdan-uğura gedirəm.Şəxsi işim və çox gözəl ailəm var, 3 kitab müəllifiyəm, dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşam. Cəmi bir il ərzində çəkdiyim zəhmətin bəhrəsini hələ uzun illər görəcəyimə və bu uğurlarımın davam edəcəyinə isə heç bir şübhəm yoxdur.

48

8

REAL ƏHVALAT

Rasimin gözü televizorda olsa da, fikri saatın yanın-da idi. Babası dünən söz vermişdi ki, bu gün saat ikidə gəlib, onu gəzməyə aparacaq. On iki yaşlı Rasimin ən sevdiyi şey babası ilə gəzməyə getmək idi. Çünki həmin gün xeyli əylənirdi. Babası onu şəhərin gəzməli-görməli yerlərinə aparır və ona müxtəlif hədiyyələr alırdı. Saat iki olmasına baxmayaraq, baba gəlib çıxmaq bilmirdi. Dəqiqələr irəlilədikcə Rasimin həyəcanı daha da artırdı. Yerində qərar tuta bilmir, tez-tez pəncərədən həyətə boy-lanırdı. Nəhayət, saat üçün yarısı babasının gəlişiylə hər şey öz qaydasına düşdü. Evdən çıxarkən baba soruşdu:

- Əvvəl hara gedək?- Zooparka.Babasıyla gəzinti Rasimin ürəyi istədiyi kimi gedirdi.

Bir neçə dəfə zooparkda olsa da, hər dəfə bura gələndə sanki nağıllar aləminə düşürdü. Vəhşi heyvanlara tama-şa etdikcə, özünü gah Mauqliyə, gah da digər cizgi film qəhrəmanlarına bənzədirdi. Zooparkda heyvanlara tama-

49

şa etdikdən sonra, babası onu geyim dükanına apararaq şalvar və köynək aldı. Sonra əyləncə mərkəzinə gedərək, doyunca əylənəndilər. Rasim bərk acdığını hiss etdi və babasıyla birgə kafelərin birinə yollandılar. Qarnını do-yurub parkdakı oturacaqlardan birinə əyləşən Rasim ba-basının aldığı dondurmaları yeməyə başladı. Bir xeyli keçmişdi ki, 45-50 yaşlarında kök bir kişi Rasimin ba-basına salam verərək, onların yanında əyləşdi. Rasimin başını sığallayıb dərindən nəfəs alaraq dedi:

- Bu gün çox gözəl hava var. Adamın könlü açılır.Dondurma yeyə-yeyə, parkdakı insanlara tamaşa edən

Rasim birdən əlini irəli uzadıb dedi:- Baba çolağa bax. Deyəsən, biz tərəfə gəlir.Babası Rasimin göstərdiyi tərəfə baxaraq, əlil araba-

sında parkda gəzişən ortayaşlı oğlanı görüb dedi:- Ona çolaq demə, ağıllı nəvəm. Eşitsə, xətrinə dəyər.- Niyə xətrinə dəyər ki? – Rasim çaşqınlıqla soruşdu.

– Bəs nə deyim?- Əlilliyi olan insan de, fiziki məhdudiyyətli insan de,

ya da əngəlli insan de. Amma heç vaxt bu cür insanları görəndə “çolaq”,“şikəst”,“topal” kimi sözlərdən istifadə etmə. Gözləri görməyən bir insan haqqında danışanda “kor” yox, görmə əngəlli insan de. Bunu yadından çıxart-ma mənim ağıllı nəvəm, “əlil” fiziki problem səbəbiylə hərəkət qabiliyyəti məhdudlaşan şəxsdir. “Əlillik” isə insanın hərəkətini əngəlləyən və ya məhdudlaşdıran bir anlayışdır.

- Baba, niyə “çolaq”, “şikəst” sözləri bu insanların xətrinə dəyir ki? – Söhbət get-gedə Rasimi maraqlandır-mağa başlamışdı.

- Çünki bu sözlər qədim zamanlardan bu günümüzə kimi məhz təhqiredici ifadələr kimi işlənmişdir. Əgər bir nəfər öz işini natamam görərsə, məsələn, əlindəki qabı

50

yerə salıb sındırarsa, ətrafdakı insanlar ona irad tutmaq, onu danlamaq və hətta təhqir etmək üçün ona “topal” və ya “çolaq” deyərlər və bunu çox vaxt sual şəklində işlədirlər. Məsələn: “Filan şeyi niyə sındırdın? Ehtiyatlı ol də, topalsan?” və ya “Filan şeyi niyə xarab elədin? Çolaqsan?” Biri o birisinin fiziki probleminə lağ etmək üçün çox zaman “şikəst” və ya “çolaq” deyir. Deməli, bu sözlər həm də lağ etmək mənasında işlədilir. Heç “Fiziki qüsurlu” sözünü eşitmisən?

- Hə. Dünən televizorda eşitdim. – Bütün diqqəti ba-basının yanında olan Rasim fikirli-fikirli cavab verdi.

- Bu jurnalistlər nə vaxt bu mənfi xüsusiyyətlərindən əl çəkəcək, bilmirəm. – Baba əsəbi halda öz-özünə pıçıl-dayıb, sözünə davam etdi. – Əlilliyi olan insanlar haqqın-da danışarkən bu sözü də işlətmək olmaz. Çünki ...

- “Fiziki qüsurlu” sözünü niyə işlətmək olmaz, baba ? – Rasim babasının sözünü kəsib soruşdu.

- Çünki orada “qüsur” sözü var. “Qüsur” isə “eyib” deməkdir, “anormal” deməkdir, “yarımçıq” deməkdir, “istifadəyə yararsız” deməkdir. Bu sözləri isə fiziki və-ziyyətindən asılı olmayaraq, heç bir insana yaraşdırmaq düzgün deyil. Insanların istəyindən asılı olmayaraq, bə-dənlərində yaranan problemlər qüsur sayılmır. Əsl qü-sur yalançılıqda, pislik etməkdə, mərdiməzarlıqda və ya spirtli içkilərə meyl etmək kimi xoş olmayan şeylərdə ad çıxartmaqdır ki, insanlar bunları bilərəkdən və istəyərək-dən edirlər.

- Oldu baba. Bu gündən sonra əlil arabasında oturan insanla danışanda, ona “Əlilliyi olan insan” deyə müra-ciət edəcəm.

- Yox mənim şirin nəvəm. “Əlilliyi olan insan” kəlmə-sini əlil arabasında oturan adamla danışanda yox, onun haqqında bir başqası ilə danışanda işlətməlisən. Əlilliyi

51

olan insanla danışdığın zaman isə, sağlam insanlara necə müraciət edirsənsə, elə etməlisən. Məsələn, yaşca səndən böyükdürsə, əmi və ya xala, müəllim və ya xanım deyə müraciət edə bilərsən.

Bu zaman onların yanında oturan kişi dilləndi:- Ağsaqqal, uşağı niyə yorursan? Onsuzda sənin o əlil

dediyin şikəst insanların yanında çox vaxt yaxınlarından kimsə olur. Ən əsas da kor insanların yanında. Nə lazım-dırsa, şikəstin yaxınlarıyla danışırıq. Uşağı burax, qoy gedib oynasın. Onun nə yaşı var ki, beynini belə şeylərlə yorursan.

- Nəvəmin artıq 12 yaşı var. Burada dediklərim də onun bilməsi vacib olan şeylərdir. Elə sənin özün də çox şey öyrənməlisən.

Kök kişi qəh-qəhə çəkib güldü:- Mənim artıq 48 yaşım var. Bundan sonra öyrənmək

nəyimə lazımdır? Bir də eşitməmisən ki, “Qırxında öy-rənən gorunda çalar?”

- Yox qardaşoğlu. Sən də öyrənməlisən. Ona görə öy-rənməlisən ki, bilmədən bir əlilliyi olan insanın xətrinə dəyib, özünü pis vəziyyətdə qoymayasan. Ona görə öy-rənməlisən ki, gələcəkdə sən də öz nəvənə qızıldan qiy-mətli nəsihətlər verə biləsən. Əlillik məsələsinə gəlincə isə onu deyim ki, əlilliyi olan insanla danışmaq istəyir-sənsə, onun yanında müşayətçi olsa belə, əlil insanın özüylə danışmalısan. Səninlə danışmaq istəyən bir nəfər səni heçə sayaraq, sənə demək istədiyi sözləri yanındakı şəxs vasitəsiylə sənə çatdırmaq istəsə, bu sənin xoşuna gələr?

- Yox. – Kök kişi könülsüz-könülsüz dilləndi.- O zaman özünü əlilliyi olan insanın yerinə qoy və

buna görə hərəkət elə. O ki, qaldı görmə əngəlli insanla-ra, onlarla ünsiyyət yaratmağın da xüsusi qaydaları var.

52

Məsələn, görmə əngəlli insanlarla ilk dəfə görüşdükdə hətta səni tanısa belə, yenə də özünü təqdim elə. Qrup şəklində söhbət edilirsə, hər bir kəs sözə başlamamışdan qabaq mütləq özünü təqdim etməlidir və hətta kimə mü-raciət etdiyini də bildirməlidir.

- Onlara qarşı necə münasibət göstəririk-göstərək, şikəst elə şikəstdir. Dövlətdən havayı pensiya, ev, maşın, xüsusi güzəştlər alanda güya bilmirlər ki, bütün bunları şikəst olduqlarına görə alırlar? Əgər belədirsə, mənim bir sözümə görə niyə inciməlidirlər ki? – Kök kişi dediklə-rində israr etməyə başladı.

- Əlilliyi olan insanların bir çox sahədə xüsusi qayğı-ya ehtiyacı var, bu danılmazdı. Amma bu sənə nə əsas, nə də ixtiyar vermir ki, bu kateqoriyalı insanlarla istə-diyin tərzdə danışasan, istədiyin hərəkəti edəsən. Fiziki fərq hər bir insanda olur. Boyunun ölçüsündən, bədəninin çəkisindən, sifətinin quruluşundan, dərisinin rəngindən, ümumiyyətlə, heç bir fiziki fərqlilikdən asılı olmayaraq, hər bir insana hörmətlə yanaşılmalıdır. Bu gün əlilliyi olan insanların cəmiyyət içinə çıxa bilməməsinin əsas səbəblərindən biri də sənin kimi düşünən insanların ən-gəlli insanlara qarşı olan yanaşma tərzidir. Nəinki fiziki məhdudiyyətli, ümumən, fiziki cəhətdən fərqli görünən insanlara qarşı cəmiyyətimizdə birmənalı olmayan mü-nasibət, birbaşa olaraq, əlilliyi olan insanlara mənfi təsir göstərir və onların sosial işlərdə aktivliyini azaldır. Çox təəssüf ki, bir çox insanlar ictimai yerlərdə əlilliyi olan insan gördükdə, buna qəribə hal kimi baxırlar. Hətta bə-ziləri “Bunun burada nə işi var? Bu vəziyətdə nə vacib idi?” kimi sözlərlə əlilliyi olan insanı qınayaraq, ona rişxənd edirlər.

- Ağsaqqal dəhşətsən ee. Başqa nə deyilməlidi ki? Bu şikəst insanın çöl...

53

- Əlilliyi olan insanın! – Rasimin babası qətiyyətlə dil-ləndi.

- Yaxşı, olsun əlil. Bu əlil insanın çöldə-bayırda nə işi var? Hava almaq istiyir? Eyni havadı dəə, otursun eyvan-da istədiyi qədər hava alsın. Day bu vəziyyətdə bu qədər əziyyəti niyə çəkir? Təhsil almaq üçün desən, inandırı-cı deyil. Evdə təhsil məktəbləri bunlara evlərində təhsil verir. Işləməklə bağlıdır desən, heç inandırıcı deyil. Bu dəqiqə qollu-qüvvətli sağlam insanlar iş tapmaqda çə-tinlik çəkirlər, əlil arabasında oturan biri nə işlə məşğul olacaq ki? Əgər darıxırlarsa, bunun üçün yüzlərlə kanalı olan televizor var, kitablar var. Mən hələ kompyüteri de-mirəm. Istədikləri qədər başlarını qatıb, vaxtlarını öldür-mək üçün vasitələr var. Məncə bu insanlar sadəcə olaraq nə istədiklərini bilmədiklərinə görə küçəyə çıxaraq özlə-rinə əziyyət verirlər və onları qınayanlar haqlıdırlar.

- Soruşursan ki, nə deyilməliydi? “Bu vəziyətdə nə vacib idi ki, çölə çıxmısan?” demək əvəzinə, “Yaxşı eləyib gəzməyə çıxmısan. Adam evdə oturduqca ürəyi sıxılır” demək lazımdır. bu yaxınlarda bir nəfərdən çox gözəl bir şüar eşitdim: “Əlillərin qarşısında əngəl olma. Ya yol çək, ya yoldan çəkil!” Əgər hava eynidirsə, bəs sənin burda nə işin var? Eyvanda oturub hər gün gördü-yün mənzərəni seyr edə-edə hava alardın da özün üçün. Sənin fikirləşdiyinin əksinə olaraq, əlilliyi olan insanlar nə elədiklərini çox gözəl bildikləri üçün cəmiyyət arasına çıxırlar. Mən çox sayda fiziki məhdudiyyətli insan tanıyı-ram ki, məşğul olduğu sahədə öz işinin peşəkarına çevri-lib. Onlar fiziki məhdudiyyətlərini kompensasiya etmək üçün öz işlərində sağlam insanlardan bir baş üstün olma-ğa çalışırlar ki, buna görə də öz üzərlərində daha çox çalı-şırlar və özlərini məşğul olduqları sahədə daha çox inkşaf etdirirlər. Bunların arasında rəssam da var, mühəndis də,

54

yazıçı da. Mənim bir tanışım görmə əngəlli olduğu halda 25 ildir ki, tarix müəllimi işləyir. Mən hələ idmançılar-dan danışmıram. Ümumiyyətlə isə fiziki məhdudiyyəti ola-ola uğur qazanan insanlar kifayət qədərdir. Tarixə nəzər salsaq, Əmir Teymur, Avraam Linkoln, Helen Kel-ler və Van Bethoven kimi şəxsiyətləri görə bilərik. Indiki zəmanəmizdə isə Azərbaycanın fəxri Ilham Zəkiyevin, bir ayağı olmadığı halda çox gözəl rəqs etməyi bacaran Hindistanlı Sudha Çandranın, dünyanı heyran qoyan fi-zik-nəzəriyyəçi, Böyük Britaniyalı Stiven Hokinqin, Iis-tedadlı rəssam, türkiyəli Əşrəf Armağanın adlarını çəkə bilərəm. Məncə bu insanlar isti hava şəraitinə, torpağın və suyun olmamasına baxmayaraq, səhrada çiçək açma-ğı bacaran qızılgülə bənzəyirlər. Mümkünsüzü mümkün edə bildikləri üçün. Sənin kimi düşünən insanlarda əlil insanlara qarşı olan mənfi münasibəti, fikir və düşüncəni mütləq şəkildə dəyişmək lazımdır ki, bu kateqoriyadan olan insanlar ictimai yerlərdə və toplum arasında özlərini rahat hiss etsinlər.

- Bu qədər insanın fikrini necə dəyişəcəksən?- Əlilliyi olan insanlara qarşı olan mənfi yanaşma

tərzini dəyişmək üçün telekanallarda əngəlli insanlara həsr olunmuş xüsusi verlişlər təşkil edərək, bu insanların müsbət tərəflərini göstərmək və bu insanları cəmiyyətə düzgün şəkildə təqdim etmək lazımdır. Tək televiziyada deyil, radioda, qazetdə və internet səhifələrində əlilliyi olan insanlar barəsində məlumatverici və maarifləndirici məlumatlar yayımlamaqla bu insanların təbliğatına geniş şərait yaradılmalıdır. Orta məktəb müəllimləri həftədə heç olmasa 20 dəqiqə vaxt ayıraraq, şagirdlərə əlillik və əlil insanlar haqda məlumat verməlidirlər. Ali məktəb ocaqlarında tələbələrlə bu mövzu ətrafında mütəmadi müzakirələr aparılmalıdır. Əlilliyi olan insanlarla sağlam

55

insanlar arasında tez-tez görüşlər təşkil edilməlidir. Əgər bunlar olarsa, yaxın gələcəkdə fiziki məhdudiyyətli in-sanlara qarşı münasibət indikindən qat-qat yaxşı olacaq.

Söhbətin bu yerində əlil arabasında oturan insan on-ların yanından keçərkən ehtiyatsızlıq etdi və arxa təkər-lərlərdən biri səkidən çıxaraq torpağın üstünə düşdü. Rasim dərhal “mən kömək edərəm” deyib, irəli qaçmaq istəyərkən, babası onun qolundan tutub saxladı.

- Hara gedirsən?- Əlilliyi olan insanın arabasının təkəri torpağa düşüb.

Arabadan tutaraq onu səkinin üzərinə qaldıracam.- O səndən kömək istədimi?- Yox. – Rasim çaşqınlıqla dilləndi. – Amma onun

köməyə ehtiyacı var.Arabada oturan oğlan təkəri çox rahatlıqla səkinin üs-

tünə çıxara bilsə də bunu etmədi və maraqla söhbəti din-ləməyə başladı.

- Mənim qəşəng nəvəm. – Baba aramla sözə başladı. – Əlilliyi olan insana kömək etmək istəyirsənsə, ilk növ-bədə öz köməyini təklif etməlisən. Sonra onun köməkliyi qəbul edib-etməyəcəyini gözləməlisən. Onun icazəsi ol-madan və istədiyin şəkildə kömək edə bilməzsən. Bu ona zərər verə bilər. Əgər sənin köməyini qəbul etsə, ondan nəyi nə cür etməyi soruş və onun verdiyi təlimatlara əməl et.

- Kömək etmək üçün də onun-bunun minnətini gö-türəcəyik? – Kök kişi yenə söhbətə qoşuldu. - Arabadı dəə, arxadan qaldırıb, bir az kənara çəkəcəksən. Buna görə icazə almaq lazımdır?

- Bunu unutmaq olmaz ki, əlil arabası onun üzərində oturan insanın şəxsi əmlakıdır. Ondan istifadə edən şəx-sin icazəsi olmadan əlil arabasından istifadə etmək, üzə-rinə hər hansısa yük qoymaq, onu yerindən tərpətmək,

56

bir sözlə, ona toxunmaq olmaz. Əlil arabasını icazəsiz sürmək, onun üzərində oturan insanı özünün könlü ol-madan bir yerdən başqa yerə aparmaq deməkdir ki, bu da ədəbsizlikdir. Bir daha təkrar edirəm. Əlilliyi olan insana kömək etmək üçün öncə soruşmaq, sonra da onun dediyi təlimatlara əməl etmək lazımdır.

- Bəlkə heç o normal danışa bilmir? – Kök kişi adəti üzrə israr etməyə başladı. – Uşağın işini niyə çətinə sa-lırsan? Qoy getsin köməyini eləsin. – Uşağa müraciətlə: - Get oğlum, get kömək elə.

- Əgər əlilliyi olan insan çətinliklə danışırsa, onu axıra kimi səbrlə və diqqətlə dinləmək və öz fikrini sizə çatdır-masına imkan vermək lazımdır. Onun ifadə tərzinə düzə-liş vermək və ya nitqini tamamlamaq ədəbsizlikdir.

- Dəhşətsən ee ağsaqqal!- Bu hələ hamısı deyil. Əlil arabasında oturan biriylə

söhbət edərkən elə dayanmaq lazımdır ki, o söhbət bo-yunca sizə aşağıdan-yuxarıya baxaraq boynunu incitmək məcburiyyətində qalmasın və ən əsası sizin üzünüzü ay-dın şəkildə görə bilsin. Qulağı yaxşı eşitməyən biriylə söhbət edərkən, əl işarəsiylə onun diqqətini özünüzə cəlb edin və çalışın sözləri aramla və aydın şəkildə deyəsi-niz. Qrup halında olan görmə əngəlli insanlarla söhbət edərkən, hər dəfə müraciət etdiyiniz şəxsin adını çəkmə-lisiniz. Yerinizi dəyişmişsinzsə, ona bu haqda məlumat vermək lazımdır ki, boşluqla danşmaq məcburiyyətində qalmasın. Hər hansısa bir əşyayın yerini görmə əngəlli insana deyəndə, dəqiq ifadələrdən istifadə etmək lazım-dır. Məsələn, “Ehtiyatlı ol. Qarşıda pilləkən var” demək əvəzinə, “Ehtiyatlı ol. Səndən üç addım irəlidə pilləkən var” demək lazımdır. – Nəvəsinə müraciətlə: - Get kömək elə ağıllı balam. Amma dediklərimi unutma!

Rasim əlil arabasında oturan oğlana yaxınlaşdı:

57

- Salam əmi. Arabanızın təkərini səkiyə qaldırmağa sizə kömək edə bilərəmmi?

- Əlbəttə. – Əlil arabasında oturan oğlan səmimiyyətlə dilləndi. – Adın nədir sənin?

- Rasim.- Mənim isə adım Samirdir. Buyur, kömək elə.- Bunu necə eləsəm sizin üçün uyğun olar?- Arabanın arxasındakı qulplardan tutub, azca yuxa-

rı dart və irəli itələ. Çalış, ehtiyyatlı ol. Əlil arabası çox tez sürət götürür. Əgər kimisə əlil arabasında aparırsansa, çalış sürətlə sürmə. Əgər sürətlə sürərkən arabanı qəfil döndərsən və ya saxlasan, onun üzərində oturan adam müvazinətini itirərək, yıxıla bilər.

Rasim arabanı səkinin üzərinə çıxarıb soruşdu:- Yenə nə isə lazımdır?- Al bu pulu, mənə su al gətir.Rasim “Yaxşı” deyərək, su almağa getdi. Arabada otu-

ran oğlan Rasimin babasına yaxınlaşıb dedi:- Salam dayı. Ilk öncə sizə təşəkkür etmək istəyirəm.

Kaş ki, hər kəs sizin kimi öz övladlarına və nəvələrinə bu cür nəsihətlər verəydi. Belə olsaydı, bizim də canımız hər addımbaşı təhqir olunmaqdan qurtarardı. Kimi uca səslə “Iraq olsun” deyir, kimi nümayişkaranə şəkildə qulağı-nı çəkir, kimisi öz uşağını bizimlə qorxudur, kimisi də kömək etmək istəyərkən nəyi necə eləyəcəyini bilmədi-yinə görə bizi daha da pis vəziyətə salır. Bu günləri nəin-ki öz övladına nəsihət verən, özünün belə bu məsələlər barəsində məlumatı olan insanların sayı çox təəssüf ki, nəzərə çarpacaq dərəcədə azdır.

- Köməyə görə etiraz etməyiniz mənə qəribə gəlir. – Kök kişi dilləndi. – Kimsə sizə yaxşılıq etmək istəyirsə, niyə “çox sağ ol” demək əvəzinə, narazılıq eliyirsiniz?

- Bu gün sağlam insanlar da bir-birilərinə yardım

58

edirlər və yardımlaşmaq çox gözəl bir şeydir. Fiziki və-ziyyətindən asılı olmayaraq, ehtiyacı olan hər bir adama imkan daxilində kömək etmək bir insanlıq borcudur. La-kin köməyi necə edəcəyini bilməlisən. Kömək edərkən etikadan kənara çıxmaq və ya qarşı tərəfə zərər vermək olmaz. Təsəvvür edin ki, bərk susamısınız və bir nəfər-dən bir stəkan su istəyirsiniz. Həmin adam isə suyu stə-kana tökərək sizə uzatmaq əvəzinə, məcburi halda sizin ağzınızı açaraq, suyu boğazınıza tökməyə çalışır. Öz alə-mində sizə kömək etmək istəyir ki, susuzluğunuz yatsın. Amma sizə qarşı necə ədəbsizlik etdiyini və sizə zərər verdiyini dərk etmədən sizə irad tutur ki, “Sənə heç yax-şılıq yoxuymuş ki. Budur çox sağ olun?” Təəssüf ki, bu gün bir çox sağlam insanın əlilliyi olan isanlara göstərdi-yi kömək təqribən buna bənzəyir.

- Yaxşı, bəs necə kömək etmək lazımdır? – Kök kişi fikirli halda soruşdu. – Necə eləmək lazımdır ki, ürəyi-nizcə olsun?

- Köməyin edilmə qaydası şəraitə, əlilliyin növünə və ağırlıq dərəcəsinə görə dəyişir. Əlil arabasından istifadə edən insanlara necə kömək etmək lazım olduğunu dayı çox gözəl izah elədi. Görmə əngəlli insanlara kömək edərkən onun əlindən tutub, zorla arxanızca çəkmək ol-maz. Ona harada olduğunu təsvir etmək və maneələrə çatdıqca (pilləkən, gölməçə, çökək yerlər, qapı, səki, ağac, dirək, hər hansısa bir əşya, və sairə) onu xəbərdar etmək lazımdır.

Rasim suyu gətirib oğlana verdikdən sonra bir kənarda dayanaraq, onları dinləməyə başladı. Əlil arabasında otu-ran oğlan sudan bir neçə qurtum içib sözünə davam etdi:

- Əslində mən başqa məsələyə də toxunmaq istəyirəm. Barmaqlarım tam açılmadığı və nisbətən zəif olduqları üçün mən butulkanın qapağını dişimlə açdım və butul-

59

kanı ağzıma hər iki əlimlə apardım. Bütün bu proses bo-yunca Rasim gözlərini qırpmadan məni seyr etdi. Mən başa düşürəm ki, Rasimin yaşı azdır və bu qeyri-ənənəvi hərəkət ona təəcüblü gəldiyi üçün – yəni ki, həyatında ilk dəfə belə bir şeylə qarşılaşdığı üçün qeyri-ixtiyari olaraq, maraqla məni izləyirdi. Əslində isə bunun özündə də eti-ka kodeksi var və hər kəs bunları da bilməlidir. Təbii ki, fiziki məhdudiyyəti olan insan hər hansısa bir hərəkəti qeyri-ənənəvi üsulla etdikdə bu ətrafdakılara qəribə gəlir və onların diqqətini cəlb edir. Amma bu, əlilliyi olan in-sanlarda çox güclü kompleks hissi yaradır və onlar gör-dükləri işi yarımçıq saxlamağa məcbur olurlar. Məsələn, əlilliyi olan insan barmaqlarını tam istifadə edə bilmə-diyi üçün çörəyi iki əlinin içində tutaraq ağzına apara bilər və ya mənim kimi butulkanın ağzını dişləri ilə aça bilər. Belə hallarla qarşılaşan insanlardan tələb olunan ilk şey budur ki, bu cür situasiyalarla qarşılaşdıqda da-vamlı olaraq bir neçə dəqiqə əlilliyi olan insana dayanıb baxışlarını zilləməsin. Çünki bu zaman əlilliyi olan insan bütün diqqətlərin onun üzərində olduğunu görərək, utan-dığından həmin hərəkətini yarımçıq saxlayır və ya bir daha təkrar etmir. Məsələn, yeməyi qeyri-ənənəvi üsulla yeyən fiziki məhdudiyyətli insan sizin baxışlarınızdan kompleksə düşərsə, ac olsa belə, yeməyini yarımçıq sax-layacaqdır. Bu cür hallar kifayət qədərdir və xeyli sayda misal gətirmək olar. Əlilliyi olan insanlar bir çox hallarda ənənəvi hərəkət üsullarından istifadə edə bilmədiklərinə görə, həmin hərəkətləri bacardıqları və öz fiziki vəziy-yətlərinə uyğunlaşdırdıqları hərəkətlərlə əvəz edirlər. Ət-rafdakı insanlar bu cür hallara soyuqqanlı yanaşmalı və bunda qeyri-adilik axtarmaq əvəzinə, istənilən çətin və-ziyyətdə bir yol taparaq, öz ehtiyacını ödəməyi bacaran bu cür insanları təqdir etməlidirlər.

60

- Əlilliyi olan insanlarla davranış da, ünsiyyət də, hət-ta kömək etmək belə, xüsusi qaydalar tələb edir. – Kök kişi dilləndi. – Bunların hamısını mənimsəmək, yadda saxlamaq bir tərəfə, bunların hamısına tam dəqiqliklə əməl eləmək bir az müşkül məsələdir. Ümid edirəm, əlil-liyi olan insanlar da bunu nəzərə alacaq və hər xırda şeyə görə sağlam insanları günahkar çıxardaraq bizlərdən in-ciməyəcəklər. – Üzünü Rasimin babasına tutaraq: - Ar-tıq gecdir, mən getməliyəm. Amma getməmişdən qabaq sənə son bir sual vermək istəyirəm.

- Buyurun.- Samiri başa düşdüm. Vəziyyəti haqda olan məsələlər

barəsində məlumatlı olmağı təbiidir. Bəs sən bu qədər məlumatı necə əldə eləmisən? Bircə demə ki, bu həyat təcrübəndən irəli gəlir. Sənin yaşında 200 ağsaqqalı da-nışdırsaq, yenə də bu qədər məlumat toplaya bilməzdik.

- Təbii ki, yaşıma görə həyatdan çox şey öyrənmişəm. Amma əlilliyi olan insanlarla bağlı məlumatlı olmağımın səbəbi əlillik faktoru üzrə ixtisaslaşmış Qeyri Hökumət Təşkilatının sədri olmağımdır.

- Mən getdim. Salamat qalın.- Rasim hazırlaş, biz də gedək. Artıq gecdir.Onlar Samirlə sağollaşıb, oradan ayrıldılar. Rasim

yolboyu parkda eşitdikləri barədə düşünürdü. Sabah, onun gəzməyə getdyini bilən sinif yoldaşları ona zo-oparka gətirilən yeni heyvanlar barəsində və oynadı-ğı yeni müasir oyunlar haqda xeyli suallar verəcəklər. Amma o tamamilə başqa və hər uşağın bilməli oldu-ğu məsələlər haqqında danışacaq. Tamamilə, başqa məsələlər haqqında.

61

9

Bu gün Azərbaycanda əlil problemləri üzrə ixtisas-laşmış Qeyri Hökümət Təşkilatlarının, Cəmiyyətlərin və Ictimai Birliklərin sayı kifayət qədərdir. Bu tip qurumla-rın yaradılmasında əsas məqsəd Azərbaycanda yaşayan əlil insanların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsində yaxından iştirak etmək, onların həyat dəyə-rini yüksəltməklə, ölkənin ictimai həyatında yaxından iş-tirak etmələrinə kömək etməkdir.

Qeyri Hökümət Təşkilatı, maddi gəliri olmayan, müstəqil qurumdur. Əsas vəzifəsi isə, qurumun fəa-liyyətini əhatə edən sahə üzrə layihələr hazırlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasina və ya müxtəlif Grant Təşkilatlarına və Yardım Fondlarına təq-dim edərək, aldıqları maddi vəsaitin hesabına nəzərdə tutduqları layihəni həyata keçrtməkdir.

Bu məqalə, “Əlil Sahibkarlar Təşkilatı” Ictimai Birli-yinin yaranma səbəblərindən və fəaliyyətindən bəhs edir.

62

“ƏLİL SAHİBKARLAR TƏŞKİLATI” İCTİMAİ BİRLİYİ

“ƏST” IB-in məsul işçisi zəng vuraraq məni təşkila-tın tədbirinə dəvət edəndə ilk öncə razılaşmadım. Lakin təşkilat sədrinin mənimlə görüşmək istədiyini eşitdikdə tədbirə qatılmağı qərara aldım. Tədbirə gedərkən düşü-nürdüm ki 15-20 adamın iştirak etdiyi və şablon çıxış-ların yer aldığı 30-40 dəqiqəlik tədbiri birtəhər yola verib, təşkilat sədri ilə görüşərək geri qayıdaram. La-kin təşkilatın Sumqayıt şəhərində yerləşən baş ofisinə girəndə gözləmədiyim mənzərə ilə qarşılaşdım. Içəridə əməlli-başlı izdiham var idi. Ilk əvvəl təşkilat tərəfindən yardım paylanıldığını düşünsəm də, bir müddət sonra yanıldığımı dərk etdim. Bu qədər insan heç bir maddi qarşılıq güdmədən məhs təşkilatın növbəti toplantısın-da iştirak etmək üçün ofisə təşrif buyurmuşdu. Bir kə-narda dayanıb düşünməyə başladım. “Görəsən “ƏST” IB-ə göstərilən bu qədər böyük diqqətin əsl səbəbi nədir ? Digər “QHT”lər 20-30 nəfər əlilliyi olan insanı təd-bir zalına güc-bəla ilə yığdığı halda, yüzlərlə əngəlli insanın “ƏST” IB-in tədbirlərinə belə həvəslə gəlişinin sirri nədə idi ? “ƏST” IB-in digər “QHT”-lərdən fərqi nə idi görəsən ?” “ƏST” IB haqda məlumatım olsa da, onun fəaliyyəti ilə yaxından maraqlanmamışdım. Tədbir bitdikdən sonra Təşkilatın sədri ilə səmimi və işgüzar görüşüm oldu və beynimdə dolaşan suallara cavab tap-maq üçün, mənə təklif olunan “Beynəlxalq Humanitar Yardımlar Şöbəsinin Baş Məsləhətçisi” vəzifəsini dü-şünmədən qəbul etdim və zaman keçdikcə səhf etmədi-yimi anladım. Təşkilatda işlədiyim 8 aydakı apardığım müşahidələr nəticəsində əldə etdiyim nəticələri sizlərlə bölüşmək istəyirəm.

63

2013-cü ildə təsis edilmiş və 11 Mart, 2014-cü il ta-rixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müvafiq qeydiyyatdan keçmiş “Əlil Sahibkarlar Təşki-latı” Ictimai Birliyi, çox qısa zaman kəsiyində, Vətəndaş Cəmiyətinin nümayəndəsi olaraq öz məhsuldar və inten-siv fəaliyyəti ilə öz dəsti-xəttini təsdiq etmiş və mövcud Nizamnaməsi və qanunvericilik çərçivəsində öz fəaliy-yətini qura bilmiş bir təşkilatdır. Bu gün “ƏST” IB-ə üzv olan əlillərinin sayı on minlərlədir. çünki “ƏST” IB öz işinə məsuliyyətlə yanaşaraq vicdanla işləyən, yüksək təcrübəyə malik işçi heyyəti ilə əngəlli insanlara hər bir sahədə dəstək ola biləcək bir təşkilatdır.

Indiki zəmanədə pul hər şeyi həll etməsə də çox şeyi həll edir. Əlilliyi Olan Insanların da öz gündəlik tələbat-larını qarşılaması və ən əsas da ehtiyac duyduqları əlil avadanlıqlarını ala bilməsi üçün pula ehtiyacı var. Məhs buna görə də öz fəaliyyətini əlilliyi olan insaların məşğul-luq qabiliyyətinin qarşılanması üçün onlara iş yerlərinin yaradılması üzərində quran “ƏST” IB, Əlilliyi Olan In-sanların istedadlarının inkşaf etdirilməsi və onların əldə etdikləri peşə bacarıqlarına uyğun işlə təmin edilməsinə şərait yaratmağı qarşısına məqsəd qoysa da hələ ki bu is-tiqamətdə nəzərəçarpacaq nailiyyətlər əldə etməmiişdir.

Bu gün Əlilliyi Olan Insanların çox böyük hissə-si QHT-lərin təşkil etdiyi tədbirlərə qatılmır ki bunun da bir-neçə obyektiv səbəbi var. Birinci problem ondan ibarətdir ki əlil insanın yaşadığı ərazidə infrastruktur mü-yəssər deyil. Buna görə də Əlilliyi Olan Insanlar hər han-sısa tədbirə getmək üçün öz yaxınlarına əziyyət vermək məcburiyyətində qalırlar. Ikinci problem ondan ibarətdir ki əlil insanlar üçün müyəssər olan avtobuslar ölkəmiz-də kifayət qədər olmadığına görə Əlilliyi Olan Insanlar bir yerə gedərkən taksidən istifadə etməyə məcbur olur-

64

lar ki bu da onlar üçün əlavə xərc deməkdir. Üçüncü, ən əsas problem ondan ibarətdir ki əlil insanların qatıldığı tədbirlər çox zaman tədbirin təşkilatçısının marağına xidmət edir. Yəni ki Əlilliyi Olan Insan kifayət qədər əziyyət çəkərək dəvət olunduğu tədbirə qatılır, tədbirdə söylənən fikirləri dinləyir və heç bir şey əldə etmədən geri qayıdır. Çünki tədbir zamanı söylənilənlər elə tədbir zalındada qalır və ordan kənara çıxmır. Əlilliy Olan In-sanın tədbirə qatılması isə yalnız tədbirin təşkilatçısına lazımdır ki tədbirdən çəkilən görüntüləri harasa təqdim edərək, tədbirin səmərəli keçdiyini deyə bilsin. Əlilliyi Olan Insanlar üçünsə o tədbir lazımsız və nəticəsiz olur və boş yerə vaxt və mailliyə itgisinə səbəb olur. Bütün bunları çox gözəl anlayan “ƏST” IB rəhbərliyi öz fəaliy-yəti istiqamətində yalnızca dəyirmi masalar, konfranslar, seminarlar, simpoziumlar, disskusiyalar, forumlar və təd-birlər təşkil edərək, danışmaqla işini bitmiş hesab etmir və bunun əvəzində real işlər görməyə çalışır.

Əlilliyi Olan Insanların həyat dəyərini yüksəltməyi qarşısına məqsəd qoymuş “ƏST” IB, onların cəmiyyət-dən asılılığını qismən, bəzi sahələrdə isə tamamilə aradan qaldırmaq üçün müasir avadanlıqlarla təhciz olunmuş xüsusu peşə məktəbləri yaradaraq, Əlilliyi Olan Insan-ların peşə bacarıqlarına yiyələnməsi və istedadlarını ink-şaf etdirə bilmələrinə şərait yaratmağı qarşısına məqsəd qoyub və əlillərin bu tip peşə məktəblərində əldə etdik-ləri peşə bacarıqlarına uyğun özlərini göstərməsi üçün mütəmadi olaraq sərgilər, yarmarkalar, idman turnirləri və başqa tədbirlər keçirərək onların əl işlərini və digər bacarıqlarını aktiv şəkildə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bu tip tədbirlərdə iştirak edən Əlilliyi Olan Insanlar həm özlərini ictimaiyətə tanıdırlar, həmi də peşə bacarıqlarına uyğun düzəltikləri əl işlərini sataraq müəy-

65

yən qazanc əldə edirlər. “ƏST” IB fiziki məhdudiyyəti olan insanlara pul, ərzaq, ev əşyası kimi müəyyən maddi yardımlar edərək onları özündən asılı vəziyyətə salan bir təşkilat yox, ehtiyacı olan hər bir şeyi heç kimdən asılı olmayaq, Əlilliyi Olan Insanların özlərinin əldə etmələri üçün onlara şərait yaradan və istiqamət verən bir təşkilat olmağı qarşısına məqsəd qoymuşdur.

“ƏST” IB-in Azərbaycanın bir-neçə şəhər və rayon-larında filialı var və bu da “ƏST” IB rəhbərliyinə imkan verir ki Əlilliyi Olan Insanları bir təşkilatda toplamaqla, onların problemlərini daha yaxından öyrənib araşdıraraq, bütün problemlərin kökünü, mənbəyini tapmğa nail ol-sun və əldə edilən məlumatları dərindən analiz edərək, bir çox problemlərin həllinə nail olmaqla onların ictimai həyatla əlaqəsini gücləndirərək, bütün mümkün vasitələr-dən istifadə edərək onların həyat dəyərini yüksəltsin.

“ƏST” IB üçün digər bir prioritet məsələ Əlilliyi Olan Insanları cəmiyyətə düzgün şəkildə təqdim etməklə sağ-lam insanların əlillərə qarşı olan mənfi düşüncələrini və neqativ hərəkətlərini 180 dərəcə dəyişməkdir. “ƏST” IB-in müsbət tərəflərindən biri də budur ki başda sədr olmaqla, işçilərində 50 faizindən çoxu Əlilliyi Olan In-sandır ki bu da Əlilliyi Olan Insanları daha yaxından başa düşməyə və onların dərdini real şəkildə anlamağa imkan verir.

Gördüyü bütün işlər haqda ictimaiyyətə mütamadi olaraq geniş məlumat verən “ƏST” IB rəhbərliyi xarici ölkələrlə də sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir və bu əməkdaşlığın nəticəsində digər dövlətlərin əlillik faktoru üzrə təcrübələrini vahid bir proqramda birləş-dirərək, əlilliyi olan insanlar üçün mükəmməl bir siste-min yaratmağı qarşısına məqsəd qoyub. Bundan əlavə, müxtəlif ölkələrdən fiziki məhdudiyyətli insanları Azər-

66

baycana dəvət edərək onlarla, ölkəmizdəki əlil insanlar arasında müxtəlif tədbirlər tədbirlər təşkil edərək, Əlilliyi Olan Insanlar arasında dostluq və mehribanlığa söykənən sıx münasibət yaratmağa çalışır.

“ƏST” IB Əlilliyi Olan Insanların maddi rifahı ilə ya-naşı onların sağlamlığını da düşünür və bu işə də məsu-liyyətlə yanaşır. Belə ki, müvafiq sağlamlıq ocaqları ilə bağlanılan müqavilələrin nəticəsi kimi, xeyriyyə məqsə-di ilə, təmənnasız olaraq 1000-dən çox əlilliyi olan və imkansız şəxslərin tam tibbi müayinədən keçirilməsinə nail olunmuşdur. Bu ənənənin davamı olaraq yaxın gələ-cəkdə, bu sahədə beynəlxalq səviyyəli layihələr reallaş-dırılacaqdır.

Eyni zamanda, Vətənpərvərlik ruhunun yüksəldilmə-si məqsədi ilə “ƏST” IB tərəfindən dəfələrlə Hərbi His-sələrdə görüşlər keçirilmişdir.

Sözsüz ki “ƏST” IB-in uğurlu fəaliyətinin əsas səbə-bkarı məhs təşkilatın sədri, bütün insani keyfiyyətlərə malik olan Mirzə Məmmədvəliyevdir. Özü 1-ci qrup əlil olan bu insanın əzminə, işləmək həvəsinə, yüksək intel-lektinə, iradəsinə heyran qalmamaq mümkün deyil.

Yazının əvvəlində də qeyd etdiyim kimi, bu yazdıq-larım sadəcə olaraq 8 aylıq müşahidələrimin nəticəsidir. 8 aydan sonra əlillik məsələləri üzrə ixtisaslaşmış Qeyri Hökümək Təşkilatlarının yarıtmaz fəaliyyətlərini və et-dikləri özbaşınalıqları görməmək üçün təşkilatdakı işimə xitam verdim.

67

10

Hər bir əngəlli insan üçün, onu başa düşən və ona dəstək verən bir ailəyə sahib olmaq əvəzedilməz bir nemətdir. Mənim bəxtim gətirib ki belə bir ailədə dün-yaya gəlmişəm. Ailə üzvlərim hər bir işdə mənə dəstək olub, hər zaman cəmiyyət içərisinə çıxardıblar. Mənə o qədər dəyər veriblər ki, bəzən fiziki məhdudiyyətli oldu-ğumu belə unutmuşam. Əlbətdə ki, bunları hər bir vali-deyn öz əlil övladı üçün etməlidir. Bu məqalə, himəyə-sindəki əngəlli uşağa qarşı olan valideyn münasibətindən bəhs edir. Valideyinlərim hər zaman mənimlə qürur du-yublar. Görəsən doğrudanmı mən qürur duyulacaq iş-lər görmüşəm. Bilmirəm. Amma, istənilən halda onlara təşəkkür edirəm.

VALİDEYN MƏHƏBBƏTİ

Ailə, uşaqların sağlam şəkildə yaşamaqlarında və inkşaf etmələrində ən əsas amildir. Buna görə də normal və ya əngəlli olmasından asılı olmayaraq, hər bir uşağın ailəyə ehtiyacı var. Ailələr üçün, əlilliyi olan bir uşağa

68

sahib olmaq, həyatlarının ən çətin sınaqlarlarından biri-dir. Modern həyatda normal bir uşağa sahib olmaq belə, ailədə müəyyən çətinliklər yaradarkən, uşağın əlil olma-sı həmən ailə üçün uzun və maneələrlə dolu bir səfərin başladığı anlamını verir. Çünki əlilliyin, insanın yalnız özünə deyil, onun ailəsinə də çox böyük təsiri var. Fiziki məhdudiyyəti olan insanın valideyini olmaq çox çətin və məsuliyyətlidir. Aparılan təcrübələrdən sonra belə məlum olmuşdur ki, valideyinlərin öz əlil övladlarına yanaşması 2 mərhələ üzərində qurulmuşdur. 1.Ilkin mərhələ "şok" adlanır və uşağın əlil olmasını ilk dəfə öyrəndikləri andır. Valideynlər bu mərhələni ağlamaq və ya özünü çarəsiz hiss etməklə keçirdirlər. 2.Müdafiə mexanizmi sayılan ikinci mərhələ. Əlilliyi olan uşağın gələcəyiylə bağlı olan narahatlıqlar, qayğılar, öhdəliklər və məsuliyyət bu mər-hələnin çətin keçilən yollarıdır. Bu yolları daha asan və əziyyətsiz keçmək üçün bir-neçə qaydaya mütləq şəkil-də əməl etmək lazımdır. Ilk öncə, əlilliyi olan uşağı bu vəziyyətində qəbul etmək lazımdır. Əgər valideyinlər öz övladlarının əlilliyini qəbul etsələr, həmən ailəyə yaxın olan insanlar da (qohum-qonşu) bunu qəbul edəcəklər. Öz ailələri tərəfindən normal fərd kimi qəbul edilməyən əngəlli insanlarda ruh düşkünlüyü, özünəinamsızlıq və ətrafındakı bütün insanlara qarşı kompleksi yaranır ki bu da həmən fiziki məhdudiyyəti olan insanların ictimaiy-yət içinə çıxmasını böyük ölçüdə məhdudlaşdırır. Ailənin əlil şəxsə dəstək verməsi isə, əngəlli insanın günlük hə-yata inteqrasiyasını nəzərəçarpacaq dərəcədə asanlaşdı-racaq. Əziz valideynlər. Bunu unutmayın ki, əlilliyi olan uşağa sahib olmaq hər şeyin sonu deyildir. Ölkəmizdə və dünyada həyatlarını normal bir şəkildə davam etdirən və iş-güc sahibi olan xeyli sayda əlil insan vardır. Siz də hər bir sahədə öz övladınıza dəstək olaraq onun gələcəyini

69

təmin edin. Hər bir valideynin ən çox istədiyi şey, övla-dıyla öyünmək və onun uğurları ilə fəxr etməkdir. Əlil olduğu halda uğur qazanıb nəticələr əldə edən insanlar kifayət qədərdir. Uğurun əsas sirri budur ki valideyinlər öz əlil övladlarının üzərində, idmançısını qızıl medal qa-zanmaq üçün yarışa hazırlayan məşqçi kimi işləməli və ona istədiyi peşəni öyrənməkdə yardım eləməlidir. əlilli-yi olan insanın mümkün olduğu qədər müstəqil olması. özünü inkşaf etdirməsi, təhsilə və peşəyə yiyələnmələri üçün valideyinləri bütün mümkün vasitələrlə övladlarına mütləq şəkildə dəstək verməlidirlər. Çox təhssüf ki, bu gün bir-çox valideynlər əlilliyi olan övladlarına biganə yanaşaraq, onlara qarşı səhlənkar davranırlar. Halbuki, fiziki məhdudiyyəti olan insana ən birinci öz ailəsi yar-dım etməli, hər bir halda maddi və mənəvi olaraq ona dəstək olmalıdır. Azərbaycan Respublikasının Konstitu-siyasının 38-ci maddəsinin 2-ci bəndində deyilir ki "Yar-dıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur". Təhssüf ki bu gün əlilliyi olan övladını evdə saxlayan və onu cəmiyyət içinə çıxartmağa utanan valideyinlər də var. Məhz cəmiyyətdəki insanla-rın əlil uşaqlara qarşı olan mənfi yanaşma tərzindən uta-nan valideyinlər öz övladlarını evdə qapalı saxlayırlar. Belə valideyinlərə məsləhətim budur ki, əngəlli uşaq-larınızı evə həbs etməyin. Onları parka aparın, onlarla birlikdə küçədə gəzişin, qohumlarınızgilə qonaq gedin. Ətrafı onlara tanıdın və ətrafınızda baş verənlər haqda onları məlumatlandırın. Çalışın hər bir sualına cavab verəsiniz. Onlara,edə bilməyəcəkləri bir işi tapşırmayın. Bu onlarda özünəinamsızlığa və depresiyaya səbəb ola bilər. Amma hər hansısa bir işi görmək istəyəndə, onlara "Etmə. Sən bacarmarsan" deməyin. Bir də ki əgər bir işi görmək istəyirlərsə, kömək edin. Həmən işi onların əvə-

70

zinə siz görməyin. Bu onların gələcəkdə sərbəst yaşama-larına ən böyük maneədir. Bəzi valideynlər əlilliyi olan övladına qarşı həddən artıq diqqət göstərərək, onu bütün bədbəxtliklərdən müdafiə etmək üçün onun bütün işlərini öz üzərilərinə götürüb, əlilliyi olan uşağın sərbəst hərəkət etməsinə əngəl olaraq onun hərəkət bacarıqlarının inkşa-fına mane olurlar. Əziz valideynlər. Digər əngəlli uşaq-ların valideynləri ilə görüşlər təşkil edərək hisslərinizi, fikirlərinizi, təcrübələrinizi, məsləhətlərinizi bölüşüb, fi-kir mübadiləsi aparın və əlilliyi olan övladınızın xəstəliyi barədə mümkün qədər çox məlumat toplamağa çalışın. Çünki, ailələr əlilliyi olan uşaqlarının xəstəliyi ilə bağlı məlumat topladıqca, uşaqlarına necə kömək edəcəklərini bildikcə yaranan problemlərin öhdəsindən gəlmək asan-laşar və yaşadıqları mənfi duyğuların təsiri azalar. Ailə daxilində qardaş-bacı arasında olan münasibət-nəzər yetirilməsinə ehtiyac olan önəmli məsələlərdən biridir. Əlilliyi olan şəxslə, qardaş-bacısı arasındakı xoş və meh-riban münasibət yaratmaq da valideyinlərinin üzərinə dü-şür. Məhz onlar fiziki məhdudiyyəti olan şəxsə qarşı necə münasibt qurmaları haqqında hələ kiçik yaşlarından öz övladlarını məlumatlandırmalıdırlar. Əlilliyi olan şəxsin valideynləri daimi olaraq "Mən öldükdən sonra uşağın vəziyyəti necə olacaq ? Özü-özünü dolandıra biləcəkmi ?" qayğısı ilə yaşayırlar. Əziz valideynlər himayənizdəki əngəlli uşağınızı gələcəkdə bir yığın problemlə qarşı-qar-şıya qoymamaq üçün indidən tədbir görün. Əlilliyi olan övladınızla qürur duyun, onu hər zaman yüksəktə tutun, ona həyatla necə mübarizə aparabiləcəyini öyrədin, əlil olaraq bu həyatda necə yaşaya biləcəyini başa salın, po-zitiv düşünməyi öyrədin ona. Övladınız üçün nə edəcə-yinizi düşünün və bunu planlaşdırın. nəhayətində isə bu planın icrasına başlayın. Belə olan halda həm övladınızın

71

gələcəkdə rahat və sərbəst yaşamasını təmin edəcəksiniz, həmi də hər zaman vicdanınız qarşısında özünüzü rahat hiss edəcəksiniz. Əlilliyi olan şəxsin başqasının kömə-yinə möhtac bir şəkildə yaşamaq məcburiyyətində qal-ması ucbatından onun valideyni vaxtının çox hissəsini onunla keçirdir və onun təmmizliyinin, qidalanmasının, geyinməsinin gəzintisinin qeydinə qalır ki bu valideynin öz ehtiyaclarının ödənilməsinə mane olur. Bu görə də öz əngəlli övladlarına baxdıqlarına görə valideynlərə dövlət tərəfindən mütləq şəkildə maaş və pensiya ayrılmalıdır.

P.S. Mövzuya kənardan baxdıqda adama başqa cür görsənir, Amma gəlin baxaq görək ana ürəyi bizim dü-şüncəmizə uyğundurmu ? Bizlər bu mövzuya hansı priz-madan baxırıq-baxaq, valideynlərin hisslərini heç vaxt başa düşməyəcəyik.

72

11

“Uşaqsız ev suyu qurumuş dəyirmana bənzər” deyib atalar. Gözlər görməsə də, qulaqlar eşitməsə də, bütün həyat əlil arabasının üzərində keçsə də, övlad sahibi ol-maq hər bir valideynin arzusudur. Çünki qucağında tut-duğu körpəsinin varlığını dünyanın heç bir rahatlığına, xoşbəxtliyinə, maddi nemətinə dəyişməyən valideynin həyatı övladını qucağına aldığı andan tamam başqa məna kəsb etməyə başlayır. Valideyn bundan sonrakı bütün hə-yatını övladına görə yaşayır. Bütün işlərini övladını dü-şünərək planlaşdırır. Hz. Əli (ə) çox gözəl buyurub: “Öv-ladlarınızı öz dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin”. Təbii ki, mən də oğlumun gələcəkdə layiqli bir insan olub, rahat və xoşbəxt yaşamasını istəyirəm və bunun üçün lazım olan hər bir şeyi etməyə çalışacam. Oğlumun yüksək səviyyədə təhsil alması, hərbi xidməti-ni layiqincə yerinə yetirməsi, idmanla məşğul olaraq sağ-lam həyat tərzi keçirməsi, ağıllı və mədəni, zəhmətkeş olması və şərəfli ömür yaşaması üçün nə lazımdırsa edə-cəm. Istəyirəm oğlum böyüdükdən sonra həyatın hər bir sahəsində mənə kömək etsin, arxa dursun. Istəyirəm atası

73

əlil olduğuna görə utanmasın, məni qəbul etsin və mə-nimlə qürur duysun. Əslində, bütün bunlar əlilliyi olan hər bir valideynin arzusudur. Bəs bu arzuların reallaşma-sı nə dərəcədə mümkündür? Bu məqalədə bu suala cavab tapmağa çalışmışam.

Əlilliyin növləri və ağırlıq dərəcələri müxtəlif oldu-ğundan, bu məqaləni yazarkən ən əsas əlil arabasından istifadə edən valideynləri (əsasən, ataları) nəzərdə tutmu-şam.

MƏNİM MƏNƏVİ GÜNƏŞİM

Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin forma-laşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Övlad böyütmək çətin və məsuliyyətli ol-duğu halda, əlil arabasında oturaraq övlad böyütməyin çətinliyi və məsuliyyəti ikiqat artır. Bütün problemlər uşağın doğulduğu andan etibarən başlayır. Doğum evin-də çalışan həkim və tibb bacıları “Uşağın atası əlilldir. Bizə bir qəpik də verməyəcək” düşüncəsiylə uşağa bi-ganə yanaşırlar. Halbuki, mən övladımın yolunda bütün dünyamı sərf etməyə hazıram. Uşağın qırx günlüyü ta-mam olan kimi, özünü bu ailəyə yaxın hesab edən insan-ların bir çoxu evlərindəki köhnə və bəzən sökülmüş uşaq paltarlarını və sınıq-salxaq oyuncaqları bir torbaya yığıb “Əlil adamdır, onda fərasət nə gəzir ki, uşağına da nə isə ala!” düşüncəsiylə gətirib əlilliyi olan insana təqdim edir-lər. Bu mənzərə uşaq böyüdükdən sonra da davam edir. Əgər uşağın geyindiyi paltar bir az köhnədirsə və yaxud başqa uşağın əlindəki oyuncağa maraq göstərirsə, dərhal “atası əlil olan uşaq belə də olmalıdır” kimi mənfi fikirlər

74

ortaya çıxır. Bu kimi fikirlər uşağın hər bir yaş dövründə müxtəlif formalarda təzahür edir və bu fikir sahiblərinin düşüncəsinə görə, belə halların yaranmasının tək səbəbi atanın əlil olmasıdır. Əlilliyi olan valideynlər gələcəkdə bu və buna bənzər yüzlərlə gərəksiz fikir və yanaşmalar-dan qurtulmaq üçün heç bir fiziki problemlərə baxmaya-raq, aktiv həyat tərzi keçirtməlidirlər.

Əziz əlil valideynlər! Siz övladınıza həyat vermisiniz və onlar üçün Allah qarşısında cavabdehlik daşıyırsınız. Övladınız sərbəst şəkildə özünü idarə edə biləcək yaşa çatana qədər onun bir çox ehtiyacını ödəməyə borclusu-nuz. Övladından ötrü canından belə keçməyə hazır olan hər bir atanın öz uşağı üçün göstərdiyi qayğını siz də öz övladınıza göstərə bilməyiniz üçün hər zaman aktiv və mübariz olmalısınız.

Çox təəssüf ki, cəmiyyətimiz tərəfindən təkcə əlilli-yi olan insanlara deyil, onların yaxınlarına qarşı da çox böyük təzyiq var. Buna görə də, ətrafında olan uşaqla-rın da övladınıza təsiri çox olacaq. Məktəbin ilk illərində valideyni əlil olduğu üçün sinif yoldaşları ona lağ edə bilərlər. Lağ etməsələr belə, valideynləri ilə keçirdikləri vaxtdan danışacaqlar və ya valideynlərinin gördüyü hər hansı bir fiziki işdən bəhs edəcəklər. Belə hallarda övla-dınızın üzülməməsi, sizinlə bağlı düşüncələrində tərəd-düdlər yaşamaması və vəziyyətdən üzüağ çıxa bilməsi üçün indidən tədbir görməlisiniz. Bunun üçün, böyüdük-cə vəziyyəti ona dərk etdirmək lazımdır. Vücudunuzun niyə bu vəziyyətdə olmasını ona izah etməlisiniz. Ona sadəcə fiziki vəziyyətinizin fərqli olduğunu, əslində isə normal bir valideyn olduğunuzu başa salmalısınız. O bil-məlidir ki, hər bir insanda problem var və sənin onlardan tək fərqin budur ki, sənin problemini görmək olur. Ona sərxoş halda küçədə yataraq və ya zalım şəkildə uşağını

75

döyərək övladını utandıran valideynlər haqqında danışın. Belə olan halda övladınız ətrafındakı bütün uşaqlara əlil-liyin nə demək olduğunu izah edərək, onları məlumatlan-dıracaq, sizinlə fəxr edəcək və qürur duyacaq. Sizin kimi valideyni olduğu üçün məktəb yoldaşlarının yanında özünü şanslı sayacaq.

Əlilliyi olan valideynləri narahat edən problemlərdən biri də övladının sosial həyatında aktiv iştirakı ilə əlaqə-dardır. Uşağın parka, əyləncə mərkəzlərinə, zooparka, at-raksionlara aparıb gəzdirilməsi, məktəbdə valideyn iclası, idman yarışı və ya başqa hər hansısa müxtəlif tədbirlərdə, ümumiyyətlə, evdən kənardakı həyatında onun yanında olub, ona dəstək olmaq istəsələr də fiziki vəziyyətləri onları bu proseslərdən müəyyən dərəcədə kənarda saxla-yır. Əlilliyi olan valideynlər bu boşluğu doldurmaq üçün övladlarının evdəki həyatında aktiv iştirak etməlidirlər. Onun dərslərinə kömək etməli, onunla şahmat oynamalı, kitab oxuyaraq müzakirə etməli, suallarını cavablandır-malı, ona məsləhətlər verərək həyat dərsi keçməlidirlər. Əgər o, qarşılaşdığı çətinlikdən sizin nə vaxtsa ona verdi-yiniz məsləhət sayəsində çıxa bilirsə, bu, övladınız üçün nə isə edə bilmisiniz deməkdir. Mən bu boşluğu doldur-maq üçün oğlumla daha çox fiziki təmasda olmağa çalışı-ram. Çarpayıda onunla oynayır, qucağımda otuzduraraq arabada sürürəm. O, məni hiss etməli və mənə güvən-məlidir. Əks halda, o məni maddi deyil, sadəcə olaraq mənəvi varlıq kimi qəbul edəcək. Ümumilikdə isə, əlil-liyi olan valideynlər övladlarını özlərinə bağlamaq üçün onlarla sıx əlaqədə olmalı, öz həyat təcrübələrini onlarla bölüşməlidirlər. Uşaqlara təkcə nəsihət verməklə kifayət-lənməyib, onlara nümunə olmaq lazımdır. Jozef Jubertin təbirincə desək, “Uşaqların nəsihətdən çox, yaxşı nü-munəyə ehtiyacları var”. Ata siqaretin zərərləri barədə

76

övladına nə qədər öyüd-nəsihət versə də, əgər özü siqaret çəkəndirsə, dediklərinin faydası olmayacaq. Atalar fiziki vəziyyətlərindən asılı olmayaraq, vaxtını uşaqlarından əsirgəməməlidirlər. Bu, onun bütün işlərindən daha va-cibdir.

“Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə”. Atanın başı iş həyatı və digər məşğu-liyyətlərə o dərəcədə qarışmamalıdır ki, öz övladlarının xarakterlərini və ehtiyaclarını öyrənməyə vaxtı qalmasın. O, övladlarına yanaşmağı və hər birinin öz qabiliyyəti və marağına uyğun məşğuliyyət tapmağa borcludur.

Əziz atalar! Çalışın ki, övladınızı mükafatlandıranda da, cəzalandıranda da, ifrata varmayasınız. Əgər uşağı pis işlərinə görə cəzalandırıb, bütün yaxşı işlərinə görə mükafatlandırsanız, onda o yaxşı işləri ancaq öz mənfəəti üçün edəcək. Onlarla, xüsusilə də, oğlan övladlarınızla dostluğunuzun qayğısına qalın. Bu yolla siz güclü faydalı təsir göstərmiş olacaqsınız. Övladınız böyüdükdən son-ra ona çox ehtiyacınız olacaq. Buna görə də, həyatı dərk etməyə başladığı andan etibarən sizə necə kömək etməli olduğunu ona izah etməyə başlayın.

Bəzən uşaqlar əlil bir insanın övladı olduqlarına görə talelərindən şikayətlənirlər. Bunun bir neçə səbəbi var. Əlil valideynlərə sahib olan uşaqlar həm içində olduqları mühitə uyğunlaşmağa, həm də ətraf aləmlə valideyn ara-sında vasitəçi olmağa məcburdurlar. Ətrafdakı insanların “yazıq” gözüylə baxması və ya lağ etməsi uşağa çox pis təsir göstərir. Belə olduqda uşaqlar özlərinə qapanırlar və depressiyalı həyat yaşayırlar. Bu uşaqlar bilməlidirlər ki, hər bir insanda problem var. Ətrafdakı insanların heç də hamısı sağlam, varlı, xoşbəxt insanlar deyillər. Kiminin ürəyi xəstədir, kiminin böyrəyi yoxdur, kimi vərəmdir, kimi də narkotika aludəçisi. Valideyninin əlil olmasını

77

qəbul edə bilməyən və bəzən bundan utanan uşaqlar dərk etməlidirlər ki, valideyn sərxoş, narkotika istifadəçisi və ya sadəcə zalım olaraq, onu incidə bilərdi. Yuxarıda qeyd etdiyimiz kimi, oğurluq edərək, sərxoş halda küçə-də yataraq və ya başqa mənfi hərəkətləriylə onu utandıra bilərdi və bu zaman o daha çox xəcalət çəkərdi. Uşaq-larını döyən, ona diqqət ayırmayan valideynə sahib ol-maq, əlilliyi olan valideynə sahib olmaqdan daha pisdir. Bəzən valideynlər mütəmadi olaraq, uşaqlarının yanında mübahisə etməklə, savaşmaqla və hətta boşanmaqla da öz övladlarını pis vəziyyətdə qoyur və utandırırlar. Belə bir ailədə yaşadığınızı təsəvvür edin. Illərlə valideynlər-dən birinin üzünə həsrət qalmaq və ya evdəkilərin mü-bahisəsindən dilxor olaraq yaşamaqdansa, hörmət və sə-mimiyyətin olduğu evdə yaşamaq daha yaxşı deyilmi ? Insan hər necə olursa-olsun, valideynin fiziki vəziyyətinə görə xəcalət çəkməməlidir. Onu çiynində daşımağa məc-bur qalsa belə, heç vaxt bundan usanmamalıdır. Çünki valideynlər-vəfat etdikdən sonra yerlərini heç bir şeylə doldura bilməyəcəyiniz varlıqlardır. Qulağı eşitməyən, gözü görməyən, əlil arabasına möhtac qalan, hansı fiziki vəziyyətdə olmasından asılı olmayaraq, valideyn övlad üçün Ilahi nemətdir. Uşaqlar dərk etməlidirlər ki, sağ-lam insanların bəziləri müəyyən çətinliklər ucbatından öz övladlarını uşaq evinə və ya küçəyə atdıqları halda, sənin valideynin əlilliyin yaratdığı çətinliklərə rəğmən əmək sərf edərək, min bir əzab-əziyyətlə səni qayğı ilə böyüdürsə, sən də böyüdükdən sonra valideyninə qarşı nankorluq etməməlisən.

Əziz dostlar! Bu çox geniş və dərin bir mövzudur və təbii ki, bu mövzudakı hər bir nüansı kiçik bir məqaləyə sığdırmaq mümkün deyil. Bu məqalədə cəmi 3-4 faizi-nin yer aldığı mövzunu yaxın günlərdə irihəcmli kitab

78

şəklində oxumaq üçün sizlərin ixtiyarına verəcəm. Ümid edirəm burada yazılanlar da sizlər üçün faydalı olacaq. Fiziki vəziyyətinizin necə olmasından asılı olmayaraq, övladlarınızı sevin və onların qayğısına qalın. Necə ki, mən oğlumu sevirəm və hər səhər yuxudan oyananda ona deyirəm: “Sən mənim həyatıma nur saçan mənəvi günə-şimsən, oğlum. Tanrı səni qorusun!”

p.s Əlil arabasına möhtac olaraq uşaq böyütməyin xeyli sayda çətinlik və problemləri olsa da, məni ən çox narahat edən məsələ təhlükə anında ona kömək edə bil-məmək qorxusudur.

79

12

Çox insan həyatında ən azı bir dəfə də olsa kitab yaz-maq həvəsində olub. Amma bir yığın suallarla qarşılaşa-raq həvəsdən düşüb. Mən də kitab yazmağa başlayanda özümə bu cür suallar verirdim və kitabı yazıb tamamladı-ğım günə qədər özümü mütəmadi olaraq bu cür suallara qarşı-qarşıya qoyurdum. Kitab yazmaq ? niyə ? Kimin üçün ? Nə haqda ? Insanlar niyə min-bir əziyyətlə qa-zandıqları puldan xərcləyərək mənim kitabımı almalı və dəyərli vaxtlarını sərf edərək onu oxumalıdırlar ? Bəli, mən kitabımı, özlüyümdə bu cür suallara cavab verə-verə yazdım. Bu gün insanların çox böyük hissəsi kitab oxu-mağa meyl etmirlər. 6 günlük yorğun iş qrafikindən son-ra cəmi bircə gün dincəlmək imkanları olan insanlarlar bu bir günü kitab oxumaqla deyil, mənalı istitrahətlə ke-çirtmək istəyirlər. Ailəvi gəzinti, restoranda şam yeməyi, dostlar və ya qohumlarla görüş. Evdə olduqda isə, yüz-lərlə kanalı olan tv və ya internet vaxtı keçirtmək üçün kifayət qədər populyar vasitələr sayılır. Bəs insanların məhdud boş vaxtlarını öldürmək üçün bu qədər səbəb-

80

lər və vasitələr olduğu halda insanları yazdığım kitabı oxumağa necə vadar edə bilərdim ? məhz bu suala tapdı-ğım cavab, məni "Hədəfdəki insan" adlı kitabı yazmağa həvəsləndirdi.

"HƏDƏFDƏKİ İNSAN"

Bu kitab yeniliklər və "ilk"-lərlə zəngin bir kitabdır. "hədəfdəki insan" mənim ilk kitabımdır. Bu kitab möv-zusuna görə Azərbaycanda bir ilkdir. Ölkəmizdə heç bir yazıçı indiyədək bu mövzuya müraciət etməmişdir. Kitabın əsas yeniliklərindən biri də, əsərin baş qəhra-manının fizikik məhdudiyyətli olmasıdır. Bu günədək Azərbaycanda yazılan heç bir romanın baş qəhramanının bu dərəcədə böyük fiziki problemləri olmayıb. Həmi də nəzərə alaq ki "hədəfdəki insan" romanının baş qəhra-manı fiziki problemlər burulğanında olmasına baxma-yaraq, ağır şərtlər altında apardığı çətin mübarizələrdən qalib çıxaraq həyatda çox böyük nailiyyətlər qazana bilir. Yazıçının öz adını yazdığı romanının baş qəhramanına verməsi də "ilk"lər sırasındadır. "hədəfdəki insan" kitabı, yazılış üslubuna görə də digərlərindən fərqlənir. Belə ki mən bu kitabı yazarkən bu günədək Azərbaycanda istifa-də olunan ənənəvi üsul və sistemlərdən deyil, yeni bədii formadan və yeni bir üslubdan istifadə edərək yazmışam ki, bu da "hədəfdəki insan" romanını digər əsərlərdən fərqləndirən cəhətlərdən biridir. Bu kitabı niyə və necə yazdığımı izah etmək mənim üçün çox çətindir. Mən bu kitabı roman yazmaq xatirinə, məhşur olmaq üçün və ya qazanc məqsədiylə yazmamışam. Bu nə adi həvəs, nə də ilahi vergi deyildir. Bu məhs zərurətdən doğan ehtiyac idi. Fiziki məhdudiyyəti olan insanların, həyatın hər bir

81

sahəsində qarşılaşdıqları çoxsaylı problemlər və onlara göstərilən qeyri-obyektiv münasibət məni belə bir əsər yzmağa məcbur etdi. Mən bu əsərdə fiziki məhdudiyyəti olan insanların yaşayış tərzlərini, onların arzu və istəkləri-ni, əslinə qalsa nələrə qadir olmalarını, həyata baxışlarını, ümumiyyətlə onların iç dünyalarını hər kəsə göstərməyə çalışmışam. Bundan əlavə, bu əsərdə fiziki məhdudiyyə-ti olan insanları gələcəkdə necə görmək istədiyimi təsvir etmişəm. Bu kitabı yazmaqda digər bir məqsədim isə, fi-ziki problemi olan insanlarda ruh yüksəkliyi yaradaraq, onlara özünəinam hissi aşılamaq idi. Fiziki məhdudiy-yəti olan insalara psixoloji və sosioloji cəhətdən bir-çox köməklik göstərə biləcək "hədəfdəki insan" romanında, əlilliyi olan insanlara bir-çox problemin həlli yolları göstərilib və onlara fiziki vəziyyətlərinin necə olmasın-dan asılı olmayaraq uğur qazanmağın mümkünlüyü izah edilib. Bundan əlavə, mən roman vasitəsiylə bir qəhra-man obrazı yaratmaq istədim. Fiziki problemləri olan bir qəhraman. Müxtəlif kitablarda, kino və seriallarda bir-çox qəhraman obrazlar, tipajlar yaradılaraq insanlara təqdim edilib və edilməkdədir. Lakin bu qəhramanlardan heç biri əngəlli insan deyil və heç birində elə də ciddi fi-ziki problem yoxdur. Mən bu romanda məhz əlilliyi olan insanların arasından bir qəhraman çıxartmaq istədim. Elə bir qəhraman ki, heç bir fiziki problemə baxmayaraq bü-tün əngəlləri aşıb, uğur zirvəsinin ən yüksək nöqtəsinə çata bilsin və bütün əlil insanlar bu qəhramanı özlərinə ideal seçərək ona bənzəməyə çalışsınlar. Kitabın adını da məhz buna görə "hədəfdəki insan" qoymuşam. Romanın baş qəhramanı Samir, fiziki məhdudiyyətli olmasına bax-mayaraq, qarşısına çıxan bütün çətinliklərə sinə gərməyi bacararaq, hər zaman uğur qazanıb xoşbəxtllik dağının ən uca zirvəsinə dırmanır. Buna görə də Samir, bu kitabı

82

oxuyan hər bir əlil insan üçün uğur simvoluna çevriləcək və qəm-kədərlərini bir kənara ataraq uğurlu və xoşbəxt bir həyat yaşamaq istəyən bütün fiziki məhdudiyyəti olan insanlar Samiri özlərinə ideal seçərək, onun kimi iradəli olmağa çalışacaqlar. Yəni ki "hədəfdəki insan" romanını oxuyan bütün fiziki əngəlli insanların tək hədəfi Samir kimi olmaq olacaq. Maraqlı və gözlənilməz hadisələrlə zəngin olan romanın sujet xətdi çox mürəkkəbdi. Əlilli-yi olan insanların sosial problemlərinin qabardıldığı və hadisələrin əlaqəli şəkildə, bir-biriylə vəhdət təşkil etdi-yi əsər, orqan mafiası və narkotik alveri ilə məşğul olan beynəlxalq cinayətkar qrupdan, sosial problemlər bu-rulğanında çırpınan Argentinalı ailədən, bakıda yaşayan və fiziki məhdudiyyəti olan bir oğlanın yaşam tərzindən və əlilliyi olan insanlara xoşbəxt həyat və gözəl gələcək vermək üçün möhtəşəm bir təşkilat yaratmağa nail olan yerimə əngəlli 1-ci qrup əll baş qəhraman, Samirdən bəhs edir. Oxucunu girişdən-finaladək maraqda və intizarda saxlayan əsərdəki hadisələr əsasən Azərbaycan, Türkiyə, Ispaniya, Rusiya və Argentinada cərayan edir. Əsərin əsas ideologiyası, fiziki məhdudiyyəti olan insanları sağ-lam insanlardan asılılığından qurtarmaq prinsipi üzərin-də qurulub. Kitabın digər dillərə tərcümə olunaraq xarici ölkələrdə yayımlanma ehtimalını nəzərə alaraq, əsərdə azərbaycanın bölgələri, tarixi, mətbəxi, musiqisi haqda və Islam dini barədə müəyyən məlumatlar yerləşdirilib.

P.S. Belə bir kitab yazmaq səbr tələb edir insandan. Is-tedad tələb edir, iradə istəyir adamdan. Bu mövzuda kitab yazmaq üçün gərək məhz bu cür olasan. Ürəyini qoyasan gərək kitab üçün. Kitab oxumaqla arası olmayan bir insa-nın, məzmununu eşitdikdən sonra böyük həvəslə oxumaq istəyəcəyi bir kitabdır "hədəfdəki insan". Himayəsindəki əlilliyi olan övladının xüsusi qayğıya və nəvazişə ehtiya-

83

cı olduğunun əhəmiyətinə inanan və övladının xoşbəxt gələcəyi üçün ona bütün varlığı ilə kömək etmək istəyən ana və atanın daim ehtiyac duyacağı bir kitabdır "hədəf-dəki insan" kitabı. Sağlam insanlar da ətraflarında olan əlil insanları yaxından tanımaq və onla qarşı necə dav-ranmaq lazım olduğunu bilmək üçün "hədəfdəki insan" kitabını mütləq oxumalıdırlar. Ümidvaram ki bu romanı oxuyan hər bir əlil insanda ruh yüksəklyi yaranacaq və onlara qarşı olan yanaşma tərzi dəyişəcək. Daha heç ki onları uğursuz kimi qəbul edib, onları görərkən qulaq-larını çəkməyəcəklər. Inanıram ki "hədəfdəki insan" ki-tabını oxuyan hər bir fiziki məhdudiyətli insanın həyatı müsbət bir şəkildə dəyişəcək və ümumiyyətlə bu kitab həyatın bir çox sahəsində onlara yol göstərən bir mayak olacaq.

84

13

Bismillahir Rəhmanir Rəhim. Salam Aleykum əziz dostlar. Bu məqaləni yazmaqda məqsədimiz islam dini-ni hammıya, hətta ölkəmizin hüdudlarından kənarda ya-şayan insanlara belə tanitmaq, islam dininin necə gözəl, necə müqəddəs bir din olduğunu aşılamaq və ən əsas da hammınıza islam dinində, ALLAH qatında insanların bir, bərabər olduğunu, kimsənin kimsədən seçilmədiyini göstərməkdir.

NAMAZ ƏNGƏL TANIMAZ

Islam dini çox qədim bir dindir. Dinimiz vaxtı ilə bir-çox təzyiqlərə, hücumlara məruz qalıb. Neçə dəfə par-çalamaq, hətta məhv etmək istəyiblər dinimizi. Lakin gördüyümüz kimi uca Rəbbimizin sayəsində bu gözəl dinimiz öz müqəddəsliyini, vəhdətliyini itirməyərək qa-lır. Hal-hazırda da Islam dinini parçalamq, onu bir neçə yerə bölmək istəyən var. Qiyamətin əlamətlərində də bu açıq-aydın görünür. Hətta ALLAH ın rəsulu olan so-

85

nuncu Peyğəmbərimiz Həzrəti Məhəmməd s.ə.s. də bu barədə belə buyurmuşdur: "Məndən sonra ümmətim 73 firqəyə bölünəcək". Əziz dostlar. Islam dini özü-nün gözəlliyi, təmmizliyi, rahatlığ ilə bütün dinlər ara-sında seçilən və ən çox qəbul olunan bir dindir. Neçə-neçə Xristian, Yəhudi və Buddist öz dinlərindən imtina edərək, bu dini qəbul etmişlər. Çünki onlar qısa zamanda Islam dininin bütün gözəlliklərini dərk etmişlər. Islam di-ninin müqəddəs kitabı Qurani Kərimdə dinimiz barəsin-də belə deyilir: "Kim İslamdan başqa bir din tutarsa, o qəbul olunmaz və o axirəttə itirənlərdən olacaqdır". "Ali imran" surəsi, 85-ci ayə. Gördüyünüz kimi Islam dini barəsində yuxarıda dediklərim öz yerini tutdu.

Dostlar. Islam dininin ən böyük bir gözəlliyi isə hər bir müsəlmanın yetirməsi vacib olan əməllərdən biri sa-yılan NAMAZ dır. Namaz insanla onu yaradan ALLAH arasında bir vasitədir. Hətta hədisi-şəriflərdə belə bu-yurulurki: "ALLAHla danışmaq istəsen Namaz qıl. Əgər onun-ALLAHın səninlə danışmağını istəsən o zaman Qurani Kərim oxu". Bir də bəzi hədislərdə buyrulur ki "İslamın açarı Namaz, Namazın açarı isə dəstəmazdır". Dostlar, məncə hər bir insan dinimizin şərtlərinə uyğun olaraq, Qurani Kərimdə yazılanlarla hərəkət etməlidir. Islam dinimizdə Qurani Kərimdə olan ayələrimizdə hər bir davranış, hər bir hərəkətdə həya et-mək öz əksini tapmışdır. Məsəl üchün: "Ənam" surəsi 108 ci ayədə Dil həyası, "Əhzab" surəsi 32 ci ayədə Danışıq həyası, "Qəsəs" surəsi 25 ci ayədə yol həyası açıq-aydın olaraq göstərilmişdir. Bundan başqa bir-çox Ayə və Surələrdə həyalar, ədəblər öz əksini göstərmiş-dir. Islam dini özünün rahatlığı, insanı əsl tərbiyələn-dirməsi ilə də bir çox dindən çox fərqli şəkildə seçilir. Dinimiz nəyin doğru, nəyin səhv, nəyin halal və nəyin

86

haram olduğunu bizə əsaslı surətdə ayə və surələrlə buyrur.

indi isə sizə islam dinində və ALLAH qatında insanla-rın necə bərabər olduqlarını və bizi yaradan uca Tanrının yaratdığı bəndələri arasında heç bir fərqlilik qoymadığını və Islam dinimizin, Namazın necə əngəl tanımadığını sizə izah etməyə çalışacağam. Dostar, bildiyiniz kimi ALLAH hərəmizi bir cür yaratmışdır. Kiminsə kimdənsə fərqliliyi bizdən asılı deyildir. Əsas olan rəbbimizin bizi sevməsi-dir. ALLAH c.c. "Mən cinləri və insanları mənə ibadət etsinlər deyə yaratdım." deyir. Birdə Qurani Kərimdə "Bəqərə" surəsi 286 cı ayədə "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər" buyurulur. Ayədə gö-rüldüyü kimi ALLAHın hər kəsi bir başqa cür yaratması və hərəyə öz bildiyi kimi şəkil verməsi açıq-aydın gö-rünür. Yəni bundan sonra mən əliləm, mən belə olma-malıydım və yaxud "ay ALLAH məni niyə bele yaratdın ?" demək çox yalnış söyləmədir və bunu söyləmək bizi yaradanın heç də xoşuna gəlməz və burada biz usyan et-miş kimi olarıq. Bir də qıraqdan kiminsə əlilləri özündən aşaği görməsi, bir əlili qınaması və yaxud ona "ALLAH səni bilib belə yaradıb" və ya" sən niyə yaşayırsan axı ?" deməsi, ona ALLAHın qarğışı nəticəsində belə olub deyə düşünərək baxması bizi yaradan qatında böyük bir günahdır. Yuxarıda dediyim kimi ALLAH hammını eyni səviyyədə görür, və o bizi ona ibadət etmək, onun əmri olan, vacib olan Namazı qılmağı əmr etmişdir. Çünku hə-dislərdə, qiyamətin əlamətlərində buyrulduğu kimi "Hər kəs öldükdən sonra, yenidən doğulduqda onun hüzu-runa sağ-salamat, bütöv halda gedəcəkdir" Ona gorə də bizim ücün ən xeyirlisini Allah bilir! Biz də niyə görə naşükürlük etməliyik ki ? O naşükürlük edənləri heç sev-məz və əksinə şükür edənləri çox sevər. Mən özüm də bir

87

əlil olaraq bütün həyatımın mənasını Namazda və məni yaradan uca Rəbbimizə səcdə etməkdə tapmışam. Çünki Namaz, insanı bütün çirkin əməllərdən çəkindirir və in-sanı özünün əlil olduğunu düşünməkdən azad edir. Yal-nız Namazda, ALLAHla söhbət edərkən insan bir-neçə müddətlik əlil olduğunu unudur və hər Namazda ALLA-Ha onu istədiyi kimi yaratdığına görə şükür edir. Məncə insana dəyəri insanlar yox, onu yaradan verir. insanlar bizi əngəlli saya bilər. amma Namaz əngəl tanımaz. Siz də əziz dostlarım. ALLAH a səcdə edərək dinimizin, Na-mazın necə gözəl olduğunu dərk edin. Gəlin yalnız AL-LAH a güvənək. Çünki müqəddəs kitabımızda da belə buyurulur: "ALLAH. O, bizə yetər. O, nə gözəl vəkil-dir" "Ali imran" surəsi, 173 cü ayə. Əlilliyi olan insan-lardan bəziləri fiziki problemlərini səbəb göstərərək, Na-maz qılmaqdan azad olduqlarını düşünrlər. Bu çox yalnış düşüncədir. Çünki, ayaq üstə namaz qıla bilməyənlər oturaq vəziyyətdə, oturaq vəziyyətdə də namaz qıla bil-məyənlər uzanaraq namazlarını qıla bilərlər. Bəzən əksər insanlar əlil olduqları üçün tək olduqlarını, heç kimsələ-rinin olmadıqlarını düşünərək təklikdən sıxılırlar və yal-nızam, təkəm deyərək üsyan edərlər, susarlar. Bu hətta intihara belə gətirib çıxarar. Ancaq onlar düşünməzlər ki intihar nə dərəcədə günahdır. Çünki ALLAH: "O canı sənə mən verdim. Mən də alacağam" deyər. Tək qal-dığmız zaman bizim yalnız söhbət etdiyimiz ALLAH ola bilər. çünki bizi yalnız o anlaya bilər. Biz Gizlincə, bir küncə çəkilib biz yalnız onunla söhbət edib, dərdi-mizi ona danışa bilərik. Bu zaman insan özünü çox rahat hiss edər və sıxıntısı gedər. Dua etmək Allahdan gələn ən gözel hissdir. Dua, insanın fəht edilməz qalası, bağlı qapıların açarıdır "Al Araf" surəsi 55 ci ayədə: "ALLA-Ha səmimiyyətlə və gizlincə dua edin" deyə buyrulur.

88

Bir də QURANI KƏRIMdə: "Muzemmil" surəsi 8 ci ayədə "Rəbbinin adını zikr et və Ona tərəf yönəl.." deyə buyrulur. Indi bütün bunları oxuyaraq, bilərək sən yenə də təkəmmi deyirsən ? Gəlin şükür edək hər gü-nümüzə. Necə olsaq belə.. Çünki şükürün dəyəri hər an veriləcək. Qurani kərimdə: "Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki ? Allah şükrə qiymət verəndir, biləndir!" deyə buyrulur. "Nisa" surəsi, Ayə 147. Gəlin Unutmayaq ki bizim tək himayadarımız ALLAH dır. Çünki ALLAH:"De: "Alla-hın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz" deyə buyurur. "Tövbə" surəsi, 51-ci ayə.

ALLAH hər birimizin yar və yardımçısı olsun.P.S. Bu məqaləni yazmaqda mənə köməklik göstərdi-

yinə görə Tural Coşquna təşəkkür edirəm

89

14

Allaha həmd, Peyğəmbərinə, ailəsinə və əshabina sa-lat və salam olsun.

Bəzən insanlarda bir xəstəlik üz verəndə, malını zərər dəyəndə, bir yaxınını itirərəndə, ümumiyyətlə başlarına bır müsibət gəldiyi zaman tez-tez ”Nə üçün bu musibət mənim başıma gəldi ? Mən bu musibətə düçar olacaq nə günah işlədim ?” deyərək, hirslənərək, bağırıb- çağırı-raraq, ağlayıb-sızlayaraq, peşmanlıq selinə qapıldıqları-nın şahidi oluruq. Bu ınsanların bilməsı vacib olan ən önəmli bilgi budur ki, hər insanın başına gələn müsibət yalnız onun günah işləməsi səbəbilə deyildir. Əziz dos-tum Niyaməddin Tağıyevin köməkliyi ilə, bu məqaləni əlilliyi olan insanlara, darda qalanlara, üzüntü və sıxıntı çəkənlərə, başına müsibət gələnlərə, qəm-qüssədən qur-tula bilməyənlərə, bir sözlə həyatı alt-üst olmuş insan-lara yardım edə bilmək və, onları içində olduqları bu vəziyyətdən Allahin yardımı ilə xilas edə bilmək üçün qələmə aldım.

90

XOŞBƏXTLİYƏ APARAN YOL

Allah(c.c) insanları eyni şəkildə yaratmamışdır. In-sanların bəziləri sağlam, bəziləri də fiziki məhdudiyyətli olaraq dünyaya göz açır. Bəzi insanlar sağlam doğulsalar da, həyatlarının sonrakı dönəmlərində bədbəxt hadisələr-lə qarşılaşaraq fiziki məhdudiyyətli insana çevrilirlər.

Əlil olmaq, insanın bəzi funksiyaları baxımından məhdudiyyətlik yaratsa da, insani yöndən qüsur deyil-dır. Dünyanın hər yerində olduğu kimi ölkəmizdə də zehni, ruhi və bədəni yöndən əngəlli insanlar mövcud-dur. Bu insanlara qarşı həssas olmaq, lazımı qayğı, hör-mət və, dəstək göstərmək hər bir kəsin insanliq borcu və vəzifəsidir.

Sevgili peyğəmbərimiz (s.a.s), baxıma möhtac in-sanların məsuliyyəti bizə aiddir (Buhârî, “Ferâiz”, 25) buyuraraq, əlilliyi olan insanlara cəmiyyət olaraq sahib çıxılmasını istəmişdir.

Bundan başqa sevgili Peyğəmbərimizin şəxsən özü də xəstə, əlil, yardıma möhtac insanlara sahib çıxmış, on-lara şəfqət və mərhəmət göstərmişdir. “Kim bilir bəlkə də ani olaraq gözləmədiyimiz bir qəza nəticəsində bizdə hər an əlilliyi olan insanların vəziyyətinə düşə bilərik” deyə düşünmək lazımdır. Hər şeydən əvvəl unutmamaq lazımdır ki bu həyatda heç bir insan qəza və müsibət-lərdən sığortalanmamışdır. Bu səbəblədə bir yandan öz sağlamlığımızı qorumaq üçün lazımı tədbirləri almaqla bərabər, digər bir tərəfdən də fərd, ailə, sivil cəmiyyət və, ictimai təşkilatlar olaraq əlilliyi olan insanlara qarşı maddi və mənəvi məsuliyyətlərimizin olduğunu da unut-mamalıyıq. Bu insanlara dəyər verilməli, söz və davra-nışlarla onların könülləri alınmalı, sevinc və kədərlərinə ortaq olmaq gərəkdir. Digər bir yandan kor, kar, lal, to-

91

pal, çolaq, şikəst, qüsurlu kimi adlarla onlara müraciət olunmamalı, zarafatla da olsa onlar ələ salınmamalıdır.

Sevgili peyğəmbərimiz (s.a.s) bu movzuda, bu söz-lərlə bizi diqqətli olmaqa çağırır. “İnsaların dərdinə sevinib gülmə. Sonra Allah ona mərhəmət bəxş edər, səni isə onun sahib olduğu dərdə mubtəla edər” ( Tir-mizî, “Kıyâme”, 54)

Hər cəmiyyətdə olduğu kimi sevgili Peyğəmbərimizin dönəmində də fiziki məhdudiyyətli insanlar mövcud idi. Xüsusilə görmə yaxud da bədənsəl əngəli olan səhabələr arasında Abdurrahman bin Afv, Muaz bin Cəbəl, Ab-dullah bin Ummu Məktum, Amr bin Cəmuh. Otuz il xroniki xəstılikdən əziyyət çəkmış, lakin bu sıxıntıdan dolayi bir dəfədə olsun şıkayət etməmış İmran bin Hü-seyn kimi məşhur səhabələr (Peyğəmbər dostları) və, di-gərləri olmuşdur. Bu vəziyyət bizə, o, dəyərli insanların Allahdan gələn hər şeyi razılıq ilə qarşılaması, hər hansı bir üsyan ya da şikayət etmədən Islama xidmət etməyə və cəmiyyətin tərəqqisi üçün əlindən gələn hər şeyi or-taya qoyan sahabələr olduğunu göstərməkdədir. Bəs biz nə üçün onları özümüzə nümunə almırıq və, onlar kimi cəmiyyətin faydalı bir ünsüru olmağa çalışmırıq ? Məgər onların fiziki məhdudiyyətli olması “daha mən qüsurlu və işə yaramaz bir insanam” deməyə və. “əlimdən heç bir şey gəlməz” deyib peşmanlıq dənizinə qərq olmağa məcbur ettimi ? Əziz dostlar, bu yazdığım dəlillər bir xə-yal məsulu, ya da sizi təskin edib sakitləşdirmək üçün seçilmiş və, bəzədilmiş sözlər deyildir. Bunlar hamısı həqiqətdir. Sizə başqa örnəklər verim:

Abdullah b. Ummi Məktum gözləri görmədiyi halda hər gün uzun yol qət edərək bütün namazlarını məsciddə qılardı. Hz Muaz yerimə əngəlli olduğu halda Rasulullah (s.a.s) tərəfindən o günün çox ağır şərtlərində, olduqca

92

uzaq sayılabiləcək bir yerə,Yəmənə göndərilmiş və, cə-miyyətə xidmət etməkdən bir an belə geri qalmamışdır.

Insanlar bu imtahan dünyasında yaxşı-pis hadisələrlə qarşılaşa, sevinə-kədərlənə, müxtələf sıxıntı, maneə və problemlərlə qarşılaşa bilirlər. Lakin biz səbr, əzm, möh-kəm iradə göstərmək və ruhdan düşməməklə bu prob-lemlərin öhdəsindən gəlməli, bu işdə hər zaman Uca Allahdan yardım diləməliyik.

“De ki:”Allahın bizim üçün yazdığından başqa bizə heç bır şey üz verməz. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər.” (Tövbə,51)

Insan, həyatının müəyyən dövrlərində bir sıra çətin-liklərlə qarşılaşa bilər. Amma bu çətinliklər onu həyat-dan küsməyə, ruh düşkünlüyü yaranmasına, sarsılmasına, psixalogiyasının korlanmasına, özünün bədbəxt, işə yara-maz və fərsiz olmasi kimi düşüncələrə gətirib çıxarmama-lıdır. Çünki bura imtahan dünyasıdır və burada insanlar müxtəlif vasitələrlə Allah təala tərəfindən imtahana çə-kilirlər. Belə olduğu halda başına gələn sıxıntıdan dolayı sızlanma! Bəlkə də bu çətinliklər səni daha da gücləndirə-cək və bəlli bir zamana qədər sənin sərmayən olacaqdır.

Biz onları yeri gəldikcə malları,övladları və canla-rı ilə sınayacağıq ki,hansının həqiqi,hansının yalançı mömin olduğunu ayırd edıb bılək. (Ənkəbut2)

Unutmamaq lazımdır ki yaşadığımız həyatda ideal in-san yoxdur və məncə buna ehtiyac da yoxdur. Çünki insan istəyərək və ya istəməyərək günah işləmək, xəta etmək kimi mənfi sifətlərdən xali (uzaq) deyildir və bu fitrət-dən-yəni yaradılış olaraq onun təbiətində təzahür edən bir əlamətdir. Ağıllı insan öz səhvindən nəticə çıxartma-ğı bacaran və onu bir daha etməmək üçün əlindən gələn bütün səyi ortaya qoyan insandır. Hər bir insan yaşadığı dünyada xoşbəxt olmağın yollarını axtarmalıdır. Bu isə

93

ilk növbədə Allah Təalaya yönəlməklə və onun yazdığı qədərə tabe olmaqla mümkündür!

Uca Allah Zariyat surəsinin 56-cı ayəsində belə bu-yurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

Səbr edərək və namaz qılaraq Allahdan yardım istə-yin. Cünki, bu ikisi həyatın enerjisi, yolun azuqəsi, ümi-din qapısı və qurtuluşun açarıdır! Kim səbrə və namaza davam edərsə qopmaq bilməyən bir ipə sarılmış olar ki bu ipin ucunda Allah sevgisi, günahlardan təmizlənmə və ən böyük nemət olan Cənnət vardır! Bütün ağıllı insanlar, xoşbəxt olmaq üçün elm, şan-şöhrət, vəzifə, pul və sairə bu kimi vasitələrin arxasınca qaçarlar. Bunların içində ən xoşbəxt olanlar isə iman sahibi olan insanlardır. Uca Al-lah müqəddəs kitabımızda buyurur:

”Şübhəsiz ki qəlblər yalnız Allahı anmaqla rahat-lıq tapar” (Rad surəsi, 28)

Ən böyük nemətlərdən biri; qəlbin xoşbəxtliyi, hüzuru və sabitliyidir. Qəlbdəki xoşbəxtlik zehnin stabilliyinə və daxili hüzura səbəb olur. Xoşbəxtliyin tədris olunan bir sənət olduğunu söylədilər. Ona necə yetişəcəyini və necə əldə edə biləcəyini bilən bir insan, həyatın gözəlliklərin-dən, dolanışığın yollarından və ətrafındakı nemətlərdən necə yararlanacağınıda bilir. Xoşbəxtlik axtarışındakı ən təməl nöqtə dözüm gücüdür. O fırtınalarla sarsılmaz, xoşagəlməyən hadisələr qarşısında təsirə məruz qalmaz, sadə şeylərdən narahat olmaz. Qəlbinin gücü və təmizliyi ölçüsündə içi aydınlanar və xoşbəxt olar.

Xarakter zəifliyi, çətinliklərə qarşı müqavimətsizlik, sızlanma, narahatçılıq, qəm, kədər, qüssə-bütün bunlar insanın xoşbəxt olmasina mane olan vasitələrdir. Özünü səbrə və dözümə alışdıran insan xoşagəlməyən hadisələr qarşısında tez sarsılmaz və sıxıntıya girməz!

94

Xoşbəxtliyin düşmənlərindən biri də baxış açısı, dü-şüncə darlığı, sadəcə özünü düşünmək və dünya və için-dəkiləri isə unutmaqdır.

Allah Təala öz düşmənlərini tanıdarkən belə buyu-rur: Onlar ancaq özlərini düşünərlər! (Ali İmran 154)

Bəzi insanlar sanki bütün varlığın öz içlərində olduğu-nu zənn edər, başqalarını düşünməz, başqaları üçün yaşa-maz və başqalarına önəm verməzlər. Halbuki, özümüzlə məşğul olarkən dərdlərimizi və kədərlərimizi unutmaq üçün bəzən də özümüzdən uzaqlaşmağımız lazımdır. Beləcə iki qazancimiz olacaqdir. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşmançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.

“İnsanın qiyməti etdiyi saleh əməllərlə ölçülür.” Bu söz Hz Əliyə aiddir. Mənası isə budur: İnsanın həqiqi dəyəri; elm, əxlaq, ədəb, mərifət, ibadət və cömərt-likdir. Yoxsa onun şəkli, boyu, əndamı, şan,şöhrət və vəzifəsi deyildir.

Xoşbəxt ola bilməyin ən başlıca səbəblərindən biridə şükr edən bir qəlb, zikr edən bir dil və səbr edən bir bə-dənə sahib ola bilməkdir. Bununla yanaşı insan öz Rəb-binə lazımı səviyyədə şükr edə, onun bəxş ettiyi sonsuz nemətlərin fərqinə vara bilməsi, hüzurlu, rahat və sevinc dolu bir həyat yaşaya bilməsi üçün hər zaman maddi yaxud mənəvi olsun özündən daha pis vəziyyətdə olan insanlara baxmalıdır. Misal üçün bir örnək verim: Uca Rəbbimiz maddi durumu yaxşı olmayan və bundan dola-yı narazı olan insana ey qulum, dünyanın bütün nemətlə-rini önünə sərsəm və buna müqabil sənə bəxş ettiyim iki gözünün nurunu səndən alsam desə məgər hansı insan buna razı olar ? Əminəm ki heç bir insan bunu qəbul et-

95

məz. Bu o deməkdir ki bütun dünyanın sərvəti Rəbbimi-zin bizə bəxş ettiyi bir göz dəyərində belə deyildir.

Mən sənə xoşbəxtlik mövzusunda alimlərin elmini, hikmət sahiblərinin hikmətli sözlərini və şairlərin hik-mətli sözlərini toplayıb gətirsəm də sən onu dadmaq, qa-zanmaq, axtarib tapmaq əzm və şücaətini göstərmədikcə xoşbəxt ola bilməyəcəksən. son olaraq fiziki məhdudiy-yətli bir fərdin nümayəndəsi kimi sizlərə bu tövsiyyəmi vacib və yerində hesab edirəm:

Vücudunda deyil, mənəviyyatında, düşüncəsində, baxışlarında və vicdanında qüsurun var olması insan üçün ən böyük bədbəxtlikdir.Əlilliyi olan insanlar bilmə-lidirlər ki Uca Allah yaradılanların ən şərəflisi olan hər insana fərqli qabiliyyətlər vermişdir. Önəmli olan ən va-cib amil insanın daxilində olan bu qabiliyyəti kəşf edib üzə çıxara bilməsidir.

Bu aləmdə şirinlə acı, pislə yaxşı, xeyirlə şər iç-içədir. Insanın sahib olduğu və ya olmadığı hər şey bir imtahan vəsiləsidir. Varlı və ya kasıb, sağlam yaxud xəstə olmağa da eyni gözlə baxa bilərik. Bu düşüncəyə görə Allah qa-tında və insanların yanındakı üstünlük varlı yaxud gözəl və yaxud da şan-şöhrət və vəzifə sahibi olmaqla deyildir. Üstünlük elmlə, ibadətlə, təqva (Allahdan həya edib çə-kinmək) ilədir. Bu minvalla da hər insan boş durmamalı, səy göstərməli, çalışmalı və daxilində olan potensialı üzə çıxartmaq üçün əlindən gələni etməlidir. ”Allah rəsulu (sallallahu aleyhi və səlləm)” Allah sizin surətlərinizə və mallarınıza baxmaz,lakin qəlblərinizə və əməlləri-nizə baxar”deyə buyurmuşdur. (Müslim, Birr 34).

P.S. Bu məqaləni yazmaqda mənə göstərdiyi köməyə görə Niyaməddin Tağıyevə səmimi qəlbdən təşəkkür edirəm.

96

15

Məndə Iflicin “Paraplegiya” növündən əlavə ”Distro-fiya” xəstəliyi də var. Insan əzələsində “Distrafon” adla-nan maddə var və əzələ yalnız bu maddənin köməkliyi ilə hərəkət edir. “Distrofiya” xəstəliyi olan insanlarda, xəstəliyin növündən asılı olaraq təqribən 25-30 yaşdan başlayaraq bu maddə yox olmağa başlayır və bunun da nəticəsində bədəndəki əzələlər zəifləyir. Bu proses bir müddət davam etdikdən sonra insan əlini, ayağını çətin-liklə hərəkət etdirir və bəzən ümumiyətlə tərpədə bilmir. Bu xəstəliyin əlacı olmasa da, daha da ağırlaşmasının qarşısını almaq üçün mütəmadi müalicə və raebilitasiya kursu almaq lazımdır. Ölkə daxilində bir-neçə dəfə müa-licə aldıqdan sonra, səhətimdə yaxşılığa doğru heç bir irəliləyiş olmadığı üçün növbəti müalicə kursunu xarici ölkələrin birində almağa qərar verdim və bu məqsədlə sənədlərimi K. Fərəcova adına Elmi-Tədqiqat Petiatriya Institutuna (OMD) təqdim edəndə bunun reallaşacağı-na o qədər də inamım yox idi. Çünki müraciət edənlərin sayı həddən artıq çox idi. Bir müddət keçdikdən sonra bir xanım zəng vuraraq tibbi komisyanın mənə müsbət rəy

97

verdiyini bildirəndə çox sevindim. Səhərsi gün sənədimi Elmi-Tədqiqat Petiatriya Institutundan götürərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdim və evə qayıdaraq növbəmi gözləməyə başladım. Bir-neçə aydan sonra Nazirliyin əməkdaşı zəng vuraraq növbəmin çatdığını və 10 gündən sonra Türkiyənin Dənizli şəhərin-də yerləşən “Nobel” tib mərkəzinə gedəcəyimi bildirdi. Və beləliklə Türkiyə macəram başladı...

MƏNİM İLK SƏYAHƏTİM

Təyyarədə uçmaq, xarici ölkədə olmaq, səhətimə müsbət təsir göstərəcək müalicə kursu almaq, yeni in-sanlarla tanış olmaq və yeni macəralar yaşamaq həvə-siylə bu səhayətə ciddi-cəhdlə hazırlaşırdım. Nəhayət zaman yetişdi və evdəkilərlə xudafizləşərək atam və bi-bioğlumla birgə Heydər Əliyev Beynəlxalq Hava Lima-nına yollandım.

Heydər Əliyev Beynəlxalq Hava Limanında bizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosi-al Müdafiəsi Siyasəti şöbəsinin müdiri Saday Abdullayev qarşıladı. Mənimlə birgə Türkiyəyə gedən digər əlil in-sanlar da gəldikdən sonra Saday müəllim bizi müəyyən qaydalarla tanış elədi və gedəcəyimiz yer haqda məlumat verdi. Müalicəyə gedən qrupun tərkibi 30 nəfərdən ibarət idi. 18 kişi və 12 qadın. 14 nəfər əlil arabası istifadəçisi idi. Digər qruplarda olduğu kimi bizim qrupa da xüsu-si həkim təhkim edilmişdi. Arifə adlı gənc həkim, səfər boyu bizi müşayət etməli və qarşılaşacağımız problem-ləri həll etməli idi. Biletləri alıb, çantaları təhvil verdik-dən sonra bir-neçə bilet və pasport yoxlanışından keçərək gözləmə salonuna gəldik və uçuşun vaxtını gözləməyə

98

başladıq. Qrup üzvləri bir-biriləri söhbət edir, tanış olur, gedəcəyimiz yer haqda müzakirə aparırdılar.

Minik başlananda növbəti dəfə bilet və pasport yox-lanışından keçərək xüsusi dəhlizlə Təyyarənin qapısına yaxınlaşdıq. Əlil arabasından istifadə edənlər növbə ilə öz arabalarını baqaja təhvil verdilər və aeroport işçiləri-nin koməkliyi ilə xüsusi arabaya əyləşərək öz yerlərinə gedirdilər. (Bu proses mindiyimiz bütün təyyarələrdə eyni qaydada tətbiq olundu). Ilk uçuşun həyacanını daha dolğun yaşamaq üçün illuminatorun yanında oturmuş-dum və bu da təyyarənin uçuş və eniş anını bütünlüklə izləməyimə kömək oldu. Bakı-Istanbul reysi təqribən 2 saat çəkdi. Uçuş boyunca təyyarənin içini və orda baş verən prosesləri acgözlüklə izliyirdim. Təyyarənin için-dəki ən maraqlı hadisə uçuş anında oldu. Təyyarənin ka-pitanı hər kəsə uğurlu uçuş arzuladığı anda sərnişinlərdən biri bərkdən tək səbir gətirdi. Bütün sərnişinlər dönüb qəzəblə ona baxdılar. Dildə heç nə deməsələr də ürəklə-rindən keçənləri üzlərindən oxumaq heç də çətin deyildi. Uçuş axşam saatlarına təsadüf etdiyi üçün uçuş boyunca ətrafda heç bir şey görə bilməsəm də, Istanbul Atatürk Havalimanına yaxınlaşdıqca təyyarənin tədricən aşağı enməsinə görə Istanbulun üstdən görünüşü məni heyran elədi. Şəhər sanki al-əlvan bəzədilmiş küknar ağacını xa-tırladırdı. Sayrışan işıqlar məni valeh edirdi. Uçuş zama-nı sərnişinlərə 2 cür ymək və spirtli-spirtsiz çox sayda içgi təklif olundu. Vaxtı öldürmək istəyən sərnişinlər qar-şılarındakı monitordan istifadə edərək film izləyə, musiqi dinləyə və oyun oynaya bilərdilər. Mənə görə isə vaxtı keçirtməyin ən yaxşı yolu yanımda oturan digər iki sər-nişinlə həmsöhbət olmaq idi.

Istanbul Atatürk Havalimanına çatanda uçuşumuzun uğurlu keçdiyinə və ilk dəfə bu möhtəşəm şəhərdə oldu-

99

ğuma görə sevinsəm də sonradan baş verənlər məni əməl-li-başlı dilxor etdi. Havalimanı işçiləri bizə qarşı həddən artıq səhlənkar və laqeyd davrandılar. Yuxarıda da yaz-dığım kimi əlil arabası istifadəçilərini təyyarənin içinə xüsusi araba ilə gətirib-aparırlar və bu iş üçün aeroport tərəfindən adamlar ayrılır. Lakin Istanbul Atatürk Hava-limanında yarım saat təyyarədə gözləsək də nə işçilər, nə də araba gəlib çıxmaq bilmirdi. Nəhayət 30 dəqiqədən sonra xüsusi araba gəlib çıxdıqdan sonra məlum oldu ki 14 nəfər insanı təyyarədən endirmək üçün cəmi bir xanım işçi göndərilib. Xanım isə təbii olaraq bu işin öhdəsin-dən təkbaşına gələ bilməyəcəyini söylədi və yeni işçiləri gözləyərək daha 20 dəqiqə təyyarədə gözləməyə məcbur olduq. Pasport yoxlanışı da çox ləng oldu. Nəhayət təy-yarəyə mindikdən sonra rahat nəfəs aldıq. Hadisələri qa-baqlıyaraq deyim ki, bir az yumşaq formada olsa da eyni hadisənin bənzərini geri dönərkən də yaşadıq.

Istanbul-Dənizli reysi təqribən 40 dəqiqə çəkdi. Bur-da sərnişinlərə yemək verilməsədə, müxtəlif şirniyyatlar və içgilər təklif olunurdu. Denizli Çardak Havalimanına çatanda Istanbuldan fərqli olaraq çox gözəl münasibətlə qarşılaşdıq. Bizə hörmət və qayğı göstərilir, rahatlığımı-zın təmin olunması üçün lazım olan hər şeyi edirdilər. “Türkiyənin zəngin keçmişə malik şəhərlərindən olan Dənizli, Ege Bölgəsində yerləşir və həhalisi 980.000 nəfərdir. Tekstil məhsulları və ənənəvi Dənizli Xoruzu ilə məhşurdur. Şəhərin bir-neçə yerində böyük xoruz heykəllərinə rast gəlmək olar. UNESCO-nun Dünya Mə-dəniyəti Irsi Siyahısında yer alan “Pamukkale” də, bir sə-naye və ticarət mərkəzi olan Denizlidə yerləşir. Son döv-rlərdə müasir tipli tikililərin artmasına rəğmən, şəhərin tarixi-mədəni irsi bu gün layiqincə yaşadılır. Əlli minə yaxın Universtitet tələbəsinə ev sahibliyi edən Dənizlini

100

hər il minyolarla yerli və xarici turist ziyarət edir”. Aero-portun binasından çıxanda bizi “Nobel” tibb mərkəzinin işçiləri olan Məhəmməd və Zəfər qarşıladı. Bizi avtobu-sa mindirərək, çantalarımızı başqa bir maşına yığdılar və yola düşdük. Zəfər masaj, Məhəmməd isə palçıq vannası bölməsində işləyirdi. Azərbaycandan gələn bütün qrup-ların qarşılanması və yola sanlınmasını, həmçinin bazar günü gəzintilərini də bu iki şəxs həyata keçirdirdi.

35-40 dəqiqə yol getdikdən sonra nəhayət ki gecə saat 4-də “Pam” Termal Otelə yetişdik və uzun və yorucu yol başa çatdı. Kifayət qədər yorğun olduğumdan mənim üçün ayrılmış otağa girən kimi saatın zəngini 8:00-a qu-raraq yatdım. “ “Pam” Termal Otel, Dənizlinin Karahayıt kəndində, meşəylə örtülü dağların ətəyində yerləşir. Yer-ləşdiyi əraziyə görə təmiz havası və gözəl mənzərəsi var. Karahayit bölgəsi əsasən yerdən çıxan təbii qırmızı suyu ilə məhşurdur. Çin, Rusiya, Qazaxıstan, Argentina başda olmaqla hər il Dünyanın bir-çox ölkəsindən xeyli sayda turist məhs bu qırmızı suyun palçığından istifadə etmək üçün buraya gəlir. Qaldığım iki çarpayılıq otaqda kondi-soner, televizor, seyf, soyuducu, şkaf, oteldaxili zənglər üçün telefon, elektrik çaydanı, internet və sairə var idi. Vanna otağı əlilliyi olan insanların rahat istifadə edə bil-məsi üçün uyğunlaşdırılmışdı. Otel müdiri Sedat bəy çox səmimi, söhbətcil və ədəbiyyat vurğunu olan insan idi. Orda olduğum müddətdə dəfələrlə çay süfrəsi arxasında söhbət edib, müxtəlif mövzularda müzakirələr apardıq. “. Səhər zəngin səsinə oyandıqda əynimi dəyişərək otelin restoranına getdim. “Restoran otelin ikinci mərtəbəsin-də yerləlişirdi və bir-neçə böyük zaldan ibarət idi. Bütün zallar ümumi istifadə üçün nəzərdə tutulsa da, ƏƏSMN tərəfindən mütəmadi olaraq hər 3 həftədən bir ora bir qrup əlil insan göndərildiyindən zalın birini Azərbaycandan

101

gedən heyyət üçün ayırmışdılar və digər ölkələrdən gələn turistləri ora buraxmırdılar. Bizim üçün ayrılan zaldakı bütün masaların üstündə Azərbaycan və Türkiyə bayraq-ları var idi. Səhər yeməyi saat 8:00-dan-11:00-dək davam edirdi. Nahar 14:00-16:00 arası olurdu. Şam yeməyi isə 19:00-da başlayıb, 21:00-da bitirdi. Menyu kifayət qə-dər zəngin idi. Yeməklər də dadlı və keyfiyyətli idi. Hər həftənin şənbə günü günorta menyusuna Mantı da əlavə edirdilər. Bütün qrup üzvləri şənbə gününü böyük səbir-sizliklə gözləyirdik və masaların üstündə mantıdan əlavə başqa yemək olmurdu. Hər gün saat 16:30-17:30 arası Loby bar adlanan istirahət zalında və ya hovuz kənarın-da içmək üçün şirniyyatla çay və kofe verirdilər”. Uzun yolun yorğunluğundan və havamı dəyişdiyimdən heç nə yeməyə iştahım olmadı. Bir fincan kofe içib müayinəyə getdim. “ “Nobel” tibb mərkəzi (Özel Nobel Fizik Te-davi ve Reabilitasyon Tıp Merkezi) ”Pam” termal otelə bağlı, əsasən reabilitasiya üçün nəzərdə tutulmuş tibb mərkəzidi. Göstərilən xidmətlər sırasına masaj, elektro-terapeya, hovuz idmanı, fiziki məşqlər, palçıq vannası və sairə daxildir. Bunların arasında ən populyar olanı pal-çıq vannasıdır. Yerin altından müsbət 58 selsi tempira-turla çıxan qırmızı suyun tərkibində 20-yə yaxın mine-ral maddə var. Suyla bərabər yerin üstünə çıxan qırmızı palçıq, 30-a yaxın xəstəliyin müalicsində istifadə edilir. Bu bölgəyə gələn xəstələrin və turistlərin əsas hissəsi məhs palçıq vannası qəbul etmək üçün buraya gəlir. Tibb mərkəzinin iki aparıcı həkimi var. Turqay bəy və Necdet Çatalbaş. Ora müraciət edən xəstələri əsasən Turqay bəy qəbul edirdi. Müayinə elə də yüksək səviyyədə olmadı. Heç bir analiz götürmədilər və heç bir müasir tibb apa-ratından istifadə etmədilər. Turqay bəy bir-neçə dəqiqə əllərimi və ayaqlarımı nəzərdən keçirdikdən sonra növ-

102

bəni xəstəni qəbul etdi. Nahardan sonra isə Arifə həkim bizə vərəqələr payladı. Vərəqdə gün ərzində kimin hansı müalicəyə nə vaxt gedəcəyi qeyd olunmuşdu. Müalicələr həftənin 6 günü davam edirdi. Bazar günü isə istirahət və gəzinti günü idi.

Mənim gündəlik rejimim belə idi: Səhər saat 8:00-da yuxudan dururdum. 8:30-da yeməkxanada olurdum. Saat 9:00-da liftlə tibb mərkəzinin ikinci mərtəbəsinə qalxa-raq, prosedurlara başlayırdım. ilk prosedurum elektrote-rapeya idi. Digər ucu xüsusi cihaza birləşik olan nazik naqilləri yapışqan lentlə qollarıma və ayaqlarıma ya-pışdıraraq cihazın işləmə gücünü tənzimləyirdilər. Bu adətən 12-17 dərəcə arasında dəyişirdi. 10 dəqiqə çəkən prosedur boyunca naqilin birləşdiyi yer yüngülcə titrəyir-di və az miqdarda qıcıqlanma hissi yaranırdı. Elektrote-rapiya bitdikdən 10-15 dəqiqə sonra növbə masaja çatır-dı. Zəfər tərəfindən edilən masaj təqribən 20-30 dəqiqə çəkirdi. Masaj bitdikdən 40 dəqiqə sonra fiziki məşq başlayırdı. Özge adlı fizikaterapevtin köməkliyi ilə baş tutan və mənə böyük xeyri olan idman, rezin lentlər va-sitəsiylə edilən müxtəlif hərəkətlərdən ibarət idi. Məşqi qurtardıqdan sonra liftlə zirzəmiyə düşürdüm və orda yerləşən palçıq vannası ilə hovuz idmanı prosedurlarına qatılırdım. Palçıq vanası qəbul etməyim üçün Məhəm-məd yanaşı düzülmüş stollardan birinin üzərinə salefon sərirdi. Mən uzandıqdan sonra isə Murad adlı digər bir şəxs, qırmızı suyun töküldüyü ərazidən topladığı palçığı əllərimə və ayaqlarıma sürtürdü. Sonra isə Məhəmməd salefonun geri qalan hissəsi ilə məni bükürdü və 2 adyal-la üstümü bər-bərk örtürdü. Murad çox xeyirxah və meh-riban insan idi. Mənə diqqət göstərir və lazım olan hər bir köməkliyi edirdi. 20 dəqiqə bu vəziyyətdə qaldıqdan sonra Məhəmməd üzərimdəkiləri götürürdü və məni duş

103

kabinəsinə aparırdı. Burda su böyük təzyiqlə vurulurdu və bu da imkan verirdi ki üzərimizdəki palçığı tam və ra-hat şəkildə yuya bilək. Duş kabinəsindən çıxdıqdan sonra vaxt itirmədən sonuncu prosedurum olan hovuz idmanı-na yollanırdım. Xüsusi aparatla hovuza düşdükdən sonra Mustafanın köməkliyi ilə suyun içində o tərəf-bu tərəfə üzürdüm və müxtəlif idman hərəkətlərini yerinə yetirir-dim. Saat birə qədər bütün prosedurlarım yekunlaşdıq-dan sonra 1 saat otağımda istirahət edirdim. Tibb mərkə-zində xadimə işləyən Fatma, Aişə, Xədicə (Hatice) adlı xanımlar prosedur boyunca növbə ilə məni müşayət edir və lazımi köməkliyi göstərirdilər. Günorta saatlarında havanın tempiraturu müsbət 40 dərəcəyə yaxın olduğuna görə nahardan sonra adətən hər kəs öz otağına çəkilirdi. Axşam yeməyindən sonra əyləncələr və gəzinti olurdu. Saat 23:00-da yatırdım.

Əsasən 19:00-da başlayan və 23:30-da bitən əyləncə hər gün eyni ssenari üzrə təşkil olunduğundan, yalnız ilk 2-3 gün maraqlı olurdu. Hər gün eyni şeyin təkrar olun-duğu əyləncə, sadə və primitiv idi. 2 saat davam edən və əsasən Türk mahnılarından ibarət olan musiqi ziyafə-tindən sonra səhnəyə Gitara ifaçısı çıxırdı. Saat yarıma yaxın gitarada canlı musiqilər ifa etdikdən sonra hər kəsin səbirsizliklə gözlədiyi an yetişirdi. Hər gün saat 22:40-da səhnəyə Irəm adlı oriental rəqqasə çıxırdı.

Otel rəhbərliyinin təşkil etdiyi əyləncə maraq kəsb et-mədiyindən oteldə olan hər kəsin əyləncəsi otelin ətra-fında gəzişmək, qəsəbəyə getmək və Çarşını gəzmək idi. “Çarşı, hər iki tərəfi dükanlarla dolu, uzun bir küçədən ibarət idi. Bu dükanlardan ucuz qiymətə, paltardan uşaq oyuncağına qədər bir-çox şey almaq olardı”. Insanlar heç nə almasalar belə, çarşıda gəzişməyi çox sevirdilər. Bur-da dükanlardan əlavə Qarğıdalı kababı satan və müxtəlif

104

xidmətlər göstərən insanlara da rast gəlmək olardı.Bazar günü bütün qrup üzvləri səhər tezdən otelin

qarşısına toplaşaraq səbirsizliklə gəzintinin başlamasını gözləməyə başladıq. Nəhayət saat 11-də Məhəmmədlə Zəfər gəldi və bizi avtobusa mindirərək Dənizli şəhərin-dəki ilk gəzintiyə apardı. Ilk gəzinti bizim üçün həyacanlı başlasa da ürəyimiz istəyən kimi davam etmədi. Oteldən çıxarkən düşünürdük ki muzey, qalareya kimi yerləri gəzib, Dənizlinin tarixi yerlərinə gedəcəyik. Parkda əy-lənib, dükandan yaxınlarımız üçün hədiyyə alıb, resto-ranların birində nahar edəcəyik. Hətda bu məqsədlə özü-müzlə müəyyən miqdar pul da götürmüşdük. Lakin hər şey gözlədiyimizin əksinə oldu. Bizi gəzdirməyə borclu olan şəxslər bu işə həddən artıq həvəssiz və səhlənkar yanaşaraq, sadəcə gəzinti görüntüsü yaratmaq məqsədiy-lə bizi otelin yaxınlığında yerləşən 3 dükana apardılar və bununla da işlərini bitmiş hesab etdilər. Birinci dükan yalnızca tekstil mallarından ibarət idi deyə kişilər orda cəmi bir-neçə dəqiqə keçirərək çölə çıxdılar. Qadınlar bəzi şeylər alsalar da, vəziyət onların da ürəyincə deyildi. Bu dükandan bizə qalan yalnızca çəkdirdiyimiz şəkillər oldu. Ikinci dükanda qiymətlər münasib olsa da malla-rın çeşidi həddən artıq az idi. Həftəboyu çarşıda kifayət qədər alış-veriş etdiyimizdən burda da çox ləngimədik. Getdiyimiz üçüncü yer olan “Forum Çamlık”-da isə əməlli-başlı dilxor olduq. Alış-veriş və əyləncə mərkəzi olan Forum Çamlık-da qiymətlər digər yerlərə nisbətən ən az 10 dəfə baha idi. Təqribən 1 saata yaxın orda vaxt keçirtsək də qiymətlərin həddən artıq yüksək olması sə-bəbindən heç nə ala bilmədik və heç bir əyləncədə iştirak etmədik. Geri dönərkən Məhəmməddən “-biz biznesmen deyilik, müalicəyə gələn əlil insanlarıq. Bizi niyə belə bahalı yerə gətirdininiz ?” deyə soruşduqda heç bir ca-

105

vab vermədi. Ümumiyyətlə isə qrup üzvlərinin yolboyu bildirdikləri haqlı iradların qarşısında susqun qalsalar da dediklərimizdən nəticə çıxardaraq ikinci gəzintimizə bö-yük məsuliyətlə yanaşdılar.

Ikinci gəzintimiz maraqlı və əyləncəli alındı. “Pamuk-kale” sözün əsl mənasında bizi heyrətləndirməyi bacardı. “UNESCO-nun Dünya Mədəniyətləri Irs-inə daxil olan Pamukkale, Dənizli şəhərində yerləşir. Bir-çoxlarının tə-biət möcüzəsi adlandırdığı Pamukkale 3 km ərazini əhatə edir. Yerin altından çıxan mineral suların yaratdığı əhəng daşı təbəqəsi bütün ərazini pambıq tarlası kimi ağ rəngə boyayıb və heyranedici mənzərə yaradıb. Ərazinin adını da məhs buna görə Pamukkale (Pambıq qala) adlandırır-lar”. Şənbə günü bizə bildirdilər ki günorta orda həddən artıq isti olur deyə vaxtında gedib-qayıtmaq lazımdır. Buna görə də hər kəs saat 8-də otelin qarşısında hazır da-yanmışdı. Qaldığımız oteldən ora təqribən 15 dəqiqəlik məsafə vardı. Pamukkalenin girişində avtobuslardan enib bilet aldıq və keçidə daxil olduq. Keçiddən pamukkaleyə kimi təqribən 2 km yolu üzüyuxarı getmək lazım idi. Ma-illik o qədər də çox olmasa da, yol yoruci idi. Ancaq heç bir şey pamukkaleni görmək istəyimizin qarşısını kəsə bilməzdi. Yolu pyada getmək istəməyənlər üçün keçidin qarşısında elektriklə işləyən motosikiletlər qoyulmuşdu və qiyməti 10 TL idi. Yolun hər iki tərəfində antik döv-rə aid abidə qalıqları və tarixi əhəmiyyətli digər tikililər var idi. Yolun yarısında yorularaq ağacların kölgəsində dincəldik və xatirə şəkli çəkdirdik. Pamukkale də hər şey turistlərin zövq almasına xidmət edirdi. Pambıq tarlası-na bənzər bəyaz səhranı izləmək üçün xüsusi yer var idi. Bir az arxa tərəfdə palma ağaclarının gölgəsində restoran fəaliyyət göstərirdi. Bir az daha yuxarı qalxdıqda muzey, antik tikililər, restoranlar və yerin dərin dərin qatlarından

106

çıxan mineral suların toplandığı təbii hovuzla qarşılaş-dıq. Teatırın binasına gedən yol əlil arabaları üçün uyğun olmadığına görə ora gedə bilmədim. Amma bununla belə Pamukkaledə gördüyüm valehedici mənzərə, Antik döv-rün qalıqları ilə tanışlıq, muzey eksponatları və digərləri məndə xoş təəssurat yaratdı və xatirəmdə əbədi iz qoydu.

Türkiyə səfəri mənim üçün ilklərlə zəngin oldu. Ilk dəfə təyyarədə uçmaq, Xarici ölkədə olmaq, oteldə qal-maq və sairə. Orda keçirtdiyim günlərdə çox sayda ma-raqlı və gülməli hadisələrlə qarşılaşdım, Ispaniya və Argentinadan gələn turistlərlə dostlaşdım, Səyahət təcrü-bəsi topladım və ən əsası da öz qüvvəmi yoxladım. Orda qaldığım müddətdə narazı qaldığım və dəfələrlə etirazı-mı bildirdiyim tək nüans isə nizam-intizamın normal və-ziyyətdə olmaması idi.

Qayıdacağımız gün bütün qrup üzvləri həyacanla çan-talarını toplayır, pasportlarını axtarırdılar. Mən bir gün qabaqcadan hazırlaşdığımdan rahat şəkildə foyedə isti-rahət edirdim. Oteldən çıxmamışdan əvvəl “Nobel” tibb mərkəzinin bütün işçiləri gələrək bizimlə vidalaşıb xatirə şəkli çəkdirdilər. Bizi hava limanına Məhəmmədlə Zəfər apardı. Hava limanında bizimlə vidalaşarkən Məhəmmə-din gözlərinin dolduğunu gördüm. Bizi aeroportun işçilə-rinə təhfil verib geri döndülər. Biz isə gəldiyimiz marşut üzrə geriyə-Bakıya doğru yol aldıq.

Türkiyədə keçirdiyim günlər ərzində dəfələrlə skayp-da danışmağıma baxmayaraq oğlum üçün çox darıxmış-dım. Bakıya yaxınlaşarkən bu həsrət daha da artdı. Onu bağrıma basıb, aldığım hədiyyələri ona verməyimə çox az qalmışdı. Bir az daha səbr etməliydim.

Səhər saat 6-da Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerə enəndə Pamukkale macərasının bitdiyinə təssüflənsəm də, qarşıda məni yeni və daha ma-raqlı macəraların gözlədiyinə heç bir şübhəm yox idi.

107

16

Bu gün ölkəmizdə ictiamiət tərəfindən qəbul edilmiş və cəmiyyətdə tez-tez səslənən ifadələrdən biri də "Əlil-lərin Cəmiyyətə Inteqrasiyası" ifadəsidir. Yəni ki fiziki imkanları məhdud, sağlamlığını itirib əlil olmuş insanlar mövcud cəmiyyətə uyğunlaşmalı və qaynayıb-qarışma-lıdır. Məncə reallıqda bu ifadə yalnışdır və "Cəmiyyətin Əlil Insanlara Inteqrasiyası" ifadəsi daha doğru olardı. Yerimə əngəlli insan səki və pilləkənlərdən istifadə edə bilmək üçün, özündə hər hansısa bir bacarığı inkşaf et-dirməməli, əksinə, səki və pilləkənlərdə yerimə əngəlli insanların rahat hərəkətini təmin etmək üçün pandus, ele-vator, v.s quraşdırılmalıdır. Və yaxud fiziki məhdudiyyəti olan bir insan ictimai yerlərdə olarkən ona tuşlanan qəri-bə baxışlara və deyilən kinayəli sözlərə sinə gərmək üçün psixoloqun yardımından istifadə edərək güclü əsəb-sinir sisteminə malik olmağı bacarmamalı, əksinə, insanlarda əlillərə qarşı münasibət dəyişilməlidir. Əgər fürsət yara-dılarsa, əlilliyi olan insanların ölkəyə nə qədər xeyir verə biləcəyini görərsiniz. Bu məqalə, fiziki məhdudiyyəti olan insanların ölkənin ictimai həyatındakı aktiv iştirakı-

108

na mane olan səbəblərdən və bu maneələrin dəf olunması üsullarından bəhs edir

CƏMİYYƏTIN ƏLİL İNSANLARA İNTEQRASİYASI

Fiziki məhdudiyyəti olan insanların ölkə iqtisadiyya-tına, siyasətinə, idmanına, təhsilinə, incəsənətinə, ümu-milikdə ölkədə gedən proseslərə təsirləri 1 faizdən də azdır. Nədir bunun səbəbi ? Bu çoxşaxəli bir problemdir ki, mən bu məqalədə bu problemlərin yalnız bir-neçəsinə toxunacağam.

1.Əngəlli insanların küçələrdə, yollarda, ictimai yer-lərdə və binalarda rahat hərəkət etmələri üçün infrast-rukturun olmaması 2.Cəmiyyətin fiziki məhdudiyyətli insanlara qarşı olan yanaşma tərzi 3.Fiziki məhdudiy-yətli insanlarda olan ruh düşkünlüyü, kompleks hissi, özünəinamsızlıq və qorxu hissidir. Bəs bu problemləri necə həll etmək olar ? Bu məsələdə fiziki məhdudiyyətli şəxsin özü, onun ailə üzvləri, Qeyri Hökümət Təşkilat-ları, Kütləvi Informasiya Vasitələri və Dövlət qurumları əməkdaşlıq şəklində çalışmalıdırlar.

Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasi-yası ilk növbədə evdən başlamalıdır. Ömrünün çox his-səsini ev şəraitində keçirmiş əngəlli insan bilməlidir ki bayırda onu nə gözləyir. O, evdən çıxarkən nələrlə qar-şılaşacaq. Bunun üçün psixoloq və sosioloq həmən fiziki məhdudiyyətli insanla görüşməli və evdən kənarda baş verənlər haqda onu məlumatlandıraraq, onu yaxşı və pis hadisələrə hazırlamalıdır. Bundan əlavə ona ictimai yerlərdə özünü aparmaq qaydasını, insanlarla ünsiyət və münasibət qaydaları izah edilməlidir.

109

Bununla paralel əlilliyi olan insanların evdən kənarda rahat hərəkətlərini təmin etmək üçün bütün lazımi tədbir-lər görülərək, infrastruktur yaradılmalıdır. Bu çox vacib və priroritet məsələdir. Məhs infastrukturun olmaması ucbatından fiziki məhdudiyyətli insanların çox böyük bir hissəsi cəmiyyətdə baş verən proseslərdə yaxından iştirak edə bilmir, təhsildən, əməkdən və əyləncədən kənarda qalır. Ictimaiyyət içinə çıxa bilmir və insanlarla ünsiyyət-dən məhrum olur. Yerimə əngəlli insanların rahat hərəkə-tini təmin etmək üçün səki və pilləkənlərdə panduslar qoyulmalı, marşutlarda xüsusi avadanlıq quraşdırılmış avtobuslar olmalıdır. Panduslar ilk növbədə rəsmi döv-lət orqanlarının yerləşdiyi binaların və xüsusi əhəmiyyət kəsb edən yerlərin (xəstəxanalar, polis məntəqələri, v.s) pilləkənlərində və ətraf səkilərində quraşdırılmalıdır.

Məhs ictimai nəqliyyatdan istifadənin mümkünsüzlü-yü ucbatından əlilliyi olan olan insanlar hər yerə taksi ilə getməyə məcbur olurlar ki bunun da baha başa gəlməsi onlara əlavə problem yaradır. Bu problemi qismən həll etmək üçün, yerimə və görmə əngəlli insanlar üçün hər ay taksilərdən müəyyən limit çərçivəsində pulsuz istifadə imkanı yaradılmalıdır. Məsəl üçün: Tibbi müayinə, vacib tədbirlər və sairə əhəmiyyət kəsb edən qısamənzilli səfər-lər üçün gediş sayı və ya kilometraj hesabı ilə pulsuz is-tifadə imkanı yaradilsa, əlilliyi olan insanların nəqliyyat problemi müəyyən qədər həfifləyər.

Bundan əlavə, görmə əngəlli insanların da evdən kə-narda rahat hərəkətləri mütləq şəkildə təmin edilməlidir. Rəsmi dövlət orqanlarında və xüsusi əhəmiyyət kəsb edən yerlərdə nitq və eşitmə əngəlli insanlarla ünsiyyət yaratmağı bacaran şəxs olmalıdır. Heç kim əlillikdən sığortalanmayıb və heç kim sabah başına hansısa qəza-nın gəlib-gəlməyəcəyini bilmir. Bu gün əlilliyi olan in-

110

sanların problemlərinin həllinə biləvasitə cavabdeh olan şəxslər əllərində imkan olduğu halda bu problemləri həll etsinlər ki, sabah hansısa qəza nəticəsində özləri əlil ol-salar "Niyə bunu etmədik ?" deyə peşmançılıq hissi ke-çirtməsinlər.

Modern həyata inteqrasiya məsələsində əlil insanla-rın ailə üzvlərinin də üzərinə böyük yük düşür. Məsəl üçün: Yerimə əngəlli bir insan çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayır və təbii ki əlil arabasında oturdu-ğundan pilləkənlərlə aşağı düşə bilmədiyinə görə cə-miyyətə qarışa bilmir. Ailə üzvləri isə bu məsələyə say-mazyana yanaşaraq bu problemi həll etmək istəmirlər. Halbuki 4-cü mərtəbədəki evi satıb 1-ci mərtəbədən və ya həyət evi ala bilərlər ki bu da həmin ailənin bir üzvü olan fiziki məhdudiyyətli insanın cəmiyyət içinə çıxışını asanlaşdırar. Çox təhssüf ki bu gün bir çox valideyinlər əngəlli övladlarına biganə yanaşaraq, onlara qarşı səhlən-kar davranırlar. Halbuki fiziki məhdudiyyəti olan insana ən birinci öz ailəsi yardım etməli, hər bir halda maddi və mənəvi olaraq ona dəstək olmalıdırlar. Öz ailələri tərəfin-dən normal fərd kimi qəbul edilməyən əngəlli insanlarda ruh düşkünlüyü, özünəinamsızlıq və ətrafındakı bütün insanlara qarşı kompleksi yaranır ki bu da həmən əngəl-lilərin ictimaiyyət içinə çıxmasını böyük ölçüdə məhdud-laşdırır.

Növbəti mərhələdə, xüsusi avadanlıq və avtobuslar-la təhciz edilmiş peşə məktəbləri yaradılmalıdır. Bu cür məktəblərin yaradılması fiziki məhdudiyyəti olan insan-ların cəmiyyətə inteqrasiya olmalarına çox çox böyük yardımçı olacaq. Bu gün heç nə bacarmayan əlillərin bir çoxu işləmək üçün harasa müraciət edəndə heç nə ba-cara bilmədiyinə görə onu işə götürmürlər. Bu tip peşə məktəblərində əmək vərdişinə yiyələnən hər bir əlil in-

111

san özünə qazanc mənbəyi tapa biləcək ki, bu da onların digər insanlardan olan maddi asılılığını qismən və ya ta-mamilə aradan qaldıracaq. Bu cür məktəblərdə müxtəlif peşə bacarıqlarına yiyələnən əngəlli insanlar, bir-çox iş yerlərində sağlam insanlarla bir yerdə çalışacaqlar ki, bu da sağlam insanların əngəlli insanlar haqda olan yalnış fikirlərini dəyişməsinə səbəb olacaq. Çünki bu gün əlil-lərin cəmiyyətə inteqrasiyasında ən böyük maneələrdən biri də sağlam insanların, fiziki məhdudiyyətli şəxslərə qarşı olan yanaşma tərzləridir.

Nəinki fiziki məhdudiyyətli, ümumən fiziki cəhətdən fərqli görünən insanlara qarşı cəmiyyətimizdə birmənalı olmayan münasibət birbaşa olaraq əngəlli insanların cə-miyyətə adaptasiya prosesini ləngidir və onların sosial işlərdə aktivliyini azaldır. Çox təhssüf ki bir-çox insanlar ictimai yerlərdə, cəmiyyət içində, insanlar arasında fiziki məhdudiyyəti olan insan gördükdə buna qəribə hal kimi baxırlar. Bəzilərin qulağını çəkərək "Iraq olsun" deyir, bəziləri də "Bunun burda nə işi var ? Bu vəziyyətdə nə vacib idi ?" kimi sözlərlə əlilliyi olan insanı qınıyaraq, ona rişxənd edir. Fiziki məhdudiyyəti olan insanların ic-timai yerlərdə və toplum arasında özlərini rahat hiss et-mələri üçün sağlam insanlarda, əlillərə qarşı olan fikir və düşüncəni mütləq şəkildə dəyişmək lazımdır.

Telekanallarda fiziki məhdudiyyəti olan bir insan göstərildikdə efirdən bu sözləri eşidirik "Bu insanın köməyə ehtiyacı var. Bu insan ümidini sizə bağlayıb". Göstərilən görüntülərdə isə əngəlli insanı tamaşaçılara yazıq, ağlayan vəziyyətdə, acizanə şəkildə imkanlı şəxs-lərdən kömək uman vəziyyətdə təqdim edirlər. Əlilliyi olan insanlarla problemlərin yan-yana qoyulduğu medi-ada, jurnalistlərimizin gecə-gündüz "fiziki qüsurlu" ad-landıraraq apardıqları yalnış təbliğatın nəticəsidir ki, əli-

112

liyi olan insanlar barədə “maddi asılı”, “xəstə”,“yazıq”, “cəmiyyət üçün faydasız” kimi yalnış fikirlər formalaşıb. Mediada lazımsız və mənasız mövzulara çox geniş yer verildiyi halda, əlilliyi olan insanların problemləri haq-da yalnız 3 Dekabr əlillər günündə bəhs edilir. Halbuki fiziki məhdudiyyəti olan insanlar haqda danışılması və göstərilməsi vacib olan xeyli sayda nüanslar var. Hansı ki, bu nüanslar mediada qabardılaraq ictimailəşsə həm problemlərin həlli sürətlənər, həmi də cəmiyyət əlillik məsələsində maarifləndirilərdi.

Məhs bu saydığım səbəblərin nəticəsidir ki bu gün fi-ziki məhdudiyyəti olan insanlar barədə yalnış fikir for-malaşıb. Bunun üçün də Ilk öncə cəmiyyətdə istifadə olunan "əlil" anlayışını dəyişmək və əlilliyin nə demək olduğunu onlara izah etmək lazımdır. Bu cəmiyyət fizi-ki məhdudiyyəti olan insanların onlardan biri olduğunu, onların sadəcə fiziki cəhətdən müəyyən fərqlərinin olma-sını, düşüncə və hüquqi cəhətdən isə heç bir fərqlərinin olmadığınıdərk etməlidirlər. Hamı bilməlidir ki heç kim əlillikdən sığortalanmıyıb. Hər kəsin başına qəza gələ bilər ki, bu da hər kəsin potensial əlil olması deməkdir. Əngəlli insanlara qarşı olan yanaşma tərzini dəyişmək üçün maarifləndirici video roliklər çəkilərək telekanal-larda və sosial şəbəkələrdə yayımlamaq lazımdır. Orta məktəb müəllim və müəllimələri həftədə heç olmasa 10 dəqiqə vaxt ayıraraq şagirdlərə əlillik və əlil insan-lar haqda danışıb, onlara qarşı hansı münasibəti göstərib, onlarla necə davranmaq lazım olduğunu öz şagirdlərinə başa salmalıdır. Ali məktəb ocaqlarında tələbələrlə bu mövzu ətrafında mütəmadi disskusiyalar aparılmalıdır. Fiziki məhdudiyyəti olaninsanlarla əlaqədar olan özəl, Dövlət və Qeyri Hökümət Təşkilatları bu mövzuyla bağlı

113

tez-tez seminarlar keçirməli və sağlam insanlarla əngəlli insanların müştərək forumunu təşkil etməlidirlər.

Bununla bahəm, əlilliyi olan insanların da özlə-rinə qarşı olan yanaşma tərzini dəyişmək lazımdır. Ilk növbətə, əlilliyi olan insanlar ağlayıb-sızlamaqdan əl çəkərək, özlərini məğrur və qürurlu aparmalıdırlar. Çox təhssüf ki bu gün bəzi əngəlli insanlar əlil olmağından sui-istifadə edərək, nə isə əldə etmək məqsədilə efirlərdə özünü yazıq və köməksiz cildində göstərib əlilliyi olan insanları gözdən salır və onlar haqqında yalnış təsəvvür formalaşdırır. Əlilliyi olan insanların özləri cəmiyyətin əlillərə qarşı olan yanaşma tərzlərini dəyişmək üçün top-lum içinə daha çox çıxmalıdır və hər çıxdıqda üzləşdiyi çətinlikləri dilə gətirməlidir. Ümid edirəm bütün prob-lemlər tezliklə həllini tapacaq və əlilliyi olan insanlar da ölkənin digər vətəndaşları kimi cəmiyyətin hər bir sahə-sində öz sözünü deyərək, rahat, qayğısız və firəvan həyat yaşayacaqlar.

114

17

Ilin müəyyən günləri, müxtəlif əlamətdar hadisələrlə qeyd edilir. Azərbaycanda 10 Mart Milli Teatr Günü, 28 May Respublika Günü, 18 Oktyabr Müstəqillik Günü, 20 Mart Novruz Bayramı və sairə bu kimi Milli Bayramlar və əlamətdar günlər xalqımız tərəfindən xatırlanmaqda və qeyd edilməkdədir. Belə əlamədar günlər bütün Dün-ya ölkələində var və müxtəlif vaxtlarda və müxtəlif for-malarda qeyd edilməkdədir. Lakin elə günlər də var ki, dünyanın bir çox ölkəsində eyni anda və eyni məqsəd-lə qeyd olunur. 8 Mart Beynəlxalq Qadınlar Günü, 1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 9 Oktyabr Ümumdünya Poçt Günü belə günlərdəndir. Beynəlxalq səviyyədə qeyd edilən günlərin sayı kifayət qədərdir və bu günlərdən biri də hər il Dekabr ayının 3-də keçirilən Beynəlxalq Əlillər Günüdür.

BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ

Dünya əhalisinin təqribən 10 faizini Əlilliyi Olan In-sanlar təşkil edir. Beynəlxalq aləmdə bu kateqoriyadan

115

olan insanlara qarşı qayğı və diqqət artırılıb, onların hə-yat şəraitinin yüksəldilməsi və hüquqlarının qorunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Onlar-dan ən mühümü, Birləşmiş Millətlər Təşkilatı ”BMT” tərəfindən 1983-1992-ci illərdə həyata keçirilən Əlillər Onilliyidir. 1992-ci il Oktyabrın 14-də Onilliyin başa çat-ması münasibətilə BMT Baş Assambleyası hər il Dekabr ayının 3-nü “Əlilliyi Olan Şəxslərin Beynəlxalq Günü” kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. 5 Mart 1993-cü ildə BMT-nın Insan Hüquqları Komissyası da 1993/29 saylı Bəyannaməsi ilə, “Əlilliyi Olan Şəxslə-rin cəmiyətə inteqrasiysı və insan hüquqlarının bərabər ölçüdə təmin edilməsi” məqsədi ilə 3 Dekabr gününün BMT-yə üzv olan ölkələrdə tanınmasını istədi.

Rəsmi statistikaya əsasən Azərbaycanda 530.000 əlil-liyi olan insan var və bu ölkə əhalisinin təqribən 5 fai-zini təşkil edir. Ölkəmizdə əlilliyi olan insanların sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Həmin Proqramda əlilliyin qarşısının alınması, əlilliyi olan in-sanların reablitasiyası və sosial müdafiəsi haqqında qa-nunun bütün müddəaları öz əksini tapsa da bu qanunla-rı həyata keçirdən yoxdu. Bakıda və regionlarda əlilliyi olan insanlar üçün reablitasiya mərkəzləri, protez-orto-pedik müəssisələr yaradılıb. Azərbaycanın ərazi bütöv-lüyü uğrunda fiziki sağlamlığını itirən insanların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə onlara mənzil və mi-nik avtomobili verilib və Qarabağ əlillərinin maddi təmi-natının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamət-lərindəndir. Əlilliyi olan insanların ölkədə və xaricdə reabilitasiya kursu keçməsi xüsusi diqqətdə saxlanılır. Əlilliyi olan insanlara ödənilən pensiya və müavinətlərin məbləği mütəmadi olaraq hər il artırılsada, ölkədə ərzaq və istehlak mallarının bahalaşması fonunda, bu məbləğ çox kiçik sayılır.

116

Bu günün məqsədi cəmiyyəti, əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquq-larını qorumaq olsa da, bir çoxları səhf olaraq, bu günü Bayram günü kimi təqdim edirlər. Lakin bu gün Bayram yox, diqqətin əlilliyi olan şəxslərə və onların problemlə-rinə cəlb edilməsi günüdür.

Bir çox şəxslər, “Beynəlxalq Əlillər Günü”nü öz məqsədləri və ya təmsil etdikləri qurumun reklam edil-məsi naminə istifadə edirlər və bu məqsədlə, əlilliyi olan insanlardan “vasitə” kimi istifadə edirlər. Il boyu heç bir fiziki məhdudiyyətli insana yardım etməyən, ümu-miyyətlə bu kateqoriyadan olan insanları yaxına burax-mayan bəzi şirkət sahibləri, reklam səbəbiylə əlilliyi olan insanlar üçün tədbir təşkil edərək, istehsal etdikləri məhsullardan əlilliyi olan insanlara hədiyyə verirlər və bütün bunların Kütləvi Informasiya Vasitələrində işıq-landırılması üçün böyük canfəşanlıq edirlər. Və ya han-sısa siyasətçi və icra orqanı nümayəndəsi ictimaiyyətdə “yardımsevər”, ”mərhəmətli” imici yaratmaq məqsədiylə və ölkə vətəndaşlarının yanında olduğunu nümayiş etdir-mək üçün Dekabrın 3-də Əlilliyi olan insanlar üçün təd-bir təşkil edərək yardımlar paylayır və bunu böyük məm-nuniyyətlə mətbuatda paylaşır. Çox təəssüf ki bu kimi misallar kifayət qədərdir. Istehsalat və ya xidmət sahə-siylə məşğul olan sahibkarlar, Siyasətçilər, QHT sədrləri, Icra və Bələdiyyə nümayəndələri və sairə şəxslər, əlilliyi olan insanları il ərzində yada salmadıqları halda, yalnız 3 Dekabr günü məhs öz məqsədləri və reklamları naminə əlilliyi olan insanlara qarşı canfəşanlıq edirlər və bunu Kütləvi Informasiya Vasitələrinin iştirakı ilə etməyə xü-susi diqqət yetirirlər. Əslində buna bənzər hadisələr bəzi Dini, Milli və Beynəlxalq Bayramlarda da baş versə də Brynəlxalq Əlillər Günündə bu vəziyyət özünün pik həd-dinə çatır. Qurban Bayramı zamanı ətin paylanmasında,

117

Novruz Bayramı zamanı şirniyyat qonaqlığında, Rama-zan Bayramı zamanı iftar süfrəsinin açılmasında və bu kimi əlamətdar sayılan hadisələrdə ictimaiyyətin diqqə-tini cəlb etmək üçün biləvasitə əlilliyi olan insanlardan istifadə edirlər. Gördükləri işi isə mətbuat və sosial şə-bəkələr vasitəsiylə qabardaraq, hər kəsə göstərməyə ça-lışırlar. Halbuki bunun əvəzində, qazandığı pulun müəy-yən bir hissəsini əlilliyi olan insanlara xərcləyərək savab qazanmaq istəyən imkanlı şəxs , bunu yalnız 3 Dekabr-da deyil, ilin digər günlərində də edə bilər. Və yaxud da bunu Dekabrın 3-ü edərkən Mediya nümayəndələrindən imtina edə bilər.

Kütləvi Informasiya vasitələrinin özündə də bu məsələ ürəkaçan vəziyyətdə deyil. Bir çox televiziya kanalında əlilliyi olan insanlar üçün il ərzində cəmi bir saat efir vax-tı ayrılmadığı halda, Dekabr ayının 3-də bir neçə verlişi əlilliyi olan insanlara həsr edirlər və fiziki məhdudiyyətli insanları efirə dəvət edərək, hər zaman onlara dəstək ol-duqlarını nümayiş etdirmək istəyillər.

Əlilliyi olan insanlar ilin hər bir gününün “3 Dekabr” olmasını istəyirlər. Çünki: Hər il Dekabr ayının 3-də əlil-liyi olan insanlar üçün dövlət səviyəsində və ayrı-ayrı şəxslər tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Əlilli-yi olan insanlara könül xoşluğu və reklam məqsədi ilə müxtəlif hədiyyələr təqdim edilir. Telekanallarda bu sahəylə əlaqədar verlişlər yayımlanır. Qazetlərdə və web saytlarda çox sayda yazılar dərc edilir. Hər il 3 Dekabr-da cəmiyyətin fikri əlilliyi olan insanlara yönəlir. Əlilliyi olan insanların problemləri qabardılır, bu problemlərin həll yolları müzakirə olunur və bəzi problemlər həll edi-lir. Bir sözlə, Dekabrın 3-ü əlilliklə və əlilliyi olan in-sanlarla bağlı hər şey ictimailəşir, əlilliyi olan insanlara diqqət, hörmət, qayğı göstərilir. Dekabrın 4-ü isə...!

118

18

25 DƏQİQƏLİK YOL

Iyul ayının sonları idi. Hava çox isti olduğundan evdə oturub, kompyüterdə “Troya” filminə baxırdım. Hek-tor-Axilles qaşıdurması təzəcə başlamışdı ki, telefonum zəng çaldı. Möhtəşəm səhnənin təəssuratı yarımçıq da-yandırıldığı üçün üzümü turşudaraq “Pauza”nı basdım və telefonu götürdüm. Zəng vuran uşaqlıq dostum Zaur idi. Mən Sumqayıtda qalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə, mən onlara tez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi. “Bütün günü ya evdə oturursan, ya da bağın içində gə-zişirşən. Sən də küçəyə çıx, insanlara qarış, ətrafda baş verənlərdən xəbərdar ol” deyirdi mənə. Əslində haqlı idi. Bütün işlərimi kompyüterin üzərində qurmuşdum. Hətda sahib olduğum kiçik biznesimi də evdən idarə edirdim. Zaurgilin evləri də yaşadığım qəsəbədə idi və 3 ay əvvəl aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə onlarda olur-dum. Getdiyim yolun çox hissəsi torpaq və kələ-kötür ol-masaydı, bu yolu 10 dəqiqəyə də gedə bilərdim.

119

Zaurun səsi telefonda çox şən gəlirdi. Bir az hal-əh-val tutduqdan sonra mənə sürprizi olduğunu və saat 7-də onlarda olmağımı istədi. Telefonu söndürər-söndürməz motorlu arabanı şarja qoşdum və bayaqkı maraqla filmin davamını izləməyə başladım. Saat 18:20-də arabanın enerjisi tam olaraq dolmuşdu və mən telefonumla kepka-mı da götürüb bağdan çıxdım.

Bağımızın yerləşdiyi küçədən çıxar-çıxmaz, yaşlı bir qadınla qarşılaşdım. Yanından keçib-getmək istəyəndə qadının ah-vay etdiyini eşidib dayandım. Əvvəlcə düşün-düm ki yəqin nə isə problemi var. Kömək etmək üçün ona tərəf çevriləndə isə gördüm ki yaşlı qadın mənə baxaraq, yanıqlı-yanıqlı deyir:

- Can ay bala, can. Anan ölsün. Vay-vay-vay. Səni belə gördüm, ürəyim parçalandı.

Arada yaylığı ilə gözünün nəmini də qurutdu. Sonra isə, təəccüblə ona baxdığımı görüb ucadan dedi:

- Allah köməyində olsun. Fikir eləmə bala.Mən də eyni ahənglə “Allah tezliknən sənə rəhmət

eləsin” deyərək, yoluma davam elədim. Ümumiyyətlə mən başa düşmürəm ki, niyə insanlar fiziki məhdudiy-yətli şəxs gördükdə öz problemlərini, xəstəliklərini unu-daraq, əlil insanın halına acımağa başlıyırlar. Hər zaman bu cür insanlarla qarşılaşdıqda deyirəm ki: “Əlillik bizim üçün dərd deyil, həyat tərzidir. GEDIN ÖZ DƏRDINIZI ÇƏKIN”.

Bizim küçədən bir az aralı, yolun üstündə market var. Marketin qarşısından keçərkən qonşu küçədə yaşayan oğlanlardan biri qarşımı kəsdi.

- Salam qaqa. Necəsən ? Nəyəsə ehtiyacın var ? Qaqan alsın səninçün.

- Yaxşıyam, şükür. Sən necəsən ? Yox, çox sağ ol. Heç nəyə ehtiyacım yoxdu.

120

- Yenə də olsun. Ürəyin nə istiyir, de. Hansı siqaretdən çəkirsən ?

- Mən ümumiyyətlə siqaret çəkmirəm. Təklifin üçün çox sağ ol. Amma heç nə istəmirəm.

- Bəlkə su alım içəsən ? Smiçqa, ya da kontur.3-4 dəqiqə davam edən bu tip dialoqdan sonra, oğla-

nın dirəşdiyini görüb, dedim:- Yaxşı. Bir dənə “Snickers” al, evə gedəndə çaynan

içərəm.“Qaqaş” tez marketə girdi və əlində “Snickers” geri

döndü. Mən “Snickers”i ondan alıb, yaxınlqdakı zibil qutusuna tullayaraq ordan uzaqlaşdım. Bir az getdik-dən sonra güzgüdə “qaqaşın”ın əsəbi üzünü və arxamca baxan təəccüb dolu gözlərini gördüm. Yəqin ki ürəyində məni qınayır, haqsız sayırdı. Amma öz səhvini dərk et-mirdi. Dərk etmirdi ki: “TƏKLIF HÖRMƏTDIR, TƏ-KID NIFRƏT”

Bir-neçə dəqiqə getdikdən sonra başqa bir “bəla”yla qarşılaşdım. Yolun təqribən 150 metrlik hissəsi nisbətən dar olduğundan arxadan gələn maşın mənim yanımdan ötüb-keçə bilmədi və kəmhövsələ sürücü ard-arda siqnal verməyə başladı. Torpaq yolda arabanı yüksək sürətlə sürmək təhlükəli olduğundan, məcburən yolumu əvvəlki qaydada davam etdirdim. Bir az getmişdim ki, arxadan cod səs eşitdim: - Bir az tez ol dəə. Karsan ?

Dayanıb, arxaya çevrildim və ortayaşılı bir kişinin köhnə “Qaz-24”ün pəncərəsindən çölə çıxmış əsəbi sifə-tini gördüm.

- Tutaq ki mən karam. Bəs sənə noolub ? Korsan ? Görmürsən ki kənara çəkilmək olmur ?

- Onda bir az tez get də. (Kişi qəzəbindən qışqı-ra-qışqıra danışırdı) Bura maşın yoludu ee, piyada yolu deyil. Ləngitmə məni, işim-gücüm var

121

- Bilirəm maşın yoludu. Elə mən də maşın sürürəm. Özü də mənim maşınım səninkindən bahadı.

- Nə axmaq adama ilişmişəm əə. Əlil arabasın maşına tay eliyir.

- Düz deyirəm. (Mən qətiyyətlə dedim) Sənin sürdü-yün bu köhnə maşının qiymət ən çoxu 800 manat olar. Mənim arabamın isə 4000 manat qiyməti var. Bu araba-nı satsam sənin maşınıvı da alaram, hələ üstəlik səni də özümə 1 illik sürücü tutaram.

Kişi pərt olsa da daha heç nə demədi. Mənim yolun geniş hissəsinə çıxmağımı gözlədi və yolu açılan kimi sürətlə yanımdan keçərək, yolun toz-torpağını üzümə , üstümə və ciyərimə ”hədiyyə” elədi. Bu tip insanlar elə bilirlər ki, əlilliyi olan şəxslər ikinci dərəcəli insanlardı və istədikləri zaman öz istəklərini əngəlli insana diktə edə bilərlər. Belələrinə demək istəyirəm ki: “HEÇ YUXUDA DA GÖRMƏZSINIZ”.

Qarşılaşdığım son 3 hadisədən sonra geri dönmək istəsəmdə, tez də fikrimi dəyişdim. “Zaurun sürprizi nə-dir görəsən ?”. Asvalt yola çıxanda 10-12 yaşlarında 4 uşaq, velosipedlə mənə yaxınlaşdı.

- Əmi, bu sürdüyün benzinnlən işliyir ?- Yox. Qaznan.- Yaxşıdı də, qaz benzinnən ucuzdu. (uşaqlardan biri

özünü çoxbilmiş kimi göstərməyə çalışdı)- Neçəynən gedir bu ? (başqa biri soruşdu)- Sizin velosipedlərdən sürətli gedir.- Pah. Bilirsən mən necə velosiped sürürəm? (çoxbil-

miş olanı dedi) Heç kim mənə çata bilmir ki- Istiyirsizsə yarışaq. Görək kim udacaq. Kim yolun

sonundakı məktəbin həyətinə birinci çatsa, ona “Fanta” alacam.

Təklifim uşaqların ürəyincə oldu. Yan-yana düzü-

122

lüb, yarışa başladıq. Onların sürəti mənimkindən 3 dəfə yüksək olduğu üçün 2-3 dəqiqədən sonra gözdən itdilər. Yarışı uduzsam da əhvalım yüksəlmişdi. Ürəyimdə “AL-LAH SIZI QORUSUN” deyərək sürəti azaldıb, ətrafı seyr edə-edə getməyə başladım.

Bayaqkı xoşagəlməz hadisələri unutmaq istəyirdim ki, qismət olmadı. Qarşı tərəfdən gələn gənc bir qız ya-nımdan keçərkən “Iraq olsun” deyərək, qulağını çəkdi. Mən də dərhal dayanıb ona baxaraq, eyni hərəkəti etdim və “Bu qızın taleyinə bax” deyə əlavə etdim. Qız dayana-raq əsəbi-əsəbi soruşdu

- Noolub ki taleyimə ?- O olub ki, sən bu ağılnan çətin ərə gedəsən. 100 faiz

evdə qalassan. Bu ağıl, bu düşüncə ki səndə var, çətin ailə qura biləsən.

Qız “Ağzıın danışığına fikir ver əə” deyə üstümə çımxıraraq, iti addımlarla məndən uzaqlaşdı. Mən isə düşüncəli halda yoluma davam elədim. Insanların fizi-ki məhdudiyyətli şəxs gördükdə “Iraq olsun” deyərək qulağını dartmasını və ardınca da barmağını hər hansı-sa taxtaya döyəcləməsini heç cür anlaya bilmirəm. Axı insanlar niyə dərk etmirlər ki, əlil olmaq dildə deyil ki “Iraq olsun” deməklə özündən birdəfəlik uzaqlaşdırasan. Qulaqda deyil ki, dartaraq silib, həmişəlik yaxa qurtara-san. Ya da hansısa taxtada yazılmayıb ki, 3-4 dəfə döyəc-ləməklə pozub, əlillikdən birdəfəlik sığortalanasan. Hər bir insan potensial əlil sayılır və istənilən an hər hansı-sa bir xəstəlik ucbatından və ya qəza nəticəsində əlil ola bilər. Belələrinə “Hər zaman ƏLIL INSANLARA HÖR-MƏTLƏ YANAŞIN. Sizin də əlil olma ehtimalınız var” deyirəm.

Bu cür düşüncələr içində avtobus dayanacağının ya-nından keçəndə, dəblə geyinmiş və saçını səliqə ilə da-

123

ramış bir cavan oğlan əlindəki portfelei qarşımda yerə çırparaq dedi:

- Qaqaş vacibiydi bu gün evdən çıxasan ? Lap tutaq ki çıxdın. Vacibiydi burdan keçəsən ? Lap tutaq ki keçdin. Vacibiydi ki imenni indi keçəsən burdan ? Başqa yerdən gedə bilmirdin ? Başqa vaxt gedə bilmirdin ? Niyə yolu-ma çıxdın axı ? Sənə nə pisdiyim dəymişdi ?

Cavan oğlanın üzündə təəssüf və kədər vardı. Sonun-cu iki sualı elə hüznlə verdi ki, dayanacaqdakı insanların ona yazığı gəldi. Mən isə qəfil qarşılaşdığım hadisənin və dolu kimi üstümə yağan anlaşılmaz sualların qarşısında çaşıb qalmışdım. Özümü birtəhər toparlayıb soruşdum:

- Sən kimsən ? Nə lazımdı sənə ?- Mən vacib işnən bağlı bir nəfərnən görüşməyə ge-

dirdim. Amma qabağıma sən çıxdın. Çətin ki işlərim düz gətirə. Kaş ki qarşılaşmazdıq

Mən gic-gic əlamətlərə bu dərəcədə möhkəm inanan birinin olduğuna heyrət edərək ona acıqlandım

- Özüvə gəl a bala. Sənin üçün qara pişiyəm, nəyəm ?- Elə demə qaqaş. Şikəst insannan qarşılaşmaq da

uğursuzluqdur. Bu gün işim düz gətirmiyəcək- Elə bilirsən məndə təkcə uğursuzluq var ? Məndə

qara magiya da var- Nə magiyası var ? (oğlan çaşqınlıqla soruşdu)- Məsəl üçün. Ay bədrlənəndə 13 qəbirdən götürdü-

yüm tozu və 40 qarğanın dimdiyini 7 qara pişiyin qanın-da qaynatmışam. Sonra da cadulamışam. (əlimi cibimə ataraq) Indi bu cadunu sənə sürtəcəm ki ömür boyu işlə-rin düz gətirməsin.

Bunları eşidəndə oğlanı sanki ildırım vurdu. Portfelini yerdən götürüb, iti addımlarla getdi. Bəzi insanlar küçədə fiziki məhdudiyyətli insanla qarşılaşdıqda bunu uğursuz-luq kimi qəbul edir. Bu tamailə yalnış addımdır. Bu cür

124

düşünən insanlara demək istəyirəm ki: ”Əngəlli insanla qarşılaşmağın sizin həyatınıza heç bir təsiri yoxdur. Nə pis, nə də yaxşı. Əgər uğursuzluqla qarşılaşsanız hansısa bəhanə axtarmaq yerinə, problemin əsl səbəbini tapmağa çalışın”. Digər bir yalnış düşüncə də bundan ibarətdir ki, güya əlil insan qarğış etsə, onun qarğışı mütləq həyata keçər. Bu cür düşünən insanlara isə deyirəm ki: “Elədi-yim qarğışlar həyata keçsəydi, erməni ordusunu çoxdan topsuz-tüfəngsiz dağıtmışdım. Yoxsa ki, belə bir xüsusi bacarığımı sizə niyə sərf eliyirdim ki ? )))” DÜŞÜNCƏ-NIZƏ TÜPÜRÜM.

5-6 dəqiqə getdikdən sonra yolun digər tərəfinə keç-mək istədim. Lakin maşınların hərəkəti intensiv olduğun-dan istəyimi heç cür həyata keçirdə bilmirdim. Dəfələr-lə cəhd etsəm də yolu keçə bilmədim. Bu vaxt ərzində məni kənardan izləyən 3 nəfər oğlan yola çıxaraq, hər iki tərəfdən gələn maşınları saxladılar və mənim keçməyimə şərait yaratdılar. Yolu keçərək, onlara təşəkkür elədim: “YOLUNUZ DAIM AÇIQ VƏ UĞURLU OLSUN”.

Burdan belə yolum yenə də torpaq və kələ-kötür idi. Bir az getmişdim ki, telefonuma zəng gəldi. Danışmaq istiyəndə telefon əlimdən düşdü və nə qədər cəhd eləsəm də əyilərək, onu yerdən götürə bilmədim. Bu zaman qarşıdan gələn maşın yanıma çatanda dayandı. Sürü-cü maşından düşərək heç nə demədən telefonu götürüb mənə verdi və maşınına əyləşib getdi. Mən isə ürəkdən “TƏŞƏKKÜRLƏR” deyərək, yoluma davam etdim.

Küçələrin birində, 7-8 qadın bir darvazanın qarşısına toplaşıb, söhbət edirdilər. Ətrafda isə müxtəlif yaşlarda 10-15 uşaq oynayırdı. Qadınlardan 3-4 metr aralanmış-dım ki, 2-3 yaşlarında bir qız uşağı gəlib düz qabağımda dayandı və maraqla mənə baxmağa başladı. Çox güman ki araba onun diqqətini cəlb eləmişdi. 10-15 saniyə göz-

125

lədikdən sonra gülümsəyərək, “Sən nə şirin qızsan ?” dedim. Lakin cümlənin ardını gətirə bilmədim. Çünki qadınlardan biri dəstədən ayrılaraq, “Qorxma qızım, gə-lirəm. Anan burdadı, qorxma” kimi sözlər qışqıra-qışqıra bizə tərəf qaçmağa başladı. Yanımıza çatar-çatmaz qızını qucağına alaraq “Çox qorxmadın ?” deyə soruşdu. Mən əsəbi halda dedim:

- Uşaq qorxmurdu ee, sən qorxurdun. Uşağın vecinə də deyil, amma sənin rəngin ağarıb

- O hələ qanmır. Bilmir ki ona ziyan verə bilərsən. Istəmirəm qızım da sənin kimi çolaq olsun

- Uşağa heç vaxt zərər vermərəm. Amma belə getsə, səni ziyana salacam

- Neyniyə bilərsən mənə ? (qadın üzümə bozardı)- Indi sənə tərəf öskürəcəm, sən də ömürlük əlil ara-

basında oturassanQadın bunu eşidən kimi dodaqaltı mızıldanıb, sürətlə

məndən uzaqlaşdı. Mən isə təbii ki yoluma davam elə-dim. Bəzi insanlar düşünür ki, əlil arabasında oturanla-rın problemləri keçicidir. Buna görə də əlil arabasında oturan insanlarla münasibətdən, ünsiyyətdən qaçırlar və hətda onlara yaxınlaşmaqdan belə qorxurlar. Halbuki, in-sanı əlil arabasına məhkum edən səbəblər əsasən bədən üzvünün amputasiyası, onurğa sütununun zədələnməsi, “Serebral Iflic”, ”Distrofiya”, ”Miasteniya” və sairə olur ki, bunların da heç biri keçici deyil. Hər zaman bu cür düşünən insanlarla qarşılaşanda deyirəm ki: “ALLAH SIZƏ AĞIL, MƏNƏ PUL VERSIN”

Növbəti 10 dəqiqədə heç bir problemlə qarşılaşma-yanda xoşagəlməz hadisələrin bitdiyini düşündüm və dərhal da səhf etdiyimi anladım. Qarşı tərəfdən 3 qadın gəlirdi və öz aralarında nə barədəsə söhbət edirdilər. Qa-

126

dınlardan biri məni gördükdə söhbətini yarımçıq saxla-yaraq uca səslə

- Bunun burda nə işi var ? Bu vəziyətdə nə vacibdi ki çölə çıxıb ? Özü də tək. Özünə görə deyil. Bunun valide-yinləri hara baxır ? Niyə tək buraxıblar bunu ?

Dedi və bütün bunlar azmış kimi, yanıma çatanda məndən soruşdu:

- A bala, sənin yiyən hanı ?- Yiyəmi neyniyirsən ay xala ? Mən özüm kimlərəsə

yiyəlik eliyirəm- Bıyy. Bunda dilə bax aaz. Utanmırsan anan yaşdakı

qadına cavab qaytarırsan ?- Anamla yaşıd ola bilərsən. Amma anam qədər ağıllı,

mədəni, savadlı ola bilmərsən. Anam heç vaxt insanlara fiziki görünüşünə görə qiymət vermir və onları yoldan saxlayaraq, işinə qarışmır

Onun susduğunu görüb yoluma davam etdim və sadə-cə ürəymdə “SƏNƏ NƏ DƏXLI VAR ?” dedim.

Zaurgilin həyətinə çatmağa 100-150 metr qalmış, yo-lun sonuncu xoş olmayan əhvalatı ilə qarşılaşdım. Az öncə yanımdan ötüb-keçən yaşlı kişi arxadan məni səslə-di. Dayanıb, geri çevrildim. Kişi yanıma çatan kimi əlini cibinə salıb 1 manat çıxardaraq mənə uzatdı.

- Götür. Özünə bir şey alarsan- Nəzir verirsən mənə ?- Nəzir deyil. Dayının şotuna bir konfet alıb yeyərsən- Allah eləməsin sən ağılda dayım olsun. Sənin kimi-

sin küçədə görəndə salam vermirəm- Insanlıq eliyib pul təklif elədim də sənə. Niyə təhqir

eliyirsən məni ? (kişi pərt halda soruşdu)- Belə deyil. Məni dilənçi hesab elədin. Düşünürsən ki

nəzir adıynan evdən çıxartdığın bu 1 manatı fiziki prob-

127

lemi olan birinə versən bütün xata-bəla evdən uzaq olar. Səhf düşünrsən

- Əvvəl-axır kiməsə verməliyəm bu puluMən “Küçədə dilənən insanlara ver” deyərək, or-

dan uzaqlaşdım. Məni dilənçi zənn edərək 1 manatınıza möhtac olduğumu düşünənlər. “SIZIN DÜŞÜNCƏNI-ZI........”

Zaurgilin darvazasına çatanda saata baxdım. 19:05. Hər zaman 25 dəqiqəyə gəldiyim yolu bu dəfə 45 dəqiqəyə gəlmişdim. Qapını açması üçün Zaura zəng vurdum. Bir-neçə dəqiqədən sonra Zaur, əlində tutduğu sürprizi ilə qapıda göründü.

Bəli, yolboyu mənə fərqli münasibət göstərən insan-lara mən də mənfi münasibət göstərdim. Bəzilərini lağa qoydum, bəzilərini təhqir etdim, bəzilərinin də başına ağıl qoydum. Buna görə məni qınamayın, danlamayın. Çünki sizin mənimlə işiniz olmasaydı, mən də sakitcə öz yolumla gedəcəkdim. BIRINCI SIZ BAŞLADINIZ...

128

19

ZAUR SEYİDZADƏ

"Hədəfdəki insan" kitabıyla uğur qazanandan son-ra, növbəti nailiyyətim "Əlil Təşkilatları Ittifaqı"-nın Sumqayıt Şəhər Regional Şöbəsinə sədr seçilməyim oldu. Lakin sədr seçildikdən sonra bir yığın suallarla qar-şı-qarşıya qaldım. Əlil arabasında otur-otura bu vəzifəni necə icra edəcəm ? Işləri normal şəkildə idarə etmək üçün hansı strategiyadan istifadə etməliyəm ? Əlilliyi olan bir şəxs olaraq, vəziyyəti daim nəzarətdə saxlamaq və şöbə üzvlərinə qarşı müəyyən təsir qüvvəsinə malik olmaqdan ötrü hansı addımları atmalıyam ? Və sairə-və ilaxır. Təbii ki məni bu vəzifəyə yüksək intellektimə, peşəkarlığıma və əlilliyi olan şəxslərlə işləmək bacarığıma görə seçmiş-dilər. Ancaq yenə də öz işimi yüksək səviyyədə qurmaq üçün müəyyən təcrübələrdən yararlanmaq məqsədi ilə bir-neçə suala cavab tapmaq ehtiyacı duyurdum daxi-limdə. Bütün bu suallara cavab tapmaqdan ötrü isə, əlil arabasında oturduğa halda təşkilat idarə etmək təcrübə-sinə malik olan bir şəxsin köməyinə ehtiyacım var idi.

129

Bu məqsədlə, əlil problemləri üzrə ixtisaslaşmış Qeyri Hökümət Təşkilatlarının, Cəmiyyətlərin və Ictimai Bir-liklərin rəhbərləri haqqında məlumat toplamağa başla-dım. Araşdırmamın nəticəsində bir-çox QHT sədrinin əlil olduğunu öyrənsəm də, o, şəxslərin heç birindən məni narahat edən suallar barəsində ehtiyacım olan informasi-yanı ala bilmədim. Bəziləri məni ciddi qəbul etmirdilər, bəziləri mənə necə kömək etməli olduqlarını bilmirdilər, bəziləri də aramızdakı yaş fərqinə görə mənimlə ünsiy-yətdə məsafə saxlamağa üstünlük verirdilər. Bir-çoxları mənə kömək etməkdən imtina etdikləri halda, bir-çoxla-rı ilə ümumiyyətlə əlaqə saxlamaq mümkün olmadı. Bu məsələdə uğursuzluğa düçar olduğumu düşünərək araş-dırmamı yarımçıq kəsib, şöbədəki işlərimi yalnız intellek-timə arxalanaraq qurmağı düşündüyüm anda, internetdə baxdığım bir video məni daha bir cəhd etməyə vadar etdi. Əlilliyi olan şəxslərdən bəhs edən bu videodakı insanlar-dan biri diqqətimi cəlb elədi. Əlil arabasında oturmuş bir oğlanın mövzu barəsində əhatəli və anlamlı danışığı, məni onun haqqında da araşdırma aparmağa sövq etdi. Onun, Əlillərin "Zaur" Xeyriyyə Cəmiyyətinin və "Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım" Ictimai Birliyinin təsisçisi və rəhbəri olduğunu öyrəndik-dən sonra, onunla telefon əlaqəsi yaratmağa qərar ver-dim. Ilk qısa telefon danışımızdan başlayan və, dəfələrlə Skype vasitəsilə uzun müddətli ünsiyyətə qədər davam edən dialoqlarımız zamanı mənə diqqət göstərərək, xoş münasibət quran. Səbrlə dinləyərək, dəyərli məsləhətlər verən bu şəxs Zaur Seyidzadə idi. Aramızda dostluq mü-nasibəti inkşaf etdikcə mən Zauru daha yaxından tanıma-ğa başladım və tanımağa başladıqca onu sanki hər gün yenidən kəşf edirdim. Mən bu insana pərəstiş edirəm. Çünki Zaur Seyidzadə Insan iradəsinin sərhədlərini aş-

130

mış bir şəxsdir. Bəli, məhs insan iradəsinin hüdudlarını aşan bir şəxs. Əlil arabasında oturmağa məhkum olduğu halda qazandığı bu qədər nailiyyətin qaşısında deyiləcək başqa ifadə yoxdur. Orta təhsilini 219 saylı orta məktəb-də alan Zaur, təhsilini Azərbaycan Respublikası Tədris Estetik Tərbiyə üzrə Metodik Mərkəzinin Eksperimental Incəsənət məktəbində davam etdirərək diplom alır. Bu-nunla kifayətlənməyib təhsilini Azərbaycan Respublikası Incəsənət Universitetində teatrşünaslıqfakültəsi və Bakı Dövlət Universitetində Hüquq Fakültəsi üzrə davam et-dirərək, həmən təhsil ocaqlarının da diplomlarına yiyələ-nir. Təhsil ocaqlarındakı infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssər olmadığını nəzərə alaraq, Zaurun təhsil sahəsində belə nailiyyətlər qazanması həqiqətən də insanı heyrətə gətirir. Zəngin mənəviyyatı və yüksək dünyögrüşü ilə bir-çoxlarına nümunə ola biləcək Zaur Seyidzadənin işlə bağlı da karyerası çox zəngingindir. Azərbaycan Respublikası Əlillərin “Zaur” Xeyriyyə Cə-miyyətininsədri, Qeyri-Hökümət Təşkilatları Forumu-nun üzvü, Gənc Hüquqşünaslar Birliyinin üzvü, "Əlil Təşkilatları Ittifaqı"-nın Idarə Heyətinin üzvü, "Valide-yin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yar-dım" Ictimai Birliyinin sədri, və sair-və ilaxır. Təbii ki bu qədər nailiyyət Zaur üçün asan başa gəlməyib. Əlilliyin insan üçün yaratdlğı problemləri yazmaqla təsvir etmək mümkün deyil. Küçə və yolların əlilliyi olan şəxslər üçün müyəssər olmaması, sağlam insanlar tərəfindən əlillərə qarşı olan mənfi stereotiplər, əlilliyin insana yaratdığı çoxsaylı məhdudyyətlər və saymadığım neçə-neçə prob-lemlərin fonunda bu uğurlara imza atmaq üçün insan iradəsinin yaratdığı imkanlardan da artığını etmək lazım gəlir. Zaur Seyidzadə yenilik etməyi sevən bir insandır. O, bütün tədbirlərində və layihələrində yenilik etməyi

131

və ortaya fərqli bir iş qoymağı çox böyük məharətlə ba-carır. Həyatda uğur qazanmış əlil insanlardan bəhs edən "Bir ümid işığı" kitabı da Azərbaycan ədəbiyyatında bir yenilikdir. Düşünürəm ki, əlilliyi olan şəxslərin bir-çoxu Zaurdan nümunə götürməli və onu özünə ideal seçməli-dir. Zaur Seyidzadənin hal-hazırda olduğu zirvəyə yük-səlmək istəyən hər bir əlil insan əzmlə və daimi olaraq öz üzərində çalışmalı və özünü inkşaf etdirməlidir. Bu gün əlilliyi olan insanların bir-çoxu yalnız evdə təhsil mək-təbinin yaratdığı imkanlardan bəhrələnməklə kifayətlə-nirlər və əlil olmaqlarını səbəb kimi göstərərək özlərini inkşaf etdirməkdən boyun qaçırdıllar. Lakin bilmirlər ki göstərdikləri səbəb, əslində tənbəlliyin yaratdığı bəhanə-dən başqa bir şey deyil. Məhs Zaur Seyidzadə kimi bir şəxsi onlara nümunə kimi göstərməklə onlarda ruh yük-səkliyi yaradaraq, həyat eşqini artırmaq olar. Əlilliyi olan şəxslərin böyük bir hissəsinin sağlam insanlara möhtac bir vəziyyətdə yaşayaraq, özləri üçün belə heç bir şey edə bilmədikləri halda, Zaurun Xeyriyyə Cəmiyyəti yarada-raq, digər əlil insanlara yardım etməsi alqışa və təqdirə layiq bir haldır. Zaur Seyidzadə mənim üçün kimdir ? Zaur mənim üçün ilk növbədə hər zaman güvənə biləcə-yim etibarlı bir dostdur. Zaur, çox sakit, tərbiyəli, səmi-mi, vətənpərvər bir gəncdir. Onun bu xüsusiyyətləri çox güman ki məxsus olduğu gendən və ailə tərbiyəsindən irəli gəlir. Zaur öz işinə çox böyük məsuliyyətlə və in-cəliklə yanaşan bir insandır. Məhs bu xüsusiyyətinə görə bir-neçə ortaq layihələr həyata keçirdirik və bu proses gələcək də tam sürəti ilə davam edəcək. Zaur, çox gözəl yumor qabiliyyətinə malik, maraqlı həmsöhbətdir. Zaur-la fikirlərimiz, istəklərimiz, dünyagörüşümüz tam olaraq üst-üstə düşür ki, bu da çox qısa bir zaman ərzində onun-la mənim aramda möhkəm dostluq münasibətinin yaran-

132

masına səbəb olub. Insani xüsusiyyətlərin bütün müsbət keyfiyyətlərini özündə birləşdirən Zaurun çatışmayan tək cəhəti isə təşkilatçılıq bacarığının zəif olmasıdır.

P.S. Bu qədər uğur və nailiyyətlər qazanmış bir şəxsin səmimiliyi və insanpərvərliyi isə özü-özlüyündə ayrı bir yazının mövzusudur.

133

20

Bu gün öz üzərində işləyərək, uğur qazanan fiziki məhdudiyyətli insanlar az deyil. Bu insanlar "bir prob-lemdən ötrü min nəfərə ağız açmaq" üsulundan imtina edərək, özlərini inkşaf etdirməkdən ötrü var-qüvvələri ilə çalışırlar. Lakin müəyyən əngəlli insanlar da var ki əlilliyi bəhanə edərək heç bir iş görmək istəmirlər. Bu tip insanlar özlərini daimi olaraq nəyəsə ehtiyacı olan bi-risi kimi göstərərək, davamlı olaraq kimlərdənsə kömək umurlar. Bu məqalə onlara vəziyyətlərini izah etmək, həvəsləndirmək və onlara istiqamət vermək üçündür. Bu cür insanlar bilməlidirlər ki əlil arabasından istifadə et-məkləri və ya digər fiziki problemlərinin olması onlara, kiməsə yük olmaq haqqı qazandırmır.

Əziz dostlar, bilirəm ki həyatınızda bir-çox işlər qay-dasında getmir. Ancaq bu sizə həyatdan tamamilə imti-na edərək özünüzə qapılmağa əsas vermir. Ilk növbədə, çalışın heç vaxt ruhdan düşməyin. Yadınızda saxlayın, "Ümidini itirməyən adamı məğlub hesab etmək olmaz" Tənbəlliyin daşını atıb, öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər çox işləsəniz, həyatda bir o qədər

134

çox uğur əldə edəcəksiniz. Əgər bu gün kiminsə kömə-yinə möhatacsınızsa, hər ay pensiyanın yolunu gözlə-yirsinizsə, sabaha heç bir ümidiniz yoxdursa və nəhayət özünüzü bədbəxt hiss edirsinizsə bilin ki bütün bunların tək səbəbkarı sizin özünüzsünz. Bunu bilin ki arzuladığı-nız həyat çoxda uzaqda deyil. Sadəcə olaraq tənbəlliyiniz və fəaliyyətsizliyiniz sizə arzuladığınız həyatı dadmağa mane olur. Necə deyərlər “Dərin olan quyu deyil. Qısa olan ipdir” Siz inkşaf etmək üçün sadəcə cəhd edin, uğur özü gəlib sizi tapacaq.

ZAMAN ÜZƏRİNDƏ QƏLƏBƏ

Saat 8:30. Günəş şüaları binaların pəncərələrində və dükanların vitrinlərində bərq vuraraq bu gözəl yay səhə-rini salamlayırdı. Əlil arabasında oturmuş 20 yaşlı Riz-van, pəncərədən şəhərə tamaşa edə-edə xəyala dalmışdı. Gözü dayanacaqda dayanıb avtobus gözləyən insanlarda olsa da, fikri tamam başqa yerdə idi. Hər bir insanda ol-duğu kimi onun da arzuları var idi. O, da digər həmya-şıdları kimi institutda oxumaq, futbol oynamaq, iş-güc sahibi olmaq, ailə qurmaq istəyirdi. Həyatın ona bəxş et-diyi gənclik enerjisini xərcləmək üçün vulkan kimi püs-kürmək, tufan kimi əsib-coşmaq istəyirdi.Azad olmaq istəyirdi Rizvan.Bulvara, dənizə getmək, öz gəncliyini mənalı və səmərəli yaşamaq istəyirdi.Özünü xəyalında gah varlı biznesmen, gah da peşəkar idmançı kimi təsəv-vür edirdi.Gah şəxsi villasında dostları ilə əyləncə partisi qururdu, gah da məhşur bir rəssam olub sərgi açırdı xəya-lında. Indi də pəncərədən baxa-baxa avtobusda getməyin necə bir hiss olduğunu düşünürdü. Uşaq vaxtından əlil arabasında oturmağa məcbur qalması onu həyatın bir-çox

135

şeylərindən, hətda bu cür sadə şeydən də məhrum elə-mişdi.Bu yaşadək atası onu lazım olan hər bir yerə şəxsi maşını ilə apardığından kənar şəxslərlə eyni maşında get-mək, həmən insanların dayanacaqlarda bir-birilərini əvəz eləməsi, maşından hansısa təyin edilmiş dayanacaqda düşmək ona yad bir hiss idi və hətda bu barədə düşünmək belə ona qəribə gəlirdi. Xəyalında təzəcə avtobusun içini canlandırmışdı ki anasının səsinə fikirən ayıldı

- Rizvan, qayğanaq hazırdı. Gəl yeməyini yeSəhər yeməyini bitirdikən sonra beynində bu gün vax-

tını öldürmək üçün görəcəyi işlərin siyahısıını tutmağa başladı.1.televizorda filmə baxmaq 2.krossvord yazmaq 3.telefonda dost-tanışla danışmaq 3.”plastitation” oyna-maq 4.nahar yeməyindən sonra 2 saat yatmaq 5.qonşu oğlanla nərd oynamaq. Dünən bütün gününü kompyü-terlə keçirtmişdi deyə gözləri ağrıdığından bu gün özünə söz vermişdi ki noutbuka yaxın düşməsin.Axşam saat 11-də yerinə uzanıb yatmağa hazırlaşarkən bu günü necə keçirtdiyini düşündü.Bu gün demək olar ki heç darıxma-mışdı.Bu günə planlaşdırdığı bütün işləri artıqlaması ilə görə bilmişdi. Dayısıgilin onlara qonaq gəlməsini və şam yeməyindən sonra televizorda maraqlı bir verilişə bax-masını da nəzərə alsaq demək olar ki bu gün vaxtın necə keçib-getdiyini hiss etməmişdi. Onun demək olar ki hər günü belə keçirdi. Hər gün səhər yeməyindən sonra gün ərzində bekar qalmamaq üçün vaxtını necə keçirdəcəyi-ni beynində planlaşdırır və əsasən darıxmamaq üçün ya kompyüterdə oyun oynayır, ya “çat” dostları ilə yazışır, televisorda filmə baxır, krossvord yazır, ya da qonşu oğ-lanlarla nərd oynayırdı. Öz gələcəyini isə yalnız xəyal-larında qurub-yaradırdı.Demək olar ki baxdığı hər bir filmin baş qəhramanına oxşadırdı özünü-öz təsəvvürün-də.Qarşılaşdığı hər bir çətinliyi əlilliyin üzərinə yıxırdı.

136

Onun anlayışına görə əgər əliliydisə, deməli heç bir iş görməməliydi. Əgər bu gün heç bir iş görməyib, gününü yalnız boş istirahətlə keçirdirdisə deməli buna haqqı var idi. Axı o əlildidir.Onun düşüncəsi məhs bu cür idi.“Mən əlil bir insanam. Mən nə bacarıram ki ? Mən nə edə bilərəm ki ?”. Onun düşüncəsinə görə bu həyatda onun üzərində heç bir məsuliyyət yox idi.Bəli, Rizvan öz həya-tını bu cür qurmuşdu.Öz gələcəyini düşünmədən, niyə bu vəzəyyətdə olduğunu fikirləşmədən, həyatı dərk etmə-dən, öz gələcəyini yalnız xəyallarında və arzularında ya-şadaraq.Düşdüyü vəziyyətdən çıxmaq barədə ümumiy-yətlə maraqlanmıdı.Bəli, onun həyatı məhz bu cür idi.

P.S. Təhssüf ki bu gün br-çox əlil insanlarımızda və-ziyyət bu cürdür. Bir çoxları tənbəlliyin ucbatından, bə-ziləri ruh düşgünlüyünə görə, bir çoxları da məlumatsız-lıq üzündən-yəni ki nə edəcəklərini bilmədiklərindən bu vəziyyətdə yaşayırlar.Belə bir yaşayış tərzi isə onların onsuz da dar çərçivədə olan həyatlarını daha da məhdud-laşdırır və onları digər insanlardan daha çox asılı vəziyətə salır.Hər bir insanda olduğu kimi fiziki məhdudiyyəti olan insanların da arzuları, gələcək barədə planları, çatmaq istədikləri məqsədləri var. lakin əsas problem bundadır ki hər bir əlil insan öz xəyalında daxili bir dünya quraraq, onun təsiri altında yaşayır və reallıqdan qaçırlar.Bəzi fizi-ki məhdudiyyətli insanlar var ki düşdükləri vəziyyətdən çıxmaq istəyirlər.Lakin, sadəcə istəyirlər.Bunun üçün heç bir cəhd etmirlər. Çoxları bunun üçün infrasukturun olmamasından gileylnir, digərləri maddi vəsaitin azlığını əsas gətirir, bir çoxları da fiziki məhdudiyyətli olduqları üçün heç bir iş görə bilməyəcəklərini düşünürlər. Lakin bütün bunlar əsassız səbəblərdir və bəhanədən başqa bir şey deyildir.Yaşanılan pis şəraiti əlilliyin və digər səbəb-lərin üzərinə ataraq gileylənmək əvəzinə, bu vəziyyətdən

137

çıxmaq üçün səy göstərmək lazımdır.Məhşur deyimdə ol-duğu kimi “Qaranlığı lənətləməkdənsə dur bir şam yan-dır”.Bu işdə valideyinlərin də üzərinə böyük məsuliyyət düşür.Məhs valideyinlər hər bir vasitədən istifadə edərək öz övladlarında ruh yüksəkliyi yaradaraq, onları öz üzə-rilərində işləməyə həvəsləndirməli və onlara bu yolda bütün varlıqları ilə maddi və mənəvi dəstək olmalıdırlar. Əlilliyi olan insanlar da tənbəlliyin daşını ataraq, öyrən-mək istədikləri peşəni məsuliyyətlə öyrənməli və Yunan atalar sözündə deyilən “Xəmir yoğurmaq istəməyən beş gün un ələyər” məsəlindən əl çəkərək həvəslə işə giriş-məlidirlər.Gəlin Rizvanın həyatına nəzər yetirək. O, bu həyatda heç nəyə nail olmamış, heç bir uğur qazanamış, heç bir şey əldə etməmişdir. Ürəyində böyük arzuları olsa da, özünü xəyalında bir sənət sahibi kimi görüb, müəy-yən bir səviyyəyə yüksəldiyini təsəvvür etsə də, reallıqda xəyallarını gerçəkləşdirmək üçün, arzularını həyata ke-çirtməkdən ötrü heç bir şey eləmirdi.Əvəzində onlarla üsul fikirləşirdi ki gününü yola verə bilsin.Darıxmasın, bekarçılığa qalib gəlsin.Hansı ki o nərd oynamağa ayırdı-ğı vaxtda hər hansı bir xarici dil öyrənə bilərdi.Krossvord yazdığı vaxtı idmana sərf edə bilərdi.Hansı ki xarici dil öyrənəndə də, idman edəndə də vaxtdan gedir və darıx-mağın nə olduğunu bilmirsən.Hər bir əlil insan bilmə-lidir ki bekarçılıqdan yaxa qurtarmaq üçün hər hansısa bir boş əyləncəyə həsr etdikləri vaxtı, onların inkşafına köməklik göstərəcək bir şeyə sərf etsələr daha çox xeyir qazanmış olacaqlar.Vaxt isə istənilən işi görəndə keçib gedir.Nərdi oynayıb bitirən kimi hər şey keçmişdə qalır, öyrəndiyin hər hansı bir material isə daimi olaraq sənin-lədir.Krossvordu yazıb doldurduqdan sonra qazeti büküb bir kənara atırsan, peşə bacarığını artırmaq isə daimi ola-raq sənə kömək edəcək.Məhşur bəstəkarlardan biri tələ-

138

bələrinə skripka dərsi vermək üçün bir tələbənin evindən digərinin evinə gdərkən yolda keçirtdiyi vaxta 2 xarici dil öyrənmişdir.Vaxtınızın qədrini bilin və ondan istifadə et-məyə çalşın.Çalışın hər şeyi vaxtında edin. Unutmayın ki tənbəlin iş günü sabahdır. Robert Kiyosakinin çox gözəl bir kəlamı var, “Bədbəxt, uğursuz, xoşbəxt olmayan o adamdır ki, tez-tez “sabah” sözünü işlədir”.Vaxtdan düzgün istifadə etməyi bacarsanız uğur sizinlə olacaq.Unutmayın ki bu günə qədər sahib olmadığınız şeyləri əldə etmək istəyirsinizsə, bu günə qədər etmədiklərinizi etməlisiniz. Əgər bütün bu işlər sizə çətin görünürsə bilin ki, sizə ağır görünən iş, sizin bu günə qədər görmədiyi-niz yüngül işlərin cəmidir.Əgər bu gün valideynlərinizin hesabına müəyyən ehtiyaclarınızı təmin edirsinizsə belə, unutmayın ki bu daimi olaraq bu cür davam etməyəcək.Əgər valideynlərinizin gəliri, ömrünüzün sonunadək sizə bəs edəcək qədər pul yığmaq üçün kifayət etmirsə, demək gələcək haqda fikirləşməyə dəyər. Gələcəkdə kimdənsə asılı vəziyyətdə yaşamamaq üçün indidən tədbir gör-məlisiniz. Əlilliyi olan insanlar çox gözəl sənətkar ola bilərlər. Xanımlar xalçaçılıq, toxuculuq, dərzilik peşələri ilə məşğul ola, rəngli muncuqlardan və digər əşyalardan bəzək əşyaları düzəldə bilərlər. Kişilər isə telefon, elekt-ron avadanlıqları və ya saat ustası ola, heykəltaraşlıq və ya xarratlıq peşələrinə yiyələnə bilərlər. Bununla bahəm, hər iki cinsin nümayəndələrinin məşğul ola biləcəklə-ri ortaq peşələr də va ki, bunlar idmanla məşğul olmaq, rəssamlıq, kompyüter mütəxəsisi, musiqi alətlərində ifa, dizayner v.s peşələridir. Təbii ki burda yazılan peşə adları sadəcə olaraq nümunə üçün verilib və hər bir əlilliyi olan insan fiziki vəziyyətinin işləməyə imkan verdiyi istənilən bir peşəylə məşğul ola bilər. Kimin hansı peşəylə məşğul olmaq istəməsindən asılı olmayaraq, gərək məqsədinə

139

doğru inamla, həvəslə, səbrlə, möhkəm iradəylə, ağılla və planlı şəkidə irəliləsin. Unutmayın ki düsgün yol heç vaxt uzun olmaz. Əks halda çəkdiyi zəhmətin nəticə-si xeyli aşağı olacaq. Elə indi bütün qüvvənizi toplayıb həyatla mübarizəyə başlayın və qalib gələcəyinizdən heç bir şübhəniz olmasın. Çalışın uğursuzluqlarla, çətinlik-lərlə və problemlərlə qarşılaşdıqda ruhdan düşməyin. Henri Forda görə “Uğursuzluq-hər şeyə yenidən başla-maq imkanıdır. Amma daha müdrikcəsinə” Bu günədək qarşılaşdığınız uğursuzluqları unudun. Keçmiş uğursuz-luqların xatirələri ilə yaşamaq sizə fayda verməz. Artıq yeni planlar ətrafında köklənib, qarşıya baxmaq lazımdır. Klauide Peperin təbirincə desək “Həyat bir velosipedə minmək kimidir. Pedalı firlatmağa davam etdiyiniz müd-dətcə yıxılmazsınız”. Öyrənməyə davam etmək, işinin ən yaxşısı olmaq üçün çalışmaq lazımdır. Işləmək sizi üç əzabdan qurtarar. Canınızı əziyətdən, pis vərdişlərdən və yoxsulluqdan. Bu mübarizədə sizin ən yaxın və etibarlı köməkçiniz isə ”hədəfdəki insan” kitabı ola bilər. bu ki-tab mübarizənizin hər bir mərhələsində sizə məsləhətçi olmaqla bərabər, çətinliyə düşdüyünüz anlarda da yar-dımçınız olacaq. Elə indi hədəfə gedən yolda sizin üçün mayak olacaq ”hədəfdəki insan” kitabını əldə edin və uğurun zivəsinə yüksəlin.

140

21

Əziz dostlar, bu dəfəki məqaləm hüquqdan bəhs edə-cək. Hüquq mövzuzu çox geniş bir müstəvini əhatə edir və əlillərlə bağlı qəbul edilmiş bütün qanun və fərmanları bu kitabda yerləşdirmək mümkün deyil. “Mənim hədə-fim” adlı kitabımda sizlərə, BMT-nin "Əlillərin hüquq-ları haqda" Konvensiyasını və "Fakultativ Protokol"-u təqdim etmişdim. Bu kitabda isə “Sosial Təyinatlı Ver-gi Güzəştləri” haqda bəhs edəcəm. Çalışın bacardığınız qədər digər qanunları da oxuyasınız ki öz hüquqlarınızı biləsiniz. Azərbaycan reallığında qanunlar yalnız kağız üzərində olsa da, hər halda öz haqqınızı tələb etmək üçün bu qanunları bilməlisiniz.

VERGİ GÜZƏŞTLƏRİ

Qiymətlərin davamlı olaraq artdığı, pullu xidmətlərin dəyərinin yüksəldiyi bir dövrdə, sosial qayğıya ehtiyacı olan insanların gəlirinin artırılmasına dəstək olmağın çox böyük əhəmiyyəti var. Əhalinin sosial cəhətdən qayğıya

141

ehtiyacı olan təbəqələrinin sosial müdafiəsinin gücləndi-rilməsinin bir yolu da onların gəlirinə tətbiq edilən vergi güzəştləridir. Dövlət azgəlirli insanlara, ölkə qarşısında xüsusi xidməti olan şəxslərə, əlilliyi olan insanlara, məc-buri köçkünlərə və sairə qayğıya ehtiyacı olan insanla-ra vergi güzəştləri tətbiq etmişdir. Sosial yönümlü vergi güzəştləri 1 Yanvar 2001-ci ildən tətbiq olunan Vergi Mə-cəlləsində xüsusi yer tutub və 2013-cü ilin əvvəlində Ver-gi Məcəlləsində edilən əlavə və dəyişiklikdə də bu vacib məsəlyə xüsusi diqqət ayrılıb.

Azərbaycan Respublikası Vergi Məcəlləsi, Maddə 102 yə əsasən:

1.Azərbaycan Respublikasının Milli Qəhrəmanları-nın 2.Sovet Ittifaqı və Sosialist Əməyi Qəhrəmanlarının 3.Müharibə Əlillərinin 4.Həlak olmuş və yaxud sonra-lar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) 5.1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin 6.Çer-nobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom ob-yektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan ay-lıq gəliri 400 manat məbləğində azaldılır.

1-ci və 2-ci qrup əlilliyi olan insanların (müharibə əlil-lərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşına-dək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

1.Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülə-rin valideyinləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideyinləri və arvadla-

142

rı (ərləri). “Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar” 2.1990-il Yanvarın 20-də SSRI qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideyinləri və arvadları (ərləri). “Bu şəxslərin arvadla-rına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar niga-ha girmiş olmasınlar” 3.Əfqanıstana və döyüş əməliyyat-ları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular təlim-yoxlama toplanışlarına çağrılmış hərbi vəzifəlilər 4.daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya 1-ci qrup əlilliyi olan insana baxan və və onunla birlikdə yaşayan valideyinlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum 5.Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər “Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində da-imi məskunlaşmış şəxslərə şamil edilmir” hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. “Fiziki şəxsin yuxarıda göstərilən güzəştlərin bir neçəsi üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir”

Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşıadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldı-lır. “Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagird-lərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Fiziki şəxslərin vergi tutulan gəliri uşağın do-ğulduğu və himayədə olanın himayəyə götürüldüyü ay-dan başlayaraq azaldılır”

143

22

BİR AZ DÜŞÜNÜN

Hər bir insan gələcəyi ilə bağlı düşünərkən, xəyal qurarkən yalnız yaxşı şeylər barədə düşünür. Keyfiyətli təhsil, komfortlu şərait, yüksək maaşlı iş, xarici ölkəyə səyahət, yüksək prestij, xoşbəxt ailə həyatı, gözəl və sağ-lam bədən quruluşu, məhşurluq və sairə bu kimi arzular hər zaman xəyal dünyasında ön sıralarda olub.

Görəsən insanlar heç olmasa bircə dəfə də olsa, nə zamansa qəza nəticəsində və ya hər hansısa bir xəstəlik ucbatından əlil ola biləcəklərini düşünüblərmi ? Heç dü-şünüblərmi ki, əlil arabasında otursaydım və ya gözlərim tutulsaydı həyatım necə olardı ? Necə yaşayardım ? Hə-yatımı necə qurardım ? Nələr edərdim ? Sağlam insanlar-dan nələr umardım ? Əminəm ki sağlam insanların çox böyük hissəsi heç vaxt bu suallar barədə düşünməyib.

Məhs buna görədir ki, müəyyən yaşdan sonra əlil olan insanlar düşdükləri vəziyətlə barışa bilmirlər, uzun müd-dət depresiyada olurlar, hər şeyə üsyan edirlər, nə edə-

144

cəklərini bilmirlər və bir yığın problemlə qarşı-qarşıya qalırlar. Halbuki, hər bir şəxs gələcəyi barədə düşünərkən yalnız yaxşı şeylər barədə deyil, digər ehtimallar barədə də düşünərək, özünü həyatın hər bir üzünə hazırlamalıdır.

Uşaq yaşlarından əlilliyə məhkum olanlar uşaqlıq və gənclik illərini istədikləri kimi yaşaya bilmədiklərinə görə təəssüflənsələr də, fiziki məhdudiyyətlərlə yaşamaq onlar üçün nisbətən asan olur. Sonradan əlil olanlar isə ikiqat çətinliklə üzləşirlər. Istər düşdükləri vəziyəti qə-bul etmələri, istərsə də həyatın qalan hissəsini mövcud fiziki vəziyətə uyğunlaşdıraraq yaşamaları onlar üçün əsl problemə çevrilir. Bunun əsl səbəbi isə məhs, sağlam olduqları zamanlarda nə vaxtsa əlil ola bilmə ehtimalını düşünməmələri, nəzərə almamalarıdır.

Qəza nəticəsində və ya hər hansısa xəstəlik ucbatın-dan xəstəxanaya düşən şəxs, əlil olacağını ağlına belə gətirmir. “Anadangəlmə deyilsə mütləq sağalacaq” dü-şüncəsiylə, sağlamlığına qovuşmaq üçün mübarizəyə başlayır. Xəstəxanaları gəzib, həkimlərə və dərmanlara böyük məbləğdə pullar xərcləyərək, aylarla, bəzən illərlə müalicə kursu keçir. Hətda maddi imkanı yüksək olanlar müalicə üçün xarici ölkələrə belə, üz tuturlar. Ümidlər get-gedə tükəndikcə əlil olan şəxs və ailəsi demək olar ki çırpınmağa başlayır və içində olduqları vəziyətdən xilas olmaq üçün, saman çöpündə yapışırmış kimi, ətrafdakı insanların məsləhət bildiyi hər bir xəstəxanaya, hər bir həkimə baş çəkillər. Türkəçarələr və sairədən istifadə edirlər. Ənənəvi və qeyri-ənənəvi bir çox müalicə üsulu-nu sınaqdan keçirdirlər.

Müalicənin heç bir effekt vermədiyini gördükdə isə Ilahiyyata və xurafata meyl edirlər. Pirləri, ocaqları, müqəddəs yerləri ziyarət edərək niyyət edib, qurban kə-sirlər. Nəzir qoyub, dua edirlər. Əlində şəfa olduğu iddia

145

edilən insanların. Həmçinin ekstrasenslərin, falçıların, cadugərlərin qəbulunda olurlar.

Bütün bunların da heç bir nəticəsi olmadıqda isə və-ziyətlə barışaraq, əlillik aləminə qədəm qoyurlar və möv-cud fiziki vəziyətə uyğunlaşma prosesinə başlayırlar. Ilk vaxtlar adətən ruh düşkünlüyü və depresiya şəraitin-də keçir. Bəzi insanlar əllərinin hər yerdən üzüldüyünü düşünərək, böyük psixaloji problemlər yaşayırlar. Bunu nəzərə alaraq, iradəsindən və xarakterindən asılı olmaya-raq, əlilliyə düçar olan hər bir şəxsə mütləq şəkildə psixa-loji yardım göstərilməlidir.

Adam əlil olduqda ətrafdakı bir çox insan onunla əlaqəni kəsir. Dəfələrlə kömək etdiyin, özünə doğma sandığın, vaxtaşırı ziyarətinə gələn, səni gördükdə “qar-daş (bacı)” deyərək, boynuna sarılan dostlar, qohumlar və digər insanların çox hissəsi bir andaca sanki yoxa çıxırlar. Əlil olan insana baş çəkmir, hətda telefonla belə zəng vurmurlar. Bu “yoxaçıxmanın” əsas səbəb-ləri bundan ibarətdir ki, bu insanlar düşünürlər ki, ar-tıq əlil olan şəxsin onlara heç bir faydası dəyməyəcək. Əksinə, əlil olan şəxs onlardan maddi, mənəvi və fiziki kömək istəyəcək. Buna görə də kənarda qalmağı üstün tuturlar. Ətraflarındakı insanlardan kömək, diqqət, qay-ğı gözləyən əlil insanlar isə, bu qeyri-insani münasibəti gördükdə çox pis olurlar, həmən adamlardan inciyirlər və ən nəhayətində də, haqlı olaraq onlarla münasiətlərə birdəfəlik son qoyurlar.

Aktiv həyat tərzi keçirdən, hər gün işə gedən, hərəkət edən insan, əlil olduqdan bir müddət sonra təbii olaraq, həddən artıq darıxır və sıxılır. Bütün günü evdə olmaq, passiv hərəkət, hər gün eyni yerləri, eyni insanları gör-mək. Eyni şeyləri etmək insanı dəhşətli dərəcədə darıxdı-rır. Əhatə dairəsi daraldığı üçün günlərlə söhbət etməyə

146

adam tapmır. Əlil ola bilmə ehtimalını nəzərə almayıb, lifti olmayan binanın yüksək mərtəbəsində ev aldığı üçün çölə nadir hallarda və 2-3 nəfərin köməkliyi ilə çıxa bilir. Xeyirdən-şərdən qalır.

Əgər əlil olan şəxs evin bəyidirsə bir müddət sonra evdə maddi cəhətdən çətinliklər yaranmağa başlayır. Əgər əlil olan şəxs evin xanımıdırsa bu zaman evin daxi-lində müəyyən problemlər ortaya çıxır. Qabların və pal-tarların yuyulması, vaxtlı-vaxtında yemək bişirilməsi, evin təmizlənməsi kimi problemlər üst-üstə yığılır.

Sonradan əlil olan şəxslər özlərini bu mühitə, bu və-ziyətə yad hesab edirlər. Yeni mühit, yeni insanlar, yeni həyat tərzinin içində azıb qalırlar. Bunun əsas səbəbi isə heç zaman əlil olma ehtimalını düşünməmələri, düşdük-ləri vəziyət barədə tam məlumatsız olmalarıdır. Halbuki hər ehtimalı nəzərə alıb, lift və pandusla təhciz edilmiş binada və ya həyət evində yaşasalar, müəyyən qədər və-sait yığsalar, əlilliyin növləri və səbəbləri haqda məlumat toplasalar, əlillik məsələləri üzrə ixtisaslaşmış Qeyri Hö-kümət Təşkilatları ilə müəyyən qədər əməkdaşlıq etələr, Əlilliyi olan insanlarla görüşüb, onların əlillik haqda dü-şüncələrini və təcrübələrini öyrənsələr, cəmiyətdə fiziki məhdudiyyətli insanlara qarşı olan mənfi stereotipləri dəyişmək üçün müəyyən addımlar atsalar, küçələrdəki infrastrukturun əlilliyi olan insanların məneəsiz hərəkəti üçün uyğunlaşdırılmasını aidiyyati orqanlardan tələb et-sələr, özləri əlil olduqda çox da əziyyət çəkməzlər.

Bəzən insanlar bir neçə xarici dil öyrənsələr də, Brayl əlifbasını və ya Daktil əlifbanı öyrənməyi ağıllarına belə gətirmirlər. Velosiped, xizək, konki kimi şeyləri güc-bə-la ilə də olsa öyrəndikləri halda, bircə dəfə də olsa əlil arabasına oturub, sürmürlər. Kişilər saatlarla çayxana-larda, stadionlarda. Qadınlar isə qonşu qadınlarla söhbət

147

etməklə, həmçinin gün ərzində 3-4 seriala baxmaqla vaxt keçirtdikləri halda, bir dəfə də olsa yığışaraq, fiziki məh-dudiyətli insanları ziyarətə getmirlər.

“Əlillik” mövzusu insanlar üçün çox ağır mövzudu. Insanlar bu barədə hətda danışmaq belə istəmirlər. Bu gün Amerikadakı prezident seçkilərindən, Suriyadakı mövcud vəziyətin incəliklərindən, NASA-nın apardığı elmi araşdırmalardan, Islam Peyğəmbərinin 1500 il əvvəl geyindiyi şalvarın balağından, ölkə iqtisadiyyatını cəmi bir ilə zirvəyə qaldırmağın yollarından, Ronaldoyla Mes-sinin müqayisəsindən, telekanallarda göstərilən gic-gic şoulardan və seriallardan, vahabilərdən, lezbiyanlardan, geylərdən, Masonlardan, fasonlardan böyük ciddilikə danışaraq, həvəslə müzakirə və mübahisə edən insanlar, “Əlillik” mövzusunu yaxına belə qoymurlar. Məhs buna görədir ki, Facebook sosial şəbəkəsində insanlara “Nə zamansa əlil olacağınızı düşünmüsünüzmü ? Heç dü-şünmüsünüzmü ki, əlil olsaydım həyatım necə olardı?” suallarını ünvanladım və cəmi bir nəfər rəy yazdı. Hasil Hüseynov adlı facebook istifadəçisinin yazdığı həmən rəyi sizlərə təqdim edirəm

“”Bəli, düşünmüşəm. Əlil olsaydım həyatım dəyişər-di. Əlil olsaydım “ağıldan əlil” insanların gözündə çarə-siz və yazıq olardım. Düşüncəli insanlar isə məni həyata, yaşama qarşı mübariz və cəsur görərdilər. Əlil olmağın mənəvi cəhətdən bir çox üstünlükləri var. Biri budur ki, avtomobilini sürətlə sürənlər mənim əlilliyimə baxıb, sürəti azaldacaq. Təhlükəli işdə işləyənlər təhlükəsizlik tədbirlərini artıracaq. Ruhdan düşərək sevdiyi işindən uzaqlaşanlarda öz işinə dönmək istəyi yaranacaq və sa-irə. Bunlardan da ən önəmlisi həyatından şikayətlənib hər işə bədbin baxanlar öz halına şükr edəcək. Yəni ki bir çox insan mənim vəziyətimi görüb düzgün addımlar

148

atacaq. Və, bu da mənə mənəvi güc verəcək. Əlil olmaq da bir qismətdir. Əlil olmağıma da şükr edərdim. Bu və-ziyətimdə də bir ömür yanımda olmaq istəyən dostlarım oluğu üçün şükr edərdim. Əgər yanımda olmayacaqlar-sa da sevinərdim ki, yaxşı ki yanımda deyillər. “Mənə hər vəziyətimdə yanımda olanlar lazımdır” deyərək, şükr edərdim””

Hər kəsə sağlam və mənalı ömür yaşamağı arzulayıram.

Samir İmanov

149

23

Kimsə ayağı burxularkən və ya sadəcə olaraq, əli-ni yaralayanda görəcəyi bir çox işləri bir müddətlik də olsa təxirə salır və gündəlik ehtiyaclarını belə çətinliklə ödəyə bilir. Zədəsinin yaxın günlərdə sağalacağını və öz normal həyatına qayıdacağını bildiyi üçün müvəqqəti çə-tinliyin öhdəsindən yüksək əhval-ruhiyyə ilə gəlir. Indi təsəvvür edin ki, ömürlük əlil arabasına möhtac olmaq bir insanı hansı məhrumiyyətlərlə üz-üzə qoyur. Bu şə-raitdə yaşayacağını bilən bir insan əllərini də çətinliklə hərəkət etdirirsə, vəziyyət ikiqat dözülməz olur. Həyatın hər bir sahəsində çətinlik və məhdudiyyət. Küçələr, bi-nalar, nəqliyyat və sairələr nə qədər uyğunlaşdırılsa da, yenə insanın ayaqlarını əvəz edə bilmir. Səhərləri təmiz havada qaçmaq, toyda rəqs etmək, çoxmərtəbəli bina-da yaşayan əmioğlunun ad gününə getmək, özünə təzə mebel alan qonşuna kömək etmək, Novruz bayramında tonqal üstündən tullanmaq, sevdiyi insanla əl-ələ tutaraq gəzmək, dostlarla futbol oynamaq sağlam insanlara adi bir şey kimi görünə bilər. Lakin bunlar əvəzedilməz duy-ğulardır! Əlilliyi olan insanlar özlərinə nə qədər təskinlik

150

versələr də, bunlardan və bu kimi yüzlərlə şeydən məh-rum olmaq insanı dəhşətli dərəcədə incidir, məyus edir və ən sonunda həyatdan küsdürür. Gündəlik ehtiyaclar baş-da olmaqla, həyatın hər anında üzləşilən problemlərin, məhdudiyyətlərin, uğursuzluqların, əngəllərin içindən çıxaraq əlilliyə meydan oxumaq və hər hansısa nailiyyət qazanmaq üçün insan iradəsinin hüdudlarını aşmaq və dayanmadan inkişafa can atmaq lazımdır. Bu məqaləni məhz bu meyarlara sahib olan bir əngəlli insana-özümə həsr etmişəm.

Bəli, bu məqalə özüm haqqındadır, özümdən yazmı-şam. Bəlkə də bu məqaləni oxumağa başlayan bir çox insan özümü təriflədiyimi düşünəcək və məni qeyri-təva-zökarlıqda qınayacaq. Əslində isə bu məqaləni yazmaqda məqsədim tamamilə başqadır. Hazırda oxuduğunuz kitab mənim yazdığım üçüncü kitabdır və hər üç kitabın ya-zılmasındakı məqsədlər eynidir. Əlilləri cəmiyyətə doğru şəkildə təqdim etməklə, sağlam insanların əlillər barə-sində olan yalnış düşüncə və inanclarını müsbətə doğru böyük ölçüdə dəyişmək, əlilliyi olan insanlarda ruh yük-səkliyi yaratmaq və onlara həyatla mübarizə apara bil-mələri üçün motivasiya vermək, onları əməyə həvəslən-dirmək, istiqamət vermək, və sairə, və sairə. Təbiidir ki, bu kitabları oxuyan insanların əksəriyyəti düşünə bilər ki, “Görəsən bunları yazan şəxs özü öz yazdıqlarına əməl edirmi? Kitablarında yazdıqlarının həyata keçirmənin mümkünlüyünə inanırmı? Bu insanın özü necə yaşayır? Çətinliklərlə mübarizə aparırmı? Əlilliyə qalib gələ bilib-mi? Həyatda hansı problemlərlə qarşılaşıb və onların öh-dəsindən necə gəlib? Hansı uğurlar qazanıb? Və sairə.”

Buyurun, bu da mən. Gəlin yaxından tanış olaq.

151

SAMİR İMANOV

1981-cil il Avqustun 27-də Sumqayıt şəhərində ana-dan olmuşam. Anadangəlmə iflic xəstəliyinin “Paraplegi-ya” növündən, “Distrofiya” və “Hemofiliya” xəstəliyin-dən əziyət çəkirəm və birinci qrup əliləm. Atam sürücü, anam isə poçt işçisi kimi çalışıb. Təhsilimi “Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə almışam və məktəbi 1999-cu ildə bitirmişəm. Əlilliyi olan insanlardan bəhs edən “Hədəfdəki insan” və “Mənim hədəfim” adlı iki kitabın müəllifiyəm. Oxuduğunuz kitab üçüncü kitabım-dır. Azərbaycan, rus, türk və ispan dillərini bilirəm. Hob-bim futbola baxmaq və müxtəlif dillərdə yazılmış kitab-lar toplamaqdır. Bir neçə müsabiqənin qalibi olmuşam. Dəfələrlə Fəxri Fərman və Diplomlarla təltif olunmuşam. Ailəliyəm, bir oğlum var. Bir neçə Qeyri Hökümət Təş-kilatında müxtəlif vəzifələrdə çalışmışam. “www.qartal.org” saytının rəhbəriyəm. Devizim: “Fiziki vəziyətin necə olursa-olsun, özünlə fəxr et”dir.

Uşaqlıq və gənclik dövrüm o qədər də işıqlı keç-məyib. Bu məsələdə keçid dövrünün çətinliklərinin də müəyyən qədər rolu oldu. Amma təbii ki, əyləncədən,

152

təhsildən və cəmiyyətdən kənar qalmağımın əsas səbəbi əlilliklə əlaqədar idi. 1990-92-cı illərdə hər iki ayağımda cərrahiyə əməliyyatı olduqdan sonra qoltuq ağacından istifadə etməklə, sərbəst şəkildə gəzə bilirdim. Yaşadı-ğım binadan təqribən 400-500 metr aralıda 36 nömrəli orta məktəb yerləşir və məktəbin həyətində futbol oy-namaq üçün geniş meydança var. Yayda qonşu uşaqlar toplaşaraq ora futbol oynamağa gedərdilər və mən də dördüncü mərtəbədən çox rahat şəkildə düşərək, qoltuq ağaclarının köməkliyi ilə məktəbə qədər gedər və futbola tamaşa edərdim. Oyun bitdikdən sonra isə eyni rahatlıq-la geriyə, evə qayıdardım. Qoltuq ağaclarının köməkliyi ilə istədiyim qədər ayaq üstə qala bilər, istədiyim yerə gedər və heç bir əziyyət çəkmədən pilləkənlərlə dör-düncü mərtəbədən düşüb-çıxa bilirdim. Bu vəziyyət 27 yaşa qədər davam etdi və bundan sonra fiziki vəziyyə-tim gedərək pisləşməyə başladı. “Distofiya” xəstəliyinin yaratdığı fəsadlar ucbatından 30 yaşımdan etibarən, pil-ləkənləri yalnız səhərlər düşüb çıxa bilirdim və qoltuq ağacları ilə qısa məsafəli gəzintilər edirdim. 32 yaşımdan etibarən pilləkənlərdən ümumiyyətlə istifadə edə bilmə-dim və cəmi bir-neçə dəqiqə ayaq üstə dura bilirdim. 33 yaşımdan etibarən, əlil arabasından istifadə etməyə məc-bur oldum. Fiziki vəziyyətim tədricən pisləşdiyi üçün ilk illərdə bunun o qədər də fərqinə varmırdım. Yalnız 31 yaşımda hər şeyi dərk etdim və məhz bundan sonra arzu-larım da daxil olmaqla, bütün həyatımı dəyişdim. Boşa verdiyim 31 ilə təəssüflənmək əvəzinə, növbəti illərdə nə edəcəyimi planlaşdırdım və öz üzərimdə işləməyə başla-dım. Artıq bilirdim ki, gələcəkdə fiziki olaraq heç bir iş görə bilməyəcəm və fiziki güc tələb olunan heç bir sahə-də uğur qazana bilməyəcəm. Buna görə də, zehni işlərə

153

üstünlük verdim və özümü bu istiqamətdə inkşaf etdir-məyə başladım.

Yuxarıda da qeyd etdiyim, kimi təhsilimi evdə almı-şam. Müəllimlər növbə ilə evimizə gəlir və mənə dərs ke-çirdilər. Bu tip təhsilin səviyyəsi çox aşağı olur. Məktəb-də şagirdlərə gündə 5-6 dərs keçildiyi halda, bizə gündə cəmi bir müəllim gəlirdi. Gələn müəllimlərin bir çoxu da əlil uşaqlara verilən dərsin faydasız olduğunu düşünərək, işə həvəslə yanaşmırdılar. Ancaq bununla belə, mənə dəyərli məsləhətlər verən və yol göstərən müəllimlərim də var idi. Elbrus, Isgəndər, Məhi, Ismayıl, Vəli kimi müəllimlər indi də qəlbimdədirlər və hər zaman onlara minnətdaram. Fənn kitablarını oxuyaraq mənimsəməyi-min tək səbəbi isə o dövrdə komputerin və televiziyanın indiki səviyyədə olmaması idi. Hava soyuq olanda evdən bayıra çıxmadığıma görə, boş zamanımı fənn kitablarını oxuyaraq keçirirdim. Cəmi 3-4 aya bütün kitabları oxu-yub bitirirdim. Bəzən elə olurdu ki, il ərzində hər kitabı 2-3 dəfə oxuyurdum.

Özümə komputer aldıqdan sonra xəstəliyim haqqın-da, daha sonra isə ümumiyyətlə əlilliyi yaradan səbəblər və əlil insanlar barəsində internetdə araşdırma aparmağa başladım. Araşdırmamın əsas səbəbi fiziki vəziyyətim haqqında daha məlumatlı olmaq və əlilliyi olan insanlar-la əlaqə yaratmaq olsa da, araşdırma əsnasında vacib bir nüansı kəşf etdim. Bu məsələlərdə Azərbaycan dilində çox böyük bir informasiya boşluğu var idi. Mənə lazım olan məlumatları əsasən, türk və rusdilli saytlardan götü-rürdüm. Aktiv olaraq ictimaiyyət arasına çıxan əlil dostla-rımın sağlam insanlar tərəfindən onlara göstərilən mənfi müasibətlərdən və infrastrukturun olmaması səbəbindən küçələrdə qarşılaşdıqları çoxsaylı maneələrdən bəhs et-mələri məni düşündürürdü. Sosial şəbəkələr vasitəsiylə

154

dostluq etdiyim fiziki məhdudiyyətli insanların arasında həyatdan küsən, özünə qapanan, əlilliyini bəhanə edərək əlini hər şeydən üzən insanlar da az deyildi. Bir müddət götür-qoy etdikdən sonra həm informasiya boşluğunu müəyyən qədər doldurmaq, həm əlilliyi olan insanlara qarşı mövcud diskriminasiyaya “DUR!” demək, həm də fiziki məhdudiyyətli insanlara motivasiya vermək məqsə-dilə kitab yazmaq qərarına gəldim. “Hədəfdəki insan” ki-tabı haqqında yazdığım məqalədə də deyildiyi kimi, bu məhz zərurətdən doğan ehtiyac idi. Çox sevinirəm ki, kitabı yazarkən qarşıma qoyduğum hər üç məqsədə çata bildim. Əlillik mövzusu çoxşaxəli məfhumdur və təbii ki, onların hamısını bir kitaba sığışdırmaq mümkün de-yil. Buna görə də, mən hər biri bir mövzudan bəhs edən məqalələrin yer aldığı “Mənim hədəfim” adlı ikinci kita-bımı nəşr etdirdim və layihənin davamı olaraq oxuduğu-nuz “Özünlə fəxr et” adlı üçüncü kitabım işıq üzü gör-dü. Görmə əngəlli insanların da kitablarımdan faydalana bilməsi üçün hər üç kitabım Respublika Gözdən Əlillər Kitabxanasının səsyazma studiyasında səsləndirilərək, görmə əngəlli insanların istifadəsinə verildi.

Xəbər tutduğum bütün yazı müsabiqələrində iştirak edirəm və bu müsabiqələrin bir çoxunda qalib olmuşam. Belə müsabiqələrdən biri haqqında xatirələrimi sizin-lə bölüşmək istəyirəm. Xəzər Universtiteti, Psixologiya və Konsultasiya Mərkəzi və “Düşüncə” jurnalının bir-gə layihəsi olan “Creative Autor”-1 müsabiqəsinin final mərhələsindəki iştirakım mənim üçün unudulmaz anlarla yadda qaldı. Müsabiqədə II və III yerin sahibləri bəlli ol-duqdan sonra hər kəs həyəcanla qalibin adının elan olun-masını gözləyirdi. Qalib isə müsabiqədə iştirak edən 95 şəxsdən yalnız biri olmalı idi. Yarışmanın təşkilatçıların-dan biri olan Mələk Kərimova mikrafona yaxınlaşaraq,

155

bütün diqqətlərini ona yönəldən insanlardan qalib gələn şəxsin adının çəkilməsindən öncə onun müsabiqəyə təq-dim etdiyi yazının mp3 versiyasını dinləməyi xahiş etdi. Məqalə ilk dəqiqədən etibarən, hər kəsin dərin marağına səbəb oldu və hamının gözü məndə, qulağı isə yazdığım məqalədə idi. Səs yazısı bitən kimi zala toplaşan hər kəs ayağa qalxaraq, 5 dəqiqəyə yaxın məni ayaq üstə alqışla-dı. Bu mənim həyatımda bir ilk idi. Bu, heç zaman bitmə-sini istəmədiyim möhtəşəm bir an idi. Orada əldə etdiyim mükafatlardan və diplomdan daha üstün bir qazancım in-sanların mənə və yazıma verdiyi yüksək dəyər idi. Bu hadisə gələcək işlərim üçün çox böyük motivasiya oldu.

Son üç ildə çox sayda Diplom, Fəxri Fərman və müxtə-lif mükafatlarla təltif olunmuşam. Müxtəlif nominasiya-lar üzrə Milli Qəhrəman Mübariz Ibrahimov adına “Gənc Dəmiryolçular” klubunun, “Əlil Təşkilatları Ittifaqı”nın, “Istedadlı Əlillər” Ictimai Birliyinin, “Əlil Sahibkarlar Təşkilatı” Ictimai Birliyinin Diplom və Fəxri Fərmanla-rı bu mükafatlar sırasındadır. Mənə verilən bütün Fəxri fərman və diplomları, “Birleşen Yürekler” Edebiyyat ve Kültür Dərnəyi tərəfindən verilən Medalı, müxtəlif yarış-malarda qazandığım kubokları və ayrı-ayrı şəxslər tərə-findən verilən mükafatların hamısını bura yazsaq böyük bir siyahı alınar. Təbii ki, bütün bunları mənə əbəs yerə verməyiblər. Daim öz üzərimdə işlədim. Özümü inkşaf etdirdim. Bəzən gecələri belə yatmırdım. Bəzən əlimdə olan işi vaxtında bitirmək üçün yeməkdən belə imtina edərək, saatlarla komputer arxasında işləyirdim. Qazan-dığım hər bir mükafat illərlə çəkdiyim zəhmətin və Tan-rıya etdiyim duaların bəhrəsidir.

Dəfələrlə yerli və xarici mətbuatın diqqətində olmu-şam. “Bizim Yol”, “Zaman”, “Xalq Qazeti”, “Ədalət”, “Iki Sahil” qazetlərində, “Ans”, “Lider”, “Dtv”, “Trt-1”,

156

“Trt Avaz”, “Meydan tv”, “Yurd tv” televiziya kanalla-rında, “Anadolu Ajans”, “Azadlıq Radiosu” kimi media orqanlarında, “xeberle.com”, “sumqayitxeber.com”, “ha-berby.net” “musahibe.az” “gun.az” və digər çox sayda veb saytlarda mənim haqqımda reportajlar yayımlanıb və müsahibələrim işıqlandırılıb.

Son üç ildə bütün əngəllərə, problemlərə meydan oxu-dum və hətta bir çox əngəlli bəy və xanımlar üçün əl-çatmaz xəyal kimi görünən ailə həyatı qurdum. Hər dəfə oğlumun gülüşünü və ya dili dolaşa-dolaşa “ata” demə-yini eşidərkən, özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm və iradə göstərərək, qarşılaşdığım bütün əngəlləri aşıb evləndiyim üçün özümə afərin deyirəm.

Son vaxtlar atdığım uğurlu addımlardan biri də orta məktəb şagirdlərinə “Əlillik və əlilliyi olan insanlar” mövzusunda verdiym təlimlərlə bağlıdır. Bu təlimlər arasında ən çox yadda qalanı Bakı Türk Anadolu Lise-yində verdiyim təlim oldu. BTAL rəhbərliyinin dəvəti ilə orada təhsil alan 6, 7 və 8-ci sinif şagirdləri üçün möhtəşəm təlim keçdim. Uşaqların sayı çox olduğu üçün iki qrupa bölündülər və 20 dəqiqəlik fasilə ilə ard-arda keçirilən iki təlimdə 300-dən çox şagird iştirak etdi. Təlim bitdikdən sonra, bu cür təlimlərin mütəmadi keçirilməsi haqqında BTAL rəhbərliyi ilə mənim aram-da razılaşma əldə olundu.

Burda yazdığım uğurları cəmi 3 ilin içində qazanmı-şam. Özü də hər şeyi sıfırdan başlayaraq. Nə xüsusi ba-carığım olub, nə də maddi imkanım. Təbii ki, belə fiziki problemlərlə bu cür uğurlar əldə etmək mənə asan başa gəlməyib. Çünki fiziki məhdudiyyətlərlə yaşamağın hər bir dəqiqəsi, hər bir saniyəsi yorucu və əzablıdır. Ən sadə ehtiyaclarını ödəmək üçün belə səy göstərməyə, güc sərf etməyə məcbur olursan. Bu illər ərzində yorulduğum,

157

ruhdan düşdüyüm anlar da olub. Bəzən çarəsiz vəziyətdə də qalmışam. Belə anlarda mənə güc verən tək şey, qar-şıma qoyduğum məqsədin uğur qazanacağına olan ina-mım olub. Əldə etdiyim hər şey üçün bir olan Allahıma hər zaman şükr etmişəm. Qarşıda isə məni növbəti 3 il gözləyir. Dost əhatəmi genişləndirməyim, xeyli bilik və təcrübə toplamağım və müəyyən qədər pul qazanmağım mənə imkan verəcək ki, növbəti 3 ildə daha böyük la-yihələr həyata keçirdim və daha parlaq uğurlar qazanım. Gələcək planlarım barədə isə onu deyə bilərəm ki, əsas hədəflərimdən biri, “www.qartal.org” saytını fəaliyyət göstərdiyi sahədə ən yüksək zirvəyə qaldırmaqdır.

Təbii ki, istirahətə və əyləncəyə də vaxt ayırıram. Bu məsələdə ən sevdiyim şey futbola baxmaqdır. Azarkeşlik etdiyim Ispaniyanın “Valensiya” klubunun oyunu olduq-da isə futbol ikiqat əyləncəli olur. Boş zamanımı necə keçirməyim hava şəraitindən asılıdır. Yay ayları əsasən gəzintiyə üstünlük verirəm. Qonaq gedirəm, dostlarla yığışırıq, ailə üzvlərimlə dəniz kənarına və ya parka ge-dirəm. Qış ayları isə əsasən film izliyirəm, kitab oxuyu-ram, oğlumla vaxt keçirdirəm, skayp vasitəsiylə dostlarla söhbət edirəm və sairə.

Son olaraq, həm əlilliyi olan, həm də sağlam insanlara bəzi şeylər demək istəyirəm.

Sağlam insanlar üçün: Əziz dostlar! Təbii olaraq, bəzən həyatda uğursuzluqlarla qarşılaşırsınız və buna görə üzülürsünüz. Bəzən bu uğursuzluqlara görə ruh düşkünlüyü yaranır sizdə. Deyək ki, pul toplayaraq uzun müddət həsrətində olduğunuz telefonu alırsınız və ma-ğazadan çıxan kimi əlinizdən salaraq sındırırsınız. Və yaxud aylarla əziyyət çəkib oxumağınıza baxmayaraq, ali məktəbə qəbul ola bilmirsiniz. Sevdiyiniz insan sizi bir başqasına dəyişə bilər və ya işinizi itirə bilərsiniz. Bu

158

cür hallarda stress keçirdərək sarsılırsınız və depressiya-ya düşürsünüz. Əslində isə düşünün. Hər nə olur-olsun, siz düşdüyünüz vəziyyətdən çıxa bilərsiniz. Bir müddət sonra o telefonu yenidən əldə edə bilərsiniz, daha səylə hazırlaşaraq növbəti imtahanı daha uğurla verə bilərsi-niz, sizi həqiqətən sevən və hörmət edən başqa bir in-sanla da qarşılaşa bilərsiniz, daha yüksək məvacibi olan iş də tapa bilərsiniz. Yəni ki, itirdiyiniz hər şeyi yenidən geri qazana bilərsiniz. Çalışın, heç vaxt içində olduğu-nuz hadisənin təsiri altında yaşamayın və sadəcə olaraq, üç ay sonrasını düşünün. Mən ömrüm boyu əlil araba-sına məhkum olacağımı, əlilliklə mübarizə aparacağımı və bu vəziyətdən heç bir halda xilas ola bilməyəcəyimi bilə-bilə, heç zaman ruhdan düşmədim, sınmadım, təslim olmadım. Siz niyə baş verən bir hadisəyə görə bütün hə-yatınızın dağıldığını düşünürsünüz? Axı insan həyatı yal-nızca bir hadisədən və ya bir əşyadan ibarət deyil. Bunu da unutmayın ki, əgər həyatda çox şeydən məhrum olsa-nız belə, əlinizdə olan son imkandan istifadə edərək arzu-ladığınız hər şeyi əldə bilərsiniz. Əsas odur itirdiklərinizə görə ruhdan düşməyəsiniz və əlinizdəki imkandan doğru şəkildə istifadə edəsiniz. Necə ki, mən doqquz barmağı-mı işlədə bilmədiyimə görə ruhdan düşmədim və işlədə bildiyim bir barmağımın köməkliyi ilə üç kitab yazdım.

Əlilliyi olan insanlar üçün: Əziz dostlar! Bunu tam yəqinliklə bilin ki, nə qədər əlilliyin yaratdığı problemlə-rin altında qalıb əzilsəniz, özünüzü ətraf aləmdən təcrid edib bayağı ömür yaşasanız, həyatın hər anında başqası-nın köməyinə möhtac olsanız, gələcəyinizi düşünməsə-niz valideyinlərinizin ürəyinə dağ çəkmiş olursunuz. On-lar hər dəfə sizi bu vəziyətdə gördükdə məyus olur, qəm çəkirlər. Yox əgər, özünüzü inkşaf etdirsəniz, hər hansı bir bacarığa yiyələnsəniz, uğur qazananız, bunu görən

159

valideyinlərinizin ürəyi dağa dönəcək və onlar sizə qürur hissiylə baxacaqlar. Valideyinlərinizin ürəyinə dağ çək-mək də, onların ürəyini dağa döndərmək də sizdən asılı-dır. Seçim sizindir.

P.S. Ilk kitabım çap ediləndə redaktor Rasim Qara-ca məndən kitabda yerləşdirmək üçün tərcümeyi halımı istəmişdi. Mən isə özüm haqqında bir neçə cümlə yaza-raq sonda qeyd etmişdim. “Mənim tərcümeyi-halım kita-bım nəşr olunduqdan sonra yazılmağa başlayacaq”. Mən haqlı idim.

160

24

BİZ BƏRABƏRİK

Sən məni özündən aşağı bilmə.TANRI dərgahında biz bərabərik!Halına sevinib, halıma gülmə,TANRI dərgahında biz bərabərik!

“Şikəst” demə, “çolaq” demə, “kar” demə.“Əlil insanlarda qüsur var” demə.“Səninlə fərqimiz var aşkar” demə.TANRI dərgahında biz bərabərik!

Dilənçi sayaraq, nəzir uzatma.“Iraq olsun” deyib, qulağı dartma.Azyaşlı uşağı bizlə qorxutma.TANRI dərgahında biz bərabərik!

Unutma. Problem elə səndədir.Fərq sənin fikrində, düşüncəndədir.Fərqlilik yaradan səntək bəndədir.TANRI dərgahında biz bərabərik!Bizim də arzumuz, hisslərimiz var.Sevgimiz, elmimiz, işlərimiz var.Sağlam insanlara mesajımız var.TANRI dərgahında biz bərabərik!

161

Mən və əlil arabamSən mənim yükümsən, mən sənin yükün.Sən məni-mən səni daşıyırıq biz!Səni aparmasam gedə bilmərəm,Məni aparmasan gedə bilməzsən,Qəribə təzadla yaşayırıq biz!

Mənim bir parçamsan sən,Amma cansızsan.Mən sənin bir hissən,Amma canlıyam.Sən mənə ayaqsan, mənə sənə bədən.Heç bilmirəm nəyə oxşayırıq biz!

Sən adi bir əşya, mən canlı bədən.Mən sənə möhtacam, sən mənə hayan.Sən mənim stulumsan.Sən mənim gedən ayağım-Sən dayağımsan.Sən mənim ömürlük yol yoldaşımsan.Yeni bir səfərə başlayırıq biz!

Bir yana getməyim sənə bağlıdı.Bəs niyə təkərin bu gün bağlıdı ?Bəlkə yorulmusan ?Bəlkə küsmüsən ?Səni incitsəmdə,Səni yorsam da,Yenə də kömək et, xidmət et mənə.Gəl dəymə xətrimə, unutma bunu.Həyat əlil üçün soyuqdur bumbuzOnsuz da hər fəsil qışlayırıq biz!