Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir...

83
~ 1 ~ Ə Ə Ə Ə Ə

Transcript of Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir...

Page 1: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 1 ~

Ə Ə

Ə

Ə Ə

Page 2: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 2 ~

ROSE AUSLÄNDER

1901 - 1988

Page 3: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 3 ~

1941-ci ildə, yəhudi olduğuna görə Almaniya aşıstlərinin caynağına keçən Rose Ausländer 1944-cü ildə Sovet ordusunun gəlməsi ilə ölümdən qurtuldu. O illərdə yaşadıqları, ölüm kölgəsi kimi ömrünün sonuna dək onu izlədi və dondurucu nəfəsini onun bir çox şeirlərinə yaydı:

Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada

O ölümlü, dəhşətli illər dünyanı onun gözündə bir qorxu dünyasına çevirdi; bir qorxu ki, ondan qaçmaq, ondan gizlənmək mümküm deyildi; bir qorxu ki, hava kimi insanın içinə dolur və hava kimi onun hər anında varlığı duyulmaqdadır:

Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var baxışı itmiş hardasa

Page 4: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 4 ~

tükənməz bir qorxu içində yaşayan bir insan bu gündə, indidə yaşamır, nə zamansa baş verəcək bir fəlakəti, bir dəhşəti gözləyir. R. Ausländer-in bir çox şeirlərində də belə bir ruh vardır:

Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların

İldırımın heroqlifi Gözləyirik o sözü

Şairin göylərlə, ulduzlarla, ayla dərin bağlılığını yerin dəhşətindən qaçmaq, qurtulmaq kimi də anlamq olar. Torpağı saran qorxunun vara bilməyəcəyi ayın, ulduzların uzaq işıqları onun bir çox şeirlərini isti və toxtaqlıq verən bir dost yaxınlığı kimi bürümüşdür:

Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü

Page 5: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 5 ~

qorxumu Gözləyirəm sevinclə gündüzü

Gəmilər əylənmək və rahatlanmaq üçün torpağın sularına lövbər atırlar. Torpaqda qorxu hökm sürərsə, insanın ruhu göylərə lövbər atmalı olacaqdır:

Qucaqlayır quzey küləyi qorxumu Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları ömür boyu

“Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir insan üçün, bir kiçik qayıq kimi; fırtınada yol azan bir yolçu üçün, qayalara söykənmiş bir koma kimi. Həm də o, bilir ki, dünyanı, həyatı və hər nəyi qavrayıb dillə anlatmaq üçün ancaq sözlərdən yardım almalıdır; ürkək, yüyənsiz və çətin ələ keçən sözlərdən:

Düşünür dünya məni və sorur

Page 6: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 6 ~

Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda deyiləm burada

Artıq hər nə sözlərdədir. Qaranlıq da sözlərdədir, işıq da, bütün görünənlər və ruhumuzdan çox uzaqlarda olan və onu gecə-gündüz səsləyən gizli yaşama sirrləri də sözlərdədir:

Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə Süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq bağrıma yaşamaq böyləcə

Dünya bir yerdə durmayıbsa, sözlərdən bir buluda minib də küləklərlə bilinməzliklərə gedirsə, onu qavramaq üçün biz də sözlərə minərək onun ardınca getməliyik və hər gediş bir sirrin ardınca getmək deməkdir:

Oxuyuram düşüncə işığında yazdığını o Gizlin-in gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan

Page 7: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 7 ~

yırtıcı heyvanlarla çarpışıram

Belə olmalı söyləyir ardınca getdiyim səs

Rose Ausländer torpaq kimidir. İnsanın yaraladığı, zəhərlədiyi torpaq bir zamandan sonra insana çörək və çiçək verir. Torpaqda nifrət yoxdur, torpaq öc almır. Torpaq ulu həyatdır, həyatın ürəyinin döyüntüsü bəsləmək, çiçəkləndirmək, cücərtmək üzərində köklənmişdir və bütün bunların canında sevmək var; yaratmaq istəyi var. Və R. Ausländer-in ruhunun kökləri torpaqdadır:

Yanması sönməsi firtınanın buludlar şişədən dans edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı Sev ölənləri

Page 8: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 8 ~

*** Bu kitabda gedən bəzi şeirlərə şair ad qoymamışdır. Oxucunun zehnində yer alıb qalsın deyə onlara ad verməyi üstün tutdum. Şairin dil və söz qurma özəlliyini dilimizə gətirməyə çalışdım. Haradasa bir yanlış varsa, bildirəni ürəkdən səlamlayıram. 2014

Page 9: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 9 ~

www.aziz-salami.info

İÇİNDƏKİLƏR:

UŞAĞIM 12

DUZ 13

HEYKƏLTƏRAŞ 14

KAĞIZ 15

NƏFƏS 16

SƏNİN RƏNGİN 17

AÇILMAQ 18

SÖYLƏ 19

YOL TAPMAQ 20

BELƏ 21

ÜMİD 22

YAŞAMA İSTƏYİ 23

GİZLİ İŞIQ 24

YADDAŞ 25

YOLLAR 26

HARDA 27

SUÇLU 28

KƏŞF ETMƏK 29

ZİNDANDA 30

ŞƏN SƏHƏR 31

SONBAHAR 32

BURADA 33

Page 10: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 10 ~

QALAN YOXDUR 34

BAL TORTUSU 35

MUTLULUQ 36

ARXAMDA 37

MƏN VARKƏN 38

QALDIRIR ZAMAN MƏNİ BÖYLƏCƏ 39

GİZLİ OLANLAR 40

DİNCƏLMƏK 41

AÇIQ PƏNCƏRƏ 42

QARATOYUQ 43

BELƏ OLMALI 44

QUŞ 45

BİR YENİYETMƏNİN RÖYALARI 46

HƏR ZAMAN YENİDƏN 47

QARDAŞIM QUŞ 48

GƏNCLİK 49

ARAYIRSAN ÖZÜNÜ 50

RƏNGLƏR 51

LUNA 52

SƏNDƏ OLAN MƏLƏK 53

AXAN ULDUZ 54

TİKANAR 55

AĞACLAR ÜZƏRİNƏ 56

MƏKTUBLAR 57

UNUTMARAM 58

Page 11: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 11 ~

RÖYAMIZ 59

BİR OD QALA 60

AXŞAM 61

BİLDİR ÖZÜNÜ 62

FIRTINASI SƏSİNİN 63

GÖZLƏYİRİK 64

ÖLKƏM 65

GECƏ 66

YOX ONDA TƏSƏLLİMİZ 67

SƏHRADA 68

KÖRPÜ 69

DOSTLUQ 70

UNUT ANA 71

YAYIN AD GÜNÜ 72

EŞİDİRMİSƏN 73

QIRILMIŞ ARTIQ 74

MUTLULUQ ULDUZU 75

SÖNƏN QORXU 76

ULDUZDAN ULDUZA 77

ÖMÜR BOYU 78

BİR DAHA 79

BURADA 80

YUVARLANIR GÜNƏŞ 81

DÜŞƏN ULDUZ 82

SEV 83

Page 12: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 12 ~

UŞAĞIM

Gömdüm torpağa hələ doğmadığım uşağı Tam bir uşaqdı o

Page 13: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 13 ~

DUZ

Bir dənəcik duzdur qarışmış gerçəyə Gözyaşları duzudur kədərin Yelləmiş torpağın duzunu suyun yelləncəyi Sürtmüş ana dəniz duzu canına

Page 14: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 14 ~

HEYKƏLTƏRAŞ

Yon bir daşdan ruhunun heykəlini Bir gövdə ki ruhunun sonu yox

Page 15: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 15 ~

KAĞIZ

Kağızdır kağız və həm də ki bir yoldur ulduzlara rəmzlərə duyğulara görünməyən sirrlərə və bir də ki insanlara

Page 16: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 16 ~

NƏFƏS

Yaşayırıq nəfəsdən nəfəsə Döyünür ürəyi nəfəsdən nəfəsə bütün bitkilərlə heyvanların Biz ona bağlıyıq və qarışırıq onunla nəfəsinə torpağın

Page 17: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 17 ~

SƏNİN RƏNGİN

Ağdır mənim rəngim onda bütün rənglər var Yaz mənə sən də rəngini Mavi olsun istərəm yaşıl olsun ya qırmızı

Page 18: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 18 ~

AÇILMAQ

Artıq ağaclar da dolur tumurcuqla Qucaqlayır hava ana qollarıyla səni Uyumaq istəyir kədərin də Danışmaq olar indi qonşularla çiçəklərlə və gümüş yağışlarla Artıq aşmaq olar dünya ilə sənin aranda olan sınırı və aça bilərsən özünü sınırı olmayana

Page 19: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 19 ~

SÖYLƏ

Söylə sevimli dost bilirəm sehirləyə bildiyini Tək bir sözə çevir dünyanı Bir dünyadır sənin sözün

Page 20: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 20 ~

YOL TAPMAQ

Üzürəm ulduzların irmağında gecələri röyalarında mən varam Uzanıram tətil günlərində ormanın kölgəsində özləyirəm aydınladan bir işığı Tapım deyə sənin yoluna qovuşan yolumu

Page 21: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 21 ~

BELƏ

Belə olmalı olmamış kimi heç zaman Olmayacaq kimi heç zaman

Page 22: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 22 ~

ÜMİD

Xatırlamaq keçmişdə bir evi Axsayır qırılmış bu günün ümidə uğradıqda Bəlkə bir gün bir daha sığıncağı bir insanın

Page 23: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 23 ~

YAŞAMA İSTƏYİ

Buraxıb getməmiş bizi Mänade-lər İnsan olmuş gizlicə beynimizdə Onlardır yürüdən bizi yolumuzda qovmaq olmaz ki onları

Mänade: Yunan mitolojisində şərab tanrısı Dionysos-un qulluqçusu. Son dərəcə həyatdan zövq alan bir qadın

Page 24: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 24 ~

GİZLİ İŞIQ

Sözlər var işıqlıdır sözlər var qara bir sehirlə süzər məni Çıxarıb onlardan gizlənmiş işığı qoyaram qaranlıq bağrıma yaşamaq böyləcə

Page 25: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 25 ~

YADDAŞ

Daşlar sayır addımlarını Onların yaddaşıdır yolun sənin Gedir səni qaynaqdan zirvəyə

Page 26: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 26 ~

YOLLAR

Gedilmək istərlər “bir söz boyda” yeri sən də Dümdüz çarpaz eniş yoxuş Tap ulduzlar ormanında addımını Sarar səni kölgələrdə aydınlıqlar Get sözlərin yarğanında

Page 27: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 27 ~

HARDA

Hardadır cənəttim mənim Evim idi gecə ikən yoxsa gördümmü röyada Açılır gözlərim səhrada qapanır gözlərim burada qumdur artıq mənim yerim

Page 28: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 28 ~

SUÇLU

Unudulmamış büsbütün o cənnət ki suçumuz yoxdu orada Gözəl idi alması şirin idi görmək öyrətdi bizə onun suyu Suçlu yaşayaq dünyada sevək yasaq sözləri insanları bu qorxulu göy altında

Page 29: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 29 ~

KƏŞF ETMƏK

Bu gün səhər kəşf etdim özümü Mən mənəm soruram mən özümdən nə etməli Kəşf etmək istəyirəm dünyanı nəsnələri sözləri sənin sevdanı

Page 30: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 30 ~

ZİNDANDA

Gətirdilər məni zindana bilmirəm nə üçün Siz nəsiniz bir heçdir şair olan siz nəsiniz doğrudan Hüceyrəmdə oxuyurdum gənc qadına əfsanə şeirləri öyrənirdi o rahatca Şahmat fiquru düzəldirdik əzilmiş çörək qırığından oynayarkən dəlikdən baxırdı göz: yasaqdır oynamaq yasaqdır yazmaq oxumaq da Həyətdə on dəqiqə ola bilmək və göyüzü mavi bir nağıl idi əl edirdi bir ağ bulud: gözləyir anan səni

Page 31: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 31 ~

ŞƏN SƏHƏR

Girirəm içinə gözlərimin yenidir evi dünyanın gizlidir örtülü bağçalara və çaylara açılan qapıları Döşəyirəm içini çiçəklənən gözlərimin geyinirəm sevdiyim adları yuyuram addımımı sözlərin bulağında

Page 32: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 32 ~

SONBAHAR

Çəkilir bir yana yaşıl maska görünür artıq tutqun üz Köçmək rənglərlə keçmişin ölkəsinə ağlamaq kədərli göylərlə Tökülən paslı yarpaqları qaldırır külək bükərək dumanın örtüyünə Başlayır köçməyə hər kəsin gedəcəyi ölkəyə

Page 33: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 33 ~

BURADA

Düşünür dünya məni və sorur Məni harada arayırsan məni harada tapacaqsan Mən minmişəm sözlərdən bir buluda deyiləm burada

Page 34: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 34 ~

QALAN YOXDUR

Günlər gəlir keçib gedir hər nə qalır olduğu tək Heç nə qalmır olduğu tək hər nə sınır çinilər tək Yapışdırıb qırıqları bir-birinə bir qab olsun çalışırsan olmur ancaq ağlayırsan

Page 35: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 35 ~

BAL TORTUSU

Bal tortusu bişirir bir dost mənə Onda anamın qoxusu uşaqlığımın dadı var Çiçəklənir məndə hələ Arılar içir çiçəklərin özsuyunu ölmüş anam əski laylalar çalaraq yelləyir beşiyimi Dəyişir bircə dilim bal tortusu dünyanı

Page 36: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 36 ~

MUTLULUQ

Mutluluq röyası qaçır məndən onu görmək istəyirkən Çox oldu röyalarım qaranlıq şeylərdən Bəzən bir ulduz gəlib durdu röyamın göylərində yalnız bir anlığa sonra qopdu ağappaq düşdü saçlarıma

Page 37: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 37 ~

ARXAMDA

Arxamda dünyanın nəfəsi Arayıram üzünü O durmuş aynada yanaqlarında qorxu var

baxışı itmiş hardasa

Page 38: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 38 ~

MƏN VARKƏN

Oxuyur su şırnağı: mənəm yaşam qalxıram enirəm istəyimcə Gedərək bir insan gülümsünür: nədir bir su şırnağı öyünür də mən varkən Gecələri röyasında: dünyanın hökmdarıdır kimsənin yenə bilmədiyi Bir ulduz süzür onu gülümsünür: bir abdaldır o röyada mən varkən

Page 39: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 39 ~

QALDIRIR ZAMAN MƏNİ BÖYLƏCƏ

Çıxıram ayaqsız yansımış dünyamın seyrinə Uçuram uşaqlıqda olduğu tək ulduzdan ulduza gətirirəm onlardan yatağa Dostum oldu artıq mənim ayda yaşayan o adam prenslə prenses oyunu oynayırıq Qaldırır böyləcə zaman məni ildən ilə bu ruhsuz yəhərin üzərindən

Page 40: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 40 ~

GİZLİ OLANLAR

Bitməz gücü sevgimin gizli olanlara Üzülər məndə sevinər məndə Kimsəsiz bir ölkənin Kıraliçəsiyəm sənə sığınım deyə gəlirəm ey kim olduğunu bilmədiyim

Page 41: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 41 ~

DİNCƏLMƏK

Aradım səni hər zaman Bəzən sığındım bir anlığa qoynuna ana köksünə uşaq kimi yırğalandım qoynunun istisində qorundum kölgəndə Ey min bir röyaların ən gözəl nağılı

Page 42: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 42 ~

AÇIQ PƏNCƏRƏ

Açıram pəncərəni doğma bir qəribə Gözümün suyunda çimir günəş Sevgili dostumdur hava bölüşürük nəfəsi

Page 43: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 43 ~

QARATOYUQ

Oxuyur ağacda qaratoyuq Sanki hər nə keçmişdəki kimidir Çiçəklənməkdə böyük şəhər sanki yoxdur döyüşçülər və marşları sanki qurmaq olar yenə də yaşıl zamandan çadırı Oxuyur ağacda qaratoyuq

Page 44: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 44 ~

BELƏ OLMALI

Oxuyuram düşüncə işığında yazdığını o Gizlin-in gedirəm yeraltı çaylar ardınca dünyanın yollarında Yaralar alıram dəydiyim daşlardan yırtıcı heyvanlarla çarpışıram Belə olmalı söyləyir ardınca getdiyim səs

Page 45: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 45 ~

QUŞ

Səslənir yavaşca qanadları pəncərəmdə bu quşun Uzaqdır röya kimi yaxındır tük kimi bir səlamdır yay günündən Vurğundur mənim kimi Sevirəm mən onu sormadan sevirmi o da məni

Page 46: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 46 ~

BİR YENİYETMƏNİN RÖYALARI

Artıq böyüdüm böyüyəcəm daha da Saraylar tikəcəm mərmərdən yuvarlaq günəş kimi Mahnılar biçəcəm odlardan Ulduzlar əkəcəm torpaqda parıl-parıl Bir kral olacam verəcəm tacımı küləklərə dolaşsın onlarla dünyanı ovutsun yaslı uşaqları

Page 47: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 47 ~

HƏR ZAMAN YENİDƏN

Hər zaman ölmək yenidən və dirilmək bir daha Qürbətdir vətənim özgədir bacı-qardaşım Mən bir ölüyəm yaşayan və sevən həyatı

Page 48: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 48 ~

QARDAŞIM QUŞ

Çatmır göylərə gözyaşlarım Kim saldı məni bu qaranlıq odaya Həsrətəm torpağın çılpaq gövdəsinə Yalnızam təkcə bir quşdur gələn arabir pəncərəmə Qardaşım quş özünlə apar məni

Page 49: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 49 ~

GƏNCLİK

Gənc yaşımdayam bu qoca dünya kimi Qocalmaz mənim yaşım

Page 50: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 50 ~

ARAYIRSAN ÖZÜNÜ

Arayırsan özünü sevincdə Tükənir durmadan Tükənir kədər də keçdikdə bir zaman Arayırsan özünü və tapırsan sözlərdə

Page 51: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 51 ~

RƏNGLƏR

Yenə yumrulanır qızılgüllər aparır yeni başlanış aparır səni özüylə Düşür suya yaşın sənin çiçəklənir barmaqlarının ucları Yaşıl sözlərlə danışır bitkilər mavi sözlərlə göyüzü günəş tutur qızıla addımlarını Gəlir səninlə kölgən də uzun qara

Page 52: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 52 ~

LUNA

Luna ölmüş tanrıça ay və danılmış Dirilər yenə də gizlicə şairdə tükənərkən nəfəsi aradıqca itkin gözəlliyi

Page 53: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 53 ~

SƏNDƏ OLAN MƏLƏK

Sevinir içindəki mələk, səndəki işığa Ağlayır səndəki qaranlığa Sevda sözləridir qanadlarının səslənişi şeirlərdir və oxşamalar Qoruyur sənin yolunu Qoy getsin mələyə doğru, addımın

Page 54: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 54 ~

AXAN ULDUZ

Get sənin olan öz ulduzuna gecə söylədi Dünən düşdü başqa bir yolda üstümə ölmüş ulduzum

Page 55: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 55 ~

TİKANAR

Tikan oldu əkdiyimiz qızılgüllər bağbanın sözləri təsəllidir bizə yatır hələ qızılgüllər sevmək gərək tikan vaxtını da

Page 56: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 56 ~

AĞACLAR ÜZƏRİNƏ

Yoxdur sonu ağaclardan söyləməyin Nə qədər ki sözlər vardır nə qədər ki ağaclar var Kim yaşayar ağaclardan təsəlli almadan tanıyan olmadı mərifət ağacını

Page 57: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 57 ~

MƏKTUBLAR

Qızılgüllərdən gələn məktub alır nəfəsimi qoynuna Astra çiçəklərindən gələn məktub: əlvida sonbaharcasına rəng-rəng

Page 58: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 58 ~

UNUTMARAM

Yen də qızılgüllər yay boyunca kəpənəklər qağayıların qanadları çay üzərində Yox unutmaram o yanmış illəri unutmaram göyqurşağını əzən o çəkmələri onların birləşməsi çevirsinlər deyə bizi oddan qızılgülə oddan kəpənəyə oddan qanada Yenə də yay boyunca bu xoş qoxu qanadlar qoşa-qoşa çay üzərində və qızıl dərimin üstündə və bir də ki gecədən sonra qalan ölmüş qızılgüllər

Page 59: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 59 ~

RÖYAMIZ

Röyamızdır ləzzətlər ölkəsi Uyğular şəkillər bütün rənglərdə bizimkidir mənim olan Saraylar qururuq kağızlardan əkirik söz ormanları ovlaqlarda Ovumuzdur havadan olan quşlar

Page 60: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 60 ~

BİR OD QALA

Çoxalır qaranlıqlar işığın içində də üşüyürük soyuqda Bir qığılcım çal günəşdən bir od qala samandan bir küçədə Qızındır sözlərini

Page 61: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 61 ~

AXŞAM

Axşam qızıllığında sönür izi qorxuların Bir şeir yazırsan sən üfüqün göbəsində Başqa halı hər anın başqa rəngləri

Page 62: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 62 ~

BİLDİR ÖZÜNÜ

Acgözlüklə səsləyirəm ruhunu tuturam ölümünü əllərimdə qarışıqsız dəyərli bir daş kimi Bildir özünü Əriyib qarışaq iç içə Qırmızı ipəklə qovaq özümüzdən qorxunu

Page 63: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 63 ~

FIRTINASI SƏSİNİN

Barmağımın ucuyla qarışdırıram ruhunu dumduru su göstərən mənə röyamdakı şəkili Qırmızımtul göyüzündə uzaqlaşır al-əlvan yanan o top Gözləmək fırtınasını səsinin mutluluq içində boğan məni

Page 64: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 64 ~

GÖZLƏYİRİK

Gözləyirik dünyanın kənarında oddan olayları Ayın parçaları caynağında tikanların İldırımın heroqlifi Gözləyirik o sözü Oturmuşuq boşluqda yerlə ayın arasında Və gözləyirik.

Page 65: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 65 ~

ÖLKƏM

Qırmızı bir düyünlə bağlayıram ölkəmi parça-parça bir-birinə qalmış kölgələrdə sarmış çevrəsini röyalarımın tuturam əllərimlə soyuq göyü donmuşdur ulduzları Yalnız uşaqlığımdan o kiçik o qırmızı köpəkdir sevən məni.

Page 66: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 66 ~

GECƏ

Uzanmışam bir oraqdır ay nəfəsimdə qonaq etmiş böyləcə göylər məni gurlayır qapqara ulduzsuz yaslı röyamda gecə

Page 67: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 67 ~

YOX ONDA TƏSƏLLİMİZ

Ulduzlar qaraldımı varar sonuna saatlarım Susar min-min göylərdəki dostlarım İçərik işığın şərabını acıdır qaranlıq bir meyvədir o yox onda təsəllimiz

Page 68: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 68 ~

SƏHRADA

Mən Musa-nın qızıyam dolaşıram səhrada bir mahnı dinləyirəm aclıqdan ağlayaraq qumlardandır daşlardan

Page 69: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 69 ~

KÖRPÜ

Bir körpü qururam ahımdan aparır məni doğma şəhərimdə atamın məzarına üzüntülər xatirələr Yanan bir astra çiçəyi əkirəm qarla söndürürəm ağlayaraq

Page 70: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 70 ~

DOSTLUQ

Yumşaq ipək kimi işığıyla səlamlayır məni ay dost olmuşuq ikmiz nağıl deyir o mənə bir şeirlə təşəkkür edirəm mən də ona

Page 71: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 71 ~

UNUT ANA

Ölülər adasında yaşayıram qurdlardır ailəm əmirəm südlərini çörəyimdir meyvəsi ağacların Unut ana! ki itirdik bir-birimizi hər gecə röyamda görünürsən hər dəfə azalır mənim yaşım

Page 72: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 72 ~

YAYIN AD GÜNÜ

Ad günüdür bu gün yayın Əynində ildırımdan billurdan paltarı Götür onu röyalar evinə

Page 73: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 73 ~

EŞİDİRMİSƏN

Eşidirmisən uca səslə ötür torağay uyğumda mahnılarını Gözləyirəm qoxusunu xatirələrin Çalır hava nəfəsimdəki havanı Mən uşağam yenə də qarışdırıram rəngləri boyamqçın topumu

Page 74: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 74 ~

QIRILMIŞ ARTIQ

Soyuq gecələrdə yerimizdir qarnı torpağın göstəbəklərlə kirpilərlə başbaşa İsti gecələrdə dalırıq daha da dərinlərə enirik suların qanının irmağına Burda ilişib qalmışıq içində köklərin orda köpəkbalıqlarının dişlərinin arasında Göylər yaxşı deyil buradan pozur uyğunsuzluq orqanını havanın qırılmış artıq musiqi orqan: çalğı aləti

Page 75: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 75 ~

MUTLULUQ ULDUZU

Axaraq yayılır ayparadan sisli gecə Ayıq ol ağıllı ol ey mutluluğun yaşıl ulduzu var gücü varmağa bu körpünün işıqdan susqunluqdan olan ölkənə Yox bir təhlükə

Page 76: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 76 ~

SÖNƏN QORXU

Ulduzların göylərin qarasından tökülməsi Ayın mahnısının könlümə enməsi Gecə söndürdü qorxumu Gözləyirəm sevinclə gündüzü

Page 77: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 77 ~

ULDUZDAN ULDUZA

Mən hər Sən ilə qohumam İçindəyəm sözlər ölkəsindən olan sirrin Ulduzdan ulduzadır yankısı səsinin İncə bir mahnıdır oxuyur susqunluğun

Page 78: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 78 ~

ÖMÜR BOYU

Qucaqlayır quzey küləyi qorxumu Lövbər atmışam göylərə mən Yer verir qoynunda mənə ulduzların yosunları Ömür boyu

Page 79: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 79 ~

BİR DAHA

Bir daha görsəm səni aydakı çəmənlikdə üçcə söz deyəcəksən Üçcə söz o zaman dediyin tək Bir möcizə biz öldüksə dirildik də Röyası uşaqlığın dirilmək bir daha

Page 80: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 80 ~

BURADA

Qumlar qırmızıdır qurudur nəfəsim qurşun tək Yorumçu dalmışdır sonsuz bir yuxuya Palçıqda uzanmışıq iflicdir qanadlarımız qaçırır bizi burdan ulduzlar və gecə Burdayıq baxırıq gözləyirik gələcək olanı

Page 81: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 81 ~

YUVARLANIR GÜNƏŞ

Tüstüdən olan yerlər olmadan nəfəsi işığı Kaman çalır bir qaraçı çəpərin o tayında yaşıl döşəmənin üstündə Yuvarlanır günəş kül olmuş ulduzların arasında kölgəsi unudulmuş adların üstündə

Page 82: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 82 ~

DÜŞƏN ULDUZ

Ulduzları açıqlayan bilgə adam arayır mənim mutluluq ulduzumu Tapır onun işıltısını qurtarıcı parıltısını Düşür sönür Tüstü və qum

Page 83: Ə Əulduzların yosunları ömür boyu “Söz”, R. Ausländer-in şeirlərində, amansız bir dünyada sığınmaq üçün, bir sığıncağa dönür. Okyanusa tullanmış bir

~ 83 ~

SEV

Yanması sönməsi firtınanın buludlar şişədən dans edən oynayan quşlar pəncərədə Bir uyum hər yerdə Unut sərt olanı bağışla yamanlığı Sev ölənləri