535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab...

16
BHGE verilənlərin təsnifatı: İctimai Masoneilan* 535H / 536H Seriyalı Təzyiq Tənzimləyicisi İfrat təzyiqin azaldılması və Differensial xidmət üçün Təlimat Kitabçası (Ver. C)

Transcript of 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab...

Page 1: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

BHGE verilənlərin təsnifatı: İctimai

Masoneilan* 535H / 536H Seriyalı Təzyiq Tənzimləyicisi İfrat təzyiqin azaldılması və

Differensial xidmət üçün

Təlimat Kitabçası (Ver. C)

Page 2: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

b | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.

BU TƏLİMATLAR MÜŞTƏRİNİN/OPERATORUN NORMAL İSTİSMAR VƏ TEXNİKİ XİDMƏT PROSEDURLARINA ƏLAVƏ

OLARAQ, MÜŞTƏRİYƏ/OPERATORA LAYİHƏ ÜÇÜN SƏCİYYƏVİ MÜHÜM İSTİNAD MƏLUMATLARI TƏQDİM EDİR. İSTİSMAR

VƏ TEXNİKİ QULLUQ FƏLSƏFƏLƏRİ MÜXTƏLİF OLDUĞU ÜÇÜN, BHGE (BAKER HUGHES, GE ŞİRKƏTİ VƏ ONUN TABE VƏ

FİLİAL ŞİRKƏTLƏRİ) SƏCİYYƏVİ PROSEDURLARI TƏLƏB ETMİR, LAKİN TƏCHİZ EDİLMİŞ AVADANLIĞIN NÖVÜNDƏN İRƏLİ

GƏLƏN ƏSAS MƏHDUDİYYƏTLƏRİ VƏ TƏLƏBLƏRİ İRƏLİ SÜRÜR.

BU TƏLİMATLAR EHTİMAL EDİR Kİ, OPERATORLARIN MÜMKÜN TƏHLÜKƏLİ MÜHİTLƏRDƏ MEXANİKİ VƏ ELEKTRİK

AVADANLIĞINDAN TƏHLÜKƏSİZ İSTİFADƏ İLƏ BAĞLI ARTIQ ÜMUMİ ANLAYIŞI VARDIR. ONA GÖRƏ DƏ, BU TƏLİMATLAR

SAHƏYƏ TƏTBİQ EDİLƏN TƏHLÜKƏSİZLİK QAYDA VƏ NORMALARI, O CÜMLƏDƏN SAHƏDƏ DİGƏR AVADANLIQLARIN

İSTİSMARINA VERİLƏN SƏCİYYƏVİ TƏLƏBLƏR İLƏ BİRLİKDƏ İZAH VƏ TƏTBİQ EDİLMƏLİDİR.

BU TƏLİMATLAR AVADANLIĞIN BÜTÜN TƏFƏRRÜATLARINI VƏ YA VARİANLARINI ƏHATƏ ETMƏK NİYYƏTİ GÜDMÜR,

YAXUD QURAŞDIRMA, İSTİSMAR VƏ YA TEXNİKİ QULLUQ MƏSƏLƏLƏRİNDƏ BÜTÜN MÜMKÜN HALLARA ƏMƏL ETMƏNİ

TƏLƏB ETMİR. ƏLAVƏ MƏLUMAT TƏLƏB OLUNDUQDA, YAXUD MÜŞTƏRİNİN/OPERATORUN MƏQSƏDLƏRİNƏ XİDMƏT

EDƏCƏK SƏVİYYƏDƏ ƏHATƏ OLUNMAMIŞ PROBLEM YARANARSA, BELƏ MƏSƏLƏ İLƏ BHGE ŞİRKƏTİNƏ MÜRACİƏT

ETMƏK LAZIMDIR.

BHGE ŞİRKƏTİNİN VƏ MÜŞTƏRİNİN/OPERATORUN HÜQUQLARI, ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTLƏRİ MÜSTƏSNA

OLARAQ AVADANLIĞIN TƏCHİZİNƏ DAİR MÜQAVİLƏDƏ XÜSUSİ OLARAQ QEYD EDİLMİŞLƏRLƏ MƏHDUDLAŞIR. BU

TƏLİMATLARI VERMƏKLƏ BHGE ŞİRKƏTİ AVADANLIQLA, YAXUD ONUN İSTİFADƏSİ İLƏ ƏLAQƏDAR HEÇ BİR ƏLAVƏ

TƏMİNAT VƏ YA ZƏMANƏT VERMİR.

BU TƏLİMATLAR MÜŞTƏRİYƏ/OPERATORA MÜSTƏSNA OLARAQ, TƏSVİR EDİLMİŞ AVADANLIĞIN QURAŞDIRILMASINA,

SINAĞINA, İSTİSMARINA VƏ/YAXUD TEXNİKİ QULLUĞA DAİR YARDIM GÖSTƏRMƏK MƏQSƏDİ İLƏ VERİLMİŞDİR. BHGE

ŞİRKƏTİNİN YAZILI İCAZƏSİ OLMADAN BU SƏNƏDİN TAM VƏ YA QİSMƏN SURƏTİNİ ÇIXARMAĞA İCAZƏ VERİLMİR.

Page 3: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | c

Mündəricat

1 Təhlükəsizliyə dair məlumat ................................................................................................................................. 1

2 Müqəddimə .......................................................................................................................................................... 2

3 Ümumi məsələlər ................................................................................................................................................. 2

4 Qablaşdırmanı açma ............................................................................................................................................. 2

5 Quraşdırma ........................................................................................................................................................... 3

6 Tənzimlənmə ........................................................................................................................................................ 3

7 Korpusun sökülməsi .............................................................................................................................................. 3

7.1 Tırtıllı haşiyə ................................................................................................................................................ 3

7.2 Tez dəyişdirilə bilən haşiyə .......................................................................................................................... 3

8 Texniki qulluq və təmir ......................................................................................................................................... 4

8.1 Yivli oturacaq həlqəsinin çıxarılması ............................................................................................................ 4

8.2 Vtulkanın çıxarılması.................................................................................................................................... 4

8.3 Çarpaz kəsişən oturacaqlar .......................................................................................................................... 4

8.3.1 Yivli haşiyə ....................................................................................................................................... 4

8.3.2 Tez dəyişdirilə bilən haşiyə ............................................................................................................. 5

8.4 Tıxac ştiftinin bərkidilməsi ........................................................................................................................... 5

8.5 Kipkəc qutusu .............................................................................................................................................. 6

8.5.1 Qrafit/PTFE həlqələri (Standart) ..................................................................................................... 6

9 Klapan korpusunun yenidən yığılması .................................................................................................................. 6

9.1 Yivli haşiyə ................................................................................................................................................... 7

9.2 Tez dəyişdirilə bilən haşiyə .......................................................................................................................... 7

10 İcra mexanizmləri ................................................................................................................................................. 7

10.1 10900 Növlü icra mexanizmləri ................................................................................................................... 7

Yığma üçün fırlanma momentinə verilən tələblər ........................................................................................................ 9

Ehtiyat hissələrinə istinadlar ....................................................................................................................................... 10

Şəkil 1a - 535H Tənzimləyici ilə tipik təzyiq azaltma qurğusu ....................................................................................... 8

Şəkil 1b– 536H Tənzimləyici ilə tipik ifrat təzyiq qurğusu ............................................................................................. 8

Şəkil 2 – Yağlayıcının birləşdirilməsi (məcburi deyil) ..................................................................................................... 8

Şəkil 3 – Oturacağı çarpaz bərkitmə qurğusu................................................................................................................ 8

Şəkil 4 – Tıxac ştiftinin bərkidilməsi .............................................................................................................................. 9

Şəkil 5 – Boltu bərkitmə ardıcıllığı ................................................................................................................................. 9

Şəkil 6 – 536H konfiqurasiyası..................................................................................................................................... 11

Şəkil 7 – 535H konfiqurasiyası..................................................................................................................................... 11

Page 4: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

1 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.

1. Təhlükəsizliyə dair məlumat

Vacibdir - Quraşdırmazdan əvvəl oxuyun Masoneilan model 535H/536H təzyiq tənzimləyicisinə dair

təlimatlarda lazım olan yerlərdə sizə təhlükəsizliklə bağlı və ya digər

mühüm məlumatı çatdırmaq üçün TƏHLÜKƏ, XƏBƏRDARLIQ və

EHTİYATLI OLUN başlıqlar verilmişdir. Nəzarət klapanını

quraşdırmazdan və texniki qulluq göstərməzdən əvvəl təlimatları

duqqətlə oxuyun. TƏHLÜKƏ və XƏBƏRDARLIQ fərdi xəsarətlə

əlaqədar təhlükələri qeyd edir. EHTİYATLI OLUN avadanlıq və ya

əmlakın zədələnməsi ilə bağlı təhlükələri nəzərdə tutur. Müəyyən

istismar şəraitlərində zədələnmiş avadanlıqdan istifadə texnoloji

sistemin işinə mənfi təsir göstərə və nəticədə, xəsarətə və ya ölümə

səbəb ola bilər. Təhlükəsiz işi təmin etmək üçün bütün TƏHLÜKƏ,

XƏBƏRDARLIQ və EHTİYATLI OLUN bildirişlərinə əməl etmək

lazımdır.

Bu, təhlükəsizliklə bağlı xəbərdarlıq verən nişandır. O, mümkün fərdi xəsarətə səbəb olan təhlükələri diqqətinizə çatdırır. Mümkün

xəsarət və ya ölüm hallarının qarşısını almaq üçün bu nişandan

sonra verilən bütün təhlükəsizlik məlumatlarına əməl edin.

TƏHLÜKƏ Qarşısı alınmadıqda ölüm, yaxud ciddi xəsarətə səbəb olacaq

mümkün təhlükəli şəraiti bildirir.

XƏBƏRDARLIQ

Qarşısı alınmadıqda ciddi xəsarətə səbəb olacaq mümkün

təhlükəli şəraiti bildirir.

EHTİYATLI OLUN

Qarşısı alınmadıqda kiçik və ya orta səviyyəli xəsarətə səbəb

olacaq mümkün təhlükəli şəraiti bildirir.

EHTİYATLI OLUN

Təhlükəsizliyə dair xəbərdarlıq edən nişansız istifadə edilirsə,

qarşısı alınmadıqda, əmlakın zədələnməsi ilə nəticələnəcək

mümkün təhlükəli şəraiti bildirir.

QEYD: Mühüm fakt və şəraitləri göstərir.

Bu Təlimat Kitabçası haqqında

• Bu kitabçada verilmiş məlumat əvvəlcədən bildiriş vermədən dəyişdirilə bilər.

• BHGE şirkətinin yazılı icazəsi olmadan bu təlimat kitabçasında

verilmiş məlumatı tam və ya qismən köçürmək və ya surətini

çıxarmaq olmaz.

• Bu kitabçada verilmiş məlumatla bağlı hər hansı xətalar və ya suallarla yerli təchizatçınıza müraciət edin.

• Bu təlimatlar xüsusi olaraq Masoneilan model 535H/536H

təzyiq tənzimləyicisi üçün hazırlanmışdır və bu məhsul

xəttindən kənar hər hansı digər avadanlığa tətbiq olunmur.

İstismar Müddəti Masoneilan model 535H/536H təzyiq tənzimləyicisinin hazırda ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. Məhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları, müntəzəm texniki qulluğu yerinə yetirmək və məhsula hər hansı nəzərdə tutulmamış gərginliyin qarşısını almaq üçün lazımi quraşdırmanı təmin etmək çox vacibdir. Səciyyəvi istismar şəraitləri də məhsulun faydalı istismar dövrünə təsir edir. Lazım gələrsə, quraşdırmadan əvvəl səciyyəvi qurğuıara dair zavod ilə məsləhətləşin.

Zəmanət

BHGE şirkəti tərəfindən satılan malların yola salındığı gündən bir

il müddətinə material və istehsal defektlərindən azad olacağına

zəmanət verilir, bir şərtlə ki, sözügedən mallar BHGE tərəfindən

tövsiyə edilmiş qaydada istifadə edilsin. BHGE şirkəti hər hansı

məhsulun istehsalını dayandırmaq və ya məhsulun materiallarını, dizaynını və ya texniki spesifikasiyalarını əvvəlcədən xəbərdarlıq

etmədən dəyişmək hüququnu saxlayır.

Bu təlimat kitabçası Masoneilan model 535H/536H təzyiq tənzimləyicilərinə tətbiq edilir.

QEYD:

• Təzyiq tənzimləyicisi müvafiq təlim keçmiş peşəkar və

səriştəli işçilər tərəfindən quraşdırılmalı, istismara verilməli

və texniki qulluq GÖSTƏRİLMƏLİDİR.

• Müəyyən istismar şəraitlərində zədələnmiş avadanlıqdan

istifadə sistemin iş keyfiyyətinin aşağı düşməsinə səbəb ola

bilər ki, bu da işçilərin xəsarət almasına və ya ölümünə gətirə

bilər.

• Spesifikasiyalara, struktura və istifadə edilmiş komponentlərə

edilən dəyişikliklər məhsulun funksiyasına və iş məhsuldarlığına təsir etmədiyi halda bu təlimat kitabçasına

düzəlişlər edilməyəcək.

• Bütün ilişmiş zibillərin sistemdən çıxarılmasını təmin etmək

üçün bütün ətrafdakı boru xətləri diqqətlə təmizlənməlidir.

Page 5: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,
Page 6: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | 2

2. Müqəddimə

Bu avadanlıq quraşdırılmazdan, istismar edilməzdən və ya texniki qulluq göstərməzdən əvvəl növbəti təlimatları diqqətlə nəzərdən keçirmək və başa düşmək lazımdır. Mətn boyu təhlükəsizliyə və/yaxud ehtiyat tədbirlərinə dair qeydlər verilmişdir və onlara tam əməl etmək lazımdır, əks halda ciddi xəsarətlər baş verə və ya avadanlıq sına bilər.

Seriya lövhəsi Seriya lövhəsi adətən icra mexanizmi xomutunun yanına bərkidilir. O, klapan haqqında məlumatı, o cümlədən onun ölçüsü və növü, təzyiq sinfinin dərəcəsi, korpus/qapaq materialına dair məlumatı və seriya nömrəsini göstərir.

Satışdan sonra xidmət GE avadanlığının quraşdırılması, istismarı və təmirini dəstəkləmək üçün yüksək səviyyəli peşəkar texniklərdən ibarət Masonelian satışdan sonra xidmət təklif edir. Dəstək üçün yerli GE Masoneilan nümayəndəsinə və ya sizə ən yaxın olan GE Masoneilan zavoduna müraciət edin.

Ehtiyat Hissələr Texniki qulluq əməliyyatlarını həyata keçirən zaman ancaq Masoneilan ehtiyat hissələrindən istifadə edin. Ehtiyat hissələrini yerli Masoneilan nümayəndələri və ya Masoneilan Ehtiyat Hissələri Şöbəsi vasitəsilə əldə edin. Ehtiyat hissələrini sifariş verən zaman istehsalçının seriya lövhəsində göstərilmiş MODEL VƏ SERİYA NÖMRƏLƏRİNİ VERMƏK LAZIMDIR. Seriya lövhəsi icra mexanizmi xomutunun yan tərəfində yerləşir.

İcra mexanizmləri və aksessuarlar İcra mexanizmləri və digər klapan aksessuarları onların montajı və quraşdırılmasına dair məlumat və təfərrüatları verən təlimat kitabçaları ilə təchiz edilmişdir. Hər bir unikal aksessuar üçün müvafiq təlimat kitabçasına müraciət edin.

3. Ümumi müddəalar

Bu quraşdırma və texniki qulluğa dair göstərişlər istifadə edilmiş haşiyədən asılı olmayaraq, Masoneilan model 535H/536H təzyiq tənzimləyicilərinin bütün ölçü və dərəcələrinə tətbiq olunur. 535H/536H modelli bir yollu yuxarıdan yönələn tənzimləyicilər tələblərə uyğun dəyişdirilə bilir ki, bu da onlardan müxtəlif texnoloji proseslərdə istifadə etməyə imkan verir. Standart konstruksiya yivli oturacaq həlqəsi və ya cəld dəyişdirilə bilən oturacaq həlqəsi ilə təchiz edilmiş konturlu tıxac təklif edir. Ağır üst tıxac yönəldicisi tıxacın stabilliyini təmin etmək üçün maksimum dəstək təchiz edir. Bütün tənzimləyici ölçülərində geniş axın intervalını təmin etmək üçün bir sıra kiçildilmiş sahə haşiyələri vardır. IV Sinif hermetik kəsici standart konstruksiyaya daxildir. Texniki qulluq üçün təklif edilən ehtiyat hissələri səhifə 11-də verilmiş Ehtiyat Hissələrinin İstinad cədvəlində göstərilmişdir. Klapanın model nömrəsi, ölçüsü, dərəcəsi və seriya nömrəsi icra mexanizmində yerləşən identifikasiya etiketində verilir. 535H/536H sıralama sistemi üçün aşağıda verilmiş sxemə müraciət edin.

4. Açma

Aksessuarların və tərkib hissələrinin zədələnməsinin qarşısını almaq üçün təzyiq tənzimləyicisini ehtiyatla açmaq lazımdır. Hər hansı problem yaranarsa, Masoneilan nümayəndəsi və ya Satışdan sonrakı Şöbə ilə əlaqə saxlayın.

1ci 2ci 3cü 4cü 5ci

Korpus seriyası Tıxac növü Nəzarət üçün səciyyəvi

Digər variantlar

5. Tənzimləyicinin Növü

3. Tək oturacaq

5. Azaldıcı Xidmət (1)

H. 21000 Korpus

-50. Differensial təzyiq

6. Əks Təzyiq xidməti (2)

6. Uzadılmış qapaq

(1) Avadanlıqdan sonrakı təzyiqin idarə edilməsi (Bax Şəkil 1a) (2) Avadanlıqdan əvvəlki təzyiqin idarə edilməsi (Bax Şəkil 1b)

Page 7: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

3 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.

5. Quraşdırma

Quraşdırmadan əvvəl klapanı çirkləndirə biləcək bütün yad cisimləri çıxarmaq üçün xətləri diqqətlə üfürün. Nəzarət edilən mayenin klapanın korpusunda göstərilmiş ox istiqamətində və ya birləşmələrdə işarələnmiş IN (giriş) və OUT (çıxış) sözlərinə doğru axmasını təmin etmək üçün tənzimləyicini üfüqi yerləşən boruya yerləşdirin. Buxar təchizi sistemlərində klapan membranlı icra mexanizmi aşağıya doğru quraşdırılır ki, membran su kipkəci ilə mühafizə edilsin. Başqa üsulla quraşdırıldıqda məqsədəuyğun su kipkəci konstruksiyaya daxil olmalıdır. Nəzarət edilən təzyiqi xəttin təzyiq tənzimləyicisindən 6-10 fut məsafədə xəttin rahat yerindən (yaxud nasos təzyiqi qurğularında nasosdan 6-10 fut məsafədə boşalma xəttindən) membran qutusundakı ½'' NPT birləşməsinə yönəldin. Nəzarət xəttində manometri və iynəli klapanı quraşdırın. Klapan nəzarət xəttini bağlamağa imkan verir, o cümlədən təzyiq tənzimləyicisinin siklik işinin qarşısını almaq üçün tənzimləyici drossel rolunu oynayır, əks halda sistemin nasosunda pulsasiyaya səbəb ola bilər. Tənzimləyicinin ətrafındakı üç klapanlı dövrələmə xətti sistemi söndürmədən təzyiq tənzimləyicisini çıxarmağa imkan verir.

6. Tənzimlənmə

Təzyiq ayarı müəyyən edildikdə, təzyiq tənzimləyicisi müvafiq qaydada zavodda təyin edilir, əks halda o, seriya lövhəsində göstərilmiş intervalın minimum kəmiyyətinə təyin edilir. Tənzimləyicinin çıxış hissəsindəki stopor klapanını tam və giriş hissəsindəki stopor klapanını qismən açın, beləliklə, sistemdəki təzyiqin yavaş-yavaş artmasına imkan verin. Sonra nəzarət xətti klapanını açın və manometr vasitəsilə ayarları yoxlayın. Təzyiq parametrlərini artırmaq üçün tənzimləyici vinti saat əqrəbi istiqamətində fırlayın və yayı sıxın. Parametri azaltmaq üçün tənzimləyici vinti saat əqrəbinin əksinə çevirməklə, yayı boşaldın. Təzyiq tənzimləyicisinin giriş hissəsindəki stopor klapanını tam açın.

7. Korpusun sökülməsi

Korpusun daxili elementlərini icra mexanizmini çıxardıqdan sonra açmaq olar. İcra mexanizmini korpusdan çıxarmaq üçün 10900 seriyalı icra mexanizmləri üçün GEA31593 təlimat kitabçasına müraciət edin.

Klapana texniki qulluq göstərməzdən əvvəl klapanı izolə edin və texnoloji təzyiqi boşaldın.

7.1 Yivli haşiyə İcra mexanizmini çıxardıqdan sonra aşağıdakı prosedurdan istifadə edərək korpusu sökün: A. Qapağın yan NPT portuna sızma detektoru

quraşdırılıbsa, bu borunu da sökün. B. Korpusun ştift qaykalarını çıxarın (10). C. Qapağı (8) və tıxac ştiftini (1) və tıxac (16) alt aqreqatını

bir hissə kimi çıxarın.

QEYD: Spiral şəkilli korpus kipkəcləri (15) 500 seriyalı dizaynın standart hissəsidir və hər dəfə klapan söküldükdə, yeni kipkəcin quraşdırılması tələb olunur.

D. Tıxaclama manjetinin ştift qaykalarını (3), tıxaclama manjetini (4) və kipkəcin vtulkasını (5) çıxarın.

E. Tıxacı (16) və tıxac ştiftini (1) alt-aqreqatını qapaqdan (8) çıxarın.

Tıxacı və tıxac yönəldicisini zədələməmək üçün ehtiyatlı olmaq lazımdır. A. Köhnə kipkəci (6) [və sızmanı aşkar etmək üçün

birləşməsi quraşdırılıbsa, məcburi olmayan yağlayıcı həlqəni (7)] çıxarın. Şəkil 2-yə bax.

B. Bundan sonra qapağın (8), tıxacın (16), vtulkanın (12) və oturacaq həlqəsinin (14) yeyilməsi və xidmət zədələri yoxlana bilər. Tələb olunan texniki qulluğu müəyyən etmək üçün bu təlimat kitabçasının müvafiq Bölməsinə bax.

7.2 Tez dəyişdirilə bilən Haşiyə İcra mexanizmini çıxardıqdan sonra aşağıdakı prosedurdan istifadə edərək korpusu sökün:

A. Qapağın yan NPT portuna sızmanı aşkar etmə qurğusu quraşdırılıbsa, bu borunu da sökün.

B. Korpusun ştift qaykalarını çıxarın (10). C. Qapağı (8) və tıxac ştiftini (1) və tıxac (16) alt aqreqatını

bir hissə kimi çıxarın. D. Qəfəs (13)Ş oturacaq həlqəsi (14) və oturacaq

həlqəsinin kipkəci (15) qapaqla yerində saxlandığı üçün onları indo çıxarmaq olar.

QEYD: Spiral kipkəcləri (11 və 15) 500 seriyalı dizaynın standart hissələridir və hər dəfə klapan söküldükdə, yeni kipkəclərin quraşdırılması tələb olunur.

E. Tıxaclama manjetinin ştift qaykalarını (3), tıxaclama manjetini (4) və kipkəcin vtulkasını (5) çıxarın

F. Tıxacı (16) və tıxac ştiftini (1) alt-aqreqatını qapaqdan (8) çıxarın.

Page 8: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | 4

Tıxacı və tıxac yönəldicisini zədələməmək üçün ehtiyatlı olmaq lazımdır.

G. Köhnə kipkəci (6) [və sızmanı aşkar etmək üçün birləşməsi quraşdırılıbsa, məcburi olmayan yağlayıcı həlqəni (7)] çıxarın. Şəkil 5-yə bax.

H. İndi bütün hissələrin yeyilməsini və xidmət zədələrini yoxlamaq olar. Tələb olunan texniki qulluğu müəyyən etmək üçün bu təlimat kitabçasının müvafiq Bölməsinə bax.

8. Texniki qulluq və Təmir

Bu bölmənin məqsədi tövsiyə edilən texniki qulluq və təmir prosedurlarını təchiz edilmişdir. Bu prosedurlar standart emalatxana alətlərinin və avadanlığın olmasını ehtimal edir.

8.1 Yivli oturacaq həlqəsinin çıxarılması Yivli oturacaq həlqələri (14) istehsalçı tərəfindən kip quraşdırılır və bir çox illər işlədikdən sonra onları çıxarmaq çətin ola bilər. Çıxarmanı asanlaşdırmaq üçün oturacaq həlqəsinin ucluq klemmalarını tutan və standart qayka açarına uyğunlaşan qayka açarını hazırlamaq olar. Oturacaq həlqəsini çıxarmaq xüsusilə çətindirsə, isti və yeridici yağ tətbiq etmək olar. Ehtiyatlı olun: Qızdırıcı qurğulardan istifadə edən zaman lazımi təhlükəsizlik qaydalarına əməl edilməlidir. Texnoloji prosesin alışqanlığı və zəhərli olması nəzərə alınmalı və lazımi ehtiyat tədbirləri görülməlidir.

8.2 Vtulkanın çıxarılması Vtulka (12) qapağa sıxılmaqla quraşdırılır və adətən yenisi ilə əvəz etməni tələb etmir. Lazım gələrsə, onu dartıb çıxarmaq, yaxud kəsərək çıxarmaq olar. Vtulkanı kəsərək çıxaran zaman qapaqda lazımi ölçülərə və yol verilən yayınmalara əməl etmək üçün ehtiyatlı olmaq lazımdır. Bu məlumatlar xahiş edildikdə təqdim edilə bilər.

8.3 Çarpaz kəsişən oturacaqlar Çapraz kəsişmə klapan tıxacı ilə oturacaq həlqəsinin sıx oturmasını təmin etmək üçün yeyici ilə onları bir-birinə işləməni bildirir. Klapan həddindən artıq sızırsa, çarpaz kəsişmə tələb oluna bilər. Tıxac və oturacaq həlqəsinin səthləri böyük cızıqlardan və ya digər defektlərdən azad olmalıdır və oturacaqların toxunan səthlər mümkün qədər ensiz olmalıdır. Bu, hər iki hissənin dəzgahda işlənməsini tələb edə bilər. Tıxacın oturacaq səthi 28 dərəcə, oturacaq həlqəsi isə 30 dərəcə altında yerləşəcək (mərkəzi oxa münasibətdə). Çarpaz kəsişmə əməliyyatları üçün yaxşı keyfiyyətli narın cilalama maddəsi tələb olunur. Maddə kiçik miqdarda qrafit kimi yağlayıcı ilə qarışdırılmalıdır. Bu, kəsmə sürətini aşağı salacaq və oturacaq səthlərin zədələnməsinin qarşısını alacaq. Tələb olunan kəsişmə miqdarə materiallardan, oturacaq səthlərinin vəziyyəti və dəzgahda işləmənin dəqiqliyindən asılıdır. Qısa müddətli çarpazlaşma oturacağı nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmasa, adətən, çarpazlaşdırmanı davam etdirmənin daha faydası yoxdur, çünki bu, oturacaqların nahamar olmasına səbəb ola bilər. Yeganə yol hissələrdən birini və ya hər ikisini yenisi ilə əvəz etmə və ya

təkrar işləmədir. Yeni tıxacları və oturacaq həlqələrini çarpazlaşdıran zaman orta narın (240 hissəcik) ilə başlamaq və daha narın (600 hissəcik) ölçü ilə tamamlamaq lazımdır. QEYD: Oturacaq bucaqları arasında fərqlə bağlı olaraq, çarpazlaşdırma bütün səthi əhatə etməyib, xətti təmas sahəsini yaratmalıdır. Ehtiyatlı olun: Çarpazlaşdırmadan əvvəl tıxac və ştift alt-aqreqatı konsentrik olmalıdır. (Bölmə 8.4-də verilmiş boltla bağlama əməliyyatına baxın).

8.3.1 Yivli haşiyə 1. Korpus kipkəcinin səthini təmizləyin. 2. Oturacaq çıxarıldqıqda korpusun pərçimi ilə yivlər

arasında kipləşdirici səthin təmizləndiyini təmin edin.

QEYD: Prosesə uyğun kipləşdirici maddə oturacaq həlqəsinin yivlərinə və kipləşdirici çıxıntıya az miqdarda tətbiq edilməlidir.

3. Oturacaq həlqəsini çıxarmaq üçün istifadə edilən qayka açarı vasitəsilə quraşdırın və bərkidin.

Həddindən artıq sıxmayın. Oturacaq həlqəsinin sıxaclarını birbaşa döyəcləməyin. Bu, oturacaq həlqəsini əyərək, oturacağın sızmasına səbəb ola bilər.

4. Oturacaq ətrafında bərabər məsafədə bir neçə yerə cilalayıcı maddə yaxın.

5. Ştift və tıxac alt-aqreqatını kip oturana qədər korpusa taxın.

6. Qapağı (8) korpusa yerləşdirin və bir-birindən bərabər məsafələrdə quraşdırılmış korpus üçün ştift qaykalarından (10) istifadə edərək, qapağı korpusa bərkidin. Azacıq təzyiq tətbiq edin və bərabər sürətdə bərkidin.

Bu anda qaykaları son fırlanma momentinə bərkitməyin. Qapaq müvəqqəti olaraq, ancaq yönəltmə məqsədi ilə istifadə edilir.

7. Çarpaz quraşdırma zamanı ştiftin və tıxacın yönəldilməsinə yardım etmək üçün kipkəc qutusuna iki və ya üç parça kipləşdirici (6) taxın.

8. T-şəkilli dəstəyi olan dəlik açan və itələyən mili tıxacın valına bağlayın və kontr-qayka ilə möhkəmlədin (bax Şəkil 4).

QEYD: Alternativ variant kimi yastı polad lövhədə dəlik açın və iki kontrqaykanın köməyi ilə tıxac ştiftinə bərkidin.

9. Ştiftə azacıq təzyiq tətbiq edin və qısa yellədici addımlarla fırladın (təxminən 8 - 10 dəfə). Lazım gələrsə, bu mərhələni təkrarlayın.

QEYD: Hər dəfə (9) Mərhələsini təkrarlamazdan əvvəl tıxacı qaldıraraq 90° fırlatmaq lazımdır. Bu aralıq qaldırma çarpaz quraşdırma zamanı tıxac və oturacaq həlqəsini konsentrik saxlamaq üçün tələb olunur.

Page 9: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

5 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur..

İfrat çarpazlaşmaya yol verməyin, çünki bu, sızmanı dayandırmaq əvəzinə oturacağın səthini zədələyə bilər.

10. Çarpaz quraşdırma əməliyyatı başa çatdıqdan sonra qapaq və tıxacı çıxarın. Oturacaq həlqəsi və tıxacın oturacaq sahəsini yenidən yığmaya hazırlayan zaman bütün cilalayıcı maddəni təmizləmək lazımdır. Oturacaq həlqəsini çıxarmayın.

8.3.2 Tez dəyişdirilə bilən Haşiyə 1. Korpus kipkəcinin səthini təmizləyin. 2. Yeni oturacaq həlqəsinin kipləşdiricisini (15) quraşdırın və

oturacaq həlqəsini (14) korpusa taxın.

QEYD: Çarpaz quraşdırma zamanı oturacaq həlqəsini saxlamaq üçün müvəqqəti olaraq kipkəc (11) quraşdırılır. Çarpaz quraşdırma zamanı oturacaq həlqəsinin düzgün vəziyyətini təmin etmək üçün yeni kipkəcdən və ya eyni həndəsi xüsusiyyətlərə malik sınaq hissəsindən istifadə etmək mütləq tələb olunur. Bu kipkəc (yaxud oxşar hissə) çarpazlaşdırmadan sonra gələcəkdə istifadə üçün saxlana bilər. Çarpazlaşdırma üçün istifadə edilmiş kipkəc korpusun yenidən yığılması zamanı təkrar istifadə edilməməlidir.

3. Oturacaq həlqəsinin oturacaq sahəsi ətrafında bərabər məsafələrdə bir neçə yardə cilalayıcı maddə vurun.

4. Qəfəsi (13) korpusa taxın. 5. Ştift və tıxac alt-aqreqatını kip oturana qədər korpusa

taxın. 6. Qapağı (8) korpusa qoyun.

Oturacaq həlqəsinin (14), qəfəsin (13) və qapağın (8) lazımi qaydada tarazlandığını təmin edin.

7. Bir-birindən bərabər məsafələrdə quraşdırılmış korpus üçün ştift qaykalarından (10) istifadə edərək, qapağı korpusa bərkidin. Azacıq təzyiq tətbiq edin və bərabər sürətdə bərkidin.

Bu anda qaykaları son fırlanma momentinə bərkitməyin. Qapaq müvəqqəti olaraq, ancaq yönəltmə məqsədi ilə istifadə edilir.

8. Çarpaz quraşdırma zamanı ştiftin və tıxacın yönəldilməsinə yardım etmək üçün kipkəc qutusuna iki və ya üç parça kipləşdirici taxın.

9. T-şəkilli dəstəyi olan dəlik açan və itələyən mili tıxacın valına bağlayın və kontr-qayka ilə möhkəmlədin (bax Şəkil 4).

QEYD: Alternativ variant kimi yastı polad lövhədə dəlik açın və iki kontrqaykanın köməyi ilə tıxac ştiftinə bərkidin.

10. Ştiftə azacıq təzyiq tətbiq edin və qısa yellədici addımlarla fırladın (təxminən 8 - 10 dəfə). Lazım gələrsə, bu mərhələni təkrarlayın.

QEYD: Hər dəfə (10) Mərhələsini təkrarlamazdan əvvəl tıxacı qaldıraraq 90° fırlatmaq lazımdır. Bu aralıq qaldırma çarpaz quraşdırma zamanı tıxac və oturacaq həlqəsini konsentrik saxlamaq üçün tələb olunur.

11. Çarpaz quraşdırma əməliyyatı başa çatdıqdan sonra qapaq və daxili hissələri çıxarın. Oturacaq həlqəsi və tıxacın oturacaq sahəsini yenidən yığmaya hazırlayan zaman bütün cilalayıcı maddəni təmizləmək lazımdır.

8.4 Tıxac Ştiftinin Bərkidilməsi Aşağıdakılar üçün sahədə tıxac ştiftinin bərkidilməsi tələb oluna bilər: — Mövcud tıxac və ştiftin dəyişdirilməsi, yaxud — Ancaq mövcud ştiftin dəyişdirilməsi

Tıxac və ştiftin dəyişdirilməsi

Tıxacı dəyişdirmək tələb olunarsa, tıxac ştifti də eyni zamanda dəyişdirilməlidir. Mövcud ştiftin orijinal mil dəliyi lazımi dərəcədə kipliyi təchiz etməyəcək və aqreqatın gücünə ciddi mənfi təsir göstərə bilər.

1. Tıxac ştiftində istinad nişanı

2. Tıxacda pilot çökəyin dərinlyini ölçün (Şəkil 9-da ölçü X) və yivdən eyni məsafədə ştiftdə istinad nişanı qoyun.

3. Ştiftin tıxaca bağlanması

3.1. Tıxcı (məngənə qurğusu ilə) məngənənin sıxacı ilə saxlayın.

3.2. Yeni tıxac ştiftinin sonunda iki qaykanı bir-birinin qarşısında tutun və yuxarı qaykada qayka açarından istifadə etməklə, ştifti tıxaca möhkəm bağlayın. Lazımi qaydada yığıldıqda, istinad nişanı (yuxarıdakı A en kəsiyinə bax) tıxac yönəldicisinin ucu ilə eyni səviyyədə olmalıdır.

4. Yeni hissələrdə dəlik açılması

4.1. Tıxacda dəlik tam açılmışsa (440C möhkəmlənmiş paslanmaz polad materiallar və ya tökmə stellit üçün tipik), onda ştifti tıxac milinin dəliyi ilə eyni diametrə (Şəkil 4-də C diametri) kəsin.

4.1.1. Tıxac yönəldicisi sahəsində mərkəzi hissəni göstərən nişan varsa, tıxac yönəldicisini plaşkaya qoyun və ya tıxacda lülənin ölçüsünə, ya da C Diametrinə (bax Şəkil 4) uyğun dəlik açın

4.1.2. Tıxac ştifti dəstində dəlik açın.

4.2. Tıxac yönəldici sahəsində hər hansı dəlik və ya mərkəzi göstərən nişan yoxdursa,

4.2.1. Tıxac yönəldicisinin diametri və ştiftin diametrinə əsasən D Ölçüsünü müəyyən edin (bax Şəkil 4).

4.2.2. Tıxac yönəldicisini plaşkanın üstünə qoyun və mərkəzi nöqtəni nişanlayıcıdan istifadə eədərək, tıxac yönəldicisinin mərkəzi nöqtəsini qetd edin.

4.2.3. Məqsədəuyğun ölçüdə burğudan istifadə edərək tıxac ştifti dəstində dəlik açın.

QEYD: Bütün hallarda dəlik açdıqdan sonra: Azacıq köndələn kəsiklər vasitəsilə tıxac yönəldicisindən hər hansı çıxıntıları təmizləyin.

Page 10: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | 4

5. Tıxac ştifti dəstinin bərkidilməsi

5.1. Tıxac yönəldicisinin diametri və ştiftin diametrinə əsasən düzgün ölçüdə ştift seçin (bax Şəkil 9). Ştiftə kiçik miqdarda yağ çəkin və tıxacın köməyi ilə onu dəliyə taxın.

5.2. Çəkicdən istifadə etməklə, ştifti lüləyə taxın. Ştiftin hər iki tərəfdən eyni məsafədə dəliyə taxıldığını təmin etmək üçün bərkidilmə əməliyyatını başa çatdırın (bax Şəkil 4).

5.3. Ştift bərkidildikdən sonra onun ştiftlə konsentrikliyini təmin etmək üçün onu xarrat dəzgahına yerləşdirin.

5.4. Qurğu düzgün işləmirsə, ştifti tıxac yönəldicisi ilə yanaşı sıxıcı vtulkaya yerləşdirin və ştifti tənzimləyin. Tıxac ştiftini yumşaq səthli taxta çəkiclə tənzimləmək olar.

Ancaq Mövcud Ştiftin Dəyişdirilməsi

1. Mövcud mil və ştiftin çıxarılması 1.1. Tıxac yönəldicisini plaşkaya qoyun və paz çıxarıcı

vasitəsilə köhnə mili çıxarın.

QEYD: Mili dəlib çıxarmaq lazımdırsa, milin diametrindən bir qədər kiçik olan burğudan istifadə edin.

1.2. Tıxac yönəldicisini məngənə ilə tutun (səhifənin arxa tərəfindəki qeydə baxın).

1.3. Tıxac ştiftinin ucnda bir qaykanı digərinə nisbətən bərkidin. Aşağı qaykada qayka açarından istifadə edərək, ştifti tıxacdan açın. Ştifti saat əqrəbinin əksi istiqamətinə çevirməklə açmaq olar.

2. Ştiftin tıxaca bağlanması 2.1. Bundan əvvəlki “TIXAC VƏ ŞTİFTİN DƏYİŞDİRİLMƏSİ”

bölməsindəki B mərhələsinə müraciət edin. 3. Yeni ştiftdə dəlik açılması

3.1. Tıxac yönəldicisini plaşkaya qoyun və ştiftdə dəlik açmaq üçün müvafiq ölçülü burğudan istifadə edin (tıxacdakı dəlikdən istinad kimi istifadə edin).

QEYD: Köhnə mili çıxaran zaman tıxac yönəldicisinin dəliyi zədələnərsə, normal mildən bir qədər böyük diametrə malik burğu və mil seçin.

4. Ştiftlə brəkitmə 4.1. Tıxac yönəldicisinin diametri və ştift dəliyinin

diametrinə əsasən düzgün ölçüdə ştift seçin. Tıxac yönəldicisi sahəsini zədələməmək üçün ehtiyatla işləyərək, bundan əvvəlki bölmənin D hissəsində təsvir edilmiş əməliyyatları yerinə yetirin.

4.2. Ştiftlə bərkitmə əməliyyatından sonra tıxac ştiftini tənzimləyin

8.5 Kipkəc qutusu Kipkəc qutusuna texniki xidmət müntəzəm qulluğun əsas tədbirlərindən biridir. Kipkəcin möhkəmliyi onun sıxılması ilə əldə edilir. Sıxılma tıxaclama manjeti qaykalarını (3) tıxaclama manjetinə (4) bərabər şəkildə bərkitməklə əldə edilir. Həddindən artıq sıxmamaq üçün ehtiyatlı olmaq lazımdır, çünki bu, klapanın hamar işinə mane ola bilər. Sıxılma tam həyata keçirildikdən sonra klapan sızarsa, yeni kipkəc tələb olunur.

Kipkəc qutusuna texniki qulluqdan əvvəl klapan izolə edilməli və təzyiq boşaldılmalıdır. Aşağıdakı tədbirləri görün:

8.5.1 Qrafit/PTFE Həlqələri (Standart) QEYD: Qrafit/PTFE kipkəc manjetlərində kipkəci tıxac ştiftini icra mexanizmi birləşdiricisindən və ya icra mexanizmi ştiftindən açmadan dəyişməyə imkan verən köndələn kəsik olur.

A. Tıxaclama manjeti qaykalarını (3) boşaldın və çıxarın. B. Tıxaclama manjetini (4) və kipkəcin vtulkasını (5)

klapan ştifti ilə yuxarı qaldırın.

QEYD: İşləri davam etdirməzdən əvvəl bu hissələri lentdən və ya məftildən istifadə etməklə bərkidin.

C. Xəttə birləşdirilmiş cihazdan istifadə etməklə, kipkəci (6) çıxarın, bu zaman kipkəc qutusunun və ya tıxac ştiftinin səthini zədələməmək üçün ehtiyatlı olun.

QEYD: Məcburi olmayan yağlayıcı birləşmə ilə təchiz edilmiş klapanlarda aşağı kipkəc manjetlərinin üstünü açmaq üçün yağlayıcı həlqəni (7) də çıxarmaq lazımdır.

D. Kipləşdirici həlqələri (6) yenisi ilə əvəz edin. QEYD: Həlqələri bir-bir yığaraq, qablaşdırma qutusuna basın. Hər bir kipkəc manjetinin maili kəsiyi bir-birindən 120 dərəcə məsafədə yerləşdirilməlidir. QEYD: İxtiyari yağlayıcı birləşmə ilə təchiz edilmiş klapanlarda yağlayıcı həlqənin (7) altında quraşdırıacaq həlqələrin düzgün sayını müəyyən etmək üçün Şəkil 2-yə bax.

E. Kipkəcin vtulkasını (5) və tıxaclama manjetini (4) yenisi ilə əvəz edin.

F. Tıxaclama qaykalarını (3) yenisi ilə əvəz edin və bərkidin.

Həddindən artıq sıxmayın.

G. Klapanı yenidən işə salın və kipkəcləri ancaq xarici sızmanı dayandıracaq qədər sıxın.

QEYD: Fövqəladə hallarda dəstin kipkəci ancaq müvəqqəti təmir məqsədi ilə istifadə edin. Onu mümkün qədər tez bir zamanda düzgün sayda kipkəclə əvəz etmək lazımdır.

9. Klapan korpusunun Yenidən Yığılması

Tələb olunan texniki qulluğu başa çatdırdıqdan sonra, növbəti prosedurlardan istifadə edərək, klapanı yenidən yığmaq lazımdır:

QEYD: Texniki qurluq zamanı aşağıdakı mərhələlərdən hər hansı biri başa çatdırılmışdırsa, sonra növbəti mərhələyə keçin.

Page 11: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

7 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur..

9.1 Yivli haşiyə A. Kipkəclərin bir-birinə toxunan səthlərini təmizləyin. B. Kipkəc həlqəsinin yivlərinə və kipləşdirici çıxıntıya bir

qədər kipləşdirici maddə vurun. Oturacaq həlqəsini klapan korpusuna quraşdırın.

QEYD: Prosesə uyğun gələn kipləşdirici qənaətlə çəkilməlidir.

C. Oturacaq həlqəsini çıxarmaq üçün istifadə edilmiş qayka açarı vasitəsilə quraşdırın və bərkidin.

Həddindən artıq sıxmayın. Oturacaq həlqəsinin sıxaclarını birbaşa döyəcləməyin. Bu, oturacaq həlqəsini əyərək, oturacağın zəmanətlə əhatə edilməyən sızmasına səbəb ola bilər.

D. Tıxac və ştift aqreqatını ehtiyatla quraşdırın.

QEYD: Son yığılmazdan əvvəl klapan çarpazlaşdırılmalıdır. Bax Bölmə 7.3.

E. Korpus kipkəcini (15) quraşdırın.

QEYD: Spiral şəkilli korpus kipkəcləri (11 və 15) 500 seriyalı dizayn üçün standartdır. Hər dəfə klapanı sökdükdən sonra yeni kipkəc quraşdırmaq məcburidir.

F. Qapağı (8) və korpus ştiftinin qaykasını (10) yığın. Qapaq elə yerləşdirilməlidir ki, tıxaclama manjetinin ştifti axının mərkəzi xəttinə 90° altında qoyulsun.

Boltun lazımi fırlanma momenti ilə metalın metala təması əldə edilənə qədər qaykaları (10) bərkidin. Boltun lazımi fırlanma momentini və bərkidilmə ardıcıllıqlarını müəyyən etmək üçün Cədvəl 1-ə baxın.

G. Kipkəci (6) (və məcburi olmayan yağlayıcı birləşməsi ilə təchiz edilmiş klapanlarda yağlayıcı həlqəni (7)) quraşdırın. Standart və ya ixtiyari dizaynlar üçün kipkəcin yığılması prosedurunu təsvir edən 8.5 Bölməsinə baxın.

H. Kipkəcin vtulkasını (5) və tıxaclama manjetini (4) quraşdırın.

I. Tıxaclama manjeti ştiftinin qaykalarını (3) quraşdırın. Həddindən çox bərkitməyin (bax Bölmə 8.5. Kipkəc Qutusu”).

J. Sızmanın aşkar etmə birləşməsi quraşdırılmışdırsa, onu qapağın yan NPT portuna birləşdirin. Əks halda, 1/4” NPT tıxacının yerində qalmasını təmin edin (Şəkil 2).

K. İcra mexanizmi və tıxac ştiftinin tənzimlənməsi üçün 10900 seriyalı ixrac mexanizmləri üçün GEA31593 icra mexanizmi təlimatlarına əməl edin.

9.2 Tez dəyişdirilə bilən Haşiyə A. Kipkəclərin bir-birinə toxunan səthlərini təmizləyin. B. Oturacaq həlqəsinin kipləşdiricisini (11) və oturacaq

həlqəsini (14) quraşdırın. QEYD: Spiral kipkəcləri (11 və 15) 500 Seriyalı dizayn üçün standartdır. Hər dəfə klapanı sökdükdən sonra yeni kipkəc quraşdırmaq məcburidir.

C. Qəfəsi (13) quraşdırın. D. Tıxac və ştift aqreqatını ehtiyatla quraşdırın.

QEYD: Son yığılmazdan əvvəl klapan çarpazlaşdırılmalıdır. Bax Bölmə 8.3.

E. Korpus kipkəcini (15) quraşdırın. F. Qapağı (8) və korpus ştiftinin qaykalarını (10) yığın və

bərkidin. Qapaq elə yerləşdirilməlidir ki, tıxaclama manjetinin ştifti axının mərkəzi xəttinə 90° altında qoyulsun.

Qəfəs, oturacaq və qapağı korpusda lazımi qaydada tənzimləndiyini təmin etmək üçün ehtiyatlı olun.

Qəfəs hissələrlə aşağı tərəfdə, oturacaq həlqəsinin yaxınlığına quraşdırılmalıdır. Boltun lazımi fırlanma momenti ilə metalın metala təması əldə edilənə qədər qaykaları (10) bərkidin. Boltun lazımi fırlanma momentini və bərkidilmə ardıcıllıqlarını müəyyən etmək üçün Şəkil 5-ə bax.

G. Kipkəci (6) [və məcburi olmayan yağlayıcı birləşməsi ilə təchiz edilmiş klapanda yağlayıcı həlqəni (7)] quraşdırın. Standart və ya ixtiyari dizaynlar üçün kipkəcin yığılması prosedurunu təsvir edən 8.5 Bölməsinə baxın.

H. Kipkəcin vtulkasını (5) və tıxaclama manjetini (4) quraşdırın.

I. Tıxaclama manjeti ştiftinin qaykalarını (3) quraşdırın.

Həddindən çox bərkitməyin (bax Bölmə 8.5. Kipkəc Qutusu”).

J. Sızmanın aşkar etmə birləşməsi quraşdırılmışdırsa, onu qapağın yan NPT portuna birləşdirin. Əks halda, 1/4” NPT tıxacının yerində qalmasını təmin edin (Şəkil 2).

K. İcra mexanizmi və tıxac ştiftinin tənzimlənməsi üçün 10900 seriyalı ixrac mexanizmləri üçün GEA31593 icra mexanizmi təlimatlarına əməl edin.

10. İcra mexanizmləri

10.1 10900 Növlü icra mexanizmləri Çıxarma, texniki qulluq, yığma və sazlama üçün GEA31593 icra mexanizmi təlimatına baxın.

Page 12: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | 8

Şəkil 1a:

535 H tənzimləyici ilə tipik təzyiq azaltma qurğusu

Şəkil 1b:

536 H Tənzimləyici ilə tipik İfrat Təzyiq Qurğusu

Şəkil 3: Oturacağın çarpaz kəsişməsi cihazı

Şəkil 2: Yağlayıcının birləşdirilməsi (Məcburi deyil)

T şəkilli dəstək

Stopor qaykası

¼” NPT Tıxacı

Yağlayıcı Həlqə

Page 13: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

9 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.

Şəkil 4: Tıxac ştiftinin bərkidilməsi

Cədvəl 1: Yığma üçün fırlanma momentinə verilən tələblər:

Klapanın Ölçüsü ANSI Sinfi

Tələb olunan boltla möhkəmlətmə

Tələb olunan fırlanma momenti

Minimum Maksimum Əvvəlcədən yüklənmiş

Düym mm Miqdar Ölçü (düym)

Funt/fut N.m Funt/

fut N.m Funt/fut N.m

¾ 20 150 və

300 4 ½"-13NC-2A 25 34 66 89 5 7

600 4 ½"-13NC-2A 25 34 66 89 5 7

1 25 150 və

300 4 ½"-13NC-2A 25 34 66 89 5 7

600 4 ½"-13NC-2A 25 34 66 89 5 7

1½ 40 150 və

300 8 ½"-13NC-2A 25 34 66 89 5 7

600 8 ½"-13NC-2A 25 34 66 89 5 7

2 50 150 və

300 8 ½"-13NC-2A 25 34 66 89 5 7

600 8 ½"-13NC-2A 25 34 66 89 5 7 Qeydlər: 1. Siyahıda verilmiş maksimum fırlanma momenti kəmiyyətlərini keçməyin

2. Lazımi fırlanma momenti səviyyələri əldə edilənə qədər intervallarla bərkidin.

3. Maksimum fırlanma momentinə çatdıqdan sonra metalın metalla təması əldə edilmədikdə yığımı rədd edin.

4. Göstərilmiş fırlanma momentləri B7 ştiftləri və 2H qaykaları üçün nəzərdə tutulmuşdur.

Şəkil 5: Boltun bərkidilmə ardıcıllığı

İstinad Nişanı

C Dia.

Məngənə ağzının silindrik uyğunlaşdırma diametri = “A” tıxac yönəldici diametri

Yumşaq metal və ya plastik sıxaclar

Tıxac yönəldici Dia. “A”

Tıxac ştifti Dia. “B”

Mil həlqəsi Dia. “C”

“D” “X”

düym

mm düym

mm düym

mm düym

mm düym

mm

.87 22,22 1/2 12,70 .138 3,50 1,25 32 .50 13

1,50 38,10 1/2 12,70 .138 3,50 1,25 32 .50 13

2,38 60,32 3/4 19,05 .197 5,00 1,88 47,5 .75 19

2,75 69,85 3/4 19,05 .197 5,00 1,88 47,5 .75 19

Page 14: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

© 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur. Masoneilan 535H-536H Təzyiq tənzimləyicisi üçün təlimat kitabçası | 10

Ehtiyat hissələrinə istinadlar

İst. Hissənin adı İst. Hissənin adı İst. Hissənin adı

● 1 Tıxac ştifti 8 Qapaq ● 15 Oturacaq həlqəsinin kipləşdiricisi

2 Tıxaclama manjetinin ştifti 9 Korpus ştifti ● 16 Tıxac

3 Tıxaclama manjeti ştiftinin qaykası 10 Korpus ştiftinin qaykası ● 17 Birləşdirici ştift

4 Tıxaclama manjeti ● 11 Korpus kipkəci 18 Korpus

5 Kipkəcin vtulkası 12 Tıxacın yönəldici vtulkası 19 Aparıcı mexanizmin qaykası

● 6 Kipləşdirici material ● 13 Qəfəs

7 Yağlayıcı həlqə (məcburi deyil) ● 14 Oturacaq Həlqəsi

Page 15: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

11 | BHGE © 2019 Baker Hughes, a GE company. Bütün hüquqlar qorunur.

Şəkil 6: 536 H Konfiqurasiyası

Şəkil 7: 535 H Konfiqurasiyası

Page 16: 535H / 536H Seriyalı ənzimləyicisi · ehtimal edilmiş faydalı istismar müddəti 25+ il hesab olunur. əhsulun faydalı istismar dövrünü maksimum artırmaq üçün illik yoxlanışları,

BİRBAŞA SATIŞ OFİSİNİN YERLƏRİ

AVSTRALİYA

Brisban:

Telefon: +61-7-3001-4319

Faks: +61-7-3001-4399

Pers:

Telefon: +61-8-6595-7018

Faks: +61 8 6595-7299

Melburn:

Telefon: +61-3-8807-6002

Faks : +61-3-8807-6577

BELÇİKA

Telefon: +32-2-344-0970

Faks: +32-2-344-1123

BRAZİLİYA

Telefon: +55-19-2104-6900

ÇİN

Telefon: +86-10-5689-3600

Faks: +86-10-5689-3800

FRANSA Kurbevuar Telefon: +33-1-4904-9000

Faks: +33-1-4904-9010

ALMANİYA Ratingen Telefon: +49-2102-108-0

Faks: +49-2102-108-111

HİNDİSTAN Mumbay Telefon: +91-22-8354790

Faks: +91-22-8354791

Yeni Delhi

Telefon: +91-11-2-6164175 Faks: +91-11-5-1659635

İTALİYA

Telefon: +39-081-7892-111 Faks: +39-081-7892-208

YAPONİYA Tokio Telefon: +81-03-6871-9008

Faks: +81-03-6890-4620

KOREYA

Telefon: +82-2-2274-0748

Faks: +82-2-2274-0794

MALAZİYA

Telefon: +60-3-2161-0322 Faks: +60-3-2163-6312

MEKSİKA

Telefon: +52-55-3640-5060

NİDERLAND

Telefon: +31-15-3808666

Faks: +31-18-1641438

RUSİYA

Velikiy Novqorod

Telefon: +7-8162-55-7898

Faks: +7-8162-55-7921

Moskva

Telefon: +7 495-585-1276

Faks: +7 495-585-1279

SƏUDİYYƏ ƏRƏBİSTANI

Telefon: +966-3-341-0278

Faks: +966-3-341-7624

SİNQAPUR

Telefon: +65-6861-6100

Faks: +65-6861-7172

CƏNUBİ AFRİKA

Telefon: +27-11-452-1550 Faks: +27-11-452-6542

CƏNUBİ VƏ MƏRKƏZİ

AMERİKA VƏ KARİB DƏNİZİ

Telefon: +55-12-2134-1201 Faks: +55-12-2134-1238

İSPANİYA

Telefon: +34-93-652-6430 Faks: +34-93-652-6444

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Telefon: +971-4-8991-777 Faks: +971-4-8991-778

BÖYÜK BRİTANİYA

Braknell Telefon: +44-1344-460-500

Faks: +44-1344-460-537

BİRLƏŞMİŞ ŞTATLAR

Ceksonvil, Florida Telefon: +1-904-570-3409

Korpus Kristi, Texas

Telefon: +1-361-881-8182

Faks: +1-361-881-8246

Deer Park, Texas

Telefon: +1-281-884-1000

Faks: +1-281-884-1010

Hyuston, Texas

Telefon: +1-281-671-1640 Faks: +1-281-671-1735

valves.bhge.com *Baker Hughes, a GE Company LLC ticarət markasını göstərir. Bu sənəddə istifadə edilmiş digər şirkət adları və məhsul adları onların müvafiq sahiblərinin qeydiyyatdan keçirilmiş ticarət nişanları və ya ticarət markalarıdır. © 2019 Baker Hughes, a GE company LLC - Bütün hüquqlar qorunur. Baker Hughes, a GE company LLC və onun filialları (“BHGE”) bu məlumatı olduğu kimi və ümumi məlumat məqsədləri ilə verir və nəşr edilmə tarixinə dəqiq olmasına inanır. BHGE məlumatın dəqiqliyi və ya tamlığına dair heç bir təminat vermir və qanunun yol verdiyi tam miqyasda, o cümlədən məhsulun satışa yararlılığı və hər hansı məqsəd və ya istifadəyə uyğunluğu ilə bağlı hər hansı növ, səciyyəvi, ehtimal edilən və ya şifahi zəmanət vermir. BHGE bununla hər hansı birbaşa, dolayı, nəticədən yaranan və ya xüsusi zədələr, itirilmiş gəlir iddiaları, yaxud məlumatdan istifadə edilmə nəticəsində yaranan, müqavilə, mülki qanun və ya digər iddialarla bağlı hər hansı məsuliyyət və öhdəliklərdən imtina edir. BHGE loqosu Baker Hughes, a GE Company LLC şirkətinin ticarət markasıdır. GE və GE monoqramı General Electrik şirkətinin lisenziya altında istifadə edilən ticarət markalarıdır.

GEA31597C-AZ 03/2019