2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti...

120
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ──────────────────────────────────────────────────────────────────────────────── 1 Heydər Əliyev Fondu 2015-ci il MÜNDƏRİCAT Heydər Əliyev Fondunun layihələri uğurla həyata keçirilir ......................................... 5 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Meyev şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub .................................................................................. 6 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xalq artisti Əlibaba Məmmədova həsr olunan musiqi albomu nəşr edilib ...................................... 8 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub ........................................................................................................................ 9 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib ..................................................................................... 10 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak edib .......................................................................................... 11 Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur ........................................................................................ 12 Azərbaycançılıq ideologiyasından qaynaqlanan layihələr........................................... 13 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində bir sıra uşaq evlərinə baş çəkib ...................................................................................... 16 Heydər Əliyev Fondu beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilib......... 17 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb ............................................ 19 Heydər Əliyev Fondu Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb .......................................................................................... 20 Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb ................................ 23 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub ...24 “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib ................................................................................................ 25 Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində Qələbəyə həsr olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib.................... 26 Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində təmsil olunur .................................................................................................................... 27

Transcript of 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti...

Page 1: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

1

Heydər Əliyev Fondu

2015-ci il

MÜNDƏRİCAT

Heydər Əliyev Fondunun layihələri uğurla həyata keçirilir ......................................... 5

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Meyev şəhərində Azərbaycan

mədəniyyəti günlərinin açılışı olub .................................................................................. 6

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xalq artisti

Əlibaba Məmmədova həsr olunan musiqi albomu nəşr edilib ...................................... 8

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə

təltif olunub ........................................................................................................................ 9

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa

Oyunlarının təqdimatı keçirilib ..................................................................................... 10

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Xocalı soyqırımı

ilə bağlı tədbirdə iştirak edib .......................................................................................... 11

Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil

edilən sərgidə nümayiş olunur ........................................................................................ 12

Azərbaycançılıq ideologiyasından qaynaqlanan layihələr ........................................... 13

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində

bir sıra uşaq evlərinə baş çəkib ...................................................................................... 16

Heydər Əliyev Fondu beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilib ......... 17

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Dağadırmanma

və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb ............................................ 19

Heydər Əliyev Fondu Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan

Araşdırmalar Mərkəzi açılıb .......................................................................................... 20

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın

aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb ................................ 23

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub ... 24

“Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi

təqdim olunub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat

mərasimində iştirak edib ................................................................................................ 25

Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində Qələbəyə həsr olunan “Hədəf

Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib .................... 26

Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində

təmsil olunur .................................................................................................................... 27

Page 2: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

2

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva təqdimat mərasimində iştirak edib .................................................................. 28

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət

Mərkəzinin Venesiyadakı sərgisində iştirak edib ......................................................... 30

Heydər Əliyev Fondu körpələrə bayram sevinci yaşatdı ............................................. 31

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək ....... 32

İslamabadda əlil uşaqlar üçün mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi ilə

humanitar aksiya keçirilib .............................................................................................. 34

İslamabaduatı Heydər Əliyev Fondunun İslamabaddakı xeyriyyə aksiyası haqqında

yazır .................................................................................................................................. 35

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda VI “Qız qalası” Beynəlxalq incəsənət

festivalı keçiriləcək .......................................................................................................... 36

Heydər Əliyev Fondunun yeni layihəsi olan “XX-XXI əsr Azərbaycan rəngkarlığı”

ekspozisiyası açılıb ........................................................................................................... 37

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada

“Qanın milləti yoxdur” aksiyası keçirilib ...................................................................... 38

“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanışı və IV

Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub ............................................... 39

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunları

çərçivəsində uşaqlar üçün şənlik .................................................................................... 41

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub .. 42

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı

Zooloji Parkında yeni qəfəs quraşdırılıb ....................................................................... 43

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb

........................................................................................................................................... 44

Leyla Əliyeva: Heydər Əliyev Fondu ............................................................................. 45

insanların dəstəyə ehtiyacı olduğu yerdə olmağa çalışır .............................................. 45

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar

verilib ................................................................................................................................ 51

Heydər Əliyev Fondu “Milan Expo 2015”də ................................................................ 52

Azərbaycan “Milli gün”ü çərçivəsində konsert proqramı təşkil edib ........................ 52

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ......................................................................... 53

Pakistanda kimsəsiz uşaqlar üçün evlərdə iftar süfrələri təşkil edilib ....................... 53

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ..................................................................... 55

Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək .................................... 55

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub ........................................... 56

Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub ........................... 59

Page 3: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

3

Kannda “Azərbaycan musiqi gecəsi” təşkil edilib ........................................................ 60

Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır .......................................... 61

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı

Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva Romada qurumun baş direktoru Joze

Qratsiano da Silva ilə görüşüb ....................................................................................... 63

RAGB-ın sədri Leyla Əliyevanın dəstəyi ilə bu təşkilatın fəalları Ümumrusiya

Tələbə Forumunda iştirak edirlər .................................................................................. 65

Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğində Heydər Əliyev Fondunun

rolu... ................................................................................................................................. 66

Leyla Əliyeva kimi şəxsiyyətlər nadir əqidə gücünə malikdirlər və onların

müraciətlərini milyonlar eşidə bilər ............................................................................... 69

Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda

konfrans keçirilib: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda

iştirak edib ........................................................................................................................ 71

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda

birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans və “Parisin ürəyində

Azərbaycan musiqisi” adlı konsert təşkil olunub: Birinci xanım Mehriban

Əliyevanın çıxışı (8 sentyabr 2015-ci il ) ........................................................................ 74

Heydər Əliyev Fondunun uğurlu təhsil layihəsi ........................................................... 81

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda

xeyriyyə tədbirləri keçirilib ............................................................................................ 82

Heydər Əliyev Fondunun ölkəmizin dünyada təbliğinə yönəltdiyi hədəflər uğurla

nəticələnir ......................................................................................................................... 83

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə

xeyriyyə tədbiri keçirilib ................................................................................................. 85

Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear

implantasiya əməliyyatları aparılır ................................................................................ 86

Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin

açılışı olub ......................................................................................................................... 88

Azərbaycanın regionları mühüm mədəni tədbirlərə ev sahibliyi edir ........................ 89

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb ............................................................. 94

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycan

nümayəndələri “Belaya trost” festivalında iştirak ediblər .......................................... 95

Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi

“Günəşli gün” aksiyasında iştirak edib ......................................................................... 96

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva WildCru təşkilatının

direktoru ilə görüşüb ....................................................................................................... 97

Page 4: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

4

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “Puşkin” medalı

ilə təltif edilib .................................................................................................................... 98

Leyla Əliyeva: Qarşıda bizi hələ uzun yol, çoxsaylı maraqlı layihələr və ideyalar

gözləyir .............................................................................................................................. 99

Heydər Əliyev Fondu Buxarestdə yanğından xəsarət alanlara yardım edib ........... 102

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-

prezidenti Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib ..................................... 103

Azərbaycanın təbliğinə və dostluğa xidmət edən missiya .......................................... 104

Binədəki 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə

verilib .............................................................................................................................. 106

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq

bağçasının açılışında iştirak edib ................................................................................. 107

Heydər Əliyev Fondu dünənimizlə bu günümüz və gələcəyimiz arasında möhtəşəm

bir körpü salır ................................................................................................................ 108

Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı davam edir: Heydər Əliyev

Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva

konfransda iştirak ediblər (4 dekabr 2015-ci il) .......................................................... 110

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı

katibinin müavini ilə görüşüb ....................................................................................... 112

IDEA İctimai Birliyi BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının

Tərəflər Konfransına üzv qəbul edilib......................................................................... 113

Parisdə IDEA ilə REC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə

müzakirələr aparılıb ...................................................................................................... 114

Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı

potensial mövcuddur ..................................................................................................... 115

IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

......................................................................................................................................... 116

Leyla Əliyeva Parisdə İqlim Dəyişikliyi üzrə Konfrans çərçivəsində rəsmi qəbulda

iştirak edib ...................................................................................................................... 117

Aleksandr Oleşko: “Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında

birləşdirir” ...................................................................................................................... 118

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub 119

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib ........................................ 120

Page 5: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

5

Heydər Əliyev Fondunun layihələri uğurla həyata keçirilir

Azərbaycanda aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gün paytaxtımız

Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir, qəsəbələrdə bir sıra

sosialyönümlü obyektlər istifadəyə verilir, burada kommunikasiya xətləri yenilənir, ərazilər

abadlaşır. Ötən 2014-cü ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra

işlər görülmüşdür.

Bu barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə nümayəndəliyinin 2014-cü ilin

yekunlarına həsr olunmuş hesabat konfransında məlumat verilib.

Hesabat məruzəsi ilə çıxış edən nümayəndəliyin rəhbəri Zaur Əliyev bildirib ki, qəsəbədə hazırda 30

mindən çox əhali yaşayır, həmçinin 3000 nəfər məcburi köçkün məskunlaşıb.

Keçən il noyabrın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev qəsəbədə yerləşən Bakı Oksford

məktəbinin yeni binasının açılışında iştirak edib. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və

dəstəyi ilə “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunub, burada əlavə korpus tikilib.

Ümumiyyətlə, fondun layihələri qəsəbədə uğurla həyata keçirilir. Badamdar qəsəbəsində tikilən yeni

idman kompleksində işlər artıq başa çatıb. Hazırda qəsəbədə idmançılar üçün yeni beşmərtəbəli hotel

binasının, 1-ci yaşayış massivində yeni xəstəxana binasının, 3-cü yaşayış massivində 3 ədəd yeni su

anbarının, Müasir Avropa Məktəbinin və Bakı Media Mərkəzinin tikintisi davam etdirilir.

Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev

tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin

daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə

çatdırılması üçün görülməli olan işlərdən danışıb. O bidirib ki, RİH tərəfindən görülən işlərdən əlavə,

“Abad həyət” layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir

olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin, hotel binasının tikintisi başa çatdırılacaq. Ən

əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması ilə bağlı başlanmış işlər davam

etdiriləcək.

“Azərbaycan”.-2015.-14 yanvar.-N 9.-S.11.

Page 6: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

6

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Meyev şəhərində Azərbaycan

mədəniyyəti günlərinin açılışı olub

Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun

təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan

Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev

şəhərində Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılışı olub.

Tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən

Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil,

yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında

yerləşdiyini diqqətə çatdırıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu bildirən Kristin Jülyən-

Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, Prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə

olduğunu, sabiq prezident Nikola Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana

səfər etdiklərini deyib. Qeyd olunub ki, hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkili fransız

xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynayır. Qusar rayonu ilə Mejev şəhəri

arasında dostluq xartiyasının imzalanması bunun bariz nümunəsidir. Azərbaycana səfəri çərçivəsində

Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində

salınmış qış-yay turizm kompleksinin Avropa standartlarından heç də geri qalmadığını vurğulayıb.

Mer Mejev şəhərində Azərbaycan mədəniyyəti günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və

onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan ilə Fransa arasında tarixən

mövcud olan dostluq əlaqələrindən, iki ölkə arasında siyasi-iqtisadi, mədəni əlaqələrin inkişafında dövlət

başçılarının apardıqları siyasətin böyük rol oynadığından bəhs edib. Azərbaycan ilə Fransa arasında

münasibətlərin artıq əyalətlər səviyyəsində inkişaf etdirildiyini bildirən icra hakimiyyəti başçısı ötən ilin

avqustunda Qusar ilə Mejev arasında dostluq xartiyasının imzalanmasını buna bariz misal kimi göstərib.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiasiyasının sədri Jan-Fransua

Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında

əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.

Azərbaycanın bütün dünyada, o cümlədən Fransada artıq kifayət qədər tanındığını vurğulayan

deputat respublikamızın dünyəvi və tolerant dövlət olduğunu, müxtəlif millətlərinin nümayəndələrinin

əsrlər boyu mehribanlıq və dostluq şəraitində yaşadıqlarını təqdir edib. Azərbaycanın Fransada

tanıdılmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın gördüyü işləri yüksək

qiymətləndirən Jan-Fransua Mansel məhz təşəbbüs sayəsində Fransanın müxtəlif regionlarında və

şəhərlərində təşkil olunan tədbirlərin ölkəmizin zəngin mədəni dəyərlərinin fransızlara təbliğində

müstəsna əhəmiyyət daşıdığını bildirib. O, fransızları Azərbaycanı daha yaxından tanımaq üçün bu ölkəyə

səfər etməyə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarını yaxından izləməyə çağırıb.

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə

çatdıran səfir Elçin Əmirbəyov Prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı

Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak

etdiklərini xatırladıb. Diplomat, həmçinin Fransa Prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə

olduğunu, Parisdə Azərbaycan mədəniyyəti günləri ilə bağlı vaxtaşırı tədbirlərin keçirildiyini, ötən ilin

sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin buna yaxşı

nümunə olduğunu bildirib.

Diplomat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində

Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Regionların sosial-iqtisadi inkişafı dövlət

proqramlarının müvəffəqiyyətlə icra olunduğu, bölgələrdə müasir infrastrukturun yaradıldığı bildirilib.

Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Azərbaycanın birinci xanımı, Heydər

Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində “Qafqazın

mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs

edən səfir E.Əmirbəyov bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Azərbaycanın təbii sərvətlərlə yanaşı, zəngin tarixə və mədəniyyətə sahib olduğunu vurğulayan səfir

1918-ci ildə müsəlman Şərqində ilk dəfə məhz ölkəmizdə parlamentli respublikanın yaranması, qadınlara

Page 7: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

7

səsvermə hüququnun verilməsi, 1991-ci ildə isə respublikamızın müstəqilliyini bərpa edərək sürətlə

inkişaf etməsi və modernləşməsi barədə məlumat verib.

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun

təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən

eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam,

Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan

Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni

dəyərləri” sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə Əməkdar artist, virtuoz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və

Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

Mejevdə mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə

Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib.

Sonda iştirakçılara Azərbaycanın zəngin mətbəxinin ləziz nümunələri təqdim olunub.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

“Azərbaycan”.-2015.-20 yanvar.-N 14.-S.6.

Page 8: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

8

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xalq artisti

Əlibaba Məmmədova həsr olunan musiqi albomu nəşr edilib

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər

Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin

görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba

Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni

musiqi albomu nəşr edilib.

AzərTAc xəbər verir ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının

nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən

Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin

not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət

4 CD daxildir.

Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan

yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba

Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.

Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun

milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl

nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.

“Xalq qəzeti”.-2015.-6 fevral.-N 28.-S.2.

Page 9: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

9

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə

təltif olunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam

Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Pakistan Prezidenti Məmnun Hüseyn fevralın 11-də bu barədə sərəncam imzalayıb.

“Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk

birinci xanımdır.

“Xalq qəzeti”.-2015.-13 fevral.-N 34.-S.2.

Page 10: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

10

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa

Oyunlarının təqdimatı keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado”

konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı

səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Tədbirdə Macarıstanın İnsan Resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş,

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Gənclər və İdman naziri Azad

Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman

veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan

azərbaycanlılar iştirak ediblər.

Mərasimdən əvvəl Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri

Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian

birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra

jurnalistlərin sualları cavablandırılıb. Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan

büdcə, idmançılar və jurnalistlər üçün yaradılan şərait barədə verilib.

Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan

yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.

Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox

televiziya kanallarına müsahibələr verib.

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və

onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması,

mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların

yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.

Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman

yarışları barədə danışıb. Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verən nazir bu idman yarışının

ölkəmiz üçün əhəmiyyətindən, eləcə də onun bütün Avropa idman həyatına verəcəyi töhfələrdən bəhs

edib. A.Rəhimov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa

Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb.

Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq

yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi

vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O,

Azərbaycan və macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini

diqqətə çatdırıb. Azərbaycanı bu mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edən nazir

“Bakı-2015” Avropa Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və

medallarla geri dönəcəklərinə ümid etdiyini bildirib.

Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar.

Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının

görüntülərini əks etdirən videoçarx göstərilib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi

dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi

də nümayiş etdirilib. Sərgi ilə yaxından tanış olan Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət

və incəsənət xadimləri müstəqilliyinin 24-cü ildönümünü qeyd edən Azərbaycanın öz milli-mənəvi

dəyərlərinə sahib çıxmasını yüksək qiymətləndiriblər.

İqbal HACIYEV,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

“Xalq qəzeti”.-2015.-22 fevral.-N 42.-S.2.

Page 11: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

11

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Xocalı soyqırımı ilə

bağlı tədbirdə iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının

Moskva şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan

Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Rusiya-Azərbaycan Gənclər Təşkilatı (AMOR)

və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş

Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu

hadisələrdən 23 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib. Leyla

Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin

vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin

artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı

qətnamələrin qəbul olunmasını təqdir edib. Leyla Əliyeva, həmçinin iştirakçılara “Xocalıya ədalət!”

kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xocalı

soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə

yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə,

inkişafa mənfi təsirinə, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsinə yönəldib.

Tədbir zamanı Azərbaycanın və Rusiyanın tanınmış musiqiçilərinin - Alim Qasımov, Fərqanə

Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş

muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına

aid videomateriallar təqdim edilib.

Tədbirdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan yeni toplunun rus

dilində buraxılışının təqdimatı da keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı

soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalı hadisələrinin fotoları,

“Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Topluda,

eyni zamanda, Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat da var. Bu təqdimatdan müxtəlif

maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə

tutulub.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı

nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və

kədərlərini bölüşüb.

Daha sonra azərbaycanlı və rusiyalı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq

olub.

“Xalq qəzeti”.-2015.-1 mart.-N 48.-S.2.

Page 12: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

12

Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən

sərgidə nümayiş olunur

Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin

açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında

yaradılmış əsərlər nümayiş olunub.

Açılış mərasimində kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster

təqdim edib.

Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş

olunan əsərlərin tarixçəsindən söz açaraq deyib: “Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin

tanıdığınız Leyla xanım Əliyeva ilə əməkdaşlıq etmişəm. Bu layihənin əsası dörd il bundan əvvəl Leyla

xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir

incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında nə düşündüyümü soruşmuşdu. Sonradan isə

məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət

əşyalarını yaratmaq barədə nə fikirləşdiyimi xəbər almışdı.

Deməliyəm ki, bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin və söhbətlərin təcəssümüdür.

Bildiyiniz kimi, sənətkarlar çox ehtiraslı, öz daxili dünyasını əks etdirən tərzdə işləyir və əl işlərini

yaradırlar. Mən böyük məmnuniyyətlə Leyla xanımın rəsmləri ilə tanış oldum, onun düşüncə tərzini

öyrənməyə çalışdım. Beləliklə, onun əsərlərində əks olunan çalarları öz dizaynım və 40 illik təcrübəmlə

birləşdirib zinət əşyaları yaratmağa başladım. Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin

cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi.

Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram

ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.

Stiven Vebster diqqətə çatdırıb ki, “mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq və

komandamı bunu qeyri-adi və avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır”.

Tədbir iştirakçıları sonra sərgiyə baxıblar.

“İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.

“Stephen Webster” məhsulları zərgərlik aləmində həmişə cəsarətli, innovativ dizaynı ilə seçilir. Bu

brendin uğurunun və çoxsaylı pərəstişkar sevgisi qazanmasının sirri ekzotik qiymətli daşlardan və

müstəsna materiallardan istifadə edilməsində, eləcə də detallara hədsiz diqqət yetirilməsindədir.

Yaradıcılığa 16 yaşından başlayan Stiven Vebster hazırda öz nəslinin görkəmli dizaynerlərindən biri

sayılır. O, Böyük Britaniya zərgərlik sənayesinə xidmətlərinə görə Britaniya İmperiyasının ordeni ilə

(MBE - The Most Excellent Order of the British Empire) təltif olunub.

“Stephen Webster” kolleksiyalarının ideyası adətən ədəbiyyatdan, filmdən olan hansısa xatirə və ya

musiqidən qaynaqlanır. Stiven Vebster indiyə qədər ingilis şair və rəssamı Vilyam Bleyk, fransız yazıçısı

Jül Vern, ingilis yazıçısı Aqata Kristi kimi məşhurların əsərlərindən ilham alaraq zinət əşyaları hazırlayır.

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi martın 31-dək davam edəcək.

“Xalq qəzeti”.-2015.-3 mart.-N 49.-S.3.

Page 13: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

13

Azərbaycançılıq ideologiyasından qaynaqlanan layihələr

Nəzakət Ələddinqızı

Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi

rifahının yaxşılaşması naminə görülən işlərin miqyası geniş və çoxşaxəlidir. Ölkənin tərəqqisi və

xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət

edən genişmiqyaslı proqram və layihələrın reallaşmasında Heydər Əliyev Fondunun gördüyü işləri qeyd

etmək vacibdir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin

hazırlanıb həyata keçirilməsində təşəbbüskar olan fond qısa zamanda uğur və nailiyyətləri ilə seçilib və

xalqın məhəbbətini qazanıb.

Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək,

insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini

göstərməsinə, inkişaf etdirməsinə yardım etmək. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam

mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək kimi dəyərlərin həyata keçirilməsinə

fondun Moskva nümayəndəliyinin gördüyü işlər məhz azərbaycançılıq ideologiyasına söykənən

faktorlardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Moskva nümayəndəliynin rəhbəri Leyla

Əliyeva uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidməti daim

diqqətdə olub. Bütün bunların əsasında maarifləndirməni genişləndirmək, dünya təcrübəsindən istifadə

edərək onun Azərbaycan milli-mənəvi dəyərləri zəmində aşkara çıxarıb tətbiqinə nail olmaq dövlətin

milli maraqlarına söykənir.

Leyla Əliyevanın Moskvada gördüyü işlər milli-mənəvi dəyərlərimizin təbliğində atılan doğru yoldur.

Məlumdur ki, onun təşəbbüsü ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti”

kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə ərsəyə

gəlmişdir. Nəşr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın kitaba yazdığı ön sözdə

deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi

problemlərlə üzləşmiş və yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından

sonra vəziyyət kökündən dəyişmiş, Ulu Öndər suveren Azərbaycan dövlətinin yaradılmasının əsasını

qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri yazır: “Heydər Əliyev bütün

həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdrikliyi, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan

tərəqqi edir. Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, Onun bütün

həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır.”.

Bəli, Onun ideyaları yaşayır və geniş sferada təbliğ olunur. Elə Azərbaycan Respublikasının

beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik

Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi, ötürücü rol oynayaraq Ulu Öndər Heydər

Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir. Leyla Əliyeva bu missiyanın öhdəsindən uğurla gəlir və bu

gün Rusiyanın azərbaycanlı gəncləri fəaldırlar. Son illərdə həyata keçirdikləri “Qanın milləti yoxdur!”,

“Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de!” və s. aksiyalar reallaşıb.

“Həyatımızı nəinki sağlam, həm də maraqlı və

rəngarəng edən nə varsa hamısının qorunub

saxlanmasına birgə

töhfə verməliyik”

Leyla xanımın layihələri sırasında gənclərin yeni qlobal ekoloji kampaniyası olan İDEA-nı xüsusilə

qeyd etmək lazımdır. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələlərilə məşğul olan ən

böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə

bağlı yaradıcı yanaşması vardır. Bu kampaniya çərçivəsində artıq ilk addımlar atılıb. Belə ki, BMT

İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. İDEA

müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin

qorunması vacib məsələlərdən olduğundan ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım

Əliyevanın müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji

müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub

Page 14: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

14

saxlanmasına birgə töhfə verməliyik. Məhz bu münasibətin məntiqi olaraq İDEA qlobal gənclik ekoloji

kampaniyasına start verilib. Qeyd edək ki, İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən

dəstəklənib. İDEA xətti ilə həyata keçirilən tədbirlərdə gənclərin və tələbələrin demək olar ki, bütün iri

təşkilatları iştirak edir. Bu, “Bir planet - bir gələcək” devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda

“böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib.

Bunlar ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. Kampaniyanın rəhbəri problem barəsində

Azərbaycan və dünya ictimaiyyətini maksimum məlumatlandırmaq və yox olmaq təhlükəsi qarşısında

olan növlərin qorunub saxlanması üçün konkret layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.

“Müharibə cinayətinin

Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində

dünyanın bir çox ölkələrində qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun

nümayəndəliyi tərəfindən silsilə olaraq təbliğat materialları əsasında bir sıra şəhərlərdə keçirilir. “Xocalı

soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə

xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı soyqırımı haqqında dərc edilmiş materiallar nümayiş olunur.

“Qarabağ həqiqətləri” bukleti də bu sırada önəmlidir. Buklet Qarabağın tarixi, münaqişənin başlanması,

Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti

haqqında ətraflı informasiya almağa imkan verir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında

obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn belə tədbirlərə müxtəlif

qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də xarici kütləvi informasiya

vasitələrinin əməkdaşları dəvət olunurlar. “Xocalıya ədalət” musiqi manifestinin təqdimat mərasimi də bu

sırada görülən işlərdəndir. Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim yad edir və bu

həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniş istifadə edir. XX

əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı tariximizin ən acı səhifəsi kimi

gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamalıdır. Gənclər tarixdən nəticə çıxarmalı,

gələcəkdə bu kimi faciələrin bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar. Xocalı faciəsinin və

bütövlükdə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin

konkret tarixi faktlarla gənclərimizin diqqətinə çatdırılması hər bir dövlət orqanının ümdə borcu və

vəzifəsi olmalıdır.

“Xocalıya ədalət” rep üslubunda yazılmış mahnı Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan

həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Mahnıya çəkilən klipin çəkilişləri Şəhidlər

Xiyabanında və Ağcabədi rayonunu qaçqın düşərgəsində aparılmışdır. Mahnıda müasir rep ritmləri ilə

yanaşı milli musiqimizin elementləri - muğam və balaban musiqisindən istifadə edilmişdir. Xocalı

soyqırımının 23-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Braziliyada, Londonda, Koreyada

və onlarla dünya ölkələrində Azərbaycan həqiqətləri müxtəlif şəkildə təqdim edilib. Bütün bunlarla

yanaşı, bu yaxınlarda Koreya dilində Xocalı soyqırımı haqqında videoçarx hazırlanaraq, ən böyük axtarış

saytı olan “Naver”, eləcə də “Google” və “Youtube”da yerləşdirilib.

Videoçarxda Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı

yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz

işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin salındığı bildirilir. Videoçarxda,

həmçinin faciə şahidlərinin dəhşətli hadisələrlə bağlı sadaladıqları faktlara yer verilib. Heydər Əliyev

Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq

təbliğat-təşviqat kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim

kürsüsündə” adlı kitab çapdan çıxıb. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Sankt-Peterburqda və

İstanbulda çap olunmuş kitab rus və türk dillərindədir.

Kitaba ön sözü Leyla Əliyeva yazıb:” 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən

faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının

bölgənin mərkəzi Xankəndində dislokasiya edilmiş hərbi hissəsinin köməyilə Xocalı şəhərinin dinc

azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o

zaman bölgədə olan bütün nümayəndələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən

kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış,

qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması

üçün var qüvvəsini səfərbər etmişdir”.

Page 15: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

15

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı Xocalı soyqırımı

haqqında Qərbdə ingilis dilində çap edilmiş ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin

müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi,

beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolar yer alıb.

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyin gördüyü işlərin hər birinin əsasında vətənə xidmət,

Azərbaycan dəyərlərinin təbliği, eləcə də onun milli mədəniyyəti, incəsənətinin təbliği dayanır. Bu

görülən işlərin də ideyası məhz bu prinsiplərə söykənir.

“İki sahil”.-2015.-4 mart.-№ 41.-S.4.

Page 16: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

16

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz bayramı ərəfəsində bir

sıra uşaq evlərinə baş çəkib

Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.

Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində

uşaqların əl işlərindən ibarət sərgiyə baxdı. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində

yaradılan şəraitlə tanış oldu, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlandı. Bildirildi ki,

internat evi Fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən

qurulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin

Reabilitasiya Mərkəzində də oldu. Məlumat verildi ki, Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri

nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət

göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izlədi.

Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəldi. Heydər Əliyev Fondunun vitse-

prezidenti uşaqlarla söhbət etdi, onların arzu və istəklərini dinlədi.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq

Psixonevroloji Mərkəzində oldu, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak

etdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin

sakinlərinə də bayram təbriklərini çatdırdı. Məlumat verildi ki, bu körpələr evində 4 yaşınadək 52 uşaq

yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir

standartlar səviyyəsində olacaq.

Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.

“Xalq qəzeti”.-2015.-12 mart.-N 56.-S.4.

Page 17: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

17

Heydər Əliyev Fondu beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilib

Mehriban Əliyeva Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeni ilə təltif edilib

Elnur HACALIYEV

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda

da yüksək qiymətləndirilir. 2004-cü ildən ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev

Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik

irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ümummilli liderin

mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda

möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla

həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmişdir. Xalqın mənəvi

sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu ilk növbədə ulu

öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin

edən mühüm ideoloji-humanitar mərkəzdir.

Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir

vətəndaşın müraciətinə həssaslıqla yanaşması ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o

cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Fondda hər bir vətəndaşın müraciətinə

həssaslıqla yanaşılır, mümkün qədər onların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada fond həm

də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai

qurumdur. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika

hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. 2004-cü ildə

UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım

Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə də layiq

görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan

xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin

mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuşdur.

2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda

isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci il iyunun 24-də Mehriban xanım

Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də isə MDB iştirakçısı olan

dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası

Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim

edilib. 2014-cü ilin mayında Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə,

həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı

xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına

verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə,

həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və

humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında

“İlin Birinci Xanımı” mükafatına layiq görülüb. 2014-cü ilin iyununda Azərbaycanın birinci xanımı

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic

Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn cari il fevralın 11-də Azərbaycanın birinci

xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Hilal-e-Pakistan” ordeni ilə təltif

edilməsi barədə sərəncam imzalayıb. “Hilal-e-Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Hilal-e-Pakistan” ordeni ilə təltif olunan

ilk birinci xanımdır. Bütün bu yüksək təltiflər Heydər Əliyev Fondunun beynəlxalq miqyasda tanındığını

və fəaliyyətinin rəğbətlə qarşılandığını göstərir.

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin bu günlərdə Azərbaycana rəsmi səfəri

çərçivəsində Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim

edilməsi mərasimi oldu. Azərbaycanın birinci xanımının “Hilal-e-Pakistan” ordeni ilə təltif edilməsi

barədə müvafiq qərar oxundu. Qərarda deyilir: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2004-cü

Page 18: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

18

ildə Heydər Əliyev Fondunun prezidenti təyin edilmişdir. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, ətraf

mühit və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək Azərbaycanın sosial-iqtisadi inkişafına

töhfələr verir. Fondun fəaliyyəti tədricən dost ölkələri, o cümlədən Pakistanı da əhatə etməyə başladı.

2005-ci ilin oktyabrında Pakistanda zəlzələ baş verdikdən sonra fond 2007-ci ildə Müzəffərabadın Rara

qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə

fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə

yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir.

2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə

yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam

təchiz edilmiş təcili tibbi yardım maşını və 2 min qan paketi çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun

klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə fond Azərbaycanın 12

nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36

təqaüd ayırmışdır. Pakistanda göstərdiyi xidmətlərə, eləcə də verdiyi böyük töhfəyə görə Pakistan İslam

Respublikasının Prezidenti Mehriban xanım Əliyevanı “Hilal-e-Pakistan” ordeni ilə təltif etməkdən

məmnun olduğunu bildirmişdir”.

Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-

hökumət təşkilatına çevrilmiş, müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə

etmişdir. Ötən 11 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının,

İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına,

gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına,

sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına

həsr olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur.

Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə

işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq

miqyasda qorunması fondun fəaliyyətində əsas istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun ən

uğurlu layihələrindən hesab edilən “Qarabağ həqiqətləri” silsiləsi də buna bariz nümunədir. Beynəlxalq

ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor

təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi

haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanmaşı”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı

erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”

kitabçalarından ibarətdir.

Bütün bunlarla yanaşı, fond həm də regional inkişafa xidmət edən sosial layihələrin

gerçəkləşdirilməsinə sanballı töhfəsini verir. Heydər Əliyev Fondunun həyata keçirdiyi sosialyönümlü

layihələr nəinki Bakının, ümumilikdə Azərbaycanın bir sıra regionlarını əhatə edir. Yeni təhsil, səhiyyə,

mədəniyyət müəssisələrinin inşası ilə yanaşı, fond həm də əhalini qayğılandıran lokal xarakterli

problemlərin də həllində yaxından iştirak edir.

“Azərbaycan”.-2015.-13 mart.-N 57.-S.7.

Page 19: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

19

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və

Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla

Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb.

IDEA İctimai Birliyindən verilən məlumata görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri

Hüseynqulu Bağırovun da iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun

həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin

genişləndirildiyi qeyd olunub. Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və

ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq

səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis edilib. Beş

qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan artıq insanı bir araya

gətirir. Federasiyanın əsas məqsədləri dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik

təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən

beynəlxalq struktur kimi tanınıb.

“Xalq qəzeti”.-2015.-7 aprel.-N 71.-S.4.

Page 20: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

20

Heydər Əliyev Fondu Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan

Araşdırmalar Mərkəzi açılıb

Mərkəzinin açılması iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət

edəcək

Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi 2007-ci il sentyabr ayının 24-də fəaliyyətə

başlayab. Nümayəndəliyin rəhbəri İqbal Hacıyevdir. Heydər Əliyev Fondunun və Azərbaycanın

Rumıniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Rumıniyanın Milli Olimpiya Komitəsində "Bakı-2015"

ilk Avropa Oyunları ilə bağlı təqdimat mərasimi keçib. Mərasimdə Rumıniyanın idman federasiyalarının

rəhbərləri, "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək rumın idmançıları, ziyalılar, dövlət rəsmiləri,

ölkənin qabaqcıl turizm şirkətlərinin rəhbərləri, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri,

burada yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev çıxış edərək bu

tədbirin ilk Avropa Oyunları barədə məlumatın rumın ictimaiyyətinə çatdırılması istiqamətində mühüm

əhəmiyyət kəsb etdiyini deyib. İ. Hacıyev Oyunlara hazırlıq işlərinin ən yüksək səviyyədə aparılması,

prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri,

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə

göstərdikləri dəstəyi xüsusi vurğulayıb. Direktor yarışların keçirilməsi üçün yeni tikilən və bərpa olunan

idman kompleksləri barədə interaktiv şəkildə məlumat verib. O, həmçinin idmançılar üçün yaradılan

şərait, Olimpiya şəhərciyi, Bakının gözəlliyi, İçərişəhər, Dənizkənarı park, Heydər Əliyev Beynəlxalq

Hava Limanı, KİV-lər üçün nəzərdə tutulan media mərkəzindən bəhs edib. Sonra Avropa Oyunları barədə

film nümayiş etdirilib. Rumıniya Milli Olimpiya Komitəsinin sədri Alin Petrake, gənclər və idman naziri,

Olimpiya çempionu xanım Qabriela Szabo bu tədbiri təşkil etdiyinə görə Heydər Əliyev Fonduna

minnətdarlıqlarını bildiriblər.

Onlar Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın

təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsi istiqamətində apardığı fəal işi yüksək

qiymətləndirdiklərini vurğulayıblar. "Bakı-2015" ilk Avropa Oyunlarının gənc idmançıların yarışmaları

üçün gözəl fürsət olduğu bildirilib, Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam

cəmiyyətin qurulmasında nailiyyətləri yüksək qiymətləndirilib. Rumıniyanın bu idman yarışına böyük

heyətlə qatıldığı diqqətə çatdırılıb. Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov Avropa

Oyunlarının idmançıların özlərini sınamaları və Bakının bu kimi mötəbər beynəlxalq tədbirlərə ev

sahibliyi etməsi və daha böyük təcrübə qazanması istiqamətində mühüm addım olacağını bildirib.

Diplomat Azərbaycanın Avropa və dünya miqyaslı yarışları ən yüksək səviyyədə keçirməsini beynəlxalq

idman cəmiyyətinə sübut etdiyini vurğulayıb. F. Abdinbəyov Azərbaycanda yaradılan Olimpiya

kompleksləri, ölkədə gənclərin idmana marağının artması, Azərbaycan dövlətinin gənclərə diqqət və

qayğısını xüsusi vurğulayıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin

müdiri Könül Nurullayeva Avropa Oyunlarının yaranması tarixi, mahiyyəti, məqsədi, burada təmsil

olunan idman növlərinin sayı barədə məlumat verib. O, bu Oyunların keçirilməsi üçün məhz Bakı

şəhərinin seçilməsinin səbəbləri barədə danışıb. Azərbaycanın hər zaman bu cür yüksək səviyyəli

tədbirlər keçirməyə hazır olduğunu vurğulayıb. Bir müddət əvvəl isə Heydər Əliyev Fondunun dəstəyi ilə

Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində

Azərbaycan Araşdırmalar Mərkəzi açılıb. Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr,

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər

Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Azərbaycan Respublikası

Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan

azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və kütləvi informasiya vasitələrinin

nümayəndələri iştirak ediblər. Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya

nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlayıb.

Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi "Bakı" otağının açılışında

iştirak ediblər. Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev tədbir

iştirakçılarına mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. İqbal Hacıyev bildirib ki, mərkəzdə

Azərbaycan dili tədris olunacaq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi təbliğ ediləcək, ölkədə gedən

Page 21: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

21

inkişaf prosesləri barədə rumın tələbələrə məlumat veriləcək. Qeyd olunub ki, Azərbaycan Araşdırmalar

Mərkəzinin açılması iki xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə

xidmət edəcək.

Rumın-Amerikan Universitetinin rektoru Ovidiu Folcut Heydər Əliyev Fondunun prezidenti,

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Rumın-Amerikan Universitetinə verdiyi böyük önəm

üçün təşəkkür edib, Fondun Rumıniyadakı nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. Rektor

yeni imzalanan sazişin və yeni yaradılan Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan

dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Ovidiu Folcut

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti

nəticəsində yüksək inkişafa malik olan Azərbaycanı təbrik edib. Tədbirin sonunda Azərbaycanın

inkişafını əks etdirən "Azərbaycanın inkişafı: Neftdən sənayeyə doğru" filmi göstərilib. Rumıniya-

Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatları,

xüsusilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın Rumıniyadakı fövqəladə və

səlahiyyətli səfirliyi ilə sıx əməkdaşlıq şəklində işləyir və fondun təşkil etdiyi tədbirlərə yaxından dəstək

verir. Belə tədbirlərdən biri də Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü ilə

Buxarestdə 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə keçirilib. Azərbaycan

Respublikasının Rumıniyadakı Səfirliyi və Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyi tərəfindən

keçirilən tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və

Gənclər Assosiasiyasının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniyadakı

nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran

azərbaycanlıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir proqramında azərbaycanlıların

soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan,

Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda törədilən vəhşiliklər, 275 kəndin dağıdılması,

1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran

rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd

olunub, Qubada 122 kənd, Dağlıq Qarabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211

kənd və Qars vilayətində 92 kəndin dağıdıldığı vurğulanıb. Bundan başqa, 1918-1920 illərdə repressiya

zamanı indiki Ermənistanda yaşayan 575000 azərbaycanlıdan 565000 qovulduğu və öldürüldüyü diqqətə

çatdırılıb. Çıxış edənlər 1948-1953-cü illərdəki deportasiyadan söhbət açaraq, 1946-47-ci illərdə

Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan, Fələstindən, Fransadan, Birləşmiş

Ştatlardan, Misirdən, İraqdan və Rumıniyadan 86300 erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və

bununla bağlı 1948-50-ci illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100000 azərbaycanlının öz yaşayış

yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat veriblər. Yığıncaqda çıxış edən natiqlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən danışaraq,

Ermənistanın işğalçılıq siyasəti, 26 fevral 1992-ci il tarixində Xocalı faciəsi, 2 aprel 1993-cü il tarixində

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın

mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret

faktlarla tədbir iştirakçılarını məlumatlandırıblar.

Qeyd olunub ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin

Azərbaycanlıların Soyqırım Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi fərman böyük tarixi

əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi

dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir. Sonra Azərbaycanlıların soyqırımının

dəhşətlərini əks etdirən fotoguşə iştirakçılara nümayiş etdirilib. Həmçinin Azərbaycanlıların Soyqırımı

Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış geniş pres-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-

hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə də göndərilib. Ötən

ilin avqust ayında Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı

fəaliyyətini intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya

Prezidentinin administrasiyasına, hakimiyyət orqanlarına, ölkədəki tanınmış mətbuat orqanlarına və

beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib. Müraciətdə Ermənistan silahlı

qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv

pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin

qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür,

sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara odlu silahlardan atəş açılır. Sənəddə

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edilir, Azərbaycanın 20 faiz

torpağının 20 ildən çoxdur ki, erməni əsarətində olduğu, bir milyondan çox qaçqının və məcburi

Page 22: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

22

köçkünün öz yurdlarını itirməsi, işğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin

822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı vurğulanır. Müraciətin sonunda

təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilib.

“Paralel”.-2015.-11-13 aprel.-№ 63.-S.10.

Page 23: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

23

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı

kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb

Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva aprelin 11-də Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi

informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Sonra Azərbaycanın birinci xanımı “Rossiya-24”

telekanalının “Vesti nedeli” həftəlik analitik informasiya proqramına müsahibə verib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun

vitse-prezidenti Leyla Əliyevanı TASS Agentliyində səmimiyyətlə qarşıladılar.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü açaraq bildirdi ki, Azərbaycanın

birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS

Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə

məlumat verən M.Qusman qeyd etdi ki, bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu

Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada

olmasından məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk

Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkəmizdə

görülən işlərdən bəhs etdi. Bildirdi ki, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün

həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı dedi ki, ölkəmizdə bu Oyunlara

dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var.

“Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev

Fondunun prezidenti vurğuladı ki, hazırda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final

mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam

hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir.

Azərbaycanın birinci xanımı bildirdi ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar ölkədə

idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman

infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla

bağlıdır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğuladı ki, bu Oyunlarda iştirak edəcək

idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər

görülüb.

Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək

yaradılan ən gözəl kəndlərdən biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media

Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara

baxmağa dəvət etdi.

Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri

rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırdı. Bildirildi ki,

Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son

illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban

Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurlar, beynəlxalq idman

ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verdi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondu və Fondun Rusiya

nümayəndəliyinin fəaliyyəti barədə danışdı. Səfir bildirdi ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın

rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif şəhərlərində çox mühüm humanitar və sosial

layihələr həyata keçirir.

Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxdı.

Sonra Heydər Əliyev Fondunun prezidenti “Rossiya-24” telekanalının “Vesti nedeli” verilişinə

müsahibə verdi.

Müsahibədə ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri bu Oyunlara hazırlıqla bağlı görülən

işlərdən ətraflı danışdı.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2015.-12 aprel.-N 76.-S.7.

Page 24: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

24

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub

Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və

Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat

mərasimi keçirilib.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, Brüsselin “Egmont” sarayında təşkil olunan

təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq

Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander

Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.

Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin

iştirak etdikləri tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və

“Bakı-2015”ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci

Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üzrə

hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi baxımından həyata keçirilmiş işlər barədə

məlumat verilir.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi

uğurlardan danışaraq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyət və idmana dövlət

qayğısının nəticəsi olduğunu bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu

mötəbər tədbirin idmançılar, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və çox qısa

vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman bayramının şahidi olacaqlarını söyləyib.

“Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika

Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard

Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da

əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən

müxtəlif caz kompozisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda, paytaxt Bakı və

Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan fotosərgi ilə də tanış olublar. Sonda qonaqlara Heydər

Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.

Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində

Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə “Bakı-2015”in təqdimatına həsr olunan tədbirlər

keçirilir. Bu təqdimat mərasimləri birinci Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat

Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı

baxımından önəmlidir.

“Xalq qəzeti”.-2015.-16 aprel.-N 79.-S.5.

Page 25: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

25

“Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi təqdim

olunub:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib

Aprelin 24-də “Nizami” Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan

“Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filminin

təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə

aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

Təqdimat mərasimində çıxış edən İqor Bışnyov bildirib ki, “Quşlar cənnəti - Ağgöl Milli Parkı”

“Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınan sayca ikinci filmdir. Rejissor layihənin

təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirərək, qonaqları filmin çəkiliş prosesi haqqında ətraflı

məlumatlandırıb və təəssüratlarını bölüşüb.

Rejissor deyib: “Planetimizdə milli parkların sayı artdıqca, övladlarımızın xoşbəxt gələcək şansı da bir

o qədər çoxalır. Bu baxımdan “Azərbaycanın 9 möcüzəsi” layihəsinin böyük əhəmiyyəti var.

Azərbaycanda təbiətin mühafizəsi sistemi postsovet məkanında ən yaxşısıdır. Bu sahədə ölkənizin

rəhbərliyinin xüsusi rolu var. Azərbaycan Prezidenti İlham Əliyevin milli parkların açılışında şəxsən

iştirakı bunu bir daha təsdiqləyir".

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi ölkəmizin 9 milli parkında geniş sənədli filmin

hazırlanmasını nəzərdə tutur. Bu layihə çərçivəsində ötən il “Şirvan Milli Parkı” adlı ilk sənədli film

ictimaiyyətə təqdim olunub və böyük maraqla qarşılanıb. Film Azərbaycanın yerli telekanallarında,

habelə beynəlxalq film festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş olunub.

Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur Yalama Milli

parklarından bəhs edən filmlərin çəkilişi də planlaşdırılır.

IDEA İctimai Birliyi “Quşlar cənnəti - Ağgöl Milli Parkı” filmini ali təhsil müəssisələrində və IDEA-

nın resurs mərkəzlərində nümayiş etdirməyi nəzərdə tutur.

Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin

vacibliyini diqqətə çatdırmaqdır.

Təqdimat mərasimində, həmçinin hazırda çəkilişləri aparılan “Göygöl Milli Parkı” filmindən kadrlar

da nümayiş etdirilib. İqor Bışnyovun sözlərinə görə, Azərbaycanın ilk qoruğundan bəhs edən film ölkədə

qoruq işinin bu il qeyd edilən 90 illik yubileyinə töhfə olacaq.

Sonra “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub. Bir saata yaxın davam edən

filmdə Ağgöl Milli Parkında məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti

hərtərəfli əksini tapıb. Filmdə, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi

Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının

yenidən bərpası” layihəsinə dair kadrlar da yer alıb.

Film böyük maraqla qarşılanıb.

“Xalq qəzeti”.-2015.-25 aprel.-N 87.-S.2.

Page 26: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

26

Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində Qələbəyə həsr olunan “Hədəf Bakıdır.

Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü

necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək. İlk nümayiş Heydər

Əliyev Mərkəzində təşkil olunacaq.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildirilib ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə

həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru

Robert Maqnerotdur (Robert Mugnerot).

Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan

neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı Azərbaycandan 700 min adam cəbhəyə yollanıb,

onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Azərbaycan bu müharibədə təkcə insan resursları ilə

iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Böyük

Vətən müharibəsi illərində SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verib. Bu isə o deməkdir ki,

döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.

“2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilir. Bu qələbənin

qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır”, - deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə

müraciətində qeyd edir.

Arzu Əliyevanın sözlərinə görə, “Hədəf Bakıdır” sənədli filminin yaradılmasında əsas məqsəd

Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə

çatdırmaqdır. “Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların - ön cəbhədə

döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə

dərin hörmət və ehtiramımızın təzahürüdür”,- deyə filmin baş prodüseri bildirib.

Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində

tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

“Clarke Costelle&Co” şirkətinin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini -

“Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

İstehsalı 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ,

Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox

videomaterial, foto və digər sənədlər araşdırılıb.

Filmdə İkinci dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş

prizmasından baxılır. Tamaşaçılar, həmçinin İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə dair

bu günə kimi nümayiş etdirilməyən videokadrları yeni təqdimatda - bərpa olunmuş rəngli formatda seyr

edəcəklər.

Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də

tərcümə olunub.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da “National

Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.

“Xalq qəzeti”.-2015.-30 aprel.-N 91.-S.9.

Page 27: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

27

Azərbaycan Heydər Əliyev Fondu və IDEA-nın dəstəyi ilə Venesiya Biennalesində

təmsil olunur

Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər

Əliyev Fondunun dəstəyi ilə təşkil olunan Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış

mərasimi olacaq.

Venesiyanın izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında

yerləşən Azərbaycan pavilyonunda ilk olaraq Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim

Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu “Hüdudları

aşaraq” (“Beyond the Line”) sərgisinin açılış mərasimi keçiriləcək.

“Hüdudları aşaraq” sərgisi XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların

əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. Sovet rejimi dövründə kommunist ideologiyasına qarşı

çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, rəssamlar ölkədən

kənara çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan

ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Həmin gün Venesiya Biennalesində “Vita Vitale” beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev

Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdikləri bu

sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir.

Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland,

Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski

(Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony

Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər

məşhur rəssamların əl işləri yer alıb.

“Vita Vitale” sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur.

Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf

mühit məsələlərində rəssamların düşüncəsini işıqlandırır. “Vita Vitale”, həmçinin planetimizin ekosistemi

və insanların təbiətə göstərdiyi təsir arasındakı zərif balansı təhlil edir. Sərgi insanları ətraf mühitin

mühafizəsində rolunu artırmağa çağırır, eyni zamanda dünyanın gələcəyinin qorunması üçün kreativ

ideya və alətlər təklif edir.

Hər iki sərgi noyabrın 22-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. O, müasir

incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir

meyilləri müzakirə etmək üçün gözəl fürsətdir.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına

dəstək verən layihələr həyata keçirir. Onlardan biri də ölkəmizin Venesiya Biennalesində iştirakı

layihəsidir. Müxtəlif ölkələrin və fərqli mədəniyyətlərin təmsil olunduğu bu sənət festivalında

Azərbaycan 2007-ci ildən iştirak edir. Bu il ölkəmiz Venesiya Biennalesində artıq beşinci dəfədir təmsil

olunur.

Xatırladaq ki, sonuncu dəfə 2013-cü ildə keçirilən 55-ci Venesiya Biennalesindəki “Ornamentlər” adlı

Azərbaycan pavilyonu da Lezze Sarayında qurulmuşdu. Həmin il Azərbaycanı bu sərgidə altı rəssam –

Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və

Çingiz təmsil edirdi.

“Azərbaycan”.-2015.-5 may.-N 95.-S.16.

Page 28: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

28

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva

təqdimat mərasimində iştirak edib

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin təqdimatı keçirilib

Mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf

Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Arzu Əliyeva

təqdimat mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin

rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur

(Robert Mugnerot).

Filmin nümayişindən əvvəl çıxış edən Arzu ƏLİYEVA mərasim iştirakçılarını salamlayaraq dedi:

- Bu il bütün dünya faşizm üzərində Qələbənin 70 illik yubileyini qeyd edir. Bu tarixi hadisə

münasibətilə Azərbaycanın bütün müharibə veteranlarını təbrik edirəm. Azərbaycan bu qələbəyə böyük

töhfələr vermişdir. Xalqımız cəbhəyə 700 minə yaxın oğul və qızını yola salmışdır. Onların təxminən

yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Bir çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına

layiq görülmüş, müxtəlif orden və medallarla təltif edilmişdir. İkinci Dünya müharibəsində qələbənin

qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının

sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin

olunmasında böyük rol oynamış tank və təyyarələr Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkət edirdi.

Azərbaycan xalqının bu müharibədə göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.

Ölkəmizin tarixinin bu məqamlarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Bakı

Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə sənədli film hazırlamağı qərara aldı. Biz dünya

şöhrətli prodüser Lui Vodevilə müraciət etdik və mən ona bu uğurlu iş birliyinə görə dərin

minnətdarlığımı bildirirəm. Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs edən bu filmi dünya

ictimaiyyətinə məşhur rejissor Robert Maqnerot təqdim edir. Filmin hazırlanmasında iştirak edən hər bir

kəsə öz təşəkkürümü bildirirəm.

Sonra çıxış edən prodüser Lui Vodevil filmin çəkiliş prosesləri barədə geniş məlumat verdi. Bildirdi

ki, ona göstərilən etimadı doğrultmaq üçün öz həmkarları ilə bütün qüvvə və bacarıqlarını səfər edib.

Filmin çəkilişinin hər mərhələsində Arzu Əliyevanın olduqca fəal iştirak etdiyini diqqətə çatdıran

prodüser ona təşəkkürünü bildirdi.

Lui Vodevil filmin çəkilişində göstərilən dəstəyə və dəyərli tövsiyələrə görə Azərbaycanın birinci

xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərin minnətdarlığını ifadə etdi.

Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu deyən Lui Vodevil ölkənin uğurlarını təmin

edən strategiyanın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin

hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğuladı.

Sonra film nümayiş olundu.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin çəkilməsində məqsəd Azərbaycan

xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti

gələcək nəsillərə çatdırmaqdır. İlkin mərhələdə filmin mövzusu müxtəlif ölkələrin ekspertləri tərəfindən

araşdırılıb.

Filmin təkcə HD formatına keçirilməsi, bərpası və rənglənməsi üç aydan çox davam edib. Hazırlıq

işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında “National Geographic” kanalının 10

əməkdaşı, həmçinin ayrı-ayrı ölkələrdən 45 nəfərlik heyəti yaxından iştirak edib. Ümumilikdə, filmin

təxminən 50 milyon tamaşaçı tərəfindən izlənilməsi gözlənilir. Film müharibənin ağrı-acısını yaşayan hər

kəsin, həmçinin ön cəbhədə döyüşənlərin, arxa cəbhədə gərgin əməyi ilə böyük qələbədə payı olan

insanların xatirəsinə ithaf edilir.

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki

rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

Qeyd edək ki, filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində

tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb. Bu şirkətin İkinci Dünya

müharibəsindən bəhs edən digər filmini – “Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171

ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

Page 29: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

29

Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı Azərbaycan,

Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə

çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş

prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş

olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə

olunub.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi mayın 8, 9 və 10-da “National

Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka,

Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə

nümayiş etdiriləcək.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

“Azərbaycan”.-2015.-5 may.-N 95.-S.4-5.

Page 30: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət

Mərkəzinin Venesiyadakı sərgisində iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya Biennalesi çərçivəsində

YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin açılışında

iştirak edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva sərgi ilə tanış olub.

Heydər Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, “Odla suyun birliyi” layihəsinin

ideyasını iki rəssamın - Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə

Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın videoinstalyasiyaları izləyicilərin

böyük marağına səbəb olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal

və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. O deyib ki, bu, Azərbaycanın müasir incəsənət

sahəsindəki rəssamlarını dünyaya tanıtmaq, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin

genişləndilməsi baxımından vacibdir.

“Odla suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən videoçarxla

birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni

araşdırır. Sərginin nümayişi üçün Venesiyanın “Palazzo Barbaro” sarayının seçilməsi də təsadüfi deyil.

Belə ki, bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi venesiyalı tacir və diplomat İosafat Barbaro

idi. Qeyd edək ki, İosafat Barbaro XV əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri

barədə yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi mesenat

Murtuza Muxtarovun sarayından - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş

möhtəşəm memarlıq abidəsindən - “Səadət Sarayı” kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza

Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad

Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı timsalında birlik və münaqişə, eşq

və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır.

Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir.

Almagül Menlibayevanın videoinstalyasiyası bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş

etdirilir. Film Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının

hekayəsini təqdim edir və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları

araşdırır.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə

təşkil olunmuş bu ekspozisiya mayın 9-dan noyabrın 22-dək 56-cı Beynəlxalq Venesiya Biennalesi

İncəsənət Sərgisində ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı

Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq

səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

Bakıda yerləşən “YARAT” təşkilatı özünün nizamnaməsi çərçivəsində sərgilər, təhsil proqramları və

festivallar kimi fəaliyyət növləri ilə, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və xarici rəssam

cəmiyyətləri və şəbəkələri arasında əlaqələrin təşviqi və təcrübə mübadiləsinin təşkili ilə məşğuldur.

“YARAT”ın təhsillə bağlı təşəbbüsləri sırasında mühazirələri, seminarları və gənc rəssamların

dəstəklənməsinə yönəlmiş “ARTIM” proqramını da qeyd etmək olar. “ARTIM” proqramı Azərbaycanın

istedadlı gənc rəssamlarına öz əsərlərini peşəkar səviyyədə nümayiş etdirmək imkanı yaradır. Bundan

başqa, “YARAT” yerli müasir incəsənət infrastrukturunun inkişafı ilə bağlı vədlərə əməl edərək, 2012-ci

ildə “Yay” sərgi salonunu da yaradıb.

“Xalq qəzeti”.-2015.-13 may.-N 100.-S.7.

Page 31: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

31

Heydər Əliyev Fondu körpələrə bayram sevinci yaşatdı

Mayın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və

kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bu gün

ölkəmizdə uşaqlara və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlar üçün yaradılan

hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Qeyd edib ki, ulu

öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaqların sağlam və bilikli böyümələri yönündə bir

sıra tədbirlər həyata keçirib, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası ümummilli lider Heydər

Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli

strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyevin və xanımı,

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət

yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Fondun uşaqların intellektual və fiziki

inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların

göstərdikləri nömrələri maraqla izləyiblər.

Tanınmış incəsənət ustalarının çıxışları ilə davam edən tədbirdə iştirak edən bütün uşaqlara Heydər

Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.

“Xalq qəzeti”.-2015.-28 may.-N 113.-S.11.

Page 32: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

32

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək

Heydər Əliyev Fondu Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi

Qoruğunun bərpası işlərini həyata keçirəcək. Bununla əlaqədar mayın 27-də Sofiyada “Trapezitsa”

Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri

haqqında" saziş imzalanıb.

Bolqarıstana səfər edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Heydər Əliyev

Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Veliko-Tırnovo

şəhərində olub.

Azərbaycan nümayəndə heyətini qarşılayan Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri Daniel

Dimitrov “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi

mədəniyyət abidələri barədə məlumat verib.

Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri abidənin bolqar xalqının zəngin mənəvi dəyərlərindən biri

olduğunu diqqətə çatdıraraq, belə bir mədəniyyət qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpa və

təmir edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu nəcib missiyanın həyata keçirilməsinə görə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyevaya təşəkkürünü bildirib.

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də dünyanın bir

çox ölkələrində qədim mədəniyyət abidələrinin bərpa edildiyini diqqətə çatdıran Fondun icraçı direktoru

Anar Ələkbərov Bolqarıstan tarixinin bir parçası olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun

Azərbaycan tərəfindən yenidən qurulmasının ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xüsusi

təkan verəcəyini deyib. A.Ələkbərov son illər Azərbaycanda dini məbədgahların, mədəniyyət ocaqlarının

tikintisinə və bərpasına xüsusi diqqət yetirildiyini bildirib və Heydər Əliyev Fondunun Avropanın ən

məşhur abidələrindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması tarixinə imza

atmasının mühüm əhəmiyyətindən danışıb. İcraçı direktor bu layihənin Heydər Əliyev Fondunun

prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu bildirib.

Sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova bu abidənin bərpa edilməsinə

görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq

körpüsü adlandırıb.

Çıxışlardan sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar. Tədbir bolqar xalqının

qədim adət-ənənələrini özündə əks etdirən bədii proqramla başa çatıb.

Sonra paytaxt Sofiya şəhərinin Hökumət Evində Bolqarıstanın Baş naziri Boyko Borisov və

Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə tarixi abidənin bərpasına

dair Heydər Əliyev Fondu, Veliko-Tırnovo şəhər bələdiyyəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyi,

Bolqarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyi arasında saziş

imzalanıb.

İmzalanma mərasimində çıxış edən Baş nazir Boyko Borisov bu ilin mart ayında Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərindən sonra ölkələrimiz arasındakı

iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Müstəqil

Azərbaycan dövlətinin inkişaf edərək milli- mənəvi dəyərlərinin sahibinə çevrilməsindən məmnunluqla

söz açan Boyko Borisov xoşməramlı missiyası ilə dünyanın mədəni irsinin qorunmasına dəyərli töhfələr

bəxş edən Heydər Əliyev Fondunun Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa”

Memarlıq Muzeyi Qoruğunun bərpasını və yenidən qurulmasını öz üzərinə götürməsinin xalqlarımız

arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb və bu nəcib missiyaya görə

Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını

çatdırıb.

KİV nümayəndələrinin xüsusi diqqət mərkəzində olan tədbirdə Azərbaycan Respublikası Baş nazirinin

müavini Elçin Əfəndiyev və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək

memarı və qurucusu dahi Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövlətinin inkişaf edərək

bölgədə lider, beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrildiyini və bunun nəticəsində ölkəmizin

dünyanın ən möhtəşəm idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıblar. Ulu öndərin

siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan natiqlər

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunacaq qədim mədəniyyət abidəsinin Azərbaycan və

Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini bildiriblər.

Page 33: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

33

Qeyd olunub ki, sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb

divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət

mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa

gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirəcək. Bərpa və konservasiya

işlərinin 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

İqbal HACIYEV,

AZƏRTAC-ın xüsusi müxbiri

“Xalq qəzeti”.-2015.-28 may.-N 113.-S.11.

Page 34: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

34

İslamabadda əlil uşaqlar üçün mərkəzdə Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar

aksiya keçirilib

Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Fərabi adına

Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar aksiya keçirilib.

Tədbirdə Pakistan Nazirlər Kabineti Xüsusi Təhsil Departamentinin baş direktoru Liaqat Məhəmməd

Xan, mərkəzin direktoru Məhəmməd Şabbir, Azərbaycan-Pakistan Gənclər Forumun prezidenti

Məhəmməd Asif Nur, KİV nümayəndələri iştirak ediblər.

L.M.Xan çıxışında fiziki qüsurlu uşaqlara göstərdiyi yardıma görə Azərbaycanın birinci xanımı,

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Fondun Pakistandakı

fəaliyyətindən danışan natiq bu humanitar yardımı Pakistan və Azərbaycan arasında qardaşlıq

münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın

Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən bu ölkə qarşısındakı xidmətlərinə görə ali dövlət

mükafatı - “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu xatırladıb.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək xalqlarımız arasındakı sarsılmaz

qardaşlıq münasibətləri barədə söhbət açıb. O, Heydər Əliyev Fondu haqqında ətraflı məlumat verib,

birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi bu təşkilatın Azərbaycanda və xarici ölkələrdə elm,

mədəniyyət, səhiyyə və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib. D.Şikarov

Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar

sahələrdə proqramların həyata keçirildiyini vurğulayıb. O, Mehriban Əliyevanın bu ilin fevral ayında

“Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasını Azərbaycanın birinci xanımının Pakistanda həyata keçirdiyi

layihələrə yüksək qiymət verilməsi ilə yanaşı, bütün Azərbaycan xalqına hörmət əlaməti kimi

dəyərləndirib.

M. Şabbir mərkəzin fəaliyyəti haqqında məlumat verərək deyib ki, burada 200-dən artıq uşaq təhsil və

müalicə alır.

Azərbaycan-Pakistan Gənclər Forumunun Prezidenti M.A.Nur Pakistan-Azərbaycan

münasibətlərindən danışıb, Azərbaycana etdiyi çoxsaylı səfərlər haqqında söhbət açıb.

Sonra səfir 50 əlil arabasını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıqları Heydər

Əliyev Fondu adından mərkəzə təqdim edib.

Tədbirin sonunda mərkəzdə təhsil alan uşaqlar konsert proqramı ilə çıxış edib, fiziki qüsurlu oğlanlar

kriket oyununu nümayiş etdiriblər.

Sonra mərkəzin sakinləri və burada çalışan texniki heyətə nahar verilib.

D.Şikarov Pakistanın aparıcı televiziya kanallarına, elektron KİV-nə müsahibə verib, Heydər Əliyev

Fondunun fəaliyyəti, Azərbaycan-Pakistan münasibətləri haqqında söhbət açıb.

Qulu KƏNGƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

“Xalq qəzeti”.-2015.-4 iyun.-N 118.-S.3.

Page 35: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

35

İslamabaduatı Heydər Əliyev Fondunun İslamabaddakı xeyriyyə aksiyası haqqında yazır

Pakistan mətbİslamabaddakı Al-Farabi adına Əlil Uşaq Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi

ilə keçirilən humanitar aksiya Pakistan mətbuatında geniş işıqlandırılıb.

İngilis və urdu dillərində çap edilən “Pakistan Observer”, “The News”, “National Herald Tribune”,

“Diplomatic Star” “DNA”, “Centreline”, “Pakistan in the World”, “Daily Jinna”, “Daily Sama” qəzet,

jurnal və informasiya agentlikləri tədbir haqqında materiallar yayıb.

Materiallarda bildirilir ki, mərkəzdə keçirilən tədbirdə çıxış edənlər fiziki qüsurlu uşaqlara yardıma

görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq

edib, bunu Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndiriblər.

Qeyd edilir ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov tədbirdə xalqlarımız arasındakı

dostluq münasibətləri, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında söhbət açıb. D. Şikarov Mehriban

Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasının yüksək qiymətləndirildiyini

vurğulayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

“Azərbaycan”.-2015.-5 iyun.-N 119.-S.3.

Page 36: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

36

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda VI “Qız qalası” Beynəlxalq incəsənət

festivalı keçiriləcək

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq

incəsənət festivalı keçiriləcək.

Fonddan AZƏRTAC-a bildiriblər ki, İçərişəhərdə təşkil olunacaq ənənəvi festivalda 17 ölkədən 27

rəssam iştirak edəcək.

“Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab

olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız

qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks

etdirən əsərlər yaradırlar. Bu nadir işlər dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilərək,

Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız qalasının təbliğində mühüm rol oynayır.

Daim incəsənətin sərhədlərini genişləndirən “Qız qalası” festivalı çərçivəsində bu il rəssamlara,

həmçinin “Bakı-2015" birinci Avropa Oyunlarının rəmzləri olan nar və ceyran heykəllərini də rəngləmək

təklif olunacaq.

“Xalq qəzeti”.-2015.-6 iyun.-N 120.-S.8.

Page 37: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

37

Heydər Əliyev Fondunun yeni layihəsi olan “XX-XXI əsr Azərbaycan rəngkarlığı”

ekspozisiyası açılıb

İyunun 8-dən Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi

olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə

edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.

Məlumat verildi ki, burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla

yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulan sənətkarların əsərləri sərgilənir.

Müasir Azərbaycanın təsviri incəsənət tarixi nisbətən gəncdir və XX yüzilliyin birinci yarısına təsadüf

edir. Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlayıb. Lakin müasir

təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və əhəmiyyətli addım Bakıda 1920-ci ildə ilk

Rəssamlıq Məktəbinin açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktəbinin ilk buraxılışı Azərbaycana əsl

sənətkarları – milli rəngkarlıq məktəbinin formalaşmasının əsasında duran çox müxtəlif və son dərəcə

istedadlı rəssamları bəxş edib. Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələdə rəssam-

nonkonformistlər tamamilə başqa bədii-plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün

yol açıblar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoyub. Bu parlaq və bənzəri olmayan

sənətkarların yaradıcılıq metodu “Abşeron rəngkarlıq məktəbi” adını alıb.

Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Yeni formasiya

rəssamlarının yaradıcılığı əsl düşüncə oyunlarıdır.

Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs

edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan

yaradır.

“Xalq qəzeti”.-2015.-9 iyun.-N 122.-S.4.

Page 38: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

38

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada

“Qanın milləti yoxdur” aksiyası keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Ümumdünya Qan Donoru Günü münasibətilə

Moskvada “Qanın milləti yoxdur” adlı ənənəvi illik aksiya keçirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil

edilmiş bu humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin klinik

transfuziologiya və hematologiya kafedrasında keçirilib.

Heydər Əliyev Fondunun Moskva səhiyyə müəssisələrində qan köçürülməsinə ehtiyacı olan

pasiyentlərə kömək göstərilməsi üzrə layihəsinin tərkib hissəsi olan aksiyada Azərbaycan, Rusiya,

Malayziya, Yunanıstan, Özbəkistan, Gürcüstan və Çindən olan 100-ə yaxın tələbə iştirak edib.

RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri

namizədi Samir Əliyev qeyd edib ki, qanvermə aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıqlarının

vəziyyəti barədə məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş

görürlər.

Xatırladaq ki, RAGB son yeddi ildə bu universitetin tələbələri və əcnəbi tələbələrlə iş üzrə dekanlığın

əməkdaşları ilə birlikdə mütəmadi olaraq bu cür aksiyalar keçirir.

“Qanın milləti yoxdur” adlı humanitar aksiya Rusiyanın başqa regionlarındakı tibbi profilli ali

məktəblər bazasında da keçirilir. Bundan əlavə, donor tələbələr Asiya və Afrika ölkələrində genişmiqyaslı

tibbi kömək işini təşkil etməklə başqa ölkələrdə qana ehtiyacı olanlara da kömək göstərirlər.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

“Azərbaycan”.-2015.-17 iyun.-N 128.-S.14.

Page 39: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

39

“Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanışı və IV

Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib

İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası”

incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin

açılışı olub.

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə

Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.

Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü

festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qaldı.

Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış oldu.

Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət

Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin

təşkilatçılığı ilə ”İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.

Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın

bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirildi. Festivalın

keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan

mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə

verməkdir.

Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və

adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar. Bu nadir sənət nümunələri dünyanın müxtəlif

ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın

təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb edirlər. Nəsli kəsilməkdə olan

“Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq ötən il festivalda iştirak etmiş və

festivalın dostları olan rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib. Bu il

festivalda dünyanın 17 ölkəsindən 27 tanınmış rəssam iştirak edib.

Festivalın konseptual xəyal sərhədləri layihəyə hər il maraqlı, paralel aksiyalar daxil edilməsi

sayəsində genişləndirilir. Bu il festivalın iştirakçısı olan rəssamlar tərəfindən birinci Avropa Oyunlarının

simvolları - Nar və Ceyran heykəlləri də rənglənib.

Festivalın sonunda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası və Ceyran maketləri əvvəlcə Bakı

sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənərək

Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək, həm də festivalın digər bir məqsədinə -

ictimaiyyətin diqqətini vəhşi təbiətin mühafizəsi ilə bağlı problemlərə yönəldilməsinə xidmət edəcək.

Festivalın bağlanış mərasimində vurğulandı ki, budəfəki “Qız qalası” Beynəlxalq incəsənət festivalı

ilk Avropa Oyunlarının keçirildiyi tarixi məqama təsadüf edir. Bu festival UNESCO-nun “Dünya İrs

Abidələri” siyahısına daxil edilən Qız qalasının dünyada tanıdılması məqsədilə 2010-cu ildən etibarən

təşkil edilir. Dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində reallaşan “Qız qalası” festivalı

və Qala qəsəbəsində keçirilən “Tullantıdan sənətə” sərgisinə həsr edilən filmlərin nümayişindən sonra

festivalın və sərginin iştirakçıları bu tədbirlərlə bağlı fikirlərini söylədilər, təşkilatçılara minnətdarlıqlarını

bildirdilər.

Sonra IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları

sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı,

IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət

qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda

məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Bu gün Bakıda tullantıların tərkibində olan xammal və enerji

bərpa olunur və istifadə edilir.

Artıq dördüncü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyil.

“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər”

Page 40: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

40

ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə

çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər

keçirilir.

Qala qəsəbəsinin ərazisində tullantıların “Təmiz Şəhər” ASC tərəfindən çeşidlənmiş şəkildə

toplanması, daşınması və təkrar emalı təşkil edilir. Qəsəbə sakinləri məişət tullantılarını “üzvi tullantılar”

və “qeyri-üzvi tullantılar” formasında ayrılmış 2 fərqli rəngdə (yaşıl və göy) qutulara atırlar. Həmin

qutular da müvafiq olaraq yaşıl və göy rəngli yük avtomobilləri tərəfindən yığılır. Avtomobillərin

hərəkəti “Təmiz Şəhər” ASC üçün xüsusi hazırlanmış marşrutun optimallaşdırılması elektron proqramı ilə

tənzimlənir. Bu proqramla tullantıların daşınması üçün vaxt və məsafə baxımından ən uyğun marşrutlar

seçilir. ASC tullantıları yığaraq özünün zavodlarında emal edir və ya elektrik enerjisi almaq üçün istifadə

edir.

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açıldı. Hər il bir neçə gün nümayiş

olunan əsərlər artıq bu muzeydə daim sərgilənəcək. Əvvəlki illərdə keçirilən “Tullantıdan sənətə”

sərgilərində nümayiş olunan əsərlər də bu muzeydə təqdim ediləcək. Layihədə iştirak edən sənətkarlar

istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci

həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu

bir daha nümayiş etdirirlər.

“Xalq qəzeti”.-2015.-17 iyun.-N 128.-S.11.

Page 41: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

41

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində

uşaqlar üçün şənlik

Fondun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib

İyunun 16-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunları

çərçivəsində uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin balaca sakinləri

üçün şənlik təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, şənlikdə iştirak edən uşaqlar “Bakı-2015" ilk Avropa Oyunlarının ovqatını

hiss etdilər, balacalara xas olan hədsiz səmimiyyət və sevinclə paytaxtımızda hökm sürən xüsusi ab-

havaya əlavə rəng qatdılar. Uşaqları “Bakı-2015”-in rəmzləri Nar və Ceyran qarşıladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu şənliyə gəlişi isə uşaqların sevincini

ikiqat artırdı. Şənlikdə Nizami rayonundakı 1 nömrəli, Xətai rayonundakı 3 nömrəli, Suraxanı

rayonundakı 2 nömrəli uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri

iştirak etdilər.

Leyla Əliyeva ətrafına toplaşan uşaqların sevincini bölüşdü, onlarla səmimi söhbət etdi. Bununla da

xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları

fəaliyyətinin prioritet istiqamətləri müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin

sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşatdı.

Tədbirdə balacalar üçün yaradılan əsl bayram ab-havası uşaqların əhval-ruhiyyəsini daha da yüksəltdi.

Balacalar müxtəlif rəqslər ifa etdilər, yalnız uşaqlığa xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini

bölüşdülər. Bu təbəssümü isə onlara Heydər Əliyev Fondu bəxş etdi.

Həmişə olduğu kimi, bu dəfə də Fond uşaqlarla görüşə əliboş gəlmədi. Hər uşağa Heydər Əliyev

Fondunun hədiyyələri təqdim edildi. Bu hədiyyələr arasında birinci Avropa Oyunlarının suvenirləri də

oldu. Leyla Əliyeva onun ətrafında toplaşan uşaqlarla birlikdə rəqs etdi, söhbətləşdi, onlarla fotolar

çəkdirdi.

Bu tədbir həm də ölkəmizin balaca sakinlərinin birinci Avropa Oyunlarına dəstəyi oldu. “Bakı-2015"-

in atributlarını üzərində daşıyan balacalar Avropa Oyunlarının əhval-ruhiyyəsinə köklənərək, öz

aralarında qısa məsafəyə qaçış üzrə yarışda da iştirak etdilər. Uşaqlar üçün müxtəlif oyunlar, Avropa

Oyunları ilə bağlı viktorinalar keçirildi. Qaliblər Heydər Əliyev Fondunun hədiyyələri ilə

mükafatlandırıldılar.

“Xalq qəzeti”.-2015.-17 iyun.-N 128.-S.11.

Page 42: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

42

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub

İyunun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların

Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub.

Şənlikdə fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət

məkanlarından birində bir araya topladı. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları

qarşıladılar. Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərinin

və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri Xəzərin sahilindəki bu məkanda yay

mövsümünün xoş ovqatını, günəşli günlərin qayğısız anlarını yaşadılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladları ilə birlikdə uşaqların şənliyinə

qoşuldu.

Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya

ehtiyacı olan uşaqlar bu isti yay günlərində Fondun onlar üçün hazırladığı çimərlik geyimlərində hovuzda

üzdülər, müxtəlif oyunlarda iştirak etdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.

Leyla Əliyeva uşaqlarla söhbət etdi, onlar üçün təşkil olunan bu şənliklə bağlı fikirləri ilə maraqlandı.

Uşaq evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri təəssüratlarını

bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri

attraksionlar barədə danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə

əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyənləşdirən

Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti hədiyyəsini bəxş etdi, mənalı

və unudulmaz bir gün yaşatdı.

Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər,

məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan

bu şənlik uşaqları sevindirdi.

Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən aksiyalar, ilk növbədə, məcburi köçkün

ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım,

respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, yeni məktəb

binalarının tikilməsinə yönəlib.

Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər

Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi.

“Xalq qəzeti”.-2015.-25 iyun.-N 135.-S.8.

Page 43: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

43

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji

Parkında yeni qəfəs quraşdırılıb

İyunun 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və

rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin

açılışında iştirak edib.

Övladları ilə birlikdə Bakı Zooloji Parkına gələn Leyla Əliyeva burada saxlanılan heyvanların

saxlanma şəraiti ilə tanış olub.

Bu qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış şəraitini yaxşılaşdırmaq üçün

quraşdırılıb.

Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir

görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü

üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış edib.

Yeni yaşayış məskəni əvvəlki qəfəsə nisbətən 5 dəfə geniş olmaqla yanaşı, daha işıqlı və rahatdır.

Burada heyvanın istidən və şaxtadan qorunması üçün ayrıca tikili, həmçinin böyük hovuz, oynamaq və

dincəlmək meydançası və pələngin təbii yaşayış arealını əks etdirən digər elementlər quraşdırılıb.

Zooparkdakı pələngin yaşayış şəraiti bu layihə nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, onun

təhlükəsizliyi və rahatlığı tam təmin edilib.

Sonra Leyla Əliyeva Bakı Zooloji Parkında digər heyvanların saxlanma şəraiti ilə tanış olub, təklif və

tövsiyələrini bildirib.

“Xalq qəzeti”.-2015.-26 iyun.-N 136.-S.4.

Page 44: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

44

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR)

sədri Leyla Əliyeva Azərbaycanda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.

Leyla Əliyevanın dəvəti ilə iyunun 26-da Azərbaycana gələn 18 nəfərlik tələbə heyətinin üzvləri

bu səfərin “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsindən məmnun

qaldıqlarını bildiriblər. Gənclər Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdiklərini və bu

möhtəşəm şounun onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.

Görüşdə Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə

koordinasiya bürosunun yaradılması, AMOR-un fəaliyyəti ilə bağlı informasiyaların internet saytlarında

və sosial mediada daha operativ və hərtərəfli işıqlandırılması məsələləri müzakirə edilib.

Rusiyalı tələbələr Azərbaycana bu səfərin təşkilinə göstərilən dəstəyə görə Heydər Əliyev

Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Bakıda Heydər Əliyev Mərkəzində

Ümummilli Liderin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeylə tanış olduqlarını, eləcə də paytaxtın

tarixi və müasir məkanlarını ziyarət etdiklərini bildiriblər. Tələbələr Azərbaycan dövlətinin gənclərə -

ölkənin gələcəyinə olan qayğısının onları heyran etdiyini deyiblər. Gənclər, həmçinin Quba Soyqırımı

Memorial Kompleksində olublar və 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımı

qurbanlarının xatirəsini yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial

ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib və ölkələrimiz arasında gənclərin

gələcək əməkdaşlığına dair tövsiyələrini verib.

“Xalq qəzeti”.-2015.-1 iyul.-№ 139.-S.7.

Page 45: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

45

Leyla Əliyeva: Heydər Əliyev Fondu

insanların dəstəyə ehtiyacı olduğu yerdə olmağa çalışır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Trend informasiya agentliyinə

müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

Leyla xanım, icazənizlə ilk növbədə Trend agentliyinin kollektivi adından Sizi BMT-nin Ərzaq

və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri təyin edilməyiniz, həmçinin insanların

sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinizə və ekoloji tarazlığın təmin edilməsi məqsədilə

beynəlxalq dialoqun inkişafına dəyərli töhfələrinizə görə “İlin beynəlxalq dialoqu” mükafatını almağınız

münasibətilə təbrik edək.

- Hazırda ərzaq təhlükəsizliyi bütün dünyanın qarşısında dayanan ciddi məsələdir.

Ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyəti necə xarakterizə edərdiniz? FAO-nun

xoşməramlı səfiri kimi, Siz beynəlxalq ictimaiyyətin diqqətini bu təşkilatın hansı məsələlərinə cəlb

etmək istərdiniz?

- FAO-nun strateji məqsədlərindən hər biri, – bu, istər aclıq çəkmənin aradan qaldırılması və

ərzaq təhlükəsizliyinin təmin edilməsi, istərsə də yoxsulluğun ləğvi olsun, - bu gün bütün ölkələri narahat

edən məsələlərdir. Dünyanın ərzağa artan tələbatını təmin etmək üçün dövlətlər müxtəlif metodlardan

istifadə edir və təəssüf ki, bu metodların arasında geni modifikasiya olunmuş məhsulların (GMO)

istehsalı da var. Müasir dünyada bu məhsulların istehsalı daha kütləvi xarakter daşıyır və bu, məni çox

narahat edir.

Azərbaycanda həmişə keyfiyyətli, təbii, öz dadı və ekoloji təmizlik səviyyəsi ilə fərqlənən

məhsullar yetişdirilib. Bu, böyük sərvətdir və biz bunu qorumalıyıq. Mən ölkəmizin genetik mühəndislik

yolu ilə getməsini istəməzdim. Bu yaxınlarda Azərbaycanda Cinayət Məcəlləsinə GMO məhsulların

istehsalı və idxalına görə cəzanı nəzərdə tutan maddənin əlavə edilməsinə baxmayaraq, hesab edirəm ki,

insanlar bu məsələdən yalnız qanundan qorxduqları üçün çəkinməməlidirlər, onlar GMO məhsulların

bütün canlılar üçün nə qədər böyük zərər daşıdığını anlamalıdırlar.

Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi kimi, mənim üçün,

həmçinin təbii resursların rasional istifadəsinə nail olmaq, nadir və tükənməkdə olan bitkilərin və

heyvanların bərpa edilməsi və mühafizəsi, insanlar, xüsusən də gənclər arasında maarifləndirmə işinin və

ekoloji təşviqatın gücləndirilməsi mühüm məsələlərdir.

- Leyla xanım, icazənizlə öz adımızdan və oxucularımız adından ekologiya sahəsində

fəaliyyətinizə görə Sizə təşəkkür edək. IDEA cəmiyyət üçün əhəmiyyətli olan çoxlu sayda yaradıcı

layihələr həyata keçirir. Bu layihələr hansı miqyası əhatə edir və nə dərəcədə ölkə hüdudlarından

kənara çıxır?

- Mən IDEA xətti ilə tez-tez səfərlər edirəm, təbiətdə çox vaxt keçirirəm və hər dəfə əmin oluram

ki, insan nə qədər gözəl və nadir şedevrlər yaratsa da, təbiətin füsunkar gözəlliyini heç nə ilə əvəz etmək

olmaz. Təbiətdə olarkən həqiqi, səmimi dincliyi, əmin-amanlığı, həyati gücü və harmoniyanı hiss edirsən.

Mən müşahidə etmişəm ki, təbiətə yaxın yaşayan insanlar – bu, Azərbaycana da aiddir, - ona şəhərdə

yaşayan insanlardan daha da qayğı ilə yanaşırlar. Ona görə də biz meqapolislərin sakinlərini tez-tez

təbiətin qoynuna çağırırıq. Ötən bir neçə il ərzində Bakıda və ölkəmizin bölgələrində IDEA-nın

könüllüləri tərəfindən 4 milyon ağac əkilib. Ümid edirəm ki, bu təşəbbüsümüz dəstək görəcək və davam

edəcək.

Ekoloji problemlər bütün ölkələri əhatə edir və onların həlli yalnız kollektiv yanaşma tələb edir.

IDEA məhz bu konsepsiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmağa və insanları, xüsusən də gəncləri

“Bir planet - bir gələcək” (“One Earth One Future”) şüarı altında birləşdirməyə çalışır.

IDEA ekoloji problemlərin həlli ilə bağlı çoxdandır ki, Azərbaycanın hüdudlarından kənara çıxıb.

Biz BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi

Birliyinin (IUCN), Dünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) tərəfdaşlarıyıq. Regional

səviyyədə isə 2013-cü ilin oktyabr ayında həyata keçirilən Gürcüstanda 10 ceyranın birinci

reintroduksiyası layihəsini qeyd etmək istərdim. Ötən ilin may ayında Bakıda IDEA-nın təşəbbüsü və

Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi. Sammitdə

beynəlxalq ekspertlər tərəfindən bəbirlərin mühafizəsi sahəsində bilik və təcrübə mübadiləsi aparıldı.

Page 46: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

46

Beynəlxalq layihələrdən, xüsusilə, 2014-cü ilin noyabr ayında Londonda keçirilən Beynəlxalq

Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmiş

“Bu gün burada” (“Here Today”) adlı sərgini, həmçinin bu ilin may ayından “Venesiya Biennalesi” -

Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində davam edən və işləri planetin taleyi ilə bağlı narahatlığı əks

etdirən müxtəlif ölkələrin rəssamlarını birləşdirən “Vita Vitale” sərgisini qeyd etmək istərdim.

- IDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur ayı, imperator qartalı, boz

canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi”

layihəsini həyata keçirir. Bu istiqamətdə gələcək planlar haqqında öyrənmək istərdik.

- Bu istiqamətdə artıq bir neçə ildir işləyirik. Həqiqətən də bu heyvanların nəsli tükənmək üzrədir.

Məsələn, biz Qafqaz bəbirinin dəqiq sayını müəyyən etmək və onların sonrakı mühafizəsi üçün müşahidə

kameraları quraşdırmışıq, London Zoologiya Cəmiyyətindən (ZSL) mütəxəssislər dəvət etmişik.

Hesablamalar göstərir ki, Azərbaycan ərazisində beşdən ona qədər Qafqaz bəbiri mövcuddur. Əlbəttə, bu

göstərici çox aşağıdır və bəbirlərin sayını artırmaq üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Bu

tədbirlərə insanları nəsli tükənməkdə olan heyvan növləri haqqında məlumatlandırmaq, onları qorumağa

çağırmaq, onların qidalanması üçün məkanların sayını artırmaq da daxildir. Yetmiş il əvvəl Azərbaycan

ərazisində mövcud olmuş Xəzər pələngləri kimi, Qafqaz bəbirlərinin də nəslinin tükənməsini istəməzdim.

Vaxtında görülmüş tədbirlər sayəsində biz bəbirləri tükənmək riskindən xilas edə bilərik. Bundan əlavə,

beynəlxalq mütəxəssislərlə son söhbətlərdən öyrəndim ki, Xəzər pələnginin nəslini bərpa etmək

mümkündür və ola bilsin, yaxın gələcəkdə biz bu məsələ ilə məşğul olaq.

Bizim üçün yalnız nəsli tükənmiş heyvan növlərinin reintroduksiyası və mühafizəsi vacib deyil.

Bütün heyvan növlərinə laqeyd münasibət məni çox narahat edir. Ötən il IDEA öz fəaliyyətinə yeni bir

profil – sahibsiz heyvanların problemini həll etməyi əlavə etdi. Məlum olduğu kimi, hazırda bu problem

yalnız bizim regionda deyil, bütün dünyada çox aktualdır. Fikrimcə, bu problemin iki tərəfi var. Bu,

ekoloji təhlükə və əhalinin sağlamlığına bu cür heyvanlardan gələn təhlükə və əlbəttə ki, aclıqdan,

xəstəlikdən və ya kobud münasibətdən ölən heyvanların özlərinin ürək ağrıdan vəziyyətidir. Bununla

əlaqədar, bizim təşəbbüsümüzlə Bakıda sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi layihəsi həyata

keçirilir. Bu layihənin cari ilin payızında başa çatdırılması planlaşdırılır.

- Vitse-prezidenti olduğunuz Heydər Əliyev Fondu bu gün nəinki Azərbaycanın, eləcə də bir

çox ölkələrin ictimai həyatında fəal iştirak edir. Müxtəlif xeyriyyə layihə və proqramlarını həyata

keçirməklə yanaşı, Fond aktiv şəkildə Azərbaycanı bütün dünyada təbliğ edir. Əlbəttə, Fondun

layihələrinin sayı çoxdur. Ancaq belə bir sual vermək istərdik – bu layihələrdən hansılar Sizə daha

yaxındır?

- Heydər Əliyev Fondunun fəaliyyət spektri həqiqətən geniş və müxtəlifdir. Biz ən müxtəlif

istiqamətlərdə - xeyriyyəçilik, təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman və İKT

sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla həyata keçiririk.

Əksər layihələr mənim üçün xüsusi qürur mənbəyidir. Bu, bu və ya digər sahənin inkişafına köklü

şəkildə təsir edən yeni təşəbbüslərin irəli sürülməsindən duyulan qürurdur. Çox vaxt biz layihəni

başlayırıq, sonradan dövlət bu təşəbbüsümüzü dəstəkləyir. Məsələn, “Yeniləşən Azərbaycana yeni

məktəb” layihəsində olduğu kimi. Bu layihə çərçivəsində 400-dən çox məktəb tikildi və təmir edildi.

Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda təqribən 3 min məktəb tikildi və təmir olundu.

Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz, mədəniyyətlərarası dialoqun genişlənməsinə

töhfə verdiyimiz və tolerantlıq ənənələrini qoruyub saxladığımız üçün fəxr edirik. Venesiya

Biennalesində bütün qonaqlar və turistlərin məhz Azərbaycanın pavilyonu ilə maraqlandığını, bütün

Venesiyanın bizim pavilyondan danışdığını gördüyümdə təsvirolunmaz sevinc və qürur hissi yaşadım.

Sosial cəhətdən həssas vətəndaş qruplarına – fiziki əngəlli insanlar, kimsəsiz və valideyn

himayəsindən məhrum olmuş uşaqlara yönəlmiş layihələr mənim üçün xüsusi əhəmiyyət daşıyır. “Uşaq

evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Fond tərəfindən 32 uşaq müəssisəsi

yeni avadanlıqla təchiz olunmuş və əsaslı surətdə təmir edilmişdir. Həmin uşaqların beynəlxalq

müsabiqələrdə iştirakını təmin edirik, səmərəli istirahət və əyləncə təşkil etmək məqsədilə onları xaricə

tətilə göndəririk. Həmçinin başqa ölkələrdə belə müəssisələrdə tərbiyə alan uşaqlara Azərbaycana gəlmək

və ölkəmizlə tanış olmaq imkanı yaradırıq.

Fondun səhiyyə sahəsində göstərdiyi fəaliyyət mənim üçün çox əhəmiyyətlidir. Artıq bir neçə

ildir ki, diabetdən əziyyət çəkən 14 yaşınadək uşaqları müntəzəm şəkildə lazımi insulin miqdarı ilə təmin

edirik, onlar üçün yay düşərgələri təşkil edirik. Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji

Mərkəzi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların

Reabilitasiya Mərkəzi də daxil olmaqla, ixtisaslaşdırılmış tibb müəssisələri inşa edilib.

Page 47: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

47

Talassemiya problemi məni daha çox narahat edir. Azərbaycan talassemiyanın geniş yayıldığı

ölkələr sırasındadır. Hər il respublikamızda bu diaqnozla 200-dən çox uşaq dünyaya gəlir. Problemin

ciddiliyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinin

reallaşdırılmasına başladı. Bu layihə çərçivəsində regionda ən böyük Talassemiya Mərkəzi inşa etdik. Bu

mərkəzdə Azərbaycanda ilk dəfə olaraq onurğa beyninin köçürülmə əməliyyatları keçirilir. Yaxın

gələcəkdə Azərbaycanda talassemiyanın aradan qaldırılması üzrə daha böyük miqyaslı proqramların

həyata keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə, bütün layihələr mənim üçün eyni dərəcədə əhəmiyyətli və vacibdir. Hər yeni

layihə cəmiyyətin həyatına qoşulmaq, sosial əhəmiyyətli ideyaların dəstəklənməsi deməkdir. Ona görə,

biz insanlara daha çox faydalı ola biləcək sahələri seçirik. Qeyd etmək istərdim ki, Heydər Əliyev

Fondunun layihələri həmişə böyük uğurla həyata keçirilib. Sanki xeyriyyə layihələrinin

reallaşdırılmasında xeyirxah qüvvələr bizə kömək edir.

- Mədəniyyətlərarası dialoqun genişlənməsində humanitar layihələrin rolunu necə

qiymətləndirirsiniz və Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə hansı layihələr

reallaşdırılıb?

- Müasir dünyanın bugünkü reallıqları, gərginləşən münaqişələr mədəniyyətlərarası dialoqun

inkişafına mane olan problemləri aradan qaldırmağa yardım edəcək humanitar platformaların

yaradılmasını tələb edir. Beynəlxalq mədəni-humanitar əməkdaşlıq dövlətlər arasında qarşılıqlı anlaşmanı

gücləndirmək, ziddiyyətləri aradan qaldırmaq və xalqları yaxınlaşdırmaq üçün ən səmərəli alətdir və

Heydər Əliyev Fondu bundan çox uğurla istifadə edir. Biz hər bir layihəmizlə müxtəlif xalqlar arasında

humanizm, həmrəylik və səbir kimi ümumbəşəri dəyərlərin bərqərar olunmasına töhfə verməyə çalışırıq.

Heydər Əliyev Fondu Berlin qəsrinin, Versal sarayının parkında qədim abidələrin, Luvr

Muzeyinin, Vatikanın arxivlərində saxlanılan orta əsrlərə aid əlyazmaların, Romanın Kapitoli Muzeyində

“Filosoflar zalı”nın bərpasına yardım edib.

Biz Gürcüstan, Niderland, Misir, Rumıniya, Rusiya və Pakistanda bir neçə məktəbi yenidən

qurmuş və əsaslı təmir etmişik, Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin (ERA)

inkişafına maliyyə vəsaiti ayırmışıq, Kolumbiyanın Uşaqlara qarşı Zorakılıqların Qarşısının Alınması

üzrə Şəbəkə Fonduna yardım göstərmişik. Heydər Əliyev Fondu insanların dəstəyə ehtiyacı olduğu yerdə

olmağa çalışır. Biz Haiti, İran, Türkiyə və Pakistanda zəlzələlərin, eləcə də Rumıniyada təbii fəlakətin

nəticələrinin aradan qaldırılması üçün maddi yardım göstərmişik.

Ölkənin kilsə və sinaqoqlarında təmir-bərpa işləri, Bakıda yəhudi uşaqları üçün təhsil mərkəzinin

açılması, Fransanın bölgələrində yerləşən kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında

iştirakımız və Həştərxanda Müqəddəs Knyaz Vladimirin şərəfinə abidənin ucaldılması da müxtəlif xalqlar

və konfessiyalar arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişlənməsinə xidmət edir.

- Siz “Xocalıya ədalət” kimi mühüm bir kampaniyanın təşəbbüskarısınız. Bu kampaniya

bütün dünyada insanları birləşdirib. Dağlıq Qarabağdakı hadisələr haqqında həqiqətləri dünya

ictimaiyyətinə çatdırmaq üçün işi hansı istiqamətlərdə fəallaşdırmaq lazımdır?

- Xocalı bizim dərdimizdir və bu faciə, eləcə də ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq birlik

bəşəriyyətə qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verməlidir və bizim məqsədimiz tarixi ədaləti

bərpa etmək, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.

Gələcəkdə bu münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər biz bu

istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində 2009-cu ildən etibarən hər il silsilə tədbirlər keçirilir,

dəhşətli faciənin ildönümü ürəkağrısı ilə dünyanın müxtəlif ölkələrində qeyd edilir. Kanada, Meksika,

Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər

ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunvericilik orqanları və İslam Əməkdaşlıq

Təşkilatı Xocalı soyqırımını tanıyıblar.

Biz tez-tez Ermənistanın beynəlxalq ictimai fikri Xocalıda törətdikləri ilə bağlı yanlış istiqamətə

yönəltmək istədiyinin şahidi oluruq. Buna görə də rəsmi dövlət qurumları ilə yanaşı, bu gün hər birimiz

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti haqqında

həqiqət və faktların beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəldilən müntəzəm fəaliyyət göstərməliyik.

Biz erməni təbliğatı tərəfindən səylə yayılan yalan və böhtanın ifşasında fəal iştirak etməliyik. Biz dünya

ictimaiyyətinə öz kökləri ilə ötən əsrlərə gedib çıxan münaqişənin tarixini göstərməliyik. Misal üçün,

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ilin mart-

Page 48: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

48

iyul aylarında Bakı quberniyasının beş qəzasının - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayın müsəlman

əhalisinin soyqırımı tarixini əks etdirir.

Bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın tarixi reallıqları haqqında məlumatlandırmaq

məqsədilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı iş aparılıb. Münaqişənin mahiyyətini əks etdirən

çoxlu sayda çap məhsulu dərc edilib, sərgilər keçirilib, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar

“Sonsuz dəhliz” filmi çəkilib. Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə

ucaldılıb. Hazırda Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda memorial

kompleksin yaradılması ilə bağlı işlər aparılır.

Bir sözlə, “Xocalıya ədalət” kampaniyası çərçivəsində işlər yalnız 26 fevral ərəfəsində deyil,

bütün il ərzində aparılır. Biz bu istiqamətdə fəaliyyətimizi azaltmamağa çalışırıq və Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və onların ölkəmizə vurduqları zərər barədə

bütün dünyanı məlumatlandırmaq üçün əlimizdən gələni edirik.

- Leyla xanım, Siz müvəffəqiyyətlə və səmərəli surətdə işləyən Rusiyanın Azərbaycanlı

Gənclər Birliyinin (RAGB) sədrisiniz. Bundan əlavə, bu gün RAGB-ın təcrübəsindən digər

təşkilatlar da istifadə edir. Bu gün bu təşkilat Azərbaycan və Rusiyanın qarşılıqlı münasibətlərinə

nə kimi töhfə verir?

- Bu gün RAGB Azərbaycanın hüdudlarından kənarda fəaliyyət göstərən ən fəal gənclər

təşkilatıdır. Təşkilat yaradıldığı zaman əsas məqsədlərdən biri Rusiyadakı azərbaycanlı gəncləri

birləşdirmək və əlaqələrini möhkəmləndirmək idi. Biz həqiqətən də buna nail olduq. Təşkilatın

coğrafiyası Rusiyanın 70-dən çox bölgəsini əhatə edir. Praktiki olaraq bütün universitetlərdə azərbaycanlı

gənclər klubu mövcuddur. RAGB bütün digər təşkilat və klubları salamlayır və onlara yardım etməyə

hazırdır, çünki biz hamımız bir məqsəd güdürük - Azərbaycanı Rusiyada layiqincə təmsil etmək.

RAGB fəalları daim yeni təşəbbüslər irəli sürür, uşaq evlərinə baş çəkir, uşaqlara, tələbələrə

yardım edirlər. Vaxtaşırı RAGB-ın konfransları təşkil olunur. Biz “Qanın milliyyəti yoxdur!”, “Sağlam

olduğuna əmin ol, xəstəliyə yox de!” aksiyaları keçiririk. Pulsuz qanvermə aksiyasında hər il yüzlərlə

gənc iştirak edir, toplanmış qan isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.

Zənnimcə, ən əsası səmimi, saf, insani münasibətlərdir. Bizim vəzifəmiz azərbaycanlı gənclərin

rusiyalı yaşıdları ilə həmişə mehriban münasibətdə olmasıdır. Bizim Vətənini sevən çox ağıllı və istedadlı

gənclərimiz var. Hesab edirəm ki, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin

saxlanması və möhkəmlənməsinə verilən töhfə RAGB-ın Azərbaycanın və Rusiyanın qarşılıqlı

münasibətlərinə əsas töhfəsidir.

- Bakıda keçirilən birinci Avropa Oyunları ilə Azərbaycan öz inkişafının yeni mərhələsinə

daxil oldu. Biz hamımız bilirik ki, gələcəkdə Azərbaycanı daha çox belə gözəl hadisələr gözləyir,

ancaq ən yaddaqalan isə əlbəttə ki, birinci olur. Siz bu Oyunlara hansı qiyməti verə bilərsiniz?

- Təbrikdən başlamaq istəyirəm. İlk növbədə, parlaq nəticələr qazandıqları üçün Azərbaycanın

yığma komandasını təbrik etmək istəyirəm. Eyni zamanda, bizə qürurlu və sevincli anlar bəxş etdiklərinə

görə idmançılarımıza təşəkkür etmək istəyirəm. Biz birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə

fəxr edirik. Bu Oyunlar Avropa idmanının tarixində yeni səhifə açdı. Birinci Avropa Oyunlarını qəbul

etmək və keçirmək bizim ölkəmiz üçün böyük şərəf və böyük məsuliyyət idi. Sevindirici haldır ki, bütün

bu vaxt ərzində gənclər, çoxsaylı könüllülər kömək etmək arzusunu ifadə edirdilər. Onlar bütün hazırlıq

proseslərində iştirak edirdilər. Əlbəttə, nə qədər yaxşı və yüksək səviyyədə Oyunlar hazırlansa da,

könüllülərin köməyi olmadan keçirilə bilməzdi. Onların böyük səylə, məsuliyyətlə və həvəslə öz işlərini

yerinə yetirmələri Avropa Oyunlarının müvəffəqiyyətinin əhəmiyyətli elementlərindən biri oldu.

Biz əhalinin yüksək fəallığını müşahidə edirdik, bütün zallar tamaşaçılarla dolu idi. Biz anlayırdıq

ki, Bakı Oyunları bütün gələcək Oyunların standartlarını müəyyən edəcək. Böyük nüfuzlu yarışların

təşkilində milli təcrübəni və böyük idman ənənələrinin olmasını nəzərə alaraq biz hamımız inanırdıq ki,

Azərbaycan bu Oyunları mütləq ən yüksək səviyyədə keçirəcək. Bu gün biz hamımız şahidləriyik ki,

yarışlar ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçirildi və müxtəlif ölkələri, xalqları,

insanları bir araya toplayaraq həm qonaqlar, həm də bakılılar üçün möhtəşəm idman bayramı oldu. İndi

Oyunların keçiriləcəyi istənilən başqa ölkəyə çox çətin olacaq, çünki artıq müqayisə ediləsi çox yaxşı

təcrübə var.

- Siz “Baku” jurnalının baş redaktorusunuz, buna görə də fikrinizi bilmək çox maraqlıdır,

müasir KİV-in qarşısında duran hansı çağırışları görürsünüz? Sizcə bu gün oxucuya nələrin

çatdırılması əhəmiyyətlidir?

- “Baku” jurnalında Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi və bu günü haqqında maraqlı

materiallar dərc edilir. Nəşr geniş beynəlxalq auditoriyanın arxitekturanın şah əsərləri ilə evlərin,

Page 49: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

49

teatrların, muzeylərin qədim fasadlarının nadir müasir komplekslərlə harmonik birləşdiyi bizim gözəl

Bakımızla tanış olması məqsədi ilə dərc olunur. Biz Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və

valehedici təbiətini əhatə etməyə çalışırıq, dahi rəssamlardan, yazıçılardan, bəstəkarlardan və hətta öz

tarixi olan, Bakıya sevgisi olan sadə insanlardan söz açırıq. Yəni, bizim jurnalımızın funksiyaları əsasən

maarifləndiricilikdir.

Bu gün bizi qlobal problemlər əhatə edir. Bu, həm hərbi, həm ekoloji təhlükə təhdidləri, həm

qlobal iqtisadi, demoqrafik problemlər, yoxsulluğun, aclığın və savadsızlığın aradan qaldırılması

məsələləridir. KİV-lər müasirliyin çağırışlarına cavab verə, eyni zamanda, məlumat vermənin və ictimai

rəyin formalaşmasının funksiyalarını düzgün yerinə yetirə bilməlidir. Geniş miqyasdan və işıqlandırılan

hadisənin mövzusundan asılı olmayaraq, auditoriya KİV-dən həmişə operativliyi, qərəzsizliyi və

aktuallığı gözləyir.

Qeyd etmək istəyirəm ki, biz RAGB-ın xətti ilə jurnalistika fakültəsində təhsil alan Azərbaycan

gənclərini dəstəkləyirik. İstərdim ki, bu sahədə bizim mütəxəssislərimiz daha çox olsun və onda bizim

səsimiz daha uca eşidilərdi.

- Sizin həyatınızda əhəmiyyətli yeri yaradıcılıq - şeirlər, rəsmlər tutur. Siz nə zamansa

demisiniz ki, rəsm çəkmək böyük həzdir, amma əgər alınmırsa, ilhamı gözləmək lazım olur. Sizin

ilham mənbəyiniz nədir?

- Düşünürəm ki, ilhamın əbədi mənbəyi mövcud deyil. Yaradıcı insanlar onları əsaslandıra

biləcək yeni nəyisə axtarırlar. Mən deyərdim, bütün gözəlliklər ilham mənbəyidir. Bu, sevgidir, onun

bütün təzahürlərində, insanlara sevgi, təbiətə sevgi, həyata sevgi, həyat – ilham mənbəyidir.

Demək istəyirəm ki, tez-tez çoxları mənim şeirlərimi emosiyalarımla və əhval-ruhiyyəmlə

bağlayırlar və hesab edirlər ki, bəzən onlar çox kədərlidirlər. Amma əslində, mənim şeirlərim həmişə

kədərli deyil və onlar mənə şəxsən aid deyil. Şeirlər insanın bütövlükdə ruhi vəziyyətini və daxili

həyəcanını əks etdirir. Bir neçə dəfə qeyd etmişəm ki, mən dünyaya pozitiv köklənmişəm, müsbət əhval-

ruhiyyə, insanların mərhəməti, xeyirxah fikirlər, Xeyirin Şər üzərində qələbəsinə əminlik dünyanı daha

yaxşı etməyə kömək edir. Bu da mənə ilham verir.

- Rəsm çəkmək daha çox xoşunuza gəlir, yoxsa şeir yazmaq?

- Rəsm çəkməyi daha çox xoşlayıram. Rəsm çəkmək vaxtımı daha çox alır. Rəsm çəkəndə məndə

elə hiss yaranır ki, sanki vaxt “başqa ölçüdə uçur”. Bəzən digər işlərə çox az vaxt qalır. Bəzən mən özümə

söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm, amma “yarım saat”dan sonra saata baxanda görürəm ki,

dörd saat keçib. Əlbəttə, əgər mənim daha çox boş vaxtım olsaydı, daha çox çəkərdim. Bəlkə buna görə

də mən saatı tez-tez çəkirəm. Vaxt nəzarət etmək mümkün olmayan, eyni zamanda, həmişə çatmayan

nəsnədir. Hərçənd mən inanıram ki, vaxt da sən etdiyindən asılı olaraq “cürbəcür uçur”.

Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir ideya və ya fikir yarandısa, şeir yazmaq yalnız beş

dəqiqə vaxt aparır. Əsas odur ki, eyni vaxtda düşünəsən və mövzunu hiss edəsən. Amma bu zaman mən

başqa heç nə haqqında düşünə bilmirəm. Əgər mən ictimai yerdə, insanların əhatəsindəyəmsə, bu sətirləri

yazıb bitirənə qədər heç nə görmür və eşitmirəm.

Şeirlərimi birinci olaraq anama və bacıma oxuyuram. Yaradıcılığıma aid fikir mənim üçün çox

əhəmiyyətlidir və mən onu ürəyimə çox yaxın qəbul edirəm. Əlbəttə, müsbət rəylər məni daha çox

ilhamlandırır. Əsərlərimi başqalarına göstərmək, təəssüratlarımı bölüşmək istəyirəm. Buna görə də ümid

edirəm ki, çox tezliklə şeirlər kitabımı dərc etdirə biləcəyəm və ola bilər ki, işlərimin sərgisini təşkil edim.

İstərdim ki, öyrənməyə və daha peşəkar səviyyədə inkişaf etməyə davam edim.

- Siz yaradıcı insan olaraq, müasir incəsənətin təbliğinə böyük əhəmiyyət verirsiniz, lakin

çox əhəmiyyətlidir ki, milli yaradıcılığın ənənələrini və köklərini də unutmursunuz. Bunu bütün

tədbirlərdə, müxtəlif sərgilərdə və biennaledə də görmək olar. Sizcə, keçmişlə indiki zaman

arasında sintez nə dərəcədə mümkündür və bu, müasir incəsənətdə necə əks olunur?

- Mənə gəlincə, şəxsən rəssamlığın tərəfdarıyam. Hesab edirəm ki, ən yeni texnologiyaların dili -

video-incəsənət əsərləri və müasir instalyasiyalar rəsm əsərlərinin yaratdığı hisslərin harmoniyasını

çatdırmaq qabiliyyətində deyil. Axı əsəri gözəl edən məhz rəssamın öz işinə canını, ruhunu qoymasıdır.

Mən muzeylərdə və qalereyalarda çox vaxt keçirirəm. Hətta saatlarla sərgilərdə ola bilərəm. Tez-tez

fikirləşirəm ki, niyə bəzi rəsmlər daha çox xoşuma gəlir, bəziləri isə yox. Düşünürəm ki, yenə də bütün

məsələ rəssamın öz işinə can qoymasıdır ki, bu da rəsmlərdə əks olunur.

- Bu yaxınlarda icraçı prodüseri olduğunuz “Əli və Nino” filminin çəkilişləri başa çatıb.

Niyə məhz “Əli və Nino”?

Page 50: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

50

- Məhz bu romana müraciətin əsas səbəbi müstəqillik mövzusudur. Romanda mühüm tarixi

əhəmiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü mövzusuna toxunulur. Müstəqillik istənilən

azərbaycanlı üçün əhəmiyyətli və əzizdir.

Bundan başqa, biz hətta 100 il sonra əks-səda doğuran səmimi və təmiz sevginin tarixi haqqında

əsəri ekranlaşdırmaq, mədəniyyətlərin və dinlərin qarşılıqlı təsiri məsələlərini göstərmək istədik.

Romanda Bakının siyasi, etnik və mədəni həyatı çox aydın təsvir edilir. Bu romanın məhz Azərbaycanda

ekranlaşdırılmasını ona görə istəyirdim ki, filmin çəkilişləri kitabda təsvir edilən yerlərdə aparılsın.

Bakıdan başqa, çəkilişlər Gədəbəy, Quba rayonunun Xınalıq kəndi və Qobustanda da aparıldı.

“Əli və Nino” şah əsərdir və onu ekranlaşdırmaq böyük məsuliyyətdir. Biz filmin istehsalı üzrə

işə istedadlı insanları cəlb etdik. Olduqca gözəl əsərin ekranlaşdırılması üçün çox gözəl kollektiv toplaşdı,

səmərəli çəkiliş prosesi üçün hər cür şərait yaradıldı. Mən praktiki olaraq hər gün çəkilişlərə gedirdim, biz

birlikdə çox vaxt keçirirdik və işlər başa çatanda çox kədərləndim. Aktyorlara və filmlərin yaradıcılarına

necə çətin olduğunu anladım, axı onlar üçün kollektivdə daimilik yoxdur.

Mühüm faktı qeyd etmək istəyirəm: filmin istehsalı üzərində dünyanın müxtəlif ölkələrindən

insanlar işləyirdilər ki, bu da, əlbəttə, filmə marağı daha da artıracaq. Bütün aktyor heyəti, çəkiliş qrupu –

filmin yaradılmasında iştirak edən hər kəs, çox istedadlı insanlar, öz işinin ustaları əllərindən gələni

etdilər ki, film maraqlı alınsın. Düşünürəm ki, filmi böyük uğur gözləyir.

- Siz çox gözəl uşaqların anasısınız. Sizcə, uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və

təhsilin əsasları hansılardır? Siz bunu necə edirsiniz?

- Uşaqlar ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla

daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik.

Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar

valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz

etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət

qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama

qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə

edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən

də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.

Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus

və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları

müsbət ruhda kökləyirəm.

Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə danışırlar: Azərbaycan, ingilis və

rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və çalışıram ki,

onlar kompyuter arxasında daha az vaxt keçirsinlər. Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq

illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar.

- Leyla xanım, Siz öz yubileyinizi qeyd edirsiniz. İcazənizlə, Sizi ad gününüz münasibətilə

təbrik edirik, Sizə və bütün doğmalarınıza cansağlığı, əmin-amanlıq və hər bir işinizdə uğurlar

arzulayırıq. Ad gününüzü necə qeyd edəcəksiniz? Oxucularımıza nə arzulayardınız?

- Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə,

səs-küylü və şən olanda sevinirdim. Bu gün isə istəyirəm ki, ad günümdə mənə ən yaxın və ən əziz olan

insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olum. Hamıya xoş əhval-ruhiyyə, möhkəm

cansağlığı və bolluca xoşbəxtlik arzulayıram.

Sevgilərlə, Leyla Əliyeva

“Xalq qəzeti”.-2015.-4 iyul.-№ 142.-S. 2-3.

Page 51: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

51

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar verilib

Fəridə Abdullayeva - AZƏRTAC-ın xüsusi müxbiri, Moskva

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb.

Tədbirdə Azərbaycan diasporunun və gənclərin nümayəndələri, müxtəlif millətlərin oruc saxlayan

təmsilçiləri iştirak ediblər. Əvvəlcə qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış

olublar. Ekspozisiya birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunub.

Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz və Moskva

müsəlmanları Azərbaycan milli yeməklərinə və şirniyyatına qonaq olublar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev, "İxlas" Fondunun sədri

Anar Məmmədov çıxış ediblər. Onlar müsəlmanları bayram münasibətilə təbrik edərək, Azərbaycanda

müqəddəs Ramazanın necə qeyd edilməsindən danışıblar.

İftarda Azərbaycan və Bakıda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş

etdirilib. "İxlas" Fondunun nümayəndələri Ramazan bayramına həsr edilmiş şeirlər oxuyublar. Müğənni

Samir Salamın ifasında dini nəğmələr və xalq mahnıları səslənib. İştirakçılara "Baku", "Amor", "İrs"

jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycan haqqında yeni mətbu

məhsulları, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu

açıqcalar paylanıb.

İftar süfrəsini təşkil edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya xüsusi

minnətdarlıq bildirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi dalbadal 10 ildir Rusiya Müftiləri

Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

“Xalq qəzeti”.-2015.-9 iyul.-№ 146.-S. 2.

Page 52: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

52

Heydər Əliyev Fondu “Milan Expo 2015”də

Azərbaycan “Milli gün”ü çərçivəsində konsert proqramı təşkil edib

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər

Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının

çıxışı olub.

Azərbaycan mədəniyyətinin yerli sakinlərə və digər ölkələrdən gələn qonaqlara tanıdılması

proqramı “Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin

iştirakı ilə konsertlə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən

konsertdə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar

Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.

Daha sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun

ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin Xalq artisti Afaq Məlikovanın bədii

rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn

yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında

rəqs ediblər. Ziyarətçilər, eyni zamanda, milli pəhləvanlarımız – Haldun Loğmanov və Seyhun

Loğmanovun çıxışını izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın çıxışını “Azərbaycan” deyərək

alqışlarla qarşılayıblar.

Azərbaycan pavilyonunda, həmçinin milli mətbəxin və muğam musiqimizin təqdimatı olub.

Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-

maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətindən ifalar səsləndiriblər.

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin

ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.

Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda izləyicilərə Azərbaycan

haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə

videoçarxlar nümayiş etdirilib.

Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev

Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo 2015"də təmsil olunan digər ölkələrin

pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan pavilyonu “Milan Expo 2015” sərgisi çərçivəsində mayın 1-dən

fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi ilə keçirilən builki sərgidə

145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur.

Sərgini ziyarət edən milyonlarla insana Azərbaycanın qədimliyi və müasirliyi, tarixi və bu gününə

dair təqdimatlar olur. Azərbaycan pavilyonu “Milan EXPO 2015” sərgisinin ən ilkin hazırlanmış və ən

çox ziyarətçi qəbul edən pavilyonlarından biridir.

Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış və qısa müddət ərzində “Milan EXPO

2015"in sevimli məkanına çevrilmiş Azərbaycan pavilyonu buraya gələn hər bir ziyarətçiyə ölkəmiz

haqqında xoş təəssürat bağışlayır və hər kəsin qəlbində Azərbaycan sevgisi ilə ölkəmizə səyahət etmək

arzusu yaradır.

“Xalq qəzeti”.-2015.-11 iyul.-№ 148.-S. 6.

Page 53: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

53

Heydər Əliyev Fondunun təşəbbüsü ilə

Pakistanda kimsəsiz uşaqlar üçün evlərdə iftar süfrələri təşkil edilib

Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (“Beyt-ul-

Mal”) təşkilatının Talassemiya Mərkəzində, həmçinin Pakistanın Abbotabad və Lahor şəhərlərində

kimsəsiz uşaqlar üçün evlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə iftar süfrələri təşkil edilib. Bu barədə Azərbaycanın

Pakistandakı səfirliyindən AZƏRTAC-a məlumat verilib.

Talassemiya Mərkəzində təşkil olunmuş mərasimdə Pakistanın neft və təbii sərvətlər naziri Şahid

Xaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti, Milli

Assambleyanın komitə sədri Raca Muhammad Farooq, “Bayt ul Mal”ın direktoru Abdul Vahid Şeyx,

senatorlar, nüfuzlu ictimai-siyasi xadimlər, ölkənin aparıcı KİV nümayəndələri, Talassemiya Mərkəzində

müalicə alan uşaqlar, federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın

Pakistandakı səfiri Daşqın Şikarov dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, qardaş

xalqlarımızı biri-birinə bağlayan dini, mədəni dəyərlər barədə danışıb. Səfir Prezident İlham Əliyevin

rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi

humanitar layihələr barədə ətraflı məlumat verib.

“Bayt ul Mal”ın icraçı direktoru Abdul Vahid Şeyx bayram sevincini pakistanlı uşaqlarla

bölüşdüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər

Əliyev Fondunun “Bayt ul Mal” ilə əməkdaşlığının 2012-ci ildən başladığını bildirən Abdul Vahid Şeyx

Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini deyib, Heydər

Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu vurğulayıb.

Bildirib ki, Heydər Əliyev Fondunun prezidentinin Pakistanın bütün bölgələrində həyata keçirdiyi

layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə

arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Abdul Vahid Şeyx Pakistan Prezidenti Məmnun

Hüseynin Sərəncamı ilə birinci xanım Mehriban Əliyevanın cari ilin fevral ayında bu ölkənin ali mükafatı

- Hilal-e-Pakistan ordeni ilə təltif olunduğunu xatırladıb. O, Mehriban Əliyevanın Pakistanın alı ordeni ilə

təltif edilən ilk birinci xanım olduğunu bildirib.

Tədbirdə çıxış edən hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti

R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə maliyyə dəstəyinə görə Azərbaycanın birinci xanımına

minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də

keçirilməsi faktını yüksək qiymətləndirib. R.M.Farooq bu yardımların iki qardaş ölkə arasındakı

münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək belə tədbirlərin kimsəsiz uşaqlar üçün həm

maddi, həm də mənəvi dəstək olduğunu vurğulayıb.

Neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi Pakistanın “Vəqt News”, “Cang News”, “Royal

News”, “Express News”, “Dawn”, “APP”, “Dunya News”, “DRY News”, “PTV” və digər bu kimi aparıcı

televiziya kanallarına müsahibə verərək Heydər Əliyev Fondunun son dörd ildə Pakistanın bütün

əyalətlərində layihələrin həyata keçirilməsi, xüsusilə Talassemiya Mərkəzinin, göz xəstəlikləri

korpusunun, su təchizatı sisteminin tikintisi və digər əhəmiyyətli layihələrin reallaşması üçün göstərdiyi

maliyyə yardımlarına görə təşəkkürünü bildirib. O, Mehriban Əliyevanın pakistanlılar üçün də müqəddəs

olan Ramazan ayında İslamabadda, Lahorda, Abbotabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar

süfrələrinin təşkil edilməsi, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif

bölgələrdə əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək

qiymətləndirərək Azərbaycanın birinci xanımına və xalqımıza dərin təşəkkürünü bildirib. Neft və təbii

sərvətlər naziri Azərbaycan-Pakistan münasibətlərinin əsl qardaşlıq səviyyəsində olduğunu deyərək bu

münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban

Əliyevanın əvəzsiz xidmətlərini qeyd edib.

İftar süfrəsindən sonra səfir Daşqın Şikarov Heydər Əliyev Fondu adından Talassemiya

Mərkəzinə 500 ədəd qan paketi təqdim edib.

Daha sonra Talassemiya Mərkəzində D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.

Page 54: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

54

İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlanan

səhnəciklər nümayiş etdirilib. Tədbir konsert proqramı ilə davam edib.

D.Şikarov Pakistanın aparıcı “PTV”, “ARY TV”,“Navai Vakt”, “Express News” televiziya

kanallarına müsahibələr verərək Azərbaycan ilə Pakistan arasında sarsılmaz dostluq və qardaşlıq

əlaqələrindən, cari ilin mart ayında Prezident Məmnun Hüseynin Azərbaycana səfərindən, Bakıda

keçirilmiş birinci Avropa Oyunlarından, Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə

etdiyi nailiyyətlərdən, Heydər Əliyev Fondunun fəaliyyətindən söhbət açıb. Səfir, həmçinin Pakistanda 1

milyon insanın talassemiya xəstəliyindən əziyyət çəkdiyini, hazırda ölkədə ciddi qan çatışmazlığının

olduğunu deyərək pakistanlıları qanvermə aksiyasında fəal iştiraka dəvət edib.

Talassemiya Mərkəzində keçirilən tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında

yayımlanıb, 30-dan çox qəzet və agentlik tərəfindən işıqlandırılıb.

“Xalq qəzeti”.-2015.-12 iyul.-№ 149.-S. 2.

Page 55: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

55

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə

Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək

İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində

Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və

caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif

proqramlar nəzərdə tutulub.

Belə ki, Azərbaycan bu il iyulun 14-dən Kannda başlayan ənənəvi Pirotexnika Sənəti Festivalında

(Festival d'Art Pyrotechnique) iştirak edəcək. Qeyd edək ki, Azərbaycan bu festivalda 2013-cü ildən

təmsil olunur. Builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də

“Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayacaq.

“Bakı Atəşfəşanlıq Qrupu”nun şousu Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin

“Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası, Fikrət Əmirovun “Min bir gecə” baletindən

musiqi, “Qarabağ Azərbaycan incisidir” əsəri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi, Tofiq

Quliyevin “Qaytağı” əsəri, Müslüm Maqomayevin “Azərbaycan”, Ələkbər Tağıyevin “Sən gəlməz

oldun”, həmçinin “Azərbaycan maralı”, “Sarı gəlin” xalq mahnıları, görkəmli muğam ustası Alim

Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq. Elə həmin gecə Azərbaycanın xalq artisti, qarmon

ifaçısı Ənvər Sadıqov və onun ansamblının konserti keçiriləcək.

İyulun 15-də isə Kannda, Festivallar Sarayında “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgi

açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev və Elçin

Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli

əsərlər, installyasiyalar təqdim olunacaq. İyulun 16-dan ictimaiyyət üçün açıq olacaq sərgi iyulun 31-dək

davam edəcək.

İyulun 15-də daha sonra Festivallar Sarayında “Azərbaycan musiqi gecəsi” keçiriləcək. Konsert

proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun qrupu, eləcə də Azərbaycan incəsənət

ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq.

Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif

banerlər quraşdırılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin

dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun

regionlarında bir sıra tədbirlər həyata keçirən Heydər Əliyev Fondu dünyanın ən seçilən festivallarının

təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan

mədəniyyəti günləri təşkil edir.

“Xalq qəzeti”.-2015.-14 iyul.-№ 150.-S. 10.

Page 56: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

56

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan

Mədəniyyəti Günlərinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva və ailə üzvləri iştirak ediblər.

Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində

yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan

Mədəniyyəti Günləri çərçivəsində Kann zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz

mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə

bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli,

klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif

proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar.

Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.

Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki,

Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir. Tədbirin aparıcısı Azərbaycan-

Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik

etdiyi Heydər Əliyev Fondunun töhfələri, Kannda ənənəvi keçirilən Azərbaycan Mədəniyyəti Günləri

barədə danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla

qarşılanır. Mərasimdə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində həyata keçiriləcək tədbirlər barədə

də ətraflı məlumat verilib. Qeyd edilib ki, “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizdə ən yüksək

səviyyədə təşkil olunub.

Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası

əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı

-Hörmətli cənab mer.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Əziz dostlar.

Yenidən gözəl Kann şəhərində sizinlə birlikdə olmaqdan çox şadam. Ənənəvi Azərbaycan

Gecəsinə xoş gəlmisiniz.

Tədbirimiz əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı Günündə keçirilir. Əlbəttə,

belə bir gündə Fransada dostlarımın arasında olmaqdan çox şadam. Bu bayram münasibətilə sizi və bütün

fransız xalqını ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, cansağlığı və əmin-amanlıq arzu edirəm.

Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər

bir çox sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan regionlararası münasibətlər çox vacib əhəmiyyət

daşıyır. Çox gözəl bir haldır ki, son bir neçə il ərzində Azərbaycan ilə Fransanın 12 şəhəri arasında

əməkdaşlıq və dostluq sazişi imzalanıb. Bu şəhərlər qardaşlaşma sazişi də imzalayıblar. Belə əlaqələr bir

tərəfdən ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa imkan yaradır, digər tərəfdən

iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Bu ilin noyabr ayında

Fransanın təşəbbüsü ilə Azərbaycanın qədim Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası

Əməkdaşlıq Forumunun birinci iclası keçiriləcək. Şübhəsiz ki, belə formatda keçirilən görüşlər

ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcək.

Kann şəhərində biz hər zaman sizin qonaqpərvərliyinizlə üzləşirik. Şəhərinizin sakinləri

Azərbaycanın mədəniyyət tədbirlərinə böyük maraq göstərirlər. Məhz buna görə artıq belə tədbirlər –

Azərbaycanın mədəniyyət günləri Kannda ənənəvi hal alıb. Bizim tədbirlərimizin hazırlanmasında yardım

və dəstək verdiklərinə görə, Kann şəhərinin keçmiş meri Bernar Broşana, indiki mer cənab David Lisnara

və onların bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Mən çox şadam ki, bu gecə bizimlə bərabər, Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə

çatdıran Azərbaycanın Dostları Assosiasiyasının üzvləri və prezidenti cənab Jan-Fransua Mansel də

Page 57: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

57

buradadır. Mən bu assosiasiyanın fəaliyyətini çox yüksək qiymətləndirirəm. Sizə gələcəkdə bu vacib

işinizdə nailiyyətlər arzu edirəm.

Əziz dostlar, bildiyiniz kimi, ötən ay Azərbaycanda ilk Avropa Oyunları böyük uğurla

keçirilmişdir. Xarici ölkələrdə bu Oyunların təqdimatı ötən il ilk dəfə məhz Kann şəhərində keçirilmişdi.

Yay Olimpiya Oyunları səviyyəsində keçirilən bu Oyunlar Avropa Olimpiya hərəkatında yeni səhifə açdı.

Mən böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın yığma komandası bütün Avropa

ölkələri arasında ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutdu. Çox

gözəl haldır ki, dost Fransa bu Oyunlarda 254 idmançı ilə təmsil olunmuşdu və 43 medal qazanaraq

beşinci yeri tutub. Mən bütün fransız idmançıları bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Bakıda keçirilən birinci Avropa Oyunları idman bayramı olmaqla yanaşı, bütün Avropa

xalqlarının nümayəndələrini bir araya gətirərək möhtəşəm dostluq və həmrəylik bayramına çevrildi.

Əlbəttə, biz çox xoşbəxtik ki, həm idmançılar, həm rəsmi idman ictimaiyyəti, həm də paytaxtımızın

qonaqları hətta Oyunlar bitəndən sonra Bakıdan getmək istəmirdilər. Hər bir qonağımız Azərbaycan

xalqının qonaqpərvərliyindən danışırdı.

Qərb ilə Şərq, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan 2017-ci ildə

dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi

növbəti töhfə olacaq.

Əziz dostlar, bu gecə Azərbaycan 1967-ci ildən Kann şəhərində keçirilən beynəlxalq “Pirotexnika

sənəti” festivalında rəsmi olaraq iştiraka başlayır. Fikrimcə, ölkəmizin bu festivala məhz bu gün - 14 iyul

Fransanın Milli Bayramı Günündə qatılmasının çox dərin rəmzi mənası var. Qoy, bu gecə Kann şəhərinin

səmasını bəzəyən atəşfəşanlıq Fransa ilə Azərbaycan arasında dostluğun daha bir təsdiqi olsun.

Əziz dostlar, fürsətdən istifadə edərək, sizi sabah Paleda Festivallar Sarayında keçiriləcək

“Azərbaycan xalçaları incəsənətdə” adlı sərginin açılışına və Azərbaycanın etno-caz konsertinə dəvət

edirəm.

Bir daha sizlərə dərin hörmətimi və məhəbbətimi çatdırıram. Sizi milli bayramınız münasibətilə

təbrik edirəm. Sizə xoş axşam arzu edirəm.

Təşəkkür edirəm.

***

Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edərək dedi:

-Hörmətli Mehriban Əliyeva.

Hörmətli qonaqlar.

Çox hörmətli birinci xanım Siz öz çıxışınızda bizim üçün əziz olan 14 iyul tarixini çox gözəl,

dolğun və mənalı cümlələrlə ifadə etdiniz. Bu tarixdə sizi Kann şəhərində salamlamaqdan qürur duyuram.

Bir məsələni etiraf edim ki, mən vətənpərvərəm, öz Vətənimi sevirəm. İndiki relyativist, nihilist və bəzən

bədbin bir zamanda mən qəlbən öz ölkəmin çiçəklənməsinə, böyüklüyünə və hər kəsə açıq olmasına

inanıram. Şarl de Qollun vaxtilə dediyi kimi, Fransa məhz böyük və güclü olduqda, həmçinin dünyaya

açıldıqda həqiqi Fransa olacaq.

Bu bayram günündə mən öz ölkəmə və Sizin ölkənizə sevgimi, hörmətimi ifadə etmək istəyirəm.

Kannı öz dəyərlərinə sadiq bir şəhər kimi görmək istəyirəm. Bu dəyərlər inkişafdan, dünyaya açılmaqdan,

yeni müəssisələrin yaradılmasından və mədəniyyətin inkişafından ibarətdir. İnanıram ki, bu dəyərlər bizi

yaxınlaşdırır. İkitərəfli əlaqələr sülhün və mübadilənin əsas elementidir. Buna görə də Sizin dostluğunuza,

sadiqliyinizə, səmimiyyətinizə görə təşəkkür edirəm.

Kann bir dünya şəhəridir. Sizin ölkəniz də öz rifahı və inkişafı üçün iki məsələni daim diqqətdə

saxlayır. Bunlar mədəniyyət və idmandır. Fürsətdən istifadə edərək, Sizin həyat yoldaşınıza, Azərbaycan

Respublikasının Prezidentinə öz dərin hörmətimi, salamlarımı və minnətdarlığımı çatdırıram. Bu kiçik

Kann şəhəri də Paris kimi dünyada məhz mədəniyyətə görə tanınıb. Kann dünyanın ən böyük mədəniyyət

festivallarına ev sahibliyi edir. Şəhərimiz, həmçinin çoxlu böyük iqtisadi tədbirlərin də təşkil edildiyi

məkandır. O cümlədən də dünyada ən böyük “Pirotexnika sənəti” festivalı burada baş tutur. Bu festival 14

iyul axşamında Xəzərin incisi sayılan Azərbaycanın da iştirakı ilə baş tutacaq.

Heydər Əliyev Fondunun hörmətli prezidenti xanım Əliyeva.

Siz bu gün dünyanın incisi sayılan Kanndasınız.

İkinci vacib element idmandır. Siz xatırlatdınız ki, ötən ay ölkənizdə birinci Avropa Oyunları çox

möhtəşəm şəkildə baş tutdu. Biz çox böyük diqqət və maraqla Sizin təşkilatçılıq qabiliyyətinizi izlədik.

Cəmi 30 ayın ərzində 6 min atleti qəbul etmək üçün ən müasir idman arenaları quruldu. Bildirmək

Page 58: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

58

istəyirəm ki, biz Kann şəhərini açıq səma altında idman mərkəzinə çevirmək istəyirik. Bizim coğrafi

şəraitimiz buna imkan verir. 17 kilometr sahil xəttimiz var. Burada üzgüçülük, triatlon və velosiped

idmanını inkişaf etdirmək mümkündür. Çünki idman yaxınlaşma, inkişaf və turizmin genişlənməsi üçün

gözəl bir vasitədir.

Mən, həmçinin bu tədbirdə iştirak edən iş adamlarını və xüsusilə də turizm agentliklərinin

təmsilçilərini salamlayıram. Eyni zamanda, Azərbaycan Respublikasının səfirinə, ötən ay fransız iş

adamları və turizm şirkətlərinin nümayəndələrinin səfərini təşkil etdiyi üçün təşəkkürümü bildirirəm.

Hörmətli birinci xanım.

Hörmətli səfir, deputatlar, görüş iştirakçıları.

Çox gözəl diskussiyalarımız alındı. Sonda bir daha bildirmək istəyirəm ki, qarşılıqlı əlaqə və

qürur hissi olmadan inkişaf mümkün deyil. Bu inkişaf özünə qapalı şəkildə deyil, dünyaya açıq olmalıdır.

Dünyanın mədəniyyət mərkəzi olan Kannda Sizin ölkənizi, Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu

yerdə qərar tutan, qədim sivilizasiyanın beşiyi olan Azərbaycanı qarşılamaqdan qürur hissi duyuram.

Yaşasın Azərbaycan! Yaşasın Fransa! Diqqətinizə görə çox sağ olun!

***

Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib.

Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri

səslənib.

Beləliklə, “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib.

Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur.

Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.

Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara

Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli

muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25

dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir

iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında

möhtəşəm şounun şahidi olublar.

Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq yaradaraq vahid

kreativ konsepsiya təqdim edib.

Kannda keçirilən builki ənənəvi “Pirotexnika sənəti” festivalında Azərbaycanla yanaşı, Polşa,

Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan

hadisələrindən hesab olunur. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu,

musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.

Bu festival Kannda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən

əlamətdar və böyük tədbirlərdən biri olub. Bir neçə gün davam edən atəşfəşanlıq şousu festival qalibinin

şəninə təşkil edilən yekun atəşfəşanlıqla başa çatır. Azərbaycanın təqdim etdiyi builki şou orijinallığı ilə

seçilərək Kann şəhər sakinləri və buraya dünyanın müxtəlif ölkələrindən gələn turistlər üçün əsl

atəşfəşanlıq bayramına çevrilib, onların xatirində heç vaxt silinməyəcək xoş izlər buraxıb.

“Xalq qəzeti”.-2015.-16 iyul.-№ 152.-S. 3.

Page 59: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

59

Kannda “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub

Birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak edib

Iyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar

sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva və ailə üzvləri iştirak ediblər.

Uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı-2015” birinci Avropa

Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri bu dəfə Kannda sərgilənir. Şəhərin turistlərlə

zəngin Kruazett bulvarında sərgilənən 8 heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən

müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir. Bu əsərlər Kann şəhər sakinləri və bura gələn qonaqlarda

çox böyük maraq doğurur.

"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü,

dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir. Gənc rəssam Elçin Vəliyevin

sərgidə 7 əsəri nümayiş olunur. Məhz "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu

əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D

effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.

Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça

eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif

Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.

Sərgidə, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur.

İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan

instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça

sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI

əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya

nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını,

görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.

Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann

sərgisi üçün hazırlayıb. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş bu əsərlər milli xalça

ornamentlərini özünəməxsus şəkildə təqdim edir.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə

Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi mədəni irsin

Reprezentativ Siyahısına salınıb. Azərbaycan xalçaları tarixən bütün dünyada çox məşhur olub.

Ölkəmizdə xalçalığın tarixi də çox zəngindir. Azərbaycan xalçalarının dünya mədəniyyətinə və

ümumdünya mədəni irsinə təsiri böyükdür. Bu gün Azərbaycan xalçaları dünyanın tanınmış muzey və

sərgilərində nümayiş olunur. Azərbaycandakı Gəncə, Qarabağ, Quba, Abşeron, Şirvan, Qazax və Təbriz

xalçaçılıq məktəbləri də zəngin tarixi dəyərləri ilə seçilib. Bu gün isə Azərbaycanda xalçaçılıq ənənələri

qorunur, bu sahə özünün yeni inkişaf dövrünü yaşayır. Dövlətimizlə yanaşı bu məsələdə Heydər Əliyev

Fondu da mühüm işlər görür. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçaçılıq

sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasının nəşri görülən işlərin tərkib hissəsidir.

“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və iyulun

31-dək davam edəcək.

“Azərbaycan”.-2015.-17 iyul.-№ 153.-S. 2.

Page 60: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

60

Kannda “Azərbaycan musiqi gecəsi” təşkil edilib

Kannda keçirilən Azərbaycanın Mədəniyyət günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi”

təşkil olunub.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsert proqramında Fransanın tanınmış

ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış

oldular. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotoqraflarının çəkdiyi şəkillərin də

yer aldığı sərgidə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimləri ilə yanaşı, Oyunlar zamanı

müxtəlif idman yarışlarında lentə alınan ən maraqlı məqamlar ziyarətçilərin diqqətinə çatdırıldı.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edildi.

Kannın Festivallar sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun

qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə ətraflı məlumat verdi. Kann şəhər merinin

müavini, Kann Festival sarayının prezidenti xanım Ann Reks bugünkü tədbirin əhəmiyyətini vurğuladı.

“Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”,-deyən şəhər merinin müavini Azərbaycan

mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfədir ki, Kannda çox yüksək səviyyədə təqdim

olunduğunu qeyd etdi. Ann Reks bildirdi ki, ölkəmiz Kannda çox yüksək səviyyəli mədəni tədbirlər təşkil

edir. Bu da Kann şəhərinin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini

xatırlatdı, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməklə çox tolerant ölkə olduğunu dedi. Jan-

Fransua Mansel Dağlıq Qarabağ münaqişəsi barədə də danışdı, Ermənistanın Azərbaycanın torpaqlarını

işğal etdiyini söylədi. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti bu il Gəncə şəhərində Fransa-Azərbaycan

Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirdi.

Sonra konsert proqramı başladı.

Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan

incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olundu.

Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin mədəniyyətinin dünyada təbliği baxımından

tarixi layihələr reallaşdırır. Bu məqsədlə müxtəlif ölkələrdə tədbirlər keçirilir, bu cür gecələr və konsert

proqramları təşkil edilir. Fransa və onun regionlarında da mədəniyyətimiz və incəsənətimizin təbliği ilə

bağlı mühüm işlər görən Heydər Əliyev Fondu yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç

ildir ki, Azərbaycan mədəniyyəti günlərini təşkil edir. Bu tədbirlər Fondun Azərbaycanın özünəməxsus

mədəni dəyərlərinin dünyada təbliği üçün gördüyü işlərin bir hissəsidir.

“Azərbaycan musiqi gecəsi” bir-birindən maraqlı nömrələrlə müşayiət olundu və Festivallar

Sarayına toplaşan hər bir insanın qəlbinə yol tapdı. Təqdim edilən ifalar alqışlarla qarşılandı.

Təşkil edilən gecə bir daha sübut etdi ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin

təbliği ilə bağlı Kannda bu il həyata keçirdiyi tədbirlər də çox uğurla baş tutdu.

“Azərbaycan”.-2015.-17 iyul.-№ 153.-S. 2.

Page 61: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

61

Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər geniş

coğrafi məkanı əhatə edib

Dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycan qədim

tarixi, zəngin mədəniyyəti və keçdiyi inkişaf yolu ilə ölkəmizə olan diqqəti daha da artırır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın

Azərbaycan dəyərlərinin, tarixi reallıqlarının təbliği istiqamətində gördüyü işlər bu diqqət və

marağın, sferanın genişlənməsində önəmlidir. Mehriban xanım Əliyeva milli dəyərlərimizin

təbliğinə irimiqyaslı layihələri çərçivəsində nail olur və sübut edir ki, mədəniyyət və incəsənət ölkə

həqiqətlərinin təqdimində bir açardır.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata

keçirdiyi layihələr sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük

Britaniyanın paytaxtı Londonda açılmışdır. Üç il ərzində Paris, Berlin, Moskva, Roma, Vyana və başqa

şəhərlərdə təşkil edilən “Bakıya uçuş” yerli sakinlərin böyük marağına səbəb olmuşdur.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər geniş coğrafi

məkanı əhatə edib. Birmənalı şəkildə deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan

həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Bu tədbirlər, layihələr

Azərbaycanın milli dəyərləri, mədəniyyəti, incəsənəti və tarixinin təbliği ilə yanaşı, ölkələrarası

mədəniyyət və qarşılıqlı münasibətlərin inkişafında önəmlidir.

Fondun dəstəyi ilə keçirilən musiqi tədbirləri, ənənəvi muğam festivalı, Qəbələ beynəlxalq musiqi

festivalı və Rostropoviç klassik musiqi festivalı və s. tədbirlər Mehriban Əliyevanın milli

mədəniyyətimizin təbliğində gördüyü işlər sırasındadır. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi,

Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəbləri yaradılması qədim və zəngin

mədəni irsə olan diqqətdir. Əsrlərlə yaşı olan xalçaçılıq sənəti, ədəbiyyat, Şərq-Qərb musiqisinin füsunkar

harmoniyasını təqdim edən musiqi, memarlıq abidələrinin qorunması və təbliğində qətiyyətli addımlar

dünyada sakit qarşılanmır. Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti

YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən Azərbaycan müasir ölkə kimi də təqdim olunub. Qeyd

edək ki, belə tədbirləri təşkili ölkələr arasında əlaqələrin genişlənməsinə də töhfəlrəini vermiş olur.

Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Azərbaycan Mədəniyyət Günlərinin açılış

mərasimində vurğuladığı kimi, Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət

əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir. Mehriban Əliyeva son bir neçə il

ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə

əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar

sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan

xalçaları incəsənətdə” sərgisinin açılışı da maddi mədəniyyət abidələrimizin-xalçaçılıq sənətinin

təbliğində əhəmiyyətlidir. “Azərbaycan xalçaları incəsənətdə” sərgisindəki əsərlər ilk dəfə nümayiş

olunub. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz “Azərbaycan xalçaları

incəsənətdə” sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını

xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradıb.

Diqqətə çatdıraq ki, sərgidə xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə

yaratdığı xalça eskizləri də nümayiş olunub. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar

məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir. Sərgidə, həmçinin XV-XVI

əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya da

təqdim edilib. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını,

görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir. Bütün bu

nümunələr Azərbaycanın xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu bir daha

təsdiqləyir.

Page 62: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

62

Kann şəhərinin meri David Lisnar çıxışında “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir

parçasıdır”- vurğulaması əbəs deyildir. Azərbaycan mədəniyyətini belə qiymətləndirilməsi əlbəttə ki,

milli-mənəvi dəyərlərimizin dünya miqyasında təbliğindən qaynaqlanır.

Z.Bayramova.

“Səs”.-2015.-14 avqust.-N 148.-S.5.

Page 63: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

63

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı

Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva Romada qurumun baş direktoru Joze

Qratsiano da Silva ilə görüşüb

Maqsud DADAŞOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd

Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı

baş ofisində bir sıra görüşlər keçirilib.

Əvvəlcə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən

təqdimatlar, müzakirələr oldu. Qurumun Korporativ Kommunikasiya ofisinin direktoru Enrike Yevis

Leyla Əliyevanın tədbirdə iştirakından məmnunluğunu bildirdi.

Sonra FAO və onun missiyası barədə ətraflı məlumat verildi, təşkilatın özəl sektorla tərəfdaşlıqları,

Azərbaycanda və bölgədə Resurs Mobilizasiyası proqramı, qurumun təbii resurslar və iqlim

dəyişikliklərinə dair fəaliyyətinin davamlı idarəetməsi ilə bağlı görülən işlərdən danışıldı.

Təşkilatın xoşməramlı səfiri Leyla Əliyevaya burada çalışanlar üçün yaradılmış şərait barədə məlumat

verildi və binadakı plenar iclas zalı ilə tanışlıq oldu.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun baş direktoru Joze

Qratsiano da Silva ilə görüşdü. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev

Fondunun fəaliyyətini yüksək qiymətləndirdi, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin

ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın son illərdə bütün

sahələrdə qazandığı uğurlardan məmnunluqla danışan Joze Qratsiano da Silva ölkəmizə səfərindən,

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə keçirdiyi

görüşlərdən danışaraq, dövlətimizin başçısının 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı təşkilatın baş

ofisində olmasını məmnunluqla xatırlatdı. Qeyd etdi ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində

görülən işlər dünya ölkələri üçün bir nümunədir. O, bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin

5 faizə enməsini xüsusi vurğuladı və bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü

bildirdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq

təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə

məlumat verdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva son illərdə Azərbaycanda kənd

təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları və ölkəmizdə fermerlərə

yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdırdı. Leyla Əliyeva Heydər Əliyev

Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr

və IDEA İctimai Birliyi barədə məlumat verdi, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin

reallaşdırılacağını bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin FAO çərçivəsində icra

olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini də vurğuladı.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Ölkəmizdə qurumun layihə əlaqələndirmə

ofisi 2007-ci ildən fəaliyyət göstərir. Bir müddət əvvəl isə Azərbaycanda təşkilatın ilk əlaqələndirmə və

tərəfdaşlıq ofisi açılıb.

Görüşdə baş direktor ofisin açılmasındakı səylərinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban

Əliyevaya minnətdarlığını bildirdi. Vurğulandı ki, ofis ölkəmizlə təşkilat arasındakı münasibətlərin

inkişafına töhfəsini verməkdədir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın FAO-nun xoşməramlı səfiri kimi

ilk dəfə fəaliyyətə başlaması ilə əlaqədar təntənəli mərasim oldu və qarşılıqlı hədiyyələr təqdim edildi.

Xatırladaq ki, Leyla Əliyeva humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun

xoşməramlı səfiri adına layiq görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin

olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq

sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.

Page 64: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

64

Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verdi.

Leyla Əliyeva təşkilatın binasındakı zəngin kitabxanaya da baxdı. Məlumat verildi ki, burada FAO-

nun media mərkəzi də yerləşir. Ərzaq təhlükəsizliyi məsələsinin ölkələrin milli təhlükəsizliyinin əsas

elementlərindən olması ilə bağlı FAO-nun fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə

çarpır. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi olan təşkilatın qarşısına qoyduğu qlobal vəzifələr

və məqsədlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıqla mübarizə, təbii resursların, o cümlədən

torpaq, su, hava, iqlim və genetik resursların davamlı idarəolunması və yoxsulluğun azaldılmasıdır.

“Xalq qəzeti”.-2015.-3 sentyabr.-N 191.-S.2.

Page 65: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

65

RAGB-ın sədri Leyla Əliyevanın dəstəyi ilə bu təşkilatın fəalları Ümumrusiya Tələbə

Forumunda iştirak edirlər

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəstəyi ilə bu

təşkilatın fəalları Rostov-Donda 2015-ci il Ümumrusiya Tələbə Forumunda iştirak edirlər.

RAGB-ın idarə heyətindən AZƏRTAC-a bildiriblər ki, forumun açılışı Don Dövlət Texniki

Universitetində olub. Forumda 2 minədək gənc, o cümlədən RAGB-ın Rostov regional bölməsinin

fəalları iştirak edirlər.

Forumun təşkilatçıları Rusiya Təhsil və Elm Nazirliyi, Rostov vilayətinin hökuməti və Cənub Federal

Universitetidir. Açılış mərasimində iştirak edən RF təhsil və elm nazirinin müavini Yekaterina

Tolstikova, Rostov vilayəti qubernatorunun birinci müavini İqor Quskov və Cənub Federal

Universitetinin rektoru Marina Borovskaya forumun iştirakçılarını salamlayıblar.

Forumun işi 15 tematik istiqamət üzrə aparılacaq. Əsas məqsəd tələbələrin peşəkar, yaradıcı və sosial

imkanlarının reallaşdırılması üçün yeni şəraitin yaradılmasına yönəlmiş fəaliyyətin federal inkişaf

strategiyasını işləyib hazırlamaqdır.

Forum sentyabrın 6-da başa çatacaq.

“Xalq qəzeti”.-2015.-6 sentyabr.-N 194.-S.2.

Page 66: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

66

Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğində Heydər Əliyev Fondunun rolu...

İradə SARIYEVA

Azərbaycanın adı artıq bütün dünyada məşhurdur desək yanılmarıq. Məlum olduğu kimi, bəşər

insanının vahid ortaq dili mədəniyyətdir. İstənilən mədəniyyət nümunəsi xalqları eyni dildə

danışdıra, anlaşdıra bilir. Son illər Azərbaycan mədəniyyətinin ən müxtəlif qollarının dünyada

davamlı təbliğatının həyata keçirilməsi onu deməyə əsas verir ki, mədəniyyətimiz ölkəmizi yüksək

səviyyədə təqdim edə bilir.

Sözsüz ki, bu təbliğatın, bu xeyirsevər missiyanın başında Heydər Əliyev Fondu və onun rəhbəri,

ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım

Əliyeva durur. Uzun illərdir Azərbaycan mədəniyyəti xarici ölkələrdə təbliğ olunur və bu təbliğat

ölkəmizin səsini dünyaya yayır.

Bilirik ki, zaman-zaman Azərbaycan musiqiçilərinin, xalq musiqisi ustalarının konsertləri, rəssamların

sərgiləri, xalçalarımızın nümayişi və s. xarici ölkələrdə təqdim edilib və özünə minlərlə insanı cəlb edib.

Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlərin geniş miqyas alması təbii ki, hər bir

azərbaycanlının sevincinə səbəb olur, bundan qürur hissi keçirir.

Bu ilin sentyabr ayının 3-də Parisdə "Azərbaycan tolerantlıq ölkəsi" fotosərgisinin və "Azərbaycan

şəhərciyi"nin açılışı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə dünya şöhrətli

fotoqraf Reza Deqatinin "Azərbaycan tolerantlıq ölkəsi" adlı fotosərgisi açılıb.

Məlumat üçün deyək ki, Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi

"Azərbaycan şəhərciyi"nin rəsmi açılışı əcnəbi seyirçilərin marağını cəlb edib.

Rəsmi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva tədbirlərdə iştirak edib. Parisin 1-ci rayonunun meriyasının binasında açılan "Azərbaycan

tolerantlıq ölkəsi" fotosərgisinə M.Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət

xadimləri qatılıb. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının mühüm

mövzuya -tolerantlıq mövzusuna həsr edildiyini qeyd edərək, sərginin təşkilinə verdiyi dəstəyə görə

Azərbaycanın birinci xanımı M.Əliyevaya təşəkkür edib.

Qeyd edək ki, sərgidə məşhur fotoqraf R.Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir.

Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi,

adət-ənənələri ilə tanış edir. M.Əliyeva R.Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışaraq

bu kitabların ölkənin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Rəsmi məlumata görə, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə

isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-

ənənələrini fotolarda əbədiləşdirib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid",

"Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü,

bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin

laureatıdır.

Sonra Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında "Azərbaycan şəhərciyi" rəsmən

açılıb.

M.Əliyevanın da açılış mərasimində iştirak etdiyi "Azərbaycan şəhərciyi" Parisdə artıq ikinci dəfədir

fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını,

Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.

Mərasimdə çıxış edən M.Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər

Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcək.

Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını

bildirən M.Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın

mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın

Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən M.Əliyeva son illər bu münasibətlərin

strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu

əlaqələrin genişləndiyini bildirib: "Xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri

böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni

səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyəti günləri keçirilir, bu gün

Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi

Page 67: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

67

fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir

ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib".

M.Əliyeva qeyd edib ki, gözəl Parisin mərkəzlərindən biri olan və dünya şöhrətli Luvr muzeyinin

yanında yerləşən Pale Royal meydanında "Azərbaycan şəhərciyi"nin açılışında iştirakçıları səmimi

qəlbdən salamlayır və hər birini görməyə çox şaddır: "Sentyabrın 9-dək bu meydan Azərbaycanın

mədəniyyətini, tarixini, incəsənətini, musiqisini, mətbəxini, ənənələrini, keçmişini və bu gününü əks

etdirən bir məkana çevriləcək. Həm Parisin sakinləri, həm də paytaxtınızın çoxsaylı qonaqları, turistlər

Azərbaycan haqqında burada dolğun məlumat ala bilər. Mən ilk növbədə, bu şəhərciyin hazırlanmasında

və yaradılmasında əməyi olan hər bir şəxsə, xüsusən də Parisin 1-ci rayonunun meri Jan Fransua

Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki,

biz son illər təkcə Parisdə yox, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərini

keçiririk. Bu tədbirlər hər bir şəhərdə, hər bir regionda böyük maraqla qarşılanır. Mən bizə göstərilən bu

dəstəyə görə Fransanın həm dövlət qurumlarına, həm də insanlarına dərin minnətdarlığımı bildirirəm".

Birinci xanım daha sonra vurğulayıb ki, şübhəsiz, xalqların, insanların bir-birinə yaxın olmasında

humanitar sahə çox böyük əhəmiyyət daşıyır. Fransa-Azərbaycan münasibətləri bu sahədə son illərdə

tamamilə yeni bir səviyyəyə qaldırılıb. Mütəmadi şəkildə Azərbaycanın mədəniyyət günləri, mədəniyyət

həftələri təkcə Parisdə yox, Fransanın regionlarında, şəhərlərində keçirilir: "Misal üçün, "Qafqazın

mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi Fransanın 20-dən çox şəhərində uğurla keçirilib.

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyəti Universitetində Azərbaycan dili fakültəsi fəaliyyət göstərir. Bu

ilin aprel ayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Azərbaycan-Fransız Universitetinə dair

niyyət məktubu imzalanıb. Artıq ölkələrimizdə bu layihənin reallaşması üçün işçi qrupları yaradılıb və bu

o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda Fransız Universiteti fəaliyyətə başlayacaq".

Qeyd edək ki, "Azərbaycan şəhərciyi"ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı,

adət-ənənələri, milli mətbəxi təqdim olunub. Şəhərcikdə, həmçinin, Fransada yaşayan məşhur

azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət "Azərbaycanlılar və fransızlar: tanışlıq

tarixi" adlı fotosərgi təşkil olunub.

Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-

dan 28-dək San Sülpis meydanında təşkil edilib.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Parisdə açılan "Azərbaycan tolerantlıq ölkəsi"

fotosərgisinin və "Azərbaycan şəhərciyi"nin açılışını ölkənin tanınan elm və mədəniyyət xadimləri

müsbət qiymətləndirir. Onların fikrincə, bu, Azərbaycanın dünyada tanıdılması, ölkəmizdə tolerant,

dostluq mühitinin əbədi olmasını şərtləndirən mesajlardır. Azərbaycanın sülhün, tolerantlığın,

xeyirsevərliyin, humanizmin ünvanına çevrildiyini deyən ekspertlər bildirir ki, bu işdə Heydər Əliyev

Fondunun xüsusi rolu, əməyi var.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun

əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad "Bakı-Xəbər"ə bildirdi ki, Heydər Əliyev

Fondunun Azərbaycanla bağlı gördüyü bütün işləri, dünyada xalqımızın, dövlətimizin adını yüksəltmək

naminə atdığı bütün addımları təqdir edir: "Mən bu günlərdə Parisdə açılışı olan "Azərbaycan tolerantlıq

ölkəsi" fotosərgisi və "Azərbaycan şəhərciyi"nin açılış mərasimini çox yüksək dəyərləndirirəm. Hesab

edirəm ki, məmləkətimizi, mədəniyyətimizi, həyat tərzimizi təqdim etmək üçün bundan gözəl təbliğat ola

bilməz. Kaş bizim Mehribanımız Azərbaycan bayrağını cənab Prezident İlham Əliyevlə birlikdə tezliklə

Qarabağda dalğalandırsın ve bütün dünyanı bir daha heyrətə salsın...Mən buna əminəm...".

AMEA-nın digər əməkdaşı, görkəmli qələm adamı, alim Almaz Ülvi də hesab edir ki, bu da

Azərbaycanın tanıdılması naminə xaricdə keçirilən çoxsaylı tədbirlər kimi çox dəyərlidir: "Mən bu

tədbirin keçirilməsini əla qiymətləndirirəm. Ümumiyyətlə, Azərbaycan adına görülən bütün yaxşı işləri

dəstəkləyir və yüksək dəyərləndirirəm. Müxtəlif mövzular çərçivəsində keçirilən bütün xeyirxah niyyətli

tədbirlər təbii ki, Vətənə məhəbbət hissindən doğur. Və bu cür məsələlər dövlət səviyyəsində qoyulursa,

lap gözəl".

Tanınan şair, professor Vüqar Əhməd də Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım

Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlərin böyük əhəmiyyətə malik olduğunu

vurğuladı: "Parisdə keçirilən tədbiri çox yüksək səviyyədə keçirilən bir mərasim hesab edirəm. Birinci

xanım analoqu olmayan, tarixi işlər görür. Allah onu qorusun!

Bu tədbirlərin tolerantlıq kimi təqdim edilməsi təqdirəlayiqdir. Azərbaycan tolerant bir ölkədir.

Heydər Əliyev Fondu öz silsilə, beynəlmiləl xarakterli tədbirləri ilə dəyərli bir missiyanı həyata keçirir.

Həm də bu tədbirlər Qərb və Avropadakı islamafobiyaya bir cavabdır. Bu, vicdan azadlığının ölkəmizdə,

insanlarımızda sübutunun təzahürüdür".

Page 68: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

68

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin

İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

“Bakı Xəbər”.-2015.-9 sentyabr.-N 161.-S.15.

Page 69: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

69

Leyla Əliyeva kimi şəxsiyyətlər nadir əqidə gücünə malikdirlər və onların müraciətlərini

milyonlar eşidə bilər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd

Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri təyin edilməsi FAO-nun Azərbaycan ilə

tərəfdaşlığa doğru daha bir vacib addımıdır.

Bu barədə təşkilatın resursların səfərbər edilməsi və donorlarla əlaqələr üzrə rəhbəri Nadin Valat

bildirib.

Müəllif yazır ki, FAO 2015-ci il sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti və FAO-

nun xoşməramlı səfiri Leyla Əliyevanı təşkilatın baş ofisində qəbul etmək şərəfinə nail olub. Leyla

Əliyeva 2015-ci il mayın 25-də FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Bakıya səfəri zamanı

təşkilatın xoşməramlı səfiri elan olunub. Səfər zamanı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər

Əsədovla birlikdə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Bürosunun yaradılması üzrə

saziş imzalanıb.

Azərbaycanın 1995-ci ildən FAO-nun üzvü olmasını və həmin tarixdən etibarən tərəfdaşlığın

inkişafını qeyd edən Nadin Valat yazır: “FAO 1999-cu ildə Azərbaycanın məcburi köçkünlərinə təcili

köməyin göstərilməsi üzrə Niderlandın maliyyələşdirdiyi ilk layihəsini həyata keçirib. Son 20 il ərzində

ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və məcburi köçkünlərə kömək edilməsi üzrə bir neçə digər

layihə reallaşdırılıb. Bu layihələr sırasına “quş qripi”nə nəzarət və onun aradan qaldırılması proqramları,

eləcə də akvamədəniyyətin inkişafının dəstəklənməsi, köhnəlmiş pestisidlərin utilizasiyası, arıçılığın

inkişafına dəstək, kənd təsərrüfatının qorunması və kənd qadınlarına dəstək üzrə layihələr daxildir”.

Nadin Valat Azərbaycanın beynəlxalq yardımı qəbul edən ölkə kimi statusunun dəyişdirilməsi üçün bu

yaxınlarda birtərəfli qaydada konkret addım atdığını qeyd edir: “Ölkə ilkin olaraq Azərbaycanda olmaqla

gələcəkdə regionun digər ölkələrinə və onun hüdudlarından kənardakı ölkələrə dəstək vermək imkanı ilə

layihələr üçün tərəfdaş olmaq niyyətini bəyan edib”.

Müəllif vurğulayır ki, FAO bazar iqtisadiyyatı formalaşan və orta səviyyəli gəlirləri olan ölkələr kimi

yeni tərəfdaşları yüksək qiymətləndirir, çünki onlar beynəlxalq inkişaf arenasında əsas oyunçulardır və

FAO-nun tərəfdaşlığın resurs bazasının şaxələndirilməsi üzrə səylərinə töhfə verə bilərlər. Belə ki, onlar

Cənub-Cənub əməkdaşlığı və üçtərəfli əməkdaşlıq vasitəsilə digər ölkələrlə ərzaq təhlükəsizliyi

probleminin aradan qaldırılması üçün daha az imtiyazlı ölkələr tərəfindən uğurla tətbiq edilə biləcək

təcrübə və biliklərini bölüşə bilərlər.

2015-ci il mayın 25-də FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı imzalanıb. Proqram FAO-nun

Bakıdakı Tərəfdaşlıq Bürosu tərəfindən həyata keçiriləcək. Beş il ərzində 10 milyon dollar vəsaitin

yatırılmasını nəzərdə tutan yeni Tərəfdaşlıq Proqramı ilkin mərhələdə ölkə proqramları çərçivəsində

Azərbaycan hökuməti və FAO-nun müəyyənləşdirdiyi prioritet sahələrə dəstək verilməsinə köklənəcək.

Buraya heyvanların sağlamlığı və bitkilərin qorunması, o cümlədən heyvanların transsərhəd yerdəyişməsi

və bitkilərin xəstəliyi ilə mübarizə, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə qoyulan investisiyalara

dəstək və kənd rayonlarının inkişafı, təkmilləşdirilmiş kənd təsərrüfatı bitkiləri, balıqçılıq və

heyvandarlığa dəstək, davamlı və səmərəli meşə təsərrüfatının inkişafı, torpaq və su resurslarının idarə

edilməsi, potensialın, o cümlədən kənd təsərrüfatı təhsilinin, tədqiqatların inkişafı, eləcə də kənd

təsərrüfatı və kənd rayonlarının inkişafı üçün siyasətin və institusional çərçivələrin genişləndirilməsi və

möhkəmləndirilməsi daxildir.

FAO xoşməramlı səfir proqramına 1999-cu ildə başlayıb və o vaxtdan Karl Lyuis (atlet), Raul Bova

(aktyor), Selin Dion (müğənni), Kraliça Letisiya (İspaniya) kimi dünya şöhrətli şəxsiyyətlər FAO-nun

missiyasında xidmət edərək onu geniş ictimaiyyətə tanıtdırır, həmçinin FAO və onun mandatı adına çıxış

edirlər. Dekabr ayında Tərəflərin Konfransı (COP21) iqlim dəyişikliyi məsələlərinin həlli üzrə yığıncaq

keçirəcək. İqlim dəyişikliyinin milyonlarla insanın həyatına və onların ərzaq təhlükəsizliyinə böyük təsiri

var. Dünyada daimi əsasda aclığı tam aradan qaldırmaq üçün texnologiyalar və imkanlar mövcuddur.

Nadin Valat bildirir: “FAO hesab edir ki, təşkilatın xoşməramlı səfirlərinin dəstəyi ilə bu müraciəti

bundan sonra da yaya və hamını inandıra bilər ki, aclığın qarşısını almaq arzu deyil, həyatımız boyu görə

biləcəyimiz konkret imkandır”.

Qeyd olunur ki, Leyla Əliyeva kimi şəxsiyyətlər nadir əqidə gücünə malikdirlər və onların müraciəti

milyonlarla insan tərəfindən eşidilə bilər: “Biz inanırıq ki, Leyla Əliyeva Azərbaycanda vəsaitlərin cəlb

olunması üzrə böyük tədbirlərdə iştirak etməklə və FAO-nun fəaliyyəti barədə məlumat yaymaqla

Page 70: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

70

təşkilata uğurla kömək edəcək. Onun məşhurluğu yerli KİV-ləri regionda FAO-nun işinə cəlb edə və

aclığa qarşı mübarizə barədə məlumatlılığı artıra bilər. Leyla Əliyeva Azərbaycan və regionda insanları

FAO-nun layihələri və bu layihələrin nəticələri barədə məlumatlandıra bilər”.

FAO son illər ümumilikdə özəl sektor və xüsusilə də fondlar olmaqla digər əsas maraqlı tərəflərlə

tərəfdaşlığının spektrini genişləndirir.

Müəllif yazıda, həmçinin bildirir ki, Heydər Əliyev Fondu çox məşhur təşkilatdır və Azərbaycanda

inkişaf sahəsində fəaliyyəti, xüsusilə də qadınların gəlirlərinin generasiya edilməsinə və ətraf mühitin

qorunmasına istiqamətlənmiş fəaliyyəti dəstəkləyir. FAO ümid edir ki, yaxın gələcəkdə fondla

tərəfdaşlığı inkişaf etdirmək mümkün olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə FAO və Heydər Əliyev

Fondu kənd təsərrüfatında inkişaf və kəndin inkişafı sahəsində fəaliyyət barədə bilik və məlumatların

mübadiləsi vasitəsilə səylərini uğurla birləşdirə və birlikdə aclıqdan xilas olan daha yaxşı dünya qura

bilərlər.

“Xalq qəzeti”.-2015.-9 sentyabr.-N 196.-S.3.

Page 71: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

71

Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda

konfrans keçirilib:

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda iştirak edib

Şəhla AĞALAROVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı

layihə çərçivəsində sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq

mədəniyyəti” mövzusunda konfrans keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda

iştirak edib.

Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər

zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən

danışdı. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də

Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirdi və

burada aktual məsələlərin müzakirə olunacağını vurğuladı.

Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun

daha aktual olduğunu bildirdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın

nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu

sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu

və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirdi. “Tolerantlıq

ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa

Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”, - deyən Mehriban Əliyeva Azərbaycanda

məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırdı və ölkəmizdə bütün dini

azadlıqların təmin edildiyini bildirdi. Vurğuladı ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni

hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci

xanım Mehriban Əliyeva diqqətə çatdırdı ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din

münasibətləri mühüm rol oynayır. Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki,

multikulturalizmin alternativi yoxdur.

Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban

Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında,

yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı

kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirdi.

Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Bu

münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və

məcburi köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi

abidələrimizin dağıdıldığını diqqətə çatdırdı.

Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə

davam edəcəyini vurğuladı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən

Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə

özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda

tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə

məlumat verdi, ölkəmizdə ənənəvi dini icmalara hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-

seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha

da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.

Sonra konfrans öz işini diskussiyalar şəklində davam etdirdi. Qeyd olundu ki, Azərbaycanda müxtəlif

xalqların birgə yaşamaq qaydası, ayrı-ayrı dinlərə münasibət, digər ölkələrlə müqayisədə dini təriqətlərə

fərqli baxış, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi daha

aktualdır.

Page 72: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

72

Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında ölkəmizdə yəhudilərin 7

sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və Yəhudi evinin fəaliyyət göstərdiyini

bildirdi. O qeyd etdi ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini

nümayiş etdiriblər və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər.

“Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”, -

deyən Milix Yevdayev bildirdi ki, Azərbaycanda dinlərarası konsensus dövlət siyasəti səviyyəsinə qalxıb

və bu sahədə ikili standart yoxdur.

Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl

ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad

sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans

iştirakçılarının diqqətinə çatdırdı.

Diskussiyaya qoşulan digər iştirakçılar ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə qaydaları,

orta məktəblərdə dinin tədrisi və digər məsələlərlə bağlı suallar verdilər.

Qeyd olundu ki, Azərbaycanda dinlərarası münasibətlərdə heç bir problem yoxdur və bu, əsrlərdir ki,

davam edir. Orta məktəblərdə dinin tədrisinə yer verilib və gənclərin milli mənəvi dəyərlər ruhunda

tərbiyə olunması diqqət mərkəzində saxlanılır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran

mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkdi. Qeyd

etdi ki, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət

göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyillərin yaranmamasına şərait yaradır. “Biz dünyaya

çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”, - deyən Mehriban Əliyeva Azərbaycanın bu

təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğuladı.

Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq mühitinin onda

böyük maraq doğurduğunu, bunun canlı şahidi olmaq istədiyini bildirdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən

idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə

olunduğunu bildirdi.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd etdi

ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edir.

Bütün bu uğurların təməlində Azərbaycan xalqının nadir mentaliteti dayanıb.

Alban-udi dini icmasının sədri Robert Mobili 170 il kilsədən uzaq düşən udi icmasının indi

Azərbaycan dövlətinin qayğısı sayəsində yenidən kilsəyə qayıtdığını, ölkəmizdə udi etnosu üçün

məktəblərin fəaliyyət göstərdiyini bildirdi.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin

nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu, onların ibadəti üçün heç

bir problemin olmadığını bildirdi.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete

Azərbaycan katoliklərinin də yaradılan münbit şəraitdən istifadə edərək dini ayinləri sərbəst yerinə

yetirdiklərini və onlar üçün katolik kilsəsinin tikildiyini qeyd etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir daha konfrans iştirakçılarına minnətdarlıq etdi və

bildirdi ki, belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mehriban Əliyeva konfransın 2-ci

sessiyasının gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış etdi.

Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri

və nümayəndələri də iştirak edirdilər.

Xatırladaq ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində bu

günədək Azərbaycanda və digər ölkələrdə bir sıra tədbirlər həyata keçirib. Müxtəlif mədəniyyətlərin və

sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq

ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində dini

abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparır, müxtəlif konfranslar, sərgilər təşkil edir.

* * *

Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi”

adlı klassik musiqi gecəsi keçirildi.

Page 73: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

73

Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Fransa

paytaxtında Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris

sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi.

Xalq Artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov

və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri

səsləndirildi.

Musiqi janrları arasında simfonik musiqinin xüsusi yeri var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan

bəstəkarlıq məktəbi və simfonik ifaçılıq bir-biri ilə daim əlaqədə olub, biri digərinin inkişafını

şərtləndirib. Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin

Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev

Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Parisdə təşkil olunan bu konsert isə

Fondun bu sahədə həyata keçirdiyi layihələr silsiləsindəndir. Ümumiyyətlə, Heydər Əliyev Fondu xalqın

milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli

mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. Bu konsert də Fondun

ölkəmizin xaricdə təbliği istiqamətində reallaşdırdığı mühüm layihələr sırasına daxil oldu.

Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən

fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. 3D formatında hazırlanan illüstrasiya konsert

salonunun tavanında rəngarəng görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu.

“Xalq qəzeti”.-2015.-10 sentyabr.-N 197.-S.3.

Page 74: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

74

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə

yaşamaq mədəniyyəti” mövzusunda konfrans və “Parisin ürəyində Azərbaycan musiqisi”

adlı konsert təşkil olunub:

Birinci xanım Mehriban Əliyevanın çıxışı

(8 sentyabr 2015-ci il )

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı

layihə çərçivəsində sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq

mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı

konsert təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə

iştirak edib.

Konfransda Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq

mövzusunun aktuallığını qeyd etdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi

marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdıraraq dedi:

-Xanımlar və cənablar. Əvvəla, belə əhəmiyyətli tədbirdə iştirak etdiyiniz üçün hamınıza təşəkkür

edirəm. Mən Heydər Əliyev Fondunun rəhbəri xanım Əliyevanın bu tədbirdə iştirakından qürur duyuram.

Bu tədbirdə biz fikir mübadiləsi aparacaq, mənəviyyat və siyasət barədə müxtəlif təklifləri müzakirə

edəcəyik. Bildirmək istəyirəm ki, heç bir konsepsiya digərindən üstün deyil, bütün ideyalar idraka və

sağlam düşüncəyə söykənməlidir. Sağ olun.

Konfransın aparıcısı görkəmli politoloq Pyer Konetsa Fransa cəmiyyətində tolerantlıq mövzusunun

hər zaman aktual olduğunu bildirdi, Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən

danışaraq dedi:

-Əziz dostlar. Tolerantlıq Fransada əsas məsələlərdən biridir. Bu məsələ bizi dərindən narahat edir,

düşündürür. Fikrimcə, Azərbaycandakı tolerantlıq məsələsinə də nəzər yetirmək lazımdır. Bilmək

lazımdır, belə bir gənc ölkə necə oldu ki, tez bir zamanda özünün siyasi seçiminə nail oldu. Bu gün bu

ölkə ilə olan sıx əlaqələrə nəzər salmaq lazımdır. Bu səbəbdən biz bu gün Azərbaycandakı dini

müxtəliflikdən, Fransa və Azərbaycan təcrübələrindən danışacağıq. Burada hər iki ölkənin çox sayda

nümayəndəsi var. Xanım Əliyevanın çıxışından sonra biz diskussiyalara başlayacağıq.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda çıxış

etdi.

Birinci xanım Mehriban Əliyevanın çıxışı

-Hörmətli konfrans iştirakçıları.

Xanımlar və cənablar.

Əziz qonaqlar.

“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin hər birinizi

salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci rayonunun meri cənab Jan

Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz

Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni

müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin,

millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.

Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi

bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq.

Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də

Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir

və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və

tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid

Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi

Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik

kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz

Page 75: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

75

ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya

açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik.

Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan

çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların

nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin

reallıq da belədir.

Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim

üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma

yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə

Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.

Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri və

əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı dünyada yayılan radikalizm və dini ekstremizm

meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və

etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Azərbaycan əhalisinin

96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir.

Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada

dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda

Qırmızı qəsəbədir.

Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq

dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin,

sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən

əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini

və milli müxtəlifliyindədir.

Təsadüfi deyil ki, son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq

mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda, onun paytaxtı Bakıda

keçirilir.

Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə görüşlər, açıq müzakirələr və fikir

mübadiləsinə ehtiyac böyükdür. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın

Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, münaqişələr, qanlı toqquşmalar baş

verir. Bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik və

dini zəmində zorakılığın şahidi oluruq. Bu ilin əvvəlində Parisdə baş verən faciəvi hadisələri hamımız

yaxşı xatırlayırıq. Əlbəttə, bu meyillər, dünyada gedən proseslər bizim hamımızı narahat edir. Lakin bu

gün yalnız narahat olmaq kifayət deyil. Fikrimcə, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq

təşkilatların və xüsusən də medianın bu məsələlərdə məsuliyyəti artmalıdır.

Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik,

tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Multikulturalizmin alternativi yoxdur. Son

zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi

nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət

tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi

üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub

saxlanılmasına da öz töhfəsini verir. 2012-ci ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr

muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini

vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Vatikan tarixində

ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin

bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-

Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin,

sinaqoqların təmirinə öz töhfəsini verir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata

keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond

Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda

20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük,

humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə

xidmət edir.

Page 76: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

76

Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və soyqırımı ilə üzləşib.

Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır,

bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində

613 dinc vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş

torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə

məhv edilib.

Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki,

bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası

dialoq genişlənsin. Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin

qorunmasına öz töhfəsini verməyə hazırdır.

Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün müzakirələr ölkələrimiz,

xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bu gün bu konfransda iştirak etdiyinizə görə hər birinizə bir daha öz dərin minnətdarlığımı bildirirəm,

xalqlarımıza sülh və əmin-amanlıq arzu edirəm. Çox sağ olun.

X X X

Aparıcı Pyer Konetsa: Xanım Əliyeva, ölkəniz haqqında belə ətraflı təqdimata görə Sizə minnətdarıq.

Ölkənizdəki dini müxtəlifliyi çox orijinal və müdrik formada istiqamətləndirirsiniz.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən

Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə

özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda

tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə

məlumat verdi, ölkəmizdə ənənəvi dini icmalara hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-

seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha

da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.

Pyer Konetsa: Bu gün biz müxtəlif dini, siyasi və mədəni məsələləri müzakirə edəcəyik. Lakin bir

fransız kimi mənə Azərbaycandakı vəziyyət maraqlı gəlir. Burada əsrlər boyu yəhudilər sülh şəraitində,

heç bir təqibə məruz qalmadan yaşayıb və yaşayır. Mən bu sahədə mütəxəssis deyiləm. Amma bu fakt

artıq müzakirə mövzusu olmalıdır. Bu fenomen necə baş verir? İkincisi, Azərbaycanda qarşıdurmalara

heç zaman rast gəlinməyib. Bu birgə yaşayışın necə təmin olunması da maraqlıdır. Üçüncü məsələ isə

icmaların parlamentdə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təmsil olunmasıdır. Məncə, bu

məsələdə də Azərbaycan təcrübəsi müzakirə edilə bilər.

Fransanın böyük ravvini Haim Korsia Azərbaycanda dinə münasibətdə heç bir problemin olmadığını

bildirdi və qeyd etdi ki, bir çox ölkələrdə insanlar dini baxışlarına görə ayrı-seçkiliyə məruz qalırlar.

Haim Korsia dedi:

-Çıxışlardan məlum oldu ki, Azərbaycanda dinlə bağlı problem yoxdur. Bizdə isə deyirlər ki, biz evdə

yəhudi, bayırda isə fransız olmalıyıq.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev çıxışında bildirdi ki, Azərbaycan

və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər. O dedi:

- Dağ yəhudiləri uzun əsrlərdən bəridir ki, Azərbaycanda yaşayırlar. Bu uzun əsrlər boyu biz

Azərbaycan xalqı ilə dostlaşmış, qardaşlaşmış bir xalqıq. Bizim mentalitetimiz eyniləşib. Amma bizim öz

Tövratımız, Musa peyğəmbərimiz, öz milli mənəvi dəyərlərimiz var. Azərbaycan öz milli mənəvi

dəyərləri ilə yaşayır və inkişaf edir. Bir qədər əvvəl möhtərəm ravvin dedi ki, biz elə bil faktla

rastlaşmışıq ki, bayırda fransız, içəridə isə yəhudiyik. Amma Azərbaycanda belə deyil. Biz bayırda da

yəhudiyik, içəridə də yəhudiyik. Biz bayırda da bu kipa ilə gəzirik, içəridə də. Biz içəridə də “Şəma

İsrail” deyirik, bayırda da bunu deməyə qorxmuruq.

Mən bir şeyi qeyd etmək istərdim ki, indi Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir

“İşiva” kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Biz bu illər ərzində Azərbaycan xalqının

xoş gününə sevinmişik.

Olmasın bəd günlər, bəd günlərdə də bir yerdə olmuşuq. Son illər Azərbaycan təcavüzə məruz qalanda

bizim də şəhidlərimiz oldu. Bizim də Albert Aqoronov kimi milli qəhrəmanımız var. Biz harada

olmağımızdan asılı olmayaraq bununla fəxr edirik. Azərbaycanın bugünkü həqiqətlərini inanın Allaha ki,

gəlib görmək lazımdır.

Page 77: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

77

Bizə dünyanın hər yerindən qonaqlar gəlir. Elə il yoxdur ki, iki qrup, üç qrup fransız gəlməsin. Biz hər

şənbə şabat süfrəsi açırıq. Onlar bizim şabat süfrəsinə qonaq oldular. Süfrədən sonra Marselioza oxumağa

başladılar. Biz də oxuduq, onlar da oxudular. Bir də gördüm təsirləniblər. Soruşdum ki, niyə

təsirlənmisiniz? Dedilər ki, biz belə bir şabata həsrətik.

Dünyada analoqu olmayan müsəlman dövləti bizə sinaqoq tikib, təhvil verib, töhfə edib. Onun

fəaliyyətini təmin etmək üçün hər il bizə yardım göstərirlər. İnanın Allaha ki, bu, Azərbaycanda bizim

gündəlik həyatımızdır. Bu, gəlişi gözəl sözlər deyil. Azərbaycan dünyada yəhudilər üçün ən münbit bir

dövlətdir.

Fransanın Doqones şəhərinin məscidinin nümayəndəsi İmam Həsən bütün dünyada mövcud olan dini

dözümsüzlükdən, müxtəlif dinlərin nümayəndələri arasında olan münaqişələrdən danışdı və

Azərbaycandakı vəziyyətin digər ölkələrdəki vəziyyətdən tam fərqləndiyini bildirərək dedi:

-Bəs nə üçün Azərbaycanda dini dözümsüzlük yoxdur, tolerantlıq hökm sürür? Mən Azərbaycan

tarixinə bələdəm. Azərbaycan İslamla Hicri-Qəməri təqviminin 25-ci ilində, Xəlifə Ömərin vaxtında tanış

olub. Hicri-Qəməri təqvimi ilə birinci əsrdə burada İslam bərqərar olub.

Fransa Yəhudi Təsisatları Şurasının nümayəndəsi Jan Pyer Lalebi konfransda çıxış edərək müxtəlif

ölkələrdə dinə olan münasibətdən danışdı. Qeyd etdi ki, bir çox ölkələrdə dünyəvilik yeni bir din kimi

qarşılanır, Azərbaycanda isə bunun tam əksidir. Hər kəs bir-birinə mane olmadan dini etiqadına riayət

edir. Jan Pyer Lalebi dedi:

-Mən müşahidələrimi sizinlə bölüşmək istəyirəm. Bizim təşkilatın Azərbaycan səfirliyi, Azərbaycanın

siyasi dairələri və Azərbaycanda yaşayan yəhudilərlə sıx əlaqələri var. Mən dəfələrlə Azərbaycanda

olmuşam. Bura müstəsna bir ölkədir. Bu tədbirdə də məndən başqa çoxları bu fikri təkrarlayır. Mən

sonuncu dəfə Azərbaycanda olanda yəhudi icmasının nümayəndələri ilə görüşdüm. Bundan sonra bizim

şeyxülislamla da görüşümüz oldu. Görüşdə ölkədəki bütün dini icmaların nümayəndələri iştirak edirdilər.

Mən icma üzvləri arasında qarşılıqlı rəğbətin şahidi oldum. Ölkədə bütün icmaların arasında səmimi

dostluq münasibətləri mövcuddur.

Fransanın İvri şəhərinin katolik yepiskopu Dübost Azərbaycanın quruluşuna görə dünyəvi dövlət

olduğunu qeyd etdi və bildirdi ki, buna baxmayaraq burada bütün dini icmalar sülh şəraitində birgə

yaşayırlar.

Konfransdakı çıxışlara münasibət bildirən Mehriban Əliyeva dedi:

-Hörmətli qonaqlar, mən ilk növbədə, burada ölkəmiz haqqında çıxış edən, Azərbaycanda olan

konfrans iştirakçılarının sözlərinə görə onlara öz dərin minnətdarlığımı çatdırıram. Mən sizin hər birinizi

Azərbaycana dəvət etmək istəyirəm.

Bəzi suallara mən də öz fikrimi bildirmək istəyirəm. Terrorizmin, radikalizmin heç bir dini və milləti

yoxdur. Bu cür həssas məsələlərdə çox dəqiq olmaq lazımdır. Düşünmək lazımdır ki, bu kəlmələr

milyonlarla insanın hisslərinə toxunur. Çünki mən yenə də demək istəyirəm, bu halların İslama heç bir

aidiyyəti yoxdur.

Siz sual verdiniz ki, Azərbaycanda bu mühit necə əldə edilib. Əlbəttə, burada tarixi köklər çox

vacibdir. Əsrlər boyu insanlar bir-birinə qarışıb, müxtəlif mədəniyyətlər, müxtəlif dinlər arasında yaşayıb.

Digər tərəfdən, əlbəttə, bu, dövlət siyasəti olmalıdır. Çünki dövlət bu tolerantlıq ənənələrinin

saxlanmasına, qorunmasına böyük diqqət verir.

Həmçinin çox vacib məsələ, əlbəttə, iqtisadi və sosial problemlərin həllidir. Çünki biz nəzər salsaq

görərik ki, bu pis meyillər hansı ölkələrdə hökm sürür. O ölkələrdə ki, sabitlik, iqtisadi inkişaf yoxdur,

yoxsulluq var, təhsilin səviyyəsi çox aşağıdır.

Əlbəttə, biz ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yola nəzər salsaq, - 24 ildir ki,

müstəqilliyimizi bərpa etmişik, - görərik ki, bu qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Misal

üçün, 10 il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Bu gün 5 faizdir. Bu gün

işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu gün bütün dünyaya bəllidir ki, Azərbaycanın iqtisadiyyatı necə

böyük sürətlə inkişaf edir.

Biz bu gün siyasətimizdə təhsilə ən vacib prioritet istiqamət kimi baxırıq. Çünki biz yenə də nəzər

salsaq görərik ki, əhalinin hansı təbəqəsi radikalizmə, ekstremizmə meyillidir. Əfsuslar olsun ki, bunlar

gənclərdir. O gənclər ki, nə biliklərə malikdir, nə də təhsil ala bilir. Odur ki, radikalizmin qarşısını

almaqda təhsilin çox böyük əhəmiyyəti var və biz Azərbaycanda buna böyük diqqətlə yanaşırıq. Biz öz

gənclərimizi xarici ölkələrə təhsil almağa göndəririk. İstəyirik ki, onlar bütün dünyada mövcud olan ab-

havanı görsünlər. Əlbəttə ki, sabitlik, iqtisadi inkişaf bu məsələlərdə çox böyük rol oynayır.

Mən bir daha demək istəyirəm ki, tolerantlıq, dözümlülük Azərbaycanda hər bir vətəndaş üçün çox

normal və adi yaşam tərzidir. Biz heç vaxt heç kimə milli, dini mənsubiyyətinə görə fərq qoymamışıq. Bir

Page 78: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

78

insanla tanış olanda heç ağlımıza da gəlmir ki, onun dini, milləti nədir? Çünki biz hər zaman özümüzü bir

millət kimi hiss etmişik və doğrudan da biz çox xoşbəxtik.

Bilirsiniz, bu gün biz elə dünyada yaşayırıq ki, hasarlar qurmaq, öz məkanında qalmaq və əldə edilən

nailiyyətləri qoruyub saxlamaq çətindir. Çünki müasir dünyada ətrafda gedən proseslər istər-istəməz

sənin də dövlətinə təsirini göstərir. Ona görə biz bu mövzunu qaldıranda, bu konfransı keçirəndə,

Azərbaycanın təcrübəsini bütün dünyaya göstərəndə istəyirik dünyaya çatdıraq ki, birgə yaşamaq

mümkündür. Dostluq və anlayış şəraitində yaşamaq mümkündür.

Ona görə, bizim üçün çox vacibdir ki, Azərbaycanın təcrübəsi bu gün dünyada tanınsın. Əlbəttə, biz

bir çox ölkələrlə, o cümlədən Fransa ilə bu sahədə əməkdaşlığa hazırıq və istərdik ki, gələcəkdə də

əməkdaşlıq edək. Bizim istəyimiz odur ki, bu təcrübə dünyada tanınsın və geniş təbliğ olunsun. Təşəkkür

edirəm.

X X X

Pyer Konetsa: Xanım Əliyeva, maraqlı çıxışınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycandakı sağlam dini mühitin mövcud olmasında Sizin rolunuz böyükdür. Sizin ölkənizin

təcrübəsini tətbiq edərək bizdəki bəzi problemləri də həll etmək mümkündür.

Konfransda Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi dini radikalizmlə bağlı

fikirlərini bildirdi. Qeyd etdi ki, radikalizmlə mübarizə təkcə hüquq mühafizə orqanlarının işi deyil, bu

məsələdə bütün dini icmalar yaxından iştirak etməlidirlər. Tofiq Septi bu məsələdən danışarkən

Azərbaycandakı təcrübəni qeyd etdi və dedi:

- Azərbaycandakı tolerantlığa şahid olmaq üçün bu ölkəyə səyahət etmək lazımdır. Dini radikalizmlə

mübarizədə Azərbaycan təcrübəsindən bəhrələnmək gərəkdir.

Valiske Yəhudi Assosiasiyasının nümayəndəsi Andrey Kosmiki Azərbaycan cəmiyyətində qadınların

rolunun böyük olduğunu vurğuladı.

Fransa sakini xanım Xosla Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı

xidmətlərini xüsusi qeyd etdi, dünyada tolerant yaşayışın önəmini diqqətə çatdırdı.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən

idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə

olunduğunu bildirdi.

UNESCO-nun xoşməramlı səfiri Edva Ser Azərbaycanda olduğu müddətdə gördüyü tolerantlıqdan

ətraflı danışaraq dedi:

- Mən bu ölkədə dəfələrlə olmuşam. Azərbaycanda mən sərbəst və təhlükəsiz şəraitdə hərəkət edə

bilirəm. Bakıda insanlar səmimi və gülərüzdürlər. Təəssüf ki, bu gün əksər ölkələrdə belə insanlara rast

gəlmək çətindir. Mən Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ilə görüşmüşəm. Bu ölkədə

hər addımda tolerantlıq ruhu hiss olunur. Azərbaycanda qədim binalara tez-tez rast gəlinir. Dövlət qədim

tarixi irsi qoruyur.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd

etdi ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak

edir. O dedi:

- Hörmətli Mehriban xanım, cənab Löqare, xanımlar və cənablar. Cənab Fekete ilə mən Azərbaycanın

xristian icmasını təmsil edirik. Mən pravoslavam, o isə Roma katolik kilsəsinə mənsubdur. Təbii ki,

Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Ancaq tərkib hissəsinə görə ölkə İslam ölkəsidir,

çünki vətəndaşların əksəriyyəti müsəlmanlardır. Yalnız az bir qismi xristianlardır. Lakin buna

baxmayaraq Azərbaycanda bütün dinlər bərabərhüquqludur. Bunun sübutu isə dövlət institutları, biznes,

təhsil, səhiyyə sahələrində bütün millətlərin və bütün dinlərin nümayəndələrinin təmsil olunmasıdır. Biz

bununla çox fəxr edirik. Bizdə məscidlər, məbədlər, kastyollar, yeni sinaqoqlar var. Həm də onların

yeniləri açılır, inşa olunur, köhnələri bərpa edilir. Bu məsələdə Heydər Əliyev Fondu böyük kömək

göstərir. Lap bu yaxınlarda bizdə Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Demək lazımdır ki, dövlət dini

problemlərə son dərəcə diqqətlə yanaşır. Hər il Azərbaycan Prezidenti dini icmaları təbrik edir -

xristianları Pasxa və Milad, müsəlmanları Qurban, yəhudiləri isə Roş-Ha-Şana bayramları münasibətilə

təbrik edir. Mən də fürsətdən istifadə edərək Fransa yəhudilərini qarşıdan gələn Roş-Ha-Şana bayramı

münasibətilə təbrik edirəm. Demək istərdim ki, bizdə həm də dini-tədris müəssisələri mövcuddur.

Məsələn, İslam Universiteti, bizim məbəddə xristian məktəbi, həmçinin yəhudi tədris müəssisələri

fəaliyyət göstərir. Bu, dövlətimizin dini problemlərə nə qədər ehtiramla yanaşdığını sübut edir.

Page 79: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

79

Azərbaycan mentalitetinin daha bir mühüm cəhətini qeyd etmək istərdim. Bu, hər kəsin dini hisslərinə

olan dərin hörmətdir. Bizdə dini, yaxud milli məhəllə və ya küçələr yoxdur. Eyni küçədə, eyni binada,

eyni tikilidə müxtəlif xalq və millətlərin nümayəndələri yaşayırlar. Bizdə qarışıq nikahlar da çoxdur.

Məsələn, əgər müsəlmanlar Qurban, yaxud Ramazan bayramını qeyd edirlərsə, demək bu, dini və ya milli

mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bayramıdır. Əgər Milad və ya Pasxa

bayramıdırsa, bütün vətəndaşlar bunu bilir və bir-birilərini bu bayram münasibətilə təbrik edirlər. Eləcə

də Roş-Ha-Şana və Pesex də bizim ümumi bayramlarımızdır. Ölkəmizdəki real vəziyyət bax budur.

Təşəkkür edirəm.

X X X

Alban-Udi dini icmasının sədri Robert Mobili udi icmasının da Azərbaycan dövlətinin qayğısı ilə

əhatə olunduğunu bildirərək dedi:

- Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar, din xadimləri.

Hörmətli Mehriban xanım.

Hörmətli moderator.

Həqiqətən bu gün Azərbaycanda mövcud olan tolerantlıq çox vacib mövzudur. Mən Azərbaycanda

qədim avtoxton etnos olan udiləri təmsil edirəm. Bu, çox maraqlı bir etnosdur, Azərbaycanda, düzənlik

bir yerdə öz dinlərini və dillərini saxlayıb. Bu, faktiki olaraq xristian dünyasında bir fenomendir.

Xristianlığı saxlayıblar. Şərq kilsəsinin, Alban kilsəsinin varisidir. Udilər dini tərəfdən xristianların

varisləridir. Alban kilsəsi Apostol kilsəsi olub. Bu gün udilər həmin kilsəni saxlayıblar və burada ibadət

edirlər.

Bizim üçün çox çətin olub. Çar Rusiyası Qafqazı işğal edəndə Alban kilsəsini birbaşa erməni kilsəsinə

verib və biz bütün zəngin mədəni irsin birbaşa Eçmiədzinə verilməsinə narazılığımızı bildirmişik. Bizə

çox çətin oldu. Bizim bir seçimimiz qaldı - kilsədən imtina etdik.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu kilsələr bərpa olunur. Bu kilsələr həm dövlət, həm

də sıravi vətəndaşlar tərəfindən bərpa olunur.

Biz həm dilimizi, həm dinimizi saxlamışıq. Nəyin hesabına? Ətraf mühitin, Azərbaycan əhalisinin

hesabına. Onun sayəsində çox şey qazanmışıq. Bizdə Azərbaycan dilində də, rus dilində də məktəblər var.

Amma bu məktəblərdə biz öz etnosumuz üçün öz dilimizdə dərs keçirik. Bu, bizə olan yüksək dövlət

qayğısının göstəricisidir. Biz bu qayğını daim hiss edirik.

Mən sizin vaxtınızı çox almaq istəmirəm. Çünki sözün həqiqi mənasında siz gərək gəlib onu görəsiniz.

Bizə həddindən çox qonaqlar gəlir. Birinci qonaq Fransadan ən qədim vaxtda “Qafqaz səfəri”ni yazan

Aleksandr Düma gəlmişdir. Onun “Qafqaz səfəri” kitabında bir fəsil, bir hissə udilərlə bağlıdır.

Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç ölkəmizdə digər dinlərin

nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. Azərbaycanda

yəhudilərin ibadəti üçün heç bir problemin olmadığını vurğulayan G.Zelmanoviç dedi:

- Bizim azərbaycanlılarla həmişə çox gözəl münasibətlərimiz olub və bizə hörmətlə yanaşıblar. Burada

belə bir sual oldu ki, biz necə ünsiyyət qururuq. Biz sadəcə ünsiyyət qururuq. Tolerantlıq və dözümlülük

mərhələsini biz artıq keçmişik. Biz ünsiyyət saxlayırıq, dostluq edirik. Bu termin Azərbaycan üçün

çoxdan köhnəlib. Bir nümunə çəkmək istəyirəm: biz Qafqazın hörmətli şeyxülislamı Allahşükür

Paşazadə, Aleksandr Ata ilə adi şam süfrəsi arxasında görüşürük. Həmçinin yas mərasimində və ya hər

hansı bir hadisə olanda bütün icmaların nümayəndələri görüşürük, söhbət edirik. Bütün rəhbərlər də bunu

görür. Bizdə nəinki dözümlülük, tolerantlıq var, bizdə çox yaxşı dostluq münasibətləri mövcuddur. Biz

dini icma rəhbərlərini doğum günlərində, hansısa bayramlarda təbrik edirik. Yəhudilər, müsəlmanlar,

xristianlar öz bayram təamlarını bir-birilərinə göndərirlər. Bax əsl ünsiyyət, dostluq budur. Ona görə

bizdə belədir.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete

ölkəmizdə katoliklər üçün də münbit şəraitin yaradıldığını vurğulayaraq dedi:

- Hörmətli Mehriban xanım, şəhərin meri, hörmətli xanımlar və cənablar. Mən milliyyətcə slovakam.

Ancaq 6 ildir ki, Azərbaycanda yaşayıram və işləyirəm. Buna görə də Azərbaycandakı ümumi və

dinlərlərarası münasibətlər barədə rəy bildirə bilərəm.

Katolik kilsəsi çox kiçikdir. Biz cəmi 500 nəfərik, üstəgəl son illərdə Azərbaycana işləməyə gələn bir

neçə min əcnəbi. Bu kiçik rəqəmə baxmayaraq deyə bilərəm ki, cəmiyyətdə bizə hörmət var.

Azərbaycandakı xristianların maarifçiliyə və cəmiyyətin inkişafına kömək edən statusu var. Beləliklə,

çətinlik və problem olmadan biz dini rəhbərlər kimi görüşüb maarifçilik və cəmiyyətlə bağlı məsələləri

Page 80: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

80

müzakirə edirik. Dini rəhbərlər arasındakı yaxşı münasibətlərin bütün cəmiyyətə müsbət təsiri var.

Katoliklər görəndə ki mən Pravoslav arxiyepiskopu ilə sevgi ilə dostluq edirəm, məni şeyxülislam

hörmətlə ya iftara, ya da hər hansı bir məsələ ilə bağlı dəvət edir. Düşünürəm ki, bu, cəmiyyətə əlavə

şərhsiz anlamağa kömək edir ki, biz bir yerdə yaşamalıyıq. Biz bir-birimizi sevməliyik və bir-birimizə

hörmət etməliyik. Əgər bu, Azərbaycanda mümkündürsə, düşünürəm ki, bu, həmin məsələ ilə bağlı o

qədər də inkişaf etməyən ölkələr üçün müsbət nümunə ola bilər.

“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransa birinci

xanımMehriban Əliyeva yekun vuraraq dedi:

- Mən sonda konfransın bütün iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.

Cənab mer, sizə bir daha təşəkkür edirəm. Siz həm bu konfransın, həm də on gün Parisin 1-ci rayonunda

Azərbaycan şəhərciyinin təşkilində bizə böyük yardım göstərmisiniz.

Mən bugünkü konfransı aparan moderatora öz dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə

edərək fransız xalqına bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Siz bilirsiniz ki,

mən sizin ölkənizə tez-tez səfər edirəm və hər dəfə biz çalışırıq ölkəmiz haqqında yeni layihələr həyata

keçirək, Azərbaycanı daha da yaxşı tanıdaq, xüsusən də humanitar sahədə, mədəniyyət sahəsində.

Hər dəfə belə tədbirlərin böyük uğurla keçməsi, böyük maraqla qarşılanması, əlbəttə, məni sevindirir.

Onu da qeyd etmək istəyirəm ki, hər gəlişimdən sonra mən Fransada yeni dostlar tapır, Azərbaycana

hörmətlə yanaşan, Azərbaycanla maraqlanan yeni insanlarla tanış oluram. Bu da özlüyündə ölkələrimizin,

xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verir.

Hesab edirəm ki, bugünkü konfrans uğurla keçdi. Mənim bir təklifim var. Konfransın ikinci

sessiyasını sizin hamınızın iştirakı ilə Azərbaycanda, Bakıda keçirməyi təklif edirəm. Mən sizin hamınızı

Bakıya dəvət edirəm. Bir daha çox sağ olun.

X X X

Sentyabrın 8-də axşam Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan

musiqisi” adlı klassik musiqi gecəsi keçirildi. Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua

Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən

əsərlərin sənətsevərlərin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi və bu fürsəti onlara yaratdığı

üçün Azərbaycanın birinci xanımına minnətdarlıq etdi.

Sonra xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar

Seyidov və başqalarının iştirakı ilə geniş konsert proqramı təqdim olundu.

X X X

Gecənin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən

fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə

hazırlanan 3D formatlı illüstrasiya mərasim salonunun tavanında heyrətamiz görüntülər yaratdı və

tamaşaçıların böyük marağına səbəb oldu.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

“Xalq qəzeti”.-2015.-11 sentyabr.-N 198.-S.3-4.

Page 81: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

81

Heydər Əliyev Fondunun uğurlu təhsil layihəsi

Nərimanov rayonunda da Bilik günü geniş miqyasda qeyd olunub. Tədbirlərdə iştirak edən

müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi

qayğıdan çox razı qaldıqlarını ifadə ediblər.

Dünən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni dərs ilinin başlanması və Bilik günü ilə əlaqədar

rayon ərazisində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat

Məktəbində tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə

təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Ümummilli lider Heydər Əliyevin respublikada təhsilin tərəqqi və inkişafı istiqamətində apardığı köklü

islahatlar barədə məlumat verib, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-

yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb,

eyni zamanda ulu öndərin ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev

Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim

diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatı Adil Əliyev və başqaları çıxış edərək Azərbaycanda təhsil sisteminin

inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə

olunması, həmçinin xoşbəxt gələcəyi naminə sərf etdiyi əməyə görə dövlət başçısı İlham Əliyevə və

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və bu cür gözəl tədbirin təşkil

olunmasında əməyi olan hər kəsə təşəkkürlərini bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün

yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Sonda internat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri - məktəbli geyimləri və

dərs ləvazimatları təqdim edilib.

“Azərbaycan”.-2015.-16 sentyabr.-N 202.-S.10.

Page 82: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

82

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda

xeyriyyə tədbirləri keçirilib

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın

təşəbbüsü ilə “Pakistan Sweet Homes” yetimlər evinin İslamabad, Abbottabad və Kəraçi

şəhərlərində yerləşən şöbələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə “Pakistan Sweet Homes”un direktoru Zamrad Xan, Azərbaycan-Pakistan Gənclər

Forumunun prezidenti, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur,

tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin

əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M.A.Nur çıxış edərək əsası ulu öndər Heydər

Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi

əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi, mənəvi amillərdən söhbət açıb. O, Pakistanın

çətin günlərində Azərbaycanın hər zaman bu ölkəyə dəstək verdiyini, Mehriban Əliyevanın təşəbbüsü ilə

Heydər Əliyev Fondunun reallaşdırdığı humanitar və xeyriyyəçilik layihələrinin də bunun təcəssümü

olduğunu bildirib. “Qızıl qəlbli xanım olan Mehriban Əliyeva Pakistanın imkansız insanlarına qarşı

həmişə xeyirxah davranıb və xoşbəxtliyi onların arasında yaymağa davam edir. Pakistanda Mehriban

xanım kimi xeyriyyəçilik işləri görən şəxsiyyətlər tapmaq çətindir”, - deyən M.A.Nur layihələrin

əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən “Pakistan Sweet Homes”un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif

yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını, onlara sahib çıxmağın

zəruriliyini deyib. Bildirib ki, yetimlərə qayğı müqəddəs işdir, ilahi buyruqdur. O, Heydər Əliyev

Fondunun xeyriyyəçilik layihələrinin ülvi dəyərlərin, yüksək mədəniyyətin təzahürü olduğunu, bu

əməllərin hədər getmədiyini, Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.

Səfir Daşqın Şikarov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından iştirakçıları

salamlayıb, yetimlər evinin uşaqlarına onun xoş arzularını çatdırıb, Qurban bayramı ərəfəsində bir araya

gəlməyin sevindirici olduğunu vurğulayıb. Səfir Heydər Əliyev Fondunun Azərbaycanda, Pakistanda və

digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb. O, həmçinin sentyabrın

24-25-də İslamabad, Abbottabad və Kəraçi şəhərlərində iribuynuzlu qurbanlıqların kəsilərək kimsəsizlər

evinin 3600 sakininə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanılacağını bildirib.

Mərasimdə yetimlər evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər,

mahnılar, eləcə də idman nümunələri ifa ediblər.

Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli

çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə

kimsəsizlər evində keçirilən tədbir Pakistanın televiziya kanallarında nümayiş olunub, həmçinin “Daily

Times,” “The News”, “The Nation”, “Nawai Waqt”, “Pakistan Observer”, “Exspress”, “Diplomatic

İnsight”, “Pakistan Today”, “Dna News” “The Frontier Post” və digər nüfuzlu qəzetlərdə bununla bağlı

məqalələr dərc edilib.

Qulu KƏNGƏRLİ,

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

“Xalq qəzeti”.-2015.-22 sentyabr.-N 207.-S.3.

Page 83: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

83

Heydər Əliyev Fondunun ölkəmizin dünyada təbliğinə yönəltdiyi hədəflər uğurla

nəticələnir

Mehriban xanım Əliyeva: "Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən

böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır"

Nəzakət Ələddinqızı

Qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan XX yüzilliyin sonunda müstəqilliyə

qovuşduqdan sonra dövlətimiz və xalqımız dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və

mədəniyyətini təbliğ etməyi qarşıya əsas vəzifələrdən biri kimi qoydu. Azərbaycan xalqının Ümummilli

Lideri Heydər Əliyev dövlətçilik tarixinin, adət və ənənələrin hər millətin həyatında mühüm rol

oynadığını qeyd edərək deyirdi: "Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq

olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm

dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır".

Müasir dövrümüzdə Azərbaycanın dövlətçilik tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliğ

olunması, yaşaması istiqamətində görülən tədbirlər dövlətçiliyimizin sağlam təməl üzərində qurulduğunu

təsdiqləyir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün əldə etdiyimiz uğurlu

diplomatik əlaqələr nəticəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın dünya çapında

nəhəng dövlətlərlə bir sırada dayanması nailiyyətlərimizin bariz nümunəsidir. Qeyd edək ki, bu

istiqamətdə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də xüsusi diqqət çəkir. Milli adət-

ənənələrimizin, elm və mədəniyyətimizin inkişafı, Qarabağ həqiqətlərinin təbliği yönümündə fondun

Prezidenti, Azərbaycanın Birinci Xanımı, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban

Əliyevanın dəstəyilə keçirilən layihə, proqram, tədbirlər öz əhəmiyyəti və müxtəlifliyilə seçilir. Fond

tərəfindən ölkəmizin dünyada təbliğinə yönələn hədəflər uğurla reallaşmaqdadır. Fondun fəaliyyəti

sayəsində Novruz bayramının YUNESKO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi,

YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq

Muzeyinin və "Atəşgah"ın daxil edilməsi xüsusi vurğulanmalıdır.

"Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağliq Qarabağ

münaqişəsinin həllidir"

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycan həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı

təcavüzünü, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi

önəm verir. "Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu

gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının

işğalıdır", - deyən Mehriban Əliyeva Azərbaycan xalqının təcavüz və torpağının işğalı ilə XXI əsrə

qədəm qoyduğunu vurğulayır. Odur ki, bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ

münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını

yarmaq, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev

Fondunun fəaliyyətində həmişə mühüm yer tutur. Bu istiqamətdə görülən məqsədyönlü iş fondun

yaratdığı və geniş məlumat bazasına malik "Azərbaycan" portalının internet şəbəkəsinə qoşulması ilə

başlamışdır. Portalda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilərdə

yerli əhaliyə qarşı törədilən azğınlıq, tarix-memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması barədə faktlar

öz əksini tapmışdır.

Fondun nəşr etdiyi "Qarabağ həqiqətləri" bukletlər toplusunda da Xocalı soyqırımı, erməni

təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı

informasiya vardır. Toplu ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq, bir çox xarici

ölkələrdə yayılmışdır.

Xocalı soyqırımı ilə əlaqədar isə Heydər Əliyev Fondu xüsusi layihələr həyata keçirir. Həmin layihələr

çərçivəsində Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğınla bağlı dünya ölkələrində - Rusiya,

Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya, Çexiya, İsveçrə, Gürcüstanda və

Page 84: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

84

başqa ölkələrdə silsilə tədbirlər keçirilir. Onu da vurğulayaq ki, 2008-ci ildə Avropada ilk dəfə olaraq

Niderlandın Haaqa şəhərində Xocalı faciəsinə həsr edilmiş abidə ucaldıldı.

Azərbaycanın dünya ölkələrində daha yaxşı tanıdılması üçün təbliğat xarakterli tədbirlərin

davamlılığı təmin edilir

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi ilə bağlı həyata keçirdiyi

tədbirlər ölkəmizin geniş məkanda təbliğində əhəmiyyətlidir. Belə ki, Moskvada "Bakıya məhəbbətlə"

fotosərgisi, Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi, Avropa Parlamentində

Azərbaycan mədəniyyəti günləri, İndoneziya Milli Kitabxanasında Azərbaycan Fondunun yaradılması və

onlarla belə tədbirlər Azərbaycan reallıqlarının təqdimində əhəmiyyətlidir.

Bu günlərdə isə Parisdə Luvr Muzeyinin qarşısındakı məşhur "Pale Royal" meydanında "Azərbaycan

şəhərciyi"nin açılışı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin davamıdır. Qeyd edək ki, son

illərdə Azərbaycanın Fransada daha yaxşı tanıdılması üçün bir çox layihələr həyata keçirilib. Bu cür

mədəniyyət layihələri artıq Fransanın 25-ə yaxın regionunda da baş tutub, Azərbaycanın və Fransanın 10-

dan çox şəhəri dostluq və qardaşlıq əlaqələri qurub. Qeyd edək ki, "Azərbaycan şəhərciyi" Parisdə artıq

ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı

tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını

təmin etməkdir.

Sentyabrın 9-dək fəaliyyət göstərəcək "Azərbaycan şəhərciyi"ndə ölkəmizin tarixi, mədəniyyəti, xalq

sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunur. "Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik

özünəməxsus dizaynda qala divarlarının əhatəsində təşkil olunub. Şəhərcikdə Azərbaycanın xalçaçılıq,

dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərinin geniş şəbəkəsi yer alıb.

Ölkəmizi təmsil edən sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq

Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edirlər.

Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların

əsərlərindən ibarət fotosərgi də təşkil olunub. "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı sərgi

ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.

Təbii ki, belə tədbirlərin dünya ölkələrində təşkili ölkəmizin real mənzərəsini yaradır və Azərbaycan

öz zəngin tarixi, mədəniyyəti, milli dəyərləri ilə bəşər sivilizasiyasına töhfələr verdiyin bir daha

təsdiqləyir.

“Səs”.-2015.-23 sentyabr.-№ 176.-S.3.

Page 85: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

85

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə

xeyriyyə tədbiri keçirilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fondun

Rusiya nümayəndəliyi Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib.

Heydər Əliyev Fondunun nümayəndələri Rusiya Müftilər Şurasının sosial-xeyriyyə və dini-

maarifləndirmə departamentinin və “İhlas” Fondunun təmsilçiləri ilə birlikdə aztəminatlı ailələrə, o

cümlədən azərbaycanlı ailələrə, habelə imkansız insanlara qurban əti paylayıblar.

Qurban sovqatı alanlar diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, humanizm və mərhəmət aktı, yaxınlara

qayğı kimi qəbul edilən bu xeyriyyə aksiyası yüksək mənəvi ideallara ən gözəl örnəkdir və bizim mənəvi

əlaqələrimizi möhkəmləndirir.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

“Xalq qəzeti”.-2015.-29 sentyabr.-N 210.-S.4.

Page 86: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

86

Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya

əməliyyatları aparılır

Heydər Əliyev Fondu tərəfindən “Koxlear implantasiya” proqramının həyata keçirilməsinə başlanılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası

üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin

avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib. Müayinələr

nəticəsində 80 nəfər üzərində koxlear implantasiya əməliyyatının keçirilməsinə qərar verilib, 70 nəfərin

isə eşitmə aparatına ehtiyac olduğu müəyyən edilib.

“Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev

Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri, tibb

müəssisələrinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində

əməliyyatların aparılması, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin

dəstəklənməsi bu gün öz müsbət nəticələrini göstərməkdədir,”-deyə Fondun icraçı direktoru Anar

Ələkbərov bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ildən

etibarən başlanılmış eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında “Koxlear implantasiya”

proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsuru olan şəxslər üzərində pulsuz müayinələr

aparılmış, mütəxəssislər tərəfindən əməliyyata təyinat alan eşitmə qüsurlu şəxslərə implant qoyulması

qərara alınmışdır. “Artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər bir illik müddətində

Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunub”-deyə Anar Ələkbərov bildirib.

Koxlear implantasiya əməliyyatı edilən 26 nəfər əsasən 1-6 yaş arasındadır, bir nəfər isə 18 yaşındadır.

Bu uşaqlar uğurla əməliyyat olunub, onlarda eşitmə sinirindən impuls alınıb.

Anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Raqibin anası Aygün Rəşidli əməliyyatdan razılığını bildirir:

”Biləndə ki, uşaq eşitmir, həkimə müraciət etdik. Bizə Heydər Əliyev Fondunun dəstəyi ilə eşitmə

qüsurlu uşaqlar üzərində koxlear implantasiya əməliyyatlarının aparıldığını bildirdilər. Sağ olsunlar

həkimləri, uşağı müayinə etdilər və əməliyyata qərar verdilər. Əməliyyat uğurla keçdi. Başda Mehriban

xanım olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm.”

İki yaşlı Fatimənin anası Məryəm Ağabalayevanın da sevinci hədsizdir. O, sevincini bizimlə bölüşür:

”Uşaq 11 aylıq olanda, xəbər tutduq ki, eşitmir. Həkimlər problemin həllini implantasiya əməliyyatında

görürdülər, buna isə imkan yox idi. Heydər Əliyev Fonduna məktub yazdıq. Tezliklə cavab gəldi. Heydər

Əliyev Fondu tərəfindən həyata keçirilən “Koxlear implantasiya” proqramından biz də yararlandıq.

Əməliyyat yaxşı keçib. Həkimlər deyirlər ki, uşağın eşitməsi 2 aydan sonra bərpa olunacaq. Buna görə

Fondun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Koxlear implantasiya eşitmə qüsurlu olan şəxslərin tam sosial adaptasiyasına yönəlmiş bir proqramdır.

İmplantlar anadangəlmə və qazanılmış eşitmə qüsuru olan insanlara tətbiq edilir. Əməliyyat 3 mərhələdə-

pasiyentin hərtərəfli müayinədən keçməsi, cərrahi əməliyyat və reabilitasiya mərhələlərində həyata

keçirilir. Müayinə zamanı eşitmə qüsurunun səbəb və dərəcəsi, eyni zamanda implantasiyanın sonrakı

səmərəlilik dərəcəsi müəyyən edilir. Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik

impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan

implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə

mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur. Əməliyyatdan sonra bu

şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantansiya nəticəsində tam eşitmə və danışma qüsurlu

şəxslər normal həyat tərzinə qayıda bilir. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha

səmərəli nəticələr verdiyini və bu şəxslərə əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir.

Oktyabrın 5-də isə daha 2 uşağın üzərində implantasiya əməliyyatı aparılıb. Zümrüd Bədirzadə 1 yaş 3

aylıq oğlu Səidin implantasiya əməliyyatı sayəsində dünyanın səslərini eşidəcəyinə ürəkdən inanır:

”Oğlum vaxtından əvvəl doğulub. Üç aylığında isə xəstələnib və çoxlu antibiotiklər qəbul edib. Bəlkə də,

bütün bunlar onun eşitməsində problemlər yaradıb. Müayinədən sonra əməliyyatı məsləhət gördülər.

Fikirləşirdik ki, pulu haradan tapaq. Heydər Əliyev Fondunun bu proqramı üzrə müraciət etdik,. Siyahıya

aldılar. Bu gün isə əməliyyat olunacaq. Nəinki ümid edirəm, dəqiq bilirəm ki, əməliyyatdan sonra oğlum

eşidəcək.”

Bu gün keçirilən hər iki əməliyyat Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas

tərəfindən həyata keçirilir. O, bir çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə milli proqramlara

Page 87: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

87

iştirak edir. Bundan əlavə, bu əməliyyatların keçirilməsində Rumıniya, Moldova, Liviya, Özbəkistan,

Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə qazanıb. Bakıda olmağından məmnunluğnu ifadə edən

litvalı alim Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməyi ilə

Azərbaycanda bu əməliyyatların aparılmasının mümkünlüyünü bildirib. Bununla da eşidə bilməyən

uşaqlara cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun

dəstəyi ilə pulsuz müayinə və əməliyyatların keçirilməsinin böyük uğur olduğunu qeyd edən litvalı həkim

bu təcrübənin səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və valideynlərin uşaqlarda bacarıq

yaratma vərdişlərindən asılı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya

zamanı ilkin mərhələdə 100-dək şəxs üzərində əməliyyat aparılması və həmin şəxslərin reabilitasiya

kursundan keçirilməsi nəzərdə tutulub. Bu proqramın icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və

danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaq.

“İki sahil”.-2015.-6 oktyabr.-№ 181.-S.8.

Page 88: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

88

Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı

olub

Dərbənddə (Rusiya) Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta

ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmasından sonra

təntənəli açılışı olub.

Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin

direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib, məktəbin bütün pedaqoji kollektivi,

şagirdlər və onların valideynləri adından şəhərin 2000 illik yubileyi münasibətilə bu məktəbin “ikinci dəfə

doğuluşuna görə” Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

və fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib. Bu əlamətdar hadisə

münasibətilə məktəb binasının əsas divarına xatirə lövhəsi vurulub.

Açılış mərasimində Dağıstanın təhsil və elm naziri Şahabbas Şahov iştirak edib. Nazir öz çıxışında

təşəkkür sözlərinə şərik olduğunu bildirərək deyib: “Dost Azərbaycan Respublikası kimi qonşuları olmaq

çox vacibdir”.

Məktəbin şagirdləri açılış mərasimi münasibətilə mahnı və rəqslərdən ibarət maraqlı tamaşa

hazırlayıblar. Sonra qonaqları məktəb ərazisinə baxmağa dəvət edərək, onları bu təhsil müəssisəsinin yeni

maddi-texniki bazası ilə tanış ediblər.

1926-cı ildə tikilmiş 4 nömrəli məktəb əvvəlcə “Yeddiillik fabrik-zavod məktəbi” adlanırdı. Bu gün

həmin məktəb onun məzunu olmuş Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyır. Gələn il bu

təhsil müəssisəsinin yaradılmasının 90 ilik yubileyi qeyd ediləcək. Təmirdən sonra burada iki növbədə

700-dən çox şagird təhsil alacaq.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2015.-8 oktyabr.-N 218.-S.3.

Page 89: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

89

Azərbaycanın regionları mühüm mədəni tədbirlərə ev sahibliyi edir

Mübariz Abdullayev

Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın dilbər guşələrindən olan Qəbələdə 2009-cu ildən

etibarən keçirilən beynəlxalq musiqi festivallarında bir çox ölkələrdən tanınmış musiqiçilər çıxış ediblər

Son illərdə məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionlarında yaşanan sürətli inkişaf yalnız

sosial-iqtisadi sahələri əhatə etmir. Respublikanın bölgələrində dinamik sosial-iqtisadi inkişafla paralel

surətdə həmçinin mədəni həyat da canlanır. Respublikanın müxtəlif regionlarında ən müasir dünya

standartları səviyyəsində tikilən Heydər Əliyev mərkəzləri, idman-olimpiya kompleksləri, bu qəbildən

olan digər obyektlər, eləcə də yeni yaradılan güclü infrastruktur bölgələrdə də irimiqyaslı mədəni, idman

tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan verir. Regionlarda keçirilən mədəni tədbirlər bir çox

cəhətdən əlamətdardır. Əvvəla, belə tədbirlər bölgələrin sakinlərinin, ələlxüsus da gənclərin asudə

vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəm daşıyır. Digər tərəfdən, əlamətdar haldır ki,

son illərdə ölkəmizin ayrı-ayrı bölgələrində keçirilən beynəlxalq səviyyəli mədəni tədbirlərdə həm zəngin

Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunur, həm də respublikamıza, xalqımıza xas

tolerantlıq ənənələri təbliğ edilir.

Qəbələ dünyanın musiqi mərkəzinə çevrilib

Artıq 7 ildir ki, Qəbələdə böyük musiqi bayramı təşkil olunur və Azərbaycanın bu dilbər guşəsi bütün

dünyanın musiqi mərkəzinə çevrilir. Söhbət Heydər Əliyev Fondunun 2009-cu ildən başlayaraq hər il

Qəbələ şəhərində təşkil etdiyi Beynəlxalq Musiqi Festivalından gedir. Birinci Qəbələ Beynəlxalq Musiqi

Festivalında dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan,

İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak ediblər. Beynəlxalq

Musiqi Festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçirilib və Azərbaycan, Rusiya,

Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçunun mübarizəsində Rusiya pianoçusu İlya Maksimov ən

yüksək mükafata - “Qran-pri”yə sahib olub. Finalda mübarizə aparan digər gənc pianoçulardan

xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci pilləyə yüksəliblər. Azərbaycanlı

Toğrul Hüseynli isə müsabiqədə dördüncü mükafata layiq görülüb. Həmçinin Azərbaycan bəstəkarlarının

əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ)

layiq görülüblər.

2010, 2011, 2012, 2013 və 2014-cü illərdə keçirilən Qəbələ beynəlxalq musiqi festivalları

çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi

konsertləri təşkil olunub. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli

simfonik və filarmonik orkestrlər çıxış ediblər.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı böyük uğurla yekunlaşıb

Cari il 25-31 iyul tarixində Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən

beynəlxalq festival daha bir möhtəşəm musiqi bayramına çevrilib. Festivalın açılış mərasimində əvvəlcə

Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev

Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın

tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda Mehriban xanım Əliyeva zəngin

tolerantlıq ənənələrinə malik Azərbaycanın son illərdə beynəlxalq musiqi və incəsənət festivallarının,

konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanındığını vurğulayıb: “Bu gün qala

divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz

Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin

qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı,

mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son

illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi

məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa

Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış

Page 90: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

90

mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış

mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun

əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə

vurğuladı”.

Festivalın təntənəli açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii

rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış

edərək, bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə

gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-

nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından

salamlayıblar. Bildirilib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də

ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın

təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət

tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin

rəğbətini qazanıb.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü

və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib.

Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının

əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada

klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev

Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata

keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından

kənarda böyük əks-səda doğurur.

Festival çərçivəsində keçirilən konsertlərdə tamaşaçılar unudulmaz anlar yaşayıblar

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı kifayət qədər zəngin olub. Festivalın proqramına

uyğun olaraq İtaliya Simfonik Orkestrinin, Rusiyanın “Moskva Virtuozları” Kamera Orkestrinin,

İspaniyanın “Flamenko” ansamblının, Xorvatiyanın “Dubrovnik Guitar Trio” qrupunun, eləcə də

Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin, o cümlədən Andrey Qavrilov, Oksana

Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul

Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqalarının möhtəşəm konsertləri baş tutub.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert Avstriyanın “Vayner Akademiya”

kamera orkestrinin ifasında keçirilib. Orkestrin Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konserti

tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökün rəhbərliyi ilə yaradılıb,

repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” kamera orkestri Jun-Tokusen və Due Disque

Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb.

Martin Heselbökün dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Johann Heinrich Schmelzer və

Wolfgang Amadeus Mozartın, İtaliya bəstəkarları Giovanni Battista Sammartini və Antonio Vivaldinin

əsərləri səsləndirilib. Tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin),

Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl

Oman (blokfleyta) klassik əsərlər ifa etməklə, yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Festivalın yekun konserti də tamaşaçıların gurultulu alqışları altında keçib. Rəsmi çıxışlardan sonra

səhnə “Moskva Virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin

rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı

laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-

Rusiya), festivalın digər bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq

artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da

çıxış ediblər. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz

təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.

Motsartın, F. Əmirovun, V. Mustafazadənin, A. Pyazzollanın, J. Arbanın əsərləri səsləndirilib. Festivalın

sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib.

Festivalda Azərbaycan ifaçılarının çıxışları da anşlaqla qarşılanıb

Page 91: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

91

Yuxarıda qeyd etdiyimiz kimi, artıq gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı

zəngin Azərbaycan musiqisinin dünyada tanıdılması baxımından da böyük önəm kəsb edir. Qəbələ VII

Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertlərdə bir sıra yerli və beynəlxalq müsabiqələrin

qalibi, festivalların iştirakçısı olan Səidə Tağızadə (piano) və Azərbaycanın Əməkdar artisti, Azərbaycan

Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx (violonçel) bəstəkar A. Skryabın və S. Raxmaninovun

fortepiano və violonçel üçün yazdığı əsərləri səsləndiriblər.

Festival çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində Qara Qarayev adına Azərbaycan Dövlət

Kamera Orkestrinin konserti olub. Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru,

Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident mükafatçısı Teymur Göyçayevin dirijorluğu ilə keçən

konsertdə dahi bəstəkar Ü. Hacıbəylinin “Arazbarı” əsəri, F. Əmirovun “Min bir gecə” baletindən

Mərcanənin rəqsi, S. İbrahimovanın fortepiano və orkestr üçün 5-ci konserti, Motsartın “Divertisment in

B”, D. Şostakoviçin fortepiano və orkestr üçün 1-ci konserti tamaşaçılara təqdim edilib.

Konsertdə məlumat verilib ki, Azərbaycan musiqisinin klassikləri olan Q. Qarayev və F. Əmirovun

təşəbbüsü ilə 1964-cü ildə yaradılan Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii

rəhbəri Xalq artisti, dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 40 ildən çox davam edən

fəaliyyəti zamanı dünyanın bir çox şəhərlərində, beynəlxalq nüfuzlu festivallarda iştirak edib. Orkestrin

repertuarına Qərbi Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən

Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.

Həmçinin konsertdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət

Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin (piano) və Ü. Hacıbəyli adına Bakı

Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə

Axundovanın (piano) çıxışı maraqla qarşılanıb.

Gənc musiqiçilər də səhnəni bölüşüblər

Dünyanın müxtəlif ölkələrindən bədii kollektivlərin, solistlərin və dirijorların iştirak etdikləri Qəbələ

VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində səhnəyə dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar

da çıxıblar. Səhnəni əsasən gənc musiqiçilərin bölüşdükləri növbəti kamera musiqisi konsertində

Əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın (vokal), beynəlxalq müsabiqələr laureatı olan

gənc musiqiçilər - Fərhad Qarayusiflinin (dirijor), Səidə Tağızadənin (piano), Aslan Aslanovun (piano),

Kənan Mailovun (skripka), Asim Xəlilovun (violonçel) iştirak etdikləri konsertdə tanınmış bəstəkar,

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifovanın

simli kvartet, fortepiano, soprano, qoboy və balaban üçün yazdığı “Xəyallarımdakı şəhər”, “7 çinar” və

“Yaz mahnısı”, eləcə də məşhur alman bəstəkarı Yohanes Bramsın əsərləri səsləndirilib.

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gənc Pianoçuların III Beynəlxalq Müsabiqəsinin

keçirilməsi də əlamətdar hadisədir. Festivalın proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki

Heydər Əliyev adına Konqres Mərkəzində müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi

keçirilib. Tədbirdə çıxış edənlər məlumat veriblər ki, bu yarışmada dünyanın 7 ölkəsindən Azərbaycana

gələn və müxtəlif ölkələri, mədəniyyətləri təmsil edən bir çox tanınmış musiqi xadimləri, istedadlı gənc

ifaçılar iştirak ediblər. İyulun 25-dən 31-dək davam edən festivalda ifaçılıq sənətində tanınmış

musiqiçilərin konsertləri ilə yanaşı, gənc pianoçuların beynəlxalq müsabiqəsi də keçirilib, onlar üçün

dünya şöhrətli musiqi xadimlərinin ustad dərsləri təşkil olunub. Üç turdan ibarət olan müsabiqənin final

konsertini izləyən tamaşaçıların sayı həddindən artıq çox olub. Bu isə müsabiqənin böyük əks-səda

doğurduğunu bir daha təsdiqləyib. Müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edib. Tamaşaçılar və

münsiflər heyəti ilə yanaşı, müsabiqə iştirakçıları da, əslində, onlar üçün bu yarışda rəqib olan

həmkarlarının ifasını diqqətlə dinləyib, Qəbələdə dost olduqları gənc pianoçulara uğurlar arzulayıblar.

Mərasimdə münsiflər heyətinin üzvləri müsabiqənin yüksək səviyyədə keçirildiyini deyib, iştirakçılarının

ifalarından razı qaldıqlarını bildiriblər.

Çıxışlardan sonra pianoçuların mükafatlandırılması mərasimi olub. Məlumat verilib ki, müsabiqədə

Tatyana Şafran (Ukrayna) və Aiko Tomiya (Yaponiya) birinci, Nərgiz Kəngərli (Azərbaycan) və Yevgeni

Antonova (Rusiya) ikinci, Daniyel Neyman (İsrail) üçüncü yerləri tutublar. İştirakçılara mükafatları

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış

pianoçu Oksana Yablonskaya təqdim edib.

Qəbələdə keçirilən muğam axşamı tamaşaçıların alqışları altında yekunlaşıb

Page 92: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

92

Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ

Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir.

Yerli və xarici musiqisevərlər Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq

iyulun 29-da açıq havada keçirilən muğam axşamına xüsusi maraq göstəriblər. Hamının səbirsizliklə

gözlədiyi konsertə böyük tamaşaçı axını olduğu üçün Heydər Əliyev adına Konqres Mərkəzinin

qarşısındakı parkda əlavə oturacaqlar yerləşdirilib. Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı

yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin iştirakçıları

olan tanınmış xanəndələr - “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində II Beynəlxalq

Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynovun, bir sıra

müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu

Əliyevanın, “Muğam Televiziya Müsabiqəsi-2011”də üçüncü yeri tutan Nigar Şabanovanın, 2007-ci ildə

keçirilən muğam müsabiqəsində II yerə layiq görülən Abgül Mirzəliyevin çıxışı böyük marağa səbəb

olub.

Muğam ifaçılarını tarda Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident

mükafatçısı Sahib Paşazadə, kamançada bir sıra müsabiqələrin iştirakçısı, Azərbaycan Milli

Konservatoriyasının müəllimi Toğrul Əsədullayev, nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri

Orkestrinin üzvü Emin Cəbrayılov müşayiət ediblər. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını,

muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının iştirakı ilə iki saat

davam edən konsert alqışlarla başa çatıb.

İştirakçılar Qəbələdən zəngin təəssüratla ayrılıblar

Hər il olduğu kimi, Qəbələ VII Beynəlxalq Festivalı da yerli ictimaiyyətin nümayəndələrində və

qonaqlarda zəngin təəssüratlar oyadıb. Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki

səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli

Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi

Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın

təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib,

festivalın böyük əks-səda doğurduğunu qeyd edib. Milli Məclisin deputatı onu da bildirib ki, bütün bunlar

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin

inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 12 ölkədən

görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi

Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış

olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği

istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş

işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

“Bu, Azərbaycana ilk səfərim olmasa da, Qəbələ festivalında birinci dəfədir iştirak edirəm. Festivalın

böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı

parlaq gələcək gözləyir”. Bu sözləri Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan Rusiyanın

məşhur pianoçusu Anastasiya Jivotovskaya deyib. Rusiyalı musiqiçi qeyd edib ki, Qəbələ festivalı artıq

dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna

çevrilib və onlar dəvət gözləyirlər. Ötən festivallarda dünyanın 150-dən çox tanınmış musiqiçisi Qəbələ

səhnəsində konsert verib. Bu, böyük uğurdur. Mən məmnuniyyətlə növbəti ildə də bu festivalda iştirak

etmək istərdim”.

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin

məşhur violin ifaçısı Janna Qandelmann da bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib.

O qeyd edib ki, bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri

konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar: “Bizi bura dostumuz, festivalın

bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər bir az eşitmişdim,

amma builki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil

ediləcəyinə inanmırdım. Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və

möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki,

onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-

ruhiyyə bəxş edə bildik”.

Page 93: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

93

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan İspaniyanın “Barselona və Flamenko”

ansamblının üzvü Luis el Qranaino isə festivalın tamaşaçılarına və Qəbələnin gözəl təbiətinə heyran

qaldığını vurğulayıb: “Ölkənizi çox sevdim. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra

tamaşaçıların dayanmadan ayaq üstə bizi alqışlaması məni təəccübləndirdi. Bizim ansamblın üzvləri

tamaşaçılara hörmət əlaməti olaraq yenidən onlara iki flaminko rəqsi nümunəsi təqdim etdi. Biz

Azərbaycandan xoş təəssüratlarla ayrılırıq”.

“Yeni Azərbaycan”.-2015.-8 oktyabr.-№ 183.-S.8.

Page 94: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

94

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ABŞ-

ın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.

Qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə

Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb. Azərbaycanın birinci xanımı ölkəmiz

müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən siyasi və

iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyeva ölkələrimiz arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.

Görüşdə ölkəmizdə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela

Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm Avropa üçün əhəmiyyəti vurğulanıb.

“Xalq qəzeti”.-2015.-16 oktyabr.-N 225.-S.2.

Page 95: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

95

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycan nümayəndələri

“Belaya trost” festivalında iştirak ediblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycanın tanınmış ifaçısı Murad

Sadıq və 13 yaşlı Gülnaz Talıbova “Belaya trost” beynəlxalq xeyriyyə festivalında iştirak ediblər.

Festival Rusiyanın Əməkdar Artisti Diana Qurtskayanın “Ürəyin çağırışı ilə” zəif və ya tamamilə

görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilir.

Bu il festival M.Yermolova adına teatrın səhnəsində keçirilib. Uşaqlarla birlikdə Diana Qurtskaya,

İosif Kobzon, Tamara Qverdtsiteli, Anita Tsoy, Aleksandr Oleşko, “A-Studio” qrupu və başqaları iştirak

ediblər.

Konsertdə Azərbaycan, Rusiya, Moldova, Belarus və Qazaxıstandan fiziki imkanları məhdud 30 uşaq

iştirak edib.

Gülnaz Talıbova məşhur bəstəkar və müğənni Mark Tişmanla birgə “Radovatsya jizni” mahnısını ifa

edib.

Konsertin əvvəlində teatrın foyesində görmə və eşitmə qabiliyyətini itirmiş müəlliflərin “Ya jıvu”

kitabının təqdimatı keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Azərbaycan”.-2015.-20 oktyabr.-N 228.-S.8.

Page 96: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

96

Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi “Günəşli

gün” aksiyasında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya

nümayəndəliyi “Günəşli gün” xeyriyyə aksiyasında iştirak edib.

“Günəşli gün” N.N.Bloxin adına Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunda

müalicə olunmuş və olduqca ağır onkoloji xəstəliyə qalib gəlmiş uşaqlar üçün bayramdır. Tədbirdə

təxminən 200 uşaq və 70 həkim iştirak edib.

Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Məmmədbağır

Əliyev bayram tədbirini açaraq qeyd edib ki, onkoloji mərkəzdə ildə 2000-dən çox uşaq, o cümlədən

Azərbaycandan olan uşaqlar müayinə olunurlar. M.Əliyevin sözlərinə görə, bədxassəli şişi olan uşaqların

80 faizi sağalır. O, Heydər Əliyev Fonduna və Rusiya Beynəlxalq Proqramlar Müdiriyyətinə uşaq

onkoloji mərkəzə göstərilən dəstəyə görə təşəkkür edib. M.Əliyev deyib: “Belə tədbirlər müalicə alan

pasiyentlərin psixoloji reabilitasiyasına kömək edir. Daha vacibi isə müalicədə olanları dəstəkləməkdir”.

Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru Tatyana Şumova vurğulayıb ki, “Günəşli gün”

bayramının əsas ideyası insanlara şəfa tapmaqda inam və onkologiyanın ölüm hökmü deyil, müalicə

edilən xəstəlik olması barədə ümid bəxş etməkdir.

O deyib: “Onkopatologiya keçirmiş uşaqlar böyüyür, normal inkişaf edir, oxuyur və beləliklə

valideynlərini sevindirirlər”. T.Şumova, həmçinin Leyla Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun

Rusiya nümayəndəliyinə xeyriyyə aksiyasında iştiraka görə təşəkkür edib.

Bu il “Günəşli gün” Moskva Kukla Teatrında keçirilib. Uşaqları şən klounlar – M.N.Rumyantsev

(Karandaş) adına Dövlət Sirk və Estrada Sənəti Məktəbinin tələbələri əyləndiriblər.

H.K.Andersenin “Çaxmaq daşı” nağılı əsasında tamaşanın premyerası əsas hədiyyə olub.

Sonda tədbirin təşkilatçıları bütün iştirakçıları şərq şirniyyatlarına qonaq ediblər, onlara xatirə

hədiyyələri veriblər.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2015.-23 oktyabr.-N 231.-S.3.

Page 97: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

97

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva WildCru təşkilatının direktoru

ilə görüşüb

Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və

rəhbəri Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən

Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin

təşkilatın elmi işçisi Don Burnhem ilə görüşüb.

Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.

Görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna

növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki,

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi yaşayış məskənlərinə

reintroduksiyası” layihəsi çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan ərazilərindəki təbii

yaşayış areallarına buraxılıb.

Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda

bəbirlərin sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva bu ilin oktyabr ayının əvvəlində Astara

rayonu ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu bildirib. Həmin hadisə bu nadir fauna

növünün mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut edib.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi ilə yanaşı, IDEA İctimai Birliyi

biomüxtəlifliyimizin zənginləşdirilməsi məqsədilə yoxa çıxmış növlərin reintroduksiyasını da

planlaşdırır.

Professor D.Makdonald IDEA-nın fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirib. O qeyd edib ki,

WildCru dünyanın 6 qitəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin tədqiq edilməsi və

mühafizəsi layihələrini həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il ərzində WildCru vəhşi təbiət sahəsində

dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilib.

Görüşdə IDEA və Oksford Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu

xüsusda, bir azərbaycanlı tələbənin gələn il Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil

alması ilə bağlı razılıq əldə olunub.

“Xalq qəzeti”.-2015.-23 oktyabr.-N 231.-S.3.

Page 98: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

98

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın “Puşkin” medalı ilə

təltif edilib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında Fərman imzalayıb.

Rusiya Federasiyasının “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və

ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və

millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2015.-23 oktyabr.-N 231.-S.3.

Page 99: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

99

Leyla Əliyeva: Qarşıda bizi hələ uzun yol, çoxsaylı maraqlı layihələr və ideyalar gözləyir

Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər

Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva Forumun işində iştirak

edib.

Foyedə RAGB-in, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin

fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Həmçinin Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX

əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.

Əvvəlcə RAGB-in fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Forumu giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayan RAGB-in sədri Leyla ƏLİYEVA

dedi:

– Bu zalda dostlarımızı, RAGB-in fəal iştirakçılarını görmək çox xoşdur. Artıq səkkizinci ildir ki, bu

insanlarla birgə çalışırıq, onlarla bərabər uzun və maraqlı yol keçmişik.

Regionlardan bizim tədbirə gələnləri burada görmək də çox xoşdur. Əlbəttə, bizim təşkilatımıza

yenicə daxil olanları salamlamağa çox şadam. Sizə uğurlar arzulayıram və əminəm ki, qarşıda bizi çox

maraqlı işlər gözləyir.

Bizim təşkilatımız Rusiyada yaranıb və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və

əməkdaşlıq ideyalarını həyata keçirir. RAGB Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri

birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə

kömək edir.

Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda, Şərq ilə Qərb arasında yerləşir. Bu fakt

bizim tariximizdə, mədəniyyətimizdə öz əksini tapıb. Xalqımıza xas olan tolerantlıq ənənələrinin dərin

kökləri var, bu, hər bir azərbaycanlının həyat tərzidir. Bu gün Azərbaycan beynəlxalq turnirlərin,

forumların və tədbirlərin keçirildiyi arenaya çevrilir. Bu ilin yayında Bakıda birinci Avropa Oyunları çox

yüksək səviyyədə keçirildi. Həmin Oyunlarda qazanılmış əla nəticə münasibətilə Rusiyanı ürəkdən təbrik

etmək istəyirəm. Payızda Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi, 2016-cı ildə isə Şahmat

Olimpiadasını qəbul edəcək. Gələn il Bakıda ilk dəfə “Formula-1" yarışları keçiriləcək. 2017-ci ildə isə 4-

cü İslam Həmrəylik Oyunlarının keçirilməsi planlaşdırılır. Bütün bunlar dünyanın ölkəmizə bəslədiyi

etimadın və hörmətin sübutudur.

Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq

qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların

nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı

bacarırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi

ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub

saxlanıb, Azərbaycanın ali məktəblərində tədris həm Azərbaycan, həm də rus dilində aparılır. Bakıda

Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı

açılıb. Bu il isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da açılıb. Beləliklə,

indi hər iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə

ediblər.

Keçən ilin dekabrında Bakıda böyük rus şairi Mixail Yuryeviç Lermontovun yubileyi yüksək

səviyyədə qeyd edilib. Onun yaradıcılığı mədəniyyətlərin qarşılıqlı nüfuzunun və qarşılıqlı

zənginləşməsinin parlaq nümunəsidir. RAGB-in fəaliyyəti də bizim münasibətlərimizin yaxın olmasını

təsdiq edir. Gənclərimiz həmişə Rusiya ilə bizi birləşdirən ümumi cəhətləri tapmağa, qoruyub saxlamağa

və artırmağa çalışırlar.

Bu gün Rusiya ərazisində bizim təşkilatın 70-dən çox regional bölməsi fəaliyyət göstərir və onların hər

birinin fəxr etməyə haqqı var. Təşkilatımızın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və

ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə

həsr edilmiş xeyriyyə aksiyası keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir,

valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkil edirlər. Bu il də “Qanın milləti

yoxdur” devizi altında pulsuz qanvermə aksiyası keçirmişik. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə döş

xərçənginə qarşı mübarizə proqramı çərçivəsində qadınların pulsuz müayinəsi təşkil edilib. Faşizm

üzərində Qələbənin 70 illiyi münasibətilə bizim fəallar Moskvada, Kurskda və Tulada Böyük Vətən

müharibəsi veteranları üçün tədbirlər və görüşlər keçiriblər.

Page 100: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

100

Təşkilatımız ədalətə, sülhə və həmrəyliyə inanır. Biz Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi

haqqında düzgün informasiyanı dünyaya çatdırmaq üçün hər il fevral ayında “Xocalıya ədalət” adlı

beynəlxalq kampaniya keçiririk.

May ayında böyük Azərbaycan cazmeni, musiqi sənətində yeni caz-muğam istiqaməti açan Vaqif

Mustafazadənin 75 illiyinə həsr edilmiş caz gecəsi keçirdik.

Gənclərimiz müxtəlif idman tədbirlərində iştirak etməyi çox xoşlayır. Bu il biz Avropa Oyunlarını

dəstəkləmək üçün “RAGB Universiadası” və Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik

minifutbol turniri keçirdik. İntellektual sahədə “Nə? Harada? Nə vaxt?” oyunu üzrə beynəlxalq turnirdə

respublikanın bütün diasporlarını təmsil edən 16 komanda iştirak edib. Azərbaycanın ŞHK komandası

uğurla çıxış edir. Kaluqa vilayətində isə səyyar qış məktəbi keçirilib. Əlamətdar haldır ki, bizim fəallar

Rusiyanın müxtəlif ali məktəblərində mütəmadi görüşlər, sərgilər və mədəni tədbirlər təşkil edirlər.

Sizə məlum olduğu kimi, bizim ölkələrdə və bizim təşkilatda ekologiya və ətraf mühitin qorunması

məsələlərinə xüsusi yer ayrılır. Azərbaycanda IDEA-nın xətti ilə 4 milyondan çox ağac əkilib. Çox

sevindirici haldır ki, könüllülərimiz Rusiyada da ağacəkmə ilə məşğul olur, bir sıra ekoloji layihələrdə

iştirak edirlər. Gələcəkdə biz Rusiyanın WWF (vəhşi təbiəti mühafizə) Fondu ilə, xüsusən Qafqaz

bəbirinin, zubr və nərə balıqlarının qorunması məsələləri üzrə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq.

Gördüyünüz kimi, təşkilatımız mövcud olduğu dövrdə böyük işlər görüb, yüksək nəticələr əldə edib,

çox faydalı layihələr həyata keçirib. Lakin ən əhəmiyyətlisi budur ki, biz nə ediriksə təmənnasız, ən xoş

niyyətlərlə edirik. Mən fəxr edirəm ki, bizim bu cür fəal, ağıllı və müsbət gənclərimiz var.

Təşəbbüskarlığınıza, etimadınıza və dəstəyinizə görə sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm.

Qarşıda bizi hələ uzun yol, çoxlu maraqlı layihələr və ideyalar gözləyir. Mən əminəm ki, biz hər bir

problemin öhdəsindən birlikdə gələcəyik, ölkələrimiz və xalqlarımız naminə hələ çox işlər görəcəyik.

Sizin hamınıza təşəkkür edirəm. Sizə xoşbəxtlik, cansağlığı, uğurlar və əlbəttə, bol sevgi arzulamaq

istəyirəm!

* * *

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Forumdakı çıxışında Azərbaycan gənclərinin

Rusiya cəmiyyətinə inteqrasiyasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolunu xüsusi

vurğulayaraq qeyd edib ki, respublikamızda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin

əməkdaşlığını və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində qonşu Rusiya ilə hər zaman

münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı

Dövlət Strategiyası” üzrə aparılan islahatlar barədə məlumat verən nazir bu proses çərçivəsində iki ölkə

arasında təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Bakıda keçirilən birinci Avropa

Oyunlarının Qafqaz və Rusiya üçün əhəmiyyətindən və Rusiya-Azərbaycan münasibətlərinin

möhkəmlənməsindən söz açıb, Azərbaycan gənclərinin Rusiyanın ictimai həyatında hər zaman fəal

olduqlarını deyib.

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski Rusiyanın

Azərbaycanlı Gənclər Birliyinin çoxşaxəli fəaliyyətini və təşkilatın rəhbəri Leyla Əliyevanın ölkələrimiz

arasında əlaqələrin genişlənməsinə şəxsi töhfəsini yüksək qiymətləndirib. Azərbaycanın sürətlə inkişaf

etdiyini vurğulayan Leonid Slutski Prezident İlham Əliyevin ölkəmizi inamla irəli apardığını söyləyib.

Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki,

azərbaycanlı gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları ilə sıx əməkdaşlıq

münasibətləri, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş fəaliyyəti

təqdirəlayiqdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gənclərin yaşadıqları və təhsil aldıqları ölkələrin

ictimai-siyasi həyatının bütün sahələrində fəal iştirakının vacibliyi vurğulayaraq bildirib ki, Heydər

Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB-in fəaliyyəti istedadlı

gənclərin dəstəklənməsi, xeyriyyəçilik tədbirlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Moskva Hökumətinin departament rəhbəri Vladimir Çernikov, Rusiya Dövlət Humanitar

Universitetinin rektoru Yefim Pivovar, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi

Polad Talıbov RAGB-in fəaliyyətindən məmnunluq ifadə ediblər. Leyla Əliyevanın başçılığı altında

təşkilatın bir çox mühüm layihələrə imza atdığını diqqətə çatdırıblar.

Page 101: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

101

Tədbirin sonunda əlaçı tələbələrin, RAGB-in keçirdiyi müsabiqələrin qaliblərinin və gənclər

təşkilatının fəallarının təltif edilməsi mərasimi keçirildi. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla

qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə “Gənclər Birliyinin əlaçısı” diplomlarını təqdim etdi.

Forum işini bölmələrdə davam etdirib. İştirakçılar - Azərbaycan diasporunun nümayəndələri və Rusiya

gənclər təşkilatlarının təmsilçiləri “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA - bir dünya, bir

gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-

əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclərin karyera inkişafı: sahibkarlıq və uğura aparan yol”

mövzularında bölmələrdə iştirak edib, müzakirələr aparıblar.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2015.-1 noyabr.-N 239.-S.5.

Page 102: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

102

Heydər Əliyev Fondu Buxarestdə yanğından xəsarət alanlara yardım edib

Heydər Əliyev Fondu Buxarestin “Kolektiv” klubunda baş verən yanğından xəsarət alanlara yardım

göstərib. Plastik cərrahiyyə və yanıqlar təcili yardım klinik xəstəxanasına tərtib edilmiş siyahı üzrə

dərmanlar alınaraq verilib. Rumıniyanın səhiyyə naziri Nikolae Baniçiou və xəstəxananın rəhbərliyi

yanğından dərhal sonra göstərilən yardıma görə Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban

Əliyevaya dərin minnətdarlığını bildiriblər.

Xatırladaq ki, oktyabrın 30-da Buxarestin “Kolektiv” klubunda 27 nəfərin ölümü və 180 nəfərin

xəsarət alması ilə nəticələnən yanğın baş verib.

İlkin məlumatlara görə, partlayışa və yanğına atəşfəşanlıq səbəb olub. Rumıniyada hadisə ilə bağlı üç

gün matəm elan edilib.

“Yeni Azərbaycan”.-2015.-3 noyabr.-№ 203.-S.7.

Page 103: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

103

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-

prezidenti Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbiri

Noyabrın 4-də Moskva şəhərinin Böyük Kreml sarayının Georgiyevski zalında Rusiya

Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya

Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib.

Təqdimetmə mərasimi Xalq Birliyi Günü şərəfinə qəbulda keçirilib. Ənənəyə görə, Rusiya dövlətinin

başçısı bu tədbirdə bir sıra xarici vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və

qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə dövlət təltifləri təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəaliyyətinin yüksək qiymətləndirilməsinə

görə təşəkkürünü bildirib.

L.Əliyeva qeyd edib ki, Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə

dərin hörmətinin rəmzi kimi, Bakının mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə abidə

ucaldılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Rusiya-Azərbaycan münasibətləri dərin tarixi

köklərə malikdir və bu gün uğurla inkişaf edir. Humanitar sahədə əməkdaşlıq bizim ikitərəfli

münasibətlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb,

təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Lomonosov adına MDU-nun

Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb

Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb”.

L.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini qayğı

ilə qoruyub saxlayır. O, sonda deyib: “Mən çox şadam ki, ölkələrimiz arasında dostluğun və mehriban

qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu yüksək

təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz mənim

üçün xüsusilə dəyərlidir. Sizə və bütün Rusiya xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”.

Qeyd edək ki, Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın

möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub

saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.

“Puşkin” medalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layiq görüldüyü ilk

Rusiya təltifi deyil. L.Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti

qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa

ordeninə layiq görülüb.

Tədbirdə Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

“Xalq qəzeti”.-2015.-5 noyabr.-N 243.-S.8.

Page 104: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

104

Azərbaycanın təbliğinə və dostluğa xidmət edən missiya

Rəşad CƏFƏRLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla

Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi dövlətlərarası dostluq əlaqələrinin inkişafının

göstəricisidir

Azərbaycan-Rusiya münasbətlərinin mənzərəsi siyasi, iqtisadi və digər sferalarda olduğu kimi, mədəni

və humanitar sahələrdə də ürəkaçandır. Bu istiqamətlərdə münasibətlər son illərdə daha da yüksələn xətlə

inkişaf edib. İki ölkə arasında diplomatik münasibətlərin 10 illiyi münasibətilə Bakıda Aleksandr

Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin heykəlinin qoyulması, sonrakı illərdə Rusiyada

“Azərbaycan ili”nin, Azərbaycanda “Rusiya ili”nin keçirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmaya

əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu göstərmişdi. Bu cür tədbirlər iki ölkə arasında

mədəni əlaqələri daha da sıxlaşdırmaqla bərabər, həm də bütün sahələrdə tərəfdaşlığın dərinləşməsinə

böyük töhfələr verməkdədir.

Rusiya ilə Azərbaycanın ortaq tarixi, inkişaf yolu, uğurları var. Dostluqdan, maarifçilikdən, ortaq

dəyərlərdən irəli gələrək Azərbaycanda rus mədəniyyətinə, incəsənətinə daim sevgi və ehtiramla

yanaşıblar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da orta məktəblərdə rusdilli təhsil

qorunub saxlanılıb. Respublikamızın ali məktəblərində də tədris həm Azərbaycan, həm də rus dilində

keçirilir. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir. Həmçinin Bakıda M.V.Lomonosov adına

Moskva Dövlət Universitetinin filialı açılıb. Filialın yaradılması hüquqi cəhətdən 2008-ci ilin

əvvəllərində sənədləşdirilmiş, Prezident İlham Əliyev tərəfindən bununla bağlı sərəncam imzalanmışdı.

İkitərəfli humanitar əlaqələrin inkişafı baxımından vacib əhəmiyyət daşıyan bu sərəncama əsasən, MDU-

nun Bakı filialının açılması istiqamətində zəruri olan bütün tədbirlər görüldü, maddi-texniki bazasının

yaradılması tam təmin edildi. Bir il sonra isə filial fəaliyyətə başladı və qısa müddətdə ölkəmizdə böyük

nüfuz qazandı.

Bu ilin sentyabrında isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da

açılıb. İndi iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə

ediblər. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Prezident İlham Əliyevin

müvafiq sərəncamına əsasən yaradılıb. Eyni zamanda, Rusiya səhiyyə nazirliyi də universitetin Bakı

filialının yaradılması haqqında müvafiq əmr imzalayıb. Filialın yaradılmasında məqsəd Azərbaycanda

tibb təhsilinin təkmilləşdirilməsindən və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin

genişləndirilməsindən, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq

arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialının açılışında çıxış edən Heydər

Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib:

“Azərbaycan ilə Rusiya arasında bütün tarix boyu səmimi və mehriban münasibətlər olub. Bu gün bizim

dövlətlərarası münasibətlərimiz də məhz bu tarixi təməl üzərində qurulur. Bizim humanitar

əməkdaşlığımız, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrimiz hələ Azərbaycan ilə Rusiyanın bir

dövlətin hissələri olduğu illərdə formalaşıb və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra biz bu

potensialı itirməmişik, hətta əksinə, onu artırmışıq. Biz bu vahid elmi-mədəni məkanı və Azərbaycanda

böyük rus ədəbiyyatına güclü marağı qoruyub saxlaya bilmişik. Azərbaycanda rus dilində təhsil qorunub

saxlanılıb”.

Rusiya ilə mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun əvəzsiz

xidmətləri var. Yarandığı gündən xeyirxahlıq ünvanına çevrilən Heydər Əliyev Fondu Rusiyada da

çoxsaylı tədbirlər, xeyriyyə aksiyaları keçirir. Bu tədbirlərin hər biri Azərbaycanla Rusiya arasında

mədəni və humanitar sahələrdə əlaqələrin inkişafında böyük rol oynamaqla yanaşı, həm də ölkəmizin

təbliğinə xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri

Leyla Əliyeva qısa müddətdə Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin,

ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata

keçirərək çox böyük iş görüb. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi

istiqamətində atılan addımlar bu baxımdan təqdirəlayiqdir. Leyla Əliyeva mütəmadi olaraq Rusiyanın

mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirir, Azərbaycanın zəngin mədəniyyətinin təbliği

Page 105: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

105

istiqamətində müxtəlif təşəbbüslərdə çıxış edərək onları reallaşdırır. Bu baxımdan Leyla Əliyevanın

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyəti olduqca

qürurvericidir.

Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) də Azərbaycan

həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın

məqsədi Azərbaycan mədəni irsinin, milli-mədəni dəyərlərinin qorunması, sosial təşəbbüsləri,

Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin

mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsidir, ailə və

cəmiyyətin mənəvi və əxlaqi əsaslarını qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar

arasında anlaşmanın təşviqidir. Təşkilat 2009-cu ilin aprelində Moskvada təsis edilib. Gənc soydaşlarımız

RAGB adı altında bir araya toplanaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya

bəyan etdilər. RAGB-nin yaranması ilə həm də Rusiyadakı Azərbaycan diasporunun yeni nəsli yarandı.

Hazırda Rusiyada RAGB-nin 70-dən çox regional bölməsi fəaliyyət göstərir. Təşkilatın fəaliyyət

dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif sahələri əhatə edir. RAGB tez-tez

xeyriyyə aksiyası da keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn

himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkil edir, qanvermə aksiyası keçirirlər. Təşkilat

Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və xalqımızın zəngin tarixi-mədəni irsinin Rusiya

ictimaiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərir, müxtəlif layihələr, tədbirlər

reallaşdırır.

Leyla Əliyevanın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri,

RAGB-nin sədri kimi fəaliyyəti Rusiya ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Ötən ay

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında fərman imzalaması bu qiymətin bariz

nümunəsidir. Noyabrın 4-də isə Moskva şəhərinin Böyük Kreml sarayının Georgiyevski zalında Rusiya

Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı

nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Təqdimetmə mərasimi Xalq

Birliyi Günü şərəfinə qəbulda keçirilib. Ənənəyə görə, Rusiya dövlətinin başçısı bu tədbirdə bir sıra xarici

vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın

möhkəmlənməsində xüsusi xidmətlərinə görə dövlət təltifləri təqdim edir.

Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın

möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub

saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb. Mərasimdə çıxış edən Leyla

Əliyeva fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirərək deyib: “Rusiya-

Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir və bu gün uğurla inkişaf edir. Humanitar sahədə

əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil

tam həcmdə qorunub saxlanıb, təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti,

Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva

Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb”.

Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini

qayğı ilə qoruyub saxlayır. O, sonda deyib: “Mən çox şadam ki, ölkələrimiz arasında dostluğun və

mehriban qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu

yüksək təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz

mənim üçün xüsusilə dəyərlidir. Sizə və bütün Rusiya xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”.

Xatırladaq ki, “Puşkin” medalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layiq

görüldüyü ilk Rusiya təltifi deyil. Leyla Əliyeva buna qədər “Həştərxan vilayəti qarşısında xidmətlərinə

görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli “Müqəddəs

Mələksima Knyaginya Olqa ordeni”nə də layiq görülüb. Bütün bu mükafatlar həm də onu təsdiq edir ki,

Azərbaycanla Rusiya arasında mədəni və humanitar sahələrdə münasibətlər uğurla inkişaf edərək hər iki

ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edir.

Azərbaycan.-2015.-6 noyabr.-N 244.-S.9.

Page 106: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

106

Binədəki 84 nömrəli körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbəqədər təhsilin inkişafına nail olmaq

istiqamətində bir sıra mühüm tədbirlər görülüb.

Xəzər rayonunun Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq

bağçasında da Fondun təşəbbüsü ilə həyata keçirilən yenidənqurma işlərindən sonra balacaların rahatlığı,

istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin ediləcək.

Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva

və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva

məktəbəqədər müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.

Bağça ilə tanışlıq zamanı məlumat verildi ki, bu müəssisə 1984-cü ildən fəaliyyət göstərir. Bu ilin may

ayında məktəbəqədər təhsil müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə sökülərək yerində

ikimərtəbəli uşaq bağçası tikilib. On qruplu 109 yerlik müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul

olmaq, onların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada

qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında

uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.

Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə

çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılacaq.

Bağçanın həyətyanı sahəsində müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi

salınıb.

Ölkəmizdə belə uşaq müəssisələrinin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətə daim dəstək

olan Heydər Əliyev Fondunun fəaliyyətinin gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi

olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə

yönəldiyini bir daha göstərir və bu istiqamətdə sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini nümayiş

etdirir.

Xalq qəzeti.-2015.-13 noyabr.-N 249.-S.3.

Page 107: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

107

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının

açılışında iştirak edib

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqların sağlam, bilikli,

vətənpərvər kimi böyüməsidir. Bu məqsədə nail olmaq üçün Fond uşaq müəssisələrinin müasir

standartlar səviyyəsində fəaliyyət göstərməsinə xüsusi diqqətlə yanaşır.

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası da

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yenidən qurulub.

Noyabrın 12-də körpələr evi-uşaq bağçasının açılışı olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-

prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında

nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev

Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə

mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının

inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq

bağçası da bu istiqamətdə atılan addımlardan biridir.

1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki

mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət

bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar

pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin

biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada

balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi

dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma

işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın

inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban

Əliyevaya sakinlər adından minnətdarlıq bildirildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sakinlərə salamlarını çatdırmağı xahiş etdi.

Xalq qəzeti.-2015.-13 noyabr.-N 249.-S.3.

Page 108: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

108

Heydər Əliyev Fondu dünənimizlə bu günümüz və gələcəyimiz arasında möhtəşəm bir

körpü salır

Hər bir xalqı dünyada geniş şəkildə tanıdan onun zəngin folkloru və bəşəri məhəbbət üzərində

köklənən adət-ənənələridir.

Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalqın isə beynəlxalq münasibətlər

sistemində və mədəniyyətlərarası dialoq prosesində önəmli rol oynaya bilməsi heç də asan məsələ deyil.

Bu baxımdan zəngin folklora və milli, bəşəri məhəbbət üzərində köklənən adət-ənənələrə malik olan

Azərbaycan dünya xalqları arasında özünəməxsus, şərəfli yerlərdən birini tutur. Azərbaycan xalqını

dünyada tanıdan və ona baş ucalığı gətirən şanlı tarixi keçmişi ilə sıx bağlı olan, ona özünəməxsus

zənginlik gətirən folkloru, nağılları, dastanları, laylaları, musiqisidir.

Folklor nümunələrimiz milli adət və ənənələrimizdə, musiqimizdə, mahnılarımızda öz əksini taparaq

insanlarımızın mənəvi baxımdan daha da zənginləşməsində önəmli rol oynayırlar. Xalqın toy-büsat

mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq kimi

bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli mənəviyyatının əsaslarını təşkil etməkdədir.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən ulu öndər Heydər Əliyev folklorumuzu və adət-ənənələrimizi

bizim canlı və daim yeniləşən tariximiz adlandıraraq, onsuz gələcəyimizin olmadığını vurğulayırdı.

Xalqını dərindən sevən və onunla fəxr edən Heydər Əliyev folklorumuzu və adət-ənənələrimizi, min illər

boyu xalqımızın qəlbindən süzülüb gələn muğamlarımızı, xalq mahnılarımızı, mədəniyyətimizin canı,

millətimizin varlığı, keçmişimiz ilə bu günümüz və gələcəyimiz arasında möhtəşəm körpü adlandırırdı.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan Novruz

bayramının dövlət səviyyəsində qeyd edilməsi ulu öndərin adət-ənənələrimizə, milli bayramlarımıza

bütün varlığı ilə bağlı olmasının parlaq nümayişinə çevrildi.

H. Əliyev: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi

yaradıblar və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”,-deyə dönə-dönə

vurğulayırdı.

Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna

dövlət səviyyəsində böyük əhəmiyyət verilməsi ulu öndərin vəfatından sonra da davam etdirildi. Bu

baxımdan 11 il bundan əvvəl yaradılan və millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri

inamla həyata keçirən Heydər Əliyev Fondu ulu öndərin adət-ənənələrimizin, folklorumuzun qorunub

saxlanılması və inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirləri uğurla davam etdirməkdədir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər həm də xalqın milli kimliyini, keçmişini,

milli varlığını özündə yaşadan Azərbaycan folklorunun inkişafına, onun nümunələrinin toplanılması və

nəşri işinə ciddi təkan verir.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr, milli adət-ənənələrimizi,

folklorumuzu, onun incisi olan muğamımızı qorumağa, inkişaf etdirməyə, onun gözəlliyini və dərin

fəlsəfəsini gələcək nəsillərə çatdırmağa yönəlmişdir. Beynəlxalq Muğam Mərkəzinin yaradılması və

“Muğam aləmi” Beynəlxalq Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi

dəyərlərimizin qorunması, Azərbaycan musiqi mədəniyyətinin dünya səviyyəsində tanıdılması, təbliği və

sevilməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Qeyd edək ki, Mehriban xanım Əliyevanın

2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə Heydər Əliyev Fondunun milli

irsin mühafizəsi, elm və mədəniyyətin inkişafı sahəsindəki fəaliyyəti bir qədər də genişləndi. Fondun

prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, Novruz bayramı,

UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edildi.

Təsadüfi deyil ki, Mehriban Əliyeva: “Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla

yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi YUNESKO çərçivəsində qeyd olunmuş “Kitabi-

Dədə Qorqud “ eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi

töhfələr verə bilmişik”,-deyir.

Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu

muğamatımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq etdi. Bu

çərçivədə də Azərbaycana məxsus muğam incilərinin toplandığı “Qarabağ xanəndələri” musiqi

albomunun buraxılması Fondun ən böyük uğurlarından biri hesab edilir. Alboma eyni adlı Azərbaycan,

Page 109: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

109

ingilis, rus və fransız dillərində olan kitab və 24 sənətçinin ifasında muğam parçalarından ibarət 12 disk

daxildir.

Muğam sənətinin inkişafına xüsusi önəm verən Heydər Əliyev Fondu tərəfindən Səfiyəddin

Urməvinin “Kitabül-Ədvar” və “Şərəfiyyə risaləsi” və Fətullah Şirvanın “Musiqi məcəlləsi” kitabları və

diskləri hazırlanıb.

Beləliklə, Heydər Əliyev Fondu ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin,

folklorumuzun, zəngin adət-ənənələrimizin, muğamlarımızın, xalq mahnılarımızın qorunması, onun

gələcək nəsillərə çatdırılması sahəsində keçmişimizlə bu günümüz və gələcəyimiz arasında özünəməxsus

bir körpü salmaqdadır. Bütün bunlar isə güclü və qüdrətli Azərbaycanın gələcəyinə ümidlə baxmağa

imkan verir.

Zaman.-2015.-13 noyabr.-№ 219.-S.13.

Page 110: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

110

Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı davam edir:

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla

Əliyeva konfransda iştirak ediblər

(4 dekabr 2015-ci il)

Xəbər verdiyimiz kimi, Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21)

keçirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-

prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də konfransda iştirak

ediblər.

Birinci xanım Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier

Henri Quiqnard qarşıladı.

Noyabrın 30-da başlayan bu Konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını

tədbirdə 150-dək dövlət və hökumət başçısının iştirak etdiyi bir daha təsdiqləyir. Konfransda müzakirəyə

çıxarılan mövzulardan biri dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə

çərçivəsində diskussiyaların keçirilməsidir.

Mehriban Əliyeva və Leyla Əliyeva tədbirin keçirildiyi məkanla tanış oldular.

Dekabrın 11-dək davam edəcək Konfransın təşkil olunduğu məkanda müxtəlif ölkələrin pavilyonları

qurulub.

Mehriban Əliyeva və Leyla Əliyeva pavilyonları gəzdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva

Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi “Az karbonlu inkişaf və

iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.

Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilməsi,

həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunub. Tədbirə xüsusi

qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb və təsisçisi və rəhbəri

olduğu IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danışıb.

Leyla Əliyeva çıxışında bəşəriyyətin qarşılaşdığı aktual ekoloji problemlərə toxunub və onların həlli

yolları barədə təkliflərini bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək nəsillər qarşısında

mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün

şərait yaratmaqdan ibarətdir. Bu hədəfə çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə bu, bizim

əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir.

Leyla ƏLİYEVA dedi:

-Təbiətdən qiymətli və füsunkar heç nə yoxdur. Təbiət heç kəsə məxsus deyil. O bizə verilib və bizim

də vəzifəmiz onu növbəti nəsillərə ötürməkdir. Ətraf mühiti qorumaq məqsədilə yeni həll yollarını

tapmaq üçün əməkdaşlıq etməliyik. Heç bir ölkə bu problemi təklikdə həll edə bilməz.

Əziz dostlar, bu gün sizə öz təşkilatımız IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq

İctimai Birliyi haqqında məlumat vermək istəyirəm. Təşkilat 4 il bundan əvvəl Azərbaycanda təsis edilib.

Azərbaycan qədim ənənələr və zəngin tarixə malik, Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkədir.

Azərbaycan, həmçinin başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır.

Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə zəngin biomüxtəliflik verir. IDEA-

nın əsas məqsədi gənc nəslin nümayəndələrini həm ölkə daxilində, həm də xaricində ətraf mühiti

qorumağa cəlb etməkdir.

Çıxışda, həmçinin ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən

sığortalanmadığı xüsusi vurğulanıb. Bu səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti vacibdir.

Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və

faunası, eləcə də münbit iqlim şəraiti barədə ətraflı məlumat verib. Bu xüsusda, ölkəmizdə təbiətin və

ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb. Çıxış

zamanı IDEA İctimai Birliyinin fəaliyyəti, o cümlədən ölkəmizdə və regionda ekoloji problemlərin

aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara

qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair

sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edilib.

Page 111: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

111

Bu yaxınlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun xoşməramlı səfiri təyin

olunduğunu bildirən Leyla Əliyeva IDEA–nın xətti ilə həyata keçirilən layihələr haqqında danışdı.

Bildirdi ki, təşkilatın son iki ildə fəaliyyətinin əsas istiqamətlərindən biri nəsli kəsilməkdə olan heyvan

növlərinin qorunmasıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti dedi:

-Azərbaycanda biz özümüzün Qafqaz beşliyini yaratmışıq. Bunlar qonur ayı, qartal, boz qurd, ceyran

və Qafqaz bəbiridir. Nəsli kəsilməkdə olan bu heyvan növlərinin davamlı mühafizəsi təşkilatımızın əsas

məqsədlərindəndir. Ötən bir neçə ildə ceyranın regionumuzda vəhşi təbiətə buraxılması yolları üzərində

çalışmışıq, birinci Qafqaz Biomüxtəlifliyi Sammitini Bakıda təşkil etmişik və burada məqsədimiz

pələngin ardınca Qafqaz bəbirinin nəslinin kəsilməsinin qarşısını almaq idi. Nərə balığının yetişdirilməsi

və Xəzər dənizinə buraxılması layihəsi üzrə Blue Marine Fondu ilə əməkdaşlığa başlamışıq. Bu, çox

maraqlı layihə olacaq. Başlıca vəzifəmiz bütün bu gözəl heyvan növlərini mühafizə etməkdir. Biz nə

qədər texnoloji təşkilat, tarixi abidə və mədəni artefakt ortaya çıxarsaq da, heç nə təbiət qədər gözəl və

müqəddəs ola bilməz. Təbiətin müalicəvi gücü var və o bunu bizə qarşılıqsız olaraq verir. Hər kəs təbiətin

və planetimizin mühafizəsinə kömək etmək üçün əlindən gəldiyi qədər töhfə verə bilər. Hər kiçik addım

müsbətə doğru dəyişikliyə səbəb ola bilər.

Çıxış tədbir iştirakçılarının geniş marağına səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA İctimai

Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.

Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti

Bonifert də IDEA-nın fəaliyyətini yüksək dəyərləndirdi və digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin

faydalı olacağına əminliyini bildirdi.

Marta Jiqeti BONİFERT dedi:

-Bu masa ətrafında əyləşən bir çox tərəflərlə, həmçinin IDEA ilə işləməkdən məmnunuq. Mən ümid

edirəm ki, Leyla Əliyeva gələcəkdə vacib təşəbbüs kimi bu işləri davam etdirəcək və burada toplaşanlar

da bu təşəbbüsə qoşularaq yerlərdə uşaqlarla və gələcək nəsillərlə bağlı müəyyən nailiyyətlər əldə

edəcəklər. Çünki biz planetimizi yalnız birlikdə daha yaxşı məkana çevirə bilərik.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.5.

Page 112: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

112

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibinin

müavini ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla

Əliyeva dekabrın 4-də Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının

(UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb.

Görüşdə Leyla Əliyeva UNFCCC-ni möhtəşəm Paris Konfransının keçirilməsi münasibətilə təbrik

edib və tədbirin işinə uğurlar arzulayıb. Leyla Əliyeva, həmçinin Konfransın nəticəsi olaraq, beynəlxalq

ictimaiyyətin artıq uzun müddətdir gözlədiyi iqlim dəyişikliyi üzrə universal sənədin qəbul olunacağına

ümid etdiyini də bildirib.

Leyla Əliyeva təsisçisi və rəhbəri olduğu IDEA-nın həyata keçirdiyi milli və regional layihələr, eləcə

də beynəlxalq tərəfdaşları barədə Riçard Kinliyə ətraflı məlumat verib. Qeyd olunub ki, cəmi 4 ildir

fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə

üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin

Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq

qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub.

Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində

geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin

olduğunu bildirib.

Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq

tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin

fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün

əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev

sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla

Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb.

Görüşdə ətraf mühitin qorunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.5.

Page 113: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

113

IDEA İctimai Birliyi BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının Tərəflər

Konfransına üzv qəbul edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci ildə təsis edilən IDEA

İctimai Birliyi dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD)

Tərəflər Konfransına üzv qəbul edilib.

Əsası 1994-cü ildə qoyulmuş UNCCD ətraf mühit və torpaqların davamlı idarə olunması sahələrini

birləşdirən yeganə beynəlxalq sənəd hesab olunur. Konvensiya 195 dövlət, ö cümlədən 1998-ci ildə

Azərbaycan tərəfindən ratifikasiya olunub. Konvensiyanın Katibliyi Almaniyanın Bon şəhərində yerləşir

və əsas etibarilə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında davamlı torpaq idarəçiliyi

sahəsində təcrübə və texnologiya mübadiləsini təmin edir.

Dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti də UNCCD-nin fəaliyyətində iştirak edə bilər. Belə ki, xüsusi

akkreditasiya prosesindən keçmiş 200-ə yaxın qeyri-hökumət təşkilatı hazırda UNCCD-nin üzvüdür.

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasına akkreditə olan IDEA İctimai Birliyi

Azərbaycanı bu Konvensiyada təmsil edən ilk qeyri-hökumət təşkilatı kimi tarixə düşüb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.6.

Page 114: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

114

Parisdə IDEA ilə REC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə

müzakirələr aparılıb

BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də

Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta

Jiqeti Bonifert ilə görüşüb.

Görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin

reallaşdırılması üzrə müzakirələr aparılıb.

Hər iki təşkilat ətraf mühit təhdidləri barədə ictimaiyyətin maarifləndirilməsini prioritet sahə kimi

qəbul edir. Bu baxımdan, IDEA və REC tərəfindən Azərbaycan məktəbliləri üçün “Yaşıl Paket” adlı

multimedia dərsliyi tərtib olunmaqdadır. Bu dərsliyin gələn il ərzində geniş ictimaiyyətə təqdim edilməsi

nəzərdə tutulur.

Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə həmsöhbətinə geniş

məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri

gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir. Belə ki, bu mərkəzlərdə

müxtəlif yaş qrupundan olan şəxslər üçün həftəlik və aylıq əsaslarla təmənnasız mühazirələr, treninqlər,

“dəyirmi masa”lar, laboratoriyalar, təqdimatlar və seminarlar təşkil olunur. Bununla yanaşı, IDEA İctimai

Birliyi Azərbaycan dilində dərslik və kitabların nəşr olunmasında da yaxından iştirak edir.

Xanım Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da

davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək

qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb.

Görüşdə gələcəkdə təhsil, ictimai maarifləndirmə, biomüxtəliflik, məlumat və təcrübə mübadiləsi,

birgə nəşrlərin buraxılması, regional və beynəlxalq tədbirlərin keçirilməsi imkanları barədə fikir

mübadiləsi aparılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.5.

Page 115: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

115

Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı

potensial mövcuddur

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla

Əliyeva dekabrın 4-də Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş

direktoru xanım İnger Andersen ilə görüşüb.

Leyla Əliyeva xanım İnger Anderseni IUCN-nin baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik

edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və

IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Leyla Əliyeva bildirib ki, əməkdaşlığın

genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir.

Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə

edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Xanım İ.Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu

tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. İ.Andersen 2014-cü ildə IUCN tərəfindən

Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakını xüsusi qeyd

edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.6.

Page 116: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

116

IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 21-ci Paris Konfransında iştirak edən

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla

Əliyeva dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı

katibi xanım Monik Barbut ilə görüşüb.

Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd

iki təşkilat arasında gələcək fəaliyyətin çərçivəsini müəyyənləşdirməklə yanaşı, əməkdaşlıq sahələri və

formatını da əks etdirir.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Monik Barbut arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin

genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, yaşıllıqların

artırılması ilə bağlı dövlət səviyyəsində görülən işlərə dəstək verilməsi məqsədilə IDEA İctimai Birliyi

tərəfindən də mütəmadi olaraq, kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Bu cür tədbirlər bir qayda

olaraq, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai

Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA

ötən ilin may ayından etibarən meşə zolaqları və yaşıllıqların mühafizəsi məqsədilə “Ağacların

kəsilməsinə yox” proqramına başlayıb. Leyla Əliyeva bildirib ki, IDEA-nın layihələrinin uğurunun

təməlini İctimai Birliklə gənclər arasında mövcud olan qarşılıqlı anlaşma və sıx bağlılıq təşkil edir.

Görüşdə Leyla Əliyeva rəhbərlik etdiyi təşkilatın digər sahələrdəki fəaliyyəti və gələcək planlarına da

toxunub.

Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas

prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. M.Barbut, həmçinin

ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də

IDEA-nın önəmli rol oynaya biləcəyini vurğulayıb.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin

təşkili perspektivlərini də müzakirə ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xalq qəzeti.-2015.-6 dekabr.-N 269.-S.6.

Page 117: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

117

Leyla Əliyeva Parisdə İqlim Dəyişikliyi üzrə Konfrans çərçivəsində rəsmi qəbulda iştirak

edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə

BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP-21) çərçivəsində təşkil olunan rəsmi qəbulda

iştirak edib.

Rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub.

Tədbirdə Fransa Respublikasının Prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə COP-21

Konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə

bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Xalq qəzeti.-2015.-9 dekabr.-N 271.-S.3.

Page 118: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

118

Aleksandr Oleşko: “Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir”

“Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ənənəyə görə ildə bir dəfə Moskvadakı

“Baku” kinoteatrında sizin üçün yolka bayramı təşkil edir. Gəlin hamımız Heydər Əliyev Fonduna

təşəkkürümüzü bildirək və Fondun vitse-prezidenti, uşaqları çox sevən və onlar üçün çox iş görən

Leyla Əliyevaya salamlarımızı göndərək”.

Rusiyanın Əməkdar Artisti, teatr və kino aktyoru, “Ostankino” Uşaq Akademiyasının emalatxana

rəhbəri Aleksandr Oleşko bu sözləri “Baku” kinoteatrında yetim və valideyn himayəsindən məhrum

uşaqlar üçün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən Ümumrusiya

Azərbaycanlılar Konqresi (ÜAK) ilə birlikdə təşkil edilmiş Yeni il bayramında uşaqlara müraciətlə

söyləyib.

Bayrama 500-dən çox uşaq – general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331

nömrəli gürcü etnomədəni təmayüllü məktəbin şagirdləri, RF paytaxtındakı uşaq evlərində tərbiyə alan

balacalar gəlmişdi.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova deyib: “Biz Yeni il

bayramına xüsusi hazırlaşırıq. Uşaqlara sehirli və heyrətamiz nağıl dünyası bəxş etmək bizi həmişə

sevindirir. Hər il təcrübəli artistləri dəvət edir, tədbirin ssenarisini və xüsusi effektləri hərtərəfli götür-qoy

edirik. Bütün bu işlər Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın

ciddi nəzarəti altında keçirilir”.

Həmin gün peşəkar animatorlar “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və

Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Fototeatr”

attraksionu və başqa interaktiv proqramlarla uşaqları sevindiriblər. Hətta ən balaca iştirakçılar da şövqlə

rəqs edirlər.

Bayram şənliyi çərçivəsində Yeni ilə həsr edilmiş pryanik və açıqcalarını rənglənməsi üzrə ustad

dərsləri də təşkil edilmişdi. Sonra uşaqlar, valideynlər, müəllimlər və tərbiyəçilər kinoteatrın tamaşa

zalına daxil oldular. Burada tamaşaçıların sevimlisi Aleksandr Oleşko balacaları və onların valideynlərini

qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi, öz repertuarından məşhur uşaq mahnılarını ifa etdi.

S. Obraztsov adına Moskva Akademik Kukla Teatrının artistləri tərəfindən hazırlanmış “Morozko”

kukla tamaşası xüsusi maraqla qarşılandı.

Bayrama gəlmiş uşaqların hamısına ənənəvi Yeni il hədiyyələri paylandı.

Konsertdən sonra RF Əməkdar Artisti Aleksandr Oleşko AZƏRTAC-a müsahibə verib. Heydər

Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirən A.Oleşko deyib: “Heydər

Əliyev Fondu çox xeyirxah işlər görür, xeyriyyə layihələri həyata keçirir. Mən özüm də belə tədbirlərin

bir neçəsində iştirak etmişəm və çox şadam ki, xeyirxah işlər görülməsinə adi bir insan və artist kimi,

imkan daxilində töhfə vermişəm. Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir,

dünyamızı daha səmimi edir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.-19 dekabr.-N 280.-S.5.

Page 119: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

119

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil olunub

Azərbaycanın birinci xanımı, fondun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak edib

Dekabrın 24-də Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş edib. Fondun Bakının əyləncə

mərkəzlərindən birində uşaqlar üçün təşkil etdiyi şənliyə balacalar xüsusi ayrılmış avtobuslarla gəldilər.

Budəfəki şənliyə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən xüsusi qayğıya ehtiyacı olan 200-dək uşaq

qatılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şənlikdə iştirak

edib.

Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar

aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq

müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşatdı. Fondun müxtəlif uşaq evlərinin sakinləri üçün

təşkil etdiyi növbəti tədbir məhz belə xeyirxah missiyanın davamı oldu. Uşaqların istirahətinin səmərəli

təşkili məqsədilə keçirilən aksiyada balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda

iştirak etdilər. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən

uşaqlar şənlikdən xüsusi zövq aldılar, burada gözəl istirahət etdilər, əylənib oynadılar.

Balacaların zövqünə uyğun bəzədilən məkanda keçirilən şənlikdə uşaqların ən yaxın dostu olan və

həmişə qayğılarına qalan Mehriban Əliyeva da onların əyləncəsinə qoşuldu, müxtəlif oyunlarda

qazandıqları qələbələri alqışladı, sevinclərini bölüşdü.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirdə müxtəlif uşaq evlərinin sakinlərinin birgə nahar

etmələri onlar üçün həm də bu şənlikdən aldıqları təəssüratları bölüşmək imkanı yaratdı. Mehriban

Əliyeva uşaqlarla səmimi söhbət etdi, onlarla şəkil çəkdirdi.

Şənliyin sonunda balacalara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Xalq qəzeti.-2015.-25 dekabr.-N 285.-S.4.

Page 120: 2015-ci ilfiles.preslib.az/site/xsefir/2015.pdf · “Nizami” Kino M ərk zind “Quşlar cnn ti - Ağgöl Milli Parkı” sn dli filmi t ...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

120

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya

Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı

Gənclər Birliyi (RAGB) Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr

edilmiş tədbir keçirib.

RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq iştirakçıları Birliyin sədri Leyla

Əliyevanın adından qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2015-ci ildəki fəaliyyəti

barədə məlumat verib. O vurğulayıb ki, üzvlərinin sayı ildən-ilə artan Rusiyanın Azərbaycanlı Gənclər

Birliyi bu il də bir sıra maraqlı layihələr həyata keçirib.

Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri

Savelyev ölkəmizin son illərdə qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq

və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək

qiymətləndirib.

Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin rəhbəri Natalya Krasovskaya, Ümumrusiya Azərbaycan

Konqresinin icraçı direktoru İlqar Hacıyev gənclərə uğurlar arzulayaraq bildiriblər ki, RAGB fəallarının

hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə xidmət edir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın

Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə

ictimai təşəbbüslərin reallaşdırılmasında fəaliyyəti əvəzsizdir.

Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert olub.

Fəridə ABDULLAYEVA,

AZƏRTAC-ın xüsusi müxbir

Xalq qəzeti.-2015.-26 dekabr.-N 286.-S.5.